AZƏRBAYCAN
RESPUBLİKASININ KONSTİTUSİYASI
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının
yeni Konstitusiya layihəsini hazırlayan komissiya
tərəfindən hazırlanmış, 1995-ci il noyabrın
12-də ümumxalq səsverməsində (referendumda) qəbul
edilmişdir.
1995-ci il noyabrın 27-dən qüvvəyə
minmişdir.
2002-ci il avqustun 24-də ümumxalq
səsverməsində (referendumda) qəbul edilmiş
dəyişikliklərlə.
2009-cu il martın 18-də ümumxalq
səsverməsində (referendumda) qəbul edilmiş
əlavə və dəyişikliklərlə.
2016-cı il sentyabrın 26-da keçirilmiş
ümumxalq səsverməsində (referendumda) qəbul
edilmiş əlavə və dəyişikliklərlə.
Azərbaycan xalqı
özünün çoxəsrlik dövlətçilik
ənənələrini davam etdirərək, “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri
əsas götürərək, bütün cəmiyyətin
və hər kəsin firavanlığının təmin
edilməsini arzulayaraq, ədalətin, azadlığın
və təhlükəsizliyin bərqərar edilməsini
istəyərək, keçmiş, indiki və gələcək
nəsillər qarşısında öz məsuliyyətini
anlayaraq, suveren hüququndan istifadə edərək,
təntənəli surətdə aşağıdakı
niyyətlərini bəyan edir:
- Azərbaycan
dövlətinin müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq;
- Konstitusiya
çərçivəsində demokratik quruluşa təminat
vermək;
- vətəndaş
cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın
iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin
edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli
iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli
həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri
dəyərlərə sadiq olaraq bütün dünya
xalqları ilə dostluq, sülh və əmin-amanlıq
şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan
ülvi niyyətlərlə ümumxalq sәsvermәsi - referendum
yolu ilə bu Konstitusiya qəbul edilir.
I fəsil
Xalq
hakİmİyyətİ
I. Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin yeganə
mənbəyi Azərbaycan xalqıdır.
II. Azərbaycan
xalqı Azərbaycan Respublikası ərazisində və ondan
kənarda yaşayan, Azərbaycan dövlətinə və
onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası
vətəndaşlarından ibarətdir; bu isə
beynəlxalq hüquqla müəyyənləşdirilmiş
normaları istisna etmir.
I. Sərbəst
və müstəqil öz müqəddəratını
həll etmək və öz idarəetmə formasını
müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
II. Azərbaycan
xalqı öz suveren hüququnu bilavasitə ümumxalq
səsverməsi - referendum və ümumi, bərabər və
birbaşa seçki hüququ əsasında sərbəst,
gizli və şəxsi səsvermə yolu ilə
seçilmiş nümayəndələri vasitəsilə
həyata keçirir.
I. Azərbaycan
xalqı öz hüquqları və mənafeləri ilə
bağlı olan hər bir məsələni referendumla
həll edə bilər.
II.
Aşağıdakı məsələlər yalnız
referendumla həll oluna bilər:
1) Azərbaycan
Respublikası Konstitusiyasının qəbul edilməsi və
ona dəyişikliklər edilməsi;
2) Azərbaycan
Respublikasının dövlət sərhədlərinin
dəyişdirilməsi.
III. Aşağıdakı
məsələlər üzrə referendum keçirilə
bilməz:
1) vergilər və
dövlət büdcəsi;
2) amnistiya və
əfv etmə;
3) seçilməsi,
təyin edilməsi və ya təsdiq edilməsi müvafiq
olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti
orqanlarının səlahiyyətlərinə aid edilmiş
vəzifəli şəxslərin seçilməsi, təyin
edilməsi və ya təsdiq edilməsi.
Xalqın seçdiyi
səlahiyyətli nümayəndələrindən başqa
heç kəsin xalqı təmsil etmək, xalqın
adından danışmaq və xalqın adından müraciət
etmək hüququ yoxdur.
I. Azərbaycan
xalqı vahiddir.
II. Azərbaycan
xalqının vahidliyi Azərbaycan dövlətinin
təməlini təşkil edir. Azərbaycan Respublikası
bütün Azərbaycan Respublikası
vətəndaşlarının ümumi və
bölünməz vətənidir.
I. Azərbaycan
xalqının heç bir hissəsi, sosial qrup, təşkilat
və ya heç bir şəxs hakimiyyətin həyata
keçirilməsi səlahiyyətini mənimsəyə
bilməz.
II. Hakimiyyətin
mənimsənilməsi xalqa qarşı ən ağır
cinayətdir.
II fəsil
Dövlətİn
əsasları
I. Azərbaycan
dövləti demokratik, hüquqi, dünyəvi, unitar
respublikadır.
II. Azərbaycan
Respublikasında dövlət hakimiyyəti daxili
məsələlərdə yalnız hüquqla, xarici
məsələlərdə isə yalnız Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn
müddəalarla məhdudlaşır.
III. Azərbaycan
Respublikasında dövlət hakimiyyəti
hakimiyyətlərin bölünməsi prinsipi əsasında
təşkil edilir:
- qanunvericilik
hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi
həyata keçirir;
- icra hakimiyyəti
Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə
hakimiyyətini Azərbaycan Respublikasının
məhkəmələri həyata keçirir.
IV. Bu Konstitusiyanın
müddəalarına əsasən qanunvericilik, icra və
məhkəmə hakimiyyətləri qarşılıqlı
fәaliyyәt göstərir və öz
səlahiyyətləri çərçivəsində
müstəqildirlər.
I. Azərbaycan
dövlətinin başçısı Azərbaycan
Respublikasının Prezidentidir. O, ölkənin daxilində
və xarici münasibətlərdə Azərbaycan
dövlətini təmsil edir.
II. Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan xalqının
vahidliyini təcəssüm etdirir və Azərbaycan
dövlətçiliyinin varisliyini təmin edir.
III. Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan dövlətinin
müstəqilliyinin, ərazi bütövlüyünün
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə riayət olunmasının
təminatçısıdır.
IV. Azərbaycan
Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin
müstəqilliyinin təminatçısıdır.
I.
Azərbaycan Respublikası öz təhlükəsizliyini
və müdafiəsini təmin etmək məqsədi ilə
Silahlı Qüvvələr yaradır. Silahlı
Qüvvələr Azərbaycan Ordusundan və başqa
silahlı birləşmələrdən ibarətdir.[1]
II. Azərbaycan
Respublikası başqa dövlətlərin
müstəqilliyinə qəsd vasitəsi kimi və
beynəlxalq münaqişələrin həlli üsulu kimi
müharibəni rədd edir.
III. Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Azərbaycan
Respublikası başqa dövlətlərlə
münasibətlərini hamılıqla qəbul edilmiş
beynəlxalq hüquq normalarında nəzərdə tutulan
prinsiplər əsasında qurur.
I. Azərbaycan
Respublikasının ərazisi vahiddir, toxunulmazdır və
bölünməzdir.
II. Azərbaycan
Respublikasının daxili suları, Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi, Azərbaycan Respublikasının üzərindəki
hava məkanı Azərbaycan Respublikası ərazisinin
tərkib hissəsidir.
III. Azərbaycan
Respublikasının ərazisi
özgəninkiləşdirilə bilməz. Azərbaycan
Respublikası öz ərazisinin heç bir hissəsini
heç bir şəkildə kimsəyə vermir; yalnız
Azərbaycan Respublikası Milli Məclisinin qərarı
ilə Azərbaycanın bütün əhalisi arasında
referendum keçirmək yolu ilə Azərbaycan
xalqının iradəsi əsasında dövlət
sərhədləri dəyişdirilə bilər.
I. İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin
təmin edilməsi dövlətin ali məqsədidir.[2]
II. Bu Konstitusiyada
sadalanan insan və vətəndaş hüquqları və
azadlıqları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun tətbiq edilir.
I. Azərbaycan Respublikasında
mülkiyyət toxunulmazdır və dövlət
tərəfindən müdafiə olunur.
II. Mülkiyyət
dövlət mülkiyyəti, xüsusi mülkiyyət və
bələdiyyə mülkiyyəti növündə ola
bilər.
III.
Mülkiyyətdən insan və vətəndaş
hüquqları və azadlıqları, cəmiyyətin və
dövlətin mənafeləri, şəxsiyyətin
ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Təbii ehtiyatlar
hər hansı fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və mənafelərinə xələl
gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
I. Azərbaycan
Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif
mülkiyyət növlərinə əsaslanaraq xalqın
rifahının yüksəldilməsinə xidmət edir.
II. Azərbaycan
dövləti bazar münasibətləri əsasında sosial
yönümlü iqtisadiyyatın inkişafına
şərait yaradır, azad sahibkarlığa təminat verir,
iqtisadi münasibətlərdə inhisarçılığa
və haqsız rəqabətə yol vermir.[3]
I. Azərbaycan
dövləti xalqın və hər bir
vətəndaşın rifahının
yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli
həyat səviyyəsi qayğısına qalır.
II. Azərbaycan
dövləti mədəniyyətin, təhsilin,
səhiyyənin, elmin, incəsənətin inkişafına
yardım göstərir, ölkənin təbiətini,
xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
I. Cəmiyyətin
əsas özəyi kimi ailə dövlətin xüsusi
himayəsindədir.
II. Uşaqların
qayğısına qalmaq və onları tərbiyə
etmək valideynlərin borcudur. Bu borcun yerinə
yetirilməsinə dövlət nəzarət edir.
III. Valideynləri və ya qəyyumları olmayan,
valideyn qayğısından məhrum olan uşaqlar
dövlətin himayəsindədirlər.
IV. Uşaqları onların həyatına,
sağlamlığına və ya mənəviyyatına
təhlükə törədə bilən
fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar
işə götürülə bilməzlər.
VI. Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarət edir.
I. Azərbaycan
Respublikasında din dövlətdən ayrıdır.
Bütün dini etiqadlar qanun qarşısında
bərabərdir.
II. İnsan
ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların)
yayılması və təbliği qadağandır.[5]
III. Dövlət
təhsil sistemi dünyəvi xarakter daşıyır.
I. Azərbaycan
Respublikasının pul vahidi manatdır.
II. Pul
nişanlarının tədavülə buraxılması
və tədavüldən çıxarılması hüququ
yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan
Respublikasının Mərkəzi Bankı dövlətin
müstəsna mülkiyyətindədir.[6]
III. Azərbaycan
Respublikasının ərazisində manatdan başqa pul
vahidlərinin ödəniş vasitəsi kimi
işlədilməsi qadağandır.
Azərbaycan
dövlətinə qarşı qiyama və dövlət
çevrilişinə kömək məqsədi ilə
alınmış borclar Azərbaycan Respublikası
tərəfindən öhdəlik kimi qəbul edilə və
ödənilə bilməz.
I. Azərbaycan
Respublikasının dövlət dili Azərbaycan dilidir.
Azərbaycan Respublikası Azərbaycan dilinin
inkişafını təmin edir.
II. Azərbaycan
Respublikası əhalinin danışdığı başqa
dillərin sərbəst işlədilməsini və
inkişafını təmin edir.
Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhəridir.
I. Azərbaycan
Respublikasının dövlət rəmzləri Azərbaycan
Respublikasının Dövlət bayrağı, Azərbaycan
Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının
Dövlət himnidir.
II. Azərbaycan Respublikasının
Dövlət bayrağı bərabər enli üç
üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir
və qırmızı zolağın ortasında
bayrağın hər iki üzündə ağ rəngli
aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan
Respublikası Dövlət bayrağının və
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və
mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
III fəsil
Əsas
İnsan və vətəndaş hüquqları və
azadlıqları
I. İnsan
ləyaqəti qorunur və ona hörmət edilir.[7]
II. Hər kəsin
doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz
hüquqları və azadlıqları vardır.
III. Hüquqlar və
azadlıqlar hər kəsin cəmiyyət və başqa
şəxslər qarşısında məsuliyyətini
və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə
yol verilmir.[8]
I. Hamı qanun və
məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə
qadının eyni hüquqları və azadlıqları
vardır.
III. Dövlət,
irqindən, etnik
mənsubiyyətindən, dinindən, dilindən,
cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq, hər kəsin
hüquq və azadlıqlarının bərabərliyinə
təminat verir. İnsan və vətəndaş
hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi,
mənşəyi, əqidə, siyasi və sosial
mənsubiyyətə görə məhdudlaşdırmaq
qadağandır.[10]
IV. Heç kəsə bu maddənin III
hissəsində göstərilən əsaslara görə
zərər vurula bilməz, güzəştlər və ya
imtiyazlar verilə bilməz, yaxud güzəştlərin
və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və
vəzifələrlə bağlı qərarlar qəbul
edən dövlət orqanları və dövlət
hakimiyyəti səlahiyyətlərinin
daşıyıcıları ilə
münasibətlərdə hər kəsin bərabər
hüquqları təmin edilir.
VI.
Sağlamlıq imkanları məhdud olanlar, onların
məhdud imkanlarına görə həyata keçirilməsi
çətinləşən hüquq və
vəzifələrdən başqa, bu Konstitusiyada təsbit
olunmuş bütün hüquqlardan istifadə edir və
vəzifələri daşıyırlar.[11]
I. Hər kəsin qanunla
qadağan olunmayan üsul və vasitələrlə öz
hüquqlarını və azadlıqlarını
müdafiə etmək hüququ vardır.
II. Dövlət
hər kəsin hüquqlarının və
azadlıqlarının müdafiəsinə təminat verir.
I. Hər kəsin
yaşamaq hüququ vardır.
II. Dövlətə
silahlı basqın zamanı düşmən
əsgərlərinin öldürülməsi,
məhkəmənin qanuni qüvvəyə minmiş
hökmünə əsasən ölüm cəzasının
tətbiqi və qanunla nəzərdə tutulmuş digər
hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ
toxunulmazdır.
III. Müstəsna
cəza tədbiri kimi ölüm cəzası, tam ləğv
edilənədək, yalnız dövlətə, insan
həyatına və sağlamlığına qarşı
xüsusilə ağır cinayətlərə görə
qanunla müəyyən edilə bilər.
IV. Qanunla
nəzərdə tutulmuş zəruri müdafiə, son
zərurət, cinayətkarın yaxalanması və
tutulması, həbsdə olanın həbs yerindən
qaçmasının qarşısının alınması,
dövlətə qarşı qiyamın yatırılması
və ya dövlət çevrilişinin qarşısının
alınması, ölkəyə silahlı basqın
edilməsi halları istisna olmaqla insana qarşı silah
işlədilməsinə yol verilmir.
I. Hər kəsin
azadlıq hüququ vardır.
II. Azadlıq
hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada
tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə
yolu ilə məhdudlaşdırıla bilər.
III. Qanuni
surətdə Azərbaycan Respublikasının
ərazisində olan hər kəs sərbəst
hərəkət edə bilər, özünə
yaşayış yeri seçə bilər və Azərbaycan
Respublikasının ərazisindən kənara gedə
bilər.
IV. Azərbaycan
Respublikası vətəndaşlarının hər zaman
maneəsiz öz ölkəsinə qayıtmaq hüququ
vardır.
I. Hər kəsin mülkiyyət
hüququ vardır.
II. Mülkiyyətin
heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi
mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin
mülkiyyətində daşınar və daşınmaz
əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya
başqaları ilə birlikdə əmlaka sahib olmaq,
əmlakdan istifadə etmək və onun barəsində
sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs
məhkəmənin qərarı olmadan
mülkiyyətindən məhrum edilə bilməz.
Əmlakın tam müsadirəsinə yol verilmir.
Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar
üçün mülkiyyətin
özgəninkiləşdirilməsinə yalnız qabaqcadan
onun dəyərini ədalətli ödəmək
şərti ilə yol verilə bilər.[12]
V. Xüsusi mülkiyyət sosial
öhdəliklərə səbəb olur.
VI. Sosial
ədalət və torpaqlardan səmərəli istifadə məqsədi
ilə torpaq üzərində mülkiyyət hüququ qanunla
məhdudlaşdırıla bilər.[13]
VII. Dövlət
vərəsəlik hüququna təminat verir.
I. Hər kəsin
əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik
hüququ, ixtiraçılıq hüququ və əqli
mülkiyyət hüququnun başqa növləri qanunla
qorunur.
I. Hər kəsin
təhlükəsiz yaşamaq hüququ vardır.
II. Qanunda
nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin
həyatına, fiziki və mənəvi
sağlamlığına, mülkiyyətinə,
mənzilinə qəsd etmək, ona qarşı zor
işlətmək qadağandır.
I. Hər kəsin
şəxsi toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin
şəxsi və ailə həyatının sirrini saxlamaq
hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan
başqa, şəxsi və ailə həyatına
müdaxilə etmək qadağandır. Hər kəsin
şəxsi və ailə həyatına qanunsuz
müdaxilədən müdafiə hüququ vardır.
III. Öz
razılığı olmadan kimsənin şəxsi
həyatı haqqında məlumatın toplanılmasına,
saxlanılmasına, istifadəsinə və yayılmasına
yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna
olmaqla, heç kəs onun xəbəri olmadan və ya
etirazına baxmadan izlənilə bilməz, video və foto
çəkilişinə, səs yazısına və
digər bu cür hərəkətlərə məruz qoyula
bilməz.
IV. Hər kəsin
yazışma, telefon danışıqları, poçt,
teleqraf və digər rabitə vasitələri ilə
ötürülən məlumatın sirrini saxlamaq hüququna
dövlət təminat verir. Bu hüquq qanunla
nəzərdə tutulmuş qaydada cinayətin
qarşısını almaqdan və ya cinayət işinin
istintaqı zamanı həqiqəti üzə
çıxarmaqdan ötrü məhdudlaşdırıla
bilər.
V. Qanunla
müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs
onun haqqında toplanmış məlumatlarla tanış ola
bilər. Hər kəsin onun barəsində toplanmış
və həqiqətə uyğun olmayan, tam olmayan, habelə
qanunun tələbləri pozulmaqla əldə edilmiş
məlumatların düzəldilməsini və ya
çıxarılmasını (ləğv edilməsini)
tələb etmək hüququ vardır.
VI. Qanunla müəyyən edilmiş
hallar istisna olmaqla, üçüncü şəxslər
haqqında məlumat almaq məqsədi ilə elektron formada
və ya kağız üzərində aparılan informasiya
ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu
şəxsin buna razılığını aşkar ifadə
etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək
şərtilə anonim xarakterli statistik məlumatların
emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla,
informasiya texnologiyalarından şəxsi həyata, o
cümlədən əqidəyə, dini və etnik
mənsubiyyətə dair məlumatların
açıqlanması üçün istifadə edilə
bilməz.
VIII.
Fərdi məlumatların dairəsi, habelə onların
emalı, toplanması, ötürülməsi, istifadəsi
və mühafizəsi şərtləri qanunla
müəyyən edilir.[15]
I. Hər kəsin
mənzil toxunulmazlığı hüququ vardır.
II. Qanunla
müəyyən edilmiş hallar və ya məhkəmə
qərarı istisna olmaqla, mənzildə yaşayanların
iradəsi ziddinə heç kəs mənzilə daxil ola
bilməz.
I. Hər kəsin
qanunla nəzərdə tutulmuş yaşa çatdıqda
ailə qurmaq hüququ vardır.
II. Nikah
könüllü razılıq əsasında
bağlanılır. Heç kəs zorla evləndirilə
(ərə verilə) bilməz.
III. Nikah və
ailə dövlətin himayəsindədir. Analıq, atalıq,
uşaqlıq qanunla mühafizə edilir. Dövlət
çoxuşaqlı ailələrə yardım
göstərir.
IV. Ər ilə
arvadın hüquqları bərabərdir. Uşaqlara
qayğı göstərmək, onları tərbiyə
etmək valideynlərin həm hüququ, həm də borcudur.
V. Valideynlərə
hörmət etmək, onların qayğısına qalmaq
uşaqların borcudur. 18 yaşına çatmış
əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti
olmayan valideynlərini saxlamağa borcludurlar.
I. Əmək
fərdi və ictimai rifahın əsasıdır.
II. Hər kəsin
əməyə olan qabiliyyəti əsasında sərbəst
surətdə özünə fəaliyyət növü,
peşə, məşğuliyyət və iş yeri
seçmək hüququ vardır.
III. Heç kəs
zorla işlədilə bilməz.
IV. Əmək
müqavilələri sərbəst bağlanılır.
Heç kəs əmək müqaviləsi bağlamağa
məcbur edilə bilməz.
V. Məhkəmə
qərarı əsasında şərtləri və
müddətləri qanunla nəzərdə tutulan məcburi
əməyə cəlb etmək, hərbi xidmət zamanı
səlahiyyətli şəxslərin əmrlərinin
yerinə yetirilməsi ilə əlaqədar
işlətmək, fövqəladə vəziyyət və
hәrbi vəziyyət zamanı vətəndaşlara
tələb olunan işləri gördürmək hallarına
yol verilir.
VI. Hər kəsin
təhlükəsiz və sağlam şəraitdə
işləmək, heç bir ayrı-seçkilik qoyulmadan
öz işinə görə dövlətin
müəyyənləşdirdiyi minimum əmək haqqı
miqdarından az olmayan haqq almaq hüququ vardır.
VII.
İşsizlərin dövlətdən sosial müavinət almaq
hüququ vardır.
VIII. Dövlət
işsizliyin aradan qaldırılması üçün
bütün imkanlarından istifadə edir.
I. Hər kəsin
təkbaşına və ya başqaları ilə birlikdə
tətil etmək hüququ vardır.
II. Əmək
müqaviləsi əsasında işləyənlərin
tətil etmək hüququ yalnız qanunla nəzərdə
tutulmuş hallarda məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və digər silahlı
birləşmələrdə xidmət edən hərbi
qulluqçular və mülki şəxslər tətil
edə bilməzlər.[16]
III. Fərdi və
kollektiv əmək mübahisələri qanunla
müəyyənləşdirilmiş qaydada həll edilir.
IV. Qanunla
müəyyən edilmiş hallar istisna olmaqla, lokaut
qadağandır.[17]
I. Hər kəsin
istirahət hüququ vardır.
II. Əmək müqaviləsi
ilə işləyənlərə qanunla müəyyən
edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş
günü, istirahət və bayram günləri, ildə
azı bir dəfə 21 təqvim günündən az olmayan
ödənişli məzuniyyət verilməsi təmin edilir.
I. Hər kəsin
sosial təminat hüququ vardır.
II. Yardıma
möhtac olanlara kömək etmək ilk növbədə
onların ailə üzvlərinin borcudur.
III. Hər kəs
qanunla müəyyən edilmiş yaş həddinə
çatdıqda, xəstəliyinə, əlilliyinə,
ailə başçısını itirdiyinə, əmək
qabiliyyətini itirdiyinə, işsizliyə görə və
qanunla nəzərdə tutulmuş digər hallarda sosial
təminat hüququna malikdir.
IV.
Təqaüdlərin və sosial müavinətlərin minimum
məbləği qanunla müəyyən edilir.
V. Dövlət
xeyriyyəçilik fəaliyyətinin, könüllü
sosial sığortanın və sosial təminatın başqa
növlərinin inkişafı üçün imkanlar
yaradır.
I. Hər kəsin
sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
II. Hər kəsin
ətraf mühitin əsl vəziyyəti haqqında məlumat
toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun
sağlamlığına və əmlakına vurulmuş
zərərin əvəzini almaq hüququ vardır.
III. Heç kəs ətraf mühitə, təbii
ehtiyatlara qanunla müəyyən edilmiş
hədlərdən artıq təhlükə
törədə və ya zərər vura bilməz.
IV. Dövlət
ekoloji tarazlığın saxlanılmasına, yabanı
bitkilərin və vəhşi heyvanların qanunla
müəyyən edilmiş növlərinin qorunmasına
təminat verir.
I. Hər kəsin
mədəni həyatda iştirak etmək,
mədəniyyət təsisatlarından və mədəni
sərvətlərdən istifadə etmək hüququ
vardır.
II. Hər kəs
tarixi, mədəni və mənəvi irsə
hörmətlə yanaşmalı, ona qayğı
göstərməli, tarix və mədəniyyət
abidələrini qorumalıdır.
I. Hər kəsin
sağlamlığını qorumaq və tibbi yardım almaq
hüququ vardır.
II. Dövlət
müxtəlif mülkiyyət növləri əsasında
fəaliyyət göstərən səhiyyənin
bütün növlərinin inkişafı üçün
zəruri tədbirlər görür, sanitariya-epidemiologiya
salamatlığına təminat verir, tibbi
sığortanın müxtəlif növləri
üçün imkanlar yaradır.
III. İnsanların
həyatı və sağlamlığı üçün
təhlükə törədən faktları və
halları gizlədən vəzifəli şəxslər qanun
əsasında məsuliyyətə cəlb edilirlər.
I. Hər bir
vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz
icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil
sisteminə dövlət tərəfindən nəzarət
edilir.
IV. Maddi
vəziyyətdən asılı olmayaraq istedadlı
şəxslərin təhsili davam etdirməsinə
dövlət zəmanət verir.
V. Dövlət minimum
təhsil standartlarını müəyyən edir.
I. Heç kəs
yaşadığı mənzildən qanunsuz məhrum
edilə bilməz.
II. Dövlət
yaşayış binalarının və evlərin
tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək
üçün xüsusi tədbirlər görür.
I. Hər kəsin
milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
II. Heç kəs
milli mənsubiyyətini dəyişdirməyə məcbur
edilə bilməz.
I. Hər kəsin ana
dilindən istifadə etmək hüququ vardır. Hər
kəsin istədiyi dildə tərbiyə və təhsil
almaq, yaradıcılıqla məşğul olmaq hüququ
vardır.
II. Heç kəs ana
dilindən istifadə hüququndan məhrum edilə bilməz.
I. Hər kəsin
öz şərəf və ləyaqətini müdafiə
etmək hüququ vardır.
II.
Şəxsiyyətin ləyaqəti dövlət
tərəfindən qorunur. Heç bir hal
şəxsiyyətin ləyaqətinin
alçaldılmasına əsas verə bilməz.
III. Heç
kəsə işgəncə və əzab verilə
bilməz. Heç kəs insan ləyaqətini alçaldan
rəftara və ya cəzaya məruz qala bilməz.
Özünün könüllü razılığı
olmadan heç kəsin üzərində tibbi, elmi və
başqa təcrübələr aparıla bilməz.
I. Hər kəsin
fikir və söz azadlığı vardır.
II. Heç kəs
öz fikir və əqidəsini açıqlamağa və
ya fikir və əqidəsindən dönməyə məcbur
edilə bilməz.
III. İrqi, milli,
dini, sosial və hər hansı
digər meyara əsaslanan ədavət və
düşmənçilik oyadan təşviqata və
təbliğata yol verilmir.[19]
I. Hər kəsin
vicdan azadlığı vardır.
II. Hər kəsin
dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə
təkbaşına və ya başqaları ilə birlikdə
etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək,
dinə münasibəti ilə bağlı əqidəsini
ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini
mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı
pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə,
sərbəstdir.
IV. Dini etiqad və
əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
V. Heç kəs
öz dini etiqadını və əqidəsini ifadə
etməyə (nümayiş etdirməyə), dini
mərasimləri yerinə yetirməyə və ya dini
mərasimlərdə iştirak etməyə məcbur
edilə bilməz.
I. Hər kəsin
başqaları ilə birlikdə sərbəst toplaşmaq
azadlığı vardır.
II. Hər kəsin
başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını
qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq
şərtilə, dinc, silahsız yığışmaq,
yığıncaqlar, mitinqlər, nümayişlər,
küçə yürüşləri keçirmək,
piketlər düzəltmək hüququ vardır.KM1
I. Hər kəsin
istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə
etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığı vardır.
II. Kütləvi
informasiyanın azadlığına təminat verilir.
Kütləvi informasiya vasitələrində, o
cümlədən mətbuatda dövlət senzurası
qadağandır.
III. Hər kəsin kütləvi
informasiya vasitələrində dərc edilən və onun
hüquqlarını pozan və ya mənafelərinə
xələl gətirən məlumatı təkzib etmək və
ya ona cavab vermək hüququna təminat verilir.
I. Hər kəsin
yaradıcılıq azadlığı vardır.
II. Dövlət
ədəbi-bədii, elmi-texniki və başqa
yaradıcılıq növlərinin azad həyata
keçirilməsinə təminat verir.
Azərbaycan
dövlətinə mənsub olan, onunla siyasi və hüquqi
bağlılığı, habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs
Azərbaycan Respublikasının
vətəndaşıdır. Azərbaycan
Respublikasının ərazisində və ya Azərbaycan
Respublikasının vətəndaşlarından doğulmuş
şəxs Azərbaycan Respublikasının
vətəndaşıdır. Valideynlərindən biri
Azərbaycan Respublikasının vətəndaşı olan
şəxs Azərbaycan Respublikasının
vətəndaşıdır.
I. Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda
Azərbaycan Respublikası
vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə
halları istisna olmaqla) məhrum edilə bilməz.[22]
II. Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda
Azərbaycan Respublikasından qovula və ya xarici
dövlətə verilə bilməz.
III. Azərbaycan
Respublikası onun ərazisindən kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının hüquqi
müdafiəsinə təminat verir və onlara hamilik edir.
I. Azərbaycan
Respublikası vətəndaşlarının cəmiyyətin
və dövlətin siyasi həyatında maneəsiz
iştirak etmək hüququ vardır.
II. Dövlətə
qarşı qiyama və ya dövlət çevrilişinə
müstəqil müqavimət göstərmək Azərbaycan
Respublikasının hər bir vətəndaşının
hüququdur.
I. Azərbaycan
Respublikası vətəndaşlarının dövlətin
idarə olunmasında iştirak etmək hüququ vardır. Bu
hüququ onlar bilavasitə və ya nümayəndələri
vasitəsilə həyata keçirə bilərlər.
II. Azərbaycan
Respublikasının vətəndaşları dövlət
orqanlarında qulluq etmək imkanına malikdirlər.
Dövlət orqanlarının vəzifəli
şəxsləri Azərbaycan Respublikasının
vətəndaşları sırasından təyin
edilirlər. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
dövlət qulluğuna qanunla
müəyyənləşdirilmiş qaydada qəbul edilə
bilərlər.
I. Azərbaycan
Respublikası vətəndaşlarının dövlət
orqanlarına seçmək və seçilmək, habelə
referendumda iştirak etmək hüququ vardır.
II.
Məhkəmənin qərarı ilə fəaliyyət
qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin
seçkilərdə, habelə referendumda iştirak etmək
hüququ yoxdur.
III. Hərbi
qulluqçuların, hakimlərin, dövlət
məmurlarının, din xadimlərinin, məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə
azadlıqdan məhrum edilmiş şəxslərin, bu
Konstitusiyada və qanunda nəzərdə tutulan digər
şəxslərin seçilmək
hüququ qanunla məhdudlaşdırıla bilər.[23]
I. Azərbaycan
Respublikası vətəndaşlarının dövlət
orqanlarına şəxsən müraciət etmək,
habelə fərdi və kollektiv yazılı
müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu
hüquqdan yalnız fərdi qaydada istifadə edə
bilərlər. Hər bir müraciətə qanunla
müəyyən edilmiş qaydada və
müddətlərdə yazılı cavab verilməlidir.[24]
II. Azərbaycan
Respublikası vətəndaşlarının dövlət
orqanlarının və onların vəzifəli
şəxslərinin, siyasi partiyaların, həmkarlar
ittifaqlarının və digər ictimai birliklərin, habelə
ayrı-ayrı vətəndaşların fəaliyyətini
və ya işini tənqid etmək hüququ vardır.
Tənqidə görə təqib qadağandır. Təhqir
və böhtan tənqid sayıla bilməz.
I. Hər kəsin
başqaları ilə birləşmək hüququ vardır.
II. Hər kəs
istənilən birlik, o cümlədən siyasi partiya,
həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və
ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün
birliklərin sərbəst fəaliyyətinə təminat
verilir.
III. Heç kəs
hər hansı birliyə daxil olmağa və onun
üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV. Azərbaycan Respublikasının bütün
ərazisində və ya hər hansı hissəsində qanuni
dövlət hakimiyyətini zorla devirmək məqsədi,
cinayət hesab edilən digər məqsədlər
güdən və ya cinayətkar üsullardan istifadə
edən birliklər qadağandır. Konstitusiyanı və
qanunları pozan birliklərin fəaliyyətinə yalnız
məhkəmə qaydasında xitam verilə bilər.[25]
I. Hər kəs qanunla
nəzərdə tutulmuş qaydada öz imkanlarından,
qabiliyyətindən və əmlakından sərbəst
istifadə edərək təkbaşına və ya
başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və ya qanunla qadağan edilməmiş
digər iqtisadi fəaliyyət növü ilə
məşğul ola bilər.[26]
II.
Dövlət sahibkarlıq sahəsində yalnız
dövlət maraqlarının, insan həyatının və
sağlamlığının müdafiəsi ilə
bağlı tənzimləməni həyata keçirir.[27]
Maddə 60. Hüquq və
azadlıqların inzibati və məhkəmə
təminatı[28]
I. Hər kəsin hüquq və
azadlıqlarının inzibati qaydada və
məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəsin hüququ var ki, onun
işinə qərəzsiz yanaşılsın və həmin
işə inzibati icraat və məhkəmə prosesində
ağlabatan müddətdə baxılsın.
III. Hər kəsin inzibati icraat və
məhkəmə prosesində dinlənilmək hüququ
vardır.
IV. Hər
kəs dövlət orqanlarının, siyasi partiyaların,
hüquqi şəxslərin, bələdiyyələrin
və vəzifəli şəxslərin
hərəkətlərindən və hərəkətsizliyindən
inzibati qaydada və məhkəməyə şikayət
edə bilər.
I. Hər kəsin
yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ
vardır.
II. Qanunla
nəzərdə tutulmuş hallarda hüquqi yardım
ödənişsiz, dövlət hesabına göstərilir.
III. Hər bir
şəxsin səlahiyyətli dövlət orqanları
tərəfindən tutulduğu, həbsə
alındığı, cinayət törədilməsində
ittiham olunduğu andan müdafiəçinin
köməyindən istifadə etmək hüququ vardır.
Hər kəsin onun
işinə qanunla müəyyən edilmiş
məhkəmədə baxılması hüququ vardır.
Şəxsin razılığı olmadan onun işinə
başqa məhkəmədə baxılmasına yol verilmir.
I. Hər kəsin
təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin
törədilməsində təqsirləndirilən hər bir
şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada
sübuta yetirilməyibsə və bu barədə məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü yoxdursa,
təqsirsiz sayılır.
II. Şəxsin
təqsirli olduğuna əsaslı şübhələr
varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin
törədilməsində təqsirləndirilən
şəxs özünün təqsirsizliyini sübuta
yetirməyə borclu deyildir.
IV. Ədalət
mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla
əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V.
Məhkəmənin hökmü olmasa, kimsə
cinayətdə təqsirli sayıla bilməz.
Heç kəs bir
cinayətə görə təkrarən məhkum edilə
bilməz.
Məhkəmənin
məhkum etdiyi hər bir şəxsin öz barəsində
çıxarılmış hökmə qanunla
nəzərdə tutulan qaydada yuxarı
məhkəmədə yenidən baxılması, habelə
özünün əfv edilməsi və cəzasının
yüngülləşdirilməsi haqqında müraciət
etmək hüququ vardır.
Heç kəs
özünə, arvadına (ərinə), övladlarına,
valideynlərinə, qardaşına, bacısına
qarşı ifadə verməyə məcbur edilə
bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan
qohumların tam siyahısı qanunla müəyyən edilir.
Maddə 67. Tutulan, həbsə
alınan və cinayət törədilməsində
təqsirləndirilən şəxslərin hüquqları[29]
I. Səlahiyyətli dövlət orqanlarının
tutduğu, həbsə aldığı, cinayət
törədilməsində təqsirləndirdiyi hər bir
şəxsə dərhal onun hüquqları bildirilir və
tutulmasının, həbsə alınmasının və
cinayət məsuliyyətinə cəlb edilməsinin
səbəbləri izah edilir.
II. Cinayət törədilməsində
təqsirləndirilən hər bir şəxs məhkum
edilməzdən əvvəl dinlənilməlidir.
I. Hər
kəsin dövlət orqanlarının ona
münasibətdə özbaşınalığı istisna
edən vicdanlı davranışına hüququ vardır.
II. Cinayət,
habelə hakimiyyətdən sui-istifadə
nəticəsində zərər çəkmiş
şəxsin hüquqları qanunla qorunur. Zərər
çəkmiş şəxsin ədalət
mühakiməsinin həyata keçirilməsində
iştirak etmək və ona vurulmuş zərərin
ödənilməsini tələb etmək hüququ vardır.[31]
III. Hər kəsin
dövlət orqanlarının, yaxud onların vəzifəli
şəxslərinin qanuna zidd hərəkətləri və
ya hərəkətsizliyi nəticəsində vurulmuş
zərərin dövlət tərəfindən ödənilməsi
hüququ vardır.
IV.
Dövlət, dövlət qulluqçuları ilə
birlikdə, dövlət qulluqçularının qanuna zidd
hərəkətləri və hərəkətsizliyi
nəticəsində insan hüquq və azadlıqlarına
dəymiş ziyana görə və onların
təminatının pozulmasına görə mülki
məsuliyyət daşıyır.[32]
I. Əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər Azərbaycan Respublikasında olarkən,
qanunla və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilə ilə
başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikasının vətəndaşları ilə
bərabər bütün hüquqlardan istifadə edə
bilər və bütün vəzifələri yerinə
yetirməlidirlər.
II. Azərbaycan
Respublikası ərazisində daimi yaşayan və ya
müvəqqəti qalan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquq və azadlıqları yalnız beynəlxalq hüquq
normalarına və Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq məhdudlaşdırıla
bilər.
I. Hamılıqla
qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun
olaraq Azərbaycan Respublikası əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
siyasi sığınacaq verir.
II. Siyasi
əqidəsinə görə, habelə Azərbaycan
Respublikasında cinayət sayılmayan əmələ
görə təqib edilən şəxslərin başqa
dövlətə verilməsinə yol verilmir.
I. Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş
hüquqlarını və azadlıqlarını
gözləmək və qorumaq qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarının borcudur.
II. İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç
kəs məhdudlaşdıra bilməz. Hər kəsin
hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda
müəyyən edilmiş əsaslarla, habelə
digərlərinin hüquq və azadlıqları ilə
məhdudlaşır. Hüquq
və azadlıqların məhdudlaşdırılması
dövlət tərəfindən gözlənilən
nəticəyə mütənasib olmalıdır.[34]
III. Müharibə,
hərbi vəziyyət və fövqəladə
vəziyyət, habelə səfərbərlik elan
edilərkən insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsi Azərbaycan Respublikasının
beynəlxalq öhdəliklərini nəzərə almaq
şərti ilə qismən və müvəqqəti
məhdudlaşdırıla bilər. Həyata
keçirilməsi məhdudlaşdırılan hüquq və
azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat
verilir.
IV. Heç bir halda
heç kəs din, vicdan, fikir və əqidəsini
açıqlamağa məcbur edilə bilməz və bunlara
görə təqsirləndirilə bilməz.
V. Bu Konstitusiyanın
heç bir müddəası insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
ləğvinə yönəldilmiş müddəa kimi
təfsir edilə bilməz.
VI. Azərbaycan
Respublikası ərazisində insan və vətəndaş
hüquqları və azadlıqları birbaşa
qüvvədədir.
VII. İnsan və
vətəndaş hüquqlarının və azadlıqlarının
pozulması ilə əlaqədar mübahisələri
məhkəmələr həll edir.
VIII. Heç kəs
törədildiyi zaman hüquq pozuntusu sayılmayan
əmələ görə məsuliyyət
daşımır. Hüquq pozuntusu törədildikdən sonra
yeni qanunla bu cür hərəkətlərə görə
məsuliyyət aradan qaldırılmışsa və ya
yüngülləşdirilmişsə, yeni qanun tətbiq
edilir.
IX. Hər kəs qanunla qadağan olunmayan
hərəkətləri edə bilər və heç kəs
qanunla nəzərdə tutulmayan hərəkətləri
etməyə məcbur edilə bilməz.
X. Dövlət
orqanları yalnız bu Konstitusiya əsasında, qanunla
müəyyən edilmiş qaydada və hüdudlarda
fəaliyyət göstərə bilərlər.
IV fəsil
Vətəndaşların
əsas vəzİfələrİ
I. Dövlət və
cəmiyyət qarşısında hər bir şəxs onun
hüquq və azadlıqlarından bilavasitə irəli
gələn vəzifələr daşıyır. Hər
kəsin üzərinə vəzifələr yalnız bu
Konstitusiya ilə və ya qanunla qoyula bilər.[35]
II. Hər bir
şəxs Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına əməl etməli, başqa
şəxslərin hüquq və azadlıqlarına
hörmət bəsləməli, qanunla müəyyən
edilmiş digər vəzifələri yerinə
yetirməlidir.
III. Qanunu
bilməmək məsuliyyətdən azad etmir.
I. Qanunla
müəyyən edilmiş vergiləri və başqa
dövlət ödənişlərini tam həcmdə və
vaxtında ödəmək hər bir kəsin borcudur.
II. Heç kəs
qanunla nəzərdə tutulmuş əsaslar olmadan və
qanunda göstərilmiş həcmdən əlavə
vergilər və başqa dövlət
ödənişləri ödəməyə məcbur
edilə bilməz.
I. Vətənə
sədaqət müqəddəsdir.
II. Vəzifəyə
seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra
və ya məhkəmə hakimiyyəti orqanlarında
işləyən şəxslər öz
vəzifələrini dürüst və layiqincə yerinə
yetirməməyə görə məsuliyyət
daşıyırlar və qanunla müəyyən edilmiş
hallarda and içirlər.
III.
Vəzifəyə seçilmə və ya təyinat yolu
ilə qanunvericilik, icra və ya məhkəmə
hakimiyyəti orqanlarında işləyən, Azərbaycan
Respublikası Konstitusiyasına sadiq qalacağına and
içmiş şəxs dövlətə qarşı
cinayətdə, o cümlədən dövlətə
qarşı qiyamda və ya dövlət
çevrilişində ittiham edilibsə və bu ittiham
əsasında məhkum olunubsa, həmin vəzifədən
getmiş sayılır və bir daha bu vəzifəni tuta
bilməz.
I. Hər bir
vətəndaş Azərbaycan Respublikasının
dövlət rəmzlərinə - bayrağına, gerbinə
və himninə hörmət etməlidir.
II. Dövlət
rəmzlərinə hörmətsizliyin nümayiş
etdirilməsi qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.[36]
I. Vətəni
müdafiə hər bir vətəndaşın borcudur.
Qanunla
müəyyən edilmiş qaydada vətəndaşlar
hərbi xidmət keçirlər.
II. Vətəndaşların
əqidəsi həqiqi hərbi xidmət keçməyə
ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi
hərbi xidmətin alternativ xidmətlə əvəz
olunmasına yol verilir.
Tarix və
mədəniyyət abidələrini qorumaq hər bir
şəxsin borcudur.
Ətraf mühitin
qorunması hər bir şəxsin borcudur.
Heç kəs
Azərbaycan Respublikasının Konstitusiyasına və ya
qanunlarına zidd vəzifələrin icrasına məcbur
edilə bilməz.
Konstitusiyanın
və qanunların pozulması, o cümlədən
Konstitusiyada və qanunlarda nəzərdə tutulan
hüquqlardan sui-istifadə və ya vəzifələrin
yerinə yetirilməməsi qanunla müəyyən edilən
məsuliyyətə səbəb olur.
V fəsil
Qanunverİcİlİk
hakİmİyyətİ
Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir.
Azərbaycan
Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatları majoritar seçki
sistemi, ümumi, bərabər və birbaşa seçki
hüququ əsasında sərbəst, şəxsi və gizli
səsvermə yolu ilə seçilirlər.
I. Azərbaycan
Respublikası Milli Məclisinin hər
çağırışının səlahiyyət
müddəti 5 ildir. Müharibə şəraitində
hərbi əməliyyatların aparılması Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət
müddəti hərbi əməliyyatların sonunadək
uzadılır. Bu barədə qərar seçkilərin
(referendumun) keçirilməsini təmin edən dövlət
orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən qəbul edilir.[37]
II. Azərbaycan
Respublikası Milli Məclisinin hər
çağırışının seçkiləri hər
beş ildən bir noyabr ayının birinci bazar günü
keçirilir.
III. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının
səlahiyyət müddəti Azərbaycan Respublikası Milli
Məclisinin çağırışının
səlahiyyət müddəti ilə məhdudlaşır.
IV. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlığından
çıxanların yerinə yeni seçkilər
keçirilərsə, yeni seçilən deputatın
səlahiyyət müddəti deputatlıqdan
çıxanın qalan səlahiyyət müddəti ilə
məhdudlaşır.
I. Azərbaycan
Respublikasının seçkilərdə
iştirak etmək hüququna malik olan hər bir
vətəndaşı qanunla müəyyən edilmiş
qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı
seçilə bilər.[38]
II. İkili
vətəndaşlığı olan, başqa
dövlətlər qarşısında öhdəliyi olan,
icra və ya məhkəmə hakimiyyəti sistemlərində
qulluq edən, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna olmaqla, başqa ödənişli
fəaliyyətlə məşğul olan şəxslər,
din xadimləri, fəaliyyət qabiliyyətsizliyi
məhkəmə tərəfindən təsdiq edilən,
ağır cinayətlərə görə məhkum
olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrumetmə
yerlərində cəza çəkən şəxslər
Azərbaycan Respublikasının Milli Məclisinə deputat
seçilə bilməzlər.
Seçkilərin
nəticələrinin düzgünlüyünü qanunla
müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və
təsdiq edir.
I. Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının
səlahiyyətləri Azərbaycan Respublikası Milli
Məclisinin yeni çağırışının ilk iclas
günü bitir.
II. Azərbaycan
Respublikası Milli Məclisi deputatlığından
çıxanların yerinə seçkilər Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyət
müddətinin bitməsinə 120 gündən az
müddət qalarsa, keçirilmir.
III. Azərbaycan
Respublikasının Milli Məclisi 83 deputatının
səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
I. Azərbaycan
Respublikasının Milli Məclisi hər il iki növbəti
yaz və payız sessiyalarına yığılır.
Azərbaycan Respublikası Milli Məclisinin 83
deputatının səlahiyyətləri təsdiq edildikdən
sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
həmin gündən başlayaraq bir həftədən gec
olmayaraq çağırılır. Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilərdən sonra martın 10-dək onun 83 deputatının
sәlahiyyәtlәri təsdiq edilməzsə,
Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının
keçirilmə vaxtını Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
müəyyən edir.
II. Azərbaycan
Respublikası Milli Məclisinin növbədənkənar
sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin
sədri Azərbaycan Respublikası Prezidentinin və ya
Azərbaycan Respublikası Milli Məclisinin 42
deputatının tələbi əsasında çağırır.
III. Azərbaycan
Respublikası Milli Məclisinin növbədənkənar
sessiyasının gündəliyini müvafiq olaraq onun
çağırılmasını tələb edənlər
müəyyənləşdirir. Bu gündəlikdəki
məsələlərə baxıldıqdan sonra növbədənkənar
sessiyanın işi bitir.
IV. Azərbaycan
Respublikası Milli Məclisinin sessiyalarının iclasları
açıq keçirilir. Azərbaycan Respublikası Milli
Məclisinin 83 deputatının tələbi ilə və ya
Azərbaycan Respublikası Prezidentinin təklifi ilə
Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının
qapalı iclası keçirilə bilər.[39]
I. Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər
zamanı səslərin düzgün hesablanmadığı
aşkar olunduqda;
2) Azərbaycan
Respublikası vətəndaşlığından
çıxdıqda və ya başqa dövlətin
vətəndaşlığını qəbul etdikdə;
3) cinayət
törətdikdə və məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət
orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq,
kommersiya və başqa ödənişli
fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji
və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina
etdikdə;
6) bu Konstitusiyanın 93-cü
maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat
üçün qanunla müəyyən edilmiş etik
davranış qaydalarını kobud surətdə pozduqda.[40]
Azərbaycan
Respublikası Milli Məclisinin deputatlığından
məhrumetmə haqqında qərar qanunla müəyyən
edilmiş qaydada qəbul edilir.
II. Azərbaycan
Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini
daimi icra edə bilmədikdə və qanunda nəzərdə
tutulmuş digər hallarda onların səlahiyyətləri
itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası
qanunla müəyyən edilir.
I. Səlahiyyət
müddəti ərzində Azərbaycan Respublikası Milli
Məclisi deputatının şəxsiyyəti
toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin
deputatı səlahiyyət müddəti ərzində
cinayət başında yaxalanma hallarından başqa,
cinayət məsuliyyətinə cəlb edilə bilməz,
tutula bilməz, onun barəsində məhkəmə
qaydasında inzibati tənbeh tədbirləri tətbiq
edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi
müayinə edilə bilməz. Azərbaycan Respublikası
Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa,
tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli
Məclisinin deputatını tutan orqan bu barədə
dərhal Azərbaycan Respublikasının Baş prokuroruna
xəbər verməlidir.
II. Azərbaycan
Respublikası Milli Məclisinin deputatının
toxunulmazlığına yalnız Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatına əsasən Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə xitam
verilə bilər.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatları Azərbaycan
Respublikası Milli Məclisindəki fəaliyyətinə,
səsverməyə və söylədiyi fikrə görə
məsuliyyətə cəlb oluna bilməzlər.
Razılığı olmadan onlardan bu hallarla əlaqədar
izahat, ifadə tələb edilə bilməz.
Azərbaycan
Respublikasının Milli Məclisi öz iş
qaydasını müəyyən edir və Milli Məclisin
müvafiq orqanlarını yaradır, o cümlədən
öz sədrini və onun müavinlərini seçir,
komitələr və komissiyalar təşkil edir, Hesablama
Palatası yaradır.[41]
I. Azərbaycan
Respublikasının Milli Məclisi öz
səlahiyyətlərinə aid məsələlər
üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar
qəbul edir.
II. Azərbaycan Respublikasının
Milli Məclisində Konstitusiya qanunları, qanunlar və
qərarlar bu Konstitusiya ilə nəzərdə tutulmuş
qaydada qəbul edilir.
III. Azərbaycan
Respublikası Milli Məclisinin deputatları səsvermə
hüququnu şəxsən həyata keçirirlər.
IV. Qanunlarda və
Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında
icra hakimiyyəti və məhkəmə orqanlarına konkret
tapşırıqlar nəzərdə tutula bilməz.
I. Azərbaycan
Respublikasının Milli Məclisi aşağıdakı
məsələlərə dair ümumi qaydalar
müəyyən edir:
1) bu Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş
hüquqlarından və azadlıqlarından istifadə, bu
hüquqların və azadlıqların dövlət
təminatı;
2) Azərbaycan
Respublikası Prezidentinin seçkiləri;
3) Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər
və Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının statusu;
4) referendum;
5) məhkəmə
quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik
və notariat;
6) məhkəmə
icraatı, məhkəmə qərarlarının icrası;
7)
bələdiyyələrə seçkilər və
bələdiyyələrin statusu;
8) fövqəladə
vəziyyət rejimi; hərbi vəziyyət rejimi;
9) dövlət
təltifləri;
10) fiziki və
hüquqi şəxslərin statusu;
11) mülki hüquq
obyektləri;
12) əqdlər,
mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;
13) mülkiyyət
hüququ, o cümlədən dövlət, xüsusi və
bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli
mülkiyyət hüququ; digər əşya hüquqları;
öhdəlik hüququ;
14) ailə
münasibətləri, o cümlədən himayəçilik
və qəyyumluq;
15) maliyyə
fəaliyyətinin əsasları, vergilər, rüsumlar
və ödənişlər;
16) əmək
münasibətləri və sosial təminat;
17) cinayətlərin
və başqa hüquq pozuntularının müəyyən
edilməsi, onların törədilməsinə görə
məsuliyyətin təyin edilməsi;
18) müdafiə
və hərbi qulluq;
19) dövlət
qulluğu;
20) təhlükəsizliyin
əsasları;
21) ərazi
quruluşu; dövlət sərhədi rejimi;
22) beynəlxalq
müqavilələrin təsdiqi və ləğvi;
23) rabitə və
nəqliyyat işi;
24) statistika, metrologiya
və standartlar;
25) gömrük
işi;
26) ticarət işi
və birja fəaliyyəti;
27) bank işi, mühasibat,
sığorta.
II. Bu maddənin 2, 3, 4-cü
bəndlərində göstərilən
məsələlərə dair qanunlar 83 səs
çoxluğu ilə, qalan məsələlərə dair
qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.
III. Bu maddənin I
hissəsinə Konstitusiya qanunu ilə əlavələr
edilə bilər.
I. Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyətinə
aşağıdakı məsələlərin həlli
aiddir:
1) Azərbaycan
Respublikası Milli Məclisinin işinin təşkili;
2) Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası
diplomatik nümayəndəliklərinin təsis edilməsi;
3) inzibati ərazi
bölgüsü;
4)
dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar
nəzərdə tutan hökumətlərarası
müqavilələrin təsdiq və ləğv edilməsi;
5) Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikası dövlət büdcəsinin
təsdiq edilməsi və onun icrasına nəzarət;
6) Azərbaycan
Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin seçilməsi;
7) Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının hərbi doktrinasının
təsdiqi;
8) bu Konstitusiyada
nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası
Prezidentinin fərmanlarının təsdiqi;
9) Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının Baş nazirinin
vəzifəyə təyin edilməsinə razılıq
verilməsi;
10) Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi,
Azərbaycan Respublikası Ali Məhkəməsi və
Azərbaycan Respublikası apellyasiya məhkəmələri
hakimlərinin təyin edilməsi;
11) Azərbaycan
Respublikasının Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə
təyin və vəzifədən azad edilməsinə
razılıq verilməsi;
12) Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
təqdimatına əsasən Azərbaycan Respublikası
Prezidentinin impiçment qaydasında vəzifədən
kənarlaşdırılması;
13) Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən
hakimlərin vəzifədən
kənarlaşdırılması;
14) Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə etimad
məsələsinin həll edilməsi;
15) Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyəti üzvlərinin vəzifəyə təyin və
vəzifədən azad edilməsi;
16) Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
təyinatı ilə bağlı olmayan vəzifələrin
icrasına cəlb edilməsinə razılıq verilməsi;
17) Azərbaycan
Respublikası Prezidentinin müraciətinə əsasən
müharibə elan edilməsinə və sülh
bağlanmasına razılıq verilməsi;
18) referendum təyin
edilməsi;
19) amnistiya.
20)
bələdiyyələrin hesabatlarının
dinlənilməsi.
II. Bu maddənin 1-5-ci
bəndlərində göstərilən
məsələlərə dair 63 səs çoxluğu
ilə qanunlar, qalan məsələlərə dair isə, bu
Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni
qaydada qərarlar qəbul edilir.
III. Bu Konstitusiyada
Azərbaycan Respublikası Milli Məclisinin
səlahiyyətlərinə aid edilən digər
məsələlərə, Azərbaycan Respublikası Milli
Məclisinin işinin təşkili ilə əlaqədar
məsələlərə, Azərbaycan Respublikası Milli
Məclisinin münasibətinin bildirilməsi zəruri olan
məsələlərə dair də qərarlar qəbul
edilir.
IV. Bu maddənin I
hissəsinə Konstitusiya qanunu ilə əlavələr
edilə bilər.KQ1
I. Azərbaycan
Respublikasının Milli Məclisində qanunvericilik
təşəbbüsü hüququ (qanun layihələrini
və başqa məsələləri Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim
etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarına, Azərbaycan Respublikasının
Prezidentinə, Azərbaycan Respublikasının Ali
Məhkəməsinə, Azərbaycan Respublikasının
seçki hüququ olan 40 min vətəndaşına,
Azərbaycan Respublikasının Prokurorluğuna və
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
mənsubdur.
II. Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Azərbaycan Respublikasının
seçki hüququ olan 40 min vətəndaşının,
Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qanunvericilik
təşəbbüsü qaydasında Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi
qanun və ya qərar layihələri müzakirəyə
təqdim olunmuş şəkildə çıxarılır
və səsə qoyulur.
III. Belə qanun
və ya qərar layihələrində dəyişikliklər
qanunvericilik təşəbbüsü hüququndan istifadə
edən subyektin razılığı ilə edilə
bilər.
IV. Qanunvericilik
təşəbbüsü qaydasında Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Azərbaycan Respublikasının
seçki hüququ olan 40 min vətəndaşının,
Azərbaycan Respublikası Prokurorluğunun və ya
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi
qanun və ya qərar layihələri iki ay ərzində
səsə qoyulur.
V. Qanun və ya
qərar layihəsini Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikasının Ali
Məhkəməsi, Azərbaycan Respublikasının
Prokurorluğu və ya Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi təcili elan edibsə, bu
müddət 20 gün təşkil edir.
VI. Azərbaycan Respublikasının seçki
hüququ olan 40 min vətəndaşının qanunvericilik
təşəbbüsü hüququndan istifadə etməsi
qaydası qanunla müəyyən edilir.
VII. Qanun və
qərar layihələri əsaslandırılmalı və
onların qəbul edilməsinin məqsədləri
göstərilməlidir.
I. Qanunlar qəbul
edildiyi gündən 14 gün müddətində Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün
təqdim edilir.
II. Təcili elan olunan
qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə
imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat
ərzində təqdim edilir.
Qanunun və
Azərbaycan Respublikası Milli Məclisinin
qərarının özündə başqa qayda
nəzərdə tutulmayıbsa, qanun və qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin
buraxılması[44]
I. Azərbaycan Respublikası Milli
Məclisinin eyni çağırışı bir il
ərzində iki dəfə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə
və ya Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi
Bankı İdarə Heyətinin kollegial fəaliyyəti
üçün zəruri olan sayda üzvlüyə
namizədləri Azərbaycan Respublikasının Prezidenti
tərəfindən iki dəfə təqdim edildikdən sonra,
qanunla müəyyən edilmiş müddətdə təyin
etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və
95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV
və V hissələrində, 97-ci maddəsində
göstərilən vəzifələrini aradan
qaldırıla bilməyən səbəblər
üzündən icra etmədikdə, Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Milli Məclisini buraxır.
II.
Növbədənkənar seçkilərdə
seçilən Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət
müddəti beş ildən az ola bilər. Bu halda
Azərbaycan Respublikasının Milli Məclisinə
növbəti seçkilər növbədənkənar
seçkilərdə seçilən Azərbaycan
Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət
müddətinin beşinci ilinin noyabr ayının birinci bazar
günü keçirilir.
VI fəsil
İcra
hakİmİyyətİ
Azərbaycan
Respublikasında icra hakimiyyəti Azərbaycan
Respublikasının Prezidentinə mənsubdur.
Yaşı otuz
beşdən aşağı olmayan, Azərbaycan
Respublikasının ərazisində 10 ildən artıq daimi
yaşayan, seçkilərdə iştirak etmək hüququna
malik olan, o cümlədən ağır cinayətə görə
məhkum olunmayan, başqa dövlətlər
qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili
vətəndaşlığı olmayan Azərbaycan
Respublikasının vətəndaşı Azərbaycan
Respublikasının Prezidenti seçilə bilər.KM2
I. Azərbaycan
Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa
seçki hüququ əsasında, sərbəst, şəxsi
və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti
növbədənkənar Azərbaycan Respublikası Prezidenti
seçkilərini elan edə bilər.[45]
II. Azərbaycan
Respublikasının Prezidenti səsvermədə iştirak
edənlərin yarısından çoxunun səs
çoxluğu ilə seçilir.
III. Bu səs
çoxluğu səsvermənin birinci dövrəsində
toplanmayıbsa, səsvermə günündən sonra ikinci
bazar günü səsvermənin ikinci dövrəsi
keçirilir. İkinci dövrədə ancaq birinci
dövrədə ən çox səs toplamış iki
namizəd, yaxud ən çox səs toplamış və
öz namizədliyini geri götürmüş
namizədlərdən sonra gələn iki namizəd
iştirak edir.
IV. Səsvermənin
ikinci dövrəsində səs çoxluğu toplayan
namizəd Azərbaycan Respublikasının Prezidenti
seçilmiş sayılır.
V. Müharibə
şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikası Prezidenti
seçkilərinin keçirilməsini mümkün
etmədikdə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyət müddəti hərbi əməliyyatların
sonunadək uzadılır. Bu barədə qərar
seçkilərin (referendumun) keçirilməsini təmin
edən dövlət orqanının müraciətinə
əsasən Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən qəbul edilir.[46]
VI. Bu maddənin
tətbiqi qaydası qanunla müəyyən edilir.
Azərbaycan
Respublikası Prezidenti seçkilərinin yekunları
haqqında məlumatı səsvermə günündən
sonra 14 gün ərzində Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi rəsmən elan edir.
I. Azərbaycan
Respublikasının Prezidenti seçilmiş şəxs
Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunları haqqında məlumatın elan olunduğu
gündən başlayaraq 3 gün ərzində Konstitusiya
Məhkəməsi hakimlərinin iştirakı ilə
belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirərkən
Azərbaycan Respublikasının Konstitusiyasına əməl
edəcəyimə, dövlətin müstəqilliyini və
ərazi bütövlüyünü qoruyacağıma, xalqa
ləyaqətlə xidmət edəcəyimə and
içirəm”.
II. And içdiyi
gündən Azərbaycan Respublikasının Prezidenti öz
səlahiyyətlərinin icrasına başlamış
sayılır.
Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri[47]
I. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilirlər.
II.
Azərbaycan Respublikasının vitse-prezidenti
vəzifəsinə seçkilərdə iştirak etmək
hüququna malik olan, ali təhsilli, başqa
dövlətlər qarşısında öhdəliyi olmayan
Azərbaycan Respublikası vətəndaşı təyin
edilir.
I. Azərbaycan
Respublikasının Prezidenti istefa verdikdə,
səhhətinə görə öz
səlahiyyətlərinin icra etmək qabiliyyətini
tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə
tutulmuş hallarda və qaydada vəzifəsindən
kənarlaşdırıldıqda vaxtından əvvəl
vəzifədən getmiş sayılır.
II. Azərbaycan
Respublikasının Prezidenti istefa verdikdə onun istefa
ərizəsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim olunur. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi istefa
ərizəsini Azərbaycan Respublikası Prezidentinin
özünün verdiyinə əmin olduğu təqdirdə
Azərbaycan Respublikası Prezidentinin istefasının
qəbul olunması haqqında qərar qəbul edir. Həmin
andan Azərbaycan Respublikasının Prezidenti istefa
verdiyinə görə vəzifədən getmiş
sayılır.
III. Azərbaycan
Respublikası Prezidentinin səhhətinə görə öz
səlahiyyətlərini icra etmək qabiliyyətini
tamamilə itirdiyi barədə məlumat verildikdə
Azərbaycan Respublikasının Milli Məclisi bu faktın
aydınlaşdırılması üçün
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi bu barədə qərarı
hakimlərin 6 səs çoxluğu ilə qəbul edir.
Əgər Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi bu faktı təsdiq etməzsə,
məsələ bununla bitmiş sayılır.
I. Azərbaycan
Respublikasının Prezidenti vaxtından əvvəl
vəzifədən getdikdə 60
gün müddətində növbədənkənar
Azərbaycan Respublikasının Prezidenti seçkiləri
keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni
Prezidenti seçilənədək Azərbaycan Respublikasının
Prezidenti səlahiyyətlərini Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti icra edir.[48]
II. Bu müddət
ərzində Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini icra edən Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti istefa verdikdə, səhhətinə
görə öz səlahiyyətlərini icra etmək
qabiliyyətini tamamilə itirdikdə Azərbaycan
Respublikası Prezidentinin müəyyən
etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının
vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
icra edir.[49]
III. Bu
maddənin II hissəsində göstərilən
səbəblərə görə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin icra etməsi
mümkün olmadıqda, Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Baş naziri icra edir.[50]
IV. Bu
maddənin II hissəsində göstərilən
səbəblərə görə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Baş nazirinin icra etməsi mümkün
olmadıqda, Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini Azərbaycan Respublikası Milli
Məclisinin sədri icra edir. Həmin səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini Azərbaycan Respublikası Milli
Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda,
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərinin başqa
vəzifəli şəxs tərəfindən icrası
haqqında qərar qəbul edir.[51]
Azərbaycan
Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir.
Azərbaycan Respublikası Prezidentinin şərəf və
ləyaqəti qanunla qorunur.
Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin
toxunulmazlığı[52]
I. Səlahiyyət müddəti
ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin
şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının
vitse-prezidenti cinayət başında yaxalanma hallarından
başqa tutula bilməz, cinayət məsuliyyətinə
cəlb edilə bilməz, onun barəsində məhkəmə
qaydasında inzibati tənbeh tədbirləri tətbiq
edilə bilməz, axtarışa məruz qala bilməz,
şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının
vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər.
Belə olduqda onu tutan orqan bu barədə dərhal
Azərbaycan Respublikasının Baş prokuroruna xəbər
verməlidir.
IV.
Azərbaycan Respublikasının vitse-prezidentinin
toxunulmazlığına yalnız Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatına əsasən Azərbaycan
Respublikasının Prezidenti tərəfindən xitam
verilə bilər.
I. Azərbaycan
Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması təşəbbüsü
Azərbaycan Respublikasının Prezidenti ağır
cinayət törətdikdə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin təşəbbüsü
ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30
gün müddətində verilən rəyi əsasında
Azərbaycan Respublikasının Milli Məclisi
qarşısında irəli sürülə bilər.
II. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının 95 səs
çoxluğu ilə qəbul olunmuş qərar
əsasında Azərbaycan Respublikasının Prezidenti
vəzifədən kənarlaşdırıla bilər. Bu
qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri imzalayır. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi həmin qərarın
imzalanmasına bir həftə ərzində tərəfdar
çıxmazsa, qərar qüvvəyə minmir.
III. Azərbaycan
Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Azərbaycan Respublikasının Milli Məclisinə
müraciət etdiyi gündən başlayaraq 2 ay
ərzində qəbul olunmalıdır. Bu müddətə
göstərilən qərar qəbul edilməsə,
Azərbaycan Respublikasının Prezidentinə qarşı
irəli sürülmüş ittiham rədd edilmiş
sayılır.
I. Azərbaycan
Respublikasının Prezidenti və onun ailəsi dövlət
hesabına təmin edilir. Azərbaycan Respublikası
Prezidentinin və onun ailəsinin təhlükəsizliyini
xüsusi mühafizə xidmətləri təmin edir.
II. Əvvəllər
Azərbaycan Respublikasının Prezidenti seçilmiş
şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə
müəyyən edilir.[53]
Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin
təminatı[54]
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi
dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin və onun ailəsinin
təhlükəsizliyini xüsusi mühafizə
xidmətləri təmin edir.
Azərbaycan
Respublikasının Prezidenti:
1) Azərbaycan
Respublikasının Milli Məclisinə seçkiləri
təyin edir;
2) Azərbaycan
Respublikasının dövlət büdcəsini Azərbaycan
Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;
3) dövlət
iqtisadi və sosial proqramlarını təsdiq edir;
4) Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə
Azərbaycan Respublikasının Baş nazirini
vəzifəyə təyin edir; Azərbaycan
Respublikasının Baş nazirini vəzifədən azad edir;
5) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin üzvlərini
vəzifəyə təyin və vəzifədən azad edir;
zəruri hallarda Azərbaycan Respublikası Nazirlər
Kabinetinin iclaslarına sədrlik edir;
6) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin istefası haqqında
qərar qəbul edir;
7) Azərbaycan
Respublikasının dövlət büdcəsində icra
hakimiyyəti üçün nəzərdə tutulmuş
xərclər çərçivəsində mərkəzi və
yerli icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının aktlarını ləğv
edir;
9) Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi, Azərbaycan
Respublikasının Ali Məhkəməsi və Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri
hakimlərinin vəzifəyə təyin edilməsi
haqqında Azərbaycan Respublikasının Milli
Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının
digər məhkəmələrinin hakimlərini
vəzifəyə təyin edir; Azərbaycan
Respublikasının Baş prokurorunu Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə
vəzifəyə təyin və vəzifədən azad edir;
10) Azərbaycan Respublikası Mərkəzi Bankı
İdarə Heyəti üzvlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisinə
təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi
Bankı İdarə Heyətinin üzvləri
sırasından Azərbaycan Respublikası Mərkəzi
Bankının sədrini təyin edir;
11) Azərbaycan
Respublikasının hərbi doktrinasını Azərbaycan
Respublikası Milli Məclisinin təsdiqinə verir;
12) Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin ali komanda
heyətini vəzifəyə təyin və
vəzifədən azad edir;
13) Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasını təşkil
edir və onun rəhbərini təyin edir;
14) Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin seçilməsi haqqında Azərbaycan
Respublikası Milli Məclisinə təqdimat verir;
15) Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda diplomatik nümayəndəliklərinin
təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli
Məclisinə təqdimat verir, Azərbaycan
Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda diplomatik
nümayəndələrini təyin edir və geri
çağırır;
16) xarici
dövlətlərin diplomatik nümayəndələrinin
etimadnamə və övdətnamələrini qəbul edir;
17)
dövlətlərarası və hökumətlərarası
beynəlxalq müqavilələri bağlayır,
dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar
nəzərdə tutan hökumətlərarası
müqavilələri təsdiq və ləğv olunmaq
üçün Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
18) referendum təyin
edir;
19) qanunları
imzalayır və dərc edir;
20)
vətəndaşlıq məsələlərini həll
edir;
21) siyasi sığınacaq
verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət
təltifləri ilə təltif edir;
24) ali hərbi və
ali xüsusi rütbələr verir;
25) ümumi və
qismən səfərbərlik elan edir, habelə
səfərbərlik üzrə
çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası
vətəndaşlarının müddətli hərbi
xidmətə çağırılması və
müddətli hərbi xidmətdə olan hərbi
qulluqçuların ehtiyata buraxılması barədə
qərarlar qəbul edir;
27) Azərbaycan
Respublikasının Təhlükəsizlik Şurasını
yaradır;
28) Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin təyinatı
ilə bağlı olmayan vəzifələrin icrasına
cəlb edilməsinə razılıq verilməsi
barədə Azərbaycan Respublikasının Milli
Məclisinə təqdimat verir;
29)
fövqəladə və hərbi vəziyyət elan edir;
30) Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə
müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan
Respublikasının dövlət büdcəsində bu
məqsədlər üçün nəzərdə
tutulmuş xərclər çərçivəsində
xüsusi mühafizə xidmətləri yaradır;
32) bu Konstitusiya
ilə Azərbaycan Respublikası Milli Məclisinin və
məhkəmə orqanlarının
səlahiyyətlərinə aid edilməyən digər
məsələləri icra qaydasında həll edir.
I. Azərbaycan
Respublikasının Prezidenti qanunları ona təqdim
olunmuş gündən başlayaraq 56 gün ərzində
imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin
etirazını doğurursa, o, qanunu imzalamayıb öz
etirazları ilə birlikdə göstərilən
müddət ərzində Azərbaycan Respublikasının
Milli Məclisinə qaytara bilər.
II. Konstitusiya
qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən
imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan
Respublikasının Milli Məclisi 83 səs çoxluğu
ilə qəbul edilən qanunları 95 səs çoxluğu
ilə, 63 səs çoxluğu ilə qəbul edilən
qanunları isə 83 səs çoxluğu ilə yenidən
qəbul edirsə, belə qanunlar təkrar səsvermədən
sonra qüvvəyə minir.
Maddə 1101. Dövlətlərarası və
hökumətlərarası beynəlxalq müqavilələr
bağlamaq hüququnun verilməsi[56]
Azərbaycan
Respublikasının Prezidenti dövlətlərarası və
hökumətlərarası beynəlxalq müqavilələr
bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin üzvlərinə və
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi
digər şəxslərə verə bilər.
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası
ərazisinin müəyyən hissəsi faktik işğal
olunduqda, xarici dövlət və ya dövlətlər
Azərbaycan Respublikasına müharibə elan etdikdə,
Azərbaycan Respublikasına qarşı real silahlı
hücum təhlükəsi yarandıqda, Azərbaycan
Respublikasının ərazisi blokadaya alındıqda,
habelə blokada üçün real təhlükə olduqda
Azərbaycan Respublikasının bütün ərazisində
və ayrı-ayrı yerlərində hərbi vəziyyət
elan edir və bu barədə qəbul etdiyi fərmanı 24
saat müddətində Azərbaycan Respublikası Milli
Məclisinin təsdiqinə verir.
Azərbaycan
Respublikasının Prezidenti təbii fəlakətlər,
epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa
qəzalar baş verdikdə, habelə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
pozulmasına, dövlətə qarşı qiyama və ya
dövlət çevrilişinə yönəldilən
hərəkətlər edildikdə, zorakılıqla
müşayiət olunan kütləvi iğtişaşlar
yarandıqda, vətəndaşların həyatı və
təhlükəsizliyi, yaxud dövlət
təsisatlarının normal fəaliyyəti üçün
qorxu törədən digər münaqişələr meydana
gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı
yerlərində fövqəladə vəziyyət tətbiq
edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat
müddətində Azərbaycan Respublikası Milli
Məclisinin təsdiqinə verir.
I. Ümumi qaydalar
müəyyən etdikdə Azərbaycan Respublikasının
Prezidenti fərmanlar, başqa məsələlər
barəsində isə sərəncamlar qəbul edir.
II. Azərbaycan
Respublikası Prezidentinin fərman və
sərəncamlarında başqa qayda nəzərdə
tutulmayıbsa, onlar dərc edildiyi gündən
qüvvəyə minir.
I. Azərbaycan
Respublikasının Prezidenti icra səlahiyyətlərinin
həyata keçirilməsinin təşkili məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini
yaradır.
II. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinin yuxarı icra orqanıdır.
III. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Prezidentinə tabedir və onun
qarşısında cavabdehdir.
IV. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iş qaydasını
Azərbaycan Respublikasının Prezidenti
müəyyənləşdirir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan
Respublikasının Baş naziri, onun müavinləri,
nazirlər və başqa mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri daxildirlər.
Yeni seçilmiş
Azərbaycan Respublikasının Prezidenti vəzifəsini
tutduğu və səlahiyyətlərini icra etməyə
başladığı gün Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə
istefa verir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq,
Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.
I. Azərbaycan Respublikasının
Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin
razılığı ilə Azərbaycan Respublikasının
Prezidenti təyin edir.
II. Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə
namizədlik haqqında təklifi Azərbaycan
Respublikasının Prezidenti onun öz vəzifələrinin
icrasına başladığı gündən bir ay və ya
Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi
gündən iki həftə müddətindən gec olmayaraq
Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim edir.
III. Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə
namizədlik haqqında qərarı həmin namizədliyin
təqdim edildiyi gündən bir həftədən gec olmayaraq
qəbul edir. Göstərilən qayda pozularsa və ya
Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi
namizədlərin Azərbaycan Respublikasının Baş
naziri vəzifəsinə təyin olunmasına üç
dəfə razılıq verilməzsə, Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin
razılığı olmadan təyin edə bilər.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan
Respublikası dövlət büdcəsinin layihəsini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
- Azərbaycan
Respublikası dövlət büdcəsinin icrasını
təmin edir;
- maliyyə-kredit
və pul siyasətinin həyata keçirilməsini təmin
edir;
- dövlət iqtisadi
proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial
təminat proqramlarının həyata keçirilməsini
təmin edir;
- nazirliklərə
və digər mərkəzi icra hakimiyyəti orqanlarına
rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan
Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid
etdiyi digər məsələləri həll edir.
I. Ümumi qaydalar
müəyyən etdikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərarlar, başqa məsələlər
üzrə sərəncamlar qəbul edir.
II. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa,
onlar dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri, Baş nazirin müavini,
nazir, digər mərkəzi icra hakimiyyəti orqanı
rəhbəri vəzifəsinə seçkilərdə
iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa
dövlətlər qarşısında öhdəliyi olmayan
Azərbaycan Respublikası vətəndaşı təyin
edilir.[57]
Azərbaycan
Respublikasının Baş naziri, onun müavinləri,
nazirlər, digər mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri heç bir başqa
seçkili və ya təyinatlı vəzifə tuta
bilməzlər, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyətindən başqa heç bir sahibkarlıq,
kommersiya və digər ödənişli
fəaliyyətlə məşğul ola bilməzlər,
vəzifə maaşından, habelə elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətinə görə
aldığı vəsaitdən başqa məvacib ala
bilməzlər.
I. Səlahiyyət
müddəti ərzində Azərbaycan Respublikası Baş
nazirinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan
Respublikasının Baş naziri, cinayət başında
yaxalanma hallarından başqa tutula bilməz, cinayət
məsuliyyətinə cəlb edilə bilməz, onun
barəsində məhkəmə qaydasında inzibati tənbeh
tədbirləri tətbiq edilə bilməz, axtarışa
məruz qala bilməz, şəxsi müayinə edilə
bilməz.
III. Azərbaycan
Respublikasının Baş naziri cinayət başında
yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu
barədə dərhal Azərbaycan Respublikasının Baş
prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan
Respublikası Baş nazirinin toxunulmazlığına
yalnız Azərbaycan Respublikası Baş prokurorunun
təqdimatına əsasən Azərbaycan
Respublikasının Prezidenti tərəfindən xitam
verilə bilər.
I. Yerlərdə icra
hakimiyyətini yerli icra hakimiyyətlərinin
başçıları həyata keçirirlər.
II. İcra
hakimiyyəti başçılarını Azərbaycan Respublikasının
Prezidenti vəzifəyə təyin və vəzifədən
azad edir.
III. Yerli icra
hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir.
VII fəsil
Məhkəmə
hakİmİyyətİ
I. Azərbaycan
Respublikasında məhkəmə hakimiyyətini ədalət
mühakiməsi yolu ilə yalnız məhkəmələr
həyata keçirirlər.
II. Məhkəmə
hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikasının Ali
Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya
məhkəmələri, Azərbaycan Respublikasının
ümumi məhkəmələri və digər
ixtisaslaşdırılmış məhkəmələri
həyata keçirirlər.
III. Məhkəmə
hakimiyyəti Konstitusiya, mülki və cinayət
məhkəmə icraatı vasitəsilə və qanunla
nəzərdə tutulmuş digər vasitələr ilə
həyata keçirilir.
IV. Cinayət
məhkəmə icraatında Azərbaycan
Respublikasının Prokurorluğu və müdafiə
tərəfi iştirak edir.
V. Məhkəmə
quruluşu və məhkəmə icraatı qaydası qanunla
müəyyən olunur.
VI.
Məhkəmələrin səlahiyyətlərinin
dəyişdirilməsi məqsədi ilə müəyyən
olunmamış hüquqi üsulların tətbiq edilməsi
və fövqəladə məhkəmələrin
yaradılması qadağandır.
VII. Məhkəmə
icraatı həqiqətin müəyyən edilməsini
təmin etməlidir.[58]
I. Seçkilərdə iştirak etmək hüququna
malik olan, ali hüquq təhsilli və hüquqşünas
ixtisası üzrə 5 ildən artıq işləyən
Azərbaycan Respublikası vətəndaşları hakim ola
bilərlər.[59]
II. Hakimlər
heç bir başqa seçkili və təyinatlı
vəzifə tuta bilməzlər, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətindən başqa heç
bir sahibkarlıq, kommersiya və digər ödənişli
fəaliyyətlə məşğul ola bilməzlər,
siyasi fəaliyyətlə məşğul ola bilməz və
siyasi partiyalara üzv ola bilməzlər, vəzifə
maaşından, habelə elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətinə görə
aldığı vəsaitdən başqa məvacib ala
bilməzlər.
I. Hakimlər
müstəqildir, yalnız Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri
müddətində dəyişilməzdirlər.
II. Hakimlər
işlərə qərəzsiz, ədalətlə,
tərəflərin hüquq bərabərliyinə, faktlara
əsasən və qanuna müvafiq baxırlar.
III. Hər hansı
bir şəxs tərəfindən və hər hansı bir
səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə
icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir,
hədə və müdaxilə edilməsi yolverilməzdir.
IV. Ədalət
mühakiməsi vətəndaşların qanun və
məhkəmə qarşısında bərabərliyi
əsasında həyata keçirilir.
V. Bütün
məhkəmələrdə işlərin icraatı
açıq aparılır.
İşə
qapalı iclasda baxılmasına yalnız o halda icazə
verilir ki, məhkəmə açıq icraatın
dövlət, peşə və kommersiya sirrinin
açılmasına səbəb olacağını güman
edir, ya da vətəndaşların şəxsi və ya
ailə həyatının məxfiliyini qorumaq
zərurətinin mövcudluğunu müəyyən edir.
VI. Qanunda
nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət
işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.
VII. Məhkəmə
icraatı çəkişmə prinsipi əsasında
həyata keçirilir.
VIII.
Məhkəmə icraatının istənilən
mərhələsində hər kəsin müdafiə hüququ
təmin olunur.
IX. Ədalət mühakiməsi
təqsirsizlik prezumpsiyasına əsaslanır.
X. Azərbaycan
Respublikasında məhkəmə icraatı Azərbaycan
Respublikasının dövlət dilində və ya müvafiq
yerin əhalisinin çoxluq təşkil edən hissəsinin
dilində aparılır. İşin iştirakçısı
olub məhkəmə icraatının aparıldığı
dili bilməyən şəxslərin işin materialları
ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi
vasitəsi ilə iştirak etmək və
məhkəmədə ana dilində çıxış
etmək hüququ təmin edilir.
I. Hakimlər
toxunulmazdırlar.
II. Hakim cinayət
məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan
qaydada cəlb oluna bilər.
III. Hakimlərin
səlahiyyətlərinə yalnız qanunda nəzərdə
tutulmuş əsaslara və qaydalara müvafiq surətdə
xitam verilə bilər.
IV. Hakimlərin
vəzifədən kənarlaşdırılması
təşəbbüsünü hakimlər cinayət
törətdikdə Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi
əsasında Azərbaycan Respublikasının Milli Məclisi
qarşısında irəli sürə bilər. Müvafiq
rəyi Azərbaycan Respublikasının Ali
Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin
sorğusundan sonra 30 gün müddətində təqdim
etməlidir.
V. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsi və
Azərbaycan Respublikasının apellyasiya məhkəmələri
hakimlərinin işdən kənarlaşdırılması
haqqında qərar Azərbaycan Respublikasının Milli
Məclisində 83 səs çoxluğu ilə qəbul
edilir; başqa hakimlərin işdən
kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikasının Milli Məclisində 63
səs çoxluğu ilə qəbul edilir.
I.
Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin
adından çıxarılır və onların icrası
məcburidir.
II. Məhkəmə qərarının icra
olunmaması qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
III. Məhkəmə
qərarı qanuna və sübutlara əsaslanmalıdır.
I. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən
ibarətdir.
II. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan
Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan
Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında
aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan
Respublikası qanunlarının, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarının,
Azərbaycan Respublikası Milli Məclisinin
qərarlarının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarının,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Azərbaycan Respublikası
Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan
Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının Azərbaycan Respublikası qanunlarına
uyğunluğu;
3) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına uyğunluğu;
4) Azərbaycan
Respublikası Ali Məhkəməsinin qərarlarının
qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına
uyğunluğu;
5) bələdiyyə
aktlarının Azərbaycan Respublikası Konstitusiyasına,
Azərbaycan Respublikası qanunlarına, Azərbaycan
Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarına
(Naxçıvan Muxtar Respublikasında həm də
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına,
qanunlarına və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan
Respublikasının qüvvəyə minməmiş
dövlətlərarası müqavilələrinin
Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
Azərbaycan Respublikasının hökumətlərarası
müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına
və qanunlarına uyğunluğu;
7) Naxçıvan
Muxtar Respublikası Konstitusiyasının, qanunlarının,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
qərarlarının və Nazirlər Kabinetinin
qərarlarının Azərbaycan Respublikası
Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar
Respublikası qanunlarının, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarlarının
Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarlarının Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına uyğunluğu;
8) qanunvericilik, icra
və məhkəmə hakimiyyətləri arasında
səlahiyyətlər bölgüsü ilə bağlı
mübahisələr.
IV. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında
Azərbaycan Respublikasının Konstitusiyasını və
qanunlarını şərh edir.
V. Hər kəs onun
hüquq və azadlıqlarını pozan qanunvericilik və
icra hakimiyyəti orqanlarının normativ aktlarından,
bələdiyyə və məhkəmə aktlarından qanunla
müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin
1-7-ci bəndlərində göstərilən
məsələlərin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən həll
edilməsi üçün Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq
və azadlıqlarının bərpa edilməsi
məqsədi ilə şikayət verə bilər.
VI. Azərbaycan
Respublikasının qanunları ilə müəyyən
edilmiş qaydada məhkəmələr insan hüquq və
azadlıqlarının həyata keçirilməsi
məsələləri ilə bağlı Azərbaycan
Respublikası Konstitusiyasının və qanunlarının
şərh edilməsi haqqında Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə müraciət edə
bilərlər.
VII. Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili insan hüquq və azadlıqlarını pozan
qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ
aktlarından, bələdiyyə və məhkəmə aktlarından
qanunla müəyyən edilmiş qaydada bu maddənin III
hissəsinin 1-7-ci bəndlərində göstərilən
məsələlərin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən həll
edilməsi üçün Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
VIII. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi bu
Konstitusiyada nəzərdə tutulmuş digər
səlahiyyətləri də həyata keçirir.
IX. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi öz
səlahiyyətlərinə aid edilən
məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarı
Azərbaycan Respublikası ərazisində məcburi
qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarları dərc edilməlidir.[61]
X. Qanunlar və
digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları,
Azərbaycan Respublikasının hökumətlərarası
müqavilələri Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarında müəyyən
edilmiş müddətdə qüvvədən
düşür, Azərbaycan Respublikasının
dövlətlərarası müqavilələri isə
qüvvəyə minmir.
I. Azərbaycan
Respublikasının Ali Məhkəməsi ümumi və
ixtisaslaşdırılmış məhkəmələrin
icraatına aid edilən mülki, cinayət və digər
işlər üzrə ali məhkəmə orqanıdır;
o, kassasiya qaydasında ədalət mühakiməsini
həyata keçirir; məhkəmələrin praktikasına
aid məsələlər üzrə izahatlar verir.
II. Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimlərini
Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə
Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan
Respublikası Ali Məhkəməsinin qərarları dərc
edilməlidir.[62]
I. Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri qanunla
onların səlahiyyətlərinə aid edilmiş
işlər üzrə yuxarı instansiya məhkəmələridir.
II. Azərbaycan
Respublikasının apellyasiya məhkəmələrinin
hakimlərini Azərbaycan Respublikası Prezidentinin
təqdimatı ilə Azərbaycan Respublikasının Milli
Məclisi təyin edir.
I. Azərbaycan
Respublikasının Prokurorluğu qanunla nəzərdə
tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq
olunmasına nəzarət edir; qanunla nəzərdə
tutulmuş hallarda cinayət işləri başlayır və
istintaq aparır; məhkəmədə dövlət
ittihamını müdafiə edir; məhkəmədə
iddia qaldırır; məhkəmə qərarlarından
protest verir.
II. Azərbaycan
Respublikasının Prokurorluğu ərazi və
ixtisaslaşdırılmış prokurorların Azərbaycan
Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid
mərkəzləşdirilmiş orqandır.
III. Azərbaycan Respublikasının
Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Milli Məclisinin
razılığı ilə vəzifəyə təyin
və vəzifədən azad edir.
IV. Azərbaycan
Respublikası Baş prokurorunun müavinlərini, respublika
ixtisaslaşdırılmış prokurorluqlarına
rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar
Respublikasının prokurorunu Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir.
V. Ərazi və
ixtisaslaşdırılmış prokurorları Azərbaycan
Respublikası Prezidentinin razılığı ilə
Azərbaycan Respublikasının Baş prokuroru
vəzifəyə təyin və vəzifədən azad edir.
VIII fəsil
Naxçıvan
Muxtar Respublİkası
I. Naxçıvan
Muxtar Respublikası Azərbaycan Respublikasının
tərkibində muxtar dövlətdir.
II. Naxçıvan
Muxtar Respublikasının statusu bu Konstitusiya ilə
müəyyən edilir.
III. Naxçıvan
Muxtar Respublikası Azərbaycan Respublikasının
ayrılmaz tərkib hissəsidir.
IV. Azərbaycan Respublikası
Konstitusiyası, qanunları, Azərbaycan Respublikası
Prezidentinin fərmanları və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar
Respublikasının ərazisində məcburidir.
V. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
və qanunları müvafiq olaraq Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına;
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin
qəbul etdiyi qərarlar Azərbaycan Respublikası
Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
VI. Naxçıvan
Muxtar Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasının Milli Məclisinə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təqdim
edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
I. Naxçıvan
Muxtar Respublikasının qanunvericilik hakimiyyətini
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra
hakimiyyətini Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti, məhkəmə hakimiyyətini
Naxçıvan Muxtar Respublikasının
məhkəmələri həyata keçirir.
II. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
onun səlahiyyətlərinə aid edilən
məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları və
Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə
onun səlahiyyətlərinə aid edilən
məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikasının məhkəmələri isə
Azərbaycan Respublikası Konstitusiyası və qanunları
ilə onların səlahiyyətlərinə aid edilən
məsələlərin həllində
müstəqildirlər.
Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli şəxsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədridir.
I. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən
ibarətdir.
II. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5
ildir.
III. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədrini və onun
müavinlərini seçir, daimi və digər komissiyalar
təşkil edir.
I. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi
aşağıdakılara dair ümumi qaydalar
müəyyən edir:
1) Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
2) vergilər;
3) Naxçıvan
Muxtar Respublikası iqtisadiyyatının inkişafı
istiqamətləri;
4) sosial təminat;
5) ətraf mühitin
qorunması;
6) turizm;
7) səhiyyə, elm,
mədəniyyət.
II. Bu maddədə
göstərilən məsələlərə dair
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar
qəbul edir.
I. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi aşağıdakı
məsələləri həll edir:
1) Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;
2) Naxçıvan
Muxtar Respublikasının büdcəsinin təsdiqi;
3) Naxçıvan
Muxtar Respublikasının iqtisadi və sosial
proqramlarının təsdiqi;
4) Naxçıvan
Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi;
5) Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin
təsdiqi;
6) Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.
II. Bu maddədə
göstərilən məsələlərə dair
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
qərarlar qəbul edir.
I. Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini
Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi
ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
təsdiq edir.
II. Naxçıvan
Muxtar Respublikasının Baş nazirini Azərbaycan
Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi təyin edir.
III. Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti:
- muxtar respublika
büdcəsinin layihəsini hazırlayıb Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
- muxtar respublikanın
büdcəsini icra edir;
- muxtar respublikanın
iqtisadi proqramlarının həyata keçirilməsini
təmin edir;
- muxtar respublikanın
sosial proqramlarının həyata keçirilməsini
təmin edir;
- Azərbaycan
Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid
etdiyi digər məsələləri həll edir.
IV. Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti qərar və
sərəncamlar qəbul edir.
Naxçıvan Muxtar
Respublikasında yerli icra hakimiyyətlərinin
başçılarını Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin təqdimatı
əsasında Azərbaycan Respublikasının Prezidenti
təyin edir.
IX fəsil
Bələdİyyələr
I. Yerli
özünüidarəni bələdiyyələr həyata keçirir.
II.
Bələdiyyələr seçkilər əsasında
yaradılır.
III.
Bələdiyyələrin statusunun əsasları bu
Konstitusiya ilə, bələdiyyələrə
seçkilərin qaydaları isə qanunla müəyyən
edilir.
I. Bələdiyyə
öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar
vasitəsi ilə həyata keçirir.
II.
Bələdiyyənin iclaslarını bələdiyyənin
sədri çağırır.
I.
Bələdiyyələrin iclaslarında
aşağıdakı məsələlər həll edilir:
1) bələdiyyə
üzvlərinin səlahiyyətlərinin tanınması,
qanunla müəyyən edilmiş hallarda onların
səlahiyyətlərinin itirilməsi və
səlahiyyətlərinə xitam verilməsi;
2)
bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3)
bələdiyyənin sədrinin və onun müavinlərinin,
daimi və başqa komissiyaların seçilməsi;
4) yerli vergilərin
və ödənişlərin müəyyən edilməsi;
5) yerli büdcənin
və onun icrası haqqında hesabatların təsdiq
edilməsi;
6) bələdiyyə
mülkiyyətinə sahiblik, ondan istifadə və onun
barəsində sərəncam;
7) yerli sosial
müdafiə və sosial inkişaf proqramlarının
qəbul və icra edilməsi;
8) yerli iqtisadi
inkişaf proqramlarının qəbul və icra edilməsi;
9) yerli ekoloji
proqramların qəbul və icra edilməsi.
II.
Bələdiyyələrə qanunvericilik və icra
hakimiyyətləri tərəfindən əlavə
səlahiyyətlər də verilə bilər. Bu
səlahiyyətlərin həyata keçirilməsi
üçün bələdiyyə üzrə müvafiq
zəruri maliyyə vəsaiti də ayrılmalıdır.
Belə səlahiyyətlərin həyata
keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra
hakimiyyətləri nəzarət edirlər.
I.
Bələdiyyənin iclaslarında baxılan
məsələlərə dair qərarlar qəbul edilir.
II.
Bələdiyyənin qərarları bələdiyyə
üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir.
III. Yerli vergilər
və ödənişlər ilə bağlı qərarlar
bələdiyyə üzvlərinin üçdə iki
səs çoxluğu ilə qəbul edilir.
I. Bələdiyyələr öz
səlahiyyətlərini həyata keçirməkdə
müstəqildirlər, bu isə bələdiyyə
ərazisində yaşayan vətəndaşlar qarşısında
onların məsuliyyətini istisna etmir. Bələdiyyə
üzvlərinin seçilməsi, səlahiyyətlərinin
dayandırılması və ya səlahiyyətlərinə
xitam verilməsi, bələdiyyələrin vaxtından
əvvəl buraxılması halları və qaydası qanunla
müəyyən edilir.
II. Bələdiyyələrin öz
səlahiyyətlərini müstəqil həyata
keçirməsi Azərbaycan dövlətinin suverenliyinə
xələl gətirə bilməz.
III. Dövlət bələdiyyələrin
fəaliyyətinə nəzarət edir.
IV. Qanunla
müəyyən edilmiş hallarda və qaydada
bələdiyyələr öz fəaliyyətləri
barəsində Azərbaycan Respublikasının Milli
Məclisinə hesabat təqdim edirlər.
V.
Bələdiyyələrin məhkəmə
tərəfindən müdafiəsinə, dövlət
orqanlarının qərarları nəticəsində yaranan
əlavə xərclərinin ödənilməsinə
təminat verilir.
Maddə 1461. Bələdiyyələrin məsuliyyəti[64]
Bələdiyyələr,
bələdiyyə qulluqçuları ilə birlikdə,
bələdiyyə qulluqçularının qanuna zidd
hərəkətləri və hərəkətsizliyi
nəticəsində insan hüquq və azadlıqlarına
dəymiş ziyana görə və onların təminatının
pozulmasına görə mülki məsuliyyət
daşıyırlar.
X fəsil
Qanunverİcİlİk
sİstemİ
I. Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasında ən yüksək hüquqi
qüvvəyə malikdir.
II. Azərbaycan
Respublikasının Konstitusiyası birbaşa hüquqi
qüvvəyə malikdir.
III. Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasının qanunvericilik sisteminin əsasıdır.
I. Qanunvericilik sistemi
aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul
edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra
hakimiyyəti orqanlarının normativ aktları.
II. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr Azərbaycan
Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib
hissəsidir.
III. Naxçıvan
Muxtar Respublikasında həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası və qanunları,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarları hüquqi qüvvəyə malikdir.
IV. Naxçıvan
Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan
Respublikasının qanunvericilik sisteminə uyğun
olmalıdır.
V. Öz
səlahiyyətləri daxilində yerli icra hakimiyyəti
orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd
gəlməyən normativ xarakterli aktlar qəbul edə
bilərlər.
I. Normativ hüquqi
aktlar hüquqa və haqq-ədalətə (bərabər
mənafelərə bərabər münasibətə)
əsaslanmalıdır.
II. Referendumla qəbul
olunmuş aktlar yalnız dərc edildikdə onların
tətbiqi və icrası vətəndaşlar, qanunvericilik,
icra və məhkəmə hakimiyyəti, hüquqi
şəxslər və bələdiyyələr
üçün məcburidir.
III. Qanunlar
Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş
qanunların tətbiqi və icrası bütün
vətəndaşlar, qanunvericilik, icra və məhkəmə
hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir.
IV. Azərbaycan
Respublikası Prezidentinin fərmanları Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına zidd
olmamalıdır. Yalnız dərc edilmiş fərmanların
tətbiqi və icrası bütün vətəndaşlar,
icra hakimiyyəti orqanları, hüquqi şəxslər
üçün məcburidir.
V. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan
Respublikasının Konstitusiyasına, qanunlarına və
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd
olmamalıdır. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarları yalnız dərc edildikdə
onların tətbiqi və icrası vətəndaşlar,
mərkəzi və yerli icra hakimiyyəti orqanları,
hüquqi şəxslər üçün məcburidir.
VI. Mərkəzi icra
hakimiyyəti orqanlarının aktları Azərbaycan
Respublikasının Konstitusiyasına, qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına zidd olmamalıdır.
VII. Fiziki və
hüquqi şəxslərin hüquqi vəziyyətini
yaxşılaşdıran, hüquq məsuliyyətini aradan
qaldıran və ya yüngülləşdirən normativ
hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
Başqa normativ hüquqi aktların qüvvəsi geriyə
şamil edilmir.
VIII. Normativ hüquqi
aktlar dərc edilməlidir. Heç kəs dərc
edilməyən normativ hüquqi aktın icrasına (ona
riayət olunmasına) məcbur edilə bilməz və
belə aktın icra olunmamasına (ona riayət olunmamasına)
görə məsuliyyətə cəlb edilə bilməz.
Normativ hüquqi aktların dərc edilməsi qaydası
Konstitusiya qanunu ilə müəyyən edilir.[65]
I.
Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa
və haqq-ədalətə (bərabər
mənafelərə bərabər münasibətə)
əsaslanmalı, Azərbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına (Naxçıvan Muxtar
Respublikasında isə həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarlarına) zidd olmamalıdır.
II.
Bələdiyyələrin qəbul etdiyi aktın icrası
onun ərazisində yaşayan vətəndaşlar və onun
ərazisində yerləşən hüquqi şəxslər
üçün məcburidir.
Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ
hüquqi aktlar ilə (Azərbaycan Respublikasının
Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna
olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, həmin
beynəlxalq müqavilələr tətbiq edilir.
XI fəsil
Azərbaycan
Respublİkasının Konstİtusİyasında
dəyİşİklİklər
Azərbaycan
Respublikası Konstitusiyasının mətnində
dəyişikliklər yalnız referendumla qəbul edilə
bilər.
Azərbaycan
Respublikası Konstitusiyasının mətnində
dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi
və ya Azərbaycan Respublikasının Prezidenti təklif
etdikdə, təklif olunan dəyişikliklərə dair
əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəyi alınır.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi referendumla
qəbul olunmuş Azərbaycan Respublikası
Konstitusiyasının mətnində
dəyişikliklərə dair qərar qəbul edə
bilməz.
Bu Konstitusiyanın
1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində
dəyişikliklər və ya onların ləğv
edilməsi haqqında, III fəslində nəzərdə
tutulmuş insan və vətəndaş hüquqları və
azadlıqlarının ləğvi və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə
tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması
haqqında təkliflər referenduma çıxarıla
bilməz.
XII fəsil
Azərbaycan
Respublİkasının Konstİtusİyasına
əlavələr
I. Azərbaycan
Respublikası Konstitusiyasına əlavələr Azərbaycan
Respublikasının Milli Məclisində 95 səs
çoxluğu ilə Konstitusiya qanunları
şəklində qəbul edilir.
II. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr
haqqında Konstitusiya qanunları Azərbaycan
Respublikasının Milli Məclisində iki dəfə
səsə qoyulur. İkinci səsvermə birinci
səsvermədən 6 ay sonra keçirilir.
III. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr
haqqında Konstitusiya qanunları həm birinci, həm də
ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar
üçün nəzərdə tutulmuş qaydada
Azərbaycan Respublikası Prezidentinə imzalanmaq
üçün təqdim olunur.
IV. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr
haqqında Konstitusiya qanunları Azərbaycan
Respublikasının Prezidenti tərəfindən ikinci
səsvermədən sonra imzalandıqda qüvvəyə
minir.
V. Konstitusiya
qanunları Azərbaycan Respublikası Konstitusiyasının
ayrılmaz hissəsidir və Azərbaycan Respublikası
Konstitusiyasının əsas mətninə zidd
olmamalıdır.
Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələri
Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan
Respublikası Milli Məclisinin azı 63 deputatı təklif
edə bilərlər.
Bu Konstitusiyanın
birinci bölməsində əks etdirilmiş
müddəalarla əlaqədar Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr təklif edilə
bilməz.
Keçİd
müddəaları
1. Azərbaycan
Respublikasının Konstitusiyası referendumla qəbul
edildikdən sonra rəsmən dərc olunduğu gündən
qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə
mindiyi gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş
Azərbaycan Respublikasının Konstitusiyası (Əsas
Qanunu) qüvvədən düşür.
2. Bu Konstitusiyanın
qüvvəyə minməsinə qədər seçilmiş
Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə
Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş
səlahiyyətləri həyata keçirir.
3. Bu Konstitusiyanın
101-ci maddəsinin V hissəsi bu Konstitusiya qəbul
edildikdən sonra seçilən Azərbaycan Respublikası
Prezidentinə şamil edilir.
4. Azərbaycan
Respublikası xalq deputatlarının və Azərbaycan
Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin
səlahiyyətləri yeni seçilmiş Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclas günü başa
çatır. Yeni seçilmiş Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli
Məclisinin azı 83 deputatının seçildiyi
gündən bir həftə sonra keçirilir. Azərbaycan
Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il
mayın 31-dək davam edir.
1995-ci il avqustun
15-də qəbul edilmiş “Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilər haqqında” Azərbaycan
Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında
seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin
birinci çağırışının
səlahiyyətləri bitənədək
qüvvədədir.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın
qüvvəyə mindiyi gündən bu Konstitusiyada
müəyyən edilən səlahiyyətləri həyata
keçirir.
6. Bu Konstitusiya
qüvvəyə mindiyi gündən Azərbaycan
Respublikası yerli xalq Deputatları Sovetlərinin
səlahiyyətlərinə xitam verilir. Azərbaycan
Respublikasının qanunvericiliyi yerli xalq deputatları
sovetlərinə aid edilmiş sәlahiyyәtlәri yerli
icra hakimiyyəti orqanları həyata keçirir.
7. Bu Konstitusiya
qüvvəyə mindikdən sonra iki il müddətində
yerli özünüidarə haqqında qanun qəbul
edilməli və bələdiyyələrə
seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın
qəbul edildiyi günədək Azərbaycan
Respublikasının ərazisində qüvvədə olan
qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd
olmayan hissədə öz qüvvəsini saxlayır.
9. Bu Konstitusiya
qüvvəyə minənədək fəaliyyət
göstərən Azərbaycan Respublikasının
məhkəmələri ədalət mühakiməsini
Konstitusiyada müəyyən edilən
səlahiyyətlərə və prinsiplərə uyğun
həyata keçirir.
10. Bu Konstitusiya
qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin
statusu, məhkəmə quruluşu və məhkəmə
islahatı ilə əlaqədar Azərbaycan
Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi
qəbul edilməlidir və Azərbaycan Respublikası
məhkəmələrinin hakimləri yenidən təyin
edilməlidir. Həmin qanunvericilik qəbul
edilənədək hakimlərin vəzifəyə təyin
və vəzifədən azad edilməsi bu Konstitusiya
qüvvəyə minənədək qüvvədə olan
qanunvericilik əsasında həyata keçirilir.
11. Bu Konstitusiya
qüvvəyə mindiyi gündən bir il
müddətində Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi haqqında Azərbaycan
Respublikasının Qanunu qəbul edilməli və
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
yaradılmalıdır. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin səlahiyyətləri
həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin
III hissəsinin 7-ci bəndində nəzərdə
tutulmuş məsələni Azərbaycan Respublikasının
Ali Məhkəməsi həll edir.
12. Azərbaycan
Respublikasının Ali Arbitraj Məhkəməsi bu
Konstitusiyanın qüvvəyə mindiyi gündən
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi
adlanır və qüvvədə olan qanunvericiliklə müəyyən
olunmuş səlahiyyətləri həyata keçirir.
12
noyabr 1995-ci il
№ 00.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 iyun 2002-ci il tarixli
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun
2002-ci il, № 140)
2.
29 avqust 2002-ci il
tarixli 99/372 nömrəli Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2002-ci il, № 216)
3.
1 avqust 2003-cü il
tarixli Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 avqust 2002-ci il, № 176 Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı 3/2003)
4.
21 iyun 2005-ci il tarixli
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Qərarı (“Azərbaycan”
qəzeti, 22 oktyabr 2002-ci il, № 245 Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı 1/2006)
5.
13 dekabr 2005-ci il tarixli 7-IIIKQD
nömrəli Azərbaycan Respublikası Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 15 dekabr
2005-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, № 12, maddə 1078)
6.
24 dekabr 2008-ci il tarixli Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti, 25 dekabr
2008-ci il, № 288)
7.
30 mart 2009-cu il tarixli 19/86
nömrəli Azərbaycan Respublikası
Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, № 3, maddə 158)
8.
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının Qərarı (“Azərbaycan” qəzeti, 12 oktyabr
2016-cı il, № 224)
KONSTİTUSİYAYA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI