AZƏRBAYCAN
RESPUBLİKASININ İNZİBATİ XƏTALAR
MƏCƏLLƏSİ
(Bu Məcəllə
Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir)
M Ü N D Ə R İ C A T
Ümumi hissə
Ümumi müddəalar
FƏSİL
1 Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri
və prinsipləri
FƏSİL
2 İnzibati
xəta və inzibati məsuliyyət
FƏSİL
3 Əməlin inzibati xəta
olmasını aradan qaldıran hallar
FƏSİL
4 İnzibati tənbeh
FƏSİL
5 İnzibati tənbeh tətbiq etmə
FƏSİL 6 İnzibati məsuliyyətdən
azad etmə
İnzibati xətalar haqqında işlərə
baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
FƏSİL
7 Əsas
qaydalar
FƏSİL
8 İnzibati
xətalar haqqında işlərin aidiyyəti
FƏSİL 9 Səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən
baxılmış inzibati xətalar haqqında işlər barədə
elektron informasiya sistemləri və ehtiyatları
İnzibati xətalar haqqında işlər
üzrə icraat
FƏSİL
10 Ümumi müddəalar
FƏSİL
11 İnzibati xətalar haqqında işlər üzrə
icraatın iştirakçıları, onların
hüquqları və vəzifələri
FƏSİL
12 İnzibati xəta haqqında iş üzrə
sübutlar və onların qiymətləndirilməsi
FƏSİL 13 İnzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiqi
İnzibati xəta haqqında iş
üzrə icraatın mərhələləri
FƏSİL
14 İnzibati xəta haqqında iş üzrə icraata
başlama
FƏSİL
15 İnzibati xəta haqqında işlərə
baxılması
FƏSİL
16 Yol hərəkəti qaydaları əleyhinə olan
inzibati xətalar haqqında işlərə baxılmanın
xüsusiyyətləri
FƏSİL 17 İnzibati xəta haqqında iş üzrə qərara
yenidən baxılma
İnzibati xəta haqqında iş
üzrə qərarın icrası
FƏSİL 18 Ümumi
müddəalar
FƏSİL 19 İnzibati tənbehin ayrı-ayrı növlərinin
icrası qaydası
Xüsusi hissə
İnzibati xətalar
FƏSİL
20 Sağlamlıq əleyhinə olan inzibati xətalar
FƏSİL
21 Siyasi, sosial və əmək hüquqları əleyhinə
olan inzibati xətalar
FƏSİL
22 Narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar
inzibati xətalar
FƏSİL
23 Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji
salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
24 Mülkiyyət əleyhinə olan inzibati xətalar
FƏSİL
25 Ətraf mühitin mühafizəsi, təbiətdən
istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
26 Sənaye, elektrik və istilik enerjisindən istifadə
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
27 Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
28 Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında
və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalar
FƏSİL
29 Yol hərəkəti qaydaları əleyhinə olan
inzibati xətalar
FƏSİL
30 Yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
31 Rabitə qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
32 İnformasiyadan istifadə edilməsi, onun
yayılması və mühafizəsi qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
33 Yaşayış sahələrindən istifadə,
şəhərsalma, tikinti və abadlaşdırma
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
34 İqtisadi fəaliyyət qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
35 Ticarət qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
36 Vergilərin, rüsumların ödənilməsi,
maliyyə və sığorta qaydaları əleyhinə olan
inzibati xətalar
FƏSİL
37 Gömrük qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
38 İctimai qayda, ictimai təhlükəsizlik və
ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar
FƏSİL
39 İdarəçilik qaydaları əleyhinə olan
inzibati xətalar
FƏSİL
40 Hərbi uçot, hərbi qeydiyyat və
səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar
Ümumi hissə
Ümumi müddəalar
Azərbaycan Respublikasının inzibati
xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri
Maddə 1. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyi
1.1. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyi bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan
Respublikasının Konstitusiyasına, hamılıqla qəbul
edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə
əsaslanır.
1.3. İnzibati məsuliyyət müəyyən edən
və inzibati xəta törətmiş şəxsin tənbeh
edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə
daxil olduqdan sonra tətbiq edilir.
1.4. Ələt azad iqtisadi
zonasında inzibati məsuliyyətə səbəb olan əməllər
(hərəkət və ya hərəkətsizlik) və bu əməllərə
görə inzibati xəta törətmiş şəxsin tənbeh
edilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[1]
Maddə 2. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri
Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyinin vəzifələri insan və vətəndaş
hüquqlarını və azadlıqlarını, onların
sağlamlığını, əhalinin sanitariya-epidemioloji
salamatlığını, ictimai mənəviyyatı,
mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,
ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf
mühiti, idarəçilik qaydalarını qorumaqdan,
qanunçuluğu möhkəmləndirməkdən və
inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Maddə 3. İnzibati məsuliyyətin
əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə
tutulmuş inzibati xətanın törədilməsində təqsirli
hesab edilən və inzibati xəta tərkibinin bütün
digər əlamətlərini daşıyan əməli (hərəkət
və ya hərəkətsizliyi) törətmiş şəxs
inzibati məsuliyyətə cəlb olunur.
Maddə 4. Azərbaycan Respublikasının
inzibati xətalar qanunvericiliyinin prinsipləri
Bu Məcəllə insan və vətəndaş
hüquqlarına və azadlıqlarına hörmət edilməsi,
qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik
prezumpsiyası, ədalətlilik və inzibati xətaların
qarşısının alınması prinsiplərinə əsaslanır.
Maddə 5. İnsan və vətəndaş
hüquqlarına və azadlıqlarına hörmət edilməsi
prinsipi
5.1. İnsan və vətəndaş hüquqları və
azadlıqları ali dəyərə malikdir. Bu
hüquqların və azadlıqların pozulmasına yol verən
bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər
məsuliyyət daşıyırlar.[2]
5.2. Bu Məcəllə insan və vətəndaş
hüquqlarının və azadlıqlarının dövlət
orqanları, qurumları və vəzifəli
şəxslər tərəfindən pozulmasının
qarşısının alınmasını və onlara
hörmət olunmasını təmin edir.
5.3. İnzibati xətalar haqqında işlər
üzrə icraatın təmin olunması tədbirləri tətbiq
edilərkən insan ləyaqətini alçaldan qərarların
verilməsinə və hərəkətin edilməsinə yol
verilmir.
Maddə 6. Qanunçuluq prinsipi
6.1. İnzibati xətaya görə inzibati tənbeh bu
Məcəlləyə uyğun olaraq tətbiq edilir.
6.2. İnzibati xəta haqqında iş üzrə
icraatın təmin olunması tədbirləri tətbiq edilərkən
qanunvericiliyin tələblərinə əməl olunması
yuxarı orqanların və vəzifəli şəxslərin
idarə nəzarəti ilə, məhkəmə və prokuror
nəzarəti ilə və şikayət etmək hüququ ilə
təmin edilir.
6.3. Azərbaycan Respublikasının inzibati xətalar
qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.
Maddə 7. Qanun
qarşısında bərabərlik prinsipi
7.1. İnzibati xəta törətmiş şəxslər
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən və digər
hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər.
Bu maddədə nəzərdə
tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə
cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
7.2. Azərbaycan
Respublikasının keçmiş Prezidentinin və onun
arvadının (ərinin) inzibati məsuliyyətlə
bağlı toxunulmazlığı “Azərbaycan Respublikasının
keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı
haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.
7.3. Hüquqi şəxslər mülkiyyət
formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi
formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə
cəlb edilirlər.
Maddə 8. Təqsirsizlik
prezumpsiyası prinsipi
8.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə
nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və
bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)
qüvvəyə minmiş qərarı ilə müəyyən
edilmədikdə o, təqsirsiz hesab edilir.
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş
şəxs öz təqsirsizliyini sübut etməyə borclu
deyildir.
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin
təqsirli olması barəsində şübhələr onun
xeyrinə həll edilir.
Maddə 9. Ədalətlilik
prinsipi
9.1. İnzibati xəta törətmiş şəxs
haqqında tətbiq edilən tənbeh ədalətli
olmalıdır, yəni inzibati xətaların xarakterinə,
onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli
bilinənin şəxsiyyətinə uyğun
olmalıdır.
9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə
inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə
şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra
da bu xətanı törətməkdə davam edirsə,
inzibati məsuliyyətə cəlb olunur.[3]
Maddə 10. İnzibati xətaların
qarşısının alınması prinsipi
Dövlət orqanları
(qurumları) və bələdiyyələr inzibati xətaların
qarşısının alınması, inzibati xətaların
törədilməsinə kömək edən səbəblərin
və şəraitin aşkar edilməsi və aradan
qaldırılması, vətəndaşların hüquq
şüurunun və mədəniyyətinin yüksəldilməsi
və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl
etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər
hazırlayır və həyata keçirirlər.[4]
Maddə 11. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi
11.1. Azərbaycan Respublikasında inzibati xətalar
haqqında işlər üzrə icraatın
aparılması, inzibati xətalar haqqında işlər
üzrə qərarların qəbul və icra edilməsi həmin
vaxtda qüvvədə olan Azərbaycan Respublikasının
inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata
keçirilir.
11.2. İnzibati xətalara görə məsuliyyəti
yüngülləşdirən və ya onu aradan qaldıran
normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni
həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək
törədilmiş, həmçinin inzibati tənbeh tətbiq
etmə haqqında qərarı tam icra olunmamış xətalara
da şamil edilir.
11.3. İnzibati xətalara görə məsuliyyət
müəyyən edən və ya məsuliyyəti gücləndirən
normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.
İnzibati xəta və inzibati məsuliyyət
Maddə 12. İnzibati xəta
anlayışı
12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə
qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən
və ya ehtiyatsızlıqdan törədilən) və
inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət
və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulan əməllərə görə inzibati məsuliyyət
o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə
səbəb olmasın.KMQ17
Maddə 13. İnzibati xətanın
qəsdən törədilməsi
İnzibati xəta törətmiş şəxs
öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin)
hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini
qabaqcadan görmüş və bunları arzu etmişdirsə,
yaxud belə nəticələrin baş verməsinə
şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən
törədilmiş xəta hesab olunur.
Maddə 14. İnzibati xətanın
ehtiyatsızlıqdan törədilməsi
İnzibati xəta törətmiş şəxs
öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin)
zərərli nəticələr verə biləcəyi
imkanını qabaqcadan görmüş,
lakin kifayət qədər əsas olmadan onların
qarşısını alacağını güman
etmişdirsə, yaxud bu nəticələrin
baş verəcəyini lazımi diqqət və
ehtiyatlılıq göstərərək qabaqcadan
görməli olduğu və görə biləcəyi halda,
onları görməmişdirsə, bu xəta
ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
Maddə 15. Anlaqsızlıq
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik)
törədən zaman şəxs anlaqsız vəziyyətdə
olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin
müvəqqəti pozulması, əqli gerilik və ya başqa psixi xəstəlik nəticəsində
öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini
dərk etmək və ya onu idarə etmək iqtidarında
olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.[5]
Maddə 16. Fiziki şəxslərin
inzibati məsuliyyəti
16.1. İnzibati xəta törədərkən on
altı yaşı tamam olmuş fiziki şəxslər
inzibati məsuliyyətə cəlb olunurlar.
16.2. İnzibati həbs və ya ictimai işlər
növündə inzibati tənbeh nəzərdə tutan
inzibati xətalar istisna olmaqla, şəxsin psixi
inkişafı, həyat şəraiti, səhhəti və təhsili
nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş
on altı yaşından on səkkiz yaşınadək şəxslər
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən
inzibati məsuliyyətdən azad oluna və onların barəsində
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
haqqında Əsasnamə” ilə müəyyən edilmiş
təsir tədbirləri tətbiq edilə bilər.
16.3. İntizam nizamnamələrində bilavasitə nəzərdə
tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara
görə intizam məsuliyyəti, qalan hallarda isə
ümumi əsaslarla inzibati məsuliyyət
daşıyırlar. Hərbi
qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin
41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar
istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs
tətbiq edilə bilməz.[6]
16.4. İnzibati tənbeh tətbiq etmə hüququ
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu
Məcəllənin 16.3-cü maddəsində göstərilən
şəxslər barəsində inzibati tənbeh tətbiq etmək
əvəzinə, inzibati xəta törətmiş şəxsin
intizam məsuliyyətinə cəlb olunması məsələsinin
həll edilməsi üçün inzibati xətalar
haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.
16.5. Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində
törətdikləri inzibati xətalara görə ümumi əsaslarla
inzibati məsuliyyətə cəlb olunurlar.
16.6. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
əsasən Azərbaycan Respublikasında toxunulmazlıq
hüququndan istifadə edən əcnəbilərin Azərbaycan
Respublikasının ərazisində törətdikləri
inzibati xətalara görə məsuliyyət məsələsi
beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Qeyd:
1. Bu Məcəllənin 16.3-cü maddəsində “hərbi
qulluqçular” dedikdə, müvafiq
icra hakimiyyəti orqanının zabit heyəti,
gizirləri, miçmanları, müddətindən artıq
xidmət hərbi qulluqçuları, müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları və hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisələrinin kursantları başa
düşülür.
2. Bu Məcəllədə “əcnəbi” dedikdə,
Azərbaycan Respublikasının vətəndaşı olmayan
və başqa dövlətin vətəndaşlığına
mənsub olan şəxs başa düşülür.
3. Bu Məcəllədə “vətəndaşlığı
olmayan şəxs” dedikdə, heç bir dövlət tərəfindən onun
qanununa əsasən vətəndaş hesab edilməyən
şəxs başa düşülür.
Maddə 17. Vəzifəli şəxslərin
inzibati məsuliyyəti KMQ18
Vəzifəli şəxslər öz vəzifələrinin
yerinə yetirilməməsi və ya lazımınca yerinə
yetirilməməsi ilə bağlı inzibati xətalara
görə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd: Dövlət hakimiyyətinin
nümayəndəsi funksiyasını həyata keçirən
şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə,
Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında,
idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə
təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat
vəzifələrində daimi və ya müvəqqəti
işləyən şəxslər və ya həmin vəzifələri
xüsusi səlahiyyət əsasında həyata keçirən
şəxslər, habelə hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə
səlahiyyətləri yerinə yetirən fiziki şəxslər
vəzifəli şəxs hesab edilirlər.[7]
Maddə 18. Hüquqi şəxslərin
inzibati məsuliyyəti
18.1. Hüquqi şəxslər, o cümlədən
xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin
filial və nümayəndəlikləri bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati
xətalara görə inzibati məsuliyyətə cəlb
olunurlar.
18.2. Hüquqi şəxs inzibati məsuliyyətə
həmin hüquqi şəxsin xeyrinə və ya onun
maraqlarının qorunması üçün
aşağıdakı şəxslər tərəfindən
törədilən inzibati xətalara görə cəlb
edilir:
18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə
malik olan vəzifəli şəxs;
18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul
etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət
etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində
nəzərdə tutulmuş vəzifəli şəxslər
tərəfindən nəzarətin həyata keçirilməməsi
nəticəsində hüquqi şəxsin işçisi.
18.3. Hüquqi şəxsin
inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli
törətmiş və ya onun törədilməsində hər
hansı şəkildə iştirak etmiş vəzifəli
şəxsin inzibati məsuliyyətini istisna etmir.
18.4. Bu Məcəllənin 18.2-ci maddəsində
nəzərdə tutulmuş vəzifəli şəxs barəsində
bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin
icraatına xitam verilməsi hüquqi şəxsin
inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur.[8]
18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız
hakim tərəfindən tətbiq edilir.[9] KMQ23
18.6. Bu Məcəllənin 127-4.5-ci
maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli
orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən
edilmiş əsasların olması qənaətinə gəldikdə,
inzibati xəta haqqında protokolu baxılmaq üçün
məhkəməyə göndərirlər.[10]
18.7. Bu Məcəllənin 18.2-ci
maddəsində müəyyən edilmiş əsaslar
olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər)
inzibati xəta
haqqında iş üzrə qərar qəbul edir.
18.8. Məhkəmə tərəfindən
inzibati xəta
haqqında iş üzrə qərar qəbul olunanadək
hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə
hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə
tərəfindən inzibati
xəta haqqında iş üzrə qərar qəbul
olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək
hüquqi şəxsin yenidən təşkil olunması, yaxud
təsisçilərinin (iştirakçılarının) və
ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanının qərarı ilə ləğv edilməsi
qadağandır.
Əməlin inzibati xəta olmasını aradan
qaldıran hallar
Maddə 19. Son zərurət
19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş əməllərin əlamətlərinə
uyğun olsa da, son zərurət vəziyyətində, yəni
şəxsin özünün və ya başqa şəxsin həyatını,
sağlamlığını və ya hüquqlarını,
dövlətin və ya cəmiyyətin mənafeyini qorxu
altına alan təhlükəni aradan qaldırmaq
üçün edilmiş hərəkət, əgər həmin
vəziyyətdə bu təhlükəni digər vasitə ilə
aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin
aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
19.2.
Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə,
habelə həmin təhlükənin aradan
qaldırılması şəraitinə aşkar surətdə
uyğun olmayan zərər vurulması və vurulmuş zərərin
qarşısı alınmış zərərə bərabər
və ya ondan artıq olması son zərurət həddini
aşma sayılır. Son zərurət həddini bu qaydada
aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə
səbəb olur.
Maddə 20. Zəruri müdafiə
20.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş əməllərin əlamətlərinə
uyğun olsa da, zəruri müdafiə vəziyyətində,
yəni özünü müdafiə edənin və ya
başqa şəxsin həyatına,
sağlamlığına və ya hüquqlarına, dövlətin
və ya cəmiyyətin mənafeyinə qəsd edənə
zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən
edilmiş hərəkət, zəruri müdafiə həddini
aşmamışdırsa, inzibati xəta
hesab olunmur.
20.2. Qəsdin xarakterinə və
ictimai təhlükəlilik dərəcəsinə
açıq-aşkar uyğun gəlməyən qəsdən
törədilən hərəkətlər zəruri müdafiə
həddini aşmaq hesab edilir.
İnzibati tənbeh
Maddə 21. İnzibati tənbehin
məqsədləri
İnzibati tənbeh məsuliyyət tədbiridir və
inzibati xəta törədən şəxsi qanunlara əməl
edilməsi ruhunda tərbiyələndirmək, habelə həm
inzibati xəta törətmiş şəxs, həm də
başqa şəxslər tərəfindən yeni inzibati xəta
törədilməsinin qarşısını almaq məqsədi
daşıyır.
Maddə 22. İnzibati tənbeh
növləri
22.1. İnzibati tənbeh növləri aşağıdakılardır:
22.1.1. xəbərdarlıq;
22.1.2. inzibati cərimə;
22.1.3. inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin müsadirəsi;
22.1.4. fiziki şəxsə verilmiş xüsusi
hüququn məhdudlaşdırılması;
22.1.5. ictimai işlər;
22.1.6. Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma;
22.1.7. inzibati həbs.
22.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin
22.1.1-22.1.3-cü maddələrində nəzərdə
tutulan inzibati tənbeh növləri tətbiq edilir.
Maddə 23. Əsas və əlavə
inzibati tənbehlər
23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya
inzibati həbs yalnız əsas inzibati tənbeh növləri
kimi tətbiq edilir.
23.2. İnzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin müsadirəsi, fiziki şəxsə
verilmiş xüsusi hüququn məhdudlaşdırılması,
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma həm əsas, həm də əlavə
inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
23.3. Bir inzibati xətaya görə əsas tənbeh,
yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.
Maddə 24. Xəbərdarlıq
24.1. Xəbərdarlıq inzibati tənbeh növü
olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə
şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir.
Xəbərdarlıq yazılı formada edilir.
24.2. Xəbərdarlıq bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə
tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə
tutulmuş xətaya görə şəxs ilk dəfə
inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində
vurulmuş zərərin əvəzi tam ödənilir.
Maddə 25. İnzibati cərimə
25.1. İnzibati cərimə bu Məcəllədə
nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən təyin
edilən və təqsirkar şəxsdən dövlətin
xeyrinə məcburi tutulan pul məbləğidir.
25.2. İnzibati cərimə
manatla və ya aşağıdakı digər meyarlarla ifadə
oluna bilər:
25.2.1. inzibati xətanın
başa çatdığı və ya
qarşısının alındığı vaxt inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin dəyəri;
25.2.2.
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) miqdarı;
25.2.3. inzibati xətanın
başa çatdığı və ya onun
qarşısının alındığı vaxt ödənilməli
olan, lakin ödənilməmiş ödənişlərin,
vergilərin məbləği.
25.3. İnzibati xətalara görə
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri
və konsulluqları tərəfindən tətbiq edilən
inzibati cərimələr həmin nümayəndəlik və
konsulluqların yerləşdiyi xarici ölkənin
valyutası ilə tutulur.[11]
25.4. Manatla hesablanan və inzibati
xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin
məbləği beş min manatdan, vəzifəli şəxsdən
alınan inzibati cərimənin məbləği on min
manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin
məbləği əlli min manatdan artıq ola bilməz.
25.5. İnzibati xətanın bilavasitə
obyekti olmuş predmetin dəyəri ilə ölçülən
cərimənin məbləği
həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş
ödənişlərin, vergilərin məbləği ilə
ölçülən cərimənin məbləği isə həmin ödənişlərin,
vergilərin yüz əlli faizindən artıq ola bilməz.
25.6. İnzibati
xəta nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) miqdarı ilə
ölçülən cərimənin məbləği həmin ziyanın (əldə
edilmiş gəlirin) on mislindən artıq ola bilməz.
25.7. Bu Məcəllənin
116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda
inzibati cərimə şərti olaraq tətbiq edilir.
25.8. Qanunla müəyyən edilmiş hallar
istisna olmaqla, inzibati cərimə Azərbaycan
Respublikasının dövlət büdcəsinə ödənilir.
Maddə 26. İnzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin müsadirəsi
26.1. İnzibati xəta törətmiş şəxsin
xüsusi mülkiyyətində olan, inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda
həmin predmetin məcburi qaydada və ödənişsiz
dövlətin mülkiyyətinə keçməsindən
ibarətdir.
26.2. İnzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən
tətbiq edilir.
26.3. Əsas dolanacaq mənbəyi ov olan şəxslərin
odlu silahı, döyüş sursatı və digər ov alətləri
müsadirə edilə bilməz.
26.4. Müsadirənin tətbiqi qaydası bu Məcəllə
ilə müəyyən edilir.
Maddə 27. Fiziki şəxsə
verilmiş xüsusi hüququn məhdudlaşdırılması
27.1. Fiziki şəxs ona verilmiş xüsusi
hüquqdan istifadə qaydasını kobud şəkildə və
ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda
iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.
27.2. Bu Məcəllənin
327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması
yalnız hakim tərəfindən tətbiq edilir.
27.3. Bu Məcəllənin 327.8, 333, 333-1, 342.8, 343 və
343-1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat
vasitələrindən əlilliyi ilə əlaqədar istifadə
edən şəxslərin nəqliyyat vasitəsini idarə
etmək hüququ məhdudlaşdırıla bilməz.[12]
27.4. Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla
qiymətləndirilən xətaların yol verilməsinə
görə sürücülər bir il ərzində 20 və
daha çox bal topladıqda, inzibati cərimə tətbiq
edilmədən onların nəqliyyat vasitəsini idarə etmək
hüququ məhdudlaşdırılır.
27.5.
Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin
ov hüququ məhdudlaşdırıla bilməz.
Maddə 28. İctimai işlər
28.1. İctimai işlər, barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxsin əsas işindən və ya təhsilindən
asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin
xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən
ibarətdir. Belə işlərin növləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.[13]
28.2. İctimai işlər
yalnız hakim tərəfindən tətbiq edilir.
28.3. İctimai işlər
altmış saatdan iki yüz qırx saatadək müddətə
müəyyən edilir və gün ərzində dörd
saatdan çox ola bilməz.
28.3-1. Məhkəmə tərəfindən
ictimai işlər növündə inzibati tənbeh tətbiq
olunmuş şəxslərin üzərinə həmin
işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət
vasitəsini gəzdirmək və həmin vasitənin işlək
vəziyyətdə saxlanılması üçün ona xidmət
etmək vəzifəsi qoyulur.[14]
28.4. İctimai işlər
aşağıdakı şəxslərə tətbiq oluna
bilməz:
28.4.1.
orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına
görə əlilliyi müəyyən edilmiş
şəxslərə, 18 yaşınadək əlilliyi
müəyyən edilmiş şəxslərə;[15]
28.4.2. hamilə qadınlara;
28.4.3. himayəsində üç
yaşınadək uşağı olan qadınlara;
28.4.4. üç yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişilərə;[16]
28.4.5. pensiya yaşına
çatmış qadın və kişilərə;
28.4.6. hərbi qulluqçulara.[17]
Maddə 29. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma
29.1. Bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
barəsində Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq
edilir.
29.2. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma hakim və ya səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən tətbiq
edilir.
29.3. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək
hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır.
29.4. Qaçqın statusuna malik
olan və ya Azərbaycan Respublikası tərəfindən
siyasi sığınacaq verilən şəxslər, habelə
insan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma tətbiq edilmir.
29.5. İnsan alverindən zərər
çəkmiş hesab olunan əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər barəsində 1 il müddətində,
cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
barəsində isə cinayət təqibi başa çatanadək
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma tətbiq edilmir.
Maddə 30. İnzibati həbs
30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə
tutulan inzibati xətaların ayrı-ayrı növlərinə
görə üç
gündən üç ay
müddətinədək hakim
tərəfindən tətbiq edilir.[18]
30.2. Hamilə qadınlar və ya himayəsində on
dörd yaşınadək
uşağı olan qadınlar, on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişilər, on səkkiz
yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının
61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslər, 18
yaşınadək əlilliyi müəyyən edilmiş
şəxslər,
altmış yaşına çatmış qadınlar və
altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin
41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar
istisna olmaqla digər inzibati xətalara görə hərbi
qulluqçular barəsində inzibati həbs tətbiq edilə
bilməz. [19]
30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs
müddətinə daxil
edilir.
İnzibati tənbeh tətbiq etmə
Maddə 31. İnzibati tənbeh tətbiq
etmənin ümumi qaydaları
31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə
uyğun olaraq tətbiq edilir.
31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində
inzibati tənbeh tətbiq edilərkən, xətanın
xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini
xarakretizə edən hallar,
onun təqsirinin dərəcəsi, əmlak
vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən
və ağırlaşdıran hallar nəzərə
alınır.
31.3. Hüquqi şəxslər
barəsində inzibati tənbeh tətbiq edilərkən,
inzibati xətanın xarakteri, inzibati xəta
nəticəsində hüquqi şəxsin əldə etdiyi
xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin
xarakteri və dərəcəsi, hüquqi şəxsi
xarakterizə edən hallar, o cümlədən onun maliyyə və
əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər
ictimai faydalı fəaliyyətlə məşğul
olması, habelə məsuliyyəti
yüngülləşdirən və
ağırlaşdıran hallar nəzərə alınır.
31.4. Bu Məcəllənin Xüsusi hissəsində
inzibati xətanın törədilməsinə görə
müəyyən edilən inzibati tənbehin yalnız
yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən
inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. [20]
31.4-1. İnzibati qaydada tutulmuş
şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq
edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin
Xüsusi hissəsində inzibati xətanın törədilməsinə
görə müəyyən edilən inzibati tənbehin
yuxarı həddinin dörddə üçündən
çox ola bilməz.[21]
31.5. İnzibati tənbehin tətbiq edilməsi həmin
inzibati tənbehə səbəb olmuş öhdəliklərin
yerinə yetirilməsindən şəxsi azad etmir.
Maddə 32. İnzibati xətaya
görə məsuliyyəti yüngülləşdirən
hallar
32.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti
yüngülləşdirən hallar aşağıdakılar
hesab edilir:
32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi
peşmançılığı;
32.1.2. inzibati xətanın yetkinlik yaşına
çatmayanlar tərəfindən törədilməsi;
32.1.3. inzibati xətanın hamilə qadın və ya
himayəsində azyaşlı uşağı olan qadın tərəfindən
törədilməsi;
32.1.4. inzibati xətanın
fiziki və ya psixi məcburiyyət təsiri altında,
yaxud maddi, xidməti və ya sair cəhətdən
asılılıq nəticəsində törədilməsi;
32.1.5. inzibati xətanın
zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə
ilə müəyyən edilmiş şərtlərini pozmaqla
törədilməsi;
32.1.6. inzibati xətanın
zərər çəkmiş şəxsin qanunsuz və
ya əxlaqsız hərəkətlərinin təsiri
altında və ya bu hərəkətlər nəticəsində
qəflətən baş vermiş güclü ruhi həyəcan
(affekt) vəziyyətində törədilməsi;
32.1.7. törədilmiş inzibati xətanın zərərli
nəticələrinin inzibati xəta törətmiş şəxs
tərəfindən aradan qaldırılması və ya
vurulmuş zərərin əvəzinin könüllü surətdə
ödənilməsi.
32.2. İnzibati tənbeh tətbiq
edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində
göstərilməmiş başqa hallar da hakim tərəfindən
məsuliyyəti
yüngülləşdirən hal qismində nəzərə
alına bilər.
32.3. Bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta
tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti
yüngülləşdirən hal, inzibati tənbeh tətbiq
edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 33. İnzibati xətaya
görə məsuliyyəti ağırlaşdıran hallar
33.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti
ağırlaşdıran hallar aşağıdakılar hesab
edilir:
33.1.1. səlahiyyətli şəxslərin
hüquqazidd hərəkəti dayandırmağı tələb
etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;
33.1.2. inzibati xətaya görə inzibati tənbeh
almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törətməsi;
KMQ16
33.1.3. yetkinlik yaşına
çatmayanların inzibati xəta törətməyə cəlb
edilməsi;
33.1.4.
inzibati xətanın yetkinlik yaşına çatmayanlara
qarşı törədilməsi;
33.1.5. inzibati xətanın bir qrup şəxs tərəfindən
törədilməsi;
33.1.6. inzibati xətanın təbii fəlakət
şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət
dövründə törədilməsi;[22]
33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs
tərəfindən törədilməsi.
33.2. İnzibati tənbeh tətbiq
edilərkən bu Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində
göstərilməmiş hallar cəzanı
ağırlaşdıran hal qismində nəzərə
alına bilməz.
33.3. Bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta
tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti
ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən
təkrar nəzərə alına bilməz.
Maddə 34. Bir neçə
inzibati xəta törədildikdə, inzibati tənbeh tətbiq
etmə KMQ6
34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta
törətdikdə, onun barəsində hər bir inzibati xətaya
görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
34.2. Şəxsin eyni
və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə
inzibati xətaya dair işlərə baxılması eyni
orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə
eyni vaxtda baxılmalıdır.
34.3. Şəxsin eyni
vaxtda öz hərəkətləri (hərəkətsizliyi)
ilə törətdiyi bir neçə inzibati xətaya dair
işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin şəxs daha ciddi xətaya görə
müəyyən edilmiş sanksiya çərçivəsində
tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər
hansı birinə görə nəzərdə tutulmuş əlavə
tənbehlərdən biri əsas tənbehə əlavə
edilə bilər.
34.4. Şəxsin müxtəlif
vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi)
ilə törətdiyi bir neçə inzibati xətaya dair
işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə
tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3,
29.3 və 30.1-ci maddələrində müəyyən
edilmiş hədlərdən artıq ola bilməz.
Maddə 34-1.
İnzibati xətaya görə daha yüngül inzibati
tənbeh tətbiq etmə[23]
KMQ14
Bu
Məcəllənin Xüsusi hissəsində inzibati xətaya
görə müəyyən edilmiş sanksiyada
nəzərdə tutulmuş ictimai işlər və ya
inzibati həbs növündə inzibati tənbehin tətbiq
edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci
maddələrinin tələblərinə əsasən
mümkün olmadıqda, hakim inzibati xəta
törətmiş şəxs barəsində bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində nəzərdə tutulmuş inzibati tənbeh
əvəzinə iki yüz manatdan beş yüz manatadək
məbləğdə cərimə növündə inzibati
tənbeh tətbiq edir.
Maddə 35. Şəxsin inzibati məsuliyyətə
cəlb edilməmiş sayılması üçün tələb
olunan müddət
Barəsində inzibati tənbeh tətbiq olunmuş
şəxs tənbehin icrasını bitirdiyi gündən
etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə,
o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab
olunur.
Maddə 36. Vurulmuş zərərin
əvəzinin ödənilməsi
36.1. İnzibati xəta haqqında işə baxarkən,
vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi
barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə
eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi
barədə məsələyə də baxa bilər.
36.2. İnzibati xəta haqqında işə baxarkən,
vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi
barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq
etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin
ödənilməsi barədə məsələyə
yalnız hakim baxa bilər.
36.3. İnzibati xəta nəticəsində
vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi
məsələsi Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir.
Maddə
37. İnzibati həbs nəzərdə tutan inzibati xəta
törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı
olan şəxslərin məcburi müalicəyə cəlb
olunması
37.1. İnzibati həbs nəzərdə
tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə
ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh
növü tətbiq edilərkən məhkəmə tərəfindən
onlara məcburi müalicə təyin edilir və inzibati həbs
növündə inzibati tənbeh çəkilib qurtardıqdan
sonra icra olunur.
37.2. Məcburi müalicənin tətbiq
edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində
göstərilən şəxslərin
müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin
yaxşılaşdırılmasından,
ixtisaslaşdırılmış tibbi yardım və sosial
qayğı göstərməklə onların normal həyat
tərzinə qaytarılmasından, gələcəkdə həmin
şəxslərin insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar
törətməsinin qarşısının
alınmasından ibarətdir.
37.3. Barəsində inzibati həbs tənbeh
növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama
nəticəsinə əsasən narkomaniyadan məcburi
müalicə təyin edilmiş şəxslər inzibati həbs
tənbeh növünü çəkib qurtardıqdan sonra
müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan
ixtisaslaşdırılmış tibb müəssisəsində
müalicə olunurlar.
37.4. Şəxs barəsində
narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə
bu barədə qanuni qüvvəyə minmiş qərarının
surətini icra olunması üçün
ixtisaslaşdırılmış tibb müəssisəsinə,
habelə məcburi müalicənin icrasına nəzarət
edilməsi üçün icra məmuruna göndərir.
37.5. Barəsində
narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs
inzibati həbs müddətinin başa çatdığı
gün inzibati həbs yerinin nümayəndəsinin
müşayiəti ilə məcburi müalicənin həyata
keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə
təhvil verilir.
37.6.
İxtisaslaşdırılmış tibb müəssisələrində
məcburi müalicə müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi şərtlərə və
qaydalara uyğun aparılır.
37.7.
İxtisaslaşdırılmış tibb müəssisəsində
məcburi müalicə barədə məhkəmə qərarının
tələblərinin yerinə yetirilməsinə icra məmuru
tərəfindən nəzarət edilir.
37.8
İxtisaslaşdırılmış tibb müəssisəsində
məcburi müalicədə olan şəxsin məcburi
müalicədən vaxtından əvvəl azad edilməsi və
məcburi müalicə müddətinin uzadılması “Narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət
komissiyasının rəyi nəzərə alınmaqla,
müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin
qərarı əsasında həyata keçirilir.
İnzibati məsuliyyətdən azad etmə
Maddə 38. Müddətin
keçməsi ilə bağlı inzibati məsuliyyətdən
azad etmə KMQ15
38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi
gündən ən geci dörd ay keçənədək verilə bilər.
Yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük
qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin fəaliyyət göstərməsi
qaydaları, qrant müqavilələrinin (qərarlarının)
qeydə alınması qaydaları, eləcə də
maliyyə, vergilərin və rüsumların ödənilməsi
qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq
fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin
dövlət reyestri üçün zəruri məlumatların
verilməməsinə, hüquqi şəxslərin dövlət
qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə,
siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları
haqqında və cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında, sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında, həmçinin
dərman vasitələri haqqında qanunvericiliyin,
əmək qanunvericiliyinin, habelə
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
olması və yaşaması qaydalarının, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına,
xırda talamaya görə
inzibati tənbeh inzibati xətanın törədildiyi gündən
ən geci bir il keçənədək verilə bilər.[24]
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə
tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə
xətanın aşkara çıxarıldığı
gündən hesablanır.[25]
38.3. Cinayət işinin başlanması rədd
edildikdə və ya cinayət işinə xitam verildikdə,
lakin şəxsin əməllərində inzibati xəta tərkibinin
bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət
işinin başlanmasının rədd edilməsi və ya ona
xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən
ən geci üç ay keçənədək verilə bilər.
38.4. On altı
yaşından on səkkiz yaşınadək olan yetkinlik
yaşına çatmayanın törətdiyi inzibati xəta
haqqında iş yetkinlik yaşına çatmayanların
işləri və hüquqlarının müdafiəsi
üzrə komissiya tərəfindən Azərbaycan
Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”
ilə müəyyən
edilmiş qaydada müvafiq dövlət orqanına
qaytarıldıqda, inzibati tənbeh həmin iş
qaytarıldığı gündən ən geci üç
ay keçənədək verilə bilər.
38.5.
İnzibati xəta törətmiş şəxs
qaçıb gizlənərsə, müddətin axımı
dayanır. Bu halda müddətin axımı, həmin şəxsin
aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi
vaxtdan bir il keçərsə, qaçıb
gizlənən şəxs inzibati məsuliyyətə cəlb
oluna bilməz.[26]
38.6. Bu Məcəllənin
122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar
və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın
törədildiyi gündən bir gün müddətində
hər bir nəqliyyat vasitəsinin istifadəçisi
üçün internet informasiya resursunda yaradılan elektron
kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə
cəlb oluna bilməz.[27]
Maddə 39. Zərər çəkmiş
şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən
azad etmə
39.1. Bu Məcəllənin
157 və 158-ci maddələrində nəzərdə
tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız
zərər çəkmiş şəxsin ərizəsinə
əsasən başlanır, zərər çəkmiş
şəxslə barəsində inzibati icraat aparılan şəxs
barışdıqda isə həmin iş üzrə icraata
xitam verilir.
39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində
nəzərdə tutulmuş inzibati xəta haqqında iş
üzrə icraat zamanı inzibati xəta törətmiş
şəxs vurulmuş ziyanı tamamilə ödədikdə
və zərər çəkmiş şəxslə
barışdıqda inzibati iş üzrə icraata xitam
verilir.[28]
İnzibati xətalar haqqında işlərə
baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
Əsas qaydalar
Maddə 40. İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər)
40.0. İnzibati xətalar haqqında işlərə:
40.0.1. rayon (şəhər) məhkəmələri;
40.0.2. yetkinlik yaşına çatmayanların işləri
və hüquqlarının müdafiəsi üzrə
komissiyalar (kollegial orqan);
40.0.3. müvafiq
icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum
(vəzifəli şəxslər) baxırlar.[29]
Maddə 41. Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar
Bu Məcəllənin 189.1, 189.3,
189.4, 212.3, 512 və 522-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət
qaydası Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli
336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
haqqında Əsasnamə” ilə müəyyən olunur.[30]
Maddə 42. Vəzifəli şəxslərin
səlahiyyəti
42.1. İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslər
bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin
icrası zamanı tətbiq edə bilərlər.
42.2. İnzibati xətalar
haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə
tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli
şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
İnzibati xətalar haqqında işlərin
aidiyyəti
Maddə 43. Rayon (şəhər)
məhkəmələrinin aidiyyəti
[31] 43.1. Rayon (şəhər) məhkəmələri
bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2,
198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1,
251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4,
275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1,
326, 327.8, 332.4‒332.7, 333, 333-1,
334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7,
338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1
– 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349,
351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1,
363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb
olunan açıq məkanda reklam qurğularının
tikintisi zamanı tikinti norma və qaydalarının
pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə
tələb olunan açıq məkanda reklam
qurğularının istismara verilməsi qaydalarının
pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə
və qərarlarına əməl etməməsinə
münasibətdə), 394.0.8, 394-1,
395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun sərəncamına
verilmiş torpaq sahəsində bu qurumun sərəncamında
olduğu müddətdə törədilməsi hallarına
münasibətdə), 395.1-1, 395.1-2,
395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun sərəncamına
verilmiş torpaq sahəsində bu qurumun sərəncamında
olduğu müddətdə törədilməsi hallarına
münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3,
411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3,
438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2,
459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1
(auditorun peşə məsuliyyətinin icbari
sığortasına münasibətdə), 477-2.2,
479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513,
515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1,
594‒596, 598 (vəkillərə və auditor xidməti
göstərən şəxslərə münasibətdə),
599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən
inzibati xətaların törədilməsinə münasibətdə),
602-2, 602-3,
603, 605, 606.1, 608 və 609-cu maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə baxırlar.[32]
43.2. Bu Məcəllənin 43.2-1-ci və
54.2-ci maddələrində nəzərdə
tutulan inzibati xətalar
haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar haqqında işlər
üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[33]
43.2-1. Bu Məcəllənin 547-ci maddəsində
nəzərdə tutulan inzibati xətalar haqqında işlər
üzrə protokol Azərbaycan Respublikasının Hesablama
Palatası tərəfindən tərtib edilir.[34]
43.3. Bu Məcəllənin 43.1-ci
maddəsində göstərilən inzibati xətalar
haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin
səlahiyyətli orqanlara (vəzifəli şəxslərə)
aid edildikdə, icraatında inzibati xətalar haqqında iş
olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta
törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini,
məsuliyyəti ağırlaşdıran halların və
müsadirə olunmalı malların mövcudluğunu nəzərə
alaraq, şəxs barəsində müvafiq maddənin
sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və
ya cərimə inzibati tənbeh tədbirlərindən daha
ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə
gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq
üçün məhkəməyə göndərir.
43.3-1. Bu Məcəllənin 18.6-cı maddəsində
nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə
məhkəmələr baxır.[35]
43.4. Bu Məcəllənin 610-618-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətaları hərbi qulluqçular və
toplanışa çağırılmış hərbi vəzifəlilər
törətdikdə, inzibati xətalar haqqında işlərə
hərbi məhkəmələr baxır. [36]
Maddə 44. Müvafiq icra hakimiyyəti
orqanlarının aidiyyəti
Bu Məcəllənin
40, 41 və 43-cü maddələrində
göstərilən hallardan başqa, bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş digər
inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar.
Səlahiyyəti olan orqanlar (vəzifəli
şəxslər) tərəfindən baxılmış
inzibati xətalar haqqında işlər barədə elektron
informasiya sistemləri və ehtiyatları
Maddə 45. Baxılmış
inzibati xətalar haqqında işlər barədə elektron
informasiya sistemləri və ehtiyatları
45.1. Törədilmiş
inzibati xətalar və həmin xətaları törətmiş
şəxslər barədə məlumatların uçotu,
sistemləşdirilməsi və saxlanılması məqsədi
ilə inzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
baxdığı inzibati xətalar haqqında işlər barədə elektron
informasiya sistemlərini (ehtiyatlarını) (bundan sonra –
informasiya ehtiyatı) yaradır və həmin informasiya
ehtiyatlarının fəaliyyətini təmin edir.
45.2.
İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
inzibati xəta haqqında iş üzrə qərarın
qüvvəyə mindiyi gün aşağıdakı məlumatların
informasiya ehtiyatına daxil edilməsini təmin etməlidir:
45.2.1. inzibati
xəta törətmiş şəxs haqqında məlumat
(soyadı, adı, atasının adı, fərdi identifikasiya
nömrəsi, vətəndaşlığı, doğum
tarixi, yaşayış yeri, mobil telefon nömrəsi, elektron
ünvanı (olduğu halda);[37]
45.2.2. inzibati xətanın törədildiyi
yer, vaxt və bu xətanın mahiyyəti;
45.2.3. inzibati xətaya görə məsuliyyət
nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
45.2.4. inzibati
xətanın törədilməsi nəticəsində şəxsin
sağlamlığına yüngül zərər
vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə,
bu hallar barədə qeydlər;
45.2.5. inzibati
xəta haqqında
işin baxılması tarixi və yeri;
45.2.6. inzibati
xəta haqqında iş üzrə qərarı çıxarmış
hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı,
adı, atasının adı, kollegial orqanın adı və
tərkibi;
45.2.7. inzibati
xəta haqqında iş üzrə qərarın tarixi və
nömrəsi;
45.2.8. tətbiq
edilmiş inzibati tənbeh haqqında məlumat;
45.2.9. tətbiq
edilmiş inzibati tənbehin icrası barədə məlumat;
45.2.10. inzibati xəta haqqında
iş üzrə icraat üçün zəruri olan digər
məlumatlar.
Maddə 46. İnformasiya
ehtiyatının açıqlığı
46.1.
Barəsində
inzibati tənbeh tətbiq edilmiş şəxsə informasiya
ehtiyatında onun haqqında olan məlumatı əks etdirən
çıxarış həmin şəxsin yazılı və
ya elektron müraciəti əsasında bir iş günü
müddətində verilir.
46.2.
Qanunda nəzərdə
tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə
əlaqədar dövlət orqanlarına (qurumlarına) informasiya
ehtiyatının məlumatları əsaslandırılmış
yazılı sorğular əsasında verilir. [38]
Maddə 47.
İnformasiya ehtiyatında olan məlumatların
mühafizəsi
47.1.
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti
olan orqanlar (vəzifəli şəxslər) informasiya
ehtiyatında olan məlumatlardan
yalnız öz xidməti vəzifələrinin yerinə
yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.
47.2.
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti
olan orqanlar (vəzifəli şəxslər) informasiya
ehtiyatında olan məlumatların
mühafizəsini təmin etməlidirlər. Bu Məcəllənin
46-cı maddəsində və digər qanunlarda müəyyənləşdirilmiş
hallar istisna edilməklə, həmin məlumatlar
açıqlana bilməz.
47.3.
İnformasiya
ehtiyatında olan məlumatlar beş il müddətində
saxlanılır.
İnzibati xətalar haqqında işlər
üzrə icraat
Ümumi müddəalar
Maddə 48. İnzibati xətalar
haqqında işlər üzrə icraatın vəzifələri
İnzibati xətalar haqqında işlər üzrə
icraatın vəzifələri şəxslərin
hüquqlarını və azadlıqlarını, onların
qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər
bir işin hallarını vaxtında, hərtərəfli, tam
və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta
törətmiş şəxsi aşkar etməkdən və
onu inzibati məsuliyyətə cəlb etməkdən,
çıxarılmış qərarın icrasını təmin
etməkdən, habelə inzibati xətanın törədilməsinə
kömək edən səbəbləri və şəraiti
aşkar etməkdən və inzibati xətaların
qarşısını almaqdan ibarətdir.
Maddə 49. İnzibati xətalar
haqqında işlər üzrə icraatın
aparıldığı dil
49.1. Azərbaycan Respublikasında inzibati xətalar
haqqında işlər üzrə icraat Azərbaycan dilində,
yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil
edən hissəsinin dilində aparılır.
49.2. İşdə iştirak edən, inzibati xətalar
haqqında işlər üzrə icraatın
aparıldığı dili bilməyən şəxslər
ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat,
izahatlar, şikayət və ya vəsatət vermək
hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən
edilmiş qaydada tərcüməçinin xidmətlərindən
istifadə etmək hüququ ilə təmin olunurlar.
Maddə 50. İnzibati xətalar
haqqında işlərə açıq baxılması
50.1. Dövlət və
ya kommersiya sirrinin, şəxsi və ailə
sirlərinin, yaxud qanunla qorunan digər sirlərin yayılmasına gətirib
çıxara bilən hallar, həmçinin inzibati xətalar
haqqında işlər üzrə icraatda iştirak edən
şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyinin
təmin edilməsi halları istisna olmaqla, inzibati xətalar
haqqında işlərə açıq baxılır.
50.2. İnzibati xətalar haqqında işlərin
qapalı baxılmasına zərurət olduğu halda, bu barədə
qərardad qəbul edilir.
Maddə 51. İnzibati xəta
haqqında iş üzrə məlumatların
yayılmasının yolverilməzliyi
51.1. İnzibati xəta haqqında iş üzrə məlumatlar
yalnız icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin),
belə məlumatlar zərər çəkmiş şəxsin
şəxsi maraqlarına toxunduqda isə, habelə zərər
çəkmiş şəxsin icazəsi ilə və
onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.
51.2. İnzibati xəta haqqında iş üzrə
icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma
aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin
və zərər çəkmiş şəxsin
razılığı olmadan həmin foto və ya video çəkiliş,
yaxud səsyazma materialları mediada yayımlana bilməz.[39]
Maddə 52. Vəsatətlər
52.1. İnzibati xətalar haqqında işlər
üzrə icraatda iştirak edən şəxslər
icraatında həmin işlər olan hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) baxılması məcburi
sayılan vəsatət vermək hüququna malikdirlər.
52.2. Vəsatət yazılı formada verilir və ona
dərhal baxılmalıdır. Vəsatətin təmin
olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul
edilir.
Maddə 53. İnzibati xətalar
haqqında işlər üzrə icraatı rədd edən
hallar KMQ13
53.1. Aşağıdakı hallarda
inzibati xətalar haqqında işlər üzrə icraat
başlanıla bilməz, başlanmış icraata isə
xitam verilir:
53.1.1. inzibati xəta hadisəsi olmadıqda;
53.1.2. inzibati xəta tərkibi olmadıqda;
53.1.3. şəxs son zərurət vəziyyətində
hərəkət etdikdə;
53.1.4. şəxs zəruri müdafiə vəziyyətində
hərəkət etdikdə;
53.1.5. inzibati məsuliyyət müəyyən edən
normativ hüquqi akt ləğv olunduqda;
53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə
tutulmuş müddətlər başa çatdıqda;
53.1.7. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə
inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarı olduqda,
yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində
ləğv edilməmiş qərar olduqda, habelə həmin
fakt üzrə cinayət işi başlamaq haqqında qərar
olduqda;
53.1.8. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs öldükdə;
53.1.9. Bu Məcəllənin
157
və 158-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxs
zərər çəkmiş şəxslə
barışdıqda;
53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin
Qeyd hissələrində bilavasitə müəyyən
edilmiş hallarda inzibati xətanı törətmiş
şəxs vurulmuş ziyanı tamamilə ödədikdə
və zərərçəkmiş şəxslə
barışdıqda;[40]
53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində
nəzərdə tutulmuş xəta haqqında elektron qərar
real vaxt rejimində tərtib olunmadıqda.[41]
53.2. Hər hansı şəxs barəsində
başlanılmış inzibati xətalar haqqında işlər
üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə
aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə,
o cümlədən təqsirliliyin sübuta yetirilməsində
qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə
xitam verilir.[42]
Maddə 54. İnzibati xətalar
haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti
54.1. Prokuror inzibati xətalar haqqında işlər
üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan
qaldırmaq üçün vaxtında tədbirlər
görür və inzibati xətalar haqqında işlər
üzrə icraatın aparılmasında Azərbaycan
Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə
və icrasına prokuror nəzarətini həyata keçirir.
54.2. Bu Məcəllənin 162-1, 184.4, 184.5, 184.8, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1
(yaşıllıqların kadastrının
aparılmamasına münasibətdə), 253-1.1.2
(yaşıllıqların kadastr məlumatlarının təhrif
edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3,
440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə
münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların
qorunması tələblərinin pozulmasına münasibətdə),
516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə
dəfnlərin həyata keçirilməsinə münasibətdə),
528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569,
573, 594-1, 594-2, 595.2, 596, 601,
602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə
tutulan inzibati xətalar haqqında işlər üzrə
icraatın başlanması haqqında qərar prokuror tərəfindən
qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə
əsasən digər inzibati xətalar haqqında işlər üzrə
də icraatın başlanması haqqında qərar qəbul
etmək hüququna malikdir.[43] KMQ23
54.3. Prokuror, həmçinin inzibati xətalar
haqqında işlərin baxılmasında iştirak etmək,
işin baxılması zamanı baş verən məsələlər
üzrə rəy və ya vəsatət vermək, inzibati xəta
haqqında iş üzrə qəbul edilən qərardan və
ya qərardaddan onun surətinin
bu Məcəllənin 57-ci maddəsində nəzərdə
tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində
protest vermək hüququna malikdir.[44] KMQ9
54.4. Prokuror bu Məcəllənin 99.1.2 və
99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara
baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında
işlər üzrə icraatın başlanması haqqında
qərar və ya inzibati xəta haqqında işin başlanmasının
rədd edilməsi haqqında əsaslandırılmış
qərardad qəbul edir. Qərardadın surəti məlumatları
vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan
on gün müddətində
yuxarı prokurora və ya məhkəməyə
şikayət verilə bilər.
54.5. İnzibati xətalar haqqında işlər
üzrə icraatın başlanması haqqında qərarda bu
Məcəllənin 100-cü maddəsində olan məlumatlar
göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində
nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar
haqqında işlər üzrə icraatın başlanması
haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə
baxılması üçün hakimə və ya səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərilir.
54.6. Yetkinlik yaşına çatmayanlar barəsində
inzibati xətalar haqqında, habelə öz təşəbbüsü
ilə başlanmış inzibati xətalar haqqında işlərin
baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin
işə prokurorun iştirakı olmadan yalnız o hallarda
baxıla bilər ki, işə baxılmasının yeri və
müddətinin ona vaxtında bildirilməsi barədə məlumat
olsun və ya işə baxılmasını təxirə
salmaq haqqında ondan vəsatət daxil olmasın.
Maddə 55. İnzibati xətalar
haqqında işlər üzrə məsrəflər
55.1. İnzibati xətalar haqqında işlər
üzrə məsrəflər:
55.1.1. zərər çəkmişlərə,
şahidlərə,
onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə,
mütəxəssislərə və tərcüməçilərə
verilmiş məbləğlərdən;
55.1.2. maddi sübutların saxlanılmasına,
göndərilməsinə (daşınmasına) və tədqiq
edilməsinə xərclənən məbləğlərdən
ibarətdir.
55.2. Fiziki şəxslər barəsində inzibati xətalar
haqqında işlər üzrə məsrəflər dövlət
hesabına ödənilir. Hüquqi şəxslər barəsində
inzibati xətalar haqqında işlər üzrə məsrəflər
isə həmin şəxslərin üzərinə qoyulur.
55.3. İnzibati xətalar haqqında işlər
üzrə məsrəflərin məbləği məsrəflərə
aid olan çəkilmiş xərcləri təsdiq edən
işə əlavə edilmiş sənədlər əsasında
müəyyən edilir.
55.4. Məsrəflər haqqında qəbul edilmiş
qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta
haqqında iş üzrə icraata xitam verilməsi haqqında
qərarda göstərilir.
Maddə 56. Zərər çəkmişlərə,
şahidlərə, onların qanuni nümayəndələrinə,
ekspertlərə
və tərcüməçilərə ödənilməli
məbləğ
56.1. İcraatında inzibati xəta haqqında iş
olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli
şəxsin yanına) gəlməklə əlaqədar olaraq
zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin
və hal şahidlərinin çəkdikləri xərclər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada ödənilir.
56.2. İcraatında inzibati xəta haqqında iş
olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli
şəxsin yanına) zərər çəkmiş,
şahid, ekspert,
onların qanuni nümayəndələri,
mütəxəssis, tərcüməçi və hal
şahidləri kimi çağırılan şəxslərin
işdə olmadıqları müddət ərzində iş
yerində onların əməkhaqqı saxlanılır.
56.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin
əməyi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada ödənilir.
Maddə 57. İnzibati xətalar
haqqında işlər üzrə sənədlərin rəsmi
qaydada verilməsi
57.1. İnzibati xətalar
haqqında işlər üzrə icraatın iştirakçılarına
bu Məcəllədə müəyyən edilmiş hallarda
inzibati xətalar haqqında işlər üzrə sənədlər
(qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və
ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sifarişli poçt göndərişi
ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli
şəxs tərəfindən şəxsən verilir.
Sifarişli poçt göndərişi - göndərilmək
üçün qəbul olunduğuna dair istifadəçiyə
qəbz verilməsi, çatdırılarkən isə
ünvan sahibinin müvafiq sənədi imzalaması tələb
olunan poçt göndərişidir. Sənədin
çatdırılmasını hakim məhkəmə
işçisinə, səlahiyyətli orqan isə müvafiq
orqanın əməkdaşına tapşıra bilər.
57.2. Sənəd onu göndərən
hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə)
qaytarılmalı olan qəbzə və ya sənədin
kötüyünə imza etdirilməklə, ünvan sahibinə
rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli
şəxs), yaxud sənədin çatdırılması
tapşırılmış şəxslər tərəfindən
şəxsən verilir. Hüquqi şəxsə
ünvanlanmış sənəd müvafiq vəzifəli
şəxsə qəbzə və ya sənədin
kötüyünə imza etdirilməklə verilir.
57.3. Sənədi
çatdırmalı olan şəxs ünvan sahibini onun
yaşadığı, yaxud işlədiyi yer üzrə
tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə
yaşayan yetkinlik yaşına çatmış ailə
üzvlərindən birinə (onların razılığı
ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış
yeri üzrə yerli özünüidarə orqanına,
müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin
müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə
sənədi qəbul etmiş şəxs qəbzdə və
ya sənədin kötüyündə öz soyadını,
adını, atasının adını, ünvan sahibinə
münasibətini və ya tutduğu vəzifəni göstərməli
və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
57.4. Sənədi
çatdırmalı olan rabitə orqanı, yaxud sənədin
çatdırılması tapşırılmış şəxs
bu işi sənədi aldığı tarixdən sonrakı
gündən gec olmayaraq yerinə yetirməli və sənədi
çatdırdığı barədə bir gün müddətində
müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli
şəxsə) xəbər verməlidir.
57.5. İnzibati xəta
haqqında iş üzrə sənəd
aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab
edilir:
57.5.1. bu Məcəllənin
57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda
ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
57.5.2. bu Məcəllənin
57.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda:
57.5.2.1. ünvan sahibi ilə
birlikdə yaşayan yetkinlik yaşına çatmış
ailə üzvlərindən birinə şəxsən
verildiyi vaxtdan;
57.5.2.2. sənədin
çatdırılması tapşırılmış digər
şəxslər sənədin çatdırılması barədə
müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli
şəxsə) xəbər verdiyi vaxtdan.
57.5.3. bu Məcəllənin 97.4-cü
maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin
istifadəçisinə verildiyi vaxtdan.[45]
57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci
və ya 124.6-cı maddələrində nəzərdə tutulan,
foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edilən inzibati xəta haqqında
iş üzrə qərar aşağıdakı hallarda da rəsmi
qaydada verilmiş hesab olunur:[46]
57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin
elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta
haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə
tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan;
57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi
bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə
tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati
xəta haqqında iş üzrə qərarla və onun əlavələri
ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon
nömrəsi olmadığı halda);
57.6.3. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının
aparılması və daimi uçota alınması, nəqliyyat
vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət
qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə
texniki baxışın keçirilməsi və ya sürücülük
vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində
inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul
edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan
(elektron kabinetdə mobil telefon nömrəsi olmadığı
halda);
57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində
nəzərdə tutulmuş halda barəsində inzibati xəta
haqqında iş üzrə elektron qərar qəbul edilmiş
şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə
mobil telefon nömrəsi olmadığı halda).
57.7. Bu Məcəllənin 127-4-cü maddəsində
nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri
(ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xəta
haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında
elektron qərar aşağıdakı hallarda da rəsmi qaydada
verilmiş hesab olunur:
57.7.1. inzibati xəta törətmiş şəxsin elektron
kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta
haqqında bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə
tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan;
57.7.2.
inzibati xəta törətmiş şəxs bu Məcəllənin
127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron
kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron
protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar
və onun əlavələri ilə tanış olduğu vaxtdan
(elektron kabinetdə mobil telefon nömrəsi olmadığı
halda).[47]
Maddə 58. Qəbzin məzmunu
58.0. Bu Məcəllənin 57.2-ci
maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar
göstərilməlidir:
58.0.1. inzibati xəta haqqında
iş üzrə sənədi göndərən orqanın
adı və ünvanı;
58.0.2. sənədin verilməli
olduğu şəxsin soyadı, adı, atasının adı
və ya hüquqi şəxsin adı və yerləşdiyi
ünvan;
58.0.3. verilən sənədin
adı;
58.0.4. verilmənin vaxtı (tarix
və saat) və yeri;
58.0.5. sənədin verilməməsinin
səbəbləri (göstərilən ünvanda olmama, səhv
ünvan və sair);
58.0.6. sənədin verildiyi şəxs;
58.0.7. sənədin
çatdırılması tapşırılmış şəxsin,
yaxud rabitə orqanı nümayəndəsinin imzası.
Maddə 59. İnzibati xəta
haqqında iş üzrə sənədi qəbul etməkdən
imtina
59.1. Ünvan sahibi və ya onunla
birlikdə yaşayan yetkinlik yaşına çatmış
ailə üzvləri inzibati xəta haqqında işlər
üzrə sənədi qəbul etməkdən imtina etdikdə,
onu təqdim edən şəxs sənəddə müvafiq
qeydlər etdikdən sonra həmin sənədi onu göndərən
hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə)
qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə
sənəd rəsmi qaydada verilmiş hesab olunur.
59.2. İnzibati xəta
haqqında iş üzrə sənədin ünvan sahibi tərəfindən
qəbul edilməsindən imtina barədə qeyd onun
yaşayış yeri üzrə yerli özünüidarə
orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun
iş yerinin müdiriyyəti tərəfindən təsdiq
edilir.
59.3. İnzibati xəta
haqqında iş üzrə sənədin
ünvanlandığı şəxs tərəfindən həmin
sənədi qəbul etməkdən imtina edilməsi işə
baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin
həyata keçirilməsi üçün maneə deyildir.
Maddə 60. Bildirişlər
60.1. Hakim və ya səlahiyyətli
orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati
xətalar haqqında işlər üzrə icraatın
iştirakçılarını işə
baxılmasının vaxtı və yeri, habelə
ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar
edir, onları işə baxılmasında və ya digər
prosessual hərəkətlərin həyata keçirilməsində
iştirak etmək üçün çağırırlar.
60.2. Bildirişdə
aşağıdakılar göstərilməlidir:
60.2.1. məhkəmənin və
ya səlahiyyətli orqanın (vəzifəli şəxsin)
adı, ünvanı və əlaqə üçün məlumatlar
(telefon, faks, elektron poçt ünvanı və sair);
60.2.2. gəlmə vaxtı (tarix
və saat) və yeri;
60.2.3. xəbər verilən,
yaxud məhkəməyə, səlahiyyətli orqana
çağırılan şəxsin soyadı, adı,
atasının adı və ya hüquqi şəxsin adı;
60.2.4. xəbər verilən,
yaxud məhkəməyə, səlahiyyətli orqana
çağırılan şəxsin ünvanı və ya
hüquqi şəxsin yerləşdiyi ünvan;
60.2.5. ünvan sahibinin kim qismində
xəbərdar edilməsi və ya
çağırılması;
60.2.6. ünvan sahibinin xəbərdar
edildiyi, yaxud çağırıldığı işin
adı;
60.2.7. işdə iştirak edən
şəxslərə iş üzrə onlarda olan
bütün sübutların təqdim edilməsinə dair təklif;
60.2.8. ünvan sahibinin
olmadığı təqdirdə, bildirişi qəbul edən
şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə
dair qeyd;
60.2.9. bildirişi qəbul etməkdən
imtinaya və ya onun ünvan sahibinə
çatdırmamasına görə bu Məcəllənin
531-ci maddəsində məsuliyyət nəzərdə
tutulduğu barədə qeyd;
60.2.10. xəbər verilən və
ya çağırılan şəxsin məhkəməyə
və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri
və gəlməməsinin səbəbləri barədə məlumat
vermək vəzifəsinə dair qeyd.
60.3. İşdə iştirak edən
şəxslərin öz müdafiəsini hazırlamağa və
vaxtında gəlmələrinə imkan yaratmaq
üçün bildiriş onlara müvafiq prosessual hərəkətin
tarixinə ən azı 5 gün qalmış verilir.
60.4. Bildiriş bu Məcəllənin
57.1 – 57.5-ci maddələrində nəzərdə
tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar
haqqında işlər üzrə icraatın
iştirakçılarına bildirişin məzmununun
ötürülməsini təmin etməklə internet, telefon
və ya digər rabitə vasitələri ilə də əlavə
məlumat verilir.[48]
İnzibati xətalar haqqında işlər
üzrə icraatın iştirakçıları, onların
hüquqları və vəzifələri
Maddə 61. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs
61.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin
aşağıdakı hüquqları vardır:
61.1.1. inzibati xəta haqqında iş üzrə
bütün materiallarla tanış olmaq;
61.1.2. izahat vermək;
61.1.3. sübutlar təqdim etmək;
61.1.4. vəsatət və etirazlar vermək;
61.1.5. işə baxılarkən müdafiəçinin
hüquqi yardımından istifadə etmək;
61.1.6. inzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən
və iş üzrə qərardan şikayət vermək;
61.1.7. ana dilində çıxış etmək və
icraatın aparıldığı dildə danışa
bilmirsə, tərcüməçinin xidmətlərindən
pulsuz istifadə etmək;
61.1.8. inzibati xəta hadisəsinin
baş verdiyi yer videomüşahidə vasitələrinin
(videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini
almaq;
61.1.9. yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları
əleyhinə olan inzibati xəta xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi,
inzibati xəta sürət həddinin aşılması ilə
əlaqədar olduqda sürətölçən cihazın
göstəricisi, inzibati xətanın törədilmə yeri
və tarixi barədə məlumatlar göstərilməklə,
inzibati xətanın törədildiyi anın fotoşəklini
almaq.[49]
61.2. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs bu Məcəllə ilə
müəyyən edilmiş digər hüquqlardan da istifadə
edə bilər.
61.3. İnzibati xəta haqqında işə barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin iştirakı ilə baxılır. Həmin
işə şəxsin iştirakı olmadan, yalnız o
hallarda baxılır ki, işə baxılmasının yeri və
müddətinin ona vaxtında bildirilməsi barədə məlumat
olsun və ya işə baxılmasını təxirə
salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə
vəsatət rədd edilmiş olsun.
61.4. İnzibati xəta haqqında işə baxarkən
hakim, barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin iştirakını məcburi
hesab edə bilər.
61.5. İnzibati həbs,
Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri
və vətəndaşlığı olmayan şəxsləri
inzibati qaydada çıxarma və ya ictimai işlər
nəzərdə tutan inzibati xətalar haqqında işlərə
baxılarkən barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin iştirakı
məcburidir.
61.6. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılarkən işin hallarının
müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi
təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti
olaraq işdə iştirakdan kənarlaşdırılırlar.
Maddə 62. Zərər çəkmiş
şəxs
62.1. İnzibati xəta nəticəsində mənəvi,
fiziki və ya maddi zərər dəymiş şəxs zərər
çəkmiş şəxs sayılır.
62.2. Zərər çəkmiş şəxsin
aşağıdakı hüquqları vardır:
62.2.1. inzibati xəta haqqında iş üzrə
bütün materiallarla tanış olmaq;
62.2.2. izahat vermək;
62.2.3. sübutlar təqdim etmək;
62.2.4. vəsatət və etirazlar vermək;
62.2.5. hüquqi yardımdan istifadə etmək;
62.2.6. iş üzrə qəbul edilmiş qərardan
şikayət vermək;
62.2.7. ana dilində çıxış etmək və
icraatın aparıldığı dildə danışa
bilmirsə, tərcüməçinin xidmətlərindən
pulsuz istifadə etmək;
62.2.8. inzibati xəta
hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin
(videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini
almaq;
62.2.9. yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları
əleyhinə olan inzibati xəta xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi,
inzibati xəta sürət həddinin aşılması ilə
əlaqədar olduqda sürətölçən cihazın
göstəricisi, inzibati xətanın törədilmə yeri
və tarixi barədə məlumatlar göstərilməklə,
inzibati xətanın törədildiyi anın fotoşəklini
almaq.
62.3. Zərər çəkmiş şəxs bu Məcəllə
ilə müəyyən edilmiş digər hüquqlardan da
istifadə edə bilər.
62.4. İnzibati xətalar haqqında işlərə
zərər çəkmiş şəxsin iştirakı ilə
baxılır. Həmin şəxsin iştirakı olmadan
işə yalnız o hallarda baxıla bilər ki, işə
baxılmasının yeri və müddətinin ona vaxtında
bildirilməsi barədə məlumat olsun və ya işə
baxılmasını təxirə salmaq haqqında ondan vəsatət
daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
62.5. Zərər çəkmiş şəxs bu Məcəllənin
67-ci maddəsində nəzərdə tutulmuş qaydada
şahid kimi sorğu-sual edilə bilər.
Maddə 63. Fiziki şəxsin
qanuni nümayəndələri
63.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxs və ya zərər
çəkmiş şəxs yetkinlik yaşına
çatmadıqda, yaxud fəaliyyət
qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət
qabiliyyətli olduqda, həmin şəxslərin
mənafeyini onların qanuni nümayəndələri təmsil
edir.
63.2. Valideynlər, övladlığa götürənlər,
himayəçilər və qəyyumlar fiziki şəxsin
qanuni nümayəndələri hesab olunurlar.
63.3. Bu Məcəllənin 63.1-ci maddəsində
göstərilən şəxslərin qanuni nümayəndələri
olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat
aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq
və himayəçilik orqanını qanuni nümayəndə
hesab edir.
63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq
edən sənədi hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) təqdim edir.
63.5. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin və ya zərər
çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil
etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə
tutulmuş hüquqlara malikdir və vəzifələri
daşıyır.
63.6. On səkkiz yaşına çatmayan şəxslər
barəsində inzibati xətalar haqqında işlərə
baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin
iştirakı məcburidir.
Maddə 64. Hüquqi şəxsin
nümayəndəsi
64.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan və ya zərər çəkmiş
olan hüquqi şəxslərin hüquqlarının və
qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri
tərəfindən həyata keçirilir.
64.2.
Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin
təsis sənədləri ilə müəyyən
edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq
qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin
hüquqi şəxs olan işçilər və ya vəkillər
hüquqi şəxsin nümayəndələri hesab edilirlər.[50]
64.3. Hüquqi şəxs tərəfindən törədilmiş
inzibati xətalar haqqında işlərə hüquqi şəxsin
nümayəndəsinin və ya vəkilinin iştirakı ilə
baxılır. Həmin şəxslərin iştirakı
olmadan inzibati xəta haqqında işə yalnız o hallarda
baxıla bilər ki, işə baxılmasının yeri və
müddətinin ona vaxtında bildirilməsi barədə məlumat
olsun və ya işə baxılmasını təxirə
salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə
vəsatət rədd edilmiş olsun.
64.4. İnzibati xətalar haqqında işlərə
baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin
iştirakını məcburi hesab edə bilər.
Maddə 65. Müdafiəçi
və nümayəndə
65.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsə hüquqi
yardım göstərmək üçün inzibati xəta
haqqında iş üzrə icraatda müdafiəçi, zərər
çəkmiş şəxsə hüquqi yardım göstərmək
üçün isə nümayəndə iştirak edə bilər.[51]
65.1-1. Məhkəmənin
baxdığı inzibati xəta haqqında iş üzrə
icraata fiziki şəxsin müdafiəçisi qismində
yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin
nümayəndəsi qismində isə onun yaxın qohumu və
ya vəkil buraxılır.[52]
65.2. Bu Məcəllənin
65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla,
müdafiəçi
qismində və nümayəndə kimi inzibati xəta
haqqında iş üzrə icraatda vəkil və ya digər
şəxslər iştirak edə bilərlər.[53]
65.3. İnzibati xəta haqqında iş üzrə
icraat başlandığı vaxtdan müdafiəçi və
nümayəndə inzibati xətalar haqqında işlər
üzrə icraatda iştirak etməyə buraxılırlar.
Törədilmiş inzibati xətaya görə fiziki şəxs
barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda
müdafiəçi həmin şəxs inzibati qaydada
tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə
icraatda iştirak etməyə buraxılır.
65.4. Müdafiəçinin və nümayəndənin
aşağıdakı hüquqları vardır:
65.4.1. inzibati xəta haqqında iş üzrə
bütün materiallarla tanış olmaq;
65.4.2. sübutlar təqdim etmək;
65.4.3. vəsatət və etirazlar vermək;
65.4.4. işin baxılmasında iştirak etmək;
65.4.5. inzibati xətalar haqqında işlər üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən
və iş üzrə qəbul edilmiş qərardan şikayət
vermək;
65.4.6. inzibati xəta
hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin
(videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini
almaq;
65.4.7. yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları
əleyhinə olan inzibati xəta xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi,
inzibati xəta sürət həddinin aşılması ilə
əlaqədar olduqda sürətölçən cihazın
göstəricisi, inzibati xətanın törədilmə yeri
və tarixi barədə məlumatlar göstərilməklə,
inzibati xətanın törədildiyi anın fotoşəklini
almaq.
65.5. Müdafiəçi və nümayəndə bu
Məcəllə ilə müəyyən edilmiş digər
hüquqlardan da istifadə edə bilərlər.
65.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən
orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə müəyyən edilmiş qaydada verilən etibarnamə
ilə təsdiq edilir.
Maddə 66. Vəkilin
iştirakının məcburiliyi
66.1. İnzibati qaydada
tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti
tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin
müdafiə hüququnu həyata keçirə bilməyən
digər şəxslərin işlərində vəkilin
iştirakı məcburidir. Göstərilən hallarda barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin müdafiəçidən imtinası qəbul
olunmur.[54]
66.2. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs tərəfindən
seçilmiş vəkilin gəlməsi mümkün
olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
həmin şəxsi vəkil ilə təmin edir.
66.3. Maddi vəziyyətinə görə öz
hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada
tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti
hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini
yerinə yetirməkdən imtina edə bilməz.
Maddə 67. Şahid
67.1. İnzibati xətalar haqqında işlərdə
şahid qismində iş üzrə müəyyən edilməli
olan hallar barədə məlumatı olan şəxslər
çağırılırlar.
67.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) çağırışı ilə göstərilən
vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola
daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə,
iş üzrə ona məlum olan məlumatları bildirməyə
və suallara cavab verməyə borcludur.
67.3. Şahidin özünə və yaxın
qohumlarına qarşı izahat verməmək, tərcüməçinin
köməyindən pulsuz istifadə etmək, izahatının
doğru yazılması barədə protokola müvafiq qeydlər
etmək hüququ vardır.
67.4. On dörd yaşı tamam olmamış şəxslər
pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə
sorğu-sual edilirlər.
67.5. Bilə-bilə yalan izahat verməyə görə
inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq
edilir. Şahid izahat verməkdən imtina etdikdə və ya
çağırış üzrə gəlməkdən qəsdən
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə
tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Qeyd: Bu Məcəllədə
“qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları
ümumi olan şəxslər, ər-arvadın yaxın
qohumları, babanın, nənənin, valideynin,
övladlığa götürənin, doğma və ögey
qardaş və bacının, uşağın,
övladlığa götürülənin və ya nəvənin
əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə
tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər,
övladlığa götürənlər, doğma və
ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar,
övladlığa götürülənlər, nəvələr
aiddirlər.[55]
Maddə 68. Şahid kimi
sorğu-sual edilə bilməyən şəxslər
68.0. Şahid kimi sorğu-sual edilə bilməyən
şəxslər aşağıdakılardır:
68.0.1. fiziki və ya psixi pozuntularına görə inzibati xəta haqqında iş
üçün əhəmiyyətli olan hadisələri dərk
edə bilməyən və onlar haqqında düzgün izahat
verə bilməyən şəxs;[56]
68.0.2. müdafiəçi vəzifəsinin yerinə
yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş
şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta
törətmiş şəxsin müdafiəçisi;
68.0.3. nümayəndə (qanuni nümayəndə) vəzifələrini
icra etməsi ilə əlaqədar onlara məlum olmuş
hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi
və ya hüquqi şəxsin nümayəndəsi;
68.0.4.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı
məlum olan məlumatlar barədə mediasiya iştirakçıları
və mediasiyada iştirak edən digər şəxslər.[57]
Maddə 69. Hal şahidləri
69.1. İşin nəticəsində maraqlı olmayan
yetkinlik yaşına çatmış şəxslər
inzibati xətalar haqqında işlər üzrə
icraatın aparılmasında iştirak etmək
üçün icraatında inzibati xəta haqqında iş
olan vəzifəli şəxs tərəfindən hal
şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin
sayı iki nəfərdən az ola bilməz.
69.2. Şəxsi axtarış, əşyaların
yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları
və sənədləri götürmə, eləcə də
sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən
hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri
onların iştirakı ilə həyata keçirilən
prosessual hərəkətləri, onların məzmununu və
nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
69.3. Hal şahidlərinin inzibati xəta haqqında
iş üzrə icraatda iştirak etmələri protokolda qeyd
edilir.
69.4. İnzibati xəta haqqında iş üzrə
prosessual hərəkətlər barəsində hal şahidlərinin
qeydləri protokolda göstərilir.
69.5. İnzibati xəta haqqında iş üzrə
icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə
uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.
Maddə 70. Mütəxəssis
70.1. İnzibati xətalar haqqında işlərin nəticəsində
şəxsən maraqlı olmayan, sübutların aşkar
edilməsində, götürülməsində və rəsmiləşdirilməsində,
habelə texniki vasitələrin tətbiq edilməsində
kömək göstərilməsi üçün xüsusi
biliyə malik olan şəxs icraatında inzibati xəta
haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən
inzibati xətalar haqqında iş üzrə icraatda
iştirak etmək üçün mütəxəssis kimi dəvət
olunur.
70.2. Mütəxəssisin aşağıdakı vəzifələri
vardır:
70.2.1. icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)
çağırışı üzrə gəlmək;
70.2.2. sübutların aşkar edilməsində,
götürülməsində, rəsmiləşdirilməsində
iştirak etmək;
70.2.3. yerinə yetirdiyi hərəkətlər barədə
izahatlar vermək;
70.2.4. yerinə yetirdiyi hərəkətlərin məzmununu
və nəticəsini protokolda öz imzası ilə təsdiq
etmək;
70.2.5. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə
tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət
etmiş hakimə, səlahiyyətli vəzifəli şəxsə
özü-özünə etiraz etmə haqqında məlumat
vermək.
70.3. Mütəxəssisin aşağıdakı
hüquqları vardır:
70.3.1. iştirak etdiyi prosessual hərəkətin
predmetinə aid olan iş üzrə materiallarla tanış
olmaq;
70.3.2. icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)
icazəsi ilə barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsə, zərər
çəkmiş şəxsə, şahidlərə
iştirak etdiyi prosessual hərəkətin predmetinə aid
olan suallar vermək;
70.3.3. aparılan hərəkətlərə dair qeydlər
etmək və izahatlar vermək.
70.4. Bilə-bilə yalan izahat verməsinə
görə inzibati məsuliyyət haqqında mütəxəssisə
xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini
yerinə yetirməkdən imtina etdikdə və ya
çağırış üzrə gəlməkdən qəsdən
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə
tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 71. Ekspert
71.1. Elm, incəsənət, texnika və ya sənət
sahəsində məsələlərin izahı
üçün ekspertizanın aparılması və ekspert rəyinin
verilməsi üçün kifayət qədər xüsusi
biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində
şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət
olunur.
71.2. Ekspertin vəzifələri
aşağıdakılardır:
71.2.1. icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)
çağırışı üzrə gəlmək;
71.2.2. təqdim edilmiş obyektlərin və iş
üzrə materialların tam və hərtərəfli tədqiqatını
aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış
və obyektiv rəy vermək;
71.2.3. bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə
tutulmuş hallardan biri olduqda, ekspertizanı təyin etmiş
hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə)
özü-özünə etiraz etmə haqqında məlumat
vermək.
71.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara
çıxdıqda, tədqiqat obyektləri və iş
üzrə materiallar rəy verilməsi üçün
yararsız olduqda və ya kifayət qədər olmadıqda,
ekspert rəy verməkdən imtina edir.
71.4. Ekspertin aşağıdakı hüquqları
vardır:
71.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə
materiallarla tanış olmaq;
71.4.2. iş üzrə rəy verilməsi
üçün zəruri olan əlavə materialların təqdim
olunması barədə vəsatət vermək;
71.4.3. ekspertizanın predmetinə aid olan məlumatların
aydınlaşdırılması üçün
icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə, zərər çəkmiş şəxsə,
şahidlərə suallar vermək;
71.4.4. qoyulmuş suallardan əlavə, ekspertizanın
predmetinə aid olan və iş üçün əhəmiyyətli
sayılan digər halları öz rəyində göstərmək.
71.5. Bilə-bilə yalan rəy verməsinə görə
inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq
edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən
imtina etdikdə və ya çağırış üzrə
gəlməkdən qəsdən boyun qaçırdıqda o,
bu Məcəllədə nəzərdə tutulmuş qaydada
inzibati məsuliyyətə cəlb edilir.
Maddə 72. Tərcüməçi
72.1. İnzibati xətalar haqqında işlərin nəticəsində
şəxsən maraqlı olmayan, yetkinlik yaşına
çatmış və tərcümə üçün zəruri
olan dilləri bilən şəxs inzibati xətalar haqqında
işlərin icraatında tərcüməçi ola bilər.
Məhkəmə icraatında
iştirak edən əlilliyi olan şəxslər
ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin
və peşəkar surdo tərcüməçilərin)
köməyindən istifadə etdiyi hallarda, həmin
ixtisaslaşmış vasitəçilər (qiraətçilər
və peşəkar surdo tərcüməçilər) bu Məcəllənin
məqsədləri üçün tərcüməçi
hesab olunurlar. [58]
72.2. Tərcüməçi icraatında inzibati xəta
haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən təyin edilir.
72.3. Tərcüməçi icraatında inzibati xəta
haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) çağırışı üzrə gəlməyə
və ona tapşırılan tərcüməni tam və dəqiq
yerinə yetirməyə və tərcümənin
düzgünlüyünü öz imzası ilə təsdiq
etməyə borcludur.
72.4. Bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə
tutulmuş hallardan biri olduqda, tərcüməçi onu dəvət
etmiş səlahiyyətli vəzifəli şəxsə
özü-özünə etiraz etmə haqqında məlumat
verməlidir.
72.5. Bilə-bilə yanlış tərcümə etməsinə
görə inzibati məsuliyyət haqqında tərcüməçiyə
xəbərdarlıq edilir. Tərcüməçi təyin
olunmuş şəxs öz vəzifələrini yerinə
yetirməkdən imtina etdikdə və ya çağırış
üzrə gəlməkdən qəsdən boyun
qaçırdıqda o, bu Məcəllədə nəzərdə
tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 73. İnzibati xətalar
haqqında işlər üzrə icraatda iştirakı rədd
edən hallar
73.1. Əvvəllər həmin işlər üzrə
digər iştirakçı qismində çıxış
etmiş şəxslər inzibati xətalar haqqında işlər
üzrə icraatda müdafiəçi və ya nümayəndə
ola bilməzlər.
73.2. Mütəxəssis, ekspert və tərcüməçi
aşağıdakı hallarda inzibati xəta haqqında iş
üzrə icraatda iştirak edə bilməzlər:
73.2.1. inzibati xəta törətmiş şəxslə,
zərər çəkmiş şəxslə, onun nümayəndəsi
(qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla,
hakimlə, kollegial orqanının üzvü ilə və ya
icraatında inzibati xəta haqqında iş olan vəzifəli
şəxslə qohumluq əlaqələri olduqda;
73.2.2. əvvəllər həmin işlər üzrə
digər iştirakçı qismində iştirak etdikdə;
73.2.3. işin nəticəsində birbaşa və ya
dolayısı ilə maraqlı olması barədə kifayət
qədər əsaslar olduqda.
Maddə 74. İnzibati xətalar
haqqında işlər üzrə icraatda iştirakı rədd
edilən şəxslərə etiraz etmə
74.1. Bu Məcəllənin 73-cü maddəsində nəzərdə
tutulan hallar olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə),
mütəxəssis, ekspert və ya tərcüməçi
inzibati xətalar haqqında iş üzrə icraatda
iştirak etməkdən kənar olmalıdırlar.
74.2. Özü-özünə etiraz etmə və ya
etiraz etmə haqqında ərizə icraatında inzibati xəta
haqqında iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) təqdim edilir.
74.3. Özü-özünə etiraz etmə və ya
etiraz etmə haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi
və ya təmin edilməməsi barədə qərardad qəbul
edir.
İnzibati xəta haqqında iş
üzrə sübutlar və onların qiymətləndirilməsi
Maddə 75. İnzibati xəta
haqqında iş üzrə sübut edilməli olan hallar
75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar
müəyyən edilməlidir:
75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);
75.0.2. inzibati xəta törətmiş şəxs;
75.0.3. inzibati xəta törətməkdə şəxsin
təqsiri;
75.0.4. inzibati məsuliyyəti
ağırlaşdıran və yüngülləşdirən
hallar;
75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin
xarakteri və miqdarı;
75.0.6. inzibati xətalar haqqında işlər üzrə
icraatı rədd edən hallar;
75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli
olan digər hallar, habelə inzibati xətanın törədilməsinə
kömək edən səbəblər və şərait.
Maddə 76. Sübutlar
76.1. İnzibati xətanın olub-olmamasını,
inzibati xəta törədən şəxsin təqsirini və
işin düzgün həlli üçün əhəmiyyətli
olan digər halları müəyyən etmək
üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar
inzibati xətalar haqqında işlər üzrə
sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin, zərər çəkmiş şəxsin,
şahidlərin izahatları ilə, digər sənədlərlə,
xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində,
habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında)
aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında
protokolla, bu Məcəllə ilə müəyyən
edilmiş digər protokollarla müəyyən edilir.[59]
76.2. Qanuna zidd olaraq əldə edilmiş
sübutların istifadə edilməsinə yol verilmir.
Maddə 77. Maddi sübutlar
77.1. İnzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetlər, yaxud üzərində inzibati xətanın
izlərini saxladığına görə inzibati xəta
haqqında iş üzrə əhəmiyyət kəsb edən
halların müəyyən edilməsinə kömək edən
predmetlər maddi sübutlar hesab edilir.
77.2. Maddi sübutların fotoşəkilləri
çəkilir və onlar inzibati xəta haqqında işə
əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında
protokolda qeyd edilir.
77.3. İcraatında inzibati xəta haqqında iş
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
iş üzrə icraat başa çatanadək maddi
sübutların qorunub saxlanılmasının təmin edilməsi
üçün tədbirlər görməli, inzibati xəta
haqqında iş üzrə icraat başa çatdıqdan
sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir.
Maddə 78. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin
izahatı
78.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin izahatı iş
üzrə ona məlum olan hallar və işdə olan
sübutlar üzrə şifahi və ya yazılı formada
verilən məlumatlardan ibarətdir.
78.2. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta
haqqında protokolda, inzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiq
edilməsi haqqında protokolda, inzibati xəta haqqında
işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.
Maddə 79. Zərər çəkmiş
şəxsin və şahidlərin izahatları
79.1. Zərər çəkmiş şəxsin və
şahidlərin izahatları iş üzrə ona məlum olan
hallar və işdə olan sübutlar üzrə şifahi və
ya yazılı formada verilən məlumatlardan ibarətdir.
79.2. Zərər çəkmiş şəxsin və
şahidin izahatları inzibati xəta haqqında protokolda,
inzibati xəta haqqında iş üzrə icraatın təmin
edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında
protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar
iclas protokolunda göstərilir.
79.3. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan
şahid izahatları sübut hesab edilmir.
Maddə 80. Sənədlər
80.1. Sənədlərdə müəssisələrin,
idarələrin, təşkilatların, vəzifəli şəxslərin
və fiziki şəxslərin təsdiq etdikləri və ya
şərh etdikləri məlumatların inzibati xəta
haqqında iş üzrə icraat üçün əhəmiyyəti
vardırsa, bu sənədlər iş üzrə sübutlar
hesab edilir.
80.2. Sənədlər yazılı və ya digər
formada müəyyən edilmiş məlumatları
özündə əks etdirə bilər. Fotoşəkillər,
səsyazma və ya videoyazı materialları, məlumat
bazası və məlumat bankı və digər məlumatları
olan müvafiq daşıyıcılar sənədlər hesab
olunur.
80.3. İcraatında inzibati xəta haqqında iş
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
iş üzrə icraat başa çatanadək sənədlərin
qorunub saxlanılmasının təmin edilməsi
üçün tədbirlər görməli, inzibati xəta
haqqında iş üzrə icraat başa çatdıqdan
sonra onlar haqqında qərar qəbul etməlidir.
Maddə 81. Xüsusi texniki vasitələrin
göstəriciləri
81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan
keçmiş ölçü cihazları və bu Məcəllənin
81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr
adlanır.[60]
81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından
istifadə qaydaları əleyhinə olan inzibati xətaların
aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq
icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminə inteqrasiya olunmalıdır.[61]
81.3. Xüsusi texniki vasitələrin göstəriciləri
inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta
haqqında iş üzrə qərarda) qeyd edilir.[62]
Maddə 81-1 Dövlət informasiya sistemlərinın (ehtiyatlarının)
məlumatları
81-1.1. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü,
194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətaların aşkar edilməsi üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət
informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından
istifadə edilir.[63]
81-1.2.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət
informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları
inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh
vermə haqqında elektron qərarda qeyd edilir.[64]
Maddə 82. Ekspertiza
82.1. İnzibati xəta haqqında iş üzrə
icraat zamanı əhəmiyyət kəsb edən hər
hansı məsələnin həlli üçün elm, incəsənət,
texnika və ya sənət sahəsində xüsusi bilik tələb
edən məsələlərin
aydınlaşdırılması məqsədi ilə hakimin,
səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı
ilə ekspertiza təyin edir.
82.2. Qərardadda aşağıdakılar göstərilir:
82.2.1. ekspertizanın təyin olunması
üçün əsaslar;
82.2.2. ekspertin soyadı, adı və atasının
adı və ya ekspertiza aparılacaq idarənin adı;
82.2.3. ekspertin rəy verməli olduğu məsələlər;
82.2.4. ekspertin sərəncamına verilən
materiallar;
82.2.5. ekspertə onun hüquq və vəzifələrinin
izah edilməsi və bilə-bilə yalan rəy verilməsinə
görə inzibati məsuliyyət barədə xəbərdarlıq
haqqında qeyd.
82.2-1. Bu Məcəllənin
82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər
üçün hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) onun baxdığı inzibati xətalar haqqında
işlər üzrə barəsində inzibati icraat
aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin
müdafiəçisinin və ya qanuni nümayəndəsinin,
hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər
çəkmiş şəxsin və ya onun nümayəndəsinin
vəsatəti ilə ekspertiza təyin edə bilər. Həmin
şəxslərin vəsatəti rədd edildikdə hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) bu barədə əsaslandırılmış
qərardad qəbul etməlidir. [65]
82.2-2. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər
qarşılıqlı razılaşma əsasında konkret səlahiyyətli
єəxsin ekspert təyin edilməsini hakimdən, səlahiyyətli
orqandan (vəzifəli єəxsdən) xahiє edə bilərlər.
82.2-3. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin
ekspertiza keзirilən zaman baxılmalı olan sualları hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim
etmək hüququ vardır.
82.2-4. Ekspert rəyinin
alınmasına dair sualların yekun məzmununu hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) müəyyən edir. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin
təqdim etdiyi sualların rədd edilməsini hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) əsaslandırmağa
borcludur.
82.2-5. Bu Məcəllənin
82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər
ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri
təqdim etmək hüququna malikdirlər. Hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) təqdim edilmiş əşya
və sənədləri ekspert tədqiqatının obyekti
kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış
qərardad qəbul etməlidir.
82.2-6. Ekspertiza bu Məcəllənin
müddəalarında nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlər üzrə icraatın
iştirakзılarının hüquqlarına riayət
olunmaqla keзirilir. Hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) və bu Məcəllənin 82.2-1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərin
ekspertizanın keзirilməsinin gedişi haqqında məlumat əldə
etmək hüququ vardır.
82.2-7. Ekspertiza tədqiqatın
xarakterindən asılı olaraq, həmзinin tədqiqat aparmaq
üзün materialları məhkəməyə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) gətirmək
mümkün deyilsə, yaxud зətinlik törədirsə, məhkəmədə,
səlahiyyətli orqanda, yaxud kənar yerdə keзirilə bilər.
Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslərin kənar yerdə keзirilən
ekspertizada iştirakının ekspertlərin normal işinə
maneзilik törədə bilməsi halları istisna olmaqla,
onlar ekspertizanın keзirilməsində iştirak edə bilərlər.
Bu zaman bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslər tətbiq edilmiş tədqiqat
üsullarının mahiyyətinin və alınmış nəticələrin
izahını ekspertdən tələb edə və ekspertə
izahlar verə bilərlər.
82.3. Ekspertin qarşısında qoyulan suallar onun
xüsusi biliyindən kənara çıxmamalıdır.
82.4. İcraatında inzibati xəta haqqında iş
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
ekspertizanın təyin olunması haqqında qərardadı
icraya göndərməmişdən əvvəl həmin qərardadla
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsi, zərər çəkmiş
şəxsi tanış etməli, onların
hüquqlarını izah etməlidir.
82.5. Ekspert ekspertiza təyin
edilməsi haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərardadı məhkəmə ekspertizası idarəsinə
daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq yazılı
formada rəy verir, onu öz imzası ilə təsdiq edir və
dərhal məhkəməyə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) göndərir. Ekspertin rəyində
ekspertizanın aparıldığı tarix və yer,
ekspertizanın aparılmasının əsasları, onun məzmunu,
habelə ekspertin qarşısında qoyulmuş suallar üzrə
əsaslandırılmış cavablar və yekun nəticələr
göstərilir.
[66]
82.6. Ekspertizanın
aparılmasını bu Məcəllənin 82.5-ci maddəsində
göstərilən müddətdə təmin etmək
mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin
rəhbəri tərəfindən əsaslandırılmış
səbəblər göstərilməklə bu barədə
hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə)
məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik
dərəcəsi nəzərə alınmaqla ekspertizanın
aparılması müddəti hakimlə, səlahiyyətli
orqanla (vəzifəli şəxslə) yazılı formada
razılaşdırılır. [67]
82.7. Ekspert rəy verilməsi
üзün əlavə tədqiqat materiallarının təqdim
edilməsinə zərurət olduğunu müəyyən
etdikdə ekspertiza təyin edilməsi haqqında qərardadın
məhkəmə ekspertizası idarəsinə daxil olduğu
vaxtdan 5 gündən gec olmayaraq bu barədə hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) vəsatət göndərir.
Vəsatətdə tələb olunan tədqiqat
materiallarının dəqiq və tam siyahısı göstərilir.
82.8. Hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən ekspertin həmin
vəsatətinə 3 gün müddətində
baxılır və əlavə tədqiqat
materiallarının əldə edilməsi müəyyən
vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin
rəhbərinə məlumat verilməklə bu Məcəllənin
82.5-ci maddəsində nəzərdə tutulan müddət
uzadılır.
Maddə 82-1. Şəxslərin
təşəbbüsü ilə ekspertizanın
aparılması[68]
82-1.1. İnzibati xətalar
haqqında işlər üzrə barəsində inzibati
icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki
şəxsin müdafiəзisi və ya qanuni nümayəndəsi,
hüquqi şəxsin nümayəndəsi, zərər зəkmiş
şəxs və ya onun nümayəndəsi onların mənafelərinə
xidmət edə biləcək halların müəyyən
edilməsi üзün öz təşəbbüsləri ilə
ekspertizanın aparılmasını sifariş vermək
üзün özəl məhkəmə ekspertinə və ya
məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət
etmək hüququna malikdirlər.
82-1.2. Barəsində inzibati
icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki
şəxsin müdafiəзisinin və ya qanuni nümayəndəsinin,
hüquqi şəxsin nümayəndəsinin, zərər зəkmiş
şəxsin və ya onun nümayəndəsinin sifarişi ilə
ekspertiza həmin şəxslə özəl məhkəmə
eksperti və ya məhkəmə ekspertizası idarəsinin rəhbəri
arasında bağlanan müqavilə əsasında
ekspertizanı sifariş edən şəxsin hesabına həyata
keзirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə
suallar siyahısını və tədqiqat üзün obyektləri
verir.
82-1.3. Ekspert müqavilədə
göstərilən müddətdə yazılı formada rəy
verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş
rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən materiallara əlavə edilir və
digər sübutlarla yanaşı qiymətləndirilir.
Maddə 83. Əlavə məlumatların
tələb edilməsi
83.1. İcraatında inzibati xəta haqqında iş
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
işin həll edilməsi üçün zəruri olan əlavə
məlumatların tələb edilməsi barədə qərardad
qəbul edə bilər.
83.2. Məlumatlar tələb edildiyi vaxtdan üç
günədək müddətdə, inzibati həbs nəzərdə
tutulan inzibati xəta törədildikdə isə dərhal
müvafiq orqanlar, təşkilatlar, idarələr və
müəssisələr tərəfindən qərardad qəbul
etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) göndərilməlidir.
83.3. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən
və müəssisələrdən tələb edilən məlumatların
təqdim edilməsi mümkün olmadıqda, onlar üç
günədək müddətində, inzibati həbs nəzərdə
tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad
qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) bu barədə yazılı formada xəbər
verməyə borcludurlar.
Maddə 84. Sübutların qiymətləndirilməsi
84.1. İnzibati xətalar haqqında işlərə
baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
işin bütün hallarının məcmusunun hərtərəfli,
tam və obyektiv surətdə baxılmasına əsaslanan
öz daxili inamı ilə sübutları qiymətləndirir.
84.2. Heç bir sübutun qabaqcadan müəyyən
edilmiş qüvvəsi yoxdur.
Maddə 85. Materialların
prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsiKMQ17
İcraatında inzibati xəta haqqında iş olan
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki
şəxs tərəfindən törədilmiş inzibati xətada
cinayət əlamətlərini aşkar etdikdə,
materialları prokurora, ibtidai istintaq və ya təhqiqat
orqanına göndərir.
İnzibati xəta haqqında iş
üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqi
Maddə 86. İnzibati xəta
haqqında iş üzrə icraatın təmin edilməsi tədbirləri
86.1. İnzibati xətaların
qarşısını almaq, şəxsiyyəti müəyyən
etmək, işlərə vaxtında və düzgün
baxılmasını, inzibati xətalar haqqında işlərə
dair qərarların icrasını təmin etmək məqsədi
ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə
ilə müəyyən edilmiş hallarda aşağıda
göstərilən tədbirləri tətbiq edir:
86.1.1. gətirilmə;
86.1.2. inzibati qaydada tutma;
86.1.3. şəxsi axtarış, fiziki şəxsdə
olan əşyaları yoxlama;
86.1.4. nəqliyyat vasitəsinə baxış;
86.1.5. əşyaları və sənədləri
götürmə;
86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından
kənarlaşdırma;
86.1.7. sərxoşluq vəziyyətini müayinə
etmə;
86.1.8. nəqliyyat vasitəsini saxlama və onun
istismarını qadağan etmə.
86.2. İnzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi
nəticəsində dəymiş zərər Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada ödənilir.
Maddə 87. Gətirilmə
87.1. Bu Məcəllənin 109.3-cü maddəsində
nəzərdə tutulmuş hallarda barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan fiziki şəxs,
onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi
və ya şahidlər gətirilə bilərlər.
87.2. On altı yaşına çatmayan şəxslər,
hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə
bilməz.
87.3. Fiziki şəxsin
gətirilməsi inzibati xətanın baxıldığı
yer üzrə məhkəmənin qərardadı əsasında
onun yaşadığı və ya olduğu yer üzrə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
Maddə 88. İnzibati qaydada tutma
88.1. İnzibati qaydada tutmanı, yəni fiziki şəxsin
azadlığının qısa müddətə məhdudlaşdırılmasını,
inzibati xəta haqqında işin
düzgün və vaxtında baxılmasının və ya
inzibati xəta haqqında iş üzrə qərarın
icrasının təmin edilməsi üçün aşağıda göstərilən səlahiyyətli
orqanlar (vəzifəli şəxslər) bu maddədə
göstərilən hallarda tətbiq etmək hüququna
malikdirlər:
88.1.1. müvafiq
icra hakimiyyəti orqanının vəzifəli
şəxsləri - xırda xuliqanlıq edildikdə, şəxs
polis işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə
qəsdən tabe olmadıqda, yığıncaqların,
mitinqlərin, nümayişlərin, küçə
yürüşlərinin və piketlərin təşkili və
keçirilməsi qaydasını pozduqda, ictimai işlər
növündə inzibati tənbehin çəkilməsindən
boyun qaçırdıqda, avaralıqla məşğul olduqda, ov, balıq və
digər su bioresurslarının ovu və mühafizəsi
qaydaları pozulduqda, əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında qanunsuz qaldıqda;
88.1.2. müvafiq
icra hakimiyyəti orqanının vəzifəli
şəxsləri - sərhəd rejimi, sərhədboyu (sərhədboyu
zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət
sərhədinin buraxılış məntəqələrində
rejim pozulduqda;
88.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş
mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi
- mühafizə edilən obyektlərə, digər dövlət
əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə
əlaqədar inzibati xətalar törədildikdə;
88.1.4. müvafiq
icra hakimiyyəti orqanının vəzifəli
şəxsləri - Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən
sürücülər və ya digər şəxslər tərəfindən
yol hərəkəti qaydaları pozulduqda;
88.1.5. fövqəladə vəziyyət elan olunmuş
yerin komendantı və
xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri
- fövqəladə vəziyyət rejimi pozulduqda;
88.1.5-1. müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri - dini
ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat
zonasının hüquqi rejiminin tələbləri pozulduqda,
o cümlədən dini ekstremizm əleyhinə aparılan
xüsusi əməliyyat zonasında fiziki şəxslərin
şəxsiyyətini təsdiq edən sənədlər
olmadıqda, onların şəxsiyyətinin müəyyən
edilməsi məqsədilə və ya dini ekstremizm əleyhinə
xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə
mane olmağa yönəlmiş hərəkətlər
törədildikdə;[69]
88.1.5-2. hərbi idarəetmə
orqanlarının vəzifəli şəxsləri - hərbi
vəziyyət rejiminin tələbləri pozulduqda;[70]
88.1.6. müvafiq icra
hakimiyyəti orqanının vəzifəli şəxsləri
- əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasında olma qaydaları pozulduqda, yaxud onlar Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə
boyun qaçırmanı ehtimal etməyə kifayət qədər
əsaslar olduqda;
88.1.7. müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri - hərbi
xidmət əleyhinə olan inzibati xəta törədildikdə.[71]
88.2. İnzibati qaydada tutulan şəxsə bu Məcəllə
ilə müəyyən edilmiş hüquqları izah
olunmalı, bu barədə inzibati qaydada tutma haqqında
protokolda müvafiq qeyd aparılmalıdır.
Maddə 89. İnzibati qaydada tutma
müddətləri
89.1. İnzibati xəta törətmiş şəxsin
inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 –
89.4-cü maddələri istisna olunmaqla, üç saatdan
çox ola bilməz.
89.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu
zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət
sərhədinin buraxılış məntəqələrində
rejimi pozduğuna, avaralıqla
məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz
qalmalarına, habelə ölkədə olma qaydalarını
pozmalarına görə barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs
törətdiyi xətanın hallarını, habelə onun
şəxsiyyətini müəyyən etmək
üçün, yaxud əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərarın
icrasından boyun qaçırdıqda və ya belə boyun
qaçırmanı ehtimal etməyə kifayət qədər
əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək
müddətə və ya inzibati xəta törədənin
şəxsiyyətini təsdiq edən sənədlər
olmadıqda, hakimin qərarı ilə üç günədək
müddətə tutula bilər.
89.3. Fövqəladə
və ya hərbi vəziyyət elan olunmuş ərazidə
şəxs xüsusi verilmiş icazə vərəqələri
olmadan komendant saatı vaxtında küçələrdə
və başqa ictimai yerlərdə olduqda - komendant saatı
bitənədək və ya onun üzərində şəxsiyyətini
təsdiq edən sənəd olmadan komendant saatı
vaxtında küçələrdə və başqa ictimai
yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən
edilənədək müddətə inzibati qaydada tutula bilər. [72]
89.3-1. Dini ekstremizm əleyhinə
aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin
şəxsiyyətini təsdiq edən sənədlər
olmadıqda - tutulanın şəxsiyyəti müəyyən
edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat
aparan şəxslərin qanuni tələblərinə mane
olmağa yönəlmiş hərəkətlər törədən
şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.[73]
89.4. Barəsində inzibati həbs tənbeh
növünün tətbiqini nəzərdə tutan inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin
157, 206, 227, 513, 517-1, 535 və
610-618-ci maddələrində göstərilən
xətaları törətmiş şəxslər isə
inzibati xəta haqqında işin mürəkkəbliyi və
ya xəta törətmiş şəxslərin sayının
çoxluğu işin araşdırılmasını
gecikdirdiyi və ya başqa formada çətinlik
yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi
müalicəyə ehtiyacının olub-olmamasını
müəyyənləşdirmək məqsədi ilə tibbi
yoxlamaya göndərildiyi hallarda 48 saatadək
müddətə inzibati qaydada tutula bilər.[74]
89.5. İnzibati qaydada tutma müddəti inzibati xəta
törətmiş şəxsin protokol tərtib etmək
üçün gətirildiyi vaxtdan, sərxoş halda
olmuş şəxsin isə ayıldığı vaxtdan
hesablanır.
89.6. Fövqəladə və ya hərbi vəziyyət rejiminin müddəti
bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar
inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.
89.7. İnzibati qaydada
tutma barədə qərardan yuxarı səlahiyyətli orqana
(vəzifəli şəxsə) və ya məhkəməyə
şikayət edilə bilər.
Maddə 90. İnzibati qaydada tutma
haqqında protokol
90.1. İnzibati xəta törətmiş şəxs
inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və
orada aşağıdakılar göstərilir:
90.1.1. protokolun tərtib edildiyi tarix və yer;
90.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi,
soyadı, adı və atasının adı;
90.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat;
90.1.4. tutmanın vaxtı və səbəbləri.
90.2. Protokol onu tərtib etmiş vəzifəli şəxs
və tutulmuş şəxs tərəfindən imzalanır.
Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və
protokolun məzmunu barədə öz mülahizələrini
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüququ vardır.
Onun bu izahatı və mülahizələri protokola əlavə
olunur. Protokolun surəti tutulmuş şəxsə verilir.
Maddə 91. İnzibati qaydada
tutulmuş şəxsin hüquqlarının təmin edilməsi
91.0. Səlahiyyətli orqan (vəzifəli şəxs)
inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə
müəyyən edilmiş hüquqlarının təmin
edilməsi üçün aşağıdakı tədbirləri
görür:
91.0.1. tutulmuş şəxsə dərhal onun
tutulmasının əsaslarını bildirmək, onun
hüquqlarını izah etmək;
91.0.2. tutulmuş şəxsi inzibati xəta
haqqında protokolla tanış etmək;
91.0.3. tutulmuş şəxsin xahişi ilə onun
yaxın qohumlarına, işlədiyi və ya təhsil
aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə
məlumat vermək;
91.0.4. tutulmuş yetkinlik yaşına
çatmayanın valideynlərinə və ya digər qanuni
nümayəndələrinə dərhal məlumat vermək;
91.0.5. tutulmuş şəxslə davranışda onun
şəxsiyyətinə və ləyaqətinə hörmətlə
yanaşmaq;
91.0.6. tutulmuş şəxsə öz vəkili ilə
əlaqə saxlamaq və onunla görüşmək
imkanı yaratmaq;
91.0.7. tutulmuş şəxsin öz vəkili
olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki
vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin
siyahısını təqdim etmək, seçilmiş vəkillə
əlaqə saxlamaq və onunla görüşmək
imkanı yaratmaq.
Maddə 92. Şəxsi
axtarış və fiziki şəxsdə olan əşyaları
yoxlama
92.1. Fiziki şəxsin şəxsi
axtarışı, onda olan əşyaları yoxlama inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi məqsədi
ilə həyata keçirilir.
92.2. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli
şəxs tərəfindən və eyni cinsdən olan iki hal
şahidinin iştirakı ilə aparılır.
92.3. Əşyalar (əl yükü, baqaj, ov və
balıq ovu alətləri, əldə edilmiş məhsul və
sair) bunların mülkiyyətçilərinin və ya sahiblərinin
iştirakı ilə yoxlanılır. Təxirə
salınmayan hallarda mülkiyyətçisi və ya sahibi
olmadan göstərilən əşyalar iki hal şahidinin
iştirakı ilə yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən
çatdırılan korrespondensiyalar və digər göndərişlər
açıla və ya yoxlanıla bilməz.[75]
92.4. Şəxsi axtarış və əşyaları
yoxlama haqqında protokol tərtib olunur.
92.5. Şəxsi axtarış və əşyaları
yoxlama haqqında protokolda aşağıdakılar göstərilir:
92.5.1. protokolun tərtib edildiyi tarix və yer;
92.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi,
soyadı, adı və atasının adı;
92.5.3. barəsində şəxsi axtarış
aparılan şəxs haqqında məlumat;
92.5.4. şəxsi axtarış zamanı aşkar edilən
əşyaların növü, miqdarı və digər eyniləşdirmə
əlamətləri haqqında məlumat.
92.6. Protokol onu tərtib etmiş vəzifəli şəxs,
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs və ya axtarış aparılan əşyaların
sahibi və hal şahidləri tərəfindən
imzalanır. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs və ya axtarış
aparılan əşyaların
sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
izahat vermək və protokolun məzmunu barədə öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək
hüququ vardır. Onun bu izahatı və mülahizələri
protokola əlavə olunur.
92.7. Protokolun surəti barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə
və axtarış aparılan əşyaların sahibinə
verilir.
Maddə 93. Nəqliyyat vasitəsinə
baxış
93.1. Nəqliyyat vasitəsinə baxış, yəni
onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetlərin müəyyən
edilməsi məqsədi ilə aparılan müayinədir.
93.2. Nəqliyyat vasitəsinə baxış nəqliyyat
vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə
aparılır. Təxirə salınmayan hallarda nəqliyyat
vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin
iştirakı olmadan videoyazı aparılmaqla keçirilə
bilər.
93.3. Nəqliyyat vasitəsinə baxış
haqqında protokol tərtib olunur. Bu protokolda
aşağıdakılar göstərilir:
93.3.1. protokolun tərtib edildiyi tarix və yer;
93.3.2. protokolu tərtib edən şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
93.3.3. nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar;
93.3.4. nəqliyyat vasitəsinə baxış
keçirilməsi üçün əsaslar;
93.3.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli,
dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə
əlamətləri barədə məlumatlar;
93.3.6. aşkar edilmiş əşyaların
növü, miqdarı və digər eyniləşdirmə əlamətləri,
o cümlədən silahın markası, modeli, seriyası və
nömrəsi, döyüş sursatının növü və
miqdarı barədə məlumatlar;
93.3.7. aşkar edilmiş sənədlərin
növü və rekvizitləri.
93.4. Maddi sübutların qeydə alınması məqsədi
ilə fotoşəkillərin, videoyazıların
aparılması tətbiq edilir. Nəqliyyat vasitəsinə
baxış barəsində protokolda fotoşəkillərdən,
videoyazıdan istifadə edilməsi barədə qeyd
aparılır. Baxış zamanı fotoşəkillərin,
videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə
edilmiş materiallar müvafiq protokola əlavə olunur.
93.5. Nəqliyyat vasitəsinə baxış
haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs,
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin
sahibi, habelə hal şahidləri tərəfindən
imzalanır. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs və ya nəqliyyat
vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
izahat vermək və protokolun məzmunu barədə öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək
hüququ vardır. Onun bu izahatı və mülahizələri
protokola əlavə olunur.
93.6. Nəqliyyat vasitəsinə baxış
haqqında protokolun surəti barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə
və nəqliyyat vasitəsinin sahibinə verilir.
Maddə 94. Əşyaların və
sənədlərin götürülməsi
94.1. İnzibati xətanın baş verdiyi yerdə və
ya fiziki şəxsin şəxsi axtarışı zamanı,
yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə
baxış zamanı aşkar edilmiş və iş
üçün sübut əhəmiyyəti olan əşyaların
və sənədlərin, inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti olan
predmetin götürülməsi inzibati xəta haqqında
iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən
iki hal şahidinin iştirakı ilə həyata
keçirilir.
94.2. Sürücü tərəfindən nəqliyyat
vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə
tutan xətalar törədildikdə, inzibati xəta
haqqında iş üzrə qərar çıxarılanadək
sürücülük vəsiqəsi götürülür və həmin
şəxslərə nəqliyyat vasitəsini müvəqqəti
idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat
vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərar qəbul edildikdə
sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat
vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərardan bu Məcəllə ilə müəyyən
edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə
tutulmuş müddət qurtaranadək, yaxud şikayət
üzrə qərar qəbul edilənədək, nəqliyyat
vasitəsini müvəqqəti idarə etmək hüququ verən
sənədin qüvvədə olma müddəti
uzadılır.
94.3. Əşyaların və sənədlərin
götürülməsi haqqında protokol tərtib olunur.
94.4. Əşyaların və sənədlərin
götürülməsi haqqında protokolda
aşağıdakılar göstərilir:
94.4.1. protokolun tərtib edildiyi tarix və yer;
94.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
94.4.3. əşyaları və sənədləri
götürülən şəxs barəsində məlumat;
94.4.4. əşyaların və sənədlərin
götürülməsi üçün əsaslar;
94.4.5. götürülən sənədlərin
növü və rekvizitləri;
94.4.6. götürülən əşyaların
növü, miqdarı və digər eyniləşdirmə əlamətləri,
o cümlədən silahın markası, modeli, seriyası və
nömrəsi, döyüş sursatının növü və
miqdarı barədə məlumatlar.
94.5. Əşyaların və sənədlərin
götürülməsi haqqında protokolda fotoşəkillərin
çəkilməsi, videoyazı barədə qeyd
aparılır. Fotoşəkillərin, videoyazının tətbiq
edilməsi nəticəsində əşyaların və sənədlərin
götürülməsi ilə bağlı əldə
edilmiş materiallar müvafiq protokola əlavə olunur.
94.6. Əşyaların və sənədlərin
götürülməsi haqqında protokol onu tərtib etmiş
vəzifəli şəxs, əşyaları və ya sənədləri
götürülən şəxs, habelə hal şahidləri
tərəfindən imzalanır. Əşyaları və ya sənədləri
götürülən şəxs protokolu imzalamaqdan imtina
etdikdə, bu barədə protokolda müvafiq qeyd
aparılır. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin izahat vermək
və protokolun məzmunu barədə öz mülahizələrini
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüququ vardır.
Onun bu izahatı və mülahizələri protokola əlavə
olunur.
94.7. Protokolun surəti, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə,
yaxud onun qanuni nümayəndəsinə təqdim edilir.
94.8. Götürülən əşyalar və sənədlər
yerindəcə qablaşdırılır və möhürlənir.
Götürülmüş əşyalar və sənədlər
inzibati xəta haqqında işə baxılanadək, əşyaları
və sənədləri götürən səlahiyyətli
orqanların (vəzifəli şəxslərin) müəyyən
etdikləri yerlərdə saxlanılır.
94.9. Götürülmüş odlu silah, onun
patronları, digər silah və döyüş sursatı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi
qaydada saxlanılır.
94.10. Götürülmüş tez xarab olan mallar barəsində
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi
qaydada sərəncam verilir.
94.11. Götürülmüş narkotik vasitələr
və psixotrop maddələr, həmçinin müvafiq
standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena
normativlərinə cavab verməyən etil spirti, alkoqollu və
tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən
istehsala göndərilir və ya məhv edilir.
94.12. Məhv edilməli olan narkotik vasitələrin və
psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində
spirt olan məhsulların nümunələri inzibati xəta
haqqında iş üzrə qəbul edilmiş qərar qanuni
qüvvəyə mindiyi günədək saxlanılır.
94.13. İnzibati xəta haqqında iş üzrə qərarda
götürülmüş əşyalar və sənədlər
barədə məsələlər bu Məcəllənin
115.4-cü maddəsinə uyğun olaraq həll olunur.
Maddə 95.
Götürülmüş əşyaların qiymətləndirilməsi
95.1. Götürülmüş əşyalar
aşağıdakı hallarda qiymətləndirilir:
95.1.1. inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin dəyəri ilə ölçülən inzibati cərimə
meyarı tətbiq edildikdə;
95.1.2. götürülmüş tez xarab olan mallar barəsində
sərəncam verildikdə;
95.1.3. etil spirti, alkoqollu və tərkibində spirt
olan məhsullar yenidən istehsala göndərildikdə və
ya məhv edildikdə.
95.2. Götürülmüş əşyaların
qiymətləri dövlət tərəfindən tənzimlənirsə,
dövlət tənzimləmə qiymətləri tətbiq
edilir. Digər hallarda götürülmüş əşyaların
qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir.
Göstərilən qaydada qiymətləndirmə mümkün
olmadıqda, götürülmüş əşyaların
qiyməti ekspertin rəyi əsasında müəyyən
edilir.
Maddə 96. Nəqliyyat vasitəsinin
idarə olunmasından kənarlaşdırma və sərxoşluq
vəziyyətinin müayinəsi
96.1. Fiziki şəxslər aşağıdakı
hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
96.1.1. dayandırılmış nəqliyyat vasitəsini
idarə edən şəxsdə və onunla birlikdə gedən
sərnişinlərdən hər hansı birində nəqliyyat
vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə
sahiblik hüququ
olmadıqda;[76]
96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və
ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə
verilmiş dövlət qeydiyyat nişanı ilə idarə
etdikdə;
96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin
mühərrik, ban və şassi nömrəsi nəqliyyat
vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə
uyğun gəlmədikdə;
96.1.4. dayandırılmış nəqliyyat vasitəsi
alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya
güclü təsir edən digər maddələrdən istifadə
edilməsi nəticəsində sərxoş vəziyyətdə
olmasını güman etməyə kifayət qədər əsas
olan şəxs tərəfindən idarə olunduqda və
onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;[77]
96.1.5. nəqliyyat vasitəsində
normativ tələblər pozulmaqla avadanlıq
quraşdırıldıqda və ya dəyişdirildikdə,
nəqliyyat vasitəsinin ban şüşələrinə
qanunla tətbiqinə icazə verilməyən örtüklər
çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə
olmadan xüsusi səs (çoxavazlı) və ya
sayrışan işıq siqnalları ilə təchiz edildikdə,
bu pozuntuları yerində aradan qaldırmaq mümkün
olmadıqda;
96.1.6. yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xətanın törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə
mindiyi gündən 2 ay müddətində icra edilməməsinə
görə nəqliyyat vasitəsinin saxlanılması barədə
məhkəmə və ya müvafiq icra hakimiyyəti
orqanının qərarı olduqda;[78]
96.1.7. İcazə verilən qabarit,
çəki və yüklə birlikdə oxa düşən
kütlə parametrlərinə dair tələblər
pozulmaqla yüklənən iriqabaritli və ya
ağırçəkili nəqliyyat vasitələri ümumi
istifadədə olan avtomobil yollarında idarə edildikdə.[79]
96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin
sərxoş vəziyyətdə olmasını güman etməyə
kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin
müəyyən edilməsi üçün xüsusi texniki
vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə
olub-olmamasının xüsusi texniki vasitədən istifadə
edilməklə müəyyən edilməsindən imtina etdikdə
və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi
ilə razılaşmadıqda, tibbi müayinəyə
aparılır.
96.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma
barədə və sərxoşluq vəziyyətini müəyyən
etmək üçün xüsusi texniki vasitələrdən
istifadə etmək və ya tibbi müayinəyə göndərmək
barədə protokol tərtib olunur və həmin sənədin
surəti barəsində belə tədbir tətbiq edilən
şəxsə verilir.
96.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma
barədə və sərxoşluq vəziyyətini müəyyən
etmək üçün xüsusi texniki vasitələrdən
istifadə etmək və ya tibbi müayinəyə göndərmək
haqqında protokolda aşağıdakılar göstərilir:
96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən
kənarlaşdırmanın və sərxoşluq vəziyyətini
müəyyən etmənin əsasları;
96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs
barəsində məlumatlar;
96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli,
dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə
əlamətləri barədə məlumatlar.
96.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma
barədə və sərxoşluq vəziyyətini müəyyən
etmək üçün xüsusi texniki vasitələrdən
istifadə etmək və ya tibbi müayinəyə göndərmək
haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs,
habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan
və sərxoşluq vəziyyətini müəyyən etmək
üçün barəsində xüsusi texniki vasitələrdən
istifadə edilən və ya tibbi müayinəyə göndərilən
sürücü tərəfindən imzalanır.
Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda müvafiq qeyd aparılır. Sürücünün
izahat vermək və protokolun məzmunu barədə öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək
hüququ vardır. Onun bu izahatı və mülahizələri
protokola əlavə olunur. Protokolun surəti sürücüyə
təqdim edilir.
96.6. Sərxoşluq vəziyyətini müəyyən
etmənin tibbi müayinəsi barədə akt müvafiq
protokola əlavə olunur.
Maddə 97. Nəqliyyat vasitələrinin
saxlanılması
97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində
nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər
sürücü həmin nəqliyyat vasitəsinin yanında
deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci
maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi
müvəqqəti olaraq müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun)
ən yaxın mühafizə olunan
duracağında saxlanılır.[80]
97.2. Nəqliyyat vasitəsinin
saxlanılması səbəbinin aradan
qaldırıldığı barədə lazımi sənədlər
təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh
verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi
və onun orada saxlanılması üçün haqq ödənildikdən
dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi
sahibinə qaytarılır.
97.2-1. Bu Məcəllənin 353-cü
maddəsində nəzərdə tutulmuş inzibati xəta
törədildiyi halda nəqliyyat vasitəsinin nəzarət məntəqəsində
saxlanılması üçün haqq ödənildikdən
sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə
qaytarılır.[81]
97.3. Nəqliyyat vasitəsi dayanma
və durma qaydalarının pozulduğuna görə, inzibati
cərimənin müəyyən edilmiş müddətdə
ödənilməməsinə görə tətbiq edilən
nəqliyyat vasitəsinin saxlanılması barədə qərara
əsasən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
mühafizə olunan duracağına gətirilmişdirsə,
nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı
törətmiş şəxs inzibati cəriməni
(müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla)
və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və
onun orada saxlanılması üçün haqqı həmin
yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər.
Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh
tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat
vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat
vasitəsi onun saxlanılması barədə qərara əsasən
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan
duracağına gətirilmişdirsə, bu qərarın surəti
də sürücüyə verilir. Sürücü inzibati cəriməni
nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən
imtina etdikdə, inzibati xəta haqqında iş üzrə
icraat bu Məcəllədə nəzərdə tutulmuş
qaydada həyata keçirilir.
97.4. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar haqqında
işlər üzrə sənədləri ünvan sahibinə
onun yaşadığı, yaxud işlədiyi yer üzrə
tapılmaması və onunla birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvlərinin
olmaması səbəbindən 20 gün müddətində bu Məcəllənin
57.1 – 57.5-ci maddələrində nəzərdə
tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin
sənədlərin surətinin verilməsi məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin
dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda nəqliyyat
vasitəsi dayandırılaraq barəsində inzibati xəta haqqında
iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin
sənədlərin surəti təqdim edildikdən və
müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat
vasitəsi buraxılır.[82]
97.4-1. Bu Məcəllənin 123.1-ci maddəsində
nəzərdə tutulan sorğunu hüquqi şəxsin öz
hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi
səbəbindən 20 gün müddətində bu Məcəllənin
57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş
qaydada çatdırmaq mümkün olmadıqda, həmin sorğunun
verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat
vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim
edilməsi barədə qərar qəbul edilir. Bu halda dayandırılmış
nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu
təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan
dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu qaydada təqdim
edilən sorğu rəsmi qaydada verilmiş hesab olunur.[83]
97.5. Nəqliyyat vasitəsinin
saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir,
onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə
edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən
şəxsə verilir.
Maddə 98. Nəqliyyat vasitələrinin
istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan
və ya xarici işıq cihazları və ya qabaq
şüşənin şüşə silgəcləri,
şüşəyuyanları və ya təkərləri və
şinləri və ya mühərriki, yaxud
konstruksiyasının digər ünsürləri nasaz olan və
belə nasazlığın aradan qaldırılması
mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
İnzibati xəta haqqında iş
üzrə icraatın mərhələləri
İnzibati xəta haqqında iş
üzrə icraata başlama
Maddə 99. İnzibati xəta
haqqında iş üzrə icraata başlamağa səbəblər
və əsas
99.1. İnzibati xəta haqqında iş üzrə
icraata başlamağa səbəblər
aşağıdakılardır:
99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu
göstərən kifayət qədər halların səlahiyyətli
vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin
köməyi, eləcə
də müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət
informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi;[84]
99.1.2. dövlət
orqanlarından (qurumlarından)
və ya bələdiyyələrdən məlumatların
daxil olması; [85]
99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən
təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar.
99.2. Məlumatlara inzibati xəta haqqında iş
üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli
şəxs tərəfindən baxılır. Həmin məlumatlarda
inzibati xətanın əlamətlərinin olması və
inzibati xəta haqqında iş üzrə icraatı rədd
edən halların olmaması inzibati xəta haqqında
işin başlanmasına əsasdır.
99.3. Bu Məcəllənin 99.1-ci maddəsində
göstərilən səbəblərdən biri və bu Məcəllənin
99.2-ci maddəsində göstərilən kifayət qədər
əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs
tərəfindən inzibati xəta haqqında iş üzrə
icraat başlanılır.
99.3-1. Bu Məcəllənin
41-ci fəslində nəzərdə tutulmuş inzibati xəta
hadisəsinin mövcudluğu ilə bağlı bu Məcəllənin
99.1-ci maddəsində göstərilən səbəblərdən
biri və bu Məcəllənin 99.2-ci maddəsində
göstərilən kifayət qədər əsaslar olduqda,
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli
şəxsi inzibati xəta haqqında iş üzrə
icraatın başlanması üçün zəruri məlumatları
toplayaraq ərazi üzrə müvafiq hərbi prokurora
göndərir.[86]
99.4. İnzibati xata haqqında iş üzrə icraat
aşağıda göstərilən vaxtdan
başlanılmış hesab edilir:
99.4.1. bu Məcəllənin 86-cı maddəsində
nəzərdə tutulan tədbirləri tətbiq etmə
haqqında ilk protokol tərtib edildikdə;
99.4.2. inzibati xəta haqqında protokol tərtib
edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə
icraata başlama haqqında prokuror tərəfindən qərar
qəbul edildikdə;
99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə
tutulan inzibati araşdırılma tələb olunduğu
hallarda inzibati xəta haqqında iş üzrə icraata
başlama haqqında qərardad (qərar)
qəbul edildikdə.
[87]
99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində
göstərilən səbəblərin əsassız
olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən
inzibati xəta haqqında işin başlanmasının rədd
edilməsi haqqında əsaslandırılmış qərardad
qəbul edilir.
99.6. İnzibati xəta haqqında işin
başlanmasının rədd edilməsi haqqında qərardadın
surəti bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində
göstərilən məlumatları vermiş şəxslərə
göndərilir.
99.7. Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü maddələrində
nəzərdə tutulmuş səlahiyyətli orqanın (vəzifəli
şəxsin) inzibati xəta haqqında işin
başlanmasının rədd edilməsi haqqında qərardadından onun rəsmi qaydada verildiyi vaxtdan
on gün müddətində
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə),
prokurora və ya məhkəməyə şikayət verilə
bilər.
Maddə 100. İnzibati xəta
haqqında protokol
100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi
haqqında protokol tərtib edilir. İnzibati xəta
haqqında protokolda aşağıdakılar göstərilir:
100.1.1. protokolun tərtib edildiyi tarix və yer;
100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
100.1.3. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs haqqında məlumat, o
cümlədən vətəndaşın fərdi
identifikasiya nömrəsi;[88]
100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və
bu xətanın mahiyyəti;
100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə
tutan bu Məcəllənin müvafiq maddəsi;
100.1.6. olduğu halda, şahidlərin və zərər
çəkmiş şəxslərin adı, atasının
adı, soyadı və onların yaşadığı yerin
ünvanı;
100.1.7. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin və ya
hüquqi şəxsin nümayəndəsinin izahatları;
100.1.8. inzibati xətanın
aşkar edilməsində xüsusi texniki vasitələrdən
istifadə olunmuşdursa, onların göstəriciləri,
habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi,
markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin
son dəfə müqayisəli dövlət yoxlamasından
keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi,
tarixi) və növbəti yoxlamanın keçirilməli
olduğu vaxt barədə məlumatlar;
100.1.9. inzibati xətanın
törədilməsi nəticəsində şəxsin
sağlamlığına yüngül zərər
vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə,
bu hallar barədə qeydlər;
100.1.10. inzibati xəta haqqında iş üzrə
icraat üçün zəruri olan digər məlumatlar.
100.2. Protokol tərtib edilərkən, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə,
habelə inzibati xəta haqqında iş üzrə
icraatın digər iştirakçılarına bu Məcəllədə
nəzərdə tutulmuş hüquqları və vəzifələri
izah edilir və bu barədə protokolda müvafiq qeyd
aparılır.
100.3. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə
inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati
xəta haqqında iş üzrə zərər çəkmiş
şəxsin də inzibati xəta haqqında protokolun surətini
almaq hüququ vardır.
100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi
tərəfindən imzalanır. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan fiziki şəxs
və ya hüquqi şəxsin nümayəndəsi protokolu
imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq
qeyd aparılır. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan fiziki şəxsin və ya
hüquqi şəxsin nümayəndəsinin izahatlar və
protokolun məzmunu barəsində öz mülahizələrini
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüquqları
vardır. Onların bu izahatları və mülahizələri
protokola əlavə olunur.
100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş
blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
Maddə 101. İnzibati xəta
haqqında protokolun tərtib edilməsi müddətləri
101.1. İnzibati xətanın törədilməsi
faktı aşkar edildikdən dərhal sonra inzibati xəta
haqqında protokol tərtib edilir.
101.2. İşin hallarının, eləcə də
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və
ya hüquqi şəxs barəsində məlumatların əlavə
aydınlaşdırılması tələb olunduğu
hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın
aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib
edilir.
101.3. İnzibati araşdırma
aparıldığı hallarda, inzibati xəta haqqında
protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən
müddətdə tərtib edilir.
Maddə 102. İnzibati
araşdırma
102.1. Sağlamlıq əleyhinə,
yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf
mühitin mühafizəsi, yanğın
təhlükəsizliyi və cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil
yollarından istifadə qaydaları, hərbi
xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci,
602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə
tutulmuş inzibati xəta
aşkar edildikdən sonra kifayət qədər vaxt tələb
edən ekspertizanın və ya digər prosessual hərəkətlərin
aparılması zərurəti yarandıqda inzibati
araşdırma aparılır.[89]
102.2. İnzibati xəta haqqında iş üzrə
icraatın başlanması və inzibati araşdırma
aparılması haqqında qərardad bu Məcəllənin
42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta
haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə
baxmaq səlahiyyəti olan vəzifəli
şəxs tərəfindən qəbul edilir. Prokuror isə
inzibati xəta haqqında iş üzrə icraatın
başlanması və inzibati araşdırma aparılması
haqqında qərar qəbul edir.
102.3. İnzibati xəta haqqında iş üzrə
icraatın başlanması və inzibati araşdırmanın
aparılması haqqında qərardadda
aşağıdakılar göstərilir:
102.3.1. qərardadın tərtib edildiyi yer və tarix;
102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
102.3.3. inzibati xəta haqqında iş üzrə
icraatı başlamaq üçün səbəblər və
əsaslar;
102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət
nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.
102.4. İnzibati araşdırma inzibati xəta törədilən,
yaxud aşkar edilən yerdə aparılır.
102.5. İnzibati araşdırma inzibati xəta
haqqında iş üzrə icraatın başlama vaxtından
bir aydan artıq olmayan müddətə aparılır.
İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli
vəzifəli şəxsin əsaslandırılmış vəsatəti
olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən
bir ayadək müddətə uzadılır.
102.6. İnzibati araşdırma başa
çatdıqda, inzibati xəta haqqında protokol tərtib
edilir və ya inzibati xəta haqqında işin icraatına
xitam verilməsi barədə qərar qəbul edilir.
Maddə 103. Protokolun (prokurorun qərarının)
baxılması üçün göndərilməsiKMQ23
103.1. İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında
iş üzrə icraatın başlanması haqqında qərarı
və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə
tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi
vaxtdan 48 saatadək
müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) göndərilir. [90]
103.2. İnzibati həbs nəzərdə tutan inzibati
xəta haqqında protokol (prokurorun
inzibati xəta haqqında iş üzrə icraatın
başlanması haqqında qərarı və ya bu Məcəllənin
102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada
tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra
baxılması üçün hakimə göndərilir.
Maddə 104. İnzibati xəta
haqqında iş üzrə icraatın
dayandırılması
104.1. İnzibati xəta haqqında iş üzrə
icraat aşağıdakı hallarda dayandırılır:
104.1.1. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxs qaçıb
gizləndikdə və ya digər səbəblərdən barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə;
104.1.2. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi
ilə əlaqədar inzibati xəta haqqında iş üzrə
icraatda iştirakı mümkün olmadıqda;
104.1.3. inzibati xətanı törədən şəxs
müəyyən olunmadıqda.
104.2. İnzibati xətalar haqqında iş üzrə
icraatın dayandırılmasına qədər səlahiyyətli
vəzifəli şəxs, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
iştirakı olmadan həyata keçirilməsi mümkün
olan bütün prosessual hərəkətləri aparmalı,
bu Məcəllənin 104.1.1 və 104.1.3-cü maddələrində
nəzərdə tutulmuş və inzibati xəta haqqında
iş üzrə icraatın dayandırılması
üçün səbəb olmuş halların aradan
qaldırılması üçün bütün tədbirləri
görməlidir.
104.3. İnzibati xəta haqqında iş üzrə
icraat səlahiyyətli vəzifəli şəxsin qərarı
ilə dayandırılır. İnzibati xəta haqqında
iş üzrə icraatın dayandırılması
haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində
qeyd edilən məlumatlar göstərilir.
104.4. İnzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması haqqında qərarı qəbul
edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində
həmin qərarın surətini müvafiq prokurora göndərməlidir.
104.5. Prokuror inzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması haqqında qərarı
aldığı vaxtdan bir ay müddətində həmin qərarın
qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin
tətbiq edilməsinin düzgünlüyünü
yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror
müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli
şəxsdən inzibati xəta haqqında iş üzrə
icraatın materiallarını tələb etdikdə,
materiallar bir gün ərzində prokurora təqdim edilməlidir.
104.6. Prokuror inzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması haqqında qərarın bu
Məcəllənin 104.1-ci maddəsi pozulmaqla qəbul
edildiyini müəyyən etdikdə, həmin qərarın ləğv
edilməsi barədə qərar qəbul edir və onun surətini
qərarı qəbul etmiş səlahiyyətli vəzifəli
şəxsə göndərir. Bu halda prokuror həmçinin
səlahiyyətli vəzifəli şəxs barəsində bu
Məcəllənin 596.3-cü maddəsində nəzərdə
tutulmuş inzibati
xəta haqqında iş üzrə icraatın
başlanması haqqında qərar qəbul edir.[91]
104.7. İnzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması haqqında qərarın ləğv
edilməsi barədə qərar qəbul edildikdə və ya
bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində
göstərilən hallar aradan qaldırıldıqda, səlahiyyətli
vəzifəli şəxsin qərarı ilə inzibati xəta
haqqında iş üzrə icraat təzələnir və bu
barədə 48 saat ərzində müvafiq prokurora
yazılı məlumat verilir.
104.8. Bu Məcəllənin 38-ci maddəsində
nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş
üzrə dayandırılmış icraata xitam verilir.
Qeyd: Bu Məcəllənin 104.4 – 104.7-ci və 596-cı
maddələrində “səlahiyyətli vəzifəli
şəxs” dedikdə hakim nəzərdə tutulmur.
Maddə 105. İnzibati xəta
haqqında işin icraatına xitam verilməsi
105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə
tutulmuş hallardan hər hansı biri olduqda, icraatında
inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan
(vəzifəli şəxs) inzibati xəta haqqında işin
icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
105.2. İnzibati xəta haqqında işin icraatına
xitam verilməsi haqqında qərarın surəti barəsində
belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş
şəxsə göndərilir.
İnzibati xəta haqqında işlərə
baxılması
Maddə 106. İnzibati xəta
haqqında işin baxılmağa hazırlanması
106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
inzibati xətalar haqqında işlərə baxarkən
aşağıdakı məsələləri həll edir:
106.0.1. işin baxılması onun səlahiyyətinə
aiddirmi;
106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli
şəxs tərəfindən baxılmasını istisna edən
hallar mövcuddurmu;
106.0.3. inzibati xəta haqqında protokol və işin
digər materialları bu Məcəllənin tələblərinə
müvafiq olaraq tərtib edilmişdirmi;
106.0.4. işin icraatını rədd edən hallar
mövcuddurmu;
106.0.5. mahiyyəti üzrə baxılması
üçün işdə kifayət qədər sübutlar
toplanmışdırmı;
106.0.6. işə baxılmasının yeri və
vaxtı barədə işdə iştirak edən şəxslər
məlumatlandırılıbmı;
106.0.7. iş üzrə vəsatətlər və
etiraz etmə vardırmı.
Maddə 107. Hakim, kollegial
orqanın üzvü, vəzifəli şəxs tərəfindən
işin baxılmasını istisna edən hallar
107.0. İnzibati xəta haqqında işin
baxılması icraatına verilmiş hakim, kollegial orqanın
üzvü, vəzifəli şəxs aşağıdakı
hallarda bu işə baxa bilməz:
107.0.1. o, barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin, zərər
çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin,
müdafiəçinin və ya nümayəndənin
qohumudursa;
107.0.2. o, şəxsən düzünə və ya
dolayısı ilə işin həllində
maraqlıdırsa.
Maddə 108. Hakimin, kollegial
orqanın üzvünün, vəzifəli şəxsin
özü-özünə etiraz etməsi və ya onlara etiraz
etmə
108.1. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə
tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli
şəxs özü-özünə etiraz etməlidir.
Özü-özünə etiraz etmə barədə ərizə
müvafiq məhkəmənin sədrinə, kollegial
orqanın sədrinə, yuxarı vəzifəli şəxsə
verilir.
108.2. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə
tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxs, zərər
çəkmiş şəxs, fiziki şəxsin qanuni
nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi,
müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən
hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli
şəxsə etiraz edir.
108.3. Ərizəyə icraatında inzibati xəta
haqqında iş olan hakim, kollegial orqan və vəzifəli
şəxs tərəfindən baxılır.
108.4. Ərizəyə baxmanın nəticəsi barədə
onun təmin edilməsi və ya təmin edilməməsi
haqqında qərardad qəbul edilir.
Maddə 109. İnzibati xəta
haqqında işin baxılmağa hazırlanması zamanı
qərarın (qərardadın) qəbul edilməsi
109.1. İnzibati xəta haqqında işin
baxılmağa hazırlanması zamanı
aşağıdakı məsələlər barəsində
qərardad qəbul edilir:
109.1.1. işin baxılması tarixinin və yerinin təyin
edilməsi;
109.1.2. işin baxılmasında iştirak etmək
üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində
göstərilən şəxslərin
çağırılması;
109.1.3. iş barəsində zəruri olan əlavə
materialların tələb edilməsi;
109.1.4. ekspertizanın təyin edilməsi;
109.1.5. işə baxılmanın təxirə salınması;
109.1.6. protokol və digər materiallar səlahiyyəti
olmayan şəxslər tərəfindən tərtib edildikdə,
protokol və digər sənədlər düzgün tərtib
olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda,
işə baxılarkən tamamlamaq mümkün olmadıqda,
inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin
onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri
qaytarılması;
109.1.7. əgər bu məsələnin
baxılması hakimin, orqanın (vəzifəli şəxsin)
səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial
orqanın üzvünə, vəzifəli şəxsə
etiraz etmə barədə qərardad
çıxarılmışdırsa, inzibati xəta
haqqında protokolun və ya digər materialların
baxılması üçün aidiyyəti üzrə
göndərilməsi.
109.2. Bu Məcəllənin 53 və 104.1-ci maddələrində
nəzərdə tutulmuş hallar olduqda inzibati xəta
haqqında iş üzrə icraata xitam verilməsi və ya
inzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması barədə qərar qəbul edilir.
109.3. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin
nümayəndəsinin, yetkinlik yaşına
çatmayanların qanuni nümayəndəsinin, habelə
şahidlərin üzrlü səbəblər olmadan
çağırış üzrə gəlməkdən qəsdən
boyun qaçırması nəticəsində inzibati xəta
haqqında iş üzrə icraatın baxılması təxirə
salındıqda, bu isə inzibati xəta haqqında işin
hallarının tam, ətraflı, obyektiv və vaxtında
araşdırılmasına və onun ədalətli həll
olunmasına mane olarsa, inzibati
xətanın baxıldığı yer üzrə məhkəmə
həmin şəxslərin gətirilməsi barədə qərardad
qəbul edə bilər.
Maddə 110. İnzibati xəta
haqqında işin baxılması yeri
110.1. İnzibati xəta haqqında işə onun
törədildiyi yerdə baxılır. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin vəsatətinə əsasən inzibati xəta
haqqında işə onun yaşadığı yer üzrə
baxıla bilər.KMQ10
110.2. Yetkinlik yaşına çatmayanlar barəsində
inzibati xətalar haqqında işlərə şəxsin
yaşadığı yer üzrə baxılır.
110.3. Nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılmasına səbəb
ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminin məlumatları
nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci
maddəsində nəzərdə
tutulmuş qaydada baxılır.
Maddə 111. İnzibati xətalar
haqqında işlərə baxılması müddətləri
111.1. İnzibati xəta haqqında işə
baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs)
bu cür işlərə inzibati xəta haqqında protokolu və
işin digər materiallarını aldığı vaxtdan on
beş gün müddətində baxır.
111.2. İnzibati xəta haqqında iş üzrə
icraatın iştirakçılarının vəsatəti və
ya əlavə müəyyən edilməli hallar olarsa, işə
baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
özünün əsaslandırılmış qərardadı
ilə işin baxılmasını bir ayadək müddətə
uzadır.
111.3. İnzibati həbs tənbeh növü nəzərdə
tutan inzibati xətalar haqqında işlərə inzibati xəta
haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan
şəxslər barəsində isə onların tutulduğu
vaxtdan ən geci 48 saat keçənədək baxılır.
Maddə 112. İnzibati xəta
haqqında işə baxılma qaydası
112.1. İnzibati xəta haqqında işə
baxılarkən:
112.1.1. işə baxan şəxs, baxılan işin
qısa məzmunu, işinə baxılan şəxs elan
olunur;
112.1.2. inzibati məsuliyyətə cəlb edilən
fiziki şəxsin və ya hüquqi şəxsin qanuni
nümayəndəsinin, habelə işin baxılmasında
iştirak edən digər şəxslərin iştirakı
müəyyənləşdirilir;
112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin
və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin
və nümayəndənin səlahiyyətləri müəyyən
edilir;
112.1.4. iş üzrə icraatda iştirak edən
şəxslərin gəlməmələrinin səbəbləri
araşdırılır və həmin şəxslərin
iştirakı olmadan işə baxılma və ya işə
baxılmanın başqa vaxta keçirilməsi məsələsi
həll edilir;
112.1.5. işin baxılmasında iştirak edən
şəxslərə onların hüquqları və vəzifələri
izah olunur;
112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər
həll edilir.
112.2. Aşağıda göstərilən hallarda
işə baxılmanın başqa vaxta keçirilməsi barədə
qərardad qəbul edilir:
112.2.1. əgər etiraz etmə işin mahiyyəti
üzrə baxılmasına mane olursa, özü-özünə
etiraz etmə və ya işə baxan hakimə, vəzifəli
şəxsə, yaxud kollegial orqanın üzvünə etiraz
etmə barədə ərizə daxil olduqda;
112.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə
etiraz etmə işin mahiyyəti üzrə baxılmasına
mane olduqda;
112.2.3. işdə iştirak edən şəxsin gəlməsi
və ya əlavə sənədlərin tələb
olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda.
112.3. Bu Məcəllənin 109.3-cü maddəsinə
müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi
barədə qərardad çıxarılır.
112.4. Bu Məcəllənin 110-cu maddəsinə
müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi
barədə qərardad çıxarılır.
112.5. İşə baxılma davam edərsə,
inzibati xəta haqqında protokol, zəruri hallarda isə
işin digər materialları elan edilir. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin,
inzibati xəta haqqında iş üzrə icraatda iştirak
edən digər şəxslərin, habelə mütəxəssisin
izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar
araşdırılır, işə baxılmada prokuror
iştirak etdikdə, onun rəyi dinlənilir.
Maddə 113. İnzibati xəta
haqqında işə baxma ilə əlaqədar iclas
protokolunun məzmunu
113.1. İnzibati xəta haqqında işə kollegial
orqan və ya məhkəmə tərəfindən baxılarkən
iclas protokolu tərtib olunur.
113.2. İnzibati xəta haqqında işə baxma ilə
əlaqədar iclas protokolunda aşağıdakılar
göstərilir:
113.2.1. işə baxılmanın tarixi və yeri, iclasın başlanma və qurtarma
vaxtı;
113.2.2. işə baxan kollegial orqanın
adı və tərkibi, yaxud hakimin və məhkəmə iclasının katibinin
adı;
113.2.3. baxılan işin qısa məzmunu;
113.2.4. işdə iştirak edən şəxslərin
gəlməsi haqqında məlumatlar;
113.2.5. işdə iştirak edən şəxslərə
onların prosessual hüquq və vəzifələrinin elan
edilməsinə dair məlumatlar;
113.2.6. etirazlar, vəsatətlər və onların
baxılmasının nəticələri;
113.2.7. işə baxılmasında iştirak edən
şəxslərin izahatları və rəyləri;
113.2.8. iclas vaxtı edilmiş çıxışların məzmunu;
113.2.9. işə baxılarkən tədqiq edilən sənədlər
barədə məlumatlar;
113.2.10. yazılı sübutların elan edilməsinə dair
məlumatlar, maddi sübutların müayinəsinə, səs
yazılarının dinlənilməsinə, videoyazılara
baxılmasına dair məlumatlar;
113.2.11. işdə iştirak edən şəxslərə
protokolla tanış olmaq və ona dair qeydlər vermək
hüquqlarının izah olunmasına dair məlumatlar;
113.2.12. protokolun tərtib olunma tarixi.
113.3. Kollegial orqanın iclasının protokolu iclasa sədrlik
edən və katib tərəfindən, məhkəmə
iclasının protokolu isə hakim və məhkəmə iclasının katibi tərəfindən imzalanır.
113.4.
Protokol inzibati xəta haqqında işə baxma ilə əlaqədar
iclas qurtardıqdan sonra 5 gündən gec olmayaraq tərtib
edilməli və imzalanmalıdır.
Maddə 114. İnzibati xəta
haqqında işə baxılarkən çıxarılan qərar
(qərardad)
114.1. İnzibati xəta haqqında
işə baxılarkən aşağıdakı məsələlər
barəsində qərar çıxarılır:
114.1.1. inzibati tənbeh vermə
haqqında;
114.1.2. inzibati
cərimənin şərti olaraq tətbiq edilməsi
haqqında;
114.1.3. inzibati xəta haqqında iş
üzrə icraatın dayandırılması haqqında;
114.1.4. inzibati xəta haqqında iş
üzrə icraata xitam verilməsi haqqında.
114.2. İnzibati xəta haqqında iş üzrə
icraata xitam verilməsi haqqında qərar
aşağıdakı hallarda çıxarılır:
114.2.1. bu Məcəllənin 53-cü maddəsində
nəzərdə tutulan hallardan biri mövcud olduqda;
114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə
müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək
barədə qərar qəbul edilməsi üçün
materiallar müvafiq icra
hakimiyyəti orqanına göndərildikdə;
114.2.3. inzibati xəta haqqında işdə cinayətin
əlamətləri olduqda, iş üzrə materiallar
prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə;KMQ17
114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə
müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyaya
(kollegial orqana) göndərildikdə.
114.3. İnzibati xəta haqqında işə
baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta
haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərilməsi
barədə qərardad çıxarılır.
114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən inzibati xəta haqqında işə baxılarkən
çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi
olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin
qərarın
(qərardadın) formaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Maddə 115. İnzibati xəta
haqqında iş üzrə qərar
115.1. İnzibati xəta haqqında iş üzrə qərarda
aşağıdakılar göstərilir:
115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli
şəxsin vəzifəsi, soyadı, adı, atasının
adı, kollegial orqanın adı və tərkibi;
115.1.2. işin baxılması tarixi və yeri;
115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o
cümlədən vətəndaşın fərdi
identifikasiya nömrəsi;
115.1.4. işə baxılarkən müəyyən
edilmiş hallar;
115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə
tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə
tətbiq edilən inzibati tənbeh növü;
115.1.6. inzibati cərimə şərti
olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan
qaldırılması üçün müəyyən
edilmiş müddət və bu müddətdə
hüquqpozma aradan qaldırıldığı təqdirdə,
cərimənin ödənilməməsi barədə qeyd;
115.1.7. iş üzrə icraata xitam verilməsi
və ya dayandırılması üçün əsas olan
bu Məcəllənin müvafiq maddəsi;
115.1.8. qərardan şikayət verilməsi
müddəti və qaydası.
115.2. İnzibati xətaya görə inzibati tənbeh
tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin
ödənilməsi, həmçinin
inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş,
narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə
məcburi müalicənin təyin edilməsi məsələləri
hakim tərəfindən həll edilir.
115.3. İnzibati xətaya görə
inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə
ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan
şəxslər barəsində məcburi müalicənin tətbiqi
məsələsi hakim tərəfindən həll edilir.
115.4. İnzibati xəta haqqında iş üzrə qərarda
götürülmüş əşyalar və sənədlər
barədə məsələlər aşağıdakı
qaydada həll olunmalıdır:
115.4.1. dövriyyədən
çıxarılmamış sənədlər və əşyalar
onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən
edilmədikdə isə dövlətin mülkiyyətinə
verilməlidir;
115.4.2. dövriyyədən
çıxarılmış əşyalar aidiyyəti
dövlət orqanlarına (qurumlarına)
verilməli, yaxud məhv edilməlidir; [92]
115.4.3. maddi sübut hesab edilən sənədlər
inzibati xəta haqqında işdə müəyyən
edilmiş saxlama müddəti ərzində saxlanılır və
ya sahibinə verilir;
115.4.4. alınmış orden, medal, döş
nişanları onların qanuni sahibinə qaytarılır,
qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti
orqanına göndərilir.
115.5. İnzibati xəta haqqında
iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial
orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli
şəxs tərəfindən imzalanır.
Maddə 116.
İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi
116.1. Eyni inzibati xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsi
halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209,
279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395,
518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və
603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı
törətmiş şəxs barəsində səlahiyyətli
orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti
olaraq tətbiq edilməsi haqqında qərar
çıxarır.[93]
116.2. İnzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında qərarda
şəxsin törətdiyi hüquqpozmanı aradan
qaldırması üçün müddət nəzərdə
tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın
aradan qaldırılmasının mürəkkəbliyi və
bunun üçün əlavə vaxtın tələb
olunması nəzərə alınaraq bir aydan iki ayadək
müəyyən olunur.
116.3. Bu Məcəllənin
116.2-ci maddəsində nəzərdə tutulan müddətdə
hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə
ödənilmir. Əks təqdirdə, inzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə
tutulan cərimə ödənilməlidir. Cərimənin
ödənilməsi şəxsi törətdiyi
hüquqpozmanın aradan qaldırılması öhdəliyindən
azad etmir.
116.4. İnzibati xəta
törətmiş şəxs hüquqpozmanı aradan
qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində
nəzərdə tutulan müddət ərzində inzibati xəta
haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli
şəxsə) bu barədə məlumat verməlidir. Həmin
məlumatın verildiyi gündən bu Məcəllənin
116.2-ci maddəsində nəzərdə tutulan müddətin
axımı dayanır. İşə baxan səlahiyyətli
orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi
gündən 5 iş günü müddətində bu məlumatın
düzgünlüyünü araşdırır və
araşdırmanın nəticəsi barədə inzibati xəta
törətmiş şəxsə yazılı bildiriş
göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə,
hüquqpozmanın aradan qaldırılması müddətinin
axımı məlumatın daxil olduğu gündən bərpa
olunur.[94]
Maddə 117. İnzibati xəta
haqqında iş üzrə qərarın elan edilməsi
117.1. İnzibati xəta haqqında iş üzrə qərar
onun baxılmasından dərhal sonra elan olunur.
117.2. Qərarın surəti iki gün müddətində
barəsində qərar qəbul edilmiş fiziki şəxsə,
hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş
şəxsə verilir.
Maddə 118. İnzibati xəta
haqqında iş üzrə qərardad
118.1. İnzibati xəta haqqında qərardadda
aşağıdakılar göstərilir:
118.1.1. qərardad çıxarmış hakimin, vəzifəli
şəxsin vəzifəsi, soyadı, adı, atasının
adı, kollegial orqanın adı və tərkibi;
118.1.2. ərizənin, vəsatətin, işin
materiallarının baxılma tarixi və yeri;
118.1.3. ərizə, vəsatət vermiş və ya
işinə baxılan şəxs haqqında məlumat;
118.1.4. ərizənin, vəsatətin məzmunu;
118.1.5. ərizəyə, vəsatətə, işin
materiallarına baxılarkən müəyyən edilən
hallar;
118.1.6. ərizəyə, vəsatətə, işin
materiallarına baxılmasının nəticəsi.
118.2. İnzibati xəta haqqında iş üzrə qərardad
onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik
edən şəxs və vəzifəli şəxs tərəfindən
imzalanır.
Maddə 119. İnzibati xətanın
törədilməsinə kömək edən səbəbləri
və şəraiti aradan qaldırmaq haqqında təqdimat
119.1. İnzibati xəta haqqında işə baxan
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
inzibati xətanın törədilməsinə kömək edən
səbəbləri və şəraiti müəyyən
etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara,
vəzifəli şəxslərə onların aradan
qaldırılması üçün tədbirlər görmək
haqqında təqdimat verir.
119.2. Təqdimatın alındığı gündən
bir ay ərzində həmin müəssisələr, idarələr,
təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat
vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) görülən tədbirlər haqqında
məlumat verməyə borcludurlar.
Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi və avtomobil yollarından istifadə
qaydaları əleyhinə olan inzibati xətalar haqqında
işlərə baxılmanın xüsusiyyətləri[95]
Maddə 120. Yol hərəkəti
qaydaları, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından
istifadə qaydaları əleyhinə olan
inzibati xətalar haqqında işlərə baxılmanın
ümumi qaydası[96]
Bu Məcəllənin 327 - 356-cı maddələrində
nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından
istifadə qaydaları əleyhinə olan inzibati xətalar
haqqında işlərə, bu fəsillə müəyyən
edilmiş xüsusiyyətlər nəzərə alınmaqla,
bu Məcəllə ilə müəyyən edilmiş qaydada
baxılır.[97]
Maddə 121. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xəta haqqında iş
üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli
orqana çağırılmasının yolverilməzliyi
Bu Məcəllənin 122.7, 122.8
və 124.3-cü maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla, yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xəta haqqında iş
üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən
çağırılması qadağandır.
Maddə 122. İnzibati xəta
hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edildikdə icraatın aparılması qaydası
122.1. Bu Məcəllənin 327.1
- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və
469.3-cü maddələrində nəzərdə tutulmuş
xətalar foto və ya video qeydiyyat funksiyalarına malik
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edildikdə, xüsusi texniki vasitələrin məlumatları
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminin proqram təminatı əsasında real vaxt
rejimində elektron formada birbaşa həmin mərkəzi
informasiya sisteminə ötürülür, inzibati xətanı
törətmiş şəxsin iştirakı olmadan real vaxt
rejimində, “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh
vermə haqqında elektron qərar çıxarılır və həmin
mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının
elektron imzası ilə təsdiqlənir. Təsdiq
edilmiş həmin qərar real vaxt rejimində,
xüsusi texniki vasitələrin məlumatları əlavə
edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminə göndərilir.[98]
122.2. İnzibati tənbeh
vermə haqqında elektron qərar müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına
əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat
vasitəsini icarə və ya digər əşya
hüquqlarına dair müqavilə və ya nəqliyyat
vasitəsindən istifadə etmə və ya ona dair sərəncam
vermə hüquqları ilə bağlı etibarnamə əsasında
sonuncu dəfə təkrar dövlət qeydiyyatından
keçirilərkən qeydiyyata götürülmüş
şəxs, hüquqi şəxsin mülkiyyətində və
ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat
vasitəsinin sürücüsü, belə məlumat
olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan
fiziki şəxs) barəsində çıxarılır.[99]
122.3. İnzibati tənbeh
vermə haqqında elektron qərarda bu Məcəllənin
115.1-ci maddəsində nəzərdə tutulanlarla
yanaşı aşağıdakılar göstərilir: [100]
122.3.1. inzibati xətanın
aşkar edilməsində istifadə olunmuş xüsusi texniki
vasitələrlə əldə edilən məlumatlar (inzibati
xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat
vasitəsinin sürücüsü tərəfindən
törədildiyini sübut edən foto və ya video materiallar əlavə
edilməklə);
122.3.2. inzibati xəta haqqında
elektron protokolla əlaqədar vəsatət verilməsi
qaydası;[101]
122.3.3. inzibati cərimənin məbləği
və ödənilməsi qaydası.
122.4. İnzibati xəta hadisəsinin
fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə
tutulmuş xəta hadisəsinin həmçinin
videoyazısı həmin inzibati xəta
haqqında is üzrə icraat başa çatanadək və hər
bir halda inzibati xəta haqqında iş üzrə qərar
barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan
üç aydan az olmayan müddətdə
saxlanılmalıdır.[102]
122.5. Foto və ya
video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edilmiş inzibati xətalara
görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş
belə xətalar haqqında inzibati xəta haqqında protokol
tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə
haqqında qərar çıxarmaq qadağandır.
Bütün foto və ya video qeydiyyat funksiyalarına malik
xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə inteqrasiya
olunaraq, həmin texniki vasitələrin köməyi ilə
aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin
122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada
elektron qərar çıxarılır.[103]
122.6. Barəsində bu Məcəllənin
122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar
çıxarılmış şəxs bu Məcəllənin
125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən
olunmuş qaydada məlumatlandırıldığı vaxtdan
təyin olunmuş cəriməni ödəyə bilər.[104]
122.7. Barəsində bu Məcəllənin
122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar
çıxarılmış şəxs inzibati xətanın
törədilməsi zamanı nəqliyyat vasitəsinin digər
şəxsin sahibliyində və ya istifadəsində
olması, yaxud digər şəxslərin qanunsuz əməlləri
nəticəsində onun sahibliyindən çıxması ilə
bağlı və ya digər səbəbdən qərarla
razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin
126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
və ya məhkəməyə şikayət verə bilər.
Şikayət verən şəxs inzibati xətanın törədilməsi
zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair
ehtimalını şikayətdə göstərə bilər.
Şikayətdə göstərilən məlumatlar təsdiq
olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv
edilir və inzibati xətanı törətmiş şəxsin
inzibati məsuliyyətə cəlb edilməsi
üçün müvafiq tədbirlər görülür.[105]
122.8. İnzibati tənbeh vermə
haqqında elektron qərardan şikayət vermiş şəxsin
tələbi ilə ona həmin inzibati xətanın qeydə
alınmasının texnologiyası əyani şəkildə
göstərilməlidir.[106]
Maddə 123. Foto və
ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edilən və hüquqi
şəxsə (dövlət
qurumuna) məxsus nəqliyyat vasitəsinin
istifadəçisi tərəfindən törədilən
inzibati xəta haqqında iş üzrə icraatın
aparılması qaydası[107]
123.1. Bu Məcəllənin
122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar
hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud
dövlət qurumunun istifadəsində olan nəqliyyat
vasitəsinin sürücüsü tərəfindən
törədildikdə və müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində inzibati xətanın
törədilməsi zamanı nəqliyyat vasitəsini idarə
etmək hüququna malik fiziki şəxs barədə məlumat
olmadıqda, həmin hüquqi şəxsə (dövlət
qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
bu barədə dərhal sorğu göndərilir.[108]
123.2. Hüquqi şəxsin (dövlət
qurumunun) müvafiq vəzifəli şəxsi
sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün
müddətində inzibati xətanın törədilməsi
zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna
malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli
şəxsə) məlumat verməlidir. Səlahiyyətli
orqan (vəzifəli şəxs) belə məlumatı
aldığı vaxtdan 3 gün müddətində barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin iştirakı olmadan inzibati tənbeh
vermə haqqında qərar çıxarır. İnzibati tənbeh
vermə haqqında qərar həmin
günün sonunadək müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sistemində yerləşdirilir və
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin qərar barədə
bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.[109]
123.3. Bu Məcəllənin
123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya
cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli
şəxsi bu Məcəllənin 347-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə
görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud
dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə
cəlb olunması onu müvafiq məlumatı təqdim etmək
vəzifəsindən, fiziki şəxsi isə törətdiyi
əmələ görə məsuliyyətdən azad etmir.[110]
Maddə 124. İnzibati xəta
hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən
bilavasitə aşkar edildikdə icraatın aparılması
qaydası
124.1. İnzibati xətalar
haqqında işlərə baxmaq hüququ rayon (şəhər)
məhkəmələrinə aid edilmiş yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə
olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə
ilə müəyyən olunmuş qaydada inzibati xəta
haqqında protokol tərtib edilir və baxılmaq
üçün məhkəməyə göndərilir. Məhkəmə
inzibati xəta haqqında iş üzrə qərar qəbul
etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi
informasiya sisteminə yerləşdirilməsi üçün
müvafiq icra hakimiyyəti orqanına göndərir.
Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı
daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi
informasiya sisteminə yerləşdirir. Barəsində inzibati
xəta haqqında iş üzrə qərar
çıxarılmış şəxs həmin qərar barədə
bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırılır.[111]
124.2. İnzibati xətalar
haqqında işlərə baxmaq hüququ səlahiyyətli
orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə
olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə aşkar edildikdə və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə
razılaşdıqda, inzibati tənbeh tətbiq etmə
haqqında qərar çıxarılır.
124.3. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs
inzibati xəta hadisəsinin mövcudluğu ilə
razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs
inzibati xəta haqqında protokol tərtib edir.
124.4. İnzibati tənbeh tətbiq
etmə haqqında qərar və ya inzibati xəta haqqında
protokol operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompüter vasitəsilə
tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda
həmin günün sonunadək müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində yerləşdirilir
və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə bu Məcəllənin
125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu
barədə məlumat verilir. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın və ya inzibati xəta
haqqında protokolun kağız daşıyıcıda surəti
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
yerindəcə barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsə, həmçinin
belə müraciəti olduqda inzibati xəta haqqında iş
üzrə zərər çəkmiş şəxsə
verilir. Bu
Məcəllənin 124.3-cü maddəsində nəzərdə
tutulmuş hallarda inzibati xəta haqqında protokol
baxılması üçün yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərilir.
Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
həmin iş üzrə qəbul edilən qərar qəbul
edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemində yerləşdirilir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə həmin qərar barədə bu Məcəllənin
125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
124.5. Bu Məcəllənin 346.1
və ya 346.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxs
nəqliyyat vasitəsinin yanında olmadığı və
həmin nəqliyyat vasitəsi yol hərəkəti və
piyadaların hərəkətinə maneə
yaratdığı hallarda, habelə bu Məcəllənin
346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta
törətmiş şəxsin iştirakı olmadan foto və
ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin
istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat
vasitəsi ən yaxın mühafizə edilən
duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat
vasitəsinin aparıldığı duracağın
ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında
qərar operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompüter vasitəsilə
tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində yerləşdirilir
və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin qərar barədə
bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.[112]
Qeyd:
Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti
və piyadaların hərəkətinə maneə
yaratdığı hallar” dedikdə dayanma və ya durma
qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə
olunan duracağa aparılmamasının tıxac yaranmasına
və digər nəqliyyat vasitələrinin və
piyadaların hərəkətini mühüm dərəcədə
məhdudlaşdırılmasına səbəb olduğu
hallar başa düşülür.[113]
124.6. Bu Məcəllənin 346.1 346.2,
346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində
nəzərdə tutulmuş inzibati xətanı törətmiş
şəxs nəqliyyat vasitəsinin yanında
olmadığı və nəqliyyat vasitəsinin mühafizə
edilən duracağa aparılması mümkün
olmadığı hallarda inzibati xəta törətmiş
şəxsin iştirakı olmadan foto və ya video çəkiliş
aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə
inzibati tənbeh vermə haqqında qərar çıxarılır.
İnzibati xəta hadisəsinin baş verdiyini və hansı
nəqliyyat vasitəsinin sürücüsü tərəfindən
törədildiyini sübut edən foto və ya video materiallar əlavə
olunmaqla, həmin qərarın surəti nəqliyyat
vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati
tənbeh vermə haqqında qərar operativ nəqliyyat
vasitəsində quraşdırılmış bort-kompüter
vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sistemində
yerləşdirilir və barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə
həmin qərar barədə bu Məcəllənin
125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə
tutulmuş qaydada məlumat verilir. [114]
Maddə 125. İnzibati xəta
haqqında protokol və inzibati xəta haqqında iş
üzrə qərar barədə məlumatlandırma
125.1. Müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş
inzibati xəta haqqında protokol və ya inzibati xəta
haqqında iş üzrə qərar həmin anda elektron
qaydada, həmçinin müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminə yerləşdirilir.
125.2. İnzibati xətanı
törətmiş nəqliyyat vasitəsinin istifadəçisi
(həmçinin mülkiyyətində və ya istifadəsində
olan nəqliyyat vasitələri ilə əlaqədar
hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat
vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta
haqqında protokol və inzibati xəta haqqında iş
üzrə qərar barədə aşağıdakı
qaydada məlumatlandırılır:[115]
125.2.1. müvafiq icra hakimiyyəti
orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya
inzibati xəta haqqında iş üzrə qərarı və
onların əlavələrini hər bir nəqliyyat vasitəsinin
istifadəçisi üçün internet informasiya resursunda
yaradılmış elektron kabinetə dərhal yerləşdirir
və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin elektron ünvanına (olduğu
halda) göndərir;[116]
125.2.2. eyni zamanda müvafiq icra
hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi
istifadəçisinin elektron kabinetində olan mobil
telefon nömrəsinə inzibati xəta törətməsi,
törətdiyi xətanın qısa məzmunu, xətanın
törədildiyi yer və vaxt, bu Məcəllənin hansı
maddəsinə əsasən inzibati məsuliyyətə cəlb
olunması, cərimənin məbləği, inzibati xəta
haqqında elektron protokolun və ya inzibati xəta
haqqında iş üzrə qərarın nömrəsi, həmin
sənədlə və ona əlavə edilmiş materiallarla
tanış ola biləcəyi elektron kabinetin internet
ünvanı və daxilolma qaydası barədə ödənişsiz
SMS məlumatı dərhal göndərir;[117]
125.2.3. inzibati tənbeh vermə
haqqında elektron qərar əlavə edilmiş materiallarla
birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemi tərəfindən kağız
daşıyıcıda çap olunaraq, bu Məcəllənin
57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş
rəsmi qaydada verilməsi üçün 2 gün ərzində
müvafiq icra hakimiyyəti orqanına göndərilir.[118]
125.3. Nəqliyyat vasitəsinin
istifadəçisi üçün internet informasiya resursunda
yaradılmış elektron kabinetdə şəxsin
hansı tarixdə inzibati xəta haqqında protokol və ya
inzibati xəta haqqında iş üzrə qərar barədə
bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırılması haqqında
qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti
orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci
maddəsində nəzərdə tutulmuş SMS məlumatın
nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı
vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin
bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə
tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati
xəta haqqında iş üzrə qərarla və onun əlavələri
ilə tanış olduğu vaxt barədə məlumatları
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə göndərməlidir. SMS məlumatın
nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı
vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin
bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə
tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati
xəta haqqında iş üzrə qərarla və onun əlavələri
ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin
nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə
yerləşdirilir və onun elektron ünvanına (olduğu
halda) göndərilir.[119]
125.4. Foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi
ilə aşkar edilmiş inzibati xətalara görə
çıxarılmış inzibati tənbeh vermə
haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci
maddələrində nəzərdə tutulmuş qaydada
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sifarişli poçt göndərişi
vasitəsilə rəsmi çatdırılması barədə
məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müvafiq icra hakimiyyəti
orqanlarının informasiya sistemlərinə göndərilir.[120]
125.5. “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin
II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş
nəqliyyat vasitəsini dövlət qeydiyyatından
keçirərkən fiziki şəxslər qeydiyyatda
olduğu və yaşadığı ünvanı, mobil
telefon nömrəsini və olduğu halda elektron
ünvanını və sürücülük vəsiqəsinin
nömrəsini, hüquqi şəxslər (dövlət
qurumları) isə nəqliyyat vasitəsinin idarə
edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi
sürücüsünün) müvafiq məlumatlarını
dövlət qeydiyyatını həyata keçirən orqana
verməli və həmin məlumatlar dəyişdikdə,
onları 3 gün müddətində yeniləməlidirlər.
Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon,
poçt və internet vasitəsilə elektron qaydada verilməsi
və yenilənməsi, habelə nəqliyyat vasitəsinə bir
neçə şəxsin sahiblik hüququ olduqda həmin şəxslərdən
birinin elektron müraciəti əsasında onun bu Məcəllənin
122.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat
vasitəsinin istifadəçisi qismində qəbul edilməsi
və inzibati xəta haqqında elektron qərarların onun barəsində
çıxarılması
üçün müvafiq imkanların olmasını təmin
etməlidir.[121]
125.6.
Müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə daxil
edilmiş, bu Məcəllənin 125.5-ci maddəsində nəzərdə tutulmuş
məlumatlar
müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə
də göndərilir.[122]
125.7. Elektron
kabinetdə şəxsə aid, qüvvədə olan (icra
olunmamış, ödənilməmiş) inzibati xəta
haqqında iş üzrə qərar və ya yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə
olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulan inzibati xəta
haqqında protokol yoxdursa, o, həmin tarixə bu barədə
çap və ya elektron formada çıxarış əldə
edə bilər.[123]
125.8. İnzibati
xəta haqqında elektron protokol və ya inzibati xəta
haqqında iş üzrə qərar elektron kabinetdə
yerləşdirilməyənədək onun icra olunması (o
cümlədən cərimə növündə inzibati tənbeh
tədbirinin ödənilməsi, dəbbə pulunun
hesablanması) tələb edilə bilməz, həmin səbəbdən
nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq
duracağa gətirilə bilməz.[124]
Maddə 126. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayətə
baxılma qaydası
126.1. Barəsində inzibati xəta haqqında
iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti
qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə
olan inzibati xətaların törədilməsinə görə
inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin
57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada
verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) və ya məhkəməyə
şikayət edə bilər. Şikayət
şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə
göndərilə bilər.[125]
126.2. Yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) inzibati xəta
haqqında iş üzrə qərardan şikayət verildikdə,
yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs)
videomüşahidə vasitələrinin qeydə
aldığı videoyazıya baxış keçirməklə
və araşdırma aparmaqla qərarın ləğv edilməsi
üçün əsaslar müəyyən etdikdə,
inzibati xəta haqqında iş üzrə qərarı ləğv
edir, belə əsaslar müəyyən olunmadıqda isə
inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən
saxlanılması barədə qərar qəbul edilir.
126.3. Bu Məcəllənin
126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemində yerləşdirilir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə həmin qərar barədə bu Məcəllənin
125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
Maddə 127. Yol hərəkəti
qaydaları, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından
istifadə qaydaları əleyhinə olan
inzibati xətaların törədilməsinə görə
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar
xətalar üzrə icraatın aparılması qaydası
Bu Məcəllənin 529.3-cü
maddəsində nəzərdə tutulmuş inzibati xətanı
törətmiş şəxs bu Məcəllənin 125.2-ci
maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla,
onun iştirakı olmadan barəsində inzibati xəta
haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə
birlikdə baxılmaq üçün aidiyyəti üzrə
məhkəməyə göndərilir.
Maddə 127-1. İriqabaritli və ya ağırçəkili
nəqliyyat vasitələrinin icazə verilən çəki
və yüklə birlikdə oxa düşən kütlə
parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil
yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta
hadisəsi elektron tərəzilər və foto və ya
videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi
ilə aşkar edildikdə icraatın aparılması
qaydası
127-1.1. Bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanın törədilməsi
ilə
əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə
olan nəqliyyat vasitəsinin çəki və kütlə
parametrlərini ölçən və yol
örtüyünün altında yerləşən xüsusi
texniki vasitələrin (elektron tərəzilərin) məlumatları
əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada çıxarılır.
Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə inteqrasiya
edilməlidir.[126]
127-1.2. İnzibati tənbeh vermə haqqında
elektron qərar çəki və yüklə birlikdə
oxa düşən kütlə parametrlərinə dair tələblərin
pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin
məlumatları əlavə edilməklə elektron qaydada dərhal
müvafiq icra hakimiyyəti orqanının və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun ən yaxın nəzarət məntəqəsinə
göndərilir.[127]
127-1.3. Bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanın törədildiyi
nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı
tərəfindən nəzarət məntəqəsində
saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və
xüsusi texniki vasitələrin məlumatlarının
kağız daşıyıcıda surətləri nəqliyyat
vasitəsini idarə edən şəxsə təqdim olunur.[128]
127-1.4. Saxlanılmış nəqliyyat
vasitəsinin çəki və kütlə parametrləri nəzarət
məntəqəsində quraşdırılmış xüsusi
texniki vasitələrlə saxlanılmış nəqliyyat
vasitəsini idarə edən şəxsin iştirakı ilə
müvafiq icra hakimiyyəti orqanının və müvafiq
icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları
tərəfindən ölçülür və məlumatlar
real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sisteminə ötürülür.[129]
127-1.5. Hərəkətin davam etdirilməsi
üçün yükgöndərən
(daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən
normadan artıq yükün boşaldılması və
yükün digər nəqliyyat vasitəsilə
daşınması təmin edilməlidir.
127-1.6. Nəqliyyat vasitəsində olan
normadan artıq yükün boşaldılması və digər
nəqliyyat vasitəsilə daşınması təmin
edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin
çəki və kütlə parametrləri nəzarət məntəqəsində
quraşdırılmış xüsusi texniki vasitələrlə
saxlanılmış nəqliyyat vasitəsini idarə edən
şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti
orqanının və müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun əməkdaşları
tərəfindən ölçülərək göstəricilər
real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sisteminə ötürülür.[130]
127-1.7. Bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanı törətmiş
nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni
(müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla)
və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində
saxlanılması üçün haqqı həmin yerdə
bank və ya ödəmə terminalı vasitəsilə
ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat
vasitəsi onu idarə edən şəxsə dərhal
qaytarılır.[131]
127-1.8. Müvafiq icra hakimiyyəti orqanı və
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum inzibati cəriməni və nəqliyyat vasitəsinin nəzarət
məntəqəsində saxlanılması üçün
haqqı nəzarət məntəqəsində bank və ya
ödəmə terminalı vasitəsilə ödəmək
üçün şərait yaratmalıdırlar.[132]
127-1.9. Saxlanılmış nəqliyyat
vasitəsi nəzarət məntəqəsində
quraşdırılmış xüsusi texniki vasitələrlə
bu Məcəllənin 127-1.4-cü maddəsinə uyğun
olaraq ölçülən zaman nəqliyyat vasitəsinin icazə
verilən çəki və yüklə birlikdə oxa
düşən kütlə parametrlərinə dair tələblər
pozulmamaqla yüklənməsi müəyyən edildikdə,
saxlanılmış nəqliyyat vasitəsi hərəkətin
davam etdirilməsi üçün dərhal onu idarə edən
şəxsə qaytarılır.[133]
Maddə 127-2. Parklanmaya görə
ödənişin edilməməsi və ya parklanma yerindən
ödəniş edilmiş müddətdən artıq istifadə
üçün əlavə ödənişin edilməməsi,
habelə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma
yerində saxlanılması ilə əlaqədar inzibati xəta
hadisəsi parkomatlar və foto və ya video qeydiyyat
funksiyalarına malik texniki vasitələrin köməyi ilə
aşkar edildikdə icraatın aparılması qaydası[134]
127-2.1. Bu Məcəllənin
346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh
vermə haqqında elektron qərar parklanma yerlərində
quraşdırılmış parkomatlar və foto və ya
video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
məlumatları əsasında bu Məcəllənin 122.1-ci
maddəsində nəzərdə tutulmuş qaydada tərtib
edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq
icra hakimiyyəti orqanının mərkəzi informasiya
sisteminin proqram təminatı əsasında həmin mərkəzi
informasiya sisteminə inteqrasiya edilməlidir.
127-2.2. Parklanma yerlərində
quraşdırılmış parkomat və foto və ya video
qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma
müddətinə (parklanma yerinə daxil olması və
oranı tərk etməsinə) və parklanmaya görə
edilmiş və ya edilməmiş ödənişlərə,
habelə 24 saatdan artıq müddətdə parklanma yerində
saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminin proqram təminatı əsasında real vaxt
rejimində elektron formada birbaşa həmin mərkəzi
informasiya sisteminə ötürülür.
127-2.3. Bir parklanma
üçün müəyyən edilmiş 24 saatlıq
parklanma müddəti bitdikdən sonra 1 saat ərzində nəqliyyat vasitəsinin istifadəçisinə
bu Məcəllənin 125.2.2-ci maddəsinə uyğun olaraq məlumat
verilir.[135]
127-2.4. Bu Məcəllənin
346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın
törədilməsi barədə bu Məcəllənin
122.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında
elektron qərar çıxarıldıqdan
sonra həmin nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
ən yaxın mühafizə olunan duracağına
aparılması üçün bu barədə məlumat
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) əməkdaşına
ötürülür. Bu cür nəqliyyat vasitələrinin
müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) ən yaxın mühafizə
olunan duracağına aparılması təmin edilir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə bu Məcəllənin 125.2-ci maddəsində
nəzərdə tutulmuş qaydada bu barədə məlumat
verilir.[136]
127-2.5. Bu Məcəllənin
346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı
törətmiş nəqliyyat vasitəsinin istifadəçisi
inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə
pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin mühafizə
olunan duracağa gətirilməsi və orada saxlanılması
üçün haqqı həmin yerdə bank və ya ödəmə
terminalı vasitəsilə ödəyə bilər. Bu halda nəqliyyat
vasitəsi dərhal onun istifadəçisinə
qaytarılır.
127-2.6. müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) inzibati cəriməni və nəqliyyat
vasitəsinin mühafizə olunan duracaqda saxlanılması
üçün haqqı həmin duracaqda bank və ya ödəmə
terminalı vasitəsilə ödəmək üçün
şərait yaratmalıdır.
FƏSİL 16-1
Əmək, məşğulluq, əmək
pensiyaları, sosial müavinətlər və icbari sığorta
sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar
olan inzibati xətalarla bağlı işlərə müvafiq
informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə
baxılmanın xüsusiyyətləri
Maddə 127-3. Əmək, məşğulluq, əmək
pensiyaları, sosial müavinətlər və icbari sığorta
sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar
olan inzibati xətalarla bağlı işlərə baxılmanın
ümumi qaydası
Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü,
195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə
müəyyən edilmiş xüsusiyyətlər nəzərə
alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş
qaydada baxılır.
Maddə 127-4. İnzibati xəta müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya
sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları)
vasitəsilə aşkar edildikdə icraatın aparılması
qaydası
127-4.1. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü,
194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə
digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə
aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin
iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya
sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada
elektron sənəd şəklində hüquqi şəxslər,
o cümlədən onların vəzifəli şəxsləri
barəsində inzibati xəta haqqında elektron protokol tərtib
olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs
barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində
isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının
gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.
Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində
elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) informasiya sisteminə göndərilir.
127-4.2. İnzibati xəta haqqında elektron protokolda aşağıdakı
məlumatlar göstərilir:
127-4.2.1. protokolun tərtib edildiyi tarix və vaxt;
127-4.2.2. inzibati xətalar haqqında işlər üzrə
protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun)
və həmin protokolu tərtib etmək üçün istifadə
edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı;
127-4.2.3. inzibati xətanın törədilməsi ilə
bağlı müəyyən edilən (aşkar edilən) məlumatlar;
127-4.2.4. barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan hüquqi şəxs haqqında (hüquqi şəxsin adı, VÖEN-i
və hüquqi və faktiki ünvanları) və vəzifəli şəxs haqqında (adı, soyadı,
atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi
və yaşadığı ünvan) məlumatlar;[137]
127-4.2.5. inzibati xətaya görə məsuliyyət nəzərdə
tutan bu Məcəllənin müvafiq maddəsi və həmin
maddə üzrə cərimənin məbləği;
127-4.2.6. bu Məcəllənin 127-4.5-ci və 127-4.6-cı
maddələrinin izahı.
127-4.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda
aşağıdakı məlumatlar göstərilir:
127-4.3.1.qərarın çıxarıldığı tarix və vaxt;[138]
127-4.3.2. inzibati xətalar haqqında işlər üzrə
qərar qəbul etmək səlahiyyəti olan orqanın (qurumun)
və həmin qərarı çıxarmaq üçün istifadə
edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı;[139]
127-4.3.3. inzibati xətanın törədilməsi ilə
bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar;
127-4.3.4. barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs
haqqında məlumatlar (soyadı, adı, atasının adı,
fərdi identifikasiya nömrəsi (əcnəbilərin və
ya vətəndaşlığı olmayan şəxslərin
müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə
vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin
seriyası və nömrəsi), yaşayış yeri və
olduğu yer, doğum tarixi, fiziki şəxs işlədiyi
halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul
olduqda VÖEN-i, vəzifəli
şəxsə münasibətdə habelə vəzifəsi);[140]
127-4.3.5. inzibati xətaya görə məsuliyyət nəzərdə
tutan bu Məcəllənin müvafiq maddəsi;
127-4.3.6. inzibati cərimənin məbləği və ödənilməsi
qaydası barədə məlumatlar;
127-4.3.7. inzibati tənbeh vermə haqqında elektron qərardan
bu Məcəllənin 127-6.1-ci maddəsinə uyğun olaraq şikayətin
verilməsi müddəti və qaydası.[141]
127-4.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət
informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları
inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək
və hər bir halda inzibati xəta haqqında iş üzrə
qərar barədə bu Məcəllənin 57-ci maddəsində
nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı
vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır.
127-4.5. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron
protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən
onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni
həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində
nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün
müddətində ödədikdə protokolla razılaşmış
olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə
haqqında elektron qərar hesab edilir.
127-4.6. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron
protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin
127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə
cəriməni ödəmədikdə həmin protokol baxılması
üçün bir gün müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
məhkəməyə göndərilir.
127-4.7. Bu Məcəllənin 127-4.1-ci maddəsinə əsasən
inzibati xəta haqqında elektron protokol tərtib edildikdə və
yaxud inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıldıqda
inzibati cərimənin məbləği həmin inzibati xətaya
görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin
müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin
aşağı həddində müəyyən olunur.
Maddə 127-5. İnzibati xəta haqqında protokol və
inzibati xəta haqqında iş üzrə qərar barədə
məlumatlandırma
127-5.1. Bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətaları törətmiş şəxs
inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh
vermə haqqında elektron qərar barədə aşağıdakı
qaydada məlumatlandırılır:
127-5.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında
elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə
qərarı və onların əlavələrini barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin
elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına
(olduğu halda) göndərir;
127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin
elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta
törətməsi, törətdiyi xətanın qısa məzmunu,
xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin
hansı maddəsinə əsasən inzibati məsuliyyətə
cəlb olunması, cərimənin məbləği, inzibati xəta
haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş
üzrə qərarın nömrəsi, həmin sənədlə
və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi
elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə
ödənişsiz SMS məlumatı dərhal göndərir;
127-5.1.3. inzibati tənbeh vermə haqqında elektron qərar
əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya
sistemi tərəfindən kağız daşıyıcıda
çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə
tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün
ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) göndərilir.
127-5.2. İnternet informasiya resursunda yaradılmış elektron
kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında
elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron
qərar barədə bu Məcəllənin 127-5.1.1 – 127-5.1.3-cü
maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılması
haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya
sistemi bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə
tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı
vaxt barədə və bu Məcəllənin 127-5.1.1-ci maddəsində
nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş
inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh
vermə haqqında elektron qərar və onların əlavələri
ilə tanış olduğu vaxt barədə məlumatları
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) informasiya sisteminə göndərməli, həmçinin
həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli
və onun elektron ünvanına (olduğu halda) göndərməlidir.
127-5.3. İnzibati xəta haqqında elektron protokolun və
ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin
57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş sifarişli poçt göndərişi vasitəsilə
rəsmi çatdırılması barədə məlumatlar bir
gün müddətində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) informasiya sisteminə göndərilir.
127-5.4. Barəsində inzibati xəta haqqında elektron protokol
tərtib edilmiş və ya inzibati tənbeh
vermə haqqında elektron qərar çıxarılmış şəxs
bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən
edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin
olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet
vasitəsilə ödəyə bilər.[142]
Maddə 127-6. İnzibati tənbeh vermə haqqında elektron
qərardan şikayətə baxılma qaydası
127-6.1. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında
elektron qərar çıxarılmış fiziki şəxs
və ya vəzifəli şəxs qərarla razılaşmadığı
hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi
ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan
iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana
(vəzifəli şəxsə) və ya məhkəməyə
şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya
sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud
poçt vasitəsilə göndərilə bilər.[143]
127-6.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
inzibati xəta haqqında iş üzrə qərardan şikayət
verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs)
araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün
əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında
iş üzrə elektron qərarı ləğv edir, belə
əsaslar müəyyən olunmadıqda isə inzibati xəta
haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən
saxlanılması barədə qərar qəbul edilir.
127-6.3.
Bu Məcəllənin 127-6.2-ci maddəsində nəzərdə
tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində
yerləşdirilir və barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsə həmin qərar
barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.[144]
FƏSİL 17
İnzibati xəta haqqında iş
üzrə qərara yenidən baxılma
Maddə 128. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya
protest vermək hüququ
128.1. Barəsində qərar
çıxarılmış fiziki şəxs, yetkinlik
yaşına çatmayanların qanuni nümayəndəsi,
hüquqi şəxsin nümayəndəsi, zərər
çəkmiş şəxs, müdafiəçi və
nümayəndə, həmçinin bu Məcəllənin
43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli
şəxs inzibati xəta haqqında iş üzrə qərardan
şikayət, prokuror isə protest verə bilər.[145]
128.2. İnzibati xəta haqqında iş üzrə qərardan
şikayət və ya protest aşağıdakı məhkəməyə
və ya səlahiyyətli orqana (vəzifəli şəxsə)
verilir:
128.2.1. hakimin qərarından - apellyasiya instansiyası
məhkəməsinə;
128.2.2. kollegial orqanın qərarından - kollegial
orqanın olduğu yerin məhkəməsinə;
128.2.3. səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərarından - yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. KMQ24
Maddə 129. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya
protest vermə qaydası
129.1. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya
protest aşağıdakı qaydada verilir:
129.1.1. hakimin qərarından
apellyasiya instansiyası məhkəməsinə verilən
şikayət və ya protest - həmin qərarı qəbul
etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya
instansiyası məhkəməsinə;
129.1.2. kollegial orqanın qərarından
məhkəməyə verilən şikayət və
ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə
rayon (şəhər) məhkəməsinə;[146]
129.1.3. səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə
verilən şikayət - şikayət verən şəxsin
yaşayış yeri və ya hüquqi şəxsin
ünvanının olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə;KMQ7
129.1.4. səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə
verilən protest - səlahiyyətli orqanın olduğu yer
üzrə rayon (şəhər) məhkəməsinə; KMQ24
129.1.5. səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli
şəxsə).
129.2. Bu Məcəllənin
129.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
hakim şikayətin daxil olduğu gündən üç
gün müddətində şikayəti və ya protesti
iş üzrə bütün materiallarla birlikdə apellyasiya
instansiyası məhkəməsinə göndərir.
129.3. İnzibati həbs tənbeh növünün
tətbiqi barədə qərardan şikayət və ya
protest apellyasiya instansiyası məhkəməsinə
şikayətin və ya protestin daxil olduğu gün göndərilir.
129.4. Şikayətə və ya protestə
baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə
aid olmadıqda, şikayət və ya protest üç
gün müddətində aidiyyəti üzrə göndərilir.
129.5. İnzibati xəta haqqında iş
üzrə qərardan verilən şikayətdən dövlət
rüsumu tutulmur.
Maddə 130. Qərardan şikayət
və ya protest vermə müddətləri
130.1. Bu Məcəllənin 126.1-ci maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə
tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.[147]
130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə
tutulmuş müddət üzrlü səbəbdən
buraxıldıqda, şikayət və
ya protest verən şəxsin vəsatəti ilə bu
müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən bərpa edilir.
130.3. Buraxılmış müddətin bərpası
qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd
etmə haqqında qərardad qəbul edilir.
Maddə 131. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılma müddətləri
131.1. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə daxil olduğu
gündən on gün müddətində baxılır.
131.2. İnzibati xəta törədən şəxs
barəsində inzibati həbs tənbeh növü tətbiq
edildikdə, inzibati həbs barəsində verilmiş qərardan
şikayətə və ya protestə həmin şikayətin
və ya protestin verildiyi vaxtdan bir gün müddətində
baxılır.
Maddə 132. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxmağa hazırlıq
132.1. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxmağa
hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən aşağıdakı məsələlər
həll edilir:
132.1.1. inzibati xəta haqqında iş həmin hakimə,
səlahiyyətli orqana (vəzifəli şəxsə)
aiddirmi;
132.1.2. inzibati xəta haqqında iş üzrə
icraatı rədd edən hallar mövcuddurmu;KMQ13
132.1.3. vəsatətlərə baxılır, zəruri
olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb
olunur, şikayətə və ya protestə baxılma
üçün lazım olan şəxslər
çağırılır.
132.2. Şikayətə və ya protestə baxılma
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)
səlahiyyətinə aid olmadıqda, şikayət və ya
protest bütün materiallarla birlikdə aidiyyəti üzrə
göndərilir.
Maddə 133. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılma
133.1. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə hakim və ya
vəzifəli şəxs tərəfindən təkbaşına
baxılır.
133.2. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxılarkən:
133.2.1. şikayətə və ya protestə kim tərəfindən
baxılması, hansı şikayətə və ya protestə
baxılması, şikayətin kim tərəfindən verilməsi
elan olunur;
133.2.2. barəsində inzibati xəta haqqında iş
üzrə qərar qəbul edilən fiziki şəxsin və
ya hüquqi şəxsin nümayəndəsinin, habelə
şikayətə və ya protestə baxılmada iştirak
etmək üçün çağırılmış digər
şəxslərin gəlib-gəlmədiyi müəyyən
edilir;
133.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin
və ya hüquqi şəxsin nümayəndəsinin,
müdafiəçinin və nümayəndənin səlahiyyətləri
müəyyən edilir;
133.2.4. inzibati xəta haqqında iş üzrə
icraatın iştirakçılarının gəlməməsi
səbəbləri aydınlaşdırılır, şikayətə
və ya protestə həmin şəxslərin iştirakı
olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə
və ya protestə baxılma təxirə salınır,
şikayətə və ya protestə baxılma
üçün vacib olan şəxslərin gətirilməsi
barədə qərardad qəbul edilir;
133.2.5. şikayətə və ya protestə
baxılmada iştirak edən şəxslərin
hüquqları və vəzifələri onlara izah edilir;
133.2.6. etiraz etmə və ya vəsatət haqqında
müraciətlər həll edilir;
133.2.7. inzibati xəta haqqında iş üzrə qərardan
verilmiş şikayət və ya protest elan edilir;
133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxılarkən
qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı
iş üzrə olan və əlavə təqdim edilmiş
materiallar əsasında yoxlanılır;
133.2.9. inzibati xəta haqqında iş üzrə
icraatda prokuror iştirak etdiyi hallarda onun rəyi dinlənilir.
Maddə 134. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılma haqqında qərar
134.1. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxılaraq
aşağıdakı qərarlardan biri qəbul edilir:
134.1.1. qərarın dəyişdirilmədən,
şikayətin və ya protestin isə təmin edilmədən
saxlanılması haqqında;
134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri
ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi
haqqında və ya qərarı ləğv
edərək yeni qərarın
çıxarılması haqqında;
134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə
tutulduğu hallarda qərarı ləğv edərək
inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi
haqqında;[148]
134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı
maddələri ilə müəyyən edilmiş hallarda qərarın
ləğv edilməsi və inzibati xəta haqqında işin
yenidən baxılmaq üçün hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərilməsi
haqqında;
134.1.5. şikayətə və ya protestə
baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində
nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın
ləğv edilməsi və işin aidiyyəti üzrə
baxılmaq üçün göndərilməsi haqqında.[149]
134.2. Şikayətə və ya protestə baxılma
haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində
qeyd edilən məlumatlar göstərilir.
Maddə 135. İnzibati xəta haqqında iş üzrə qərarın
ləğv edilməsi və ya dəyişdirilməsi
üçün əsaslar
135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
135.1.1. hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr
üzrə mühüm əhəmiyyət kəsb edən
bütün faktiki halların araşdırılmaması;
135.1.2. hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin
işin faktiki hallarına uyğun olmaması;
135.1.3. hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən
müəyyən edilmiş iş üçün əhəmiyyətli
olan halların sübuta yetirilməməsi;
135.1.4. inzibati məsuliyyət
müəyyən edən qanunun normasının düzgün
tətbiq edilməməsi;
135.1.5. tətbiq edilmiş tənbehin
bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə
uyğun olmaması;
135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində
nəzərdə tutulmuş halların müəyyən olunması;[150]
135.1.5-2. inzibati xəta haqqında iş üzrə
qərarın buna səlahiyyəti çatmayan hakim və ya
orqan (vəzifəli şəxs) tərəfindən qəbul
edilməsi;[151]
135.1.6. bu Məcəllə
ilə müəyyən edilmiş tələblərin
işin hallarının hərtərəfli, tam və obyektiv
araşdırılmasına maneə törədəcək dərəcədə
pozulması.
135.2. İnzibati
xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs), barəsində qərar
qəbul edilmiş şəxsin vəziyyətini
ağırlaşdıran qərarı yalnız bununla əlaqədar
zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində
nəzərdə tutulan vəzifəli şəxsin
şikayəti və ya prokurorun protesti olduqda qəbul edə
bilər.KMQ12
Maddə 136. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayət
və ya protest barəsində çıxarılmış qərarın
elan edilməsi
136.1. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayət və ya protest haqqında qərar qəbul
edildikdən dərhal sonra elan edilir.
136.2. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayət və ya protest üzrə qəbul
edilmiş qərarın surəti, onun qəbul olunduğu
gündən iki gün müddətində, barəsində
inzibati xəta haqqında iş üzrə qərar qəbul
edilmiş fiziki şəxsə, hüquqi şəxsin
nümayəndəsinə, zərər çəkmiş
şəxsə və ya protest vermiş prokurora verilir.
136.3. İnzibati həbs haqqında tənbeh
növünün tətbiq edilməsi barədə qərardan
verilən şikayət və ya protest üzrə qərar onu
icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə),
habelə barəsində inzibati həbs tətbiq edilən
şəxsə qərarın qəbul olunduğu gün
verilir.
Maddə 137. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayət
və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə
yenidən baxılma, habelə
ləğv edilmiş qərar üzrə inzibati xəta
haqqında işə yenidən baxılma[152]
137.1. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayət və ya protest üzrə qəbul
edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına
çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin
nümayəndəsi, zərər çəkmiş şəxs,
habelə müdafiəçi və nümayəndə tərəfindən
verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə
bu Məcəllədə
müəyyən edilmiş qaydada və müddətdə
baxılır.
137.2. İnzibati xəta haqqında iş üzrə qərardan
şikayət və ya protest üzrə hakim (vəzifəli
şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində
nəzərdə tutulmuş müddətdə şikayət
verilə bilər.
137.3. Bu Məcəllənin 134.1.4-cü
və 134.1.5-ci maddələrinə əsasən qərarın
ləğv edilməsi və inzibati xəta haqqında işin
yenidən baxılmaq üçün hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərilməsi
haqqında qərar qəbul edildikdə, inzibati xəta
haqqında işə bu Məcəllə ilə müəyyən
edilmiş müddətlərdə yenidən baxılır.[153]
İnzibati xəta haqqında iş
üzrə qərarın icrası
Ümumi müddəalar
Maddə 138. İnzibati xəta haqqında
iş üzrə qərarın, şikayət ya protest üzrə
qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi
138.1. İnzibati xəta haqqında iş üzrə qərar,
habelə şikayət və ya protest üzrə qəbul
edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə
minir:
138.1.1. əgər bu qərardan şikayət və ya
protest verilməmişdirsə, inzibati xəta haqqında
iş üzrə qəbul edilmiş qərardan şikayətin
verilməsi müddətinin bitdiyi gün;
138.1.2. əgər bu qərardan şikayət və ya
protest verilməmişdirsə, inzibati xəta haqqında
iş üzrə qərardan şikayət və ya protest
üzrə hakim (vəzifəli şəxs) tərəfindən
qəbul edilmiş qərardan şikayətin verilməsi
müddətinin bitdiyi gün;
138.1.3. apellyasiya
instansiyası məhkəməsinin
şikayət və ya protest üzrə qəbul edilmiş
qərarı elan olunduğu andan dərhal sonra.
Maddə 139. İnzibati xəta
haqqında iş üzrə qərarın icrasının məcburiliyi
139.1. İnzibati xəta haqqında iş üzrə qərarın
icrası bütün dövlət orqanları, bələdiyyələr,
vəzifəli şəxslər, fiziki şəxslər,
hüquqi şəxslər üçün məcburidir.
139.2. İnzibati xəta haqqında iş üzrə qərar
qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra
olunmalıdır.
Maddə 140. İnzibati xəta
haqqında iş üzrə qərarın icraya yönəldilməsi
İnzibati xəta haqqında iş üzrə qərarın
icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) üzərinə
qoyulur.
Maddə 141. İnzibati xəta
haqqında iş üzrə qərarın icrası
141.1. İnzibati xəta haqqında iş üzrə qərar
bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada icra edilir.
141.2. Məhkəmələr tərəfindən
baxılan inzibati xətalara dair işlər üzrə
inzibati cərimə tətbiq edilməsi barədə qərarlar,
bu Məcəllənin 142, 143, 144.1, 145, 146.3, 147, 150.2, 150.8,
150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə
alınmaqla, “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq icra edilir.
141.3. Bir şəxs barəsində bir neçə
inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul
edildikdə, hər bir qərarın icrası müstəqil həyata
keçirilir.
Maddə 142. İnzibati tənbeh
tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar
məsələlərin həll edilməsi
142.1. İnzibati tənbeh tətbiq etmə haqqında
qərarın icrasının təxirə salınması,
dayandırılması, onun icrasına möhlət və ya
xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin
üzərinə qoyulmuş cərimənin onun valideynlərindən
və ya digər qanuni nümayəndələrindən
tutulması məsələlərinin baxılmasına əsaslar
olduqda, həmin məsələlərə qərarı
çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən üç gün müddətində
baxılır.
142.2. Bu Məcəllənin 142.1-ci maddəsində
göstərilən məsələlərin həllində
maraqlı olan şəxslərə həmin məsələlərə
baxılmanın yeri və vaxtı barədə məlumat
verilir. Maraqlı şəxslərin üzrlü səbəblər
olmadan iştirak etməmələri göstərilən məsələlərə
baxılması üçün maneə yaratmır.
142.3. Qərarın icrasının təxirə
salınması, dayandırılması, onun icrasına
möhlət və ya xitam verilməsi, yaxud yetkinlik
yaşına çatmayan şəxsin üzərinə
qoyulmuş cərimənin onun valideynlərindən və ya
digər qanuni nümayəndələrindən tutulması barədə
qərardad qəbul edilir. Qərardadın surəti, barəsində
bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya
hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına çatmayan şəxsin
qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə
bu barədə müvafiq qeyd aparılmaqla verilir.
Maddə 143. İnzibati tənbeh
tətbiq etmə haqqında qərarın icrasının təxirə
salınması və ya onun icrasına möhlət verilməsi
143.1. İnzibati həbs, inzibati xəta törətmiş
fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması
və ya inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın müəyyən
edilmiş müddətdə icrasının həyata
keçirilməsini qeyri-mümkün edən hallar mövcud
olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) qərarın icrasını
bir ayadək müddətə təxirə salır.
143.2. İnzibati məsuliyyətə cəlb olunan
şəxsin maddi vəziyyəti nəzərə
alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə
qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən altı ayadək müddətə
uzadıla bilər.
Maddə 144. İnzibati tənbeh
tətbiq etmə haqqında qərarın icrasının dayandırılması
144.1. Qərardan şikayət
və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə
haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) həmin qərarın
icrasını şikayətə
və ya protestə baxılanadək dayandırır.
İcranın dayandırılması barədə qərardad
qəbul edilir və qərardad dərhal onu icra edən orqana
(vəzifəli şəxsə) göndərilir.
144.2. İnzibati həbs və ya ictimai işlər
növündə tənbeh tətbiq etmə haqqında qərardan
şikayət və ya protest
verilməsi həmin qərarın icrasının
dayandırılmasına səbəb olmur.
Maddə 145. İnzibati tənbeh
tətbiq etmə haqqında qərarın icrasına xitam
verilməsi
145.1. İnzibati tənbeh tətbiq etmə haqqında
qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) aşağıdakı hallarda qərarın
icrasına xitam verir:
145.1.1. bu Məcəllənin inzibati məsuliyyət
müəyyən edən müvafiq müddəaları
qüvvədən düşmüş hesab edildikdə;
145.1.2. barəsində inzibati xəta haqqında iş
üzrə qərar çıxarılmış şəxs
öldükdə və ya Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsi ilə müəyyən
edilmiş qaydada ölmüş hesab edildikdə;
145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın
bu Məcəllənin 146.1-ci maddəsində müəyyən
edilmiş icra müddəti keçdikdə;
145.1.4. bu Məcəlləyə
əsasən şəxsin inzibati məsuliyyətdən azad
edilməsi üçün əsaslar yarandıqda;
145.1.5. ictimai
işlər növündə inzibati tənbeh tətbiq etmə
haqqında qərarın icrası zamanı bu Məcəllənin
28.4-cü maddəsində nəzərdə tutulmuş hallar
yarandıqda;
145.1.6. barəsində
inzibati xəta haqqında iş üzrə qərar
çıxarılmış şəxs həmin qərarı
icra etməməyə görə bu Məcəllənin 529.1,
529.2 və ya 529.4-cü maddələrinə əsasən
inzibati məsuliyyətə cəlb edildikdə.
145.2. İnzibati tənbeh tətbiq etmə haqqında
qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən qərardad
qəbul edilir.
Maddə 146. İnzibati tənbeh
tətbiq etmə haqqında qərarın icra müddəti
146.1. Bu Məcəllənin
146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, digər inzibati
tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə
mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə,
daha icra edilmir.[154]
146.1-1. İnzibati cərimə növündə
inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə
mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə,
daha icra edilmir.[155]
146.2. İnzibati məsuliyyətə cəlb
edilmiş şəxs inzibati tənbeh tətbiq etmə
haqqında qərarın icrasından boyun qaçırarsa, bu
Məcəllənin 146.1-ci maddəsində müəyyən
edilmiş müddətin axımı dayanır. Belə halda
icra müddəti həmin şəxsin tutulduğu vaxtdan
hesablanır.
146.3. Bu Məcəllənin 142 - 144-cü maddələrinə
uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın
icrasına möhlət verildikdə və ya onun icrası
dayandırıldıqda, qərarın icrası müddətinin
axımı möhlət verilmə və ya dayandırılma
müddəti bitənədək dayanır.
Maddə 147. İnzibati tənbeh
tətbiq etmə haqqında qərar üzrə icraatın
başa çatması
İnzibati tənbehin tətbiqi üzrə icraat
tamamilə başa çatdıqda, bu barədə müvafiq
qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə haqqında
qərar, onun icrasını həyata keçirən səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən həmin
qərarı qəbul etmiş hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) qaytarılır.
Maddə 148. Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan və
Azərbaycan Respublikasının ərazisində əmlakı
olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə
haqqında qərarın icrası
Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaşayan və Azərbaycan Respublikasının ərazisində
əmlakı olmayan şəxs barəsində inzibati tənbeh
tətbiq etmə haqqında qərar Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq icra edilir.
İnzibati tənbehin ayrı-ayrı
növlərinin icrası qaydası
Maddə 149. Xəbərdarlıq
haqqında qərarın icrası
Xəbərdarlıq növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərar onu qəbul etmiş hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
bu Məcəllənin 117-ci maddəsində nəzərdə
tutulmuş qaydada qərarın surətinin göndərilməsi
və ya təqdim edilməsi yolu ilə icra olunur.
Maddə 150. İnzibati cərimənin
tətbiqi haqqında qərarın icrası
150.1. İnzibati cərimə növündə inzibati
tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin)
qərarı qanuni qüvvəyə mindikdən və ya
bu Məcəllənin 143-cü maddəsində nəzərdə
tutulmuş möhlət verilmənin, təxirəsalmanın
müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati
xəta törətmiş şəxs inzibati cəriməni
ödəməlidir.
150.2. İnzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
məhkəmənin qərarı qanuni qüvvəyə
mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə
tutulmuş möhlət verilmənin, təxirəsalmanın
müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta
törətmiş şəxs inzibati cəriməni
ödəməlidir.
150.3. Yetkinlik yaşına çatmayanın müstəqil
qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən
və ya digər qanuni nümayəndəsindən tutulur.
150.4. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən
yalnız bank, poçt, plastik
kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi
qaydası barədə müvafiq məlumat inzibati xəta
haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən inzibati xətanı
törətmiş şəxsə verilir. Yol
hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan
inzibati xətaların törədilməsinə görə tətbiq
edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi
qəbul edən bank və ya poçt müvafiq ödənişin
edildiyi barədə məlumatı dərhal elektron qaydada
müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə
göndərir.
150.5. Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə
tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə,
onun ödənilməsi məqsədi ilə inzibati cərimə
tətbiq etmə haqqında qərarın surəti həmin qərarı
qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən:
150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından,
təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən
tutulması üçün inzibati məsuliyyətə cəlb
edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud
əməkhaqqı aldığı müəssisəyə,
idarəyə, təşkilata və
ya pensiya təyin edən orqana;
150.5.2. hüquqi şəxslər barəsində -
hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən
tutulması üçün banka və ya digər kredit təşkilatlarına
göndərilir. Bank və ya
digər kredit təşkilatı qərarı onun daxil
olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin
müddət ərzində hüquqi şəxsin hesabında
pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı
inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı,
onun icra edilməməsinin səbəbini göstərməklə,
qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli
şəxsə) dərhal qaytarmalıdır.
150.6. İnzibati məsuliyyətə cəlb edilən
fiziki şəxs işdən çıxdıqda və ya
inzibati cəriməni onun əməkhaqqından, yaxud digər
gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən
üç günədək müddətdə inzibati məsuliyyətə
cəlb edilən şəxsin yeni iş yerini göstərməklə
(əgər bu mümkündürsə), ödəmənin
mümkünsüzlüyünün səbəblərini, eləcə
də ödəmə olmuşdursa, bu barədə müvafiq
qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın
surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli
şəxsə) qaytarır.
150.7. Barəsində inzibati cərimə növündə
tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə,
yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən
inzibati cərimənin ödənilməsi mümkün
deyildirsə, eləcə də hüquqi
şəxsin banklarda və digər kredit təşkilatlarında
hesabları barədə məlumat və ya hüquqi
şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə
könüllü qaydada ödənilmədikdə inzibati cərimə
tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada məcburi icraya yönəldilir.
150.8. Bu Məcəllənin
150.2-ci maddəsində nəzərdə
tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə,
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında məhkəmənin qərarı məcburi
icraya yönəldilir.
150.9. Fiziki və ya vəzifəli
şəxs barəsində inzibati cərimə növündə
inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli
orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş
qərarı 2 ay müddətində, məhkəmənin məcburi
icraya yönəldilmiş qərarı isə 15 gün
müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin
529.1 və ya 529.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.
Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
məcburi icra tədbirləri davam etdirilir.KMQ19
150.10. İnzibati məsuliyyətə
cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə
bilən həcmdə əmlakı və ya gəlirləri bu
Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə
aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya
529.2-ci maddələrində nəzərdə tutulmuş
inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi
icra tədbirləri davam etdirilir.
150.11. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xətanın törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərar qanuni qüvvəyə
mindiyi gündən 30 gün müddətində cəriməni
qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən
şəxsə onun ödənilmədiyi hər növbəti
gün üçün cərimə məbləğinin 1
faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə
pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan
çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın
qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində
cərimə qanunla müəyyən edilmiş əsaslar
olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli
şəxs) inzibati xəta törətmiş şəxsin
inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin
duracağa gətirilməsinə və onun orada
saxlanılmasına görə haqq ödənildikdən sonra
saxlanılmış nəqliyyat vasitəsi sahibinə
qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi
gündən 3 ay müddətində cərimə qanunla
müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə,
barəsində inzibati tənbeh tətbiq edilən şəxsin
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına
dair qərar qəbul edilir və cərimənin ödənilməsini
təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq
etmə haqqında qərar könüllü icra
üçün qanunla müəyyən edilmiş vaxtda borclu
tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi
icra tədbirləri görür. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xətanın törədilməsinə
görə barəsində inzibati cərimə tənbeh
növü tətbiq edilən şəxs qərarı dərhal
və ya qərarın qanuni qüvvəyə mindiyi gündən
5 iş günü müddətində icra edərsə, tətbiq
olunan cərimənin 10 faizi məbləğində ödənişdən
azad edilir.
150.12. Hüquqi və ya fiziki
şəxs olan işəgötürənin mülkiyyətindəki
və ya istifadəsindəki nəqliyyat vasitəsinin
sürücüsü inzibati xəta törətdikdən
sonra onun işəgötürənlə əmək
münasibətlərinə xitam verilmişdirsə və
inzibati xətanı törətmiş şəxs 2 ay müddətində
inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edilmədən, inzibati xətanı törətmiş şəxsin
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
barədə qərar qəbul edilir və cərimənin
ödənilməsini təmin etmək məqsədi ilə məcburi
icraya yönəldilir.
150.13. Ətraf
mühitin mühafizəsi, təbiətdən istifadə və
ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan
inzibati xətaların törədilməsinə görə
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərar qanuni qüvvəyə mindiyi
gündən 30 gün müddətində cəriməni
qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən
şəxsə onun ödənilmədiyi hər növbəti
gün üçün cərimə məbləğinin 1
faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə
pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan
çox olmamaq şərti ilə tətbiq edilir. Qərar
qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində
cərimə qanunla müəyyən edilmiş əsaslar
olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq
etmə haqqında qərar könüllü icra
üçün qanunla müəyyən edilmiş vaxtda borclu
tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi
icra tədbirləri görür.
150.13-1. Bu Məcəllənin 150.7-ci,
150.8-ci, 150.11-ci, 150.12-ci və 150.13-cü maddələrinə
uyğun olaraq qərarların məcburi icraya yönəldilməsi
məqsədilə səlahiyyətli orqanlar (vəzifəli
şəxslər) və “Elektron məhkəmə” informasiya
sisteminin tətbiq olunduğu məhkəmələr tərəfindən
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərarlar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
informasiya sisteminə göndərilir.[156]
150.14. Ətraf
mühitin mühafizəsi, təbiətdən istifadə və
ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan
inzibati xətaların törədilməsinə görə
barəsində inzibati cərimə tənbeh növü tətbiq
edilən şəxs qərarı dərhal və ya qərarın
qanuni qüvvəyə mindiyi gündən 5 iş günü
müddətində icra edərsə, tətbiq olunan cərimənin
10 faizi məbləğində ödənişdən azad
edilir.
150.15. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında olması və yaşaması
qaydalarının pozulmasına görə inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün
müddətində cəriməni qanunla müəyyən
edilmiş əsaslar olmadan ödəməyən şəxsə
onun ödənilmədiyi hər növbəti gün
üçün cərimə məbləğinin 1 faizi məbləğində
dəbbə pulu hesablanır. Dəbbə pulu bütün
gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq
şərti ilə tətbiq edilir. [157]
150.16. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında olması və yaşaması
qaydalarını pozduğuna görə barəsində Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma tətbiq edilmədən inzibati cərimə
növündə inzibati tənbeh tətbiq edilmiş şəxs
cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla)
ödəmədikdə onun Azərbaycan Respublikasına gəlməsi
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qadağan edilir. Şəxs cəriməni (hesablanmış dəbbə
pulu daxil olmaqla) ödədikdə onun Azərbaycan
Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal
götürülür.
Maddə 151. İnzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında
qərarın icrası
151.1. İnzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə
edilmiş predmetin alınması və ödənişsiz, məcburi
olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə
icra edilir.
151.2. Predmetin müsadirəsi haqqında qərarın
icrası başa çatdıqda, bu barədə müvafiq
qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə
qaytarılır.
Maddə 152. Fiziki şəxsə
verilmiş xüsusi hüququn məhdudlaşdırılması
haqqında qərarın icrası
152.1. Nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılması haqqında qərar
sürücülük vəsiqəsinin alınması yolu ilə
icra edilir.
152.2. Nəqliyyat vasitəsini idarə etmək
hüququ məhdudlaşdırılmış şəxs
sürücülük vəsiqəsini təhvil verməkdən
imtina etdikdə, sürücülük vəsiqəsinin
alınması müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təmin edilir.
152.3. Gəmiləri (kiçik həcmli gəmiləri)
idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
152.4. Ov etmə hüququnun məhdudlaşdırılması
haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
152.5. Barəsində
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xəta törətməyə görə
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərarın icra edilməməsinə
görə nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılmasına dair qərar
çıxarılmış şəxs inzibati cəriməni
və müvafiq olaraq hesablanmış dəbbə pulunu
ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə
tərəfindən həmin şəxsin vəsatəti əsasında
xitam verilir.
Maddə 153. Fiziki şəxsə
verilmiş xüsusi hüququn məhdudlaşdırılması
müddətinin hesablanması
153.1. Fiziki şəxsə verilmiş xüsusi
hüququn məhdudlaşdırılması haqqında qərar
qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs
xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.
153.2. Xüsusi
hüququn məhdudlaşdırılması haqqında qərar
qanuni qüvvəyə mindiyi gündən üç iş günü
müddətində xüsusi hüququ məhdudlaşdırılmış
fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən
müvafiq sənədi bu Məcəllənin 152.2 -
152.4-cü maddələrində
nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli
(əgər həmin sənəd bu Məcəllənin 94.2-ci
maddəsinə əsasən
daha əvvəl götürülməmişdirsə),
müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə
qeyd olunan orqana bu barədə ərizə verməlidir.
153.3. Xüsusi
hüququ məhdudlaşdırılmış fiziki şəxs
onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi
təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması
müddətinin axımı dayanır. Bu halda müddətin
axımı müvafiq sənədin alındığı və
ya həmin sənədin itirilməsi barədə ərizənin
verildiyi gündən başlayır.
153.4. Xüsusi hüququn məhdudlaşdırılması
müddəti qurtardıqda, bu
Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini
idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərara xitam verildikdə, barəsində həmin
inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən
alınan sənədlər ona qaytarılır.
153.5. Nəqliyyat vasitəsini
idarə etmək hüququnun məhdudlaşdırılması
müddəti qurtardıqda, sürücülük vəsiqəsi
aşağıdakı qaydada qaytarılır:
153.5.1. nəqliyyat
vasitəsini idarə etmək hüququ bir ildən çox
müddətə məhdudlaşdırılmış şəxslərə
nəqliyyat vasitəsini idarə etmək vərdişləri
üzrə təcrübi imtahanı müvəffəqiyyətlə
verdiyi gün;
153.5.2. nəqliyyat
vasitəsini idarə etmək hüququ bir il və daha az
müddətə məhdudlaşdırılmış şəxslərə
imtahansız, həmin müddət bitdiyi gün.
153.6. Nəqliyyat vasitəsini
idarə etmək hüququ məhdudlaşdırılmış
şəxs barəsində bu Məcəllənin 511.2 və
529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini
idarə etmək hüququnun məhdudlaşdırılması
barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
müddəti əvvəlki qərara əsasən təyin
edilmiş nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılması müddətinin
son günündən etibarən hesablanmağa başlayır.
Maddə 154. İctimai işlər
haqqında qərarın icrası
154.1. İctimai işlər
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarı, barəsində bu tənbeh növü tətbiq
edilən şəxsin yaşadığı ərazinin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai
işlər növündə inzibati tənbeh tədbiri tətbiq
edilmiş şəxslərin cəlb ediləcəyi işlərin
növləri və belə işlərin keçiriləcəyi
yerlərin müəyyənləşdirilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[158]
154.1-1. Müvafiq icra hakimiyyəti
orqanları müvafiq inzibati-ərazi vahidi üzrə ictimai
işlərin həyata keçiriləcəyi yerlərin
siyahısını və həmin işlərin həyata
keçirilməsi üçün zəruri olan şəxslərin
sayı barədə məlumatı növbəti ay
başlayanadək müvafiq icra hakimiyyəti orqanına
göndərir.
154.1-2. İcra məmuru barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxsə ictimai işlərin həyata
keçiriləcəyi yerlərin siyahısındakı yerlərdən
birində işləmək üçün göndəriş
verir. İctimai işlərin həyata keçiriləcəyi
yerlərlə bağlı hər hansı məlumat tələb
edildikdə icra məmuru müvafiq icra hakimiyyəti
orqanına bu barədə sorğu verir. Sorğuya beş
iş günündən gec olmayaraq cavab verilməlidir.[159]
154.2. Barəsində ictimai
işlər növündə inzibati tənbeh tətbiq edilən
şəxs icra məmurunun icraata başlamaq haqqında qərar
qəbul etdiyi gündən sonra ən geci on gün müddətində
ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur.
154.3. İcra məmuru:[160]
154.3.1. barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin
qeydiyyatını aparır, onlara tənbehin icrasının
qayda və şərtlərini izah edir;
154.3.2. barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə
elektron nəzarət vasitəsini təqdim etməklə, həmin
vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların
cədvəlinə uyğun üzərlərində
daşımalı, istifadə etməli olduqlarını,
işlək vəziyyətdə saxlanılması
üçün ona xidmət qaydalarını, habelə hər
hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən
istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir
və bu barədə protokol tərtib edir;
154.3.3. barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin
davranışına, onların ictimai işlərin yerinə
yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə
və həmin yerləri müəyyən olunmuş vaxtdan
sonra tərk etmələrinə nəzarət edir;
154.3.4. barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin
işləmiş olduğu vaxtın uçotunu aparır, ayda
iki dəfədən az olmayaraq, şəxsin ictimai işləri
yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin
görüldüyü yerlərə baş çəkməklə
protokol tərtib edir;
154.3.5. ictimai işlər növündə
inzibati tənbehin bu Məcəllə ilə müəyyən
edilmiş qaydada həyata keçirilməsi üçün
digər tədbirləri görür.
154.4. Barəsində ictimai
işlər növündə inzibati tənbeh tətbiq edilən
şəxslər ictimai işləri yerinə yetirdikləri
yerin müəssisədaxili intizam qaydalarına riayət etməli,
əməyə vicdanla yanaşmalı, onlar üçün
müəyyən olunmuş yerlərdə və məhkəmənin
qərarında müəyyən olunmuş müddətdə
işləməli və yaşayış yerini dəyişdikdə,
bu barədə icra məmuruna məlumat verməlidirlər.
154.5. Barəsində ictimai
işlər növündə inzibati tənbeh tətbiq edilən
şəxsə əsas iş yerində növbəti məzuniyyətin
verilməsi ictimai işlər növündə inzibati tənbehin
icrasını dayandırmır.
154.6. İctimai işlər
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icrası zamanı bu Məcəllənin
28.4-cü maddəsində nəzərdə tutulmuş hallar
yarandıqda, barəsində ictimai işlər növündə
inzibati tənbeh tətbiq edilən şəxs və ya onun
qanuni nümayəndəsi qərarın icrasına xitam verilməsi
barədə ərizə ilə məhkəməyə
müraciət edə bilər.
154.7. İctimai işlər
növündə inzibati tənbehin müddəti saatla
hesablanır.
154.8. İctimai işlər
növündə inzibati tənbehin müddəti həftə
ərzində on iki saatdan az olmayaraq müəyyən edilir.
İctimai işlər növündə inzibati tənbehin
müddəti istirahət, səsvermə, iş günü
hesab edilməyən bayram günlərində, ümumxalq
hüzn günündə və barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxsin
əsas işindən və ya təhsilindən asudə
vaxtlarında dörd saatdan, iş günlərində isə
iki saatdan, barəsində ictimai işlər növündə
inzibati tənbeh tətbiq edilən şəxsin
razılığı ilə isə dörd saatdan çox ola
bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru
barəsində ictimai işlər növündə inzibati tənbeh
tətbiq edilən şəxsə həftə ərzində
müəyyən olunmuş vaxtdan az işləməyə
icazə verir.
154.9. İşəgötürən
ictimai işlərin həyata keçirilməsi
üçün mövcud olan yerlər barədə
müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat
verir, şəxs ictimai işlərin həyata keçiriləcəyi
yerdə qəbul edilərək ictimai işə təhkim
edildikdə, onun tərəfindən ictimai işlərin yerinə
yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək
üç gündən gec olmayaraq icra məmuruna göndərir,
barəsində bu tənbeh növü tətbiq edilən
şəxslər üçün müəyyən
edilmiş işin yerinə yetirilməsinə nəzarət
edir, onların işlədikləri saatların uçotunu aparır
və ictimai işləri yerinə yetirməkdən boyun
qaçırma halları barədə dərhal icra məmuruna
məlumat verir.[161]
154.10. Barəsində ictimai
işlər növündə inzibati tənbeh tətbiq edilən
şəxs ictimai işlər növündə inzibati tənbehin
çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona
məsuliyyət daşıyacağı barədə rəsmi
xəbərdarlıq edir.
154.11. Barəsində ictimai
işlər növündə inzibati tənbeh tətbiq edilən
şəxs ictimai işlər növündə inzibati tənbehin
çəkilməsindən boyun qaçırdıqda, icra məmuru
bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə
tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.
Maddə 155. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma haqqında qərarın icrası
155.1. Əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma
haqqında qərarda müəyyən olunmuş müddətdə
ölkəni tərk etməlidirlər.
155.2. Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma
haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin)
qərarı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
icra edilir.
155.3. Əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərarın
icrasından boyun qaçırdıqda və ya belə boyun
qaçırmanı ehtimal etməyə kifayət qədər
əsaslar olduqda, onlar Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsi ilə müəyyən olunmuş qaydada və
müddətdə müvafiq icra hakimiyyəti orqanının
qanunsuz miqrantların saxlanılması mərkəzlərinə
yerləşdirilirlər.
155.4. Əcnəbi və
ya vətəndaşlığı olmayan şəxsin ölkədən
getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda,
onun Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarılması məhdudlaşdırmaya
səbəb olan hallar aradan qalxdıqdan sonra icra edilir.
155.5. Azərbaycan Respublikasının ərazisindən
inzibati qaydada çıxarılan əcnəbilərin və
ya vətəndaşlığı olmayan şəxslərin
çıxarılmasına görə xərclər
onların öz üzərinə düşür. Bu şəxslərin
çıxarılması üçün onların vəsaiti
olmadıqda, belə xərclərin ödənilməsi
onları qəbul edən şəxslərin, idarə, müəssisə
və təşkilatların, qəbul edən tərəf
olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının
üzərinə düşür.
155.6. Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma
haqqında qərar icra edildikdən sonra, çıxarma
haqqında müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul
etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə)
qaytarılır.
155.7. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma inzibati tənbeh tədbirinin tətbiqindən
irəli gələn digər məsələlər bu Məcəllədə
nəzərdə tutulan müddəalara zidd olmamaq şərti
ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə
uyğun olaraq həll edilir.
Maddə 156. İnzibati həbs
haqqında qərarın icrası
156.1. Hakim tərəfindən inzibati həbs
haqqında qərar çıxarıldıqdan sonra həmin qərar
dərhal icra edilir.
156.2. Barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610—618-ci maddələrində
göstərilən xətaları törətmiş şəxslər
hauptvaxtda, digər şəxslər isə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi
yerlərdə mühafizə altında saxlanılır.
İnzibati həbs haqqında qərar icra olunarkən, həbs
edilənlər şəxsi axtarışdan keçirilir. İnzibati qaydada həbs edilmiş
şəxslər məcburi dövlət daktiloskopik
qeydiyyatından keçirilirlər.[162] KMQ14
156.3. Müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti
hərbi xidmət müddətinə daxil edilmir.[163]
Maddə 156-1. İnzibati tənbeh tətbiq etmə
zamanı elektron nəzarət vasitələrinin tətbiqi
xüsusiyyətləri[164]
156-1.1. Barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə
elektron nəzarət vasitələri tətbiq edilir.
156-1.2. Elektron nəzarət vasitələrinin
tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
156-1.3. Elektron nəzarət vasitələri
tətbiq edilmiş şəxslərin müəyyən
edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət
icra məmurları tərəfindən həyata keçirilir.
156-1.4. Elektron nəzarət vasitələri
tətbiq edilmiş şəxslərə elektron nəzarət
vasitəsi təqdim olunur və həmin vasitənin işlək
vəziyyətdə saxlanılması üçün ona xidmət
qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi,
həmçinin bu əməlin hüquqi nəticələri izah
edilir və bu barədə protokol tərtib edilir.
156-1.5. Elektron nəzarət vasitəsi tətbiq
edilmiş şəxs həmin vasitəni zədələdikdə
və ya digər üsulla yararsız vəziyyətə
saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
Xüsusi hissə
İnzibati xətalar
Sağlamlıq əleyhinə olan
inzibati xətalar
Maddə 157. Döymə
Döymə və sair zorakı hərəkətlərlə
qəsdən fiziki ağrı yetirməyə görə -
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir və ya işin hallarına görə, xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq
olunur.[165]
Qeyd: Bu maddədə nəzərdə
tutulmuş əməl sağlamlığa ağır, az
ağır və ya yüngül zərər vurmaqla törədildikdə,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən
cinayət məsuliyyətinə səbəb olur.
Maddə 158. Məişət
zorakılığının qarşısının
alınması haqqında qanunvericiliyin pozulması
158.1. Məişət zəminində
iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə,
yəni şəxs tərəfindən digər şəxsin
onun mülkiyyətində, sərəncamında və ya
istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum
edilməsinə, iqtisadi asılılıq yaradılmasına,
belə asılılığın saxlanılmasına və
ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə
görə-
yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
158.2. Məişət zəminində
psixi zorakılığa, yəni şəxs tərəfindən
digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə
və ya dözülməz psixi şərait
yaradılmasına yönəlmiş hərəkətlərə
görə-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
158.3. Məişət
zorakılığından zərər çəkmiş
şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin
akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə
görə-
otuz
beş manatdan əlli manatadək məbləğdə cərimə
edilir.
Qeyd:
1. Bu Məcəllənin 158.1 və
158.2-ci maddələrində “şəxs” dedikdə, “Məişət
zorakılığının qarşısının
alınması haqqında” Azərbaycan
Respublikası Qanununun 4-cü maddəsində nəzərdə
tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 158.1 və
158.2-ci maddələri həmin maddələrdə göstərilən
əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən
cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 159. Zöhrəvi xəstəliklərə
yoluxmuş şəxsin müalicədən boyun
qaçırması
Zöhrəvi xəstəliklərə
yoluxduğu barədə kifayət qədər məlumatı
olan şəxsin tibb müəssisələri tərəfindən
xəbərdarlıq edildikdən sonra da müalicədən
boyun qaçırmasına görə-[166]
yüz
manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 160. Zöhrəvi xəstəliklərə
və ya insanın immunçatışmazlığı
virusuna yoluxmuş şəxslə əlaqədə olmuş
şəxsin müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə
və ya insanın immunçatışmazlığı
virusuna yoluxmuş şəxslə əlaqədə olmuş
və müayinəyə ehtiyacı olan şəxsin tibb müəssisələri tərəfindən
xəbərdarlıq edildikdən sonra da müayinədən
boyun qaçırmasına görə-
səksən
manatdan yüz iyirmi manatadək məbləğdə cərimə
edilir.
Maddə 161. Zöhrəvi xəstəliklərə
və ya insanın immunçatışmazlığı
virusuna yoluxma mənbəyinin gizlədilməsi
161.1. Zöhrəvi xəstəliyi
olan şəxs tərəfindən yoluxma mənbəyinin,
habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə
yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə
görə-
yüz
manatdan iki yüz manatadək məbləğdə cərimə
edilir.
161.2. İnsanın
immunçatışmazlığı virusuna yoluxmuş şəxs
tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə
olub, insanın immunçatışmazlığı virusuna
yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə
görə-
iki yüz
manatdan dörd yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 162. Qanın, qan komponentlərinin
donorluğu və qan xidməti haqqında qanunvericiliyin
pozulması
162.1. Donor olmaq istəyən
şəxs tərəfindən əvvəllər
keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin
narkotik vasitələr və psixotrop maddələr qəbul
edib-etməməsi barədə düzgün məlumatın
verilməməsinə görə-
otuz
manatdan qırx manatadək məbləğdə cərimə
edilir.
162.2. Tibbi müayinə
keçirilmədən donordan qanın, qan komponentlərinin
götürülməsinə görə-
fiziki
şəxslər qırx manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər əlli manatdan altmış
beş manatadək məbləğdə, hüquqi şəxslər
yüz manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
162.3. Müalicə müəssisələri
tərəfindən qanın, qan komponentlərinin resipiyentə
köçürülməsi nəticəsində baş verən
hər hansı ciddi əlavə təsirlər barədə
köçürülən qanın, qan komponentlərinin tədarükünü
edən qan xidməti müəssisəsinə (qan bankına)
və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına
(qurumuna) məlumat
verilməməsinə görə-[167]
fiziki
şəxslər qırx manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər əlli manatdan altmış
beş manatadək məbləğdə, hüquqi şəxslər
yüz manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 162-1. İnsan orqan və toxumalarının
donorluğu və transplantasiyası haqqında qanunvericiliyin
pozulması
162-1.1. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi
siyahıya daxil olmayan tibb müəssisələri və digər
şəxslər tərəfindən donor orqanların
hazırlanması, saxlanması, daşınması, idxalı
və ixracına görə –
vəzifəli şəxslər üç min manatdan
beş min manatadək məbləğdə, hüquqi şəxslər
yeddi min manatdan on min manatadək məbləğdə cərimə
edilir.
162-1.2. Orqan donorluğu və transplantasiya zamanı
meyit donorun qohumlarına münasibətdə resipiyentin,
resipiyentə və onun qohumlarına münasibətdə meyit
donorun anonimliyinin qorunmamasına görə –
vəzifəli şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
162-1.3. Canlı donordan transplantasiya məqsədilə
donor orqanların götürülməsi zamanı “İnsan
orqan və toxumalarının donorluğu və
transplantasiyası haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş tələblərə əməl
olunmamasına görə –
vəzifəli şəxslər iki min manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
162-1.4. Canlı donor tərəfindən
özünün zərərli vərdişləri və ona məlum
olan xəstəlikləri barədə məlumat verilməməsinə
görə –
beş yüz manatadək məbləğdə cərimə
edilir.
162-1.5. Şəxsin ölümdən sonra
orqanlarının transplantasiya məqsədilə
götürülməsinə razılıq və ya
orqanlarının götürülməsindən imtina barədə
iradə ifadəsinin olmasına dair məlumatların
yayılmasına görə –
vəzifəli şəxslər min manat məbləğində,
hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
Qeyd: Bu Məcəllənin 162-1.1-ci və 162-1.3-cü maddələri
həmin maddələrdə göstərilən əməllər
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.[168]
Maddə 163. Qeysəriyyə kəsiyi
əməliyyatının qanunsuz aparılması
Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş tibbi
əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının
aparılmasına görə-
vəzifəli
şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
Siyasi, sosial və əmək
hüquqları əleyhinə olan inzibati xətalar
Maddə 164.
Seçkiqabağı və ya referendumla bağlı təşviqatın
aparılması qaydalarının və müddətinin
pozulması
164.1. Seçkiqabağı və ya referendumla
bağlı təşviqatın
aparılmasının Azərbaycan Respublikasının
Seçki Məcəlləsi ilə müəyyən
edilmiş qaydalarının və müddətinin
pozulmasına görə-
yüz
manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
164.2. Qeydə alınmış
namizədə seçkiqabağı təşviqatın
müddəti başa çatana kimi şərəf və ləyaqətini
seçki qanunvericiliyi ilə müəyyən olunmuş
teleradio verilişləri təşkilatlarının teleradio
proqramlarında və dövri nəşrlərdə
onların vəzifəli şəxsləri tərəfindən
müdafiə etmək imkanının verilməməsinə
görə -
vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz əlli
manatadək məbləğdə, hüquqi şəxslər
üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 165. Təşviqat-nəşr
materiallarını qəsdən məhv etmə və ya namizədin
seçicilərlə görüşünə mane olma
Mülkiyyətçinin və ya obyekt sahibinin
razılığı ilə seçkiqabağı təşviqat
materiallarının yerləşdirilməsi üçün
nəzərdə tutulan yerlərdə
asılmış seçkiqabağı
(referendumqabağı) təşviqat plakatlarını və
digər belə təşviqat materiallarını məhv etməyə,
korlamağa və ya təşviqat materiallarının
yayılmasına mane olmağa, yaxud namizədin
seçicilərlə görüşünə mane olmağa
görə-
altı
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 166. Namizəd haqqında
bilərəkdən yalan məlumatlar yayma
Seçkinin nəticəsinə təsir göstərmək
məqsədi ilə deputatlığa və ya seçkili
orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar
dərc etməyə və ya onları başqa üsullarla
yaymağa görə-
yeddi
yüz manatdan doqquz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 167. Seçki (referendum)
komissiyası üzvünün, müşahidəçilərin,
vəkil edilmiş şəxslərin, namizədlərin,
siyasi partiyaların, siyasi partiyaların bloklarının,
referendum üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndələrinin, media nümayəndələrinin
hüquqlarının pozulması
Seçki (referendum) komissiyası üzvünün,
müşahidəçilərin, vəkil edilmiş şəxslərin,
namizədlərin,
siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum
üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndələrinin, media nümayəndələrinin Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə
müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin
surətlərinin və məlumatların vaxtında
alınması və seçki sənədlərinin surətlərinin
təsdiqi ilə bağlı hüquqlarını pozmağa
görə-
yüz əlli
manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 168. Seçicilər
haqqında məlumatların düzgün, tam və
vaxtında verilməməsi
Seçicilər haqqında məlumatları
təqdim edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həmin məlumatların düzgün, tam və vaxtında
verilməməsinə görə -
iki yüz
manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 169. Seçki
bülletenlərinin, səsvermə protokollarının və
vəsiqələrinin verilməsi və saxlanması
qaydalarının pozulması
Seçki komissiyalarının sədrləri
tərəfindən seçki bülletenlərinin, səsvermə
protokollarının və vəsiqələrinin verilməsi və
saxlanması qaydalarının pozulmasına görə-
xəbərdarlıq
edilir və ya əlli manatdan yetmiş manatadək məbləğdə
cərimə edilir.
Maddə 170. Dövlət
avtomatlaşdırılmış informasiya sistemindən
istifadə qaydasının pozulması
Səsvermə başlandıqdan
sonra seçkilərin yekunları və səsvermənin nəticələri
barədə protokollar imzalananadək yuxarı seçki
komissiyalarının informasiya xidmətlərindən
aşağı seçki komissiyalarının informasiya xidmətlərinə
məlumatların qəbulunu təsdiq edən siqnallardan
başqa hər hansı məlumatın verilməsinə
görə -
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər dörd yüz manatdan altı
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 171. Seçki (referendum)
ilə əlaqədar hədə-qorxu və ya
zorakılığa çağıran
çıxışlar edilməsi, yaxud belə
materialların yayılması
Seçki (referendum) ilə əlaqədar
hədə-qorxu və ya zorakılığa
çağıran çıxışlar edilməsinə,
yaxud belə materialların yayılmasına görə-
altı
yüz manatdan doqquz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 172. Seçicinin bilərəkdən
birdən çox seçici siyahısına daxil edilməsi
Seçicinin bilərəkdən
birdən çox seçici siyahısına daxil edilməsinə
görə -
səkkiz
yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
Maddə 173. Seçici siyahıları
ilə vətəndaşların tanış olmaq hüququnun
və digər hüquqlarının pozulması
173.0. Seçki (referendum) komissiyasının
üzvü tərəfindən:
173.0.1. vətəndaşların seçici
siyahıları (referendumda iştirak etmək hüququ olan vətəndaşların
siyahısı) ilə tanış olmaq hüququnun
pozulmasına;
173.0.2. seçici siyahılarındakı (referendumda
iştirak etmək hüququ olan vətəndaşların
siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların
ərizələrinə Azərbaycan Respublikasının
Seçki Məcəlləsi ilə müəyyən
edilmiş müddətdə baxılmamasına;
173.0.3. qeydiyyatdan keçmiş seçicilər barəsində
məlumatların vaxtında rəsmiləşdirilməməsinə
və dəqiqləşdirilməməsinə görə-
yüz əlli
manatdan iki yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 174. Seçkilərdə
(referendumda) iştirak etmək üçün məzuniyyət
verilməsindən imtina etmə
Dövlət və ya
yerli özünüidarəetmə orqanlarına seçkilərin
hazırlanmasında və ya keçirilməsində onun
iştirakının təmin edilməsi məqsədi ilə
deputatlığa və ya seçkili orqana (vəzifəyə)
qeydə alınmış namizədə, namizədin vəkilinə
və ya seçki (referendum) komissiyasının üzvünə
məzuniyyət verilməsindən imtina etməyə görə-
iki min
manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 175. Qeydə
alınmış namizədin seçkilərdə iştirak
etdiyi müddətdə xidməti vəzifələrinin
icrasını dayandırmaması
Dövlət və ya bələdiyyə
xidmətində olan qeydə alınmış namizəd
seçkilərdə iştirak etdiyi müddətdə xidməti
vəzifələrinin icrasını dayandırmamasına
görə-
min beş
yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 176. Seçici
imzalarının toplanması qaydasının pozulması
Mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxslərin, dövlət
və bələdiyyə orqanlarının, qurumların və
təşkilatların seçici imzalarının
toplanmasında iştirak etməsinə görə-
vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 177. Seçkilərin
(referendumun) maliyyələşdirilməsi və ya maliyyə
hesabatlarının təqdim edilməsi qaydalarının
pozulması
177.1. Seçkilərin
(referendumun) maliyyələşdirilməsinin Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə
müəyyən edilmiş qaydalarını pozmağa görə-
fiziki
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
177.2. Seçkilərin hazırlanmasına və
keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi
barədə namizədlər, qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat
qrupları tərəfindən maliyyə
hesabatlarının təqdim və ya dərc edilməməsinə
görə-
min manatdan
iki min manatadək
məbləğdə cərimə
edilir.
Maddə 178. Anonim təşviqat
materiallarının və ya reklamların hazırlanması və
yayılması qaydalarının pozulması
178.1. Seçkiqabağı və ya referendum ilə
bağlı nəşr və audiovizual təşviqat
materiallarında bu materialları hazırlayan və
hazırlanmasını sifariş edən təşkilatların
adı, materialların tirajı və buraxılış
tarixi barədə məlumatların göstərilməməsinə
görə-
yüz əlli
manatdan iki yüz manatadək məbləğdə
cərimə edilir.
178.2. Siyasi partiyalar, siyasi partiyaların blokları,
namizədlər və ya qeydə alınmış namizədlər
barəsində reklamların hazırlanmasının və
yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə müəyyən edilmiş qaydalarının
pozulmasına görə-
yüz əlli
manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
178.3. Siyasi partiyaların, siyasi partiyaların
bloklarının, namizədlərin və ya qeydə
alınmış namizədlərin yazılı formada
razılığı olmadan seçkiqabağı nəşr
materiallarının hazırlanmasına, yaxud yayılmasına
görə-
iki yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 179. Səsvermənin nəticələri
və ya seçkilərin yekunları haqqında məlumatın
bilərəkdən təqdim edilməməsi və ya dərc
olunmaması
179.1. Seçicilərin, qeydə alınmış
namizədin, siyasi partiyaların, siyasi partiyaların
bloklarının və namizədlərin vəkil edilmiş
şəxslərinin, müşahidəçilərin, siyasi
partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat
qruplarının səlahiyyətli nümayəndələrinin,
media
nümayəndələrinin tələbi ilə onların
tanış olmaları üçün müvafiq seçki
komissiyasının sədrləri tərəfindən səsvermənin
yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim
edilməməsinə görə-
min beş
yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
179.2. Səsvermənin yekunlarına və nəticələrinə
aid məlumatların bilərəkdən
Azərbaycan Respublikasının Seçki Məcəlləsində
nəzərdə tutulmuş qaydada və müddətdə dərc
edilməməsinə görə-
iki min
manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə
179-1. Azərbaycan Respublikası
vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə etməsi
qaydası haqqında qanunvericiliyin pozulması[169]
179-1.1. Azərbaycan Respublikası
vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə etməsi
qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli
Məclisinin müzakirəsinə təqdim edilməsi
təklif olunan qanun (qərar) layihəsinin
dəstəklənməsi üçün dövlət
orqanlarının, bələdiyyə qurumlarının və
mülkiyyət formasından asılı olmayaraq hüquqi
şəxslərin imza toplanmasında iştirak
etməsinə görə –
vəzifəli şəxslər beş
yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
179-1.2. Azərbaycan Respublikası
vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə ilə
bağlı imza toplanması prosesinin və “Azərbaycan
Respublikası vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə etməsi
qaydası haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulan digər tədbirlərin
maliyyələşdirilməsi üçün xarici
dövlətlərin, beynəlxalq təşkilatların,
xarici hüquqi şəxslərin, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin,
həmçinin təsisçisi xarici dövlət,
beynəlxalq təşkilat, xarici hüquqi şəxs,
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs olan hüquqi şəxslərin vəsaitindən
istifadə olunmasına görə –
fiziki şəxslər iki yüz manatdan
dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min manatdan min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir .
Maddə 180.
Yığıncaqların, mitinqlərin, nümayişlərin,
küçə yürüşlərinin və piketlərin
keçirilməsinə mane olma
“Sərbəst toplaşmaq
azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil
edilən yığıncaqların, mitinqlərin,
nümayişlərin, küçə yürüşlərinin
və piketlərin keçirilməsinə mane olmağa
görə-
fiziki
şəxslər min beş yüz manatdan üç min
manatadək məbləğdə, vəzifəli şəxslər
üç min manatdan altı min manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan otuz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 181. Təhsil haqqında
qanunvericiliyin pozulması
181.0. Təhsil haqqında
qanunvericiliyin pozulmasına, yəni:
181.0.1. təhsilin hər hansı
pilləsindən, səviyyəsindən və formasından
şəxsin məhrum edilməsinə;
181.0.2. təhsil müəssisəsində
təhsilalana qarşı cinayət əlamətləri olmayan
psixoloji zorakılığa yol verilməsinə;
181.0.3. qanunvericiliklə müəyyən
edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil
prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə
cəlb edilməsinə;
181.0.4. dövlət təhsil və
elmi tədqiqat qrantlarının təhsil müəssisəsinin
həmin qrantların verilmə məqsədlərinə
uyğun gəlməyən fəaliyyət sahələrinin
maliyyələşdirilməsinə yönəldilməsinə
görə -
fiziki
şəxslər yüz manat məbləğində, vəzifəli
şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
Maddə 182. İnsanın
immunçatışmazlığı virusuna yoluxması səbəbinə
görə təhsil hüququnun pozulması
İnsanın immunçatışmazlığı
virusuna yoluxması səbəbinə görə şəxsin
özünün və ya ailə üzvlərinin təhsil
almaq hüququnun hər hansı formada məhdudlaşdırılmasına,
o cümlədən onların təhsil müəssisələrinə
qəbulundan imtina olunmasına və ya onların istənilən
tədbirlərdə iştirakına məhdudiyyət
qoyulmasına, yaxud təhsil müəssisəsindən xaric
edilməsinə görə-
vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 183. İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin sosial xidmət müəssisələrinə
yerləşdirilməsindən və onlara sosial xidmət
göstərilməsindən imtina edilməsi
İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin sosial xidmət müəssisələrinə
yerləşdirilməsindən və onlara sosial xidmət
göstərilməsindən imtina edilməsinə görə-
vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 184. Siyasi partiyalar haqqında qanunvericiliyin
pozulması
184.1. Siyasi partiyanın dövlət
qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə
görə –
fiziki şəxslər yeddi yüz
manatdan min manatadək məbləğdə cərimə
edilir.
184.2. Azərbaycan Respublikasının ərazisində
xarici dövlətlərin siyasi partiyalarının, habelə
onların bölmələrinin və təşkilatlarının
təsis edilməsinə və ya fəaliyyətinə görə
–
fiziki şəxslər yeddi yüz manatdan
min manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
184.3. Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə
görə –
vəzifəli şəxslər səkkiz
yüz manatdan min manatadək məbləğdə, hüquqi
şəxslər üç min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
184.4. “Siyasi partiyalar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş hərəkətlər
istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin
dayandırıldığı dövrdə və ya ləğvinin
dövlət qeydiyyatına alındığı halda onun hər
hansı formada fəaliyyət göstərməsinə, o
cümlədən partiya orqanlarının (struktur
qurumlarının) və üzvlərinin siyasi partiyanın
adından çıxış etməsinə və ya fəaliyyət
göstərməsinə, toplantılar keçirməsinə,
maliyyə əməliyyatlarının aparılmasına, yaxud
onun fəaliyyətinin qanunsuz təşkilində və ya
işində iştiraka görə –
fiziki şəxslər yeddi yüz
manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
184.5. Siyasi partiyanın səlahiyyət
müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən
partiyanın fəaliyyəti ilə əlaqədar hər
hansı hərəkətlərin edilməsinə, o cümlədən
qərarların qəbul edilməsinə və ya sənədlərin
imzalanmasına görə –
fiziki şəxslər yeddi yüz
manatdan min manatadək məbləğdə cərimə
edilir.
184.6. Siyasi partiya üzvlərinin
reyestrində baş vermiş sonrakı dəyişikliklər
barədə “Siyasi partiyalar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətdə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim
edilməməsinə görə –
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
184.7. İctimai-siyasi nəşrlərin,
digər təbliğat və təşviqat
materiallarının hazırlanması və satışı
istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin
digər növləri ilə məşğul olmasına
görə –
inzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
184.8. Siyasi partiya tərəfindən
dövlət orqanlarının (qurumlarının), yerli
özünüidarəetmə orqanlarının, vəzifəli
şəxslərin fəaliyyətinə, həmçinin digər
şəxslərin sahibkarlıq fəaliyyətinə
müdaxilə edilməsinə görə –
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min
manatadək məbləğdə cərimə edilir.
184.9. Siyasi partiyanın digər ölkələrin
siyasi partiyaları ilə sazişin bağlanması və ya
siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə
daxil olması barədə “Siyasi partiyalar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətdə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə
görə –
vəzifəli şəxslər beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
184.10. “Siyasi partiyalar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə qadağan olunmuş subyektlərdən,
yaxud nağd qaydada (bank hesabına köçürülmədən)
və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən
qəbul edilməsinə görə –
vəzifəli şəxslər iki min
manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
184.11. Siyasi partiya tərəfindən
siyasi partiyanın üzvü və ya digər şəxsdən
il ərzində “Siyasi partiyalar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdən
(dəyərdən) artıq üzvlük haqqının və
ya ianənin qəbul edilməsinə görə –
inzibati xətanın bilavasitə obyekti
olan artıq qəbul edilmiş üzvlük haqqı və ya
ianə müsadirə edilməklə onun məbləğinin
(dəyərinin) səksən faizindən yüz faizinədək
məbləğdə cərimə edilir.
184.12. Siyasi partiyanın Azərbaycan
Respublikasının hüdudlarından kənarda istənilən
növ (hər növ maliyyə təşkilatları daxil
olmaqla) hesab açmasına görə –
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
184.13. Siyasi partiyanın “Siyasi partiyalar
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini
pozmaqla qəbul etdiyi ianəni həmin Qanunla müəyyən
edilmiş müddətdə geri qaytarmamasına, bu
mümkün olmadığı halda isə onu dövlət
büdcəsinə köçürməməsinə görə
–
inzibati xətanın bilavasitə obyekti
olmuş ianə məbləğinin altmış faizindən
səksən faizinədək məbləğdə cərimə
edilir.
184.14. Siyasi partiyanın qəbul etdiyi
ianələrin məbləği və ianəni vermiş
şəxslər, həmçinin “Siyasi partiyalar haqqında”
Azərbaycan Respublikasının Qanununa görə ianə
hesab olunan maddi yardımlar barədə məlumatı Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim
etməməsinə, yaxud tam, düzgün və ya vaxtında
təqdim etməməsinə görə –
vəzifəli şəxslər iki min
manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
184.15. “Siyasi partiyalar haqqında” Azərbaycan
Respublikasının Qanununda müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına barəsində məlumat təqdim edilməmiş
ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları
və ya hər hansı digər əməliyyat
aparılmasına görə –
vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
184.16. Bu Məcəllənin 184.6 və
184.9-cu maddələrində nəzərdə tutulmuş xətaların
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
vəzifəli şəxslər iki min
manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
184.17. Bu Məcəllənin 184.1 – 184.5,
184.8, 184.10, 184.12, 184.14 və 184.15-ci maddələrində nəzərdə
tutulmuş xətaların inzibati tənbeh almış şəxs
tərəfindən inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə –
fiziki
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan beş
min manatadək məbləğdə, hüquqi şəxslər
on min manatdan on beş min manatadək məbləğdə cərimə
edilir.[170]
Maddə 185. Müəlliflik
hüququnun və əlaqəli hüquqların pozulması
Müəlliflik hüququnu və əlaqəli
hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda-
pirat nüsxələr, həmçinin
pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində)
və yayılmasında istifadə olunan materiallar,
avadanlıqlar və hüquqpozmaya səbəb olan digər
vasitələr müsadirə edilməklə səksən
manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Qeyd:
Bu Məcəllənin 185 -
188-ci maddələrində “az miqdarda ziyan vurduqda” dedikdə,
min manatadək olan məbləğ
başa düşülür.
Maddə 186. İnteqral sxem
topologiyasından istifadəyə müstəsna hüququn
pozulması
Müəllifin və ya digər
hüquq sahibinin icazəsi olmadan inteqral sxem
topologiyasının orijinal olmayan hissəsinin
çıxarılması istisna olmaqla, bütövlükdə,
yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi
yolu ilə və ya surətinin başqa şəkildə
çıxarılmasına, habelə topologiyanın və ya
həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsinə,
gətirilməsinə, satış üçün təklif
edilməsinə, satılmasına, yaxud başqa formada təsərrüfat
dövriyyəsinə daxil edilməsinə görə, bu az
miqdarda ziyan vurduqda-
səksən
manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 187. Folklor nümunələrindən
istifadə tələblərinin pozulması
Folklor nümunələrindən
istifadə tələblərinin pozulmasına görə, bu
az miqdarda ziyan vurduqda-
folklor
nümunələrinin istifadəsinə qoyulan tələblərin
pozulması ilə hazırlanmış (istehsal edilmiş) və
yayılmış folklor obyekti nüsxələri (pirat
nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər
səksən manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər altı yüz manatdan səkkiz
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 188. Məlumat
toplularından qeyri-qanuni istifadə edilməsi
Məlumat toplularından
qeyri-qanuni istifadə edilməsinə görə, bu az miqdarda
ziyan vurduqda-
məlumat
toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin
hazırlanmasında (istehsal edilməsində) və
yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və
hüquqpozmaya səbəb olan digər vasitələr
müsadirə edilməklə, fiziki şəxslər səksən
manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər altı yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər min beş
yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 189. Uşaqların təlim-tərbiyəsi
vəzifələrinin valideynlər və ya onları əvəz
edən şəxslər tərəfindən yerinə yetirilməməsi
189.1. Yetkinlik yaşına çatmayanların tərbiyə
və təlimi vəzifələrinin valideynlər və ya
onları əvəz edən şəxslər tərəfindən
üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə
və ya lazımınca yerinə yetirilməməsinə
görə –
xəbərdarlıq edilir və ya qırx manatdan
altmış manatadək məbləğdə cərimə
edilir.
189.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari
ümumi оrta təhsil üzrə dərs gününün
şagird tərəfindən bir ay ərzində 7 gündən
çox buraxılmasına görə -
valideynlər
və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə
edilir.[171]
189.3. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər yetkinlik yaşına
çatmayanların baxımsız qalmasına səbəb
olduqda –
altmış manatdan yüz manatadək məbləğdə
cərimə edilir.
189.4. Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər yetkinlik yaşına
çatmayanların spirtli içki, narkotik vasitələr və
ya psixotrop maddələr qəbul etməsinə və ya
avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə
cəlb etməyə imkan verən yaş həddinə
çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri
olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on
altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri
olan əməlin törədilməsinə səbəb olduqda-
altmış
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 190. Valideynlərə
kömək göstərməkdən qəsdən boyun
qaçırma
Yetkinlik yaşına çatmış şəxslərin
əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və
onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə-
xəbərdarlıq edilir və
ya altmış manatdan
yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 191. Əmək pensiyaları
haqqında qanunvericiliyin pozulması
191.1. Əmək
pensiyasını təyin edən orqan tərəfindən əmək
pensiyasının ödənilməsi barədə qərarın
“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş müddətdə qəbul
edilməməsinə, əmək pensiyasının təyin
olunmasından imtina barədə qərarda pensiya təyin
olunmasından imtinanın səbəblərinin göstərilməməsinə
və əmək pensiyasının təyin olunmasından
imtina barədə qərarın həmin Qanunda nəzərdə
tutulan müddətdə müraciət edənə göndərilməməsinə
görə-
min manatdan
min beş yüz manatadək məbləğdə cərimə
edilir.
191.2. Əmək
pensiyaçısı və işəgötürən tərəfindən
əmək pensiyasının və əmək pensiyasına əlavənin
məbləğinin dəyişməsinə və ödənilməsinin
dayandırılmasına səbəb olan hallar barədə məlumatın
əmək pensiyasını təyin edən orqana verilməməsinə
görə-
səksən
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 192. Əmək
qanunvericiliyinin pozulması
192.1. Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxsləri hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsinə görə-
fiziki
şəxslər min manatdan iki min manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan beş
min manatadək məbləğdə, hüquqi şəxslər
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə
cərimə edilir.
192.2. İşəgötürən
tərəfindən işçilərin və iş yerlərinin
attestasiyasının keçirilməsi qaydalarının
pozulmasına görə-
yeddi
yüz manatdan min iki yüz manatadək məbləğdə
cərimə edilir.
192.3. İşçiyə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə
əməkhaqqı verilməsinə görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
192.4. İşçinin əmək
və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində
nəzərdə tutulmuş müavinət və digər ödənişlərin
hesablanmasında və ödənilməsində, riyazi
hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna
olmaqla, qanun pozuntularına yol verilməsinə görə-
vəzifəli
şəxslər yeddi yüz manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.[172]
192.5. İşçinin məzuniyyət
hüquqlarının pozulmasına, işçiyə əmək
məzuniyyətinin verilməməsinə, habelə istifadə
edilməmiş əmək məzuniyyətinə görə
müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə
görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
192.6. İşçinin əmək
müqaviləsinə əmək qanunvericiliyinin tələbləri
pozularaq xitam verilməsinə görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
192.7. İşəgötürən
tərəfindən əmək qanunvericiliyində müəyyən
edilmiş müddətdə işçiyə əmək
kitabçasının açılmamasına görə-
vəzifəli
şəxslər beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
192.8. İşəgötürən
tərəfindən 15 yaşına çatmamış şəxsin
işə cəlb edilməsinə görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min
manatadək məbləğdə cərimə edilir.
192.9. İşəgötürən
tərəfindən uşaqların onların həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə
törədə bilən fəaliyyətə cəlb edilməsinə
görə-
vəzifəli
şəxslər üç min manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər on min
manatdan on üç min manatadək məbləğdə cərimə
edilir.
192.10. İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxsləri, işləməsinə yol verilməyən
peşə növləri və vəzifələr istisna
olmaqla, insanın immunçatışmazlığı
virusuna yoluxması səbəbinə görə işə qəbul
etməkdən imtinaya və ya həmin səbəbdən
onları işdən azad etməyə görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
192.11. Şəxsin
dağınıq skleroz xəstə olması səbəbinə
görə onunla əmək müqaviləsi bağlamaqdan
imtina edilməsinə və ya əmək müqaviləsinə
xitam verilməsinə (işəgötürənin müvafiq
işi (vəzifəsi) olmadığı, həmçinin belə
şəxslərin əməyindən istifadə olunmasına
yol verilməyən iş yerlərinə işə
götürməkdən imtina edilən hallar istisna olmaqla)
görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
192.12. Qanunla pedaqoji fəaliyyətlə
məşğul olması qadağan edilən şəxslərlə
pedaqoji fəaliyyətlə məşğul olmaq
üçün əmək müqaviləsinin bağlanılmasına
görə -
vəzifəli
şəxslər üç min manat məbləğində
cərimə edilir.[173]
Qeyd: Bu Məcəllənin
192.1-ci maddəsi həmin maddədə göstərilən əməllər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.
Maddə 193. İşçini əmək
funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə
məcbur etmə
Əmək müqaviləsinə
xitam veriləcəyi və ya kollektiv müqavilədə
müəyyən edilmiş güzəşt və imtiyazlardan
məhrum ediləcəyi hədə-qorxusu ilə işçini
əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə
yetirməyə məcbur etməyə görə-
min manatdan
iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 194. Kvota üzrə
müəyyən olunmuş iş yerlərinə qəbul etməmə
Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən göndərilmiş sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxslərin
onlar üçün kvota üzrə müəyyən
olunmuş iş yerlərinə qəbul edilməməsinə,
yaxud dövlət büdcəsinə vəsait
köçürülməməsinə görə-[174]
min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
Maddə 195. Sosial müavinətlər
haqqında qanunvericiliyin pozulması
195.1. Müvafiq icra hakimiyyəti
orqanları tərəfindən sosial müavinətin təyin
edilməsi barədə qərarın qanunvericiliklə müəyyən
edilmiş müddətdə çıxarılmamasına,
müavinətin təyin olunmasından imtina edilməsi barədə
qərar qəbul edildikdə, imtinanın səbəbləri
göstərilməklə, müraciət edən şəxsə
qanunvericiliklə müəyyən edilmiş müddətdə
rəsmi məlumatın verilməməsinə və ya
imtinanın səbəbləri göstərilməməklə
verilməsinə görə-
min manatdan
min beş yüz manatadək məbləğdə cərimə
edilir.
195.2. Müavinət alan şəxs
(onun ailə üzvləri) tərəfindən müavinətlərin
ödənişinin dayandırılmasına səbəb olan
hallar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatın
verilməməsinə görə-
səksən
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 196. Həmkarlar
ittifaqları təşkilatlarının xüsusi hesabına
üzvlük haqqı köçürməmə
Mülkiyyət formasından
asılı olmayaraq işəgötürən tərəfindən
həmkarlar ittifaqının üzvü olan işçilərin
əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar
ittifaqına üzvlük haqlarının tutulmasının təmin
edilməməsinə və 4 iş günü müddətində
həmin idarə, müəssisə və təşkilatın
həmkarlar ittifaqı təşkilatının xüsusi
hesabına köçürülməməsinə görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 197. Sosial xidmət
haqqında qanunvericiliyin pozulması
197.1. Dövlət tərəfindən
göstərilən sosial xidmətə olan tələbatın
qiymətləndirilməsi, müəyyən edilməsi və
qərar qəbul edilməsi üçün düzgün
olmayan məlumatların verilməsinə görə-
əlli
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
197.2. Dövlət tərəfindən
sosial xidmət göstərilməsinin
dayandırılmasına təsir göstərən dəyişikliklər
barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına
görə-
səksən
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
197.3. Sosial xidmətə tələbatı
olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət
tərəfindən sosial xidmətə götürülməsinə
və ya dövlət tərəfindən sosial xidmət
göstərilməsi üçün əsaslar olduqda, şəxsin
sosial xidmətə götürülməsindən imtina edilməsinə
görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
197.4. Sosial xidmət göstərilməsi
və ya sosial xidmət göstərilməsindən imtina barədə
qərar haqqında “Sosial xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
müddətdə müraciət edən şəxsə rəsmi
məlumatın verilməməsi və ya sosial xidmətdən
imtina barədə qərarda imtinanın səbəblərinin
göstərilməməsinə görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
197.5. Sosial xidmət göstərilməsinin
keyfiyyətini, həcmini və şərtlərini müəyyən
edən tələblərin pozulmasına görə-
fiziki
şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz manatdan
altı yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 198. Əməyin
mühafizəsi qaydalarının pozulması
198.1. Əməyin mühafizəsi qaydalarının
pozulmasına, yəni:
[175]
198.1.1. əməyin mühafizəsi üzrə
standartların, normaların və qaydaların tələblərinə
əməl edilməməsinə;
198.1.2. binaların, qurğuların,
avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə
riayət edilməməsinə;
198.1.3. bilavasitə iş yerlərinin sağlam
sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin
qüvvədə olan normativlərə
uyğunlaşdırılmamasına;
198.1.4. işçilərə lazımi sanitariya-məişət
və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə;
198.1.5. normal əmək və istirahət rejiminə
riayət edilməməsinə;
198.1.6. işçilərə müəyyən
edilmiş müddətlərdə və tələb olunan
çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi
ayaqqabı və digər fərdi mühafizə vasitələrinin
verilməməsinə;
198.1.7. işçilərin əməyin mühafizəsi
normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının,
biliklərinin yoxlanılmasının təşkilinin və əməyin
mühafizəsinin təbliğinin təmin edilməməsinə;
198.1.8. kollektiv müqaviləyə əməyin
mühafizəsi üzrə qaydaların daxil edilməməsinə;
198.1.9. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi müddətdə və formada əməyin mühafizəsi,
əmək şəraiti və onların qüvvədə
olan normalara uyğunlaşdırılması üçün
görülən tədbirlərin nəticələri
haqqında statistik hesabatın verilməməsinə;
198.1.10. maşın və
avadanlıqların fırlanan və ötürücü hissələrinin
istehsalçı tərəfindən təchiz edilmiş
mühafizə qurğuları olmadan istismar edilməsinə
görə-
beş
yüz manatdan min manatadək məbləğdə cərimə
edilir. [176]
198.2.
Texniki təhlükəsizlik və ya əmək
mühafizəsinin başqa qaydalarına riayət edilməsi
vəzifəsi həvalə edilmiş şəxs
tərəfindən bu qaydaların pozulması
nəticəsində ehtiyatsızlıqdan insan
sağlamlığına yüngül zərərin
vurulmasına görə —[177]
min
manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
198.3.
Bu Məcəllənin 198.2-ci maddəsində
nəzərdə tutulmuş əməllər
zərərçəkmiş şəxsin sağlamlığına
az ağır zərər vurulmasına səbəb olduqda —
min
beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 199. Sağlam və təhlükəsiz
əməyin mühafizəsi şəraitinin təmin edilməməsi
İşəgötürən tərəfindən
işçilərin iş yerlərində sağlam və təhlükəsiz
əməyin mühafizəsi şəraiti ilə təmin
edilməməsinə və ya kollektiv müqavilələrdə
nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə
görə-
yeddi
yüz manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 200. Əməyin
mühafizəsi xidmətinin rəhbərinin və mütəxəssislərinin
başqa işlərin yerinə yetirilməsinə cəlb
edilməsi
İşəgötürən tərəfindən əməyin
mühafizəsi xidmətinin rəhbərinin
və mütəxəssislərinin öz vəzifələrinə
aid olmayan işlərin yerinə yetirilməsinə cəlb
olunmasına görə-
min iki
yüz manat məbləğində cərimə edilir.
Maddə 201. Kollektiv müqavilənin
(sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsi
Kollektiv müqavilənin (sazişin)
bağlanmasından əsassız olaraq imtina edilməsinə
görə-
min beş
yüz manat məbləğində cərimə edilir.
Maddə 202. Kollektiv müqavilənin
(sazişin) yerinə yetirilməməsi və ya pozulması
Kollektiv müqavilədən (sazişdən) irəli
gələn öhdəliklərin işəgötürən
tərəfindən yerinə yetirilməməsinə və ya
pozulmasına görə-
min manatdan
min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 203.
Kollektiv danışıqlar aparılması və kollektiv
müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti
həyata keçirmək üçün lazım olan məlumatların
təqdim edilməməsi
Kollektiv danışıqlar aparılması və ya
kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə
nəzarəti həyata keçirmək üçün
lazım olan məlumatların təqdim edilməməsinə
görə-
yeddi
yüz əlli manat məbləğində cərimə
edilir.
Maddə 204. Tətillərdə
iştirak etməyə və ya iştirakdan imtina etməyə
məcbur etmə
Şəxsin maddi cəhətdən asılı
olmasından istifadə etməklə onu tətillərdə
iştirak etməyə, yaxud iştirakdan imtina etməyə məcbur
etməyə görə-
altı
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 205. Seksual qısnamaya məruz
qalmış işçiyə təzyiq göstərilməsi
Seksual qısnamaya görə
işəgötürəndən və ya rəhbərindən
şikayət etmiş işçiyə təzyiq göstərilməsinə
və ya işçinin təqib olunmasına görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilirlər.
Maddə
205-1. Əlilliyi olan şəxslərin hüquqları
haqqında qanunvericiliyin pozulması[178]
205-1.1.
Əlilliyi olan şəxslərin hüquqları haqqında
qanunvericiliyin pozulmasına, yəni:
205-1.1.1.
əmək münasibətlərində əlillik
əlamətinə görə hər hansı
ayrı-seçkiliyə yol verilməsinə, habelə
kollektiv və əmək müqavilələrində digər
işçilərlə münasibətdə əlilliyi olan
şəxslərin əmək hüquqlarının
məhdudlaşdırılmasına;
205-1.1.2.
əlilliyi olan şəxsin səhhətinin peşə
vəzifələrini yerinə yetirməsinə mane olduğu,
yaxud başqa şəxslərin səhhəti və
əmək təhlükəsizliyi üçün
təhlükə törətdiyi hallar istisna olmaqla, onunla
əlillik səbəbindən əmək müqaviləsini
bağlamaqdan, işdə irəli çəkməkdən
imtina edilməsinə, əmək müqaviləsinə xitam
verilməsinə və öz razılığı olmadan
başqa işə (peşəyə, vəzifəyə)
keçirilməsinə;
205-1.1.3.
müəssisənin ləğv edilməsi halları istisna
olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya
müəssisəsində və digər reabilitasiya
subyektlərində müalicə keçən əlilliyi olan
şəxslərlə bağlanılmış əmək
müqaviləsinin işəgötürən
tərəfindən ləğv edilməsinə;
205-1.1.4.
müəssisənin ləğv edilməsi halları istisna
olmaqla, həmin istehsalatda bədbəxt hadisələr
nəticəsində əmək qabiliyyətini itirmiş
və ya peşə xəstəliyinə tutulmuş və
bunun nəticəsində əlilliyi müəyyən
edilmiş işçi ilə əmək müqaviləsinin
işəgötürən tərəfindən ləğv
edilməsinə;
205-1.1.5.
əlilliyi olan şəxslərin tibbi,
peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və
sosial bacarıqların inkişafı məqsədilə
tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının
dövlət orqanları və dövlətə məxsus olan
hüquqi şəxslər tərəfindən
icrasının təmin edilməməsinə;
205-1.1.6.
işəgötürənlər həmin istehsalatda
bədbəxt hadisələr nəticəsində əmək
qabiliyyətini itirmiş və ya peşə
xəstəliyinə tutulmuş və bunun
nəticəsində əlilliyi müəyyən edilmiş
işçilərin, onların arzusu ilə və “Əlilliyi
olan şəxslərin hüquqları haqqında”
Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə
uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya
Proqramını nəzərə alaraq, işə
düzəlməsi üçün iş yerləri
ayırmamağa və ya yenilərini təşkil
etməməyə görə –
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
205-1.2.
İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində əlilliyi
müəyyən edilmiş şəxslərin
yaşadığı fərdi evlərin onlar
üçün uyğunlaşdırılması ilə bağlı
xərclərin təqsirkar hüquqi və fiziki
şəxslər, dövlət orqanları
tərəfindən ödənilməməsinə
görə –
beş
yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
Narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar
Maddə 206. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin
istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə
edilməsi, saxlanılması, daşınması və ya
göndərilməsi[179]
Qanunsuz olaraq narkotik vasitələrin,
psixotrop maddələrin istehlakına, satış məqsədi
olmadan az miqdarda
hazırlanmasına, əldə edilməsinə,
saxlanılmasına, daşınmasına və ya göndərilməsinə
görə-
üç yüz
manatdan dörd yüz manatadək məbləğdə cərimə
edilir, işin hallarına görə və xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət
sayılmadıqda isə iki ayadək müddətə inzibati
həbs tətbiq edilir.
Qeyd:
1. Satış məqsədi
olmadan hazırladığı, əldə etdiyi,
saxladığı, daşıdığı və ya
göndərdiyi az miqdarda narkotik vasitələri,
psixotrop maddələri könüllü surətdə təhvil
verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə
görə inzibati məsuliyyətdən azad edilir.
2. Bu maddədə “az miqdarda” dedikdə,
narkotik vasitələrin və psixotrop maddələrin
müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından
aşağı miqdar başa düşülür.[180]
Maddə 206-1. Narkotik vasitələrin və ya psixotrop
maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə
etmək məqsədi ilə prekursorların
hazırlanması, əldə edilməsi, saxlanılması,
göndərilməsi və ya daşınması[181]
Narkotik vasitələrin və ya psixotrop
maddələrin qanunsuz hazırlanmasında və emalında
istifadə etmək məqsədi ilə prekursorların az
miqdarda hazırlanmasına, əldə edilməsinə,
saxlanılmasına, göndərilməsinə və ya
daşınmasına görə -
iki yüz manatdan üç yüz
manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu maddədə “az miqdarda” dedikdə,
müvafiq qanunla müəyyən edilmiş prekursorların
xeyli miqdarından aşağı miqdar başa
düşülür.
2. Narkotik vasitələrin və ya
psixotrop maddələrin qanunsuz hazırlanmasında və
emalında istifadə etmək məqsədi ilə
hazırladığı, əldə etdiyi,
saxladığı, göndərdiyi və ya
daşıdığı prekursorları könüllü surətdə
təhvil verən şəxs bu maddədə nəzərdə
tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən
azad edilir.
Maddə 207. Narkotik vasitələrin,
psixotrop maddələrin istehlakı və ya
daşınması hallarının, həmçinin belə
istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin
müəyyən edilməsi məqsədi ilə keçirilən
tibbi müayinədən boyun qaçırmaq
Narkotik vasitələrin, psixotrop
maddələrin istehlakı və ya daşınması
hallarının, həmçinin belə istehlak nəticəsində
yaranmış sərxoşluq vəziyyətinin müəyyən
edilməsi məqsədi ilə keçirilən tibbi
müayinədən boyun qaçırmağa görə-
üç
yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 208. Qanunsuz olaraq tərkibində narkotik maddələr
olan bitkilərin az miqdarda kultivasiyası[182]
Qanunsuz olaraq tərkibində narkotik maddələr
olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə
-[183]
iki yüz manatdan üç yüz
manatadək məbləğdə cərimə edilir, işin
hallarına görə və xətanı törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin
tətbiqi kifayət sayılmadıqda isə iki ayadək
müddətə inzibati həbs tətbiq edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, tərkibində
narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən
edilmiş xeyli miqdarından aşağı miqdar başa
düşülür.
Maddə 209. Tərkibində narkotik maddələr olan
yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər
görülməməsi
Yerli özünüidarəetmə
orqanlarının mülkiyyətində, bitkiçilik üzrə
kənd təsərrüfatı fəaliyyəti ilə məşğul
olan fiziki və ya hüquqi şəxslərin icarəsində,
istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində
aşkar edilmiş, tərkibində narkotik maddələr olan
yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər
görülməməsinə görə-
fiziki şəxslər yüz əlli
manat məbləğində, vəzifəli
şəxslər dörd yüz manat məbləğində, hüquqi
şəxslər min manat məbləğində cərimə
edilir.
Əhalinin sanitariya-gigiyena və
sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə
olan inzibati xətalar
Maddə 210. Lisenziya olmadan özəl
tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul
olma
210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə
və ya əczaçılıqla məşğul olmağa
görə-
fiziki
şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
vəzifəli şəxslər beş min manatdan on min manatadək
məbləğdə, hüquqi şəxslər iyirmi min
manatdan otuz min manatadək məbləğdə cərimə
edilir.
210.2. Qanunvericiliklə müəyyən edilmiş
qaydada verilən müvafiq diplom və ya xüsusi icazə
olmadan xalq təbabəti ilə məşğul olmağa
görə-
dörd
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 211. Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması[184]
211.1 Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına
görə -
fiziki
şəxslər iki yüz manatdan dörd yüz manatadək
məbləğdə, vəzifəli şəxslər dörd
min manatdan beş min manatadək məbləğdə
cərimə edilir, yaxud işin hallarına görə, xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq
olunur, hüquqi şəxslər beş min manatdan on bir
min manatadək məbləğdə cərimə
edilir.[185]
211.2.
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin
rejimləri dövründə fərdi qoruyucu
vasitələrdən istifadə ilə bağlı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən tələblərin pozulmasına, habelə
vəzifəli şəxslər və hüquqi
şəxslər tərəfindən həmin
tələblərin pozulmasının qarşısının
alınmamasına görə –[186]
fiziki şəxslər yüz
manat məbləğində, vəzifəli şəxslər
üç yüz manat məbləğində,
hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.[187]
211.3.
Bu Məcəllənin 211.2-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi
gündən bir il ərzində təkrar
törədilməsinə görə –
fiziki şəxslər iki
yüz manat məbləğində, vəzifəli şəxslər
altı yüz manat məbləğində, hüquqi
şəxslər min iki yüz manat məbləğində
cərimə edilir.[188]
Maddə 212. Tütün məmulatının
istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi
212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və
322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər
istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə qadağan edilmiş digər
yerlərdə tütün çəkməyə görə-[189]
otuz manat məbləğində
cərimə edilir.
212.2. Müəssisələrdə,
idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin
sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi tələblərə
cavab verən şəkildə təchizinin və görünən yerlərdə “tütün
çəkmək qadağandır” xəbərdarlıq
yazısının və ya işarəsinin olmasının təmin
edilməməsinə görə-[190]
vəzifəli
şəxslər dörd yüz manat məbləğində,
hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
212.3. Yetkinlik yaşına
çatmayanlara tütün məmulatı almaqla, verməklə,
tütün məmulatından istifadəni təklif və ya tələb
etmək yolu ilə onların tütündən istifadə
prosesinə cəlb edilməsi -
yüz manat məbləğində cərimə
edilir.
212.4. Tütün məmulatları
tullantılarının ətraf mühitə atılmasına
görə -
əlli manat məbləğində cərimə
edilir.
212.5. “Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə qadağan
edilmiş yerlərdə (tütün çəkmək
üçün təşkil edilmiş xüsusi yerlər
istisna olmaqla) tütün çəkilməsinin
qarşısının alınmamasına görə -
vəzifəli
şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər min iki yüz manat məbləğində
cərimə edilir.[191]
Maddə 213. Körpələrin
və erkən yaşlı uşaqların qidalanması
haqqında qanunvericiliyin pozulması
213.0. Körpələrin və
erkən yaşlı uşaqların qidalanması haqqında
qanunvericiliyin pozulmasına, yəni:
213.0.1. körpələr və erkən
yaşlı uşaqlar üçün süni qida məhsullarının
reklamında onlardan istifadənin yaş məhdudiyyətləri
haqqında məlumat verilməməsinə, mütəxəssislərlə
məsləhətləşmənin zəruriliyinin, ana
südünün üstünlüyünün qeyd
olunmamasına;[192]
213.0.2. uşaqların
qidalanması ilə bağlı elmi tədqiqat işlərinin
müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi
olmadan maliyyələşdirilməsinə;
213.0.3. körpələr və erkən
yaşlı uşaqlar üçün süni
qida məhsullarının satışını artırmaq məqsədi
ilə tibb işçilərinin və onların ailə
üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə;[193]
213.0.4. körpələr və erkən
yaşlı uşaqlar üçün süni qida məhsullarının
reklamının hamilə qadınlar və analar arasında,
tibb müəssisələrində yayımlanmasına görə
-[194]
fiziki
şəxslər yüz əlli manatdan iki yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki
yüz əlli manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər yeddi yüz əlli manatdan min
manatadək məbləğdə cərimə edilir.
Maddə 214. Uşaqların icbari
dispanserizasiyası haqqında qanunvericiliyin pozulması
214.1. Uşağın qanuni
nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar
tibb işçilərinin göstərişlərinin yerinə
yetirilməməsinə və ya həkimin
çağırışı ilə uşağın aidiyyəti
tibb müəssisəsinə gətirilməməsinə və
ya daimi yaşayış yerini dəyişdikdə, ərazi
üzrə tibb müəssisəsinə uşağın
uçota alınması üçün bir ay müddətində
müraciət edilməməsinə görə-
xəbərdarlıq
edilir və ya iyirmi manat məbləğində cərimə
edilir.
214.2. Dispanserizasiya tədbirlərinin
keçirilməsi ilə əlaqədar uşaqların illik
tibbi baxışdan və zəruri müayinələrdən
keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin
müəyyən edilməməsinə və qiymətləndirilməməsinə
və ya hər uşaqla bağlı aparılmış
müayinə və müalicə-sağlamlaşdırıcı
tədbirlərin registrinin aparılmamasına, yaxud uşaqlar
arasında xəstəliklərin səbəbləri aşkar
edildikdən sonra onların aradan qaldırılması üzrə
sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı
tədbirlərin həyata keçirilməməsinə, yaxud
xəstə və xəstələnmə riski olan
uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə
görə-
fiziki
şəxslər otuz manat məbləğində, vəzifəli
şəxslər yüz əlli manat məbləğində,
hüquqi şəxslər beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 215. Sağlamlığın
qorunması sahəsində vətəndaşların
hüquqlarının pozulması
215.1.
Tibb fəaliyyəti ilə məşğul olan şəxslər
tərəfindən dövlət tibb müəssisələrinin
nizamnamələrində və ya özəl tibb fəaliyyəti
sahəsində onlara verilmiş lisenziyada göstərilən
işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin
həyata keçirilməsinə görə -
fiziki
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə,
vəzifəli şəxslər səkkiz yüz manatdan min
manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə
cərimə edilir.
215.2.
Tibb işçiləri öz vəzifələrini yerinə
yetirərkən, ixtisaslaşdırılmış tibbi
yardım göstərilməsi tələb olunan şəxsləri
bu yardımı göstərən tibb müəssisələrinə
göndərmədiklərinə görə -
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan səkkiz
yüz manatadək məbləğdə
cərimə edilir.
215.3.
İxtisaslaşdırılmış tibbi yardımın
“Əhalinin sağlamlığının qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada göstərilməməsinə görə
-
beş yüz manat məbləğində
cərimə edilir.[195]
215.4.
Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan
keçməyən şəxslərin (işçilərin)
praktik tibb və əczaçılıq
fəaliyyətinə buraxılmasına görə —[196]
vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək
məbləğdə, hüquqi şəxslər altı min
manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir.
Maddə 215-1. Psixoloji yardım
haqqında qanunvericiliyin pozulması
[197]
215-1.1. Psixoloji yardım
almağa məcbur etməyə görə -
beş yüz manat məbləğində
cərimə edilir.
215-1.2. Klinik psixoloji yardım
göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən
dərman preparatlarının təyin, o cümlədən
insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə,
lazer, ionlaşdırıcı şüa, ultrasəs,
elektrokonvulsiv terapiya) məruz qoyan müalicə
üsullarından istifadə edilməsinə görə -
fiziki şəxslər beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər min iki yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
215-1.3. Psixoloji yardım sahəsində
psixoloji yardım alan şəxslərin həyatına,
sağlamlığına, psixoloji rifahına və ya ləyaqətinə
zərər yetirə biləcək tədqiqatlar
aparılmasına görə -
fiziki şəxslər yeddi
yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər min iki yüz manatdan min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər iki min
manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 216. Təhsil
və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin
pozulması
Təhsil və ya tibb müəssisələrində
sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin
pozulmasına görə-
iki yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 217. Nəqliyyatda sanitariya
normalarının və qaydalarının, gigiyena normativlərinin
pozulması
Qanunvericiliklə müəyyən edilmiş sanitariya
normalarının və qaydalarının, gigiyena normativlərinin
nəqliyyatda pozulmasına görə-
yetmiş
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 218. Tibbi, kosmetoloji, bərbərxana
xidmətləri, eləcə də qan və digər bioloji
mayelərlə təması nəzərdə tutan digər
xidmətlər göstərilərkən universal təhlükəsizlik
tədbirlərinin pozulması
Tibbi, kosmetoloji, bərbərxana
xidmətləri, eləcə də qan və digər bioloji
mayelərlə təması nəzərdə tutan digər
xidmətlər göstərilərkən universal təhlükəsizlik
tədbirlərinin pozulmasına görə-
fiziki
şəxslər üç yüz manatdan dörd yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 219. Yaşayış məntəqələrinin
və ya müəssisələrin, onların
buraxılış komplekslərinin, binalarının,
qurğularının layihələşdirilməsi, tikilməsi,
yenidən qurulması, təkmilləşdirilməsi, yeni
texnika ilə təchiz olunması zamanı sanitariya-epidemioloji
salamatlığı təmin etməyə yönəldilmiş
normaların, qaydaların və normativlərin pozulması
Sanitariya-epidemioloji salamatlığı təmin etməyə
yönəldilmiş normalara, qaydalara və normativlərə əməl
etmədən, müvafiq
icra hakimiyyəti orqanı ilə
razılaşdırılmadan yaşayış məntəqələrinin
və ya mülkiyyət formasından asılı olmayaraq
müəssisələrin, onların buraxılış
komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsinə,
tikilməsinə, yenidən qurulmasına, təkmilləşdirilməsinə,
yeni texnika ilə təchiz olunmasına görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər iki yüz manatdan üç
yüz manatadək məbləğdə, hüquqi şəxslər
dörd yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 220. Əhalinin
qidalanmasının təşkilinə, yeyinti məhsullarının
istehsalına, saxlanmasına, daşınmasına və
satışına dair qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların pozulması[198]
220.1. Xüsusi təşkil olunmuş yerlərdə
(yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və
sair) əhalinin qidalanmasının təşkilinə və
ya yeməklərin və içkilərin hazırlanmasına,
onların saxlanmasına və əhaliyə satılmasına
dair qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların pozulmasına görə-
fiziki
şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər yüz manatdan iki yüz
manatadək məbləğdə, hüquqi şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
220.2. Yeyinti məhsullarının istehsalı,
saxlanması, daşınması və satışı
zamanı qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktların pozulmasına görə-
fiziki
şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər yüz manatdan iki yüz
manatadək məbləğdə, hüquqi şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 221. Dərman
vasitələri haqqında qanunvericiliyin pozulması[199]
221.1. Bilə-bilə keyfiyyətsiz,
normativ-texniki sənədlərin tələblərinə
cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq
müddəti bitmiş, “Dərman vasitələri haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət
qeydiyyatından keçməmiş dərman vasitələrinin
satışı, satış məqsədi ilə
saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin
istehsalı, satışı, satış məqsədi ilə
saxlanması və ya idxalı, bu əməllər az miqdarda
törədildikdə -
inzibati xətanın bilavasitə obyekti
olan dərman vasitələri müsadirə edilməklə vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
221.2. “Dərman vasitələri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq dövlət qeydiyyatından keçmiş dərman
vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada tənzimlənmədən
satışına görə -
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
221.3. “Dərman vasitələri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq dövlət qeydiyyatından keçmiş dərman
vasitələrinin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən
fərqli qiymətlərlə satışına görə -
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min
manatadək məbləğdə cərimə edilir.
221.4. Bu Məcəllənin 221.1-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə görə
-
inzibati xətanın bilavasitə obyekti
olan dərman vasitələri müsadirə edilməklə vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min
manatdan doqquz min manatadək məbləğdə cərimə
edilir.
221.5. Bu Məcəllənin 221.2-ci və
221.3-cü maddələrində nəzərdə tutulmuş
xətaların inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
vəzifəli şəxslər iki min
beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min
manatdan doqquz min manatadək məbləğdə cərimə
edilir.
221.6. Dövlət qeydiyyatından
keçmiş dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi məqsədi ilə bəyannamələrin,
hesabat sənədlərinin və məlumatların
vaxtında və ya düzgün təqdim edilməməsinə
görə -
vəzifəli şəxslər
üç yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
221.7. Dərman vasitələrinin
dövlət qeydiyyatına alınmasından və ya qiymətlərinin
tənzimləməsindən əsassız imtina edilməsinə,
qeydiyyata almaq və ya qiymətlərinin tənzimlənməsi
üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin
tələb edilməsinə, habelə qeydiyyata almaqda və ya
qiymətlərinin tənzimlənməsində
süründürməçiliyə yol verilməsinə
görə -
vəzifəli şəxslər beş
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
221.8. Üzərində və onların
istifadəsi təlimatlarında (içlik vərəqələrində)
“dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji
fəallığa malik qida əlavələrinin
istehsalına, idxalına və ya satışına görə
-
vəzifəli şəxslər beş
yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
221.9. Bioloji fəallığa malik qida əlavələrinin
həkim reseptinə yazılmasına görə -
vəzifəli şəxslər əlli
manatdan yüz manatadək məbləğdə, hüquqi
şəxslər yüz əlli manatdan iki yüz manatadək
məbləğdə cərimə edilir.[200]
221.10. Dərman vasitələrinin
istehsalına, daşınmasına və saxlanmasına, eləcə
də topdan satışına dair tələblərin
pozulmasına görə -[201]
vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
221.11. Bu Məcəllənin
221.10-cu maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
vəzifəli єəxslər
iki min beє yüz manatdan dörd min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin
221.1-ci maddəsində “az miqdar” dedikdə, min manatadək olan
məbləğ başa düşülür.
Maddə 222. Ekoloji təmiz kənd
təsərrüfatı haqqında qanunvericiliyin pozulması
Ekoloji təmiz kənd təsərrüfatının
tələblərinə cavab verməyən kənd təsərrüfatı
və qida məhsullarına
ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının
milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz
kənd təsərrüfatı və qida məhsullarının
dövriyyəsi ilə məşğul olan şəxslər
tərəfindən həmin məhsulların ənənəvi
üsullarla istehsal edilmiş məhsullarla
qarışdırılmasına və spesifikliyinin qorunmamasına
görə-[202]
fiziki
şəxslər əlli manat məbləğində, vəzifəli
şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər iki min manat məbləğində
cərimə edilir.
Maddə 223. Rəsmi tibbi icazə
sənədləri olmadan bədən tərbiyəsi və
idmanla məşğul olmağa cəlb etmə və idman
yarışlarına buraxma
Məktəbdənkənar təhsil
müəssisələri və bədən tərbiyəsi-idman
təşkilatları tərəfindən uşaq və gənclərin
qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə
sənədləri olmadan bədən tərbiyəsi və
idmanla məşğul olmağa cəlb edilməsinə və
ya idman yarışlarına buraxılmasına görə-
vəzifəli
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 224. Dopinq vasitələrindən
və (və ya) üsullarından istifadə
və ya istifadəni təbliğ etmə[203]
Dopinq vasitələrindən və
(və ya) üsullarından istifadəyə və
ya istifadəni təbliğ etməyə görə-
fiziki
şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər yüz manatdan iki yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 225. Dərman vasitələrinin
və qidaların tərkibinə dopinq vasitələri əlavə
etməklə onların saxtalaşdırılması,
satılması, həmçinin dopinq vasitələrinin
hazırlanmasının, istehsalının, istifadəsinin
vasitə və üsulları,
onların əldə edilməsi mümkün olan yerlər
haqqında məlumatların yayılması[204]
225.1. Dərman vasitələrinin
və qidaların tərkibinə dopinq vasitələri əlavə
etməklə onların saxtalaşdırılmasına və
ya satılmasına görə-
fiziki
şəxslər yüz əlli manatdan iki yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki
yüz manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç yüz manatdan dörd
yüz manatadək məbləğdə cərimə edilir.
225.2. Dopinq vasitələrinin
hazırlanmasının, istehsalının, istifadəsinin
vasitə və üsulları, onların əldə
edilməsi mümkün olan yerlər haqqında məlumatların
yayılmasına görə-
fiziki
şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər yüz manatdan iki yüz
manatadək məbləğdə, hüquqi şəxslər
iki yüz manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 226. Dopinq nəzarəti
qaydalarının pozulması
Bədən tərbiyəsi-idman
təşkilatları, idmançılar, məşqçilər,
həkimlər və digər mütəxəssislər tərəfindən
dopinq nəzarəti qaydalarının pozulmasına görə
-
yüz
manatdan iki yüz manatadək məbləğdə cərimə
edilir.
Mülkiyyət əleyhinə olan
inzibati xətalar
Maddə 227. Xırda talama
Xırda talama, yəni oğurlama, mənimsəmə,
israfçılıq, qulluq mövqeyindən sui-istifadə və
ya dələduzluq yolu ilə özgəsinin əmlakını
talamağa görə -
yüz altmış saatdan iki yüz
qırx saatadək ictimai işlər və ya işin hallarına görə,
xətanı törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət
sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs
tətbiq edilir.[205]
Qeyd: Bu Məcəllənin
227-ci maddəsi həmin maddədə göstərilən əməllər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.[206]
Maddə 227-1. Aldatma və ya etibardan sui-istifadə etmə
yolu ilə əmlak ziyanı vurma[207]
Aldatma və ya etibardan sui-istifadə etmə
yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına
talama əlamətləri olmadan az miqdarda ziyan vurma –
beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir və ya işin hallarına görə, xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət
sayılmadıqda isə iki ayadək müddətə inzibati
həbs tətbiq edilir.
Qeyd:
Bu maddədə “az miqdarda” dedikdə,
üç min manatdan yuxarı olmayan məbləğ başa
düşülür.
Maddə 228. İcazə olmadan və ya icazə
şərtlərini pozmaqla yerin təkindən istifadə etmə[208]
İcazə
olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən
istifadə etməyə görə-
fiziki
şəxslər altı yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min
manatdan yeddi min manatadək məbləğdə cərimə
edilir.[209]
Maddə 229. Su obyektləri üzərində
mülkiyyət hüququnun pozulması
Su obyektləri üzərində mülkiyyət
hüququnun pozulmasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək
məbləğdə, vəzifəli
şəxslər üç
yüz manatdan dörd yüz manatadək məbləğdə,
hüquqi şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 230. Heyvanlar aləmi
obyektlərindən özbaşına istifadə edilməsi
“Heyvanlar aləmi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi
obyektlərinin təbii mühitdən götürülməsinə
və ya onlardan istifadə edilməsinə görə-
fiziki
şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
beş min manatdan yeddi min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 231. Mədəni sərvətlərin
qorunması üzrə tələblərin pozulması
231.1. Mədəni sərvətlərin
mühafizə siyahısına daxil edilmiş milli mədəni
irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən
qanunsuz aparılmasına görə-
fiziki
şəxslər min beş yüz manat məbləğində,
vəzifəli şəxslər üç min manat məbləğində,
hüquqi şəxslər on min manat məbləğində
cərimə edilir.
231.2. Mühafizə dərəcəsi
tətbiq edilmiş mədəni sərvətlərin müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) ilə
razılaşdırılmadan sökülməsinə, məhv
edilməsinə, parçalanmasına, yeni quruluşa
salınmasına, başqa yerə köçürülməsinə
və zahiri görkəminin dəyişdirilməsinə
görə-[210]
fiziki
şəxslər min beş yüz manat məbləğində,
vəzifəli şəxslər üç min manat məbləğində,
hüquqi şəxslər on min manat məbləğində
cərimə edilir.
231.3. Mədəni və təbii
irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin
qorunması və istifadəsi üzrə tələblərin
pozulmasına görə-
xəbərdarlıq
edilir və ya fiziki şəxslər əlli manatdan yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
231.4. Bu Məcəllənin
231.3-cü maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə-
fiziki
şəxslər iki yüz manat məbləğində, vəzifəli
şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər üç min manat məbləğində
cərimə edilir.
Qeyd: Bu Məcəllənin
231.1 - 231.3-cü maddələri, həmin maddələrdə
göstərilən əməllər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə əsasən
cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 232. Təsərrüfat əkinlərinin
korlanması
Əkinlərin və ya bitkilərin üstü ilə
avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini,
yaxud at arabalarını sürməklə və ya digər
üsullarla onların korlanmasına görə-
əlli
manatdan yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 232-1.
Əmlakı qəsdən məhv etmə və ya zədələmə[211]
Özgənin
əmlakını qəsdən məhv etməyə və ya
zədələməyə görə, bu az miqdarda ziyan
vurduqda-
inzibati
xəta nəticəsində vurulmuş ziyanın bir
mislindən iki mislinədək məbləğdə
cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdar”
dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ
başa düşülür.
Ətraf mühitin mühafizəsi, təbiətdən
istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə
olan inzibati xətalar
Maddə 233. Ətraf mühitə
atılan, axıdılan və ya basdırılan zərərli
maddələrin miqdarının, habelə zərərli fiziki
təsirlərin hədlərinin yol verilə bilən normativlərdən
artıq olması
233.1. Ətraf mühitə atılan, axıdılan və
ya basdırılan zərərli maddələrin
miqdarının yol verilə bilən normativlərdən
artıq olmasına görə-
vəzifəli
şəxslər iki min beş yüz manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər on min
beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
233.2. Ətraf mühitin mühafizəsi məqsədi
ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv
şüalanmanın və başqa zərərli fiziki təsirlərin
yol verilə bilən son hədlərinin normativlərinin
pozulmasına görə-
vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min
beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər on min manatdan on iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 234. Atmosfer havasının
mühafizəsi sahəsində qanunvericiliyin pozulması
234.0. Atmosfer havasının
mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni:
234.0.1. müvafiq icra hakimiyyəti
orqanının xüsusi icazəsi olmadan
atmosfer havasına zərərli maddələrin
atılmasına;
234.0.2. atmosfer havasına zərərli
maddələrin atılmasına və zərərli fiziki təsirə
nəzarət etmək məqsədi ilə
quraşdırılmış qurğulardan, avadanlıqdan və
cihazlardan istismar qaydalarının pozulmasına;
234.0.3. atmosfer havasının
mühafizəsi haqqında qanunvericiliyin tələblərinə
cavab verməyən yeni və yenidən qurulmuş
qurğuların və avadanlığın istismara verilməsinə;
234.0.4. atmosfer havasının
mühafizəsi sahəsində qanunvericiliklə müəyyən
edilmiş tələblərə cavab verməyən və
atmosfer havasına zərərli maddələrin
atılmasına nəzarət üçün texniki vasitələrlə
təmin olunmanı nəzərə almayan kəşflərin,
ixtiraların, səmərələşdirici təkliflərin,
yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə,
yaxud bu cür texnoloji avadanlığın idxal edilməsinə;
234.0.5. sənaye və məişət
tullantılarının toplanması, yandırılması,
bitki aləmini qoruyan, onların artımını təmin edən
vasitələrin, mineral gübrələrin və digər
preparatların daşınması, saxlanması, tətbiqi
qaydalarının pozulması nəticəsində atmosfer
havasının çirklənməsinə;
234.0.6. müəssisə, idarə
və təşkilatların yerləşdiyi yerlərdə
atmosfer havasının vəziyyətinə nəzarət
qaydalarına əməl edilməməsinə görə-
fiziki
şəxslər üç yüz manatdan yeddi yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
beş yüz manatdan dörd min manatadək məbləğdə,
hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
Maddə 235. Radioaktiv maddələrlə
iş zamanı ekoloji tələblərin pozulması
235.1. Radioaktiv maddələrin
daşınmasının, basdırılmasının, nəql
edilməsinin və ya istehsalının müəyyən
edilmiş qaydalarının gözlənilməməsinə, ətraf
mühitin radioaktiv çirklənməsinin
qarşısının alınması və aradan
qaldırılması üzrə tədbirlər görülməməsinə
görə-
fiziki
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç min beş yüz
manatdan dörd min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan on səkkiz min
manatadək məbləğdə cərimə edilir.
235.2. Ətraf mühitin radioaktiv çirklənməsi
aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal
məlumat verilməməsinə görə-
fiziki
şəxslər dörd yüz manatdan beş yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
üç min manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 236. Müəssisələrin,
qurğuların və başqa obyektlərin tikintisinə və
yenidən qurulmasına dair ekoloji tələblərin
pozulması
236.1. Müəssisələrin, qurğuların və
başqa obyektlərin tikintisi və yenidən qurulması
zamanı ətraf mühitin keyfiyyət normativlərinə
riayət olunmamasına görə-
vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min
beş yüz manatdan on min manatadək məbləğdə cərimə
edilir.
236.2. Tikinti işləri aparıldıqda
torpaqların rekultivasiyası, təbii resursların bərpası
və səmərəli istifadəsi, ərazilərin
abadlaşdırılması və ətraf mühitin
sağlamlaşdırılması ilə bağlı tədbirlər
görülməməsinə görə-
vəzifəli
şəxslər iki min beş yüz manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər on min
manatdan on iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 237. Müəssisələr,
qurğular və başqa obyektlər istismara verildikdə və
ya istismar müddətində ekoloji tələblərin
pozulması
237.1. Yol verilə bilən son hədlərin normativləri
səviyyəsində zərərli maddələrin və
tullantıların zərərsizləşdirilməsi və
istifadə edilməsi üzrə təmizləyici
qurğularla və avadanlıqla təmin edilməyən, yaxud
təbii resursların səmərəli istifadəsi, bərpası
və torpaqların rekultivasiyası üzrə layihələşdirmə
işləri başa çatdırılmadan müəssisələrin,
qurğuların və başqa obyektlərin istismara verilməsinə
görə-
vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min
beş yüz manatdan on min manatadək məbləğdə cərimə
edilir.
237.2. Ətraf mühitə buraxılan
tullantıların təmizlənməsi və tullantılara nəzarət
üçün qurulmuş qurğuların,
avadanlığın, aparatların istismar qaydalarının
pozulmasına və ya bunlardan istifadə edilməməsinə
görə-
fiziki
şəxslər altı yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
üç min beş yüz manatdan dörd min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə
cərimə edilir.
Maddə 238. Ətraf mühitə
buraxılan tullantılarında müəyyən edilmiş
normadan artıq çirkləndirici maddələr olan nəqliyyat
vasitələrinin istehsalı, idxalı, istismara
buraxılması
238.1. Ətraf mühitə buraxılan
tullantılarında çirkləndirici maddələrin yol
verilən hədlərinin və ya səs-küyün və
vibrasiyanın yol verilən səviyyələrinin müəyyən
edilmiş normativlərə və standartlara uyğun olmayan nəqliyyat
vasitələrinin istehsalına və ya idxalına görə-
vəzifəli
şəxslər üç min beş yüz manatdan dörd
min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər on iki min beş yüz manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
238.2. Ətraf mühitə buraxılan
tullantılarında müəyyən edilmiş normadan
artıq çirkləndirici maddələr olan nəqliyyat
vasitələrinin istismara buraxılmasına görə-
fiziki
şəxslər beş yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan
üç min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
Maddə 239. Ətraf mühitin
müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat
fəaliyyətinin ətraf mühitə təsirinin uçot
və hesabatının aparılmaması
Ətraf mühitin müəssisə (istehsalat)
monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə
törədə bilən təsərrüfat fəaliyyətinin
ətraf mühitə təsirinin uçotunun və
hesabatının aparılmamasına görə-
vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min
beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər səkkiz min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
Maddə 240. Ətraf mühitin
mühafizəsi sahəsində standartlaşdırma
qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində
mövcud standartlar və texniki tələblər pozulmaqla məhsulların
(məmulatların) hazırlanmasına, satılmasına,
saxlanılmasına, nəql edilməsinə, istifadəsinə,
istismarına və təmirinə, yaxud işlərin və
xidmətlərin yerinə yetirilməsinə görə-
fiziki
şəxslər beş yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan
üç min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 241. Ətraf mühitin
mühafizəsi sahəsində sertifikatlaşdırma
qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində məcburi
sertifikatlaşdırılmalı olan məhsulların belə
sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin)
yerinə yetirilməsinə görə-
vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min
beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər on min manatdan on iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 242. Xüsusi mühafizə
olunan təbiət ərazilərindən istifadə
qaydalarının pozulması
Xüsusi mühafizə olunan təbiət ərazilərindən
istifadə qaydalarının, həmin ərazilərin
mühafizə rejiminin pozulmasına görə-
fiziki
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə cərimə
edilir.
Maddə 243. Yerin təkindən
istifadə qaydalarının pozulması
243.0. Yerin təkindən istifadə qaydalarının
pozulmasına, yəni:
243.0.1. yerin təkindən istifadə ilə əlaqədar
işlərin təhlükəsiz aparılması, yer təkinin
və ətraf mühitin mühafizəsi üzrə
standartların (normaların, qaydaların) tələblərinin
pozulmasına;
243.0.2. yerin təkinin çirklənməsinə və
faydalı qazıntı yatağının istismar
üçün yararsız hala düşməsinə yol
verilməsinə;
243.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət
hüququnun və bu məlumatların məxfiliyinin
pozulmasına;
243.0.4. faydalı qazıntı yayılan sahələrdə
özbaşına tikinti işlərinin aparılmasına;
243.0.5. yerin təkindən istifadə edilərkən
bina və qurğuların, eləcə də xüsusi
mühafizə olunan ərazilərin və ətraf mühit
obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;
243.0.6. yeraltı suların müşahidə
quyularının, markşeyder və geodeziya
nişanlarının məhv edilməsinə və zədələnməsinə;
243.0.7. ləğv edilən və konservasiya olunan
dağ qazmalarının və buruq quyularının əhalinin
və ətraf mühitin təhlükəsizliyini təmin edən
vəziyyətə gətirilməsi, habelə konservasiya
müddəti ərzində faydalı qazıntı
yataqlarının, dağ qazmalarının və buruq
quyularının qorunması tələblərinə əməl
edilməməsinə;
243.0.8. yerin təkindən istifadə edilərkən
yararsız hala salınmış torpaq sahələrinin və
digər təbiət obyektlərinin onların gələcək
istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;
243.0.9. yerin təkindən istifadə zamanı elm və
mədəniyyət üçün maraq doğuran obyektlər
aşkar edilərkən həmin sahədə işlərin
dayandırılmamasına və lisenziya və ya icazə
verən orqana məlumat verilməməsinə görə-
fiziki
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan beş
min manatadək məbləğdə, hüquqi şəxslər
on beş min manatdan iyirmi min manatadək məbləğdə
cərimə edilir.[212]
Maddə 244. Torpaqların (meşə
fondu torpaqlarının) zibillənməsi və korlanması
244.1. Torpaqların (meşə fondu
torpaqlarının) istehsalat və məişət
tullantıları ilə zibilləndirilməsinə və ya
kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə,
yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri
ilə yoluxdurulmasına görə-
fiziki
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
244.2. Torpaqların (meşə fondu torpaqlarının)
münbit qatının korlanmasına görə-
fiziki
şəxslər altı yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min
manatadək məbləğdə, hüquqi şəxslər
altı min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
Maddə 244-1. Əkin yerinin yandırılması[213]
Əkin yerinin yandırılmasına
görə -
fiziki
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
Maddə 245. Torpaqlardan təsərrüfatsızcasına
istifadə edilməsi
245.1. Torpaqları yaxşılaşdırmaq və
onları külək, su eroziyasından və torpaqların
münbitliyini pisləşdirən digər proseslərdən
mühafizə etmək üçün məcburi tədbirlərin
görülməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək
məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz
manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
245.2. Torpağın vəziyyətinə zərərli
təsir göstərən obyektlərin layihələndirilməsinə,
tikilməsinə və istismara verilməsinə görə-
fiziki
şəxslər iki yüz manatdan dörd yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə cərimə edilir.
Maddə 246. Torpaqların dövlət
uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə
və keyfiyyətinə dair məlumatların təhrif edilməsi
Torpaqların dövlət uçotundan,
qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə
və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə
görə-
yetmiş
manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 247. Torpaq sahəsindən məqsədli
təyinatına uyğun olmayan başqa məqsədlər
üçün istifadə edilməsi
247.1. Torpaq sahəsindən məqsədli təyinatına
uyğun olmayan başqa məqsədlər üçün
istifadə edilməsinə görə -
fiziki şəxslər üç yüz manat məbləğində,
vəzifəli şəxslər altı yüz manat məbləğində,
hüquqi şəxslər üç min manat məbləğində
cərimə edilir.
247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı
torpaqlara münasibətdə törədilməsinə
görə -
fiziki şəxslər beş yüz manat məbləğində,
vəzifəli şəxslər min manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
Maddə 248. Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsinin
sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri
ilə bağlı tələblərin pozulması
248.1. Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sahilboyu 20-50 metrlik zolağının
altında olan torpaq sahələri ilə bağlı tələblərin
pozulmasına, yəni:
248.1.1. həmin torpaq sahələrinin
müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan
hasara alma yolu ilə və ya digər üsullarla
bağlanılmasına;
248.1.2. həmin torpaq sahəsinin
müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə
hasara alma yolu ilə və ya digər üsullarla
bağlanılması zamanı Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində nəzərdə
tutulmuş hasarlanma və bağlanma üçün istifadə
edilən tikinti konstruksiyalarının dənizin və onun
sahilində su ilə qurunun təmas xəttinin görünməsinin
və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına,
yaxud həmin hasar və ya tikinti konstruksiyasının
uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin
təmin olunması məqsədi ilə eni 6 metrdən
az olmayaraq sahilə birbaşa keçidin təmin
olunmamasına;
248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik
mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının
qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına
görə -
fiziki şəxslər
dörd min manat məbləğində, vəzifəli şəxslər
səkkiz min manat məbləğində, hüquqi şəxslər
qırx min manat məbləğində cərimə edilir.
248.2. Bu Məcəllənin
248.1-ci maddəsində nəzərdə tutulmuş xətaların
inzibati tənbeh almış
şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törədilməsinə görə
-
fiziki şəxslər beş min manat məbləğində,
vəzifəli şəxslər on min manat məbləğində,
hüquqi şəxslər əlli min manat məbləğində
cərimə edilir.
Maddə 249. Torpaq
sahələrinin tikinti üçün ayrılması
qaydalarının pozulması[214]
Vəzifəli şəxs tərəfindən
ərazilərin zonalaşdırılması, tikintinin
növü və miqyası ilə bağlı müfəssəl
qaydalar və yaşayış məntəqələrində
yanaşı sahələrdə tikinti aparılmasının əsas
şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru
kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan
elektrik şəbəkələrinin, metropolitenin, dəmir
yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı
və kanalizasiya sistemlərinin texniki qurğularının,
neft buruqlarının, avtomobil yollarının və ya
suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı
təyinatlı torpaqlar
istisna olmaqla) tikinti üçün ayrılmasına görə
-
iki min
manatdan üç min manatadək məbləğdə cərimə
edilir.
Maddə 250. Mərz
nişanlarının məhv edilməsi
Mülkiyyətdə və ya istifadədə (icarədə)
olan torpaqların hüdudlarının, mərz
nişanlarının məhv edilməsinə görə -
yetmiş
manatdan doxsan manatadək
məbləğdə cərimə edilir.
Maddə 251. Torpaq sahələrində
meteoroloji şəbəkələrin, ölçmə vasitələrinin
və digər vasitələrin sıradan
çıxarılması və torpaqların
kateqoriyalarının dəyişdirilməsi
251.1. Torpaq sahələrində meteoroloji şəbəkələrin
və ölçmə vasitələrinin, geodeziya istinad məntəqələrinin
sıradan çıxarılmasına görə -
fiziki
şəxslər altı yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
251.2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə
riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə
görə -
fiziki
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
üç yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
251.3. Meliorasiya və irriqasiya
sistemlərinin sıradan çıxarılmasına görə
-
fiziki
şəxslər altı yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 252. Meşəqırma
fondundan istifadənin, oduncağın tədarük edilib
daşınması qaydasının pozulması
Meşəqırma fondundan istifadənin,
oduncağın tədarük edilib daşınması
qaydasının pozulmasına görə -
fiziki
şəxslər üç yüz əlli manatdan altı
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
iki min yeddi yüz manatdan üç min altı yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min
beş yüz manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
Maddə
253. Meşə sahələrində və meşə fonduna
daxil olmayan sahələrdə ağacların, kolların və
digər yaşıllıqların qanunsuz kəsilməsi
(götürülməsi), zədələnməsi və ya məhv
edilməsi [215]
253.1. Meşəqırma bileti
(orderi) olmadan meşə fondunda köküstə yaş
ağacların və kolların qanunsuz kəsilməsinə və
ya zədələnməsinə, yaxud meşə əkinlərində,
tingliklərində, böyümə və plantasiya sahələrində
toxmacarların və tinglərin, yaxud meşənin bərpa
edilməsi üçün müəyyən olunmuş sahələrdə
təbii əmələ gəlmiş cavan ağacların və
cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə
görə -
fiziki
şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər dörd min beş yüz
manatdan beş min manatadək məbləğdə cərimə
edilir.
253.2. Meşə
fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə
(götürülməsinə) və ya məhv
edilməsinə görə -[216]
fiziki
şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər
dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş
min manat miqdarında cərimə edilir.[217]
253.3. Eyni
inzibati xəta:
253.3.1. şəhərlərdə
və digər yaşayış məntəqələrində
yerləşən yaşıllıq sahələrində
tikinti və abadlaşdırma işləri
aparılarkən lazımi icazə olmadan törədildikdə,
hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə
və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə
(götürülməsinə) görə -[218]
fiziki
şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli
şəxslər beş min manat miqdarında, hüquqi şəxslər
otuz beş min manat miqdarında cərimə edilir.[219]
253.3.2. magistral
avtomobil yollarının və dəmir yolunun mühafizə
zolaqlarında yerləşən yaşıllıq sahələrində
lazımi icazə olmadan törədildikdə, hər bir
ağacın və ya kol əkililərinin zədələnməsinə
və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə
(götürülməsinə) görə -[220]
fiziki
şəxslər iki min beş yüz manat miqdarında, vəzifəli
şəxslər altı min manat miqdarında, hüquqi şəxslər
qırx min manat miqdarında cərimə edilir.[221]
253.3.3. su obyektlərinin və
su təsərrüfatı obyektlərinin (su anbarları da
daxil olmaqla) mühafizə zolağında yerləşən
yaşıllıq sahələrində lazımi icazə
olmadan törədildikdə, hər bir ağacın və
ya kol əkililərinin zədələnməsinə və
ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə
(götürülməsinə) görə -[222]
fiziki
şəxslər üç min manat miqdarında, vəzifəli
şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər
qırx beş min manat miqdarında cərimə edilir.[223]
253.3.4. müvafiq
icra hakimiyyəti orqanı tərəfindən tərtib
edilmiş yaşıllıq ərazilərinin kadastrında
olan hər bir
ağacın və
ya kol əkililərinin zədələnməsinə və ya
məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə
görə -
fiziki
şəxslər iki min beş yüz manatdan üç min
beş yüz manatadək məbləğdə, vəzifəli
şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə,
hüquqi şəxslər iyirmi beş min manatdan otuz min
manatadək məbləğdə cərimə edilir.[224]
253.4. Meşə fonduna daxil olmayan
ağac və ya kol əkililərinin zədələnməsinə
görə -
fiziki şəxslər yüz manat
miqdarında, vəzifəli şəxslər iki yüz manat
miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə
edilir.
253.5. Bu Məcəllənin 253.4-cü
maddəsində nəzərdə tutulan inzibati xəta:
253.5.1. şəhərlərdə və
digər yaşayış məntəqələrində yerləşən
yaşıllıq sahələrində tikinti və
abadlaşdırma işləri aparılarkən törədildikdə,
hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə
görə -
fiziki şəxslər iki yüz manat
miqdarında, vəzifəli şəxslər dörd yüz
manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında
cərimə edilir.
253.5.2. magistral avtomobil yollarının və
dəmir yolunun mühafizə zolaqlarında yerləşən
yaşıllıq sahələrində törədildikdə,
hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə
görə -
fiziki şəxslər üç
yüz manat miqdarında, vəzifəli şəxslər
altı yüz manat miqdarında, hüquqi şəxslər
üç min manat miqdarında cərimə edilir.
253.5.3. su obyektlərinin və su təsərrüfatı
obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə
zolağında yerləşən yaşıllıq sahələrində
törədildikdə, hər bir ağacın və ya kol əkililərinin
zədələnməsinə görə -
fiziki
şəxslər beş yüz manat miqdarında, vəzifəli
şəxslər min manat miqdarında, hüquqi şəxslər
beş min manat miqdarında cərimə edilir.[225]
Qeyd:[226]
1. Bu Məcəllənin 253-cü maddəsi
həmin maddədə göstərilən əməllər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.
2. Bu Məcəllənin 253-cü və
253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə
olan həyətyanı və bağ sahələrindəki
yaşıllıqlara, habelə kənd təsərrüfatı
məhsulları istehsalı üçün istifadə edilən
bitkilərdən ibarət əkinlərə şamil edilmir.
3. Bu Məcəllənin
253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən
bir neçə ağacın və ya kol əkililərinin zədələnməsi
və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə
əlaqədar inzibati xəta haqqında işə baxılarkən
həmin xətaya görə tətbiq edilən inzibati cərimənin
məbləği bu Məcəllənin 25.4-cü maddəsində
hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli
şəxsə münasibətdə müəyyən
edilmiş məbləğdən artıq ola bilməz.
Maddə 253-1. Yaşıllıqların mühafizəsi
haqqında qanunvericiliyin pozulması[227]
253-1.1. Yaşıllıqların
uçotunun, kadastrının və monitorinqinin
aparılması qaydasının pozulmasına, yəni:
253-1.1.1. mövcud
yaşıllıqların uçota alınmamasına və
ya kadastrının aparılmamasına;
253-1.1.2. yaşıllıqların kəmiyyət
və keyfiyyət göstəriciləri, növü, ərazisi
və onlar barədə digər məlumatların təhrif
edilməsinə;
253-1.1.3. yaşıllıqların
uçotu, kadastrı və monitorinqi haqqında məlumatların
müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə
görə -[228]
vəzifəli şəxslər min manat
miqdarında, hüquqi şəxslər üç min manat
miqdarında cərimə edilir.
253-1.2. Yaşıllıqların
götürülməsi qaydasının pozulmasına, yəni:
253-1.2.1. müvafiq icra hakimiyyəti
orqanının rəyi olmadan və ya nəzərə
alınmadan yaşıllıqların götürülməsi
barədə qərarın qəbul edilməsinə;
253-1.2.2. yaşıllıqların
müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin
qərarı, yaxud yaşıllığın
götürülməsi vərəqi olmadan
götürülməsinə görə -
fiziki şəxslər min manat
miqdarında, vəzifəli şəxslər beş min manat
miqdarında, hüquqi şəxslər on beş min manat
miqdarında cərimə edilir.
253-1.3. Götürülmüş
yaşıllıqların yerinin dəyişdirilməməsinə
və ya bərpa edilməməsinə, yaxud zədələnmiş
və ya məhv edilmiş yaşıllıqların və ya
onların hissələrinin bərpa edilməməsinə
görə -
fiziki şəxslər min manat
miqdarında, vəzifəli şəxslər üç min
manat miqdarında, hüquqi şəxslər on min manat
miqdarında cərimə edilir.
253-1.4. Şəhərlərdə və
digər yaşayış məntəqələrində yerləşən
yaşıllıqların məhv edilməsinin və
yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin
qarşısının alınmamasına, yaxud qanunla müəyyən
edilən mühafizə tədbirlərinin görülməməsinə
görə -
vəzifəli şəxslər min manat
miqdarında, hüquqi şəxslər üç min manat
miqdarında cərimə edilir.
Maddə 254. Meşəqırma
biletində (orderində) və ya meşə biletində nəzərdə
tutulmuş məqsədləri və ya tələbləri
gözləmədən meşədən istifadə
Meşəqırma biletində (orderində) və ya
meşə biletində nəzərdə tutulmuş məqsədləri
və ya tələbləri gözləmədən meşədən
istifadəyə görə -
fiziki
şəxslər üç yüz manatdan altı yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
iki min beş yüz manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
Maddə 255. Meşələrin bərpası,
məhsuldarlığının artırılması, cins tərkibinin
yaxşılaşdırılması və yetişmiş
oduncaq ehtiyatlarından istifadə qaydalarının
pozulması
Meşələrin bərpası, məhsuldarlığının
artırılması, cins tərkibinin
yaxşılaşdırılması və yetişmiş
oduncaq ehtiyatlarından istifadə qaydalarının
pozulmasına görə -
fiziki
şəxslər beş yüz əlli manatdan səkkiz
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
iki min beş yüz manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 256. Meşə fondu
torpaqlarında biçənəklərin və otlaq sahələrinin
zədələnməsi və ya korlanması
Meşə fondu torpaqlarında biçənəklərin
və ya otlaq sahələrinin zədələnməsinə və
ya korlanmasına görə -
fiziki
şəxslər üç yüz manatdan altı yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər altı min
beş yüz manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
Maddə 257. Meşə fondu sahələrində
özbaşına ot biçilməsi və ya mal-qara
otarılması, özbaşına yabanı meyvə,
qoz-fındıq, göbələk, giləmeyvə
yığılması
Meşə fondu sahələrində
özbaşına ot biçilməsinə və ya mal-qara
otarılmasına və ya yabanı meyvə, qoz-fındıq,
göbələk, giləmeyvə və sair
yığılması qadağan edilən və ya buna ancaq
meşə biletləri üzrə yol verilən sahələrdə
onların özbaşına yığılmasına görə
-
fiziki
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan altı min beş
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 258. Meşə fondu
torpaqlarında meşələrə zərərli təsirin
qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin
tikilməsi və ya istifadəyə verilməsi
Meşə fondu torpaqlarında meşələrə
zərərli təsirin qarşısını alan
qurğuları olmayan istehsal obyektlərinin və ya digər
obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə
görə-
fiziki
şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
doqquz min manatdan on iki min manatadək məbləğdə cərimə
edilir.
Maddə 259. Meşə fondu
torpaqlarında meşəsuvarma şəbəkələrinin,
drenaj sistemlərinin, yaxud yolların məhv edilməsi və
ya korlanması
Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin,
drenaj sistemlərinin, yaxud yolların məhv edilməsinə və
ya korlanmasına görə-
fiziki
şəxslər üç yüz manatdan altı yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər altı min
manatdan yeddi min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 260. Meşə fondu
torpaqlarında məhdudlaşdırıcı
nişanların (sərhəd, kvartal və digər göstərici
dirəklərin) məhv edilməsi və ya zədələnməsi
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı
nişanların (sərhəd, kvartal və digər göstərici
dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə
görə-
fiziki
şəxslər üç yüz manatdan altı yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
iki min beş yüz manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər beş min beş yüz manatdan
altı min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 261. Meşə
üçün faydalı faunanın məhv edilməsi
Meşə üçün faydalı faunanın məhv
edilməsinə görə-
fiziki
şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan yeddi min beş
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 262. Su obyektlərindən
və sudan istifadə qaydalarının pozulması
262.1. Su obyektlərindən istifadə
qaydalarının pozulmasına, yəni:
262.1.1. su obyektlərində hidrotexniki və digər
qurğuların özbaşına tikilməsinə;
262.1.2. su obyektlərinin özbaşına
tutulmasına;
262.1.3. su obyektlərindən istifadə üzrə
lisenziya və ya icazə
ilə müəyyən edilmiş şərtlərin
pozulmasına görə -
fiziki şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min
manatadək məbləğdə
cərimə edilir.
262.2. Sudan özbaşına istifadə
edilməsinə, yəni:
262.2.1. sudan istifadə etmə limitlərinə
əməl edilməməsinə;
262.2.2. su ehtiyatlarından
israfçılıqla istifadə edilməsinə;
262.2.3. içməli məişət,
texniki və tullantı sularının kənara (çöllərə,
küçələrə, rabitə və enerji kommunikasiya
şəbəkələrinə) təyinatsız
axıdılmasına görə -
fiziki şəxslər
yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan
üç min manatadək məbləğdə
cərimə edilir.
262.3. Su təchizatı şəbəkəsinə
qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az
miqdarda ziyan vurulmasına görə -
fiziki şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş
yüz manatdan üç min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Bu Məcəllənin
262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan
məbləğ başa düşülür. [229]
Maddə 263. Su təchizatı sahəsində
qanunvericiliyin tələblərinin pozulmasının
qarşısını almağa istehlakçı tərəfindən
maneələr törədilməsi
Su təchizatı müəssisəsinin
səlahiyyətli şəxsi tərəfindən su
qanunvericiliyinin tələblərinin pozulmasının
qarşısını almaq məqsədi ilə tədbirlərin
həyata keçirilməsinə, yaxud həmin şəxsin
qanuni tələblərinin yerinə yetirilməsinə
istehlakçı tərəfindən maneələr törədilməsinə
(sahibkarlıq fəaliyyətinin həyata
keçirildiyi yerlərə gəlməklə aparılan
yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə[230]-
fiziki şəxslər
əlli manat məbləğində, vəzifəli şəxslər
beş yüz manat məbləğində, hüquqi şəxslər
min beş yüz manat məbləğində cərimə
edilir.
Maddə 264. Su obyektlərinin
mühafizəsi qaydalarının pozulması
264.0. Su obyektlərinin mühafizəsi qaydalarının
pozulmasına, yəni:
264.0.1. su obyektlərinin çirklənməsinin,
zibillənməsinin və suların zərərli təsirinin
qarşısını alan qurğuları və
avadanlıqları olmayan müəssisələrin, kommunal və
digər obyektlərin istismar edilməsinə;
264.0.2. su təsərrüfatı
qurğularının və avadanlığının zədələnməsinə,
onların istismar qaydalarına riayət edilməməsinə;
264.0.3. su mühafizəsi zonaları və sahil
mühafizə zolaqları ilə bağlı Azərbaycan
Respublikasının Su Məcəlləsində müəyyən
edilmiş tələblərə riayət edilməməsinə;
264.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin
pozulmasına;
264.0.5. su obyektlərinin dövlət monitorinqinin,
suların dövlət uçotunun, dövlət su
kadastrının aparılması qaydalarına riayət edilməməsinə;
264.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin
qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə,
torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb
olmasına;
264.0.7. su çıxarmaq
üçün quyu qazılması qaydalarının və
texnologiyasının pozulmasına və ya lazımi icazə
olmadan su çıxarmaq üçün quyu
qazılmasına görə-
fiziki
şəxslər altı yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan
dörd min manatadək məbləğdə, hüquqi şəxslər
yeddi min beş yüz manatdan on min manatadək məbləğdə
cərimə edilir.
Maddə 265. İçməli su mənbələrinin,
sutəmizləyici qurğuların, su kəmərlərinin
sanitar mühafizə zonalarının tələblərinin və
içməli suyun keyfiyyətinə dair tələblərin
pozulması
265.1. İçməli su mənbələrinin, sutəmizləyici
qurğuların, su kəmərlərinin sanitar mühafizə
zonalarının tələblərinin pozulmasına görə-
fiziki
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki yüz manatdan üç
yüz manatadək məbləğdə, hüquqi şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
265.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə
və dövlət standartlarına uyğun gəlməməsinə
görə-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 266. İstehsalat və məişət
tullantıları haqqında qanunvericiliyin pozulması
266.1. Şəhər və digər
yaşayış məntəqələri, meşə-park,
kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya
zonalarının ərazisində, su mənbələrinin və
mineral bulaqların sanitar mühafizə zonalarında,
çatlı süxurların və sulu təbəqələrin
səthə çıxdığı yerlərdə, yaxud
içməli su təchizatı və təsərrüfat-məişət
ehtiyacları üçün istifadə olunan yeraltı su
obyektlərinin sututar sahələrində və ya faydalı
qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə,
yaxud yeraltı işlərin aparılmasına təhlükə
yarandığı hallarda faydalı qazıntı
laylarının olduğu və yeraltı işlərin
aparıldığı yerlərdə tullantıların
basdırılmasına görə-
fiziki
şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan dörd
min manatadək məbləğdə, hüquqi şəxslər
səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə
cərimə edilir.
266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi,
layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv
edilməsi normalarının və qaydalarının
pozulmasına görə-
vəzifəli
şəxslər üç min beş yüz manatdan dörd
min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər on min manatdan on beş min manatadək məbləğdə
cərimə edilir.
266.3. Məişət
tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə
atılmasına görə-
əlli
manat məbləğində cərimə edilir.
266.4. Şəhərlərdə
və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində
tutumların (urnaların) yerləşdirilməsi zamanı “İstehsalat və
məişət tullantıları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
edilmiş məsafənin nəzərə alınmamasına
görə-
vəzifəli
şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
Maddə 267. Zərərli maddələrlə
və ya bu maddələrin qarışıqları ilə
aparılan əməliyyatları gəmi sənədlərində
qeyd etmək vəzifələrinin yerinə yetirilməməsi
İnsanların sağlamlığı
üçün və ya dənizin canlı ehtiyatları
üçün zərərli maddələrlə, yaxud tərkibində
müəyyən edilmiş normalardan artıq bu cür maddələr
olan qarışıqlarla aparılan əməliyyatların gəmi
sənədlərində qeyd edilməsi barədə vəzifənin
gəminin və ya digər üzən vasitənin kapitanı,
komanda heyətinin başqa şəxsləri tərəfindən
yerinə yetirilməməsinə və ya bu əməliyyatlar
haqqında gəmi sənədlərində göstərilən
şəxslər tərəfindən yanlış qeydlər
aparılmasına, yaxud belə sənədləri müvafiq vəzifəli
şəxslərə təqdim etməkdən qanunsuz olaraq
imtina edilməsinə görə-
iki yüz
əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 268. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi tələblərinin yerinə yetirilməməsi
və ya pozulması
268.0. Radiasiya təhlükəsizliyinin
təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə
və ya pozulmasına, yəni:
268.0.1. ionlaşdırıcı
şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin
təmin edilməməsinə;
268.0.2. təbii radionuklidlərin
təsirindən əhalinin təhlükəsizliyinin təmin
edilməməsinə;
268.0.3. qida məhsulları
istehsalı və istifadəsi zamanı radiasiya təhlükəsizliyinin
təmin edilməməsinə;
268.0.4. tibbi rentgen-radioloji
prosedurlar keçirilən zaman əhalinin radiasiya təhlükəsizliyinin
təmin edilməməsinə;
268.0.5. radiasiya qəzası
zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə
görə-
fiziki
şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan
üç min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər on iki min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 269. Hidrometeorologiya fəaliyyəti
haqqında qanunvericiliyin pozulması
269.0. Hidrometeorologiya fəaliyyəti haqqında
qanunvericiliyin pozulmasına, yəni:
269.0.1. hidrometeorologiya fəaliyyəti üzrə
normativ-texniki sənədlərin tələblərinə hidrometeorologiya
və təbii mühitin monitorinqi üzrə məlumatların
istehsalçıları və istehlakçıları tərəfindən
əməl edilməməsinə;
269.0.2. hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət
məlumatlar fondunun materiallarının fondun sərəncamçılarının
razılığı olmadan başqa şəxslərə
verilməsinə və ya surətinin
çıxarılmasına;
269.0.3. hazırlanmış materialların bir nüsxəsinin hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə məlumatların
istehsalçıları tərəfindən, müəlliflik
və mülkiyyət hüquqları saxlanılmaqla, xidməti istifadə üçün
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə
Azərbaycan Respublikasının dövlət məlumatlar
fonduna verilməməsinə;
269.0.4. ərazilərində hidrometeorologiya və təbii
mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar və
digər müşahidə məntəqələri yerləşən
torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri
və istifadəçiləri tərəfindən həmin məntəqələrin
və ölçmə vasitələrinin
toxunulmazlığının təmin edilməməsinə,
onların korlanması və məhv edilməsi barədə
müvafiq orqana məlumat verilməməsinə və ya məntəqələrdə
hidrometeoroloji işlərin aparılması üçün
lazımi şərait yaradılmamasına;
269.0.5. müvafiq icra hakimiyyəti orqanının
razılığı olmadan müşahidə şəbəkələrinin
köçürülməsinə, yerlərinin dəyişdirilməsinə, yenilərinin
quraşdırılmasına va ya fəaliyyətinin
dayandırılmasına;
269.0.6. müvafiq icra hakimiyyəti orqanının
razılığı olmadan atmosfer proseslərinə fəal
təsir işlərini həyata keçirən texniki komplekslərdən
başqa məqsədlər üçün istifadə edilməsinə;
269.0.7. hidrometeoroloji müşahidə şəbəkələrinin
ətrafındakı mühafizə zonalarında hər
hansı təsərrüfat fəaliyyəti ilə məşğul
olunmasına görə-
fiziki
şəxslər üç yüz manatdan altı yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
Maddə 270. Geodeziya və
kartoqrafiya haqqında qanunvericiliyin pozulması
270.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin
pozulmasına, yəni:
270.0.1. dövlət qeydiyyatına alınmamış
və ya patenti alınmamış, yaxud
sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya
materiallarının və məlumatlarının, xüsusi təyinatlı
geodeziya və kartoqrafiya avadanlığının və
cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə;
270.0.2. dövlət geodeziya-istinad məntəqələrinin
və ya yerüstü nişanların korlanmasına, yaxud məhv
edilməsinə;
270.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti
orqanının razılığı olmadan dövlət
geodeziya-istinad məntəqələrinin və yerüstü
nişanların yerlərinin dəyişdirilməsinə,
habelə belə məntəqə və nişanların yenidən
qurulmasına, yaxud yeni məntəqə və
nişanların quraşdırılmasına görə-
fiziki şəxslər
yüz əlli manatdan iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min manatdan min üç
yüz manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 271. Sənaye və məişət
tullantılarının qalaqlanması və yandırılması
zamanı ətraf mühitin mühafizəsi tələblərinə
əməl edilməməsi
Sənaye və məişət
tullantılarının qalaqlanması qaydalarının
pozulmasına, göstərilən tullantıları
yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə
əməl edilməməsinə görə-
fiziki
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz
min manatadək məbləğdə cərimə edilir.
Maddə 272. Balıq və digər
su bioresurslarının mühafizəsi və ov
qaydalarının pozulması
272.1. Balıq və digər su bioresurslarının
mühafizəsi qaydalarının pozulmasına görə-
inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə
və ya müsadirə edilməməklə yeddi yüz
manatdan min yeddi yüz manatadək məbləğdə cərimə
edilir.
272.2.
Balıqçılıq su obyektlərində istismar edilən
su təsərrüfatı obyektlərinin balıqqoruyucu
qurğularla təchiz edilməməsinə görə -
fiziki şəxslər yeddi yüz manatdan min manatadək
məbləğdə, vəzifəli
şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər on iki min manatdan on beş min manatadək
məbləğdə cərimə
edilir.
272.3. Ov qaydalarının kobud şəkildə
pozulmasına (lazımi icazə olmadan və ya qadağan
edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə,
qadağan edilmiş alətlərlə və ya üsullarla ov
edilməsinə), habelə digər ov qaydalarının
müntəzəm pozulmasına görə-
inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə
və ya müsadirə edilməməklə, min manatdan iki min
manatadək məbləğdə cərimə edilir, yaxud
altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.KMQ22
Maddə 273. Heyvanlar aləmi obyektlərindən
istifadə qaydalarının pozulması
273.0. Heyvanlar aləmi obyektlərindən istifadə
qaydalarının pozulmasına, yəni:
273.0.1. heyvanlar aləmi obyektlərindən istifadənin
limitləri barədə tələblərin pozulmasına;
273.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin
yerinə yetirilməməsinə;
273.0.3. heyvanların yaşayış mühitinin,
çoxalma şəraitinin və miqrasiya yollarının
mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;
273.0.4. qurumuş bitkilərin və ya onların
qalıqlarının heyvanlar aləminin məskunlaşdığı
yerlərdə özbaşına yandırılmasına;
273.0.5. bitki mühafizəsi vasitələrinin,
onların boy stimulyatorlarının, mineral gübrələrin
və başqa maddələrin (preparatların) saxlanması,
daşınması və tətbiq edilməsi
qaydalarının pozulmasına;
273.0.6. heyvanlar aləmi obyektlərinin vəziyyəti,
sayı, onların istifadəsi haqqında məlumatların
gizlədilməsinə və ya təhrif edilməsinə
görə-
fiziki
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər beş min beş yüz manatdan
yeddi min manatadək məbləğdə cərimə edilir.
Maddə 274. Heyvanlarla rəhmsiz rəftar
edilməsi
Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və
ya tələf edilməsinə görə-
beş
yüz manat məbləğində cərimə edilir.
Maddə 275. Ekoloji təhlükəsizlik
haqqında qanunvericiliyin pozulması
275.1. Ekoloji təhlükəsizlik haqqında
qanunvericiliyin pozulmasına, yəni:
275.1.1. dövlət ekoloji ekspertizasının müsbət
rəyi olmadan ətraf mühitə bilavasitə və ya
dolayı yolla mənfi təsir göstərən, habelə
dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi
müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin
həyata keçirilməsinə;
275.1.2. ağır ekoloji nəticələrə səbəb
ola bilən təsərrüfat və ya sair fəaliyyətin
həyata keçirilməsinə;
275.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə
dair tələblərə uyğun olmayan təsərrüfat
və ya sair fəaliyyətin həyata keçirilməsinə;
275.1.4. ətraf mühitin və onun komponentlərinin
qlobal mənfi dəyişikliklərinə səbəb olan, o
cümlədən ekoloji təhlükəsizlik sahəsində
beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata
keçirilməsinə;
275.1.5. müvafiq ərazinin təbii mühitinə xas
olmayan, habelə nəzarətsiz artımının və
yayılmasının qarşısını almaq
üçün səmərəli tədbirlər
hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən
istifadə edilməsinə, onların
çoxaldılmasına və ya yayılmasına;
275.1.6. ətraf mühit və insanlar üçün
təhlükə dərəcəsi qiymətləndirilməmiş
maddələrin tətbiq edilməsinə;
275.1.7. insan orqanizmində və ətraf mühitdə
cəmləşə bilən və təbii parçalanmaya
uğramayan toksik maddələrdən istifadə edilməsinə,
habelə zərərsizləşdirmə texnologiyası
ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin
tətbiq edilməsinə;
275.1.8. emal, zərərsizləşdirmə və təkrar
istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli
olan məhsulların ölkəyə gətirilməsinə və
ya istehsalına;
275.1.9. müvafiq normativ hüquqi aktlarla müəyyən
edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli
istehsalat və məişət tullantılarının, təkrar
istifadə edilə bilməyən qeyri-toksik
tullantıların, habelə istifadə və təkrar istifadə
texnologiyası ekoloji təhlükə yaradan maddələrin
ölkəyə gətirilməsinə;
275.1.10. bu Məcəllənin 275.1.1 - 275.1.9-cu maddələrində
göstərilən xətaların törədilməsi ilə
müşayiət olunan elmi-tədqiqat, iqtisadi və sair
eksperimentlərin həyata keçirilməsinə görə-
fiziki
şəxslər üç yüz manatdan dörd yüz əlli
manatadək məbləğdə, vəzifəli şəxslər
iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
275.2. Ətraf mühitə
və insan sağlamlığına mənfi təsir göstərən
vibrasiya və səs-küy çirklənməsinin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi normalarının
pozulmasına görə-[231]
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər səkkiz
min manatdan on min manatadək məbləğdə cərimə
edilir.
275.3. Ətraf mühitə təsirin
qiymətləndirilməsi və ya strateji ekoloji qiymətləndirilmə
sənədlərinə ƏMTQ üzrə qiymətləndirici
tərəfindən bilə-bilə yalan məlumatların
daxil edilməsinə görə -[232]
iki yüz əlli manatdan
dörd yüz əlli manatadək məbləğdə cərimə
edilir.
275.4. Qalınlığı 15 mikrona qədər
olan polietilen torbaların, habelə birdəfəlik istifadə
üçün nəzərdə tutulan plastik
qarışdırıcı çubuq, çəngəl,
qaşıq, bıçaq, boşqab və stəkanların
sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin
ticarət, ictimai iaşə və digər xidmət obyektlərində
istehlakçıya satılmasına və ya verilməsinə
görə –
inzibati xətanın bilavasitə obyekti
olan plastik materiallar müsadirə edilməklə, vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə cərimə edilir.
275.5. Bu Məcəllənin 275.4-cü
maddəsində nəzərdə tutulmuş xətaların
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
inzibati xətanın bilavasitə obyekti
olan plastik materiallar müsadirə edilməklə, vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.[233]
Sənaye, elektrik və istilik enerjisindən
istifadə qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 276. Sənaye sahələrində
işlərin təhlükəsiz görülməsinə
dair qaydaların və normaların pozulması
276.1. Sənaye sahələrində və təhlükə potensiallı
obyektlərdə işlərin təhlükəsiz
görülməsinə dair qaydaların və normaların
pozulmasına görə -
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
276.2. Müvafiq icra
hakimiyyəti orqanının nəzarəti
altında olan obyektlərdə işlərin təhlükəsiz
görülməsinə dair qaydaların pozulmasına görə
-
beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 276-1. Təhlükə potensiallı obyektlərin
dövlət reyestrində qeydiyyatdan keçirilməməsi[234]
Təhlükə potensiallı obyektlərin
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən dövlət reyestrində
qeydiyyatdan keçirilməməsinə görə -
fiziki
şəxslər beş yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan
üç min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan on min manatadək
məbləğdə cərimə edilir.
Maddə 277. Sənaye sahələrində
partlayıcı materialların saxlanmasına, işlədilməsinə
və uçotuna dair qaydaların və normaların
pozulması
Sənaye sahələrində və təhlükə potensiallı
obyektlərdə partlayıcı materialların
saxlanmasına, işlədilməsinə və uçotuna
dair qaydaların və normaların pozulmasına görə-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 278. Hidrotexniki
qurğuların təhlükəsizliyi haqqında
qanunvericiliyin pozulması
278.0. Hidrotexniki qurğuların təhlükəsizliyi
haqqında qanunvericiliyin pozulmasına, yəni:
278.0.1. dövlət əhəmiyyətli
xüsusi mühafizə olunan hidrotexniki qurğuların
mühafizə zonalarının hüdudlarında (dəniz
qurğularında yerləşən quyularda quyudaxili
partlayış işləri istisna olmaqla) partlayış
işlərinin aparılması və yeraltı təbii
ehtiyatların istismarı, yaxud qurğulara və ətraf mühitə
fiziki, kimyəvi və bioloji təsir göstərə bilən
obyektlərin yerləşdirilməsinə və fəaliyyət
göstərməsinə;
278.0.2. hidrotexniki qurğuların
layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində,
eləcə də onların yenidən qurulması, əsaslı
təmiri, bərpası və konservasiyasından sonra
qurğunun mülkiyyətçisi və ya
istismarçısı tərəfindən hidrotexniki
qurğunun təhlükəsizlik bəyannaməsinin tərtib
edilməməsinə;
278.0.3. hidrotexniki qurğunun
mülkiyyətçisi və istismarçısı tərəfindən
təhlükəsizlik bəyannaməsində düzgün
olmayan məlumatların göstərilməsinə görə-
vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 279. Qaz,
elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin
pozulması
279.0. Qaz, elektrik və istilik enerjisi
sahəsində qanunvericiliyin tələblərinin
pozulmasına, yəni:
279.0.1. qaz, elektrik və ya istilik
qurğularında (elektrik verilişi xətlərində və
boru kəmərlərində), avadanlıqlarında, qaza və
enerjiyə qənaət sistemlərində texniki istismar
qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin
yüksəldilməsi və ya saxlanılması
üçün müəyyən edilmiş tələblərin
yerinə yetirilməməsinə;[235]
279.0.1-1.
qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulmasına;[236]
279.0.2. “Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında” Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsində nəzərdə
tutulmuş enerji auditinin aparılması ilə bağlı tələblərin
pozulmasına;
279.0.3. “Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında” Azərbaycan
Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq enerji
idarəçisinin (menecerinin) təyin edilməməsinə;
279.0.4. “Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında” Azərbaycan
Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq
enerji effektivliyi potensialının qiymətləndirilməsinin
nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları
üçün müəyyən edilmiş enerji
resurslarından səmərəli istifadəyə dair öhdəliklərin
yerinə yetirilməməsinə;[237]
279.0.5. müəssisələrin,
qaz, elektrik və ya istilik təsərrüfatlarının,
şəbəkələrinin, qurğularının (elektrik
verilişi xətlərinin və boru kəmərlərinin) və
başqa obyektlərinin layihələndirilməsində,
tikintisində, yenidən qurulmasında, istismara verilməsində
qaza və enerjiyə qənaət üzrə müəyyən
edilmiş tələblərin pozulmasına;[238]
279.0.6. qazın, elektrik və ya
istilik enerjisinin istehsalı, nəqli və ya paylanması
zamanı dövlət və sahə standartlarının tələblərinin
pozulmasına;
279.0.7. qaz, elektrik və ya istilik
enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və
ya qanunvericilikdə istehlakçıya yazılı
bildirişin göndərilməsi tələb olunan hallarda yazılı
bildiriş göndərilmədən qazın, elektrik və ya
istilik enerjisinin verilməsinin dayandırılmasına görə-
fiziki
şəxslər iki yüz manatdan dörd yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan
üç min manatadək məbləğdə cərimə
edilir.
Maddə 280. Qaz, istilik və elektrik
enerjisi sahəsində qanunvericiliyin tələblərinin
pozulmasının qarşısını almağa
istehlakçı tərəfindən maneələr törədilməsi[239]
Enerji təchizatı müəssisəsinin
və ya qaz paylayıcısının səlahiyyətli şəxsinin
müvafiq olaraq qaz, istilik
və ya elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin
pozulmasının qarşısını almaq məqsədi ilə
tədbirlərin həyata keçirilməsinə, yaxud həmin
şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə
istehlakçı tərəfindən maneələr törədilməsinə
(sahibkarlıq fəaliyyətinin həyata
keçirildiyi yerlərə gəlməklə aparılan
yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə[240]-
fiziki
şəxslər iyirmi manat məbləğində, vəzifəli
şəxslər əlli manat məbləğində,
hüquqi şəxslər yüz manat məbləğində
cərimə edilir.
Maddə 281. Gərginliyi 1000 voltadək
olan elektrik şəbəkələrinin zədələnməsi
və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin
mühafizəsi qaydalarının pozulması
281.1. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin
zədələnməsinə və bunun
istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində
fasiləyə səbəb olmasına görə-
fiziki şəxslər iki
yüz manatdan üç
yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manatdan dörd yüz əlli
manatadək məbləğdə cərimə edilir.
281.2. Gərginliyi 1000
voltdan çox olan elektrik şəbəkələrinin
mühafizəsi qaydalarının pozulmasına görə-
fiziki
şəxslər iki
yüz əlli manatdan
üç yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 282. Təbii qazın,
elektrik və ya istilik enerjisinin talanması və ya onlardan
istifadə qaydalarının pozulması
282.1. Təbii qazın, elektrik və
ya istilik enerjisinin talanması nəticəsində az miqdarda
ziyan vurulmasına görə -
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər səkkiz yüz manatdan min
manatadək məbləğdə, hüquqi şəxslər
iki min manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
282.2. Təbii qazdan, elektrik və
ya istilik enerjisindən istifadə qaydalarının
pozulmasına görə -
fiziki
şəxslər otuz manatdan qırx manatadək məbləğdə,
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək
məbləğdə, hüquqi şəxslər iki yüz əlli
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Bu maddədə
“az miqdarda” dedikdə, beş
min manatdan yuxarı olmayan məbləğ
başa düşülür.[241]
Damazlıq, baytarlıq-sanitariya
qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 283. Damazlıq heyvandarlıq
haqqında qanunvericiliyin pozulması
283.0. Damazlıq
heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:
283.0.1. dövlət standartlarına uyğun gəlməyən
və zootexniki tələblərə cavab verməyən
damazlıq ehtiyatlarının satışına;
283.0.2. mənşəyi bəlli olmayan, müvafiq tələblərə
uyğun gəlməyən damazlıq
törədici heyvanlardan istifadə edilməsinə;
283.0.3. damazlıq ehtiyatlarının geniş təkrar
istehsalı zamanı onların qiymətləndirilməsi
qaydalarına əməl edilməməsinə, yaxud damazlıq ehtiyatlarının sınağı
və ekspertizasında bilərəkdən təhrifə yol
verilməsinə;
283.0.4. uçot-hesabat sənədlərində
düzgün olmayan məlumatların göstərilməsinə;
283.0.5. cinslərin rayonlaşmasına əməl edilməməsinə;
283.0.6. yerli heyvan genofonduna ziyan vurulmasına görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz manatdan
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 284. Atçılıq
haqqında qanunvericiliyin pozulması
284.1. Müvafiq icra hakimiyyəti
orqanının atçılıq sahəsində göstərişlərinin
yerinə yetirilməməsinə görə-
fiziki
şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə,
vəzifəli şəxslər əlli manatdan yetmiş
manatadək məbləğdə cərimə edilir.
284.2. Damazlıq atlara
pasportların (şəhadətnamələrin) verilməsi
qaydalarının pozulmasına görə-
vəzifəli
şəxslər səksən manatdan yüz manatadək məbləğdə
cərimə edilir.
284.3. Milli at cinslərinin və
beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin
məhv edilməsinə görə-
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
Maddə 285. Seleksiya nailiyyətlərindən
istifadə qaydalarının pozulması
285.0. Seleksiya nailiyyətlərindən istifadə
qaydalarının pozulmasına, yəni:
285.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə
qeydiyyatda olan addan fərqli ad verilməsinə;
285.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə
bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin
adının verilməsinə;
285.0.3. lisenziya müqaviləsi bağlamadan seleksiya
nailiyyətindən istifadə edilməsinə;
285.0.4. seleksiya nailiyyətlərinin sertifikatsız
satılmasına;
285.0.5. dövlət reyestrində, ərizədə,
ekspertiza və ya sınaq sənədlərində
yanlış qeydlər aparılmasına görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz manatdan
beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 286. Mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında qanunvericiliyin pozulması
286.1. Mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni:
286.1.1. Azərbaycan
Respublikasına məxsus ənənəvi mədəni brend
bitkilərin areallarında başqa növ bitki nümunələrinin
istehsalçılarına dövlət vəsaiti hesabına
yardım göstərilməsinə;
286.1.2. mədəni bitkilərin
genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi
qaydalarının pozulmasına;
286.1.3. Azərbaycan
Respublikasının Milli Genbankının
davamlılığına mane olan hərəkətlərə,
yəni soyuducu kameraların motorlarının, quruducu
aparatların elektrik təchizatının
dayandırılmasına (kəsilməsinə), yanğın
törədə biləcək tezalışan maddələrin
Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə
gətirilməsinə, toxumların saxlanma rejiminin
pozulmasına;
286.1.4. Azərbaycan
Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə
malik olan nadir və nəsli kəsilməkdə olan bitki
növlərinin (populyasiyalarının) genetik
ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə,
yəni arealları təyin edilmiş və mühafizəyə
cəlb edilən nadir və nəsli kəsilməkdə olan
bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi
ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin
yandırılmasına görə-
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
286.2. Elmi tədqiqat, sınaq və
sərgilərdə nümayiş məqsədləri istisna
olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik
materiallarının rayonlaşdırılmasına və
dövlət reyestrinə daxil edilməsinə görə-
fiziki
şəxslər üç min manat məbləğində,
vəzifəli şəxslər on min manat məbləğində,
hüquqi şəxslər əlli min manat məbləğində
cərimə edilir.
Maddə 287. Toxumçuluq
haqqında qanunvericiliyin pozulması
287.0. Toxumçuluq haqqında qanunvericiliyin
pozulmasına, yəni:
287.0.1. karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına
uyğun gəlməyən toxumların əkilməsinə, səpininə,
tədarükünə və satılmasına;
287.0.2. sortluq və səpin keyfiyyətlərini təsdiq
edən uyğunluq
sertifikatı və fitosanitar sertifikatı olmayan
toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə
daxil edilməsinə;
287.0.3. toxum
partiyasının keyfiyyətinin qiymətləndirilməsi
qaydalarına əməl edilməməsinə, yaxud keyfiyyət
göstəricilərinin bilərəkdən təhrif
olunmasına;
287.0.4. patent
sahibi ilə lisenziya müqaviləsi
bağlamadan bitki sortlarının toxumlarından istifadə
edilməsinə;
287.0.5. toxumçuluqda tətbiq edilən
uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların
göstərilməsinə görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz manatdan
beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 288. Fitosanitar nəzarəti
haqqında qanunvericiliyin pozulması
288.0. Fitosanitar nəzarəti
haqqında qanunvericiliyin pozulmasına, yəni:
288.0.1. sanitariya-gigiyena
qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə
uyğun olmayan satış yerlərində, anbarlarda və digər
istehsalat binalarında bitki mühafizə vasitələrinin
saxlanmasına və satışına; [242]
288.0.2. karantin nəzarətində olan materialların
xüsusi təyin edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə;
288.0.3. karantin tətbiq edilən
zərərli orqanizmlərə həssas bitkilərin həmin
ərazidə yenidən əkilməsinə, habelə karantin
nəzarətində olan bitkilərin və bitki mənşəli
digər məhsulların karantin zonasından
çıxarılmasına;
288.0.4. ətraf mühitin zərərli
kimyəvi maddələrlə çirklənməsinə yol
verilməsinə, istifadəyə yararsız və yüksək
toksiki xassəyə malik preparatların istifadəsinə;
288.0.5. “Fitosanitar nəzarəti
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallar istisna olmaqla, dövlət
sınağından keçməmiş, qeydiyyata
alınmamış, habelə istifadəsi qadağan olunmuş
pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin
və digər zəhərli kimyəvi maddələrin
istehsalına, satışına, idxalına, ixracına və
tətbiqinə yol verilməsinə;
288.0.6. istehsal mənşəyinə
görə adlar verilən və yüksək keyfiyyətli
(markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi
ilə bitkilərə pestisidlərin, bioloji preparatların və
aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə;
288.0.7. tərkibində pestisidlərin,
bioloji preparatların və onların birləşmələrinin
qalıq miqdarı yol verilən normadan artıq olan bitki və
bitkiçilik məhsullarının satılmasına;
288.0.8. təbiəti mühafizə,
sağlamlaşdırma, istirahət və turizm zonalarında,
su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə
pestisidlərin və digər zəhərli kimyəvi maddələrin
tətbiq edilməsinə görə-
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
Maddə 289. Baytarlıq
haqqında qanunvericiliyin pozulması
289.0. Baytarlıq haqqında
qanunvericiliyin pozulmasına, yəni:
289.0.1. baytarlıq
baxışından keçirilməyən, baytarlıq
(baytarlıq-sanitariya) tələblərinə cavab verməyən
və ticarət üçün xüsusi ayrılmış
yerlərdən kənarda heyvanların kəsilməsinə;
289.0.2. heyvan mənşəli məhsulların
baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan
satışına və istehsalına;
289.0.3. heyvanların kütləvi
xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri,
heyvan tələfatı halları haqqında müvafiq icra
hakimiyyəti orqanına məlumat verməməyə, habelə
belə heyvanları təcrid etməməyə;
289.0.4. yoluxucu xəstəliklərin
qarşısının alınması üzrə karantin tədbirlərinin
və baytarlıq (baytarlıq-sanitariya) qaydalarının,
yaxud dövlət baytarlıq nəzarətini həyata
keçirən orqanın epizootiya əleyhinə
dair qərarlarının pozulmasına və ya icra edilməməsinə
görə-[243]
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
beş yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
Maddə 290. Ev heyvanlarının
saxlanılması qaydalarının pozulması
290.1. İt, pişik və digər
ev heyvanlarının saxlanılması qaydalarının
pozulmasına, yəni:
290.1.1. ev
heyvanlarının qadağan edilmiş yerlərdə
saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə
və ya yetişdirilməsinə;
290.1.2. ev heyvanlarının nəqliyyat
vasitələri ilə aparılması şərtlərinin
pozulmasına;
290.1.3. it və pişiklərin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi saydan artıq saxlanılmasına;
290.1.4. itlərin cilovsuz, iri itlərin
isə həmçinin buruntaqsız ümumi məhəllələrdə
və ya küçələrdə gəzdirilməsinə;
290.1.5. sərxoş vəziyyətdə
(alkoqollu içkilərdən, narkotik vasitələrdən və
ya digər güclü təsir edən maddələrdən
istifadə etməklə) olan şəxs tərəfindən
ev heyvanlarının gəzdirilməsinə;
290.1.6. ev heyvanlarının insanların
üzərinə saldırılmasına;
290.1.7. yarış vaxtı və
ya heyvanın sağlamlığı və rifahı
üçün təhlükə yarada bilən digər
hallarda ev heyvanlarının təbii imkanlarının
artırılması, yaxud azaldılması məqsədi ilə
onlara preparatların verilməsinə, tibbi və texniki
üsulların tətbiq edilməsinə;
290.1.8. qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici
görkəmini dəyişdirmək və ya digər qeyri‑müalicəvi
məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi,
devokalizasiya, dırnaq və dişlərin
çıxarılması) aparılmasına;
290.1.9. ev heyvanı saxlayan və
ya ona baxan şəxs tərəfindən ev heyvanlarına
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada nəzərdə tutulmuş qayğıların
göstərilməməsinə görə-
iki yüz
manat məbləğində cərimə edilir.
290.2. Bu Məcəllənin
290.1-ci maddəsində nəzərdə tutulmuş xətaların
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə-
üç
yüz manat məbləğində cərimə edilir.
290.3. Bu Məcəllənin
290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar
nəticəsində zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə-
səkkiz
yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
Qeyd:
Bu Məcəllənin
290.3-cü maddəsi həmin maddədə göstərilən
əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən
cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 291. Qırmızı
kitaba daxil edilmiş heyvan və bitki növlərinin
qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı
kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və
bitki növlərinin siyahısında olanların
mühafizəsi üzrə tələblərin yerinə
yetirilməməsinə görə-
beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 292. Zooloji kolleksiyaların
yaradılması və onlarla ticarət qaydalarının
pozulması
292.1. Zooloji kolleksiyaların
yaradılması, zənginləşdirilməsi, saxlanması,
istifadəsi, dövlət uçotuna alınması, Azərbaycan
Respublikasına gətirilməsi, onun hüdudlarından kənara
göndərilməsi və ya aparılması
qaydalarının pozulmasına görə-
fiziki
şəxslər beş yüz manat məbləğində,
vəzifəli şəxslər iki min manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
292.2. Zooloji kolleksiyalarla ticarət qaydalarının
pozulmasına görə-
fiziki
şəxslər iki yüz manat məbləğində, vəzifəli
şəxslər min manat məbləğində, hüquqi
şəxslər üç min manat məbləğində
cərimə edilir.
Hava, dəniz, çay, avtomobil, dəmir
yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə
inzibati xətalar
Maddə 293. Uçuş təhlükəsizliyi
qaydalarının pozulması
293.1. Aerodrom rayonunda aerodromların tanınması
üçün qəbul edilmiş işarələrə və
ya nişanlı qurğulara oxşar hər hansı işarə
və ya qurğu yerləşdirilməsinə və ya
müvafiq icazə olmadan pirotexnik məmulat
yandırılmasına, yaxud hava gəmilərinin
uçuşları üçün təhlükəli
quşların kütləvi toplanmasına kömək edən
obyektlər qurulmasına görə-
əlli
manat məbləğində cərimə edilir.
293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi
üçün qorxu yarada bilən hər cür atəşə,
raketin buraxılmasına, partlayış işlərinə və
digər işlərin görülməsinə görə-
yüz
manat məbləğində cərimə edilir.
293.3. Binalarda və tikililərdə gecə və
gündüz işarələri və ya nişanlı
qurğular yerləşdirmə qaydalarının yerinə
yetirilməməsinə görə-
yüz əlli
manat məbləğində cərimə edilir.
293.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin,
hava gəmilərinin və onların
avadanlığının zədələnməsinə
görə-
yüz əlli
manat məbləğində cərimə edilir.
293.5. Lazımi icazə olmadan aeroportların
(aerovağzallardan başqa), aerodromların,
uçuşların radio və işıq təminatı
obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi
ilə keçməyə görə-
əlli
manat məbləğində cərimə edilir.
293.6. Müvafiq icra
hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan
Respublikasının hava məkanında səsdən iti
sürətlə uçuşa görə-
dörd
yüz manat məbləğində cərimə edilir.
Maddə 294. Aviasiya qəzasının
baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin
hissələrinin və ya onun daşıdığı əşyaların
(yüklərin, baqajın) qanunsuz götürülməsi
Aviasiya qəzasını
araşdıran komissiyanın icazəsi olmadan, aviasiya qəzasının
baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin
hər hansı hissəsinin, yaxud onun
daşıdığı əşyaların (yükün,
baqajın) götürülməsinə görə-
beş
yüz manat məbləğində cərimə edilir.
Maddə 295. Aviasiya təhlükəsizliyinin
təmin edilməsi qaydalarının pozulması
295.1. Aeroportun ərazisində
yerləşən müəssisə, idarə və təşkilatlar
və onların işçiləri tərəfindən
obyektdaxili rejimin təmin olunmamasına və
buraxılış rejiminə riayət edilməməsinə
görə-
vəzifəli şəxslər
beş yüz manat məbləğində, hüquqi şəxslər
min manat məbləğində cərimə edilir.
295.2. Hava gəmisinin
istismarçısı tərəfindən hava gəmilərinin
təhlükəsizliyinin təmin edilməməsinə
görə-
vəzifəli şəxslər
min manat məbləğində, hüquqi şəxslər
üç min manat məbləğində cərimə
edilir.
295.3. Aviasiya təhlükəsizliyi
üzrə əməkdaş tərəfindən yerdə hava
gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə
görə-
vəzifəli şəxslər
min manat məbləğində cərimə edilir.
295.4. Hava gəmilərinin
yoxlanılması və onlara baxış keçirilməsi
qaydasının pozulmasına görə-
vəzifəli şəxslər
min manat məbləğində cərimə edilir.
295.5. Aviasiya təhlükəsizliyi
üzrə əməkdaşın qanuni göstərişlərinə
əməl etməməyə görə-
fiziki şəxslər əlli
manat məbləğində, vəzifəli şəxslər
beş yüz manat məbləğində, hüquqi şəxslər
min manat məbləğində cərimə edilir.
295.6. Daşıyıcılar
tərəfindən Azərbaycan Respublikasının ərazisinə
enəcək və Azərbaycan Respublikası ərazisini tərk
edəcək hava gəmisinin sərnişinlərinə dair
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş məlumatların biletin
bronlaşdırıldığı (satıldığı)
vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə
minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına
verilməməsinə görə -[244]
vəzifəli şəxslər
min beş yüz manat məbləğində, hüquqi şəxslər
üз min manat məbləğində cərimə edilir.
295.7. Daşıyıcılar
tərəfindən Azərbaycan Respublikasının ərazisinə
enəcək və Azərbaycan Respublikası ərazisini tərk
edəcək hava gəmisi ekipajının hər bir
üzvünün vəzifəsi və ona dair “Aviasiya
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş məlumatların hava gəmisinin yola düşməsinə
ən geci 24 saat qalmış, habelə hava gəmisinin
ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar
dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir
halda hava gəmisi yola düşənədək müvafiq
icra hakimiyyəti orqanına verilməməsinə görə
-
vəzifəli şəxslər
min beş yüz manat məbləğində, hüquqi şəxslər
üз min manat məbləğində cərimə edilir.
Maddə 296. Hava yolu ilə sərnişin,
baqaj, yük, poçt, təhlükəli maddələr və
predmetlər daşıma qaydalarının pozulması
296.1. Hava yolu ilə sərnişin, baqaj, yük,
poçt daşıma qaydalarının pozulmasına görə-
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə,
vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
296.2. Hava nəqliyyatında təhlükəli maddələr
və predmetlər daşıma qaydalarının
pozulmasına görə-
təhlükəli maddələr
və predmetlər müsadirə edilməklə və ya edilməməklə,
fiziki şəxslər iyirmi
manatdan otuz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz
manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 297. Hava nəqliyyatında
yüklərin qorunması qaydalarının pozulması
297.1. Konteynerlərin plomblarının və kilidlərinin
zədələnməsinə, plomblarının
qırılmasına, ayrı-ayrı yüklərin və
onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında
yükdaşıma ilə əlaqədar işlər
üçün istifadə edilən anbarların
hasarlarının zədələnməsinə görə-
yüz əlli
manat məbləğində cərimə edilir.
297.2. Hava nəqliyyatında yükdaşıma
üçün nəzərdə tutulmuş konteynerlərin
və nəqliyyat vasitələrinin zədələnməsinə
görə-
iki yüz
manat məbləğində cərimə edilir.
Maddə 298. Hava gəmisində
davranış qaydalarının pozulması
298.1. Hava gəmisində
intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda
olan şəxslərin və əmlakın təhlükəsizliyinin
təmin edilməsi məqsədi ilə gəmi
kapitanının (yaxud onun adından digər heyət
üzvünün) qanuni sərəncamlarının yerinə
yetirilməməsinə görə-
yüz
manat məbləğində cərimə edilir.
298.2. Hava gəmisində
kompüter, foto və video çəkiliş, elektrik
(elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə
qaydalarının pozulmasına görə-
yüz
manat məbləğində cərimə edilir.
298.3. Hava gəmisinin bortunda
tüstünün müəyyən edilməsi məqsədi
ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi
təmin edən digər qurğuların zədələnməsi
və yaxud sıradan çıxarılmasına görə-
iki yüz
manat məbləğində cərimə edilir.
Maddə 299. Hava nəqliyyatında
tütün çəkmə[245]
Hava nəqliyyatında tütün çəkməyə görə-
yüz
manat məbləğində cərimə edilir.
Maddə 300. Dəmir yolu nəqliyyatında
hərəkətin təhlükəsizliyinin təmin edilməsi
qaydalarının pozulması
300.1. Dəmir yolunun, qardan mühafizə çəpərlərinin
və digər yol obyektlərinin, siqnalizasiya və rabitə
qurğularının və avadanlığının zədələnməsinə
görə-
yüz əlli
manat məbləğində cərimə edilir.
300.2. Yük vurulması və boşadılması zamanı
müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə
görə-
fiziki şəxslər otuz manat məbləğində,
vəzifəli şəxslər yüz manat məbləğində cərimə
edilir.
300.3. Dəmir yollarına qatarların hərəkətini
poza bilən predmetlər qoyulmasına görə-
iki yüz
manat məbləğində cərimə edilir.
Maddə 301. Dəmir yolu nəqliyyatı
vasitələrindən istifadə qaydalarının
pozulması
301.1. Yük qatarlarında özbaşına getməyə,
hərəkət edən qatara minməyə və ondan
düşməyə, vaqonların pillələrində və
damlarında getməyə, ehtiyac olmadan qatarı
özbaşına dayandırmağa görə-
əlli
manat məbləğində cərimə
edilir.
301.2. Qatarların vaqonlarının pəncərələrindən
və ya qapılarından zibil, yaxud başqa predmetlər
atılmasına görə-
otuz manat məbləğində cərimə edilir.
Maddə 302.
Vaqonların, yaxud lokomotivlərin şüşələrinin və
ya daxili
avadanlığının zədələnməsi
Vaqonların,
yaxud lokomotivlərin şüşələrinin
və ya
daxili avadanlığının zədələnməsinə
görə-
yüz
manat məbləğində cərimə edilir.
Maddə 303. Dəmir yolu nəqliyyatında
təhlükəli maddələr və predmetlər aparma
qaydalarının pozulması
Dəmir yolu nəqliyyatında təhlükəli maddələr
və predmetlər aparma qaydalarının pozulmasına görə-
xəbərdarlıq edilir və
ya iyirmi manatdan otuz manatadək
məbləğdə cərimə edilir.
Maddə 304. Dəmir yolu nəqliyyatında
yüklərin qorunması qaydalarının pozulması
304.1. Yükdaşıma üçün nəzərdə
tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin,
yaxud daşıma mexanizmlərinin zədələnməsinə
görə-
yüz
manat məbləğində cərimə edilir.
304.2. Yük vaqonlarının, konteynerlərin zədələnməsinə,
plomblarının və kilidlərinin zədələnməsinə,
plomblarının qırılmasına, ayrı-ayrı
yükləri və onların qutularını, paketlərini,
dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin
(meydançalarının) və yükdaşıma ilə əlaqədar
işlər üçün istifadə edilən anbarların
hasarlarını zədələməyə görə-
yüz əlli
manat məbləğində cərimə edilir.
Maddə 305. Dəmir yolu nəqliyyatında
müəyyən edilməmiş yerlərdə tütün çəkmə[246]
Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş
yerlərdə tütün çəkməyə görə-
qırx manat məbləğində
cərimə edilir.
Maddə 306. Metropolitendən
istifadə qaydalarının pozulması
306.1. Stansiyaların vestibüllərini,
keçidlərini və platformalarını, habelə
eskalatoru və vaqonların salonunu zibilləməyə və
ya həmin obyektlərin üzərində hər hansı
yazılar yazmağa, məhdudiyyət çəpərləri
və girişi qadağan edən nişanlar
quraşdırılmış yerlərdən stansiyaya daxil
olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən
istifadə etməyə görə-
on beş
manat məbləğində cərimə edilir.
306.2. Eskalatordan sürahinin
üstünə əşya qoymağa görə-
iyirmi manat
məbləğində cərimə edilir.
306.3. Dəmir yoluna hər
hansı əşya atmağa görə-
otuz manat məbləğində
cərimə edilir.
306.4. Eskalatorun sürahisini
çıxarmağa, zərurət olmadan “Stop”
açarından istifadə etməyə, stansiyaların
vestibüllərində, keçidlərində və
platformalarında, vaqonlarda tütün çəkməyə,
qatarın hərəkəti zamanı vaqonun
qapılarını açmağa, qatarın yola düşməsini
ləngitməyə, özbaşına dəmir yoluna
düşməyə, qatarın idarəetmə kabinəsinə,
xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə,
tunellərə və metropolitenin işçiləri
üçün nəzərdə tutulan çəpərlənmiş
ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki
qurğulardan (fişəng, partlayıcı və sair) istifadə
etməyə görə-
əlli
manat məbləğində cərimə edilir.
306.5. Müvafiq icazə olmadan
metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini
qoşmağa görə-
yetmiş
manat məbləğində cərimə edilir.
306.6. Metropolitenin ventilyasiya
şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə
hər hansı əşya yandırmağa görə-
yüz
manat məbləğində cərimə edilir.
Maddə 307. Dəniz və
çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin
təmin edilməsi qaydalarının pozulması
307.1. Dəniz və çay nəqliyyatında
gəmilərin limana daxil olmasının və limandan
çıxmasının, habelə Azərbaycan Respublikasının
ərazi sularında və liman akvatoriyasında gəmilərin hərəkəti
və dayanması qaydalarının pozulmasına görə-[247]
fiziki şəxslər yüz manat məbləğində,
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
307.2. Lazımi icazə olmadan liman sularında
dalğıclıq işləri görülməsinə və
ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl
edilməməsinə görə-
yüz
manat məbləğində cərimə edilir.
307.3. Gəminin
suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə
dəqiq məlumatların elan edilməməsinə və ya
yanlış məlumatların elan edilməsinə görə-
üç
yüz manat məbləğində cərimə edilir.
307.4. Dəniz nəqliyyatı sahəsində
beynəlxalq konvensiyaların tələblərinə, habelə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi tələblərə zidd olaraq gəmilərin dəniz
üzgüçülüyünün təhlükəsizliyinə,
insan həyatına və ya ətraf mühitə real təhlükə
yaradan uyğunsuzluqlarla istismar və idarə edilməsinə
görə -
fiziki
şəxslər üç yüz manat məbləğində,
vəzifəli şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.[248]
Maddə 308. Dəniz və
çay nəqliyyatı gəmilərində sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsi
qaydalarının pozulması
308.1. Dəniz və çay nəqliyyatı gəmilərində
sərnişinlərin təhlükəsizliyinin təmin
edilməsi qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz əlli
manat məbləğində, vəzifəli şəxslər
üç yüz manat məbləğində, hüquqi
şəxslər min manat məbləğində cərimə
edilir.
308.2. Gəmilərdən zibil və başqa predmetlər
atmağa görə-
otuz manat məbləğində cərimə edilir.
Maddə 309. Dəniz və
çay nəqliyyatında siqnalizasiya və rabitə
qurğularının və avadanlığının zədələnməsi
Dəniz və çay nəqliyyatında siqnalizasiya və
rabitə qurğularının və
avadanlığının zədələnməsinə
görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 310. Gəmilərin
qeydiyyata alınması qaydalarının pozulması
Gəminin məcburi olan qeydiyyata
alınmasından boyun qaçırmağa, gəminin müəyyən
edilmiş qaydanın pozulması ilə gəmi reyestrlərinin
birində qeydiyyata alınmasına və ya gəmi reyestlərinə
daxil olan məlumatların dəyişdirilməsi barədə
xəbər verilməməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 311. Kiçik həcmli gəmilərin
istismar qaydalarının pozulması
Müvafiq
icra hakimiyyəti orqanının nəzarəti
altında olan kiçik həcmli gəmilərdən,
onların dayanması üçün bazalardan (qurğulardan)
istifadə qaydalarının pozulmasına görə-
yüz manat məbləğində cərimə edilir və ya kiçik həcmli gəmini
idarə etmək hüququ altı aydan iki ilədək
müddətə məhudlaşdırılır.
Maddə 312. Limanlarda yükvurma,
yükləri boşaltma və yığma qaydalarının
pozulması
Limanlarda yükvurma, yükləri boşaltma və
yığma qaydalarının pozulmasına görə-
fiziki şəxslər əlli manat məbləğində,
vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Maddə
313. Dəniz Limanları Reyestrinin aparılması
qaydalarının pozulması
313.1. Dəniz Limanları Reyestrinin
aparılması qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər yüz
manat məbləğində cərimə edilir.
313.2. Dəniz Limanları Reyestrinin
aparılması üçün zəruri olan məlumatların
təqdim edilməməsinə və ya vaxtında təqdim
edilməməsinə, yaxud yanlış məlumatların
verilməsinə görə, həmçinin reyestrə daxil
olan məlumatların dəyişdirilməsi barədə məlumatın
verilməməsinə görə -
iki yüz manat məbləğində cərimə edilir.
Maddə 314. Dəniz limanlarında gəmi
agenti xidmətlərinin qanunsuz göstərilməsi
Gəmi
agenti xidmətləri göstərilməsi üçün
sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin
göstərilməsinə görə -
fiziki şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər yeddi yüz
manat məbləğində cərimə edilir.
Maddə 315. Dəniz nəqliyyatı sahəsində
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq konvensiyaların tələblərinin
pozulması[249]
315.1. Dəniz limanının “Gəmi və
liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq
Məcəllə”də nəzərdə tutulmuş sənədlər
olmadan fəaliyyət göstərməsinə görə -
vəzifəli şəxslər
üç yüz manat məbləğində, hüquqi
şəxslər min manat məbləğində cərimə
edilir.
315.2. “Dənizçilərin
hazırlanmasına, onlara diplom verilməsinə və növbə
çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə
uyğun müvafiq sertifikata (diploma) malik olmayan şəxsin gəmidə
həmin sertifikat (diplom) tələb olunan işlərə
buraxılmasına görə -
fiziki şəxslər iki yüz manat məbləğində,
vəzifəli şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər iki min manat məbləğində
cərimə edilir.
315.3. Alkoqoldan, narkotik vasitələrdən,
psixotrop maddələrdən və ya güclü təsir edən
digər maddələrdən istifadə olunması nəticəsində
sərxoş vəziyyətdə heyət üzvünün gəmidə
növbə çəkməsinə görə -
üç yüz manat məbləğində
cərimə edilir.
Maddə 316. Dəniz və
çay nəqliyyatında təhlükəli maddələr
və predmetlər aparma qaydalarının pozulması
Dəniz və çay nəqliyyatında təhlükəli
maddələr və predmetlər aparma qaydalarının
pozulmasına görə-
xəbərdarlıq edilir və
ya əlli manat məbləğində cərimə edilir.
Maddə 317. Dəniz və
çay nəqliyyatında yüklərin qorunması
qaydalarının pozulması
317.1. Yükdaşıma üçün nəzərdə
tutulmuş üzən nəqliyyat vasitələrinin, habelə
daşıma mexanizmlərinin zədələnməsinə
görə-
yüz manat məbləğində cərimə edilir.
317.2. Konteynerlərin zədələnməsinə,
plomblarının və kilidlərinin zədələnməsinə,
plomblarının qırılmasına, ayrı-ayrı
yükləri və onların qutularını, paketlərini,
liman (körpü) yük rayonlarının (sahələrinin),
şlüzlərin konteyner məntəqələrinin
(meydançalarının) və yük daşımaları
ilə əlaqədar işlər üçün istifadə
edilən anbarların hasarlarını zədələməyə
görə-
yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 318. Dəniz və
çay nəqliyyatında müəyyən edilməmiş
yerlərdə tütün çəkmə
Dəniz və çay nəqliyyatında müəyyən
edilməmiş yerlərdə tütün çəkməyə görə-
qırx manat məbləğində
cərimə edilir.
Maddə 319. Nəqliyyatda biletsiz
getmə
319.1. Şəhərdaxili
(rayondaxili) sərnişin daşımaları yerinə yetirən
avtobusda sərnişin müvafiq qaydada ödəniş
etmədən getməyə görə-[250]
beş
manat məbləğində cərimə
edilir.
319.2. Şəhərlərarası
(rayonlararası) sərnişin daşımaları yerinə
yetirən avtobusda sərnişin biletsiz
getməyə görə-
on beş
manat məbləğində cərimə edilir.
319.3. Beynəlxalq
marşrut üzrə hərəkət edən avtobusda sərnişin
biletsiz getməyə görə-
iyirmi
beş manat məbləğində cərimə edilir.
319.4. Dəmir yolu nəqliyyatında
sərnişin biletsiz getməyə görə-
otuz manat məbləğində cərimə
edilir.
319.5. Dəniz və çay nəqliyyatında sərnişin
biletsiz getməyə görə-
otuz
beş manat məbləğində
cərimə edilir.
319.6. Hava nəqliyyatında sərnişin biletsiz getməyə
görə-
qırx
manat məbləğində cərimə
edilir.
Maddə 320. Nəqliyyat vasitəsində
biletsiz sərnişin aparma
320.1. Şəhərdaxili
(rayondaxili) sərnişin daşımaları yerinə yetirən
avtobusda müvafiq
qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə-[251]
iyirmi manat məbləğində cərimə
edilir.
320.2. Şəhərlərarası
(rayonlararası) sərnişin daşımaları yerinə
yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə-
otuz manat məbləğində
cərimə edilir.
320.3. Beynəlxalq
marşrut üzrə hərəkət edən avtobusda sərnişinin
biletsiz aparılmasına görə-
qırx
manat məbləğində cərimə edilir.
320.4. Dəmir yolu nəqliyyatında sərnişinin
biletsiz aparılmasına görə-
qırx
manat məbləğində cərimə
edilir.
320.5. Dəniz və çay nəqliyyatında sərnişinin
biletsiz aparılmasına görə-
əlli
manat məbləğində cərimə
edilir.
320.6. Hava nəqliyyatında sərnişinin biletsiz
aparılmasına görə-
altmış
manat məbləğində cərimə
edilir.
Maddə 321. Sənədsiz sərnişin
daşıma
Beynəlxalq daşımalar həyata
keçirən şəxs tərəfindən müvafiq
dövlətin ərazisinə giriş və ya ərazisindən
çıxış üçün sənədlərə
malik olmayan sərnişinin daşınmasına görə-
fiziki
şəxslər iki yüz manat məbləğində, vəzifəli
şəxslər dörd yüz manat məbləğində,
hüquqi şəxslər min beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 322. Avtomobil nəqliyyatı
ilə sərnişin və baqaj daşınması
qaydalarının pozulması
322.0. Avtomobil nəqliyyatı ilə
sərnişin və baqaj daşınması
qaydalarının pozulmasına, yəni:
322.0.1. müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və
beynəlxalq marşrutlar üzrə hərəkət edən
avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə
və ya hərəkət sxeminə riayət
olunmamasına, o cümlədən müntəzəm
şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə daşımalar zamanı
başlanğıc, aralıq və son təyinat məntəqəsinin
avtovağzaldan (avtostansiyadan) kənarda olmasına;[252]
322.0.2. “Taksi” tanınma
nişanları, taksometr və ya sərnişin və baqaj
daşınması qaydaları ilə müəyyən
edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş
taksometrlə taksi minik avtomobili ilə sərnişin
daşımalarının həyata keçirilməsinə;[253]
322.0.3. müəyyən
edilmiş tarifdən daha yüksək gediş haqqının
tətbiq edilməsinə;
322.0.4. müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və
beynəlxalq marşrutlar üzrə hərəkət edən
avtobusda, sərnişin daşımaları üzrə
ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində
və taksi minik avtomobilində tütün çəkilməsinə;[254]
322.0.5. müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və
beynəlxalq marşrutlar üzrə hərəkət edən
avtobuslarda aparılmasına yol verilməyən əşyaların
daşınmasına;
322.0.6. müntəzəm şəhərdaxili
marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi
olmadıqda audio cihazlardan istifadə edilməsinə;
322.0.7. taksi minik avtomobilində,
müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və
beynəlxalq marşrutlar üzrə hərəkət edən
avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına və
baqajın kütləsinə dair müəyyən olunmuş
tələblərə riayət olunmamasına;
322.0.8. taksilərin xüsusi
olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə
işarələnmiş duracaq yerlərindən kənar yerlərdə
sifariş qəbul etmək məqsədilə durmasına;[255]
322.0.9. qeyri-müntəzəm
sərnişin daşımalarının müntəzəm
avtobus marşrutları üçün müəyyən
edilmiş hərəkət cədvəlləri ilə yerinə
yetirilməsinə; [256]
322.0. 10. qeyri-müntəzəm
sərnişin daşımaları yerinə yetirilərkən,
müntəzəm marşrutlar üçün müəyyən
edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə
və düşürülməsinə;
322.0.11. şəhərlərarası
(rayonlararası) müntəzəm sərnişin
daşınmasının bilet-uçot vərəqi olmadan həyata
keçirilməsinə;
322.0.12. qeyri-müntəzəm sərnişin
daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin
daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata
keçirilməsinə;
322.0.13. taksi minik avtomobili ilə sərnişin
daşımalarının buraxılış kartında
müəyyən edilən ərazi hüdudlarından kənarda
həyata keçirilməsinə görə;
322.0.14. taksometrin göstəriciləri
və ya taksometr funksiyasını yerinə yetirən proqram təminatı
vasitəsilə müəyyən olunan qiymətdən əlavə
ödənişin tələb edilməsinə görə -[257]
əlli
manat məbləğində cərimə
edilir.[258]
Maddə 323. Avtomobil nəqliyyatı
ilə yüklərin daşınması qaydalarında nəzərdə
tutulmuş daşınma şərtlərinin pozulması
323.1. Avtomobil nəqliyyatı ilə
yüklərin daşınması qaydalarının şamil
edildiyi avtomobil daşımaları həyata keçirilərkən
həmin qaydalarda nəzərdə tutulmuş qalaq
(tökülən) yüklərin, tikinti materiallarının,
heyvanların və ya quşların, çörək və
çörək-bulka məmulatlarının
daşınması şərtlərinin pozulmasına görə-
qırx
manatdan əlli manatadək məbləğdə cərimə
edilir.
323.2. Əmtəə təyinatlı
yüklərin elektron əmtəə-nəqliyyat
qaiməsi ilə rəsmiləşdirilmədən
daşınmasına görə-
qırx manat məbləğində
cərimə edilir.[259]
Maddə 324. İcazə olmadan avtomobil nəqliyyatı
ilə sərnişin və yük daşınması
324.1. Buraxılış vəsiqəsi
olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri
ilə sərnişin daşınmasının təşkilinə
görə –
vəzifəli şəxslər iki
yüz manat məbləğində, hüquqi şəxslər
min manat məbləğində cərimə edilir.
324.2. Buraxılış kartı olmadan
taksi minik avtomobilləri ilə sərnişin
daşınmasına görə –
əlli manat məbləğində cərimə
edilir.
324.3. Buraxılış vəsiqəsi
olmadan daşıyıcı tərəfindən yük və
qeyri-müntəzəm sərnişin
daşınmasının təşkilinə görə –
vəzifəli şəxslər
üç yüz manat məbləğində, hüquqi
şəxslər min iki yüz manat məbləğində cərimə
edilir.
324.4. Buraxılış kartı olmadan
yük və qeyri-müntəzəm sərnişin
daşınmasına görə –
əlli manat məbləğində cərimə
edilir.
324.5. Avtomobil nəqliyyatı ilə
müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin
daşınması (sərnişin daşınmasının təşkili)
haqqında müqavilə olmadan müntəzəm sərnişin
daşımalarının təşkilinə görə -
vəzifəli şəxslər
üç yüz manat məbləğində, hüquqi
şəxslər min iki yüz manat məbləğində cərimə
edilir.
324.6. Bu Məcəllənin 324.1-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə görə
–
vəzifəli şəxslər dörd
yüz manat məbləğində, hüquqi şəxslər
iki min manat məbləğində cərimə edilir.
324.7. Bu Məcəllənin 324.2-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə görə
–
səksən manat məbləğində
cərimə edilir.
324.8. Bu Məcəllənin 324.3-cü
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
vəzifəli şəxslər altı
yüz manat məbləğində, hüquqi şəxslər
iki min dörd yüz manat məbləğində cərimə
edilir.
324.9. Bu Məcəllənin 324.4-cü
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
yüz manat məbləğində cərimə
edilir.
324.10. Bu Məcəllənin 324.5-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə görə
–
vəzifəli
şəxslər altı yüz manat məbləğində,
hüquqi şəxslər iki min dörd yüz manat məbləğində
cərimə edilir.[260]
Maddə 324-1. Beynəlxalq sərnişin və yük
daşımaları zamanı icazə blanklarından
(jurnallarından) istifadə qaydalarının pozulması
324-1.1. “İcazə” blankının (jurnalının)
doldurulması zamanı məlumatların təhrif
olunmasına, pozulmasına və yenidən yazılmasına,
habelə “İcazə” blankının (jurnalının)
başqa şəxsə ötürülməsinə görə
–
fiziki şəxslər iki yüz manat məbləğində,
vəzifəli şəxslər min manat məbləğində,
hüquqi şəxslər üç min manat məbləğində
cərimə edilir.
324-1.2. Bu Məcəllənin 324-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətaların
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
fiziki şəxslər dörd yüz
manat məbləğində, vəzifəli şəxslər
iki min manat məbləğində, hüquqi şəxslər
beş min manat məbləğində cərimə edilir.
Maddə 324-2. Hazırlıq keçməmiş
sürücülərin avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşınmasına cəlb edilməsi
324-2.1. “Avtomobil nəqliyyatı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş qaydada hazırlıq keçməmiş
sürücülərə daşıyıcı tərəfindən
sərnişin və yük daşınmasının həyata
keçirilməsi üçün buraxılış
kartının verilməsinə görə –
vəzifəli şəxslər
üç yüz manat məbləğində, hüquqi
şəxslər min iki yüz manat məbləğində cərimə
edilir.
324-2.2. Bu Məcəllənin 324-2.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
vəzifəli şəxslər altı
yüz manat məbləğində, hüquqi şəxslər
iki min dörd yüz manat məbləğində cərimə
edilir.
Maddə 324-3. Xarici dövlət qeydiyyat nişanlı
nəqliyyat vasitələri ilə Azərbaycan
Respublikasının ərazisində ölkədaxili sərnişin
və yük daşımalarının yerinə yetirilməsi
324-3.1. Xarici dövlət qeydiyyat
nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan
Respublikasının ərazisində ölkədaxili sərnişin
və yük daşımalarının yerinə yetirilməsinə
görə –
dörd yüz manat məbləğində
cərimə edilir.
324-3.2. Bu Məcəllənin 324-3.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
min manat məbləğində
cərimə edilir.[261]
Maddə 325. Pasport olmadan
avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul
olma və pasportla müəyyən edilmiş müvafiq
kateqoriyaya uyğun texnoloji prosesi pozma
325.1. Pasport olmadan avtovağzal
(avtostansiya) fəaliyyəti ilə məşğul olmağa
görə-
min beş
yüz manat məbləğində cərimə edilir.
325.2. Avtovağzalın
(avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya
uyğun texnoloji prosesinin pozulmasına görə-
beş
yüz manat məbləğində cərimə edilir.
Maddə 326. Avtonəqliyyat
vasitələrinin texniki vəziyyətinin
yoxlanılmasının və sürücülərin tibbi
müayinəsinin təşkil edilməməsi
Sərnişin
və yük daşımalarını yerinə yetirən
avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin
reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat
vasitələrinin sürücülərinin reysqabağı
və digər zəruri tibbi müayinəsinin təşkil
edilməməsinə görə -
vəzifəli şəxslər
beş yüz manatdan səkkiz
yüz manatadək məbləğdə, hüquqi şəxslər
iki min manatdan üç min
manatadək məbləğdə cərimə edilir.
Maddə
326-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası
və rayonlararası) sərnişin və yük
daşımalarının taxoqrafdan istifadə qaydaları
pozulmaqla, habelə sürücü tərəfindən iş
və istirahət rejiminə riayət edilmədən yerinə
yetirilməsi[262]
326-1.1.
Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat
vasitələri ilə beynəlxalq və ölkədaxili
(şəhərlərarası və rayonlararası) sərnişin
və yük daşımalarında taxoqrafdan istifadə
qaydalarının pozulmasına, yəni həmin
daşımaların:
326-1.1.1.
taxoqraf olmadan yerinə yetirilməsinə;
326-1.1.2.
yoxlanma müddəti bitmiş və ya plomblanması
pozulmuş taxoqrafla yerinə yetirilməsinə;
326-1.1.3.
tamamilə və ya hər hansı funksiyası işləməyən
taxoqrafla yerinə yetirilməsinə;
326-1.1.4.
taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya
onun yoxlanması haqqında müvafiq şəhadətnamə
olmadan yerinə yetirilməsinə;
326-1.1.5.
taxoqrafın qeydiyyata aldığı məlumatlar
saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə
-
fiziki
şəxslər yüz əlli manat məbləğində,
vəzifəli şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
326-1.2.
Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat
vasitələri ilə beynəlxalq və ölkədaxili
(şəhərlərarası və rayonlararası) sərnişin
və yük daşımaları yerinə yetirən sürücü
tərəfindən iş və istirahət rejiminə riayət
edilməməsinə görə -
əlli manat məbləğində cərimə
edilir.
Maddə 326-2. Taksi sifarişi operatorları tərəfindən
avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması
326-2.1. İcazə olmadan taksi
sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə
görə –
vəzifəli şəxslər on min
manat məbləğində, hüquqi şəxslər
qırx min manat məbləğində cərimə edilir.
326-2.2. Taksi sifarişi operatorları tərəfindən
“Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin
göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların
informasiya sistemlərinin dövlət qeydiyyatından
keçirilməməsinə və fərdi məlumatların
mühafizəsi ilə bağlı tələblərə
riayət olunmamasına görə –
vəzifəli şəxslər beş
min manat məbləğində, hüquqi şəxslər
iyirmi min manat məbləğində cərimə edilir.
326-2.3. Taksi sifarişi
operatorlarının informasiya sistemlərində olan taksi
sifarişləri, habelə sürücünün iş və
istirahət rejimi ilə bağlı məlumatların
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
informasiya sisteminə real vaxt rejimində ötürülməsini
təmin edən mexanizmin yaradılmamasına və ya həmin
mexanizmin fəaliyyət göstərməməsinə görə
–
vəzifəli şəxslər beş
min manat məbləğində, hüquqi şəxslər
iyirmi min manat məbləğində cərimə edilir.
326-2.4. Taksi minik avtomobilləri ilə sərnişin
daşımalarına buraxılış vəsiqəsi və
avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılmasının, sürücülərin
reysqabağı tibbi müayinəsinin təşkili imkanı
barədə sənədləri və ya müvafiq xidmətlərdən
istifadə olunmasına dair texniki məntəqə və ya
tibb məntəqəsi ilə müqavilələri olmayan
daşıyıcıya, habelə müvafiq
buraxılış kartı və taksi minik avtomobillərinin
sürücülərinin xüsusi hazırlıq keçməsini
təsdiq edən sənədi olmayan sürücüyə
taksi sifarişi xidmətinin göstərilməsinə görə
–
vəzifəli
şəxslər iki yüz manat məbləğində,
hüquqi şəxslər üç yüz manat məbləğində
cərimə edilir.
Yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətalar
Maddə 327. Nəqliyyat vasitələrinin
sürücüləri tərəfindən yol hərəkəti
qaydalarının pozulması
327.1. Yol nişanlarının və
ya yolların hərəkət hissəsinin işarələrinin
tələblərinə riayət edilməməsinə, yaxud
nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində
yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi
keçmə, yaşayış zonasında hərəkət
etmə, əks istiqamətli hərəkət zolağına
çıxmadan ötmə və ya manevr etmə
qaydalarının pozulmasına, səkilərlə və “Yol
hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə
tutulmamış hallarda yolun çiyni ilə hərəkət
edilməsinə, nəqliyyat vasitələrindən bayıra
hər hansı əşyanın atılmasına görə-
qırx
manat məbləğində cərimə edilir.
327.2. Svetoforun və ya
nizamlayıcının qadağanedici işarəsi verilərkən
hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş
qadağandır” yol nişanının tələblərinin
və ya sərnişin daşıma, əks istiqamətli hərəkət
zolağına çıxmaqla ötmə və ya manevr etmə,
yolayrıcını keçmə qaydalarının
pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin,
yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə
yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və
1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə
riayət etməyərək sola və ya geriyə dönməyə,
yaxud maneəni kənardan keçməyə görə-
səksən manat məbləğində
cərimə edilir. [263]
327.3. Dəmiryol keçidlərindən
keçmə qaydalarının pozulmasına
və ya nəqliyyat vasitələrinin
dəmir yollarını dəmiryol keçidlərindən kənar
yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti
orqanı əməkdaşının nəqliyyat vasitəsini
saxlamaq tələbinin yerinə yetirilməməsinə
görə-
yüz manat məbləğində
cərimə edilir.[264]
327.4. Birtərəfli hərəkət
yollarında müəyyən edilmiş hərəkət
istiqamətinin əksinə hərəkət etməyə,
habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin
tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks
istiqamətli nəqliyyat axınının hərəkət
zolağına keçirərək nəqliyyat axınına əks
istiqamətdə hərəkət etməyə görə-
yüz əlli manat məbləğində
cərimə edilir.[265]
327.5. Avtomagistrallarda və 5.3
nişanı ilə işarə olunmuş yollarda texniki
sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət
etməsinə, icazə verilən maksimum kütləsi 3,5
tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan
sonrakına keçməsinə, geriyə dönməyə,
geriyə hərəkət etməyə və sürmə təlimi
keçməyə görə -
yüz
manat məbləğində cərimə edilir.
327.6. Yol hərəkəti
qaydalarını pozan nəqliyyat vasitəsi
sürücüsünün yol nəqliyyat hadisəsi yerindən
yayınmasına görə-
yüz
manat məbləğində cərimə edilir.
327.7. Bu Məcəllənin 327.2
- 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və
346.3-cü maddələrində müəyyən edilmiş
balla qiymətləndirilən xətaları törətməklə
sürücülər tərəfindən bir il ərzində
20 və daha çox bal toplanmasına görə -
nəqliyyat
vasitəsini idarə etmək hüququ altı ay müddətinə
məhdudlaşdırılır.[266]
327.8. Bu Məcəllənin 327.1
- 327.6, 328 və 330-cu maddələrində nəzərdə
tutulmuş xətalar nəticəsində zərər çəkmiş
şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə görə -
üç yüz
manat məbləğində cərimə edilir və ya nəqliyyat
vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək
müddətə məhdudlaşdırılır.[267]
Qeyd:
1. Bu Məcəllənin 328.2-ci
maddəsində nəzərdə tutulmuş xətalar 2 balla,
327.2, 328.3 və 331-ci maddələrində nəzərdə
tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və
346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar
4 balla qiymətləndirilir.
2. Sürücülük vəsiqəsi
idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına (altkateqoriyasına) uyğun
olmayan sürücü bu Məcəllədə nəzərdə
tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə,
o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat
vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə
cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin
edilir.[268]
3. Bu Məcəllənin
34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda
şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən
xətalara aiddirsə, həmin xətalara dair işlərə
baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən
edilmiş bal təyin edilir.
4. Şəxsin müxtəlif
vaxtlarda törətdiyi balla qiymətləndirilən bir
neçə inzibati xətaya dair işlərə baxılarkən
daha ciddi xətaya görə müəyyən edilmiş bal və
hər bir digər xətaya görə bir bal toplanaraq təyin
edilir.
5. Bu Məcəllənin 327.8,
333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın törədilməsinə görə
şəxsin nəqliyyat vasitəsini idarə etmək
hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq
edildikdə, həmin xəta 5 balla qiymətləndirilir.[269]
6. İnzibati xətanın
törədilməsinə görə təyin edilmiş bal
inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə
mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə
olur.
7. Zərər çəkmiş şəxsə
kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat
hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin
327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
7-1. Yol-nəqliyyat hadisəsinin baş verməsində
təqsirli olan şəxsin müəyyən edilməsi üzrə
tərəflər arasında mübahisə olmadığı
və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa
zərər dəymədiyi halda sürücünün hadisə
yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin
qüvvəsi şamil edilmir.[270]
8. Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə
tutulan əməl hərəkət sürətinin həddi
110 km/saat və daha artıq müəyyən edilmiş yolda
piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununu ilə
piyadaların yolu keçməsi üçün müəyyən
edilmiş yerlərdən kənar keçməsi nəticəsində
törədilibsə, həmin
hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi
şamil edilmir.
Maddə 328. Yolda müəyyən
edilmiş hərəkət sürəti həddini aşma
328.1. Yolda müəyyən
edilmiş hərəkət sürətini 10-20 km/saat həddində
aşmağa görə-
on manat məbləğində
cərimə edilir.
328.2. Yolda müəyyən
edilmiş hərəkət sürətini 21-40 km/saat həddində
aşmağa görə-
əlli
manat məbləğində cərimə edilir.
328.3. Yolda müəyyən
edilmiş hərəkət sürətini 41-60 km/saat həddində
aşmağa görə-
iki
yüz manat məbləğində cərimə edilir.[271]
328.4. Yolda müəyyən
edilmiş hərəkət sürətini 61 km/saat və daha
artıq aşmağa görə-
üç
yüz manat məbləğində cərimə edilir. [272]
Maddə 329. Təhlükəsizlik
kəmərlərindən, motodəbilqələrdən,
işıq cihazlarından və səs siqnallarından istifadə
qaydalarının pozulması
329.1. Təhlükəsizlik kəmərini
bağlamadan nəqliyyat vasitəsini idarə etməyə
görə -
qırx
manat məbləğində cərimə edilir.
329.2. Motodəbilqə taxmadan və
ya onu düymələmədən motosikleti idarə etməyə,
yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən
sərnişinləri motosikletdə daşımağa görə
-
qırx
manat məbləğində cərimə edilir.
329.3. İşıq
cihazlarından və səs siqnallarından istifadə
qaydalarını pozmağa görə-
otuz manat məbləğində
cərimə edilir.
Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına
malik xüsusi texniki vasitələrin köməyi ilə
aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində
nəzərdə tutulmuş xətanın gün ərzində
təkrar törədilməsinə görə şəxs bu
Məcəllənin 122 və 123-cü maddələrində
müəyyən edilmiş qaydada inzibati məsuliyyətə
cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli
vəzifəli şəxs tərəfindən bilavasitə
aşkar edilərək xətanı törətmiş şəxsin
inzibati məsuliyyətə cəlb olunması hallarını
istisna etmir.[273]
Maddə 330. Piyadaya yol verilməməsi
330.0.
Sürücü tərəfindən piyadaya yol verilməməsinə,
yəni:
330.0.1. nizamlanmayan piyada keçidinə
daxil olmuş piyadaya;
330.0.2.
yolayrıcında sürücü sağa və ya sola dönərkən
dönəcəyi yolun hərəkət hissəsini keçməkdə
olan piyadaya yol verilməməsinə görə -
əlli
manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 330 və
331-ci maddələrində “yol verilməməsi” dedikdə,
sürücünün hərəkəti
davam etdirməsi və ya yenidən hərəkətə
başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində
piyadanın və ya keçid üstünlüyü
hüququna malik olan nəqliyyat vasitəsinin
sürücüsünün hərəkət istiqamətini
və ya sürətini dəyişdirməyə məcbur etməsi
başa düşülür.
Maddə 331. Keçid
üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə
yol verilməməsi və ya mütəşəkkil nəqliyyat
dəstəsinə qoşularaq hərəkət edilməsi
Xüsusi səs,
qırmızı və ya göy sayrışan işıq
siqnalı verən, keçid üstünlüyü
hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə
və ya belə nəqliyyat vasitəsinin müşayiət
etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə
qoşularaq hərəkət edilməsinə görə -
yüz
manat məbləğində cərimə edilir.
Maddə 332. Nəqliyyat vasitəsini
idarə etmək hüququ olmayan şəxs tərəfindən
nəqliyyat vasitəsinin idarə edilməsi
332.1. Nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxsin nəqliyyat
vasitəsində olması halları istisna olmaqla, nəqliyyat
vasitəsinin etibarnamə olmadan idarə edilməsinə
görə-
qırx
manat məbləğində cərimə edilir.KMQ21
332.2. Nəqliyyat vasitəsini idarə
etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə
görə-
yüz
manat məbləğində cərimə edilir.
332.3. Bu Məcəllənin
332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış
şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə
edilməsinə görə-
üç yüz
manat məbləğində cərimə edilir.[274]
332.4. Bu Məcəllənin
332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində
zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə-
beş yüz
manat məbləğində cərimə edilir və ya
işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək
müddətə inzibati həbs tətbiq olunur.[275]
332.5. Ümumi istifadədə olan nəqliyyat
vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat
vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə
görə-
on beş gündən bir ayadək
müddətə inzibati həbs tətbiq olunur.
332.6. Bu Məcəllənin 332.5-ci
maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə görə -
bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur.
332.7. Bu Məcəllənin 332.5-ci maddəsində
nəzərdə tutulmuş xəta nəticəsində zərər
çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə
və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə -
iki aydan üç ayadək
müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Bu
Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində
“nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin
mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə
və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat
vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.[276]
Maddə 333. Nəqliyyat vasitəsini
idarə etmək hüququ olan şəxs tərəfindən
nəqliyyat vasitəsinin
alkoqoldan istifadə olunması nəticəsində
sərxoş vəziyyətdə idarə edilməsi[277]
333.1. Nəqliyyat vasitəsini idarə
etmək hüququ olan şəxs tərəfindən nəqliyyat
vasitəsinin alkoqoldan istifadə
olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsinə görə-
dörd
yüz manat məbləğində cərimə edilir və
ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı
aydan bir ilədək müddətə məhdudlaşdırılır.
333.2. Bu Məcəllənin
333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə-KMQ16
nəqliyyat
vasitələrini idarə etmək hüququ iki il müddətinə
məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə
edilir və ya nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, on beş
günədək müddətə inzibati həbs
tətbiq olunur.[278]
333.3. Bu Məcəllənin 333.1-ci
maddəsində nəzərdə tutulmuş xəta nəticəsində
zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə-
nəqliyyat
vasitəsini idarə etmək hüququ iki il müddətinə
məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində
cərimə edilir və ya nəqliyyat vasitəsini idarə
etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, on beş
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.
333.4. Ümumi istifadədə
olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan
şəxs tərəfindən belə nəqliyyat vasitəsinin
alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
sərnişin daşımaqla idarə edilməsinə görə
- [279]
nəqliyyat vasitəsini idarə
etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
on beş gündən bir ayadək müddətə inzibati həbs
tətbiq olunur.
333.5. Bu Məcəllənin 333.4-cü maddəsində
nəzərdə tutulmuş xəta nəticəsində zərər
çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə
və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə -
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
iki aydan üç ayadək müddətə inzibati həbs
tətbiq olunur.
Qeyd:
1.
Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3
promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə
olunması nəticəsində sərxoşluq vəziyyətində
olduğu hesab edilir.[280]
2. Nəqliyyat vasitəsini
idarə edən şəxsin alkoqoldan,
narkotik vasitələrdən, psixotrop maddələrdən və
ya güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində yaranmış sərxoşluq
vəziyyətinin müəyyən edilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[281]
Maddə 333-1. Nəqliyyat vasitəsini idarə etmək
hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin
narkotik vasitələrdən, psixotrop maddələrdən və
ya güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsi
333-1.1. Nəqliyyat vasitəsini idarə
etmək hüququ olan şəxs tərəfindən nəqliyyat
vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən
və ya güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsinə görə –
altı yüz manat məbləğində
cərimə edilir və ya nəqliyyat vasitəsini idarə
etmək hüququ altı aydan bir ilədək müddətə
məhdudlaşdırılır.
333-1.2. Bu Məcəllənin 333-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
səkkiz yüz manat məbləğində cərimə
edilir və ya nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla on beş
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.
333-1.3. Bu Məcəllənin 333-1.1-ci
maddəsində nəzərdə tutulmuş xəta nəticəsində
zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
doqquz yüz manat məbləğində cərimə edilir və
ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il
müddətinə məhdudlaşdırılmaqla işin
hallarına görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur.
333-1.4. Ümumi istifadədə olan nəqliyyat
vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən
belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən,
psixotrop maddələrdən və ya güclü təsir edən
digər maddələrdən istifadə olunması nəticəsində
sərxoş vəziyyətdə sərnişin
daşımaqla idarə edilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq
olunur.
333-1.5. Bu Məcəllənin
333-1.4-cü maddəsində nəzərdə tutulmuş xəta
nəticəsində zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
iki aydan üç ayadək müddətə inzibati həbs
tətbiq olunur.
Qeyd:
Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin
və ya güclü təsir edən digər maddələrin
qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən,
psixotrop maddələrdən və ya güclü təsir edən
digər maddələrdən istifadə olunması nəticəsində
sərxoşluq vəziyyətində olduğu hesab edilir.[282]
Maddə 334. Nəqliyyat vasitəsini
idarə etmək hüququ olmayan şəxs tərəfindən
nəqliyyat vasitəsinin
alkoqoldan istifadə olunması nəticəsində
sərxoş vəziyyətdə idarə edilməsi[283]
334.1. Nəqliyyat vasitəsini idarə
etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat
vasitəsinin alkoqoldan istifadə
olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsinə görə-
beş yüz
manat məbləğində cərimə edilir və ya
işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, on beş
günədək müddətə inzibati həbs tətbiq
olunur.
334.2. Bu Məcəllənin
334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə-
on beş
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.
334.3. Bu Məcəllənin
334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
törədilməsi və yol hərəkəti
qaydalarının pozulması nəticəsində zərər
çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə
və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə-
səkkiz
yüz manat məbləğində cərimə edilir və
ya işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki
ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.4. Ümumi istifadədə
olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan
şəxs tərəfindən belə nəqliyyat vasitəsinin
alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
sərnişin daşımaqla idarə edilməsinə görə
- [284]
bir aydan iki ayadək
müddətə inzibati həbs tətbiq olunur.
334.5. Bu Məcəllənin
334.4-cü maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta
nəticəsində zərər
çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə
və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə -
iki aydan üç ayadək
müddətə inzibati həbs tətbiq olunur.
Maddə 334-1. Nəqliyyat vasitəsini idarə etmək
hüququ olmayan şəxs tərəfindən nəqliyyat
vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən
və ya güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsi
334-1.1. Nəqliyyat vasitəsini idarə
etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat
vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən
və ya güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsinə görə –
səkkiz yüz manat məbləğində
cərimə edilir və ya işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə
alınmaqla on beş gündən bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
334-1.2. Bu Məcəllənin 334-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur.
334-1.3. Bu Məcəllənin 334-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
törədilməsi və yol hərəkəti
qaydalarının pozulması nəticəsində zərər
çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə
və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə –
min manat məbləğində cərimə
edilir və ya işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla bir aydan
üç ayadək müddətə inzibati həbs tətbiq
olunur.
334-1.4. Ümumi istifadədə olan nəqliyyat
vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən
belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən,
psixotrop maddələrdən və ya güclü təsir edən
digər maddələrdən istifadə olunması nəticəsində
sərxoş vəziyyətdə sərnişin
daşımaqla idarə edilməsinə görə –
bir aydan üç ayadək müddətə
inzibati həbs tətbiq olunur.
334-1.5. Bu Məcəllənin 334-1.4-cü
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə,
yaxud həmin xəta nəticəsində zərər çəkmiş
şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər
çəkmiş şəxsə maddi zərər
vurulmasına görə –
iki aydan
üç ayadək müddətə inzibati həbs tətbiq
olunur.[285]
Maddə 335. Nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat
vasitəsini idarə etmək üçün idarəetmə
hüququ olmayan şəxsə verilməsi
335.1. Nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat
vasitəsini idarə etmək üçün idarəetmə
hüququ olmayan şəxsə verilməsinə görə-
fiziki
şəxslər altmış manat məbləğində, vəzifəli
şəxslər iki yüz manat məbləğində,
hüquqi şəxslər iki min manat məbləğində
cərimə edilir.
335.2. Bu Məcəllənin
335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə-
fiziki
şəxslər yüz manat məbləğində, vəzifəli
şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər üç min manat məbləğində
cərimə edilir.
335.3. Bu Məcəllənin
335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
törədilməsi və yol hərəkəti
qaydalarının pozulması nəticəsində zərər
çəkmiş şəxsə
fiziki və ya maddi zərər vurulmasına
görə-
fiziki
şəxslər yüz səksən manat məbləğində,
vəzifəli şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
335.4. Ümumi istifadədə
olan nəqliyyat vasitəsinin sərnişin
daşınması üçün belə nəqliyyat vasitəsini
idarə etmək hüququ olmayan şəxsə verilməsinə
görə -
fiziki şəxslər iki
yüz manat məbləğində, vəzifəli şəxslər
beş yüz manat məbləğində, hüquqi şəxslər
üç min manat məbləğində cərimə edilir.
335.5. Bu Məcəllənin
335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış
şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törədilməsinə görə
-
on beş gündən bir ayadək
müddətə inzibati həbs tətbiq olunur, hüquqi
şəxslər beş min manat məbləğində cərimə edilir.
335.6. Bu Məcəllənin
335.4-cü maddəsində nəzərdə tutulmuş xətanın
törədilməsi və yol hərəkəti
qaydalarının pozulması nəticəsində zərər çəkmiş
şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər
çəkmiş şəxsə maddi zərər vurulmasına
görə -
fiziki şəxslər dörd
yüz manat məbləğində, vəzifəli şəxslər
səkkiz yüz manat məbləğində cərimə edilir, yaxud işin
hallarına görə, xətanı törədənin şəxsiyyəti
nəzərə alınmaqla, on beş gündən bir ayadək
müddətə inzibati həbs tətbiq olunur, hüquqi
şəxslər altı min manat məbləğində cərimə edilir.
Maddə 336. Nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat
vasitəsini sərxoş vəziyyətdə olan şəxsə
verilməsi
336.1. Sərxoş vəziyyətdə
olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik
hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini
idarə etmək üçün həmin şəxsə verilməsinə
görə-
fiziki
şəxslər yüz manat məbləğində, vəzifəli
şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər üç min manat məbləğində
cərimə edilir.
336.2. Bu Məcəllənin
336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən bir il ərzində təkrar törədilməsinə
görə-
fiziki
şəxslər iki yüz manat məbləğində, vəzifəli
şəxslər dörd yüz manat məbləğində,
hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
336.3. Bu Məcəllənin
336.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
törədilməsi və yol hərəkəti
qaydalarının pozulması nəticəsində fiziki və
ya maddi zərər vurulmasına görə-
fiziki
şəxslər üç yüz manat məbləğində,
vəzifəli şəxslər altı yüz manat məbləğində,
hüquqi şəxslər altı min manat məbləğində
cərimə edilir.
336.4. Ümumi istifadədə
olan nəqliyyat vasitəsinin sərnişin
daşınması üçün sərxoş vəziyyətdə
olan şəxsə verilməsinə görə -
fiziki şəxslər
üç yüz manat məbləğində, vəzifəli
şəxslər altı yüz manat məbləğində,
hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
336.5. Bu Məcəllənin
336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış
şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törədilməsinə görə
-
fiziki şəxslər dörd
yüz manat məbləğində, vəzifəli şəxslər
səkkiz yüz manat məbləğində, hüquqi şəxslər
altı min manat məbləğində cərimə edilir.
336.6. Bu Məcəllənin
336.4-cü maddəsində nəzərdə tutulmuş xətanın
törədilməsi və yol hərəkəti
qaydalarının pozulması nəticəsində zərər
çəkmiş şəxsə fiziki və ya maddi zərər
vurulmasına görə -
fiziki şəxslər beş
yüz manat məbləğində, vəzifəli şəxslər
min manat məbləğində, hüquqi şəxslər səkkiz
min manat məbləğində cərimə edilir.
Maddə 337. Nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat
vasitəsini idarə etmək üçün idarə etmə
hüququ olmayan və sərxoş vəziyyətdə olan
şəxsə verilməsi
337.1. Nəqliyyat vasitəsini idarə
etmək hüququnun olmadığını və sərxoş
vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat
vasitəsini idarə etmək üçün həmin şəxsə
verilməsinə görə-
fiziki
şəxslər iki yüz manat məbləğində, vəzifəli
şəxslər dörd yüz manat məbləğində,
hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
337.2. Bu Məcəllənin
337.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə-
fiziki
şəxslər üç yüz manat məbləğində,
vəzifəli şəxslər altı yüz manat məbləğində,
hüquqi şəxslər altı min manat məbləğində
cərimə edilir.
337.3. Bu Məcəllənin
337.1-ci maddəsində nəzərdə tutulmuş xətaların
törədilməsi və yol hərəkəti
qaydalarının pozulması nəticəsində zərər
çəkmiş şəxsə fiziki va ya maddi zərər
vurulmasına görə-
fiziki
şəxslər dörd yüz manat məbləğində,
vəzifəli şəxslər səkkiz yüz manat məbləğində,
hüquqi şəxslər səkkiz min manat məbləğində
cərimə edilir.
337.4. Ümumi istifadədə
olan nəqliyyat vasitəsinin sərnişin
daşınması üçün belə nəqliyyat vasitəsini
idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə
olan şəxsə verilməsinə görə -
fiziki şəxslər altı
yüz manat məbləğində, vəzifəli şəxslər
min manat məbləğində, hüquqi şəxslər səkkiz
min manat məbləğində cərimə edilir.
337.5. Bu Məcəllənin
337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış
şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törədilməsinə görə
-
bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on
iki min manat məbləğində cərimə edilir.
337.6. Bu Məcəllənin
337.4-cü maddəsində nəzərdə tutulmuş xətanın
törədilməsi və yol hərəkəti
qaydalarının pozulması nəticəsində zərər çəkmiş
şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər
çəkmiş şəxsə maddi zərər vurulmasına
görə -
fiziki şəxslər min manat
məbləğində, vəzifəli şəxslər iki
min beş yüz manat məbləğində cərimə edilir, yaxud işin
hallarına görə, xətanı törədənin şəxsiyyəti
nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on
beş min manat məbləğində cərimə edilir.
Maddə 338. Piyadalar və yol hərəkətinin
başqa iştirakçıları tərəfindən yol hərəkəti
qaydalarının pozulması
338.1. Piyadalar tərəfindən yol hərəkəti
qaydalarının pozulmasına, yəni:
338.1.1. piyada svetoforunun və ya nizamlayıcının
işarələrinə riayət edilməməsinə;
338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin
qarşısına qəflətən
çıxılmasına;
338.1.3. qırmızı və ya göy
sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş
nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət
hissəsinin tərk edilməməsinə görə-
iyirmi manat məbləğində cərimə
edilir.
338.2. Bu Məcəllənin 338.2-1-ci maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən
yolun hərəkət hissəsinin, dəmiryol keçidinin
müəyyən olunmayan yerdən keçilməsinə
görə[286]-
iyirmi manat
məbləğində cərimə edilir.
338.2-1. Hərəkət sürətinin
həddi 80 km/saat və daha artıq müəyyən
edilmiş yolda piyadanın yolun hərəkət hissəsini
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə piyadaların yolu keçməsi üçün
müəyyən edilmiş yerlərdən kənar keçməsinə
görə -
qırx
manat məbləğində cərimə edilir.[287]
338.3. Sərnişinlər tərəfindən nəqliyyat
vasitəsinə minmə və düşmə
qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin
bağlanılmamasına, motodəbilqənin geyilməməsinə,
nəqliyyat vasitəsindən bayıra hər hansı əşya
atılmasına və ya sürücünün nəqliyyat
vasitəsini idarə etməkdən
yayındırılmasına görə-
otuz manat məbləğində cərimə edilir.
338.4. Velosipedçilər və moped idarə edən
şəxslər tərəfindən yol hərəkəti
qaydalarının pozulmasına, yəni:
338.4.1. svetoforun və ya nizamlayıcının
işarələrinə riayət edilməməsinə;
338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin
idarə edilməsinə mane olan yükün
daşınmasına;
338.4.3. yol nişanlarının və ya yolun hərəkət
hissəsinin nişanlanması tələblərinin
pozulmasına;
338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən
istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
338.4.5. nasaz velosipeddən istifadə etməyə;
338.4.6. piyadaların hərəkətinə maneə
yaradılmasına;
338.4.7. keçid
üstünlüyü hüququna malik olan nəqliyyat
vasitələrinə yol verilməməsinə görə-
qırx
manat məbləğində cərimə edilir.
338.5. At arabalarını (kirşəni) idarə edən
və mal-qara ötürən tərəfindən yol hərəkəti
qaydalarının pozulmasına, yəni:
338.5.1. mal-qaranın yolda nəzarətsiz
qoyulmasına;
338.5.2. mal-qaranın asfalt və sement-beton
örtüklü yollarla ötürülməsinə;
338.5.3. işıq əks etdirən qurğularla təchiz
edilməmiş at arabalarının (kirşənin)
sürülməsinə;
338.5.4. at arabalarını (kirşəni) idarə edərkən
svetoforun və ya nizamlayıcının işarələrinə,
yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə
riayət edilməməsinə;
338.5.5. mal-qaranı və at arabasını (kirşəni)
sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə
şəraitində dəmir yollarından, yolların bu məqsəd
üçün xüsusi olaraq ayrılmayan yerlərindən
keçirilməsinə görə-
qırx
manat məbləğində cərimə edilir.
338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində
nəzərdə tutulmuş xətaların yol hərəkəti
iştirakçıları tərəfindən alkoqol, narkotik
vasitələr, psixotrop maddələr
və ya güclü təsir göstərən digər maddələrdən
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
törədilməsinə görə-
yetmiş
manat məbləğində cərimə edilir. [288]
338.7. Bu Məcəllənin 338.4 və
338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar
nəticəsində zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə-
yüz
manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
[289]
338.8. Bu Məcəllənin 338.4 və
338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların
yol hərəkəti iştirakçıları tərəfindən
alkoqoldan istifadə olunması nəticəsində sərxoş
vəziyyətdə törədilməsinə görə –
yüz əlli manat məbləğində
cərimə edilir.
338.9. Bu Məcəllənin 338.4 və
338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların
yol hərəkəti iştirakçıları tərəfindən
narkotik vasitələr, psixotrop maddələr və ya
güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
törədilməsinə görə –
iki yüz manat məbləğində cərimə
edilir.
338.10. Bu Məcəllənin 338.8 və
338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar
nəticəsində zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin
yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə –
iki
yüz əlli manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.[290]
Maddə 339. Nəqliyyat vasitələrinin
dövlət qeydiyyatının aparılması, texniki
baxışın keçirilməsi, nəqliyyat vasitəsinin
sazlığı haqqında sənədin və
sürücülük vəsiqəsinin verilməsi və cərimənin
alınması qaydalarının pozulması
339.1. Nəqliyyat vasitələrinin sahibləri və
ya sürücüləri tərəfindən “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat
vasitəsini dövlət
qeydiyyatından və ya texniki baxışdan keçirmədən
idarə etməyə və ya dövlət
qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə
və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən
təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə
verildikdə onu təkrar dövlət qeydiyyatından
keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri
qaytarılması barədə öhdəçiliyə əməl
etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin
rəsmiləşdirilməsi və ya girov qoyulması
qaydalarını pozmağa görə[291]-
fiziki
şəxslər əlli manat məbləğində, vəzifəli
şəxslər yüz manat məbləğində,
hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
339.1-1. Nəqliyyat
vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətdə texniki baxışdan keçirmədən
idarə etməyə görə -
əlli
manat məbləğində cərimə edilir.[292]
339.2. Nəqliyyat vasitəsinin dövlət
qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin
qeydiyyat şəhadətnaməsinin və ya dövlət
qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat
vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə
tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat
vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan
çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin
texniki baxışının keçirilməsində və
ya texniki sazlığı haqqında sənədin verilməsində
süründürməçiliyə yol verilməsinə və
ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə,
yaxud texniki sazlığı haqqında verilmiş sənədin
və bu sənəddəki məlumatların həqiqətə
uyğun olmamasına görə-
yüz əlli
manatdan iki yüz manatadək məbləğdə cərimə
edilir.
339.3. Sürücülük vəsiqəsinin verilməsi
və ya dəyişdirilməsi haqqında ərizəyə
baxılmamasına, yaxud baxılarkən süründürməçiliyə
yol verilməsinə və ya yol hərəkəti qaydaları
üzrə nəzəri və nəqliyyat vasitələrini
idarəetmə vərdişləri üzrə təcrübi
imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə-
iki yüz
manatdan iki yüz əlli manatadək məbləğdə cərimə
edilir.
339.4. Müvafiq icra
hakimiyyəti orqanının əməkdaşı tərəfindən
bu Məcəllənin 150.4-cü maddəsinin tələbləri
pozulmaqla cərimənin inzibati xəta törətmiş
şəxsdən müvafiq ödəniş sistemlərindən
istifadə etmədən bilavasitə alınmasına görə
-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
339.5. Yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə protokolun və ya
inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin
122.1, 123.2, 124.1, 124.4 - 124.6, 125.4 və 126.3-cü maddələrində
nəzərdə tutulmuş qaydada və müddətdə
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə, yaxud bu Məcəllənin 122.1, 125.1,
125.3 və 125.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada və müddətdə müvafiq icra
hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsinə
(yerləşdirilməməsinə) görə -
beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Şəxs bu Məcəllənin
339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə
tutulmuş nəqliyyat vasitəsini dövlət
qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən
idarə etməyə görə inzibati məsuliyyətə
cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini
dövlət qeydiyyatından və ya texniki baxışdan
keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin
törədilməsinə görə təkrarən inzibati məsuliyyətə
cəlb olunmur.[293]
Maddə 340. Kənd təsərrüfatı
texnikasının dövlət qeydiyyatının
aparılması, texniki baxışın keçirilməsi və
texnikanın sazlığı haqqında sənədin verilməsi
qaydalarının pozulması
340.1. Siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən kənd təsərrüfatı texnikasının
sahibləri və ya sürücüləri tərəfindən
“Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada və müddətdə texnikanı dövlət
qeydiyyatından və ya texniki baxışdan keçirmədən
idarə etməyə və ya dövlət qeydiyyatından
keçirilmiş texnika icarə və ya digər əşya hüquqlarına
dair müqavilə (notarius tərəfindən təsdiq
edilən müqavilələr istisna olmaqla) əsasında
başqa şəxsə verildikdə onu təkrar dövlət
qeydiyyatından keçirməməyə görə -
fiziki şəxslər əlli
manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç
yüz manat məbləğində
cərimə edilir.
340.2. Bu Məcəllənin
340.1-ci maddəsində nəzərdə tutulmuş kənd təsərrüfatı
texnikasının dövlət qeydiyyatının
aparılması, texnikanın qeydiyyat şəhadətnaməsinin
və ya dövlət qeydiyyat nişanının verilməsi
ilə əlaqədar texnikanın sahibindən qanunvericiliklə
nəzərdə tutulmayan sənədlərin tələb
edilməsinə, texnikanın qeydiyyata alınmasında və
ya qeydiyyatdan çıxarılmasında, yaxud texniki
baxışının keçirilməsində və ya
texniki sazlığı haqqında sənədin verilməsində
süründürməçiliyə yol verilməsinə və
ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə,
eləcə də texniki sazlığı haqqında
verilmiş sənədin və bu sənəddəki məlumatların
həqiqətə uyğun olmamasına görə -
yüz əlli manatdan iki
yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Şəxs bu Məcəllənin
340.1-ci maddəsində nəzərdə tutulmuş
texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda texniki baxışdan keçirmədən idarə etməyə
görə inzibati məsuliyyətə cəlb olunduqda 10
gün ərzində texnikanı dövlət qeydiyyatından
və ya texniki baxışdan keçirməlidir. Bu müddət
ərzində şəxs həmin əməlin törədilməsinə
görə təkrarən inzibati məsuliyyətə cəlb
olunmur.
Maddə 341. Dayanma və ya durma
qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi
barəsində qanunsuz hərəkətlər
Bu Məcəllənin
346.1 və ya 346.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxsin
nəqliyyat vasitəsi mühafizə edilən duracağa
aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin
yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin
qaytarılmamasına görə-
iki yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Bu
Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətanı törətmiş
şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin
maddələrdə nəzərdə tutulmuş əmələ
görə inzibati məsuliyyətə cəlb
olunmasını istisna etmir.
Maddə 342. Nəqliyyat vasitələrinin
sürücüləri tərəfindən nəqliyyat vasitələrinin
istismarı qaydalarının pozulması
342.1. Nəqliyyat vasitələrinin sürücüləri
tərəfindən nəqliyyat vasitələrinin istismarı
qaydalarının pozulmasına, yəni:
342.1.1. nəqliyyat vasitəsini qapıları
bağlanmamış vəziyyətdə yerindən tərpətməyə
və ya onun hərəkəti zamanı qapıları
açmağa;
342.1.2. nəqliyyat vasitəsini idarə etməkdən
diqqəti yayındıra biləcək söhbətdə
iştirak etməyə;[294]
342.1.3. dövlət
qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya
mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat
nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə;[295]
342.1.4. hərəkət zamanı sükanı əlindən
buraxmağa, mühərriki söndürülmüş nəqliyyat
vasitəsini ətalətlə idarə etməyə;
342.1.5. su və ya palçığın yolda
piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən
sıçradılmasına;
342.1.6. nəqliyyat vasitəsinin təkərlərində
və ya banında yol örtüyünü zibilləyən
palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü
materiallarının, kimyəvi maddələrin, tikinti və
digər materialların axması olarsa, onlarla örtüyü
təkmilləşdirilmiş yollarda hərəkət etməyə;
342.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin
dövlət qeydiyyat nişanının görünməsi
üçün onun təmiz saxlanılmamasına;
342.1.8. küçəni keçən görmə qabiliyyəti tam məhdud
olan piyadanın işarəsi ilə
nəqliyyat vasitəsini dayandırmamasına;[296]
342.1.9. yol-nəqliyyat hadisələri nəticəsində
və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən
zədələnmiş nəqliyyat vasitələrinin
daşınması üçün və ya təbii fəlakət
yerlərinə getmək üçün, yaxud qanunla nəzərdə
tutulmuş digər təxirəsalınmaz hallarda
yükdaşıyan nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti
orqanlarının əməkdaşlarına
təqdim edilməməsinə;
342.1.10. beynəlxalq
yük daşımaları həyata keçirən yük
avtomobillərinin və avtobusların nəzarət qurğusu
(taxoqraf) olmadan və ya işləməyən, yaxud
möhürlənməsi pozulmuş taxoqrafla, habelə
sürücünün iş və istirahət rejimini əks
etdirən taxoqramları doldurmadan idarə edilməsinə;[297]
342.1.11.
“əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz
istifadə edilməsinə görə -[298]
qırx
manat məbləğində cərimə edilir.
342.2. Nəqliyyat vasitələrinin sürücüləri
tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə
dair tələblərin pozulmasına, yəni:
342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi
nasaz olan və belə nasazlığın aradan
qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin
istismarına;
342.2.2. normativ tələblər pozulmaqla,
avadanlığın quraşdırılmasına
və ya dəyişdirilməsinə;
342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və
bu kütlənin oxlar üzrə paylanmasının,
ağırlıq mərkəzinin, təkər
bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan
idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər
edilməsinə;
342.2.4. nəqliyyat
vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə
icazə verilməyən örtüklərin çəkilməsinə
görə-
yüz əlli
manat məbləğində cərimə edilir.
342.3. Mühərrikin
səs gücünün artırılması məqsədi ilə
nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə
sisteminə normativ tələblər pozulmaqla
avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə
görə -
beş
yüz manat məbləğində cərimə edilir.
342.4. Bu Məcəllənin
342.3-cü maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə görə
-
min manat məbləğində
cərimə edilir.
342.5. Xarici işıq
cihazları və ya qabaq şüşənin şüşə
silgəcləri və şüşəyuyanları və ya
təkərləri və şinləri və ya mühərriki,
yaxud konstruksiyasının digər ünsürləri nasaz
olan və belə nasazlığın aradan
qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin
istismarına görə -
əlli manat məbləğində
cərimə edilir.
342.6. Nəqliyyat vasitəsinin
hərəkəti zamanı sürücünün telefonu əldə
saxlamaqla ondan istifadə etməsinə görə -
əlli
manat məbləğində cərimə edilir.
342.7. Dövlət qeydiyyat nişanları və ya
onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara
uyğun olmayan və ya
başqa nəqliyyat vasitələrinə verilmiş
dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini
idarə etməyə görə-
yüz manat məbləğində cərimə edilir. [299]
342.8. Bu Məcəllənin
342.1.1, 342.1.2, 342.1.4 - 342.1.6, 342.1.8, 342.2.1 - 342.2.3-cü maddələrində nəzərdə
tutulmuş xətalar nəticəsində zərər çəkmiş
şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə görə-[300]
iki yüz
manat məbləğində cərimə edilir və ya nəqliyyat
vasitəsini idarə etmə hüququ bir ildən iki ilədək
müddətə məhdudlaşdırılır.
342.9. Nəqliyyat vasitələrinin
müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və
ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat
vasitələri üçün müəyyən edilmiş
rənglənmə sxemləri, yazılar və tanınma nişanları
ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin
dövlət qeydiyyat nişanının
görünüşünü çətinləşdirən
örtüklərdən və ya qurğulardan, nəqliyyat
vasitəsinin sürətini ölçməyə
maneçilik törədən və ya ölçmə
cihazlarının işinə mane olan antiradar və digər
texniki vasitələrdən, yaxud əhalinin dincliyini
nümayişkaranə şəkildə pozan səs
siqnallarından istifadə edilməsinə görə -
inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə,
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Bu Məcəllənin 342.2 və 342.5-ci
maddələrində nəzərdə tutulmuş
nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallarda keçirilməli olan
texniki baxış zamanı aşkarlandıqda, şəxs
məsuliyyətə cəlb edilmir.
Maddə 343. Alkoqoldan istifadə olunması nəticəsində
yaranmış sərxoşluq vəziyyətinin
müəyyən edilməsi üçün tibbi müayinədən imtina[301]
343.1. Bu Məcəllənin
333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinəyə aparılmış nəqliyyat
vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi
müayinədən imtina etməsinə görə-
dörd
yüz manat məbləğində cərimə edilir və
ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı
aydan bir ilədək müddətə məhdudlaşdırılır.
343.1-1. Bu Məcəllənin 343.1-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış
şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törədilməsinə görə
–
nəqliyyat
vasitəsini idarə etmək hüququ iki il müddətinə
məhdudlaşdırılmaqla beş yüz manat məbləğində
cərimə edilir və ya nəqliyyat vasitəsini idarə
etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla on beş
günədək müddətə inzibati həbs tətbiq
olunur.[302]
343.2. Bu Məcəllənin 333.2
və 333.3-cü maddələrində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış nəqliyyat vasitəsini idarə etmək
hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə
görə-
nəqliyyat
vasitəsini idarə etmək hüququ iki il müddətinə
məhdudlaşdırılmaqla, beş yüz manatdan yeddi
yüz manatadək məbləğdə cərimə edilir və
ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il
müddətinə məhdudlaşdırılmaqla işin
hallarına görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla, on beş gündən bir ayadək
müddətə inzibati həbs tətbiq olunur.[303]
343.3. Bu Məcəllənin 333.4
və 333.5-ci maddələrində nəzərdə
tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış nəqliyyat vasitəsini idarə etmək
hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə
görə-
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
bir aydan üç ayadək müddətə inzibati həbs
tətbiq olunur.
343.4. Bu Məcəllənin
334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinəyə aparılmış nəqliyyat
vasitəsini idarə etmək hüququ olmayan şəxsin
tibbi müayinədən imtina etməsinə görə-
beş
yüz manat məbləğində cərimə edilir və
ya işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, on beş
günədək müddətə inzibati həbs tətbiq
olunur.
343.4-1. Bu Məcəllənin 343.4-cü
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
on beş
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.[304]
343.5. Bu Məcəllənin
334.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinəyə aparılmış nəqliyyat
vasitəsini idarə etmək hüququ olmayan şəxsin
tibbi müayinədən imtina etməsinə görə-
on beş
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.
343.6. Bu Məcəllənin
334.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış nəqliyyat vasitəsini idarə etmək
hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə
görə-
səkkiz
yüz manat məbləğində cərimə edilir və
ya işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki
ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.7. Bu Məcəllənin 334.4
və 334.5-ci maddələrində nəzərdə
tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış nəqliyyat vasitəsini idarə etmək
hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə
görə-
iki aydan üç ayadək
müddətə inzibati həbs tətbiq olunur.
343.8. Bu Məcəllənin 338.8-ci maddəsində
nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin
müəyyən edilməsi üçün tibbi müayinəyə
aparılmış yol hərəkəti
iştirakçısının tibbi müayinədən
imtina etməsinə görə –
yüz əlli manat məbləğində
cərimə edilir.
343.9. Bu Məcəllənin 338.10-cu maddəsində
nəzərdə tutulmuş hallarda alkoqoldan istifadə
olunması nəticəsində yaranmış sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinəyə aparılmış
yol hərəkəti iştirakçısının tibbi
müayinədən imtina etməsinə görə –
iki yüz əlli manatdan üç
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 343-1. Narkotik vasitələr, psixotrop maddələr
və ya güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində yaranmış sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinədən imtina
343-1.1. Bu Məcəllənin 333-1.1-ci
maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinəyə aparılmış nəqliyyat
vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi
müayinədən imtina etməsinə görə –
altı yüz manat məbləğində
cərimə edilir və ya nəqliyyat vasitəsini idarə
etmə hüququ altı aydan bir ilədək müddətə
məhdudlaşdırılır.
343-1.2. Bu Məcəllənin 343-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
səkkiz yüz manat məbləğində cərimə
edilir və ya nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla on beş
gündən bir ayadək müddətə inzibati həbs tətbiq
olunur.
343-1.3. Bu Məcəllənin 333-1.2 və
333-1.3-cü maddələrində nəzərdə
tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış nəqliyyat vasitəsini idarə etmək
hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə
görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə
cərimə edilir və ya nəqliyyat vasitəsini idarə
etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki
ayadək müddətə inzibati həbs tətbiq olunur.
343-1.4. Bu Məcəllənin 333-1.4 və
333-1.5-ci maddələrində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış nəqliyyat vasitəsini idarə etmək
hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə
görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
iki aydan üç ayadək müddətə inzibati həbs
tətbiq olunur.
343-1.5. Bu Məcəllənin 334-1.1-ci
maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinəyə aparılmış nəqliyyat
vasitəsini idarə etmək hüququ olmayan şəxsin
tibbi müayinədən imtina etməsinə görə –
səkkiz yüz manat məbləğində
cərimə edilir və ya işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə
alınmaqla on beş gündən bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
343-1.6. Bu Məcəllənin 343-1.5-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə –
bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur.
343-1.7. Bu Məcəllənin 334-1.2-ci
maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinəyə aparılmış nəqliyyat
vasitəsini idarə etmək hüququ olmayan şəxsin
tibbi müayinədən imtina etməsinə görə –
bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur.
343-1.8. Bu Məcəllənin
334-1.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış nəqliyyat vasitəsini idarə etmək
hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə
görə –
min manat məbləğində cərimə
edilir və ya işin hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla bir aydan
üç ayadək müddətə inzibati həbs tətbiq
olunur.
343-1.9. Bu Məcəllənin 334-1.4 və
334-1.5-ci maddələrində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış nəqliyyat vasitəsini idarə etmək
hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə
görə –
iki aydan üç ayadək müddətə
inzibati həbs tətbiq olunur.
343-1.10. Bu Məcəllənin 338.9-cu
maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq
vəziyyətinin müəyyən edilməsi
üçün tibbi müayinəyə aparılmış
yol hərəkəti iştirakçısının tibbi
müayinədən imtina etməsinə görə –
iki yüz manat məbləğində cərimə
edilir.
343-1.11. Bu Məcəllənin 338.10-cu
maddəsində nəzərdə tutulmuş hallarda narkotik
vasitələr, psixotrop maddələr və ya güclü təsir
edən digər maddələrdən istifadə olunması nəticəsində
yaranmış sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün tibbi müayinəyə
aparılmış yol hərəkəti
iştirakçısının tibbi müayinədən
imtina etməsinə görə –
iki yüz əlli manatdan üç
yüz manatadək məbləğdə cərimə edilir.[305]
Maddə 344. Tibbi müayinədən
keçməyən sürücülər tərəfindən
nəqliyyat vasitələrinin idarə edilməsi
“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada tibbi müayinədən
keçməyən sürücülər tərəfindən
nəqliyyat vasitələrinin idarə edilməsinə görə-
otuz manat məbləğində
cərimə edilir.
Maddə 345. Nəqliyyat vasitələrinin
saxlanılması və təmiri qaydalarının
pozulması
345.1. Nəqliyyat vasitələrinin saxlanca qəbul
edilməsi və saxlanılması qaydalarının
pozulmasına görə-
vəzifəli şəxslər
altmış manat məbləğində,
hüquqi şəxslər yüz
əlli manat məbləğində cərimə edilir.
345.2. Banı zədələnmiş nəqliyyat vasitələrinin
müvafiq icra hakimiyyəti
orqanının icazəsi olmadan təmirə
qəbuluna görə-
iki yüz
əlli manat məbləğində cərimə edilir.
Maddə 346. Dayanma və ya durma
qaydalarının pozulması
346.1. Dayanma və ya durma qaydalarını
pozmağa görə -
iyirmi manat
məbləğində cərimə edilir.
346.2. Ümumi istifadədə
olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında
və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az
yaxınlıqda digər nəqliyyat vasitələrinin
dayanmasına və ya durmasına görə -
qırx
manat məbləğində cərimə edilir.
346.3. Ümumi istifadədə
olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək
və ya düşürtmək üçün bu məqsədlə
xüsusi olaraq müəyyən edilmiş dayanacaq
meydançalarından və ya 5.12, 5.13 nişanları ilə
işarələnmiş dayanacaq yerlərindən kənarda
dayandırmağa görə -
yüz
manat məbləğində cərimə edilir.
Qeyd: Şəxs bu Məcəllənin 346.1-ci
və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətanı törətməyə fasiləsiz davam edirsə,
həmin inzibati xətanın törədilməsinə görə
gün ərzində təkrar inzibati məsuliyyətə cəlb
oluna bilməz.[306]
Maddə 346-1. Parklanma
qaydalarının pozulması[307]
346-1.1. Nəqliyyat vasitəsinin
parklanmasına görə müəyyən olunmuş ödəniş
edilmədən və ya ödəniş edilmiş müddətdən
artıq parklanma yerindən istifadə üçün əlavə
ödəniş edilmədən sürücünün
parklanma yerini tərk etməsinə görə -
on manat məbləğində
cərimə edilir.
346-1.2.
Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş
parklanma üsulunu pozmaqla parklanmasına görə -
on manat məbləğində
cərimə edilir.
346-1.3. Əlilliyi olan şəxslərin
nəqliyyat vasitələri üçün nəzərdə
tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin
parklanmasına görə -[308]
on manat məbləğində
cərimə edilir.
346-1.4. Parklanma yerlərində
icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan
yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin
rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat
vasitələrinin sərbəst parklanmasına maneələr
yaradılmasına görə -
on manat məbləğində
cərimə edilir.
346-1.5. Nəqliyyat vasitəsinin
24 saatdan artıq parklanma yerində saxlanılmasına görə
-
iyirmi manat məbləğində
cərimə edilir.
Maddə 347. Nəqliyyat vasitəsinin
istifadəçisi barədə məlumat verilməməsi
Hüquqi şəxsin mülkiyyətində
və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat
vasitəsini inzibati xətanın törədilməsi
zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın
səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu
barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində
verilməməsinə görə[309] -
vəzifəli
şəxslər yüz əlli manat məbləğində,
hüquqi şəxslər üç yüz manat məbləğində
cərimə edilir.
Maddə 348. Nəqliyyat vasitələri
ilə təhlükəli yüklərin daşınması
qaydalarının pozulması
Nəqliyyat vasitələri ilə təhlükəli
yüklərin daşınması qaydalarının
pozulmasına görə-
fiziki
şəxslər yüz manat məbləğində, vəzifəli
şəxslər beş yüz manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
Yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi və avtomobil yollarından istifadə
qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 349. Yol hərəkətinin
təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin
təmin edilməməsi
Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin
azaldılması hesabına yolların buraxılış
qabiliyyətinin artırılması məqsədi ilə və
ya digər məqsədlərlə yol hərəkətinin təşkilində
dəyişikliklərin edilməsinə görə-
vəzifəli
şəxslər üç yüz əlli manatdan beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 350. Avtomobil
yollarının layihələndirilməsi, tikintisi, yenidən
qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi
qaydalarının pozulması
350.1. Müvafiq icazə
almadan və ya alınmış icazənin şərtlərinə
əməl etmədən avtomobil yollarında, prospektlərdə,
küçələrdə, təhkim və mühafizə
zolağında tikinti, qazıntı, yenidənqurma və
ya təmir işlərinin aparılmasına, yaxud avtomobil
yollarının layihələndirilməsi, tikintisi, yenidən
qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə
dair standartlara, qaydalara və normativlərə əməl
edilməməsinə görə-
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.
350.2. Avtomobil yollarında svetoforlar, yol nişanları,
nişanlama xətləri və yol hərəkətinin təşkilinin
digər texniki vasitələrinin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan tətbiq
olunmasına görə –[310]
fiziki
şəxslər otuz manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər yüz əlli manatdan iki
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 351. Avtomobil
yollarının saxlanılması, qorunması və
abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi
qaydalarının pozulması
Avtomobil yollarının saxlanılması, qorunması
və abadlaşdırılması qaydalarının
pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət
şəraitinin yaradılmamasına görə-
vəzifəli şəxslər
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə
edilir. [311]
Maddə 351-1.
Nəqliyyat vasitələrini və ya yolları yararsız
vəziyyətə salma[312]
Dağıtmaq,
zədələmək və ya başqa üsulla yolların,
nəqliyyat vasitələrinin və ya nəqliyyat
avadanlığının yararsız vəziyyətə
salınması —
inzibati
xəta nəticəsində vurulmuş ziyanın bir
mislindən iki mislinədək məbləğdə
cərimə edilir.
Qeyd: Bu maddədə
nəzərdə tutulmuş əməl külli
məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddəsinə əsasən cinayət
məsuliyyətinə səbəb olur.
Maddə 352. Avtomobil yollarında
yol hərəkətinin təhlükəsizliyinin təmin
edilməsi qaydalarının pozulması
352.0. Avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim
və mühafizə zolağında yol hərəkətinin
təhlükəsizliyinin pozulmasına, yəni:
352.0.1. örtüyü təkmilləşdirilmiş
yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri
olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan
nəqliyyat vasitələrinin hərəkətinə, həmçinin
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin
ümumi istifadədə olan avtomobil yolları ilə yüklə
hərəkətinə;
352.0.2. yolların və ya yol qurğularının kənar
predmetlərlə zibillənməsinə, yaxud tutulmasına,
yolda kənd təsərrüfatı məhsullarının
qurudulmasına, zibil və qar yığınlarının
yaradılmasına;
352.0.3. yolların hərəkət hissəsinə
yanacaq-sürtkü materialları, kimyəvi maddələr,
bitum və beton axıdılmasına, habelə daş,
çınqıl, qum və ot tökülməsinə, yolu və
təhkim zolağını zibilləyə bilən
materialların və yüklərin müvafiq qaydada
qablaşdırılmadan aparılmasına;
352.0.4. avtomobil yollarının körpü keçidlərində
çayın məcrası boyu körpüdən hər tərəfə
bir kilometr məsafədə yol fəaliyyətinə aid
olmayan tikinti işlərinin aparılmasına, habelə torpaq
və çınqıl kütləsinin götürülməsinə;
352.0.5. xüsusi olaraq buna
uyğunlaşdırılmamış körpülərin
altından taxta-şalban axıdılmasına;
352.0.6. avtomobil yollarının torpaq sahələrində
mal-qaranın otarılmasına, respublika əhəmiyyətli
avtomobil yolları ilə mal-qara aparılmasına, habelə
avtomobil yollarının sahiblərinin razılığı
olmadan müəyyən edilən yerlərdən kənar
avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq
yaradılmış keçidlərdən kənar
mal-qaranın keçirilməsinə;
352.0.7. üzən nəqliyyat vasitələrinin
körpü dayaqlarına yan almasına, körpülərin
altında qayıq stansiyalarının, digər
qurğuların yerləşdirilməsinə;
352.0.8. avtomobil yollarının saxlanılması və
təmiri ilə bağlı işlər istisna olunmaqla,
torpağın şumlanmasına, çimin çıxarılmasına
və qruntun götürülməsinə, oradakı
otların biçilməsinə;
352.0.9. kütləvi istirahət yerlərinin təşkil
edilməsinə;
352.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya
sularının avtomobil yoluna və yağış
sularının avtomobil yolundan kənarlaşdırılması
üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara
axıdan qurğulara və yolboyu torpaq sahəsinə
axıdılmasına, avtomobil yollarının təhkim və
qorunma (mühafizə) zolaqlarının, yol
örtüyünün çirkləndirilməsinə;
352.0.11. sərnişin daşımalarının
marşrutlarının müvafiq
icra hakimiyyəti orqanı ilə
razılaşdırılmamasına;
352.0.12. iriqabaritli və
(və ya) ağırçəkili nəqliyyat vasitələrinin
ümumi istifadədə olan avtomobil yolları və
yaşayış məntəqələrinin küçələri
ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin
tələbləri pozulmaqla, müəyyən edilmiş
hallarda müşayiət və ya mühafizə avtomobili
olmadan hərəkət etməsinə görə —
fiziki
şəxslər otuz manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər yüz əlli manatdan iki
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 353. İriqabaritli və ya
ağırçəkili nəqliyyat vasitələrinin icazə
verilən qabarit, çəki və yüklə birlikdə
oxa düşən kütlə parametrlərinə dair tələblərin
pozulması
353.1. İriqabaritli və ya
ağırçəkili nəqliyyat vasitələrinin icazə
verilən qabarit parametrlərinə dair tələbləri
pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə
edilməsinə görə -
fiziki şəxslər iki yüz manat məbləğində
cərimə edilir.
353.2. İriqabaritli və ya
ağırçəkili nəqliyyat vasitələrinin icazə
verilən çəki və yüklə birlikdə oxa
düşən kütlə parametrlərini aşmaqla
ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə
görə -
fiziki şəхslər altı yüz
mаnаt məbləğində cərimə edilir.
353.3. İriqabaritli və ya
ağırçəkili nəqliyyat vasitələrinin icazə
verilən qabarit, çəki və yüklə birlikdə
oxa düşən kütlə parametrlərini aşmaqla
yüklənməsinə görə -
vəzifəli şəxslər min
dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
353.4. Bu Məcəllənin 353.1-ci maddəsində
nəzərdə tutulmuş xətanın il ərzində
inzibati tənbeh almış şəxs tərəfindən təkrar
törədilməsinə görə -
fiziki şəxslər dörd yüz
manat məbləğində cərimə edilir.
353.5. Bu Məcəllənin 353.2-ci maddəsində
nəzərdə tutulmuş xətanın il ərzində
inzibati tənbeh almış şəxs tərəfindən təkrar
törədilməsinə görə -
nəqliyyat vasitələrini idarə
etmə hüququ altı aydan bir ilədək müddətə
məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində
cərimə edilir.
353.6. Bu Məcəllənin 353.3-cü
maddəsində nəzərdə tutulmuş xətanın il ərzində
inzibati tənbeh almış şəxs tərəfindən təkrar
törədilməsinə görə -
vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər altı min
manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir. [313]
Maddə 354. Avtomobil yollarında
yol hərəkəti təhlükəsizliyi
qaydalarının pozulması
354.0. Müvafiq
icazə almadan və ya alınmış icazənin şərtlərinə
əməl etmədən avtomobil yollarında, prospektlərdə,
küçələrdə, təhkim və mühafizə
zolağında yol hərəkəti təhlükəsizliyi
qaydalarının pozulmasına, yəni:
354.0.1. yolun hərəkət hissəsində və ya
səkilərdə materialların yığılması və
predmetlərin saxlanılmasına (səkilərdə
materialların və ya predmetlərin saxlanılması nəticəsində
yaranmış məhdudiyyətlərin piyadaların
gediş-gəlişi üçün yolun hərəkət
hissəsindən istifadə etməsinə səbəb
olmadığı hallar istisna olmaqla), yol hərəkətinin
təhlükəsizliyinə mane olan şərait
yaradılmasına və yolların hərəkət hissəsində,
habelə yolların, yol qurğularının tikintisi və təmiri
ilə əlaqədar olmayan yüklərin yüklənməsinə
və ya boşaldılmasına;
354.0.2. geoloji, axtarış, meliorasiya işlərinin
aparılmasına, rabitə və elektrik xətlərinin, digər
kommunikasiyaların çəkilməsinə, avtomobil
yollarının torpaq sahələrində müvafiq işlərin
həyata keçirilməsi üçün verilən
razılığın şərtlərinə əməl
edilməməsinə;
354.0.3. daimi və müvəqqəti
giriş-çıxış yerlərinin, başqa yollarla
birləşmələrin və kəsişmələrin
yaradılmasına;
354.0.4. yolların hərəkət hissəsində sədlərin,
şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin
hərəkətinin başqa üsullarla kəsilməsinə,
yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və
piyadaların hərəkətinə maneələr
yaradılmasına;
354.0.5. avtomobil yollarında hərəkət təhlükəsizliyinə
aid olmayan nişanların və göstəricilərin, reklam
lövhələrinin və transparantların qurulmasına,
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olmayan yol
nişanlarının yerləşdirilməsinə, həmçinin
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam
və digər məlumat qurğularının yerləşdirilməsinə;
354.0.6. dəmiryol keçidlərinin, bəndlərin,
şlüzlərin, nohurların, digər meliorasiya və
hidrotexniki qurğuların tikintisinə, yenidən
qurulmasına, təmirinə və ləğvinə,
çayların və kanalların yatağının dərinləşdirilməsinə;
354.0.7. bərk örtüklü yollarda nəqliyyat
vasitələrinin zavod sınaqlarının keçirilməsinə;
354.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin
durması və yuyulması üçün
meydançaların, servis obyektlərinin, köşklərin,
pavilyonların, digər qurğuların yerləşdirilməsinə
və ticarət aparılmasına, avtomobil yollarının
tikintisi, saxlanılması, təmiri və yenidən
qurulması ilə bağlı olmayan işlərin
görülməsinə, yol hərəkətinin təhlükəsizliyi,
sərnişin və yük daşımaları sahəsində
nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) xidməti tikililəri və
qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi,
saxlanılması, təmiri, yenidən qurulması
üçün nəzərdə tutulmayan bina və
qurğuların yerləşdirilməsinə;
354.0.9. yarışların, məşqlərin və
digər idman tədbirlərinin keçirilməsinə;
354.0.10. tırtıllı, uzunölçülü,
iriqabaritli, ağırçəkili və ya təhlükəli
yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti
zamanı avtomobil yoluna və yol qurğularına zərər
dəyməsinə, yol örtüyünün və yolun
mühəndis konstruksiyasının zədələnməsinə,
avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara
müdaxilə edilməsinə görə-
fiziki
şəxslər səksən manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər dörd yüz manatdan beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 355. Yol hərəkətinin
müvəqqəti məhdudlaşdırılması və ya
qadağan edilməsi
Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması
və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla
müəyyənləşdirilmiş göstərişləri
və ya qadağan edilməsi müddətlərini pozmağa
və ya özbaşına yol hərəkətini müvəqqəti
məhdudlaşdırmağa və ya qadağan etməyə
görə-
fiziki
şəxslər qırx manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər iki yüz əlli manatdan
üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş yüz manatdan altı
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 356. Yol hərəkəti
təhlükəsizliyinin tibbi təminatı
qaydalarının pozulması
356.1. Xüsusi komplektləşdirilmiş ilk tibbi
yardım qutusu
ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə
görə[314]-
on manat məbləğində cərimə
edilir.
356.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri
daşımamağa, yaxud təcili tibbi yardım göstərmək
üçün eyni səmtə gedən səhiyyə
işçilərinə nəqliyyat vasitələri təqdim
etməməyə görə-
qırx
manat məbləğində cərimə
edilir.
Maddə 357. Magistral boru kəmərlərinin
mühafizəsi qaydalarının pozulması
Magistral boru kəmərlərinin mühafizəsi
qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar qırx
manatdan əlli manatadək məbləğdə cərimə
edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yüz əlli
manatdan iki yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 358. İş görülərkən
qaz (neft) kəmərlərinin zədələnməsi
İş görülərkən qaz (neft) kəmərlərinin
zədələnməsinə görə-
fiziki
şəxslər yüz manat məbləğində, vəzifəli
şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
Rabitə qaydaları əleyhinə olan
inzibati xətalar
Maddə 359. Telekommunikasiya
şəbəkələrinin, vasitə və
qurğularının mühafizəsi qaydalarının
pozulması
Telekommunikasiya
şəbəkələrinin, vasitə və
qurğularının mühafizə
qaydalarının pozulmasına görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək,
hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 360. Telefon xətlərinə
qanunsuz daxil olmaqla danışıqlar aparma
Abunəçiyə məxsus
telefon nömrəsinə aid olan rabitə xəttinə
qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər
çəkmiş şəxsə az miqdarda ziyan vurmaqla
törədildikdə-[315]
dörd
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Bu maddədə
“az miqdarda” dedikdə, min manatadək olan məbləğ
başa düşülür.[316]
Maddə 361. Dövlət
poçt ödənişi nişanlarının qanunsuz
hazırlanması, nəşri, dövriyyəyə
buraxılması və dövriyyədən
çıxarılması
Dövlət
poçt ödənişi nişanlarının
hazırlanması, nəşri, dövriyyəyə
buraxılması və dövriyyədən
çıxarılması qaydalarının
pozulmasına görə-
poçt ödənişi
nişanları müsadirə edilməklə və ya edilməməklə
fiziki şəxslər səksən
manatdan yüz manatadək, vəzifəli şəxslər
dörd yüz manatdan beş yüz manatadək, hüquqi
şəxslər iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
Maddə 362. Rabitə xidməti
qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi
zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni
mövcud standartlar, norma və qaydalara əməl edilməməsinə
görə-
səksən
manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 362-1. Rabitə müəssisələri
(operatorlar), həmçinin onların diler və
distribüterləri tərəfindən rabitə vasitələrinin
satışı və istifadəsi zamanı xidmət göstərilən
fiziki və hüquqi şəxslərlə bağlanılan
müqavilələrdə və abunəçilərə
dair məlumat bazalarında nəzərdə tutulması vacib
olan məlumatların daxil edilməməsi[317]
362-1.1. Rabitə müəssisələri
(operatorlar), həmçinin onların diler və
distribüterləri tərəfindən rabitə vasitələrinin
satışı və istifadəsi zamanı xidmət göstərilən
fiziki və hüquqi şəxslərlə bağlanılan
müqavilələrdə və abunəçilərə
dair məlumat bazalarında nəzərdə tutulması vacib
olan məlumatların daxil edilməməsinə görə -
vəzifəli şəxslər iki min
manat miqdarında, hüquqi şəxslər üç min
manat miqdarında cərimə edilir.
362-1.2. Bu Məcəllənin 362-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
vəzifəli şəxslər dörd
min manat miqdarında, hüquqi şəxslər altı min
manat miqdarında cərimə edilir.
Maddə 362-2. Ərizəçiyə dair məlumatların
vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil
edilmədən telefon nömrələrinin (sabit, mobil)
operatorların şəbəkəsində aktivləşdirilməsi
362-2.1. Ərizəçiyə dair məlumatların
vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil
edilmədən telefon nömrələrinin (sabit, mobil)
operatorların şəbəkəsində aktivləşdirilməsinə
görə -
vəzifəli şəxslər iki min
manat miqdarında, hüquqi şəxslər üç min
manat miqdarında cərimə edilir.
362-2.2. Bu Məcəllənin 362-2.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
vəzifəli
şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər
altı min manat miqdarında cərimə edilir.
Maddə 362-3. Müvafiq icazə olmadan
radioelektron vasitələrin layihələndirilməsi,
quraşdırılması və istismar edilməsi[318]
362-3.1. Radiotezliklərin ayrılması
haqqında qərar olmadan radiotezliklərdən istifadə
etməklə radioelektron vasitələrin
layihələndirilməsinə, quraşdırılmasına
və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi radioelektron vasitələrin
istifadəsinə icazə vərəqəsi olmadan radioelektron
vasitələrin quraşdırılmasına və istismar
edilməsinə görə -
inzibati xətanın
törədilməsində istifadə olunan radioelektron
vasitə müsadirə edilməklə və ya
müsadirə edilməməklə fiziki şəxslər
beş yüz əlli manat məbləğdə,
vəzifəli şəxslər min beş yüz manat
məbləğdə, hüquqi şəxslər üç
min manat məbləğdə cərimə edilir.
362-3.2. Bu Məcəllənin 362-3.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə -
inzibati xətanın
törədilməsində istifadə olunan radioelektron
vasitə müsadirə edilməklə və ya müsadirə
edilməməklə fiziki şəxslər səkkiz yüz
manat məbləğdə, vəzifəli şəxslər
iki min manat məbləğdə, hüquqi şəxslər
dörd min manat məbləğdə cərimə edilir.
Maddə 363. Telekommunikasiya
vasitələrindən və qurğularından qanunsuz
istifadə edilməsi və onların qanunsuz dövriyyəsi[319]
363.1.
Sertifikatlaşdırılmamış telekommunikasiya
vasitələri və qurğularından ümumistifadəli
telekommunikasiya şəbəkələrində istifadə
edilməsinə görə -
inzibati xətanın
törədilməsində istifadə olunan telekommunikasiya
vasitələri və qurğuları müsadirə
edilməklə və ya edilməməklə fiziki
şəxslər səksən manatdan yüz manatadək,
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz
manatadək, hüquqi şəxslər üç min manatdan
dörd min manatadək məbləğdə cərimə
edilir.
363.2. Radiomüşahidə və
radionəzarət aparmaq üçün geniş tezlik
diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən güc
meyarı həddindən artıq olan
radioötürücülərin xüsusi icazə olmadan
əldə edilməsinə və idxalına görə -
inzibati xətanın
törədilməsində istifadə olunan radioqəbuledici
qurğular və radioötürücülər
müsadirə edilməklə fiziki şəxslər beş
yüz manat məbləğdə, vəzifəli
şəxslər doqquz yüz manat məbləğdə,
hüquqi şəxslər min beş yüz manat
məbləğdə cərimə edilir.
363.3. Bu Məcəllənin 363.2-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə -
inzibati xətanın
törədilməsində istifadə olunan radioqəbuledici
qurğular və radioötürücülər
müsadirə edilməklə fiziki şəxslər min manat
məbləğdə, vəzifəli şəxslər min
beş yüz manat məbləğdə, hüquqi
şəxslər iki min beş yüz manat
məbləğdə cərimə edilir.
Maddə 363-1. Telekommunikasiya şəbəkəsinə
qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
təşkili
363-1.1. Telekommunikasiya operatorunun və ya
provayderinin telekommunikasiya şəbəkəsinə
müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq
telekommunikasiya xidmətlərinin təşkil edilməsinə
görə -
inzibati xətanın törədilməsində
istifadə olunan avadanlıqlar və vasitələr müsadirə
edilməklə fiziki şəxslər iki min beş yüz
manatdan üç min manatadək məbləğdə, vəzifəli
şəxslər dörd min manatdan beş min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
363-1.2. Bu Məcəllənin 363-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
inzibati xətanın törədilməsində
istifadə olunan avadanlıqlar və vasitələr müsadirə
edilməklə fiziki şəxslər üç min beş
yüz manatdan dörd min manatadək məbləğdə, vəzifəli
şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək
məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 363-1-ci maddəsi
həmin maddədə göstərilən əməllər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.
2. Bu Məcəllənin 363-1 və
363-2-ci maddələrində “müvafiq qurğu” dedikdə,
mobil nömrə sim-kartları quraşdırılan və
internet vasitəsilə qəbul edilən beynəlxalq telefon
trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə
dolayı yolla istiqamətləndirilməsini təmin edən
qurğu başa düşülür.
Maddə 363-2. Qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
qarşısının alınması üçün tədbirlərin
görülməməsi[320]
Telekommunikasiya şəbəkəsinə
müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil
edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından
istifadə etməklə qarşısının
alınması üçün telekommunikasiya operatoru və ya
provayderi tərəfindən tədbirlərin görülməməsinə
görə -
vəzifəli
şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək
məbləğdə cərimə edilir.
Maddə 364. Telekommunikasiya
şəbəkələrinin və qurğularının
layihələşdirilməsi, tikintisi, təmiri, yenidən
qurulması, quraşdırılması və ya yerdəyişməsi qaydalarının və normalarının pozulması
Telekommunikasiya
şəbəkələrinin və qurğularının
layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən
qurulmasının, quraşdırılmasının və ya
yerdəyişməsinin müvafiq dövlət və sahə
standartlarına, müəyyən edilmiş norma və
qaydalara uyğun olaraq aparılmamasına
görə-
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
Maddə 365. Dövlət əhəmiyyətli
elektrik rabitə xətlərində baş vermiş qəzaların
aradan qaldırılmasına maneçilik törədilməsi
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində
baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın
baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi
tərəfindən maneçilik törədilməsinə
görə-
fiziki şəxslər
üç yüz manat məbləğində, vəzifəli
şəxslər min manat məbləğində cərimə
edilir.
Maddə 366. Telekommunikasiya
şəbəkələri, vasitələri və
qurğularının mühafizə zonalarında
müvafiq icazə olmadan işlərin aparılması
Telekommunikasiya
şəbəkələri, vasitələri və
qurğularının mühafizə zonalarında
müvafiq icazə olmadan tikinti işlərinin və ya digər
işlərin aparılmasına görə-
fiziki
şəxslər üç yüz manatdan dörd yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
Maddə 367. Ümumi istifadəli
avtomat telefonların zədələnməsi
Ümumi istifadəli avtomat telefonların zədələnməsinə
görə-
iki yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 368. Abunəçinin
identifikasiya modulunun və ya mobil telefon aparatının
başqa şəxslərə kirayəyə verilməsi[321]
Mütəmadi gəlir (mənfəət)
əldə etmək məqsədilə abunəçinin
identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya
mobil telefon aparatının başqa şəxslərə
kirayəyə verilməsinə görə -[322]
fiziki
şəxslər üç yüz manatdan beş yüz
manatadək, vəzifəli şəxslər min manatdan iki min
manatadək, hüquqi şəxslər üç min manatdan
beş min manatadək məbləğdə cərimə
edilir.
Maddə 368-1. Mobil cihazın İMEİ nömrəsinin
dəyişdirilməsi və ya surətinin köçürülməsi[323]
368-1.1. Mobil cihazın qeydiyyatının
aparılmasından yayınmaq məqsədilə mobil
cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə
və ya surətinin köçürülməsinə
görə -
fiziki şəxslər üç
yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər
min manatdan min beş yüz manatadək, hüquqi şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
368-1.2. Bu Məcəllənin 368-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
fiziki
şəxslər altı yüz manatdan səkkiz yüz manatadək,
vəzifəli şəxslər iki min manatdan iki min beş
yüz manatadək, hüquqi şəxslər doqquz min manatdan
on iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 369. İMEİ nömrələri
mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan
mobil cihazlara xidmət göstərilməsi
369.1. Mobil operator tərəfindən
İMEİ nömrələri mobil cihazların qeydiyyat
sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ
nömrələri uyğunlaşdırılmış ağ
səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya
xidmətlərinin göstərilməsinə görə-
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək
məbləğdə cərimə edilir.
369.2. Bu Məcəllənin
369.1-ci maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə-
vəzifəli
şəxslər üç min manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər on altı
min manatdan iyirmi min manatadək məbləğdə cərimə
edilir.
Maddə 370. Telekommunikasiya şəbəkələrinin
mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və
(və ya) uyğunlaşdırılmasının
(uzlaşdırılmasının) təmin edilməməsi
Mobil operator tərəfindən
telekommunikasiya şəbəkəsinin mobil cihazların
qeydiyyat sisteminə qoşulmasının və (və ya)
uyğunlaşdırılmasının
(uzlaşdırılmasının) təmin edilməməsinə
görə -
vəzifəli
şəxslər dörd min manatdan beş min manatadək məbləğdə,
hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir.
Maddə 370-1. İnternet telekommunikasiya xidməti
göstərən operatorlar və provayderlər tərəfindən
uçota durma qaydalarının pozulması[324]
370-1.0. İnternet telekommunikasiya xidməti
göstərən operatorlar və provayderlər tərəfindən
uçota durma qaydalarının pozulmasına, yəni:
370-1.0.1. xidmət göstərməyə
başladıqları vaxtdan 15 gün müddətində
müvafiq icra hakimiyyəti orqanında uçota
durmamasına;
370-1.0.2. uçota alınma
üçün zəruri olan sənədlərdəki
çatışmazlıqları aradan qaldıraraq 15 gün
müddətində uçota alınma üçün yenidən
müraciət edilməməsinə;
370-1.0.3. uçot məlumatlarında dəyişiklik
baş verdiyi gündən 10 gün müddətində həmin
dəyişiklik barədə müvafiq icra hakimiyyəti
orqanına məlumat verilməməsinə görə -
vəzifəli
şəxslər min manat məbləğində, hüquqi
şəxslər min beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 370-2. Telekommunikasiya operatoru və provayderi tərəfindən
sorğuların müəyyən edilmiş müddətdə
cavablandırılmaması[325]
370-2.1. Telekommunikasiya operatoru və
provayderi tərəfindən müvafiq icra hakimiyyəti
orqanının, habelə məhkəmələrin və ya
hüquq mühafizə orqanlarının sorğularına
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş müddətlərdə
cavab verilməməsinə və tələb olunan məlumatların
təqdim edilməməsinə görə —
vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
370-2.2. Bu Məcəllənin 370-2.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə —
vəzifəli
şəxslər beş yüz manatdan yeddi yüz manatadək
məbləğdə, hüquqi şəxslər min beş
yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
İnformasiyadan istifadə edilməsi,
onun yayılması və mühafizəsi qaydaları əleyhinə
olan inzibati xətalar
Maddə 371. İnformasiya
ehtiyatlarından istifadə qaydalarının pozulması
İnformasiya ehtiyatlarından istifadə
qaydalarının pozulmasına görə-
fiziki şəxslər əlli manatdan səksən manatadək
məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 371-1. Kritik informasiya
infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi
qaydasının pozulması[326]
371-1.1. Kritik informasiya infrastrukturu
obyektinin təhlükəsizliyi üzrə ümumi və
xüsusi tələblərin infrastrukturun sahibi, onun
vəzifəli şəxsi və ya ona kibertəhlükəsizlik
xidməti göstərən provayder (təchizatçı)
tərəfindən pozulmasına görə –
vəzifəli şəxslər beş
yüz manatdan min manatadək məbləğdə, hüquqi
şəxslər üç min manatdan dörd min manatadək
məbləğdə cərimə edilir.
371-1.2. Kritik informasiya infrastrukturunun
informasiya təhlükəsizliyini idarəetmə sisteminin
yaradılmasına və funksionallığının
təmin olunmasına dair tələblərin pozulmasına
görə –
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
371-1.3. Kritik informasiya infrastrukturu
obyektinə yönəlmiş kibertəhdidlər,
kiberhücumlar, kiberinsidentlər və bu əməllərin
törədilməsinə cəhdlər barədə
məlumatın müəyyən edilmiş qaydada kritik
informasiya infrastrukturu subyekti tərəfindən aidiyyəti
dövlət orqanına təqdim edilməməsinə
görə –
vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş
yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Şəxs bu Məcəllənin
371-1.2-ci maddəsində nəzərdə tutulmuş
tələblərin pozulmasına görə inzibati
məsuliyyətə cəlb olunduqda, 3 ay ərzində kritik
informasiya infrastrukturunun informasiya təhlükəsizliyini
idarəetmə sistemini yaratmalı və onun
funksionallığını təmin etməlidir. Bu
müddətdə şəxs həmin əməlin törədilməsinə
görə təkrarən inzibati məsuliyyətə cəlb
olunmur.
Maddə 372. Ətraf mühitə
dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılması
Ətraf mühitə dair
informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılmasına
görə-
vəzifəli
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə
373. Məxfiləşdirilmiş məlumatların məxfiliyinin
açılması haqqında sorğuya mahiyyəti üzrə
baxmaqdan boyun qaçırılması
Azərbaycan Respublikası vətəndaşlarının,
müəssisələrinin, idarələrinin, təşkilatlarının
və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş
məlumatların məxfiliyinin açılması
haqqında sorğularına mahiyyəti üzrə baxmaqdan
boyun qaçırılmasına görə -
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 374. İnformasiya əldə
etmək haqqında qanunvericiliyin pozulması
374.1. İnformasiya sahibi tərəfindən
açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması
və ya sorğuçuya bilərəkdən yanlış
informasiya verilməsinə görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək
məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz
manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
374.2. İnformasiyanın əldə
edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən
imtina olunmasına görə-
fiziki şəxslər səksən manatdan yüz manatadək
məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
374.3. İnformasiya sahibi tərəfindən
malik olduğu sənədlərin “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə
qaydalarının pozulmasına görə-
fiziki şəxslər səksən manatdan yüz manatadək
məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
374.4. Sorğuçu tərəfindən
qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə,
yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi
məqsəd üçün informasiya əldə edilməsinə
və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə
etdiyi informasiyadan digər məqsədlər üçün
istifadə edilməsinə görə-
vəzifəli şəxslər
min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 375. Fərdi məlumatlar
haqqında qanunvericiliyin pozulması
375.0. Fərdi məlumatlar
haqqında qanunvericiliyin pozulmasına, yəni:
375.0.1. “Fərdi məlumatlar haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət
qeydiyyatından keçməyən informasiya sistemində fərdi
məlumatların toplanılmasına və ya işlənilməsinə;
375.0.2. fərdi məlumatların
mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi
məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb
olunduğu hallarda və müddətlərdə fərdi məlumatların
məhv edilməməsinə, yaxud fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və ya verilməsinin
dayandırılmamasına görə-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 376. İnzibati
xəta haqqında iş üzrə icraat zamanı
aparılmış foto və ya video çəkiliş, yaxud
səsyazma materiallarının qanunsuz yayımlanması
İnzibati xəta haqqında iş üzrə icraat
zamanı foto və ya video çəkiliş, yaxud səsyazma
aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin
və zərər çəkmiş şəxsin
razılığı olmadan həmin foto və ya video çəkiliş,
yaxud səsyazma materiallarının mediada yayımlanmasına görə
-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 377. Gizli qaydada informasiya
alınması üçün nəzərdə tutulmuş
texniki vasitələri satış məqsədi olmadan qanunsuz
əldə etmə
Gizli qaydada informasiya
alınması üçün nəzərdə tutulmuş
texniki vasitələri satış məqsədi olmadan qanunsuz
əldə etməyə görə -
gizli
qaydada informasiya alınması üçün nəzərdə
tutulmuş texniki vasitələr müsadirə edilməklə,
iki yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 378. Dövlət sirri ilə
işləməyə buraxılışı olmayan şəxsin
dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə
təyin edilməsi
Dövlət sirri ilə işləməyə buraxılışı
olmayan şəxsin dövlət sirrindən istifadə ilə
bağlı vəzifəyə təyin edilməsinə
görə -
vəzifəli şəxslər beş yüz manatdan
yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 379. Sertifikatlaşdırılmamış
informasiya sistemindən, məlumat bazasından (bankından),
yaxud bu məlumatların mühafizə vasitələrindən
istifadə edilməsi
Qanunvericiliklə sertifikatlaşdırılması tələb
olunan, lakin sertifikatlaşdırılmamış informasiya
sistemindən, məlumat bazasından (bankından), yaxud bu məlumatların
mühafizə vasitələrindən istifadə edilməsinə
görə -
vəzifəli şəxslər
səkkiz yüz manatdan min
manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd
min manatadək məbləğdə cərimə edilir.
Maddə 380. Elektron imza və
elektron sənəd haqqında qanunvericiliyin pozulması
380.1.
Sertifikatlaşdırılmamış elektron imza və elektron
sənəd dövriyyəsi vasitələrindən istifadə
edilməsinə görə-
fiziki
şəxslər əlli manatdan səksən manatadək, vəzifəli
şəxslər beş yüz manatdan yeddi yüz manatadək,
hüquqi şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə cərimə edilir.
380.2. İnformasiya sisteminin
mülkiyyətçisi tərəfindən bu sistemin fəaliyyətinin
təhlükəsizliyinin təmin edilməməsinə,
informasiya sisteminin müəyyən edilmiş qaydada
ekspertizadan keçirilməməsinə görə-
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək,
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
380.3. Sertifikat xidmətləri mərkəzi
tərəfindən imza yaratma məlumatlarının və
imza sahibi barəsində məlumatların mühafizəsinin,
sertifikatdakı məlumatların tamlığının və
düzgünlüyünün, sertifikat xidmətlərinin
keyfiyyətinin və dəqiqliyinin təmin edilməməsinə,
sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və
ya ləğv edilməsinə, sertifikatın istifadəsinə
təsir edə bilməsi məlum olmuş məlumatların
imza sahibinə vaxtında çatdırılmamasına
görə-
vəzifəli
şəxslər beş yüz manatdan yeddi yüz manatadək,
hüquqi şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə cərimə edilir.
380.4. Elektron sənədlərin
saxlanmasında, ötürülməsində, qəbulunda
vasitəçinin informasiya sistemindən etibarlı istifadəni
təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli
və səriştəli işçi heyətə, xidmət
göstərilmiş elektron sənədlərin vaxtını
və mənbəyini təyin etməyə imkan verən şəraitə,
həmin elektron sənədlərin vaxtı və mənbəyi
haqqında informasiyanın saxlanması üçün
etibarlı sistemə malik olmamasına görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli
şəxslər beş yüz manatdan yeddi yüz manatadək,
hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 381. Media haqqında qanunvericiliyin pozulması
381.1. Media məhsullarının qanunla
müəyyən edilmiş qaydada yayılmasına mane
olmağa görə ‒
fiziki şəxslər iki yüz manatdan
üç yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə cərimə edilir.
381.2. Jurnalistlərin peşəkar fəaliyyətinə
qanunsuz müdaxilə edilməsinə görə ‒
üç yüz manatdan altı yüz
manatadək məbləğdə cərimə edilir.
381.3. Qanunla müəyyənləşdirilmiş
hallardan başqa, media subyektləri və jurnalistlərin
informasiya almaq hüququnun məhdudlaşdırılmasına
və ya onlara informasiya verilməsindən imtina edilməsinə,
yaxud qanunla müəyyən edilmiş müddətdə
onların sorğusuna cavab verilməməsinə görə –
üç yüz manatdan beş yüz
manatadək məbləğdə cərimə edilir.
381.4. Media subyektləri tərəfindən
təkzib, cavab və düzəliş verilməsinin “Media
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydalarının pozulmasına
görə ‒
vəzifəli şəxslər
üç yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
381.5. Audiovizual media subyektləri tərəfindən
yayımlanmış materialların saxlanılmasının
“Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydalarının pozulmasına
görə –
vəzifəli şəxslər beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
381.6. Audiovizual media, çap mediası və
onlayn media subyektləri tərəfindən reklam və
sponsorluqla bağlı “Media haqqında” və “Reklam
haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə
riayət edilməməsinə görə –
vəzifəli şəxslər iki min
beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər səkkiz
min manatdan on min manatadək məbləğdə cərimə
edilir.
381.7. Proqrama müstəsna yayım
hüququ əldə etmiş audiovizual yayımçıdan
başqa, digər audiovizual yayımçıların həmin
proqramı yayımlamasına görə –
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min
manatadək məbləğdə cərimə edilir.
381.8. Yayımın müvəqqəti
dayandırılması barədə məlumatın
yayımın dayandırıldığı müddət ərzində
audiovizual yayımçının televiziya və (və ya)
radio kanalında yayımlanmamasına, yaxud yayımın
dayandırılmasına və ya digər məsuliyyət tədbirinin
tətbiqinə səbəb olmuş audiovizual proqramın
audiovizual yayımçının veb-saytından və həmin
proqramın yayımlandığı videopaylaşım
platformalarından çıxarılmamasına görə –
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan dörd min manatadək
məbləğdə cərimə edilir.
381.9. Audiovizual media subyektlərinin
redaksiyasının loqotipinin (embleminin) Azərbaycan
Respublikası Audiovizual Şurasının
razılığı olmadan dəyişdirilməsinə
görə –
vəzifəli şəxslər dörd
yüz manatdan altı yüz manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək
məbləğdə cərimə edilir.
381.10. Dövlət büdcəsindən
maliyyələşən audiovizual yayımçılar
(sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən
auditoriya həcminin reytinq ölçən təşkilat
vasitəsilə müəyyənləşdirilməsinin təmin
edilməməsinə görə –
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan dörd min manatadək
məbləğdə cərimə edilir.
381.11. Audiovizual media sahəsində
lisenziyanın qayda və şərtlərinin pozulmasına
görə –
vəzifəli şəxslər min
beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
381.12. Media subyektləri tərəfindən
sağlamlığın və ətraf mühitin
qorunmasına zidd olan hərəkətlərin təbliğ
olunmasına görə –
vəzifəli şəxslər səkkiz
yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər
iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
381.13. Qanuni qüvvəyə minmiş məhkəmə
qərarı olmadan şəxsin təqsirli olması barədə
məlumatların dərc edilməsinə
(yayımlanmasına) görə –
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan
üç min beş yüz manatadək məbləğdə
cərimə edilir.
381.14. Platforma və ya multipleks
operatorunun fəaliyyətinin Azərbaycan Respublikasının
Audiovizual Şurası tərəfindən monitorinqinin həyata
keçirilməsi məqsədilə həmin operator tərəfindən
Şuranın ödənişsiz istifadə hüququnun təmin
edilməməsinə görə –
vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min
manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir.[327]
Maddə 382. Jurnalistlərin
hüquqlarının pozulması
382.1. Qanunla müəyyən edilmiş müddətdə
jurnalist sorğusuna cavab verməməyə görə-
iki yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə
informasiyanın verilməsi üzərinə məhdudiyyətlər
qoymağa və ya informasiya verilməsindən imtina etməyə
görə-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 383.
Teleradio verilişlərindən (proqramlarından) istifadə
qaydalarını pozma
383.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə
süni maneələr yaradılmasına görə-
vəzifəli
şəxslər üç yüz manatdan beş yüz
manatadək, hüquqi şəxslər iki min manatdan
üç min manatadək məbləğdə cərimə
edilir.
383.2. Teleradio təşkilatlarının
razılığı olmadan onların verilişlərindən
(proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin
razılığı olmadan proqramların (verilişlərin)
yayımlanmasına, köçürülməsinə
(tirajının çoxaldılmasına), satılmasına və
ya kütləvi nümayişinə
görə-
vəzifəli
şəxslər beş yüz manatdan altı yüz manatadək,
hüquqi şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə cərimə edilir.
Maddə 384.
Televiziya və radio yayımı haqqında qanunvericiliyin
pozulması
384.0. Teleradio
yayımçıları tərəfindən televiziya və
radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə,
yəni:
384.0.1. yetkinlik yaşına
çatmayanların fiziki, əqli və mənəvi
inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o
cümlədən erotikanı və qəddarlığı əks
etdirən proqramlar üçün müəyyən
edilmiş xüsusi qaydaların pozulmasına;[328]
384.0.2. nəzarət
fonoqramlarının surətinin müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş
qaydada və müddətdə təqdim edilməməsinə;
384.0.3. insanların həyatı,
sağlamlığı və ya yaşayış məntəqələrinin
normal fəaliyyəti üçün təhlükə
yaradan fövqəladə hallar, təbii fəlakətlər və
qəzalar barədə dövlət orqanlarının
informasiyalarının dərhal və pulsuz olaraq
yayımlanmamasına;
384.0.4. ətraf mühitin
qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına;
384.0.5. peyk vasitəsilə
teleradio yayımı və kabel şəbəkəsi
yayımı qaydalarının pozulmasına;
384.0.6. qanunun tələblərini
pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq
məsuliyyət tədbirinin məzmunu barədə məlumatı
müəyyən edilmiş vaxt ərzində özünün
televiziya və (və ya) radio kanalında yayımlamamasına
görə-
vəzifəli şəxslər min
beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan səkkiz min
manatadək məbləğdə
cərimə edilir.
Maddə 385.
Teleradio yayımı sahəsində lisenziyanın qayda və
şərtlərinin pozulması
Teleradio yayımı sahəsində
lisenziyanın qayda və şərtlərinin pozulmasına
görə-
vəzifəli şəxslər min
beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan səkkiz min
manatadək məbləğdə
cərimə edilir.
Maddə 386. Kino və videofilmlərin
Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan
yayımı və kütləvi nümayişi
Kino və videofilmlərin Filmlərin
Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan
Respublikasının ərazisində yayımına və
kütləvi nümayiş etdirilməsinə görə-
iki min manat məbləğində cərimə edilir.
Maddə 387.
Kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq
etmə
Kütləvi
informasiya vasitələrinə, o cümlədən teleradio
verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla
bağlı “Televiziya və radio yayımı haqqında” və
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan
Respublikası qanunlarının tələblərinin
pozulmasına
görə-
fiziki
şəxslər min manatdan min beş yüz manatadək, vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min
beş yüz manatadək, hüquqi şəxslər səkkiz
min manatdan on min manatadək məbləğdə cərimə
edilir.[329]
Maddə 388. Media azadlığından və jurnalist
hüququndan sui-istifadə etmə
Media subyektinin redaksiyası (məsul
redaktoru) və jurnalistlər tərəfindən media sahəsində
fəaliyyət azadlığından və jurnalist
hüququndan sui-istifadə etməyə, yəni
açıqlanması qanunla qadağan edilən
informasiyanı yaymağa və ya informasiya mənbəyini
qanunla yol verilməyən hallarda açıqlamağa görə
–
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.[330]
Maddə 388-1. İnternet informasiya ehtiyatında və
ya informasiya-telekommunikasiya şəbəkəsində
yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi,
habelə belə informasiyanın yerləşdirilməsinin
qarşısının alınmaması[331]
388-1.1. İnternet informasiya
ehtiyatının və onun domen adının sahibi və ya
informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi
tərəfindən internet informasiya ehtiyatında
yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi,
habelə belə informasiyanın yerləşdirilməsinin
qarşısının alınması ilə bağlı
qanunvericiliyin tələblərinin pozulmasına, yəni:[332]
388-1.1.1. informasiya ehtiyatında və ya
informasiya-telekommunikasiya şəbəkəsində
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsinə yol verilməsinə
-
388-1.1.2. internet informasiya ehtiyatında
yerləşdirilmiş yayılması qadağan edilən
informasiyanın götürülməsi ilə bağlı
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş tədbirlərin
görülməməsinə görə -
fiziki şəxslər beş yüz
manatdan min manatadək, vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir, yaxud işin hallarına görə, xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq
edilir, hüquqi şəxslər min beş yüz manatdan iki
min manatadək məbləğdə cərimə edilir.[333]
388-1.2. İnternet informasiya ehtiyatı
“Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi
informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən
dərhal sonra host provayder və internet provayderlər tərəfindən
həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına
görə -
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər
iki min manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Bu Məcəllənin 388-1.1.1-ci maddəsi
həmin maddədə göstərilən əməl Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq
maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.
Maddə 388-2. Uşaqların zərərli
informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması[334]
388-2.0. Uşaqların zərərli
informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına,
yəni:
388-2.0.1. uşaqlar arasında
dövriyyəsi qadağan edilən informasiya məhsullarının
uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki
proqram və avadanlıq vasitələri tətbiq edilmədən
yayılmasına;
388-2.0.2. informasiya məhsulunun
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını
təmin etmədən, o cümlədən həmin Qanunla
müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu
müvafiq yaş kateqoriyasına uyğun işarələmədən
ölkə ərazisində yayılmasına;
388-2.0.3. informasiya məhsulunun
yayımзıları tərəfindən televiziya
yayımı, kino və video xidmətlərinin göstərilməsi
zamanı hər bir informasiya məhsulunun nümayişindən
əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun
yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti
barədə, o cümlədən internet informasiya
ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında
yayılmasını məhdudlaşdıran xəbərdarlığa
dair mətnin yerləşdirilməməsinə;
388-2.0.4. “18+” yaş
kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə
yayımlanarkən bu informasiya məhsulunun yaş
kateqoriyası haqqında xəbərdarlığı
televiziya yayımı zamanı işarə, radio yayımı
zamanı isə səsləndirmə ilə həyata keзirilməməsinə;
388-2.0.5. uşaqlar üзün
nəzərdə tutulan informasiya məhsullarında
(telekommunikasiya şəbəkələri, o cümlədən
internet şəbəkəsi vasitəsilə yayılan
informasiya məhsulları və sellülar (mobil) rabitə
şəbəkəsi də daxil olmaqla) onların zərərli
informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi
barədə elanların yerləşdirilməsinə;
388-2.0.6. məhdud şəxslər
dairəsində yayılması nəzərdə tutulan mətbu
nəşrin birinci və sonuncu səhifəsində, зap məhsulunun
və digər poliqrafik məhsulun üz və arxa
qabığında uşaqlar arasında dövriyyəsi
qadağan edilən informasiyanın əks olunmasına və
ya həmin informasiya məhsulunun qablaşdırmadan
yayılmasına;
388-2.0.7. uşaqlar arasında
dövriyyəsi qadağan edilən informasiya məhsulunun
uşaqlar üзün nəzərdə tutulmuş təhsil
müəssisələrində, tibb, sanatoriya-kurort, bədən
tərbiyəsi və idman, mədəniyyət, istirahət və
sağlamlaşdırma müəssisələrində və
ya həmin müəssisələrin sərhədindən
yüz əlli metrdən az olan məsafədə
yayılmasına görə -
fiziki şəxslər beş
yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
üз min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 389. Statistik məlumatların
verilməsi qaydalarının pozulması
Statistik müşahidələrin aparılması
üçün zəruri olan məlumatların təqdim edilməməsinə
və ya vaxtında təqdim edilməməsinə, yaxud
hesabatların təhrif edilməsinə görə-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 390. Statistik sirrin
yayılması
390.1. Statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin
(onların nümayəndəlik və filiallarının)
və ya fiziki şəxslərin razılığı
olmadan, onlar haqqında məlumatların bu məlumatlardan
istifadə etməyə hüququ olmayan dövlət
orqanlarına, müəssisələrə, təşkilatlara,
yaxud fiziki şəxslərə verilməsinə görə-
fiziki şəxslər yüz manatdan iki yüz manatadək
məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
390.2. Statistik sirrin mətbuatda dərc olunmaqla
yayılmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç
yüz manatadək məbləğdə, vəzifəli
şəxslər beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min
manatdan üç min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 391. Milli arxiv fondu sahəsində
qanunvericiliyin pozulması
391.1. Milli arxiv fondu sahəsində qanunvericiliyin tələblərinin
pozulmasına, yəni:
391.1.1. arxivlərin, arxiv fondlarının və sənəd
kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil
edilməsi, bu tərkibdən çıxarılması və
ya məhv edilməsi qaydalarının pozulmasına;
391.1.2. Milli arxiv fondunun mühafizəsi
qaydalarının, habelə arxiv fondu sənədlərinin
daimi mühafizə məqsədilə dövlət arxivlərinə
təhvil verilməsinin “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətlərinin pozulmasına;
391.1.3. arxiv fondlarının tərkibi və həcmi
barədə məlumatların verilməsi formasının və
müddətinin pozulmasına;
391.1.4.
Milli arxiv fondu sənədlərindən istifadə
qaydasının pozulmasına görə –
xəbərdarlıq edilir və
ya fiziki şəxslər əlli
manatdan səksən manatadək məbləğdə, vəzifəli şəxslər
üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.[335]
Maddə 391-1. Xüsusi notarius işləmiş şəxs
tərəfindən notariat hərəkətləri barədə
sənədlərin dövlət notariat arxivinə təhvil
verilməməsi[336]
Fəaliyyətinə xitam verilmiş xüsusi
notarius tərəfindən aparılmış notariat hərəkətləri
barədə sənədlərin bir ay müddətində
dövlət notariat arxivinə təhvil verilməməsinə
görə -
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə
392. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı
ilə bağlı tələblərin pozulması
Kitabxanaların pulsuz məcburi nüsxələrlə
təchizatı ilə bağlı “Kitabxana işi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin
pozulmasına görə -
vəzifəli şəxslər iki
yüz manat məbləğində, hüquqi şəxslər
yeddi yüz manat məbləğində cərimə edilir.
Yaşayış sahələrindən
istifadə, şəhərsalma, tikinti və
abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 393. Yaşayış sahələrindən
istifadə qaydalarının pozulması
393.1. Yaşayış sahələrində ümumi
istifadə yerlərinin, pilləkən
meydançalarının, liftlərin, evlərin girişlərinin,
evyanı ərazilərin təmiz saxlanması
qaydalarının pozulmasına görə -
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar on manatdan
iyirmi manatadək məbləğdə cərimə
edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yüz
manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
393.2. Yaşayış sahələrinin istifadə
edilməsi və mühəndis avadanlığının
istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla
saxlanmasına görə -
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar iyirmi
manatdan otuz manatadək məbləğdə cərimə
edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
393.3. Yaşayış sahələrinin
özbaşına yenidən
qurulmasına və (və ya) yenidən
planlaşdırılmasına, onlardan
başqa məqsədlər üçün istifadəyə
görə, əgər bu, şəxslərin
hüquqlarını və qanuni mənafelərini pozursa və
ya onların həyat və ya sağlamlığına real təhlükə
yaradırsa -
fiziki
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
393.4. Yaşayış binalarının, onların
avadanlığının və abadlıq obyektlərinin
korlanmasına görə -
fiziki şəxslər əlli manatdan yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 393-1. Mənzil qanunvericiliyinin
pozulması[337]
393-1.1. Kooperativ binanın
tikintisi və (və ya) yenidən qurulması tam başa
çatdıqdan və həmin binada mövcud olan
yaşayış və qeyri-yaşayış sahələrinin
ümumi sayının əlli faizindən çoxuna
mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə
keçdikdən sonra bir ay müddətində mənzil-tikinti
kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi
və ya mənzil mülkiyyətçilərinin müştərək
cəmiyyətinə çevrilməsi barədə qərar qəbul
edilməməsinə və ya qəbul edilmiş həmin qərarla
bağlı hüquqi şəxslərin qeydiyyatı
haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin
görülməməsinə görə -
vəzifəli şəxslər
iki min manat məbləğində, hüquqi şəxslər
beş min manat məbləğində cərimə edilir.
393-1.2. Çoxmənzilli
binanın idarəetmə üsulunun seçilməsi məsələsinin
həlli üçün həmin binanın yerləşdiyi ərazinin
bələdiyyəsi tərəfindən Azərbaycan
Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən
olunmuş qaydada tədbirlərin görülməməsinə
görə -
vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
393-1.3. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydanı pozmaqla,
çoxmənzilli binanın idarə edilməsi, habelə həmin
qaydanın müddəalarının (o cümlədən, həmin
qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli
binanın idarə edilməsi müqaviləsində əks
etdirilməməsinə görə -
vəzifəli şəxslər
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
393-1.4. Çoxmənzilli
binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq
öhdəliyi ilə kirayəyə verdiyi yaşayış
sahəsinin kirayəçisi tərəfindən
ona məxsus olan sahənin saxlanması xərclərini, habelə
mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli
binanın ümumi əmlakının saxlanması xərclərini
vaxtında və tam məbləğdə çəkməkdən
boyun qaçırılmasına görə-[338]
ödənilməli olan ödənişlərin
məbləğinin yüz faizindən yüz əlli faizinədək
məbləğdə cərimə edilir.
393-1.5. Ağır xroniki xəstəliklərə
düçar olmuş şəxsin sosial kirayə müqaviləsinə
əsasən yaşadığı və ya
köçdüyü yaşayış sahəsinin ikinci əldən
kirayəyə verilməsinə görə-
yüz manat məbləğində
cərimə edilir.
393-1.6. Çoxmənzilli
binanın sahə mülkiyyətçilərinə, o cümlədən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi
yaşayış sahəsinin kirayəçilərinə Azərbaycan
Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən
olunmuş qaydada binanın idarə edilməsi üsulunun
seçilməsində maneçilik törədilməsinə
görə -[339]
vəzifəli şəxslər
üç yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 394. Şəhərsalma
və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin
pozulması
394.0. Şəhərsalma və tikinti fəaliyyəti
sahəsində qanunvericiliyin
pozulmasına, yəni:
394.0.1. lisenziya olmadan tikintisinə
icazə tələb olunan və ya barəsində məlumatlandırma
icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi,
yaxud tikintisinə icazə tələb edilən bina və
qurğuların mühəndis-axtarış və ya
tikinti-quraşdırma işləri ilə məşğul
olmağa;
394.0.2. Azərbaycan Respublikası Şəhərsalma
və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla
müfəssəl planlarda dəyişiklik edilməsinə;
394.0.3. Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb
olunan tikinti layihələrini ekspertizadan keçirmədən
tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə;
394.0.4. müvafiq icra hakimiyyəti
orqanının rəyi olmadan dini ibadət yerinin tikintisinə
və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;
394.0.5. mühəndis-axtarış
və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi
zamanı tikinti norma və qaydalarını pozmağa;
394.0.6. tikintisinə icazə tələb
edilən tikinti obyektinin istismara verilməsi qaydalarını
pozmağa;
394.0.7. tikintiyə dövlət
nəzarəti çərçivəsində tikinti işləri
ilə bağlı müvafiq icra hakimiyyəti orqanının
Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
ilə müəyyən
edilmiş yazılı göstərişlərinə və
tikinti işlərinin dayandırılması ilə
bağlı qərarlarına, habelə tikintisinə
icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri
ilə bağlı müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumun həmin Məcəllə ilə
müəyyən edilmiş yazılı göstərişlərinə
və qərarlarına əməl etməməyə;
394.0.8. ərazi
planlaşdırılması sənədlərinin tələblərinə
əməl olunması ilə bağlı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən verilmiş yazılı göstərişin
icra edilməməsinə görə - [340]
fiziki
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir.
Maddə 394-1. Tikintilərin Dövlət Reyestrinin
aparılması qaydalarının pozulması[341]
394-1.1. Tikilən, istismar edilən və
sökülən tikinti obyektləri, habelə Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə
əsasən tikinti obyektlərinə tətbiq edilən
qadağalar və məhdudiyyətlər barədə məlumatların
Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən
edilmiş müddətə göndərilməməsinə və
təqdim edilməməsinə görə -
vəzifəli şəxslər beş
yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
394-1.2. Bu Məcəllənin 394-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
vəzifəli
şəxslər iki min manat məbləğində cərimə
edilir.
Maddə 395. Özbaşına
tikinti işlərinin aparılması
395.1. Müvafiq icra
hakimiyyəti orqanının və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun icazəsi alınmadan Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində
müəyyən edilmiş tikintisinə icazə tələb
olunan tikinti obyektlərinin inşa edilməsinə görə-[342]
fiziki
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan
dörd min manatadək məbləğdə, hüquqi şəxslər
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə
cərimə edilir.[343]
395.1-1. Müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun icazəsi
alınmadan tikintisinə icazə tələb olunan açıq məkanda reklam
qurğularının tikintisinə,
quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin
edilməsinə görə -[344]
fiziki şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki
min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər on min manatdan on beş min manatadək məbləğdə
cərimə edilir.
395.1-2. Barəsində məlumatlandırma
icraatı tətbiq edilən, lakin tikinti işlərinin
başlanmasına Azərbaycan Respublikası Şəhərsalma
və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə
tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə
görə -
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar üç yüz manatdan beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir.[345]
395.2. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin
(tikintisinə icazə tələb olunan açıq məkanda reklam
qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə,
onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma
işlərinin aparılmasına, mühəndis, nəqliyyat
şəbəkələrinə, sistemlərinə və
qurğularına qoşulmasına və dəyişikliklər
edilməsinə görə -[346]
fiziki
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə
mülkiyyət hüququ məhkəmə qaydasında
tanındığı hallarda şəxs inzibati məsuliyyət
daşımır.
2. Bu Məcəllənin 395.1-2-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətaya görə
inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən
sonra tikintisinə başlanmış tikinti obyektlərinə
münasibətdə yaranır.[347]
Maddə 396.
Şəhərləri və digər yaşayış məntəqələrini
abadlaşdırma qaydalarının pozulması
Şəhərlərin və digər
yaşayış məntəqələrinin ərazisini
abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə
və digər yaşayış məntəqələrində
təmizliyi və səliqəni təminetmə qaydalarına əməl
etməməyə görə-
fiziki şəxslər otuz manatdan əlli manatadək
məbləğdə cərimə edilir, vəzifəli şəxslər
beş yüz manatdan səkkiz
yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 397. Şəhərlərdə
və digər yaşayış məntəqələrində
yaşıllıqların başqa yerlərə keçirilməsi
və yaxud mühafizəsi üçün tədbirlər
görülməməsi[348]
Şəhərlərdə və digər
yaşayış məntəqələrində tikinti işləri
aparılarkən lazımi icazə olmadan
yaşıllıqların başqa yerlərə keçirilməsinə,
yaxud yaşıllıqların mühafizəsi
üçün tədbirlər görülməməsinə
görə-
fiziki
şəxslər min manatdan min iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş
yüz manatadək məbləğdə, hüquqi şəxslər
on min manatdan on iki min manatadək məbləğdə cərimə
edilir.
İqtisadi fəaliyyət qaydaları əleyhinə
olan inzibati xətalar
Maddə 398. Qanunsuz sahibkarlıq
fəaliyyəti ilə məşğul olma
Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün lisenziya tələb olunduğu hallarda belə
lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin
pozulması ilə və ya
xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsinə görə-[349]
inzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 398, 401.1,
401.2, 402, 406-409, 411, 411-1,
412, 413, 415 ,428.1 və 438-ci maddələrində
nəzərdə tutulmuş əməllər xeyli məbləğdə
(əlli min manatdan
artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir
əldə etməklə törədildikdə, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq
maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.[350]
2. Bu Məcəllənin 398-ci maddəsində
nəzərdə tutulan əməli ilk dəfə törətmiş
şəxs inzibati xəta nəticəsində vurulmuş
ziyanı tamamilə ödədikdə və ya inzibati xəta
nəticəsində əldə edilmiş gəliri tamamilə
dövlət büdcəsinə köçürdükdə
inzibati məsuliyyətdən azad olunur.[351]
Maddə 399. Vəkil adından
qanunsuz istifadə
“Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada vəkil statusunu əldə etməmiş
şəxs tərəfindən gəlir əldə etməklə
vəkil adından istifadə olunmasına görə-
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 400. Ailə kəndli təsərrüfatının
uçota durmaması
Ailə kəndli təsərrüfatının
üzvləri tərəfindən bu təsərrüfatın
müvafiq bələdiyyədə uçota durmasının
təmin edilməməsinə görə -
otuz
manatdan əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə
401. Qumar oyunları[352]
401.1. Azərbaycan Respublikasının ərazisindən
qumar oyunlarında iştirak üçün imkanların yaradılması,
o cümlədən qumar oyunlarının oynanıldığı
virtual mühitə çıxışın təmin edilməsinə
görə –
fiziki şəxslər üç min manat
məbləğində, vəzifəli şəxslər yeddi
min manat məbləğində, hüquqi şəxslər qırx
min manat məbləğində cərimə edilir.
401.2. Qumar oyunlarında iştirak üçün
biletlərin (və ya biletə bərabər tutulan digər iştirak
hüququnun) satışının təşkili və (və
ya) satışına görə –
fiziki şəxslər üç min manat
məbləğində, vəzifəli şəxslər yeddi
min manat məbləğində, hüquqi şəxslər qırx
min manat məbləğində cərimə edilir.
401.3. Qumar oyunlarında iştirak üçün
mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların
və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin
aparılması, uduşların ödənilməsi, uduşların,
mükafatların və ya digər gəlirin verilməsi, bunların
təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə
görə –
fiziki şəxslər üç min manat
məbləğində, vəzifəli şəxslər yeddi
min manat məbləğində, hüquqi şəxslər qırx
min manat məbləğində cərimə edilir.
401.4. Qumar oyunlarının təşkili,
keçirilməsi, iştirak üçün biletlərin (və
ya biletə bərabər tutulan digər iştirak hüququnun)
satışı ilə, qumar oyunlarında iştirakla bağlı
müştərinin ödəniş tapşırıqlarının
və ya bank hesabı üzrə digər əməliyyatlarının
bank əməliyyatları aparan şəxslər tərəfindən
icrasına (aparılmasına) görə –
fiziki şəxslər üç min manat
məbləğində, vəzifəli şəxslər yeddi
min manat məbləğində, hüquqi şəxslər qırx
min manat məbləğində cərimə edilir.
Qeyd:
1. Bu Məcəllədə “qumar oyunları”
dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş)
barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən
və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən
mərclər) başa düşülür.
2. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən
lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin
qüvvəsi şamil edilmir.
3. Qumar oyunlarının təşkili və
ya keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb
olur.
Maddə 402. Yalançı
sahibkarlıq
Yalançı sahibkarlıq, yəni kredit almaq,
rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti
əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti
gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti
həyata keçirmək niyyəti olmadan müəssisə və
digər hüquqi şəxsin yaradılmasına görə-
inzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Qeyd:
Bu Məcəllənin
402-ci maddəsində nəzərdə tutulan əməli ilk
dəfə törətmiş şəxs inzibati xəta nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə və ya
inzibati xəta nəticəsində əldə edilmiş gəliri
tamamilə dövlət büdcəsinə
köçürdükdə inzibati məsuliyyətdən
azad olunur.[353]
Maddə 403. Hüquqi şəxslərin
dövlət qeydiyyatı zamanı yanlış məlumatların
verilməsi
Hüquqi şəxs statusu almaq
istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialının dövlət qeydiyyatına
alınması, habelə Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış hüquqi şəxsin
nümayəndəliyinin və ya filialının və digər
qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə
də təsis sənədlərində edilmiş dəyişikliklərin
və reyestrdə qeydə alınmış faktların
sonrakı dəyişikliyinin dövlət qeydiyyatına
alınması zamanı müvafiq icra hakimiyyəti orqanına
yanlış məlumatların verilməsinə görə -
fiziki
şəxslər yeddi yüz manat məbləğində,
hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
Maddə 404. Ləğvetmə
zamanı bilə-bilə yalandan hüquqi şəxsin
bütün kreditorlarının tələblərini
qarşılamaq üçün ödəmə qabiliyyətinin
olmasını təsdiq edən rəsmi bəyanatın qəbul
edilməsi
Ləğvetmə zamanı bilə-bilə
yalandan hüquqi şəxsin bütün kreditorlarının
tələblərini qarşılamaq üçün ödəmə
qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın
qəbul edilməsinə görə-
vəzifəli
şəxslər min manat məbləğində cərimə
edilir.
Maddə 405. Hüquqi şəxslərin
dövlət reyestri üçün zəruri məlumatların
verilməməsi
Hüquqi şəxslərin,
habelə xarici dövlətlərin hüquqi şəxslərinin
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin
təsis sənədlərində edilmiş dəyişikliklərin
və bu qurumlara dair qeydə alınmış faktların
sonrakı dəyişikliyinin qeydiyyata alınması
üçün “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətdə və qaydada müvafiq icra hakimiyyəti
orqanına müraciət olunmamasına görə-
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan
üç min manatadək məbləğdə cərimə
edilir.
Maddə 406. Saxta müflisləşmə
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının
rəhbəri, mülkiyyətçisi və ya fərdi
sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini
təxirə salmaq və ya möhlət almaq və ya borcun
azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən
yayınmaq üçün kreditorları aldatmaq məqsədi
ilə özünü bilə-bilə yalandan ödəmə
qabiliyyəti olmayan elan etməyə görə-
inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda cərimə edilir.[354]
Maddə 407. Qəsdən
müflisləşmə
Qəsdən müflisləşmə, yəni
kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi
və ya fərdi sahibkar tərəfindən özünün,
yaxud digər şəxslərin mənafeyi naminə qəsdən
ödəmə qabiliyyətsizliyinin yaradılmasına və
ya artırılmasına görə-
inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda cərimə edilir.[355]
Maddə 408. Müflisləşmə
zamanı qanunsuz hərəkətlərin edilməsi
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi
və ya fərdi sahibkar tərəfindən müflisləşmə
zamanı və ya müflisləşmə güman edilən
zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak
haqqında məlumatların, onun miqdarının, olduğu
yerin və ya əmlak haqqında digər məlumatların
gizlədilməsinə, əmlakın başqalarının
sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə
və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks
etdirən mühasibat və ya digər hesabat sənədlərinin
gizlədilməsinə, məhv edilməsinə görə-
inzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 409. Kreditin qanunsuz
alınması və ya kreditdən təyinatı üzrə
istifadə edilməməsi
Təşkilatın rəhbəri və ya fərdi
sahibkar tərəfindən təşkilatın, yaxud fərdi
sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti
barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli
şərtlərlə kreditin və ya məqsədli dövlət
kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə
istifadə edilməməsinə görə-
inzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 410. Dövlət büdcəsindən
və büdcədənkənar
dövlət fondlarından maliyyələşdirilən
təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində
maliyyə qaydalarının pozulması[356]
410.1. Dövlət büdcəsindən
və büdcədənkənar dövlət
fondlarından maliyyələşdirilən təşkilatların
maliyyə-təsərrüfat fəaliyyətində maliyyə
qaydalarının pozulması, o cümlədən dövlət
büdcəsindən və büdcədənkənar
dövlət fondlarından, həmçinin məqsədli
büdcə fondlarından ayrılan vəsaitdən təyinatı
üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının
büdcədənkənar vəsaitinin maliyyə orqanları
ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya
uyğun xərclənməməsi, normativdən artıq
ştat vahidinin saxlanılması, bu əməllər iki min manatadək
məbləğdə törədildikdə -[357]
dövlət
büdcəsindən və büdcədənkənar
dövlət fondlarından maliyyələşdirilən
təşkilatların vəzifəli şəxsləri dörd
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
410.2. Eyni əməllər iki
min manatdan dörd min manatadək məbləğdə
törədildikdə -[358]
dövlət
büdcəsindən və büdcədənkənar
dövlət fondlarından maliyyələşdirilən
təşkilatların vəzifəli şəxsləri min
manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.
410.3. Eyni əməllər
dörd min manatdan yuxarı məbləğdə törədildikdə
-
dövlət büdcəsindən və
büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən
təşkilatların vəzifəli şəxsləri
dörd min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir. [359]
Qeyd: Bu Məcəllənin 410-cu
maddəsi həmin maddədə göstərilən əməllər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.[360]
Maddə 411. Dövlət borcundan
və ya dövlət zəmanəti ilə alınmış
borcdan istifadə qaydalarını pozma
Əsas və təkrar borcalan tərəfindən
dövlət borcalmaları və ya dövlət zəmanəti
ilə cəlb olunan vəsaitin istifadəsi və
qaytarılması (istifadəçiyə şamil olunmur)
haqqında məlumatların, öz bank və digər ödəniş
hesablarının vəziyyəti haqqında məlumatların
vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların
verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti
verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən
təyinatı üzrə istifadə edilməməsi dövlətə
az miqdarda ziyan vurduqda -[361]
inzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 411-1. Daxili və xarici borcalma qaydasını
pozma[362]
411-1.1. Dövlətə məxsus olan
hüquqi şəxslərin müvafiq icra hakimiyyəti
orqanının razılığını almadan daxili və
ya xarici borcalmasına görə -
vəzifəli şəxslər
üç min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
411-1.2. Eyni əməllər dövlətə
az miqdarda ziyan vurduqda -
vəzifəli şəxslər yeddi min
manatdan on min manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Bu maddədə
“dövlətə məxsus olan hüquqi şəxslər”
dedikdə, paylarının (səhmlərinin) 51 və daha
artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə
məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin
yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və
publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi
şəxslərin yaratdığı paylarının (səhmlərinin)
51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə
həmin hüquqi şəxslərə məxsus olan törəmə
təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya
hüquqi şəxsləri və publik hüquqi şəxslər
nəzərdə tutulur.
Maddə 411-2. Kənd təsərrüfatı məhsulları
istehsalının subsidiyalaşdırılması qaydasının
pozulması
Fermer tərəfindən “Elektron kənd
təsərrüfatı” informasiya sisteminə bilərəkdən
yanlış məlumat daxil edilməklə subsidiya alınmasına,
yaxud hesablarına köçürülən subsidiya məbləğindən
təyinatı üzrə istifadə edilməməsinə görə
–
xəbərdarlıq
edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda cərimə edilir.
[363]
Maddə 412. Əmtəə
nişanlarından qanunsuz istifadə
Özgənin əmtəə və ya xidmət etmə
nişanından, əmtəənin mənşə yerinin
adından və ya eynicinsli əmtəələrin adına
oxşar adlardan istifadə olunmasına görə-
inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda cərimə edilir.[364]
Maddə 413. Nəzarət
markalarının qəsdən məhv edilməsi,
saxtalaşdırılması, qeyri-qanuni yolla
hazırlanması, istifadəsi və satışı
Nəzarət markalarının qəsdən
məhv edilməsinə, saxtalaşdırılmasına,
qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və
satışına görə-
Azərbaycan
Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı
və piratçılığa qarşı mübarizə
haqqında”, “İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı
haqqında” qanunlarının tələblərinin
pozulması ilə hazırlanan (istehsal edilən), istifadə
edilən və ya satılan nəzarət markaları, habelə
onların hazırlanmasında (istehsal edilməsində) və
yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və
hüquqpozmaya səbəb olan digər vasitələr
müsadirə edilməklə, inzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə
edilir.[365]
Maddə 414. Qiymətli
kağızlar bazarında investorların
hüquqlarının pozulması
Qiymətli kağızlar
bazarında investorların hüquqlarının pozulmasına
və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına
görə-
vəzifəli
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə, hüquqi şəxslər dörd min
manatdan altı min manatadək məbləğdə cərimə
edilir.
Maddə 415. Qiymətli
kağızların emissiyası və
buraxılışı qaydalarının pozulması
Qiymətli kağızların
emissiyası və buraxılışı qaydalarının
pozulmasına görə-
xəbərdarlıq
edilir və ya inzibati xəta nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən
dörd mislinədək miqdarda cərimə edilir.[366]
Maddə 416. Qiymətli
kağızlar bazarında isenziyalaşdırılan fəaliyyətin
həyata keçirilməsi qaydalarının pozulması[367]
416.0. Qiymətli kağızlar
bazarında lisenziyalaşdırılan fəaliyyətin
həyata keçirilməsi qaydalarının pozulmasına, yəni:[368]
416.0.1. investisiya şirkəti fəaliyyətinin
həyata keçirilməsi qaydalarının pozulmasına
görə[369]-
vəzifəli
şəxslər altı yüz manatdan yeddi yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç
min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir;
416.0.2. diler fəaliyyətinin həyata
keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli
şəxslər altı yüz manatdan yeddi yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç
min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir;[370]
416.0.3. klirinq fəaliyyətinin həyata
keçirilməsi qaydalarının pozulmasına görə-
vəzifəli
şəxslər altı yüz manatdan yeddi yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç
min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir;
416.0.4. qiymətli kağız
sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin
həyata keçirilməsi qaydalarının pozulmasına
görə-
vəzifəli
şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min
manatdan altı min manatadək məbləğdə cərimə
edilir;[371]
416.0.5. investisiya fondunun depozitarı fəaliyyətinin
həyata keçirilməsi qaydalarının pozulmasına
görə[372]-
vəzifəli
şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min
manatdan altı min manatadək məbləğdə cərimə
edilir;
416.0.6. aktivlərin idarə edilməsi
üzrə fəaliyyətin həyata keçirilməsi
qaydalarının pozulmasına görə-
vəzifəli
şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min
manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir;[373]
416.0.7. fond birjası fəaliyyətinin
həyata keçirilməsi qaydalarının pozulmasına
görə-
vəzifəli
şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər səkkiz
min manatdan doqquz min manatadək məbləğdə cərimə
edilir.
Maddə 417. Qiymətli
kağızların sahiblərinin reyestrinin aparılması
qaydalarının və standartlarının pozulması
Qiymətli kağızların sahiblərinin reyestrinin
aparılması qaydalarının və ya
standartlarının pozulmasına görə-
vəzifəli şəxslər
üç yüz manatdan dörd
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.[374]
Maddə 418.
Qiymətli kağızlarla əqdlərin bağlanması
qaydalarının pozulması
Qiymətli kağızlarla əqdlərin
bağlanması qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər
beş yüz manatdan altı
yüz manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd
min manatadək məbləğdə cərimə edilir.
Maddə 419. Qiymətli
kağızlar bazarında manipulyasiyalar[375]
Qiymətli kağızlar
bazarında manipulyasiyalara görə-[376]
inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda cərimə edilir.[377]
Qeyd:[378]
1. Bu Məcəllənin 419-cu maddəsində
“manipulyasiyalar” dedikdə, “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü maddəsində
nəzərdə tutulmuş hərəkətlər başa
düşülür.
2. Bu Məcəllənin
419-cu maddəsi həmin maddədə göstərilən əməllər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.
Maddə 420. İnsayder tərəfindən
insayd məlumatdan
qanunsuz istifadə[379]
İnsayder tərəfindən
ona etibar edilmiş və ya xidməti vəzifəsinə və
yaxud işinə görə ona məlum olan insayd məlumatdan
tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq
istifadə edilməsi və ya əqdlərin bağlanması
üçün üçüncü şəxslərə
verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə
etməklə törədildikdə-[380]
inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda cərimə edilir.[381]
Qeyd:
1. Bu maddədə “insayd məlumat” və
“insayder” dedikdə, “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq
78.2-ci və 79.1-ci maddələrində nəzərdə
tutulmuş məlumat və şəxslər başa
düşülür.[382]
2. Bu maddədə “az miqdarda”
dedikdə, iki yüz min manatdan yuxarı olmayan məbləğ
başa düşülür.[383]
Maddə 421. Qiymətli kağızlar
bazarında lisenziyalaşdırılan şəxslər və
emitentlər tərəfindən hesabatın və ya məlumatların
verilməsindən imtina etmə və ya yayınma, yaxud təhrif
edilmiş məlumatın verilməsi[384]
Qiymətli kağızlar bazarında
lisenziyalaşdırılan şəxslər və emitentlər
tərəfindən “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hesabatın və ya digər məlumatların Azərbaycan
Respublikasının Mərkəzi Banka təqdim edilməsindən
yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif
edilmiş məlumatın verilməsi və ya onların təqdim
edilməsi müddətinin pozulmasına görə -
vəzifəli
şəxslər altı yüz manatdan yeddi yüz manatadək
məbləğdə, hüquqi şəxslər min manatdan
min beş yüz manatadək məbləğdə cərimə
edilir. [385]
Maddə 422. Qiymətli
kağızlar bazarında
lisenziyalaşdırılan şəxslər, mərkəzi
depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi
və emitent tərəfindən məlumatların
açıqlanması qaydalarının pozulması[386]
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan
şəxslər, mərkəzi depozitar, səhmdar investisiya
fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli
kağızlar bazarı haqqında qanunvericiliyə görə
açıqlanmalı və ya dərc edilməli olan məlumatların
açıqlanmasından və ya dərc edilməsindən
imtina etməyə və ya yayınmağa, yaxud
açıqlanması və ya dərc edilməsi
üçün müəyyən edilmiş müddətin və
qaydanın pozulmasına görə[387]-
vəzifəli şəxslərə
xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 423. Qiymətli kağızlar sahəsində sənədlərin saxlanılması qaydalarının
pozulması
Qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə müvafiq
olaraq saxlanılmalı olan sənədlərin
saxlanılması qaydalarının pozulmasına görə[388]-
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar iki yüz
manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar beş
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 424. Qiymətli
kağızlarla girov qaydalarının pozulması
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli
kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş
borc öhdəliklərinin girovunun qeydiyyata alınması və
girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydalarının
pozulmasına görə-[389]
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar iki yüz
manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar beş
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 425. Qiymətli
kağızlar üzrə ödəmələrdən imtina
Qiymətli kağızların dəyərinin ödənilməsindən
və ya onlar üzrə ödənilməli olan əmlakın,
dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən
və ya onların xidmət və ya başqa şəkildə
ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq
imtina edilməsinə, yaxud boyun qaçırılmasına və
ya ödənilmə qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər
üç yüz manatdan
beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər üç
min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir.
Maddə 426. Səhmdarın
hüquqlarının pozulması
Səhmdarın qanunvericiliklə müəyyən
edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz
olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına
görə-
vəzifəli şəxslər
altı yüz manatdan yeddi
yüz manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd
min manatadək məbləğdə cərimə edilir.
Maddə 427. İnvestisiya
fondlarının fəaliyyətinə dair tələblərin
pozulması
İnvestisiya fondlarının fəaliyyətinə
dair “İnvestisiya
fondları haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş tələblərin
pozulmasına görə-
vəzifəli
şəxslər min manatdan min iki yüz manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
Maddə 428. Reklam haqqında
qanunvericiliyin pozulması
428.1. Əmtəələr, işlər və xidmətlər
haqqında, yaxud onların istehsalçıları
(icraçıları, satıcıları) haqqında tamah məqsədi
ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə
etməyə görə-
fiziki
şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər səkkiz yüz manatdan min iki
yüz manatadək məbləğdə, hüquqi şəxslər
dörd min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.[390]
428.2. Reklam istehlakçısının
şüuruna təsir göstərməklə, diqqətini
reklam obyektinə cəlb etmək üçün reklam
daşıyıcılarında reklam qismində təqdim edilmədən,
“reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən
gizli reklama görə -[391]
vəzifəli
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
428.3. Haqsız, qeyri-dəqiq və gizli reklamın
mənfi nəticələrinin qarşısının
alınması və aradan qaldırılması
üçün reklam fəaliyyətinin subyektlərinə
(reklamvericiyə, reklam istehsalçısına və reklam
yayıcısına) müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən müddətdə həmin
reklamın təkzib edilməməsinə və ya təkzibin
yayımlama şərtlərinə əməl edilməməsinə
görə -[392]
fiziki
şəxslər otuz manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər iki yüz əlli manatdan
dörd yüz manatadək məbləğdə, hüquqi
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
428.4. Həkim resepti əsasında
buraxılan dərman vasitələrinin, istehsalına və ya
satışına icazə verilməyən tibb vasitələrinin,
yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
icazə verilməyən müalicə, profilaktika, diaqnostika və
reabilitasiya metodlarının, habelə bioloji fəallığa malik
qida əlavələrinin dərman vasitəsi
olmadığı, həkim resepti olmadan buraxılan dərman
vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin
əlavə təsirlə müşayiət olunması, həkimlə
yaxud mütəxəssislə məsləhətləşmənin
zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə-[393]
vəzifəli
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
428.4-1. Dərman vasitələrinin pulsuz
paylanması, satışı, ödənişli və ya
ödənişsiz tibbi xidmətlərin göstərilməsi
ilə müşayiət olunan reklam aksiyalarının
keçirilməsinə görə -
fiziki şəxslər üç
yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər səkkiz yüz manatdan min
manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan iki min manatadək məbləğdə cərimə
edilir. [394]
428.5. Müvafiq icra
hakimiyyəti orqanının
razılığı olmadan və ya nəqliyyat vasitələrində
reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat
vasitələrində reklamın yayılmasına görə-
fiziki
şəxslər otuz manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər yüz əlli manatdan iki
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
428.6. Azərbaycan
Respublikası ərazisində reklam olunan malların (işlərin,
xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə,
həmin malların (işlərin, xidmətlərin) dəyərinin
(qiymətinin) manatla (rüsumsuz ticarət mağazaları
istisna olmaqla) göstərilməməsinə görə-[395]
fiziki
şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə,
vəzifəli şəxslər yüz əlli manatdan iki
yüz manatadək məbləğdə, hüquqi şəxslər
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
428.7. Açıq məkanda
reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: [396]
428.7.1. müvafiq icazə,
texniki şərtlər pasportu və icazə müqaviləsi
olmadan, həmçinin onun tələbləri
pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə;[397]
428.7.2. “Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun və digər qanunvericilik
aktlarının tələblərinə cavab verməyən
reklamın açıq məkanda yerləşdirilməsinə;
428.7.3. müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun açıq məkanda
reklam sahəsində (o cümlədən tikintisinə icazə
tələb olunmayan açıq məkanda reklam
qurğularının quraşdırılması və
sökülməsi sahəsində) nəzarətin
həyata keçirilməsi çərçivəsində
verdiyi yazılı göstərişlərin və qərarların
(bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə
yetirilməməsinə görə -[398]
fiziki şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki
min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər beş min manatdan on min manatadək məbləğdə
cərimə edilir.
428.8. Qiymətli kağızlar bazarında reklam
haqqında qaydaların pozulmasına görə-
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək
məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
428.9. Qumar oyunlarının və ya belə
oyunların təşkilatçısının (operatorunun) və
satıcısının, o cümlədən keçirilməsi
qadağan edilmiş və ya keçirilmə hüququ əldə
edilməmiş stimullaşdırıcı lotereyaların və
qeydiyyata alınmamış digər lotereyaların reklamına
görə –[399]
fiziki şəxslər üç min manat
məbləğində, vəzifəli şəxslər yeddi
min manat məbləğində, hüquqi şəxslər qırx
min manat məbləğində cərimə edilir.
428.10. Bu Məcəllənin 428.1
– 428.9-cu maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların,
texnikanın, xidmətlərin reklamına, habelə reklam
yayımının qanunla müəyyənləşdirilmiş
qayda və tələblərinə əməl edilməməsinə
görə -
vəzifəli
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan iki min manatadək məbləğdə cərimə
edilir. KMQ20
428.11. Bu Məcəllənin
428.1, 428.2, 428.3, 428.4, 428.4-1 və 428.10-cu maddələrində
nəzərdə tutulmuş əməllərin teleradio
yayımçısı tərəfindən törədilməsinə
görə -[400]
vəzifəli şəxslər min
beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan səkkiz min
manatadək məbləğdə
cərimə edilir.
Maddə 428-1. Turizm haqqında qanunvericiliyin
pozulması[401]
428-1.1. Sığortaçı ilə mülki
məsuliyyət sığortası müqaviləsi bağlamadan
turoperator və ya turagentlər tərəfindən turizm zərfinin
satışının həyata keçirilməsinə görə
-
fiziki şəxslər min manat, hüquqi şəxslər
iki min manat məbləğində cərimə edilir.
428-1.2. Mehmanxanalar (hotellər) tərəfindən
“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə
uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən
fəaliyyət göstərilməsinə görə -
iki min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
428-1.3. “Turizm haqqında” Azərbaycan Respublikası
Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq,
Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə
və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki
məlumatların yenilənməməsinə və ya vaxtında
yenilənməməsinə görə -
üç yüz manat məbləğində
cərimə edilir.
428-1.4. Yerləşmə vasitələrində
yerləşmə xidmətindən istifadə edən şəxslərin
elektron qeydiyyatının aparılmamasına görə -
iki yüz manat məbləğində cərimə
edilir.
428-1.5. Bu Məcəllənin 428-1.3-cü və
428-1.4-cü maddələrində nəzərdə tutulmuş
xətaların inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 429. Lotereyalar və idman mərc oyunları haqqında qanunvericiliyin pozulması [402]
429.0. Lotereyalar və idman mərc oyunları haqqında qanunvericiliyin pozulması, yəni:
429.0.1. keçirilməsi qadağan
edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş
stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış
digər lotereyaların keçirilməsinə;[403]
429.0.2. stimullaşdırıcı lotereyanın keçirilməsinin
dayandırılması və ya ona xitam verilməsi haqqında
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarının qəbul edilməsi barədə
bildiriş aldıqdan sonra stimullaşdırıcı lotereyada iştirak etmək
üçün lotereya təşkilatçısı tərəfindən
istənilən formada təkliflərin edilməsinə;[404]
429.0.3. lotereyaların təşkili
və keçirilməsi sahəsində lotereya təşkilatçısı
tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə
yetirilməməsinə görə-
fiziki
şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər min
manatdan iki min manatadək məbləğdə, hüquqi
şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə
cərimə edilir.
429.0.4. İdman mərc oyunlarının
təşkili və keçirilməsi sahəsində idman mərc
oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi
və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə
görə –[405]
fiziki şəxslər səkkiz yüz manatdan
doqquz yüz manatadək məbləğdə, vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək
məbləğdə cərimə edilir.
429.0.5. İdman mərc oyunlarının
satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların
idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına
yol verilməsinə görə –
min manat məbləğində cərimə
edilir.
Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna
olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili
və ya keçirilməsi bu Məcəllənin 401.1-ci maddəsinə
və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati
və ya cinayət məsuliyyətinə səbəb olur. [406]
Maddə 430. Valyuta tənzimi
qaydalarının pozulması
430.1. Valyuta tənzimi haqqında Azərbaycan
Respublikası qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin
ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə
görə-
inzibati xətanın
bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin
qırx faizindən səksən faizinədək məbləğdə
cərimə edilir.
430.2. Valyuta sərvətlərinin ödəniş
vasitəsi kimi qəbul edilməsinə görə-
inzibati xətanın
bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin
qırx faizindən səksən faizinədək məbləğdə
cərimə edilir.
430.3. Müvəkkil banklar və valyuta mübadiləsi fəaliyyətinə
lisenziya almış şəxslər tərəfindən
müştərilərin xarici valyuta əməliyyatlarının
qanunvericiliklə müəyyən olunmuş
qaydalarının pozularaq aparılmasına görə-[407]
vəzifəli
şəxslər inzibati xətanın bilavasitə obyekti
olmuş valyuta vəsaiti məbləğinin on faizindən
iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər
inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin
iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə
edilir.
430.4. Avans yolu ilə ödənilmiş
valyuta vəsaitinin müqabilində müəyyən edilmiş
müddətlərdə müvafiq mallar idxal edilmədikdə,
işlər görülmədikdə və ya xidmətlər
göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin
xaricdən geri qaytarılmamasına görə-[408]
vəzifəli
şəxslər inzibati xətanın bilavasitə obyekti
olmuş valyuta vəsaiti məbləğinin on faizindən
iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər
inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin
iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə
edilir.KMQ5
Maddə 431. Kommersiya və ya bank
sirri təşkil edən məlumatların qanunsuz yolla əldə
edilməsi və ya yayılması
Sahibkarın razılığı olmadan kommersiya və
ya bank sirri təşkil edən məlumatların tamah və
ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə
edilməsinə və ya yayılmasına görə, bu, az
miqdarda ziyan vurduqda -
inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda cərimə edilir.[409]
Qeyd:
1. Bu maddədə “az miqdarda ziyan vurduqda” dedikdə, iki yüz min manatdan yuxarı olmayan məbləğ başa düşülür.[410]
2. Kommersiya və ya bank sirri olan məlumatları
“Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada maliyyə monitorinqi orqanına təqdim edən şəxsə
bu maddənin qüvvəsi şamil edilmir.[411]
Maddə 432. Qrant alınması
(verilməsi) haqqında qanunvericiliyin pozulması
432.1. Qrant verən Azərbaycan
Respublikasının hüquqi və ya fiziki şəxsi, yaxud
Azərbaycan Respublikasının hüquqi şəxsinin filial
və ya nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan
Respublikasının resipiyentləri tərəfindən qrant alınması
(verilməsi) haqqında müqavilələrin və qərarların
qeydiyyat üçün qanunvericiliklə müəyyən
edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti
orqanına təqdim edilməməsinə görə -
fiziki
şəxslər min manatdan iki min manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki
min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə
cərimə edilir.
432.2. Dini qurumlar tərəfindən
qrant alınması (verilməsi) haqqında müqavilələrin
və qərarların müvafiq icra hakimiyyəti orqanında
qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar
üzrə əməliyyatlar aparılmasına görə -
vəzifəli
şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
beş min manatdan yeddi min manatadək məbləğdə cərimə
edilir.
432.3. Qrant müqaviləsi (qərarı)
olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən
dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri tərəfindən
maliyyə vəsaiti şəklində və (və ya)
başqa maddi formada yardımın qəbul edilməsinə
görə -
inzibati xətanın
bilavasitə obyekti olmuş vəsait və əşyalar
müsadirə olunmaqla vəzifəli şəxslər iki min
beş yüz manatdan beş min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
432.4. Qeyri-hökumət təşkilatları,
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri,
yaxud banklar tərəfindən “Qrant haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi)
haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının
və hər hansı digər əməliyyatların
aparılmasına görə -
vəzifəli
şəxslər iki min beş yüz manatdan beş min manatadək
məbləğdə, hüquqi şəxslər beş min
manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir.
Qeyd: “Dini etiqad
azadlığı haqqında” və “Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulan ianələrə
və dövlət hakimiyyəti orqanlarının
yardımlarına bu Məcəllənin 432.3-cü maddəsinin
qüvvəsi şamil edilmir.
Maddə 433. Denominasiya zamanı
pul nişanlarının dəyişdirilməsi
qaydalarının pozulması
433.0. Azərbaycan
Respublikasının pul nişanlarının nominal dəyərinin
və qiymətlər miqyasının dəyişdirilməsi
(denominasiyası) zamanı:
433.0.1. köhnə nümunəli
pul nişanlarının yeni nümunəli pul
nişanlarına dəyişdirilməsinin müddətləri,
məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin
qoyulmasına;
433.0.2. köhnə nümunəli
pul nişanlarının yeni nümunəli pul
nişanlarına dəyişdirilməsi üçün
banklar tərəfindən komisyon haqqı tutulmasına görə
-
vəzifəli
şəxslər min beş yüz manat məbləğində,
hüquqi şəxslər on min manat məbləğində
cərimə edilir.[412]
Maddə 434. Kredit təşkilatları
tərəfindən məcburi ehtiyatların təmin edilməməsi
Kredit təşkilatları tərəfindən
Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən
etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə
-
vəzifəli
şəxslər iki min manat məbləğində,
hüquqi şəxslər on iki min manat məbləğində
cərimə edilir.[413]
Maddə 435. Əmanətlərin
sığortalanması qaydalarının pozulması
Əmanətlərin
Sığortalanması Fonduna sığorta haqları üzrə
ödənişlərin Azərbaycan Respublikasının Mərkəzi
Bankın müəyyən etdiyi müddətdə tam ödənilməməsinə
görə -
vəzifəli
şəxslər iki min beş yüz manat məbləğində
cərimə edilir.[414]
Maddə 436. Bank fəaliyyəti
sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış
və ya dayandırılmış fəaliyyətlə məşğul
olma
“Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda, yaxud bank lisenziyasında
qadağan olunmuş və ya bankın fəaliyyəti
dövründə məhdudlaşdırılmış, yaxud
dayandırılmış fəaliyyətin həyata
keçirilməsinə görə -
vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min
manatadək məbləğdə, hüquqi şəxslər
otuz beş min manatdan qırx min manatadək məbləğdə
cərimə edilir.
Maddə 437.
Bankların fəaliyyətinə dair Azərbaycan
Respublikası Mərkəzi Bankının göstərişlərinin
icra edilməməsi
437.1. Bank fəaliyyətinə
dair prudensial normativlərin və tələblərin
pozulması aşkar edildikdə, həmin pozuntunun aradan
qaldırılması barədə Azərbaycan Respublikası
Mərkəzi Bankının göstərişinin vaxtında
icra edilməməsinə görə -
vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on beş
min manatdan iyirmi min manatadək məbləğdə cərimə
edilir.
437.2. Bu Məcəllənin
437.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının
qanuna uyğun olaraq verdiyi digər göstərişinin
vaxtında icra edilməməsinə görə -
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir. [415]
Maddə 438. Hüquqi şəxslərə aidiyyəti
olan şəxslərlə əqdlərin bağlanması
qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar
qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim
edilməməsi[416]
438.1. Banklara və bank olmayan kredit təşkilatlarına
aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması
qaydalarının pozulmasına, yaxud belə əqdlərlə
əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların
təqdim edilməməsinə görə —
vəzifəli şəxslər iki min
manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər
on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə
edilir.
438.2. Səhmdar cəmiyyətlərinə
aidiyyəti olan şəxslərlə əqdlərin
bağlanması qaydalarının pozulmasına, yaxud belə əqdlərlə
əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların
təqdim edilməməsinə görə —
vəzifəli şəxslər min manatdan
min beş yüz manatadək miqdarda, hüquqi şəxslər
on min manatdan on beş min manatadək miqdarda cərimə
edilir.
438.3. Digər hüquqi şəxslərə
aidiyyəti olan şəxslərlə əqdlərin
bağlanması qaydalarının pozulmasına, yaxud belə əqdlərlə
əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların
təqdim edilməməsinə görə —
vəzifəli
şəxslər beş yüz manatdan min manatadək miqdarda,
hüquqi şəxslər beş min manatdan on min manatadək
miqdarda cərimə edilir.
Maddə 439. Bank və ya xarici
bankın yerli filialı tərəfindən prudensial, maliyyə
və bank statistikası hesabatlarının təqdim edilməsi
qaydalarının pozulması
439.1. Bank statistikası
hesabatlarının müvafiq icra hakimiyyəti
orqanının yaratdığı quruma və Azərbaycan
Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə,
yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə
görə-[417]
vəzifəli
şəxslər beş yüz manatdan yeddi yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç
min manatdan beş min manatadək məbləğdə cərimə
edilir.[418]
439.2. Bank və ya xarici bankın yerli
filialı tərəfindən prudensial və maliyyə
hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi
Bankına təqdim edilməməsinə, yaxud tam,
düzgün və ya vaxtında təqdim edilməməsinə
görə -[419]
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 439-1. Valyuta əməliyyatları barədə
məlumatların vahid informasiya sisteminə təqdim edilməsi
qaydalarının pozulması
Valyuta nəzarəti agentləri tərəfindən
apardıqları valyuta əməliyyatları barədə məlumatların
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsinə,
yaxud düzgün təqdim edilməməsinə görə -
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.[420]
Maddə 439-2. Ödəniş xidmətləri və
ödəniş sistemləri haqqında qanunvericiliyin
pozulması[421]
439-2.1. Ödəniş xidmətləri
və ödəniş sistemləri haqqında qanunvericiliyin
pozulmasına, yəni:
439-2.1.1. Azərbaycan Respublikası Mərkəzi
Bankının apardığı reyestrdə olmayan ödəniş
agenti vasitəsilə ödəniş xidmətlərinin
göstərilməsinə;
439-2.1.2. ödəniş xidməti təchizatçıları,
o cümlədən xarici ödəniş xidməti təchizatçılarının
yerli filialları tərəfindən ödəniş agentinin
cəlb edilməsi, ödəniş agenti tərəfindən
ödəniş xidmətlərinin göstərilməsi, o
cümlədən ödəniş agenti ilə bağlanan
müqavilənin şərtlərinə dair tələblərin
pozulmasına;
439-2.1.3. xarici ödəniş təşkilatı,
elektron pul təşkilatı və ödəniş sistemi
operatorunun yerli filial açmadan ölkədə fəaliyyət
göstərməsinə dair bağlanılmış
müqavilə barədə məlumatın ödəniş
xidməti təchizatçıları tərəfindən
qanunla müəyyən edilmiş müddətdə təqdim
edilməməsinə;
439-2.1.4. banklar, xarici bankların yerli
filialları və poçt rabitəsinin milli operatoru tərəfindən
elektron pulun emitenti, ödəniş əməliyyatının
aparılması üçün vasitəçilik xidməti
təchizatçısı və hesab üzrə məlumat
xidməti təchizatçısı kimi fəaliyyət
göstərəcəyi barədə məlumatın Azərbaycan
Respublikasının Mərkəzi Bankına qanunla müəyyən
edilmiş müddətdə təqdim edilməməsinə
görə -
vəzifəli şəxslər min
manatdan üç min manatadək, hüquqi şəxslər
beş min manatdan yeddi min manatadək məbləğdə cərimə
edilir.
439-2.2. Elektron pul təşkilatı, o
cümlədən xarici elektron pul təşkilatının
yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə
dair qanunla müəyyən olunmuş tələblərin
pozulmasına görə -
vəzifəli şəxslər iki min
manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər
yeddi min manatdan on min manatadək məbləğdə cərimə
edilir.
439-2.3. Ödəniş xidməti təchizatçısı
və ödəniş sistemi operatoru, o cümlədən
xarici ödəniş xidməti təchizatçısının
və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən
əməliyyat və ya təhlükəsizlik insidentləri
haqqında məlumatların Azərbaycan Respublikasının
Mərkəzi Bankına qanunla müəyyən edilmiş
müddətdə təqdim edilməməsinə, yaxud
düzgün təqdim edilməməsinə görə -
vəzifəli şəxslər beş
yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər
üç min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
439-2.4. Ödəniş təşkilatı,
elektron pul təşkilatı və ödəniş sistemi
operatoru, o cümlədən xarici ödəniş təşkilatı,
xarici elektron pul təşkilatı və xarici ödəniş
sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi Bankına qanunla müəyyən
edilmiş hesabatların təqdim edilməməsinə, yaxud
düzgün təqdim edilməməsinə görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min
manatadək məbləğdə cərimə edilir.
Maddə 440. Mərkəzləşdirilmiş kredit reyestrinə
və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının
pozulması
440.1. Bank və ya bank olmayan kredit təşkilatı (kredit
ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş
kredit reyestrinə və (və ya) kredit bürosuna “Banklar haqqında”,
“Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit
büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında
nəzərdə tutulmuş məlumatların həmin qanunlarda
müəyyən olunmuş qaydada təqdim edilməməsinə,
yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə
görə -
vəzifəli şəxslər min beş yüz manatdan
iki min manatadək məbləğdə, hüquqi şəxslər
on min manatdan on iki min manatadək məbləğdə cərimə
edilir.
440.2. Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş
kredit reyestrinə və (və ya) kredit bürosuna “Kredit ittifaqları
haqqında” və “Kredit büroları haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulmuş
məlumatların həmin qanunlarda müəyyən olunmuş
qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və
ya vaxtında təqdim edilməməsinə görə -
vəzifəli şəxslər yüz əlli
manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan min iki yüz manatadək məbləğdə cərimə
edilir.[422]
440.3. “Kredit büroları haqqında” Azərbaycan
Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən
nisyə mal alqı-satqısı ilə məşğul olan
şəxslər tərəfindən “Kredit büroları
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq kredit tarixçələrini təşkil edən
məlumatın kredit bürosuna həmin Qanunda müəyyən
olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam,
düzgün və ya vaxtında təqdim edilməməsinə
görə -
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.[423]
Maddə 440-1. Daşınar əmlakın
yüklülüyü haqqında qanunvericiliyin pozulması[424]
440-1.1. Daşınar əmlakın
yüklülüyünün dövlət reyestrinə
“Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş məlumatların təqdim edilməməsinə,
habelə reyestrə bilərəkdən yanlış və
natamam məlumatların təqdim edilməsinə görə
-
fiziki şəxslər yüz əlli
manat məbləğində, vəzifəli şəxslər
yeddi yüz manat məbləğində, hüquqi şəxslər
iki min beş yüz manat məbləğində cərimə
edilir.
440-1.2. Daşınar əmlakın
yüklülüyünün dövlət reyestrini aparan
qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların
saxlanılması və reyestrin aparılması
qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər
min manat məbləğində cərimə edilir.
440-1.3. “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət və bələdiyyə
yüklülüyünün aзıqlanmamasına görə
-
vəzifəli şəxslər
min beş yüz manat məbləğində cərimə
edilir.
Maddə 441. İxrac məqsədli
neft-qaz fəaliyyətində işçi qüvvəsindən
istifadə qaydalarının pozulması
“İxrac məqsədli neft-qaz fəaliyyətinə
xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə
tutulmuş hallar istisna olmaqla, podratçılar və
subpodratçılar tərəfindən əmək
müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin
həyata keçirilməsinə cəlb edilən Azərbaycan
Respublikası vətəndaşlarının həmin qanunla
müəyyən olunmuş nisbətindən fərqli olan digər
nisbətin tətbiq edilməsinə görə -
vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on min
manatdan on iki min manatadək məbləğdə cərimə
edilir.
Ticarət qaydaları əleyhinə olan
inzibati xətalar
Maddə 442. İstehsalı və ya
satılması qadağan olunmuş malların istehsalı və
ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin)
yerinə yetirilməsi (göstərilməsi)
İstehsalı və ya satılması qadağan
olunmuş malların istehsalına və ya satılmasına,
yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə
yetirilməsinə (göstərilməsinə) görə -
inzibati xətanın
bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə,
fiziki şəxslər üç yüz əlli manatdan
beş yüz manatadək məbləğdə, vəzifəli
şəxslər min altı yüz əlli manatdan iki min iki
yüz manatadək məbləğdə, hüquqi şəxslər
dörd min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
Maddə 443. Kütləvi idman tədbirlərinə
və idman yarışlarına giriş biletlərinin
saxtalaşdırılması və ya müəyyən
edilmiş tariflərdən yüksək qiymətə
satılması
443.1.
Kütləvi idman tədbirlərinə və idman
yarışlarına giriş biletlərinin
saxtalaşdırılmasına görə -
fiziki
şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli
şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə
edilir.
443.2.
Kütləvi idman tədbirlərinə və idman
yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi
və idman haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq müəyyən edilmiş tariflərdən
yüksək qiymətə satılmasına görə -
fiziki şəxslər yeddi yüz manat
məbləğində, vəzifəli
şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər
altı min manat məbləğində cərimə edilir.
Maddə 444. Malların
saxlanılması və ya satışı zamanı mal
qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış
malların dəyişdirilməsi və ya geri
qaytarılması qaydalarının pozulması
444.1. Malların saxlanılması və ya
satışı zamanı mal qonşuluğu qaydasının
pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə
görə -
altı
yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə
edilir.
444.2. Satılmış malların dəyişdirilməsi
və ya geri qaytarılması qaydalarının pozulmasına
görə -
altı
yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 445. Qiymət
intizamının pozulması
445.1. Qiymət intizamının pozulmasına, yəni
satışda olan malların üzərində qiymət
kağızlarının və ya göstərilən xidmətlər
və ya işlər üçün qiymət cədvəllərinin
(menyuların) olmamasına və ya onların düzgün tərtib
edilməməsinə görə -
səkkiz
yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
445.2. Azərbaycan
Respublikasının ərazisində satılan malların
(işlərin, xidmətlərin) qiymətlərinin manatla
göstərilməməsinə görə -
min yüz
manatdan min altı yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 445-1. Dövlət satınalmaları
haqqında qanunvericiliyin pozulması[425]
445-1.1 Satınalma metodlarının tətbiqi
şərtlərinin pozulmasına, yəni:
445-1.1.1. satınalan təşkilat tərəfindən
satınalma prosedurları keçirilmədən
bağlanılmış müqavilələr əsasında
dövlət vəsaitlərinin xərclənməsinə;
445-1.1.2. satınalan təşkilat tərəfindən
malların (işlərin və xidmətlərin) satın
alınmasının “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq açıq tender üsulu ilə və ya açıq
tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə
həyata keçirilməli olduğu halda, digər
satınalma metodlarından (vasitəsindən) qanunsuz istifadə
etmə ilə həyata keçirilməsinə;[426]
445-1.1.3. satınalan təşkilat tərəfindən
hər hansı digər satınalma metodlarından istifadə
etmək üçün məbləğ məhdudiyyətini
aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində
müvafiq xərc maddəsində nəzərdə
tutulmuş vəsait hesabına malların (işlərin və
xidmətlərin) satın alınmasının
ayrı-ayrı müqavilələrə bölünməsinə;
445-1.1.4. satınalan təşkilatdan
hüquqi, maliyyə və ya təşkilati
asılılığı olan malgöndərənlərin
(podratçıların) həmin təşkilat tərəfindən
keçirilən satınalma prosedurlarında iştirakına
yol verilməsinə;
445-1.1.5. satınalma prosedurları
zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi
və satınalmalarla əlaqədar digər vəzifələrin
icraçısı barədə “Dövlət
satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlərə
əməl olunmamasına görə -
vəzifəli şəxslər
üç min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
445-1.2. “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən
tender təklifinin kənarlaşdırılmasına və ya
həmin Qanunun tələblərinin pozulması ilə tender təklifinin
qalib elan edilməsinə görə -
vəzifəli şəxslər
üç min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
445-1.3. Malgöndərənlərin
(podratçıların) ixtisası ilə bağlı müəyyən
edilmiş tələblərin pozulmasına, yəni:
445-1.3.1. satınalan təşkilat tərəfindən
malgöndərənin (podratçının) ixtisasına
dair “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmayan tələblərin
irəli sürülməsinə;
445-1.3.2. ixtisas göstəriciləri
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
meyarlara uyğun gəlməyən malgöndərənə
(podratçıya) satınalan təşkilat tərəfindən
dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla
müqavilələrin bağlanılmasına görə -
vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə cərimə
edilir.
445-1.4. Satınalmaların təşkili
və tender prosedurları ilə bağlı qaydaların
pozulmasına, yəni:
445-1.4.1. satınalan təşkilat tərəfindən
tender elanının (dəvətin) məzmununun və tenderin əsas
şərtlər toplusunun “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tələblərə uyğun tərtib
edilməməsinə;
445-1.4.2. dövlət satınalmaları
üzrə tenderlər, təkliflər sorğusu və
kotirovka sorğusu barədə elanlar və onların nəticələri,
habelə tender nəticəsində bağlanılmış
satınalma müqaviləsi barədə məlumatların
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətlərdə dövlət
satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə
və ya yanlış məlumatların yerləşdirilməsinə, habelə həmin Qanunun 7.4-cü
maddəsində, 28.4-cü maddəsinin ikinci cümləsində,
30.1-ci maddəsinin üçüncü cümləsində,
30.2, 32.1, 37.3, 37.7, 40.1-ci maddələrində, 40.2-1-ci maddəsinin
ikinci cümləsində, 40.4, 40-1.2, 43.1, 56.3 və 59-cu maddələrində
satınalmaların təşkili və tender prosedurları ilə
bağlı nəzərdə tutulmuş müddətlərlə
əlaqədar tələblərə riayət edilməməsinə;[427]
445-1.4.3. satınalmalarda iddiaçı
kimi çıxış edən malgöndərəndən
(podratçıdan) “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada maliyyə vəziyyəti barədə sənədlərin
və tender təklifinin təminatının satınalan təşkilat
tərəfindən alınmamasına;
445-1.4.4. satınalan təşkilat tərəfindən
tender və xidmət təkliflərinin qiymətləndirilməsi
və müqayisəsi zamanı tenderin əsas şərtlər
toplusunda və xidmət təklifləri sorğusunda nəzərdə
tutulmuş tələblərə cavab verən yerli mallar
(işlər və ya xidmətlər) üzrə tender və
ya xidmət təkliflərinin xeyrinə “Dövlət
satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun güzəştli düzəlişin
edilməməsinə;
445-1.4.5. satın alınacaq malların
(işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin
tender zərflərinin açıldığı günədək
satınalan təşkilat tərəfindən məxfi
saxlanılmamasına görə -
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
445-1.5. Malgöndərən
(podratçı) tərəfindən dövlət
satınalma prosedurlarında iştirak üçün
satınalan təşkilata maliyyə vəziyyəti barədə
yanlış məlumatın təqdim edilməsinə görə
-
vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
445-1.6. Satınalan təşkilat tərəfindən
malların (işlərin və xidmətlərin) satın
alınmasının “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
iştirakı ilə həyata keçirilməli olduğu
halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə
həyata keçirilməsinə görə -
vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə cərimə
edilir.[428]
445-1.7. Satınalan təşkilat
tərəfindən “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanununda satınalma müqaviləsi
üzrə ödəmələrlə bağlı tələblərin
pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin
tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin
xüsusi şərtlərində müəyyənləşdirilmiş
qaydada, məbləğdə və müddətdə həyata
keçirilməməsinə, o cümlədən satınalma
müqaviləsinin icrası tam başa çatdıqdan (texniki
təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən
sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin
satınalma müqaviləsində müəyyən olunmuş
müddətdə ödənilməməsinə, habelə ödənişin
gecikdirilməsinə görə satınalma müqaviləsində
müəyyən olunmuş məbləğdə hesablanmış
faizlərin əsassız olaraq malgöndərənə (podratçıya)
ödənilməməsinə görə –[429]
vəzifəli şəxslər
üç min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 445-1-ci maddəsi
həmin maddədə göstərilən əməllər
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.
2. Bu Məcəllənin
445-1-ci maddəsində “satınalan təşkilat” dedikdə,
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan müəssisə
və təşkilatlar başa düşülür.
Maddə 446. Mürəkkəb texniki
qrup malların texniki pasportsuz satılması
Mürəkkəb texniki qrup malların texniki pasportsuz
satılmasına və ya texniki pasportların düzgün tərtib
edilməməsinə görə -
fiziki
şəxslər üç yüz əlli manatdan beş
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 447.
İstehlakçıların hüquqlarının
pozulması
447.0. İstehlakçıların
hüquqlarının pozulmasına, yəni:
447.0.1. mal satan və ya əhaliyə xidmət göstərən
şəxslər tərəfindən malın (xidmətin)
ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə
və ya keyfiyyətinə dair istehlakçıların
az miqdarda aldadılmasına;
447.0.2. saxlama müddəti ötmüş məhsulların
satılmasına;
447.0.3. standartların
və digər normativ sənədlərin tələblərinə
cavab verməyən malların istehsalına, satılmasına,
işlərin yerinə yetirilməsinə, xidmətlərin
göstərilməsinə;
447.0.4. qanunvericiliyə əsasən məcburi
sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmamış malların
istehsalına, satılmasına, işlərin yerinə
yetirilməsinə, xidmətlərin göstərilməsinə;
447.0.5. standartların, digər normativ sənədlərin
tələblərinin pozulması nəticəsində
insanların həyatı, sağlamlığı, əmlakı
və ya ətraf mühit üçün təhlükəli
məhsulun istehsalına
və ya satılmasına, işin (xidmətin) görülməsinə;
447.0.6. nəzarət olunmalı məhsulun müvafiq
dövlət nəzarəti orqanlarından gizlədilməsinə;
447.0.7. ölçmələrin vəhdətinin təmin
edilməsinin dövlət tənzimlənməsinə aid olan
sahədə ölçmələrin üzərinə
yararsızlıq nişanı vurulmuş ölçmə
vasitələrindən istifadə edilməklə
aparılmasına;
447.0.8. ölçülüb
qablaşdırılmış malların miqdarının
bağlamanın üzərində göstərilmiş
miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə
riayət edilməməsinə;
447.0.9. qanunvericilikdə
nəzərdə tutulan hüquqlarla müqayisədə
istehlakçının hüquqlarını məhdudlaşdıran
şərtlərin müqaviləyə daxil edilməsinə
görə -
fiziki
şəxslər üç yüz əlli manatdan beş
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
Qeyd:
Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.[430]
Maddə 448. Saxta və ya keyfiyyətsiz
malların idxal edilməsi
Saxta və ya dövlət
standartlarının, standartlaşdırma üzrə digər
normativ sənədlərin tələblərinə uyğun
olmayan malların idxal edilməsinə görə -
saxta və
ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki
şəxslər üç yüz əlli manatdan beş
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
Maddə 449. Genetik modifikasiya olunmuş
bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi
metodları ilə yaradılmış kənd təsərrüfatı
bitki materiallarının və ya genetik modifikasiya olunmuş
bitkilərin genetik materiallarından istifadə edilərək
istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi
Elmi tədqiqat,
sınaq və sərgilərdə nümayiş məqsədləri
üçün nəzərdə tutulmayan genetik modifikasiya
olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen
mühəndisliyi metodları ilə yaradılmış kənd
təsərrüfatı bitki materiallarının və ya
genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından
istifadə edilərək istehsal olunan yeyinti məhsullarının
bilə-bilə idxal edilməsinə və ya satılmasına
görə, bu az miqdarda olduqda -
inzibati xətanın
bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və
yeyinti məhsulları müsadirə edilməklə
onların dəyərinin səksən faizindən yüz
faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdar” dedikdə,
əlli min manatdan yuxarı olmayan məbləğ
başa düşülür.[431]
Maddə 449-1. Aksiz markası ilə markalanmalı olan və
ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların
nağd qaydada satılması və nağd qaydada alınması
Pərakəndə satış istisna olmaqla, aksiz markası
ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə
nişanlanmalı olan malların nağd qaydada satılması,
belə malların satış məqsədləri üçün
nağd qaydada alınması az miqdarda törədildikdə –
vəzifəli şəxslər üç yüz manatdan
beş yüz manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Bu maddədə “az miqdar” dedikdə beş yüz manatadək
olan məbləğ başa düşülür.[432]
Maddə 450. Aksiz
markası ilə markalanmalı olan məhsulların
(malların) belə marka olmadan satılması, satış məqsədi
ilə saxlanması və ya istehsal binasının
hüdudlarından kənara çıxarılması,
belə məhsulların (malların) nağd qaydada
alqı-satqısı[433]
450.1. Aksiz markası ilə
markalanmalı olan məhsulların (malların) belə marka
olmadan az miqdarda satılmasına, satış məqsədi ilə
saxlanmasına və ya istehsal binasının
hüdudlarından kənara çıxarılmasına
görə -
aksiz
markası olmayan məhsullar (mallar) müsadirə edilməklə,
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli
manatadək məbləğdə, vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
450.2.
Pərakəndə satış
istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların
(malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların
(malların) satış məqsədləri üçün
nağd qaydada az miqdarda alınması -[434]
yüz
manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 450.1-ci maddəsində “az
miqdarda” dedikdə beş yüz manatadək, 450.2-ci maddəsində
isə “az miqdarda” dedikdə əlli manatadək olan məbləğ
başa düşülür.
Maddə 451. Nəzarət
markası ilə markalanmalı olan malların, məmulatların
və məlumat materiallarının belə nəzarət
markası olmadan satış və ya yayılma məqsədi
ilə saxlanması, istehsal binasının hüdudlarından
kənara çıxarılması, satılması və ya
digər üsullarla yayılması
Nəzarət markası ilə
markalanmalı olan malların, məmulatların və məlumat
materiallarının belə nəzarət markası olmadan
satış və ya yayılma məqsədi ilə
saxlanmasına, istehsal binasının hüdudlarından kənara
çıxarılmasına, satılmasına və ya digər
üsullarla yayılmasına görə -
nəzarət
markası olmayan mallar, məmulatlar və məlumat materialları
müsadirə edilməklə, onların hər birinə
görə fiziki şəxslər əlli manat məbləğində,
vəzifəli şəxslər yüz manat məbləğində,
hüquqi şəxslər yüz əlli manat məbləğində
cərimə edilir.
Qeyd: Bu maddədə nəzərdə
tutulmuş inzibati xəta haqqında işə baxılarkən
nəzarət markası olmayan
malların, məmulatların və məlumat
materiallarının hər birinə görə hesablanaraq tətbiq
edilən inzibati cərimənin ümumi məbləği bu
Məcəllənin 25.4-cü maddəsində nəzərdə
tutulmuş məbləğdən artıq ola bilməz.
Maddə 452. Fiziki şəxslərə
dərman vasitələrinin buraxılması
qaydalarının və
aptek təşkilatlarına dair tələblərin
pozulması[435]
452.1. Apteklərdə resept təqdim edilməklə
buraxılmalı olan dərman vasitələrinin reseptsiz
buraxılmasına və ya yetkinlik yaşına
çatmayanlara dərman vasitələrinin buraxılması
qaydalarının pozulmasına görə -
yüz əlli
manatdan iki yüz əlli manatadək məbləğdə cərimə
edilir.
452.2. Aptek təşkilatlarında
dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika,
uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa
malik qida əlavələri və şəxsi sanitariya-gigiyena
malları istisna olmaqla, digər malların satılmasına
görə -
üç
yüz əlli manat məbləğində cərimə
edilir.
452.3. Aptek təşkilatlarına
dair tələblərin pozulmasına görə -[436]
vəzifəli şəxslər
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
452.4. Bu Məcəllənin
452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
vəzifəli єəxslər
min beє yüz manatdan iki min beє yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.”
Maddə 453.
İstehlakçının mal (iş, xidmət) haqqında məlumat
almaq hüququnun pozulması
İstehlakçını
maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak
xassələri (ərzaq malları barəsində isə həm
də tərkibi, yararlılıq müddəti, kaloriliyi,
sağlamlıq üçün zərərli maddələrin
normativ sənədlərin tələbləri ilə
müqayisəli miqdarı), əldə edilməsi şərtləri,
təminat öhdəlikləri və iddiaların irəli
sürülməsi, malın işlədilməsi,
saxlanılması və təhlükəsiz istifadəsi
üsulları və qaydaları barəsində satıcı
(icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə
görə -
iki yüz
manat məbləğində cərimə edilir.
Maddə 454. Qanunsuz küçə
ticarəti
Qanunsuz
küçə ticarəti, yəni
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilməmiş yerlərdə malların
satılmasına və ya işlərin (xidmətlərin)
görülməsinə görə -
səksən
manat məbləğində cərimə edilir.
Maddə 455. Etil (yeyinti) spirti,
alkoqollu və
energetik içkilər və ya tütün məmulatı
ticarəti qaydalarının pozulması[437]
455.1. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və
ya tütün məmulatlarının satışı
qaydalarının pozulmasına görə -
əlli
manatdan səksən manatadək cərimə edilir.
455.2. Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün
məmulatlarının yetkinlik yaşına çatmayanlara
satılmasına görə -
yüz
manat məbləğində cərimə
edilir.
Maddə 456. Ev şəraitində
istehsal edilmiş alkoqollu içkilərin satışı
Ev şəraitində istehsal edilmiş alkoqollu
içkilərin satışına görə -
inzibati xətanın
bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə,
fiziki şəxslər səkkiz yüz manatdan min manatadək
məbləğdə, vəzifəli şəxslər
üç min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
Maddə 457. Qiymətli
metalların və qiymətli daşların istehsalı,
emalı, istifadəsi, dövriyyəsi və onlardan
hazırlanmış məhsulların (məmulatların)
mühafizəsi, pərakəndə satışı,
uçotu, saxlanılması, onların
qırıntılarının və tullantılarının
yığılması qaydalarının pozulması
457.1. Qiymətli metalların və
qiymətli daşların istehsalı, emalı, istifadəsi və
dövriyyəsi qaydalarının pozulmasına görə -
fiziki
şəxslər yüz əlli manatdan iki yüz əlli
manatadək məbləğdə, vəzifəli şəxslər
beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
457.2. Qiymətli metalların və
qiymətli daşların, onlardan hazırlanmış məhsulların
(məmulatların) mühafizəsi, pərakəndə
satışı, uçotu, saxlanılması, onların
qırıntılarının və tullantılarının
yığılması qaydalarının pozulmasına görə
-
fiziki
şəxslər yüz əlli manatdan iki yüz əlli
manatadək məbləğdə, vəzifəli şəxslər
beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 457-1. Əlvan və qara metal
tullantılarının qəbulu qaydalarının
pozulması[438]
457-1.1. Əlvan və qara metal
tullantılarının qəbulu qaydalarının
pozulmasına, yəni:
457-1.1.1. əldə edilmə mənbəyi
məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən
edilən əlvan və qara metal tullantılarının qəbul
olunmasına;
457-1.1.2. fiziki şəxslərdən
şəxsiyyəti təsdiq edən sənədlər tələb
olunmadan əlvan və qara metal tullantılarının qəbul
edilməsinə;
457-1.1.3. radiasiya və partlayış təhlükəsizliyi
baxımından müayinədən keçirilmədən əlvan
və qara metal tullantılarının qəbul edilməsinə;
457-1.1.4. qara və əlvan metalların əridilməsi
və bunun nəticəsində ərintilərin
alınması obyektləri təhlükə potensiallı
obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan
keçirilməyən sahibkarlıq subyektləri tərəfindən
bu növ tullantıların qəbulu fəaliyyətinin həyata
keçirilməsinə görə -
fiziki şəxslər yüz manatdan iki
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
dörd yüz manatdan altı yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
457-1.2. Bu Məcəllənin 457-1.1-ci
maddəsində nəzərdə tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsinə
görə -
fiziki
şəxslər iki yüz manatdan dörd yüz manatadək
məbləğdə, vəzifəli şəxslər yeddi
yüz manatdan min manatadək məbləğdə cərimə
edilir, yaxud işin hallarına görə, xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq
olunur, hüquqi şəxslər üç min manatdan
dörd min manatadək məbləğdə cərimə
edilir.
Maddə 458. Üzərində
dövlət əyar damğası olmayan və ya saxta əyar
damğası həkk olunmuş qiymətli metallardan və qiymətli
daşlardan hazırlanmış zərgərlik və ya digər
məişət məmulatlarının satışı
“Qiymətli metallar və qiymətli
daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən
edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan
Respublikasının dövlət əyar damğası olmayan
və ya saxta əyar damğası həkk olunmuş qiymətli
metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik
və ya digər məişət məmulatının
satışına görə -
fiziki
şəxslər yüz əlli manatdan iki yüz əlli
manatadək məbləğdə, vəzifəli şəxslər
beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 459. Elektron ticarət
haqqında qanunvericiliyin pozulması
459.1. Elektron ticarətdə
satıcı (təchizatçı) tərəfindən
alıcıya (sifarişçiyə) və ya səlahiyyətli
dövlət orqanlarına yanlış məlumatın verilməsinə
görə -
fiziki
şəxslər üç yüz əlli manatdan beş
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
459.2. Elektron ticarətdə
elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət
göstərərkən ötürdüyü,
saxladığı informasiyaların ümumi monitorinqinin
aparılması və ya qanunsuz fəaliyyətin həyata
keçirilməsini sübut etmək məqsədi ilə fəal
surətdə faktların və ya təfərrüatların
müəyyənləşdirilməsi üzrə hərəkətlərə
məcbur edilməsinə və ya bu hərəkətlərin
elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən
fərdi təşəbbüs qaydasında həyata
keçirilməsinə görə -
fiziki
şəxslər üç yüz əlli manatdan beş
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
459.3. Elektron ticarətdə
elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən
xidmət göstərdiyi alıcıların
(sifarişçilərin), satıcıların (təchizatçıların)
qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi
barədə səlahiyyətli dövlət orqanlarına məlumatın
verilməməsinə və ya səlahiyyətli dövlət
orqanlarının müraciətinə əsasən xidmətlərin
alıcılarının (sifarişçilərinin),
satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə
imkan verən məlumatların təqdim edilməməsinə
görə -
fiziki
şəxslər dörd yüz əlli manatdan altı yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
459.4. Elektron ticarətdə elektron
sənəd dövriyyəsi vasitəçisi tərəfindən
məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə
tutulmuş səlahiyyətli dövlət orqanının
müraciəti əsasında hüquq pozuntularının
qarşısının alınması məqsədi ilə
göstərilən xidmətin dayandırılmamasına,
informasiyanın saxlanılması xidmətinin göstərildiyi
halda informasiyanın silinməməsinə və ya ona
çıxışın məhdudlaşdırılmamasına
görə -
fiziki
şəxslər dörd yüz əlli manatdan altı yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
Maddə 459-1. Kooperativ bazarlarda
satış qaydalarının pozulması[439]
“Kənd təsərrüfatı
kooperasiyası haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda
Azərbaycan Respublikasında fəaliyyət göstərən
kənd təsərrüfatı kooperativlərinin istehsal
etdiyi kənd təsərrüfatı və emal məhsullarından
başqa digər məhsulların satışına, habelə
kənd təsərrüfatı məhsul
istehsalçısı olmayan digər şəxslərin
satış etməsinə görə -
fiziki şəxslər yüz
manat məbləğində, vəzifəli şəxslər
beş yüz manat məbləğində, hüquqi şəxslər
min manat məbləğində cərimə edilir.
Vergilərin, rüsumların ödənilməsi,
maliyyə və sığorta qaydaları əleyhinə olan
inzibati xətalar
Maddə 460. Vergiləri, işsizlikdən
sığorta, icbari tibbi sığorta və ya məcburi
dövlət sosial sığorta haqlarını ödəməkdən
yayınma[440]
Az
miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi
sığorta və ya məcburi dövlət sosial
sığorta haqlarını ödəməkdən
yayınmağa görə -
inzibati xətanın
bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin
məbləğinin otuz faizindən yetmiş faizinədək
məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu maddədə “az miqdar” dedikdə,
əlli min manatdan yuxarı olmayan məbləğ
başa düşülür.[441]
2. Bu maddədə nəzərdə
tutulmuş əməli ilk dəfə törətmiş şəxs
inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə
ödədikdə inzibati məsuliyyətdən azad olunur.[442]
Maddə 461. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş
hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri
haqqında və digər bu qəbildən olan sazişlər
çərçivəsində fəaliyyət üzrə
vergi hesabatlarının və dövlət rüsumunun
tutulması barədə hesabatların təqdim edilmə
qaydalarının pozulması
461.1.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr,
qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü
haqqında, əsas ixrac boru kəməri haqqında və digər
bu qəbildən olan sazişlər çərçivəsində
fəaliyyət üzrə vergi hesabatlarının əsas
olmadan müəyyən edilən müddətdə müvafiq
icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin
sazişlərdə başqa qaydalar nəzərdə
tutulduğu hallar istisna olmaqla) görə -
vəzifəli
şəxslər əlli manat məbləğində cərimə
edilir.
461.1-1. Vergi ödəyicisi kimi qeydiyyatda
olmayan şəxslər tərəfindən vergi və maliyyə
məlumatlarının mübadiləsini nəzərdə
tutan Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr əsasında
xarici dövlətlərdən daxil olmuş məlumat
mübadiləsi üzrə sorğuların
cavablandırılması üçün tələb olunan məlumat
və sənədlərin müəyyən edilən müddətdə
təqdim edilməməsinə və ya bilərəkdən təhrif
olunmaqla təqdim edilməsinə görə -
fiziki şəxslər əlli manat məbləğində,
hüquqi şəxslər yüz manat məbləğində
cərimə edilir.[443]
461.2.
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda və qaydada dövlət rüsumunun tutulması barədə
hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim
edilməməsinə görə -
vəzifəli
şəxslər əlli manat məbləğində cərimə
edilir.
Maddə 462. Mühasibat uçotu üzrə
qanunvericiliyin pozulması[444]
462.1. Mühasibat uçotu subyekti tərəfindən
maliyyə hesabatlarının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi
Bankına təqdim edilməli olan digər hesabat və məlumatların
hazırlanması, təqdim olunması, dərc edilməsi, o
cümlədən hesabatlarda və qanuna əsasən tələb
olunan digər məlumat formalarında informasiya və göstəricilərin
əks etdirilməsi, həmçinin uçot sənədlərinin
saxlanılması ilə əlaqədar qanunla müəyyən
edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq mühasibat uçotunun aparılmamasına
görə -
vəzifəli şəxslər
üç yüz manatdan dörd yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.[445]
462.2. “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq mühasibat uçotu subyektlərində
mühasibat uçotunun aparılması məqsədi ilə
mühasibat uçotu subyektinin rəhbəri tərəfindən
müvafiq struktur bölmənin yaradılmamasına və ya
müqavilə əsasında sahibkarlıq subyektləri cəlb
edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin
təşkil edilməməsinə görə -
vəzifəli şəxslər
üç yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
462.3. Paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə məxsus olan
hüquqi şəxslərin, qiymətli kağızları
fond birjasında dövriyyədə olan hüquqi şəxslər
istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların,
iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının
və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən
publik hüquqi şəxslərin rəhbərləri tərəfindən
peşəkar mühasib olmayan şəxslərin baş
mühasib vəzifəsinə təyin edilməsinə, habelə
peşəkar mühasib olmayan şəxslərə baş
mühasib vəzifələrinin icrasının həvalə
edilməsinə görə -
vəzifəli
şəxslər üç yüz manatdan dörd yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 463. Poçt rabitəsinin
milli operatoru tərəfindən maliyyə xidmətləri sahəsində
qanunvericiliyin pozulması
Poçt rabitəsinin milli
operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyətinə
dair Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən müəyyən
edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin
pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam və
ya düzgün təqdim olunmamasına görə -
vəzifəli
şəxslər min manatdan min beş yüz
manatadək məbləğdə cərimə edilir.[446]
Maddə 464. Məcburi auditdən
yayınma
“Auditor xidməti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş hallarda həyata keçirilməli olan məcburi
auditdən yayınmağa görə -
vəzifəli
şəxslər üç yüz manatdan altı yüz
manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 465. İanələr barədə
məlumatın maliyyə hesabatına daxil edilməməsi
Qeyri-hökumət təşkilatı,
o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və nümayəndəliyi tərəfindən
müvafiq icra hakimiyyəti orqanına və ya siyasi partiya tərəfindən
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim olunan maliyyə hesabatına qəbul
edilmiş ianələrin məbləği və ianəni
vermiş şəxslər barədə məlumatın daxil
edilməməsinə görə -[447]
vəzifəli
şəxslər min beş yüz manatdan üç min
manatadək məbləğdə, hüquqi şəxslər
beş min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
Maddə 466. İanə edilən
pul vəsaitlərinin nağd şəkildə verilməsi və
qəbul edilməsi
466.1. İanə edilən pul vəsaitlərinin
siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına,
o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyinə nağd şəkildə
verilməsinə görə[448] -
fiziki
şəxslər iki yüz əlli manatdan beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
yeddi yüz əlli manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min beş yüz
manatdan yeddi min manatadək məbləğdə cərimə
edilir.
466.2. İanə edilən pul vəsaitlərinin
siyasi partiya və ya qeyri-hökumət təşkilatı,
o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının
filial və ya nümayəndəliyi tərəfindən
nağd şəkildə qəbul edilməsinə görə[449] -
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Azərbaycan
Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə
əsasən başlıca məqsədi xeyriyyəçilik
olan qeyri-hökumət təşkilatına nağd şəkildə
verilən və həmin təşkilat tərəfindən
nağd şəkildə qəbul edilən iki yüz manatadək
ianələrə bu maddənin qüvvəsi şamil edilmir.
Maddə 467. Dövlət
rüsumunun ödənilməsi qaydalarının pozulması
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli
şəxs tərəfindən dövlət rüsumunun
düzgün tutulmamasına, yaxud dövlət büdcəsinə
vaxtında və ya tam ödənilməməsinə görə
-
vəzifəli
şəxslər beş yüz manatdan yeddi yüz manatadək
məbləğdə cərimə
edilir.
Maddə 468. Sığorta
müqaviləsi üzrə yanlış və ya
aldadıcı məlumatların verilməsi
Sığorta müqaviləsi
bağlanarkən və ya qüvvədə olarkən, həmçinin
sığorta hadisəsinin araşdırılması və zərərlərin
tənzimlənməsi zamanı sığortalılara və
(və ya) sığorta olunanlara, həmçinin faydalanan
şəxslərə onların hüquq və vəzifələri
haqqında sığortaçılar və sığorta
vasitəçiləri tərəfindən yanlış və
ya aldadıcı məlumatların, həmçinin belə məlumatların
əks olunduğu sənədlərin verilməsinə görə
-
vəzifəli şəxslər min beş yüz
manatdan iki min manatadək məbləğdə, hüquqi
şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə
cərimə edilir.
Maddə 469. İcbari
sığorta müqaviləsinin bağlanmaması
469.1. Bu Məcəllənin
469.2-ci və 469.3-cü maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına
əsasən, müvafiq riskləri icbari qaydada sığorta
etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və
ya hüquqi şəxslər tərəfindən
sığortaçı ilə icbari sığorta müqaviləsinin
bağlanmamasına görə -
fiziki
şəxslər otuz manat məbləğində, vəzifəli
şəxslər səksən manat məbləğində,
hüquqi şəxslər iki yüz manat məbləğində
cərimə edilir.
469.2. “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, müvafiq riskləri
icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən
edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən
sığortaçı ilə icbari sığorta müqaviləsinin
bağlanmamasına görə -
fiziki
şəxslər beş yüz manat məbləğində,
vəzifəli şəxslər min beş yüz manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
469.3. “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək
vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi
sahibləri tərəfindən sığortaçı ilə
icbari sığorta müqaviləsinin bağlanmamasına
görə -
fiziki şəxslər əlli manat məbləğində,
vəzifəli şəxslər yüz manat məbləğində,
hüquqi şəxslər üç yüz manat məbləğində
cərimə edilir.
Qeyd:
1. Şəxs bu maddədə nəzərdə
tutulmuş icbari sığorta müqaviləsinin
bağlanmamasına görə inzibati məsuliyyətə cəlb
olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini
bağlamalıdır. Bu müddətdə şəxs həmin
əməlin törədilməsinə görə təkrarən
inzibati məsuliyyətə cəlb olunmur.
2. Bu Məcəllənin 469.3-cü maddəsində
nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi
ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində
göstərilən müddət həmin xətanın
aşkarlandığı gündən hesablanır.[450]
Maddə 470. İcbari
sığorta müqavilələri üzrə daxil olan
sığorta haqlarından məcburi
ayırmaların aparılmaması
İcbari
sığorta müqavilələri üzrə daxil olan
sığorta haqlarından “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi ayırmaların vaxtında
və ya tam aparılmamasına görə -
vəzifəli
şəxslər min manat məbləğində, hüquqi
şəxslər üç min manat məbləğində
cərimə edilir.
Maddə 471. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) haqların
ödənilməməsi[451]
Banklar və xarici bankların yerli
filialları, bank olmayan kredit təşkilatları,
sığorta bazarının peşəkar
iştirakçıları, poçt rabitəsinin milli
operatoru, kredit büroları, idman mərc oyunlarının
operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti
lisenziyalaşdırılan şəxslər və mərkəzi
depozitar, lotereya təşkilatçısı, investisiya
fondları və onların idarəçiləri tərəfindən
qanuna uyğun olaraq müəyyən edilən məbləğdə
və qaydada haqların müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə
görə –[452]
vəzifəli
şəxslər min manat məbləğində, hüquqi
şəxslər üç min manat məbləğində
cərimə edilir.
Maddə 472. Sığorta
növünün qanunsuz aparılması
Sığortaçı
tərəfindən hər hansı sığorta
növünün Azərbaycan
Respublikasının Mərkəzi Bankdan müvafiq icazə
almadan aparılmasına
görə -[453]
vəzifəli
şəxslər beş yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 473. Sığorta
qanunvericiliyinin aktuarilərlə, müstəqil ekspertlərlə,
müstəqil auditorlarla və sığorta sahəsində
yardımçı fəaliyyət göstərən
hüquqi şəxslərlə bağlı tələblərinin
pozulması
473.1. Aktuarilər (bu Məcəllənin 473.2-ci və
473.3-cü maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla), müstəqil
ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində
yardımçı fəaliyyət göstərən
hüquqi şəxslər tərəfindən sığorta
qanunvericiliyinin onların fəaliyyəti ilə bağlı
müəyyən edilmiş tələblərinin
pozulmasına görə -
iki yüz manat məbləğində
cərimə edilir.
473.2. Məsul aktuari tərəfindən
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan tələblərə
riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin
aktuari rəyinin sığortaçıya və Azərbaycan
Respublikasının Mərkəzi Banka vaxtında təqdim
edilməməsinə görə -
üç yüz manat məbləğində
cərimə edilir.
473.3. “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən
yazılı məlumatın Azərbaycan Respublikasının Mərkəzi
Banka verilməməsinə
görə -[454]
beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 474. Sığorta
qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların
vaxtında və tam yerinə yetirilməməsi
Sığorta qanunvericiliyinə
uyğun olaraq verilmiş təqdimatların vaxtında və
(və ya) tam yerinə yetirilməməsinə görə -
vəzifəli
şəxslər altı yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
Maddə 475. Sığortaçılar, təkrarsığortaçılar
və hüquqi şəxs olan sığorta vasitəçiləri
tərəfindən müvafiq məlumatların
verilməməsi
Sığortaçılar, təkrarsığortaçılar
və hüquqi şəxs olan sığorta vasitəçiləri
tərəfindən onların fəaliyyətləri, o
cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları
və ya iştirakçıları ilə bağlı
sığorta qanunvericiliyi ilə müəyyən edilmiş
hallarda və qaydada məlumat verilməməsinə görə
-
vəzifəli
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, hüquqi şəxslər min manatdan
min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 476. Azərbaycan
Respublikasının ərazisində yerləşən və
ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak
mənafelərinin xaricdə sığorta və təkrarsığorta
etdirilməsi
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə yol verildiyi hallar istisna olmaqla,
Azərbaycan
Respublikasının ərazisində yerləşən və
ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak
mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən
xarici sığortaçılarda sığorta etdirilməsinə,
həmçinin belə risklərin “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tələbləri pozmaqla sığortaçılar, təkrarsığortaçılar
və sığorta brokerləri tərəfindən xaricdə
təkrarsığorta etdirilməsinə görə -
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli
manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 477. Dövlət sosial
sığorta sistemində fərdi uçot haqqında
qanunvericiliyin pozulması
Sığortaedənlər tərəfindən
“Dövlət sosial
sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə
müəyyən edilmiş müddətdə və qaydada
sığortaolunanlar haqqında məlumatların müvafiq
icra hakimiyyəti orqanına təqdim edilməməsinə
görə –
fiziki
şəxslər yüz manat məbləğində, vəzifəli
şəxslər üç yüz əlli manat məbləğində
cərimə edilir.
Maddə 477-1. İşsizlikdən
sığorta haqqında qanunvericiliyin pozulması[455]
477-1.1. Sığortaedən tərəfindən
işsizlikdən sığorta haqqında qanunvericiliyin
pozulmasına, yəni:
477-1.1.1. sığortaedən
kimi sığortaçıda qeydiyyata durmamasına;[456]
477-1.1.2. işçiləri
işsizlikdən sığorta etdirməməsinə;
477-1.1.3. “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə
və vaxtda sığorta haqqını
sığortaçıya ödəməməsinə;
477-1.1.4. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin
birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq
edildiyi gündən 5 gün müddətində həmin
işçinin peşəsi, ixtisası və əməkhaqqı
barədə sığortaçıya rəsmi məlumat verməməsinə;
477-1.1.5. sığorta
haqqının hesablanmasına və ödənilməsinə,
sığorta ödənişinin təyin edilməsinə əsas
olan məlumatları sığortaçıya (elektron və
ya kağız daşıyıcıda) təqdim etməməsinə;
477-1.1.6. Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş hallarda özünün yenidən təşkil
olunması və ya ləğv edilməsi barədə
sığortaçıya məlumat verməməsinə;
477-1.1.7. sığorta haqqının
hesablanmasını və uçotunu aparmamasına, hər
rüb üzrə rüb başa çatdıqdan sonra
növbəti ayın 20-dən gec olmayaraq bu barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş formada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) hesabat verməməsinə,
habelə sığorta ödənişi üçün əsas
olan sənədlərin və məlumatların qorunub
saxlanılmasını təmin etməməsinə görə [457]
-
fiziki şəxslər yüz
manat məbləğində, vəzifəli şəxslər
iki yüz manat məbləğində, hüquqi şəxslər
dörd yüz manat məbləğində cərimə
edilir.
477-1.2. Sığortaolunan tərəfindən
sığorta ödənişinin miqdarının dəyişməsinə
və ya dayandırılmasına səbəb olan
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
hallar barədə 10 gündən gec olmayaraq
sığortaçıya məlumat verilməməsinə
görə -
inzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli
miqdarında cərimə edilir.
Maddə 477-2. Dövlət icbari şəxsi sığorta
haqqında qanunvericiliyin pozulması
477-2.1. Sığortalı tərəfindən dövlət
icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına,
yəni:
477-2.1.1. üzrlü səbəblər olmadan sığortaolunanı
dövlət icbari şəxsi sığorta etdirməməsinə
və qanunla müəyyən edilmiş qaydada və müddətdə
dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya
ödəməməsinə;
477-2.1.2. hər rüb üzrə rüb başa çatdıqdan
sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş
sığorta haqları və sığortaolunanlar barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada
və formada sığortaçıya hesabat verilməməsinə
görə -
vəzifəli şəxslər iki yüz manat məbləğində
cərimə edilir.
477-2.2. Sığortaçı tərəfindən sığorta
ödənişi almaq hüququ olan şəxsə üzrlü
səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada
və müddətdə sığorta ödənişinin verilməməsinə
görə -
vəzifəli şəxslər yüz manat məbləğində
cərimə edilir.[458]
Maddə 478. Azərbaycan Respublikası Mərkəzi
Bankının qanuna uyğun olaraq tələb
etdiyi məlumatların banklar tərəfindən təqdim
olunmaması[459]
Azərbaycan Respublikası Mərkəzi
Bankının qanuna uyğun olaraq tələb
etdiyi məlumatların banklar tərəfindən vaxtında və
ya tam təqdim olunmamasına görə -
vəzifəli
şəxslər beş yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
Gömrük qaydaları əleyhinə
olan inzibati xətalar
Maddə 479. Malların və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən kənar keçirilməsi
Malların
və nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən kənar keçirilməsinə,
yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi
icraatının müəyyən edilmiş vaxtından kənar
vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda -
inzibati xətanın bilavasitə obyekti
olan mallar və nəqliyyat vasitələri müsadirə
edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin
dəyərinin qırx faizindən altmış faizinədək
məbləğdə cərimə edilir. [460]
Qeyd: Bu Məcəllənin
479 - 481, 482.1, 482.2 və
482-1-ci maddələrində “az miqdarda
olduqda” dedikdə, əlli min manatadək
olan məbləğ başa düşülür. [461]
Maddə 480. Malların və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən gizlədilməklə
keçirilməsi
Malların və nəqliyyat
vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən gömrük nəzarətindən
gizlədilməklə keçirilməsinə, yəni gizli
saxlanc yerlərindən və ya malların aşkar edilməsini
çətinləşdirən digər üsullardan istifadə
edilməklə, yaxud bir qəbildən olan malların digər
şəklə salınmaqla keçirilməsinə görə,
bu az miqdarda olduqda -
inzibati xətanın
bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri
müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin qırx faizindən
altmış faizinədək məbləğdə cərimə edilir. [462]
Maddə 481. Malların və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük sərhədindən
sənədlərdən və ya eyniləşdirmə vasitələrindən
aldatma yolu ilə istifadə etməklə keçirilməsi
Malların və nəqliyyat
vasitələrinin sənədlərdən və ya eyniləşdirmə
vasitələrindən aldatma yolu ilə istifadə etməklə
gömrük sərhədindən keçirilməsinə,
yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti
orqanına gömrük məqsədləri üçün
doğru olmayan məlumatları əks etdirən sənədlər,
etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat
vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə
vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə
vasitələrindən istifadə edilməsinə görə,
bu az miqdarda olduqda -
inzibati xətanın
bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri
müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin qırx faizindən
altmış faizinədək məbləğdə cərimə edilir.
Maddə 482. Malların və nəqliyyat vasitələrinin
bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi
482.1. Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilən malların və ya nəqliyyat vasitələrinin
bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -
inzibati xətanın
bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri
müsadirə edilir, yaxud həmin malların və nəqliyyat
vasitələrinin dəyərinin qırx faizindən
altmış faizinədək məbləğdə cərimə edilir.
482.2. Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilən malların və nəqliyyat vasitələrinin
düzgün bəyan edilməməsinə görə, yəni
gömrük bəyannaməsində, təkrar ixrac
bildirişində, qısa idxal (ixrac) bəyannaməsində,
sadələşdirilmiş bəyannamədə,
gömrük rəsmiləşdirilməsinə dair ərizədə
və gömrük orqanlarının Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə
uyğun olaraq tələb etdiyi digər sənədlərdə
və məlumatlarda Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən malları
və nəqliyyat vasitələrini gömrük ödənişlərindən,
habelə qanunvericiliklə müəyyənləşdirilmiş
qadağan və məhdudiyyətlərdən azad etməyə,
yaxud gömrük ödənişlərinin məbləğini
azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin
gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri,
mənşə ölkəsi barədə və ya digər
düzgün olmayan məlumatların göstərilməsinə
görə, bu az miqdarda olduqda -
inzibati xətanın
bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin
dəyərinin otuz faizindən altmış
faizinədək məbləğdə cərimə
edilir.
482.3. Mallar və nəqliyyat
vasitələri Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilərkən onların tələb
olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi
ilə əlaqədar gömrük ödənişlərinin
(borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının
qəbul edilməsinə təsir etməyən düzgün
olmayan məlumatların verilməsinə görə -
fiziki şəxslər
üç yüz manat məbləğində, vəzifəli
şəxslər altı yüz manat məbləğində,
hüquqi şəxslər min manat məbləğində cərimə
edilir.
Maddə 482-1. Azərbaycan Respublikasından xarici
ölkəyə və ya xarici ölkədən Azərbaycan
Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti
ilə məşğul olma
Bu Məcəllənin 479 – 482-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətanın əlamətləri
olmadan, əvəzləşdirmə və digər
qarşılıqlı hesablaşma üsulları ilə pul
vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından
xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan
Respublikasına köçürülməsi fəaliyyəti
ilə məşğul olma, bu əməllər az miqdarda
törədildikdə -
inzibati
xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin
qırx faizindən altmış faizinədək məbləğdə
cərimə edilir.[463]
Maddə 483. Xarici valyuta vəsaitlərinin xaricdən
qaytarılmaması KMQ8
Xarici iqtisadi fəaliyyətin
həyata keçirilməsi nəticəsində əldə
edilmiş və Azərbaycan Respublikasının müvəkkil
olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az
miqdarda xarici valyuta vəsaitlərinin xaricdən
qaytarılmamasına görə -
inzibati xətanın
bilavasitə obyekti olan xarici
valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə
edilir.
Qeyd: Bu Məcəllənin
483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək
olan məbləğ başa düşülür.KMQ11
Maddə 484. Gömrük nəzarəti
zonası rejiminin pozulması
Müvafiq
icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük
nəzarəti zonasının sərhədlərindən
keçməyə və ya onun hüdudlarında hərəkət
etməyə, istehsal və digər kommersiya fəaliyyəti
ilə məşğul olmağa, yaxud gömrük nəzarəti
zonası rejimini başqa şəkildə pozmağa görə
-
fiziki şəxslər yüz manat məbləğində,
vəzifəli şəxslər iki yüz əlli manat məbləğində,
hüquqi şəxslər beş
yüz manat məbləğində cərimə edilir.
Maddə 485. Mallar və nəqliyyat vasitələri
gətirilərkən və ya aparılarkən müvafiq icra
hakimiyyəti orqanına məlumatın verilməməsi və
ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən
qısa idxal bəyannaməsinin verilməməsi[464]
485.1. Azərbaycan
Respublikasının Gömrük Məcəlləsi ilə
müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilərkən
Azərbaycan Respublikasının gömrük sərhədindən
keçmə barədə və ya gömrük ərazisindən
aparılarkən malların və nəqliyyat vasitələrinin
aparılması barədə müvafiq icra hakimiyyəti
orqanına məlumatların verilməməsinə və ya təhrif
olunmuş məlumatın verilməsinə, yaxud malların və
nəqliyyat vasitələrinin məlumatda göstərilən
yerə müəyyən edilmiş vaxtda
çatdırılmamasına görə -
fiziki şəxslər iyirmi manatdan əlli manatadək
məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək
məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş
yüz manatadək məbləğdə cərimə
edilir.
485.2. Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi ilə müəyyən
edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar
gömrük ərazisinə gətirilməzdən əvvəl
elektron formada verilməməsinə görə -[465]
vəzifəli
şəxslər min manat məbləğində, hüquqi
şəxslər min beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 486. Fors-major hallarda və ya qəza zamanı müvafiq tədbirin görülməməsi
Fors-major hallarda və ya qəza zamanı
gömrük qanunvericiliyi ilə
müəyyən edilmiş öhdəliklərin yerinə
yetirilməməsinə, müvafiq icra hakimiyyəti
orqanına təxirə salınmadan hadisə barədə məlumat
verilməməsinə görə -
inzibati xətanın
bilavasitə obyekti olan malların və ya nəqliyyat vasitələrinin
dəyərinin beş faizindən on faizinədək məbləğdə cərimə edilir.
Maddə 487. Malların, nəqliyyat vasitələrinin
və ya onlara aid olan sənədlərin müvafiq icra hakimiyyəti
orqanına çatdırılmaması və ya müəyyən
edilmiş marşrut və müddətlər pozulmaqla
çatdırılması
487.1. Gömrük nəzarəti
altında olan malların, nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanına müəyyən
edilmiş müddətlər pozulmaqla
çatdırılmasına görə, yəni:
487.1.1. on beş
günədək müddətə gecikdirilərək
çatdırılmasına görə -
fiziki şəxslər
əlli manat məbləğində, vəzifəli
şəxslər yüz əlli manat məbləğində, hüquqi
şəxslər üç yüz manat məbləğində cərimə
edilir;
487.1.2. on beş
gündən bir ayadək müddətə gecikdirilərək
çatdırılmasına görə -
fiziki şəxslər
yüz manat məbləğində, vəzifəli
şəxslər iki yüz əlli manat məbləğində, hüquqi
şəxslər beş yüz manat məbləğində cərimə
edilir;
487.1.3. bir aydan iki ayadək müddətə
gecikdirilərək çatdırılmasına görə -
fiziki
şəxslər iki yüz manat məbləğdə, vəzifəli
şəxslər üç yüz əlli manat məbləğdə,
hüquqi şəxslər altı yüz manat məbləğdə
cərimə edilir;
487.1.4. iki aydan altı ayadək gecikdirilərək
çatdırılmasına görə -
fiziki şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər
altı yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, hüquqi
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə
edilir;
487.1.5. altı aydan artıq müddətə gecikdirilərək
çatdırılmasına görə -
fiziki şəxslər
yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər
min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə
edilir.
487.2. Gömrük nəzarəti
altında olan mallara və nəqliyyat vasitələrinə
aid müvafiq icra hakimiyyəti orqanına verilmək
üçün qəbul edilmiş gömrük sənədlərinin
və ya digər sənədlərin itirilməsinə və
ya çatdırılmamasına görə -
fiziki şəxslər
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər
dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
487.3. Malların və nəqliyyat vasitələrinin
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş marşrutdan kənara
çıxmaqla daşınmasına görə -
fiziki
şəxslər əlli manat məbləğində, vəzifəli
şəxslər yüz manat məbləğində,
hüquqi şəxslər iki yüz manat məbləğində
cərimə edilir.
487.4. Gömrük nəzarəti
altında olan malların və nəqliyyat vasitələrinin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud
itirilməsinə görə -
inzibati xətanın
bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin
dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Maddə 488. Azərbaycan Respublikasının
gömrük sərhədindən nəqliyyat vasitələrinin
keçirilməsi qaydasının pozulması
Mal qismində
keçirilən nəqliyyat vasitələri də daxil
olmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi yerdə saxlanılmamasına,
yaxud gömrük nəzarəti altında olan nəqliyyat
vasitəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi
olmadan dayandığı yerdən yola salınmasına
görə -
fiziki şəxslərə
xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli
manatadək məbləğdə cərimə edilir, vəzifəli
şəxslərə xəbərdarlıq edilir və ya onlar
yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər iki yüz əlli
manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 489. Gömrük nəzarəti
altında olan gəmiyə və digər üzən vasitələrə
yan alma
Gömrük
nəzarəti altında olan gəmiyə və digər
üzən vasitələrə müvafiq icra hakimiyyəti
orqanının icazəsi olmadan gəmilərin və digər
üzən vasitələrin yan almasına görə -
fiziki şəxslər əlli manatdan yüz manatadək
məbləğdə, vəzifəli şəxslər yetmiş beş manatdan yüz əlli
manatadək məbləğdə, hüquqi şəxslər
iki yüz əlli manatdan
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 490. Gömrük rəsmiləşdirilməsi
qaydasının pozulması
Gömrük
rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni
gömrük rəsmiləşdirilməsinin başlanması
və başa çatması, onun keçirilmə yeri,
vaxtı və üsulu barədə müəyyən
olunmuş tələblərə riayət edilməməsinə
və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş
qaydasının tətbiqi şərtlərinə əməl
edilməməsinə görə -
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar iyirmi
manatdan əlli manatadək məbləğdə cərimə
edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yetmiş
beş manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş
yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 491. Gömrük nəzarəti
altında olan, o cümlədən şərti
buraxılmış mallar və
ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar
aparılması
491.1. Bu Məcəllənin
491.2-ci və 491.3-cü maddələrində nəzərdə
tutulan hallar istisna olmaqla, gömrük nəzarəti
altında olan mallar və ya nəqliyyat vasitələri ilə
qanunvericiliklə müəyyən edilmiş şərtlər
və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar
aparılması, o cümlədən həmin şərtlər
və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi,
vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində
sərəncam verilməsinə görə -
inzibati xətanın
bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin
dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
491.2. Barəsində
gömrük ödənişləri üzrə güzəştlər
verilərək şərti buraxılmış mallardan və
nəqliyyat vasitələrindən müvafiq icra hakimiyyəti orqanının icazəsi
olmadan həmin güzəştlərin verilməsi
üçün nəzərdə tutulmayan digər məqsədlərlə
istifadə edilməsinə və ya onların üzərində
sərəncam verilməsinə görə -
gömrük güzəştlərinin
verilməsi ilə əlaqədar ödənilməmiş
gömrük ödənişlərinin məbləğinin
yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.
491.3. Müvafiq icra hakimiyyəti
orqanının icazəsi olmadan gömrük nəzarəti altında
olan malların yerlərinin dəyişdirilməsinə,
daşınmasına, yüklənməsinə,
boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə,
qablaşdırılmasına, qablaşdırma zədələrinin
düzəldilməsinə, yenidən
qablaşdırılmasına və ya daşınma
üçün qəbul edilməsinə, həmin mallardan
prob və nümunələr götürülməsinə,
göstərilən malların və nəqliyyat vasitələrinin
saxlandığı binaların və yerlərin
açılmasına görə -
fiziki şəxslər
əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki
yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 492. Gömrük təminatının
pozulması
492.1. Gömrük təminatının,
yəni mallara və ya nəqliyyat vasitələrinə
müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi
plomb, möhür və digər eyniləşdirmə vasitələrinin
həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə,
qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə
və ya itirilməsinə görə -
fiziki şəxslər
dörd yüz manat məbləğində, vəzifəli
şəxslər altı yüz manat məbləğində, hüquqi
şəxslər min manat məbləğində cərimə
edilir.
492.2. Gömrük təminatı
altında olan yük yerlərinin konstruktiv
bütövlüyünün qəsdən pozulmasına
görə -
fiziki şəxslər
dörd yüz manat məbləğində, vəzifəli
şəxslər altı yüz manat məbləğində, hüquqi
şəxslər min manat məbləğində cərimə
edilir.
Maddə 493. Gömrük bəyannaməsinin və
müvafiq sənədlərin təqdim edilməsi müddətinin
pozulması
Gömrük bəyannaməsinin
və onunla birgə təqdim
edilməli olan sənədlərin Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində müəyyən
edilmiş müddətdə müvafiq icra hakimiyyəti
orqanına təqdim
edilməməsinə görə -
fiziki şəxslər
əlli manat məbləğində, vəzifəli
şəxslər yüz əlli manat məbləğində, hüquqi
şəxslər üç yüz manat məbləğində cərimə
edilir.
Maddə 494. Müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsinin gömrük nəzarəti
və baxışının keçirilməsi
üçün əraziyə və binalara daxil olmasına
maneçilik törədilməsi
Müvafiq
icra hakimiyyəti orqanının vəzifəli şəxsinin
gömrük nəzarətindən keçirilməli olan
mallar və nəqliyyat vasitələrinin, həmçinin
gömrük nəzarətinin həyata keçirilməsi
üçün tələb olunan sənədlərin
olduğu, yaxud olması ehtimal olunan ərazilərə və
tikililərə, müvəqqəti saxlanc və gömrük
anbarlarına, sərbəst zonalarda yerləşən ərazilərə
və tikililərə, həmçinin icrasına nəzarət
gömrük orqanına həvalə edilmiş fəaliyyətin
həyata keçirildiyi digər yerlərə qanunla müəyyən
edilmiş qaydada daxil olmasına və baxış keçirməsinə
sahibkar olmayan subyekt tərəfindən maneçilik
törədilməsinə görə[466]
-
fiziki şəxslər
yüz əlli manat məbləğində, vəzifəli
şəxslər üç yüz əlli manat məbləğində cərimə
edilir.
Maddə 495. Müvafiq icra hakimiyyəti
orqanına mallarla bağlı hesabatın təqdim edilməməsi
və ya onların uçotunun aparılması
qaydalarının pozulması
Gömrük nəzarəti
altında olan, yaxud sərbəst zonaların ərazilərinə,
müvəqqəti saxlanc və gömrük anbarlarına gətirilən,
aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və
satılan mallar barədə gömrük qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada və müddətlərdə
müvafiq icra hakimiyyəti orqanına hesabat verilməməsinə,
yanlış hesabat verilməsinə və ya həmin
malların uçotunun aparılması qaydasının
pozulmasına görə -
xəbərdarlıq
edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək
məbləğdə cərimə edilir.
Maddə 496. Malların saxlanca qoyulması və
saxlanc qaydalarının pozulması
496.1. Malların saxlanca
qoyulması və saxlanc qaydalarının (müddətlərinin)
pozulmasına, o cümlədən gömrük və müvəqqəti
saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların
aparılmasının müəyyən olunmuş tələblərinə
və şərtlərinə riayət edilməməsinə
görə -
fiziki şəxslər
əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz əlli
manatadək məbləğdə, hüquqi şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
496.2. Gömrük anbarı xüsusi gömrük
prosedurunda yerləşdirilmiş və son saxlanc müddətini
keçmiş malların və nəqliyyat vasitələrinin
xüsusi gömrük proseduruna müvafiq olaraq
buraxılmasının və ya sərəncama
götürülməsinin təmin edilməsi üzrə tədbirlərin
görülməməsinə görə -
inzibati xətanın
bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri
müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən
yüz faizinədək məbləğdə cərimə
edilir.
Maddə 497. Malların emal edilməsi
qaydasının pozulması
Malların
emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi,
onların emal edilməsi qaydası və müddətləri,
emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının
digər mallarla əvəz edilməsi, dəyişdirilməsi,
bu cür malların emal edilməsi üzrə əməliyyatlar
aparılması üçün müəyyən olunmuş
tələblərə, məhdudiyyətlərə və
şərtlərə əməl olunmamasına görə -
inzibati xətanın bilavasitə obyekti
olan malların dəyərinin otuz faizindən səksən
faizinədək məbləğdə cərimə edilir.
Maddə 498. Sərbəst zonada tikinti işlərinin,
kommersiya və ya digər fəaliyyət növlərinin həyata
keçirilməsi qaydasının pozulması
Sərbəst zonada
(gömrük ərazisinin, gətirilən
mallara gömrük rüsumlarının və vergilərin,
habelə ticarət siyasəti tədbirlərinin tətbiq
olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya
digər fəaliyyət növlərinin həyata keçirilməsi
qaydasının pozulmasına görə -
fiziki şəxslər əlli manatdan yüz manatadək
məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli
manatadək məbləğdə, hüquqi şəxslər
üç yüz manatdan
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 499. Malların və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük ərazisindən
kənara aparılmaması, yaxud həmin əraziyə
qaytarılmaması
499.1. Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara
aparılması və ya bu əraziyə qaytarılması məcburi
olan, əvvəllər müvəqqəti gətirilmiş və
ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin
müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara
aparılmasına və ya bu əraziyə qaytarılmasına
görə, yəni:
499.1.1. on beş günədək
müddətə gecikdirilməklə Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara
aparılmasına və ya qaytarılmasına görə -
fiziki şəxslər
yüz əlli manat məbləğində, vəzifəli
şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər altı yüz manat məbləğində
cərimə edilir;
499.1.2. on beş
gündən bir ayadək müddətə gecikdirilməklə
Azərbaycan Respublikasının gömrük ərazisindən
kənara aparılmasına və ya bu əraziyə
qaytarılmasına görə -
fiziki şəxslər
üç yüz manat məbləğində, vəzifəli
şəxslər altı yüz manat məbləğində,
hüquqi şəxslər min iki yüz manat məbləğində
cərimə edilir;
499.1.3. bir aydan
üç ayadək müddətə gecikdirilməklə Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara
aparılmasına və ya bu əraziyə qaytarılmasına
görə -
fiziki şəxslər
beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər səkkiz yüz manatdan min iki
yüz manatadək məbləğdə, hüquqi şəxslər
iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir;
499.1.4. üç aydan bir ilədək
müddətə gecikdirilməklə Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara
aparılmasına və ya bu əraziyə qaytarılmasına
görə -
inzibati
xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat
vasitələrinin dəyərinin iyirmi faizindən əlli
faizinədək məbləğdə
cərimə edilir;
499.1.5. bir ildən artıq müddətə
gecikdirilməklə Azərbaycan Respublikasının
gömrük ərazisindən kənara aparılmasına və
ya bu əraziyə qaytarılmasına görə -
inzibati
xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat
vasitələrinin dəyərinin əlli faizindən
yetmiş faizinədək məbləğdə cərimə edilir.
499.2. Aparılması və ya
qaytarılması məcburi olan əvvəllər gətirilmiş
və ya aparılmış mallar və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük ərazisindən
kənara aparılmamasına və ya bu əraziyə
qaytarılmamasına görə -
inzibati xətanın bilavasitə obyekti
olan mallar və ya nəqliyyat vasitələri müsadirə
edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat
vasitələrinin dəyərinin yetmiş faizindən yüz
faizinədək məbləğdə cərimə edilir, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin
yetmiş faizindən yüz faizinədək məbləğdə
cərimə edilir və ya Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada
çıxarılır.[467]
Maddə 500. Azərbaycan
Respublikasının gömrük ərazisinə müvəqqəti
gətirilmiş nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatların
aparılması
Azərbaycan
Respublikasının gömrük ərazisinə müvəqqəti
gətirilmiş nəqliyyat vasitələrinin gömrük ərazisinə
müvəqqəti gətirilməsinin məqsədlərinə
uyğun olmayan ölkədaxili sərnişin və ya yük
daşımalarında digər şəxslər tərəfindən
istismar olunmasına görə -
yüz əlli manat
məbləğində cərimə edilir.
Maddə 501. Malların məhvi qaydasının
pozulması
Malların məhvi
qaydasının pozulmasına, yəni malların məhvi və
ya onların məhvi nəticəsində yaranmış
tullantıların və qalıqların müvafiq
gömrük proseduru altında yerləşdirilməsi və
ya zərərsizləşdirilməsi üçün
qanunvericiliklə müəyyən olunmuş tələblərə
və şərtlərə əməl edilməməsinə
görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək
məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli
manatadək məbləğdə, hüquqi şəxslər
üç yüz manatdan
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 502. Mallar və ya nəqliyyat vasitələri
Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilərkən ticarət siyasəti tədbirlərinin
və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl
edilməməsi
Barəsində
qanunvericiliklə müəyyən edilən ticarət siyasəti
tədbirləri və digər məhdudiyyətlər
tətbiq edilən malların və ya nəqliyyat vasitələrinin,
həmin tədbirlərin və məhdudiyyətlərin
müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilməsinə görə -
inzibati xətanın bilavasitə obyekti
olan mallar və nəqliyyat vasitələri müsadirə
edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin
dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Maddə 503. Malların Azərbaycan
Respublikasının gömrük sərhədindən istehsal
və ya kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallar kimi keçirilməsi
İstehsal və ya
digər kommersiya fəaliyyəti üçün nəzərdə
tutulan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan mallar kimi
keçirilməsinə görə -
inzibati xətanın bilavasitə obyekti
olan mallar və nəqliyyat vasitələri müsadirə
edilir, yaxud onların dəyərinin otuz faizindən yüz
faizinədək məbləğdə cərimə edilir.
Maddə 504. Azərbaycan Respublikasının
gömrük ərazisinə gömrük qaydaları pozulmaqla
gətirilmiş malların və ya nəqliyyat vasitələrinin
digər şəxslər tərəfindən əldə
edilməsi, daşınması, saxlanması, onlardan istifadə
edilməsi və onlar üzərində sərəncam verilməsi
Malların və ya
nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının gömrük ərazisinə gömrük
qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin
malların digər şəxslər tərəfindən əldə
edilməsinə, daşınmasına, saxlanmasına, onlardan
istifadə edilməsinə və ya onlar üzərində sərəncam
verilməsinə görə -
inzibati xətanın bilavasitə obyekti
olan mallar və nəqliyyat vasitələri müsadirə
edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin
dəyərinin qırx faizindən səksən faizinədək
məbləğdə cərimə edilir.
Maddə 505. Gömrük ödənişlərinin
(borcunun) ödənilməsindən yayınma
Gömrük
ödənişlərini (borcunu) ödəməkdən
yayınmağa görə, bu az miqdarda olduqda -
ödənilməli
olan gömrük ödənişlərinin məbləğinin
yetmiş faizindən yüz əlli faizinədək məbləğdə
cərimə edilir.
Qeyd:
1. Bu maddədə
“az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan
məbləğ başa düşülür.[468]
2. Bu maddədə nəzərdə
tutulmuş əməli ilk dəfə törətmiş şəxs
inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə
ödədikdə inzibati məsuliyyətdən azad olunur.[469]
Maddə 506. Banklar və ya digər
kredit təşkilatları tərəfindən müvafiq icra
hakimiyyəti orqanının qərarlarının icra edilməməsi
Banklar
və ya digər kredit təşkilatları tərəfindən
gömrük ödənişlərinin mübahisəsiz
qaydada tutulması, gömrük ödənişlərinin
ödəyicisinin hesabları üzrə əməliyyatların
dayandırılması haqqında müvafiq icra hakimiyyəti
orqanının vəsatətlərinin icra edilməməsinə
və ya həmin vəsatətlərin icrasının əsassız
olaraq gecikdirilməsinə görə -
ödənilməmiş gömrük
ödənişlərinin məbləğinin otuz faizindən
yüz faizinədək məbləğdə cərimə
edilir.
Maddə 507. İdxal olunması
üçün lisenziya tələb olunan malların belə
lisenziya olmadan idxalı
İdxal olunması
üçün lisenziya tələb olunan malların belə
lisenziya olmadan idxalına görə -
inzibati xətanın
bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin
malların və nəqliyyat vasitələrinin dəyərinin
qırx faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Maddə 508. Aksiz markası ilə
markalanmalı olan malların belə marka olmadan və məcburi nişanlama ilə
nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsi [470]
Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan
və ya məcburi nişanlama ilə
nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə
görə-[471]
aksiz markası və
ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə
fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək
məbləğdə, vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir. [472]
Qeyd: Bu maddədə
“az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ
başa düşülür.
Maddə 509. Gömrük brokeri (gömrük təmsilçisi),
səlahiyyətli iqtisadi operator və ya gömrük
daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi,
yaxud bu cür fəaliyyət qaydalarının və şərtlərinin
pozulması
509.1.
Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri
pozulmaqla gömrük
brokeri (gömrük təmsilçisi), səlahiyyətli
iqtisadi operator və ya gömrük
daşıyıcısı
kimi qanunsuz fəaliyyət göstərilməsinə
görə -
beş yüz
manatdan min manatadək məbləğdə
cərimə edilir.
509.2.
Gömrük
brokerinin (gömrük təmsilçisinin), səlahiyyətli
iqtisadi operatorun və ya gömrük daşıyıcısının qanunla mühafizə edilən
sirlərdən və ya məlumatlardan öz məqsədləri
üçün istifadə etmələrinə və ya
qanunla nəzərdə tutulan hallar istisna olmaqla,
üçüncü şəxslərə bu cür məlumatlar
verməsinə, yaxud gömrük brokeri (təmsilçisi)
kimi fəaliyyət göstərilməsinin gömrük
qanunvericiliyi ilə müəyyən edilmiş digər
qaydalarının və şərtlərinin pozulmasına
görə -
vəzifəli şəxslər
üç yüz manatdan
beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
İctimai qayda, ictimai təhlükəsizlik
və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar
Maddə 510. Xırda xuliqanlıq
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər
üzərində zor tətbiq olunması ilə və ya belə
zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin
əmlakının məhv edilməsi və ya zədələnməsi
ilə müşayiət edilməyən hərəkətlərə
görə -
əlli
manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin
hallarına görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi
kifayət sayılmadıqda, on beş günədək
müddətə inzibati həbs tətbiq olunur.
Maddə 511. Avtoxuliqanlıq[473]
511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat
vasitəsinin sürücüsü tərəfindən ictimai
qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə
pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə
edən, yol hərəkəti qaydalarının davamlı olaraq
pozulması ilə müşayiət olunan aşağıdakı
qərəzli hərəkətlərə:
511.1.1. aşkar surətdə iki və ya
daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə
sürət yarışının həyata keçirilməsinə;
511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir
və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla
idarə edilməsinə;
511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən
sürətləndirməklə davamlı olaraq təkərlərin
yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına
və ya yolun səthində çoxsaylı təkər izlərinin
buraxılmasına görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ bir il müddətinə məhdudlaşdırılmaqla
beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə
cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək
hüququ bir il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla, on beş gündən bir ayadək
müddətə inzibati həbs tətbiq olunur.
511.2. Bu Məcəllənin 511.1-ci maddəsində
nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törədilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla,
yeddi yüz əlli manatdan min manatadək məbləğdə
cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla
işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur.
511.3. Bu Məcəllənin 511.1-ci maddəsində
nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən
edilmiş hərəkət sürəti həddini 60 km/saatdan
artıq aşmaqla törədilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla,
iki min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ
iki il müddətinə məhdudlaşdırılmaqla işin
hallarına görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə
inzibati həbs tətbiq olunur.
Qeyd: Yol-nəqliyyat hadisəsinin qarşısını
almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt
tormozlamaq nəticəsində sürtünmə səslərinin
çıxarılması və ya təkər izlərinin buraxılması
hallarına bu Məcəllənin 511.1.3-cü maddəsinin qüvvəsi
şamil edilmir.
Maddə 512. Yetkinlik yaşına
çatmayanların xırda xuliqanlığına görə
valideynlərinin və ya onları əvəz edən şəxslərin
məsuliyyəti
On dörd yaşından on altı yaşınadək
olan yetkinlik yaşına çatmayanların törətdikləri
xırda xuliqanlığa görə -
valideynlər və ya digər
qanuni nümayəndələr altmış manatdan
yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 513. Toplantıların təşkili
və keçirilməsi qaydasının pozulması
513.1. Yığıncaqların,
mitinqlərin, nümayişlərin, küçə
yürüşlərinin və piketlərin təşkilinin və
keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydasının toplantının təşkilatçısı
tərəfindən pozulmasına görə -
fiziki
şəxslər min beş yüz manatdan üç min
manatadək məbləğdə cərimə edilir, yaxud
işin hallarına görə, xətanı törədənin
şəxsiyyəti nəzərə alınmaqla, iki yüz
saatdan iki yüz qırx saatadək ictimai işlər və ya
iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli
şəxslər üç min manatdan altı min manatadək
məbləğdə, hüquqi şəxslər on beş
min manatdan otuz min manatadək məbləğdə cərimə
edilir.
513.2. “Sərbəst toplaşmaq
azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada təşkil edilməyən
yığıncaq, mitinq, nümayiş, küçə
yürüşü və ya piketdə iştirak etməyə
görə -
üç
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir, yaxud işin hallarına görə, xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, yüz altmış saatdan iki yüz saatadək
ictimai işlər və ya iki ayadək müddətə
inzibati həbs tətbiq olunur.
Qeyd: Bu Məcəllənin
513.1 və 513.2-ci maddələrində nəzərdə
tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri
olduqda, həmin əməllər Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddələrinə
əsasən cinayət məsuliyyətinə səbəb
olur.
Maddə 514. Kütləvi idman tədbirlərinin
və idman yarışlarının keçirilməsinə
mane olma
514.0.
Kütləvi idman tədbirlərinin və idman
yarışlarının keçirilməsinə mane
olmağa, yəni:
514.0.1.
bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə
və tamaşaçılar üçün nəzərdə
tutulmuş yerlərə “Bədən tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikasının Qanununa
görə daxil olmasına yol verilməyən şəxslərin
buraxılmasına;
514.0.2.
bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində
və tamaşaçılar üçün nəzərdə
tutulmuş yerlərdə “Bədən tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin
edilməsinə görə -
fiziki
şəxslər beş yüz manat məbləğində,
vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər
beş min manat məbləğində cərimə edilir.
Maddə 515. Dini qurumların
yaradılması və fəaliyyət qaydasının
pozulması
515.0. Dini qurumların yaradılması və fəaliyyət
qaydasının pozulmasına, yəni:
515.0.1. dini qurumların müvafiq icra hakimiyyəti
orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun
qaçırmasına;
515.0.2. dini yığıncaqlar, yürüşlər
və digər dini mərasimlərin təşkilinin və
keçirilməsinin qanunla müəyyən edilmiş
qaydalarının pozulmasına;
515.0.3. ruhanilər və dini qurumların üzvləri
tərəfindən uşaqlar və gənclər
üçün xüsusi yığıncaqların
keçirilməsinə, habelə dini ayinlərin icrası ilə
əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri
və qrupları, digər dərnəklərin və
qrupların təşkilinə;
515.0.4. dini qurumun (dini mərkəz (idarə)
istisna olmaqla) qeydiyyatdan
keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət
göstərməsinə; [474]
515.0.5. dini qurumun
öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti
həyata keçirməsinə görə -
fiziki
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
vəzifəli şəxslər yeddi min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
Maddə 516. Dini etiqad
azadlığı haqqında qanunvericiliyin pozulması
516.0. Dini etiqad azadlığı
haqqında qanunvericiliyin pozulmasına, yəni:
516.0.1. müvafiq
icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların
təhsil almaq üçün xarici ölkələrin dini tədris
müəssisələrinə göndərilməsinə,
dini tədris müəssisələri tələbələrinin
və müəllimlərinin, habelə din xadimlərinin və
mütəxəssislərinin mübadiləsinə;[475]
516.0.2. “Dini etiqad azadlığı
haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada satışına razılıq verilmiş
dini təyinatlı ədəbiyyatın (kağız və ya
elektron daşıyıcılarda), audio və ya video
materialların, mal və məmulatların, yaxud dini məzmunlu
başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə yaradılan
ixtisaslaşdırılmış satış məntəqələrindən
kənarda satılmasına görə -
inzibati xətanın
bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri,
mal və məmulatlar və materiallar müsadirə edilməklə,
vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, vəzifəli şəxslər səkkiz
min manatdan doqquz min manatadək məbləğdə,
hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
iki min manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilməklə Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada
çıxarılır.
Maddə 516-1. Qəbiristanlıqların idarə
olunması qaydaları haqqında qanunvericiliyin pozulması[476]
516-1.1. Dəfn barədə məlumatın
dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə
və ya vaxtında yerləşdirilməməsinə görə
-
vəzifəli şəxslər yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
516-1.2. Qəbiristanlıqların
qorunması tələblərinin, habelə dəfnlərin təşkili
zamanı sanitariya-gigiyena normalarının pozulmasına
görə -
fiziki şəxslər iyirmi manatdan əlli
manatadək məbləğdə, vəzifəli şəxslər
beş yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
516-1.3. Qəbir yerlərinin rezervasiyası
tələblərinin pozulması, dəfnə icazə verilməyən
ərazilərdə dəfnlərin həyata keçirilməsinə
görə -
beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
Maddə 517. Fövqəladə vəziyyət
rejiminin tələblərinin pozulması
517.0. Fövqəladə vəziyyət rejiminin tələblərinin
pozulmasına, yəni:
517.0.1. fövqəladə vəziyyət rejimi tətbiq
edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin və
bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının
pozulmasına;
517.0.2. yığıncaqlar, mitinqlər, küçə
yürüşləri, piketlər,
nümayişlər və ya digər kütləvi tədbirlər
keçirilməsinin, müəssisə
və təşkilatların fəaliyyətinin tətil və
ya başqa üsullarla dayandırılmasının
qadağan edilməsinin pozulmasına;
517.0.3. nəqliyyat vasitələrinin hərəkətinin
məhdudlaşdırılmasının pozulmasına və
onların yoxlanmasına maneçilik törədilməsinə;
517.0.4. xüsusi verilmiş icazə vərəqələri
və şəxsiyyəti təsdiq edən sənədlər
olmadan qadağan saatı vaxtında küçələrdə
və başqa ictimai yerlərdə olmağın qadağan
edilməsinin pozulmasına;
517.0.5. media subyektlərinin azadlığının məhdudlaşdırılmasına,
səsucaldan texniki vasitələrin və surətçıxarma
aparatlarının müvəqqəti alınmasına
maneçilik törədilməsinə, jurnalistlərin akkreditə olunmasının xüsusi
qaydasının pozulmasına;[477]
517.0.6. sənədlərin yoxlanmasına, müstəsna
hallarda isə fiziki şəxslərdə silah olması barədə
məlumat olduqda, şəxsi yoxlama aparılmasına, şəxsi əşyaların, nəqliyyat
vasitələrinin və mənzillərinin
yoxlanmasına maneçilik törədilməsinə;
517.0.7. silah, zəhərləyici və ya
partlayıcı maddələr, döyüş sursatı, xüsusi vasitələr, narkotik vasitələr, psixotrop maddələr
və ya tərkibində güclü təsirə malik maddələr
olan dərman preparatları, etil spirti, spirtli içkilər və
tərkibində spirt olan məmulatların gəzdirilməsinin,
əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının
və ya qadağan edilməsinin pozulmasına;
517.0.8. fiziki şəxslərdən odlu və soyuq
silahın, döyüş sursatının, zəhərləyici
və partlayıcı maddələrin, müəssisələrdən,
idarələrdən və təşkilatlardan isə həmçinin
təlim hərbi texnikasının və radioaktiv maddələrin
müvəqqəti alınmasına maneçilik törədilməsinə;
517.0.9. karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və
bu kimi digər tədbirlərin, yaxud mülki müdafiə
tədbirlərinin pozulmasına;
517.0.10. təxirəsalınmaz
qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi
üçün əmək qabiliyyətli əhalinin səfərbər
olunması (əməyin mühafizəsi qaydalarına tam riayət
olunması şərtilə) və şəxslərin nəqliyyat
vasitələrinin cəlb edilməsinə
maneçilik törədilməsinə;
517.0.11. rabitədən istifadə üçün
qoyulmuş xüsusi qaydaların pozulmasına;
517.0.12. ayrı-ayrı
maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata
keçirilməsinə, o cümlədən malların, xidmətlərin
və maliyyə vəsaitlərinin yerdəyişməsinə
qoyulmuş məhdudiyyətlərin pozulmasına;
517.0.13. gündəlik
tələbat mallarının və ərzağın əldə
olunmasında, satışında və
bölüşdürülməsində müəyyən
edilmiş xüsusi rejimin pozulmasına görə -
fiziki şəxslər qırx manatdan səksən manatadək
məbləğdə cərimə edilir və ya işin
halları və pozuntu törədənin şəxsiyyəti
nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi
kifayət hesab edilmədikdə on beş günədək
müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 517-1. Dini ekstremizm əleyhinə aparılan
xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin
pozulması[478]
517-1.1. Dini ekstremizm əleyhinə
aparılan xüsusi əməliyyat zonasının hüquqi
rejiminin tələblərinin pozulmasına, yəni:
517-1.1.1. dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat
vasitələrinin və piyadaların hərəkətini
müvəqqəti məhdudlaşdıran və ya qadağan
edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən
sahələrinə və obyektlərə nəqliyyat vasitələrini
və piyadaları buraxmamağa maneçilik törətməyə;
517-1.1.2. fiziki şəxslərin şəxsiyyətini
təsdiq edən sənədlər olmadan, onların
günün müəyyən edilmiş vaxtında
küçələrdə və ya digər ictimai yerlərdə
olmasına;
517-1.1.3. dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparılma zonasına giriş və
ya bu zonadan çıxış zamanı fiziki şəxslərə,
onların əşyalarına, nəqliyyat vasitələrinə
və nəqliyyat vasitələrində olan əşyalara
texniki vasitələr tətbiq etməklə baxış
keçirməyə maneçilik törədilməsinə;
517-1.1.4. dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparılması məqsədi
ilə fiziki şəxslərin mənzilinə və digər
yaşayış yerlərinə, onların torpaq sahələrinə,
nəqliyyat vasitələrinə, habelə mülkiyyət
formasından asılı olmayaraq hüquqi şəxslərin
ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə
daxil olmağa maneçilik törədilməsinə;
517-1.1.5. dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparılması ilə əlaqədar
zərurət yarandıqda fiziki şəxslərin əməliyyatın
aparılma zonasından köçürülməsinə,
binaların, qurğuların və digər tikililərin
sökülməsinə maneçilik törədilməsinə;
517-1.1.6. dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparılma zonasında
sanitar-epidemioloji, baytarlıq və digər karantin tədbirlərinin
pozulmasına;
517-1.1.7. dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparılma zonasında tərkibində
narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin
dövriyyəsinin məhdudlaşdırılmasının
pozulmasına görə -
fiziki
şəxslər əlli manatdan səksən manatadək miqdarda
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə,
on beş günədək müddətə inzibati həbs tətbiq
olunur, vəzifəli şəxslər dörd yüz əlli
manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər
iki min manatdan üç min manatadək miqdarda cərimə
edilir.
Maddə 517-2. Hərbi vəziyyət
rejiminin tələblərinin pozulması[479]
517-2.1. Xüsusi icazə vərəqəsi
və (və ya) єəxsiyyəti təsdiq edən sənəd
olmadan komendant saatı vaxtında küçələrdə
və ya digər ictimai yerlərdə olmağa görə -
xəbərdarlıq edilir və
ya əlli manat məbləğində cərimə edilir.
517-2.2. Nəqliyyat vasitələrinin
hərəkətinə qoyulmuş məhdudiyyətin
pozulmasına görə -
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər yüz manatdan yüz əlli
manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
517-2.3. Rabitədən istifadə
üçün müəyyən edilmiє xüsusi
qaydaların pozulmasına görə -
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə,
vəzifəli şəxslər yüz manatdan iki yüz
manatadək məbləğdə, hüquqi şəxslər
min manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
517-2.4. Gündəlik tələbat
mallarının, o cümlədən ərzaq və sənaye
məhsullarının əldə olunmasına
(satışına) tətbiq edilmiş xüsusi qaydaların
pozulmasına görə -
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə,
vəzifəli şəxslər iki yüz manatdan üç
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
517-2.5. Karantin tələblərinin,
icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq
tədbirlərinin pozulmasına görə -
fiziki єəxslər əlli
manatdan doxsan manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
517-2.6. Hərbi vəziyyətin
elan olunduğu ərazidə (ərazilərdə) tətbiq
edilmiş xüsusi giriş-çıxış rejiminin,
habelə yaşayış və ya olduğu yeri seçmək
hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə
-
yüz manat məbləğində
cərimə edilir.
517-2.7. Єəxslərin
xüsusi icazə vərəqələrinin və єəxsiyyətini
təsdiq edən sənədlərinin yoxlanılmasına,
qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi
əşyalarına, mənzillərinə və nəqliyyat
vasitələrinə baxış keçirilməsinə
maneçilik törədilməsinə görə -
fiziki şəxslər yüz
manat məbləğində, vəzifəli şəxslər
iki yüz manat məbləğində cərimə edilir.
517-2.8. Hərbi vəziyyət
rejimini pozmaqda şübhə edilən mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq idarə,
müəssisə və təşkilatlara məxsus bina və
otaqların, nəqliyyat vasitələrinin yoxlanılmasına
maneçilik törədilməsinə görə -
fiziki єəxslər yüz manat
məbləğində, vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
517-2.9. Mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, idarə, müəssisə
və təşkilatların keçirildiyi xüsusi iş
rejiminə əməl olunmamasına görə -
vəzifəli şəxslər
üç yüz əlli manatdan beş yüz əlli manatadək
məbləğdə, hüquqi şəxslər iki min
beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
517-2.10. Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan
Respublikasından getməsi üçün tətbiq
edilmiş xüsusi qaydaların pozulmasına görə -
yüz əlli manatdan
üç yüz manatadək məbləğdə cərimə
edilir.
517-2.11. Müdafiə
ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi
ilə mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, idarə, müəssisə
və təşkilatların güc və əmək
ehtiyatlarının (resurslarının) səfərbər
olunmasına, səfərbərlik planlarına
(tapşırıqlarına) uyğun olaraq onların istehsalat
fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsinə
maneçilik törədilməsinə görə -
fiziki şəxslər iki
yüz manatdan üç yüz əlli manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on beş günədək müddətə
inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.
517-2.12. Mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, idarə, müəssisə
və təşkilatların fəaliyyətinin tətil və
ya digər üsullarla dayandırılmasının qadağan
edilməsi ilə bağlı tələbin pozulmasına
görə -
fiziki şəxslər iki
yüz manatdan üç yüz əlli manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on beş günədək müddətə
inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
517-2.13. Yığıncaqlar,
mitinqlər, küçə yürüşləri,
nümayişlər və piketlərin, habelə digər
kütləvi tədbirlərin keçirilməsi ilə
bağlı qoyulmuş qadağa və ya məhdudiyyətə
əməl olunmamasına görə-
fiziki şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla otuz günədək müddətə inzibati həbs
tətbiq olunur, vəzifəli şəxslər altı
yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə
edilir, hüquqi şəxslər dörd min manatdan altı min
manatadək məbləğdə cərimə edilir.
517-2.14. Silah, döyüş
sursatı, xüsusi vasitələr, zəhərli və ya
partlayıcı maddələrin satışı ilə
bağlı qoyulmuş məhdudiyyətə və ya
qadağaya, yaxud narkotik vasitələr, psixotrop maddələr
və onların prekursorları və ya tərkibində
güclü təsirə malik olan maddələr olan dərman
preparatlarının, spirtli içkilərin dövriyyəsi
üzrə müəyyən edilmiş xüsusi rejimə əməl
olunmamasına, habelə fiziki şəxslərdən odlu və
soyuq silahın, döyüş sursatının, zəhərləyici
və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən
isə həmçinin təlim hərbi texnikasının və
radioaktiv maddələrin müvəqqəti
götürülməsinə maneçilik törədilməsinə
görə -
fiziki şəxslər dörd
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq
olunur, vəzifəli şəxslər yeddi yüz manatdan min
manatadək məbləğdə, hüquqi şəxslər
dörd min beş yüz manatdan altı min beş yüz
manatadək məbləğdə cərimə edilir.
517-2.15. Hərbi vəziyyətin
elan olunduğu ərazidə (ərazilərdə) tətbiq
edilmiş media subyektlərinin
xüsusi fəaliyyət rejiminə əməl edilməməsinə
görə -
vəzifəli şəxslər
min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
517-2.16. Hərbi vəziyyət
dövründə stasionar və ya müvəqqəti
yaşayış yerlərində məskunlaşdırılması
şərtilə əhalinin, təsərrüfat və sosial
təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin
təhlükəsiz rayonlara təxliyə olunmasına
(köçürülməsinə) maneçilik törədilməsinə
görə -
fiziki şəxslər beş
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs
tətbiq olunur, vəzifəli şəxslər min manatdan min
beş yüz manatadək məbləğdə, hüquqi şəxslər
altı min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
Maddə 518. Yanğın təhlükəsizliyi
qaydalarının pozulması və ya yerinə yetirilməməsi
518.1. Mülkiyyət formasından asılı olmayaraq
müəssisə, idarə və təşkilatlarda, ictimai
yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər
yaşayış sahələrində, meşələrdə
və nəqliyyatda yanğın təhlükəsizliyi
standartlarının, normalarının və
qaydalarının tələblərinin pozulmasına və ya
yerinə yetirilməməsinə görə -
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar iyirmi
manatdan otuz manatadək məbləğdə cərimə
edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yüz
manatdan yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
518.2. Eyni hərəkətlərin yanğına
qarşı xüsusi rejim şəraitində törədilməsinə
görə-
fiziki şəxslər otuz manatdan əlli manatadək
məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz
manatadək məbləğdə, hüquqi şəxslər
beş yüz manatdan yeddi
yüz əlli manatadək məbləğdə cərimə
edilir.
518.3. İnşaat işlərinin aparılması məqsədi
ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi,
habelə ərazilərin, müəssisələrin,
binaların və qurğuların tikintisi, yenidən
qurulması, genişləndirilməsi, texniki cəhətdən
dəyişdirilməsi və ya onların istismara verilməsi
zamanı yanğına qarşı standartların,
normaların və qaydaların tələblərinin yerinə
yetirilməməsinə görə-
fiziki
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, vəzifəli şəxslər səkkiz
yüz manatdan min manatadək məbləğdə, hüquqi
şəxslər iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
Maddə 519. Yanğın təhlükəsizliyi
sahəsində məhsulun və xidmətlərin
sertifikatlaşdırılması, tədavülə
buraxılması, saxlanılması və onların işlədilməsi
qaydalarının pozulması
519.0. Yanğın təhlükəsizliyi sahəsində
məhsulun və xidmətlərin
sertifikatlaşdırılması, tədavülə
buraxılması, saxlanılması və onların işlədilməsi
qaydalarının pozulmasına, yəni:
519.0.1. sertifikatlaşdırılması məcburi
olan, lakin sertifikatlaşdırılmamış malların
buraxılmasına, satılmasına, işlərin yerinə
yetirilməsinə, xidmətlərin göstərilməsinə;
519.0.2. yanğın təhlükəsizliyinə dair
qüvvədə olan standartların tələblərinə
uyğun gəlməyən malların xaricdən gətirilməsinə
və ya satılmasına görə-
fiziki
şəxslər yüz əlli manatdan iki yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
Maddə 520. Yaşayış məntəqələrində
və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud
müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş
açma
Yaşayış məntəqələrində və
xüsusi olaraq ayrılmamış yerlərdə və ya
xüsusi olaraq ayrılmış yerlərdə müəyyən
edilmiş qaydanı pozmaqla odlu silahdan atəş
açmağa görə-
silah və döyüş
sursatı müsadirə edilməklə və ya edilməməklə
əlli manatdan yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 521. Məişət səs-küyünə
qarşı mübarizə qaydalarının pozulması
Mənzillərdə, yaşayış evlərinin
girişlərində və həyətlərində,
küçələrdə, istirahət yerlərində və
digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək
səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini
ucadan çalmağa, televizorları, radioqəbulediciləri,
maqnitofonları və digər aparatları gur səslə
oxutmağa, məişət səs-küyünə
qarşı mübarizə tələblərini başqa
üsulla pozmağa görə-
fiziki
şəxslər yüz əlli manatdan iki yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min
manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 522. Yetkinlik yaşına
çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsi
Yetkinlik yaşına çatmayanın yetkinlik
yaşına çatmış şəxs tərəfindən
sərxoşluq vəziyyətinə gətirilməsinə
görə-
altmış
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 523. Avaralıqla məşğul
olma
523.1. Avaralıqla məşğul
olmağa görə -
vətəndaşlar
xəbərdarlıq edilir və ya işin hallarına görə,
xətanı törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət
sayılmadıqda on günədək müddətə
inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər xəbərdarlıq edilir və ya
iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə
edilməklə və ya edilməməklə Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılır.
523.2. Yetkinlik yaşına
çatmayanın yetkinlik
yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə
görə -
əlli
manatdan doxsan manatadək məbləğdə cərimə
edilir və ya işin hallarına görə, xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət
sayılmadıqda beş gündən on beş günədək
müddətə inzibati həbs tətbiq edilir.
Qeyd: Bu maddədə
“avaralıqla məşğul olan” dedikdə - müəyyən
yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər
hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti
ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada işaxtaran və ya işsiz kimi
qeydiyyata alınmış şəxslər
istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya
dilənçilik yolu ilə dolanan şəxslər başa
düşülür.[480]
Maddə 524. Fahişəliklə məşğul
olma
Fahişəliklə məşğul olmağa görə
-
yüz
manat məbləğində cərimə
edilir.
Maddə 525. Qumar oyununda
iştirak etmə
Qumar oyununda iştirak etmə, yəni
qumar oynamağa görə -
oyun ləvazimatı,
habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər
əmlak, qazanılmış uduş,
mükafat və ya digər gəlir müsadirə edilməklə
üç min manat məbləğində cərimə
edilir. [481]
Qeyd: [482]
1. Bu maddədə “qumar oyunu” dedikdə,
pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində
oynanılan və uduşu qeyri-müəyyənlikdən və
ya təsadüfdən asılı olan oyun başa düşülür.
2. Qanunla müəyyən edilmiş
qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına
bu maddənin qüvvəsi şamil edilmir.
İdarəçilik qaydaları əleyhinə
olan inzibati xətalar
Maddə 526. Məhkəməyə
hörmətsizlik göstərilməsi
Məhkəmə iclası zamanı şahidin, zərər
çəkmiş şəxsin, iddiaçının,
cavabdehin və ya iş üzrə iştirak edən başqa
fiziki şəxslərin sədrlik edənin sərəncamına
tabe olmamasına görə-
əlli
manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 527. Məhkəmənin
xüsusi qərardadı (qərarı) və ya hakimin,
səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı üzrə tədbirlər görülməməsi
Məhkəmənin xüsusi qərardadına (qərarına)
və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən
baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını
aradan qaldırmaq üçün tədbirlər
görülməməsinə, yaxud xüsusi qərardada (qərara)
və ya təqdimata vaxtında cavab verilməməsinə
görə-
vəzifəli şəxslər
yeddi yüz manatdan min beş
yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 528. Məhkəmə və
digər orqanların qərarlarının icrası ilə əlaqədar
icra məmurunun tələblərinin yerinə yetirilməməsi
528.1. İcra sənədindəki tələbin
üzrsüz səbəbdən icra məmuru tərəfindən
müəyyən olunmuş müddətdə icra edilməməsinə
və ya icra məmurunun məhkəmə və ya başqa
dövlət orqanlarının qərarlarının icrası
ilə əlaqədar digər qanuni tələblərinin yerinə
yetirilməməsinə görə -[483]
fiziki
şəxslər beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir və ya işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq
olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki
min beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər üç min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində
nəzərdə tutulmuş xətanın inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərarın qanuni qüvvəyə
mindiyi gündən bir il ərzində eyni icra sənədinə
münasibətdə təkrar törədilməsinə
görə -
fiziki
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir və ya işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə
alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq
olunur, vəzifəli şəxslər iki min beş yüz
manatdan dörd min manatadək məbləğdə, hüquqi
şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə
cərimə edilir.[484]
528.2. İcra üçün təqdim
edilmiş icra sənədinin itirilməsinə, onun
vaxtında göndərilməməsinə və ya borclunun
iş yeri və ya yaşayış yeri, onun gəlirləri və
əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim
edilməsinə görə-
vəzifəli
şəxslər min iki yüz manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
528.3. Borclunun hesabına
(hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı
tərəfindən borclunun hesablarında tələbkarın
tələblərinin təmin edilməsi üçün yetərli
pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş
icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına
dair tələblərinin müəyyən edilmiş müddətdə
icra edilməməsinə görə-[485]
vəzifəli
şəxslər min beş yüz manatdan üç min
manatadək məbləğdə, hüquqi şəxslər
dörd min manatdan altı min manatadək məbləğdə
cərimə edilir.
Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş borclu
müvafiq icra sənədini həmin inzibati xəta
haqqında iş üzrə məhkəmə qərar qəbul
edənədək icra etdikdə inzibati məsuliyyətdən
azad olunur.[486]
Maddə 528-1. İctimai işlər növündə
cəzanın və ya inzibati tənbehin icrası ilə
bağlı vəzifələrin yerinə yetirilməməsi[487]
528-1.1. İctimai işlər
növündə cəzanın və ya inzibati tənbehin həyata
keçiriləcəyi yerlərinin siyahısını və
həmin işlərin həyata keçirilməsi
üçün zəruri olan şəxslərin sayı barədə
məlumatı vaxtında müvafiq icra hakimiyyəti
orqanına göndərilməməsinə, yaxud ictimai işlərin
həyata keçiriləcəyi yerlərlə bağlı
sorğulara vaxtında cavab verilməməsinə görə
-
vəzifəli şəxslər dörd
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
528-1.2. İctimai işlər
növündə cəzanın və ya inzibati tənbehin icra
edildiyi yerdə işəgötürən tərəfindən
şəxs üçün müəyyən edilmiş
işin yerinə yetirilməsinə nəzarət edilməməsinə,
yaxud işlədiyi saatların uçotunun
aparılmamasına və ya düzgün aparılmamasına,
şəxsin ictimai işlərin yerinə yetirilməli
olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə
və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə,
habelə ictimai işlərin yerinə yetirilməsindən
boyun qaçırma halları barədə icra məmuruna dərhal
məlumat verilməməsinə görə -
vəzifəli şəxslər altı
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
528-1.3. İcra məmuru tərəfindən
ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri
yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin
görüldüyü yerlərə baş çəkilməməsinə
görə -
vəzifəli
şəxslər üç yüz manatdan altı yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 529. İnzibati cərimə
və ictimai işlər növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərarın icra edilməməsi
529.1. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların və bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xətanın törədilməsinə
görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının
qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində
qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə
görə -[488]
yüz altmış
saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq
olunur.
529.1-1. Bu Məcəllənin 150.5.1-ci
maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərarın icrası ilə əlaqədar
tədbirlərin görülməməsinə görə -
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min
manatadək məbləğdə cərimə edilir.[489]
529.2. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların və bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xətanın törədilməsinə
görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
məhkəmə qərarının qanuni qüvvəyə
mindiyi gündən 25 gün müddətində qanunla müəyyən
edilmiş əsaslar olmadan icra edilməməsinə görə
-
yüz
altmış saatdan iki yüz qırx saatadək ictimai işlər,
işin hallarına görə və xətanı törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin
tətbiqi kifayət sayılmadıqda isə üç ayadək
müddətə inzibati həbs tətbiq olunur.
529.3. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu
Məcəllənin 353.2-ci maddəsində nəzərdə
tutulan inzibati xətanın törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə
mindiyi gündən 3 ay müddətində qanunla müəyyən
edilmiş əsaslar olmadan icra edilməməsinə görə
-
nəqliyyat
vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək
müddətə məhdudlaşdırılır.
529.4. İctimai işlər
növündə inzibati tənbehin çəkilməsindən
boyun qaçırmağa görə-
üç
ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu Məcəllənin
529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxs
müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə
ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində
nəzərdə tutulmuş inzibati xətanı törətmiş
şəxs isə müvafiq cəriməni, dəbbə
pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə
və onun orada saxlanılmasına görə haqqı inzibati
xəta haqqında iş üzrə məhkəmə qərar
qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən
azad olunur.
2. Bu Məcəllənin
529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən
boyun qaçırmaq” dedikdə, aşağıdakılar
başa düşülür:
2.1. üzrsüz səbəbdən
iki dəfədən çox ictimai işə
çıxmamaq;
2.2. həftədə iki dəfə
və daha çox ictimai işlər növündə inzibati
tənbehin icrası yerlərində əmək
intizamını pozmaq;
2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən
imtina etmək, onu zədələmək və ya digər
üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin
vasitənin işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz səbəbdən ona xidmət
etməmək;[490]
2.3. ictimai işlər
növündə inzibati tənbehi çəkməmək məqsədi
ilə gizlənmək.
Maddə 530. Bilə-bilə yalan
izahat və ya rəy vermə, yaxud yanlış tərcümə
etmə
İnzibati xətalar haqqında işlər üzrə
icraat zamanı şahidin, zərər çəkmiş şəxsin,
mütəxəssisin bilə-bilə yalan izahat verməsinə
və ya ekspertin bilə-bilə yalan rəy verməsinə,
yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə
etməsinə və ya məhkəmə
və digər orqanların qərarlarının icrası
üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə
görə-
iki yüz
əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə
olunur.
Maddə 531. İnzibati xətalar
haqqında işlər üzrə sənədi qəbul etməkdən
imtina və ya onu çatdırmama
531.1. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
yaşadığı yer üzrə yerli özünüidarə
orqanının, müvafiq icra hakimiyyəti orqanının,
yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli
şəxslərinin bu Məcəllədə nəzərdə
tutulmuş hallarda bildirişi və ya inzibati xətalar
haqqında işlər üzrə digər sənədləri
ünvan sahibinə çatdırmaq üçün qəbul
etməkdən imtina etməsinə görə-
yüz əlli
manatdan iki yüz əlli manatadək məbləğdə cərimə
edilir.
531.2. Bu Məcəllədə nəzərdə
tutulmuş hallarda bildirişin və ya inzibati xətalar
haqqında işlər üzrə digər sənədlərin
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin yaşadığı yer üzrə
yerli özünüidarə orqanının, müvafiq icra
hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer
üzrə müdiriyyətin vəzifəli şəxsləri
və ya sənədin çatdırılması
tapşırılmış digər şəxslər tərəfindən
səhlənkarlıq nəticəsində ünvan sahibinə
çatdırılmamasına görə-
yüz əlli
manatdan iki yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 532.
Çağırış üzrə gəlməkdən qəsdən
boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina
etmə
532.1. İnzibati xətalar haqqında işlər
üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən
çağırılmış şahidin, zərər
çəkmiş şəxsin, ekspertin, mütəxəssisin
və ya tərcüməçinin gəlməkdən qəsdən
boyun qaçırmasına görə-
əlli
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
532.2. İnzibati xətalar haqqında işlər
üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən
çağırılmış şəxslərin
(şahidin, zərər çəkmiş şəxsin,
mütəxəssisin) izahat verməkdən, ekspertin rəy
verməkdən, tərcüməçinin tərcümə
etməkdən imtina etməsinə görə -
yüz
manatdan iki yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 533. Azərbaycan
Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr
törədilməsi
Azərbaycan Respublikasında
dövlət dilinə qarşı təbliğat
aparılması, Azərbaycan dilinin işlənməsinə və
inkişafına müqavimət göstərilməsi, onun
istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd
edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının
tətbiq olunmasına maneələr törədilməsinə
görə-
fiziki
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan
dörd min manatadək məbləğdə, hüquqi şəxslər
on iki min manatdan on altı min manatadək məbləğdə
cərimə edilir.
Maddə 533-1. Media məhsullarında və reklam
daşıyıcılarında dövlət dili
normalarının pozulması[491]
Media məhsullarında və reklam
daşıyıcılarında dövlət dili
normalarının pozulmasına görə-
fiziki
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz manatdan dörd
yüz manatadək məbləğdə, hüquqi şəxslər
beş yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.[492]
Maddə 534. Əməliyyat-axtarış
fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların
və prokurorluq işçilərinin fərqlənmə
nişanları olan hərbi və xüsusi geyim
formalarını qanunsuz olaraq daşıma
Əməliyyat-axtarış fəaliyyəti
subyektlərinin, hərbi qulluqçuların və prokurorluq
işçilərinin fərqlənmə nişanları olan
hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq
daşımağa görə-
inzibati xətanın
obyekti olmuş hərbi və xüsusi geyim forması
müsadirə edilməklə üç yüz manatdan
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 535. Polis
işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə
qəsdən tabe olmama
535.1. Polis işçisi və ya hərbi qulluqçu
ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən,
onların qanuni tələblərinə qəsdən tabe
olmamağa görə-
fiziki şəxslər iki yüz manat məbləğində
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə
bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
535.2. Hərbi qulluqçu dövlət sərhədini
mühafizə vəzifələrini icra edərkən, onun
qanuni tələblərinə qəsdən tabe olmamağa
görə-
fiziki şəxslər yüz manat məbləğində
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə
bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
Maddə 536. Yanğın təhlükəsizliyi
sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin
yerinə yetirilməməsi
536.1. Yanğın təhlükəsizliyi
standartlarının, normalarının və
qaydalarının tələblərinin yerinə yetirilməməsinə,
yanğın təhlükəsizliyi standartlarının,
normalarının və qaydalarının tələblərinə
uyğun gəlməyən malların istehsaldan
çıxarılması, buraxılmasına son qoyulması,
satışının dayandırılması, yaxud işlərin
(xidmətlərin) dayandırılması barədə qərarın
və ya tələbnamənin yerinə yetirilməməsinə
görə-
fiziki
şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli
manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
536.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində,
tikintisində, əsaslı təmirində, yenidən
qurulmasında, genişləndirilməsində, yeni texnika ilə
təchiz olunmasında yanğın təhlükəsizliyi tələblərinin
yerinə yetirilməməsi aşkar olunduqda, ərazilərin,
istehsal sahələrinin, aqreqatların işinin, binaların,
qurğuların istismarının tamamilə və ya qismən
dayandırılması barədə verilmiş qərarların
icra edilməməsinə görə-
fiziki
şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli
manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 537. Dövlət
standartlarının tələblərinə riayət edilməsinə
dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının göstərişlərinin yerinə yetirilməməsi
537.1. Dövlət
standartlarının tələblərinə riayət edilməsinə
dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri tərəfindən
qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin
keçirilməsinə maneçilik törədilməsinə
və ya həmin məqsədlə səlahiyyətli şəxslərin
yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin
qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq
fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə
aparılan yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə-
fiziki
şəxslər beş yüz manatdan altı yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
537.2. Məhsulların satılmasının
(tədarükünün, göndərilməsinin), işlərin
yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin
dayandırılması və ya qadağan edilməsi
haqqında dövlət standartlarının tələblərinə
riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini
həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının
yazılı tələbnamələrinin və qərarlarının
yerinə yetirilməməsinə görə-
dörd
min manatdan beş min manatadək məbləğdə cərimə
edilir.
Maddə 538. Ölçmələrin vəhdətinin
təmin edilməsi tələblərinin pozulması
538.1.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
ölçmələrin tipi təsdiq edilməmiş və
(və ya) yoxlamadan keçirilməmiş ölçmə
vasitələrindən istifadə edilməklə
aparılmasına və (və ya) ölçmələrin
attestasiya edilməmiş ölçmə metodikaları
(metodları) ilə yerinə yetirilməsinə görə -
vəzifəli şəxslər min beş yüz
manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
538.2.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
istifadə üçün nəzərdə tutulan standart
nümunənin və ya ölçmə vasitəsinin tipi təsdiq
olunmadan və (və ya) ölçmə vasitəsinin ilkin
yoxlamadan keçmədən tədavülə
buraxılmasına görə -
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə
cərimə edilir.
538.3.
Ölçmə vasitələrinin ölçmələrin
nəticələrinin təhrif olunmasına səbəb ola
bilən icazəsiz sazlanmasına və (və ya)
ölçmə vasitələrinə müdaxilə edilməsinə
görə-
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə
cərimə edilir.
538.4.
Ölçmələrin vəhdətinin təmin edilməsinin
dövlət tənzimlənməsinə aid olan sahədə
ölçmənin tələb olunan dəqiqliyini təmin
etməyən ölçmə vasitələrindən istifadə
olunmasına görə -
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min
manatadək məbləğdə
cərimə edilir.
Maddə 538-1. Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında qanunvericiliyin tələblərinin
pozulması[493]
538-1.1. Akkreditasiyası məcburi tələb
olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya
olunmadan fəaliyyət göstərməsinə görə -
vəzifəli şəxslər dörd
yüz manat məbləğində, hüquqi şəxslər
iki min manat məbləğində cərimə edilir.
538-1.2. Akkreditasiya edilmiş
uyğunluğu qiymətləndirən qurum tərəfindən
akkreditasiya nişanından fəaliyyət sahəsinə
uyğun istifadə edilməməsinə görə -
vəzifəli şəxslər dörd
yüz manat məbləğində, hüquqi şəxslər
iki min manat məbləğində cərimə edilir.
538-1.3. Akkreditasiya edilmiş
uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini
ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik
baş verdiyi hallarda, müvafiq qərarın qəbul edilməsi
üçün akkreditasiya orqanını dərhal məlumatlandırmamasına
görə -
vəzifəli şəxslər dörd
yüz manat məbləğində, hüquqi şəxslər
iki min manat məbləğində cərimə edilir.
538-1.4. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən uyğunluğu qiymətləndirən
qurumun akkreditasiyasından əsassız imtina olunmasına
görə -[494]
vəzifəli şəxslər
üç yüz manat məbləğində cərimə
edilir.
538-1.5. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən uyğunluğu qiymətləndirən
qurumun akkreditasiyasının qanunla müəyyən
edilmiş müddətdə aparılmamasına görə -
vəzifəli şəxslər
üç yüz manat məbləğində cərimə
edilir.
538-1.6. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən akkreditasiya tələblərinə
cavab verən uyğunluğu qiymətləndirən qurumun
akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və
ya akkreditasiya attestatının ləğvinə görə -
vəzifəli şəxslər
üç yüz manat məbləğində cərimə
edilir.
Maddə 539. Əmək
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini
həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının qərarlarının və göstərişlərinin
yerinə yetirilməməsi[495]
539.1. Əməyin təhlükəsizliyi
tələblərinə uyğun gəlməyən və
işçilərin sağlamlığı, yaxud həyatı
üçün təhlükə törədən müəssisələrin
işi və ya istehsal vasitələrinin istismarının
dayandırılması barədə əmək qanunvericiliyinə
əməl olunmasına dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəbul edilmiş qərarın yerinə yetirilməməsinə
görə-
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin
bağlanması, dəyişdirilməsi və xitamının
əsasları, əmək şəraiti, iş və istirahət
vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi,
əmək və məzuniyyət haqlarının, ezamiyyə
xərclərinin, müavinət və digər ödənişlərin
ödənilməsi, qadınların və yaşı 18-dən
az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri
ilə bağlı tələblərinə əməl olunması
barədə müvafiq icra hakimiyyəti orqanının icrası
məcburi olan qərarlarının və göstərişlərinin
əmək münasibətlərinin iştirakçıları
tərəfindən icra edilməməsinə görə –
vəzifəli şəxslər min manat
məbləğində, hüquqi şəxslər iki min manat
məbləğində cərimə edilir.[496]
539.2. Əmək qanunvericiliyinə
əməl olunmasına dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli
şəxslərinin iş yerlərinə
buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata
keçirildiyi yerlərə gəlməklə aparılan
yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə-
vəzifəli
şəxslər üç min beş yüz manatdan beş
min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə
tutulan əməllərə görə inzibati məsuliyyət
o halda yaranır ki, həmin əməllər bu Məcəllənin
192-ci maddəsinə əsasən inzibati məsuliyyətə
səbəb olmasın.[497]
Maddə 540. Məşğulluq haqqında
qanunvericiliyin pozulması[498]
540.1. İşəgötürən tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə
işə qəbul edilənlər, o cümlədən kvota
üzrə işə qəbul edilənlər və işdən
çıxarılanlar haqqında aylıq hesabatların təqdim
edilməməsinə görə -
üç yüz manatdan beş yüz
manatadək məbləğdə cərimə edilir.
540.2. İşəgötürən tərəfindən
yeni iş yeri yarandığı və ya iş yeri
boşaldığı gündən ən geci 5 (beş)
iş günü müddətində əməkhaqqı
göstərilməklə bu barədə məlumatların
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada və formada mərkəzləşdirilmiş
elektron informasiya sisteminə daxil edilməməsinə görə
-
beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
540.3. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
göndərişi təqdim edildiyi gündən işəgötürən
tərəfindən ən geci 5 (beş) iş günü
müddətində boş iş yerinin tutulub-tutulmaması ilə
bağlı qərarın müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) təqdim
edilməməsinə görə -
üç yüz manatdan beş yüz
manatadək məbləğdə cərimə edilir.
540.4. Azərbaycan Respublikasının
Əmək Məcəlləsində nəzərdə tutulan
hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü
ilə istehsalın səmərələşdirilməsi, əməyin
təşkilinin təkmilləşdirilməsi, müəssisənin
ləğv edilməsi, işçilərin sayının və
ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq
işçilərin sərbəstləşdirilməsinin
işəgötürən tərəfindən müvafiq həmkarlar
ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl)
yazılı məlumat verilmədən və ya işçilərin
hüquqlarının və mənafelərinin gözlənilməsi
barədə onlarla danışıqlar aparılmadan həyata
keçirilməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
540.5. “Məşğulluq haqqında” Azərbaycan
Respublikası Qanununun 4.7-ci və 4.8-ci
maddələrinin tələblərinin dövlət və
yerli özünüidarəetmə orqanları tərəfindən
pozulmasına görə - [499]
vəzifəli
şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
hüquqi şəxslər yüz manatdan iki yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 541. Ətraf mühitin
mühafizəsinə nəzarəti həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının tələblərinin
yerinə yetirilməməsi
Ətraf mühitin mühafizəsini həyata
keçirən müvafiq
icra hakimiyyəti orqanının qanuni tələblərinin
və ya qərarlarının yerinə yetirilməməsinə
görə-
fiziki
şəxslər altı yüz manatdan doqquz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər
üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 542. Qaz təchizatı
üzərində nəzarəti həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının tələblərinin
yerinə yetirilməməsi
Qanunvericiliklə müəyyən edilmiş tələblərə
cavab vermədiyinə görə ətraf mühitə,
insanların sağlamlığına və ya əmlakına
təhlükə törədən qaz qurğularının və
qazla bağlı fəaliyyətlərin
dayandırılması və müəyyən olunmuş
müddətə qaydaya salınması barədə qaz təchizatı
üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının qərarlarının yerinə
yetirilməməsinə görə-
fiziki şəxslər
iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər
min manatdan min beş yüz
manatadək, hüquqi
şəxslər iki min beş yüz
manatdan üç min manatadək məbləğdə cərimə
edilir.[500]
Maddə 543. Hidrotexniki
qurğuların təhlükəsizliyinə dövlət nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının qərarlarının yerinə yetirilməməsi
Mülkiyyətçi və ya
istismarçı tərəfindən hidrotexniki
qurğuların təhlükəsizliyinə dövlət nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının texniki yoxlamanın nəticələri barədə
qərarlarının yerinə yetirilməməsinə görə-
vəzifəli
şəxslər üç yüz əlli manatdan beş
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 544.
İstehlakçıların hüquqlarının və ya ticarət
qaydalarının pozulmasının aradan
qaldırılması haqqında tələblərin yerinə
yetirilməməsi
544.1.
İstehlakçıların hüquqlarının müdafiəsini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri tərəfindən
qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin
keçirilməsinə maneçilik törədilməsinə
və ya həmin məqsədlə səlahiyyətli şəxslərin
yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin
qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq
fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə
aparılan yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə-
fiziki
şəxslər üç yüz əlli manatdan beş
yüz manatadək məbləğdə, vəzifəli şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
544.2. İstehlakçıların
hüquqlarının və ya ticarət qaydalarının
pozulmasının aradan qaldırılması haqqında istehlakçıların
hüquqlarının müdafiəsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının vəzifəli
şəxslərinin qanuni yazılı
tələblərini yerinə yetirməməyə görə-
dörd
min manatdan beş min manatadək məbləğdə cərimə
edilir.
Maddə 545. Vergi xidməti sahəsində
müvafiq icra hakimiyyəti orqanının vəzifəli
şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin
yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata
keçirildiyi yerlərə gəlməklə aparılan
yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 546. Gömrük işi
sahəsində müvafiq icra hakimiyyəti
orqanının vəzifəli
şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Gömrük
işi sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin
yerinə yetirilməməsinə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 547. Hesablama Palatası haqqında
qanunvericiliyin pozulması[501]
547.1. Aşkar edilmiş nöqsan və
çatışmazlıqların aradan qaldırılması,
dövlətə dəyən zərərin ödənilməsi
və şəxslərin məsuliyyətə cəlb edilməsi
məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin
obyektlərinə və nəzarət tədbirinin predmeti ilə
əlaqədar aidiyyəti tərəflərə göndərilmiş
Azərbaycan Respublikası Hesablama Palatasının qərarlarının
əsassız icra edilməməsinə görə –
vəzifəli şəxslər
üç yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
547.2. Azərbaycan Respublikası Hesablama
Palatasının qərarları kənar dövlət maliyyə
nəzarətinin obyekti tərəfindən əsassız icra
edilmədikdə həmin obyektin xəzinə, bank və digər
ödəniş hesabları üzrə (müdafiə olunan xərc
maddələri istisna olmaqla) əməliyyatların
dayandırılması barədə Azərbaycan
Respublikası Hesablama Palatasının təqdimatının xəzinə
orqanları və ödəniş xidməti təchizatçıları
tərəfindən icra edilməməsinə görə –[502]
vəzifəli şəxslər
üç yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
547.3. Kənar dövlət maliyyə nəzarəti
tədbirləri ilə əlaqədar Azərbaycan
Respublikası Hesablama Palatasının fəaliyyətinə
mane olma, yəni:
547.3.1. Azərbaycan Respublikası
Hesablama Palatasının əməkdaşlarının kənar
dövlət maliyyə nəzarəti obyektlərinə daxil
olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin
aparılmasına maneçilik törədilməsinə;
547.3.2. elektron informasiya sistemlərinə
çıxış imkanlarının yaradılmamasına və
ya buna maneçilik törədilməsinə;
547.3.3. kənar dövlət maliyyə nəzarəti
obyektləri tərəfindən Azərbaycan Respublikası
Hesablama Palatasının sorğularının tələb
olunan qaydada cavablandırılmamasına, zəruri məlumatların
və sənədlərin, habelə “Hesablama Palatası
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş vəzifələrin həyata
keçirilməsi məqsədi ilə kənar dövlət
maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və
bank sirrini təşkil edən sənəd və məlumatların,
fərdi məlumatların vaxtında və tələb olunan
səviyyədə təqdim edilməməsinə və ya
gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların
təqdim edilməsinə;
547.3.4. dövlət büdcəsinin və
büdcədənkənar dövlət fondlarının
büdcələrinin icrası ilə bağlı hesabat və
məlumatların, habelə maliyyə, mühasibat, vergi və
statistik uçot hesabatlarının vaxtında təqdim edilməməsinə,
hesabatlarda informasiya və göstəricilərin tam və ya
düzgün əks etdirilməməsinə görə –
vəzifəli
şəxslər dörd yüz manatdan yeddi yüz manatadək,
hüquqi şəxslər min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
Maddə 548. Azərbaycan Respublikası Mərkəzi
Bankının fəaliyyətinə mane olma[503]
548.1. Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən yoxlamaların keçirilməsinə
maneçilik törədilməsinə və ya
yoxlayıcıların yoxlama yerinə buraxılmamasına,
yaxud Azərbaycan
Respublikası Mərkəzi Bankının vəzifəli şəxslərinin
qanuni tələbnamələrinin (qərarlarının) və
ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata
keçirildiyi yerlərə gəlməklə aparılan
yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə-[504]
vəzifəli şəxslər
min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə
edilir[505].
548.2. Azərbaycan Respublikası Mərkəzi
Bankının fəaliyyətinin həyata keçirilməsi
üçün zəruri olan məlumatların həmin
orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və
emitent tərəfindən təqdim
edilməməsinə və ya təhrif olunmuş məlumatın
verilməsinə (sahibkarlıq
fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə
aparılan yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə[506]-
vəzifəli şəxslər
beş yüz manatdan altı
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min
manatadək məbləğdə cərimə edilir.
548.3 Bank fəaliyyətinə dair
prudensial normativlərin və tələblərin pozulması
aşkar edildikdə, həmin pozuntunun aradan
qaldırılması barədə Azərbaycan Respublikası
Mərkəzi Bankının göstərişinin vaxtında
icra edilməməsinə görə -
vəzifəli
şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on beş
min manatdan iyirmi min manatadək məbləğdə cərimə
edilir.[507]
Maddə 549. Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın fəaliyyətinə mane olma
549.1. Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqan tərəfindən
araşdırmaların aparılmasına maneçilik törədilməsinə
görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
549.2. Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə
aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə
görə-
vəzifəli
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 550. Feldyeger rabitəsi
haqqında qanunvericiliyin pozulması[508]
550.1. “Feldyeger rabitəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsində
göstərilməyən korrespondensiyaların müvafiq
ünvanlara çatdırılmaq üçün feldyeger
rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanına təhvil verilməsinə görə -
vəzifəli şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
550.2. Müvafiq icra hakimiyyəti
orqanlarının vəzifəli şəxsləri tərəfindən
feldyeger rabitəsini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanının əməkdaşlarına
korrespondensiyaların və digər göndərişlərin
operativ və təhlükəsiz
çatdırılmasında kömək göstərilməməsinə
görə -
vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
550.3. “Feldyeger rabitəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsində
göstərilən korrespondensiyaların və digər
göndərişlərin toxunulmazlığının
pozulmasına, yəni açılmasına,
yoxlanılmasına və ya həbs edilməsinə görə
-
vəzifəli şəxslər
dörd yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
550.4. Feldyeger rabitəsini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanının
razılığı olmadan onun operativ nəqliyyat vasitələrindən
istifadə edilməsinə görə -
vəzifəli şəxslər
dörd yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
550.5. Korrespondensiyaların və
digər göndərişlərin qəbulu,
qablaşdırılması, mühafizəsi və
çatdırılması qaydalarının pozulmasına
görə -
vəzifəli şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 551. İxrac nəzarətini
həyata keçirən orqanların fəaliyyətinə
mane olma
551.1. İxrac nəzarətinə
düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri) üzrə xarici iqtisadi əlaqələrin
həyata keçirilməsinə xüsusi icazə verilməsindən
əvvəl və ya sonra yoxlamaların keçirilməsinə
maneçilik törədilməsinə, yaxud
yoxlayıcıların yoxlama yerinə buraxılmamasına (sahibkarlıq
fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə
aparılan yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli
manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
551.2. İxrac nəzarəti məsələlərinə
aid sənəd və məlumatların ixrac nəzarətini həyata
keçirmək səlahiyyətinə malik olan orqanlara verilməməsinə
(sahibkarlıq fəaliyyətinin həyata
keçirildiyi yerlərə gəlməklə aparılan
yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli
manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 552. Avtomobil nəqliyyatı
sahəsində müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) əməkdaşının xidməti
vəzifəsinin yerinə yetirilməsinə mane olma
Avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşımalarını yerinə yetirən
şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın
müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının
xidməti vəzifəsinin yerinə yetirilməsinə mane
olmağa, o cümlədən qanunvericiliklə müəyyən
olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə
görə-
əlli
manat məbləğində cərimə edilir.
Maddə 553. Torpaqların dövlət
ehtiyacları üçün alınması səlahiyyəti
verilmiş hər hansı şəxsin səlahiyyətlərinin
həyata keçirilməsinə mane olma
“Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa
müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun
üzərində sahibliyin əldə olunması ilə
bağlı digər hərəkətləri həyata
keçirmək səlahiyyəti verilmiş hər hansı
şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə
mane olmağa görə-
fiziki
şəxslər əlli manat məbləğində, vəzifəli
şəxslər üç yüz manat məbləğində
cərimə edilir.
Maddə 554. Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə
mane olma
Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma
və ya fəaliyyətinə müdaxilə etməyə
görə-
üç
yüz əlli manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 555. İstehsalatda baş
verən bədbəxt hadisələrin
araşdırılması və uçota alınması
qaydalarının pozulması
555.1. İstehsalatda baş verən bədbəxt hadisələrin
araşdırılması
üçün hadisə baş verən gün işəgötürən
tərəfindən əmək qanunvericiliyinə əməl
olunmasına dövlət nəzarətini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə
görə-
min manatdan
min beş yüz manatadək məbləğdə cərimə
edilir.
555.2. Bədbəxt hadisənin araşdırılması
başa çatdıqdan sonra işəgötürən tərəfindən
bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə
görə-
min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
555.3. Bədbəxt hadisənin baş vermə
faktının işəgötürən tərəfindən
gizlədilməsinə və ya aparılan araşdırılma barədə
müvafiq akt tərtib etməkdən boyun
qaçırılmasına görə-
min səkkiz
yüz manatdan iki min iki yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 556. Müvafiq obyektlərin
layihələşdirilməsi, tikintisi və istismarı
zamanı əməyin mühafizəsi tələblərinin
pozulması
556.1. Əməyin qüvvədə olan mühafizəsi
standartlarının, qaydalarının və
normalarının, təhlükəsizlik texnikasının tələblərinə
uyğun gəlməyən istehsalat binalarının və
qurğularının layihələşdirilməsinə,
tikintisinə və yenidən qurulmasına və ya istehsalat
vasitələrinin hazırlanmasına, buraxılmasına,
texnologiyaların tətbiqinə yol verilməsinə görə-
vəzifəli
şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan
üç min beş yüz manatadək məbləğdə
cərimə edilir.
556.2. İnsanın sağlamlığına olan təsirini
müəyyənləşdirmək məqsədi ilə
texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi bioloji
ekspertizadan və digər nəzarət növlərindən
keçirilməmiş zərərli maddələrin,
xammalın, materialların tətbiqinə görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
556.3. Hər hansı yeni və ya yenidən qurulmuş
müəssisənin, obyektin, istehsal vasitəsinin əmək
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini
həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
verilən sertifikat-pasportu olmadan istismara buraxılmasına
görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 557. Dövlət əmlakı
və ondan istifadə barədə məlumatın,
hesabatın verilməməsi
557.1. Azərbaycan
Respublikasında dövlət əmlakının registrinə
daxil edilməli olan məlumatlarla bağlı sənədlərin
qanunvericiliklə müəyyən edilmiş müddətdə
müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə
və ya təhrif olunmuş məlumatın verilməsinə
görə -
vəzifəli
şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
557.2. Dövlət müəssisələrində
dövlət əmlakının qorunub saxlanılmasına və
ondan öz təyinatı üzrə səmərəli istifadə
olunmasına dövlət nəzarətini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanına müəyyən
edilmiş müddətdə dövlət müəssisəsi
və ya dövlət orqanının xüsusi
hesabatının təqdim edilməməsinə görə -
vəzifəli
şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
Maddə 558. Daşınmaz əmlakın
dövlət reyestri haqqında qanunvericiliyin pozulması
558.1. Daşınmaz əmlaka olan
hüquqların dövlət qeydiyyatı üçün
daşınmaz əmlakın dövlət reyestrinə təqdim
edilmiş şübhə doğuran sənədlərə
dair daşınmaz əmlakın dövlət reyestrini aparan
dövlət orqanının digər dövlət
orqanlarına ünvanlanan sorğularına vaxtında cavab
verilməməsinə görə-
vəzifəli
şəxslər xəbərdarlıq edilir və ya iki
yüz əlli manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
558.2. Daşınmaz əmlakın
dövlət uçotunu aparan müvafiq
icra hakimiyyəti orqanının vəzifəli
şəxsləri tərəfindən daşınmaz əmlak
barədə texniki məlumatın dəqiq və vaxtında təqdim
edilməməsinə görə-
xəbərdarlıq
edilir və ya üç yüz əlli manatdan beş yüz
manatadək məbləğdə cərimə edilir.
558.3. Daşınmaz əmlakın
dövlət reyestrini aparan dövlət orqanının vəzifəli
şəxsləri tərəfindən daşınmaz əmlaka
hüquqların qeydiyyatının dəqiq və vaxtında
aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət
reyestrindən verilən məlumatın tam və düzgün
olmamasına və ya bu məlumatın verilməməsinə
görə-
beş
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 559. İpoteka haqqında
qanunvericiliyin pozulması
İpotekanın dövlət
qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri
tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya
ipoteka kağızının dublikatında ipoteka
kağızı ilə uyğunsuzluğa yol verməklə
maraqlı şəxsə zərər vurulmasına görə
-
beş
yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 560. Dövlət əmlakının
icarəyə və istifadəyə verilməsi
qaydalarının pozulması
Dövlət əmlakının
qanunvericiliklə müəyyən edilmiş qaydaları
pozmaqla icarəyə və ya istifadəyə verilməsinə
görə -
vəzifəli
şəxslər üç min beş yüz manatdan beş
min manatadək məbləğdə cərimə edilir.
Maddə 561. Obyektlərin (əsas
vəsaitlərin) balansdan balansa verilməsi və silinməsi
qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti
orqanının razılığı olmadan dövlət
müəssisə və təşkilatlarına məxsus
obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsinə
və həmin orqanın rəyi olmadan silinməsinə
görə-
vəzifəli
şəxslər üç min beş yüz manatdan beş
min manatadək məbləğdə cərimə edilir.
Maddə 562. Doğumun qeydə
alınması qaydasının pozulması
562.1. Tibb müəssisəsi tərəfindən
doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti
orqanının müəyyən
etdiyi orqanına (qurumuna) dərhal
ötürülməməsinə və ya düzgün olmayan
məlumatın ötürülməsinə görə -
vəzifəli
şəxslər yüz əlli manatdan üç yüz
manatadək məbləğdə cərimə edilir.
562.2. Doğum haqqında məlumatın
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müvafiq informasiya sisteminə ötürülməməsinə
və ya düzgün olmayan məlumatın ötürülməsinə
görə-
vəzifəli şəxslər
yüz əlli manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
562.3. Üzrlü səbəblər
olmadan valideynlər tərəfindən doğumun qeydə
alınması üçün Azərbaycan
Respublikasının Ailə Məcəlləsində müəyyən
edilmiş müddətdə müraciət olunmamasına
görə-
xəbərdarlıq
edilir və ya on manat məbləğində cərimə
edilir.
Maddə 562-1. Ölümün qeydə alınması
qaydasının pozulması[509]
562-1.1. Tibb müəssisəsi tərəfindən
ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) dərhal
ötürülməməsinə və ya düzgün
olmayan məlumatın ötürülməsinə görə
-
vəzifəli şəxslər yüz əlli
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
562-1.2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə
və ya düzgün olmayan məlumatın ötürülməsinə
görə -
vəzifəli
şəxslər yüz əlli manatdan üç yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 563. Yaşayış yeri
və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin
pozulması
563.1. Vətəndaşın yaşayış yeri və
olduğu yer üzrə qeydiyyatdan keçməməsinə,
yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl
etməməsinə görə-
xəbərdarlıq edilir və
ya otuz manat məbləğində
cərimə edilir.
563.2. Vəzifəli şəxslər tərəfindən
fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə,
qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə
tutulmayan sənədlər tələb edilməsinə, habelə
qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə
görə-
beş
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 564. Bilə-bilə yalandan
ixtisaslaşdırılmış xidmətləri
çağırma
Bilə-bilə yalandan yanğından mühafizə və
polis orqanlarını, təcili yardım və ya digər
ixtisaslaşdırılmış xidmətləri
çağırmağa görə-
yüz
manat məbləğində cərimə edilir.
Maddə 565. Şəxsiyyət vəsiqəsi
olmadan yaşama
Vətəndaşın bir aydan artıq müddətdə
şəxsiyyət vəsiqəsi olmadan yaşamasına
görə-
xəbərdarlıq edilir və
ya iyirmi manat məbləğində
cərimə edilir.
Maddə 566. Dənizçinin
şəxsiyyət sənədinin, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
ya daimi yaşamaq üçün sənədlərinin itirilməsi
və ya qəsdən korlanması[510]
Dənizçinin şəxsiyyət
sənədinin, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən
korlanmasına görə-
otuz manat məbləğində cərimə edilir.
Maddə 567. Şəxsiyyət vəsiqəsinin,
pasportun və ya dənizçinin şəxsiyyət sənədinin
verilməsi qaydalarının pozulması, qanunsuz
alınması və ya girov götürülməsi, Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi (dəyişdirilməsi) qaydalarının
pozulması
567.1. Vətəndaşlara onların şəxsiyyət
vəsiqələrinin və ya pasportlarının verilməsindən
(dəyişdirilməsindən) əsassız imtina edilməsinə,
verilməsi (dəyişdirilməsi) üçün
qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər
tələb edilməsinə və ya onların verilməsində
(dəyişdirilməsində),
habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin
elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində
süründürməçiliyə yol verilməsinə,
qanunsuz alınmasına və ya girov götürülməsinə
görə-
beş
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
567.2. Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsindən əsassız imtina edilməsinə, verilməsi
üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər
tələb edilməsinə və ya onun verilməsində
süründürməçiliyə yol verilməsinə
görə-
beş
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
567.3. Dənizçinin
şəxsiyyət sənədinin verilməsindən (dəyişdirilməsindən)
əsassız imtina edilməsinə,
verilməsi (dəyişdirilməsi) üçün dənizçidən
qanunvericilikdə nəzərdə
tutulmayan əlavə sənədlər tələb
olunmasına və ya şəxsiyyət sənədinin verilməsində
(dəyişdirilməsində) süründürməçiliyə
yol verilməsinə, qanunsuz alınmasına və ya girov
götürülməsinə, habelə onun verilməsi
qaydalarının pozulmasına görə-
beş
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə
568. Əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə viza verilməsi, Azərbaycan
Respublikasının ərazisində onların olduğu yer
üzrə qeydiyyata alınması, müvəqqəti olma
müddətinin uzadılması, onlara müvəqqəti və
ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin
verilməsi (müddətinin uzadılması)
qaydalarının pozulması
Əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
viza verilməsi, Azərbaycan Respublikasının ərazisində
onların olduğu yer üzrə qeydiyyata alınması,
müvəqqəti olma müddətinin uzadılması, onlara
müvəqqəti və ya daimi yaşamaq üçün
icazənin və iş icazəsinin verilməsi (müddətinin
uzadılması) haqqında müraciətə
baxılmasında süründürməçiliyə yol
verilməsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində
nəzərdə tutulmayan əlavə sənədlər tələb
edilməsinə və ya müraciətə baxmaqdan əsassız
imtina edilməsinə görə -
vəzifəli
şəxslər üç yüz manat məbləğində
cərimə edilir.
Maddə 569. Vətəndaşın
ölkədən getmək və ölkəyə gəlmək
hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması
Vətəndaşın Azərbaycan Respublikasından
getmək və Azərbaycan Respublikasına gəlmək
hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına
görə-
min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
Maddə 570. Sərhədboyu
rejimin pozulması
570.1. Sərhədboyu zonaya daxilolma və ya orada
yaşama qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq
edilir və ya onlar yüz
manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
570.2. Sərhədboyu
zolağa icazəsiz daxil olmağa, sərhədboyu
zolaqda və bilavasitə dövlət sərhədinin
yaxınlığında icazə olmadan və ya belə icazə
olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat
və digər işlərin aparılmasına, mal-qaranın
saxlanılmasına və otarılmasına, kütləvi-ictimai
tədbirlərin keçirilməsinə görə-
fiziki şəxslər iki yüz əlli manatdan
üç yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli
manatadək məbləğdə cərimə edilir.
Maddə 571. Azərbaycan
Respublikasının sərhəd sularında (Xəzər dənizinin
Azərbaycan Respublikasına mənsub olan bölməsində)
sərhədboyu rejimin pozulması
Azərbaycan Respublikasının sərhəd
sularında, yəni sərhəd çaylarının,
göllərin və başqa sututarların, Xəzər dənizinin
Azərbaycan Respublikasına mənsub olan bölməsində
balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin,
motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin
qeydiyyata alınması, saxlanması, onların yanalma
körpülərindən dəniz və digər
sututarların sularına çıxması, orada olması,
üzməsi və geri qayıtması qaydalarının
pozulmasına, göstərilən sularda icazə olmadan və
ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları
pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və
axtarış fəaliyyətinin həyata keçirilməsinə
görə -
gəmi və ya digər üzən
vasitə müsadirə edilməklə və ya edilməməklə
fiziki şəxslər iki
yüz əlli manatdan üç yüz əlli manatadək
məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan
altı yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 572. Azərbaycan
Respublikasının dövlət sərhədinin
buraxılış məntəqələrində rejimin
pozulması
Azərbaycan Respublikasının dövlət sərhədinin
buraxılış məntəqələrində rejimin pozulmasına
görə-
vətəndaşlar yüz manatdan yüz əlli manatadək
məbləğdə cərimə edilir, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
xəbərdarlıq edilməklə və ya iki yüz əlli manatdan
üç yüz əlli manatadək məbləğdə
cərimə edilməklə Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada
çıxarılır.
Maddə 573. Dəniz və
çay limanlarında (körpülərində), dəmir
yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava
limanlarında və digər dövlət sərhədinin
buraxılış məntəqələrində fiziki və
hüquqi şəxslərdən əşyaların qanunsuz
olaraq götürülməsi
573.1. Dəniz və çay
limanlarında (körpülərində), dəmir yolu
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava
limanlarında və digər dövlət sərhədinin
buraxılış məntəqələrində həmin məntəqələrin
(nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli
şəxslər və müvafiq icra hakimiyyəti
orqanlarının vəzifəli şəxsləri tərəfindən
Azərbaycan Respublikasının qanunları və digər
normativ hüquqi aktları ilə gətirilməsinə və
ya aparılmasına qadağa qoyulan, xüsusi icazə tələb
olunan və ya məhdudiyyət qoyulan əşyaların
protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən
qanunsuz olaraq götürülməsinə görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
573.2. Dəniz və çay
limanlarında (körpülərində), dəmir yolu
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava
limanlarında və digər dövlət sərhədinin
buraxılış məntəqələrində həmin məntəqələrin
(nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli
şəxslər və müvafiq icra hakimiyyəti
orqanlarının vəzifəli şəxsləri tərəfindən
Azərbaycan Respublikasının qanunları və digər
normativ hüquqi aktları ilə gətirilməsinə və
ya aparılmasına qadağa qoyulmayan, xüsusi icazə tələb
olunmayan, məhdudiyyət qoyulmayan əşyaların fiziki və
hüquqi şəxslərdən qanunsuz olaraq
götürülməsinə görə-
vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 574. Diplomatik və ya xidməti
pasport sahiblərinə lazımi kömək göstərilməməsi
Diplomatik və ya xidməti pasport sahibinə lazımi
kömək göstərilməməsinə görə-
vəzifəli şəxslər
əlli beş manatdan səksən
manatadək məbləğdə cərimə edilir.
Maddə 575. Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olması, yaşaması, yaxud Azərbaycan
Respublikası ərazisindən tranzitlə keçməsi
qaydalarının pozulması
575.1. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında olma, yaşama və ya Azərbaycan
Respublikasının ərazisindən tranzitlə keçmə
qaydalarını pozmasına, yəni:
575.1.1. Azərbaycan Respublikasında
olma və ya yaşama hüququ verən sənədlər
olmadan, yaxud qeydiyyatsız yaşamasına;
575.1.2. etibarsız sənədlərlə
Azərbaycan Respublikasının ərazisində olmasına və
ya yaşamasına;
575.1.3. Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
olduğu, müvəqqəti və ya daimi yaşadığı
dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan
edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə
məşğul olmasına;
575.1.4. iş icazəsi tələb olunduğu
hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmasına;
575.1.5. bir yerdən başqa yerə getdikdə
olduğu yer və yaşayış yeri üzrə qeydiyyat
qaydalarına əməl etməməsinə;
575.1.6. ölkədə olma və ya yaşama müddəti
qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;
575.1.7. Azərbaycan
Respublikasının ərazisindən tranzitlə keçmə
qaydalarına əməl etməməsinə görə -
əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarılmaqla və ya
çıxarılmamaqla üç yüz manatdan dörd
yüz manatadək məbləğdə cərimə edilir.
575.2. Əvvəllər Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılmış və girişinə müəyyən
müddətə məhdudiyyət qoyulmuş əcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin
həmin müddət ərzində bilərəkdən sənədlərində
dəyişiklik edərək yenidən ölkəyə daxil
olmasına görə -
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər beş yüz manat məbləğində cərimə
edilməklə, Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada
çıxarılır.
575.3. Azərbaycan
Respublikasında əcnəbiləri və ya vətəndaşlığı
olmayan şəxsləri qəbul edən, onlara xidmət
göstərilməsini və ya onların işə qəbul
olunmasını təmin edən və onların Azərbaycan
Respublikasında olması, yaşaması və ya Azərbaycan
Respublikasının ərazisindən tranzitlə keçməsi
şərtlərinə əməl edilməsi ilə əlaqədar
vəzifələri yerinə yetirən müəssisə,
idarə və ya təşkilatların vəzifəli şəxsləri
tərəfindən əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin qeydiyyata alınmasının və
qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan
Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin
rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
ilə müəyyən
edilmiş qaydalarının pozulmasına görə-
vəzifəli
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç
min manatadək məbləğdə
cərimə edilir.
Maddə 576. Azərbaycan
Respublikasında işaxtaran və işsiz şəxslərin
işə düzəlməsi, habelə Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəldilməsi
qaydalarının pozulması[511]
576.1. Azərbaycan
Respublikasında işaxtaran və işsiz şəxslərin
işə düzəlməsi, habelə Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəlmələrində
vasitəçilik fəaliyyətinin hüquqi şəxs
yaratmadan göstərilməsinə görə -
üç yüz manat məbləğində cərimə edilir.
576.2. Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəldilməsi
ilə bağlı mediada doğru olmayan məlumatların
yayılmasına görə-
beş yüz manat məbləğində cərimə edilir.
576.3. Azərbaycan Respublikasında
işaxtaran və işsiz şəxslərin işə
düzəlməsində, habelə Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə
işə düzəlməsində vasitəçilik fəaliyyətini
həyata keçirən hüquqi şəxslər tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada və formada iş üçün müraciət
edən və işlə təmin olunan şəxslərin
sayı barədə məlumatların müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) təqdim
edilməməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
576.4. Azərbaycan Respublikasında işaxtaran
və işsiz şəxslərin işə düzəlməsində,
habelə Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəlməsində
vasitəçilik fəaliyyətini həyata keçirən
hüquqi şəxslər tərəfindən
toplanılmış informasiya ehtiyatlarına dair müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla
(qurumla) elektron qaydada qarşılıqlı məlumat
mübadiləsinin təmin edilməməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.[512]
Maddə 577. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin olduğu
yer üzrə qeydiyyata alınması və
qeydiyyatdan çıxarılması üçün tədbirlər
görülməməsi
Əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi
vermiş Azərbaycan
Respublikası vətəndaşları və ya Azərbaycan
Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
ilə müəyyən edilmiş qaydada
onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan
çıxarılması üçün tədbirlər
görülməməsinə görə-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 578. Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
işə cəlb edilməsi qaydasının pozulması
578.1. İşəgötürən
tərəfindən Azərbaycan
Respublikası Miqrasiya Məcəlləsinin tələbləri
pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin işə cəlb edilməsinə görə-
vəzifəli şəxslər üç min manatdan
dörd min manatadək məbləğdə, hüquqi şəxslər
on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə
edilir.
578.2. Eyni xəta üç və ya daha çox əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs
barəsində törədildikdə -
vəzifəli şəxslər beş min manatdan yeddi
min manatadək məbləğdə, hüquqi şəxslər
otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə
edilir.
578.3. İşəgötürənin işə cəlb
etdiyi əcnəbini və vətəndaşlığı
olmayan şəxsi öz iş yerindən kənarda işlə
təmin etməsinə görə -
vəzifəli şəxslər beş yüz manat məbləğində
cərimə edilir.
578.4. İşə cəlb edilən əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin pasportunun
və ya şəxsiyyətini təsdiq edən digər sənədinin
işəgötürən tərəfindən
götürülərək saxlanılmasına görə -
vəzifəli şəxslər beş yüz manat məbləğində
cərimə edilir.
578.5. Əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslə işəgötürən arasında
bağlanılmış əmək müqaviləsi
vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş
günü müddətində işəgötürən tərəfindən
müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə
görə-
vəzifəli şəxslər üç yüz
manat məbləğində
cərimə edilir.
578.6. Əcnəbinin və vətəndaşlığı
olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki
məlumatlar və ya işlədiyi hüquqi şəxsin
adı dəyişdikdə və ya iş icazəsi itirildikdə,
5 iş günü müddətində işəgötürən
tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat
verilməməsinə və belə icazənin yenidən rəsmiləşdirilməməsinə
və ya ləğv edilməsi üçün ərizə təqdim
edilməməsinə görə -
vəzifəli şəxslər yüz manat məbləğində
cərimə edilir.
Qeyd: Bu Məcəllənin 578.4-cü maddəsi həmin
maddədə göstərilən əməl Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə
əsasən cinayət məsuliyyətinə səbəb
olmadıqda tətbiq edilir.
Maddə 579. Qeyri-hökumət təşkilatları
haqqında qanunvericiliyin pozulması
Qeyri-hökumət təşkilatları,
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri
tərəfindən qanunla müəyyən edilmiş qaydada
dövlət qeydiyyatına alınmamış dəyişikliklər
(təsis sənədlərində edilmiş və ya
hüquqi şəxslərin dövlət reyestrində əvvəllər
qeydə alınmış faktların sonrakı dəyişikliyi)
əsasında hər hansı fəaliyyətin həyata
keçirilməsinə, ictimai birlik tərəfindən onun
üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti
nəticəsində əldə edilmiş gəlirin təşkilatın
məqsədlərinə yönəldilməməsinə,
könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə
müqavilələrin bağlanılmamasına, nizamnaməsində
(əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə
zidd fəaliyyət göstərməsinə görə-
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan
üç min manatadək məbləğdə cərimə
edilir.
Maddə 580. Qeyri-hökumət təşkilatlarının,
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəliklərinin fəaliyyətinin
onların nizamnamələrinə (əsasnamələrinə)
və qanunvericiliyə uyğunluğunun öyrənilməsinə
maneələrin törədilməsi
Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının,
xarici qeyri-hökumət təşkilatının Azərbaycan
Respublikasındakı filial və ya nümayəndəliklərinin
fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə)
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğunluğunun öyrənilməsinə maneələrin
yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə,
tələb olunan sənədlərin və məlumatların
təqdim edilməməsinə, yanlış məlumatların
verilməsinə görə-
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan
üç min manatadək məbləğdə cərimə
edilir.
Maddə 581. Qeyri-hökumət təşkilatları,
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri tərəfindən
müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında
və ya göstərişində bildirilmiş pozuntuların
vaxtında aradan qaldırılmaması
Qeyri-hökumət təşkilatları,
xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan
Respublikasındakı filial və ya nümayəndəlikləri
tərəfindən müvafiq icra hakimiyyəti
orqanının xəbərdarlığında və ya
göstərişində bildirilmiş pozuntuların
vaxtında aradan qaldırılmamasına görə -
vəzifəli
şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan
üç min manatadək məbləğdə cərimə
edilir.
Maddə 582. Xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin fəaliyyət göstərməsi
qaydalarının pozulması
Xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada dövlət qeydiyyatına
alınmadan fəaliyyət göstərməsinə görə-
fiziki
şəxslər min manatdan iki min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min
manatadək məbləğdə, hüquqi şəxslər
beş min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
Maddə 583. Dövlət təltifləri
barəsində qanunsuz hərəkətlər
Ordenin, medalın, fəxri ad döş
nişanının və ya planka üzərində orden və
medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən
istifadə edilməsinə görə-
əlli
manat məbləğində cərimə edilir.
Maddə 584. Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydalarının pozulması
Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydalarının
pozulmasına görə-
vəzifəli
şəxslər dörd yüz manatdan altı yüz manatadək
məbləğdə, hüquqi şəxslər min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
Maddə 585. Azərbaycan
Respublikasında xarici dövlətlərin və beynəlxalq
təşkilatların bayraqlarının istifadəsi qaydalarının
pozulması
Qanunvericilikdə nəzərdə
tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında
xarici dövlətlərin və beynəlxalq təşkilatların
bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə
görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan səkkiz
yüz manatadək məbləğdə, hüquqi şəxslər
üç min manatdan dörd min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 586. Qızıl Xaç və
Qızıl Aypara emblemlərindən, onların adlarından və
fərqləndirici siqnallarından qanunsuz istifadə
586.0.
Qızıl Xaç və Qızıl Aypara emblemlərindən,
onların adlarından və fərqləndirici
siqnallarından qanunsuz istifadə, yəni “Qızıl
Xaç və Qızıl Aypara emblemlərindən
istifadə və onların müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə zidd olaraq:
586.0.1. Qızıl
Xaç və Qızıl
Aypara emblemlərindən müdafiə nişanı və
ya fərqləndirici nişan qismində istifadə edilməsinə;
586.0.2.
fərqləndirici siqnallardan istifadə
edilməsinə;
586.0.3.
hüquqi şəxslərin
adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən
və onların adlarından istifadə edilməsinə;
586.0.4.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri
ilə bir araya sığmayan məqsədlər
üçün Qızıl
Xaç və Qızıl
Aypara emblemlərindən və onların adlarından
istifadə edilməsinə;
586.0.5.
müdafiə nişanı qismində
istifadə edilən Qızıl
Xaç və Qızıl
Aypara emblemləri kimi qəbul edilə biləcək hər
hansı oxşar nişanlardan istifadə edilməsinə görə-
fiziki
şəxslər əlli manatdan yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç yüz əlli
manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min beş
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 587. Ərazi quruluşu və
inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin
pozulması
Ərazi vahidlərinin, inzibati ərazi
dairələrinin və sahə inzibati ərazi dairələrinin
adlarının və sərhədlərinin
özbaşına dəyişdirilməsinə və ya
onların adlarının təhrif edilmiş formalarından
istifadə edilməsinə görə-
fiziki
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan səkkiz
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 588. Mülki silahın
qeydiyyatı qaydalarının pozulması
Mülki silahın qeydiyyatı qaydalarının
pozulmasına görə-
səksən
manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 589. Xidməti silahın
saxlanması, gəzdirilməsi və ya təyinatı
üzrə istifadə edilməsi qaydalarının
pozulması
Xidməti
silahın saxlanılması və ondan təyinatı üzrə
istifadə etmək üçün gəzdirilməsi
hüququ olan şəxslər tərəfindən
xidməti silahın və ya onun döyüş
sursatının saxlanması, gəzdirilməsi və ya təyinatı üzrə istifadə
edilməsi qaydalarının pozulmasına görə-
əlli
manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.
Maddə 590. Mülki silahın və
ya döyüş sursatının saxlanılması,
daşınması və ya satılması qaydalarının
pozulması
590.1. Müvafiq icra
hakimiyyəti orqanından xüsusi icazə
almış şəxslər tərəfindən mülki
silahın və ya onun
üçün döyüş sursatının
saxlanılması, daşınması və ya satılması
qaydalarının pozulmasına görə-
silah və döyüş
sursatı müsadirə edilməklə və ya edilməməklə
əlli manatdan yetmiş manatadək
məbləğdə cərimə edilir.
590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər
tərəfindən mülki silahın və ya onun
üçün döyüş sursatının əldə
edilməsi, saxlanılması, daşınması, başqa
şəxslərə verilməsi və ya satılmasına
görə-
silah və
döyüş sursatı müsadirə edilməklə səksən
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 591. Mülki silahın və
döyüş sursatının istehsalı, gətirilməsi,
aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin
keçirilməsi, göndərilməsi, istifadə edilməsi,
götürülməsi və ya məhv edilməsi
qaydalarının pozulması
Mülki silahın istehsalının, gətirilməsinin,
aparılmasının, idxalının, ixracının, kolleksiya
edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin,
istifadə edilməsinin, götürülməsinin və ya məhv
edilməsinin qaydalarının pozulmasına görə-
silah müsadirə edilməklə
və ya edilməməklə səksən
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 592. Mülki silahın
saxlanması üçün xüsusi icazə ləğv
edildikdən sonra vətəndaşların onu satmaqdan boyun
qaçırması
Mülki
silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya idman
silahının saxlanılması və təyinatı üzrə
istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun
qaçırmasına görə-
silah və döyüş sursatı müsadirə
edilməklə səksən
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 592-1. Məsafədən idarə edilən
pilotsuz uçan aparatların əldə edilməsi və
satılması qaydalarının pozulması[513]
Müvafiq icra hakimiyyəti
orqanının xüsusi icazəsi olmadan məsafədən
idarə edilən pilotsuz uçan aparatların əldə
edilməsi və ya satılmasına görə -
məsafədən idarə edilən
pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 593. Möhürün
(plombun) qəsdən zədələnməsi və ya
qırılması
Bu Məcəllənin 297.1, 304.2, 317.2 və
491.3-cü maddələrində nəzərdə tutulmuş
hallar istisna edilməklə, səlahiyyətli vəzifəli
şəxs tərəfindən vurulmuş möhürün
(plombun) qəsdən zədələnməsinə və ya
qırılmasına görə-
otuz
manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 594. İnzibati icraat
haqqında qanunvericiliyin pozulması
594.0. İnzibati icraat haqqında
qanunvericiliyin pozulmasına, yəni:
594.0.1. inzibati orqan tərəfindən
diskresion səlahiyyətlərin həyata keçirilməsi
zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və
azadlıqlarının əsassız məhdudlaşdırılmasına
yönəldilmiş qərarların qəbul olunmasına və
ya qanunda birbaşa nəzərdə tutulmadığı
hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən
formal tələblərə əməl olunmaması və ya
lazımi qaydada əməl olunmaması əsas hesab edilərək,
müvafiq qərarın qəbulundan imtina edilməsinə,
yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən
təqdim olunmuş sənədlərdə yazı və hesab
zamanı yol verilmiş aşkar və düzəldilməsi
mümkün olan səhvlərə görə həmin sənədlərin
qəbulundan imtina edilməsinə;
594.0.2. inzibati orqan tərəfindən
fiziki və ya hüquqi şəxsin müraciətinə əsasən
ərizələrin və inzibati icraatla bağlı digər
formulyarların (blankların) nümunələrinin ona verilməməsinə;
594.0.3. inzibati orqanın mənafeyini
təmsil edən vəzifəli şəxsin “İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda inzibati icraatda iştirakına və
özü-özünə etiraz etməməsinə və ya
həmin qanuna əsasən iştirakına yol verilmədiyi
hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin
inzibati icraatda iştirakına;
594.0.4. inzibati orqan tərəfindən
ərizənin qəbul edildiyi gündən
ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və
nömrəsi haqqında ərizəçiyə
arayışın verilməməsinə və ya göndərilməməsinə,
yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin
yoxlanılmamasına və ərizə ilə bağlı
müvafiq qərarın qəbul edilməməsinə və
ya inzibati icraatda iştirak edən şəxslərin təqdim
etdiyi və baxılması onun səlahiyyət dairəsinə
aid olan ərizə, şikayət və ya vəsatətlərinin işə aid olmaması
və ya əsassız olması səbəbindən qəbulundan
imtina edilməsinə, yaxud maraqlı şəxsdən
qanunvericilikdə nəzərdə tutulduğundan əlavə
hər hansı digər məlumatın tələb edilməsinə;
594.0.4-1. inzibati orqan tərəfindən
inzibati icraat üçün zəruri olan və digər
inzibati orqanın sərəncamında olan sənədlərin
və ya məlumatların əldə olunmasının ərizəçidən
tələb edilməsinə;[514]
594.0.5. inzibati aktın qəbul
edilməsi, inzibati akta edilən düzəlişlər,
inzibati aktın geri çağırılması, ləğv
olunması, dəyişdirilməsi və ya qüvvədən
düşmüş hesab olunması barədə inzibati orqan
tərəfindən maraqlı şəxslərə və ya
onların nümayəndələrinə qanunda nəzərdə
tutulmuş qaydada məlumatın verilməməsinə;
594.0.6. inzibati orqan tərəfindən
inzibati icraatda iştirak edən şəxslərin inzibati
icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar
edilməməsinə;
594.0.7. inzibati orqan tərəfindən
inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən
imtina olunması haqqında qərarın qanunla müəyyən
edilmiş müddət ərzində qəbul olunmamasına və
ya inzibati şikayətin və icraatla bağlı
materialların 3 gün
müddətində şikayət
instansiyasına göndərilməməsinə görə-
vəzifəli
şəxslər üç yüz əlli manatdan altı
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 594-1. Vətəndaşların müraciətləri
haqqında qanunvericiliyin pozulması[515]
594-1.1. Vətəndaşların
müraciətləri haqqında qanunvericiliyin pozulmasına, yəni:
594-1.1.1. “Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq verilən
müraciətin qəbul edilməməsinə;
594-1.1.2. vətəndaşların
müraciətlərinin aidiyyəti üzrə
baxılması üçün qanunazidd hərəkətindən
(hərəkətsizliyindən) şikayət edilən
müraciətə baxan subyektə və ya onun vəzifəli
şəxslərinə göndərilməsinə;
594-1.1.3. vətəndaşların qəbulunun
“Vətəndaşların müraciətləri haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq təşkil edilməməsinə;
594-1.1.4. dövlət orqanlarının
və vəzifəli şəxslərinin, siyasi
partiyaların, həmkarlar ittifaqlarının və digər
ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların
fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə
bağlı, yaxud vətəndaşın və ya digər
şəxslərin hüquq və azadlıqlarının bərpası
və müdafiəsi məqsədi ilə edilən müraciətə
görə vətəndaşın təqib edilməsinə
görə -
vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yüz manat məbləğində,
hüquqi şəxslər iki yüz manat məbləğində
cərimə edilir.
Qeyd. Bu Məcəllənin 594-1.1.4-cü
maddəsində nəzərdə tutulmuş əməllərdə
cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.
Maddə 594-2. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat verən şəxsin
dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin
tələblərinin pozulması
594-2.0. Korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat verən şəxsin
dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin
pozulmasına, yəni:
594-2.0.1. konfidensiallığı təmin
edilməli olan korrupsiya ilə əlaqədar hüquqpozmalarla
bağlı məlumat verən şəxs barədə məlumatın
açıqlanmasına;
594-2.0.2. korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumat verən şəxsə
və ya onun yaxın qohumuna verdiyi məlumatla bağlı hədə-qorxu
gəlmə, təzyiqlərə məruz qoyma, təhqir etmə
və ya maddi zərər vurulmasına görə -
səkkiz yüz manatdan min üç
yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 594-2.0.2-ci maddəsində
nəzərdə tutulmuş əməllərdə cinayət
tərkibinin əlamətləri olduqda, həmin əməllər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.[516]
Maddə 595. İnzibati prosessual
qanunvericiliyin pozulması
595.1. İnzibati mübahisələrə
dair işlər üzrə məhkəmə icraatı
çərçivəsində məhkəmənin tələb
etdiyi sənədlərin və ya aktların, habelə zəruri
məlumatların inzibati orqanlar tərəfindən təqdim
edilməməsinə görə-
vəzifəli
şəxslər səkkiz yüz manat məbləğində
cərimə edilir.
595.2. İnzibati mübahisələrə
dair işlər üzrə məhkəmə icraatında məhkəmə
iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər
hansı şəxsin məhkəmə iclasına
buraxılmamasına görə-
vəzifəli
şəxslər beş yüz manat məbləğində cərimə
edilir.
Maddə 596. İnzibati xəta haqqında iş üzrə
icraatın aparılması qaydasının pozulması[517]
596.1. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin
mövcudluğu ilə razılaşmadıqda, bu Məcəllənin
124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı
bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən
inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına
görə –
vəzifəli şəxslər yüz əlli
manatdan iki yüz manatadək məbləğdə cərimə
edilir.
596.2. İnzibati xəta haqqında iş
üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs
tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci,
83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü,
104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində
müəyyən edilmiş müddətlərin pozulmasına
görə –
vəzifəli şəxslər iki yüz
manatdan dörd yüz manatadək məbləğdə cərimə
edilir.
596.3. Səlahiyyətli vəzifəli şəxsin
bu Məcəllənin 104.1-ci maddəsinin müddəalarını
pozmaqla, inzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması haqqında qərar qəbul etməsinə
görə –
vəzifəli şəxslər dörd
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
596.4. Bu Məcəllənin 42.2-ci maddəsində
nəzərdə tutulan siyahıya əsasən inzibati xətalar
haqqında işlərə baxılması səlahiyyətinə
aid edilməmiş vəzifəli şəxs tərəfindən
inzibati xəta haqqında iş üzrə qərarın və
ya həmin qərardan verilən şikayətə baxılma haqqında
qərarın çıxarılmasına görə –
vəzifəli şəxslər min beş
yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş
inzibati xəta müvafiq icra hakimiyyəti orqanının əməkdaşı
tərəfindən törədildikdə inzibati xəta haqqında
iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə
cəlb edilməsi üçün həmin orqana göndərilir.
Maddə 597. Qeyri-dövlət
(özəl) mühafizə fəaliyyəti haqqında
qanunvericiliyin pozulması
597.0. Qeyri-dövlət (özəl)
mühafizə fəaliyyəti haqqında qanunvericiliyin
pozulmasına, yəni:
597.0.1. özəl mühafizə
müəssisəsinə və ya hüquqi şəxsin
mühafizə bölməsinə mühafizəçi vəzifəsinə
işə qəbul edilən namizəd barədə işəgötürən
tərəfindən 3 gün
müddətində
müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;
597.0.2. mühafizəçi tərəfindən
fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq
edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra
hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat
verilməməsinə;
597.0.3. mühafizəçi tərəfindən
xüsusi vasitə və ya mühafizəçi vəsiqəsi
itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti
orqanına məlumat verilməməsinə;
597.0.4. özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin mühafizə
bölməsi tərəfindən xidməti istifadə
üçün verilmiş xüsusi vasitələrin
mühafizə olunan obyektin hüdudlarından kənara
çıxarılmasına və ya istifadə
üçün kənar şəxslərə verilməsinə;
597.0.5. mühafizəçinin
geyim formasının mühafizə olunan obyektin
hüdudlarından kənarda daşınmasına;
597.0.6. özəl mühafizə
fəaliyyətini həyata keçirən şəxs tərəfindən
mühafizə olunan obyektlərdə hüquqi şəxsin
müvafiq vəzifəli şəxslərinin, habelə
mühafizə olunan obyektlərin mülkiyyətçilərinin
və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video
və audioyazı, foto və kino çəkilişinin
aparılmasına görə-
fiziki
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 598. Cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin
pozulması[518]
598.1. Cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin
pozulmasına, yəni:
598.1.1. maliyyə institutları tərəfindən
müştəri uyğunluğu tədbirlərinə, məlumat
və sənədlərin saxlanılmasına və
üçüncü şəxslərə güvənməyə
dair tələblərə riayət olunmamasına, hər bir
müştəriyə və əməliyyata görə;
598.1.2. maliyyə institutları tərəfindən
daxili nəzarət proqramının tətbiq edilməməsinə,
yaxud tam tətbiq edilməməsinə görə;
598.1.3. maliyyə monitorinqi orqanının
cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması sahəsində verdiyi yazılı göstərişlərin
maliyyə institutları tərəfindən vaxtında və
ya tam icra edilməməsinə, hər bir yazılı
göstərişə görə;
598.1.4. maliyyə institutları tərəfindən
nəzarət orqanlarının fəaliyyətinə maneələrin
yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə,
tələb olunan məlumat və sənədlərin təqdim
edilməməsinə, yanlış məlumat və sənədlərin
verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata
keçirildiyi yerlərə gəlməklə aparılan
yoxlamalara münasibətdə bu Məcəllənin
602.4-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olunmaqla) görə;
598.1.5. maliyyə institutları tərəfindən
siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə
əməl edilməməsinə, hər bir siyasi nüfuzlu
şəxsə və əməliyyata görə;
598.1.6. maliyyə institutları tərəfindən
yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin
pozulmasına görə -
vəzifəli şəxslər iki min
manatdan dörd min manatadək məbləğdə, hüquqi
şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə
cərimə edilir.
598.2. Xarici hüquqi təsisatın idarəçisi
qismində çıxış edən şəxsin öhdəlik
daşıyan şəxslərlə işgüzar münasibətlər
qurarkən xarici hüquqi təsisatın idarəçisi
olduğunu bəyan etməməsinə görə -
fiziki şəxslər min manatdan iki min
manatadək məbləğdə, vəzifəli şəxsləri
iki min manatdan dörd min manatadək məbləğdə,
hüquqi şəxslər on iki min manatdan iyirmi min manatadək
məbləğdə cərimə edilir.
598.3. Xarici ölkədə (ərazidə)
təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin
kənar idarəçisi qismində çıxış edən
şirkətin xidmət təminatçısının
öhdəlik daşıyan şəxslərlə
işgüzar münasibətlər qurması zamanı
şirkətin xidmət təminatçısı qismində
iştirak etdiyini bəyan etməməsinə və bununla əlaqədar
zəruri bütün məlumat və sənədləri təqdim
etməməsinə görə -
fiziki şəxslər min beş yüz
manatdan iki min beş yüz manatadək məbləğdə,
vəzifəli şəxsləri iki min beş yüz manatdan
beş min manatadək məbləğdə, hüquqi şəxslər
on beş min manatdan iyirmi min manatadək məbləğdə
cərimə edilir.
598.4. Maliyyə institutları tərəfindən
monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin
təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin
pozulmasına, hər bir əməliyyata görə -
vəzifəli şəxslər iki min
manatdan dörd min manatadək məbləğdə, hüquqi
şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə
cərimə edilir.
598.5. Maliyyə institutları tərəfindən
əməliyyatların icra edilməməsinə dair “Cinayət
yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tələblərin pozulmasına,
hər bir əməliyyata görə -
vəzifəli şəxslər
üç min manatdan beş min manatadək məbləğdə,
hüquqi şəxslər otuz min manatdan qırx min manatadək
məbləğdə cərimə edilir.
598.6. Maliyyə monitorinqi orqanının
əməliyyatların dayandırılması barədə qərarının
maliyyə institutları tərəfindən icra edilməməsinə,
hər bir əməliyyata görə -
vəzifəli şəxslər dörd
min manatdan altı min manatadək məbləğdə,
hüquqi şəxslər qırx min manatdan əlli min manatadək
məbləğdə cərimə edilir.
598.7. Bu Məcəllənin 598.1-ci və
598.4-cü maddələrində nəzərdə tutulmuş
xətaların qeyri-maliyyə institutları və peşə
sahibləri tərəfindən törədilməsinə
görə -
vəzifəli şəxslər səkkiz
yüz manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
598.8. Dini qurumların, qeyri-hökumət
təşkilatlarının, o cümlədən xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının Azərbaycan
Respublikasındakı filial və ya nümayəndəliklərinin
terrorçuluğun maliyyələşdirilməsinin
qarşısını almaq məqsədilə risklərin
minimallaşdırılmasına yönəldilmiş qayda və
prosedurlara malik olmamasına görə -
vəzifəli şəxslər iki min
manatdan dörd min manatadək məbləğdə, hüquqi
şəxslər on min manatdan iyirmi min manatadək məbləğdə
cərimə edilir.
598.9. Auditor xidməti göstərən
şəxslər tərəfindən “Cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin
təqdim edilməsi və ya məlumat və sənədlərin
saxlanmasına dair tələblərə riayət
olunmamasına, yaxud maliyyə monitorinqi orqanının cinayət
yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması sahəsində maliyyə monitorinqi
orqanının verdiyi yazılı göstərişlərin
vaxtında və ya tam icra edilməməsinə, həmçinin
nəzarət orqanlarının fəaliyyətinə maneələrin
yaradılmasına, sorğulara cavab verilməməsinə, tələb
olunan məlumat və sənədlərin təqdim edilməməsinə,
yanlış məlumat və sənədlərin verilməsinə
görə -
vəzifəli şəxslər səkkiz
yüz manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
598.10. “Hədəfli maliyyə
sanksiyaları haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada aktivlərin
dondurulması üzrə tədbirlərin görülməməsinə,
hər bir fiziki şəxs və ya quruma görə -
vəzifəli
şəxslər üç min manatdan beş min manatadək
məbləğdə, hüquqi şəxslər otuz min
manatdan əlli min manatadək məbləğdə cərimə
edilir.
Maddə 599. Azərbaycan Respublikasında fəaliyyət
göstərən bütün təhsil müəssisələrinin
“Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”nə, ali və orta ixtisas təhsili müəssisələrinin
“Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin
“Şagird-məzun dövlət elektron məlumat sistemlərinə
qoşulmaması və ya məlumatların həmin sistemə
vaxtında, tam və ya düzgün daxil edilməməsi[519]
Azərbaycan Respublikasında fəaliyyət
göstərən bütün təhsil müəssisələrinin
“Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”nə, ali və orta ixtisas təhsili müəssisələrinin
“Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili
müəssisələrinin “Şagird-məzun dövlət
elektron məlumat sistemlərinə qoşulmamasına
və ya məlumatların həmin sistemə vaxtında, tam və
ya düzgün daxil edilməməsinə görə-
vəzifəli
şəxslər iki yüz manatdan üç yüz manatadək
məbləğdə, hüquqi şəxslər iki min
beş yüz manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
Maddə 600. Dövlət
qulluqçuları haqqında məlumatların vaxtında,
tam və ya düzgün verilməməsi
Dövlət qulluğuna qəbul
edilən şəxslər və digər dövlət
qulluqçuları haqqında qanunvericiliklə müəyyən
edilmiş məlumatların müvafiq dövlət
orqanları tərəfindən Azərbaycan
Respublikasının Dövlət Qulluqçuları Reyestrinə
vaxtında, tam və ya düzgün verilməməsinə
görə-
vəzifəli
şəxslər üç yüz manatdan altı yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 600-1. Şəxsi işlərin
aparılması qaydalarının pozulması[520]
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş
şəxsi işin aparılması qaydalarının tələblərinin
kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən
pozulmasına görə -
dörd
yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 601. Hüquq müəyyən
edən sənədlərin verilməsi üçün
qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin
tələb edilməsi
Hüquq müəyyən edən
sənədlərin verilməsi üçün qanunvericilikdə nəzərdə
tutulmayan sənədlərin tələb edilməsinə
görə-
vəzifəli
şəxslər üç yüz manatdan dörd yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 602. Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında
qanunvericiliyin pozulması
602.1. Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata
alınmadan yoxlamanın aparılmasına görə -
vəzifəli şəxslər iki min
manatdan üç min manatadək məbləğdə cərimə edilir.[521]
602.2. Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata
alınmış yoxlama barədə məlumatın verilməsi
qaydalarının pozulmasına, yəni:
602.2.1. sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata
alınmış yoxlamanın nəticələri barədə
məlumatın tam, düzgün və ya vaxtında müvafiq
icra hakimiyyəti orqanına verilməməsinə;
602.2.2. sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata
alınmış və hər hansı səbəbdən
aparılmamış yoxlama barədə məlumatın həmin
səbəblər göstərilməklə vaxtında
müvafiq icra hakimiyyəti orqanına verilməməsinə;
602.2.3. yoxlayıcı orqan tərəfindən
yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə
məhdudlaşdırıcı tədbirin tətbiqi barədə
qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti
orqanına verilməməsinə görə -
vəzifəli şəxslər
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
602.3. Bu Məcəllənin
602.1-ci və 602.2-ci maddələrində nəzərdə
tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya
yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən
edilmiş tələblərin və prosedurların
pozulmasına görə -
vəzifəli şəxslər
beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
602.4. Sahibkar tərəfindən
yoxlama prosesində yoxlamaya aid sənədlərin
yoxlayıcıya təqdim edilməməsinə, yoxlama
zamanı yaranan suallara şifahi və (və ya) yazılı
izahatlar verilməməsinə, təhrif olunmuş,
yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti
üçün istifadə olunan əraziyə, istehsal və
emal müəssisələrinə, anbarlara, satış sahələrinə,
nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti
üçün istifadə olunan digər yerlərə
baxış keçirilməsinə mane olmağa görə
-[522]
vəzifəli şəxslər
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 602-1. Lisenziyalar və icazələr
haqqında qanunvericiliyin pozulması[523]
602-1.1. “Lisenziyalar və icazələr”
haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş məlumatların həmin qanunla müəyyən
edilmiş müddətdə və qaydada lisenziya və icazə
verən orqan tərəfindən müvafiq icra hakimiyyəti
orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət
növü üzrə müvafiq nəzarət orqanına
verilməməsinə görə -
vəzifəli şəxslər beş
yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
602-1.2. Sahibkarın müraciəti əsasında
lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə
aid məsələlər üzrə sahibkara yazılı və
şifahi şəkildə izahatlar verilməməsinə,
habelə qarşıya çıxan çətinliklərin
aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə
görə -
vəzifəli şəxslər beş
yüz manatdan min manatadək məbləğdə cərimə
edilir.
602-1.3. Dövlət orqanlarının və
digər qurumların apardığı elektron informasiya
ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər və digər informasiya
resursları) istifadə etməklə əldə edilməsi
mümkün olan sənədlərin lisenziya və icazə
verən orqan tərəfindən ərizəçidən tələb
olunmasına görə -
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
602-1.4. Lisenziyanın və icazənin,
onun dublikatının və əlavəsinin verilməsi, yenidən
rəsmiləşdirilməsi, dayandırılması, bərpası
və ya ləğvi üçün qanunvericiliyə
uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin
tələb olunan rəyinin (razılığının) və
verməli olduqları sənədlərin (icazələrin,
aktların və s.) alınması üçün lisenziya və
icazə verən orqan tərəfindən tədbirlərin
görülməməsinə görə -
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
602-1.5. Lisenziya və icazə verən
orqanın müraciəti ilə bağlı aidiyyəti
dövlət orqan və müəssisələri tərəfindən
mənfi rəyin, habelə razılığın verilməsindən
imtinanın “Lisenziyalar və icazələr” haqqında Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmamasına
görə -
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Qeyd: Bu Məcəllənin 602-1-ci maddəsi
maliyyə bazarları sahəsində lisenziya və icazə
sisteminə şamil edilmir.
Maddə 602-2. Mediasiya haqqında qanunvericiliyin pozulması
602-2.1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq Mediasiya Şurasının üzvlüyünə
qəbul edilmədən fiziki şəxsin mediator fəaliyyəti
ilə məşğul olmasına, hüquqi şəxsin mediasiya
təşkilatı kimi və (və ya) mediasiya təlimi sahəsində
fəaliyyət göstərməsinə görə ‒
fiziki şəxslər min manat məbləğində,
vəzifəli şəxslər iki min manat məbləğində,
hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
602-2.2. Mediasiya təşkilatları, mediatorlar və mediasiya
təlimi qurumları tərəfindən mediasiya reyestrində
onlar haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər
barədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş qaydada və müddətdə
məlumatın verilməməsinə görə ‒
fiziki şəxslər yüz manat məbləğində,
vəzifəli şəxslər iki yüz manat məbləğində,
hüquqi şəxslər dörd yüz manat məbləğində
cərimə edilir.
602-2.3. Mediasiya iştirakçıları və mediasiyada
iştirak edən digər şəxslər tərəfindən
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına
görə ‒
fiziki şəxslər səkkiz yüz manat məbləğində,
vəzifəli şəxslər min beş yüz manat məbləğində,
hüquqi şəxslər üç min manat məbləğində
cərimə edilir.
602-2.4. Mediasiya zamanı mediatorun fəaliyyətinə
müdaxilə edilməsinə görə ‒
fiziki şəxslər iki yüz manat məbləğində,
vəzifəli şəxslər dörd yüz manat məbləğində,
hüquqi şəxslər səkkiz yüz manat məbləğində
cərimə edilir.
602-2.5. Mediator tərəfindən uşağın maraqlarına
toxunan ailə münasibətlərindən irəli gələn
mübahisələr üzrə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) rəyinin alınmamasına,
habelə ailə münasibətlərindən irəli gələn
mübahisələr zamanı uşağın normal böyüməsinə
və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına
zərər vura bilən hallar (və ya belə halların yaranma
ehtimalı olduğu) barədə məlumatların, həmçinin
uşağın böyüməsinə, inkişafına və
digər maraqlarına toxunan barışıq sazişinin müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)
təqdim edilməməsinə görə ‒
beş yüz manat məbləğində cərimə
edilir.[524]
Maddə 602-3. Kritik informasiya infrastrukturunun
təhlükəsizliyinin təmin edilməsi sahəsində
səlahiyyətli orqanın (vəzifəli şəxsin)
tələblərinin yerinə yetirilməməsi və ya ona
maneçilik törədilməsi[525]
Kritik informasiya infrastrukturu
obyektlərinin təhlükəsizliyi üzrə
tələblərin pozulması hallarının aradan
qaldırılmasına dair səlahiyyətli orqanın
(vəzifəli şəxsin) tələbinin yerinə
yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların
aşkarlanması, qarşısının alınması
və təhlükəsizlik insidentlərinin
araşdırılması üçün səlahiyyətli
orqana (vəzifəli şəxsə) lazımi şəraitin
yaradılmamasına və ya maneçilik
törədilməsinə görə –
vəzifəli şəxslər min
manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd min manatdan beş min
manatadək məbləğdə cərimə edilir.
Hərbi uçot, hərbi qeydiyyat və
səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 603.
Çağırışçılar və hərbi vəzifəlilər
haqqında məlumatların vaxtında verilməməsi
603.1. İlkin hərbi qeydiyyata
alınmalı olan vətəndaşların
siyahılarının
çağırışçıların və hərbi vəzifəlilərin
hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanına müəyyən
edilmiş müddətdə təqdim edilməməsinə
görə -
vəzifəli şəxslər
iki yüz manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər dörd yüz manatdan altı
yüz manatadək məbləğdə cərimə edilir.
603.2.
Çağırışçıların və hərbi vəzifəlilərin
sağlamlıq imkanlarının məhdudluğunun və
ya əlilliyinin müəyyən edilməsi, onların
soyadının, adının, atasının adının dəyişdirilməsi,
vətəndaşlıq vəziyyəti aktlarının
qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər
edilməsi, ölümünün qeydiyyatı, habelə onlar
barəsində cinayət işinin başlanılması və
ya məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti
orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən
müəyyən edilmiş müddətdə təqdim edilməməsinə
görə -[526]
vəzifəli şəxslər
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər üç yüz əlli manatdan
beş yüz əlli manatadək məbləğdə cərimə
edilir.
603.3. Bu Məcəllənin 603.1-ci və
603.2-ci maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla,
çağırışçıların və hərbi vəzifəlilərin
hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan
çıxarılmasının rəsmiləşdirilməsi
və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi
üçün tələb olunan məlumatların
çağırışçıların və hərbi vəzifəlilərin
hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanına müəyyən
edilmiş müddətdə təqdim edilməməsinə
görə -
vəzifəli şəxslər
yüz manatdan iki yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç yüz manatdan beş
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 604. İlkin hərbi qeydiyyata
alınmaqdan boyun qaçırma
İlkin hərbi qeydiyyata alınmalı
olan vətəndaşların qeydiyyata alınmaq
üçün fərdi çağırış vərəqəsində
göstərilmiş müddətdə üzrlü səbəblər
olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə
görə -
otuz manat məbləğində
cərimə edilir.
Maddə 605.
Çağırışçılara və hərbi vəzifəlilərə
çağırış barədə məlumatın verilməməsi
Çağırışçıların
və hərbi vəzifəlilərin hərbi uçotunu
aparan orqan və təşkilatlar tərəfindən
çağırışçılara və hərbi vəzifəlilərə
onların müvafiq icra hakimiyyəti orqanına
çağırılması barədə məlumatın
verilməməsi, yaxud onların çağırış məntəqələrinə
və ya toplanış yerinə vaxtında gəlməsinə
maneçilik törədilməsinə görə -
vəzifəli şəxslər
səksən manatdan yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər iki yüz manatdan dörd yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 606. Hərbi qeydiyyat
qaydalarının pozulması
606.1.
Çağırışçıların və hərbi vəzifəlilərin
hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi
tərəfindən
çağırışçılardan və hərbi vəzifəlilərdən
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə
sənədlərin tələb edilməsinə, hərbi
qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatların
daxil edilməsinə, onların hərbi qeydiyyata
alınmasından, hərbi qeydiyyatdan
çıxarılmasından və ya hərbi qeydiyyata
alınma haqqında vəsiqənin verilməsindən əsassız
imtina edilməsinə görə -
iki yüz əlli manatdan
üç yüz əlli manatadək məbləğdə cərimə
edilir.
606.2. Vətəndaşların hərbi
qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş vəzifələrini icra etməməsinə, yəni:
606.2.1. vətəndaşlar ehtiyata
keçirildikdən sonra 7 gün müddətində
yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq
üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;
606.2.2. hərbi vəzifəlilər və
çağırışçılar yaşayış
yerini 3 aydan çox müddətə dəyişdirdikdə,
yaşayış yeri üzrə hərbi qeydiyyatdan
çıxmamasına və olduğu yer üzrə hərbi
qeydiyyata durmamasına;
606.2.3. hərbi vəzifəlilər və
çağırışçılar yaşayış
yerini dəyişərkən, 10 gün müddətində hərbi
qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat
verməməsinə görə -
otuz manat məbləğində
cərimə edilir.
606.3.
Çağırışçıların və hərbi vəzifəlilərin
bu Məcəllənin 604-cü maddəsində nəzərdə
tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş
hallarda çağırış üzrə müvafiq icra
hakimiyyəti orqanına üzrlü səbəblər olmadan
gəlməməsinə görə -
əlli manat məbləğində
cərimə edilir.
Qeyd: Bu Məcəllənin
606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən
yayınmaq üçün növbəti
hərbi çağırış və ya səfərbərlik
üzrə çağırış ilə bağlı
törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.
Maddə 607. Hərbi qeydiyyat sənədlərinin
qəsdən korlanması və ya itirilməsi
Çağırışçılar
və hərbi vəzifəlilər hərbi biletin və ya
ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən
korlanılmasına və ya itirilməsinə görə -
xəbərdarlıq edilir və
ya əlli manat məbləğində cərimə edilir.
Maddə 608. Dövlət hakimiyyəti
orqanları və yerli özünüidarəetmə
orqanları, müəssisələr, idarələr və təşkilatlar
tərəfindən səfərbərlik üzrə tədbirlərin
həyata keçirilməsinin təmin edilməməsi
608.1. Müvafiq icra
hakimiyyəti orqanının və yerli özünüidarəetmə
orqanlarının, mülkiyyət formasından
asılı olmayaraq müəssisələrin, idarələrin,
təşkilatların vəzifəli şəxsləri tərəfindən
səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə
vaxtında məlumat verilməməsinə və onların
çağırış-toplanış məntəqələrinə
və ya hərbi hissələrə gətirilməsinin təmin
edilməməsinə görə-
iki yüz manatdan
üç yüz manatadək məbləğdə cərimə
edilir.
608.2. Dövlət hakimiyyəti
orqanlarının və yerli özünüidarəetmə
orqanlarının, mülkiyyət formasından asılı
olmayaraq müəssisə, idarə və təşkilatların
vəzifəli şəxsləri tərəfindən “Azərbaycan
Respublikasında səfərbərlik hazırlığı və
səfərbərlik haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq
səfərbərlik hazırlığı və səfərbərlik
sahəsində onlara həvalə edilmiş vəzifələrin
yerinə yetirilməməsinə görə-
iki yüz əlli
manatdan üç yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 609. Hərbi-nəqliyyat
vəzifəsi haqqında qanunvericiliyin pozulması
609.1. Azərbaycan
Respublikasının dövlət və yerli
özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin
mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən
nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti
barədə məlumatların təqdim edilməməsinə
görə -
vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli
manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
609.2. Səfərbərlik
tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat
vasitələrinin Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinə və
qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə
və xüsusi birləşmələrə müəyyən
edilmiş qaydada təqdim olunmamasına görə -
vəzifəli
şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz
manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
FƏSİL
41[527]
Hərbi xidmət
əleyhinə olan inzibati xətalar
Maddə 610.
Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə
yetirən digər şəxsin şərəf və
ləyaqətini alçaltma
Rəisin,
yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən
digər şəxsin hərbi xidmət üzrə öz
vəzifəsini yerinə yetirməsi zamanı və ya
belə vəzifələrin yerinə yetirilməsi ilə
əlaqədar şərəf və ləyaqətini
alçaltma —
on
gündən iyirmi günədək müddətə inzibati
həbs tətbiq olunur.
Maddə 611.
Tabelikdə olan hərbi qulluqçunun şərəf və
ləyaqətini alçaltma
Hərbi
xidmət üzrə vəzifələrin yerinə
yetirilməsi zamanı və ya belə vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində
olan şəxsin şərəf və ləyaqətini
alçaltması —
on
gündən iyirmi günədək müddətə inzibati
həbs tətbiq olunur.
Maddə 612.
Tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozma
612.1.
Tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozma,
yəni bir hərbi qulluqçunun digərinin şərəf
və ləyaqətini alçaltması və ya ona zor
tətbiq etməsi —
on
gündən bir ayadək müddətə inzibati həbs
tətbiq olunur.
612.2.
Müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları və ya hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinin
kursantları arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozaraq
zərərçəkmiş şəxsə qarşı zor
tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq
etməklə özgənin az miqdarda əmlakını və
ya əmlak xarakteri daşıyan digər
hərəkətlər etməsini tələb etmə —
bir
aydan üç ayadək müddətə inzibati həbs
tətbiq olunur.
Qeyd:
1.
Bu Məcəllənin 612.1-ci maddəsində
nəzərdə tutulmuş əməl sağlamlığa
ağır, az ağır və ya yüngül zərər
vurmaqla törədildikdə, Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin müvafiq maddələrinə
əsasən cinayət məsuliyyətinə səbəb
olur.
2.
Bu Məcəllənin 612.2-ci maddəsində “az miqdar”
dedikdə, yüz manatdan yuxarı olmayan məbləğ
başa düşülür.
Maddə 613.
Hərbi hissəni və ya xidmət yerini özbaşına
tərk etmə
613.1.
Müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinin
kursantının hərbi hissəni (hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı təhsil
müəssisəsini) və ya xidmət yerini
özbaşına tərk etməsi və ya üzrlü
səbəblər olmadan hərbi hissəyə (hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisəsinə) və ya xidmət yerinə
vaxtında gəlməməsi bir gündən artıq, lakin
üç gündən çox olmayaraq
törədildikdə —
on
günədək müddətə inzibati həbs tətbiq
olunur.
613.2.
Zabitin, gizirin, miçmanın, müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi
hissədən və ya xidmət yerindən özbaşına
getməsi, habelə üzrlü səbəblər olmadan
hərbi hissəyə və ya xidmət yerinə vaxtında
gəlməməsi üç gündən artıq, lakin on
gündən çox olmayaraq törədildikdə —
iyirmi
günədək müddətə inzibati həbs tətbiq
olunur.
613.3.
Bu Məcəllənin 613.1-ci maddəsində
nəzərdə tutulmuş əməllərin inzibati
tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən bir il ərzində təkrar
törədilməsinə görə-
on
gündən iyirmi günədək müddətə inzibati
həbs tətbiq olunur.
613.4.
Bu Məcəllənin 613.2-ci maddəsində
nəzərdə tutulmuş əməllərin inzibati
tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən bir il ərzində təkrar törədilməsinə
görə-
on
beş gündən bir ayadək müddətə inzibati
həbs tətbiq olunur.
Maddə 614.
Hərbi əmlakı itirmə, məhv etmə və ya
zədələmə
614.1.
Hərbi qulluqçulara xidməti istifadə üçün
verilmiş silahın, onun komplekt hissələrinin,
döyüş sursatının, partlayıcı
maddələrin və qurğuların, hərbi texnikanın
və ya sair hərbi əmlakın saxlanması
qaydalarını pozmaqla itirilməsi—
on
gündən bir ayadək müddətə inzibati həbs
tətbiq olunur.
614.2.
Silah, onun komplekt hissələri, döyüş sursatı,
partlayıcı maddələr və qurğular və ya
hərbi texnika istisna olmaqla sair hərbi əmlakı
qəsdən az miqdarda məhv etmə və ya
zədələmə -
on
beş gündən iki ayadək müddətə inzibati
həbs tətbiq olunur.
Qeyd:
1.
Bu Məcəllənin 614.1-ci maddəsində
nəzərdə tutulmuş əməl mühüm
zərər vurduqda Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin müvafiq maddəsinə əsasən
cinayət məsuliyyətinə səbəb olur.
2.
Bu Məcəllənin 614.2-ci maddəsində “az miqdar”
dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ
başa düşülür.
Maddə 614-1. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin şəxsi heyətinin, hərbi silah,
sursat və ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında məlumatların
yayılması
Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin şəxsi heyətinin, hərbi silah,
sursat və ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında məlumatların mediada, o
cümlədən internet informasiya ehtiyatında və ya
informasiya-telekommunikasiya şəbəkəsində hərbi
qulluqçular və ya toplanışa
çağırılmış hərbi vəzifəlilər
tərəfindən yayılmasına görə –
on gündən bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin şəxsi heyətinin, hərbi silah,
sursat və ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında dövlət orqanları
(qurumları) tərəfindən ictimaiyyətə
açıqlanan məlumatların yayılması hallarına
bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi
şamil edilmir.
2. Bu Məcəllənin 614-1-ci maddəsi
həmin maddədə göstərilən əməl Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq
maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.[528]
Maddə 615.
Silahla və yüksək təhlükə törədən
əşyalarla davranış qaydalarını pozma
Silahla,
hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı
maddələrlə, habelə ətrafdakılar
üçün yüksək təhlükə
törədən maddə və əşyalarla
davranış qaydalarının pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına yüngül
zərər vurduqda —
iki
yüz manatdan üç yüz manatadək
məbləğdə cərimə edilir və ya işin
halları və pozuntu törədənin şəxsiyyəti
nəzərə alınmaqla on gündən bir ayadək
müddətə inzibati həbs tətbiq olunur.
Maddə 616.
Maşınları idarəetmə və istismar
qaydalarını pozma
Döyüş
və ya xüsusi təyinatlı nəqliyyat
vasitələrini, yaxud hərbi texnikanı idarəetmə
və istismar qaydalarını pozma, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
yüngül zərər vurulmasına səbəb olduqda -
iki
yüz manatdan üç yüz manatadək
məbləğdə cərimə edilir və ya işin halları
və pozuntu törədənin şəxsiyyəti
nəzərə alınmaqla on gündən iyirmi
günədək müddətə inzibati həbs tətbiq
olunur.
Maddə 617.
Hərbi uçuş aparatlarının istismar
qaydalarını pozma
617.1.
Hərbi uçuş aparatlarının uçuş,
uçuşa hazırlıq və ya sair istismar qaydalarını
pozma, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına yüngül
zərər vurulmasına səbəb olduqda —
iki
yüz manatdan üç yüz manatadək
məbləğdə cərimə edilir və ya işin
halları və pozuntu törədənin şəxsiyyəti
nəzərə alınmaqla on gündən iyirmi günədək
müddətə inzibati həbs tətbiq olunur.
617.2.
Bu Məcəllənin 617.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır
zərər vurulmasına səbəb olduqda —
beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on beş gündən bir ayadək
müddətə inzibati həbs tətbiq olunur.
Maddə 618.
Hərbi gəmiləri idarəetmə və ya istismar
qaydalarını pozma
618.1.
Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını
pozma, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına yüngül
zərər vurulmasına səbəb olduqda —
iki
yüz manatdan üç yüz manatadək
məbləğdə cərimə edilir və ya işin
halları və pozuntu törədənin şəxsiyyəti
nəzərə alınmaqla on gündən iyirmi
günədək müddətə inzibati həbs tətbiq
olunur.
618.2.
Bu Məcəllənin 618.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır
zərər vurulmasına səbəb olduqda —
beş
yüz manatdan yeddi yüz manatadək məbləğdə
cərimə edilir və ya işin halları və pozuntu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla on beş gündən bir ayadək
müddətə inzibati həbs tətbiq olunur.
1.
01 fevral 2016-cı
il tarixli 123-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, №
62, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 397)
2.
04 mart 2016-cı il
tarixli 137-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, №
62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə
403)
3.
04 mart 2016-cı il
tarixli 171-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, №
62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə
429)
4.
04 mart 2016-cı il
tarixli 173-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 aprel 2016-cı il, №
87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 04, maddə 631)
5.
05 aprel 2016-cı
il tarixli 193-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 03 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 647)
6.
05 aprel 2016-cı
il tarixli 200-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 03 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 654)
7.
15 aprel 2016-cı
il tarixli 208-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə
835)
8.
6 may 2016-cı il tarixli 231-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə
846)
9.
17 may 2016-cı il tarixli 255-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə
997)
10.
14 iyun 2016-cı il tarixli 282-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2016-cı il, № 138, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə
1010)
11.
24 iyun 2016-cı il tarixli 300-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə
1247)
12.
24 iyun 2016-cı il tarixli 303-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 iyul 2016-cı il, № 155, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə
1249)
13.
30 sentyabr
2016-cı il tarixli 331-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 oktyabr 2016-cı il, № 232, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə
1608)
14.
14 oktyabr 2016-cı
il tarixli 341-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 noyabr 2016-cı il, № 262, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1769)
15.
14 oktyabr 2016-cı
il tarixli 346-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 noyabr 2016-cı il, № 258, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1774)
16.
14 oktyabr 2016-cı
il tarixli 353-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1781)
17.
14 oktyabr 2016-cı
il tarixli 355-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 noyabr 2016-cı il, № 258, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1783)
18.
14 oktyabr 2016-cı
il tarixli 359-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 noyabr 2016-cı il, № 262, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1786)
19.
14 oktyabr 2016-cı
il tarixli 361-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1788)
20.
28 oktyabr 2016-cı
il tarixli 366-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2016-cı il, № 276, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1984)
21.
2 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə
dair Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi
Plenumunun qərarı (“Respublika” qəzeti, 25 noyabr 2016-cı il, № 261)
22.
11 noyabr 2016-cı
il tarixli 387-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2016-cı il, № 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2000)
23.
11 noyabr 2016-cı
il tarixli 396-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2016-cı il, № 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2009)
24.
29 noyabr 2016-cı
il tarixli 429-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2016-cı il, № 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2024)
25.
16 dekabr 2016-cı
il tarixli 457-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 dekabr 2016-cı il, № 291, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə
2049)
26.
16 dekabr 2016-cı il tarixli 468-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 5 fevral 2017-ci il, № 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə
139)
27.
16 dekabr 2016-cı
il tarixli 470-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 yanvar 2017-ci il, № 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə
21)
28.
30 dekabr 2016-cı il tarixli 488-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 05 fevral 2017-ci il, № 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 147)
29.
30 dekabr 2016-cı il tarixli 493-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 05 fevral 2017-ci il, № 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 152)
30.
1 fevral 2017-ci il tarixli 509-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 331)
31.
1 fevral 2017-ci il tarixli 524-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 fevral 2017-ci il, № 41, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 162)
32.
14 fevral 2017-ci il tarixli 529-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 mart 2017-ci il, № 49, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 344)
33.
7 aprel 2017-ci il tarixli 567-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 may 2017-ci il, № 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 698)
34.
7 aprel 2017-ci il tarixli 574-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 701)
35.
14 aprel 2017-ci il tarixli 597-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1020)
36.
25 aprel 2017-ci il tarixli 634-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 may 2017-ci il, № 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 734)
37.
2 may 2017-ci il tarixli 663-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 749)
38.
16 may 2017-ci il tarixli 669-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 754)
39.
25 aprel 2017-ci il tarixli 639-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyul 2017-ci il, № 138, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1036)
40.
25 aprel 2017-ci il tarixli 624-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 iyul 2017-ci il, № 140, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1033)
41.
13 iyun 2017-ci il tarixli 738-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1297)
42.
13 iyun 2017-ci il tarixli 740-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 7, maddə 1299)
43.
13 iyun 2017-ci il tarixli 737-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
16 iyul 2017-ci il, № 153, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1296)
44.
13 iyun 2017-ci il tarixli 713-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1273)
45.
20 oktyabr 2017-ci il tarixli 811-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 dekabr 2017-ci il, № 266, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1964)
46.
20 oktyabr 2017-ci il tarixli 814-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1966)
47.
20 oktyabr 2017-ci il tarixli 817-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 noyabr 2017-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 11, maddə 1969)
48.
31 oktyabr 2017-ci il tarixli 847-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2214)
49.
31 oktyabr 2017-ci il tarixli 851-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 dekabr 2017-ci il, № 267, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2217)
50.
17 noyabr 2017-ci il tarixli 857-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2220)
51.
17 noyabr 2017-ci il tarixli 870-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2233)
52.
17 noyabr 2017-ci il tarixli 874-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2237)
53.
17 noyabr 2017-ci il tarixli 876-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2017-ci il, № 265, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 1979)
54.
17 noyabr 2017-ci il tarixli 882-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 dekabr 2017-ci il, № 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2240)
55.
1 dekabr 2017-ci il tarixli 898-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
24 dekabr 2017-ci il, № 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab,
maddə 2253)
56.
1 dekabr 2017-ci il tarixli 901-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab,
maddə 2256)
57.
1 dekabr 2017-ci il tarixli 913-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2266)
58.
15 dekabr 2017-ci il tarixli 949-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 19)
59.
29 dekabr 2017-ci il tarixli 969-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 fevral 2018-ci il, № 28, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 160)
60.
1 fevral 2018-ci il tarixli 981-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 fevral 2018-ci il, № 42, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 162)
61.
1 fevral 2018-ci il
tarixli 984-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 fevral 2018-ci il, № 42, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 163)
62.
13 fevral 2018-ci il tarixli 1002-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 mart 2018-ci
il, № 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə
383)
63.
23 fevral 2018-ci il tarixli 1017-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 aprel 2018-ci
il, № 92, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 646)
64.
6 mart 2018-ci il tarixli 1035-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 mart
2018-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, № 3, maddə 401)
65.
6 mart 2018-ci il tarixli 1038-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 mart
2018-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, № 2, maddə 404)
66.
3 aprel 2018-ci il tarixli 1067-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 may 2018-ci
il, № 107, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 857)
67.
24 aprel 2018-ci il tarixli 1073-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 may 2018-ci
il, № 107, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 860)
68.
24 aprel 2018-ci il
tarixli 1075-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may
2018-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, №5, maddə 862)
69.
1 may 2018-ci il tarixli 1110-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2018-ci
il, № 112, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə
876)
70.
1 may 2018-ci il tarixli 1117-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 may 2018-ci
il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, №5, maddə 883)
71.
1 may 2018-ci il tarixli 1094-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun
2018-ci il, № 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1153)
72.
31 may 2018-ci il tarixli 1168-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun
2018-ci il, № 142, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1188)
73.
29 iyun 2018-ci il
tarixli 1219-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab,
maddə 1435)
74.
29 iyun 2018-ci il
tarixli 1221-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyul 2018-ci il, № 159, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab,
maddə 1437)
75.
29 iyun 2018-ci il tarixli 1226-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul
2018-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1438)
76.
1 oktyabr 2018-ci il tarixli 1248-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr
2018-ci il, № 260, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2188)
77.
1 oktyabr 2018-ci il tarixli 1251-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 noyabr 2018-ci
il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, № 10, maddə 1963)
78.
1 oktyabr 2018-ci il tarixli 1254-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr
2018-ci il, № 254, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2191)
79.
30 oktyabr 2018-ci il tarixli 1301-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr
2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 11, maddə 2214)
80.
30 oktyabr 2018-ci il tarixli 1307-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr
2018-ci il, № 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə
2217)
81.
30 oktyabr 2018-ci il tarixli 1317-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, № 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab,
maddə 2473)
82.
2 noyabr 2018-ci il tarixli 1326-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2018-ci il, № 282, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab,
maddə 2475)
83.
30 noyabr 2018-ci il tarixli 1357-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2018-ci il, № 292, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab,
maddə 2499)
84.
30 noyabr 2018-ci il tarixli 1363-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2018-ci
il, № 271, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2231)
85.
30 noyabr 2018-ci il tarixli 1371-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2018-ci il, № 287, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2507)
86.
30 noyabr 2018-ci il tarixli 1377-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr
2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, № 12, I kitab, maddə 2512)
87.
7 dekabr 2018-ci il tarixli 1382-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 yanvar
2019-cu il, № 7, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə
4)
88.
7 dekabr 2018-ci il
tarixli 1384-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 yanvar 2019-cu il, № 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə
6)
89.
18 dekabr 2018-ci il
tarixli 1395-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 yanvar 2019-cu il, № 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə
15)
90.
18 dekabr 2018-ci il
tarixli 1398-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 yanvar 2019-cu il, № 7, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə
18)
91.
28 dekabr 2018-ci il tarixli 1406-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 23)
92.
28 dekabr 2018-ci il tarixli 1427-VQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar
2019-cu il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 01, maddə 44)
93.
28 dekabr 2018-ci il tarixli 1432-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, № 296, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2522)
94.
1 fevral 2019-cu il tarixli
1476-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 mart 2019-cu il, № 60, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə
374)
95.
19 fevral 2019-cu il tarixli 1516-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 389)
96.
5 mart 2019-cu il
tarixli 1520-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 aprel 2019-cu il, № 76, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 579)
97.
5 mart 2019-cu il
tarixli 1522-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 581)
98.
29 mart 2019-cu il tarixli
1538-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 aprel 2019-cu il, № 85, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 587)
99.
29 mart 2019-cu il
tarixli 1549-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 may 2019-cu il, № 95, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 595)
100.
29 mart 2019-cu il tarixli
1534-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 5 may 2019-cu il, № 98, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 791)
101.
9 aprel 2019-cu il
tarixli 1558-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 5 may 2019-cu il, № 98, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 800)
102.
9 aprel 2019-cu il
tarixli 1561-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 5 may 2019-cu il, № 98, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 803)
103.
9 aprel 2019-cu il
tarixli 1562-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 5 may 2019-cu il, № 98, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 804)
104.
3 may 2019-cu il tarixli 1577-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə
813)
105.
3 may 2019-cu il
tarixli 1583-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 iyun 2019-cu il, № 131, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə
992)
106.
17 may 2019-cu il
tarixli 1595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə
998)
107.
13 iyun 2019-cu il tarixli
1609-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 iyun 2019-cu il, № 138, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə
1007)
108.
27 iyun 2019-cu il
tarixli 1621-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1364)
109.
27 iyun 2019-cu il
tarixli 1626-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1367)
110.
27 iyun 2019-cu il
tarixli 1627-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 iyul 2019-cu il, № 144, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə
1193)
111.
9 iyul 2019-cu il tarixli
1636-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 avqust 2019-cu il, № 183, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1368)
112.
12 iyul 2019-cu il
tarixli 1660-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 avqust 2019-cu il, № 186, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1381)
113.
12 iyul 2019-cu il
tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 avqust 2019-cu il, № 181, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1383)
114.
8 oktyabr 2019-cu il
tarixli 1673-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə
1682)
115.
8 oktyabr 2019-cu il
tarixli 1677-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1686)
116.
22 oktyabr 2019-cu il
tarixli 1690-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1696)
117.
19 noyabr 2019-cu il
tarixli 1693-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 dekabr 2019-cu il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 12, maddə 1883)
118.
29 noyabr 2019-cu il
tarixli 1713-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1900)
119.
17 mart 2020-ci il
tarixli 27-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 222)
120.
30 mart 2020-ci il
tarixli 41-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2020-ci
il, № 85, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 505)
121.
24 aprel 2020-ci il
tarixli 62-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 may 2020-ci il, № 91, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 515)
122.
1 may 2020-ci il
tarixli 69-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 519)
123.
8 may 2020-ci il
tarixli 92-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci
il, № 124, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670)
124.
8 may 2020-ci il
tarixli 94-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 672)
125.
31 may 2020-ci il
tarixli 122-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 iyul 2020-ci il, № 133, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 838)
126.
2 iyun 2020-ci il
tarixli 124-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 681)
127.
2 iyun 2020-ci il
tarixli 126-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 841)
128.
19 iyun 2020-ci il tarixli
134-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 846)
129.
29 iyun 2020-ci il
tarixli 142-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2020-ci il, № 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə
854)
130.
29 iyun 2020-ci il
tarixli 145-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1008)
131.
29 iyun 2020-ci il
tarixli 148-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 avqust 2020-ci il, № 157, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1011)
132.
7 avqust 2020-ci il tarixli 164-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1138)
133.
6 oktyabr 2020-ci il
tarixli 182-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə
1332)
134.
6 oktyabr 2020-ci il
tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 noyabr 2020-ci il, № 245, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1333)
135.
6 oktyabr 2020-ci il
tarixli 186-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, № 11, maddə 1336)
136.
18 dekabr 2020-ci il
tarixli 224-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1440)
137.
26 noyabr 2020-ci il
tarixli 208-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1432)
138.
23 fevral 2021-ci il tarixli
270-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 aprel 2021-ci il, № 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4 maddə
306)
139.
2 aprel 2021-ci il tarixli
287-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan”
qəzeti, 21 may 2021-ci il, № 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə
428)
140.
23 aprel 2021-ci il tarixli
294-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan”
qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 535)
141.
23 aprel 2021-ci il tarixli
301-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan”
qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, № 6, I kitab, maddə 541)
142.
4 may 2021-ci il tarixli
310-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 546)
143.
27 may 2021-ci il tarixli
331-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan”
qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, № 6, I kitab, maddə 560)
144.
27 may 2021-ci il tarixli
337-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 701)
145.
8 iyun 2021-ci il tarixli
344-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan”
qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, № 7, maddə 705)
146.
22 iyun 2021-ci il
tarixli 348-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə
894) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)
147.
9 iyul 2021-ci il tarixli
360-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il,
№ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə
711)
148.
5 noyabr 2021-ci il tarixli 397-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2021-ci il,
№ 250, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1208)
149.
3 dekabr 2021-ci il tarixli 407-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci
il, № 12, maddə 1306)
150.
20 dekabr 2021-ci il tarixli 433-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 28 yanvar 2022-ci il, № 19, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 2)
151.
27 dekabr 2021-ci il tarixli 451-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci
il, № 12, maddə 1334)
152.
27 dekabr 2021-ci il tarixli 449-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral
2022-ci il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, № 2, maddə 89)
153.
25 fevral 2022-ci il tarixli 487-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 12 aprel 2022-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, № 4, maddə 293)
154.
26 aprel 2022-ci il
tarixli 517-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2022-ci
il, № 105, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə
435)
155.
27 may 2022-ci il
tarixli 540-VIQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2022-ci
il, № 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 694)
156.
22 iyun 2022-ci il
tarixli 552-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2022-ci il,
№ 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, №7, maddə 703)
157.
17 iyun 2022-ci il
tarixli 548-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyul
2022-ci il, № 155, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə
699)
158.
22 iyun 2022-ci il
tarixli 554-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2
avqust 2022-ci il, № 161, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə
822)
159.
29 iyun 2022-ci il
tarixli 573-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 18 avqust 2022-ci il, “Azərbaycan”
qəzeti, 19 avqust 2022-ci
il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022-ci il, №8, maddə 825)
160.
8 iyul
2022-ci il tarixli 581-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 19 avqust 2022-ci il “Azərbaycan”
qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə
828)
161.
5 noyabr 2022-ci il tarixli 617-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 29 noyabr 2022-ci il, “Azərbaycan” qəzeti, 30 noyabr
2022-ci il, № 261,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
11, maddə 1236)
162.
5 noyabr 2022-ci il tarixli 620-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 6 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 7 dekabr
2022-ci il, № 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
12, maddə 1364)
163.
2 dekabr 2022-ci il tarixli 664-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 12 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 13 yanvar
2023-cü il, № 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 1, maddə 17)
164.
2 dekabr 2022-ci il tarixli 667-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 14 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 15 yanvar
2023-cü il, № 9,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 1, maddə 20)
165.
16 dekabr 2022-ci il tarixli 694-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral
2023-cü il, № 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 2, maddə 149)
166.
23 dekabr 2022-ci
il tarixli 754-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci
il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, № 12, maddə 1399)
167.
23 dekabr 2022-ci
il tarixli 759-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 fevral 2023-cü
il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə
201)
168.
27 dekabr 2022-ci il tarixli 769-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 4 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral
2023-cü il, № 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 204)
169.
27 dekabr 2022-ci il tarixli 772-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar
2023-cü il, № 20,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 1, maddə 32) (Bu Qanun
2023-cü il aprelin 1-dən qüvvəyə minir.)
170.
30 dekabr 2022-ci il tarixli 783-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 1 fevral
2023-cü il, № 22,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 1, maddə 39)
171.
7 mart 2023-cü il tarixli 837-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
25 aprel 2023-cü il,
“Azərbaycan” qəzeti, 26 aprel 2023-cü il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 4, maddə 466)
172.
2 may 2023-cü il tarixli 868-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
7 iyun 2023-cü il,
“Azərbaycan” qəzeti, 8 iyun 2023-cü il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 6, maddə 743)
173.
30 may 2023-cü il tarixli 890-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
14 iyun 2023-cü il,
“Azərbaycan” qəzeti, 15 iyun 2023-cü il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 6, maddə 754)
174.
23 iyun 2023-cü il tarixli 925-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
17 iyul 2023-cü il,
“Azərbaycan” qəzeti, 18 iyul 2023-cü il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 7, maddə 905)
175.
24
iyun 2023-cü il tarixli 929-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 27 iyul 2023-cü il,
“Azərbaycan” qəzeti 28 iyul 2023-cü il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 7, maddə 907) (Bu Qanun
2024-cü il sentyabrın 1-dən qüvvəyə
minir.)
176.
6 iyul 2023-cü il tarixli 938-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 3 avqust 2023-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 8, I kitab, maddə 1096)
177.
14 iyul 2023-cü il tarixli 980-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
16 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 17 avqust 2023-cü il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 8, I kitab, maddə 1128)
178.
14 iyul 2023-cü il tarixli 974-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
18 avqust 2023-cü il,
“Azərbaycan” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 8, I kitab, maddə 1122)
179.
24 oktyabr 2023-cü il tarixli 1008-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
11 noyabr 2023-cü il, “Azərbaycan” qəzeti, 14 noyabr 2023-cü il, № 247)
180.
5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti,
26 dekabr 2023-cü il, № 283)
181.
22 dekabr 2023-cü il tarixli 1065-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 29 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr
2023-cü il, № 287)
182.
30 dekabr
2023-cü il tarixli nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 19 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti,
20 yanvar 2024-cü il, № 12)
Konstitusiya
Məhkəməsinin Qərarları
KMQ1 Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar
haqqında işlərin baxılmasında iştirak etdikdə,
həmin işlər üzrə məhkəmə tərəfindən
qəbul edilən qərar və ya qərardadlardan protest vermək
hüququna malikdir. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2017-ci il
tarixli qərarı – “Respublika” qəzeti, 4
fevral 2017-ci il, № 25)
KMQ2 Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
128.1-ci maddəsində şikayət vermək hüququ olan
subyektlərin dairəsi dəqiq göstərildiyinə
görə geniş təfsir edilə bilməz və
yalnız həmin maddədə sadalanan şəxslər
inzibati xəta haqqında iş üzrə qərardan şikayət,
prokuror isə protest verə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
2 noyabr 2016-cı il tarixli qərarı – “Respublika” qəzeti, 25 noyabr 2016-cı il, № 261)
KMQ4 Məhkəmələr Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin
törədildiyini müəyyən edərkən nəzərə
almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin
xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici
valyutada əməliyyatlarının aparılması
Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində
mallar idxal edilmədikdə, işlər görülmədikdə
və ya xidmətlər göstərilmədikdə, habelə
ödənilmiş məbləğ geri qaytarılmadıqda,
növbəti gün inzibati xətanın törədilməsi
günü hesab edilir. Bu halda Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə
əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi
gündən ən geci üç ay keçənədək
verilə bilər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il
tarixli qərarı – “Respublika” qəzeti, 12
yanvar 2020-ci il, № 5)
Məhkəmələr Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət
tədbirlərini tətbiq edərkən inzibati xətanı
törədən şəxsin təqsirini Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə
uyğun müəyyən etməli, bu işlərə həmin
Məcəllənin 111.1-ci maddəsində nəzərdə
tutulmuş müddətlərə ciddi riayət etməklə
baxmalıdırlar. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il
tarixli qərarı –
“Respublika” qəzeti, 12
yanvar 2020-ci il, № 5)
KMQ5 Azərbaycan Respublikası Mərkəzi
Bankının 28 noyabr 2016-cı il tarixli Qərarı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin
xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici
valyutada əməliyyatlarının aparılması
Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi və Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına
xüsusi nəzarət rejiminin tətbiq olunması və
valyuta tənzimi qaydasının pozulmasına görə
inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi
sahibkarlıq sahəsində dövlət maraqlarının
müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın
maliyyələşdirilməsinin qarşısının
alınması, valyuta nəzarətinin effektivliyinin
artırılması, ölkədə maliyyə sabitliyinin təmin
edilməsi məqsədi daşıdığı
üçün həmin hüquqi normalar Azərbaycan
Respublikası Konstitusiyasının 59 və 79-cu maddələrinin
tələblərinə uyğun hesab edilsin. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarı)
KMQ6
1. Şəxsin eyni və ya müxtəlif
vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair
işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə
aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli
orqanlar tərəfindən hər bir inzibati xətaya görə
ayrılıqda inzibati tənbeh tətbiq edilir.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən
və baxılması eyni orqanın səlahiyyətinə aid
edilmiş inzibati xətaların məcmusunun
yaranmasının ümumi qaydasını müəyyən
edir və onların hansı zamanda (eyni və ya müxtəlif
vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni
orqan tərəfindən tərtib olunmuş inzibati xətaya
dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə
tutur.
3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri
(hərəkətsizliyi) ilə törətdiyi bir neçə
inzibati xətaya dair işlərə baxılması eyni
orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya
görə müəyyən edilmiş sanksiya çərçivəsində
tənbeh tətbiq edilməsini nəzərdə tutur.
4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
34.4-cü maddəsinə görə, şəxsin müxtəlif
vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi)
ilə törətdiyi bir neçə inzibati xətaya dair
işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə
müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda
baxmalıdır.
Belə işlərə baxılarkən hər bir
inzibati xətaya görə müəyyən edilmiş tənbeh
nəzərə alınmalı və tətbiq olunan tənbeh
İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və
30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən
artıq olmamalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
2 sentyabr 2020-ci il tarixli qərarı
– “Respublika” qəzeti, 1
oktyabr 2020-ci il, № 200)
KMQ7
1. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin tələbləri
baxımından inzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxmağa hazırlıq
zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti
vermək hüququ istisna edilir.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə
aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qanunverici tərəfindən Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
129.1.3-cü maddəsində dəyişikliklər edilənədək
səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından
məhkəməyə şikayət həmin Məcəllənin
110.1-ci maddəsində müəyyən olunmuş qaydaya
uyğun olaraq inzibati xətanın törədildiyi və
yaxud barəsində qərar çıxarılmış
şəxsin vəsatətinə əsasən onun
yaşadığı yer üzrə verilə bilər.
3. İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə baxmağa hazırlıq zamanı
ərazi üzrə məhkəmə aidiyyəti, barəsində
qərar çıxarılmış şəxsin
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat
haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində
əks olunan yaşayış yerinin müəyyən edilməsi
barədə sənədlərdə və (və ya)
onların elektron daşıyıcısında göstərilən
yaşayış yeri üzrə müəyyən edilir. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 4 noyabr
2020-ci il tarixli qərarı –
“Respublika” qəzeti, 26
noyab 2020-ci il, № 247)
KMQ8 Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunan hüquqi mövqeyə uyğun
olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək
xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində
xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin
xaricdən qaytarılmasını təmin etməyən fiziki
şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə
alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər.
(Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 25 dekabr
2020-ci il tarixli qərarı –
“Respublika” qəzeti, 7 yanvar
2021-ci il, № 2)
KMQ9 Azərbaycan Respublikası
Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin tələbləri
baxımından, Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 54.2, 54.3 və 54.6-cı maddələrinin
hal-hazırda qüvvədə olan redaksiyasına müvafiq
olaraq, prokuror öz təşəbbüsü ilə
başlanmış, həmçinin yetkinlik yaşına
çatmayanlar barəsində inzibati xətalar haqqında
işin baxılmasında iştirak edib-etməməsindən
asılı olmayaraq həmin iş üzrə qəbul
edilmiş qərardan məhkəməyə protest vermək
hüququna malikdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
23 fevral 2021-ci il tarixli qərarı –
“Respublika” qəzeti, 16
mart 2021-ci il, № 58)
KMQ10 1. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə
uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə
törədilən gömrük qaydaları əleyhinə
olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin
baş verdiyi yerdən asılı olmayaraq xətanın
faktiki törədildiyi yer hesab edilməlidir.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq
gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik
formasında törədildiyi halda, işə qanunvericiliklə
hüquqi şəxsin üzərinə düşən
öhdəliyi icra etməli olduğu yer üzrə
baxılmalıdır.
3. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
etməklə törədilən gömrük qaydaları əleyhinə
olan inzibati xəta haqqında işlərə inzibati xətanın
aşkarlandığı, yəni səlahiyyətli vəzifəli
şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi
yerdə baxılmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
17 mart 2021-ci il tarixli qərarı –
“Respublika” qəzeti, 21
aprel 2021-ci il, № 82)
KMQ11 1. “Valyuta tənzimi haqqında” Azərbaycan
Respublikası Qanununa və Azərbaycan Respublikası
Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata
keçirilməsi nəticəsində əldə edilmiş
və Azərbaycan Respublikasının müvəkkil
olunmuş banklarının hesablarına məcburi qaydada
köçürülməli olan xarici valyuta vəsaitlərinin
xaricdən qaytarılması qarşılıqlı
hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində
təmin olunmalıdır.
2. Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin
“əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası
xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində
faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan
Respublikasının müvəkkil olunmuş banklarının
hesablarına məcburi qaydada köçürülməli
olan xarici valyuta vəsaitlərini nəzərdə tutur.
3. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin
tələblərinə müvafiq olaraq məhkəmələr
həmin Məcəllənin 483-cü maddəsində nəzərdə
tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən
inzibati xətanı törədən şəxsin təqsirini
müəyyən etməlidir. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 17 may
2021-ci il tarixli qərarı –
“Respublika” qəzeti, 5
iyun 2021-ci il, № 115)
KMQ12 1. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 6-cı maddəsinə
uyğun olaraq, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) və ya məhkəmənin inzibati xəta
haqqında iş üzrə qərarından verilmiş
şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
135.2-ci maddəsinin mənasına görə, inzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli
şəxs), barəsində qərar qəbul edilmiş şəxsin
vəziyyətini ağırlaşdıran qərarı öz
təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar
zərər çəkmiş şəxsin, həmin Məcəllənin
43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli
şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul
edə bilər.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin şikayəti əsasında qəbul
edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin
pisləşməsi ilə nəticələnən qərarın
qəbul edilməsi yolverilməzdir.
3. Müvafiq orqanlar tərəfindən inzibati tənbeh
tətbiq edilməsi haqqında qərar qəbul edilərkən
inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına,
habelə bununla bağlı Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında
formalaşdırılmış hüquqi mövqelərə ciddi
riayət edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
16 noyabr 2021-ci il tarixli qərarı –
“Respublika” qəzeti, 24
noyabr 2021-ci il, № 254)
KMQ13 1. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta
haqqında iş üzrə icraatı rədd edən hallar”
müddəası yalnız həmin Məcəllənin
53-cü maddəsində göstərilən, mahiyyəti
üzrə işə baxmadan və sübutları qiymətləndirmədən
icraatı rədd edən halları ehtiva edir.
2. Bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqeyə
uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan
şikayət və ya protestin verilməsi ilə bağlı
məsələlər cinayət-prosessual qanunvericiliyinin
analoji normaları əsasında həll edilsin. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 11 noyabr
2021-ci il tarixli qərarı –
“Respublika” qəzeti, 2
dekabr 2021-ci il, № 261)
KMQ14 1. Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 41-ci fəslində nəzərdə
tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi
xidmətdən tərxis olunduğuna görə hərbi
qulluqçu statusunu itirən şəxsin hauptvaxtda
saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin
hüquqi mahiyyətinə və məqsədinə uyğun
olmadığından, onlar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi yerlərdə
mühafizə altında saxlanılmalıdır.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
34-1-ci maddəsinin mənasına uyğun olaraq, hakim hərbi
xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə
görə şəxs barəsində bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə
tutulmuş inzibati həbs əvəzinə cərimə
növündə tənbeh tətbiq edə bilməz.
3. Məhkəmələr tərəfindən hərbi
xidmət əleyhinə inzibati xətaları törətmiş
şəxslər barəsində tənbeh tətbiq olunarkən
onların Azərbaycan Respublikasının ərazi
bütövlüyünün qorunmasında, dövlətimizin
müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində
müstəsna xidmətləri, habelə şəxsiyyətini
xarakterizə edən müsbət hallar Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici
hal qismində nəzərə alınmalıdır. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 22 dekabr
2021-ci il tarixli qərarı –
“Respublika” qəzeti, 14
yanvar 2022-ci il, № 8)
KMQ15 1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin
Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş
şəxsin cinayət məsuliyyətindən azad edilməsindən
sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə
cəlb edilməsi Azərbaycan Respublikası
Konstitusiyasının 64-cü maddəsindən irəli gələn
eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola
bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil
edilmədiyindən, bu prinsipin pozulmasına gətirib
çıxarmır.
2. Şəxsin həm az ağır zərər, həm
də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş
şəxslə barışması və ona dəymiş
ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin
tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən
azad edilməsindən sonra Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə
əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin
Məcəllənin 9.1-ci maddəsində ifadə olunan
ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul
edilməlidir.
3. Azərbaycan Respublikası Konstitusiyasının
71-ci maddəsinin II hissəsində əks olunmuş mütənasiblik
prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində
göstərilən hallarda inzibati məsuliyyətə cəlb
etmə müddəti həmin Məcəllənin 38.1 və
38.2-ci maddələrinin müddəaları nəzərə
alınmaqla müəyyən edilməli və inzibati xətanın
törədildiyi (aşkara çıxarıldığı)
gündən bir ildən artıq olmamalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
9 mart 2022-ci il tarixli qərarı – “Respublika” qəzeti,
12 aprel 2022-ci il, № 74)
KMQ16 Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2
və 333.2-ci maddələrinin tələbləri baxımından
inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin
138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni
qüvvəyə minməsindən sonra bir il ərzində
eyni xətanın təkrar törədilməsi şəxsin
məsuliyyətinin ağırlaşması və onun barəsində
daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır.
2. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 150.11 və 150.14-cü maddələrinə
uyğun olaraq inzibati cəriməni qərar qanuni qüvvəyə
minənədək ödəmiş və həmin qərarı
qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirməmiş
şəxslərin inzibati məsuliyyətə cəlb edilməmiş
hesab olunduqları müddətin başlanğıcı həmin
Məcəllənin 35-ci maddəsinə əsasən tənbehin
icrasının bitdiyi gündən hesablanmalıdır. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 8 iyun 2022-ci il tarixli qərarı – “Respublika” qəzeti, 14 iyul 2022-ci il, № 145)
KMQ17 İstintaq
orqanının cinayət işinin başlanmasının rədd
edilməsinə dair ləğv edilməmiş qərarının
mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
inzibati xətada cinayət əlamətləri aşkar edildikdə,
materialların prokurora, ibtidai istintaq və ya təhqiqat
orqanına göndərilməsinə mane olmur. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı
– Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytı, 2 dekabr 2022-ci il; “Respublika” qəzeti, 3 dekabr 2022-ci il, № 264)
KMQ18 Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 18.3-cü maddəsinin mənasına
görə, hüquqi şəxsin xeyrinə və ya
maraqlarının qorunması üçün həmin Məcəllənin
18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər
tərəfindən nəzarətin həyata keçirilməməsi
nəticəsində Məcəllənin 17-ci maddəsində
nəzərdə tutulan vəzifəli şəxs tərəfindən
törədilən inzibati xətaya görə hər iki
subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə
cəlb edilə bilər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar
2023-cü il tarixli qərarı – Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytı, 7
fevral 2023-cü il; “Respublika” qəzeti, 7 fevral 2023-cü il, №
27)
KMQ19 Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9
və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq
inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən
edilmiş müddətdə tərtib edilmədikdə və
nəticədə inzibati məsuliyyətə cəlb etmə
müddəti keçdikdə, həmin Məcəllənin
38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş
üzrə icraata xitam verilir. Şəxs Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1
və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə
cəlb edilə bilmədikdə onun barəsində qəbul
edilmiş inzibati cərimə növündə tənbeh tətbiq
etmə haqqında qərar üzrə məcburi icra tədbirləri
davam etdirilir. Şəxsin inzibati cərimə növündə
tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə
görə təkrarən inzibati məsuliyyətə cəlb
edilməsi istisna olunur. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il
tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
rəsmi internet saytı, 7 aprel 2023-cü il; “Respublika” qəzeti,
7 aprel 2023-cü il, № 71)
KMQ20 1. Azərbaycan Respublikası
Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən
irəli gələn cinayət qanununun genişləndirici
təfsirinin qadağan edilməsi prinsipinin tələbləri
baxımından Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa
uyğun olaraq, narkotik vasitələrin, psixotrop
maddələrin və ya onların prekursorlarının
qanunsuz dövriyyəsi ilə bağlı əməllərin
internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya
şəbəkələrindən yalnız satıcı
ilə alıcı arasındakı fərdi rabitə
əlaqəsi kimi istifadə edilməklə
törədilməsi kütləvilik əlamətini ehtiva
etmədiyindən, həmin maddədə nəzərdə
tutulmuş cinayət tərkibini deyil, işin hallarından
asılı olaraq həmin Məcəllənin 234.2, 234.3,
234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri
ilə nəzərdə tutulmuş cinayət tərkibini
yaradır.
2.
Azərbaycan Respublikası Konstitusiyasının norma və
prinsiplərini nəzərə alaraq Birləşmiş
Millətlər Təşkilatının “Narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında”
1988-ci il tarixli Konvensiyasının (3-cü maddəsinin 1-ci
bəndinin (c) yarımbəndinin (iii) abzasının)
tələblərinə riayət edilməklə, narkotik
vasitələrin və ya psixotrop maddələrin
təşviqinə görə cinayət məsuliyyətinin
müəyyən edilməsi Azərbaycan Respublikasının
Milli Məclisinə tövsiyə edilsin. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2023-cü
il tarixli Qərarı – “Respublika” qəzeti,
19 iyul 2023-cü il, № 149)
KMQ21
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunan hüquqi mövqelər nəzərə
alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi
olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi
üçün etibarnamənin zəruriliyi tələbinin
müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
2. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin və “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun normaları
qanunverici orqan tərəfindən təkmilləşdirilənədək,
nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin
nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat
vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın
ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin
olduğu hallar istisna olmaqla) həmin Məcəllənin
332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə
səbəb olur. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2023-cü il tarixli Qərarı – “Respublika” qəzeti, 1 avqust 2023-cü il, № 160)
KMQ22 Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə
tutulan ov qaydalarının kobud şəkildə
pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması
növündə inzibati tənbehin tətbiq edilməsi həmin
Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının
tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin
hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin
şəxsdə belə bir xüsusi hüququn (ov etmək
hüququnun) olması halında mümkündür. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumunun
12 sentyabr 2023-cü il tarixli Qərarı – “Respublika” qəzeti, 16 sentyabr 2023-cü il, № 200)
KMQ23 Azərbaycan Respublikası
Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinin
hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
54.2-ci maddəsində sadalanan inzibati xətalarla
yanaşı, digər inzibati xətalar haqqında iş
üzrə icraatın başlanması barədə qərar qəbul
etmiş prokuror həmin qərarı hüquqi şəxsin
inzibati məsuliyyətə cəlb edilməsi
üçün bu Məcəllənin 18.5 və 103-cü
maddələrinə əsasən məhkəməyə
göndərməkdə haqlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumunun 11 oktyabr 2023-cü il tarixli Qərarı
– “Respublika” qəzeti, 21 oktyabr
2023-cü il, № 230)
KMQ24 Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin
tələbinə əsasən, hərbi qulluqçular və
toplanışa çağırılmış hərbi vəzifəlilər
barəsində inzibati xəta haqqında iş üzrə səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə
verilən protest səlahiyyətli orqanın olduğu yer
üzrə rayon (şəhər) məhkəməsinə
verilməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 30 oktyabr 2023-cü il tarixli qərarı – “Respublika” qəzeti,
1 noyabr 2023-cü il, № 239)
MƏCƏLLƏYƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI