AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİ[1]
Ümumi
hissə
I bölmə
Cəzaların
İcrası qanunvericiliyinin əsas müddəaları[2]
I fəsil
Ümumi
müddəalar
Maddə 1. Cəzaların icrası qanunvericiliyi
Məhkəmə
tərəfindən təyin edilən cəzaların
icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli
digər tədbirlərin tətbiqi qaydalarını və
şərtlərini müəyyən edən cəzaların
icrası qanunvericiliyi bu Məcəllədən, Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir. [3]
Maddə 2. Cəzaların İcrası Məcəlləsinin
məqsəd və vəzifələri
2.1. Bu Məcəllənin
məqsədi məhkumları islah etmək, həm
məhkumlar, həm də başqa şəxslər
tərəfindən yeni cinayətlər
törədilməsinin qarşısını almaqdır.
2.2. Bu Məcəllənin
vəzifəsi cəzaların icrası və
çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər
tədbirlərin tətbiqi qaydalarını və
şərtlərini tənzimləməkdən,
məhkumların islah edilmə vasitələrini
müəyyən etməkdən, məhkumların hüquq və
azadlıqlarını, qanuni mənafelərini qorumaqdan
ibarətdir.
2.3. Bu Məcəllə
qarşısına qoyulmuş vəzifələrə
uyğun olaraq Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində nəzərdə tutulmuş
cəzaların icrasının ümumi müddəaları
və prinsiplərini, digər cinayət-hüquqi xarakterli
tədbirləri, məhkumlara islah edilmə vasitələrinin
tətbiqini, cəzaların icrası və
çəkilməsi qaydalarını və
şərtlərini, məhkumların hüquqi
vəziyyətini, cəzanı icra edən müəssisə
və orqanların fəaliyyət qaydasını,
məhkumların islah edilməsində müvafiq icra
hakimiyyəti orqanlarının, digər müəssisə,
idarə və ya təşkilatların ictimai birliklərin
və vətəndaşların iştirakını,
məhkumların cəza çəkməkdən azad
edilməsi və cəza çəkməkdən azad
edilmiş şəxslərə yardım edilməsi
qaydalarını müəyyənləşdirir.
Maddə 3. Cəzaların İcrası Məcəlləsi və
beynəlxalq hüquqi aktlar
3.1. Bu Məcəllə
cəzaların icrasına və məhkumlarla rəftar
qaydalarına dair Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
hüquqi aktları nəzərə alır.
3.2. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə bu Məcəllənin
müddəalarından fərqli normalar müəyyən
edilərsə, beynəlxalq müqavilələrin qaydaları
tətbiq edilir.
3.3. Bu Məcəllə
Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq
qanunlarına və beynəlxalq hüququn prinsip və
normalarına uyğun olaraq məhkumlarla rəftarda işgəncə və ya digər
qəddar, qeyri-insani hərəkətlərə və yaxud
ləyaqətin alçaldılmasına yol verilməməsinə
əsaslanır. [4]
Maddə 4. Cəzaların icrasına dair normativ hüquqi aktlar
Müvafiq icra hakimiyyəti
orqanları cəzaların icrası
məsələlərinə dair qanunvericiliyə əsaslanan
normativ hüquqi aktlar qəbul edə bilərlər.
Maddə 5. Cəzaların İcrası Məcəlləsinin
məkana və zamana görə qüvvəsi
5.1. Bu Məcəllə
Azərbaycan Respublikasının bütün ərazisində
tətbiq edilir.
5.2. Cəzaların icrası,
habelə məhkumlara islah edilmə vasitələrinin
tətbiqi və cəza çəkməkdən azad
edilmiş şəxslərə yardım edilməsi onların
icrası zamanı qüvvədə olan qanunvericiliyə
uyğun həyata keçirilir.
Maddə 6. Cəzaların icrasının əsasları
Cəzaların icrasının
və məhkumlara cinayət-hüquqi xarakterli digər
tədbirlərin tətbiqinin əsaslarını
məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü, yaxud məhkəmənin bu hökmü
dəyişən qərarları, habelə amnistiya və
ya əfvetmə aktları təşkil edir. [5]
Maddə 7. Cəzaların icrası qanunvericiliyinin prinsipləri
Cəzaların icrası
qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların
və
barəsində cinayət-hüquqi tədbirlər tətbiq
edilən hüquqi şəxslərin qanun qarşısında
bərabərliyi, cəzaların icrasının
fərdiləşdirilməsi, məcburetmə
tədbirlərindən və məhkumların islah edilmə
vasitələrindən məqsədəuyğun istifadə
edilməsi, onlarda qanuna itaətin
həvəsləndirilməsi və cəzanın islahedici
təsirinin artırılması prinsiplərinə
əsaslanır. [6]
Maddə 8. Məhkumların islah edilməsi və onun əsas
vasitələri
8.1. Məhkumların islah
edilməsi - onlarda qanuna itaətin
həvəsləndirilməsi, insana, cəmiyyətə,
əməyə, birgəyaşayış qayda və
ənənələrinə hörmət və ehtiramın
formalaşdırılmasıdır.
8.2. Məhkumların islah
edilməsinin əsas vasitələri
aşağıdakılardır:
8.2.1. cəzanın
icrasının və çəkilməsinin
müəyyən edilmiş qaydası (rejim);
8.2.2. tərbiyə işi;
8.2.3. ictimai faydalı
əmək;
8.2.4. ümumi təhsil;
8.2.5. peşə təhsili və peşə
hazırlığı;[7]
8.2.6. ictimai təsir.
8.3. Məhkumlara islah edilmə
vasitələri cəzanın növü,
törədilmiş cinayətin ictimai təhlükəlilik
dərəcəsi və xarakteri, məhkumun
şəxsiyyəti və davranışı
nəzərə alınmaqla tətbiq edilir.
II fəsil
Məhkumların
hüquqi vəziyyəti
Maddə 9. Məhkumların hüquqi vəziyyətinin
əsasları
9.1. Azərbaycan Respublikası
məhkumların hüquq və azadlıqlarına, qanuni
mənafelərinə hörmət edir və qoruyur,
məhkumların islah edilmə vasitələrinin tətbiq
edilməsinin qanuniliyini, cəzaların icrası zamanı
onların hüquqi müdafiəsini və şəxsi
təhlükəsizliyini təmin edir.
9.2. Cəzaların icrası
zamanı məhkumlara dair Azərbaycan Respublikasının
Cinayət, Cinayət-Prosessual məcəllələri, bu
Məcəllə və digər qanunvericilik aktları ilə
müəyyən edilmiş məhdudlaşdırmalar və
istisnalarla onların Azərbaycan Respublikası
vətəndaşlarına mənsub olan hüquq və
azadlıqlarına təminat verilir. Məhkumlar
qanunvericiliklə müəyyən edilmiş hallar istisna
olmaqla, hüquq və azadlıqlardan irəli gələn
vəzifələr daşıyırlar.
9.3. Əcnəbi və ya
vətəndaşlığı olmayan məhkum
şəxslər Azərbaycan Respublikasının Cinayət,
Cinayət-Prosessual məcəllələri, bu Məcəllə
və digər qanunvericilik aktları ilə müəyyən
edilmiş məhdudlaşdırmalar istisna edilməklə,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquqi vəziyyətinə dair
qanunvericilikdə və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə müəyyən edilmiş
hüquqlardan istifadə edir və vəzifələr
daşıyırlar.
9.4. Məhkumların hüquq
və vəzifələri, habelə bu hüquq və
vəzifələrin məhdudlaşdırılması
cəza növünün icrası və çəkilməsi
qaydaları və şərtləri nəzərə
alınmaqla bu Məcəllə və digər normativ
hüquqi aktlarla müəyyənləşdirilir.
Maddə 10. Məhkumların əsas hüquqları
10.1. Cəzaların icrası
və çəkilməsi zamanı məhkumların
qanunvericiliklə nəzərdə tutulmuş hüquq və
azadlıqları təmin olunur. Məhkumların hüquq
və azadlıqları yalnız qanunvericiliklə müəyyən
olunmuş qaydada məhdudlaşdırıla bilər.
10.2. Cəzaların icrası
və çəkilməsi zamanı məhkumların
aşağıdakı hüquqları vardır:
10.2.1. cəzanı insan
şəxsiyyətinə hörməti təmin edən
şəraitdə çəkmək;
10.2.2. ictimai faydalı
əməklə məşğul olmaq;
10.2.2-1.
bədən tərbiyəsi və idmanla məşğul olmaq;[8]
10.2.3. istirahət etmək;
10.2.4. pensiya və ya sosial
müavinət almaq;
10.2.5. ilk tibbi yardım daxil
olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya
stasionar şəraitdə tibbi yardım almaq;
10.2.6. öz hüquq və
vəzifələri barədə, o cümlədən
məhkəmə tərəfindən təyin edilmiş
cəzanın icrası qaydası və şərtləri barəsində
məlumat almaq;
10.2.7. hüquq və
azadlıqlarının müdafiəsi üzrə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada təklif, ərizə
və şikayətlə dövlət dilində və ya
başqa dildə müraciət etmək, zəruri hallarda
isə bu məqsədlər üçün cəzanı
icra edən müəssisə və ya orqan
tərəfindən təqdim edilən
tərcüməçi xidmətindən istifadə etmək;
10.2.7-1.
cəzanın icrası və çəkilməsi ilə
əlaqədar barəsində qəbul edilən qərarlara
dair öz rəyini bildirmək və ya onlardan şikayət
etmək;[9]
10.2.8. dini ayinlərin icra edilməsində
iştirak etmək;
10.2.9. hüquqi yardım almaq;
10.2.9-1. “Psixoloji yardım
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada ödənişsiz psixoloji
yardım almaq;[10]
10.2.10. təhsil almaq və
peşə hazırlığı keçmək;
10.2.11. əcnəbi, vətəndaşlığı
olmayan və ya qaçqın statusuna malik olan
məhkumların qısa müddətdə şəxsi
məsələlər üzrə öz
dövlətlərinin Azərbaycan Respublikasındakı
diplomatik və konsulluq nümayəndəlikləri ilə
və ya onlara himayədarlığı öz
üzərinə götürmüş milli, yaxud beynəlxalq
təşkilatlarla əlaqəyə girmək;
10.2.12. cəzanın
çəkilməsinin təxirə salınması və ya
onun ləğv edilməsi, xəstəliyə görə
cəzanı çəkməkdən azad edilməsi, ittiham
hökmünün icrası müddəti ilə
əlaqədar cəza çəkməkdən azad
edilməsi, cəzadan şərti olaraq vaxtından
əvvəl azad edilməsi, cəzanın
çəkilməmiş hissəsinin daha yüngül
cəza növü ilə əvəz edilməsi,
cəzaçəkmə müəssisəsinin
növünün dəyişdirilməsi, amnistiyanın
tətbiq edilməsi, müalicə müəssisəsində
saxlanma vaxtının cəzaçəkmə
müddətinə daxil edilməsi, məhkumluğun
vaxtından əvvəl götürülməsi
üçün ərizə ilə məhkəməyə,
əfv edilmək üçün isə Azərbaycan
Respublikasının Prezidentinə bilavasitə və ya qanuni
nümayəndələrinin vasitəsilə, habelə
yetkinlik yaşına çatmayan və ya fiziki pozuntulardan, yaxud psixi
xəstəlikdən əzab çəkən məhkumlar
barəsində isə onların
müdafiəçilərinin və qanuni
nümayəndələrinin vasitəsilə müraciət
etmək.[11]
10.3. Cəzaları icra edən
müəssisə və ya orqanın işçi heyəti
məhkumlara qarşı münasibətdə nəzakətli
olmalıdır. Məhkumlar qəddar və ya insan
ləyaqətini alçaldan rəftara məruz
qalmamalıdırlar. Məhkumlara məcburetmə
tədbirləri yalnız qanuna əsasən tətbiq edilə
bilər.
10.4. Məhkumlar onların
həyat və sağlamlıqlarını təhlükə
altında qoya bilən tibbi və ya başqa
təcrübələrə məruz qala bilməzlər.
10.5. Məhkumların
hüquqlarının həyata keçirilməsi qaydası bu
Məcəllə və digər normativ hüquqi aktlarla
müəyyən edilir.
10.6. Məhkumların
hüquqlarının həyata keçirilməsi zamanı
normativ hüquqi aktların, fiziki və hüquqi
şəxslərin hüquqlarının pozulmasına yol
verilmir.
Maddə 11. Məhkumların əsas vəzifələri
11.1. Məhkumlar Azərbaycan
Respublikasının vətəndaşları
üçün qanunvericiliklə müəyyən olunmuş
vəzifələri yerinə yetirməli və cəmiyyətdə
qəbul edilmiş müvafiq davranış normalarına
riayət etməlidirlər.
11.2. Məhkumlar bu
Məcəllənin, habelə ona uyğun qəbul edilmiş
digər normativ hüquqi aktların tələblərinə
riayət etməlidirlər.
11.3. Məhkumlar cəzanı
icra edən müəssisə və ya orqanın işçi
heyətinin qanuni tələblərini yerinə
yetirməlidirlər.
11.4. Məhkumlar cəzanı
icra edən müəssisənin işçi heyətinə
və cəzaçəkmə müəssisəsinə
baş çəkən şəxslərə, habelə
digər məhkumlara qarşı nəzakətlə
davranmalıdırlar.
11.5. Məhkumlar
üzərinə düşən vəzifələri,
habelə cəzanı icra edən müəssisə və ya
orqanın işçi heyətinin qanuni tələblərini
yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş
qaydada məsuliyyətə cəlb olunurlar.
11.6. Məhkumlar “Azərbaycan
Respublikasında dövlət daktiloskopik və genom
qeydiyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hallarda məcburi
dövlət daktiloskopik və məcburi dövlət genom
qeydiyyatından keçirilirlər.[12]
Maddə 12. Məhkumların şəxsi təhlükəsizlik
hüququ
12.1. Məhkumlar şəxsi
təhlükəsizlik hüququna malikdirlər.
12.2.
Müəyyən müddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum
etmə növündə cəza çəkən məhkumun
həyatına, sağlamlığına, yaxud
şəxsiyyətinə qarşı digər məhkumlar
tərəfindən və ya başqa şəxslər
tərəfindən təhlükə yaranarsa, o,
cəzaçəkmə müəssisəsinin
müdiriyyətinə təhlükəsizliyini təmin
etmək üçün ərizə və ya şifahi
müraciət etmək hüququna malikdir.[13]
12.3. Cəzanı icra edən
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti təhlükənin aradan
qaldırılması üçün məhkumun
təhlükəsiz yerə köçürülməsi
və ya başqa tədbirlər görülməsi
barədə qərar qəbul edir.[14]
Maddə 13. Məhkumların vicdan və dini etiqad
azadlığının təmin edilməsi
13.1. Məhkumların vicdan
və dini etiqad azadlığına təminat verilir. Onlar
istədikləri dinə etiqad etmək və ya etməmək
hüququna malikdirlər.
13.2. Məntəqə tipli
cəzaçəkmə müəssisələrində
məhkumların xahişi ilə onlara cəzanın icra
edildiyi inzibati ərazi vahidi
hüdudları daxilində ibadət yerlərinə
getməyə icazə verilə bilər.[15]
13.3. Müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına alınmış
dini birliklərin din xadimləri məhkumların xahişi
ilə cəzaçəkmə
müəssisələrinə dəvət olunurlar.
Məhkumlara cəzaçəkmə
müəssisələrində dini ayinləri yerinə
yetirməyə, dini ləvazimat və ədəbiyyatdan
istifadə etməyə icazə verilir. Bu məqsəd
üçün cəzaçəkmə
müəssisəsinin müdiriyyəti müvafiq yer
ayırır.
13.4. Din xadimlərinin
şəxsi təhlükəsizliyi təmin olunmaqla, onlar
xüsusi rejimli cəzaçəkmə
müəssisələrinin birnəfərlik kameralarında,
intizam və cərimə təcridxanalarında, kamera tipli
otaqlarda saxlanılan məhkumların yanına buraxıla
bilərlər.
13.5. Ağır xəstəliyi
ilə əlaqədar həyatı üçün
təhlükə yaranan məhkumların xahişi ilə din
xadimləri zəruri dini ayinləri yerinə yetirmək
üçün cəzaçəkmə
müəssisələrinə dəvət oluna
bilərlər.
Maddə 14. Məhkumların müraciətləri və onlara
baxılması qaydaları
14.1. Məhkumların təklif,
ərizə və şikayətləri yazılı və
şifahi verilə bilər.
14.2. Azadlıqdan məhrum
edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində
göstərilən təşkilatlara ünvanlanmış
təklif, ərizə və şikayətləri
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən göndərilir. Digər
cəza növlərinə məhkum edilmiş
şəxslər təklif, ərizə və
şikayətlərini sərbəst göndərirlər.[16]
14.3. Məhkumların
cəzanı icra edən müəssisə və ya orqanın
vəzifəli şəxslərinin qərar və
hərəkətlərinə dair təklif, ərizə
və şikayətləri həmin qərarların və
hərəkətlərin icrasını dayandırmır.
14.4. Məhkumların təklif,
ərizə və şikayət göndərdiyi orqan və ya
vəzifəli şəxslər onlara qanunvericiliklə
müəyyən edilmiş müddətdə baxmalı
və nəticəsi barədə məhkuma yazılı
məlumat verməlidirlər.
14.5. Cəzanı icra edən
müəssisə və ya orqanın vəzifəli
şəxsləri məhkumları müəyyən
edilmiş və onlara bildirmiş günlərdə və
saatlarda qəbul edir.
III fəsil
Cəzanı və
cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar,
onların fəaliyyətinə nəzarət[17]
Maddə 15. Cəzanı və cinayət-hüquqi xarakterli
digər tədbirləri icra edən
müəssisə və orqanlar
15.1. İctimai işlər
növündə cəza məhkumun yaşadığı,
cərimə növündə cəza və xüsusi
müsadirə növündə cinayət-hüquqi tədbiri isə hökmü
çıxaran məhkəmənin, həmçinin
məhkumun işlədiyi və ya onun əmlakının
olduğu yerin icra məmuru
tərəfindən icra edilir. [18]
15.1-1. Hüquqi şəxslərə
tətbiq edilən cərimə və xüsusi müsadirə
növündə cinayət-hüquqi tədbirlər hüquqi
şəxsin olduğu yerin icra məmuru tərəfindən
icra edilir. [19]
15.1-2. Hüquqi şəxsi
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və hüquqi şəxsi
ləğvetmə növündə cinayət-hüquqi
tədbirlər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən icra edilir.
15.2. Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi
çıxarma növündə cəza əsas cəzanı
icra edən müəssisə və ya orqanın
təqdimatı ilə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı
tərəfindən icra edilir.
15.3. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə növündə cəza məhkumun
yaşayış yeri üzrə icra
məmuru və ya cəzaçəkmə
müəssisələrinin müdiriyyəti
tərəfindən icra edilir. Müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə növündə cəza
barəsində hökmün tələbləri məhkumun
iş yeri üzrə, həmçinin qanuna uyğun olaraq
fəaliyyətin müvafiq növü ilə
məşğul olmağa icazəni ləğv etmək
səlahiyyəti olan orqanlar həyata keçirir.
15.4. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
növündə cəzanı nəqliyyat vasitəsini
idarəetmə hüququnu verən orqan icra edir.
15.5. İslah işləri
növündə cəzanı icra
məmuru icra edir.
15.5-1. Azadlığın
məhdudlaşdırılması növündə
cəzanı məhkumun yaşayış yeri üzrə icra
məmuru icra edir.[20]
15.6.
Müəyyən müddətə azadlıqdan məhrum
etmə və ömürlük azadlıqdan məhrum etmə növündə
cəzaların icrasını müvafiq
cəzaçəkmə müəssisələri həyata
keçirirlər.[21]
15.7. Xüsusi və ya hərbi
rütbədən, fəxri addan və dövlət
təltifindən məhrum etmə növündə cəza
hökmü çıxaran məhkəmə tərəfindən
icra edilir. Xüsusi və ya hərbi rütbədən,
fəxri addan və dövlət təltifindən məhrum
etmə barəsində hökmün tələbləri
həmin rütbəni, fəxri adı və ya dövlət
təltifini verən orqan tərəfindən həyata
keçirilir.
15.8. Hərbi xidmət
üzrə məhdudlaşdırma növündə cəza
hərbi qulluqçuların xidmət yeri üzrə hərbi
hissə komandiri, intizam xarakterli hərbi hissədə saxlama
növündə cəza isə bu məqsədlər
üçün yaradılmış hərbi hissənin
komandiri tərəfindən icra edilir.
15.9. Şərti məhkum
edilmiş məhkumlara nəzarəti icra məmurları həyata keçirir.
15.10.
İntizam xarakterli hərbi hissədə saxlama,
müəyyən müddətə azadlıqdan məhrum
etmə və ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum edilmiş şəxslərin
cəzalarının icrası və çəkilməsi
qaydalarının həyata keçirilməsi mexanizmi, bu
cəza növlərinin xüsusiyyətlərinə uyğun
olaraq müvafiq icra hakimiyyəti orqanları
tərəfindən qəbul edilmiş Daxili İntizam
Qaydaları ilə müəyyən edilir.[22]
15.11. Cəzaları icra edən
müəssisələr və ya orqanlar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yaradılır və ya ləğv edilir.
Maddə 15-1. Probasiya nəzarəti[23]
15-1.1. Probasiya nəzarəti –
azadlıqdan məhrum etmə ilə bağlı olmayan
cəzalara məhkum edilmiş, şərti məhkum
edilmiş, cəzadan şərti olaraq vaxtından
əvvəl azad edilmiş və ya cəza çəkməsi
təxirə salınmış məhkumların, habelə bu
Məcəllənin 15-1.2.3-cü maddəsində
nəzərdə tutulmuş digər şəxslərin
üzərinə qanunla və məhkəmə qərarı
ilə qoyulmuş vəzifələrin yerinə
yetirilməsinə nəzarət edilməsinə, məhkumların
islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına
yönəlmiş kompleks sosial-hüquqi xarakterli
tədbirlər sistemindən ibarətdir.
15-1.2. Probasiya nəzarəti
aşağıdakı şəxslərə tətbiq edilir:
15-1.2.1. cərimə, nəqliyyat
vasitəsini idarəetmə hüququndan məhrum etmə,
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın
məhdudlaşdırılması növündə
cəzalara məhkum edilmiş şəxslər;
15-1.2.2. şərti məhkum edilmiş,
cəzadan şərti olaraq vaxtından əvvəl azad
edilmiş və ya cəza çəkməsi təxirə
salınmış şəxslər;
15-1.2.3. alkoqolizm və ya narkomaniyadan
müalicə məqsədi ilə barəsində tibbi
xarakterli məcburi tədbirlər təyin edilmiş
şəxslər.
15-1.3. Probasiya nəzarəti müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
15-1.4. Probasiya nəzarətini həyata
keçirən icra məmurları bu Məcəllə,
“İcra haqqında” və “İcra məmurları haqqında”
Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilənlərdən əlavə
aşağıdakı vəzifələri yerinə
yetirirlər:
15-1.4.1. məhkəmə qərarı
əsasında elektron nəzarət vasitələrini
məhkumlara tətbiq etmək və məhkum
tərəfindən həmin vasitələrdən istifadə
qaydalarına riayət edilməsinə nəzarət etmək;
15-1.4.2. məhkumun olduğu yer
müəyyən edilmədikdə 10 günədək
müddətdə onun axtarılması ilə əlaqədar
ilkin tədbirlər həyata keçirmək;
15-1.4.3. məhkumun olduğu yer 10
gündən artıq müddətdə müəyyən
edilmədikdə onun barəsində axtarış elan
edilməsi haqqında qərar qəbul etmək, qərarın
surətini müvafiq icra hakimiyyəti orqanına
göndərmək, həmçinin məhkumun tutulması
barədə Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş qaydada vəsatət vermək;
15-1.4.4. probasiya nəzarəti tətbiq
edilən məhkumların islah edilməsi, sosial adaptasiya
və reabilitasiyasına yönəlmiş tədbirləri
həyata keçirmək.
Maddə 15-2. Elektron nəzarət vasitələrinin tətbiqi
xüsusiyyətləri
15-2.1. İctimai işlər və
azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum edilmiş
şəxslərə elektron nəzarət vasitələri
tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi
hallarda şərti məhkum edilmiş və ya cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş
şəxslərə də elektron nəzarət
vasitələri tətbiq edilir.[24]
15-2.2. Elektron nəzarət
vasitələrinin siyahısı və tətbiqi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
15-2.3. Elektron nəzarət
vasitələri tətbiq edilmiş məhkumun
müəyyən edilmiş vəzifələri yerinə
yetirməsinə nəzarət icra məmurları
tərəfindən həyata keçirilir.
15-2.4. Şəxsin üzərinə
elektron nəzarət vasitəsini gəzdirmək və
həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət etmək
vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə
verilir və ya üzərinə bağlanılır və
həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət qaydaları,
hər hansı müdaxilənin, habelə elektron
nəzarət vasitəsi şəxsin üzərinə
bağlandıqda cihazın üzərindən
çıxarılmasının yolverilməzliyi,
həmçinin bu əməllərin hüquqi
nəticələri izah edilir və bu barədə protokol
tərtib edilir.[25]
15-2.5. Elektron nəzarət vasitəsi
tətbiq edilmiş şəxs həmin vasitəni
zədələdikdə və ya digər üsulla yararsız
vəziyyətə saldıqda, onun dəyəri həmin
şəxsdən tutulur.
Maddə 16. Cəzanın icra edildiyi yer barədə məlumat
verilməsi
16.1. Cəzanı icra edən
müəssisə və ya orqanın vəzifəli
şəxsləri məhkumun razılığı
ilə onun ailəsinə və ya yaxın qohumlarından
birinə, yaxud məhkumun
göstərdiyi şəxsə ona təyin olunmuş
cəzanın icrası, cəzanın çəkilmə yeri,
məhkumun yerdəyişmələri və azad edilməsi
barədə məlumat verməlidirlər.[26]
16.2. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəza çəkən əcnəbi
və ya vətəndaşlığı olmayan şəxslərin
razılığı ilə onlar barəsində
cəzanı icra edən müəssisə və ya orqan
onların dövlətlərinin Azərbaycan
Respublikasındakı diplomatik və ya konsulluq
nümayəndəliklərinə, habelə onlara
himayədarlığı öz üzərinə
götürmüş beynəlxalq təşkilatlara dərhal
məlumat verir.[27]
Maddə 17. Məhkumlara tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi
17.1. Məhkuma
məhkəmə tərəfindən alkoqolizmə və ya
narkomaniyaya, həmçinin anlaqlılığı istisna
etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza
müddəti ərzində cəzanı icra edən
müəssisə və ya orqan tərəfindən həyata
keçirilir.KMQ2
17.2. Məhkumun cəza
müddəti ərzində alkoqolizmə və ya narkomaniyaya
düçar olması və ya anlaqlılığı
istisna etməyən psixi pozuntusunun olması müəyyən
edildikdə, cəzanı icra edən müəssisə və
ya orqan həmin şəxs barəsində tibbi xarakterli
məcburi tədbirlərin tətbiq edilməsi barədə
məhkəməyə təqdimat verir.
17.3. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum edilmiş
şəxslərə tibbi xarakterli məcburi tədbirlər
müvafiq qanunvericiliyin və bu Məcəllənin
tələbləri nəzərə alınmaqla tətbiq
edilir.
Maddə 17-1. Alkoqolizm və ya narkomaniyadan müalicə
məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsinin xüsusiyyətləri[28]
17-1.1. Azadlıqdan məhrum etmə
ilə əlaqədar cəzaya məhkum edilməklə
yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə
məqsədi ilə barəsində tibbi xarakterli məcburi
tədbirlər təyin edilmiş şəxslərin
müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə
müəssisələri tərəfindən həyata
keçirilir.KMQ2
17-1.2. Cəzaçəkmə
müəssisələrində cəza çəkən
narkoloji xəstə məhkumların məcburi
müalicəsinin aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
17-1.3. Cəzaçəkmə
müəssisələrində cəza çəkən
narkoloji xəstə məhkumlara təyin edilmiş məcburi
müalicə kursu başa çatdıqda, müvafiq icra
hakimiyyəti orqanının həkim-məsləhət
komissiyası (bundan sonra - həkim-məsləhət
komissiyası) aparılmış tibbi xarakterli məcburi
tədbirlərin qiymətləndirilməsini həyata
keçirir. Aparılmış tibbi xarakterli məcburi
tədbirlərin həkim-məsləhət komissiyası
tərəfindən qiymətləndirilməsi qaydası bu
Məcəllənin 17-1.2-ci maddəsində nəzərdə
tutulmuş qaydalarla müəyyən edilir.
17-1.4. Cəzaçəkmə
müəssisəsində cəza çəkən narkoloji
xəstə məhkumların səhhətinin və psixoloji
vəziyyətinin yaxşılaşması səbəbindən
barəsində təyin edilmiş tibbi xarakterli məcburi
tədbirlərin davam etdirilməsinə olan zərurət
aradan qalxdıqda, tibbi xarakterli məcburi tədbirlərin
ləğv edilməsi məsələsi
həkim-məsləhət komissiyasının rəyi əsasında məcburi
müalicəni həyata keçirən
cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin təqdimatı ilə cəzanın
çəkildiyi yer üzrə məhkəmə
tərəfindən həll edilir.[29]
17-1.5. Azadlıqdan məhrum etmə
ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə
yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə
məqsədi ilə barəsində tibbi xarakterli məcburi
tədbirlər təyin edilmiş şəxslərin
müalicəsi müvafiq icra hakimiyyəti orqanının
tabeliyində olan ixtisaslaşdırılmış tibb
müəssisələri tərəfindən həyata
keçirilir.KMQ2
17-1.6. Şəxs azadlıqdan məhrum
etmə ilə əlaqədar olmayan cəzaya məhkum
edilməklə yanaşı, onun barəsində alkoqolizm
və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi
xarakterli məcburi tədbirlər təyin edildikdə,
məhkəmə bu barədə qanuni qüvvəyə
minmiş qərarın surətini icra olunması
üçün ixtisaslaşdırılmış tibb
müəssisəsinə, habelə məcburi müalicənin
icrasına nəzarət edilməsi üçün icra
məmuruna göndərir.
17-1.7.
İxtisaslaşdırılmış tibb
müəssisələrində məcburi müalicə
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi
şərtlərə və qaydalara uyğun aparılır.
17-1.8.
İxtisaslaşdırılmış tibb
müəssisəsində məcburi müalicə
barədə məhkəmə qərarının
tələblərinin yerinə yetirilməsinə icra məmuru
tərəfindən nəzarət edilir.
17-1.9.
İxtisaslaşdırılmış tibb
müəssisəsində məcburi müalicədə olan
şəxsin məcburi müalicədən vaxtından
əvvəl azad edilməsi və ya məcburi müalicə
müddətinin uzadılması “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hallarda
məhkəmənin qərarı əsasında həyata
keçirilir.
Maddə 18. Cəzaların icrasına müvafiq icra hakimiyyəti
orqanlarının nəzarəti
Cəzaları icra edən
müəssisə və orqanın fəaliyyətinə
nəzarəti müvafiq icra hakimiyyəti orqanları
həyata keçirirlər. Bu nəzarətin həyata keçirilməsi
qaydaları normativ hüquqi aktlarla
müəyyənləşdirilir.
Maddə 19. Məhkəmə nəzarəti
19.1. Cəzanı icra edən
müəssisə və ya orqanın vəzifəli
şəxsləri məhkuma təyin olunmuş cəzanın
icrası, cəzanın çəkilmə yeri, məhkumun
yerdəyişmələri və azad edilməsi barədə
hökm çıxarmış və hökmün icrası
barədə göstəriş vermiş hakimə dərhal
məlumat verməlidirlər.
19.2 Məhkəmə cinayət-prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
cəzanın çəkilməsinin təxirə
salınması və ya onun ləğv edilməsi,
xəstəliyə görə cəzanı
çəkməkdən azad edilməsi, ittiham
hökmünün icrası müddəti ilə
əlaqədar cəza çəkməkdən azad
edilməsi, cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə
əvəz edilməsi, cəzaçəkmə
müəssisəsində saxlanılma şəraitinin
dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi,
müalicə müəssisəsində saxlanma vaxtının
cəzaçəkmə müddətinə daxil edilməsi,
məhkumluğun vaxtından əvvəl götürülməsi
məsələlərinin həlli zamanı cəzanın
icrasına nəzarət edir.
19.3. Məhkəmə
cəzanı icra edən müəssisə və ya orqanın
fəaliyyəti ilə əlaqədar daxil olmuş
şikayətlərə baxaraq müvafiq qərar qəbul edir.
Maddə 20. Məhkumların islah edilməsində ictimai
təşkilatların iştirakı
20.1. İctimai təşkilatlar
məhkumların islah edilməsində iştirak edir və
cəzanı icra edən müəssisə və ya
orqanların fəaliyyətinə ictimai nəzarəti
həyata keçirirlər.
20.2. İctimai
təşkilatların məhkumların islah edilməsində
iştirakı və cəzanı icra edən
müəssisə və ya orqanların fəaliyyətinə
nəzarətin həyata keçirilməsi qaydaları normativ
hüquqi aktlarla müəyyənləşdirilir.
Maddə 21. Prokurorluğun cəzaların məqsədinə nail
olunmasında iştirakı
Prokurorluğun
məhkəmələr tərəfindən təyin edilmiş
cəzaların məqsədinə nail olunmasında
iştirakı hökmün və ya məhkəmənin
digər yekun qərarının icrası qaydasında
məsələlərə dair müraciətlərə
məhkəmə iclasında baxılarkən
cinayət-prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada həyata keçirilir.
Maddə 22. Cəzaçəkmə
müəssisələrinə baş çəkilməsi
22.1. Qanunvericilik hakimiyyəti
orqanı tərəfindən müvəkkil edilmiş
Azərbaycan Respublikası Milli Məclisinin deputatları,
müvafiq icra hakimiyyəti orqanlarının icraatında olan
cinayət işləri üzrə istintaq və digər
prosessual hərəkətləri aparan
təhqiqatçılar və ya müstəntiqlər,
təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi
həyata keçirən prokurorlar, habelə məhkəmə
nəzarəti funksiyalarını həyata keçirən
hakimlər öz vəzifələrini yerinə
yetirərkən, müəyyən müddətə
azadlıqdan məhrum etmə və ömürlük
azadlıqdan məhrum etmə növündə cəzanı
icra edən müəssisələrə baş
çəkə bilərlər.[30]
22.1-1.
Azərbaycan Respublikası İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup
üzvlərinin istənilən vaxt, maneəsiz və
əvvəlcədən xəbərdarlıq etmədən
cəzaçəkmə müəssisələrinə daxil
olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq
məlumatı verə biləcək istənilən digər
şəxslə təkbətək və ya zəruri
saydığı halda mütəxəssisin və ya
tərcüməçinin iştirakı ilə
görüşmək və söhbət etmək, onların
həmin yerlərdə saxlanılmasının qanuniliyini
təsdiq edən, eləcə də həmin
şəxslərlə rəftara və onların saxlanma
şəraitinə aid olan bütün
sənədlərlə tanış olmaq və
surətlərini almaq, akt tərtib etmək, həyata
keçirdikləri tədbirlərin gedişini və
nəticələrini protokollaşdırmaq,
cəzaçəkmə müəssisələrinin
rəhbərliyi tərəfindən təxirə salınmadan
qəbul edilmək, Azərbaycan Respublikası İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
isə həmçinin cəzaçəkmə
müəssisələrinə müvafiq tövsiyələr
vermək və həmin tövsiyələrə
müəyyən edilmiş müddətdə cavablar almaq
hüququ vardır.[31]
22.2. Media subyektlərinin nümayəndələri
və bu Məcəllədə göstərilən digər
şəxslərin müəyyən müddətə
azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzanı icra edən
müəssisələrə baş çəkmələri
yalnız müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş hallarda və
qaydada həyata keçirilə bilər.[32]
22.3. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzanı icra edən
müəssisələrə daxilolma qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
22.4. Cəzaçəkmə
müəssisələrində məhkumlarla kino, foto, video
çəkilişlərinin aparılması, onlardan
müsahibə almaq, həmçinin audio və video texniki
vasitələrindən istifadə edilməsi onların
razılığına əsasən həyata keçirilir.
22.5. Məhkumların
təhlükəsizliyini və mühafizəsini təmin
edən obyektlərin kino, foto və video
çəkilişləri müvafiq icra hakimiyyəti
orqanının icazəsi ilə həyata keçirilir.
Xüsusi
hissə
II bölmə
Məhkumun
cəmiyyətdən təcrid edİlməsi ilə
əlaqədar olmayan cəzaların icrası
IV fəsil
Cərimə
növündə cəzanın icrası
Maddə 23. Cərimə növündə cəzanın icrası
qaydası
23.1. Məhkum cəriməni
hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec
olmayaraq müvafiq bank hesabına köçürməklə
ödəməlidir. icra
məmuru cərimənin ödənilmədiyi halda
məhkumu, ondan cərimənin məcburi tutulacağı
barədə xəbərdar edir.
23.2. Məhkum cəriməni
üzrlü səbəbdən bir ay müddətində
ödəyə bilmədikdə, Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə uyğun olaraq, məhkəmə
məhkumun ərizəsinə əsasən cərimənin
ödənilməsinin altı ayadək müddətə
təxirə salınması və ya müddəti göstərilməklə onun
hissə-hissə ödənilməsi haqqında qərar
qəbul edə bilər.[33]
Maddə 24. Cərimənin məcburi qaydada tutulması
24.1. Məhkum cəriməni
müəyyən edilmiş müddətdə
ödəmədikdə cərimə növündə
cəzanın icrası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
hökmü çıxarmış məhkəmə
tərəfindən məcburi qaydada, yəni məhkumun
xüsusi mülkiyyətdə olan əmlakına və ya
ümumi mülkiyyətdə olan payına
yönəldilməklə həyata keçirilir.
24.2. Cərimənin tutulması
o halda məhkumun əmək haqqına və ya başqa
qazancına yönəldilir ki, onun əmlakı olmasın,
yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi
üçün kifayət etməsin.
Maddə 25. Cərimə növündə cəzanı icra
edən orqan
Əsas cəza kimi və ya
şərti məhkum etmə zamanı əlavə cəza
kimi cərimə növündə cəzanın icrası
məhkumun yaşadığı və ya işlədiyi yerin,
yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza
növlərinə əlavə cəza kimi təyin edilmiş
cərimənin icrası isə məhkumun əsas
cəzanı çəkdiyi yerin icra
məmuru tərəfindən həyata keçirilir.
Maddə 26. Cəriməni ödəməkdən boyun
qaçırmanın nəticələri
Məhkum ona edilən rəsmi
xəbərdarlıqdan sonra cəriməni
ödəməkdən boyun qaçırarsa və onun
xüsusi mülkiyyətdə əmlakı, ümumi
mülkiyyətdə payı və digər qazancı olmazsa
məhkəmə əsas cəza kimi təyin edilmiş bu
cəza növünü icra
məmurunun təqdimatına əsasən ictimai
işlər, islah işləri, azadlığın
məhdudlaşdırılması və ya müəyyən
müddətə azadlıqdan məhrum etmə cəzası
ilə əvəz edə bilər.[34]
Maddə 27. Cərimə növündə cəzanın
icrasının qurtarması
İcra
məmuru
cərimənin tam ödənilməsi haqqında hökmü
çıxarmış məhkəməyə məlumat
verir.
V fəsil
Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə növündə cəzanın icrası
Maddə 28. Müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə cəzanın
icrası qaydası
28.1. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə əsas cəza kimi və yaxud
müəyyən müddətə azadlıqdan məhrum
etmə ilə əlaqədar olmayan cəzaya əlavə
cəza kimi təyin edildikdə, habelə şərti
məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə
minmiş hökmün surətini cəzanın icra edilməsi
üçün məhkumun işlədiyi yerin
işəgötürəninə, habelə bu cəzanın
icrasına nəzarət edilməsi üçün icra məmuru göndərir.
28.2. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə müəyyən müddətə
azadlıqdan məhrum etmə növündə cəzaya
əlavə cəza kimi təyin edildikdə,
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti əsas cəza müddəti qurtardıqdan
sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından
əvvəl azad edildiyi və ya cəzanın
çəkilməmiş hissəsinin daha yüngül
cəza növü ilə əvəz edildiyi hallarda
hökmün surətini cəzanın icrası
üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir.
28.3. ləğv edilmişdir.[35]
28.4. Cəzanın icrası
müddətində məhkum müddətli həqiqi
hərbi xidmətə çağırılarsa və ya
hərbi xidmətə qəbul edilərsə, icra məmurunu hökmün
surətini cəzanın icrası üçün müvafiq
hərbi komissarlığa və ya məhkumun xidmət
yerinə göndərir.[36]
Maddə 29. Müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə cəzanın
icrası zamanı işəgötürənin
vəzifələri
29.1.
İşəgötürən hökmün surətini
aldığı gündən sonra üç gün
ərzində müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilmiş məhkumla əmək
müqaviləsinə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada xitam verir və məhkəmənin
hökmünə uyğun olaraq məhkumun əmək
kitabçasına onun hansı əsasla, hansı
müddətə və hansı vəzifəni tutma hüququndan
məhrum edilməsi və ya hansı fəaliyyət
növü ilə məşğul olma hüququndan məhrum
edilməsi barədə qeyd edir. Hökmü
çıxarmış məhkəməyə bu
barədə dərhal məlumat verilir.
29.2.
İşəgötürən hökmə zidd olmadıqda
məhkumun razılığı ilə ona başqa
vəzifə və ya başqa fəaliyyət növü
ilə məşğul olmaq imkanı yarada bilər.
29.3. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməyə məhkum olunmuş şəxs
əmək müqaviləsi bağlayarkən onun əmək
kitabçasında müvafiq qeyd olmadıqda işəgötürən
bu cəzanın icrasına nəzarət edən müvafiq icra məmurunun təqdimatı
ilə məhkəmənin hökmünə uyğun olaraq
həmin əmək kitabçasında onun hansı əsasla,
hansı müddətə və hansı vəzifəni tutma
hüququndan məhrum edilməsi və ya hansı
fəaliyyət növü ilə məşğul olma hüququndan
məhrum edilməsi barədə qeyd edir.
29.4. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə növündə cəza çəkmiş, yaxud
qanunla müəyyən edilmiş qaydada bu cəzadan azad
edilmiş şəxsə onun xahişi ilə əmək
kitabçası əvəzinə bu kitabçanın
cəza haqqında qeyd yazılmış dublikatı verilir.
Maddə 30. Müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə cəzanın
icrası zamanı cəzanı icra edən müəssisə
və ya orqanın vəzifələri
Müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə
növündə əlavə cəzaya məhkum olunmuş
şəxslər əsas cəzanı
çəkərkən, cəzanı icra edən
müəssisə və ya orqan bu şəxsləri
hökmdə qadağan edilmiş işlərə cəlb
edə bilməz.
Maddə 31. Müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə cəzanın
icrası zamanı məhkəmə icrasının
vəzifələri
31.0. Məhkumun
yaşadığı yerin icra
məmuru:
31.0.1. müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə barədə məhkəmənin
hökmünün tələblərinə məhkumun
riayət etməsinə nəzarət edir;
31.0.2. müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə barədə məhkəmənin
hökmündə nəzərdə tutulan
tələblərin işəgötürən
tərəfindən yerinə yetirilməsini yoxlayır.
Maddə 32. Müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə cəzanın
icrası müddətinin hesablanması
Müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə
növündə cəzanın icrası müddəti
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
46.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada
hesablanır.[37]
Maddə 33. Müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə cəzanın
icra edilməməsinin nəticələri
33.1. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməyə məhkum olunmuş şəxs
hökmdə görülməsi ona qadağan edilmiş
işə girdikdə, yaxud hökmlə ona qadağan
edilmiş fəaliyyətlə məşğul olduqda icra məmuru
işəgötürənə məlumat verərək,
məhkumun hökmlə qadağan edilmiş
fəaliyyətinə xitam verilməsi üçün
üç gün müddətində tədbir
görülməsini təklif edir və onu hökmün icra
edilməməsinin məsuliyyətə səbəb olması
barədə xəbərdar edir.
33.2. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilmiş məhkum cəzanın
çəkilməsindən qərəzli boyun
qaçırdıqda, habelə vəzifəli şəxs
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə növündə cəzanı qərəzli
icra etmədikdə onlar Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
VI fəsil
İctimai
işlər növündə cəzanın icrası
Maddə 34. İctimai işlər növündə cəzanın
icrası qaydası
34.1. İctimai işlər
növündə cəzanı məhkumun
yaşadığı ərazinin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə
cəzaya məhkum olunmuş şəxslərin cəlb
ediləcəyi işlərin növləri və belə
işlərin keçiriləcəyi yerlərin
müəyyənləşdirilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[38]
34.1-1. Müvafiq icra hakimiyyəti
orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai
işlərin həyata keçiriləcəyi yerlərin
siyahısını və həmin işlərin həyata
keçirilməsi üçün zəruri olan
şəxslərin sayı barədə məlumatı
növbəti ay başlayanadək müvafiq icra hakimiyyəti
orqanına göndərir.
34.1-2. İcra məmuru ictimai
işlər növündə cəzaya məhkum olunmuş
şəxsə ictimai işlərin həyata
keçiriləcəyi yerlərin siyahısındakı
iş yerlərindən birində işləmək
üçün göndəriş verir. İctimai
işlərin həyata keçiriləcəyi yerlərlə
bağlı hər hansı məlumat tələb edildikdə
icra məmuru müvafiq icra hakimiyyəti orqanına bu
barədə sorğu verir. Sorğuya beş gündən gec
olmayaraq cavab verilməlidir.[39]
34.2. İctimai işlər
növündə cəzaya məhkum olunmuş
şəxslər məhkəmənin qanuni qüvvəyə
minmiş hökmünün icrası haqqında
məhkəmənin hökmünün surətini və
müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı
gündən sonra on beş gün müddətində
cəzanın çəkilməsinə cəlb olunurlar.
34.3. icra məmuru məhkumların qeydiyyatını
aparır, onlara cəzanın icrasının qayda və
şərtlərini izah edir, müvafiq icra hakimiyyəti
orqanı ilə ictimai işlərin həyata
keçiriləcəyi yerlərin siyahısını
razılaşdırır, məhkumların
davranışına nəzarət edir, onların
işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq
şəxsin ictimai işləri yerinə yetirməli
olduğu vaxtlarda həmin işlərin
görüldüyü yerlərə baş
çəkməklə protokol tərtib edir, cəzanın bu
Məcəllə ilə müəyyən edilmiş qaydada
həyata keçirilməsi üçün digər
tədbirləri görür.[40]
Maddə 35. İctimai işlər növündə cəzanın
çəkilməsi və icrası şərtləri
35.1. Məhkumlar ictimai
işləri yerinə yetirdikləri yerin
müəssisədaxili intizam qaydalarına riayət etməli,
əməyə vicdanla yanaşmalı, onlar üçün
müəyyən olunmuş yerlərdə və hökmdə
müəyyən olunmuş müddətdə
işləməli, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada elektron nəzarət
vasitəsindən istifadə etməli, elektron nəzarət
vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə
gəzdirməli, həmin vasitənin işlək
vəziyyətdə saxlanılması üçün ona
xidmət etməli və
yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat
verməlidirlər.[41]
35.2. Əsas iş yerində
məhkuma növbəti məzuniyyətin verilməsi ictimai
işlər növündə cəzanın icrasını
dayandırmır.
35.3. İctimai işlər
növündə cəza çəkən məhkum və ya
onun qanuni nümayəndəsi qanunvericiliklə
müəyyən edilmiş qaydada cəzadan azad edilmə
haqqında məhkəməyə ərizə ilə
müraciət edə bilər.
Maddə 36. İctimai işlər növündə cəzanın
müddətinin hesablanması
36.1. İctimai işlər
növündə cəzanın müddəti saatla
hesablanır.
36.2. İctimai işlər
növündə cəzanın müddəti, bir qayda olaraq,
həftə ərzində on iki saatdan az olmayaraq
müəyyən edilir. İctimai işlər
növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab
edilməyən bayram günləri, ümumxalq hüzn
günü və məhkumun əsas işindən və ya
təhsilindən asudə vaxtlarında dörd saatdan, iş
günlərində isə iki saatdan, məhkumun
razılığı ilə isə dörd saatdan çox ola
bilməz. Bu cəza növünün icra müddəti on
beş yaşınadək məhkumlar üçün
gündə iki saatdan, on beş yaşından on altı
yaşınadək məhkumlar üçün isə
üç saatdan çox ola bilməz. Üzrlü
səbəblər olduqda icra
məmuru məhkuma həftə ərzində
müəyyən olunmuş vaxtdan az işləməyə
icazə verə bilər.[42]
Maddə 37. İctimai işlər növündə cəzanın
icrası zamanı işəgötürənin
vəzifələri
İşəgötürən ictimai
işlərin həyata keçirilməsi üçün
mövcud olan yerlər barədə müvafiq icra
hakimiyyəti orqanına düzgün və tam məlumat verir,
hər bir məhkum ictimai işlərin həyata keçiriləcəyi
yerdə ictimai işə təhkim edildikdə, məhkum
tərəfindən ictimai işlərin yerinə
yetirilməli olduğu vaxtların cədvəlini tərtib
edərək üç gündən gec olmayaraq icra
məmuruna göndərir, məhkumlar üçün
müəyyən edilmiş işin yerinə yetirilməsinə
nəzarət edir, onların işlədikləri saatların
uçotunu aparır və ictimai işlərin yerinə
yetirilməsindən boyun qaçırma halları
barədə dərhal icra məmuruna məlumat verir.[43]
Maddə 38. İctimai işlər növündə cəza
çəkən şəxslərin məsuliyyəti
38.1. Məhkum ictimai
işlər növündə cəzanın
çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət
daşıyacağı barədə rəsmi
xəbərdarlıq edir.
38.2. Məhkum ictimai
işlər növündə cəzanın
çəkilməsindən qərəzli boyun
qaçırdıqda, icra
məmuru Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə uyğun olaraq cəzanın azadlığın
məhdudlaşdırılması və ya müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəza ilə əvəz edilməsi
üçün məhkəməyə təqdimat verir.[44]
Maddə 39. İctimai işlər növündə cəzanın
çəkilməsindən qərəzli boyun qaçırma
39.0. İctimai işlər
növündə cəzanın çəkilməsindən
qərəzli boyun qaçıran məhkumlar
aşağıdakılar hesab olunurlar.
39.0.1. üzrsüz
səbəbdən ayda iki dəfədən çox ictimai
işə çıxmayanlar;
39.0.2. ayda iki dəfədən
çox cəzanın icrası yerlərində əmək
intizamını pozanlar;
39.0.2-1. elektron nəzarət
vasitəsini gəzdirməkdən imtina edənlər, onu
zədələyənlər və ya digər üsulla
yararsız vəziyyətə salanlar, yaxud həmin
vasitənin işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz səbəbdən ona xidmət
etməyənlər;[45]
39.0.3. cəzanı
çəkməmək məqsədilə
gizlənənlər.
VII fəsil
İslah işləri
növündə cəzanın icrası
Maddə 40. İslah işləri növündə cəzanın
icrası yeri
İslah işləri
növündə cəza məhkumun əsas iş yeri
üzrə çəkilir.
Maddə 41. İslah işləri növündə cəzanın
icrası qaydası
41.1. İslah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslər məhkum edilməzdən əvvəl
işlədikləri vəzifədə və ya işdə
qalırlar. Bu şəxslər başqa vəzifəyə
və ya işə yalnız əmək qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada və ümumi əsaslarla
keçirilə bilərlər.
41.2. Hökm
çıxarıldıqdan sonra ağır
xəstəliyə düçar olmuş məhkumlar və ya
onların qanuni nümayəndələri cəzanın bu
növünü daha yüngül cəza növü ilə
əvəz etmək haqqında məhkəməyə ərizə
ilə müraciət edə bilərlər. Həmin
müraciət məhkəmə tərəfindən həll
edilənədək göstərilən şəxslər
islah işlərini çəkməyə cəlb edilmirlər.
Maddə 42. İslah işləri növündə cəzanın
icrasının təşkili
42.1. İslah işləri
növündə cəza çəkən məhkumların
islah edilməsi onların ictimai-faydalı əməkdə
iştirakı əsasında həyata keçirilir.
Cəzanın çəkildiyi yer üzrə
işəgötürən məhkumun davranışına nəzarət
edir və onunla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir.
42.2. İslah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslər cəza çəkmək üçün
müəyyən edilmiş qaydaya riayət etməli, cəzanın
bu növünü icra edən icra
məmurunun çağırışına
gəlməlidirlər. Üzrlü səbəblər olmadan
bu tələbə əməl edilmədikdə, məhkum
məcburi gətirilə bilər. Məcburi gətirilmə
məhkəmənin qərarı ilə həyata
keçirilir.
Maddə 43. İslah işləri növündə cəzanın
icra edilməsi
43.1. İslah işləri
növündə cəzanın çəkilməsi hökm
qanuni qüvvəyə mindiyi gündən icraya
yönəldilir.
43.2. icra məmuru islah işləri növündə
cəzaya məhkum olunmuş şəxs barəsində
hökmün surətini və göstərişi aldıqdan
sonra üç gün müddətində hökmün
surətini və müəyyən edilmiş formada
bildirişi işəgötürənə göndərir.
Məhkum əvvəlki iş yerindən getdikdə və
heç yerdə işləmədikdə, icra məmuru məhkuma üç ay
müddətində işə girməyi təklif edir və
zəruri olduqda ona işə düzəlməkdə
kömək edir. Göstərilən müddətdə məhkum
üzrlü səbəblər olmadan işə
girmədikdə, onun barəsində bu Məcəllədə
nəzərdə tutulmuş tədbirlər tətbiq edilir.
43.3. İşsiz məhkum
özü işə düzəlməli və ya icra məmurunun iştirakı
ilə məşğulluq xidməti orqanında qeydiyyata
durmalıdır. Məhkum məşğulluq xidməti
orqanının ona təklif etdiyi işdən imtina edə
bilməz.
Maddə 44. İslah işləri növündə cəzanın
icrası şərtləri
44.1. İslah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslərin qazancından cəzanın icrası
müddəti ərzində məhkəmənin hökmü
ilə müəyyən edilmiş məbləğdə
və bu Məcəllədə nəzərdə tutulmuş
qaydada dövlət nəfinə pul tutulur.
44.2. İslah işləri
növündə cəzanın icrası müddəti
məhkumun ümumi iş stajına daxil edilir.
44.3. İslah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslər əmək qanunvericiliyi ilə
müəyyən edilmiş məzuniyyətlərdən
istifadə etmək hüququna malikdirlər.
Maddə 45. İslah işləri növündə cəzanın
icrası müddətinin hesablanması
45.1. İslah işləri
növündə cəzanın icrası müddəti
məhkumun işlədiyi və onun qazancından tutulmalar
aparıldığı aylar və günlərlə hesablanır.
45.2. Məhkumun işlədiyi
günlərin sayı məhkəmənin cəza
üçün müəyyən etdiyi təqvim ayına
düşən iş günlərinin sayına uyğun
olmalıdır. Məhkum göstərilən miqdarda iş
günlərini işləmədikdə və
işlənməmiş günlərin cəza müddətinə
hesablanması üçün bu Məcəllə ilə
müəyyən edilmiş əsaslar olmadıqda, islah
işləri növündə cəzanın icrası
nəzərdə tutulmuş miqdarda iş günlərinin
məhkum tərəfindən tamamilə
işlənməsinədək davam edir.
45.3. Məhkumun üzrlü
səbəblərə görə işləmədiyi və
qanuna uyğun olaraq onun əmək haqqı
saxlandığı vaxt cəzanın icrası müddətinə
hesablanır. Tibbi sənədlərlə təsdiq edilmiş
əmək qabiliyyətinin müvəqqəti itirildiyi vaxt,
habelə sosial məzuniyyətlərdə olma vaxtı bu
müddətə daxil edilir.
45.4. Kənd
təsərrüfatı müəssisələrində
məhkumların işlədikləri günlərin ümumi
sayı təsərrüfat üzrə işçilər
üçün müəyyən edilmiş illik minimumdan
və ya onun ayrı-ayrı dövrləri üzrə
minimumdan aşağı olmadıqda, obyektiv
səbəblərə görə onlara iş
verilməyən vaxt da cəzanın çəkilməsi
müddətinə hesablanır.
45.5. İslah işləri
növündə cəzanın icrası zamanı məhkuma
inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi
ilə əlaqədar qətimkan tədbiri kimi
seçilmiş həbsin müddəti islah işləri
növündə cəzanın icrası müddətinə
hesablanmır.
Maddə 46. İslah işləri növündə cəzaya
məhkum olunmuş şəxslərin qazancından tutulmalar
46.1. İslah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslərin qazancından tutulmalar bütün qazanc
məbləğindən, vergilər və digər
tədiyyələr daxil olmaqla, habelə icra
sənədlərindən asılı olmayaraq aparılır.
46.2. Qazancdan tutulmalar
əmək haqqı verilərkən hər işlənmiş
ay üçün, məhkum işdən çıxdıqda
isə ayın işlənmiş hissəsi üçün
aparılır. Əvəzçilik üzrə
işləyən şəxslərin iş yerlərindəki qazancından pul məbləği
tutulur.[46]
46.3. Qazancdan tutulmalar pensiyalardan
və müavinətdən, birdəfəlik verilən və
əmək haqqı sistemində nəzərdə tutulmayan
ödəmələrdən, ezamiyyətlərlə
əlaqədar xərclər üçün əvəz kimi
verilən məbləğlərdən və başqa
ödəmələrdən aparılmır.
46.4. Məhkumların
qazancından tutulmalara onların qazancının həm pul,
həm də natura hissəsi cəlb edilir. Qazancın
məhkumlardan tutulmuş natura hissəsi
işəgötürənin sərəncamında qalır,
onun dəyəri isə dövlətin nəfinə
keçirilir. Tutulmuş pul məbləği hər ay
əmək haqqı verilən gün dövlətin
nəfinə keçirilir.
46.5. Tutulmalar qazancın natura
hissəsi daxil olduqca təsərrüfat ilinin yekunlarına
görə haqq-hesab çəkilərkən aparılır.
46.6. İşə xitam
verilməklə məhkəmənin hökmü ləğv
olunduqda və ya dəyişdirildikdə məhkumun
qazancından tutulmuş məbləğlər tamamilə və
ya artıq tutulmuş məbləğlər ona
qaytarılır.
Maddə 47. İslah işləri növündə cəzanın
icrası yeri üzrə işəgötürənin
vəzifələri
47.0. İslah işləri
növündə cəzanın icrası yeri üzrə
işəgötürən:
47.0.1. məhkəmə
hökmünün məzmununu əmək kollektivinin
nəzərinə çatdırır;
47.0.2. iş yeri üzrə
məhkumların davranışına nəzarət edir və
onlarla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir;
47.0.3. məhkumların
əmək intizamına riayət etməsinə nəzarət
edir, onlara ixtisaslarının artırılmasında
kömək edir;
47.0.4. məhkum barəsində
həvəsləndirmə və tənbeh tədbirlərinin
tətbiq edilməsi və məhkumun cəza
çəkməkdən boyun qaçırması, başqa
işə keçməsi və ya işdən azad olması
haqqında əvvəlcədən icra məmuruna məlumat verir;
47.0.5. məhkumun qazancından
dövlət nəfinə tutulmaları düzgün və
vaxtında aparır və tutulmuş məbləğləri
müəyyən edilmiş qaydada dövlət nəfinə
keçirir;
47.0.6. islah işləri
növündə cəzanın icrası üçün bu
Məcəllədə nəzərdə tutulmuş
şərtləri yerinə yetirir.
Maddə 48. İslah işləri növündə cəzanı
icra edən icra məmurunun
vəzifələri
48.0. İslah işləri
növündə cəzanı icra edən icra məmuru:
48.0.1. islah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslərə zəruri hallarda işə
düzəlməkdə köməklik göstərir;
48.0.2. məhkumların
qazancından tutulmaların düzgün aparılmasına
və cəzanın icrası üçün bu
Məcəllədə müəyyən edilmiş
şərtlərə işəgötürən
tərəfindən riayət olunmasına nəzarət edir;
48.0.3. məhkumlarla
tərbiyə işini aparır;
48.0.4. məhkumlar
barəsində bu Məcəllədə nəzərdə
tutulmuş həvəsləndirmə və tənbeh
tədbirlərini tətbiq edir;
48.0.5. məhkum olunmuş
şəxslərin fərdi qeydiyyatını aparır;
48.0.6. yeri məlum olmayan
məhkumların müəyyən olunmuş qaydada
axtarışını təşkil edir.
Maddə 49. İslah işləri növündə cəzaya
məhkum olunmuş şəxslər barəsində
işəgötürənin tətbiq etdiyi
mükafatlandırma və intizam tənbehi tədbirləri
İslah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslər barəsində işəgötürən
tərəfindən əmək qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada mükafatlandırma və
intizam tənbehi tədbirləri tətbiq edilir.
Maddə 50. İslah işləri növündə cəzaya
məhkum olunmuş şəxslər barəsində icra məmurları
tərəfindən tətbiq edilən
həvəsləndirmə tədbirləri
Nümunəvi
davranışına görə məhkuma icra məmuru tərəfindən
təşəkkür elan edilə və ya əvvəllər
verilmiş tənbeh götürülə bilər.
Maddə 51. İslah işləri növündə cəzaya
məhkum olunmuş şəxslər barəsində icra məmurları
tərəfindən tətbiq edilən tənbeh
tədbirləri
51.1. İslah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslər cəzanın icrası qaydalarını
pozduqda, icra məmuru
məhkuma xəbərdarlıq və ya töhmət
növündə tənbeh verə bilər.
51.2. Tənbeh verilməzdən
əvvəl məhkumdan yazılı izahat alınır.
Xətanın aşkara çıxarıldığı
gündən bir ay keçdikdən sonra məhkuma tənbeh
verilə bilməz. Məhkum ona verilmiş tənbehdən
yuxarı vəzifəli şəxsə şikayət edə
bilər.
51.3. İslah işləri
növündə cəzaya məhkum olunmuş
şəxslər cəzanı çəkməkdən boyun
qaçırdıqda, icra
məmuru onlara rəsmi xəbərdarlıq edir.
51.4. İslah işləri növündə
cəzaya məhkum olunmuş şəxslər rəsmi
xəbərdarlıqdan sonra cəzanı
çəkməkdən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan
Respublikası Cinayət Məcəlləsinə uyğun
olaraq islah işlərinin çəkilməmiş
hissəsinin azadlığın
məhdudlaşdırılması və ya
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz
edilməsi haqqında məhkəməyə təqdimat verir.[47]
VII-I
fəsil[48]
Azadlığın
məhdudlaşdırılması növündə
cəzanın icrası
Maddə 51-1. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın icrasına
başlanılması qaydası
51-1.1. Azadlığın
məhdudlaşdırılması növündə
cəzanın icrasını həyata keçirən icra
məmuru məhkəmənin qanuni qüvvəyə minmiş
hökmünün surətini və həmin hökmün icrası
barədə göstərişi aldığı vaxtdan 3
gün müddətində azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan
keçməsinə dair yazılı bildiriş
göndərir.
51-1.2. Məhkum bu Məcəllənin
51-1.1-ci maddəsində nəzərdə tutulmuş
göstərişi aldıqdan sonra 3 gün
müddətində cəzanın icrasına nəzarət edən
orqana gəlməlidir. Üzrsüz səbəblərdən
gəlməyən məhkumlar probasiya qurumunun rəhbəri tərəfindən
təsdiq olunmuş icra məmurunun qərarı ilə
məcburi gətirilir. Həmin qərar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən icra edilir.[49]
51-1.3. İcra məmuru məhkumu
qeydiyyata alır, ona məhkəmə hökmünün
tələblərini, cəzanın icrası qaydalarını,
həmin qaydaların pozulmasının hüquqi
nəticələrini, o cümlədən üzərində
elektron nəzarət vasitəsi daşımalı olduğunu,
həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət
qaydalarını, habelə hər hansı müdaxilənin
və ya cihazın üzərindən çıxarılmasının
yol verilməzliyini izah edir, elektron nəzarət vasitəsini
məhkumun üzərinə bağlayır və bu
barədə protokol tərtib edir.
Maddə 51-2. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın icrası müddətinin
hesablanması
51-2.1. Azadlığın
məhdudlaşdırılması növündə
cəzanın icrası müddəti məhkumun cəzanı
icra edən orqanda qeydiyyata alındığı vaxtdan
hesablanır.
51-2.2. Azadlığın
məhdudlaşdırılması növündə
cəzanın icrası zamanı məhkuma inzibati tənbeh
kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar
qətimkan tədbiri kimi seçilmiş həbsin
müddəti həmin cəzanın icrası
müddətinə hesablanmır.
Maddə 51-3. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın çəkilməsi
qaydası
51-3.1. Azadlığın
məhdudlaşdırılması növündə cəza
məhkumun yaşayış yeri üzrə çəkilir.
51-3.2. Məhkum edilmiş şəxs
məhkəmənin hökmündə müəyyən
edilmiş vəzifələri yerinə yetirməli və icra
məmurunun tələbi ilə cəzanın
çəkilməsi məsələləri ilə
bağlı yazılı izahat verməlidir. Məhkumun
cəzanın icrası qaydalarına və
şərtlərinə riayət etməsinə nəzarət
etmək məqsədi ilə icra məmuru (gecə vaxtı
istisna olmaqla) onun yaşayış yerinə daxil olmaq və
müəyyən edilmiş vəzifələrə
əməl edilməsini yerində yoxlamaq hüququna malikdir. Bu
halda müvafiq protokol tərtib edilir.
51-3.3. Məhkum edilmiş şəxsin
müəyyən vaxtlarda yaşayış yerini və ya
məhkəmənin müəyyən etdiyi ərazi
hüdudlarını (yalnız Azərbaycan
Respublikasının ərazisi hüdudlarında) müvəqqəti
tərk etməsinə icazə icra məmuru
tərəfindən aşağıdakı müstəsna
hallarda verilir:
51-3.3.1. yaxın qohumların
ölümü və ya həyatı üçün
təhlükə yaradan ağır xəstəliyi (yeddi
gün müddətinə qədər);
51-3.3.2. təbii fəlakət və
digər fövqəladə hadisə ilə bağlı
şəxsin yaşayış yerində müəyyən
müddət qalmasının mümkün olmaması;
51-3.3.3. yaxın qohumların nikaha daxil
olması (iki gün müddətinə qədər);
51-3.3.4. şəxsə tibbi yardım
göstərilməsi zərurətinin yaranması
(yaşayış yerində və ya məhkəmənin
müəyyən etdiyi ərazi hüdudları daxilindəki
tibb müəssisəsində tələb olunan tibbi
yardımın göstərilməsi mümkün
olmadıqda);
51-3.3.5. istirahət və bayram
günlərində, həvəsləndirmə tədbiri
qismində.
51-3.4. Tibbi göstəricilərə
görə məhkum yaşayış məntəqəsinin
ərazisindən kənar tibb müəssisəsinə yeddi
gündən çox stasionar müalicəyə
yerləşdirildikdə, (yaşayış
məntəqəsinin ərazisində yerləşən tibb
müəssisələrində bu mümkün olmadıqda)
onun üçün müəyyən edilmiş
məhdudiyyətlər qüvvəsində qalmaqla
cəzanın icrası yeri müvafiq tibb müəssisəsi
hesab edilir.
51-3.5. Məhkumun yaşayış yerini
və ya məhkəmənin müəyyən etdiyi ərazi
hüdudlarını müvəqqəti tərk etməsi
ilə bağlı müraciətinə
təxirəsalınmadan baxılır və bu
Məcəllənin 51-3.3-cü maddəsinə uyğun olaraq
əsaslandırılmış qərar qəbul edilir.
Məhkuma yaşayış yerini və ya məhkəmənin
müəyyən etdiyi ərazi hüdudlarını
müvəqqəti tərk etmək üçün icazə
verilmiş vaxt cəzanın icrası müddətinə
hesablanır.
51-3.6. İcra məmuru
azadlığın məhdudlaşdırılması
növündə cəza çəkən məhkumun
yaşayış yerini (yalnız Azərbaycan
Respublikasının ərazisi hüdudlarında)
dəyişdirməsinə dair ərizəsi əsasında bu
barədə məhkumun yaşayış yeri üzrə
məhkəməyə təqdimat verir. Məhkəmə
aşağıdakı müstəsna hallarda məhkumun
yaşayış yerini dəyişməsinə icazə
verilməsi barədə qərar qəbul edir:
51-3.6.1. məhkumun ailə
vəziyyəti dəyişdikdə;
51-3.6.2. məhkum digər
yaşayış sahəsi üzərində mülkiyyət
hüququ əldə etdikdə;
51-3.6.3. şəxsin xəstəliyi
ilə bağlı ona yaşayış məntəqəsinin
ərazisindən kənar tibb müəssisəsində
uzunmüddətli tibbi yardım göstərilməsi
zərurəti yarandıqda (yaşayış yerində və
ya məhkəmənin müəyyən etdiyi ərazi
hüdudları daxilindəki tibb müəssisəsində
tələb olunan tibbi yardımın göstərilməsi
mümkün olmadıqda).
Maddə 51-4. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın icrası zamanı icra
məmurunun vəzifələri
51-4.0. Azadlığın
məhdudlaşdırılması növündə
cəzanı icra edən icra məmuru:
51-4.0.1. məhkumun qeydiyyatını
aparır;
51-4.0.2. məhkumun bu Məcəllə
ilə müəyyən edilmiş cəzanın icrası
qaydalarına və şərtlərinə riayət
etməsinə nəzarət edir;
51-4.0.3. məhkumla tərbiyə
işini aparır;
51-4.0.4. məhkum barəsində bu
Məcəllədə nəzərdə tutulmuş
həvəsləndirmə və tənbeh tədbirlərini
tətbiq edir;
51-4.0.5. olduğu yer məlum olmayan
məhkumun axtarışını təşkil edir;
51-4.0.6. cəzanın icrasından
irəli gələn digər vəzifələri yerinə
yetirir.
Maddə 51-5. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş şəxslə
tərbiyə işi
51-5.1. İcra məmuru
azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslə tərbiyə işini onunla əməyə
və təhsilə vicdanlı münasibət
göstərilməsinə, cəmiyyətdə qəbul
edilmiş davranış qaydalarına riayət
edilməsinə yönəlmiş fərdi
söhbətlər aparmaqla həyata keçirir. Bu zaman
məhkumun fərdi xüsusiyyətləri, xarakteri və
törədilən cinayətin səbəbləri
nəzərə alınır.
51-5.2. Məhkumların tərbiyə
xarakterli tədbirlərdə fəal iştirakı
həvəsləndirilir və onların islah edilməsi
müəyyən olunarkən nəzərə alınır.
Maddə 51-6. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş şəxs
barəsində tətbiq edilən həvəsləndirmə
tədbirləri
51-6.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxsə cəzanın icrası
qaydalarını nümunəvi yerinə yetirdiyinə
görə icra məmuru tərəfindən təşəkkür
elan edilə, əvvəllər verilmiş tənbeh
götürülə, istirahət və bayram günlərini
müəyyən edilmiş ərazi hüdudlarından
kənarda keçirməyə icazə verilə bilər.
51-6.2. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxsə tətbiq edilmiş
həvəsləndirmə və tənbeh tədbirləri,
habelə tərbiyə xarakterli tədbirlərdə fəal
iştirakı məhkumun islah edilməsi
müəyyənləşdirilərkən nəzərə
alınır.
Maddə 51-7. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın icrası qaydasının
pozulmasının nəticələri
51-7.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum edilmiş şəxs cəzanın
çəkilməsi qaydalarını pozduqda və ya onun
üzərinə qoyulmuş vəzifələri yerinə
yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona
töhmət növündə tənbeh verir. Tənbeh
tədbiri yazılı şəkildə
əsaslandırılmış qərarla verilir.
51-7.2. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum edilmiş şəxsin aşağıdakı
əməlləri törətməsi, onun üzərinə
qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun
qaçırma hesab edilir:
51-7.2.1. icra məmurunun cəzanın
çəkilməsi üçün gəlib qeydiyyatdan
keçməsinə dair yazılı bildirişini aldıqdan
sonra 3 gün müddətində üzrlü
səbəblər olmadan cəzanın icrasına
nəzarət edən orqana gəlməməsi;
51-7.2.2. üzrlü səbəb olmadan
məhkəmə tərəfindən müəyyən
edilmiş vəzifələri yerinə yetirməməsi;
51-7.2.3. cəzanın
çəkilməsi məsələləri ilə
bağlı yazılı izahat vermək üçün icra
məmurunun çağırışı ilə
gəlməməsi;
51-7.2.4. barəsində inzibati həbs
növündə tənbeh tədbirinin tətbiq edilməsi.
51-7.3. Tənbeh tətbiq
edilməzdən əvvəl məhkumdan yazılı izahat
alınır. Xətanın müəyyən edildiyi
gündən bir ay keçdikdən sonra məhkum barəsində
tənbeh tədbiri tətbiq edilə bilməz. Məhkum
tətbiq edilmiş tənbeh tədbirindən yuxarı
vəzifəli şəxsə və ya
məhkəməyə şikayət edə bilər.
51-7.4. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum edilmiş şəxs onun üzərinə
qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi
və ya qərəzli olaraq boyun qaçırdıqda icra
məmuru cəzanın çəkilməmiş hissəsinin
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz
edilməsi üçün məhkəməyə təqdimat
verir.
51-7.5. Üzərinə qoyulmuş
vəzifələri yerinə yetirməkdən boyun
qaçırdığına görə töhmət
almış məhkumun il ərzində daha iki dəfə bu
Məcəllənin 51-7.2-ci maddəsində nəzərdə
tutulmuş əməlləri törətməsi
vəzifələri mütəmadi yerinə yetirməmə
hesab edilir.
51-7.6. Aşağıdakı
əməllər azadlığın
məhdudlaşdırılması növündə
cəzanın icrasından qərəzli boyun qaçırma
hesab edilir:
51-7.6.1. məhkumun müəyyən
edilmiş ərazi hüdudlarını icazəsiz tərk
etməsi
51-7.6.2. məhkumun elektron nəzarət
vasitəsini gəzdirməkdən imtina etməsi, onu
zədələməsi və ya digər üsulla yararsız
vəziyyətə salması, yaxud həmin vasitənin
işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz səbəbdən ona xidmət
etməməsi;[50]
51-7.6.3. məhkumun yaşayış
yerini bu Məcəllənin 51-3.3 və ya 51-3.6-cı
maddələrində nəzərdə tutulmuş icazə
olmadan 10 gündən artıq müddətdə tərk
etməsi.
VIII fəsil[51]
Azadlığın
məhdudlaşdırılması növündə
cəzanın İcrası
Maddə 52. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın icrası yeri
52.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslər cəzanı bir qayda
olaraq yaşayış yerinə yaxın ərazidə
yerləşən xüsusi müəssisələrdə
çəkirlər.
52.2. Cəzaları
azadlığın məhdudlaşdırılması cəza
növü ilə əvəz edilmiş məhkumlar
cəzanı çəkmək üçün digər
xüsusi müəssisələrə göndərilə
bilərlər.
52.3. Azadlığın
məhdudlaşdırılması növündə
cəzanı icra edən xüsusi müəssisənin
müdiriyyəti cəza çəkmək üçün
göndərilən şəxslərin əmək və
məişət təminatına köməklik
göstərməlidirlər.
Maddə 53. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslərin cəzanın icrası yerlərinə
göndərilməsi
53.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş və ya cəzaları bu cəza
növü ilə əvəz edilmiş şəxslər
cəzanın icrası yerlərinə müstəqil
gedirlər. Cəzaçəkmə müəssisəsinin
müdiriyyəti və ya icra
məmuru məhkəmənin hökm və ya
qərardadına əsasən məhkuma cəzanın
icrası yerinə getmək haqqında göstəriş
təqdim edir. Göstərişi alan məhkum
göstərişdə müəyyən edilən vaxtda
cəzanın icrası yerinə gəlməlidir.
53.2. Məhkum cəzanın
icrası yerinə getmək haqqında göstərişi
almaqdan və ya cəzanın icrası yerinə
getməkdən, habelə digər formada cəzanın çəkilməsindən
boyun qaçırarsa, bu halda məhkum məhkəmənin
qərarı ilə polis orqanları tərəfindən yeddi
gün müddətinə tutulur.
53.3. Tutulduqdan sonra məhkum,
müəyyən müddətə azadlıqdan məhrum
etməyə məhkum olunan şəxslər
üçün müəyyən edilmiş qaydada
cəzanın icrası yerinə göndərilir və onun
cəza çəkməkdən qərəzli boyun
qaçırması müəyyən edildikdə,
azadlığın məhdudlaşdırılması
növündə cəzanın müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəza ilə əvəz edilməsi
üçün məhkəməyə təqdimat verilir.
53.4. Xüsusi
müəssisənin müdiriyyəti tərəfindən
məhkum qeydiyyata alındıqdan sonra ona beş gün
müddətədək ailəsi ilə
görüşmək üçün icazə verilə
bilər.
53.5. Ailəsi ilə
görüşməyə icazə verilmiş məhkum
müəyyən olunmuş vaxtda xüsusi
müəssisəyə qayıtmadıqda məhkəmənin
qərarı ilə polis orqanı tərəfindən tutulur.
Maddə 54. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın icrası müddətinin
hesablanması
54.1. Azadlığın
məhdudlaşdırılması növündə
cəzanın icrası müddəti məhkumun xüsusi
müəssisədə qeydiyyata alındığı vaxtdan
hesablanır.
54.2. Hökm qanuni
qüvvəyə minənədək məhkumun qətimkan
tədbiri kimi həbsdə saxlandığı müddət
həbsin bir günü azadlığın
məhdudlaşdırılması növündə
cəzanın iki gününə
bərabərləşdirilməklə hesablanır.
54.3. Məhkumun bir gündən
artıq üzrsüz səbəbdən xüsusi
müəssisəyə gəlməməsi vaxtı cəza
müddətinə hesablanmır.
Maddə 55. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın icrası qaydası
55.1. Cəzanı icra edən
orqanların təqdimatı ilə müvafiq icra hakimiyyəti
orqanları xüsusi müəssisədə cəza
çəkən məhkumların hərəkət edəcəyi
ərazi sərhədini müəyyən edir.
55.2. Azadlığın
məhdudlaşdırılması növündə cəza
çəkən şəxslər nəzarət altında
olur və onlar:
55.2.1. normativ hüquqi
aktların tələblərini yerinə yetirməli;
55.2.2. müdiriyyətin
icazəsi olmadan xüsusi müəssisənin ərazisini
tərk etməməli;
55.2.3. onlar üçün
nəzərdə tutulmuş yataqxananın
kommunal-məişət xərclərini ödəməli
və xüsusi müəssisənin müdiriyyətinin
icazəsi olmadan oranı tərk etməməli;
55.2.4. xüsusi
müəssisədə abadlaşdırma işlərində
iş vaxtından əlavə, həftədə iki saatdan
artıq olmayaraq növbə ilə ödənişsiz
iştirak etməli;
55.2.5. müəyyən
edilmiş nümunədə şəxsiyyəti təsdiq
edən sənəd daşımalıdırlar.
55.3. Məhkumlar, onların
saxlandığı yerlər və əşyaları
yoxlanıla bilər.
55.4. Xüsusi
müəssisədə Daxili İntizam Qaydaları ilə
qadağan edilmiş əşya və malların məhkumlar
tərəfindən alınmasına, saxlanılmasına
və istifadəsinə yol verilmir. Belə əşya və
mallar məhkumlarda aşkar olunarsa, onlar xüsusi
müəssisənin müdiriyyətinin qərarı ilə
götürülüb ya məhv edilir, ya da məhkumlar
cəza çəkməkdən azad olunanadək saxlanılmaq
üçün anbara təhvil verilir.
55.5. Xüsusi
müəssisənin Daxili İntizam Qaydalarını pozmayan
ailəli məhkumlara xüsusi müəssisənin
müdiriyyətinin qərarı ilə ailəsi ilə icarəyə
götürülmüş və ya şəxsi
yaşayış sahəsində yaşamağa icazə
verilir. Belə məhkumların hər ay bir dəfədən
dörd dəfəyə qədər xüsusi
müəssisədə qeydiyyatdan keçməsi xüsusi
müəssisənin müdiriyyətinin qərarı ilə
müəyyən edilir.
55.6. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslərə cəzanın
icrası yeri üzrə inzibati ərazidə
yerləşən ali, orta ixtisas təhsil müəssisələrində
qiyabi təhsil almağa icazə verilir.[52]
55.7. Məhkumlara tibbi yardım
xüsusi müəssisənin yerləşdiyi və ya bu
əraziyə daha yaxın yerləşən səhiyyə
müəssisələrində göstərilir.
Maddə 56. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslərin əməyi
56.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslər xüsusi
müəssisənin yerləşdiyi inzibati ərazi hüdudlarında
işləyə bilərlər.[53]
56.2. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslərin əməyi
əmək qanunvericiliyi ilə tənzimlənir.
Maddə 57. Xüsusi müəssisənin müdiriyyətinin
vəzifələri
57.1. Xüsusi
müəssisənin müdiriyyəti:
57.1.1. məhkumların
qeydiyyatını aparır;
57.1.2. cəzanın
icrasının qayda və şərtlərini məhkumlara
izah edir;
57.1.3. məhkumların
məişət təminatını təşkil edir;
57.1.4. cəzanın
icrasının qayda və şərtlərinə riayət
edilməsinə nəzarət edir;
57.1.5. məhkumlarla tərbiyəvi
iş aparır;
57.1.6. bu Məcəllə
ilə müəyyən edilən həvəsləndirmə
və tənbeh tədbirləri tətbiq edir;
57.1.7. məhkumun cəza
çəkməkdən azad edilməsi ilə əlaqədar
hazırlıq işi aparır.
57.2. Göstərilmiş
vəzifələrin yerinə yetirilməsi qaydası bu
Məcəllə, habelə digər normativ hüquqi aktlarla
müəyyən edilir.
Maddə 58. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslərin işlədikləri yer üzrə
işəgötürənin vəzifələri
58.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslərin işlədikləri
yer üzrə işəgötürən məhkumların
əməyini əmək qanunvericiliyinə uyğun
təşkil edir və onların islah edilməsində
iştirak edir.
58.2. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslərin işlədikləri
yer üzrə işəgötürən onları işdən
azad etdikdə bu barədə xüsusi müəssisənin
müdiriyyətinə məlumat verməlidir.
Maddə 59. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslərlə tərbiyə işi
59.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslərlə xüsusi
müəssisənin müdiriyyəti, ictimaiyyət və
məhkumların işlədiyi yer üzrə işəgötürən
tərəfindən tərbiyə işi aparılır.
59.2. Məhkumların
tərbiyə xarakterli tədbirlərdə fəal
iştirakı həvəsləndirilir və onların islah
edilməsi müəyyən olunarkən nəzərə
alınır.
Maddə 60. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslər barəsində tətbiq edilən
həvəsləndirmə tədbirləri
60.0. Nümunəvi
davranışa və əməyə vicdanlı
münasibətə görə xüsusi müəssisənin
müdiriyyəti azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslərə
aşağıdakı həvəsləndirmə
tədbirləri tətbiq edə bilər:
60.0.1. təşəkkür
elan etmək;
60.0.2. verilmiş tənbehi
vaxtından əvvəl götürmək;
60.0.3. bayram və istirahət
günlərinin xüsusi müəssisənin ərazisinin
sərhədlərindən kənarda keçirilməsinə
icazə vermək;
60.0.4. iş yeri üzrə
əsas məzuniyyəti xüsusi müəssisənin
ərazisinin sərhədlərindən kənarda
keçirilməsinə icazə vermək.
Maddə 61. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslər barəsində tətbiq edilən tənbeh
tədbirləri
61.0. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslər cəzanın icrası
qaydalarını pozduqda, xüsusi müəssisənin
müdiriyyəti onlar barəsində aşağıdakı
tənbeh tədbirləri tətbiq edə bilər:
61.0.1. xəbərdarlıq;
61.0.2. töhmət;
61.0.3. müəyyən
olunmuş vaxtlarda yataqxanadan kənara çıxmağa bir
ayadək müddətə qadağan qoymaq;
61.0.4. beş günədək
müddətə intizam təcridxanasına salmaq.
Maddə 62. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslər barəsində həvəsləndirmə
və tənbeh tədbirlərinin tətbiq edilməsi
qaydaları
62.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslər barəsində
həvəsləndirmə və tənbeh tədbirləri yazılı
şəkildə verilir.
62.2. Tənbeh tədbirləri
tətbiq edilərkən, xətanın törədilmə
şəraiti, məhkumun şəxsiyyəti və onun
xəta törədənədək davranışı
nəzərə alınır. Tənbeh məhkumun
törətdiyi xətanın ağırlığına
və xüsusiyyətinə uyğun olmalıdır.
Tənbeh tədbiri xətanın aşkar olunduğu vaxtdan on
gün ərzində tətbiq edilir. Əgər həmin
xəta ilə əlaqədar yoxlama aparılarsa, onun başa
çatdığı gündən, lakin xətanın
törədildiyi vaxtdan bir aydan gec olmayaraq müddətə
tətbiq edilir. Tənbehin icrası bir qayda olaraq dərhal,
müstəsna hallarda isə, onun tətbiq edildiyi
gündən bir aydan gec olmayaraq həyata keçirilir. Eyni
zamanda törədilmiş bir neçə xəta
üçün bir tənbeh tədbiri tətbiq edilir.
62.3. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslər barəsində
həvəsləndirmə və tənbeh tədbirlərini
tətbiq etmək hüququna xüsusi müəssisənin
müdiriyyəti malikdir.
Maddə 63. Azadlığın məhdudlaşdırılması
növündə cəzanın icrasından qərəzli
boyun qaçırma
63.0. Azadlığın
məhdudlaşdırılması növündə
cəzanın icrasından qərəzli boyun qaçırma
aşağıdakı hallar hesab olunur:
63.0.1. məhkumun üzrsüz
səbəbdən xüsusi müəssisəyə
vaxtında gəlməməsi və ya qayıtmaması;
63.0.2. məhkumun xüsusi
müəssisənin ərazisini icazəsiz tərk etməsi.
Maddə 64. Azadlığın məhdudlaşdırılması
növündə cəzaya məhkum olunmuş
şəxslər üzərində nəzarət
64.1. Azadlığın
məhdudlaşdırılması növündə cəzaya
məhkum olunmuş şəxslər üzərində
nəzarət xüsusi müəssisənin müdiriyyəti
tərəfindən həyata keçirilir. Nəzarətin
həyata keçirilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi
aktlarla müəyyən edilir.
64.2. İctimai qaydanın
pozulmasının qarşısının alınması
məqsədi ilə barəsində tənbeh
tədbirlərinin tətbiqi haqqında məsələnin
həllinə qədər məhkum iyirmi dörd saatdan
çox olmayan müddətə intizam təcridxanasına
salına bilər.
III bölmə
Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaların İcrası
IX fəsil
Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaların icrasının ümumi
müddəaları
Maddə 65. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzaların icrası
yeri
65.1. Müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər cəzalarını bir qayda olaraq
yaşayış yerinə yaxın ərazidə
yerləşən cəzaçəkmə
müəssisələrində çəkirlər.
Sağlamlıq vəziyyətinə görə, şəxsi
təhlükəsizliyini təmin etmək məqsədi
ilə və digər müstəsna hallara görə
məhkum cəzasını çəkmək üçün
başqa ərazidə yerləşən cəzaçəkmə
müəssisələrinə göndərilə bilər.
65.2. Cinayətlərin xüsusi
təhlükəli residivinə görə, ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
və ya cəzalarının bir hissəsini həbsxanada
çəkməyə məhkum olunanlar, həmçinin
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər cəzalarını
çəkmək üçün yaşadıqları
yerdən asılı olmayaraq, müvafiq
cəzaçəkmə müəssisələrinə
göndərilirlər.
Maddə 66. Cəzaçəkmə müəssisələrinin
növləri
66.1. Cəzaçəkmə
müəssisələri yetkinlik yaşına çatmayan
şəxslər üçün tərbiyə
müəssisələrindən, yetkinlik yaşına
çatmış şəxslər üçün
müxtəlif rejimli cəzaçəkmə
müəssisələrindən, həbsxanalardan və
azadlıqdan məhrum edilmiş şəxslər
üçün nəzərdə tutulmuş müalicə
müəssisələrindən ibarətdir. İstintaq
təcridxanaları penitensiar
müəssisə olmaqla təsərrüfat və məişət
xidməti işlərinə görə bu
müəssisədə saxlanılan məhkumlar
üçün cəzaçəkmə
müəssisələrinin vəzifələrini yerinə
yetirirlər.[54]
66.2. Cəzaçəkmə
müəssisələri məntəqə tipli, ümumi,
ciddi, xüsusi rejimli cəzaçəkmə
müəssisələrinə, tərbiyə
müəssisələri isə ümumi və möhkəm
rejimli müəssisələrə bölünürlər.
66.3. Müalicə
müəssisələrində stasionar şəraitdə müayinə və
müalicəyə ehtiyacı olan məhkumlar cəza
çəkirlər.[55]
Maddə 67. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş şəxslərin cəzanın icrası yerinə
göndərilməsi
67.1. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər istintaq təcridxanasının
müdiriyyəti tərəfindən hökmün surətini
və onun icrası barədə məhkəmənin
göstərişi alındığı vaxtdan on
gündən gec olmayaraq cəzalarını
çəkmək üçün cəzaçəkmə
müəssisələrinə göndərilirlər.
Məhkum bu müddət ərzində yaxın qohumları
ilə bir qısamüddətli görüş hüququna
malikdir.
67.2. Cəzaçəkmə
müəssisəsindən keçirilmiş məhkumlar
istisna olmaqla cəzanın icrası müddəti məhkumun
məntəqə tipli cəzaçəkmə müəssisəsində
qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun
qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı,
cəzaçəkmə müəssisələrindən
gətirilmə vaxtı cəzanın icrası
müddətinə hesablanır. Məhkumun bir gündən
artıq icazəsiz məntəqə tipli
cəzaçəkmə müəssisəsinin
ərazisində olmaması cəzanın icrası
müddətinə hesablanmır.
Maddə 68. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş şəxslərin cəzanın icrası yerinə
göndərilməsi qaydaları
68.1. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər cəzanın icrası yerlərinə
və bir cəzaçəkmə müəssisəsindən
digərinə müşayiətlə göndərilirlər.
Məntəqə tipli
cəzaçəkmə müəssisəsinə
göndərilən və hökm qüvvəyə mindiyi
zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim
etdiyi müvafiq göstərişə əsasən
müəyyən edilən vaxtda məntəqə tipli
cəzaçəkmə müəssisəsinə
şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın
icrası yerinə gəlmədikdə cəzanı icra
edən müəssisənin və ya orqanın vəsatəti
və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmə onun
tutulması barədə qərar qəbul edə bilər.[56]
68.2. Məhkumların
müşayiətlə göndərilməsi ayrılıqda
saxlanma qaydalarına riayət olunmaqla həyata keçirilir.
Kişilər qadınlardan, yetkinlik yaşına çatmayanlar
yetkinlik yaşına çatanlardan, eyni cinayət işi
üzrə məhkum olunmuşlar ayrılıqda, vərəm
xəstəliyinə tutulmuş (vərəm
çöpləri ifraz edənlər), zöhrəvi
xəstəlikdən müalicə kursunu tam
keçməmiş şəxslər və psixi
xəstələr bir-birindən ayrı-ayrılıqda və
sağlam məhkumlardan təcrid olunmaqla tibb
işçilərinin müşayiəti ilə
göndərilirlər.
Maddə 69. Məhkumların təsərrüfat və
məişət xidməti işi üçün istintaq
təcridxanasında, müalicə müəssisəsində
və ya həbsxanada saxlanması
69.1. İlk dəfə beş
ildən artıq olmayan müddətə azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş və cəzasını ümumi rejimli
cəzaçəkmə müəssisələrində çəkən
şəxslər müstəsna hallarda onların
razılığı ilə təsərrüfat və
məişət xidməti işi üçün istintaq
təcridxanasında, müalicə müəssisəsində
və ya həbsxanada saxlanıla bilərlər. Əvvəllər məhkum
edilmiş və yenidən yeddi ildən artıq olmayan
müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər müstəsna hallarda onların
razılığı ilə təsərrüfat və
məişət xidməti işi üçün
müalicə müəssisələrində saxlanıla
bilərlər.[57]
69.2. Məhkumun
təsərrüfat və məişət xidməti işi
üçün saxlanması istintaq təcridxanası,
müalicə müəssisəsi və ya həbsxana
müdiriyyətinin qərarı ilə həyata
keçirilir.
69.3. Təsərrüfat və
məişət xidməti işi üçün istintaq
təcridxanasında, müalicə müəssisəsində
və ya həbsxanada saxlanılan məhkumlar, ümumi rejimli
cəzaçəkmə müəssisələri
üçün bu Məcəllədə nəzərdə
tutulan şərtlərlə başqa şəxslərdən
təcrid olunmaqla saxlanılırlar. Bu məhkumlar
bağlı bina və ya otaqlarda işlədikləri hallarda
gündə iki saat müddətinə gəzinti hüququna
malikdirlər.
Maddə 69-1. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslərin istintaq təcridxanalarına
keçirilməsi[58]
69-1.1.
Müəyyən müddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum
etmə növündə cəzalara məhkum olunmuş
şəxslər digər şəxslər
tərəfindən törədilmiş cinayət
işləri üzrə istintaq hərəkətlərinin
həyata keçirilməsi və ya digər
şəxslər tərəfindən törədilmiş cinayət
işlərinə məhkəmədə baxılması
ilə əlaqədar məhkəmənin qərarına
əsasən iki aydan çox olmayan müddətə
cəzaçəkmə müəssisəsindən istintaq
təcridxanalarına keçirilə bilərlər. Zəruri
hallarda bu müddət məhkəmənin qərarı
ilə dörd ayadək uzadıla bilər. Məhkəməyədək
icraat zamanı göstərilən
məsələlərə ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkumun cəza çəkdiyi
yer üzrə birinci instansiya məhkəməsi
tərəfindən Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsi
ilə nəzərdə tutulmuş qaydada baxılır.
69-1.2. Bu
Məcəllənin 69-1.1-ci maddəsinə əsasən
cəzaçəkmə müəssisələrindən
istintaq təcridxanalarına keçirilmiş
şəxslərin saxlanılma şərtləri həmin
yerlərin saxlanma rejimi və onlara məhkəmənin
hökmü ilə təyin edilmiş
cəzaçəkmə müəssisəsinin növü
və rejimi nəzərə alınmaqla müəyyən
edilir. Belə halda məhkumlara bu Məcəllədə
nəzərdə tutulmuş uzun müddətli
görüşlər onların razılığı ilə
qısa müddətli görüş və ya telefon danışıqları, yaxud
videogörüşlə əvəz oluna bilər.[59]
69-1.3.
Müəyyən müddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum
etmə növündə cəzalara məhkum olunmuş
şəxslər digər cinayət işləri üzrə
şübhəli və ya təqsirləndirilən
şəxs qismində cəlb olunduqda, onların
cəzaçəkmə müəssisələrindən
istintaq təcridxanalarına keçirilməsi ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında
məhkəmənin qərarı ilə həyata
keçirilir. Bu şəxslərin istintaq
təcridxanalarında saxlanma müddəti Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində nəzərdə tutulmuş
həbsdə saxlanma müddətləri daxilində
müəyyən edilir.
Maddə 70. Cəzaçəkmə müəssisəsinin
növünün dəyişdirilməsi
70.1. Ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslər istisna olmaqla,
davranışından və əməyə
münasibətindən asılı olaraq məhkumlar
cəzaçəkmə müəssisəsinin bir
növündən digərinə keçirilə
bilərlər.
70.2. Müsbət xarakterizə
edilən məhkumlar cəzanın qalan hissəsini
çəkmək üçün cəzaçəkmə
müəssisəsinin bir növündən digərinə
aşağıdakı hallarda keçirilə bilərlər:
70.2.1. həbsxanadan
cəzaçəkmə
müəssisələrinə-məhkəmənin
hökmü ilə müəyyən olunmuş həbs
cəzasının ən azı yarısını
çəkdikdə;
70.2.2.
ciddi rejimli cəzaçəkmə
müəssisələrindən - ümumi rejimli
cəzaçəkmə müəssisələrinə -
cəza müddətinin ən azı üçdə iki
hissəsini çəkdikdə.[60]
70.2.3. ilk
dəfə ağır cinayət törətmiş
məhkumlar ümumi rejimli cəzaçəkmə
müəssisələrindən - məntəqə tipli
cəzaçəkmə müəssisələrinə -
cəza müddətinin ən azı üçdə iki
hissəsini çəkdikdə.
70.2.4. az
ağır və ya böyük ictimai təhlükə
törətməyən cinayət törətmiş
məhkumlar ümumi rejimli cəzaçəkmə
müəssisələrindən - məntəqə tipli
cəzaçəkmə müəssisələrinə -
cəza müddətinin ən azı üçdəbirini
çəkdikdə.[61]
70.3. Aşağıdakı
məhkumlar məntəqə tipli cəzaçəkmə
müəssisəsinə keçirilmirlər:
70.3.1. cinayətlərin
xüsusi təhlükəli residivinə görə məhkum
olunmuş şəxslər;
70.3.2. ömürlük
azadlıqdan məhrum etmə növündə cəzası
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz olunan
şəxslər;
70.3.3. tibbi xarakterli məcburi
tədbirlər keçməli olan şəxslər.
70.3.4. ciddi
rejimli cəzaçəkmə
müəssisələrindən ümumi rejimli
cəzaçəkmə müəssisələrinə
keçirilmiş şəxslər.
70.4. Cəzanın icrası
qaydalarını qərəzli pozan məhkumlar:
70.4.1. məntəqə tipli
cəzaçəkmə müəssisəsindən
məhkəmənin hökmdə müəyyən etdiyi rejim
növündəki cəzaçəkmə
müəssisəsinə;
70.4.2. məhkəmənin
hökmü ilə məntəqə tipli
cəzaçəkmə müəssisəsinə
göndərilən şəxslər ümumi rejimli
cəzaçəkmə müəssisəsinə;
70.4.3. ümumi, ciddi və
xüsusi rejimli cəzaçəkmə
müəssisələrindən üç ildən çox
olmayan müddətə həbsxanaya keçirilə
bilərlər.
70.5. Cəzaçəkmə
müəssisələrinin növünün
dəyişdirilməsi məhkəmə tərəfindən
həyata keçirilir.
Maddə 71. Məhkumların cəzaçəkmə
müəssisələrinə qəbul edilməsi qaydası
71.1. Məhkumlar
cəzaçəkmə müəssisələrinə
cəzaçəkmə müəssisələrinin Daxili
İntizam Qaydalarına uyğun müdiriyyət
tərəfindən qəbul edilirlər.
71.2. Cəzaçəkmə
müəssisələrinə yeni qəbul edilmiş
məhkumlar iki həftəyədək müddətə
başqa məhkumlardan ayrı saxlanılırlar.
71.3. Məhkumların ayrı
saxlandığı müddətdə
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən onların ana dilində və ya bildikləri
başqa dildə hüquq və vəzifələri, qanunla
nəzərdə tutulmuş əmək və istirahət
şəraiti izah olunmalı, cəzanın icrasını
tənzimləyən qanunvericilik aktları və
cəzaçəkmə müəssisələrinin Daxili
İntizam Qaydaları ilə tanış olmaları
üçün şərait yaradılmalıdır.[62]
Maddə 72. Məhkumların cəzaçəkmə
müəssisələrində ayrılıqda saxlanması
72.1. Cəzaçəkmə
müəssisələrində yetkinlik yaşına
çatmayanlar yetkinlik yaşına çatanlardan,
kişilər qadınlardan ayrılıqda saxlanılırlar.
72.2. Müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya ilk dəfə məhkum olunmuş
şəxslər əvvəllər məhkum olunmuş
şəxslərdən ayrılıqda saxlanılırlar.
Cinayətlərin xüsusi təhlükəli residivinə
görə və ömürlük azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum olunmuş
şəxslər başqa məhkumlardan təcrid olunmaqla
ayrılıqda saxlanılırlar.
72.3. Məhkəmə və
hüquq mühafizə orqanlarının sabiq
işçiləri xüsusi cəzaçəkmə
müəssisəsində saxlanılırlar. Həmin
müəssisəyə bu Məcəllənin 12.3-cü
maddəsinə uyğun olaraq başqa məhkumlar da
göndərilə bilərlər.
72.4. Məhkumların
ayrılıqda saxlanmasının bu Məcəllənin
72.2-ci maddəsində müəyyən edilmiş
tələbləri azadlıqdan məhrum edilmiş
şəxslər üçün nəzərdə
tutulmuş müalicə müəssisəsinə,
həmçinin nəzdində uşaq evi olan
cəzaçəkmə müəssisəsinə aid edilmir.
Qeyd edilən müəssisələrə
göndərilmiş şəxslər məhkəmənin
təyin etdiyi və qanunla bu növ cəzaçəkmə
müəssisəsi üçün müəyyən
edilmiş şərtlərə uyğun saxlanılırlar.
72.5. Müxtəlif yoluxucu
xəstəliklərə tutulmuş məhkumlar bir-birindən
və sağlam məhkumlardan ayrılıqda
saxlanılırlar.
72.6. Cəzasını
müxtəlif rejimdə çəkən məhkumlar bir
cəzaçəkmə müəssisəsində, lakin
ayrılıqda və bir-birindən təcrid edilməklə saxlanıla
bilərlər.
Maddə 73. Məhkumun cəzanı bir cəzaçəkmə
müəssisəsində çəkməsi
73.1. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər bir qayda olaraq cəzalarının
bütün müddətini bir cəzaçəkmə
müəssisəsində, həbsxanada və ya tərbiyə
müəssisəsində çəkirlər.
73.2. Məhkumun cəzanın
çəkilməmiş hissəsini çəkmək
üçün bir cəzaçəkmə
müəssisəsindən eyni növlü başqa
cəzaçəkmə müəssisəsinə və ya bir
həbsxanadan digərinə keçirilməsinə
məhkumun xəstəliyi ilə əlaqədar və ya onun
təhlükəsizliyini təmin etmək üçün,
cəzaçəkmə müəssisəsinin yenidən
təşkili və ya ləğv edilməsi, həmçinin
məhkumun bu cəzaçəkmə
müəssisəsində qalmasına mane olan digər
müstəsna hallarda yol verilir. Məhkumların eyni rejimli bir
cəzaçəkmə müəssisəsindən
digərinə keçirilmə qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
X fəsil
Cəzaçəkmə
müəssisələrində rejim
Maddə 74. Cəzaçəkmə
müəssisələrində rejim və onun əsas
tələbləri
74.1. Cəzaçəkmə
müəssisələrində rejim qanunla və normativ
hüquqi aktlarla müəyyən olunmuş müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaların icrası və
çəkilməsi qaydasıdır. Rejim məhkumların
mühafizəsini və təcrid olunmasını, onlara daim
nəzarət edilməsini, onların üzərinə
qoyulmuş vəzifələrin yerinə yetirilməsini,
onların hüquq və azadlıqlarının həyata
keçirilməsini, işçi heyətinin və
məhkumların şəxsi təhlükəsizliyini,
müxtəlif kateqoriyalı məhkumların bir-birindən
ayrı saxlanılmasını, cəzaçəkmə
müəssisəsinin məhkəmə tərəfindən
təyin edilmiş növündən asılı olaraq,
müxtəlif saxlanılma şəraitini, cəzanın
icrası şərtlərinin dəyişdirilməsini
təmin edir.
74.2. Cəzaçəkmə
müəssisələrində müdiriyyət
tərəfindən cəzaçəkmə
müəssisələrinin Daxili İntizam Qaydalarında
nəzərdə tutulmuş və məhkumlar
üçün yerinə yetirilməsi məcburi olan gün bölgüsü
müəyyən edilir.[63]
74.3. Cəzaçəkmə
müəssisələrində məhkumlar müəyyən
olunmuş eyni formalı paltar geyinirlər. Geyim forması
cəzaçəkmə müəssisələrinin Daxili
İntizam Qaydaları ilə müəyyən edilir.
74.4.
Cəzanın icrası qaydalarını təmin etmək
məqsədilə məhkumlara cəzaçəkmə
müəssisələrinin Daxili İntizam Qaydaları ilə
müəyyən edilmiş əşyaların verilməsi
və ya ötürülməsi, habelə onlar
tərəfindən belə əşyaların hazırlanması,
saxlanılması, gəzdirilməsi, daşınması
və ya istifadəsi qadağan olunur. Məhkumlarda,
cəzaçəkmə müəssisəsinə daxil olan
və çıxan şəxslərdə, habelə
məhkumların adına göndərilmiş bağlama
və banderollarda belə əşyalar aşkar edildikdə
həmin əşyalar götürülür və
cinayət-prosessual qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq araşdırma aparılır.
74.5.
Cəzaçəkmə müəssisələrində
məhkumlara özlərində saxlamağa, əldə
etməyə, habelə onlara bağlama və banderollarda
göndərilməsinə, sovqatlarda gətirilməsinə
icazə verilən əşya, mallar və ərzaq
məhsullarının siyahısı cəzaçəkmə
müəssisələrinin Daxili İntizam Qaydaları ilə
müəyyən
edilir.[64]
74.6. Bu
məcəllənin 74.5-ci maddəsində nəzərdə
tutulanlar istisna olmaqla, digər əşya, mallar və
ərzaq məhsulları cəzaçəkmə müəssisəsində
aşkar edildikdə onlar həmin müəssisənin
müdiriyyəti tərəfindən götürülür,
müvafiq araşdırma aparılır və məhkumun
hərəkətləri cəzaların icrası
qaydalarının pozuntusu kimi qiymətləndirilə
bilər. Götürülmüş əşya, mallar və
ya ərzaq məhsulları məhkum azad olunanadək
saxlanılması üçün anbara təhvil verilir və
ya cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin əsaslandırılmış
qərarına əsasən məhv edilir. Bu barədə
məhkuma məlumat verilməklə müvafiq akt tərtib
olunur. Cəzaçəkmə müəssisəsinə daxil
olan və ya çıxan şəxslərdə bu
məcəllənin 74.5-ci maddəsində nəzərdə
tutulanlar istisna olmaqla, digər əşya, mallar və
ərzaq məhsulları aşkar edildikdə, qanunla bu əmələ
görə məsuliyyət nəzərdə
tutulmamışdırsa, belə əşyalar onları
gətirmiş şəxslərə qaytarılır.[65]
Maddə 75. Cəzaçəkmə
müəssisələrində texniki nəzarət
vasitələri
75.1. Cəzaçəkmə
müəssisəsinin müdiriyyəti məhkumlar
tərəfindən cəzanın icrası yerindən
qaçmanın və başqa cinayətlər törədilməsinin,
cəzanın icrası qaydalarının pozulmasının
qarşısını almaq, məhkumların davranışı
haqqında məlumatlar əldə etmək üçün
video və səsyazmadan, elektron və digər texniki
vasitələrdən istifadə etmək hüququna malikdir.
75.2. Texniki nəzarət
vasitələrinin tətbiq edilməsi, o cümlədən bu
vasitələrin onların həyat və
sağlamlıqları üçün təhlükə
yaradacağı barədə, cəzaçəkmə
müəssisəsinin müdiriyyəti məhkumları
yazılı şəkildə xəbərdar edir.
75.3. Texniki nəzarət
vasitələrindən istifadə qaydası normativ hüquqi
aktlarla müəyyənləşdirilir.
75.4. Cəzaçəkmə
müəssisəsinin müdiriyyəti məhkumlara, onların
üst-başına, əşya və geyimlərinə,
həmçinin cəzaçəkmə
müəssisəsinin ərazisindəki binalara baxış
və onlarda axtarış keçirə bilər.
Şəxsi axtarış məhkumlarla eyni cinsdən olan
şəxs tərəfindən aparılır.
Təxirəsalınmaz hallarda məhkumların
yaşadığı binalarda gecə baxışı
aparıla bilər.
75.5. Cəzaçəkmə
müəssisəsinin müdiriyyəti bu
müəssisəyə daxil olan və çıxan
şəxslərə, onların əşyalarına,
nəqliyyat vasitələrinə baxış keçirmək
və cəzaçəkmə müəssisələrinin
Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş
siyahı üzrə qadağan olunmuş əşya və
sənədləri götürmək hüququna malikdir.[66]
75.6. Baxış və
axtarış tədbirlərinin keçirilməsi qaydası
cəzaçəkmə müəssisələrinin Daxili
İntizam Qaydaları ilə müəyyən edilir.
Maddə 76. Cəzaçəkmə
müəssisələrində əməliyyat-axtarış
fəaliyyəti
76.1. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
cəzaçəkmə müəssisələrində
əməliyyat-axtarış fəaliyyəti həyata
keçirilir. Cəzaçəkmə
müəssisələrində əməliyyat-axtarış
fəaliyyətinin vəzifələri
aşağıdakılardır:
76.1.1. işçi heyətinin,
məhkumların və başqa şəxslərin
təhlükəsizliyini təmin etmək;
76.1.2. cəzanın icrası
qaydalarının pozulması hallarını aşkar
etmək, cəzaçəkmə
müəssisələrində hazırlanan və
törədilən cinayətlərin qarşısını
almaq və onları açmaq;
76.1.3. cəzaçəkmə
müəssisələrindən qaçmış,
həmçinin müəyyən müddətə
azadlıqdan məhrum etmə və ömürlük
azadlıqdan məhrum etmə növündə cəzanı
çəkməkdən boyun qaçıran
şəxsləri müəyyən edilmiş qaydada axtarmaq;
75.1.4. məhkumların
törətdikləri digər cinayətlərin aşkar
edilməsi və açılmasında
hüquq-mühafizə orqanlarına köməklik
göstərmək.
76.2. Cəzaçəkmə
müəssisələrində əməliyyat-axtarış
fəaliyyətini cəzaçəkmə
müəssisəsinin müdiriyyəti həyata keçirir.
Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə
aid edilmiş cinayət işlərinin təhqiqatı
üzrə əməliyyat-axtarış fəaliyyətini
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti ilə birgə həyata keçirirlər.
76.3. Cəzaçəkmə
müəssisəsində əməliyyat-axtarış
fəaliyyətində qanunların icrasına nəzarəti
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının Baş prokuroru və onun
tərəfindən müvəkkil edilmiş prokurorlar
həyata keçirirlər.
Maddə 77. Cəzaçəkmə
müəssisələrində fövqəladə hallarda
saxlanma şəraitinin xüsusiyyətləri
77.1. Cəzaçəkmə
müəssisələrində müdiriyyətin,
işçi heyətinin və ya məhkumların
həyatı və sağlamlığı üçün
təhlükə yaradan kütləvi iğtişaşlar,
həmçinin təbii fəlakət və ya digər
fövqəladə hadisə baş verdikdə müvafiq icra
hakimiyyəti orqanının qərarına əsasən
xüsusi saxlanma şəraiti tətbiq edilə bilər
və ya məhkumlar eyni rejimli cəzaçəkmə
müəssisəsinə keçirilə bilər.
77.2. Cəzaçəkmə
müəssisələrində xüsusi saxlanma
şəraitinin tətbiqi dövründə məhkumların
bu Məcəllədə nəzərdə tutulan hüquqlarının
həyata keçirilməsi, istehsal, kommunal-məişət,
mədəni-maarif, tibbi-sanitar və başqa xidmətlərin
fəaliyyəti bu Məcəllənin 77.1-ci maddəsində
göstərilən hallar aradan qaldırılanadək
məhdudlaşdırıla bilər. Bu müddət
ərzində məhkumlara görüş verilməsi
dayandırılır və cəzaçəkmə
müəssisəsinə buraxılış xüsusi qaydada
həyata keçirilir.
77.3. Naxçıvan Muxtar
Respublikasının ərazisində yerləşən
cəzaçəkmə müəssisələrində
xüsusi saxlanma şəraitinin tətbiqi Naxçıvan Muxtar
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə də həyata
keçirilə bilər. Bu halda qəbul edilmiş
qərarın təsdiqi üçün dərhal
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına məlumat verilir.
77.4. Təxirəsalınmaz
hallarda cəzaçəkmə müəssisələrinin
müdiriyyəti bu Məcəllənin 77.2-ci maddəsində
nəzərdə tutulan tədbirləri müstəqil
həyata keçirir və bu barədə dərhal müvafiq
icra hakimiyyəti orqanına məlumat verilir.
Maddə 78. Cəzaçəkmə
müəssisələrində təhlükəsizlik
tədbirləri və onların tətbiqinin əsasları
78.1. Cəzaçəkmə
müəssisələrinin işçi heyətinin qanuni
tələblərinə tabe olmayan, onlara müqavimət
göstərən, kütləvi iğtişaşlarda,
insanların girov götürülməsində iştirak
edən, vətəndaşlara hücum edən və ya
digər ictimai təhlükəli hərəkətlər
törədən məhkumlara, həmçinin
məhkumların cəzaçəkmə müəssisəsindən
qaçması və ya qaçanların tutulması
zamanı göstərilən hüquqazidd
hərəkətlərin, habelə bu məhkumların
ətrafdakı insanlara və ya özlərinə ziyan
vurmasının qarşısının alınması,
hazırlanan və ya törədilən cinayətlərin
qarşısının alınması məqsədilə
təhlükəsizlik tədbirləri (fiziki qüvvə,
xüsusi vasitələr, xidməti itlər və odlu silah)
tətbiq edilə bilər.
78.2. Cəzaçəkmə
müəssisələrində qalmaqal salan məhkumlara
qarşı əl qandalı, işçi heyətinə
fiziki müqavimət göstərən və ya digər
zorakılıq hərəkətləri edən, habelə
mühafizə altından qaçan məhkumlara qarşı
isə fiziki qüvvə, xüsusi vasitələr və
xidməti itlər tətbiq edilə bilər.
78.3. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər cəzaçəkmə müəssisələrinin
işçi heyətinin və ya başqa şəxslərin
həyatı üçün bilavasitə təhlükə
törədən basqınlar, yaxud da qəsdən başqa
hərəkətlər etdikdə, habelə mühafizə
altından qaçdıqda, göstərilən
hərəkətlərin qarşısını başqa
tədbirlərlə almaq mümkün olmadıqda, müstəsna
tədbir kimi odlu silah tətbiq edilməsinə yol verilir.
Qadınlar və yetkinlik yaşına çatmayan
şəxslər cəzaçəkmə
müəssisəsindən qaçdıqda, onlara qarşı
odlu silah tətbiq edilməsinə yol verilmir.
78.4. Odlu silah tətbiq
edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinin
müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti
orqanına məlumat verməlidirlər.
78.5. Cəzaçəkmə
müəssisəsində təhlükəsizlik
tədbirlərinin tətbiqi qaydası qanunvericiliklə
müəyyən edilir.
XI fəsil
Cəzaçəkmə
müəssisələrində cəzanın
çəkilməsi şərtləri
Maddə 79. Məhkumların cəza çəkmə
şəraiti
79.1. Məhkumlar bir
cəzaçəkmə müəssisəsinin daxilində
rejim növündən asılı olaraq adi və ya
yaxşılaşdırılmış şəraitdə
saxlanıla bilərlər.
79.2. Məhkumlar bir saxlanılma
şəraitindən digərinə bu Məcəllədə nəzərdə
tutulmuş əsaslarla keçirilirlər.
Maddə 80. Məhkumların ərzaq məhsulları və ən
zəruri mallar əldə etməsi
80.1. Cəzaçəkmə
müəssisələrində məhkumlar nağdsız
haqq-hesabla şəxsi hesablarında olan vəsaitlə
ərzaq məhsulları və ən zəruri mallar əldə
edirlər.
80.2. Cəzaçəkmə
müəssisələrində məhkumlara
xərcləmək üçün icazə verilən
vəsaitin məbləği bu Məcəllə ilə
müəyyən edilir.
80.3. İş normalarını
artıqlaması ilə yerinə yetirən və ya
müəyyən edilmiş tapşırıqları
nümunəvi yerinə yetirən məhkumlara xərcləmək
üçün icazə verilən vəsaitdən
əlavə olaraq, ayda on beş
manat miqdarında, ağır işlərdə,
əmək şəraiti zərərli olan işlərdə,
yaxud yüksək dağlıq rayonlarda yerləşmiş
cəzaçəkmə müəssisələrində
isə, əlavə olaraq ayda otuz
beş manat miqdarında pul xərcləməyə icazə
verilir.[67]
80.4. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş
şəxslərə, 18 yaşınadək əlilliyi
müəyyən edilmiş şəxslərə, hamilə qadınlara,
cəzaçəkmə müəssisələrinin
nəzdindəki uşaq evlərində uşaqları olan
qadınlara, müalicə müəssisələrində
və yoluxucu xəstəliyə tutulmuş
şəxslərin saxlanılması və müalicəsi
üçün nəzərdə tutulan cəzaçəkmə
müəssisələrindəki məhkumlara əlavə
olaraq ayda on beş manat
miqdarında ərzaq məhsulları və ən zəruri
mallar əldə etməyə icazə verilir.[68]
80.5. Cəzaçəkmə
müəssisələrində məhkumlara
ticarət şəbəkəsi vasitəsilə
satışına icazə verilən ərzaq
məhsullarının və digər malların
siyahısı cəzaçəkmə
müəssisələrinin Daxili İntizam Qaydaları ilə
müəyyən edilir.[69]
Maddə 81. Məhkumların qohumları, vəkilləri və
digər şəxslərlə görüşü
81.1. Məhkumlara
cəzaçəkmə müəssisəsinin
ərazisində dörd saatadək qısamüddətli
və bir gündən üç günədək
uzunmüddətli görüşlər verilir. Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və
karantin rejimləri dövründə
görüşlərə məhdudiyyət qoyulduğu
hallarda məhkumun xahişi olduqda qısa müddətli
görüşlər telefon danışıqları və ya
videogörüşlərlə əvəz edilir.[70]
81.2. Qısamüddətli
görüşlər qohumlarla və başqa
şəxslərlə cəzaçəkmə
müəssisəsinin nümayəndəsinin iştirakı
ilə verilir.
81.3. Məhkumlara
uzunmüddətli görüşlər birlikdə yaşamaq
hüququ ilə yaxın qohumlarla (arvadı, əri,
valideynləri, babası, nənəsi, övladları,
övladlığa götürənləri və
götürdükləri, nəvələri, qardaşları
və bacıları) verilir. Məhkumların xahişi ilə
uzun müddətli görüşlər qısa
müddətli görüşlərlə əvəz
edilə bilər.
81.4. Məhkumlara müsbət
təsir göstərə biləcək digər
şəxslərlə görüş üçün
cəzaçəkmə müəssisəsinin müdiriyyəti
tərəfindən şərait yaradılır.
81.5. Görüşlərin
sayı və növləri bu Məcəllə ilə
müəyyən edilir.
81.6. Ağır xəstəliyi
ilə əlaqədar həyatı üçün
təhlükə yaranan məhkumun yaxın qohumlarına ona
baş çəkmək üçün cəzaçəkmə
müəssisəsinin müdiriyyəti tərəfindən
imkan yaradılır.
81.7. Hüquqi yardım almaq
üçün məhkumların özlərinin, yaxın
qohumlarının və ya onların qanuni
nümayəndələrinin ərizəsinə əsasən
məhkumlara vəkillərlə, habelə belə
yardımı göstərmək hüququna malik olan digər
şəxslərlə görüş verilir.
81.8. Məhkumlarla bu
Məcəllənin 81.7-ci maddəsi ilə müəyyən
edilmiş görüşlərin sayı və müddəti
məhdudlaşdırılmır və
cəzaçəkmə müəssisələrinin Daxili
İntizam Qaydalarına riayət edilməklə həyata
keçirilir. Belə görüşlər bu
Məcəllə ilə müəyyən edilmiş
görüşlərin sayına daxil edilmir.
81.9. Vəkil və ya hüquqi
yardım göstərmək hüququna malik olan digər
şəxs cəzaçəkmə müəssisəsinə
onun şəxsiyyətini və səlahiyyətlərini
təsdiq edən sənədi təqdim etdikdə
buraxılır. Belə görüşlər
tərəflərin arzusu ilə təklikdə keçirilir.
Maddə 82. Məhkumların bağlama, sovqat və banderol alması
82.1. Cəzaçəkmə
müəssisələrində məhkumlar bu
Məcəllə ilə müəyyən edilmiş sayda
bağlama, sovqat və ya banderol alırlar. Bir bağlama və
ya banderolun yuxarı çəkisi mövcud poçt
göndərişləri qaydaları ilə müəyyən
edilir. Bir sovqatın çəkisi bir bağlama
üçün müəyyən olunmuş
çəkidən artıq olmamalıdır.
82.2. Ağır xəstə,
hamilə və uşaq evlərində uşaqları olan
qadın məhkumların, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş
şəxslərə, 18 yaşınadək əlilliyi
müəyyən edilmiş məhkumların bağlama, sovqat və
ya banderol almalarına məhdudiyyət qoyulmur.[71]
82.3. Tibbi rəyə
əsasən məhkumların aldığı dərman
preparatları və tibbi məmulatlar bu Məcəllənin
82.1-ci maddəsi ilə müəyyən olunmuş bağlama,
sovqat və ya banderolların sayına daxil edilmir. Belə
dərman preparatları və tibbi məmulatlar
cəzaçəkmə müəssisələrinin
tibb-sanitar hissəsinə məhkumların müalicəsi
üçün verilir.
82.4. Bağlama, sovqat və
banderollara müdiriyyət tərəfindən baxış
keçirilir.
82.5. Məhkumların
bağlama, sovqat və ya banderol alması və onlara
baxış keçirilməsi qaydası, habelə
məhkumlara alınması qadağan edilən
əşyaların siyahısı cəzaçəkmə
müəssisələrinin Daxili İntizam Qaydaları ilə
müəyyən edilir.
Məhkumların adına göndərilmiş bağlama
və banderollarda bu məcəllənin 74.5-ci maddəsində
nəzərdə tutulanlar istisna olmaqla, digər əşya,
mallar və ərzaq məhsulları aşkar edildikdə onlar
götürülür. Bu əşya, mallar və ya ərzaq
məhsulları məhkum azad olunanadək saxlanılması
üçün anbara təhvil verilir və ya bağlama
və banderolu göndərmiş şəxsin hesabına geri
qaytarılır, yaxud cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin əsaslandırılmış
qərarına əsasən məhv edilir.[72]
82.6. Cəzaçəkmə
müəssisəsinin müdiriyyətinin razılığı
ilə məhkumlar yaxın qohumlarına bağlama və ya
banderol göndərə bilərlər.
Maddə 83. Məhkumların yazışması, pul
baratlarının alınması və göndərilməsi
83.1. Bu Məcəllənin
83.3-cü maddəsində nəzərdə tutulan hallardan
başqa məhkumlara məhdudiyyətsiz sayda məktub, teleqram
almağa və göndərməyə icazə verilir.
Məhkumlar məktub və teleqramları öz hesablarına
göndərirlər.
83.2.
Məhkumların müdafiəçi və ya qanuni
əsaslarla hüquqi yardım göstərən digər
şəxslərlə yazışmaları istisna olmaqla, onlar
tərəfindən alman və göndərilən
yazışmalar hazırlanan cinayətlərin
qarşısını almaq, cinayət təqibini,
cəzanın çəkilməsi qaydasını və
şəxslərin həyat və təhlükəsizliyini
təmin etmək məqsədilə cəzaçəkmə
müəssisəsinin müdiriyyəti tərəfindən
senzuradan keçirilə bilər. Yazışmadakı
məlumatların cinayətlərin törədilməsinə
yönəlməsi barədə cəzaçəkmə
müəssisəsi müdiriyyətinin əsaslı
məlumata malik olduğu hallarda məhkumların
yazışmaları üzərində nəzarət
cəzaçəkmə müəssisəsi
müdiriyyətinin əsaslandırılmış
qərarı ilə həyata keçirilir. Qanunvericiliklə
qadağan olunmuş əşyaların
ötürülməsinin qarşısını almaq
məqsədilə məhkumların adına gələn
və onlar tərəfindən göndərilən
məktublar cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən açıla bilər.
Bu halda həmin məktubların oxunmasına yol verilmir.[73]
83.3. Cəzaçəkmə
müəssisələrində saxlanılan və qohum olmayan
məhkumlar arasında yazışmalara
cəzaçəkmə müəssisəsi
müdiriyyətinin razılığı ilə icazə
verilir.
83.4. Məhkumların adına
gəlmiş məktubların verilməsi, habelə ünvan
sahiblərinə məhkumların məktublarının
göndərilməsi məktubun gəldiyi və ya məhkum
tərəfindən verildiyi gündən ən geci
üç gün müddətində
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən həyata keçirilir.
Teleqramlar məhkuma cəzaçəkmə
müəssisəsinin müdiriyyəti tərəfindən
təxirə salınmadan verilir.
83.5. Cəzaçəkmə
müəssisələrinin fəaliyyətinə
nəzarəti həyata keçirən orqanlara , Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkilinə
(ombudsmana) , Milli preventiv qrupa və İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinə
ünvanlanmış təklif, ərizə və
şikayətlər senzuradan keçirilmir və bir
gündən gec olmayaraq (istirahət,
səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günü istisna
olmaqla) aidiyyəti üzrə göndərilir.[74]
83.6. Məhkumlar
məhdudiyyətsiz pul baratları almaq, həmçinin
şəxsi hesablarından yaxın qohumlarına pul
baratları göndərmək hüququna malikdirlər.
Başqa şəxslərə məhkumlar
cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin icazəsi ilə pul baratları
göndərə bilərlər.
Maddə 84. Məhkumların telefon danışıqları və videogörüşləri[75]
84.1. Müəyyən müddətə azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
edilmiş şəxslər həftədə iki dəfə,
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum edilmiş
şəxslər isə həftədə bir dəfə
müddəti on beş dəqiqə olmaqla telefonla
danışmaq və ya videogörüş
keçirmək hüququna malikdirlər. Şəhərlərarası
telefon danışıqlarının haqqı məhkumun
şəxsi vəsaiti hesabına və ya yaxın qohumları
tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda
bir telefon danışığı və
ya videogörüş bir qısa müddətli görüşlə
əvəz edilir.[76]
84.2. Məhkumun xahişi ilə
onun yeni cəzaçəkmə müəssisəsinə
gəlməsi ilə əlaqədar, həmçinin
müstəsna hallarda ona cəzaçəkmə
müəssisəsinin müdiriyyəti tərəfindən
əlavə telefon danışığına və ya videogörüşə icazə verilə bilər.[77]
84.3. Tənbeh tədbiri kimi
intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda
və birnəfərlik kameralarda saxlanılan məhkumların
telefon danışıqlarına və
ya videogörüşlərinə yalnız müstəsna hallarda icazə
verilə bilər.[78]
84.4. Cəzaçəkmə
müəssisələrində saxlanılan məhkumlar
arasında yaxın qohumlar istisna
olmaqla telefon danışıqlarına və ya videogörüşlərə icazə verilmir.[79]
84.4-1. Bu Məcəllə ilə müəyyən
edilmiş qaydada telefonla danışmaq və ya
videogörüş keçirmək məhkumun seçimi
əsasında həyata keçirilir. Videogörüşün
keçirilməsi digər məhkumlardan təcrid olunmuş
şəraitdə xüsusi otaqda təşkil olunur. [80]
84.5. Cinayət
təqibinin, cəzanın icrası prosesində ictimai
qaydanın, təhlükəsizliyin və rejim
tələblərinin təmin edilməsi, yeni
cinayətlərin və digər hüquqpozmaların
törədilməsinin qarşısının
alınması, onlardan zərər çəkmiş
şəxslərin müdafiəsi zərurəti yarandıqda
cəzaçəkmə müəssisəsinin müdiriyyətinin
əsaslandırılmış qərarı ilə
məhkumların telefon danışıqlarına və videogörüşlərinə nəzarət
edilir.[81]
Maddə 85. Məhkumların gəzintisi
85.1. Açıq havada
işləməyən, bağlı otaq və ya kamerada
saxlanılan məhkumlar bir saatdan az olmayan müddətə
hər gün gəzinti hüququna malikdirlər.
85.2. Məhkumların
gəzintisi gündüz vaxtı, cəzaçəkmə
müəssisəsi ərazisinin xüsusi təchiz olunmuş
hissəsində hər bağlı otaq və ya kamera
üçün ayrılıqda keçirilir. Gəzinti
zamanı müvafiq qaydalar məhkum tərəfindən
pozulduqda gəzinti vaxtından əvvəl dayandırıla
bilər.
Maddə 86. Məhkumların ədəbiyyat və yazı
ləvazimatı əldə etməsi və saxlaması
86.1. Məhkumlara bağlama,
sovqat və ya banderol ilə, habelə şəxsi
hesablarında olan vəsait hesabına məhdudiyyət
qoyulmadan yazı ləvazimatı, ədəbiyyat almağa,
qəzet və jurnallara abunə yazılmağa icazə
verilir.
86.2. Əldə olunmuş
ədəbiyyat bu Məcəllə ilə müəyyən
edilmiş bağlama və banderolların sayına daxil edilmir.
Məhkumlara on cildədək kitab (jurnal) saxlamağa icazə
verilir.
86.3. Məhkumların
müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı
təbliğ edən, milli, dini
və irqi ədavəti qızışdıran, habelə
pornoqrafiya xarakterli nəşrləri əldə etməsi,
saxlaması, onlara abunə yazılması və onları
yayması qadağandır.[82]
Maddə 87. Məhkumların müşayiətsiz
gediş-gəlişi
87.1. Təsərrüfat və
ya məişət xidməti üçün
cəzaçəkmə müəssisələrində
müəyyən müddətə azadlıqdan məhrum etmə
növündə cəza çəkən və
müsbət xarakterizə olunan məhkumlara cəza
müddətinin ən azı üçdə bir hissəsini
çəkdikdən sonra onların gördüyü işin
xüsusiyyətinə görə zəruri hallarda
mühafizə olunan ərazidən kənarda
müşayiətsiz hərəkət etməyə icazə
verilə bilər.
87.2. Cinayətlərin xüsusi
təhlükəli residivinə görə məhkum
olunmuş şəxslərə, ömürlük
azadlıqdan məhrum etmə növündə cəza çəkən
şəxslərə, ömürlük azadlıqdan
məhrum etmə növündə cəzası
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz olunmuş
şəxslərə, tibbi xarakterli məcburi tədbirlər
keçməli olan şəxslərə, bir
cəzaçəkmə müəssisəsində altı
aydan az müddətə cəza çəkən məhkumlara,
tənbehi olan məhkumlara, cəzanın icrası
dövründə qəsdən törədilmiş
cinayətlərə görə yenidən məhkum
olunmuşlara, vərəm xəstəliyinə tutulmuş
(vərəm çöpləri ifraz edənlər) və
zöhrəvi xəstəliklərdən tam müalicə
kursu keçməyən məhkumlara mühafizə olunan ərazidən
kənarda müşayiətsiz hərəkət etməyə
icazə verilmir.
87.3. Məhkuma mühafizə
olunan ərazidən kənarda müşayiətsiz
hərəkət etmək üçün icazə
cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin əsaslandırılmış və
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış
qərarına əsasən verilir.
87.4. Müşayiətsiz
hərəkət etməyə icazə verilmiş məhkumlar
ayrı yaşayış binalarında yerləşdirilə
bilərlər.
87.5. Mühafizə olunan
ərazidən kənarda müşayiətsiz
hərəkət etməyə icazə verilmiş
məhkumların davranışı cəzaçəkmə
müəssisələrinin Daxili İntizam Qaydaları ilə
tənzimlənir.
87.6. Məhkum
tərəfindən davranış qaydaları pozulduqda və
ya işin xüsusiyyəti dəyişdikdə
müşayiətsiz hərəkət etməyə icazə
cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin əsaslandırılmış və
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış qərarı ilə
ləğv olunur.
Maddə 88. Məhkum qadınların cəzaçəkmə
müəssisəsindən kənarda yaşaması
88.1. Əməyə vicdanlı
münasibət bəsləyən və
cəzaçəkmə rejiminin tələblərinə
riayət edən, habelə cəza müddətinin ən
azı üçdə birini çəkmiş məhkum
qadınlara cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin əsaslandırılmış və
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış
qərarı ilə hamiləliyə və ya doğuşa
görə qanunla müəyyən edilmiş qaydada,
işdən azad edildikləri vaxt ərzində, habelə
uşaq üç yaşına çatanadək
cəzaçəkmə müəssisəsindən kənarda
yaşamağa icazə verilə bilər.
88.2. Cəzaçəkmə
müəssisəsindən kənarda yaşamağa icazə
verilmiş məhkum qadınlar:
88.2.1. cəzaçəkmə
müəssisəsinin ərazisi yaxınlığında
yaşamağa yerləşdirilir və müdiriyyətin daimi
müşahidəsi altında olurlar;
88.2.2. adi həyatda
işlədilən paltar geyinə bilərlər;
88.2.3. məhdudiyyətsiz halda
yazışa bilər, pul baratları ala bilər və
nağd puldan istifadə edə bilər, qohumları, həkimi
ilə və başqa şəxslərlə
görüşə bilər, bağlama, sovqat və ya banderol
ala bilərlər;
88.2.4. hüdudları
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən müəyyən
edilən ərazi daxilində sərbəst gediş-gəliş
hüququndan istifadə edə bilərlər.
88.3. Cəzaçəkmə
rejimi və ya davranış qaydaları məhkum qadın
tərəfindən müntəzəm və ya qəsdən
pozulduqda, cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin əsaslandırılmış və
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış qərarına
əsasən cəzaçəkmə
müəssisəsindən kənarda yaşamaq
üçün verilən icazə ləğv edilir,
məhkum qadın isə cəzasını çəkmək
üçün cəzaçəkmə
müəssisəsinə qaytarılır.
Maddə 89. Cəzaçəkmə müəssisəsinin
hüdudlarından kənarda qısa müddətli
səfərlər
89.1. Məntəqə tipli
cəzaçəkmə müəssisələrində, ilk
dəfə qəsdən törədilmiş böyük
ictimai təhlükə törətməyən və ya az
ağır cinayətlərə görə, habelə
ehtiyatsızlıqdan törədilmiş cinayətlərə
görə məhkum olunmuş ümumi rejimli
cəzaçəkmə müəssisələrində
və tərbiyə müəssisələrində
saxlanılan məhkumlara onların yaxın qohumlarının
ölümü və ya həyatı üçün
təhlükə yaradan ağır xəstəliyi ilə
əlaqədar, məhkumlara və ya onların ailəsinə
təbii fəlakətlə və digər fövqəladə
hadisə nəticəsində əhəmiyyətli maddi
zərər vurulduqda cəzaçəkmə müəssisələrinin
hüdudlarından kənara (yalnız ölkə daxilində)
yeddi gün müddətinə qısa müddətli
səfərə getməsinə icazə verilə bilər. Bu
zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki
gündən çox olmamaq şərti ilə,
nəzərə alınmır.[83]
89.2. Bu Məcəllənin
89.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
məhkumun qısa müddətli səfər haqqındakı
ərizəsinə təxirə salınmadan
baxılmalıdır. Qısa müddətli səfərə
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti, müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırıldıqdan sonra məhkumun
şəxsiyyətini və davranışını
nəzərə almaqla icazə verir. Qısa müddətli
səfərə icazə verilməməsi
əsaslandırılmalıdır. Məhkumun cəzaçəkmə
müəssisəsinin hüdudlarından kənarda olduğu
vaxt cəzanın icrası müddətinə hesablanır.
Məhkumun yol xərcini özü və ya qohumları
ödəyir. Məhkumun cəzaçəkmə
müəssisəsinin hüdudlarından kənarda olduğu
vaxt ərzində ona əmək haqqı verilmir.
89.3. Cəzaçəkmə
müəssisələrindəki uşaq evlərində
uşaqları olan qadınlara öz məzuniyyətləri
vaxtı övladlarını qohumlarının,
himayəçilərinin yanına və ya uşaq
evlərinə düzəltmək üçün
cəzaçəkmə müəssisələrinin
hüdudlarından kənara (yalnız ölkə daxilində)
on beş günədək qısa müddətli
səfərə getməsinə icazə verilə bilər.
89.4. İlk dəfə
qəsdən törədilmiş böyük ictimai
təhlükə törətməyən və ya az
ağır cinayətlərə görə, habelə
ehtiyatsızlıqdan törədilmiş cinayətlərə
görə məhkum olunmuş və ümumi rejimli
cəzaçəkmə müəssisələrində
və ya ümumi rejimli tərbiyə
müəssisələrində bu Məcəllənin 113.3
və 124.3-cü maddələrinə əsasən
saxlanılma şəraiti yaxşılaşdırılan
məhkumlara ildə bir dəfə məzuniyyətləri
vaxtı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada cəzaçəkmə
müəssisəsinin müdiriyyətinin qərarı ilə
cəzaçəkmə müəssisələrinin
hüdudlarından kənara (yalnız ölkə daxilində)
yeddi günədək müddətə, yola sərf olunan iki
günədək müddət nəzərə alınmamaqla,
qısa müddətli səfər etməyə icazə
verilə bilər.
89.4-1.
Məntəqə tipli cəzaçəkmə
müəssisəsində cəza çəkən və
cəzaçəkmə müəssisəsindən
kənarda, yaxud cəzaçəkmə
müəssisəsinin istehsalat sahəsində əmək
fəaliyyəti ilə məşğul olan məhkuma
nümunəvi davranışına, əməyə və
təhsilə vicdanlı münasibətinə,
təlim-tərbiyə tədbirlərində fəal iştirakına
görə cəzaçəkmə müəssisəsi
müdiriyyətinin qərarı ilə əmək
məzuniyyətini cəzaçəkmə
müəssisəsinin hüdudlarından kənarda (yalnız
Azərbaycan Respublikasının ərazisi hüdudlarında)
keçirməyə icazə verilməlidir.[84]
89.5. Məhkumların
cəzaçəkmə müəssisələrinin
hüdudlarından kənara qısa müddətli
səfərə buraxılması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 90.
Müəyyən müddətə azadlıqdan məhrum
etmə və ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslərin sosial təminatı[85]
90.1. Müəyyən müddətə
azadlıqdan məhrum etmə və ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslərə əmək
pensiyalarının təyin edilməsi şərtləri
və qaydası “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.
90.2. Müəyyən müddətə
azadlıqdan məhrum etmə və ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslərə sosial
müavinətlərin təyin edilməsi şərtləri
və qaydası “Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.
90.3. Müəyyən müddətə
azadlıqdan məhrum etmə və ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş işləyən şəxslərin
məcburi dövlət sosial sığortasına cəlb
edilməsi şərtləri və qaydası,
həmçinin qadın məhkumların hamiləliyə
və doğuşa görə müavinətlə təmin
olunması “Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.
90.4. Əmək pensiyalarının
və sosial müavinətlərin təyin edilməsi
məqsədilə cəzaçəkmə
müəssisəsinin müdiriyyəti müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər barədə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi məlumatları
həmin şəxslərin bu Məcəllənin 71.1-ci
maddəsinə uyğun olaraq cəzaçəkmə
müəssisəsinə qəbul edildiyi gündən 10
gün müddətində müvafiq icra hakimiyyəti
orqanının mərkəzləşdirilmiş elektron
informasiya sisteminə ötürür və həmin
məlumatların mütəmadi yenilənməsini təmin
edir.
Maddə 91. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş şəxslərin maddi məişət
təminatı
91.1. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər cəzaçəkmə
müəssisələrində sanitariya və gigiyena
qaydalarına uyğun zəruri maddi-məişət
şəraiti ilə təmin olunurlar.
91.2. Cəzaçəkmə
müəssisələrində, tərbiyə
müəssisələrində və həbsxanalarda hər
məhkum üçün yaşayış sahəsinin norması
dörd kvadratmetrdən, müalicə
müəssisələrində isə beş kvadratmetrdən
az ola bilməz.
91.3. Məhkumlara fərdi yataq
yeri və yataq ləvazimatı verilir. Onlar cinsləri,
mövsüm və iqlim şəraiti nəzərə
alınmaqla dövlət
hesabına geyim, alt paltarı və ayaqqabı ilə
təmin edilirlər.[86]
91.4. Məhkumlar gün
ərzində orqanizmin normal fəaliyyətini təmin edən
üç dəfə yeməklə dövlət hesabına təmin olunurlar.
Məhkumları əməyə cəlb edən
müəssisələrin hesabına onların
müəyyən olunmuş normadan əlavə qidalanması
təşkil edilə bilər. Özlərindən
asılı olmayan səbəblərdən əmək
haqqı və ya pensiya almayan məhkumlar dövlət
hesabına yeməklə təmin edilirlər.[87]
91.5. Məhkumların yemək
və maddi-məişət normaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
91.6. ləğv edilmişdir.
91.7. ləğv edilmişdir.[88]
91.8. Hamilə və ya
üç yaşına çatmamış uşağı
olan məhkum qadınlara, yetkinlik yaşına çatmayan,
həmçinin xəstə, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş məhkumlara
yaxşılaşdırılmış maddi-məişət
şəraiti yaradılır və onlar üçün
yeməyin xüsusi normaları müəyyən edilir. [89]
91.9. Ərzaq
məhsullarının və ən zəruri malların
əldə edilməsi üçün
xərcləməyə icazə verilən
məbləğdən başqa, məhkumlar öz
şəxsi hesablarında olan vəsaitlə
cəzaçəkmə müəssisələrində
istifadəsinə icazə verilən ayaqqabı və paltar həmçinin
idman paltarı əldə edə bilərlər.
Məhkumlar normativ hüquqi aktlarla müəyyən
olunmuş qaydada haqqı ödənilən
müalicə-profilaktika xidmətlərindən və başqa
əlavə xidmətlərdən istifadə edə
bilərlər.[90]
Maddə 91-1. Cəzaçəkmə
müəssisələrində bədən tərbiyəsi
və idman[91]
91-1.1.
Cəzaçəkmə müəssisələrinin
rəhbərliyi azadlıqdan məhrum edilmiş
şəxslərin bədən tərbiyəsi və idmanla
məşğul olması üçün şəraiti
təmin edir və idman tədbirlərinin keçirilməsini
təşkil edir.
91-1.2.
Cəzaçəkmə müəssisələrinin gün
bölgüsündə fiziki məşqlər, o
cümlədən səhər gimnastikası və
gündə bir saatdan az olmayaraq idmanla məşğul olma
nəzərdə tutulur.
91-1.3.
Cəzaçəkmə müəssisələrində
cəza çəkən şəxslər müəyyən
edilmiş normativlərdən əlavə bədən
tərbiyəsi və idmanla məşğul olmaq
üçün öz vəsaitləri hesabına idman geyimi
və alətləri əldə etmək hüququna
malikdirlər.
Maddə 92. Hamilə və ya üç yaşına çatmayan
uşağı olan məhkum qadınların
maddi-məişət təminatının
xüsusiyyətləri
92.1. Cəzaçəkmə
müəssisələrində məhkum qadınların
üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi
üçün uşaq evləri təşkil edilir. Uşaq
evləri uşaqların normal inkişafı və
yaşayışı üçün zəruri şəraitlə
təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında
uşaqlarla məhdudiyyətsiz görüşə
bilərlər. Onların uşaqla birgə
yaşayışına icazə verilə bilər.
92.2. Məhkum qadınların
uşaqları ananın razılığı ilə onun
qohumlarına və ya ananın razılığı,
qəyyumluq və himayəçilik orqanlarının qərarı
ilə digər şəxslərə verilə, habelə
üç yaşı tamam olduqdan sonra müvafiq uşaq
müəssisələrinə göndərilə
bilərlər.
92.3. Üç yaşı
tamam olmuş uşaqların anasının
cəzaçəkmə müddətinin qurtarmasına bir
ildən çox qalmazsa və o, analıq borcunu vicdanla
yerinə yetirərsə, cəzaçəkmə
müəssisəsinin müdiriyyəti uşağın
uşaq evində saxlanma müddətini
cəzaçəkmə müddətinin sonuna qədər artıra
bilər.
92.4. Hamilə qadınlar
doğuş və doğuşdan sonrakı müddətdə
xüsusi tibbi yardım almaq hüququna malikdirlər.
Maddə 93. Məhkumların tibbi-sanitariya təminatı
93.1. Cəzaçəkmə
müəssisələrində müalicə-profilaktika,
sanitariya-profilaktika və sanitariya-epidemiologiya işi
qanunvericiliyə, habelə cəzanın icrası qaydasına
və şərtlərinə uyğun təşkil edilir
və həyata keçirilir.
93.2. Cəzaçəkmə
müəssisələrində məhkumlara tibbi xidmət
göstərmək üçün tibb-sanitariya
hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm
və narkomaniyaya düçar olanların, habelə
vərəmli xəstələrin stasionar müalicəsi
və saxlanılması üçün müalicə
müəssisələri təşkil edilir.[92]
Azadlıqdan
məhrum etmə növündə cəza çəkən
narkoloji xəstələrin narkoloji yardım almaq hüququnun
hər hansı şəkildə
məhdudlaşdırılmasına yol verilmir. Azadlıqdan
məhrum etmə növündə cəza çəkən
və abstinent sindromu vəziyyətində olan narkoloji xəstələr
digər xəstələrdən ayrı saxlanılır.[93]
Cəzaçəkmə
müəssisələrində insanın
immunçatışmazlığı virusu
infeksiyasının profilaktikası məqsədi ilə
insanın immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə haqqında
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş tədbirlər həyata
keçirilir.[94]
93.3. Cəzaçəkmə
müəssisələrinin müdiriyyəti məhkumların
ümumi və şəxsi sanitariya-gigiyena
tələblərinə əməl edilməsini təmin edir;
93.4. Yemək qəbul
etməkdən imtina edən və bununla əlaqədar
həyatı üçün təhlükə yaranan
məhkumların tibbi rəyə əsasən məcburi
qaydada qidalandırılmasına yol verilir.
93.5. Cəzaçəkmə
müəssisələrində məhkumlara tibbi xidmət
göstərilməsi, sanitar nəzarətinin təşkili
və həyata keçirilməsi, müəssisədən
kənar tibb müəssisələrindən istifadə və
bu məqsədlə onların tibb işçilərinin
cəlb edilməsi qaydası normativ hüquqi aktlarla
müəyyən edilir.
93.6. Məhkumlar tibbi məsləhət və
müalicə almaq üçün pullu xidmət
göstərən tibb müəssisələrinə
müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin,
dərmanların ödəniş haqqı məhkum və ya
onun qohumları tərəfindən həyata keçirilir.
Belə hallarda tibbi məsləhətin verilməsi və
müalicənin aparılması cəzaçəkmə
müəssisəsinin tibb-sanitariya hissəsində, habelə müalicə
müəssisəsində həmin müəssisənin tibb
işçilərinin müşahidəsi altında həyata
keçirilir.[95]
Maddə 94. Məhkumların maddi məsuliyyəti
94.1. Cəzaçəkmə müəssisələrində
məhkumlar vurduqları maddi ziyana görə məsuliyyət
daşıyırlar:
94.1.1. əmək
vəzifələrinin icrası zamanı vurduqları ziyana
görə Azərbaycan Respublikası əmək qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada;
94.1.2. vurulan digər ziyana
görə Azərbaycan Respublikasının mülki
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada.
94.2. Özlərinə
qəsdən bədən xəsarəti yetirmiş
məhkumların müalicəsi və ya
cəzaçəkmə müəssisəsindən
qaçmış məhkumun tutulması ilə
əlaqədar çəkilən xərclər
qanunvericiliklə müəyyən edilmiş qaydada
məhkumlar tərəfindən ödənilməlidir.
XII fəsil
Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzalara məhkum olunmuş
şəxslərİn əməyi, peşə təhsili və peşə hazırlığı[96]
Maddə 95. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərin əməyə cəlb
edilməsi
95.1. Hər bir məhkum
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən müəyyən
edilmiş yerdə və işlərdə əmək
fəaliyyəti ilə məşğul olmalıdır.
Cəzaçəkmə müəssisəsinin
müdiriyyəti məhkumların cinsini, yaşını,
əmək qabiliyyətini, sağlamlığını, imkan
daxilində ixtisaslarını nəzərə alaraq, onları
faydalı əməyə cəlb etməlidirlər.
Məhkumlar bir qayda olaraq cəzaçəkmə
müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal
fəaliyyətinin təmin olunması üçün
nəzərdə tutulmuş təsərrüfat və
məişət işlərində, habelə
cəzaçəkmə müəssisələrindən
kənar digər istehsalat obyektlərində müəyyən
olunmuş qaydada mühafizə və təcrid olunmaqla
əməyə cəlb olunurlar. Məhkumlar
cəzaçəkmə müəssisəsində
müdiriyyətin icazəsi ilə fərdi əməklə
məşğul ola bilərlər. Cəzaçəkmə
müəssisələrində təsərrüfat və
məişət işlərinə cəlb edilmiş
məhkumların sayı müəssisədə cəza
çəkməsi nəzərdə tutulan məhkumların
sayının on faizindən çox ola bilməz. Məhkumların
əməyindən istifadə edilməsinə icazə
verilməyən işlərin siyahısı
cəzaçəkmə müəssisələrinin Daxili
İntizam Qaydaları ilə müəyyən edilir.[97]
95.2. Altmış
yaşından yuxarı kişi, əlli beş yaşından
yuxarı qadın məhkumlara, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş
şəxslərə, 18 yaşınadək əlilliyi
müəyyən edilmiş məhkumlara, hamiləliyi dörd aydan
çox olan və ya cəzaçəkmə
müəssisələri nəzdindəki uşaq
evlərində uşaqları olan qadın məhkumlara
könüllülük əsasında işləməyə
icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar
əmək qanunvericiliyinə uyğun işə cəlb
edilirlər.[98]
95.3. Həbsxanada cəza
çəkən məhkumların əməyi ancaq
həbsxana ərazisində təşkil olunur.
95.4. Məhkumların
əməyindən istifadə edilməsi, qadağan olunan
işlərin və vəzifələrin siyahısı
cəzaçəkmə müəssisələrinin Daxili İntizam
Qaydaları ilə müəyyən edilir.
95.5. Məhkumların istehsalat
fəaliyyəti cəzaçəkmə
müəssisələrinin əsas vəzifəsinə,
yəni məhkumların islah edilməsinə mane
olmamalıdır.
95.6. Məhkumlara əmək
mübahisələrinin həlli üçün əmək
fəaliyyətini dayandırmaq və tətil etmək
qadağan edilir. Üzrsüz səbəbdən əməkdən
imtina edilməsi və ya əmək fəaliyyətinin
dayandırılması cəzanın icrası
qaydalarının pozulması sayılır və məhkuma
tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya
onların maddi məsuliyyətə cəlb olunmasına
səbəb olur.
Maddə 96. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərin əmək şəraiti
96.1. Məhkumların iş
vaxtının müddəti, əməyin mühafizəsi
və istehsalat sanitariyası qaydaları əmək
qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
96.2. Məhkumlara istirahət
günləri verilir və onlar əmək qanunvericiliyində
nəzərdə tutulmuş qaydada
səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günündə
işdən azad edilirlər.[99]
96.3. Məhkumların
gördükləri işin xüsusiyyətini
nəzərə alaraq, tərbiyə
müəssisələri istisna olmaqla, iş vaxtının
cəmləşdirilmiş uçotuna yol verilir. Uçot
dövründə iş vaxtının müddəti qanunla
müəyyən edilmiş gündəlik iş vaxtı
müddətindən çox olmamalıdır.
96.4. Məhkumların
ödənişli əməyə cəlb edildikləri vaxt
ümumi əmək stajına daxil edilir. Əmək stajının
hesablanması təqvim ilinin yekununa əsasən,
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən aparılır.
Ardıcıl olaraq əmək vəzifələrini yerinə
yetirməyən, yaxud digər hallarda işdən boyun
qaçıran məhkumların müvafiq dövrdəki
iş vaxtları cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin təqdimatına əsasən
məhkəmənin qərarı ilə onların ümumi
əmək stajından çıxarıla bilər.
96.5. Əmək
fəaliyyəti ilə məşğul olan məhkumlar
hər il əmək qanunvericiliyi ilə müəyyən
edilmiş ödənişli məzuniyyətdən istifadə
hüququna malikdirlər. Məzuniyyətdən istifadə
vaxtı cəzaçəkmə müəssisələrinin
hüdudlarından kənara qısa müddətli
səfər etmək qaydası bu Məcəllənin
89.4-cü maddəsi ilə müəyyən olunur.
96.6. Məhkum qadınlar
hamiləliyə və doğuşa görə
qanunvericilikdə müəyyən edilmiş
müddətə işdən azad edilirlər.
96.7. İş normalarını
artıqlaması ilə yerinə yetirən və ya
müəyyən edilmiş tapşırıqları
nümunəvi yerinə yetirən məhkumlara əmək qanunvericiliyində
nəzərdə tutulmuş əlavə məzuniyyət
verilə bilər.
Maddə 97. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərin əməyinin
ödənilməsi
97.1. Məhkumlar əmək
qanunvericiliyinə uyğun olaraq əməyin
ödənilməsi hüququna malikdirlər.
97.2. İş vaxtının
normasını tam işləmiş və öz əmək
vəzifələrini yerinə yetirmiş məhkumların
aylıq əmək haqqının məbləği
əməyin ödənilməsinin müəyyən
olunmuş minimum miqdarından az olmamalıdır.
97.3. Natamam iş vaxtına
görə əməyin ödənilməsi
işlənmiş vaxta mütənasib və ya istehsaldan
asılı olaraq həyata keçirilir.
97.4. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslərin əmək haqqının
ödənilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 98. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərin haqqı ödənilməyən
işlərə cəlb edilməsi
98.1. Məhkumlar mühafizə
qurğuları istisna olmaqla, cəzaçəkmə
müəssisələrinin və onların ərazisinin
abadlaşdırılması, məhkumların
mədəni-məişət şəraitinin
yaxşılaşdırılması üçün
köməkçi işlərə haqqı
ödənilmədən cəlb edilə bilərlər.
98.2. Bu Məcəllənin
98.1-ci maddəsində göstərilən işlərə
məhkumlar, bir qayda olaraq növbə ilə işdən azad
vaxtlarda cəlb edilirlər. Belə işlərin
müddəti ay ərzində səkkiz saatdan çox ola
bilməz.
98.3. Məhkumlar mühafizə
qurğularının bərpasına yalnız təbii
fəlakət, yaxud digər fövqəladə hallar
nəticəsində bu qurğulara zərər vurulduqda və
ya onlar dağıldıqda haqqı ödənilmədən
cəlb edilə bilərlər.
Maddə 99. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərin qazancından tutulmalar
99.1. Cəzaçəkmə
müəssisələrində və həbsxanalarda
məhkumların qazancından, pensiyalarından və digər
gəlirlərindən tutulmalar aparılır.
99.2. Məhkumların əməkhaqqından gəlir vergisi, məcburi dövlət sosial
sığorta haqqı və digər məcburi
ödənişlər tutulur. İcra vərəqəsinə və
başqa icra sənədlərinə görə tutulmalar qalan
məbləğdən qanunvericiliklə müəyyən
edilmiş qaydada aparılır. Yetkinlik yaşına
çatmayan uşaqlar üçün aliment məhkumun
qazancının bütün məbləğindən
hesablanır.[100]
99.3. Cəzaçəkmə
müəssisələrində və həbsxanalarda
məhkumların şəxsi hesabına, bütün
tutulmalı məbləğlərdən asılı olmayaraq
onlara hesablanmış aylıq əmək haqqının,
pensiyanın və digər gəlirlərin ən azı əlli faizi, altmış
yaşından yuxarı kişi, əlli beş yaşından
yuxarı qadın məhkumların, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş məhkumların, yetkinlik
yaşına çatmayanların və ya hamilə,
cəzaçəkmə müəssisələri
nəzdindəki uşaq evlərində uşaqları olan
məhkum qadınların şəxsi hesabına isə
aylıq əmək haqqının, pensiyanın və
digər gəlirlərin ən azı altmış faizi keçirilir.[101]
99.4. Məntəqə tipli
cəzaçəkmə müəssisələrində
cəza çəkən şəxslərə, habelə bu
Məcəlləyə uyğun olaraq cəzaçəkmə
müəssisəsindən kənarda yaşamağa icazə
verilmiş məhkum qadınlara tutulmalı bütün
məbləğlərdən asılı olmayaraq ümumi
gəlirin ən azı altmış beş faizi verilir.
Maddə 100. Müəyyən müddətə azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş şəxslərin peşə təhsili və peşə hazırlığı[102]
100.1. Peşəsi və ya
ixtisası olmayan məhkumlar üçün
cəzaçəkmə müəssisələrində peşə təhsili və ya peşə
hazırlığı həyata keçirilir.
100.2. Hamilə və ya
cəzaçəkmə müəssisələri
nəzdindəki uşaq evlərində uşaqları olan
məhkum qadınlar, altmış yaşından yuxarı
kişi və əlli beş yaşından yuxarı qadın
məhkumlar, orqanizmin funksiyalarının
61-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslərə, 18
yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlar peşə
təhsilinə və ya
peşə hazırlığına öz arzularına
görə cəlb edilirlər.[103]
100.3. Tərbiyə
müəssisələrində peşə təhsili və ya peşə
hazırlığı məhkumların iş günü
müddəti ərzində həyata keçirilir.
100.4. Cəzaçəkmə
müəssisələrində saxlanılan məhkumlar peşə təhsili üzrə imtahan vermək
üçün əmək qanunvericiliyində
nəzərdə tutulmuş müddətə işdən
azad edilirlər. Bu müddət üçün onlara
əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.
100.5. Məntəqə tipli
cəzaçəkmə müəssisələrində
cəza çəkən məhkumların peşə təhsili üzrə imtahan verməsi
dövründə onların maddi təminatı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qayda
və şərtlərlə həyata keçirilir.
100.6. Məhkumların peşə təhsili və ya peşə
hazırlığı həvəsləndirilir və
onların islah edilməsi müəyyən edilərkən
nəzərə alınır.
100.7. Peşə təhsili və ya peşə
hazırlığı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
həyata keçirilir.[104]
100.8. ləğv edilmişdir.[105]
XIII fəsil
Müəyyən
müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə növündə
cəzalara məhkum olunmuş şəxslərlə
tərbiyə işi
Maddə 101. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərlə tərbiyə işinin
təşkili
101.1. Məhkumlarla
tərbiyə işi onların ictimai faydalı əməklə
məşğul olmasına, əməyə vicdanlı
münasibətə və cəmiyyətdə qəbul
edilmiş davranış normalarına riayət edilməsinin,
təhsil və mədəniyyət səviyyəsinin
artırılmasının formalaşdırılmasına
və möhkəmləndirilməsinə yönəldilir.
101.2. Tərbiyə
tədbirlərində məhkumların iştirakı
onların islah edilməsi
müəyyənləşdirilərkən, habelə
həvəsləndirmə və tənbeh tədbirlərinin
tətbiqi zamanı nəzərə alınır.
101.3. Məhkumların
məcburi olan tərbiyə tədbirlərində
iştirakı cəzaçəkmə müəssisəsinin
gün bölgüsündə
nəzərdə tutula bilər.[106]
101.4. Məhkumlarla
tərbiyə işi onların şəxsiyyətinin fərdi
xüsusiyyətləri, xarakteri və törətdikləri
cinayətin səbəbləri nəzərə alınmaqla
həyata keçirilir.
101.5. Məhkumlarla
tərbiyə işinin təşkili üçün
cəzaçəkmə müəssisələrində
zəruri maddi-texniki baza yaradılır.
Maddə 102. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərlə tərbiyə işinin
əsas formaları
102.1. Məhkumların islah
edilməsi məqsədi ilə cəzaçəkmə
müəssisələrində əxlaqı, hüquqi,
əmək, fiziki və başqa tərbiyə
tədbirləri həyata keçirilir.
102.2. Məhkumlarla
tərbiyə işi pedaqoji və psixoloji üsullara
əsasən cəzaçəkmə müəssisəsinin
növü, cəzanın müddəti, fərdi, qrup və kütləvi
şəkildə saxlanma şərtləri nəzərə
alınmaqla, fərqləndirilmiş qaydada aparılır.
102.3. Məhkumlarla
tərbiyə işi aparılarkən mediadan, o cümlədən radio və
televiziyadan, kinofilmlərə baxışdan istifadə edilir,
kitabxanalar təşkil edilir.[107]
102.4. Tənbeh
tədbiri qismində intizam və cərimə
təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli
otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə,
habelə bu məcəllənin 70.4.3-cü maddəsinə
əsasən həbsxanaya keçirilmiş məhkumlara televiziya
verilişlərinə baxmağa icazə verilmir.[108]
Maddə 103. Cəzaçəkmə
müəssisələrində məhkumların
özfəaliyyət təşkilatları
103.1. Cəzaçəkmə
müəssisələrində, ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslər istisna olmaqla, digər məhkumların
bu müəssisələrin müdiriyyətinin
nəzarəti altında fəaliyyət göstərən
özfəaliyyət təşkilatları yaradılır.
103.2. Özfəaliyyət
təşkilatlarının fəaliyyətində
məhkumların iştirakı həvəsləndirilir və
onların islah edilməsi müəyyənləşdirilərkən
nəzərə alınır.
103.3. Özfəaliyyət
təşkilatlarının əsas məqsədi aşağıdakılardır:
103.3.1. məhkumların islah
edilməsinə, tərbiyəsinə, onların mənəvi
və fiziki inkişafına köməklik
göstərmək;
103.3.2. məhkumlarda
müsbət vərdişləri inkişaf etdirmək və
onların faydalı
təşəbbüskarlığını
həvəsləndirmək;
103.3.3. cəzaçəkmə
müəssisəsində əməyin, məişət
şəraitinin və asudə vaxtın səmərəli
keçməsinin təşkili məsələlərinin
həllində iştirak etmək;
103.3.4. məhkumlar arasında
intizamı möhkəmləndirmək və onların
bir-birinə qarşılıqlı müsbət
münasibətlərini formalaşdırmaq;
103.3.5. məhkumlara və
onların ailələrinə yardım göstərmək.
103.4. Özfəaliyyət
təşkilatlarının üzvlərinə əlavə
güzəştlər verilmir və onlar istehsalatda əsas
işdən azad edilmirlər.
103.5. Məhkumların
özfəaliyyət təşkilatlarının
yaradılması və onların fəaliyyət qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 104. Müəyyən müddətə azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş şəxslərin ümumi təhsili[109]
104.1. Cəzaçəkmə
müəssisələrində məhkumların ümumi
təhsili həyata keçirilir. Yaşı qırxdan çox
olan məhkumlar, orqanizmin funksiyalarının
61-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslərə, 18
yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlar ümumi orta
təhsilə öz arzularına görə cəlb
edilirlər.[110]
104.2. Məhkumların ümumi
təhsili həvəsləndirilir və onların islah
edilməsi müəyyənləşdirilərkən
nəzərə alınır.
104.3. Əmək
qanunvericiliyinə uyğun olaraq ümumi təhsil alan
məhkumlar imtahan vermək üçün işdən azad
edilirlər.
104.4. Cəzaçəkmə
müəssisələrinin nəzdindəki ümumi təhsil
müəssisələrinin pedaqoji kollektivi tərbiyə
işinin aparılmasında cəzaçəkmə
müəssisələrinin müdiriyyətinə
köməklik edir.
104.5. Müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslərin ümumi təhsili müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
həyata keçirilir.
104.6. Ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslər ümumi təhsilə
cəlb olunmurlar. Onların öz-özünə təhsil
alması üçün cəzanın icrası və
çəkilməsi qaydasına və
şərtlərinə zidd olmayan şərait
yaradılır.
Maddə 105. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərlə tətbiq edilən
həvəsləndirmə tədbirləri
105.1. Nümunəvi
davranışa, əməyə və təhsilə
vicdanlı münasibətə, özfəaliyyət
təşkilatlarında və tərbiyə
tədbirlərində fəal iştirakına görə
məhkumlara aşağıdakı həvəsləndirmə
tədbirləri tətbiq edilə bilər:
105.1.1. təşəkkür
elan etmək;
105.1.2. hədiyyə ilə
mükafatlandırmaq;
105.1.3. dörd manatadək miqdarda pulla mükafatlandırmaq;[111]
105.1.4. əlavə sovqat,
bağlama və ya banderol almağa icazə vermək;
105.1.5. əlavə telefon
danışığına və
ya videogörüşə icazə vermək;[112]
105.1.6. əlavə qısa
müddətli və ya uzun müddətli
görüşə icazə vermək;
105.1.7. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün on beş
manatadək miqdarda əlavə pul xərcləməyə
icazə vermək;[113]
105.1.8. verilmiş tənbehi
vaxtından əvvəl götürmək;
105.1.9. saxlanılma
şəraitini yaxşılaşdırmaq;
105.1.10. xüsusi rejimli
cəzaçəkmə müəssisələrində
saxlanılan və cəza müddətinin ən azı
üçdə birini çəkmiş məhkumları
kamera tipli otaqlardan adi yaşayış binalarına
keçirmək;
105.1.11.
xüsusi rejimli cəzaçəkmə
müəssisəsində və həbsxanada kameralarda
saxlanılan məhkumlara bir ay ərzində bir saatadək
əlavə gəzintiyə icazə vermək.[114]
105.2. Məntəqə tipli
cəzaçəkmə müəssisələrində
cəza çəkən məhkumlara istirahət və bayram
günlərinin məntəqə tipli
cəzaçəkmə müəssisəsinin
ərazisindən kənarda keçirilməsinə icazə
vermək kimi həvəsləndirmə tədbiri də
tətbiq edilə bilər.
105.3. Ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslər istisna olmaqla
müsbət xarakterizə olunan məhkumlara onların
ərizələrinə əsasən bu Məcəllənin
70-ci maddəsində nəzərdə tutulmuş qaydada
digər həvəsləndirmə tədbirləri tətbiq
edilə bilər.
105.4. Cəzaçəkmə
müəssisəsinin müdiriyyəti tərəfindən
məhkumların razılığı ilə onların
əfv edilməsi haqqında vəsatət qaldırıla
bilər.
Maddə 106. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərə həvəsləndirmə
tədbirlərinin tətbiqi qaydası
106.1. Məhkumlara
həvəsləndirmə tədbirləri yazılı
şəkildə verilir.
106.2. Verilmiş tənbehin
həvəsləndirmə qaydasında vaxtından
əvvəl götürülməsinə:
106.2.1. bu Məcəllənin
107.1.1 və 107.1.2-ci maddələrində
göstərilən tənbehlərin verilməsi günündən
ən azı üç aydan sonra;
106.2.2. bu Məcəllənin
107.1.3 və 107.1.4-cü maddələrində
göstərilən tənbehlərin verilməsi
günündən ən azı altı ay sonra yol verilir.
106.3. Tənbeh tədbiri kimi
xüsusi rejimli cəzaçəkmə
müəssisələrində adi yaşayış
binalarından kamera tipli otaqlara keçirilmiş məhkumlara
adi yaşayış binalarına keçirilmə
növündə həvəsləndirmə tədbiri
tənbeh verilməsi günündən ən azı bir il
keçdikdən sonra yenidən tətbiq edilə bilər.
Maddə 107. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərə tətbiq edilən tənbeh
tədbirləri
107.1. Cəzanın icrası
qaydalarını pozan məhkumlara aşağıdakı
tənbeh tədbirləri tətbiq edilə bilər:
107.1.1. xəbərdarlıq;
107.1.2. töhmət;
107.1.3. cəzaçəkmə
müəssisələrində və həbsxanalarda
saxlanılan kişi məhkumları on beş
günədək, qadın məhkumları isə on
günədək müddətə cərimə təcridxanasına
keçirmək;
107.1.4. xüsusi rejimli
cəzaçəkmə müəssisələrində
saxlanılan məhkumları adi yaşayış
binalarından kamera tipli otaqlara keçirmək.
107.2. Cəzanın icrası
qaydaları qərəzli pozulduqda ümumi və ciddi rejimli
cəzaçəkmə müəssisələrində
saxlanılan kişi məhkumları bir aydan altı ay
müddətinədək kamera tipli otaqlara, xüsusi rejimli
cəzaçəkmə müəssisələrində
saxlanılan məhkumları bir aydan altı ay
müddətinədək birnəfərlik kameralara,
həbsxanalarda saxlanılan məhkumları iki aydan altı
ayadək müddətə ciddi saxlanma şəraitinə keçirmək
növündə tənbeh tədbiri tətbiq edilə
bilər. Bu tənbeh tədbirləri yalnız bu
Məcəllənin 107.1.1-107.1.3-cü maddələrində
nəzərdə tutulmuş tənbeh tədbirləri
verilmiş məhkumlara tətbiq edilə bilər.
107.3.
Məntəqə tipli cəzaçəkmə
müəssisələrində cəzanın icrası
qaydalarını qərəzli pozan məhkumlara bir ay
müddətində müəssisədən kənara
çıxmağın və ya üç ay ərzində
istirahət və bayram günlərini
cəzaçəkmə müəssisəsindən kənarda
keçirməyin qadağan edilməsi kimi tənbeh
tədbirləri, yaxud bu Məcəllənin 70-ci
maddəsində nəzərdə tutulmuş qaydada digər
tənbeh tədbirləri tətbiq edilir.[115]
107.4. Məntəqə tipli
cəzaçəkmə müəssisələrində
cəza çəkən məhkumlara bu Məcəllənin
107.2-ci maddəsində nəzərdə tutulmuş tənbeh
tədbiri tətbiq edilmir.
107.5. Cəzanın icrası
qaydalarını qərəzli pozan məhkumlara bu
Məcəllənin 70-ci maddəsində nəzərdə
tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq
edilə bilər.
107.6.
Həvəsləndirmə tədbiri qaydasında saxlanılma
şəraiti yaxşılaşdırılmış
məhkum barədə bu Məcəllənin 107.1-107.3, 107.5
və 125-ci maddələrində nəzərdə tutulmuş
tənbeh tədbiri tətbiq edildikdə
yaxşılaşdırılmış saxlanılma
şəraiti ləğv edilir.[116]
Maddə 108. Cəzanın icrası qaydalarının qərəzli
pozulması
108.1. Cəzanın icrası
qaydalarının qərəzli pozulması
aşağıdakı hallar hesab olunur:
108.1.1. alkoqol və ya digər
güclü təsir göstərən maddələri
qəbul etmək;[117]
108.1.2. narkotik vasitələri və ya psixotrop maddələri
qəbul etmək;[118]
108.1.3. xırda xuliqanlıq;
108.1.4. cəzaçəkmə
müəssisəsinin işçi heyətini
hədələmək, təhqir etmək və ya onların
qanuni tələblərinə tabe olmamaq;
108.1.5. xidməti
borclarını yerinə yetirən digər dövlət
nümayəndələrini hədələmək və ya
təhqir etmək;
108.1.6. qrup halında tabe olmamaq
və ya belə qruplarda fəal iştirak etmək;
108.1.7. il ərzində
üç dəfədən çox tənbeh edilmək.
108.1-1.
Məntəqə tipli cəzaçəkmə
müəssisələrində cəzanın icrası
qaydalarının qərəzli pozulması, həmçinin
aşağıdakı hallar hesab edilir:
108.1-1.1.
məhkumun cəzaçəkmə müəssisəsini
icazəsiz tərk etməsi;
108.1-1.2.
məhkumun üzrsüz səbəbdən ayda iki
dəfədən çox cəzaçəkmə
müəssisəsinə vaxtında qayıtmaması.[119]
108.2. Rejimin qərəzli pozulması
məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsi
ilə eyni vaxtda cəzaçəkmə
müəssisəsinin müdiriyyətinin
əsaslandırılmış qərarı ilə
müəyyən edilir.
Maddə 109. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərə tənbeh tədbirlərinin
tətbiqi qaydası
109.1. Tənbeh
tədbirlərinin tətbiqi zamanı məhkuma öz əməlini yazılı və ya
şifahi qaydada izah etmək imkanı verilir, xətanın
törədilmə şəraiti, məhkumun
şəxsiyyəti və cəzanın çəkilməsi
müddətindəki davranışı nəzərə
alınır. Verilən tənbeh tədbirləri
xətanın ağırlığına və
xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh
tədbirləri xətanın aşkar olunduğu vaxtdan on gün
ərzində tətbiq edilir. Əgər həmin xəta
ilə əlaqədar yoxlama aparılarsa onun başa
çatdığı gündən, lakin xətanın
törədildiyi vaxtdan bir aydan gec olmayaraq tənbeh tədbiri
tətbiq edilir. Eyni zamanda törədilən bir neçə
xəta üçün bir tənbeh tədbiri tətbiq edilir.[120]
109.2. Tənbeh tədbirləri
yazılı şəkildə cəzaçəkmə
müəssisəsinin müdiriyyətinin
əsaslandırılmış qərarı ilə verilir. Məhkumun bu Məcəllənin
107.1-107.3, 107.5 və 125-ci maddələrində
nəzərdə tutulmuş tənbeh tədbirlərinin
tətbiqindən müvafiq icra hakimiyyəti orqanına və
ya məhkəməyə şikayət vermək hüququ
vardır. Əsas olduqda tənbeh tədbiri ləğv
edilə bilər. Bu Məcəllənin 109.2-1-ci
maddəsinə əsasən tənbeh tədbirinin
icrasının dayandırılması barədə qərar
qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi
tənbeh tədbirinin icrasını dayandırmır.[121]
109.2-1. Şikayət verildiyi
hallarda, barəsində şikayət olunan tənbeh
tədbirinin icrasının dayandırılması ilə
bağlı məsələyə, maraqlı şəxsin
ərizəsinə əsasən və ya xidməti
vəzifəsinə görə şikayət
instansiyasının öz təşəbbüsü ilə,
şikayət instansiyası tərəfindən dərhal
baxılır və bu barədə müvafiq qərar
qəbul edilir. [122]
109.3. Məhkumlar kamera tipli
otaqlara və birnəfərlik kameralara bu tənbeh
tədbirlərinin müddəti göstərilməklə
keçirilirlər.
109.4. Kamera tipli otağa
keçirilmiş məhkuma—kamera tipli otağa
keçirilməkdən başqa, digər tənbeh
tədbirləri tətbiq edilə bilər.
109.5. Tənbeh tədbiri
verildiyi gündən bir il ərzində məhkuma yeni
tənbeh tədbiri tətbiq edilməzsə o, tənbehi
olmayan sayılır.
Maddə 110. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərin cərimə
təcridxanalarında, kamera tipli otaqlarda və
birnəfərlik kameralarda saxlanılması
şərtləri
110.1. Cərimə
təcridxanalarına keçirilmiş məhkumlara
görüşlər, telefon danışıqları , videogörüşlər verilmir, ərzaq məhsulları və
ən zəruri mallar əldə etmək, bağlama, sovqat
və ya banderol almaq qadağan edilir. Onların hər gün
bir saatlıq gəzinti hüquqları vardır.[123]
110.2. Tənbeh tədbiri
qaydasında kamera tipli otaqlarda və ya birdəfəlik
kameralarda saxlanılan məhkumlar aşağıdakı
hüquqlara malikdirlər:
110.2.1. ərzaq məhsulları
və ən zəruri malların əldə edilməsi
üçün bu Məcəllə ilə müəyyən
edilmiş məbləğində pul xərcləmək;
110.2.2. bir bağlama, sovqat
və ya banderol almaq;
110.2.3. hər gün bir saat
gəzintidən istifadə etmək;
110.2.4. cəzaçəkmə
müəssisəsinin müdiriyyətinin icazəsi ilə bir
qısa müddətli görüş almaq.
110.3. Kamera tipli otaqlarda və ya
birnəfərlik kameralarda saxlanılan məhkumlar digər
məhkumlardan ayrı işləyirlər.
110.4. Cərimə
təcridxanalarında, kamera tipli otaqlarda və
birnəfərlik kameralarda özünə xəsarət
yetirmə və özünü xəstəliyə vurma
halları istisna olmaqla, müalicə
müəssisələrinə və
cəzaçəkmə müəssisələrinin
tibb-sanitariya hissələrinə keçirilmiş
məhkumların burada saxlanılma vaxtı verilən
tənbehin çəkilmə müddətinə
hesablanır.[124]
110.5. Cərimə
təcridxanalarında, kamera tipli otaqlarda və
birnəfərlik kameralarda saxlanılan məhkumların
maddi-məişət təminatı həbsxanalarda ümumi
saxlanma şəraitində olan məhkumlar üçün
müəyyən edilmiş normalara uyğun müəyyən
edilir.
110.6. Bir təqvim ili
ərzində cərimə təcridxanasında saxlanma
müddəti altmış gündən, kamera tipli otaqlarda
və birnəfərlik kameralarda isə altı aydan çox
ola bilməz.
Maddə 111. Müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzalara məhkum
olunmuş şəxslərə həvəsləndirmə
və tənbeh tədbirlərini tətbiq edən
vəzifəli şəxslər
Bu Məcəllənin 105 və
107-ci maddələrində göstərilən
həvəsləndirmə və tənbeh tədbirlərini
məhkumlara cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tətbiq edir.
XIV fəsil
Müxtəlif
növlü cəzaçəkmə
müəssisələrində cəzanın icrası
Maddə 112. Ümumi rejimli cəzaçəkmə
müəssisələri
112.1. Ümumi rejimli
cəzaçəkmə müəssisələrində
qəsdən törədilmiş böyük ictimai
təhlükə törətməyən, az ağır
və ağır cinayətlərə görə ilk
dəfə müəyyən müddətə azadlıqdan
məhrum etməyə məhkum olunmuş şəxslər,
habelə ehtiyatsızlıqdan törədilmiş
cinayətlərə görə beş ildən artıq
müddətə azadlıqdan məhrum etməyə məhkum
olunmuş şəxslər, həmçinin cəzaları
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz edilmiş
şəxslər cəza çəkirlər.
112.2. Ehtiyatsızlıqdan
törədilmiş, qəsdən törədilmiş
böyük ictimai təhlükə törətməyən
və az ağır cinayətlərə görə məhkum
olunmuş kişilər ilk dəfə ağır
cinayətlərə görə məhkum olunmuş və bu Məcəllənin
70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada
ciddi rejimli cəzaçəkmə müəssisələrindən
keçirilmiş kişilərdən ayrı
saxlanılırlar.[125]
Maddə 113. Ümumi rejimli cəzaçəkmə
müəssisələrində cəzanın icrası
şərtləri[126]
113.1. Ümumi rejimli
cəzaçəkmə müəssisələrində
məhkumlar cəzaçəkmə
müəssisələrinin daxili intizam qaydalarına uyğun
olaraq cəzaçəkmə müəssisəsi
ərazisinin daxilində hərəkət edə
bilərlər.
113.2. Ehtiyatsızlıqdan
törədilmiş, qəsdən törədilmiş
böyük ictimai təhlükə törətməyən
və az ağır cinayətlərə görə məhkum
olunmuş şəxslərin saxlandığı ümumi
rejimli cəzaçəkmə
müəssisələrində məhkumlar:
113.2.1. adi yaşayış
binalarında saxlanılırlar;
113.2.2. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda əlli
manatadək miqdarda pul xərcləyə bilərlər;[127]
113.2.3. il ərzində qısa
müddətli qırx səkkiz görüş və uzun
müddətli dörd görüş almaq hüququna
malikdirlər;
113.2.4. il ərzində qırx
səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna
malikdirlər.
113.3. Məhkumlar cəzanın
icrası qaydalarını pozmadıqda və əməyə
vicdanla yanaşdıqda, cəza müddətinin ən azı
üçdə birini çəkdikdən sonra onların
saxlanılması şəraiti
yaxşılaşdırıla bilər. Bu halda məhkumlar
əlavə olaraq:
113.3.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda on beş
manatadək miqdarda pul xərcləyə bilərlər;[128]
113.3.2. il ərzində uzun
müddətli dörd görüş almaq hüququna
malikdirlər;
113.3.3. hər il
məzuniyyət vaxtı cəzaçəkmə
müəssisəsinin müdiriyyətinin qərarı ilə
cəzaçəkmə müəssisələrinin
hüdudlarından kənara qısa müddətli
səfər edə bilərlər.
113.4. Ağır
cinayətlərə görə ilk dəfə məhkum olunmuş və bu
Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə
müəssisələrindən keçirilmiş
şəxslərin saxlandığı ümumi rejimli
cəzaçəkmə müəssisələrində
məhkumlar:[129]
113.4.1. adi yaşayış
binalarında saxlanılırlar;
113.4.2. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda qırx
beş manatadək miqdarda pul xərcləyə
bilərlər;[130]
113.4.3. il ərzində qısa
müddətli iyirmi dörd görüş və uzun
müddətli üç görüş almaq hüququna
malikdirlər;
113.4.4. il ərzində iyirmi
dörd bağlama, sovqat və ya banderol almaq hüququna
malikdirlər.
113.5. Məhkumlar cəzanın
icrası qaydalarını pozmadıqda və əməyə
vicdanla yanaşdıqda, cəza müddətinin ən azı
üçdə birini çəkdikdən sonra onların
saxlanılması şəraiti
yaxşılaşdırıla bilər. Bu halda məhkumlar
əlavə olaraq:
113.5.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda on beş
manatadək miqdarda pul xərcləyə bilərlər;[131]
113.5.2. il ərzində qısa
müddətli on iki görüş və uzun müddətli
üç görüş almaq hüququna malikdirlər;
113.5.3. il ərzində on iki
bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.
Maddə 114. Ciddi rejimli cəzaçəkmə
müəssisələri
Ciddi rejimli
cəzaçəkmə müəssisələrində
xüsusilə ağır cinayətlər
törətməyə görə ilk dəfə
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum olunmuş,
habelə cinayətlərin residivi zamanı, yəni
əvvəllər müəyyən müddətə
azadlıqdan məhrum etmə növündə cəza
çəkmiş şəxslər və cinayətlərin
xüsusi təhlükəli residivinə görə
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum olunmuş
qadınlar cəza çəkirlər.
Maddə 115. Ciddi rejimli cəzaçəkmə
müəssisələrində cəzanın icrası
şərtləri[132]
115.1. Ciddi rejimli cəzaçəkmə
müəssisələrində məhkumlar
cəzaçəkmə müəssisələrinin daxili
intizam qaydalarına uyğun olaraq cəzaçəkmə
müəssisəsi ərizəsinin daxilində
hərəkət edə bilərlər.
115.2. Ciddi rejimli
cəzaçəkmə müəssisələrində
məhkumlar:
115.2.1. adi yaşayış
binalarında saxlanılırlar:
115.2.2. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda qırx
manatadək miqdarda pul xərcləyə bilərlər;[133]
115.2.3. il ərzində qısa
müddətli on iki görüş və uzun müddətli
iki görüş almaq hüququna malikdirlər;
115.2.4. il ərzində on iki
bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.
115.3. Məhkumlar cəzanın
icrası qaydalarını pozmadıqda və əməyə
vicdanla yanaşdıqda, cəza müddətinin ən azı
yarısını çəkdikdən sonra onların
saxlanılması şəraiti
yaxşılaşdırıla bilər. Bu halda məhkumlar
əlavə olaraq:
115.3.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda on beş
manatadək miqdarda pul xərcləyə bilərlər;[134]
115.3.2. il ərzində qısa
müddətli altı görüş və uzun
müddətli iki görüş almaq hüququna
malikdirlər;
115.3.3. il ərzində on iki
bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.
Maddə 116. Xüsusi rejimli cəzaçəkmə
müəssisələri
116.1. Xüsusi rejimli
cəzaçəkmə müəssisələrində
cinayətlərin xüsusi təhlükəli residivinə
görə müəyyən müddətə azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş və ömürlük azadlıqdan məhrum
etmə növündə cəzası müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəza ilə əvəz olunmuş
kişilər cəza çəkirlər.
116.2. Xüsusi rejimli
cəzaçəkmə müəssisələrinə
cəza çəkməyə göndərilmiş
məhkumlar kamera tipli otaqlarda saxlanılırlar. Məhkumlar
bu Məcəllənin 105.10-cu maddəsində
nəzərdə tutulmuş qaydada kamera tipli otaqlardan adi
yaşayış binalarına keçirilə bilərlər.
Maddə 117. Xüsusi rejimli cəzaçəkmə
müəssisələrində cəzanın icrası şərtləri[135]
117.1. Xüsusi rejimli
cəzaçəkmə müəssisələrində
məhkumlar:
117.1.1. kamera tipli otaqlarda və
ya adi yaşayış binalarında saxlanılırlar;
117.1.2. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda otuz beş
manatadək miqdarda pul xərcləyə bilərlər;[136]
117.1.3. il ərzində qısa
müddətli altı görüş və uzun
müddətli iki görüş almaq hüququna
malikdirlər;
117.1.4. il ərzində
səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna
malikdirlər.
117.2. Məhkumlar cəzanın
icrası qaydalarını pozmadıqda və əməyə
vicdanla yanaşdıqda cəza müddətinin ən azı
yarısını çəkdikdən sonra onların
saxlanılması şəraiti
yaxşılaşdırıla bilər. Bu halda məhkumlar
əlavə olaraq:
117.2.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda on beş
manatadək miqdarda pul xərcləyə bilərlər;[137]
117.2.2. il ərzində qısa
müddətli iki görüş və uzun müddətli bir
görüş almaq hüququna malikdirlər;
117.2.3. il ərzində
üç bağlama, sovqat və ya banderol almaq hüququna
malikdirlər.
Maddə 118. Məntəqə tipli cəzaçəkmə
müəssisələri
118.1.
Məntəqə tipli cəzaçəkmə
müəssisələrində ehtiyatsızlıqdan
törədilmiş cinayətlərə görə beş
ildən artıq olmayan müddətə azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş şəxslər və bu Məcəllənin 70.2.3
və 70.2.4-cü maddələrində nəzərdə
tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə
müəssisələrindən keçirilmiş
şəxslər cəza çəkirlər. Ümumi rejimli
cəzaçəkmə müəssisələrindən
keçirilmiş ağır və ya az ağır
cinayətlərə görə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslər məntəqə tipli
cəzaçəkmə müəssisələrində
digər məhkumlardan ayrı saxlanılırlar.[138]
118.2. Məntəqə tipli
cəzaçəkmə müəssisələrində
məhkumlar eyni şəraitdə saxlanılırlar.
118.3. Kişi və qadın
məhkumlar eyni məntəqə tipli
cəzaçəkmə müəssisələrində
saxlanıla bilərlər. İştirakçılıqla
cinayət törədən şəxslər bir qayda olaraq
ayrılıqda cəza çəkirlər.
Maddə 119. Məntəqə tipli cəzaçəkmə
müəssisələrində cəzanın icrası
şərtləri[139]
119.1.
Məntəqə tipli cəzaçəkmə
müəssisələrində məhkumlar:
119.1.1.
mühafizəsiz, lakin nəzarət altında
saxlanılırlar;
119.1.2.
müəyyən edilmiş nümunəli
şəxsiyyəti təsdiq edən sənəd
daşıyırlar;
119.1.3. yuxudan
durmaq vaxtından yatmaq vaxtınadək
müəssisədə sərbəst hərəkət
edə bilərlər;
119.1.4.
məhdudiyyət qoyulmadan qohumları ilə və başqa
şəxslərlə yazışa və
görüşə bilər, bağlama, sovqat və ya banderol
ala bilərlər;
119.1.5.
cəzaçəkmə müəssisəsində
gündə bir dəfə müddəti on beş
dəqiqə olmaqla telefonla danışa və ya videogörüş keçirə
bilərlər;[140]
119.1.6.
məişətdə istifadə edilən ümumi paltar
geyinə, pul və qiymətli şeylər gəzdirə,
puldan qeyri-məhdud istifadə edə bilərlər.
119.2.
Məntəqə tipli cəzaçəkmə
müəssisəsində cəza çəkən
məhkumların kommunal, yemək, maddi-məişət,
tibbi-sanitariya və digər təminatları dövlət
hesabına həyata keçirilir.
119.3.
Cəzaçəkmə müəssisəsindən kənarda
müəssisəyə yaxın ərazidə işə
düzələn və ya ali, orta ixtisas, peşə təhsili
müəssisələrində təhsil alan məhkumlar
cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan
artıq olmayan müddətdə müəssisədən
kənarda, lakin Azərbaycan Respublikasının ərazisi
hüdudlarında nəzarətsiz hərəkət edə
bilərlər. Bu halda müəssisənin müdiriyyəti
tərəfindən qəbul edilən qərarda hər bir
məhkum üçün fərdi şəkildə tərtib
olunan cəzaçəkmə müəssisəsindən
çıxma və cəzaçəkmə
müəssisəsinə qayıtma qrafiki müəyyən
edilir.
119.4.
Cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən zəruri hesab
edildikdə, cəzaçəkmə
müəssisəsindən kənarda işə düzələn
və ya təhsil alan məhkumun müvafiq olaraq işdən
və ya təhsildən yayınıb-yayınmaması
yoxlanılır. Yoxlama nəticəsində məhkumun
üzrsüz səbəbdən işdən və ya
təhsildən yayınması müəyyən olunarsa, bu
Məcəllənin 119.3-cü maddəsində
nəzərdə tutulmuş qərar ləğv edilir.[141]
Maddə 120. Həbsxanalar
120.1. Həbsxanalarda
xüsusilə ağır cinayətlər
törətməyə görə beş ildən artıq
müddətə azadlıqdan məhrum etməyə məhkum
olunmuş şəxslər, cəza müddətini tam və
ya onun bir hissəsini çəkməklə
cinayətlərin xüsusi təhlükəli residivinə
görə məhkum olunmuş şəxslər, ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslər, həmçinin
ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə
müəssisələrindən bu Məcəllənin
70.4.3-cü maddəsinə uyğun olaraq həbsxanaya
keçirilmiş məhkumlar saxlanılırlar.
120.2. Ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş və təsərrüfat və
məişət xidməti işi üçün
həbsxanada saxlanılmış şəxslər istisna
olmaqla, həbsxanalarda saxlanılan digər məhkumlar
üçün ümumi və ciddi saxlanma şəraiti
müəyyən edilir.
120.3. Ümumi saxlanma
şəraitində ilk dəfə həbsxanaya cəza
çəkməyə göndərilmiş şəxslər
və ciddi saxlanma şəraitindən keçirilmiş
şəxslər saxlanılırlar.
120.4. Ciddi saxlanma
şəraitində əvvəllər həbsxanada cəza
çəkmiş şəxslər, cəzaçəkmə
müəssisələrində törədilmiş cinayətlərə
görə məhkum olunmuş və ya müəyyən
edilmiş qaydada tənbeh tədbiri olaraq ümumi saxlanma
şəraitindən ciddi saxlanma şəraitinə
keçirilmiş şəxslər saxlanılırlar. Ciddi
saxlanma şəraitində olma müddəti iki aydan altı
ayadək müəyyən olunur.
120.5. Məhkum qadınlar,
həmçinin orqanizmin funksiyalarının
61-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş məhkumlar ciddi saxlanma
şəraitinə keçirilə bilməzlər.
120.6. Cəzanın icrası
qaydalarını pozmağa görə ümumi saxlanma
şəraitindən ciddi saxlanma şəraitinə
keçirilmiş məhkumlar təkrarən ümumi saxlanma
şəraitinə bu Məcəllə ilə
müəyyən edilmiş qaydada keçirilirlər.
Maddə 121. Həbsxanalarda cəzanın icrası
şərtləri
121.1. Təsərrüfat və məişət xidməti
işi üçün cəlb olunmuş
şəxslər istisna olmaqla məhkumlar həbsxanada
ümumi kameralarda saxlanılırlar. Zəruri hallarda
məhkumlar həbsxana müdiriyyətinin
əsaslandırılmış qərarı ilə
birnəfərlik kameralarda saxlanıla bilərlər.[142]
121.2. Həbsxanada məhkumlar
kameralar üzrə bu Məcəllənin 72.1—72.3 və 72.5-ci
maddələrinin tələblərinə əməl olunmaqla
yerləşdirilirlər. Ümumi və ciddi saxlanma
şəraitində saxlanılan şəxslər,
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş şəxslər
və təsərrüfat və məişət xidməti
işi üçün həbsxanada saxlanılan məhkumlar
bir-birindən təcrid olunmuş halda və ayrılıqda
saxlanılırlar.
121.3. Həbsxanalarda ümumi
saxlanma şəraitində məhkumlar:
121.3.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda iyirmi
beş manatadək miqdarda pul xərcləyə
bilərlər;[143]
121.3.2. il ərzində qısa
müddətli dörd görüş və uzun müddətli
iki görüş almaq hüququna malikdirlər;
121.3.3. il ərzində altı
bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;
121.3.4. hər gün bir saat
gəzinti hüququna malikdirlər.
121.4. Məhkumlar cəzanın
icrası qaydalarını pozmadıqda və əməyə
vicdanla yanaşdıqda, həbsxanada çəkilməsi
müəyyən olunmuş cəza müddətinin ən
azı yarısını çəkdikdən sonra onların
saxlanılması şəraiti
yaxşılaşdırıla bilər. Bu halda məhkumlar
əlavə olaraq:
121.4.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda on beş manatadək
miqdarda pul xərcləyə bilərlər;[144]
121.4.2. il ərzində uzun
müddətli bir görüş almaq hüququna
malikdirlər;
121.4.3. il ərzində altı
bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.
121.5. Həbsxanalarda ciddi saxlanma
şəraitində məhkumlar:
121.5.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda on beş
manatadək miqdarda pul xərcləyə bilərlər;[145]
121.5.2. altı ayda bir
bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;
121.5.3. altı ayda bir qısa
müddətli görüş almaq hüququna malikdirlər;
121.5.4. hər gün bir saat
gəzinti hüququna malikdirlər.
Maddə 122. Ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslərin saxlanılması şərtləri[146]
122.1. Ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslər həbsxanalarda ayrılıqda
və iki nəfərdən artıq olmamaq şərti ilə
kameralarda saxlanılırlar. Bu məhkumlar:
122.1.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda iyirmi
beş manatadək miqdarda pul xərcləyə
bilərlər;[147]
122.1.2. il ərzində qısa müddətli
altı görüş
və uzun müddətli iki
görüş almaq hüququna malikdirlər;
122.1.3. il ərzində səkkiz bağlama, sovqat və
ya banderol almaq hüququna malikdirlər;
122.1.4. hər gün bir saat
gəzinti hüququna malikdirlər.
122.2. Məhkumlar cəzanın
icrası qaydalarını pozmadıqda və əməyə
vicdanla yanaşdıqda, təyin olunmuş cəzadan ən
azı on il keçdikdən sonra onların saxlanılması
şəraiti yaxşılaşdırıla bilər. Bu halda
məhkumlar əlavə olaraq:
122.2.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda iyirmi
beş manatadək miqdarda pul xərcləyə
bilərlər;[148]
122.2.2. il ərzində qısa
müddətli iki görüş və uzun müddətli bir
görüş almaq hüququna malikdirlər;
122.2.3. il ərzində iki
bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;
122.2.4. il ərzində dörd dəfə telefonla
danışmaq və ya videogörüş
keçirmək hüququna
malikdirlər.[149]
122.3.
Yaxşılaşdırılmış saxlanılma
şəraiti ləğv edildikdə, bu
həvəsləndirmə tədbiri müvafiq qərarın
qəbul olunduğu vaxtdan üç il keçdikdən sonra
yenidən tətbiq edilə bilər.
XV fəsil
Yetkinlik
yaşına çatmayan məhkumların azadlıqdan
məhrum etmə növündə cəza
çəkməsinin xüsusiyyətləri
Maddə 123. Yetkinlik yaşına çatmayan məhkumlar
üçün cəzaçəkmə
müəssisələri
123.1. Müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş yetkinlik
yaşına çatmayan məhkumlar ümumi və
möhkəm rejimli tərbiyə
müəssisələrində cəza çəkirlər.
123.2. Ümumi rejimli
tərbiyə müəssisələrində yetkinlik
yaşına çatmayan qızlar, habelə ilk dəfə
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum olunmuş yetkinlik
yaşına çatmayan oğlanlar cəza
çəkirlər.
123.3. Möhkəm rejimli
tərbiyə müəssisələrində
əvvəllər müəyyən müddətə
azadlıqdan məhrum etmə növündə cəza
çəkmiş yetkinlik yaşına çatmayan
oğlanlar cəza çəkirlər.
Maddə 124. Tərbiyə müəssisələrində
cəzanın icrası şərtləri[150]
124.1. Yetkinlik yaşına
çatmayan məhkumlar cəzaçəkmə
müəssisələrinin daxili intizam qaydalarına uyğun
olaraq tərbiyə müəssisəsinin ərazisi
daxilində hərəkət edə bilərlər.
124.2. Ümumi rejimli
tərbiyə müəssisələrində məhkumlar:
124.2.1. adi yaşayış
binalarında saxlanılırlar;
124.2.2. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda əlli
manatadək miqdarda pul xərcləyə bilərlər;[151]
124.2.3. il ərzində qısa
müddətli qırx səkkiz və uzun müddətli
səkkiz görüş almaq hüququna malikdirlər;
124.2.4. il ərzində qırx
səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna
malikdirlər.
124.3. Ümumi rejimli
tərbiyə müəssisələrində məhkumlar
cəzanın icrası qaydalarını pozmadıqda,
əməyə və təhsilə vicdanla yanaşdıqda
cəza müddətinin ən azı dörddə birini
çəkdikdən sonra onların saxlanılması
şəraiti yaxşılaşdırıla bilər. Bu halda
məhkumlar əlavə olaraq:
124.3.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda on beş
manatadək miqdarda pul xərcləyə bilərlər;[152]
124.3.2. il ərzində uzun
müddətli dörd görüş almaq hüququna
malikdirlər;
124.3.3. hər il
məzuniyyət vaxtı cəzaçəkmə
müəssisəsinin müdiriyyətinin qərarı ilə
cəzaçəkmə müəssisələrinin
hüdudlarından kənara valideynlərinin və ya
himayəçilərinin müşayiəti ilə qısa
müddətli səfər etməyə icazə verilə
bilər.
124.4. Möhkəm rejimli
tərbiyə müəssisələrində məhkumlar:
124.4.1. adi yaşayış
binalarında saxlanılırlar;
124.4.2. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda qırx
manatadək miqdarda pul xərcləyə bilərlər;[153]
124.4.3. il ərzində qısa
müddətli iyirmi dörd görüş və uzun
müddətli üç görüş almaq hüququna
malikdirlər;
124.4.4. il ərzində iyirmi
dörd bağlama, sovqat və ya banderol almaq hüququna
malikdirlər.
124.5. Möhkəm rejimli
tərbiyə müəssisələrində məhkumlar
cəzanın icrası qaydalarını pozmadıqda,
əməyə və təhsilə vicdanla yanaşdıqda, cəza
müddətinin azı üçdə birini
çəkdikdən sonra onların saxlanılması
şəraiti yaxşılaşdırıla bilər. Bu halda
məhkumlar əlavə olaraq:
124.5.1. ərzaq məhsulları
və ən zəruri mallar əldə etmək
üçün ayda on beş
manatadək miqdarda pul xərcləyə bilərlər;[154]
124.5.2. il ərzində qısa
müddətli on iki görüş və uzun müddətli
üç görüş almaq hüququna malikdirlər.
Maddə 124-1. Tərbiyə
müəssisələrində məhkumlara tətbiq
edilən həvəsləndirmə tədbirləri[155]
124-1.1.
Tərbiyə müəssisələrində nümunəvi
davranışa, əməyə və təhsilə
vicdanlı münasibətə, özfəaliyyət
təşkilatlarında və tərbiyə
tədbirlərində fəal iştirakına görə
yetkinlik yaşına çatmayan məhkumlara bu
məcəllənin 105.1-ci maddəsində nəzərdə
tutulmuş həvəsləndirmə tədbirlərindən
əlavə tərbiyə müəssisəsi
nümayəndəsinin müşayiəti ilə
müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi
və digər tədbirlərə bir dəfə tamaşa
etməyə icazə vermək növündə
həvəsləndirmə tədbiri tətbiq edilə
bilər.
124-1.2.
Həvəsləndirmə tədbiri qaydasında
tərbiyə müəssisəsinin nümayəndəsinin
müşayiəti ilə müəssisəsinin
hüdudlarından kənarda idman, mədəni-kütləvi
və digər tədbirlərə tamaşa etməyə
icazə verilmiş məhkumlara tədbir zamanı onlara
məxsus mülki paltarlar verilir.
124-1.3.
Tərbiyə müəssisəsindən kənara
çıxma müddəti səkkiz saatdan çox olmamaq
şərti ilə müəssisənin müdiriyyəti
tərəfindən müəyyən edilir.
124-1.4.
Məhkumların gecə vaxtı keçirilən idman,
mədəni-kütləvi və digər
tədbirlərdə iştirakına yol verilmir.
Maddə 125. Tərbiyə müəssisələrində
məhkumlara tətbiq edilən tənbeh tədbirləri
Cəzanın icrası
qaydalarını pozan yetkinlik yaşına çatmayan
məhkumlara bu Məcəllənin 107.1.1 və 107.1.2-ci
maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərindən
əlavə təhsili davam etdirmək şərtilə yeddi
günədək müddətə intizam təcridxanasına
keçirmək növündə tənbeh tədbiri də
tətbiq edilə bilər.
Maddə 126. Məhkumların intizam təcridxanasında
saxlanılması şərtləri
126.1. İntizam
təcridxanalarına keçirilmiş məhkumlara uzun
müddətli görüş, telefon
danışıqları,
videogörüşlər, ərzaq məhsulları və ən
zəruri mallar əldə etmək, bağlama, sovqat və ya
banderol almaq, kinofilmlərə və televiziya
verilişlərinə baxmaq, stolüstü oyunlardan istifadə
etmək qadağan edilir. Onlar hər gün iki saat gəzinti
hüququna malikdirlər.
126.2. İntizam
təcridxanasında saxlanılan məhkumlara intizam
təcridxanasına keçirilməkdən başqa digər
tənbeh tədbirləri tətbiq edilə bilər.
126.3. Bir təqvim ili
ərzində intizam təcridxanasında saxlanma müddəti
otuz gündən çox ola bilməz.
Maddə 127. Tərbiyə müəssisələrində
məhkumlara həvəsləndirmə və tənbeh
tədbirlərini tətbiq edən vəzifəli
şəxslər
Yetkinlik yaşına
çatmayan məhkumlara həvəsləndirmə və
tənbeh tədbirlərini tərbiyə
müəssisəsinin müdiriyyəti tətbiq edir.
Maddə 128. Yetkinlik yaşına çatmış
məhkumların tərbiyə
müəssisələrində saxlanılması
128.1. On səkkiz yaşına
çatmış məhkumlar bir qayda olaraq tərbiyə
müəssisələrindən cəzaçəkmə
müəssisələrinə keçirilirlər.
Tərbiyə müəssisələrində
məhkəmənin qərarına əsasən məhkumlar
iyirmi yaşınadək saxlanıla bilərlər.
128.2. On səkkiz yaşı
tamam olandan sonra tərbiyə müəssisələrində
saxlanılan məhkumlara yetkinlik yaşına çatmayan
məhkumlar üçün müəyyən edilmiş
cəzanın icrası şərtləri, yemək
normaları və maddi-məişət təminatı aid
edilir. Bu məhkumların əmək şəraiti
əmək qanunvericiliyinə uyğun olaraq müəyyən
edilir.
Maddə 129. Məhkumların tərbiyə
müəssisəsindən cəzaçəkmə
müəssisəsinə keçirilməsi
On səkkiz yaşına
çatmış və tərbiyə
müəssisələrində saxlanılmış
məhkumlar cəzanın icrası qaydalarını pozduqda
tərbiyə müəssisəsinin müdiriyyətinin
təqdimatı və məhkəmənin qərarı ilə
ümumi rejimli cəzaçəkmə
müəssisəsinə keçirilirlər.
Maddə 130. Tərbiyə müəssisələrində
tədris-tərbiyə prosesinin təşkili
130.1. Tərbiyə
müəssisələrində məhkumların islah
edilməsi və müstəqil həyata hazırlanması
məqsədilə onlarda qanuna itaətin
həvəsləndirilməsinə, əməyə və
təhsilə vicdanlı münasibətin formalaşmasına,
onların mədəni səviyyəsinin
artırılmasına yönəldilmiş vahid
tədris-tərbiyə prosesi həyata keçirilir.
130.2. Məhkumların ümumi orta
təhsili tərbiyə müəssisələrinin
ümumtəhsil məktəblərində, peşə təhsili ilə tərbiyə
müəssisələrinin peşə
məktəblərində və ya tərbiyə
müəssisələrinin istehsalat sahələrində
həyata keçirilir.[156]
130.3.
Tərbiyə müəssisələrində
psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində
müəyyən edilmiş şərtlərə əməl
etməklə sağlamlıq imkanları məhdud
məhkumların xüsusi təhsili qanunvericiliklə
müəyyən edilmiş qaydada təşkil edilir.[157]
Maddə 131. Tərbiyə müəssisələrinin işində
ictimaiyyətin iştirakı
131.1. Tərbiyə
müəssisəsinin müdiriyyətinə
tədris-tərbiyə prosesinin təşkilində, onun
maddi-texniki bazasının
möhkəmləndirilməsində, məhkumların sosial
müdafiəsinə dair məsələlərin
həllində, cəza çəkməkdən azad olunanlara
əmək və məişət şəraitinin
yaradılmasında kömək göstərilməsi
məqsədi ilə tərbiyə müəssisəsinin
nəzdində dövlət müəssisə, idarə və
ya təşkilatlarının, ictimai birliklərin, digər
müəssisələrin nümayəndələrinin və
fiziki şəxslərin iştirakı ilə
himayəçilik şurası yaradılır.
Himayəçilik şurasının işinin təşkili
və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi normativ hüquqi aktla
tənzimlənir.
131.2. Məhkumlara
göstərilən tərbiyəvi təsirin
səmərəliliyini artırmaq və tərbiyə
müəssisəsinin müdiriyyətinə islah
işində kömək etmək məqsədi ilə bu
müəssisələrdə məhkumların
valideynlərindən və ya digər yaxın qohumlarından
ibarət valideynlər komitəsi yaradıla bilər.
Valideynlər komitəsinin fəaliyyəti müvafiq icra
hakimiyyəti orqanının təsdiq etdiyi normativ-hüquqi
aktla tənzimlənir.
IV bölmə
Hərbi
xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli
hərbi hissədə saxlama növündə cəzaların
icrası
XVI fəsil
Hərbi
xidmət üzrə məhdudlaşdırma növündə
cəzanın icrası
Maddə 132. Hərbi xidmət üzrə məhdudlaşdırma
növündə cəzanın icrası ilə
əlaqədar hərbi hissə komandirinin (rəisinin)
vəzifələri
132.1. Hərbi hissə komandiri
(rəisi) məhkəmədən hökmün surətini
və cəzanın icrası barədə göstərişi
aldıqdan sonra üç gündən gec olmayan
müddətə yazılı əmr verir. Əmrdə
hökmə əsasən məhkum olunmuş hərbi
qulluqçunun hansı əsaslara görə və hansı
müddətə vəzifədə və ya
rütbədə yüksəlməməsi və cəza
müddətinin növbəti hərbi rütbənin
verilməsi üçün xidmət illərinə daxil
edilməməsi göstərilməlidir. Əmrdə
həmçinin cəzanın icrası müddəti
ərzində məhkumun pul təminatından dövlət
nəfinə tutulmanın məbləği
göstərilməlidir. Məhkum olunmuş hərbi
qulluqçu əmrlə tanış edilir.
132.2. Hərbi hissə komandiri
(rəisi) hökmün surətini və cəzanın
icrası barədə göstərişi alması və
hökmün icraya yönəldilməsi barədə hökmü
çıxaran məhkəməyə dərhal məlumat
verir.
Maddə 133. Məhkumların aylıq pul təminatından tutulmalar[158]
Hərbi xidmət üzrə
məhdudlaşdırma növündə cəzaya məhkum
olunmuş hərbi qulluqçuların aylıq pul təminatından məhkəmənin
hökmü ilə müəyyən edilmiş
məbləğdə dövlət nəfinə tutulmalar
aparılır.
Maddə 134. Məhkumlarla tərbiyə işi
Hərbi hissə komandiri
(rəisi) hərbi xidmət üzrə
məhdudlaşdırma növündə cəzaya məhkum
olunmuş hərbi qulluqçularla tərbiyə işini
törədilmiş cinayətin ictimai təhlükəlilik
dərəcəsini və xarakterini, məhkumun
şəxsiyyətini, davranışını,
həmçinin hərbi xidmətə münasibətini
nəzərə alaraq təşkil edir və həyata
keçirir.
Maddə 135. Məhkumun xidməti yerdəyişmələri
135.1. Məhkəmənin
hökmünə əsasən hərbi xidmət üzrə
məhdudlaşdırma növündə cəzaya məhkum
olunmuş hərbi qulluqçular məhkəmə tərəfindən
müəyyən edilmiş cəzanın icrası
müddətində vəzifədə və ya
rütbədə yüksələ bilməzlər.
135.2. Əgər məhkum
törədilmiş cinayətin xüsusiyyəti və
digər hallar nəzərə alınmaqla tabeliyində olan
şəxslərə rəhbərlik etməklə əlaqədar
vəzifədə saxlanıla bilməzsə, o, müvafiq
komandirin (rəisin) əmrinə və ya təqdimatına
əsasən həmin hərbi hissədə, yaxud digər
hərbi hissədə başqa vəzifəyə
keçirilir. Bu halda hökmü çıxarmış
məhkəməyə dərhal məlumat verilir.
Maddə 136. Cəzanın icrasının dayandırılması
Hərbi xidmət üzrə
məhdudlaşdırmanın məhkəmə
tərəfindən müəyyən olunmuş
müddətinin qurtarmasına azı üç gün
qalmış hərbi hissə komandiri (rəisi) cəzanın
icrasının hansı tarixdən dayandırılması
barədə əmr verir. Əmr hərbi qulluqçunun
nəzərinə çatdırılır.
Maddə 137. Hərbi xidmət üzrə məhdudlaşdırma
növündə cəzaya məhkum olunmuş şəxsin
hərbi xidmətdən tərxis olunması ilə
əlaqədar cəza çəkməkdən azad edilməsi
və ya cəzanın digər cəza növü ilə
əvəz edilməsi
137.1. Hərbi xidmət
üzrə məhdudlaşdırma növündə cəzaya
məhkum olunmuş şəxs hökmlə müəyyən
edilmiş cəza müddətinin qurtarmasına qədər
qanunvericilikdə nəzərdə tutulan əsaslarla hərbi
xidmətdən tərxis oluna bilər.
137.2. Hərbi xidmət
üzrə məhdudlaşdırma növündə cəzaya
məhkum olunmuş şəxsin hərbi xidmətdən
tərxis olunması ilə əlaqədar hərbi hissənin
komandiri (rəisi) cəzanın çəkilməmiş
hissəsinin digər cəza növü ilə əvəz
olunması üçün məhkəməyə təqdimat
verir. Məhkum öz növbəsində cəzanın
çəkilməmiş hissəsinin daha yüngül
cəza növü ilə əvəz edilməsi və ya
cəzadan şərti olaraq vaxtından əvvəl azad
edilməsi barədə məhkəməyə ərizə
ilə müraciət edə bilər.
XVII fəsil
İntizam
xarakterli hərbi hissədə saxlama növündə
cəzanın icrası
Maddə 138. İntizam xarakterli hərbi hissələr
138.1. İntizam xarakterli
hərbi hissədə saxlama növündə cəzanın
icrası bu məqsədlər üçün
yaradılmış hərbi hissənin komandiri
tərəfindən həyata keçirilir. İntizam xarakterli
hərbi hissənin təşkilat strukturu və onun say
tərkibi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
138.2. İntizam xarakterli hərbi
hissəyə məhkumların göndərilməsi və
qəbulu qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
138.3. İntizam xarakterli
hərbi hissədə saxlanılan məhkumlara ümumi
təhsil və peşə hazırlığı kimi islah
edilmə vasitəsi istisna olmaqla, bu Məcəllənin
müddəalarına uyğun digər islah edilmə
vasitələri tətbiq edilir və əlavə olaraq onlarla
döyüş hazırlığı təlimi keçirilir.
Maddə 139. İntizam xarakterli hərbi hissədə rejim
139.1. İntizam xarakterli
hərbi hissənin hüdudlarında məhkumların mühafizəsi,
onlar üzərində nəzarəti təmin etmək
vəzifələrini, onların hüquqlarının
həyata keçirilməsini, intizam xarakterli hərbi
hissədə xidmət keçən hərbi
qulluqçuların və məhkumların
təhlükəsizliyini təmin edən cəzanın
icrası və çəkilməsi qaydaları (rejimi)
müəyyən edilir.
139.2. Məhkum olunmuş
hərbi qulluqçular intizam xarakterli hərbi hissədə
müəyyən edilmiş rejimin tələblərinə
riayət etməlidirlər.
139.3. İntizam xarakterli
hərbi hissədə cəzanın icrası
müddətində bütün məhkumlar hərbi
rütbədən, əvvəlki xidmətin
xüsusiyyətindən asılı olmayaraq hərbi
qulluqçular üçün müəyyən edilmiş
geyim forması daşıyırlar.
Maddə 140. İntizam xarakterli hərbi hissədə məhkumlara
görüş verilməsi
140.1. İntizam xarakterli
hərbi hissədə saxlama növündə cəzaya
məhkum olunmuş hərbi qulluqçular qısa
müddətli və uzun müddətli görüş, həmçinin telefonla danışmaq və ya
videogörüş keçirmək hüququna malikdirlər.[159]
140.2. Məhkumlara qohumları
və başqa şəxslərlə qısa müddətli
görüşlər intizam xarakterli hərbi hissənin
komandiri tərəfindən müəyyən edilmiş
günlərdə və saatlarda işdən və
təlimdən sonrakı asudə vaxtda ayda iki dəfə
dörd saatadək müddətə verilir. Görüşlər
xüsusi təchiz olunmuş otaqda hərbi hissənin
nümayəndəsinin iştirakı ilə verilir.
140.3. Məhkumlara yaxın
qohumları ilə uzun müddətli görüşlər
ildə dörd dəfə üç günədək
müddətə birgə yaşamaq hüququ ilə intizam
xarakterli hərbi hissənin xüsusi təchiz olunmuş
otaqlarında və ya hərbi hissə komandirinin
razılığına əsasən, hərbi hissədən
kənarda verilə bilər.
140.4. Uzun müddətli
görüş zamanı məhkumlar işdən və
təlimdən azad edilirlər.
140.5. İntizam xarakterli
hərbi hissədə saxlanılan məhkumlar bu
Məcəllənin 84.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada ayda iki
dəfə telefonla danışmaq və
ya videogörüş keçirmək hüququna malikdirlər.
Məhkumun xahişi ilə uzun müddətli və ya qısa
müddətli görüş telefon
danışığı ilə və
ya videogörüşlə əvəz edilə bilər.[160]
140.6. Hüquqi yardım almaq
üçün məhkumların özlərinin, yaxın
qohumlarının və ya onların qanuni
nümayəndələrinin ərizəsinə əsasən
məhkumlara vəkillərlə, həmçinin belə
yardımı göstərmək hüququna malik olan digər
şəxslərlə görüş verilir. Vəkillə
görüşlər bu Məcəllənin 140.2 və
140.3-cü maddələrində nəzərdə tutulmuş
görüşlərin sayına daxil edilmir. Belə
görüşlər tərəflərin arzusu ilə təklikdə
keçirilir.
Maddə 141. İntizam xarakterli hərbi hissədə
məhkumların bağlama, sovqat, banderol və pul baratları
alması
141.1. Məhkumlar ayda bir
bağlama, sovqat və ya banderol və görüşlər
zamanı əlavə olaraq sovqat almaq hüququna malikdirlər.
141.2. Məhkum bağlama, sovqat
və ya banderolu intizam xarakterli hərbi hissənin
nümayəndəsinin iştirakı ilə açır
və içərisində olan malları götürür.
141.3. Bağlama, sovqat və ya
banderollarda məhkuma qadağan olunan mallar aşkar edildikdə
onlar götürülür, məhkumun şəxsi
əşyalarının siyahısına qeyd edilir və
cəzanın icrası müddətinin sonuna qədər
başqa şəxsi əşyalarla birgə saxlanılır
və ya intizam xarakterli hərbi hissənin komandirinin
əsaslandırılmış qərarına əsasən
məhv edilir və bu barədə müvafiq akt tərtib
olunur.
141.4. Məhkumun adına
göndərilmiş pullar onun şəxsi hesabına
köçürülür və o həmin hesabdan ayda doqquz manatadək miqdarda
vəsaitlə ərzaq məhsulları və zəruri mallar
əldə edə bilər.[161]
Maddə 142. İntizam xarakterli hərbi hissədə
məhkumların yazışması
142.1. Məhkumlar
məhdudiyyətsiz sayda məktub, teleqram almaq və
göndərmək hüququna malikdirlər.
142.2. Daxil olmuş məktubu
intizam xarakterli hərbi hissənin nümayəndəsi
təqdim edir. Məhkum məktubu nümayəndənin
iştirakı ilə açır. Məktubda qadağan
olunmuş əşyalar aşkar edildikdə götürülür.
142.3. Məhkumların məktub
və teleqramları senzuradan keçirilmir.
Maddə 143. Məhkumların intizam xarakterli hərbi hissədən
kənara qısa müddətli səfəri
143.1. İntizam xarakterli
hərbi hissədə saxlanılan məhkumlara bu
Məcəllənin 89.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada hərbi hissənin hüdudlarından
kənara qısa müddətli səfərə
getməyə icazə verilə bilər. Məhkumun qısa
müddətli səfər ilə əlaqədar intizam
xarakterli hərbi hissədən kənarda olması vaxtı
cəzanın icrası müddətinə hesablanır.
143.2. Hərbi qulluqçular
üçün nəzərdə tutulan
məzuniyyətlər intizam xarakterli hərbi hissədə
saxlanılan məhkumlara şamil edilmir.
Maddə 144. İntizam xarakterli hərbi hissədə
məhkumların əməyi
144.1. Məhkumlar intizam xarakterli
hərbi hissənin obyektlərində və ya müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş digər obyektlərdə əməyə cəlb
oluna bilərlər.
144.2. Məhkumların əməyi
qanunvericilik ilə müəyyən olunmuş qaydalara
riayət edilməklə təşkil olunur.
144.3. Məhkumlar
tərəfindən yerinə yetirilən işlərə
qüvvədə olan qanunvericiliyə uyğun olaraq
müəyyən edilmiş norma və qiymətlər
şamil edilir. Məhkumlara əmək haqqı verilmir.
144.4. Məhkumların
əməyinə görə işəgötürən
tərəfindən köçürülmüş
məbləğin yarısı intizam xarakterli hərbi
hissənin abadlaşdırılması, onun müstəqil
istehsalat bazasının yaradılması və ya inkişaf
etdirilməsi, məhkumların maddi-məişət
ehtiyaclarının ödənilməsi və maddi
mükafatlandırma fondunun təşkili üçün
həmin hərbi hissənin hesabına, digər hissəsi
isə dövlət nəfinə keçirilir.
144.5. Məhkumlar intizam xarakterli
hərbi hissənin ərazisinin abadlaşdırılması,
məhkumların mədəni-məişət
şəraitinin yaxşılaşdırılması və
onların ərzaqla təmin olunması üçün
əlavə işlərə növbə ilə cəlb oluna
bilərlər.
Maddə 145. İntizam xarakterli hərbi hissədə
məhkumların döyüş hazırlığı
təlimi
Məhkumların
döyüş hazırlığı təlimi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
hazırlanmış xüsusi proqram əsasında
təşkil edilir və intizam xarakterli hərbi hissənin
komandiri tərəfindən həyata keçirilir.
Məhkumların döyüş hazırlığı
təliminin təşkili üçün zəruri
maddi-texniki baza yaradılır.
Maddə 146. İntizam xarakterli hərbi hissədə məhkumlarla
tərbiyə işi
146.1. Məhkumlarla
tərbiyə işini intizam xarakterli hərbi hissənin
komandiri təşkil edir və həyata keçirir.
146.2. Məhkumların
əvvəllər hərbi xidmət keçdikləri
hərbi hissələrin komandirləri intizam xarakterli hərbi
hissənin komandiri ilə daim əlaqə saxlamağa, tabeçiliklərində
olmuş hərbi qulluqçuların davranışı
ilə maraqlanmağa və onların islah edilməsinə
köməklik göstərməlidirlər.
146.3. Məhkumlarla
tərbiyə işinin aparılmasında müvafiq icra
hakimiyyəti orqanı intizam xarakterli hərbi hissənin
komandirinə kömək edir.
Maddə 147. İntizam xarakterli hərbi hissədə
məhkumların ictimai şuraları
147.1. Məhkumların islah
edilməsi işində intizam xarakterli hərbi hissənin
komandirinə kömək etmək məqsədi ilə
nümunəvi davranışı, əməyə və
hərbi xidmətə vicdanlı münasibəti ilə
fərqlənən şəxslərdən məhkumların
ictimai şurası yaradılır.
147.2. İctimai şuranın
üzvləri məhkumların ümumi
yığıncaqlarında seçilir və ictimai
şuranın tərkibi intizam xarakterli hərbi hissənin
komandiri tərəfindən təsdiq olunur. Həmin
şuranın fəaliyyətinə nəzarət hərbi
hissənin komandiri tərəfindən həyata keçirilir.
147.3. İctimai şura hərbi
hissə komandirinə tərbiyə tədbirlərinin və
məhkumların asudə vaxtının səmərəli
keçməsinə köməklik edir, məhkumlarla fərdi
izahat işi aparır.
Maddə 148. İntizam xarakterli hərbi hissədə məhkumlara
tətbiq edilən həvəsləndirmə tədbirləri
148.0. Məhkumlara
nümunəvi davranışa, əməyə və hərbi
xidmətə vicdanla yaşamağa, ictimai şuranın
işində fəal iştiraka görə
aşağıdakı həvəsləndirmə tədbirləri
tətbiq edilir:
148.0.1. təşəkkür
elan etmək;
148.0.2. hədiyyə və ya dörd manatadək miqdarda pulla
mükafatlandırmaq;[162]
148.0.3. qısa müddətli
və ya uzun müddətli əlavə görüş
vermək;
148.0.4. verilmiş tənbehi
vaxtından əvvəl götürmək;
Maddə 149. İntizam xarakterli hərbi hissədə məhkumlara
tətbiq edilən tənbeh tədbirləri
149.1. Cəzanın icrası
qaydalarını pozan məhkumlara aşağıdakı tənbeh
tədbirləri tətbiq edilir:
149.1.1. məzəmmət;
149.1.2. töhmət;
149.1.3. şiddətli
töhmət;
149.1.4. on günədək
müddətə hauptvaxtda saxlamaq.
149.2. Məhkumlar intizam xarakterli
hərbi hissənin hauptvaxtında birnəfərlik kameralarda
saxlanılırlar.
Maddə 150. İntizam xarakterli hərbi hissədə məhkumlara
həvəsləndirmə və tənbeh tədbirlərinin
tətbiqi qaydası
Həvəsləndirmə
və tənbeh tədbirlərinin verilməsi, onların
tətbiqi qaydası, həmçinin qeydiyyatı üzrə
komandirlərin (rəislərin) hüquqları Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsinin tələblərinə uyğun
müəyyən edilir.
Maddə 151. İntizam xarakterli hərbi hissədə
məhkumların maddi-məişət və tibbi
təminatı
151.1. Məhkumlar
üçün Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin
tələblərinə uyğun olaraq zəruri
maddi-məişət şəraiti yaradılır.
151.2. Məhkumlar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş
normalar üzrə ərzaq, paltar və digər ləvazimatla
təmin olunurlar.
151.3. Məhkumların tibbi
təminatı Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin
tələblərinə uyğun həyata keçirilir.
151.4. Stasionar şəraitdə
müalicəyə ehtiyacı olan məhkumlar mühafizə
altında hospitala göndərilir və orada xüsusi
təchiz olunmuş otaqlarda saxlanılırlar.
151.5. Məhkumlara verilən pul
təminatı hər ay onların şəxsi hesablarına
keçirilir.
151.6. Məhkumlara saxlamağa,
nağdsız hesabla əldə etməyə və ya
bağlamada, sovqatda, banderolda almağa icazə verilən
ərzaq məhsullarının və ən zəruri
malların siyahısı, habelə məhkumlara
saxlanılması qadağan edilən əşyaların
siyahısı intizam xarakterli hərbi hissənin daxili intizam
qaydaları ilə müəyyən edilir.
Maddə 152. İntizam xarakterli hərbi hissədən hərbi
qulluğa yararsız hesab edilmiş məhkumların
cəzadan şərti olaraq vaxtından əvvəl azad
edilməsi
İntizam xarakterli hərbi
hissədə saxlama növündə cəza
çəkən məhkumlar hərbi xidmətə
yararsız hesab edilməsinə səbəb olan
xəstəliklərə düçar olduqda, məhkumlar
və onların qanuni nümayəndəsi intizam xarakterli
hərbi hissədən şərti olaraq vaxtından
əvvəl azad edilməsi və ya cəzanın
çəkilməmiş hissəsinin daha yüngül
cəza növü ilə əvəz edilməsi barədə
ərizə ilə məhkəməyə müraciət
edə bilərlər.
Maddə 153. Hərbi qulluqçuların intizam xarakterli hərbi
hissədə cəza çəkdikləri vaxtın
müddətli həqiqi hərbi xidmət müddətinə
hesablanması
153.1. Məhkumun intizam xarakterli
hərbi hissədə cəza çəkdiyi vaxt
müddətli həqiqi hərbi xidmət müddətinə
hesablanmır.
153.2. İntizam xarakterli
hərbi hissədə saxlama növündə cəzadan azad
edilən vaxt həqiqi hərbi xidmətdə olmanın qanunla
müəyyən olunmuş son yaş həddinə
çatmış şəxslər həqiqi hərbi
xidmətdən tərxis edilirlər.
V bölmə
Əlavə
cəzaların icrası
XVIII fəsil
Nəqliyyat
vasitəsini idarəetmə hüququndan məhrum etmə,
xüsusi və ya hərbi rütbədən, fəxri addan
və dövlət təltifindən məhrum etmə,
əmlak müsadirəsi və Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi
çıxarma növündə cəzaların icrası[163]
Maddə 154. Nəqliyyat vasitəsini idarə etmə hüququndan
məhrum etmə növündə cəzanın icrası
qaydası
154.1. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə barədə
hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu
Məcəllənin 154.3-cü maddəsində
nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat
vasitəsini idarəetmə hüququ verən sənədi
məhkuma bu hüququ verən orqana göndərir.
154.2. Müvafiq orqan
qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun
nəqliyyat vasitəsini idarəetmə hüququndan
hökmlə müəyyən olunmuş müddətə
məhrum edilməsi ilə əlaqədar nəqliyyat
vasitəsini idarəetmə hüququnu verən sənədin
saxlanılması üçün tədbirlər
görür.
154.3. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
növündə cəza azadlığın
məhdudlaşdırılması intizam xarakterli hərbi
hissədə saxlama və ya müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəzalara əlavə olaraq təyin
edildikdə, cəzanı icra edən müəssisə və
ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud
məhkum şərti olaraq vaxtından əvvəl azad
edilərsə və ya cəzasının
çəkilməmiş hissəsi daha yüngül cəza
ilə əvəz edilərsə hökmün surətini
və nəqliyyat vasitəsini idarəetmə hüququ
verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir.[164]
154.4. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
növündə cəzanı icra edən müəssisə
və ya orqan Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq bu cəzaya məhkum
olunmuş əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
barəsində məhkəmənin qanuni qüvvəyə
minmiş hökmünün surətini və nəqliyyat
vasitəsini idarəetmə hüququ verən sənədi
məhkumun mənsub olduğu və ya daimi
yaşadığı dövlətin Azərbaycan
Respublikasındakı diplomatik və konsulluq
nümayəndəliklərinə və ya həmin
dövlətə göndərməklə dərhal məlumat
verir.
Maddə 155. Nəqliyyat vasitəsini idarəetmə hüququndan
məhrum etmə növündə cəzanın icrası
zamanı işəgötürənin vəzifələri
155.1. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
növündə cəzaya məhkum edilmiş şəxsin
işlədiyi yerin işəgötürəni məhkəmənin
hökmündə göstərilən tələblərə
riayət etməlidir.
155.2. Cəzanı icra edən
müəssisə və ya orqan azadlığın
məhdudlaşdırılması, intizam xarakterli hərbi
hissədə saxlama və ya müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəzalardan əlavə nəqliyyat
vasitəsini idarəetmə hüququndan məhrum
etməyə məhkum olunmuş şəxsləri
nəqliyyat vasitəsini idarəetmə ilə əlaqədar
işlərdə istifadə edə bilməz.[165]
Maddə 156. Nəqliyyat vasitəsini idarəetmə hüququndan
məhrum etmə növündə cəzanın icrası
zamanı icra məmurunun
vəzifələri
156.0. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
növündə cəzaya məhkum olunmuş şəxsin
yaşadığı yerin icra
məmuru;
156.0.1. məhkumun
qeydiyyatını aparır;
156.0.2. məhkumun
məhkəmənin hökmündə göstərilən
tələblərə riayət etməsinə nəzarət
edir;
156.0.3. hökmdə
göstərilən tələblərin məhkumun
işlədiyi yerin işəgötürəni
tərəfindən yerinə yetirilməsini yoxlayır.
Maddə 157. Nəqliyyat vasitəsini idarəetmə hüququndan
məhrum etmə növündə cəzanın icrası
müddətinin hesablanması
Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
növündə cəzanın icrası müddəti
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
45.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada
hesablanır. [166]
Maddə 158. Nəqliyyat vasitəsini idarəetmə hüququndan
məhrum etmə barədə hökmün icra
edilməməsinin nəticələri
158.1. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
növündə cəzaya məhkum olunmuş şəxs
məhkəmənin hökmü ilə qadağan edilmiş
nəqliyyat vasitəsini idarəetmə ilə əlaqədar
işə girdikdə işəgötürən məhkumla
əmək qanunvericiliyinə uyğun olaraq əmək
müqaviləsinə xitam verir.
158.2. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
növündə cəzaya məhkum olunmuş şəxs
məhkəmənin hökmü ilə qadağan edilmiş nəqliyyat
vasitəsini idarəetmə ilə əlaqədar əmək
fəaliyyətilə məşğul olduqda, icra məmuru işəgötürənə
məlumat verərək məhkumun hökmlə qadağan
edilmiş müvafiq əmək fəaliyyətinə
üç gün müddətinə xitam verilməsini
təklif edir və onu hökmün icra edilməməsinin
məsuliyyətə səbəb olması barədə
xəbərdar edir.
158.3. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə barədə
məhkəmə hökmünü qərəzli olaraq icra
etməyən məhkum və ya vəzifəli şəxs
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş məsuliyyəti
daşıyır.
Maddə 159. Xüsusi və ya hərbi rütbədən, fəxri
addan və dövlət təltifindən məhrum etmə
növündə cəzanın icrası qaydası
159.1. Hökmlə məhkumun
xüsusi və ya hərbi rütbədən, fəxri addan,
yaxud dövlət təltifindən məhrum edilməsi
haqqında məsələ nəzərdə tutulduğu
halda, məhkumun müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi
rütbədən, yaxud fəxri addan və ya dövlət
təltifindən məhrum edilməsi məsələsinə
baxılması üçün bu barədə təqdimat
və məhkəmə hökmünün surəti müvafiq
icra hakimiyyəti orqanına, digər dövlət orqanı
tərəfindən verilmiş xüsusi və ya hərbi
rütbədən, yaxud təltifdən məhrum edilməsi
hallarında isə bu barədə məhkəmə
hökmünün surəti icra olunması üçün
həmin orqana göndərilir.[167]
159.2. Müvafiq orqan
müəyyən edilmiş qaydada məhkumun xüsusi və
ya hərbi rütbədən, fəxri addan və
dövlət təltifindən məhrum edilməsi haqqında
müvafiq sənədlərə yazılı qeyd edir,
habelə şəxsin xüsusi və ya hərbi rütbə,
fəxri addan və dövlət təltifi ilə əlaqədar
hüquq və güzəştlərdən məhrum
edilməsinə dair tədbirlər görür.
159.3. Ehtiyatda olan hərbi
qulluqçuya dair hökmün surəti onun qeydiyyatda
olduğu hərbi komissarlığa göndərilir.
159.4. Hökmün surətini
və təqdimatı alan müvafiq orqan bir ay ərzində
hökmü çıxaran məhkəməyə onun icra
edilməsi haqqında məlumat verir.
Maddə 160. Əmlak müsadirəsi növündə
cəzanın icrası qaydası[168]
160.1. Əmlak müsadirəsi
barədə hökmü çıxarmış
məhkəmə hökm qanuni qüvvəyə mindikdən
sonra hökmün surətini, hökmün icrası barədə
göstərişi və əmlakın siyahısının
surətini icra məmuruna göndərir
və bu barədə müvafiq maliyyə orqanına
məlumat verir.
160.2. Əmlak müsadirəsi
növündə cəzanın icrasını əmlakın
olduğu yer üzrə icra
məmuru həyata keçirir.
Maddə 161. Müsadirə edilən əmlak
161.1. Məhkəmənin hökmündə və
əmlak siyahısında göstərilən
aşağıdakı əmlak müsadirə edilir:[169]
161.1.1. cinayət törədilərkən istifadə
edilmiş alət və vasitələr;
161.1.2. cinayətin predmetləri;
161.1.3. cinayət yolu ilə əldə edilmiş
əmlak;
161.1.4. cinayət yolu ilə əldə edilmiş
əmlak və ya cinayətin predmeti istifadə edildiyi,
özgəninkiləşdirildiyi və ya başqa
səbəblərdən dövlət nəfinə alına
bilinmədiyi halda həmin əmlakın dəyəri
məbləğində məhkuma məxsus olan pul və ya
digər əmlak.
161.2. Məhkəmənin
hökmü ilə müsadirə edilməli əmlakın
kimə mənsub olması haqqında mübahisə mülki
məhkəmə icraatı qaydasında həll edilir.
Maddə 162. Əmlak müsadirəsi növündə
cəzanın icrası zamanı icra məmurunun vəzifələri
162.1. icra məmuru məhkəmə hökmünün
surətini, hökmün icrası barədə göstərişi
aldıqdan sonra dərhal əmlak siyahısında
göstərilən əmlakın mövcudluğunu
yoxlayır.
162.2. Müsadirə edilən
əmlak plomblanır, yaxud möhürlənir, zəruri
hallarda isə bu barədə siyahıda qeydlər edilir.
162.3. Müsadirə edilməli
əmlakın saxlanılması üçün icra məmuru zəruri
tədbirlər görür.
Maddə 163. Müsadirə edilməli əmlakla əlaqədar
digər şəxslərin vəzifələri
163.1. Müsadirə edilməli
əmlak müəssisə, idarə, təşkilat və ya
vətəndaşlarda olarsa, onlar bu barədə
məhkəməyə və ya müvafiq maliyyə orqanına
xəbər verməlidirlər.
163.2. Müəssisə,
idarə, təşkilat və ya vətəndaşlar onlara
saxlanmaq üçün verilən müsadirə edilən
əmlakın qorunub saxlanmasını təmin
etməlidirlər.
163.3. Müsadirə edilən
əmlakın gizlədilməsinə, israf edilməsinə,
özgəninkiləşdirilməsinə və ya
dəyişdirilməsinə görə təqsirli şəxslər
qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunurlar.
Maddə 164. Müsadirə edilmiş əmlakın maliyyə
orqanlarına verilməsi
164.1. Məhkumun müsadirə
edilmiş əmlakı bu əmlak barəsində irəli
sürülən bütün tələblər
qanunvericilikdə müəyyən edilmiş qaydada təmin
edildikdən sonra maliyyə orqanlarına verilir.
164.2. Müsadirə edilmiş
əmlakın dövlət nəfinə verilmə qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 165. Hökmün icrasından sonra aşkar edilmiş
əmlakın müsadirəsi
Hökmün əmlakın
müsadirə edilməsinə dair hissəsi icra edildikdən
sonra, məhkumun törətdiyi cinayət ilə
əlaqədar əldə edilmiş əmlak aşkar edildiyi
hallarda, icra məmuru
hökmü çıxaran məhkəməyə və ya
hökmün icra edildiyi yerin məhkəməsinə
təqdimat verir.
Maddə 166. Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi
çıxarma növündə cəzanın icrası
qaydası[170]
166.1. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində nəzərdə tutulmuş hallarda
tətbiq edilir.
166.2. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
növündə əlavə cəzaya məhkum edilmiş
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs barəsində təyin edilmiş əsas
cəzanı icra edən orqan və ya müəssisə
müəyyən edilmiş əsas cəza müddətinin
bitməsinə iki ay qalmış, əsas cəza növü
kimi cərimə cəzası təyin edildikdə isə
cəzanın icraya yönəldilməsinə dair
göstəriş daxil olduqdan dərhal sonra əlavə
cəzanı icra edən orqana müvafiq hökmün
surətini, məhkum, onun mənsub olduğu dövlət,
cəzanın icrası (cəzanın çəkilmə yeri,
məhkumun yerdəyişmələri, vaxtından
əvvəl azad edilməsi və digər), cinayət
nəticəsində vurulmuş ziyanın ödənilməsi
vəziyyəti barədə məlumatları təqdim edir.
166.3. Əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs əsas
cəzasını çəkib qurtardığı və ya
müəyyən olunmuş qaydada cəzadan azad olunduğu gün
əsas cəzanı icra edən orqan və ya
müəssisənin nümayəndəsinin
müşayiəti ilə əlavə cəzanı icra
edən orqana təhvil verilir.
166.4. Şəxsiyyətini təsdiq
edən sənədi olmayan əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
əlavə cəzanı icra edən orqana əsas cəzanı
icra edən orqan və ya müəssisə
tərəfindən təqdim olunan azadetmə haqqında
fotoşəkilli arayış əsasında təhvil verilir.
166.5. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
növündə əlavə cəzaya məhkum edilmiş
şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsinə
ehtiyac yarandıqda, əsas cəzanı icra edən
müəssisə və ya orqan tərəfindən verilən
məlumat əsasında əlavə cəzanı icra edən
orqan Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinə uyğun olaraq tədbirlər
görür.
166.6. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
növündə əlavə cəzaya məhkum olunmuş
şəxslər 48 saat ərzində Azərbaycan
Respublikasının ərazisindən çıxarılmalıdır.
Azərbaycan Respublikasının hüdudlarından kənara
məcburi çıxarma cəzasının tətbiqi ilə
bağlı sənədləşmə yubandıqda və ya
çıxarılma haqqında qərarın vaxtında
icrasına mane olan digər üzrlü səbəb olduqda
şəxsin saxlandığı yer üzrə birinci
instansiya məhkəməsi həmin cəzanı icra edən
orqanın əsaslandırılmış təqdimatı
əsasında çıxarılma müddətinin
uzadılması məsələsinə baxır.
166.7. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
cəzasının icrasından yayınmaqla hökmün
icrasından boyun qaçırdıqda və ya belə
boyun qaçırmanı ehtimal etməyə kifayət
qədər əsas olduqda,
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində nəzərdə
tutulan qaydada tutulur və hökmün icrası təmin edilir.[171]
166.8. Bu Məcəllənin 166.7-ci
maddəsində göstərilən şəxslər
məhkəmənin qərarı ilə Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən
olunmuş qaydada və müddətdə müvafiq icra
hakimiyyəti orqanının qanunsuz miqrantların
saxlanılması mərkəzlərinə
yerləşdirilirlər.[172]
166.9. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarılan
şəxs barədə cəzanı icra edən orqan
tərəfindən müvafiq icra hakimiyyəti orqanına
əvvəlcədən yazılı məlumatlar
göndərilir. Məhkum Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılarkən,
Azərbaycan Respublikasının sərhəd nəzarət
məntəqələrinədək cəzanı icra edən
orqanın əməkdaşları tərəfindən
müşayiət olunur və dövlət sərhədinin
buraxılış məntəqələrində müvafiq
icra hakimiyyəti orqanının əməkdaşlarına
təhvil verilir.
166.10. Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarma xərclərini
məhkumun özü və ya onun mənsub olduğu
dövlətin diplomatik və konsulluq
nümayəndəlikləri ödəyirlər.
Göstərilən qaydada ödəmənin mümkün
olmadığı hallarda məhkumun Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarma xərclərini Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı ödəyir.
166.11. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
cəzasının tətbiqindən irəli gələn
digər məsələlər bu Məcəllədə
nəzərdə tutulan müddəalara zidd olmamaq
şərti ilə Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinə uyğun olaraq həll edilir.
VI bölmə
Cəza
çəkməkdən azad etmə. Cəza
çəkməkdən azad edilən şəxslərə
yardım göstərilməsi və onlara nəzarət
edilməsi
XIX fəsil
Cəza
çəkməkdən azad etmə
Maddə 167. Cəza çəkməkdən azad etmənin
əsasları
167.0. Məhkumlar cəza
çəkməkdən aşağıdakı əsaslarla
azad edilirlər:
167.0.1. cəza müddəti
qurtardıqda;
167.0.2. hökmün ləğv
edilməsi ilə əlaqədar işin icraatına xitam
verildikdə;
167.0.3. cəzadan şərti
olaraq vaxtından əvvəl azad edildikdə;
167.0.4. cəzanın
çəkilməmiş hissəsi daha yüngül cəza
növü ilə əvəz edildikdə;
167.0.5. amnistiya və ya
əfvetmə aktına əsasən;
167.0.6. xəstəliyə
və qanunvericiliklə nəzərdə tutulmuş digər
əsaslara görə.
Maddə 168. Cəza müddətinin qurtarması ilə
əlaqədar cəza çəkməkdən azad etmə
qaydaları
168.1. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın
məhdudlaşdırılması, azadlığın
məhdudlaşdırılması, müəyyən
müddətə azadlıqdan məhrum etmə,
həmçinin hərbi xidmət üzrə
məhdudlaşdırma və intizam xarakterli hərbi
hissədə saxlama növündə cəzaların
müddəti cəza çəkmənin axırıncı
günü bitir.[173]
168.2. Müəyyən müddətə azadlıqdan
məhrum etmə növündə cəzaya məhkum
olunmuş şəxslər cəzanın icrası
yerindən-cəza müddətinin axırıncı
gününün birinci yarısında azad edilirlər.
Əgər cəza müddəti istirahət,
səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günü
qurtarırsa, məhkum həmin günlərdən
əvvəlki gün azad edilir. Cəza müddəti aylarla
hesablanarsa, bu müddət axırıncı ayın
müvafiq günündə, əgər bu ayda müvafiq
gün yoxdursa, həmin ayın axırıncı günü
qurtarır.[174]
168.3. Cəza
çəkməkdən azad edilərkən məhkuma ona
məxsus olan mallar və qiymətli əşyalar,
şəxsi hesabında saxlanılan pul və şəxsi
sənədlər, şəxsiyyət vəsiqəsi,
əmək kitabçası, pensiya vəsiqəsi,
həmçinin cəzadan azad olunması və əmək
fəaliyyəti barəsində sənədlər verilir.
168.4. Müəyyən müddətə azadlıqdan
məhrum etmə növündə cəza
çəkməkdən azad olunan məhkumun
şəxsiyyət vəsiqəsi, əmək
kitabçası və pensiya vəsiqəsi məhkumun
şəxsi işində olmadıqda, cəzanı icra
edən müəssisənin müdiriyyəti
əvvəlcədən onların alınması
üçün tədbirlər görür.[175]
168.5. Məhkumun cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilməsi
müvafiq sənəd məhkəmədən daxil olduğu
gün, sənəd iş günü qurtardıqdan sonra
alındıqda isə, növbəti gün səhər
həyata keçirilir.
168.6. icra məmuru islah işləri növündə
cəza müddətinin qurtardığı gün, məhkum
həmin cəzadan başqa əsasla azad edildikdə isə
müvafiq sənədi aldıqdan sonra, növbəti
gündən gec olmayaraq, məhkumun işlədiyi yerin
işəgötürəninə onun əmək haqqından
tutulmaların dayandırılması barəsində
məlumat verməlidir.
168.7. Hökmün ləğv
olunması ilə əlaqədar azad edilən
şəxsə, cəzanı icra edən müəssisə
və ya orqan tərəfindən əmlak, əmək,
yaşayış və digər itirilmiş hüquqların
bərpası qaydası izah edilir. Bu halda azad etmə
barədə sənəddə məhkumdan dövlət
adından rəsmi üzr istənilir.
Maddə 169. Hərbi qulluqçuların cəza
çəkməkdən azad edilməsi
Hərbi xidmət üzrə
məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə
saxlama növündə cəzaya məhkum olunmuş hərbi
qulluqçular xəstəliyə görə hərbi
xidmətə yararsız sayıldıqları hallarda
cəzanın çəkilməmiş hissəsini
çəkməkdən azad edilirlər. Cəzanın
çəkilməmiş hissəsi məhkəmə
tərəfindən daha yüngül cəza növü
ilə əvəz edilə bilər.
Maddə 170. Məhkumun cəzadan vaxtından əvvəl azad
edilməsi və ya cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə
əvəz edilməsi, habelə cəzanın
çəkilməsinin təxirə salınması
qaydaları
170.1. Cəzadan şərti
olaraq vaxtından əvvəl azad etmə və ya
cəzanın çəkilməmiş hissəsini daha
yüngül cəza növü ilə əvəz etmə,
habelə cəzanın çəkilməsinin təxirə
salınması tətbiq oluna bilən məhkum Azərbaycan
Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məhkəməyə
ərizə ilə müraciət edə bilər.
170.2. Cəzadan şərti
olaraq vaxtından əvvəl azad etmə və ya
cəzanın çəkilməmiş hissəsini daha
yüngül cəza növü ilə əvəz etmə
zamanı məhkumun cəzaçəkmə
müddətində davranışı, əməyə,
təhsilə və törətdiyi cinayətə
münasibəti barədə cəzanı icra edən
müəssisə və ya orqanın mülahizəsi
nəzərə alınır. Mülahizə ilə
birlikdə məhkəməyə məhkumun şəxsi
işi də göndərilir.
170.3. Amnistiyanın tətbiqi
qaydaları amnistiya aktını qəbul etmiş orqan
tərəfindən müəyyən edilir.
170.4. Əfv etməyə
təqdim olunan məhkum barəsində cəzanı icra
edən müəssisə və ya orqan müvafiq
vəsatət verir.
170.5. Psixi və sair ağır
xəstəliklə əlaqədar cəza
çəkməkdən azad etmə barədə
məhkəməyə məhkumun özü və ya onun
qanuni nümayəndəsi ərizə, cəzanı icra
edən müəssisə və ya orqan isə təqdimat verir.
Təqdimatla birlikdə məhkəməyə tibbi-sosial
komissiyasının rəyi və məhkumun şəxsi
işi göndərilir. Təqdimatda məhkumun bütün
cəzaçəkmə müddətində
davranışı barədə məlumat olmalıdır.
170.6. İctimai işlər və ya islah işləri
növündə cəza çəkən məhkum qadın
onun hamiləlik və ya doğuşa görə işdən
azad olunduğu andan cəzanın çəkilməsinin
təxirə salınması barədə ərizə ilə
məhkəməyə müraciət edə bilər.[176]
170.7. Məhkumun cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilməsi
və ya cəzanın çəkilməmiş hissəsinin
daha yüngül cəza növü ilə əvəz
edilməsi, habelə cəzanın çəkilməsinin
təxirə salınması məhkəmə
tərəfindən rədd edildiyi hallarda, təkrar
ərizəyə məhkəmənin rədd haqqında
qərar qəbul etdiyi gündən ən azı altı ay
sonra baxıla bilər.
Maddə 171. Ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslərin cəzasının müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəza ilə əvəz edilməsi və
ya cəzadan şərti olaraq vaxtından
əvvəl azad edilməsi[177]
171.1. Ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxs Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə
müəyyən olunmuş müddət keçdikdən
sonra cəzasının
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz
edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilmə haqqında məhkəməyə ərizə
ilə müraciət edə bilər.[178]
171.2. Ömürlük
azadlıqdan məhrum etmə növündə cəza
çəkən məhkumun ərizəsinə əsasən
onun cəzasının
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz
edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilməsi məhkəmə tərəfindən rədd
edildikdə, təkrar ərizəyə məhkəmənin
rədd haqqında qərarının qəbul edildiyi
gündən ən azı bir il sonra baxıla
bilər.[179]
Maddə 172. Hamilə qadınlar və azyaşlı
uşaqları olan şəxslər tərəfindən
cəzanın çəkilməsinin təxirə
salınması[180]
172.1. Cəzaçəkmə
müəssisələrində cəza çəkən
hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum
qadınların, habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişilərin cəzalarının
çəkilməsi məhkəmə tərəfindən
uşaq on dörd yaşına
çatanadək təxirə salına bilər. [181]
172.2. Şəxsiyyət
əleyhinə ağır və ya xüsusilə ağır
cinayət törətməyə görə beş ildən
çox müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş hamilə və
ya on dörd yaşına
qədər uşağı olan məhkum qadınlara, habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişilərə cəzanın çəkilməsinin
təxirə salınması tətbiq edilmir.[182]
172.3. Hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadın, habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişi cəzasının
çəkilməsinin təxirə salınması
haqqında məhkəməyə ərizə ilə
müraciət edə bilər. Ərizəyə məhkumun
xasiyyətnaməsi, məhkuma
və onun uşağına yaşayış yeri
verməklə zəruri yaşayış şəraiti
yaradılması barədə qohumlarının yazılı
razılığı, qadının hamiləliyi haqqında
həkimin rəyi və ya uşağın doğum
haqqında şəhadətnaməsinin surəti əlavə
olunur. Məhkəmə məhkumun
ərizəsinə baxarkən cəzaçəkmə
müəssisəsinin müdiriyyətinin mülahizəsini
nəzərə alır.[183]
172.4. Cəzaçəkmə
müəssisəsinin müdiriyyəti
məhkəmədən hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadın, habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişi barəsində cəzanın
çəkilməsinin təxirə salınması
haqqında qərarı aldıqdan sonra onu azad edir. Məhkum
azad edildiyi vaxtdan sonra on beş gün müddətində
yaşayış yeri üzrə probasiya
qurumuna qeydiyyata götürülməsi ilə
əlaqədar müraciət etməsi haqqında ondan iltizam
alınır.[184]
172.5. Hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadın , habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişi cəzanın
çəkilməsindən azad edildikdən sonra
yaşayış yerinə dövlət hesabına gedir.
172.6. Hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadının , habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişinin azad olunduğu vaxtdan üç
gündən gec olmayaraq, yaşayış yeri üzrə
məhkəməyə və probasiya
qurumuna azad etmə tarixi göstərilməklə,
cəzanın icrasının təxirə salınması
haqqında qərarın surəti göndərilir.[185]
172.7. icra məmuru hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadını , habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişini qeydiyyata götürür və onun
üzərində nəzarəti həyata keçirir.
172.8. icra məmuru hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadını, habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişini qeydiyyata aldıqdan sonra üç
gün ərzində onun azad edildiyi cəzaçəkmə
müəssisəsinə məlumat göndərir.[186]
Maddə 173. Hamilə qadınların və azyaşlı
uşaqları olan şəxslərin cəzanın
çəkilməsinin təxirə salınması
şərtlərinə riayət etməmələrinin
nəticələri[187]
173.1. Hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadın, habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişi azad edildiyi gündən on beş
gün ərzində qeydiyyata götürülməsi ilə
əlaqədar üzrsüz səbəbdən icra məmuruna müraciət
etmədikdə, onun yerinin müəyyən edilməsi
üçün tədbirlər həyata keçirilir,
məhkumun yeri müəyyən olunmadıqda isə icra məmurunun qərarı
ilə axtarış elan edilir və qərarın surəti
müvafiq icra hakimiyyəti orqanına göndərilir.[188]
173.2. Hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadın , habelə on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişi cəzanın çəkilməsinin
təxirə salınması dövründə
uşağı tərbiyə etməkdən boyun
qaçırdıqda və ya uşaqdan imtina etdikdə icra məmuru
tərəfindən ona rəsmi xəbərdarlıq edilir.[189]
173.3. Məhkum qadın
xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya
uşağı tərbiyə etməkdən boyun
qaçırmaqda davam etdiyi halda icra
məmuru məhkumun yaşayış yeri üzrə
məhkəməyə cəzanın çəkilməsinin
təxirə salınmasının ləğvi və
məhkumun hökmlə müəyyən olunmuş
cəzanın icrası yerinə göndərilməsi
haqqında təqdimat verir. Təqdimata cəzanın
çəkilməsinin təxirə salınması
haqqında qərarın surəti əlavə olunur.[190]
173.4. Uşaq on dörd yaşına çatdıqda
və ya uşaq vəfat etdikdə məhkəmə məhkumun
davranışını, uşağın
tərbiyəsinə münasibətini nəzərə alaraq,
onun cəzadan şərti olaraq vaxtından əvvəl azad
edilməsi və ya cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə
əvəz edilməsi, yaxud cəzaçəkmə
müəssisələrinə göndərilməsi
məsələsini həll edir. Məsələyə
baxarkən məhkəmə icra məmurunun mülahizəsini
nəzərə alır.[191]
Maddə 174. Cəza çəkməkdən azad edilmiş
şəxslərin hüquqi vəziyyəti
174.1. Cəza çəkməkdən azad
edilmiş şəxslər məhkumluğu olan
şəxslər üçün qanunvericiliklə
müəyyən edilmiş məhdudiyyətlər nəzərə
alınmaqla, Azərbaycan Respublikasının
vətəndaşları üçün müəyyən
edilmiş hüquqlardan istifadə edir və
vəzifələri daşıyırlar.
174.2. Məhkum edilmiş
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər cəza çəkməkdən azad
edildikdə cəzanı icra edən orqan həmin şəxslərin
Azərbaycan Respublikası ərazisində olmalarının
hüquqi əsaslarını müəyyən etmək
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına
məlumat verir. Bu məlumat əsasında müvafiq icra
hakimiyyəti orqanı həmin şəxslərin
Azərbaycan Respublikasında qalması və ya Azərbaycan
Respublikasının ərazisindən kənara
çıxarılması məsələsini həll edir.[192]
XX fəsil
Cəza çəkməkdən azad
edilmiş şəxslərin sosial adaptasiyası, onlara
yardım göstərilməsi və nəzarət edilməsi[193]
Maddə 175. Penitensiar
müəssisələrdə cəza
çəkməkdən azad edilən şəxslərin
sosial adaptasiyası ilə əlaqədar cəzanı icra
edən müəssisə və ya orqanın
vəzifələri
175.1. Cəza
çəkməkdən azad edilməyə hazırlıq
məqsədilə xüsusi müəssisənin və ya
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti məhkumlarla hazırlıq işi aparır,
onlara hüquq və vəzifələrini izah edir, cəza
çəkməkdən azad edilmiş şəxslərin
sosial adaptasiyası barədə qanunvericilik haqqında
məlumat verir.[194]
175.2. Cəzaçəkmə
müəssisəsinin müdiriyyəti müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəzalara məhkum edilmiş
şəxslərin cəza müddətinin qurtarmasına
üç ay qalmış onların siyahısını
müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq
icra hakimiyyəti orqanı xüsusi müəssisənin
və ya cəzaçəkmə müəssisəsinin
müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az
olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza
çəkməkdən azad ediləcək şəxsləri
müəyyən edir və bu şəxsləri onların
razılığı ilə qeydiyyata götürür.
Qeydiyyata götürülmüş şəxslərə
onların hüquq və vəzifələri, sosial adaptasiya
tədbirlərinin məzmunu və həyata
keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina
etmiş şəxslərə cəza
çəkməkdən azad olunduqdan sonra üç ay
müddətində sosial adaptasiya məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanına müraciət etmək
hüququ barədə məlumat verilir. Digər əsaslarla
cəza çəkməkdən azad olunmuş və sosial
adaptasiyaya ehtiyacı olan şəxslər barədə xüsusi
müəssisənin və ya cəzaçəkmə
müəssisəsinin müdiriyyəti dərhal müvafiq
icra hakimiyyəti orqanını məlumatlandırır və
bu şəxslərin sosial adaptasiya mərkəzlərinə
göndərilməsi üçün birgə
tədbirlər görülür.[195]
175.3. Orqanizmin funksiyalarının 61-100 faiz
pozulmasına görə əlilliyi müəyyən
edilmiş məhkumlar, altmış iki
yaşına çatmış məhkum kişilər və
əlli yeddi yaşına çatmış məhkum
qadınlar öz ərizələri və cəzaçəkmə
müəssisəsi müdiriyyətinin təqdimatı ilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən ahıllar və əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar
üçün sosial xidmət
müəssisələrinə göndərilirlər. [196]
175.4.
Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş cəza çəkməkdən azad
edilmiş yetkinlik yaşına çatmayanların
yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanı tərəfindən internat məktəblərinə
göndərilir və tam dövlət təminatına
götürülürlər.[197]
Maddə 176. Cəza çəkməkdən azad edilmiş
şəxslərə yardım göstərilməsi
176.1. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzanı çəkməkdən azad
edilmiş şəxslər yaşayış yerinə
getmək üçün ərzaq məhsulları və
gediş haqqı ilə təmin olunurlar.
176.2. Cəzaçəkmə
müəssisələrindən azad edilmiş
şəxslərin zəruri mövsümi geyimi,
ayaqqabısı və bunları əldə etməyə
imkanı olmadıqda, onlar dövlət hesabına geyim və
ayaqqabı ilə təmin olunurlar. Onlara birdəfəlik pul
müavinəti də verilə bilər.
176.3. Cəza
çəkməkdən azad edilmiş şəxslərin
ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara
gediş haqqının ödənilməsi, həmçinin
birdəfəlik pul müavinətinin verilməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada cəzaçəkmə
müəssisəsinin müdiriyyəti tərəfindən
həyata keçirilir.
176.4. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə
növündə cəza çəkməkdən azad
edilən və səhhətləri ilə əlaqədar
digər şəxslərin qulluğuna ehtiyacı olan
şəxslər, hamilə və ya on dörd yaşına qədər
uşağı olan məhkum qadınlar, həmçinin yetkinlik
yaşına çatmayanlar azad edildikdə,
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti onların qohumlarını və ya digər
şəxsləri xəbərdar edir. [198]
176.5. Cəzaçəkmə
müəssisələrindən azad edilmiş və bu
Məcəllənin 176.4-cü maddəsində
göstərilən şəxslər yaşayış
yerinə qohumlarının, himayəçilərinin və ya
digər şəxslərin, yaxud cəzaçəkmə
müəssisəsinin işçilərinin
müşayiəti ilə göndərilirlər.
Maddə 177. Cəza çəkməkdən azad edilmiş
şəxslərin əmək və məişət
şəraiti ilə təmin olunmaq və başqa növ
sosial yardım almaq hüququ
Müəyyən
müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə növündə cəzadan azad
edilmiş şəxslər qanunvericiliyə uyğun olaraq əmək
və məişət şəraiti ilə təmin olunmaq
və başqa növ sosial yardım almaq hüququna
malikdirlər.[199]
Maddə 178. Cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilmiş şəxslərə nəzarət
178.1. Cəzadan şərti olaraq
vaxtından əvvəl azad edilmiş şəxslər
üzərində nəzarəti məhkumun yaşayış
yeri üzrə icra məmuru,
hərbi qulluqçular üzərində nəzarəti
isə hərbi hissələrin və
müəssisələrin komandanlığı həyata
keçirir.[200]
178.2. Cəzadan
şərti olaraq vaxtından əvvəl azad etmə
haqqında qərarın surəti şəxsin azad olunduğu
vaxtdan üç gündən gec olmayaraq onun yaşayış
yeri üzrə məhkəməyə və probasiya
qurumuna göndərilir. Eyni zamanda
cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən şəxsdən azad
edildiyi vaxtdan on beş gün müddətində yaşayış
yeri üzrə probasiya qurumuna qeydiyyata
götürülməsi ilə əlaqədar müraciət
etməsi haqqında iltizam alınır.
178.3. İcra
məmuru cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilmiş şəxslərin qeydiyyatını aparır,
onların ictimai qaydalara riayət etməsinə və məhkəmə
tərəfindən onlara həvalə olunan
vəzifələrin yerinə yetirilməsinə
nəzarət edir.
178.4. Cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş
şəxslər məhkəmə tərəfindən onlara
həvalə edilən vəzifələri yerinə
yetirməli və icra məmurunun
çağırışı ilə gəlməlidirlər.
Üzrsüz səbəblərdən gəlməyən
şəxslər probasiya qurumunun
rəhbəri tərəfindən təsdiq olunmuş icra
məmurunun qərarı ilə məcburi gətirilə
bilərlər.
178.5. Cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş
şəxs məhkəmə tərəfindən onun
üzərinə qoyulmuş vəzifələrin yerinə
yetirilməsindən mütəmadi, yaxud qərəzli olaraq
boyun qaçırdıqda, o cümlədən elektron
nəzarət vasitəsini gəzdirməkdən imtina
etdikdə, onu zədələdikdə və ya digər
üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin
vasitənin işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz səbəbdən ona
xidmət etmədikdə və ya ictimai
qaydaları pozduğuna görə barəsində inzibati
tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi
hissənin komandiri (rəisi) şərti olaraq vaxtından
əvvəl azad etmənin ləğv edilməsi və
cəzanın çəkilməmiş hissəsinin icra
olunması haqqında məhkəməyə təqdimat verir. [201]
178.6. Cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş
şəxs tərəfindən onun üzərinə
qoyulmuş vəzifələrin il ərzində
dəfələrlə yerinə yetirilməməsi
vəzifələri mütəmadi yerinə yetirməmə
hesab edilir.
178.7. On gündən artıq
müddətdə olduğu yer müəyyən
edilməyən və ya elektron nəzarət vasitəsini
gəzdirməkdən imtina edən, həmin vasitənin
işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz səbəbdən ona xidmət
göstərməyən, elektron nəzarət vasitəsini
zədələyən və ya digər üsulla yararsız
vəziyyətə salan şəxs ona həvalə
edilmiş vəzifələri yerinə yetirməkdən
qərəzli boyun qaçırmış hesab edilir.[202]
VII bölmə
Şərti
məhkum edilmiş şəxslər üzərində
nəzarət
XXI fəsil
Şərti
məhkum edilmiş şəxslər üzərində
nəzarətin həyata keçirilməsi
Maddə 179. Şərti məhkum edilmiş şəxslər
üzərində nəzarəti həyata keçirən
orqanlar
Şərti məhkum edilmiş
şəxslər üzərində nəzarəti sınaq
müddəti ərzində məhkumun yaşayış yeri
üzrə icra məmuru,
hərbi qulluqçular üzərində isə hərbi
hissələrin və ya müəssisələrin komandanlığı
həyata keçirir.
Maddə 180. Şərti məhkum edilmiş şəxslər
üzərində nəzarətin həyata keçirilməsi
qaydası
180.1. icra məmuru sınaq müddəti ərzində
məhkumların qeydiyyatını aparır, onların
işlədikləri yer üzrə
işəgötürənin iştirakı ilə
məhkumların ictimai qaydalara riayət etməsinə və
məhkəmə tərəfindən onlara həvalə olunan
vəzifələrin yerinə yetirilməsinə
nəzarət edir.
180.2. Məhkuma
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə növündə cəza əlavə
cəza kimi təyin edildikdə, bu Məcəllənin 31-ci
maddəsində nəzərdə tutulan tədbirləri icra məmuru həyata
keçirir.
180.3. ləğv edilmişdir.[203]
180.4. Şərti məhkum
edilmiş şəxslər məhkəmə
tərəfindən onlara həvalə edilən
vəzifələri yerinə yetirməli və icra məmurunun
çağırışı ilə gəlməlidirlər.
Üzrsüz səbəblərdən gəlməyən
məhkumlar probasiya qurumunun
rəhbəri tərəfindən təsdiq olunmuş icra
məmurunun qərarı ilə məcburi
gətirilə bilərlər.[204]
Maddə 181. Sınaq müddətinin hesablanması
181.1. Sınaq müddəti
məhkəmənin hökmünün qanuni qüvvəyə
mindiyi gündən hesablanır.
181.2. Sınaq müddətinin
qurtarması ilə məhkum üzərində nəzarət
dayandırılır və o, qeydiyyatdan
çıxarılır.
Maddə 182. Şərti məhkum edilmiş şəxslərin
məsuliyyəti
182.1. Şərti məhkum
edilmiş şəxs məhkəmə tərəfindən
ona üzərinə qoyulmuş vəzifələrin yerinə
yetirilməsindən boyun qaçırdıqda və ya ictimai
qaydaları pozduğuna görə barəsində inzibati
tənbeh tətbiq edildikdə, icra
məmuru və ya hərbi hissənin komandiri (rəisi)
sınaq müddətinin uzadılması barədə
məhkəməyə təqdimat verir.
182.2. Şərti məhkum
edilmiş şəxs sınaq müddətində
məhkəmə tərəfindən onun üzərinə
qoyulmuş vəzifələrin yerinə yetirilməsindən
mütəmadi və ya qərəzli olaraq boyun
qaçırdıqda, o cümlədən elektron
nəzarət vasitəsini gəzdirməkdən imtina
etdikdə, onu zədələdikdə və ya digər
üsulla yararsız vəziyyətə saldıqda, yaxud
həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün üzrsüz səbəbdən ona
xidmət etmədikdə icra
məmuru və ya hərbi hissənin komandiri (rəisi)
şərti məhkum etmənin ləğv edilməsi və
hökmlə təyin olunmuş cəzanın icra olunması
barədə məhkəməyə təqdimat verir.
182.3. icra məmuru məhkumun üzərinə onun islah
olunmasına kömək edən yeni vəzifələrin
qoyulması və ya əvvəllər məhkumun
üzərinə qoyulmuş vəzifələrin tamamilə
və ya qismən ləğv edilməsi barədə
məhkəməyə təqdimat verə bilər.
182.4. Məhkum
tərəfindən onun üzərinə qoyulmuş
vəzifələrin il ərzində dəfələrlə
yerinə yetirilməməsi sınaq müddəti
ərzində vəzifələri mütəmadi yerinə
yetirməmə hesab edilir.
182.5. On gündən artıq müddətdə olduğu yer
müəyyən edilməyən və ya elektron nəzarət
vasitəsini gəzdirməkdən imtina edən, həmin
vasitənin işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz səbəbdən ona xidmət
etməyən, elektron nəzarət vasitəsini
zədələyən və ya digər üsulla yararsız
vəziyyətə salan məhkum ona həvalə edilmiş
vəzifələri yerinə yetirməkdən qərəzli
boyun qaçırmış hesab edilir.[205]
VIII
bölmə[206]
Cinayət-hüquqi
tədbirlərin icrası
XXII
fəsil
Xüsusi
müsadirə növündə cinayət-hüquqi
tədbirinin icrası
Maddə 183. Xüsusi müsadirə növündə
cinayət-hüquqi tədbirinin icrası qaydası
183.1. Xüsusi müsadirə
növündə cinayət-hüquqi tədbirinin tətbiq
edilməsi barədə yekun qərar çıxarmış
məhkəmə həmin qərar qanuni qüvvəyə
mindikdən sonra onun surətini, qərarın icrası
barədə göstərişi və əmlakın
siyahısının surətini icra məmuruna göndərir
və bu barədə müvafiq icra hakimiyyəti orqanına
məlumat verir.
183.2. Məhkəmənin yekun
qərarı ilə xüsusi müsadirə edilməli
əmlakın kimə mənsub olması haqqında
mübahisə mülki məhkəmə icraatı qaydasında
həll edilir.KMQ1
Maddə 184. Xüsusi müsadirə cinayət-hüquqi tədbirinin
icrası zamanı icra məmurunun vəzifələri
184.1. İcra məmuru
məhkəmənin yekun qərarının surətini,
qərarın icrası barədə göstərişi
aldıqdan sonra dərhal əmlak siyahısında
göstərilən əmlakın mövcudluğunu
yoxlayır.
184.2. Müsadirə edilən əmlak
plomblanır və ya möhürlənir və bu barədə
tərtib edilmiş müvafiq siyahıda qeydlər edilir.
184.3. Müsadirə edilən
əmlakın saxlanılması üçün icra məmuru
tərəfindən tədbirlər həyata
keçirilməlidir.
Maddə 185. Xüsusi müsadirə edilməli əmlakla
əlaqədar digər şəxslərin
vəzifələri
185.1. Xüsusi müsadirə edilməli
əmlak hüquqi və ya fiziki şəxslərdə, yaxud
dövlət qurumunda olarsa, onlar bu barədə
məhkəməyə və ya müvafiq icra hakimiyyəti
orqanına xəbər verməlidirlər.
185.2. Hüquqi və fiziki
şəxslər, həmçinin dövlət qurumları
onlara saxlanılmaq üçün verilən müsadirə
edilən əmlakın qorunub-saxlanılmasını təmin
etməlidirlər.
185.3. Müsadirə edilən
əmlakın gizlədilməsinə, israf edilməsinə,
özgəninkiləşdirilməsinə və ya
dəyişdirilməsinə görə təqsirli şəxslər
qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 186. Xüsusi müsadirə edilmiş əmlakın
müvafiq icra hakimiyyəti orqanına verilməsi
186.1. Barəsində cinayət-hüquqi
tədbirlər tətbiq edilən şəxsin müsadirə
edilmiş əmlakı, bu əmlak barəsində irəli
sürülən bütün tələblər qanunla
müəyyən edilmiş qaydada təmin edildikdən sonra
müvafiq icra hakimiyyəti orqanına verilir.
186.2. Xüsusi müsadirə edilmiş
əmlakın dövlət nəfinə verilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 187. Məhkəmənin yekun qərarının
icrasından sonra aşkar edilmiş əmlakın
müsadirəsi
Xüsusi müsadirə
cinayət-hüquqi tədbiri icra edildikdən sonra
barəsində cinayət-hüquqi tədbirlər tətbiq
edilən şəxsin xüsusi müsadirə olunmalı olan
digər əmlakı aşkar edildiyi hallarda, icra məmuru
yekun qərar çıxarmış məhkəməyə
və ya yekun qərarın icra edildiyi yerin
məhkəməsinə həmin əmlakın müsadirə
edilməsi barədə təqdimat verir.
XXIII
fəsil
Hüquqi
şəxslər barəsində tətbiq edilən
cinayət-hüquqi tədbirlərin icrasının
xüsusiyyətləri
Maddə 188. Cərimə və xüsusi müsadirə
növündə cinayət-hüquqi tədbirin icrası
qaydası
188.1. Hüquqi şəxslər
barəsində tətbiq edilən cərimə
növündə cinayət-hüquqi tədbir Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci
fəslinin xüsusiyyətləri nəzərə
alınmaqla, bu Məcəllənin IV fəslinə uyğun
olaraq icra edilir.
188.2. Hüquqi şəxslər
barəsində tətbiq edilən xüsusi müsadirə
növündə cinayət-hüquqi tədbir Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci
fəslinin xüsusiyyətləri nəzərə
alınmaqla, bu Məcəllənin XXII fəslinə uyğun
olaraq icra edilir.
Maddə 189. Hüquqi şəxsi müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə növündə cinayət-hüquqi
tədbirin icrası qaydası
189.1. Hüquqi şəxsi
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə
cinayət-hüquqi tədbirin tətbiq edilməsi
barədə məhkəmənin qanuni qüvvəyə
minmiş yekun qərarının surəti icra edilməsi
üçün dərhal hüquqi şəxsin olduğu
yerin icra məmuruna göndərilir.
189.2. Hüquqi şəxs
müəyyən fəaliyyət növünü lisenziya
və ya icazə əsasında həyata keçirdikdə,
icra məmuru məhkəmə qərarının surətini
3 (üç) gün müddətində lisenziya (icazə)
verən orqana göndərir. Həmin orqan qərarın
surətini aldığı gündən 3 (üç)
gün müddətində lisenziyanı (icazəni)
ləğv edir və bu barədə icra məmuruna məlumat
verir.
189.3. Hüquqi şəxs
müəyyən fəaliyyət növünü lisenziya
və ya icazə əsasında həyata
keçirmədikdə, icra məmuru 3 (üç) gün müddətində
məhkəmə qərarının surətini hüquqi
şəxslərin dövlət reyestrinə müvafiq
fəaliyyət növü ilə məşğul olma
hüququndan məhrum etmə barədə qeydin 10 (on) gün
ərzində daxil edilməsi üçün müvafiq icra
hakimiyyəti orqanına göndərir. Müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müvafiq
dəyişiklik dövlət qeydiyyatına alındıqdan
sonra 2 (iki) gün müddətində icra məmuruna
məlumat verilir.
Maddə 190. Hüquqi şəxsi ləğv etmə
növündə cinayət-hüquqi tədbirinin icrası
qaydası
190.1. Hüquqi şəxsi ləğv
etmə haqqında məhkəmənin yekun qərarı
ilə ləğvetmə komissiyasına
(təsviyəçiyə,
ləğvediciyə) hüquqi şəxsin
ləğvini həyata keçirmək vəzifələri
həvalə olunur. Həmin qərar qanuni qüvvəyə
mindikdən dərhal sonra onun surəti icra edilməsi üçün
müvafiq icra hakimiyyəti orqanına, habelə
cinayət-hüquqi tədbirin icrasına nəzarət
edilməsi üçün icra məmuruna göndərir.[207]
190.2. Hüquqi şəxsin ləğvi
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
190.3. Hüquqi şəxsin ləğvi
başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti
orqanı 3 (üç) gün müddətində bu
barədə yekun qərarı çıxarmış
məhkəməyə və cinayət-hüquqi tədbirin
icrasına nəzarəti həyata keçirən icra
məmuruna məlumat verir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
14 iyul 2000-ci il tarixli 908-IQ nömrəli “Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağli
hüquqi tənzimləmə məsələləri haqqinda”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, №
8, Maddə 586) ilə təsdiq edilmişdir.
1. 2 iyul
2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455)
2. 27 dekabr
2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 9)
9. 10 oktyabr 2006-cı il tarixli 162-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 929)
10. 16 iyun 2007-ci il tarixli 389-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)
11. 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə
1049)
12. 6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə
1197)
13. 7 dekabr 2007-ci il tarixli 509-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, №12, maddə 1218)
14. 2 iyun 2008-ci il tarixli 618-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
15. 13 iyun 2008-ci il tarixli 648-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №7, maddə 602)
16. 24 iyun 2008-ci il tarixli 657-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, №7, maddə 607)
17. 1
fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə
171)
18. 5
mart 2010-cu il tarixli 971-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə
275)
19. 18
iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə
591)
20. 21 dekabr 2010-cu il tarixli
37-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №
02, maddə 70)
21. 21 dekabr 2010-cu il tarixli
38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38,
“Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə
71)
22. 31 may 2011-ci il
tarixli 138-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan”
qəzeti 02 iyul 2011-ci il №141,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №
06, maddə 473)
23. 10 iyun 2011-ci il tarixli 157-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 31 iyul
2011-ci il № 166, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 600)
24. 15 noyabr 2011-ci il tarixli
252-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280,
“Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə
1107)
25. 20 aprel 2012-ci il tarixli
324-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №
05, maddə 406)
26. 16 oktyabr 2012-ci il tarixli
448-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266,
“Azərbaycan” qəzeti, 30 noyabr 2012-ci il, № 267, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1056)
27. 2 noyabr 2012-ci il tarixli
456-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 30 noyabr
2012-ci il, № 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə
1063)
28. 13 iyun 2013-cü il tarixli 685-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 7 avqust 2013-cü il, № 171, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 889)
29. 6 oktyabr 2015-ci il tarixli 1348-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 oktyabr
2015-ci il, № 231; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, № 10, maddə 1107)
30. 6 oktyabr 2015-ci
il tarixli 1364-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, № 11, maddə 1271)
31. 17 may 2016-cı
il tarixli 237-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, № 6, maddə 981)
32. 31 may 2016-cı
il tarixli 263-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, № 6, maddə 1000)
33. 31 may 2017-ci il
tarixli 704-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyul 2017-ci il, № 140, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə
1058)
34. 1 dekabr 2017-ci il tarixli 915-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2268)
35. 1 may 2018-ci il tarixli 1115-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 may 2018-ci il, № 121, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 881)
36. 29 iyun 2018-ci il tarixli 1206-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2018-ci il, № 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1422)
37. 12 oktyabr 2018-ci il tarixli 1271-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1971)
38. 12 oktyabr 2018-ci il tarixli 1281-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə
1978)
39. 30 oktyabr 2018-ci il tarixli 1315-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2018-ci il, № 266,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №
11, maddə 2225)
40. 19 fevral 2019-cu il tarixli 1507-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2019-cu
il, № 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə
570)
41. 5 mart 2019-cu il tarixli 1520-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel
2019-cu il, № 76, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 579)
42. 29 mart 2019-cu il tarixli 1551-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, № 5, maddə 796)
43. 3 may 2019-cu il tarixli 1575-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, № 5, maddə 812)
44. 8 oktyabr 2019-cu il tarixli 1677-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr
2019-cu il, № 255, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1686)
45. 19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, № 136, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 832)
46. 29 iyun 2020-ci il tarixli 146-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 avqust 2020-ci
il, № 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1009)
47. 22 iyun 2021-ci il tarixli 348-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə
894) (2022-ci
il iyulun 1-dən qüvvəyə
minir)
48.
8 iyul
2022-ci il tarixli 581-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 19 avqust 2022-ci il
“Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə
828)
49. 5 noyabr 2022-ci il tarixli 618-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 18 noyabr 2022-ci il
“Azərbaycan” qəzeti 19 noyabr 2022-ci il, № 252,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
11, maddə 1237)
50. 17 fevral 2023-cü il tarixli 807-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 4, maddə 445)
Konstitusiya Məhkəməsi Plenumunun Qərarları
KMQ1 1. Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 139-cu maddəsinin mənasına
görə, cinayət işi üzrə icraat zamanı
təqsirləndirilən şəxsə məxsus və
müsadirə olunan əmlakın cinayətin
törədilməsi nəticəsində əldə
olunmasını və ya bu əmlakdan əldə olunmuş
gəlir olmasını, yaxud cinayətin törədilməsi
üçün istifadə olunan və ya istifadəsi
nəzərdə tutulan silah, alət və ya sair
vasitələr olmasını, habelə
təqsirləndirilən şəxsə məxsus olmasa da,
onun törətmiş olduğu cinayət nəticəsində
əldə olunmuş əmlak olmasını təsdiq edən
hallar sübuta yetirilməlidir.
2. Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci
maddəsinə müvafiq olaraq, məhkəmənin
hazırlıq iclasında cinayət işi üzrə ibtidai
araşdırma zamanı bu Məcəllənin tələblərinin
pozulub-pozulmaması məsələsinə baxılır. Bu
zaman mülki iddianın və ola biləcək xüsusi
müsadirənin təmin edilməsi üçün
görülmüş tədbirlərə məhkəmə
müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər
məhkəmənin hazırlıq iclasında baş
vermədiyi halda, məhkəmə baxışı zamanı
siyahıya alınmış əmlakın həqiqətən
təqsirləndirilən şəxsə mənsub
olub-olmaması yoxlanılmalı, həbsin
təqsirləndirilən şəxsə mənsub olmayan
əmlakın üzərinə qoyulmasını
təsdiqləyən hallar olduqda isə həmin əmlakın
təqsirləndirilən şəxsin törətmiş
olduğu cinayət nəticəsində əldə
olunub-olunmamasına hüquqi qiymət verilməli,
gəlinmiş nəticəyə müvafiq olaraq həmin
əmlakın siyahıdan çıxarılması, onun
həbsdən azad olunması və qanuni sahibinə
qaytarılmasına dair qərar qəbul edilməlidir.
3. Təqsirləndirilən şəxs
olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi
məsuliyyət daşımayan şəxsə mənsub olan
əmlaka münasibətdə xüsusi müsadirə o halda
tətbiq edilir ki, əmlakın həmin şəxs
tərəfindən Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan
şərtlərlə əldə edilməsinə dair
əsaslı sübutlar mövcud olsun.
4. Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin I hissəsinə və “İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin
tələblərinə uyğun olaraq, cinayət
mühakimə icraatına cəlb olunmamış,
məhkəmə hökmü ilə maraqlarına toxunan
şəxsin məhkəməyə apellyasiya şikayəti
ilə müraciət etmək hüququnun
tənzimlənməsi Azərbaycan Respublikasının Milli
Məclisinə tövsiyə edilsin.
Məsələ qanunvericilik
qaydasında həll edilənədək Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsində və “İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın 6-cı maddəsində nəzərdə
tutulan məhkəməyə müraciət etmək hüququnun
təmin edilməsi məqsədilə cinayət
mühakimə icraatına cəlb olunmamış,
məhkəmə hökmü ilə maraqlarına toxunan
şəxs, hüquqları və qanunla qorunan maraqları
əhəmiyyətli dərəcədə pozulduğu hallarda
mübahisə predmeti barəsində müstəqil
tələblər irəli sürən üçüncü
şəxs qismində cinayət işi üzrə icraata
cəlb edilə bilər.
Belə cəlbetmə bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks
olunmuş hüquqi mövqelər nəzərə
alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 55.1-ci maddəsinə uyğun həyata
keçirilməlidir.
5. Bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks
olunan hüquqi mövqelər nəzərə alınmaqla
Azərbaycan Respublikası Cəzaların İcrası
Məcəlləsinin 183.2-ci maddəsinə əsasən
məhkəmənin yekun qərarı ilə xüsusi
müsadirə edilməli əmlakın kimə mənsub olması
haqqında mübahisənin xüsusi icraat qaydasında
tənzimlənməsi Azərbaycan Respublikasının Milli
Məclisə tövsiyə edilsin. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarı – “Respublika”
qəzeti, 16 mart 2022-ci il, № 57)
KMQ2 1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 93-1.1-ci və Azərbaycan Respublikası
Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1,
17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum
etmə ilə əlaqədar olmayan cəzaya məhkum
edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan
müalicə məqsədi ilə barəsində tibbi
xarakterli məcburi tədbirlər təyin edilmiş
şəxslərin cəza müddəti başa
çatdıqdan sonra müvafiq icra hakimiyyəti
orqanının tabeliyində olan
ixtisaslaşdırılmış tibb
müəssisələri tərəfindən
müalicəsinin həyata keçirilməsini istisna etmir.
2. Barəsində tibbi xarakterli
məcburi tədbirlər tətbiq edilmiş şəxslərin
təxirəsalınmaz müalicəsi ilə əlaqədar
müvafiq tədbirlərin görülməsi Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tövsiyə
olunsun.
3. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 93-1.1-ci maddəsinin hüquqi
təyinatı və məqsədinə, “Narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 26.3-cü maddəsinə uyğun olaraq,
barəsində tibbi xarakterli məcburi tədbirlər
təyin edilmiş şəxslər xəstəliyin
ağırlıq dərəcəsindən asılı olaraq
ixtisaslaşdırılmış tibb
müəssisələrində ambulator qaydada müalicə
oluna bilərlər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2023-cü il tarixli qərarı – “Respublika”
qəzeti, 2 avqust 2023-cü il, № 161)
MƏCƏLLƏYƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI