Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçirilib

by admin
0 comment
A+A-
Reset

Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti
ixtisasartırma təlimləri keçirilib.

Belə ki, cari ilin yanvar ayının 25-də “Müqavilənin
bağlanma və etibarlılıq şərtləri” mövzusu üzrə əyani qaydada keçirilən təlimdə
Kollegiyanın üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent Natiq Əsgərov təlimçi
qismində iştirak edib.

Vəkillərin səsləndirdiyi çoxsaylı nəzəri və
təcrübi sualları təlimçi tərəfindən cavablandırılıb, mübahisəli kasuzlara
aydınlıq gətirilib.

Sonda vəkillər təlimi təqdirəlayiq
qiymətləndirib və onların fəaliyyətində böyük əhəmiyyəti olduğunu qeyd ediblər.

Yanvarın 26-da isə “Mübahisələrin alternativ
həlli və arbitraj” mövzusu üzrə onlayn qaydada növbəti ixtisasartırma təlimi
keçirilib. Təlimdə Vəkillər Kollegiyasının üzvü Günel İsmayılbəyli təlimçi
qismində iştirak edib.

Qeyd edək ki, yanvarın 25-də əyani qaydada keçirilən
ixtisasartırma təlimində 36, yanvarın 26-da distant şəkildə baş tutan
ixtisasartırma təlimində isə 58 vəkil iştirak edib. 

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.