AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA MƏCƏLLƏSİ
Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan
Respublikasında miqrasiya sahəsində dövlət
siyasətinin həyata keçirilməsi, miqrasiya
proseslərinin və bu sahədə yaranan
münasibətlərin tənzimlənməsi, habelə
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi
vəziyyəti ilə bağlı normaları
müəyyənləşdirir.
I
BÖLMƏ
ÜMUMİ
MÜDDƏALAR
FƏSİL
1
AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA
QANUNVERİCİLİYİ
Maddə 1. Azərbaycan Respublikasının
miqrasiya qanunvericiliyi
Azərbaycan
Respublikasının miqrasiya qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu
Məcəllədən, Azərbaycan Respublikasının
qanunlarından, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən və onlara uyğun olaraq qəbul
edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 2. Azərbaycan Respublikası miqrasiya
qanunvericiliyinin prinsipləri
Azərbaycan
Respublikasının miqrasiya qanunvericiliyi insan və
vətəndaş hüquqlarına və azadlıqlarına
hörmət, qanunçuluq, qanun qarşısında
bərabərlik və ədalətlilik, Azərbaycan
Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan
beynəlxalq hüquq normalarına uyğunluğunun təmin
edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində
innovativ metodların tətbiqi və
şəffaflığın təmin edilməsi
prinsiplərinə əsaslanır.
Maddə 3. Əsas anlayışlar
3.0.
Bu Məcəllədə aşağıdakı əsas
anlayışlardan istifadə olunur:
3.0.1.
əcnəbi – Azərbaycan
Respublikasının vətəndaşı olmayan və
başqa dövlətin vətəndaşlığına
mənsub olan şəxs;
3.0.2.
vətəndaşlığı
olmayan şəxs – heç bir dövlət
tərəfindən onun qanununa əsasən
vətəndaş hesab edilməyən şəxs;
3.0.3.
yetkinlik yaşına
çatmayan şəxs – 18 yaşı tamam olmayan
şəxs;
3.0.4.
pasport – şəxsə
vətəndaşı olduğu ölkə
tərəfindən verilən, ona ölkədən getmək
və ölkəyə gəlmək hüququ verən,
habelə onun şəxsiyyətini və
vətəndaşlığını təsdiq edən
sənəd;
3.0.5.
şəxsiyyət
vəsiqəsi – Azərbaycan Respublikasının
ərazisində şəxsiyyəti təsdiq edən
sənəd;
3.0.6.
Azərbaycan Respublikasında
müvəqqəti olan – Azərbaycan Respublikasında
yaşamaq üçün icazəsi olmayan, turizm,
şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi
müvəqqəti xarakter daşıyan hallarla əlaqədar
Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs;
3.0.7.
Azərbaycan Respublikasında
müvəqqəti yaşayan – bu Məcəllə ilə
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasında müvəqqəti yaşamaq
üçün icazə almış əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs;
3.0.8.
Azərbaycan Respublikasında
daimi yaşayan – bu Məcəllə ilə
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasında daimi yaşamaq üçün icazə
almış əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs;
3.0.9.
əmək miqrasiyası –
fiziki şəxsin haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olması
üçün qanuni əsaslarla bir ölkədən
başqa ölkəyə miqrasiya etməklə
yaşayış yerini dəyişməsi;
3.0.10.
əməkçi miqrant –
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün qanuni əsaslarla bir
ölkədən başqa ölkəyə miqrasiya edən
fiziki şəxs;
3.0.11.
əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin ailə
üzvləri – əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin arvadı
(əri), 18 yaşına çatmamış uşaqları,
18 yaşına çatmış əmək qabiliyyəti
olmayan övladları və himayəsində olan
valideynləri;
3.0.12.
yaxın qohum – ata, ana, ər
(arvad), övlad, qardaş, bacı və onların
övladları, baba, nənə, babanın (nənənin)
atası və anası, nəvə, qayınata, qayınana,
qayın, baldız;
3.0.13.
iş icazəsi –
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə bu Məcəllə ilə
müəyyən edilmiş qaydada verilən icazə;
3.0.14.
yaşayış yeri –
mülkiyyət hüququnun dövlət qeydiyyatına
alınması haqqında daşınmaz əmlakın
dövlət reyestrindən çıxarış, order,
icarə və ya kirayə müqaviləsi üzrə, yaxud
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş digər əsaslarla daimi və ya
daha çox yaşadığı ev, mənzil, xidməti
yaşayış sahəsi, mehmanxana, yataqxana, ahıllar və
əlilliyi olan şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar üçün sosial xidmət
müəssisələri və
digər bu kimi yaşayış yerləri;[1]
3.0.15.
olduğu yer – şəxsin
yaşayış yeri sayılmayan müvəqqəti
yaşadığı mehmanxana, sanatoriya, istirahət evi,
pansionat, kempinq, turist bazası, xəstəxana və ya
digər belə ictimai yerlər, habelə mənzil, digər
yaşayış sahəsi (özünün, qohumunun,
tanışının və s.);
3.0.16.
viza – əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin dövlət sərhədinin
buraxılış məntəqələrindən
müəyyən olunmuş qaydada keçməklə
Azərbaycan Respublikasına gəlməsinə və
Azərbaycan Respublikasından getməsinə, vizada
göstərilmiş müddət ərzində
ölkədə müvəqqəti olmasına hüquq
verən rəsmi sənəd;
3.0.17.
sərhədkeçmə
sənədi – xarici pasport,
vətəndaşlığı olmayan şəxslərə
yaşadıqları ölkənin hüdudlarından
kənara getmək üçün verilən sənəd, dənizçinin şəxsiyyət
sənədi, qaçqınlara verilmiş
yol sənədi, vətənə qayıdış
şəhadətnaməsi, Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilən səyahət sənədi,
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda digər sənədlər.[2]
Maddə 4. Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin tətbiq dairəsi
4.1.
Bu Məcəllə Azərbaycan Respublikası
vətəndaşlarının ölkədən getməsi,
ölkəyə gəlməsi, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan
Respublikasından getməsi, Azərbaycan Respublikasında
müvəqqəti olması, onlara müvəqqəti və
daimi yaşamaq üçün icazələrin verilməsi,
onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının
hüquq və vəzifələri, əmək miqrasiyası,
habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz
miqrasiyaya qarşı mübarizə sahəsində
münasibətləri tənzimləyir.
4.2.
Bu Məcəllə ilə müəyyən edilən qaydalar
daxili əmək miqrasiyasına şamil edilmir.
4.3.
Azərbaycan Respublikasında qaçqın statusunun
verilməsi, qaçqın statusunun itirilməsi,
qaçqın statusundan məhrum etmə, habelə
qaçqın statusu almış şəxslərə
verilən sənədlər və həmin
şəxslərin hüquqi vəziyyətinin əsasları
müvafiq qanunla tənzimlənir.
4.4.
Səfərbərlik zamanı Azərbaycan Respublikasına
gəlmə və Azərbaycan Respublikasından getmənin
xüsusi qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
4.5. Ələt azad iqtisadi zonasında
miqrasiya sahəsində yaranan münasibətlər bu
Məcəllədə müəyyən edilmiş
tənzimləmə nəzərə alınmaqla “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[3]
Maddə 5. Miqrasiya proseslərinin
iştirakçıları
5.0.
Miqrasiya proseslərinin iştirakçıları
aşağıdakılardır:
5.0.1.
miqrasiya proseslərinin idarə olunmasında və
tənzimlənməsində iştirak edən, habelə
həmin proseslərə dövlət nəzarətini
həyata keçirən dövlət orqanları;
5.0.2.
xarici ölkəyə gedən, orada müvəqqəti və
ya daimi yaşayan, habelə haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olan
Azərbaycan Respublikasının vətəndaşları;
5.0.3.
əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri Azərbaycan Respublikasına
dəvət edən və onların Azərbaycan
Respublikasında qeydiyyata alınması prosesində iştirak
edən şəxslər;
5.0.4.
Azərbaycan Respublikasına viza əsasında və ya viza
tələb olunmayan qaydada gələn, burada
müvəqqəti olan, müvəqqəti olma müddəti
uzadılan, müvəqqəti və ya daimi yaşamaq
üçün icazə verilən, Azərbaycan
Respublikasında haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olmaq üçün
iş icazəsi verilən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər;
5.0.5.
əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri Azərbaycan Respublikasına
dəvət etmiş, onların ölkədə
müvəqqəti olması, müvəqqəti olma
müddətinin uzadılması, qeydiyyata alınması
və əmək miqrasiyası, onlara müvəqqəti
və daimi yaşamaq üçün icazələrin verilməsi
proseslərində iştirak edən təşkilati-hüquqi
formasından asılı olmayaraq idarə, müəssisə
və təşkilatlar, xarici hüquqi şəxslərin
filial və nümayəndəlikləri, sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər;
5.0.6.
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə
düzəlməsində vasitəçilik edən
Azərbaycan Respublikasında dövlət qeydiyyatına
alınmış hüquqi şəxslər.
FƏSİL
2
ƏCNƏBİLƏRİN VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
MİQRASİYA UÇOTU
Maddə 6. Miqrasiya uçotunun
məqsədləri
6.1.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra –
miqrasiya uçotu) əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
haqqında bu Məcəllə ilə nəzərdə
tutulmuş məlumatların, habelə onların
yerdəyişməsi haqqında məlumatların qeydə
alınması və ümumiləşdirilməsi
sahəsində fəaliyyətdir.
6.2.
Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması
formalarından biridir və Azərbaycan Respublikasının
ərazisində qanuni əsaslarla olan hər bir
əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin Azərbaycan Respublikasının Konstitusiyası
ilə müəyyən edilmiş sərbəst
hərəkət etmək, ölkə ərazisində olma
və yaşama yeri seçmək və digər hüquq
və azadlıqlarının təmin olunmasına, habelə
Azərbaycan Respublikasının miqrasiya sahəsində milli
maraqlarının həyata keçirilməsinə və
qanunsuz miqrasiyanın qarşısının alınmasına
yönəlmişdir.
6.3.
Miqrasiya uçotu aşağıdakı
məqsədlərlə aparılır:
6.3.1.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin öz hüquq və
azadlıqlarını həyata keçirməsi, habelə
üzərlərinə qoyulmuş vəzifələri
yerinə yetirməsi üçün lazımi şərait
yaradılması;
6.3.2.
miqrasiya sahəsində dövlət siyasətinin
işlənməsi və həyata keçirilməsi;
6.3.3.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin yerdəyişməsinin
nəticələrinin proqnozlaşdırılması
məqsədi ilə belə yerdəyişmə haqqında
tam, dəqiq və operativ məlumatın
formalaşdırılması, habelə miqrasiya
sahəsində statistik müşahidənin aparılması;
6.3.4.
təbii fəlakət, fövqəladə vəziyyət,
hərbi vəziyyət və digər bu kimi hallarda
idarəetmənin təmin olunması;
6.3.5.
qanunsuz miqrasiyaya və digər qanunazidd
hərəkətlərə qarşı mübarizə
aparmaqla ictimai asayişin və Azərbaycan
Respublikasının milli təhlükəsizliyinin təmin
olunması;
6.3.6.
Azərbaycan Respublikasında olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
haqqında, habelə onların yerdəyişməsi
haqqında məlumatların sistemləşdirilməsi.
Maddə 7. Miqrasiya uçotunun
aparılması üçün əsaslar
7.1.
Şəxsin miqrasiya uçotuna alınması
üçün əsaslar aşağıdakılardır:
7.1.1.
əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin Azərbaycan Respublikasına girişi;
7.1.2.
əcnəbinin Azərbaycan Respublikasında doğum
faktının qeydə alınması;
7.1.3.
Azərbaycan Respublikasının ərazisində olan
şəxsin Azərbaycan Respublikası
vətəndaşlığına xitam verilməsi.
7.2.
Şəxsin miqrasiya uçotundan çıxarılması
üçün əsaslar aşağıdakılardır:
7.2.1.
əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin Azərbaycan Respublikasında vəfat
etməsi;
7.2.2.
Azərbaycan Respublikasında olan əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
ölmüş və ya itkin düşmüş elan
edilməsi barədə məhkəmə qərarının
qanuni qüvvəyə minməsi;
7.2.3.
Azərbaycan Respublikasında olan əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etməsi.
Maddə 8. Miqrasiya uçotunun
aparılması
8.1.
Miqrasiya uçotu aparılarkən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
haqqında aşağıdakı məlumatların
toplanması, qeydə alınması,
ümumiləşdirilməsi və istifadəsi həyata
keçirilir:
8.1.1.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin şəxsiyyətini təsdiq
edən sənədin növü və rekvizitləri
(sənədin adı, seriyası, nömrəsi, verilmə
tarixi və yeri, etibarlılıq müddəti, habelə
mövcud olduğu təqdirdə, həmin sənəddə
olan biometrik məlumatlar);
8.1.2.
Azərbaycan Respublikasında olmaq və ya yaşamaq
hüququnu təsdiq edən sənədin növü və
rekvizitləri;
8.1.3.
soyadı, adı, atasının adı (sənəddə
sonuncu barədə məlumat olduğu təqdirdə);
8.1.4.
doğulduğu tarix və yer;
8.1.5.
cinsi;
8.1.6.
vətəndaşlığı;
8.1.7.
Azərbaycan Respublikasına gəlişinin məqsədi;
8.1.8.
peşəsi (olduğu təqdirdə);
8.1.9.
Azərbaycan Respublikasında olmasının və ya
yaşamasının bəyan edilmiş müddətləri;
8.1.10.
Azərbaycan Respublikasında son yaşayış yeri və ya
olduğu yer üzrə qeydiyyat tarixi və onun ünvanı;
8.1.11.
qanuni nümayəndələri barədə məlumat
(valideynlər, övladlığa və himayəyə
götürənlər, qəyyumlar);
8.1.12.
ölkə hüdudlarından kənara
çıxarılması barədə məlumat (tətbiq
olunub ya yox, tətbiq olunubsa – kim tərəfindən və
nə vaxt);
8.1.13.
ölkədə olmasının arzuolunmaz hesab edilməsi
barədə məlumat;
8.1.14.
Azərbaycan Respublikasında cinayət məsuliyyətinə
və ya inzibati məsuliyyətə cəlb edilməsi
haqqında məlumat;
8.1.15.
Azərbaycan Respublikasında vəfat etdiyi tarix, yaxud
ölmüş və ya itkin düşmüş elan
edilməsi barədə məhkəmə qərarının
qanuni qüvvəyə mindiyi tarix, məhkəmənin adı
və yeri.
8.2.
Miqrasiya uçotu müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi
ilə aparılır.
8.3.
Aidiyyəti dövlət orqanları miqrasiya uçotunun
aparılması məqsədi ilə müvafiq
məlumatları istifadələrində olan informasiya
resursları və sistemləri vasitəsi ilə müvafiq
icra hakimiyyəti orqanına ötürürlər.
8.4.
Vahid Miqrasiya Məlumat Sisteminin məlumat resurslarının
formalaşması və ondan istifadə qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən əsasnamə ilə müəyyən olunur.
II BÖLMƏ
AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏ VƏ
AZƏRBAYCAN RESPUBLİKASINDAN GETMƏ
FƏSİL
3
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ
ÖLKƏDƏN GETMƏSİ VƏ ÖLKƏYƏ
GƏLMƏSİ
Maddə 9. Azərbaycan Respublikası
vətəndaşlarının ölkədən getmək
və ölkəyə gəlmək hüququ
9.1.
Azərbaycan Respublikasının vətəndaşı (bundan
sonra - vətəndaş) dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçərək sərbəst surətdə
ölkədən getmək və ölkəyə
gəlmək hüququna malikdir.
9.2.
Vətəndaş ölkədən getmək və
ölkəyə gəlmək hüququndan məhrum edilə
bilməz.
9.3.
Vətəndaşın ölkədən getmək hüququ
yalnız aşağıdakı hallarda müvəqqəti
məhdudlaşdırıla bilər:
9.3.1.
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə uyğun olaraq tutulduqda və ya
barəsində hər hansı qətimkan tədbiri
seçildikdə - azad edilənədək, qətimkan
tədbirinin müddəti bitənədək və ya
qətimkan tədbiri ləğv edilənədək;
9.3.2.
məhkum edildikdə – Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi ilə müəyyən
edilmiş əsas cəzasını çəkib
qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü
maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla,
cəzadan azad edilənədək;
9.3.3.
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə uyğun olaraq barəsində tibbi
xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi
xarakterli məcburi tədbirlərin tətbiqi ləğv
edilənədək;
9.3.4.
üzərinə Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində nəzərdə tutulan
vəzifələr qoyulmaqla şərti məhkum edildikdə
və ya cəzadan şərti olaraq vaxtından əvvəl
azad edildikdə – müvafiq olaraq sınaq müddəti və
ya cəzanın çəkilməmiş hissəsi başa
çatanadək və ya şərti məhkumetmə, yaxud
üzərinə qoyulmuş vəzifələr vaxtından
əvvəl tamamilə ləğv edilənədək;
9.3.4-1. hamilə qadınlar və
azyaşlı uşaqları olan şəxslər
barəsində cəzanın çəkilməsi
təxirə salındıqda - məhkəmə məhkum
edilmiş şəxsi cəzanın çəkilməmiş
hissəsindən azad edənədək və ya məhkum
edilmiş şəxs əsas cəzasının qalan
hissəsini çəkib qurtaranadək;[4]
9.3.5.
müddətli həqiqi hərbi xidmətə
çağırıldıqda – müddətli həqiqi
hərbi xidmət keçənədək və ya qanuna
uyğun olaraq ondan azad edilənədək;
9.3.6.
məhkəmə qərarları,
əmrləri və vergi orqanlarının pul
tələblərinin ödənilməsi ilə bağlı
inzibati aktları əsasında verilmiş icra
sənədinin könüllü icra üçün
müəyyən olunmuş vaxtda üzrsüz
səbəbdən icra edilməməsinə görə
vətəndaşın ölkədən getmək
hüququnun müvəqqəti
məhdudlaşdırılması barədə
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı olduqda – məhdudlaşdırmanın
götürülməsi barədə qərar qəbul
edilənədək;[5]
9.3.6-1. vergi, məcburi dövlət
sosial sığorta, icbari tibbi sığorta və
işsizlikdən sığorta haqları üzrə
öhdəliyini qanunla müəyyən edilmiş hallarda və
müddətlərdə yerinə yetirmədikdə,
hesablanmış vergilər, məcburi dövlət sosial
sığorta, icbari tibbi sığorta və işsizlikdən
sığorta haqları üzrə borcları və
faizləri, vergilər və məcburi dövlət sosial
sığorta haqları üzrə tətbiq edilmiş
maliyyə sanksiyalarını ödəməməsinə
görə vətəndaşın ölkədən
getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması barədə
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı olduqda – məhdudlaşdırmanın
götürülməsi barədə qərar qəbul
edilənədək;[6]
9.3.7.
beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik
peyvəndlər tələb olunan ölkələrə
gediş-gəliş zamanı - profilaktik peyvəndlər
edilənədək.
9.4.
Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və qanunvericilikdə
nəzərdə tutulmuş digər silahlı
birləşmələrdə qulluq edən hərbi qulluqçular
(hərbi attaşelər, hərbi nümayəndələr
və onların köməkçiləri istisna olmaqla),
habelə Azərbaycan Respublikasının hüdudlarından
kənarda beynəlxalq hərbi təlimlərə, antiterror,
xilasetmə və xidməti zərurətlə bağlı
digər tədbir və ya əməliyyatlara cəlb olunan
müddətli həqiqi hərbi xidmət keçən
hərbi qulluqçular müvafiq icra hakimiyyəti
orqanlarının rəsmiləşdirilmiş icazəsi
olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
9.5.
Dövlət sirri ilə işləməyə
buraxılmış şəxslərin tanış olmağa
buraxıldığı məlumatın məxfilik
müddəti bitənədək, lakin 5 ildən çox
olmamaq şərti ilə, xarici ölkəyə daimi
yaşamağa getmək hüququ müvəqqəti
məhdudlaşdırıla bilər.
9.6.
Ölkədən getmək və ölkəyə
gəlmək hüququ məhdudlaşdırılan
vətəndaşlar barədə məlumatlar
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin məhdudiyyət
siyahılarına daxil edilməli və müvafiq əsaslar
aradan qalxdıqda məlumatların aktiv statusu
dəyişdirilməlidir.
9.7.
Hər hansı bir ölkədə fövqəladə
vəziyyət və ya insan həyatı,
sağlamlığı və azadlığı
üçün təhlükə yaranarsa, müvafiq icra hakimiyyəti
orqanı Azərbaycan Respublikasının əhalisini
dərhal xəbərdar etməklə, vətəndaşlara
həmin ölkəyə getməkdən müvəqqəti
çəkinməyi tövsiyə edir.
9.8. Hərbi vəziyyət
dövründə “Hərbi vəziyyət haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların
ölkədən getməsi və ölkəyə
gəlməsi üçün xüsusi qaydalar tətbiq
edilə bilər.[7]
Maddə 10. Vətəndaşın
ölkədən getmək və ölkəyə
gəlmək hüququnun həyata keçirilməsi
10.1.
Vətəndaşın ölkədən getmək və
ölkəyə gəlmək hüququ Azərbaycan
Respublikası vətəndaşının pasportu
əsasında həyata keçirilir. Pasportun verilməsi
qaydası müvafiq qanunla tənzimlənir. Xarici dövlətlərlə müvafiq
beynəlxalq müqavilə bağlanmış olduğu halda,
Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsindən də
vətəndaşın ölkədən getmək və
ölkəyə gəlmək hüququnun həyata
keçirilməsi üçün nəzərdə tutulan
sənəd kimi istifadə oluna bilər.[8]
10.2.
Ticarət gəmiçiliyi
məqsədilə istifadə edilən gəmidə işləyən və ya
təcrübə
keçən
vətəndaşın ölkədən getmək və
ölkəyə gəlmək hüququ dənizçinin
şəxsiyyət sənədi əsasında həyata
keçirilir. Xaricdə işlədiyi ticarət gəmiçiliyi məqsədilə
istifadə edilən gəmiyə çatmaq
üçün fərdi qaydada ölkədən gedən
vətəndaş dənizçinin şəxsiyyət
sənədi ilə birlikdə həmin
gəmi heyətinin tərkibində olmasını təsdiq
edən sənədi (tərtib olunmuş gəmi heyətinin
siyahısından çıxarış) sərhəd
nəzarətindən keçərkən təqdim
etməlidir. Dənizçinin şəxsiyyət
sənədinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.[9]
10.3.
Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış
və ya yararsız hala düşmüş, pasportunun
etibarlılıq müddəti bitmiş Azərbaycan
Respublikası vətəndaşının və onunla
birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına
çatmayan və ya xarici dövlətdə 18 yaşına
çatmış Azərbaycan Respublikası
vətəndaşı olan övladının
ölkəyə qayıtmaq hüququ Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsi
əsasında həyata keçirilir. Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi qaydası müvafiq qanunla tənzimlənir.
Maddə 11. Yetkinlik yaşına çatmayan
vətəndaşın ölkədən getməsi qaydası
11.1.
Bu Məcəllənin 11.2-ci maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik
yaşına çatmayan vətəndaş ölkədən
valideynləri, övladlığa götürəni,
himayəçisi və ya qəyyumu ilə gedə bilər.
11.2.
Yetkinlik yaşına çatmayan vətəndaş
ölkədən valideynlərinin biri ilə getdikdə
digər valideynin notariat qaydasında təsdiq edilmiş
razılığı tələb olunur. Yetkinlik yaşına
çatmayan vətəndaş ölkədən tək
getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum
olduqda isə onu övladlığa götürən
şəxsin, himayəçisinin və ya qəyyumunun notariat
qaydasında təsdiq edilmiş razılığı
tələb olunur. Həmin şəxslərdən birinin
razılığı olmadıqda, yetkinlik yaşına
çatmayan vətəndaşın ölkədən
getməsi məsələsi məhkəmənin qərarı
əsasında həll edilir.
11.3.
Yetkinlik yaşına çatmayan vətəndaşın
valideynlərindən birinin ölüm haqqında
şəhadətnaməsi, ölmüş və ya itkin
düşmüş elan edilməsi, valideynlik hüququndan
məhrum edilməsi barədə məhkəmənin
qərarı və ya müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş doğum haqqında akt qeydində
ata barədə məlumatın ananın göstərişi
üzrə yazılması haqqında arayış olduqda,
digər valideynin razılığı tələb olunmur.
Qeyd olunan sənədlərlə birgə digər valideynin
notariat qaydasında təsdiq edilmiş
razılığını təqdim edən yetkinlik
yaşına çatmayan vətəndaş Azərbaycan
Respublikasından gedə bilər.
11.4.
Əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürülmüş Azərbaycan
Respublikasının vətəndaşı olan uşaq
yalnız onun övladlığa götürülməsi
haqqında məhkəmənin qanuni qüvvəyə
minmiş qətnaməsi və övladlığa götürmə
haqqında şəhadətnamə təqdim edilməklə
qanunla nəzərdə tutulmuş qaydada ölkədən
gedə bilər.
11.5.
Azərbaycan Respublikasından gedən yetkinlik yaşına
çatmayan vətəndaşın həyat və
sağlamlığına, ölkə hüdudlarından
kənarda onun hüquq və qanuni maraqlarının
qorunmasına görə məsuliyyət həmin
şəxsin valideynlərinin, onu övladlığa
götürən şəxslərin, himayəçi və
ya qəyyumlarının üzərinə düşür.
11.6.
Yetkinlik yaşına çatmayan vətəndaşlar
ölkədən qrup halında valideynlərinin, onları
övladlığa götürən şəxslərin,
himayəçi və ya qəyyumlarının
müşayiəti olmadan getdikdə, qanuni
nümayəndənin vəzifələrini həmin qrupun
rəhbərləri yerinə yetirirlər.
Maddə 12. Fəaliyyət qabiliyyəti
olmayan vətəndaşın ölkədən getməsi
qaydası
Fəaliyyət
qabiliyyətinin olmaması məhkəmə
tərəfindən təsdiq edilmiş vətəndaş
ölkədən valideynlərinin, onu övladlığa
götürən şəxslərin, himayəçi və
ya qəyyumlarının notariat qaydasında təsdiq
edilmiş vəsatəti əsasında, yetkinlik yaşına
çatmış digər şəxsin müşayiəti
ilə gedə bilər.
Maddə 13. Xarici ölkədə
müvəqqəti və ya daimi yaşamaq üçün
gedən vətəndaşların konsulluqlarda uçotu
13.1.
Xarici ölkəyə müvəqqəti və ya daimi
yaşamaq üçün gedən vətəndaşlar
Azərbaycan Respublikasının xaricdəki konsulluğunda
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi vasitəsilə uçota
alınırlar. Azərbaycan Respublikası konsulluğunun olmadığı
xarici ölkələrdə (yerlərdə) yaşayan
vətəndaşlar yaşayış yeri barədə
məlumatı elektron qaydada müvafiq icra hakimiyyəti
orqanına verə bilərlər.
13.2.
Vətəndaşlar xarici ölkədə yaşayış
yeri üzrə qeydiyyatdan çıxaraq Azərbaycan
Respublikasına qayıtdıqda,
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan
Respublikasının xaricdəki konsulluğunda uçotdan
çıxarılırlar.
Maddə 14. Azərbaycan Respublikasının
ərazisindən kənarda yaşayan
vətəndaşların hüquqlarının Azərbaycan
dövləti tərəfindən müdafiəsi
Azərbaycan
Respublikasının müvafiq dövlət orqanları,
diplomatik nümayəndəlikləri və konsulluqları,
habelə onların vəzifəli şəxsləri
Azərbaycan Respublikasının ərazisindən kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə, müvafiq xarici
dövlətin qanunvericiliyinə, habelə beynəlxalq
adətlərə uyğun olaraq onlara verilmiş bütün
hüquqlardan tam həcmdə istifadə edə
bilmələri üçün tədbirlər
görməyə, onların qanunla qorunan hüquq və
mənafelərini qanunvericiliklə müəyyən
edilmiş qaydada müdafiə etməyə, Azərbaycan
Respublikası vətəndaşlarının pozulmuş
hüquqlarının bərpası üçün
tədbirlər görməyə borcludurlar.
FƏSİL
4
ƏCNƏBİLƏRİN VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏSİ, AZƏRBAYCAN
RESPUBLİKASINDAN GETMƏSİ VƏ AZƏRBAYCAN
RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMASI
Maddə 15. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan
Respublikasından getməsi
15.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçmək şərti ilə, pasportları və ya
digər sərhədkeçmə sənədləri
əsasında Azərbaycan Respublikasına gələ və
Azərbaycan Respublikasından gedə bilərlər.
15.2.
Azərbaycan Respublikasına gəlmək üçün viza
tələb olunduğu hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər bu
Məcəllə ilə müəyyən olunmuş qaydada
viza almalıdırlar.
15.3.
Xarici dövlətlərlə müvafiq beynəlxalq
müqavilələr bağlanmış olduğu hallarda, habelə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş hallarda
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasına vizasız
qaydada gələ bilərlər.[10]
15.4.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazə almış
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər pasportları və ya digər
sərhədkeçmə sənədləri və
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilmiş müvəqqəti
və ya daimi yaşamaq üçün icazə
vəsiqələri əsasında Azərbaycan
Respublikasından gedə və viza almadan Azərbaycan
Respublikasına qayıda bilərlər.
15.5.
Azərbaycan Respublikasında qaçqın statusu almış
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər onlara Azərbaycan Respublikasının
hüdudlarından kənara getmək üçün
verilən “Yol sənədi” əsasında Azərbaycan
Respublikasından gedə və viza almadan Azərbaycan
Respublikasına gələ bilərlər.
15.6. Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılan və
sərhədkeçmə sənədləri olmayan
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrində nəzərdə
tutulmuş hallarda, habelə həmin şəxslər üçün
mənşə ölkələrindən
sərhədkeçmə sənədləri əldə
etmək mümkün olmadığı hallarda verilən
səyahət sənədi onların ölkə
hüdudlarından kənara çıxması
üçün əsasdır.[11]
15.7. Hərbi vəziyyət
dövründə “Hərbi vəziyyət haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına
gəlməsi və Azərbaycan Respublikasından getməsi
üçün xüsusi qaydalar tətbiq edilə bilər.[12]
Maddə 16. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasına gəlişi ilə bağlı
qadağalar və məhdudiyyətlər
16.1.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasına gəlmək
aşağıdakı hallarda qadağan edilir:
16.1.1.
milli təhlükəsizlik və ya ictimai asayişin
mühafizəsi, yaxud Azərbaycan Respublikası
vətəndaşlarının və digər
şəxslərin hüquqlarının və qanuni
mənafelərinin qorunması bunu tələb etdikdə;
16.1.2.
şəxsin sülh və insanlıq əleyhinə,
terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə və müharibə
cinayətləri törətməsi və ya transmilli mütəşəkkil
cinayətkar dəstənin üzvü olması barədə
məlumat olduqda;
16.1.3.
şəxs Azərbaycan Respublikasının
vətəndaşlarına və ya Azərbaycan
Respublikasının maraqlarına (mənafelərinə)
qarşı cinayət törətdiyinə görə
məhkum olunduqda, əgər məhkumluğu qanunla
müəyyən edilmiş qaydada
ödənilməmişdirsə və ya
götürülməmişdirsə;
16.1.4.
şəxs əvvəllər Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarıldıqda, əgər ölkəyə
girişinə qoyulmuş məhdudiyyət müddəti
bitməmişdirsə;
16.1.5.
şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz
hesab edildikdə;
16.1.6.
şəxs əvvəllər Azərbaycan Respublikasında
olarkən ölkəyə gəlişinin bəyan edilmiş
məqsədlərini pozduqda;
16.1.7.
şəxs Azərbaycan Respublikasına gəlməsi
haqqında vəsatət qaldırarkən, özü və ya
səfərinin məqsədi haqqında yalan məlumat
verdikdə;
16.1.8. əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olması və yaşaması
qaydalarını pozduğuna görə barəsində
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati
cərimə növündə inzibati tənbeh tətbiq edilmiş
şəxs cəriməni (hesablanmış dəbbə pulu
daxil olmaqla) ödəmədikdə;[13]
16.2.
Bu Məcəllənin 16.1.6-cı
və 16.1.7-ci maddələrində
nəzərdə tutulmuş hallarda əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasına
gəlişinə 5 il müddətinə qadağa qoyulur. [14]
16.3.
Bu Məcəllənin 16.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
haqqında məlumatlar müəyyən olunmuş qaydada
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin məhdudiyyət
siyahılarına daxil edilməli və müvafiq əsaslar
aradan qalxdıqda məlumatların aktiv statusu
dəyişdirilməlidir.
16.4. Bu Məcəllənin 16.1.8-ci
maddəsində nəzərdə tutulmuş
şəxslər cəriməni (hesablanmış
dəbbə pulu daxil olmaqla) ödədikdə onların
Azərbaycan Respublikasına gəlməsi ilə bağlı
qadağa dərhal götürülür.[15]
Maddə 17. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasından getməsinin müvəqqəti
məhdudlaşdırılması
17.1.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasından
getməsi aşağıdakı hallarda müvəqqəti
məhdudlaşdırıla bilər:
17.1.1.
onların getməsi milli təhlükəsizliyin təmin
edilməsi mənafeyinə zidd olduqda – bu əsas aradan
qalxanadək;
17.1.2.
onlar Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə uyğun olaraq tutulduqda və ya
barələrində hər hansı qətimkan tədbiri
seçildikdə – azad edilənədək, qətimkan
tədbirinin müddəti bitənədək və ya
qətimkan tədbiri ləğv edilənədək;
17.1.3.
onlar məhkum edildikdə – Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi ilə müəyyən
edilmiş əsas cəzalarını çəkib
qurtaranadək və ya bu Məcəllənin 17.1.5-ci
maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla
cəzadan azad edilənədək;
17.1.4.
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə uyğun olaraq barələrində
tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə –
tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv
edilənədək;
17.1.5.
onlar üzərinə Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində nəzərdə tutulan
vəzifələr qoyulmaqla şərti məhkum edildikdə
və ya cəzadan şərti olaraq vaxtından əvvəl
azad edildikdə – müvafiq olaraq sınaq müddəti və
ya cəzanın çəkilməmiş hissəsi başa
çatanadək və ya şərti məhkumetmə, yaxud
üzərinə qoyulmuş vəzifələr vaxtından
əvvəl tamamilə ləğv edilənədək;
17.1.5-1. hamilə qadınlar və
azyaşlı uşaqları olan şəxslər
barəsində cəzanın çəkilməsi
təxirə salındıqda - məhkəmə məhkum
edilmiş şəxsi cəzanın çəkilməmiş
hissəsindən azad edənədək və ya məhkum
edilmiş şəxs əsas cəzasının qalan
hissəsini çəkib qurtaranadək;[16]
17.1.6.
məhkəmə qərarları,
əmrləri və vergi orqanlarının pul
tələblərinin ödənilməsi ilə bağlı
inzibati aktları əsasında verilmiş icra
sənədinin könüllü icra üçün
müəyyən olunmuş vaxtda üzrsüz
səbəbdən icra edilməməsinə görə
onların ölkədən getmək hüququnun
müvəqqəti məhdudlaşdırılması
barədə məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı olduqda – məhdudlaşdırmanın
götürülməsi barədə qərar qəbul
edilənədək;[17]
17.1.6-1. vergi ödəyicisi və ya
sığortaedən vergi, məcburi dövlət sosial
sığorta, icbari tibbi sığorta və işsizlikdən
sığorta haqları üzrə öhdəliyini qanunla
müəyyən edilmiş hallarda və
müddətlərdə yerinə yetirmədikdə,
hesablanmış vergilər, məcburi dövlət sosial
sığorta, icbari tibbi sığorta və işsizlikdən
sığorta haqları üzrə borcları və
faizləri, vergilər və məcburi dövlət sosial
sığorta haqları üzrə tətbiq edilmiş
maliyyə sanksiyalarını ödəməməsinə
görə onların ölkədən getmək hüququnun
müvəqqəti məhdudlaşdırılması
barədə məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı olduqda - məhdudlaşdırmanın
götürülməsi barədə qərar qəbul edilənədək;[18]
17.1.7.
onlar inzibati xəta törətdikdə – barələrində
qanuni qüvvəyə minmiş inzibati tənbeh
tədbirləri icra edilənədək.[19]
17.2.
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada profilaktik
peyvəndlərin aparılmaması Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq, profilaktik
peyvəndlər tələb olunan ölkələrə
gediş-gəlişinin məhdudlaşdırılması
ilə nəticələnir.
17.3.
Bu Məcəllənin 17.1-ci və 17.2-ci
maddələrində nəzərdə tutulmuş hallarda
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər haqqında məlumatlar
müəyyən olunmuş qaydada
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin məhdudiyyət
siyahılarına daxil edilməli və müvafiq əsaslar
aradan qalxdıqda məlumatların aktiv statusu
dəyişdirilməlidir.
Maddə 18. Azərbaycan Respublikasına
pasportsuz və ya vizasız gələn əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər
18.1.
Bu Məcəllənin tələblərini pozaraq pasportsuz,
vizasız və ya etibarlı olmayan pasport və digər
sənədlərlə Azərbaycan Respublikasının
dövlət sərhədini keçməyə cəhd
göstərən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının ərazisinə buraxılmadan,
gəldikləri ölkəyə qaytarılırlar.
18.2.
Saxta və ya başqasına məxsus sənədlərlə
dövlət sərhədini keçməyə cəhd
göstərən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
qanunla müəyyən olunmuş qaydada məsuliyyətə
cəlb edilirlər.
Maddə 19. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ərazisindən tranzit
keçidi
19.1.
Əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin hər hansı bir dövlətdən
Azərbaycan Respublikasının ərazisinə girişi
və Azərbaycan Respublikasının ərazisində
müəyyən olunmuş marşrut üzrə
hərəkət edərək üçüncü
ölkəyə çıxışı həmin şəxsin
Azərbaycan Respublikasının ərazisindən tranzit
keçidi hesab olunur.
19.2.
Azərbaycan Respublikasının ərazisindən tranzitlə
keçən əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə bu Məcəllənin 34–37-ci
maddələrində nəzərdə tutulmuş qaydada
tranzit vizası verilir.
19.3.
Aşağıdakı hallarda əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
tranzit keçidi üçün tranzit vizası tələb
olunmur:
19.3.1.
əcnəbilərə və ya
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının dövlət sərhədini
keçməyə imkan verən digər vizalar verilmiş
olduqda;
19.3.2.
hava nəqliyyatı sərnişinləri təyyarə
dəyişmədən Azərbaycan Respublikasının
ərazisindən tranzitlə uçduqda;
19.3.3.
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının hava
limanında təyyarə dəyişməklə təyinat
ölkəsinə getdikdə – bir şərtlə ki,
sərnişinlərin təyinat ölkəsinə daxil olmaq
hüququnu təsdiq edən sənədləri, təyyarə
dəyişmək üçün endikləri hava
limanından yola düşmə vaxtını təsdiq
edən təyyarə biletləri olsun və Azərbaycan
Respublikasının ərazisində qalma müddəti 24
saatdan artıq olmasın. Bu zaman sərnişinlər hava
limanı ərazisində xüsusi olaraq ayrılmış
ərazinin hüdudlarından kənara çıxa
bilməzlər;
19.3.4.
Azərbaycan Respublikası ilə vizasız
gediş-gəliş haqqında müqaviləsi olan
dövlətin vətəndaşları tranzitlə
keçdikdə.
19.4.
Tranzit keçid zamanı əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
vizada göstərilən müddətdən artıq
Azərbaycan Respublikasının ərazisində məcburi
dayanması aşağıdakı hallarda mümkündür:
19.4.1.
nəqliyyatın hərəkətinə maneə olan təbii
fəlakət baş verdikdə;
19.4.2.
avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan
çıxması, yaxud yol-nəqliyyat hadisəsi
nəticəsində təmirə ehtiyac yarandıqda
(müvafiq sənəd təqdim edildikdə);
19.4.3.
Azərbaycan Respublikasının ərazisindən
keçən şəxslər xəstələndikdə (bu
halda keçidin davam etdirilməsinin xəstənin
səhhəti üçün təhlükə
törətdiyinə dair həkimin rəyi olmalıdır);
19.5.
Bu Məcəllənin 19.4.3-cü maddəsində
nəzərdə tutulmuş halda xəstə
şəxslə birlikdə onun yaxın qohumları olduqda,
məcburi dayanma onlara da şamil edilir.
19.6.
Tranzit keçid zamanı məcburi dayanma baş verdikdə,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddəti bu Məcəllənin
41–43-cü maddələrinə uyğun olaraq məcburi
dayanmanın səbəbləri aradan qalxanadək
artırılır.
19.7.
Azərbaycan Respublikasının ərazisindən dəmiryol
nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə
tranzitlə keçən əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
sərhədboyu zonada dayanması qadağandır.
19.8.
Beynəlxalq yükdaşımalarda iştirak edən
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikası
ərazisindən tranzit keçidi beynəlxalq və
dövlətlərarası yükdaşımalar
üçün müəyyənləşdirilmiş
dövlət sərhədinin buraxılış məntəqələrindən
və avtomobil yollarından həyata keçirilir.
19.9.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının
ərazisindən tranzitlə keçməsinə
nəzarəti müvafiq icra hakimiyyəti orqanları
həyata keçirirlər.
19.10.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisindən tranzit keçid qaydalarına əməl
etmədiklərinə görə qanunla nəzərdə
tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.
Maddə 20. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olması
20.1.
Viza əsasında Azərbaycan Respublikasına gələn
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ölkədə müvəqqəti
olma müddəti vizada göstərilən qalma
müddətindən, viza tələb olunmayan qaydada
Azərbaycan Respublikasına gələn əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
isə ölkədə müvəqqəti olma müddəti,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallar
istisna olmaqla, 90 gündən artıq ola bilməz.
20.2.
Bu müddət bitənədək əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
ölkədə müvəqqəti olma müddəti
uzadılmamışdırsa, onlara müvəqqəti
yaşamaq üçün icazə verilməmişdirsə,
habelə onlardan müvəqqəti olma müddətinin
uzadılması və ya müvəqqəti yaşama
icazəsinin verilməsi üçün ərizə qəbul
edilməmişdirsə, onlar Azərbaycan Respublikasının
ərazisini tərk etməlidirlər.
20.3. Azərbaycan Respublikasının
vətəndaşlığı ilə yanaşı,
digər dövlətin (dövlətlərin)
vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının
ərazisində olduğu dövrdə Azərbaycan
Respublikası vətəndaşlığına xitam
verildikdə, həmin şəxs bu barədə rəsmi
məlumat aldığı tarixdən 30 gün ərzində
ölkəni tərk etməli, yaxud bu Məcəllənin
45-ci maddəsində müəyyən edilmiş əsaslar
olduğu təqdirdə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşama icazəsinin
alınması üçün müvafiq icra hakimiyyəti
orqanına müraciət etməlidir. Belə
müraciətə baxıldığı dövrdə
şəxs Azərbaycan Respublikasının ərazisində
qanuni əsaslarla müvəqqəti olan hesab edilir.[20]
Maddə 21. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata
alınması
21.1.
Azərbaycan Respublikasında 15
gündən artıq müvəqqəti olan
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər olduğu yer üzrə qeydiyyata
alınmalıdırlar (bu barədə
ölkəyə daxil olan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
dövlət sərhədinin buraxılış məntəqələrində
Azərbaycan, rus və ingilis dillərində olan müvafiq
bildiriş verilir).[21]
21.2.
Bunun üçün əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi,
pansionat, kempinq, turist bazası, xəstəxana və ya
digər belə ictimai yerlər) müdiriyyəti və ya
mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan
sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
ölkəyə gəldiyi vaxtdan 15
gün ərzində həmin şəxsin olduğu yer
üzrə qeydiyyata alınması haqqında
ərizə-anketi və onun pasportunun (digər
sərhədkeçmə sənədinin) surətini
müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron
poçt vasitəsi ilə və ya şəxsən
müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.[22]
21.3.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər də olduğu yer üzrə
qeydiyyata alınmaları üçün bu
Məcəllənin 21.2-ci maddəsində müəyyən
olunmuş qaydada müraciət edə bilərlər.
21.4.
Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti
orqanı dərhal əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
barədə məlumatları Vahid Miqrasiya Məlumat
Sisteminə daxil etməklə onları olduğu yer
üzrə qeydiyyata alır və bu barədə 1 iş
günü ərzində müraciət edən
şəxsə məlumat verir.
21.5.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər aşağıdakı
müddətlərə qeydiyyata alınırlar:
21.5.1.
viza əsasında gələnlər - vizada
göstərilən qalma müddətinə;
21.5.2.
viza tələb olunmayan qaydada gələnlər - 90 gün
müddətinə.
21.6.
BMT-nin Qaçqınlar üzrə Ali komissarının
Azərbaycan Respublikasındakı nümayəndəliyi
tərəfindən himayəyə
götürülmüş əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
himayə müddətinə olduğu yer üzrə
qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Nümayəndəliyin məlumatları
əsasında aparılır.
21.7.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata
alınması üçün dövlət rüsumu
ödənilmir.
21.8.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər olduğu yerdən getdikdə,
qəbul edən tərəf və ya şəxs özü bu
barədə müvafiq icra hakimiyyəti orqanına məlumat
verir və bu məlumat əsasında onlar olduğu yer
üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat
müddəti başa çatdıqda, əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər qeydiyyatdan çıxarılmış hesab
edilirlər.
21.9.
Əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş
günü ərzində bu
Məcəllənin 21.2–21.5-ci maddələrində
nəzərdə tutulmuş qaydada yeni olduğu yer
üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs qeydiyyata
alındığı mənzilin (yaşayış
sahəsinin) sahibinə məxsus digər mənzildə
(yaşayış sahəsində) müvəqqəti
qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata
alınması tələb olunmur.[23]
Maddə 22. Qeydiyyatı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən aparılan
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər
22.1.
Xarici ölkələrin Azərbaycan Respublikasında
fəaliyyət göstərən diplomatik
nümayəndəlik və konsulluqlarının, habelə
beynəlxalq təşkilatların nümayəndəliklərinin
əməkdaşları, inzibati-texniki xidmət
heyətinə daxil olan şəxslər və onların
ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına
diplomatik missiya ilə və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda xüsusi missiya ilə səfər edən
əcnəbilərin qeydiyyatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
22.2.
Bununla əlaqədar onlara nümunəsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
müvafiq vəsiqə verilir.
22.3.
Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun
aparılması məqsədi ilə bu Məcəllənin 22.1-ci
maddəsində nəzərdə tutulmuş
şəxslər barədə məlumatları 10 gün
müddətində müvafiq icra hakimiyyəti orqanına
təqdim edir.
Maddə 23. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ərazisində
olmasının arzuolunmaz hesab edilməsi
23.1.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına
gəlməsi, Azərbaycan Respublikasında olması və ya
yaşaması Azərbaycan Respublikasının
suverenliyinə, ərazi bütövlüyünə, onun
dünyəvi xarakterinə, Azərbaycan xalqının
vahidliyinə, ölkənin milli təhlükəsizliyinə,
ictimai asayişə və ya əhalinin
sağlamlığına zərər vura biləcəyi
hallarda, habelə Azərbaycan Respublikası
vətəndaşlarının və digər şəxslərin
hüquqlarının və qanuni mənafelərinin
qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həmin əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin ölkədə olması arzuolunmaz hesab
edilə bilər.
23.2.
Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə
müəyyən edilir və müvafiq əsaslar aradan
qalxmadıqda eyni müddətə uzadıla bilər.
Uzadılmaların sayı məhdudlaşdırılmır.
23.3.
Azərbaycan Respublikasının ərazisində qanuni
əsaslarla müvəqqəti olan, müvəqqəti və
ya daimi yaşayan əcnəbi və
vətəndaşlığı olmayan şəxs arzuolunmaz
hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi
andan ölkədə olma və ya yaşama hüququnu itirir.
23.4.
Şəxsin ölkədə olmasının arzuolunmaz hesab
edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti
orqanları tərəfindən
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminə daxil edilir.
23.5.
Azərbaycan Respublikasının ərazisində olan
şəxslərin ölkədə olması arzuolunmaz hesab
edildikdə müvafiq icra hakimiyyəti orqanları bu
barədə məlumatı əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
uçotunun aparılması, habelə həmin
şəxslər barəsində bu Məcəllənin 79-cu
maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılması
haqqında qərar qəbul edilməsi üçün
müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
III BÖLMƏ
ƏCNƏBİLƏRƏ VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN
RESPUBLİKASINA GƏLMƏK, AZƏRBAYCAN RESPUBLİKASINDA
MÜVƏQQƏTİ OLMAQ, YAŞAMAQ VƏ
İŞLƏMƏK HÜQUQU VERƏN SƏNƏDLƏR
VƏ ONLARIN VERİLMƏSİ QAYDALARI
FƏSİL
5
VİZALAR
Maddə 24. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilən vizalar
24.1.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilən vizaların giriş və tranzit növləri
vardır.
24.2.
Girişlərin sayına görə giriş vizası
birdəfəlik və çoxdəfəlik vizalara, tranzit
vizası isə birdəfəlik və ikidəfəlik vizalara
bölünür.
24.3.
Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara
bölünür.
24.4.
Diplomatik və xidməti kateqoriyalı giriş vizaları
yalnız rəsmi səfər məqsədi ilə
Azərbaycan Respublikasına gələn
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə verilir.
24.5.
Adi kateqoriyalı giriş vizaları işgüzar, elm,
təhsil, əmək, turizm, mədəniyyət, idman,
humanitar, müalicə və şəxsi səfər
məqsədləri ilə Azərbaycan Respublikasına
gələn əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilir.
24.6.
Giriş vizasının etibarlılıq müddəti
birdəfəlik giriş-çıxış
üçün 90 günədək, çoxdəfəlik
giriş-çıxış üçün isə 2
ilədək müəyyən olunur.
24.7.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər vizada göstərilən qalma
müddəti ərzində və məqsədlə
ölkə ərazisində qala bilərlər.
24.8.
Vizada göstərilən ölkədə qalma
müddətindən vizanın etibarlılıq dövrü
ərzində istifadə edilir. Bu müddət ərzində
istifadə olunmayan viza qüvvədən düşür.
24.9.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə vizalarla bağlı bu
Məcəllədə nəzərdə tutulmuş qaydalardan
(müddətlərdən) fərqli qaydalar
(müddətlər) müəyyən oluna bilər.
Maddə 25. Rəsmi səfər
məqsədi ilə verilən giriş vizası
25.1.
Rəsmi səfər vizası xarici ölkələrin
Azərbaycan Respublikasında fəaliyyət
göstərən diplomatik nümayəndəlik və
konsulluqlarının, habelə beynəlxalq
təşkilatların nümayəndəliklərinin
əməkdaşlarına, inzibati-texniki xidmət
heyətinə daxil olan şəxslərə və onların
ailə üzvlərinə, həmçinin Azərbaycan
Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda xüsusi missiya ilə səfər edən
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilir. Bu vizalarda ölkədə qalma müddəti
verilən vizanın etibarlılıq müddəti ilə
müəyyən edilir.
25.2.
Rəsmi səfər vizası, eyni zamanda Azərbaycan
Respublikasında keçirilən rəsmi
tədbirlərdə və görüşlərdə
iştirak edəcək əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
də verilir və bu vizalarda ölkədə qalma
müddəti 180 günədək müəyyən edilir.
25.3.
Rəsmi səfər vizasının
rəsmiləşdirilməsi üçün əcnəbinin
və vətəndaşlığı olmayan şəxsin
təmsil etdiyi ölkənin və ya beynəlxalq
təşkilatın rəsmi notası və ya Azərbaycan
Respublikasının müvafiq qurumlarının
vəsatəti və bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər
tələb olunur.[24]
Maddə 26. İşgüzar səfər
məqsədi ilə verilən giriş vizası
26.1.
İşgüzar səfər vizası Azərbaycan
Respublikasında işgüzar əlaqələr və ya
əməkdaşlıq qurmaq üçün Azərbaycan
Respublikasının dövlət orqanlarının,
Azərbaycan Respublikasında fəaliyyət
göstərən hüquqi şəxslərin və ya
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərin,
habelə xarici hüquqi şəxslərin filial və
nümayəndəliklərinin, Ələt azad iqtisadi
zonasında fəaliyyət üçün isə
Ələt azad iqtisadi zonasının səlahiyyətli
qurumunun, inzibati müəssisələrinin və ya hüquqi
şəxslərinin vəsatəti əsasında
və ya Azərbaycan Respublikasında sahibkarlıq
fəaliyyəti ilə məşğul olmanı təsdiq
edən sənədlə gələn əcnəbilərə
və vətəndaşlığı olmayan
şəxslərə verilir.[25]
26.2.
İşgüzar səfər vizasında ölkədə
qalma müddəti 180 günədək müəyyən
edilir.
26.3.
İşgüzar səfər vizasının
rəsmiləşdirilməsi üçün bu
Məcəllənin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
Maddə 27. Elm və ya təhsil
məqsədi ilə verilən giriş vizası
27.1.
Elm və ya təhsil vizası bu sahədə Azərbaycan
Respublikasında fəaliyyət göstərən
dövlət orqanlarının, elmi-tədqiqat
institutlarının, dövlət qeydiyyatından
keçmiş təhsil müəssisələrinin
vəsatəti əsasında elmi fəaliyyətlə
məşğul olmağa, müvafiq konfrans, seminar və
digər elmi tədbirlərdə iştirak etməyə,
təhsil müəssisələrinə qəbul olunaraq
təhsil almağa və ya ixtisas artırmağa gələn
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə verilir.
27.2.
Elm və ya təhsil vizasında ölkədə qalma
müddəti 90 günədək müəyyən edilir.
27.3.
Elm və ya təhsil vizasının
rəsmiləşdirilməsi üçün şəxsin
Azərbaycan Respublikasında təhsili və
yaşayışı ilə bağlı xərcləri
ödəyə biləcək maliyyə vəsaitinə malik
olması haqqında müvafiq sənəd (Azərbaycan
Respublikasında əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin
təhsili vətəndaşı olduğu və ya daimi
qeydiyyatda yaşadığı ölkə
tərəfindən maliyyələşdirilmədiyi halda)
və bu Məcəllənin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
Maddə 28. Əmək məqsədi ilə
verilən giriş vizası
28.1.
Əmək vizası Azərbaycan Respublikasında haqqı
ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq niyyətində olan və bunun
üçün Azərbaycan Respublikasının
dövlət orqanlarının, Azərbaycan Respublikasında
fəaliyyət göstərən hüquqi
şəxslərin və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərin, habelə xarici hüquqi
şəxslərin filial və nümayəndəliklərinin
işəgötürən tərəf qismində
vəsatəti əsasında gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilir.
28.2.
Əmək vizasında ölkədə qalma müddəti 90
günədək müəyyən edilir.
28.3.
Əmək vizasının rəsmiləşdirilməsi
üçün bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər
tələb olunur.
Maddə 29. Müalicə məqsədi
ilə verilən giriş vizası
29.1.
Müalicə vizası Azərbaycan Respublikasındakı tibb
müəssisələrinin qəbul edən tərəf
qismində vəsatəti əsasında Azərbaycan
Respublikasında müayinə və müalicə olunmağa
gələn əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilir.
29.2.
Müalicə vizasında ölkədə qalma müddəti
90 günədək müəyyən edilir.
29.3.
Müalicə vizasının rəsmiləşdirilməsi
üçün dəvət edilən şəxsdə
müayinə və ya müalicə olunacaq xəstəliyin
olması barədə tibbi arayış və bu
Məcəllənin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
Maddə 30. Şəxsi səfər
məqsədi ilə verilən giriş vizası
30.1.
Şəxsi səfər vizası Azərbaycan Respublikası
vətəndaşının, Azərbaycan Respublikasında
daimi yaşayan əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin,
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq
üçün icazəsi olan əməkçi miqrantın
və ya təhsil alan əcnəbinin və vətəndaşlığı
olmayan şəxsin (yalnız həmin əməkçi
miqrantın və ya təhsil alan əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin ailə
üzvləri üçün), Ələt azad iqtisadi zonası
hüquqi şəxslərinin təsisçilərinin,
işçilərinin və ya həmin zonada
müvəqqəti yaşamaq üçün icazəsi olan
əcnəbi və vətəndaşlığı olmayan
şəxslərin notarial qaydada
təsdiq edilmiş dəvət məktubu
əsasında gələn əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilir.[26]
30.2.
Şəxsi səfər vizasında ölkədə qalma
müddəti 90 günədək müəyyən edilir.
30.3.
Şəxsi səfər vizasının
rəsmiləşdirilməsi üçün dəvət
edən şəxsin şəxsiyyətini təsdiq edən
sənədin surəti, əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
səfəri ilə bağlı maliyyə xərclərinin
(bilet, gündəlik yaşayış, tibbi və sair)
təminatı barədə öhdəlik və ya bu
xərcləri ödəyə biləcək maliyyə
vəsaitinə malik olma barədə müvafiq sənəd,
habelə dəvət edilən şəxsin
əməkçi miqrantın və ya təhsil alan
əcnəbi və vətəndaşlığı olmayan
şəxsin ailə üzvü olmasını təsdiq
edən sənəd və bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər
tələb olunur.
Maddə 31. Humanitar səfər məqsədi
ilə verilən giriş vizası
31.1.
Humanitar səfər vizası Azərbaycan Respublikasında
humanitar niyyətli fəaliyyət ilə məşğul
olmaq, humanitar tədbirlər keçirmək və ya belə
tədbirlərdə iştirak etmək üçün
Azərbaycan Respublikasının dövlət
orqanlarının, bu sahədə fəaliyyət
göstərən hüquqi şəxslərin qəbul edən
tərəf qismində vəsatəti əsasında
gələn əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilir.
31.2.
Humanitar səfər vizasında ölkədə qalma
müddəti 90 günədək müəyyən edilir.
31.3.
Humanitar səfər vizasının
rəsmiləşdirilməsi üçün bu
Məcəllənin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
Maddə 32. Mədəniyyət və idman
məqsədləri ilə verilən giriş vizası
32.1.
Mədəniyyət və idman vizası Azərbaycan
Respublikasında keçirilən mədəniyyət və
idman tədbirlərində iştirak etmək
üçün Azərbaycan Respublikasının
dövlət orqanlarının, bu sahədə
fəaliyyət göstərən hüquqi
şəxslərin qəbul edən tərəf qismində
vəsatəti əsasında əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilir.
32.2.
Mədəniyyət və idman vizasında ölkədə
qalma müddəti 60 günədək müəyyən
edilir.
32.3.
Mədəniyyət və idman vizasının
rəsmiləşdirilməsi üçün bu
Məcəllənin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
Maddə 33. Turizm məqsədi ilə
verilən giriş vizası
33.1.
Turizm vizası Azərbaycan Respublikasına turist kimi
gələn əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilir.
33.2.
Turizm vizasında ölkədə qalma müddəti 30
günədək müəyyən edilir.
33.3.
Turizm vizasının rəsmiləşdirilməsi
üçün səfərin turizm məqsədi ilə
həyata keçirildiyini təsdiqləyən sənəd
(turizm vauçeri və ya turizm yollayışı, yaxud
sərnişin bileti və mehmanxanada, kempinqdə, turist
bazasında və ya digər bu kimi obyektlərdə yer
sifariş edilməsini təsdiqləyən sənəd)
və bu Məcəllənin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
33.4.
Turistlərə elektron vizaların verilməsi qaydası bu
Məcəllənin 38-ci maddəsi ilə müəyyən
edilir.[27]
Maddə 34. Tranzit vizası
34.1.
Tranzit vizası üçüncü ölkələrə
gedən əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisindən
keçmək üçün verilir.
34.2.
Tranzit vizasının etibarlılıq müddəti 30
günədək, ölkədə qalma müddəti isə
5 günədək müəyyən edilir. Tranzit vizaları
hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat
növü vasitəsi ilə gediş marşrutu və ona
sərf olunan vaxt nəzərə alınmaqla verilir.
34.3.
Tranzit vizasının rəsmiləşdirilməsi
üçün təyinat ölkəsinə getmək
vizasının (təyinat ölkəsinə səfər
etmək üçün vizasız rejim müəyyən
olunmuş ölkələr istisna olmaqla) və müraciət
olunan ölkədən təyinat ölkəsinə getmək
üçün nəqliyyat biletinin surətləri
(əldə etmək mümkün olduğu təqdirdə)
və ya bu səfəri təsdiq edən digər məlumatlar
və bu Məcəllənin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
Maddə 35. Viza blankında qeyd olunan
məlumatlar
35.1.
Viza blankında “Azərbaycan Respublikası” sözləri,
dövlət gerbi, vizanın seriyası və nömrəsi,
növü, kateqoriyası, ölkəyə gəlişin
məqsədi, viza sahibinin adı, soyadı, pasportunun
nömrəsi, cinsi, anadan olduğu tarix,
vətəndaşlığı, onunla gedənlərin
ümumi sayı, vizanın verildiyi yer və tarix, vizanı verən
səlahiyyətli şəxsin imzası və müvafiq
dövlət orqanının möhürü, vizanın
etibarlılıq müddətinin başlandığı
və bitdiyi tarix, girişlərin sayı, vizanın
etibarlılıq müddəti ərzində
gəlişlərin sayından asılı olmayaraq viza
sahibinə ölkədə qalmaq üçün icazə
verilmiş günlərin cəmlənmiş sayı, viza
sahibinin biometrik identifikasiya tələblərinə uyğun
üz təsviri əks olunur.
35.2.
Viza blankında nəzərdə tutulmuş parametrlərin
adları Azərbaycan və ingilis dillərində
yazılır.
35.3.
Viza blankının nümunəsi, təsviri və
spesifikasiyası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
35.4.
Viza blankının fərdi olaraq doldurulması qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Maddə 36. Viza verilməsi üçün
tələb olunan sənədlər
36.1.
Viza verilməsi üçün aşağıdakı
sənədlər tələb olunur:
36.1.1.
nümunələri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş ərizə-anket;
36.1.2.
pasport və ya digər sərhədkeçmə
sənədi (pasportun və ya digər
sərhədkeçmə sənədinin etibarlılıq
müddəti verilməsi nəzərdə tutulan viza
müddətinin bitməsi tarixindən azı 3 ay artıq
olmalıdır) və onların əsas
səhifələrinin surətləri;
36.1.3.
biometrik identifikasiya tələblərinə uyğun iki
ədəd rəngli fotoşəkil (3x4sm);
36.1.4.
tibbi sığorta şəhadətnaməsinin surəti
(dəvət edən tərəf tibbi xidmətləri öz
üzərinə götürmədikdə);
36.1.5.
viza verilməsi üçün dövlət rüsumunun
ödənilməsi barədə sənəd;
36.1.6.
nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş Azərbaycan
Respublikasına əcnəbini və ya
vətəndaşlığı olmayan şəxsi
dəvət edən tərəfin vəsatəti (tranzit, turizm,
rəsmi və şəxsi səfər
vizaları üçün bu sənəd tələb olunmur);[28]
36.1.6-1. Azərbaycan Respublikasına
əcnəbini və ya vətəndaşlığı
olmayan şəxsi dəvət edən tərəf
qeyri-dövlət təşkilatı olduğu halda həmin
qurumun dövlət qeydiyyatı haqqında
şəhadətnaməsinin surəti; [29]
36.1.6-2. dəvətin səbəbini
təsdiq edən sənəd (tranzit, turizm, rəsmi
və şəxsi səfər vizaları üçün bu
sənəd tələb olunmur);[30]
36.1.7.
səfərin məqsədindən asılı olaraq, bu
Məcəllənin 25–34-cü maddələrində
göstərilən müvafiq sənədlər.
36.2.
18 yaşına çatmamış, lakin pasport sahibi olan
və valideyni və ya qanuni nümayəndəsi ilə
birgə səfər etməyən əcnəbilərə
və vətəndaşlığı olmayan
şəxslərə viza rəsmiləşdirilməsi
üçün bu Məcəllənin 36.1-ci maddəsində
qeyd olunan sənədlərdən əlavə, notariat
qaydasında təsdiq olunmuş doğum haqqında
şəhadətnamənin surəti, valideynlərin və ya
qanuni nümayəndənin icazəsi və onların
şəxsiyyətlərini təsdiq edən
sənədlərin surətləri də tələb olunur.
36.3.
Viza verilməsi üçün alınan dövlət
rüsumunun məbləği Azərbaycan Respublikasının
müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi
üçün ödənilən dövlət rüsumu,
müraciətə baxılmanın nəticəsindən
asılı olmayaraq, geri qaytarılmır.
36.4. Bu
Məcəllənin 36.1-ci maddəsində nəzərdə
tutulan sənədlərin Elektron Hökumət
İnformasiya
Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə
edilməsi mümkün olduqda, həmin
sənədlər müraciət
edəndən tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə
sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb
olunur və ya müraciət
edən tərəfindən təmin edilir.[31]
Maddə 37. Vizaların
rəsmiləşdirilməsi qaydası
37.1.
Əcnəbi və vətəndaşlığı olmayan
şəxs viza verilməsi haqqında vəsatətlə
yaşadığı ölkədə və ya
üçüncü ölkələrdə Azərbaycan
Respublikasının diplomatik
nümayəndəliklərinə və konsulluqlarına
şəxsən və ya nümayəndəsi vasitəsi
ilə müraciət edir.
37.2.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
vizanı Azərbaycan Respublikasının ərazisində ala
bilərlər.
37.3.
Viza verilməsi haqqında vəsatət elektron müraciət
formasında da təqdim edilə bilər.
37.4.
Viza verilməsi üçün tələb olunan
sənədlərin siyahısı, ərizə-anketin
forması, dövlət rüsumunun məbləği və
ödənilməsi qaydası, habelə Azərbaycan
Respublikasının diplomatik nümayəndəlik və
konsulluqlarının olmadığı
ölkələrdə yaşayan əcnəbilərə
və vətəndaşlığı olmayan
şəxslərə viza alınması üçün
müraciət olunmalı üçüncü
ölkələrdə Azərbaycan Respublikasının diplomatik
nümayəndəlikləri və konsulluqları
barədə məlumat müvafiq icra hakimiyyəti
orqanının, Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik
nümayəndəliklərinin və konsulluqlarının
rəsmi internet saytlarında və binalarının
qarşısında hər kəsin yaxşı görə
biləcəyi lövhələrdə yerləşdirilir.
37.5.
Vizanın rəsmiləşdirilməsi
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi vasitəsi ilə həyata
keçirilir.
37.6.
Viza verilməsi haqqında əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
vəsatətlərinə müraciət olunduğu
gündən ən geci on beş gün, bu
Məcəllənin 38.3-cü maddəsində
nəzərdə tutulmuş ölkələrin
vətəndaşlarına və həmin
ölkələrdə daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərə münasibətdə ən geci 3
iş günü, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
hallarda, habelə əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
səfəri təcili müalicə, yaxud Azərbaycan
Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi
və ya ölümü ilə bağlıdırsa (bu
faktları təsdiq edən sənəd təqdim olunmaqla)
ən geci iki iş günü ərzində baxılır.[32]
37.7.
Vizanın verilməsi barədə ərizənin
düzgün doldurulması və tələb olunan
sənədlərin tamlığı diplomatik
nümayəndəlik və ya konsulluq tərəfindən
yoxlanıldıqdan sonra həmin məlumatlar dərhal
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminə daxil edilir və
gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
37.8.
Viza verilməsi məsələsinə baxılarkən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
məlumatların düzgünlüyü və
tamlığı yoxlanılır,
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin məhdudiyyət
siyahıları ilə müqayisələr aparılır,
razılaşdırılma məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanının rəyi alınır, bu
işlərin nəticəsindən asılı olaraq qəbul
edilən yekun rəy diplomatik nümayəndəlik və ya
konsulluğa təqdim edilir.
37.9.
Viza verilməsi məqsədəuyğun hesab edildikdə
diplomatik nümayəndəlik və ya konsulluq
tərəfindən viza blankının
fərdiləşdirilməsi, verilməsi və qeydə
alınması təmin edilir.
37.10.
Bu Məcəllənin 16.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda viza verilməsi haqqında
vəsatət rədd edilir, əvvəl verilmiş viza isə
ləğv edilir. Təkrar vəsatətə imtinanı
doğuran səbəblər aradan qaldırıldıqdan sonra
baxılır.
37.11.
Viza verilməsi haqqında vəsatətə
baxılmasında süründürməçiliyə yol
verilməsindən və ya vəsatətə baxmaqdan imtina
edilməsindən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
inzibati qaydada və (və ya) Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən məhkəməyə
şikayət edə bilərlər.
37.12. Azərbaycan Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
elektron vizaların verilməsi qaydası bu Məcəllənin
38-ci maddəsi ilə müəyyən edilir.[33]
Maddə 38. Elektron vizalar[34]
38.1. Azərbaycan Respublikasına gələn
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə
elektron viza ala bilərlər. Elektron qaydada verilən
birdəfəlik vizada ölkədə qalma müddəti 30
günədək, çoxdəfəlik vizada isə 90
günədək müəyyən edilir.[35]
38.2. “ASAN Viza” sisteminin fəaliyyətinin
təşkili, elektron vizanın alınması
üçün elektron müraciət formasına daxil
edilməli olan məlumatlar, elektron viza blankının təsviri
və nümunəsi müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi əsasnamədə
müəyyən edilir.
38.3. Elektron viza siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən
ölkələrin vətəndaşlarına və həmin
ölkələrdə daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə
verilir.
38.4. Elektron viza almaq üçün
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər “ASAN Viza” sistemində
yerləşdirilmiş elektron müraciət formasında
nəzərdə tutulan məlumatları sistemə daxil
etməli, müraciətin qəbul olunması barədə
müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş məbləğdə
dövlət rüsumunu elektron qaydada
ödəməlidirlər.
38.5. “ASAN Viza” sistemi elektron viza alınması
üçün daxil olmuş elektron müraciəti real vaxt
rejimində “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminə göndərir.[36]
38.6. Birdəfəlik və ya
çoxdəfəlik elektron vizanın verilməsi ilə
bağlı müraciət qəbul edildikdən sonra ən
geci 3 iş günü müddətində, birdəfəlik
elektron vizanın sürətləndirilmiş qaydada
alınması üçün müraciət edildikdə
ən geci 3 saat ərzində, birdəfəlik elektron
vizanın Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında alınması üçün müraciət
edildikdə isə real vaxt rejimində “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama
aparılır, imtina üçün əsas olmadıqda
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina
edildikdə, müraciət etmiş şəxsin elektron
poçt ünvanına bu barədə məlumat
göndərilir. [37]
38.7. “ASAN Viza” sistemi elektron vizaların
verilməsi və ya verilməsindən imtina ilə
bağlı məlumatları, habelə elektron müraciət
formasında nəzərdə tutulan məlumatları
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin “Viza” altsistemi
vasitəsilə müvafiq icra hakimiyyəti orqanına
göndərir.
38.8. Elektron viza pasporta yapışdırılmır,
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs Azərbaycan Respublikasının dövlət
sərhədinin buraxılış məntəqəsindən
keçərkən çap edilmiş elektron vizanı və
ya həmin vizanın məlumatlarını
sərhədkeçmə sənədi ilə birgə təqdim
edir. Dövlət sərhədinin buraxılış
məntəqəsindən keçərkən pasportda
şəxsin Azərbaycan Respublikasının ərazisinə
daxil olması və Azərbaycan Respublikasının
ərazisini tərk etməsi barədə qeyd aparılır.
Bu barədə məlumat “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi vasitəsilə real vaxt rejimində “ASAN Viza”
sisteminə ötürülür.[38]
38.9. Bu Məcəllənin 16.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda elektron viza verilməsi
haqqında müraciət rədd edilir, verilmiş viza
ləğv edilir və şəxs ölkəyə
buraxılmır. Təkrar müraciətə imtinanı
doğuran səbəblər aradan qaldırıldıqdan sonra
baxılır.
38.10. Əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
yalnız Azərbaycan Respublikasının ərazisini tərk
etdikdən sonra yeni elektron vizanın alınması
üçün müraciət edə bilərlər.
38.11. Əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
(Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti uzadılmış və ya müvəqqəti
yaşamaq icazəsi almış şəxslər istisna
olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri
elektron viza əsasında Azərbaycan Respublikasının
ərazisini tərk etməlidirlər.[39]
FƏSİL
6
ƏCNƏBİLƏRİN VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA
MÜDDƏTİNİN UZADILMASI
Maddə 39. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılması haqqında qərar
39.1.
Bu Məcəllənin 40-cı maddəsində
müəyyən olunmuş hallarda əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti müvafiq icra hakimiyyəti orqanı
tərəfindən uzadıla bilər və bu barədə
müvafiq qərar qəbul edilir.
39.2.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması
barədə qərar əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasında müvəqqəti olma hüququ
verən rəsmi sənəddir.
39.3.
Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti uzadılmış əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
pasportlarını və ya digər sərhədkeçmə
sənədlərini və müvəqqəti olma
müddətinin uzadılması haqqında qərarı
təqdim edərək, dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçməklə, ölkəni tərk edə
bilərlər.
39.4.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması
barədə qərarın təsviri, spesifikasiyası və
nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 40. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadıldığı hallar
40.0.
Bu Məcəllənin 43-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla
əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddəti aşağıdakı
hallarda uzadılır:
40.0.1.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının
ərazisində təcili müalicə olunmasına
zərurət yarandıqda;
40.0.2.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
yaşayan yaxın qohumları ağır
xəstələndikdə və ya vəfat etdikdə;
40.0.3.
xidməti zərurətlə əlaqədar Azərbaycan
Respublikasına gəlmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
tərəfindən nəzərdə tutulmuş
işlərin başa çatdırılmadığına
dair həmin şəxsləri ölkəyə dəvət
etmiş təşkilat tərəfindən əsaslandırılmış
vəsatət verildikdə;
40.0.4.
Bu Məcəllənin 19.4-cü maddəsində
nəzərdə tutulmuş hallarda;
40.0.5. əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
atasının, anasının, ərinin (arvadının),
övladının, qardaşının, bacısının
Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti uzadıldıqda;[40]
Maddə 41. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılması üçün tələb
olunan sənədlər
41.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması
üçün aşağıdakı sənədləri
təqdim etməlidirlər:
41.1.1.
nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş ərizə-anket;
41.1.2.
pasportun və ya digər sərhədkeçmə
sənədinin surəti;
41.1.3.
doğum haqqında şəhadətnamə və ya ona
bərabər tutulan digər sənədin notariat qaydasında
təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına
çatmamış şəxslər üçün);
41.1.4.
bu Məcəllənin 40-cı maddəsində
nəzərdə tutulmuş müvəqqəti olma
müddətinin uzadılmasına əsas olan halların
mövcudluğunu təsdiq edən sənəd;
41.1.5.
3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
41.1.6.
qeydiyyata alınacağı yaşayış sahəsinin
sənədi (mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz
əmlakın dövlət reyestrindən
çıxarış, order, icarə (kirayə)
müqaviləsi və ya Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər
sənəd);
41.1.7.
əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə yaşayış sahəsi verən
şəxsin ərizəsi (əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
mülkiyyətində yaşayış sahəsinin olduğu
hallar istisna olmaqla);
41.1.8.
əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə yaşayış sahəsi verən
şəxsin şəxsiyyətini təsdiq edən
sənədinin surəti (əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
mülkiyyətində yaşayış sahəsinin olduğu
hallar istisna olmaqla);
41.1.9.
dövlət rüsumunun ödənilməsi barədə
sənəd.
41.2.
Dövlət rüsumunun ödənilməsi barədə
sənəd Azərbaycan Respublikasında müvəqqəti
olma müddətinin uzadılması barədə qərar
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
təqdim edildiyi zaman verilir.
41.3. Ələt azad
iqtisadi zonasına işgüzar və ya şəxsi
səfər məqsədilə gəlmiş
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddəti Ələt azad iqtisadi
zonasının səlahiyyətli qurumunun və ya inzibati
müəssisəsinin vəsatəti əsasında
uzadılır. Belə halda bu Məcəllənin
41.1.6-cı, 41.1.7-ci və 41.1.8-ci maddələrində
göstərilən sənədlərin təqdim edilməsi
tələb olunmur. Həmin şəxslərin
yaşayış yeri üzrə qeydiyyatı Ələt azad
iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati
müəssisəsinin təqdim etdiyi ünvan üzrə
aparılır.[41]
41.4.
Müvəqqəti olma müddətinin
uzadılması üçün
tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə
edilməsi mümkün olduqda, həmin
sənədlər müraciət
edəndən tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə
sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb
olunur və ya müraciət
edən tərəfindən təmin edilir.[42]
Qeyd: Bu Məcəllənin 41.1.2-ci, 41.1.6-cı və
41.1.8-ci maddələrində göstərilən
sənədlərin surətləri həmin
sənədlərin əsli ilə birgə təqdim edilir
və tutuşdurma aparıldıqdan sonra sənədlərin
əsli onları təqdim etmiş şəxsə
qaytarılır (bu Məcəllənin 41.4-cü maddəsinin
tələbləri nəzərə alınmaqla).[43]
Maddə 42. Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması
qaydası
42.1.
Azərbaycan Respublikasına gələn əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin ölkədə müvəqqəti olma
müddəti onların və ya qanuni
nümayəndələrinin müraciəti əsasında bu
Məcəllənin 40-cı maddəsində
nəzərdə tutulan hallarda 60 günədək uzadıla
bilər.
42.2.
18 yaşına çatmamış əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti valideyninin və ya digər qanuni
nümayəndəsinin müraciəti əsasında
uzadılır.
42.3.
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılması barədə
ərizə-anket və tələb olunan digər
sənədlər elektron müraciət formasında təqdim
edilə bilər.
42.4.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin bitməsinə azı
3 iş günü qalmış (tranzit keçidi zamanı
məcburi dayanma halları istisna olmaqla) müvəqqəti
olma müddətinin uzadılması üçün
müvafiq icra hakimiyyəti orqanına müraciət
edərək tələb olunan sənədləri təqdim
etməlidirlər.
42.5.
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılmasına dair əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin müraciətlərinə
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən ödədiyi
dövlət rüsumunun məbləğinə müvafiq
olaraq həmin qanunda nəzərdə tutulmuş
müddətdə baxılır və
müvafiq qərar qəbul edilir.[44]
42.6.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması
məsələsi həll edilərkən, müvafiq icra
hakimiyyəti orqanı hər bir konkret halda onların
Azərbaycan Respublikasında qalma səbəblərini
araşdırır, bu Məcəllənin 43-cü maddəsində
nəzərdə tutulmuş hallarda müddətin
uzadılmasından imtina edir və müraciət etmiş
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
imtina barədə yazılı məlumat verir və ya
müvəqqəti olma müddətinin uzadılması
ilə bağlı müraciəti müsbət həll
edilmiş əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılması barədə qərar
təqdim edir.
42.7.
Müvəqqəti olma müddətinin uzadılmasından
imtina edilmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətləri bitənədək ölkə
ərazisini tərk etməlidirlər. Müvəqqəti olma
müddətinin uzadılması barədə
müraciətə baxılanadək əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddəti bitdiyi halda, onlar imtina
barədə qərarı aldıqları vaxtdan 48 saat
ərzində ölkə ərazisini tərk
etməlidirlər.
42.8.
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılması ilə bağlı müvafiq
məlumatların toplanması, müvəqqəti olma
müddətinin uzadılması barədə qərarın
fərdi olaraq doldurulması, verilməsi, habelə
Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti uzadılmış və ya müvəqqəti
olma müddətinin uzadılmasından imtina edilmiş
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin uçotunun aparılması Vahid
Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata
keçirilir.
42.9.
Xarici ölkələrin Azərbaycan Respublikasında
fəaliyyət göstərən diplomatik
nümayəndəlik və konsulluqlarının, habelə
beynəlxalq təşkilatların nümayəndəliklərinin
əməkdaşları, inzibati-texniki xidmət
heyətinə daxil olan şəxslər və onların
ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına
xüsusi diplomatik missiya və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda xüsusi missiya ilə səfər edən
əcnəbilər üçün ölkədə
müvəqqəti olma müddətlərinin uzadılması
bu Məcəlləyə uyğun olaraq, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi
qaydasında həyata keçirilir.
Maddə 43. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılmadığı hallar
43.1.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddəti aşağıdakı
hallarda uzadılmır, əvvəl verilmiş
müvəqqəti olma müddətinin uzadılması
haqqında qərar isə ləğv edilir:
43.1.1.
onların Azərbaycan Respublikasında müvəqqəti
olması Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə zərər vura biləcəyi
hallarda;
43.1.2.
onların Azərbaycan Respublikasında müvəqqəti
olması ictimai asayişə zərər vura biləcəyi
hallarda;
43.1.3.
onlar Azərbaycan Respublikasında müvəqqəti olma
müddətini uzatmaq məqsədi ilə saxta
sənədlər və ya yalan məlumatlar təqdim
etdikdə;
43.1.4.
onların şəxsiyyətini təsdiq edən
sənədləri olmadıqda;
43.1.5.
onların Azərbaycan Respublikasının ərazisinə
girişinə qadağa qoyulduqda;
43.1.6.
onların Azərbaycan Respublikasının ərazisində
müvəqqəti olma müddətini uzatmaq üçün
əsas olmuş hal aradan qalxdıqda;
43.1.7.
onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab
edildikdə.
43.2.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin pasportlarının və ya digər
sərhədkeçmə sənədlərinin
etibarlılıq müddətlərinin bitməsinə 1 aydan
az vaxt qaldıqda, onların ölkədə
müvəqqəti olma müddəti uzadılmır.
FƏSİL
7
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ
MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN
İCAZƏ
Maddə 44. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün verilən
icazə və bunu təsdiq edən sənəd
44.1.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq istəyən
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər bunun üçün müvafiq
icazə almalıdırlar.
44.2.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir.
44.3.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə
verildikdə, həmin şəxslərə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə vəsiqəsi təqdim
edilir.
44.4.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə
vəsiqəsi əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə və
etibarlılıq müddətində Azərbaycan
Respublikasından getmək və viza almadan Azərbaycan
Respublikasına qayıtmaq hüququ verən, habelə
həmin şəxslərin ölkə ərazisində
şəxsiyyətini və yaşayış yeri üzrə
qeydiyyata alındığını təsdiq edən
sənəddir.
44.5.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin şəxsiyyətini təsdiq
edən sənədlərdəki məlumatlar
dəyişdikdə və ya icazə vəsiqəsi
itirildikdə, onlar bu barədə 10 iş günü
müddətində müvafiq icra hakimiyyəti orqanına
məlumat verməli və icazə vəsiqəsinin yenidən
rəsmiləşdirilməsi və ya ləğv edilməsi
üçün ərizə təqdim etməlidirlər.
44.6.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə
vəsiqəsinin təsviri, spesifikasiyası və
nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 45. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar[45]
45.1.
Bu Məcəllənin 50-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
aşağıdakı hallarda Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə verilir (müddəti uzadılır): [46]
45.1.1.
Azərbaycan Respublikasının vətəndaşı
ilə yaxın qohumluq münasibətlərində olduqda;
45.1.2. bu Məcəllənin
45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;[47]
45.1.3.
Azərbaycan Respublikasının ərazisində azı 100.000
manat dəyərində daşınmaz əmlakı və
ya Azərbaycan Respublikasının banklarında həmin
məbləğdə pul vəsaiti olduqda;[48]
45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət
göstərən banklara müddətli əmanət
müqaviləsi əsasında azı 100.000 manat
məbləğində pul vəsaiti qoyduqda;[49]
45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;[50]
45.1.4.
iqtisadiyyat, sənaye, hərbi,
elm, mədəniyyət, idman və digər sahələr
üzrə yüksək səviyyəli mütəxəssis
olduqda;[51]
45.1.4-1. bu Məcəllənin 64.0.8-1-ci
maddəsində nəzərdə tutulmuş
mütəxəssis olduqda;[52]
45.1.5.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və ya daimi yaşayan əcnəbi və
ya vətəndaşlığı olmayan şəxslərin
ailə üzvləri olduqda;
45.1.6.
xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı
filial və nümayəndəliyinin rəhbəri və onun
müavini vəzifəsini tutduqda;
45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini
tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda;[53]
45.1.7.
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti
ilə məşğul olduqda;
45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci,
64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu
maddələrində nəzərdə tutulan hallarda;[54]
45.1.8.
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün bu Məcəllə
ilə müəyyən edilmiş qaydada iş icazəsi
aldıqda;
45.1.9.
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili
müəssisələrində əyani formada, habelə peşə təhsili və
ümumi təhsil
müəssisələrində təhsil aldıqda; [55]
45.1.10.
dövlət qeydiyyatına alınmış dini qurumlarda
peşəkar dini fəaliyyətlə məşğul
olduqda;
45.1.10-1. insan alverindən zərər
çəkmiş şəxs hesab olunduqda;
45.1.10-2. cinayət təqibi orqanlarına yardım
göstərdikdə;[56]
45.1.11.
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrində nəzərdə tutulmuş
əsaslar olduqda.
45.2. Azərbaycan Respublikasında fəaliyyət
göstərən banka müddətli əmanət
müqaviləsi əsasında pul vəsaiti qoymaqla
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə
almış şəxslərin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən 3 iş günü
müddətində aidiyyəti banka göndərilir. Həmin
siyahıda göstərilmiş şəxslərin
müddətli əmanətinin məbləği azaldılaraq
100.000 manatdan aşağı düşdükdə və ya
əmanət müqaviləsinə xitam verildikdə bank bu
barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş
günü müddətində məlumat təqdim edir.[57]
45.3. Dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit
Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya
qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu
barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.[58]
QEYD:
1.
Bu Məcəllənin 45.1.7-ci
və 52.1.11-ci
maddələrində göstərilən hal o vaxt Azərbaycan
Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi
yaşamaq üçün icazənin verilməsinə
əsas hesab olunur ki, həmin şəxslər azı 5
nəfər ilə tam iş vaxtı şəraitində
və ya 10 nəfər ilə natamam iş vaxtı
şəraitində əmək müqaviləsi bağlamaqla
faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə
işçilərin ən azı 80 faizinin Azərbaycan
Respublikası vətəndaşı olması və ya bu Məcəllənin 64.0.1-ci,
64.0.14-cü, 64.0.15-ci, 64.0.15-1-ci və 64.0.16-cı maddələrində nəzərdə
tutulan şəxslər olması
tələb olunur.[59]
2. Bu Məcəllənin 45.1.6-1-ci və ya 45.1.7-ci
maddələrində nəzərdə tutulmuş hallar
əsasında azı 1 il Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamış
əcnəbiyə və vətəndaşlığı
olmayan şəxsə münasibətdə həmin hallar o
vaxt müvəqqəti yaşamaq icazəsinin verilməsi
(müddətinin uzadılması) üçün əsas
hesab edilir ki, onların dövriyyəsi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi
həcmdə olsun. [60]
3. Bu Məcəllənin 45.1.6-1-ci maddəsində
nəzərdə tutulan nizamnamə kapitalı ilə
bağlı, həmçinin bu Qeydin 1-ci və 2-ci
bəndlərində nəzərdə tutulan
tələblər investisiya təşviqi sənədinə
və ya “Startap” şəhadətnaməsinə malik olan,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinə, habelə
qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye
parkının, sənaye məhəlləsinin və
aqroparkın rezidentlərinə şamil olunmur.
Maddə 46. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün tələb olunan
sənədlər
46.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq icazəsinin
alınması (müddətinin uzadılması)
üçün aşağıdakı sənədləri
təqdim etməlidirlər:
46.1.1.
nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş ərizə-anket;
46.1.2.
pasportun və ya digər sərhədkeçmə
sənədinin surəti (pasportun və ya digər
sənədin etibarlılıq müddəti verilməsi
nəzərdə tutulan müvəqqəti yaşama
icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay
artıq olmalıdır);
46.1.3.
doğum haqqında şəhadətnamənin və ya ona
bərabər tutulan digər sənədin notariat qaydasında
təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına
çatmayan şəxslər üçün);
46.1.4.
müvəqqəti yaşamaq üçün icazənin
verilməsinə əsas olan halların mövcudluğunu
notariat qaydasında və ya ona bərabər tutulan qaydada
təsdiq edən sənəd;
46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci
maddələrində göstərilən əsaslarla
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
müvəqqəti yaşamaq üçün icazənin
verilməsi ilə bağlı həmin maddələrdə
nəzərdə tutulmuş ailə üzvünün və
ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş
razılıq ərizəsi;[61]
46.1.5.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən təhlükəli yoluxucu
xəstəliklərin siyahısında nəzərdə
tutulmuş xəstəlik virusu daşıyıcısı
olmaması haqqında arayış;
46.1.6.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti olma və ya müvəqqəti yaşama
hüququ verən sənədin surəti;
46.1.7.
iqtisadiyyat, sənaye, hərbi,
elm, mədəniyyət, idman və digər sahələr
üzrə yüksək səviyyəli mütəxəssis
olan əcnəbiləri və
vətəndaşlığı olmayan şəxsləri
Azərbaycan Respublikasına dəvət edən idarə,
müəssisə və təşkilatın
əsaslandırılmış vəsatəti;[62]
46.1.8.
3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
46.1.9.
qeydiyyata alınacağı yaşayış sahəsinin
sənədi (mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz
əmlakın dövlət reyestrindən
çıxarış, order, icarə (kirayə)
müqaviləsi və ya Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər
sənəd);
46.1.10.
əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə yaşayış sahəsi verən
şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin mülkiyyətində yaşayış
sahəsinin olduğu hallar istisna olmaqla);
46.1.11.
əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə yaşayış sahəsi verən
şəxsin şəxsiyyətini təsdiq edən
sənədinin surəti (əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
mülkiyyətində yaşayış sahəsinin olduğu
hallar istisna olmaqla);
46.1.12.
dövlət rüsumunun ödənilməsi barədə
sənəd.
46.2.
Dövlət rüsumunun ödənilməsi barədə
sənəd Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə
vəsiqəsi əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
təqdim edildiyi zaman verilir. Bu Məcəllənin
47.5-ci maddəsində nəzərdə tutulan müddətin
sonuncu günündən 30 gün ərzində dövlət
rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti
orqanı müvəqqəti yaşama icazəsini ləğv
edir.[63]
46.2-1. Bu Məcəllənin 45.1.10-1-ci və
45.1.10-2-ci maddələrində nəzərdə tutulmuş
əsaslarla müvəqqəti yaşama icazəsinin
verilməsinə görə dövlət rüsumunun
ödənilməsi tələb olunmur.[64]
46.3.
Müvəqqəti yaşamaq icazəsinin alınması
üçün müraciət etmiş şəxsdən (15
yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya
tələblərinə uyğun olaraq əl-barmaq izləri
götürülür.
46.4. Bu Məcəllənin 54.11-1-ci
maddəsində nəzərdə tutulan müraciətə bu
Məcəllənin 46.1.1-ci maddəsində
göstərilən ərizə-anket əlavə olunmaqla daimi
yaşama icazəsinin alınması (müddətinin
uzadılması) üçün təqdim edilmiş
sənədlər əsasında baxılır. Belə
müraciətə baxılan zaman müvafiq icra hakimiyyəti
orqanından yenidən rəy alınması tələb
olunmur.[65]
46.5. Bu Məcəllənin 20.3-cü maddəsində
nəzərdə tutulan müraciətlər zamanı
şəxsdən Azərbaycan Respublikasının
ərazisində müvəqqəti olma və ya
müvəqqəti yaşama hüququ verən sənədin
surəti tələb edilmir.
46.6. İnsan alverindən zərər
çəkmiş hesab edilən və ya cinayət təqibi
orqanlarına yardım göstərən
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq
üçün icazə cinayət təqibi orqanının
vəsatəti əsasında verilir. Bu halda
Məcəllənin 46.1.4-cü, 46.1.6-cı, 46.1.9-cu, 46.1.10-cu
və 46.1.11-ci maddələrində göstərilən
sənədlərin təqdim edilməsi tələb olunmur.
Həmin şəxslərin yaşayış yeri üzrə
qeydiyyatı cinayət təqibi orqanının
yerləşdiyi ünvan üzrə aparılır.[66]
46.7. Bu
Məcəllənin 64.0.18-ci maddəsində
göstərilən şəxslər və onların ailə
üzvlərinə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq
üçün icazə Ələt azad iqtisadi
zonasının səlahiyyətli qurumunun və ya inzibati
müəssisəsinin vəsatəti əsasında verilir.
Belə halda bu Məcəllənin 46.1.9-cu, 46.1.10-cu və
46.1.11-ci maddələrində göstərilən
sənədlərin təqdim edilməsi tələb olunmur.
Həmin şəxslərin yaşayış yeri üzrə
qeydiyyatı Ələt azad iqtisadi zonasının
səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin
təqdim etdiyi ünvan üzrə aparılır.[67]
46.7-1. Bu Məcəllənin 45-ci
maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində nəzərdə
tutulan müraciət hallarında bu Məcəllənin 46.1-ci
maddəsində göstərilən sənədlərlə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi
bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.[68]
46.8.
Müvəqqəti yaşamaq
icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün
tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə
edilməsi mümkün olduqda, həmin
sənədlər müraciət
edəndən tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət
İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə
sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb
olunur və ya müraciət
edən tərəfindən təmin edilir.[69]
Qeyd: Bu Məcəllənin 46.1.2-ci, 46.1.9-cu və 46.1.11-ci
maddələrində göstərilən sənədlərin
surətləri həmin sənədlərin əsli ilə
birgə təqdim edilir və tutuşdurma aparıldıqdan
sonra sənədlərin əsli onları təqdim etmiş
şəxsə qaytarılır (bu Məcəllənin 46.8-ci
maddəsinin tələbləri nəzərə alınmaqla).[70]
Maddə 47. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilməsi (müddətinin uzadılması) qaydası
47.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq
üçün icazə verilməsinə əsas olan hallar
mövcud olduqda, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti olma və ya
müvəqqəti yaşama müddətinin bitməsinə
azı 30 gün qalmış bu barədə icazə
alınması üçün müvafiq icra hakimiyyəti
orqanına müraciət etməlidirlər.
47.2.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq icazəsini almaq
üçün şəxsən və ya qanuni
nümayəndələri vasitəsi ilə müraciət
edirlər.
47.3.
18 yaşına çatmamış uşağın
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazəsi
valideyninin və ya digər qanuni nümayəndəsinin
müraciəti əsasında alınır.
47.4.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilməsi barədə ərizə-anket və tələb
olunan digər sənədlər elektron müraciət
formasında təqdim edilə bilər.
47.5.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq
üçün icazə verilməsi ilə bağlı
müraciətlərinə müvafiq icra hakimiyyəti
orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən ödədiyi
dövlət rüsumunun məbləğinə müvafiq
olaraq həmin qanunda nəzərdə tutulmuş
müddətdə baxılır.[71]
47.6.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə verilməsi ilə
bağlı müraciət etmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
haqqında 10 iş günü ərzində rəy verir.
47.7.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10
iş günü ərzində müvafiq rəy
bildirilmədikdə, bu, əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
47.8.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
müddətinin uzadılması icazənin verilməsi
üçün müəyyən edilmiş qaydada həyata
keçirilir.
47.9.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
müddəti bitənədək müvafiq icra hakimiyyəti
orqanı tərəfindən icazənin müddəti
uzadılmamışdırsa və ya belə uzadılma
üçün ərizə qəbul edilməmişdirsə,
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisini tərk etməlidirlər.
47.10.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə
verilməsi ilə bağlı müvafiq məlumatların
toplanması və rəylərin alınması,
müvəqqəti yaşamaq üçün icazə
vəsiqəsinin fərdi olaraq doldurulması və
verilməsi, habelə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq
üçün icazə verilməsi ilə əlaqədar
müraciət etmiş, Azərbaycan Respublikasında
müvəqqəti yaşamaq üçün icazə
almış və ya belə icazənin verilməsindən
imtina edilmiş, o cümlədən Azərbaycan
Respublikasında müvəqqəti yaşamaq üçün
icazəsi ləğv edilmiş əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi
vasitəsi ilə həyata keçirilir.
Maddə 48. Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq
üçün icazənin verilməsindən
(müddətinin uzadılmasından) imtina edilməsi
48.1.
Bu Məcəllənin 50-ci maddəsində nəzərdə
tutulmuş hallarda əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilməsindən (müddətinin uzadılmasından) imtina
edilir.
48.2.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilməsindən (müddətinin uzadılmasından) imtina
edilməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən əsaslandırılmalı və bu
barədə onlara yazılı məlumat verilməlidir.
48.3.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilməsindən (müddətinin uzadılmasından) imtina
edildikdə, təkrar müraciətə həmin imtinaya
əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır.
48.4.
Bu Məcəllənin 48.3-cü maddəsində
göstərilən şəxslər ölkədə qanuni
əsaslarla qaldıqları və ya yaşadıqları
müddət ərzində müvafiq icra hakimiyyəti
orqanına təkrar müraciət edərlərsə,
yalnız müvəqqəti yaşamaq üçün
icazənin verilməsindən (müddətinin uzadılmasından)
imtina edilməsinə əsas olan halın aradan
qalxdığını təsdiq edən sənədi
təqdim edirlər.
Maddə 49. Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq
üçün icazənin müddəti
49.1.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə, bu
Məcəllənin 45.1.2-ci
maddəsində nəzərdə tutulan hal istisna olmaqla,
ərizəçinin müraciətində
göstərilən, lakin 1 ildən artıq olmayan
müddətə verilir və müvafiq əsas olduqda, hər
dəfə 2 ildən çox olmayan müddətə
uzadıla bilər.[72]
49.2.
Bu Məcəllənin 45.1.2-ci
maddəsində göstərilən əcnəbilərə
və vətəndaşlığı olmayan
şəxslərə Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq
üçün icazə ərizəçinin
müraciətində göstərilən, lakin 3 ildən
artıq olmayan müddətə verilir və müvafiq
əsas olduqda, hər dəfə 3 ildən çox olmayan
müddətə uzadıla bilər.
49.2-1. Bu Məcəllənin 45.1.5-ci maddəsində
göstərilən əsasa görə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün müraciət etmiş
şəxsə icazə vəsiqəsi verilərkən onun
həmin müraciət üzrə əlaqəli olan ailə
üzvünə verilmiş icazə vəsiqəsinin
etibarlılıq müddəti nəzərə alınır.[73]
49.3.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
müddəti uzadıldıqda, vəsiqə yenisi ilə
əvəz edilir.
Maddə 50. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilmədiyi (müddətinin uzadılmadığı) hallar[74]
50.1.
Aşağıdakı hallarda əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə verilmir
(müddəti uzadılmır), əvvəl verilmiş
icazə isə ləğv edilir:
50.1.1.
Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə və ya ictimai asayişə
zərər vurula biləcəyi hallarda;
50.1.2.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq
üçün icazə almaq məqsədi ilə saxta
sənədlər və ya yalan məlumatlar təqdim
etdikdə;
50.1.3.
şəxsiyyətini təsdiq edən sənədləri
olmadıqda və ya bu Məcəllənin 46-cı
maddəsində nəzərdə tutulan
sənədlərdən biri və ya bir neçəsi
təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi
nəzərə alınmaqla); [75]
50.1.4.
pasportunun və ya digər sərhədkeçmə
sənədinin etibarlılıq müddətinin
bitməsinə 3 aydan az vaxt qaldıqda;
50.1.5.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən təhlükəli yoluxucu
xəstəliklərin siyahısında nəzərdə
tutulmuş xəstəlik virusu daşıyıcısı
olduqda (Azərbaycan Respublikasının
vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
50.1.6.
əvvəllər Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılmaqla, həmin
şəxslərin ölkəyə girişinə
məhdudiyyət qoyulduqda;
50.1.7.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamağa icazə alınması
üçün əsas olmuş hal aradan qalxdıqda və
müvəqqəti yaşamağa icazə alınması
ilə bağlı bu Məcəllədə
nəzərdə tutulmuş digər əsaslar olmadıqda;
50.1.7-1. bu Məcəllənin 46.1.10-cu
maddəsində nəzərdə tutulan razılıq
ərizəsini vermiş şəxslər
tərəfindən əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyatdan çıxarılması
barədə müraciət olunduğu halda, 10 iş
günü ərzində qeydiyyata alınmaq üçün
başqa yaşayış sahəsinə dair
sənədlər təqdim etmədikdə;[76]
50.1.8.
180 gün ərzində 90 gündən çox Azərbaycan
Respublikasının ərazisindən kənarda olduqda;
50.1.9.
xarici dövlətdə daimi yaşamaq üçün
Azərbaycan Respublikasının ərazisini tərk
etdikdə;
50.1.10.
Azərbaycan Respublikasında olması arzuolunmaz hesab
edildikdə;
50.1.11.
barəsində Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılma barədə
qərar qəbul edildikdə;
50.1.12.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşadığı dövrdə
Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş
məqsədini pozduqda;
50.1.13. əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olması və yaşaması
qaydalarını pozduğuna görə barəsində
tətbiq edilmiş inzibati cəriməni
ödəmədikdə.[77]
50.2. Bu Məcəllənin 50.1.4-cü, 50.1.5-ci,
50.1.6-cı və 50.1.12-ci maddələri ilə
müəyyən edilmiş müvəqqəti yaşamaq
üçün icazə verilməsindən imtina halları
insan alverindən zərər çəkmiş hesab olunan
və ya cinayət təqibi orqanlarına yardım
göstərən əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
şamil edilmir.[78]
Maddə 51. İş icazəsi
51.1.
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq və haqqı
ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq istəyən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
müvəqqəti yaşamaq üçün icazə ilə
yanaşı, iş icazəsi almalıdırlar.
51.2.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər iş icazəsini onları işə
cəlb edən hüquqi şəxslər, hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslər və xarici
hüquqi şəxslərin filial və
nümayəndəlikləri vasitəsi ilə alırlar.
51.3.
İş icazəsi əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə
məşğul olmalarına icazə verən rəsmi
sənəddir.
51.4.
İş icazəsi bu Məcəllə ilə
müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir.
51.5.
İş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən əmək
miqrasiyası kvotası çərçivəsində (Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində əmək
fəaliyyətinə cəlb edilənlər istisna olmaqla)
həyata keçirilir.[79]
51.6.
Kvota yerli əmək ehtiyatlarından səmərəli
istifadə edilməsi və əmək miqrasiyası
proseslərinin tənzimlənməsi sahəsindəki
işlərin effektivliyinin artırılması məqsədi
ilə tətbiq edilir. Kvota daxili əmək bazarının
vəziyyəti, işçi qüvvəsinə
tələbat, iş yerinin tələblərinə cavab
verən peşə hazırlığına və ixtisasa
malik Azərbaycan Respublikası vətəndaşının
iddia etmədiyi boş iş yerlərinin mövcudluğu,
məşğulluq xidməti orqanlarının işəgötürənlərin
işçi qüvvəsinə olan ehtiyaclarını yerli
əmək ehtiyatları hesabına təmin etmək
imkanı, habelə yüksək ixtisaslı əcnəbi
mütəxəssislərin cəlb edilməsi zəruriliyi
nəzərə alınmaqla müəyyən edilir.
51.7.
Əmək miqrasiyası kvotasının müəyyən
edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
51.8.
İş icazəsi blankının ciddi hesabat sənədi
kimi qeydiyyat seriyası və nömrəsi, habelə
qiymətli kağızların səviyyəsində qoruyucu
nişanları olmalıdır. İş icazəsinin
təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
FƏSİL
8
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ
DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ
Maddə 52. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün verilən icazə və bunu
təsdiq edən sənəd
52.1. Bu Məcəllənin 45.1.1-45.1.7-ci
maddələrində nəzərdə tutulmuş əsaslarla
müvafiq icazə əsasında son 2 il ərzində
fasiləsiz olaraq Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşayan
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
(bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində
nəzərdə tutulmuş əsaslarla Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə almış
əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
ailə üzvü olduğuna görə müvəqqəti
yaşamaq üçün icazə almış
şəxslər və bu Məcəllənin 55-ci
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla) aşağıdakı hallarda Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq
üçün icazə verilir: [80]
52.1.1. atası, anası, əri (arvadı),
övladı, bacısı və ya qardaşı Azərbaycan
Respublikasının vətəndaşı olduqda;
52.1.2. bu Məcəllənin 52.1.3-52.1.5-ci
maddələrində nəzərdə tutulmuş hallar da
nəzərə alınmaqla, ölkə iqtisadiyyatına
qoyduğu investisiya məbləğinin cəmi azı 500.000
manat olduqda;
52.1.3. Azərbaycan Respublikasının
ərazisində azı 200.000 manat dəyərində
daşınmaz əmlakı olduqda;
52.1.4. Azərbaycan Respublikasında fəaliyyət
göstərən banklarda müddətli əmanət
müqaviləsi əsasında azı 200.000 manat
məbləğində pul vəsaiti olduqda;
52.1.5. nominal dəyəri azı 200.000 manat olan
dövlət qiymətli kağızlarına və ya eyni
həcmdə paylarının (səhmlərinin) 51 və daha
artıq faizi dövlətə məxsus olan hüquqi
şəxslərin investisiya qiymətli kağızlarına
malik olduqda;
52.1.6. iqtisadiyyat, sənaye, hərbi, elm,
mədəniyyət, idman və digər sahələr
üzrə yüksək səviyyəli mütəxəssis
olduqda;
52.1.7. bu Məcəllənin 64.0.8-1-ci maddəsində
nəzərdə tutulmuş mütəxəssis olduqda;
52.1.8. Azərbaycan Respublikasının
ərazisində daimi yaşayan əcnəbi və ya
vətəndaşlığı olmayan şəxsin ailə
üzvü olduqda;
52.1.9. xarici hüquqi şəxsin Azərbaycan
Respublikasındakı filial və nümayəndəliyinin
rəhbəri və onun müavini vəzifəsini tutduqda;
52.1.10. Azərbaycan Respublikasında təsis
edilmiş, ödənilmiş nizamnamə kapitalı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya
təsisçilərdən ən azı biri xarici hüquqi
və ya fiziki şəxs olan hüquqi şəxsin
rəhbəri vəzifəsini tutduqda və ya həmin
hüquqi şəxsin paylarının (səhmlərinin)
azı 51 faizinə sahib olduqda, bu şərtlə ki,
rəhbəri və ya təsisçisi olduğu hüquqi
şəxsin dövriyyəsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi həcmdə olsun;
52.1.11. Azərbaycan Respublikasında sahibkarlıq
fəaliyyəti ilə məşğul olduqda, o
şərtlə ki, dövriyyəsi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi
həcmdə olsun.
52.2.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilir.
52.3.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə verildikdə, həmin
şəxslərə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq üçün icazə
vəsiqəsi təqdim edilir.
52.4.
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə vəsiqəsi
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə və etibarlılıq
müddətində Azərbaycan Respublikasından getmək
və viza almadan Azərbaycan Respublikasına qayıtmaq
hüququ verən, habelə həmin şəxslərin
ölkə ərazisində şəxsiyyətini və
yaşayış yeri üzrə qeydiyyata alındığını
təsdiq edən sənəddir.
52.5.
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə vəsiqəsinin
təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Qeyd:
1. Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşama müddəti o halda fasiləsiz
hesab edilir ki, şəxs 180 gün ərzində 90
gündən çox müddətdə Azərbaycan
Respublikasının ərazisindən kənarda olmasın.[81]
2. Azərbaycan Respublikasında fəaliyyət
göstərən banklarda müddətli əmanət
müqaviləsi əsasında azı 200.000 manat
məbləğində pul vəsaiti olmaqla Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq
üçün icazə almış şəxslərin
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən 3 iş günü müddətində
aidiyyəti banka göndərilir. Həmin siyahıda
göstərilmiş şəxslərin müddətli
əmanətinin məbləği azaldılaraq 200.000 manatdan
aşağı düşdükdə və ya əmanət
müqaviləsinə xitam verildikdə bank bu barədə
müvafiq icra hakimiyyəti orqanına 3 iş günü
müddətində məlumat təqdim edir.
3. Dövlət qiymətli kağızlarına və
ya paylarının (səhmlərinin) 51 və daha artıq
faizi dövlətə məxsus olan hüquqi
şəxslərin investisiya qiymətli kağızlarına
malik olmaqla Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq üçün icazə almış
şəxslərin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən 3 iş günü
müddətində Milli Depozit Mərkəzinə
göndərilir. Həmin siyahıda göstərilmiş
şəxslərin mülkiyyətində olan investisiya
qiymətli kağızlarının, o cümlədən
dövlət qiymətli kağızlarının ümumi
nominal dəyəri 200.000 manatdan aşağı
düşdükdə və ya həmin qiymətli
kağızlar özgəninkiləşdirildikdə Milli
Depozit Mərkəzi bu barədə müvafiq icra
hakimiyyəti orqanına 3 iş günü
müddətində məlumat təqdim edir.
4. Bu Məcəllənin 52.1.9-52.1.11-ci
maddələrində göstərilən hallar o vaxt
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazənin verilməsinə
əsas hesab olunur ki, həmin şəxslər bu
Məcəllənin müvafiq olaraq 45.1.6-45.1.7-ci
maddələrində nəzərdə tutulan əsaslar
üzrə müvafiq icazə əsasında Azərbaycan
Respublikasının ərazisində son 2 il ərzində
yaşamış olsunlar.
5. Nizamnamə kapitalının miqdarı və
dövriyyə həcminə dair bu Məcəllənin
52.1.10-cu maddəsində nəzərdə tutulan
tələblər qeyri-kommersiya hüquqi şəxslərinə
şamil olunmur.
Maddə 53. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması)
üçün tələb olunan sənədlər
53.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq icazəsinin alınması
(müddətinin uzadılması) üçün
aşağıdakı sənədləri təqdim
etməlidirlər:
53.1.1.
nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş ərizə-anket;
53.1.2.
pasportun və ya digər sərhədkeçmə
sənədinin surəti;
53.1.3.
doğum haqqında şəhadətnamə və ya ona
bərabər tutulan digər sənədin notariat qaydasında
təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına
çatmamış şəxslər üçün);
53.1.4.
ailə tərkibi haqqında (ailə üzvlərinin adı,
soyadı, təvəllüdü, məşğuliyyəti,
yaşadığı və ya olduğu yer göstərilməklə)
arayış;[82]
53.1.5.
nikah haqqında şəhadətnamənin notariat qaydasında
təsdiq olunmuş surəti;
53.1.6.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən təhlükəli yoluxucu
xəstəliklərin siyahısında nəzərdə
tutulmuş xəstəlik virusu daşıyıcısı
olmaması haqqında arayış;
53.1.7.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin və onlarla gələn ailə
üzvlərinin minimal tələbatını
ödəyə bilən vəsaiti olması barədə
sənəd (yaxın qohumu olan Azərbaycan
Respublikasının vətəndaşı və ya
Azərbaycan Respublikasında daimi yaşamaq üçün
icazə almış şəxs ölkədə
qaldıqları vaxtda onların təminatını öz
üzərinə götürdüyü hallar istisna olmaqla);
53.1.8.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin peşə ixtisası olduğu
təqdirdə, bunu təsdiq edən sənədlərin
notariat qaydasında təsdiq olunmuş surətləri;
53.1.9.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazə vəsiqəsinin
surəti;
53.1.10. bu Məcəllənin 52.1-ci
maddəsində nəzərdə tutulmuş əsaslardan birini təsdiq edən
sənədin notariat qaydasında və ya ona bərabər tutulan
qaydada təsdiq olunmuş surəti;[83]
53.1.10-1. bu Məcəllənin 52.1.1-ci
və 52.1.8-ci maddələrində göstərilən əsaslarla
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə
nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq
edilmiş razılıq ərizəsi;[84]
53.1.11.
3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
53.1.12.
14-18 yaşında olan uşaqların notariat qaydasında
təsdiq edilmiş razılığı;
53.1.13.
qeydiyyata alınacağı yaşayış sahəsinin
sənədi (mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz
əmlakın dövlət reyestrindən
çıxarış, order, icarə (kirayə)
müqaviləsi və ya Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər
sənəd);
53.1.14.
əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə yaşayış sahəsi verən
şəxsin ərizəsi (əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
mülkiyyətində yaşayış sahəsinin olduğu
hallar istisna olmaqla);
53.1.15.
əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə yaşayış sahəsi verən
şəxsin şəxsiyyətini təsdiq edən
sənədin surəti (əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
mülkiyyətində yaşayış sahəsinin olduğu
hallar istisna olmaqla);
53.1.16.
dövlət rüsumunun ödənilməsi barədə
sənəd.
53.2.
Dövlət rüsumunun ödənilməsi barədə
sənəd Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq üçün icazə vəsiqəsi
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
təqdim edildiyi zaman verilir. Bu Məcəllənin
54.9-cu maddəsində nəzərdə tutulan müddətin
sonuncu günündən 30 gün ərzində dövlət
rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti
orqanı daimi yaşama icazəsini ləğv edir.[85]
53.2-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında ən azı 200.000 manat məbləğində pul vəsaiti qoymuş, yaxud nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan və ya bu
Məcəllənin 52.1.2-ci maddəsində göstərilən hallar da nəzərə
alınmaqla, Azərbaycan Respublikasının iqtisadiyyatına yatırdığı investisiya məbləğinin cəmi azı 500.000 manat olan şəxslərdən bu
Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə
tutulan sənəd tələb olunmur.[86]
53.2-2. Bu Məcəllənin 52.1.10-cu
və 52.1.11-ci maddələrində nəzərdə tutulan
əsaslar üzrə müraciət hallarında bu Məcəllənin 53.1-ci maddəsində göstərilən sənədlərlə
yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim
etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd təqdim edilir.[87]
53.3.
Daimi yaşama icazəsinin alınması üçün
müraciət etmiş şəxsdən (15
yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya
tələblərinə uyğun olaraq əl-barmaq izləri
götürülür.
53.4.
Daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün
tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə
edilməsi mümkün olduqda, həmin
sənədlər müraciət
edəndən tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət
İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə
sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb
olunur və ya müraciət
edən tərəfindən təmin edilir.[88]
Qeyd: Bu Məcəllənin 53.1.2-ci, 53.1.13-cü və
53.1.15-ci maddələrində göstərilən
sənədlərin surətləri həmin
sənədlərin əsli ilə birgə təqdim edilir
və tutuşdurma aparıldıqdan sonra sənədlərin
əsli onları təqdim etmiş şəxsə
qaytarılır (bu Məcəllənin 53.4-cü maddəsinin
tələbləri nəzərə alınmaqla).[89]
Maddə 54. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazənin verilməsi (müddətinin
uzadılması) qaydası
54.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, Azərbaycan Respublikasında daimi
yaşamaq üçün icazə verilməsinə əsas
olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşama icazəsinin
müddətinin bitməsinə ən azı 3 ay qalmış
bu barədə icazə alınması üçün
müvafiq icra hakimiyyəti orqanına müraciət
etməlidirlər.
54.2.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında daimi
yaşamaq üçün şəxsən və ya qanuni
nümayəndələri vasitəsi ilə müraciət
edirlər.
54.3.
14 yaşına çatmamış uşağın
Azərbaycan Respublikasında daimi yaşamaq üçün
icazəsi valideyninin və ya digər qanuni
nümayəndəsinin müraciəti əsasında, 14-18
yaşı olan uşağın isə razılığı
alınmaqla, valideyninin və ya digər qanuni
nümayəndəsinin müraciəti əsasında
alınır.
54.4.
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazənin verilməsi
barədə ərizə-anket və tələb olunan
digər sənədlər elektron müraciət formasında
təqdim edilə bilər.
54.5.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında daimi
yaşamaq üçün icazə verilməsi ilə
bağlı müraciətlərinə baxılarkən,
onların Azərbaycan Respublikasının qanunları ilə
nəzərdə tutulmuş hüquq və
vəzifələri, habelə dövlət dili ilə bağlı
biliyi müvafiq icra hakimiyyəti orqanlarının
mütəxəssislərindən ibarət komissiya
tərəfindən yoxlanılır. Bu hal 18
yaşına çatmamış uşaqlara, yaşı
65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına
görə əlilliyi
müəyyən edilmiş (müvafiq təsdiqedici
sənəd təqdim edildiyi təqdirdə)
əcnəbilərə və ya
vətəndaşlığı olmayan şəxslərə
şamil edilmir.[90]
54.6.
Müvafiq icra hakimiyyəti orqanı müraciət etmiş
şəxslərin sənədlərini baxılması və
rəy bildirilməsi üçün müvafiq icra
hakimiyyəti orqanına göndərir.
54.7.
Müvafiq icra hakimiyyəti orqanı 1 ay müddətində
daxil olmuş sənədlərlə bağlı yoxlama
apardıqdan sonra sənədləri müvafiq icra
hakimiyyəti orqanına qaytarır. Müvafiq icra
hakimiyyəti orqanının 1 ay ərzində rəy
bildirməməsi daimi yaşamaq üçün icazənin
verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
54.8.
Müvafiq icra hakimiyyəti orqanı daimi yaşamaq
üçün icazənin verilməsi ilə bağlı
müvafiq icra hakimiyyəti orqanına və digər
aidiyyəti qurumlara müvafiq sorğular göndərir və
rəsmi arayışlar alır.
54.9.
Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq
üçün müraciət etmiş şəxsin
vəsatətinə “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən ödədiyi dövlət rüsumunun
məbləğinə müvafiq olaraq həmin qanunda
nəzərdə tutulmuş müddətdə
baxılmaqla, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müvafiq qərar qəbul edilir.[91]
54.10.
Həmin qərarda daimi yaşamaq üçün icazə
almaq istəyən şəxsin müraciətinin təmin
edilməsi və ya rədd edilməsi
əsaslandırılmalı və bu qərarın surəti
ona verilməlidir.
54.11.
Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasında daimi yaşamaq üçün
icazənin verilməsindən imtina edildikdə, imtina edildiyi
gündən etibarən bir ay müddətində imtinaya
səbəb olan hal aradan qalxdıqda, müvafiq icra
hakimiyyəti orqanına təkrar müraciət edilə
bilər. Bu halda yalnız imtina edilməsinə səbəb
olan halın aradan qalxdığını təsdiq edən
sənəd təqdim edilir.
54.11-1. Daimi yaşamaq üçün
icazənin verilməsindən (müddətinin
uzadılmasından) imtinaya səbəb olan hal aradan qalxmazsa
və bu hal müvəqqəti yaşamaq üçün
icazənin verilməsindən (müddətinin
uzadılmasından) imtina üçün əsas
deyildirsə, əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
ölkə ərazisində müvəqqəti yaşamaq
üçün icazənin alınması (müddətinin
uzadılması) ilə bağlı bu Məcəllənin
54.11-ci maddəsində nəzərdə tutulan
müddətdə müvafiq icra hakimiyyəti orqanına
müraciət edə bilərlər.[92]
54.12.
Azərbaycan Respublikasında daimi yaşamaq üçün
icazə 5 il müddətinə verilir. Bu müddətin
bitməsinə azı 3 ay qalmış əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin
müraciətinə əsasən daimi yaşamaq
üçün verilmiş icazə yenidən 5 il
müddətinə uzadıla bilər. Uzadılmaların sayı
məhdudlaşdırılmır. Bu zaman bu
Məcəllənin 53-cü maddəsində
nəzərdə tutulan sənədlər yenidən təqdim
olunur.
54.13.
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə verilməsi ilə
bağlı müvafiq məlumatların toplanması və
rəylərin alınması, daimi yaşamaq üçün
icazə vəsiqəsinin fərdi olaraq doldurulması və
verilməsi, habelə Azərbaycan Respublikasının
ərazisində daimi yaşamaq üçün icazə
verilməsi ilə əlaqədar müraciət etmiş,
Azərbaycan Respublikasında daimi yaşamaq üçün
icazə almış və ya belə icazənin verilməsindən
imtina edilmiş, o cümlədən Azərbaycan
Respublikasında daimi yaşamaq üçün icazəsi
ləğv edilmiş əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi
vasitəsi ilə həyata keçirilir.
Maddə 55. Əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazənin verilmədiyi (müddətinin
uzadılmadığı) hallar
55.0.
Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti
orqanı tərəfindən əcnəbiyə və
vətəndaşlığı olmayan şəxsə
Azərbaycan Respublikasında daimi yaşamaq üçün
icazə verilmir (müddəti uzadılmır), əvvəl
verilmiş icazə isə ləğv edilir:
55.0.1.
Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə və ya ictimai asayişə
zərər vurula biləcəyi hallarda;
55.0.2.
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən təhlükəli
yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda
(Azərbaycan Respublikasının vətəndaşı
ilə nikahda olanlar istisna olmaqla);
55.0.3.
şəxsiyyətini təsdiq edən sənədləri
olmadıqda və ya bu Məcəllənin 53-cü
maddəsində nəzərdə tutulan
sənədlərdən biri və ya bir neçəsi
təqdim edilmədikdə (bu Məcəllənin 53.4-cü maddəsi
nəzərə alınmaqla); [93]
55.0.4.
Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq
üçün saxta sənədlər təqdim edildikdə
və ya yalan məlumatlar verildikdə;
55.0.5.
qəsdən ağır və ya xüsusilə ağır
cinayət törətdiyinə görə məhkum olunduqda,
əgər məhkumluğu qanunla müəyyən edilmiş
qaydada ödənilməmişdirsə və ya
götürülməmişdirsə;
55.0.6.
özlərinin və onlarla gələn ailə
üzvlərinin minimal tələbatını
ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu
olan Azərbaycan Respublikasının vətəndaşı
və ya Azərbaycan Respublikasında daimi yaşamaq
üçün icazə almış şəxs
ölkədə qaldıqları vaxtda onların
təminatını öz üzərinə
götürdüyü hallar istisna olmaqla);
55.0.6-1. əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin (onunla
gələn ailə üzvlərinin) maddi təminatını
üzərinə götürmüş şəxs
tərəfindən belə təminatdan imtina etmə ilə
bağlı müraciət olunduğu halda, 10 iş
günü ərzində özünün və onunla
gələn ailə üzvlərinin minimal
tələbatının ödənilməsi barədə
başqa sənəd təqdim edə bilmədikdə;
55.0.6-2. bu Məcəllənin 53.1.14-cü
maddəsində nəzərdə tutulan razılıq
ərizəsini vermiş şəxslər
tərəfindən əcnəbi və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyatdan çıxarılması
barədə müraciət olunduğu halda, 10 iş
günü ərzində qeydiyyata alınmaq üçün
başqa yaşayış sahəsinə dair
sənədlər təqdim etmədikdə;[94]
55.0.7.
xarici dövlətdə daimi yaşamaq üçün
Azərbaycan Respublikasının ərazisini tərk
etdikdə;
55.0.8.
daimi yaşamaq üçün icazənin verildiyi
gündən hesablanmaqla
istənilən bir il ərzində
Azərbaycan Respublikasının ərazisindən kənarda
olduğu günlərin cəmi 180 gündən çox
olduqda (bu hal bu Məcəllənin
45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə
tutulmuş əsaslarla müvafiq icazə alan
şəxslərə şamil edilmir);[95]
55.0.9. Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin alınması üçün əsas olmuş hal aradan qalxdıqda və daimi yaşama icazəsinin alınması ilə bağlı bu Məcəllənin 52.1-ci
maddəsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda;[96]
55.0.10.
Azərbaycan Respublikasının ərazisində daimi
yaşayan əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasının qanunları ilə
nəzərdə tutulmuş hüquq və
vəzifələrini, habelə dövlət dilini
bilmədikdə;
55.0.11.
Azərbaycan Respublikasında olması arzuolunmaz hesab
edildikdə;
55.0.12.
barəsində Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılma barədə
qərar qəbul edildikdə;
55.0.13
Azərbaycan Respublikasının ərazisində daimi
yaşadığı dövrdə Azərbaycan
Respublikasına gəlişinin bəyan edilmiş
məqsədini pozduqda;
55.0.14. əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olması və yaşaması
qaydalarını pozduğuna görə barəsində
tətbiq edilmiş inzibati cəriməni
ödəmədikdə.[97]
Maddə 56. Azərbaycan Respublikasında daimi
yaşamaq üçün icazənin verilməsindən
(müddətinin uzadılmasından) imtina edilməsi və ya
daimi yaşamaq üçün icazənin ləğv
edilməsi haqqında qərardan şikayət verilməsi
Azərbaycan
Respublikasında daimi yaşamaq üçün icazənin
verilməsindən (müddətinin uzadılmasından) imtina
və ya daimi yaşamaq üçün icazənin
ləğv edilməsi haqqında qərardan Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq inzibati
qaydada və (və ya) məhkəmə qaydasında
şikayət verilə bilər.
IV BÖLMƏ
ƏMƏK MİQRASİYASI
FƏSİL
9
ƏMƏK MİQRASİYASININ DÖVLƏT
TƏNZİMİ
Maddə 57. Əmək miqrasiyasının
dövlət tərəfindən tənzimlənməsi və
bu sahədə nəzarət
57.1.
Dövlət əmək miqrasiyası kvotasının
tətbiq edilməsi, iş icazələrinin verilməsi, o
cümlədən Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrində vasitəçilik
fəaliyyətinə xüsusi razılıq verilməsi yolu
ilə əmək miqrasiyasını tənzimləyir.
57.2.
Müvafiq dövlət orqanları əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında əmək fəaliyyətinin
qanuniliyinə, onların sosial müdafiəsinin təmin
olunmasına, hüquqi və fiziki şəxslərin
əmək miqrasiyası sahəsindəki
fəaliyyətlərinə nəzarəti həyata keçirirlər.
FƏSİL
10
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ
XARİCİ ÖLKƏLƏRDƏ ƏMƏK
FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ
Maddə 58. Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə
əmək fəaliyyəti
58.1.
18 yaşına çatmış Azərbaycan Respublikası
vətəndaşları xarici ölkələrdə
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul ola bilərlər.
58.2.
Azərbaycan Respublikasının vətəndaşları
xarici hüquqi və ya fiziki şəxslərin birbaşa
dəvəti, Azərbaycan Respublikasında dövlət
qeydiyyatından keçmiş hüquqi şəxslərin
vasitəçiliyi ilə və ya fərdi qaydada xarici
ölkələrdə işə düzələ
bilərlər.
58.3.
Azərbaycan Respublikasının vətəndaşları
xarici ölkələrdə haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olduqda,
hüquqlarının dövlət tərəfindən
müdafiəsinin tam şəkildə təmin edilməsi
məqsədi ilə təyinat ölkələrinə
gəldikdən sonra 1 ay müddətində Azərbaycan
Respublikasının həmin ölkədəki diplomatik
nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan
keçməli və həmin ölkədə
işləmələri barədə rəsmi sənəd
təqdim etməlidirlər.
58.4.
Azərbaycan Respublikasının diplomatik
nümayəndəlikləri və konsulluqları qeydiyyatdan
keçən Azərbaycan Respublikasının
vətəndaşları haqqında məlumatı 1 ay
müddətində müvafiq icra hakimiyyəti orqanına
verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu
barədə müntəzəm olaraq müvafiq icra
hakimiyyəti orqanlarını xəbərdar etməlidir.
58.5.
Xarici ölkələrdə haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olan
Azərbaycan Respublikası vətəndaşlarının
işlədikləri ölkədə Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu olmadıqda, onlar 1 ay müddətində
işləmələri barədə rəsmi sənədi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına göndərməlidirlər.
Maddə 59. Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrində vasitəçilik
59.1.
Azərbaycan Respublikasında dövlət qeydiyyatından
keçmiş hüquqi şəxslər Azərbaycan
Respublikası vətəndaşlarının xarici
ölkələrdə işə
düzəlmələrində vasitəçilik edə
bilərlər. Hüquqi şəxslər bu sahədə
fəaliyyət göstərmək üçün müvafiq
icra hakimiyyəti orqanından müəyyən olunmuş
qaydada xüsusi razılıq almalıdırlar.
59.2.
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə
düzəlmələrində vasitəçilik
fəaliyyətinə xüsusi razılığın
verilməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müvafiq icra hakimiyyəti
orqanının rəyi nəzərə alınmaqla həyata
keçirilir. Müvafiq icra hakimiyyəti orqanı bu
barədə 5 iş günü ərzində rəy verir.
59.3.
Vasitəçilik fəaliyyətini həyata keçirmək
hüququ verən xüsusi razılıq almış
hüquqi şəxslər, xarici ölkələrin hüquqi
və fiziki şəxsləri ilə bağladıqları
və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş müqavilələr
əsasında Azərbaycan Respublikasının
vətəndaşlarını xarici ölkələrdə
haqqı ödənilən əmək fəaliyyətinə
cəlb edə bilərlər.
59.4.
Vasitəçilik fəaliyyətini həyata keçirən
hüquqi şəxslərin xarici ölkələrin
hüquqi və fiziki şəxsləri ilə
bağladıqları müqavilələrdə və
təklif olunan əmək müqavilələrində
Azərbaycan Respublikası vətəndaşlarının
sosial müdafiəsinin beynəlxalq normalara uyğun şəkildə
təmin olunması nəzərdə tutulmalıdır.
59.5.
Vasitəçilik fəaliyyətini həyata keçirən
hüquqi şəxslər təklif olunan əmək
müqaviləsinin bir nüsxəsinin əməkçi
miqrant Azərbaycan Respublikasını tərk etməzdən
əvvəl ona çatdırılmasını təmin
etməlidirlər. Vasitəçilik fəaliyyətini
həyata keçirən hüquqi şəxslərin
göstərdikləri xidmətə görə
əməkçi miqrantlardan haqq almalarına yol verilmir.
59.6.
Vasitəçilik fəaliyyətini həyata keçirən
hüquqi şəxslər xarici ölkələrdə
haqqı ödənilən əmək fəaliyyətinə
cəlb etdikləri Azərbaycan Respublikasının
vətəndaşları haqqında müvafiq icra
hakimiyyəti orqanlarına məlumat verirlər.
59.7. Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə
işə düzəlməsində vasitəçilik
fəaliyyəti yalnız hüquqi şəxslər
tərəfindən bu Məcəlləyə və
“Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.[98]
59.8.
Müvafiq icra hakimiyyəti orqanı vasitəçilik
fəaliyyətini həyata keçirən hüquqi
şəxslərin bu sahədəki fəaliyyətinə
dövlət nəzarətini (sahibkarlara
münasibətdə “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla)
həyata keçirir.[99]
59.9.
Vasitəçilik fəaliyyətinin həyata
keçirilməsi üçün xüsusi
razılığın müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada uzadıla, qüvvəsi müvəqqəti
dayandırıla və ya ləğv edilə bilər.
59.10.
Vasitəçilik fəaliyyətinin həyata
keçirilməsi üçün xüsusi
razılığın verilməsinə görə qanunla
nəzərdə tutulmuş məbləğdə
dövlət rüsumu ödənilir.
Maddə 60. Xarici ölkələrdə
işə düzəlmək məqsədi ilə
Azərbaycan Respublikası vətəndaşlarının
qeydiyyata alınması
60.1.
Xarici ölkələrdə işə düzəlmək
məqsədi ilə Azərbaycan Respublikası
vətəndaşlarının qeydiyyata alınmasını,
bununla bağlı elan və reklamların verilməsini
yalnız müvafiq vasitəçilik fəaliyyətini
həyata keçirmək üçün xüsusi
razılıq almış hüquqi şəxslər həyata
keçirə bilərlər.
60.2.
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə işə düzəldilməsi
ilə bağlı mediada
doğru olmayan məlumatların yayılmasına görə
hüquqi şəxslər qanunla müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.[100]
FƏSİL
11
ƏCNƏBİLƏRİN VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
AZƏRBAYCAN RESPUBLİKASINDA ƏMƏK FƏALİYYƏTİNİN
TƏNZİMLƏNMƏSİ
Maddə 61. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında əmək fəaliyyəti
61.1.
18 yaşına çatmış əmək qabiliyyətli
hər bir əcnəbi və
vətəndaşlığı olmayan şəxs bu
Məcəllə ilə müəyyən edilmiş qayda
və şərtlərlə onu işə cəlb edən
hüquqi şəxslər, hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər və xarici hüquqi
şəxslərin filial və nümayəndəlikləri
vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan
Respublikasında işləyə bilər.
61.2.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaları üçün əsas
şərtlər iş yerinin tələblərinə cavab
verən peşə hazırlığına və ya ixtisasa
malik Azərbaycan Respublikası vətəndaşının
iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan,
məşğulluq xidməti orqanları tərəfindən
işəgötürənlərin işçi qüvvəsinə
olan ehtiyaclarını yerli əmək ehtiyatları
hesabına təmin etmək imkanının olmamasından
ibarətdir.
Maddə 62. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
əmək fəaliyyətinə dair məhdudiyyətlər
Daxili
əmək bazarının tələbatı
nəzərə alınmaqla, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasına əmək miqrasiyasına
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə
məhdudiyyət qoyula bilər.
Maddə 63. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında işə cəlb olunması
63.1.
Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər və xarici hüquqi
şəxslərin filial və nümayəndəlikləri
əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri Azərbaycan Respublikasında
işə cəlb edə bilərlər.
63.2.
Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər və xarici hüquqi
şəxslərin filial və nümayəndəlikləri,
bu Məcəllənin 64-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, işə
cəlb etmək istədikləri hər bir əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs
üçün iş icazəsi almalıdırlar.
63.3.
Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər və xarici hüquqi
şəxslərin filial və nümayəndəlikləri
əcnəbi və vətəndaşlığı olmayan
şəxs Azərbaycan Respublikasının
hüdudlarından kənarda olduqda da ona iş icazəsinin
alınması üçün müraciət edə
bilərlər.
63.4.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər hüquqi şəxslərin,
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərin və
xarici hüquqi şəxslərin filial və
nümayəndəliklərinin onlar üçün iş
icazəsi almasından sonra Azərbaycan Respublikasında
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul ola bilərlər.
63.5.
Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər və xarici hüquqi
şəxslərin filial və nümayəndəlikləri
işə cəlb etdikləri əcnəbiləri və
vətəndaşlığı olmayan şəxsləri
yalnız öz iş yerlərində işlə təmin
etməli və bu barədə onlarla iş icazəsinin
qüvvədə olduğu müddətə əmək
müqaviləsi bağlamalıdırlar. İş icazəsi
alınmadan əcnəbilərlə əmək
müqaviləsinin bağlanılmasına yol verilmir.
63.6.
İşə cəlb edilən əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
pasportlarının və ya şəxsiyyətlərini
təsdiq edən digər sənədlərinin hüquqi
şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər və xarici hüquqi şəxslərin
filial və nümayəndəlikləri tərəfindən
götürülərək saxlanılması
qadağandır.
Maddə 64. İş icazəsinin
alınması tələb olunmayan hallar
64.0.
Aşağıdakı əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
üçün iş icazəsinin alınması
tələb olunmur:
64.0.1.
Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazəsi olanlara;
64.0.2.
Azərbaycan Respublikasının ərazisində sahibkarlıq
fəaliyyəti ilə məşğul olanlara;
64.0.3.
diplomatik nümayəndəlik və konsulluqlarda
işləyənlərə;
64.0.4.
beynəlxalq təşkilatlarda işləyənlərə;
64.0.5.
beynəlxalq müqavilələr əsasında
yaradılmış təşkilatların
rəhbərlərinə və onların
müavinlərinə;
64.0.6.
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
işə cəlb edilənlərə;
64.0.6-1. Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinə və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələrə
xidmətə və ya işə dəvət olunan hərbi
qulluqçulara və mütəxəssislərə;[101]
64.0.7.
media subyektlərinin
Azərbaycan Respublikasında akkreditə olunmuş
əməkdaşlarına;[102]
64.0.8.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi fəaliyyət sahələri üzrə il
ərzində 90 gündən çox olmayan
müddətdə Azərbaycan Respublikasında
ezamiyyətdə olanlara;
64.0.8-1. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi fəaliyyət sahələri
üzrə işlərin görülməsi və ya
xidmətlərin göstərilməsi üçün
Azərbaycan Respublikasının vətəndaşları
və ya Azərbaycan Respublikasında təsis edilmiş
hüquqi şəxslər tərəfindən dəvət
edilmiş müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi kateqoriyaya aid
mütəxəssislərə;[103]
64.0.9.
dənizçilərə;
64.0.10.
ali təhsil müəssisələrində mühazirə
kurslarının oxunması üçün dəvət
edilən professor-müəllim heyətinə və
mühazirəçilərə;
64.0.11.
incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti
orqanında dövlət qeydiyyatından keçmiş idman
klublarına işə dəvət olunan
məşqçilərə və idmançılara;
64.0.12.
dövlət qeydiyyatına alınmış dini qurumlarda
peşəkar dini fəaliyyətlə məşğul
olanlara;
64.0.13.
xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı
filial və nümayəndəliyinin rəhbərləri
və onların müavinlərinə;
64.0.13-1. Azərbaycan Respublikasında təsis
edilmiş və təsisçisi və ya
təsisçilərdən ən azı biri xarici hüquqi
və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərlərinə
və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə)
malik təsisçiyə
(təsis etdiyi hüquqi şəxsdə
fəaliyyət göstərdikdə);[104]
64.0.14.
Azərbaycan Respublikasının vətəndaşı
ilə nikahda olanlara, bu şərtlə ki, həmin
vətəndaş Azərbaycan Respublikasının
ərazisində yaşayış yeri üzrə qeydiyyatda
olsun;
64.0.15.
qaçqın statusunun verilməsi üçün
vəsatət verən, qaçqın statusu almış
və ya siyasi sığınacaq verilmiş
şəxslərə;
64.0.15-1. İnsan alverindən zərər
çəkmiş hesab edilən və ya cinayət təqibi
orqanlarına yardım göstərən
şəxslərə;[105]
64.0.16.
himayəsində 18 yaşına çatmamış və ya orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə
əlilliyi müəyyən edilmiş
Azərbaycan Respublikasının vətəndaşı olanlara; [106]
64.0.17.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən hallarda əmək fəaliyyətinə cəlb
olunan şəxslərə;
64.0.18. Ələt azad
iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati
müəssisələrinin və hüquqi
şəxslərinin Ələt azad iqtisadi zonasının
ərazisində işə cəlb etdiyi
şəxslərə, habelə bu hüquqi
şəxslərin təsisçilərinə.[107]
64.0.19. texnologiyalar
parkının rezidentinə (hüquqi şəxsə
münasibətdə onun rəhbəri və müavinləri
vəzifəsini tutanlar) və həmin rezident tərəfindən
Azərbaycan Respublikasının ərazisində əmək
fəaliyyətinə cəlb edilən informasiya və
kommunikasiya texnologiyaları sahəsində təcrübəsi
olan mütəxəssislərə.[108]
Maddə 65. İş icazəsinin verilməsi
üçün tələb olunan sənədlər
65.1.
İş icazəsi almaq üçün
işəgötürən müvafiq icra hakimiyyəti
orqanına aşağıdakı sənədləri
təqdim etməlidir: [109]
65.1.1.
nümunəsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən ərizə-anket;
65.1.2.
əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin pasportunun və ya digər
sərhədkeçmə sənədinin surəti;
65.1.3.
əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin nəzərdə tutulan işi yerinə
yetirmək üçün tələb edilən ixtisasa malik
olduğunu təsdiq edən sənədin notariat qaydasında
təsdiq olunmuş surəti;
65.1.4.
nəzərdə tutulan iş yeri üçün
əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin cəlb edilməsi zəruriliyini
əsaslandıran arayış;
65.0.5.
Azərbaycan Respublikasının ərazisində başqa
əsaslarla olan əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasının ərazisində qalmasına
hüquq verən müvafiq sənədin surəti;
65.1.6.
işəgötürən:
65.1.6.1. hüquqi
şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin
və dövlət qeydiyyatı haqqında
şəhadətnaməsinin notariat qaydasında təsdiq
edilmiş surətləri;
65.1.6.2. fiziki
şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini
təsdiq edən sənədin və fiziki şəxsə
verilmiş vergi ödəyicisinin uçota alınması
haqqında şəhadətnamənin notariat qaydasında
təsdiq edilmiş surətləri;
65.1.7.
əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən təhlükəli
yoluxucu xəstəliklərin siyahısında
nəzərdə tutulmuş xəstəlik virusu
daşıyıcısı olmaması haqqında
arayış.
65.2.
İş icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün
tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə
müvafiq dövlət orqanından (qurumundan) əldə
edilməsi mümkün olduqda, həmin
sənədlər müraciət
edəndən tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə
sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb
olunur və ya müraciət
edən tərəfindən təmin edilir.
Maddə 66. İş icazəsinin
verilməsindən imtinanın əsasları
66.0.
Aşağıdakı hallarda əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
iş icazəsinin verilməsindən imtina edilir:
66.0.1.
bu Məcəllənin 65-ci maddəsində nəzərdə
tutulmuş sənədlər təqdim edilmədikdə (bu
Məcəllənin 65.2-ci maddəsi nəzərə alınmaqla); [110]
66.0.2.
təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq
və ya təhrif olunmuş məlumatlar olduqda;
66.0.3.
işəgötürənin işçi qüvvəsinə
olan tələbatının yerli əmək ehtiyatları
hesabına ödənilməsi mümkün olduqda;
66.0.4.
işə cəlb olunması nəzərdə tutulan
əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin 18 yaşı tamam olmadıqda;
66.0.5.
əmək miqrasiyası kvotası dolduqda;
66.0.6.
əcnəbi və vətəndaşlığı olmayan
şəxs siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
yoluxucu xəstəliklərin daşıyıcısı
olduqda;
66.0.7.
əcnəbi və vətəndaşlığı olmayan
şəxs cəlb olunduğu işin yerinə yetirilməsi
üçün tələb olunan ixtisasa və ya iş
təcrübəsinə malik olmadıqda.
Maddə 67. İş icazəsi ilə
bağlı müraciətlərə baxılması
67.1.
İş icazəsinin verilməsi üçün
tələb olunan sənədlər yazılı və ya
elektron müraciət formasında təqdim edilə bilər.
67.2.
Təqdim olunmuş sənədlərdə
çatışmazlıq, uyğunsuzluq və digər
nöqsanlar aşkar edildikdə, müvafiq icra hakimiyyəti
orqanı işəgötürənə bu barədə
yazılı məlumat verir.
67.3.
İş icazəsi ilə bağlı daxil olmuş
müraciətlərə “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən ödədiyi dövlət rüsumunun
məbləğinə müvafiq olaraq həmin qanunda
nəzərdə tutulmuş müddətdə
baxılır.[111]
67.4.
Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 65.1.2-ci,
65.1.3-cü, 65.1.4-cü və 65.1.7-ci maddələrində
göstərilən sənədlər haqqında
məlumatları rəy verilməsi üçün
müvafiq icra hakimiyyəti orqanına göndərir.[112]
67.5.
Müvafiq icra hakimiyyəti orqanı daxil olmuş
məlumatlara 5 iş günü (“Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun
18.58-1-ci maddəsində nəzərdə tutulduğu halda 3
iş günü) müddətində baxaraq,
işəgötürənin işçi qüvvəsinə
olan tələbatının yerli əmək ehtiyatları
hesabına ödənilməsinin mümkün olub-olmaması
ilə bağlı müvafiq icra hakimiyyəti orqanına
rəy verir.
67.6.
Müvafiq icra hakimiyyəti orqanının 5 iş günü
(“Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikası Qanununun 18.58-1-ci
maddəsində nəzərdə tutulduğu halda 3 iş
günü) ərzində rəy bildirməməsi
iş icazəsinin verilməsinə etiraz olunmadığı
kimi qəbul edilir.[113]
67.7.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
iş icazəsinin verilməsindən imtina barədə
qərar bu Məcəllənin 66-cı maddəsinə istinad
olunmaqla əsaslandırılmalı və qərarın
surəti işəgötürənə təqdim
edilməlidir.
67.8.
İşəgötürən iş icazəsinin
verilməsindən imtinaya əsas olmuş hallar aradan
qalxdıqdan sonra iş icazəsi almaq üçün bu
Məcəlləyə uyğun olaraq yenidən müraciət
edə bilər.
67.9.
İşəgötürən həmin şəxslərin
ölkədə qanuni əsaslarla qaldıqları və ya
yaşadıqları müddətdə müvafiq icra
hakimiyyəti orqanına yenidən müraciət
edərsə, yalnız iş icazəsi verilməsindən
imtina üçün əsas olan halın aradan
qalxdığını təsdiq edən sənədi təqdim
edir.
67.10.
İş icazəsinin verilməsi haqqında qərar qəbul
edildikdə, müvafiq icra hakimiyyəti orqanı 3 iş
günü müddətində iş icazəsinin
müəyyən olunmuş qaydada doldurulmasını və
işəgötürənə təqdim olunmasını
təmin edir.
67.11.
İş icazəsi müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətli vəzifəli şəxsi
tərəfindən imzalanır və həmin orqanın
möhürü ilə təsdiq edilir.
67.12.
İş icazəsi bu icazəni almaq üçün
dövlət rüsumunun ödənilməsini təsdiq
edən sənəd təqdim olunduqdan sonra
işəgötürənə verilir.
67.13.
İşəgötürən tərəfindən 30 gün
müddətində iş icazəsinin alınmasına
görə dövlət rüsumu ödənilmədikdə,
habelə əcnəbiyə və
vətəndaşlığı olmayan şəxsə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti
orqanı iş icazəsini ləğv edir.
67.14.
İş icazəsinin verilməsi ilə bağlı
müvafiq məlumatların toplanması və rəylərin
alınması, iş icazəsi blankının fərdi olaraq
doldurulması və verilməsi, habelə iş icazəsi
almış və ya belə icazənin verilməsindən
imtina edilmiş, o cümlədən iş icazəsi
ləğv edilmiş əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi
vasitəsi ilə həyata keçirilir.
Maddə 68. İş icazəsinin yenidən
rəsmiləşdirilməsi
68.1.
Əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin şəxsiyyətini təsdiq edən
sənədlərindəki məlumatlar və ya
işlədiyi hüquqi şəxsin adı
dəyişdikdə və ya iş icazəsi itirildikdə,
onun işəgötürəni 5 iş günü
müddətində müvafiq icra hakimiyyəti orqanına
məlumat verməli və belə icazənin yenidən
rəsmiləşdirilməsi və ya ləğv edilməsi
üçün ərizə təqdim etməlidir.
68.2.
Bu Məcəllənin 68.1-ci maddəsində
nəzərdə tutulan hallarda işəgötürən 10
iş günü müddətində müvafiq ərizə
təqdim etmədikdə, əcnəbiyə və ya
vətəndaşlığı olmayan şəxsə
verilmiş icazə etibarsız hesab edilir.
68.3.
İş icazəsi yenidən rəsmiləşdirildikdə,
onun yenidən rəsmiləşdirilməsinin səbəbi
ilə bağlı sənəd və əcnəbiyə
və ya vətəndaşlığı olmayan
şəxsə verilmiş iş icazəsinin surəti
təqdim edilir.
68.4.
İş icazəsinin yenidən rəsmiləşdirilməsi
üçün dövlət rüsumu ödənilmir.
Maddə 69. İş icazəsinin
müddəti və həmin müddətin uzadılması
69.1.
İş icazəsi 1 il müddətinə, əmək
müqaviləsinin 1 ildən az müddətə
bağlanılması nəzərdə tutulduqda isə
həmin müddətə verilir. İş icazəsinin
müddəti, bu Məcəllənin
69.1-1-ci maddəsi nəzərə alınmaqla,
hər dəfə 1 ildən çox olmamaq şərti
ilə uzadıla bilər.[114]
69.1-1. Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərində əmək
fəaliyyətinə cəlb edilənlərə
münasibətdə iş icazəsinin müddəti hər
dəfə 2 ildən çox olmamaq şərtilə
uzadıla bilər.[115]
69.2.
İş icazəsinin müddətinin uzadılması
üçün işəgötürən iş
icazəsinin müddətinin bitməsinə azı 30 gün
qalmış müvafiq icra hakimiyyəti orqanına
ərizə ilə müraciət etməlidir.
69.3.
İş icazəsinin müddətinin uzadılması
üçün işəgötürən bu
Məcəllənin 65.1.1-ci, 65.1.3-cü, 65.1.4-cü və
65.1.7-ci maddələrində nəzərdə
tutulmuş sənədləri təqdim etməlidir. [116]
69.4.
İş icazəsinin müddətinin uzadılması bu
Məcəllənin 67-ci maddəsində müəyyən
olunmuş qaydada həyata keçirilir.
69.5.
İş icazəsinin müddətinin uzadılmasına
görə dövlət rüsumunun ödənilməsini
təsdiq edən sənəd təqdim edildikdən sonra
müddəti uzadılmış iş icazəsi
işəgötürənə təqdim edilir.
69.6.
İşəgötürən tərəfindən 30 gün
müddətində iş icazəsinin müddətinin
uzadılmasına görə dövlət rüsumu
ödənilmədikdə və ya əcnəbiyə və
vətəndaşlığı olmayan şəxsə
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazənin
verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti
orqanı iş icazəsini ləğv edir.
Maddə 70. İşəgötürənin
əcnəbini və ya vətəndaşlığı
olmayan şəxsi başqa işə keçirməsi
70.1.
Əcnəbi və vətəndaşlığı olmayan
şəxs eyni işəgötürənin yanında
başqa işə keçirildikdə onun üçün
yeni iş icazəsi alınmalıdır. Hüquqi
şəxsin yenidən təşkili (birləşmə,
qoşulma, bölünmə, ayrılma, çevrilmə)
zamanı da əcnəbi və
vətəndaşlığı olmayan şəxs
üçün yeni iş icazəsi alınmalıdır.
70.2.
Əcnəbiyə və vətəndaşlığı
olmayan şəxsə eyni işəgötürənin
yanında başqa işə keçirilməsi ilə
bağlı yeni iş icazəsi verildikdə, həmin iş
icazəsinin müddəti əvvəlki iş icazəsinin
müddətinin qüvvədə qalan hissəsindən
çox olmamalıdır.
70.3.
Əcnəbi və vətəndaşlığı olmayan
şəxs eyni işəgötürənin yanında
başqa işə keçirildikdə, bu Məcəllənin
65.1.1-ci və 65.1.3-cü maddələrində nəzərdə
tutulmuş sənədlər, hüquqi şəxsin
yenidən təşkili (birləşmə, qoşulma,
bölünmə, ayrılma, çevrilmə) zamanı
isə bu Məcəllənin 65.1.1-ci və 65.1.6.1-ci
maddələrində nəzərdə tutulmuş
sənədlər müvafiq icra hakimiyyəti orqanına
təqdim edilir. [117]
70.4.
Əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin eyni işəgötürənin yanında
başqa işə keçirilməsi ilə bağlı yeni
iş icazəsi verildikdə əlavə dövlət
rüsumu ödənilmir.
70.5.
Əcnəbinin və vətəndaşlığı olmayan
şəxsin iş icazəsinin müddəti bitdikdə
və ya əmək müqaviləsi vaxtından əvvəl
pozulduqda, onu başqa işəgötürən yeni iş
icazəsi almaqla öz yanında işə dəvət
edə bilər.
70.6.
İşəgötürən tərəfindən
əcnəbi və vətəndaşlığı olmayan
şəxsə eyni vaxtda iki iş icazəsinin alınması
qadağandır.
Maddə 71. Əmək müqaviləsi
pozulduqda iş icazəsinin qüvvədən
düşməsi
71.1.
Əcnəbi və ya vətəndaşlığı olmayan
şəxslə işəgötürən arasında
bağlanılmış əmək müqaviləsi
vaxtından əvvəl pozulduqda, işəgötürən
bu barədə 5 iş günü ərzində müvafiq
icra hakimiyyəti orqanına məlumat verməlidir.
Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda,
şəxsə verilmiş iş icazəsi öz
qüvvəsini itirir.
71.2.
Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda
və əməkçi miqrantın Azərbaycan
Respublikasında qalması üçün başqa əsas
olmadıqda, o, 10 iş günü müddətində
Azərbaycan Respublikasının ərazisini tərk
etməlidir.
Maddə 72. İş icazəsinin
qüvvədə olma qaydalarına nəzarət
72.1.
İş icazəsinin qüvvədə olma qaydalarına
nəzarəti (sahibkarlara
münasibətdə “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla) müvafiq icra hakimiyyəti orqanı
həyata keçirir.[118]
72.2.
Nəzarət qaydasında müvafiq icra hakimiyyəti
orqanı:
72.2.1.
əcnəbilərdən və
vətəndaşlığı olmayan
şəxslərdən işçi qüvvəsi kimi
istifadə edilməsini tənzimləyən normativ hüquqi
aktlara və bu Məcəllənin tələblərinə
riayət edilməsini yoxlayır;
72.2.2.
yoxlama zamanı ortaya çıxan məsələlər
haqqında işəgötürəndən, habelə
əcnəbidən və vətəndaşlığı
olmayan şəxsdən məlumat və ya arayış
alır;
72.2.3.
bu Məcəllənin 73-cü maddəsində
nəzərdə tutulmuş hallarda iş icazəsini
ləğv edir;
72.2.4.
iş icazəsi olmadan işə cəlb edilmiş
əcnəbiləri və vətəndaşlığı
olmayan şəxsləri, habelə həmin şəxsləri
işə cəlb etmiş işəgötürənləri
qanunla müəyyən edilmiş qaydada məsuliyyətə
cəlb edir.
72.3.
İşəgötürənlər yoxlamanın
aparılması üçün zəruri olan normal
şərait yaratmağa, tələb olunan
sənədləri təqdim etməyə borcludurlar.
72.4.
Yoxlama nəticəsində qanun pozuntusu aşkar olunduqda, bu
barədə iki nüsxədən ibarət protokol, qanun
pozuntusu aşkar olunmadıqda isə akt tərtib edilir.
Protokolu (aktı) müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətli şəxsləri və
işəgötürən imzalayırlar. Protokolu (aktı)
imzalamaqdan imtina edildikdə, bu barədə həmin sənəddə
qeyd edilir. Protokola (akta) işəgötürənin
izahatı əlavə olunur. Protokolun (aktın) bir
nüsxəsi işəgötürəndə qalır.
72.5.
Nəzarət qaydasında aparılan yoxlamalara digər
dövlət orqanlarının nümayəndələri
də cəlb edilə bilər.
Maddə 73. İş icazəsinin ləğv
edilməsi üçün əsaslar
73.0.
Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti
orqanı iş icazəsini ləğv edir:
73.0.1.
əcnəbidən və vətəndaşlığı
olmayan şəxsdən, yaxud
işəgötürəndən müvafiq ərizə daxil
olduqda;
73.0.2.
işəgötürənlə əcnəbi və
vətəndaşlığı olmayan şəxs arasında
bağlanmış əmək müqaviləsi vaxtından
əvvəl pozulduqda;
73.0.3.
iş icazəsi alınması üçün təqdim
edilən sənədlərdə düzgün olmayan
məlumatlar aşkar edildikdə;
73.0.4.
bu Məcəllənin 67.13-cü, 68.2-ci və 69.6-cı
maddələrində nəzərdə tutulan hallarda;
73.0.5.
hüquqi şəxs olan işəgötürən
ləğv edildikdə;
73.0.6.
məhkəmənin müvafiq qərarı olduqda.
V BÖLMƏ
AZƏRBAYCAN RESPUBLİKASINDA
ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI
OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ
VƏZİYYƏTİ
FƏSİL
12
ƏCNƏBİLƏRİN VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
HÜQUQİ VƏZİYYƏTİNİN ƏSASLARI
Maddə 74. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquqları
74.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında
olarkən, qanunda və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə başqa hal nəzərdə
tutulmayıbsa, Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər bütün hüquqlardan
istifadə edə bilərlər.
74.2.
Azərbaycan Respublikası ərazisində yaşayan və ya
müvəqqəti olan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquq və azadlıqları yalnız beynəlxalq hüquq
normalarına və Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq məhdudlaşdırıla
bilər.
74.3.
Xarici dövlət onun ərazisində Azərbaycan
Respublikası vətəndaşlarının hüquq və
azadlıqlarının həyata keçirilməsinə
məhdudiyyət qoyduqda, Azərbaycan Respublikasının
qanunu ilə həmin dövlətin vətəndaşları
üçün Azərbaycan Respublikasının
ərazisində eyni məhdudiyyətlər müəyyən
edilə bilər.
74.4.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər onların sosial və əmlak
vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili,
dinə münasibəti, fəaliyyətinin növündən
və xarakterindən və digər hallardan asılı
olmayaraq, Azərbaycan Respublikasında qanun və
məhkəmə qarşısında bərabərdirlər.
74.5.
Azərbaycan Respublikasının qanunları ilə
müəyyən olunmuş qaydada tutulmuş, yaxud həbs
edilmiş əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
bu hərəkətlərə səbəb olan hallar və
onların hüquqları haqqında dərhal məlumat
verilməlidir.
74.6.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrlə müəyyən edilmiş imtiyaz
və immunitetə malik olan əcnəbini və
vətəndaşlığı olmayan şəxsi tutmuş,
yaxud həbs etmiş orqan bu barədə Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi
ilə müəyyən edilmiş qaydada dərhal müvafiq
icra hakimiyyəti orqanına məlumat verməlidir.
74.7.
Məhkum edilmiş əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
cəza çəkməkdən azad edildikdə, bu
barədə cəzanı icra edən orqanın verdiyi
məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı
həmin şəxslərin Azərbaycan Respublikasında
qalması və ya bu Məcəllənin 79.1.3-cü maddəsində
göstərilən halda Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılması
məsələsini həll edir.
Maddə 75. Əməkçi miqrantların
hüquqları
75.1.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, əməkçi miqrantlara əmək
şəraiti ilə bağlı Azərbaycan
Respublikasının vətəndaşları
üçün qanunvericiliklə müəyyən olunmuş
eyni şərtlər tətbiq edilir və onların
əməyinin ödənilməsi qanunvericiliklə
Azərbaycan Respublikasının vətəndaşları
üçün müəyyən olunmuş qaydada həyata
keçirilir.
75.2.
Əməkçi miqrantların əmək fəaliyyəti
ilə bağlı bu Məcəllədə
nəzərdə tutulmayan digər məsələlər
Azərbaycan Respublikasının Əmək
Məcəlləsi ilə tənzimlənir.
75.3.
Əməkçi miqrant vəfat etdikdə, onu işə
cəlb etmiş hüquqi və ya fiziki şəxs
əməkçi miqrantın cənazəsinin daimi
yaşadığı ölkəyə
göndərilməsini təmin etməlidir.
75.4.
İşəgötürənlər tərəfindən
əməkçi miqrantların hüquqlarının
təmin edilməsinə nəzarəti (sahibkarlara
münasibətdə “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla) müvafiq icra hakimiyyəti orqanı
həyata keçirir.
Maddə 76. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
vəzifələri
76.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında
olarkən, qanunla və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrlə başqa hal nəzərdə
tutulmayıbsa, Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər bütün vəzifələri
yerinə yetirməlidirlər.
76.2.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquq və
azadlıqlarının həyata keçirilməsi
Azərbaycan Respublikasının milli mənafeyinə zidd
olmamalıdır. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan
Respublikası qanunlarının və digər qanunvericilik
aktlarının tələblərini pozmamalı, Azərbaycan
xalqının adət və ənənələrinə
hörmət etməlidirlər.
76.3.
Azərbaycan Respublikasının ərazisində olan
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər ölkəyə gəlişinin
bəyan edilmiş məqsədlərinə riayət
etməli və müəyyən olunmuş müddət
bitdikdən sonra ölkə ərazisini tərk
etməlidirlər.
76.4.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər müvafiq icra hakimiyyəti
orqanının əməkdaşlarının qanuni
tələblərinə əsasən,
şəxsiyyətlərini təsdiq edən, habelə
Azərbaycan Respublikasının ərazisində qanuni
əsaslarla olmalarını və ya yaşamalarını
təsdiq edən sənədləri təqdim
etməlidirlər.
76.5.
Müəyyən vəzifələr tutmaq, yaxud
müəyyən fəaliyyət növləri ilə
məşğul olmaq Azərbaycan Respublikasının
vətəndaşlığı ilə
şərtləndirildiyi hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
belə vəzifələr tuta və belə
fəaliyyətlə məşğul ola bilməzlər.
76.6. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
dini təbliğat aparması qadağandır.
Maddə 77. Azərbaycan Respublikasında daimi
yaşayan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
yerli şəraitə uyğunlaşdırılması
77.1.
Azərbaycan Respublikasında daimi yaşayan
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin yerli şəraitə
uyğunlaşdırılmasına dair tədbirlər
onların öz arzusu ilə həyata keçirilir.
77.2.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin yerli şəraitə
uyğunlaşdırılması üzrə tədbirlər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
əlaqələndirilir.
77.3.
Azərbaycan Respublikasında daimi yaşayan
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin yerli şəraitə
uyğunlaşdırılmasına dair tədbirləri
müvafiq icra hakimiyyəti orqanları birgə həyata
keçirirlər.
77.4.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin yerli şəraitə
uyğunlaşdırılması işinə beynəlxalq
və qeyri-hökumət təşkilatları cəlb
edilə bilər.
77.5.
Azərbaycan Respublikasında yaşayan əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər Azərbaycan dilinin, tarixinin,
mədəniyyətinin, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquq və vəzifələri ilə bağlı
qanunvericiliyin öyrənilməsi üçün müvafiq
icra hakimiyyəti orqanının təlim-tədris
mərkəzinə müraciət edə bilərlər.
VI BÖLMƏ
YEKUN MÜDDƏALAR
FƏSİL
13
ƏCNƏBİLƏRİN VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
AZƏRBAYCAN RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARA
ÇIXARILMASI
Maddə 78. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılmasının əsasları
78.1.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər aşağıdakı hallarda
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarıla bilərlər:
78.1.1.
cinayət törədildiyinə görə Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi
çıxarma cəzası təyin edildikdə;
78.1.2.
inzibati xəta törədildiyinə görə Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma inzibati tənbeh tədbiri tətbiq
edildikdə;
78.1.3.
bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılması
haqqında qərar (bundan sonra “kənara çıxarma
haqqında qərar”) qəbul edildikdə.
78.2.
Cinayət törətdiyinə görə məhkum olunmuş
əcnəbilərə və ya
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının hüdudlarından kənara
məcburi çıxarma cəzası Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə
müəyyən edilmiş hallarda tətbiq edilir və
Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsi ilə müəyyən edilmiş qaydada
icra edilir. Həmin şəxslərin Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılmasından irəli gələn digər
məsələlər bu Məcəllə ilə həll
edilir.
78.3.
İnzibati xəta törətmiş əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində nəzərdə
tutulmuş hallarda və qaydada Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılır. Həmin şəxslərin
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılmasından irəli gələn digər
məsələlər bu Məcəllə ilə həll
edilir.
78.4.
Kənara çıxarma haqqında qərar bu
Məcəllə ilə müəyyən edilmiş qaydada
qəbul və icra edilir.
Maddə 79. Kənara çıxarma
haqqında qərar
79.1.
Müvafiq icra hakimiyyəti orqanı aşağıda
göstərilən hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
barəsində kənara çıxarma haqqında qərar
qəbul edir:
79.1.1.
vizası və ya müvəqqəti olma müddətinin
uzadılması barədə qərarı, yaxud
müvəqqəti və ya daimi yaşamaq üçün
icazəsi ləğv edildikdə;
79.1.2.
Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz
hesab edildikdə;
79.1.3.
cəza çəkməkdən azad edilmiş
əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında yaşamaları üçün
bu Məcəllənin 45-ci maddəsində müəyyən
edilmiş əsaslar olmadıqda;
79.1.4. qaçqın statusu verilməsindən imtina
edildikdə.[119]
79.2.
Kənara çıxarma haqqında qərarla həmçinin
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin 5 ilədək müddətə
ölkə ərazisinə gəlməsinə
məhdudiyyət qoyulur. Bu
Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə
tutulmuş sənədlərin ləğv edilməsinə
səbəb olmuş əsaslar aradan qalxdıqda
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ölkə ərazisinə
gəlməsinə qoyulmuş məhdudiyyət
götürülür. [120]
79.3.
Qaçqın statusu verilmiş, habelə Azərbaycan
Respublikası tərəfindən siyasi sığınacaq
verilmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
barəsində kənara çıxarma haqqında qərar
qəbul edilmir.
79.4.
İnsan alverindən zərər çəkmiş hesab olunan
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər barəsində 1 il
müddətində, cinayət təqibi orqanlarına
yardım göstərən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
barəsində isə cinayət təqibi başa çatanadək
kənara çıxarma haqqında qərar qəbul edilmir.
İnsan alverinin qurbanı olan uşaqlar barəsində
kənara çıxarma haqqında qərar qəbul edilmir.
79.5.
Kənara çıxarma haqqında qərar
əcnəbilərə və ya
vətəndaşlığı olmayan şəxslərə
təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə
aşağıdakı müddətlərdə ölkəni
tərk etmək öhdəliyi qoyur:
79.5.1.
cəza çəkməkdən azad edilmiş, vizası
və ya müvəqqəti olma müddətinin
uzadılması barədə qərarı ləğv
edilmiş, habelə Azərbaycan Respublikasının
ərazisində olması arzuolunmaz hesab edilmiş
şəxslər – 48 saat ərzində;
79.5.2.
müvəqqəti və ya daimi yaşamaq üçün
icazəsi ləğv edilmiş, habelə
qaçqın statusu verilməsindən imtina edilmiş
şəxslər – 10 gün ərzində.[121]
79.6.
Kənara çıxarma haqqında qərarda
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılması
əsaslandırılmalıdır.
79.7.
Barəsində kənara çıxarma haqqında qərar
qəbul olunmuş şəxs həmin qərarla tanış
edilməli və qərarın bir nüsxəsi ona təqdim
olunmalıdır. Əgər həmin şəxs Azərbaycan
dilini bilmirsə, bu prosesdə tərcüməçinin
iştirakı təmin olunmalıdır.
79.8.
Kənara çıxarma haqqında qərardan
məhkəməyə şikayət verilə bilər.
Şikayətin verilməsi kənara çıxarma
haqqında qərarın icrasını dayandırmır.
79.9.
Kənara çıxarma haqqında qərar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən icra edilir.
Maddə 80. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılmasının ümumi qaydaları
80.1.
Bu Məcəllənin 78.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılması qərara alınmış
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
İnzibati Xətalar və Cəzaların İcrası
məcəllələrində, habelə bu
Məcəllənin 79.5-ci maddəsində müəyyən
olunmuş müddətlərdə Azərbaycan
Respublikasının ərazisini tərk etməlidirlər.
Onların Azərbaycan Respublikasının ərazisini
həmin müddət ərzində tərk etməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təmin edilir.
80.2. Əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının ərazisini tərk
etməkdən boyun qaçırdıqda və ya belə boyun
qaçırmanı ehtimal etməyə kifayət
qədər əsaslar olduqda, onlar müvafiq icra hakimiyyəti
orqanının müraciəti əsasında
məhkəmənin qərarı ilə bu
Məcəllədə müəyyən olunmuş qaydada
və müddətdə müvafiq icra hakimiyyəti
orqanının qanunsuz miqrantların saxlanılması
mərkəzlərinə yerləşdirilirlər.
80.3. İcazəsiz yaşayan şəxslərin
readmissiyası haqqında Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq ölkə
hüdudlarından kənara çıxarılmalı olan
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının
müraciəti əsasında məhkəmənin
qərarı ilə bu Məcəllədə
müəyyən olunmuş qaydada və müddətdə
müvafiq icra hakimiyyəti orqanının qanunsuz
miqrantların saxlanılması mərkəzlərinə
yerləşdirilirlər.[122]
80.4.
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarma ilə bağlı
sənədləşmə yubandıqda və ya
çıxarılma haqqında qərarın vaxtında
icrasına mane olan digər üzrlü səbəb olduqda,
müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer
üzrə birinci instansiya məhkəməsi həmin
orqanın əsaslandırılmış müraciəti
əsasında çıxarılma müddətinin
uzadılması məsələsinə baxır.
80.5.
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılması qərara alınmış
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin şəxsiyyəti haqqında
məlumatların dəqiqləşdirilməsi zəruri
olduqda, müvafiq informasiya sistemləri vasitəsi ilə
sorğular verilir və zəruri məlumatlar alınır.
80.6.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin şəxsiyyəti təsdiq
edən sənədləri olmadıqda (itirildikdə,
gizlədildikdə və s.), müvafiq icra hakimiyyəti
orqanı ilə bu Məcəllənin 81.1-ci maddəsində
göstərilən istiqamətlər üzrə xarici
ölkələrin səlahiyyətli dövlət qurumları
arasında müvafiq razılaşma olduğu təqdirdə
birbaşa, bütün digər hallarda isə müvafiq icra
hakimiyyəti orqanı vasitəsi ilə müraciət olunaraq,
müvafiq sənədləşmə işləri
aparılır və onların şəxsiyyətinin
müəyyən edilməsi istiqamətində tədbirlər
görülür.
80.6-1. Sərhədkeçmə sənədləri
olmayan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində
nəzərdə tutulmuş hallarda, habelə həmin
şəxslər üçün mənşə
ölkələrindən sərhədkeçmə
sənədləri əldə etmək mümkün
olmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı
tərəfindən səyahət sənədi verilir.[123]
80.7.
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılan əcnəbilər və
vətəndaşlığı olmayan
şəxslərdən biometrik identifikasiya tələblərinə
uyğun olaraq əl-barmaq izləri götürülür.
80.8.
Əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılması barədə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına
yazılı məlumatlar göndərilir. Əcnəbilər
və ya vətəndaşlığı olmayan
şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılarkən,
Azərbaycan Respublikasının sərhəd nəzarət
məntəqələrinədək müvafiq icra
hakimiyyəti orqanının əməkdaşları
tərəfindən müşayiət olunur və
dövlət sərhədinin buraxılış məntəqələrində
müvafiq icra hakimiyyəti orqanının
əməkdaşlarına təhvil verilir.
80.9.
Azərbaycan Respublikasının ərazisindən
çıxarılan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
çıxarılmasına görə xərclər
onların öz üzərinə düşür. Bu
şəxslərin çıxarılması
üçün onların vəsaiti olmadıqda, belə
xərclərin ödənilməsi onları qəbul edən
şəxslərin, idarə, müəssisə və
təşkilatların, qəbul edən tərəf
olmadıqda isə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanının üzərinə
düşür.
80.10.
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılmış əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
haqqında məlumatlar “Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminə daxil edilir.
80.11.
Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılmış əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi
vasitəsi ilə həyata keçirilir.
Maddə 81. Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılma
istiqamətləri
81.1.
Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılması
aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
81.1.1.
əcnəbi – vətəndaşı olduğu
ölkəyə, bu mümkün olmadığı halda
isə Azərbaycan Respublikasına birbaşa gəldiyi
ölkəyə;
81.1.2.
vətəndaşlığı olmayan şəxs – bundan
əvvəl daimi yaşadığı ölkəyə,
Azərbaycan Respublikasına birbaşa gəldiyi
ölkəyə, onu qəbul etmək istəyi olan və bu
barədə vəsatət qaldıran ölkəyə;
81.1.3.
ikili vətəndaşlığı olan şəxs – daimi
yaşadığı və ya daha sıx əlaqəli
olduğu ölkəyə.
81.2.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
çıxarılma barədə yuxarıda qeyd olunan
istiqamətlərə müvafiq icra hakimiyyəti orqanı
vasitəsi ilə məlumat verilir.
FƏSİL 14[124]
ƏCNƏBİLƏRİN VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN QANUNSUZ
MİQRANTLARIN SAXLANILMASI MƏRKƏZLƏRİNDƏ
YERLƏŞDİRİLMƏSİ VƏ SAXLANILMASI QAYDASI
Maddə 82. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
qanunsuz miqrantların saxlanılması
mərkəzlərində yerləşdirilməsi
üçün əsaslar və müddətlər
82.1. Aşağıdakı hallarda və
müddətlərdə əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
qanunsuz miqrantların saxlanılması mərkəzlərində
(bundan sonra - Mərkəz) könüllü
yerləşdirilirlər:
82.1.1. şəxs (onunla birlikdə gələn
ailə üzvləri) qaçqın statusu verilməsi
barədə vəsatətlə müraciət etdikdə -
qaçqın statusu verilməsi məsələsi həll
edilənədək;
82.1.2. şəxs qaçqın statusu aldıqda -
iş və ya yaşayış yeri əldə
edənədək, lakin 3 aydan artıq olmayan
müddətə;
82.1.3. şəxs Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarıldıqda -
çıxarılma üçün Azərbaycan
Respublikasının İnzibati Xətalar və
Cəzaların İcrası məcəllələrində,
habelə bu Məcəllənin 79.5-ci maddəsində
nəzərdə tutulmuş müddət ərzində.
82.2. Aşağıdakı hallarda və
müddətlərdə əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Mərkəzdə məcburi yerləşdirilirlər:
82.2.1. müvafiq icra hakimiyyəti orqanının
inzibati qaydada tutma barədə qərarı olduqda - 24
saatadək;
82.2.2. məhkəmənin inzibati qaydada tutma
barədə qərarı olduqda – üç
günədək;
82.2.3. bu Məcəllənin 80.2-ci və 80.3-cü
maddələrində nəzərdə tutulmuş hallarda
məhkəmənin müvafiq qərarı olduqda - qərarda
göstərilən, lakin 6 aydan artıq olmayan
müddətə.
82.3. Bu Məcəllənin 82.1.3-cü
maddəsində nəzərdə tutulan hallar Azərbaycan
Respublikasının ərazisində yaşayış yeri
və ya özünün və ailə üzvlərinin minimal
tələbatını ödəməyə vəsaiti olmayan
şəxslərə tətbiq edilir.
Maddə 83. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Mərkəzdə yerləşdirilməsi proseduru
83.1. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Mərkəzdə könüllü
yerləşdirilmələri üçün ərizə
ilə müvafiq icra hakimiyyəti orqanına müraciət
edirlər. Ərizəyə şəxsiyyəti təsdiq
edən sənəd (mövcud olduqda) əlavə olunur. Həmin
sənədin Elektron Hökumət
İnformasiya
Sistemi vasitəsilə müvafiq dövlət orqanından
(qurumundan) əldə edilməsi mümkün olduqda həmin
sənəd ərizəçidən
tələb edilmir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim
edilməsi ərizəçinin razılığı ilə
sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb
olunur və ya ərizəçi
tərəfindən təmin edilir.[125]
83.2. Müvafiq icra hakimiyyəti orqanı
ərizəyə baxaraq, şəxsin Mərkəzdə
yerləşdirilməsi və ya bundan imtina edilməsi
barədə qərar qəbul edir.
83.3. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Mərkəzdə məcburi yerləşdirilməsi
üçün tutma barədə müvafiq icra hakimiyyəti
orqanının qərarı və ya məhkəmənin
müvafiq qərarı tələb olunur.
Maddə 84. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Mərkəzdə saxlanılmasının
xüsusiyyətləri
84.1. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Mərkəzdə daxili intizam qaydalarında nəzərdə
tutulmuş tələblər nəzərə alınmaqla 2, 6
və daha çox nəfərlik xüsusi yaşayış
otaqlarında saxlanılırlar.
84.2. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
yaşayış otaqlarında bir ailəyə mənsub
olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti
nəzərə alınmaqla saxlanılırlar.
84.3. Aşağıdakı əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Mərkəzdə ayrı saxlanılırlar:
84.3.1. məcburi saxlanılanlar könüllü
saxlanılanlardan;
84.3.2. qadınlar kişilərdən (ailə
üzvləri istisna olmaqla);
84.3.3. yetkinlik yaşına çatmayanlar yetkinlik
yaşına çatanlardan (ailə üzvləri istisna
olmaqla);
84.3.4. Mərkəzdə saxlanılan
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər onların həyat və ya
sağlamlığına təhlükə törədən
Mərkəzdə saxlanılan digər
əcnəbilərdən və
vətəndaşlığı olmayan
şəxslərdən (Mərkəzin rəisinin
qərarı ilə).
84.4. Qadınlar kişi cinsindən olan 12
yaşınadək uşaqlarını öz yanlarında
saxlaya bilərlər.
84.5. Hamilə və ya yanında uşağı olan
qadınlar, yetkinlik yaşına çatmayanlar, habelə tibbi
nəzarətə ehtiyacı olan şəxslər
yaxşılaşdırılmış maddi-məişət
şəraiti, xüsusi tibbi yardım və xüsusi yemək
normaları ilə təmin edilirlər.
Maddə 85. Mərkəzdə rejim
85.1. Mərkəzdə oraya yerləşdirilən
şəxslərin bu Məcəllədə və
Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarında nəzərdə tutulmuş
hüquqlarının və qanuni mənafelərinin
qorunmasına, onların üzərinə qoyulmuş
vəzifələrin yerinə yetirilməsinə və
saxlanılması şəraitinə yönəldilmiş
qaydaları təmin edən rejim müəyyən edilir.
85.2. Mərkəzdə rejimi təmin etmək
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Mərkəzin daxili intizam qaydaları
(bundan sonra – daxili intizam qaydaları) təsdiq edilir.
85.3. Mərkəzdə rejim Mərkəzin rəisi
və işçiləri tərəfindən təmin edilir.
85.4. Qadağan olunmuş əşyaların
siyahısı, həmin əşyaların Mərkəzdə
saxlanılan şəxslərdə aşkar edildiyi
təqdirdə müvafiq tədbirlərin görülməsi
və onların məhv edilməsi halları daxili intizam
qaydaları ilə müəyyən olunur.
85.5. Şəxs Mərkəzə
yerləşdirilərkən Mərkəzin
işçiləri tərəfindən bu
Məcəllənin müddəaları və daxili intizam
qaydaları ilə tanış edilməli və bütün
tələblər onlara izah olunmalıdır.
85.6. Qadağan olunmuş əşyaların
hazırlanmasının, saxlanılmasının,
gəzdirilməsinin, daşınmasının və ya
istifadəsinin tənbeh tədbirlərinin tətbiqinə
səbəb olması barədə Mərkəzdə
saxlanılan şəxsə məlumat verilir və ondan
yazılı iltizam alınır.
Maddə 86. Daxili intizam qaydaları
86.0. Daxili intizam qaydaları ilə
aşağıdakılar müəyyən edilir:
86.0.1. şəxsin Mərkəzə qəbul
edilərək yerləşdirilməsi, onun qeydiyyatının
və şəxsi axtarışının aparılması,
əşyalarının yoxlanılması, tibbi
müayinədən keçirilməsi və
Mərkəzdən azad edilməsi (və ya buraxılması);
86.0.2. şəxsin Mərkəzdə
saxlanılması şəraiti və şərtləri,
mühafizəsi və müşayiəti, o
cümlədən bir Mərkəzdən digər Mərkəzə
köçürülməsi;
86.0.3. Mərkəzdə saxlanılan şəxsin
daktiloskopik qeydiyyatının aparılması;
86.0.4. bağlamaların, sovqatların və
banderolların Mərkəzə gətirilməsi və
onların qəbulu, o cümlədən Mərkəzdə
saxlanılan şəxsin şəxsi hesabları
vasitəsilə pul baratları alması və ya
göndərməsi;
86.0.5. şəxsin Mərkəzə məcburi
yerləşdirilməsindən dərhal sonra yaxın
qohumlarına və ya əlaqə saxlaması onun
üçün qanuni maraq doğuran digər şəxslərə
telefonla bu barədə məlumat verməsi;
86.0.6. şəxsin öz dövlətinin Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəliyi və ya
konsulluğu ilə, yaxud ona himayədarlığı öz
üzərinə götürmüş milli, yaxud
beynəlxalq təşkilatlarla əlaqə yaratması;
86.0.7. Mərkəzdə saxlanılan şəxsin
ərzaq məhsulları və ən zəruri malları
əldə etməsi, yazışması, telefon
əlaqəsindən istifadə etməsi;
86.0.8. Mərkəzdə məcburi
yerləşdirilən şəxsin gəzintiyə
çıxarılması;
86.0.9. Mərkəzə giriş və
çıxışın tənzimlənməsi;
86.0.10. Mərkəzdə saxlanılan şəxsin
idmanla məşğul olması, stolüstü oyunlar
oynaması və televiziya verilişlərinə baxması;
86.0.11. Mərkəzdə saxlanılan şəxsin
müdafiəçisi, qanuni nümayəndəsi,
qohumları, hüquqi yardım göstərən və ya
əlaqələri onun üçün maraq doğuran
digər şəxslərlə görüşlərinin
təmin edilməsi;
86.0.12. şəxsin Mərkəzin rəisi
tərəfindən qəbul edilməsi;
86.0.13. Mərkəzdə saxlanılan şəxs
tərəfindən dini ayinlərin yerinə yetirilməsi;
86.0.14. Mərkəzdə saxlanılan şəxsin
yemək və maddi-məişət təminatı və
normaları;
86.0.15. Mərkəzdə saxlanılan şəxs
tərəfindən təkliflərin, şikayətlərin
və ərizələrin göndərilməsi;
86.0.16. Mərkəzdə saxlanılan şəxsə
tibbi və psixoloji yardım göstərilməsi,
habelə onun tibbi-sanitariya təminatı,
tibbi-müayinəsi, tibb müəssisələrində
yerləşdirilməsi və ya saxlanılması;[126]
86.0.17. Mərkəzdə saxlanılan şəxsin
mülki-hüquq, ailə-hüquq
münasibətlərində iştirakı və notarius
xidmətlərindən istifadə etməsi;
86.0.18. Mərkəzdə saxlanılan zaman vəfat
etmiş şəxsin meyitinin verilməsi;
86.0.19. Mərkəzdə rejimin təmin edilməsi
ilə əlaqədar digər məsələlər.
Maddə 87. Mərkəzdə məcburi
yerləşdirilən əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquqları
87.1. Mərkəzdə məcburi
yerləşdirilən şəxs aşağıdakı
hüquqlara malikdir:
87.1.1. Mərkəzə gətirildikdən dərhal
sonra yaxın qohumlarına və ya əlaqə saxlaması
onun üçün qanuni maraq doğuran digər
şəxslərə telefonla bu barədə məlumat
vermək imkanı ilə təmin olunmaq;
87.1.2. şəxsi təhlükəsizliyi təmin
edilməklə yerləşdirilmək;
87.1.3. öz hüquq və vəzifələri və
daxili intizam qaydaları ilə yazılı şəkildə
ona aydın olan dildə tanış olmaq, bu barədə
yazılı məlumatı özündə saxlamaq;
87.1.4. işgəncəyə, qeyri-insani və
ləyaqəti alçaldan rəftara və ya cəzaya
məruz qalmamaq;
87.1.5. müdafiəçi, qanuni nümayəndə,
qohumlar, hüquqi yardım göstərən və ya
əlaqələri onun üçün maraq doğuran
digər şəxslərlə görüşmək;
87.1.6. öz dövlətinin Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəliyi və ya
konsulluğu ilə, yaxud ona himayədarlığı öz
üzərinə götürmüş milli, yaxud
beynəlxalq təşkilatlarla təxirə salınmadan
əlaqəyə girmək;
87.1.7. pulsuz yeməklə, maddi-məişət və
tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq;
87.1.8. Mərkəzin kitabxanasından istifadə
etməklə, ədəbiyyat, qəzet və ya jurnal götürmək,
həmçinin öz vəsaiti hesabına yazı
ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal
əldə etmək;
87.1.9. dini ayinləri yerinə yetirmək, dini
ləvazimatdan və ədəbiyyatdan istifadə etmək;
87.1.10. mülki-hüquq, ailə-hüquq
münasibətlərində iştirak etmək, notariusun
xidmətlərindən istifadə etmək;
87.1.11. etik davranışa uyğun rəftar olunmaq;
87.1.12. hüquqazidd məqsədlər
üçün istifadə edilə bilən və ya
dövlət sirrini və qanunla qorunan digər sirləri
özündə əks etdirən sənədlər və
yazılar istisna olmaqla, barəsində aparılan işin
icraatı ilə tanış olmaq, öz
hüquqlarının və qanuni mənafelərinin həyata
keçirilməsi ilə bağlı sənədləri,
yaxud əqli fəaliyyətinin nəticəsi olan
yazıları və ya onların surətlərini, o
cümlədən təklif, ərizə və şikayətlərinə
verilən cavabların surətlərini özündə
saxlamaq;
87.1.13. Mərkəzdə saxlanılmasının
qanuniliyi, əsaslılığı və ya
hüquqlarının və qanuni mənafelərinin
pozulması məsələləri ilə bağlı
təklif, ərizə və şikayətlərlə
müraciət etmək;
87.1.14. idmanla məşğul olmaq və
stolüstü oyunlar oynamaq;
87.1.15. şəxsi əşyalardan istifadə
etmək;
87.1.16. öz paltar və ayaqqabısından
istifadə etmək, münasib paltarı olmadıqda iqlimə
uyğun paltarla təmin edilmək;
87.1.17. “Psixoloji yardım haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada ödənişsiz psixoloji
yardım almaq;[127]
87.1.18. öz vəsaiti hesabına qəzet və
jurnallara abunə yazılmaq;
87.1.19. şəxsi hesabları vasitəsilə pul
baratları almaq və yaxın qohumlarına pul baratları
göndərmək;
87.1.20. telefon əlaqəsindən istifadə etmək;
87.1.21. televiziya verilişlərinə baxmaq;
87.1.22. öz vəsaiti hesabına Mərkəzin
işçiləri vasitəsilə ticarət
şəbəkəsindən ərzaq məhsulları və
ən zəruri mallar əldə etmək;
87.1.23. gündəlik gəzintiyə
çıxarılmaq.
87.2. Mərkəzdə məcburi
yerləşdirilən şəxsin bu Məcəllənin
87.1-ci maddəsində sadalanan hüquqları “Həbs
yerlərində saxlanılan şəxslərin hüquq
və azadlıqlarının təmin edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulan minimal təminatlardan az olmamaqla daxili intizam qaydaları
ilə təmin edilir.
Maddə 88. Mərkəzdə
könüllü yerləşdirilən əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin hüquqları
88.0. Mərkəzdə könüllü
yerləşdirilən şəxs bu Məcəllənin
87.1.2-ci - 87.1.21-ci maddələrində göstərilən
hüquqlardan əlavə, aşağıdakı hüquqlara
malikdir:
88.0.1. Mərkəzi tərk etmək və geri
qayıtmaq;
88.0.2. Mərkəzin ərazisində (xidməti
istifadə üçün nəzərdə tutulan
ərazilər istisna olmaqla) sərbəst hərəkət
etmək;
88.0.3. öz vəsaiti hesabına müstəqil formada
ticarət şəbəkəsindən ərzaq
məhsulları və ən zəruri mallar əldə
etmək.
Maddə 89. Mərkəzdə saxlanılan
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin vəzifələri
89.0. Mərkəzdə saxlanılan şəxsin
əsas vəzifələri aşağıdakılardır:
89.0.1. bu Məcəllə ilə və daxili intizam
qaydaları ilə müəyyən edilmiş qaydalara
riayət etmək;
89.0.2. Mərkəzin rəisinin qanuni
tələblərinə əməl etmək;
89.0.3. sanitariya-gigiyena qaydalarına əməl
etmək;
89.0.4. yanğın təhlükəsizliyi
qaydalarına əməl etmək;
89.0.5. Mərkəzin əmlakına qayğı
ilə yanaşmaq;
89.0.6. saxlanıldığı otağı
növbəlilik qaydasında təmizləmək
(süpürmək, yumaq və silmək);
89.0.7. Mərkəzin işçiləri ilə,
habelə Mərkəzdə saxlanılan digər
şəxslərlə nəzakətlə davranmaq;
89.0.8. Mərkəzin işçilərinin xidməti vəzifələrinin
icrasına mane olmamaq;
89.0.9. özünün və ya digər
şəxslərin həyat və sağlamlığı
üçün təhlükə yaradan
hərəkətlərə yol verməmək.
Maddə 90. Mərkəzdə tətbiq
edilən tənbeh tədbirləri
90.1. Daxili intizam qaydalarını pozan
Mərkəzdə məcburi yerləşdirilən
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər barəsində aşağıdakı
tənbeh tədbirləri tətbiq edilir:
90.1.1. gəzintiyə çıxarılmaq
hüququnun məhdudlaşdırılması;
90.1.2. telefon əlaqəsindən istifadə etmək
hüququnun məhdudlaşdırılması;
90.1.3. televiziya verilişlərinə baxmaq hüququnun
məhdudlaşdırılması;
90.1.4. idmanla məşğul olmaq və
stolüstü oyunlar oynamaq hüququnun
məhdudlaşdırılması;
90.1.5. yaxın qohumları ilə
görüşmək hüququnun
məhdudlaşdırılması;
90.1.6. bir nəfərlik xüsusi otaqda
saxlanılması.
90.2. Daxili intizam qaydalarını pozan
Mərkəzdə könüllü yerləşdirilən
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər barəsində aşağıdakı
tənbeh tədbirləri tətbiq edilir:
90.2.1. bu Məcəllənin 90.1.2-ci - 90.1.4-cü
və 90.1.6-cı maddələrində nəzərdə
tutulan tənbeh tədbirləri;
90.2.2. Mərkəzdən xaric olunma.
90.3. Tənbeh tədbiri Mərkəz rəisinin
əsaslandırılmış qərarı ilə tətbiq
edilir. Qərarın surəti əcnəbiyə və
vətəndaşlığı olmayan şəxsə
dərhal təqdim edilir və şikayət etmək hüququ
ona izah olunur. Bu barədə müvafiq qeydiyyat aparılır.
90.4. Bir pozuntuya görə yalnız bir tənbeh
tədbiri tətbiq edilir.
90.5. Tənbeh tədbiri Mərkəzdə
müəyyən edilmiş qaydaların pozulması halları
və saxlanılan şəxsin davranışı
nəzərə alınmaqla tətbiq edilir. Tənbeh
tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5
gün keçənədək, pozuntu ilə əlaqədar
yoxlama aparıldıqda isə yoxlama başa çatdıqda,
lakin pozuntu törədildiyi gündən ən geci 1 ay
keçənədək tətbiq edilir.
90.6. Daxili intizam qaydalarını pozan şəxsin
aşağıdakı hüquqları vardır:
90.6.1. hansı əməlinin daxili intizam
qaydalarının pozulması hesab olunduğu barədə
dərhal məlumat almaq;
90.6.2. şəxsən və ya zəruri hesab etdiyi
hallarda müdafiəçi vasitəsilə müdafiə
olunmaq;
90.6.3. tərcüməçinin köməyindən
pulsuz istifadə etmək;
90.6.4. şahidlərin izahatının
alınmasını tələb etmək və onların
izahatının alınmasında iştirak etmək.
90.7. Tənbeh tədbiri verilməzdən əvvəl
Mərkəzdə saxlanılan əcnəbidən və ya
vətəndaşlığı olmayan şəxsdən
izahat alınır. Həmin şəxs izahat verməkdən
imtina etdikdə, bu barədə imtinanın
səbəbləri göstərilməklə akt tərtib
edilir.
90.8. Şəxs tənbeh tədbirindən yuxarı
vəzifəli şəxsə və ya
məhkəməyə şikayət verə bilər. Bu
Məcəllənin 90.9-cu maddəsinə əsasən
tənbeh tədbirinin tətbiqinin dayandırılması
barədə qərar qəbul edildiyi hallar istisna olmaqla,
şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini
dayandırmır.[128]
90.9. Şikayət verildiyi hallarda, barəsində
şikayət olunan tənbeh tədbirinin tətbiqinin
dayandırılması ilə bağlı
məsələyə, maraqlı şəxsin ərizəsinə
əsasən və ya xidməti vəzifəsinə
görə şikayət instansiyasının öz
təşəbbüsü ilə, şikayət
instansiyası tərəfindən dərhal baxılır
və bu barədə müvafiq qərar qəbul edilir.[129]
Maddə 91. Mərkəzdə saxlanılan
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin mühafizəsi və onların
üzərində nəzarət
91.1. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Mərkəzdə mühafizə olunur və nəzarət
altında saxlanılırlar. Mərkəzdə saxlanılan
şəxslər Mərkəzin ərazisində
işçilərin nəzarəti ilə hərəkət
edirlər.
91.2. Nəzarət həyata keçirilərkən
foto-video və ya digər texniki vasitələrdən
istifadə edilə bilər.
91.3. Mərkəzdə saxlanılan
şəxslərin daktiloskopik qeydiyyatı aparılır,
fotoşəkilləri çəkilir, barəsində
şəxsi axtarış tətbiq edilir, saxlanıldığı
yerdə axtarış aparılır, onların
əşyaları, bağlamaları, sovqatları və
banderolları yoxlanılır.
91.4. Mərkəzdə məcburi
yerləşdirilən şəxslər barəsində
sanitariya-gigiyena tədbirləri və ya onların
üzərində şəxsi axtarış Mərkəzin
eyni cinsdən olan işçiləri tərəfindən
həyata keçirilir.
91.5. Mərkəzdə saxlanılan
şəxslərdə qadağan olunmuş əşyalar
aşkar edildikdə, həmin əşyalar müvafiq protokol
tərtib edilməklə götürülür və anbara
təhvil verilir, yaxud Mərkəz rəisinin
əsaslandırılmış qərarına əsasən
məhv edilir. Bununla əlaqədar əcnəbiyə və ya
vətəndaşlığı olmayan şəxsə bu
Məcəllənin 90.1-ci və 90.2-ci maddələrində
nəzərdə tutulan tənbeh tədbirlərindən biri
tətbiq edilir.
91.6. Mərkəzdə saxlanılan şəxs
özü ilə hər hansı dərman preparatları
gətirdiyi halda, onlardan istifadə olunması barədə
qərarı həkim qəbul edir.
91.7. Mərkəzin ərazisinə giriş və ya bu
ərazidən çıxış zamanı Mərkəzin
işçiləri tərəfindən gələn və
gedən şəxslərin əşyaları, geyimi, o
cümlədən daxil olan və çıxan nəqliyyat
vasitələri yoxlanılır və qadağan olunmuş
əşyalar aşkar edildikdə götürülür.
Mərkəzə gələn şəxslərdə və ya
nəqliyyat vasitələrində qadağan olunmuş
əşyalar aşkar edildikdə, qanunla bu əmələ görə
məsuliyyət nəzərdə tutulmamışdırsa,
belə əşyalar onları gətirmiş
şəxslərə qaytarılır.
91.8. Mərkəzdə saxlanılan
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər bir Mərkəzdən başqa
Mərkəzə keçirildikdə, həmin
şəxslərdən götürülmüş qadağan
olunmuş əşyalar siyahıya alınaraq, onları
qəbul edən Mərkəzə göndərilir.
Maddə 92. Mərkəzin
işçilərinin vəzifələri
92.1. Mərkəzin işçilərinin
aşağıdakı vəzifələri vardır:
92.1.1. Mərkəzə gəlmiş və ya
gətirilmiş şəxsi müvafiq qaydada qəbul
etmək;
92.1.2. Mərkəzdə məcburi
yerləşdirilən şəxsə Mərkəzdə
saxlanıldığı barədə yaxın qohumlarına
və ya əlaqə saxlaması onun üçün qanuni
maraq doğuran digər şəxslərə telefonla və ya
digər vasitələrlə məlumat vermək
imkanını yaratmaq (Mərkəzin işçiləri
Mərkəzdə məcburi yerləşdirilən
şəxsin qocalığı, yetkinlik yaşına
çatmaması, sağlamlıq və psixoloji
vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə
məlumatları öz təşəbbüsləri ilə
verə bilməzlər);
92.1.3. Mərkəzdə yerləşdirilən
şəxsin Mərkəzdə saxlanıldığı
(tutularaq gətirilən şəxslər barədə isə
harada tutulduğu) barədə onun vətəndaşı
olduğu və ya daimi yaşadığı dövlətin
Azərbaycan Respublikasındakı diplomatik
nümayəndəliyinə və ya konsulluğuna dərhal
məlumat vermək və belə məlumatın verildiyini
qeydə almaq;
92.1.4. Mərkəzə qəbul edilən
şəxsin təxirə salınmadan tibbi
müayinədən keçirilməsini təmin etmək;
92.1.5. Mərkəzdə saxlanılan şəxsi
hüquq və vəzifələri, daxili intizam qaydaları
ilə tanış etmək və ona bu barədə izah
vermək;
92.1.6. Mərkəzdə saxlanılan şəxsin
müdafiəçisi, qanuni nümayəndəsi, qohumları
ilə, habelə həmin şəxsə hüquqi yardım
göstərən və ya əlaqələri onun
üçün maraq doğuran digər
şəxslərlə görüşlərini təşkil
etmək;
92.1.7. Mərkəzdə saxlanılan
şəxslərin təhlükəsizliyini təmin etmək;
92.1.8. Mərkəzdə saxlanılan
şəxslərin təklif, şikayət və
ərizələrini qeydiyyata almaq;
92.1.9. Mərkəzdə saxlanılan
şəxslərin məktub, teleqram, təklif, ərizə
və şikayətlərinin göndərilməsini təmin
etmək;
92.1.10. cinayət prosesini həyata keçirən
orqanın müraciətinə uyğun olaraq, müvafiq icra
hakimiyyəti orqanına məlumat verməklə,
Mərkəzdə saxlanılan şəxsin iştirakı
ilə Mərkəzdə istintaq hərəkətlərinin,
yaxud digər prosessual hərəkətlərin
aparılmasına şərait yaratmaq;
92.1.11. Mərkəzdə saxlanılan
şəxsləri müvafiq icra hakimiyyəti orqanının
qərarına əsasən digər Mərkəzə
köçürmək;
92.1.12. Mərkəzdə saxlanılan şəxsin
telefonla danışmaq hüququnun təmin edilməsinə
şərait yaratmaq;
92.1.13. Mərkəzdə saxlanılan şəxsin
saxlanılma müddətinin başa çatmasına 1 iş
günü qalmış müvafiq icra hakimiyyəti
orqanına bu barədə məlumat vermək;
92.1.14. Mərkəzdə saxlanılan şəxsin
notariusun xidmətlərindən istifadə etməsinə
şərait yaratmaq.
92.2. Mərkəzin işçiləri şəxsin
Mərkəzə qəbul olunmasından sonra
keçirilmiş tibbi müayinəsinin
nəticələrinin onun sağlamlığı barədə
qeydə alınmış məlumatlarına əlavə
olunmasını təmin etməlidirlər.
Maddə 93. Mərkəzdə fiziki
qüvvənin və xüsusi vasitələrin tətbiqi
93.1. Hazırlanan və ya törədiləcək
cinayətin və ya digər hüquqpozmaların
qarşısının alınmasının, habelə
Mərkəz işçilərinin qanuni tələblərinə
müqavimətin aradan qaldırılmasının başqa
üsullarla təmin edilməsi mümkün olmadıqda, fiziki
qüvvə tətbiq edilə bilər.
93.2. Mərkəzdə xüsusi vasitələr
aşağıdakı hallarda tətbiq edilə bilər:
93.2.1. Mərkəzin işçilərinə və
ya digər şəxslərə Mərkəzdə
saxlanılan şəxslər tərəfindən edilən
hücumları dəf edərkən;
93.2.2. kütləvi iğtişaşların və ya
Mərkəzdə saxlanılma rejiminin qrup halında
pozulmasının qarşısını alarkən;
93.2.3. Mərkəz işçilərinin və ya
Mərkəzdə rejimin təmin edilməsinə cəlb
olunmuş müvafiq icra hakimiyyəti orqanı
işçilərinin qanuni tələblərinə tabe
olmayan və ya onlara fiziki müqavimət göstərən
Mərkəzdə saxlanılan şəxslərin qanunsuz
hərəkətlərinin qarşısını alarkən;
93.2.4. girov saxlanılan şəxsləri, zəbt
olunmuş binaları, yerləri, qurğuları və
nəqliyyat vasitələrini azad edərkən;
93.2.5. Mərkəzdə məcburi
yerləşdirilən şəxslərin Mərkəzdən
qaçması cəhdinin qarşısını alarkən;
93.2.6. Mərkəzdə saxlanılan
şəxslərin özlərinə və
ətrafdakılara zərər yetirmək cəhdlərinin
qarşısını alarkən.
93.3. Fiziki qüvvə və xüsusi vasitələr
tətbiq edilərkən, aşağıdakı
şərtlərə riayət edilməlidir:
93.3.1. insana qarşı fiziki qüvvə, xüsusi
vasitələr yalnız son zərurət və ya zəruri
müdafiə vəziyyətində, bütün digər
təsir imkanlarından istifadə lazımi nəticə
vermədikdə, hüquq pozuntusunun ağırlıq
dərəcəsindən və ya onu törədənin
şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;
93.3.2. qrup halında basqın edildiyi, o
cümlədən silahlı müqavimət göstərildiyi
hallar istisna olmaqla, xüsusi vasitələr qadınlara,
azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara,
əlilliyi, yaxud digər fiziki və ya psixi pozuntuları aşkar bilinən
şəxslərə qarşı, habelə insanların
toplaşdığı və ya kənar şəxslərin
zərər çəkə biləcəyi yerlərdə tətbiq
edilməməlidir; [130]
93.3.3. xüsusi vasitələr yalnız real
təhlükənin qarşısı alınarkən
tətbiq edilə bilər;
93.3.4. fiziki qüvvənin, xüsusi vasitələrin
tətbiqi yaranmış təhlükəyə
mütənasib olmalıdır;
93.3.5. hüquq pozuntusunun xarakterindən və
təhlükəlilik dərəcəsindən, eləcə
də göstərilən müqavimətin gücündən
asılı olaraq, vurulan zərərin minimal olmasına
cəhd edilməlidir;
93.3.6. bədən xəsarəti alan
şəxslərə ilkin tibbi yardımın
göstərilməsi təmin edilməlidir.
93.4. Fiziki qüvvənin və xüsusi
vasitələrin tətbiqi haqqında müvafiq qeydiyyat
aparılır. Mərkəzin işçiləri
tərəfindən fiziki qüvvə və ya xüsusi
vasitə tətbiq edildiyi hər bir halda Mərkəzin
rəisi bu barədə dərhal müvafiq icra hakimiyyəti
orqanına yazılı məlumat verməlidir.
93.5. Mərkəzin işçiləri
tərəfindən fiziki qüvvənin, xüsusi
vasitələrin tətbiq edildiyi hər bir halda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən xidməti yoxlama
aparılmalı və fiziki qüvvənin, xüsusi
vasitənin tətbiqinin qanunauyğun olub-olmaması
barədə müvafiq rəy hazırlanmalıdır.
Maddə 94. Mərkəzin
fəaliyyətinə nəzarət
94.1. Mərkəzin fəaliyyətinə
nəzarət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
94.2. Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
və Milli preventiv qrup üzvlərinin istənilən vaxt,
maneəsiz və əvvəlcədən xəbərdarlıq
etmədən Mərkəzə daxil olmaq, orada
könüllü və ya məcburi yerləşdirilən
əcnəbilərlə və ya vətəndaşlığı
olmayan şəxslərlə, habelə müvafiq
məlumatı verə biləcək istənilən digər
şəxslə təkbətək və ya zəruri
saydığı halda mütəxəssisin, yaxud
tərcüməçinin iştirakı ilə
görüşmək və söhbət etmək, onların
həmin yerlərdə yerləşdirilməsinin və saxlanılmasının
qanuniliyini təsdiq edən, eləcə də həmin
əcnəbilərlə və ya
vətəndaşlığı olmayan
şəxslərlə rəftara və onların saxlanma şəraitinə
aid olan bütün sənədlərlə tanış olmaq
və surətlərini almaq, akt tərtib etmək, həyata
keçirdikləri tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq, Mərkəzin rəisi
tərəfindən təxirə salınmadan qəbul
edilmək, Azərbaycan Respublikası İnsan hüquqları
üzrə müvəkkilinin (ombudsmanın) isə
həmçinin Mərkəzə müvafiq
tövsiyələr vermək və həmin
tövsiyələrə müəyyən edilmiş
müddətdə cavablar almaq hüquqları vardır.
FƏSİL
15
MƏSULİYYƏT
Maddə 95. Miqrasiya qanunvericiliyinin
pozulmasına görə məsuliyyət
95.1.
Azərbaycan Respublikasına gəlməyin və Azərbaycan
Respublikasından getməyin, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti olmasının, müvəqqəti və
ya daimi yaşamasının və əmək fəaliyyəti
ilə məşğul olmasının, habelə Azərbaycan
Respublikası vətəndaşlarının xarici
ölkələrdə işə düzəldilməsinin bu
Məcəllə ilə müəyyən edilmiş
qaydalarını pozmuş fiziki və hüquqi
şəxslər qanunla nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
95.2.
Bu Məcəllənin tələblərini pozmuş
dövlət orqanlarının vəzifəli
şəxsləri qanunla nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
95.3.
Əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ərazisinə qanunsuz
gəlməsinin, onların Azərbaycan Respublikasının
ərazisində qanunsuz olmasının, yaşamasının,
Azərbaycan Respublikasının ərazisindən qanunsuz olaraq
tranzit keçməsinin, o cümlədən qanunsuz işləməsinin
təşkil edilməsində təqsirkar şəxslər
qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
95.4.
Əvvəllər Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati və ya məcburi qaydada
çıxarılmış və girişinə
müəyyən müddətə məhdudiyyət
qoyulmuş əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
həmin müddət ərzində bilərəkdən
sənədlərində dəyişiklik edərək
yenidən ölkəyə daxil olduqda, qanunla
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
95.5.
İşə cəlb edilməsi məqsədi ilə
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin pasportlarını və ya
şəxsiyyəti təsdiq edən digər
sənədlərini götürən, saxlayan və ya
gizlədən şəxslər qanunla nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
17 oktyabr 2014-cü il tarixli 1071-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23
noyabr 2014-cü il, № 256; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1351)
2.
17 oktyabr 2014-cü il tarixli 1079-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6
noyabr 2014-cü il, № 242; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11,
maddə 1357)
3.
16 dekabr 2014-cü il tarixli 1143-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 31 dekabr
2014-cü il, № 288,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 12, maddə 1539)
4.
24 fevral 2015-ci il tarixli 1207-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 mart 2015-ci il, № 58, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 259)
5.
29 may 2015-ci il tarixli 1295-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 20 iyun 2015-ci il, № 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №
06, maddə 689)
6.
20 oktyabr 2015-ci il tarixli 1387-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 9 dekabr 2015-ci il, № 271, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1436)
7.
1 fevral 2016-cı il tarixli 118-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 214)
8.
6 may
2016-cı il tarixli 223-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4
iyun 2016-cı il, № 119,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 970)
9.
17 may
2016-cı il tarixli 244-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, № 6, maddə 988)
10.
14 iyun
2016-cı il tarixli 280-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, № 6, maddə 1008)
11.
24 iyun
2016-cı il tarixli 299-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21
iyul 2016-cı il, № 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1246)
12.
11 noyabr
2016-cı il tarixli 406-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11,
maddə 1794)
13.
30 iyun
2017-ci il tarixli 761-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1312)
14.
20 oktyabr 2017-ci il tarixli 810-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 5 noyabr 2017-ci il, № 244,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №
11, maddə 1963)
15.
31 oktyabr 2017-ci il tarixli 852-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2017-ci il, № 269, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2218)
16.
1 dekabr
2017-ci il tarixli 902-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab,
maddə 2257)
17.
29 dekabr
2017-ci il tarixli 965-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 32)
18.
23 fevral
2018-ci il tarixli 1015-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 mart 2018-ci il, № 61,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №
3, maddə 386)
19.
1 may 2018-ci il tarixli 1097-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2018-ci il, № 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1156)
20.
29 iyun
2018-ci il tarixli 1218-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul
2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1434)
21.
28 dekabr 2018-ci il tarixli 1406-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
01, maddə 23)
22.
27 iyun
2019-cu il tarixli 1623-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul
2019-cu il, № 159, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 7, maddə 1191)
23.
12 iyul
2019-cu il tarixli 1659-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 avqust
2019-cu il, № 183,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
№8, maddə 1380)
24.
8 oktyabr
2019-cu il tarixli 1677-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr
2019-cu il, № 255,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
11, maddə 1686)
25.
1 may 2020-ci
il tarixli 73-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
21 may 2020-ci il, № 99,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
№5, maddə 523)
26.
19 may
2020-ci il tarixli 100-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyun
2020-ci il, № 117,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №
6, maddə 676)
27.
19 may
2020-ci il tarixli 114-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2020-ci il, № 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə
832)
28.
6 oktyabr
2020-ci il tarixli 183-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 noyabr
2020-ci il, № 245, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə
1333)
29.
22 iyun
2021-ci il tarixli 348-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 894)
30.
8 iyul
2022-ci il tarixli 586-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 5 avqust 2022-ci il
“Azərbaycan” qəzeti, 6 avqust 2022-ci il, № 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə
833)
31.
9 iyul
2021-ci il tarixli 367-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, № 7, maddə 717)
32.
9 dekabr
2022-ci il tarixli 682-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr
2022-ci il, № 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
12, maddə 1390) (Bu Qanun 2023-cü il
yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək
qüvvədədir.)
33.
20 dekabr
2022-ci il tarixli 732-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 7 fevral 2023-cü il, “Azərbaycan”
qəzeti, 8 fevral 2023-cü il, № 28, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 185)
34.
23 dekabr
2022-ci il tarixli 761-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 13 yanvar
2023-cü il, № 7,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 1, maddə 28)
35.
27 dekabr
2022-ci il tarixli 764-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr
2022-ci il, № 288,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
12, maddə 1401)
36.
17 fevral
2023-cü il tarixli 807-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, № 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4,
maddə 445)
37.
4 aprel
2023-cü il tarixli 853-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 16 may 2023-cü il, “Azərbaycan” qəzeti, 17 may 2023-cü il, № 102, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5,
maddə 620)
38.
22 dekabr
2023-cü il tarixli 1067-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
10 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 11 yanvar 2024-cü il, № 4)
MƏCƏLLƏYƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI