AZƏRBAYCAN
RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək
üçün müvafiq fəslin adının
üzərində sol düyməni basın)
BÖLMƏLƏR (Fəsillər)
I.
CİNAYƏT
QANUNU (1-2)
II.
CİNAYƏT
HAQQINDA (3-8)
III.
CƏZA
HAQQINDA (9-10)
IV.
CİNAYƏT
MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
(11-13)
V.
YETKİNLİK YAŞINA
ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ (14)
VI.
TİBBİ XARAKTERLİ
MƏCBURİ TƏDBİRLƏR (15)
VII.
SÜLH
VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR (16-17)
VIII.
ŞƏXSİYYƏT
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (18-22)
IX.
İQTİSADİ
SAHƏDƏ CİNAYƏTLƏR (23-24)
X.
İCTİMAİ
TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (25-30)
XI.
DÖVLƏT
HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR (31-34)
XII.
HƏRBİ
XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (35)
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
FƏSİLLƏR
(Maddələr)
1. AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT
QANUNUNUN VƏZİFƏLƏRİ VƏ
PRİNSİPLƏRİ (1-9)
2. CİNAYƏT QANUNUNUN
QÜVVƏSİ (10-13)
3. CİNAYƏT ANLAYIŞI
VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI (14-18)
4. CİNAYƏT MƏSULİYYƏTİNƏ
CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR (19-23)
5. TƏQSİR (24-26)
6. BAŞA ÇATMAYAN
CİNAYƏT (27-30)
7. CİNAYƏTDƏ
İŞTİRAKÇILIQ (31-35)
8. ƏMƏLİN
CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR (36-40)
9. CƏZANIN ANLAYIŞI,
MƏQSƏDİ VƏ NÖVLƏRİ (41-57)
10. CƏZANIN TƏYİN
EDİLMƏSİ (58-71)
11. CİNAYƏT
MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ (72-75)
12. CƏZADAN AZAD ETMƏ (76-80)
13. AMNİSTİYA. ƏFV
ETMƏ. MƏHKUMLUQ (81-83)
14. YETKİNLİK YAŞINA
ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT
MƏSULİYYƏTİNİN VƏ CƏZASININ
XÜSUSİYYƏTLƏRİ (84-92)
15. TİBBİ XARAKTERLİ
MƏCBURİ TƏDBİRLƏR (93-99)
16. SÜLH VƏ
İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR (100-113)
17. MÜHARİBƏ
CİNAYƏTLƏRİ (114-119)
18. HƏYAT VƏ SAĞLAMLIQ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (120-143)
19. ŞƏXSİYYƏTİN
AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR (144-148)
20. ŞƏXSİYYƏTIN
CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (149-153)
21. İNSAN VƏ
VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (154-169)
22. YETKİNLİK YAŞINA
ÇATMAYANLAR VƏ AİLƏ
MÜNASİBƏTLƏRİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR (170-176)
23. MÜLKİYYƏT
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (177-189)
24. İQTİSADI
FƏALİYYƏT SAHƏSİNDƏ OLAN
CİNAYƏTLƏR (190-213)
25.
İCTİMAİ
TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR (214-233)
26. NARKOTİK
VASİTƏLƏRİN VƏ PSİXOTROP
MADDӘLӘRİN QANUNSUZ DÖVRİYYӘSİ
İLӘ ƏLAQƏDAR CİNAYӘTLӘR (234-241)
27. İCTİMAİ
MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR (242-246)
28. EKOLOJİ
CİNAYƏTLƏR (247-261)
29. HƏRƏKƏT
TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT
VASİTƏLƏRİNİN İSTİSMARI QAYDALARI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (262-270)
30. KOMPÜTER İNFORMASİYASI
SAHƏSİNDƏ CİNAYƏTLƏR (271-273)
31. DÖVLƏTİN
KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ
TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (274-285)
32. ƏDALƏT
MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR (286-307)
33. KORRUPSİYA
CİNAYƏTLƏRİ VƏ QULLUQ MƏNAFEYİ
ƏLEYHİNƏ OLAN DİGƏR CİNAYƏTLƏR (308-314)
34. İDARƏETMƏ QAYDASI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (315-326)
35.
HƏRBİ
XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (327-353)
1-ci fəsil
AZƏRBAYCAN
RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN
VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
Maddə 1. Azərbaycan
Respublikasının cinayət qanunu
1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının
Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla
qəbul edilmiş normalarına və prinsiplərinə
əsaslanır.
1.3. Cinayət məsuliyyətini
müəyyən edən və cinayət törətmiş
şəxsin cəzalandırılmasını
nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə
daxil olunduqdan sonra tətbiq edilə bilər.
Maddə 2. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin
vəzifələri
2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
2.2. Bu vəzifələri həyata
keçirmək üçün Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi cinayət
məsuliyyətinin əsaslarını və prinsiplərini,
şəxsiyyət, cəmiyyət və dövlət
üçün təhlükəli olduğuna görə
cinayət sayılan əməllərin dairəsini və
həmin cinayətlərin törədilməsinə görə
tətbiq edilən cəzaların növlərini, həddini
və həcmini, habelə digər cinayət-hüquqi
xarakterli tədbirləri müəyyən edir.
Maddə 3. Cinayət
məsuliyyətinin əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Maddə 4. Cinayət
Məcəlləsinin və cinayət məsuliyyətinin
prinsipləri
Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.
Maddə 5. Qanunçuluq
prinsipi
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
5.2. Cinayət qanununun analogiya üzrə
tətbiqinə yol verilmir.
Maddə 6. Qanun
qarşısında bərabərlik prinsipi
6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
6.2. Bu
Məcəllənin 6.1-ci maddəsində nəzərdə
tutulmuş əsaslara görə heç kəs cinayət
məsuliyyətinə cəlb edilə və ya
cəzalandırıla bilməz, yaxud cəzadan və ya
cinayət məsuliyyətindən azad edilə bilməz.[2]
Maddə 7. Təqsirə
görə məsuliyyət prinsipi
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
7.2. Şəxs təqsirsiz olaraq vurduğu
zərərə görə cinayət məsuliyyətinə
cəlb oluna bilməz.
Maddə 8. Ədalət
prinsipi
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
8.2. Heç kəs eyni bir cinayətə
görə iki dəfə cinayət məsuliyyətinə
cəlb oluna bilməz.
Maddə 9. Humanizm prinsipi
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
9.2. Cinayət törətmiş
şəxsə tətbiq edilən cəza və digər
cinayət-hüquqi xarakterli tədbirlər işgəncə
və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti
alçaldan xarakter və ya məqsəd daşıya
bilməz.[3]
2-ci fəsil
Maddə 10. Cinayət qanununun
zamana görə qüvvəsi
10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.
10.2. İctimai təhlükəli
əməlin (hərəkət və ya
hərəkətsizliyin) törədilmə vaxtı, onun
nəticələrinin baş verdiyi andan asılı olmayaraq,
cinayətin törədildiyi vaxt sayılır.
10.3. Əməlin (hərəkət və
ya hərəkətsizliyin) cinayət sayılmasını
və bu əmələ görə cəzanı aradan
qaldıran, cəzanı yüngülləşdirən, yaxud
cinayət etmiş şəxsin vəziyyətini başqa
cür yaxşılaşdıran cinayət qanununun geriyə
qüvvəsi vardır, yəni həmin qanunun
qüvvəyə minməsindən əvvəl müvafiq
əməli (hərəkət və ya
hərəkətsizliyi) törətmiş
şəxslərə, habelə cəza çəkən, yaxud
cəzasını çəkmiş, lakin məhkumluğu
üstündən götürülməmiş və ya
ödənilməmiş şəxslərə şamil edilir.
10.4. Əməlin (hərəkət və
ya hərəkətsizliyin) cinayət sayılmasını
və həmin əmələ görə cəza
müəyyən edən, cəzanı ağırlaşdıran,
yaxud cinayət törətmiş şəxsin
vəziyyətini başqa cür ağırlaşdıran
cinayət qanununun geriyə qüvvəsi yoxdur.
Maddə
11. Cinayət qanununun Azərbaycan Respublikası
ərazisində törədilən cinayətlərə
görə qüvvəsi
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.2. Azərbaycan Respublikasının
ərazi sularında, Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində, Azərbaycan Respublikasının
üzərindəki hava məkanında və iqtisadi
zonasında törədilən cinayət Azərbaycan
Respublikası ərazisində törədilmiş cinayət
sayılır.
11.3. Azərbaycan Respublikasının hava
və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan
Respublikasının Dövlət bayrağı və ya tanınma
nişanı altında Azərbaycan Respublikasının
hüdudlarından kənarda açıq sularda və ya hava
fəzasında hərəkət edən su və ya hava gəmisində
cinayət törətmiş şəxs bu Məcəllə
əsasında cinayət məsuliyyətinə cəlb edilir. [4]
11.4. Azərbaycan Respublikasının
hərbi donanmasına və ya hərbi hava
qüvvələrinə məxsus olan gəmidə cinayət
törətmiş şəxs, həmin gəminin olduğu
yerdən asılı olmayaraq, bu Məcəllə
əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.5. Azərbaycan Respublikası
ərazisində cinayət törətmiş xarici
dövlətlərin diplomatik nümayəndələrinin
və toxunulmazlıq hüququna malik olan digər şəxslərin
cinayət məsuliyyəti haqqında məsələ
beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Maddə
12. Cinayət qanununun Azərbaycan Respublikası
ərazisindən kənarda törədilən
cinayətlərə görə qüvvəsi
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.1-1. Azərbaycan Respublikasının
vətəndaşları və Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan
şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənarda törədikləri korrupsiya
cinayəti və qulluq mənafeyi əleyhinə olan digər
cinayətə görə xarici dövlətdə məhkum
olunmamışlarsa, bu Məcəllə əsasında
cinayət məsuliyyətinə cəlb edilirlər.[5]
12.2. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənarda
Azərbaycan Respublikasının vətəndaşlarına,
Azərbaycan Respublikasının maraqlarına
(mənafelərinə) qarşı cinayət
törətdikləri halda, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş
hallarda və bu cinayətə görə xarici
dövlətdə məhkum olunmadıqda, bu Məcəllə
əsasında cinayət məsuliyyətinə cəlb
edilə bilərlər.
12.2-1. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənarda
beynəlxalq təşkilatların vəzifəli
şəxsləri, beynəlxalq parlament assambleyalarının
üzvləri, beynəlxalq məhkəmələrin
vəzifəli şəxsləri və hakimləri olan
Azərbaycan Respublikası vətəndaşlarının
iştirakı ilə korrupsiya cinayəti və qulluq
mənafeyi əleyhinə olan digər cinayət
törətdikləri halda və həmin cinayətə
görə xarici dövlətdə məhkum olunmadıqda, bu
Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilirlər.
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, insan alveri, terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hava
gəmisini qaçırma, girov götürmə, işgəncələr,
dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya
qiymətli kağızları hazırlama və ya satma,
beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum
etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər,
habelə cəzalandırılması Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn
digər cinayətlər törətmiş Azərbaycan
Respublikası vətəndaşları, əcnəbilər
və ya vətəndaşlığı olmayan
şəxslər, cinayətlərin törədilməsi
yerindən asılı olmayaraq, bu Məcəllə
əsasında cinayət məsuliyyətinə cəlb edilir
və cəzalandırılır.[6]
12.4. Sülhməramlı hərbi
birləşmələrin tərkibinə daxil olan
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə
mənsub hərbi hissələrin hərbi qulluqçuları
Azərbaycan Respublikasının hüdudlarından kənarda
törətdikləri cinayətə görə, Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə
başqa hal nəzərdə tutulmamışsa, bu
Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilirlər.
12.5. Bu Məcəllənin 12.1-ci
maddələrində nəzərdə tutulmuş
şəxslərə Azərbaycan Respublikasının
məhkəmələri tərəfindən təyin edilən
cəza, ərazisində cinayət törədilmiş xarici
dövlətin qanunu ilə nəzərdə tutulmuş
cəzanın yuxarı həddindən çox ola bilməz.[7]
Maddə 13. Cinayət törətmiş
şəxslərin verilməsi (ekstradisiya)[8]
13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.
13.2. Azərbaycan Respublikasının
hüdudlarından kənarda cinayət törətmiş
və Azərbaycan Respublikasında olan əcnəbilər
və ya vətəndaşlığı olmayan
şəxslər, cinayət məsuliyyətinə cəlb
edilməsi yaxud təyin edilmiş cəzanın icrası
üçün "Cinayət törətmiş
şəxslərin verilməsi (ekstradisiya) haqqında"
Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarına və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq xarici
dövlətə verilə bilərlər.[9]
13.3. Azərbaycan Respublikasının
hüdudlarından kənarda cinayət törətmiş
şəxslər xarici dövlətə verilmirsə və
həmin əməl (hərəkət və ya
hərəkətsizlik) bu Məcəlləyə əsasən
cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında
cinayət məsuliyyətinə cəlb edilirlər.
13.4. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə cinayət törətmiş
şəxslərin verilməsinə dair digər
müddəalar müəyyən olunduqda, beynəlxalq
müqavilələr tətbiq edilir.[10]
İKİNCİ BÖLMƏ
CİNAYƏT HAQQINDA
3-cü fəsil
CİNAYƏT
ANLAYIŞI VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI
Maddə 14. Cinayət
anlayışı
14.1. Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.
14.2. Cinayət qanununda nəzərdə
tutulmuş hər hansı əməlin (hərəkət
və ya hərəkətsizliyin) əlamətləri formal
cəhətdən mövcud olsa da, lakin az
əhəmiyyətli olduğuna görə ictimai
təhlükəli sayılmayan, yəni
şəxsiyyətə, cəmiyyətə və yaxud
dövlətə zərər yetirməyən və ya
zərər yetirmək təhlükəsi yaratmayan
əməl (hərəkət və ya hərəkətsizlik)
cinayət hesab edilmir.
Maddə 15. Cinayətlərin
təsnifatı
15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
15.2. Qəsdən və ya
ehtiyatsızlıqdan törədilməsinə görə bu
Məcəllə ilə azadlıqdan məhrum etmə ilə
bağlı olmayan cəza nəzərdə tutulmuş
əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan
törədilməsinə görə bu Məcəllə
ilə nəzərdə tutulmuş azadlıqdan məhrum
etmə cəzasının yuxarı həddi iki ildən
artıq olmayan əməllər böyük ictimai
təhlükə törətməyən cinayətlər
hesab olunur.
15.3. Bu Məcəllə ilə
qəsdən və ya ehtiyatsızlıqdan
törədilməsinə görə nəzərdə
tutulmuş azadlıqdan məhrum etmə cəzasının
yuxarı həddi yeddi
ildən artıq olmayan əməllər az ağır
cinayətlər hesab olunur.[11]
15.4. Bu Məcəllə ilə
qəsdən və ya ehtiyatsızlıqdan
törədilməsinə görə nəzərdə
tutulmuş azadlıqdan məhrum etmə cəzasının
yuxarı həddi on iki
ildən artıq olmayan əməllər ağır
cinayətlər hesab olunur.[12]
15.5. Bu Məcəllə ilə
qəsdən törədilməsinə görə on iki
ildən artıq azadlıqdan məhrum etmə cəzası
və ya daha ağır cəza nəzərdə tutulmuş
əməllər xüsusilə ağır cinayətlər
hesab olunur.[13]
Maddə 16. Cinayətlərin
təkrar törədilməsi KMQ8 KMQ15.
16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.
16.2. Bu Məcəllənin müxtəlif
maddələri ilə nəzərdə tutulmuş iki və
ya daha çox cinayətin törədilməsi, yalnız həmin
Məcəllənin Xüsusi hissəsində birbaşa
göstərilən hallarda cinayətin təkrar
törədilməsi hesab edilir.
16.3. Əvvəllər
törətdiyi cinayətə görə məhkum olunmuş,
məhkumluğu götürülmüş və ya
ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad
olunmuş şəxs tərəfindən bu
Məcəllənin eyni bir maddəsi ilə nəzərdə
tutulmuş və ya həmin Məcəllənin Xüsusi
hissəsində birbaşa göstərilən hallarda
müxtəlif maddələri ilə nəzərdə
tutulmuş cinayətin yenidən törədilməsi,
cinayətin təkrar törədilməsi hesab edilmir.[14]
Maddə 17. Cinayətlərin
məcmusu
17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.
17.2. Bir hərəkətlə
(hərəkətsizliklə) bu Məcəllənin iki və
daha çox maddəsi ilə nəzərdə tutulmuş iki
və daha çox cinayətin törədilməsi
cinayətlərin ideal məcmusunu yaradır.
17.3. Şəxs bu Məcəllənin
müvafiq maddələrinə uyğun olaraq
cinayətlərin məcmusunu yaradan hər cinayətə
görə cinayət məsuliyyətinə cəlb edilir.
17.4. Bu Məcəllənin Xüsusi
hissəsində həm ümumi, həm də xüsusi normada
nəzərdə tutulmuş cinayətin törədilməsi
cinayətlərin məcmusunu yaratmır və bu halda
xüsusi norma tətbiq olunur.
Maddə 18. Cinayətlərin
residivi və onun növləri KMQ13
18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
18.2. Cinayətlərin residivi
aşağıdakı hallarda təhlükəli
sayılır:
18.2.1. qəsdən cinayət
törətməyə görə əvvəllər iki
dəfə azadlıqdan məhrum etmə cəzasına
məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət
törətməyə görə azadlıqdan məhrum
etmə cəzasına məhkum olunduqda;
18.2.2. qəsdən ağır cinayət
törətməyə görə əvvəllər
azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş şəxs yenidən qəsdən ağır
cinayət törətdikdə.[15]
18.3. Cinayətlərin residivi
aşağıdakı hallarda xüsusilə
təhlükəli sayılır:
18.3.1. qəsdən az ağır və ya
qəsdən ağır cinayət törətməyə
görə əvvəllər hər hansı
ardıcıllıqla üç dəfədən az olmayaraq
azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş
şəxs yenidən qəsdən cinayət
törətməyə görə azadlıqdan məhrum
etmə cəzasına məhkum olunduqda;[16]
18.3.2. qəsdən ağır cinayət
törətməyə görə əvvəllər iki
dəfə və ya xüsusilə ağır cinayət
törətməyə görə əvvəllər bir
dəfə azadlıqdan məhrum etmə cəzasına
məhkum olunmuş şəxs yenidən qəsdən
ağır cinayət törətdikdə; [17]
18.3.3. qəsdən ağır və ya
xüsusilə ağır cinayət törətməyə
görə əvvəllər azadlıqdan məhrum etmə
cəzasına məhkum olunmuş şəxs yenidən
xüsusilə ağır cinayət törətdikdə. [18]
18.4. Residivin müəyyən
edilməsi zamanı aşağıdakılar
nəzərə alınmır: [19]
18.4.1. böyük ictimai
təhlükə törətməyən cinayətlər; [20]
18.4.2. yetkinlik yaşına
çatmayanlar tərəfindən törədilmiş
cinayətlər;
18.4.3. bu Məcəllənin
83-cü maddəsində nəzərdə tutulmuş qaydada
götürülmüş və ya ödənilmiş
məhkumluqlar;
18.4.4. azadlıqdan məhrum
etmə ilə bağlı olmayan cəza təyin edilmiş
cinayətlərə görə məhkumluqlar.[21]
KMQ21
18.5. Bu Məcəllə ilə
nəzərdə tutulmuş əsaslarla və
hədlərdə cinayətlərin residivinə görə
daha sərt cəza tətbiq edilir.
4-cü fəsil
CİNAYƏT
MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN
ŞƏXSLƏR
Maddə 19. Cinayət
məsuliyyətinin ümumi şərtləri
Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 20. Cinayət
məsuliyyətinə cəlb etməyə imkan verən
yaş həddi
20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
20.2. On dörd yaşı tamam olmuş
şəxs yalnız qəsdən adam öldürməyə,
qəsdən sağlamlığa az ağır və ya
ağır zərər vurmağa, adam oğurlamağa,
zorlamağa, seksual xarakterli zorakılıq
hərəkətlərinə, oğurluğa,
soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə
tələb etməyə, talama məqsədi olmadan qanunsuz
olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi
ələ keçirməyə,
ağırlaşdırıcı hallarda əmlakı
qəsdən məhv etməyə və ya
zədələməyə, terrorçuluğa, adamları
girov götürməyə ağırlaşdırıcı
hallarda xuliqanlığa, odlu silahı, döyüş
sursatını, partlayıcı maddələri və
qurğuları talamağa və ya hədə-qorxu ilə
tələb etməyə, narkotik vasitələri və ya
psixotrop maddələri talamağa və ya hədə-qorxu
ilə tələb etməyə, nəqliyyat
vasitələrini və ya yolları yararsız vəziyyətə
salmağa görə cinayət məsuliyyətinə cəlb
edilir.
20.3. İctimai təhlükəli
əməli (hərəkət və ya
hərəkətsizliyi) törətdiyi zaman bu
Məcəllənin 20.1 və 20.2-ci maddələrində
nəzərdə tutulmuş yaş həddinə
çatmamış şəxslər barəsində
görülən tədbirlər və həmin
tədbirlərin tətbiqi qaydası müvafiq qanunla
müəyyən edilir. [22]
Maddə 21. Anlaqsızlıq
21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.[23]
21.2. Anlaqsız vəziyyətdə ictimai
təhlükəli əməl (hərəkət və ya
hərəkətsizlik) törətmiş şəxs
barəsində məhkəmə tərəfindən bu
Məcəllə ilə nəzərdə tutulmuş tibbi
xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
21.3. Anlaqlı vəziyyətdə
cinayət törətmiş, lakin məhkəmə
tərəfindən hökm çıxarılanadək psixi
xəstəliyə tutulmuş və bunun nəticəsində
öz əməlinin (hərəkət və ya
hərəkətsizliyinin) faktiki xarakterini və ictimai
təhlükəliliyini dərk etmək və ya həmin
əməli idarə etmək imkanından məhrum olmuş
şəxs barəsində məhkəmə
tərəfindən bu Məcəllə ilə nəzərdə
tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq
edilə bilər.
Maddə
22. Anlaqlılığı istisna etməyən psixi
pozuntusu olan şəxsin cinayət məsuliyyəti
22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.
22.2. Anlaqlılığı istisna
etməyən psixi pozuntu məhkəmə
tərəfindən cəza təyin edilərkən
nəzərə alınır və bu Məcəllə
ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsi üçün əsas
ola bilər.
Maddə 23. Sərxoş halda
törədilmiş cinayətə görə
məsuliyyət
Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoº halda cinayət törətmiº ºəxs cinayət məsuliyyətindən azad olunmur.
5-ci fəsil
Maddə 24. Təqsirin
formaları
24.1. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır.
24.2. Ehtiyatsızlıqdan
törədilmiş əməl (hərəkət və ya
hərəkətsizlik) yalnız bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə
tutulmuş hallarda cinayət sayılır.
Maddə 25. Cinayətin
qəsdən törədilməsi
25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.
25.2. Şəxs öz əməlinin
(hərəkət və ya hərəkətsizliyinin) ictimai
təhlükəli olduğunu dərk etmiş, onun ictimai
təhlükəli nəticələrini qabaqcadan
görmüş və bunları arzu etmişdirsə, bu halda
cinayət birbaşa qəsdlə törədilmiş hesab
olunur.
25.3. Şəxs öz əməlinin
(hərəkət və ya hərəkətsizliyinin) ictimai
təhlükəli olduğunu dərk etmiş, onun ictimai
təhlükəli nəticələrini qabaqcadan
görmüş, lakin bunları arzu etməmiş və
belə nəticələrin baş verməsinə
şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət
dolayı qəsdlə törədilmiş hesab olunur.
Maddə 26. Cinayətin
ehtiyatsızlıqdan törədilməsi
26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.
26.2. Şəxs öz əməlinin
(hərəkət və ya hərəkətsizliyinin) ictimai
təhlükəli nəticələr verə biləcəyi
imkanını qabaqcadan görmüş, lakin kifayət
qədər əsas olmadan onların qarşısını
alacağını güman etmişdirsə, bu əməl
(hərəkət və ya hərəkətsizlik)
cinayətkarcasına özünəgüvənmə
nəticəsində törədilmiş cinayət hesab olunur.
26.3. Şəxs öz əməlinin
(hərəkət və ya hərəkətsizliyinin) ictimai
təhlükəli nəticələr verə biləcəyi
imkanını lazımi diqqət və ehtiyatlılıq
göstərərək qabaqcadan görməli olduğu və
görə biləcəyi halda, onları
görməmişdirsə, bu əməl (hərəkət
və ya hərəkətsizlik) cinayətkarcasına
etinasızlıq nəticəsində törədilmiş
cinayət hesab olunur.
6-cı fəsil
Maddə 27. Başa
çatmış və başa çatmayan cinayət
27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur.
27.2. Cinayətə hazırlıq və
cinayət etməyə cəhd başa çatmayan cinayət
hesab olunur.
27.3. Başa çatmayan
cinayətlərə görə cinayət məsuliyyəti bu
Məcəllənin 28 və 29-cu maddələrinə istinad
olunmaqla bu Məcəllənin başa çatmış
cinayətlərə görə məsuliyyət
nəzərdə tutan müvafiq maddələrinə uyğun
olaraq müəyyən edilir.
Maddə 28. Cinayətə
hazırlıq
28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.
28.2. Yalnız ağır və
xüsusilə ağır cinayətlərin
törədilməsinə yönəlmiş hazırlıq
cinayət məsuliyyətinə səbəb olur.
Maddə 29. Cinayət
etməyə cəhd
Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
Maddə 30. Cinayət
törətməkdən könüllü imtina etmə
30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.
30.2. Cinayəti başa çatdırmaqdan
könüllü olaraq qəti imtina edən şəxs
cinayət məsuliyyətinə cəlb olunmur.
30.3. Cinayəti başa çatdırmaqdan
könüllü imtina edən şəxs yalnız o halda
cinayət məsuliyyətinə cəlb olunur ki, onun
törətdiyi əməldə başqa bir cinayətin
tərkibi olsun.
30.4. Cinayətin
təşkilatçısı və cinayətə
təhrikçi müvafiq dövlət hakimiyyəti
orqanlarına vaxtında məlumat verməklə və ya digər
tədbirlər görməklə icraçı
tərəfindən cinayətin başa
çatdırılmasını aradan qaldırdıqları
halda, cinayət məsuliyyətinə cəlb olunmurlar.
Köməkçi, bilavasitə cinayət
törətməyə yönəlmiş əməllər
başlananadək icraçıya qabaqcadan vəd olunmuş
köməkdən imtina etmişdirsə və ya artıq
göstərilmiş köməyin nəticələrini aradan
qaldırmışdırsa, cinayət məsuliyyətinə
cəlb olunmur.
30.5. Təşkilatçı və ya
təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi
ilə nəzərdə tutulan hərəkətləri
ilə icraçı tərəfindən cinayətin
törədilməsinin qarşısını ala
bilmədikdə, məhkəmə cəza təyin
edərkən onların hərəkətlərini
yüngülləşdirici hal hesab edə bilər.
7-ci fəsil
Maddə 31.
İştirakçılıq
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.
Maddə 32.
İştirakçılığın növləri KMQ16
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.
32.2. Cinayəti bilavasitə
törətmiş və ya başqa şəxslərlə
birlikdə onun törədilməsində bilavasitə
iştirak etmiş şəxs (birgə icraçılıq),
eləcə də bu Məcəllə ilə
nəzərdə tutulmuş hallarda cinayət
məsuliyyətinə cəlb edilə bilməyən
şəxslərdən istifadə etməklə cinayəti
törətmiş şəxs icraçı sayılır.
32.3. Cinayətin törədilməsini
təşkil etmiş və ya həmin cinayətin
törədilməsinə rəhbərlik etmiş,
eləcə də mütəşəkkil dəstə və
ya cinayətkar birlik (cinayətkar təşkilat)
yaratmış və ya bunlara rəhbərlik etmiş
şəxs cinayətin təşkilatçısı
sayılır.
32.4. Ələ alma,
sövdələşmə, hədə-qorxu gəlmə
və ya digər üsullarla başqa şəxsi cinayət
törətməyə sövq edən şəxs təhrikçi
sayılır.
32.5. Cinayətin törədilməsinə
məsləhətləri, göstərişləri və
məlumatları ilə, cinayət törədilməsi
üçün alət və ya vasitələr vermək
və ya maneələri aradan qaldırmaqla yardım etmiş
şəxs, habelə cinayət törətmiş
şəxsi, cinayət alətlərini və ya
vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərini və ya
digər əmlakı gizlətməyi, belə pul
vəsaitlərini və ya digər əmlakı
əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə
etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd
etmiş şəxs köməkçi sayılır.[24]
Maddə 33. Cinayətin
iştirakçılarının məsuliyyəti KMQ16
33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.
33.2. Cinayətin birgə
icraçıları birgə törətdikləri
cinayətə görə, bu Məcəllənin 32-ci
maddəsinə istinad edilmədən, həmin
Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulmuş müvafiq maddəyə uyğun
olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
33.3. Cinayətin
təşkilatçısı, təhrikçisi və
köməkçisi törədilmiş cinayətə
görə, cinayətin törədilməsində onların
eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna
olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad
edilməklə həmin Məcəllənin Xüsusi
hissəsində nəzərdə tutulmuş müvafiq
maddəyə uyğun olaraq cinayət məsuliyyətinə
cəlb edilirlər.
33.4. Bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi
subyekti olmayan və həmin maddə ilə nəzərdə
tutulmuş cinayətin törədilməsində iştirak
edən şəxs, həmin cinayətə görə onun
təşkilatçısı, təhrikçisi və
köməkçisi qismində məsuliyyətə cəlb
olunur.
33.5. İcraçı onun
iradəsindən asılı olmayan səbəblərdən cinayəti
başa çatdıra bilmədikdə, digər
iştirakçılar cinayətə hazırlıqda və
ya cinayət etməyə cəhddə
iştirakçılığa görə cinayət
məsuliyyətinə cəlb edilirlər. Öz
iradəsindən asılı olmayan səbəblərdən
başqa şəxsləri cinayətin
törədilməsinə təhrik etməyə nail olmayan
şəxs də cinayətə hazırlığa
görə cinayət məsuliyyətinə cəlb edilir.
Maddə
34. Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir
qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədilməsiKMQ16
34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.2. Qabaqcadan razılaşmaqla iki və ya
daha çox şəxsin birgə iştirakı ilə
törədilən cinayət qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədilmiş cinayət
hesab olunur.
34.3. Bir və ya bir neçə
cinayətin törədilməsi üçün qabaqcadan
birləşmiş iki və ya daha çox şəxsdən
ibarət olan sabit cinayətkar qrup tərəfindən
törədilən cinayət mütəşəkkil
dəstə tərəfindən törədilmiş
cinayət hesab olunur.
34.4. Ağır və ya xüsusilə
ağır cinayətlərin törədilməsi
məqsədi ilə sabit mütəşəkkil cinayətkar
qrupun yaradılması və ya eyni məqsədlərlə
iki və ya daha çox mütəşəkkil cinayətkar
qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat)
hesab olunur.
34.5. Cinayətkar birliyin (cinayətkar
təşkilatın) məqsədlərinin yerinə
yetirilməsi ilə əlaqədar belə birliyin
(təşkilatın) üzvü (üzvləri)
tərəfindən, habelə cinayətkar birliyin
(cinayətkar təşkilatın) tapşırığı
ilə həmin birliyin üzvü (üzvləri) olmayan
şəxs (şəxslər) tərəfindən
törədilən cinayət, cinayətkar birlik (cinayətkar
təşkilat) tərəfindən törədilmiş
cinayət hesab olunur.
34.6. Mütəşəkkil dəstə
və ya cinayətkar birlik yaratmış, yaxud onlara
rəhbərlik etmiş şəxs bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələri ilə
nəzərdə tutulan hallarda onları yaratmağa və
rəhbərlik etməyə görə, habelə
mütəşəkkil dəstənin və ya cinayətkar
birliyin törətdiyi, bu şəxsin niyyəti ilə
əhatə olunan bütün cinayətlərə
görə məsuliyyət daşıyır.
Mütəşəkkil dəstənin və ya cinayətkar
birliyin digər üzvləri həmin cinayətlərdə
iştirakına görə bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddələri ilə
nəzərdə tutulmuş hallarda, habelə
hazırlanmasında və ya törədilməsində
iştirak etdikləri cinayətlərə görə
cinayət məsuliyyəti daşıyırlar.
34.7. Bu Məcəllənin Xüsusi
hissəsinin maddələri ilə nəzərdə tutulmayan
hallarda mütəşəkkil dəstənin
yaradılması onun törədəcəyi cinayətə
hazırlığa görə cinayət
məsuliyyətinə səbəb olur.
34.8. Bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə
və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədilən əməllər bu Məcəllə
ilə nəzərdə tutulan əsaslara və
hədlərə uyğun olaraq daha ciddi cəzalara
səbəb olur.
Maddə
35. Ümumi niyyətdən kənara çıxan
cinayətin törədilməsi (icraçının
ekstsessi)
35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur.
35.2. İcraçının ekstsessinə
görə cinayətin digər iştirakçıları
cinayət məsuliyyətinə cəlb edilə
bilməzlər.
8-ci fəsil
ƏMƏLİN
CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR
Maddə 36. Zəruri
müdafiə
36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
36.2. Peşə və ya digər xüsusi
hazırlığından və qulluq vəziyyətindən
asılı olmayaraq bütün şəxslər zəruri
müdafiə hüququna malikdirlər. Bu hüquq,
dövlət orqanlarına və ya başqa
şəxslərə kömək məqsədi ilə
müraciət etmək, habelə ictimai təhlükəli
qəsddən yayınmaq imkanından asılı olmayaraq
bütün şəxslərə şamil olunur.
36.3. Qəsdin xarakterinə və ictimai
təhlükəlilik dərəcəsinə
açıq-aşkar uyğun gəlməyən qəsdən
törədilən hərəkətlər zəruri
müdafiə həddini aşmaq hesab edilir.
Maddə 37. Cinayət
törətmiş şəxs tutularkən ona zərər
vurulması
37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır.
37.2. Cinayət törətmiş
şəxsin tutulması üçün tətbiq edilən
vasitələrin və üsulların törədilmiş
əməlin və həmin əməli törətmiş
şəxsin ictimai təhlükəlilik
dərəcəsinə, habelə tutulmanın hallarına
aşkar surətdə uyğun gəlməməsi və
zərurət olmadan şəxsə açıq-aşkar həddən
artıq zərər vurulması şəxsin tutulması
üçün zəruri olan tədbirlərin həddini
aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız
qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə
səbəb olur.
Maddə 38. Son zərurət
38.1. Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.
38.2. Baş vermiş təhlükənin
xarakterinə və dərəcəsinə, habelə həmin
təhlükənin aradan qaldırılması
şəraitinə aşkar surətdə uyğun olmayan
zərər vurulması və vurulmuş zərərin
qarşısı alınmış zərərə
bərabər və ya ondan artıq olması son zərurət
həddini aşma sayılır. Son zərurət həddini bu
qaydada aşma, yalnız qəsdən zərər vurulduqda
cinayət məsuliyyətinə səbəb olur.
Maddə 39. Əsaslı risk
39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.
39.2. Göstərilən məqsədə
risk ilə əlaqədar olmayan hərəkətlə
(hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə
və risk edən şəxs bu Məcəllə ilə
qorunan obyektlərə zərər dəyməsini aradan
qaldırmaq üçün zəruri tədbirləri
görmüşdürsə, risk əsaslı hesab edilir.
39.3. Bilə-bilə insanların
həyatı üçün təhlükə ilə, ekoloji
və ya digər fəlakət təhlükəsi ilə
müşayiət olunan risk əsaslı hesab edilmir.
Maddə 40. Əmrin və ya
sərəncamın yerinə yetirilməsi
40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət məsuliyyəti daşıyır.
40.2. Bilə-bilə qanunsuz əmri və
ya sərəncamı yerinə yetirməklə qəsdən
cinayət törətmiş şəxs ümumi əsaslarla
cinayət məsuliyyətinə cəlb olunur.
40.3. Qanunsuz əmr və ya
sərəncamın yerinə yetirilməməsi cinayət
məsuliyyətinə səbəb olmur.
ÜÇÜNCÜ BÖLMƏ
CƏZA HAQQINDA
9-cu fəsil
CƏZANIN
ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ
Maddə 41. Cəzanın
anlayışı və məqsədi
41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
41.2. Cəza sosial ədalətin
bərpası, məhkumun islah edilməsi və həm
məhkumlar, həm də başqa şəxslər
tərəfindən yeni cinayətlərin törədilməsinin
qarşısını almaq məqsədi ilə tətbiq
edilir.
Maddə 42. Cəzanın
növləri
42.0. Cəzanın növləri aşağıdakılardır:
42.0.1. cərimə;
42.0.2. nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə;
42.0.3. müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə;
42.0.4. ictimai işlər;
42.0.5. xüsusi və ya hərbi
rütbədən, fəxri addan və dövlət
təltifindən məhrum etmə;
42.0.6. islah işləri;
42.0.7. hərbi xidmət üzrə
məhdudlaşdırma;
42.0.8. əmlak müsadirəsi;[25]
42.0.9. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma;
42.0.9-1. azadlığın
məhdudlaşdırılması;[26]
42.0.10. azadlığın məhdudlaşdırılması;[27]
42.0.11. intizam xarakterli hərbi
hissədə saxlama;
42.0.12. müəyyən müddətə
azadlıqdan məhrum etmə;
42.0.13. ömürlük azadlıqdan
məhrum etmə.
Maddə 43. Əsas və
əlavə cəzalar
43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir.[28]
43.2. Cərimə, müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə cəza
növləri həm əsas, həm də əlavə
cəza kimi tətbiq edilir.
43.3. xüsusi və ya hərbi
rütbədən, fəxri addan yaxud dövlət
təltifindən məhrum etmə, nəqliyyət
vasitələrini idarə etmə hüququndan məhrum
etmə , əmlak müsadirəsi və Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi
çıxarma cəza növləri yalnız əlavə
cəza kimi tətbiq edilir.[29]
Maddə 44. Cərimə
44.1. Cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.
44.2. Cərimə törədilmiş
cinayətin ağırlığı və məhkumun
əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda
və ya cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) bir mislindən on
mislinədək miqdarda,
habelə cinayətin predmetinin dəyərinin yüz
faizinədək miqdarda müəyyən olunur.[30]
44.3. Cərimə əlavə cəza kimi
məhkəmələr tərəfindən yalnız bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş hallarda
təyin edilə bilər.
44.4. Cəriməni ödəməkdən
qəsdən boyun qaçıran şəxslərə bu
cəza növü ictimai işlər, islah işləri, azadlığın
məhdudlaşdırılması və ya
müəyyən müddətə azadlıqdan məhrum
etmə ilə əvəz oluna bilər. [31]
Maddə 45. Nəqliyyat
vasitəsini idarəetmə hüququndan məhrum etmə
45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.
45.2. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə cəza
növünün intizam xarakterli hərbi hissədə saxlama
və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə
olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas
cəzanın çəkildiyi bütün müddətə
və bundan əlavə, hökmdə bu cəza növü
üçün müəyyən edilmiş
müddətə şamil olunur. Bu cəza növünün
digər əsas cəzalara əlavə olaraq təyin edildiyi
hallarda, habelə şərti məhkum etmə zamanı
əlavə cəzanın müddəti hökmün qanuni
qüvvəyə mindiyi andan hesablanır.[32]
Maddə
46. Müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə
46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.
46.2. Törədilmiş cinayətin
xarakterini və ictimai təhlükəliliyini, təqsirkar
şəxsin şəxsiyyətini nəzərə alaraq,
məhkəmə onun müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququnun saxlanılmasını
qeyri-mümkün hesab edərsə, həmin şəxsə
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsi ilə nəzərdə tutulmayan hallarda da
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə cəza növünü əlavə cəza
kimi təyin edə bilər.
46.3. Müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə cəza növünün intizam xarakterli
hərbi hissədə saxlama və ya azadlıqdan məhrum
etmə cəzalarına əlavə olaraq təyin edildiyi
hallarda, əlavə cəza əsas cəzanın
çəkildiyi bütün müddətə və bundan
əlavə, hökmdə bu cəza növü
üçün müəyyən edilmiş
müddətə şamil olunur. Bu cəza növünün
cərimə və digər əsas cəzalara əlavə
olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum
etmə zamanı əlavə cəzanın müddəti
hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.[33]
Maddə 47. İctimai
işlər
47.1. İctimai işlər məhkumun
əsas işindən və ya təhsilindən asudə
vaxtlarında haqqı ödənilmədən
cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə
yetirməsindən ibarətdir. Belə işlərin
növləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. [34]
47.2. İctimai işlər iki yüz
qırx saatdan dörd yüz səksən saatadək
müddətə müəyyən edilir və gün
ərzində dörd saatdan çox ola bilməz.[35]
47.2-1. Məhkəmə
tərəfindən ictimai işlər növündə
cəzaya məhkum edilmiş şəxslərin
üzərinə ictimai işlərin yerinə yetirildiyi
yerlərdə elektron nəzarət vasitəsini
gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət etmək
vəzifəsi qoyulur.[36]
47.3. Bu cəzaya məhkum olunmuş
şəxs həmin işləri yerinə yetirməkdən
qərəzli boyun qaçırdıqda, məhkəmə
ictimai işlərin çəkilməmiş hissəsini azadlığın
məhdudlaşdırılması və ya
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz edə
bilər. Bu zaman məhkumun
ictimai işləri yerinə yetirdiyi müddət
nəzərə alınır və çəkilməmiş
dörd saat ictimai işə bir gün azadlığın
məhdudlaşdırılması və ya səkkiz saat ictimai
işə bir gün azadlıqdan məhrum etmə hesabı
ilə hesablanır. [37]
47.4. İctimai işlər
aşağıdakı şəxslərə tətbiq oluna
bilməz:
47.4.1.
orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş və ya 18
yaşınadək əlilliyi müəyyən edilmiş
şəxslərə;[38]
47.4.2 hamilə qadınlara;
47.4.3 himayəsində üç yaşınadək uşağı olan
qadınlara, habelə
üç yaşınadək uşağı
təkbaşına böyüdən kişilərə; [39]
47.4.4 pensiya yaşına
çatmış qadın və kişilərə;
47.4.5. hərbi qulluqçulara.[40]
Maddə 48. Xüsusi və ya
hərbi rütbədən, fəxri addan və dövlət
təltifindən məhrum etmə
48.0. Ağır və ya xüsusilə
ağır cinayət törətmiş şəxsin
məhkum olunması zamanı məhkəmə cinayətin
ictimai təhlükəliliyinin xarakterini və
dərəcəsini, təqsirkarın şəxsiyyətini
və işin digər hallarını nəzərə alaraq
onun xüsusi və ya hərbi rütbədən, fəxri
addan və dövlət təltifindən məhrum
edilməsinin zəruriliyi nəticəsinə gəldikdə
aşağıdakı qərarlardan birini qəbul edir: [41]
48.0.1. müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilmiş ali xüsusi və ya
ali hərbi rütbədən, yaxud fəxri addan və ya
dövlət təltifindən məhrum edilməsi
məsələsinə baxılması üçün bu
barədə həmin orqana təqdimat göndərilməsi
haqqında qərar;
48.0.2. digər dövlət
orqanı tərəfindən verilmiş xüsusi və ya
hərbi rütbədən, yaxud təltifdən məhrum
edilməsi haqqında qərar.
Maddə 49. İslah
işləri
49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir.
49.2. İslah işlərinə məhkum
olmuş şəxsin qazancından dövlət nəfinə
beş faizdən iyirmi faizədək məbləğdə
pul tutulur.
49.3. İslah işlərinə məhkum
olunmuş şəxs həmin cəzanı
çəkməkdən qərəzli boyun
qaçırdıqda, məhkəmə islah işlərinin
çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması
və ya müəyyən müddətə azadlıqdan
məhrum etmə növündə cəza ilə əvəz
edə bilər. Bu zaman
məhkumun islah işlərini yerinə yetirdiyi müddət
nəzərə alınır və çəkilməmiş
iki gün islah işlərinə bir gün
azadlığın məhdudlaşdırılması və ya
dörd
gün islah işlərinə bir gün azadlıqdan məhrum
etmə hesabı ilə hesablanır.[42]
49.4. İslah işləri orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə
əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi
qulluqçulara təyin edilmir.[43]
Maddə 50. Hərbi xidmət
üzrə məhdudlaşdırma
50.1. Hərbi xidmət üzrə
məhdudlaşdırma kontrakt (bağlaşma)
əsasında hərbi xidmət keçən və
hərbi xidmət əleyhinə cinayət
törətməyə görə məhkum olunmuş
hərbi qulluqçulara bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş hallarda, habelə kontrakt (bağlaşma)
əsasında hərbi xidmət keçən və
başqa cinayət törətməyə görə
məhkum olunmuş hərbi qulluqçulara bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş islah
işləri əvəzinə iki aydan iki ilədək müddətə
tətbiq edilir. [44]
50.2. Hərbi xidmət üzrə
məhdudlaşdırma cəzasına məhkum olunmuş
şəxsin aylıq pul
təminatından dövlət nəfinə beş
faizdən iyirmi faizədək məbləğdə pul
tutulur. [45]
50.3. Hərbi xidmət üzrə
məhdudlaşdırma cəzasına məhkum olunmuş
şəxs cəzasını çəkdiyi
müddətdə vəzifəsində və ya rütbəsində
yüksələ bilməz, cəzanın müddəti
isə növbəti hərbi rütbənin verilməsi
üçün xidmət illərinə hesablana bilməz.
50.4. Hərbi xidmət
üzrə məhdudlaşdırma müddətli həqiqi
hərbi xidmətdə olan hərbi qulluqçulara və
hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisələrinin kursantlarına tətbiq olunmur.[46]
Maddə 51. Əmlak müsadirəsi[47]
51.1. Əmlak müsadirəsi məhkumun
cinayət törədərkən istifadə etdiyi alət
və vasitələrin, cinayətin
predmetlərinin,
habelə cinayət yolu ilə əldə etdiyi əmlakın
məcburi qaydada və əvəzsiz olaraq dövlət
nəfinə alınmasından ibarətdir.[48]
51.2. Əmlak müsadirəsi yalnız bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş hallarda
təyin olunur.
51.3. Cinayət yolu ilə
əldə edilmiş əmlak və ya cinayətin predmeti
istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya
başqa səbəblərdən dövlət nəfinə
alına bilinmədiyi halda həmin əmlakın dəyəri
məbləğində məhkuma məxsus olan pul və ya
digər əmlak müsadirə edilir.
Maddə 52. Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi
çıxarma
52.1. Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi çıxarma
cəzası bir ildən artıq müddətə
azadlıqdan məhrum etmə cəzasına məhkum
edilən əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslərə
təyin edilir və onlar əsas cəza növünü
çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan
müddətə azadlıqdan məhrum etmə cəzasına
və ya azadlıqdan məhrum etmə ilə bağlı
olmayan cəzaya məhkum edilən əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslərə
bu Məcəllənin 58.3-cü maddəsində
göstərilmiş hallar nəzərə alınmaqla
Azərbaycan Respublikasının hüdudlarından kənara
məcburi çıxarma cəzası təyin edilə
bilər.[49]
52.1-1. Barəsində
Azərbaycan Respublikasının hüdudlarından kənara
məcburi çıxarma cəzası tətbiq edilmiş
şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ
onun məhkumluğu ödənilənədək və ya
götürülənədək
məhdudlaşdırılır. [50]
52.2. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma cəza
növü aşağıdakı şəxslərə
şamil edilmir:
52.2.1. barəsində ittiham hökmü
qanuni qüvvəyə minənədək beş il
Azərbaycan Respublikasının ərazisində daimi
yaşayan şəxslərə;
52.2.2. barəsində ittiham hökmü
qanuni qüvvəyə minənədək Azərbaycan
Respublikasının vətəndaşı ilə nikahda olan
şəxslərə;
52.2.3. Azərbaycan Respublikasında
doğulmuş şəxslərə;
52.2.4. valideynlərindən biri
Azərbaycan Respublikasının vətəndaşı olan
şəxslərə;
52.2.5. qaçqın statusuna malik olan
və ya Azərbaycan Respublikası tərəfindən siyasi
sığınacaq verilmiş şəxslərə;
52.2.6.
himayəsində Azərbaycan Respublikasının
vətəndaşı olan yetkinlik yaşına çatmayan
uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə
əlilliyi müəyyən edilmiş şəxs olan
şəxslərə;[51]
52.2.7. məcburi
çıxarıldığı zaman gedəcəyi
ölkədə işgəncəyə və ya təqibə
məruz qala biləcəyinə ciddi əsaslar olduğu
ehtimal edilən və ya məcburi
çıxarılması milli təhlükəsizliyin
təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. [52]
52.3. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrlə bu Məcəllənin 52.1-52.2-ci maddələri arasında
ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq
edilir. [53]
Maddə 52-1. Azadlığın məhdudlaşdırılması[54]
52-1.1. Azadlığın
məhdudlaşdırılması cəzası məhkumun
cəmiyyətdən tam təcrid olunmadan yaşayış
yeri üzrə nəzarət altında saxlanılmasından
ibarətdir. Məhkəmə azadlığın
məhdudlaşdırılması cəzası təyin
edilmiş məhkumun yaşayış yerini (tamamilə və
ya günün müəyyən vaxtlarında) və
müəyyən ərazi hüdudlarını tərk
etməsinə məhdudiyyət qoyur.
52-1.2. Azadlığın
məhdudlaşdırılması cəzasına məhkum
edilmiş şəxs aşağıdakı
vəzifələri yerinə yetirməlidir:
52-1.2.1. yaşayış yerini
tamamilə və ya günün müəyyən vaxtlarında
tərk etməmək;
52-1.2.2. elektron nəzarət
vasitəsini gəzdirmək və həmin vasitənin
işlək vəziyyətdə saxlanılması
üçün ona xidmət etmək;
52-1.2.3. məhkəmənin
müəyyən etdiyi ərazi hüdudlarını tərk
etməmək;
52-1.2.4. müvafiq məhkəmə
qərarı olmadan yaşayış yerini
dəyişdirməmək, habelə cəzanın icrasına
nəzarət edən orqanı iş və ya təhsil yerinin
dəyişdirilməsi barədə əvvəlcədən
məlumatlandırmaq.
52-1.3. Məhkəmə məhkum
üçün aşağıdakı əlavə
vəzifələr müəyyən edə bilər:
52-1.3.1. kütləvi və digər
tədbirlər təşkil etməmək və ya belə
tədbirlərdə iştirak etməmək;
52-1.3.2. məhkəmənin
müəyyən etdiyi ərazi hüdudları daxilində
müəyyən yerlərə getməmək;
52-1.3.3. alkoqolizmdən, narkomaniyadan,
toksikomaniyadan və ya zöhrəvi
xəstəliklərdən müalicə kursu keçmək;
52-1.3.4. məhkumun islah olunmasına
kömək edən digər vəzifələr.
52-1.4. Azadlığın
məhdudlaşdırılması altı aydan beş
ilədək müddətə təyin edilir.
52-1.5. Məhkəmənin
müəyyən etdiyi vəzifələri mütəmadi
və ya qərəzli olaraq yerinə yetirməkdən boyun
qaçıran məhkumun cəzasının
çəkilməmiş hissəsi cəzanın icrasına
nəzarət edən orqanın təqdimatı əsasında
məhkəmə tərəfindən müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəza ilə əvəz edilir. Bu zaman iki
gün azadlığın məhdudlaşdırılması
bir gün azadlıqdan məhrum etmə hesabı ilə
hesablanır.
52-1.6. Azadlığın
məhdudlaşdırılması hərbi qulluqçulara,
əcnəbilərə və
vətəndaşlığı olmayan
şəxslərə, habelə Azərbaycan Respublikası
ərazisində daimi yaşayış yeri olmayan
şəxslərə təyin edilmir.
Maddə 53.
Azadlığın məhdudlaşdırılması
53.1. Azadlığın
məhdudlaşdırılması ittiham hökmü
çıxarılanadək on səkkiz yaşı tamam
olmuş məhkumların cəmiyyətdən təcrid
olunmadan, lakin nəzarət altında xüsusi
müəssisələrdə saxlanılmasından
ibarətdir.
53.2. Azadlığın
məhdudlaşdırılması:
53.2.1. məhkumluğu olmayan və
qəsdən cinayət törətməyə görə
məhkum edilən şəxslərə
— bir ildən üç ilədək müddətə;
53.2.2. ehtiyatsızlıqdan cinayət
törətməyə görə məhkum edilən şəxslərə — bir
ildən beş ilədək müddətə təyin edilir.
53.3. İctimai işlər və ya islah işləri
azadlığın məhdudlaşdırılması ilə
əvəz edildikdə bu cəza növü bir ildən az
müddətə də təyin edilə bilər.
53.4. Azadlığın
məhdudlaşdırılmasına məhkum edilmiş
şəxs cəzanın icrasından qərəzli boyun
qaçırdıqda, azadlığın məhdudlaşdırılması
onun təyin edildiyi müddətə azadlıqdan məhrum
etmə cəzası ilə əvəz olunur.
Azadlığın məhdudlaşdırılması
cəzası azadlıqdan məhrum etmə cəzası
ilə əvəz edildikdə, azadlığın
məhdudlaşdırılması cəzasının
müddəti azadlıqdan məhrum etmə
cəzasının müddətinə günə gün
hesabı ilə hesablanır.
53.5. Azadlığın
məhdudlaşdırılması birinci və ikinci qrup
əlillərə, hamilə qadınlara və ya səkkiz
yaşınadək uşağı olan qadınlara, səkkiz
yaşına çatmamış uşağını
təkbaşına böyüdən kişilərə,
qocalığa görə pensiya yaşına
çatmış qadın və kişilərə, habelə
müddətli həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçulara təyin edilmir.[55]
Maddə 54. İntizam xarakterli
hərbi hissədə saxlama
54.1. Hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir.
54.2. Azadlıqdan məhrum etmə
cəzası intizam xarakterli hərbi hissədə saxlama
cəzası ilə əvəz edildikdə, azadlıqdan
məhrum etmə cəzasının müddəti intizam
xarakterli hərbi hissədə saxlama cəzasının
müddətinə günə gün hesabı ilə
hesablanır.
Maddə 55. Müəyyən
müddətə azadlıqdan məhrum etmə
55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. [56]
55.2. Müəyyən müddətə
azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə
müəyyən edilir. [57]
55.3. İctimai işlər, islah işləri və ya azadlığın
məhdudlaşdırılması azadlıqdan məhrum
etmə cəzası ilə əvəz edildikdə,
azadlıqdan məhrum etmə üç aydan az
müddətə də təyin oluna bilər.[58]
55.4. Cinayətlərin məcmusu
üzrə cəza təyin edilərkən azadlıqdan
məhrum etmə müddətinin qismən və ya tamamilə
toplandığı hallarda, azadlıqdan məhrum etmənin
yuxarı həddi iyirmi ildən, hökmlərin məcmusu
üzrə isə iyirmi beş ildən artıq ola bilməz. [59]
Maddə
56. Azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş şəxslər üçün
cəzaçəkmə müəssisəsinin
növünün müəyyən edilməsi
56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir:
56.1.1. ehtiyatsızlıqdan
törədilmiş cinayətlərə görə beş
ildən artıq olmayan müddətə azadlıqdan
məhrum etməyə məhkum olunmuş şəxslər
üçün —məntəqə tipli
cəzaçəkmə müəssisələrində;
56.1.2. qəsdən törədilmiş
böyük ictimai təhlükə törətməyən,
az ağır və ağır cinayətlərə
görə ilk dəfə azadlıqdan məhrum etməyə
məhkum olunmuş şəxslər üçün,
habelə ehtiyatsızlıqdan törədilmiş
cinayətlərə görə beş ildən artıq
müddətə azadlıqdan məhrum etməyə məhkum
olunmuş şəxslər üçün — ümumi rejimli
cəza çəkmə müəssisələrində;
56.1.3. xüsusilə ağır
cinayətlər törətməyə görə ilk
dəfə azadlıqdan məhrum etməyə məhkum
olunmuş şəxslər üçün, habelə
cinayətlərin residivi zamanı, əgər məhkum
əvvəllər azadlıqdan məhrum etmə
növündə cəza çəkmişsə və
cinayətlərin xüsusi təhlükəli residivi
zamanı qadınlar üçün — ciddi rejimli
cəzaçəkmə müəssisələrində; [60]
56.1.4. cinayətlərin xüsusi
təhlükəli residivi zamanı və ya ömürlük
azadlıqdan məhrum etmə cəza növü
müəyyən müddətə azadlıqdan məhrum
etmə cəza növü ilə əvəz edildikdə —
xüsusi rejimli cəzaçəkmə
müəssisələrində;
56.1.5. ömürlük azadlıqdan
məhrum edilmiş şəxslər üçün —
həbsxanalarda.
56.2. Xüsusilə ağır
cinayətləri törətməyə görə beş
ildən artıq müddətə azadlıqdan məhrum
etməyə məhkum olunmuş şəxslər üçün,
habelə cinayətlərin xüsusi təhlükəli
residivi zamanı cəzanın bir hissəsinin həbsxanada
çəkilməsi müəyyən edilə bilər.
56.3. Cəzaçəkmə
müəssisəsinin növü bu Məcəllənin
56.1.1—56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq
məhkəmənin hökmü ilə müəyyən edilir.
56.4. Cəzaçəkmə
müəssisəsinin növü yalnız
aşağıdakı hallarda dəyişdirilə bilər:
56.4.1. cinayətə görə təyin
edilmiş cəza daha yüngül və ya daha ağır
cəza ilə əvəz edildikdə;
56.4.2. qanunvericiliklə müəyyən
edilmiş qaydada məhkəmə hökmünün icrası
zamanı.
Maddə 57. Ömürlük
azadlıqdan məhrum etmə
57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.[61]
57.2. Ömürlük azadlıqdan
məhrum etmə qadınlara, cinayət
törədərkən on səkkiz yaşı tamam
olmamış şəxslərə, habelə hökm
çıxarılanadək altmış beş yaşına
çatmış kişilərə təyin edilmir.
57.3. Məhkəmə, ömürlük
azadlıqdan məhrum etmə növündə cəza
çəkən məhkumun azadlıqdan məhrum etmənin
ən azı iyirmi beş ilini həqiqətən
çəkdiyini, həmçinin onun bu cəzanı
çəkdiyi müddətdə qəsdən cinayət
törətmədiyini nəzərə alaraq və məhkumun
həmin cəzanı çəkməsinə daha lüzum
olmadığı qənaətinə gələrsə,
ömürlük azadlıqdan məhrum etmə cəza
növünü müəyyən müddətə
azadlıqdan məhrum etmə ilə əvəz edə və
ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl
azad edə bilər.
57.4. Bu Məcəllənin 57.3-cü
maddəsində nəzərdə tutulmuş qaydada
ömürlük azadlıqdan məhrum etmə cəza
növü on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə əvəz edilə
bilər. [62]
10-cu fəsil
Maddə 58. Cəzanın
təyin edilməsinin ümumi əsasları
58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. [63]
58.2. Törədilmiş cinayətə
görə bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş
cəzadan daha ciddi cəza yalnız həmin
Məcəllənin 66 və 67-ci maddələrinə
uyğun olaraq, cinayətlərin məcmusu və
hökmlərin məcmusu üzrə təyin edilə
bilər. Törədilmiş cinayətə görə bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş cəzadan
daha yüngül cəzanın təyin olunması
əsasları həmin Məcəllənin 62-ci maddəsi
ilə müəyyən edilir.
58.3. Cəza təyin edilərkən
törədilmiş cinayətin xarakteri və ictimai
təhlükəlilik dərəcəsi, təqsirkarın
şəxsiyyəti, o cümlədən cəzanı
yüngülləşdirən və
ağırlaşdıran hallar, habelə təyin olunmuş
cəzanın şəxsin islah olunmasına və onun
ailəsinin həyat şəraitinə təsiri
nəzərə alınır.
Maddə 59. Cəzanı
yüngülləşdirən hallar
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:
59.1.1. hadisələrin təsadüfi
axarı zəminində ilk dəfə olaraq böyük
ictimai təhlükə törətməyən və ya az
ağır cinayətin törədilməsi;
59.1.2. cinayətin yetkinlik yaşına
çatmayan şəxs tərəfindən
törədilməsi;
59.1.3. cinayətin hamilə qadın
tərəfindən törədilməsi;
59.1.4. cinayət törətmiş
şəxsin himayəsində azyaşlı uşağın
olması;
59.1.5. cinayətin ağır həyat
şəraiti nəticəsində və ya
mərhəmətlilik niyyəti ilə törədilməsi;
59.1.6. cinayətin fiziki və ya psixi
məcburiyyət təsiri altında, yaxud maddi, xidməti
və ya sair cəhətdən asılılıq
nəticəsində törədilməsi;
59.1.7. cinayətin zəruri
müdafiənin, ictimai təhlükəli əməl
törətmiş şəxsin tutulmasının, son
zərurətin, əsaslı riskin, əmrin və ya
sərəncamın icra edilməsinin qanunla müəyyən
edilmiş şərtlərini pozmaqla törədilməsi;
59.1.8. cinayətin
zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız
hərəkətlərinin təsiri altında və ya bu
hərəkətlər nəticəsində
qəflətən baş vermiş güclü ruhi
həyəcan (affekt) vəziyyətində
törədilməsi;
59.1.9. cinayətin
anlaqlılığı istisna etməyən psixi pozuntusu olan
şəxs tərəfindən törədilməsi; [64]
59.1.10. şəxsin
könüllü gəlib təqsirini boynuna alması,
cinayətin açılmasına, onun digər
iştirakçılarının ifşa edilməsinə,
cinayət nəticəsində əldə edilmiş
əmlakın axtarışına və tapılmasına
fəal kömək etməsi;
59.1.11. cinayətin
törədilməsindən bilavasitə sonra
zərərçəkmiş şəxsə tibbi və ya
digər yardım göstərilməklə onun həyat
və sağlamlığına dəyə biləcək
zərərin azaldılması; [65]
59.1.12. zərərçəkmiş
şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi
ilə barışıq əldə edilməsi;
59.1.13. cinayət nəticəsində
dəymiş ziyanın könüllü olaraq tamamilə
ödənilməsi və ya aradan qaldırılması;
59.1.14. cinayət
nəticəsində dəymiş ziyanın qismən
ödənilməsi və ya ziyanın azaldılması
ilə nəticələnmiş digər
hərəkətlərin edilməsi.
59.2. Cəza təyin edilərkən bu
Məcəllənin 59.1.1—59.1.14-cü
maddələrində göstərilməmiş başqa hallar
da cəzanı yüngülləşdirən hal qismində
nəzərə alına bilər. [66]
59.3. Bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddəsində cinayət tərkibinin
əlaməti kimi nəzərdə tutulmuş cəzanı
yüngülləşdirən hal, cəza təyin
edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 60. Cəzanı yüngülləşdirən hallar olduqda
cəzanın təyin edilməsi
60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər
hansı birində nəzərdə tutulmuş bütün
hallar mövcud olduqda və əgər cəzanı
ağırlaşdıran hallar yoxdursa, təyin olunan
cəzanın müddəti və ya həcmi bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində nəzərdə tutulmuş daha ciddi cəza
növünün son həddinin
dörddə üçündən artıq ola
bilməz. [67]
60.2. Bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında
ömürlük azadlıqdan məhrum etmə cəzası
nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci
maddəsində müəyyən edilmiş qayda tətbiq
edilmir. [68]
Maddə 61. Cəzanı
ağırlaşdıran hallar
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:
61.1.1. cinayətlərin təkrar törədilməsi,
cinayətlərin residivi;
61.1.2. cinayətin ağır
nəticələrə səbəb olması;
61.1.3. cinayətin qabaqcadan əlbir
olmuş bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat)
tərəfindən törədilməsi;
61.1.4. cinayətin
törədilməsində xüsusilə fəal iştirak
etmə;
61.1.5. psixi pozuntulardan əziyyət
çəkən və ya sərxoş vəziyyətdə
olan şəxslərin, habelə cinayət
məsuliyyətinə cəlb etməyə imkan verən yaş
həddinə çatmayan şəxslərin cinayət
törətməyə cəlb olunması;
61.1.6. cinayətin milli, irqi və ya dini
düşmənçilik, dini fanatizm, digər
şəxslərin qanuni hərəkətlərinə
görə qisas almaq zəminində, tamah məqsədi
ilə və ya sair alçaq niyyətlərlə, habelə
başqa cinayəti ört-basdır etmək və ya onun
törədilməsini asanlaşdırmaq məqsədi ilə
törədilməsi;
61.1.7. cinayətin təqsirkar üçün aşkar surətdə
hamilə vəziyyətində olan qadın, habelə
azyaşlı, qoca və ya köməksiz vəziyyətdə
olan və ya təqsirkardan
asılı vəziyyətdə olan şəxsə
qarşı törədilməsi; [69]
61.1.8. cinayətin öz qulluq və ya
ictimai borcunu yerinə yetirən şəxsə və ya onun
yaxın qohumlarına qarşı törədilməsi;
61.1.9. cinayətin
zərərçəkmiş şəxsə qarşı
xüsusi amansızlıqla, o cümlədən əzab və
ya işgəncə verməklə törədilməsi;
61.1.10. cinayətin odlu silahdan,
partlayıcı vasitələrdən və ya digər
ümumi təhlükəli üsullardan və texniki
vasitələrdən istifadə etməklə
törədilməsi;
61.1.11. cinayətin fövqəladə və ya
hərbi vəziyyət, təbii və ya digər
ictimai fəlakət şəraitində, habelə
kütləvi iğtişaşlar zamanı
törədilməsi;[70]
61.1.12. cinayətin hakimiyyət
nümayəndəsinin xüsusi geyimlərindən və ya
sənədlərindən istifadə etməklə
törədilməsi;
61.1.13. cinayətin qulluq mövqeyinə
və ya müqaviləyə əsasən təqsirkara
göstərilən etimaddan istifadə etməklə
törədilməsi.
61.2. Cəza təyin edilərkən bu
Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində
göstərilməmiş hallar cəzanı
ağırlaşdıran hal qismində nəzərə
alına bilməz.
61.3. Bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddəsində cinayət tərkibinin
əlaməti kimi nəzərdə tutulmuş cəzanı
ağırlaşdıran hal, cəza təyin edilərkən
təkrar nəzərə alına bilməz.
Maddə
62. Cinayətə görə müəyyən edilmiş
cəzadan daha yüngül cəza təyin edilməsi
62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
62.2. Cəzanı
yüngülləşdirən həm ayrı-ayrı hallar,
həm də bu cür halların məcmusu müstəsna hal
hesab edilə bilər.
Maddə 63. Başa
çatmayan cinayətə görə cəza təyin
edilməsi
63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.
63.2. Cinayətə hazırlığa
görə cəzanın müddəti və ya həcmi bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində başa çatmış cinayətə
görə müəyyən edilmiş daha ciddi cəza
növünün yuxarı həddinin yarısından
çox ola bilməz.
63.3. Cinayət etməyə cəhdə
görə cəzanın müddəti və ya həcmi bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində başa çatmış cinayətə
görə müəyyən edilmiş daha ciddi cəza
növünün yuxarı həddinin dörddə
üçündən çox ola bilməz.
63.4. Cinayətə hazırlığa
və ya cinayət etməyə cəhdə görə
ömürlük azadlıqdan məhrum etmə
növündə cəza təyin edilmir.
Maddə 64.
İştirakçılıqla törədilmiş
cinayətə görə cəza təyin edilməsi
64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.
64.2. Cəzanı
yüngülləşdirən və ya
ağırlaşdıran hallar iştirakçılardan
birinə aid olduqda, cəza təyin edilərkən yalnız
həmin şəxsə münasibətdə
nəzərə alınır.
Maddə 65. Residivə
görə cəzanın təyin edilməsi
65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
65.2. Residivə görə cəzanın
müddəti törədilmiş cinayətə görə
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində müəyyən edilmiş daha ciddi cəza
növünün son həddinin
yarısından, təhlükəli residivə
görə üçdə ikisindən, xüsusi
təhlükəli residivə görə isə dörddə
üçündən az ola bilməz.[71]
65.3. Cinayət törətmiş
şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi
hissəsinin maddəsində tövsifedici əlamət kimi
göstərildikdə, habelə bu Məcəllənin 62-ci
maddəsində nəzərdə tutulmuş müstəsna
hallar olduqda, residivə, təhlükəli residivə və
ya xüsusi təhlükəli residivə görə cəza,
bu Məcəllənin 65.2-ci maddəsində
müəyyən edilmiş qaydalar nəzərə alınmadan
təyin olunur.
Maddə 66. Cinayətlərin
məcmusu üzrə cəzanın təyin edilməsi
66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
66.2. Cinayətlərin məcmusuna böyük ictimai
təhlükə törətməyən və ya az
ağır cinayətlər daxildirsə, az ciddi
cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu
ilə və ya təyin olunmuş cəzaları tamamilə
və ya qismən toplamaq yolu ilə qəti cəza təyin
edilir. Bu halda az ciddi
cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu
ilə təyin olunmuş qəti cəzanın müddəti
və ya həcmi məcmuya daxil olan cinayətlərə görə
ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha
ağırından çox ola bilməz. Cəzaların
tamamilə və ya qismən toplanılması yolu ilə
təyin edilmiş qəti cəzanın müddəti və
ya həcmi azadlıqdan məhrum etmə növündə
cəzaya münasibətdə böyük ictimai
təhlükə törətməyən
cinayətlərə görə üç ildən, az
ağır cinayətlərə görə on iki ildən,
digər cəzalara münasibətdə isə bu
Məcəllənin Ümumi hissəsində müvafiq
cəza növü üçün müəyyən edilmiş
yuxarı həddən artıq ola bilməz. [72]
66.3. Cinayətlərin məcmusuna az
ağır, ağır və ya xüsusilə ağır
cinayətlərdən hər hansı biri daxildirsə,
təyin olunmuş cəzaları tamamilə və ya qismən
toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda
azadlıqdan məhrum etmə növündə qəti
cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin
məcmusuna daxil olan cinayətlərdən birinə
görə ömürlük azadlıqdan məhrum etmə
növündə cəza və ya iyirmi il müddətinə
azadlıqdan məhrum etmə cəzası təyin
edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə
əhatə etmək yolu ilə qəti cəza təyin edilir.[73]
66.4. Cinayətlərin məcmusu
üzrə təyin edilən əsas cəzaya, bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində həmin cinayətlərə
görə müəyyən edilmiş əlavə cəza
növləri birləşdirilə bilər. Tamamilə və
ya qismən toplamaq yolu ilə təyin edilən qəti
əlavə cəzanın müddəti və ya həcmi
həmin cəza növü üçün bu
Məcəllənin Ümumi hissəsində
müəyyən edilmiş yuxarı həddən çox ola
bilməz.
66.5. Cinayət işi üzrə hökm
çıxarıldıqdan sonra, məhkumun birinci iş
üzrə hökm çıxarılmazdan əvvəl
törədilmiş başqa cinayətdə də təqsirli
olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə
cəza təyin edilir. Bu halda birinci hökmə əsasən
çəkilən cəza qəti cəza müddətinə
hesablanır. KMQ18
Maddə 67. Hökmlərin
məcmusu üzrə cəzanın təyin edilməsi KMQ18
67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
67.2. Hökmlərin məcmusu üzrə
təyin edilmiş və azadlıqdan məhrum etmə ilə
əlaqədar olmayan qəti cəzanın müddəti
və ya həcmi, bu Məcəllənin Ümumi
hissəsində həmin cəza növü üçün
müəyyən edilmiş yuxarı həddən artıq ola
bilməz.
67.3. Hökmlərin məcmusu üzrə
təyin edilmiş azadlıqdan məhrum etmə
növündə qəti cəzanın müddəti iyirmi
beş ildən
çox ola bilməz. [74]
67.4. Hökmlərin məcmusu üzrə
qəti cəza həm yeni törədilmiş cinayətə
görə təyin edilmiş cəzadan, həm də
məhkəmənin əvvəlki hökmü ilə təyin
edilmiş cəzanın çəkilməmiş
hissəsindən çox olmalıdır.
67.5. Hökmlərin məcmusu üzrə
cəza təyin edilərkən əlavə cəzaların
birləşdirilməsi bu Məcəllənin 66.4.-cü
maddəsində nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
67.6. Ömürlük azadlıqdan
məhrum etmə növündə cəza çəkən
şəxs yeni cinayət törətdikdə, yeni təyin
edilən cəza ömürlük azadlıqdan məhrum
etmə cəzası ilə əhatə olunur.
Maddə 68. Cəzaların
toplanması zamanı müddətlərin müəyyən
edilməsi qaydası
68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə:
68.1.1. intizam xarakterli hərbi
hissədə saxlamanın bir günü;
68.1.1-1. azadlığın
məhdudlaşdırılmasının iki günü;[75]
68.1.2. azadlığının
məhdudlaşdırılmasının iki günü; [76]
68.1.3. islah işlərinin və ya
hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü;[77]
68.1.4. ictimai işlərin səkkiz
saatı bərabər tutulur.
68.2. Müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə,
nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum
etmə, xüsusi və ya hərbi rütbədən,
fəxri addan və dövlət təltifindən məhrum
etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah
işləri, intizam xarakterli hərbi hissədə saxlama,
hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın
məhdudlaşdırılması və ya azadlıqdan
məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra
olunur.[78]
68.3. Cinayətlərin məcmusu və
hökmlərin məcmusu üzrə cəzalar qismən
və ya tamamilə toplanılarkən azadlığın
məhdudlaşdırılmasının bir gününə:
68.3.1. islah işlərinin iki
günü;
68.3.2. ictimai işlərin dörd
saatı bərabər tutulur.
68.4. Cinayətlərin
məcmusu və hökmlərin məcmusu üzrə
cəzalar qismən və ya tamamilə toplanılarkən islah
işlərinin bir gününə ictimai işlərin iki
saatı bərabər tutulur.[79]
Maddə 69. Cəza
müddətlərinin hesablanması və cəzanın hesaba
alınması
69.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır.[80]
69.2. Bu Məcəllənin 69.1-ci
maddəsində nəzərdə tutulmuş cəza
növlərinin dəyişdirilməsi və ya toplanması,
habelə cəzanın hesaba alınması zamanı
müddətlər günlərlə hesablana bilər.
69.3. Hökm qanuni qüvvəyə
minənədək həbsdə saxlamanın müddəti
azadlıqdan məhrum etmə müddətinə, intizam
xarakterli hərbi hissədə saxlama növündə
cəzanın müddətinə bir günə bir gün, azadlığın
məhdudlaşdırılması növündə
cəzanın müddətinə bir günə iki gün,
islah işləri və hərbi xidmət üzrə
məhdudlaşdırma növündə cəzanın
müddətinə bir günə dörd
gün, ictimai işlər növündə cəzanın
müddətinə isə bir günə səkkiz saat
hesabı ilə hesablanır.[81]
69.4. Həbsdə
saxlanılan şəxsə cərimə və ya
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə növündə əsas cəza təyin
edilərkən məhkəmə həbsdə saxlama
müddətini nəzərə alaraq, təyin edilmiş
cəzanı yüngülləşdirir və ya şəxsi
bu cəzadan tamamilə azad edir.[82]
Maddə 70. Şərti
məhkum etmə
70.1. İslah işləri, hərbi
xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli
hərbi hissədə saxlama, azadlığın
məhdudlaşdırılması və ya
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza təyin edən
məhkəmə, məhkumun cəza çəkmədən
islah olunmasını mümkün sayırsa, həmin
cəzanın şərti olaraq tətbiq edilməsi
haqqında qərar çıxara bilər.[83]
70.2. Məhkəmə şərti
məhkum etmə təyin edərkən törədilmiş
cinayətin xarakterini, ictimai təhlükəlilik
dərəcəsini, məhkumun şəxsiyyətini,
habelə cəzanı yüngülləşdirən və
ağırlaşdıran halları nəzərə alır.
70.3. Şərti məhkum etmə təyin
edilərkən məhkəmə tərəfindən sınaq
müddəti müəyyən olunur. Bu müddət ərzində
məhkum öz davranışı ilə islah
olunmasını sübut etməlidir. Sınaq müddəti
altı aydan beş ilədək müddətə
müəyyən edilir.
70.4. Şərti məhkum etmə
zamanı əlavə cəzalar təyin edilə bilər.
70.5. Məhkəmə şərti
məhkum etmə təyin edərkən məhkumun
üzərinə aşağıdakı vəzifələri
qoya bilər: onun davranışı üzərində
nəzarəti həyata keçirən orqanlara məlumat
vermədən daimi yaşayış yerini, təhsil yerini,
iş yerini dəyişməmək, müəyyən
yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan,
toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən
müalicə kursu keçmək, ailəsinə maddi
yardım göstərmək,
elektron nəzarət vasitəsini gəzdirmək və
həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət etmək.
Məhkəmə, məhkumun üzərinə onun islah
olunmasına kömək edən digər vəzifələr
də qoya bilər. [84]
70.6. Şərti məhkum edilmiş
şəxs üzərində nəzarəti müvafiq
dövlət orqanları, hərbi qulluqçular
üzərində nəzarəti isə hərbi hissələrin
və müəssisələrin komandanlığı
həyata keçirir.
70.7. Sınaq müddəti ərzində
şərti məhkum edilmiş şəxsin
üzərində nəzarəti həyata keçirən
dövlət orqanının təqdimatı əsasında
məhkəmə, məhkumun üzərinə
əvvəllər qoyulmuş vəzifələri tamamilə
və ya qismən ləğv edə bilər, yaxud onun
üzərinə yeni vəzifələr qoya bilər.
Maddə
71. Şərti məhkum etmənin ləğv edilməsi
və ya sınaq müddətinin uzadılması
71.1. Sınaq müddətinin azı
yarısı keçdikdən sonra şərti məhkum
edilmiş şəxs öz davranışı ilə islah
olunduğunu sübut edərsə, məhkəmə
məhkumun üzərində nəzarəti həyata
keçirən dövlət orqanının təqdimatı
əsasında şərti məhkum etmənin ləğv
edilməsi və məhkumluğun götürülməsi
barədə qərar qəbul edə bilər. Məhkəmə şərti
məhkum etmənin ləğv edilməsi qənaətinə
gəldikdə, məhkumu tamamilə və ya qismən
əlavə cəzadan da azad edə bilər. Şərti
məhkum etmə ləğv edildikdə məhkumun
əlavə cəzası olmadığı və ya o,
əlavə cəzadan tamamilə azad edildiyi hallarda
məhkəmə, həmçinin şəxsin
məhkumluğunun götürülməsi barədə
qərar qəbul edir.[85]
71.2. Şərti məhkum edilmiş
şəxs məhkəmə tərəfindən onun
üzərinə qoyulmuş vəzifələri yerinə
yetirməkdən boyun qaçırdığına və ya
ictimai qaydanı pozduğuna görə barəsində inzibati
tənbeh tətbiq edildikdə, məhkəmə bu
Məcəllənin 71.1-ci maddəsində
göstərilən dövlət orqanının
təqdimatı əsasında sınaq müddətini bir
ildən çox olmayaraq uzada bilər.
71.3. Şərti məhkum edilmiş
şəxs sınaq müddətində məhkəmə
tərəfindən onun üzərinə qoyulmuş
vəzifələri mütəmadi və ya qərəzli
olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron
nəzarət vasitəsini gəzdirməkdən imtina
etdikdə, onu zədələdikdə və ya digər
üsulla yararsız vəziyyətə saldıqda, yaxud
həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün üzrsüz
səbəbdən ona xidmət etmədikdə, bu
Məcəllənin 71.1-ci maddəsində
göstərilən dövlət orqanının
təqdimatı əsasında məhkəmə şərti
məhkum etmənin ləğv edilməsi və hökmlə
təyin olunmuş cəzanın icra olunması haqqında
qərar çıxarır. [86]
71.4. Şərti məhkum edilmiş
şəxs sınaq müddətində ehtiyatsızlıqdan
cinayət törətdikdə və ya qəsdən
böyük ictimai təhlükə törətməyən
cinayət törətdikdə, şərti məhkum
etmənin ləğv edilməsi və ya saxlanması
barədə məsələ məhkəmə
tərəfindən həll edilir. Məhkəmə
şərti məhkum etmənin ləğv edilməsi
qənaətinə gəldikdə, şəxsə bu
Məcəllənin 67-ci maddəsində nəzərdə
tutulmuş qaydalar üzrə cəza təyin edir. [87]
71.5. Şərti məhkum edilmiş
şəxs sınaq müddətində qəsdən az
ağır, ağır və ya xüsusilə ağır
cinayət törətdikdə, məhkəmə şərti
məhkum etməni ləğv edir və ona bu
Məcəllənin 67-ci maddəsində nəzərdə
tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu
Məcəllənin 71.4-cü maddəsində
göstərilən hallarda da cəza bu qaydada təyin edilir. [88]
DÖRDÜNCÜ BÖLMƏ
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
11-ci fəsil
CİNAYƏT
MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ
Maddə
72. Səmimi peşmanlıqla bağlı cinayət
məsuliyyətindən azad etməKMQ
72.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. [89]
72.2. Başqa növ cinayət
törətmiş şəxs, bu Məcəllənin 72.1-ci
maddəsində nəzərdə tutulmuş
şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələrində
bilavasitə müəyyən edilmiş hallarda cinayət
məsuliyyətindən azad edilir.[90]
Qeyd:
1. Şəxs bu
Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində
nəzərdə tutulmuş qaydada cinayət
məsuliyyətindən yalnız bir dəfə azad edilir.[91]
KMQ24
2. Bu
Məcəllənin 72–73-2-ci maddələrində
nəzərdə tutulan cinayət əməli
iştirakçılıqla törədildiyi hallarda,
zərərçəkmiş şəxsə dəymiş
ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci
maddələrində nəzərdə tutulan dövlət
büdcəsinə ödəniş cinayətin
iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının
xarakterindən və dərəcəsindən, cinayətkar
məqsədə nail olunmasında belə iştirakın
əhəmiyyətindən, vurulmuş zərərin
həcminə və xarakterinə onun təsirindən
asılı olaraq məhkəmə tərəfindən
müəyyən olunmuş pay üzrə ödənilir. KMQ25
3. Bu Məcəllənin 73-1.2,
73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə
tutulmuş cinayət şəxsin iradəsindən
asılı olmayan səbəblərə görə başa
çatmadığı hallarda, şəxsin həmin
maddələrdə nəzərdə tutulmuş qaydada
cinayət məsuliyyətindən azad edilməsi
məsələsinə baxılarkən, dövlət
büdcəsinə ödəniş başa çatmayan
cinayətə görə qəsdin yönəldiyi
əmlakın on faizi miqdarında müəyyən olunur.[92]
Maddə 73.
Zərərçəkmiş şəxslə
barışmaqla bağlı cinayət
məsuliyyətindən azad etmə
73.1. Böyük
ictimai təhlükə törətməyən cinayət
törətmiş şəxs zərərçəkmiş
şəxslə barışdıqda və ona dəymiş
ziyanı ödədikdə və ya vurulmuş zərəri
aradan qaldırdıqda cinayət məsuliyyətindən azad
edilə bilər. [93] KMQ19
73.2. Bu Məcəllənin
127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və
158.1-ci maddələrində nəzərdə tutulmuş
əməli (əməlləri) törətmiş
şəxs zərərçəkmiş şəxslə
barışdıqda və ona dəymiş ziyanı
tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad edilir.[94]
KMQ19
73.3. Başqa növ
cinayət törətmiş şəxs, bu
Məcəllənin 73.1-ci maddəsində nəzərdə
tutulmuş şərtlər mövcud olduqda, yalnız bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində bilavasitə müəyyən edilmiş
hallarda cinayət məsuliyyətindən azad edilir.[95]
Maddə 73-1. Mülkiyyət əleyhinə olan cinayətlərə
görə cinayət məsuliyyətindən azad etmə[96]
73-1.1. Bu Məcəllənin 178.1, 179.1,
185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci
maddələrində nəzərdə tutulmuş
əməli (əməlləri) törətmiş
şəxs zərərçəkmiş şəxslə
barışdıqda və ona dəymiş ziyanı
tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad edilir.[97]
73-1.2. Bu Məcəllənin 178.2, 179.2
186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə
tutulmuş əməli (əməlləri) törətmiş,
zərərçəkmiş şəxslə
barışmış və dəymiş ziyanı tamamilə
ödəmiş şəxs, cinayət nəticəsində
vurulmuş ziyanın iyirmi beş faizi miqdarında
dövlət büdcəsinə ödəniş etdikdə
cinayət məsuliyyətindən azad edilir.[98]
73-1.3. Bu Məcəllənin 178.3, 178.4,
179.3 və 179.4-cü maddələrində nəzərdə
tutulmuş əməli (əməlləri)
törətmiş, zərərçəkmiş
şəxslə barışmış və dəymiş
ziyanı tamamilə ödəmiş şəxs, cinayət
nəticəsində vurulmuş ziyanın əlli faizi
miqdarında dövlət büdcəsinə ödəniş
etdikdə cinayət məsuliyyətindən azad edilə
bilər.[99]
Maddə 73-2. İqtisadi fəaliyyət sahəsində olan
cinayətlərə görə cinayət
məsuliyyətindən azad etmə
73-2.1. Bu Məcəllənin 209 və
213-cü maddələrində nəzərdə tutulmuş
əməli (əməlləri) törətmiş
şəxs cinayət nəticəsində vurulmuş
ziyanı tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad edilir.[100]
73-2.2.
Bu Məcəllənin 192, 192-1, 193, 195, 195-1, 196, 197, 198,
202-2, 203, 203-1.1, 205-2, 209.2.1, 209.3, 210, 211, 212 və
213-2-ci maddələrində nəzərdə tutulmuş
əməli (əməlləri) törətmiş və
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə
ödəmiş və ya cinayət nəticəsində
əldə edilmiş gəliri tamamilə dövlət
büdcəsinə köçürmüş şəxs,
bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş
gəlirin) bir misli miqdarında dövlət
büdcəsinə ödəniş etdikdə cinayət
məsuliyyətindən azad edilir.[101]
Maddə
74. Şəraitin dəyişməsi ilə bağlı
cinayət məsuliyyətindən azad etməKMQ12
Şəraitin dəyişməsi
nəticəsində törədilmiş əməlin və
ya bu əməli törətmiş şəxsin ictimai
təhlükəli olmadığı müəyyən
edildikdə, ilk dəfə böyük ictimai
təhlükə törətməyən cinayət və ya
az ağır cinayət törətmiş şəxs
cinayət məsuliyyətindən azad edilə bilər.[102]
Maddə 74-1. Narkomaniya
xəstəliyi ilə əlaqədar cinayət
məsuliyyətindən azad etmə[103]
74-1.1. Bu Məcəllənin 234.1-ci maddəsində
nəzərdə tutulmuş cinayəti törətmiş,
əməlində başqa cinayət tərkibi olmayan və
narkomaniya xəstəliyinə düçar olmuş
şəxs barəsində məhkəmə
tərəfindən bu xəstəliklə əlaqədar
stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq
edilir. Həmin şəxsin tam sağalması
nəticəsində tibbi xarakterli məcburi tədbirlər
ləğv edildikdə, məhkəmə şəxsi
cinayət məsuliyyətindən azad edir.
74-1.2.
Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli
məcburi tədbirlərin tətbiqindən
yayınmış şəxs həmin tədbirlərin
həyata keçirildiyi tibb müəssisəsinin
müdiriyyətinin məlumatı əsasında bu
Məcəllənin 75.1-ci maddəsində
göstərilən müddət keçməmişdirsə,
cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 75. Müddətin keçməsi ilə bağlı
cinayət məsuliyyətindən azad etməKM1 KMQ15.
75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
75.1.1. böyük ictimai təhlükə
törətməyən cinayətin törədildiyi
gündən iki il keçdikdə;
75.1.2. az ağır cinayətin
törədildiyi gündən yeddi
il keçdikdə; [104]
75.1.3. ağır cinayətin
törədildiyi gündən on
iki il keçdikdə; [105]
75.1.4. xüsusilə ağır
cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.
75.2. Müddətlər, cinayətin
törədildiyi gündən ittiham hökmünün qanuni
qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni
cinayət törətdikdə, hər bir cinayətə
görə müddət müstəqil hesablanır.
75.3. Cinayət törətmiş
şəxs istintaqdan və ya məhkəmədən
gizlənərsə, müddətin axımı dayanır. Bu
halda müddətin axımı, həmin şəxs
tutulduğu və ya könüllü gəlib təqsirini
boynuna aldığı vaxtdan bərpa olunur.
75.4. Ömürlük azadlıqdan
məhrum etmə növündə cəza nəzərdə
tutulan cinayəti törətmiş şəxs
barəsində müddətin tətbiq olunması
məsələsi məhkəmə tərəfindən
həll edilir. Məhkəmə, müddətin
keçməsi ilə bağlı bu şəxsin cinayət
məsuliyyətindən azad olunmasını mümkün hesab
etmədikdə, həmin şəxsə ömürlük
azadlıqdan məhrum etmə növündə cəza
təyin edə bilməz.
75.5. Bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş sülh və insanlıq əleyhinə,
terrorçuluq, terrorçuluğu maliyyələşdirmə
və müharibə cinayətləri törətmiş
şəxslərə bu maddənin müddəaları
tətbiq olunmur. [106]
12-ci fəsil
Maddə 76. Cəzadan
şərti olaraq vaxtından əvvəl azad etmə
76.1. Məhkəmə islah işləri, azadlığın
məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma,
azadlığın məhdudlaşdırılması, intizam
xarakterli hərbi hissədə saxlama, müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə
növündə cəza çəkən şəxsin islah
olunmaq üçün cəzanı tam
çəkməsinə lüzum olmadığı
qənaətinə gələrsə, onu cəzadan
şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Bu halda, şəxs tamamilə və ya qismən əlavə
cəzadan da azad edilə bilər.[107]
76.2. Cəzadan şərti olaraq
vaxtından əvvəl azad etmə tətbiq edərkən,
məhkəmə məhkumun üzərinə, bu
Məcəllənin 70.5-ci maddəsində nəzərdə
tutulmuş və cəzanın çəkilməmiş
müddəti ərzində onun tərəfindən icra
edilməli olan vəzifələr qoya bilər.
76.3. Cəzadan şərti olaraq
vaxtından əvvəl azad etmə, məhkum:
76.3.1. böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət
törətməyə görə təyin edilmiş cəza
müddətinin ən azı yarısını;
76.3.1-1. ağır cinayət
törətməyə görə təyin edilmiş cəza
müddətinin ən azı üçdə iki hissəsini;[108]
76.3.2. ağır cinayət
törətməyə görə təyin edilmiş cəza
müddətinin ən azı üçdə iki hissəsini;[109]
76.3.3. ağır və ya
xüsusilə ağır cinayət törətməyə
görə təyin edilmiş cəza müddətinin ən
azı dörddə üç hissəsini, habelə
əvvəllər cəzadan şərti olaraq vaxtından
əvvəl azad edilmiş şəxs, əgər
şərti olaraq vaxtından əvvəl azad etmə bu
Məcəllənin 76.6-cı maddəsində
nəzərdə tutulmuş əsaslara görə
ləğv edilmişdirsə, yaxud əvvəllər
azadlıqdan məhrum etmə növündə cəza
çəkmiş şəxs cinayətlərin residivinə
görə yenidən azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum edilmişdirsə,
təyin edilmiş cəza müddətinin ən azı
dörddə üç hissəsini həqiqətən
çəkdikdən sonra tətbiq edilə bilər.[110]
76.4. Azadlıqdan məhrum etmə
cəzasının məhkum tərəfindən
həqiqətən çəkilmiş müddəti altı
aydan az ola bilməz.
76.4-1. Ömürlük
azadlıqdan məhrum etmə növündə cəza
çəkən şəxsin bu Məcəllənin
57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada
cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi
zamanı onun cəza çəkdiyi dövrün son beş
ili ərzində cəzanın çəkilməsi
qaydalarına əməl etməsi halları nəzərə
alınır.[111]
76.5. Cəzadan şərti olaraq
vaxtından əvvəl azad edilmiş şəxslər
üzərində nəzarəti müvafiq dövlət
orqanları, hərbi qulluqçular üzərində
nəzarəti isə hərbi hissələrin və
müəssisələrin komandanlığı həyata
keçirir.
76.6. Cəzanın
çəkilməmiş hissəsi ərzində məhkum:
76.6.1. cəzadan şərti olaraq
vaxtından əvvəl azad etmə tətbiq olunarkən
məhkəmə tərəfindən onun üzərinə
qoyulmuş vəzifələri yerinə yetirməkdən
mütəmadi, yaxud qərəzli olaraq boyun
qaçırdıqda, o
cümlədən elektron nəzarət vasitəsini
gəzdirməkdən imtina etdikdə, onu
zədələdikdə və ya digər üsulla yararsız
vəziyyətə saldıqda, yaxud həmin vasitənin
işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz səbəbdən ona xidmət
etmədikdə və ya ictimai qaydanı pozduğuna
görə barəsində inzibati tənbeh tətbiq
edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində
göstərilən orqanların təqdimatı əsasında
məhkəmə şərti olaraq vaxtından əvvəl
azad etmənin ləğv edilməsi və cəzanın
çəkilməmiş hissəsinin icra olunması
haqqında qərar çıxara bilər;[112]
76.6.2. ehtiyatsızlıqdan cinayət
törətdikdə və ya qəsdən böyük ictimai
təhlükə törətməyən cinayət
törətdikdə cəzadan şərti olaraq vaxtından
əvvəl azad etmənin ləğv edilməsi və ya
saxlanılması barədə məsələ
məhkəmə tərəfindən həll edilir (cəzadan
şərti olaraq vaxtından əvvəl azad etmə
ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci
maddəsində nəzərdə tutulmuş qaydalar
üzrə təyin olunur); [113]
76.6.3. qəsdən az
ağır, ağır və ya xüsusilə ağır
cinayət törətdikdə, məhkəmə cəzadan
şərti olaraq vaxtından əvvəl azad etməni
ləğv edir və ona bu Məcəllənin 67-ci
maddəsində nəzərdə tutulmuş qaydalar
üzrə cəza təyin edir.
Maddə 77. Cəzanın
çəkilməmiş hissəsini daha yüngül cəza
növü ilə əvəz etmə
77.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
77.2. Cəzanın
çəkilməmiş hissəsinin daha yüngül
cəza növü ilə əvəz edilməsi, cəza
müddətinin ən azı üçdə bir hissəsi
çəkildikdən sonra tətbiq edilə bilər.
77.3. Cəzanın çəkilməmiş
hissəsinin əvəz edilməsi zamanı məhkəmə
bu Məcəllənin 42-ci maddəsində nəzərdə
tutulmuş istənilən daha yüngül cəza növünü,
hər cəza növü üçün bu
Məcəllə ilə müəyyən edilmiş
həddə seçə bilər.
Maddə 78.
Xəstəliyə görə cəzanı
çəkməkdən azad etmə
78.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.[114]
78.2. Cinayət törətdikdən sonra
cəzanın çəkilməsinə mane olan sair
ağır xəstəliyə düçar olmuş
şəxs məhkəmənin qərarı ilə cəza
çəkməkdən azad edilə bilər.
78.3. İntizam xarakterli hərbi
hissədə saxlama növündə cəza
çəkən hərbi qulluqçular, onların hərbi
xidmətə yararsız hesab edilməsinə səbəb olan
xəstəliklərə düçar olduqda, cəzanın
qalan hissəsini çəkməkdən azad edilirlər.
Belə hallarda məhkəmə həmin
şəxslərə (onkoloji xəstəliyin terminal
mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın
çəkilməmiş hissəsini daha yüngül cəza
növü ilə əvəz edə bilər.[115]
78.4. Bu Məcəllənin 78.1 və
78.2-ci maddələrində göstərilən
şəxslər sağaldıqları halda, bu
Məcəllənin 75 və 80-ci maddələrində müəyyən
edilmiş müddətlər keçməmişdirsə,
cinayət məsuliyyətinə və cəzaya məruz qala
bilərlər.
Maddə
79. Hamilə qadınlar və azyaşlı uşaqları
olan şəxslər tərəfindən cəzanın
çəkilməsinin təxirə salınması[116]
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.[117]
79.2. Bu Məcəllənin 79.1-ci
maddəsində nəzərdə tutulmuş
şəxslər, məhkum edilmiş şəxslər
üzərində nəzarəti həyata keçirən
müvafiq dövlət orqanının
xəbərdarlığından sonra uşaqdan imtina etdiyi
və ya uşağı tərbiyə etməkdən boyun
qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin
orqanın təqdimatı əsasında
cəzaçəkmənin təxirə salınmasını
ləğv edə və məhkumu cəzanı
çəkmək üçün hökmlə
müəyyən olunmuş yerə göndərə
bilər.[118]
79.3. Uşaq on
dörd yaşına çatdıqda, məhkəmə
məhkum edilmiş şəxsi cəzanın
çəkilməmiş hissəsindən azad edir və ya
cəzanın çəkilməmiş hissəsini daha
yüngül cəza növü ilə əvəz edir,
yaxud məhkum edilmiş şəxsi cəzanın qalan
hissəsini çəkmək üçün müvafiq
müəssisəyə göndərir.[119]
79.4. Şəxs
cəzaçəkmənin təxirə
salındığı müddətdə
ehtiyatsızlıqdan cinayət törətdikdə və ya
qəsdən böyük ictimai təhlükə
törətməyən cinayət törətdikdə
cəzaçəkmənin təxirə salınmasının
ləğv edilməsi və ya saxlanması barədə
məsələ məhkəmə tərəfindən
həll edilir. Məhkəmə cəzaçəkmənin
təxirə salınmasının ləğv edilməsi
qənaətinə gəldikdə, şəxsə bu
Məcəllənin 67-ci maddəsində nəzərdə
tutulmuş qaydalar üzrə cəza təyin edir.[120]
79.5. Şəxs
cəzaçəkmənin təxirə salındığı
müddətdə qəsdən az ağır, ağır
və ya xüsusilə ağır cinayət
törətdikdə, məhkəmə
cəzaçəkmənin təxirə salınmasını
ləğv edir və ona bu Məcəllənin 67-ci
maddəsində nəzərdə tutulmuş qaydalar
üzrə cəza təyin edir.[121]
Maddə
80. İttiham hökmünün icrası müddəti ilə
əlaqədar cəza çəkməkdən azad etmə
80.1. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur:
80.1.1. böyük ictimai təhlükə
törətməyən cinayətə görə məhkum edilərkən
iki il keçdikdə;
80.1.2. az ağır cinayət
törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə; [122]
80.1.3. ağır cinayət
törətməyə görə məhkum edilərkən on iki il keçdikdə; [123]
80.1.4. xüsusilə ağır cinayət
törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə.
80.2. Məhkum edilmiş şəxs
cəzanı çəkməkdən boyun
qaçırdıqda, icra müddətinin axımı
dayanır. Bu halda icra müddətinin axımı həmin
şəxs tutulduğu və ya könüllü gəlib
təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
80.3. Ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum edilmiş
şəxs barəsində icra müddətinin tətbiq
olunması məsələsini məhkəmə həll edir.
Məhkəmə icra müddətini tətbiq etməyi
mümkün saymadıqda, həmin cəza növü
müəyyən müddətə azadlıqdan məhrum
etmə cəzası ilə əvəz edilir.
80.4. Bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş sülh və insanlıq əleyhinə,
terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə və müharibə
cinayətləri törətmiş şəxslərə bu
maddənin müddəaları tətbiq olunmur.[124]
Maddə 80-1. Zərərçəkmiş şəxslə
barışmaqla, cinayət nəticəsində vurulmuş
ziyanı və ya əldə edilmiş gəliri tamamilə
ödəməklə bağlı cəza
çəkməkdən azad etmə[125]
Məhkum edilmiş şəxs
cəza çəkdiyi dövrdə cinayət
məsuliyyətdən azad etmə ilə bağlı bu
Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci
maddələrində, habelə 72, 263 və 306-cı
maddələrinin “Qeyd” hissələrində
nəzərdə tutulmuş şərtləri yerinə
yetirdikdə cəza çəkməkdən azad edilir.
13-cü fəsil
AMNİSTİYA.
ƏFV ETMƏ. MƏHKUMLUQ
Maddə 81. Amnistiya
81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
81.2. Cinayət törətmiş
şəxslər amnistiya aktı ilə cinayət
məsuliyyətindən azad edilə bilərlər. Cinayət
törətməyə görə məhkum olunmuş
şəxslər isə cəzadan azad edilə bilərlər,
yaxud onlara təyin olunmuş cəzanın müddəti
azaldıla bilər və ya belə şəxslərin
cəzasının çəkilməmiş hissəsi daha
yüngül cəza növü ilə əvəz edilə
bilər və yaxud belə şəxslər əlavə
cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə
cəzasını çəkmiş şəxslərin məhkumluğu
götürülə bilər.
Maddə 82. Əfvetmə
82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
82.2. Cinayət törətməyə
görə məhkum olunmuş şəxs əfvetmə
aktı ilə cəzanın qalan hissəsini
çəkməkdən azad edilə bilər, yaxud ona
təyin olunmuş cəzanın müddəti azaldıla
bilər və ya belə şəxsin cəzasının
çəkilməmiş hissəsi daha yüngül cəza
növü ilə əvəz edilə bilər.
82.3. Ömürlük azadlıqdan
məhrum etmə cəzası əfv qaydasında iyirmi beş
ildən çox olmayan müddətə azadlıqdan
məhrum etmə cəzası ilə əvəz edilə
bilər.
82.4. Əfvetmə aktı ilə
cəzasını çəkmiş şəxsin
məhkumluğu götürülə bilər.
Maddə 83. Məhkumluq
83.1. Cinayət törətməyə
görə məhkum edilmiş şəxs
məhkəmənin ittiham hökmü qanuni qüvvəyə
mindiyi gündən məhkumluğun
götürüldüyü və ya ödənildiyi
günə qədər məhkum olunmuş hesab edilir.
Cinayətlərin residivi zamanı və cəza təyin
edilərkən bu Məcəlləyə uyğun olaraq
məhkumluq nəzərə alınır.
83.1-1. Həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır.[126]
83.2. Barəsində
cəza təyin edilməməklə və ya təyin
edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham
hökmü çıxarılmış şəxs
məhkumluğu olmayan hesab edilir. [127] KM
83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş
hesab olunur: [128]
83.3.1. şərti məhkum edilmiş
şəxslər barəsində — sınaq müddəti
başa çatdıqda,
çəkilməmiş əlavə cəzası olduğu
hallarda isə həmçinin əlavə cəza icra olunub
qurtardıqda;[129]
83.3.1-1. cəzanın
çəkilməsi təxirə salınmış
şəxslər barəsində — bu Məcəllənin
79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada
cəzadan və ya cəzanın çəkilməmiş
hissəsindən azad edildikdə; [130]
83.3.1-2. ittiham hökmü qanunla
müəyyən edilmiş müddətdə icra
edilməmiş şəxslər barəsində — bu
Məcəllənin 80.1-ci maddəsində nəzərdə
tutulmuş müddətlər keçdikdə;
83.3.2. azadlıqdan məhrum etməyə
nisbətən daha yüngül cəzaya məhkum edilmiş
şəxslər barəsində — onlar cəzanı
çəkib qurtardıqları gündən bir il
keçdikdə;
83.3.2-1. böyük ictimai
təhlükə törətməyən cinayət
törətməyə görə azadlıqdan məhrum
etməyə məhkum edilmiş şəxslər
barəsində — onlar cəzanı çəkib
qurtardıqları gündən bir il keçdikdə;
83.3.3. böyük ictimai
təhlükə törətməyən və ya az
ağır cinayət törətməyə görə
azadlıqdan məhrum etməyə məhkum edilmiş
şəxslər barəsində — onlar cəzanı
çəkib qurtardıqları gündən iki il keçdikdə; [131]
83.3.4. ağır cinayət
törətməyə görə azadlıqdan məhrum
etməyə məhkum edilmiş şəxslər
barəsində — onlar cəzanı çəkib
qurtardıqları gündən altı il keçdikdə;
83.3.5. xüsusilə ağır cinayət
törətməyə görə məhkum edilmiş
şəxslər barəsində — onlar cəzanı
çəkib qurtardıqları gündən səkkiz il
keçdikdə məhkumluq ödənilmiş hesab olunur.[132]
KMQ3 83.4. Məhkum edilmiş şəxs qanunla
müəyyən edilmiş qaydada vaxtından əvvəl
cəza çəkməkdən azad edildikdə və yaxud
cəzanın çəkilməmiş hissəsi daha
yüngül cəza növü ilə əvəz edildikdə,
məhkumluğun ödənilməsi müddəti əsas
və əlavə cəzanı çəkməkdən azad
edildiyi vaxtdan hesablanır.[133] KMQ28
83.4-1. Əsas cəzanı
çəkib qurtarmış, yaxud əsas cəzasını
çəkməkdən vaxtından əvvəl azad
edilmiş və ya cəzasının çəkilməmiş
hissəsi daha yüngül cəza növü ilə
əvəz edilmiş şəxsin çəkilməmiş
əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi
müddəti əlavə cəzanın çəkilib
qurtardığı gündən hesablanır.[134]
83.5. Şəxs cəzanı
çəkib qurtardıqdan sonra nümunəvi
davranışı ilə islah olunduğunu sübut
edərsə, məhkəmə həmin şəxsin
vəsatəti əsasında məhkumluğu vaxtından
əvvəl onun üzərindən götürə bilər.
83.6. Məhkumluğun ödənilməsi
və ya götürülməsi məhkumluqla bağlı
olan bütün hüquqi nəticələri ləğv edir.
BEŞİNCİ BÖLMƏ
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
14-cü fəsil
YETKİNLİK
YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT
MƏSULİYYƏTİNİN VƏ CƏZASININ
XÜSUSİYYƏTLƏRİ
Maddə 84. Yetkinlik
yaşına çatmayanların cinayət məsuliyyəti
84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.
84.2. Yetkinlik yaşına çatmayanlar
cinayət törətdikdə, onlara cəza təyin edilə
bilər və ya tərbiyəvi xarakterli məcburi
tədbirlər tətbiq edilə bilər.
Maddə 85. Yetkinlik
yaşına çatmayanlara təyin edilən cəzanın
növləri
85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
85.1.1. cərimə;
85.1.2. ictimai işlər;
85.1.3. islah işləri;
85.1.3-1. azadlığın
məhdudlaşdırılması;[135]
85.1.4. müəyyən müddətə
azadlıqdan məhrum etmə.
85.2. Cərimə, yalnız müstəqil
əmək haqqı və ya bu cəzanın icrasına
yönəldilə bilən əmlakı olan yetkinlik
yaşına çatmayana
təyin edilir. Cərimə altı yüz manatadək miqdarda
təyin edilir.[136]
85.3. İctimai işlər səksən
saatdan üç yüz iyirmi saatadək müddətə
təyin olunur və yetkinlik yaşına çatmayan
məhkumun bacardığı, onun təhsildən və
əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi
işlərdən ibarətdir. Bu cəza növünün
icra müddəti on beş yaşınadək
şəxslər üçün gündə iki saatdan, on beş
yaşından on altı yaşınadək şəxslər
üçün isə gündə üç saatdan
çox ola bilməz.[137] KMQ10
85.4. Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir
ilədək müddətə təyin edilir. Bu zaman
məhkumun qazancından məhkəmənin hökmü
ilə müəyyən edilmiş miqdarda, beş faizdən
iyirmi faizə qədər pul dövlət nəfinə
tutulur. [138] KMQ10
85.4-1. Azadlığın
məhdudlaşdırılması yetkinlik yaşına
çatmayanlara iki aydan iki ilədək müddətə
təyin edilir.[139]
85.5. Azadlıqdan məhrum etmə yetkinlik
yaşına çatmayanlara
on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına
çatmayanlara cinayətlərin və ya hökmlərin
məcmusu üzrə cəza təyin edilərkən
məcmuya daxil olan cinayətlərdən birinə görə
on il müddətinə azadlıqdan məhrum etmə
cəzası təyin edildikdə, bu halda qəti cəza az
ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək
yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan
məhkumlar cəzalarını aşağıdakı
tərbiyə müəssisələrində
çəkirlər:[140]
85.5.1. yetkinlik yaşına çatmayan
qızlar, habelə ilk dəfə azadlıqdan məhrum
etməyə məhkum olunmuş yetkinlik yaşına
çatmayan oğlanlar — ümumi rejimli tərbiyə
müəssisələrində;
85.5.2. əvvəllər azadlıqdan
məhrum etmə növündə cəza çəkmiş
yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm
rejimli tərbiyə müəssisələrində.
Maddə 86. Yetkinlik
yaşına çatmayanlara cəza təyin edilməsi
86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.
86.2. Cəza təyin edilərkən
yetkinlik yaşına çatmama yüngülləşdirici
hal kimi, cəzanı yüngülləşdirən və
ağırlaşdıran digər hallarla birlikdə
nəzərə alınır.
Maddə 87. Tərbiyəvi
xarakterli məcburi tədbirlərin məzmunu
87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir.
87.2. Nəzarətə götürmə
valideynlərin və ya onları əvəz edən
şəxslərin yaxud müvafiq icra
hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına
çatmayana tərbiyəvi təsir göstərmək
və onun davranışına nəzarət etmək
vəzifəsi qoyulmasından ibarətdir.
87.3. Vurulmuş ziyanı aradan qaldırmaq
vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak
vəziyyəti və müvafiq əmək
vərdişlərinə malik olması nəzərə
alınmaqla onun üzərinə qoyulur.
87.4. Asudə vaxtın
məhdudlaşdırılması və yetkinlik yaşına
çatmayanın davranışına xüsusi
tələblərin qoyulması onun müəyyən
yerlərə getməməsini, asudə vaxtdan istifadənin
müəyyən formalarını, o cümlədən
mexaniki nəqliyyat vasitələrinin idarə
olunmamasını, günün müəyyən
vaxtlarından sonra evdən kənarda olmamasını,
müvafiq dövlət orqanının icazəsi olmadan
başqa ərazilərə getməməsini
nəzərdə tuta bilər. Yetkinlik yaşına
çatmayana həmçinin təhsilini davam etdirmək
və ya müvafiq icra
hakimiyyəti orqanının köməyi ilə işə
düzəlmək vəzifəsi də müəyyən
edilə bilər. Bu tədbirlərdən başqa asudə
vaxtın məhdudlaşdırılması və yetkinlik
yaşına çatmayanın davranışına xüsusi
tələblərin qoyulması digər tədbirləri
də nəzərdə tuta bilər.
Maddə 88. Tərbiyəvi
xarakterli məcburi tədbirlər tətbiq etmə
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
88.2. Yetkinlik yaşına çatmayanlara
aşağıdakı tərbiyəvi xarakterli məcburi
tədbirlər tətbiq edilə bilər:
88.2.1. xəbərdarlıq;
88.2.2. valideynlərin və ya onları
əvəz edən şəxslərin və yaxud müvafiq
dövlət orqanının nəzarətinə vermək;
88.2.3. vurulmuş ziyanın aradan
qaldırılması vəzifəsini həvalə etmək;
88.2.4. yetkinlik yaşına
çatmayanın asudə vaxtını
məhdudlaşdırmaq və onun davranışı ilə
bağlı xüsusi tələblər müəyyən
etmək.
88.3. Yetkinlik yaşına çatmayana eyni
vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi
tədbirlər tətbiq edilə bilər. Bu
Məcəllənin 88.2.2 və 88.2.4-cü
maddələrində nəzərdə tutulmuş
tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi
müddəti bu tədbirləri təyin etmiş müvafiq
dövlət orqanı tərəfindən müəyyən
olunur.
88.4. Yetkinlik yaşına çatmayan
tərbiyəvi xarakterli məcburi tədbirləri
mütəmadi olaraq yerinə yetirmədikdə, müvafiq
dövlət orqanının təqdimatı əsasında
həmin tədbirlər ləğv edilir və materiallar
yetkinlik yaşına çatmayanın cinayət
məsuliyyətinə cəlb olunması üçün
məhkəməyə göndərilir.
Maddə 89. Yetkinlik
yaşına çatmayanın cəzadan azad edilməsi
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.
89.2. Məhkəmə az ağır
cinayət törətməyə görə məhkum
olunmuş yetkinlik yaşına çatmayanı yalnız
belə şəxslər üçün nəzərdə tutulmuş
qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsində və ya tibbi-tərbiyə
müəssisəsində yerləşdirməklə
cəzanın məqsədinə nail olmağı
mümkün hesab edərsə, həmin şəxsi
cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına
çatmayan göstərilən müəssisədə on
səkkiz yaşına çatana qədər, lakin
üç ildən artıq olmamaq şərti ilə
saxlanılır. [141]
89.3. Yetkinlik yaşına çatmayan islah
olunduqda və bununla bağlı qeyd edilən tədbirin
tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli
xüsusi təlim-tərbiyə müəssisəsinin və
ya tibbi-tərbiyə müəssisəsinin
müdiriyyətinin və yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın birgə
təqdimatına əsasən məhkəmə yetkinlik
yaşına çatmayanın vaxtından əvvəl həmin
müəssisədən buraxılması haqqında qərar
qəbul edə bilər. [142]
Maddə
90. Yetkinlik yaşına çatmayanların şərti
olaraq vaxtından əvvəl cəzadan azad edilməsi
90.0. İslah işlərinə, azadlığın məhdudlaşdırılmasına və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar: [143]
90.0.1. böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət
törətməyə görə təyin edilmiş cəza
müddətinin ən azı üçdə bir hissəsini
çəkdikdən sonra;
90.0.2. ağır cinayət
törətməyə görə təyin edilmiş cəza
müddətinin ən azı yarısını
çəkdikdən sonra;
90.0.3. xüsusilə ağır cinayət
törətməyə görə təyin edilmiş cəza
müddətinin ən azı üçdə iki hissəsini
çəkdikdən sonra tətbiq edilə bilər.
Maddə 90-1. Yetkinlik yaşına çatmayanların
cəzasının çəkilməmiş hissəsinin daha
yüngül cəza növü ilə əvəz edilməsi[144]
90-1.1. Böyük ictimai
təhlükə törətməyən və ya az
ağır cinayət törətməyə görə
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza çəkən yetkinlik
yaşına çatmayan şəxsin cəzasını
çəkdiyi dövrdə davranışını
nəzərə alaraq, məhkəmə cəzanın
çəkilməmiş hissəsini bu Məcəllənin
85.1-ci maddəsində nəzərdə tutulmuş
istənilən daha yüngül cəza növü ilə
əvəz edə bilər. Bu halda şəxs tamamilə
və ya qismən əlavə cəzadan da azad edilə
bilər.
90-1.2.
Yetkinlik yaşına çatmayanın cəzanın
çəkilməmiş hissəsinin daha yüngül
cəza növü ilə əvəz edilməsi, cəza
müddətinin ən azı dörddə bir hissəsi
çəkildikdən sonra tətbiq edilə bilər.
Maddə 91. Müddətin
keçməsi
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır.
Maddə 92. Məhkumluğun
ödənilməsi müddətləri[145]
92.0. Şərti məhkum etməyə
görə məhkumluq istisna olmaqla, məhkumluğun bu
Məcəllənin 83.3-cü maddəsində
nəzərdə tutulmuş müddətləri cinayət
törətmiş yetkinlik yaşına çatmayanlar
üçün qısaldılır və
aşağıdakı müddətlər keçdikdə
məhkumluq ödənilmiş hesab edilir:
92.0.1. azadlıqdan məhrum
etməyə nisbətən daha yüngül cəzanın
çəkilib qurtardığı gündən altı ay;
92.0.2. böyük ictimai
təhlükə törətməyən və ya az
ağır cinayət törətməyə görə
azadlıqdan məhrum etmə növündə cəzanın
çəkilib qurtardığı gündən bir il;
92.0.3. ağır və ya
xüsusilə ağır cinayət törətməyə
görə azadlıqdan məhrum etmə növündə
cəzanın çəkilib qurtardığı gündən
üç il keçdikdə.
Bölmə VI[146]
CİNAYƏT-HÜQUQİ
XARAKTERLİ DİGƏR TƏDBİRLƏR
15-ci fəsil
TİBBİ
XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
Maddə 93. Tibbi xarakterli
məcburi tədbirlərin tətbiq edilməsinin
əsasları
93.1. Məhkəmə
aşağıdakı şəxslərə tibbi xarakterli
məcburi tədbirlər təyin edir:[147]
93.1.1. Bu Məcəllənin 93.2-ci
maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu
olan şəxslərə;
93.1.2. cinayət
törətmiş, alkoqolizmdən və ya narkomaniyadan
müalicəyə ehtiyacı olan şəxslərə.
93.1-1. Şəxsin psixi pozuntusu ilə
əlaqədar tibbi xarakterli məcburi tədbirlər
məhkəmə tərəfindən:[148]
93.1-1.1. bu Məcəllənin Xüsusi
hissəsində nəzərdə tutulmuş əməli
(hərəkət və ya hərəkətsizliyi) anlaqsız
vəziyyətdə törətmiş şəxslərə;
93.1-1.2. cinayət törətdikdən
sonra cəzanın təyin edilməsini və ya onun
icrasını istisna edən psixi xəstəliyə
düçar olmuş şəxslərə;
93.1-1.3. cinayət
törətmiş və anlaqlılığı istisna
etməyən psixi pozuntu vəziyyətində olan
şəxslərə təyin edilir.
93.2. Bu Məcəllənin 93.1-1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərə tibbi
xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi
pozuntu şəxsin özünə və ya başqa
şəxslərə zərər yetirilməsi
təhlükəsi yaradır.[149]
93.3. Tibbi xarakterli məcburi
tədbirlərin tətbiqi qaydası Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunur.
93.4. Bu Məcəllənin 93.1-1-ci maddəsində
göstərilən və öz psixi vəziyyətinə
görə təhlükə törətməyən
şəxslər barəsində zəruri materiallar həmin
şəxslərin müalicə olunması üçün
və ya onların psixonevroloji müəssisələrə göndərilməsi
üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir. [150]
Maddə 93-1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə
ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli
məcburi tədbirlərin tətbiq edilməsi[151]
93-1.1. Alkoqolizmdən və ya
narkomaniyadan müalicəyə ehtiyacı olan
şəxslər barəsində tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsinin məqsədi həmin
şəxslərin müalicə olunması, səhhətinin
və psixoloji vəziyyətinin
yaxşılaşdırılması,
ixtisaslaşdırılmış tibbi yardım və sosial
qayğı göstərməklə onların normal həyat
tərzinə qaytarılması, gələcəkdə
həmin şəxslər tərəfindən insan psixikasına
təsir göstərən maddələrdən
sui-istifadənin və yeni cinayətlər
törədilməsinin qarşısının
alınmasından ibarətdir.
93-1.2. Alkoqolizm və ya
narkomaniyadan müalicə məqsədi ilə barəsində
tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş
şəxslərin müalicəsi Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
93-1.3. Bu Məcəllənin
74-1.1-ci maddəsində nəzərdə tutulmuş
şəxslər barəsində narkomaniya xəstəliyi
ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər
müvafiq icra hakimiyyəti orqanının tibb
müəssisələrində həyata keçirilir. [152]
93-1.4. Narkomaniya xəstəliyi ilə
əlaqədar barəsində tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilmiş şəxsin tam
sağalması nəticəsində həmin tədbirlərin
ləğv edilməsi zərurəti yarandıqda, yaxud davam
etdirilməsinə ehtiyac olduqda həmin tədbirlərin
tətbiqinin uzadılması və ya ləğv edilməsi
məsələsi həkim-məsləhət komissiyasının
rəyi əsasında müvafiq tibb müəssisəsinin
müdiriyyətinin təqdimatı ilə həmin
müəssisənin yerləşdiyi yer üzrə birinci
instansiya məhkəməsi tərəfindən həll edilir.
93-1.5. Narkomaniya xəstəliyi ilə
əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər
tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin
uzadılması və ya ləğv edilməsi
məsələsinin həll edilməsi məqsədi ilə
altı ayda bir dəfədən az olmayaraq
həkim-məsləhət komissiyasında baxışdan
keçirilməlidir. Həmin tədbirlərin
uzadılması və ya ləğv edilməsi
məsələsinə ilk dəfə müalicənin
başlandığı gündən altı ay
keçdikdən sonra baxılır.
93-1.6. Məhkəmə bu
Məcəllənin 93-1.4-cü maddəsində
nəzərdə tutulmuş məsələlər
üzrə qəbul edilmiş qərarları həmin
tədbirləri tətbiq etmiş məhkəməyə
göndərir.
93-1.7. Şəxs tibbi xarakterli
məcburi tədbirlərdən yayındıqda həmin
tədbirlərin həyata keçirildiyi tibb
müəssisəsinin müdiriyyəti bu barədə
həmin tədbirləri tətbiq etmiş
məhkəməyə yazılı məlumat verir.
Maddə
94. Psixi pozuntusu olan şəxslərə
tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsinin məqsədi[153]
Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
Maddə
95. Psixi pozuntusu olan şəxslərə
təyin edilən tibbi xarakterli məcburi
tədbirlərin növləri[154]
95.0. Məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:[155]
95.0.1. məcburi ambulatoriya
müşahidəsi və psixiatr müalicəsi;
95.0.2. ümumi tipli psixiatriya
stasionarlarında məcburi müalicə;
95.0.3. ixtisaslaşdırılmış
psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.4. ixtisaslaşdırılmış
psixiatriya stasionarlarında intensiv müşahidə altında
məcburi müalicə.
Maddə
96. Məcburi ambulatoriya müşahidəsi altında olma
və psixiatr tərəfindən müalicə edilmə
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Maddə 97. Psixiatriya
stasionarlarında məcburi müalicə olunma
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.
97.2. İntensiv müşahidə
tələb etməyən və öz psixi
vəziyyətinə görə stasionar müalicəyə
və müşahidəyə ehtiyacı olan şəxslər
barəsində ümumi tipli psixiatriya stasionarlarında
məcburi müalicə təyin edilə bilər.
97.3. Öz psixi vəziyyətinə
görə daimi müşahidə tələb edən
şəxslərə xüsusi
ixtisaslaşdırılmış psixiatriya stasionarlarında
məcburi müalicə təyin edilə bilər.
97.4. Öz psixi vəziyyətinə
görə ətrafdakılar və özü
üçün təhlükəli olan, intensiv və daimi
müşahidə tələb edən şəxslərə
ixtisaslaşdırılmış psixiatriya stasionarlarında
intensiv müşahidə altında məcburi müalicə
təyin edilə bilər.
Maddə
98. Psixi pozuntusu olan şəxslərə
təyin edilmiş tibbi xarakterli məcburi
tədbirlərin tətbiqinin uzadılması,
dəyişdirilməsi və ləğv edilməsi[156]
98.1. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilir.[157]
98.2. Psixi
pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli
məcburi tədbirlər təyin edilmiş şəxs bu
tədbirin tətbiqinin ləğv edilməsi və ya
dəyişdirilməsi məsələsinin həll
edilməsi məqsədi ilə altı ay müddətində
bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında
baxışdan keçirilməlidir. Tibbi xarakterli məcburi
tədbirlərin ləğv edilməsi və ya
dəyişdirilməsi üçün əsaslar olmadıqda
məcburi müalicəni həyata keçirən
müəssisənin müdiriyyəti məcburi
müalicənin müddətinin uzadılması haqqında
məhkəməyə öz rəyini təqdim edir.
Məcburi müalicənin ilk dəfə uzadılması
müalicənin başlandığı gündən altı
ay keçdikdən sonra həyata keçirilir, bundan sonra
məcburi müalicə müddətinin uzadılması
hər il həyata keçirilir.[158]
98.3. Şəxsin psixi vəziyyətinin
yaxşılaşması səbəbindən onun
barəsində əvvəllər təyin edilmiş tibbi
xarakterli məcburi tədbirlərin ləğv edilməsi
zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi
tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi
xarakterli məcburi tədbirlərin dəyişdirilməsi
və ya onların tətbiqinin ləğv edilməsi
məhkəmə tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi
tədbirlərin tətbiqi ləğv edildikdə məcburi
müalicə edilən şəxs barəsindəki
materialları məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
Maddə
99. Psixi pozuntusu olan şəxslərə
təyin edilmiş tibbi xarakterli məcburi
tədbirlərin tətbiqi müddətinin hesaba
alınması[159]
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır.
Fəsil 15-1[160]
Xüsusi müsadirə
Maddə 99-1. Xüsusi
müsadirə
99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri
aşağıda göstərilən əmlakın məhkəmənin
yekun qərarı ilə məcburi qaydada və
əvəzsiz olaraq dövlət nəfinə
alınmasıdır:
[161]
99-1.1.1. şəxsin cinayət
törədilərkən istifadə etdiyi alət və
vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət
və vasitələr istisna olmaqla); [162]
99-1.1.2. şəxsin cinayət yolu ilə
əldə etdiyi pul vəsaitləri və ya digər
əmlak, habelə həmin pul vəsaitləri və ya
digər əmlak hesabına əldə edilmiş
gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul
vəsaitləri və ya digər əmlak və ondan
əldə edilmiş gəlirlər istisna olmaqla);[163]
99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul
vəsaitləri və ya digər əmlakın
mülki-hüquqi əqdlərin bağlanması və ya
digər üsullarla tam və ya qismən çevrildiyi
digər əmlak və ya onun müvafiq hissəsi;
99-1.1.4. terrorçuluğun, qanunvericiliklə
nəzərdə tutulmayan silahlı
birləşmələrin və ya qrupların,
mütəşəkkil dəstələrin və ya
cinayətkar birliklərin (cinayətkar təşkilatların)
maliyyələşdirilməsi üçün
nəzərdə tutulan və ya istifadə olunan əmlak.
99-1.2. Məhkəmə hər bir cinayət işi
üzrə bu Məcəllənin 99-1.1-ci
maddələrində nəzərdə tutulmuş
müsadirə edilməli əmlakın olub-olmaması
məsələsini həll edir. Xüsusi müsadirə həm
fiziki, həm də hüquqi şəxslərə tətbiq
oluna bilər.
99-1.3. Cinayət törətmiş şəxs
tərəfindən özgəninkiləşdirilmiş və
ya hər hansı şəkildə digər
şəxslərə verilmiş, bu Məcəllənin
99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o
halda müsadirə edilir ki, həmin əmlakı alan
şəxs əmlakın cinayət yolu ilə əldə
edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul
etmişdir. Həmçinin bu
Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə
tutulan əmlak cinayət
törətmiş şəxs tərəfindən
hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən
əhəmiyyətli dərəcədə aşağı
qiymətə satıldıqda vicdanlı sahiblərin
hüquqlarına xələl gətirmədən
müsadirə edilir.[164]
Maddə 99-2. Əmlakın
dəyərinə görə xüsusi müsadirə[165]
Bu Məcəllənin 99-1.1-ci
maddəsində nəzərdə tutulmuş
müsadirə edilməli olan əmlak istifadə edildiyi,
özgəninkiləşdirildiyi və ya başqa
səbəblərdən dövlət nəfinə alına bilinmədiyi
halda həmin əmlakın dəyəri
məbləğində cinayət törətmiş şəxsə
məxsus olan digər əmlak məhkəmənin yekun
qərarı ilə xüsusi müsadirə edilir.[166]
Maddə 99-3. Cinayət
nəticəsində vurulmuş ziyanın müsadirə
edilmiş əmlak vasitəsilə ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll
olunarkən ilk növbədə cinayət
nəticəsində əmlakın qanuni sahibinə vurulmuş
ziyan ödənilməlidir.
99-3.2. Cinayət
nəticəsində əmlakın qanuni sahibinə vurulmuş
ziyan müsadirə edilmiş əmlak hesabına
ödənilməli, bundan sonra əmlakın qalan hissəsi
dövlət nəfinə alınmalıdır.
Müsadirə edilmiş əmlak cinayət
nəticəsində əmlakın qanuni sahibinə vurulmuş
ziyanın ödənilməsinə kifayət etmədiyi
və cinayət törətmiş şəxsin
müsadirə edilmiş əmlakdan başqa əmlakı
olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş
şəxsin həmin əmlakının hesabına
ödənilir.[167]
Fəsil 15-2
Hüquqi şəxslər
barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər
Maddə 99-4. Hüquqi
şəxslərə cinayət-hüquqi tədbirlərin
tətbiq olunmasının əsasları və
şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi
tədbirlər həmin hüquqi şəxsin xeyrinə
və ya onun maraqlarının qorunması üçün
aşağıdakı fiziki şəxslər
tərəfindən törədilən cinayətlərə
görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək
səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.2. hüquqi şəxsin adından qərarlar
qəbul etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə
nəzarət etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü
maddələrində nəzərdə tutulmuş
vəzifəli şəxslər tərəfindən
nəzarətin həyata keçirilməməsi
nəticəsində hüquqi şəxsin işçisi.
99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi
tədbirlərin tətbiqi həmin əməli
törətmiş və ya onun törədilməsində
hər hansı şəkildə iştirak etmiş fiziki
şəxsin cinayət məsuliyyətini istisna etmir.
99-4.3. Bu Məcəllənin 99-4.1-ci maddəsində
nəzərdə tutulmuş fiziki şəxs barəsində
qanunla müəyyən edilmiş hallarda cinayət
təqibinə xitam verilməsi hüquqi şəxsə
cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur.[168]
99-4.4. Dövlət, bələdiyyələr,
həmçinin beynəlxalq təşkilatlar barəsində
cinayət-hüquqi tədbirlər tətbiq edilə
bilməz.
99-4.5. Hüquqi şəxslərə cinayət-hüquqi
tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2,
144-3, 167–169, 169-1, 170–171-2,
192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1,
214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261,
271–284, 303.2,
308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı
maddələri ilə nəzərdə tutulmuş
əməllərin törədilməsinə görə
tətbiq edilir.[169]
99-4.6. Məhkəmə tərəfindən
cinayət-hüquqi tədbirin təyin edilməsi ilə
bağlı qərar qəbul olunanadək hüquqi
şəxs yenidən təşkil olunduqda cinayət-hüquqi
tədbirlər hüquqi şəxsin hüquqi varisinə
təyin olunur. Məhkəmə tərəfindən
cinayət-hüquqi tədbirin təyin edilməsi ilə
bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana
və ya ləğv olunanadək hüquqi şəxsin
yenidən təşkil olunması, yaxud
təsisçilərinin (iştirakçılarının)
və ya hüquqi şəxsin nizamnamə ilə vəkil
edilmiş orqanının qərarı ilə ləğv edilməsi
qadağandır.
Maddə 99-5. Hüquqi
şəxslərə tətbiq edilən cinayət-hüquqi
tədbirlərin növləri
99-5.1. Hüquqi şəxslərə tətbiq edilən
cinayət-hüquqi tədbirlər
aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-1-ci fəsli ilə
müəyyən edilmiş qaydada tətbiq edilir.[170]
99-5.3. Hüquqi şəxsi ləğv etmə
cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə
həm əsas, həm də əlavə, hüquqi
şəxsi müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və
xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi
tədbir növü kimi tətbiq olunur.
99-5.4. Hüquqi
şəxsə tətbiq olunacaq cinayət-hüquqi
tədbirin növü və həddi müəyyən
olunarkən aşağıdakı hallar nəzərə
alınır: [171]
99-5.4.1. cinayətin
ictimai təhlükəliliyinin xarakteri və
dərəcəsi;
99-5.4.2.
cinayət nəticəsində hüquqi şəxsin
əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının
təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.4.3.
cinayətlərin sayı və onun (onların)
nəticələrinin ağırlığı;
99-5.4.4.
cinayətin açılması, onun
iştirakçılarının ifşa edilməsi,
cinayət nəticəsində əldə edilmiş
əmlakın axtarışı və tapılmasına
kömək etmə;
99-5.4.5. cinayət
nəticəsində dəymiş maddi və mənəvi
zərərin könüllü olaraq ödənilməsi
və ya aradan qaldırılması,
zərərçəkmiş şəxsə dəymiş
zərərin azaldılmasına yönəldilmiş
hüquqi şəxs tərəfindən görülən
digər tədbirlər.
99-5.4.6.
hüquqi şəxsi xarakterizə edən hallar, o
cümlədən əvvəllər onun barəsində
cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud
xeyriyyəçilik və ya digər ictimai faydalı
fəaliyyətlə məşğul olması.
99-5.5. Əvvəllər barəsində
cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi
şəxsə yenidən cərimə və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə
cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq
olaraq bu Məcəllənin 99-6.3-cü və 99-7.2-ci
maddələrində nəzərdə tutulmuş
cinayət-hüquqi tədbirlərin aşağı və
yuxarı həddinin orta həddindən aşağı
cinayət-hüquqi tədbir təyin edilə bilməz.
Maddə 99-6. Cərimə
99-6.1. Hüquqi şəxslərə tətbiq
edilən cinayət-hüquqi tədbir qismində cərimə
bu Məcəllə ilə müəyyən edilmiş hallarda
və məbləğdə məhkəmə
tərəfindən təyin edilən və dövlət
nəfinə keçirilən məcburi pul tutulmasından
ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4
və 99-8.3-cü maddələrində göstərilən
hallar və hüquqi şəxsin maliyyə-iqtisadi
vəziyyəti nəzərə alınmaqla əlli min manatdan
iki yüz min manatadək miqdarda və ya cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) bir mislindən beş mislinədək
miqdarda müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə
növündə cinayət-hüquqi tədbir
aşağıdakı hədlərdə təyin edilir:
99-6.3.1. böyük ictimai təhlükə
törətməyən cinayətlərə görə -
əlli min manatdan yetmiş beş min manatadək, yaxud
cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) bir mislindən iki
mislinədək miqdarda;
99-6.3.2. az ağır cinayətlərə görə
- yetmiş beş min manatdan yüz min manatadək, yaxud
cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) iki mislindən üç
mislinədək miqdarda;
99-6.3.3. ağır cinayətlərə görə -
yüz min manatdan yüz iyirmi beş min manatadək, yaxud cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) üç mislindən dörd
mislinədək miqdarda;
99-6.3.4. xüsusilə ağır
cinayətlərə görə - yüz iyirmi beş min
manatdan yüz əlli min manatadək miqdarda, yaxud cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) dörd mislindən beş
mislinədək miqdarda.
99-6.4. Hüquqi şəxsə tətbiq edilən
cərimə onun əmlakının dəyərinin yarıdan
çox hissəsini təşkil edə bilməz.
Maddə 99-7. Hüquqi
şəxsi müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə
99-7.1. Hüquqi şəxsi müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə sahibkarlıq fəaliyyətinin
müəyyən növünü həyata
keçirməyə icazə verən xüsusi
razılığın (lisenziyanın) və ya xüsusi
icazənin ləğv edilməsindən, müəyyən
əqdlərin bağlanılmasının, səhm və ya
digər qiymətli kağızların
buraxılmasının, dövlətdən subsidiyaların
və ya başqa güzəştlərin əldə
edilməsinin və ya digər fəaliyyətlə məşğul
olmanın qadağan edilməsindən ibarətdir.
99-7.2. Hüquqi şəxsi müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə bu Məcəllənin 99-5.4-cü maddəsində göstərilən
hallar nəzərə alınmaqla hüquqi şəxsin
müəyyən fəaliyyətlə məşğul olma
hüququnun saxlanılması qeyri-mümkün hesab
edildikdə aşağıdakı müddətlərə
təyin edilir:[172]
99-7.2.1. böyük ictimai təhlükə
törətməyən cinayətlərə görə - bir
ildən iki ilədək müddətə;
99-7.2.2. az ağır cinayətlərə görə
- iki ildən üç ilədək müddətə;
99-7.2.3. ağır cinayətlərə görə -
üç ildən dörd ilədək müddətə;
99-7.2.4. xüsusilə ağır
cinayətlərə görə - dörd ildən beş
ilədək müddətə.
Maddə 99-8. Hüquqi şəxsi
ləğv etmə
99-8.1. Hüquqi şəxsi ləğv etmə
hüquqi şəxsin xeyrinə və ya onun
maraqlarının qorunması üçün
törədilən cinayətlə əlaqədar onun mövcudluğuna
və fəaliyyətinə, hüquq və
vəzifələri hüquq varisliyi qaydasında başqa
şəxslərə keçmədən xitam verilməsindən
ibarət müstəsna cinayət-hüquqi tədbirdir.
99-8.2. Hüquqi şəxsi ləğv etmə
həmin hüquqi şəxs mütəmadi olaraq
cinayətlərin törədilməsində və ya
cinayətin izlərinin, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitləri və ya digər
əmlakın gizlədilməsində istifadə edildikdə
və ya onun əmlakının yarıdan çox hissəsi
bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən
müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq
olunur.
99-8.3. Hüquqi şəxsi ləğv etmə
növündə cinayət-hüquqi tədbir təyin edildikdə
əlavə cinayət-hüquqi tədbir qismində bu
Məcəllənin 99-6.4-cü maddəsi nəzərə
alınmaqla iki yüz min manat miqdarında cərimə
təyin edilir.
99-8.4. Hüquqi şəxsi ləğv etmə siyasi
partiyalara və həmkarlar ittifaqına, dövlət
(bələdiyyə) müəssisələrinə və ya səhmlərinin
(paylarının) nəzarət zərfi dövlətə
(bələdiyyəyə) məxsus olan hüquqi
şəxslərə tətbiq edilmir.
Maddə 99-9. Hüquqi
şəxsin cinayət-hüquqi tədbirlərin
tətbiqindən azad edilməsi
Hüquqi şəxsin xeyrinə və ya
onun maraqlarının qorunması üçün cinayət
törətmiş şəxs bu Məcəllənin 75-ci
maddəsi ilə nəzərdə tutulmuş qaydada
müddətin keçməsi ilə bağlı cinayət
məsuliyyətindən azad edildikdə, hüquqi şəxs
barəsində cinayət-hüquqi tədbirlər tətbiq
edilə bilməz.
Maddə 99-10. Hüquqi şəxsin
əvvəllər barəsində cinayət-hüquqi
tədbir tətbiq olunmamış hesab edilməsi
üçün tələb olunan müddət
99-10.1. Hüquqi şəxs aşağıdakı
hallarda əvvəllər barəsində cinayət-hüquqi
tədbir tətbiq olunmamış hesab edilir:
99-10.1.1. böyük ictimai təhlükə
törətməyən cinayətə görə barəsində
cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi
şəxs həmin cinayət-hüquqi tədbirin
icrasını bitirdiyi gündən bir il keçdikdə;
99-10.1.2. az ağır cinayətə görə
barəsində cinayət-hüquqi tədbir tətbiq
olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi
tədbirin icrasını bitirdiyi gündən iki il
keçdikdə;
99-10.1.3. ağır cinayətə görə
barəsində cinayət-hüquqi tədbir tətbiq
olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi
tədbirin icrasını bitirdiyi gündən etibarən
altı il keçdikdə;
99-10.1.4. xüsusilə ağır
cinayətə görə barəsində cinayət-hüquqi
tədbir tətbiq olunmuş hüquqi şəxs həmin
cinayət-hüquqi tədbirin icrasını bitirdiyi
gündən etibarən səkkiz il keçdikdə.
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR [173]
16-cı fəsil
SÜLH
VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR [174]
Maddə
100. Təcavüzkar müharibəni planlaşdırma,
hazırlama, başlama və ya aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
səkkiz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [175]
100.2. Təcavüzkar müharibəni
aparma—
on iki ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [176]
Maddə 101. Təcavüzkar
müharibəni başlamağa açıq
çağırışlar
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[177]
101.2. Eyni əməllər mediadan istifadə etməklə
və ya vəzifəli şəxs tərəfindən
törədildikdə—[178]
üç ilədək müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə
102. Beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum
etmə
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi məqsədi ilə törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 103. Soyqırım
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—
on dörd
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [179]
Maddə 104.
Soyqırımın törədilməsinə təhrik
etmə
Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 105. Əhalini məhv
etmə
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə—
on dörd
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd: Bu fəslin 105—113-cü maddələrində
nəzərdə tutulan istər sülh, istərsə də
müharibə zamanı hər hansı mülki əhaliyə
qarşı genişmiqyaslı və ya sistematik
hücumların tərkib hissəsi olaraq qəsdən
törədilmiş əməllər insanlıq
əleyhinə cinayətlər hesab edilir.[180]
Maddə 106. Köləlik
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
106.2. Eyni əməllər yetkinlik
yaşına çatmayana qarşı və ya şəxsi
xarici ölkəyə daşımaq məqsədi ilə
törədildikdə—
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
106.3. Kölə ticarəti, yəni
şəxsi köləliyə yönəltmək və ya
kölə kimi istifadə etmək, satmaq və ya
dəyişdirmək məqsədi ilə saxlama, onun
barəsində sərəncam vermə, habelə kölə
ticarəti və kölələrin daşınması
ilə bağlı hər hansı bir əməl,
eləcə də cinsi köləlik və ya köləlik
əsasında cinsi azadlığa qəsd edən əməl—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 107. Əhalini
deportasiya etmə və ya məcburi köçürmə
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma—
on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 108. Cinsi
zorakılıq
Şəxslərə qarşı zorlama,
fahişəliyə məcbur etmə, məcburi sterilizasiya
və ya cinsi zorakılıqla əlaqədar digər
hərəkətləri etmə—
on iki ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Hər hansı əhalinin etnik tərkibini
dəyişdirmək məqsədi və ya beynəlxalq
hüququn başqa ciddi pozuntuları ilə müşahidə
olunan zorla hamilə edilmiş qadını qanunsuz azadlıqdan
məhrum etmə -
on iki ildən
iyirmi ilədək
azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 109. Təqib
Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayәtlәrlә əlaqədar olduqda— [182]
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 110. İnsanları
zorakılıqla yoxa çıxarma
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə—
on ildən iyirmi müddətə azadlıqdan
məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [183]
Maddə 111. İrqi
ayrıseçkilik (aparteid)
111.0. Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə:
111.0.1. irqi qrupa və ya qruplara mənsub
olan şəxslərin yaşamaq və azadlıq
hüquqlarını inkar etmə, yəni irqi qrupa və ya
qruplara mənsub olan şəxsləri öldürmə,
onların sağlamlığına ağır zərər
vurma və ya əqli qabiliyyətlərinə ciddi
zərər vurma, işgəncə və ya qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və
ya cəza tətbiq etmə, yaxud özbaşınalıqla
həbs və qanunsuz olaraq azadlıqdan məhrum etmə;
111.0.2. irqi qrupun və ya qrupların,
bütövlükdə və ya qismən, fiziki məhvi
ilə nəticələnə biləcək
yaşayış şəraiti yaratma;
111.0.3. irqi qrupun və ya qrupların
ölkənin siyasi, sosial, iqtisadi və mədəni
həyatında iştirakının qarşısını
almaq, habelə qrupa və ya qruplara mənsub olan şəxslərin
işləmək, həmkarlar təşkilatlarını
yaratmaq, təhsil almaq, ölkədən getmək və
ölkəyə qayıtmaq, vətəndaşlıq,
hərəkət etmək və yaşayış yerini
seçmək, fikir və söz azadlığı, toplaşmaq
və birləşmək hüquqları daxil olmaqla əsas
insan hüquq və azadlıqlarını inkar etməklə
tam inkişafın qarşısını almaq
məqsədilə hər hansı qanunverici və digər
tədbiri həyata keçirmə;
111.0.4. düşərgə və
qettoların yaradılması ilə əhalini irqi qruplara
bölmək, irqi qruplar arasında qarışıq
nikahları qadağan etmək, irqi qrupa və ya qruplara və
ya onların üzvlərinə mənsub olan torpaq
sahələrini onların razılığı olmadan almaq
məqsədilə, qanunverici tədbirlər daxil olmaqla,
hər hansı bir tədbiri həyata keçirmə;
111.0.5. irqi qrupa və ya qruplara mənsub
olan şəxslərin əməyini istismar etmə;
111.0.6. aparteidə qarşı
çıxan şəxsləri və təşkilatları,
əsas hüquq və azadlıqlardan məhrum etmə
vasitəsilə təqib etmə—
on iki ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 112. Beynəlxalq
hüquq normalarına zidd azadlıqdan məhrum etmə
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 113.
İşgəncə
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə—
yeddi ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
17-ci fəsil
Maddə 114. Muzdluluq
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə—
səkkiz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[184]
114.2. Eyni əməllər vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə və ya yetkinlik yaşına
çatmayan barəsində törədildikdə—
doqquz ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[185]
114.3. Muzdlunun hərbi
münaqişədə və ya hərbi əməliyyatlarda
iştirakı—
beş ildən on bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[186]
Qeyd:
1. Bu fəsildə nəzərdə
tutulmuş istər beynəlxalq, istərsə də daxili
silahlı münaqişə zamanı hərbi
əməliyyatların planlaşdırılması, hazırlanması,
başlanması və ya aparılması ilə
əlaqədar olaraq törədilmiş əməllər
müharibə cinayətləri hesab olunur.
2. Muzdlu dedikdə, hərbi
münaqişədə və hərbi əməliyyatlarda
iştirak edən dövlətin vətəndaşı
olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi
vəzifələrin yerinə yetirilməsi üçün
göndərilməyən, maddi mükafat əldə etmək
məqsədilə fəaliyyət göstərən
şəxslər nəzərdə tutulur.
Maddə 115. Müharibə
qanunlarını və adətlərini pozma
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
115.2. Bu Məcəllənin 115.1-ci
maddəsində nəzərdə tutulmuş
şəxslərə işgəncə vermə, onlarla qəddar
və ya qeyri-insani rəftar etmə və ya onların
üzərində tibbi, bioloji və başqa tədqiqatlar
aparma, o cümlədən daxili orqanları
köçürmə üçün çıxarma və
ya öz qoşunlarını və ya obyektləri hərbi
əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər
kimi istifadə etmə, yaxud belə şəxsləri girov
kimi saxlama və ya mülki əhalini məcburi
işlərə cəlb etmə və ya digər
məqsədlər üçün qanuni yerləşdiyi
yerlərdən məcburi köçürmə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
115.3. Bu Məcəllənin 115.1 və
115.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər şəxslərin ölümünə
və ya sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda—
on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır .
115.4. Bu Məcəllənin 115.1-ci
maddəsində göstərilən şəxsləri
qəsdən öldürmə—
on dörd
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır . [187]
Maddə 116. Silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma
116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:
116.0.1. mühüm dağıntılara
səbəb ola bilən müharibə üsullarından
istifadə etmə;
116.0.2. ətraf mühitə qəsdən
geniş, uzun sürən və ciddi ziyan vurma;
116.0.3. sülh məramlı
tədbirlərin həyata keçirilməsinə və ya
humanitar yardımın göstərilməsinə cəlb
olunmuş şəxsi heyətə, o cümlədən
Qızıl Xaç və Qızıl Aypara
fərqləndirici emblemləri olan heyətə,
tikililərə, qurğulara, nəqliyyat
vasitələrinə, tibbi əmlaka hücum etmə;[188]
116.0.4. hərbi əməliyyatların
aparılması üsulu kimi mülki əhali arasında
yaranmış aclıqdan istifadə etmə;
116.0.5. yetkinlik yaşına
çatmayanları silahlı qüvvələrə cəlb
etmə;
116.0.6. hərbi zərurətdən
irəli gəlməyən geniş miqyaslı
dağıntılar törətmə;
116.0.7. müdafiə olunmayan
ərazilərə, yaşayış
məntəqələrinə və
silahsızlaşdırılmış zonalara hücum
etmə;
116.0.8. hərbi hədəf
olmayan, aydın görünən və
fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb
obyektlərinə, xəstə və yaralıların
yerləşdirildiyi yerlərə hərbi zərurət
olmadan hücum etmə;[189]
116.0.8-1. hərbi zərurət olmadan
qəsdən mədəni sərvəti, o cümlədən
gücləndirilmiş mühafizə altında olan
mədəni sərvəti hücum obyektinə
çevirmə, yaxud gücləndirilmiş mühafizə
altında olan mədəni sərvətdən və ya ona
bilavasitə bitişik ərazilərdən hərbi
əməliyyatların dəstəklənməsi
üçün istifadə etmə;
116.0.8-2. mədəni sərvəti
qəsdən böyük həcmdə dağıtma və ya
mənimsəmə, yaxud mədəni sərvətə
münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz
mənimsəmə və ya vandalizm aktları
törətmə;
116.0.8-3. mədəni
sərvəti işğal edilmiş ərazidən qanunsuz
çıxarma, yaxud həmin ərazidə olan mədəni
sərvətə mülkiyyət hüququnu başqasına
vermə və ya ona xitam vermə; mədəni sərvətin
bilavasitə qorunması, uçotu və ya saxlanılması
tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş
ərazidə hər hansı arxeoloji qazıntı aparma;
mədəni sərvətin mədəni, tarixi və ya elmi
xarakterini gizlətmək və ya məhv etmək
məqsədi ilə onu modifikasiya etmə və ya ondan
istifadə növünü dəyişdirmə.[190]
116.0.9. müvəqqəti
barışıq haqqında və ya həlak olanların
və yaralıların döyüş meydanından
aparılması, dəyişdirilməsi və ya
daşınması məqsədilə döyüş
əməliyyatlarının dayandırılması
barədə sazişi pozma;
116.0.10. mülki əhaliyə və ya
döyüşlərdə iştirak etməyən
ayrı-ayrı mülki şəxslərə hücum
etmə;
116.0.11. hərbi əməliyyat
bölgələrində əhaliyə qarşı
zorakılıq göstərmə, quldurluq etmə,
əmlaklarını məhv etmə, habelə hərbi
zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq
alma;
116.0.12. dağıdılması mülki
əhali arasında böyük itkilərə səbəb ola
bilən və ya mülki obyektlərə əhəmiyyətli
zərər vura bilən qurğulara hücum etmə;
116.0.13. hərbi əməliyyatlarda
birbaşa iştirakını təqsirkar üçün
aşkar surətdə dayandırmış, həmçinin
silahı olmayan və ya silahını yerə qoymaqla
təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən
müqavimət göstərə bilməyən
şəxsə hücum etmə;
116.0.14. işqal olunmuş
ərazilərdə öz mülki əhalisinin bir hissəsini
yerləşdirmə;
116.0.15. hərbi əsirlərin və
mülki şəxslərin vətənə
qaytarılmasını əsassız olaraq gecikdirmə;
116.0.16. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrlə
qadağan edilmiş silahları, müharibə
vasitələrini və üsullarını silahlı
münaqişələrdə tətbiq etmə;
116.0.17. zorlama, cinsi köləlik,
məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi
hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar
başqa hərəkətlər etmə; [191]
116.0.18. bu Məcəllənin 115.1-ci
maddəsində göstərilən şəxsləri
beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə
və ya başqa cür azadlıqdan məhrum etmə,
habelə prosessual hüquqlardan məhrum etmə—
on ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [192]
Qeyd: Bu Məcəllənin
116.0.8-1-116.0.8-3-cü maddələrində “mədəni
sərvət” dedikdə, aşağıdakılar başa
düşülür:[193]
1. hər
bir xalqın mədəni irsi üçün böyük
əhəmiyyəti olan daşınar və ya daşınmaz
sərvətlər (memarlıq, incəsənət və ya
tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji
qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət
kəsb edən memarlıq ansamblları; incəsənət
əsərləri; bədii, tarixi və ya arxeoloji
əhəmiyyəti olan əlyazmalar, kitablar və digər
əşyalar; həmçinin elmi kolleksiyalar və ya kitab
və arxiv materiallarının, yaxud yuxarıda
göstərilən sərvətlərin
reproduksiyalarının mühüm kolleksiyaları);
2. bu
“Qeyd”in 1-ci bəndində göstərilmiş, əsas və
həqiqi məqsədi daşınar mədəni sərvətlərin
saxlanması və ya sərgilənməsi olan binalar
(muzeylər, iri kitabxanalar, arxivlər, habelə həmin
bənddə göstərilmiş daşınar mədəni
sərvətləri silahlı münaqişə zamanı
saxlamaq üçün istifadə olunan
sığınacaqlar);
3. bu “Qeyd”in 1-ci və 2-ci
bəndlərində göstərilmiş mədəni
sərvətlərin çox olduğu “mədəni
sərvətlərin cəmləşdiyi mərkəz”
adlandırılan mərkəzlər.
Maddə
117. Silahlı münaqişə zamanı
hərəkətsizlik etmə və ya cinayətkar əmr
vermə
117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
117.2. Döyüş
bölgələrində heç kəsin sağ
buraxılmayacağını bəyan etmə və ya bu
barədə tabeliyində olan şəxsə və ya bu
Məcəllənin 115—116-cı maddələrində
nəzərdə tutulan cinayətlərin edilməsinə
yönəldilən bilə-bilə cinayətkar əmr və
ya sərəncam vermə—
on iki ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır
Maddə 118. Hərbi
soyğunçuluq
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) —
üç ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 119. Müdafiə
olunan nişanlardan sui-istifadə
119.1. Hərbi münaqişə
dövründə müdafiə nişanı və ya
fərqləndirici nişan qismində Qırmızı
Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici
siqnallardan, Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara hərəkatının prinsipləri
ilə bir araya sığmayan məqsədlər
üçün Qızıl Xaç və Qızıl Aypara
emblemlərindən və onların adlarından,
müdafiə nişanı qismində istifadə edilən
Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi
qəbul edilə biləcək hər hansı oxşar
siqnallardan istifadə etmək hüququ olmayan
şəxslər tərəfindən istifadə etmə—[194]
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
119.2. Ağ bayraqdan, Birləşmiş
Millətlər Təşkilatının bayraq, nişan və
ya geyimlərindən, o cümlədən 1949-cü il tarixli
Cenevrə Konvensiyaları ilə müdafiə olunan
fərqləndirici nişanlardan sui-istifadə etmə, bu
əməllər zərərçəkmiş şəxsin
ölümünə və ya onun sağlamlığına
ağır zərər vurulmasına səbəb olduqda—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
SƏKKİZİNCİ BÖLMƏ
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
18-ci fəsil
HƏYAT
VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 120. Qəsdən adam
öldürmə
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—
doqquz ildən on
dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[195]
120.2. Qəsdən:
120.2.1. bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat)
tərəfindən adam öldürmə;
120.2.2. xuliqanlıq niyyəti ilə adam
öldürmə;
120.2.3. zərərçəkmiş
şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu
yerinə yetirməsi ilə əlaqədar onun
özünü və ya yaxın qohumlarını öldürmə;
120.2.4. xüsusi amansızlıqla və ya
ümumi təhlükəli üsulla adam öldürmə;
120.2.5. tamah məqsədi ilə və ya
sifarişlə, habelə zərərçəkmiş
şəxsin orqanlarından və ya toxumalarından
istifadə etmək məqsədi ilə adam öldürmə;
120.2.6. başqa cinayəti gizlətmə
və ya onun törədilməsini
yüngülləşdirmə məqsədi ilə, habelə
zorlama və ya seksual xarakterli başqa zorakı
hərəkətlərlə əlaqədar adam
öldürmə;—
120.2.7. iki və ya daha çox
şəxsi öldürmə;
120.2.8. təqsirkar şəxs
üçün aşkar surətdə hamilə
vəziyyətində olan qadını öldürmə;
120.2.9. təqsirkar şəxs
üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı öldürmə, habelə
adam oğurluğu və ya girov götürülməsi
ilə bağlı adam öldürmə;
120.2.10. təkrar adam öldürmə;
120.2.11. quldurluq, hədə-qorxu ilə
tələb etmə, terrorçuluq və ya banditizmlə
əlaqədar adam öldürmə; [196]
120.2.12. milli, irqi, dini ədavət və ya
düşmənçilik niyyəti ilə adam
öldürmə—
on dörd
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [197]
Qeyd: Bu Məcəllənin maddələri ilə
qəsdən adam öldürməyə görə
məsuliyyət müəyyən olunmuş
cinayətlərdən hər hansı birini və ya bir neçəsini
törətmiş şəxs tərəfindən bu
Məcəllənin 120-ci maddəsi ilə nəzərdə
tutulmuş cinayətin yenidən törədilməsi onun
təkrar törədilməsi hesab olunur.
Maddə 121. Ananın yeni
doğduğu uşağı qəsdən
öldürməsi
Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi—
üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [198]
Maddə
122. Qəflətən baş vermiş güclü ruhi
həyəcan vəziyyətində qəsdən adam
öldürmə
122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə—
iki ilədək müddətə islah
işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[199]
122.2. Güclü ruhi həyəcan
vəziyyətində iki və ya daha çox şəxsi
qəsdən öldürmə—
üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
123. Zəruri müdafiə həddini və ya cinayət
törətmiş şəxsin tutulması üçün
zəruri həddi aşmaqla adam öldürmə
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə—
iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[200]
123.2. Cinayət törətmiş
şəxsin tutulması üçün zəruri həddi
aşmaqla qəsdən adam öldürmə—
iki ilədək müddətə islah
işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [201]
Maddə 124.
Ehtiyatsızlıqdan adam öldürmə
124.1. Ehtiyatsızlıqdan adam öldürmə—
iki ilədək müddətə islah
işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[202]
124.2. Ehtiyatsızlıqdan iki və ya daha
çox adamı öldürmə—
iki ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 125. Özünü
öldürmə həddinə çatdırma KMQ20
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[203]
Maddə 126. Qəsdən
sağlamlığa ağır zərər vurma
126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
126.2. Eyni əməllər:
126.2.1. iki və ya daha çox
şəxsə qarşı, habelə təkrar və ya bir
qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən
törədildikdə;
126.2.2. zərərçəkmiş
şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu
yerinə yetirməsi ilə əlaqədar onun özü
və ya yaxın qohumları barəsində
törədildikdə;
126.2.3. xüsusi amansızlıqla, o
cümlədən zərərçəkmiş
şəxsə ağır iztirablar verməklə və ya
sifarişlə, habelə təqsirkar üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan
şəxsə qarşı törədildikdə;
126.2.4. ümumi təhlükəli
üsulla, xuliqanlıq niyyətilə;
126.2.5. zərərçəkmiş
şəxsin orqanlarından və ya toxumalarından
istifadə etmək məqsədilə törədildikdə—
altı ildən on bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
126.3. Bu Məcəllənin 126.1 və
126.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
doqquz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [204]
Maddə 127. Qəsdən
sağlamlığa az ağır zərər vurma
127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—[205]
iki ilədək müddətə islah
işləri və ya eyni müddətə
azadlığın məhdudlaşdırılması
və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[206]
127.2. Eyni əməllər:
127.2.1. zərərçəkmiş
şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu
yerinə yetirməsi ilə əlaqədar onun özü
və ya yaxın qohumları barəsində
törədildikdə;
127.2.2. xüsusi amansızlıqla, o
cümlədən zərərçəkənə
ağır iztirablar verməklə və ya sifarişlə,
habelə təqsirkar üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan şəxs
barəsində törədildikdə;[207]
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq
niyyəti ilə törədildikdə;[208]
127.2.4. zərərçəkmiş
şəxsin orqanlarından və ya toxumalarından
istifadə etmək məqsədi ilə
törədildikdə;
bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [209]
Maddə 128. Qəsdən
sağlamlığa yüngül zərər vurma
Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—[210]
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya iki yüz
qırx saatdan üç yüz altmış saatadək
ictimai işlər və ya bir ilədək müddətə
islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[211]
Qeyd: Bu maddədə nəzərdə
tutulmuş əməli ilk dəfə törətmiş
şəxs zərərçəkmiş şəxslə
barışdıqda və ona dəymiş ziyanı
tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad olunur. [212]
Maddə
129. Qəflətən baş vermiş güclü ruhi
həyəcan vəziyyətində qəsdən
sağlamlığa ağır və ya az ağır
zərər vurma
129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma—
min beş yüz manatdan iki min
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[213]
129.2. Zərərçəkmiş
şəxs tərəfindən edilən zorakılıq,
ağır təhqir və ya sair qanunsuz və ya
əxlaqsız hərəkətlər
(hərəkətsizlik) nəticəsində, habelə
zərərçəkmiş şəxsin mütəmadi
qanunsuz və ya əxlaqsız davranışı ilə
əlaqədar yaranmış uzunsürən
dözülməz psixi şərait nəticəsində
qəflətən baş vermiş güclü ruhi
həyəcan (affekt) vəziyyətində qəsdən
sağlamlığa az ağır zərər vurma—
min manatdan min beş yüz
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[214]
Maddə
130. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa
ağır və ya cinayət törətmiş
şəxsin tutulması üçün zəruri həddi
aşmaqla sağlamlığa ağır və ya az
ağır zərər vurma[215]
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—
min manatdan iki min manatadək
miqdarda cərimə və ya bir ilədək müddətə islah
işləri və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[216]
130.2. Cinayət törətmiş
şəxsin tutulması üçün zəruri həddi
aşmaqla qəsdən sağlamlığa ağır və
ya az ağır zərər vurma—[217]
min beş yüz manatdan iki min
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[218]
Maddə 131.
Ehtiyatsızlıqdan sağlamlığa az ağır
və ya ağır zərər vurma[219]
131.1. Ehtiyatsızlıqdan
sağlamlığa az ağır zərər vurma—[220]
yeddi yüz manatdan min iki yüz manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[221]
131.2. Ehtiyatsızlıqdan
sağlamlığa ağır zərər vurma—
min iki yüz manatdan iki min
dörd yüz
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[222]
Maddə 132. Döymə[223]
Bu Məcəllənin 128-ci maddəsində
göstərilən nəticələrə səbəb
olmayan qəsdən döymə və ya sair zorakı
hərəkətlərlə fiziki ağrı yetirmə—
iki yüz manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatadək müddətə ictimai
işlər və ya bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[224]
Maddə 133. Əzab vermə[225]
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—
iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[226]
133.2. Eyni əməllər:
133.2.1. iki və ya daha çox
şəxsə qarşı və ya girov
götürülən yaxud oğurlanmış
şəxsə qarşı və ya sifarişlə
törədildikdə;
133.2.2. aşkar surətdə hamilə
vəziyyətində olan qadın barəsində
törədildikdə;
133.2.3. bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat)
tərəfindən törədildikdə;
133.2.4. təqsirkar şəxs
üçün aşkar surətdə yetkinlik yaşına
çatmayan, habelə köməksiz vəziyyətdə olan
şəxsə qarşı törədildikdə;
133.2.5. zərərçəkmiş
şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu
yerinə yetirməsi ilə əlaqədar onun özü
və ya yaxın qohumlarına qarşı
törədildikdə;
133.2.6. işgəncə verməklə
törədildikdə —[227]
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[228]
133.3. Bu Məcəllənin 133.1 və
133.2-ci maddələri ilə nəzərdə tutulan
əməllər şəxsdən məlumat almaq və ya onu
etirafa məcbur etmək, yaxud törətdiyi və ya
törədilməsində şübhə doğurduğu
əmələ görə həmin şəxsi
cəzalandırmaq məqsədi ilə öz qulluq
mövqeyindən istifadə etməklə vəzifəli
şəxs tərəfindən və ya onun təhriki ilə
törədildikdə —
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[229]
Maddə 134.
Öldürməklə və ya sağlamlığa
ağır zərər vurmaqla hədələmə
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[230]
Maddə 135. Evtanaziya
Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma—
iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
136. Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə,
tibbi sterilizasiya
136.1. Qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə—
dörd min manatdan yeddi min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[231]
136.2. Şəxsin razılığı
olmadan onun üzərində tibbi sterilizasiya, yəni
şəxsin nəsilartırma qabiliyyətindən məhrum
edilməsi, yaxud qadının hamiləlikdən qorunması
məqsədi ilə əməliyyat aparma—
beş yüz manatdan min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[232]
136.2-1. Bu Məcəllənin 136.1-ci
və 136.2-ci maddələri ilə nəzərdə tutulan
əməllər ehtiyatsızlıqdan şəxsin
sağlamlığına ağır və ya az ağır
zərər vurulmasına səbəb olduqda -
iki ilədək
müddətə islah işləri və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[233]
136.3. Bu Məcəllənin 136.1 və
136.2-ci maddələri ilə nəzərdə tutulan
əməllər ehtiyatsızlıqdan şəxsin
ölümünə və ya sağlamlığına
ağır və ya az ağır zərər vurulmasına
səbəb olduqda[234]—
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[235]
Maddə 137. İnsan orqanlarının və
toxumalarının alqı-satqısı, qanunsuz donorluğu
və transplantasiyası
137.1. İnsan orqanlarının və
toxumalarının, həmçinin donor orqanların
alqı-satqısı –
altı min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
137.2. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi
siyahıya daxil olmayan tibb müəssisələrində
və tibb müəssisələrindən kənarda donor
orqanların götürülməsi və ya
transplantasiyasının həyata keçirilməsi –
on min manatdan on beş min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
137.3. Şəxsin razılığı olmadan
transplantasiya məqsədilə donor orqanının
götürülməsi və ya eyni məqsədlə
şəxsi donor orqanının götürülməsinə
məcburetmə –
iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
137.4. “İnsan orqan və toxumalarının
donorluğu və transplantasiyası haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə qadağan olunan
şəxslərdən transplantasiya məqsədilə donor
orqanın götürülməsi –
doqquz min manatdan on beş min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
137.5. Bu Məcəllənin 137.1–137.4-cü
maddələrində nəzərdə tutulmuş
əməllər:
137.5.1. təkrar törədildikdə;
137.5.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
137.5.3. zərərçəkmiş şəxsin
köməksiz vəziyyətindən istifadə etməklə
və ya onun təqsirkar şəxsdən maddi, xidməti
və ya sair cəhətdən asılı olmasından
istifadə etməklə törədildikdə –
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
137.6. Bu Məcəllənin 137.1–137.4-cü
maddələrində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan şəxsin
ölümünə səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə dörd
ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[236]
Maddə
138. Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya
qadağan edilmiş diaqnostika və müalicə
üsullarını, dərman vasitələrini tətbiq
etmə
138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma—
min beş yüz manatdan iki min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[237]
138.2. Tətbiqi müəyyən
olunmuş qaydada qadağan edilmiş diaqnostika və
müalicə üsullarını, dərman vasitələrini
tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə
və ya sağlamlığına ağır və ya az
ağır zərər vurulmasına səbəb olduqda—[238]
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[239]
138.2-1. Bu Məcəllənin 138.2-ci
maddəsi ilə nəzərdə tutulan əməllər
ehtiyatsızlıqdan şəxsin ölümünə
səbəb olduqda -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[240]
138.3. Qanunvericiliklə müəyyən
edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab
edilən, habelə qeyri-könüllü psixiatriya
yardımı göstərilən və ya tibbi xarakterli
məcburi tədbirlərə cəlb edilən
şəxslər üzərində biotibbi eksperimentlər
aparma -
min beş yüz manatdan iki min manatadək miqdarda
cərimə və ya 2 ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [241]
138.4. Psixi pozuntunun müalicəsində
qarşısıalınmaz nəticə doğuran
cərrahiyyə üsullarından istifadə etmə -
min beş yüz manatdan iki min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [242]
Maddə 139. Zöhrəvi
xəstəlikləri yayma
139.1. Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—
iki min beş yüz manatdan
beş min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[243]
139.2. Eyni əməllərin iki və ya
daha çox şəxsə qarşı və ya yetkinlik
yaşına çatmayan şəxsə qarşı
törədildikdə—
dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 139-1.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin
rejimlərinin pozulması[244]
139-1.1. Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin
yayılmasına səbəb olduqda və ya
xəstəliklərin yayılması üçün real
təhlükə yaratdıqda -
iki min beş yüz manatdan beş min
manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
139-1.2. Eyni əməllər
ehtiyatsızlıqdan insan ölümünə və ya
digər ağır nəticələrə səbəb
olduqda -
üç ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 140. İnsan
immunçatışmazlığı virusu ilə yoluxdurma
140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma—
iki ilədək müddətə islah
işləri və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [245]
140.2. İnsan
immunçatışmazlığı virusu ilə
yoluxmasını bilən şəxsin bu xəstəliyi
başqa şəxsə yoluxdurması—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
140.3. Bu Məcəllənin 140.2-ci
maddəsində nəzərdə tutulmuş
əməllər nəticəsində iki və ya daha
çox şəxsi və ya yetkinlik yaşına
çatmayanı insan immunçatışmazlığı
virusu ilə yoluxdurma—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
140.4. Öz xidməti vəzifələrini
lazımınca yerinə yetirməməsi
nəticəsində başqa şəxsi insan
immunçatışmazlığı virusu ilə yoluxdurma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [246]
Maddə 141. Qanunsuz abort
etmə
141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə—
beş yüz manatdan min manatadək miqdarda
cərimə və ya altı ayadək müddətə islah
işləri ilə cəzalandırılır.[247]
141.2. Xüsusi ali tibbi təhsili olmayan
şəxs tərəfindən abort etmə—
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya üç yüz altmış
saatdan dörd yüz
saatadək müddətə ictimai işlər və ya bir
ilədək müddətə islah işləri ilə
cəzalandırılır.[248]
141.3. Bu Məcəllənin 141.1 və
141.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər nəticəsində
zərərçəkmiş şəxsin
sağlamlığına ehtiyatsızlıqdan ağır
zərər vurulduqda—
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[249]
141.4. Bu Məcəllənin 141.1 və
141.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 142. Xəstəyə
kömək göstərməmə KMQ9
142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma—
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə bir ilədək
müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[250]
142.2. Eyni əməllər
nəticəsində zərərçəkmiş
şəxsin sağlamlığına ağır
zərər vurma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki ilədək müddətə
islah işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [251]
142.3. Eyni əməllər
zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 143.
Təhlükədə qoyma
Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə—
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[252]
Maddə
143-1. Dopinq vasitələrindən və (və ya) üsullarından istifadəyə
məcbur etmə[253]
Dopinq
vasitələrindən və (və ya) üsullarından istifadəyə
məcbur etmə [254]—
min beş yüz manatdan iki min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki
ilədək müddətə azadlığın məhdudlaşdırılması və
ya eyni müddətə azadlığın
məhdudlaşdırılması ilə
cəzalandırılır.[255]
19-cu fəsil
ŞƏXSİYYƏTİN
AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
Maddə 144. Adam oğurluğu
144.1. Adam oğurluğu—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
144.2. Eyni əməllər:
144.2.1. iki və ya daha çox şəxs
barəsində törədildikdə;
144.2.2. təqsirkar şəxs
üçün aşkar surətdə hamilə
vəziyyətində olan qadına qarşı
törədildikdə;
144.2.3. bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
144.2.4. zərərçəkmiş
şəxsin həyatı və ya sağlamlığı
üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə;
144.2.5. silahdan yaxud silah qismində
istifadə edilən əşyalardan istifadə etməklə
törədildikdə;
144.2.6. tamah məqsədi ilə və ya
sifarişlə törədildikdə—
səkkiz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
144.3. Bu Məcəllənin 144.1 və
144.2-ci maddələrində göstərilən
əməllər yetkinlik yaşına çatmayan
şəxs barəsində törədildikdə və ya
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Əməllərində başqa cinayətin tərkibi
olmayan və oğurlanmış adamı könüllü
azad edən şəxs cinayət məsuliyyətindən azad
olunur.
Maddə
144-1. İnsan alveri [256]
144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi
ilə və ya zor tətbiq etməklə, hədə-qorxu
və ya digər məcburetmə vasitələri ilə,
oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir
imkanlarından və ya zəiflik vəziyyətindən
sui-istifadə etməklə, yaxud digər şəxsə
nəzarət edən şəxsin
razılığının alınması üçün
maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər verməklə və ya almaqla,
şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi,
saxlanılması, gizlədilməsi, daşınması,
verilməsi və ya qəbul edilməsi –
əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
144-1.2. Eyni əməllər:
144-1.2.1. İki və ya daha çox şəxs
barəsində törədildikdə;
144-1.2.2.
təkrar törədildikdə;
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs
barəsində törədildikdə;
144-1.2.4. təqsirkar şəxs üçün
aşkar surətdə hamilə vəziyyətində olan
qadın barəsində törədildikdə;
144-1.2.4-1. insan alveri
qurbanını Azərbaycan Respublikasının dövlət
sərhədindən keçirməklə
törədildikdə; [257]
144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
144-1.2.6. təqsirkar şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
144-1.2.7. həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə;
144-1.2.8. zərərçəkmiş
şəxsə işgəncə verməklə və ya
onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini
alçaldan rəftar etməklə törədildikdə;
144-1.2.9. zərərçəkmiş şəxsin
orqanlarından və ya toxumalarından istifadə etmək
məqsədilə törədildikdə -
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci
maddələrində göstərilən əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda –
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə "insanın
istismarı" dedikdə məcburi əmək (xidmət),
cinsi istismar, köləlik, köləliyə bənzər
adətlər və onlardan irəli gələn
asılılıq vəziyyəti, insan orqanlarının
və toxumalarının qanunsuz götürülməsi,
şəxs üzərində qanunsuz biotibbi
tədqiqatların aparılması, qadının surroqat ana
kimi istifadə edilməsi, qanunsuz, o cümlədən
cinayətkar fəaliyyətə cəlb etmə başa
düşülür. [258]
2. İnsan alverindən
zərərçəkmiş şəxsin istismar
olunmasına dair razılığı, həyat tərzi,
habelə əxlaqsız davranışı insan alverində
təqsirli bilinən şəxsin cəzasını
yüngülləşdirən hal qismində nəzərə
alına bilməz.
3. Yetkinlik
yaşına çatmayan şəxsin istismar məqsədi
ilə cəlb edilməsi, əldə edilməsi,
saxlanılması, gizlədilməsi, daşınması, verilməsi
və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci
maddəsində göstərilən üsullardan istifadə
olunmasa da, insan alveri hesab edilir.[259]
Maddə 144-2. Məcburi
əmək [260]
144-2.1. hədə-qorxu, zor tətbiq
etməklə və ya zor tətbiq etmək hədəsi
ilə, habelə qanunvericiliklə müəyyən edilmiş
xüsusi hallardan başqa şəxsin azadlığını
məhdudlaşdırmaqla müəyyən işin yerinə
yetirilməsinə (xidmətin göstərilməsinə)
məcbur etmə -
dörd ildən
səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [261]
144-2.2. Eyni əməllər:
144-2.2.1. iki və ya daha çox
şəxs barəsində törədildikdə;
14-2.2.2. təkrar törədildikdə;
144-2.2.3. yetkinlik yaşına çatmayan
şəxs barəsində törədildikdə;
144-2.2.4. təqsirkar şəxs
üçün aşkar surətdə hamilə
vəziyyətində olan qadın barəsində
törədildikdə;
144-2.2.5. təqsirkar şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə;
144-2.2.6. qabaqcadan əlbir olan bir qrup
şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə -
yeddi ildən on
ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [262]
144-2.3. Bu məcəllənin 144-2.1 və
144-2.2-ci maddələrində göstərilən
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda –
doqquz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə etmə ilə
cəzalandırılır. [263]
Maddə 144-3. İnsan alveri məqsədi
ilə sənədlərlə qanunsuz hərəkətlər
[264]
144-3.1. İnsan
alveri məqsədi ilə şəxsin şəxsiyyət
vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini
təsdiq edən digər sənədinin, yaxud yol
(sərhədkeçmə) sənədinin
saxtalaşdırılması -
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ildən üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [265]
144-3.2. İnsan
alveri məqsədi ilə insan alverçisini və ya insan
alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi,
pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd,
yaxud yol (sərhədkeçmə) sənədləri ilə
təmin etmə -
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ildən üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
144-3.3. İnsan
alveri məqsədi ilə insan alverçisini və ya insan
alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi,
pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd,
yaxud yol (sərhədkeçmə) sənədləri ilə
təmin etmək üçün belə sənədləri
əldə etmə -
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ildən üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
144-3.4. İnsan
alveri məqsədi ilə hər hansı bir şəxsin
şəxsiyyət vəsiqəsini, pasportunu və ya
şəxsiyyətini təsdiq edən digər
sənədini, yaxud yol (sərhədkeçmə)
sənədini götürmə, saxlama, gizlətmə,
zədələmə və ya məhvetmə -
iki ildən
dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 145. Qanunsuz
azadlıqdan məhrum etmə
145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə—
iki ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
145.2. Eyni əməllər:
145.2.1. iki və ya daha çox şəxsə
qarşı törədildikdə;
145.2.2. təqsirkar şəxs
üçün aşkar surətdə hamilə
vəziyyətində olan qadına qarşı
törədildikdə;
145.2.3. yetkinlik yaşına çatmayan
şəxs barəsində törədildikdə;
145.2.4. bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə
və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə;
145.2.5. zərərçəkmiş
şəxsin həyatı və ya sağlamlığı
üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə;
145.2.6. silahdan yaxud silah kimi istifadə
edilən əşyalardan istifadə etməklə
törədildikdə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
145.3. Bu Məcəllənin 145.1 və ya
145.2-ci maddələrində göstərilən
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 146. Qanunsuz olaraq
psixiatriya xəstəxanasına yerləşdirmə
146.1. Psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə—
iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
146.2. Eyni əməllər təqsirkar
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
146.3. Bu Məcəllənin 146.1 və ya
146.2-ci maddələrində göstərilən
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 147. Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—[266]
min manatdan min beş yüz manatadək miqdarda
cərimə ilə və ya iki yüz qırx
saatdan dörd yüz səksən saatadək müddətə ictimai
işlər və ya bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[267]
147.2. Ağır və ya xüsusilə
ağır cinayətdə ittiham etməklə böhtan atma—
iki ilədək müddətə islah
işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [268]
Maddə 148. Təhqir
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —[269]
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan dörd
yüz səksən
saatadək müddətə ictimai işlər və ya bir
ilədək müddətə islah işləri və ya
altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[270]
Maddə 148-1.
İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar,
profil və ya hesablardan istifadə edərək böhtan atma
və ya təhqir etmə[271]
İnternet informasiya ehtiyatında saxta
istifadəçi adlar, profil və ya hesablardan istifadə
edərək kütləvi nümayiş etdirməklə
böhtan atma və ya təhqir etmə -
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz altmış saatdan
dörd yüz səksən saatadək müddətə
ictimai işlər və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[272]
Qeyd:
Bu maddədə “saxta istifadəçi adlar, profil və ya
hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o
cümlədən sosial şəbəkələrdə
istifadəçinin şəxsiyyətini
eyniləşdirməyə imkan verməyən, yəni ad,
soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş
və ya belə məlumatlar gizlədilmiş, habelə
digər şəxsə aid məlumatlardan onun
razılığı olmadan istifadə edilməklə
yaradılmış istifadəçi adlar, profil və ya
hesablar başa düşülür.
20-ci fəsil
ŞƏXSİYYƏTİN
CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 149. Zorlama
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma—
dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
149.2. Eyni əməllər:
149.2.1. bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
149.2.2. zərərçəkmiş
şəxsin zöhrəvi xəstəliyə yoluxmasına
səbəb olduqda;
149.2.3. təqsirkar şəxs
üçün aşkar surətdə yetkinlik yaşına
çatmayan şəxsə qarşı
törədildikdə;[273]
149.2.4. zərərçəkmiş
şəxsi və ya başqa şəxsləri
öldürmə və ya sağlamlığa ağır
zərər vurma hədəsi ilə, habelə xüsusi
amansızlıqla törədildikdə;
149.2.5. təkrar törədildikdə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
149.2-1. Eyni əməllər:[274]
149.2-1.1. yetkinlik yaşına
çatmayan şəxsə qarşı
törədildikdə;
149.2-1.2. ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin insan
immunçatışmazlığı virusu ilə
yoluxmasına və ya digər ağır
nəticələrə səbəb olduqda –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
149.3. Eyni əməllər:
149.3.1. ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda;
149.3.2. ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin insan
immunçatışmazlığı virusu ilə
yoluxmasına və ya digər ağır
nəticələrə səbəb olduqda;[275]
149.3.3. təqsirkar şəxs
üçün aşkar surətdə on dörd
yaşına çatmayan şəxs barəsində
törədildikdə—[276]
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[277]
Qeyd:
Bu Məcəllənin 152.2 – 152.4-cü maddələrində
nəzərdə tutulmuş əməllər on iki
yaşına çatmayan şəxs barəsində və ya
ona qarşı edilən hərəkətlərin xarakterini
və mahiyyətini başa düşməyən yetkinlik
yaşına çatmayan digər şəxs barəsində
törədildikdə, həmin əməllər bu
Məcəllənin müvafiq olaraq 149.3.3-cü və ya
150.3.3-cü maddəsinə əsasən cinayət
məsuliyyətinə səbəb olur.[278]
Maddə 150. Seksual xarakterli
zorakılıq hərəkətləri
150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə—
dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[279]
150.2. Eyni əməllər:
150.2.1. bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
150.2.2. zərərçəkmiş
şəxsin zöhrəvi xəstəliyə yoluxmasına
səbəb olduqda;
150.2.3. təqsirkar üçün
aşkar surətdə yetkinlik yaşına çatmayan
şəxs barəsində törədildikdə;[280]
150.2.4. zərərçəkmiş
şəxsə və ya başqa şəxslərə
qarşı xüsusi amansızlıqla törədildikdə;
150.2.5. təkrar törədildikdə;
beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[281]
150.2-1. Eyni əməllər:[282]
150.2-1.1. yetkinlik yaşına
çatmayan şəxsə qarşı
törədildikdə;
150.2-1.2. ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin insan
immunçatışmazlığı virusu ilə
yoluxmasına və ya digər ağır
nəticələrə səbəb olduqda –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
150.3. Eyni əməllər:
150.3.1. ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda;
150.3.2. ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin insan
immunçatışmazlığı virusu ilə
yoluxmasına və ya digər ağır
nəticələrə səbəb olduqda;[283]
150.3.3. təqsirkar şəxs
üçün aşkar surətdə on dörd
yaşına çatmayan şəxs barəsində
törədildikdə—
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə on beş ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[284]
Maddə 151. Seksual xarakterli
hərəkətlərə məcbur etmə
Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə—
bir ildən iki ilədək
müddətə islah işləri və ya bir ildən
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[285]
Maddə
152. On altı yaşına çatmayan şəxslə
cinsi əlaqədə olma və ya seksual xarakterli digər
hərəkətlər etmə[286]
152.1. On dörd yaşına
çatmış, lakin on
altı yaşına
çatmayan şəxslə cinsi əlaqədə olma və
ya seksual xarakterli digər hərəkətlər etmə —[287]
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[288]
152.2. Eyni əməllər on iki
yaşına çatmış, lakin on dörd yaşına
çatmayan şəxs barəsində törədildikdə
—[289]
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[290]
152.3. Bu Məcəllənin 152.1 və
ya 152.2-ci maddələrində göstərilən
əməllər yetkinlik yaşına çatmayanı
tərbiyə etmək vəzifəsi daşıyan şəxslər
və ya yetkinlik yaşına çatmayana nəzarəti
həyata keçirmək vəzifəsini daşıyan
təhsil, tərbiyə, tibbi və ya digər
müəssisənin müəllimi və ya digər
işçisi tərəfindən törədildikdə —
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
dörd ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
152.4. Bu Məcəllənin 152.2 və
ya 152.3-cü maddələrində göstərilən
əməllər:[291]
152.4.1. təkrar törədildikdə;
152.4.2. iki və ya daha çox
şəxsə qarşı törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə altı ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu Məcəllənin
152 və ya 153-cü maddələrində nəzərdə
tutulmuş cinayətlərə görə məsuliyyət həmin
maddələrdə göstərilən əməlləri
törətmiş şəxslə
zərərçəkmiş şəxsin yaş fərqi iki
ildən çox olduqda yaranır.
Maddə 153. On altı yaşına çatmayan şəxsə
qarşı əxlaqsız
hərəkətlər[292]
153.1. On altı yaşına
çatmayan şəxsə qarşı zor tətbiq
etmədən əxlaqsız hərəkətlər
törətmə, habelə həmin şəxsi cinsi
zorakılıq hərəkətləri və ya seksual
fəaliyyəti müşahidə etməyə cəlb
etmə —[293]
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[294]
153.2. Eyni əməllər on dörd
yaşına çatmayan şəxs barəsində
törədildikdə —
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[295]
153.3. Bu Məcəllənin 153.1 və
ya 153.2-ci maddələrində göstərilən
əməllər yetkinlik yaşına çatmayanı
tərbiyə etmək vəzifəsi daşıyan şəxslər
və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata
keçirmək vəzifəsini daşıyan təhsil,
tərbiyə, tibbi və ya digər müəssisənin
müəllimi və ya digər işçisi
tərəfindən törədildikdə —
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[296]
153.4. Bu Məcəllənin 153.2 və
ya 153.3-cü maddələrində göstərilən
əməllər:[297]
153.4.1. təkrar törədildikdə;
153.4.2. iki və ya daha çox
şəxsə qarşı törədildikdə –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ildən doqquz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
21-ci fəsil
İNSAN
VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ
AZADLIQLARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 154. Bərabərlik
hüququnu pozma
154.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.[298]
154.2. Eyni əməllər vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə —
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[299]
Maddə
155. Yazışma, telefon danışıqları,
poçt, teleqraf və digər məlumatların sirrini pozma
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.[300]
Maddə 156. Şəxsi
həyatın toxunulmazlığını pozma
156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması—[301]
min manatdan iki min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan dörd
yüz səksən
saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri ilə
cəzalandırılır.[302]
156.2. Eyni əməllər:[303]
156.2.1. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə;
156.2.2. məsafədən
idarə edilən pilotsuz uçan aparatlardan istifadə
etməklə törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[304]
Maddə 157. Mənzil
toxunulmazlığını pozma
157.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan dörd
yüz səksən
saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri ilə
cəzalandırılır.[305]
157.2. Eyni əməllər zor tətbiq
etməklə və ya zor tətbiq etmə hədəsi
ilə törədildikdə—
iki ilədək müddətə islah
işləri və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [306]
157.3. Bu Məcəllənin 157.1 və ya
157.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [307]
Maddə 158. Hüquqi
şəxslərin binalarının (otaqlarının)
toxunulmazlığını pozma
158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir
ilədək müddətə islah işləri ilə
cəzalandırılır.[308]
158.2. Eyni əməllər zor tətbiq
etməklə və ya zor tətbiq etmə hədəsi
ilə törədildikdə—
iki ilədək müddətə islah
işləri və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [309]
158.3. Bu Məcəllənin 158.1 və ya
158.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [310]
Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının
həyata keçirilməsinə maneolma[311]
159.1. Vətəndaşın seçki
(referendumda iştirak) hüquqlarının həyata
keçirilməsinə maneolma-
min beş yüz manatdan iki min beş yüz manatadək
miqdarda cərimə və ya üç yüz
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya
altı ayadək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[312]
159.2. Vətəndaşı namizədin
lehinə imza atmağa məcburetmə və ya namizədin
müdafiəsi üçün imza yığılmasına
maneolma -
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya dörd yüz saatdan dörd yüz
səksən
saatadək ictimai işlər və ya bir ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[313]
159.3. Vətəndaşı öz
iradəsinə zidd səs verməyə məcburetmə
və ya onun səs verməsinə maneolma -
iki min beş yüz manatdan
beş min
manatadək miqdarda cərimə və ya dörd yüz
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki
ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[314]
159.4. Bu Məcəllənin
159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş
əməllər;
159.4.1. ələalma, aldatma,
hədələmə, zor tətbiq etməklə və ya zor
tətbiqetmə hədəsi ilə törədildikdə;
159.4.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
159.4.3. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə -
beş min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifətutma və ya
müəyyən fəaliyyətlə məşğulolma
hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[315]
159-1.1. Namizədlərin, partiyaların,
siyası partiyalar bloklarının seçki (referendum)
kampaniyalarına müdaxilə etmə və ya onu pozma -
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya dörd yüz saatdan dörd yüz
səksən saatadək
ictimai işlər və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[317]
159-1.2. seçkiqabağı
(referendumqabağı) kütləvi tədbirlərin
keçirilməsinə mane olma -
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya dörd yüz
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[318]
159-1.3. Seçkilərdə (referendumda)
başqalarının əvəzinə səs
verilməsinə şərait yaratma -
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[319]
Maddə
160. Seçki (referendum)
komissiyalarının işinə müdaxilə etmə və
ya təsir göstərmə[320]
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə – [321]
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya üç yüz saatdan dörd
yüz səksən
saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri ilə
cəzalandırılır.[322]
160.2. Eyni hərəkətlər:
160.2.1. ələ alma, aldatma,
hədələmə, zor tətbiq etməklə və ya zor
tətbiq etmə hədəsi ilə;
160.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
160.2.3. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[323]
Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının
üzvü tərəfindən seçki (referendumda
iştirak) sənədlərinin saxtalaşdırılması
və ya saxta sənədlərin təqdim edilməsi,
bilə-bilə səslərin düzgün hesablanmaması,
səsvermənin nəticələrinin düzgün
müəyyənləşdirilməməsi və ya
səsvermənin gizliliyinin pozulması - [324]
iki min beş yüz manatdan
beş min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri ilə
cəzalandırılır.[325]
161.2. Seçki sənədlərinin
başqa şəxslər tərəfindən
saxtalaşdırılması, saxta
sənədlərin təqdim edilməsi, başqa
şəxslərin yerinə səs verilməsi, bir
şəxs tərəfindən seçki qutusuna birdən
artıq seçki bülleteninin
salınması – [326]
iki min beş yüz manatdan
beş min
manatadək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri ilə
cəzalandırılır.[327]
Maddə 161-1. Vətəndaşların qanunvericilik
təşəbbüsü qaydasında hazırlanan və
Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim edilməsi təklif olunan qanun
(qərar) layihəsinin dəstəklənməsi
üçün imzaların toplanması qaydasının
pozulması[328]
Vətəndaşların qanunvericilik
təşəbbüsü qaydasında hazırlanan və
Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim edilməsi təklif olunan qanun
(qərar) layihəsinin dəstəklənməsi
üçün imza toplanması prosesində
vətəndaşları imza qoymağa məcburetmə və
ya imza qoymağa maneolma, yaxud bunlara görə onları
hər hansı formada mükafatlandırma –
min beş yüz manatdan iki min beş
yüz manatadək miqdarda cərimə və ya iki yüz
qırx saatdan üç yüz saatadək ictimai işlər
ilə cəzalandırılır.
Maddə 162. Əmək
mühafizəsi qaydalarını pozma
162.1. Texniki təhlükəsizlik və ya
əmək mühafizəsinin başqa qaydalarına riayət
edilməsi vəzifəsi həvalə edilmiş şəxs
tərəfindən bu qaydaların pozulması
nəticəsində ehtiyatsızlıqdan insan
sağlamlığına ağır və ya az ağır zərər vurularsa—[329]
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[330]
162.2. Eyni əməllər
ehtiyatsızlıqdan insan ölümünə səbəb
olduqda—
üç ildən
beş ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [331]
162.3. Bu Məcəllənin 162.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[332]
Maddə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi
qüvvəyə minmədən işçilərin hər
hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi[333]
162-1.1. Azərbaycan
Respublikasının Əmək Məcəlləsində
nəzərdə tutulmuş qaydada əmək müqaviləsi
(kontraktı) hüquqi qüvvəyə minmədən xeyli
sayda işçilərin hər hansı işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsi —
yeddi min manatdan on min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə
cəzalandırılır. [334]
162-1.2. Eyni əməllər
təkrar törədildikdə —
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır. [335]
Qeyd:
1. Bu Məcəllənin
162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, on
nəfər və ondan çox olan işçilərin
sayı nəzərdə tutulur. [336]
2. Bu
Məcəllənin 162-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməli törətmiş
şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən edilmiş qaydada işçiləri
ilə əmək müqaviləsi bağladıqda, habelə
ödəməkdən yayındırılmış vergiləri,
işsizlikdən sığorta, icbari tibbi sığorta və
məcburi dövlət sosial sığorta haqlarını
tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad edilir.[337]
3. Şəxs bu “Qeyd”in 2-ci
bəndində nəzərdə tutulmuş qaydada cinayət
məsuliyyətindən yalnız bir dəfə azad edilir.
Maddə 163. Jurnalistlərin
qanuni peşə fəaliyyətinə mane olma
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—
beş yüz manatdan min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.[338]
163.2. Eyni əməllər vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki
ilədək müddətə islah işləri ilə və
ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə
164. Hamilə qadının və ya himayəsində
üç yaşınadək uşağı olan
qadının, üç
yaşınadək uşağını təkbaşına
böyüdən kişinin
əmək hüquqlarını pozma[339]
Qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə—
iki min manatdan üç min manatadək miqdarda
cərimə ilə cəzalandırılır.[340]
Maddə 165. Müəlliflik
hüquqlarını və ya əlaqəli hüquqları
pozma
165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.[341]
165.2. Eyni əməllər:
165.2.1. təkrar törədildikdə;
165.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla iki
min manatdan dörd min manatadək miqdarda cərimə və
ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[342]
Qeyd: [343]
Bu Məcəllənin
165-166-cı maddələrində “xeyli miqdar” dedikdə, min
manatdan artıq olan məbləğ başa
düşülür.
Maddə
165-1. İnteqral sxem topologiyasından istifadəyə
müstəsna hüququ pozma[344]
165-1.1. Müəllifin və ya digər
hüquq sahibinin icazəsi olmadan inteqral sxem
topologiyasının orijinal olmayan hissəsini cıxarma istisna
olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir
hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya
surətini başqa şəkildə cıxarma, habelə
topologiyanın və ya həmin topologiyadan ibarət inteqral
sxemi tətbiq etmə, gətirmə, satış
üçün təklif etmə, satma, yaxud başqa formada
təsərrüfat dövriyyəsinə daxil etmə, əgər
bu əməllər nəticəsində xeyli miqdarda ziyan
vurulmuşsa –
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.[345]
165-1.2. Eyni əməllər:
165-1.2.1. təkrar törədildikdə;
165-1.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə -
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya iki
ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[346]
Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində
"xeyli miqdar" dedikdə, min manatdan artıq olan
məbləğ başa düşülür.[347]
165-2.1. Folklor nümunələrindən
istifadə tələblərinin pozulması, əgər bu
əməllər nəticəsində xeyli miqdarda ziyan
vurulmuşsa
əmlakı müsadirə olunmaqla min
manatdan iki min manatadək miqdarda cərimə və ya üç
yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər
ilə cəzalandırılır.[349]
165-2.2. Eyni əməllər:
165-2.2.1. təkrar törədildikdə;
165-2.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla iki
min manatdan dörd min manatadək miqdarda cərimə və
ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[350]
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min
manatdan artıq olan məbləğ başa
düşülür.[351]
Maddə 165-3. Məlumat
toplularından qeyri-qanuni istifadə [352]
165-3.1. Məlumat toplularından qeyri-qanuni istifadə,
əgər bu əməllər nəticəsində xeyli
miqdarda ziyan vurulmuşsa –
əmlakı müsadirə olunmaqla, min manatdan iki min
manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd
yüz səksən saatadək ictimai işlərlə
cəzalandırılır.[353]
165-3.2. Eyni əməllər:
165-3.2.1. təkrar törədildikdə;
165-3.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
əmlakı müsadirə olunmaqla, iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[354]
Qeyd. Bu maddədə “xeyli miqdar” dedikdə,
min manatdan artıq olan məbləğ başa
düşülür.[355]
Maddə 166.
İxtiraçılıq və patent hüquqlarını
pozma
166.1. İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.[356]
166.2. Eyni əməllər:
166.2.1. təkrar törədildikdə;
166.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya iki
ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[357]
Maddə 167. Dini ayinləri icra
etməyə mane olma
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri ilə
cəzalandırılır.[358]
Maddə 167-1. Dinə etiqad
etməyə məcbur etmə və
ya bu əməllərin dini düşmənçilik, dini
radikalizm və ya dini fanatizm zəminində
törədilməsini maliyyələşdirmə[359]
167-1.1. Şəxsi hər hansı dinə (dini
cərəyana) etiqad etməyə, o cümlədən dini
ayin və mərasimləri yerinə yetirməyə və ya
dini ayin və mərasimlərdə iştirak etməyə,
habelə dini təhsil almağa məcbur etmə -
üç min manatdan beş min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[360]
167-1.2. Şəxsi hər hansı dini quruma üzv
olmağa məcbur etmə və ya şəxsin üzv
olduğu dini qurumdan çıxmasına mane olma -
üç min manatdan beş min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etməklə
cəzalandırılır.
167-1.3. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs
barəsində törədildikdə;
167-1.3.2. qabaqcadan əlbir olan bir neçə qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
167-1.3.3. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməkdə törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[361]
167-1.4. Bu Məcəllənin 167-1.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər dini düşmənçilik, dini radikalizm
və ya dini fanatizm zəminində törədildikdə –
yeddi min manatdan doqquz min manatadək
miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
167-1.5. Bu Məcəllənin 167-1.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllərin dini düşmənçilik, dini
radikalizm və ya dini fanatizm zəminində törədilməsini
maliyyələşdirmə –
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[362]
Maddə 167-2. Qanunsuz olaraq dini
təyinatlı ədəbiyyatı, audio və video materialları,
mal və məmulatları
və dini məzmunlu başqa məlumat materiallarını
istehsal etmə, idxal etmə, satma və ya yayma[363]
167-2.1. Müvafiq razılıq olmadan
dini təyinatlı ədəbiyyatı
(kağız və elektron daşıyıcılarında),
audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat
materiallarını istehsal etmə, satış və ya yayma
məqsədi ilə idxal etmə, satma və ya yayma -[364]
beş min manatdan yeddi min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etməklə
cəzalandırılır.[365]
167-2.2. Eyni əməllər:
167-2.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
167-2.2.2. təkrar törədildikdə;
167-2.2.3. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə -
yeddi min manatdan doqquz min
manatadək miqdarda cərimə və ya iki ildən dörd
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum
etməklə cəzalandırılır.[366]
167-3. Dini
ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu
əməlləri maliyyələşdirmə[367]
167-3.1. Dini ekstremist materialları,
yəni dini ekstremist fəaliyyəti həyata
keçirməyə çağıran və ya belə
fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin
zəruriliyinə bəraət qazandıran materialları
hazırlama, saxlama və ya yayma –
səkkiz min manatdan on min manatadək
miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmək ilə
cəzalandırılır.
167-3.2. Bu Məcəllənin 167-3.1-ci
maddəsində nəzərdə tutulmuş
əməlləri maliyyələşdirmə –
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 168. Dini ayinlərin
icrası adı altında vətəndaşların
hüquqlarına qəsd etmə
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə—
yeddi min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[368]
168.2. Bu Məcəllənin 168.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllərin törədilməsinə yetkinlik
yaşına çatmayanları cəlb etmə—
iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 168-1. Dini təbliğat, dini ayin və
mərasimlərin aparılması tələblərini pozma[369]
168-1.1. İslam
dininə aid ayin və mərasimlərin xaricdə dini
təhsil almış Azərbaycan Respublikasının
vətəndaşı tərəfindən “Dini etiqad azadlığı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırmadan
aparılması -[370]
iki min manatdan
beş min manatadək miqdarda cərimə və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
168-1.2. Dini mərkəz
tərəfindən dəvət edilmiş din xadimləri
istisna olmaqla, əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
tərəfindən dini təbliğat aparılması –[371]
bir ildən iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
168-1.3. Bu
Məcəllənin 168-1.1-ci və 168-1.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:
168-1.3.1.
təkrar törədildikdə;
168-1.3.2.
qabaqcadan əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
iki
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 169. Toplantıları
keçirmə qaydasını pozma
169.1. Qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda —
beş min manatdan səkkiz min manatadək
miqdarda cərimə və ya bir ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[372]
169.2. Toplantıların keçirilməsi
zamanı toplantıda iştirak edənlər
tərəfindən odlu və ya soyuq silah, yaxud
partlayıcı maddə və qurğular, eləcə də
ətrafdakıların həyat və sağlamlığı
üçün təhlükə törədən sair
maddə və əşyaları gəzdirmə —
beş min manatdan səkkiz min manatadək
miqdarda cərimə və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə islah işləri və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[373]
Maddə 169-1. Siyasi partiyada
üzvlüyə məcbur etmə[374]
Siyasi partiyaya daxil olmağa
və ya onun üzvlüyündə qalmağa məcbur
etmə -
min manatdan üç min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22-ci fəsil
YETKİNLİK
YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ
MÜNASİBƏTLƏRİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
Maddə 170. Yetkinlik
yaşına çatmayanı cinayətkar
fəaliyyətə cəlb etmə
170.1. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə—
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
170.2. Eyni əməllər yetkinlik
yaşına çatmayanı tərbiyə etmək
vəzifəsini daşıyan şəxs tərəfindən
törədildikdə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
170.3. Bu Məcəllənin 170.1 və ya
170.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər zor tətbiq etməklə və ya zor
tətbiq etmək hədəsi ilə törədildikdə
və ya yetkinlik yaşına çatmayanı cinayətkar
qrupa və ya ağır, yaxud xüsusilə ağır
cinayətin törədilməsinə cəlb etmə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
171. Yetkinlik yaşına çatmayanları
fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak
etməyə və ya digər əxlaqsız
əməllərə cəlb etmə[375]
171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə—
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[376]
171.2. Eyni əməllər:
171.2.1. zor tətbiq etməklə və ya
zor tətbiq etmə hədəsi ilə və ya digər məcburetmə vasitələri
ilə törədildikdə;[377]
171.2.2. mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
171.2.3. yetkinlik yaşına
çatmayanın valideynləri və ya üzərinə
qanunla yetkinlik yaşına çatmayanı tərbiyə
etmək vəzifəsi qoyulmuş digər şəxslər
və ya yetkinlik yaşına çatmayanlara nəzarəti
həyata keçirmək vəzifəsini daşıyan
təhsil, tərbiyə, tibbi və ya digər
müəssisənin müəllimi və ya digər işçisi
tərəfindən törədildikdə;[378]
171.2.4. on altı yaşına
çatmayan şəxs barəsində törədildikdə
–[379]
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[380]
Maddə
171-1. Uşaq
pornoqrafiyasının dövriyyəsi[381]
171-1.1. Uşaq pornoqrafiyasını yayma, reklam
etmə, satma, başqasına vermə, göndərmə,
təklif etmə, əldə edilməsinə şərait
yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə
hazırlama, əldə etmə və ya saxlama –
səkkiz min manatdan on min manatadək miqdarda
cərimə və ya beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[382]
171-1.2. Eyni əməllər:
171-1.2.1. təkrar törədildikdə;
171-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən
törədildikdə;
171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə
törədildikdə;
171-1.2.4. yetkinlik yaşına çatmayanın
valideynləri və ya üzərinə qanunla yetkinlik
yaşına çatmayanı tərbiyə etmək
vəzifəsi qoyulmuş digər
şəxslər və ya yetkinlik yaşına
çatmayanlara nəzarəti həyata keçirmək
vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi
və ya digər müəssisənin müəllimi və ya
digər işçisi tərəfindən
törədildikdə;[383]
171-1.2.5. təqsirkar şəxs üçün
aşkar surətdə on dörd yaşına çatmayan
şəxs barəsində törədildikdə;[384]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə beş ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 171-1-ci
maddəsinin məqsədləri üçün “uşaq
pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan
şəxsin və ya yetkinlik yaşına çatmayan
təsəvvürünü yaradan şəxsin aşkar
seksual xarakterli hərəkətlərdə real və ya
simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud
seksual məqsədlərlə yetkinlik yaşına
çatmayanların cinsi orqanlarını əks etdirən
istənilən əşyalar və ya materiallar, o
cümlədən aşkar seksual
hərəkətlərdə iştirak edən yetkinlik
yaşına çatmayan şəxsi əks etdirən
realistik təsvirlər başa düşülür.
2. Bu Məcəllənin
171-1.2.3-cü maddəsində "xeyli miqdar" dedikdə,
min manatdan artıq olan məbləğ başa
düşülür.
Maddə 171-2. Seksual xarakterli
məqsədlərlə uşaqların təqib edilməsi[385]
Yetkinlik yaşına çatmış
şəxs tərəfindən on dörd yaşına
çatmayan şəxslə cinsi əlaqədə olma,
seksual xarakterli hərəkətlər etmək və ya
uşaq pornoqrafiyasının istehsalı məqsədilə
həmin şəxsin on dörd yaşına
çatmadığını bilə-bilə ona informasiya
və kommunikasiya texnologiyaları vasitəsilə
görüş təklif etməklə bu
görüşün baş verməsi üçün
praktiki hərəkətlər edildikdə –
üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən
üç ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
Maddə 172. Özgənin
uşağını dəyişdirmə
Tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 173. Yetkinlik yaşına çatmayanın
alqı-satqısı [386]
173.1. Yetkinlik
yaşına çatmayanın alqı-satqısı, yaxud
yetkinlik yaşına çatmayan barəsində onun
başqalarına verilməsi və ona sahibliklə
əlaqədar digər əqdlərin bağlanması —
üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
173.2. Eyni
əməllər:
173.2.1. təkrar
törədildikdə;
173.2.2. iki və
ya daha çox yetkinlik yaşına çatmayan
barəsində törədildikdə;
173.2.3. qabaqcadan
əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
173.2.4.
təqsirkar şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə etməklə
törədildikdə;
173.2.5. yetkinlik
yaşına çatmayanın qanunsuz olaraq Azərbaycan
Respublikasının ərazisindən
çıxarılması və ya Azərbaycan
Respublikasının ərazisinə gətirilməsi yolu
ilə törədildikdə;
173.2.6. yetkinlik
yaşına çatmayanın orqanlarından və ya
toxumalarından istifadə etmək məqsədi ilə
törədildikdə—
üç
ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
173.3. Bu
Məcəllənin 173.1 və 173.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan yetkinlik yaşına çatmayanın
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda—
səkkiz
ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 174. Qanunsuz olaraq
övladlığa götürmə
Uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə—[387]
min beş yüz manatdan iki min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[388]
Maddə 175.
Övladlığa götürmə sirrini yayma
Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma—
min beş yüz manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə bir ilədək müddətə
islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[389]
Maddə
176. Uşaqlara və ya valideynlərə kömək
göstərməkdən qərəzli boyun qaçırma[390]
176.1. Əmək qabiliyyəti olan və
işləyən valideynlər tərəfindən yetkinlik
yaşına çatmayan uşağın (uşaqların),
habelə yetkinlik yaşına çatmış, lakin
əmək qabiliyyəti olmayan övladların saxlanması
üçün məhkəmə tərəfindən
müəyyən edilmiş vəsaiti ödəməkdən
qərəzli olaraq boyun qaçırma—
yüz manatdan beş yüz manatadək
miqdarda cərimə və ya yüz doxsan saatdan iki yüz
qırx saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri və ya altı ayadək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[391]
176.2. Əmək qabiliyyəti olan və
işləyən övlad (övladlar) tərəfindən
əmək qabiliyyəti olmayan valideynlərin saxlanması
üçün məhkəmə tərəfindən
müəyyən edilmiş vəsaiti ödəməkdən
qərəzli olaraq boyun qaçırma—
beş yüz manatadək miqdarda
cərimə və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[392]
Maddə 176-1. Qadını nikaha daxil
olmağa məcbur etmə
176-1.1. Qadını nikaha daxil olmağa məcbur
etmə -
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
176-1.2. Eyni əməllər nikah yaşına
çatmayan şəxs barəsində törədildikdə
-
üç
min manatdan dörd min manatadək miqdarda cərimə və ya
dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[393]
DOQQUZUNCU BÖLMƏ
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR
23-cü fəsil
MÜLKİYYƏT
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 177. Oğurluq KMQ22
177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —
üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai
işlər və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[394]
177.2. Eyni əməllər:
177.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
177.2.2. təkrar törədildikdə;
177.2.3. yaşayış sahəsinə,
habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə
qanunsuz daxil olmaqla törədildikdə;
177.2.3-1. elektron məlumat
daşıyıcılarından, yaxud informasiya
texnologiyalarından istifadə edilməklə
törədildikdə;[395]
177.2.3-2. neft kəmərlərinə,
dövlət və ya ictimai əhəmiyyətli təbii qaz,
rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu
xətlərinə münasibətdə
törədildikdə;
177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
177.2.5.
zərərçəkmiş şəxsin
üzərindən, cibindən, çantasından və ya
digər əl yükündən çıxarılmaqla
törədildikdə -[396]
bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[397]
177.3. Bu
Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər: [398]
177.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
177.3.2. külli miqdarda ziyan vurmaqla
törədildikdə—
177.3.3. əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə görə iki
dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—[399]
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [400]
177.4. Bu Məcəllənin
177.1-177.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
ziyan vurmaqla törədildikdə -[401]
on ildən on dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd: [402]
1. Bu
Məcəllənin 177.1, 178.1 və 179.1-ci
maddələrində nəzərdə tutulmuş
məsuliyyət əmlakın mülkiyyətçisinə
və ya digər sahibinə beş yüz manatdan yuxarı,
lakin beş min manatdan artıq olmayan məbləğdə
ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin
177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində
nəzərdə tutulmuş məsuliyyət əmlakın
mülkiyyətçisinə və ya digər sahibinə
yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu
hallarda yaranır.
2. Bu
Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci
maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan
yuxarı, lakin əlli min manatdan artıq olmayan
məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan
yuxarı, lakin beş yüz min manatdan artıq olmayan
məbləğ, “xüsusilə külli miqdar” dedikdə
beş yüz min manatdan yuxarı olan mәblәğ
başa düşülür.
3. Bu Məcəllənin
177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci
maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən
hər hansı birini və ya bir neçəsini
törətmiş şəxs tərəfindən bu
Məcəllənin 177—183-cü maddələri ilə
nəzərdə tutulmuş cinayətlərin hər hansı
birinin yenidən törədilməsi (bu Məcəllənin
16.3-cü maddəsində göstərilən hallar istisna
olunmaqla) onların təkrar törədilməsi hesab olunur.
Maddə 178. Dələduzluq KMQ22
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[403]
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla
törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda
cərimə və ya əmlakı müsadirə olunmaqla
və ya olunmamaqla bir ildən
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[404]
178.3. Bu
Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər: [405]
178.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla
törədildikdə—
178.3.3. əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə görə
iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—[406]
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [407]
178.4. Bu Məcəllənin
178.1—178.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
ziyan vurmaqla törədildikdə —[408]
on ildən on dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 179.
Mənimsəmə və ya israf etmə
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[409]
179.2. Eyni əməllər:
179.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
179.2.2. təkrar törədildikdə;
179.2.3. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
179.2.4. xeyli miqdarda ziyan vurmaqla
törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda
cərimə və ya əmlakı müsadirə olunmaqla
və ya olunmamaqla bir ildən
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[410]
179.3. Bu Məcəllənin 179.1 və ya
179.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
179.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
179.3.2. külli miqdarda
törədildikdə —
179.3.3. əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə görə
iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—[411]
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [412]
179.4. Bu Məcəllənin
179.1—179.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
ziyan vurmaqla törədildikdə —[413]
on ildən on dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 180. Soyğunçuluq
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—
üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [414]
180.2. Eyni əməllər:
180.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
180.2.2. təkrar törədildikdə;
180.2.3. yaşayış sahəsinə,
habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə
qanunsuz olaraq girməklə törədildikdə;
180.2.4. insanların həyatı və ya
sağlamlığı üçün təhlükəli
olmayan zor tətbiq etməklə törədildikdə;
180.2.5. zərərçəkmiş
şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [415]
180.3. Bu
Məcəllənin 180.1 və ya 180.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər: [416]
180.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
180.3.2. zərərçəkmiş
şəxsə külli miqdarda ziyan vurmaqla
törədildikdə —
180.3.3. əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə görə
iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—[417]
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla yeddi
ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [418]
180.4. Bu Məcəllənin
180.1—180.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
ziyan vurmaqla törədildikdə —[419]
on iki ildən on beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 181. Quldurluq
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla dörd ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [420]
181.2. Eyni əməllər:
181.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
181.2.2. təkrar törədildikdə;
181.2.3. yaşayış sahəsinə,
habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə
qanunsuz olaraq girməklə törədildikdə;
181.2.4. xeyli
miqdarda əmlak əldə etmək məqsədi ilə
törədildikdə; [421]
181.2.5. silah və ya silah qismində
istifadə edilən əşyalar tətbiq edilməklə
törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
181.3. Bu
Məcəllənin 181.1 və ya 181.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər: [422]
181.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
181.3.2. külli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə;
181.3.3. zərərçəkmiş
şəxsin sağlamlığına ağır
zərər vurulmaqla törədildikdə—
181.3.4. əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə görə
iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—[423]
əmlakı müsadirə olunmaqla on ildən on beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
181.4. Bu Məcəllənin
181.1—181.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
əmlak əldə etmək məqsədi ilə
törədildikdə —
on dörd ildən on səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[424]
Maddə 182. Hədə-qorxu
ilə tələb etmə
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
182.2. Eyni əməllər:
182.2.1 qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
182.2.2. təkrar törədildikdə;
182.2.3. zor tətbiq etmə ilə
törədildikdə;
182.2.4. xeyli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə—[425]
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla beş
ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
182.3. Bu
Məcəllənin 182.1 və ya 182.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər: [426]
182.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə;
182.3.3. zərərçəkmiş
şəxsin sağlamlığına ağır
zərər vurmaqla törədildikdə—
182.3.4. əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə görə
iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—[427]
əmlakı müsadirə olunmaqla on ildən on beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
182.4. Bu Məcəllənin
182.1—182.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
əmlak əldə etmək məqsədi ilə törədildikdə
—
on üç ildən on yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[428]
Maddə 183. Xüsusi
dəyəri olan əşyaları talama
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla beş
ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [429]
183.2. Eyni əməllər:
183.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
183.2.2. təkrar törədildikdə;
183.2.3. bu Məcəllənin 183.1-ci
maddəsində göstərilən əşyaların və
ya sənədlərin məhv olmasına, korlanmasına və
ya dağıdılmasına səbəb olduqda—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə
184. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə
əmlak ziyanı vurma[430]
184.1. Aldatma və ya etibardan sui-istifadə
etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin
əmlakına talama əlamətləri olmadan xeyli miqdarda ziyan vurma—[431]
iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[432]
184.2. Eyni əməllər:
184.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
184.2.2. təkrar törədildikdə;
184.2.3.
zərərçəkmiş şəxsə xeyli miqdarda
ziyan vurmaqla törədildikdə—[433]
dörd min manatdan altı min manatadək miqdarda
cərimə və ya iki
ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[434]
184.3. Eyni əməllər:
184.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
184.3.2. külli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə;
184.3.3. əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma
və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak
ziyanı vurmağa görə iki dəfə və ya daha
çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—
əmlakı müsadirə olunmaqla
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya
başqa nəqliyyat vasitəsi ələ keçirmə
185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—
min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [435]
185.2. Eyni əməllər:
185.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
185.2.2. təkrar törədildikdə;
185.2.3. həyat üçün
təhlükəli olmayan zor tətbiq etməklə və ya
belə zor tətbiq etmə hədəsi ilə
törədildikdə;
185.2.4. zərərçəkmiş
şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
üç min manatdan altı
min manatadək miqdarda cərimə və ya bir ildən
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[436]
185.3. Bu Məcəllənin 185.1 və ya
185.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
185.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
185.3.3. həyat üçün
təhlükəli olan zor tətbiq etməklə və ya
belə zor tətbiq etmə hədəsi ilə
törədildikdə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
185.4. Bu Məcəllənin
185.1—185.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
ziyan vurmaqla törədildikdə —[437]
on ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 186. Əmlakı
qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək
miqdarda cərimə və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[438]
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş
şəxsə külli miqdarda ziyan vurmaqla
törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya
başqa ümumi təhlükəli üsulla
törədildikdə və ya ağır
nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
186.3. Bu Məcəllənin 186.1 və
186.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla
törədildikdə —
yeddi ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[439]
Maddə 187. Əmlakı
ehtiyatsızlıqdan məhv etmə və ya
zədələmə
187.1. Özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—[440]
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç
yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər
və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlığın məhdudlaşdırılması və ya
altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[441]
187.2. Eyni əməllər odla və ya
başqa yüksək təhlükə mənbəyi ilə
ehtiyatsız davranma üzündən baş verdikdə və
ya külli miqdarda ziyan vurmaqla törədildikdə—[442]
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[443]
187.3. Bu Məcəllənin 187.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ağır nəticələrə
səbəb olduqda—
iki ilədək müddətə islah
işləri və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
187.4. Bu Məcəllənin 187.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla
törədildikdə —[444]
bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd. Bu Məcəllənin
187.1—187.2-ci maddələrində nəzərdə tutulmuş
əməlləri ilk dəfə törətmiş
şəxs cinayət nəticəsində vurulmuş ziyanı
tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad olunur. [445]
Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma [446]
188.1. Qanunla müəyyən
edilmiş mülkiyyət, istifadə və ya icarə
hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama,
becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq
sahəsini başqa üsullarla özbaşına tutma –
səkkiz min manatdan on min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[447]
188.2. Qanunla müəyyən
edilmiş mülkiyyət, istifadə və ya icarə
hüququ olmadan torpaq sahəsi üzərində
özbaşına tikinti və ya quraşdırma
işlərini aparma -
bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[448]
188.3. Bu Məcəllənin
188.1-ci və 188.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər kənd təsərrüfatı
təyinatlı torpaqlara münasibətdə
törədildikdə -
üç ildən beş
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[449]
188.4. Bu Məcəllənin 188.1-188.3-cü
maddələrində nəzərdə tutulmuş
əməllər:
188.4.1. təkrar
törədildikdə;
188.4.2. şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə -
beş ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 189. Telefon
xətlərinə qanunsuz daxil olmaqla danışıqlar
aparma[450]
189.1. Abonentə məxsus telefon
nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil
olmaqla danışıqlar aparma,
zərərçəkmiş şəxsə xeyli miqdarda
ziyan vurmaqla törədildikdə —
min beş yüz manatdan iki min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan
üç yüz saatadək ictimai işlər və ya bir
ilədək müddətə islah işləri ilə
cəzalandırılır.[451]
189.2. Eyni hərəkətlər
zərərçəkmiş şəxsə külli miqdarda
ziyan vurduqda—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri ilə cəzalandırılır.[452]
Maddə 189-1. Təbii
qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması[453]
189-1.1. Təbii qaz, su təchizatı, elektrik və ya istilik
şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu
əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - [454]
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması ilə cəzalandırılır.[455]
189-1.2. Eyni
əməllər külli miqdarda ziyan vurmaqla
törədildikdə -
dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[456]
189-1.2-1. Bu Məcəllənin 189-1.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla
törədildikdə —[457]
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
189-1.3. Təbii qaz, su, elektrik və ya istilik enerjisi
təchizatı müəssisələrinin vəzifəli
şəxsi olmayan
səlahiyyətli nümayəndəsinin işə
vicdansız və ya laqeyd
münasibəti nəticəsində xidməti
vəzifəsini yerinə yetirməməsi və ya lazımi
qaydada yerinə yetirməməsi səbəbindən bu
Məcəllənin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci maddələrində
nəzərdə tutulmuş əməllərin
qarşısının alınmaması –[458]
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[459]
189-1.4. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı
müəssisələrinin vəzifəli
şəxsi olmayan
səlahiyyətli nümayəndəsinin xidməti
mövqedən sui-istifadə etməklə tamah və ya
sair şəxsi marağı üzündən bu
Məcəllənin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə
tutulmuş əməllərin qarşısını
almaması -
dörd min manatdan altı
min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya dörd ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[460]
Qeyd: [461]
Bu
Məcəllənin 189-1.1 və ya 189-1.2-ci
maddələrində nəzərdə tutulmuş
əməlləri ilk dəfə törətmiş
şəxs cinayət nəticəsində vurulmuş
ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən
azad olunur.
24-cü fəsil
İQTİSADİ
FƏALİYYƏT SAHƏSİNDƏ OLAN
CİNAYƏTLƏR
Maddə 190. Qanuni sahibkarlıq
fəaliyyətinə mane olma
190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.[462]
190.2. Eyni əməllər qanuni
qüvvəyə minmiş məhkəmə
qərarını pozmaqla və ya külli miqdarda ziyan
vurmaqla törədildikdə[463]—
cinayət nəticəsində
vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə və ya iki ilədək müddətə
islah işləri ilə cəzalandırılır.[464]
Qeyd:
Bu Məcəllənin 192.1, 192-1.1,
192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 195-2.1, 196.1, 197.1,
198.1, 200-2.1, 201-1.1, 203.1, 204.2, 205-2.1, 206-1.1, 210.1, 211.1 və 212.1-ci
maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan
məbləğ, 190.2, 192-1.3.2, 194.2.4, 195.2, 195-1.3,
195-2.2, 196.2, 197.2, 198.2, 200-2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2,
203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci
maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan artıq olan
mәblәğ, 192.2.1, 192.2.2, 193.2.1, 193.2.2 və 206-1.2.2-ci maddələrində
“külli miqdar” dedikdə iki yüz
min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq
olmayan məbləğ, 192.3.1, 192.3.2, 193.3.1, 193.3.2 və 206-1.3-cü maddələrində
“xüsusilə külli miqdar” dedikdə beş yüz min
manatdan yuxarı olan mәblәğ başa
düşülür.[465]
Maddə 191. Torpaqla
əlaqədar qanunsuz əqdlərin qeydiyyatı
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma—
iki min
manatdan dörd min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya iki ilədək
müddətə islah işləri ilə
cəzalandırılır.[466]
Maddə 192. Qanunsuz
sahibkarlıq
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—[467]
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda
cərimə və ya bir ilədək
müddətə islah işləri və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[468]
192.2. Eyni əməllər:
192.2.1. külli miqdarda ziyan vurduqda;[469]
192.2.2. külli miqdarda gəlir əldə
etməklə törədildikdə;
192.2.3. mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
üç misli miqdarında
cərimə və ya üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[470]
192.3. Bu Məcəllənin 192.1 və
192.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər: [471]
192.3.1. xüsusilə külli miqdarda
ziyan vurduqda;
192.3.2. xüsusilə külli miqdarda
gəlir əldə etməklə törədildikdə —
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) dörd misli miqdarında
cərimə və ya beş ildən yeddi ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 192.1-ci
maddəsində nəzərdə tutulan əməli ilk
dəfə törətmiş şəxs cinayət
nəticəsində vurulmuş ziyanı tamamilə
ödədikdə və ya cinayət nəticəsində əldə
edilmiº gəliri tamamilə dövlət
büdcəsinə köçürdükdə cinayət
məsuliyyətindən azad olunur.[472]
Maddə 192-1. Lotereyaların və idman mərc
oyunlarının təşkili və ya keçirilməsi
qaydalarının pozulması[473]
192-1.1.
Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna
olmaqla) buna hüququ olmayan şəxs tərəfindən
təşkili və ya keçirilməsi fiziki və ya
hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda
ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə
etməklə törədildikdə -[474]
cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən üç
mislinədək miqdarda cərimə və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
192-1.2. Qanunla
müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman
mərc oyunlarının təşkili və ya
keçirilməsi fiziki və ya hüquqi
şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan
vurduqda, habelə xeyli miqdarda gəlir əldə
etməklə törədildikdə -[475]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən üç mislinədək miqdarda cərimə
və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
192-1.3. Bu
Məcəllənin 192-1.1 və ya 192-1.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:
192-1.3.1. təkrar
törədildikdə;
192-1.3.2. külli
miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir
əldə etməklə törədildikdə;
192-1.3.3.
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə -
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[476]
Maddə 192-2. İdman yarışlarının manipulyasiyası[477]
192-2.1. İdman
yarışlarının manipulyasiyası məqsədi
ilə idmançıya, idman hakiminə,
məşqçiyə, sponsora və ya digər
şəxsə onun özü və ya üçüncü
şəxslər üçün birbaşa və ya
dolayı yolla, şəxsən və ya
vasitəçidən istifadə etməklə, maddi və ya
sair nemət, imtiyaz və ya güzəşt təklif
olunması, vəd edilməsi və ya verilməsi -
üç min manatdan beş min
manatadək miqdarda cərimə və ya üç ildən
altı ilədək müddətə azadlıqdan mərhum
etmə ilə cəzalandırılır.
192-2.2. İdman
yarışlarının manipulyasiyası məqsədi
ilə idmançı, idman hakimi, məşqçi, sponsor
və ya digər şəxs tərəfindən hər
hansı hərəkətə (hərəkətsizliyə)
görə onların özü və ya
üçüncü şəxslər üçün
birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən
istifadə etməklə, maddi və ya sair nemətin,
imtiyazın və ya güzəştin istənilməsi və
ya alınması, yaxud bu barədə təklifin və ya vədin
qəbul edilməsi -
üç min manatdan beş min
manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə üç ildən altı
ilədək müddətə azadlıqdan mərhum etmə
ilə cəzalandırılır.
192-2.3. Bu Məcəllənin 192-2.1-ci
və 192-2.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər:
192-2.3.1. təkrar törədildikdə;
192-2.3.2. mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar
təşkilat) tərəfindən törədildikdə -
altı ildən səkkiz ilədək
müddətə azadlıqdan mərhum etmə ilə
cəzalandırılır.
192-2.4. İdman
yarışlarının manipulyasiyası məqsədi
ilə idmançıya, idman hakiminə,
məşqçiyə, sponsora və ya digər
şəxsə, yaxud onların yaxın qohumlarına zor
tətbiq etmə və ya zor tətbiq etmə hədəsi
ilə hədələmə, yaxud onların özü və
ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar
yayma və ya onların özünün və ya yaxın
qohumlarının əmlakını tələf etmə
hədəsi ilə onların hər hansı
hərəkətləri etməsini və ya etməməsini
tələb etmə -
üç ilədək
müddətə azadlıqdan mərhum etmə ilə
cəzalandırılır.
192-2.5. Bu Məcəllənin
192-2.4-cü maddəsində nəzərdə tutulmuş
əməllər həyat və ya sağlamlıq
üçün təhlükəli olan zor tətbiq etməklə
törədildikdə -
üç ildən altı
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd:
1. Bu
Məcəllənin 192-2.1-ci, 192-2.2-ci və 192-2.4-cü
maddələrində “idman yarışlarının
manipulyasiyası” dedikdə şəxsin özünün
və ya başqalarının xeyrinə qeyri-qanuni
üstünlük əldə etməsi üçün idman
yarışlarının gedişatını və ya
nəticəsini qəsdən dəyişdirməyə
yönəlmiş əməli (hərəkəti və ya
hərəkətsizliyi) başa düşülür.
2. Bu
Məcəllənin 192-2.1-ci maddəsində
nəzərdə tutulmuş əməli törətmiş
şəxs bu barədə müvafiq dövlət orqanına
könüllü məlumat verdikdə və ya bu əməli
ona qarşı tətbiq edilən hədə-qorxu
nəticəsində etdikdə cinayət
məsuliyyətindən azad edilir.
3. Bu Məcəllənin
192-2.2-ci maddəsində nəzərdə tutulmuş
əməli öz xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar
törətmiş vəzifəli şəxs bu
Məcəllənin 311-сi maddəsinə əsasən
cinayət məsuliyyətinə cəlb olunur.
Maddə 193. Yalançı
sahibkarlıq
193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə —[478]
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə
azadlığın məhdudlaşdırılması və ya
altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[479]
193.2. Eyni əməllər:
193.2.1. külli miqdarda ziyan vurduqda;
193.2.2. külli miqdarda gəlir əldə
etməklə törədildikdə;
193.2.3. mütəşəkkil
dəstə tərəfindən törədildikdə —[480]
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[481]
193.3. Bu Məcəllənin 193.1 və
193.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər: [482]
193.3.1. xüsusilə külli miqdarda
ziyan vurduqda;
193.3.2. xüsusilə külli miqdarda
gəlir əldə etməklə törədildikdə —
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd
misli miqdarında cərimə və ya beş ildən yeddi
ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 193.1-ci
maddəsində nəzərdə tutulan əməli ilk
dəfə törətmiş şəxs cinayət
nəticəsində vurulmuş ziyanı tamamilə
ödədikdə və ya cinayət nəticəsində
əldə edilmiş gəliri tamamilə dövlət
büdcəsinə köçürdükdə cinayət
məsuliyyətindən azad olunur. [483]
Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma[484]
193-1.1. Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərini və
ya digər əmlakı leqallaşdırma, yəni:
193-1.1.1. cinayət yolu ilə əldə edildiyini
bilə-bilə pul vəsaitləri və ya digər
əmlakın əldə edilməsinin həqiqi
mənbəyini gizlətmək və ya cinayət
törətmiş şəxsin məsuliyyətdən
yayınması üçün ona kömək etmək
məqsədilə belə pul vəsaitlərinin və ya
digər əmlakın konversiyası və ya
köçürülməsi, yaxud həmin
məqsədlərlə cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərindən və ya digər
əmlakdan istifadə etməklə maliyyə
əməliyyatlarının və ya digər əqdlərin
həyata keçirilməsi;[485]
193-1.1.2. cinayət yolu ilə əldə
edildiyini bilə-bilə pul vəsaitləri və ya
digər əmlakın həqiqi xarakterinin, mənbəyinin,
yerinin, onlara sərəncam verilməsinin, onların
yerdəyişməsinin, belə pul vəsaitləri və
ya digər əmlaka olan hüquqların və ya onların
kimə məxsus olmasımn ört-basdır edilməsi və
ya gizlədilməsi–[486]
dörd min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə , əmlakı müsadirə olunmaqla
iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[487]
193-1.2. Eyni
əməllər:
193-1.2.1. qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə;
193-1.2.2. təkrar
törədildikdə;
193-1.2.3. şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə -
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə , əmlakı müsadirə
olunmaqla beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
193-1.3. Bu
məcəllənin 193-1.1 və ya 193-1.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:
193-1.3.1.
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
193-1.3.2. xeyli miqdarda
törədildikdə –[488]
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə , əmlakı müsadirə
olunmaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu
məcəllənin 193-1.3.2-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan artıq olan
məbləğ başa düşülür.[489]
Maddə 194. Cinayət
yolu ilə əldə edildiyini bilə-bilə pul
vəsaitlərini və ya digər əmlakı
əldə etmə, onlara sahiblik və ya onlardan istifadə
etmə, yaxud sərəncam vermə[490]
194.1. Qabaqcadan vəd etmədən cinayət yolu
ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda pul
vəsaitləri və ya digər əmlakı əldə
etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud
onların əldə edilməsinin həqiqi mənbəyini
gizlətmədən onlara sərəncam vermə –[491]
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya əmlakı
müsadirə edilməklə dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[492]
194.1-1. Eyni əməllər
xeyli miqdarda törədildikdə -[493]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən üç
mislinədək miqdarda cərimə və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[494]
194.2. Bu Məcəllənin 194.1 və ya 194.1-1-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:[495]
194.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
194.2.2. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə;
194.2.3. əvvəllər bu cinayətə
görə məhkum edilmiş şəxs
tərəfindən törədildikdə; [496]
194.2.4. külli miqdarda
törədildikdə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
üç ildən altı
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[497]
Maddə 195. Qanunsuz kredit alma
və ya kreditdən təyinatı üzrə istifadə
etməmə
195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən
üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[498]
195.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə və ya bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[499]
Maddə 195-1. Dövlət
borcundan və ya dövlət zəmanəti ilə
alınmış borcdan istifadə qaydalarını pozma[500]
195-1.1. Əsas və təkrar borcalan
tərəfindən dövlət borcalmaları və ya
dövlət zəmanəti yolu ilə cəlb olunan
vəsaitin istifadəsi və qaytarılması
(istifadəçiyə şamil olunmur) haqqında
məlumatların, öz bank və
digər ödəniş hesablarının vəziyyəti
haqqında məlumatların qanunvericiliklə
müəyyən edilmiş qaydada vaxtında verilməməsi
və ya təhrif olunmuş məlumatların verilməsi
dövlətə xeyli miqdarda ziyan vurduqda -[501]
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[502]
195-1.2. Dövlət borcalmaları və ya
dövlət zəmanəti verilmiş öhdəlik
üzrə cəlb olunmuş vəsaitdən təyinatı
üzrə istifadə edilməməsi dövlətə xeyli
miqdarda ziyan vurduqda -
üç il müddətinə müəyyən
vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə cinayət
nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya
bir ildən iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[503]
195-1.3. Bu Məcəllənin 195-1.1-ci və 195-1.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər dövlətə külli miqdarda ziyan
vurduqda -
üç il müddətinə
müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki
ildən üç ilədək müddətə
azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[504]
Maddə 195-2. Daxili və xarici borcalma qaydasını pozma[505]
195-2.1. Dövlətə
məxsus olan hüquqi şəxslərin müvafiq icra
hakimiyyəti orqanının razılığını
almadan daxili və ya xarici borcalması dövlətə xeyli
miqdarda ziyan vurduqda -
üç il
müddətinə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə cinayət
nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarında
cərimə və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[506]
195-2.2. Eyni əməllər
dövlətə külli miqdarda ziyan vurduqda -
üç il
müddətinə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə cinayət nəticəsində
vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Qeyd: Bu maddədə
“dövlətə məxsus olan hüquqi şəxslər”
dedikdə, paylarının (səhmlərinin) 51 və daha
artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə
məxsus olan kommersiya hüquqi şəxsləri,
dövlətin yaratdığı qeyri-kommersiya hüquqi
şəxsləri və publik hüquqi şəxslər,
habelə qeyd olunan hüquqi şəxslərin
yaratdığı paylarının (səhmlərinin) 51
və daha artıq faizi birbaşa və ya dolayısı
ilə həmin hüquqi şəxslərə məxsus olan
törəmə təsərrüfat cəmiyyətləri,
qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi
şəxslər nəzərdə tutulur.
Maddə 196. Kreditor
borclarını ödəməkdən qəsdən
yayınma
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda—
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[507]
196.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda—
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə və ya iki
ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[508]
Maddə 197. Əmtəə
nişanlarından qanunsuz istifadə etmə
197.1. Özgənin əmtəə və
ya xidmət etmə nişanından, əmtəənin
mənşə yerinin adından və ya eynicinsli
əmtəələrin adına oxşar adlardan istifadə
olunması təkrar törədildikdə və ya xeyli
miqdarda ziyan vurduqda—[509]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[510]
197.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda—
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
üç misli miqdarında
cərimə
və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[511]
Maddə 198. Bilə-bilə
yalan reklam etmə
198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[512]
198.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda—
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli
miqdarında cərimə və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[513]
Maddə 199.
İnhisarçılıq hərəkətləri və
rəqabəti məhdudlaşdırma[514]
199.1. Təsərrüfat
subyektlərinin digər rəqibləri bazardan
kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil
olmasının qarşısını almaq
məqsədilə rəqabəti məhdudlaşdıran
vasitələrin tətbiqi barədə kartel
sövdələşməsi, belə
sövdələşmədə iştirak etmə, yaxud
rəqabətin qarşısının alınmasına, aradan
qaldırılmasına və ya
məhdudlaşdırılmasına səbəb olan və ya
səbəb ola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı
fəaliyyət vasitələrindən istifadə etmə
və ya digər inhisarçılıq
hərəkətlərini etmə -
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli
miqdarında cərimə edilməklə iki il
müddətinə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya iki il
müddətinə müəyyən vəzifə tutma
və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
199.2. Eyni əməllər:
199.2.1. təkrar
törədildikdə;
199.2.2. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
199.2.3. şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə;
199.2.4. xeyli miqdarda ziyan vurduqda
və ya xeyli miqdarda gəlir əldə etməklə
törədildikdə -
üç il
müddətinə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) üç misli miqdarında
cərimə edilməklə üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[515]
199.3. Bu Məcəllənin
199.1-ci və ya 199.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər:
199.3.1. cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
199.3.2. hədə-qorxu ilə
tələb etmə əlamətləri olmadan, zor tətbiq
etməklə və ya zor tətbiq etmək hədəsi
ilə, habelə özgənin əmlakını məhv
etməklə və ya zədələməklə və ya
belə məhv etmə və ya zədələmə
hədəsi ilə törədildikdə;
199.3.3. külli miqdarda ziyan
vurduqda və ya külli miqdarda gəlir əldə
etməklə törədildikdə-
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd
misli miqdarında cərimə edilməklə yeddi ildən on
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1.
Bu Məcəllənin 199.2.4-cü maddəsində “xeyli
miqdar” dedikdə on min manatdan əlli min manatadək olan
məbləğ, 199.3.3-cü maddəsində isə
“külli miqdar” dedikdə əlli min manatdan artıq olan
məbləğ başa düşülür.
2.
Bu Məcəllənin 199.1-ci maddəsində
nəzərdə tutulan əməli törətmiş
şəxs hakimiyyət orqanlarını vaxtında
xəbərdar etməklə və ya başqa üsulla
həmin cinayət əməlinin aşkar edilməsinə
və qarşısının alınmasına yardım
etdikdə və onun əməlində başqa cinayətin tərkibi
olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə
200. İstehlakçıları aldatma və ya pis
keyfiyyətli məhsul istehsal etmə və satma
200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —
üç min manatdan beş min
manatadək miqdarda cərimə və ya üç
yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər
ilə cəzalandırılır.[516]
200.2. Eyni əməllər:
200.2.1. təkrar törədildikdə;
200.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
200.2.3. külli miqdarda ziyan vurmaqla
törədildikdə—
beş min manatdan yeddi min manatadək
miqdarda cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[517]
200.3. Bilə-bilə pis keyfiyyətli
məhsulların istehsalı, satışa buraxılması
və ya belə məhsulların satışı, onların
keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
sağlamlığına az ağır və ya ağır
zərər vurulmasına səbəb olduqda—[518]
on min manatdan on beş min manatadək miqdarda
cərimə və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[519]
200.4. Bu
Məcəllənin 200.3-cü maddəsində
nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda —[520]
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu maddədə “xeyli miqdar”
dedikdə, üç yüz
manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan
məbləğ, “külli miqdar” dedikdə üç min
manatdan yuxarı olan məbləğ başa
düşülür.[521]
Maddə 200-1. Dərman
vasitələrinin qanunsuz dövriyyəsi [522]
200-1.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki
sənədlərin tələblərinə cavab
verməyən, mənşəyi məlum olmayan,
yararlılıq müddəti bitmiş, qanunla dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət
qeydiyyatından keçməyən dərman
vasitələrinin satışı, satış məqsədilə
saxlanması və ya idxalı, habelə saxta dərman
vasitələrinin istehsalı, satışı, satış
məqsədilə saxlanması və ya idxalı, bu
əməllər xeyli miqdarda törədildikdə -
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
üç min manatdan beş min manatadək miqdarda
cərimə və ya iki
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[523]
200-1.2. Eyni əməllər:
200-1.2.1. təkrar törədildikdə;
200-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
200-1.2.3. külli miqdarda törədildikdə -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [524]
200-1.3. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki
sənədlərin tələblərinə cavab
verməyən, mənşəyi məlum olmayan,
yararlılıq müddəti bitmiş, qanunla dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət
qeydiyyatından keçməyən dərman
vasitələrinin satışı, satış məqsədilə
saxlanması və ya idxalı, habelə saxta dərman
vasitələrinin istehsalı, satışı, satış
məqsədilə saxlanması və ya idxalı
zərərçəkmiş şəxsin
sağlamlığına az ağır və ya ağır
zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
200-1.4. Bu Məcəllənin 200-1.3-cü
maddəsində göstərilən əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 200-1.1-ci
maddəsində “xeyli miqdar” dedikdə min manatdan iki min
manatadək olan məbləğ, 200-1.2.3-cü
maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan
artıq olan məbləğ başa düşülür.[525]
Maddə 200-2. Genetik
modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji
və gen mühəndisliyi metodları ilə
yaradılmış kənd təsərrüfatı bitki
materiallarının və ya genetik modifikasiya olunmuş
bitkilərin genetik materiallarından istifadə edilərək
istehsal olunan yeyinti məhsullarının qanunsuz
dövriyyəsi[526]
200-2.1. Elmi tədqiqat, sınaq və
sərgilərdə nümayiş məqsədləri
üçün nəzərdə tutulmayan genetik modifikasiya
olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen
mühəndisliyi metodları ilə yaradılmış
kənd təsərrüfatı bitki materiallarını
və ya genetik modifikasiya olunmuş bitkilərin genetik
materiallarından istifadə edilərək istehsal olunan yeyinti
məhsullarını bilə-bilə idxal etmə və ya
satma, bu əməllər xeyli miqdarda törədildikdə -
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən üç mislinədək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır. [527]
200-2.2. Elmi tədqiqat, sınaq və
sərgilərdə nümayiş məqsədləri
üçün nəzərdə tutulmayan genetik modifikasiya
olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen
mühəndisliyi metodları ilə yaradılmış
kənd təsərrüfatı bitki materiallarını
və ya genetik modifikasiya olunmuş bitkilərin genetik
materiallarından istifadə edərək yeyinti
məhsullarını istehsal etmə -
on min manatdan on beş min manatadək
miqdarda cərimə və ya üç ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[528]
200-2.3. Bu Məcəllənin 200-2.1-ci
və 200-2.2-ci maddələrində göstərilən
əməllər külli miqdarda törədildikdə -
cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) üç misli
miqdarında cərimə və ya iki
ildən beş ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[529]
Maddə
201. Əqdin bağlanmasına və ya onun
bağlanılmasından imtinaya məcbur etmə
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun bağlanmasından imtinaya məcbur etmə—
iki ilədək müddətə islah
işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [530]
201.2. Eyni əməllər:
201.2.1. təkrar törədildikdə;
201.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[531]
Maddə 201-1. Hüquqi şəxslərə
aidiyyəti olan şəxslərlə əqdlərin
bağlanması qaydalarının pozulması, yaxud belə
əqdlərlə əlaqədar qanunla müəyyən
edilmiş qaydada məlumatların təqdim edilməməsi
201-1.1. Hüquqi şəxslərə
aidiyyəti olan şəxslərlə əqdlərin
bağlanması qaydalarının pozulması, yaxud belə
əqdlərlə əlaqədar qanunla müəyyən
edilmiş qaydada məlumatların təqdim edilməməsi
xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir
əldə etməklə törədildikdə–
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən üç mislinədək miqdarda cərimə
və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
201-1.2. Eyni əməllər külli
miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir
əldə etməklə törədildikdə –
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
üç misli miqdarında
cərimə və ya bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[532]
Maddə
202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz
yolla əldə etmə və ya yayma
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—
min beş yüz manatdan iki min beş yüz manatadək
miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[533]
202.2. Sahibkarın razılığı
olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah
və ya başqa şəxsi niyyətlə qanunsuz yolla
istifadə edilməsi və ya yayılması külli miqdarda
ziyan vurmaqla törədildikdə—
cinayət nəticəsində
vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki
ilədək müddətə islah işləri və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[534]
Qeyd: Kommersiya və ya
bank sirri olan məlumatları “Cinayət yolu ilə
əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada maliyyə
monitorinqi orqanına təqdim edən şəxsə bu
Məcəllənin 202.2-ci maddəsinin qüvvəsi şamil
edilmir.[535]
Maddə 202-1. İxrac
nəzarətinə aid sənəd və məlumatları yayma[536]
202-1.1. Hüquqi və fiziki şəxslərdən
alınmış ixrac
nəzarəti-nə aid sənəd və məlumatların və ya
onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi —
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir
ilədək müddətə
islah işləri
və
ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə azadlığın
məhdudlaşdırılması ilə cəzalandırılır.[537]
202-1.2 Eyni əməllər külli miqdarda ziyan
vurmaqla törədildikdə
—
cinayət nəticəsində
vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki
ilədək müddətə
islah işləri
və ya eyni müddətə
azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[538]
Maddə
202-2. İnsayder
tərəfindən insayd
məlumatdan qanunsuz istifadə[539]
202-2.1. İnsayder tərəfindən ona etibar
edilmiş və ya xidməti vəzifəsinə və yaxud
işinə görə ona məlum olan insayd məlumatdan tamah və ya başqa şəxsi
niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya
əqdlərin bağlanması üçün
üçüncü şəxslərə verilməsi,
külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir
əldə etməklə törədildikdə -[540]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli
miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
min manatdan üç min manatadək miqdarda cərimə
edilməklə üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə ,
əmlakı müsadirə olunmaqla altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[541]
202-2.2. Eyni əməllər:
202-2.2.1. təkrar törədildikdə;
202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
üç min manatdan yeddi min manatadək miqdarda
cərimə edilməklə üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə ,
əmlakı müsadirə olunmaqla dörd ildən
səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[542]
Qeyd: Bu Məcəllənin 202-2.1-ci
maddəsində “insayd məlumat” və “insayder” dedikdə,
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikası Qanununun müvafiq olaraq 78.2-ci və 79.1-ci
maddələrində nəzərdə tutulmuş məlumat
və şəxslər başa düşülür.[543]
Maddə 203. Qiymətli
kağızların buraxılması (emissiyası)
qaydalarını pozma
203.1. Qiymətli kağızların emissiya prospektinə (informasiya memorandumuna) bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatların daxil edilməsi, həmçinin bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən emissiya prospektinin (informasiya memorandumunun) təsdiq edilməsi və ya bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən qiymətli kağızların emissiyası və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda -[544]
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[545]
203.2. Eyni əməllər külli miqdarda
ziyan vurmaqla törədildikdə—
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli
miqdarında cərimə və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[546]
Maddə
203-1. Qiymətli kağızlar
bazarında manipulyasiyalar[547]
203-1.1. Qiymətli kağızlar
bazarında manipulyasiyalar külli miqdarda ziyan vurmaqla və ya
külli miqdarda gəlir əldə etməklə
törədildikdə -[548]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə ,
əmlakı müsadirə olunmaqla iki ildən altı
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[549]
203-1.2. Eyni əməllər:
203-1.2.1. təkrar törədildikdə;
203-1.2.2. mütəşəkkil dəstə
tərəfindən törədildikdə -
203-1.2.3. kütləvi informasiya vasitələrindən
və ya ümumi istifadədə olan informasiya-telekommunikasiya
şəbəkələrindən istifadə edilməklə
törədildikdə -[550]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
üç misli miqdarında
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə , əmlakı müsadirə olunmaqla
altı ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[551]
Qeyd: Bu Məcəllənin 203-1.1-ci
maddəsində “manipulyasiyalar” dedikdə, “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan Respublikası
Qanununun 78.4-cü maddəsində nəzərdə
tutulmuş hərəkətlər başa
düşülür.[552]
Maddə 204. Saxta pul və ya
qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma[553]
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma[554]—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla beş
ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
204.2. Eyni əməllər xeyli miqdarda və
ya əvvəllər saxta pul və ya qiymətli
kağızlar hazırlama, əldə etmə və ya
satmağa görə məhkum olunmuş şəxs
tərəfindən törədildikdə[555]—
əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
204.3 Bu Məcəllənin 204.1 və ya
204.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
204.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
204.3.2. külli miqdarda
törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 205. Saxta
ödəniş alətlərini və ya qiymətli
kağız sayılmayan ödəniş
sənədlərini hazırlama, əldə etmə və ya
satma[556]
205.1. Saxta
ödəniş alətlərini və ya qiymətli
kağız sayılmayan ödəniş
sənədlərini satış məqsədi ilə
hazırlama, habelə əldə etmə və ya satma—[557]
iki min manatdan dörd min manatadək miqdarda
cərimə olunmaqla iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[558]
205.2. Eyni əməllər:
205.2.1. təkrar törədildikdə;
205.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
205.2.3. külli miqdarda
törədildikdə—
əmlakı müsadirə olunmaqla dörd ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 205-1. Saxta aksiz markalarının və
məcburi nişanların dövriyyəsi[559]
Saxta aksiz markalarını
və ya məcburi nişanları hazırlama, əldə
etmə, saxlama, satma, habelə aksiz markası ilə
markalanmalı olan malları saxta aksiz markaları ilə
markalama və ya məcburi nişanlama ilə
nişanlanmalı olan malları saxta məcburi nişanlama
ilə nişanlama, fiziki şəxslər
tərəfindən pərakəndə satış
obyektindən istehlak məqsədilə əldə etmə
istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış
və ya saxta məcburi nişanlama ilə
nişanlanmış malları əldə etmə, saxlama
və ya satma –[560]
iki min manatdan üç min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya üç
ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[561]
Qeyd:
Saxta aksiz markası ilə markalanmış və ya saxta məcburi nişanlama ilə
nişanlanmış malları əldə edən,
saxlayan və ya satan şəxs həmin malların
digər şəxsdən alınmasını təsdiq
edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim
etdikdə cinayət məsuliyyətinə cəlb olunmur. [562]
Maddə
205-2. Nəzarət
markalarının qəsdən məhv edilməsi,
saxtalaşdırılması, qeyri-qanuni yolla
hazırlanması, istifadəsi və satışı[563]
205-2.1. Nəzarət markalarının qəsdən
məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni
yolla hazırlanması, istifadəsi və satışı,
əgər bu əməllər nəticəsində xeyli
miqdarda ziyan vurulmuşdursa -
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[564]
205-2.2. Eyni əməllər:
205-2.2.1. təkrar törədildikdə;
205-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
205-2.2.3. külli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli
miqdarında cərimə və ya iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[565]
Maddə 206.
Qaçaqmalçılıq
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi—[566]
cinayətin predmetinin
dəyərinin qırx faizindən altmış
faizinədək miqdarında cərimə və ya cinayətin
predmetinin dəyərinin qırx faizindən altmış
faizinədək miqdarında cərimə edilməklə
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[567]
206.1-1. Bu Məcəllənin 206.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər külli miqdarda törədildikdə —
cinayətin predmetinin dəyərinin
əlli faizindən yetmiş faizinədək miqdarında
cərimə və ya cinayətin predmetinin dəyərinin
əlli faizindən yetmiş faizinədək miqdarında
cərimə edilməklə iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
206.1-2. Bu Məcəllənin 206.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər xüsusilə külli miqdarda
törədildikdə—
cinayətin predmetin
dəyərinin altmış faizindən səksən
faizinədək miqdarında cərimə və ya cinayətin
predmetin dəyərinin altmış faizindən səksən
faizinədək miqdarında cərimə edilməklə
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[568]
206.2. Narkotik vasitələrin, psixotrop
maddələrin və ya
onların prekursorlarının, güclü təsir
edən, zəhərli, zəhərləyici, radioaktiv,
partlayıcı maddələrin və qurğuların,
hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı
və həmin silah üçün döyüş
sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş
sursatının, nüvə, kimyəvi, bioloji və digər
kütləvi qırğın silahlarının,
kütləvi qırğın silahlarının
hazırlanmasında istifadə oluna bilən və
Azərbaycan Respublikası gömrük sərhədindən
keçirilməsinin xüsusi qaydaları müəyyən
edilmiş materialların və avadanlıqların,
Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi üçün
müvafiq qaydalar müəyyən edilmiş strateji
əhəmiyyətli xammalın, mədəni, tarixi və ya
arxeoloji sərvət olan əşyaların Azərbaycan
Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən kənar və ya ondan gizli,
yaxud sənədlərdən və ya gömrük
eyniləşdirilməsi vasitələrindən aldatma yolu
ilə istifadə etməklə, yaxud bəyan
etməməklə və ya düzgün bəyan
etməməklə keçirilməsi—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[569] KMQ6
206.3. Bu Məcəllənin 206.1–206.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:[570]
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini
həyata keçirən şəxsə zor tətbiq etməklə
törədildikdə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla beş
ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
206.4. Bu Mәcәllәnin 206.1 —
206.3-cü maddələrində nəzərdə tutulmuş
əməllər mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 206.1-ci
maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan
yuxarı, lakin iki yüz min manatdan artıq olmayan
məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar”
dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz
min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci
maddəsində “xüsusilə külli miqdar” dedikdə
beş yüz min manatdan yuxarı olan məbləğ başa
düşülür.[571]
2. Bu
Məcəllənin 206.2-ci maddəsində "mədəni,
tarixi və ya arxeoloji sərvət olan əşyalar"
dedikdə, Azərbaycan Respublikasının milli
mədəniyyət əmlakının Dövlət Siyahısına
daxil edilmiş mədəni sərvətlər başa
düşülür.
Maddə 206-1. Azərbaycan Respublikasından xarici
ölkəyə və ya xarici ölkədən Azərbaycan
Respublikasına qanunsuz pul köçürülməsi
fəaliyyəti ilə məşğul olma
206-1.1. Bu Məcəllənin 206-cı
maddəsində nəzərdə tutulmuş cinayətin
əlamətləri olmadan, əvəzləşdirmə
və digər qarşılıqlı hesablaşma
üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq
Azərbaycan Respublikasından xarici ölkəyə və ya
xarici ölkədən Azərbaycan Respublikasına
köçürülməsi fəaliyyəti ilə
məşğul olma, bu əməllər xeyli miqdarda
törədildikdə -
cinayətin predmetinin dəyərinin qırx faizi
miqdarında cərimə və ya cinayətin predmetinin
dəyərinin qırx faizi miqdarında cərimə
edilməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.
206-1.2. Eyni əməllər:
206-1.2.1. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
edilməklə törədildikdə;
206-1.2.2. külli miqdarda törədildikdə -
cinayətin predmetinin dəyərinin qırx
faizindən altmış faizinədək miqdarında
cərimə və ya cinayətin predmetinin dəyərinin
qırx faizi miqdarında cərimə edilməklə iki
ildən dörd ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
206-1.3. Bu Məcəllənin 206-1.1-ci və 206-1.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər xüsusilə külli miqdarda
törədildikdə -
cinayətin predmetinin dəyərinin
qırx faizindən altmış faizinədək miqdarında
cərimə edilməklə üç ildən beş
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[572]
Maddə
207. Azərbaycan Respublikasının və xarici
ölkələrin incəsənət, tarixi, arxeoloji
sərvəti olan əşyaları Azərbaycan
Respublikasına qaytarmama
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[573]
Maddə 208. Xarici valyuta
vəsaitlərini xaricdən qaytarmama KMQ5
208.1. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama[574]—
üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[575]
208.2. Eyni əməllər:
208.2.1. külli miqdarda
törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar»
dedikdə, qaytarılmamış xarici valyuta
vəsaitlərinin iyirmi min manatdan, yuxarı, lakin otuz min manatdan artıq olmayan
məbləği, “külli miqdar” dedikdə otuz min manatdan
artıq olan məbləği başa
düşülür.[576]
Maddə 209. Gömrük
ödənişlərinin ödənilməsindən
yayınma
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[577]
209.2. Bu Məcəllənin 209.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər:
209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda
törədildikdə—
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli
miqdarında cərimə və ya iki
ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[578]
209.3. Bu Məcəllənin 209.1 və 209.2.1-ci maddələrində
nəzərdə tutulmuş əməllər xüsusilə
külli miqdarda törədildikdə —[579]
cinayət nəticəsində
vurulmuş ziyanın dörd misli
miqdarında cərimə və ya iki
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[580]
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə,
ödənilməmiş gömrük
ödənişlərinin iyirmi
min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq
olmayan məbləği, “külli miqdar” dedikdə iki yüz
min manatdan yuxarı, lakin beş yüz min
manatdan artıq olmayan məbləği, “xüsusilə
külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan
məbləği
başa düşülür.[581]
2. Bu Məcəllənin 209.1 və
209.2.2-ci maddələrində nəzərdə tutulan
əməlləri ilk dəfə törətmiş
şəxs cinayət nəticəsində vurulmuş
ziyanı tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad olunur.
Maddə 210.
Müflisləşmə zamanı qanunsuz
hərəkətlər
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən
üç mislinədək miqdarda cərimə və ya
iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[582]
210.2. Borclu təşkilatın
rəhbəri və ya mülkiyyətçisi, habelə
fərdi sahibkar tərəfindən özünün müflis
olduğunu bilə-bilə digər kreditorların
mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların
əmlak tələblərinin təmin edilməsi, habelə
müflisləşmiş borclunun üstünlük verdiyi
kreditor tərəfindən əmlakın qəbul
edilməsinin digər kreditorlara ziyan vurduğunu
bilə-bilə həmin əmlakın qəbul edilməsi
külli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli
miqdarında cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[583]
Maddə 211. Qəsdən
müflisləşmə
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [584]
211.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda və ya digər ağır
nəticələrə səbəb olduqda—
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli miqdarında
cərimə və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[585]
Maddə 212. Saxta
müflisləşmə
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç mislinədək
miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[586]
212.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda və ya digər ağır
nəticələrə səbəb olduqda—
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli miqdarında
cərimə və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[587]
Maddə 213. Vergiləri, işsizlikdən
sığorta, icbari tibbi
sığorta və
ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma[588] KM1
213.1. Xeyli miqdarda vergiləri, işsizlikdən
sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial
sığorta haqlarını ödəməkdən
yayınma –[589]
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[590]
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda
törədildikdə -
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli miqdarında
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ildən beş ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[591]
213.3. Bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində
nəzərdə tutulmuş əməllər xüsusilə
külli miqdarda törədildikdə —[592]
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) dörd misli miqdarında cərimə
və ya beş ildən yeddi ilədək müddətə
azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Qeyd:
1. Bu
maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan
yuxarı, lakin iki yüz min manatdan artıq olmayan
məbləğ, “külli miqdar” dedikdə iki yüz min
manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan
məbləğ, “xüsusilə külli miqdar” dedikdə
beş yüz min manatdan yuxarı olan məbləğ başa
düşülür.[593]
2. Bu Məcəllənin 213.1-ci və
213.2-ci maddələrində nəzərdə tutulan
əməlləri ilk dəfə törətmiş
şəxs cinayət nəticəsində vurulmuş ziyanı
tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad olunur.[594]
213-1.1. Aksiz markası ilə markalanmalı
olan malları
belə marka olmadan və ya məcburi nişanlama ilə
nişanlanmalı olan malları nişanlanmadan xeyli
miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal
binasının hüdudlarından kənara çıxarma
və ya idxal etmə- [596]
əmlakı müsadirə olunmaqla iki
min manatdan üç min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[597]
213-1.2. Bu
Məcəllənin 213-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər: [598]
213-1.2.1. külli miqdarda
törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[599]
213-1.3. Pərakəndə satış
istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə
nişanlanmalı olan malları nağd qaydada xeyli
miqdarda satma, belə malları
satış məqsədləri üçün nağd
qaydada xeyli miqdarda alma -[600]
min manatdan iki min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213-1.4. Bu Məcəllənin
213-1.3-cü maddəsində nəzərdə tutulmuş
əməllər külli miqdarda törədildikdə -[601]
iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[602]
Qeyd: Bu
Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində
“xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək
olan məbləğ, 213-1.2.1 və 213-1.4-cü
maddələrində “külli miqdar” dedikdə iki min manatdan
yuxarı olan məbləğ başa düşülür.[603]
Maddə 213-2. Qiymətli
metalları və qiymətli daşları dövlətə
satmaqdan yayınma[604]
Qiymətli metallar və qiymətli daşlar hasil,
istehsal etmiş subyektlər tərəfindən yerin
təkindən hasil olunmuş qiymətli metallar və
qiymətli daşlar, standarta uyğun affinaj edilmiş
qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli
daşlar çeşidlənmiş şəkildə
satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan
yayınma, əgər bu əməl xeyli miqdarda
törədilibsə -
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[605]
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə,
yeddi min manatdan artıq olan məbləğ başa
düşülür.[606]
Maddə 213-3.
Dövlət əyar damğalarını saxtalaşdırma
213-3.1. Qiymətli metallar və qiymətli daşlardan
zərgərlik və digər məişət
məmulatlarının hazırlanması (istehsalı) ilə
məşğul olan şəxslər tərəfindən
dövlət əyar damğalarını saxtalaşdırma-
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə bir
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[607]
213-3.2. Eyni əməllər bir il ərzində təkrar
törədildikdə-[608]
iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [609]
İCTİMAİ
TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
25-ci fəsil
İCTİMAİ
TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
Maddə 214. Terrorçuluq [610]
214.1. Terrorçuluq, yəni ictimai
təhlükəsizliyi pozmaq, əhali arasında vahimə
yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya
beynəlxalq təşkilatlar tərəfindən qərar
qəbul edilməsinə təsir göstərmək
məqsədilə insanların həlak olması, onların
sağlamlığına zərər vurulması,
əhəmiyyətli əmlak ziyanının vurulması
və ya başqa ictimai təhlükəli
nəticələrin baş verməsi təhlükəsi
yaradan partlayış, yanğın və ya digər
hərəkətlər (terror
aktı) törətmə, habelə həmin
məqsədlə bu cür hərəkətlərin
törədiləcəyi ilə hədələmə -[611]
əmlakı müsadirə olunmaqla on ildən on
dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[612]
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində
istifadə olunan predmetlərdən istifadə etməklə
törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda;
214.2.5. beynəlxalq tədbirin
keçirildiyi vaxt və ya kütləvi tədbirin
keçirildiyi yerdə törədildikdə;[613]
214.2.6. dini
düşmənçilik, dini radikalizm və ya dini fanatizm
zəminində törədildikdə –[614]
əmlakı müsadirə olunmaqla on dörd
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[615]
Qeyd: Terrorçuluq əməlinin
hazırlanmasında iştirak etmiş şəxs
hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla bu cür əməlin
qarşısının alınmasına yardım etdikdə
və onun əməlində başqa cinayətin tərkibi
olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə [616]
Əldə olunma mənbəyindən asılı
olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın
tamamilə və yaxud qismən, bilavasitə və ya
dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2,
214-3, 215, 219, 219-1, 219-2, 226, 227,
227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci
maddələrində nəzərdə tutulmuş
əməllərin şəxs və ya qrup (dəstə,
təşkilat) tərəfindən hazırlanmasının,
təşkil olunmasının və ya
törədilməsinin, yaxud terrorçunun və ya
terrorçu qrupun (dəstənin, təşkilatın)
maliyyələşdirilməsi üçün istifadə
olunacağım bilərək pul vəsaitlərinin və ya
digər əmlakın qəsdən toplanılması və ya
verilməsi -[617]
əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[618]
Qeyd:
1. Pul vəsaitlərinin və ya
digər əmlakın terror
aktlarının törədilməsində və ya
törədilməsinə cəhddə faktiki istifadə
olunmaması və ya konkret terror
aktı ilə əlaqədar olmaması əmələ
görə cinayət məsuliyyətini aradan qaldırmır.[619]
2. Bu Məcəllənin 214-1-ci
maddəsi ilə nəzərdə tutulan əməli
törətmiş şəxs hakimiyyət orqanlarını
vaxtında xəbərdar etməklə və ya başqa
üsulla bu cür terrorçuluq əməlinin
qarşısının alınmasına yardım etdikdə
və onun əməlində başqa cinayətin tərkibi
olmadıqda, cinayət məsuliyyətindən azad edilir.[620]
Maddə 214-2. Terrorçuluğa
açıq çağırışlar[621]
Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226,
227, 277, 279 və ya 282-ci maddələrində
nəzərdə tutulmuş əməllərin
törədilməsinə açıq çağırışlar
etmə, habelə bu cür məzmunlu materiallar yayma -
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 214-3. Terrorçuluq
məqsədi ilə təlim keçmə[622]
214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226,
227, 277 və ya 282-ci maddələrində nəzərdə
tutulmuş əməllərin törədilməsi
məqsədi ilə həmin əməllərin
törədilməsi üsulları, odlu silahdan, partlayıcı
maddələrdən və ya qurğulardan, zəhərli
maddələrdən, digər ümumi təhlükəli
üsullardan və ya texniki vasitələrdən istifadə
hazırlığı üzrə təlim alma -
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində
nəzərdə tutulan təlimləri təşkil etmə
və ya keçirmə -
doqquz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 214-3-cü
maddəsi ilə nəzərdə tutulan əməli
törətmiş şəxs hakimiyyət orqanlarını
vaxtında xəbərdar etməklə və ya başqa
üsulla bu cür təlimlərin keçirilməsində
nəzərdə tutulan məqsədlər üzrə
cinayət əməllərinin qarşısının
alınmasına, belə təlimlərdə iştirak
etmiş, belə təlimləri təşkil etmiş,
maliyyələşdirmiş şəxslərin aşkar
edilməsinə yardım etdikdə və onun əməlində
başqa cinayətin tərkibi olmadıqda, cinayət
məsuliyyətindən azad edilir.
Maddə 215. Adamları girov
götürmə
215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, fiziki və ya hüquqi şəxsi hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama—[623]
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.2. Eyni əməllər:
215.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
215.2.2. təkrar törədildikdə;
215.2.3. həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə;
215.2.4. odlu silahdan və ya silah qismində
istifadə edilən əşyalardan istifadə etməklə
törədildikdə;
215.2.5. bilə-bilə yetkinlik
yaşına çatmayan şəxs barəsində
törədildikdə;
215.2.6. təqsirkar tərəfindən
aşkar surətdə hamilə qadın barəsində
törədildikdə;
215.2.7. iki və ya daha çox şəxs
barəsində törədildikdə;
215.2.8. tamah niyyəti ilə
törədildikdə—
on ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
215.3. Bu Məcəllənin 215.1 və ya
215.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər mütəşəkkil dəstə
tərəfindən törədildikdə və ya
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
on iki ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu maddədə
nəzərdə tutulmuş əməli törətmiş
şəxs könüllü və ya hakimiyyət orqanlarının
tələbi ilə girov götürüləni azad
edərsə, onun əməlində başqa cinayət
tərkibinin əlamətləri olmadıqda, cinayət
məsuliyyətindən azad edilir.
Maddə 216. Terrorçuluq barədə
bilə-bilə yalan məlumat vermə
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [624]
Maddə 217. Banditizm
217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla on
ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
217.2. Sabit silahlı qruplarda (bandalarda)
və ya onların törətdikləri basqınlarda
iştirak etmə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla yeddi
ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 218. Cinayətkar birlik
(təşkilat) yaratma
218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
səkkiz ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
218.2. Cinayətkar birlikdə
(təşkilatda), habelə mütəşəkkil
dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair
nümayəndələrinin birliyində iştirak etmə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
altı ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
218.3. Bu Məcəllənin 218.1 və ya
218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla on
ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 219. Hava və ya su
nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını
qaçırma
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə—
dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
219.2. Eyni əməllər:
219.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
219.2.2. həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə;
219.2.3. silah və ya silah qismində
istifadə edilən əşya tətbiq etməklə
törədildikdə;
219.2.4. təkrar törədildikdə—
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
219.3. Bu Məcəllənin 219.1 və ya
219.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər mütəşəkkil dəstə
tərəfindən törədildikdə və ya
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
219-1.1. Dəniz quldurluğu, yəni
özgənin əmlakını ələ keçirmək
məqsədi ilə zor tətbiq etməklə və ya zor
tətbiq etmə hədəsi ilə dəniz və çay
gəmisinə edilən basqın -
beş ildən on ilədək
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
219-1.2. Eyni əməllər:
219-1.2.1. bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə;
219-1.2.2. silah və ya silah qismində
istifadə edilən əşyalar tətbiq edilməklə
törədildikdə -
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
219-1.3. Eyni əməllər:
219-1.3.1. təkrar törədildikdə;
219-1.3.2. mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat)
tərəfindən törədildikdə;
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla on iki
ildən iyirmi
ilədək azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 219-2.
Dənizdə yerləşən stasionar platformaların
təhlükəsizliyinə təhdid yaradan əməllər[626]
219-2.1. Stasionar platformanın məhv
edilməsinə və ya təhlükəsizliyinə
təhdid yaradan dərəcədə
zədələnməsinə səbəb ola bilən
qurğu və ya maddəni stasionar platformada qəsdən
qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və
ya maddənin stasionar platformada yerləşdirilməsi
məqsədilə qəsdən qanunsuz olaraq digər
hərəkətlər etmə –
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
219-2.2. Qəsdən qanunsuz olaraq stasionar
platformanı məhv etmə və ya onun
təhlükəsizliyinə təhdid yaradan dərəcədə
zədələnməsinə səbəb olan zərər
yetirmə –
yeddi ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
219-2.3. Stasionar platformanı zor tətbiq
etməklə, zor tətbiq etmək hədəsi ilə və
ya hər hansı digər hədə-qorxu yolu ilə
qəsdən qanunsuz olaraq ələ keçirmə və ya
nəzarətdə saxlama –
səkkiz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu maddədə
“stasionar platforma” dedikdə təbii sərvətlərin
kəşfiyyatı və ya işlənməsi, yaxud digər
iqtisadi məqsədlər üçün dənizin
dibində daimi olaraq bərkidilmiş süni ada, tikili və
ya qurğu başa düşülür.
Maddə 220. Kütləvi
iğtişaş
220.1. Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə—
dörd ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
220.2. Hakimiyyət nümayəndəsinin
qanuni tələblərinə fəal şəkildə tabe
olmamağa və kütləvi iğtişaşlara, habelə
vətəndaşlara qarşı zorakılıq etməyə
çağırışlar etmə—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[627]
Maddə 221. Xuliqanlıq
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—[628]
min manatdan üç min
manatadək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[629]
221.2. Eyni əməllər:
221.2.1. bir qrup şəxs
tərəfindən və ya təkrar törədildikdə; [630]
221.2.2. ictimai qaydanın qorunması
üzrə vəzifəni yerinə yetirən və ya ictimai
qaydanın pozulmasının qarşısını alan
hakimiyyət nümayəndəsinə və ya digər
şəxsə müqavimət göstərməklə
törədildikdə—
iki ilədək müddətə islah
işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[631]
221.3. Bu Məcəllənin 221.1-ci
və ya 221.2-ci maddələrində nəzərdə
tutulmuş əməllərin silahdan və ya silah qismində
istifadə olunan əşyalardan istifadə edilməklə
törədilməsi zərər çəkmiş şəxsə
zor tətbiq olunması ilə, yaxud özgənin
əmlakının məhv edilməsi və ya
zədələnməsi ilə müşayiət olunduqda —[632]
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[633]
Maddə 222. Tikinti,
mədən işlərinin və sair işlərin
aparılmasının təhlükəsizlik qaydalarını
pozma
222.1. Tikintinin
planlaşdırılması, ona rəhbərlik edilməsi,
habelə tikinti obyektinin sökülməsi və ya bu
obyektdə yenidənqurmanın aparılması zamanı
işlərin, eləcə də mədən işlərinin
və sair işlərin aparılmasının
təhlükəsizliyi qaydalarının pozulması
insanların həyat və sağlamlığı
üçün real təhlükə yaratdıqda -
bir ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
222.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır və ya az
ağır zərərin vurulmasına səbəb olduqda -
iki ilədək
müddətə islah işləri və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
222.3. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən yeddi
ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[634]
222.4. Eyni əməllər
ehtiyatsızlıqdan iki və daha çox şəxsin
ölümünə səbəb olduqda –
üç
ilədək müddətə müəyyən vəzifə
tutmaq və ya müəyyən fəaliyyətlə
məşğul olmaq hüququndan məhrum edilməklə beş
ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[635]
Maddə 222-1. Özbaşına
tikinti işləri aparma
222-1.1. Qanunvericiliklə
müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan,
lakin belə icazə alınmadan özbaşına bina və qurğular tikmə,
mövcud tikililərin konstruksiyasında dəyişiklik
etmə, habelə bu tikililərin funksional təyinatı
dəyişdirilməklə, onlarda yenidən
planlaşdırma, yenidənqurma işlərini aparma
insanların həyat və sağlamlığı
üçün real təhlükə yaratdıqda -
iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır, [636]
222-1.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır və ya az ağır
zərərin vurulmasına səbəb olduqda -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[637]
222-1.3. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən
altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[638]
Maddə 222-2.Müvafiq icazə
almadan mühafizə zonalarında tikinti və ya quraşdırma
işləri aparma[639]
222-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada müvafiq icazə
almadan magistral boru kəmərlərinin, gərginliyi 1000
voltdan çox olan elektrik şəbəkələrinin,
metropolitenin, dəmir yolu qurğularının, müdafiə
obyektlərinin, su təchizatı və kanalizasiya
sistemlərinin texniki qurğularının, neft
buruqlarının, avtomobil yollarının və ya suların
mühafizə zonalarında tikinti və ya quraşdırma
işləri aparma—
iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır,[640]
222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan
ağır nəticələrə səbəb olduqda—
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[641]
Maddə 222-3. Qanunvericiliklə müəyyən olunmuş
qaydaları pozmaqla aparılan tikinti işlərinin
dayandırılması barədə dövlət
orqanlarının qərarlarını qərəzli olaraq
İcra etməmə
Qanunvericiliklə
müəyyən olunmuş qaydaları pozmaqla aparılan
tikinti, yenidən planlaşdırma, yenidənqurma və
mövcud tikililərin konstruksiyalarında dəyişiklik
aparılması işlərinin dayandırılması
barədə müvafiq dövlət orqanlarının
qərarlarının qərəzli olaraq icra etməmə -
iki ilədək
müddətə islah işləri və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[642]
Maddə 223. Partlayış
təhlükəli obyektlərdə təhlükəsizlik
qaydalarını pozma
223.1. Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda [643]—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[644]
223.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
üç ildən altı
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[645]
223.3. Eyni əməllər
ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda-
üç ilədək
müddətə müəyyən vəzifə tutmaq və
ya müəyyən fəaliyyətlə məşğul
olmaq hüququndan məhrum edilməklə beş ildən on
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[646]
Maddə
224. Partlayıcı, tez alışan maddələrin
və ya pirotexniki məmulatın uçotu, saxlanması,
daşınması və istifadə edilməsi
qaydalarını pozma
Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 224-1. İkili təyinatlı mallardan (işlərdən,
xidmətlər-dən, əqli fəaliyyətin
nəticələrindən) istifadə qaydalarını
pozma[647]
Kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında və hazırlanmasında istifadə oluna
bilən ikili təyinatlı mallardan (işlərdən,
xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən)
sifariş
edilmiş
məqsədlər üçün istifadə olunmaması dövlətin milli
təhlükəsizliyi
və maraqlarına
zərər vurduqda —
üç ildən altı ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
Maddə 224-2. İxrac rejimini pozma[648]
İxrac nəzarətinə düşən malların (işlərin,
xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin), bu malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlərə
və son istifadəçilərə
İxrac olunması —
bir ildən iki ilədək
müddətə islah işləri
və ya iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə
azadlığın
məhdudlaşdırılması və ya iki
ildən beş
ilədək müddətə
azadlıqdan
məhrumetmə ilə
cəzalandırılır. [649]
Maddə 225. Yanğın
təhlükəsizliyi qaydalarını pozma
225.1. Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[650]
225.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
üç ildən altı
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[651]
225.3. Eyni əməllər
ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda-
üç ilədək
müddətə müəyyən vəzifə tutmaq və
ya müəyyən fəaliyyətlə məşğul
olmaq hüququndan məhrum edilməklə beş ildən on
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[652]
Maddə 226. Radioaktiv
materiallarla qanunsuz davranma
226.1. Radioaktiv materialları qanunsuz əldə etmə, saxlama, istifadə etmə, satma, başqasına vermə və ya dağıtma—
iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
226.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
226.3. Radioaktiv materiallardan istifadə
edərək öldürməklə, sağlamlığa
ağır zərər vurmaqla və ya əmlaka
əhəmiyyətli zərər vurmaqla
hədələmə –
iki ildən dörd
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[653]
Maddə 227. Radioaktiv
materialları talama və ya hədə-qorxu ilə
tələb etmə
227.1. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə—
dörd min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[654]
227.2. Eyni əməllər:
227.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
227.2.2. təqsirkar tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
227.2.3. həyat və sağlamlıq
üçün təhlükəli olmayan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə—
beş ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
227.3. Bu Məcəllənin 227.1 və ya
227.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
227.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
227.3.2. həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla beş
ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 227-1.
Radioaktiv materialları talamaqla hədələmə[655]
Fiziki və ya hüquqi şəxsi,
dövlət qurumlarını və ya beynəlxalq
təşkilatları hər hansı hərəkətin
edilməsinə məcbur etmək və ya hər hansı
hərəkətin edilməsindən çəkindirmək
məqsədilə radioaktiv materialları talamaqla
hədələmə –
üç ildən beş
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə
228. Qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı
maddələr və qurğular əldə etmə,
başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə[656]
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—
iki ilədək müddətə islah
işləri və ya bir
ildən üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[657]
228.2. Eyni əməllər:
228.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
228.2.2. təkrar törədildikdə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
228.3. Bu Məcəllənin 228.1 və ya
228.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
228.4. Qanunsuz olaraq qaz silahını, soyuq
silahı, o cümlədən soyuq atıcı silahı
əldə etmə, satma və ya gəzdirmə, milli geyim
ləvazimatı hesab olunan ərazilərdə və ya
ovçuluq peşəsi ilə bağlı olaraq soyuq
silahı gəzdirmə halları istisna olmaqla,— [658]
üç
yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [659]
Qeyd: Bu maddədə
göstərilən əşyaları könüllü
surətdə təhvil verən şəxs, əgər onun
əməllərində başqa cinayət əməlinin
tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Maddə 229. Qanunsuz olaraq silah
hazırlama
229.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə—
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
229.2. Eyni əməllər:
229.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
229.2.2. təkrar törədildikdə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
229.3. Bu Məcəllənin 229.1 və ya
229.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
229.4. Qanunsuz olaraq qaz silahını, soyuq
silahı, o cümlədən soyuq atıcı silahı
hazırlama—[660]
üç
yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki
ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd: Bu maddədə
göstərilən əşyaları könüllü
surətdə təhvil verən şəxs, əgər onun
əməllərində başqa cinayət tərkibi yoxdursa,
cinayət məsuliyyətindən azad edilir.
Maddə 230. Odlu silahı
diqqətsiz saxlama
Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [661]
Maddə
231. Silahın, döyüş sursatının,
partlayıcı maddələrin və qurğuların
mühafizəsi üzrə vəzifələri
lazımınca yerinə yetirməmə
Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi tapşırılmış şəxs tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [662]
Maddə
232. Odlu silahı, döyüş sursatını,
partlayıcı maddələri və qurğuları talama
və ya hədə-qorxu ilə tələb etmə
232.1. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
232.2. Eyni əməllər:
232.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
232.2.2. təkrar törədildikdə;
232.2.3. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
232.2.4. həyat və sağlamlıq
üçün təhlükəli olmayan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
232.3. Bu Məcəllənin 232.1 və ya
232.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər;
232.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
232.3.2. həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla altı ildən on iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə
233. İctimai qaydanın pozulmasına səbəb olan
hərəkətləri təşkil etmə və ya bu
cür hərəkətlərdə fəal iştirak etmə
İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə—
beş min manatdan səkkiz min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya eyni müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[663]
Maddə
233-1. Qanunla mülki
dövriyyədə olmasına yol verilməyən (mülki
dövriyyədən çıxarılmış)
əşyaları qanunsuz olaraq hazırlama, əldə
etmə, saxlama, daşıma, gəzdirmə, başqasına
vermə və ya satma[664]
233-1.1.
Qanunla mülki dövriyyədə olmasına yol
verilməyən (mülki dövriyyədən çıxarılmış)
əşyaları qanunsuz olaraq hazırlama, əldə
etmə, saxlama, daşıma, gəzdirmə, başqasına
vermə və ya satma -
əmlakı
müsadirə edilməklə
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
233-1.2.
Eyni əməllər:
233-1.2.1.
bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik tərəfindən törədildikdə;
233-1.2.2.
təkrar törədildikdə;
233-1.2.3.
ağır nəticələrə səbəb olduqda-
əmlakı
müsadirə edilməklə
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: qanunla mülki
dövriyyədə olmasına yol verilməyən (mülki
dövriyyədən çıxarılmış)
əşyalardan hər hansı birinin qanunsuz olaraq
hazırlanması, əldə edilməsi, saxlanması,
daşınması, gəzdirilməsi, başqasına
verilməsi və ya satılmasına görə bu
Məcəllənin digər maddələrində və
ya Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində
məsuliyyət nəzərdə tutulduqda, həmin
əmələ bu maddənin qüvvəsi şamil edilmir.[665]
Maddə 233-2. Sertifikatlaşdırılmamış
rabitə vasitələrinin satışının
təşkili
Qanunvericiliklə
sertifikatlaşdırılması tələb olunan rabitə
vasitələrinin sertifikatlaşdırılmadan
satışının təşkili dövlətin və
milli təhlükəsizliyin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda –
min manatdan iki min manatadək miqdarda cərimə və ya
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki
ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[666]
Maddə 233-3. Əməliyyat-axtarış,
kəşfiyyat və əks-kəşfiyyat
tədbirlərinin həyata keçirilməsi
üçün rabitə müəssisələrinin
vəzifəli şəxsləri tərəfindən
zəruri şəraitin yaradılmaması
Əməliyyat-axtarış,
kəşfiyyat və əks-kəşfiyyat
tədbirlərinin həyata keçirilməsi
üçün rabitə müəssisələrinin
vəzifəli şəxsləri tərəfindən
zəruri şəraitin yaradılmaması –
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[667]
Maddə 233-4. Telekommunikasiya şəbəkəsinə qoşulmaqla
qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
təşkili[668]
233-4.1. Telekommunikasiya operatorunun və ya
provayderinin telekommunikasiya şəbəkəsinə
müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz
beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil
edilməsi əhəmiyyətli zərər vurulmasına
səbəb olduqda –
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
233-4.2. Eyni əməllər:
233-4.2.1. təkrar törədildikdə;
233-4.2.2. xeyli miqdarda ziyan vurmaqla
törədildikdə;
233-4.2.3. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə -
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ildən
dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
233-4.3. Bu Məcəllənin 233-4.1-ci
və 233-4.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər:
233-4.3.1. külli miqdarda ziyan vurmaqla
törədildikdə;
233-4.3.2. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə cinayət
nəticəsində vurulmuş ziyanın üç misli
miqdarında cərimə və ya üç ildən beş
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya dörd ildən
altı ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[669]
Qeyd:
1. Bu Məcəllənin 233-4.1-ci
maddəsində “müvafiq qurğu” dedikdə, mobil
nömrə sim-kartları quraşdırılan və internet
vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin
ümumistifadəli telekommunikasiya şəbəkəsinə
dolayı yolla istiqamətləndirilməsini təmin edən
qurğu başa düşülür.
2. Bu Məcəllənin 233-4.1-ci
maddəsində “əhəmiyyətli zərər” dedikdə,
dövlət təhlükəsizliyinə təhdid yaradan
zərərin vurulması, yaxud fiziki və ya hüquqi
şəxslərə on min manatdan yuxarı, lakin əlli min
manatdan artıq olmayan məbləğdə ziyan vurulması
başa düşülür.
3. Bu Məcəllənin
233-4.2.2-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min
manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan
məbləğ, 233-4.3.1-ci maddəsində “külli miqdar”
dedikdə yüz min manatdan yuxarı olan mәblәğ
başa düşülür.
26-cı fəsil
NARKOTİK
VASİTƏLƏRİN VƏ PSİXOTROP
MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ
ƏLAQƏDAR CİNAYƏTLƏR
Maddə
234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop
maddələri və ya onların prekursorlarını hazırlama,
istehsal etmə, əldə etmə, saxlama, daşıma,
göndərmə və ya satma[670] KMQ11
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —[671]
bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[672] KMQ4
234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər külli miqdarda
törədildikdə –
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[673]
234.2. Satış məqsədi ilə
qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri əldə etmə və ya saxlama, hazırlama,
istehsal etmə, emal etmə, daşıma, göndərmə,
yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri satma—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
234.3. Narkotik vasitələrin və ya
psixotrop maddələrin qanunsuz hazırlanmasında və
emalında istifadə etmək məqsədi ilə
prekursorları satma, yaxud prekursorları eyni
məqsədlə xeyli miqdarda hazırlama, əldə
etmə, saxlama, göndərmə və ya daşıma
—[674]
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
234.3-1. Yetkinlik yaşına
çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri satma, habelə bu Məcəllənin
234.2-ci və 234.3-cü maddələrində nəzərdə
tutulmuş əməlləri təhsil və ya tibb
müəssisələrində, eləcə də
cəzaçəkmə müəssisələrində yaxud
həbs yerlərində törətmə –[675]
dörd ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
234.4. Bu Məcəllənin 234.2, 234.3 və
234.3-1-ci maddəsində nəzərdə tutulmuş
əməllər: [676]
234.4.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən və ya
mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
234.4.2. təkrar törədildikdə;
234.4.3. külli miqdarda
törədildikdə;
234.4.4. mediadan, o cümlədən internet
informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya
şəbəkələrindən istifadə etməklə
törədildikdə –[677] KMQ26
əmlakı müsadirə olunmaqla beş ildən on iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
234.4-1. Bu Məcəllənin
234.1–234.4-cü maddələrində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
törədildikdə –
səkkiz ildən on beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[678]
234.5. Narkotik vasitələri və ya
psixotrop maddələri hazırlamaq üçün
istifadə edilən və xüsusi nəzarət altında
olan xammalın, prekursorların, alətlərin və ya
avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop
maddələri və ya onların prekursorlarını
istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması,
satılması, bölüşdürülməsi,
verilməsi, daşınması, göndərilməsi,
əldə edilməsi, istifadə edilməsi, idxalı,
ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi
qaydalarının, bu qaydalara riayət etməli olan
şəxs tərəfindən pozulması[679]—
min manatdan iki min beş yüz manatadək miqdarda
cərimə və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[680]
Qeyd:
1. Narkotik vasitələri, psixotrop
maddələri və ya onların prekursorlarını
könüllü surətdə təhvil verən və ya
narkotik vasitələrin, psixotrop maddələrin və ya
onların prekursorlarının qanunsuz dövriyyəsi ilə
bağlı cinayətlərin açılmasında və ya
qarşısının alınmasında, bu
əməlləri törətmiş şəxslərin
aşkar edilməsində, cinayət yolu ilə əldə
edilmiş əmlakın tapılmasında fəal iştirak
etmiş şəxs cinayət məsuliyyətindən azad
edilir.[681]
2. Bu fəsildə
göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin
xeyli, külli və xüsusilə külli miqdarı,
habelə prekursorların və qanunsuz kultivasiya edilən
tərkibində narkotik maddələr olan bitkilərin
(onların hissələrinin) xeyli, külli və
xüsusilə külli miqdarı müvafiq qanunlarla
müəyyən edilir.[682]
Maddə
235. Narkotik vasitələri, psixotrop maddələri və
ya onların prekursorlarını talama və ya
hədə-qorxu ilə tələb etmə[683]
235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə—
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
235.2. Narkotik vasitələrin və ya
psixotrop maddələrin qanunsuz hazırlanmasında və
emalında istifadə etmək məqsədi ilə
prekursorları talama və ya hədə qorxu ilə
tələb etmə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla iki
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
235.3. Bu Məcəllənin 235.1 və
235.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
235.3.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
235.3.2. təkrar törədildikdə;
235.3.3. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
235.3.4. həyat və ya sağlamlıq
üçün təhlükəli olmayan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla
altı ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
235.4. Bu Məcəllənin
235.1—235.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər:
235.4.1. mütәşәkkil
dəstə tərəfindən törədildikdə;
235.4.2. külli miqdarda
törədildikdə;
235.4.3. həyat və ya sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə —
235.4.4. əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə görə
iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədildikdə—[684]
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
235.5. Bu Məcəllənin 235.1–235.4-cü
maddələrində nəzərdə tutulmuş
əməllər xüsusilə külli miqdarda
törədildikdə –
on ildən on yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[685]
Maddə
236. Narkotik vasitələrin və ya psixotrop
maddələrin istehlakına təhrik etmə KMQ26
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki
ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cәzalandırılır.[686]
236.2. Eyni hərəkətlər:
236.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə ;
236.2.2. təkrar törədildikdə;
236.2.3. bilə-bilə yetkinlik
yaşına çatmayan, iki və ya daha çox şəxs
barəsində törədildikdə;
236.2.4. zor tətbiq etməklə və ya
belə zor tətbiq etmək hədəsi ilə
törədildikdə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
236.3. Bu Məcəllənin 236.1 və
236.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya başqa ağır nəticələrə
səbəb olduqda—
yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
237. Qanunsuz olaraq tərkibində narkotik maddələr
olan
bitkiləri kultivasiya etmə[687] KMQ11
237.1. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) —[688]
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya bir
ildən üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[689]
237.2. Eyni hərəkətlər:
237.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
237.2.2. təkrar törədildikdə;
237.2.3. külli miqdarda
törədildikdə —
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
237.3. Bu Məcəllənin 237.1 və
237.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər xüsusilə külli miqdarda
törədildikdə –
altı ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[690]
Maddə
238. Narkotik vasitələrin və ya psixotrop
maddələrin istehlakı üçün tiryəkxanalar
təşkil etmə və ya saxlama
238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə —
dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
238.2. Eyni hərəkətlər:
238.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
238.2.2. təkrar törədildikdə —
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
239. Narkotik vasitələri və psixotrop maddələri
əldə etmək hüququ verən reseptləri tibbi
göstəricilər olmadan qanunsuz vermə və ya
saxtalaşdırma
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[691]
Maddə
240. Güclü təsir edən və ya zəhərli
maddələrin satış məqsədilə qanunsuz
dövriyyəsi
240.1. Narkotik vasitələrə və ya
psixotrop maddələrə aid olmayan güclü təsir
edən və ya zəhərli
maddələri satış məqsədi ilə qanunsuz
hazırlama, emal etmə, əldə etmə, saxlama,
daşıma və ya göndərmə, habelə bu
maddələri və ya onları hazırlamaq yaxud emal
etmək üçün avadanlığı qanunsuz satma—[692]
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
240.1-1. Narkotik vasitələrə və
ya psixotrop maddələrə aid olmayan zəhərli
maddələri satış məqsədi ilə qanunsuz
hazırlama, emal etmə, əldə etmə, saxlama,
daşıma və ya göndərmə, habelə bu
maddələri və ya onları hazırlamaq, yaxud emal
etmək üçün avadanlığı qanunsuz satma -[693]
beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
240.2. Bu
Məcəllənin 240.1 və 240.1-1-ci maddələrində
nəzərdə tutulmuş əməllər: [694]
240.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
240.2.2. təkrar törədildikdə—
iki ildən altı
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
240.3. Bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər: [695]
240.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
240.3.2. güclü təsir edən
maddələrə münasibətdə külli
miqdarda törədildikdə—[696]
dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
240.3-1. Bu Məcəllənin 240.1, 240.2
və 240.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər güclü təsir edən
maddələrə münasibətdə xüsusilə
külli miqdarda törədildikdə –
altı ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[697]
240.4. Güclü təsir edən və ya
zəhərli maddələrin istehsalı, əldə
edilməsi, uçotu, saxlanması, buraxılması
daşınması və ya göndərilməsi
qaydalarının pozulması ehtiyatsızlıqdan onların
talanmasına və ya başqa mühüm ziyan vurulmasına
səbəb olduqda—
min manatdan iki min beş yüz manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[698]
Qeyd:
1. Bu Məcəllədə
göstərilən, narkotik vasitələrə və ya
psixotrop maddələrə aid olmayan güclü təsir
edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin
külli və xüsusilə külli miqdarı qanunla
müəyyən edilir.[699]
2. Narkotik vasitələrə
və psixotrop maddələrə aid olmayan güclü
təsir edən və ya zəhərli maddələri
könüllü surətdə təhvil verən, yaxud güclü
təsir edən və ya zəhərli maddələrin qanunsuz
dövriyyəsi ilə bağlı cinayətlərin
açılmasında və ya qarşısının
alınmasında, bu əməlləri törətmiş
şəxslərin aşkar edilməsində, cinayət yolu
ilə əldə edilmiş əmlakın tapılmasında
fəal iştirak etmiş şəxs cinayət
məsuliyyətindən azad edilir.[700]
Maddə
241. Narkotik vasitələrin və ya psixotrop
maddələrin qanunsuz dövriyyəsindən əldə
edilmiş pul vəsaitini və ya digər əmlakı
leqallaşdırma[701]
241.1. Narkotik vasitələrin və ya
psixotrop maddələrin qanunsuz dövriyyəsindən
əldə edilmiş pul vəsaitlərindən və ya
digər əmlakdan istifadə etməklə maliyyə
əməliyyatları və digər əqdlər həyata
keçirmə, habelə sahibkarlıq və ya digər
iqtisadi fəaliyyətin həyata keçirilməsi
üçün göstərilən vəsaitlərdən
və ya digər əmlakdan istifadə etmə —
şərti maliyyə vahidi məbləğinin iki min
mislindən beş min mislinədək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri
və ya dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
241.2. Eyni hərəkətlər:
241.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
241.2.2. təkrar törədildikdə;
241.2.3. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
241.3. Bu Məcəllənin 241.1 və 241.2-ci
maddələrində göstərilən əməllər:
241.3.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
241.3.2. külli miqdarda
törədildikdə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
27-ci fəsil
İCTİMAİ
MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR
Maddə 242. Pornoqrafik
materialları və ya əşyaları qanunsuz yayma
Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki min
manatdan dörd min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[702]
Maddə 243.
Fahişəliyə cəlb etmə
243.1. Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—[703]
iki min beş
yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç
yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər
və ya bir ildən
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[704]
243.2. Eyni əməllər:
243.2.1. şəxsin köməksiz
vəziyyətindən, fiziki və ya psixi pozuntularından
istifadə etməklə törədildikdə;[705]
243.2.2. mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 244.
Əxlaqsızlıq yuvaları saxlama
244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə—
iki min beş yüz manatdan
üç min beş yüz manatadək miqdarda cərimə
və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər
və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[706]
244.2. Eyni əməllər:
244.2.1. təkrar törədildikdə;
244.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 244-1. Qumar oyunlarının təşkili
və ya keçirilməsi
244-1.1. Qumar oyunlarının təşkili və ya
keçirilməsi, habelə qumar oyunlarının
keçirilməsi üçün yer təşkiletmə
və ya saxlama –
beş min manatdan on min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
244-1.2. Eyni əməllər:
244-1.2.1. təkrar törədildikdə;
244-1.2.2. internet informasiya ehtiyatlarından və ya
informasiya-telekommunikasiya şəbəkələrindən
istifadə etməklə törədildikdə;
244-1.2.3. yetkinlik yaşına çatmayanların qumar
oyunlarında iştirakına yol verməklə
törədildikdə;
244-1.2.4. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
244-1.2.5. xeyli miqdarda gəlir əldə etməklə
törədildikdə –
on min manatdan on beş min manatadək miqdarda
cərimə və ya iki ildən üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
244-1.3. Bu Məcəllənin 244-1.1-ci və ya
244-1.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
244-1.3.1. mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə;
244-1.3.2. külli miqdarda gəlir əldə
etməklə törədildikdə –
üç ildən dörd ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
244-1.4. Bu Məcəllənin 244-1.1 – 244-1.3-cü
maddələrində nəzərdə tutulmuş
əməllər xüsusilə külli miqdarda gəlir
əldə etməklə törədildikdə –
dörd ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 244-1-ci maddəsində “qumar
oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət
(uduş) barəsində oynanılan və uduşu
qeyri-müəyyənlikdən və ya təsadüfdən
asılı olan oyunlar (o cümlədən mərclər)
başa düşülür.
2. “Lotereyalar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada keçirilən lotereyalara və “Bədən
tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada keçirilən idman mərc oyunlarına bu maddənin
qüvvəsi şamil edilmir.
3. Bu Məcəllənin 244-1.2.5-ci maddəsində
“xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki
yüz min manatdan artıq olmayan məbləğ, 244-1.3.2-ci
maddəsində “külli miqdar” dedikdə iki yüz min manatdan
yuxarı, lakin beş yüz min manatdan artıq olmayan
məbləğ, 244-1.4-cü maddəsində “xüsusilə
külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan
mәblәğ başa düşülür.
4. Bu Məcəllənin 244-1.2.5-ci, 244-1.3.2-ci və
244-1.4-cü maddələrində nəzərdə
tutulmuş əməlləri törətmiş və
cinayət nəticəsində əldə edilmiş gəliri
tamamilə dövlət büdcəsinə
köçürmüş şəxs, bundan əlavə
əldə edilmiş gəlirin bir misli miqdarında
dövlət büdcəsinə ödəniş etdikdə
cinayət məsuliyyətindən azad edilir.
5. Şəxs bu “Qeyd”in 4-cü
bəndində nəzərdə tutulmuş qaydada cinayət
məsuliyyətindən yalnız bir dəfə azad edilir.[707]
Maddə 245. Qəbir
üzərində təhqiredici hərəkət
Qəbir və ya meyit üzərində təhqiredici hərəkət —
iki ilədək müddətə islah
işləri və ya beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 246. Tarix və
mədəniyyət abidələrini qəsdən məhv
etmə və ya korlama
Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[708]
28-ci fəsil
Maddə
247. İşlərin yerinə yetirilməsi zamanı
ətraf mühitin mühafizəsi (qorunması)
qaydalarını pozma
Sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [709]
Maddə
248. Ekoloji cəhətdən təhlükəli
maddələrin və tullantıların dövriyyəsi
qaydalarını pozma
248.1. Təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[710]
248.2. Eyni əməllər ətraf
mühitin çirklənməsinə,
zəhərlənməsinə, insan sağlamlığına
zərər vurulmasına və ya heyvanların kütləvi
məhvinə səbəb olduqda və ya təhlükəli
ekoloji vəziyyət zonasında törədildikdə—
iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [711]
248.3. Bu Məcəllənin 248.1 və ya
248.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə və ya insanların kütləvi
xəstələnməsinə səbəb olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
249. Baytarlıq qaydalarını və bitki
xəstəliklərinə və ziyanvericilərinə
qarşı müəyyən edilmiş mübarizə
qaydalarını pozma
249.1. Baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya digər ağır nəticələrə səbəb olduqda—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[712]
249.2. Bitki xəstəliklərinə
və ya ziyanvericilərinə qarşı müəyyən
edilmiş mübarizə qaydalarının pozulması
ehtiyatsızlıqdan ağır nəticələrə
səbəb olduqda—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[713]
Maddə 250. Suyu (su
mənbələrini) çirkləndirmə
250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda—[714]
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya beş ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[715]
250.2. Eyni əməllər insan
sağlamlığına zərər vurulmasına və ya
heyvanların kütləvi məhvinə səbəb olduqda,
habelə qoruqların ərazisində və ya təhlükəli
yaxud fövqəladə ekoloji vəziyyət zonasında
törədildikdə—
altı min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[716]
250.3. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 251. Atmosferi (havanı)
çirkləndirmə
251.1. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda—
üç min manatdan altı
min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[717]
251.2. Eyni əməllər insan
sağlamlığına zərər vurulmasına
səbəb olduqda—
altı min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[718]
251.3. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 252. Dəniz ətraf mühitini çirkləndirmə[719]
252.1. Dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirmə—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması
ilə cəzalandırılır.[720]
252.2. Eyni əməllər insan
sağlamlığına, heyvanlar və bitki aləminə, balıq və digər su
bioresurslarına,
ətraf mühitə, istirahət zonalarına və ya qanunla
qorunan digər maraqlara əhəmiyyətli zərər
vurulmasına səbəb olduqda—
altı min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[721]
252.3. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 253. Sahilyanı
şelf haqqında Azərbaycan Respublikasının
qanunvericiliyini pozma
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma—
dörd min manatdan altı min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[722]
253.2. Azərbaycan Respublikasının
sahilyanı şelfində xarici hüquqi və fiziki
şəxslər tərəfindən təbii
sərvətlərin tədqiqi, kəşfiyyatı,
işlənməsi və başqa işlər
görülməsi, əgər bu hərəkətlərin
həyata keçirilməsi Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdə və ya
Azərbaycan Respublikasının müvafiq dövlət
orqanlarının verdiyi xüsusi icazədə
nəzərdə tutulmamışdırsa—
iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [723]
Maddə 254. Torpaqları korlama
254.1. Saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi yaxud onların başqa cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın vurulmasına səbəb olduqda—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması
ilə cəzalandırılır.[724]
254.2. Eyni əməllər
fövqəladə və təhlükəli ekoloji
vəziyyət zonasında törədildikdə—
iki ilədək müddətə islah
işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [725]
254.3. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 255. Yerin təkinin
qorunması və istifadəsi qaydalarını pozma
255.1. Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda—
altı min manatdan on min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[726]
255.2. Bu Məcəllənin 255.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda –
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən
üç mislinədək miqdarda
cərimə edilməklə və ya edilməməklə
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[727]
Maddə 256. Balıq və
digər su bioresurslarını qanunsuz tutma[728]
256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda —[729]
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan üç
yüz iyirmi
saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması
ilə cəzalandırılır.[730]
256.2. Eyni əməllər:
256.2.1. külli miqdarda ziyan vurulmaqla
törədildikdə;
256.2.2. özüyeriyən və
özüüzən nəqliyyat vasitəsindən və ya
partlayıcı və ya kimyəvi maddələrdən və
ya balıq və
digər su bioresurslarının kütləvi məhvinə səbəb
olan vasitələrdən istifadə etməklə
törədildikdə; [731]
256.2.3. qoruqların ərazisində və
ya fövqəladə yaxud təhlükəli ekoloji
vəziyyət zonasında törədildikdə—[732]
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[733]
256.3. Bu Məcəllənin 256.1-ci və
ya 256.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə etməklə və ya qabaqcadan
əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
altı min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki
ildən beş ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [734]
Qeyd: Bu Məcəllənin 256.1-ci
maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ,
256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi
min manatdan artıq olan məbləğ başa
düşülür.[735]
Maddə 257. Balıq və
digər su bioresurslarının qorunması
qaydalarını pozma[736]
Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə suburaxıcı qurğuların istismarı balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olduqda—[737]
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması ilə
cəzalandırılır.[738]
Maddə 258. Qanunsuz ov etmə
258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda—
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan üç
yüz iyirmi
saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması
ilə cəzalandırılır.[739]
258.2. Eyni əməllər:
258.2.1. külli miqdarda ziyan vurulmaqla
törədildikdə;
258.2.2. partlayıcı
maddələrdən və ya quşların və
heyvanların kütləvi məhvinə səbəb olan
başqa üsullardan istifadə etməklə
törədildikdə;
258.2.3. ovlanması tamamilə qadağan
edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;
258.2.4. qoruqların ərazisində və
ya ekoloji fəlakət və fövqəladə ekoloji
vəziyyət zonasında törədildikdə—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[740]
258.3. Bu Məcəllənin 258.1-ci və 258.2-ci
maddələrində nəzərdə tutulan
əməllər:[741]
258.3.1. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə;
258.3.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
altı min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki
ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[742]
Qeyd: Bu Məcəllənin 258.1-ci
maddəsində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ,
258.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan
məbləğ başa
düşülür.[743]
Maddə 259. Qanunsuz ağac
kəsmə
259.1. Meşələrdə
və ya xüsusi
mühafizə olunan təbiət ərazilərində ağacların,
kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların
və ya digər yaşıllıqların qanunsuz
kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda -
beş min manatdan yeddi min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[744]
259.2. Eyni əməllər:
259.2.1. təkrar
törədildikdə;
259.2.2. qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən törədildikdə;[745]
259.2.3. şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə etməklə
törədildikdə;
259.2.4. külli miqdarda ziyan vurmaqla
törədildikdə -
yeddi min manatdan doqquz min manatadək
miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[746]
259.3. Bu Məcəllənin 259.1-ci
və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş
əməllər qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə -
doqquz min manatdan on bir min manatadək
miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[747]
Qeyd:[748]
1. Bu
maddənin müddəaları xüsusi mülkiyyətdə
olan həyətyanı və bağ sahələrindəki
yaşıllıqların, habelə kənd
təsərrüfatı məhsulları istehsalı
üçün istifadə edilən bitkilərdən
ibarət yaşıllıqların (əkinlərin)
kəsilməsi (götürülməsi) hallarına şamil
edilmir.KMQ23
2. Bu Məcəllənin 259.1-ci
maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min
manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və
260.3-cü maddələrində “külli miqdar” dedikdə,
yeddi min manatdan artıq olan məbləğ başa
düşülür.
Maddə 260. Meşələri
və digər yaşıllıqları məhv etmə
və ya zədələmə[749]
260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya
bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[750]
260.1-1. Bu Məcəllənin 260.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər külli miqdarda ziyan vurmaqla
törədildikdə -
iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[751]
260.2. Yandırma və ya digər ümumi
təhlükəli üsulla və ya zərərli
maddələrlə, istehsalat
və məişət tullantıları ilə
çirklənməsi nəticəsində,
meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və
digər yaşıllıqları məhv etmə və ya
zədələmə -
iki min manatdan üç min
manatadək miqdarda cərimə edilməklə və ya
edilməməklə iki ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[752]
260.3. Bu Məcəllənin 260.2-ci
maddəsində nəzərdə tutulmuş
əməllər külli miqdarda ziyan vurmaqla
törədildikdə -
üç min manatdan yeddi min
manatadək miqdarda cərimə edilməklə və ya
edilməməklə beş ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[753]
Maddə
261. Xüsusi mühafizə olunan təbiət
ərazilərinin və təbiət obyektlərinin
mühafizə rejimini pozma
Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri
və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[754]
Qeyd: Bu Məcəllənin 261-ci maddəsində
"əhəmiyyətli zərər" dedikdə iki min manatdan artıq olan
məbləğ başa düşülür.[755]
29-cu fəsil
HƏRƏKƏT
TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT
VASİTƏLƏRİNİN İSTİSMARI QAYDALARI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə
262. Dəmir yolu, su və ya hava nəqliyyatının
hərəkət təhlükəsizliyi və istismarı
qaydalarını pozma
262.1. Yerinə yetirdiyi işlə və ya
tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su
və ya hava nəqliyyatının hərəkət
təhlükəsizliyi və istismarı qaydalarına
riayət etməyə borclu olan şəxs
tərəfindən həmin qaydaların pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır və ya
az ağır zərər vurulmasına səbəb olduqda—
iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə beş
min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[756]
262.1-1. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[757]
262.2. Bu Məcəllənin 262.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda—
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[758]
262.3. Bu Məcəllənin 262.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda—
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [759]
Maddə 263. Yol
hərəkəti və nəqliyyat vasitələrinin
istismarı qaydalarını pozma
263.1. Avtomobil, tramvay və ya digər
mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs
tərəfindən yol hərəkəti və ya nəqliyyat
vasitələrinin istismarı qaydalarının pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və
ya ağır zərər vurulmasına səbəb olduqda—
iki ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan
məhrum edilməklə beş min manatdan yeddi min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[760]
263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda –
üç ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan
məhrum edilməklə bir
ildən üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[761]
263.2. Bu Məcəllənin 263.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda—
üç ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan
məhrum edilməklə iki ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[762]
263.3. Bu Məcəllənin 263.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan
məhrum edilməklə beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: KMQ14
1. Bu Məcəllənin 263.1-ci maddəsində "digər
mexaniki nəqliyyat vasitəsi" dedikdə trolleybuslar, traktorlar,
motosikllər, habelə başqa özüyeriyən
maşın və mexanizmlər nəzərdə tutulur.[763]
2. Bu Məcəllənin
263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə
tutulmuş cinayəti törətmiş şəxs
zərərçəkmiş şəxslə barışdıqda
və ona dəymiş ziyanı tamamilə ödədikdə
cinayət məsuliyyətindən azad edilir. Bu halda
şəxsin əməllərində inzibati xəta
tərkibinin əlamətləri olduqda o, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş qaydada məsuliyyətə
cəlb edilir.[764]
M a d d ə 263-1. Yol hərəkəti və ya
nəqliyyat vasitələrinin istismarı qaydalarını
sərxoş halda və ya nəqliyyat vasitələrini
idarə etmək hüququ olmayan şəxs
tərəfindən pozma[765]
263-1.1. Bu
Məcəllənin 263.1-ci maddəsində nəzərdə
tutulmuş əməllərin alkoqollu içkilərin
qəbulu, narkotik vasitələrdən, psixotrop
maddələrdən və digər güclü təsir
edən maddələrdən istifadə edilməsi
nəticəsində sərxoş halda olan və ya
nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan
şəxs tərəfindən törədilməsi
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır zərər
vurulmasına səbəb olduqda -
üç
ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə altı
min manatdan səkkiz min manatadək miqdarda cərimə və
ya üç ilədək müddətə nəqliyyat
vasitələrini idarə etmək hüququndan məhrum
edilməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
263-1.2. Eyni
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər
vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat
vasitəsinin idarə edilməsi zamanı
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və ya
ağır zərər vurulmasına səbəb olduqda -[766]
dörd
ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
263-1.3. Eyni
əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda-
beş
ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə beş
ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
263-1.4. Eyni
əməllər ehtiyatsızlıqdan iki və ya daha çox
şəxsin ölümünə səbəb olduqda -
beş
ilədək müddətə nəqliyyat vasitələrini
idarə etmək hüququndan məhrum edilməklə yeddi
ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 264. Yol nəqliyyat
hadisəsi yerindən qaçma
Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—[767]
üç ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan
məhrum edilməklə iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.KM2[768]
Qeyd: Zərərçəkmiş
şəxsə kömək göstərilməsi ilə
əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş
şəxs bu maddə ilə cinayət məsuliyyətinə
cəlb edilməkdən azad olunur.[769]
Maddə
265. Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir
etmə və ya onları texniki cəhətdən nasaz
vəziyyətdə işə buraxma
265.1. Nəqliyyat vasitələrinin və
ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir
edilməsi, habelə nəqliyyat vasitələrinin texniki
vəziyyətinə cavabdeh olan şəxs
tərəfindən texniki cəhətdən nasaz nəqliyyat
vasitələrinin istismara buraxılması,
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və
ya ağır zərər vurulmasına səbəb olduqda—[770]
iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri ilə və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[771]
265.1-1. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır
zərər vurulmasına səbəb olduqda –
üç min manatdan altı
min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[772]
265.2. Bu Məcəllənin 265.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda—[773]
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
265.3. Bu Məcəllənin 265.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və ya daha çox
şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 265-1. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin
istismara verilməsi qaydalarının pozulması[774]
265-1.1. Ümumi istifadədə olan
nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan
şəxsin belə nəqliyyat vasitəsinin idarə
edilməsinə buraxılması, yaxud ümumi
istifadədə olan nəqliyyat vasitələrinin sürücülərinin
reysqabağı tibbi müayinəsinin təşkil
edilməməsi, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
az ağır və ya ağır zərər
vurulmasına səbəb olduqda -[775]
iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[776]
265-1.1-1. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır
zərər vurulmasına səbəb olduqda –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç min manatdan
altı min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[777]
265-1.2. Bu Məcəllənin 265-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda -[778]
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
265-1.3. Bu Məcəllənin 265-1.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və ya daha
çox şəxsin ölümünə səbəb olduqda
-
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən
səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 266. Nəqliyyat
vasitələrini və ya yolları yararsız
vəziyyətə salma
266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[779]
266.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
266.3. Bu Məcəllənin 266.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və ya daha
çox şəxsin ölümünə
səbəb olduqda—[780]
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu
Məcəllənin 266.1-ci maddəsində “külli miqdar”
dedikdə əlli min manatdan yuxarı olan mәblәğ
başa düşülür.[781]
Maddə
267. Nəqliyyat vasitələrinin təhlükəsiz
işləməsini təmin edən qaydaları pozma
267.1. Sərnişin, piyada və ya yol
hərəkətinin digər iştirakçıları (bu
Məcəllənin 263-264 maddələrində nəzərdə
tutulmuş şəxslər istisna olmaqla) tərəfindən
yol hərəkəti və ya nəqliyyat vasitələrinin
istismarı qaydalarının pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və
ya ağır zərər vurulmasına səbəb olduqda—[782]
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.[783]
267.1-1. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır
zərər vurulmasına səbəb olduqda –
üç min manatdan dörd
min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[784]
267.2. Bu Məcəllənin 267.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda—[785]
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
267.3. Bu Məcəllənin 267.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və ya daha
çox şəxsin ölümünə
səbəb olduqda—[786]
üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
268. Magistral boru kəmərlərinin inşası,
istismarı və ya təmir edilməsi zamanı
təhlükəsizlik qaydalarını pozma
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—[787]
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[788]
268.1-1. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır
zərər vurulmasına səbəb olduqda –
dörd min manatdan altı min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[789]
268.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda—[790]
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
268.3. Bu Məcəllənin 268.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və ya daha
çox şəxsin ölümünə səbəb
olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 269. Gəmi
kapitanının fəlakətə uğrayanlara kömək
göstərməməsi
Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək göstərməməsi—
iki ilədək müddətə islah
işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [791]
Maddə 270. Beynəlxalq
uçuş qaydalarını pozma
Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[792]
Maddə 270-1.
Aviasiya təhlükəsizliyinə təhdid yaradan
əməllər[793]
270-1.1. Uçuş vaxtı hava
gəmisində olan şəxsə zor tətbiq etmə,
belə zorun tətbiqi hava gəmisinin
təhlükəsizliyinə təhdid yaratdıqda –
min manatdan min beş yüz manatadək
miqdarda cərimə və ya bir ilədək müddətə
islah işləri və ya altı ayadək müddətə
azadlığın məhdudlaşdırılması və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
270-1.2. Uçuş vaxtı hava
gəmisinə bilə-bilə yalan məlumat
ötürmə, yaxud hava gəmisinin aeronaviqasiya avadanlığını
qəsdən qanunsuz olaraq məhv etmə,
zədələmə və ya fəaliyyətinə
müdaxilə etmə, uçuş vaxtı hava gəmisinin
təhlükəsizliyinə təhdid yaratdıqda –
iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
270-1.3. Hava limanının
avadanlığı və qurğularını, yaxud hava
limanında yerləşən və istismarda olmayan hava
gəmilərini qəsdən qanunsuz olaraq məhv etmə və
ya onlara əhəmiyyətli zərər vurma, habelə hava
limanı xidmətlərinin işini qəsdən qanunsuz olaraq
pozma, hava limanının təhlükəsizliyinə
təhdid yaranmasına səbəb olduqda –
üç ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
270-1.4. İstismarda olan hava gəmisini
qəsdən məhv etmə, habelə hava gəmisinə
qəsdən onun sıradan çıxmasına səbəb
olan və ya uçuş təhlükəsizliyinə
təhdid yaradan zərər yetirmə –
üç ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
270-1.5. İstismarda olan hava gəmisinin
məhv edilməsinə və ya onun uçuş
təhlükəsizliyinə təhdid yaradacaq
dərəcədə zədələnməsinə
səbəb ola bilən qurğu və ya maddəni hava
gəmisində qəsdən qanunsuz olaraq
yerləşdirmə, yaxud belə qurğu və ya maddənin
istismarda olan hava gəmisində yerləşdirilməsinə
qəsdən qanunsuz olaraq şərait yaratma –
səkkiz ildən on iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Otuzuncu
fəsil[794]
KİBERCİNAYƏTLƏR
Maddə
271. Kompyuter sisteminə qanunsuz
daxil olma
271.1. Kompyuter sisteminə və ya onun hər hansı
bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə
və ya onun hər hansı bir hissəsinə mühafizə
tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter
məlumatlarını ələ keçirmək və ya
başqa şəxsi niyyətlə qəsdən daxil olma -
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki min
manatdan dörd min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[795]
271.2. Eyni əməllər:
271.2.1. təkrar törədildikdə;
271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən
törədildikdə;
271.2.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə dörd
min manatdan altı min manatadək miqdarda cərimə və
ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[796]
271.3. Bu Məcəllənin 271.1 və ya 271.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər ictimai əhəmiyyətli infrastruktur
obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir
hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə dörd ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 271-273-2-ci
maddələrində “kompyuter sistemi” dedikdə, müvafiq
proqramlara uyğun olaraq verilənlərin
avtomatlaşdırılmış işlənməsini həyata
keçirən hər hansı qurğu və ya bir-birinə
qoşulmuş və ya əlaqələndirilmiş
qurğular qrupu başa düşülür.
2. Bu Məcəllənin 271-273-2-ci
maddələrində “kompyuter məlumatları” dedikdə,
kompyuter sistemində işlənməsi, emal edilməsi
üçün yararlı olan istənilən informasiya
(faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa
düşülür.
3. Bu Məcəllənin 271-273-cü
maddələrində “ictimai əhəmiyyətli infrastruktur
obyekti” dedikdə, dövlət və cəmiyyət
üçün mühüm əhəmiyyət kəsb
edən xidmətlər göstərən dövlət
idarə, müəssisə, təşkilatları,
qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar), kredit təşkilatları, sığorta
şirkətləri, qiymətli
kağızlar bazarında lisenziyalaşdırılan
şəxslər, investisiya fondları və bu fondların idarəçiləri başa
düşülür.[797]
Maddə
272. Kompyuter
məlumatlarını qanunsuz ələ keçirmə
272.1. Kompyuter sisteminə, kompyuter sistemindən və
ya bu sistem daxilində ötürülən ümumi
istifadə üçün nəzərdə tutulmayan kompyuter
məlumatlarının, o cümlədən bu cür kompyuter
məlumatlarının daşıyıcısı olan kompyuter
sistemlərinin elektromaqnit şüalanmasının, buna
hüququ olmayan şəxs tərəfindən texniki
vasitələrdən istifadə etməklə qəsdən
ələ keçirilməsi –
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki min
manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[798]
272.2. Eyni əməllər:
272.2.1. təkrar törədildikdə;
272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən
törədildikdə;
272.2.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə dörd
min manatdan altı min manatadək miqdarda cərimə və
ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[799]
272.3. Bu Məcəllənin 272.1 və ya 272.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər ictimai əhəmiyyətli infrastruktur
obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir
hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə dörd ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
273. Kompyuter sisteminə və ya
kompyuter məlumatlarına qanunsuz müdaxilə
273.1. Kompyuter məlumatlarının qəsdən
zədələnməsi, silinməsi, korlanması,
dəyişdirilməsi və ya bloklanması buna hüququ
olmayan şəxs tərəfindən
törədilməklə əhəmiyyətli zərər
vurulmasına səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki min
manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[800]
273.2. Kompyuter məlumatlarının daxil edilməsi,
ötürülməsi, zədələnməsi,
silinməsi, korlanması, dəyişdirilməsi və ya
bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə
buna hüququ olmayan şəxs tərəfindən
qəsdən ciddi maneə törədilməsi –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki min
manatdan dörd min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[801]
273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:
273.3.1. təkrar törədildikdə;
273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən
törədildikdə;
273.3.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə dörd
min manatdan altı min manatadək miqdarda cərimə və
ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[802]
273.4. Bu Məcəllənin 273.1-273.3-cü
maddələrində nəzərdə tutulmuş
əməllər ictimai əhəmiyyətli infrastruktur
obyektlərinin kompyuter sisteminə və ya onun hər hansı
bir hissəsinə münasibətdə törədildikdə
–
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə dörd ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
1. Bu fəslin maddələrində
“əhəmiyyətli zərər” dedikdə, ictimai
təhlükəli əməl nəticəsində min manatdan
artıq olan məbləğdə ziyan vurulması və ya
dövlətin, cəmiyyətin və ya ayrı-ayrı
şəxslərin qanunla qorunan maraqlarına digər
mühüm zərərin vurulması başa düşülür.
2. Bu Məcəllənin 273.2-ci
maddəsində “kompyuter sisteminin işləməsinə ciddi
maneə törədilməsi” kompyuter sisteminin normal
fəaliyyətinin elə bir pozulmasıdır ki, kompyuter
sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən
istifadə etmək və ya digər kompyuter sistemləri
ilə məlumatları mübadilə etmək imkanını
mühüm dərəcədə
məhdudlaşdırsın.
Maddə
273-1. Kibercinayətlərin
törədilməsi üçün hazırlanmış
vasitələrin dövriyyəsi
273-1.1. Hazırlanmasının və ya
uyğunlaşdırılmasının əsas məqsədi
bu Məcəllənin 271-273-cü maddələrində
nəzərdə tutulmuş cinayətlərin
törədilməsi olan qurğuların və ya kompyuter
proqramlarının istehsalı, həmin cinayətlərin
törədilməsi məqsədi ilə idxalı,
istifadə üçün əldə olunması,
saxlanılması, satışı, yayılması və ya
əldə edilməsinə digər formalarda şərait
yaradılması, əhəmiyyətli zərər vurduqda –
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç
min manatdan beş min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
273-1.2. Kompyuter parollarının, giriş
kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər
hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan
verən digər analoji məlumatların bu
Məcəllənin 271—273-cü maddələrində
nəzərdə tutulmuş cinayətlərin
törədilməsi məqsədilə istehsalı,
saxlanılması və ya istifadə üçün
əldə olunması, əhəmiyyətli zərər
vurduqda –
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç
min manatdan beş min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
273-1.3. Kompyuter parollarının, giriş
kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər
hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan
verən digər analoji məlumatların bu
Məcəllənin 271—273-cü maddələrində
nəzərdə tutulmuş cinayətlərin
törədilməsi məqsədi ilə satışı,
yayılması və ya onların əldə edilməsinə
digər formalarda şərait yaradılması –
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç
min manatdan beş min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[803]
273-1.4. Bu Məcəllənin 273-1.1-273-1.3-cü
maddələrində nəzərdə tutulmuş
əməllər:
273-1.4.1. təkrar törədildikdə;
273-1.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən
törədildikdə;
273-1.4.3. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə beş
min manatdan səkkiz min manatadək miqdarda cərimə
və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[804]
Maddə
273-2. Kompyuter
məlumatlarının saxtalaşdırılması
Saxtalaşdırılmış kompyuter
məlumatlarını autentik (həqiqi) kompyuter
məlumatları kimi qələmə vermək və ya
istifadə etmək məqsədilə kompyuter məlumatlarını
müvafiq hüquq olmadan qəsdən daxil etmə,
dəyişdirmə, silmə və ya bloklama, bu
əməllər ilkin kompyuter məlumatlarının
autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki min
manatdan dörd min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[805]
ON BİRİNCİ BÖLMƏ
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
31-ci fəsil
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN
ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 274. Dövlətə
xəyanət
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla on iki
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu
Məcəllənin 276-cı maddəsində
nəzərdə tutulmuş cinayətlərin
törədilməsi üçün xarici
ölkələrin xüsusi xidmət orqanları
tərəfindən cəlb edilmiş şəxs
aldığı cinayət tapşırığının
icrası üzrə heç bir fəaliyyət
göstərməmişsə və dövlət hakimiyyət
orqanlarına könüllü surətdə və vaxtında
məlumat vermişsə və ya Azərbaycan
Respublikasının mənafelərinə ziyan
vurulmasının qarşısının alınmasına sair
formada kömək etmişsə, əgər onun
hərəkətlərində başqa cinayətin tərkibi
yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Maddə
275. Azərbaycan Respublikasının Silahlı
Qüvvələrindən və Azərbaycan Respublikası
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı
birləşmələrdən Azərbaycan xalqına və
konstitusiyalı dövlət orqanlarına qarşı
istifadə etmə
275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə—
yeddi ildən on
iki müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [806]
275.2. Eyni əməllər ağır
nəticələrə səbəb olduqda—
on iki ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 276. Casusluq
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [807]
Maddə
277. Dövlət xadiminin və ya ictimai xadimin
həyatına sui-qəsd etmə (terror aktı)[808]
Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı)—
on dörd
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 278. Hakimiyyəti zorla
ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu
zorla dəyişdirmə[809]
278.1. Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—
on iki ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
278.2. Azərbaycan Respublikasının
konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi
xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi
bütövlüyünün parçalanmasına, yaxud
hakimiyyətin zorla ələ keçirilməsinə
yönələn hərəkətlərin dini
düşmənçilik, dini radikalizm və ya dini fanatizm
zəminində törədilməsi –
on beş ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[810]
Qeyd: Bu maddədə
nəzərdə tutulmuş cinayətləri
törətmiş, lakin dövlət hakimiyyət
orqanlarına könüllü surətdə və vaxtında
məlumat vermiş və ya Azərbaycan Respublikasının
mənafelərinə ziyan vurulmasının
qarşısının alınmasına sair formada
kömək etmiş şəxs, əgər törətdiyi
cinayət ilə əhəmiyyətli zərər
vurmamışsa və onun hərəkətlərində
başqa cinayətin tərkibi yoxdursa, cinayət
məsuliyyətindən azad olunur.
Maddə
279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma
279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
279.1-1. Dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində bu
Məcəllənin 279.1-ci maddəsində nəzərdə
tutulan silahlı birləşmələr və ya qruplar yaratma,
həmin birləşmə və ya qruplarda iştirak etmə
–
altı ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[811]
279.2. Bu Məcəllənin 279.1-ci və 279.1-1-ci
maddələrində nəzərdə tutulan
birləşmələrin və ya qrupların
tərkibində müəssisələrə, idarələrə,
təşkilatlara və ya ayrı-ayrı
şəxslərə basqın etmə—[812]
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
279.3. Bu Məcəllənin 279.2-ci
maddəsində nəzərdə tutulan əməllər
adamların həlak olmasına və ya digər ağır
nəticələrə səbəb olduqda—
əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla on iki
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [813]
Maddə 280. Silahlı qiyam
Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya qiyamda fəal iştirak etmə—
on iki ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 281. Dövlət
əleyhinə yönələn açıq
çağırışlar
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma—
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
281.2. Eyni əməllər təkrar və
ya bir qrup şəxs tərəfindən
törədildikdə—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.3. Bu Məcəllənin 281.1 və
281.2-ci maddələri ilə nəzərdə tutulmuş
əməllər xarici təşkilatların və onların
nümayəndələrinin tapşırığı
ilə törədildikdə—
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 281-1. Azərbaycan Respublikasının
ərazi bütövlüyünün parçalanmasına
yönələn atributları və ya simvolları
nümayiş etdirmə, yayma, hazırlama, əldə
etmə, saxlama, daşıma və ya gəzdirmə
281-1.1. Azərbaycan Respublikasının
ərazi bütövlüyünün parçalanmasına
yönələn atributları və ya simvolları
nümayiş etdirmə və ya yayma, yaxud nümayiş
etdirmək və ya yaymaq məqsədilə hazırlama,
əldə etmə, saxlama, daşıma və ya
gəzdirmə –
beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
281-1.2. Bu Məcəllənin 281-1.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə –
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
281-1.3. Bu Məcəllənin 281-1.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər xarici təşkilatların və onların
nümayəndələrinin tapşırığı ilə
törədildikdə –
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[814]
Maddə 282. Təxribat
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma—
səkkiz ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
282.2. Eyni əməllər
mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
283. Milli, irqi, sosial və ya dini nifrət və
düşmənçiliyin salınması[815]
283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə—[816]
səkkiz min manatdan on iki min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[817]
283.1-1. Bu Məcəllənin 283.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər dini düşmənçilik, dini radikalizm
və ya dini fanatizm zəminində törədildikdə –
üç ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[818]
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya
zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
283.2.3. mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
283.3. Bu Məcəllənin 283.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllərin dini düşmənçilik, dini
radikalizm və ya dini fanatizm zəminində
törədilməsinin maliyyələşdirilməsi –
üç ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[819]
Maddə 283-1. Azərbaycan
Respublikasının hüdudlarından kənarda silahlı
münaqişələrdə iştirak etmək
məqsədi ilə sabit qrup yaratma[820]
283-1.1. Azərbaycan Respublikası
vətəndaşlarını və ya Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxsləri dini
məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında,
yaxud dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində
Azərbaycan Respublikasının hüdudlarından kənarda
aparılan silahlı münaqişələrə cəlb
etmə, yaxud bu məqsədlə döyüş təlimləri
keçirmə, yaxud həmin məqsədlə
fəaliyyət göstərən sabit qrup yaratma və ya
belə qrupa rəhbərlik etmə –[821]
doqquz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
283-1.2. Eyni əməllər yetkinlik yaşına
çatmayan şəxsi cəlb etməklə
törədildikdə -
on iki ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində
nəzərdə tutulmuş qruplarda, təlimlərdə
və ya silahlı münaqişələrdə iştirak
etmə –
yeddi ildən on bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
283-1.4. Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü
maddələrində nəzərdə tutulan
hərəkətlərin törədilməsinə
açıq çağırışlar etmə, habelə
bu cür məzmunlu materiallar yayma -
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 283-1.1 –
283-1.3-cü maddələrində nəzərdə tutulan
əməli törətmiş şəxs hakimiyyət
orqanlarını vaxtında xəbərdar etməklə
və ya başqa üsulla həmin maddələrdə
nəzərdə tutulan əməllərin
qarşısının alınmasına yardım etdikdə
və onun əməlində başqa cinayətin tərkibi
olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 284. Dövlət
sirrini yayma
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ildən altı
ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[822]
284.2. Eyni əməllər ağır
nəticələrə səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə dörd
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [823]
Maddə 284-1. Dövlət sirri təşkil edən
məlumatların qanunsuz əldə edilməsi[824]
Dövlət sirri təşkil
edən məlumatların, məzmununda dövlət sirri olan
sənədlərin, habelə barəsindəki məlumatlar
dövlət sirri olan əşyaların zor tətbiq etmək
hədəsi ilə və ya zor tətbiq etməklə,
hədə-qorxu və ya digər məcburetmə
vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi
məlumatların gizli əldə edilməsi üçün
nəzərdə tutulmuş xüsusi və ya digər texniki
vasitələrdən istifadə etməklə qanunsuz
əldə edilməsi, dövlətə xəyanət və
ya casusluq əlamətləri olmadıqda –
iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 284-2. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin şəxsi heyətinin, hərbi silah,
sursat və ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında məlumatları yayma
284-2.1. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi
silah, sursat və ya hərbi texnikasının
hərəkəti, yaxud dislokasiyası haqqında
məlumatları yayma, müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə
və bu Məcəllənin 274-cü, 276-cı və ya
284-cü maddələrində nəzərdə tutulmuş
əməllərin əlamətləri olmadıqda –
üç ildən altı
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
284-2.2. Eyni əməllər ağır
nəticələrə səbəb olduqda –
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi
texnikasının hərəkəti, yaxud dislokasiyası
haqqında dövlət orqanları (qurumları)
tərəfindən ictimaiyyətə açıqlanan
məlumatların yayılması hallarına bu
Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil
edilmir.
Maddə 285. Məzmununda
dövlət sirri olan sənədləri itirmə
Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki
ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [825]
32-ci fəsil
ƏDALƏT
MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
Maddə
286. Ədalət mühakiməsinin, ibtidai istintaqın
həyata keçirilməsinə mane olma
286.1. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[826]
286.2. İşin obyektiv, tam və
hərtərəfli aparılmasına mane olmaq
məqsədilə prokurorun, müstəntiqin və ya
təhqiqatçının fəaliyyətinə hər hansı
formada müdaxilə etmə—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz saatdan dörd
yüz səksən
saatadək ictimai işlər və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[827]
286.3. Bu Məcəllənin 286.1 və
286.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə etməklə
törədildikdə—
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[828]
Maddə
287. Ədalət mühakiməsini və ya ibtidai
istintaqı həyata keçirən şəxsin
həyatına qəsd etmə
İşin və ya müvafiq
materialların məhkəmədə baxılması və ya
ibtidai istintaqın aparılması yaxud hökmün və ya
digər məhkəmə qərarlarının icrası
ilə əlaqədar qanuni fəaliyyətlərinə mane
olma və ya belə fəaliyyətdən qisas almaq
məqsədilə hakimin, andlı
iclasçıların, habelə prokurorun,
müstəntiqin, təhqiqatçının,
müdafiəçinin, ekspertin, icra məmurunun, eləcə
də onların yaxın qohumlarının həyatına
qəsd etmə—[829]
on dörd
ildən iyirmi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə
288. Ədalət mühakiməsinin və ya ibtidai
istintaqın həyata keçirilməsi ilə əlaqədar
hədələmə və ya zor tətbiq etmə
288.1. İşin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə—[830]
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[831]
288.2. Eyni əməllər işin və
ya müvafiq materialların məhkəmədə
baxılması və ya ibtidai istintaqın aparılması,
hökmün yaxud digər məhkəmə
qərarlarının icrası ilə əlaqədar prokuror, müstəntiq
və ya təhqiqatçı, müdafiəçi, ekspert,
icra məmuru, habelə onların yaxın qohumları
barəsində törədildikdə—[832]
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[833]
288.3. Bu Məcəllənin 288.1 və ya
288.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər həyat və ya sağlamlıq
üçün təhlükəli olmayan zor tətbiq
etməklə törədildikdə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
288.4. Bu Məcəllənin 288.1 və ya
288.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər həyat və ya sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 289.
Məhkəməyə hörmətsizlik etmə
289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə—
beş yüz manatdan min
manatadək miqdarda
cərimə və ya üç yüz iyirmi saatdan dörd
yüz saatadək
ictimai işlər və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[834]
289.2. Eyni əməllər hakim və ya andlı
iclasçılar barəsində törədildikdə—[835]
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[836]
Maddə 290. Təqsiri
olmadığını bilə-bilə şəxsi cinayət
məsuliyyətinə cəlb etmə
290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə—
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
290.2. Eyni əməllər şəxsin
ağır və ya xüsusilə ağır cinayət
törətməkdə ittiham olunması ilə bağlı
törədildikdə—
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 291. Qanunsuz olaraq cinayət
məsuliyyətindən azad etmə
Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən cinayətin törədilməsində şübhə edilən və ya təqsirləndirilən şəxsi qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
292. Qanunsuz olaraq tutma, həbsə alma və ya
həbs yerində saxlama[837]
292.1. Bilə-bilə qanunsuz tutma—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [838]
292.2. Bilə-bilə qanunsuz həbsə
alma və ya həbsdə saxlama—[839]
iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
292.2-1. Bilə-bilə qanunsuz
həbs yerində saxlama —[840]
dörd
ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.
292.3. Bu Məcəllənin 292.1-ci,
292.2-ci və ya 292.2-1-ci
maddələrində nəzərdə tutulmuş
əməllər ağır nəticələrə
səbəb olduqda—[841]
dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 293. İşgəncə,
işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud
ləyaqəti alçaldan rəftar və ya cəza[842]
293.1. Xidməti vəzifələrini yerinə
yetirməsi ilə əlaqədar dövlət orqanının
vəzifəli şəxsi və ya bu qisimdə
çıxış edən digər şəxs
tərəfindən, yaxud onun təhriki və ya
razılığı ilə, yaxud o, xəbərdar olduğu
halda başqa şəxslər tərəfindən
şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti
alçaldan rəftara və ya cəzaya məruz qoyma,
həmin əməldə bu Məcəllənin 293.2-ci
maddəsində nəzərdə tutulmuş
işgəncə əməlinin əlamətləri
olmadıqda –
dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[843]
293.2. Xidməti vəzifələrini yerinə
yetirməsi ilə əlaqədar dövlət orqanının
vəzifəli şəxsi və ya bu qisimdə
çıxış edən digər şəxs
tərəfindən, yaxud onun təhriki və ya
razılığı ilə, yaxud o, xəbərdar olduğu
halda başqa şəxslər tərəfindən
işgəncə vermə –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
üç ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
293.3. Eyni əməllər sağlamlığa
ağır və ya az ağır zərər vurmaqla
törədildikdə –
altı ildən on bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu
Məcəllənin digər maddələrində
“işgəncə” dedikdə şəxsin özündən
və ya digər şəxsdən məlumat və ya etiraf
almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün
və ya digər şəxsin törətdiyi və ya
törədilməsində şübhəli bilindiyi
əmələ görə cəzalandırmaq, iradəsi
əleyhinə hər hansı əməli
törətməyə məcbur etmək məqsədilə
və ya ayrı-seçkiliyə əsaslanan hər hansı
səbəbdən ona güclü fiziki ağrı və ya
psixi iztirablar vermə başa düşülür.
Maddə 294. Sübutları
saxtalaşdırma
294.1. Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya bir ildən iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[844]
294.2. Cinayət işi üzrə
təhqiqatçı, müstəntiq, prokuror və ya
müdafiəçi tərəfindən sübutları
saxtalaşdırma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
294.3. Ağır və ya xüsusilə
ağır cinayətlər haqqında cinayət işi
üzrə sübutları saxtalaşdırma, habelə
digər işlər üzrə sübutların
saxtalaşdırılması ağır nəticələrə
səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə beş ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 295. Bilə-bilə
ədalətsiz hökm, qətnamə, qərardad və
qərar çıxarma
295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—
beş min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[845]
295.2. Eyni əməllər azadlıqdan
məhrum etmə barədə məhkəmənin
çıxardığı qanunsuz hökm ilə
əlaqədar olduqda və ya başqa ağır nəticələrə
səbəb olduqda—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 296. Bilə-bilə
yalan xəbərçilik etmə
296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—
min beş yüz manatdan
üç min
manatadək miqdarda cərimə və ya üç
yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir
ildən iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[846]
296.2. Eyni əməllər şəxsin
ağır və ya xüsusilə ağır cinayət
törətməkdə ittiham olunması və ya süni
ittiham sübutlarının yaradılması ilə
bağlı törədildikdə—
iki ildən dörd
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[847]
Maddə 297. Bilə-bilə
yalan ifadə vermə, yalan rəy vermə və ya
yanlış tərcümə etmə
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz
saatadək ictimai işlər və ya bir ildən iki
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[848]
297.2. Eyni əməllər şəxsin
ağır və ya xüsusilə ağır cinayət
törətməkdə ittiham olunması ilə bağlı
törədildikdə—
iki ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 297.1-ci
maddəsində göstərilən şəxslər
təhqiqatın, ibtidai istintaqın gedişində,
məhkəmə baxışında məhkəmə tərəfindən
hökm və ya qətnamə, habelə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən qərar çıxarılanadək
verdikləri ifadənin, rəyin və ya etdikləri
tərcümənin yalan olduğunu könüllü olaraq
bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.[849]
2. Şəxs özünə, arvadına
(ərinə), övladlarına, valideynlərinə və
qanunvericiliklə dairəsi müəyyən edilmiş
digər yaxın qohumlarına qarşı ifadə
verməyə məcbur edilərək bilə-bilə yalan
ifadə verdikdə cinayət məsuliyyətinə cəlb
oluna bilməz.
Maddə
298. Şahidin və ya zərərçəkmiş
şəxsin ifadə verməkdən imtina etməsi
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi—
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan üç
yüz altmış
saatadək ictimai işlər və ya bir ildən iki
ilədək müddətə islah işləri və ya
altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[850]
Qeyd: Şəxs özü,
arvadı (əri), övladları, valideynləri və
qanunvericiliklə dairəsi müəyyən edilmiş
digər yaxın qohumlarına qarşı ifadə
verməkdən imtina etdikdə cinayət
məsuliyyətinə cəlb oluna bilməz.
Maddə
299. İfadə verməkdən boyun qaçırmağa,
yalan ifadə və ya yalan rəy verməyə, yaxud
yanlış tərcümə etməyə məcbur etmə
və ya pulla ələ alma
299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki
ilədək müddətə islah işləri və ya
altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[851]
299.2. Şahidi,
zərərçəkmiş şəxsi yalan ifadə
verməyə, eksperti yalan rəy verməyə və ya
tərcüməçini yanlış tərcümə
etməyə məcbur etmə, habelə həmin
şəxsləri ifadə verməkdən boyun
qaçırmağa məcbur etmə şantajla, həmin
şəxsləri və ya onların yaxın
qohumlarını öldürmək, sağlamlığa
zərər vurmaq və ya əmlakını məhv etmək
və ya zədələmək hədəsi ilə törədildikdə—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[852]
299.3. Bu Məcəllənin 299.2-ci
maddəsində nəzərdə tutulmuş
əməllər həmin şəxslərin həyatı
və ya sağlamlığı üçün təhlükəli
olmayan zor tətbiq etməklə törədildikdə—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
299.4. Bu Məcəllənin 299.1 və ya
299.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər mütəşəkkil dəstə
tərəfindən və ya həmin şəxslərin
həyatı və ya sağlamlığı
üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə—
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 300. Təhqiqat və
ya ibtidai istintaq məlumatlarını yayma
Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda—[853]
min manatdan iki min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[854]
Maddə
301. Məhkəmə və hüquq mühafizə orqanları
işçiləri barəsində tətbiq edilən
təhlükəsizlik tədbirləri haqqında
məlumatları yayma
301.1. Hakimlər, andlı iclasçılar, icra məmurları,
prokurorlar, müstəntiqlər, təhqiqatçılar,
əməliyyat-axtarış fəaliyyətini, gömrük
işini həyata keçirən, ictimai qaydanın
mühafizəsini və milli təhlükəsizliyi təmin
edən, habelə istintaq orqanlarının və ya
prokurorların qərarlarını icra edən
şəxslər və ya onların yaxın qohumları
barəsində tətbiq edilən təhlükəsizlik
tədbirləri haqqında məlumatların yayılması,
əgər bu əməl qulluq mövqeyi ilə
əlaqədar ona etibar edilən və ya məlum olan
şəxs tərəfindən törədilərsə—[855]
min beş yüz manatdan
üç min
manatadək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[856]
301.2. Eyni əməllər ağır
nəticələrə səbəb olduqda—
bir ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 302.
Əməliyyat-axtarış fəaliyyəti haqqında
qanunvericiliyi pozma
302.1. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
iki
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[857]
302.2. Eyni əməllər gizli qaydada
informasiya alınması üçün nəzərdə
tutulmuş texniki vasitələrdən istifadə
edilməklə törədildikdə—
dörd min manatdan altı min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən dörd ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[858]
302.3. Gizli qaydada informasiya alınması
üçün nəzərdə tutulmuş texniki
vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya
satış məqsədilə əldə etmə -
iki min manatdan beş min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[859]
Maddə
303. Siyahıya alınmış və ya üzərinə
həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak
barəsində qanunsuz hərəkətlər
303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının, o cümlədən ödəniş əməliyyatlarının bank və ya digər ödəniş xidməti təchizatçısının nümayəndəsi tərəfindən həyata keçirilməsi—[860]
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[861]
303.2. Məhkəmənin
hökmünə (qərarına) əsasən
müsadirə edilməli olan əmlakı gizlətmə
və ya mənimsəmə, habelə əmlakın
müsadirə olunması barədə məhkəmənin
qanuni qüvvəyə minmiş hökmünün (qərarının)
icra olunmasından başqa cür yayınma[862]
iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya min manatdan iki min manatadək miqdarda
cərimə edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[863]
Maddə
304. Azadlıqdan məhrum etmə və ya
həbs yerindən, yaxud mühafizə
altından qaçma[864]
304.1. Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması—[865]
iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
304.2. Eyni əməllər:
304.2.1. qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə;
304.2.2. həyat və ya sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə və ya belə zor tətbiq etmə
hədəsi ilə törədildikdə;
304.2.3. silah işlətməklə və
ya silah qismində işlədilən əşyalardan
istifadə olunmaqla törədildikdə—
iki ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 305. Azadlıqdan
məhrum etmə növündə cəza
çəkməkdən boyun qaçırma
Azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması—
bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
306. Məhkəmənin hökmünü,
qərarını, yaxud digər aktını icra
etməməKMQ27
306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—[866]
iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya üç
yüz iyirmi saatdan dörd yüz səksən
saatadək ictimai işlər və ya iki ilədək
müddətə islah işləri və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni
müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[867]
306.2. Eyni əməllər vəzifəli
şəxs tərəfindən törədildikdə —
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə beş min manatdan
yeddi min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya üç
ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç
ildən beş ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[868]
Qeyd:
Bu Məcəllənin 306.1 və ya 306.2-ci
maddələrində nəzərdə tutulmuş
əməlləri törətmiş şəxs qanuni
qüvvəyə minmiş məhkəmə
qətnaməsini, hökmünü, qərardadını,
qərarını və ya əmrini həmin
əməllərlə bağlı hökm qanuni
qüvvəyə minənədək tam icra etdikdə
cinayət məsuliyyətindən azad edilir. [869]
Maddə
307. Cinayət barəsində xəbər verməmə
və ya qabaqcadan vəd etmədən cinayəti
gizlətmə
307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə —
min beş yüz manatdan iki min
beş yüz
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[870]
307.2. Qabaqcadan vəd etmədən
ağır cinayəti gizlətmə—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[871]
307.3. Qabaqcadan vəd etmədən
xüsusilə ağır cinayəti gizlətmə—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Arvadı (əri),
övladları, valideynləri və qanunvericiliklə
dairəsi müəyyən edilmiş digər yaxın
qohumları tərəfindən hazırlanmış və ya
törədilmiş cinayət barəsində xəbər
verməyən şəxs bu Məcəllənin 307.1-ci
maddəsi ilə nəzərdə tutulmuş cinayət
məsuliyyətinə cəlb oluna bilməz.
Otuz üçüncü fəsil.
Korrupsiya cinayətləri və qulluq mənafeyi
əleyhinə olan digər cinayətlər[872]
Maddə 308. Vəzifə
səlahiyyətlərindən sui-istifadə
308.1. Vəzifə
səlahiyyətlərindən sui-istifadə, yəni
vəzifəli şəxsin xidməti vəzifələrinin
icrası ilə əlaqədar özü və ya
üçüncü şəxslər üçün
qanunsuz üstünlük əldə etmək
məqsədilə öz qulluq səlahiyyətlərindən
qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə
etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda
istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və qanuni mənafelərinə, yaxud
cəmiyyətin və ya dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda –
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və ya iki ilədək
müddətə islah işləri və ya üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya əmlakı müsadirə
olunmaqla üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[873]
308.2. Bu Məcəllənin 308.1-ci
maddəsi ilə nəzərdə tutulmuş
əməllər ağır nəticələrə
səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə
təsir məqsədilə törədildikdə—[874]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə , əmlakı müsadirə
olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[875]
Qeyd: Bu fəslin maddələrində
“vəzifəli şəxs” dedikdə aşağıdakı
şəxslər başa düşülür:
1. hakimiyyət
nümayəndələri, o cümlədən Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
müəyyən olunmuş qaydada dövlət orqanlarına
seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi
səlahiyyət əsasında dövlət və ya yerli
özünüidarə orqanlarını təmsil edən
şəxslər, zabit, gizir və ya miçman olan hərbi
qulluqçular, dövlət qulluqçuları (dövlət
qulluğunun xüsusi növündə çalışan
şəxslər daxil olmaqla), bələdiyyə
üzvləri və bələdiyyə qulluqçuları;
2. dövlət orqanlarında
seçkili vəzifələrə namizədliyi qanunla
müəyyən edilən qaydada qeydə alınmış
şəxslər;
3. dövlət və
bələdiyyə müəssisə, idarə və
təşkilatlarının, o
cümlədən publik hüquqi şəxslərin,
həmçinin kommersiya və qeyri-kommersiya
təşkilatlarının rəhbərləri və
işçiləri;[876]
4. dövlət və
bələdiyyə müəssisə, idarə və
təşkilatlarında, o
cümlədən publik hüquqi şəxslərdə,
həmçinin kommersiya və qeyri-kommersiya
təşkilatlarında xüsusi səlahiyyət üzrə
təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən
şəxslər;[877]
5. hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
şəxslər;
6. xarici ölkələrin dövlət
orqanlarının vəzifəli şəxsləri, xarici
ölkələrin seçkili dövlət orqanlarının
üzvləri, beynəlxalq təşkilatların
vəzifəli şəxsləri və digər qulluqçuları,
beynəlxalq parlament assambleyalarının üzvləri;
7. beynəlxalq məhkəmələrin
hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya
xarici ölkələrin qanunlarına, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən
fəaliyyət göstərən yerli, xarici və
beynəlxalq arbitrlər, xarici və
ya yerli andlı iclasçılar. [878]
Maddə 308-1. Dövlət büdcəsinin,
məqsədli büdcə fondlarının və ya
büdcədənkənar dövlət fondlarının
vəsaitindən təyinatı üzrə istifadə etməmə[879]
308-1.1. Dövlət
büdcəsinin, məqsədli büdcə fondlarının
və ya büdcədənkənar dövlət
fondlarının vəsaitindən təyinatı üzrə
istifadə etməmə, bu əməllər xeyli miqdarda
törədildikdə -
doqquz min manatdan on üç min manatadək miqdarda cərimə
edilməklə üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə, yaxud üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[880]
308-1.2. Eyni əməllər
külli miqdarda törədildikdə -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən
altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
Bu Məcəllənin 308-1.1-ci
maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan iki
yüz əlli min manatadək olan məbləğ, 308-1.2-ci
maddəsində “külli miqdar” dedikdə isə iki yüz
əlli min manatdan yuxarı olan məbləğ başa
düşülür.
Maddə 308-2. Satınalma prosedurları keçirilmədən
dövlət vəsaitlərini xərcləmə və ya
dövlət satınalmalarını qanunsuz keçirmə
308-2.1. Satınalan təşkilat
tərəfindən satınalma prosedurları
keçirilmədən bağlanılmış
müqavilələr əsasında dövlət
vəsaitlərini xərcləmə və ya malların
(işlərin) satın alınmasını “Dövlət
satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq açıq tender
üsulu ilə və ya açıq tender üsulunu tətbiq
etməklə elektron satınalma vasitəsilə həyata
keçirilməli olduğu halda, digər satınalma
metodlarından (vasitəsindən) qanunsuz istifadə etmə,
bu əməllər xeyli miqdarda ziyan vurduqda -[881]
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə edilməklə
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə, yaxud üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
308-2.2. Satınalan təşkilat
tərəfindən hər hansı digər satınalma
metodlarından istifadə etmək üçün
məbləğ məhdudiyyətini aradan qaldırmaq
məqsədi ilə bir büdcə ili ərzində
müvafiq xərc maddəsində nəzərdə tutulmuş
vəsait hesabına malların (işlərin və
xidmətlərin) satın alınmasını ayrı-ayrı
müqavilələrə bölmə, bu əməllər
xeyli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə edilməklə
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə, yaxud üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
308-2.3. Satınalan təşkilatdan
hüquqi, maliyyə və ya təşkilati
asılılığı olan malgöndərənlərin
(podratçıların) həmin təşkilat tərəfindən
keçirilən satınalma prosedurlarında iştirakına
yol vermə, bu əməllər xeyli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə edilməklə
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə, yaxud
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci
və 308-2.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər külli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli miqdarında
cərimə edilməklə üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə, yaxud üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[882]
Qeyd:
1. Bu
Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü
maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan
iki yüz əlli min manatadək olan məbləğ,
308-2.4-cü maddəsində “külli miqdar” dedikdə isə
iki yüz əlli min manatdan yuxarı olan məbləğ
başa düşülür.
2. Bu
Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü
maddələrində “satınalan təşkilat” dedikdə,
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan
müəssisə və təşkilatlar başa
düşülür.[883]
Maddə 309. Vəzifə
səlahiyyətlərini aşma
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə , əmlakı
müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [884]
309.2. Bu Məcəllənin 309.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər zor tətbiq etməklə və ya zor
tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud
silah və digər xüsusi vasitələrdən istifadə
etməklə törədildikdə və ya ağır
nəticələrə səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə, əmlakı müsadirə
olunmaqla
üç ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[885]
Maddə 310. Vəzifəli
şəxsin səlahiyyətlərini mənimsəmə
Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli ºəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—
min beş yüz manatdan
üç min
manatadək miqdarda cərimə və ya iki yüz qırx
saatdan dörd yüz
saatadək müddətə ictimai işlər və ya iki
ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [886]
Maddə 311. Rüşvət
alma (passiv rüşvətxorluq)[887]
311.1. Rüşvət alma, yəni
vəzifəli şəxsin xidməti vəzifəsinin
(səlahiyyətlərinin) icrası ilə əlaqədar
hər hansı hərəkətə (hərəkətsizliyə)
görə, eləcə də xidmət üzrə ümumi
himayədarlıq və ya laqeydlik müqabilində özü
və yaxud üçüncü şəxslər
üçün birbaşa və ya dolayı yolla,
şəxsən və ya vasitəçidən istifadə etməklə
maddi və sair neməti, imtiyazı və ya güzəşti
istəməsi və ya alması,
yaxud bu barədə təklif və ya vədi qəbul
etməsi –[888]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə , əmlakı müsadirə
olunmaqla dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
311.2. Vəzifəli şəxs
tərəfindən qanunsuz hərəkətlərə
(hərəkətsizliyə) görə rüşvət alma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə , əmlakı müsadirə
olunmaqla beş
ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[889]
311.3. Bu Məcəllənin 311.1 və ya
311.2-ci maddələri ilə nəzərdə tutulmuş
əməllər:
311.3.1. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən;
3.11.3.2. təkrar törədildikdə;
311.3.3. külli miqdarda
törədildikdə;
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[890]
Qeyd: Bu
Məcəllənin 311.3.3-cü maddəsində "külli
miqdar" dedikdə, beş
min manatdan
artıq olan məbləğ başa düşülür.[891]
Maddə 312. Rüşvət vermə (aktiv
rüşvətxorluq) [892]
312.1. Rüşvət vermə,
yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar hər hansı
hərəkətin edilməsi və ya belə hərəkətin
edilməsindən imtina olunması müqabilində
vəzifəli şəxsə onun özü və ya
üçüncü şəxslər üçün
birbaşa və ya dolayı yolla, şəxsən və ya
vasitəçidən istifadə etməklə maddi və sair
nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi –[893]
beş min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya üç ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə
olunmaqla iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[894]
312.2. Vəzifəli şəxs
tərəfindən bilə-bilə qanunsuz
hərəkətlər (hərəkətsizlik) etməyə
görə ona rüşvət vermə və ya təkrar rüşvət
vermə—
səkkiz min manatdan on iki min manatadək miqdarda
cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[895]
Qeyd: Rüşvət verən
şəxs vəzifəli şəxs tərəfindən
tətbiq edilən hədə-qorxu nəticəsində
rüşvət verdikdə və ya rüşvət vermə
haqqında müvafiq dövlət orqanına
könüllü məlumat verdikdə cinayət
məsuliyyətindən azad edilir. KMQ17
Maddə 312-1. Vəzifəli şəxsin
qərarına qanunsuz təsir göstərmə (nüfuz
alveri) [896]
312-1.1. Şəxs
tərəfindən öz həqiqi və ya güman edilən
təsir imkanlarından istifadə edərək vəzifəli
şəxsin qərarına qanunsuz təsir etmək
məqsədilə özü və yaxud
üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən
və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin,
imtiyazın və ya güzəştin istənilməsi və
ya alınması, yaxud bu barədə təklif və ya
vədin qəbul edilməsi -[897]
altı min manatdan on min manatadək miqdarda
cərimə və ya əmlakı müsadirə olunmaqla
üç ildən yeddi ilədək müddətə
azadlıqdan mərhum etmə ilə
cəzalandırılır.[898]
312-1.2. Şəxsə öz
həqiqi və ya güman edilən təsir imkanlarından
istifadə edərək vəzifəli şəxsin
qərarına qanunsuz təsir etmək məqsədilə
onun özü və ya üçüncü
şəxslər üçün birbaşa və ya
dolayı yolla, şəxsən və ya
vasitəçidən istifadə etməklə maddi və sair nemətin,
imtiyazın və ya güzəştin təklif
olunması, vəd edilməsi və ya verilməsi – [899]
dörd min manatdan yeddi min manatadək miqdarda
cərimə və ya əmlakı müsadirə olunmaqla
iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[900]
Maddə 313. Vəzifə
saxtakarlığı [901]
Vəzifə saxtakarlığı,
yəni vəzifəli şəxs , eləcə də
vəzifəli şəxs olmayan dövlət qulluqçusu
və ya yerli özünüidarə orqanı qulluqçusu
tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan
məlumatların daxil edilməsi, habelə
göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu
təhrif edən düzəlişlərin edilməsi, bu
əməllər tamah və ya sair şəxsi
niyyətlərlə törədildikdə—[902]
min beş yüz manatdan
üç min
manatadək miqdarda cərimə və ya bir ildən iki
ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə ,
əmlakı müsadirə olunmaqla iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[903]
Maddə 314.
Səhlənkarlıq
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—
min beş yüz manatdan
üç min
manatadək miqdarda cərimə və ya iki yüz qırx
saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki
ilədək müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[904]
314.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. [905]
314.3. Bu Məcəllənin 314.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda -
üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[906]
314-1.1. Vəzifəli
şəxs tərəfindən dövlətin müstəsna
mülkiyyətində olan torpaq sahələrinin
bələdiyyələrin, fiziki və ya hüquqi
şəxslərin mülkiyyətinə, istifadəsinə
və ya onlara icarəyə verilməsi haqqında qanunsuz
qərar qəbul etmə —
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, üç ildən
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[908]
314-1.2. Vəzifəli
şəxs tərəfindən dövlətin müstəsna
mülkiyyətində olan və
özgəninkiləşdirilməsi qanunla qadağan edilən
torpaq sahələrinin bələdiyyə
mülkiyyətinə və ya xüsusi mülkiyyətə
verilməsi haqqında qərar qəbul etmə —
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, beş ildən
səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
314-1.3. Bu Məcəllənin
314-1.1-ci və 314-1.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının
altında olan torpaqlara münasibətdə
törədildikdə -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, yeddi ildən on
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 314-2. Qanunla müəyyən
olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya
quraşdırma işlərinin aparılmasına icazə vermə[909]
314-2.1. Ərazilərin zonalaşdırılması, tikintinin
növü və miqyası ilə bağlı
müfəssəl qaydaları və yaşayış
məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərini pozmaqla vəzifəli şəxs
tərəfindən torpaq sahələrini tikinti üçün
ayırma, tikinti və ya
quraşdırma işlərinin aparılmasına icazə
vermə, yaxud barəsində
məlumatlandırma icraatı tətbiq edilən
tikililərlə bağlı irad təqdim etməmə-[910]
iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[911]
314-2.2. Ərazilərin zonalaşdırılması, tikintinin
növü və miqyası ilə bağlı
müfəssəl qaydaları və yaşayış
məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərini pozmaqla vəzifəli şəxs
tərəfindən magistral boru kəmərlərinin,
gərginliyi 1000 voltdan çox olan elektrik
şəbəkələrinin, metropolitenin, dəmir yolu
qurğularının, müdafiə obyektlərinin, su
təchizatı və kanalizasiya sistemlərinin, texniki
qurğularının, neft buruqlarının, avtomobil
yollarının və ya suların mühafizə
zonalarında torpaq sahələri və
ya kənd təsərrüfatı təyinatlı torpaq
sahələrini ayırma, yaxud tikinti və ya
quraşdırma işlərinin aparılmasına icazə
vermə, yaxud barəsində
məlumatlandırma icraatı tətbiq edilən
tikililərlə bağlı irad təqdim etməmə-[912]
iki ilədək
müddətə islah işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[913]
314-2.3. Bu Məcəllənin
314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə
tutulmuş əməllər ağır
nəticələrə səbəb olduqda -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[914]
Maddə 314-3. Qanunvericiliklə
müəyyən olunmuş qaydaları pozmaqla aparılan
tikinti işlərinin qarşısının alınmaması
314-3.1. Müvafiq dövlət
orqanının vəzifəli şəxsinin öz
vəzifələrinə səhlənkar yanaşması
nəticəsində bu Məcəllənin 222.1-ci, 222-1.1-ci
və 222-2.1-ci maddələrində nəzərdə
tutulmuş əməllərin qarşısının
alınmaması -
iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[915]
314-3.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
sağlamlığına ağır və ya az ağır
zərərin vurulmasına səbəb olduqda -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
üç
ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[916]
314-3.3. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda -
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə beş ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[917]
Maddə 314-4. Qanunvericiliklə müəyyən
olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya
təminatı sistemlərinə qoşulma
Tikintisinə icazə tələb olunan,
lakin belə icazə alınmadan tikilməkdə olan və ya
tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya,
elektrik və ya istilik enerjisi təchizatı
müəssisələrinin vəzifəli şəxsləri
tərəfindən mühəndis-kommunikasiya təminatı
sistemlərinə qanunsuz qoşulması -
iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[918]
34-cü fəsil
İDARƏETMƏ
QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə
315. Hakimiyyət nümayəndəsinə qarşı
müqavimət göstərmə və ya zor tətbiq
etmə[919]
Hakimiyyət nümayəndəsinə
xidməti vəzifələrini yerinə yetirərkən zor
tətbiq etməklə müqavimət göstərmə
və ya xidməti vəzifələrini yerinə yetirməsi
ilə əlaqədar ona və ya onun yaxın qohumlarına
qarşı zor tətbiq etmə–
iki ildən beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə
316. Cinayət prosesində iştirak edən
şəxslər barəsində tətbiq edilən
təhlükəsizlik tədbirləri haqqında
məlumatları yayma
316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi, qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun nümayəndəsi, şübhəli şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və nümayəndələri, cinayət işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, şahid, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—
min beş yüz manatdan
üç min
manatadək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[920]
316.2. Eyni əməllər ağır
nəticələrə səbəb olduqda—
bir ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 316-1. İnsan
alverindən zərərçəkmiş şəxs
haqqında konfidensial məlumatları yayma[921]
316-1.1. İnsan alverindən
zərərçəkmiş şəxs haqqında
konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən
yayma –
beş yüz manatdan min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan dörd
yüz səksən
saatadək ictimai işlər və ya bir ilədək
müddətə islah işləri ilə
cəzalandırılır.[922]
316-1.2. Eyni əməllər təqsirkar
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə -
min beş yüz manatdan
üç min
manatadək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[923]
316-1.3. Eyni əməllər ağır
nəticələrə səbəb olduqda –
bir ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu maddədə "konfidensial
məlumat" dedikdə, yayılması insan alverindən
zərər çəkmiş şəxsin, onun yaxın
qohumlarının, habelə insan alverinə qarşı
mübarizəyə yardım göstərən
şəxslərin həyat və sağlamlığına
təhlükə yaradan hər hansı məlumat başa
düşülür.
Maddə 316-2. Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasına və ya terrorçuluğun
maliyyələşdirilməsinə qarşı həyata
keçirilən tədbirlər haqqında məlumatları
yayma[924]
316-2.1. Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması
ilə bağlı maliyyə monitorinqi orqanına məlumat
və sənədlərin təqdim edilməsi, yaxud
əməliyyatların icrasının dayandırılması
haqqında şəxsə qulluq mövqeyi ilə
əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumat və
sənədlərin, qanunla nəzərdə tutulmuş hallar
istisna olmaqla yayılması -[925]
min manatdan üç min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə
azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
316-2.2. Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı
maliyyə monitorinqi orqanına məlumat və
sənədlərin təqdim edilməsi, yaxud
əməliyyatların icrasının dayandırılması
haqqında şəxsə qulluq mövqeyi ilə
əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumat və
sənədlərin, qanunla nəzərdə tutulmuş
hallar istisna olmaqla yayılması -[926]
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Qeyd: Vəkil, notarius,
rieltor, hüquq, mühasibat və vergi məsləhəti
xidmətləri göstərən şəxs
tərəfindən müştərini qeyri-qanuni
fəaliyyətdən çəkindirmək
məqsədilə onu və ya digər şəxsləri
əməliyyatların icrasının
dayandırılacağı və ya müvafiq
məlumatların maliyyə monitorinqi orqanına təqdim
ediləcəyi barədə məlumatlandırması
hallarına bu Məcəllənin 316-2-ci maddəsinin
qüvvəsi şamil edilmir.[927]
Maddə
317. Cəzaçəkmə müəssisələrinin
və ya istintaq təcridxanalırının normal
fəaliyyətini pozma
317.1. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə—
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
317.2. Bu Məcəllənin 317.1-ci
maddəsində göstərilən şəxslər
barəsində onların həyat və
sağlamlığı üçün təhlükəli
olmayan zor tətbiq etmə—
beş ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
317.3. Bu Məcəllənin 317.1 və ya
317.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər mütəşəkkil dəstə
tərəfindən və ya həyat və sağlamlıq
üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə—
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 317-1. Cəzaçəkmə
müəssisələrində və ya istintaq
təcridxanalarında saxlanılan şəxslərə
qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsi[928]
317-1.1. Cəzaçəkmə
müəssisələrində və ya istintaq
təcridxanalarında saxlanılan şəxslərə
qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə
və ya hər hansı digər üsulla verilməsi və ya
ötürülməsi -
min manatdan iki min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[929]
317-1.2. Eyni əməllər şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç min manatdan beş min
manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[930]
Maddə 317-2. Cəzaçəkmə
müəssisələrində və ya istintaq
təcridxanalarında saxlanılan şəxs
tərəfindən qadağan olunmuş əşyaların
hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və ya istifadəsi
317-2.1. Cəzaçəkmə
müəssisələrində və ya istintaq
təcridxanalarında saxlanılan şəxs
tərəfindən qadağan olunmuş əşyaların
hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və ya istifadəsi -
altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
317-2.2. Eyni əməllər təkrar
törədildikdə -
iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
318. Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz olaraq keçmə
318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə—
min beş yüz manatdan
üç min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[931]
318.2. Bu Məcəllənin 318.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən,
yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq
etmə hədəsi ilə törədildikdə— [932]
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Azərbaycan
Respublikasının Konstitusiyası ilə təsbit edilmiş
siyasi sığınacaq hüququndan istifadə etmək
məqsədi ilə Azərbaycan Respublikasının
mühafizə olunan dövlət sərhədini
keçmə qaydalarını pozmaqla Azərbaycan
Respublikasına gəlmiş əcnəbi və ya
vətəndaşlığı olmayan şəxsə, onun
hərəkətlərində başqa cinayət tərkibi
yoxdursa, bu maddənin müddəaları şamil edilmir.
Maddə 318-1. Qanunsuz
miqrasiyanın təşkili[933]
318-1.1. Əcnəbi və ya
vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasına qanunsuz gəlməsini,
Azərbaycan Respublikası ərazisində qanunsuz
qalmasını, Azərbaycan Respublikası ərazisindən
qanunsuz tranzit keçidini və ya hər hansı
şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini
təşkil etmə -
dörd min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[934]
318-1.2. Eyni əməllər:
318-1.2.1.
mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
318-1.2.2. vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə;
318-1.2.3. təkrar
törədildikdə;
318-1.2.4. insan həyatı
üçün təhlükəli üsulla
törədildikdə -
iki
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
və ya edilməməklə iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 318-2. Xarici
dövlətin vətəndaşlığını qəbul
etmiş Azərbaycan Respublikasının
vətəndaşı tərəfindən bu barədə
məlumatın verilməməsi[935]
Xarici dövlətin
vətəndaşlığını qəbul etmiş
Azərbaycan Respublikasının vətəndaşı
tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı
məlumatın verilməməsi-
üç min manatdan beş min
manatadək miqdarda cərimə və ya üç yüz
altmış saatdan dörd yüz səksən saatadək
ictimai işlər ilə cəzalandırılır.
Maddə
319. Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz olaraq dəyişmə
319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə—
iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[936]
319.2. Eyni əməllər təkrar
törədildikdə və ya ağır
nəticələrə səbəb olduqda—
dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
320. Rəsmi sənədləri, dövlət
təltiflərini, möhürləri, ştampları,
blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta
sənədlərdən istifadə etmə[937]
320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—[938]
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[939]
320.2. Bu Məcəllənin 320.1-ci
maddəsində göstərilmiş bilə-bilə saxta
sənədlərdən istifadə etmə—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan üç
yüz saatadək
müddətə ictimai işlərlə və ya bir
ilədək müddətə islah işləri və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[940]
Maddə 321. Hərbi xidmət
keçməkdən boyun qaçırma
321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—
iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
321.2. Eyni əməllər müharibə
vaxtı törədildikdə —
üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 322.
Özbaşınalıq
322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—[941]
min manatdan iki min manatadək miqdarda
cərimə və ya üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir
ilədək müddətə islah işləri və ya
altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[942]
322.2. Eyni əməllər zor tətbiq
etməklə və ya zor tətbiq etmə hədəsi
ilə törədildikdə—
üç min manatdan altı
min manatadək
miqdarda cərimə və ya bir ildən iki ilədək
müddətə islah işləri və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[943]
Maddə
323. Azərbaycan dövlətinin
başçısının — Azərbaycan Respublikası
Prezidentinin şərəf və lәyaqәtini
ləkələmə və ya alçaltma
323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma —[944]
beş yüz manatdan min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[945]
323.1-1. Bu Məcəllənin 323.1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər internet informasiya ehtiyatında saxta
istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək
kütləvi nümayiş etdirməklə
törədildikdə -
min manatdan min beş yüz
manatadək miqdarda cərimə və ya
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[946]
323.2. Bu
Məcəllənin 323.1 və ya 323.1-1-ci
maddələrində nəzərdə tutulmuş
əməllər ağır və ya xüsusilə
ağır cinayətdə ittiham etməklə
törədildikdə —
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[947]
Qeyd: Azərbaycan dövlətinin
başçısının — Azərbaycan Respublikası
Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi
altında yeridilən siyasət haqqında tənqidi
mülahizələrlə bağlı kütləvi
çıxışlara bu maddənin qüvvəsi şamil
edilmir.
Maddə
324. Azərbaycan Respublikasının Dövlət
bayrağı və ya Azərbaycan Respublikasının
Dövlət gerbi barədə təhqiredici
hərəkətlər
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər—
iki ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[948]
Maddə 325. Dövlət
təltiflərini və rəsmi sənədi əldə
etmə və ya satma
Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[949]
Maddə
326. Rəsmi sənədləri, ştampları,
möhürləri talama və ya məhv
etmə[950]
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[951]
326.2. Dənizçinin şəxsiyyət
sənədini, vətəndaşın şəxsiyyət
vəsiqəsini, pasportunu və ya digər mühüm
şəxsi sənədini talama —
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah
işləri və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[952]
ON İKİNCİ BÖLMƏ
HƏRBİ
XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
35-ci fəsil
HƏRBİ
XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 327. Hərbi xidmət
əleyhinə olan cinayətlər anlayışı
327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
327.2. Bu maddədə
göstərilməmiş şəxslərin hərbi
xidmət əleyhinə olan cinayətlərdə
iştirakı bu fəslin müvafiq maddələri
üzrə məsuliyyətə səbəb olur.
Maddə 328. Əmri icra
etməmə
328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda—[953]
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
328.2. Eyni əməllər:
328.2.1. bir qrup şəxs
tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;[954]
328.2.2. ağır nəticələrə
səbəb olduqda—
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
328.3. Hərbi xidmətə vicdansız
və ya laqeyd münasibət nəticəsində əmri icra
etməmə, bu əməllər ağır nəticələrə
səbəb olduqda—
iki ilədək
müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[955]
328.4. Bu Məcəllənin
328.1—328.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin
müvafiq maddələrində «müharibə vaxtı»
dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə
müharibə vəziyyətində olması başa
düşülür.
2. Müharibənin elan olunmasının
və ya hərbi əməliyyatların faktiki
aparılmasının ilk günü və saatı
müharibənin başlanması, hərbi əməliyyatların
faktiki dayandırıldığı gün və saat isə
müharibənin sonu hesab edilir.
3. Bu Məcəllənin
müvafiq maddələrində “döyüş
şəraiti” dedikdə, hərbi hissənin və ya
bölmənin bilavasitə düşmənə qarşı
durması və ya faktiki döyüş əməliyyatı
aparması başa düşülür.[956]
Maddə 329.
Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı
hərəkətlər[957]
329.1. Hərbi xidmət üzrə
vəzifələrin yerinə yetirilməsi zamanı və ya
belə vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar rəisin öz tabeliyində olan
şəxsə zor tətbiq etməsi —
bir ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
bir ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
329.2. Eyni əməllər:
329.2.1. təkrar törədildikdə;
329.2.2. iki və ya daha çox
şəxsə qarşı törədildikdə;
329.2.3. bir qrup şəxs və ya
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə;
329.2.4. silah tətbiq etməklə
törədildikdə;
329.2.5. zərərçəkmiş
şəxsin sağlamlığına qəsdən az
ağır zərər vurmaqla törədildikdə;
329.2.6. işgəncə verməklə
törədildikdə —
bir ildən iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329.3. Bu Məcəllənin 329.1 və
329.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər zərərçəkmiş şəxsin
sağlamlığına qəsdən ağır
zərər vurduqda və ya digər ağır
nəticələrə səbəb olduqda —
üç ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 330.
Rəisə qarşı zorakı hərəkətlər
330.1. Rəisə, habelə hərbi
qulluq vəzifəsini yerinə yetirən digər
şəxsə hərbi xidmət üzrə öz
vəzifəsini yerinə yetirməsi zamanı və ya
belə vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar zor tətbiq etmə və ya zor tətbiq
etməklə müqavimət göstərmə-
iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
330.2. Rəisə, habelə hərbi
qulluq vəzifəsini yerinə yetirən digər
şəxsə hərbi xidmət üzrə öz
vəzifəsini yerinə yetirməsi zamanı və ya belə
vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar zor tətbiq etməklə və ya zor tətbiq
etmək hədəsi ilə onu qulluq vəzifəsini
pozmağa məcbur etmə -
iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
330.3. Bu Məcəllənin 330.1 və
330.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
330.3.1. bir qrup şəxs və ya
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə;
330.3.2. təkrar törədildikdə;
330.3.3. iki və ya daha çox
şəxs barəsində törədildikdə;
330.3.4. silah tətbiq etməklə
törədildikdə;
330.3.5. zərərçəkmiş
şəxsin sağlamlığına qəsdən az
ağır zərər vurmaqla törədildikdə —
bir ildən iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
330.4. Bu Məcəllənin
330.1-330.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər zərərçəkmiş
şəxsin sağlamlığına qəsdən ağır
zərər vurduqda və ya digər ağır
nəticələrə səbəb olduqda –
üç ildən səkkiz
ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
330.5. Bu Məcəllənin
330.1-330.4-cü maddələrində nəzərdə
tutulmuş əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə -
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 331. Hərbi
qulluqçunu təhqir etmə, döymə və ya
işgəncə vermə[958]
331.1. Hərbi xidmət üzrə
vəzifələrin yerinə yetirilməsi zamanı və ya
belə vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar bir hərbi qulluqçunun digərini təhqir
etməsi—
altı ayadək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
eyni müddətə intizam xarakterli hərbi hissədə
saxlama ilə cəzalandırılır.
331.2. Hərbi xidmət üzrə
vəzifələrin yerinə yetirilməsi zamanı və ya
belə vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar rəisin öz tabeliyində olan şəxsi,
habelə tabelikdə olan şəxsin öz rəisini
təhqir etməsi—
bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya bir
ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama ilə cəzalandırılır.
331.3. Hərbi xidmət üzrə vəzifələrin
yerinə yetirilməsi zamanı və ya belə
vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar rəisin öz tabeliyində olan şəxsi
döyməsi və ya ona işgəncə verməsi—
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
332. Tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozma
332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma —[959]
bir ilədək
müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya bir ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[960]
332.1-1. Müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçuları və ya hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisəsinin kursantları arasında
qarşılıqlı münasibətlərin nizamnamə
qaydalarını pozaraq zərərçəkmiş
şəxsə qarşı zor tətbiq etməklə, yaxud
hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda
əmlakını və ya əmlak xarakteri daşıyan
digər hərəkətlər etməsini tələb
etmə —
iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
332.1-2. Bu Məcəllənin 332.1-1-ci
maddəsində nəzərdə tutulmuş
əməllər külli miqdarda əmlak əldə etmək
məqsədi ilə törədildikdə -
bir ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[961]
332.2. Bu
Məcəllənin 332.1, 332.1-1 və ya 332.1-2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:[962]
332.2.1. təkrar törədildikdə;
332.2.2. iki və ya daha çox şəxs
barəsində törədildikdə;
332.2.3. bir qrup şəxs və ya qabaqcadan əlbir olan
bir qrup şəxs
tərəfindən törədildikdə;[963]
332.2.4. silah tətbiq etməklə
törədildikdə;
332.2.5. zərərçəkmiş
şəxsin sağlamlığına az ağır
zərər vurmaqla törədildikdə;
332.2.6. işgəncə
verməklə törədildikdə -[964]
iki ilədək
müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya iki
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[965]
332.3. Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər vurduqda
və ya digər ağır nəticələrə
səbəb olduqda—[966]
üç ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[967] KMQ7
Qeyd: Bu
Məcəllənin 332.1-1-ci maddəsində “xeyli miqdar”
dedikdə yüz manatdan yuxarı, lakin min manatdan artıq
olmayan məbləğ, 332.1-2-ci maddəsində “külli
miqdar” dedikdə min manatdan yuxarı məbləğ başa
düşülür.[968]
Maddə 333. Hərbi hissəni
və ya xidmət yerini özbaşına tərk etmə
333.1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə -[969]
bir ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə
cəzalandırılır.
333.2. Bu
Məcəllənin 333.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər on gündən artıq, lakin
bir aydan çox olmayaraq törədildikdə—[970]
iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə
cəzalandırılır.
333.3. Zabitin,
gizirin, miçmanın, müddətdən artıq hərbi
xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt
üzrə xidmət edən şəxsin hissəni və ya
xidmət yerini özbaşına tərk etməsi, habelə
üzürlü səbəblər olmadan xidmət yerinə
vaxtında qayıtmaması on gündən artıq, lakin bir
aydan çox olmayaraq törədildikdə —[971]
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
333.4. Bu Məcəllənin 333.2 və
333.3-cü maddələrində nəzərdə tutulmuş
əməllər bir aydan artıq, lakin üç aydan
çox olmayaraq törədildikdə—
iki ilədək
müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya iki
ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[972]
333.4-1. Bu Məcəllənin 333.1-ci
və 333.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər üç aydan artıq
törədildikdə -
üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[973]
333.5. İntizam xarakterli hərbi hissədə
cəza çəkən hərbi qulluqçunun
özbaşına getməsi—
bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
333.6. Bu Məcəllənin 333.1—333.4-1-ci maddələrində
nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində
törədildikdə—[974]
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Ağır şərait
zəminində bu Məcəllənin 333.1—333.4-cü
maddələrində nəzərdə tutulmuş
əməlləri ilk dəfə törətmiş
şəxs cinayət məsuliyyətindən azad edilə
bilər.
Maddə 334. Fərarilik
334.1. Fərarilik, yəni hərbi
qulluqçunun xidmətdən üç aydan artıq
müddətə hərbi hissədən və ya xidmət
yerindən özbaşına getməsi və ya xidmət
yerinə qayıtmaması (gəlməməsi), yaxud
müddətindən asılı olmayaraq hərbi
xidmətdən boyun qaçırmaq məqsədi ilə
hərbi hissəni və ya xidmət yerini özbaşına
buraxıb getməsi və ya xidmət yerinə
qayıtmaması (gəlməməsi)—[975]
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
334.2. Xidməti istifadə
üçün verilmiş silahı, döyüş
sursatını və ya partlayıcı maddələri
oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə,
habelə bir qrup şəxs tərəfindən fərarilik
etmə—
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
334.3. Bu Məcəllənin 334.1 və
334.2-ci maddələri ilə nəzərdə tutulmuş
əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Ağır şərait
zəminində bu Məcəllənin 334.1-ci maddəsində
nəzərdə tutulmuş əməlləri ilk dəfə
törətmiş şəxs cinayət məsuliyyətindən
azad edilə bilər.
Maddə 335.
Hərbi xidmət vəzifələrinin icrasından boyun
qaçırma[976]
335.1. Hərbi qulluqçunun öz
sağlamlığına hər hansı zərər
yetirməklə, özünü xəstəliyə vurmaqla,
sənədləri saxtalaşdırmaqla və ya sair aldatma
yolu ilə hərbi xidmət vəzifələrinin
icrasından müvəqqəti boyun qaçırması —
bir ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
bir ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama ilə cəzalandırılır.
335.2. Eyni əməllər hərbi
xidmət vəzifələrinin icrasından tamamilə boyun
qaçırmaq məqsədi ilə törədildikdə —
iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
iki ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama ilə cəzalandırılır.
335.3. Bu Məcəllənin 335.1 və
335.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə—
üç ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 336. Qarovul xidmətinin
nizamnamə qaydalarını pozma
Qarovulun (növbənin) tərkibinə daxil olan şəxs tərəfindən qarovul (növbə) xidmətinin nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 337. Daxili xidmətin
və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma
Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 338. Döyüş
növbəsi çəkmə qaydalarını pozma
338.1. Azərbaycan Respublikasına qəfil
hücumun vaxtında aşkara çıxarılması
və dəf olunması üzrə, yaxud onun
təhlükəsizliyinin təmin edilməsi üzrə
döyüş növbəsi (döyüş xidməti)
çəkmə qaydalarını pozma, əgər bu
əməllər dövlətin təhlükəsizlik
mənafelərinə real
təhlükə yaratdıqda —[977]
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya eyni
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
338.2. Eyni əməllər dövlətin
təhlükəsizlik mənafeyinə zərər vurduqda
və ya sair ağır nəticələrə səbəb
olduqda —
üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 339 . Sərhəd
xidməti qaydalarını pozma
339.1. Sərhəd dəstəsinin
tərkibinə daxil olan şəxs tərəfindən və
ya sərhəd xidməti üzrə sair vəzifələri
yerinə yetirən şəxs tərəfindən
sərhəd xidməti qaydalarını pozma, əgər
bu əməllər dövlətin təhlükəsizlik
mənafelərinə real
təhlükə yaratdıqda —[978]
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
339.2. Eyni əməllər dövlətin
təhlükəsizlik mənafeyinə zərər vurduqda
və ya sair ağır nəticələrə səbəb
olduqda—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
340. İctimai qaydanın mühafizəsi və ictimai
təhlükəsizliyin təmin edilməsi üzrə
xidmət qaydalarını pozma
340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə mühüm zərər vurduqda—[979]
bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya bir
ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama ilə cəzalandırılır.
340.2. Eyni əməl ağır
nəticələrə səbəb olduqda, habelə
müharibə vaxtı və ya döyüş
şəraitində törədildikdə—
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 341. Vəzifə səlahiyyətlərindən
sui-istifadə və ya vəzifə səlahiyyətlərini
aşma
341.1. Rəisin və ya
vəzifəli şəxsin xidməti vəzifələrinin
icrası ilə əlaqədar özü və ya
üçüncü şəxslər üçün
qanunsuz üstünlük əldə etmək
məqsədilə öz qulluq səlahiyyətlərindən
qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə
etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda
istifadə etməməsi və ya xidməti
səlahiyyətlərinin hüdudlarından
açıq-aşkar surətdə kənara çıxan
hərəkətlər etməsi fiziki və ya hüquqi
şəxslərin hüquqlarına və qanuni
mənafelərinə, yaxud cəmiyyət və ya
dövlətin qanunla qorunan mənafelərinə mühüm
zərər vurduqda-[980]
iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[981]
341.2. Eyni əməllər:
341.2.1. bir qrup şəxs
tərəfindən törədildikdə;
341.2.2. silah tətbiq olunmaqla
törədildikdə;
341.2.3. ağır nəticələrə
səbəb olduqda—
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
341.3. Bu Məcəllənin 341.1 və
341.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 342. Qulluğa
səhlənkar yanaşma
342.1. Rəisin və ya vəzifəli
şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd
münasibəti nəticəsində öz xidməti
vəzifəsini yerinə yetirməməsi və ya lazımi
qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi
şəxslərin hüquqlarına və qanuni
mənafelərinə, yaxud cəmiyyət və ya
dövlətin qanunla qorunan mənafelərinə mühüm
zərər vurduqda —
min beş yüz manatdan
üç min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[982]
342.1-1. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər
ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[983]
342.2. Bu
Məcəllənin 342.1 və ya 342.1-1-ci
maddələrində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda,
habelə müharibə vaxtı və ya döyüş
şəraitində törədildikdə—[984]
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 343. Müharibə
aparma vasitələrini düşmən üçün qoyub
getmə
Rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün başqa vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi—
üç ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 344. Batmaqda olan
hərbi gəmini tərk etmə
344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil olan şəxsin tərk etməsi—
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə intizam xarakterli hərbi
hissədə saxlama və ya üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
344.2. Eyni əməl müharibə
vaxtı və ya döyüş şəraitində
törədildikdə—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
345. Döyüş meydanını özbaşına
tərk etmə və ya silah işlətməkdən boyun
qaçırma
345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırma—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
345.2. Eyni əməllər bir qrup
şəxs tərəfindən törədildikdə və ya
ağır nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 346. Əsirlikdə
olan hərbi qulluqçunun cinayət hərəkətləri
346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və ya onlarla amansızcasına rəftar etməsi—
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
346.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda—
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 347. Hərbi
əmlakı itirmə
Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, habelə nəqliyyat vasitələrinin və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla hərbi əmlakın itirilməsi mühüm zərər vurduqda -[985]
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə
saxlama və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[986]
Maddə
348. Hərbi əmlakı ehtiyatsızlıqdan
zədələmə, xarab etmə və ya məhv
etmə[987]
348.1. Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olduqda -[988]
min beş yüz manatdan iki min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə
saxlama və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[989]
348.2. Eyni əməl müharibə
vaxtı və ya döyüş şəraitində
törədildikdə—
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 349. Hərbi
əmlakı qəsdən məhv etmə və ya
zədələmə
349.1. Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları və ya hərbi texnikanı qəsdən məhv etmə və ya zədələmə -[990]
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə
saxlama və ya dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[991]
349.1-1. Bu Məcəllənin 349.1-ci
maddəsində nəzərdə tutulmayan sair hərbi
əmlakı qəsdən məhv etmə və ya
zədələmə xeyli miqdarda zərər vurduqda –
min manatdan iki min manatadək
miqdarda cərimə və ya bir ilədək
müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya bir ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[992]
349.2. Bu Məcəllənin 349.1 və ya 349.1-1-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:[993]
349.2.1. təkrar törədildikdə;
349.2.2. bir qrup şəxs
tərəfindən törədildikdə;
349.2.3. ağır nəticələrə
səbəb olduqda;
349.2.4. müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə—
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: Bu
Məcəllənin 349.1-1-ci maddəsində “xeyli miqdar”
dedikdə beş min manatdan yuxarı olan məbləğ
başa düşülür.[994]
Maddə
350. Silahla və ətrafdakılar üçün
yüksək təhlükə törədən
əşyalarla davranış qaydalarını pozma
350.1. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda —[995]
bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya eyni
müddətə intizam xarakterli hərbi hissədə saxlama
ilə cəzalandırılır.
350.1-1. Bu Məcəllənin 350.1-ci
maddəsində nəzərdə tutulmuş əməl
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurduqda və ya sair ağır nəticələrə
səbəb olduqda—
iki ilədək
müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya eyni müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə
cəzalandırılır.[996]
350.2. Bu Məcəllənin
350.1-ci maddəsində nəzərdə tutulmuş
əməl ehtiyatsızlıqdan insan ölümünə
səbəb olduqda—[997]
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
350.3. Bu Məcəllənin 350.1-ci
maddəsində nəzərdə tutulmuş əməl
ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin
ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 351.
Maşınları idarəetmə və istismar
qaydalarını pozma
351.1. Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda—[998]
bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya eyni
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya iki ilədək
müddətə nəqliyyat vasitələrini
idarəetmə hüququndan məhrum edilməklə və ya
edilməməklə eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[999]
351.1-1. Bu Məcəllənin 351.1-ci
maddəsində nəzərdə tutulmuş əməl
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurduqda—
iki ilədək
müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama
və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[1000]
351.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə
nəqliyyat vasitələrini idarəetmə hüququndan
məhrum edilməklə iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
351.3. Bu Məcəllənin 351.1-ci
maddəsində nəzərdə tutulmuş əməl
ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin
ölümünə səbəb olduqda—
beş ilədək müddətə
nəqliyyat vasitələrini idarəetmə hüququndan
məhrum edilməklə beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 352. Uçuş
və ya uçuşa hazırlıq qaydalarını pozma
352.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
352.2. Eyni əməllər
ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin
ölümünə səbəb olduqda—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 353. Hərbi
gəmiləri idarəetmə qaydalarını pozma
353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
353.2. Eyni əməllər
ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin
ölümünə səbəb olduqda—
beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Məcəlləyə
əlavə və dəyişikliklər etmiş qanunlar
1.
26 may 2000-ci il tarixli 886-IQ
nömrəli “Azərbaycan Respublikası Mülki
Məcəlləsinin, Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin
qüvvəyə minmə müddətlərinin
dəyişdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2000-ci il, № 5, maddə 323)
2.
26 dekabr 2000-ci il tarixli 48-IIQ
nömrəli “Şərti maliyyə vahidi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 12, maddə
835)
3.
26 dekabr 2000-ci il tarixli 49-IIQD nömrəli “Azərbaycan
Respublikasının Cinayət və İnzibati Xətalar
Məcəllələrinə əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001-ci il, № 1, maddə 24)
4.
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə
455)
5.
27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 9)
6.
19 aprel 2002-ci il tarixli 305-II QD nömrəli "Psixiatriya
yardımı haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə
236)
7.
14 may 2002-ci il tarixli 321-IIQD nömrəli "Şəhərsalmanın
əsasları haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə
248)
8.
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin
maliyyələşdirilməsi ilə mübarizə
haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan
Respublikasının qoşulması barədə"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 258)
9.
16 aprel 2002-ci il tarixli 302-IIQD nömrəli "Qırmızı
Xaç və Qırmızı Aypara emblemlərindən
istifadə və onların müdafiəsi haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə və Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əlavə və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 326)
10.
2 iyul 2002-ci il tarixli 360-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 8, maddə
465)
11.
20 iyun 2003-cü il tarixli 486-IIQD nömrəli “Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə 276)
12.
20 iyun 2003-cü il tarixli 490-IIQD nömrəli “Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
müddəalarının pozulmasına görə
məsuliyyət haqqında” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2003-cü il, № 6, maddə 279)
13.
20 iyun 2003-cü il tarixli 485-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8,
maddə 425)
14.
7 noyabr 2003-cü il tarixli 512-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 12,
maddə 676)
15.
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli “Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin tətbiq
edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi və Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1,
maddə 10)
16.
5 mart 2004-cü il tarixli 599-IIQD nömrəli “Azərbaycan
folkloru nümunələrinin Hüquqi qorunması haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə və Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4,
maddə 200)
17.
4 may 2004-cü il tarixli 646-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 5,
maddə 321)
18.
11
iyun 2004-cü il tarixli 688-IIQD nömrəli “Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8,
maddə 598)
19.
7 sentyabr 2004-cü il tarixli 732-IIQD nömrəli «Mülki
dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və
dövriyyədə olmasına xüsusi icazə
əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2004-cü il, № 10, maddə 762)
20.
26 oktyabr 2004-cü il tarixli 781-IIQD nömrəli “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə və
Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 900)
21.
7 dekabr
2004-cü il tarixli 801-IIQD nömrəli “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 1, maddə 3)
22.
15 aprel
2005-ci il tarixli 885-IIQD nömrəli “Məlumat
toplularının hüquqi qorunması haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 6, maddə
462)
23.
14 iyun
2005-ci il tarixli 937-IIQD nömrəli “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə
575)
24.
20 sentyabr
2005-ci il tarixli 991-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə
994)
25.
30 sentyabr
2005-ci il tarixli 1020-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 oktyabr
2005-ci il)
26.
30 dekabr
2005-ci il tarixli 46-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2,
maddə 71)
27.
30 dekabr
2005-ci il tarixli 47-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, № 2, maddə 72)
28.
30 dekabr
2005-ci il tarixli 50-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, № 2, maddə 75)
29.
7 aprel
2006-cı il tarixli 92-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390)
30.
28 noyabr 2006-cı il tarixli 185-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 12,
maddə 1020)
31.
19 dekabr 2006-cı
il tarixli 202-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1028)
32.
19 dekabr
2006-cı il tarixli 200-IIIQD nömrəli
Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə
68)
33.
27 fevral
2007-ci il tarixli 251-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə
398)
34.
17 aprel
2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-cı il, № 6,
maddə 560)
35.
17 aprel
2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 562)
36.
31 may
2007-ci il tarixli 357-IIIQD
nömrəli Azərbaycan Respublikası qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 579)
37.
16 iyun
2007-ci il tarixli 391-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, № 8, maddə 757)
38.
9 oktyabr
2007-ci il tarixli 428-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə
937)
39.
19 oktyabr
2007-ci il tarixli 456-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə
941)
40.
23 oktyabr
2007-ci il tarixli 464-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə
1080)
41.
6 noyabr
2007-ci il tarixli 479-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə
1090)
42.
1 oktyabr
2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə
1049)
43.
25 dekabr 2007-ci il tarixli
522-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə
1221)
44.
16 may
2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə
454)
45.
2 iyun
2008-ci il tarixli 617-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə
461)
46.
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə
602)
47.
2 oktyabr
2008-ci il tarixli 691-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 oktyabr 2008-ci il, № 242, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə
884)
48.
28 oktyabr 2008-ci
il tarixli 708-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 16 dekabr 2008-ci il, № 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 12,
maddə 1047)
49.
28 oktyabr
2008-ci il tarixli 711-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 14 dekabr 2008-ci il, № 279,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, №
12, maddə 1049)
50.
28 may
2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenimunun
Qərarı (“Respublika”
qəzeti 28 may 2009-cu il, № 114)
51.
8 may
2009-cu il tarixli 813-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 31 may 2009-cu il, № 116, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə
315)
52.
30 iyun
2009-cu il tarixli 856-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160)
53.
20 oktyabr
2009-cu il tarixli 896-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr
2009-cu il, №289)
54.
25 dekabr
2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenimunun
Qərarı (“Respublika”
qəzeti 30 dekabr 2009-cu il, № 285)
55.
4 dekabr
2009-cu il tarixli 924-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral
2010-cu il, № 34, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2,
maddə 70)
56.
1 fevral 2010-cu il tarixli 951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il,
№ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, № 03, maddə 171)
57.
05 mart
2010-cu il tarixli 973-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 21 mart 2010-cu il, № 64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №03, maddə
178)
58. 5
mart 2010-cu il tarixli 971-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə
275)
59. 5
mart 2010-cu il tarixli 972-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə
276)
60. 18
iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə
591)
61. 4
mart 2011-ci il tarixli 78-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2011-ci il, № 82, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 253)
62. 31
may 2011-ci il tarixli 137-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2011-ci il, № 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 6,
maddə 472)
63. 17
may 2011-ci il tarixli 116-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 iyul 2011-ci il, № 144, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 07,
maddə 587)
64. 10 iyun 2011-ci il tarixli 158-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 07 iyul 2011-ci il, № 145, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 601)
65. 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 621)
66. 30 sentyabr 2011-ci il tarixli
199-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, № 255;
“Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, № 262; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 11, maddə
980)
67. 15 noyabr 2011-ci il tarixli
237-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 13 dekabr 2011-ci il, № 269, “Azərbaycan” qəzeti 14
dekabr 2011-ci il, № 276, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1093)
68. 15 noyabr 2011-ci il tarixli
256-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 fevral 2011-ci il, № 34,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №
02, maddə 45)
69. 14 fevral 2012-ci il tarixli
299-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 15 mart 2012-ci il, № 60, “Azərbaycan”
qəzeti 16 mart 2012-ci il, № 61, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 03, maddə 193)
70. 7 mart 2012-ci il tarixli
314-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 15 mart 2012-ci il, № 60, “Azərbaycan”
qəzeti 16 mart 2012-ci il, № 61, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 196)
71. 29 iyun 2012-ci il tarixli
405-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 iyul 2012-ci il, № 154, “Azərbaycan”
qəzeti 17 iyul 2012-ci il, № 156, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə
666) (Bu Qanunla edilmiş
dəyişikliklər 2012-ci il sentyabrın 1-dən
qüvvəyə minir).
72. 29 iyun 2012-ci il tarixli 408-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 17 iyul 2012-ci il, № 156, “Azərbaycan” qəzeti 18 iyul
2012-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, № 07, maddə 669)
73. 29 iyun 2012-ci
il tarixli 417-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 iyul 2012-ci
il, № 159, “Azərbaycan” qəzeti, 21 iyul 2012-ci il, № 160,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №
07, maddə 673)
74. 02
noyabr 2012-ci il tarixli 461-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2012-ci il, № 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1068)
75. 11 dekabr 2012-ci il tarixli
493-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2012-ci il, № 292,
“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1223)
76. 11 dekabr 2012-ci il tarixli 495-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 22
yanvar 2013-cь il, № 14; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01,
maddə 14)
77. 28 dekabr 2012-ci il tarixli
541-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29;
“Azərbaycan” qəzeti, 10 fevral 2013-cü il, № 31; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 102)
78. 05 aprel 2013-cü il tarixli 597-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 19 aprel 2013-cü il, № 81, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 364)
79. 19 aprel 2013-cü il tarixli 610-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 9 may 2013-cü il, № 99, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 459)
80. 30 aprel 2013-cü il tarixli 633-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 479)
81. 30 aprel 2013-cü il tarixli 635-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, № 05, maddə 481)
82. 14 may 2013-cü il tarixli 650-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 iyun 2013-cü il, № 120; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06,
maddə 600)
83. 30 aprel 2013-cü il tarixli 640-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 15 iyun 2013-cü il, № 129; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 594)
84. 30 sentyabr 2013-cü il tarixli 745-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2013-cü il, № 251; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1264)
85. 22 oktyabr 2013-cü il tarixli 771-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1286)
86. 29 oktyabr 2013-cü il tarixli 798-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr
2013-cü il, № 264; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11,
maddə 1312)
87. 03 dekabr 2013-cü il tarixli 833-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 dekabr
2013-cü il, № 289, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12,
maddə 1492)
88. 27 dekabr 2013-cü il tarixli 872-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral
2014-cü il, № 29, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2,
maddə 89)
89. 27 dekabr 2013-cü il tarixli 878-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 04 fevral
2014-cü il, № 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2,
maddə 95)
90. 14 mart 2014-cü
il tarixli 919-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4
aprel 2014-cü il, № 66, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 327)
91. 30 may 2014-cü il tarixli 971-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul
2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6,
maddə 618)
92. 30 may 2014-cü il tarixli 975-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 may
2014-cü il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6,
maddə 622)
93. 13 fevral 2015-ci il tarixli
1191-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel
2015-ci il, № 74, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə
339)
94. 6 mart 2015-ci il tarixli
1222-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 aprel 2015-ci
il, № 073, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə
359)
95. 6 mart 2015-ci il tarixli
1231-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci
il, № 070, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə
368)
96. 28 aprel 2015-ci il tarixli 1263-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 04 iyun 2015-ci
il, № 118, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə
504)
97. 28 aprel 2015-ci il tarixli 1266-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci
il, № 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə
678)
98. 28 aprel 2015-ci il tarixli
1272-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 may 2015-ci
il, № 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə
508)
99. 28 aprel 2015-ci il tarixli 1274-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 04 iyun
2015-ci il, № 118, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə
510)
100. 29 may 2015-ci il tarixli
1296-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyun 2015-ci
il, № 124, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə
690)
101. 29 may 2015-ci il tarixli
1298-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyun 2015-ci
il, № 124, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə
692)
102. 30 sentyabr 2015-ci il tarixli 1336-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 noyabr 2015-ci il, № 258,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №
11, maddə 1253)
103. 6 oktyabr 2015-ci
il tarixli 1361-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, № 11, maddə 1268)
104. 20 oktyabr 2015-ci
il tarixli 1388-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 dekabr 2015-ci il, № 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №
12, maddə 1437)
105. 20 oktyabr 2015-ci il tarixli 1396-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2015-ci il, № 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №
11, maddə 1289)
106. 20 oktyabr 2015-ci
il tarixli 1406-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 noyabr 2015-ci il, № 244,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №
11, maddə 1298)
107. 04 dekabr 2015-ci il tarixli 31-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 dekabr 2015-ci il, № 269,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №
12, maddə 1445)
108. 18 mart
2016-cı il tarixli 179-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 634)
109. 18 mart 2016-cı il tarixli 181-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2016-cı il, № 86, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4,
maddə 636)
110. 05 aprel 2016-cı il tarixli 184-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 03 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 638)
111. 05 aprel 2016-cı il tarixli 199-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 03 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 653)
112. 06 may 2016-cı il tarixli 230-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2016-cı il, №
112, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5,
maddə 845)
113. 17 may 2016-cı il tarixli 250-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2016-cı il, № 138,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, № 6, maddə 993)
114. 31 may 2016-cı il tarixli 264-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2016-cı il, № 138,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, № 6, maddə 1001)
115. 28 oktyabr 2016-cı il tarixli 365-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1983)
116. 11 noyabr 2016-cı il tarixli 386-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2016-cı il, № 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1999)
117. 11 noyabr 2016-cı il tarixli 395-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2008)
118. 11 noyabr 2016-cı il tarixli 408-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2019)
119. 29 noyabr 2016-cı il tarixli 444-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2016-cı il, № 292, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12,
maddə 2038)
120. 16 dekabr 2016-cı il tarixli 456-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2016-cı il, № 292, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12,
maddə 2048)
121. 1 fevral 2017-ci il tarixli 508-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 330)
122. 1 fevral 2017-ci il
tarixli 523-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 fevral 2017-ci il, № 41, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 161)
123. 7 aprel 2017-ci il tarixli 563-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 may 2017-ci il, № 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 694)
124. 7 aprel 2017-ci il
tarixli 566-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 may 2017-ci il, № 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 697)
125. 7 aprel 2017-ci il tarixli 573-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 700)
126. 7 aprel 2017-ci il
tarixli 575-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 may 2017-ci il, № 109, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 702)
127. 25 aprel 2017-ci il
tarixli 633-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 may 2017-ci il, № 109, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 733)
128. 13 iyun 2017-ci il
tarixli 734-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1293)
129. 13 iyun 2017-ci il
tarixli 711-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 iyul 2017-ci il, № 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1271)
130. 31 may 2017-ci il tarixli
707-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyul 2017-ci il, № 153, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1268)
131. 20 oktyabr 2017-ci
il tarixli 816-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 noyabr 2017-ci il, № 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №
11, maddə 1968)
132. 17 noyabr 2017-ci
il tarixli 875-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2017-ci il, № 265, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 1978)
133. 17 noyabr 2017-ci
il tarixli 868-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2231)
134. 6 mart 2018-ci il
tarixli 1037-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 mart 2018-ci il, № 63, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 403)
135. 24 aprel
2018-ci il tarixli 1074-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2018-ci
il, № 109, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 861)
136. 1 may 2018-ci il tarixli 1095-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun
2018-ci il, № 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1154)
137. 29 iyun 2018-ci il tarixli 1229-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2018-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1441)
138. 12 oktyabr 2018-ci il tarixli 1272-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 oktyabr 2018-ci il, № 234, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə
1972)
139. 30 oktyabr 2018-ci il tarixli 1300-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə
2213)
140. 30 oktyabr 2018-ci il tarixli 1306-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab,
maddə 2472)
141. 29 mart 2019-cu il tarixli 1537-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 aprel
2019-cu il, № 85, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 586)
142. 27 iyun 2019-cu il tarixli 1626-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust
2019-cu il, № 175, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1367)
143. 9 iyul 2019-cu il tarixli 1639-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul
2019-cu il, № 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1201)
144. 17 mart 2020-ci il tarixli 28-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 223)
145. 1 may 2020-ci il tarixli 68-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci il, № 103, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 518)
146. 19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, № 136, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 832)
147. 29 iyun 2020-ci il tarixli 147-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə
1010)
148. 6 oktyabr 2020-ci il tarixli 182-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1332)
149. 6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 noyabr 2020-ci il, № 245, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə
1333)
150. 23 aprel 2021-ci il tarixli 301-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 541)
151. 22 iyun 2021-ci il tarixli 348-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə
894) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)
152. 27 dekabr 2021-ci il tarixli 453-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr
2021-ci il, № 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1336)
153. 26 aprel 2022-ci il tarixli 516-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2022-ci
il, № 105, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 434)
154. 26 aprel 2022-ci il tarixli 519-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2022-ci il, № 106,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
5, maddə 437)
155. 22 iyun 2022-ci il tarixli 552-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2022-ci il,
№ 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, №7, maddə 703)
156. 22 iyun 2022-ci il tarixli 553-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 avqust 2022-ci
il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022-ci il, №8, maddə 821)
157. 8 iyul
2022-ci il tarixli 581-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 19 avqust 2022-ci il
“Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə
828)
158. 5 noyabr 2022-ci il tarixli 619-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı,
6 dekabr 2022-ci il “Azərbaycan” qəzeti 7 dekabr 2022-ci il, № 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
12, maddə 1363)
159. 29 noyabr
2022-ci il tarixli 641-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı 20 dekabr 2022-ci il,
“Azərbaycan” qəzeti, 21 dekabr 2022-ci il, № 279, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə
1373)
160. 27 dekabr 2022-ci il tarixli 776-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral
2023-cü il, № 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 2, maddə 207)
161. 30 dekabr 2022-ci il tarixli 783-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 1 fevral
2023-cü il, № 22,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 1, maddə 39)
162. 17 fevral 2023-cü il tarixli 807-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, № 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 4, maddə 445)
163. 30 may 2023-cü il tarixli 891-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 14 iyun 2023-cü il, “Azərbaycan” qəzeti, 15 iyun
2023-cü il, № 126,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 6, maddə 755)
164. 21 noyabr 2023-cü il tarixli 1023-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 14 dekabr
2023-cü il, № 273)
165. 5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan”
qəzeti, 26 dekabr 2023-cü il, № 283)
166. 22 dekabr 2023-cü il tarixli 1068-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
10 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 11 yanvar 2024-cü il, № 4)
167. 30 dekabr 2023-cü il tarixli nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
19 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 20 yanvar 2024-cü il, № 12)
Konstitusiya
Məhkəməsinin Qərarları
KMQ1 Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qərarına
əsasən Azərbaycan Respublikasının Vergi
Məcəlləsində nəzərdə tutulan vergi
qanunvericiliyi ilə bağlı hüquq pozuntularına
görə məsuliyyətə cəlb etmə müddəti
həmin Məcəllənin 56-cı maddəsində,
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 213-cü maddəsində
nəzərdə tutulan cinayət əməlinə
görə cinayət məsuliyyətinə cəlb etmə
müddəti isə bu Məcəllənin 75-ci
maddəsində nəzərdə tutulan qaydada tətbiq
olunmalıdır.
KMQ2 1. Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 320.1-ci maddəsində
nəzərdə tutulmuş hüquq verən və ya
vəzifədən azad edən vəsiqəni və ya digər
rəsmi sənədi istifadə etmək məqsədi ilə
saxtalaşdırma rəsmi sənəd barəsində və
onun üzərində elə qanunsuz hərəkətlərin
edilməsini nəzərdə tutur ki, bu
hərəkətlərin nəticəsində həmin
sənədin sahibinin və ya istifadəçisinin hüquqi
vəziyyəti dəyişir, o, əsassız və qanunsuz
olaraq hər hansı hüquq əldə edir və ya
vəzifədən azad edilir, eləcə də
hüquqlarının həyata keçirilməsi və ya
vəzifələrinin icrasında müəyyən
üstünlüklər, güzəştlər, imtiyazlar
əldə edir.
2. Ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul olmaq hüququ verən
rəsmi sənədə qanunsuz olaraq başqasının
adından digər şəxs tərəfindən
məlumatların daxil edilməsi, onun əvəzinə
imzalanması və s. hərəkətlər rəsmi
sənədin saxtalaşdırılması kimi qəbul
olunmalı və Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif
edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərarı – “Respublika” qəzeti, 11 dekabr 2019-cu
il, № 274)
KMQ3 Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 83.4-cü
maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs
amnistiya aktı əsasında vaxtından əvvəl cəza
çəkməkdən azad edildikdə, məhkumluğun
ödənilməsi müddəti şəxsin cəzanı
çəkməkdən azad edildiyi, yəni səlahiyyətli
orqanın konkret şəxs barəsində amnistiya
aktının tətbiq olunması barədə
qərarının qüvvəyə mindiyi gündən
hesablanmalıdır. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 3 mart 2020-ci il tarixli qərarı – “Respublika”
qəzeti, 29 aprel 2020-ci il, № 82)
KMQ4 1.
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci
maddəsinin II hissəsində, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 8.1 və 9-cu
maddələrində təsbit olunmuş ədalət və
humanizm prinsipləri baxımından həmin
Məcəllənin 18 və 65-ci maddələrinin
tələblərinə uyğun olaraq residiv zamanı
cəzanın sərtləşdirilməsi əvvəl
törədilmiş cinayətə görə təkrar cəzalandırma
kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai
təhlükəliliyinə və onu törətməkdə
təqsirli bilinən şəxsin şəxsiyyətinə
adekvat qiymət olmaqla, Azərbaycan Respublikası
Konstitusiyasının 64-cü maddəsinin “heç kəs bir
cinayətə görə təkrarən məhkum edilə
bilməz” tələbini pozmur.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri
baxımından həmin Məcəllənin 234.1-ci
maddəsinin obyektiv cəhətini təşkil edən
hərəkətlərdən hər hansı birinin başa
çatması anında bu maddədə nəzərdə
tutulan cinayət başa çatmış hesab olunur. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 18 sentyabr
2020-ci il tarixli qərarı)
KMQ5 1. Azərbaycan Respublikası
Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin,
“İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiyanın
7-ci maddəsinin, habelə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 1.3 və 3-cü
maddələrinin tələblərinə müvafiq olaraq
xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi
nəticəsində fiziki şəxs tərəfindən
əldə edilmiş və Azərbaycan Respublikasının
müvəkkil olunmuş banklarının hesablarına
məcburi qaydada köçürülməli olan xeyli və
ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən
qaytarılmamasına görə cinayət məsuliyyəti
müəyyən edilmədiyindən, şəxs həmin
Məcəllənin 208-ci maddəsi ilə cinayət
məsuliyyətinə cəlb edilə bilməz.
2. Xarici iqtisadi fəaliyyəti həyata
keçirən fiziki şəxs tərəfindən xeyli
və ya külli miqdarda xarici valyuta vəsaitlərinin
xaricdən qaytarılmamasına görə
təxirəsalınmadan cinayət məsuliyyətinin
müəyyən edilməsi Azərbaycan Respublikasının
Milli Məclisinə tövsiyə olunsun.
3. Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks
olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 208-ci
maddəsinə müvafiq dəyişikliklər
edilənədək xarici iqtisadi fəaliyyətin həyata
keçirilməsi nəticəsində xeyli və ya külli
miqdarda xarici valyuta vəsaitlərinin xaricdən
qaytarılmasını təmin etməyən fiziki
şəxs Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin
tələbləri nəzərə alınmaqla inzibati
məsuliyyətə cəlb edilə bilər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 25 dekabr
2020-ci il tarixli qərarı)
KMQ6 1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik
vasitələri və ya psixotrop maddələri Azərbaycan
Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən qanunsuz olaraq
keçirən və satış məqsədi olmadan qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri
şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və
daşıyan şəxsin əməli cinayətlərin
məcmusu üzrə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə
cinayət məsuliyyəti yaradır.
2. Satış məqsədi olmadan şəxsi istehlak
miqdarından asılı olmayaraq narkotik vasitələrin
və ya psixotrop maddələrin Azərbaycan
Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən kənar və ya ondan gizli,
yaxud sənədlərdən və ya gömrük
eyniləşdirilməsi vasitələrindən aldatma yolu
ilə istifadə etməklə, yaxud bəyan
etməməklə və ya düzgün bəyan
etməməklə keçirilməsi Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206.2-ci
maddəsində nəzərdə tutulmuş cinayət
məsuliyyətini yaradır.
3. 2005-ci il 28 iyun tarixli Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq edilmiş
“Şəxsin cinayət məsuliyyətinə cəlb
edilməsi üçün kifayət edən narkotik
vasitələrin və psixotrop maddələrin miqdarına,
habelə onların külli miqdarına görə
siyahıları” Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 206.2-ci maddəsinə
münasibətdə tətbiq edilmir. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 6 yanvar 2021-ci il tarixli qərarı – “Respublika”
qəzeti, 30 yanvar 2021-ci il, № 21)
KMQ7 Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 332.3-cü
maddəsinin “Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və
ya 332.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər” müddəası həmin
Məcəllənin 332.1-ci maddəsinə
münasibətdə zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vuran və ya digər ağır nəticələrə
səbəb olan yalnız “tabelik münasibətlərində
olmayan hərbi qulluqçular arasında
qarşılıqlı münasibətlərin nizamnamə
qaydalarının pozulması” əməlini ehtiva edir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 7
yanvar 2021-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 18 fevral 2021-ci il, № 37)
KMQ8 1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
16-cı maddəsində nəzərdə tutulan
cinayətlərin təkrarlığı zamanı ona daxil
olan cinayətlər vahid niyyət və ümumi
məqsədlə birləşmir və hər bir ayrı
əməl digərləri ilə faktiki əlaqədə
olmur.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 16 və 18-ci maddələrinin
tələbləri baxımından təkrarlığa daxil
olan cinayətlərdən biri məhkumluğun
ödənilmədiyi dövrdə törədildikdə
və bu zaman cinayətlərin residivi yaranmadıqda, digər
cinayətlər isə məhkumluq ödənildikdən sonra
törədildikdə, şəxsin əməlində
cinayətlərin residivi müəyyən edilə bilməz. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 25
yanvar 2021-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 4 fevral 2021-ci il, № 25)
KMQ9 Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 142-ci
maddəsinin mənasına görə
zərərçəkmiş şəxsin
sağlamlığına az ağır, ağır
zərər vurulmasına, habelə ölümünə
səbəb olan tibb işçisi tərəfindən
üzrlü səbəblər olmadan xəstəyə tibbi
yardım göstərilməməsi təqsirin
ehtiyatsızlıq formasında törədilir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 7
aprel 2021-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 24 aprel 2021-ci il, № 85)
KMQ10 1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3
və 85.4-cü maddələri Azərbaycan Respublikası
Konstitusiyasının 17-ci maddəsinin V hissəsi ilə
ziddiyyət təşkil etmir.
2. Məhkəmələr ilk
dəfə böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət
törətmiş 15 yaşınadək
şəxslərə ictimai işlər cəzasının
təyin edilməsi məsələsini həll edərkən,
ilk növbədə, onların Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun
olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük
verməlidir. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı – “Respublika”
qəzeti, 18 may 2021-ci il, № 100)
KMQ11 1. Bu
Qərarın təsviri-əsaslandırıcı
hissəsində müəyyən edilmiş hüquqi
mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya
külli miqdarda əkilmiş, yetişdirilmiş tarkibində
narkotik maddələr olan bitkilərin (onların hissələrinin)
toplanması Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir.
2. Toplanılan narkotik tərkibli bitkilərdən
və ya onların hissələrindən satış
məqsədi olmadan şəxsi istehlak miqdarından artıq
miqdarda və yaxud satış məqsədi ilə
istənilən miqdarda narkotik vasitənin hazırlanması
və bundan sonra onun saxlanılması, daşınması,
göndərilməsi, emal edilməsi, yaxud satılması kimi
cinayət əməlləri Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə
müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci
maddələri ilə tövsif edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 6
iyul 2021-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 15 iyul 2021-ci il, № 146)
KMQ12 Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsinin, 127-ci maddəsinin II hissəsinin, Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40.2,
43.3, 299 və 305.1-ci maddələrinin
tələblərinə uyğun olaraq, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 74-cü
maddəsində nəzərdə tutulmuş hallar yalnız
məhkəmə baxışının gedişində
müəyyən edildikdə cinayət təqibinə
müdafiə tərəfinin razılığı ilə
xitam verilə bilər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı – “Respublika”
qəzeti, 29 sentyabr 2021-ci il, № 208)
KMQ13 1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
18.4-cü maddəsində göstərilən hallar istisna
olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə
müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu
maddələrinə əsasən azadlıqdan məhrum
etmə cəzasına şərti məhkum edilmiş və
ya azadlıqdan məhrum etmə cəzasının
çəkilməsi təxirə salınmış
şəxsin yenidən qəsdən cinayət törətməsi
cinayətlərin residivini yaradır.
2. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci
maddəsinin, habelə həmin Məcəllənin XLVII və
XLVIII Fəsillərinin normalarının tələblərinə
müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci
maddələri ilə cəza təyin edərkən digər
məhkəmənin hökmünə hər hansı
dəyişiklik etmək səlahiyyətinə malik deyil.
3. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri
ilə cəza təyin edilərkən əvvəlki
hökmdə hüququn tətbiqi ilə bağlı olmayan
və hökmün mahiyyətinə təsir
göstərməyən səhvlərin və
anlaşılmazlıqların aradan qaldırılması
məqsədi ilə maraqlı şəxslərin
ərizəsi və ya məhkəmənin öz
təşəbbüsü ilə müvafiq məhkəmə
qarşısında məsələ qaldırılmalıdır.
(Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 8
dekabr 2021-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 23 dekabr 2021-ci il, № 279)
KMQ14 1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq
cinayət törətmiş şəxsin cinayət
məsuliyyətindən azad edilməsindən sonra
Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati
məsuliyyətə cəlb edilməsi Azərbaycan
Respublikası Konstitusiyasının 64-cü maddəsindən
irəli gələn eyni hüquq pozuntusuna görə iki
dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin
tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin
pozulmasına gətirib çıxarmır.
2. Şəxsin həm az ağır
zərər, həm də yüngül bədən
xəsarəti yetirdiyi zərərçəkmiş
şəxslə barışması və ona dəymiş
ziyanı tamamilə ödəməsi əsası ilə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
263-cü maddəsinin tələblərinə uyğun olaraq
cinayət məsuliyyətindən azad edilməsindən sonra
Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 327.8-ci maddəsinə əsasən
inzibati məsuliyyətə cəlb edilməsi həmin
Məcəllənin 9.1-ci maddəsində ifadə olunan
ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi
qəbul edilməlidir.
3. Azərbaycan Respublikası Konstitusiyasının
71-ci maddəsinin II hissəsində əks olunmuş
mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
38.3-cü maddəsində göstərilən hallarda inzibati
məsuliyyətə cəlb etmə müddəti həmin
Məcəllənin 38.1 və 38.2-ci maddələrinin
müddəaları nəzərə alınmaqla
müəyyən edilməli və inzibati xətanın
törədildiyi (aşkara çıxarıldığı)
gündən bir ildən artıq olmamalıdır. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 9
mart 2022-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 12 aprel 2022-ci il, № 74)
KMQ15. 1.Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 16 və
75-ci maddələrinin tələbləri baxımından
hər bir cinayətə görə məsuliyyətə
cəlb etmə müddəti müstəqil
hesablandığından, eyni və yaxud həmcins
cinayətlərin təkrar törədilməsi zamanı
əvvəlki əmələ görə cinayət
məsuliyyətinə cəlb etmə müddəti
keçdiyi halda ikinci əməl təkrarlıq yarada
bilməz.
2. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci
maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət
məsuliyyətinin yaranmasını istisna edir.
(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 mart
2022-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 20 aprel 2022-ci il, № 81)
KMQ16 1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3
və 34.2-ci maddələrinin mənasına görə,
cinayətin iştirakçıları
(təşkilatçı, təhrikçi və ya
köməkçi) cinayət əməlinin obyektiv
cəhətini təşkil edən hərəkətlərin
icrasında bilavasitə iştirak etmədiyi və ya
onların əməlində cinayətin obyektiv
cəhətinin tərkib əlamətlərinin mövcud
olmadığı halda, əməl qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən törədilmiş
cinayət kimi qiymətləndirilə bilməz.
2.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3
və 34.2-ci maddələrinin tələbləri
baxımından cinayətin iştirakçısı
icraçı ilə birlikdə cinayətin obyektiv
cəhətinə daxil olan hərəkətlərdə
iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir
olan iki və daha çox şəxs tərəfindən
törədilmədikdə, onun əməlləri həmin
Məcəllənin 32-ci maddəsinə istinad edilməklə
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsinə uyğun tövsif edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 6
may 2022-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 7 iyun 2022-ci il, № 118)
KMQ17 Azərbaycan Respublikası Konstitusiyasının
63-cü maddəsində təsbit edilmiş təqsirsizlik
prezumpsiyası prinsipi baxımından rüşvət
verən şəxs Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə
uyğun olaraq rüşvət vermə haqqında müvafiq
dövlət orqanına könüllü məlumat
verdiyinə görə cinayət məsuliyyətindən azad
edildiyindən, barəsində törədilmiş
dələduzluq cinayət işi üzrə onun
zərərçəkmiş qismində tanınması
mümkün hesab edilməlidir.
2. Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun bu Qərarının 1-ci
bəndinə əsasən şəxs cinayət prosesində
zərərçəkmiş şəxs qismində tanındığı
halda, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona
qarşı dələduzluq cinayətini törətmiş
şəxs onunla barışdıqda və dəymiş
ziyanı tamamilə ödədikdə, cinayət
məsuliyyətindən azad edilə bilər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı – “Respublika” qəzeti, 16 iyun 2022-ci il, № 147)
KMQ18 1. Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına
görə, davam edən cinayətin birinci epizodunun
şəxs tərəfindən başqa cinayət üzrə
hökm çıxarılmazdan əvvəl törədildiyi
və həmin hökm qanuni qüvvəyə mindikdən sonra
davam edərək başa çatdırıldığı
halda, cinayət hökm qanuni qüvvəyə mindikdən
sonra törədilmiş hesab edilməli və cəza
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu
üzrə təyin olunmalıdır.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə
görə, şəxsin hökmlə təyin edilmiş
cəzanı çəkib qurtardıqdan sonra bu hökm
çıxarılmazdan əvvəl törədilmiş
başqa cinayətdə təqsirli olması müəyyən
edildiyi halda, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 66.1-66.4-cü maddələrinə
uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza
təyin edilməli və birinci hökmə əsasən
çəkilmiş cəza qəti cəza
müddətinə hesablanmalıdır. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı – “Respublika” qəzeti, 16 iyun 2022-ci il, № 147)
KMQ19 Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 1. 73.1-ci maddəsinin
tələblərinə uyğun olaraq, böyük ictimai
təhlükə törətməyən cinayət törətmiş
şəxsin zərərçəkmiş şəxslə
barışması, ona dəymiş ziyanı
ödəməsi və ya vurulmuş zərəri aradan
qaldırması onun cinayət məsuliyyətindən azad
edilməsinə dair qərarın qəbul olunması
üçün mütləq əsas deyil. Qanunverici belə
qərarın qəbul edilməsini cinayət prosesini həyata
keçirən orqanların vəzifəsi deyil, hüququ kimi
müəyyən etmişdir.
Zərərçəkmiş
şəxsin təqsirləndirilən şəxslə
barışmasına dair ərizəsinə baxılarkən
nəinki bunun üçün qanunla nəzərdə tutulan
əsasların olub-olmaması yoxlanılmalı, həmçinin
törədilmiş əməlin ictimai
təhlükəliliyi, təqsirləndirilənin
şəxsiyyəti və işin bütün halları
nəzərə alınmalıdır.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla,
həmin maddədə sadalanan cinayət əməlini
(əməllərini) törətmiş şəxsin
zərərçəkmiş şəxslə
barışması, həmçinin ona dəymiş ziyanı
tamamilə ödəməsi onun cinayət məsuliyyətindən
azad edilməsi üçün şərtsiz əsasdır. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytı, 10 sentyabr 2022-ci
il, Respublika” qəzeti, 10 sentyabr 2022-ci il, № 195)
KMQ20 1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 125-ci
maddəsinin mənasına görə, təqsirkardan maddi,
xidməti və ya sair cəhətdən asılı olmuş
zərərçəkmiş şəxsi onunla amansız
rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq
alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə
özünü öldürmə və ya özünü
öldürməyə cəhd həddinə çatdırma
təqsirin birbaşa və ya dolayı qəsd formasında
törədilir.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında
əks olunan “sair cəhətdən asılılıq” və
“amansız rəftar etmə” qiymətləndirmə
tələb edən əlamətlər olduğundan,
şəxsin təqsirlilik məsələsi həll
edilərkən işin bütün faktiki halları
hərtərəfli, tam və obyektiv
araşdırılmalı, təqsirləndirilən
şəxsin hərəkət və ya
hərəkətsizliyinin nədə ifadə olunması,
zərərçəkmişin təqsirləndirilən
şəxsdən asılılığının forması
göstərilməli və təqsirləndirilən
şəxsin hərəkətləri ilə özünü
öldürmə və ya ona cəhd arasında səbəbli
əlaqənin mövcudluğu müəyyən edilməlidir.
(Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 15 sentyabr 2022-ci il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytı, 13 oktyabr 2022-ci il, “Respublika” qəzeti, 13 oktyabr 2022-ci
il, № 223)
KMQ21 1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız
azadlıqdan məhrum etmə ilə bağlı olmayan
cəzaların yaratmış olduğu məhkumluğu
nəzərdə tutur.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin
məzmununa görə, cinayətlərin və ya
hökmlərin məcmusu üzrə azadlıqdan məhrum
etmə ilə yanaşı digər cəzaya məhkum
olunmuş şəxs məhkumluğun ödənilmədiyi
və ya götürülmədiyi dövrdə yenidən
qəsdən cinayət törətdikdə, onun əməli
cinayətin residivini yaradır. (Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytı, 15 oktyabr 2022-ci il, “Respublika” qəzeti, 15 oktyabr 2022-ci
il, № 225)
KMQ22 Təqsirkarın ödəniş kartını
əldə etməyə yönəlmiş aldatmada ifadə
olunan hərəkətləri gizli şəkildə talamaq
niyyəti ilə pul vəsaitinə çatmağı
asanlaşdırmaq üçün həyata keçirildiyi
hallarda, əməl Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq
deyil, həmin Məcəllənin 177-ci maddəsinə
uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytı, 15 noyabr 2022-ci il, “Respublika” qəzeti, 15 noyabr 2022-ci
il, № 248)
KMQ23 1. Kənd təsərrüfatı məqsədi
ilə vətəndaşlara verilmiş pay torpaqlarında
məhz kənd təsərrüfatı məhsulları
istehsalı üçün istifadə edilən bitkilərdən
ibarət yaşıllıqlar Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd”
hissəsinin 1-ci bəndinin təsiri altına düşür
və həmin torpaqlarda yalnız kənd
təsərrüfatı məhsulları istehsalı
üçün istifadə edilən bitkilərdən
ibarət yaşıllıqların (əkinlərin)
kəsilməsi (götürülməsi) cinayət
məsuliyyəti üçün əsas hesab edilə
bilməz.
2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində
olan sənaye, nəqliyyat, rabitə və digər
təyinatlı torpaq sahələrindəki, habelə
yaşayış məntəqələrinin
torpaqlarındakı yaşıllıqların (xüsusi
mülkiyyətdə olan həyətyanı və bağ
sahələrindəki yaşıllıqlar və kənd
təsərrüfatı məhsulları istehsalı üçün
istifadə olunan bitkilərdən ibarət olan
yaşıllıqlar istisna olmaqla) götürülməsi
müvafiq normativ hüquqi aktlara uyğun olaraq
səlahiyyətli dövlət orqanlarının
(bələdiyyələrin) qərarı ilə həyata
keçirilə bilər.
3. Azərbaycan Respublikası Şəhərsalma
və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü
maddələri ilə müəyyən olunmuş
tələblərə riayət edilməklə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən tikintiyə
icazənin verilməsi həmin ərazidə tikinti
işlərinin aparılması məqsədilə
yaşıllıqların kəsilməsi (götürülməsi)
halında cinayət məsuliyyətinin yaranmasını
istisna edir.
4. “Yaşıllıqların
mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun
8 və 9-cu maddələrinin mənasına əsasən
bələdiyyə mülkiyyətində olan torpaq
sahələrindəki yaşıllıqlara
münasibətdə bələdiyyələr
yaşıllıqların mühafizəsi tədbiri olaraq
qanun pozuntularının qarşısının
alınması vəzifəsini daşıyırlar. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytı, 31 dekabr 2022-ci il; “Respublika” qəzeti, 31 dekabr 2022-ci
il, № 288)
KMQ24 1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə
əsasən, şəxs həmin Məcəllənin 72–73-2
və 74-1-ci maddələri üzrə ümumilikdə
yalnız bir dəfə cinayət məsuliyyətindən azad
edilə bilər.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci
bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci
maddələri ilə cinayət məsuliyyətindən azad
edilmiş şəxsin məsuliyyətdən azad
edilənədək törətmiş olduğu digər cinayət
əməlinə görə cinayət
məsuliyyətindən azad olunmasının
mümkünlüyünü istisna etmir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytı, 25 yanvar 2023-cü il; “Respublika” qəzeti, 26 yanvar 2023-cü
il, № 17)
KMQ25 1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 73-1.2-ci maddəsində
nəzərdə tutulan cinayət əməli
(əməlləri) iştirakçılıqla
törədildikdə, cinayətin
iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının
xarakterindən və dərəcəsindən, eləcə
də qanunla müəyyən edilmiş digər hallardan
asılı olaraq cinayət nəticəsində vurulmuş
ümumi ziyanın müəyyən edilmiş paya
əsasən üzərinə düşən hissəsini
zərərçəkmiş şəxsə tamamilə
ödəməklə onunla barışmış, habelə
həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə
ödəniş etmiş şəxs müvafiq qaydada
cinayət məsuliyyətindən azad edilir.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 73-1.3-cü maddəsində
nəzərdə tutulan cinayət əməli
(əməlləri) iştirakçılıqla
törədildikdə, cinayətin
iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının
xarakterindən və dərəcəsindən, eləcə
də qanunla müəyyən edilmiş digər hallardan
asılı olaraq cinayət nəticəsində vurulmuş
ümumi ziyanın müəyyən edilmiş paya
əsasən üzərinə düşən hissəsini
zərərçəkmiş şəxsə tamamilə
ödəməklə onunla barışmış, habelə
həmin payın əlli faizi miqdarında dövlət büdcəsinə
ödəniş etmiş şəxs müvafiq qaydada
cinayət məsuliyyətindən azad edilə bilər. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytı, 2 fevral 2023-cü il; “Respublika” qəzeti, 3 fevral
2023-cü il, № 24)
KMQ26 1.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci
maddəsinin VIII hissəsindən irəli gələn
cinayət qanununun genişləndirici təfsirinin qadağan
edilməsi prinsipinin tələbləri baxımından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik
vasitələrin, psixotrop maddələrin və ya onların
prekursorlarının qanunsuz dövriyyəsi ilə
bağlı əməllərin internet informasiya
ehtiyatlarından və ya informasiya-telekommunikasiya
şəbəkələrindən yalnız satıcı
ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi
kimi istifadə edilməklə törədilməsi
kütləvilik əlamətini ehtiva etmədiyindən,
həmin maddədə nəzərdə tutulmuş cinayət
tərkibini deyil, işin hallarından asılı olaraq
həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2
və ya 234.4.3-cü maddələri ilə nəzərdə
tutulmuş cinayət tərkibini yaradır.
2. Azərbaycan Respublikası
Konstitusiyasının norma və prinsiplərini
nəzərə alaraq Birləşmiş Millətlər
Təşkilatının “Narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə haqqında” 1988-ci il tarixli
Konvensiyasının (3-cü maddəsinin 1-ci bəndinin (c)
yarımbəndinin (iii) abzasının)
tələblərinə riayət edilməklə, narkotik
vasitələrin və ya psixotrop maddələrin
təşviqinə görə cinayət məsuliyyətinin
müəyyən edilməsi Azərbaycan Respublikasının
Milli Məclisinə tövsiyə edilsin. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2023-cü il tarixli Qərarı – “Respublika”
qəzeti, 19 iyul 2023-cü il, № 149)
KMQ27 1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
306-cı maddəsində təsbit olunmuş cinayət
əməlini törətmiş şəxsin həmin
maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət
məsuliyyətindən azad edilməsi istisna edilmir.
2. Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 306-cı maddəsində
təsbit olunmuş cinayət əməlini törətmiş
şəxs həmin maddənin “Qeyd” hissəsində
göstərilmiş şərtləri yerinə yetirdiyi halda,
onun barəsində cinayət təqibinə Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3
və 43.1.2-ci maddələrinə əsasən xitam
verilməlidir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumunun 7 iyul 2023-cü il tarixli Qərarı – “Respublika”
qəzeti, 22 iyul 2023-cü il, № 152)
KMQ28 1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 83.4-cü maddəsinin mənasına
görə, məhkum edilmiş şəxsin
cəzasının çəkilməmiş hissəsi daha
yüngül cəza növü ilə əvəz
edildikdə, məhkumluğun ödənilməsi
müddəti cəzanın çəkilməmiş
hissəsini əvəz edən cəzanın çəkilib
qurtardığı gündən hesablanmalıdır.
2. Azərbaycan Respublikası
Cəzaların İcrası Məcəlləsinin
167.0.4-cü maddəsində cəzanın
çəkilməmiş hissəsinin daha yüngül
cəza növü ilə əvəz edilməsi
cəzanın çəkilməmiş hissəsindən azad
etmənin cəzaların icrası qaydasında
tənzimlənməsini nəzərdə tutur. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumunun 1 sentyabr 2023-cü il tarixli Qərarı – “Respublika”
qəzeti, 12 sentyabr 2023-cü il, № 196)
MƏCƏLLƏYƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI