AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ
MƏCƏLLƏSİ[1]
ÜMUMİ HİSSƏ
Birinci bölmə
GİRİŞ MÜDDƏALARI
1-ci fəsil.
Mülki hüquq sahəsində qanunvericilik
Maddə 1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin məqsəd və
vəzifələri
1.1. Bu Məcəllənin məqsədi
üçüncü şəxslərin hüquqlarına xələl
gətirmədən mülki dövriyyənin
azadlığını onun iştirakçılarının
bərabərliyi əsasında təmin etməkdir.
1.2. Bu Məcəllənin
vəzifələri aşağıdakılardır:
mülki hüquq subyektlərinin əmlak və şəxsi
qeyri-əmlak münasibətlərini tənzimləmək;
mülki hüquq subyektlərinin hüquqlarını və
qanuni mənafelərini müdafiə etmək;
fiziki şəxslərin şərəfini, ləyaqətini,
işgüzar nüfuzunu, şəxsi və ailə həyatının,
şəxsi toxunulmazlığının müdafiəsi hüququnu
qorumaq;[2]
mülki dövriyyəni təmin etmək;
sahibkarlıq fəaliyyətini dəstəkləmək;
sərbəst bazar iqtisadiyyatının inkişafına
şərait yaratmaq.
Maddə 2. Azərbaycan
Respublikasının mülki qanunvericiliyi
2.1. Azərbaycan
Respublikasının mülki qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasına əsaslanır və bu
Məcəllədən, digər qanunlardan və onların əsasında
qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən
başqa normativ hüquqi aktlardan ibarətdir.
2.2. Mülki qanunvericilik mülki
hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini,
mülkiyyət hüququnun və başqa əmlak
hüquqlarının əmələ gəlməsi əsaslarını
və həyata keçirilməsi qaydasını müəyyənləşdirir,
müqavilə və digər öhdəlik münasibətlərini,
habelə sair əmlak münasibətlərini və onlarla
bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləyir.
2.3. Ailə, əmək
münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf
mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar
hüquqlar ilə bağlı münasibətlər, əgər
ailə, əmək, torpaq, təbiəti mühafizə,
müəlliflik və digər xüsusi qanunvericilikdə
ayrı qayda nəzərdə tutulmayıbsa, mülki
qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.KMQ26
2.4.
İnsanın özgəninkiləşdirilməyən
hüquq və azadlıqlarının, digər qeyri-maddi nemətlərin
gerçəkləşdirilməsi və müdafiəsi ilə
bağlı münasibətlər, əgər bu münasibətlərin
mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
2.5. Əgər
qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa,
mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin
digər tərəfə inzibati və ya digər hakimiyyət
tabeliyinə əsaslanan əmlak münasibətlərinə,
o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə
tətbiq edilmir.
2.5-1. Ələt azad iqtisadi zonasında mülki
münasibətlər “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.[3]
2.6. Qanundan
aşağı qüvvəli normativ hüquqi aktlar mülki
münasibətlərin tənzimlənməsi
üçün yalnız o halda tətbiq edilir ki, onlar bu Məcəlləyə
uyğun gəlsin və ona zidd olmasın.
Maddə 3. Mülki qanunvericilik
və beynəlxalq hüquq aktları
3.1. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr bu Məcəllə
ilə tənzimlənən mülki hüquq münasibətlərinə
(beynəlxalq müqavilədən onun tətbiqi
üçün dövlətdaxili normativ hüquqi aktın qəbul
edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə)
birbaşa tətbiq edilir.
3.2. Əgər
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilədə
müəyyənləşdirilən normalar mülki
qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə,
onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.
Maddə 4. Mülki hüquq
münasibətlərinin obyektləri
Əmlak və
ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki
dövriyyədən çıxarılmamış maddi və
ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin
obyektləri ola bilərlər.
Maddə 5. Mülki hüquq
münasibətlərinin subyektləri
5.1. İstər
sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə
də məşğul olmayan hər hansı fiziki və ya
hüquqi şəxslər mülki hüquq münasibətlərinin
subyektləri ola bilərlər.
5.2. Dövlət
hakimiyyəti orqanlarının və yerli özünüidarə
orqanlarının digər şəxslərlə mülki
hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə
tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir.
5.3. Mülki
hüquq münasibətlərinin subyektləri öz hüquq
və vəzifələrini vicdanla həyata keçirməyə
borcludurlar.
Maddə 6. Mülki
qanunvericiliyin prinsipləri
6.1. Mülki
qanunvericiliyin prinsipləri aşağıdakılardır:
6.1.1. mülki
hüquq subyektlərinin bərabərliyi;
6.1.2. mülki
hüquq subyektlərinin iradə sərbəstliyi;
6.1.3. mülki
dövriyyə iştirakçılarının əmlak
müstəqilliyi;
6.1.4. mülkiyyətin
toxunulmazlığı;
6.1.5. müqavilələr
azadlığı;
6.1.6. şəxsi
və ailə həyatına kimsənin özbaşına
qarışmasının yolverilməzliyi;[4]
6.1.7. mülki
hüquqların maneəsiz həyata keçirilməsinə
şərait yaradılması;
6.1.8.
pozulmuş hüquqların bərpasının təmin edilməsi;
6.1.9. mülki
hüquqların məhkəmə müdafiəsi.
6.2. Fiziki və
hüquqi şəxslər mülki hüquqları öz mənafelərini
gerçəkləşdirmək üçün iradələrinə
uyğun olaraq əldə edir və həyata keçirirlər.
Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini
müəyyənləşdirməkdə və qanunvericiliyə
zidd olmayan hər hansı müqavilə şərtləri
qoymaqda sərbəstdirlər.
6.3. Dövlət
və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin
sağlamlığının və mənəviyyatının
qorunması, digər şəxslərin hüquq və
azadlıqlarının, şərəfinin və təmiz
adının müdafiəsi üçün zəruri olduqda
mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla
bilər.
6.4. Mallar, xidmətlər
və maliyyə vəsaiti Azərbaycan Respublikasının
bütün ərazisində sərbəst hərəkət
edir. Əgər insanların təhlükəsizliyinin təmin
edilməsi, həyatının və
sağlamlığının müdafiəsi, təbiətin
və mədəniyyət sərvətlərinin qorunması
üçün zəruridirsə, malların və xidmətlərin
hərəkəti üçün məhdudiyyətlər
qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Maddə 7. Mülki
qanunvericiliyin zamana görə qüvvəsi
7.1. Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində
nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik
müddəalarının geriyə qüvvəsi yoxdur və
onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş
münasibətlərə tətbiq edilir.
7.2. Qanunla
birbaşa nəzərdə tutulmuş hallarda mülki
qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
7.3. Mülki
hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini
pisləşdirərsə, mülki qanunvericiliyin geriyə
qüvvəsi ola bilməz.
Maddə 8. Mülki
qanunvericiliyin məkana görə qüvvəsi
8.1. Mülki
qanunvericilik Azərbaycan Respublikasının istisnasız olaraq
bütün ərazisində qüvvədədir.
8.2. Mülki
qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan
Respublikasının bütün ərazisində maneəsiz həyata
keçirilə bilər və hökmən mühafizə
edilməlidir.
Maddə 9. Mülki
qanunvericiliyin şəxslərə görə qüvvəsi
9.1. Mülki
qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən bütün fiziki və hüquqi şəxslər
üçün qüvvədədir.
9.2. Mülki
qanunvericiliklə müəyyənləşdirilmiş
qaydalar, əgər qanunda ayrı hal nəzərdə
tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı
olmayan şəxslərin və xarici hüquqi şəxslərin
iştirak etdiyi münasibətlərə də tətbiq
olunur.
9.3. Qanunu bilməmək
və ya onu yanlış başa düşmək qanunun tətbiq
edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən
azad edilməyə əsas verə bilməz.
Maddə 10. İşgüzar adətlər
10.1.
Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində
təşəkkül tapan və geniş tətbiq edilən,
qanunvericilikdə nəzərdə tutulmayan davranış
qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən
asılı olmayaraq, işgüzar adət sayılır.
10.2.
Qanunvericiliyə və ya müqaviləyə zidd olan
işgüzar adətlər tətbiq edilmir.
Maddə 11. Mülki
qanunvericiliyin analogiya üzrə tətbiqi
11.1. Mülki
hüquq münasibətləri mülki qanunvericiliklə və
ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə
və onlara tətbiq edilə bilən işgüzar adət
olmadıqda həmin münasibətlərə, əgər bu,
onların mahiyyətinə zidd deyildirsə, oxşar
münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
11.2. Oxşar münasibətləri
tənzimləyən mülki hüquq normaları olmadıqda
tərəflərin hüquq və vəzifələri
mülki qanunvericilik prinsipləri əsas götürülməklə
tənzimlənir (hüququn analogiyası). Hüququn
analogiyası tətbiq edilərkən ədalət, insaf və
mənəviyyat tələbləri nəzərə
alınmalıdır.
11.3. Çıxarılmışdır.[5]
11.4. Xüsusi
münasibətləri tənzimləyən mülki
qanunvericilik müddəaları (istisna normaları) analogiya
üzrə tətbiq edilməməlidir.
11.5. Mülki
hüquq münasibətlərini tənzimləyən hüquq
normasının olmaması və ya onun qeyri-müəyyənliyi
məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə
əsas verə bilməz.
Maddə 12. Mülki hüquqların
siyasi hüquqlardan asılı olmaması
12.1. Mülki
hüquqların həyata keçirilməsi Azərbaycan
Respublikasının Konstitusiyası və ya qanunları ilə
müəyyənləşdirilmiş siyasi hüquqlardan
asılı deyildir.
12.2. Mülki
hüquq münasibətlərinin subyektləri həm qanunla
birbaşa qadağan olunmamış hərəkətləri,
həm də qanunda bilavasitə nəzərdə
tutulmamış hərəkətləri icra edə bilərlər.
Maddə 13. Sahibkarlıq fəaliyyəti[6]
Sahibkarlıq fəaliyyəti
şəxsin müstəqil surətdə həyata
keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,
malların istehsalından və (və
ya)
satışından, işlər görülməsindən və
ya xidmətlər göstərilməsindən mənfəət
(fərdi
sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.[7]
2-ci fəsil.
Mülki hüquq və vəzifələr, onların
müdafiəsi
Maddə 14. Mülki
hüquqların və vəzifələrin əmələ gəlməsi
14.1. Mülki
hüquqlar və vəzifələr mülki qanunvericilikdə
nəzərdə tutulan əsaslardan, habelə fiziki və
hüquqi şəxslərin qanunvericilikdə nəzərdə
tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə
mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən
əmələ gəlir.
14.2. Mülki
hüquqların və vəzifələrin əmələ gəlməsi
əsasları aşağıdakılardır:
14.2.1.
Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr
(əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər,
habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd
olmayan müqavilələr və başqa əqdlər.[8]
14.2.2. Dövlət
orqanlarının və yerli özünüidarə
orqanlarının qanunvericilikdə mülki hüquqların və
vəzifələrin əmələ gəlməsi əsası
kimi nəzərdə tutulmuş aktları.
14.2.3. Mülki
hüquqlar və vəzifələr müəyyənləşdirən
məhkəmə aktları.
14.2.4.
Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə
edilməsi.
14.2.5. Elm, ədəbiyyat,
incəsənət əsərlərinin, ixtiraların və əqli
fəaliyyətin digər nəticələrinin
yaradılması.
14.2.6. Başqa
şəxsə zərər vurulması.
14.2.7.
Əsassız varlanma.
14.2.8. Fiziki və
hüquqi şəxslərin digər hərəkətləri.
14.2.9.
Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi
ilə bağladığı hadisə.
14.3. Əgər
qanunla əmlak hüquqlarının yaranması
üçün ayrı qayda nəzərdə tutulmayıbsa,
dövlət qeydiyyatına alınmalı əmlak
hüquqları onların qeydə alındığı andan əmələ
gəlir.[9]
Maddə 15. Mülki
hüquqların həyata keçirilməsi
15.1. Çıxarılmışdır. [10]
15.2. Fiziki və
hüquqi şəxslərin özlərinə mənsub
mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə
nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam
verilməsinə səbəb olmur.[11]
Maddə 16. Mülki
hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması
16.1. Fiziki və
hüquqi şəxslərin yalnız və yalnız başqa
şəxsə ziyan vurmaq niyyəti ilə həyata
keçirdikləri hərəkətlərə, habelə
hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol
verilmir.
16.2. Çıxarılmışdır. [12]
Maddə 17. Mülki hüquqların
müdafiəsi
17.1.
Bütün dövlət hakimiyyəti orqanları, yerli
özünüidarə orqanları, siyasi partiyalar, ictimai
birliklər, həmkarlar ittifaqı təşkilatları,
fiziki və hüquqi şəxslər mülki hüquqlara
hörmət bəsləməyə və onların müdafiəsinə
kömək göstərməyə borcludurlar.
17.2. Çıxarılmışdır. [13]
17.3. Çıxarılmışdır.[14]
Maddə 18. Mülki
hüquqların müdafiəsi üsulları
Mülki
hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə
tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd
olmayan üsullarla həyata keçirilir.
Maddə 19. Dövlət hakimiyyəti
orqanının və ya yerli özünüidarə
orqanının aktının etibarsız sayılması
Dövlət
hakimiyyəti orqanının və ya yerli özünüidarə
orqanının mülki qanunvericiliyə uyğun gəlməyən,
fiziki və ya hüquqi şəxsin mülki
hüquqlarını və qanunla qorunan mənafelərini pozan
qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən
etibarsız sayıla bilər.
Maddə 20. Mülki
hüquqların özümüdafiəsi – çıxarılmışdır. [15]
Maddə 21. Zərərin əvəzinin
ödənilməsi
21.1. Zərərin
əvəzinin ödənilməsini tələb etmək
hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin
tam ödənilməsini tələb edə bilər, bu şərtlə
ki, qanunda və ya müqavilədə zərərin əvəzinin
daha az miqdarda ödənilməsi nəzərdə
tutulmasın.[16]
21.2. Zərər
dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş
hüququnu bərpa etmək üçün çəkdiyi və
ya çəkməli olduğu xərclər, əmlakından
məhrum olması və ya əmlakının zədələnməsi
(real zərər), habelə hüququ pozulmasaydı, həmin
şəxsin adi mülki dövriyyə şəraitində əldə
edəcəyi gəlirlər (əldən
çıxmış fayda) başa düşülür.
21.3. Zərərin
əvəzinin ödənilməsi ilə bağlı tələbin
həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin,
onun işçisinin və qanunvericiliklə nəzərdə
tutulmuş hallarda üçüncü şəxslərin
davranışının zərərin yaranmasına və
artmasına hansı həcmdə şərait yaratması nəzərə
alınmalıdır.[17]
Maddə 22. Dövlət hakimiyyəti
orqanlarının və yerli özünüidarə
orqanlarının vurduqları zərərin əvəzinin
ödənilməsi – çıxarılmışdır.[18]
Maddə 23. Şərəfin, ləyaqətin
və işgüzar nüfuzun müdafiəsi KMQ8
23.1. Fiziki şəxs
onun şərəfini, ləyaqətini və ya işgüzar
nüfuzunu ləkələyən, şəxsi və ailə
həyatının sirrini və ya şəxsi və ailə
toxunulmazlığını pozan məlumatların məhkəmə
qaydasında təkzib olunmasını tələb edə bilər,
bu şərtlə ki, həmin məlumatları yaymış
şəxs onların həqiqətə uyğun olduğunu
sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə
də, əgər bununla şəxsin şərəfinə,
ləyaqətinə və ya işgüzar nüfuzuna
toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin
tələbi ilə fiziki şəxsin şərəf və
ləyaqətinin müdafiəsinə onun ölümündən
sonra da yol verilir.[19]
23.2. Əgər
fiziki şəxsin şərəfini, ləyaqətini,
işgüzar nüfuzunu ləkələyən və ya şəxsi
və ailə həyatının sirrinə qəsd edən məlumatlar
mediada yayılmışdırsa, həmin
mediada
da təkzib edilməlidir.
Əgər göstərilən məlumatlar rəsmi sənədə
daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli
və bu barədə marağı olan şəxslərə
məlumat verilməlidir. Digər hallarda təkzib
qaydasını məhkəmə müəyyənləşdirir.[20]
23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə
toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi
(yayımlanması) hüququ vardır.[21]
23.4. Şərəfini,
ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən
məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların
təkzibi ilə yanaşı, onların yayılması nəticəsində
vurulmuş zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququ vardır.
23.5. Əgər
fiziki şəxsin şərəfini, ləyaqətini və
ya işgüzar nüfuzunu ləkələyən məlumatları
yaymış şəxsi müəyyənləşdirmək
mümkün deyildirsə, barəsində bu cür məlumatlar
yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların
həqiqətə uyğun olmayan məlumatlar
sayılmasını tələb etsin.
23.6. Bu maddənin
fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə
dair qaydaları müvafiq olaraq hüquqi şəxsin
işgüzar nüfuzunun müdafiəsinə də tətbiq
edilir.
İkinci bölmə
ŞƏXSLƏR
3-cü fəsil.
Fiziki şəxslər
Maddə 24. Fiziki şəxs
anlayışı
24.1. Fiziki şəxs
hüquq münasibətlərində öz adından
iştirak edən insan fərdidir.
24.2. Azərbaycan
Respublikasında bütün vətəndaşlar, Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan və ya
müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı
olmayan şəxslər fiziki şəxslərdir.
Maddə 25. Fiziki şəxsin
mülki hüquq qabiliyyəti
25.1. Fiziki şəxsin
mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara
malik olmaq və mülki hüquq vəzifələri
daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin
mülki hüquq qabiliyyəti eyni dərəcədə
tanınır.
25.2. Fiziki şəxsin
hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir
və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin
dayanması ölüm anı sayılır.
25.3. Vərəsə
olmaq hüququ maya bağlandığı andan əmələ
gəlir, bu hüququn həyata keçirilməsi isə
yalnız doğumdan sonra mümkündür.
25.4. Fiziki şəxs
hüquq qabiliyyətindən məhrum edilə bilməz.
Maddə 26. Ad hüququ
26.1. Hər bir
fiziki şəxsin addan, ata adından və soyaddan ibarət
adı olmaq hüququ vardır.
26.2. Fiziki şəxs
hüquq və vəzifələri öz adı ilə əldə
edir və həyata keçirir.
26.3. Qanunla nəzərdə
tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən
(uydurma addan) istifadə edə bilər.
26.4. Fiziki şəxsin
qanunla müəyyənləşdirilmiş qaydada öz
adını dəyişdirmək ixtiyarı vardır. Fiziki
şəxsin adını dəyişdirməsi, onun əvvəlki
adı ilə əldə etdiyi hüquq və vəzifələrə
xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs
adını dəyişdirməsi barədə öz
borclularına və kreditorlarına məlumat verməlidir və
adının dəyişməsi barədə həmin şəxslərdə
məlumatın olmamasının doğurduğu nəticələrin
riskini daşıyır. Adını dəyişdirmiş
fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki
adına rəsmiləşdirilmiş sənədlərdə
öz hesabına müvafiq dəyişikliklər
aparılmasını tələb etsin.
26.5. Fiziki şəxsin
doğularkən aldığı ad, habelə adını dəyişdirməsi
vətəndaşlıq vəziyyəti aktlarının
qeydiyyatı üçün müəyyənləşdirilmiş
qaydada qeydə alınmalıdır.
26.6. Başqa
şəxsin adı ilə hüquq və vəzifələr əldə
edilməsinə yol verilmir.
26.7. Fiziki şəxsin
adından qanunsuz istifadə nəticəsində ona
vurulmuş ziyanın əvəzi bu Məcəlləyə
müvafiq surətdə ödənilməlidir.
26.8. Fiziki şəxsin
adı onun şərəfinə, ləyaqətinə və
ya işgüzar nüfuzuna toxunan üsullarla və ya formada təhrif
edildikdə və ya istifadə olunduqda bu Məcəllənin
23-cü maddəsində nəzərdə tutulan qaydalar tətbiq
edilir.
Maddə 27. Fiziki şəxsin
yaşayış yeri
27.1. Fiziki şəxsin
adətən yaşadığı yer onun yaşayış
yeri sayılır. Şəxsin bir neçə
yaşayış yeri ola bilər.
27.2. On dörd
yaşına çatmamış şəxslərin
yaşayış yeri valideynlik hüquqlarını itirməmiş
valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq
altında olan şəxsin yaşayış yeri isə qəyyumun
yaşayış yeri sayılır.
27.3. Əgər
şəxs hər hansı səbəbdən öz
yaşayış yerini müəyyən müddətə tərk
edirsə, o, yaşayış yerini itirmir.
Maddə 28. Fiziki şəxsin
mülki hüquq fəaliyyət qabiliyyəti
28.1. Fiziki şəxsin
mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin
öz hərəkətləri ilə mülki hüquqlar əldə
etmək və həyata keçirmək, özü
üçün mülki vəzifələr yaratmaq və icra
etmək qabiliyyətidir.
28.2. Fiziki şəxsin
mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik
yaşına, yəni on səkkiz yaşına
çatdıqda tam həcmdə əmələ gəlir.
28.3. 7
yaşınadək olan yetkinlik yaşına
çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti
yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik
yaşına çatmayanların məhdud fəaliyyət
qabiliyyəti vardır.
28.4. On altı
yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək
müqaviləsi üzrə işləyirsə və ya
valideynlərinin, övladlığa götürənlərin
və ya himayəçinin razılığı ilə
sahibkarlıq fəaliyyəti ilə məşğul olursa,
tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki
valideynin, övladlığa götürənlərin və
ya himayəçinin razılığına əsasən qəyyumluq
və himayəçilik orqanının qərarı ilə,
belə razılıq olmadıqda isə məhkəmənin qərarı
ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət
qabiliyyətli sayılır (emansipasiya).[22]
28.5. Valideynlər,
övladlığa götürənlər və himayəçi
tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik
yaşına çatmayanın öhdəlikləri
üçün, o cümlədən onun ziyan vurması nəticəsində
əmələ gəlmiş öhdəliklər
üçün məsuliyyət daşımırlar.
28.6. On səkkiz
yaşına çatanadək nikaha girməyə qanunun yol
verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki
şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət
qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində
əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın
on səkkiz yaşına çatanadək pozulduğu halda da
tam həcmdə saxlanılır.
28.7. Nikah
etibarsız sayıldıqda məhkəmə yetkinlik
yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət
qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən
andan itirməsi barədə qərar qəbul edə bilər.
28.8.
Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində
öz hərəkətlərinin mənasını başa
düşməyən və ya öz hərəkətlərinə
rəhbərlik edə bilməyən şəxslər də
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq
müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti
olmayan sayılmış fiziki şəxsin adından əqdləri
onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti
olmayan sayılmış şəxsin bağladığı əqd
sonradan qəyyumun razılığı ilə etibarlı
hesab edilə bilər.[23]
28.9. Fəaliyyət
qabiliyyəti olmayan sayılmış şəxsin
sağaldığı və ya sağlamlıq vəziyyətinin
xeyli yaxşılaşdığı halda məhkəmə
onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində
müəyyənləşdirilmiş qəyyumluq məhkəmə
qərarına əsasən ləğv edilir.
Maddə 29. 14 yaşınadək olan
yetkinlik yaşına çatmayanların fəaliyyət
qabiliyyəti
29.1. Bu Məcəllənin
29.2-ci maddəsində göstərilmiş əqdlər
istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik
yaşına çatmayanların əvəzinə əqdləri
onların adından yalnız valideynləri,
övladlığa götürənlər və ya qəyyumlar
bağlaya bilərlər. Bu cür yetkinlik yaşına
çatmayanın bağladığı əqd sonradan onun
valideynləri, övladlığa götürənlər və
qəyyumlar tərəfindən bəyənildikdə
etibarlıdır.[24]
29.2. 7
yaşından 14 yaşınadək olan şəxslərin
aşağıdakı əqdləri müstəqil
bağlamaq ixtiyarı vardır:
29.2.1. xırda
məişət əqdləri;
29.2.2. əvəzsiz
olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər
ki, onlardan əmələ gələn hüquqların notariat
qaydasında təsdiqlənməsi və ya dövlət
qeydiyyatına alınması tələb olunmur;
29.2.3. qanuni
nümayəndənin özünün və ya onun
razılığı ilə üçüncü şəxsin
müəyyən məqsəd üçün və ya sərbəst
istifadə üçün verdiyi vəsait barəsində sərəncam
üzrə əqdlər.
29.3. 14
yaşı tamam olmamış yetkinlik yaşına
çatmayanın əqdləri, o cümlədən müstəqil
bağladığı əqdlər üzrə əmlak məsuliyyətini
onun valideynləri, övladlığa götürənlər
və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin
şəxslər öhdəliyin onların təqsiri
üzündən pozulmadığını sübuta yetirməsinlər.
Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların
vurduqları ziyan üçün də cavabdehdirlər.
Maddə 30. 14 yaşından 18
yaşınadək olan yetkinlik yaşına
çatmayanların fəaliyyət qabiliyyəti
30.1. 14
yaşından 18 yaşınadək olan yetkinlik yaşına
çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində
göstərilənlər istisna olmaqla, əqdləri öz
qanuni nümayəndələrinin – valideynlərinin,
övladlığa götürənlərin və ya himayəçinin
yazılı razılığı ilə bağlayırlar.
Bu cür yetkinlik yaşına çatmayanın
bağladığı əqd sonradan valideynləri,
övladlığa götürənlər və ya himayəçi
tərəfindən bəyənildikdə də
etibarlıdır.[25]
30.2. 14
yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların
ixtiyarı vardır ki, valideynlərinin, övladlığa
götürənlərin və ya himayəçinin
razılığı olmadan müstəqil surətdə:[26]
30.2.1. öz
qazancı, təqaüdü və digər gəlirləri barəsində
sərəncam versin;
30.2.2. elm, ədəbiyyat
və ya incəsənət əsərinin, ixtiranın və
ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin
müəllifi hüquqlarını həyata keçirsin;
30.2.3. çıxarılmışdır; [27]
30.2.4. xırda
məişət əqdləri və bu Məcəllənin
29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər
bağlasın. On altı yaşı tamam olmuş yetkinlik
yaşına çatmayanların kooperativ üzvü olmaq
ixtiyarı da vardır.
30.3. 14
yaşından 18 yaşınadək olan yetkinlik yaşına
çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə
uyğun bağladıqları əqdlər üzrə
müstəqil surətdə əmlak məsuliyyəti
daşıyırlar. 14 yaşından 18 yaşınadək
olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana
görə bu Məcəlləyə uyğun məsuliyyət
daşıyırlar.
30.4. Yetərli əsaslar
olduqda məhkəmə valideynlərin, övladlığa
götürənlərin və ya himayəçinin və ya
qəyyumluq və himayəçilik orqanının vəsatəti
ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik
yaşına çatmayanın (əgər, o tam həcmdə
fəaliyyət qabiliyyəti əldə etməyibsə)
öz qazancı, təqaüdü və ya digər gəlirləri
barəsində müstəqil sərəncam vermək
hüququnu məhdudlaşdıra və ya ala bilər.[28]
Maddə 31. Fiziki şəxsin hüquq
qabiliyyətindən və fəaliyyət qabiliyyətindən
məhrum edilməsinin və bunların məhdudlaşdırılmasının
yolverilməzliyi
31.1. Fiziki şəxs
heç bir halda hüquq qabiliyyətindən məhrum edilə
bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət
qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş
hallarda və qaydada məhdudlaşdırıla bilər.
31.2. Fiziki şəxslərin
fəaliyyət qabiliyyətinin və ya onların
sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə
məşğul olmaq hüququnun məhdudlaşdırılmasının
qanunla müəyyənləşdirilmiş şərtlərinin
və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti
qoymuş dövlət orqanının və ya digər
orqanın aktının etibarsızlığına səbəb
olur.
31.3. Fiziki şəxsin
hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən
tamamilə və ya qismən imtina etməsi və hüquq
qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına
yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.
Maddə 32. Fiziki şəxsin fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılması
32.1. Spirtli
içkilərdən, narkotik vasitələrdən və ya psixotrop
maddələrdən sui-istifadə etməsi, habelə qumara
qurşanması nəticəsində öz ailəsini
ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət
qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla
bilər. Belə şəxsin üzərində himayəçilik
təyin edilir. Onun xırda məişət əqdləri
bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin
razılığı ilə başqa əqdlər bağlaya
bilər, habelə qazanc, pensiya və digər gəlirlər
götürə bilər və bunlar barəsində sərəncam
verə bilər. Lakin bu cür fiziki şəxs
bağladığı əqdlər üzrə və
vurduğu ziyan üçün müstəqil surətdə əmlak
məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti
məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin
razılığı tələb olunan hallarda, belə
razılıq olmadan bağladığı əqd sonradan himayəçinin
yazılı razılığı ilə etibarlı hesab edilə
bilər.[29]
32.2. Fiziki şəxsin
fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına
səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə
onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını
ləğv edir. Fiziki şəxsin üzərində təyin
edilmiş himayəçilik məhkəmənin qərarına
əsasən ləğv olunur.
Maddə 33. Qəyyumluq və
himayəçilik
33.1. Qəyyumluq
və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və
ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin
hüquq və mənafelərinin müdafiəsi
üçün təyin edilir. Yetkinlik yaşına
çatmayanlar üzərində qəyyumluq və himayəçilik,
həmçinin onların tərbiyələndirilməsi məqsədilə
təyin edilir. Qəyyumların və himayəçilərin
buna uyğun hüquq və vəzifələri Azərbaycan
Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.
33.2. Qəyyumlar
və himayəçilər istənilən şəxslərlə
münasibətlərdə, o cümlədən məhkəmədə
öz qəyyumluğunda olanların hüquq və vəzifələrini
xüsusi səlahiyyət almadan müdafiə edirlər.
33.3. Yetkinlik
yaşına çatmayanların valideynləri, onları
övladlığa götürənlər olmadıqda,
valideynləri məhkəmə tərəfindən valideynlik
hüquqlarından məhrum edildikdə, habelə bu cür
fiziki şəxslər başqa səbəblərə görə
valideyn himayəsindən məhrum olduqda, o cümlədən
valideynləri onları tərbiyələndirməkdən və
ya hüquq və mənafelərini müdafiə etməkdən
boyun qaçırdıqda onların üzərində qəyyumluq
və himayəçilik təyin edilir.
33.4. On dörd
yaşı tamam olmamış yetkinlik yaşına
çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan
sayılmış fiziki şəxslər üzərində qəyyumluq
təyin edilir.
33.5. Qəyyumlar
qəyyumluqda olanların qanun üzrə nümayəndələri
olur və onların adından və onların mənafeləri
üçün bütün zəruri əqdləri
bağlayırlar.
33.6. On dörd
yaşından on səkkiz yaşınadək olan yetkinlik
yaşına çatmayanlar üzərində, habelə
spirtli içkilərdən, narkotik vasitələrdən və
ya psixotrop maddələrdən sui-istifadə etməsi və
ya qumara qurşanması nəticəsində fəaliyyət
qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış
fiziki şəxslər üzərində himayəçilik təyin
edilir.[30]
33.7. Himayəçilər
himayəçilikdə olan fiziki şəxslərin müstəqil
surətdə bağlamağa ixtiyarı
çatmadığı əqdlərin bağlanmasına
razılıq verirlər. Himayəçilər himayədə
olanlara öz hüquqlarını həyata keçirməkdə
və vəzifələrini icra etməkdə kömək
göstərir, habelə onları üçüncü şəxslərin
sui-istifadəsindən qoruyurlar.
Maddə 34. Qəyyumluq və
himayəçilik orqanları
34.1. Qəyyumluq
və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir.
34.2. Fiziki şəxsin
fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılması barədə
qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən
üç gün ərzində məhkəmə həmin
fiziki şəxs üzərində qəyyumluq və himayəçilik
təyin edilməsi üçün onun yaşayış yeri
üzrə qəyyumluq və himayəçilik orqanına bu
barədə məlumat verməlidir.
34.3. Qəyyumluqda
olanların yaşayış yeri üzrə qəyyumluq və
himayəçilik orqanı onların qəyyumlarının və
himayəçilərinin fəaliyyətinə nəzarət
edir.
Maddə 35. Qəyyumlar və
himayəçilər
35.1. Qəyyumu
və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə
ehtiyacı olan şəxsin yaşayış yeri üzrə
qəyyumluq və himayəçilik orqanı fiziki şəxs
üzərində qəyyumluq və ya himayəçilik
qoyulması zərurətinin ona məlum olduğu andan
üç ay ərzində təyin edir. Qəyyumluğa və
ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum
və ya himayəçi təyin edilənədək qəyyum
və ya himayəçi vəzifələrini qəyyumluq və
himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə
ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin
edilənədək qəyyumluq və ya himayəçilik
orqanının funksiyalarını müvafiq icra hakimiyyəti
orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin
edilməsi barədə maraqlı şəxslər məhkəməyə
etiraz verə bilərlər.[31]
35.2. Qəyyumlar
və himayəçilər yetkinlik yaşına
çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən
təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş
fiziki şəxslər qəyyum və himayəçi təyin
oluna bilməzlər.
35.3. Qəyyum və
ya himayəçi öz razılığı ilə təyin
edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri,
qəyyumluq və ya himayəçilik vəzifələrini
yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və
ya himayəçiliyə ehtiyacı olan şəxs
arasında mövcud münasibətlər, mümkünsə,
həm də qəyyumluqda və ya himayədə olanın
arzusu nəzərə alınmalıdır.
35.4. Qəyyumluğa
və ya himayəçiliyə ehtiyacı olan və
müvafiq sosial
xidmət müəssisələrində olan və ya bu müəssisələrə
yerləşdirilmiş fiziki şəxslərin qəyyumları
və himayəçiləri həmin müəssisələrdir.[32]
35.5. Qəyyumluq
və himayəçilik vəzifələri, qanunla nəzərdə
tutulan hallardan başqa, əvəzsiz icra edilir.
35.6. Yetkinlik
yaşına çatmayan fiziki şəxslərin qəyyumları
və himayəçiləri öz qəyyumluğunda və
ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar.
Himayəçi ilə on altı yaşına
çatmış himayədə olanın ayrılıqda
yaşamasına qəyyumluq və himayəçilik
orqanının razılığı ilə bu şərtlə
yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə,
hüquq və mənafelərinin müdafiəsinə mənfi
təsir göstərməsin. Qəyyumlar və himayəçilər
yaşayış yerinin dəyişməsi barədə qəyyumluq
və himayəçilik orqanlarına məlumat verməyə
borcludurlar.
35.7. Qəyyumlar
və himayəçilər öz qəyyumluğunda və ya
himayəsində olan uşaqların, o cümlədən Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və
118.13-cü maddələrinə uyğun olaraq
övladlığa götürmək istəyən şəxsin
ailəsində sınaq müddəti ilə yerləşdirilən
uşaqların saxlanması,
onlara baxılmasının və onların müalicəsinin
təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi
qayğısına qalmağa, onların hüquq və mənafelərini
qorumağa borcludurlar.[33]
35.8. Bu Məcəllənin
35.7-ci maddəsində göstərilən vəzifələr
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
məhdudlaşdırılmış yetkinlik yaşına
çatmış fiziki şəxslərin himayəçilərinə
həvalə edilmir.
35.9. Fiziki şəxsin
fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət
qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar
aradan qalxdıqda qəyyum və ya himayəçi qəyyumluqda
və ya himayədə olanın fəaliyyət qabiliyyətli
sayılması və onun üzərindən qəyyumluğun
və ya himayəçiliyin götürülməsi barədə
məhkəmə qarşısında vəsatət
qaldırmağa borcludur.
Maddə 36. Qəyyumluqda və himayədə
olanın əmlakı barəsində sərəncam verilməsi
36.1. Qəyyumluqda
və ya himayədə olan fiziki şəxsin müstəqil
surətdə sərəncam verməyə ixtiyarı
çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri,
o cümlədən qəyyumluqda və ya himayədə olana
onun əmlakının idarə edilməsindən
çatası gəlirlər qəyyum və ya himayəçi
tərəfindən yalnız və yalnız qəyyumluqda və
ya himayədə olanın mənafeləri üçün, həm
də qəyyumluq və himayəçilik orqanının
qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və
himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum
və ya himayəçi qəyyumluqda və ya himayədə
olanın saxlanması üçün zəruri xərcləri
qəyyumluqda və ya himayədə olana onun gəliri kimi
çatası məbləğlər hesabına ödəyə
bilər.
36.2. Qəyyumluq
və himayəçilik orqanının qabaqcadan icazəsini
almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının
özgəninkiləşdirilməsinə, o cümlədən
dəyişdirilməsinə və ya
bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz
istifadəyə verilməsinə və ya girov qoyulmasına
dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub
hüquqlardan imtinaya, onun əmlakının
bölüşdürülməsinə və ya bu əmlakdan
payların ayrılmasına səbəb olan əqdləri,
habelə qəyyumluqda və ya himayədə olanın əmlakının
azalmasına səbəb olan hər hansı digər əqdləri
bağlaya bilməz, himayəçi isə onların
bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda
olanın əmlakının idarə edilməsi qaydası
qanunvericiliklə müəyyənləşdirilir.
36.3. Qəyyumun,
himayəçinin, onların ərinin (arvadının) və
yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və
ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və
ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi
istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər
bağlasın, habelə əqdlər bağlanarkən və
ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və
ya himayəçinin əri (arvadı) və onların
yaxın qohumları arasında məhkəmə işləri
aparılarkən qəyyumluqda və ya himayədə olanı
təmsil etsinlər.
Maddə 37. Qəyyumluqda və ya himayədə
olanın əmlakının etibarnamə ilə idarə edilməsi
37.1. Qəyyumluqda
və ya himayədə olanın daşınar və qiymətli
daşınmaz əmlakının daimi idarə edilməsi zərurəti
yarandıqda qəyyumluq və himayəçilik orqanı
özünün müəyyənləşdirdiyi idarəçi
ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə
dair müqavilə bağlayır. Bu halda qəyyum və ya
himayəçi qəyyumluqda və ya himayədə olanın
etibarnamə ilə idarəetməyə verilməmiş əmlakı
barəsində öz səlahiyyətlərini saxlayır. Qəyyumluqda
və ya himayədə olanın əmlakının etibarnamə
ilə idarə edilməsi səlahiyyətlərini həyata
keçirərkən idarəçiyə bu Məcəllənin
36.2 və 36.3-cü maddələrində nəzərdə
tutulan qaydalar tətbiq edilir.
37.2. Qəyyumluqda
və ya himayədə olanın əmlakının etibarnamə
ilə idarə edilməsinə əmlakın etibarnamə ilə
idarə edilməsinə dair müqaviləyə xitam verilməsi
üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar
üzrə, habelə qəyyumluğa və ya himayəçiliyə
xitam verildiyi hallarda xitam verilir.
Maddə 38. Qəyyumların və himayəçilərin
öz vəzifələrinin icrasından azad və kənar
edilməsi. Qəyyumluğa və himayəçiliyə xitam
verilməsi
38.1. Yetkinlik
yaşına çatmayan şəxs valideynlərinə
qaytarıldıqda və ya övladlığa
götürüldükdə qəyyumluq və himayəçilik
orqanı qəyyumu və ya himayəçini öz vəzifələrinin
icrasından azad edir.
38.2. Qəyyumluqda
olan müvafiq sosial xidmət müəssisələrinə və ya digər oxşar
müəssisəyə yerləşdirildikdə qəyyumluq və
himayəçilik orqanı bundan əvvəl təyin
edilmiş qəyyumu və ya himayəçini, əgər bu,
qəyyumluqda olanın mənafelərinə zidd deyilsə,
öz vəzifələrinin icrasından azad edir.[34]
38.3.
Üzrlü səbəblər olduqda (xəstəlik, əmlak
vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla
qarşılıqlı anlaşmanın yoxluğu və i.a.)
qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin
icrasından azad edilə bilər.
38.4. Qəyyum və
ya himayəçi onun üzərinə düşən vəzifələri
gərəyincə yerinə yetirmədikdə, o cümlədən
qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi
ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz
və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik
orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin
icrasından kənar edə bilər və təqsirli fiziki
şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə
cəlb olunması üçün zəruri tədbirlər
görə bilər.
38.5. Qəyyumun,
himayəçinin və ya qəyyumluq və himayəçilik
orqanının ərizəsinə əsasən məhkəmə
qəyyumluqda olanın fəaliyyət qabiliyyətli
sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının
ləğv edilməsi haqqında qərar
çıxardıqda yetkinlik yaşına çatmış
fiziki şəxs üzərində qəyyumluğa və
himayəçiliyə xitam verilir.
38.6. Qəyyumluqda
olan azyaşlı on dörd yaşına çatdıqda onun
üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini
həyata keçirmiş fiziki şəxs isə bu barədə
əlavə qərar çıxarılmadan yetkinlik
yaşına çatmayanın himayəçisinə
çevrilir.
38.7. Qəyyumluqda
olan yetkinlik yaşına çatmayanın on səkkiz
yaşına çatdığı, habelə nikaha girdiyi və
yetkinlik yaşına çatanadək tam fəaliyyət
qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik
yaşına çatmayan üzərində himayəçiliyə
xüsusi qərarsız xitam verilir.
Maddə 39. Fəaliyyət
qabiliyyətli fiziki şəxs üzərində patronaj
39.1.
Sağlamlıq vəziyyətinə görə müstəqil
surətdə öz hüquqlarını həyata keçirməyə
və müdafiə etməyə, öz vəzifələrini
icra etməyə qadir olmayan yetkinlik yaşına
çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin
xahişi ilə onun üzərində patronaj təyin edilə
bilər. Patronaj təyin edilməsi fiziki şəxsin
hüquqlarının məhdudlaşdırılmasına səbəb
olmur.
39.2. Yetkinlik
yaşına çatmış fəaliyyət qabiliyyətli
fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki
şəxsin razılığı ilə qəyyumluq və
himayəçilik orqanı tərəfindən təyin
edilir.
39.3. Patron
(köməkçi) fiziki şəxslə
bağlanmış tapşırıq və ya etibarnamə ilə
idarəetmə müqaviləsinə əsasən yetkinlik
yaşına çatmış fəaliyyət qabiliyyətli
fiziki şəxsə mənsub əmlak barəsində sərəncam
verir. Məişət tələbatının saxlanmasına
və ödənilməsinə yönəldilən məişət
əqdlərini və başqa əqdləri patron (köməkçi)
fiziki şəxsin razılığı ilə bağlayır.
39.4. Bu Məcəllənin
39.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına
çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs
üzərində təyin edilmiş patronaja patronajda olan
fiziki şəxsin tələbi ilə xitam verilir. Patronajda
olan fiziki şəxsin patronu (köməkçisi) bu Məcəllənin
38-ci maddəsində nəzərdə tutulan hallarda öz vəzifələrini
yerinə yetirməkdən azad edilir.
Maddə 40. Fiziki şəxsin xəbərsiz
itkin düşmüş elan edilməsi
40.1. Əgər
fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki
il ərzində o, yaşayış yerində görünməmişsə,
maraqlı şəxslərin ərizəsinə əsasən
məhkəmə fiziki şəxsi xəbərsiz itkin
düşmüş hesab edə bilər.
40.2. İtkin
düşmə haqqında son məlumatların
alındığı günü müəyyənləşdirmək
mümkün olmadıqda, xəbərsiz itkin
düşmüş sayılma üçün müddətin
hesablanması itkin düşmüş haqqında son məlumatların
alındığı aydan sonrakı ayın birinci
günündən, həmin ayı müəyyənləşdirmək
mümkün olmadıqda isə növbəti ilin yanvar
ayının 1-dən başlanır.
40.3. Xəbərsiz
itkin düşmə haqqında məhkəmənin qərarı
qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin
qanuni vərəsələri xəbərsiz itkin
düşmüşün əmlakını etibar olunmuş əmlak
kimi idarə etmək, o cümlədən ondan fayda
götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan
xəbərsiz itkin düşmüşün öhdəsində
olan şəxslərə dolanacaq xərcləri verilir və
borclar ödənilir.
40.4. Xəbərsiz
itkin düşmüş fiziki şəxsin qanuni əmlakının
daimi idarə edilməsi zərurəti yarandıqda, əgər
onun qanuni vərəsələri yoxdursa, məhkəmənin
qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik
orqanı tərəfindən müəyyənləşdirilən
və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə
müqaviləsi əsasında fəaliyyət göstərən
şəxsə verilir. Xəbərsiz itkin
düşmüş şəxsin əmlakının idarəçisi
itkin düşmüş şəxsin əmlakı
hesabına onun borclarını ödəyir, əmlakı həmin
şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin
düşmüşün öhdəsində olan şəxslərə
dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin
edildiyi gündən üç il keçənədək
şəxsin xəbərsiz itkin düşmüş hesab
edilməsi haqqında məhkəmə qərarı ləğv
edilməzsə və şəxsin ölmüş
sayılması haqqında məhkəməyə müraciət
edilməzsə, qəyyumluq və himayəçilik orqanı
fiziki şəxsin ölmüş sayılması haqqında ərizə
ilə məhkəməyə müraciət etməyə
borcludur.
40.5. Xəbərsiz
itkin düşmüş şəxs gəldikdə və ya
onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz
itkin düşmüş hesab edilməsi haqqında qərarı,
habelə onun əmlakının idarə olunması
haqqında qərarı ləğv edir.
Maddə 41. Fiziki şəxsin
ölmüş elan edilməsi
41.1. Əgər
şəxsin yaşayış yerində onun harada olması
barədə beş il ərzində məlumat olmazsa, habelə
o, ölüm təhlükəsi törədən və ya
hansısa bədbəxt hadisədən həlak olduğunu
güman etməyə əsas verən şəraitdə xəbərsiz
itkin düşərsə və ondan altı ay ərzində
xəbər çıxmazsa, o, məhkəmə qaydasında
ölmüş elan edilə bilər.
41.2. Hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz itkin düşmüş hərbi
qulluqçu və ya digər şəxs hərbi əməliyyatların
qurtardığı gündən azı iki il keçdikdən
sonra məhkəmə qaydasında ölmüş elan edilə
bilər. Məhkəmə
şəxsin hərbi əməliyyatlarda həlak olduğunu
güman etməyə əsas verən halları nəzərə
alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi
əməliyyatların qurtardığı gündən
altı aydan tez olmayaraq ölmüş elan edə bilər.[35]
41.3. Şəxsin
ölmüş elan edilməsi haqqında məhkəmə qərarının
qanuni qüvvəyə mindiyi gün onun ölüm
günü sayılır.
41.4. Bu Məcəllənin
41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan
hallarda məhkəmə şəxsin həlakının
güman edildiyi günü onun ölüm günü saya bilər.
Maddə 42. Ölmüş elan
edilmiş şəxsin gəlməsinin nəticələri
42.1.
Ölmüş elan edilmiş şəxs gəldikdə və
ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun
ölmüş elan edilməsi barədə qərarı ləğv
edir.
42.2. Nə vaxt
gəlməsindən asılı olmayaraq, şəxs onun
ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq
başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin
qaytarılmasını tələb edə bilər.
42.3.
Ölmüş elan edilmiş şəxsin əmlakını
əvəzli əldə etmiş şəxs bu əmlakı
ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən
onun ölmüş elan edilmiş şəxsin sağ
olduğunu bildiyi sübuta yetirilsin.
42.4. Əgər
ölmüş elan edilmiş şəxsin əmlakı
dövlətin mədaxilinə keçirilmiş və
satılmışdırsa, həmin şəxsin
ölmüş elan edilməsi haqqında qərarın ləğvindən
sonra əmlakın satışından
götürülmüş məbləğ ona
qaytarılır.
4-cü fəsil.
Hüquqi şəxslər
§1. Əsas
müddəalar
Maddə 43. Hüquqi şəxs
anlayışı və onun növləri
43.1. Hüquqi
şəxs qanunla müəyyənləşdirilən qaydada
dövlət qeydiyyatından keçmiş, xüsusi
yaradılmış elə bir qurumdur ki, mülkiyyətində
ayrıca əmlakı vardır, öz öhdəlikləri
üçün bu əmlakla cavabdehdir, öz adından əmlak
və şəxsi qeyri-əmlak hüquqları əldə etmək
və həyata keçirmək, vəzifələr
daşımaq, məhkəmədə iddiaçı və ya
cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil
balansı olmalıdır.
43.2. Hüquqi
şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən,
yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən
yaradıla bilər, üzvlüyə əsaslana bilər,
üzvlərin olmasından asılı ola və ya
asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə
məşğul ola və ya məşğul olmaya bilər.
43.3. Azərbaycan
Respublikası mülki hüquq münasibətlərində
eynilə digər hüquqi şəxslər kimi iştirak
edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini
onun hüquqi şəxslər olmayan orqanları həyata
keçirirlər.
43.4. Bələdiyyələr
mülki hüquq münasibətlərində eynilə digər
hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda
bələdiyyənin səlahiyyətlərini onun hüquqi
şəxslər olmayan orqanları həyata keçirirlər.
43.5. Hüquqi
şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət
götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri)
və ya əsas məqsədi mənfəət götürməkdən
ibarət olmayan və götürülən mənfəəti
iştirakçıları arasında bölüşdürməyən
(qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət
və
(və ya) ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olan (publik
hüquqi şəxslər) qurumlar ola bilər.[36]
43.6.
Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai
birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları
formasında, habelə qanunvericilikdə nəzərdə
tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya
hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə
yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət
onların yaradılması zamanı qarşıya qoyulmuş
məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə
uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata
keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri
təsərrüfat cəmiyyətləri yarada bilər və
ya onlarda iştirak edə bilərlər.
43.7. Publik hüquqi şəxslərin fəaliyyəti
bu Məcəllə, “Publik hüquqi şəxslər haqqında” və
“Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. [37]
Maddə 44. Hüquqi şəxsin
hüquq qabiliyyəti
44.1. Hüquqi
şəxs dövlət qeydiyyatına alındığı
andan mülki hüquqlara malikdir və mülki vəzifələr
daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə
onun ləğvinin başa çatdığı an xitam
verilir.
44.2. Kommersiya
hüquqi şəxsləri qanunla qadağan edilməyən
istənilən fəaliyyət növlərini həyata
keçirmək üçün zəruri mülki
hüquqlara malik ola və mülki vəzifələr
daşıya bilərlər. Siyahısı qanunvericiliklə
müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət
növləri ilə hüquqi şəxslər yalnız
xüsusi icazə (lisenziya) əsasında məşğul ola
bilərlər.
44.3. Hüquqi
şəxsin hüquqları yalnız qanunla nəzərdə
tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər.
Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması
haqqında qərardan məhkəməyə etiraz verə bilər.
44.4. Hüquqi
şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri
olan fəaliyyəti həyata keçirmək hüququ belə
lisenziyanın alındığı andan və ya lisenziyada
göstərilən vaxtda əmələ gəlir və bu
hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə,
lisenziyanın müddəti qurtardıqda xitam verilir.
Maddə 45. Hüquqi şəxsin
yaradılması
45.1. Hüquqi şəxs
onun təsis edilməsi və nizamnaməsinin
hazırlanması yolu ilə yaradılır.
45.2. Əgər
hüquqi şəxs bir neçə təsisçi tərəfindən
yaradılırsa, təsisçilər müqavilə
bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun
yaradılması üzrə birgə fəaliyyət
qaydasını, özlərinin əmlakının ona verilməsi
və onun fəaliyyətində iştirak edilməsi şərtlərini
müəyyənləşdirirlər.
Maddə 46. Hüquqi şəxsin
təsisçilərinin məsuliyyəti
Hüquqi şəxsin
təsisçiləri hüquqi şəxsin dövlət
qeydiyyatına alınmasına qədər əmələ gəlmiş,
hüquqi şəxsin yaradılması ilə bağlı
olan öhdəliklər üzrə birgə məsuliyyət
daşıyırlar.
Maddə 47. Hüquqi şəxsin
nizamnaməsi
47.1. Hüquqi
şəxsin təsisçiləri tərəfindən təsdiq
edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və
“İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs
həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında
fəaliyyət göstərir.[38]
47.2. Hüquqi
şəxsin nizamnaməsində hüquqi şəxsin
adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi
qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir.
Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin
predmeti və məqsədləri müəyyənləşdirilir.
Qeyri-hökumət təşkilatlarının nizamnamələrində
dövlət və yerli özünüidarə
orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə,
habelə dövlət nəzarəti və yoxlama
funksiyalarının nəzərdə tutulmasına yol verilmir.[39]
47.3. Nizamnamədə
dəyişikliklər dövlət qeydiyyatına
alındığı andan üçüncü şəxslər
üçün hüquqi qüvvəyə minir. Lakin
hüquqi şəxslər və onların təsisçiləri
(iştirakçıları) həmin dəyişiklikləri
nəzərə almaqla hərəkət etmiş
üçüncü şəxslərlə münasibətlərdə
həmin dəyişikliklərin qeydə
alınmadığına istinad edə bilməzlər.
Maddə 48. Hüquqi şəxslərin
dövlət qeydiyyatı
48.1. Hüquqi
şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət
qeydiyyatına alınmalıdır. Dövlət
qeydiyyatının məlumatları, o cümlədən
kommersiya təşkilatları üçün firma adı
ümumi tanışlıq üçün açıq olan
hüquqi şəxslərin dövlət reyestrinə daxil
edilir.
48.2. Hüquqi
şəxsin dövlət qeydiyyatına alınmasından
imtina edilməsinə “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol
verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən,
habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə
şikayət verilə bilər.[40]
48.3. Hüquqi
şəxs yalnız qanunla müəyyənləşdirilmiş
hallarda yenidən qeydə alınmalıdır.
Maddə 49. Hüquqi şəxsin
orqanları
49.1. Hüquqi
şəxslər qanunvericiliyə və nizamnaməyə
uyğun fəaliyyət göstərən öz orqanları
vasitəsilə mülki hüquqlar əldə edir və
öhdələrinə mülki vəzifələr
götürürlər. Hüquqi şəxsin
orqanlarının seçilməsi və ya təyin edilməsi
qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”,
“Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya
fondları haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında” və “Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyənləşdirilir. [41]
49.2. Hüquqi
şəxs öz iştirakçıları, habelə təmsilçiləri
vasitəsilə mülki hüquqlar əldə edə bilər
və öhdəsinə mülki vəzifələr
götürə bilər.
49.3. Hüquqi
şəxs adından çıxış edən şəxs,
o cümlədən hüquqi şəxsin idarəetmə
orqanlarında (müşahidə (direktorlar) şurası, icra
orqanı) təmsil olunan hər hansı şəxs təmsil
etdiyi hüquqi şəxsin mənafeləri üçün
vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar
qaydada və məntiqlə hərəkət etmək,
hüquqi şəxsin və onun bütün
iştirakçılarının maraqlarına sadiq olmaq və
hüquqi şəxsin maraqlarını öz maraqlarından
üstün tutmaq, ehtiyatlı olmaq, habelə
qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin
şəxs, bu vəzifələrin hüquqi şəxsin
maraqlarına uyğun olaraq yerinə yetirilməsi
üçün məsuliyyət daşıyır. Hüquqi
şəxsin nizamnamə kapitalında
ən azı 5 faiz paya (səhmə) malik olan
iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini
pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə
dəymiş zərərin əvəzini ödəməlidir.[42]
49.4. Hüquqi şəxsin mənafeləri
üçün bu Məcəllə ilə müəyyən
edilən vəzifələrini yerinə yetirməyən və
ya lazımınca yerinə yetirməyən hüquqi şəxs
adından çıxış edən şəxs, o cümlədən
hüquqi şəxsin idarəetmə orqanlarında
(müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil
olunan hər hansı şəxs hüquqi şəxsə və
ya səhmdara (payçıya) dəyən zərərə
görə aşağıdakı hallarda məsuliyyət
daşıyır: [43]
49.4.1. hüquqi şəxsin zərərlə
işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə
qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə
orqanlarının üzvlərinə bonusların ödənilməsi;
49.4.2. hüquqi şəxsin əmlakının
bazar şərtlərindən əhəmiyyətli dərəcədə
aşağı şərtlərlə və qiymətlə
özgəninkiləşdirilməsi və ya istifadəyə
verilməsi;
49.4.3. hüquqi şəxsə aidiyyəti
olan şəxslərlə qanunun tələblərini pozan və
ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan
müqavilələrin bağlanması;
49.4.4. hüquqi şəxsin
bağlanmış müqavilələr əsasında
malları (işləri, xidmətləri) onların real dəyərindən
əhəmiyyətli dərəcədə yuxarı qiymətə
satın alması;
49.4.5. özü üçün,
hüquqi şəxsə aidiyyəti olan şəxslər və
ya digər şəxslər üçün maddi və
qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka
hüquqların təmin edilməsi məqsədi ilə
hüquqi şəxsin əmlakının mənimsənilməsi
və ya israf edilməsi;
49.4.6. səhmdarlara (payçılara)
münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin
bağlanması. [44]
49.5. Hüquqi şəxsin adından
çıxış edən, hüquqi şəxsin idarəetmə
orqanlarında (müşahidə (direktorlar) şurası, icra
orqanı) təmsil olunan hər hansı şəxs hüquqi
şəxsə vurulmuş zərərə görə
hüquqi şəxsin ümumi
yığıncağının qərarı ilə
tutduğu vəzifədən kənarlaşdırıla bilər.
Hüquqi şəxsə vurulmuş zərərə görə
hüquqi şəxsin adından çıxış edən
şəxsin, hüquqi şəxsin idarəetmə
orqanlarında (müşahidə (direktorlar) şurası, icra
orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və
ya cinayət məsuliyyətinə cəlb edilməsi onu
hüquqi şəxsə dəymiş zərərin ödənilməsi
vəzifəsindən azad etmir.
49.6. Bu Məcəllənin 49.4-cü
maddəsində nəzərdə tutulan hallar baş verdikdə
və ya bu halların baş verməsinə dair əsaslı
şübhələr olduqda, hüquqi şəxsin nizamnamə
kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan
iştirakçısı (iştirakçıları)
hüquqi şəxs adından çıxış edən
şəxsdən, o cümlədən hüquqi şəxsin
idarəetmə orqanlarında (müşahidə (direktorlar)
şurası, icra orqanı) təmsil olunan hər hansı
şəxsdən hüquqi şəxsdə olan və həmin
hallarla bağlı bütün sənədlərə (konkret
sənəd göstərilmədən) və ya məlumatlara
baxış keçirmək məqsədi ilə həmin sənədləri
(məlumatları) tələb edə bilər. Bu halda
müraciət olunan şəxs tərəfindən həmin
iştirakçının tələbi 5 (beş) iş
günü ərzində təmin edilməlidir.
İştirakçı həmin sənədin (məlumatın)
surətini əldə etmək istədikdə, müraciət
olunan şəxs tərəfindən həmin sənədin (məlumatın)
təsdiqlənmiş surətləri təqdim olunur.
İştirakçı baxış zamanı ona məlum olan
və əldə etdiyi məlumatların
konfidensiallığını qorumalı və qanunda nəzərdə
tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə
həmin məlumatları ötürməməlidir.[45]
Maddə 49-1. Hüquqi şəxs tərəfindən
aidiyyəti şəxslərlə əqdlərin
bağlanması qaydası[46]
49-1.1.
Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin
hüquqi şəxs arasında bağlanılan hər
hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər
məcmusu aidiyyəti şəxslə əqd hesab edilir.
Hüquqi şəxsə aidiyyəti olan şəxslər
aşağıdakılardır:
49-1.1.1.
hüquqi şəxsin direktorlar şurasının
(müşahidə şurasının) və icra
orqanının rəhbəri və üzvləri;
49-1.1.2.
hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik,
idarə və s.) rəhbəri;
49-1.1.3.
bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində
göstərilən şəxslərin qohumları (əri
(arvadı), valideynləri, o cümlədən ərinin,
arvadının valideynləri, babaları və nənələri,
övladları, övladlığa götürənləri (götürülənləri),
qardaşları və bacıları);
49-1.1.4.
hüquqi şəxsin nizamnamə kapitalında ən azı
10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla
malik olan hər hansı şəxs;
49-1.1.5.
bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü
maddələrində göstərilən şəxslərin
birbaşa və ya dolayısı ilə iştirak etdiyi
hüquqi şəxslər;
49-1.1.6.
hüquqi şəxsin, nizamnamə kapitalında ən azı
20 faiz payla iştirak etdiyi hüquqi şəxs;
49-1.1.7.
bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində
göstərilən hüquqi şəxslərdə ən
azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı
şəxs;
49-1.1.8.
bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində
göstərilən hüquqi şəxslərin direktorlar
şurasının (müşahidə şurasının) və
icra orqanlarının rəhbərləri;
49-1.1.9. “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları
haqqında” və “İnvestisiya fondları
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş, müvafiq olaraq, banklara, bank
olmayan kredit təşkilatlarına və investisiya
fondlarına aidiyyəti olan digər şəxslər.[47]
49-1.2.
Aidiyyəti şəxslə bağlanması nəzərdə
tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin
5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin
əqd hüquqi şəxs tərəfindən cəlb
edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin
iştirakçılarının ümumi yığıncağının
sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı
ilə bağlanılır. Həmin əqdə münasibətdə
aidiyyəti şəxs olan iştirakçı məsələ
ilə əlaqədar olan səsvermədə iştirak edə
bilməz.
49-1.3.
Aidiyyəti şəxslə bağlanması nəzərdə
tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin
5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd
hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun
iştirakçılarının ümumi
yığıncağı, direktorlar şurası
(müşahidə şurası) və ya banklara münasibətdə
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
nəzərə alınmaqla, icra
orqanı tərəfindən qəbul olunur. Bu halda
iştirakçıların ümumi
yığıncağında, direktorlar şurasının
(müşahidə şurasının) və kollegial icra
orqanının iclaslarında aidiyyəti şəxs olan
iştirakçı (üzv) səsvermədə iştirak edə
bilməz. Hüquqi şəxsin təkbaşına icra
orqanının rəhbəri, habelə onun bu Məcəllənin
49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən
şəxsləri aidiyyəti şəxs qismində
çıxış etdikdə onlarla hüquqi şəxs
arasında əqd direktorlar şurasının (müşahidə
şurasının), o olmadıqda isə hüquqi şəxsin
ümumi yığıncağının qərarı ilə
bağlanılır. [48]
49-1.4.
Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin
tələbləri pozulmaqla bağlanılması nəticəsində
hüquqi şəxsə dəyən zərərə görə
təqsiri olan şəxslər məsuliyyət daşıyır.
Əqdin digər tərəfi əqdin bu Məcəllənin
49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri
pozulmaqla bağlandığını bildikdə hüquqi
şəxs və ya onun istənilən
iştirakçısı bu Məcəllənin 337.1-ci və
339-cu maddələrinə müvafiq olaraq həmin əqdi
mübahisələndirə bilər.[49]
49-1.5.
Hüquqi şəxsin direktorlar şurasının
(müşahidə şurasının) rəhbəri və ya
üzvləri özlərinin, bu Məcəllənin
49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən
şəxslərin bağlanılan əqdə münasibətdə
aidiyyəti şəxs qismində çıxış etmələri,
həmçinin həmin əqdlə əlaqədar öz
maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi
və s.) barədə məlumatı hüquqi şəxsin
iştirakçılarına yazılı şəkildə təqdim
etməlidirlər.
49-1.6.
Hüquqi şəxsin icra orqanının rəhbəri və
ya digər üzvləri özlərinin,
bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində
göstərilən şəxslərin bağlanılan əqdə
münasibətdə aidiyyəti şəxs qismində
çıxış etmələri, həmçinin həmin
əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri
(onun yaranması, həcmi və s.) barədə məlumatı
hüquqi şəxsin direktorlar şurasına (müşahidə
şurasına), o olmadıqda hüquqi şəxsin
iştirakçılarına yazılı şəkildə təqdim
etməlidirlər. [50]
49-1.7.
Hüquqi şəxsin direktorlar şurasının
(müşahidə şurasının) və icra
orqanının rəhbəri və ya üzvləri istisna
olmaqla digər şəxslər özlərinin, bu Məcəllənin
49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən
şəxslərin bağlanılan əqdə münasibətdə
aidiyyəti şəxs qismində çıxış etmələri,
həmçinin həmin əqdlə əlaqədar öz
maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi
və s.) barədə məlumatı hüquqi şəxsin
direktorlar şurasına (müşahidə şurasına), o
olmadıqda hüquqi şəxsin icra orqanına yazılı
şəkildə təqdim etməlidirlər.
Maddə 50. Hüquqi şəxsin
adı
50.1. Hüquqi
şəxsin öz təşkilati-hüquqi formasını
göstərən adı olur. Qeyri-kommersiya təşkilatının
adında hüquqi şəxsin fəaliyyətinin xarakteri
göstərilməlidir.
50.1-1.
Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan
Respublikasının dövlət orqanlarının
adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin
adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin
icazəsi olmadan) istifadə edilə bilməz.[51]
50.2. Kommersiya təşkilatı
olan hüquqi şəxsin firma adı olmalıdır. Firma
adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə
alınmış hüquqi şəxsin həmin addan istifadəyə
müstəsna hüququ vardır. Firma adlarının
qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə
müəyyənləşdirilir.
50.3. Başqa
hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr
əldə etməyə yol verilmir. Özgəsinin qeydə
alınmış firma adından haqsız istifadə edən
şəxs firma adına hüququ olanın tələbi ilə
ondan istifadəyə son qoymalı və vurduğu zərərin
əvəzini ödəməlidir.
Maddə 51. Hüquqi şəxsin
olduğu yer
Hüquqi şəxsin
daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi
şəxsin olduğu yer sayılır.[52]
Maddə 52. Hüquqi şəxsin
məsuliyyəti
52.1. Hüquqi
şəxs öz öhdəlikləri üçün ona mənsub
bütün əmlakla cavabdehdir.
52.2. Bu Məcəllədə
və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə
tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi
(iştirakçısı) hüquqi şəxsin öhdəlikləri
üçün, hüquqi şəxs isə təsisçinin
(iştirakçının) öhdəlikləri
üçün cavabdeh deyildir.
Maddə 53. Nümayəndəliklər
və filiallar
53.1. Hüquqi
şəxsin olduğu yerdən kənarda yerləşən və
hüquqi şəxsin mənafelərini təmsil və
müdafiə edən ayrıca bölməsi nümayəndəlik
sayılır.
53.2. Hüquqi
şəxsin olduğu yerdən kənarda yerləşən və
onun funksiyalarının hamısını və ya bir hissəsini,
o cümlədən nümayəndəlik funksiyalarını
həyata keçirən ayrıca bölməsi filial
sayılır.
53.3. Nümayəndəliklər
və filiallar hüquqi şəxs deyildirlər və
hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr
üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin
və filialların rəhbərləri hüquqi şəxs tərəfindən
təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət
göstərirlər. Təsisçilərinin əcnəbilər
və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin
rəhbərlərinin müavinləri Azərbaycan
Respublikasının vətəndaşları olmalıdır.[53]
Maddə 54. İdarə
54.1. Hüquqi
şəxsin idarəetmə, sosial-mədəni və ya digər
qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi
üçün yaratdığı təşkilat idarə
sayılır.
54.2. İdarə
hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq
etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.
54.3. İdarə
ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş
hədlərdə, öz fəaliyyətinin məqsədlərinə,
hüquqi şəxsin tapşırıqlarına və əmlakın
təyinatına uyğun sahiblik, istifadə və sərəncam
hüquqlarını həyata keçirir.
54.4. İdarənin
öhdəlikləri üçün məsuliyyət idarəni
yaratmış hüquqi şəxsin üzərinə
düşür.
54.5. Dövlət
idarələrinin və digər idarələrin
ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin
xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.
Maddə 55. Hüquqi şəxsin
yenidən təşkili
55.1. Hüquqi
şəxsin yenidən təşkili (birləşmə,
qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun
təsisçilərinin (iştirakçılarının) və
ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanının qərarı ilə həyata keçirilə
bilər.
55.2. Qanunla
müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin
bölünməsi və ya tərkibindən bir və ya bir
neçə hüquqi şəxsin ayrılması şəklində
yenidən təşkili məhkəmənin qərarı ilə
həyata keçirilir.
55.3. Məhkəmə
hüquqi şəxsin kənar idarəçisini təyin edir
və ona hüquqi şəxsi yenidən təşkil etməyi
tapşırır. Kənar idarəçinin təyin edildiyi
andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri
ona keçir. Kənar idarəçi məhkəmədə
hüquqi şəxsin adından çıxış edir,
bölünmə balansını tərtib edib baxılmaq
üçün onu yenidən təşkil nəticəsində
yaranan hüquqi şəxslərin nizamnamələri ilə
birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə
riayət edilməklə yeni yaranan hüquqi şəxslərin
dövlət qeydiyyatına alınması üçün əsasdır.[54]
55.4. Qoşulma
şəklində yenidən təşkil halı istisna
olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin
dövlət qeydiyyatına alındığı andan yenidən
təşkil edilmiş sayılır.
55.5. Hüquqi
şəxs başqa hüquqi şəxsin ona qoşulması
şəklində yenidən təşkil edilərkən
qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam
verilməsi haqqında qeydin hüquqi şəxslərin
dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi
şəxs yenidən təşkil edilmiş sayılır.
55.6. Bankların yenidən təşkili “Banklar
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir.[55]
55.7.
Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi
tədbirlərin təmin edilməsi məqsədi ilə
hüquqi şəxsin yenidən təşkil olunması Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
nəzərdə tutulmuş qaydada qadağan oluna bilər.
Hüquqi şəxsin yenidən təşkil edilməsinin
qadağan olunması barədə məhkəmənin qərarı
dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.[56]
Maddə 56. Hüquqi şəxslər
yenidən təşkil edilərkən hüquq varisliyi
56.1. Hüquqi
şəxslər birləşdikdə onlardan hər birinin
hüquq və vəzifələri təhvil aktına uyğun
olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
56.2. Hüquqi
şəxs digər hüquqi şəxsə qoşulduqda
qoşulan hüquqi şəxsin hüquq və vəzifələri
təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə
keçir.
56.3. Hüquqi
şəxs bölündükdə onun hüquq və vəzifələri
bölünmə balansına uyğun olaraq yeni yaranmış
hüquqi şəxslərə keçir.
56.4. Hüquqi
şəxsin tərkibindən bir və ya bir neçə
hüquqi şəxs ayrıldıqda yenidən təşkil
edilmiş hüquqi şəxsin hüquq və vəzifələri
bölünmə balansına uyğun olaraq onların hər
birinə keçir.
56.5. Bir növdən
olan hüquqi şəxs digər növdən olan hüquqi
şəxsə çevrildikdə (təşkilati-hüquqi
formanın dəyişməsi) yenidən təşkil
edilmiş hüquqi şəxsin hüquq və vəzifələri
təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi
şəxsə keçir.
Maddə 57. Təhvil aktı və
bölünmə balansı
57.1. Təhvil
aktında və bölünmə balansında yenidən təşkil
edilmiş hüquqi şəxsin bütün kreditorları və
borcluları barəsində öhdəliklərinin
hamısı, o cümlədən tərəflərin
mübahisə etdikləri öhdəliklər üzrə
hüquqi varislik haqqında müddəalar olmalıdır.
57.2. Təhvil
aktı və bölünmə balansı hüquqi şəxsin
yenidən təşkili haqqında qərar qəbul etmiş
onun təsisçiləri (iştirakçıları) və
ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə
birlikdə yeni yaranmış hüquqi şəxslərin
dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi
şəxslərin nizamnamələrində dəyişikliklər
edilməsi üçün təqdim olunur.
57.3. Nizamnamələrlə
birlikdə təhvil aktının və bölünmə
balansının təqdim edilməməsi, habelə onlarda
yenidən təşkil edilmiş hüquqi şəxsin
öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların
olmaması yeni yaranmış hüquqi şəxsləri
dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb
olur.
Maddə 58. Hüquqi şəxs yenidən
təşkil edilərkən onun kreditorlarının
hüquqları üçün təminatlar
58.1. Hüquqi
şəxsin yenidən təşkili haqqında qərar qəbul
etmiş hüquqi şəxsin təsisçiləri
(iştirakçıları) və ya hüquqi şəxsin
nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin
55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə
kənar idarəçi hüquqi şəxsin yenidən təşkili
barəsində onun kreditorlarına yazılı bildiriş
göndərməyə borcludurlar.
58.2. Yenidən
təşkil edilən hüquqi şəxsin kreditorunun
ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi
şəxsin borclu olduğu öhdəliklərə xitam
verilməsini və ya onların vaxtından əvvəl icra
olunmasını və zərərin əvəzinin ödənilməsini
tələb etsin.
58.3. Əgər
bölünmə balansı yenidən təşkil edilmiş
hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə
imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər
yenidən təşkil edilmiş hüquqi şəxsin
öhdəlikləri üçün onun kreditorları
qarşısında birgə məsuliyyət
daşıyırlar.
Maddə 59. Hüquqi şəxsin
ləğvi
59.1. Hüquqi
şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə
hüquq və vəzifələri hüquq varisliyi
qaydasında başqa şəxslərə keçmədən
xitam verilməsi deməkdir.
59.2. Hüquqi
şəxs aşağıdakı hallarda ləğv edilə
bilər:
59.2.1. onun təsisçilərinin
(iştirakçılarının) və ya hüquqi şəxsin
nizamnamə ilə vəkil edilmiş orqanının qərarı
ilə, o cümlədən hüquqi şəxsin
mövcudluğu üçün nəzərdə tutulan
müddətin qurtarması və ya yaradılması zamanı
qarşıya qoyulan məqsədin əldə edilməsi ilə
əlaqədar olaraq;
59.2.2. hüquqi
şəxsin yaradılması zamanı yol verilmiş
qanunvericilik pozuntuları ilə əlaqədar onun
qeydiyyatının məhkəmə tərəfindən
etibarsız sayıldığı halda;
59.2.3. lazımi
xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla
qadağan edilmiş fəaliyyət həyata keçirildikdə
və ya qanunvericilik digər şəkildə dəfələrlə
və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya
fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə
müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”,
“Sığorta fəaliyyəti haqqında” və
“İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda
məhkəmənin qərarı ilə;[57]
59.2.4.
məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi
ləğvetmə növündə cinayət-hüquqi tədbir
tətbiq edildikdə.[58]
59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində
göstərilən əsaslar üzrə hüquqi şəxsin
ləğv edilməsi təşəbbüsü ilə
çıxış edən iştirakçı və ya
hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik
edən icra orqanından hüquqi şəxsin bütün
kreditorlarının tələblərini 12 ay ərzində
qarşılamaq üçün ödəmə qabiliyyətinin
olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv
və passivlərinin vəziyyəti barədə) qəbul
edilməsini tələb edir. Hüquqi şəxsin icra
orqanı ləğvetmə qərarından ən çoxu 20
gün əvvəl bu bəyanatı qəbul edir və ya belə
bəyanatın qəbul edilməsinin mümkünsüz
olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul
edilməsinin mümkünsüzlüyünü bildirdikdə,
iştirakçıların ümumi
yığıncağı hüquqi şəxsin bütün
kreditorlarının tələblərini 12 ay ərzində
qarşılamaq üçün ödəmə qabiliyyətinin
olub-olmamasını təsdiq etmək üçün
müstəqil auditor cəlb edə bilər. Müstəqil
auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin
olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin
rəy bu maddə ilə müəyyən edilmiş bəyanata
bərabər tutulur.[59]
59.3. Bu Məcəllənin
59.2.2 və 59.2.3-cü maddələrində
göstərilən əsaslar üzrə hüquqi şəxsin
ləğv edilməsi tələbini məhkəməyə
qanunla bu cür tələb irəli sürmək hüququ
verilmiş dövlət orqanı (qurumu) və ya yerli özünüidarə
orqanı irəli sürə bilər. Hüquqi şəxsin
ləğv edilməsi haqqında məhkəmənin qərarı
ilə onun təsisçilərinə
(iştirakçılarına) və ya hüquqi şəxsin
nizamnaməsi ilə onun ləğvi üçün vəkil
edilmiş orqana hüquqi şəxsin ləğvini həyata
keçirmək vəzifələri həvalə edilə bilər.
Bu Məcəllənin
59.2.4-cü maddəsində göstərilən əsas
üzrə hüquqi şəxsin ləğv edilməsi
haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə
komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin
ləğvini həyata keçirmək vəzifələri həvalə
olunur.[60]
59.4. Hüquqi
şəxs müflis olma nəticəsində də ləğv
edilir.
59.5. Əgər
ləğv edilən hüquqi şəxsin əmlakının
dəyəri kreditorların tələblərinin ödənilməsi
üçün yetərli deyildirsə, o yalnız müflis
olma nəticəsində ləğv edilə bilər.
59.6. Ləğvetmə prosesinin ümumi
müddəti hüquqi şəxsin ləğv edilməsi barədə
məlumatın hüquqi şəxslərin dövlət
reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox
olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə
prosesinin yenidən başlamasına səbəb olur.[61]
59.7. Xarici hüquqi şəxslərin
filial və ya nümayəndəliklərinin ləğv edilməsi
zamanı hüquqi şəxslərin ləğvi
üçün bu Məcəllə və “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydalar tətbiq edilir.[62]
59.8. Yerli bankların, onların filial, şöbə
və nümayəndəliklərinin, habelə xarici
bankların yerli filial və nümayəndəliklərinin ləğvi
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla həyata keçirilir.[63]
59.9.
Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi
tədbirlərin təmin edilməsi məqsədi ilə
hüquqi şəxsin onun təsisçilərinin
(iştirakçılarının) və ya hüquqi şəxsin
nizamnamə ilə vəkil edilmiş orqanının qərarı
ilə ləğv edilməsi Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində nəzərdə
tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin
ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin
qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına
göndərilir.[64]
Maddə 60.
Hüquqi şəxsin ləğvi haqqında qərar[65]
60.1. Hüquqi şəxsin ləğvi
haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin
edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə
qaydası və müddətləri müəyyənləşdirilir
və ləğvetmə prosesi başlayır.
60.2. Ləğvetmə prosesi ərzində
hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə
saxlanılır.
60.3. Hüquqi şəxsin ləğv
edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin
iştirakçıları və ya nizamnamə ilə buna vəkil
edilmiş orqanı ləğv barədə qərar qəbul
edildiyi tarixdən etibarən yalnız ləğvetmə
prosesi çərçivəsində fəaliyyət göstərir.
Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə
ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici)
çıxış edir.
60.4. Ləğvetmə
komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin
edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək
səlahiyyətləri ona keçir. Ləğvetmə
komissiyası (təsviyəçi, ləğvedici) borcların
ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi
üçün hüquqi şəxsin əmlakını
iqtisadi cəhətdən səmərəli, qiymət
baxımından sərfəli və tez bir zamanda
satılması, borcların ödənilməsindən sonra
qalan əmlakın iştirakçılar arasında
bölüşdürülməsi, məqsədilə onun
işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv
edildikdə onun borclarının ödənilməsindən
sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin
114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə
uyğun olaraq həll edilir.
60.5. Ləğvetmə
komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri
zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə
riayət etməlidirlər.
60.6. Ləğvetmə
komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin
olunduqları qaydada geri çağırıla və ya
başqa şəxslərlə əvəz edilə bilərlər.
Maddə 61. Hüquqi şəxsin
ləğvi qaydası[66]
61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin
olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan
Respublikasında hüquqi şəxslərin dövlət
qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu
nəşrdə hüquqi şəxsin ləğv edilməsi
və kreditorlarının tələblərinin bildirilməsi
qaydası və müddəti haqqında ilk məlumatı dərc
etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə
daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin
irəli sürülməsi müddəti ləğvetmə
haqqında ilk məlumatın dərc edildiyi gündən
etibarən 60 gündən az ola bilməz.
61.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin
olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə
barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və
61.1-ci maddələrində göstərilən ödəmə
qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı,
ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi
və möhürü hüquqi şəxslərin dövlət
qeydiyyatını həyata keçirən müvafiq icra
hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin
dövlət qeydiyyatını həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları
aldığı gündən 5 gün ərzində
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin
dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi ºəxs
tərəfindən sənədlərin tərtibi zamanı
üzərində “ləğv prosesindədir”
yazılmış möhürdən istifadə olunur və
bütün sənədlərdə onun adından sonra “ləğv
prosesindədir” sözləri əlavə edilir.
61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları
aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər
görür, habelə ləğvetmə ilə bağlı mətbuatda
elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi
haqqında bütün məlum kreditorlara bildiriş göndərir,
dövlət büdcəsinə məcburi ödənişlər
və büdcədənkənar dövlət fonduna məcburi
dövlət sosial sığorta haqları və işsizlikdən sığorta
haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi
sığorta haqları üzrə borcların
olub-olmamasını müəyyən etmək
üçün müvafiq icra hakimiyyəti orqanına
müraciət edir.[67]
61.3-1. Ləğvetmə komissiyası
özünün və ləğv edilən hüquqi şəxsin
fəaliyyəti nəticəsində yaranmış və
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq arxiv sənədinə aid edilmiş sənədlərin
hüquqi şəxsin olduğu yer üzrə müvafiq
dövlət arxiv xidməti təşkilatına təhvil
verilməsini təmin edir.[68]
61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər
hansı bir kreditorun irəli sürdüyü tələblə
razılaşmadığı halda həmin kreditor məhkəmədə
iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə
qərarı qəbul edilənədək onun təmin edilməsi
üçün zəruri olan vəsait
saxlanılmalıdır.
61.5. Kreditorların tələblərinin
irəli sürülməsi müddəti bitdikdən sonra 10
gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə
balansını tərtib edərək təsdiq edir və
hüquqi şəxsin iştirakçılarına göndərir.
Aralıq ləğvetmə balansına ən azı ləğv
edilən hüquqi şəxsin əmlakının tərkibi,
kreditorlarının tələblərinin və debitor
borcların siyahısı haqqında məlumatlar daxil edilir.
Aralıq ləğvetmə balansı ilə razı olmayan
hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz
iştirak payına malik iştirakçısı həmin
balansı aldığı gündən 7 gün ərzində
ümumi yığıncağın
çağırılmasını tələb edə bilər.
Bu halda aralıq ləğvetmə balansı
iştirakçıların ümumi
yığıncağı tərəfindən təsdiq edilməlidir.
61.6. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi
şəxsə məxsus olan əmlakın kreditorların tələblərini
ödəmək üçün kifayət etmədiyini
müəyyən etdikdə, dərhal müflis olma prosesini
başlamalıdır.
61.7. Ləğv edilən hüquqi şəxsin
kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası
(təsviyəçi, ləğvedici) ödəmə
barədə tələblərin daxil olduğu növbəlilik
qaydasında aralıq ləğvetmə balansına uyğun
olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
61.8. Bütün məlum olan kreditorlarla
hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində
ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə
balansını və qalıq əmlakın
iştirakçılar arasında bölünməsi
(qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin
114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə
uyğun olaraq istifadə edilməsi) planını əks etdirən
hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib
edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi
şəxsin iştirakçıları və ya nizamnamə
ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq
edilməlidir.
61.9. Kreditorlar ləğvetmə
balansı təsdiq edilənə qədər öz tələblərini
irəli sürə bilərlər.
61.10. Ləğvetmə balansı təsdiq
edildikdən sonra 10 gün ərzində ləğvetmə
komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın
təsdiq edilmiş bölünmə planına uyğun olaraq
hüquqi şəxsin iştirakçılarına təqdim
edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə
təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin
114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə
uyğun olaraq istifadə edilməsini təmin edir.
Əmlakın bölünməsi iştirakçının
payına mütənasib şəkildə həyata
keçirilir. Ləğv edilən hüquqi şəxsin
iştirakçısı və ya iştirakçının
vərəsəsi olmadıqda qalıq əmlak dövlətə
verilir. Dövlətin adından həmin əmlakı
müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
61.11. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın
bölünməsindən və ya istifadə edilməsindən
sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə
balansını, qalıq əmlakın bölünməsi
(istifadə edilməsi) planını əks etdirən
hesabatı, həmin əmlakın iştirakçılara təqdim
edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə
bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə
uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi
və “Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan
Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə
tutulmuş digər sənədləri hüquqi şəxslərin
dövlət qeydiyyatını həyata keçirən
müvafiq icra hakimiyyəti orqanına göndərir.
61.12. Hüquqi şəxsin ləğvi
bu barədə qeydin hüquqi şəxslərin dövlət
reyestrinə daxil edildiyi andan başa çatmış,
hüquqi şəxs isə mövcudluğuna son qoymuş
sayılır.
61.13. Hüquqi şəxsin ləğvi
başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə
bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə
prosesini yenidən bərpa və yeni ləğvetmə
komissiyası (təsviyəçi, ləğvedici) təyin edə
bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi
həmin əmlakı dərhal pula çevirmək və
iştirakçılar arasında bölüşdürməkdir
(qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin
114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə
uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin
dövlət reyestrindən çıxarılmasından sonra
yeni öhdəliklərin meydana çıxması ləğvetmə
prosesinin yenidən açılmasına səbəb olmur.
Maddə 62. Kreditorların tələblərinin
ödənilməsi[69]
62.1. Hüquqi
şəxs ləğv edilərkən onun
kreditorlarının tələbləri
aşağıdakı növbə ilə ödənilir:
62.1.1. birinci
növbədə ləğv edilən hüquqi şəxsin əmlakının
girov qoyulması ilə təmin edilmiş öhdəliklər
üzrə kreditorların tələbləri ödənilir;
62.1.2. ikinci
növbədə müvafiq vədəli ödənişlərin
kapitallaşdırılması yolu ilə o, fiziki şəxslərin
tələbləri ödənilir ki, ləğv edilən
hüquqi şəxs onların qarşısında həyata və
ya sağlamlığa zərər vurulması
üçün məsuliyyət daşıyır;
62.1.3.
üçüncü növbədə işdənçıxma
müavinətlərinin verilməsi və əmək
müqaviləsi üzrə işləyən şəxslərin
əməyinin ödənilməsi üzrə, müəlliflik
müqavilələrinə əsasən haqların ödənilməsi
üzrə hesablaşmalar aparılır;
62.1.4.
dördüncü növbədə büdcəyə məcburi
ödənişlər və büdcədənkənar
dövlət fonduna məcburi dövlət sosial sığorta
haqları üzrə borc ödənilir;[70]
62.1.5.
beşinci növbədə qalan kreditorlar ilə
hesablaşmalar aparılır.
62.1.-2. Sığortaçının
kreditorlarının tələblərinin ödənilməsinin
növbəliliyi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.[71]
62.2. Hər
növbənin tələbləri əvvəlki növbənin
tələbləri tam ödənildikdən sonra ödənilir.
62.3. Ləğvetmə
komissiyası kreditorun tələblərini ödəməkdən
imtina etdikdə və ya onlara baxmaqdan boyun
qaçırdıqda kreditorun ixtiyarı var ki, hüquqi şəxsin
ləğvetmə balansı təsdiq edilənədək ləğvetmə
komissiyasına qarşı iddia ilə məhkəməyə
müraciət etsin.
62.4. Ləğvetmə
komissiyasının tələblər irəli sürülməsi
üçün müəyyənləşdirdiyi müddət
qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər
kreditorların vaxtında bildirdikləri tələblər
ödənildikdən sonra ləğv edilən hüquqi şəxsin
qalan əmlakından ödənilir.
62.5. Ləğv
edilən hüquqi şəxsin kreditorlarının ləğvetmə
komissiyası tərəfindən qəbul edilməmiş tələbləri
kreditorun iddia ilə məhkəməyə müraciət etmədiyi
hallarda, habelə məhkəmə qərarı ilə
kreditora ödənilməsindən imtina edilmiş tələbləri
ödənilmiş sayılır.
Maddə 63. Hüquqi şəxsin
müflis olması
63.1. Əgər
hüquqi şəxs kreditorların tələblərini
ödəməyə qadir deyildirsə, o, məhkəmənin
qərarı ilə müflis sayıla bilər.
63.2. Hüquqi
şəxsin məhkəmə tərəfindən müflis
sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə
və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyənləşdirilir. [72]
§2. Kommersiya təşkilatları
Maddə 64. Təsərrüfat
ortaqlıqları və cəmiyyətləri
64.1. Təsərrüfat
ortaqlıqları və cəmiyyətləri təsisçilərinin
(iştirakçılarının) paylarına
bölünmüş nizamnamə (şərikli) kapitalı
olan kommersiya təşkilatlarıdır. Təsisçilərin
(iştirakçıların) maya qoyuluşları hesabına
yaranmış əmlak, habelə təsərrüfat
ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti
prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət
hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə
tutulan hallarda təsərrüfat ortaqlığını bir
şəxs yarada bilər.
64.2. Təsərrüfat
ortaqlıqları tam ortaqlıq və ya kommandit
ortaqlığı formasında yaradıla bilər.
64.3. Təsərrüfat
cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli
cəmiyyət və ya səhmdar cəmiyyəti formasında
yaradıla bilər.
64.4. Yalnız fərdi
sahibkarlar və (və ya) kommersiya təşkilatları tam
ortaqlıqların iştirakçıları və kommandit
ortaqlıqlarında tam ortaqlar ola bilərlər.
64.5. Təsərrüfat
cəmiyyətlərinin iştirakçıları və
kommandit ortaqlıqlarının maya qoyanları fiziki və
hüquqi şəxslər ola bilərlər.
64.6. Dövlət
orqanları və yerli özünüidarə orqanları təsərrüfat
ortaqlıqlarının və cəmiyyətlərinin
iştirakçıları kimi çıxış edə
bilməzlər.
64.7. Təsərrüfat
ortaqlıqları və cəmiyyətləri bu Məcəllədə
nəzərdə tutulan hallar istisna olmaqla, başqa təsərrüfat
ortaqlıqlarının və cəmiyyətlərinin təsisçiləri
(iştirakçıları) ola bilərlər.
64.8. Təsərrüfat
ortaqlığının və ya cəmiyyətinin əmlakına
qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan
və ya əmlak hüquqlarından və ya pul dəyəri
olan digər hüquqlardan ibarət ola bilər.
64.9. Təsərrüfat
cəmiyyəti iştirakçısının
mayasının pulla qiymətləndirilməsi cəmiyyətin
təsisçiləri (iştirakçıları)
arasında razılaşmaya əsasən yerinə yetirilir və
müstəqil ekspert yoxlamasından (auditdən) keçirilməlidir.
Maddə 65. Təsərrüfat
ortaqlığı və ya cəmiyyəti
iştirakçılarının hüquq və vəzifələri
65.1. Təsərrüfat
ortaqlığının və ya cəmiyyətinin
iştirakçıları:
65.1.1. bu Məcəllədə
nəzərdə tutulan hallar istisna olmaqla,
ortaqlığın və ya cəmiyyətin işlərinin
idarə olunmasında iştirak edə bilər;
65.1.2. nizamnamədə
müəyyənləşdirilmiş qaydada
ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə
dair məlumat ala bilər və onun mühasibat kitabları və
digər sənədləri ilə tanış ola bilər;
65.1.3. mənfəət
bölgüsündə iştirak edə bilər;
65.1.4.
ortaqlığın və ya cəmiyyətin ləğv
edildiyi halda kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan
qalan hissəni və ya onun dəyərini ala bilərlər.
65.2. Təsərrüfat
ortaqlığı və ya cəmiyyəti
iştirakçılarının bu Məcəllədə,
ortaqlığın və ya cəmiyyətin nizamnaməsində
nəzərdə tutulan başqa hüquqları da ola bilər.
65.3. Təsərrüfat
ortaqlığının və ya cəmiyyətinin
iştirakçıları:
65.3.1. nizamnamədə
nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və
müddətlərdə maya qoymalıdırlar;
65.3.2.
ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə
dair məxfi məlumatı açıqlamamalıdırlar;
65.3.3. onun
nizamnaməsində nəzərdə tutulan digər vəzifələri
daşımalıdırlar.
Maddə 66. Təsərrüfat
ortaqlıqlarının və cəmiyyətlərinin
çevrilməsi
66.1. Təsərrüfat
ortaqlıqları və cəmiyyətləri
iştirakçıların ümumi
yığıncağının qərarı ilə bu Məcəllədə
müəyyənləşdirilmiş qaydada başqa
növlü təsərrüfat ortaqlıqlarına və cəmiyyətlərinə
çevrilə bilər.
66.2. Ortaqlıq
cəmiyyətə çevrilərkən cəmiyyətin
iştirakçısı (səhmdarı) olmuş hər bir
tam ortaq ortaqlıqdan cəmiyyətə keçmiş öhdəliklər
üzrə iki il ərzində özünün bütün əmlakı
ilə subsidiar məsuliyyət daşıyır.
Keçmiş ortağın ona mənsub payları (səhmləri)
özgəninkiləşdirməsi onu bu cür məsuliyyətdən
azad etmir.
Maddə 67. Törəmə təsərrüfat
cəmiyyəti
67.1. Təsərrüfat
cəmiyyəti o halda törəmə cəmiyyət
sayılır ki, digər (əsas) təsərrüfat
ortaqlığı və ya cəmiyyəti onun nizamnamə
kapitalında üstün iştirakına görə və ya
onlar arasında bağlanmış müqaviləyə
müvafiq surətdə həmin cəmiyyətin qəbul
etdiyi qərarları müəyyənləşdirmək
imkanına malik olur.
67.2. Törəmə
cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin
borcları üçün cavabdeh deyildir.
67.3. Törəmə
cəmiyyətə onun üçün məcburi göstərişlər
vermək hüququ olan əsas ortaqlıq və ya cəmiyyət
həmin göstərişlərin icrası üçün
törəmə cəmiyyətin bağladığı əqdlər
üzrə onunla birgə məsuliyyət daşıyır.
Əsas ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə
onun üçün məcburi göstərişlər vermək
hüququna yalnız o halda malik sayılır ki, bu hüquq
törəmə cəmiyyətlə müqavilədə nəzərdə
tutulmuş olur.
67.4. Törəmə
cəmiyyətin iştirakçıları (səhmdarları)
əsas ortaqlıqdan və ya cəmiyyətdən onun təqsiri
üzündən törəmə cəmiyyətə dəymiş
zərərin əvəzini ödəməyi tələb edə
bilərlər. Zərər yalnız əsas
ortaqlığın və ya cəmiyyətin törəmə
cəmiyyət üçün məcburi göstərişinin
törəmə cəmiyyət tərəfindən icrası
nəticəsində baş verdikdə əsas
ortaqlığın və ya cəmiyyətin təqsiri
üzündən vurulmuş sayılır.
67.5. Törəmə
cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin
təqsiri üzündən müflis olduqda əsas ortaqlıq
və ya cəmiyyət onun borcları üzrə subsidiar məsuliyyət
daşıyır. Törəmə cəmiyyət yalnız əsas
ortaqlığın və ya cəmiyyətin onun
üçün məcburi göstərişini icra etməsi
nəticəsində müflis olduqda əsas
ortaqlığın və ya cəmiyyətin təqsiri
üzündən müflis olmuş sayılır.
67.6.
Törəmə cəmiyyətin əsas cəmiyyətin səhmlərini
(paylarını) almaq hüququ yoxdur.[73]
Maddə 68. Asılı təsərrüfat
cəmiyyəti
68.1. Təsərrüfat
cəmiyyəti o halda asılı cəmiyyət
sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin
nizamnamə kapitalının iyirmi faizindən çoxu və
ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən
səhmlərinin iyirmi faizindən çoxu digər
(üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə
mənsub olur.
68.2. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən
çoxunu və ya səhmdar cəmiyyətinin səsvermə
hüququ verən səhmlərinin iyirmi faizindən
çoxunu əldə edən təsərrüfat
ortaqlığı və ya cəmiyyəti bu barədə məlumatı
ləngimədən dərc etdirməlidir.
68.3. Asılı
cəmiyyətin əsas cəmiyyətin səhmlərini
(paylarını) almaq hüququ yoxdur.[74]
Maddə 69. Tam ortaqlıq
69.1. Ortaqlıq
o halda tam ortaqlıq sayılır ki, onun
iştirakçıları (tam ortaqları) nizamnaməyə
müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti
ilə məşğul olur və ortaqlığın öhdəlikləri
üzrə onlara mənsub əmlakla məsuliyyət
daşıyırlar.
69.2. Şəxs
yalnız bir tam ortaqlığın iştirakçısı
ola bilər.
69.3. Tam
ortaqlığın firma adına onun bütün
iştirakçılarının adları və "tam
ortaqlıq" sözləri daxil edilməli və ya "və
ortaqları" və "tam ortaqlıq" sözləri əlavə
edilməklə bir və ya bir neçə
iştirakçının adı daxil edilməlidir.
Maddə 70. Tam
ortaqlığın nizamnaməsi
Tam
ortaqlığın nizamnaməsində bu Məcəllənin
47.2-ci maddəsində göstərilən məlumatlardan əlavə,
ortaqlığın şərikli kapitalının miqdarı
və tərkibi haqqında; hər bir
iştirakçının şərikli kapitaldakı
payının miqdarı və dəyişdirilməsi
qaydası haqqında; onların mayalarının tərkibi və
maya qoyması qaydası haqqında; maya qoyulması üzrə
vəzifələrin pozulmasına görə
iştirakçıların məsuliyyəti haqqında şərtlər
göstərilməlidir.
Maddə 71. Tam ortaqlıqda idarəetmə
71.1. Tam
ortaqlığın fəaliyyəti bütün
iştirakçıların ümumi razılığı ilə
idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın
iştirakçıların səs çoxluğu ilə qəbul
olunduğu hallar nəzərdə tutula bilər.
71.2. Əgər
nizamnamədə tam ortaqlıq
iştirakçılarının səslərinin
sayını müəyyənləşdirməyin başqa
qaydası nəzərdə tutulmayıbsa, tam
ortaqlığın hər iştirakçısının
bir səsi vardır.
71.3.
Ortaqlığın hər bir iştirakçısı
ortaqlığın işlərini aparmağa vəkil
edilib-edilmədiyindən asılı olmayaraq işlərin
aparılmasına dair bütün sənədlərlə
tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması,
o cümlədən ortaqlıq
iştirakçılarının razılaşması üzrə
imtina və ya məhdudlaşdırma əhəmiyyətsizdir.
Maddə 72. Tam
ortaqlığın işlərinin aparılması
72.1. Əgər
tam ortaqlığın nizamnaməsində onun bütün
iştirakçılarının işləri birlikdə
aparması və ya işlərin aparılmasının
ayrı-ayrı iştirakçılara
tapşırılması müəyyənləşdirilməyibsə,
tam ortaqlığın hər bir iştirakçısı
ortaqlıq adından fəaliyyət göstərə bilər.
72.2.
Ortaqlığın iştirakçıları onun işlərini
birlikdə apararkən hər bir əqdin bağlanması
üçün ortaqlığın bütün
iştirakçılarının razılığı tələb
edilir.
72.3. Əgər
ortaqlığın iştirakçıları onun işlərinin
aparılmasını iştirakçıların birinə və
ya bəzilərinə tapşırarlarsa, qalan
iştirakçılar ortaqlıq adından əqdlər
bağlamaq üçün ortaqlığın işlərinin
aparılmasının tapşırıldığı
iştirakçıdan (iştirakçılardan) etibarnamə
almalıdırlar.
72.4.
Üçüncü şəxslərlə münasibətlərdə
ortaqlıq onun iştirakçılarının səlahiyyətlərini
məhdudlaşdıran nizamnamə müddəalarına
istinad edə bilməz, amma əqdin bağlandığı
vaxt ortaqlıq iştirakçısının ortaqlıq
adından fəaliyyət göstərmək hüququ
olmadığını üçüncü şəxsin
bildiyini və ya bilməli olduğunu ortaqlığın
sübuta yetirdiyi hallar istisna təşkil edir.
72.5.
Ortaqlığın işlərinin aparılması üzrə
bir və ya bir neçə iştirakçıya verilmiş
səlahiyyətlərə məhkəmə ciddi əsaslar
olduqda, o cümlədən vəkil edilmiş şəxs
(şəxslər) öz vəzifələrini kobudcasına
pozduqda və ya onun işləri ağılla aparmağa qadir
olmadığı aşkara çıxdıqda
ortaqlığın bir və ya bir neçə digər
iştirakçısının tələbi ilə xitam verə
bilər. Məhkəmə qərarına əsasən
ortaqlığın nizamnaməsində müvafiq dəyişikliklər
edilir.
Maddə 73. Tam ortaqlıq
iştirakçısının vəzifələri
73.1. Tam
ortaqlığın iştirakçısı nizamnamənin
şərtlərinə uyğun olaraq ortaqlığın fəaliyyətində
iştirak etməyə borcludur.
73.2. Tam
ortaqlığın iştirakçısı ortaqlıq qeydə
alınanadək onun şərikli kapitalına maya qoymağa
borcludur.
73.3. Tam
ortaqlıq iştirakçısının ixtiyarı yoxdur
ki, qalan iştirakçıların razılığı
olmadan öz adından öz mənafeləri və ya
üçüncü şəxslərin mənafeləri
üçün ortaqlığın fəaliyyət predmetini
təşkil edən əqdlərlə eyni xarakterli əqdlər
bağlasın.
73.4. Bu qayda
pozulduqda ortaqlıq öz mülahizəsi ilə həmin
iştirakçıdan ortaqlığa vurulmuş zərərin
əvəzini ödəməyi və ya bu cür əqdlər
üzrə əldə etdiyi bütün faydanı
ortaqlığa verməyi tələb edə bilər.
Maddə 74. Tam
ortaqlığın mənfəətinin və zərərinin
bölüşdürülməsi
74.1. Tam
ortaqlığın mənfəəti və zərəri, əgər
nizamnamədə və ya iştirakçıların digər
razılaşmasında ayrı qayda nəzərdə
tutulmayıbsa, onun iştirakçıları arasında
onların şərikli kapitaldakı paylarına mütənasib
surətdə bölüşdürülür. Ortaqlıq
iştirakçısının mənfəət və zərərdə
iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir.
74.2. Əgər
ortaqlığın düşdüyü zərər nəticəsində
onun xalis aktivlərinin dəyəri şərikli
kapitalının miqdarından az olarsa, ortaqlığın
götürdüyü mənfəət, xalis aktivlərin dəyəri
artıb şərikli kapitalın miqdarını ötənədək
onun iştirakçıları arasında
bölüşdürülmür.
Maddə 75. Tam ortaqlıq
iştirakçılarının onun öhdəlikləri
üzrə məsuliyyəti
75.1. Tam
ortaqlığın iştirakçıları ortaqlığın
öhdəlikləri üzrə özlərinin əmlakı
ilə birgə subsidiar məsuliyyət daşıyırlar.
75.2. Tam
ortaqlığın təsisçisi olmayan
iştirakçısı onun ortaqlığa daxil
olmasından əvvəl əmələ gəlmiş öhdəliklər
üzrə digər iştirakçılarla bərabər məsuliyyət
daşıyır.
75.3. Ortaqlıqdan
çıxmış iştirakçı
ortaqlığın onun çıxdığı anadək əmələ
gəlmiş öhdəlikləri üzrə
ortaqlığın onun çıxdığı il
üçün fəaliyyəti barəsində hesabatın təsdiq
edildiyi gündən iki il ərzində qalan
iştirakçılarla bərabər məsuliyyət
daşıyır.
75.4. Bu maddədə
nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılması
və ya aradan qaldırılması haqqında ortaqlıq
iştirakçılarının razılaşması əhəmiyyətsizdir.
Maddə 76. Tam ortaqlıq
iştirakçılarının tərkibinin dəyişdirilməsi
76.1. Tam
ortaqlığın hər hansı iştirakçısı
ortaqlıqdan çıxdıqda və ya öldükdə,
iştirakçılardan biri xəbərsiz itkin
düşmüş, fəaliyyət qabiliyyəti olmayan və
ya məhdud fəaliyyət qabiliyyətli və ya müflis
sayıldıqda, məhkəmənin qərarına əsasən
iştirakçılardan biri barəsində yenidən təşkil
prosedurlarına başlandıqda, ortaqlıqda iştirak edən
hüquqi şəxs ləğv olunduqda və ya
iştirakçılardan birinin kreditoru tərəfindən
tutma onun şərikli kapitaldakı payına uyğun əmlak
hissəsinə yönəldildikdə ortaqlıq öz fəaliyyətini,
əgər bu, ortaqlığın nizamnaməsində və ya
qalan iştirakçıların razılaşmasında nəzərdə
tutulubsa, davam etdirə bilər.
76.2. Tam
ortaqlıq iştirakçılarının ixtiyarı var ki,
iştirakçılardan hər hansı birinin məhkəmə
qaydasında ortaqlıqdan çıxarılmasını qalan
iştirakçıların yekdil qərarı ilə və
bunun üçün ciddi əsaslar olduqda, məsələn,
həmin iştirakçı öz vəzifələrini
kobudcasına pozduqda və ya onun işləri ağılla
aparmağa qadir olmadığı aşkara
çıxdıqda tələb etsinlər.
Maddə 77.
İştirakçının tam ortaqlıqdan
çıxması
77.1. Tam
ortaqlıq iştirakçısının ixtiyarı var ki,
ortaqlıqda iştirakdan imtina etdiyini bildirərək
ortaqlıqdan çıxsın.
77.2.
İştirakçı tam ortaqlıqda iştirakdan imtina
etdiyini ortaqlıqdan faktik çıxmasına ən geci
altı ay qalmış bildirməlidir.
77.3.
Ortaqlıqdan çıxmaq hüququndan imtina haqqında
ortaqlıq iştirakçıları arasında
razılaşma əhəmiyyətsizdir.
Maddə 78.
İştirakçının tam ortaqlıqdan
çıxmasının nəticələri
78.1. Tam
ortaqlıqdan çıxmış iştirakçıya, əgər
nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa,
həmin iştirakçının şərikli kapitaldakı
payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyəri
ödənilir. Çıxan iştirakçı ilə qalan
iştirakçılar arasında razılaşmaya əsasən
əmlak dəyərinin ödənilməsi əmlakın
naturada verilməsi ilə əvəz edilə bilər.
Çıxan iştirakçıya ortaqlıq əmlakından
çatası hissə və ya onun dəyəri, bu Məcəllənin
80-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,
onun çıxdığı məqamda tərtib edilən
balans üzrə müəyyənləşdirilir.
78.2. Tam
ortaqlığın iştirakçısı öldükdə
onun vərəsəsi tam ortaqlığa, əgər
ortaqlığın nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, yalnız digər iştirakçıların
razılığı ilə daxil ola bilər. Tam ortaqlıqda
iştirak etmiş və yenidən təşkil edilmiş
hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxs,
əgər ortaqlığın nizamnaməsində ayrı
qayda nəzərdə tutulmayıbsa, ortaqlığa onun digər
iştirakçılarının razılığı ilə
daxil ola bilər. Ortaqlığa daxil olmayan vərəsə
(hüquq varisi) ilə hesablaşmalar bu Məcəllənin
78.1-ci maddəsinə uyğun aparılır. Tam ortaqlıq
iştirakçısının vərəsəsi (hüquq
varisi) bu Məcəllənin 75.2 və 75.3-cü maddələrinə
uyğun olaraq, çıxan iştirakçının
üçüncü şəxslər qarşısında
cavab verməli olduğu ortaqlığın öhdəlikləri
üzrə ortaqlığın çıxan
iştirakçısından ona keçmiş əmlak həddində
məsuliyyət daşıyır.
78.3. Əgər
iştirakçılardan biri ortaqlıqdan
çıxırsa, ortaqlığın şərikli
kapitalında qalan iştirakçıların payları, əgər
nizamnamədə və ya iştirakçıların
başqa razılaşmasında ayrı qayda nəzərdə
tutulmayıbsa, müvafiq surətdə artır.
Maddə 79.
İştirakçının tam ortaqlığın şərikli
kapitalındakı payının verilməsi
79.1. Tam
ortaqlığın iştirakçısı onun qalan
iştirakçılarının razılığı ilə
şərikli kapitaldakı payını və ya onun bir hissəsini
ortaqlığın başqa iştirakçısına və
ya üçüncü şəxsə verə bilər.
79.2. Pay (pay hissəsi)
başqa şəxsə verildikdə payı (pay hissəsini)
vermiş iştirakçıya mənsub hüquqların
hamısı və ya müvafiq hissəsi ona keçir. Pay
(pay hissəsi) verilmiş şəxs bu Məcəllənin
75.2-ci maddəsində müəyyənləşdirilmiş
qaydada ortaqlığın öhdəlikləri üzrə məsuliyyət
daşıyır.
79.3. Ortaqlıq
iştirakçısının özünün bütün
payını başqa şəxsə verməsi onun
ortaqlıqda iştirakına xitam verir və bu Məcəllənin
75.2 və 75.3-cü maddələrində nəzərdə
tutulan nəticələrə səbəb olur.
Maddə 80.
İştirakçının tam ortaqlığın şərikli
kapitalındakı payına tutmanın yönəldilməsi
80.1.
İştirakçının ortaqlıqda iştirakla
bağlı olmayan borcları (şəxsi borcları) üzrə
tutmanın iştirakçının tam ortaqlığın əmlakındakı
payına yönəldilməsinə yalnız onun başqa əmlakının
borcları ödəməyə kifayət etmədiyi halda yol
verilir. Həmin iştirakçının kreditorları tam
ortaqlıqdan tutmanın borclunun şərikli kapitaldakı
payına uyğun ortaqlıq əmlakı hissəsinə
yönəldilməsi məqsədilə həmin hissəni
ayırmağı tələb edə bilərlər.
Ortaqlığın əmlakının ayrılmalı hissəsi
və ya onun dəyəri kreditorların ayırma tələbini
irəli sürdükləri məqamda tərtib edilmiş
balans üzrə müəyyənləşdirilir.
80.2.
İştirakçının tam ortaqlığın şərikli
kapitalındakı payına uyğun əmlaka tutmanın
yönəldilməsi onun ortaqlıqda iştirakına xitam
verir və bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə
tutulan nəticələrə səbəb olur.
Maddə 81. Tam
ortaqlığın ləğvi
81.1. Tam
ortaqlıq bu Məcəllənin 59-cu maddəsində göstərilən
əsaslar üzrə, habelə ortaqlıqda yeganə bir
iştirakçının qaldığı halda ləğv
edilir. Həmin iştirakçının ixtiyarı var ki,
ortaqlıqda yeganə iştirakçı kimi
qaldığı andan altı ay ərzində
ortaqlığı bu Məcəllədə müəyyənləşdirilmiş
qaydada təsərrüfat cəmiyyətinə çevirsin.
81.2. Bu Məcəllənin
76.1-ci maddəsində nəzərdə tutulan hallarda da tam
ortaqlıq, əgər ortaqlığın nizamnaməsində
və ya qalan iştirakçıların
razılaşmasında ortaqlığın öz fəaliyyətini
davam etdirəcəyi nəzərdə tutulmayıbsa, ləğv
edilir.
Maddə 82. Kommandit
ortaqlığı
82.1. Kommandit
ortaqlığı elə bir ortaqlıqdır ki,
ortaqlığın adından sahibkarlıq fəaliyyətini
həyata keçirən və ortaqlığın öhdəlikləri
üzrə öz əmlakı ilə məsuliyyət
daşıyan iştirakçıları (tam ortaqlar) ilə
yanaşı ortaqlığın fəaliyyəti ilə
bağlı zərər üçün qoyduqları
mayaların məbləği həddində risk daşıyan
və ortaqlığın sahibkarlıq fəaliyyətində
iştirak etməyən bir və ya bir neçə
iştirakçısı – maya qoyanı (kommanditçi)
vardır.
82.2. Kommandit
ortaqlığında iştirak edən tam ortaqların
hüquqi vəziyyəti və ortaqlığın öhdəlikləri
üzrə onların məsuliyyəti bu Məcəllənin
tam ortaqlıq iştirakçıları haqqında
qaydaları ilə müəyyənləşdirilir.
82.3. Şəxs
yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər.
Tam ortaqlığın iştirakçısı kommandit
ortaqlığında tam ortaq ola bilməz. Kommandit
ortaqlığındakı tam ortaq tam ortaqlığın
iştirakçısı ola bilməz.
82.4. Kommandit
ortaqlığının firma adında bütün tam
ortaqların adları ilə "kommandit
ortaqlığı" sözləri və ya "və
ortaqları" və "kommandit ortaqlığı"
sözləri əlavə edilməklə azı bir tam
ortağın adı göstərilməlidir.
82.5. Əgər
kommandit ortaqlığının firma adına maya qoyanın
adı daxil edilərsə, həmin maya qoyan tam ortağa
çevrilir.
82.6. Bu Məcəllənin
tam ortaqlıq haqqında qaydaları kommandit
ortaqlığına bu şərtlə tətbiq edilir ki, həmin
qaydalar bu Məcəllənin kommandit ortaqlığı
haqqında qaydalarına zidd olmasın.
Maddə 83. Kommandit
ortaqlığının nizamnaməsi
Kommandit
ortaqlığının nizamnaməsində bu Məcəllənin
47.2-ci maddəsində göstərilmiş məlumatlardan
savayı, ortaqlığın şərikli kapitalının
miqdarı və tərkibi haqqında; tam ortaqlardan hər
birinin şərikli kapitaldakı payının miqdarı və
dəyişdirilməsi qaydası haqqında; onların
qoyduqları mayaların tərkibi və maya qoyması
qaydası haqqında, maya qoyulması üzrə vəzifələri
pozmağa görə onların məsuliyyəti haqqında;
maya qoyanların verdikləri mayaların məcmu miqdarı
haqqında şərtlər göstərilməlidir.
Maddə 84. Kommandit
ortaqlığında idarəetmə və onun işlərinin
aparılması
84.1. Kommandit
ortaqlığında idarəetməni tam ortaqlar həyata
keçirirlər. Onun tam ortaqlar tərəfindən idarə
edilməsi və işlərinin aparılması
qaydasını tam ortaqlar bu Məcəllənin tam ortaqlıq
haqqında qaydalarına əsasən müəyyənləşdirirlər.
84.2. Maya
qoyanların kommandit ortaqlığının idarə edilməsində
və işlərinin aparılmasında iştirak etmək,
onun adından etibarnaməsiz çıxış etmək
ixtiyarı yoxdur. Onlar ortaqlığın idarə edilməsi
və işlərinin aparılması üzrə tam
ortaqların hərəkətləri barəsində
mübahisə edə bilməzlər.
Maddə 85. Kommandit
ortaqlığına maya qoyanın hüquq və vəzifələri
85.1. Kommandit
ortaqlığına maya qoyan şərikli kapitala maya
qoymağa borcludur. Mayanın qoyulması maya qoyana ortaqlıq tərəfindən
verilən iştirak şəhadətnaməsi ilə təsdiqlənir.
85.2. Kommandit
ortaqlığına maya qoyanın aşağıdakı
hüquqları vardır:
85.2.1.
ortaqlığın mənfəətinin onun şərikli
kapitaldakı payına düşən hissəsini nizamnamədə
nəzərdə tutulan qaydada almaq;
85.2.2.
ortaqlığın illik hesabatları və balansları ilə
tanış olmaq;
85.2.3. maliyyə
ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə
nəzərdə tutulan qaydada öz mayasını almaq;
85.2.4. şərikli
kapitaldakı payını və ya onun hissəsini digər
maya qoyana və ya üçüncü şəxsə vermək.
85.3. Maya qoyanlar
bu Məcəllənin 93.3-cü maddəsində nəzərdə
tutulan şərtlərə və qaydaya tətbiqən
payı (onun hissəsini) satın almaqda üçüncü
şəxslər qarşısında üstünlük
hüququna malikdirlər. Maya qoyanın bütün
payını başqa şəxsə verməsi onun
ortaqlıqda iştirakına xitam verir.
85.4. Kommandit
ortaqlığının nizamnaməsində maya qoyanların
başqa hüquqları da nəzərdə tutula bilər.
Maddə 86. Kommandit
ortaqlığının ləğvi
86.1. Kommandit
ortaqlığına maya qoyanların hamısı ortaqlıqdan
çıxdıqda o, ləğv edilir. Lakin tam ortaqlar
kommandit ortaqlığını ləğv etmək əvəzinə
onu tam ortaqlığa çevirə bilərlər. Kommandit
ortaqlığı tam ortaqlığın ləğv edilməsi
əsasları üzrə də ləğv edilir. Lakin əgər
kommandit ortaqlığında azı bir tam ortaq və bir maya
qoyan qalırsa, ortaqlıq saxlanılır.
86.2. Kommandit
ortaqlığı ləğv edildikdə, o cümlədən
müflis olduqda maya qoyanlar ortaqlığın
kreditorlarının tələbləri ödənildikdən
sonra onun qalan əmlakından mayaları almaqda tam ortaqlar
qarşısında üstünlük hüququna malikdirlər.
Ortaqlığın bundan sonra qalan əmlakı, əgər
nizamnamədə və ya tam ortaqların
razılaşmasında ayrı qayda nəzərdə
tutulmayıbsa, tam ortaqlar arasında onların
ortaqlığın şərikli kapitalındakı
paylarına mütənasib surətdə
bölüşdürülür.
Maddə 87. Məhdud məsuliyyətli
cəmiyyət
87.1. Bir və
ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi
şəxs) tərəfindən təsis edilən, nizamnamə
kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş
miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli
cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin
iştirakçıları onun öhdəlikləri üzrə
məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti
ilə bağlı zərər üçün qoyduqları
mayaların dəyəri həddində risk
daşıyırlar. Cəmiyyət öz
iştirakçılarının üçüncü şəxslər
qarşısında öhdəliklərinə görə məsuliyyət
daşımır.[75]
87.2. Cəmiyyət
bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin
yaradılması və ya bu Məcəllədə müəyyən
edilmiş qaydalar və məhdudiyyətlər nəzərə
alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin
yenidən təşkili (birləşmə, qoşulma,
bölünmə, ayrılma, çevrilmə) yolu ilə
yaradıla bilər.
87.3. Cəmiyyətin
yaradılması təsis yığıncağının
keçirilməsini və müqavilənin
bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində
nəzərdə tutulmuş halda) və ya cəmiyyətin
yaradılması haqqında qərarın qəbul edilməsini
(cəmiyyət bir şəxs tərəfindən
yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini
(cəmiyyətin nizamnaməsində nizamnamə
kapitalının müəyyən müddətə ödənilməsi
nəzərdə tutulmayıbsa) və nizamnamənin
hazırlanmasını əhatə edir.[76]
87.4. Cəmiyyətin
yaradılması zamanı təsis yığıncağı
cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən
tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin
nizamnaməsində nizamnamə kapitalının müəyyən
müddətə ödənilməsi nəzərdə
tutulmayıbsa) keçirilir. Təsis
yığıncağı bütün təsisçilər
və ya onların nümayəndələri iştirak etdikdə
səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda
yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən
keçirilən təsis yığıncağında da
olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak
edən təsisçilər və ya onların nümayəndələri
tərəfindən baş tutmamış hesab edilir və bu qərar
bütün təsisçilərin nəzərinə yeddi
gün müddətində çatdırılır.
87.5. Cəmiyyətin
yaradılması zamanı keçirilən təsis
yığıncağı:
87.5.1. cəmiyyətin
yaradılması zamanı nizamnamə kapitalına ödənilən
pul olmayan əmanətlərin dəyərini təsdiq edir;
87.5.2. cəmiyyətin
yaradılması barədə qərarı qəbul edir və
onun nizamnaməsini təsdiq edir;
87.5.3. bu Məcəllə
və cəmiyyətin nizamnaməsi ilə nəzərdə
tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil
edir;
87.5.4. cəmiyyətin
yaradılması və cəmiyyətin fəaliyyətinin
başlanılması ilə əlaqədar bu Məcəlləyə,
digər qanunvericilik aktlarına və təsisçilər
arasında bağlanılmış müqaviləyə zidd
olmayan digər məsələləri həll edir.
87.6. Cəmiyyətin
təsis yığıncağında cəmiyyətin təsis
edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin
yaradılması zamanı nizamnamə kapitalına ödənilən
pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi,
idarəetmə orqanlarının
formalaşdırılması barədə qərarlar təsisçilər
tərəfindən yekdilliklə, digər məsələlər
üzrə isə sadə səs çoxluğu ilə qəbul
edilir.
87.7. Cəmiyyətin
yaradılması ilə bağlı və onun dövlət
qeydiyyatına alınmasına qədər yaranmış
öhdəliklərinə görə cəmiyyətin təsisçiləri
birgə məsuliyyət daşıyırlar
87.8. Məhdud məsuliyyətli
cəmiyyətin firma adında cəmiyyətin adı, habelə
"məhdud məsuliyyətli cəmiyyət" sözləri
göstərilməlidir.
87.9. Məhdud məsuliyyətli
cəmiyyətin hüquqi vəziyyəti, habelə onun
iştirakçılarının hüquq və vəzifələri
bu Məcəllə ilə müəyyənləşdirilir.[77]
87.10. Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin
dəyərinin əlli faizindən artıq məbləğdə
olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir.
Xüsusi əhəmiyyətli əqdin bağlanılması
barədə qərar cəmiyyətinin
iştirakçılarının ümumi
yığıncağında qəbul edilir.[78]
Maddə 88. Məhdud məsuliyyətli
cəmiyyətin iştirakçıları
88.1. Məhdud məsuliyyətli
cəmiyyətin iştirakçılarının sayı
qanunvericiliklə müəyyənləşdirilmiş həddi
keçməməlidir. Əks halda o, bir il ərzində səhmdar
cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən
sonra isə, əgər onun iştirakçılarının
sayı azaldılıb qanunla müəyyənləşdirilmiş
həddə endirilməzsə, məhkəmə qaydasında
ləğv edilməlidir.
88.2. Məhdud məsuliyyətli
cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən
ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.
Maddə 89. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnaməsi
Məhdud məsuliyyətli
cəmiyyətin nizamnaməsində bu Məcəllənin
47.2-ci maddəsində göstərilmiş məlumatlardan
savayı, cəmiyyətin nizamnamə kapitalının
miqdarı haqqında; iştirakçılardan hər birinin
payının miqdarı haqqında; onların qoyduqları
mayaların tərkibi və maya qoyması qaydası
haqqında, maya qoyulması üzrə öhdəlikləri
pozmağa görə iştirakçıların məsuliyyətləri
haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi
və səlahiyyəti, onların qərarlar qəbul etməsi,
o cümlədən barəsində yekdilliklə və ya
şərtləşdirilmiş səs çoxluğu ilə
qərarlar qəbul edilən məsələlərə dair qərarlar
qəbul etməsi qaydası haqqında şərtlər
göstərilməlidir.
Maddə 90. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalı
90.1. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının
mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin
nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə
təminat verən əmlakının minimum miqdarını
müəyyənləşdirir. Cəmiyyətin nizamnamə
kapitalının miqdarı onun kreditorlarının mənafelərinə
təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət
edilən subyektlərə münasibətdə nizamnamə
kapitalının minimum miqdarı, onun
formalaşdırılması qaydası sahəvi qanunların
tələbləri nəzərə alınmaqla müəyyən
edilir.[79]
90.2. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnaməsində nizamnamə
kapitalının müəyyən müddətə ödənilməsi
nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət
qeydiyyatına alınanadək təsisçilər nizamnamə
kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud
məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə
kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi
halda, bu müddət üç aydan çox ola bilməz.[80]
90.3. Məhdud məsuliyyətli
cəmiyyət iştirakçısının cəmiyyətinin
nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad
edilməsinə, o cümlədən cəmiyyətə
qarşı tələblərin əvəzləşdirilməsi
yolu ilə azad edilməsinə yol verilmir.[81]
90.3-1.
Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə
kapitalının artırılması zamanı cəmiyyət
iştirakçılarının yekdil qərarı əsasında
həmin cəmiyyətə qarşı pul tələbinə
malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə
və məhdud məsuliyyətli cəmiyyətin
iştirakçısı olmaqla nizamnamə kapitalına maya
qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə
cəmiyyətə qarşı pul tələbi olan şəxslər
və (və ya) cəmiyyət çıxış edə
bilər.
Maliyyə
bazarlarında nəzarət edilən subyektlərə
qarşı pul tələbi olan şəxslərin pul tələblərinin
həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi
maliyyə bazarlarını tənzimləyən qanunlarda
mühüm iştirak payının əldə olunmasına
dair tələblər nəzərə alınmaqla həyata keçirilir.[82]
90.4. Əgər
ikinci və ya hər bir növbəti maliyyə ili başa
çatarkən məhdud məsuliyyətli cəmiyyətin
xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az
olarsa, cəmiyyət öz nizamnamə kapitalının
azaldığını elan etməyə və müəyyənləşdirilmiş
qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin
göstərilən aktivlərinin dəyəri nizamnamə
kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv
edilməlidir.
90.4. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən
sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində
nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı
hesabına iştirakçıların nizamnamə
kapitalındakı mayalarının dəyərinə mütənasib
şəkildə artırılması və (və ya)
iştirakçılar tərəfindən əlavə
mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qarşı pul tələbi
olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin
nizamnamə kapitalında payla əvəzləşdirməsi
yolu ilə və (və ya) cəmiyyətə qəbul edilən
yeni iştirakçıların mayaları hesabına
artırıla bilər. Maliyyə bazarlarını tənzimləyən qanunlarda
pul tələblərinin cəmiyyətin nizamnamə
kapitalındakı payla əvəzləşdirilməsi ilə
bağlı müddəaların olduğu hallar istisna olmaqla,
cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində
ödənilməmiş zərəri onun nizamnamə
kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə
iştirak payı ilə əvəzləşdirilməsi nəzərdə
tutulan borc məbləği arasındakı fərq əlavə
maya qoyulması hesabına aradan qaldırıldıqda cəmiyyətə
qarşı pul tələblərinin əvəzləşdirilməsinə
yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti
nəticəsində ödənilməmiş zərəri
müəyyən edilərkən əsas vəsaitlərə
amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə
alınmır.[83]
90.5. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı
hesabına artırılması cəmiyyətin nizamnaməsində
nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi
yığıncağının qərarı ilə həyata
keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən
il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında
qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin
əmlakı hesabına artırılan miqdarı cəmiyyətin
xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının
miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi
keçməməlidir. Cəmiyyətin nizamnamə
kapitalı bu maddədə müəyyən edilmiş qaydada
artırıldıqda iştirakçıların
mayalarının məbləği dəyişmədən
bütün iştirakçıların mayalarının
nominal dəyəri proporsional surətdə artır.[84]
90.6. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalının
iştirakçıların əlavə payları hesabına
artırılması cəmiyyətin nizamnaməsində nəzərdə
tutulmuş qaydada cəmiyyətin ümumi
yığıncağının qərarı ilə həyata
keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri,
həmçinin iştirakçının əlavə
payının dəyəri və onun payının nominal dəyərinin
artırıldığı məbləğ arasındakı
nisbət müəyyən edilməlidir. Həmin nisbət
iştirakçının payının nominal dəyərinin
onun əlavə payına bərabər və ya ondan az məbləğdə
arta biləcəyi nəzərə alınmaqla müəyyən
edilir. Hər bir iştirakçı əlavə payların
ümumi dəyərindən artıq olmayan, həmin
iştirakçının nizamnamə kapitalında olan
mayasının məbləğinə proporsional olaraq əlavə
pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən
əlavə paylar, bu barədə ümumi
yığıncağın qərarı qəbul edildikdən
sonra nizamnamədə və ya ümumi
yığıncağın qərarında müəyyən
edilmiş müddətdə qoyulmalıdır. Əlavə
pay qoymaq üçün müəyyən edilmiş müddətin
ötürülməsi nizamnamə kapitalının qeyd edilən
üsulla artırılmasının baş tutmamasına səbəb
olur.
90.7. Bu Məcəllənin
90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada
cəmiyyətin ümumi yığıncağının cəmiyyətin
nizamnamə kapitalının artırılması haqqında qərarı
iştirakçının (iştirakçıların) əlavə
maya qoyulması haqqında ərizəsi və (və ya) əgər
nizamnamədə qadağan edilməmişdirsə,
üçüncü şəxsin (şəxslərin) onun
(onların) cəmiyyətə iştirakçı kimi qəbul
edilməsi və maya qoyması haqqında ərizəsi əsasında
qəbul edilir. Ərizədə mayaların məbləği
və tərkibi, onların qoyulma qaydası və müddəti,
iştirakçının və ya üçüncü
şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri
mayaların məbləği göstərilir. Ərizədə
mayaların qoyulmasının və cəmiyyətə daxil
olmanın digər şərtləri də göstərilə
bilər. Cəmiyyətin ümumi yığıncağı
iştirakçıların ərizəsi əsasında
nizamnamə kapitalının artırılması haqqında qərarın
qəbul edilməsi ilə eyni zamanda nizamnamə
kapitalının məbləğinin və ərizə
vermiş iştirakçının mayasının nominal dəyərinin
artırılması ilə əlaqədar nizamnaməyə
edilən dəyişikliklər haqqında da qərar qəbul
edir. Ümumi yığıncaq üçüncü şəxsin
ərizəsi əsasında nizamnamə kapitalının
artırılması haqqında qərarla yanaşı
üçüncü şəxsin cəmiyyətə qəbul
edilməsi, onun mayasının nominal dəyərinin müəyyən
edilməsi və iştirakçıların
mayalarının məbləğlərinin dəyişməsi
ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər
haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul
edilən üçüncü şəxsin mayasının
nominal dəyəri onun payının dəyərinin məbləğinə
bərabər və ya ondan az olmalıdır. Əgər
nizamnamə kapitalının artırılması baş
tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə
iştirakçıların əlavə mayalarını və
üçüncü şəxslərin mayalarını
müvafiq olaraq geri qaytarmalıdır.
90.8. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalının azaldılması
bütün iştirakçıların mayalarının
nominal dəyərinin azaldılması yolu ilə həyata
keçirilə bilər. Bütün
iştirakçıların mayalarının nominal dəyərinin
azaldılması yolu ilə nizamnamə kapitalının
azaldılması bütün iştirakçıların
mayalarının nisbəti saxlanılmaqla həyata
keçirilir. Cəmiyyətin nizamnamə kapitalının
azaldılması cəmiyyətin ümumi
yığıncağının qərarı əsasında
həyata keçirilir. Nizamnamə kapitalının
azaldılması haqqında ümumi
yığıncağın qərarı qəbul edildikdən
sonra nizamnamədə və ya cəmiyyətin ümumi
yığıncağının qərarında müəyyən
edilmiş müddətdə cəmiyyət özünün
bütün kreditorlarına bu barədə yazılı məlumat
göndərməlidir. Məlumat alındığı
gündən bir ay müddətində cəmiyyətin
kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin
vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını,
düşdükləri zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququ vardır.[85]
Maddə 90-1. Məhdud məsuliyyətli
cəmiyyətdə mənfəətin
bölüşdürülməsi[86]
90-1.1. Məhdud
məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində
əldə edilmiş xalis mənfəətin
iştirakçılar arasında
bölüşdürülməsi cəmiyyətin ümumi
yığıncağı tərəfindən qəbul edilən
qərar əsasında cəmiyyətin nizamnaməsində
müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin
qərarda mənfəətin tamamilə və ya qismən
bölüşdürülməsi müəyyən edilə bilər.
90-1.2. Məhdud
məsuliyyətli cəmiyyətin hər bir
iştirakçısının nizamnamə
kapitalındakı mayalarına uyğun olaraq mənfəət
almaq hüququ vardır. Xalis mənfəət ümumi
yığıncağın qərarı qəbul edildikdən
sonra bir ay müddətində ödənilməlidir.[87]
90-1.3. Məhdud
məsuliyyətli cəmiyyət aşağıdakı
hallarda mənfəətin bölüşdürülməsi
haqqında qərar qəbul edə bilməz:
90-1.3.1. əgər
bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə
tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən
edilmiş müflisləşmə və ya iflas əlamətlərinə
uyğun gəlirsə və ya həmin qərarın qəbul
edilməsi nəticəsində belə əlamətlər əmələ
gələcəksə;
90-1.3.2. əgər
bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə
tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin
dəyəri onun nizamnamə kapitalından azdırsa və ya
həmin qərarın qəbul edilməsi nəticəsində
onun məbləğindən az olacaqsa.
Maddə 91. Məhdud məsuliyyətli
cəmiyyətdə idarəetmə
91.1. Məhdud məsuliyyətli
cəmiyyətin ali orqanı onun
iştirakçılarının ümumi
yığıncağıdır. Bir
iştirakçısı olan cəmiyyətdə cəmiyyətin
ümumi yığıncağının səlahiyyətləri
iştirakçı tərəfindən təkbaşına həyata
keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə
tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar
şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası
(müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə
cari rəhbərliyi həyata keçirən və
iştirakçılarının ümumi
yığıncağına hesabat verən icra orqanı
(kollegial və ya təkbaşçı)
yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri
və üzvləri və ya cəmiyyətin təkbaşçı
icra orqanının rəhbəri onun iştirakçıları
olmayanların sırasından da seçilə bilər.[88]
91.1-1. Məhdud
məsuliyyətli cəmiyyətin
iştirakçılarının ümumi
yığıncağı növbəti və növbədənkənar
ola bilər. Hər bir iştirakçının cəmiyyətin
iştirakçılarının ümumi
yığıncağında iştirak etmək, cəmiyyətin
orqanlarını seçmək (təyin etmək), onlara
seçilmək (təyin edilmək) və səsvermədə
iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində
nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək
və ya bu Məcəllə ilə müəyyən
edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə
təmsil olunmaq, ümumi yığıncağın gündəliyində
dəyişikliklərin edilməsini və gündəliyə
yeni müzakirə mövzularının əlavə
olunmasını tələb etmək hüququ vardır.
İştirakçıların həmin hüquqlarını
məhdudlaşdıran hər hansı razılaşma və
ya hərəkət etibarsızdır. Cəmiyyətin
iştirakçılarının ümumi
yığıncaqda hər bir iştirakçının onun
nizamnamə kapitalındakı payına mütənasib səsi
vardır. Cəmiyyətin iştirakçısı olmayan
kollegial icra orqanının rəhbəri və üzvləri
və ya cəmiyyətin təkbaşçı icra
orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi
səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə
ilə cəmiyyətin iştirakçılarının
ümumi yığıncağının müstəsna səlahiyyətlərinə
aid edilən məsələlərdən başqa, cəmiyyətin
nizamnaməsinə uyğun olaraq cəmiyyətin
iştirakçılarının ümumi
yığıncağının səlahiyyətlərinə
digər məsələlər də aid edilə bilər.
Nizamnamədə müəyyən edilib-edilməməsindən
asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin
fəaliyyəti ilə əlaqədar istənilən məsələni
müzakirə edə bilər.[89]
91.1-2. Cəmiyyətin
iştirakçılarının növbəti ümumi
yığıncağı icra orqanı tərəfindən
nizamnamədə müəyyən edilmiş müddətdə,
lakin ildə bir dəfədən az olmayaraq
çağırılır. Cəmiyyətin illik fəaliyyətinin
yekunlarına həsr olunmuş ümumi yığıncaq
hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan
gec olmayaraq çağırılır.
91.1-3. Cəmiyyətin
iştirakçılarının növbədənkənar ümumi
yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və
qaydada çağırılır. Növbədənkənar
ümumi yığıncaq icra orqanının öz təşəbbüsü
ilə, habelə direktorlar şurasının (müşahidə
şurasının), təftiş komissiyasının (müfəttişin)
və ya bütün səslərin azı onda birinə malik
olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən
digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə
prosesində olan cəmiyyətin növbədənkənar
ümumi yığıncağı ləğvetmə
komissiyası tərəfindən
çağırılır.[90]
91.1-4. Cəmiyyətin
iştirakçılarının ümumi
yığıncağında cəmiyyətin paylarının
əlli faizindən artıq hissəsinə malik olan
iştirakçıları iştirak etdikdə ümumi
yığıncaq səlahiyyətlidir.[91]
91.1-5. Cəmiyyətin
iştirakçılarının ümumi
yığıncağında yetərsay olmadıqda, ümumi
yığıncaq cəmiyyətin icra orqanı tərəfindən
cəmiyyətin nizamnaməsində müəyyən
edilmiş qaydada, ümumi yığıncağın gündəliyi
dəyişdirilmədən
çağırılmalıdır. Yenidən
çağırılan ümumi yığıncaq cəmiyyətin
paylarının əlli faizinə malik olan
iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.[92]
91.1-6. Yenidən çağırılan
yığıncaqda yetərsay olmadıqda, ümumi
yığıncaq cəmiyyətin icra orqanı tərəfindən
cəmiyyətin nizamnaməsində müəyyən
edilmiş qaydada, ümumi yığıncağın gündəliyi
dəyişdirilmədən təkrarən
çağırılmalıdır. Təkrarən
çağırılan ümumi yığıncaq cəmiyyətin
paylarının 25 faizinə malik olan
iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.
91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə
ümumi yığıncağın səlahiyyətlərinə
aid olan məsələlər barəsində qərarlar həmin
iştirakçı tərəfindən təkbaşına qəbul
edilir və yazılı surətdə rəsmiləşdirilir.
91.2. Cəmiyyəti
idarəetmə orqanlarının səlahiyyətləri, habelə
onların qərarlar qəbul etməsi və cəmiyyətin
adından çıxış etməsi qaydası bu Məcəlləyə
və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.
91.3. Məhdud məsuliyyətli
cəmiyyət iştirakçılarının ümumi
yığıncağının müstəsna səlahiyyətinə
aşağıdakılar aiddir:
91.3.1. cəmiyyətin
nizamnaməsini və onun nizamnamə kapitalının
miqdarını dəyişdirmək;
91.3.2. cəmiyyətin
icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam vermək;
91.3.3. cəmiyyətin
illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini
və zərərini bölüşdürmək; [93]
91.3.4. cəmiyyətin
yenidən təşkili və ya ləğvi haqqında qərar
qəbul etmək;
91.3.5. cəmiyyətin
cəmiyyətin direktorlar şurası (və ya müşahidə
şurası) və (və ya təftiş komissiyasını
(müfəttişini) seçmək və onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam vermək;[94]
91.3.6.
bu Məcəllənin 49-1.2-ci və
87.10-cu maddələrində nəzərdə
tutulmuş əqdlərin bağlanması haqqında qərar
qəbul etmək.[95]
91.4. Məhdud məsuliyyətli
cəmiyyət (mikro və kiçik
sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü
yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar
audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər
hansı iştirakçının tələbi ilə də
aparıla bilər. Bu halda auditor yoxlanışı həmin
yoxlamanı tələb edən iştirakçının
hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin
auditor yoxlanışlarının aparılması qaydası
qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. [96]
91.5.
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin
işlərinin aparılması nəticələri
haqqında cəmiyyət tərəfindən məlumatların
dərc edilməsi (açıq hesabat) tələb olunmur.
Qeyd: Bu Məcəllənin 91.1-ci, 91-4.1-ci,
107.3-cü və 107-12.1-ci maddələrində “ictimai əhəmiyyətli
qurumlar” dedikdə “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikası Qanununun 2.1.9-cu maddəsində göstərilən
kommersiya təşkilatları başa düşülür.[97]
Maddə 91-1. Məhdud məsuliyyətli
cəmiyyətin direktorlar şurası (müşahidə
şurası)[98]
91-1.1. Bu Məcəllənin 91.1-ci
maddəsində nəzərdə tutulmuş halda
yaradılmış direktorlar şurası (müşahidə
şurası) cəmiyyətin ümumi yığıncaqlar
arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə
nəzarəti həyata keçirir. Əgər nizamnamədə
təftiş komissiyasının seçilməsi (müfəttişin
təyin edilməsi) nəzərdə
tutulmamışdırsa, bu Məcəlləyə uyğun
olaraq təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri
direktorlar şurasına (müşahidə şurasına)
verilə bilər.
91-1.2. Cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) yaradılması və fəaliyyəti,
habelə səlahiyyətlərinə xitam verilməsi
qaydası nizamnamə ilə müəyyən edilir.
91-1.3. Cəmiyyətin
təkbaşına rəhbəri, kollegial icra orqanının
rəhbəri (üzvü), kənar idarəçi direktorlar
şurasının (müşahidə şurasının)
üzvü ola bilməz.
91-1.4.
Cəmiyyətin direktorlar şurasının (müşahidə
şurasının) sədri onun iclaslarını üç
ayda bir dəfədən az olmayaraq çağırır və
iclaslara sədrlik edir. Cəmiyyətin təftiş
komissiyasının (müfəttişin), icra orqanının,
şura üzvlərinin və nizamnamə ilə müəyyən
edilə bilən digər şəxslərin tələbi ilə
də direktorlar şurasının (müşahidə
şurasının) iclası şuranın sədri tərəfindən
çağırılır. Cəmiyyətin direktorlar
şurasının (müşahidə şurasının) iclası
maliyyə bazarlarında nəzarət edilən subyektlərə
münasibətdə həmçinin “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla çağırılır. Şuranın
iclasının keçirilməsi qaydaları cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir.[99]
91-1.5.
Cəmiyyətin direktorlar şurasının (müşahidə
şurasının) iclasında hər üzv bir səsə
malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir. Səslərin sayı bərabər bölünərsə,
şuranın sədrinin səsi həlledici hesab edilir.
91-1.6.
Cəmiyyətin direktorlar şurasının (müşahidə
şurasının) iclasının yerini, vaxtını,
iştirakçılarını, gündəliyini,
çıxışların xülasəsini, səsvermənin
nəticələrini və qərarlarını əks etdirən
protokol tərtib edilir. Həmin protokol şuranın sədri və
üzvləri tərəfindən imzalanır.[100]
Maddə 91-2. Məhdud məsuliyyətli
cəmiyyətin icra orqanı
91-2.1. Cəmiyyətin
icra orqanının fəaliyyəti və onun tərəfindən
qərarların qəbul edilməsi qaydası cəmiyyətin
nizamnaməsi və daxili sənədləri ilə müəyyən
edilir.
91-2.2. Cəmiyyətin
kollegial icra orqanı yalnız fiziki şəxslərdən
ibarət ola bilər.
91-2.3. Cəmiyyət
və cəmiyyətin təkbaşına rəhbəri
arasında müqavilə həmin şəxsin seçildiyi
(təyin edildiyi) cəmiyyətin
iştirakçılarının ümumi
yığıncağında sədrlik edən şəxs və
ya ümumi yığıncağın qərarı ilə
müvəkkil edilən şəxs tərəfindən
imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri
bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən
həyata keçirilir.
91-2.4. Cəmiyyətin
nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin
icra orqanının səlahiyyətləri müqavilə əsasında
başqa fiziki və ya hüquqi şəxslərə (kənar
idarəçiyə) verilə bilər. Kənar idarəçi
ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin
adından ümumi yığıncaqda sədrlik edən və
ya ümumi yığıncağın səlahiyyət verdiyi
iştirakçılardan biri tərəfindən imzalanan
müqavilə bağlanır.
91-2.5. Kənar
idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə
idarəetməni qeyri-qənaətbəxş həyata
keçirməsi nəticəsində və
üçüncü şəxslərə ziyan vurduğu zərərə
görə qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyır.
Maddə 91-3. Məhdud məsuliyyətli
cəmiyyətin təftiş komissiyası (müfəttişi)
91-3.1. Bu Məcəllənin
91-ci maddəsində nəzərdə tutulmuş halda cəmiyyətin
iştirakçılarının ümumi
yığıncağının qərarı ilə təftiş
komissiyası (müfəttiş) seçilir (təyin edilir).
91-3.2. Cəmiyyətin
təftiş komissiyasının (müfəttişin)
formalaşdırılması qaydaları, onun tərkibi və
fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə
müəyyən edilir.
91-3.3. Cəmiyyətin
təftiş komissiyasının üzvlüyünə
(müfəttiş kimi) fiziki şəxslər seçilir (təyin
edilir). Cəmiyyətin iştirakçısı olmayan şəxslərin
də təftiş komissiyasına üzv seçilməsinə
(müfəttiş təyin edilməsinə) yol verilir. Cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) və ya kollegial icra orqanının rəhbəri
(üzvü), təkbaşına rəhbər və ya kənar
idarəçi təftiş komissiyasına üzv seçilə
(müfəttiş təyin edilə) bilməz.
91-3.4. Cəmiyyətin
təftiş komissiyasının (müfəttişin) cəmiyyətin
maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq və
bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid
olan bütün sənədləri əldə etmək
hüququ vardır. Təftiş komissiyasının (müfəttişin)
tələbi ilə direktorlar şurasının
(müşahidə şurasının) və ya kollegial icra
orqanının rəhbəri (üzvləri), təkbaşına
rəhbər, kənar idarəçi şifahi və ya yazılı
formada zəruri məlumatları təqdim etməyə
borcludurlar.
91-3.5. Cəmiyyətin
təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət
orqanının rəyi olmadan cəmiyyətin
iştirakçılarının ümumi
yığıncağı cəmiyyətin illik
hesabatlarını və maliyyə hesabatlarını təsdiq edə bilməz, habelə
mənfəət və zərərin
bölüşdürülməsinə dair qərar qəbul
edə bilməz.
Maddə 91-4. Məhdud məsuliyyətli
cəmiyyətin audit komitəsi
91-4.1.
İştirakçılarının sayı əllidən
çox olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli
qurumlarda daxili audit siyasətinin və strategiyasının
hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin
təşkili üçün direktorlar şurası
(müşahidə şurası) tərəfindən audit
komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində
nəzərdə tutulduğu halda
iştirakçıların sayı əllidən çox
olmayan cəmiyyətlərdə də audit komitəsi
yaradılır.
91-4.2.
Cəmiyyətin audit komitəsinin
formalaşdırılması qaydaları, onun tərkibi və
fəaliyyətinin qaydası qanunla və cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir.
91-4.3. Cəmiyyətin icra
orqanının üzvləri və (və ya) cəmiyyətin
iştirakçıları audit komitəsinin üzvü ola
bilməzlər. Cəmiyyətin direktorlar şurasının
(müşahidə şurasının) üzvləri audit
komitəsinin üzvü ola bilərlər.[101]
91-4.4.
Cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin
audit komitəsinin təşəbbüsü ilə ümumi
yığıncağın və ya direktorlar
şurasının (müşahidə şurasının) qərarı
ilə və ya cəmiyyətin paylarının on faizindən
artıq hissəsinə malik olan iştirakçıların
və cəmiyyətin icra orqanının tələbi ilə
həyata keçirilir.
91-4.5.
Cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin
bütün orqanları və vəzifəli şəxsləri
cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti
ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.
91-4.6.
Audit komitəsi direktorlar şurasına (müşahidə
şurasına) tabedir.[102]
Maddə 92. Məhdud məsuliyyətli
cəmiyyətin yenidən təşkili və ləğvi
92.1. Məhdud məsuliyyətli
cəmiyyət onun iştirakçılarının yekdil qərarı
ilə könüllü surətdə yenidən təşkil
və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən
təşkilinin və ləğvinin başqa əsasları,
habelə onun yenidən təşkili və ləğvi
qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
92.2. Məhdud məsuliyyətli
cəmiyyət səhmdar cəmiyyətinə çevrilə
bilər.
Maddə 93. Məhdud məsuliyyətli cəmiyyətin
nizamnamə kapitalındakı payın keçməsi
93.1. Məhdud məsuliyyətli
cəmiyyətin iştirakçısı cəmiyyətin
nizamnamə kapitalındakı payını və ya onun bir
hissəsini həmin cəmiyyətin bir və ya bir neçə
iştirakçısına sata bilər və ya başqa
qaydada güzəşt edə bilər.
93.2. Cəmiyyət
iştirakçısının öz payını (onun bir
hissəsini) üçüncü şəxslərə
özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin
nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, yol verilir.[103]
93.3. Cəmiyyətin
iştirakçıları iştirakçının
payını (onun bir hissəsini) öz paylarının
miqdarına mütənasib surətdə satın almaqda
üstünlük hüququna malikdirlər, bu şərtlə
ki, cəmiyyətin nizamnaməsində və ya onun
iştirakçılarının razılaşmasında həmin
hüququn həyata keçirilməsinin ayrı qaydası nəzərdə
tutulmasın. Cəmiyyətin
iştirakçısı öz payını (onun bir hissəsini)
özgəninkiləşdirmək istədikdə həmin
payın (onun bir hissəsinin) satın alınmasını
ilkin olaraq cəmiyyətin digər
iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin
iştirakçıları xəbərdar edildikləri
gündən bir ay ərzində və ya cəmiyyətin
nizamnaməsində və ya onun
iştirakçılarının razılaşmasında nəzərdə
tutulan başqa müddətdə öz üstünlük
hüququndan istifadə etməzlərsə,
iştirakçının payı üçüncü
şəxsə özgəninkiləşdirilə bilər.[104]
93.4. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnaməsinə uyğun olaraq
iştirakçının payının (onun bir hissəsinin)
üçüncü şəxslərə özgəninkiləşdirilməsi
mümkün olmadıqda, cəmiyyətin digər
iştirakçıları isə onu satın almaqdan imtina
etdikdə cəmiyyət iştirakçının
payını əldə etməyə borcludur.
93.5.
İştirakçının payını (onun bir hissəsini)
məhdud məsuliyyətli cəmiyyətin özünün əldə
etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində
nəzərdə tutulan müddətlərdə və qaydada
başqa iştirakçılara və ya
üçüncü şəxslərə satmağa və
ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə
uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa
borcludur.
93.6. Məhdud məsuliyyətli
cəmiyyətin nizamnamə kapitalındakı paylar cəmiyyətin
iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə
və hüquqi şəxslərin hüquq varislərinə
bu şərtlə keçir ki, cəmiyyətin nizamnaməsində
payların onlara yalnız cəmiyyətin qalan
iştirakçılarının razılığı ilə
keçməsi nəzərdə tutulmasın. Payın
keçməsinə razılıq verməkdən imtina edilməsi
cəmiyyətin nizamnaməsində nəzərdə tutulan
qaydada və şərtlərlə cəmiyyətin həmin
payın həqiqi dəyərini iştirakçının vərəsələrinə
(hüquq varislərinə) ödəməsi və ya həmin
dəyərə bərabər əmlakı onlara naturada verməsi
vəzifəsinin yaranmasına səbəb olur.
93.7. Cəmiyyətin paylarının əlli faizini və
daha çox hissəsini almaq istəyən şəxs
bütün iştirakçılara rəsmi qaydada müvafiq
təklif təqdim edir.[105]
Maddə 94.
İştirakçının məhdud məsuliyyətli cəmiyyətin
əmlakındakı payına tutmanın yönəldilməsi
94.1.
İştirakçının şəxsi borcları üzrə
tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı
payına yönəldilməsinə yalnız onun başqa əmlakının
borclarını ödəməyə kifayət etmədiyi
halda yol verilir. Həmin iştirakçının
kreditorları məhdud məsuliyyətli cəmiyyətdən
tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin
əmlakının borclunun nizamnamə kapitalındakı
payına uyğun hissəsinin dəyərini ödəməyi
və ya bu əmlak hissəsini ayırmağı tələb
edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı
hissəsi və ya onun dəyəri kreditorların tələb
irəli sürdükləri məqamda tərtib edilmiş
balans üzrə müəyyənləşdirilir.
94.2.
İştirakçının məhdud məsuliyyətli cəmiyyətin
əmlakındakı bütün payına tutmanın yönəldilməsi
onun cəmiyyətdə iştirakına xitam verir.
Maddə 95. Məhdud məsuliyyətli
cəmiyyət iştirakçısının cəmiyyətdən
çıxması
Məhdud məsuliyyətli
cəmiyyətin iştirakçısı onun digər
iştirakçılarının razılığından
asılı olmayaraq istənilən vaxt cəmiyyətdən
çıxa bilər.
Maddə 96. Məhdud məsuliyyətli cəmiyyətin
iştirakçısı cəmiyyətdən çıxarkən
hesablaşmalar
96.1. Məhdud məsuliyyətli
cəmiyyətdən çıxan iştirakçıya, əgər
cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, həmin iştirakçının nizamnamə
kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir.
Çıxan iştirakçının cəmiyyət ilə
razılaşmasına əsasən əmlakın dəyərinin
ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz
edilə bilər. Cəmiyyətin əmlakının
çıxan iştirakçıya düşən hissəsi
və ya onun dəyəri iştirakçının
çıxdığı məqamda tərtib edilən balans
üzrə müəyyənləşdirilir.
96.2. Əgər
məhdud məsuliyyətli cəmiyyətin nizamnamə
kapitalına maya kimi əmlakdan istifadə hüququ
verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən
çıxan iştirakçıya qaytarılır. Həmin
əmlakın normal aşınma nəticəsində dəyərinin
azalmasının əvəzi ödənilmir.
96.3. Cəmiyyət
iştirakçısının vərəsəsi və ya
onun iştirakçısı olan hüquqi şəxsin
hüquq varisi cəmiyyətə daxil olmadıqda onunla
hesablaşmalar bu maddənin qaydalarına uyğun
aparılır.
Maddə 97. Əlavə məsuliyyətli
cəmiyyət
97.1. Bir və
ya bir neçə şəxs tərəfindən təsis
edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş
miqdarda paylara bölünən cəmiyyət əlavə məsuliyyətli
cəmiyyət sayılır. Belə cəmiyyətin
iştirakçıları onun öhdəlikləri üzrə
öz mayalarının dəyərinin cəmiyyətin nizamnaməsi
ilə müəyyənləşdirilən, hamısı
üçün eyni olan misli miqdarında özlərinin əmlakı
ilə birgə subsidiar məsuliyyət daşıyırlar.
İştirakçılardan biri müflis olduqda cəmiyyətin
öhdəlikləri üzrə onun məsuliyyəti, əgər
cəmiyyətin nizamnaməsində məsuliyyətin
bölünməsinin ayrı qaydası nəzərdə
tutulmayıbsa, qalan iştirakçılar arasında
onların mayalarına mütənasib surətdə
bölünür.
97.2. Əlavə
məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin
adı, habelə "məhdud məsuliyyətli cəmiyyət"
sözləri göstərilməlidir.
97.3. Əlavə
məsuliyyətli cəmiyyətə, əgər bu maddədə
ayrı qayda nəzərdə tutulmayıbsa, bu Məcəllənin
məhdud məsuliyyətli cəmiyyət haqqında
qaydaları tətbiq edilir.
Maddə 98. Səhmdar cəmiyyəti
98.1. Nizamnamə
kapitalı müəyyən sayda səhmlərə
bölünmüş cəmiyyət səhmdar cəmiyyəti
sayılır.
98.2. Səhmlər
buraxmağa yalnız səhmdar cəmiyyətlərinin
hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı
onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat
fəaliyyəti nəticəsində, habelə qanunla
qadağan edilməmiş digər mənbələr
hesabına yaranır.[106]
98.3. Səhmdar
cəmiyyəti bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin
yaradılması və ya müvafiq olaraq, bu Məcəllədə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “İnvestisiya fondları haqqında” və “Kredit
ittifaqları haqqında” Azərbaycan Respublikasının
qanunlarında müəyyən
edilmiş qaydalar və məhdudiyyətlər nəzərə
alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin
yenidən təşkili (birləşmə, bölünmə,
ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.[107]
98.4. Səhmdar
cəmiyyətinin iştirakçıları (səhmdarlar)
onun öhdəlikləri üçün cavabdeh deyildirlər
və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər
üçün onlara mənsub səhmlərin dəyəri həddində
risk daşıyırlar.
98.5. Səhmdar
cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs)
tərəfindən yaradıla bilər və ya cəmiyyətin
bütün səhmlərini bir səhmdarın əldə
etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən)
ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin
nizamnaməsində göstərilməli, qeydə
alınmalı və hamının tanış olması
üçün dərc edilməlidir. Səhmdar cəmiyyətinin
yeganə iştirakçısı bir şəxsdən ibarət
digər təsərrüfat cəmiyyəti ola bilməz.[108]
98.6. Səhmdar
cəmiyyətinin firma adında onun adı, habelə
"açıq səhmdar cəmiyyəti" və ya
"qapalı səhmdar cəmiyyəti" sözləri
göstərilməlidir.
98.7. Səhmdar
cəmiyyətinin hüquqi vəziyyəti və səhmdarların
hüquq və vəzifələri, müvafiq olaraq, bu Məcəlləyə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”
və “İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq müəyyənləşdirilir. [109]
98.8. Dövlət
müəssisələri özəlləşdirilərkən
səhmdar cəmiyyətlərinin yaradılması xüsusiyyətləri
həmin müəssisələrin özəlləşdirilməsinə
dair qanunvericiliklə müəyyənləşdirilir.
98.9. Səhmdar
cəmiyyətinin yaradılması təsis
yığıncağının keçirilməsini və
müqavilənin bağlanmasını (bu Məcəllənin
45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və
ya səhmdar cəmiyyətinin yaradılması haqqında qərarın
qəbul edilməsini (səhmdar cəmiyyəti bir şəxs
tərəfindən yaradıldıqda), səhmlərin təsisçilər
arasında bölüşdürülməsini və nizamnamənin
hazırlanmasını (qəbul olunmasını) əhatə
edir.[110]
98.10. Səhmdar
cəmiyyətinin yaradılması zamanı təsis
yığıncağı təsisçilər arasında
bağlanmış müqavilədə nəzərdə
tutulmuş müddətdə, səhmdar cəmiyyətinin
bütün səhmləri təsisçilər arasında
bölüşdürüldükdə keçirilir. Təsis
yığıncağı bütün təsisçilər
və ya onların nümayəndələri iştirak etdikdə
səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda,
yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən
keçirilən təsis yığıncağında da
olmadıqda, səhmdar cəmiyyətinin yaradılması
iclasda iştirak edən təsisçilər və ya
onların nümayəndələri tərəfindən
baş tutmamış hesab edilir və bu qərar bütün
təsisçilərin nəzərinə yeddi gün müddətində
çatdırılır.
98.11. Səhmdar
cəmiyyətinin yaradılması zamanı keçirilən
təsis yığıncağı:
98.11.1. səhmdar
cəmiyyətinin yaradılması zamanı yerləşdirilən
səhmlərin ödənilməsinə yönəldilən
pul olmayan əmlakın dəyərini təsdiq edir;
98.11.2. səhmdar
cəmiyyətinin yaradılması barədə qərarı
qəbul edir və onun nizamnaməsini təsdiq edir;
98.11.3. müvafiq olaraq, bu Məcəllə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunları və səhmdar cəmiyyətinin
nizamnaməsi ilə nəzərdə tutulmuş səhmdar cəmiyyətinin
idarəetmə, nəzarət və icra orqanlarım təşkil
edir; [111]
98.11.4. səhmdar
cəmiyyətinin yaradılması və cəmiyyətin fəaliyyətinin
başlanılması ilə əlaqədar bu Məcəlləyə,
digər qanunvericilik aktlarına və təsisçilər
arasında bağlanılmış müqaviləyə zidd
olmayan digər məsələləri həll edir.
98.12. Səhmdar
cəmiyyətinin təsis yığıncağında cəmiyyətin
təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, səhmdar
cəmiyyətinin yaradılması zamanı yerləşdirilən
səhmlərin ödənilməsinə yönəldilən
pul olmayan əmlakın dəyərinin təsdiq edilməsi,
idarəetmə, nəzarət və icra orqanlarının
formalaşdırılması barədə qərarlar təsisçilər
tərəfindən yekdilliklə, digər məsələlər
üzrə isə sadə səs çoxluğu ilə qəbul
edilir.
98.13. Səhmdar
cəmiyyətinin təsisi zamanı səhmlərin
buraxılışı və dövlət qeydiyyatı, müvafiq olaraq, bu Məcəllə,
“Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.[112]
98.14. Səhmdar
cəmiyyətinin yaradılması ilə bağlı və
onun dövlət qeydiyyatına alınmasına qədər
yaranmış öhdəliklərinə görə cəmiyyətin
təsisçiləri birgə məsuliyyət
daşıyırlar.
98.15. Bu Məcəllənin 98.4-cü, 98.5-ci və
98.11.1-ci maddələrində qeyd edilmiş məsələlərlə
əlaqədar banklara, sığortaçılara və qiymətli
kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə
münasibətdə “Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında” və “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikasının qanunlarının
müddəaları, 98.5-ci və 98.11.1-ci maddələrində
qeyd edilmiş məsələlərlə əlaqədar səhmdar
investisiya fondlarına münasibətdə isə
“İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının Qanununun müddəaları tətbiq
edilir.[113]
Maddə 99. Açıq səhmdar
cəmiyyəti
99.1. Səhmdar
cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri
digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə
bildikdə, o, açıq səhmdar cəmiyyəti
sayılır. Bu cür səhmdar cəmiyyəti
buraxdığı səhmlərə açıq abunə
yazılışını və onların sərbəst
satışını həyata keçirə bilər.
99.2.
Açıq səhmdar cəmiyyəti illik hesabatını və
maliyyə hesabatlarını (mikro və
kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə
aşağıdakı məlumatları hamının
tanış olması üçün hər il dərc etməyə
borcludur: [114]
99.2.1.
hesabat dövrü üzrə maliyyə göstəriciləri;
99.2.2.
aidiyyəti şəxslərlə bağlanılmış və
xüsusi əhəmiyyətli əqdlər;
99.2.3.
cəlb edilmiş maliyyə vəsaitləri;
99.2.4.
idarəetmə orqanları və vəzifəli şəxslər,
onların əsas və əlavə iş yerləri;
99.2.5.
idarəetmə strukturu;
99.2.6.
inkişaf siyasəti;
99.2.7.
səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;
99.2.8.
idarəetmə orqanlarının hər
bir üzvünə verilən ödənişlər;[115]
99.2.9. investisiyaların həcmi və mənbəyi;
99.2.10.
cəmiyyətin qiymətli kağızlarının
dövriyyəsi və gəlirliyi;
99.2.11. ictimai layihələr.[116]
99.3.
Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin
iyirmi beş faizindən artıq məbləğdə olan əqd
xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli
əqdin bağlanılması barədə qərar səhmdar
cəmiyyətinin səhmdarlarının ümumi
yığıncağında qəbul edilir və bu barədə
məlumat açıqlanır. Bu məlumatın
açıqlanması qaydası səhmdar cəmiyyətinin
nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri
banklara və xarici bankların yerli filiallarına şamil
edilmir. [117]
99.4.
Açıq səhmdar cəmiyyətinə aidiyyəti olan
şəxs ilə həmin cəmiyyət arasında
bağlanılan hər hansı əqd, razılaşma və
yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə
əqd hesab edilir. Qanunvericilikdə nəzərdə
tutulmuş hallar istisna olmaqla, aidiyyəti şəxslərin
siyahısı, onlarla cəmiyyət arasında əqdlərin
bağlanması və belə əqdlər barədə məlumatın
açıqlanması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[118]
Maddə 100. Qapalı səhmdar
cəmiyyəti
100.1. Səhmləri
yalnız onun təsisçiləri arasında və ya
qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər
dairəsində yayılan səhmdar cəmiyyəti qapalı
səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət
buraxdığı səhmlərə açıq abunə
yazılışı apara bilməz və ya başqa şəkildə
onları əldə edilmək üçün şəxslərin
qeyri-məhdud dairəsinə təklif edə bilməz.
100.2. Qapalı
səhmdar cəmiyyətinin iştirakçılarının
sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilmiş həddi keçməməlidir,
əks halda o, bir il ərzində açıq səhmdar cəmiyyətinə
çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər
onların sayı azaldılıb müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş
həddə endirilməzsə, məhkəmə qaydasında
ləğv edilməlidir.
100.3. Qapalı
səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində
göstərilən sənədləri hamının
tanış olması üçün dərc etməyə
borcludur.
Maddə 101. Qapalı səhmdar
cəmiyyətinin səhmlərinin başqasına keçməsi
101.1. Qapalı
səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin
digər səhmdarlarının satdıqları səhmləri
əldə etməkdə üstünlük hüququna
malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin
nizamnaməsində nəzərdə tutulan müddətdə,
lakin satış elan olunduğu tarixdən etibarən otuz
gün ərzində özünün üstünlük
hüququndan istifadə etməzsə, sonrakı otuz gün ərzində
səhmdar cəmiyyəti həmin səhmləri onların
mülkiyyətçisi ilə
razılaşdırılmış qiymətə özü əldə
edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə
etməkdən imtina etdikdə və ya onların qiymətinə
dair razılığa gəlinmədikdə səhmlər
üçüncü şəxsə özgəninkiləşdirilə
bilər. Bu zaman səhmin satış qiyməti səhmdarlara
və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən
aşağı olmamalıdır. Əks halda səhmdar cəmiyyəti
həmin əqdin etibarsız hesab edilməsini və səhmin
həmin qiymətə cəmiyyətə
satılmasını məhkəmə qaydasında tələb
edə bilər.[119]
101.2. Qapalı
səhmdar cəmiyyətinin səhmləri girov qoyulduqda və
sonradan onlara girov saxlayan tərəfindən tutma yönəldildikdə
müvafiq olaraq bu Məcəllənin 101.1-ci maddəsinin
qaydaları tətbiq edilir.
101.3. Əgər
cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri
səhmdar olan fiziki şəxslərin vərəsələrinə
və ya hüquqi şəxsin hüquq varislərinə
keçir. Cəmiyyət səhmlərin səhmdar olan fiziki
şəxsin vərəsələrinə və ya hüquqi
şəxsin hüquq varislərinə keçməsinə
razılıq verməkdən imtina etdikdə bu Məcəllənin
101.1-ci maddəsinin qaydaları tətbiq edilir.
Maddə 102. Səhmdar cəmiyyətinin
nizamnaməsi
102.1. Səhmdar
cəmiyyətinin nizamnaməsində bu Məcəllənin
47.2-ci maddəsində göstərilən məlumatlardan
savayı, cəmiyyətin buraxdığı səhmlərin
kateqoriyaları, onların nominal dəyəri və miqdarı
haqqında; cəmiyyətin nizamnamə kapitalının
miqdarı haqqında; səhmdarların hüquqları
haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi
və səlahiyyətləri, onların qərarlar qəbul
etməsi, o cümlədən barəsində qərarların
yekdilliklə və ya şərtləşdirilmiş səs
çoxluğu ilə qəbul olunduğu məsələlərə
dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər
göstərilməlidir.[120]
102.2. Səhmdar
cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd
olmayan digər məlumatlar da nəzərdə tutula bilər.
102.3. Səhmdar
cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət
edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli
şəxsləri və səhmdarları üçün məcburidir.
102.4. Səhmdar
cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən
əlavə və dəyişikliklər ilə tanış
olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi
ilə nizamnamənin surəti ona verilməlidir.
102.5. “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar
istisna olmaqla, cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin
edilməsi qərarı səhmdarların ümumi
yığıncağında, səsvermə hüququna malik
olan səhmdarların üçdə iki səs
çoxluğu ilə qəbul edilir.[121]
Maddə 103. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalı
103.1. Səhmdar
cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar
tərəfindən əldə edilmiş səhmlərinin
nominal dəyərindən təşkil olunur. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalına qoyuluşların formaları, müvafiq olaraq, bu Məcəllə, sahəvi
qanunlar və təsisçilər
arasında bağlanmış müqavilə ilə müəyyən
edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə
qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli
kağızlar, digər əmlak, o cümlədən əmlak
hüquqları və pul dəyəri olan digər hüquqlar
ola bilər. Səhmdar cəmiyyətinin yaradılması
zamanı pul olmayan əmlakın dəyəri təsis
yığıncağının qərarı ilə, səhmdar
cəmiyyəti yaradıldıqdan sonra isə - səhmdar cəmiyyətinin
səhmdarlarının ümumi
yığıncağının qərarı ilə müəyyən
edilir.[122]
103.2. Cəmiyyətin
nizamnamə kapitalı cəmiyyətin kreditorlarının mənafelərinə
təminat verən əmlakının minimum miqdarını
müəyyənləşdirir. O, müvafiq icra hakimiyyəti
orqanı və maliyyə bazarlarını tənzimləyən
qanunlarda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının
Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş
miqdardan az ola bilməz. [123]
103.3. Səhmdar
cəmiyyətinin təsisçiləri cəmiyyət qeydə
alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə
borcludurlar. Səhmdar cəmiyyəti təsis edilərkən
onun bütün səhmləri təsisçilər
arasında bölünməlidir.
103.4. Səhmdarı
cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən
azad etməyə, o cümlədən cəmiyyətə
qarşı tələblərin əvəzləşdirilməsi
yolu ilə azad etməyə yol verilmir.[124]
103.4-1.
Səhmdar cəmiyyətin səsvermə hüququna malik olan səhmdarlarının
üçdə iki səs çoxluğu ilə həmin cəmiyyətə
qarşı pul tələbinə malik olan şəxslər
pul tələblərini əvəzləşdirməklə və
cəmiyyətin səhmdarı olmaqla (əlavə
buraxılmış səhmləri əldə etməklə)
cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən
azad oluna bilərlər. Bu cür təşəbbüslə
cəmiyyətə qarşı pul tələbi olan şəxslər
və (və ya) cəmiyyət çıxış edə
bilər. Əlavə buraxılmış səhmlərin cəmiyyətə
qarşı pul tələbinin əvəzləşdirilməsi
ilə əldə edilməsinə qapalı yerləşdirmə
üsulu ilə yol verilir. Maliyyə bazarlarında nəzarət
edilən subyektlərə qarşı pul tələbi olan
şəxslərin pul tələblərinin həmin subyektlərin
nizamnamə kapitalında payla əvəzləşdirilməsi
maliyyə bazarlarını tənzimləyən qanunlarda
mühüm iştirak payının əldə olunmasına
dair tələblər nəzərə alınmaqla həyata
keçirilir.[125]
103.5. Əgər
ikinci və hər növbəti maliyyə ili başa
çatarkən cəmiyyətin xalis aktivlərinin dəyəri
nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə
kapitalının azalmasını elan etməyə və
müəyyənləşdirilmiş qaydada qeydə
aldırmağa borcludur. Sahəvi qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, əgər cəmiyyətin göstərilən
aktivlərinin dəyəri nizamnamə kapitalının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilmiş minimum miqdarından az
olarsa, cəmiyyət ləğv edilməlidir. [126]
103.6. Cəmiyyətin
nizamnaməsində səhmlərin sayının, məcmu
nominal dəyərinin və ya bir səhmdara mənsub səslərin
maksimum sayının məhdudlaşdırılması müəyyənləşdirilə
bilər.
Maddə 104. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalının artırılması
104.1. Səhmdarların
ümumi yığıncağının qərarına əsasən
səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini
artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə
nizamnamə kapitalını artıra bilər. Cəmiyyətə qarşı pul tələbi
olan şəxslər pul tələbinin əvəzləşdirilməsi
yolu ilə səhm əldə etmək təşəbbüsü
ilə çıxış etdikdə əlavə səhmlərin
buraxılması barədə qərarda həmin səhmləri
əldə edəcək şəxslər göstərilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin
nominal dəyərinin artırılması və əlavə
səhmlərin buraxılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
müəyyən edilir.[127]
104.1-1.
Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin
cəmiyyət tərəfindən əlavə
buraxılmış səhmlə əvəzləşdirilməsi
ilə bağlı müddəaların olduğu hallar istisna
olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində
ödənilməmiş zərəri onun nizamnamə
kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə
əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi
nəzərdə tutulan borc məbləği arasındakı
fərq əlavə səhmlər buraxmaq hesabına aradan
qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin
əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin
təsərrüfat fəaliyyəti nəticəsində
ödənilməmiş zərəri müəyyən edilərkən
əsas vəsaitlərə amortizasiya ayırmaları
hesabına yaranan xərclər nəzərə
alınmır.[128]
104.2.
Sadə (adi) və ya digər səsli səhmlərə sahib
olan səhmdarların cəmiyyət tərəfindən əlavə
buraxılan səhmləri cəmiyyətin nizamnaməsində
müəyyən edilmiş qaydada satın almaqda
üstünlük hüququ vardır. Cəmiyyətin səhminin
əlli faiz və daha çox hissəsini almaq istəyən
şəxs bütün səhmdarlara rəsmi qaydada müvafiq təklif
təqdim edir.[129]
Maddə 105. Səhmdar cəmiyyətinin
nizamnamə kapitalının azaldılması
105.1. Səhmdarların
ümumi yığıncağının qərarına əsasən
səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini
azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın
alıb onların ümumi miqdarını azaltmaq yolu ilə
nizamnamə kapitalını azalda bilər.
105.2. Səhmdar
cəmiyyətinin nizamnamə kapitalının
azaldılması haqqında səhmdarların ümumi
yığıncağının qərarı qəbul edildiyi
gündən on beş təqvim günü müddətində
cəmiyyət kreditorlara bu barədə yazılı surətdə
məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı
aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin
müvafiq öhdəliklərinin vaxtından əvvəl
icrasını və ya onlara xitam verilməsini və çəkdikləri
zərərin ödənilməsini tələb edə bilərlər.[130]
105.3. Səhmlərin
bir hissəsinin satın alınması və ödənilməsi
yolu ilə səhmdar cəmiyyətinin nizamnamə
kapitalının azaldılmasına bu şərtlə yol
verilir ki, belə imkan cəmiyyətin nizamnaməsində nəzərdə
tutulmuş olsun.
105.4. Sahəvi qanunlarda nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdar cəmiyyəti tərəfindən
nizamnamə kapitalının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş
minimum miqdardan aşağı endirilməsi cəmiyyətin ləğvinə
səbəb olur. [131]
Maddə 105-1. Səhmdar cəmiyyətinin
yerləşdirilmiş səhmlərinin geri alınması[132]
105-1.1. Səhmdar
cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin
geri alınması bu Məcəllə və ya cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların
tələbi ilə həyata keçirilir.
105-1.2. Cəmiyyət
nizamnamə kapitalının miqdarını və səhmlərin
sayını azaltmaq məqsədi ilə, ümumi
yığıncağın qərarı əsasında, əvvəl
yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala
bilər. Bu zaman dövriyyədə qalan səhmlərin
ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə
kapitalı üçün müəyyən edilmiş məbləğin
minimal həddindən aşağı olmamalıdır.
105-1.3. Səhmlərin
geri alınması səhm mülkiyyətçilərinin razılığı ilə,
səhmlərin geri alınması fond birjası vasitəsi ilə həyata
keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda
səhmin müəyyən olunmuş qiyməti ilə həyata
keçirilir.[133]
105-1.4.
Aşağıdakı hallarda cəmiyyətin səhmlərinin
geri alınması qərarı qəbul edilə bilməz:
105-1.4.1. cəmiyyətin
nizamnamə kapitalı tam formalaşmadıqda;
105-1.4.2. cəmiyyətin
ləğvi barədə qərar qəbul edildikdə;
105-1.4.3. səhmdarların
tələbi əsasında onların səhmlərinin geri
alınması başa çatmadıqda.
105-1.5. Geri
alınmış səhmlər səsvermə zamanı nəzərə
alınmır və onlar üzrə dividendlər
hesablanmır. Bu səhmlər geri satın
alındığı tarixdən bir il müddətində ya özgəninkiləşdirilməli, ya da ümumi
yığıncağın qərarı ilə dövriyyədən
çıxarılmalıdır.[134]
Maddə 106. Səhmdar cəmiyyətinin
qiymətli kağızlarının buraxılması[135]
106.1. Səhmdar
cəmiyyətinin səhmlərinin, istiqrazlarının və
digər növ qiymətli kağızlarının
buraxılması, yerləşdirilməsi, dövriyyəsi və
dövriyyədən
çıxarılması bu Məcəlləyə, bu Məcəlləyə
müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi
aktlara və cəmiyyətin nizamnaməsinə müvafiq
olaraq həyata keçirilir.[136]
106.2. Səhmdar
cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq
hüququ vardır. Səhmdar cəmiyyətinin nizamnamə
kapitalının ümumi həcmində imtiyazlı səhmlərin
payı iyirmi beş faizdən çox ola bilməz.
İmtiyazlı səhm öz mülkiyyətçilərinə səhmdar cəmiyyətinin ləğvindən
sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən
üstünlük hüququ və bu cür səhmlərin
buraxılması şərtlərində nəzərdə
tutulan digər hüquqları verir. Bu Məcəllədə
və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə
tutulmuş hallar istisna olunmaqla, imtiyazlı səhmlər
öz mülkiyyətçilərinə cəmiyyətin işlərinin
idarə olunmasında iştirak etmək hüququ vermir.[137]
106.3. Səhmdar
cəmiyyətinin qiymətli kağızlarının birləşdirilməsi,
xırdalanması (bölünməsi) və konvertasiyası
bu Məcəllənin 1078-26-cı maddəsinə müvafiq
olaraq həyata keçirilir.
Maddə 106-1. Səhmdar cəmiyyətinin
səhmdarları[138]
106-1.1. Səhmdar
cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya
daha çox sayda səhmlərinin bu Məcəllə ilə
müəyyən edilmiş qaydada mülkiyyətçisi olan
fiziki və (və ya) hüquqi şəxsdir.
106-1.2. Bir
neçə şəxsə bir səhm mənsub olduğu
halda, onlar səhmdar cəmiyyətinə münasibətdə
bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı
nümayəndə vasitəsi ilə həyata keçirə
bilərlər.
106-1.3. Səhmdar
cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən
edilmiş qaydada aşağıdakı hüquqları
vardır:[139]
106-1.3.1. cəmiyyətin
idarə edilməsində bu Məcəllə, digər
qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə
müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə
və icra orqanlarına seçmək və seçilmək;
106-1.3.2.
qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin
fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə
onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;[140]
106-1.3.3. cəmiyyətin
səhmdarlarının ümumi
yığıncağının
çağırılmasını tələb etmək;
106-1.3.4. cəmiyyətin
səhmdarlarının ümumi
yığıncağının gündəliyində dəyişikliklərin
edilməsini və gündəliyə yeni müzakirə mövzularının
əlavə olunmasını tələb etmək;[141]
106-1.3.5. cəmiyyətin
səhmdarlarının ümumi yığıncağında
səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və
49-1.3-cü maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla) və onun
protokolunun surətini tələb etmək; [142]
106-1.3.6. cəmiyyətin
fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən
yoxlanılmasını tələb etmək;
106-1.3.7. cəmiyyətin
xalis mənfəətindən dividend almaq;
106-1.3.8. cəmiyyətin
fəaliyyətinə xitam verildikdə, cəmiyyətin
kreditorlarının tələbləri yerinə yetirildikdən,
hesablanmış, lakin ödənilməmiş dividendlər,
habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri
ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının
müəyyən hissəsini almaq;
106-1.3.8-1.
icra orqanının və direktorlar şurasının
(müşahidə şurasının) üzvlərinin səhlənkarlığına
və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə
görə məsuliyyətə cəlb edilməsini tələb
etmək;
106-1.3.8-2.
cəmiyyətin səhmlərinin satışı prosesində
iştirak etmək;
106-1.3.8-3.
bağlanmış əqd nəticəsində cəmiyyətə
və ya səhmdarlara dəyən zərərin və bununla
bağlı məsrəflərin ödənilməsi barədə
məhkəməyə və ya digər səlahiyyətli
quruma müraciət etmək;
106-1.3.8-4.
bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə
əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin)
əlavələri ilə tanış olmaq.[143]
106-1.3.9. bu Məcəllədə
və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə
tutulmuş digər hüquqlara malik olmaq.
106-1.4. Səhmdar
cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ
üzrə) mülkiyyətçisinin hüquqları bu Məcəllə və
səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən
edilir.
106-1.5. Səhmdar
cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər
üzrə qərarların qəbul edilməsində
imtiyazlı səhm mülkiyyətçisi səs hüququ əldə edir:[144]
106-1.5.1. səhmdar
cəmiyyətinin yenidən təşkil edilməsi;
106-1.5.2. səhmdar
cəmiyyətinin ləğv edilməsi;
106-1.5.3. səhmdara
məxsus olan imtiyazlı səhm növü üzrə
hüquqlarmı məhdudlaşdıran dəyişiklik və
əlavələrin nizamnamədə edilməsi.
106-1.6. Səhmdar
cəmiyyətinin səhmdarının vəzifələri
aşağıdakılardır:
106-1.6.1. qanuna və
(və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya
məxfi hesab olunan məlumatları üçüncü
şəxslərə açıqlamamaq;
106-1.6.2. səhmdarların
reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi
barədə mərkəzi depozitara on təqvim günü ərzində
yazılı bildiriş vermək;[145]
106-1.6.3.
qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri
yerinə yetirmək.
106-1.7. Səhmdar
cəmiyyətinin səhmdarlarının
hüquqlarının müdafiəsi bu Məcəllə, digər
qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin
edilir.
Maddə 106-2. Səhmdar cəmiyyətinin
səhmdarlarının reyestri
106-2.1. Səhmdar
cəmiyyəti dövlət qeydiyyatına
alındığı tarixdən otuz təqvim günündən
gec olmayaraq səhmdarlarının reyestrinin
aparılmasını təmin etməlidir.
106-2.2.
Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi
depozitar tərəfindən aparılmalıdır.[146]
106-2.3. Səhmdar
ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların
reyestrinin ona təqdim edilməsini tələb edə bilər.
Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların
reyestrini beş gün ərzində həmin səhmdara təqdim
etməlidir.
Maddə 106-3. Səhmdar cəmiyyətinin
mənfəəti və dividendlər
106-3.1. Səhmdar
cəmiyyətinin xalis mənfəəti vergilər və digər
məcburi ödənişlər ödənildikdən sonra
yaranır və qanunvericiliklə və cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilən məqsədlərə
yönəldilə bilər. Xalis mənfəətin səhmdar
cəmiyyətinin maliyyə ili üzrə
bölüşdürülməsi səhmdar cəmiyyətinin
səhmdarlarının ümumi
yığıncağının qərarı ilə qəbul
edilir.
106-3.2. Səhmdar
cəmiyyəti nizamnamədə müəyyən edilməsindən
asılı olaraq dövriyyədə olan səhmlər
üzrə aralıq (rüblük, yarımillik) və illik
dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin
dividendlərin ödənilməsi barədə öhdəlikləri
onların ödənilməsi haqqında qərarın qəbul
edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində
icra edilir. Səhmdarların tərkibinin dəyişməsi
dividendlərin ödənilməsi barədə qərarın
bu Məcəllə ilə müəyyən edilmiş
müddətdə və qaydada icra olunmasına təsir etmir.[147]
106-3.3. Adi səhm
üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin
səhmdarlara hər bir adi səhm üzrə
hesablanmış ödənişlər şəklində
bölüşdürülmüş hissəsidir.
106-3.4.
İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin
təsərrüfat fəaliyyətinin nəticəsindən
asılı olmayaraq, imtiyazlı səhm mülkiyyətçilərinə, bir qayda olaraq, səhmin nominal
dəyərinin sabit faizi şəklində ödənilən
vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin
etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri
hesabına xüsusi fondlar yarada bilər.[148]
106-3.5. Dividendlər
və onların ödənilməsi qaydası haqqında qərar
(həmin məsələ nizamnamədə müəyyən
edilmədikdə) cəmiyyətin direktorlar
şurasının (müşahidə şurasının) və
ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin
icra orqanının təklifi ilə ümumi
yığıncaq tərəfindən qəbul edilir.
106-3.6. Səhmdar
cəmiyyəti adi səhmlər üzrə dividendlərin
hesablanmasını (bölüşdürülməsini)
imtiyazlı səhmlərin bütün növləri üzrə
dividendlərin hesablanmasından (bölüşdürülməsindən)
sonra həyata keçirir.
106-3.7. Dividendlərin
hesablanmasında (bölüşdürülməsində) ilk
növbəlilik hüququnu verən imtiyazlı səhmlər
üzrə dividendlər digər imtiyazlı səhmlər
üzrə dividendlərdən əvvəl
bölüşdürülür.
106-3.8. Dividendlər
hesablanarkən səhmlərin hər bir növü və
nominalı üzrə hər səhmə düşən məbləğ
eyni olmalıdır.
106-3.9. Əgər
səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri
onun nizamnamə kapitalının miqdarından azdırsa və
ya dividendlərin ödənilməsi nəticəsində az
olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və
ödəyə bilməz.
Maddə 107. Səhmdar cəmiyyətində
idarəetmə
107.1. Səhmdar
cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının
ümumi yığıncağıdır. Səhmdarların
ümumi yığıncağının müstəsna səlahiyyətinə
aşağıdakılar aiddir:
107.1.1. cəmiyyətin
nizamnaməsini və nizamnamə kapitalının
miqdarını dəyişdirmək;
107.1.2. cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) və təftiş komissiyasının
üzvlərini (müfəttişi) seçmək və
onların səlahiyyətlərinə vaxtından əvvəl
xitam vermək;
107.1.3. cəmiyyətin
icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam vermək, bir şərtlə ki,
cəmiyyətin nizamnaməsində bu məsələlərin
həlli direktorlar şurasının (müşahidə
şurasının) səlahiyyətinə aid edilməsin;
107.1.4. cəmiyyətin
illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini
və zərərini bölüşdürmək; [149]
107.1.5. cəmiyyətin
yenidən təşkili və ya ləğvi haqqında qərar
qəbul etmək;
107.1.6.
bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində
nəzərdə tutulmuş əqdlərin bağlanması
haqqında qərar qəbul etmək.[150]
107.2. Bu Məcəllə
ilə səhmdarların ümumi yığıncağının
müstəsna səlahiyyətinə aid edilmiş məsələlər
həll edilmək üçün onun tərəfindən cəmiyyətin
icra orqanlarına verilə bilməz.
107.3. Səhmdarlarının
sayı əllidən çox olan cəmiyyətdə, habelə ictimai əhəmiyyətli
qurumlarda direktorlar
şurası (müşahidə şurası)
yaradılır. Direktorlar şurasının (müşahidə
şurasının) yaradıldığı halda cəmiyyətin
nizamnaməsində onun müstəsna səlahiyyəti müəyyənləşdirilməlidir.
Nizamnamə ilə direktorlar şurasının (müşahidə
şurasının) müstəsna səlahiyyətinə aid
edilmiş məsələlər həll edilmək
üçün onun tərəfindən cəmiyyətin icra
orqanlarına verilə bilməz.[151]
107.4. Cəmiyyətin
icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı
(direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə
cari rəhbərliyi həyata keçirir, direktorlar
şurasına (müşahidə şurasına) və səhmdarların
ümumi yığıncağına hesabat verir. Bu Məcəllə
ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin
digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə
aid edilməmiş bütün məsələlərin həlli
cəmiyyətin icra orqanının səlahiyyətinə
aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi
yığıncağının qərarı ilə cəmiyyətin
icra orqanının səlahiyyətləri müqaviləyə
əsasən başqa kommersiya təşkilatına və ya fərdi
sahibkara (idarəçiyə) verilə bilər. [152]
107.5. Səhmdar
cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri,
habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin
adından çıxış etməsi qaydası, müvafiq olaraq, bu Məcəlləyə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunlarına və cəmiyyətin nizamnaməsinə
uyğun olaraq müəyyənləşdirilir. [153]
107.6. Bu Məcəllənin
99-cu maddəsində göstərilən sənədlərin
dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması
üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə
kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların
tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin
auditor yoxlanışı hər bir vaxt keçirilməlidir.
Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor
yoxlanışının keçirilməsi qaydası
qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. [154]
Maddə 107-1. Səhmdarların
ümumi yığıncağının
çağırılması[155]
107-1.1. Səhmdarların
ümumi yığıncağı növbəti və
növbədənkənar ola bilər.
107-1.2. Səhmdarların
növbəti ümumi yığıncağı ildə bir dəfədən
az olmayaraq çağırılmalıdır (illik ümumi
yığıncaq).
107-1.3. “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar
istisna olmaqla, səhmdarların illik ümumi
yığıncağı maliyyə ili bitdikdən sonra
altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə
şurası) tərəfindən
çağırılır və bu barədə səhmdarlara
məlumat verilir. Cəmiyyətin direktorlar şurası
(müşahidə şurası) olmadıqda, səhmdarların
ümumi yığıncağının
çağırılması cəmiyyətin icra orqanı tərəfindən
həyata keçirilir. [156]
107-1.4. Səhmdarların
ümumi yığıncağının
çağırılmasına qırx beş gün
qalmış yığıncağın
çağırılması barədə media ilə məlumat verilməli (qapalı
səhmdar cəmiyyətinin səhmdarlarının ümumi
yığıncağının
çağırılması halları istisna olunmaqla), habelə
səhmdarlara və ya nominal saxlayıcılara bu barədə
yazılı bildiriş göndərilməlidir. Nominal
saxlayıcı həmin bildirişin səhmdara
çatdırılmasını təmin etməlidir.[157]
107-1.5. Səhmdarların
ümumi yığıncağının
çağırılması barədə bildirişdə
aşağıdakılar göstərilməlidir:
107-1.5.1. cəmiyyətin
adı və olduğu yer;
107-1.5.2. səhmdarların
ümumi yığıncağının keçirilmə
tarixi, vaxtı və ünvanı;
107-1.5.3. səhmdarların
ümumi yığıncağının gündəliyi;
107-1.5.4. səhmdarların
ümumi yığıncağının gündəliyi
üzrə materiallarla tanış olunma qaydası.
107-1.6. Qanunda nəzərdə
tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar
ümumi yığıncağı direktorlar
şurasının (müşahidə şurasının)
öz təşəbbüsü ilə və ya təftiş
komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin
on faizinə malik olan səhmdarların yazılı tələbi
ilə cəmiyyətin icra orqanı tərəfindən
çağırılır. Cəmiyyətin direktorlar
şurası (müşahidə şurası) olmadıqda səhmdarların
növbədənkənar ümumi yığıncağı
icra orqanının təşəbbüsü ilə
çağırılır.[158]
107-1.7. Səhmdarların
növbədənkənar ümumi
yığıncağının
çağırılması tələbində gündəliyə
təklif olunan məsələlər göstərilməlidir.
Həmin məsələlər yığıncağın
gündəliyinə mütləq salınmalıdır.
107-1.8. Səhmdarların
növbədənkənar ümumi
yığıncağının
çağırılması haqqında tələbin (təşəbbüsün)
daxil olduğu gündən etibarən icra orqanı
aşağıdakıları yerinə yetirməlidir:
107-1.8.1.
üç iş günü müddətində səhmdarların
ümumi yığıncağının vaxtmı və
yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının
ümumi yığıncağının
çağırılması halları istisna olunmaqla, bu barədə
mediada elan verməlidir;
107-1.8.2. beş
iş günü müddətində səhmdarların
ümumi yığıncağının
çağırılması barədə bildirişləri
səhmdarlara göndərməlidir;
107-1.8.3. otuz
gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların
ümumi yığıncağının keçirilməsini
təmin etməlidir.
Maddə 107-2. Səhmdarların
ümumi yığıncağında yetərsay
107-2.1. Səhmdarların
ümumi yığıncağında səsli səhmlərin
ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi
yığıncaq səlahiyyətlidir. [159]
107-2.2. Səhmdarların
ümumi yığıncağında yetərsay olmadıqda,
ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində
müəyyən edilmiş qaydada
“Banklar haqqında Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, yenidən
çağırılmalıdır. Bu zaman ümumi
yığıncağın gündəliyi dəyişdirilməməlidir.
Yenidən çağırılan ümumi yığıncaq
səsli səhmlərin 40 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir. [160]
107-2.3. Yenidən
çağırılan yığıncaqda yetərsay
olmadıqda, ümumi yığıncaq bu Məcəllənin
107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada,
gündəliyi dəyişdirilmədən “Banklar haqqında Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallar
istisna olmaqla, təkrarən çağırılmalıdır. Təkrarən
çağırılan ümumi yığıncaq səsli səhmlərin
25 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.[161]
107-2.4.
107-2.3-cü maddəyə əsasən təkrarən
çağırılan ümumi yığıncağın
keçirilməsi üçün yetərsay təmin olunmadıqda,
cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi Banka məlumat verərək yetərsaydan
asılı olmadan ümumi yığıncağın qərarı
ilə və ya Azərbaycan Respublikasının Mərkəzi
Bankın iddiası əsasında
məhkəmənin qərarı ilə ləğv edilə
bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi
haqqında ümumi yığıncağın qərarından
məhkəməyə şikayət etmək hüququ
vardır.[162]
Maddə 107-3. Səhmdarın
ümumi yığıncaqda iştirakı qaydası
107-3.1. Səhmdar
ümumi yığıncaqda iştirak hüququnu bilavasitə
özü və ya nümayəndəsi vasitəsi ilə həyata
keçirir. Bu zaman səhmdarın nümayəndəsi
qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib
edilmiş etibarnaməyə malik olmalıdır.
107-3.2. Cəmiyyətin
nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar
ümumi yığıncağın gündəliyində olan
məsələyə münasibətini dəqiq və şərtsiz
bildirməklə (lehinə, əleyhinə, bitərəf),
imzası qanunvericilikdə müəyyən edilmiş qaydada
(notarial və sair) təsdiq edilməklə, yazılı sənəd
vasitəsi ilə səsvermədə qiyabi iştirak edə
bilər.
107-3.3. Qiyabi səsvermənin
reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən
edilir.
107-3.4. Səhm
bir neçə şəxsin ümumi birgə mülkiyyətində
olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti
onun mülkiyyətçilərinin birinə və ya
onların ümumi nümayəndəsinə qanunvericilikdə
müəyyən olunmuş qaydada həvalə edilir.
107-3.5. Səhmdarların
ümumi yığıncağında səsvermə "bir səsli
səhm — bir səsdir" prinsipi əsasında həyata
keçirilir.
Maddə 107-4. Hesablama
komissiyası
107-4.1. Səhmdarlarının
sayı yüzdən çox olan cəmiyyətlərin
ümumi yığıncaqlarında səsvermənin nəticələrinin
müəyyən edilməsi üçün sayı
üç nəfərdən az olmayan hesablama komissiyası
yaradılmalıdır. Hesablama komissiyasına direktorlar
şurasının (müşahidə şurasının)
üzvləri, təftiş komissiyasının üzvləri
(müfəttiş), icra orqanlarının üzvləri (təkbaşçı
icra orqanı) və həmin vəzifələrə (vəzifəyə)
seçilməyə namizədlər daxil edilməməlidir.
107-4.2. Hesablama
komissiyasının yaradılması qaydası cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir.
107-4.3. Hesablama
komissiyasının protokolu ümumi
yığıncağın protokoluna əlavə olunur.
Maddə 107-5. Səhmdarların
ümumi yığıncağının qərarı
107-5.1. Səhmdarların
ümumi yığıncağının qərarı, bu Məcəllə
və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə
tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin
müddəaları nəzərə alınmaqla, ümumi
yığıncaqda iştirak edən səhmdarların sadə
səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin
yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə
və dəyişikliklərin edilməsi haqqında qərarlar
“Banklar haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi
yığıncağında səsvermə hüququna malik
olan səhmdarların üçdə iki səs
çoxluğu ilə qəbul edilir.[163]
107-5.2. Səhmdarların
ümumi yığıncağının gündəliyinə
daxil edilməmiş məsələlər üzrə qərar
qəbul edə bilməz.
107-5.3. Səhmdarların
ümumi yığıncağı tərəfindən qəbul
edilmiş qərarlar on beş təqvim günündən gec
olmayaraq səhmdarlara elan edilməlidir.
107-5.4. Səhmdarların
ümumi yığıncağının qərarından səhmdar
məhkəməyə şikayət edə bilər.
Maddə 107-6. Səhmdarların
ümumi yığıncağının protokolu
107-6.1. Səhmdarların
ümumi yığıncağının protokolu
yığıncaq bitdikdən sonra üç iş
günündən gec olmayaraq iki nüsxədə tərtib
olunur, sədrlik edən şəxs və katib tərəfindən
imzalanır və möhürlənir.
107-6.2. Səhmdarların
ümumi yığıncağının protokolunda
aşağıdakılar göstərilir:
107-6.2.1.
ümumi yığıncağın keçirilmə vaxtı
və yeri;
107-6.2.2
ümumi yığıncağın gündəliyi;
107-6.2.3.
ümumi yığıncağın
iştirakçılarının səsli səhmlərinin
sayı;
107-6.2.4.
iştirak edən səsvermə hüququna malik olan səhmdarların
sayı;
107-6.2.5.
çıxışların xülasəsi;
107-6.2.6. səsə
qoyulan hər bir məsələ üzrə səsvermənin
nəticələri;
107-6.2.7.
ümumi yığıncaq tərəfindən qəbul
edilmiş qərarın dəqiq və səlis ifadə
olunmuş mətni.
107-6.3. Səhmdarın
tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.
Maddə 107-7. Səhmdar cəmiyyətinin
direktorlar şurası (müşahidə şurası)
107-7.1. Bu Məcəllənin
107.3-cü maddəsi ilə nəzərdə tutulmuş halda
cəmiyyətin direktorlar şurası (müşahidə
şurası) yaradılır. Cəmiyyətin direktorlar
şurası (müşahidə şurası) öz səlahiyyətləri
hüdudlarında ümumi rəhbərliyi və cəmiyyətin
fəaliyyəti üzərində nəzarəti həyata
keçirir.
107-7.2. Cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) üzvlərinin sayı və onlara olan tələblər
cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. Cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) üzvləri üçün sayı və
onlara dair tələblər qanunla da müəyyən edilə
bilər.[164]
107-7.3. Cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) tərkibi nizamnamədə nəzərdə
tutulmuş sayın yarısına qədər azaldıqda,
otuz təqvim günü ərzində cəmiyyətin
növbədənkənar ümumi yığıncağı
çağırılaraq, direktorlar şurasına
(müşahidə şurasına) yeni üzvlər
seçilməlidir.
107-7.4. Cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) üzvləri ümumi
yığıncaqda üç ildən artıq olmayan
müddətə bu Məcəllə ilə və cəmiyyətin
nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada
seçilirlər.
107-7.5. Cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) üzvü fiziki şəxs
olmalıdır. Direktorlar şurasının (müşahidə
şurasının) üzvlüyünə, nizamnamədə
başqa hal nəzərdə tutulmamışdırsa, cəmiyyətin
səhmdarı olmayan şəxs də seçilə bilər.
Cəmiyyətin icra orqanlarının üzvləri (təkbaşçı
icra orqanı) direktorlar şurasına (müşahidə
şurasına) üzv seçilə bilməz.
107-7.6. Cəmiyyətin
direktorlar şurasının (müşahidə
şurasının) və ya onun üzvünün səlahiyyətinə
vaxtından əvvəl xitam verilməsi ümumi
yığıncağın qərarı ilə həyata
keçirilə bilər.
Maddə 107-8. Səhmdar cəmiyyətinin
direktorlar şurasının (müşahidə
şurasının) sədri
Səhmdar cəmiyyətinin
direktorlar şurasının (müşahidə
şurasının) sədri səhmdarların ümumi
yığıncağı tərəfindən direktorlar
şurasının (müşahidə şurasının)
üzvləri arasından seçilir. Direktorlar
şurasının (müşahidə şurasının) sədri
şuraya rəhbərlik edir.
Maddə 107-9. Səhmdar cəmiyyətinin
direktorlar şurasının (müşahidə
şurasının) iclası
107-9.1. Səhmdar
cəmiyyətinin direktorlar şurasının (müşahidə
şurasının) sədri onun iclaslarım üç ayda
bir dəfədən az olmayaraq çağırır və
iclaslara sədrlik edir. Cəmiyyətin təftiş
komissiyasının (müfəttişin), icra orqanının,
şura üzvlərinin, habelə qanun və nizamnamə ilə müəyyən edilə
bilən digər şəxslərin tələbi ilə də
direktorlar şurasının (müşahidə
şurasının) iclası şuranın sədri tərəfindən
çağırılır. Şuranın iclasının
keçirilməsi qaydaları cəmiyyətin nizamnaməsi ilə
müəyyən edilir.[165]
107-9.2. Səhmdar
cəmiyyətinin direktorlar şurasının (müşahidə
şurasının) iclasında hər üzv bir səsə
malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir. Səslərin sayı bərabər bölünərsə,
şuranın sədrinin səsi qərarın qəbul edilməsi
və ya rədd edilməsi üçün həlledici hesab
edilir.
107-9.3. Səhmdar
cəmiyyətinin direktorlar şurasının (müşahidə
şurasının) iclası çağırıldıqda,
iclasın yerini, vaxtını, iştirakçılarmı,
gündəliyini, çıxışların xülasəsini,
səsvermənin nəticələrini və qərarlarını
əks etdirən protokol tərtib edilir. Həmin protokol
şuranın sədri tərəfindən imzalanır.
Maddə 107-10. Səhmdar cəmiyyətinin
icra orqanı
107-10.1. Cəmiyyətin
icra orqanına direktorlar şurasının (müşahidə
şurasının) üzvləri seçilə bilməz.
107-10.2. Cəmiyyətin
icra orqanının səlahiyyətlərinə, müvafiq olaraq, bu Məcəllə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunları və nizamnamə ilə cəmiyyətin
idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə
aid edilməmiş bütün məsələlər daxildir. [166]
107-10.3. Cəmiyyətin
kollegial icra orqanının üzvlərinin sayı və tərkibi,
habelə fəaliyyətinin qaydaları, müvafiq olaraq, cəmiyyətin
nizamnaməsi, “Banklar haqqında” və “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. [167]
107-10.4. Cəmiyyətin
icra orqanının üzvlərinin eyni zamanda digər təşkilatda
vəzifə tutmasına, qanunvericiliyə zidd olmadıqda, cəmiyyətin
ümumi yığıncağının və ya direktorlar
şurasının (müşahidə şurasının)
razılığı ilə yol verilir.
107-10.5. Cəmiyyətin icra orqanı üzvlərinin
şəxsi marağı ilə cəmiyyətin maraqları
arasında ziddiyyətlərə gətirib çıxara bilən,
habelə bu Məcəllənin 49-1.6-cı maddəsində nəzərdə
tutulmuş hallarda cəmiyyətin icra orqanının rəhbəri
və ya digər üzvləri müvafiq məlumatı cəmiyyətin
direktorlar şurasına (müşahidə şurasına), o
olmadıqda, səhmdarların ümumi
yığıncağına yazılı şəkildə təqdim
etməlidirlər. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin
bağlanılması, müvafiq olaraq, bu Məcəllə,
“Banklar haqqında” və “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
ayrı qayda nəzərdə tutulmamışdırsa,
müvafiq idarəetmə orqanının qərarı əsasında
həyata keçirilə bilər.[168]
107-10.6. Cəmiyyətin
icra orqanının və ya direktorlar şurasının
(müşahidə şurasının) üzvü mülkiyyətində
olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl
bu barədə məlumatı mediada açıqlamalıdır.
107-10.7. Cəmiyyətin
səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətinin
icra orqanının üzvü seçilə bilməz.
Maddə 107-11. Səhmdar cəmiyyətinin
təftiş komissiyası (müfəttişi)
107-11.1. Səhmdarların
sayı əllidən çox olan cəmiyyətlərdə
maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin
həyata keçirilməsi üçün ümumi
yığıncaqda təftiş komissiyası (müfəttiş)
seçilir (təyin edilir). Cəmiyyətin nizamnaməsində
nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən
çox olmayan cəmiyyətlərdə də təftiş
komissiyası (müfəttiş) seçilə (təyin edilə)
bilər.
107-11.2. Cəmiyyətin
təftiş komissiyasının (müfəttişin)
formalaşdırılması qaydaları, onun tərkibi və
fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə
müəyyən edilir.
107-11.3. Cəmiyyətin
təftiş komissiyasının üzvlüyünə
(müfəttiş kimi) fiziki şəxslər seçilir. Təftiş
komissiyasının üzvü (müfəttiş) cəmiyyətin
səhmdarı, direktorlar şurasının (müşahidə
şurasının) və cəmiyyətin icra
orqanlarının üzvü ola bilməz.
107-11.4. Cəmiyyətin
təftiş komissiyasının üzvlərinin (müfəttişin)
səlahiyyət müddəti nizamnamə ilə üç
ildən artıq olmayan müddətə müəyyən
edilir.
107-11.5. Cəmiyyətin
maliyyə-təsərrüfat fəaliyyətinin təftişi
cəmiyyətin təftiş komissiyasının (müfəttişin)
təşəbbüsü ilə ümumi
yığıncağın və ya direktorlar
şurasının (müşahidə şurasının) qərarı
ilə və ya cəmiyyətin səsli səhmlərinin on
faizindən artıq hissəsinə malik olan səhmdarların
və cəmiyyətin icra orqanın tələbi ilə həyata
keçirilir.
107-11.6. Cəmiyyətin
təftiş komissiyasının (müfəttişin) tələbi
ilə cəmiyyətin bütün orqanları və vəzifəli
şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat
fəaliyyəti ilə əlaqədar olan sənədləri
təqdim etməlidirlər.
107-11.7. Bu maddənin tələbləri
sığortaçılara, banklara və xarici
bankların yerli filiallarına şamil edilmir.[169]
Maddə 107-12. Səhmdar cəmiyyətinin
audit komitəsi
107-12.1.
Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə,
habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin
və strategiyasının hazırlanması, həyata
keçirilməsi və auditor nəzarətinin təşkili
üçün direktorlar şurası (müşahidə
şurası) tərəfindən audit komitəsi
yaradılır. Cəmiyyətin nizamnaməsində nəzərdə
tutulduğu halda səhmdarların sayı əllidən
çox olmayan cəmiyyətlərdə də audit komitəsi
yaradılır.
107-12.2.
Cəmiyyətin audit komitəsinin
formalaşdırılması qaydaları, onun tərkibi və
fəaliyyətinin qaydası qanunla və cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilir.
107-12.3. Cəmiyyətin icra
orqanının üzvləri və (və ya) cəmiyyətin
iştirakçıları audit komitəsinin üzvü ola
bilməzlər. Cəmiyyətin direktorlar şurasının
(müşahidə şurasının) üzvləri audit
komitəsinin üzvü ola bilərlər.[170]
107-12.4.
Cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin
audit komitəsinin təşəbbüsü ilə ümumi
yığıncağın və ya direktorlar
şurasının (müşahidə şurasının) qərarı
ilə və ya cəmiyyətin səsli səhmlərinin on
faizindən artıq hissəsinə malik olan səhmdarların
və cəmiyyətin icra orqanının tələbi ilə
həyata keçirilir.
107-12.5.
Cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin
bütün orqanları və vəzifəli şəxsləri
cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti
ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.
107-12.6.
Audit komitəsi cəmiyyətin direktorlar şurasına (müşahidə
şurasına) tabedir.[171]
Maddə 108. Səhmdar cəmiyyətinin
yenidən təşkili və ləğvi
108.1. Səhmdar
cəmiyyəti səhmdarların ümumi
yığıncağının qərarı ilə
könüllü surətdə yenidən təşkil və
ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin
yenidən təşkilinin və ləğvinin başqa əsasları
və qaydası, müvafiq olaraq, bu Məcəllə,
“Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”
və “İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyənləşdirilir. [172]
108.2. “Banklar haqqında”,
“Sığorta fəaliyyəti haqqında”, “Qiymətli
kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları
haqqında”, “İnvestisiya fondları haqqında” və “Kredit
büroları haqqında” Azərbaycan Respublikasının
qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla,
səhmdar cəmiyyəti məhdud məsuliyyətli
cəmiyyətə çevrilə bilər. [173]
Maddə 109. Kooperativlər
haqqında əsas müddəalar[174]
109.1. Kooperativ
fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət
göstərmək üçün üzvlüyə əsaslanan
könüllü birliyi olub iştirakçılarının
maddi və başqa tələbatının onun üzvlərinin
əmlak pay haqlarının birləşdirilməsi yolu ilə
ödənilməsi məqsədilə yaradılır.
109.2. Kooperativ
üzvü bu Məcəllənin tələblərinə
cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən
qaydada və həcmdə üzvlük haqqı, mütləq
və əlavə pay haqqı ödəmiş və kooperativə
qəbul edilmiş, onun fəaliyyətində iştirak edən
və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində
nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya)
hüquqi şəxsdir. [175]
109.3. Kooperativin
ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə
cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən
qaydada və həcmdə üzvlük haqqı və
yalnız mütləq pay haqqı ödəmiş və
kooperativə qəbul edilmiş, onun fəaliyyətində
iştirak etmək və bu Məcəllədə nəzərdə
tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və
(və ya) hüquqi şəxsdir.
109.4. Kooperativ
üzvünün əmlak pay haqqı nizamnamə ilə
müəyyənləşdirilən qaydada və həcmdə
üzvlər tərəfindən ödənilən
daşınar və (və ya) daşınmaz əmlakdan, habelə
pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət
olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və
əlavə ola bilər.
109.5. Mütləq
əmlak pay haqqı üzv tərəfindən mütləq
qaydada ödənilən, kooperativin fəaliyyətində
iştirak etmək, səs vermək və əsas kooperativ
ödənişlərini almaq hüququ verən əmlak
payıdır.
109.6. Əlavə
əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin
109.5-ci maddəsində göstərilən pay haqqından əlavə,
öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən
(əsas kooperativ ödənişlərindən) başqa, həmçinin
dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ
verən paydır.
109.7.
Üzvlük haqqı iştirakçının kooperativ
üzvlüyünə daxil olması zamanı bununla
bağlı xərclərin ödənilməsi
üçün verilən pul məbləğidir. Kooperativ
üzvünün kooperativ ödənişləri (əsas
kooperativ ödənişləri) və dividend (əlavə
kooperativ ödənişləri) almaq hüququ vardır.
109.8. Kooperativ
ödənişləri (əsas kooperativ ödənişləri)
üzvlərin mütləq əmlak pay haqqına, kooperativdə
şəxsi əməyinə və digər növ fəaliyyətinə
mütənasib surətdə onlara ödənilən kooperativ
mənfəətinin bir hissəsidir.
109.9. Dividend (əlavə
kooperativ ödənişləri) yalnız səs hüququna
malik olan üzvlərə onların əlavə əmlak pay
haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin
mütləq əmlak pay haqlarına mütənasib surətdə
ödənilən kooperativ mənfəətinin bir hissəsidir.
109.10.
Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində
göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin
pay haqlarının miqdarı haqqında; pay haqlarının
verilməsi qaydası və onların verilməsi öhdəliyinin
pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti
haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi
və səlahiyyəti, onların qərarlar qəbul etməsi,
o cümlədən barəsində qərarların yekdilliklə
və ya şərtləşdirilmiş səs
çoxluğu ilə qəbul olunduğu məsələlərə
dair qərarlar qəbul etməsi qaydası haqqında;
kooperativin düşdüyü zərərin ödənilməsi
qaydası haqqında şərtləri, sənədlərin tərtibi
qaydaları (kooperativə qəbulun, üzvlərin
siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi,
kooperativ üzvlərinin ümumi
yığıncağının və digər idarəetmə
orqanlarının protokollarının tərtibi və sair)
göstərilməlidir.
109.11. Kooperativ
qanunla qadağan olmayan istənilən sahədə
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.
Fəaliyyət xarakterinə görə kooperativlər
istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər
növlərdə ola bilər.
109.12. Kooperativ
öz üzvləri ilə onların istehsal etdiyi məhsulları
kooperativə satmaq, iş və xidmətləri yerinə
yetirmək barədə müqavilələr bağlaya bilər.
109.13. Dövlət
orqanları, bələdiyyələr, digər fiziki və
hüquqi şəxslər koopertivlə münasibətlərini
müqavilə əsasında qururlar. Dövlət orqanları
və bələdiyyələr Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş hallar istisna olmaqla, kooperativlərin təsərrüfat,
maliyyə, təşkilati (idarəetmə orqanlarının
formalaşdırılması) və digər fəaliyyətinə
müdaxilə etmirlər.
109.14. Kooperativdə
maliyyə-təsərrüfat fəaliyyətinin operativ və
mühasibat uçotu, statistika hesabatı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada aparılır.
109.15. Kooperativ
öz fəaliyyətini həyata keçirmək
üçün muzdla işçilər tutmaq hüququna
malikdir. Kooperativin belə işçilərlə əmək
münasibətləri Azərbaycan Respublikasının əmək
qanunvericiliyi ilə tənzimlənir.
109.16.
Kooperativin, şəxsi əməyini tətbiq etməklə
onun fəaliyyətində iştirak edən üzvləri ilə
əmək münasibətləri Azərbaycan
Respublikasının əmək qanunvericiliyi, bu Məcəllə
və kooperativin nizamnaməsi ilə tənzimlənir.
109.17.
Kooperativin adında onun fəaliyyətinin əsas məqsədi,
habelə "kooperativ" sözü olmalıdır.
109.18. Kənd təsərrüfatı kooperativlərinin
təşkili və fəaliyyəti bu Məcəllə və
“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.[176]
Maddə 109-1. Kooperativin
yaradılması[177]
109-1.1. Kooperativ
beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər
tərəfindən yaradılır.KMQ16
109-1.2. Kooperativ
yaratmaq məqsədilə fiziki və (və ya) hüquqi
şəxslər təşəbbüs qrupu yaradırlar. Təşəbbüs
qrupunun vəzifələrinə aşağıdakılar
daxildir:
109-1.2.1. pay
haqqı fondunun həcmi və onun yaranma mənbələri
göstərilməklə kooperativin nəzərdə tutulan fəaliyyətinin
əsaslandırılması;
109-1.2.2.
kooperativin nizamnamə layihəsinin hazırlanması;
109-1.2.3.
kooperativin üzvlüyünə daxil olmaq barədə fiziki
və (və ya) hüquqi şəxslərdən ərizələrin
qəbul edilməsi;
109-1.2.4.
kooperativin təsis yığıncağının
hazırlanması və keçirilməsi.
109-1.3.
Kooperativin təsis yığıncağı kooperativin
yaradılması və onun üzvlüyünə daxilolma barədə
qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir;
bu Məcəllənin 111-ci maddəsini müddəalarını
nəzərə almaqla kooperativin idarəetmə
orqanlarını formalaşdırır.
109-1.4.
Kooperativin üzvləri öz aralarında bu Məcəllənin
45.2-ci maddəsinə uyğun olaraq təsis müqaviləsi
bağlayırlar.
109-1.5.
Kooperativin təsis yığıncağının qərarı
protokolla rəsmiləşdirilir.
Maddə 109-2. Kooperativin üzvləri
109-2.1.
Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə
müəyyənləşdirilmiş qaydada və həcmdə
üzvlük haqqı və əmlak pay haqqı ödəyən
16 yaşına çatmış fiziki şəxslər və
(və ya) hüquqi şəxslər kooperativin üzvü ola
bilərlər.
109-2.2.
Kooperativin üzvü olan hüquqi şəxslə kooperativdə
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
müvafiq səlahiyyət verdikləri nümayəndələri
vasitəsilə təmsil olunmalıdırlar.
109-2.3.
Kooperativin üzvləri kooperativin işində onun fəaliyyət
xarakterinə əsasən şəxsi əməyini tətbiq
etməklə və ya tətbiq etməməklə iştirak
edirlər.
109-2.4.
Kooperativin nizamnaməsində ayrı hal nəzərdə
tutulmayıbsa, kooperativin üzvü başqa kooperativin də
üzvü ola bilər.
109-2.5.
Kooperativin üzvlərinə [ortaq (assosiativ) üzvlər
istisna olmaqla] onların mütləq əmlak paylarına
görə dividendlər ödənilmir.
109-2.6.
Kooperativin üzvü yaşına və səhhətinə
görə pensiyaya çıxdıqda, kooperativdən kənarda
seçkili işə keçdikdə, hərbi xidmətə
çağırıldıqda və kooperativin nizamnaməsində
nəzərdə tutulmuş digər hallarda kooperativin
ümumi yığıncağının qərarına əsasən
kooperativdə ortaq (assosiativ) üzvlüyə keçə
bilər.
109-2.7.
Kooperativin ortaq (assosiativ) üzvünün mütləq əmlak
pay haqqının miqdarı və pay haqqı üzrə
ödənilən dividendlərin şərtləri kooperativin
nizamnaməsinə uyğun olaraq ortaq (assosiativ) üzvlə
kooperativ arasında bağlanılan müqavilə əsasında
müəyyənləşdirilir. Kooperativin ortaq (assosiativ)
üzvünün mütləq əmlak pay haqqının
miqdarı kooperativin nizamnaməsində müəyyənləşdirildikdə
kooperativin digər üzvlərini mütləq pay haqqı
miqdarından artıq məbləğdə müəyyənləşdirilə
bilər.
109-2.8.
Kooperativin ortaq (assosiativ) üzvü, onun kooperativdə
üzvlüyü ilə bağlı şərtlərin
kooperativin nizamnaməsində dəyişdirilməsi
halları istisna olmaqla səs hüququna malik deyildir.
Maddə 109-3. Kooperativ
üzvlüyünə qəbul
Kooperativin
üzvlüyünə qəbul, üzv olmaq istəyən
şəxsin kooperativə rəsmi müraciəti əsasında
nizamnamə ilə müəyyənləşdirilmiş
qaydada həyata keçirilir. Kooperativin üzvünə
üzvlük kitabçası verilir. Kitabçada göstərilən
yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.
Maddə 109-4. Kooperativ üzvlərinin
hüquq və vəzifələri
109-4.1.
Kooperativin üzvlərinin aşağıda göstərilən
hüquqları vardır:
109-4.1.1.
kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən
çıxmaq;
109-4.1.2.
kooperativin idarə edilməsində və fəaliyyətində
iştirak etmək, kooperativin orqanlarını seçmək
və onlara seçilmək;
109-4.1.3.
kooperativin fəaliyyətinə dair məlumat almaq və onun
maliyyə, eləcə də digər sənədləri ilə
tanış olmaq;
109-4.1.4.
kooperativin fəaliyyətinin
yaxşılaşdırılması, onun orqanlarının və
vəzifəli şəxslərinin işində olan
nöqsanların aradan qaldırılması barədə təkliflər
vermək;
109-4.1.5. mənfəətin
bölüşdürülməsində iştirak etmək və
digər ödənişləri almaq;
109-4.1.6.
kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan
sonra əmlakın onun payına düşən hissəsini və
ya bu hissənin dəyərini almaq;
109.4.1.7.
kooperativin üzvləri üçün nəzərdə
tutulmuş imtiyazlardan və güzəştlərdən
istifadə etmək;
109.4.1.8. bu Məcəllə
və kooperativin nizamnaməsi ilə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
109-4.2. Bu Məcəllənin
109-4.1.2-ci və 109-4.1.7-ci maddələrində nəzərdə
tutulan hüquqlar kooperativin ortaq (assosiativ) üzvlərinə
şamil olunmur.
109-4.3.
Kooperativin fəaliyyətində şəxsi əməyi ilə
iştirak edən üzvlərin göstərilən
hüquqlardan savayı, öz əməyinə görə pul
və ya natura ilə əməkhaqqı almaq hüququ
vardır.
109-4.4.
Kooperativin üzvlərinin aşağıda göstərilən
vəzifələri vardır:
109-4.4.1.
kooperativə daxil olduqda nizamnamədə nəzərdə
tutulmuş qaydada və həcmdə üzvlük haqqı və
mütləq əmlak pay haqqı vermək və kooperativin fəaliyyəti
ilə əlaqədar üzərinə götürdüyü
digər öhdəlikləri yerinə yetirmək;
109-4.4.2. nizamnaməyə
əməl etmək, kooperativin orqanlarının qərarlarını
yerinə yetirmək;
104-4.4.3. bu Məcəllənin
110.4-cü maddəsində nəzərdə tutulmuş
hallarda və qaydada kooperativdə əmələ gəlmiş
zərərin ödənilməsində iştirak etmək;
109-4.4.4. qanun və
nizamnamə ilə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
Maddə 110. Kooperativin əmlakı
110.1. Kooperativin
mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə
müvafiq surətdə onun üzvlərinin paylarına bölünür.
Kooperativin əmlakı (vəsaitləri) onun əsas
fondlarından, dövriyyə vəsaitindən və
balansında göstərilən digər maddi dəyərlərdən
ibarətdir. Kooperativin əmlakının
formalaşdırılması mənbələri onun öz vəsaiti
və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz
vəsaitini onun nizamnaməsində nəzərdə
tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən,
öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında,
qiymətli kağızlarda yerləşdirilməsindən
daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi
şəxslərin ianələri və qanunla qadağan
olunmayan digər mənbələr hesabına
formalaşdırır. Kooperativ tərəfindən
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin
(əmlakının) 50 faizindən çox olmamalıdır.
Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir.
Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı
müqavilə əsasında istifadə edilmək
üçün kooperativə verə bilər. Kooperativ
ittifaqı onun mülkiyyətində olan əmlakı
müqavilə əsasında istifadə edilmək
üçün onun üzvü olan kooperativə verə və
ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş
digər məqsədlər üçün istifadə edə
bilər.[178]
110.2. Əgər
kooperativin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, kooperativin üzvü kooperativ qeydə
alınanadək pay haqqını tamamilə verməyə
borcludur.
110.3. Kooperativin
nizamnaməsi ilə müəyyənləşdirilə bilər
ki, kooperativə mənsub əmlakın bir hissəsini nizamnamə
ilə təyin edilən məqsədlər üçün
istifadə olunan bölünməz fondlar təşkil edir.
Bölünməz fondların yaradılmasına dair qərarı
kooperativin üzvləri, əgər kooperativin nizamnaməsində
ayrı qayda nəzərdə tutulmayıbsa, yekdilliklə qəbul
edirlər.
110.4. Kooperativin
üzvləri əmələ gəlmiş zərəri illik
balansın təsdiqindən sonra iki ay ərzində əlavə
haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə
yerinə yetirilmədikdə kreditorların tələbi ilə
kooperativ məhkəmə qaydasında ləğv edilə bilər.
Kooperativin üzvləri onun öhdəlikləri
üçün kooperativin hər bir üzvünün əlavə
haqqının verilməmiş hissəsi həddində birgə
subsidiar məsuliyyət daşıyırlar.
110.5. Kooperativin
ləğvindən sonra qalan əmlak kooperativin üzvləri
arasında onun nizamnaməsinə uyğun olaraq
bölüşdürülür.
Maddə 110-1. Kooperativ üzvlərinin
pay haqları və kooperativin pay fondu[179]
110-1.1. Kooperativ
üzvlərinin kooperativə verdiyi əmlak pay haqları
kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu
kooperativin kreditorlarının maraqlarına təminat verən
kooperativ əmlakının minimal həddini müəyyənləşdirir.
Kooperativə daxil olarkən ödənilən üzvlük
haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü
kooperativdən çıxdıqda qaytarılmır.
110-1.2. Kooperativ
üzvlərinin pay haqlarına onların şəxsi
borclarına görə tutma yalnız bu Məcəllənin
112.5-ci maddəsində nəzərdə tutulmuş halda və
qaydada yönəldilə bilər.
110-1.3. Kooperativin
pay fondunun və mütləq payın həcmi, mütləq və
əlavə payların ödənilmə qaydası, əmlakla
(əmlak hüquqları ilə) ödənilən payların
qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir.
Qiymətləndirməyə bu sahədə qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada məşğul
olan şəxslər cəlb edilə bilər.
110-1.4. Əgər
ikinci və sonrakı illərin sonunda kooperativin xalis aktivlərinin
dəyəri pay fondunun dəyərindən az olarsa, kooperativ
üzvlərinin ümumi yığıncağı pay fondunun
azaldığını elan etməyə və onu qanunvericilikdə
müəyyənləşdirilmiş qaydada qeydə
aldırmağa borcludur.
110-1.5. Kooperativ
üzvlərinin ümumi yığıncağının qərarı
ilə pay fondu artırıla və ya azaldıla bilər. Pay
fondunun miqdarı kooperativin xalis aktivlərinin miqdarından
artıq olmamalıdır. Kooperativin pay fondunun miqdarı onun
xalis aktivlərinin miqqdarından artıq olduqda kooperativin pay
fondu göstərilən fərq məbləğində
mütləq pay haqlarının proporsional azaldılması
yolu ilə azaldılmalıdır.
110-1.6.
Kooperativin pay fondunun artırılmasına mütləq pay
haqları miqdarının artırılması ilə yol
verilir.
Maddə 110-2. Kooperativin mənfəəti
və onun bölüşdürülməsi
110-2.1.
Kooperativin mənfəəti Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi
ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində
nəzərdə tutulmuş hallarda və qaydada kooperativin
fondlarına, kreditorlarla hesablaşmaların həyata
keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş
digər məqsədlərə və (və ya) kooperativ
ödənişlərinin və dividendlərin ödənilməsinə
yönəldilir.
110-2.2.
Kooperativin mənfəəti kooperativin üzvləri
arasında onların pay (mütləq və əlavə)
haqları məbləğinə, habelə kooperativin fəaliyyətində
şəxsi əməyi ilə və (və ya) digər
formada iştirakına uyğun olaraq
bölüşdürülür.
110-2.3. Kooperativ
üzvlərinin ümumi yığıncağı ödənilən
kooperativ ödənişlərinin və dividendlərin
kooperativin mənfəətinin müəyyən miqdarı ilə
məhdudlaşdırılmasını müəyyənləşdirə
bilər.
Maddə 110-3. Kooperativin və
onun üzvlərinin əmlak məsuliyyəti
110-3.1. Kooperativ
öz öhdəliklərinə görə ona məxsus olan əmlakı
ilə cavabdehdir.
110-3.2. Kooperativ
öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar
götürdükləri öhdəliklərinə və bu Məcəllənin
112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla başqa öhdəliklərinə (borclarına) görə
məsuliyyət daşımır.
110-3.3. Kooperativ
yaradıldıqdan sonra ona üzv olan şəxs üzv
olmasından əvvəl kooperativin götürdüyü
öhdəliklərə görə məsuliyyət
daşıyır, bir şərtlə ki, nizamnamədə
ayrı qayda nəzərdə tutulmasın. Kooperativə
üzv olmaq istəyən şəxsə bu barədə
bütün zəruri məlumatlar verilməlidir.
110-3.4.
Kooperativin üzvləri kooperativin öhdəliklərinə
görə subsidiar məsuliyyət daşıyırlar.
Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə
görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin
silinməsi üçün kifayət qədər vəsaitləri
olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü
maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.
Maddə 111. Kooperativdə idarəetmə
111.1. Kooperativin
ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır.
Üzvlərinin sayı əllidən çox olan kooperativdə
onun icra orqanlarının fəaliyyətinə nəzarət
edən müşahidə şurası yaradıla bilər.
Müşahidə şurası üzvlərinin kooperativ
adından fəaliyyət göstərmək ixtiyarı yoxdur.
Kooperativin icra orqanları idarə heyəti və (və ya)
onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi
həyata keçirir, müşahidə şurasına və
kooperativ üzvlərinin ümumi yığıncağına
hesabat verirlər. Kooperativin müşahidə
şurasının və idarə heyətinin üzvləri,
habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən
ola bilər. Müşahidə şurasının və ya
icra orqanının üzvü oxşar kooperativin üzvü
ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə
şurasının üzvü və idarə heyətinin və
ya kooperativin sədri ola bilməz.
111.2. Kooperativin
idarəetmə orqanlarının səlahiyyətləri və
onların qərarlar qəbul etməsi qaydası kooperativin
nizamnaməsi ilə müəyyənləşdirilir.
111.3. Kooperativ
üzvlərinin ümumi yığıncağının
müstəsna səlahiyyətinə
aşağıdakılar aiddir:
111.3.1.
kooperativin nizamnaməsini dəyişdirmək;
111.3.2.
kooperativin müşahidə şurasını yaratmaq və
onun üzvlərinin səlahiyyətlərinə xitam vermək,
habelə kooperativin icra orqanlarını yaratmaq və
onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə
ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun
müşahidə şurasına verilmiş olmasın;
111.3.3. kooperativ
üzvlərini qəbul etmək və çıxarmaq;
111.3.4.
kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri
bölüşdürmək;
111.3.5.
kooperativin yenidən təşkili və ləğvi haqqında
qərar qəbul etmək;
111.3.5-1.
bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə
tutulmuş əqdlərin bağlanması haqqında qərar
qəbul etmək;[180]
111.3.6.
kooperativin nizamnaməsi ilə ümumi
yığıncağın müstəsna səlahiyyətinə
başqa məsələlərin həlli də aid edilə
bilər.
111.4. Kooperativin
ümumi yığıncağının və ya
müşahidə şurasının müstəsna səlahiyyətinə
aid edilmiş məsələləri onlar həll edilmək
üçün kooperativin icra orqanlarına verə bilməzlər.
111.5. Ümumi
yığıncaqda qərarlar qəbul edilərkən
kooperativ üzvünün bir səsi vardır.
111.6. Üzvlərinin
sayı 200-dən çox olan kooperativlərdə kooperativ
üzvlərinin ümumi yığıncağı kooperativin
nizamnaməsinə uyğun olaraq müvəkkillərin
yığıncağı şəklində keçirilə
bilər. Müvəkkillərin sayı kooperativ üzvlərinin
sayı nəzərə alınaraq müəyyənləşdirilir.
Müvəkkillər kooperativin nizamnaməsində,
aşağıdakılar da daxil olmaqla, nəzərdə
tutulmuş qaydada açıq və ya gizli səsvermə yolu
ilə seçilir: müvəkkil seçilən kooperativ
üzvlərinin sayı; müvəkkillərin səlahiyyətlərinin
müddəti; onların seçilmə qaydası. Müvəkkillər
öz səlahiyyətlərini başqa şəxslərə,
o cümlədən kooperativ üzvlərinə verə bilməzlər.
Bu Məcəllənin və kooperativin nizamnaməsinin
kooperativ üzvlərinin ümumi yığıncağı
barədə müddəaları müvəkkillərin
yığıncağına da şamil edilir.[181]
111.7. Kooperativ
üzvlərinin ümumi yığıncağı üzvlərin
(yaxud onların nümayəndələrinin) yarıdan
çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin
yığıncağı seçilmiş müvəkkillərin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
111.8. Kooperativ
üzvlərinin ümumi yığıncağı idarə
heyəti (sədr) tərəfindən ildə bir dəfədən
az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş
müddətlərdə və qaydada, ancaq maliyyə ilinin
başa çatmasından ən geci üç ay keçənədək
çağırılır. Kooperativ üzvlərinin növbədənkənar
ümumi yığıncağı idarə heyətinin (sədrin),
müşahidə şurasının və təftiş
komissiyasının (müfəttişin) təşəbbüsü,
yaxud səs hüququna malik olan üzvlərin azı dörddə
birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən
subyektlərə münasibətdə “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla)
çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar
ümumi yığıncağı idarə heyəti (sədr)
tərəfindən on beş gün müddətində
kooperativin nizamnaməsində müəyyənləşdirilmiş
qaydada çağırılır.[182]
111.9. Kooperativin
müşahidə şurası yaradıldıqda onun üzvlərinin
sayı və səlahiyyət müddəti kooperativ üzvlərinin
ümumi yığıncağı tərəfindən müəyyənləşdirilir.
Müşahidə şurasının iclası zərurət
olduqda, lakin yarım ildə bir dəfədən az olmayaraq
çağırılır. Müşahidə
şurasının iclaslarının keçirilməsi
qaydaları kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.
Nizamnamədə nəzərdə tutulmuş hallarda kooperativ
üzvlərinin ümumi yığıncağı tərəfindən
müşahidə şurası, yaxud onun ayrı-ayrı
üzvləri onların səlahiyyət müddəti bitməzdən
əvvəl geri çağırıla bilər.
111.10.
Kooperativin idarə heyəti və (və ya) onun sədri
kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin
ümumi yığıncaqları arasındakı dövrdə
rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil
edir. Kooperativ üzvlərinin sayı əllidən çox
olduqda kooperativ üzvlərinin ümumi
yığıncağı tərəfindən onun üzvlərindən
kooperativin idarə heyəti seçilir. İdarə heyətinə
rəhbərliyi kooperativ üzvlərinin ümumi
yığıncağı tərəfindən seçilən
(təyin edilən) sədr həyata keçirir. Kooperativin
idarə heyətinin və (və ya) onun sədrinin (təyin
edilməsi), onların səlahiyyətləri və səlahiyyət
müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına
sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti,
habelə vaxtından əvvəl vəzifədən azad edilməsi
(istefa verməsi) əsasları və qaydası kooperativin
nizamnaməsi ilə müəyyənləşdirilir.
111.11. Əgər
idarə heyəti yaradılmışdırsa, nizamnamədə
sədrin və idarə heyətinin səlahiyyətləri (təkbaşına
və kollegial qaydada həyata keçirilən səlahiyyətlər)
ayrıca göstərilməlidir.
111.12.
Kooperativin maliyyə-təsərrüfat fəaliyyətinə
nəzarəti həyata keçirmək məqsədi ilə
kooperativ üzvlərinin ümumi yığıncağı
kooperativ üzvlərinin sayı əllindən çox olduqda
təftiş komissiyası (azı üç nəfərdən
ibarət), kooperativ üzvlərinin sayı əllidən az
olduqda isə müfəttiş seçir.
111.13.
Kooperativin təftiş komissiyası (müfəttişi):
111.13.1. maliyyə-təsərrüfat
ilinin nəticələrinə görə kooperativin maliyyə
vəziyyətini yoxlayır;
111.13.2.
kooperativ üzvlərinin ümumi yığıncağının,
müşahidə şurasının sayı on faizdən
artıq olan üzvlərin tələbi ilə, habelə
öz təşəbbüsü ilə kooperativin maliyyə-təsərrüfat
fəaliyyətini növbədənkənar yoxlayır.
111.14.
Kooperativin təftiş komissiyası (müfəttişi)
yoxlamanın nəticələrinə əsasən kooperativin
idarəetmə orqanlarına rəy təqdim edir.
Müşahidə şurası və ya idarə heyəti (sədr)
yoxlamanın nəticələrinə nizamnamədə nəzərdə
tutulmuş qaydada baxır və müvafiq qərar qəbul
edir. Qərarla razılaşmadıqda təftiş
komissiyası (müfəttiş) kooperativ üzvlərinin
ümumi yığıncağa müraciət edə bilər.
111.15. Nizamnamədə
nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin
ümumi yığıncağı tərəfindən təftiş
komissiyası, yaxud onun ayrı-ayrı üzvləri və ya
müfəttiş səlahiyyət müddəti bitməzdən
əvvəl geri çağırıla bilər.
Maddə 112. Kooperativdə
üzvlüyə xitam verilməsi və payın keçməsi
112.1. Kooperativ
üzvünün kooperativdən çıxmaq ixtiyarı
vardır. Bu halda ona payının dəyəri ödənilməli
və ya payına uyğun əmlak verilməli, habelə
kooperativin nizamnaməsində nəzərdə tutulan digər
ödənişlər verilməlidir. Kooperativin çıxan
üzvünə payın dəyərinin ödənilməsi
və ya başqa əmlakın verilməsi, əgər
kooperativin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata
keçirilir.
112.2. Kooperativin
üzvü kooperativin nizamnaməsi ilə ona həvalə
olunmuş vəzifələri icra etmədikdə və ya
lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi
ilə nəzərdə tutulan başqa hallarda ümumi
yığıncağın qərarı ilə kooperativdən
çıxarıla bilər. Kooperativdən
çıxarılmış kooperativ üzvünün bu Məcəllənin
112.1-ci maddəsinə uyğun olaraq, payını və
kooperativin nizamnaməsində nəzərdə tutulan digər
ödənişləri almaq hüququ vardır.
112.3. Əgər
kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, kooperativin üzvü öz payını və
ya onun bir hissəsini kooperativin digər üzvünə verə
bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü
olmayan fiziki şəxsə verilməsinə yalnız
kooperativin razılığı ilə yol verilir. Belə halda
kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini)
almaqda üstünlük hüququna malikdirlər. Əgər
kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə
tutulan müddət ərzində öz üstünlük
hüququndan istifadə etməzlərsə, pay
üçüncü şəxsə özgəninkiləşdirilə
bilər.
112.4. Kooperativin
üzvü öldükdə onun vərəsələri, əgər
kooperativin nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə
bilərlər. Əks halda kooperativin ölmüş
üzvünün payının dəyəri kooperativ tərəfindən
onun vərəsələrinə ödənilir.
112.5. Kooperativ
üzvünün şəxsi borclarına görə
tutmanın kooperativ üzvünün payına yönəldilməsinə
yalnız həmin borcları ödəmək
üçün onun başqa əmlakı kifayət etmədikdə
kooperativin nizamnaməsi ilə nəzərdə tutulan qaydada
yol verilir. Kooperativ üzvünün borclarına görə
tutma kooperativin bölünməz fondlarına yönəldilə
bilməz.
Maddə 113. Kooperativin yenidən
təşkili və ləğvi
113.1. Kooperativ
onun üzvlərinin ümumi yığıncağının
qərarı ilə könüllü surətdə yenidən
təşkil və ya ləğv edilə bilər.
113.2. Kooperativin
yenidən təşkilinin və ləğvinin başqa əsasları
bu Məcəllə ilə müəyyənləşdirilir.
§3.
Qeyri-kommersiya təşkilatları
Maddə 114. İctimai birliklər
114.1. İctimai
birliyin təsisçilərinin
(iştirakçılarının) ictimai birliyə verdikləri
əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan
onun nizamnaməsində müəyyənləşdirilmiş
məqsədlər üçün istifadə edir.
114.2. İctimai
birliklərin iştirakçıları həmin birliklərin
mülkiyyətinə verdikləri əmlaka, o cümlədən
üzvlük haqlarına hüquqlarını saxlamırlar.
Onlar ictimai birliklərin öhdəlikləri
üçün, ictimai birliklər isə öz
iştirakçılarının öhdəlikləri
üçün məsuliyyət daşımırlar.
114.3. İctimai
birlik ləğv edildikdə onun borclarının
ödənilməsindən sonra qalan əmlakı ictimai
birliyin nizamnaməsində göstərilmiş məqsədlərə,
bu mümkün olmadıqda isə dövlət büdcəsinə
yönəldilir.[183]
114.4. İctimai
birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri
və hüquqi vəziyyəti bu Məcəllə ilə və
qanunvericiliklə müəyyənləşdirilir.
Maddə 115. Fondlar
115.1. Fond
üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin
əmlak haqları əsasında təsis etdikləri, sosial,
xeyriyyə, mədəni, təhsil və ya digər ictimai
faydalı məqsədlər güdən təşkilatdır.[184]
115.1-1. Fond
yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az
olmamalıdır.[185]
115.2. Fondun təsisçilərinin
(təsisçisinin) verdiyi əmlak fondun mülkiyyətidir.
Fond həmin əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş
məqsədlər üçün istifadə edir.
115.3. Fond öz
əmlakından istifadə haqqında hesabatları hər il dərc
etməyə borcludur.
115.4. Təsisçilər
yaratdıqları fondun öhdəlikləri üçün,
fond isə öz təsisçilərinin öhdəlikləri
üçün məsuliyyət daşımır.
115.5. Fondun idarə
edilməsi və onun orqanlarının
formalaşdırılması qaydası fondun təsisçilər
tərəfindən təsdiq edilən nizamnaməsi ilə
müəyyənləşdirilir.
115.6. Fondun
nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində
göstərilmiş məlumatlardan savayı, fondun
"fond" sözü də daxil edilmiş adı, fondun məqsədləri
haqqında məlumatlar; fondun orqanları haqqında, o cümlədən
fondun fəaliyyətinə nəzarət edən himayəçilik
şurası haqqında, fondun vəzifəli şəxslərinin
təyin edilməsi və azad edilməsi qaydası haqqında,
fondun ləğvi zamanı onun əmlakı barəsində sərəncam
verilməsi qaydası haqqında məlumatlar göstərilməlidir.
115.7.
Fondların ayrı-ayrı növlərinin, o cümlədən
xeyriyyə təşkilatlarının xüsusiyyətləri
və hüquqi vəziyyəti bu Məcəllə ilə və
qanunvericiliklə müəyyənləşdirilir.
Maddə 116. Fondun nizamnaməsinin
dəyişdirilməsi və onun ləğv edilməsi
116.1. Fondun
nizamnaməsi fondun orqanları tərəfindən bir şərtlə
dəyişdirilə bilər ki, nizamnamədə onun bu qaydada
dəyişdirilməsi imkanı nəzərdə tutulmuş
olsun. Əgər nizamnamənin dəyişməz şəkildə
saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə
alınması mümkün olmayan nəticələrə səbəb
olarsa, nizamnamədə isə nizamnamənin dəyişdirilməsi
imkanı nəzərdə tutulmazsa və nizamnamə vəkil
edilmiş şəxslər tərəfindən dəyişdirilməzsə,
dəyişikliklər edilməsi hüququ fondun
orqanlarının və ya fondun nizamnaməsi ilə onun fəaliyyətinə
nəzarət etməyə vəkil edilmiş orqanın ərizəsinə
əsasən məhkəməyə mənsubdur.
116.2. Fondun ləğvi
haqqında qərarı maraqlı şəxslərin ərizəsinə
əsasən yalnız məhkəmə qəbul edə bilər.
Fond aşağıdakı hallarda ləğv edilə bilər:
116.2.1. fondun əmlakı
onun məqsədlərinin həyata keçirilməsinə
kifayət etmədikdə və lazımi əmlakın əldə
edilməsi ehtimalı real olmadıqda;
116.2.2. fondun məqsədlərinə
çatmaq mümkün olmadıqda, bu məqsədlər isə
lazımi şəkildə dəyişdirilə bilmədikdə;
116.2.3. öz fəaliyyətində
fond nizamnamədə nəzərdə tutulan məqsədlərdən
yayındıqda;
116.2.4.
qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
116.3. Fond ləğv
edildikdə onun borclarının
ödənilməsindən sonra qalan əmlakı fondun
nizamnaməsində göstərilən məqsədlərə,
bu, mümkün olmadıqda isə dövlət büdcəsinə
yönəldilir.
Maddə 117. Hüquqi şəxslərin
ittifaqları
117.1. Kommersiya təşkilatları
özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi,
habelə ümumi mənafelərin (əmlak mənafeləri
daxil olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən
dövlət və digər orqanlarda, beynəlxalq təşkilatlarda)
məqsədi ilə ittifaqlar yarada bilərlər. Əgər
iştirakçıların qərarı ilə ittifaqa
sahibkarlıq fəaliyyətini həyata keçirmək həvalə
edilirsə, belə ittifaq bu Məcəllə ilə nəzərdə
tutulan qaydada təsərrüfat ortaqlığına və ya
cəmiyyətə çevrilir və ya sahibkarlıq fəaliyyətini
həyata keçirmək üçün təsərrüfat
cəmiyyəti yarada bilər və ya bu cür cəmiyyətdə
iştirak edə bilər.[186]
117.2. Qeyri-kommersiya
təşkilatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi,
habelə ümumi mənafelərinin təmsil və müdafiə
edilməsi məqsədi ilə ittifaqlar yarada bilərlər.
117.3.
İttifaqın iştirakçıları özlərinin
müstəqilliyini və hüquqi şəxs
hüquqlarını saxlayırlar.
117.4.
İttifaqın təsisçilərinin
(iştirakçılarının) ona verdikləri əmlak
ittifaqın mülkiyyətidir. Bu əmlakdan ittifaq onun nizamnaməsində
müəyyənləşdirilmiş məqsədlər
üçün istifadə edir.
117.5. İttifaq
öz iştirakçılarının öhdəlikləri
üçün məsuliyyət daşımır.
İttifaqın iştirakçıları onun öhdəlikləri
üçün nizamnamədə nəzərdə tutulan
miqdarda və qaydada subsidiar məsuliyyət
daşıyırlar.
117.6.
İttifaqın adında onun
iştirakçılarının fəaliyyətinin əsas
predmeti, habelə "ittifaq" sözü göstərilməlidir.
117.7. İttifaq
ləğv edildikdə onun borclarının
ödənilməsindən sonra qalan əmlakı
ittifaqın nizamnaməsində göstərilmiş məqsədlərə,
bu mümkün olmadıqda isə dövlət büdcəsinə
yönəldilir.
117.8.
İttifaqların ayrı-ayrı növlərinin xüsusiyyətləri
və hüquqi vəziyyəti bu Məcəllə ilə və
qanunvericiliklə müəyyənləşdirilir.
Maddə 118. İttifaqın
nizamnaməsi
İttifaqın
nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində
göstərilmiş məlumatlardan savayı, ittifaq
iştirakçılarının verdikləri haqların
miqdarı, tərkibi və verilməsi qaydası, haqq verilməsi
öhdəliyini pozmağa görə onların məsuliyyəti
haqqında, ittifaqın idarəetmə orqanlarının tərkibi
və səlahiyyəti, onların qərarlar qəbul etməsi,
o cümlədən barəsində qərarların yekdilliklə
və ya ittifaq iştirakçılarının şərtləşdirilmiş
səs çoxluğu ilə qəbul olunduğu məsələlərə
dair qərarlar qəbul etməsi qaydası haqqında,
ittifaqın ləğv edildiyi halda onun əmlakı barəsində
sərəncam verilməsi qaydası haqqında məlumatlar
göstərilməlidir.
Maddə 119. İttifaq
iştirakçılarının hüquq və vəzifələri
119.1. Əgər
ittifaqın nizamnaməsində ayrı qayda nəzərdə
tutulmayıbsa, ittifaq iştirakçılarının onun
xidmətlərindən əvəzsiz istifadə etmək
ixtiyarı vardır.
119.2.
İttifaqın iştirakçısı maliyyə ili
qurtardıqda ittifaqdan çıxa bilər. Bu halda o, əgər
ittifaqın nizamnaməsində ayrı müddət nəzərdə
tutulmayıbsa, çıxdığı gündən bir il ərzində
ittifaqın öhdəlikləri üçün öz
haqqına mütənasib subsidiar məsuliyyət
daşıyır. İttifaqın iştirakçısı
ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş
hallarda və qaydada digər iştirakçıların qərarı
ilə ittifaqdan çıxarıla bilər. İttifaqın
çıxarılmış iştirakçısının
məsuliyyəti barəsində ittifaqdan çıxmaya aid
qaydalar tətbiq edilir.
119.3.
İştirakçıların razılığı ilə
ittifaqa yeni iştirakçı daxil ola bilər. İttifaqa
yeni iştirakçının daxil olması ittifaqın o,
daxil olanadək əmələ gəlmiş öhdəlikləri
üçün onun subsidiar məsuliyyəti ilə şərtləndirilə
bilər.
§4. Hüquqi
şəxslərin inventar siyahısı, illik balansı və
auditi – çıxarılmışdır.[187]
§ 5. Hüquqi
şəxslərin dövlət reyestri – çıxarılmışdır.KM1
Üçüncü bölmə
ƏMLAK VƏ ƏŞYA HÜQUQU[188]
5-ci fəsil.
Ümumi müddəalar
§ 1. Əşya
hüququnun əsas anlayışları
Maddə 135. Əşya
hüququnun obyektləri
135.1. Bu Məcəlləyə
uyğun olaraq yalnız fiziki obyektlər əşya
sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.[189]
135.2. Əmlak
istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin
toplusudur.
135.3. Bitkilər
və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti
xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər
qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə,
əşyaların hüquqi vəziyyəti bitkilərə və
heyvanlara da şamil edilir.
135.4.
Əşyalar daşınmaz və daşınar ola bilər.
Torpaq sahələri, yer təki sahələri, ayrıca su
obyektləri, meşələr, çoxillik əkmələr,
binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni
təyinatına tənasübsüz zərər vurulmadan
yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər
daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla
möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya
vahid daşınmaz əşyadır və vahid mülkiyyət
obyektidir.[190]
135.5.
Daşınmaz əşyalara aid edilə bilməyən
bütün əşyalar daşınar əşyalar
sayılır. Başqa şəxslərə verilə bilən
və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən
nəyi isə tələb etmək hüququ vermək
üçün nəzərdə tutulan tələblər və
hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak
nemətləri (tələblər və hüquqlar) ilə
bağlı münasibətlər onların hər birinə
aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq
olaraq tənzimlənir.[191]
135.6.
Əşyalar bölünər və bölünməz ola bilər.
Təyinatı dəyişdirilmədən bölünə
bilməyən və ya qanunun göstərişinə görə
bölünməli olmayan əşyalar bölünməz əşyalardır.
135.7. Başqa əşyalardan
yalnız özlərinə xas əlamətlərə görə
ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz
əşyalar sayılır. Növ əlamətlərinə
görə fərqlənən, dövriyyədə adətən
say, ölçü və ya çəki ilə müəyyənləşdirilən
daşınar əşyalar əvəzedilən əşyalar
sayılır.
135.8. Təyinatı
istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən
ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır.
135.9. Əgər
müxtəlif növlü əşyalar ümumi təyinat
üzrə istifadə edilməsini nəzərdə tutan vahid
tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak)
sayılırlar. Mürəkkəb əmlak barəsində
bağlanmış əqdin qüvvəsi, əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, onun bütün tərkib hissələrinə
şamil edilir.
135.10. Adi anlamda
əşyanın tərkibinə daxil olan və
dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən
ondan ayrıla bilməyən hər şey əşyanın tərkib
hissəsidir. Özbaşına tikinti ilə bağlı
hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi
onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.[192]
135.11. Ümumi
anlamda və ya əsas əşya mülkiyyətçisinin
aydın iradəsinə əsasən təsərrüfatın
daimi aparılması, əsas əşyanın istifadəsi və
ya saxlanması üçün nəzərdə tutulan və
ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın
ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa,
onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti
ayrıldığı halda da saxlanılır. Əgər
ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında
da şamil edilir.
135.12.
Əşyanın verdiyi gəlir, artım və (və ya)
üstünlük əşyanın bəhəridir.
Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir.
Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın
təbii bəhəri də onun mülkiyyətindədir.
Maddə 136. Əşyaların
mülki dövriyyəsi
136.1.
Əşyalar dövriyyədən
çıxarılmayıbsa və ya onların dövriyyəsi
məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi
qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən
təşkili) və ya başqa üsulla əşyalar sərbəst
surətdə özgəninkiləşdirilə və ya bir
şəxsdən başqasına keçə bilər.
136.2. Mülki
dövriyyədə olmasına yol verilməyən əşyalar
(mülki dövriyyədən çıxarılmış əşyalar)
qanunvericilikdə birbaşa göstərilməlidir.
136.3. Yalnız
dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və ya
dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyalar) qanunla müəyyənləşdirilmiş
qaydada təyin edilir.
Maddə 137. Qeyri-maddi əmlak
nemətləri – çıxarılmışdır.[193]
Maddə 138. Əşyaların
və hüquqların yüklülüyü
138.1.
Əşyanın yüklülüyü - qanun və ya əqd
əsasında əşyaya mülkiyyət hüququnun hər
hansı formada məhdudlaşdırılmasıdır.
138.2. Hüququn
yüklülüyü - qanun və ya əqd əsasında
mülki hüquqların və ya tələblərin hər
hansı formada məhdudlaşdırılmasıdır.
§ 2. Əmlak hüquqlarının dövlət
qeydiyyatı
Maddə 139. Daşınar və
daşınmaz əmlaka hüquqların dövlət
qeydiyyatı
139.1. Mülkiyyət
hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu
hüquqların məhdudlaşdırılması, əmələ
gəlməsi, başqasına keçməsi və xitamı
dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət
hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə
daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə
və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə
alınmalıdır.
139.2.
Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə
tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.[194]
139.3.
Daşınmaz əmlaka hüquqların dövlət
qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib
edilən və aparılan daşınmaz əmlakın
dövlət reyestrində həyata keçirilir.[195]
139.4. Məkana
görə daşınmaz əmlak obyektlərinin xüsusi
vasitələrdən istifadə edilmədən yerləşdiyi
yerin müəyyənləşdirilməsini və onların
fərdiləşdirilməsini təmin edən məlumat
bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak
obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən
yerləşdiyi yerin müəyyənləşdirilməsinə
imkan verən ünvan verilir. Ünvan reyestrinin
aparılması və daşınmaz əmlak obyektlərinə
ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir.[196]
Maddə 139-1. Daşınmaz əmlak üzərində
hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1.
Daşınmaz əmlak üzərində hüquqların əmələ
gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının
(yüklülüyünün) və xitam verilməsinin
dövlət qeydiyyatı üçün
aşağıdakılar əsas hesab olunur:
139-1.1.1. qanunla
müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə
orqanları tərəfindən müvafiq olaraq dövlətə
və ya bələdiyyələrə məxsus olan
daşınmaz əmlakın özgəninkiləşdirilməsinə,
icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul
olunmuş aktlar;
139-1.1.2. qanunla
müəyyən edilmiş qaydada
ixtisaslaşdırılmış təşkilatlar tərəfindən
keçirilən açıq hərracın nəticələrinə
dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış
elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən
əldə olunmasına dair protokol;[197]
139-1.1.3.
daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq
edilmiş müqavilələr, vərəsəlik hüququ
haqqında, ər-arvadın ümumi əmlakındakı paya
mülkiyyət hüququ haqqında, yaşayış evlərinin,
mənzillərin açıq hərracdan əldə
olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;[198]
139-1.1.4. qanuni
qüvvəyə minmiş məhkəmə qərarları;
139-1.1.5. 2006-cı il iyulun 6-dək
müvafiq icra hakimiyyəti orqanları tərəfindən
verilmiş daşınmaz əmlak üzərində, o
cümlədən torpaq sahələri, binalar və qurğular,
yaşayış və qeyri-yaşayış sahələri,
fərdi yaşayış və bağ evləri, yer təki
sahələri, sututarları, meşələr və
çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr
üzərində hüquqları təsdiq edən aktlar,
şəhadətnamələr və qeydiyyat vəsiqələri;
[199]
139-1.1.6. mənzil-tikinti
kooperativi binasında yaşayış
(qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti
kooperativi üzvlərinin ümumi
yığıncağının qərarı (qanunvericiliklə
nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
139-1.1.7. 2007-ci
il mayın 22-dək müvafiq icra hakimiyyəti
orqanlarının nəzdində olan bağ təsərrüfatı
idarələri tərəfindən vətəndaşlara
ayrılmış bağ sahələrinə dair verilən
icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv
bağçılıq-yoldaşlıq təsərrüfatının
üzvlərinin siyahısına müvafiq olaraq verilmiş
üzvlük kitabçası və ya üzvlərin
iclasının protokolundan çıxarış; [200]
139-1.1.8.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək
əldə edilmiş və yaranmış daşınmaz əmlak
obyektləri üzərində
hüquqların əldə edilməsini təsdiq edən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən sənədlər.[201]
139-1.1.9. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
qüvvəyə minənədək (2013-cü il yanvarın
1-dək) inşa edilmiş tikililərə dair: [202]
139-1.1.9.1. hündürlüyü 12 metrədək
olan yaşayış evlərinə münasibətdə -
torpaq sahəsi üzərində mülkiyyət, icarə və
ya istifadə hüququnu təsdiq edən sənəd,
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış layihə və ya
yaşayış evinin istismara qəbul aktı;
139-1.1.9.2. çoxmənzilli binalara,
qeyri-yaşayış binalarına və
hündürlüyü 12 metrdən çox olan
yaşayış evlərinə münasibətdə - torpaq
sahəsi üzərində mülkiyyət, icarə və ya
istifadə hüququnu təsdiq edən sənəd, müvafiq
icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış layihə, müvafiq icra
hakimiyyəti orqanının tikilinin inşa edilməsinə
icazə barədə qərarı, istismara qəbul aktı;
139-1.1.10. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən)
sonra inşa edilən tikililərə dair:
139-1.1.10.1. tikintisinə icazə tələb
olunan tikinti obyektləri üçün - torpaq sahəsi
üzərində mülkiyyət, icarə və ya istifadə
hüququnu təsdiq edən sənəd, tikintiyə icazə
verilməsi barədə qərar, tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin
istismarına icazə;
139-1.1.10.2. məlumatlandırma
icraatının tətbiq edildiyi tikinti
obyektləri üçün - torpaq sahəsi
üzərində mülkiyyət, icarə və ya istifadə
hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən
tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan
orqana (quruma) sifarişli poçt göndərişi
ilə və ya bilavasitə məlumat
verilməsini təsdiq edən sənəd; [203]
139-1.1.11. Azərbaycan
Respublikasının Mənzil Məcəlləsi qüvvəyə
minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət
və ya ictimai mənzil fondundan yaşayış sahəsinin
verilməsinə dair müvafiq icra hakimiyyəti
orqanının sərəncamı, order və ya mənzil
kirayəsi müqaviləsi;
139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il
iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən
daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
Maddə 140. Daşınmaz əmlakın
dövlət reyestrinin məzmununun həqiqiliyi və
tamamlığı prezumpsiyası[204]
Reyestrin məzmununun
qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun
həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
Əqd əsasında özgəninkiləşdirənin
adına qeydiyyata alınmış hər hansı bir
hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki
qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə
edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi
hallar istisna olmaqla, həqiqi hesab edilir.
Maddə 141 . Daşınmaz əmlakın
dövlət reyestrində düzəlişin aparılması[205]
141.1. Əgər
daşınmaz əmlakın dövlət reyestrinin məzmunu
torpaq sahəsi üzərində hüquqa və ya həmin
hüququn məhdudlaşdırılmasına dair həqiqi
hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ
qeydə alınmamış və ya hüququ düzgün
qeydə alınmamış şəxs, yaxud mövcud olmayan
yüklənmə haqqında qeydin daxil edilməsi ilə
hüququ pozulmuş şəxs daşınmaz əmlakın
dövlət reyestrində qeyddə düzəlişin
aparılması üçün belə düzəlişlə
hüququna toxunulan şəxsdən razılıq verməsini
tələb edə bilər.
141.2. Bu Məcəllənin
141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə
qarşı etiraz edilə bilər.
141.3.
Daşınmaz əmlakın dövlət reyestrinə etirazla
bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı
və ya reyestrdə düzəlişin aparılması ilə
hüququ toxunulan şəxsin razılığı ilə həyata
keçirilir.
Maddə 142. Daşınmaz əmlakın
qeydiyyatı üçün rüsum – Çıxarılmışdır.[206]
Maddə 143. Daşınmaz əmlakın
dövlət reyestrinin tərtibinə nəzarət – Çıxarılmışdır.[207]
Maddə 144. Daşınmaz əmlakın
dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi
haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi
144.1.
Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə
dair sərəncam verilməsi haqqında müqavilələr
notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə
zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu
cür notarial hərəkəti etməyə hüququ
çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam
verən tərəfin sərəncam hüququnu və
müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin
yanlışlığı üçün məsuliyyət
daşıyır.[208]
144.2. Sərəncam
hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın
dövlət reyestrinə əsasən bu hüquqa malik
olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti
verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də
notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin
qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə
təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri
obyektlərinə dair sərəncam verilməsi haqqında
müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu
cür notarial hərəkəti etməyə hüququ
çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.[209]
144.2-1. Sərəncam verən tərəfin sərəncam
hüququnun və öhdəliklərinin, eləcə də əmlakın
mövcud yüklülüyünün daşınmaz əmlakın
dövlət reyestrində yoxlanılması bu Məcəllənin
148.3-cü maddəsinə uyğun olaraq təmin olunur.[210]
144.3. Daşınmaz əmlak üzərində sərəncam
verilməsinə dair notariat qaydasında təsdiq edilmiş
müqavilənin informasiya sistemləri vasitəsilə real
vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən
ötürülmüş elektron nüsxəsi əsasında
müvafiq hüquqlar daşınmaz əmlakın dövlət
reyestrində dövlət qeydiyyatına alınır. Belə
müqavilə ondan irəli gələn mülkiyyət və
digər əşya hüquqlarının daşınmaz əmlakın
dövlət reyestrində qeydiyyatının aparılması
üçün ərizə hesab olunur.[211]
144.4. Əgər
əldə edən qanuni qüvvəyə minmiş məhkəmə
qərarına və ya ona bərabər olan sənədə,
o cümlədən notariat qaydasında təsdiqləməyə
istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb
olunmur.
144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ
əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə
tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə
payların nisbətini faizlə müəyyənləşdirən
bölünmə planı əsasında bölünə bilər.
Mülkiyyətçi tərəfindən tərtib edilən
belə bölünmə planı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən
sonra mülkiyyətçinin bölünmə nəticəsində
yaranan payların hər birinə mülkiyyət hüququ
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınır.[212]
Maddə 144-1. Tikintisi
başa çatmayan binanın tərkib hissələrinə sərəncam
verilməsinin xüsusiyyətləri[213]
144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə
icazə alınmış, lakin həmin Məcəlləyə
uyğun olaraq istismarına icazə verilməmiş binalar
tikintisi başa çatmayan binalar hesab edilir.
144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib
hissələrdən ibarət binanın tikintisinə icazə
almış mülkiyyətçi tikiləcək binanın tərkib
hissələrinin sayına və sahəsinə mütənasib
olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci
maddəsində nəzərdə tutulmuş qaydada
bölünmə planı əsasında paylara bölə bilər
və bölünmə nəticəsində yaranan payların
hər birinə mülkiyyət hüququnun qeydə
alınmasını tələb edə bilər.
144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib
hissələrdən ibarət binanın tikintisinə icazə
almış şəxs bölünmə planına əsasən
yaranan paylara və tikintisi başa çatmayan binanın həmin
paylara bağlı olan tərkib hissələrinə
bölünmə nəticəsində yaranan payların hər
birinə mülkiyyət hüququ daşınmaz əmlakın
dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam
verə bilər.
144-1.4. Bölünmə planına əsasən
mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və
tikintisi başa çatmayan binanın həmin paylara
bağlı olan tərkib hissələrinə sərəncam
verilməsi haqqında müqavilələr notariat
qaydasında təsdiqlənməli və tərkib hissələri
əldə edən şəxslərin xeyrinə bu Məcəllənin
147-ci maddəsinə uyğun olaraq təminat qeydi
aparılmalıdır.
144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində
nəzərdə tutulan müqavilədə digər müddəalarla
yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı
olduğu payların alqı-satqı şərtləri, təminat
qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin
və torpaq sahəsinə hüquq əldə etmək istəyən
şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə
tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə
tutulan razılıqları, habelə bu Məcəllənin
178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin
yerinə yetirilməsindən sonra torpaq sahəsində
müvafiq paya və tərkib hissəyə mülkiyyət
hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə
keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin
razılığı açıq-aydın ifadə edilməlidir.
144-1.6. Xeyrinə təminat qeydi aparılmış
şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsində müvafiq tərkib hissənin
bağlı olduğu pay ilə əlaqədar
hüquqlarını və öhdəliklərini
yazılı formada sifarişli poçt göndərişi
vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla
notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında
üçüncü şəxsə ötürə bilər.
Müqavilədə digər müddəalarla yanaşı,
hüquqların və öhdəliklərin
ötürüldüyü məqamda mövcud olmuş həcmi
və həmin həcmdə ötürülməsi,
aparılmış təminat qeydində hüquqların və
öhdəliklərin ötürüldüyü
üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin
edilməsinə dair hər iki tərəfin
razılıqları aydın şəkildə ifadə edilməlidir.
Belə hüquqlar və öhdəliklər onların
üçüncü şəxsə
ötürüldüyü məqamda mövcud olmuş həcmdə
və şərtlərlə ötürülməlidir.
Notarius bu müqaviləni təsdiqlədikdən dərhal
sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və
təsdiqlənmiş yazılı formada sifarişli poçt
göndərişi vasitəsilə daşınmaz əmlakın
dövlət reyestrinə, habelə təsdiqlənmiş
yazılı formada sifarişli poçt göndərişi
vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə
göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın
dövlət reyestrində aparılmış təminat qeydində
müvafiq dəyişikliklərin edilməsinə dair ərizə
hesab olunur və həmin müqavilə əsasında
müvafiq qeydiyyat hərəkətləri aparılır.
Maddə 145. Daşınmaz əmlakın
dövlət reyestrində qeydiyyat barəsində ərizə
– Çıxarılmışdır.[214]
Maddə 146. Daşınmaz əmlaka
hüququn əmələ gəlməsi[215]
146.1.
Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun
barəsində əqdin notariat qaydasında təsdiq edildiyi
andan əmələ gəlir (məhkəmə qərarı
və ya digər qanuni qüvvəyə malik olan və barəsində
şikayət verilə bilməyən qərar əsasında
yaranan hüquq istisna olmaqla).
146.2.
Daşınmaz əmlak üzərində sərəncam vermək
hüququ həmin əmlakın daşınmaz əmlakın
dövlət reyestrində ərazilər üzrə
qeydiyyatı tarixindən əmələ gəlir.
146.3.
Daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınmamış daşınmaz əmlak barəsində
müqavilələrin notariat qaydasında təsdiqlənməsinə
yol verilmir və bu cür əmlak barəsində
bağlanmış müqavilələr etibarsız
sayılır.
Məcəllənin
146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka
kreditindən istifadə etməklə əldə olunan
yaşayış sahəsinin üzərində
alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın
dövlət reyestrində qeydiyyata alınanadək həmin
yaşayış sahəsinin alqı-satqısı və
ipotekaya qoyulmasına dair qarışıq müqavilənin
notariat qaydasında təsdiq edilməsi hallarına şamil
edilmir.[216]
146.4.
Daşınmaz əmlaka dair müqavilənin notariat
qaydasında təsdiqlənməsindən sonra notarius
müqavilənin iki nüsxəsini müraciət etmiş
şəxsə verir və ya onun istəyi ilə 2 gün
müddətində müvafiq icra hakimiyyəti orqanına
daşınmaz əmlakın dövlət reyestrində
hüququn qeydiyyata alınması haqqında müraciət
etmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsini
göndərir. Ərizəyə müqavilənin bir nüsxəsi,
hüquqların dövlət qeydiyyatı üçün
qanunla nəzərdə tutulmuş digər əsasları əks
etdirən sənədlər, torpaq sahəsinin planı və
ölçüsü, torpaq sahəsində yerləşən
bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın
(onların tərkib hissələrinin) texniki pasportu,
plan-cizgisi və dövlət rüsumunun ödənilməsi
barədə sənəd əlavə
edilir. Həmin ərizənin surəti müqavilənin
notariat qaydasında təsdiqlənməsi haqqında müraciət
edən şəxsə verilir.[217]
146.5.
Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə
edən şəxs məhkəmə qərarına və ya
digər qanuni qüvvəyə malik olan və barəsində
şikayət verilə bilməyən qərara istinad edirsə,
bu halda ərizəyə həmin qərarın notariat
qaydasında təsdiqlənmiş surəti və
daşınmaz əmlakın texniki göstəricilərini əks
etdirən sənədlər qoşulur.[218]
146.6.
Daşınmaz əmlakın və ya ona dair hüquqların
daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyatı üçün sənədlər natamam olduqda,
mülkiyyətçinin razılığı ilə və
ya məhkəmə qərarı əsasında dövlət
reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. [219]
146.7.
Daşınmaz əmlakın dövlət reyestrində
daşınmaz əmlakın və ya ona dair hüquqların
qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə
aparılır.[220]
146.8. Daşınmaz
əmlaka dair müqavilələrin daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmasına görə
daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən
notarius,
qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti
etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti
daşıyırlar. Daşınmaz əmlakın dövlət
reyestrində daşınmaz əmlaka dair müqavilələrin
qeydiyyatının aparılmaması və ya qeydiyyatın
düzgün olmaması, qeydiyyatın natamam olması ilə
bağlı iddialara görə dövlət reqressant qismində
çıxış edir.[221]
Maddə 147. Torpaq sahəsi barədə
təminat qeydi[222]
147.1. Torpaq sahəsi (üzərindəki tikilmiş və
ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil
olmaqla) ilə bağlı hər hansı hüququn əldə
edilməsinə yönəlmiş tələbləri təmin
etmək məqsədilə daşınmaz əmlakın
dövlət reyestrində torpaq sahəsi barədə təminat
qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın
yerləşdiyi torpaq sahəsində tərkib hissələrin
bağlı olduğu paylarla əlaqədar təminat qeydinin
aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri
nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci
maddəsində müəyyən olunur.
147.2. Təminat qeydinin aparılması
üçün torpaq sahəsinin mülkiyyətçisi ilə
torpaq sahəsinə hüquq əldə etmək istəyən
şəxs arasında notarial formada bağlanılmış
müqavilə tələb olunur. Müqavilədə digər
müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin
öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat
qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə
etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə
öz xeyrinə təminat qeydinin aparılmasına dair
razılıqları, habelə müvafiq tələblər
yerinə yetirildikdən sonra müqavilədən irəli gələn
hüquqların xeyrinə təminat qeydi aparılmış
şəxsə keçməsinə dair torpaq sahəsi
mülkiyyətçisinin razılığı aydın
şəkildə ifadə edilməlidir.
147.3. Təminat qeydi daşınmaz əmlakın
dövlət reyestrində qeydə alındığı
vaxtdan yaranır.
147.4. Torpaq sahəsi barədə daşınmaz əmlakın
dövlət reyestrində aparılmış təminat
qeydinin öz hüquqi qüvvəsini saxladığı
müddətdə həmin torpaq sahəsi barədə
növbəti təminat qeydi aparıla bilməz.
147.5. Daşınmaz əmlakın dövlət
reyestrini aparan orqanın və notariusların torpaq sahəsi
barədə təminat qeydinin aparılması ilə
bağlı hərəkətləri bu Məcəllə,
“Notariat haqqında” və “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının qanunları ilə tənzimlənir.
147.6. Notarius təminat qeydinin aparılması
üçün bağlanılması nəzərdə
tutulan müqavilənin qanunauyğunluğunu müəyyən
etdikdən sonra onu notariat qaydasında təsdiq edib
daşınmaz əmlakın dövlət reyestrinə göndərir
və daşınmaz əmlakın dövlət reyestrində
3 gün ərzində təminat qeydi aparılır.
147.7. Torpaq sahəsi barədə təminat qeydinin
öz hüquqi qüvvəsini saxladığı müddətdə
həmin torpaq sahəsinə və ya ona olan hüquqa dair
bağlanan müqavilələr və (və ya) digər
formada verilən sərəncamlar təminat qeydinin əsası
olmuş tələbin həyata keçirilməsinə təsir
etdiyi və ya mane olduğu hissədə etibarsızdır. Həmin
qayda sərəncamın məcburi icra və ya həbsin
qoyulması qaydasında və ya əmlak
inzibatçısı tərəfindən iflas prosesi
zamanı verildiyi halda da tətbiq edilir.
147.8. Daşınmaz əmlakın dövlət
reyestrində torpaq sahəsi barədə aparılmış təminat
qeydi aşağıdakı hallarda öz hüquqi qüvvəsini
itirir:
147.8.1. xeyrinə təminat qeydi aparılmış
şəxsin bu Məcəllənin 147.2-ci maddəsində nəzərdə
tutulan müqavilədən irəli gələn
hüquqları bu Məcəlləyə uyğun olaraq
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alındıqda;
147.8.2. bu Məcəllənin 147.2-ci maddəsində nəzərdə
tutulan müqavilə bu Məcəllənin 421-424-cü maddələrinə
uyğun olaraq ləğv edildikdə;
147.8.3. aparılmış təminat qeydində bu Məcəllənin
144-1.6-cı maddəsində nəzərdə tutulan
müqavilə əsasında hüquqların və öhdəliklərin
ötürüldüyü üçüncü şəxsin
xeyrinə müvafiq dəyişikliklər edildikdə.
147.9. Torpaq sahəsinin (üzərindəki tikilmiş
və ya tikintisi başa çatmayan tikinti obyektləri də
daxil olmaqla) əldə edilməsi üçün bu Məcəllənin
147.2-ci maddəsinə uyğun olaraq bağlanılan
müqavilədə xeyrinə təminat qeydi aparılan şəxsin
ipoteka kreditindən istifadə etmək imkanı müəyyən
edildiyi halda, şəxs həmin torpaq sahəsinin əldə
edilməsinin maliyyələşdirilməsi məqsədi ilə
ipoteka müqaviləsi bağlaya bilər. Həmin ipoteka
yalnız ipoteka predmeti olan torpaq sahəsinin (üzərindəki
tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri
də daxil olmaqla) əldə edilməsinin maliyyələşdirilməsi
üçün istifadə olunan kreditin təminatına xidmət
edə bilər.
Maddə 148. Daşınmaz əmlakın
dövlət reyestrinin açıqlığı
148.1.
Daşınmaz əmlakın təsviri, dövlət
qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən
arayış qanunla müəyyən edilmiş qaydada hüquq
sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə,
hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında
vərəsəlik hüququ olan şəxslərə və
qanunla nəzərdə tutulmuş səlahiyyətlərin
yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət
orqanlarına və bələdiyyələrə verilir.[223]
148.2.
Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə
əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka
başqa hüquqlar əldə etmiş hər bir şəxsin
bu hüquqları müdafiə edilməlidir.
148.2-1. Hüquq sahibinin istəyi ilə
“Elektron hökumət” portalında yerləşdirilmiş
daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış əsasında daşınmaz əmlak
üzərində sərəncam verildiyi hallarda
çıxarış notarius və ya qanunla müəyyən
edilmiş hallarda bu cür notarial hərəkəti etməyə
hüququ çatan digər vəzifəli şəxslər tərəfindən
daşınmaz əmlakın dövlət reyestrindən
elektron informasiya sistemləri vasitəsi ilə “Notariat
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq real vaxt rejimində əldə edilir.[224]
148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin
aparılması ilə bağlı daşınmaz əmlakın
dövlət reyestrindən daşınmaz əmlaka dair
çıxarışın, həmin əmlakın təsvirinin,
bu əmlak üzərində qeydiyyata alınmış
hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair məlumatların notarius və
ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti
etməyə hüququ çatan digər vəzifəli şəxslər
tərəfindən əldə edilməsini, habelə
daşınmaz əmlak barəsində aparılmış
notariat hərəkətinin nəticəsi olaraq tərtib və
(və ya) təsdiq edilmiş və həmin əmlak barəsində
qeydiyyatın aparılması üçün əsas hesab
edilən sənədin təsdiqləndikdən dərhal sonra
elektron formada daşınmaz əmlakın dövlət
reyestrinə ötürülməsini təmin etmək məqsədilə
notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda
bu cür notarial hərəkəti etməyə hüququ
çatan digər vəzifəli şəxslərlə
daşınmaz əmlakın dövlət reyestri arasında
elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində
məlumat və sənəd mübadiləsi imkanı, onların
həmin sistemlər vasitəsilə daşınmaz əmlakın
dövlət reyestrinə birbaşa çıxışı
təmin olunmalıdır.[225]
148.4. İpoteka qoyulan daşınmaz əmlakla
bağlı məlumatların əldə edilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Mərkəzi
Bankı, maliyyə bazarlarına nəzarət orqanı,
ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının
informasiya sistemləri ilə daşınmaz əmlakın
dövlət reyestri arasında əlaqə yaradılır.[226]
Maddə 149. Daşınmaz əmlaka
hüquqların əsassız qeydə alınması
149.1. Çıxarılmışdır.[227]
149.2. Əgər
daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa
və ya əgər düzgün qeydiyyat əsassız
çıxarılmışsa və ya dəyişdirilmişsə,
bunun nəticəsində daşınmaz əmlaka olan
hüquqlarına toxunulmuş istənilən şəxs
qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi
haqqında iddia qaldıra bilər. Bunun nəticəsində
vurulmuş zərərin əvəzinin ödənilməsi
üçün tələblər irəli sürülməsi
istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin
qeydiyyatla əlaqədar əldə etdikləri
hüquqları saxlanılır.
Maddə 150. Məhv olmuş
daşınmaz əmlakın qeydiyyatının ləğvi
150.1. Əgər
daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində
onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə,
maraqlı şəxs məhkəmə qaydasında
qeydiyatın ləğvini tələb edə bilər.
Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın
dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsi tərəfindən
təsdiqlənməlidir.[228]
150.2. İstənilən
maraqlı şəxs qeydiyyatın ləğvi barəsində
bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə
şikayət edə bilər.
Maddə
151. Daşınmaz əmlakın
dövlət reyestrində düzəliş[229]
151.1. Daşınmaz əmlakın
dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti
orqanı maraqlı şəxslərin yazılı
razılığı olmadan yalnız qanuni qüvvəyə
minmiş məhkəmə qərarına əsasən reyestrdə
dəyişiklik edə bilər.
151.2. Sadə səhvlər və texniki
xətalar xidməti qaydada düzəldilir.
6-cı fəsil.
Mülkiyyət hüququnun ümumi müddəaları
Maddə 152. Mülkiyyət
hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət
hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz
istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair
sərəncam vermək üzrə dövlət tərəfindən
tanınan və qorunan hüququdur.
152.2. Sahiblik
hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata
keçirməyin hüquqi cəhətdən təmin
edilmiş imkanıdır.
152.3. İstifadə
hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii
xassələrini hasil etməyin, habelə ondan fayda
götürməyin hüquqi cəhətdən təmin
edilmiş imkanıdır. İstifadədən fayda gəlir,
artım, bəhər, törəmə şəklində və
başqa formalarda ola bilər.
152.4. Sərəncam
hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını
təyin etməyin hüquqi cəhətdən təmin
edilmiş imkanıdır.
152.5. Mülkiyyətçi
qanunda və ya müqavilədə
müəyyən edilən məhdudiyyətlər nəzərə
alınmaqla müəyyənləşdirilmiş hədlərdə
əmlaka (əşyaya) sərbəst surətdə sahib ola
bilər, ondan istifadə edə bilər və ona dair sərəncam
verə bilər, həmin əmlaka başqa şəxslərin
sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak
barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri
edə bilər, bir şərtlə ki, həmin hərəkətlər
qonşuların və ya üçüncü şəxslərin
hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə
olmasın.[230]
152.6.
Hüquqdan sui-istifadə mülkiyyətdən
başqalarına ziyan vuran şəkildə istifadədir; bu
zaman mülkiyyətçinin mənafe üstünlüyü
dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin
zəruriliyi əsaslı deyildir.
152.7. İstifadə
hüququna şəxsin öz əşyasından istifadə
etməməsi imkanı da daxildir. Əgər əşyanın
tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai
mənafelərə qəsd edirsə, istifadə və ya
qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə
bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin
vəzifələri özü icra etmək və ya müvafiq
muzd müqabilində əşyanı başqa şəxslərin
istifadəsinə vermək vəzifəsi qoyula bilər.
152.8. Mülkiyyətçi
öz əmlakını başqa şəxsin etibarnaməli
idarəçiliyinə (etibarnaməli idarəçi) verə
bilər. Əmlakın etibarnaməli idarəçiliyə
verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə
keçməsinə səbəb olmur; o, əmlakı
mülkiyyətçinin və ya mülkiyyətçinin
göstərdiyi üçüncü şəxsin mənafeyi
naminə idarə etməlidir.
152.9.
Əşyaya mülkiyyət hüququ həmin əşyanın
mühüm tərkib hissələrinə də şamil
edilir.
152.10.
Əmlakın təsadüfən məhv olması və ya təsadüfən
zədələnməsi riski, əgər bu Məcəllədə
və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, mülkiyyətçisinin üzərinə
düşür.
152.11. Əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi
ona mənsub əmlakın saxlanması yükünü
daşıyır.
Maddə 153. Mülkiyyət
hüququnun subyektləri
153.1.
Bütün növlərdən olan daşınar və
daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri
hüquqi və fiziki şəxslər, bələdiyyələr
və Azərbaycan Respublikası ola bilər.
153.2.
Qanunvericiliklə yalnız dövlət mülkiyyətində
və ya bələdiyyələrin mülkiyyətində ola
bilən əmlak növləri müəyyənləşdirilir.
153.3.
Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində,
Azərbaycan Respublikasının və ya bələdiyyələrin
mülkiyyətində olmasından asılı olaraq əmlaka
mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və
ona dair sərəncam hüququnun əldə edilməsi və
ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla
müəyyənləşdirilə bilər.
153.4.
Bütün mülkiyyətçilərin hüquqları eyni
bərabərdə müdafiə edilir.
Maddə 154. Fiziki və
hüquqi şəxslərin mülkiyyət hüququ
154.1.
Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə
mənsub ola bilməyən əmlakın ayrı-ayrı
növləri istisna edilməklə, fiziki və hüquqi
şəxslərin mülkiyyətində istənilən əmlak
ola bilər.
154.2. Bu Məcəllənin
6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər
üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin
müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və
hüquqi şəxslərin mülkiyyətində olan əmlakın
miqdarı və dəyəri məhdudlaşdırılmır.
154.3. Kommersiya və
qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin
(iştirakçılarının, üzvlərinin) maya və
ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin
hüquqi şəxslərin başqa əsaslar üzrə əldə
etdikləri əmlakın mülkiyyətçiləridir.
Maddə 155. Dövlət
mülkiyyəti hüququ
155.1. Azərbaycan
Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak
dövlət mülkiyyətidir.
155.2. Fiziki,
hüquqi şəxslərin və ya bələdiyyələrin
mülkiyyətində olmayan torpaq və digər təbii
ehtiyatlar dövlət mülkiyyətidir.
155.3. Dövlət
büdcəsinin vəsaiti Azərbaycan Respublikasının
mülkiyyətidir.
155.4. Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət
öz mülkiyyətində olan əmlakı fiziki və
hüquqi şəxslərin mülkiyyətinə verə bilər.
Maddə 156. Bələdiyyələrin
mülkiyyət hüququ
156.1. Bələdiyyələrə
mülkiyyət hüququ ilə mənsub olan əmlak
onların mülkiyyətidir.
156.2. Yerli
büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir.
Maddə 157. Mülkiyyətin
müdafiəsi
157.1. Mülkiyyətçinin
mülkiyyət hüququnun tanınmasını tələb
etmək ixtiyarı vardır.
157.2. Mülkiyyətçi
özgəsinin qanunsuz sahibliyindən öz əmlakını
geri tələb edə bilər.
157.3. Çıxarılmışdır. [231]
157.4. Əgər
mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı
götürmədən və ya ondan məhrum etmədən
törədilirsə, mülkiyyətçi qəsd edəndən
bu hərəkətlərə son qoymağı tələb
edə bilər. Bu cür hərəkətlər davam
etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə
son qoyulmasını məhkəmə vasitəsilə tələb
edə bilər.
157.5. Mülkiyyətçi
özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb
edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz
olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız
sahib), əmlakın onda olduğu bütün vaxt ərzində
onun götürdüyü və ya götürməli olduğu
bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin
ödənilməsini də tələb edə bilər;
vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz
olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın
qaytarılmasına dair mülkiyyətçinin iddiası
üzrə məhkəmə bildirişini aldığı
vaxtdan götürdüyü və ya götürməli
olduğu bütün gəlirlərin qaytarılmasını
və ya əvəzinin ödənilməsini tələb edə
bilər. Bundan başqa vicdansız sahib əmlakın
mülkiyyətçisinə əmlakın onda olması ilə
bağlı bütün zərərin əvəzini ödəməlidir.
Vicdanlı sahib isə əvəzi ödənilərkən
yoxa çıxan və ya zərər çəkən əmlakın,
o cümlədən əmlakdan gəlir
götürdüyünə görə zərərin əvəzini
ödəməyə borclu deyildir.[232]
157.6. İstər
vicdanlı sahib, istərsə də vicdansız sahib isə
öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə
düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri
məsrəflərin əvəzinin ödənilməsini
mülkiyyətçidən tələb edə bilər.
157.7.
Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan
ayrıla bilən öz
yaxşılaşdırmalarını özündə saxlaya
bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq
mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən
artıq olmamaq şərti ilə, onu
yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin
əvəzinin ödənilməsini tələb edə bilər.
157.8. Mülkiyyətçi
hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə
və ya müqavilədə nəzərdə tutulan əsasla
əmlaka sahiblik edən şəxsə də mənsubdur.
157.9. Dövlət
ehtiyacları tələb etdikdə, dövlət tərəfindən
mülkiyyət yalnız “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş
hallarda dövlət əhəmiyyətli yolların və digər
kommunikasiya xətlərinin çəkilməsi və
quraşdırılması, sərhədboyu zolaqda dövlət
sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
müdafiə və təhlükəsizlik əhəmiyyətli
obyektlərin tikilməsi, dövlət əhəmiyyətli
dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi
ilə alınır.[233]
Maddə 158. Mülkiyyətçi
olmayan şəxslərin hüquqları
158.1. Mülkiyyət
hüququ ilə yanaşı aşağıdakılar da əmlak
hüquqları sayılır:
158.1.1. girov
hüququ;
158.1.2. əmlakdan
istifadə hüququ;
158.1.3. servitutlar.
158.2. Əmlak
hüquqları həmin əmlakın mülkiyyətçisi
olmayan şəxslərə də mənsub ola bilər.
158.3. Əmlaka
mülkiyyət hüququnun başqa şəxsə keçməsi
həmin əmlaka olan digər əmlak hüquqlarının
xitamına səbəb olmur, bu şərtlə ki, əldə
edən şəxs əmlakın yüklülüyünün
olmamasına münasibətdə vicdanlı olsun.[234]
158.4. Mülkiyyətçi
olmayan şəxsin əmlak hüquqları istənilən
şəxs, o cümlədən mülkiyyətçi tərəfindən
pozulmaqdan müdafiə edilir.
7-ci fəsil.
Sahiblik hüququ
Maddə 159. Əşyaya
sahiblik
Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə
edilir.
Maddə 160. Vasitəsiz və
vasitəli sahiblik
Əgər
sahib əşyanı məhdud əşya və ya şəxsi
sahiblik hüququnun həyata keçirilməsi
üçün kiməsə vermişsə, onların hər
ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz
sahibdir.
Maddə 161. Özgə əşyasının
sahibi və öz əşyasının sahibi
Əşyanın
mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan
öz əşyasının sahibidir, əşyanın hər
hansı başqa sahibi özgə əşyasının
sahibidir.
Maddə 162. Sahibliyin müvəqqəti
kəsilməsi
Əşyaya
faktik sahib olmağa mahiyyətcə müvəqqəti
iqtidarsızlıq və ya imkansızlıq əşyaya
sahibliyi ləğv etmir.
Maddə 163. Sahibliyin verilməsi
163.1. Sahiblik əşyanın
özünün verilməsi ilə verilir. Əvvəlki
sahibin iradəsi ilə əldə edən əşyaya faktik
sahibliyi həyata keçirməyə qadir olduqda verilmə
baş tutur.
163.2. Əgər
üçüncü şəxs və ya özgəninkiləşdirən
özü xüsusi hüquq münasibətləri əsasında
əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya
verilmədən də əldə edilə bilər. Sahibliyin
bu cür verilməsi üçüncü şəxs
üçün yalnız özgəninkiləşdirən
ona bu barədə bildiriş verdikdə etibarlı olur.
Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə
verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla
əldə edənə verməkdən də imtina edə bilər.
163.3. Fraxtverənə
və ya anbara verilmiş mallar üçün onları təmsil
edən order sənədi verildikdə bu sənədin verilməsi
malın özünün verilməsi sayılır. Əgər
həm order sənədini vicdanlı əldə edən, həm
də malı vicdanlı əldə edən varsa, sonuncuya
üstünlük verilir.
Maddə 164. Sahibliyin müdafiəsi
164.1. Sahibin iradəsi
olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan
edilmiş özbaşınalıq sayılır. Hər bir
sahibin qadağan edilmiş özbaşınalıqdan
müdafiə üçün güc işlətmək
ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə
almaqla, əsassız güc hərəkətlərindən
çəkinməlidir.
164.2. Sahiblikdən
məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin
qaytarılmasını tələb edə bilər. Sahiblikdən
məhrumetmə faktik sahib və ya onun hüquq sələfi
barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən
əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
Maddə 165. Sahibliyin
pozulması
165.1. Sahiblik
qadağan edilmiş özbaşınalıq yolu ilə
pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə
bilər. Pozuntuların davam edəcəyindən ehtiyat
olunduqda sahib onlara son qoyulması üçün iddia verə
bilər. Pozucu və ya onun hüquq sələfi
üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən
əvvəlki ildə əldə edildikdə bu cür iddia
istisna edilir.
165.2. Qadağan
edilmiş özbaşınalıq üzrə iddiaya yalnız
o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum
olmasından dərhal sonra əşyanın
qaytarılmasını və ya pozuntunun aradan
qaldırılmasını tələb etsin. İddia müddəti,
hətta qəsd və təqsirkar sahibə sonralar da məlum
olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq
bir il təşkil edir.
Maddə 166. Mülkiyyətin
sahiblik əsasında ehtimal edilməsi
166.1.
Daşınar əşyanın sahibi haqqında ehtimal edilir
ki, o əşyaya mülkiyyətçi hüququ ilə
sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında
ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi
olmuşdur.
166.2.
Daşınar əşyanın mülkiyyətçisi olmaq
istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya
kimdən arxayın alınmışdırsa, həmin şəxsin
mülkiyyətindədir. Sahiblik hüququ
olmadığını bilən və ya bilməli olan sahib
vicdansız sahibdir. Daşınar əşya üzərində
məhdud əşya hüququna və ya şəxsi hüquqa
iddia edən daşınar əşya sahibinin bu cür
hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı
aldığı şəxsin bu cür hüququ olduğunu
ehtimal edə bilməz.
166.3. Yalnız
o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun
və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir
ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmasından irəli
gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən
özbaşına məhrumedilmə və ya sahibliyin
pozulması barədə iddia verə bilər.
Maddə 167. Vicdansız sahibin əşyanı
qaytarmaq vəzifəsi –
Çıxarılmışdır.[235]
Maddə 168. Vicdanlı sahibin mülkiyyətçi
qarşısında məsuliyyətinin olmaması –
Çıxarılmışdır.[236]
8-ci fəsil.
Mülkiyyət hüququnun məhdudlaşdırılması
Maddə 169. Mülkiyyət
hüququnun məhdudlaşdırılmasının ümumi
müddəaları
169.1. Bu Məcəllədə
müəyyənləşdirilmiş hallarda mülkiyyət
hüququ məhdudlaşdırıla bilər.
169.2. Hər bir
daşınmaz əmlak mülkiyyətçisi, əgər
quyuların qazılması, drenaj, qaz və başqa
boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin
çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən
qətiyyən mümkün deyildirsə və ya hədsiz
yüksək məsrəflər hesabına
mümkündürsə, bununla əlaqədar dəyən zərərin
əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə
həmin tədbirlərin həyata keçirilməsinə
icazə verməlidir.
169.3.
Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin
ədalətlə nəzərə alınması hüququna
malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər
fövqəladə hallar əsas verirsə, o, tələb edə
bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə
torpaq sahəsi tam əvəzi ödənilməklə ondan
ayrılsın.
169.4. Əgər
şərait dəyişərsə, mülkiyyətçi xəttin
onun mənafeyinə uyğun çəkilməsini tələb
edə bilər. Çəkilmənin dəyərini
ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi
halların əsas verdiyi yerlərdə dəyərin
ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid
edilə bilər.
Maddə 170. Qonşuluq
hüququ
170.1. İkitərəfli
təsirlərin törəyə biləcəyi hər bir
torpaq sahəsi və ya digər daşınmaz əmlak
qonşunun sahəsi və ya əmlakı sayılır.
170.2. Qonşu
torpaq sahələrinin və ya digər daşınmaz əmlakın
mülkiyyətçiləri, qanunda nəzərdə
tutulmuş hüquq və vəzifələrindən əlavə,
bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
Öz mülkiyyət hüququnu həyata keçirən hər
kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz
təsirlərdən çəkinməlidir. Xüsusən,
işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün
və ya titrəyişlərin bütün ziyanlı və
torpaq sahələrinin mövqeyinə və
xarakteristikasına görə qanunsuz təsirləri
qadağandır.
170.3. Heç kəsə
icazə verilmir ki, suyun təbii axımını qonşunun
ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi
üçün zəruri olan su yuxarı torpaq sahəsi
üçün zəruri olan həcmdə axıdıla bilər.
Su axıdılarkən aşağıda yerləşən
torpaq sahəsinin mülkiyyətçisi əvvəllər
ona təbii yolla gəlmiş suyu kompensasiyasız
götürməlidir. Əgər suyun buraxılması nəticəsində
ona ziyan dəyirsə, tələb edə bilər ki,
yuxarıdakı mülkiyyətçi öz hesabına
aşağı torpaq sahəsindən nov çəksin.
170.4. Bir
neçə torpaq sahəsindən axan tullantı və
yeraltı suların istiqamətini dəyişdirərək və
ya onları qarışdıraraq başqa torpaq sahələrində
suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək
yolverilməzdir.
Maddə 171. Qonşu təsirinə
dözmək vəzifəsi
171.1. Torpaq sahəsinin
və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,
əgər öz sahəsindən istifadə etməkdə ona
maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz
dərəcədə pozulursa, qonşu sahədən
qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün,
istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin
öz sahəsinə təsirini qadağan edə bilməz.
171.2. Təsirin
əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən
və ya başqa daşınmaz əmlakdan adi istifadədən
törəndiyi və istifadəçilərin həmin
növü üçün normal təsərrüfat fəaliyyəti
sayılan tədbirlərlə qarşısı alına bilmədiyi
hallarda da eyni qayda qüvvədə olur.
171.3. Əgər
mülkiyyətçi bu cür təsirə dözməyə
borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin
və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən,
təsirin həmin ərazi üçün təsdiq edilən
adi istifadədən və iqtisadi cəhətdən yol verilən
hədlərdən yüksək olduğu hallarda pul
formasında müvafiq kompensasiya tələb edə bilər.
Maddə 172. Mülkiyyətçinin
qazıntılar və tikinti işləri ilə vurduğu
ziyan
172.1.
Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə
icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə
kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə
məruz qoysun və ya həmin sahələrdəki
qurğuları zədələsin.
172.2. Torpaq sahəsinin
mülkiyyətçisi özünün torpaq sahəsindən
istifadə hüququna yolverilməz şəkildə qəsd
edən belə qurğuların qonşu sahədə tikilməsinin
və ya istismarının qadağan olunmasını tələb
edə bilər.
172.3. Əgər
torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı
qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa,
həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar
edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya
etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir.
Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli
və bundan sonra onu hər il ödəməlidir.
172.4.
Qonşuluq hüququnun göstərişlərini pozan binalara
çıxıntılı binalar haqqında qaydalar tətbiq
edilir.
Maddə 173.
Çıxıntılı binalar
173.1. Başqa
daşınmaz əmlaka keçən
çıxıntıları olan binalar və digər
qurğular yerləşdikləri daşınmaz əmlakın
tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin
əmlakın mülkiyyətçisi onlara əşya
hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı
etirazını bildirə bilər, ya da bununla barışaraq
ağlabatan əvəz ödənilməsini tələb edə
bilər.
173.2. Üst
tikiliyə hüquq daşınmaz əmlakın dövlət
reyestrində servitut kimi qeydə alına bilər.
173.3. Əgər
üst tikili əsassızdırsa və hüququna
toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz
etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin
haqq qazandırdığı hallarda, ağlabatan əvəz
ödənilməklə, üst tikiliyə əşya
hüququ və ya torpağa mülkiyyət hüququ verilə
bilər.
173.4. Əgər
qonşu sahədən binanın uçub torpaq sahəsinə
tökülməsi təhlükəsi varsa, mülkiyyətçi
qonşudan həmin təhlükənin
qarşısının alınması üçün
lazımi tədbirlər görməyi tələb edə bilər.
Maddə 174.
Çıxıntılı bitkilər
174.1. Əgər
çıxıntılı budaqlar və uzanan köklər
qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti
ilə ağlabatan müddətdə aradan qaldırılmazsa,
o, həmin budaqları və kökləri kəsib
özündə saxlaya bilər.
174.2. Ağac və
ya kol meyvəsi qonşunun torpaq sahəsinə
düşdükdə həmin torpaq sahəsinin meyvəsi
sayılır.
174.3. Əgər
mülkiyyətçi tikililər və üst tikililər
olan torpaq sahələrində çıxıntılı
budaqların olmasına yol verirsə, həmin budaqlarda
yetişən meyvələrə onun hüququ çatır.
Bu göstərişlər meşə torpaq sahələrinə
şamil edilmir.
Maddə 175. Özgənin sahibliyində
olan sahədən zəruri yol və keçid
175.1. Əgər
torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən
ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə
keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular
ona tam əvəzi ödənilməklə zəruri
keçid ayırsınlar. Tələb ilk növbədə o
qonşuya qarşı yönəldilir ki, mülkiyyət və
keçid münasibətləri ilə əlaqədar
keçid verilməsinin ondan tələb edilməsi daha
yolveriləndir; daha sonra tələb keçidin daha az zərər
vurduğu qonşulara yönəldilir. Zəruri keçid
müəyyənləşdirilərkən
qarşılıqlı mənafelər nəzərə
alınmalıdır.
175.2. Sahələrindən
zəruri yol və ya birləşdirici xətt keçəcək
qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər
arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik
ödəniş şəklində verilə bilər.
175.3. Əgər
torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri
mülkiyyətçinin özbaşına hərəkətləri
nəticəsində ləğv edilərsə, zəruri yola
və ya birləşdirici xəttə dözmək vəzifəsi
əmələ gəlmir.
Maddə 176. Torpaq sahələrinin
hasarlanması və mərzlənməsi
176.1. Hasarlama xərclərini
hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi
çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə
və ya sərhəd kimi istifadə edilən başqa
qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki,
torpaq sahələrinin mülkiyyətçiləri həmin
qurğudan istifadə etməkdə bərabər hüquqlara
malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə
mütənasib surətdə ödəməlidirlər.
Əgər hər iki qonşunun sərhəd kimi istifadə
edilən qurğudan birlikdə yararlanmağa haqqı
çatırsa, onlardan hər biri qurğudan elə istifadə
edə bilər ki, birgə istifadə zamanı qonşuya
maneçilik yaranmasın.
176.2. Torpaq sahəsinin
mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən
möhkəm ayırıcı mərz çəkilməsində
və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş
mərzin bərpasında iştirak etməyi tələb edə
bilər. Mərz çəkilməsi xərcləri, iki
qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
onların arasında bərabər bölünür. Nə qədər
ki qonşulardan biri mərz qurğusunun olmasında
maraqlıdır, həmin mərz onun razılığı
olmadan uçurula və ya dəyişdirilə bilməz.
176.3. Əgər
dəqiq sərhədləri müəyyənləşdirmək
mümkün deyildirsə, mərz çəkilməsi
üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət
daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək
mümkün olmadıqda, mübahisəli ərazi sahələr
arasında bərabər bölüşdürülür.
Əgər belə bölgü ədalətsiz nəticələr
doğurarsa, tərəflərdən birinin ərizəsi ilə
sərhədi məhkəmə müəyyənləşdirir.
Maddə 177. İtmiş
heyvanlar və əşyalar
Əgər təbii
fəlakət və ya təsadüfi hadisələr nəticəsində
əşyalar özgə torpaq sahəsinə düşərsə
və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə
keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi
ixtiyarlı şəxsin onların arxasınca gəlib
onları götürməsinə icazə verməlidir. Bu
zaman dəyən zərər üçün o, əvəz
ödənilməsini tələb edə bilər və bununla
əlaqədar həmin əşyaları saxlamaq hüququna
malikdir.
9-cu fəsil.
Mülkİyyət hüququnun əldə edİlməsİ
və İtİrİlməsİ
§ 1.
Daşınmaz əşyalara mülkiyyət hüququnun əldə
edilməsi
Maddə 178. Daşınmaz əmlaka
mülkiyyət hüququnun əldə edilməsi
178.1.
Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş
əsaslarla onun verilməsinin
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alındığı andan əldə edənə keçir.
Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində
mülkiyyət hüququnun dövlət reyestrində qeydə
alınmadan başqa şəxsə keçməsi
mümkündürsə, onda şəxs bu barədə
dövlət reyestrinə məlumat verməlidir.[237]
178.2. Yeni
yaranmış daşınmaz əmlaka mülkiyyət
hüququ onun daşınmaz əmlakın dövlət
reyestrində qeydə alındığı andan əmələ
gəlir.[238]
178.3. Əgər
daşqın, torpağın səpələnməsi və ya
yerdəyişməsi, çayın yatağının və
ya səviyyəsinin dəyişməsi nəticəsində,
yaxud başqa şəkildə yeni ərazi meydana gəlmişsə,
o, bitişik torpaq sahəsində birləşdirilir.
178.4.
Torpağın bir torpaq sahəsindən digərinə yerdəyişməsi
sahələrin hüdudlarının dəyişməsinə
səbəb olmur.
178.5. Əgər
daşınmaz əmlakın dövlət reyestrində əsassız
qeydə alınmış mülkiyyətçi qeydəalmanın
əsassız olduğunu bilməyərək, torpaq sahəsinə
10 il ərzində fasiləsiz və etirazsız sahiblik
etmişsə, həmin şəxs bu torpaq sahəsinin
mülkiyyətçisi sayılır.[239]
178.6. Əgər
şəxs daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınmamış daşınmaz əmlaka faktik
mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz
və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi
kimi qeydə alınmasını tələb edə bilər.
Eyni şərtlərlə bu hüquq həmçinin o
daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun
mülkiyyətçisi daşınmaz əmlakın dövlət
reyestrindən bəlli olmasın və ya 30 il əvvəl
ölmüş və ya mülkiyyətin sahiblik müddətinə
görə əldə edilməsi müddətinin əvvəlində
xəbərsiz itkin düşmüş elan olunsun. Lakin
qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən
və ya rədd edildikdən sonra yalnız məhkəmənin
qərarı ilə aparılmalıdır.
178.7. Sahibsiz
daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə
yararsız torpaqlar, məsələn, qayalar, yüksək
dağlar və onlardan çağlayan bulaqlar, habelə
faydalı qazıntılar dövlətə mənsubdur.
178.8. Tikintisi başa çatmayan binanın tərkib
hissəsini əldə etmək istəyən şəxslə
binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi
(satıcı) arasında bu Məcəllənin 39-cu fəsli
ilə nəzərdə tutulan podrat münasibətləri əmələ
gəlir və belə münasibətlərdə torpaq sahəsinin
mülkiyyətçisi (satıcı) podratçı,
tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə
etmək istəyən şəxs isə sifarişçi
hesab edilir. Bu zaman digər öhdəliklərlə
yanaşı, satıcı (podratçı) bu Məcəllənin
144-1.4-cü maddəsində nəzərdə tutulan
müqavilədə müəyyənləşdirilən
müddətdə binanın tikintisini başa
çatdırmaq və istismarına icazə almaq, tərkib
hissəni əldə etmək istəyən şəxs (sifarişçi)
isə razılaşdırılmış məbləği
hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi
daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsinin mülkiyyətçisinin
(satıcının, podratçının) və (və ya) həmin
binanın tərkib hissəsini əldə etmək istəyən
şəxsin dəyişməsi onlar arasında yaranan
münasibətlərə bu Məcəllənin 39-cu fəslində
nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini
istisna etməməlidir.[240]
Maddə 179. Əldə etmə
müddətiKM3
179.1. Çıxarılmışdır.[241]
179.2.
Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan
şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka
sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə
birləşdirə bilər.
179.3. Əmlaka
öz əmlakı kimi sahiblik edən şəxs əldə
etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka
mülkiyyət hüququnu əldə edənə qədər
öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və
bu Məcəllədə və ya müqavilədə nəzərdə
tutulmuş digər əsasa görə ona sahiblik
hüquqları olmayan üçüncü şəxslərdən
müdafiə etmək hüququna malikdir.
179.4. Əldə
etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı
əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət
hüququ bu hüququn daşınmaz əmlakın dövlət
reyestrində qeydə alındığı andan əmələ
gəlir.
Maddə 180. Özbaşına
tikinti və onun nəticələri
180.1. Tikinti məqsədləri
üçün ayrılmayan torpaq sahəsində və ya buna
lazımi icazələr almadan və ya şəhərsalma və
tikinti normalarını və qaydalarını ciddi surətdə
pozmaqla tikilmiş yaşayış evi, digər tikili,
qurğu və ya başqa daşınmaz əmlak
özbaşına tikinti sayılır.
180.2.
Özbaşına tikinti aparmış şəxs ona
mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair
sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə
vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
180.3.
Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə
tərəfindən o şəxs üçün tanına
bilər ki, tikinti aparılmış torpaq sahəsi onun
mülkiyyətində olsun. Əgər tikintinin saxlanması
digər şəxslərin hüquqlarını və qanunla
qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin
həyatı və sağlamlığı üçün təhlükə
yaradırsa, göstərilən şəxsin
özbaşına tikintiyə mülkiyyət hüququ
tanına bilməz.
180.4. Tikinti məqsədləri
üçün ayrılmayan torpaq sahəsində və ya
buna lazımi icazələr almadan və ya şəhərsalma
və tikinti normalarım və qaydalarını ciddi surətdə
pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti
orqanlarının və ya maraqlı tərəfin müraciəti
üzrə qəbul edilmiş məhkəmənin qərarı
əsasında sökülə bilər.[242]
§ 2. Daşınar əşyalara mülkiyyət
hüququnun əldə edilməsi
Maddə 181. Daşınar əşyalara
mülkiyyət hüququnun əldə edilməsi əsasları
181.1.
Daşınar əşyaya mülkiyyət hüququnun əldə
edənə verilməsi üçün mülkiyyətçi
əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
181.2.
Əşyanın verilməsi bunlardır: əşyanın əldə
edənin birbaşa sahibliyinə verilməsi, əşyaya
dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu
zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi
qala bilər; mülkiyyətçinin üçüncü
şəxsdən sahibliyi tələb etmək hüququnu əldə
edənə verməsi.
181.3. Şəxsin
qanunvericiliyin tələblərinə əməl etməklə
özü üçün hazırladığı və ya
yaratdığı yeni əmlaka mülkiyyət hüququnu
onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində
götürülən bəhərə, məhsula və gəlirə
mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində
nəzərdə tutulan əsaslarla əldə edilir.
181.4. Mülkiyyətçisi
olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən
alğı-satqı, dəyişdirmə, bağışlama
müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə
dair digər əqd əsasında əldə edilə bilər.
Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya
öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya
mülkiyyət hüququ əldə edir (əldə etmə
müddəti). Əgər əldə edən əşyaya
vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın
ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın
əldə edilməsi yolverilməzdir.[243]
181.5. Çıxarılmışdır.[244]
181.6. Hüquqi
şəxs yenidən təşkil edildikdə, ona mənsub
olmuş əmlaka mülkiyyət hüququ yenidən təşkil
edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi
şəxsə (hüquqi şəxslərə) keçir.
181.7. Bu Məcəllədə
nəzərdə tutulmuş hallarda və qaydada şəxs
mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi
məlum olmayan əmlaka və ya mülkiyyətçisinin
imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər
əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka
mülkiyyət hüququ əldə edə bilər.
181.8. Çıxarılmışdır.[245]
Maddə 182. Vicdanlı əldə
edən
182.1.
Əşyanı özgəninkiləşdirənin onun
mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə
vicdanlı əldə edən olduğu hallarda da əldə
edən əşyanın mülkiyyətçisi olur. Əgər
əldə edən özgəninkiləşdirənin
mülkiyyətçi olmadığını bilirmişsə
və ya bilməli idisə, vicdanlı əldə edən
sayılmır. Vicdanlılıq faktı əşya verilənə
qədər mövcud olmalıdır.
182.2.
Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı
itirmişsə, əşya ondan oğurlanmışsa və
ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun
sahibliyindən çıxmışsa, yaxud əldə edən
onu əvəzsiz almışsa, həmin əşyanı əldə
edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər
auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara
tətbiq olunmur.[246]
Maddə 183. Mülkiyyətin
qiymətli kağızlar vasitəsi ilə verilməsi
Mülkiyyətin
əldə edənə keçməsi üçün əşyanın
verilməsi əvəzinə qiymətli kağız verilməsi
məcburidirsə, qiymətli kağıza mülkiyyət hüququ əldə
edildiyi andan əşyaya mülkiyyət əldə edənə
keçmiş sayılır.[247]
Maddə 184. Sahibsiz
daşınar əşyaya mülkiyyətin əldə edilməsi
184.1. Əgər
sahibsiz daşınar əşyanın mənimsənilməsi
bu Məcəllə ilə qadağan edilməmişsə və
ya onu mənimsəmək hüququna malik olmuş başqa
şəxsin hüquqlarını pozmursa, şəxs həmin
əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət
hüququ əldə edir.
184.2. Əgər
daşınar əşyanın mülkiyyətçisi
yoxdursa və ya məlum deyildirsə və ya keçmiş
mülkiyyətçisi mülkiyyətdən imtina edərək
əşyaya sahibliyə xitam verirsə, daşınar əşya
sahibsiz sayılır.
Maddə 185. Mülkiyyətçinin
imtina etdiyi daşınar əşya
185.1. Mülkiyyət
hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin
atdığı və ya digər şəkildə əl
çəkdiyi daşınar əşyanı (atılmış
əmlakı) başqa şəxslər öz mülkiyyətinə
yönəldə bilər.
185.2. Mülkiyyətində,
sahibliyində və ya istifadəsində torpaq sahəsi,
sututar və ya başqa obyekt olan şəxs, əgər orada
dəyəri əlli beş manatdan aşkar aşağı
olan atılmış əmlak və ya atılmış metal
qırıntıları, zay məhsul, faydalı
qazıntıların çıxarılması zamanı əmələ
gələn təpəciklər, istehsal tullantıları və
başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə
başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini
göstərən digər hərəkətlər etməklə,
onu öz mülkiyyətinə yönəltmək hüququna
malikdir.[248]
185.3.
Atılmış başqa əmlak ona sahibliyə
başlamış şəxsin mülkiyyətinə o zaman
daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə
məhkəmə tərəfindən sahibsiz hesab edilir.
Maddə 186. Tapıntı
186.1.
İtirilmiş əşyanı tapan şəxs
tapıntı barədə onu itirmiş şəxsə, onun
mülkiyyətçisinə, səlahiyyətli şəxsə
və ya əgər mülkiyyətçi məlum deyilsə,
polisə dərhal xəbər verməli və həmin əşyanı
verməlidir.
186.2.
Əşyanı tapan şəxsə mülkiyyətçinin
məlum olduğu və ya mülkiyyətçinin əşyaya
hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı
tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir
illik müddət keçdikdən sonra tapıntıya
mülkiyyət hüququ əldə edir. Mülkiyyət
hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya
bütün başqa hüquqlara xitam verilir.
186.3. Səlahiyyətli
şəxs tapılmış əşyanı qəbul edirsə,
onu tapan şəxs tapılmış əşyanın dəyərinin
beş faizinədək miqdarda bəxşiş tələb edə
bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli
şəxsdən həmin əşyanın saxlanması xərclərinin
əvəzini ödəməyi də tələb edə bilər.
Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə
və ya onu gizlətməyə cəhd göstərmişsə,
bəxşiş almaq hüququ əmələ gəlmir.
186.4.
Əşyanı tapan şəxs mülkiyyətdən imtina
edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı
auksionda sataraq fayda götürə bilər və ya söhbət
azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə
bilər və ya məhv edə bilər.
186.5. Əgər
tapıntı heyvan və ya tez xarab olan əşyadırsa,
yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa,
bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi
nəticəsində əldə edilmiş məbləğ
mülkiyyətçiyə qaytarılır.
Maddə 187. Dəfinə
187.1. Dəfinə,
yəni torpağa basdırılmış və ya başqa
üsulla gizlədilmiş pul və ya digər əşya
bunların mülkiyyətçisini müəyyənləşdirmək
mümkün olmadıqda, dəfinənin gizlədildiyi əmlakın
(torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə
dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə,
həm də, əgər onların razılaşması ilə
ayrı qayda müəyyənləşdirilməyibsə, bərabər
paylar şəklində daxil olur.
187.2. Dəfinə
onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın
mülkiyyətçisinin razılığı olmadan
qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən
aşkar edildikdə, həmin torpaq sahəsinin və ya digər
əmlakın mülkiyyətçisinə verilməlidir.
187.3. Aşkar
edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə
aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə
verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin
və ya digər əmlakın mülkiyyətçisi və
dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin
dəyərinin əlli faizi miqdarında bəxşiş almaq
hüququna malikdirlər. Bu şəxslərin
razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
bəxşiş onların arasında bərabər
bölünür.
187.4. Belə dəfinə
onun gizlədildiyi əmlakın mülkiyyətçisinin
razılığı olmadan qazıntı aparan və ya sərvət
axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş
bütünlüklə əmlakın mülkiyyətçisinə
verilir.
187.5. Bu maddənin
qaydaları dəfinə aşkar etmək üçün
qazıntı və axtarış aparılması əmək
və ya qulluq vəzifələrinə aid olan şəxslərə
tətbiq edilmir.
Maddə 188. Emal
188.1. Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, şəxsin özünə mənsub olmayan
materialların emalı yolu ilə hazırladığı
yeni daşınar əmlaka mülkiyyət hüququnu
materialların mülkiyyətçisi əldə edir.
Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli
dərəcədə yüksək olduqda, yeni əmlaka
mülkiyyət hüququnu vicdanla hərəkət edərək,
materialları özü üçün emal etmiş şəxs
əldə edir.
188.2. Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, özünün materiallarından hazırlanmış
əmlaka mülkiyyət hüququ əldə edən
mülkiyyətçi emalın dəyərini emal edən
şəxsə ödəməlidir.[249]
188.3.
Materialları emal etmiş şəxsin vicdansız hərəkətləri
nəticəsində onları itirən materialların
mülkiyyətçisi yeni əmlakın öz mülkiyyətinə
verilməsini və ona vurulan zərərin əvəzinin
ödənilməsini tələb edə bilər.
Maddə 189.
Yığılması hamıya müyəssər olan əmlakın
mülkiyyətə götürülməsi
Qanunvericiliyə,
mülkiyyətçinin verdiyi ümumi icazəyə və ya
yerli adətə uyğun olaraq meşələrdə,
sututarlarda və ya başqa ərazidə giləmeyvə
yığılmasına, balıq tutulmasına, heyvan ovuna və
ya hamıya müyəssər olan digər əmlakın
yığılmasına yol verildiyi hallarda müvafiq əmlaka
mülkiyyət hüququnu onu yığan və ya ovlayan şəxs
əldə edir.
Maddə 190. Torpaq sahəsinin tərkib
hissəsinə mülkiyyətin əldə edilməsi
Daşınar əşyanın
torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin
sahənin tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin
135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin
mülkiyyətçisi eyni zamanda həmin əşyanın
da mülkiyyətçisi olur.
Maddə 191. Birləşmə
nəticəsində yaranan əşyaya birgə mülkiyyət
191.1.
Daşınar əşyaların bir-birinə
bağlılığı nəticəsində onlar yeni vahid əşyanın
tərkib hissələrinə çevrildikdə və ya
daşınar əşyalar birləşdikdə, onların əvvəlki
sahibləri bu yeni əşyanın mülkiyyətçiləri
olurlar. Paylar həmin əşyaların birləşməzdən
əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir.
191.2.
Əşyalardan biri, bərqərar olmuş rəyə
görə, baş əşya sayılırsa, onun mülkiyyətçisi
həmin əşyanın ləvazimatına da mülkiyyət
əldə edir.
Maddə 191-1 . Yeni mülkiyyətçiyə
qarşı zərərin əvəzinin ödənilməsi
tələbi[250]
191-1.1. Bu Məcəllənin
188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq
olaraq mülkiyyətini itirən və ya hüquqları
başqa qaydada pozulan şəxs mülkiyyətçi
olmuş şəxsdən zərərin əvəzinin ödənilməsini
tələb edə bilər. Əvvəlki vəziyyətin bərpa
olunması tələbi yolverilməzdir.
191-1.2. Əgər
yeni mülkiyyətçi əşyanı əvəzli
müqavilə əsasında üçüncü şəxsdən
əldə edibsə, bu Məcəllənin 191-1.1-ci maddəsində
nəzərdə tutulmuş tələb əmələ gəlmir.
Maddə 192. Nəzarətsiz heyvanlar
192.1. Nəzarətsiz
və ya otlamağa buraxılmış mal-qaranı və ya
digər nəzarətsiz heyvanları tutan şəxs
onları mülkiyyətçisinə qaytarmalıdır,
heyvanların mülkiyyətçisi və ya onun olduğu yer
bilinmədikdə isə, onları tutduğu andan ən geci
üç gün keçənədək aşkar etdiyi
heyvanlar barədə polisə xəbər verməlidir; polis
mülkiyyətçinin axtarılması üçün tədbirlər
görməlidir.
192.2.
Heyvanları tutan şəxs mülkiyyətçinin
axtarıldığı müddətdə onları
özündə saxlaya və istifadə edə bilər, yaxud
saxlanmaq və istifadə üçün başqa şəxsə
verə bilər. Nəzarətsiz heyvanları tutan şəxsin
xahişi ilə polis onları saxlamaq üçün
lazımi şəraiti olan şəxsi axtarır və
heyvanları ona verir.
192.3. Nəzarətsiz
heyvanları tutan şəxs, habelə saxlanmaq və istifadə
üçün onların verildiyi şəxs heyvanları
lazımi qaydada saxlamalıdırlar. Həmin şəxslər
heyvanların tələf olmasında və ya azarlamasında təqsirli
olduqda, onların dəyəri həddində məsuliyyət
daşıyırlar.
192.4. Nəzarətsiz
ev heyvanlarının tutulması barədə xəbər
verildiyi gündən altı ay müddətində onların
mülkiyyətçisi aşkar edilməzsə və ya
özü onlara hüququnu bildirməzsə, heyvanları
saxlayan və onlardan istifadə edən şəxs onlara
mülkiyyət hüququ əldə edir. Həmin şəxs
saxladığı heyvanları mülkiyyətə
götürməkdən imtina etdikdə, onlar dövlət
mülkiyyətinə daxil olur.
192.5. Heyvanlar
başqa şəxsin mülkiyyətinə keçdikdən
sonra onların əvvəlki mülkiyyətçisi gəldikdə,
əgər həmin heyvanların ona
bağlılığını saxladığını
sübut edən hallar olarsa, yeni mülkiyyətçi ilə
razılaşma əsasında müəyyənləşdirilən
şərtlərlə, razılaşma əldə edilmədikdə
isə məhkəmə yolu ilə heyvanların
qaytarılmasını tələb edə bilər.
192.6. Nəzarətsiz
heyvanlar mülkiyyətçisinə qaytarıldıqda,
onları saxlamış şəxs, heyvanlardan istifadə nəticəsində
götürdüyü mənfəəti çıxmaq şərti
ilə, onların saxlanması ilə bağlı çəkdiyi
zəruri xərclərin əvəzinin heyvanların
mülkiyyətçisi tərəfindən ödənilməsi
hüququna malikdir. Nəzarətsiz heyvanları tutmuş şəxs
bu Məcəllənin 186.3-cü maddəsinə uyğun
olaraq bəxşiş hüququna malikdir.
§ 3. Hüquqlara və tələblərə
mülkiyyət hüququnun əldə edilməsi
Maddə 193. Hüquqlara və tələblərə
mülkiyyət hüququnun əldə edilməsi
anlayışı
193.1. Güzəşt
edilməsi və ya girov qoyulması mümkün olan tələbi
və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə
verə bilər. Tələblər və hüquqlar yeni şəxsə
köhnə sahibində olduğu vəziyyətdə
keçir.
193.2. Əvvəlki
sahib tələblərə və hüquqlara aid öz sərəncamında
olan bütün sənədləri və həmin tələblərdən
və hüquqlardan istifadə üçün zəruri olan
bütün məlumatı yeni sahibə verməlidir.
193.3. Əvvəlki
sahib tələb əsasında bu hüququn və tələbin
güzəşti barədə lazımınca təsdiqlənmiş
sənədi də əldə edənə verməlidir. Bu sənədin
təsdiqlənməsi üçün zəruri xərclər
yeni sahibin üzərinə qoyulur.
Maddə 194. Tələbin
güzəşti
194.1. Tələb
sahibi (kreditor) borclunun razılığı olmadan tələbi
üçüncü şəxsə güzəşt edə
bilər (tələbin güzəşti), bu şərtlə
ki, həmin güzəşt öhdəliyin mahiyyətinə,
onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə
zidd olmasın. Güzəştin yolverilməzliyi barədə
borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi
olduqda mümkündür.
194.2. Tələbin
güzəşti tələbin sahibi ilə
üçüncü şəxs arasında bağlanan
müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini
üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq tələbin
sahibi ilə borclu arasında bağlanmış müqaviləyə
dəyişiklik edilməsi tələb olunmur.[251]
194.3. Kreditorun
şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin,
o cümlədən alimentlər haqqında və həyata və
ya sağlamlığa vurulan zərərin əvəzinin
ödənilməsi haqqında tələblərin güzəşt
edilməsinə yol verilmir.[252]
194.4. Sadə
yazılı və ya notarial formada bağlanmış əqdə
əsaslanan tələbin güzəşti müvafiq
yazılı formada həyata keçirilməlidir.[253]
194.5. Adlı sənədli qiymətli kağız,
habelə daşınmaz əmlak üzərində ipoteka
hüququnu təsbit edən ipoteka kağızı ilə
bağlı tələbin güzəşti həmin qiymətli
kağızlar üzrə indossament yolu ilə həyata
keçirilir.[254]
Maddə 195. Tələbin
güzəşti zamanı borclunun vəzifələri
Tələbin
güzəşti barədə borcluya məlumat verilənə
qədər o, tələbin ilk sahibi qarşısında
öhdəliklərini icra edə bilər.
Maddə 196 . Kreditorun başqa
şəxsə güzəşt edilən tələblərinin
həcmi[255]
Əgər bu Məcəllədə
və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora
hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə
və şərtlərlə keçir. Xüsusilə,
öhdəliyin icrasını təmin edən hüquqlar,
habelə tələblə bağlı olan digər
hüquqlar, o cümlədən ödənilməmiş faizlərə
hüquq yeni kreditora keçir. Tələb güzəşt
edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə
ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni
kreditor məcburi icra və müflisolma halı
üçün tələblə bağlı
üstünlük hüququnu həyata keçirə bilər.
Maddə 197. Tələb sahiblərinin
növbəliyi
Əgər tələb
sahibi eyni tələbin güzəşti barədə bir
neçə şəxslə şərtləşərsə,
“Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanununda başqa
hal nəzərdə tutulmayıbsa, tələb onun sahibinin daha əvvəl
münasibətlər yaratdığı şəxsə
keçir. Bunu müəyyənləşdirmək
mümkün olmadıqda, tələb, haqqında borcluya daha əvvəl
məlumat verilmiş şəxsə keçir. Eyni qayda gələcəkdə
yaranan tələblərə də şamil edilir.[256]
Maddə 198 . Yeni kreditorun tələblərinin
sübutu[257]
198.1. Borclu yeni
kreditora öhdəliyi tələbin həmin şəxsə
keçdiyinə dair sübutlar ona təqdim edilənədək
icra etməyə bilər.
198.2. Tələbi
başqa şəxsə güzəşt etmiş kreditor ona tələb
hüququnu təsdiqləyən sənədləri təqdim
etməyə və tələbin həyata keçirilməsi
üçün əhəmiyyət daşıyan məlumatları
bildirməyə borcludur.
Maddə 199 . Yeni kreditorun tələblərinə
qarşı borclunun etirazları[258]
199.1. Borclu
öhdəlik üzrə tələblərin yeni kreditora
güzəşt edildiyi barədə bildirişi
aldığı məqamda ilkin kreditora qarşı malik
olduğu etirazları yeni kreditorun tələbinə
qarşı irəli sürə bilər.
199.2. Əgər
borclu borc öhdəliyi barədə sənəd vermişsə,
borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin
güzəşti zamanı o, yeni kreditor qarşısında
buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə
girməsi və onların təsdiqi yalnız
görüntü yaratmaq üçün edilmişdir və
ya ilkin kreditorla razılaşmaya görə güzəşt
istisna edilmişdir, amma güzəşt zamanı yeni kreditorun
işin təfsilatını bildiyi və ya bilməli
olduğu hallar istisna təşkil edir.
Maddə 200. Yeni borclunun vəzifələri
– çıxarılmışdır.[259]
Maddə 201. Borc keçirildikdə təminat
vasitələrinə xitam verilməsi – çıxarılmışdır.[260]
Maddə 202. Qanuna, məhkəmənin və
ya digər səlahiyyətli dövlət orqanının qərarına
əsasən tələbin güzəşti
Hüquqlara və
tələblərə mülkiyyət hüququnun əldə
edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər
səlahiyyətli dövlət orqanının qərarına əsasən
həyata keçirilən tələbin güzəştinə
də müvafiq surətdə tətbiq olunur.
§ 4. Mülkiyyət hüququnun itirilməsi
Maddə 203. Mülkiyyət
hüququnun itirilməsi növləri
203.1.
Daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyat yazısı ləğv edildikdə, habelə
daşınmaz əmlak tamamilə məhv olduqda,
daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
203.2.
Daşınar əşyanın mülkiyyətçisi
mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv
olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya
mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin
itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya
mülkiyyət hüququ itirilir.
203.3.
Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata
keçirilən aşağıdakı tədbirlərdən
başqa, əmlakın mülkiyyətçidən məcburi
alınmasına yol verilmir:
203.3.1. öhdəliklər
üzrə tutmanın əmlaka yönəldilməsi;
203.3.2. qanuna
görə həmin şəxsə mənsub ola bilməyən
əmlakın özgəninkiləşdirilməsi;
203.3.3. sahənin
alınması ilə əlaqədar daşınmaz əmlakın
özgəninkiləşdirilməsi;
203.3.4. təsərrüfatsızcasına
saxlanan mədəni sərvətlərin satın
alınması;
203.3.5.
rekvizisiya;
203.3.6.
müsadirə.
203.4. Dövlət
mülkiyyətində olan əmlak özəlləşdirmə
haqqında qanunvericilikdə nəzərdə tutulmuş
qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə
özgəninkiləşdirilir.
203.5. Fiziki və
hüquqi şəxslərin mülkiyyətində olan əmlakın
dövlətin və cəmiyyətin ehtiyacları
üçün özgəninkiləşdirilməsi Azərbaycan
Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə
əsasən həyata keçirilir.
Maddə 204. Mülkiyyət
hüququndan imtina
204.1.
Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya
digər hüquqdan imtina edilməsi üçün
ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə
ərizəsi və həmin ərizənin daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınması zəruridir.
Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya
digər hüquqdan imtina haqqında ərizə bu barədə
daşınmaz əmlakın dövlət reyestrində qeyd
yazıldıqdan sonra məcburi qüvvə alır.
204.2.
Daşınar əmlaka mülkiyyət hüququndan və ya
digər hüquqdan imtina üçün mülkiyyətçi
bu barədə yazılı elan verməli və ya həmin əmlaka
hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka
sahiblik etməkdən, ondan istifadə etməkdən və ona
dair sərəncam verməkdən kənarlaşmasını
aşkar göstərən başqa hərəkətləri
yerinə yetirməlidir.
Maddə 205. Mülkiyyətçinin
öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi
205.1. Mülkiyyətçinin
öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi
yolu ilə əmlakın alınması, müqavilədə
tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə
tutulmayıbsa, “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən
həyata keçirilir.[261]
205.2.
Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin
mülkiyyət hüququna, alınmış əmlakın
keçdiyi şəxsin həmin əmlaka mülkiyyət
hüququnun yarandığı andan xitam verilir.
Maddə 206. Şəxsin ona mənsub
ola bilməyən əmlaka mülkiyyət hüququna xitam
verilməsi
206.1. Əgər
qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə
qanunla ona mənsub ola bilməyən əmlak
düşmüşsə, həmin əmlakı mülkiyyətçi,
qanunla ayrı müddət müəyyənləşdirilməyibsə,
əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi
andan bir il ərzində özgəninkiləşdirməlidir.
206.2. Mülkiyyətçi
əmlakı bu Məcəllənin 206.1-ci maddəsində
göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə,
belə əmlak, onun xarakterini və təyinatını nəzərə
almaqla, dövlət orqanının ərizəsi üzrə
məhkəmənin çıxardığı qərara əsasən
məcburi satılaraq satış pulu keçmiş
mülkiyyətçiyə verilməli və ya dövlət
mülkiyyətinə verilərək dəyəri
keçmiş mülkiyyətçiyə ödənilməlidir.
Bu zaman əmlakın özgəninkiləşdirilməsinə
çəkilən xərclər çıxılır.
206.3. Əgər
qanunun yol verdiyi əsaslara görə fiziki və ya hüquqi
şəxsin mülkiyyətinə əldə edilməsinə
xüsusi icazə tələb olunan və mülkiyyətçiyə
belə icazənin verilməsindən imtina edilən əmlak
düşərsə, bu əmlak həmin mülkiyyətçiyə
mənsub ola bilməyən əmlak üçün müəyyənləşdirilmiş
qaydada özgəninkiləşdirilməlidir.
Maddə 207. Torpaq sahəsinin
alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın
özgəninkiləşdirilməsi
207.1. Torpaq sahəsində
olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka
mülkiyyət hüququna xitam verilmədən həmin sahənin
dövlət ehtiyacları üçün
alınmasının mümkün olmadığı hallarda
dövlət bu əmlakı satınalma yolu ilə ala bilər.[262]
207.2. Çıxarılmışdır.[263]
Maddə 208. Təsərrüfatsızcasına
saxlanan mədəni sərvətlərin satın alınması
208.1. Qanuna
uyğun olaraq xüsusilə qiymətli və dövlət tərəfindən
qorunan sərvətlər sırasına daxil edilmiş mədəni
sərvətlərin mülkiyyətçisi həmin sərvətləri
təsərrüfatsızcasına saxlayırsa, bu isə
onların öz əhəmiyyətini itirəcəyi qorxusunu törədirsə,
belə sərvətlər məhkəmənin qərarına
əsasən dövlət tərəfindən satınalma yolu
ilə mülkiyyətçidən alına bilər.
208.2. Mədəni
sərvətlər satın alınarkən onların dəyəri
mülkiyyətçiyə tərəflərin
razılaşması ilə, mübahisə olduqda isə məhkəmə
tərəfindən müəyyənləşdirilmiş
miqdarda ödənilir.
Maddə 209. Rekvizisiya
209.1. Təbii fəlakətlər,
texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə
xarakter daşıyan digər hallarda müvafiq dövlət
orqanlarının qərarı ilə mülkiyyətçidən
əmlak qanunla müəyyənləşdirilmiş qaydada və
şərtlərlə, dəyəri mülkiyyətçiyə
ödənilməklə cəmiyyətin mənafeləri
üçün alına bilər (rekvizisiya).
209.2.
Əmlakı rekvizisiya edilmiş şəxs rekvizisiya
üçün əsas götürülmüş
halların təsiri qurtardıqda, əmlakından qalanın
qaytarılmasını məhkəmə yolu ilə tələb
edə bilər.
Maddə 210. Mülkiyyət
hüququna qanun üzrə xitam verilməsinin nəticələri
Mülkiyyət
hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul
edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə
dəyən zərərin əvəzi, o cümlədən əmlakın
dəyəri dövlət tərəfindən ödənilir.
Zərərin əvəzinin ödənilməsinə dair
mübahisələri məhkəmə həll edir.
Maddə 211. Mülkiyyət
hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi
Mülkiyyət
hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən
qiymətləndirilir.
Maddə 212. Müsadirə
Müsadirə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş hallarda məhkəmə qərarı
ilə əmlakın məcburi qaydada və əvəzsiz
olaraq dövlət nəfinə alınmasıdır.[264]
10-cu fəsil.
Mülkiyyət hüququnun
xüsusi növləri
§ 1. Ümumi mülkiyyət
Maddə 213. Ümumi mülkiyyət
anlayışı və onun əmələ gəlməsi əsasları
213.1. İki və
ya bir neçə şəxsin mülkiyyətində olan əşya
onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
213.2.
Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin
hər birinin payı müəyyənləşdirilməklə
(paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən
(birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
213.3.
Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin
əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə
tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
213.4. Ümumi
mülkiyyət təyinatı dəyişdirilmədən
bölünə bilməyən əşyanın
(bölünməz əşya) və ya bu Məcəlləyə
görə bölünməli olmayan əşyanın iki və
ya bir neçə şəxsin mülkiyyətinə daxil
olması zamanı yaranır. Bölünən əşyaya
ümumi mülkiyyət bu Məcəllədə və ya
müqavilədə nəzərdə tutulmuş hallarda
yaranır.
213.5. Birgə
mülkiyyət iştirakçılarının
razılaşması ilə, razılaşma əldə edilmədikdə
isə məhkəmənin qərarına əsasən
ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti
müəyyənləşdirilə bilər.
213.6. Ümumi
mülkiyyətin hər bir mülkiyyətçisi ümumi
mülkiyyətdə olan əşya barəsində
üçüncü şəxslərə qarşı tələblər
irəli sürə bilər. Ümumi mülkiyyətin hər
bir mülkiyyətçisi əmlakı yalnız bütün
mülkiyyətçilərin xeyrinə tələb edə
bilər.
213.7. Ümumi
mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə
razılaşma əsasında mülkiyyətçilərdən
birinin xeyrinə və mənafeyi üçün girov qoyula
bilər və ya başqa şəkildə yüklü edilə
bilər.
213.8. Ümumi mülkiyyətdə
olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri,
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin
üzərinə bərabər şəkildə qoyulur.
Maddə 214. Paylı ümumi
mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi
214.1. Əgər
paylı mülkiyyət mülkiyyətçilərinin
payları bu Məcəlləyə əsasən təyin edilə
bilmirsə və bütün mülkiyyətçilərin
razılaşması ilə müəyyənləşdirilməyibsə,
paylar bərabər sayılır.
214.2. Paylı
mülkiyyətin bütün mülkiyyətçilərinin
razılaşması ilə, ümumi mülkiyyətin
yaradılmasına və artırılmasına onlardan hər
birinin qoyduğu mayadan asılı olaraq, onların
paylarının müəyyənləşdirilməsi və
dəyişdirilməsi qaydası təyin edilə bilər.
214.3. Paylı
mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən
istifadənin müəyyənləşdirilmiş
qaydasına əməl etməklə öz hesabına bu əmlakı
yaxşılaşdıran əlavələr etmişsə və
həmin əlavələr əmlakdan ayrıla bilməzsə,
ümumi mülkiyyət hüququnda öz payının
müvafiq surətdə artırılması hüququna
malikdir.
214.4. Paylı
mülkiyyət mülkiyyətçilərinin
razılaşması ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, ümumi mülkiyyəti
yaxşılaşdıran və ayrıla bilən əlavələr
onları etmiş mülkiyyətçinin mülkiyyətinə
daxil olur.
Maddə 215. Paylı mülkiyyətdə
olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam
verilməsi
215.1. Paylı
mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə
onun bütün mülkiyyətçilərinin
razılaşması əsasında, razılaşma əldə
edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi
qaydada həyata keçirilir.
215.2. Paylı
mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın
öz payına uyğun hissəsinin onun sahibliyinə və
istifadəsinə verilməsi hüququna malikdir, bu
mümkün olmadıqda isə onun payına düşən əşyaya
sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən
müvafiq əvəz ödəməyi tələb edə bilər.
215.3. Paylı
ümumi mülkiyyətin mülkiyyətçiləri
ümumi mülkiyyətdə olan əşyaya sahiblik və
ondan istifadə qaydası haqqında razılığa gələ
bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər
birinə mənsub olan aşağıdakı səlahiyyətləri
ləğv edə və ya məhdudlaşdıra bilməzlər:
215.3.1. əşyanın
dəyərini və işlənməyə
yararlığını saxlamaq üçün ondan istifadə
üzrə hərəkətlərin yerinə yetirilməsini
tələb etmək, belə hərəkətlər yerinə
yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə
məhkəmənin qərar çıxarmasını tələb
etmək səlahiyyəti;
215.3.2. əşyaya
dəymək qorxusu olan və ya dəyə biləcək zərərin
qarşısını almaq üçün dərhal
görülməli olan tədbirləri bütün şərikli
sahiblər hesabına müstəqil həyata keçirmək
səlahiyyəti.
215.4. Hər bir
mülkiyyətçi qalan mülkiyyətçilərin
hüquqları ilə bir araya sığan dərəcədə
əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam
vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək
və ya yüklü etmək, habelə onun təyinatını
dəyişmək üçün bütün
iştirakçıların razılığı tələb
olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə
razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki
paylar üzrə ipotekalar və ya torpaq sahələrinə
yüklülüklər varsa, daha iştirakçılar əşyanın
özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
215.5. Paylı
mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi
əşyanın bütün mülkiyyətçilərinin
razılaşması əsasında həyata keçirilir.
215.6. Paylı
mülkiyyətin mülkiyyətçisi öz payını
sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər
və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi
ödənilməklə özgəninkiləşdirdikdə bu
Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl
etməlidir.
Maddə 216. Paylı mülkiyyətdə
olan əşyanın istifadəsindən bəhər, məhsul
və gəlir
Mülkiyyətçilər
arasında razılaşma ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın
istifadəsindən götürülən bəhər, məhsul
və gəlir ümumi əmlakın tərkibinə daxil olur
və paylı mülkiyyətin mülkiyyətçilərinin
paylarına uyğun surətdə onlar arasında
bölüşdürülür.
Maddə 217. Paylı mülkiyyətdə
olan əmlakın saxlanması xərcləri
217.1. Paylı
mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin,
rüsumların ödənilməsində və ümumi əmlak
üzrə digər ödənişlərin verilməsində,
habelə həmin əmlakın saxlanması və qorunması
xərclərinin çəkilməsində öz payına
uyğun surətdə iştirak etməlidir.
217.2. Mülkiyyətçilərdən
birinin zərurət olmadan və qalan mülkiyyətçilərin
razılığını almadan çəkdiyi xərclərin
əvəzi qalan mülkiyyətçilər tərəfindən
ödənilməməlidir. Bu zaman yaranan mübahisələr
məhkəmə qaydasında həll olunur.
217.3. Mülkiyyətçilərin
əksəriyyətinin razılığı ilə əşyanın
dəyərini və işlənməyə
yararlığını qorumaq üçün saxlama, təmir
(bərpa) və təzələmə işləri aparıla
bilər.
217.4.
Əşyanın dəyərini artırmaq və ya sərfəliyini
və işlənməyə yararlığını yüksəltmək
məqsədi ilə aparılan təzələmə və
yenidənqurma işləri üçün eyni zamanda əşyadakı
payların çox hissəsini təmsil edən mülkiyyətçilərin
əksəriyyətinin razılığı zəruridir.
Əşyanın əvvəlki təyinatı üzrə
işlədilməsini və ya istifadəsini
iştirakçılardan biri üçün əhəmiyyətli
dərəcədə və həmişəlik çətinləşdirən
və ya sərfəsiz edən dəyişikliklər onun
razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik
iştirakçıların birindən onun imkanları xaricində
olan, o cümlədən payının əmlak dəyəri
ilə tənasübsüzlüyünə görə
imkanları xaricində olan xərclər tələb edirsə,
dəyişiklik onun razılığı olmadan yalnız o
halda həyata keçirilə bilər ki, qalan
iştirakçıların hamısı onun payına
düşən məsrəfləri, bunlar onun
üçün mümkün olan məbləğdən
çoxdursa, öz öhdələrinə
götürsünlər.
217.5.
Əşyanın yalnız xarici
görünüşünün
yaxşılaşdırılması və ya ondan istifadənin
əlverişliyinin artırılması üçün nəzərdə
tutulan tikinti işlərini və ya başqa işləri ancaq
bütün mülkiyyətçilərin
razılığı ilə görməyə icazə
verilir. Əgər eyni zamanda əşyadakı payların
çox hissəsini təmsil edən mülkiyyətçilərin
əksəriyyətinin razılığı ilə bu cür
işlərin görülməsi haqqında sərəncam
verilirsə, həmin işlər bununla
razılaşmamış iştirakçının istəyindən
asılı olmayaraq da görülə bilər, bu şərtlə
ki, həmin işlərlə əlaqədar onun istifadə və
sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın
və qalan iştirakçılar yalnız müvəqqəti
məhdudiyyət üçün ona əvəz ödəsinlər
və xərclərin onun payına düşən hissəsini
öz üzərlərinə götürsünlər.
Maddə 218. Satın almaqda
üstünlük hüququ
218.1. Ümumi
paylı mülkiyyət hüququndakı pay
üçüncü şəxsə satılarkən
paylı mülkiyyətin qalan mülkiyyətçiləri
satılan payı, açıq hərracdan satış
halı istisna olmaqla, satıldığı qiymətə və
digər bərabər şərtlər əsasında almaqda
üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət
hüququndakı payın satışı üçün
açıq hərraca paylı mülkiyyətin bütün
mülkiyyətçiləri razılıq vermədikdə
belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində
nəzərdə tutulan hallarda keçirilə bilər.
218.2. Payın
satıcısı öz payını üçüncü
şəxsə satmaq niyyəti barəsində payın qiymətini
və digər satış şərtlərini göstərməklə
paylı mülkiyyətin qalan mülkiyyətçilərinə
yazılı bildiriş verməlidir. Əgər paylı
mülkiyyətin qalan mülkiyyətçiləri
daşınmaz əmlaka mülkiyyət hüququndakı
satılan payı satın almaqdan imtina edərlərsə və
ya bildirişin verildiyi gündən 45 gün ərzində onu
əldə etməzlərsə, daşınar əmlaka
mülkiyyət hüququndakı payı isə 15 gün ərzində
əldə etməzlərsə, satıcı öz
payını istədiyi şəxsə sata bilər.
218.3. Pay
satın almaqda üstünlük hüququ pozulmaqla
satıldıqda paylı mülkiyyətin hər hansı digər
iştirakçısının üç ay ərzində
hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin
ona keçirilməsini məhkəmə qaydasında tələb
etsin.[265]
218.4. Payı
satın almaqda üstünlük hüququnun güzəşt
edilməsinə yol verilmir.
218.5. Bu maddənin
qaydaları pay dəyişmə müqaviləsinə əsasən
özgəninkiləşdirildikdə də tətbiq edilir.
Maddə 219. Ümumi paylı mülkiyyət
hüququndakı payın müqavilə üzrə əldə
edənə keçməsi anı
219.1. Ümumi
mülkiyyət hüququndakı pay, əgər tərəflərin
razılaşmasında ayrı vaxt nəzərdə
tutulmayıbsa, müqavilənin bağlandığı andan
müqavilə üzrə əldə edənə keçir.
219.2.
Doğurduğu hüquqlar dövlət qeydiyyatına
alınmalı olan müqavilə üzrə ümumi
mülkiyyət hüququndakı payın keçməsi
anı həmin hüquqların dövlət qeydiyyatına
alındığı vaxtdan müəyyənləşdirilir.
Maddə 220. Paylı mülkiyyətdə
olan əşyanın bölünməsi və ondan payın
ayrılması
220.1. Paylı
mülkiyyətdə olan əşya mülkiyyətçiləri
arasındakı razılaşmaya əsasən onlar arasında
bölünə bilər.
220.2. Paylı
mülkiyyətin mülkiyyətçisi öz payının
ayrılmasını tələb edə bilər.
220.3. Paylı
mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın
bölünməsi və ya ondan payın ayrılması
üsulu və şərtləri haqqında
razılığa gələ bilmədikdə paylı
mülkiyyətin mülkiyyətçisi öz payının
naturada ayrılmasını məhkəmə qaydasında tələb
edə bilər. Əgər payın naturada ayrılmasına
yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya
tənasübsüz zərər vurmadan mümkün deyildirsə,
ayrılan mülkiyyətçi öz payının dəyərinin
paylı mülkiyyətin digər mülkiyyətçiləri
tərəfindən ona ödənilməsi hüququna malikdir.
220.4. Bu maddəyə
əsasən paylı mülkiyyətin mülkiyyətçisinə
naturada ayrılan əşyanın onun mülkiyyət
hüququndakı payına tənasübsüzlüyü
müvafiq pul məbləğinin ödənilməsi və ya
başqa kompensasiya ilə aradan qaldırılır. Paylı
mülkiyyətin mülkiyyətçisinə naturada pay
ayrılması əvəzinə qalan mülkiyyətçilər
tərəfindən kompensasiya ödənilməsinə onun
öz razılığı ilə yol verilir. Mülkiyyətçinin
payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə
və ümumi əmlakdan istifadə edilməsində onun
mühüm mənafeyi olmadıqda, məhkəmə həmin
mülkiyyətçinin razılığı olmadan da
paylı mülkiyyətin qalan
iştirakçılarının öhdəsinə ona
kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
220.5. Mülkiyyətçi
bu maddəyə uyğun kompensasiya aldığı andan
ümumi əmlakdakı paya hüququnu itirir.
220.6. Bu Məcəllənin
220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş
qaydalara əsasən ümumi əmlakın bölünməsi
və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun
olmadıqda, məhkəmə əmlakın açıq hərracdan
satılması və satış pulunun ümumi mülkiyyətin
mülkiyyətçiləri arasında onların paylarına
mütənasib surətdə bölüşdürülməsi
haqqında qərar qəbul edə bilər.
Maddə 221. Ümumi paylı
mülkiyyət hüquqlarına xitam verilməsi
Ümumi
paylı mülkiyyət hüquqlarına fiziki bölgü,
öz istəyi ilə satış və ya hərracdan
satış və satış pulunun bölünməsi və
ya bütün əşyanın bir və ya bir neçə
iştirakçının adına qeydə alınması və
qalan iştirakçılara əvəz verilməsi ilə
xitam verilir. Əgər iştirakçılar hüquqa xitam
verilməsi növünə dair razılığa gəlməsələr,
əşya məhkəmənin qərarı ilə fiziki
bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli
dərəcədə azalmadan mümkün olmadıqda isə
açıq hərracdan və ya iştirakçılar
üçün hərracdan satılır. Fiziki bölgü
bərabər olmayan payların əvəzinin pulla ödənilməsi
ilə birləşdirilə bilər.
Maddə 222. Birgə mülkiyyətdə
olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam
verilməsi
222.1. Birgə
mülkiyyətin əmələ gəlməsi
üçün əsas olmuş ümumiliyin
iştirakçıları birgə mülkiyyətin
mülkiyyətçiləridir. Əgər birgə
mülkiyyətin mülkiyyətçiləri
arasındakı razılaşmada ayrı qayda nəzərdə
tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və
ondan birgə istifadə edirlər.
222.2. Birgə
mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq
bütün mülkiyyətçilərin
razılığı ilə həyata keçirilir və əmlaka
dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən
hansının bağlamasından asılı olmayaraq bu
razılıq ehtimal edilir.
222.3. Birgə
mülkiyyətin hər bir mülkiyyətçisi, əgər
bütün mülkiyyətçilərin
razılaşmasından ayrı qayda irəli gəlmirsə,
ümumi əşyaya dair sərəncam verilməsi
haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin
mülkiyyətçilərindən birinin ümumi əmlaka
dair sərəncam verilməsi ilə əlaqədar
bağladığı əqd həmin mülkiyyətçinin
lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə
əsasən qalan iştirakçıların tələbi ilə
yalnız o halda etibarsız sayıla bilər ki, əqdin
başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu
sübuta yetirilsin.
222.4. Birgə
mülkiyyətin digər mülkiyyətçiləri
razılıq vermədikdə borclu ayrıca birgə
mülkiyyətçiyə olan tələbini əvəzləşdirə
bilməz.
Maddə 223. Birgə mülkiyyət
hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın
bölünməsi və ondan pay ayrılması
223.1. Birgə
mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi
və ya birgə mülkiyyətin əmələ gəlməsinə
əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması
ilə xitam verilir.
223.2. Birgə
mülkiyyətin mülkiyyətçiləri tərəfindən
ümumi əşyanın bölünməsi və ya onlardan
birinin payının ayrılması mülkiyyətçilərdən
hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən
sonra həyata keçirilə bilər.
223.3. Ümumi əşya
bölünərkən və ondan pay ayrılarkən
mülkiyyətçilərin payları, əgər onların
razılaşmasında ayrı qayda nəzərdə
tutulmayıbsa, bərabər sayılır.
223.4. Ümumi əşyanın
bölünməsi və ondan pay ayrılması əsasları
və qaydası bu Məcəllənin 220-ci maddəsinin
müddəalarına əsasən müəyyənləşdirilir.
Maddə 224. Ümumi mülkiyyətdəki
paya tutmanın yönəldilməsi
224.1. Paylı və
ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı
kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı
payına tutmanın yönəldilməsi üçün həmin
payın ayrılmasını tələb edə bilər.
224.2. Əgər
payın naturada ayrılması mümkün deyildirsə və
ya paylı və ya birgə mülkiyyətin qalan
iştirakçıları buna etiraz edirlərsə, kreditorun
ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə
ümumi mülkiyyətin qalan iştirakçılarına
satmasını və satışdan əldə edilmiş vəsaitin
borcun ödənilməsinə yönəldilməsini tələb
etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri
borclunun payını almaqdan imtina etdikdə kreditorun
ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət
hüququndakı payına onun açıq hərracdan
satılması yolu ilə yönəldilməsini məhkəmə
qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət
hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya
tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
qaydada həyata keçirilir.[266]
Maddə 225. Ərlə arvadın
ümumi mülkiyyəti
225.1. Ərlə
arvadın nikah dövründə qazandıqları əmlak, əgər
nikah kontraktında və ya onlar arasındakı
razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa,
onların ümumi mülkiyyətidir.
225.2. Nikaha girənədək
ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə
onlardan birinin nikah dövründə hədiyyə kimi və
ya vərəsəlik qaydasında aldığı əmlak
onun mülkiyyətidir.
225.3.
Daş-qaş və digər zinət şeyləri istisna
olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı
və i.a.) nikah dövründə ərlə arvadın
ümumi vəsaiti hesabına əldə edilmiş olsa da,
ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti
sayılır.
225.4.
Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə
mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə
arvadın ümumi əmlakı və ya ərin (arvadın)
şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini
əhəmiyyətli dərəcədə artıran vəsait
qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni
avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.
Əgər nikah kontraktında və ya ərlə arvadın
razılaşmasında ayrı qayda nəzərdə tutulubsa,
bu qayda tətbiq edilmir.
225.5. Ərin
(arvadın) öhdəlikləri üzrə tutma onun
mülkiyyətində olan əmlaka, habelə onun ərlə
arvadın ümumi əmlakındakı payına bu şərtlə
yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda
nəzərdə tutulmuş olmasın.
225.6.
Daşınmaz əmlaka birgə hüququ olan ərin
(arvadın) razılığı olmadan daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmış hüquq
barədə bağlanmış müqavilə etibarsız
hesab edilir. Bu, həmçinin əldə edənin belə
hüququn yalnız müqavilə tərəfinə məxsus
olması barədə vicdanlı olduğu hallara da aiddir.
Əgər müqavilə üzrə tərəf müqavilənin
etibarsızlığını bilirdisə və ya bilməli
idisə, əldə edən həmin tərəfdən
etibarsızlıqdan irəli gələn zərərin əvəzinin
ödənilməsini tələb edə bilər.[267]
§ 2. Yaşayış binasının tərkib hissəsinə
mülkiyyət hüququ
Maddə 226. Yaşayış
binasının tərkib hissəsinə mülkiyyət
hüququ anlayışı
226.1.
Yaşayış binasının tərkib hissəsinə
mülkiyyət hüququ ümumi paylı daşınmaz
mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən
hissələrindən müstəsna istifadə etmək və
onların içərisində bəzək-tamamlama işləri
aparmaq üçün mülkiyyətçinin xüsusi
hüquq əldə etməsidir. Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisi
öz otaqlarını idarə etməkdə, onlardan istifadə
etməkdə və bəzək-tamamlama işləri aparmaqda
sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin
eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli
və ümumi tikinti elementlərini, qurğuları zədələməməli
və ya onların funksiyasını və ya zahiri görkəmini
pisləşdirməməlidir. O öz otaqlarını
bütün binanın qüsursuz vəziyyətdə
saxlanması və ya onun yaxşı zahiri görkəminin
qorunması üçün tələb edilən tərzdə
saxlamalıdır.
226.2.
Yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisi ona mənsub yaşayış
otağına sahiblik, ondan istifadə və ona dair sərəncam
hüquqlarını otağın təyinatına uyğun həyata
keçirir.
226.3.
Yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisi müqavilə əsasında onu icarəyə
verə bilər.
226.4.
Yaşayış binalarında sənaye istehsalatlarının
yerləşdirilməsinə yol verilmir.
Maddə 227. Yaşayış
binasının tərkib hissəsi mülkiyyətçilərinin
ümumi mülkiyyəti
227.1.
Yaşayış binasının mənzildən kənarda və
ya mənzil daxilində yerləşən, birdən çox mənzilə
xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları,
mexaniki, elektrik, sanitariya-texniki və digər
avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi
ümumi paylı mülkiyyət hüququ ilə
yaşayış binasının tərkib hissəsi
mülkiyyətçilərinə mənsubdur.[268]
227.2.
Yaşayış binasının tərkib hissəsi
mülkiyyətçisinin ixtiyarı yoxdur ki,
yaşayış binasının ümumi əmlakına
mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin,
habelə həmin payın yaşayış binasının tərkib
hissəsinə mülkiyyət hüququndan ayrılıqda
verilməsinə səbəb olan digər hərəkətləri
yerinə yetirsin.
Maddə 228. Yaşayış
binasının tərkib hissəsindən istifadə hüququ
228.1.
Yaşayış binasının tərkib hissəsi
mülkiyyətçisinin ailə üzvləri və digər
şəxslər yaşayış binasından istifadə
hüququna bu şərtlə malikdirlər ki, həmin
hüquq daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınsın.
228.2.
Yaşayış binasının tərkib hissəsindən
istifadə hüququnun əmələ gəlməsi, həyata
keçirilməsi şərtləri və xitamı
mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən
yazılı razılaşma ilə müəyyənləşdirilir.
Yaşayış binasının tərkib hissəsindən
istifadə hüququna xitam verilməsi haqqında
razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin
məhkəmə qaydasında tələbinə əsasən
bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə
xitam verilə bilər.KM1
228.3.
Yaşayış binasının tərkib hissəsindən
istifadə hüququ alğı-satqının, girovun və
icarənin müstəqil predmeti ola bilməz.
Yaşayış binasının tərkib hissəsindən
istifadə hüququ olan şəxs, mülkiyyətçi də
daxil olmaqla istənilən şəxsdən həmin
yaşayış binasına olan hüququnun pozulmasını
aradan qaldırmağı tələb edə bilər.
228.4.
Yaşayış evinə və ya mənzilə mülkiyyət
hüququnun keçməsi yaşayış binasının tərkib
hissəsindən istifadə hüququna xitam verilməsi
üçün əsas deyildir, amma yaşayış
otağından istifadə hüququ olan şəxsin
mülkiyyət hüququndan imtina barəsində həmin
hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş
öhdəlik verdiyi hal istisna təşkil edir.
228.5.
Yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisinin onunla birgə yaşayan ailə
üzvləri (əri, arvadı, valideynləri,
uşaqları) yaşayış sahəsindən onunla bərabər
istifadə etmək hüququna malikdirlər. Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisinin
ailə üzvləri öz yetkinlik yaşına çatmayan
uşaqlarını həmin yaşayış binasına
köçürmək ixtiyarına malikdirlər. Digər ailə
üzvlərinin (ərin, arvadın) köçürülməsinə
yalnız mülkiyyətçinin razılığı ilə
yol verilir. Həmin şəxslərin yaşayış
binasının tərkib hissəsindən istifadə hüququ
mülkiyyətçi ilə ailə münasibətlərinə
xitam verildiyi halda da saxlanılır. Yaşayış
binasının tərkib hissəsindən mülkiyyətçinin
ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin
qüvvəyə mindiyi gündən yaranır.
KM[269]
Maddə 229. Yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağı
229.1.
Yaşayış binasının tərkib hissələrinin fərdi
mülkiyyətçilərinin toplusu yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
hüquqi şəxs olmayan yığıncağını təşkil
edir.
229.2.
Yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin
yığıncağının ləğvini tələb
etmək yolverilməzdir.
Maddə 230. Yaşayış
binasının tərkib hissələrinin vahidləri
Yaşayış
binasının ayrı-ayrı tərkib hissələri və
ya onların bölümləri xüsusi hüquqların
obyekti ola bilər; bu hissələr və bölümlər mənzil
kimi və ya işgüzar və ya digər məqsədlər
üçün otaq vahidləri kimi qapalı olmalı və
onların öz girişi olmalıdır, lakin tərkiblərində
ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu
cür vahidlər aşağıda "yaşayış
binasının tərkib hissələrinin vahidləri"
adlandırılır.
Maddə 231. Yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
ümumi paylı mülkiyyətdə hüquqları
231.1. Əgər
daşınmaz əmlakın dövlət reyestrində
yaşayış binasının tərkib hissəsinin müəyyən
mülkiyyətçisinin xeyrinə heç bir xüsusi
hüquq qeydə alınmayıbsa, aşağıdakı
predmetlər və hüquqlar yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
ümumi paylı mülkiyyətindədir:
231.1.1. torpaq və
bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik
hüququ;
231.1.2.
yaşayış binasının və onun tərkib hissələrinin
digər mülkiyyətçilərinin otaqlarının
konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi
üçün əhəmiyyət daşıyan və
binanın zahiri simasını və görkəmini müəyyənləşdirən
tikinti elementləri;
231.1.3. digər
bu cür mülkiyyətçilərin öz otaqlarından
istifadəsinə xidmət üçün nəzərdə
tutulan qurğular.
231.2. binanın
digər tikinti konstruksiyaları yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
sonrakı razılaşması ilə əsaslandırma
aktında birgə konstruksiyalar elan edilə bilər. Belə
edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid
edilmişdir.
Maddə 232. Yaşayış
binasının tərkib hissəsini əldə etməkdə
üstünlük hüququnun məhdudlaşdırılması
Yaşayış
binasının tərkib hissəsinin mülkiyyətçisi
yaşayış binasının tərkib hissəsinin digər
mülkiyyətçisindən onun payını əldə
etmiş və ya sonrakı razılaşma yolu ilə bu
cür üstünlük hüququnu başqasına vermiş
və daşınmaz əmlakın dövlət reyestrində
xeyrinə təminat qeydi aparılmış üçüncü şəxs
barəsində əldə etmədə üstünlük
hüququna malik deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə
bilər ki, yaşayış binasının tərkib hissəsinin
özgəninkiləşdirilməsi, onun istifadə hüququ
və ya mənzil hüququ ilə yüklü edilməsi,
habelə kirayəyə verilməsi yalnız o halda hüquqi
qüvvəyə malikdir ki, yaşayış binasının
tərkib hissəsinin qalan mülkiyyətçiləri
müvafiq qərar qəbul edərək, onlara məlumat
verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər.
Əgər etiraz tutarlı əsas olmadan verilmişdirsə,
etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə
etirazın əleyhdarının xahişi ilə onun
iddiasının təmin edilməsi barədə sərəncam
verir.
[270]
Maddə 233. Yaşayış
binasının tərkib hissəsinə mülkiyyət
hüququnun qeydə alınması
233.1.
Yaşayış binasının tərkib hissəsinə
mülkiyyət hüququ daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat
aşağıdakılar əsasında tələb edilə
bilər:
233.1.1.
mülkiyyətçilərin yaşayış
binasının tərkib hissəsinə mülkiyyət
hüququndakı paylarının rəsmiləşdirilməsinə
dair müqavilə;
233.1.2.
daşınmaz əmlak mülkiyyətçisinin və ya
müstəqil və sürəkli tikinti hüququ sahibinin belə
mülkiyyətin paylarının yaradılması və
onların yaşayış binasının tərkib hissəsinə
mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə
ərizəsi.
233.2. Əqdin
etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi
və ya əgər vəsiyyətnamə və ya miras
bölgüsü haqqında müqavilə varsa, müvafiq
forma zəruridir.
233.3.
Yaşayış binasının tərkib hissəsinə
mülkiyyət hüququnun əsaslandırılması
aktında ərazi bölgüsündən başqa, yaşayış
binasının hər bir tərkib hissəsinin payı
daşınmaz əmlakın və ya tikinti hüququnun
yüzdə bir və ya mində bir misli ilə göstərilməlidir.
Payların dəyərinin dəyişdirilməsi
üçün yaşayış binasının tərkib
hissələri mülkiyyətçilərinin
yığıncağının razılığı və
icazəsi tələb olunur; lakin əgər mülkiyyətçinin
payı yanlış müəyyənləşdirilmişsə
və ya binada və ya onun həndəvərində tikinti dəyişiklikləri
nəticəsində yanlış olmuşdursa, mülkiyyətçilərdən
hər birinin düzəliş hüququ vardır.
Maddə
234. Yaşayış binasının tərkib hissəsinə
mülkiyyət hüququna xitam verilməsi
Yaşayış
binasının tərkib hissəsinə mülkiyyət
hüququna daşınmaz əmlakın və ya tikinti
hüququnun məhvi ilə və daşınmaz əmlakın
dövlət reyestrində qeydlə xitam verilir. Əgər
bina onun dəyərinin yarısından çox
ölçüdə dağılmışdırsa və
mülkiyyətçi özü üçün, demək
olar, dözülməz yüklülüklər olmadan
binanın bərpasına qadir deyildirsə, yaşayış
binasının tərkib hissəsinin istənilən
mülkiyyətçisindən mülkiyyət hüququna xitam
verilməsi tələb edilə bilər, lakin yaşayış
binasının tərkib hissələrinin mülkiyyətçiləri
ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə,
qalan mülkiyyətçilərə peşman haqqı ödəmək
yolu ilə hüquqa xitam verilməsinin qarşısını
ala bilərlər.
Maddə 235. Birgə idarəetmə
xərcləri
235.1.
Yaşayış binasının tərkib hissələrinin
mülkiyyətçiləri birgə mülkiyyətin
yüklülüklərinin ödənilməsində və
birgə idarəetmə xərclərində öz dəyər
paylarına mütənasib surətdə iştirak etməlidirlər.
Mülkiyyətçilərin haqları hesabına ödənilməli
olan yüklülüklərə və xərclərə o
cümlədən aşağıdakılar aiddir:
235.1.1. torpaq sahəsinin
və yaşayış binasının birgə hissələrinin,
habelə birgə konstruksiyalarının və
qurğularının saxlanmasına, cari təmirinə və
yeniləşdirilməsinə çəkilən xərclər;
235.1.2. idarəçiyə
haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə
çəkilən xərclər;
235.1.3.
bütövlükdə yaşayış binasının tərkib
hissələrinin mülkiyyətçilərindən tutulan
ödənişlər və vergilər.
235.2. əgər
birgə istifadə edilən müəyyən tikinti
konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı
tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz
dərəcədə xidmət edirsə, bunu xərclərin
bölgüsündə nəzərə almaq lazımdır.
235.3.
Yaşayış binasının tərkib hissəsinin hər
hansı mülkiyyətçisi xərclər
üçün haqları üç il ərzində ödəmədikdə
yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin yığıncağı:
235.3.1.
yaşayış binasının tərkib hissələrinə
mülkiyyətdə onun payı üçün ipotekanı
qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə
alınmasını idarəçi və ya əgər o təyin
edilməyibsə, əksəriyyətin qərarı ilə və
ya məhkəmə tərəfindən vəkil edilmiş
yaşayış binasının tərkib hissələrinin
mülkiyyətçilərindən hər hansı biri və
ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb
edə bilər;
235.3.2.
yaşayış binasının tərkib hissəsi
mülkiyyətçisinin otaqlarında olan və onların
avadanlıqla təchiz edilməsi və istifadəsi
üçün nəzərdə tutulan daşınar əşyaları
girov qoymaq hüququna malikdir.
Maddə 236. Yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağının səlahiyyətləri
236.1.
Yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin yığıncağı
öz idarəetmə fəaliyyətindən, o cümlədən
haqq ödənilməsi tələbindən irəli gələn
əmlakı və haqlardan əmələ gələn
nağd vəsaiti, məsələn, yeniləşdirmə
fondunu öz adından əldə edir. Yaşayış
binasının tərkib hissələri mülkiyyətçilərinin
yığıncağı öz adından iddia qaldıra və
icranı tələb edə bilər, əşyanın
olduğu yer üzrə cavabdeh ola bilər.
236.2.
Yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin
yığıncağının bu Məcəllədə
göstərilən səlahiyyətlərindən savayı,
aşağıdakı səlahiyyətləri də
vardır:
236.2.1.
yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin yığıncağı tərəfindən
idarəçinin səlahiyyətinə aid edilməmiş
bütün idarəetmə məsələlərini həll
etmək;
236.2.2. idarəçini
təyin etmək və onun fəaliyyətinə nəzarət
etmək;
236.2.3. idarəetmə
məsələlərinin həllini, o cümlədən idarəçiyə
məsləhət verilməsini, onun idarəetmə fəaliyyətinin
yoxlanılmasını, bu barədə
yığıncağa hesabat verilməsini və ərizələr
təqdim edilməsini tapşıra biləcəyi
komissiyanı və ya nümayəndəni seçmək;
236.2.4. hər
il xərclər smetasına, mülkiyyətçilər
arasında xərclərin hesablanmasına və
bölgüsünə icazə vermək;
236.2.5. səliqə-sahmanın
qorunması və yeniləşdirmə işlərinin
aparılması üçün yeniləşdirmə fondunun
yaradılması haqqında qərar qəbul etmək;
236.2.6.
binanı yanğından və digər təhlükələrdən,
habelə məsuliyyəti sığorta etdirmək.
236.3. Əgər
idarəçi təyin edilirsə və ayrı qərar qəbul
olunmursa, yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin
yığıncağını idarəçi
çağırır və aparır. Əgər idarəçi
təyin olunmursa, yaxud o, təyinatdan imtina edirsə,
yığıncağı yaşayış binasının
ümumi dəyərinin azı 10 fazini təmsil edən hər
hansı mülkiyyətçi (və ya mülkiyyətçilərin
hər hansı çoxluğu) çağıra bilər.
Yığıncaqda sadə çoxluqla ona sədrlik edən
seçilir. Qərarlar barəsində protokol tərtib edilir.
Protokolu idarəçi və ya yaşayış
binasının tərkib hissəsinin sədrlik edən
mülkiyyətçisi saxlamalıdır.
236.4.
Yaşayış binasının tərkib hissəsi bir
neçə şəxsə birlikdə mənsubdursa,
onların yalnız bir səsi vardır. Bu səsi onlar özlərinin
təmsilçisi vasitəsilə verirlər. Səsvermə
hüququnun həyata keçirilməsi barədə
yaşayış binasının tərkib hissələri
vahidinin mülkiyyətçisi və uzufruktuarı da
razılığa gəlməlidirlər; əks halda
uzufruktuar, sadəcə, faydalı olan və ya bəzəklər
və ya rahatlıqlar yaradılmasına yönəldilən
tikinti tədbirlərindən başqa, bütün idarəetmə
məsələlərində səsvermə hüququ olan
şəxs sayılır.
236.5.
Yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin
yığıncağının qərarlar
çıxarmağa o halda ixtiyarı vardır ki, eyni zamanda
payların yarısına sahib olan mülkiyyətçilərin
yarısı, lakin onların azı ikisi yığıncaqda
iştirak etsin və ya təmsil olunsun. Yetərsay olmadıqda
yığıncaq ikinci dəfə
çağırılır, həm də o, birinci
yığıncaqdan azı on gün keçəndən sonra
keçirilməlidir. İkinci yığıncağın qərarlar
çıxarmağa o halda ixtiyarı vardır ki,
yaşayış binasının tərkib hissələrinin
bütün mülkiyyətçilərinin üçdə
bir hissəsi, lakin onların azı ikisi yığıncaqda
iştirak etsin və ya təmsil olunsun.
236.6. Əgər
yaşayış binasının tərkib hissələri
mülkiyyətçilərinin yığıncağı
idarəçini təyin edə bilməzsə,
yaşayış binasının tərkib hissəsinin hər
hansı mülkiyyətçisi idarəçinin məhkəmə
tərəfindən təyin olunmasını tələb edə
bilər. Bunda əsaslı marağı olan şəxs, məsələn,
girov saxlayan və sığortaçı da həmin
hüquqa malikdir.
236.7.
Yığıncağın qərarı ilə idarəçi
onun əvəz ödənilmək barədə irəli
sürə biləcəyi iddiaları saxlanılmaqla istənilən
vaxt geri çağırıla bilər. Əgər
mülkiyyətçilərin yığıncağı
mühüm səbəblərə etinasızlıq göstərərək
idarəçinin geri çağırılmasını rədd
edərsə, yaşayış binasının tərkib hissəsinin
istənilən mülkiyyətçisi bir ay ərzində
onun məhkəmə qaydasında geri
çağırılmasını tələb edə bilər.
Məhkəmənin təyin etdiyi idarəçi təyin
edildiyi müddət qurtaranadək məhkəmənin
razılığı olmadan geri çağırıla bilməz.
Maddə 237. Yaşayış
binasının tərkib hissələrinə birgə
mülkiyyətin idarəçisi
237.1. İdarəçi
qanunun göstərişlərinə və mülkiyyətçilər
yığıncağının qərarlarına uyğun
olaraq birgə mülkiyyətin idarə edilməsi üzrə
bütün hərəkətləri yerinə yetirir,
mümkün zərərin qarşısının
alınması və ya aradan qaldırılması
üçün özü tədbirlər görür. O,
birgə xərcləri və yaşayış
binasının tərkib hissələrinin ayrı-ayrı
mülkiyyətçilərinin yüklülüklərini
bölüşdürür, onlara hesab təqdim edir, haqlar
alır, nağd pul vəsaitini idarə edir və ondan təyinatı
üzrə istifadə edir. O, xüsusi hüquqların həyata
keçirilməsi, torpaq sahəsinin və yaşayış
binasının birgə hissələrindən, habelə birgə
qurğulardan istifadə zamanı qanunun göstərişlərinin
və evdə yaşayış qaydalarının gözlənilməsinə
nəzarət edir.
237.2. İdarəçi
birgə mülkiyyətin idarə edilməsi sahəsində
onun qanuni vəzifələri dairəsinə daxil olan
bütün işlərdə yaşayış
binasının tərkib hissələrinin həm bütün
mülkiyyətçilərini, həm də ayrı-ayrı
mülkiyyətçilərini kənarda təmsil edir.
Özünün və ya qarşı tərəfin
başladığı məhkəmə proseslərini aparmaq
üçün ona iddianın təmin edilməsi barədə
sərəncamdan başqa, mülkiyyətçilər
yığıncağının qabaqcadan verdiyi səlahiyyət
də lazımdır. Bütövlükdə
yaşayış binasının tərkib hissələrinin
mülkiyyətçilərinə ünvanlanmış ərizələr,
tələblər, məhkəmə qərarları və sərəncamlar
idarəçiyə onun yaşayış yeri üzrə və
ya əşyanın olduğu yer üzrə
çatdırıla bilər və həmin andan qüvvəyə
minir.
§ 3. Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri
Maddə 238. Torpaq mülkiyyət
hüququnun obyekti kimi
238.1.
Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun
obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri
daşınmaz əmlakın dövlət reyestrinin
ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər
əsasında təyin edilir.
238.2. Əgər
qanunla ayrı qayda müəyyənləşdirilməyibsə,
torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin
sərhədləri daxilində yerləşən səth
(torpaq) qatına və qapalı sututarlara, meşələrə
və bitkilərə də şamil edilir.
238.3. Torpaq sahəsinin
mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə
tutulmayıbsa və digər şəxslərin
hüquqlarını pozmursa, həmin sahənin üstündə
və altında olan hər şeydən istifadə edə bilər.
Əgər qanunla ayrı qayda nəzərdə
tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan
Respublikasının mülkiyyətidir.
238.4. Başqa məqsədlər
üçün istifadəsinə yol verilməyən və
ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı
və digər təyinatlı torpaq sahələri qanunla
müəyyənləşdirilir.
Maddə 239. Torpaq sahəsinə
buraxılma
239.1. Fiziki
şəxslər dövlət və bələdiyyə
mülkiyyətində olan, hamının buraxılması
üçün açıq torpaq sahələrində
heç bir icazə almadan sərbəst ola bilər və həmin
sahələrdə olan təbiət obyektlərindən
qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin
yol verdiyi hədlərdə istifadə edə bilər.
239.2. Fiziki və
ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə
onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,
qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə
verilmir.
Maddə 240. Torpaq sahəsində
tikinti
240.1. Torpaq sahəsinin
mülkiyyətçisi şəhərsalma və tikinti
normalarını və qaydalarını, habelə torpaq sahəsinin
təyinatı ilə bağlı tələbləri gözləmək
şərti ilə sahədə binalar və qurğular ucalda
bilər, onları yenidən qura və ya uçura bilər,
öz sahəsində başqa şəxslərin tikinti
aparmasına icazə verə bilər.
240.2. Torpaq sahəsinin
mülkiyyətçisi özünə mənsub sahədə
ucaldılmış və ya yaradılmış binaya,
qurğuya və digər daşınmaz əmlaka mülkiyyət
hüququ əldə edir.[271]
240.3. Mülkiyyətçinin
özünə mənsub torpaq sahəsində
özbaşına tikinti aparmasının nəticələri
bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.
Maddə 241. Torpaq sahəsindən
istifadə hüququnun əldə edilməsi əsasları
241.1. Torpaq sahəsinin
mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə,
o cümlədən icarəsinə verə bilər.
241.2. Dövlət
və ya bələdiyyə mülkiyyətində olan torpaq
sahəsindən istifadə hüququ fiziki və hüquqi
şəxslərə torpaq sahələrini bu cür istifadəyə
verməyə vəkil edilmiş dövlət orqanının
və ya yerli özünüidarə orqanının qərarına
əsasən, qanunla müəyyənləşdirilmiş
qaydada verilir.
241.3. Bu Məcəllənin
243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq
sahəsindən istifadə hüququnu binanın, qurğunun və
digər daşınmaz əmlakın mülkiyyətçisi
də əldə edə bilər.
241.4. Hüquqi
şəxs yenidən təşkil edilərkən ona mənsub
torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə
keçir.
Maddə 242. Torpaq sahəsinə
sahiblik və ondan istifadə
242.1. Çıxarılmışdır. [272]
242.2. İstifadəsinə
torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun
mülkiyyətçisinin razılığı ilə icarəyə
və ya əvəzsiz istifadəyə verə bilər.
Maddə 243. Daşınmaz əmlak
mülkiyyətçisinin torpaq sahəsindən istifadə
hüququ
243.1. Başqa
şəxsə mənsub torpaq sahəsində olan
daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın
yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə
hüququna malikdir.
243.2. Özgə
torpaq sahəsində yerləşən daşınmaz əmlaka
mülkiyyət hüququ başqa şəxsə keçərkən,
o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə
hüququnu daşınmaz əmlakın əvvəlki
mülkiyyətçisi ilə eyni şərtlərlə və
eyni həcmdə əldə edir. Torpaq sahəsinə
mülkiyyət hüququnun başqa şəxsə keçməsi
həmin torpaq sahəsində yerləşən
daşınmaz əmlakın mülkiyyətçisinin sahədən
istifadə hüququnun xitamı və ya dəyişdirilməsi
üçün əsas deyildir.
243.3. Özgə
torpaq sahəsində yerləşən daşınmaz əmlakın
mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə
və ona dair sərəncam hüququna, habelə müvafiq
binaları və qurğuları uçurmaq hüququna
malikdir.[273]
Maddə 244. Torpaq sahəsindən
istifadə hüququna xitam verilməsinin nəticələri
Əgər
torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi
arasındakı müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna
xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində
tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka
mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə
keçir.
Maddə 245. Torpaq sahəsində olan
binalar və ya qurğular özgəninkiləşdirilərkən
torpaq sahəsinə hüququn keçməsi
Torpaq sahəsinin
mülkiyyətçisinə mənsub olan və həmin sahədə
yerləşən binaya və ya qurğuya mülkiyyət
hüququ keçərkən tərəflərin
razılaşması ilə müəyyənləşdirilən
torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə
edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən
və ondan istifadə üçün zəruri olan hissəsinə
mülkiyyət hüququ əldə edənə keçir.[274]
Maddə 246. Torpaqların
dövlət ehtiyacları üçün alınması[275]
246.1. Bu Məcəllənin
157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında qərar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.
246.2.
Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında müvafiq icra hakimiyyəti
orqanının qərarı daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmalıdır.
246.3.
Torpağın alınması haqqında qərar qəbul
etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə
torpaq sahəsinin mülkiyyətçisinə yazılı
bildiriş göndərməlidir.
246.4.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun
35.3-cü maddəsinə uyğun olaraq torpağın
alğı-satqı müqaviləsi bağlandıqdan sonra
alan orqan 90 (doxsan) təqvim günü ərzində
aşağıdakıları həyata keçirir:
246.4.1.
mülkiyyətçiyə torpağın dəyərini tam
ödəyir;
246.4.2. torpaqla
bağlı hüquqların dövlətə verilməsi
(keçməsi) üçün öz xərcləri
hesabına lazımi tədbirləri görür;
246.4.3.
satılan torpaq mülkiyyətçinin, onun ailəsinin
yaşayış yeri olduğu halda, torpağın dəyəri
mülkiyyətçiyə tam ödənildikdən sonra
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun V
fəslinə uyğun olaraq mülkiyyətçiyə
torpağı boşaltmaqda və yeni yaşayış yerinə
köçməkdə köməklik göstərir.
246.5. Bu Məcəllənin
246-249-cu maddələrinin müddəaları dövlət
ehtiyacları üçün alınan torpaqla yanaşı həmin
torpaqda yerləşən və ya yerləşməyən,
eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan
(ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.[276]
246.6.
Torpağın alınmasından imtina hesab edilən hallarda,
imtina edilmiş alınmanın obyekti olan torpağın ən
azı 3 (üç) il ərzində alınmasına təkrar
başlanıla bilməz.
246.7.
Torpaqların dövlət ehtiyacları üçün
alınması, bununla bağlı kompensasiya məbləğinin
hesablanması və ödənilməsi qaydaları, habelə
bu sahədə tərəflər arasında yaranan digər
münasibətlər “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 247. Torpaqların alınması
və ya torpağa dair hüquqları ilə bağlı
alınmanın təsirinə məruz qalan şəxslərə
verilən kompensasiya[277]
247.1.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən alınan torpaq üçün
kompensasiyanın məbləği aşağıdakı
üsullarla hesablanır:
247.1.1.
torpağın bazar qiymətinin müəyyən edilməsi;
247.1.2.
torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli
müəyyən edilməsi üçün alınan
torpağın yerləşdiyi ərazidə torpaq bazarı
olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin
müəyyən edilməsi üçün kifayət etmədikdə,
yaxud alınan torpağın əvəzinə digər torpaq
verildikdə, bərpa qiymətinin müəyyən edilməsi.
247.2. “Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
dövlət ehtiyacları üçün alınacaq hər
hansı torpaqla bağlı kompensasiyanın məbləği
müəyyən edilərkən, aşağıdakı amillər
nəzərə alınır:
247.2.1.
iddiaçılara ödəniləcək kompensasiya elə
prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk
etmələrinin və başqa yerə
köçürülmələrinin tələb olunması
ilə bağlı və onun nəticəsində zərər
və narahatlıq çəkən bütün şəxslərin
əmlakları, dolanışıq üçün vasitələri,
gəlirləri, yaşayış standartları onların məruz
qaldıqları zərər və narahatlığın
baş verdiyindən sonra ağlabatan müddətdə,
köçürülənədək malik olduqları şəraitdən
əlverişsiz şəraitə düşməmələri
baxımından bərpa edilsin;
247.2.2. ödəniləcək
kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya;
247.2.3.
torpağın (tikilinin) “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən müəyyən
edilmiş bazar qiyməti;
247.2.4.
alınmanın təsirinə məruz qalan şəxsdən
torpağın müəyyən hissəsinin alındığı
hallarda alınan torpağın həmin şəxsin
saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində
şəxsə dəyə biləcək zərər;
247.2.5.
alınmanın təsirinə məruz qalan şəxsdən
torpağa sahibliyin əldə edilməsi nəticəsində
həmin şəxsin digər daşınar və ya daşınmaz
əmlakına, yaxud həqiqi gəlirinə dəyən və
ya dəyə biləcək zərər;
247.2.6.
alınma nəticəsində şəxs yaşayış,
sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və
ya iş yerini dəyişməyə məcbur edilmişdirsə,
belə yerdəyişmədən irəli gələn
bütün xərclər və itkilər.
247.3.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən dövlət ehtiyacları
üçün alınan torpağa veriləcək
kompensasiyanın məbləği müəyyən edilərkən,
aşağıdakı amillər nəzərə
alınmır:
247.3.1.
alınmaya səbəb olan təcililiyin dərəcəsi;
247.3.2.
alınmanın təsirinə məruz qalan şəxsin
torpaqdan çıxmaqdan boyun qaçırması;
247.3.3.
torpağın gələcəkdə istifadəsindən irəli
gələ biləcək qiymətinin azalması;
247.3.4.
torpağın gələcəkdə istifadəsindən irəli
gələ biləcək qiymətinin artması;
247.3.5.
alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə
saxlanılması üçün zəruri olan yenidən
qurulmasına və kənd təsərrüfatı məqsədləri
üçün torpaqda məhsulun davamlı becərilməsinə
vəsait qoyuluşu halları istisna olmaqla “Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa
sərf edilən yenidənqurma və digər əlavələrlə
bağlı xərclər.
247.4. Dövlət
ehtiyacları üçün alınan torpaqlara görə
kompensasiya aşağıdakı formalarda ödənilir:
247.4.1.
itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə,
ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi;
247.4.2.
itirilmiş yaşayış sahəsi və ya tikili ilə
müqayisə ediləcək keyfiyyətə,
ölçüyə və istifadə imkanına malik olan
yaşayış sahəsi və ya tikili;
247.4.3. kənd
təsərrüfatı torpaqları itirildikdə,
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd təsərrüfatı
torpağında istifadə etmək üçün bitkilər
və toxumlar;
247.4.4.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununda müəyyən edilmiş ümumi istifadədə
olan əmlakla bağlı təminatlar;
247.4.5. torpaq və
digər kapital itkisinə görə bu fəslin müddəalarına
uyğun olaraq, müəyyən edilmiş məbləğdə
birdəfəlik pul ödənişi;
247.4.6. yerdəyişmə
nəticəsində azalmış və ya itirilmiş gəlirin
təmin edilməsi və ya əvəz edilməsi
üçün müəyyən müddətə ödənişlər;
247.4.7.
itirilmiş torpaqda əldə edilən qida məhsullarının
və ya əvvəllər belə qida məhsullarını əldə
etmək üçün istifadə olunmuş itirilmiş gəlirin
əvəzinə müəyyən müddət ərzində
qida məhsulları ilə mütəmadi təchizat;
247.4.8. yerdəyişmə
nəticəsində itirilmiş iş imkanlarının əvəz
edilməsi məqsədi ilə iş əldə etmək
üçün alınmanın təsirinə məruz qalan
şəxslərə yeni vərdişləri
aşılamaqla və ya torpağın alınması layihəsi
nəticəsində açılan iş imkanlarından
istifadə etməklə əlaqədar təlimin təmin
edilməsi;
247.4.9.
alınmanın təsirinə məruz qalan şəxslərlə
alan orqan arasında müəyyən edilən və ya
razılaşdırılan digər kompensasiya formaları.
247.5.
Alınmanın təsirinə məruz qalan şəxs ona
ödənilməli kompensasiyanın bir və ya daha çox
növünü seçə bilər.
Maddə 248. Məhkəmə təsdiqi[278]
248.1. Alınmanın
təsirinə məruz qalan şəxsdən alınan torpaqla
bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə
tərəfindən müvafiq qərar qəbul edildikdən
sonra həyata keçirilə bilər.
248.2. Alınan
torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə
müraciət alan orqan tərəfindən
aşağıdakıların təsdiq olunması
üçün edilir:
248.2.1.
torpağın alınmasının “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun
olmasının;
248.2.2.
alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə
olunmasının;
248.2.3.
alınmanın təsirinə məruz qalan şəxslərə
ödəniləcək kompensasiyanın növünün və
məbləğinin.
248.3.
Torpağının alınmasına, torpağının
üzərində sahibliyin əldə olunmasına və ya təklif
olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz
qalan şəxs aşağıdakı əsaslardan biri və
ya bir neçəsi ilə məhkəməyə ərizə
verə bilər:
248.3.1.
torpağın alınmasının “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə zidd olması;
248.3.2.
torpağın alındığı layihənin həyata
keçirilməsi üçün lazım olmaması;
248.3.3. təklif
olunan kompensasiyanın ədalətli olmaması;
248.3.4. alan
orqanın müvafiq səlahiyyətlərə malik
olmaması;
248.3.5.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş prosedurlara riayət
edilməməsi və ya düzgün və ədalətli
riayət edilməməsi.
248.4. Torpaq
üzərində hüquqların alınma
prosedurlarını başa çatdırmaq üçün
tələb olunan hər hansı hərəkətlərlə
əlaqədar alınmanın təsirinə məruz qalan
şəxsin üzərinə heç bir xərc, ödəmə,
yaxud başqa maliyyə tələbləri qoyula və ya
alına bilməz.
Maddə 249. Torpağın
alınması barədə qərarın hüquqi qüvvəsi[279]
249.1.
Torpağın alınması barədə qərarın qəbul
edildiyi tarixdən:
249.1.1. həmin
torpaq alınan torpaq kimi tanınır;
249.1.2.
alınan torpaqda yaşayan və ya ondan istifadə edən
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən siyahıya alınmış şəxslər
alınmanın təsirinə məruz qalan hesab edilir;
249.1.3. alan orqan
alınan torpağın alınması ilə bağlı tələb
olunan tədbirləri yerinə yetirmək öhdəliyini
daşıyır;
249.1.4.
köçürülmə planı və (və ya) təlimatı
tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə
məruz qalan şəxslərlə məsləhətləşməklə
ağlabatan müddətdə hazırlanmasını təmin
etmək öhdəliyini daşıyır;
249.1.5. alan orqan
alınmanın təsirinə məruz qalan şəxslərə
və torpağın alınması nəticəsində zərər
çəkəcək digər şəxslər və təşkilatlara
ödəniləcək kompensasiyanın müəyyən
edilməsi məqsədi ilə alınan torpağın və
həmin torpaqda yerləşən tikililərin (inşası
başa çatdırılmamış tikililər də daxil
olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii
əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində
qiymətləndirmə komissiyasına kömək etmək
öhdəliyini daşıyır;
249.1.6. alan orqan
alınmanın təsirinə məruz qalan şəxslərə
və torpağın alınması nəticəsində zərər
çəkəcək digər şəxslərə və təşkilatlara
kompensasiya ödəmək öhdəliyini daşıyır;
249.1.7. alan orqan
kompensasiyanın ödənilməsi məqsədi ilə
aidiyyəti dövlət orqanlarından vəsait almaq
üçün zəruri sənədləri hazırlamaq
öhdəliyini daşıyır.
249.2.
Torpağın alınması barədə qərarın qəbul
edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində
alınan torpaq olan şəxslərin sahiblik və istifadə
hüquqları istisna olmaqla, həmin torpaqla bağlı
bütün hüquqları kompensasiya almaq hüququna
çevrilir. “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən dövlətin
hüquqları alınmamış hər hansı
torpağın alınmasından imtina etdiyi hallar və
torpağın alınmasından imtina hesab edilən hallar
istisna olmaqla, bu hüquq qanunla müəyyən olunmuş
qaydada digər şəxslərə keçə bilər.
249.3. Müvafiq
icra hakimiyyəti orqanı torpağın alınması barədə
qərarın qəbul edildiyi tarixdən sonra alınan torpaqda
başlanılmış tikintinin (inşaat işlərinin)
dayandırılması və (və ya) tikilinin sökülməsi
məqsədi ilə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada zəruri tədbirləri həyata keçirə
bilər.
249.4. Alan orqan
torpağın alınması haqqında qərarın və həmin
qərarın hüquqi qüvvəsinə dair
arayışın surətini alınmanın təsirinə məruz
qalan şəxslərin diqqətinə çatdırmaq vəzifəsini
daşıyır.
11-ci fəsil.
Əşya istifadə
hüquqları
§ 1. Tikintiyə vərəsəlik hüququ
Maddə 250. Tikintiyə vərəsəlik
hüququ anlayışı
250.1. Torpaq sahəsi
elə yüklü ola bilər ki, onun üstündə və
ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən
və vərəsəlik üzrə keçən hüquq xeyrinə
yükləmə aparılan şəxsə mənsub olar.
Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınır.
250.2. Tikintiyə
vərəsəlik hüququ tikinti üçün zəruri
olmayan, lakin binadan daha yaxşı istifadə etməyə
imkan verən torpaq sahəsi hissəsinə şamil edilə
bilər.
250.3. Tikintiyə vərəsəlik
hüququnun müddəti tərəflərin
razılaşması ilə müəyyənləşdirilir,
lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri
üçün - doxsan doqquz ildən, dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqlar üçün isə -
qırx doqquz ildən çox ola bilməz.[280]
Maddə 251. Tikintiyə vərəsəlik
hüququ haqqında müqavilə
251.1. Tikintiyə
vərəsəlik hüququ haqqında müqavilə notariat
qaydasında təsdiqləndikdə etibarlıdır.
251.2. Tikintiyə
hüququn məzmunu və həcmi haqqında, məsələn,
binaların mövqeyi, forması, genişləndirilməsi və
təyinatı haqqında, habelə tikinti
aparılmamış və həmin hüququn həyata
keçirilməsi üçün istifadə edilə bilən
sahələrdən istifadə haqqında müqavilə
müddəaları tikintiyə vərəsəlik hüququnu
əldə edən hər bir şəxs üçün məcburidir.
Eyni qayda tikintiyə vərəsəlik hüququ subyektinin
müəyyən şərtlər yarandıqda bu hüququ
daşınmaz əmlakın mülkiyyətçisinə vermək
öhdəliyi üçün də etibarlıdır.
Maddə 252. Tikintiyə vərəsəlik
hüququ haqqında müqaviləyə xitam verilməsi
252.1. Əgər
tikintiyə vərəsəlik hüququ haqqında müqavilənin
qüvvəsinə xitam verilirsə, mövcud binalar torpaq sahəsinin
mülkiyyətçisinə keçir (mülkiyyətçiyə
qayıtma) və onun torpaq sahəsinin tərkib hissələrinə
çevrilir.
252.2. Tikintiyə
vərəsəlik hüququ onun verildiyi müddət
qurtardıqda və ya tərəflər
qarşılıqlı razılaşmaya gəldikdə ləğv
edilir.
252.3. Əgər
tikintiyə vərəsəlik hüququnu əldə etmiş
şəxs öz əşya hüququnu kobudcasına
aşırsa və ya müqavilə öhdəliklərini
pozursa, torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik
hüququnun ondan irəli gələn bütün hüquq və
yüklülüklərlə birlikdə ona keçməsini
tələb edərək həmin hüquqa vaxtından əvvəl
xitam verilməsinə nail ola bilər.
252.4. Torpaq sahəsinin
mülkiyyətçisi müqaviləyə xitam verildikdən
sonra ona keçən binalar üçün tikintiyə vərəsəlik
hüququ olmuş şəxsə ağlabatan kompensasiya ödəməlidir.
hüquq vaxtından əvvəl qayıtdıqda kompensasiya
tikintiyə vərəsəlik hüququ subyektinin təqsirli
davranışı kompensasiyanın azaldılması
üçün əsas kimi nəzərə alınmaqla
hesablanır. Tikintiyə vərəsəlik hüququ
yalnız o halda torpaq sahəsinin mülkiyyətçisinə
keçir və ya ona xitam verilir ki, kompensasiya ödənilmiş
olsun və ya girov qoyulsun. Bu kompensasiya tikintiyə vərəsəlik
hüququnun girov kimi verildiyi kreditorlar üçün qarantiya
sayılır, onların razılığı olmadan tikintiyə
vərəsəlik hüququnun əvvəlki subyektinə
kompensasiya ödəmək olmaz.
252.5. Əgər
kompensasiya ödənilmirsə və ya girov qoyulmursa, tikintiyə
vərəsəlik hüququnun əvvəlki subyekti və ya
tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi
kreditor tələb edə bilər ki, tikintiyə vərəsəlik
hüququnun ləğv edilməsi əvəzinə kompensasiya
barədə tələbin təmin edilməsi
üçün eyni dərəcəli ipoteka qeydə
alınsın. Qeydiyyat tikintiyə vərəsəlik
hüququna xitam verilməsindən ən geci üç ay keçənədək
aparılmalıdır.
252.6.
Kompensasiyanın miqdarı və müəyyənləşdirilməsi
proseduru haqqında, habelə kompensasiya vermək vəzifəsinin
ləğvi və torpaq sahəsinin əvvəlki vəziyyətinin
bərpası haqqında tikintiyə vərəsəlik
hüququnun əsaslandırılması üçün zəruri
olan formada razılaşmalar qəbul edilə və
daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparıla bilər.
[281]
252.7. Binanın
məhvi tikintiyə vərəsəlik hüququna xitam verilməsinə
səbəb olmur, tikintiyə vərəsəlik hüququ olan
şəxs ondan imtina edə bilər ki, bunun da nəticəsində
ona xitam verilir.
Maddə 253. Tikintiyə vərəsəlik
hüququ üçün haqq
253.1.
Daşınmaz əmlakın mülkiyyətçisi tikintiyə
vərəsəlik hüququ üçün haqq almaq
hüququna malikdir.
253.2. Tikintiyə
vərəsəlik hüququna birtərəfli qaydada
mülkiyyətçi yalnız iki il ərzində ödənişlərin
verilməməsi ilə əlaqədar xitam verə bilər.
253.3. Tikintiyə
vərəsəlik hüququ üçün haqq ödənilməsinin
təmin edilməsi məqsədilə torpaq sahəsi
mülkiyyətçisinin tikintiyə vərəsəlik
hüququnun həmin subyekti barəsində ixtiyarı var ki,
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınmış tikintiyə vərəsəlik hüququ
üçün girov hüququnu ən çoxu üç
illik haqq həcmində qeydə aldırsın. Əgər
qarşılıqlı öhdəlik bərabər illik haqlar
şəklində müəyyənləşdirilməyibsə,
bərabər bölgü zamanı üç ilə
düşən məbləğin girovu üçün
qanuni hüquq tələb edilə bilər.
253.4. Girov
hüququ tikintiyə vərəsəlik hüququnun mövcud
olduğu dövrdə istənilən vaxt qeydə alına bilər
və hərracdan açıq satış vasitəsilə
onun ləğvinə yol verilmir.
Maddə 254. Tikintiyə vərəsəlik
hüququ olan şəxsin torpaq sahəsini satın almaqda
üstünlük hüququ
Tikintiyə vərəsəlik
hüququ olan şəxs torpaq sahəsini satın almaqda
üstünlük hüququna malikdir. Torpaq sahəsinin
mülkiyyətçisi tikintiyə vərəsəlik
hüququnu satın almaqda üstünlük hüququna
malikdir.
§ 2. Özgəsinin daşınmaz əşyasından
məhdud istifadə hüququ
I. Servitut
Maddə 255. Servitut
anlayışı
255.1. Servitut
daşınmaz əşyanın digər daşınmaz əşya
mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir
ki, bu zaman ona (digər daşınmaz əşyanın
mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan
istifadə etməyə icazə verilir və ya daşınmaz
əşyanın mülkiyyətçisinə müəyyən
hərəkətləri yerinə yetirməyə və ya
mülkiyyət hüququndan irəli gələn digər
hüquqları həyata keçirməyə icazə verilmir.
255.2.
Daşınmaz əşyanın servitutla
yüklülüyü həmin əşyanın mülkiyyətçisini
sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum
etmir.
255.3. Servitut
alğı-satqının, girovun və icarənin müstəqil
predmeti ola bilməz.
255.4. Servitut
torpaq sahəsindən piyada və avtomobillə keçidin,
elektrik, rabitə xətlərinin və boru kəmərlərinin
çəkilişinin və istismarının, su təchizatının
və meliorasiyanın, habelə daşınmaz əmlak
mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə
bilinməyən digər ehtiyaclarının təmin edilməsi
üçün təyin oluna bilər.
255.5. Mülkiyyətçi
özünə mənsub digər daşınmaz əşya
hesabına öz daşınmaz əşyasına servitut vermək
hüququna malikdir.
255.6. Servitut
yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış
şəxsə öz daşınmaz əşyasından
istifadə etməkdə lazımi güzəştlər və
imkanlar yaratsın.
255.7. Servitutla
yüklü edilmiş daşınmaz əşyaya hüquqlar
başqa şəxsə keçdikdə servitut
saxlanılır.
255.8.
Daşınmaz əşya müəyyən şəxsin
xeyrinə servitutla yüklü edilə bilər. Bu cür
yüklülük şəxsi servitut adlanaraq ondan ibarət
olur ki, mülkiyyətçidən başqa, həmin şəxs
binadan və ya onun bir hissəsindən özü və ya ailəsi
üçün mənzil kimi istifadə edə bilir. Şəxsi
servitut başqa şəxslərə verilmir.
Maddə 256. Servitutun qeydə
alınması
256.1. Servitutun
verilməsi üçün daşınmaz əmlakın dövlət
reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə
edilməsi və qeydə alınması üçün
torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.
256.2. Servitut
verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə
etibarlıdır.
Maddə 257. Servitut tərəflərinin
vəzifələri
257.1. Servitut
almış şəxs (ixtiyarlı şəxs) servitutun
saxlanması və həyata keçirilməsi
üçün tələb olunan hər şeyi edə bilər,
lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir
ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə
zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın.
257.2. Servitutla
yüklü olan mülkiyyətçi servitutun həyata
keçirilməsinin qarşısını alan və ya onu
çətinləşdirən heç bir hərəkət
etməməlidir.
Maddə 258. Servitutun məzmunu
258.1. Servitutun məzmununa
servitutun qüvvədə olma müddəti və şərtləri
daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın
planı servitutun yeri göstərilməklə müqaviləyə
qoşulur.
258.2. Servitutun məzmunu
daşınmaz əmlakın dövlət reyestrindəki
qeydiyyat yazısında qeyd olunmalıdır.
258.3. Qeydiyyat
yazısında servitutla yüklü olan daşınmaz əşyanın
planı servitutun yeri ilə birlikdə göstərilməlidir.
Maddə 259. İxtiyarlı şəxsin
və yüklü olan mülkiyyətçinin
hüquqlarının müdafiəsi
259.1. Əgər
servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs
hüquqlarının həyata keçirilməsində maneələrlə
qarşılaşarsa, bunların aradan qaldırılması
üçün o, vicdanlı sahib ilə eyni hüquqlara
malikdir.
259.2. Əgər
servitutun həyata keçirilməsi zamanı ixtiyarlı
şəxsin və onun daşınmaz əşyasının
tələbatı dəyişərsə, yüklü olan
mülkiyyətçini əlavə yüklü etmək
imkanına yol verilmir.
259.3. Əgər
servitutun həyata keçirilməsi üçün qurğu
varsa, ixtiyarlı şəxs onun saxlanması xərclərini
çəkməlidir. Qurğu həm də yüklü olan
mülkiyyətçinin mənafelərinə xidmət
üçün nəzərdə tutulduqda onların hər
ikisi qurğunun saxlanması xərclərini öz mənafelərinə
mütənasib surətdə çəkirlər.
259.4.
Yüklü olan mülkiyyətçi ixtiyarlı şəxsin
tələbatını nəzərə alaraq servitutun bir yerdən
başqa yerə keçirilməsini bu şərtlə tələb
edə bilər ki, özünün yerdəyişmədə
maraqlı olduğunu sübuta yetirsin və yerdəyişmə
xərclərini öz öhdəsinə götürsün.
Maddə 260. İxtiyarlı
şəxsin daşınmaz əşyasının
bölünməsinin nəticələri
260.1. Əgər
ixtiyarlı şəxsin servitut qoyulmuş daşınmaz əşyası
bölünərsə, hər bir bölünmüş hissə
üçün ayrılıqda servitut müəyyənləşdirilməlidir.
Lakin bu qaydaya yalnız yüklü olan mülkiyyətçinin
vəziyyətini pisləşdirməmək şərti ilə
yol verilə bilər.
260.2. Əgər
yüklü olan daşınmaz əşyanın bölünməsi
nəticəsində servitut hissələrdən yalnız birinə
şamil edilirsə, onda servitutun şamil edilmədiyi hissəyə
bölgüdən sonra servitut təsir göstərmir.
260.3. Servitutda
edilən bütün dəyişikliklər daşınmaz əmlakın
dövlət reyestrində qeyd edilir.
260.4.
Daşınmaz əmlakın dövlət reyestrinin əməkdaşları
ixtiyarlı şəxsə həmin servitutun ləğv edilməsi
xahişi barəsində məlumat verməli və əgər
o buna bir ay ərzində etiraz etməzsə, ləğvetməni
həyata keçirməlidirlər.
Maddə 261. Servitut
üçün haqq
261.1. Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın
mülkiyyətçisi xeyrinə servitut qoyulmuş
ixtiyarlı şəxslərdən sahədən istifadə
üçün haqq tələb edə bilər.
261.2. Haqqın
miqdarı tərəflərin razılaşması ilə,
razılaşmaya gəlmək mümkün olmadıqda isə
məhkəmənin qərarı ilə müəyyənləşdirilir.
Maddə 262. Servituta xitam verilməsi
262.1.
Yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya
tamamilə məhv olarkən hər cür servituta xitam verilir.
262.2.
Yüklü olan mülkiyyətçinin tələbi ilə
servituta onun qoyulduğu əsaslar aradan qalxdığına
görə xitam verilə bilər.
262.3. Fiziki və
ya hüquqi şəxsə mənsub daşınmaz əşya
servitutla yüklü olma nəticəsində öz təyinatına
uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi
servituta xitam verilməsini məhkəmə yolu ilə tələb
edə bilər.
262.4. Servituta
xitam verilməsi daşınmaz əmlakın dövlət
reyestrində qeyd edilməlidir.
262.5. Əgər
ixtiyarı verilmiş daşınmaz əşyanın
mülkiyyətçisi yüklü olan daşınmaz əşyanın
mülkiyyətçisi olursa, o, servituta xitam verə bilər.
Xitam verilənədək servitut əşya hüququ kimi
saxlanılır.
262.6. Əgər
ixtiyarı verilmiş daşınmaz əşya
üçün servituta hər cür maraq itmişdirsə,
yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi
ona xitam verilməsini tələb edə bilər. Əgər
ixtiyarı verilmiş daşınmaz əşyanın
mülkiyyətçisinin hələ də marağı
varsa, lakin bu marağı yüklülüyə nisbətən
cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən
və ya tamamilə əvəz edilə bilər.
II. Uzufrukt
Maddə 263. Uzufrukt
anlayışı
263.1. Uzufrukt əşyanın
və ya hüquqların elə yüklülüyüdür
ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən
şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda
götürmək hüququna malikdir, lakin mülkiyyətçidən
fərqli olaraq bu əşyanı və hüquqları girov
qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik
üzrə vermək hüququna malik deyildir. Uzufrukt ayrı-ayrı
faydaların istisna edilməsi ilə məhdudlaşdırıla
bilər.
263.2. Uzufrukt
pullu və pulsuz ola bilər.
263.3. Uzufrukt
müvəqqəti və ya uzufruktuarın bütün
ömrü boyu mövcud ola bilər.
Maddə 264. Uzufruktun verilməsi
şərtləri
Uzufruktun verilməsi
üçün daşınar əşyalar və ya
hüquqlar ilə bağlı halda onların uzufruktuara
keçməsi, daşınmaz əşyalarla bağlı
halda isə onların daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınması zəruridir. Uzufrukt verilərkən
mülkiyyət hüququ haqqında müddəalar qüvvədə
olur. Uzufruktun verilməsi bunu nəzərdə tutur ki, onun tərkib
hissələri müəyyənləşdirilə biləndir.
Maddə 265. Uzufruktuarın
hüquq və vəzifələri
265.1. Uzufruktdan əvvəl
mülkiyyətçi və uzufruktuar uzufrukt üzrə verilən
obyektlərin vəziyyətini təsvir edə bilərlər.
265.2. Mülkiyyətçinin
razılığı olmadan uzufruktuar istifadə məqsədini
dəyişdirə bilməz.
265.3.
Uzufruktuarın ixtiyarı var ki, əşyadan onun adi təsərrüfat
tətbiqi nəticəsində əldə edilməmiş bəhəri
və faydanı da əldə etsin. Bu halda o, belə tətbiq
nəticəsində əşyaya dəymiş ziyanın əvəzini
mülkiyyətçiyə ödəməyə borcludur.
265.4. Əgər
uzufruktuar etməyə borclu olmadığı xərclər
çəkmişsə və ya yeniliklər tətbiq
etmişsə, qaytarma zamanı tapşırıqsız idarəçi
kimi onlar üçün kompensasiya tələb edə bilər.
Əgər onun yaratdığı qurğular
üçün mülkiyyətçi kompensasiya vermək
niyyətində deyildirsə, o həmin qurğuları geri
götürə bilər, lakin əşyanın əvvəlki
vəziyyətini bərpa etməyə borcludur.
265.5. Uzufruktuar əşyaya
sahiblik, ondan istifadə və əşyadan fayda götürmək
hüququna malikdir. O, əşyanın idarə
olunmasını təmin edir. Öz hüququnu həyata
keçirərkən o, vicdanlı təsərrüfatçılıq
qaydalarına uyğun hərəkət etməlidir. Uzufruktuar əşyanın
normal aşınması üçün məsuliyyət
daşımır. O, cari xərcləri ödəməyə,
əşyanı təmir etməyə, habelə ona normal təsərrüfat
qulluğunun qayğısına qalmağa borcludur.
265.6. Mülkiyyətçinin
əşyanın dəyişdirilməsi və ya dəyərinin
azaldılması nəticəsində kompensasiya iddiaları,
habelə uzufruktuarın xərclər üçün
kompensasiya və ya qurğuların geri götürülməsi
iddiaları əşyanın qaytarılmasından bir il sonra
müddətin keçməsinə görə qüvvədən
düşür.
265.7. Bəhərlər
uzufruktuarın ixtiyarlı olduğu dövrdə təsərrüfatın
lazımınca aparılması çərçivəsində
yetişdirilmişsə, uzufruktuara mənsubdur.
265.8. Uzufrukt
obyektləri üzrə haqq və digər vaxtaşırı
xidmətlər, hətta onların icra müddəti istifadə
hüququna xitam verildikdən sonra çatdıqda belə,
uzufruktuarın hüququnun başlandığı gündən
hüququna xitam verildiyi anadək ona mənsubdur.
265.9. Əgər
uzufrukt yalnız müəyyən şəxsə verilməyibsə,
uzufruktuar onu həyata keçirilmək üçün
başqa şəxsə verə bilər. Bu şəxs barəsində
mülkiyyətçi öz hüquqlarını bilavasitə
həyata keçirir.
265.10. Uzufruktuar
uzufruktun mövcud olduğu bütün dövr
üçün əşyanı müvafiq surətdə
sığorta etdirməyə borcludur. Uzufruktun qüvvədə
olduğu müddətdə uzufruktuar artıq
sığortalanmış əşya üzrə
sığorta haqqı ödəməlidir.
265.11. Əgər
əşya və ya onun bir hissəsi məhv olarsa, zədələnərsə
və ya onun saxlanması üçün gözlənilməz
xərclər lazım gələrsə, uzufruktuar bunu ləngimədən
mülkiyyətçiyə bildirməlidir. O, mənfi nəticələri
aradan qaldırmaq üçün mülkiyyətçinin həyata
keçirdiyi tədbirlərə və hərəkətlərə
dözməlidir. Mülkiyyətçi müvafiq tədbirləri
görməyə borclu deyildir. Əgər bu tədbirləri
uzufruktuar özü həyata keçirirsə, uzufrukt
qurtardıqda o, həmin tədbirlər və hərəkətlər
nəticəsində əşyaya əlavə etdiyi predmetləri
ayıra bilər və ya bunun üçün mülkiyyətçidən
müvafiq kompensasiya tələb edə bilər.
265.12. Əgər
uzufruktuar normal təsərrüfat fəaliyyəti daxilində
ayrı-ayrı predmetləri özgəninkiləşdirərsə,
özgəninkiləşdirilən predmetlərin yerini onun əldə
etdiyi predmetlər tutmalıdır.
265.13. Uzufruktuar
əşyanın məhv olması və dəyərinin
azalması üçün, əgər zərərin onun təqsiri
üzündən baş vermədiyini sübuta yetirməzsə,
məsuliyyət daşıyır. O, istifadəyə daxil
olmamış və işlədilmiş predmetlərin əvəzini
verməlidir. O, əşyadan düzgün istifadə ilə əlaqədar
predmetlərin dəyərinin azalmasının əvəzini
ödəməyə borclu deyildir.
265.14.
Daşınmaz əşyanın uzufruktuarı göz
qoymalıdır ki, daşınmaz əşyadan həddən
artıq istifadə edilməsin. Bu həddən artıq əldə
edilmiş bəhərlər mülkiyyətçiyə mənsubdur.
265.15.
Uzufruktuara torpaq sahəsinin təsərrüfat təyinatında
mülkiyyətçi üçün mühüm zərərə
səbəb ola biləcək hər hansı dəyişikliklər
etməyə icazə verilmir. O, torpaq sahəsini əhəmiyyətli
dərəcədə dəyişdirə bilməz.
265.16. Əgər
ayrı qayda müəyyənləşdirilməyibsə,
uzufruktuar işlətdiyi əşyalara mülkiyyət
hüququ əldə edir, lakin istifadə hüququ qüvvəyə
minənədək onların mövcud olmuş dəyərinin
əvəzini ödəməyə borcludur.
Maddə 266. Uzufruktla yüklü
edilmiş əşyanın mülkiyyətçisinin
hüquq və vəzifələri
266.1. Mülkiyyətçi
əşyadan hər bir qanunsuz istifadəyə və ya təyinatından
kənar istifadəyə etiraz edə bilər. Əgər
uzufruktuar etiraza məhəl qoymursa, mülkiyyətçi
vurulmuş ziyanın əvəzinin ödənilməsini və
ya uzufrukta xitam verilməsini məhkəmə qaydasında tələb
edə bilər.
266.2. Mülkiyyətçi
əşyasının və ya hüquqlarının təhlükədə
olduğunu sübuta yetirərsə, uzufruktuardan girov tələb
edə bilər. Əgər uzufruktun predmeti istehlak edilən əşyalardan
və ya qiymətli kağızlardan ibarətdirsə, o,
qarantiyanı sübut gətirmədən və əşya
verilənədək tələb edə bilər. Qiymətli
kağızlarla bağlı halda onların depozitə
qoyulması yetərli qarantiyadır. Qarantiya alınması
üçün iddia istifadə hüququnu saxlamaqla predmeti
mülkiyyətçiyə bağışlamış şəxs
barəsində irəli sürülə bilməz.
266.3. Əgər
uzufruktuar onun üçün təyin edilmiş ağlabatan
müddət ərzində girov verməzsə və ya
mülkiyyətçinin etirazına baxmayaraq əşyadan
qanunsuz istifadəyə son qoymazsa, məhkəmə qərar qəbul
edənədək onu əşyaya sahiblikdən məhrum etməlidir.
266.4. Mülkiyyətçi
və uzufruktuar istənilən vaxt əşyanın
onların hesabına qiymətləndirilməsini tələb
edə bilərlər.
266.5. Uzufruktuar
özü əşyanı saz saxlamalı və əşyanın
adi qaydada saz saxlanmasına aid
yaxşılaşdırmaları və yeniləşdirmələri
müstəqil həyata keçirməlidir. Əgər əşyanın
qorunması üçün daha mürəkkəb işlərin
və ya tədbirlərin görülməsi zəruridirsə,
uzufruktuar bu barədə mülkiyyətçiyə məlumat
verməli və lazım gəldikdə bunların mülkiyyətçinin
qüvvəsi ilə həyata keçirilməsinə icazə
verməlidir. Əgər mülkiyyətçi bunu etməzsə,
uzufruktuar həmin işləri və tədbirləri
mülkiyyətçinin hesabına özü görə bilər.
266.6. Adi saxlama
və təsərrüfat istifadəsi xərclərini, bununla
bağlı müvafiq borclar üzrə faizləri, habelə
vergiləri və rüsumları uzufruktuar ixtiyarlı
olduğu müddətə uyğun ödəyir. Əgər
vergilər və ayırmalar mülkiyyətçidən
tutulursa, uzufruktuar onların əvəzini eyni həcmdə
ödəməlidir. Bütün başqa xərcləri
mülkiyyətçi çəkir.
Maddə 267. Mənzilə
uzufruktun xüsusiyyətləri
267.1. Mənzilə
uzufrukt binada və ya onun bir hissəsində mənzilə
malik olmaq ixtiyarından ibarətdir. O, üçüncü
şəxslərə verilə bilməz və vərəsəlik
üzrə keçmir. Ona istifadə hüququ haqqında
müddəalar şamil edilir.
267.2. Mənzilə
uzufrukt adətən uzufruktuarın şəxsi tələbatı
ilə müəyyənləşdirilir. Lakin o, əgər
mülkiyyətçi birbaşa şərt qoymayıbsa,
öz ailəsinin üzvlərini və ya binada onunla birgə
yaşayanları öz mənzilinə götürə bilər.
Əgər mənzil hüququ binanın bir hissəsi ilə məhdudlaşıbsa,
uzufruktuar birgə istifadə üçün nəzərdə
tutulan predmetlərdən istifadə edə bilər.
267.3. Əgər
uzufruktuarın müstəsna mənzil hüququ varsa, o, mənzilin
adi saxlanması xərclərini çəkir. Əgər onun
birgə istifadəyə hüququ varsa, mənzilin
saxlanması xərclərini mülkiyyətçi çəkir.
Maddə 268. Uzufrukta xitam verilməsi
268.1. Uzufrukta əşya
tamamilə məhv olduqda, uzufruktun müddəti bitdikdə,
uzufruktuar uzufruktdan imtina etdikdə, habelə uzufruktuarın
ölümü ilə əlaqədar olaraq, hüquqi şəxslər
üçün isə onların buraxılması ilə əlaqədar
olaraq xitam verilir.
268.2. Uzufrukt
qurtardıqda uzufruktuar əşyanı mülkiyyətçiyə
qaytarmağa borcludur.
268.3. Əgər
uzufrukt mülkiyyətlə birlikdə bir şəxsin əlinə
düşərsə, uzufrukta xitam verilir.
268.4. Mülkiyyətçi
məhv olmuş əşyanı bərpa etməyə borclu
deyildir. Əgər o, əşyanı bərpa edərsə, əşyaya
uzufrukt da bərpa olunur. Əgər məhv olmuş əşyanın
əvəzi verilirsə, uzufrukt əvəz kimi verilmiş əşyaya
keçir.
12-ci fəsil.
Əşya təminat hüququ.
Girov və ipoteka hüququ
§ 1. Ümumi müddəalar
Maddə 269. Girov və ipoteka
hüququ anlayışı
269.1. Girov və
ipoteka hüququ girov qoyanın əşyası barəsində
girov saxlayanın əşya hüququdur və eyni zamanda
borclunun girov saxlayan qarşısında pul və ya başqa
öhdəliyinin icrasının təmin edilməsi
üsuludur. KMQ 25
269.2. Girov və
ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından
ibarətdir.
269.3. Girov
daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan
başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
Bu Məcəllə ilə nəzərdə tutulmuş
hallarda hüquqların da girov qoyulması mümkündür.[282]
269.4. İpoteka
daşınmaz əşyalara, habelə rəsmi reyestrdə
qeydə alınmalı olan daşınar əşyalara əşya
hüquqlarının məhdudlaşdırılmasıdır.
269.5. Girov və
ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor)
qarşısında əsas öhdəliyinin icrasının təmin
edilməsi üçün əlavə (aksessor) əşya
hüququdur.[283] KMQ 25
269.6.
Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət
hüququna aid olan hər şeyə şamil edilir.
269.7. Girovla və
ipoteka ilə təmin edilmiş öhdəlik üzrə
kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ
var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov
qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın
dəyərindən həmin əşyanın mənsub
olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın)
digər kreditorlarına nisbətən üstün qaydada təminat
alsın.
269.8. Bu Məcəllənin
266.6-cı maddəsində müəyyənləşdirilmiş
prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın)
hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə
yüklü edilmiş əşyanın itirilməsi və ya
zədələnməsi üçün, onun kimin xeyrinə
sığortalanmasından asılı olmayaraq, sığorta
ödənişindən təminat alsın, bu şərtlə
ki, itki və ya zədələnmə girov saxlayanın
(ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən
baş verməsin.
269.9. Girov və
ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar
və hüquqlar üçün verilir.
269.10. Girov
qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya
məhv olduqda və ya zədələndikdə, yaxud girov
saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş
hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz
almaq tələbinin irəli sürülməsi hüququ irəli
gəlir.
269.11. Girov və
ipoteka hüququ həm mövcud, həm də gələcək
tələb üçün verilə bilər. Tələb
adlı, orderli və ya adsız ola bilər. O həm girov
qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin
özünə qarşı, həm də başqa şəxsə
qarşı tələb ola bilər. Girov və ya ipoteka
hüququnun verildiyi tələb yetərli dərəcədə
aydın olmalıdır.
Maddə 270. Girovun və
ipotekanın əmələ gəlməsi əsasları
270.1. Girov və
ipoteka müqavilə üzrə əmələ gəlir.
270.2. Bu Məcəllənin
müqaviləyə əsasən əmələ gələn
girov və ipoteka haqqında qaydaları müvafiq surətdə
digər əsaslara görə əmələ gələn
girova və ipotekaya da tətbiq edilir.
Maddə 271. Girov qoyan (ipoteka
qoyan)
271.1.
Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi
ola bilər. Mülkiyyətçi olmayan şəxsdən
ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri
bu Məcəllənin 140-cı və 182-ci maddələrinin
müddəalarına uyğun olaraq müəyyən edilir.[284]
271.2. Girov qoyan
(ipoteka qoyan) həm borclu, həm də üçüncü
şəxs ola bilər.
271.3. Hüququ
girov qoyan həmin hüququn mənsub olduğu şəxs ola
bilər.
Maddə 272. Girov saxlayan (ipoteka
saxlayan)
Girov saxlayan
(ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya
başqa öhdəliyinin icrasının təmin edilməsi
üçün girov qoyanın əşyası barəsində
müqavilədə göstərilmiş əsaslar üzrə
girov və ya ipoteka hüququ olan şəxsdir.
Maddə 273. Girov qoyulmuş və ya ipoteka
ilə yüklü edilmiş əşyanın mənimsənilməsinin
yolverilməzliyi
Girov saxlayana və
ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə
yüklü edilmiş əşyanı mənimsəmək
hüququ verən hər cür razılaşma
etibarsızdır.
Maddə 274. Girov qoyulmuş və ya
ipoteka ilə yüklü edilmiş əşyanın
mülkiyyətçisinin dəyişməsinin nəticələri
274.1. İpoteka ilə yüklü edilmiş əşyanın
mülkiyyətçisinin dəyişməsi ipoteka
hüququnu dəyişdirmir. [285]
274.2. “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan Respublikası
Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla,
girov qoyulmuş əşyanın mülkiyyətçisinin dəyişməsi
girov hüququnu dəyişdirmir.
Maddə 275. Girov və ya ipoteka
hüququna xitam verilməsi – çıxarılmışdır.[286]
§ 2. Girov
Maddə 276. Girov predmeti
276.1. İpoteka
predmeti olan əşyalar, habelə mülki dövriyyədən
çıxarılmış əşyalar və kreditorun
şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər,
o cümlədən alimentlər, həyata və ya
sağlamlığa vurulmuş zərərin əvəzinin
ödənilməsi haqqında tələblər və digər
şəxsə güzəşt olunması qanunla qadağan
edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar
və tələblər girov predmeti ola bilər.
276.2.
Bölünməz əşyalar hissə-hissə girov qoyula
bilməz.
276.3.
Əşyanın mülkiyyətçisinin
razılığı olmadan icarə hüququnun girov
qoyulmasına yol verilmir.
276.4. Azərbaycan
Respublikasının dövlətə məxsus aktivləri,
onun beynəlxalq ehtiyatları və gələcəkdə
yarana biləcək aktivləri dövlət borcu və ya
dövlət tərəfindən zəmanət verilmiş borc
üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı
məqsədilə girov qoyula bilməz.[287]
Maddə 277. Ümumi mülkiyyətdə
olan əşyanın girov qoyulması
277.1. Ümumi
birgə mülkiyyətdə olan əşya yalnız
bütün mülkiyyətçilərin yazılı
razılığı olduqda girov qoyula bilər.
277.2. Ümumi
paylı mülkiyyətin mülkiyyətçilərindən
hər hansı biri ümumi əşyaya hüquqdakı
payını digər mülkiyyətçilərin
razılığı olmadan girov qoya bilər. Girov
saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə
və o satıldıqda bu Məcəllənin satın almaqda
üstünlük hüququ haqqında qaydaları tətbiq
edilir.
Maddə 278. Girov hüququnun
şamil edildiyi əşya
Girov saxlayanın girov predmeti olan əşyaya girov
hüququ, əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, onun ləvazimatına, habelə “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan digər əmlaka
da şamil edilir.[288]
Maddə 279. Girovla təmin edilən
tələb
Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat
məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə
həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi
ilə vurulmuş zərərin əvəzinin ödənilməsi,
habelə girov qoyulmuş əşyanın saxlanması və
salamatlığı üçün girov saxlayanın zəruri
xərcləri və tutma xərcləri daxildir.
Maddə 280. Girov müqaviləsi
280.1. Girov
müqaviləsi yazılı formada bağlanmalıdır.
280.2. Girov
müqaviləsində tərəflərin adı və
yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin
edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti
göstərilməlidir. Girov predmetinin təsvirində girov
qoyanın bütün mövcud və ya gələcək
daşınar əmlakından ibarət olması göstərilə
bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın
müəyyən bir növünü (kateqoriyasını),
debitor borcları və ya onların müəyyən hissəsini
ehtiva edə bilər. [289]
280.3. Bu Məcəllədə
nəzərdə tutulan hallarda girov müqaviləsi notariat
qaydasında təsdiqlənməli, girov hüququ isə
dövlət qeydiyyatına alınmalıdır.
280.4. Bu maddənin
qaydalarına riayət edilməməsi girov müqaviləsinin
etibarsızlığına səbəb olur. Belə
müqavilə əhəmiyyətsiz sayılır.
Maddə 281. Girov hüququnun əmələ
gəlməsi
281.1. Girov
hüququ girov müqaviləsinin bağlandığı andan,
girov hüququnun dövlət qeydiyyatına alınmalı
olduğu hallarda isə onun qeydə alındığı
andan əmələ gəlir.
281.2. Əgər
müqaviləyə görə girov predmeti girov saxlayanda
olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an,
girov predmeti müqavilə bağlanana qədər verildikdə
isə onun bağlandığı an əmələ gəlir.
Maddə 282. Sonrakı girov
282.1. Girovda olan
əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər.
282.2. Sonrakı
girova onun əvvəlki girov müqavilələri ilə
qadağan edilmədiyi halda yol verilir.
282.3. “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanununda müəyyən edilmiş hallar
nəzərə alınmaqla, sonrakı girov zamanı sonrakı girov
saxlayanın tələbləri əvvəlki girov
saxlayanın tələbləri ödənildikdən sonra
girov predmetinin dəyərindən ödənilir. [290]
Maddə 283. Girov qoyulmuş əmlakın
saxlanması və salamatlığı
283.1. Girov
qoyulmuş əşyanın kimdə olmasından asılı
olaraq girov qoyan və ya girov saxlayan, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa:
283.1.1. girov
qoyulmuş əşyanı itirilmə və zədələnmə
risklərindən onun tam dəyərində, əşyanın
tam dəyəri girovla təmin edilən tələbin
ölçüsündən artıqdırsa, tələbin
ölçüsündən az olmayan məbləğdə
sığorta etdirməlidir;
283.1.2. girov
qoyulmuş əşyanın salamatlığının təmin
edilməsi, o cümlədən üçüncü şəxslərin
qəsdlərindən və tələblərindən
müdafiəsi üçün tədbirlər görməlidir;
283.1.3. girov
qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi
təhlükəsi yarandıqda digər tərəfi dərhal
xəbərdar etməlidir.
283.2. Girov
saxlayan və girov qoyan digər tərəfdə olan girov
qoyulmuş əşyanın mövcudluğunu,
miqdarını, vəziyyətini və saxlanma şəraitini
sənədlər üzrə və faktik surətdə yoxlaya
bilərlər.
283.3. Girov
saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov
qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi
təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl
xitam verilməsini tələb edə bilər.
Maddə 284. Girov predmetindən
istifadə və ona dair sərəncam verilməsi
284.1. Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, girov qoyan girov predmetindən onun təyinatına
uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər
və gəlir götürə bilər.
284.2. Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın
razılığı ilə girov predmetini özgəninkiləşdirə
bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz
istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar
verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət
etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
284.3. Girov
saxlayan ona verilmiş girov predmetindən yalnız müqavilədə
nəzərdə tutulan hallarda istifadə edə bilər.
Girov qoyanın tələbi ilə o, istifadə haqqında
hesabat verməlidir. Müqaviləyə əsasən girov
saxlayanın üzərinə əsas öhdəliyin ödənilməsi
məqsədilə və ya girov qoyanın mənafeləri
üçün girov predmetindən bəhər və gəlir
götürmək vəzifəsi qoyula bilər.
Maddə 285. Girov qoyulmuş əşyanın
məhv olmasının, itirilməsinin və ya zədələnməsinin
nəticələri
285.1. Əgər
girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,
girov qoyulmuş əşyanın təsadüfən məhv
olması, itirilməsi və ya təsadüfən zədələnməsi
riski girov qoyanın üzərinə düşür.
285.2. Girov
saxlayan ona verilmiş girov predmetinin tamamilə və ya qismən
məhv olması, itirilməsi və ya zədələnməsi
üçün, məsuliyyətdən azad edilə biləcəyini
sübuta yetirməsə, məsuliyyət daşıyır.[291]
285.3. Girov
saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə
qiymətləndirildiyindən asılı olmayaraq girov
predmetinin itirilməsinə görə onun həqiqi dəyəri
məbləğində, zədələnməsinə görə
isə dəyərinin azaldığı məbləğdə
məsuliyyət daşıyır.
285.4. Əgər
zədələnmə nəticəsində girov predmeti öz
birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək
dərəcədə dəyişmişsə, girov qoyan ondan
imtina edə bilər və onun itirilməsi üçün əvəz
tələb edə bilər. Müqavilədə girov
saxlayanın girov qoyana girov predmetinin itirilməsi və ya zədələnməsi
nəticəsində dəyən digər zərərin əvəzini
də ödəmək vəzifəsi nəzərdə tutula
bilər. Girovla təmin edilmiş öhdəlik üzrə
borclu olan girov qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi
nəticəsində dəyən zərərin əvəzinin
ödənilməsi barədə girov qoyana verdiyi tələbi
girovla təmin edilmiş öhdəliyin ödənilməsinə
aid edə bilər.
Maddə 286. Girov predmetinin dəyişdirilməsi
Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, girov predmetinin dəyişdirilməsinə girov
saxlayanın razılığı ilə yol verilir.
Maddə 287. Girov predmetinin bərpa
və əvəz edilməsi
Girov predmeti məhv
olduqda və ya zədələndikdə və ya ona mülkiyyət
hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini
ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli
başqa əmlakla əvəz etməlidir.
Maddə 288. Girov saxlayanın
girov predmetinə hüquqlarını müdafiə etməsi
288.1. Girov
qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan
girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən
girov qoyanın sahibliyindən tələb edə bilər.
288.2. Müqavilə
şərtlərinə görə girov saxlayana ona verilmiş
girov predmetindən istifadə hüququ verildikdə o digər
şəxslərdən, o cümlədən girov qoyandan onun
hüququnun hər cür pozuntularını aradan
qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə
ilə birləşdirilmədikdə belə, tələb edə
bilər.
Maddə 289. Girov qoyulmuş əşyaya
mülkiyyət hüququ keçərkən girovun
saxlanması
289.1. Bu Məcəllənin 274.2-ci
maddəsi nəzərə alınmaqla, girov qoyulmuş əşyaya
mülkiyyət hüququ həmin əşyanın əvəzli
və ya əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində
və ya universal hüquq varisliyi qaydasında girov qoyandan
başqa şəxsə keçdikdə girov hüququ
qüvvədə qalır. Girov qoyanın hüquq varisi girov
qoyanın yerini tutur və əgər girov saxlayanla
razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa,
girov qoyanın bütün vəzifələrini
daşıyır. [292]
289.2. Girov
qoyanın girov predmeti olan əşyası hüquq varisliyi
qaydasında bir neçə şəxsə keçdikdə
hüquq varislərindən (əmlakı əldə edənlərdən)
hər biri girovla təmin edilmiş öhdəliyin icra edilməməsinin
girovdan irəli gələn nəticələrini həmin əmlakın
ona keçmiş hissəsinə mütənasib surətdə
daşıyır. Lakin girov predmeti bölünməz olduqda və
ya başqa əsaslara görə hüquq varislərinin
ümumi mülkiyyətində qaldıqda onlar birgə girov
qoyanlar olurlar.
Maddə 290. Girov qoyulmuş əmlakın
məcburi alınmasının nəticələri
290.1. Girov
qoyanın girov predmeti olan əşyaya mülkiyyət
hüququna qanunla müəyyənləşdirilmiş əsaslar
üzrə və qaydada, dövlət ehtiyacları
üçün satınalma, rekvizisiya və ya milliləşdirmə
nəticəsində xitam verildikdə və girov qoyana
başqa əşya və (və ya) müvafiq əvəz
verildikdə girov hüququ əvəz kimi verilmiş əşyaya
şamil edilir və ya müvafiq surətdə, girov saxlayan
girov qoyana çatası əvəzin məbləğindən
öz tələbinin üstün ödənilməsi
hüququnu əldə edir.[293]
290.2. Girov
predmeti olan əşya tutmanın ona yönəldilməsi və
ya cinayət törətmək üstündə sanksiya şəklində
girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada
alındıqda girov saxlayan həmin əşyanın dəyərindən
öz tələbinin üstün ödənilməsi
hüququnu əldə edir.
290.3. Girov
predmeti olan əşyanın mülkiyyətçisinin əslində
digər şəxs olması əsasında həmin əşya
girov qoyandan alındıqda bu əmlak barəsində girova
xitam verilir.
290.4. Bu maddədə
nəzərdə tutulan hallarda girov saxlayan girovla təmin
edilmiş öhdəliyin vaxtından əvvəl
icrasını tələb edə bilər.
Maddə 291. Girov müqaviləsi
üzrə hüquqların güzəşt edilməsi
291.1. Girov
saxlayan kreditorun hüquqlarının tələbin güzəşti
yolu ilə verilməsi qaydalarını gözləməklə,
girov müqaviləsi üzrə öz hüquqlarını
başqa şəxsə verə bilər.
291.2. Çıxarılmışdır.[294]
Maddə 292. Girovla təmin
edilmiş öhdəlik üzrə borcun keçirilməsi
Girovla təmin
edilmiş öhdəlik üzrə borc başqa şəxsə
keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə
cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə,
girova xitam verilir.
Maddə 293. Girovla təmin edilmiş
öhdəliyin vaxtından əvvəl icrası və girov
qoyulmuş əmlaka tutmanın yönəldilməsi
293.1.
Aşağıdakı hallarda girov saxlayan girovla təmin
edilmiş öhdəliyin vaxtından əvvəl
icrasını tələb edə bilər:
293.1.1. girov
predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin
şərtlərinə uyğun olmayaraq çıxdıqda;
293.1.2. girov
qoyan girov predmetinin əvəz edilməsi qaydalarını
pozduqda;
293.1.3. əgər
girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə
tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov
saxlayanın cavabdeh olmadığı səbəblərdən
itirildikdə.
293.2.
Aşağıdakı hallarda girov saxlayan girovla təmin
edilmiş öhdəliyin vaxtından əvvəl
icrasını tələb edə bilər, tələbi yerinə
yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə
bilər:
293.2.1. girov
qoyan sonrakı girov qaydasını pozduqda;
293.2.2. girov qoyan
bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində
nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə;
293.2.3. girov
qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam
verilməsi qaydalarını pozduqda.
Maddə 294. Girova xitam verilməsi
294.1. Girova
aşağıdakı hallarda xitam verilir:
294.1.1. girovla təmin
edilmiş öhdəliyə xitam verildikdə;
294.1.2. bu Məcəllənin
283.3-cü maddəsində nəzərdə tutulan əsaslar
olduqda girov qoyanın tələbi ilə;
294.1.3. əgər
girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə
tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya
məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə;
294.1.4. tutma yönəldilməsi ilə
bağlı girov qoyulmuş əmlak açıq
hərracdan satıldıqda.[295]
294.2. Girovla təmin
edilmiş öhdəliyin icrası nəticəsində və
ya girov qoyanın tələbi ilə girova xitam verildikdə
girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu
dərhal girov qoyana qaytarmağa borcludur.
Maddə 295. Girov qoyulmuş əşyaya
tutmanın yönəldilməsi əsasları
Girov
saxlayanın (kreditorun) tələblərinin ödənilməsi
üçün tutma girov qoyulmuş əşyaya borclu girovla
təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən
icra etmədikdə və ya lazımınca icra etmədikdə
yönəldilə bilər.
Maddə 296. Girov qoyulmuş əşyaya
tutmanın yönəldilməsi qaydası
296.1. Girov
saxlayanın tələbinin məhkəməyə müraciət
edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə
girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş
razılaşması əsasında yol verilir. Belə
razılaşma ilə hüquqları pozulmuş şəxsin
iddiası üzrə məhkəmə həmin
razılaşmanı etibarsız saya bilər. Bu cür
razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin
girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi
məhkəmənin qərarı ilə həyata
keçirilir. Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan Respublikası
Qanununun şamil edildiyi yüklülük predmetinə
tutmanın yönəldilməsi həmin Qanunla müəyyən
edilmiş qaydada həyata keçirilir. [296]
296.2. Girov
predmetinə tutma aşağıdakı hallarda yalnız
məhkəmənin qərarı ilə yönəldilə bilər: [297]
296.2.1. girov
müqaviləsinin bağlanması üçün başqa
şəxsin razılığı və icazəsi tələb
olunduqda;
296.2.2. girov
predmeti cəmiyyət üçün mühüm tarixi, bədii
və ya mədəni dəyərli əşya olduqda.
Maddə 297. Girov qoyulmuş əşyanın
realizə edilməsi (satılması)
Girov qoyulmuş əşya hərracda (açıq
auksionda) və ya “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda istənilən üsulla satıla bilər.[298]
Maddə 298. Girov qoyulmuş əşyanın
satışından götürülmüş məbləğin
bölüşdürülməsi
298.1. Girov qoyulmuş əşyanın
satılmasından əldə olunan məbləğ
aşağıdakı ardıcıllıqla
bölüşdürülür: [299]
298.1.1. girov qoyulmuş əşyanın saxlanması,
salamatlığı, yaxşılaşdırılması və
onun satılmasına çəkilmiş xərclərin
ödənilməsinə;
298.1.2. “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin
ödənilməsinə;
298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə;
298.1.4. “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin
ödənilməsinə.
298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə
tutulmuş ödənişlər həyata keçirildikdən
sonra girov qoyulmuş əşyanın satışından əldə
olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın
satılmasından 10 (on) iş günü müddətində
girov qoyana qaytarılır.
298.3. Əgər girov qoyulmuş əşyanın
satışından götürülən məbləğ
girov saxlayanın tələbini ödəmək
üçün yetərli deyildirsə, girov saxlayan
çatışmayan məbləği, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından
almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan
üstünlük hüququ yoxdur.
Maddə 299. Girov qoyulmuş əşyaya
tutmanın yönəldilməsinə və onun
satışına xitam verilməsi
299.1. Tutma yönəldilməsi ilə
bağlı girov predmetinin satışı həyata
keçirilənə (alqı-satqı müqaviləsi
bağlananadək və ya hərracın nəticələri
üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov
saxlayanın mülkiyyətinə keçənə qədər
girov qoyan və (və ya) borclu girovla təmin edilmiş
öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini
icra edərək girov predmetinə tutmanın yönəldilməsinə
xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. [300]
299.2. Girov
qoyulmuş əşyaya tutmanın yönəldilməsinə
və ya onun satışına xitam verilməsini tələb
edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi
və onun satışı ilə bağlı çəkilmiş
xərclərin əvəzini girov saxlayana ödəməyə
borcludur.
Maddə 300. Girovun növləri
300.0. Girov
aşağıdakı növlərdə ola bilər:
300.0.1. saxlanc;
300.0.2. əşyanın
lombardda girovu;
300.0.3.
hüquqların girovu;
300.0.4. pul vəsaitinin
girovu;
300.0.5. sabit
girov;
300.0.6.
dövriyyədəki malların girovu.
Maddə 301. Saxlanc
Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın
sahibliyinə verilir.
Maddə 302. Əşyanın
lombardda girovu
302.1. Şəxsi
istehlak üçün nəzərdə tutulan daşınar
əşyanın fiziki şəxslərdən qısamüddətli
kreditlərin təmin edilməsi məqsədilə girov
götürülməsini sahibkarlıq fəaliyyəti
qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan
ixtisaslaşdırılmış təşkilatlar - lombardlar
həyata keçirə bilərlər.
302.2.
Əşyanın lombardda girovu haqqında müqavilə
lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.
302.3. Saxlanca
qoyulan əşyalar lombarda verilir.
302.4. Lombard
girov götürdüyü əşyanı onun girova qəbul
olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın
bazar qiymətinə uyğun müəyyənləşdirilən
qiymətinin tam məbləğində girov qoyanın xeyrinə
sığorta etdirməlidir.
302.5.
Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və
ona dair sərəncam vermək ixtiyarı yoxdur.
302.6. Lombard
girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi
üçün məsuliyyət daşıyır.
302.7.
Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit
məbləği müəyyənləşdirilmiş
müddətdə qaytarılmadıqda lombard həmin əşyanı
açıq hərracdan realizə edə (sata) bilər. Bundan
sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri,
hətta girov qoyulmuş əşyanın satışından
götürülən məbləğ onların tam ödənilməsi
üçün yetərli olmadıqda belə, ləğv
edilir.
302.8. Lombardlar tərəfindən
fiziki şəxslərin onlara mənsub əşyanın
girovu müqabilində kreditləşdirilməsi qaydaları
qanunvericiliklə müəyyənləşdirilir.
302.8-1. Lombard
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri
yerinə yetirməlidir.
302.9.
Əşyanın lombardda girovu haqqında müqavilənin
girov qoyanın hüquqlarını bu Məcəllənin ona
verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri
əhəmiyyətsizdir.
Maddə 303. Hüququn girovu
303.1. Hüquq
girov qoyularkən girov predmeti özgəninkiləşdirilə
bilən hüquq, o cümlədən torpaq sahəsinin,
binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi
hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.
303.2. Müddətli
hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək
girov predmeti ola bilər.
303.3. Girov
qoyulmuş hüququn borclusuna girov haqqında dərhal
bildiriş verilməlidir.
303.4. Dövlət
qeydiyyatına alınmalı olan hüququn girovu onun
qeydiyyatını həyata keçirən dövlət
orqanında qeydə alındığı andan
etibarlıdır.
303.5. Sənədli qiymətli kağızla təsdiqlənmiş
hüquq girov qoyularkən o, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayana və
ya bankın və ya notariusun depozitinə verilir.[301]
Maddə 304. Pul vəsaitinin
girovu
Girov predmeti olan
pul vəsaiti bankın və ya notariusun depozit hesabında
saxlanılır. Bu məbləğin üstünə
hesablanan faizlər, əgər müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, girov qoyana mənsubdur.
Maddə 305. Sabit girov
Sabit girov elə
girovdur ki, onun predmeti girov saxlayanın qıfılı
altında və ya girovu ifadə edən nişanlar vurulmaqla,
girov qoyanda saxlanılır.
Maddə 306. Dövriyyədəki
malların girovu
306.1. Dövriyyədəki
malların girovu zamanı girov qoyulan mallar girov qoyanda
saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın
(əmtəə ehtiyatları, xammal, materiallar,
yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və
natural formasını dəyişdirmək hüququ verilir,
bu şərtlə ki, onların ümumi dəyəri girov
müqaviləsində göstərilən dəyərindən
aşağı düşməsin. Girov qoyulmuş
dövriyyədəki malların dəyərinin azalmasına, əgər
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
girovla təmin edilmiş öhdəliyin icra edilmiş hissəsinə
mütənasib surətdə yol verilir. [302]
306.2. Girov
qoyanın özgəninkiləşdirdiyi dövriyyədəki
mallar əldə edənin mülkiyyətinə keçdiyi
andan girov predmeti olmur, girov qoyanın əldə etdiyi, girov müqaviləsində
göstərilən mallar isə girov qoyanın onlara
mülkiyyət hüququnun əmələ gəldiyi andan
girov predmeti olur.
306.3. Dövriyyədəki mallar girov qoyulduqda, tərəflər
onların ümumi dəyərinin girov müqaviləsində
göstərilən dəyərdən aşağı
düşməməsini şərtləndirə bilərlər.
Bu zaman: [303]
306.3.1. əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, girov qoyulmuş dövriyyədəki
malların dəyərinin azalmasına girovla təmin
edilmiş öhdəliyin icra edilmiş hissəsinə mütənasib
surətdə yol verilir.
306.3.2. girov qoyan girov qoyulmuş malların
qeydiyyatı kitabını tərtib etməyə borcludur. Həmin
kitaba malların girov qoyulması şərtləri haqqında
və girov qoyulmuş malların tərkibinin və ya natural
formasının dəyişməsinə səbəb olan
bütün əməliyyatlar, o cümlədən onların
emalı haqqında sonuncu əməliyyat günü
üçün qeydlər daxil edilir.
306.4. Girov qoyan
dövriyyədəki malların girovu şərtlərini
pozduqda girov saxlayan girov qoyulmuş mallara öz
nişanlarını vurmaq yolu ilə onlarla bağlı əməliyyatları
pozuntu aradan qaldırılanadək dayandıra bilər.
§ 3. İpoteka
Maddə 307. İpoteka
müqaviləsi
307.1. “İpoteka müqaviləsində tərəflərin
adı və yaşayış yeri (olduqları yer),
ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi
üçün yetərli olan digər təsviri, əsas
öhdəliyin mahiyyəti, ölçüsü (məbləği),
əmələ gəlməsi əsasları və icra
müddəti, bu öhdəliyin əsaslandığı
müqavilənin tərəfləri, bağlandığı
yer, tarix, həmçinin qanunla müəyyən edilmiş
imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın
tələbinin ipoteka predmeti hesabına yönəldilməsi
barədə şərtlər, ipoteka predmetinin satış
üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya
bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər,
ipoteka predmeti açıq bazarda satılarkən
satışı həyata keçirməli şəxs və
ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin
bölüşdürülməsi qaydası və növbəliliyi,
ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.[304]
307.2.
İpotekanın predmeti müqavilədə onun adı,
olduğu yer göstərilməklə və eyniləşdirilməsi
üçün yetərli olan təsviri verilməklə
müəyyənləşdirilir. [305]
307.3. İpoteka
müqaviləsində ipotekanın predmeti olan əşyanın
hansı hüquqa əsasən ipoteka verənə mənsub
olduğu və ipoteka verənin bu hüququnu qeydə
almış dövlət orqanı göstərilməlidir.
307.4. İpoteka
müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik,
onun məbləği, əmələ gəlməsi əsasları
və icra müddəti göstərilməlidir. Bu öhdəliyin
hansısa müqaviləyə əsaslandığı hallarda
həmin müqavilənin tərəfləri,
bağlandığı tarix və yer göstərilməlidir.
Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği
gələcəkdə müəyyənləşdirilməlidirsə,
ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin
qaydası və digər zəruri şərtləri göstərilməlidir. [306]
307.5. Əgər
ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə
icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq
ödənişlərin müddətləri və ya
dövriliyi, onların məbləğləri və ya bu məbləğləri
müəyyənləşdirməyə imkan verən şərtlər
göstərilməlidir.
307.6. İpoteka
müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən,
habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən
imzalanmış bir sənədin tərtibi yolu ilə
yazılı formada bağlanmalıdır.
307.7. İpoteka
müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
Maddə 308. İpotekanın
növləri
308.1. Ümumi
ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır
və ümumi tələbin ödənilməsi
üçün əşyaların hər birindən istifadə
edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya
hesabına ödənilə bilər.
308.2. Mülkiyyətçinin
ipotekası o deməkdir ki, təmin edilməsi
üçün ipotekanın mövcud olduğu tələb əmələ
gəlmir, ona xitam verilir və ya həmin tələb əşyanın
mülkiyyətçisinə keçdikdə ipoteka da ona
keçir. Bu halda digər hüquqların növbəliliyi dəyişmir.[307]
Maddə 309. İpotekanın
dövlət qeydiyyatı
309.1.
Daşınmaz əmlakın ipotekası haqqında müqavilə
daşınmaz əmlakın dövlət reyestrində,
daşınar əmlakın ipotekası haqqında müqavilə
isə dövlət qeydiyyatına alınmalı olan
daşınar əmlakın rəsmi reyestrində qeydə
alınmalıdır.
309.2.
İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə
tutulmuş qaydada aparılır.[308]
309.3. İpoteka
və tələb yeni kreditora köhnə kreditorda olduğu
kimi keçir. Daşınmaz əmlakın dövlət
reyestrində kreditorun maraqlarına cavab verən məlumatların
qeydiyyatı düzgün hesab edilir. Bu halda borclu tələbin
mövcud olmamasına istinad edə bilməz. Əgər yeni
kreditor reyestrdəki yazıların düzgün
olmadığını bilirdisə, bu qayda tətbiq edilmir.[309]
Maddə 310. Əşyanın
ipoteka ilə dəfələrlə yüklü edilməsi
Eyni bir əşya
ipoteka ilə bir neçə dəfə yüklü edilə
bilər. Yüklü edilmənin növbəliyi ipotekanın
dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir.[310]
Maddə 311. Mülkiyyətçinin
kreditoru təmin etmək hüququ
311.1.
Əşyanın mülkiyyətçisi tələbin icra
müddəti çatdıqda kreditoru təmin edə bilər.
Bunu şəxsi borclu da edə bilər.
311.2. Əgər
mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb
ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt
keçir.
311.3. Kreditoru təmin
edərkən mülkiyyətçi daşınmaz əmlakın
dövlət reyestrinə və ya daşınar əmlakın
digər rəsmi reyestrinə müvafiq qeydlərin
yazılması üçün zəruri olan sənədləri
və ipotekaya xitam verilməsini tələb edə bilər.
Maddə 312. İpoteka ilə
yüklü edilmiş əşyanı saxlamaq vəzifəsi
312.1. İpoteka
verən əşyanın real dəyərini qorumağa
borcludur. Əgər şəraitin pisləşməsi nəticəsində
ipoteka üçün təhlükə yaranırsa, ipoteka
saxlayan bu təhlükəni aradan qaldırmaq
üçün ipoteka verənə müvafiq müddət təyin
edə bilər.
312.2. Əgər
əşya sığortalanmışsa, şərait pisləşdikdən
sonra sığorta təşkilatı sığortalıya
sığorta məbləğini yalnız zərərin
baş verməsi faktının ipoteka saxlayana bildirildiyi vaxt
ödəyə bilər. Əgər ipoteka saxlayan məbləğdən
əşyanın bərpası üçün istifadə
olunmayacağından ehtiyat edirsə, məbləğin ödənilməsinə
mane ola bilər.
312.3. Əgər
ipoteka verənin öz vəzifələrini icra edə bilmədiyi
aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini
tələb edə bilər. Bu tələb üzrə qərarı
məhkəmə qəbul edir.
312.4. İpoteka
verənin ipoteka saxlayan qarşısında öz üzərinə
əşyanı özgəninkiləşdirməmək, əşyadan
istifadə etməmək və ya onu digər şəkildə
yüklü etməmək öhdəliyini götürməsini
nəzərdə tutan razılaşma etibarsızdır. Bu
cür əqdlərin üçüncü şəxslər
üçün etibarlığı ipoteka saxlayanların
razılığından asılı ola bilməz. KMQ20
Maddə 313. İpotekanın və
onun əsasında duran tələbin üçüncü
şəxsə keçməsi
İpoteka və
onun əsasında duran tələb başqa şəxsə
yalnız eyni vaxtda və birlikdə verilə bilər. Tələb
yeni ipoteka saxlayana verildikdə ipoteka da ona keçir. Tələbin
verilməsi yalnız bu şərtlə etibarlı
sayılır ki, ipoteka qoyulması haqqında notariat
qaydasında təsdiqlənmiş sənəd yeni ipoteka
saxlayana verilsin və daşınmaz əmlakın dövlət
reyestrində və ya daşınar əmlakın rəsmi
reyestrində qeydə alınsın.
Maddə 314. İpoteka və tələb
yeni ipoteka saxlayana keçərkən daşınmaz əmlakın
dövlət reyestrində və ya daşınar əmlakın
rəsmi reyestrində edilmiş qeydin düzgünlüyü
prezumpsiyası
İpoteka və
tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan
üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın
dövlət reyestrində və ya daşınar əmlakın
rəsmi reyestrində qeydə alınmış məlumatlar
ipoteka saxlayanın mənafeləri əsas götürülməklə
düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin
mövcud olmadığına istinad edə bilməz. Əgər
yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar
olmuşdursa, bu qayda tətbiq edilmir.
Maddə 315.
Üçüncü şəxslərin hüquqları
315.1.
İpotekanın reallaşdırılması nəticəsində
vəziyyəti pisləşmiş hər hansı
üçüncü şəxsin tələbi icra etmək
və bu yolla ipotekanı özünə keçirmək
ixtiyarı vardır. İpoteka saxlayan təmin edilərkən
o, müvafiq surətdə təsdiqlənmiş sənədləri
və özünün ipoteka saxlayan kimi qeydə
alınmasını tələb edə bilər.
315.2. Əgər
şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka
ona keçir. Bu zaman o, mülkiyyətçidən əvəz
verməyi tələb edə bilər.
Maddə 316. İpoteka
saxlayanın tələbdən və ya ipotekadan imtinası
Əgər
ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina edirsə,
kreditor mülkiyyətçiyə çevrilir. İmtina bu
şərtlə hüquqi qüvvəyə malik olur ki,
daşınmaz əmlakın dövlət reyestrində və
ya daşınar əmlakın rəsmi reyestrində qeydə
alınsın.
Maddə 317. İpoteka ilə
yüklü olan əşyanı satmaq tələbi
317.1. Borclu təminat
vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə
və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan
daşınmaz əşyanın satılmasını tələb
edə bilər.[311]
317.2.
Satış “İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[312]
Maddə 318. İpoteka verilməsi
xərcləri
318.1. Əgər
müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka
verilməsi xərclərini borclu çəkir.
318.2. Əgər
əşya ipoteka ilə yüklü edilmişsə və əgər
ipoteka verildikdən sonra mülkiyyətçi ipotekada dəyişikliklər
və ya əlavələr etmişsə və bu zaman
onları da tələbin təminatı kimi verməyə
borclu deyilsə, həmin dəyişiklikləri və əlavələri
geri götürərək əşyanın əvvəlki vəziyyətini
bərpa edə bilər. Daşınmaz əşyanın dəyərinin
azalması üçün məsuliyyət mülkiyyətçinin
üzərinə düşür.
Maddə 319. Borclunun öhdəlikləri
yerinə yetirməyi gecikdirməsinin nəticələri
319.1. Əgər
borclu icrasını təmin etmək üçün əşyanın
ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini
gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü
edilmiş obyekti açıq hərracdan satmaq hüququna
malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini
yerinə yetirmədiyi və ya yerinə yetirilməsini
gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət
hüququnun bilavasitə kreditora keçməsi barədə
razılaşma etibarsızdır.[313]
319.2. İpoteka
ilə təmin edilən tələb icra edilmədikdə,
ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən
anda satışın açıq hərracdan fərqli olan
başqa formaları barədə razılığa gələ
bilərlər. Razılıqda həmçinin nəzərdə
tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam
hesablanması şərtilə bazar qiymətinə
satılsın və (və ya) satış zamanı ipoteka
predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə
edən şəxs qarşısında gələcəkdə
borcluya və onun ailə üzvlərinə həmin mənzilin
(yaşayış sahəsinin) kirayəçisi olmaq
hüququ verən şərt qoyulsun.[314]
319.3. İpoteka
ilə yüklü edilmiş obyektin alıcısı
satınalma qiymətini ödəməyə borcludur.
İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi
xərcləri satınalma qiymətindən tutulur.
319.4. Açıq hərracdan satışa
çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq müəyyən edilir. [315]
319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac
keçirilir. Təkrar hərrac birinci hərracın
formasında elan edilməli və həmin qaydada keçirilməlidir.
Təkrar hərracın təşkilatçısı ipoteka
predmetini ilkin satış qiymət ilə, təkrar hərracın
birinci hərracın iştirakçısı
olmadığı səbəbindən keçirildiyi halda isə
ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə
hərraca çıxara bilər, bu şərtlə ki,
ipoteka predmetinin ən aşağı satış qiyməti ən
azı hərracın keçirilməsi xərclərinin və
hüquqlarının qeydiyyat növbəliliyinə görə
ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan
üstün olan digər ipoteka saxlayanların tələblərinin
ödənilməsi üçün kifayət qədər
olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin
üzərinə qoyulur.
319.6. İpoteka predmetinin satışından
götürülən məbləğ ipoteka saxlayanın tələbinin
ödənilməsi üçün yetərli deyildirsə,
o, çatışmayan məbləği, əgər ipoteka
müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, borclunun başqa əmlakından almaq
hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan
üstünlük hüququ yoxdur. Əgər satışdan
götürülən məbləğ ipoteka saxlayanın tələblərindən
artıqdırsa, artıq məbləğ ipoteka verənə
qaytarılmalıdır.
Maddə 320. İpoteka
saxlayanların tələblərinin ödənilməsi
növbəliyi
Əgər bir
neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə
yüklü edilmiş obyektin satışından
götürülmüş xalis gəlirdən ipoteka
saxlayanların tələbləri onların
hüquqlarının qeydiyyat növbəliyinə uyğun
ödənilir. Əgər növbəlik və ya ixtiyarlı
şəxslərdən hər birinə mənsub məbləğ
mübahisəlidirsə, onların növbəliyi və ya
ipoteka saxlayanlardan hər birinə çatası məbləğ
müəyyənləşdirilənə qədər ödəniş
həyata keçirilmir. Qalıq satılmış əşyanın
mülkiyyətçisinə ödənilir.
Maddə 321. İpoteka borcu
321.1. Torpaq sahəsi
elə yüklü edilə bilər ki, xeyrinə
yüklülük müəyyənləşdirilən şəxsə
torpaq sahəsi üzrə müəyyən pul məbləği
(ipoteka borcu) ödənilməli olar. Yüklülük elə
şəkildə də müəyyənləşdirilə bilər
ki, pul məbləği üzrə faizlər ödənilməli
olar, habelə daşınmaz əmlak üzrə digər əlavə
öhdəliklər icra edilməli olar. İpoteka borcuna
müvafiq surətdə ipoteka haqqında göstərişlər
tətbiq edilir, bu şərtlə ki, onlardan ipoteka borcunun
arxasında tələblərin ehtimal olunduğu irəli gəlməsin.
321.2. Tərəflərin
razılaşması ilə ipoteka ipoteka borcuna, o isə
ipotekaya keçirilə bilər.
Maddə 322. Renta borcu
İpoteka borcu
elə verilə bilər ki, müntəzəm təkrarlanan
müddətlərdə daşınmaz əmlak üzrə
müəyyən pul məbləği (renta borcu) ödənilməli
olar. Renta borcu verilərkən onun satın
alınmasını mümkün edən məbləğ də
müəyyənləşdirilməlidir. Satınalma məbləği
daşınmaz əmlakın dövlət reyestrində
göstərilməlidir.
Maddə 323. Əşya
yüklülüyü
Daşınmaz əşya
elə yüklü edilə bilər ki, xeyrinə
yüklülük müəyyənləşdirilən şəxsə
torpaq sahəsi üzrə müəyyən
vaxtaşırı öhdəliklər icra edilməli olar.[316]
Maddə 323-1 . Mülkiyyətçinin
ipotekaya dair etirazları
Daşınmaz əmlakın
mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin
edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka
saxlayana yalnız şəxsi borcluya məxsus olan
qarşılıqlı tələb irəli sürə bilər;
xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi
və tələbdən şikayətin verilməsi ilə
bağlı qarşılıqlı tələblərdir. Bu,
həmçinin mülkiyyətçinin ipoteka saxlayanın
şəxsi borclusu olduğu hala da aiddir.
Dördüncü bölmə
ƏQDLƏR
13-cü fəsil.
Əqdlər haqqında
ümumi müddəalar
Maddə 324. Əqd
anlayışı və onun növləri
324.1. Əqd
mülki hüquq münasibətinin əmələ gəlməsinə,
dəyişdirilməsinə və ya xitamına yönəldilmiş
birtərəfli, ikitərəfli və ya çoxtərəfli
iradə ifadəsidir.
324.2. Əqdlər
birtərəfli və müqavilə şəklində (ikitərəfli
və ya çoxtərəfli) ola bilər.
324.3. Bu Məcəlləyə
və ya tərəflərin razılaşmasına uyğun
olaraq bağlanması üçün bir tərəfin iradə
ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli
əqddir.
324.4. Müqavilənin
bağlanması üçün iki tərəfin
razılaşdırılmış iradə ifadəsi (ikitərəfli
əqd) və ya üç və ya daha çox tərəfin
razılaşdırılmış iradə ifadəsi
(çoxtərəfli əqd) zəruridir.
324.5. İradə
ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə
hərfi mənaya görə deyil, həm də ağlabatan
mühakimə əsasında müəyyənləşdirilməlidir.
324.6. Əgər
nə zahiri ifadəyə görə, nə də başqa
hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə
bilmirsə, əqd mövcud deyildir.
Maddə 325. Birtərəfli
iradə ifadəsinin etibarlığı
325.1. Başqa tərəfin
qəbul etməsi tələb olunan iradə ifadəsi
başqa tərəfə çatdığı andan
etibarlı olur.
325.2. Çıxarılmışdır.[317]
325.3. Əqdi
bağlamış şəxsin ölümü və ya fəaliyyət
qabiliyyətini itirməsi iradə ifadəsindən sonra
baş verərsə, iradə ifadəsinin
etibarlığına təsir göstərməyə bilər.
Maddə 326. Birtərəfli əqd
üzrə vəzifələr
Birtərəfli
əqd onu bağlamış şəxs üçün vəzifələr
yaradır. Əqd başqa şəxslər üçün
yalnız bu Məcəllədə və ya həmin şəxslərlə
razılaşmada müəyyənləşdirilmiş hallarda
vəzifələr yarada bilər.
Maddə 327. Birtərəfli əqdlərin
hüquqi tənzimlənməsi
Birtərəfli
əqdlərə öhdəliklər və ya müqavilələr
haqqında ümumi müddəalar müvafiq surətdə o
halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin
birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin.
Maddə 328. Şərtlə
bağlanmış əqdlər
328.1. Əgər
tərəflər hüquq və vəzifələrin əmələ
gəlməsini baş verib-verməyəcəyi məlum
olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə
bağlanmış sayılır.
328.2. Bu Məcəllənin
müəyyənləşdirdiyi tələblərə zidd
olan, yaxud icrası mümkün olmayan şərt
etibarsızdır. Belə şərtdən asılı olan əqd
tamamilə etibarsızdır.
328.3. Tərəflərin
iradəsindən asılı olan şərt, yəni baş
verməsi və ya baş verməməsi yalnız tərəflərin
əqddəki arzusundan asılı olan şərt
etibarsızdır. Belə şərtlə
bağlanmış əqd etibarsızdır.
328.4. Pozitiv
şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən
müddətdə baş verəcəyi şərti ilə
bağlanmışdır. Əgər həmin müddət
bitmiş və hadisə baş verməmişsə, şərt
qüvvədən düşmüş sayılır. Əgər
müddət müəyyənləşdirilməyibsə,
şərt istənilən vaxt yerinə yetirilə bilər.
Hadisənin baş verməsinin mümkünsüzlüyü
aydın olduqda şərt qüvvədən
düşmüş sayıla bilər.
328.5. Neqativ
şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən
müddətdə baş verməyəcəyi şərti ilə
bağlanmışdır. Əgər həmin müddət
bitənədək hadisə baş verməzsə və ya həmin
hadisənin baş verməsinin mümkünsüzlüyü
müddət bitənədək aydın olarsa, şərt
yerinə yetirilmiş sayılır. Əgər müddət
müəyyənləşdirilməyibsə, şərt
yalnız hadisənin baş verməyəcəyinin aydın
olduğu vaxt yerinə yetirilmiş sayılır.
328.6. Əqddə
nəzərdə tutulan hüquq və vəzifələrin əmələ
gəlməsi gələcəkdə gözlənilən və
ya naməlum hadisədən və ya artıq baş versə də,
hələlik tərəflərə bəlli olmayan hadisədən
asılı olduqda əqd təxirəsalıcı şərtlə
bağlanmış sayılır.
328.7. O əqd ləğvedici
şərtlə bağlanmış sayılır ki, həmin
şərtin baş verməsi əqdin xitamına səbəb
olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti
bərpa edir.
328.8. Müəyyən
şərtlə əqd bağlamış şəxsin
ixtiyarı yoxdur ki, şərt baş verənədək
öhdəliklərinin icrasına maneçilik törədə
bilən hər hansı hərəkəti yerinə yetirsin.
Əgər şərt müəyyən müddətdə
baş verərsə və şəxs həmin hərəkəti
icra etmiş olarsa, bu hərəkət nəticəsində əmələ
gəlmiş ziyanın əvəzini digər tərəfə
ödəməlidir.
328.9. Şərtin
baş verməsi onun üçün sərfəli olmayan tərəf
şərtin baş verməsinə vicdansızcasına
maneçilik törədərsə, şərt baş
vermiş sayılır.
328.10. Şərtin
baş verməsi onun üçün sərfəli olan tərəf
şərtin baş verməsinə vicdansızcasına
kömək göstərdikdə şərt baş verməmiş
sayılır.
Maddə 329. Əqdlərin
formaları
329.1. Əgər
qanunla başqa hal müəyyən edilməmişdirsə,
qanunla və ya tərəflərin qarşılıqlı
razılığı ilə müəyyən edilmiş forma
tələblərinə riayət etməməklə
bağlanılmış əqd etibarsızdır.[318]
329.2. Əqdlər
şifahi və ya yazılı (sadə və ya notarial) formada
bağlanır.
329.3. Şifahi
bağlana bilən əqd o halda bağlanmış
sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi
onun rəftarından məlum olur.
329.4. Susmaq bu Məcəllədə
və ya tərəflərin razılaşmasında nəzərdə
tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi
sayılır.
Maddə 330. Şifahi əqd – çıxarılmışdır.[319]
Maddə 331. Yazılı əqd
331.1.
Yazılı əqd onun məzmununu ifadə edən və əqdi
bağlayan şəxs və ya şəxslər və ya
onların lazımınca vəkil etdikləri şəxslər
tərəfindən imzalanmış sənədin tərtibi
yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz
formada maddi daşıyıcıda əks etdirməyə imkan
verən elektron və ya digər texniki vasitələrin
köməyi ilə bağlanıldıqda da yazılı
formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini
ifadə edən şəxsi dürüst müəyyən
etməyə imkan verən hər hansı üsuldan istifadə
olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab
edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin
razılaşması ilə şəxsi dəqiq müəyyən
etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə
bilər.[320]
331.2. Qanunda, digər hüquqi aktlarda və ya
tərəflərin razılaşmasında əqdin formasının
uyğun gəlməli olduğu əlavə tələblər
(müəyyən formalı blankda tərtibetmə,
möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə
bilər və bu tələblərə riayət edilməməsinin
nəticələri nəzərdə tutula bilər.[321]
331.3. Əqdlərin
bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma
vasitələrinin köməyi ilə imzanın faksimilesindən,
elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan
istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin
razılaşmasında nəzərdə tutulan hallarda və qaydada
yol verilir. Elektron imzadan istifadə etmə qaydaları
qanunvericiliklə müəyyən edilir.[322]
331.4. Əgər
fiziki şəxs fiziki çatışmazlıq, xəstəliyinə və ya
savadsızlığına görə əqdi özü
imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki
şəxs imzalaya bilər. Başqa fiziki şəxsin
imzası əqdi bağlayanın özünün imza edə
bilməməsinin səbəbləri göstərilməklə,
notarius tərəfindən və ya bu cür notarial hərəkəti
etməyə hüququ çatan digər vəzifəli şəxs
tərəfindən təsdiqlənməlidir.[323]
331.5. Əqdlərin
elektron ticarət
zamanı bağlanılması və elektron imza ilə təsdiq
edilməsi ilə
bağlı məsələlər elektron ticarət
haqqında və elektron sənəd dövriyyəsinə dair
Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.[324]
Maddə 332. Sadə
yazılı formada bağlanan əqdlər – çıxarılmışdır. [325]
Maddə 333. Əqdin sadə
yazılı formasına riayət edilməməsinin nəticələri
– çıxarılmışdır.[326]
Maddə 334. Əqdin notariat
qaydasında təsdiqlənməsi
334.1. Əqdin
notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin
331-ci maddəsinin tələblərinə uyğun gələn
sənəddə notariusun və ya bu cür notarial hərəkəti
yerinə yetirməyə hüququ çatan digər vəzifəli
şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata
keçirilir.
334.2. Əqdin
notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. [327]
334.3. Çıxarılmışdır.
Maddə 335. Əqdin notarial formasına
riayət edilməməsinin nəticələri – çıxarılmışdır.[328]
Maddə 336. Əqdlərdən əmələ
gələn hüquqların qeydə alınması tələbinə
riayət edilməməsinin nəticələri[329]
336.1. Əgər
tərəflərdən biri əqddən əmələ gələn
hüququn dövlət qeydiyyatına alınmasından boyun
qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi
ilə məhkəmənin qərarı əsasında həyata
keçirilir.
336.2. Zərərin
əvəzinin ödənilməsi ilə bağlı digər
hüquqlar toxunulmaz qalır.
14-cü fəsil.
Əqdlərin
etibarsızlığı
Maddə 337. Əqdlərin
etibarsızlığı anlayışı və onun nəticələri.
Mübahisə edilən və əhəmiyyətsiz əqdlər
KMQ14
337.1. Bu Məcəllədə
müəyyənləşdirilmiş şərtləri
pozmaqla bağlanmış əqd etibarsızdır.
Etibarsız əqdlər mübahisə edilən əqdlər
və ya əhəmiyyətsiz əqdlər ola bilər.[330]
337.2. Əqd barəsində
mübahisə edildikdə əqd bağlandığı andan
etibarsızdır. Müqavilənin mübahisə edilməsi
müqavilənin digər tərəfinə iradə ifadəsinin
bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə
münasibətdə həyata keçirilmiş birtərəfli
əqd həmin şəxsə qarşı mübahisə
edilir.[331]
337.3. Əhəmiyyətsiz
əqd məhkəmə tərəfindən etibarsız
sayılıb-sayılmamasından asılı olmayaraq
özlüyündə etibarsız olan əqddir.[332]
337.4.
etibarsız əqd onun etibarsızlığı ilə
bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə
səbəb olmur. Bu cür əqd bağlandığı
andan etibarsızdır.
337.5. Əqd
etibarsız olduqda, əgər bu Məcəllədə onun
etibarsızlığının ayrı nəticələri nəzərdə
tutulmayıbsa, tərəflərdən hər biri əqd
üzrə aldıqlarının hamısını digər tərəfə
qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün
olmadıqda isə (o cümlədən alınanlar əmlakdan
istifadədə, görülmüş işdə və ya
göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini
pulla ödəməlidir.
Maddə 338. Bu Məcəllə ilə
müəyyənləşdirmiş qaydaları və
qadağanları pozan əqdin etibarsızlığı – çıxarılmışdır.[333]
Maddə 339. Hakimiyyətdən sui-istifadə
nəticəsində, aldatma, zorakılıq, hədə təsiri
altında, bir tərəfin nümayəndəsinin digər tərəflə
pis niyyətlə razılığa gəlməsi və ya
şəxsin ağır vəziyyətə düşməsi
nəticəsində bağlanmış əqdin
etibarsızlığı
339.1. Hakimiyyətdən
sui-istifadə, bir tərəfin nümayəndəsinin digər
tərəflə pis niyyətlə razılığa gəlməsi
nəticəsində bağlanmış, yaxud bu
Məcəllənin 49.4-cü maddəsində müəyyən
edilmiş hallara səbəb olan əqd, habelə şəxsin
ağır vəziyyətə düşməsi və digər
tərəfin bundan istifadə etməsi nəticəsində həmin
şəxsin özü üçün son dərəcə əlverişsiz
şərtlərlə bağlamağa məcbur olduğu əqd
(ağır şərtli əqd) zərərçəkən
tərəfindən mübahisələndirilə bilər.[334]
339.2. Şəxs
əqd bağlanması məqsədilə aldadıldıqda həmin
əqdi mübahisələndirə bilər. Belə
mübahisələndirmə əqdin aldatma olmadan bağlana
bilməyəcəyinin aşkar olduğu hallarda həyata
keçirilir. Əgər tərəflərdən biri,
aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı
hallar barəsində susmuşsa, aldadılmış tərəf
əqdi mübahisələndirə bilər. Barəsində
susulan hallar barəsində məlumat vermək vəzifəsi
yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu
gözləsin.[335]
339.3. Aldatma yolu
ilə bağlanmış əqdin mübahisələndirilməsi
üçün tərəfin yanlış məlumat verərkən
fayda götürmək məqsədini, yaxud digər tərəfə
zərər vurmaq məqsədini güdmüş olduğunun
əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən
aldadılma halında, əgər bu əqddən fayda
götürən şəxs aldatmadan xəbərdar idisə
və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə
bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət
etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki,
aldadıldığına istinad edərək əqdi
mübahisələndirsin və ya zərərin əvəzinin
ödənilməsini tələb etsin.[336]
339.4. Əqdi
bağlayan şəxsi əqdi bağlamağa məcburetmə
(zorakılıq və ya hədələmə) ona hüquq
verir ki, zorakılığın üçüncü şəxs
tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin.
Xaraktercə şəxsə təsir göstərə bilən
və ona şəxsən özünü və ya əmlakını
real təhlükə gözlədiyini təlqin edə bilən
məcburetmə əqdin etibarsızlığına səbəb
olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən
şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə
alınır. Məcburetmə tərəflərdən birinin
arvadına (ərinə), digər ailə üzvlərinə
və ya yaxın qohumlarına qarşı yönəldildikdə
də əqdin mübahisələndirilməsinə əsas
verir. Məcburetmənin məqsədi ilə vasitələrinin
bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə
qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr
tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər
məcburetmə sayılmır.[337]
339.5. Əgər
339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən
əsaslardan biri üzrə əqd etibarsız
sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin
qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf
hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə
vurduğu real zərərin əvəzini ödəyir.[338]
339.6. Bu Məcəllənin
339.1-339.4-cü maddələrində göstərilən əsaslar
üzrə əqd zərərçəkənin iddiası ilə
məhkəmə tərəfindən etibarsız sayıla bilər.[339] KMQ14
Maddə 340. Uydurma və yalan əqdlərin
etibarsızlığı
340.1. Uydurma əqd
ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti
olmadan yalnız görünüş üçün bağlanmış
əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
340.2. Yalan əqd
başqa əqdi pərdələmək məqsədi ilə
bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan
əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin
həmin əqdi bağlayarkən əslində nəzərdə
tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.[340] KMQ18
Maddə 341. Qeyri-ciddi əqdin
etibarsızlığı
341.1. Qeyri-ciddiliyin
seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş
iradə ifadəsi etibarsızdır.
341.2. Qeyri-ciddi əqd
nəticəsində digər tərəfə zərər dəydikdə,
əgər digər tərəf əqdin qeyri-ciddiliyindən xəbərdar
olmamışdırsa və xəbərdar ola bilməzdisə,
zərərin əvəzi ödənilməlidir.
Maddə 342. Fəaliyyət qabiliyyəti
olmayan fiziki şəxsin bağladığı əqdin
etibarsızlığı
342.1. Psixi
pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan
sayılmış fiziki şəxsin bağladığı əqd
etibarsızdır. Belə əqdin tərəflərindən
hər biri aldıqlarının hamısını digər tərəfə
eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq
mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.
Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf
digər tərəfin fəaliyyət qabiliyyəti
olmadığını bilirdisə və ya bilməli idisə,
ona dəymiş real zərərin əvəzini də ödəməlidir.
342.2. Psixi
pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan
sayılmış fiziki şəxsin bağladığı əqd
onun xeyrinə olduqda qəyyumunun razılığı ilə
etibarlı sayıla bilər.[341]
Maddə 343. Fəaliyyət qabiliyyəti
məhdudlaşdırılmış fiziki şəxsin
bağladığı əqdin etibarsızlığı
343.1. Spirtli
içkilərdən, narkotik vasitələrdən və ya
psixotrop maddələrdən sui-istifadə etməsi, habelə
qumara qurşanması nəticəsində fəaliyyət
qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış
fiziki şəxsin öz himayəçisindən
razılıq almadan əmlaka dair sərəncam verilməsi
barədə bağladığı əqd himayəçinin
iddiası ilə məhkəmə tərəfindən
etibarsız sayıla bilər.[342]
343.2. Bu maddənin
qaydaları fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış
fiziki şəxsin müstəqil bağlamağa hüququ
çatan xırda məişət əqdlərinə
şamil edilmir.
Maddə 344. On dörd yaşı tamam
olmamış yetkinlik yaşına çatmayanın
bağladığı əqdin etibarsızlığı
344.1. Bu Məcəllənin
29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, on dörd yaşı tamam olmamış yetkinlik
yaşına çatmayanın (azyaşlının)
bağladığı əqd etibarsızdır.[343]
344.2. Çıxarılmışdır. [344]
344.3. Çıxarılmışdır. [345]
Maddə 345. On dörd yaşından on
səkkiz yaşınadək olan yetkinlik yaşına
çatmayanın bağladığı əqdin
etibarsızlığı
345.1. On dörd
yaşından on səkkiz yaşınadək olan yetkinlik
yaşına çatmayanın bu Məcəllənin tələblərinə
görə valideynlərindən, övladlığa
götürənlərdən və ya himayəçidən
razılıq almasının tələb edildiyi hallarda
onlardan razılıq almadan bağladığı əqd
etibarsızdır.[346]
345.2. Bu maddənin
qaydaları bu Məcəllənin qaydalarına müvafiq surətdə
tam fəaliyyət qabiliyyətli olmuş yetkinlik yaşına
çatmayanların əqdlərinə şamil edilmir.
Maddə 346. Öz hərəkətlərinin
mənasını başa düşməyən və ya
onlara rəhbərlik edə bilməyən fiziki şəxsin
bağladığı əqdin etibarsızlığı
346.1. Fəaliyyət
qabiliyyətli olsa da, əqd bağlandığı zaman
öz hərəkətlərinin mənasını başa
düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi
vəziyyətdə fiziki şəxsin bağladığı
əqd onun özünün və ya əqd bağlanması nəticəsində
hüquqları və ya qanunla qorunan mənafeləri
pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə
tərəfindən etibarsız sayıla bilər. KMQ14
346.2. Sonradan fəaliyyət
qabiliyyətli sayılmış fiziki şəxsin
bağladığı əqd, əgər əqdin
bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin
mənasını başa düşmədiyi və ya onlara rəhbərlik
edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun
iddiası ilə məhkəmə tərəfindən
etibarsız sayıla bilər.
346.3.
Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu
zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər.
346.4. Ruhi xəstə
şəxsin iradə ifadəsi real şəraitin
düzgün qavranışına uyğun gəlmədikdə
və şəxs məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi
etibarsızdır.
Maddə 347. Vacib əhəmiyyətli
yanılmanın təsiri altında bağlanmış əqdin
etibarsızlığı
347.1. Vacib əhəmiyyətli
yanılmanın təsiri altında bağlanmış əqd
belə yanılmanın təsiri altında hərəkət
etmiş şəxs tərəfindən mübahisələndirilə
bilər.[347]
347.2. Vacib əhəmiyyətli
yanılma aşağıdakı hallardır:
347.2.1. şəxs
razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq
istəmişdir;
347.2.2. şəxs
bağlamağı arzuladığı əqdin məzmunu barəsində
səhv etmişdir;
347.2.3. tərəflərin
vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası
kimi nəzərdən keçirdikləri hallar mövcud
deyildir.
347.3. Əqdin
motivləri barəsində yanılma, onun razılaşma
predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə
malik deyildir.
347.4. Kontragentin
şəxsiyyəti barəsində yanılma yalnız o zaman
vacib sayılır ki, əqdin bağlanması
üçün kontragentin şəxsiyyəti və ya şəxsi
keyfiyyətlərinin nəzərə alınması
başlıca əsas olmuşdur.
347.5. Predmetin əsas
xüsusiyyətləri barəsində yanılma yalnız o
zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi
üçün əhəmiyyət kəsb edir.
347.6.
Yazılı əqdlər bağlanarkən
buraxılmış xırda səhvlər düzəlişə
hüquq verir, lakin mübahisə etməyə hüquq vermir.
347.7. Vacib əhəmiyyətli
yanılmanın təsiri altında bağlanmış əqdi
mübahisələndirmiş tərəf yanılmanın digər
tərəfin təqsiri üzündən əmələ gəldiyini
sübuta yetirərsə, özünə dəymiş real zərərin
əvəzini ödəməyi digər tərəfdən tələb
edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli
yanılmanın təsiri altında bağlanmış əqdi
mübahisələndirmiş tərəf digər tərəfin
tələbi ilə ona dəymiş real zərərin əvəzini
ödəməyə, hətta yanılmanın yanılan tərəfdən
asılı olmayan səbəblərdən əmələ gəldiyi
hallarda da borcludur.[348]
Maddə 348. Məcburi formanı pozmaqla
bağlanmış əqdin etibarsızlığı –
çıxarılmışdır.[349]
Maddə 349. Hüquqi şəxsin
hüquq qabiliyyətindən kənara çıxan əqdin
etibarsızlığı
Hüquqi şəxsin
öz nizamnaməsində müəyyənləşdirilmiş
fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı
əqd, əgər əqddə iştirak edən digər tərəfin
onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu
sübuta yetirilərsə, həmin hüquqi şəxs və
ya onun təsisçisi tərəfindən mübahisələndirilə
bilər.[350]
Maddə 350. Əqd bağlamaq səlahiyyətlərinin
məhdudlaşdırılmasının nəticələri
Əgər
şəxsin əqd bağlamaq səlahiyyətləri
müqavilə ilə və ya hüquqi şəxsin
orqanının səlahiyyətləri onun nizamnaməsi ilə
etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə
və ya əqdin bağlandığı şəraitə
görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa
və əqd bağlanarkən həmin şəxs və ya
orqan bu məhdudiyyətlərdən kənara çıxarsa,
əqd yalnız onda iştirak edən digər tərəfin
göstərilən məhdudiyyətləri bildiyinin və ya
bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri
üçün məhdudiyyətlər qoyulmuş şəxs
tərəfindən mübahisələndirilə bilər.[351]
Maddə 351. Əqdlərin
etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti
351.1. Əhəmiyyətsiz
əqd onun bağlandığı andan etibarsızdır.
351.2. Əgər
əhəmiyyətsiz əqdi bağlamış şəxs
onu təsdiq edərsə, onun hərəkətləri əqdin
yenidən bağlanması kimi qiymətləndirilir.
351.3. Əgər
əqdi onun barəsində mübahisə etmək hüququna
malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək
hüququnu itirir.
351.4. Əgər
əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf
təsdiq edirsə, şübhələrin olduğu halda
onlar, əgər əqd lap əvvəldən etibarlı
olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə
borcludurlar.
351.5. Təsdiqetmə
yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd
əxlaq tələblərinə zidd olmasın və
üçüncü şəxslərin mənafelərini pozmasın.
Maddə 352. Əqdin bir hissəsinin
etibarsızlığının nəticələri
Əqdin bir hissəsinin
etibarsızlığı onun qalan hissələrinin
etibarsızlığına o halda səbəb olmur ki, əqd
onun etibarsız hissəsi daxil edilmədən də bağlana
bilərdi.
Maddə 353. Əqdin konversiyası
Tərəflər
əqdin etibarsızlığını bildikdən sonra
etibarlı olmasını arzuladıqda, əgər
etibarsız əqd başqa əqd üçün nəzərdə
tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin
qaydaları tətbiq edilir.
Maddə 354. Etibarsız əqdlər
üzrə müddətlər[352] KMQ14
354.1. Əhəmiyyətsiz
əqdin etibarsızlığı nəticələrinin tətbiqi
haqqında iddia onun icrasına başlanıldığı
gündən bir il ərzində irəli sürülə bilər.[353]
354.2. Bu Məcəllənin
347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir
etmiş zorakılığa və ya hədəyə son
qoyulduğu gündən və ya əqdin etibarsız
sayılmasına əsas verən halları bildiyi və ya bilməli
olduğu gündən bir il ərzində əqdi mübahisə
edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri
altında bağlanmış əqd mübahisəyə əsasən
məlum olduğu andan bir ay ərzində mübahisə edilə
bilər.[354]
15-ci fəsil.
Əqdlərdə
razılıq
Maddə 355. Əqdlərdə
razılıq anlayışı
355.1. Əgər
əqdin etibarlığı üçüncü şəxsin
razılığından asılıdırsa, onda həm
razılıq, həm də razılıqdan imtina istər bir
tərəfin, istərsə də digər tərəfin
qarşısında ifadə edilə bilər.
355.2.
Razılıq üçün müəyyənləşdirilmiş
əqd formasına riayət edilməsi tələb olunmur.
Maddə 356. İcazə
(qabaqcadan verilmiş razılıq)
Əqdin
bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə),
əgər tərəflər ayrı qayda haqqında
razılığa gəlməyiblərsə, əqd
bağlananadək ləğv edilə bilər. İcazənin
(qabaqcadan verilmiş razılığın) ləğv edilməsi
barədə hər iki tərəfə məlumat verilməlidir.
Maddə 357. Bəyənmə
(sonradan verilən razılıq)
Əqd
bağlanmasının bəyənilməsi (sonradan verilən
razılıq), əgər bu Məcəllə ilə və
ya tərəflərin razılaşması ilə ayrı qayda
müəyyənləşdirilməyibsə, əqdin
bağlandığı andan geriyə təsir qüvvəsinə
malikdir.
Maddə 358. Səlahiyyətsiz
şəxsin əşyaya və ya hüquqa dair sərəncam
verməsi
358.1. Səlahiyyətsiz
şəxsin əşyaya və ya hüquqa dair sərəncam
verməsi, əgər səlahiyyətli şəxsin icazəsi
(qabaqcadan verilmiş razılığı) ilə həyata
keçirilirsə, etibarlıdır.
358.2.
Əşyaya və ya hüquqa dair sərəncam verilməsi,
əgər səlahiyyətli şəxs bunu bəyənirsə,
etibarlı olur.
16-cı fəsil.
Əqdlərdə təmsilçilik
Maddə 359. Əqdlərdə
təmsilçilik anlayışı
359.1. Əqd təmsilçi
vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin)
etibarnaməyə, qanunun göstərişinə və ya buna
vəkil edilmiş dövlət və ya bələdiyyə
orqanının aktına əsaslanan səlahiyyətə
görə başqa şəxs (təmsil edilən) adından
bağladığı əqd təmsil edilənin mülki
hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir
və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin
fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə
ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
359.2. Özgə
mənafeyi üçün olsa da, öz adından fəaliyyət
göstərən şəxslər (kommersiya vasitəçiləri,
müflisləşmə zamanı müsabiqə idarəçiləri,
vərəsəlik zamanı vəsiyyət
icraçıları və i.a.), habelə gələcəkdə
mümkün ola biləcək əqdlər barəsində
danışıqlara başlamağa vəkil edilmiş şəxslər
təmsilçi deyildirlər.
359.3. Təmsilçi
təmsil edilən adından şəxsən özü barəsində
əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya
təmsilçiliyi halı və qiymətli kağızlar
bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi
olduğu şəxs barəsində bu cür əqdlər
bağlaya bilməz.[355]
359.4. Xarakterinə
görə yalnız şəxsən bağlana bilən əqdlərin,
eləcə də bu Məcəllədə göstərilən
digər əqdlərin təmsilçi vasitəsilə
bağlanmasına yol verilmir.
Maddə 360. Səlahiyyət
verilməyən şəxsin əqd bağlaması
360.1. Əgər
başqa şəxsin (təmsil edilənin) adından əqdi
bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin
(təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti
olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər
tərəfinin təmsilçidən həmin əqdin
icrasını və ya əqdin bağlanması nəticəsində
ona dəymiş zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququ vardır, bu şərtlə
ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.[356]
360.2. Təmsil
edilən tərəfindən əqdin sonradan bəyənilməsi
onun üçün əqdin bağlandığı andan əqd
üzrə mülki hüquq və vəzifələr
yaradır, dəyişdirir və onlara xitam verir.
Maddə 361. Kommersiya təmsilçiliyi
361.1.
Sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr
bağlanarkən sahibkarları daimi və müstəqil surətdə
təmsil edən şəxs kommersiya təmsilçisi
sayılır.
361.2. Əqddə
müxtəlif tərəflərin eyni vaxtda kommersiya təmsilçiliyinə
həmin tərəflərin razılığı ilə və
bu Məcəllədə nəzərdə tutulan digər
hallarda yol verilir. Kommersiya təmsilçisi şərtləşdirilmiş
muzdu və tapşırığın icrası zamanı
çəkdiyi xərclərin əvəzini müqavilə tərəflərinin
bərabər paylarla ödəməsini tələb edə
bilər, bu şərtlə ki, onlar arasında
razılaşmada ayrı qayda nəzərdə tutulmasın.
361.3. Kommersiya təmsilçiliyi
yazılı formada bağlanmış və təmsilçinin
səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında,
belə göstərişlər olmadıqda isə həmçinin
etibarnamə əsasında həyata keçirilir. Kommersiya təmsilçisi
ticarət əqdləri barəsində ona bəlli olmuş məlumatların
sirrini ona verilmiş tapşırığı icra etdikdən
sonra da saxlamağa borcludur.
Maddə 362. Etibarnamə
362.1. Bir şəxsin
üçüncü şəxslər qarşısında təmsilçilik
üçün başqa şəxsə verdiyi vəkalət
etibarnamə sayılır. Təmsil edilən təmsilçinin
əqd bağlaması üçün yazılı vəkaləti
bilavasitə müvafiq üçüncü şəxsə
təqdim edə bilər.[357]
362.2. Notarial
forma tələb edən əqdlərin bağlanması
üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
362.3.
Aşağıdakılar notariat qaydasında təsdiqlənən
etibarnamələrə bərabər tutulur:
362.3.1.
hospitallarda, sanatoriyalarda və digər hərbi- müalicə
müəssisələrində müalicədə olan hərbi
qulluqçuların və başqa şəxslərin həmin
müəssisənin rəisi, onun tibbi hissə üzrə
müavini, böyük və ya növbətçi həkim tərəfindən
təsdiqlənmiş etibarnamələri;
362.3.2. hərbi
qulluqçuların etibarnamələri, hərbi hissələrin,
birləşmələrin, idarələrin və hərbi təlim
məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları
aparan digər orqanların olmadığı məntəqələrdə
isə həmçinin fəhlə və
qulluqçuların, onların ailə üzvlərinin və
hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin,
birləşmənin, idarənin və ya məktəbin
komandiri (rəisi) tərəfindən təsdiqlənmiş
etibarnamələri;[358]
362.3.3.
azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin
müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən
təsdiqlənmiş etibarnamələri.
362.3.4. sosial xidmət müəssisələrində
olan yetkinlik yaşına çatmış fəaliyyət
qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin
müdiriyyəti və ya müvafiq əhalinin sosial müdafiəsi
orqanının rəhbəri (onun müavini) tərəfindən
təsdiqlənmiş etibarnamələri.[359]
362.4. Əmək
haqqının və əmək münasibətləri ilə
bağlı digər haqların, müəlliflərin və
ixtiraçıların haqlarının, pensiyaların,
müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin
banklardakı əmanətlərinin və poçt göndərmələrinin,
o cümlədən pul və bağlamaların alınması
üçün etibarnamə etibar edənin işlədiyi və
ya təhsil aldığı təşkilat, onun
yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti
orqanı və müalicə olunduğu stasionar müalicə
müəssisəsinin müdiriyyəti, sosial xidmət müəssisələrinə
yerləşdirilən şəxslərə münasibətdə
isə həmin müəssisələrin müdiriyyəti tərəfindən də təsdiqlənə
bilər.[360]
362.5. hüquqi
şəxs adından etibarnamə onun rəhbərinin və
ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin
imzası ilə, həmin təşkilatın
möhürü vurulmaqla verilir.
362.6. Teleqrafla,
habelə sənədin rabitə işçisi tərəfindən
yola salındığı digər rabitə növləri ilə
göndərilən etibarnamə rabitə orqanları tərəfindən
təsdiqlənir.
362.7.
Üçüncü şəxslər onların barəsində
hərəkətlərin edilməsi üçün
verilmiş, etibar edənin rəsmi rabitə orqanlarının
vasitəçiliyi olmadan faksimile və digər rabitə vasitəsilə
müvəkkilə göndərdiyi etibarnaməni həqiqi
saya bilərlər.
Maddə 363. Etibarnamənin
müddəti
363.1. Bu Məcəllənin
363.3-cü maddəsində nəzərdə tutulmuş hal
istisna olmaqla, etibarnamə istənilən müddətə
verilə bilər. Əgər etibarnamədə müddət
göstərilməyibsə, o bağlandığı gündən
bir il ərzində qüvvəsini saxlayır.
Bağlandığı tarix göstərilməyən
etibarnamə əhəmiyyətsizdir.[361]
363.2. Xaricdə
hərəkətlərin yerinə yetirilməsi
üçün nəzərdə tutulan və qüvvədə
olma müddəti göstərilməyən etibarnamə
notarius tərəfindən təsdiqləndikdə etibarnaməni
vermiş şəxs tərəfindən ləğv edilənədək
qüvvəsini saxlayır.
363.3. Nəqliyyat
vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə
tutan etibarnamə bir ildən artıq müddətə verilə
bilməz.[362]
Maddə 364. Etibar edilmişi
etibaretmə
364.1. Etibarnamə
verilmiş şəxs vəkil edildiyi hərəkətləri
şəxsən özü etməlidir. O, etibarnamə ilə
buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin
qorunması üçün şəraitin buna məcbur etdiyi
halda həmin hərəkətlərin icrasını başqa
şəxsə etibar edə bilər.
364.2. Səlahiyyətləri
başqa şəxsə verən bunu etibarnaməni verənə
bildirməli və səlahiyyətləri verdiyi şəxs
barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin
icra edilməməsi səlahiyyəti verənin üzərinə
səlahiyyətləri verdiyi şəxsin hərəkətləri
üçün öz hərəkətləri
üçün olduğu kimi məsuliyyət qoyur.
364.3. Çıxarılmışdır. [363]
364.4. Etibar
edilmişi başqasına etibaretmə qaydasında verilmiş
etibarnamənin qüvvədə olma müddəti onun verilməsi
üçün əsas götürülmüş etibarnamənin
qüvvədə olma müddətindən artıq ola bilməz.
Maddə 365. Etibarnaməyə
xitam verilməsi
365.1. Etibarnamənin
qüvvəsinə aşağıdakılar nəticəsində
xitam verilir:
365.1.1. etibarnamənin
müddətinin bitməsi;
365.1.2. etibarnamədə
nəzərdə tutulan hərəkətlərin həyata
keçirilməsi;
365.1.3. etibarnaməni
vermiş şəxs tərəfindən onun ləğv edilməsi;
365.1.4. etibarnamə
verilmiş şəxsin imtinası;
365.1.5.
adından etibarnamə verilmiş hüquqi şəxsə
xitam verilməsi;
365.1.6. adına
etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
365.1.7. etibarnaməni
vermiş fiziki şəxsin ölməsi, fəaliyyət
qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və
ya xəbərsiz itkin düşmüş sayılması;
365.1.8. etibarnamə
verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət
qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və
ya xəbərsiz itkin düşmüş sayılması.
365.2. Etibarnamə
vermiş şəxs istənilən vaxt etibarnaməni və
ya başqasına etibaretməni ləğv edə bilər,
etibarnamə verilmiş şəxs isə istənilən vaxt
ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair
razılaşma əhəmiyyətsizdir.
Maddə 366. Etibarnaməyə
xitam verilməsinin nəticələri
366.1. Etibarnamə
vermiş və sonradan onu ləğv etmiş şəxs bu
barədə etibarnamə verilmiş şəxsi, habelə
etibarnaməni qarşılarında təmsil edilmək
üçün verdiyi ona məlum üçüncü
şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin
365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə
tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi
hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri
üzərinə də eynilə bu cür vəzifə
qoyulur.
366.2. Etibarnamə
verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi
və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər
nəticəsində əmələ gələn hüquq və
vəzifələr etibarnaməni vermiş şəxs və
onun hüquq varisləri üçün
üçüncü şəxslər barəsində
qüvvəsini saxlayır. Əgər üçüncü
şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini
bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq
edilmir.
366.3. Etibarnaməyə
xitam verildikdə onun verildiyi şəxs və ya hüquq
varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar.
366.4. Etibarnaməyə
xitam verildikdə etibar edilmişi başqasına etibaretmə
qüvvədən düşür.
Beşinci bölmə.
MÜDDƏTLƏR
17-ci fəsil.
Müddətlərin
hesablanması
Maddə 367. Müddət
anlayışı
367.1. Müddət
mülki hüquq və vəzifələrin əmələ gəlməsinin,
dəyişdirilməsinin və xitamının bağlı
olduğu vaxtdır.
367.2. Əqdlə
müəyyənləşdirilən və ya məhkəmə
tərəfindən təyin edilən müddət təqvim
tarixi ilə və ya illər, aylar, həftələr,
günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi
ilə müəyyənləşdirilir.
367.3. Müddət
həmçinin hökmən baş verməli olan hadisənin
göstərilməsi ilə müəyyənləşdirilə
bilər.
Maddə 368. Müddətin
başlandığını bildirən vaxt
Vaxt
dövrü ilə müəyyənləşdirilmiş
müddətin axımı təqvim tarixindən və ya
müddətin başlanması üçün müəyyənləşdirilmiş
hadisənin baş verməsindən sonrakı gün
başlanır.
Maddə 369. Müddətin
qurtardığını bildirən vaxt
369.1. İllərlə
hesablanan müddət müddətin sonuncu ilinin müvafiq
ayında və günündə qurtarır. Yarım illə
müəyyənləşdirilmiş müddətə aylarla
hesablanan müddətlər üçün qaydalar tətbiq
edilir. Həm də yarım il altı ay bərabər
sayılır, yarım il isə ilin əvvəlindən
hesablanmağa başlanır.
369.2. Rüblərlə
hesablanan müddətə aylarla hesablanan müddətlər
üçün qaydalar tətbiq edilir. Həm də rüb
üç aya bərabər sayılır, rüblər isə
ilin əvvəlindən hesablanmağa başlanır.
369.3. Aylarla
hesablanan müddət müddətin sonuncu ayının
müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin
qurtarması müvafiq günü olmayan aya düşdükdə
müddət həmin ayın sonuncu günü qurtarır.
369.4. Yarım
ayla müəyyənləşdirilmiş müddət
günlərlə hesablanan müddət kimi qiymətləndirilir
və on beş günə bərabər sayılır.
369.5. Həftə
ilə hesablanan müddət yeddi günə bərabərdir
və müddətin sonuncu həftəsinin müvafiq
günündə qurtarır.
369.6. Günlərlə
hesablanan müddət müddətin sonuncu gününün
başa çatması ilə bir vaxtda qurtarır.
369.7. Əgər
müddət bir və ya bir neçə tam aydan və
ayın yarısından ibarətdirsə, on beş gün
axırda hesablanmalıdır.
369.8. Müddət
uzadıldıqda yeni müddət bitmiş müddətin
sonundan hesablanır.
369.9. Əgər
vaxt aylarla və ya illərlə, özü də elə tərzdə
müəyyənləşdirilsə ki, onların birgə
qurtarmasına zərurət yoxdur, onda ay otuz günlə, il isə
üç yüz altmış beş günlə
hesablanır.
369.10. Ayın
birinci günü ayın başlanğıcı, on
beşinci günü ayın ortası, sonuncu günü isə
ayın axırı sayılır.
Maddə 370. Qeyri-iş günlərində
müddətlərin hesablanması[364]
370.1. Əgər
hərəkət müəyyən gündə yerinə
yetirilməlidirsə və həmin gün qeyri-iş
günüdürsə, hərəkət növbəti iş
günündə yerinə yetirilməlidir.
370.2. Əgər
müddətin sonuncu günü qeyri-iş gününə
düşürsə, ondan sonrakı iş günü
müddətin qurtardığı gün sayılır.
Maddə 371. Müddətin
sonuncu günündə hərəkətlərin yerinə
yetirilməsi qaydası
371.1. Əgər
müddət hər hansı hərəkətin yerinə
yetirilməsi üçün təyin edilmişdirsə, həmin
hərəkət müddətin sonuncu günündə saat
iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər
həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə,
onda müddət müəyyənləşdirilmiş
qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların
dayandırıldığı saatda qurtarır.
371.2. Müddətin
sonuncu günündə saat iyirmi dördədək rabitə
təşkilatına təhvil verilmiş yazılı ərizələr
və bildirişlər vaxtında verilmiş sayılır.
18-ci fəsil.
İddia müddəti
Maddə 372. İddia müddəti
anlayışı
372.1. Başqa
şəxsdən hər hansı hərəkəti yerinə
yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi
tələb etmək hüququna müddət şamil edilir. KMQ23
372.2. hüququ
pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi
üçün müddət iddia müddəti
sayılır.
Maddə 373. İddia müddətləriKM2
373.1. Ümumi
iddia müddəti on il təşkil edir. KMQ23
373.2. Müqavilə
tələbləri üzrə iddia müddəti üç
il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri
üzrə iddia müddəti isə altı ildir.
373.3. Vaxtaşırı
icra edilməli öhdəliklərdən irəli gələn
tələblər üzrə iddia müddəti üç
ildir.
373.4. Tələblərin
ayrı-ayrı növləri üçün bu Məcəllə
ilə ümumi müddətə nisbətən
qısaldılmış və ya uzadılmış xüsusi
iddia müddətləri təyin edilə bilər.
373.5. Bu Məcəllənin
bu fəslində müəyyənləşdirilmiş
qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə,
xüsusi iddia müddətlərinə də şamil edilir.
Maddə 374. İddia müddətlərinin
müəyyənləşdirilməsi[365]
374.1. Əgər
müqavilədə başqa hal nəzərdə
tutulmayıbsa, iddia müddətləri və onların
hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.[366]
374.2. İddia
müddətləri axımının dayandırılması
və kəsilməsi əsasları bu Məcəllə ilə
müəyyənləşdirilir.
Maddə 375. İddia müddətinin
tətbiqi
375.1. hüququn
müdafiəsi haqqında tələb iddia müddətinin
keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən
baxılmağa qəbul edilir.
375.2. Məhkəmə
tərəfindən iddia müddəti yalnız mübahisə
tərəfinin məhkəmə qərarı
çıxarılanadək verdiyi ərizə əsasında
tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi
barədə ərizə verdiyi iddia müddətinin keçməsi
məhkəmənin iddiadan imtina barəsində qərar
çıxarması üçün əsasdır.KMQ17
Maddə 376. İddia müddətinin
əlavə tələblərə tətbiqi
Əsas tələb
üzrə iddia müddəti keçdikdə əlavə tələblər
(girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də
iddia müddəti keçir.
Maddə 377. İddia müddətinin
başlanması
377.1. İddia
müddətinin axımı şəxsin öz hüququnun
pozulduğunu bildiyi və ya bilməli olduğu gündən
başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə
müəyyənləşdirilir.
377.2. İcra
müddəti müəyyənləşdirilmiş öhdəliklər
üzrə iddia müddətinin axımı icra müddəti
bitdikdə başlanır.
377.3. İcra
müddəti müəyyənləşdirilməmiş və
ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş
öhdəliklər üzrə iddia müddətinin
axımı kreditorun öhdəliyi icra etmək tələbini
irəli sürmək hüququnun əmələ gəldiyi
andan başlanır, borcluya həmin tələbin icrası
üçün güzəştli müddət verildikdə
isə iddia müddəti göstərilən müddət
bitdikdən sonra hesablanmağa başlanır.
377.4. Reqres
öhdəliklər üzrə iddia müddətinin
axımı əsas öhdəliyin icrası anından
başlanır.
Maddə 378. Öhdəlikdə
şəxslər dəyişilərkən iddia müddəti
Öhdəlikdə
şəxslərin dəyişilməsi iddia müddətinin
və onun hesablanması qaydasının dəyişilməsinə
səbəb olmur.
Maddə 379. İddia müddəti
axımının dayandırılması
379.1. İddia
müddətinin axımı aşağıdakı hallarda
dayandırılır:
379.1.1.
iddianın irəli sürülməsinə fövqəladə
və həmin şəraitdə qarşısı alına
bilməyən hal (qarşısıalınmaz qüvvə)
mane olduqda;
379.1.2.
iddiaçı və ya cavabdeh hərbi vəziyyətə
keçirilmiş silahlı qüvvələrin tərkibində
olduqda;
379.1.3.
müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin
icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;
379.1.4. fəaliyyət
qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;
379.1.5.
müvafiq münasibəti tənzimləyən qanunun və ya
digər normativ hüquqi aktın qüvvəsi
dayandırıldıqda;
379.1.6. tərəflər arasında
yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq
edildikdə.[367]
379.2. Fiziki
şəxslərin həyatına və ya
sağlamlığına dəymiş zərərin əvəzinin
ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin
axımı həmçinin fiziki şəxsin müvafiq
orqana pensiya və müavinət təyin edilməsi
haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və
ya müavinət təyin edilənədək və ya təyin
etməkdən imtina olunanadək dayandırılır.
379.3. İddia
müddətinin axımı bir şərtlə
dayandırılır ki, bu maddədə göstərilmiş
hallar iddia müddətinin son altı ayında, həmin
müddət altı aya bərabər və ya altı aydan az
olduqda isə iddia müddəti ərzində əmələ
gəlsin və ya mövcud olmaqda davam etsin.
379.4. Müddətin
dayandırılmasına əsas vermiş halın sona
çatdığı gündən müddətin
axımı davam edir. Müddətin qalan hissəsi altı aya
qədər uzadılır, iddia müddəti altı aya bərabər
və ya altı aydan az olduqda isə iddia müddətinə qədər
uzadılır.
379.4-1. Mediasiya prosesinin tətbiqi ilə
əlaqədar dayandırılmış iddia müddətinin
axımı “Mediasiya haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
tarixdən davam edir.[368]
379.5. Nikahın
mövcud olduğu dövrdə ərlə arvad
arasındakı tələblər üzrə iddia müddətinin
axımı dayandırılır. Uşaqlar yetkinlik
yaşına çatanadək uşaqlarla valideynlər
arasındakı tələblər üzrə, habelə
bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə)
qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər
üzrə də eyni qayda tətbiq edilir.
379.6. Əgər
tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət
qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan
şəxs irəli sürürsə, iddia müddəti həmin
şəxs tam fəaliyyət qabiliyyətli olanadək və
ya onun üçün təmsilçi təyin edilənədək
dayandırılmış sayılır.
Maddə 380. İddia müddəti
axımının kəsilməsi
380.1. Müəyyənləşdirilmiş
qaydada iddia irəli sürüldükdə, habelə borclu
şəxs borcu etiraf etməsini göstərən hərəkətlər
etdikdə iddia müddətinin axımı kəsilir.
380.2. Fasilədən
sonra iddia müddəti yenidən başlanır. Fasiləyə
qədər keçmiş vaxt yeni müddətə daxil
edilmir.
Maddə 381. İddianın
baxılmamış saxlandığı halda iddia müddətinin
axımı
381.1. Əgər
iddia məhkəmə tərəfindən
baxılmamış saxlanmışdırsa, iddia irəli
sürülənədək başlanmış iddia müddətinin
axımı ümumi qaydada davam edir.
381.2. Əgər
cinayət işində irəli sürülmüş iddia məhkəmə
tərəfindən baxılmamış
saxlanmışdırsa, iddia irəli sürülənədək
başlanmış iddia müddətinin axımı
iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə
minənədək dayandırılır. Müddətin
dayandırıldığı vaxt iddia müddətinə
daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan
az olduqda altı aya qədər uzadılır.
Maddə 382. İddia müddətinin
bərpası
İddiaçının
şəxsiyyəti ilə bağlı hallara görə
(ağır xəstəlik, köməksiz vəziyyət,
savadsızlıq və i.a.) iddia müddətinin
ötürülməsi səbəbini məhkəmənin
üzrlü saydığı müstəsna hallarda fiziki
şəxsin pozulmuş hüququ müdafiə edilməlidir.
İddia müddətinin ötürülməsi səbəbləri
iddia müddətinin son altı ayında, həmin müddət
altı aya bərabər və ya altı aydan az olduqda isə
iddia müddəti ərzində baş verdikdə
üzrlü sayıla bilər.
Maddə 383. İddia müddəti
bitdikdən sonra vəzifənin icrası
Borclu və ya
digər mükəlləfiyyətli şəxs vəzifəsini
iddia müddəti bitdikdən sonra icra etmişsə, icra
zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da,
icra etdiyini geri tələb edə bilməz.
Maddə 384. İddia müddətinin
şamil edilmədiyi tələblər
384.0. İddia
müddəti aşağıdakılara şamil edilmir:
384.0.1. şəxsi
qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin
müdafiəsi haqqında tələblər;
384.0.2. əmanətlərin
verilməsi haqqında əmanətçilərin banka tələbləri;
384.0.3. fiziki
şəxsin həyatına və ya sağlamlığına
vurulmuş zərərin əvəzinin ödənilməsi
haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin
ödənilməsi hüququnun əmələ gəldiyi
andan üç il bitdikdən sonra irəli
sürülmüş tələblər ən çoxu iddia
irəli sürülməzdən əvvəlki üç il
üçün ödənilir;[369]
384.0.4.
mülkiyyətçinin və ya digər sahibin onun
hüququnun hər cür pozuntularının aradan
qaldırılması haqqında tələbləri,
özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə
birləşdirilmiş olmasa belə;
384.0.5. dövlət
və ya bələdiyyə orqanının və ya onların
vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan
istifadə və ya ona dair sərəncam üzrə
mülkiyyətçinin hüquqlarını pozmuş
aktının etibarsız sayılması haqqında mülkiyyətçinin
tələbləri;
384.0.6. bu Məcəllə
ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.
Altıncı bölmə
ÖHDƏLİK HÜQUQUNUN
ÜMUMİ HİSSƏSİ
19-cu fəsil.
Öhdəliklər haqqında
ümumi müddəalar
Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə
əsasən bir şəxs (borclu) başqa şəxsin
(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,
məsələn, pul ödəməli, əmlak verməli,
iş görməli, xidmətlər göstərməli və
i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,
kreditorun isə borcludan vəzifəsinin icrasını tələb
etmək hüququ vardır.
385.2. Öz məzmunundan
və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən
hər birinin üzərinə istər müqavilə
münasibətləri zamanı, istərsə də belə
münasibətlərdən sonra digər tərəfin
hüquqlarına və əmlakına xüsusi qayğı
göstərmək vəzifəsini qoya bilər.[370]
Maddə 386. Öhdəliklərin
əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin
zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə
nəzərdə tutulmuş digər əsaslar nəticəsində
əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin
əmələ gəlməsi üçün onun
iştirakçıları arasında müqavilə
olmalıdır.
386.2. Bu Məcəllənin
385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər
müqavilənin hazırlanması əsasında da əmələ
gələ bilər.
386.3.
Danışıqların iştirakçısı digər
iştirakçının təqsirli hərəkəti nəticəsində
bağlanmayan müqavilənin bağlanması
üçün çəkdiyi xərclərin əvəzini
ödəməyi digər iştirakçıdan tələb
edə bilər.
386.4. Elektron
formada bağlanan əqdlərdən irəli gələn
öhdəliklərin məzmunu və icrası ilə
bağlı məsələlər, elektron ticarət
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə
tənzimlənir.[371]
Maddə 387. Öhdəliyin tərəfləri
387.1. Öhdəlikdə
onun tərəflərindən hər biri kreditor və ya borclu
kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs
iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində
iştirak edən şəxslərdən birinə
qarşı kreditorun tələblərinin
etibarsızlığı, eləcə də bu cür şəxsə
qarşı tələb üzrə iddia müddətinin
keçməsi özlüyündə kreditorun belə şəxslərin
qalanlarına qarşı tələblərinə toxunmur.
387.2. Əgər
müqavilə üzrə tərəflərdən hər biri
digər tərəfin xeyrinə vəzifə
daşıyırsa, o, digər tərəfin xeyrinə etməli
olduqları barəsində həmin tərəfin borclusu və
eyni zamanda ondan tələb etməyə hüququ çatanlar
barəsində onun kreditoru sayılır.
387.3. Öhdəlik
tərəf kimi onda iştirak etməyən şəxslər
(üçüncü şəxslər) üçün vəzifələr
yaratmır. Tərəflərin razılaşmasında nəzərdə
tutulmuş hallarda öhdəlik üçüncü şəxslər
üçün öhdəliyin bir və ya hər iki tərəfi
barəsində hüquqlar yarada bilər.
387.4. Tərəflərdən
biri dövlət qulluqçusunun işlədiyi dövlət
orqanı olan əqdlərdə həmin dövlət
qulluqçusu digər tərəf ola bilməz.[372]
Maddə 388. Məlumat vermək
öhdəliyi
Öhdəlikdən
bu və ya başqa məlumatı almaq hüququ irəli gələ
bilər. məlumat verilməsi onun öhdəliyin məzmununu
müəyyənləşdirmək üçün əhəmiyyətli
olduğu və kontragentin belə məlumatı öz
hüquqlarına xələl gətirmədən verə biləcəyi
halda da təmin edilməlidir. məlumatı alan onun verilməsi
xərclərinin əvəzini mükəlləfiyyətli
şəxsə ödəməlidir.
20-ci fəsil.
Müqavilə hüququ
§1. Müqavilə anlayışı və şərtləri
Maddə 389. Müqavilə
anlayışı
389.1. Mülki
hüquq və vəzifələrin müəyyənləşdirilməsi,
dəyişdirilməsi və ya xitamı haqqında iki və
ya bir neçə şəxsin razılaşması
müqavilə sayılır.
389.2. Müqavilələrə
iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq
edilir.
389.3. Bu fəslin
qaydalarında və müqavilələrin ayrı-ayrı
növlərinə dair bu Məcəllənin qaydalarında
ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən
əmələ gələn öhdəliklərə öhdəliklər
haqqında ümumi müddəalar tətbiq edilir.
389.4. İkidən
çox tərəfin bağladığı müqavilələrə
müqavilə haqqında ümumi müddəalar belə bir
şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin
çoxtərəfli xarakterinə zidd olmasın.
Maddə 390. Müqavilə
azadlığı
390.1. Fiziki və
hüquqi şəxslər azad surətdə müqavilələr
bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə
bilərlər. Onlar bu Məcəllədə nəzərdə
tutulmayan, lakin ona zidd olmayan müqavilələr də
bağlaya bilərlər.
390.2. Müqavilə
onun bağlandığı vaxt qüvvədə olan qanunla və
digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş,
tərəflər üçün məcburi qaydalara (imperativ
normalara) uyğun gəlməlidir. Əgər müqavilə
bağlandıqdan sonra onu bağlayarkən qüvvədə
olmuş qaydalardan fərqlənən, tərəflər
üçün məcburi başqa qaydalar müəyyənləşdirən
qanun qəbul edilmişsə, bağlanmış müqavilənin
şərtləri qüvvəsini saxlayır, amma qanunda onun
qüvvəsinin əvvəllər bağlanmış
müqavilələrdən əmələ gələn
münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi
hallar istisna təşkil edir.
390.3. Müqavilə
bağlamaq vəzifəsinin bu Məcəllədə və ya
könüllü götürülmüş öhdəlikdə
nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə
bağlamağa məcburetməyə yol verilmir.
390.4. Tərəflər
bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif
müqavilələrin ünsürlərini əhatə edən
müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.
Tərəflərin razılaşmasından və ya
qarışıq müqavilənin mahiyyətindən ayrı
hal irəli gəlmirsə, qarışıq müqavilə
üzrə tərəflərin münasibətlərinə
qarışıq müqavilədə ünsürləri olan
müqavilələrə dair qaydalar müvafiq hissələrdə
tətbiq edilir.
390.5. Müqavilə
şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir,
amma müvafiq şərtin məzmununun bu Məcəllədə
göstərildiyi hallar istisna təşkil edir.
390.6. Müqavilə
şərti tərəflərin razılaşması ilə
ayrı qaydanın müəyyənləşdirilmədiyi
halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə
tutulubsa, tərəflər razılaşma əsasında bu
normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə
tutduğundan fərqli şərt müəyyənləşdirə
bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə
şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
390.7. Əgər
müqavilə şərti onun iştirakçıları tərəfindən
və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə,
müvafiq şərtlər tərəflərin münasibətlərinə
tətbiq edilə bilən işgüzar adətlərlə
müəyyənləşdirilir.
Maddə 391. Gələcək əmlak
barəsində bağlanmış müqavilənin
etibarsızlığı
Tərəflərdən
birinin özünün bütün gələcək əmlakını
və ya onun bir hissəsini digər tərəfə verməyi,
yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə
götürdüyü müqavilə etibarsızdır, amma
müqavilənin gələcək əmlakın
ayrı-ayrı predmetləri barəsində
bağlandığı hallar, habelə “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallar istisna təşkil
edir. [373]
Maddə 392. Miras əmlak barəsində
bağlanmış müqavilənin
etibarsızlığı
392.1. Sağ
olan şəxsin miras əmlakı barəsində başqa
şəxslərin bağladığı müqavilə
etibarsızdır. Eyni qayda sağ olan şəxsin miras əmlakından
məcburi paylar və (və ya) onun vəsiyyət
tapşırığı barəsində bağlanmış
müqavilələrə də tətbiq edilir.
392.2. 392.1-ci
maddənin qaydası qanun üzrə gələcək vərəsələrin
qanun üzrə vərəsəlik zamanı onlardan birinin
payı haqqında və məcburi pay haqqında
bağladıqları müqavilələrə tətbiq
edilmir.
Maddə 393. Əmlakın verilməsi
barədə müqavilə
Tərəflərdən
birinin hazırda olan əmlakı bütünlüklə və
ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud
onu uzufruktla yüklü etməyi öhdəsinə
götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir,
amma müqavilənin hazırda olan əmlakın
ayrı-ayrı predmetləri barəsində
bağlandığı hallar istisna təşkil edir.
Maddə 394. Daşınmaz əşyanın
özgəninkiləşdirilməsi barədə müqavilənin
bağlanması qaydası
Bir tərəfin
daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya
hüquqlarını digər tərəfə vermək və ya əldə
etmək barədə öhdəlik götürdüyü
müqavilə notariat qaydasında təsdiqlənməlidir. [374]
Maddə 395. Əşyanın
yüklü edilməsi barədə müqavilənin
hüdudları
Əgər
şəxs öz əşyasını özgəninkiləşdirmək
və ya yüklü etmək barəsində öhdəlik
götürürsə, bu öhdəlik “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanununda və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmadıqda, əşyanın ləvazimatına da şamil
edilir. [375]
Maddə 396. Müqavilə öhdəlikləri
barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə
tətbiqi
Öhdəliyin
xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə
öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə
öhdəliklərinə də tətbiq edilir.
Maddə 397. Əvəzli və
əvəzsiz müqavilələr
397.1. Müqaviləyə
görə tərəf öz vəzifələrinin icrası
müqabilində haqq və ya digər qarşılıqlı
əvəz almalıdırsa, həmin müqavilə əvəzli
sayılır.
397.2. Müqaviləyə
görə bir tərəf digər tərəfdən haqq və
ya digər qarşılıqlı əvəz almadan ona nə
isə verməyi öhdəsinə götürürsə, həmin
müqavilə əvəzsiz sayılır.
397.3. Bu Məcəllədən,
müqavilənin məzmunundan və ya mahiyyətindən
ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli
olduğu ehtimal edilir.
Maddə 398. Qiymət
398.1. Müqavilənin
icrası tərəflərin razılaşması ilə
müəyyənləşdirilmiş qiymət üzrə
ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilən və ya tənzimlənən
qiymətlər (tariflər, normalar, dərəcələr və
s.) tətbiq edilir.
398.2. Müqavilə
bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə
müqavilədə və ya bu Məcəllədə nəzərdə
tutulmuş hallarda və qaydada yol verilir.
398.3. Əvəzli
müqavilədə qiymət nəzərdə tutulmayıbsa
və müqavilə şərtlərinə əsasən
müəyyənləşdirilə bilməzsə, müqavilənin
icrası üçün pul müqayisəyə gələ
bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər
üçün adətən alınan qiymət üzrə
ödənilməlidir.
Maddə 399. Müqavilənin
qüvvəsi KMQ24
399.1. Müqavilə
bağlandığı andan qüvvəyə minir və tərəflər
üçün məcburi olur.
399.2. Tərəflər
müəyyənləşdirə bilərlər ki,
bağladıqları müqavilənin şərtləri
onların müqavilə bağlanana qədər
yaranmış münasibətlərinə də tətbiq
edilir.
399.3. Müqavilədə
nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə
olma müddətinin qurtarması tərəflərin
müqavilə üzrə öhdəliklərinin xitamına səbəb
olur. Belə şərtin olmadığı müqavilə
öhdəliyin icrasının qurtarmasının həmin
müqavilədə müəyyənləşdirilmiş
anına qədər qüvvədə sayılır.
399.4. Müqavilənin
qüvvədə olma müddətinin qurtarması tərəfləri
müqavilənin həmin müddət qurtarana qədər yol
verilmiş pozulmasına görə məsuliyyətdən azad
etmir.
Maddə 400. Ümumi müqavilə
400.1. Əgər
müqavilə tərəflərindən biri bazarda
üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində
kontragentlə müqavilə bağlamaqdan əsassız imtina
etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini
təklif etməməlidir.
400.2.
Sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri
ehtiyaclarının ödənilməsi üçün əmlak
və ya xidmət əldə edən və ya onlardan istifadə
edən şəxslə, əgər digər tərəf
özünün sahibkarlıq fəaliyyəti həddində
hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız
imtina edilə bilməz.[376]
Maddə 401. Qoşulma
müqaviləsi - çıxarılmışdır
.[377]
Maddə 402. İlkin müqavilə
402.1. İlkin
müqaviləyə görə tərəflər həmin
müqavilədə nəzərdə tutulmuş şərtlərlə
əmlakın verilməsi, işlərin görülməsi və
ya xidmətlərin göstərilməsi barədə gələcəkdə
müqavilə (əsas müqavilə) bağlamağı
öhdələrinə götürürlər.
402.2. İlkin
müqavilə əsas müqavilə üçün nəzərdə
tutulmuş formada bağlanır. İlkin müqavilənin
formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə
səbəb olur.[378]
402.3. İlkin
müqavilədə əsas müqavilənin predmetini, habelə
digər mühüm şərtlərini müəyyənləşdirməyə
imkan verən şərtlər göstərilməlidir.
402.4. İlkin
müqavilədə tərəflərin əsas müqaviləni
hansı müddətdə bağlamağı öhdələrinə
götürdükləri göstərilir. Əgər ilkin
müqavilədə bu müddət müəyyənləşdirilməyibsə,
əsas müqavilə ilkin müqavilənin
bağlandığı andan bir il müddətində
bağlanmalıdır.
402.5. Əgər
əsas müqavilə tərəflərin onu bağlamalı
olduğu müddət qurtarana qədər bağlanmazsa və
ya tərəflərdən biri digər tərəfə həmin
müqaviləni bağlamaq barədə təklif göndərməzsə,
ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə
xitam verilir.
402.6. Niyyət
razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin
ona ilkin müqavilə qüvvəsi vermək iradəsi
birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri
doğurmur.
Maddə 403.
Üçüncü şəxsin xeyrinə müqavilə
403.1.
Üçüncü şəxsin xeyrinə müqavilə
elə müqavilədir ki, onun tərəfləri borclunun
icranı müqavilədə göstərilmiş və ya
göstərilməmiş, öhdəliyin öz xeyrinə
icrasını borcludan tələb etmək hüququ olan
üçüncü şəxsə həyata keçirməli
olduğunu müəyyənləşdirirlər.
403.2. Əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin
mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə,
üçüncü şəxsin xeyrinə bağlanmış
müqavilənin icrasını həm kreditor, həm də
üçüncü şəxs tələb edə bilər.
403.3. Xüsusi
qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən
onun məqsədinə əsasən aşağıdakılar
müəyyənləşdirilməlidir:
403.3.1.
üçüncü şəxs hüquq əldə etməlidir,
yoxsa əldə etməməlidir;
403.3.2. bu
hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər
olduqda əmələ gəlir;
403.3.3.
üçüncü şəxsin razılığı
olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə
müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox.
403.4. Müqavilədə
üçüncü şəxsin xeyrinə qeyd-şərt
qoymuş tərəf, kontragentin razılığından
asılı olmayaraq, müqavilədə göstərilən
üçüncü şəxsi dəyişmək
hüququnu saxlayır.
403.5. Əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, üçüncü
şəxsin müqavilə üzrə öz hüququndan
istifadə etmək niyyətini borcluya bildirdiyi andan tərəflər
bağladıqları müqaviləni üçüncü
şəxsin razılığı olmadan ləğv edə və
ya dəyişdirə bilməzlər.
403.6. Borclu
kreditora qarşı irəli sürə biləcəyi
etirazları müqavilədə üçüncü şəxsin
tələbinə qarşı irəli sürə bilər.
403.7.
Üçüncü şəxs müqavilə üzrə
ona verilmiş hüquqdan imtina etdikdə, kreditor həmin
hüquqdan, əgər bu Məcəlləyə və
müqaviləyə zidd deyilsə, istifadə edə bilər.
Maddə 403-1. Törəmə
maliyyə alətləri[379]
403-1.1.
Törəmə maliyyə aləti hər hansı baza aktivini
almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit
edən müqavilədir. Baza aktivi qismində qiymətli
kağız (investisiya fond payı istisna olmaqla), valyuta, faiz dərəcəsi,
gəlirlik, törəmə maliyyə aləti, əmtəə,
maliyyə indeksi, kredit riski və s. çıxış edə
bilər.[380]
403-1.2.
Törəmə maliyyə alətlərinin
standartlaşdırılmış formada fond birjası vasitəsilə
yerləşdirilməsi və tədavülü qaydası Mərkəzi
Bank tərəfindən müəyyən edilir. “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda törəmə maliyyə alətləri ilə əməliyyatlar
digər ticarət sistemində aparıldıqda, törəmə
maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü
həmin ticarət sisteminin qaydalarına müvafiq olaraq həyata
keçirilir.[381]
403-1.3.
Törəmə maliyyə alətlərinə fyuçers,
opsion və svop aiddir.
403-1.4.
Fyuçers baza aktivinin müəyyənləşdirilmiş
növdə və sayda əvvəlcədən
razılaşdırılmış tarixə və qiymətə
alqı-satqısı üzrə törəmə maliyyə
alətidir.
403-1.5.
Opsion sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və
ya svop etmək hüququnu verən törəmə maliyyə
alətidir.
403-1.6.
Svop iki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi
üzrə törəmə maliyyə alətidir.
Maddə 404. Müqavilənin təfsiri
404.1. Müqavilə
şərtlərini təfsir edərkən məhkəmə
təkcə müqavilədəki söz və ifadələrin
hərfi mənasını deyil, həm də tərəflərin
iradə ifadəsinin həqiqi mənasını,
bütövlükdə müqavilənin hərfi mənasının
onun digər şərtləri və mənası ilə
müqayisəsini nəzərə alır.
404.2. Bu zaman
bütün müvafiq hallar, o cümlədən müqaviləyə
qədərki danışıqlar və yazışmalar, tərəflərin
qarşılıqlı münasibətlərində
yaranmış praktika, işgüzar adətlər, tərəflərin
sonrakı hərəkətləri nəzərə
alınır.
404.3. Əgər
müqavilənin ayrı-ayrı ifadələri müxtəlif
cür təfsir edilə bilərsə, müqaviləni
bağlamış tərəflərin yaşayış yerində
adətən qəbul olunmuş mənaya üstünlük
verilir. Tərəflərin yaşayış yerləri
müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici
sayılır.
404.4. Müqavilədə
bir-birini istisna edən və ya çoxmənalı ifadələr
olduqda, müqavilənin məzmununa digərlərindən daha
çox uyğun gələn mənaya üstünlük
verilməlidir.
404.5.
Qarışıq müqavilələr təfsir edilərkən,
icranın mahiyyətinə daha yaxın olan və ona uyğun
gələn müqavilələr haqqında normalar tətbiq
edilir.
Maddə 404-1. Dövlət
satınalmaları müqaviləsi[382]
Dövlət
satınalmaları müqaviləsinə dair münasibətlər
Azərbaycan Respublikasının dövlət
satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.
§ 2. Müqavilənin bağlanması
Maddə 405. Müqavilənin
mühüm şərtləri barəsində razılaşma
405.1. Tərəflər
müqavilənin bütün mühüm şərtləri
barəsində tələb olunan formada razılığa gəldikdə
müqavilə bağlanmış sayılır. Müqavilənin
predmetinə dair şərtlər, bu Məcəllədə həmin
növ müqavilələr üçün mühüm və
ya zəruri adlandırılmış şərtlər, habelə
tərəflərdən birinin müraciəti ilə barəsində
razılaşma əldə edilməli olan bütün şərtlər
mühüm sayılır.
405.2. Müqavilə
tərəflərdən birinin oferta (müqavilə
bağlamaq təklifi) göndərməsi və digər tərəfin
onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə
bağlanır.
Maddə 406. Müqavilənin
forması
406.1. Müqavilə
əqdlərin bağlanması üçün nəzərdə
tutulan hər hansı formada bağlana bilər, bu şərtlə
ki, bu Məcəllədə həmin növ müqavilə
üçün müəyyən forma təyin edilməsin.[383]
406.2. Əgər
tərəflər müqaviləni müəyyən formada
bağlamaq barəsində şərtləşiblərsə,
həmin müqavilə növü üçün bu Məcəllə
ilə belə forma tələb edilməsə də,
müqavilə şərtləşdirilmiş formaya
salındıqdan sonra bağlanmış sayılır.
406.3.
Yazılı formada müqavilə tərəflərin
imzaladığı bir sənədin tərtibi yolu ilə,
habelə bu Məcəllənin
331.1-ci maddəsinə uyğun olaraq məktubların,
teleqramların, elektron sənədlərin və ya digər
verilənlərin mübadiləsi
yolu ilə bağlana bilər.[384]
Maddə 407. Müqavilənin
bağlanması anı
407.1. Müqavilə
oferta göndərmiş şəxsin onun akseptini
aldığı anda bağlanmış sayılır.
407.2. Sadə
yazılı müqavilə müvafiq qaydada
imzalandığı, notarial qaydada təsdiq edilməli
müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan
bağlanmış sayılır.[385] KMQ9
407.3. Çıxarılmışdır. [386]
Maddə 408. Oferta
408.1. Müqavilə
bağlanması haqqında təklif (oferta) o zaman verilmiş
sayılır ki, bir və ya bir neçə şəxsə
ünvanlanmış bu təklifdə onu vermiş şəxsin
(oferentin) razılıq (aksept) olduqda, öz təklifinin
icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin
mühüm şərtləri əks olunmalıdır.
408.2. Şəxslərin
qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə
(o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə,
bu təklif ofertaya dəvət sayılır.[387]
408.3. Oferta
ünvan sahibinin onu aldığı andan onu göndərmiş
şəxsi bağlı edir. Ofertanın geri
götürülməsinə dair bildiriş ofertadan əvvəl
və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş
sayılır.
408.4. Çıxarılmışdır. [388]
408.5. Çıxarılmışdır. [389]
408.6. Ünvan
sahibinin aldığı oferta, əgər ofertanın
özündə ayrı qayda şərtləşdirilməyibsə,
yaxud təklifin mahiyyətindən və ya verildiyi şəraitdən
ayrı qayda irəli gəlmirsə, onun aksepti
üçün müəyyənləşdirilmiş
müddət ərzində geri götürülə bilməz.
408.7. Əgər
müqavilənin bütün mühüm şərtlərini
əks etdirən təklifdən onu irəli sürmüş
şəxsin təklifdə göstərilmiş şərtlər
ilə müqaviləni cavab verən istənilən şəxslə
bağlamaq iradəsi aydın görünürsə, belə
təklif ümumi oferta sayılır. [390]
Maddə 409. Aksept
409.1.
Ofertanın ünvanlandığı şəxsin ofertanı
qəbul etməsi haqqında cavabı aksept sayılır.
Aksept tam və qeyd-şərtsiz olmalıdır.
409.2. Əgər
oferent aksept üçün müddət müəyyənləşdiribsə,
aksept yalnız həmin müddətdə həyata
keçirilə bilər.
409.3. Əgər
bu Məcəllədən, işgüzar adətdən və
ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən
ayrı qayda irəli gəlmirsə, susmaq aksept
sayılmır.
409.4. Əgər
bu Məcəllədə ayrı qayda nəzərdə
tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə,
oferta almış şəxsin onun aksepti üçün
müəyyənləşdirilmiş müddətdə
ofertada göstərilən müqavilə şərtlərini
yerinə yetirmək (malları yola salmaq, xidmətlər
göstərmək, işlər görmək, müvafiq məbləği
ödəmək və s.) üçün hərəkətlər
etməsi aksept sayılır.
409.5. Aksept
oferentə gec çatdıqda və akseptdən onun
vaxtında göndərildiyi məlum olduqda, aksept yalnız o
halda gecikmiş sayıla bilər ki, oferent bu barədə digər
tərəfə dərhal məlumat vermiş olsun. Əgər
oferta göndərmiş tərəf digər tərəfin
gec alınmış akseptini qəbul etdiyi barədə ona dərhal
məlumat verərsə, müqavilə bağlanmış
sayılır.
409.6. Akseptin
geri götürülməsi haqqında bildiriş oferta
göndərmiş şəxsə akseptdən əvvəl və
ya onunla bir vaxtda çatdıqda, aksept alınmamış
sayılır.
409.7. Əgər
ofertada aksept üçün müddət müəyyənləşdirilibsə,
ofertanı göndərmiş şəxs aksepti ofertada
göstərilən müddət ərzində aldıqda
müqavilə bağlanmış sayılır.
409.8. Əgər
yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə,
müqavilə bu şərtlə bağlanmış
sayılır ki, oferta göndərmiş şəxs aksepti bu
Məcəllədə müəyyənləşdirilmiş
müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə
isə bunun üçün zəruri olan müddət ərzində
almış olsun.
409.9. Əgər
oferta aksept üçün müddət göstərilmədən,
şifahi edilmişsə, digər tərəf ofertanın
akseptini dərhal bildirdikdə müqavilə
bağlanmış sayılır.
409.10. Bu Məcəllənin
409.8-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, ünvanında olan şəxsə verilmiş
oferta dərhal qəbul və ya rədd edilməlidir.[391]
409.11. Bu Məcəllənin
409.8-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, ünvanında olmayan şəxsə verilmiş
oferta yalnız oferta vermiş şəxsin adətən cavab
gözləyə biləcəyi müddətədək qəbul
edilə bilər.[392]
Maddə 410. Yeni oferta
410.1. Oferta
üçün gecikmiş aksept yeni oferta sayılır.
410.2. Əgər
cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan
fərqlənən başqa şərtlərlə
bağlamağa razılıq ifadə olunmuşsa, belə
cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır.
Maddə 411. Müqavilənin
bağlandığı yer
411.1. Əgər
müqavilədə onun bağlandığı yer göstərilməyibsə,
müqavilə ofertanı göndərmiş fiziki şəxsin
yaşayış yerində və ya hüquqi şəxsin
olduğu yerdə bağlanmış sayılır.
411.2.
İstehlakçı ilə öz müəssisəsinin
hüdudları daxilində küçədə, evin
qabağında və buna bənzər yerlərdə ticarət
edən şəxs arasında bağlanan müqavilə
yalnız o halda etibarlıdır ki, istehlakçı bir həftə
müddətində müqavilədən yazılı surətdə
imtina etməsin, amma müqavilənin bağlandığı
zaman icra olunduğu hallar istisna təşkil edir.
Maddə 412. Tərəfin
müqavilə bağlamaqdan boyun qaçırması – çıxarılmışdır.[393]
Maddə 413. Borcun etirafı – çıxarılmışdır. [394]
Maddə 414. Müqavilənin hərracda
bağlanması
414.1. Əgər
müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
o, hərrac keçirilməsi yolu ilə bağlana bilər.
Müqavilə hərracı udan şəxslə
bağlanır.
414.2. Hərracın
təşkilatçısı kimi əmlakın mülkiyyətçisi
və ya əmlak hüququnun sahibi və ya
ixtisaslaşdırılmış təşkilat
çıxış edə bilər.
İxtisaslaşdırılmış təşkilat əmlakın
mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə
müqavilə əsasında hərəkət edir və
onların adından və ya öz adından
çıxış edir.
414.3. Bu Məcəllədə
göstərilən hallarda əmlakın və ya əmlak
hüququnun satışı barədə müqavilələr
yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
414.4. Hərrac
auksion və ya müsabiqə formasında keçirilir. Ən
yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı
udmuş sayılır, hərracın təşkilatçısının
qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə
əsasən ən yaxşı şərtlər təklif
etmiş şəxs isə müsabiqə üzrə hərracı
udmuş sayılır.
414.5. Qanunvericilikdə
ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın
formasını satılan əmlakın mülkiyyətçisi
və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.[395]
Maddə 415. Hərracın təşkili
və keçirilmə qaydası
415.1. Auksionlar və
müsabiqələr açıq və qapalı ola bilər.
Açıq auksionda və açıq müsabiqədə
istənilən şəxs iştirak edə bilər.
Qapalı auksionda və qapalı müsabiqədə yalnız
bu məqsəd üçün dəvət olunan şəxslər
iştirak edirlər.
415.2.
Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa,
təşkilatçı hərracın keçirilməsini
onun keçirilməsinə ən geci otuz gün qalmış
bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və
forması, onun predmeti və keçirilmə qaydası, o
cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi,
hərracı udan şəxsin müəyyənləşdirilməsi,
habelə başlanğıc qiyməti haqqında və
qanunvericiliklə müəyyənləşdirilmiş digər
məlumatlar olmalıdır. Əgər hərracın predmeti
müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac
barəsində bildirişdə bunun üçün verilən
müddət göstərilməlidir.[396]
415.3. Əgər
bu Məcəllədə və ya hərracın keçirilməsi
barədə bildirişdə ayrı qayda nəzərdə
tutulmayıbsa, bildirişi göndərən açıq hərrac
təşkilatçısı auksionu keçirməkdən
istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən
geci üç gün qalmış, müsabiqəni
keçirməkdən isə onun keçirilməsinə ən
geci otuz gün qalmış imtina edə bilər.
Açıq hərracın təşkilatçısı onu
keçirməkdən həmin müddətləri pozmaqla
imtina etdikdə, iştirakçılara dəyən real zərərin
əvəzini ödəməlidir. Qapalı auksionun və ya
qapalı müsabiqənin təşkilatçısı hərracdan
imtinanın bildiriş göndərildikdən sonra məhz
hansı müddətdə edildiyindən asılı olmayaraq,
dəvət etdiyi iştirakçılara dəyən real zərərin
əvəzini ödəməlidir.
415.4. Hərracın
iştirakçıları hərracın keçirilməsinə
dair bildirişdə göstərilən məbləğdə,
müddətdə və qaydada beh verirlər. Hərrac
keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda
iştirak edən, lakin onu udmayan şəxslərin də behi
qaytarılır. Hərracı udmuş şəxslə
müqavilə bağlandıqda, onun verdiyi behin məbləği
bağlanmış müqavilə üzrə öhdəliklərin
icrası hesabına daxil edilir.
415.5. Hərracı
udmuş şəxs və hərracın təşkilatçısı
auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın
nəticələri haqqında protokol imzalayırlar; bu protokol
müqavilə qüvvəsinə malikdir. Hərracı
udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa,
verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac
təşkilatçısı hərracı udan şəxsə
behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda
iştirak etmək nəticəsində dəyən zərərin
əvəzini ödəməlidir.
415.6. Əgər
hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ
olmuşsa, belə müqaviləni tərəflər hərrac
qurtardıqdan və protokol rəsmiləşdirildikdən
sonra iyirmi gündən və ya bildirişdə göstərilən
başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.
415.7. Onlardan
biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər
tərəf müqaviləni bağlamağa məcbur etmək,
habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində
vurulan zərərin əvəzini ödəmək tələbi
ilə məhkəməyə müraciət edə bilər.
Maddə 416. Hərrac
keçirilməsi qaydalarının pozulması nəticələri
416.1. Bu Məcəllədə
müəyyənləşdirilmiş qaydaları pozmaqla
keçirilən hərrac maraqlı şəxsin iddiası
üzrə məhkəmə tərəfindən etibarsız
sayıla bilər.
416.2. Hərracın
etibarsız sayılması hərracı udmuş şəxslə
bağlanan müqavilənin etibarsızlığına səbəb
olur.
§ 3. Müqavilənin standart şərtləri
Maddə 417. Müqavilənin
standart şərtləri anlayışı
417.1. Müqavilənin
standart şərtləri əvvəlcədən ifadə
edilmiş, dəfələrlə istifadə üçün
nəzərdə tutulan elə şərtlərdir ki,
bunları bir tərəf (təklif edən) digər tərəfə
təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş
normalardan fərqlənən və bu normaları tamamlayan
qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
417.2. Əgər
tərəflər müqavilənin şərtlərini
müfəssəl müəyyənləşdirmişlərsə,
bunlar müqavilənin standart şərtləri
sayılmır.
417.3. Tərəflərin
bilavasitə razılaşdırdıqları şərtlərə
standart şərtlərə nisbətən
üstünlük verilir.
Maddə 418. Müqavilənin standart
şərtlərinin müqavilənin tərkib hissəsinə
çevrilməsi
418.1. Müqavilənin
standart şərtləri onu təklif etmiş tərəflə
digər tərəf arasında bağlanmış müqavilənin
tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif
etmiş tərəf müqavilənin bağlandığı
yerdə əyani qeyd yazsın və bu şərtlərə
istinad etsin, digər tərəf isə həmin şərtlərlə
tanış olmaq və razıdırsa, bu şərtləri qəbul
etmək imkanına malik olsun.
418.2. Əgər
müqavilənin digər tərəfi sahibkardırsa,
müqavilənin standart şərtləri bu şərtlə
müqavilənin tərkib hissəsi olur ki, işgüzar
münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi
halda o bunu nəzərdə tutmalı olsun.
Maddə 419. Müqavilələrin
standart şərtlərinin qeyri-adi müddəaları
419.1. Müqavilələrin
standart şərtlərinin formaca qeyri-adi olduğuna görə
digər tərəfin nəzərdə tuta bilmədiyi
müddəaları müqavilənin tərkib hissəsinə
çevrilmir.
419.2. Müqavilənin
standart şərtləri təfsir edilərkən rast gəlinən
bütün qeyri-müəyyənliklər, onları
özündə əks etdirən şərtlərin
müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin
ziyanına (əleyhinə) təfsir edilir.[397]
Maddə 420. Müqavilənin
standart şərtlərinin etibarsızlığı
420.1. Təklif
etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul
olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi
müqavilənin standart şərtlərində
aşağıdakılar etibarsız sayılır:
420.1.1. təklif
etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan
imtina etmək və ya bu və ya digər işi icra etmək
üçün tənasübsüz surətdə uzun və
ya aşkar qısa müddət (təklifin qəbul və icra
edilməsi müddətləri) müəyyənləşdirdiyini
ifadə edən müddəalar;
420.1.2. təklif
etmiş tərəfin öz öhdəliklərinin icrası
üçün əvvəlcədən müəyyənləşdirilmiş
normalardan fərqlənən, tənasübsüz surətdə
uzun və ya kifayət qədər aydın olmayan müddətlər
(öhdəliklərin pozulması zamanı müddətlər)
müəyyənləşdirdiyini ifadə edən müddəalar;
420.1.3. təklif
etmiş tərəfə əsassız olaraq və müqavilədə
göstərilmiş əsaslar olmadan öz öhdəliyinin
icrasından imtina etmək hüququ (müqavilədən
imtina şərti) verən müddəalar;
420.1.4. təklif
etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək
və ya ondan imtina etmək hüququ verən müddəalar,
bir şərtlə ki, bu barədə razılaşma
müqavilənin digər tərəfi üçün qeyri-məqbul
olsun (dəyişiklik edilməsi şərti);
420.1.5. təklif
etmiş tərəfə müqavilənin digər tərəfindən
çəkilmiş xərclər üçün tənasübsüz
surətdə yüksək əvəz (çəkilmiş xərclərin
tənasübsüz surətdə yüksək əvəzi) tələb
etmək hüququ verən müddəalar.
420.2. Müqavilənin
standart şərti müqaviləyə daxil edilmiş olsa da,
etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq
müqavilənin digər tərəfi üçün zərərlidirsə,
etibarsızdır. Bu zaman həmin şərtlərin
müqaviləyə daxil edildiyi şərait, tərəflərin
qarşılıqlı maraqları və sair nəzərə
alınmalıdır.
420.3. Təklif
etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul
olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi
müqavilənin standart şərtlərində
aşağıdakılar da etibarsız sayılır:
420.3.1. qiymətlərin
əsassız qısa müddətdə yüksəldilməsini
(qiymətlərin qısamüddətli yüksəldilməsi)
nəzərdə tutan müddəalar;
420.3.2.
müqavilə tərəfinin ona bu Məcəllə ilə
verilmiş öhdəliklərin icrasından imtina etmək
hüququnu və ya müqavilənin digər tərəfi
öz öhdəliklərini yerinə yetirənə qədər
müqavilənin icrasından imtina etmək hüququnu (icradan
imtina hüququ) məhdudlaşdıran və ya istisna edən
müddəalar;
420.3.3.
müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə
qərarı ilə müəyyənləşdirilmiş tələblərin
əvəzləşdirilməsi hüququndan məhrum edən
müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin
qadağan edilməsi);
420.3.4. təklif
etmiş tərəfi müqavilənin digər tərəfini
xəbərdar etməyə və ya öhdəliyin icrası
üçün ona müddət verməyə dair (öhdəliyin
icrası barədə xəbərdaretmə; müddət təyinetmə)
qanunla nəzərdə tutulan vəzifədən azad edən
müddəalar;
420.3.5. zərərin
miqdarından çox olan məbləğin tələb edilməsinə
dair razılaşma (zərərin əvəzinin ödənilməsinə
dair yüksəldilmiş tələb);
420.3.6. təklif
etmiş tərəfin və ya onun təmsilçisinin kobud
ehtiyatsızlığı üzündən tələbin
pozulması nəticəsində vurulan zərər
üçün məsuliyyəti (ehtiyatsızlıq
üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran
müddəalar;
420.3.7. təklif
etmiş tərəfin əsas öhdəliyi pozduğu halda
müqavilənin digər tərəfinin müqavilədən
imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu
hüquqdan məhrum edən və ya müqavilənin digər
tərəfini icra etməmə nəticəsində
vurulmuş zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququndan məhrum edən və ya
420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran
(əsas öhdəliyinin icrası tələbinin
pozulması) müddəalar;
420.3.8. təklif
etmiş tərəfin öhdəliyi hissə-hissə icra
etdiyi halda müqavilənin digər tərəfini
bütövlükdə müqavilənin icra edilməməsi
üçün zərərin əvəzinin ödənilməsini
tələb etmək və ya əgər o, hissə-hissə
icrada daha maraqlı deyildirsə (öhdəlik hissə-hissə
icra edildikdə marağın itməsi), müqavilədən
imtina etmək hüququndan məhrum edən müddəalar;
420.3.9. təklif
etmiş tərəfin yeni mallar göndərilərkən və
işlər görülərkən əşyanın
qüsurları üçün məsuliyyətini nəzərdə
tutan qaydalardan fərqli olaraq məhdudlaşdıran müddəalar.
§ 4. Müqavilənin dəyişdirilməsi və ləğv
edilməsi
Maddə 421. Müqavilənin dəyişdirilməsi
və ləğv edilməsi əsasları
421.1. Müqavilənin
dəyişdirilməsi və ləğv edilməsi, əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, tərəflərin
razılaşması ilə mümkündür.
421.2. Tərəflərdən
birinin tələbi ilə müqavilə yalnız digər tərəf
müqaviləni əhəmiyyətli dərəcədə
pozduqda və ya bu Məcəllədə və ya müqavilədə
nəzərdə tutulan digər hallarda dəyişdirilə və
ya ləğv edilə bilər. Tərəflərdən
birinin müqaviləni pozması o zaman əhəmiyyətli
pozuntu sayılır ki, bunun digər tərəfə
vurduğu zərər nəticəsində o, müqavilə
bağlanarkən ümid etməyə haqqı çatanlardan
xeyli dərəcədə məhrum olur.[398]
421.3. Müqavilənin
tamamilə və ya hissə-hissə icrasından birtərəfli
imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə
və ya tərəflərin razılaşması ilə yol
verildikdə müqavilə müvafiq surətdə ləğv
edilmiş və ya dəyişdirilmiş sayılır.KMQ24
Maddə 422. Şəraitin əhəmiyyətli
dərəcədə dəyişməsi ilə əlaqədar
müqavilənin dəyişdirilməsi və ləğv
edilməsi
422.1. Tərəflərin
müqavilə bağlayarkən əsas götürdükləri
şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi,
əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli
gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv
edilməsinə əsas verir. Şəraitin dəyişməsi
o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər
bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən
görə bilsəydilər, müqaviləni əhəmiyyətli
dərəcədə fərqlənən şərtlərlə
bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin
müqavilənin əsasında durmuş təsəvvürlərinin
yanlış çıxması şəraitin dəyişməsinə
bərabər tutulur.[399]
422.2. Əgər
tərəflər müqavilənin əhəmiyyətli dərəcədə
dəyişmiş şəraitə
uyğunlaşdırılması və ya ləğv edilməsi
barədə razılığa gəlməsələr, eyni
zamanda aşağıdakı şərtlər olduqda
müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə
tərəfindən ləğv edilə bilər, 422.4-cü
maddədə nəzərdə tutulan əsaslar olduqda isə
dəyişdirilə bilər:
422.2.1.
müqavilənin bağlandığı məqamda tərəflər
şəraitin bu dərəcədə dəyişməyəcəyini
əsas götürmüşlər;
422.2.2. şəraitin
dəyişməsini doğuran elə səbəblərdir ki,
əmələ gəldikdən sonra bu səbəbləri
maraqlı tərəf müqavilənin xarakterinə və
dövriyyənin şərtlərinə görə ondan tələb
edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
422.2.3.
müqavilənin şərtləri dəyişdirilmədən
onun icra edilməsi tərəflərin müqaviləyə
uyğun əmlak mənafeləri nisbətini o dərəcədə
pozar və maraqlı tərəfə o qədər zərər
vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə
haqqı çatanlardan xeyli dərəcədə məhrum
olardı;
422.2.4.
işgüzar adətlərdən və ya müqavilənin
mahiyyətindən şəraitin dəyişməsi riskini
maraqlı tərəfin daşıdığı irəli gəlmir.
422.3. Əhəmiyyətli
dərəcədə dəyişmiş şəraitə
görə müqavilə ləğv edilərkən tərəflərdən
hər hansı birinin tələbi ilə məhkəmə
müqavilənin icrası ilə əlaqədar çəkilmiş
xərclərin tərəflər arasında ədalətli
bölüşdürülməsi zərurətini əsas
götürərək, müqavilənin ləğv edilməsi
nəticələrini müəyyənləşdirir.
422.4. Şəraitin
əhəmiyyətli dərəcədə dəyişməsi
ilə əlaqədar müqavilənin dəyişdirilməsinə
müqavilənin ləğvinin ictimai mənafelərə zidd
olduğu və ya tərəflərə müqavilənin məhkəmə
tərəfindən dəyişdirilmiş şərtlərlə
icrası üçün zəruri məsrəflərdən
xeyli çox olan zərər vuracağı müstəsna
hallarda məhkəmənin qərarı ilə yol verilir.
Maddə 423. Müqavilənin dəyişdirilməsi
və ləğv edilməsi qaydası
423.1. Müqavilənin
dəyişdirilməsi və ya ləğv edilməsi
haqqında razılaşma, əgər bu Məcəllədən,
müqavilədən və ya işgüzar adətlərdən
ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni
formada bağlanır.
423.2. Müqavilənin
dəyişdirilməsi və ya ləğv edilməsi tələbini
tərəf məhkəməyə yalnız müqaviləni
dəyişdirmək və ya ləğv etmək təklifindən
digər tərəfin imtinasını aldıqda və ya təklifdə
göstərilmiş müddətdə, müddət göstərilmədikdə
isə otuz gün müddətində ondan cavab almadıqda irəli
sürə bilər.KMQ24
Maddə 424. Müqavilənin dəyişdirilməsinin
və ləğv edilməsinin nəticələri
424.1. Müqavilə
dəyişdirilərkən tərəflərin öhdəlikləri
dəyişdirilmiş şəkildə saxlanılır.
424.2. Müqavilə
ləğv edilərkən tərəflərin öhdəliklərinə
xitam verilir.
424.3. Müqavilə
dəyişdirilərkən və ya ləğv edilərkən,
əgər tərəflərin razılaşmasından və
müqavilənin dəyişdirilməsi xarakterindən
ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında tərəflərin
razılaşmasının bağlandığı andan,
müqavilə məhkəmə qaydasında dəyişdirildikdə
və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi
və ya ləğv edilməsi haqqında məhkəmə qərarının
qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş
və ya xətm edilmiş sayılır.
424.4. Əgər
bu Məcəllə ilə və ya tərəflərin
razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
tərəflər müqavilənin dəyişdirildiyi və
ya ləğv edildiyi anadək öhdəlik üzrə icra
etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
424.5. Əgər
müqavilənin dəyişdirilməsinə və ya ləğvinə
onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə
pozması əsas vermişdirsə, digər tərəf
müqavilənin dəyişdirilməsi və ya ləğv
edilməsi nəticəsində dəyən zərərin əvəzinin
ödənilməsini tələb edə bilər.
21-ci fəsil.
Öhdəliklərin icrası
Maddə 425. Öhdəliklərin
icrası zamanı vicdanlılıq
425.1. Öz
hüquqlarını həyata keçirərkən və vəzifələrini
icra edərkən tərəflərdən hər biri
vicdanlılığın tələb etdiyi tərzdə, yəni
şərtləşdirilmiş vaxtda və yerdə lazımi
şəkildə, öhdəliyin şərtlərinə və
bu Məcəllənin tələblərinə müvafiq surətdə,
belə şərtlər və tələblər olmadıqda
isə işgüzar adətlərə və ya adətən
irəli sürülən digər tələblərə
müvafiq surətdə hərəkət etməlidir.
425.2. Öhdəlikləri
icra edərkən tərəflər müqavilənin yerinə
yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət
etməli və müqavilənin məqsədinə
çatmağa maneçilik törədə biləcək və
ya öhdəliklərin icrasını təhlükəyə
məruz qoya biləcək hər cür hərəkətlərdən
çəkinməlidirlər.
Maddə 426. Öhdəliklərin
icrası yeri
426.1. Öhdəliklərin
icrası yeri, əgər bu Məcəllə ilə və ya
müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə
və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli
gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir.
426.2. Əgər
öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə,
icra aşağıda göstərilən yerlərdə həyata
keçirilməlidir:
426.2.1. torpaq sahəsinin,
binanın, qurğunun və ya digər daşınmaz əmlakın
verilməsi öhdəliyi üzrə - əmlakın
olduğu yerdə;
426.2.2. öhdəlik
müəyyən əşyanın verilməsindən ibarətdirsə
- müqavilənin bağlandığı an həmin əşyanın
olduğu yerdə;
426.2.3.
bütün digər öhdəliklər üzrə - borclunun
yaşayış yerində, borclu hüquqi şəxsdirsə
- öhdəlik münasibətinin əmələ gəldiyi
vaxt onun olduğu yerdə.
426.3. Öhdəlik
borclunun istehsal müəssisəsində əmələ gəldikdə,
əgər müəssisə onun yaşayış yerində
deyildirsə, borclunun müəssisəsinin olduğu yerdə
icra edilir.
426.4. Yalnız
borclunun göndərmə xərclərini öz öhdəsinə
götürdüyünə əsaslanmaqla təyinat yerinin
öhdəliyin icrası yeri olduğu qənaətinə gəlmək
olmaz.
Maddə 427. Öhdəliyin
icrası müddəti
427.1. Əgər
öhdəliyin icrası müddəti təyin edilibsə,
kreditor müddət çatanadək onun icrasını tələb
edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə
bilər.
427.2. Əgər
öhdəliyin icrası müddəti təyin edilməyibsə
və ya şəraitə görə onu təyin etmək
mümkün deyildirsə, kreditor öhdəliyin dərhal
icrasını tələb edə bilər, borclu isə onu
ağlabatan müddətdə icra etməyə borcludur.
427.3. Əgər
öhdəlik onun icrası gününü və ya icra edilməli
olduğu vaxt dövrünü nəzərdə tutursa və
ya müəyyənləşdirməyə imkan verirsə,
öhdəlik həmin gün və ya bu cür dövr ərzində
istənilən an icra edilməlidir.
427.4.
Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi,
eləcə də icra müddəti tələbetmə
anı ilə müəyyənləşdirilmiş öhdəliyi
borclu kreditorun icra tələbini irəli sürdüyü
gündən yeddi gün müddətində icra etməyə
borcludur, bu şərtlə ki, bu Məcəllədən,
öhdəliyin şərtlərindən, işgüzar adətlərdən
və ya öhdəliyin mahiyyətindən icranı başqa
müddətdə həyata keçirmək vəzifəsi irəli
gəlməsin.
427.5. Əgər
öhdəliyin icrası müddəti hər hansı şərtin
baş verməsindən asılıdırsa, öhdəlik həmin
şərtin baş verdiyi gündən icra edilməlidir.
Maddə 428. Öhdəliyin
vaxtından əvvəl icrası
428.1. Əgər
kreditor icranı almaqdan üzrlü səbəbə görə
imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl
icra edə bilər.
428.2. Öhdəliyin
tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul
olması ilə bağlı öhdəliyin vaxtından əvvəl
icrasına yalnız öhdəliyin vaxtından əvvəl
icrasının mümkünlüyü bu Məcəllədə
və ya öhdəlik şərtlərində nəzərdə
tutulduqda və ya işgüzar dövriyyə adətlərindən
və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə
yol verilir.
428.3. Əgər
icra vaxtı müəyyənləşdirilibsə,
şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin
müddətə qədər tələbin icrasını tələb
edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl
icra edə bilər.
428.4. Öhdəliyin
icrası üçün borclunun xeyrinə hər hansı
müddət təyin edildikdə, əgər borclu ödəniş
qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş
təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat
verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb
edə bilər.[400]
Maddə 429. Öhdəliklərin
icrası müddətlərinin müəyyənləşdirilməsi
– çıxarılmışdır.[401]
Maddə 430. Öhdəliyin
icrasından imtina
430.1. Əgər
bu Məcəllədə ayrı qayda nəzərdə
tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli
imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə
yol verilmir.
430.2. Öhdəliyin
tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul
olması ilə bağlı öhdəliyin icrasından birtərəfli
imtinaya və ya belə öhdəliyin şərtlərinin
birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən
və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli
gəlmirsə, müqavilədə nəzərdə tutulan
hallarda da yol verilir.
430.3. Çıxarılmışdır. [402]
430.4. Elektron
ticarətdə öhdəliyin icrasından imtinaya elektron ticarət
haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq yol verilir.[403]
Maddə 431. Öhdəliyin
üçüncü şəxs tərəfindən
icrası
431.1. Borclu
öhdəliyin icrasının onun özündən
asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən,
müqavilədən və ya öhdəliyin təbiətindən
irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra
etməlidir. Bütün digər hallarda öhdəliyi
borclunun əvəzinə üçüncü şəxs də
icra edə bilər və buna borclunun razılığı tələb
edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq kreditorla
bağlanmış müqaviləyə dəyişiklik edilməsi
tələb olunmur.[404]
431.2. Kreditor
üçüncü şəxsin təklif etdiyi icranı, əgər
borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
431.3. Əgər
kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə,
onda məcburi icra nəticəsində bu əşyaya
hüquqlarının itirilməsi təhlükəsi yaranan hər
hansı şəxs kreditoru təmin edə bilər.
Üçüncü ºəxs kreditoru təmin etdikdə,
tələb hüququ həmin ºəxsə keçir. Tələb
kreditorun zərərinə olaraq keçməməlidir.
Maddə 432. Öhdəliyin hissə-hissə
icrası
432.1. Əgər
kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə
icra edə bilər (öhdəliyin hissə-hissə
icrası).
432.2. Əgər
bu Məcəllədə, öhdəliyin şərtlərində
ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin
mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor
öhdəliyin hissə-hissə icrasını qəbul etməyə
bilər.
432.3. Əgər
borclu kreditora bir neçə eyni növlü öhdəlik
icra etməlidirsə və onun icra etdikləri bütün
öhdəliklərin ödənilməsi üçün yetərli
deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi
öhdəlik ödənilir. Əgər borclu ödənilən
öhdəliyi müəyyənləşdirməzsə, onda
ödənilmə müddəti çatmış öhdəliklərdən
müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik
əvvəlcə ödənilir, bərabər təminatlı
öhdəliklərdən borclu üçün daha
ağır olanı, eyni dərəcədə ağır
olan öhdəliklərdən daha köhnə öhdəlik,
eyni müddətli öhdəliklərin isə hamısı
ödənilir.
432.4. Əgər
borclu əsas öhdəliyin icrasından başqa, faizləri
və xərcləri də ödəməlidirsə,
bütün borcun ödənilməsi üçün yetərli
olmayan öhdəliyin icrası əvvəlcə xərclərin
hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas
öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi
başqa qayda etibarsızdır.
Maddə 433. Tələbin ixtiyarlı
şəxsə icra edilməsi
433.1. Borclu
öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin
qərarı ilə icranı qəbul etməyə ixtiyarı
çatan şəxsə ödəməlidir.
433.2. Əgər
öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul
edərsə, öhdəlik kreditorun buna razılıq verməsi
və ya bu icradan fayda götürməsi şərti ilə
icra olunmuş sayılır.
433.3. Öhdəliyin
icrası zamanı borclu icranı kreditorun özünün və
ya ixtiyarlı şəxsin qəbul etməsinə dair
sübutların təqdim olunmasını tələb edə
bilər və bu cür tələb irəli sürülməməsi
nəticələrinin riskini daşıyır.
Maddə 434. Alternativ öhdəlik
434.1. Bir
neçə öhdəlikdən biri (alternativ öhdəlik)
icra edilməli olduqda seçmək hüququ, əgər
müqavilədən, bu Məcəllədən və ya
öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
borcluya mənsubdur. Seçmək hüququ kreditora mənsubdursa,
borclu ona ağlabatan müddət təyin edərək öhdəliyi
seçməsini tələb edə bilər. Kreditor öhdəliyi
vaxtında seçməzsə, həmin müddət
keçdikdən sonra seçmək hüququ borcluya
keçir.
434.2. Əgər
borclunun icra edilməli iki hərəkətin birindən imtina
etməyə ixtiyarı çatırsa, digər hərəkəti
icra etmək öhdəliyi qüvvədə qalır.
434.3. Alternativ
öhdəliyin seçilməsi bunun digər tərəfə
bəyan edilməsi və ya icranın həyata keçirilməsi
vasitəsilə yerinə yetirilir. Seçilmiş öhdəlik
əzəldən icra edilməli öhdəlik sayılır.
434.4. Bu Məcəllənin
434.1, 434.2 və 434.3-cü maddələrinin qaydaları
seçim predmetinin icra edilməli ikidən çox öhdəlikdən
ibarət olduğu hallarda da tətbiq edilir.
Maddə 435. Kreditorun başqa
icranı qəbul etmək hüququ
Kreditor
müqavilədə nəzərdə tutulandan ayrı
icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə
borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox
olduğu halda da qüvvədə qalır.
Maddə 436. Öhdəliyin
icrasının keyfiyyəti
Əgər
icranın keyfiyyəti müqavilədə müfəssəl
müəyyənləşdirilməyibsə, borclu ən
azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli
əşya verməlidir.
Maddə 437. Müqavilənin
predmeti fərdi-müəyyən əşya olduqda öhdəliyin
icrası
437.1. Əgər
müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa,
kreditor başqa əşyanı, onun dəyəri daha yüksək
olsa da, qəbul etməyə borclu deyildir.
437.2. Əgər
borclu fərdi-müəyyən əşyanı verməyə
borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı
verməlidir. Əgər borclu həmin əşyanın verilməsi
üçün zəruri olan özündən asılı hər
şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə
məhdudlaşır.
Maddə 438. Müqavilənin
predmeti növlü əşya olduqda öhdəliyin icrası
Əgər
müqavilənin predmeti əvəz edilə bilən əşyadırsa
(növlü əşya), borclu öhdəliyi həmişə
icra etməyə borcludur.
Maddə 439. Pul öhdəliklərinin
icrası
439.1. Pul öhdəliyi
manatla ifadə edilməlidir. Əgər tərəflərdən
biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər
pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə,
xarici valyutada da müəyyənləşdirə bilərlər.
439.2. Əgər
xarici valyutada olan pul öhdəliyi Azərbaycan
Respublikasında ödənilməlidirsə, ödənişin
xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi
hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama
ödəniş anında ödəniş yerinin məzənnə
qiyməti üzrə aparılır.
439.3. Qanuna və
ya müqaviləyə əsasən borcun üstünə
faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə
ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən
müəyyən edilən uçot dərəcəsi
miqdarında, lakin ildə azı beş faiz miqdarında
hesablanır.[405]
439.4. Öhdəlikdən
kənar ödənilmiş pul əsassız varlanma
qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
439.5. Əgər
pul öhdəliyinin icra yeri barəsində şübhə
varsa, öhdəlik kreditorun olduğu yer üzrə (fiziki
şəxsin yaşayış yeri və ya hüquqi şəxsin
olduğu yer üzrə) icra edilməlidir.
439.6. Əgər
ödənişin aparılmalı olduğu yerdə və ya
ölkədə kreditorun pul köçürülməsi
üçün nəzərdə tutulan bank hesabı varsa,
borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan
başqa, həmin hesaba köçürmə yolu ilə yerinə
yetirə bilər.
439.7. Əgər
ödəniş müddəti çatanadək pul vahidinin dəyəri
(məzənnə) artmış və ya azalmışsa və
ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ
gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə
yetirməlidir. Valyuta dəyişdikdə mübadilə
münasibətlərinin əsasını valyutanın dəyişdiyi
gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə
təşkil etməlidir.
Maddə 440. Pul öhdəliklərinin
ödənilməsi növbəliyi
440.1. Əgər
kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən
irəli gələn bir neçə oxşar icra həvalə
edilmişdirsə və icra edilənlər bütün
borcların ödənilməsi üçün yetərli
deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik
ödənilir, borclu seçmədikdə isə ödəniş
müddəti birinci çatan borc ödənilir.
440.2. Əgər
tələblərin icra müddətləri eyni vaxtda
çatarsa, icrası borclu üçün daha ağır
olan tələb birinci növbədə ödənilməlidir.
440.3. Əgər
tələblər eyni dərəcədə
ağırdırsa, daha az təmin edilmiş tələb
birinci növbədə icra olunmalıdır.
440.4. Borclunun
ödəniş müddəti çatmış bütün
borcunun ödənilməsi üçün yetərli olmayan
ödənişləri hesabına birinci növbədə məhkəmə
xərcləri, sonra əsas icra (borc) və nəhayət,
faizlər ödənilir.KM5
Maddə 441. Öhdəliklərin
qarşılıqlı icrası
441.1. Tərəflərdən
birinin öhdəliyi icra etməsi müqaviləyə
uyğun olaraq digər tərəfin öz öhdəliklərini
icra etməsi ilə şərtləndirildikdə
qarşılıqlı icra sayılır.
441.2. Mükəlləfiyyətli
tərəf müqavilədə şərtləşdirilmiş
öhdəliyin icrasını həyata keçirmədikdə
və ya həmin icranın müəyyənləşdirilmiş
müddətdə həyata keçirilməyəcəyini
aşkar edən hallar olduqda qarşılıqlı icra
öhdəsinə düşən tərəf öz öhdəliyinin
icrasını dayandıra bilər və ya öhdəliyin
icrasından imtina edib zərərin əvəzinin ödənilməsini
tələb edə bilər.
441.3. Əgər
müqavilədə şərtləşdirilmiş öhdəliyin
icrası tam həcmdə həyata keçirilməzsə,
qarşılıqlı icra öhdəsinə düşən
tərəf öz öhdəliyinin icrasını dayandıra
bilər və ya həyata keçirilməmiş icraya
müvafiq hissədə icradan imtina edə bilər.
441.4. Əgər
digər tərəf müqavilədə şərtləşdirilmiş
öhdəliyinin icrasını həyata keçirmədiyinə
baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata
keçirilərsə, digər tərəf öz öhdəliyini
icra etməlidir.
441.5. Bu Məcəllənin
441.2-441.4-cü maddələrində nəzərdə tutulan
qaydalar müqavilədə ayrı qayda nəzərdə
tutulmadıqda tətbiq edilir.
22-ci fəsil.
Öhdəliklərin icra edilməməsi
Maddə 442. Öhdəliyin icra
edilməməsi anlayışı
Öhdəliyin
icra edilməməsi dedikdə onun pozulması və ya
lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,
mallarda, işlərdə və xidmətlərdə
qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş
digər şərtləri pozmaqla icra edilməsi) başa
düşülür.
Maddə 443. Öhdəliyin icra
edilməməsi ilə vurulan zərərin əvəzinin
ödənilməsi
443.1. Öhdəliyini
icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini
ödəməyə borcludur. Borclunun üzərinə
öhdəliyi pozmağa görə məsuliyyət
qoyulmadıqda bu qayda qüvvədə olmur.
443.2. Zərər
bu Məcəllənin 21-ci maddəsində nəzərdə
tutulan qaydalara uyğun müəyyənləşdirilir.
443.3. Əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən
öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini
borclunun könüllü ödədiyi gün mövcud
olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə
isə məhkəmənin qərar
çıxardığı gün mövcud olmuş qiymətlər
nəzərə alınır.
443.4. Əldən
çıxmış fayda müəyyənləşdirilərkən
kreditorun onu əldə etmək üçün
gördüyü tədbirlər və bu məqsədlə
apardığı hazırlıq işləri nəzərə
alınır.
443.5. Borclu
icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası
üçün zəruri vaxt təyin edə bilər. Əgər
borclu öhdəliyi bu müddətdə də icra etməzsə,
kreditor öhdəliyin icrası əvəzinə zərərin
əvəzinin ödənilməsini tələb edə bilər.
443.6. Əgər
əlavə müddətin təyin edilməsinin hər
hansı nəticə verməyəcəyi aydındırsa və
ya zərərin əvəzinin ödənilməsini tələb
etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin
mənafeləri əsas götürülməklə haqq
qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət
təyin edilməsi zərurəti yoxdur.
443.7. Əgər
öhdəlikdə ayrı qayda nəzərdə
tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə,
borclunun üzərinə yalnız qəsdən və ya
ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində
dəymiş zərərin əvəzini ödəmək vəzifəsi
qoyulur.
443.8. Borclunun
öhdəliyi qəsdən edilmiş hərəkətlər
nəticəsində icra etməməsi zamanı onun zərərin
əvəzini ödəməkdən azad edilməsi barədə
tərəflərin qabaqcadan razılaşması yolverilməzdir.
443.9. Borclu
öz qanuni təmsilçisinin və öhdəliklərinin
icrası üçün xidmətlərindən istifadə
etdiyi digər şəxslərin hərəkətləri
üçün özünün təqsirli hərəkətləri
üçün olan həcmdə məsuliyyət
daşımalıdır.
443.10. Borclu icra
predmetini başqa şəxsdən almalı olduqda və onu
ala bilmədikdə də, əgər müqavilədən
ayrı qayda irəli gəlmirsə, icra etməmək
üçün məsuliyyət daşıyır.
Maddə 444. Müqavilənin dəyişmiş
şəraitə uyğunlaşdırılması – çıxarılmışdır.[406]
Maddə 445. Borclunun icranı
gecikdirməsi
445.1.
İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində
vurduğu zərər üçün və gecikdirmə
zamanı təsadüfən baş vermiş icra
mümkünsüzlüyünün nəticələri
üçün kreditor qarşısında məsuliyyət
daşıyır.
445.2.
Aşağıdakı hallar borclunun icranı gecikdirməsi
sayılır:
445.2.1. öhdəliyin
onun icrası üçün müəyyənləşdirilmiş
müddətdə icra edilməməsi;
445.2.2. icra
müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan
sonra da öhdəliyin icra edilməməsi.
445.3. Əgər
borclu icra müddəti çatdıqdan sonra kreditorun
xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə,
o, icranı xatırlatma üzrə gecikdirmiş
sayılır. Öhdəliyin icrası barədə iddia irəli
sürülməsi, habelə icraya dair yazılı tələbin
çatdırılması xatırlatmaya bərabər tutulur.
445.4. İcra
üçün təqvim günü təyin edildikdə, əgər
borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə,
icranı xatırlatmasız gecikdirmiş sayılır.
İcraya qədər öhdəlik ləğv edildikdə, əgər
icra müddəti təyin edilmişsə və onu ləğvetmə
anından təqvim üzrə hesablamaq mümkündürsə,
eyni qayda qüvvədə olur.
445.5. Əgər
öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların
nəticəsində icra edilməzsə, bu, gecikdirmə
sayılmır.
445.6. Borclu zərərin
öhdəliyin vaxtında icrası zamanı da əmələ
gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi
hallar üçün də məsuliyyət
daşıyır.[407]
445.7.
Bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin
ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt
üçün gecikdirilmiş məbləğə illik
beş faizin ödənilməsini tələb edə bilər.[408]
445.8. Kreditor
borclunun icranı gecikdirməsi nəticəsində icraya
marağını itirdikdə, icranı qəbul etməkdən
imtina edə və zərərin əvəzinin ödənilməsini
tələb edə bilər. Nə qədər ki, öhdəlik
kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir,
borclu icranı gecikdirmiş sayılmır.[409]
445.9. Borclu
icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası
üçün əlavə vaxt verə bilər. Əgər
borclu həmin əlavə vaxt ərzində öhdəliyi
icra edərsə, o, icranı gecikdirmiş sayılmır.[410]
Maddə 446. Kreditorun icranı
gecikdirməsi
446.1. Kreditor
vaxtı çatmış və ona təklif olunmuş
icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini
icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri
yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.
446.2. Kreditorun
icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində
dəymiş zərərin əvəzinin ödənilməsi
hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə
onun, nə də icranı qəbul etməyin həvalə
olunduğu şəxslərin cavabdeh olmadıqları hallara
görə baş verdiyini sübuta yetirməsin.
446.3. Pul öhdəliyi
üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət
üçün faizlər ödəməli deyildir.
446.4. Kreditorun
icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi
üçün yalnız bu şərtlə məsuliyyət
daşıyır ki, icra borclunun qərəzi və ya kobud
ehtiyatsızlığı nəticəsində
qeyri-mümkün olsun.
446.5. Gecikdirmə
zamanı kreditor onun təqsirindən asılı olmayaraq:
446.5.1.
müqavilə predmetinin saxlanması ilə əlaqədar
çəkilmiş artıq xərclərin əvəzini
borcluya ödəməlidir;
446.5.2. əşyanın
təsadüfən korlanması və ya məhv olması riski
onun üzərinə düşür;
446.5.3. pul
öhdəliyi üçün faizlər almaq hüququna daha
malik deyildir.
446.6. Əgər
təklif edilmiş icra vaxtınadək borclu kreditorun hərəkəti
üçün təyin edilmiş müddət ərzində
öhdəliyi icra etməyə qadir deyildirsə, kreditor
icranı gecikdirmiş sayılmır.
446.7. Borclu
öhdəliyi yalnız kreditor tərəfindən
qarşılıqlı öhdəliyin icrasından sonra icra
etməli olduğu halda kreditor icranı o zaman gecikdirmiş
sayılır ki, təklif olunmuş icradan imtina etmədən
qarşılıqlı öhdəliyin tələb olunan
icrasını təklif etmir.
446.8. Əgər
öhdəliyin icrası müddəti müəyyənləşdirilməyibsə
və ya borclu təyin edilmiş vaxtadək öhdəliyi icra
etmək hüququna malik deyildirsə, kreditor təklif
olunmuş icranı qəbul etməyə müvəqqəti
imkanı olmadığına görə icranı
gecikdirmiş sayılmır, lakin borclunun buna qədər
ağlabatan müddətdə ona icranı təklif etdiyi
hallar istisna təşkil edir.
446.9. Əgər
öhdəliyin predmeti fərdi-müəyyən əşyadırsa
və kreditorun icranı gecikdirməsinin səbəbi təklif
edilmiş eyni növlü əşyadan imtinadırsa, borclunun
icra vəzifəsi təklif edilmiş əşya ilə məhdudlaşır,
onun məhv olması və ya təsadüfən zədələnməsi
riski isə kreditora keçir.
Maddə 447. İkitərəfli
müqavilələrdə öhdəliklərin icra edilməməsi
KMQ24
447.1. Əgər
ikitərəfli müqavilənin bir tərəfi müqavilədən
irəli gələn öhdəlikləri icra etmirsə,
müqavilənin digər tərəfi öhdəliklərin
icrası üçün təyin etdiyi əlavə müddət
nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina
edə bilər. Əgər öhdəliyin pozulması
xarakteri əsas götürülməklə əlavə
müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi
əlavə müddət təyin olunmasına bərabər
tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra
edilməmişsə, kreditor müqavilədən yalnız
öhdəliyin qalan hissəsinin icrasına marağını
itirdiyi halda imtina edə bilər.
447.2.
Aşağıdakı hallarda əlavə müddət təyin
edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti
yoxdur:
447.2.1. bunun
heç bir nəticə verməyəcəyi aydın olduqda;
447.2.2. öhdəlik
müqavilədə təyin edilmiş müddətdə icra
edilmədikdə və müqaviləyə görə kreditor
münasibətlərin davam etdirilməsini öhdəliyin
vaxtında icrası ilə bağladıqda;
447.2.3.
xüsusi əsaslara görə və qarşılıqlı
mənafelər nəzərə alınmaqla müqavilənin
dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
447.3.
Aşağıdakı hallarda müqavilədən imtina
yolverilməzdir:
447.3.1. öhdəliyin
pozuntusu cüzi olduqda;
447.3.2. öhdəliyin
pozulması üçün tamamilə və ya əsasən
kreditorun özü məsuliyyət daşıdıqda;
447.3.3. öhdəliyin
qarşısında borclu tərəfindən artıq irəli
sürülmüş və ya müqavilədən imtina
edildikdən dərhal sonra irəli sürüləcək
qarşılıqlı tələb olduqda.
447.4. Müqavilədən
imtina üçün əsasların baş verəcəyi
aşkar olduqda kreditor müqavilədən icra müddəti
qurtaranadək imtina edə bilər.
447.5. Borclu müqavilədən
imtina üçün kreditora ağlabatan müddət təyin
edə bilər.
447.6. Əgər
ikitərəfli müqaviləyə görə borclu onun
üzərinə qoyulmuş öhdəliklərdən imtina
edə bilərsə, ona bu hüququ verən hal isə
kreditorun təqsiri üzündən yaranmışsa, o, cavab
icrası almaq hüququnu saxlayır. Əgər cavab icrası
üçün əsas kreditorun icranı almağı ləngitdiyi
vaxt əmələ gələrsə, bu qayda tətbiq edilmir.
447.7. Müqavilədən
çıxarkən kreditor müqavilənin icra edilməməsi
nəticəsində ona dəymiş zərərin əvəzini
ödəməyi tələb edə bilər. Əgər
müqavilədən çıxmaq üçün əsas
borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda
tətbiq edilmir.
23-cü fəsil.
Öhdəliklərin icra edilməməsi
üçün məsuliyyət
Maddə 448. Öhdəliklərin
icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər
bu Məcəllə ilə və müqavilə ilə
ayrı qayda müəyyənləşdirilməyibsə,
borclu onun risk dairəsinə daxil olan öhdəliklərin
icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
448.2. Borclu
öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət
və ya hərəkətsizlik) üçün məsuliyyət
daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə
və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən
qabaqcadan azad etmək olmaz.
448.3. Borclu
öz qanuni təmsilçilərinin və öhdəliyinin
tamamilə və ya hissə-hissə icrası
üçün xidmətlərindən istifadə etdiyi şəxslərin
hərəkəti və ya hərəkətsizliyi
üçün öz hərəkəti və ya hərəkətsizliyi
üçün olan dərəcədə məsuliyyət
daşımalıdır.
448.4. Borclu
öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət
daşımır ki, pozuntunun onun cavabdeh olmadığı
haldan irəli gəldiyini və müqavilə bağlanarkən
onun həmin halı nəzərə ala biləcəyini, yaxud
bu halı və ya onun nəticələrini istisna edə və
ya aradan qaldıra biləcəyini gözləməyin
mümkün olmadığını sübuta yetirsin. Borclu
maneədən xəbərdardırsa və ya xəbərdar
olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə
onun təsiri barədə kreditora dərhal məlumat verməlidir.
Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın
vaxtında alınmaması ilə əlaqədar kreditorun
düşdüyü zərər üçün məsuliyyət
daşıyır.
Maddə 449. Pul öhdəliyinin
icra edilməməsi üçün məsuliyyət KM2
449.1. Özgəsinin
pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun
qaçırmaqla, onun ödənilməsini digər şəkildə
gecikdirməklə və ya başqa şəxsin hesabına
pul vəsaitini əsassız əldə etməklə və
ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən
faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin
və ya onun müvafiq hissəsinin icra edildiyi gün
üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
Borc məhkəmə qaydasında tutulduqda məhkəmə
kreditorun tələbini qərarın
çıxarıldığı gün üçün bank
uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.[411]
449.2. Bank
uçot dərəcəsini Azərbaycan Respublikasının
Mərkəzi Bankı müəyyənləşdirir.[412]
449.3. Əgər
kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində
ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə
əsasən ona çatası faizlərin məbləğindən
çoxdursa, kreditor borcludan həmin məbləğdən
çox olan hissədə zərərin əvəzini ödəməyi
tələb edə bilər.
449.4. Özgə
vəsaitindən istifadə üçün faizlər, əgər
bu Məcəllədə
və ya müqavilədə
faizlərin hesablanması üçün daha qısa müddət
müəyyənləşdirilməyibsə, həmin vəsait
məbləğinin kreditora ödənildiyi günə qədər
tutulur.[413]
Maddə 450. Öhdəliyin
naturada icrası
450.1. Öhdəliyin
lazımınca icra edilmədiyi halda dəbbə pulunun və
zərərin əvəzinin ödənilməsi borclunu, əgər
bu Məcəllədə və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada
icrasından azad etmir.
450.2. Öhdəliyin
icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi
və onun icra edilməməsi üçün dəbbə
pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə
və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir.[414]
450.3. Kreditorun
gecikdirilmə nəticəsində marağını itirdiyi
icranı qəbul etməkdən imtina etməsi, habelə
peşman haqqı kimi müəyyənləşdirilmiş dəbbə
pulunun ödənilməsi borclunu öhdəliyin naturada
icrasından azad edir.[415]
Maddə 451. Öhdəliyin
borclunun hesabına icrası
Borclu əmlakı
hazırlamaq və kreditorun mülkiyyətinə vermək və
ya əmlakı kreditorun istifadəsinə vermək və ya
onun üçün müəyyən işi görmək və
ya ona müəyyən xidməti göstərmək öhdəliyini
icra etmədikdə kreditor, əgər bu Məcəllədən,
müqavilədən və ya öhdəliyin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə
və ağlabatan müddətdə öhdəliyin icrasını
üçüncü şəxslərə tapşıra bilər
və ya onu öz qüvvələri ilə icra edə bilər
və çəkdiyi zəruri xərclərin və digər
zərərin əvəzini ödəməyi borcludan tələb
edə bilər.
Maddə 452. Fərdi-müəyyən əşyanı
vermək öhdəliyinin icra edilməməsinin nəticələri
452.1. Fərdi-müəyyən
əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli
istifadəsinə vermək öhdəliyi icra edilmədikdə
kreditor həmin əmlakın borclunun əlindən
alınmasını və öhdəlikdə nəzərdə
tutulan şərtlərlə ona verilməsini tələb edə
bilər. Bu hüquq əmlakın üçüncü şəxsə
mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.
Əgər əmlak hələ verilməmişsə, öhdəlik
hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə,
üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək
mümkün olmadıqda isə daha əvvəl iddia irəli
sürənindir.
452.2. Kreditor
öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb
etmək əvəzinə zərərin əvəzinin ödənilməsini
tələb edə bilər.
Maddə 453. Subsidiar məsuliyyət
453.1. Kreditor bu
Məcəlləyə və ya öhdəliyin şərtlərinə
görə əsas borclu olan digər şəxsin məsuliyyətinə
əlavə məsuliyyət (subsidiar məsuliyyət)
daşıyan şəxsə qarşı tələblərini
irəli sürənədək əsas borcluya qarşı tələb
irəli sürməlidir.
453.2. Əgər
əsas borclu kreditorun tələbini ödəməkdən
imtina etmişsə və ya kreditor irəli sürdüyü
tələb üçün ondan ağlabatan müddətdə
cavab almamışsa, bu tələb subsidiar məsuliyyət
daşıyan şəxsə qarşı irəli
sürülə bilər.
453.3. Əgər
kreditorun əsas borcluya tələbi əsas borclunun
qarşılıqlı tələbinin əvəzləşdirilməsi
yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin
ödənilməsini subsidiar məsuliyyət daşıyan
şəxsdən tələb edə bilməz.
453.4. Subsidiar məsuliyyət
daşıyan şəxs kreditorun ona qarşı irəli
sürdüyü tələbi ödəyənədək bu
barədə əsas borclunu xəbərdar etməlidir, həmin
şəxsə qarşı iddia irəli sürüldükdə
isə əsas borclunu işdə iştiraka cəlb etməlidir.
Əks halda əsas borclu subsidiar məsuliyyət
daşıyan şəxsin reqres tələbinə
qarşı kreditorun tələblərinə qarşı olan
etirazlarını irəli sürmək hüququna malikdir.
Maddə 454. Öhdəliklər
üzrə məsuliyyətin ölçüsünün məhdudlaşdırılması
454.1. Öhdəliklərin
ayrı-ayrı növləri üzrə və müəyyən
fəaliyyət növü ilə bağlı öhdəliklər
üzrə qanunla zərərin əvəzinin tam ödənilməsi
hüququ məhdudlaşdırıla bilər (məhdud məsuliyyət).
454.2. Qoşulma
müqaviləsi üzrə və ya kreditorun
istehlakçı kimi çıxış edən fiziki şəxs
olduğu digər müqavilə üzrə borclunun məsuliyyət
ölçüsünün məhdudlaşdırılması
haqqında razılaşma, əgər həmin öhdəlik
növü və ya həmin pozuntu üçün məsuliyyət
ölçüsü bu Məcəllə ilə müəyyənləşdirilmişsə
və əgər razılaşma öhdəliyin icra edilməməsi
və ya lazımınca icra edilməməsi üçün
məsuliyyətə səbəb olan hallar baş verənə
qədər bağlanmışsa, əhəmiyyətsizdir.
Maddə 455. Sahibkarlıq fəaliyyəti
ilə məşğul olan şəxsin öhdəliyin
pozulması üçün məsuliyyətinin xüsusi əsasları
– çıxarılmışdır.[416]
Maddə 456. Borclunun öz
işçilərinin hərəkətləri
üçün məsuliyyəti
Borclunun öhdəliyini
icra etmək üçün onun işçilərinin yerinə
yetirdikləri hərəkətlər borclunun hərəkətləri
sayılır. Əgər həmin hərəkətlər
öhdəliyin icra edilməməsinə və
lazımınca icra edilməməsinə səbəb
olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət
daşıyır.
Maddə 457. Üçüncü şəxslərin
hərəkətləri üçün borclunun məsuliyyəti
– çıxarılmışdır.[417]
Maddə 458. Öhdəliyin hər
iki tərəfin təqsiri üzündən
pozulmasının nəticələri
458.1. Əgər
öhdəliyin icra edilməməsi və ya lazımınca
icra edilməməsi hər iki tərəfin təqsiri
üzündən baş vermişsə, məhkəmə
borclunun məsuliyyətinin ölçüsünü
müvafiq surətdə azaldır. Kreditor icra etməmək və
ya lazımınca icra etməmək nəticəsində dəyən
zərərin miqdarının artmasına qəsdən və
ya ehtiyatsızlıq üzündən kömək göstərdikə
və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər
görmədikdə də məhkəmə borclunun məsuliyyətinin
ölçüsünü azalda bilər.
458.2. Bu Məcəllənin
458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və
ya müqaviləyə görə borclunun öz təqsirindən
asılı olmayaraq öhdəliyin icra edilməməsi və
ya lazımınca icra edilməməsi üçün məsuliyyət
daşıdığı hallarda da müvafiq surətdə tətbiq
edilir.
Maddə 459. İlkin vəziyyəti
bərpa etmək vəzifəsi
459.1. Zərərin
əvəzini ödəməyə borclu olan şəxs əvəz
ödəməyə borclu edən hal baş verməsəydi,
mövcud olacaq vəziyyəti bərpa etməlidir.
459.2. Əgər
bədən xəsarəti və ya sağlamlığa zərər
vurulması nəticəsində zərərçəkən
əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti
azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə
zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi
ilə ödənilməlidir.
459.3. Zərərçəkən
müalicə xərclərini qabaqcadan tələb edə bilər.
Yeni peşəyə yiyələnmək zərurəti
yarandıqda da eyni qayda qüvvədə olur.
459.4. Əgər
vacib əsaslar olduğu aşkardırsa, zərərçəkən
dolanacaq xərclərinin əvəzinə kompensasiya verilməsini
tələb edə bilər.
459.5. Əgər
ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin
ödənilməsi mümkün deyildirsə və ya bunun
üçün tənasübsüz surətdə
böyük xərclər zəruridirsə, kreditora pul əvəzi
verilə bilər.
459.6. Qabaqcadan
razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində
dəyən zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququndan imtina etmək yolverilməzdir.
459.7. Zərərin
həcmi müəyyənləşdirilərkən öhdəliyin
lazımınca icrası barəsində kreditorun mənafeləri
də nəzərə alınmalıdır. Zərərin həcminin
müəyyənləşdirilməsi üçün
müqavilənin icrası yeri və vaxtı da nəzərə
alınmalıdır.
24-cü fəsil.
Öhdəliklərin
icrasının təmin edilməsi
§ 1. Öhdəliklərin icrasının təmin edilməsi
haqqında ümumi müddəalar
Maddə 460. Öhdəliklərin
icrasının təmin edilməsi üsulları
460.1. Öhdəliklərin
icrası girov, dəbbə pulu, borclunun əmlakının
saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə
və ya müqavilədə nəzərdə tutulan digər
üsullarla təmin edilə bilər. KMQ 25
460.2. Öhdəliyin
icrasının təmin edilməsi barədə razılaşmanın
etibarsızlığı əsas öhdəliyin
etibarsızlığına səbəb olmur.
460.3. Əgər
bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
əsas öhdəliyin etibarsızlığı onu təmin
edən öhdəliyin etibarsızlığına səbəb
olur.
Maddə 461. Öhdəliyin
icrası təminatının əvəz edilməsi
461.1. Öhdəliklərin
icrası üçün təminat vermiş şəxs
kreditorun razılığı ilə onu başqa təminatla əvəz
edə bilər.[418]
461.2. Çıxarılmışdır.[419]
§ 2. Dəbbə pulu
Maddə 462. Dəbbə pulu
anlayışı
462.1. Dəbbə
pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən,
öhdəliyin icra edilmədiyi və ya lazımınca icra
edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda
borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Əgər öhdəliyin məzmununu hərəkətdən
çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin
edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi
tələbi üzrə kreditor ona zərər vurulduğunu
sübuta yetirməyə borclu deyildir.[420]
462.2. Əgər
borclu öhdəliyin icra edilməməsi və ya
lazımınca icra edilməməsi üçün məsuliyyət
daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini
tələb edə bilməz.
462.3. Müqavilənin
tərəfləri dəbbə pulunun miqdarını sərbəst
müəyyənləşdirə bilərlər və bu,
mümkün zərərdən çox ola bilər.
462.4. Əgər
öhdəliyin icrası barədə vəd bu Məcəlləyə
görə etibarsız sayılırsa, həmin öhdəliyin
icra edilməməsi üçün dəbbə pulu
haqqında qəbul edilmiş razılaşma da, hətta həmin
vədin etibarsızlığı tərəflərə məlum
olsa belə, etibarsızdır.
462.5. Əgər
borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə
pulu tutulması barədə mübahisə edirsə, o,
icranı sübuta yetirməlidir, bu şərtlə ki,
öhdəlik hərəkətdən çəkinməkdən
ibarət olmasın.
Maddə 463. Dəbbə pulu
haqqında razılaşmanın forması
463.1. Dəbbə
pulu haqqında razılaşma əsas öhdəliyin
formasından asılı olmayaraq yazılı formada
bağlanmalıdır.
463.2.
Yazılı formaya riayət edilməməsi dəbbə pulu
haqqında razılaşmanın etibarsızlığına səbəb
olur.
Maddə 464. Qanun üzrə dəbbə
pulunun ödənilməsi
464.1. Kreditor
qanunla müəyyənləşdirilmiş dəbbə
pulunun ödənilməsini, tərəflərin
razılaşmasında onun ödənilməsi vəzifəsinin
nəzərdə tutulub-tutulmadığından asılı
olmayaraq, tələb edə bilər.
464.2. Əgər
qanunla qadağan edilməyibsə, tərəflər qanun
üzrə dəbbə pulunun miqdarını artıra bilərlər.
Maddə 465. Öhdəliyin icra
edilməməsi üçün cərimə ödənilməsi
465.1. Əgər
borclu öhdəliyin icra edilməməsi üçün cərimə
ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin
icrası əvəzinə dəbbə pulu ödənilməsini
tələb edə bilər. Əgər kreditor borcluya cərimə
ödənilməsini tələb etdiyini elan edərsə,
öhdəliyin icra edilməsi barədə tələb istisna
olunur. Əgər kreditorun icra etməmək nəticəsində
dəyən zərərin əvəzinin ödənilməsi
hüququ varsa, o tutulmalı olan cəriməni zərərin
minimum məbləği kimi tələb edə bilər.
Bununla kreditorun digər zərərin tutulması hüququ
istisna edilmir.
465.2. Əgər
borclu öhdəliyin lazımınca icra edilməməsi, o
cümlədən müəyyənləşdirilmiş
müddətdə icra edilməməsi üçün cərimə
ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin
ödənilməsini və öhdəliyin icrasını tələb
edə bilər. Əgər kreditorun lazımınca icra etməmək
nəticəsində dəyən zərərin əvəzinin
ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini
tələb edə bilər. Əgər kreditor icranı qəbul
etmişsə, cərimənin tutulmasını yalnız
icranı qəbul edərkən bu hüququ özündə
saxlamış olduğu halda tələb edə bilər.
465.3. Əgər
borclu pul cəriməsinin ödənilməsi əvəzinə
başqa hərəkəti icra edəcəyini vəd edirsə,
bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri
tətbiq edilir.
Maddə 466. Zərər və
dəbbə pulu
466.1. Əgər
öhdəliyin icra edilməməsi və ya lazımınca
icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə,
zərərin dəbbə pulu çatmamış hissəsinin
əvəzi ödənilir.
466.2. Qanunda və
ya müqavilədə aşağıdakı hallar nəzərdə
tutula bilər:
466.2.1. zərərin
deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;
466.2.2. dəbbə
pulundan artıq zərər tam məbləğdə tutula bilər;
466.2.3. kreditorun
seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər
tutula bilər.
466.3. Öhdəliyin
icra edilməməsi və ya lazımınca icra edilməməsi
üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi
hallarda dəbbə pulu çatmayan və ya dəbbə
pulundan yuxarı hissədə və ya onun əvəzinə
ödənilməli olan zərər həmin məhdudiyyətlə
müəyyənləşdirilmiş həddə qədər
tutula bilər.
Maddə 467. Məhkəmə tərəfindən
dəbbə pulunun azaldılması
Məhkəmə
işin hallarını nəzərə alaraq tənasübsüz
surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb
müəyyənləşdirilərkən kreditorun həm əmlak
mənafeləri, həm də bütün əsaslı mənafeləri
nəzərə alınır. Dəbbə pulu ödənildikdən
sonra onun miqdarının azaldılması istisna edilir.
§ 3. Saxlama
Maddə 468. Saxlama
anlayışı və onun əsasları
468.1. Borcluya və
ya borclunun göstərdiyi şəxsə verilməli əmlak
kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək
və ya kreditora bununla bağlı xərclərin və digər
zərərin əvəzini ödəmək öhdəliyini
vaxtında icra etməzsə, kreditorun həmin əmlakı
müvafiq öhdəlik icra edilənədək saxlamaq
ixtiyarı vardır.
468.2.
Əmlakın və ya ona çəkilən xərclərin və
digər zərərin əvəzinin ödənilməsi ilə
bağlı olmasa da, tərəfləri sahibkarlar kimi fəaliyyət
göstərən öhdəlikdən əmələ gələn
tələblər də əmlakın saxlanması ilə təmin
edilə bilər.
468.3. Kreditor
onda olan əmlakı həmin əmlak kreditorun sahibliyinə
daxil olduqdan sonra əmlaka hüquqları
üçüncü şəxsin əldə etməsinə
baxmayaraq saxlaya bilər.
468.4. Bu maddənin
qaydaları, əgər müqavilədə ayrı şərt
nəzərdə tutulmayıbsa, tətbiq edilir.
Maddə 469. Tələblərin
saxlanan əmlak hesabına ödənilməsi
Əmlakı
saxlayan kreditorun tələbləri girovla təmin edilmiş tələblərin
ödənilməsi üçün nəzərdə tutulan
həcmdə və qaydada əmlakın dəyərindən
ödənilir.
§ 4. Zaminlik
Maddə 470. Zaminlik müqaviləsi
470.1. Zaminlik
müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru
qarşısında həmin şəxsin öz öhdəliyini
tamamilə və ya hissə-hissə icra etməsi
üçün məsuliyyəti öz üzərinə
götürür.
470.2. Zaminlik müqaviləsi
gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi
üçün də bağlana bilər.
Maddə 471. Zaminlik müqaviləsinin
forması
Zaminlik
müqaviləsi yazılı formada bağlanmalıdır.
Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin
etibarsızlığına səbəb olur.
Maddə 472. Zaminin məsuliyyəti
472.1. Borclu
zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə
və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə
və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti
nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında
birgə məsuliyyət daşıyırlar.
472.2. Əgər
zaminlik müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə
xərclərinin və borclunun öhdəliyi icra etməməsi
və ya lazımınca icra etməməsi nəticəsində
kreditora dəyən digər zərərin əvəzinin
ödənilməsi də daxil olmaqla, zamin kreditor
qarşısında borclu ilə eyni həcmdə məsuliyyət
daşıyır.
472.3. Birgə
zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində
ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor
qarşısında birgə məsuliyyət daşıyırlar.
Maddə 473. Zaminin xidmətləri
üçün muzd
Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər
üçün muzd almaq hüququ vardır.
Maddə 474. Kreditorun tələblərinə
qarşı zaminin etiraz hüququ
474.1. Əgər
zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə,
zamin kreditorun tələbinə qarşı borclunun irəli
sürə biləcəyi etirazları irəli sürə bilər.
Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta
borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda
da itirmir.
474.2. Zamin
kreditorun tələbini ödəyənədək bu barədə
borclunu xəbərdar etməyə, zaminə qarşı iddia
irəli sürüldükdə isə borclunu işdə
iştiraka cəlb etməyə borcludur.
474.3. Zamin bu Məcəllənin
474.2-ci maddəsində göstərilən vəzifələri
yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə
qarşı kreditora qarşı olan etirazlarını irəli
sürə bilər.
Maddə 475. Öhdəliyi icra
etmiş zaminin hüquqları
475.1. Öhdəliyi
icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə
hüquqları və kreditora girov saxlayan kimi mənsub
olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi
həcmdə keçir. Zamin həmçinin borcludan kreditora
ödənilmiş məbləğdən faizlər ödəməyi
və borclunun əvəzinə məsuliyyətlə
bağlı çəkdiyi digər zərərin əvəzini
ödəməyi tələb edə bilər.
475.2. Zamin
öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi
təsdiqləyən sənədləri zaminə təqdim etməyə
və həmin tələbi təmin edən hüquqları
verməyə borcludur.
475.3. Bu maddədə
müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə
və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda
nəzərdə tutulmadıqda və onlar arasında
münasibətlərdən ayrı qayda irəli gəlmədikdə
tətbiq edilir.
Maddə 476. Borclunun öhdəliyi
icra etməsi barədə zaminə məlumat verilməsi
Zaminliklə təmin
edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal
zaminə məlumat verməlidir.[421]
Maddə 477. Zaminliyə xitam
verilməsi
477.0. Zaminliyə
aşağıdakı hallarda xitam verilir:
477.0.1. zaminliyin
təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə
zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə
və bu dəyişdirilmə onun məsuliyyətinin
artmasına və ya onun üçün digər əlverişsiz
nəticələrə səbəb olduqda;
477.0.2. əgər
zamin yeni borclu üçün cavabdeh olmaq barəsində
kreditora razılıq verməmişsə, zaminliklə təmin
edilmiş öhdəlik üzrə borc başqa şəxsə
keçirildikdə;
477.0.3. kreditor
borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul
etməkdən imtina etdikdə;
477.0.4. zaminlik
müqaviləsində göstərilmiş onun verilmə
müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə
zaminliyə onun təmin etdiyi öhdəliyin icrası
vaxtının çatdığı gündən bir il ərzində
kreditorun zaminə qarşı iddia irəli sürmədiyi
halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti
göstərilmədikdə və müəyyənləşdirilə
bilmədikdə və ya tələbetmə məqamı ilə
müəyyənləşdirilə bildikdə zaminliyə
zaminlik müqaviləsinin bağlandığı gündən
iki il ərzində kreditorun zaminə qarşı iddia irəli
sürmədiyi halda xitam verilir.
§ 5. Qarantiya
Maddə 478. Qarantiya
anlayışı
Qarantiyaya əsasən
qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı)
digər şəxsin (prinsipalın) xahişi ilə
prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin
şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin
ödənilməsi barədə yazılı tələb təqdim
etdikdə həmin məbləği ödəyəcəyi
barədə yazılı öhdəlik verir.[422]
Maddə 479. Prinsipialın
öhdəliyinin qarantiya ilə təmin edilməsi
479.1. Qarantiya
prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas
öhdəliyi) lazımınca icra etməsini təmin edir.
479.2. Qarantiya
verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş
muzd ödəyir.
Maddə 480. Qarantiyanın əsas
öhdəlikdən asılı olmaması
Qarantın
benefisiar qarşısında qarantiya ilə nəzərdə
tutulan öhdəliyi müstəqil öhdəlikdir və
icrasının təminatı üçün verildiyi əsas
öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə
istinad edilsə belə, asılı deyildir.
Maddə 481. Qarantiyanın geri
götürülməzliyi
Əgər
qarantiyada ayrı qayda nəzərdə tutulmayıbsa, o, qarant
tərəfindən geri götürülə bilməz.
Maddə 482. Qarantiya üzrə
hüquqların başqasına verilə bilməməsi
Əgər
qarantiyada ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya
üzrə benefisiara mənsub olan, qaranta qarşı tələb
irəli sürmək hüququ başqa şəxsə verilə
bilməz.
Maddə 483. Qarantiyanın
qüvvəyə minməsi
Əgər
qarantiyada ayrı müddət nəzərdə
tutulmayıbsa, qarantiya verildiyi gündən qüvvəyə
minir.
Maddə 484. Qarantiya üzrə
tələbin təqdim edilməsi
484.1.
Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə
dair tələbi qarantiyada göstərilmiş sənədlər
qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir.
Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın
təminatı üçün qarantiya verilmiş əsas
öhdəliyi pozmasının nədən ibarət
olduğunu göstərməlidir.
484.2.
Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləş-dirilmiş
verilmə müddəti qurtaranadək təqdim edilməlidir.
Maddə 485. Benefisiarın tələbinə
baxarkən qarantın vəzifələri
485.1.
Benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən
prinsipiala məlumat verməli və tələbin surətini
ona aid bütün sənədlərlə birlikdə
prinsipiala təqdim etməlidir.
485.2. Qarant
qoşulmuş sənədlərlə birlikdə
benefisiarın tələbinə qarantiyada göstərilmiş
müddətdə, müddət göstərilmədikdə
isə ağlabatan müddətdə baxmalı, həmin tələbin
və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə
uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə
ciddi diqqət göstərməlidir.
Maddə 486. Benefisiarın tələbini
ödəməkdən qarantın imtina etməsi
486.1. Əgər
benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər
qarantiya şərtlərinə uyğun deyildirsə və ya
qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra
qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən
imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən
imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir.
486.2. Əgər
benefisiarın tələbini ödəyənə qədər
qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas
öhdəlik tamamilə və ya müvafiq hissədə
artıq icra edilmişdir, digər əsaslara görə xətm
edilmişdir və ya etibarsızdır, bu barədə o dərhal
benefisiara və prinsipiala məlumat verməlidir. Bu cür məlumat
verildikdən sonra qarant benefisiardan təkrarən
aldığı tələbi ödəməlidir.
Maddə 487. Qarantın öhdəliyinin
hədləri
487.1. Qarantın
benefisiar qarşısında qarantiyada nəzərdə tutulan
öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi
ilə məhdudlaşır.
487.2.
Qarantın qarantiya üzrə öhdəliyi yerinə yetirməməsi
və ya lazımınca yerinə yetirməməsi
üçün benefisiar qarşısında məsuliyyəti,
əgər qarantiyada ayrı hal nəzərdə
tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşmır.
Maddə 488. Qarantiyaya xitam verilməsi
488.1.
Qarantın benefisiar qarşısında qarantiya üzrə
öhdəliyinə aşağıdakılarda xitam verilir:
488.1.1. qarantiya
verilmiş məbləğ benefisiara ödənildikdə;
488.1.2.
qarantiyada müəyyənləşdirilmiş müddət
qurtardıqda;
488.1.3. benefisiar
qarantiya üzrə hüquqlarından imtina etdikdə və
onu qaranta qaytardıqda;
488.1.4. benefisiar
qarantı onun öhdəliyindən azad etməsi barədə
yazılı ərizə vermək yolu ilə qarantiya üzrə
hüquqlarından imtina etdikdə.
488.2. Bu Məcəllənin
488.1.1, 488.1.2 və 488.1.4-cü maddələrində nəzərdə
tutulan əsaslar üzrə qarantın öhdəliyinə
xitam verilməsi qarantiyanın ona
qaytarıb-qaytarılmadığından asılı deyildir.
488.3. Qarantiyaya
xitam verildiyindən xəbər tutan qarant bu barədə ləngimədən
prinsipiala məlumat verməlidir.
Maddə 489. Qarantın
prinsipiala qarşı reqres tələbləri
489.1.
Qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin
əvəzinin ödənilməsini prinsipaldan reqres
qaydasında tələb etmək hüququ qarantla
prinsipialın icrası üçün qarantiya verilmiş
razılaşması ilə müəyyənləşdirilir.
489.2. Əgər
qarantın prinsipialla razılaşmasında ayrı qayda nəzərdə
tutulmayıbsa, qarant prinsipialdan qarantiya şərtlərinə
uyğun olmadan və ya qarantın benefisiar
qarşısında öhdəliyinin pozulmasına görə
benefisiara ödənilmiş məbləğlərin əvəzini
tələb edə bilməz.
Maddə 490. Borclunun
qarantiyası – çıxarılmışdır.[423]
§ 6. Beh
Maddə 491. Beh
anlayışı
491.1. Beh müqavilənin
bağlanmasını təsdiq etmək və icrasını təmin
etmək məqsədilə razılığa gələn tərəflərdən
birinin müqavilə üzrə digər tərəfə verəcəyi
ödənişlər hesabına verdiyi pul məbləğidir.
491.2. Behin məbləğindən
asılı olmayaraq beh haqqında razılaşma
yazılı formada bağlanmalıdır. Beh haqqında
razılaşma daşınmaz əmlaka sərəncam verilməsi
barədə müqavilənin bağlanması ilə
bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir.
Daşınmaz əmlaka sərəncam verilməsi barədə
müqavilənin bağlanması ilə bağlı beh
haqqında razılaşmanın notariat qaydasında təsdiq
edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin
225.6-cı maddəsində nəzərdə tutulmuş
qaydalar tətbiq edilir. [424]
491.3. Müqavilə
üzrə tərəfin verəcəyi ödənişlər
hesabına ödənilmiş məbləğin beh
olub-olmadığına şübhə yarandıqda, o
cümlədən bu Məcəllənin 491.2-ci maddəsində
müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi
nəticəsində şübhə yarandıqda həmin məbləğ,
əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş
sayılır.
Maddə 492. Behlə təmin edilmiş
öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin
nəticələri
492.1. Öhdəliyin
icrasına başlanana qədər ona tərəflərin
razılaşması üzrə və ya icranın
mümkün olmaması nəticəsində xitam verildikdə
beh qaytarılmalıdır.
492.2. Əgər
müqavilənin icra edilməməsi üçün beh vermiş
tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə
qalır. Əgər müqavilənin icra edilməməsi
üçün beh almış tərəf məsuliyyət
daşıyırsa, o, digər tərəfə behin iki mislini
ödəməlidir. Bundan əlavə, müqavilənin icra
edilməməsi üçün məsuliyyət
daşıyan tərəf, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği
hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə
ödəməyə borcludur.
25-ci fəsil.
Öhdəlikdə
kreditorların və ya borcluların çoxluğu
Maddə 493. Birgə kreditorlar və
birgə səlahiyyətlər
493.1. Əgər
bir neçə şəxs onlardan hər birinin tam icranı tələb
edə biləcəyi şəkildə icranı tələb
etməyə səlahiyyətlidirlərsə, borcluya isə
yalnız birdəfəlik icra həvalə edilirsə, onlar
birgə kreditorlardır.
493.2. Birgə səlahiyyətlər
müqaviləyə, qanuna və ya öhdəlik predmetinin
bölünməzliyinə əsasən əmələ gəlir.
Maddə 494. Öhdəliyin istənilən
kreditora icra edilməsi
Əgər
kreditorlardan biri bu Məcəllənin 493.1-ci maddəsində
nəzərdə tutulan tələblə borcluya qarşı
etiraz irəli sürməmişsə, borclu öhdəliyi
öz arzusu ilə istənilən kreditora icra edə bilər.
Maddə 495. Öhdəliyin
kreditorlardan birinə icra edilməsi
Öhdəliyin
birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu
digər kreditorlar qarşısında öhdəliklərdən
azad edir.
Maddə 496. Birgə kreditorlardan
birinin imtinasının nəticələri
Əgər birgə
kreditorlardan biri borclu barəsində tələbdən imtina
edirsə, borclu həmin kreditora çatası hissəni
ödəməkdən azad edilir.
Maddə 497. Digər kreditorla
bağlı faktlardan istifadənin yolverilməzliyi
Borclu
kreditorlardan biri barəsində digər kreditorla bağlı
faktlardan istifadə edə bilməz.
Maddə 498. Birgə kreditorun vərəsələrinin
hüquqları
Əgər birgə
kreditorun bir neçə vərəsəsi vardırsa, onlardan
hər birinə borca hüququn yalnız onun vərəsəlik
payına uyğun hissəsi keçir.
Maddə 499. Birgə kreditorun
digər birgə kreditorlar qarşısında vəzifələri
499.1. Borcludan
icranı tam almış kreditor qalan birgə kreditorlara
çatası payı ödəməyə borcludur.
499.2. Əgər
birgə kreditorlar arasında ayrı qayda müəyyənləşdirilməyibsə,
onların öz qarşılıqlı münasibətlərində
bərabər payları vardır.
Maddə 500. Birgə borclular və
birgə öhdəliklər
500.1. Əgər
öhdəliyin icrası bir neçə şəxsə
onlardan hər birini öhdəliyin tam icrasında iştirak
etməyə borclu edən şəkildə həvalə
edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb
etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
500.2. Birgə
öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik
predmetinin bölünməzliyinə əsasən əmələ
gəlir.
Maddə 501. Kreditorun icranı
istənilən borcludan tələb etmək hüququ
Kreditor öz
arzusu ilə istənilən borcludan həm tam, həm də
hissə-hissə icranı tələb edə bilər. Öhdəlik
tam icra edilənədək qalan borcluların öhdəlikləri
qüvvədə qalır.
Maddə 502. Birgə borclunun
kreditor barəsində qarşılıqlı tələbi
Birgə
borclunun kreditora qarşı müqavilənin mahiyyətindən
irəli gələn və ya yalnız özünün
hüququ çatan, yaxud birgə borcluların hamısı
üçün ümumi olan bütün
qarşılıqlı tələbləri irəli sürmək
ixtiyarı vardır.
Maddə 503. Borclulardan birinin
öhdəliyi tam icra etməsinin nəticələri
Borclulardan
birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan
azad edir. Borclunun kreditor qarşısında həyata
keçirdiyi əvəzləşdirmə barəsində də
eyni qayda qüvvədə olur.
Maddə 504. Digər birgə
borclu ilə bağlı faktlardan istifadənin yolverilməzliyi
Əgər
öhdəlik münasibətlərinin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə, birgə borclulardan biri ilə
bağlı faktlardan yalnız həmin şəxs barəsində
istifadə edilə bilər.
Maddə 505. Birgə borclulardan
biri barəsində iddia
Birgə
borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan
borclular barəsində də iddia vermək hüququndan məhrum
etmir.
Maddə 506. İcranın qəbulunun
ləngidilməsinin nəticələri
506.1. Kreditorun
birgə borclulardan birindən icranın qəbulunu ləngitməsinin
nəticələri qalan birgə borclular barəsində də
qüvvədədir.
506.2. Birgə
borclulardan birinin icra müddətlərinə riayət etməməsinin
nəticələrindən qalan birgə borclular barəsində
istifadə oluna bilməz.
Maddə 507. Birgə
borcluların vərəsələrinin hüquqları
Əgər birgə
borclulardan birinin bir neçə vərəsəsi
vardırsa, onlardan hər biri tələbi öz miras
payına mütənasib surətdə icra etməyə
borcludur. Əgər tələb bölünməzdirsə, bu
qayda tətbiq edilmir.
Maddə 508. Kreditorun tələbinin birgə
borclulardan birinin borcu ilə birləşdirməsi
Əgər
kreditorun tələbi birgə borclulardan birinin borcu ilə birləşdirilirsə,
qalan borclular barəsində öhdəliyə həmin
borclunun payına düşən miqdarda xitam verilir.
Maddə 509. Borclulardan biri öhdəliyi
tam icra etdikdə reqres qaydasında tələb hüququ
509.1. Birgə
öhdəliyi icra etmiş borclu, əgər müqavilədə
və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə,
qalan borclular barəsində onların paylarına mütənasib
surətdə, lakin öz payı çıxılmaqla reqres
qaydasında tələb hüququna malikdir.
509.2. Əgər
borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək
mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni
dərəcədə məsuliyyət daşıyırlar.
509.3. Kreditor
qarşısında birgə öhdəliyi icra edən birgə
borcluya kreditorun digər borclulara qarşı tələbi,
habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə
tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə
hüququ keçir.[425]
Maddə 510. Birgə borclunun
ödəniş qabiliyyəti olmamasının nəticələri
Əgər
borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona
düşən pay ödəniş qabiliyyətli
bütün digər borclular arasında mütənasib surətdə
bölüşdürülür.
Maddə 511. Birgə borclunun
kompensasiyası
Əgər birgə
borclu birgə öhdəlikdən fayda götürmüşsə,
belə fayda götürməmiş birgə borclu öz
öhdəliyinin icrası üçün ondan təminat tələb
edə bilər.
Maddə 512. Müddətin
keçməsinin nəticələri
Birgə
borclulardan biri barəsində müddətin
axımının dayandırılmasının və ya
xitamının digər borclular barəsində qüvvəsi
yoxdur.
26-cı fəsil.
Öhdəliklərin verilməsi[426]
§ 1. Tələblərin güzəşti – çıxarılmışdır.
§ 2. Öhdəliklərin verilməsi – paraqrafın adı
çıxarılmışdır.
Maddə 522. Öhdəliklərin
verilməsi əsasları və qaydası
522.1. Kreditor ilə
müqaviləyə əsasən öhdəlik
üçüncü şəxsə verilə bilər; bunun
nəticəsində o, əvvəlki borclunu əvəz edir.
522.2. Əgər
borclu ilə öhdəliyin üçüncü şəxsə
veriləcəyi barədə razılaşma əldə edilərsə,
bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
522.3. İcazə
yalnız borclunun və ya üçüncü şəxsin
kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi
halda verilir. İcazə verilənədək tərəflər
müqaviləni dəyişdirə və ya ləğv edə
bilərlər. İcazə verməkdən imtina edilərsə,
öhdəlik verilmiş sayılmır.
522.4. Borclu və
ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş
müddətdə elan etməyi tələb edirlərsə,
icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə,
hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur.
522.5. Kreditor
icazə verməyənədək, öhdəliyi üzərinə
götürmüş şəxs şübhə olduğu
halda borcluya münasibətdə kreditoru vaxtında təmin
etmək öhdəliyi daşıyır. Kreditorun icazə
verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə
olur.[427]
Maddə 523. Torpaq sahəsini
özgəninkiləşdirənin öhdəliklərinin
verilməsi
523.1. Əgər
torpaq sahəsini əldə edən şəxs özgəninkiləşdirənlə
müqaviləyə əsasən özgəninkiləşdirənin
torpaq sahəsinə ipoteka barəsində öhdəliyini
öz üzərinə götürürsə, kreditor öhdəliyin
verilməsinə icazəni yalnız özgəninkiləşdirənin
ona bu barədə bildiriş göndərdiyi halda verə bilər.
523.2. Əgər
bildirişin alınmasından altı ay keçmişdirsə,
icazə kreditorun həmin müddət ərzində özgəninkiləşdirənə
imtina etmədiyi halda verilmiş sayılır. Özgəninkiləşdirən
yalnız o halda bildiriş göndərə bilər ki,
mülkiyyətçi əldə edəni daşınmaz əmlakın
dövlət reyestrində qeydə aldırmış olsun.
523.3. Bildiriş
yazılı şəkildə tərtib edilir və öhdəliyi
qəbul edənin əvvəlki borclunu əvəz etdiyini
göstərir, bu şərtlə ki, kreditor altı ay ərzində
bundan imtina etməsin. Əldə edənin tələbi ilə
özgəninkiləşdirən öhdəliklərin verilməsi
barədə kreditora bildiriş göndərməlidir.
İcazə verildikdən və ya ondan imtina edildikdən dərhal
sonra özgəninkiləşdirən əldə edənə
bu barədə bildiriş göndərir.
Maddə 524. Öhdəliyi qəbul
etmiş şəxsin etirazları
Öhdəliyi
qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun
hüquq münasibətlərindən irəli gələn
etirazları kreditora qarşı irəli sürə bilər.
O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz.
Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul
edənlə əvvəlki borclu arasında olan, öhdəliyin
verilməsinin əsasında duran hüquq münasibətindən
irəli gələn etirazları kreditora qarşı irəli
sürə bilməz.
Maddə 525. Zaminlik öhdəliyinin,
girov və ipoteka hüququnun verilmə nəticəsində ləğvi
Tələb
üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin
verilməsi nəticəsində ləğv edilir. Əgər
tələb üçün ipoteka mövcuddursa, kreditorun
ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr
baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda
yüklü əşyanın mənsub olduğu şəxs
razılıq verərlərsə, bu göstərişlər
tətbiq edilmir. Müflisolma halı üçün tələblə
bağlı üstünlük hüququ müflisolma zamanı
öhdəliyi qəbul edənin əmlakı barəsində
həyata keçirilə bilməz.
Maddə 526. Öhdəliyi qəbul
etmiş şəxsin məsuliyyəti
Əgər kimsə
müqaviləyə əsasən başqa şəxsin əmlakını
qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki
borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq,
müqavilənin bağlandığı andan özlərinin
həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı
qəbul edənə qarşı irəli sürə bilərlər.
Əmlakı qəbul edənin məsuliyyəti
alınmış əmlakın tərkibi və müqavilə
üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır.
Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki
borclu arasındakı razılaşmaya əsasən istisna edilə
və ya məhdudlaşdırıla bilməz.
27-ci fəsil.
Öhdəliklərə xitam
verilməsi
Maddə 527. Öhdəliklərə
xitam verilməsi əsasları
527.1. Öhdəliyə
icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə,
borcu bağışlama, müddətin keçməsi nəticəsində
və bu Məcəllədə və ya müqavilədə nəzərdə
tutulan digər əsaslar üzrə tamamilə və ya qismən
xitam verilir.
527.2. Öhdəliyə
tərəflərdən birinin tələbi ilə xitam verilməsinə
yalnız bu Məcəllədə və ya müqavilədə
nəzərdə tutulan hallarda yol verilir.
§ 1. Öhdəliklərə icra nəticəsində
xitam verilməsi
Maddə 528. Öhdəliyə
kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi
Öhdəliyə onun kreditorun xeyrinə lazımınca
icrası (icra) nəticəsində xitam verilir.
Maddə 529. Öhdəliyin
icrasının qəbulu
529.1. Borclunun tələbi
ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul
etdiyini təsdiqləyən sənəd verməlidir.
529.2. Öhdəliyin
icrası kimi təklif olunmuş hərəkəti qəbul edən
kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq
etmək niyyətində deyildirsə, sübut etməlidir ki,
o, icra edilməli öhdəlik deyil, başqasıdır və
ya natamamdır və ya lazımi öhdəlik deyildir.
529.3. Əgər
borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi
vermişdirsə, kreditor icranı qəbul edərkən həmin
sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə
bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə
göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə
qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin
üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin
borcluda olması, nə qədər ki ayrı hal sübuta
yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
529.4. Borcun
alınması barədə tərtib edilmiş, faizlərə
dair məlumatlar göstərilməmiş sənəd nəzərdə
tutur ki, həm faizlər ödənilmişdir, həm də
pul öhdəliyinə tamamilə xitam verilir.
529.5. Borc
vaxtaşırı, hissə-hissə ödənilərkən
onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd,
nə qədər ki ayrı hal müəyyənləşdirilməyib,
ondan əvvəlki hissənin də ödənildiyini ehtimal
etməyə əsas verir.
529.6. Əgər
kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə
xitam verildiyi barədə rəsmən təsdiqlənmiş
arayış verilməsini tələb edə bilər.
529.7. İcra
haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin
tərtib etdiyi sənəddə borcun həcmi və
növü, borclunun və ya borcu ödəyən şəxsin
adı, icranın vaxtı və yeri haqqında məlumatlar
göstərilməlidir.
529.8. Tərəflərin
razılaşması ilə öhdəliyə icra əvəzinə
peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak
verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman
haqqının miqdarını, habelə onun verilməsi
müddətlərini və qaydasını tərəflər
müəyyənləşdirirlər.
Maddə 530. İcra haqqında
sənədin verilməsi xərclərinin ödənilməsi
530.1. İcra
haqqında sənədin verilməsi xərcləri, əgər
borclu ilə kreditor arasında razılaşmadan ayrı hal irəli
gəlmirsə, borclunun öhdəsinə qoyulur.
530.2. Əgər
kreditor yaşayış yerini dəyişdirərsə və
ya vəfat edərsə və başqa yaşayış yerində
onun vərəsələri qalarsa, icra haqqında sənədin
verilməsi ilə bağlı artmış xərclər
kreditorun və ya onun vərəsələrinin öhdəsinə
qoyulur.
Maddə 531. Öhdəliyə
novasiya nəticəsində xitam verilməsi
531.1. Öhdəliyə
tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin
eyni şəxslər arasında digər predmet və ya icra
üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə
əvəz edilməsi haqqında tərəflərin
razılaşması ilə xitam verilir.
531.2. Həyata
və ya sağlamlığa vurulmuş zərərin əvəzinin
və alimentlərin ödənilməsi üzrə öhdəliklər
barəsində novasiyaya yol verilmir.
531.3. Əgər
ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin
öhdəliklə bağlı olan əlavə öhdəliklərə
xitam verir.
§ 2. Öhdəliyə depozitə qoyma nəticəsində
xitam verilməsi
Maddə 532. Öhdəliyə
depozitə qoyma nəticəsində xitam verilməsi
anlayışı
532.1. Əgər
kreditor icranın qəbulunu yubandırırsa və ya onun
olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq
üçün məhkəməyə və ya notariata verə
bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit
hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən
kreditora bildiriş göndərməlidir.[428]
532.2. Depozitə qoyma nəticəsində
borclu kreditor qarşısında öhdəlikdən azad
edilir.[429]
532.3. Əgər
depozitə qoyulmuş əşyanın qaytarılması
istisnadırsa, borclu öz öhdəliyindən azad edilir,
çünki bu halda depozitə qoyma öhdəliyin kreditora
icra edilməsinə bərabər tutulur.
532.4. Əgər
borclu öhdəliyi yalnız kreditor öz öhdəliyini
icra etdikdən sonra icra etməlidirsə, kreditorun depozitə
qoyulmuş əşyanı almaq hüququnu
qarşılıqlı öhdəliyin icrasından
asılı edə bilər.
Maddə 533. Depozitə
qoyulmuş əmlakın kreditora verilməsi
533.1. Məhkəmə
və ya notarius depozitə qoyulmuş əmlakı kreditora verməlidir.
Məhkəmə və ya notarius mühafizi seçir, sənədlər
isə onda qalır.
533.2. Depozitə
qoyma öhdəliyin icra edildiyi yerdəki məhkəmədə
və ya notariatda həyata keçirilməlidir. Əgər
borclu depozitə qoymanı başqa yerdə həyata
keçirərsə, kreditorun bununla əlaqədar düşə
biləcəyi zərərin əvəzini ödəməlidir.
533.3. Əgər
depozitə qoyulmuş əşya məhkəməyə və
ya notariata poçtla göndərilmişsə, depozitin
qüvvədə olma müddəti əşyanın göndərilmək
üçün poçta verildiyi tarixə keçirilir.
Maddə 534. Depozitə qoyulmaq
üçün yararlı predmet
534.1. Predmet
saxlanmaq üçün yararlı olmalıdır. Tez xarab
olan predmetlər saxlanmağa qəbul edilmir.
534.2. Əgər
öhdəlik predmeti olan daşınar əşya tez xarab
olduğuna və ya saxlanması tənasübsüz surətdə
yüksək xərclərlə bağlı olduğuna
görə depozitə qoyulmaq üçün yararlı
deyildirsə, borclu onu öhdəliyin icra yerində hərracdan
sata bilər, satış pulunu isə depozitə qoya bilər.
Maddə 535. Saxlanma yeri
Saxlanma icra yerində həyata keçirilməlidir.
Maddə 536. Kreditordan predmeti qəbul
etməyin tələb olunması
Məhkəmə
və ya notarius predmetin saxlanmağa qəbul edildiyi barədə
kreditora məlumat verir və predmeti qəbul etməyi ondan tələb
edir.
Maddə 537. Saxlama ilə
bağlı xərclərin ödənilməsi
Saxlama ilə bağlı bütün xərclər
kreditorun üzərinə düşür.
Maddə 538. Borclunun
saxlanmağa verdiyi predmeti tələb etməsi
538.1. Borclu
saxlanmağa verdiyi predmetin kreditor tərəfindən qəbul
edilənə qədər qaytarılmasını tələb
edə bilər, bu şərtlə ki, lap əvvəldən
o, qaytarmadan imtina etməmiş olsun. Borclu predmetin
qaytarılmasını tələb edirsə, saxlama baş
tutmamış sayılır.
538.2. Kreditor
predmetdən imtina edirsə və ya bu Məcəllənin
539-cu maddəsində müəyyənləşdirilən
müddət qurtarmışsa, borclu təhvil verdiyi predmeti
geri götürə bilər.
538.3. Borclu
predmeti geri götürürsə, saxlama xərcləri onun
üzərinə düşür.
Maddə 539. İcra predmetinin
saxlanma müddəti
Məhkəmə
və ya notarius icra predmetini üç ilədək müddətə
saxlayır. Əgər həmin müddət ərzində
kreditor predmeti qəbul etməzsə, bu barədə borcluya məlumat
verilməklə, ondan təhvil verdiyi predmeti geri götürməsi
tələb olunur. Borclu predmeti geri götürülmə
üçün zəruri olan müddət ərzində
almazsa, o, dövlət əmlakı sayılır.
§ 3. Öhdəliyə qarşılıqlı tələblərin
əvəzləşdirilməsi ilə xitam verilməsi (əvəzləşdirmə)
Maddə 540. Öhdəliklərin
əvəzləşdirilməsinin mümkünlüyü
540.1. Əgər
iki şəxs arasında mövcud olan
qarşılıqlı tələblərin icra müddəti
çatmışsa, həmin tələblərə
onların əvəzləşdirilməsi yolu ilə xitam
verilə bilər.
540.2. Tələblərin
əvəzləşdirilməsi tələblərdən
birinin icra müddətinin hələ
çatmadığı, lakin bu tələbə hüququ
olan tərəfin əvəzləşdirməyə tərəfdar
olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi
bu barədə digər tərəfə məlumat verməklə
həyata keçirilir. məlumat hər hansı şərtlə
və ya müddətin müəyyənləşdirilməsi
ilə bağlı olduqda etibarsızdır.
Maddə 541. Tələbin
güzəşti zamanı əvəzləşdirmə
541.1. Tələb
güzəşt edilərkən borclu ilk kreditora qarşı
özünün qarşılıqlı tələbini yeni
kreditorun tələbi ilə əvəzləşdirə bilər.
541.2. Əvəzləşdirmə
bu şərtlə aparıla bilər ki, tələb, onun
güzəşt edilməsi barədə borclunun bildiriş
aldığı anda mövcud olmuş əsasa görə əmələ
gəlsin və tələbin müddəti o alınana qədər
çatsın və ya həmin müddət göstərilməsin
və ya tələbetmə anı ilə müəyyənləşdirilsin.
Maddə 542. Əvəzləşdirmə
tələbinin müddəti
Əgər tələbin
əvəzləşdirilməsinin hələ mümkün
olduğu vaxtadək tələb üzrə müddət
keçməyibsə, tələbin müddəti öhdəliklərin
əvəzləşdirilməsini istisna etmir.
Maddə 543. Əvəzləşdirilən
tələblər
Əgər əvəzləşdirilən
tələblər bir-birini tam ödəmirsə, yalnız digər
tələbin həcmindən az olan həcm əvəzləşdirilir.
Maddə 544. İcra yerləri
müxtəlif olduqda öhdəliklərin əvəzləşdirilməsi
Öhdəliklərin
icrası üçün müxtəlif yerlər nəzərdə
tutulduqda da onların əvəzləşdirilməsinə yol
verilir.
Maddə 545. Tələblərin
əvəzləşdirilməsinin yolverilməzliyi
545.0.
Aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə
yol verilmir:
545.0.1. tələblərin
əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən
istisna edilmişsə;
545.0.2. öhdəliyin
predmetinə tutmanı yönəltmək olmazsa və ya
öhdəliyin predmeti yaşayış vasitəsidirsə;
545.0.3. öhdəlik
sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini
nəzərdə tutursa;
545.0.4. digər
tərəfin ərizəsi ilə tələbə iddia
müddəti tətbiq edilməli olduqda və bu müddət
keçdikdə;
545.0.5. alimentlərin
tutulması ilə bağlı olduqda;
545.0.6. bu, Azərbaycan
Respublikasının və ya bələdiyyənin tələbidirsə;
digər tərəfin qarşılıqlı əvəzləşdirmə
tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə,
öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli
olduğu hallar istisna təşkil edir.
545.0.7. bu Məcəllədə
nəzərdə tutulmuş digər hallarda.
§ 4. Borcun bağışlanması ilə öhdəliyin
xitamı
Maddə 546. Borcun
bağışlanması anlayışı
Kreditorun borclunu
onun üzərinə düşən vəzifədən azad
etməsi (borcun bağışlanması) ilə öhdəliyə
xitam verilir, bu şərtlə ki, həmin hərəkət
kreditorun əmlakı barəsində başqa şəxslərin
hüquqlarını pozmasın.
Maddə 547. Borcun
bağışlanmasının digər birgə borclular
üçün nəticələri
Birgə
borclulardan birinə borcun bağışlanması digər
birgə borcluları da azad edir, amma kreditorun onlara qarşı
tələbini özündə saxlaması halı istisna təşkil
edir. Bu halda kreditor azad edilmiş borclunun payını
çıxmaqla, qalan birgə borclular barəsində
yalnız bir tələbdən istifadə edə bilər.
Maddə 548. Borcun əsas
borcluya bağışlanmasının nəticələri
548.1. Borcun əsas
borcluya bağışlanması zaminləri də azad edir.
548.2. Zaminin
borcu ödəməkdən azad edilməsi əsas borclunu
öhdəliyin icrasından azad etmir.
548.3. Zaminlərdən
birinin borcu ödəməkdən azad edilməsi digər
borcluları da azad edir.
Maddə 549. İkitərəfli
müqavilə üzrə tələblərdən
imtinanın nəticələri
İkitərəfli
müqavilənin tərəflərindən birinin öz tələbindən
imtina etməsi öhdəliyin xitamına səbəb olmur. Həmin
tərəf digər tərəfin də öz tələbindən
imtina etməsinə qədər müqavilədə nəzərdə
tutulmuş öhdəliklərini icra etməlidir.
§ 5. Müddətin keçməsinə görə
öhdəliyin xitamı
Maddə 550. Tələblər
üçün müddət
Tələbə,
yəni digər şəxsdən hərəkətin edilməsini
və ya edilməməsini tələb etmək hüququna
müddətin keçməsinə görə xitam verilə
bilər.
Maddə 551. Öhdəliklərin
xitamı üçün müddətlər
551.1. Əgər
bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
bütün tələblər on il (adi müddət)
keçdikdən sonra qüvvəsini itirir. KMQ23
551.2.
Aşağıdakı tələblər beş il
keçdikdən sonra qüvvəsini itirir:
551.2.1. kirayə
haqqı, icarə haqqı, kapital üçün faizlər və
digər vaxtaşırı ödənişlər haqqında
tələblər;
551.2.2. ərzaq
məhsulları, qida və içki satışı və ya
gələnlərə yaşayış yeri verilməsi
üzrə tələblər;
551.2.3. zavod
tikintisi, mallar satışı, daşımalar üzrə tələblər,
sərbəst peşə adamlarının (məsələn,
həkimlərin, vəkillərin və ya məsləhətçilərin)
tələbləri, habelə işçilərin əmək
münasibətləri üzrə tələbləri;
551.2.4. məhkəmə
qərarına əsasən əmələ gələn tələb
otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin
daha qısa müddətlə bağlı olduğu halda da tətbiq
edilir.
Maddə 552. Öhdəliklərin
xitamı üçün müddətin axımının
başlanması
552.1. Müddətin
axımı tələbin icra müddətinin çatması
ilə başlanır. Müddət hesablanarkən müddətin
başlandığı gün nəzərə
alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə,
müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan
başlanır.
552.2.
Aşağıdakı hallarda müddətin axımı
başlanmır və müddət dayandırılır:
552.2.1. öhdəliyin
icrasına möhlət verildikdə və ya öhdəlik
götürən başqa halla əlaqədar onun icrasından
müvəqqəti imtina etmək hüququna malik olduqda;
552.2.2. müddətin
son altı ayı ərzində məhkəmə
baxışının dayandırılması nəticəsində
ixtiyarlı şəxs öz hüququnun məhkəmə
müdafiəsini həyata keçirmək imkanından məhrum
olana qədər. Bu cür imkansızlıq qarşısıalınmaz
qüvvə nəticəsində baş verdikdə də eyni
qayda qüvvədə olur.
552.2.3. söhbət
ərlə arvadın tələblərindən gedirsə,
nikah pozulana qədər. Eyni qayda uşaqlar yetkinlik
yaşına çatanadək valideynlərin və
uşaqların tələbləri üçün və qəyyumluq
və himayəçilik üzrə münasibətlər
dövründə qəyyumun və qəyyumluqda olanın tələbləri
üçün də qüvvədədir.
552.2.4. söhbət
təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli
və ya fəaliyyət qabiliyyəti olmayan şəxsdən
gedirsə, bu şəxsin fəaliyyət qabiliyyətini
itirdiyi andan altı ay keçənədək.
552.3. Müddətin
axımı kəsilirsə, kəsilmə anınadək
keçən vaxt nəzərə alınmır; yeni müddət
yalnız kəsilmə qurtardıqdan sonra başlanır.
Maddə 553. Öhdəliklərin
xitamı üçün müddətin kəsilməsi
553.1.
Aşağıdakı hallarda müddətin axımı kəsilir:
553.1.1. mükəlləfiyyətli
şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə
ödənişlərlə, faizlər ödəməklə,
təminat verməklə və ya digər üsulla icra edirsə;
553.1.2.
ixtiyarlı şəxs məhkəməyə iddia verirsə.
553.2. Müddətin
kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş
məhkəmə qərarı qəbul edilənədək
davam edir.
Maddə 554. Öhdəliklərin
xitamı üçün müddətin keçməsinin nəticələri
554.1. Müddət
keçdikdən sonra mükəlləfiyyətli şəxsin
öhdəliyin icrasından imtina etmək hüququ vardır.
554.2. Öhdəlik
müddətin keçdiyini bilmədən icra olunduqda belə,
müddətin keçməsinə görə qüvvəsini
itirmiş tələbin ödənilməsi üçün
icra olunmuşları geri istəmək olmaz.
554.3. Əsas tələblə
birlikdə ondan asılı olan əlavə öhdəliklərin
icrasına dair tələb də müddətin keçməsinə
görə qüvvəsini itirir.
554.4. Müddətin
keçməsi tərəflərin razılaşması ilə
istisna edilə və ya çətinləşdirilə bilməz.
Tərəflər müddətin keçməsinin sadələşdirilməsi,
o cümlədən onun qısaldılması barədə
razılaşa bilərlər.
§ 6. Öhdəliyin xitamının digər əsasları
Maddə 555. Borclu və kreditor
eyni şəxs olduqda öhdəliyin xitamı
Borclu və kreditor eyni şəxs olduqda öhdəliyə
xitam verilir.
Maddə 556. İcra
mümkün olmadığına görə öhdəliyin
xitamı
556.1. İcra
mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin
heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə,
öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin
icrasını tələb edə bilməz.
556.2. Borclunun
öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri
nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik
üzrə özünün icra etdiklərini qaytarmağı
tələb edə bilməz.
Maddə 557. Dövlət və
ya bələdiyyə orqanının aktına əsasən
öhdəliyin xitamı
557.1. Dövlət
və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində
öhdəliyin icrası tamamilə və ya qismən
qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti
uzadıldıqda öhdəliyə tamamilə və ya
müvafiq hissədə xitam verilir. Bu halda dövlət və
ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə
bilən iddialar üzrə reqressant qismində
çıxış edir və bunun nəticəsində zərər
çəkmiş tərəflər bu Məcəllənin 19
və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin
ödənilməsini tələb edə bilərlər.[430]
557.2. Öhdəliyin
xitamı üçün əsas olmuş dövlət və
ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş
qaydada etibarsız sayıldıqda, əgər tərəflərin
razılaşmasından və ya öhdəliyin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə və öhdəliyin
icrasına kreditorun marağı itməyibsə, öhdəlik
bərpa edilir.
Maddə 558. Borclunun
ölümü nəticəsində öhdəliyin xitamı
558.1. Əgər
borclunun şəxsi iştirakı olmadan icra mümkün
deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb
olur.
558.2. İcra
şəxsən kreditor üçün nəzərdə
tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına
səbəb olur.
Maddə 559. Hüquqi şəxsin
ləğvi nəticəsində öhdəliyin xitamı
Hüquqi şəxsin
(borclunun və ya kreditorun) ləğvinin qeydə alındığı
andan onun öhdəliklərinə xitam verilir.
28-ci fəsil.
Mülki hüquqların həyata
keçirilməsi
Maddə 560. Hüquqdan
sui-istifadənin qadağan edilməsi
560.1. Mülki
hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.
Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi
ilə istifadə edilməsi yolverilməzdir.
560.2.
Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində
həyata keçirilən razılaşmalar və hərəkətlər
isə etibarsızdır.
560.3.
Hüquqdan sui-istifadə xüsusən
aşağıdakılardır:
560.3.1.
qeyri-qanuni və ya müqavilənin ziddinə əldə
edilmiş hüquqların həyata keçirilməsi;
560.3.2. şəxsin
öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq
hüquqlarını həyata keçirməsi;
560.3.3.
müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını
təşkil etməyən hüququn həyata keçirilməsi;
560.3.4. digər
tərəfin güvəndiyi və güvənmiş
olduğu əvvəlki rəftara zidd hüququn həyata
keçirilməsi;
560.3.5. bir və
ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və
ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən
sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və
ya istehsal xidmətləri üçün bazar şəraitinin
xeyli pozulması ilə nəticələnə bilərsə,
məsələn:
560.3.5.1.
alğı-satqının tənasübsüz qiymətlərinə
və ya əqdin digər şərtlərinə birbaşa və
ya dolayısı ilə məcburetmə;
560.3.5.2.
istehlakçıların zərərinə istehsalın,
satışın və ya texniki inkişafın məhdudlaşdırılması;
560.3.5.3.
müqavilə üzrə tərəfdaşlar
üçün bərabər dəyərli xidmətlərdən
ötrü rəqabətdə onların mənafelərinə
toxunulmasına səbəb olan müxtəlif şərtlər
tətbiq edilməsi;
560.3.5.4. müqavilənin
bağlanmasının elə bir müəyyən şərtlə
bağlılığı ki, həmin şərtə görə
müqavilə üzrə tərəfdaşlar nə obyektiv
surətdə, nə də ticarət adətlərinə
görə müqavilənin predmeti ilə əlaqədar
olmayan əlavə xidmətləri yerinə yetirməli
olurlar;
560.3.6. kommersiya
hüquqi şəxslərinin razılaşmaları, öz
aralarında razılaşdırdıqları hərəkət
metodları, əgər bunlar mal dövriyyəsi və ya
istehsal xidmətləri üçün bazar şəraitinin
xeyli pozulması ilə nəticələnə bilərsə
və rəqabətin qarşısının alınması,
məhdudlaşdırılması və ya təhrif edilməsi
məqsədi daşıyarsa və ya buna kömək edərsə,
o cümlədən:
560.3.6.1. qiymətlərin və ya əqdlərin digər
şərtlərinin birbaşa və ya dolayısı ilə
təyin edilməsi;
560.3.6.2.
istehsala nəzarətin, satışın, texniki
inkişafın və ya investisiyaların məhdudlaşdırılması;
560.3.6.3. bazarların və ya təchizat mənbələrinin
bölünməsi;
560.3.6.4. bu Məcəllənin
560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində
göstərilən praktika.
Maddə 561. Dövlət
hakimiyyətinin inhisarı
Mülki
hüquqların həyata keçirilməsinin təmin edilməsi,
güc və ya məcburetmə tətbiq olunması dövlətin
inhisarındadır. Bu məqsədlə dövlət
mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə
tənzimlənən metodlar tətbiq edir.
Maddə 562. Ləngitmə
hüququ
562.1. Əgər
bu Məcəlləyə və ya müqaviləyə görə
borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar
ödəniş müddəti çatmış tələbi
varsa, borclu onun barəsində öhdəlik icra edilənədək
öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə
hüququ).
562.2. Əgər
qarşılıqlı müqavilə bağlandıqdan sonra
digər tərəfin vəziyyəti xeyli pisləşərsə
və bunun nəticəsində qarşılıqlı
öhdəliyin icrası hüququ təhlükə altında
olarsa, qarşılıqlı müqaviləyə görə
öhdəliyi birinci icra etməli olan şəxs digər tərəf
öhdəliyini yerinə yetirənə və ya öz öhdəliyi
üçün təminat verənə qədər öhdəliyin
icrasından imtina edə bilər.
562.3. Əgər
ləngitmə predmeti qanunsuz əldə edilmişsə, ləngitmə
hüququ istisna edilir.
562.4. Əgər
qarşılıqlı icra olunan öhdəliklər
qarşılıqlı müqavilənin predmeti deyilsə,
kreditor qarantiyalar vermək yolu ilə ləngitmə
hüququnun həyata keçirilməsinin
qarşısını ala bilər.
562.5. Kreditorun
iddiası üzrə ləngitmə hüququ yalnız o zaman
həyata keçirilə bilər ki, borcluya öhdəliyi
ancaq kreditorun öz öhdəliyini icra etdiyi vaxt icra etmək
(eyni vaxtda icra) vəzifəsi tapşırıla bilsin. Vəzifənin
bu cür tapşırılması əsasında kreditor, əgər
borclu icranın qəbulunu gecikdirərsə, öz öhdəliyini
icra etmədən məcburi icra tələb edə bilər.
Maddə 563. Zəruri müdafiə
563.1. Zəruri
müdafiə vəziyyətində edilən hərəkət
hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman
vurulan ziyanın əvəzi ödənilməməlidir.
563.2. Zəruri
müdafiə elə şəkildə
özünümüdafiədir ki, o, özünə və ya
digər şəxslərə qarşı hüquqa zidd real həmlənin
dəf edilməsi üçün zəruridir.
563.3. Əgər
hər hansı şəxs zəruri müdafiə həddini təqsirli
şəkildə aşmışsa və ya zəruri
müdafiə vəziyyətini qəsdən törətmişsə
və ya hüquqa zidd hərəkətin
qarşısını almaq üçün zəruri olan
ilkin şəraitin mövcudluğu barədə təqsirli
şəkildə yanılmışsa, vurulmuş ziyanın əvəzini
ödəməlidir.
Maddə 564. Son zərurət
564.1. Müdafiə
zamanı son zərurət vəziyyətində edilən hərəkət
hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman
vurulan ziyanın əvəzi ödənilməməlidir, bu
şərtlə ki, ziyan son zərurət vəziyyətinin
baş verməsinə səbəb olmuş təhlükəni
yaradan şəxsə və ya əşyaya vurulsun.[431]
564.2. Son zərurət
elə vəziyyətdir ki, həmin vəziyyətdə
başqa vasitələrlə qarşısı alına bilməyən
real təhlükənin qarşısını almaq
üçün qarşısı alınmış təhlükəyə
nisbətən daha az ziyan vurulur.
564.3. Son zərurət
vəziyyətində ziyanın vurulduğu faktik halları nəzərə
almaqla, onun əvəzinin ödənilməsi ziyanı
vurmuş şəxs kimin mənafeyi üçün hərəkət
etmişsə, həmin üçüncü şəxsin
üzərinə qoyula bilər.
564.4. Əgər
son zərurət vəziyyətində vurulmuş ziyan
qarşısı alınmış ziyandan çoxdursa, həmin
ziyanı vurmuş şəxs onun əvəzini ödəməlidir.
Maddə 565. Özünəyardım
565.1. Səlahiyyətli
dövlət orqanlarının köməyi vaxtında
yetişmədikdə və təcili müdaxilə edilmədən
hüququn həyata keçirilməsinin qeyri-mümkün
olacağı və ya xeyli çətinləşəcəyi
təhlükəsi olduqda özünəyardım məqsədi
ilə əşyanı alan, məhv edən və ya zədələyən,
yaxud gizlənə biləcək mükəlləfiyyətli
şəxsi tutan və ya özünün yerinə yetirməli
olduğu hərəkətlər barəsində mükəlləfiyyətli
şəxsin müqavimətinin qarşısını alan
şəxsin hərəkətləri hüquqa zidd
sayılmır.
565.2.
Özünəyardım təhlükənin
qarşısını almaq və ya onu dəf etmək
üçün zəruri olan hədləri aşa bilməz.
565.3. Kiminsə
əlindən əşya alındıqda bu barədə dərhal
bəyanat verilməlidir.
565.4. Mükəlləfiyyətli
şəxs tutulduqda, o, dərhal müvafiq dövlət
orqanlarına təhvil verilməlidir.
565.5.
Özünəyardım tədbirləri həyata
keçirildikdən bilavasitə sonra təsdiq olunmaq
üçün səlahiyyətli dövlət orqanına bəyan
edilmədikdə və ya həmin orqan belə bəyanatı
yolverilməz və ya əsassız bəyanat kimi rədd
etdikdə, özünəyardım tədbirləri lap əvvəlindən
qeyri-hüquqi sayılır. Özünəyardım tədbirləri
hüquqa zidd halın qarşısını almaq
üçün zəruri olan ilkin şəraitin
mövcudluğu barədə yanlış mülahizə ilə
həyata keçirildikdə, hərəkəti etmiş şəxs,
yanılmanın ehtiyatsızlıqdan irəli gəlmədiyi
halda belə, ziyanın əvəzini digər tərəfə
ödəməlidir.
Maddə 566. Öhdəliyin
icrası barədə məlumat verilməsi
566.1. Öhdəliyin
icrasının gedişi barədə kreditorun borcludan məlumat
almaq hüququ vardır.
566.2. Öhdəliyin
icrası barədə məlumatı
aşağıdakılar verməlidirlər:
566.2.1. bu Məcəllə
və ya müqavilə üzrə bu vəzifənin
tapşırıldığı şəxs;
566.2.2. borclunun
işlərini tamamilə və ya qismən həyata
keçirən şəxs;
566.2.3. gəlir
və xərclərlə bağlı idarəetmə barədə
hesabat verməli olan şəxs.
566.3. Əgər
məlumat verməli olan şəxs məlumatı yalnız
böyük xərc çəkməklə verə bilərsə,
xərci kreditor çəkir.
566.4.
Verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib
olunmadığını ehtimal etməyə əsas olduqda,
kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş
şəxs məlumatın vicdanla tərtib olunduğuna
yazılı surətdə inandırmalıdır. Məhkəmə
mübahisəsi əmələ gəldikdə, bu cür
yazılı inandırmanın sübutetmə qüvvəsi
vardır.
XÜSUSİ HİSSƏ
Yeddinci bölmə
MÜQAVİLƏLƏRDƏN
ƏMƏLƏ GƏLƏN ÖHDƏLİKLƏR
29-cu fəsil.
Alğı-satqı
§ 1. Alğı-satqı haqqında ümumi müddəalar
Maddə 567.
Alğı-satqı müqaviləsi
Alğı-satqı
müqaviləsinə görə satıcı əşyanı
alıcının mülkiyyətinə verməyi,
alıcı isə əşyanı qəbul edib əvəzində
müəyyənləşdirilmiş pul məbləğini
(qiyməti) ödəməyi öhdəsinə
götürür.
Maddə 568. Satıcının
əşyanı vermək vəzifəsi
568.1.
Satıcı alğı-satqı müqaviləsində nəzərdə
tutulan əşyanı alıcıya verməyə borcludur.
568.2. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, satıcı əşyanı alıcıya
verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya
aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə
tutulan sənədləri də (texniki pasportu, keyfiyyət
sertifikatını, istismar təlimatını və i.a.) verməyə
borcludur.
Maddə 569. Əşyanı
vermək vəzifəsinin icrası müddəti
569.1.
Satıcının əşyanı alıcıya vermək vəzifəsinin
icrası müddəti alğı-satqı müqaviləsi ilə,
müqavilə həmin müddəti müəyyənləşdirməyə
imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində
nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
569.2. Əgər
alğı-satqı müqaviləsinin icrası müddətinin
pozulduğu halda alıcının ona marağının itməsi
müqavilədən aydın şəkildə irəli gəlirsə,
belə müqavilə qəti müəyyənləşdirilmiş
müddətədək icra edilmək şərti ilə
bağlanmış sayılır. Satıcı müqavilədə
müəyyənləşdirilmiş müddət
çatanadək və ya müddət keçdikdən sonra həmin
müqaviləni yalnız alıcının
razılığı ilə icra edə bilər.
Maddə 570. Satıcının
əşyanı vermək vəzifəsinin icrası məqamı
570.1. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, satıcının əşyanı
alıcıya vermək vəzifəsi aşağıdakı
məqamda icra edilmiş sayılır:
570.1.1.
müqavilədə satıcının əşyanı
çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın
alıcıya və ya onun göstərdiyi şəxsə təhvil
verildiyi məqamda;
570.1.2. əşya
alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın
olduğu yerdə verməlidirsə, onun alıcının
ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə
nəzərdə tutulan müddətdə lazımi yerdə
verilməyə hazır olduqda və müqavilənin şərtlərinə
müvafiq surətdə alıcı bundan xəbərdar
olduqda əşya alıcının ixtiyarına verilmiş
sayılır. Əgər əşya nişanlanma yolu ilə
və ya başqa şəkildə müqavilənin məqsədləri
üçün eyniləşdirilməyibsə, verilməyə
hazır sayılmır.
570.2.
alğı-satqı müqaviləsindən
satıcının əşyanı çatdırmaq və ya
olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli
gəlmədiyi hallarda satıcının əşyanı
alıcıya vermək vəzifəsi, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın
alıcıya çatdırılmaq üçün
daşıyıcıya və ya rabitə təşkilatına
təhvil verildiyi məqamda icra edilmiş sayılır.
Maddə 571. Əşyanın təsadüfən
məhv olması və təsadüfən zədələnməsi
riskinin alıcıya keçməsi
571.1. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, əşyanın təsadüfən məhv
olması və ya təsadüfən zədələnməsi
riski müqaviləyə uyğun olaraq satıcının əşyanı
alıcıya vermək vəzifəsini icra etmiş
sayıldığı andan alıcıya keçir.
571.2. Yolda
olduğu vaxt satılmış əşyanın təsadüfən
məhv olması və ya təsadüfən zədələnməsi
riski, alğı-satqı müqaviləsində və ya
işgüzar dövriyyə adətlərində ayrı qayda
nəzərdə tutulmayıbsa, alğı-satqı
müqaviləsinin bağlandığı andan alıcıya
keçir.
571.3.
Əşyanın təsadüfən məhv olması və
ya təsadüfən zədələnməsi riskinin malın
birinci daşıyıcıya təhvil verildiyi andan
alıcıya keçməsi barədə müqavilə
şərti alıcının tələbi ilə məhkəmə
tərəfindən o halda etibarsız sayıla bilər ki,
müqavilənin bağlandığı anda satıcı əşyanın
itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli
idi, lakin bu barədə alıcıya məlumat verməmişdir.
Maddə 572. Satıcının
üçüncü şəxslərin hüquqlarından
azad əşya vermək vəzifəsi
572.1.
Alıcının üçüncü şəxslərin
hüquqları ilə yüklü olan əşyanı qəbul
etməyə razılıq verdiyi hal istisna olmaqla,
satıcı alıcıya üçüncü şəxslərin
hüquqlarından azad əşya verməyə borcludur.
Satıcının bu vəzifəni icra etməməsi
alıcıya əşyanın qiymətinin
azaldılmasını və ya alğı-satqı müqaviləsinin
ləğvini tələb etmək hüququ verir, bu şərtlə
ki, alıcının həmin əşyaya
üçüncü şəxslərin hüquqları
olduğunu bildiyi sübuta yetirilməsin.[432]
572.2. Bu Məcəllənin
572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın
verildiyi məqamda üçüncü şəxslərin əşyaya
iddialarının olduğu və satıcının bu
iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar
müəyyənləşdirilmiş qaydada hüquqa uyğun
sayılmışsa, müvafiq surətdə tətbiq edilir.
Maddə 573. Alıcıdan əşyanın
geri alındığı halda satıcının məsuliyyəti
573.1.
Alğı-satqı müqaviləsi icra edilənədək əmələ
gəlmiş əsaslar üzrə üçüncü
şəxslər əşyanı alıcıdan geri
aldıqda, satıcı, alıcının həmin əsasların
mövcudluğunu bildiyini sübuta yetirməsə,
alıcıya dəymiş zərərin əvəzini ödəməyə
borcludur.[433]
573.2.
Alıcının əldə etdiyi malı ondan
üçüncü şəxslərin tələb etdiyi
halda satıcının məsuliyyətdən azad edilməsi
və ya bu məsuliyyətin məhdudlaşdırılması
haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir.
Maddə 574. Əşyanın geri
alınması barədə iddia irəli sürüldükdə
alıcının və satıcının vəzifələri
574.1. Əgər
üçüncü şəxs alğı-satqı
müqaviləsi icra edilənədək əmələ gəlmiş
əsas üzrə alıcıya qarşı əşyanın
geri alınması barədə iddia irəli sürərsə,
alıcı satıcını işdə iştiraka cəlb
etməyə, satıcı isə alıcının tərəfində
bu işə daxil olmağa borcludur.
574.2.
Alıcının satıcını işdə iştiraka cəlb
etməməsi satıcını alıcı
qarşısında məsuliyyətdən azad edir, bu şərtlə
ki, satıcı işdə iştirak etməklə
satılmış əşyanın alıcıdan geri
alınmasına yol verməyə biləcəyini sübuta
yetirsin.
574.3.
Alıcının işdə iştiraka cəlb etdiyi, lakin
işdə iştirak etməmiş satıcı
alıcının işi yanlış
apardığını sübuta yetirmək hüququndan məhrum
olur.
Maddə 575. Əşyanı
vermək vəzifəsinin icra edilməməsinin nəticələri
575.1. Əgər
satıcı satılmış əşyanı
alıcıya verməkdən imtina edirsə, alıcı
alğı-satqı müqaviləsinin icrasından imtina edə
bilər.
575.2.
Satıcı fərdi-müəyyən əşyanı verməkdən
imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin
452-ci maddəsində nəzərdə tutulan tələbləri
irəli sürə bilər.
Maddə 576. Əşyaya aid ləvazimatı
və sənədləri vermək vəzifəsinin icra edilməməsinin
nəticələri
Əgər
satıcı verməli olduğu əşyaya aid ləvazimatı
və ya sənədləri alıcıya vermirsə və ya
verməkdən imtina edirsə, alıcı bunların verilməsi
üçün ona ağlabatan müddət təyin edə
bilər. Satıcı əşyaya aid ləvazimatı və
ya sənədləri göstərilmiş müddətdə
vermədikdə, alıcı, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan
imtina edə bilər.
Maddə 577. Satılan əşyaların
miqdarı
577.1.
Alıcıya verilməli əşyaların miqdarı
alğı-satqı müqaviləsində müvafiq
ölçmə vahidləri ilə və ya pulla ifadə
olunur. Əşyaların miqdarı haqqında şərt
müqavilədə onun müəyyənləşdirilməsi
qaydasının təyin edilməsi yolu ilə
razılaşdırıla bilər.
577.2. Əgər
alğı-satqı müqaviləsi verilməli əşyaların
miqdarını müəyyənləşdirməyə imkan
vermirsə, müqavilə bağlanmış sayılmır.
Maddə 578. Əşyaların
miqdarı haqqında şərtin pozulmasının nəticələri
578.1.
Satıcı alğı-satqı müqaviləsini pozaraq
alıcıya müqavilədə müəyyənləşdirildiyindən
az miqdarda əşya verdikdə, alıcı, əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini
tələb edə bilər və ya verilmiş əşyadan
və onu ödəməkdən imtina edə bilər, əşya
ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin
qaytarılmasını tələb edə bilər.
578.2. Əgər
satıcı alıcıya alğı-satqı müqaviləsində
nəzərdə tutulan miqdardan çox əşya verərsə,
alıcı bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə
tutulan qaydada satıcıya bu barədə bildiriş verməlidir.
Satıcı alıcının bildirişini aldıqdan sonra
ağlabatan müddətdə əşyaların müvafiq
hissəsinə dair sərəncam verməzsə,
alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, bütün əşyaları qəbul edə
bilər.
578.3.
Alıcı alğı-satqı müqaviləsində
göstərilən miqdardan çox əşyanı qəbul
etdikdə, əlavə qəbul edilmiş əşyalar, əgər
tərəflərin razılaşması ilə ayrı qiymət
müəyyənləşdirilməyibsə, müqaviləyə
uyğun qəbul edilmiş mal üçün müəyyənləşdirilmiş
qiymətlə ödənilir.
Maddə 579. Əşyaların
çeşidi
579.1. Əgər
alğı-satqı müqaviləsinə görə növlər,
modellər, ölçülər, rənglər və ya digər
əlamətlər üzrə müəyyən nisbətdə
(çeşiddə) əşyalar verilməlidirsə,
satıcı alıcıya tərəflərin
razılaşdırdıqları çeşiddə əşyalar
verməyə borcludur.
579.2. Əgər
alğı-satqı müqaviləsində çeşid və
onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə,
lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların
çeşiddə verilməli olduğu irəli gəlirsə,
satıcı müqavilənin bağlandığı məqamda
alıcının ona məlum olmuş tələbatını
əsas götürməklə alıcıya əşyaları
çeşiddə verə bilər və ya müqavilənin
icrasından imtina edə bilər.
Maddə 580. Əşyaların
çeşidi haqqında şərtin pozulmasının nəticələri
580.1.
Satıcı alğı-satqı müqaviləsində nəzərdə
tutulan əşyaları müqaviləyə uyğun gəlməyən
çeşiddə verdikdə alıcı onları qəbul
etməkdən və ödəməkdən imtina edə bilər,
ödəmiş olduqda isə ödədiyi pul məbləğinin
qaytarılmasını tələb edə bilər.
580.2. Əgər
satıcı alıcıya alğı-satqı müqaviləsinə
uyğun çeşiddə əşyalarla yanaşı
çeşid haqqında şərti pozmaqla əşyalar verərsə,
alıcının ixtiyarı var ki, öz seçimi ilə:
580.2.1.
çeşid haqqında şərtə uyğun gələn
əşyaları qəbul etsin, qalan əşyalardan isə
imtina etsin;
580.2.2.
verilmiş əşyaların hamısından imtina etsin;
580.2.3.
çeşid haqqında şərtə uyğun gəlməyən
əşyaların müqavilədə nəzərdə
tutulan çeşiddə əşyalarla əvəz
olunmasını tələb etsin;
580.2.4.
verilmiş əşyaların hamısını qəbul
etsin.
580.3.
Alğı-satqı müqaviləsinin şərtinə
uyğun gəlməyən çeşiddə əşyalardan
imtina edərkən və ya çeşid haqqında şərtə
uyğun gəlməyən malların əvəz olunması tələbini
irəli sürərkən alıcı həmin malları
ödəməkdən imtina edə də bilər, onları
ödəmiş olduqda isə ödədiyi pul məbləğinin
qaytarılmasını tələb edə bilər.
580.4.
Alğı-satqı müqaviləsinin çeşid
haqqında şərtinə uyğun gəlməyən əşyalar
o halda qəbul edilmiş sayılır ki, alıcı
onları qəbul etdikdən sonra ağlabatan müddətdə
satıcıya öz imtinasını bildirməsin.
580.5. Əgər
alıcı çeşidi alğı-satqı müqaviləsinə
uyğun gəlməyən əşyalardan imtina etməzsə,
onları satıcı ilə
razılaşdırılmış qiymətlə ödəməlidir.
Satıcı qiymətin razılaşdırılması
üçün ağlabatan müddətdə zəruri tədbirlər
görmədikdə, alıcı əşyaları müqavilənin
bağlandığı an müqayisəyə gələn
şəraitdə oxşar əşyalar üçün adətən
alınan qiymətlə ödəyir.
580.6. Bu maddənin
qaydaları alğı-satqı müqaviləsində ayrı
qayda nəzərdə tutulmadıqda tətbiq edilir.
Maddə 581. Əşyaların
keyfiyyəti
581.1.
Satıcı alıcıya keyfiyyəti alğı-satqı
müqaviləsinə uyğun gələn əşya verməyə
borcludur.
581.2.
Alğı-satqı müqaviləsində əşyanın
keyfiyyəti haqqında şərtlər olmadıqda,
satıcı alıcıya bu cür malın adətən
istifadə edildiyi məqsədlərə yarayan əşya
verməyə borcludur. Əgər müqavilə bağlanarkən
alıcı əşyanı əldə etməsinin konkret məqsədləri
barəsində satıcıya məlumat vermişdirsə,
satıcı alıcıya həmin məqsədlər
üçün istifadəyə yarayan əşya verməyə
borcludur.
581.3.
Əşyanı nümunəyə və (və ya) təsvirə
əsasən satarkən, satıcı alıcıya nümunəyə
və (və ya) təsvirə uyğun gələn əşya
verməyə borcludur.
581.4. Satılan
əşyanın keyfiyyəti barəsində məcburi tələblər
olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul
olan satıcı alıcıya həmin məcburi tələblərə
uyğun gələn əşya verməyə borcludur. Tərəflər
arasında razılaşmaya əsasən satıcı keyfiyyət
üçün müəyyənləşdirilmiş məcburi
tələblərə nisbətən daha yüksək tələblərə
uyğun gələn əşya verə bilər.
Maddə 582. Malın keyfiyyəti
üçün qarantiya
582.1.
Satıcının alıcıya verməli olduğu əşya
alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci
maddəsində nəzərdə tutulan tələblərə
uyğun gəlməlidir, bu şərtlə ki,
alğı-satqı müqaviləsində əşyanın həmin
tələblərə uyğunluğunu müəyyənləşdirməyin
ayrı məqamı nəzərdə tutulmasın. Verilən
əşya bu cür əşyaların adətən istifadə
edildiyi məqsədlər üçün ağlabatan
müddət ərzində yararlı olmalıdır.
582.2.
Alğı-satqı müqaviləsində satıcının
əşyanın keyfiyyəti üçün qarantiya verməsinin
nəzərdə tutulduğu halda satıcı alıcıya
bu Məcəllənin 581-ci maddəsində nəzərdə
tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş
vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli
əşya verməlidir.
582.3.
Əşyanın keyfiyyəti üçün qarantiya, əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici
məmulata) də şamil edilir.
Maddə 583. Qarantiya müddətinin
hesablanması
583.1. Qarantiya
müddətinin axımı, əgər alğı-satqı
müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan
başlanır.
583.2. Əgər
alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş
əşyadan istifadə etmək imkanından satıcıdan
asılı səbəblərə görə məhrum
olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq
səbəbləri aradan qaldırdıqdan sonra
başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar
edilmiş qüsurlara görə ondan istifadənin
mümkün olmadığı müddət qədər
artırılır, bu şərtlə ki, əşyanın
qüsurları haqqında satıcıya bu Məcəllənin
595-1-ci maddəsində müəyyənləşdirilmiş
qaydada bildiriş verilsin.
583.3. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, komplektləşdirici məmulat
üçün qarantiya müddəti əsas məmulat
üçün qarantiya müddətinə bərabər sayılır
və əsas məmulat üçün qarantiya müddəti
ilə eyni vaxtda başlanır.
583.4.
Satıcının qarantiya müddəti ərzində
qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici
məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici
məmulat) üçün, əgər alğı-satqı
müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici
məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir.
Maddə 584. Əşyanın
yararlıq müddəti
584.1.
Qanunvericilik, dövlət standartlarının məcburi tələbləri
və ya digər məcburi qaydalar ilə əşyanın təyinatı
üzrə istifadəyə yararlığına hədd qoyan
müddət (yararlıq müddəti) müəyyənləşdirilə
bilər.
584.2.
Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş
əşyanı alıcıya elə hesabla verməlidir ki,
yararlıq müddəti bitənədək əşyadan təyinatı
üzrə istifadə edilə bilsin.
Maddə 585. Əşyanın
yararlıq müddətinin hesablanması
Əşyanın
yararlıq müddəti onun hazırlandığı gündən
hesablanan, istifadəyə yararlığını göstərən
vaxt dövrü ilə və ya əşyanın istifadəyə
yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
Maddə 586. Əşyanın
keyfiyyətinin yoxlanması
586.1.
Qanunvericilikdə, dövlət standartlarının məcburi
tələblərində və ya alğı-satqı
müqaviləsində əşyanın keyfiyyətinin
yoxlanması nəzərdə tutula bilər.
586.2. Əgər
bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın
keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə,
əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə
və ya alğı-satqı müqaviləsi üzrə verilməli
əşyanın yoxlanmasının adətən tətbiq
edilən digər şərtlərinə müvafiq surətdə
yoxlanılır.
586.3. Əgər
qanunvericilikdə, dövlət standartlarının məcburi
tələblərində və ya alğı-satqı
müqaviləsində satıcının alıcıya verilən
əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi
(sınama, analiz, müayinə və i.a.) nəzərdə
tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin
yoxlanıldığına dair alıcıya sübutlar təqdim
etməlidir.
586.4. İstər
satıcı, istərsə də alıcı tərəfindən
əşyanın keyfiyyətinin yoxlanmasının qaydası,
habelə digər şərtləri eyni olmalıdır.
Maddə 587. Lazımi keyfiyyətli
olmayan əşyanın verilməsinin nəticələri
587.1. Əgər
satıcı əşyanın qüsurları barəsində
qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli
olmayan əşyanın verildiyi alıcının ixtiyarı
var ki, satıcının təqsiri olub-olmamasından
asılı olmayaraq, satıcıdan öz seçimi ilə
aşağıdakıları tələb etsin:[434]
587.1.1.
alış qiymətinin mütənasib azaldılması;
587.1.2. əşyanın
qüsurlarının ağlabatan müddətdə əvəzsiz
aradan qaldırılması;
587.1.3. əşyanın
qüsurlarının aradan qaldırılması
üçün özünün çəkdiyi xərclərin
əvəzinin ödənilməsi.
587.2.
Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli
dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən
qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf
etmədən aradan qaldırıla bilməyən qüsurlar
aşkar edildikdə və ya dəfələrlə aşkar
edilən və ya aradan qaldırıldıqdan sonra yenidən
üzə çıxan və digər bu cür qüsurlar
olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:
587.2.1.
alğı-satqı müqaviləsinin icrasından imtina etsin
və əşya üçün ödədiyi pul məbləğinin
qaytarılmasını tələb etsin;
587.2.2.
lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə
uyğun əşya ilə əvəz olunmasını tələb
etsin.
587.3. Bu Məcəllənin
587.1 və 587.2-ci maddələrində göstərilmiş
qüsurların aradan qaldırılması və ya əşyanın
əvəz edilməsi tələbini alıcı, əgər
əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən
ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.
587.4. Komplektə
daxil olan əşya hissələri lazımi keyfiyyətli
olmadıqda alıcı əşyanın həmin hissəsi
barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində
nəzərdə tutulan hüquqları həyata keçirə
bilər.
587.5. Əgər alıcı əşyanın
qüsurları ilə əlaqədar alğı-satqı
müqaviləsinin ləğvini və ya alınmış əşyanın
müqaviləyə uyğun əşya ilə əvəz
edilməsini tələb edərsə, o, qüsurlu əşyanı
satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin
müqavilə üzrə əldə etdiklərinin geri
qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.[435]
Maddə 588.
Satıcının cavabdeh olduğu qüsurlar
588.1. Əgər
alıcı əşyanın qüsurlarının
alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək
yaranan səbəblərdən əmələ gəldiyini
sübuta yetirərsə, əşyanın qüsurları
üçün satıcı cavabdehdir.
588.2.
Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın
qüsurları üçün o halda cavabdehdir ki, əşyanın
qüsurlarının əşya alıcıya verildikdən
sonra alıcı tərəfindən ondan istifadə və ya
onun saxlanması qaydalarının pozulması və ya
üçüncü şəxslərin hərəkətləri
nəticəsində və ya qarşısıalınmaz
qüvvənin təsiri ilə əmələ gəldiyini
sübuta yetirməsin.
Maddə 589. Verilmiş əşyanın
qüsurlarının aşkar edilməsi müddətləri
589.1. Əgər
alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
alıcı əşyanın qüsurları ilə
bağlı tələbləri bu şərtlə irəli
sürə bilər ki, həmin qüsurlar bu maddədə
müəyyənləşdirilmiş müddətdə
aşkar edilsin.
589.2. Əgər
əşya üçün qarantiya və ya yararlılıq
müddəti müəyyənləşdirilməyibsə, alıcı
əşyanın qüsurları ilə bağlı tələbləri
həmin əşyanın alıcıya verildiyi gündən
iki il ərzində və ya alğı-satqı müqaviləsi
ilə nəzərdə tutulmuş daha uzun müddətdə
irəli sürə bilər. Daşınmalı və ya
poçtla göndərilməli əşyanın
qüsurlarının aşkar edilməsi müddəti əşyanın
təyinat yerinə çatdırıldığı gündən
hesablanır.[436]
589.3. Əgər
əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə,
alıcı əşyanın qüsurları ilə
bağlı tələbləri həmin qüsurları
qarantiya müddəti ərzində aşkara
çıxardığı halda irəli sürə bilər.
589.4.
Alğı-satqı müqaviləsində komplektləşdirici
məmulat üçün əsas məmulata nisbətən
daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə
alıcı komplektləşdirici məmulatın
qüsurları ilə bağlı tələbləri həmin
qüsurları əsas məmulatın qarantiya müddəti ərzində
aşkara çıxardığı halda irəli sürə
bilər.
589.5. Müqavilədə
komplektləşdirici məmulat üçün əsas məmulata
nisbətən daha uzun qarantiya müddəti müəyyənləşdirildikdə
alıcı əşyanın qüsurları ilə
bağlı tələbləri əsas məmulatın
qarantiya müddətinin bitib-bitmədiyindən asılı
olmayaraq komplektləşdirici məmulatın
qüsurlarını onun qarantiya müddəti ərzində
aşkara çıxardığı halda irəli sürə
bilər.
589.6.
Yararlıq müddəti müəyyənləşdirilmiş
əşyanın qüsurları ilə bağlı tələbləri
alıcı həmin qüsurları əşyanın
yararlıq müddəti ərzində aşkara
çıxardığı halda irəli sürə bilər.
589.7. Müqavilədə
nəzərdə tutulan qarantiya müddəti iki ildən az
olduqda və alıcı əşyanın
qüsurlarını qarantiya müddəti bitəndən
sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində
aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət
daşıyır ki, alıcı əşyanın
qüsurlarının əşya alıcıya verilənədək
əmələ gəldiyini və ya həmin məqamadək
yaranmış səbəblərdən əmələ gəldiyini
sübuta yetirsin.
Maddə 590. Əşyanın
komplektliyi
590.1.
Satıcı alıcıya alğı-satqı müqaviləsinin
komplektlik haqqında şərtlərinə uyğun gələn
əşya verməyə borcludur.
590.2.
Alğı-satqı müqaviləsində əşyanın
komplektliyi müəyyənləşdirilmədikdə,
satıcı alıcıya komplektliyi işgüzar dövriyyə
adətləri ilə və ya adətən irəli
sürülən digər tələblərlə müəyyənləşdirilən
əşya verməyə borcludur.
Maddə 591. Malların komplekti
591.1. Əgər
alğı-satqı müqaviləsində satıcının
alıcıya əşyaların müəyyən toplusunu
komplekt şəklində vermək vəzifəsi nəzərdə
tutulubsa, öhdəlik komplektə daxil olan bütün əşyaların
verildiyi andan icra edilmiş sayılır.
591.2. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, satıcı komplektə daxil olan
bütün əşyaları alıcıya eyni vaxtda verməyə
borcludur.
Maddə 592. Komplektsiz əşya
verilməsinin nəticələri
592.1. Komplektsiz əşya
verildiyi halda alıcı satıcıdan öz seçimi ilə
aşağıdakıları tələb edə bilər:
592.1.1.
alış qiymətinin mütənasib surətdə
azaldılması;
592.1.2. əşyanın
komplektinin ağlabatan müddətdə tamamlanması.
592.2. Əgər
satıcı əşyanın komplektinin tamamlanması barədə
alıcının tələbini ağlabatan müddətdə
yerinə yetirməzsə, alıcının ixtiyarı var ki,
öz seçimi ilə:
592.2.1.
komplektsiz əşyanın komplektli əşya ilə əvəz
olunmasını tələb etsin;
592.2.2.
alğı-satqı müqaviləsinin icrasından imtina etsin
və ödədiyi pul məbləğinin
qaytarılmasını tələb etsin.
592.3. Bu Məcəllənin
592.1 və 592.2-ci maddələrində nəzərdə
tutulan nəticələr satıcının alıcıya əşya
komplekti vermək vəzifəsini pozduğu halda da, əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, tətbiq edilir.
Maddə 593.
Alğı-satqı müqaviləsinin predmeti olan əşyaların
tarası və qabı
593.1. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, satıcı alıcıya əşyanı
tarada və (və ya) qabda verməlidir, amma xarakterinə
görə taralaşdırılması və (və ya)
qablaşdırılması tələb olunmayan əşya
istisna təşkil edir.
593.2. Əgər
alğı-satqı müqaviləsində taraya və qaba aid
tələblər müəyyənləşdirilməyibsə,
əşya belə mal üçün adi üsulla, belə
üsul olmadıqda isə bu cür əşyaların adi
şəraitdə salamatlığını təmin edən
üsulla taralaşdırılmalı və (və ya)
qablaşdırılmalıdır.
593.3. Əgər
qanunla müəyyənləşdirilmiş qaydada taraya və
(və ya) qaba aid məcburi tələblər nəzərdə
tutulmuşdursa, sahibkarlıq fəaliyyəti ilə məşğul
olan satıcı alıcıya əşyanı həmin məcburi
tələblərə uyğun gələn tarada və (və
ya) qabda verməlidir.
Maddə 594. Əşyanın tarasız
və (və ya) qabsız verilməsinin və ya
qeyri-münasib tarada və (və ya) qabda verilməsinin nəticələri
594.1.
Taralaşdırılmalı və (və ya)
qablaşdırılmalı əşya alıcıya
tarasız və (və ya) qabsız verildikdə və ya
qeyri-münasib tarada və (və ya) qabda verildikdə
alıcının ixtiyarı var ki, əgər müqavilədən,
öhdəliyin mahiyyətindən və ya əşyanın
xarakterindən ayrı qayda irəli gəlmirsə, əşyanı
taralaşdırmağı və (və ya)
qablaşdırmağı və ya qeyri-münasib taranı və
(və ya) qabı dəyişdirməyi tələb etsin.
594.2. Bu Məcəllənin
594.1-ci maddəsində nəzərdə tutulan hallarda
alıcı satıcıya qarşı bu bənddə
göstərilən tələblərin əvəzinə
lazımi keyfiyyətli olmayan əşyanın verilməsindən
irəli gələn tələbləri verə bilər.
Maddə 595. Alğı-satqı
müqaviləsinin lazımınca icra edilməməsi
haqqında satıcıya bildiriş verilməsi
595.1.
Alıcı alğı-satqı müqaviləsinin miqdar,
çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab
haqqında şərtlərinin pozulmasına dair
satıcıya müqavilədə nəzərdə tutulan
müddətdə, belə müddət müəyyənləşdirilmədikdə
isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın
xarakterinə və təyinatına görə aşkar edilməli
olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
595.2. Bu Məcəllənin
595.1-ci maddəsində nəzərdə tutulan qaydanın
yerinə yetirilmədiyi halda satıcı alıcının
ona çatışmayan miqdarda əşya verilməsinə,
alğı-satqı müqaviləsinin keyfiyyət və ya
çeşid haqqında şərtlərinə uyğun gəlməyən
əşyanın dəyişdirilməsinə, əşyanın
qüsurlarının aradan qaldırılmasına, komplektinin
tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya
ilə əvəz edilməsinə, əşyanın
taralaşdırılmasına və (və ya)
qablaşdırılmasına və ya qeyri-münasib
taranın və (və ya) qabın dəyişdirilməsinə
dair tələblərini ödəməkdən o halda tamamilə
və ya qismən imtina edə bilər ki, alıcının həmin
qaydanı yerinə yetirməməsinin onun tələbini
ödəməyin qeyri-mümkünlüyünə səbəb
olduğunu və ya müqavilənin pozulması haqqında
vaxtında bildiriş aldığı halda çəkəcəyi
xərclərə nisbətən tənasübsüz xərclər
çəkdiyinə səbəb olduğunu sübuta yetirsin.
595.3. Əgər
satıcı alıcıya verilmiş əşyaların
alğı-satqı müqaviləsinin şərtlərinə
uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə,
bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində
nəzərdə tutulan müddəalara istinad edə bilməz.
Maddə 596. Alıcının əşyanı
qəbul etmək vəzifəsi
596.1.
Alıcı ona verilən əşyanı qəbul etməyə
borcludur, amma onun əşyanı dəyişdirməyi tələb
etməyə və ya alğı-satqı müqaviləsinin
icrasından imtina etməyə ixtiyarı
çatdığı hallar istisna təşkil edir.
596.2. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, alıcı adətən irəli sürülən
tələblərə görə müvafiq əşyanın
verilməsini və alınmasını təmin etmək
üçün öz tərəfindən zəruri olan hərəkətləri
etməyə borcludur.
596.3.
Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı
qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə
satıcı alıcıdan əşyanı qəbul etməyi
tələb edə bilər və ya müqavilənin
icrasından imtina edə bilər.
Maddə 597. Satılan əşyanın
qiyməti
597.1.
Alıcı əşyanı alğı-satqı müqaviləsində
nəzərdə tutulan qiymətlə və ya əgər
müqavilədə qiymət nəzərdə tutulmayıbsa
və müqavilənin şərtləri əsas
götürülməklə müəyyənləşdirilə
bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə
uyğun müəyyənləşdirilmiş qiymətlə
ödəməyə, habelə müqaviləyə və ya
adətən irəli sürülən tələblərə
müvafiq surətdə ödəniş üçün zəruri
olan hərəkətləri öz hesabına yerinə yetirməyə
borcludur.
597.2. Qiymət əşyanın
çəkisindən asılı olaraq müəyyənləşdirildikdə,
əgər alğı-satqı müqaviləsində ayrı
qayda nəzərdə tutulmayıbsa, xalis çəkiyə
görə təyin edilir.
597.3.
Alğı-satqı müqaviləsində əşyanın
qiymətini şərtləndirən göstəricilərdən
(maya dəyəri, məsrəflər və i.a.) asılı
olaraq onun qiymətinin dəyişdirilməli olduğu nəzərdə
tutulduqda, lakin qiymətin dəyişdirilməsi üsulu
müəyyənləşdirilmədikdə, qiymət
müqavilənin bağlandığı an və əşyanın
təhvil verildiyi an üçün həmin göstəricilərin
nisbəti əsas götürülməklə müəyyənləşdirilir.
Satıcı əşyanı vermək vəzifəsinin
icrasını gecikdirdikdə qiymət müqavilənin
bağlandığı an və əşyanın verilməsinin
müqavilədə nəzərdə tutulan anı
üçün, müqavilədə həmin an nəzərdə
tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə
uyğun müəyyənləşdirilmiş an
üçün həmin göstəricilərin nisbəti əsas
götürülməklə müəyyənləşdirilir.
Maddə 598. Alınmış əşyanın
ödənilməsi
598.1. Əgər
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, alıcı əşyanı
satıcıdan bilavasitə təhvil almazdan əvvəl və
ya təhvil aldıqdan sonra ödəməlidir.
598.2. Əgər
alğı-satqı müqaviləsində əşyanın
hissə-hissə ödənilməsi nəzərdə
tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini
satıcıya tam ödəməyə borcludur.
598.3. Əgər
alıcı alğı-satqı müqaviləsinə
uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə,
satıcı əşyanı ödəməyi və bu Məcəllənin
449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb
edə bilər.
598.4. Əgər
alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı
qəbul etməkdən və ödəməkdən imtina
edirsə, satıcı öz seçimi ilə əşyanın
ödənilməsini tələb edə bilər və ya
müqavilənin icrasından imtina edə bilər.
598.5.
alğı-satqı müqaviləsinə uyğun olaraq
satıcının alıcıya təkcə onun ödədiyi
əşyaları deyil, digər əşyaları da verməyə
borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, əvvəl verilmiş əşyaların
hamısı tam ödənilənədək həmin əşyaların
verilməsini dayandırsın.
Maddə 599. Alınan əşyaların
qabaqcadan ödənilməsi
599.1.
Alğı-satqı müqaviləsində alıcının əşyanı
satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək
(qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə
tutulduğu hallarda alıcı ödənişi müqavilədə
nəzərdə tutulan müddətdə, müqavilədə
belə müddət nəzərdə tutulmadıqda isə bu
Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş
müddətdə həyata keçir.
599.2.
Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini
icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində
nəzərdə tutulan qaydalar tətbiq edilir.
599.3. Qabaqcadan
ödəniş məbləğini almış satıcı
əşyanı müəyyənləşdirilmiş
müddətdə vermək vəzifəsini icra etmirsə,
alıcı ödədiyi əşyanın verilməsini və
ya əşya üçün qabaqcadan ödədiyi məbləğin
qaytarılmasını tələb edə bilər.
599.4.
Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək
vəzifəsini icra etmədikdə və alğı-satqı
müqaviləsində ayrı qayda nəzərdə
tutulmadıqda əşyanın müqaviləyə görə
verilməli olduğu gündən alıcıya verildiyi və
ya qabaqcadan ödədiyi məbləğin ona
qaytarıldığı günədək qabaqcadan ödəniş
məbləğindən bu Məcəllənin 449-cu maddəsinə
uyğun faizlər ödənilməlidir. Müqavilədə
satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini
aldığı gündən həmin məbləğdən
faizlər ödəmək vəzifəsi nəzərdə
tutula bilər.
Maddə 600. Nisyə
satılmış əşyanın ödənilməsi
600.1.
Alğı-satqı müqaviləsində əşyanın
alıcıya verildikdən müəyyən müddət
sonra ödənilməsinin (əşyaların nisyə
satışının) nəzərdə tutulduğu halda
alıcı ödənişi müqavilədə nəzərdə
tutulan müddətdə, müqavilədə belə müddət
nəzərdə tutulmadıqda isə bu Məcəllənin
427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş
müddətdə həyata keçirməlidir.
600.2.
Əşyaların nisyə satışı satış
günü qüvvədə olmuş qiymətlər üzrə
həyata keçirilir. Nisyə satılmış əşyaların
qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya
səbəb olmur.
600.3.
Satıcı əşyanı vermək vəzifəsini icra
etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə
tutulan qaydalar tətbiq edilir.
600.4.
Əşyanı təhvil almış alıcı onu
alğı-satqı müqaviləsində nəzərdə
tutulan müddətdə ödəmək vəzifəsini icra
etmədikdə satıcı verilmiş əşyanın
ödənilməsini və ya ödənilməmiş
malın qaytarılmasını tələb edə bilər.
600.5.
Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə
tutulan müddətdə ödəmək vəzifəsini icra
etmədikdə və bu Məcəllədə və ya
alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmadıqda gecikdirilmiş məbləğdən malın
müqaviləyə görə ödənilməli olduğu
gündən ödənildiyi günədək bu Məcəllənin
449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.
Müqavilədə alıcının satıcı tərəfindən
əşyanın verildiyi gündən başlayaraq əşyanın
qiymətinə uyğun məbləğdən faizlər
ödəmək vəzifəsi nəzərdə tutula bilər.
600.6. Çıxarılmışdır. [437]
Maddə 601. Əşyanın
hissə-hissə ödənilməsi
601.1.
Əşyanın nisyə satılması haqqında
müqavilədə onun hissə-hissə ödənilməsi
nəzərdə tutula bilər. Hissə-hissə ödəmə
şərti ilə əşyanın nisyə satılması
haqqında müqavilə o halda bağlanmış
sayılır ki, alğı-satqı müqaviləsinin digər
mühüm şərtləri ilə yanaşı əşyanın
qiyməti, ödənişlərin qaydası, müddətləri
və məbləğləri nəzərdə tutulmuş
olsun.
601.2. Hissə-hissə
ödəmə şərti ilə malın nisyə
satılması haqqında müqaviləyə bu Məcəllənin
600.2-600.5-ci maddələrində nəzərdə tutulan
qaydalar tətbiq edilir.[438]
Maddə 602.
Alğı-satqı müqaviləsinin predmeti olan əşyanın
sığortalanması
602.1.
alğı-satqı müqaviləsində satıcının
və ya alıcının əşyanı sığorta
etdirmək vəzifəsi nəzərdə tutula bilər.
602.2.
Əşyanı sığorta etdirməyə borclu olan tərəf
müqavilənin şərtlərinə uyğun
sığortanı həyata keçirmədikdə digər tərəf
əşyanı sığorta etdirə və borclu tərəfdən
sığortaya çəkdiyi xərclərin əvəzini
ödəməyi tələb edə bilər və ya
müqavilənin icrasından imtina edə bilər.
Maddə 603. Mülkiyyət
hüququnun satıcıda saxlanması – çıxarılmışdır.[439]
Maddə 604. Oxşar müqavilələr
Hazırlanmalı
və ya istehsal edilməli malların göndərilməsinə
dair müqavilələr, əgər sifarişçi həmin
malların hazırlanması və ya istehsalı
üçün zəruri materialların mühüm hissəsini
göndərməyi öz öhdəsinə
götürürsə, habelə əgər mal göndərən
tərəfin vəzifələrinin daha böyük hissəsi
işlərin görülməsindən və ya başqa xidmətlərin
göstərilməsindən ibarət deyildirsə,
alğı-satqı müqavilələrinə bərabər
tutulur.
Maddə 605.
Alğı-satqı haqqında müddəaların tətbiq
edilmədiyi hallar
Əşyaların
alğı-satqısı haqqında müddəalar auksion
satışı çərçivəsində, icraat və
ya digər məhkəmə tədbirləri əsasında əşyaların
əldə edilməsinə, habelə qiymətli
kağızların və ya ödəniş vasitələrinin
və elektrik enerjisinin əldə edilməsinə tətbiq
olunmur.
Maddə 606. Mülkiyyət
hüququnun saxlanması haqqında qeyd-şərt
606.1. Əgər
daşınar əşyanın satıcısı
alıcı tərəfindən alış qiyməti ödənilənədək
əşyaya mülkiyyət hüququnu özündə
saxlamışdırsa (mülkiyyət hüququnun
saxlanması haqqında qeyd-şərt), şübhə
halında ehtimal edilir ki, mülkiyyətin verilməsi
alış qiyməti tam ödənilənədək təxirəsalıcı
şərtlə həyata keçirilir və əgər
alıcı alış qiymətinin ödənilməsini
gecikdirirsə, satıcının müqaviləni ləğv
etmək və (və ya) həmin daşınar əşyaya
tutma yönəltmək hüququ vardır. [440]
606.2.
Satıcının satılmış əşyaya bu Məcəllənin
606.1-ci maddəsindən irəli gələn əşya hüquqlarına
alıcının vəkil etdiyi şəxslər, habelə
alıcının kreditorları da riayət etməlidirlər.
Bu halda "vəkil edilmiş şəxs" dedikdə
alıcının ödəniş qabiliyyətinin olmaması
ilə əlaqədar onun əmlakını
kreditorlarının mənafeləri üçün idarə
etməyə təyin olunmuş idarəçi və ya hər
hansı digər şəxs başa düşülür.
606.3. Bu Məcəllənin
606.2-ci maddəsi kreditorların üstün və ya bərabər
hüquqlarını məhdudlaşdırmır. Onlar əşyaya
girov hüququna və ya həbsin və ya icraatın nəticəsi
olmayan digər təminat hüququna malikdirlər və ya
müsadirə ilə əlaqədar olaraq avtomobillər, gəmilər
və ya təyyarələr barəsində saxlama hüququnu
və ya istifadə hüququnu həyata keçirə bilərlər.
606.4.
Alğı-satqı müqaviləsində alıcıya
verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək
satıcıda qaldığı nəzərdə tutulduqda
alıcı mülkiyyət hüququ ona keçənədək
əşyanı, əgər müqavilədə ayrı qayda
nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından
və xassələrindən ayrı qayda irəli gəlmirsə,
özgəninkiləşdirə bilməz və ya ona dair digər
sərəncam verə bilməz.[441]
Maddə 607. Alğının
qadağan edilməsi
607.1. Əgər
icraat çərçivəsində satış həyata
keçirilirsə, satışı həyata keçirməyə
və ya ona rəhbərlik etməyə ixtiyarı çatan
şəxsə və onun cəlb etdiyi köməkçilərə,
o cümlədən protokolu tərtib edən katibə
satışa çıxarılmış obyekti nə şəxsən
və ya başqa şəxs vasitəsilə özü
üçün, nə də təmsil etdiyi digər şəxslər
üçün almağa icazə verilmir. İcraat çərçivəsindən
kənarda satış həyata keçirilərkən eyni
qayda tətbiq edilir. Bu zaman satış
tapşırığı zaminə obyektin
satışını üçüncü şəxsin
hesabına həyata keçirmək səlahiyyəti verən
qanuni göstəriş əsasında verilir. Eyni qayda ödəniş
qabiliyyətinin olmadığı halda icraat zamanı idarəçinin
həyata keçirdiyi satışda da tətbiq edilir.
607.2. Bu Məcəllənin
607.1-ci maddəsinin tələbləri pozulmaqla həyata
keçirilmiş alğı bu şərtlə
etibarlıdır ki, satışın borclular, mülkiyyətçilər
və ya kreditorlar kimi çıxış edən
iştirakçıları onunla razılaşsınlar.
§ 2. Heyvanların, quşların və
balıqların alğı-satqısı
Maddə 608.
Alğı-satqı haqqında müddəaların tətbiqi
Əgər bu
paraqrafın aşağıdakı müddəalarından
ayrı qayda irəli gəlmirsə, heyvanların,
quşların və balıqların
alğı-satqısına əşyaların
alğı-satqısı haqqında ümumi müddəalar tətbiq
edilir.
Maddə 609. Heyvan, quş və balıq
satıcısının məsuliyyətinin başlıca
qüsurlarla məhdudlaşdırılması
609.1. Heyvan,
quş və balıq satıcısı yalnız müqaviləyə
aşağıda müəyyənləşdirilmiş
uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və
yalnız bu qüsurların konkret müddətlər (qarantiya
müddətləri) ərzində aşkara çıxdığı
halda məsuliyyət daşıyır.
609.2. Faydalı
və damazlıq heyvanların satıldığı halda
aşağıdakılar başlıca qüsurlar
sayılır:
609.2.1.
cıdır və yük heyvanlarında - manqo, şüurun
azalması ilə baş beyinin sağalmaz xəstəliyi,
qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin
və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində
tənəffüsün çətinləşməsi, habelə
gözün daxili orqanlarının iltihablı dəyişməsi
- 14 günlük qarantiya müddəti ilə;
609.2.2. qaramalda
- heyvanın vəziyyəti ümumən pisləşməklə
vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti
ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28
günlük qarantiya müddəti ilə;
609.2.3. davarda -
qoturluq - 14 günlük qarantiya müddəti ilə,
qızıl yel - 3 günlük qarantiya müddəti ilə;
taun - 10 günlük qarantiya müddəti ilə.
609.3. Yeyinti məhsulları
əldə etmək məqsədilə heyvanların kəsilmək
üçün satıldığı halda
aşağıdakılar başlıca qüsurlar
sayılır:
609.3.1.
cıdır və yük heyvanlarında - manqo - 14
günlük qarantiya müddəti ilə;
609.3.2. qaramalda
- heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması
üçün yararsız etmiş vərəm xəstəliyi
- 14 günlük qarantiya müddəti ilə;
609.3.3. qoyunlarda
və keçilərdə - ümumi hidropos - 14 günlük
qarantiya müddəti ilə;
609.3.4. donuzlarda
- heyvanın çəkisinin yarıdan çoxunu insanın
qidalanması üçün yararsız etmiş vərəm
xəstəliyi - 14 günlük qarantiya müddəti ilə,
habelə trixin - 14 günlük qarantiya müddəti ilə.
609.4. Digər
heyvanlar, quşlar və balıqlar satılarkən
başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı
tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə
müqavilə ilə müəyyənləşdirilir.
609.5. Qarantiya
müddəti riskin alıcıya keçdiyi günün
sonundan başlanır.
Maddə 610. Məsuliyyətin
genişləndirilməsi və məhdudlaşdırılması
Yazılı
müqavilədə tərəflər bu Məcəllənin
609-cu maddəsində nəzərdə tutulan məsuliyyətin
məhdudlaşdırılmasının xüsusi şərtləri
barəsində razılığa gələ bilərlər.
Həmin şərtlərə əsasən başlıca
qüsurların olmamasına və ya müəyyən xassələrin
olmasına təminat verilə bilər, qarantiya müddətləri
uzadıla və ya qısaldıla bilər.
Maddə 611. Heyvan, quş və
balıq satıcısının təqsirinin prezumpsiyası
Qarantiya müddəti
ərzində hər hansı başlıca qüsur aşkar
edildikdə ehtimal olunur ki, həmin qüsur riskin
alıcıya keçdiyi ana qədər mövcud idi.
Maddə 612. Heyvan, quş və
balıq alıcısının hüquqi müdafiəsi vasitələri
612.1. Heyvanlarda,
quşlarda və balıqlarda başlıca qüsurların
olması nəticəsində alıcı yalnız müqavilənin
ləğvini tələb edə bilər, qiymətin
azaldılmasını isə tələb edə bilməz.
612.1.1. Bu halda
alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı,
quşu və ya balığı qaytara bilmədikdə, o
cümlədən başqasına satması, onun tələf
olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində
qaytara bilmədikdə də müqavilənin ləğvini tələb
edə bilər. Heyvanın, quşun və ya
balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə
dəyərini ödəyir.
612.1.2. Əgər
müqavilə ləğv edilənədək
alıcının cavabdeh olduğu hallar nəticəsində
heyvanın, quşun və ya balığın vəziyyəti
əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə,
alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir.
Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində
hər hansı faydanın əvəzini alıcı yalnız
bu cür faydanı əldə etmiş olduğu halda ödəyir.
612.1.3.
Müqavilənin ləğv edildiyi halda satıcı
alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə,
baytarlıq müayinələrinə və qulluğuna
çəkilmiş xərclərin, habelə heyvanın məcburən
öldürülməsinə və
uzaqlaşdırılmasına çəkilmiş xərclərin
əvəzini ödəməlidir.
612.2. Müəyyən
cins əlamətləri olan heyvan, quş və ya balıq
alıcısı müqavilənin ləğvi əvəzinə
tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən
heyvanın, quşun və ya balığın əvəzinə
ona müqaviləyə uyğun gələn heyvan verilsin.
612.3. Əgər
satıcı heyvanın, quşun və ya balığın hər
hansı başlıca qüsurlarının
olmadığına və ya hər hansı konkret xassələrinin
olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya
uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini
və ya icra edilməmə nəticəsində dəyən zərərin
əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 613. Heyvan, quş və
balıq alıcısının hüquqlarını itirməsi
613.1.
Alıcı hər hansı başlıca qüsur əsasında
ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya
müddəti qurtardıqdan sonra üç gündən gec
olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin
müddət bitənədək öldürülərsə
və ya digər şəkildə tələf olarsa,
heyvanın, quşun və ya balığın
ölümündən sonra satıcıya bu qüsur barəsində
məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir
və ya qüsur əsasında ona qarşı iddia irəli
sürmür. Əgər satıcı bu qüsur barəsində
qəsdən susmuşdursa, hüquq itmir.
613.2.
Satıcının müqavilənin ləğv edilməsi, dəyişdirmə
üçün göndərilmə və ya zərərin əvəzinin
ödənilməsi hüquqları qarantiya müddəti
qurtardıqdan iki ay sonra müddətin keçməsinə
görə qüvvədən düşür.
§ 3. Pərakəndə alğı-satqı
Maddə 614. Pərakəndə
alğı-satqı müqaviləsi
614.1. Pərakəndə
alğı-satqı müqaviləsinə görə
malların pərakəndə satışı üzrə
sahibkarlıq fəaliyyətini həyata keçirən
satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı
olmayan şəxsi, ailə, ev və ya digər istifadə
üçün nəzərdə tutulan malı
alıcıya verməyi öhdəsinə götürür.
614.2. Çıxarılmışdır. [442]
614.3. Fiziki
şəxs olan alıcının iştirakı ilə pərakəndə
alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə
ilə tənzimlənməyən münasibətlərə
istehlakçıların hüquqlarının qorunması
haqqında qanun və ona uyğun qəbul edilmiş digər
normativ hüquqi aktlar tətbiq edilir.
Maddə 615. Pərakəndə
alğı-satqı müqaviləsinin forması
Əgər pərakəndə
alğı-satqı müqaviləsində, o cümlədən
alıcının qoşulduğu standart formaların şərtlərində
ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə
alğı-satqı müqaviləsi satıcının
alıcıya kassa və ya əmtəə çekini və
ya malın ödənildiyini təsdiq edən digər sənədi
verdiyi andan lazımi formada bağlanmış sayılır.
Maddə 616. Malın ümumi
ofertası
616.1. Malın
qeyri-müəyyən şəxslər dairəsinə
ünvanlanmış reklamda, kataloqlarda və malların təsvirlərində
təklif edilməsi, əgər bu, pərakəndə
alğı-satqı müqaviləsinin bütün
mühüm şərtlərini əhatə edirsə,
ümumi oferta (maddə 408.8) sayılır.
616.2.
Satış yerində (piştaxtalarda, vitrinlərdə və
i.a.) malların qoyulması, onların nümunələrinin
nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatların
(malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin
və i.a.) təqdim edilməsi qiymətin və pərakəndə
alğı-satqı müqaviləsinin digər mühüm
şərtlərinin göstərilib-göstərilmədiyindən
asılı olmayaraq ümumi oferta sayılır, amma
satıcının müəyyən malların satış
üçün nəzərdə tutulmadığını
aşkar müəyyənləşdirdiyi hal istisna təşkil
edir.
Maddə 617. Mal haqqında
informasiya verilməsi
617.1.
Satıcı satışa təklif edilən mal haqqında
alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş
və pərakəndə ticarətdə adətən irəli
sürülən tələblərə uyğun olan zəruri
və düzgün informasiya verməyə borcludur.
617.2. Pərakəndə
alğı-satqı müqaviləsi bağlananadək
alıcının malı gözdən keçirmək,
öz yanında malın xassələrinin
yoxlanılmasını və ya ondan istifadənin
nümayiş olunmasını tələb etmək ixtiyarı
vardır, bir şərtlə ki, bu, malın xarakterinə
görə istisna edilməsin və pərakəndə ticarətdə
qəbul edilmiş qaydalara zidd olmasın.
617.3.
Alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində
göstərilmiş mala dair məlumatı satış yerində
dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə
alğı-satqı müqaviləsinin bağlanmasından əsassız
boyun qaçırılması nəticəsində dəyən
zərərin əvəzini ödəməyi tələb edə
bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan
müddətdə müqavilənin icrasından imtina edə
bilər, mal üçün ödədiyi məbləğin
geri qaytarılmasını və digər zərərin əvəzinin
ödənilməsini tələb edə bilər.
617.4.
Alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı
verməyən satıcı malın alıcıya verilməsindən
sonra əmələ gəlmiş qüsurları
üçün də məsuliyyət daşıyır, bu
şərtlə ki, alıcı həmin qüsurların onda
belə informasiyanın olmaması ilə əlaqədar əmələ
gəldiyini sübuta yetirsin.
Maddə 618. Malın alıcı tərəfindən
müəyyən müddətdə qəbul edilməsi şərti
ilə satılması
618.1. Pərakəndə
alğı-satqı müqaviləsi alıcının
malı müqavilədə müəyyənləşdirilmiş
müddətdə qəbul etməsi şərti ilə
bağlana bilər. Bu müddət ərzində mal başqa
alıcıya satıla bilməz.
618.2. Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, alıcının gəlməməsi və ya
malın müqavilədə müəyyənləşdirilmiş
müddətdə qəbul edilməsi üçün zəruri
olan digər hərəkətlərin yerinə yetirilməməsi
satıcı tərəfindən alıcının müqavilənin
icrasından imtina etməsi kimi qiymətləndirilə bilər.
618.3. Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, malın müqavilədə müəyyənləşdirilmiş
müddətdə alıcıya verilməsini təmin etmək
üçün satıcının çəkdiyi əlavə
xərclər malın qiymətinə daxil edilir.
Maddə 619. Malların nümunələr
üzrə satılması
619.1. Pərakəndə
alğı-satqı müqaviləsi alıcının
satıcı tərəfindən təklif edilmiş mal
nümunəsi (onun təsviri, malların kataloqu və i.a.) ilə
tanış olması əsasında bağlana bilər.
619.2. Əgər
müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, malın nümunə üzrə pərakəndə
alğı-satqısı müqaviləsi malın müqavilədə
göstərilmiş yerə
çatdırıldığı andan, müqavilədə
malın verilməsi yeri müəyyənləşdirilmədikdə
isə malın fiziki şəxsin yaşayış yeri
üzrə və ya hüquqi şəxsin olduğu yer üzrə
alıcıya çatdırıldığı andan icra
edilmiş sayılır.
619.3. Mal verilənədək
alıcı pərakəndə alğı-satqı müqaviləsinin
icrasından bu şərtlə imtina edə bilər ki,
satıcıya müqavilənin yerinə yetirilməsi üzrə
hərəkətlərin icrası ilə əlaqədar
çəkdiyi zəruri xərclərin əvəzini ödəsin.
Maddə 620. Malların
avtomatlardan istifadə etməklə satılması
620.1.
Malların avtomatlardan istifadə etməklə
satıldığı hallarda avtomatların sahibi
satıcının adı (firma adı), olduğu yer, habelə
malı almaq üçün alıcının yerinə
yetirməli olduğu hərəkətlər haqqında məlumatları
avtomatda yerləşdirməklə və ya başqa üsulla
təqdim etmək yolu ilə alıcılara malların
satıcısı haqqında informasiya verməyə borcludur.
620.2.
Avtomatlardan istifadə etməklə pərakəndə
alğı-satqı müqaviləsi alıcının
malı almaq üçün zəruri hərəkətləri
yerinə yetirdiyi andan bağlanmış sayılır.
620.3. Əgər
ödənilmiş mal alıcıya verilmirsə,
satıcı alıcının tələbi ilə dərhal
malı ona təqdim etməyə və ya ödədiyi məbləği
qaytarmağa borcludur.
620.4. Avtomatdan
pulların xırdalanması, ödəniş
nişanlarının əldə edilməsi və ya valyuta
mübadiləsi üçün istifadə edildiyi hallarda, əgər
öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
pərakəndə alğı-satqı haqqında qaydalar tətbiq
edilir.
Maddə 621. Malın
alıcıya çatdırılmaq şərti ilə
satılması
621.1. Pərakəndə
alğı-satqı müqaviləsi malın alıcıya
çatdırılması şərti ilə
bağlandıqda satıcı müqavilədə müəyyənləşdirilmiş
müddətdə malı alıcının göstərdiyi
yerə çatdırmağa, alıcı malın
çatdırılma yerini göstərmədikdə isə
alıcı olan fiziki şəxsin yaşayış yerinə
və ya hüquqi şəxsin olduğu yerə
çatdırmağa borcludur.
621.2. Pərakəndə
alğı-satqı müqaviləsi malın alıcıya,
alıcı olmadıqda isə müqavilənin
bağlandığını və ya malın
çatdırılmasının rəsmiləşdirildiyini
göstərən qəbzi və ya digər sənədi təqdim
etmiş istənilən şəxsə təhvil verildiyi andan
icra edilmiş sayılır, bu şərtlə ki, müqavilədə
ayrı qayda nəzərdə tutulmasın və ya öhdəliyin
mahiyyətindən ayrı qayda irəli gəlməsin.
621.3. Müqavilədə
malın alıcıya təhvil verilmək üçün
çatdırılma vaxtı müəyyənləşdirilmədikdə
mal alıcının tələbi alındıqdan sonra
ağlabatan müddətdə
çatdırılmalıdır.
Maddə 622. Pərakəndə
satılan malın qiyməti və ödənilməsi
622.1. Əgər
öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
alıcı malı pərakəndə alğı-satqı
müqaviləsinin bağlandığı an
satıcının elan etdiyi qiymətlə ödəməyə
borcludur.
622.2. Pərakəndə
alğı-satqı müqaviləsində malın qabaqcadan
ödənilməsinin nəzərdə tutulduğu halda
alıcının müqavilədə müəyyənləşdirilmiş
müddətdə malı ödəməməsi, əgər
tərəflərin razılaşmasında ayrı qayda nəzərdə
tutulmayıbsa, alıcının müqavilənin icrasından
imtina etməsi sayılır.
622.3.
Malların pərakəndə nisyə
alğı-satqısı müqavilələrinə, o
cümlədən alıcı tərəfindən malların
hissə-hissə ödənilməsi şərti ilə
bağlanmış müqavilələrə bu Məcəllənin
600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq
edilməməlidir.
622.4.
Alıcı malın hissə-hissə ödənilməsi
üçün müqavilədə müəyyənləşdirilmiş
müddət ərzində istədiyi vaxt malı ödəyə
bilər.
Maddə 623. Malın dəyişdirilməsi
623.1. Əgər
satıcı tərəfindən daha uzun müddət elan
edilməyibsə, alıcı qeyri-ərzaq malının ona
verildiyi andan on dörd gün ərzində aldığı
malı alış yerində və satıcının elan
etdiyi digər yerlərdə başqa ölçülü,
formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu
oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə
fərq olduqda satıcı ilə lazımi hesablaşma
aparılır. Satıcıda dəyişdirilmək
üçün zəruri mal olmadıqda alıcı əldə
etdiyi malı satıcıya qaytara bilər və mal
üçün ödədiyi pul məbləğini geri ala
bilər.
623.2.
Alıcının malın dəyişdirilməsi və ya
qaytarılması haqqında tələbi bu şərtlə
ödənilməlidir ki, mal işlədilmiş olmasın,
istehlak xassələri qorunub saxlansın və həmin
satıcıdan alındığına dair sübutlar olsun.
623.3. Bu maddədə
göstərilmiş əsaslar üzrə dəyişdirilməli
və ya qaytarılmalı olmayan malların siyahısı
xüsusi hüquqi aktlar ilə müəyyənləşdirilmiş
qaydada təyin edilir.
Maddə 624. Alıcıya
lazımi keyfiyyətli olmayan mal satıldıqda onun
hüquqları
624.1.
Alıcıya lazımi keyfiyyətli olmayan mal
satıldıqda, əgər malın qüsurları
satıcı tərəfindən qabaqcadan bildirilməyibsə,
alıcı öz seçimi ilə tələb edə bilər
ki:
624.1.1. keyfiyyətsiz
mal lazımi keyfiyyətli malla əvəz edilsin;
624.1.2.
alış qiyməti mütənasib surətdə
azaldılsın;
624.1.3. malın
qüsurları təxirə salınmadan əvəzsiz qaydada
aradan qaldırılsın;
624.1.4. malın
qüsurlarının aradan qaldırılmasına çəkilmiş
xərclərin əvəzi ödənilsin.
624.2. Çıxarılmışdır. [443]
624.3. Malın
xassələri onun aşkar edilmiş qüsurlarını
aradan qaldırmağa imkan vermədikdə (ərzaq
malları, məişət kimyası malları və i.a.)
alıcı öz seçimi ilə həmin malın
lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya
alış qiymətinin mütənasib surətdə
azaldılmasını tələb edə bilər.
624.4. Bu Məcəllənin
624.1 və 624.3-cü maddələrində göstərilmiş
tələbləri irəli sürmək əvəzinə
alıcı pərakəndə alğı-satqı müqaviləsinin
icrasından imtina edə bilər və mal üçün
ödədiyi pul məbləğinin qaytarılmasını tələb
edə bilər.[444]
624.5. Çıxarılmışdır. [445]
Maddə 625. Mal dəyişdirilərkən,
alış qiyməti azalarkən və lazımi keyfiyyətli
olmayan mal qaytarılarkən qiymət fərqinin ödənilməsi
625.1. Pis keyfiyyətli
mal pərakəndə alğı-satqı müqaviləsinə
uyğun gələn lazımi keyfiyyətli malla əvəz
edilərkən satıcı malın müqavilədə
müəyyənləşdirilmiş qiyməti ilə onun dəyişdirildiyi
və ya dəyişdirilməsinə dair məhkəmə qərarının
çıxarıldığı an mövcud olmuş qiyməti
arasındakı fərqin ödənilməsini tələb edə
bilməz.
625.2. Pis keyfiyyətli
mal oxşar, lakin ölçüsünə, fasonuna,
növünə və ya digər əlamətlərinə
görə başqa olan lazımi keyfiyyətli malla əvəz
edilərkən dəyişdirilən malın dəyişdirilmə
anındakı qiyməti ilə lazımi keyfiyyətli olmayan
malın əvəzinə verilən malın qiyməti
arasındakı fərq ödənilməlidir. Əgər
satıcı alıcının tələbini yerinə
yetirmirsə, dəyişdirilən malın qiyməti və
onun əvəzinə verilən malın qiyməti məhkəmə
tərəfindən malın dəyişdirilməsinə dair
qərarın çıxarıldığı gün
üçün müəyyənləşdirilir.
625.3. Malın
alış qiymətinin mütənasib surətdə
azaldılması tələbinin irəli
sürüldüyü halda malın həmin tələbin irəli
sürüldüyü an üçün qiyməti,
alıcının tələbi könüllü surətdə
yerinə yetirilmədikdə isə məhkəmə tərəfindən
qiymətin mütənasib surətdə azaldılmasına
dair qərarın çıxarıldığı gün
üçün qiyməti hesaba alınır.
625.4. Lazımi
keyfiyyətli olmayan malı satıcıya qaytararkən
alıcı malın pərakəndə alğı-satqı
müqaviləsində müəyyənləşdirilmiş
qiyməti ilə onun tələbinin könüllü surətdə
yerinə yetirildiyi an üçün, tələb
könüllü surətdə yerinə yetirilmədikdə
isə məhkəmə qərarının
çıxarıldığı gün üçün
müvafiq malın qiyməti arasındakı fərqin ödənilməsini
tələb edə bilər.
Maddə 626. Satıcının
məsuliyyəti və öhdəliyin naturada icrası – çıxarılmışdır.[446]
§ 4. Malların göndərilməsi
Maddə 627. Göndərmə
müqaviləsi
627.1. Göndərmə
müqaviləsinə görə mal göndərən -
sahibkarlıq fəaliyyətini həyata keçirən
satıcı istehsal etdiyi və ya satın aldığı
malları sahibkarlıq fəaliyyətində və ya şəxsi,
ailə, ev və digər bu cür istifadə ilə
bağlı olmayan başqa məqsədlər
üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş
müddətdə və ya müddətlərdə
alıcıya verməyi öhdəsinə götürür.
627.2. Çıxarılmışdır. [447]
Maddə 628. Göndərmə
müqaviləsi bağlanarkən ixtilafların nizama
salınması – çıxarılmışdır.[448]
Maddə 629. Malların göndərilməsi
dövrləri
629.1. Tərəflər
göndərmə müqaviləsinin qüvvədə
olduğu müddət ərzində malların
ayrı-ayrı partiyalar ilə göndərilməsini nəzərdə
tutduqda və bu partiyaların göndərilməsi müddətləri
(göndərmə dövrləri) müqavilədə müəyyənləşdirilmədikdə,
mallar, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən
və ya işgüzar dövriyyə adətlərindən
ayrı qayda irəli gəlmirsə, bərabər partiyalar ilə
aybaay göndərilməlidir.
629.2. Göndərmə
müqaviləsində göndərmə dövrləri ilə
yanaşı malların göndərilməsi cədvəli də
(on günlük, günlük, saatlıq və i.a.) müəyyənləşdirilə
bilər.
629.3. Mallar
alıcının razılığı ilə vaxtından
qabaq göndərilə bilər. Vaxtından qabaq göndərilmiş
və alıcı tərəfindən qəbul edilmiş
mallar növbəti dövrdə göndərilməli olan
malların miqdarına daxil edilir.
Maddə 630. Malların göndərilməsi
qaydası
630.1. Mal
göndərən göndərmə müqaviləsinin tərəfi
olan alıcıya və ya müqavilədə alıcı kimi
göstərilmiş şəxsə malları yollama (vermə)
üsulu ilə göndərir.
630.2. Göndərmə
müqaviləsində alıcının mal göndərənə
malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər
(yollama sərəncamı) vermək hüququnun nəzərdə
tutulduğu halda mal göndərən malları yollama sərəncamında
göstərilmiş mal alanlara yollayır (verir).
630.3. Yollama sərəncamının
məzmunu və alıcı tərəfindən onun mal
göndərənə verilməsi müddəti müqavilə
ilə müəyyənləşdirilir. Əgər
müqavilədə yollama sərəncamının verilməsi
müddəti nəzərdə tutulmayıbsa, o, mal göndərənə
göndərmə dövrünün çatmasına ən
geci otuz gün qalmış verilməlidir.
630.4.
Alıcının yollama sərəncamını müəyyənləşdirilmiş
müddətdə verməməsi mal göndərənə
ya göndərmə müqaviləsinin icrasından imtina etmək,
ya da alıcıdan malları ödəməyi tələb
etmək hüququ verir. Bundan başqa, mal göndərən
yollama sərəncamının verilməməsi ilə əlaqədar
dəyən zərərin əvəzinin ödənilməsini
tələb edə bilər.
Maddə 631. Malların
çatdırılması
631.1. Mal
göndərən malları göndərmə müqaviləsində
nəzərdə tutulan nəqliyyatla və müqavilədə
müəyyənləşdirilmiş şərtlərlə
çatdırır.
631.2. Müqavilədə
malların hansı nəqliyyat növü ilə və ya
hansı şərtlərlə
çatdırıldığının müəyyənləşdirilmədiyi
hallarda nəqliyyat növünü seçmək və ya
malların çatdırılması şərtlərini
müəyyənləşdirmək hüququ, əgər
qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya
işgüzar dövriyyə adətlərindən ayrı
qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur.
631.3. Göndərmə
müqaviləsində alıcının (mal alanın)
malları mal göndərənin olduğu yerdə alması
(malların seçilməsi) nəzərdə tutula bilər.
Əgər müqavilədə malların seçilməsi
müddəti nəzərdə tutulmayıbsa, alıcı
(mal alan) malları onların hazır olduğu barədə
mal göndərəndən bildiriş aldıqdan sonra
ağlabatan müddətdə seçməlidir.
Maddə 632. Malların tam
göndərilməməsinin tamamlanması
632.1. Ayrıca
göndərmə dövründə malları tam göndərməmiş
mal göndərən malların göndərilməmiş
miqdarını, əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, göndərmə müqaviləsinin qüvvədə
olduğu müddət ərzində növbəti dövrdə
(dövrlərdə) göndərməlidir.
632.2. Mal
göndərən malları göndərmə müqaviləsində
və ya alıcının yollama sərəncamında
göstərilmiş bir neçə mal alana
yolladığı halda bir mal alana müqavilədə və
ya yollama sərəncamında nəzərdə tutulan miqdardan
artıq göndərilmiş mallar, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, digər mal
alanlara tam göndərilməmənin tamamlanması
hesabına daxil edilmir.
632.3. Əgər
göndərmə müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, alıcı göndərilməsi
gecikdirilmiş malların qəbulundan mal göndərənə
bildiriş verməklə imtina edə bilər. Alıcı
mal göndərənin bildirişi aldığı vaxtadək
göndərdiyi malları qəbul etməyə və ödəməyə
borcludur.
Maddə 633. Tam göndərilməmə
tamamlanarkən malların çeşidi
633.1. Tam
göndərilməməsi tamamlanmalı olan malların
çeşidi tərəflərin razılaşması ilə
müəyyənləşdirilir. Belə razılaşma
olmadıqda mal göndərən malların göndərilməmiş
miqdarını buna yol verildiyi dövr üçün müəyyənləşdirilmiş
çeşiddə tamamlamağa borcludur.
633.2. Bir addan
olan malların göndərmə müqaviləsində nəzərdə
tutulduğundan artıq miqdarda göndərilməsi eyni
çeşidə daxil olan digər adlı malların tam
göndərilməməsinin tamamlanması hesabına daxil
edilmir. Bu cür göndərmənin alıcının
qabaqcadan yazılı razılığı ilə həyata
keçirildiyi hal istisna olmaqla, tam göndərilməmə
tamamlanmalıdır.
Maddə 634. Alıcı tərəfindən
malların qəbul edilməsi
634.1.
Alıcı (mal alan) göndərmə müqaviləsinə
uyğun göndərilmiş malların qəbulunu təmin edən
bütün zəruri hərəkətləri yerinə yetirməyə
borcludur.
634.2.
Malların qüsurlarını gözdən keçirməklə
müəyyən etmək mümkün olmayan hallar istisna
olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul
olunmuº hesab edilir.[449]
634.3. Göndərilmiş
malları nəqliyyat təşkilatından aldıqda
alıcı (mal alan) malların nəqliyyat və
müşayiət sənədlərində göstərilmiş
məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat
təşkilatından bu malları nəqliyyatın fəaliyyətini
tənzimləyən qanunvericilikdə nəzərdə tutulan
qaydaları gözləməklə qəbul etməlidir.
Maddə 635. Alıcı tərəfindən
qəbul edilməmiş malın məsuliyyətlə
saxlanması
635.1. Göndərmə
müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal
göndərənin verdiyi maldan imtina etdikdə bu malın
salamatlığını təmin etməyə (məsuliyyətlə
saxlamağa) və mal göndərənə ləngimədən
bildiriş göndərməyə borcludur.
635.2. Mal
göndərən alıcının (mal alanın) məsuliyyətlə
saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə
aparmağa və ya ona dair sərəncam verməyə
borcludur. Əgər mal göndərən mala dair bu müddətdə
sərəncam verməzsə, alıcı malı sata bilər
və ya mal göndərənə qaytara bilər.
635.3. Malın məsuliyyətlə
saxlanmağa qəbul edilməsi, satılması və ya
satıcıya qaytarılması ilə əlaqədar
alıcının çəkdiyi zəruri xərclərin əvəzini
mal göndərən ödəməlidir. Bu zaman malın
satışından götürülən vəsait
alıcıya çatan məbləğ
çıxılmaqla mal göndərənə verilir.
635.4. Müqavilədə
müəyyənləşdirilmiş əsaslar olmadan
alıcı mal göndərəndən malı qəbul etmədikdə
və ya onun qəbulundan imtina etdikdə mal göndərən
alıcıdan malı ödəməyi tələb edə
bilər.
Maddə 636. Malların
seçilməsi
636.1. Göndərmə
müqaviləsində alıcı (mal alan) tərəfindən
malların mal göndərənin olduğu yerdə
seçilməsi nəzərdə tutulduqda, əgər
öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
alıcı malları onların verildiyi yerdə gözdən
keçirməyə borcludur.
636.2.
Alıcının (mal alanın) göndərmə müqaviləsi
ilə müəyyənləşdirilmiş müddətdə,
belə müddət olmadıqda isə malların hazır
olduğu barədə mal göndərənin bildirişini
aldıqdan sonra ağlabatan müddətdə malları
seçməməsi mal göndərənə müqavilənin
icrasından imtina etmək və ya alıcıdan malları
ödəməyi tələb etmək hüququ verir.
Maddə 637. Göndərilən
mallar üçün hesablaşmalar
637.1.
Alıcı göndərilən malları göndərmə
müqaviləsində nəzərdə tutulan hesablaşma
qaydasını və formasını gözləməklə
ödəyir. Əgər tərəflərin
razılaşmasında hesablaşma qaydası və forması
müəyyənləşdirilməyibsə, hesablaşmalar
ödəniş tapşırıqları ilə həyata
keçirilir.
637.2. Göndərmə
müqaviləsində malların mal alan (ödəyici) tərəfindən
ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən
əsassız imtina etdikdə və ya malları müqavilədə
müəyyənləşdirilmiş müddətdə
ödəmədikdə mal göndərən alıcıdan
göndərilmiş malları ödəməyi tələb
edə bilər.
637.3. Göndərmə
müqaviləsində malların komplektə daxil olan
ayrı-ayrı hissələrlə göndərilməsi nəzərdə
tutulduqda, alıcı malları, əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, komplektə daxil
olan sonuncu hissə yollandıqdan (seçildikdən) sonra
ödəyir.
Maddə 638. Göndərmə
zamanı tara və qab
638.1. Əgər
göndərmə müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, alıcı (mal alan) malın göndərildiyi
çoxdəfəlik taranı və paketləmə vasitələrini
müqavilə ilə müəyyənləşdirilmiş
qaydada və müddətlərdə qaytarmağa borcludur.
638.2. Malın
digər tarası, habelə qabı mal göndərənə
yalnız müqavilədə nəzərdə tutulmuş
hallarda qaytarılmalıdır.
Maddə 639. Lazımi keyfiyyətli
olmayan malların göndərilməsinin nəticələri
639.1. Lazımi
keyfiyyətli olmayan malların göndərildiyi alıcı
(mal alan) mal göndərənə qarşı bu Məcəllənin
587-ci maddəsində nəzərdə tutulan tələbləri
irəli sürə bilər.
639.2. Göndərilmiş
malların pərakəndə satışını həyata
keçirən alıcı (mal alan) istehlakçının
qaytardığı lazımi keyfiyyətli olmayan malın
ağlabatan müddətdə dəyişdirilməsini tələb
edə bilər, bu şərtlə ki, göndərmə
müqaviləsində ayrı qayda nəzərdə
tutulmasın.
Maddə 640. Komplektsiz malların
göndərilməsinin nəticələri
640.1. Göndərmə
müqaviləsinin şərtləri, komplektlik barəsində
adətən irəli sürülən tələblər
pozulmaqla malların göndərildiyi alıcı (mal alan) mal
göndərənə qarşı bu Məcəllənin
592-ci maddəsində nəzərdə tutulan tələbləri
irəli sürə bilər.
640.2.
Malların pərakəndə satışını həyata
keçirən alıcı (mal alan) istehlakçının
qaytardığı komplektsiz malların ağlabatan müddətdə
komplektli mallarla əvəz olunmasını tələb edə
bilər, bu şərtlə ki, göndərmə müqaviləsində
ayrı qayda nəzərdə tutulmasın.
Maddə 641. Mallar tam göndərilmədikdə,
malların qüsurlarının aradan qaldırılmasına
və ya komplektinin tamamlanmasına dair tələblər yerinə
yetirilmədikdə alıcının hüquqları
641.1. Əgər
mal göndərən göndərmə müqaviləsində
nəzərdə tutulan miqdarda malları göndərməzsə
və ya pis keyfiyyətli malların dəyişdirilməsinə
və ya malların komplektinin tamamlanmasına dair
alıcının tələblərini müəyyənləşdirilmiş
müddətdə yerinə yetirməzsə,
alıcının ixtiyarı var ki, göndərilməmiş
malları başqa şəxslərdən əldə edərək
buna çəkdiyi bütün zəruri və ağlabatan xərcləri
mal göndərənə aid etsin.
641.2. Mal
göndərən tərəfindən malların tam göndərilmədiyi
və ya malların qüsurlarının aradan
qaldırılmasına və ya malların komplektinin
tamamlanmasına dair alıcının tələblərinin
yerinə yetirilmədiyi hallarda alıcının malları
başqa şəxslərdən əldə etməyə
çəkdiyi xərclər bu Məcəllənin 645.1-ci
maddəsində nəzərdə tutulan qaydalara uyğun
hesablanır.
641.3.
Malların qüsurları aradan qaldırılanadək və
komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək
alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və
komplektsiz malları ödəməkdən imtina edə bilər,
malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin
qaytarılmasını tələb edə bilər.
Maddə 642. Malların tam göndərilməməsi
və ya göndərilməsinin gecikdirilməsi
üçün dəbbə pulu
Malların tam
göndərilməməsi və ya göndərilməsinin
gecikdirilməsi üçün qanunla və ya göndərmə
müqaviləsi ilə müəyyənləşdirilmiş
dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş
malların miqdarını göndərmənin sonrakı
dövrlərində tamamlamaq vəzifəsinin hüdudları
daxilində öhdəliyini faktik icra edənədək
tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə
dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə
tutulmasın.
Maddə 643. Bir neçə
göndərmə müqaviləsi üzrə eyni
növlü öhdəliklərin icrası
643.1. Mal
göndərən eyni vaxtda bir neçə göndərmə
müqaviləsi üzrə alıcıya eyni adlı mallar
göndərdikdə və göndərilmiş malların
miqdarı mal göndərənin bütün müqavilələr
üzrə öhdəliklərinin icrası üçün
yetərli olmadıqda göndərilmiş mallar mal göndərənin
göndərmə zamanı və ya göndərmədən
sonra dərhal göstərdiyi müqavilənin icrası
hesabına daxil edilməlidir.
643.2. Əgər
alıcı bir neçə göndərmə müqaviləsi
üzrə aldığı eyni adlı malları mal göndərənə
ödəmişsə və ödəniş məbləği
alıcının bütün müqavilələr üzrə
öhdəliklərinin icrası üçün yetərli
deyilsə, ödənilmiş məbləğ
alıcının malları ödəyərkən göstərdiyi
müqavilənin icrası hesabına daxil edilməlidir.
643.3. Əgər
mal göndərən və ya alıcı bu Məcəllənin
643.1 və 643.2-ci maddələrinə uyğun onlara verilmiş
hüquqlardan istifadə etməzlərsə, öhdəliyin
icrası icra müddəti daha tez çatan müqavilə
üzrə öhdəliklərin icrası hesabına daxil
edilir. Əgər bir neçə müqavilə üzrə
öhdəliklərin icrası müddəti eyni vaxtda
çatarsa, həyata keçirilmiş icra bütün
müqavilələr üzrə öhdəliklərin
icrası hesabına mütənasib surətdə daxil edilir.
Maddə 644. Göndərmə
müqaviləsinin birtərəfli dəyişdirilməsi və
ya onun icrasından birtərəfli imtina – çıxarılmışdır.[450]
Maddə 645. Müqavilə ləğv
edilərkən zərərin hesablanması
645.1. Əgər
satıcının öhdəliyi pozması nəticəsində
müqavilə ləğv edildikdən sonra ağlabatan
müddətdə alıcı müqavilədə nəzərdə
tutulan malın əvəzinə başqa şəxsdən
daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa,
müqavilədə müəyyənləşdirilmiş qiymətlə
onun əvəzinə icra edilmiş əqd üzrə qiymət
arasındakı fərq şəklində zərərin əvəzinin
ödənilməsi tələbini satıcıya qarşı
irəli sürə bilər.
645.2. Əgər
alıcının öhdəliyi pozması nəticəsində
müqavilə ləğv edildikdən sonra ağlabatan
müddətdə satıcı malı müqavilədə nəzərdə
tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə
başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş
qiymətlə onun əvəzinə icra edilmiş əqd
üzrə qiymət arasındakı fərq şəklində
zərərin əvəzinin ödənilməsi tələbini
alıcıya qarşı irəli sürə bilər.
645.3. Əgər
bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində
nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv
edildikdən sonra onun əvəzinə başqa əqd
bağlanmamışsa və həmin malın cari qiyməti
varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş
qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı
cari qiymət arasındakı fərq şəklində zərərin
əvəzinin ödənilməsi tələbini irəli
sürə bilər.
645.4. Malın
verilməli olduğu yerdə oxşar mal üçün
müqayisəyə gələn şəraitdə adətən
alınmış qiymət cari qiymət sayılır. Əgər
həmin yerdə cari qiymət yoxdursa, başqa yerdə tətbiq
edilən, ağlabatan əvəz ola bilən cari qiymət,
malın nəql edilməsi xərclərindəki fərq nəzərə
alınmaqla, tətbiq edilə bilər.
645.5. Bu Məcəllənin
645.1.-645.4-cü maddələrində nəzərdə tutulan
tələblərin yerinə yetirilməsi öhdəliyi icra
etməmiş və ya lazımınca icra etməmiş tərəfi
digər tərəfə vurulmuş başqa zərərin əvəzini
ödəməkdən azad etmir.
§ 5. Daşınmaz əşyaların
alğı-satqısı
Maddə 646. Daşınmaz əşyaların
alğı-satqısı müqaviləsi
646.1.
Daşınmaz əşyaların alğı-satqısı
müqaviləsinə görə satıcı torpaq sahəsini,
evi, binanı, qurğunu, mənzili və ya digər
daşınmaz əşyanı alıcının mülkiyyətinə
verməyi öhdəsinə götürür.
646.2. Əgər
bu Məcəllənin bu paraqrafının
aşağıdakı müddəalarından ayrı qayda irəli
gəlmirsə, daşınmaz əşyaların
alğı-satqısına əşyaların
alğı-satqısı haqqında ümumi müddəalar
müvafiq surətdə tətbiq edilir.
Maddə
647 . Daşınmaz
əşyaların alğı-satqısı müqaviləsinin
rəsmiləşdirilməsi xərcləri
Alğı-satqı
müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və
daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınması xərclərini alıcı çəkir.[451]
Maddə 648. Daşınmaz əşyaların
alğı-satqısı zamanı tərəflərin vəzifəsi
648.1.
Daşınmaz əşyaların alğı-satqısı
halında tərəflərdən hər biri mülkiyyət
hüququnun keçirilməsi faktının daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınması
üçün öz tərəfindən zəruri
olanları həyata keçirərək özünün vermə
və ya qəbul etmə vəzifəsini icra edir.
648.2.
Satılmış əşya ilə bağlı risklər, xərclər
və faydalar şübhə halında alıcıya
yalnız daşınmaz əmlakın dövlət reyestrinə
daxil edildiyi andan keçir. Əgər tərəflərdən
biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o,
bununla əlaqədar əmələ gəlmiş zərərin
əvəzini digər tərəfə ödəməlidir.
648.3. Alqı-satqı müqaviləsinin predmetini digər
müddəalarla yanaşı, tikintisi başa çatmayan
binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin
bağlı olduğu paylar təşkil edirsə,
alıcının üzərinə həmin payların
alış qiymətini tikinti başa çatmazdan əvvəl
tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz.
Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci
maddəsində nəzərdə tutulmuş şərtlər
nəzərə alınmaqla və tikintinin mərhələləri
üzrə hissələrlə həyata keçirilməlidir.[452]
Maddə 649. Satılmış
daşınmaz əşyanın uyğun olmaması
Satılmış
daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə
uyğun olmamasından savayı həmin əşyaya aid
artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın
dövlət reyestrində göstərildiyi halda da baş
verir.
Maddə 650. Daşınmaz əşyaların
alğı-satqısı haqqında müddəaların rəsmi
reyestrlərdə qeydə alınması tələb edilən
daşınar əşyaların alğı-satqısına tətbiqi
Rəsmi reyestrlərdə
qeydə alınması tələb edilən daşınar əşyalara
daşınmaz əşyaların alğı-satqısı
haqqında göstərişlər müvafiq surətdə tətbiq
edilir.
§ 6. Tələblərin və digər
hüquqların alğı-satqısı
Maddə 651. Əşyaların
alğı-satqısı haqqında müddəaların tələblərin
və digər hüquqların alğı-satqısına tətbiqi
Tələblərin
və digər hüquqların alğı-satqısına əşyaların
alğı-satqısı haqqında göstərişlər
müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə
qeydə alınmış daşınmaz əşyalara və
obyektlərə hüquqların satıldığı
hallarda bu Məcəllənin 646 - 650-ci maddələri
müvafiq surətdə tətbiq edilir.
Maddə 652. Hüququn
keçirilməsi (tələbin güzəşti)
Hüququn
satıldığı halda göndərmə və qəbul
hüququn keçirilməsindən (tələbin güzəştindən)
ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması
və alıcıya keçirilməsi xərclərini
satıcı çəkir.
Maddə 653. Əşyaya
sahiblik hüquqlarının satılması
Əşyaya
sahiblik səlahiyyəti verən hüququn
satıldığı halda satıcı alıcıya
qüsurlardan, habelə üçüncü şəxslərin
hüquqlarından və iddialarından azad əşya
göndərməyə borcludur.
Maddə 654. Hüquqların və
tələblərin alğı-satqısı zamanı
satıcının məsuliyyəti
654.1. Hər
hansı tələbin və hər hansı digər
hüququn satıcısı həmin tələbin və ya
hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli
kağızın satıcısı belə bir məsuliyyət
də daşıyır ki, həmin qiymətli
kağızın etibarsızlığına səbəb ola
biləcək hansısa icraata başlanılmayacaqdır.
654.2. Əgər
hər hansı tələbin satıcısı borclunun ödəniş
qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə
götürürsə, hesab edilir ki, həmin məsuliyyət
bu tələbin güzəşt edildiyi an üçün
ödəniş qabiliyyətinə aiddir.
§ 7. Faktorinq
Maddə 655. Faktorinq müqaviləsi
655.1. Faktorinq
pul tələbinin güzəşt edilməsi müqabilində
maliyyələşdirmədir. Faktorinq müqaviləsinə
görə bir tərəf (faktor) üçüncü şəxs
(borclu) barəsində müştərinin (kreditorun)
üçüncü şəxsə mal verməsindən,
işlər görməsindən və ya xidmətlər
göstərməsindən irəli gələn pul tələbinin
hesabına digər tərəfə (müştəriyə)
pul vəsaiti verir və ya verməyi öhdəsinə
götürür, müştəri isə bu pul tələbini
faktora güzəşt edir və ya güzəşt etməyi
öhdəsinə götürür.
655.2. Pul tələblərinin
güzəşti barəsində borcluya bildiriş verilməlidir.
655.3.
Müştəri faktor qarşısında öhdəliyinin
icrasını təmin etmək məqsədi ilə də borcluya
olan pul tələbini faktora güzəşt edə bilər.
655.4. Faktorun
faktorinq müqaviləsi üzrə öhdəliklərinə
müştəri üçün mühasibat uçotunun
aparılması, habelə müştəriyə güzəşt
predmeti olan pul tələbləri ilə bağlı digər
maliyyə xidmətlərinin göstərilməsi də daxil
ola bilər.
655.5. Faktorinq
müqaviləsi yazılı formada bağlanır.
655.6. Faktorinq
müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları,
habelə bu cür fəaliyyəti həyata keçirməyə
icazəsi olan başqa kommersiya təşkilatları
bağlaya bilərlər.
Maddə 656. Tələblərin
alğı-satqısı haqqında müddəaların
faktorinq müqaviləsinə tətbiqi
Əgər bu Məcəllənin
bu paraqrafının aşağıdakı müddəalarından
ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə
tələblərin alğı-satqısı və verilməsi
haqqında müddəalar tətbiq edilir.
Maddə 657. Faktorinq müqaviləsinin
iştirakçıları arasında münasibətlərin
xüsusiyyətləri
657.1. Çıxarılmışdır. [453]
657.2. Faktorinq
müqaviləsinin gələcək tələblərin
güzəştinə əsas verən hər hansı
müddəası tələblərin verilmə üzrə
hansısa əlavə hərəkətlər edilmədən
əmələ gəldiyi məqamda faktora keçməsini
bildirir.
657.3. Faktorinq
müqaviləsində müştərinin
hüquqlarının faktora hansı dərəcədə
keçməsi də tənzimlənə bilər.
657.4. Əgər
borclu müştəridən və ya müştərinin vəkaləti
ilə faktordan güzəşt barəsində yazılı
bildiriş almışdırsa, ödənişi faktora həyata
keçirməlidir. Bildiriş yalnız o halda
etibarlıdır ki, güzəşt edilmiş tələbləri
və borclunun ödənişi həyata keçirdiyi və
ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər
dəqiq göstərsin və bildirişin verildiyi an və ya
daha əvvəl bağlanmış müqavilədən irəli
gələn tələblərə aid olsun.
657.5. Əgər
borclu başqa şəxsin ödənişi həyata
keçirməkdə üstünlük hüququndan xəbərdardırsa,
bu Məcəllənin 657.4-cü maddəsinə uyğun
ödənişi həyata keçirmək vəzifəsi aradan
qalxır.
657.6. Borclunu
faktora ödəniş nəticəsində borcdan azad edən
digər əsaslardan asılı olmayaraq, borcdan azad edilmə
o halda ödənişin nəticəsi olur ki, həmin ödəniş
bu Məcəllənin 657.4-cü maddəsinə uyğun həyata
keçirilir.
657.7. Əgər
faktor borcludan müqavilə əsasında əmələ gəlmiş
tələb üzrə məbləğ ödəməyi tələb
edirsə, borclu həmin müqavilədən irəli gələn
və müştərinin ondan ödəniş tələb
etdiyi halda irəli sürə biləcəyi bütün
etirazları faktora bildirə bilər. Borclu güzəşt
haqqında yazılı bildirişin verildiyi məqamda
müştəriyə qarşı olan tələblərinin
ödənilməsinə dair hər hansı hüququ da
qarşılıqlı əvəzləşdirmə çərçivəsində
faktora qarşı etiraz kimi irəli sürə bilər.
657.8. Mal
göndərənin alğı-satqı müqaviləsi
üzrə öhdəlikləri icra etməməsi, lazımınca
icra etməməsi və ya icranı gecikdirməsi
özlüyündə borcluya faktora ödədiyi məbləğin
qaytarılmasını tələb etmək hüququ vermir.
Əgər borclu hər hansı tələb üzrə
faktora ödədiyi məbləğin qaytarılmasını
tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin
qaytarılmasını yalnız o halda tələb edə bilər
ki, faktor bu tələb üzrə mal göndərənə
ödəmə öhdəliyini icra etməsin və ya
borclunun ödəniºinin aid edildiyi mallar barəsində
müqavilənin müştəri tərəfindən yerinə
yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və
ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi məqamda icra
etsin.
657.9. Əgər
müştəri faktorinq müqaviləsi əsasında hər
hansı tələbi faktora güzəşt edirsə, onda əvvələn,
faktor tərəfindən tələbin hər hansı
növbəti güzəştinə və ya hər hansı
sonrakı tələb alana bu Məcəllənin 657.4 -
657.8-ci maddələri elə tərzdə tətbiq edilir ki,
sonrakı tələb alan sanki faktordur, ikincisi isə, növbəti
güzəşt haqqında borcluya ünvanlanmış
bildiriş həm də faktora ünvanlanmış bildiriş
olur.
657.10. Bu Məcəllənin
bu paraqrafının müddəaları faktorinq müqaviləsi
ilə qadağan olunmuş sonrakı güzəştə tətbiq
edilmir.
§ 8. Sınama üçün alğı-satqı
Maddə 658. Sınama
üçün alğı-satqı müqaviləsi
658.1. Sınama
və ya yoxlama üçün alğı-satqı müqaviləsi
alıcının həmin predmeti almağa razılıq
verdiyi vaxtadək təxirəsalıcı şərtlə
bağlanan alğı-satqı müqaviləsidir.
658.2. Sınama
üçün alğı-satqı müqaviləsinə
görə satıcı alıcıya predmeti gözdən
keçirməyə icazə verməlidir.
658.3. Çıxarılmışdır. [454]
658.4.
Alıcı sınama və ya yoxlama üçün
aldığı predmet barəsində
razılığını yalnız müəyyənləşdirilmiş
müddət ərzində, bu müddət müəyyənləşdirilmədikdə
isə yalnız satıcının alıcı
üçün müəyyənləşdirdiyi ağlabatan
müddət bitənədək bildirə bilər. Əgər
əşya sınama və ya gözdən keçirmə
üçün artıq alıcıya verilmişdirsə,
onun susması razılıq kimi qiymətləndirilir.
30-cu fəsil.
Satın almaqda
üstünlük hüququ və digər üstünlük
hüquqları
Maddə 659. Satın almaqda
üstünlük hüququ və digər üstünlük
hüquqları haqqında ümumi müddəalar
659.1. Satın almaqda
üstünlük hüququ və hər hansı əşyaya
və ya hər hansı hüquqa digər üstünlük
hüquqları qanuna görə və ya müqavilə əsasında
əmələ gələ bilər. Əgər belə
hüquqlar müqaviləyə əsaslanırsa, yalnız
müqavilə iştirakçılarını mükəlləfiyyətli
edir və həmin əşyanı və ya həmin hüququ
arxayın əldə etmiş üçüncü şəxslərə
qarşı qoyula bilməz.
659.2. Satın
almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan
digər üstünlük hüquqları yalnız nəzərdə
tutduqları əqdin etibarlığı üçün tələb
edilən formada qeydə alınmış olduqda etibarlıdır.
659.3. Satın
almaqda üstünlük hüququnun və digər
üstünlük hüquqlarının
aşağıdakı hallarda qüvvəsi yoxdur:
659.3.1. onlar
başqasına verilməsi normativ hüquqi aktlarda nəzərdə
tutulmuş xüsusi prosedurlarla tənzimlənən obyektlərə
və ya hüquqlara aid olduqda;
659.3.2. icraat
çərçivəsində, o cümlədən məcburi
auksion satışı çərçivəsində
satış halında.
659.4. Əgər
satın almaqda üstünlük hüququ və müqaviləyə
əsaslanan digər üstünlük hüquqları qıt
olan ən zəruri əşyalara və hüquqlara aiddirsə,
maraqlı şəxslər onların etibarlığı barəsində
mübahisə edə bilərlər.
659.5. Əgər
satın almaqda hər hansı üstünlük hüququnun və
digər üstünlük hüququnun qüvvəsi yoxdursa,
belə hüququn verilməsi üçün ödənilmiş
haqqın əvəzi, o cümlədən onun ödənildiyi
gündən qanunla müəyyənləşdirilmiş faizlər
ödənilməlidir.
Maddə 660. Satın almaqda
üstünlük hüququ
660.1. Hər
hansı obyekti üstün satın almağa ixtiyar verilmiş
şəxs bu hüququnu satın almaqda üstünlük
hüququ üzrə mükəlləfiyyətli olan şəxs
həmin obyektin alğı-satqısı barədə hər
hansı üçüncü şəxslə müqavilə
bağladıqdan sonra həyata keçirə bilər.
660.2. Mükəlləfiyyətli
şəxs üçüncü şəxslə
bağladığı müqavilənin məzmununu
üstün satın almağa ixtiyar verilmiş şəxsə
ləngimədən bildirməlidir. Mükəlləfiyyətli
şəxsin məlumatı üçüncü şəxsin
məlumatı ilə əvəz edilə bilər. Satın
almaqda üstünlük hüququ məlumat alındıqdan
sonra iki ay ərzində həyata keçirilə bilər.
660.3. Satın
almaqda üstünlük hüququnun həyata keçirilməsi
üçün mükəlləfiyyətli şəxsə
bu barədə ərizə verilir. Ərizədən
ötrü alğı-satqı müqavilələri
üçün müəyyənləşdirilmiş forma tələb
edilmir.
660.4.
İxtiyarlı şəxs satın almaqda üstünlük
hüququnu həyata keçirmək üçün mükəlləfiyyətli
şəxslə alğı-satqı müqaviləsi
bağlayır. Müqavilənin şərtləri mükəlləfiyyətli
şəxslə üçüncü şəxs arasında
razılaşdırılır. Əgər alış qiyməti
cari qiymətdən yüksəkdirsə, ixtiyarlı şəxs
onun cari qiymət səviyyəsinədək
azaldılmasını tələb edə bilər.
İxtiyarlı şəxs həmin hüququ həyata
keçirdikdə mükəlləfiyyətli şəxs
alğı-satqı müqaviləsini ləğv edə bilər.
Müqavilə iştirakçılarının hüquqi
müdafiə vasitələri alğı-satqı müqaviləsi
ilə müəyyənləşdirilir. Əgər
ixtiyarlı şəxs satın almaqda üstünlük
hüququnu həyata keçirənədək əşyaya
mülkiyyət hüququnu üçüncü şəxs
arxayın əldə etmişdirsə, mükəlləfiyyətli
şəxs barəsində ixtiyarlı şəxsin hüquqi
müdafiə vasitələri onun icra etməmə nəticəsində
zərərin əvəzinin ödənilməsi tələbi
ilə məhdudlaşdırılır.
660.5. Mükəlləfiyyətli
şəxsin üçüncü şəxslə
razılaşması alğını satın almaqda
üstünlük hüququnun həyata keçirilməməsindən
asılı etdikdə və ya satın almaqda
üstünlük hüququnun həyata keçirildiyi halda
mükəlləfiyyətli şəxsin imtina hüququnu
qüvvədə saxladıqda həmin razılaşmanın
üstün satın almağa ixtiyar verilmiş şəxs
üçün qüvvəsi yoxdur.
660.6. Əgər
üçüncü şəxs üstün satın
almağa ixtiyar verilmiş şəxsin icra etməyə qadir
olmadığı hər hansı əlavə öhdəliyin
icrasını müqaviləyə əsasən üzərinə
götürürsə, ixtiyar verilmiş şəxs öhdəliyin
icrası əvəzinə onun dəyərini ödəməlidir.
Əgər öhdəliyi pulla qiymətləndirmək
mümkün deyildirsə, satın almaqda üstünlük
hüququnun həyata keçirilməsi istisna edilir. Lakin əgər
üçüncü şəxslə müqavilə həmin
öhdəliksiz də bağlana bilərsə, hər
hansı əlavə öhdəlik haqqında şərt nəzərə
alınmır.
660.7. Əgər
üçüncü şəxs satın almaqda
üstünlük hüququnun şamil edildiyi hər hansı
obyekti digər obyektlərlə birlikdə ümumi qiymətə
alırsa, üstün satın almağa ixtiyar verilmiş
şəxs həmin ümumi qiymətin ağlabatan hissəsini
ödəməlidir. Mükəlləfiyyətli şəxs tələb
edə bilər ki, satın almaqda üstünlük hüququ
bütün bölünməz əşyalara şamil edilsin.
660.8. Ayrı
şərt qoyulmayıbsa, satın almaqda üstünlük
hüququ ixtiyarlı şəxsin vərəsələrinə
verilmir və keçmir. Hüquq konkret müddətlə məhdudlaşdırıldıqda,
o, şübhə halında vərəsəlik üzrə
verilir.
Maddə 661. Digər
üstünlük hüquqları
Tətbiq edilə
bildiyi halda bu Məcəllənin 659 və 660-cı maddələrinin
müddəaları müvafiq olaraq digər
üstünlük hüquqları, o cümlədən
satılmış əşyanın yenidən alınması
(satın alınması) hüququ və kirayəyə və
ya icarəyə götürməkdə üstünlük
hüquqları üçün etibarlıdır.
31-ci fəsil.
Dəyişdirmə
Maddə 662. Dəyişdirmə
müqaviləsi
662.1. Dəyişdirmə
müqaviləsinə görə tərəflərdən hər
biri başqa tərəfin mülkiyyətinə bir əşyanın
müqabilində digər əşyanı verməyi öhdəsinə
götürür.
662.2. Dəyişdirmə
müqaviləsinə alğı-satqı haqqında göstərişlər
müvafiq surətdə tətbiq edilir.
662.3. Dəyişdirmə
müqaviləsi üzrə münasibətlərin hər bir
iştirakçısı digər tərəfə verəcəyini
vəd etdiyi əşyanın satıcısı və
aldığı əşyanın alıcısı
sayılır.
Maddə 663. Dəyişdirmə
müqaviləsi üzrə qiymətlər və xərclər
663.1. Əgər
dəyişdirmə müqaviləsindən ayrı qayda irəli
gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli
sayılır, onların verilməsi və qəbul edilməsi
xərclərini isə hər bir halda müvafiq vəzifələri
daşıyan tərəf çəkir.
663.2. Çıxarılmışdır. [455]
Maddə 664. Dəyişdirmə
müqaviləsi üzrə malı vermək öhdəliyinin
qarşılıqlı icrası
Dəyişdirmə
müqaviləsinə uyğun olaraq dəyişdirilən
malların verilməsi müddətləri üst-üstə
düşmədikdə digər tərəf malı verdikdən
sonra malı verməli olan tərəfin malı vermək
öhdəliyinin icrasına öhdəliklərin
qarşılıqlı icrası haqqında qaydalar tətbiq
edilir.
Maddə 665. Dəyişdirilən
mallara mülkiyyət hüququnun keçməsi
Əgər dəyişdirmə
müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət
hüququ dəyişdirmə müqaviləsi üzrə
alıcı kimi çıxış edən tərəflərə
hər iki tərəf müvafiq malları vermək öhdəliklərini
icra etdikdən sonra eyni vaxtda keçir.
32-ci fəsil.
Bağışlama
Maddə 666. Bağışlama
müqaviləsi
666.1.
Bağışlama müqaviləsi sağ ikən bağlanan
elə müqavilədir ki, onun əsasında hədiyyə
verən öz əmlakının bir hissəsini
bağışlamaqla hədiyyə alanı zənginləşdirir,
həm də bu cür bağışlama hədiyyə alan tərəfindən
heç bir cavab xidməti ilə şərtləndirilmir.
Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni
qəbul etməsi ilə bağlanmış sayılır.
Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə,
hədiyyənin qəbul edildiyi ehtimal olunur.
666.2.
Bağışlama predmeti əşyalar, hədiyyə verənə
və ya üçüncü şəxsə qarşı əmlak
hüquqları (tələblər), habelə hədiyyə
alanın hədiyyə verən və ya üçüncü
şəxs qarşısında əmlak vəzifəsindən
azad edilməsi ola bilər.
666.3. Mənəvi
və ya əxlaqi borcun icrası bağışlama
sayılmır.
Maddə 667.
Bağışlamaq və hədiyyə qəbul etmək
qabiliyyəti
667.1. Fəaliyyət
qabiliyyətli şəxs öz əmlakına dair
bağışlama yolu ilə o halda sərəncam verə bilər
ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti
və ya vərəsəlik hüququ ilə məhdudlaşmış
olmasın.
667.2. Fəaliyyət
qabiliyyəti olmayan şəxsin əmlakından
bağışlama yalnız qanuni nümayəndələrin
məsuliyyətinin saxlanması şərti ilə, habelə
qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə
uyğun olaraq həyata keçirilə bilər.
667.3. Əgər
fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin
xarakterini və nəticələrini qiymətləndirməyə
qadirdirsə, o da hədiyyəni qəbul edə və
hüquqa uyğun surətdə əldə edə bilər.
Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul
olunmasını qadağan etmişsə və ya
qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə
əldə edilmir və ya ləğv edilir.
Maddə 668. Bağışlama
forması. Bağışlama vədi
668.1.
Bağışlama aşağıdakı hallarda
etibarlıdır:
668.1.1.
daşınmaz əşyaların və ya həmin əşyalara
hüquqların bağışlanması zamanı
bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;[456]
668.1.2. rəsmi
reyestrlərdə qeydə alınması tələb edilən
daşınar əşyaların bağışlanması
zamanı bağışlama müqaviləsi notariat
qaydasında təsdiqləndikdə;[457]
668.1.3.
daşınar əşyaların bağışlanması
zamanı hədiyyə verən əşyanı hədiyyə
alana verdikdə;
668.1.4. tələblərin
və digər hüquqların bağışlanması
zamanı onlar bu Məcəllənin tələblərinə
uyğun yazılı surətdə keçirildikdə;
668.1.5. gələcəkdə
bağışlama vəd edildikdə bu vəd notariat
qaydasında təsdiqləndikdə.
668.2. Çıxarılmışdır. [458]
Maddə 669. Hədiyyənin qəbul
edilənədək geri götürülməsi
Nəyi isə
bağışlamaq niyyəti ilə başqa şəxsə
verən şəxs hədiyyə alan hədiyyəni qəbul
edənədək istədiyi vaxt onu geri götürə bilər.
Maddə 670. Bağışlama
müqaviləsi üzrə şərtlər və öhdəliklər
670.1.
Bağışlama şərtlərin və ya öhdəliklərin
yerinə yetirilməsindən asılı edilə bilər.
670.2. Hədiyyə
verənin ölməsi halı üçün bağışlama
vərəsəlik hüququnun göstərişlərinə
uyğun icra edilir.
670.3.
Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə
verən və onun vərəsələri hədiyyə
alanın götürdüyü öhdəliyin icra edilməməsi
və ya lazımınca icra edilməməsi barədə iddia
verə bilərlər. Əgər öhdəliyin icrası ilə
ictimai mənafelərə riayət edilirsə, hədiyyə
verənin ölümündən sonra icranı müvafiq icra
hakimiyyəti orqanı tələb edə bilər.
670.4. Əgər
bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə
alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini
ödəmədiyini və zərərin əvəzinin ona
ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin
icrasından imtina edə bilər.
Maddə 671. Hədiyyənin
restitusiyası
Hədiyyə
verən hədiyyə alanın ondan qabaq ölməsi halı
üçün bağışlanmış əşyanın
restitusiyası hüququnu özündə saxlaya bilər.
Torpaq sahələri və ya onlara əşya hüquqları
bağışlanarkən bu cür restitusiya hüququ
daşınmaz əmlakın dövlət reyestrində
qabaqcadan qeydə alına bilər.
Maddə 672. Hədiyyə verənin
məsuliyyəti
672.1. Hədiyyə
verən hədiyyə alana hədiyyə ilə əlaqədar
dəyən zərər üçün onun
qarşısında yalnız o halda məsuliyyət
daşıyır ki, zərər qəsdən və ya kobud
ehtiyatsızlıq üzündən vurulmuş olsun.
672.2. Qalan
hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd
etdikləri üçün məsuliyyət
daşıyır.
Maddə 673. Bağışlamaqdan
imtina
673.1. Hədiyyə
verən aşağıdakı hallarda bağışlamaqdan
imtina edə bilər:
673.1.1. hədiyyə
alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində
ağır cinayət törətdikdə;
673.1.2. hədiyyə
alan ailə hüquq münasibətlərinə uyğun olaraq
onun üzərinə qoyulmuş vəzifələri hədiyyə
verənin və ya onun yaxın qohumlarının biri barəsində
kobudcasına pozduqda;
673.1.3. o,
bağışlama ilə bağlı öhdəlikləri əsassız
olaraq icra etmədikdə.
673.2. Hədiyyə
verən bağışlamaq barəsində verdiyi vədi
aşağıdakı hallarda ləğv edə və onun
icrasından imtina edə bilər:
673.2.1. bu Məcəllənin
673.1-ci maddəsində nəzərdə tutulan hallarda;
673.2.2. vəd
verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri
bağışlamanı onun üçün son dərəcə
ağır yükə çevirə biləcəyi dərəcədə
dəyişdikdə;
673.2.3. vəd
verildikdən sonra hədiyyə verənin ailə hüquq
münasibətləri üzrə əvvəllər
olmamış, yaxud çox cüzi həcmdə olmuş
öhdəlikləri yarandıqda.
673.3. İmtina
yalnız onun əsasının hədiyyə verənə məlum
olduğu gündən bir il ərzində imtina haqqında
bildirişin hədiyyə alana çatdığı halda
qüvvədədir. Hədiyyə verənin həmin ilin
sonunadək öldüyü halda imtina hüququ qalan müddət
üçün onun vərəsələrinə keçir.
Əgər hədiyyə alan hədiyyə verəni qəsdən
öldürmüşsə və ya bağışlamanı
ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin
vərəsələri bağışlamaqdan imtina edə bilərlər.
673.4.
Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər
bağışlanmış predmet onun mülkiyyətindədirsə,
hədiyyəni qaytarmağa borcludur.
Maddə 674.
Bağışlamanın ləğvi və hədiyyə verənin
öhdəliklərinin xitamı
674.1. Aşağıdakı hallarda
bağışlama imtina hüququnun həyata keçirilməsinə
zərurət olmadan ləğv edilir:
674.1.1.
bağışlanması vəd edilmiş əşya
itirildikdə və ya məhv olduqda;
674.1.2. hədiyyə verənin əmlakı
üçün müsabiqə icraatı başlandıqda.
674.2. Hədiyyə
verən vaxtaşırı xidmətlər göstərməyi
öhdəsinə götürdükdə, əgər
ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun
ölümü ilə xitam verilir.
33-cü fəsil.
Əmlak kirayəsi
Maddə 675. Əmlak kirayəsi
müqaviləsi
Əmlak kirayəsi
müqaviləsinə görə, kirayəyə verən əşyanı
kirayəçinin istifadəsinə verməyi, kirayəçi
isə bunun üçün kirayəyə verənə kirayə
haqqı ödəməyi öhdəsinə
götürür.
Maddə 676. Kirayəyə verənin
məsuliyyəti
676.0.
Bütün kirayə müddəti ərzində kirayəyə
verən aşağıdakılar üçün məsuliyyət
daşıyır:
676.0.1. kirayəyə
verilən əşya kirayəçinin istifadəsi
üçün yararlı vəziyyətdə
olmalıdır;
676.0.2. kirayəyə
verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə
qarantiya verilmiş xassələrə malik olmalıdır;
676.0.3.
üçüncü şəxslərin hər hansı
hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın
müqavilədə nəzərdə tutulan istifadəsinə
mane olmamalı və ya bu istifadəni istisna etməməlidir;
676.0.4.
yaşayış otağı və ya adamların olması
üçün nəzərdə tutulan digər otaq həmişə
elə vəziyyətdə olmalıdır ki, ondan istifadə
istifadəçilərin həyatına və
sağlamlığına vicdanlı kirayəyə verən
üçün aşkar təhlükələr törənməsi
ilə bağlı olmasın.
Maddə 677. Əşya müqaviləyə
uyğun gəlmədikdə kirayəçinin hüquqi
müdafiə vasitələri
677.1. Əmlak
kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin
676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi
kirayəçiyə aşağıdakı hüquqi
müdafiə vasitələrini tətbiq etmək hüququ
verir:
677.1.1. əgər
müqaviləyə uyğunsuzluğu nəticəsində əşya
məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş
istifadəyə yararlığı azalarsa, əşyanın
yararlığının itdiyi müddət üçün
kirayəçi kirayə haqqını ödəməkdən
azad edilir, onun yararlığının azaldığı
müddət üçün isə yalnız kirayə
haqqının bir hissəsini ödəməyə borclu olur.
Yararlığın əhəmiyyətsiz dərəcədə
azalması hesaba alınmır. Yaşayış
otağının kirayəsi müqaviləsində kirayəçinin
ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi
yoxdur;
677.1.2. əgər
müqaviləyə hər hansı uyğunsuzluq onun
bağlandığı məqamda məlum olarsa və ya belə
uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu
hansısa hal nəticəsində sonradan əmələ gələrsə
və ya kirayəyə verən həmin uyğunsuzluğun
aradan qaldırılmasını gecikdirərsə, kirayəçi
bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə
olaraq öhdəliyin icra edilməməsi nəticəsində
dəyən zərərin əvəzini ödəməyi tələb
edə bilər;
677.1.3. bundan
savayı, kirayəyə verənin gecikdirməsi halında
kirayəçi qüsuru özü aradan qaldıra bilər və
çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi
tələb edə bilər;
677.1.4. əgər
kirayəçi kirayəyə götürdüyü əşyanı
tamamilə və ya qismən müqavilə üzrə istifadəyə
müəyyənləşdirilmiş müddətdə
almırsa və ya əşya ondan götürülürsə
və ya əhəmiyyətli dərəcədə pisləşirsə,
kirayəyə verən isə gecikdirməyə yol verirsə,
kirayəçi xəbərdarlıq müddətini gözləmədən
müqaviləni ləğv edə bilər. İstifadəyə
əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə
nəticəsində müqavilənin ləğvinə
yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri
buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı
vaxtında istifadəyə verdiyinə və ya qüsuru
müəyyənləşdirilmiş müddət bitənədək
aradan qaldırdığına əsaslanaraq müqavilənin
ləğvinə yol verilə bilməsi barədə
mübahisə edirsə, o bunları sübut etməlidir.
Yaşayış otağının kirayəsi üzrə
hüquq münasibətlərində müqaviləni ləğv
etmək hüququnu istisna edən və ya məhdudlaşdıran
razılaşmanın qüvvəsi yoxdur.
677.2. Əgər
kirayəyə götürülən əşyanın
müqaviləyə uyğunsuzluğu kirayəçiyə
müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin
677.1-ci maddəsində müəyyənləşdirilmiş
hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi
qüsuru bilə-bilə müqavilənin şərtlərinə
uyğun gəlməyən əşyanı qəbul edirsə,
bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı
qəbul edərkən onları həyata keçirmək
hüququnu özündə saxlamış olsun. Bu (677.2) maddənin
müddəaları bu Məcəllənin 677.1.4-cü maddəsinə
uyğun olaraq, müqavilənin pozuntularına tətbiq
edilmir.
677.3. Kirayəçi
kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə
hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı
və ya onun istifadəçilərini gözlənilməz təhlükədən
qorumaq üçün tədbirlər görülməsi zərurəti
barəsində kirayəyə verənə dərhal
bildiriş verməlidir. Bu, əşya barəsində
üçüncü şəxslərin
hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir.
Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində
əmələ gələn zərərin əvəzini
ödəməyə borcludur; kirayəyə verən kirayəçinin
bildiriş verməməsi üzündən hər hansı
qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin
bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş
hüquqları həyata keçirmək hüququ yoxdur.
677.4. Kirayəyə
verəni kirayəyə verilmiş əşyanın
qüsurları üçün məsuliyyətdən azad edən
və ya bu məsuliyyəti məhdudlaşdıran
razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə
ki, kirayəyə verən həmin qüsurlar barəsində
qəsdən susmuş olsun.
Maddə 678. Kirayəyə
verilmiş əşyaya təsirlər
678.1.
Otaqların kirayəçisi obyektiv baxıldıqda kirayəyə
götürülmüş otaqlara təsirlə ya
bağlı olmayan, ya da əhəmiyyətsiz dərəcədə
bağlı olan tədbirlərin kirayəyə verən tərəfindən
həyata keçirilməsinə yol verməlidir.
678.2. Obyektiv
baxıldıqda kirayəyə götürülmüş əşyaya
hər hansı əhəmiyyətli təsirlə bağlı
olan tədbirlərə kirayəçi bu şərtlə
yol verməlidir ki:
678.2.1. təsir,
əvvələn, kirayəyə verilmiş otaqların və
ya binanın salamatlığı üçün zəruri
olan, ikincisi isə, kirayəyə verilmiş otaqların və
ya binanın digər hissələrinin
yaxşılaşdırılmasına, yaxud isitməyə sərf
olunan enerjiyə qənaət edilməsinə yönəldilən,
kirayəçi və ya onun ailəsi üçün
yolverilməz rahatsızlıqlar yaratmayan tədbirlərin nəticəsi
olsun (yolveriləbilənlik qiymətləndirilərkən
görülən işlərin törətdiyi
rahatsızlıqların xarakteri və müddəti, kirayəçinin
əvvəlki məsrəfləri, kirayə haqqının
gözlənilə bilən artımı, habelə kirayəyə
verənin və digər kirayəçilərin əsaslı
mənafeləri nəzərə alınır. Əgər
kirayəyə verilmiş otaqlar və ya binanın digər
hissələri yalnız hamılıqla qəbul olunmuş
sayılan vəziyyətə gətirilərsə, kirayə
haqqının gözlənilə bilən artımı nəzərə
alınmır);
678.2.2. kirayəyə
verən tədbirlərin həyata keçirilməsinə
üç ay qalmış kirayəçiyə bu tədbirlərin
xarakteri, həcmi, başlanğıcı və ehtimal edilən
müddəti barəsində, habelə kirayə
haqqının mümkün artımı barəsində
yazılı bildiriş versin;
678.2.3. kirayəyə
verən həmin tədbirlərin həyata keçirilməsi
nəticəsində kirayəçinin çəkməli
olacağı xərclərin əvəzini ödəsin; kirayəçinin
xahişi ilə kirayəyə verən ona avans verməlidir.
678.3. Bu Məcəllənin
678.2-ci maddəsinə uyğun hallarda kirayəçi
bildirişin daxil olduğu tarixdən iki ay ərzində
müqaviləni növbəti ayın sonu üçün ləğv
etmək hüququna malikdir. Əgər kirayəçi
müqavilənin ləğv olunduğunu bəyan edərsə,
tədbirlərin görülməsi kirayə müddətinin
sonunadək təxirə salınır.
678.4.
Yaşayış otağının kirayəsi müqaviləsində
kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində
razılaşmanın qüvvəsi yoxdur.
Maddə 679. Əmlak kirayəsi
müqaviləsi üzrə yüklülüklərin,
dövlət vergilərinin və yerli vergilərin ödənilməsi
Kirayəyə
verilmiş əşya ilə bağlı yüklülükləri,
dövlət vergilərini və yerli vergiləri, ayrı
razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir.
Maddə 680. Kirayəçinin
zəruri məsrəfləri
680.1. Kirayəyə
verən kirayəyə verilmiş əşyanın
saxlanması və ya bərpası üçün kirayəçinin
çəkdiyi zəruri xərclərin əvəzini ona
ödəməyə borcludur. Əvəzi ödənilən
xərclərə aşağıdakılar aid deyildir:
680.1.1.
binaların, qurğuların və ya nəqliyyat vasitələrinin
kirayəsi halında - istismar, qulluq və təmizləmə
xərcləri;
680.1.2.
heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə
xərcləri.
680.2. Kirayəyə
verənin digər xərclərinin, o cümlədən kirayəyə
verilmiş əşyanın
yaxşılaşdırılması xərclərinin əvəzini
ödəmək vəzifəsi bu Məcəllənin özgə
işlərini tapşırıqsız aparmaq haqqında
müddəaları ilə müəyyənləşdirilir.
Maddə 681. Kirayəçinin
qurğuları
Kirayəçinin
əşyaya əlavə etdiyi qurğunu götürmək
hüququ vardır. Yaşayış otağı kirayəçisinin
qurğunu götürmək hüququnu istisna edən
razılaşmanın qüvvəsi yoxdur.
Maddə 682. Kirayəyə
götürülmüş əşyanın dəyişməsi
və ya pisləşməsi
Kirayəçi
kirayəyə götürdüyü əşyanın
müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi
və ya pisləşməsi üçün məsuliyyət
daşımır.
Maddə 683. Kirayəyə
götürülmüş əşyanın
üçüncü şəxslərə verilməsi
683.1. Kirayəyə
verənin icazəsi olmadan kirayəçinin kirayəyə
götürdüyü əşyanı kirayəyə verənin
ailəsinin tərkibinə daxil olmayan üçüncü
şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı
ikinci əldən kirayəyə vermək hüququ yoxdur.
Əgər kirayəyə verən icazə verməkdən
imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş
müddəti gözləməklə hüquq münasibətlərini
ləğv edə bilər, bu şərtlə ki, obyektiv
baxıldıqda üçüncü şəxs icazədən
imtina üçün mühüm əsaslar verməsin.
683.2. Əgər
kirayə müqaviləsi bağlandıqdan sonra
yaşayış otağı kirayəçisinin həmin
otağın bir hissəsini istifadə üçün hər
hansı üçüncü şəxsə verməyə əsaslı
marağı vardırsa, bunun üçün kirayəyə
verəndən icazə almaq hüququna malikdir, bu şərtlə
ki, obyektiv baxıldıqda üçüncü şəxs
icazədən imtina üçün mühüm əsaslar
verməsin, yaşayış otağı həddindən
artıq yüklənməsin və ya kirayəyə verənin
bu cür ikinci əldən kirayəyə adətən yol
verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu
cür ikinci əldən kirayəyə yalnız kirayə
haqqının ağlabatan dərəcədə
artırılması şərti ilə yol verirsə, icazə
verməsini kirayəçinin belə artımla
razılaşması ilə şərtləndirə bilər.
Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar
barəsində razılaşmanın qüvvəsi yoxdur.
683.3. İstifadə
hər hansı üçüncü şəxsə verilərkən
kirayəçi, hətta kirayəyə verən ikinci əldən
kirayəyə razılıq versə belə, həmin
üçüncü şəxsin istifadə zamanı əmələ
gələn təqsiri üçün məsuliyyət
daşıyır.
Maddə 684. Əmlak kirayəsi
üçün ödəniş müddəti
684.1. Əmlak
kirayəsi haqqı, əgər kirayə müddəti bir
aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir.
Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak
kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə
hər ayın sonunda hissə-hissə ödənilməlidir.
Əgər əmlak kirayəsi haqqı zaman hissələri
üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin
sonunda ödənilir.
684.2. Kirayəçi
ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə
görə həyata keçirə bilmədiyinə görə
əmlak kirayəsi haqqını ödəməkdən azad
edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan
istifadə zamanı qənaət edilmiş məsrəflərin
hesabı, habelə əşyadan başqa şəkildə
istifadə etsəydi, əldə edə biləcəyi
faydaların hesabı ilə razılaşmalıdır.
Maddə 685. Kirayəyə verənin
hüquqi müdafiə vasitələri
685.1. Əgər
kirayəçi və ya onun kirayəyə
götürdüyü əşyanı istifadəyə
verdiyi hər hansı digər şəxs kirayəyə verənin
xəbərdarlığına baxmayaraq müqaviləyə
uyğun olmayan və kirayəyə verənin
hüquqlarını əhəmiyyətli dərəcədə
pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı
üçüncü şəxsin qeyri-hüquqi istifadəsində
saxlayırsa və ya təhlükəyə məruz qoyursa,
bununla da özünün vicdanlı kirayəçi vəzifələrini
pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq
müddətini gözləmədən ləğv edə bilər.
Kirayəçi müqavilənin ləğvinə dair
bildiriş vermək əvəzinə neqator iddiası da irəli
sürə bilər.
685.2. Kirayəyə
verən xəbərdarlıq müddətini gözləmədən
kirayə müqaviləsini aşağıdakı hallarda ləğv
edə bilər:
685.2.1. kirayəçi
iki ardıcıl müddət üçün kirayə
haqqının və ya onun xeyli hissəsinin ödənilməsini
gecikdirdikdə;
685.2.2 ikidən
çox müddət üçün iki aylıq əmlak
kirayəsi haqqının məbləğinə çatan məbləğdə
əmlak kirayəsi haqqının ödənilməsini
gecikdirdikdə.
685.3. Bu Məcəllənin
685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv
edilənədək kirayəyə verən təmin edilərsə,
müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi
qarşılıqlı əvəzləşdirmə çərçivəsində
öz borcundan azad edilərsə və müqavilənin ləğvi
bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə,
müqavilənin ləğvi etibarsız olur.
685.4. Kirayəyə
verilmiş yaşayış otağına bu Məcəllənin
685.2-ci maddəsindən əlavə, aşağıdakı
göstərişlər tətbiq edilir:
685.4.1. bu Məcəllənin
685.2.1-ci maddəsində nəzərdə tutulan halda əmlak
kirayəsi haqqının ödənilməmiş hissəsi
yalnız bir aylıq əmlak kirayəsi haqqının məbləğindən
yüksək olduqda əhəmiyyətli sayılır (lakin
yaşayış otağı yalnız müvəqqəti
istifadə üçün kirayəyə verilirsə, bu, tətbiq
edilmir);
685.4.2. əgər
əmlak kirayəsi haqqının vaxtında ödənilməməsi
nəticəsində otaqdan çıxarma hüququ
haqqında və kirayəyə verənin bu Məcəlləyə
uyğun icra edilməli digər hüquqları haqqında
iş icraata qəbul edildikdən sonra bir ay başa qurtaranadək
kirayəyə verən təmin edilərsə və ya onu təmin
etmək vəzifəsini hər hansı dövlət
orqanı öz öhdəsinə götürərsə,
müqavilənin ləğvinin qüvvəsi yoxdur;
685.4.3. kirayəyə
verənin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində
razılaşmanın qüvvəsi yoxdur.
Maddə 686. Kirayə müqaviləsi
üzrə hüquq münasibətlərinin davam etdirilməsinə
yol verilmədiyi hallar. Xəbərdarlıq müddəti
gözlənilmədən müqavilənin ləğvi
Əgər tərəflərdən
biri öhdəliklərini öz təqsiri üzündən o
dərəcədə pozursa ki, otaqların kirayəsi
müqaviləsi üzrə hüquq münasibətlərinin
davam etdirilməsi digər tərəf üçün
yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq
müddəti gözlənilmədən ləğv edilə
bilər. Tərəflərin bu maddənin göstərişlərinə
zidd olan razılaşmasının qüvvəsi yoxdur.
Maddə 687. Yaşayış
otağının kirayəsi müqaviləsinin qanunda nəzərdə
tutulan əsaslardan savayı, başqa əsaslarla dərhal ləğv
edilməsinin qadağan olunması
Yaşayış
otağını kirayəyə verənə müqavilənin
ləğvi müddətini gözləmədən müqaviləni
qanunda göstərilən əsaslardan savayı, başqa əsaslarla
ləğv etmək hüququ verən razılaşmanın
qüvvəsi yoxdur.
Maddə 688. Əmlak kirayəsi
zamanı bron haqqı, beh, dəbbə pulu
688.1. Kirayədə
marağı olan hər hansı şəxsin gələcəkdə
kirayə müqaviləsi bağlanması məqsədilə
ödədiyi haqq (bron və ya ehtiyatda saxlama haqqı):
688.1.1. əgər
kirayəyə verənə, onun müavinlərinə və
ya vasitəçilərinə ödənilmişdirsə,
kirayə müqaviləsinin bağlandığı zaman əmlak
kirayəsi haqqının hesabına daxil edilir. Əgər
vasitəçi daşınmaz əmlakla əqdlər üzrə
maklerdirsə, bron haqqı əvvəlcə maklerin dövlət
tarifləri əsasında hesablanan muzdunun hesabına gedir və
yalnız qalan hissə əmlak kirayəsi haqqının
hesabına daxil edilir;
688.1.2. əgər
iki aylıq kirayə haqqının məbləğindən
yüksəkdirsə, kirayədə marağı olan şəxs
tərəfindən istənilən vaxt geri tələb edilə
bilər;
688.1.3. əgər
kirayə müqaviləsi kirayədə marağı olan
şəxsin təqsiri olmadan bağlanmazsa və ya kirayə
müqaviləsinə zidd olaraq kirayəçinin əşyaya
sahibliyə başlaması imkanı təmin edilməzsə,
kirayədə marağı olan şəxs tərəfindən
istənilən vaxt tamamilə geri tələb edilə bilər.
688.2. Əgər
kirayəçi kirayəyə verənin öz öhdəliklərini
icra etməsi üçün ona təminat verməlidirsə,
bu cür təminat bir aylıq əmlak kirayəsi
haqqının iki mislindən çox olmamalıdır. Əgər
təminat pul məbləği ilə ifadə edilirsə,
kirayəyə verən onu bankda öz kapitalından
ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş
əmanətlər üçün adi olan faizlər ilə
yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur
və öhdəliyin təminatının artmasına xidmət
edir.
688.3.
Yaşayış otaqlarının kirayəsi halında kirayəçinin
ziyanına olaraq bu Məcəllənin 688.1 və 688.2-ci maddələrinin
tələblərindən kənaraçıxmalar barəsində
razılaşmanın qüvvəsi yoxdur.
688.4. Yaşayış
otağını kirayəyə verənin kirayəçidən
dəbbə pulu ödənilməsi barədə öhdəlik
almasına əsas verən razılaşmanın qüvvəsi
yoxdur.
Maddə 689. Kirayə müddəti
689.1. Kirayə
müqaviləsi üzrə hüquq münasibətlərinə
müqavilənin bağlandığı müddət bitdikdə
xitam verilir.
689.2. Əgər
kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə,
kirayə hüquq münasibətlərinin istənilən
iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin
göstərişlərinə uyğun olaraq müqavilənin
ləğvinə dair bildiriş verə bilər.
Maddə 690. Əmlak kirayəsi müqaviləsinin
ləğvinə dair bildirişin forması və məzmunu
690.1. Əmlak
kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş
yazılı formada verilməlidir.
690.2. Əmlak
kirayəsi müqaviləsinin ləğvinə dair
bildirişdə müqavilənin ləğvi
üçün əsaslar göstərilməlidir.
690.3.
Yaşayış otağını kirayəyə verən bu
Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə
imkanını, habelə etirazın verilməsi
formasını və müddətini kirayəçiyə
vaxtında göstərməlidir.
Maddə 691. Əmlak kirayəsi
müqaviləsinin ləğv edilməsi müddətləri
691.1. Torpaq sahələrinin,
otaqların və ya rəsmi reyestrdə qeydə
alınmış gəmilərin kirayəsi müqaviləsi
üzrə hüquq münasibətlərində müqavilənin
ləğvinə aşağıdakı hallarda yol verilir:
691.1.1. əmlak
kirayəsi haqqı günlər üzrə hesablanarkən
müqavilənin ləğvinə dair bildiriş növbəti
günün sonu üçün qüvvəyə minməklə
hər hansı gün verildikdə;
691.1.2. əmlak
kirayəsi haqqı həftələr üzrə hesablanarkən
müqavilənin ləğvinə dair bildiriş növbəti
bazar gününün sonu üçün qüvvəyə
minməklə həftənin birinci iş günü verildikdə;
691.1.3. kirayə
haqqı aylar və ya daha uzun zaman hissələri üzrə
hesablanarkən müqavilənin ləğvinə dair
bildiriş növbəti aydan sonrakı ayın axırı
üçün qüvvəyə minməklə təqvim
ayının birinci iş günü verildikdə.
691.2.
Yaşayış otaqlarının kirayəsi müqaviləsi
üzrə hüquq münasibətlərində müqavilənin
ləğvinə yalnız o halda yol verilir ki, müqavilənin
ləğvinə dair bildiriş növbəti aydan sonrakı
ayın axırı üçün qüvvəyə minməklə
təqvim ayının birinci iş günü verilsin.
691.3. Müqavilənin
ləğvinə dair xəbərdarlıq edilməsinin bu Məcəllənin
691.1.3 və 691.3-cü maddələrində göstərilmiş
və kirayəçi tərəfindən gözlənilməli
olan müddətləri kirayəlik əşya verildikdən
üç, altı və doqquz il sonra kirayəçinin
xeyrinə müvafiq surətdə üç ay
uzadılır. Müqavilənin ləğvinə dair xəbərdarlıq
müddətləri kirayəçi üçün dəyişilməz
qalır. Müqavilənin ləğvinə dair xəbərdarlıq
edilməsinin kirayəyə verən tərəfindən
gözlənilməli olan müddətlərinin
qısaldılmasına əsas verən
razılaşmaların qüvvəsi yoxdur.
691.4.
Daşınar əşyaların kirayəsi müqaviləsi
üzrə hüquq münasibətlərində müqavilənin
ləğvinə aşağıdakı hallarda yol verilir:
691.4.1. əmlak
kirayəsi haqqı günlər üzrə hesablanarkən
müqavilənin ləğvinə dair bildiriş növbəti
günün sonu üçün qüvvəyə minməklə
istənilən gün verildikdə;
691.4.2. əmlak
kirayəsi haqqı daha uzun zaman hissələri üzrə
hesablanarkən müqavilənin ləğvinə dair
bildiriş kirayə hüquq münasibətlərinə xitam
verilməli günə ən geci yeddi gün qalmış
verildikdə.
Maddə 692. Yaşayış
otağının kirayəsi müqaviləsinə xitam verilməsi
şərtləri
692.1. Kirayəyə
verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını
gözləmək şərti ilə yaşayış
otağının kirayəsi müqaviləsi üzrə
hüquq münasibətlərini yalnız o halda ləğv edə
bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində
onun əsaslı marağı olsun.
692.2. Kirayəyə
verənin kirayə hüquq münasibətlərinə xitam
vermək arzusu aşağıdakı hallarda əsaslı
sayılır:
692.2.1. kirayəçi
müqavilə öhdəliklərinin pozulmasında təqsirli
olduqda;
692.2.2. kirayəyə
verənin otaqlara özü və ya ailə üzvləri
üçün mənzil kimi ehtiyacı olduqda;
692.2.3. kirayə
hüquq münasibətlərinin davam etməsi nəticəsində
kirayəyə verən torpaq sahəsindən iqtisadi cəhətdən
sərfəli istifadə edə bilmədikdə və buna
görə xeyli zərərə düşə bildikdə.
Bu halda yaşayış otağının başqa şəxslərə
kirayəyə verilməsi zamanı əmlak kirayəsi
üçün daha yüksək haqq almaq imkanı hesaba
alınmır. Kirayəyə verən həmçinin buna
istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə
verildikdən sonra nəzərdə tutulmuş və ya həyata
keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi
ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir;
692.2.4. kirayəyə
verən binanın yardımçı qeyri-yaşayış
otaqlarını kirayəyə vermək məqsədilə
yeni avadanlıqla təchiz edərək yol verilən şəkildə
yaşayış otaqlarına çevirmək niyyətində
olduqda və müqavilənin ləğvini yalnız bu otaqlar
üçün məhdudlaşdırdıqda. Bu halda kirayəçi
kirayə haqqının ağlabatan dərəcədə
azaldılmasını tələb edə bilər. Əgər
həmin otaqların yeni avadanlıqla təchiz edilməsi
işlərinin başlanması uzadılırsa, kirayəçi
yardımçı otaqlar barəsində kirayə hüquq
münasibətlərinin müvafiq müddətə
uzadılmasını tələb edə bilər.
692.3. Kirayəyə
verənin əsaslı mənafeləri kimi yalnız
müqavilənin ləğvinə dair bildirişdə
göstərilmiş əsaslar qəbul edilir, bu şərtlə
ki, onlar sonradan əmələ gəlməsin.
692.4. Kirayəyə
verən özünün yaşadığı və ən
çoxu iki mənzildən ibarət olan yaşayış
binasında mənzilin kirayəsi haqqında müqavilə
üzrə hüquq münasibətlərini bu Məcəllənin
692.1-ci maddədə nəzərdə tutulan şərtlər
olmadıqda da ləğv edə bilər. Bu halda müqavilənin
ləğvinə dair xəbərdarlıq müddəti
üç ay uzadılır. Bu, kirayəyə verənin
özünün yaşadığı mənzil çərçivəsində
yaşayış otağının kirayəsi haqqında
müqavilə üzrə hüquq münasibətlərinə
müvafiq surətdə tətbiq edilir.
692.5. Torpaq sahəsinin
kirayəsi haqqında qeyri-müəyyən müddətə
bağlanmış müqavilə altı aylıq ləğvetmə
müddəti gözlənilməklə təqvim ilinin sonu
üçün ləğv edilə bilər.
692.6. Əgər
kirayə müqaviləsi 30 ildən çox müddətə
bağlanmışsa, 30 ildən sonra kirayə müqaviləsi
üzrə hüquq münasibətlərinin hər bir
iştirakçısı qanunla müəyyənləşdirilmiş
xəbərdarlıq müddətlərini gözləməklə
onun ləğvinə dair bildiriş verə bilər. Əgər
müqavilə kirayəyə verənin və ya kirayəçinin
bütün ömrü üçün
bağlanmışdırsa, ləğvetməyə yol
verilmir.
692.7. Kirayəçinin
müdafiəsi üzrə digər hüquqlar dəyişilməz
qalır.
692.8. Bu Məcəllənin
692-ci maddəsində nəzərdə tutulan qaydalardan kirayəçinin
ziyanına olan kənaraçıxmalar barəsində
razılaşmanın qüvvəsi yoxdur.
692.9. Bu Məcəllənin
692-ci maddəsinin göstərişləri
aşağıdakıların kirayəsi haqqında müqavilə
üzrə hüquq münasibətlərinə tətbiq
edilmir:
692.9.1.
yalnız müvəqqəti istifadə üçün kirayəyə
verilmiş yaşayış otağı;
692.9.2. kirayəyə
verənin özünün yaşadığı və
müxəlləfatla tam və ya əsasən təchiz etməli
olduğu mənzilin hissəsi olan yaşayış
otağı, bu şərtlə ki, yaşayış
otağı uzunmüddətli istifadə üçün
hansısa ailəyə verilmiş olmasın;
692.9.3. tələbə
və ya gənclər yataqxanasının bir hissəsi olan
yaşayış otağı;
692.9.4. əgər
müqavilə bağlanarkən kirayəyə verən
yaşayış otağının təyinatını kirayəçiyə
göstərmişsə, kurort yerlərində və istirahət
zonalarında yerləşən kurort evlərində və
istirahət evlərində olan yaşayış otağı;
692.9.5.
hüquqi şəxsin mənzilə kəskin ehtiyacı olan
şəxslərə və ya təhsil alan şəxslərə
vermək üçün yerinə yetirdiyi vəzifələr
çərçivəsində kirayələdiyi
yaşayış otağı.
Maddə 693. Yaşayış
otaqlarının kirayəsi haqqında qüvvədə olma
müddəti müəyyənləşdirilmiş müqavilələrin
qüvvəsinin davam etməsi
693.1.
Yaşayış otağının kirayəsi haqqında
qüvvədə olma müddəti müəyyənləşdirilmiş
müqavilə üzrə hüquq münasibətlərində
kirayəçi bu münasibətlərin davam etdirilməsini
aşağıdakı hallarda tələb edə bilər:
693.1.1. əgər
müqavilənin ləğv olunduğu halda münasibətlərin
davam etdirilməsini bu Məcəlləyə əsasən tələb
etmək mümkündürsə. Əgər kirayə
müqaviləsi bağlanarkən kirayəçi kirayəyə
verənin yaşayış otağını müəyyənləşdirilmiş
müddətdə geri qaytarmasına əsas verən
halları bilirdisə, onda kirayəçinin xeyrinə
yalnız müqavilə bağlandıqdan sonra baş
vermiş hallar nəzərə alınır;
693.1.2. əgər
yaşayış otağının kirayəsi müqaviləsi
üzrə hüquq münasibətlərinin müddəti bir
ildən çoxdursa və hüquq münasibətlərinə
xitam verilməsinə ən geci iki ay qalmış kirayəçi
yazılı bildiriş əsasında kirayəyə verəndən
bu münasibətlərin qeyri-müəyyən müddətə
davam etdirilməsini tələb edirsə və münasibətlərə
xitam verilməsində kirayəyə verənin əsaslı
marağı yoxdursa. Kirayə hüquq münasibətlərinə
xitam verilməsi haqqında kirayəyə verənin tələbinə
bu Məcəllənin 692-ci maddəsi müvafiq surətdə
tətbiq edilir.
693.2.
Yaşayış otağının kirayəsi haqqında
qüvvədə olma müddəti müəyyənləşdirilmiş
müqavilə üzrə hüquq münasibətləri
aşağıdakı hallarda qeyri-müəyyən müddətə
uzadılır:
693.2.1. əgər
kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan
istifadəni davam etdirirsə və iki həftə ərzində
kirayəyə verən və ya kirayəçi əks niyyətdə
olduğu barədə müvafiq olaraq digər tərəfə
bildiriş vermirsə. Kirayəçi üçün
müddət istifadənin davam etdiyi andan, kirayəyə verən
üçün bu davametmənin ona məlum olduğu andan
başlanır;
693.2.2. əgər
ləğvetmə bu Məcəllənin 692-ci maddəsinin
göstərişlərinə uyğun həyata
keçirilmirsə.
693.3.
Yaşayış otağının kirayəsi haqqında təxirəsalıcı
şərtlə bağlanmış müqavilə üzrə
hüquq münasibətlərində hesab edilir ki, həmin
şərt baş verdikdə hüquq münasibətləri
qeyri-müəyyən müddətə uzadılır. Əgər
həmin şərt baş verdikdə kirayəyə verən
müqavilənin ləğvinə dair bildiriş verərsə
və bu Məcəllənin 693.1-ci maddəsinə uyğun
olaraq kirayəçi hüquq münasibətlərinin davam
etdirilməsini tələb edərsə, onun xeyrinə
yalnız kirayə müqaviləsi bağlandıqdan sonra
baş vermiş hallar nəzərə alınmalıdır.
693.4. Bu Məcəllənin
693.3-cü maddəsində nəzərdə tutulan tələblərdən
kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində
razılaşmanın yalnız yaşayış otağı
müvəqqəti istifadə üçün kirayəyə
verildikdə qüvvəsi vardır.
Maddə 694. Xidməti mənzillərin
kirayəsi müqavilələrinin ləğvi
694.1.
Yaşayış otağı xidməti münasibətlərin
mövcudluğu nəzərə alınmaqla kirayəyə
verildikdə kirayə müqaviləsi üzrə hüquq
münasibətlərinin istənilən
iştirakçısı xidməti münasibətlərə
xitam verilənədək və ya xitam verildikdən bir ay sonra
müqavilənin ləğvinə dair bildiriş verə bilər.
Bu halda ləğvetmə onun bildirildiyi aydan sonrakı ayın
axırında qüvvəyə minir. Əgər ləğvetməyə
dair bildiriş həmin müddətdə verilməzsə,
ümumi qaydalar tətbiq edilir.
694.2. Ümumi
qaydalar tətbiq edilərkən xidməti mənzilə
hüququ olan şəxsin tələbləri də nəzərə
alınmalıdır.
Maddə 695. Kirayəçinin
ölümünün nəticələri
695.1. Kirayəçinin
öldüyü halda kirayə müqaviləsi üzrə
hüquq münasibətləri, əgər başqa kirayəçilər
varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər
olmadıqda kirayə müqaviləsi üzrə hüquq
münasibətləri vərəsələrlə davam
etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin
qanunla müəyyənləşdirilmiş xəbərdarlıq
müddətlərini gözləməklə kirayə
müqaviləsi üzrə hüquq münasibətlərinin
ləğvinə dair bildiriş vermək hüququ vardır.
695.2. Kirayəçinin
öz arvadı (əri) və ya ailə üzvləri ilə
yaşadığı yaşayış otağının
kirayəsi haqqında müqavilə üzrə hüquq
münasibətlərinə kirayəçinin
öldüyü halda onun arvadı (əri) və ya ailə
üzvləri girirlər. Əgər bu sonuncular kirayəçinin
ölümü onlara məlum olduqdan sonra bir ay ərzində
kirayəyə verənə kirayə hüquq münasibətlərini
davam etdirmək niyyətində olmadıqlarını bəyan
edərlərsə, hesab edilir ki, onlar həmin hüquq
münasibətlərinə girməmişlər. Ailənin
bir neçə üzvü olduqda onların hər biri öz əvəzinə
bildiriş verə bilər. Ailənin bir neçə
üzvü bu cür hüquq münasibətlərinə
girdikdə onlar kirayə hüquq münasibətlərindən
irəli gələn hüquqları yalnız birlikdə həyata
keçirə bilərlər. Bu hüquq münasibətlərindən
irəli gələn öhdəliklər üzrə onlar birgə
borclular kimi məsuliyyət daşıyırlar.
695.3. Kirayəçinin
arvadı (əri) və ya ailə üzvləri kirayə
hüquq münasibətlərinə daxil olduqdan sonra kirayəçinin
ölümündən əvvəl əmələ gəlmiş
öhdəliklər üzrə vərəsə ilə
yanaşı birgə borclular kimi məsuliyyət
daşıyırlar. Arvad (ər) və ya ailə üzvləri
ilə münasibətlərdə vərəsə məsuliyyəti
tək daşıyır.
695.4. Əgər
kirayə hüquq münasibətlərinə girən vərəsə,
arvad (ər) və ya ailə üzvü kirayə müqaviləsinin
ləğvi üçün vacib əsaslar verirlərsə,
kirayəyə verən qanunla müəyyənləşdirilmiş
xəbərdarlıq müddətlərini gözləməklə
kirayə müqaviləsinin ləğvinə dair bildiriş
verə bilər.
695.5. Bu Məcəllənin
695-ci maddəsinin tələblərinə zidd olan
razılaşmaların qüvvəsi yoxdur.
Maddə 696. Yaşayış
otağı kirayəçisinin şikayət vermək
hüququ
696.1. Əgər
yaşayış otağının kirayəsi haqqında
müqaviləyə uyğun olaraq hüquq münasibətlərinə
xitam verilməsi kirayəçi və onun ailəsi
üçün ağır nəticələrə gətirib
çıxara bilərsə və buna hətta kirayəyə
verənin əsaslı mənafelərini nəzərə
almaqla haqq qazandırmaq mümkün olmazsa, kirayəçi
müqavilənin ləğv edilməsi barədə şikayət
verə bilər və kirayəyə verəndən həmin
müqavilə üzrə hüquq münasibətlərini
davam etdirməyi tələb edə bilər. Ağır nəticələr
əvvəlki otağın əvəzinə münasib
yaşayış otağının məqbul şərtlərlə
verilməsinin mümkün olmadığı halda da baş
verir. Kirayəyə verənin əsaslı mənafeləri nəzərə
alınarkən yalnız ləğvetməyə dair
bildirişdə göstərilmiş əsaslar qəbul edilir,
bu şərtlə ki, onlar sonradan yaranmış olmasın.
696.2. Bu Məcəllənin
696.1-ci maddəsində nəzərdə tutulan halda kirayəçi
tələb edə bilər ki, hüquq münasibətləri
bütün şərtlər nəzərə alınmaqla
ağlabatan sayıla biləcək qədər davam etdirilsin.
Əgər qüvvədə olan müqavilə şərtlərinə
müvafiq surətdə hüquq münasibətlərinin davam
etdirilməsi kirayəyə verən üçün
mümkün deyildirsə, kirayəçi yalnız onların
ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə
davam etdirilməsini tələb edə bilər.
696.3. Əgər
razılıq əldə edilmirsə, kirayə hüquq
münasibətlərinin davam etdirilməsi və kirayə
müddəti haqqında, habelə kirayənin davam etdirilməsi
şərtləri haqqında qərar məhkəmə
qaydasında qəbul edilir. Əgər kirayə hüquq
münasibətlərinə xitam verilməsinin kirayəçi
və ya onun ailəsi üçün ağır nəticələrə
gətirib çıxarmasına əsas verən şərtlərin
nə vaxt aradan qalxacağını ehtimal etmək
mümkün deyildirsə, kirayə hüquq münasibətlərinin
qeyri-müəyyən müddətə davam etdiriləcəyi
müəyyənləşdirilə bilər. Əgər
razılığa və ya məhkəmə qərarına əsasən
kirayə hüquq münasibətlərinin müəyyən
müddətə davam etdiriləcəyi müəyyənləşdirilmişsə,
kirayəçi münasibətlərin həmin müddətdən
əlavə davam etdirilməsini yalnız o halda tələb edə
bilər ki, buna şəraitin əhəmiyyətli dərəcədə
dəyişməsi əsas versin və ya həmin münasibətlərin
davam etdirilməsi müddətinin müəyyənləşdirilməsi
üçün əsas götürüləcək və
baş verməsi gözlənilən hallar baş verməsin.
696.4.
Aşağıdakı hallarda kirayəçi kirayə
hüquq münasibətlərinin davam etdirilməsini tələb
edə bilməz:
696.4.1. əgər
o, hüquq münasibətlərinin ləğvinə dair
bildiriş vermişdirsə;
696.4.2. əgər
kirayəyə verənə müəyyənləşdirilmiş
xəbərdarlıq müddətlərini gözləmədən
hüquq münasibətlərini ləğv etmək hüququ
verən hər hansı əsas varsa.
696.5. Kirayəçinin
ləğvetmədən şikayət vermək və kirayə
hüquq münasibətlərini davam etdirmək niyyəti barəsində
bildirişi yazılı formada tərtib edilməlidir. Kirayəyə
verənin xahişi ilə kirayəçi etirazın əsaslarını
ona dərhal bildirməlidir.
696.6. Əgər
kirayə hüquq münasibətlərinin başa
çatmasına ən geci bir ay qalmış və ya
şikayət vermək hüququ barəsində kirayəyə
verənin izahını aldıqdan bir ay sonra kirayəçi
ona öz etirazını bildirməzsə, kirayəyə verən
kirayə hüquq münasibətlərinin davam etdirilməsindən
imtina edə bilər.
696.7. Bu Məcəllənin
696-cı maddəsinin tələblərinə zidd olan razılaşmaların
qüvvəsi yoxdur.
Maddə 697. Kirayə hüquq
münasibətlərinə xitam verilməsinin nəticələri
697.1. Kirayəçi
kirayəyə götürdüyü əşyanı kirayə
hüquq münasibətlərinə xitam verildikdən sonra
qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə
götürdüyü torpaq sahəsini kirayəyə verənə
qarşı pretenziyaları əsasında saxlamaq hüququna
malik deyildir. Kirayəçi əşyanı hər hansı
üçüncü şəxsin istifadəsinə verdikdə
kirayəyə verən kirayə hüquq münasibətlərinə
xitam verildikdən sonra üçüncü şəxsdən
həmin əşyanı qaytarmağı tələb edə
bilər.
697.2. Əgər
kirayə hüquq münasibətlərinə xitam verildikdən
sonra kirayəçi kirayəyə götürdüyü əşyanı
qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın
saxlandığı müddət üçün müəyyənləşdirilmiş
kirayə haqqının verilməsini tələb edə bilər;
otaqların kirayəsi üzrə hüquq münasibətlərində
bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə
bu cür otaqların kirayəsi üçün adətən
tutulan məbləğdə kirayə haqqı verilməsini tələb
edə bilər. Digər zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququ da istisna edilmir. Lakin
yaşayış otaqlarını kirayəyə verən digər
zərərin əvəzinin ödənilməsini yalnız o
halda tələb edə bilər ki, əşya kirayəçinin
cavabdeh olduğu halların nəticəsində
qaytarılmasın; zərərin əvəzi yalnız həmin
şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə
ödənilir. Əgər kirayəçi ləğvetməyə
dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
697.3. Kirayə
hüquq münasibətlərinə xitam verildikdən sonra
kirayəyə verən hər hansı müddət
üçün qabaqcadan verilmiş kirayə haqqını
qaytarmalıdır.
697.4. Kirayəyə
verənin kirayəyə verilmiş əşyanın dəyişməsi
və ya pisləşməsi nəticəsində zərərin
əvəzinin ödənilməsi barədə iddiaları,
habelə kirayəçinin xərclərin əvəzinin
ödənilməsi və ya hər hansı qurğunun
götürülməsinə icazə verilməsi barədə
iddiaları altı aydan sonra müddətin keçməsinə
görə qüvvədən düşür. Kirayəyə
verənin zərərin əvəzinin ödənilməsi barədə
iddialarının müddəti onun əşyanı geri
aldığı andan başlanır. Kirayəçinin
iddialarının müddəti kirayə hüquq münasibətlərinə
xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın
qaytarılması hüququnu müddətin keçməsinə
görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi
barədə iddiaları da qüvvədən
düşür.
Maddə 698. Kirayəyə verənin
girov hüququ
698.1. Hər
hansı torpaq sahəsini və ya hər hansı otaqları
kirayəyə verən kirayə hüquq münasibətlərindən
irəli gələn tələbləri üzrə kirayəçinin
həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının
girov qoyulması hüququna malikdir. Girov hüququ cari və
növbəti ildən də uzun müddət
üçün zərərin əvəzinin ödənilməsi
və kirayə haqqının verilməsi haqqında gələcək
tələblər üzrə həyata keçirilə bilməz.
Bu hüquq girov qoyula bilməyən əşyalara şamil
edilmir.
698.2. Torpaq sahəsindən
və ya otaqlardan əşyaların aparılması kirayəyə
verənin girov hüququnu ləğv edir, amma əşyaların
kirayəyə verənə xəbər verilmədən və
ya onun şikayəti üzrə aparıldığı hallar
istisna təşkil edir. Əgər əşyalar kirayəçinin
müəssisəsinin hüquqa uyğun işi çərçivəsində
və ya adi yaşayış şəraiti çərçivəsində
aparılmışdırsa və ya qalan əşyalar kirayəyə
verənin təmin edilməsi üçün aşkar yetərlidirsə,
kirayəyə verən əşyaların aparılması barədə
şikayət verə bilməz.
698.3. Kirayəyə
verən onun girov hüququnun şamil edildiyi əşyaların
aparılmasına məhkəməyə müraciət etmədən
də mane ola bilər və əgər kirayəçi torpaq
sahəsini və ya otağı boşaldırsa, həmin əşyalara
sahibliyə başlaya bilər. Əşyalar kirayəyə
verənə xəbər verilmədən və ya onun
şikayəti üzrə aparıldıqda kirayəyə verən
onların torpaq sahəsinə qaytarılması məqsədilə
verilməsini və əgər kirayəçi torpaq sahəsini
və ya otağı boşaltmışsa, onlara sahiblik
hüququnun verilməsini tələb edə bilər. Əgər
kirayəyə verən öz hüququnu daha əvvəl məhkəmə
qaydasında həyata keçirməmişsə, girov
hüququ əşyaların aparılması barədə
kirayəyə verənə xəbər verildikdən bir ay
sonra ləğv edilir.
698.4. Kirayəçi
kirayəyə verənin girov hüququnun həyata
keçirilməsinin qarşısını təminat vermək
yolu ilə ala bilər; hər hansı ayrıca əşyanı
onun dəyəri miqdarında təminat verərək girov
hüququndan azad edə bilər.
698.5. Əgər
kirayəyə verənin girov hüququnun şamil edildiyi hər
hansı əşya başqa kreditor üçün girov
götürülürsə, həbs qoyulmasından bir il əvvəldən
çox müddət üçün kirayə haqqı ilə
bağlı girov hüququ həmin kreditora qarşı irəli
sürülə bilməz.
Maddə 699. Kirayəyə verilmiş
əşyaların özgəninkiləşdirilməsi
699.1. Kirayəyə
verilən əşya kirayəçiyə verildikdən sonra
ona mülkiyyət hüququ kirayəyə verəndən hər
hansı üçüncü şəxsə (əldə edənə)
keçdikdə əldə edən mülkiyyəti əldə
etdiyi andan kirayəyə verəni əvəz edərək
kirayə hüquq münasibətlərindən irəli gələn
bütün hüquq və vəzifələrə malik olur.
Əldə edən öz öhdəliklərini yerinə
yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən
əvəzi ödənilməli zərər üçün
zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət
mülkiyyət hüququnun keçməsinin kirayəyə
verənə məlum olmasından altı ay keçənədək
mövcud olur.
699.2. Kirayəlik
əşya kirayəçiyə verilənədək ona
mülkiyyət hüququ kirayəyə verəndən hər
hansı üçüncü şəxsə (əldə edənə)
keçdikdə, əgər əldə edən kirayə
müqaviləsindən irəli gələn öhdəliklərin
icrasını öz üzərinə götürürsə,
bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə
tətbiq edilir.
699.3. Əgər
kirayəyə verilən əşya yaşayış
otağıdırsa və kirayəçiyə verildikdən
sonra kirayəyə verən tərəfindən onun ailəsinə
mənsub olmayan hər hansı üçüncü şəxsə
satılırsa, kirayəçi satın almaqda
üstünlük hüququna malikdir.
699.4. Kirayəyə
verilən əşya kirayəçiyə verildikdən sonra
üçüncü şəxslərin hüquqları və
ya iddiaları ilə yüklü edildikdə, əgər
bunların həyata keçirilməsi nəticəsində
kirayəçi müqaviləyə uyğun istifadədən
məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi
müvafiq surətdə tətbiq edilir. Əgər
üçüncü şəxslərin hüquqları və
iddiaları müqaviləyə uyğun istifadəyə mane
olursa, kirayəçi bu hüquqların və iddiaların həyata
keçirilməsinin qadağan olunmasını tələb
etmək hüququna malikdir.
34-cü fəsil.
İcarə
§ 1. İcarə haqqında ümumi müddəalar
Maddə 700. İcarə
müqaviləsi
700.1. İcarə
müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu
müqaviləyə görə kirayəyə verən (icarəyə
verən) kirayəçiyə (icarəçiyə) icarəyə
götürdüyü obyektdən və ya hüquqdan istifadə
ilə yanaşı bəhərdən istifadə etmək və
gəlir götürmək hüququ da verir. İcarəçi
icarəyə verənə müəyyənləşdirilmiş
icarə haqqı ödəməyə borcludur.
700.2. İcarə
predmeti torpaq sahələri, binalar, daşınar əşyalar,
hüquqlar və müəssisələr ola bilər.
700.3. Əgər
bu Məcəllənin bu fəslinin müddəalarından
ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna
olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi
haqqında müddəaları müvafiq surətdə tətbiq
edilir.
Maddə 701. İcarəyə
verilən əşyanın ləvazimatı
701.1. İcarəlik
əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi
və ya müəssisə öz ləvazimatı ilə
birlikdə icarəyə verilir. Əgər müqavilənin
iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə
uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın
verilməsi şərtini qoymurlarsa, icarəyə verən
bütün ləvazimatı olduğu şəkildə
saxlamalıdır. İcarəyə verən icarəçinin
cavabdeh olmadığı hər hansı hallar nəticəsində
sıradan çıxan ləvazimat obyektlərini əvəz
etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların
və heyvanların adi sıradan çıxmasının
yerini doldurmağa təsərrüfatın lazımınca
aparılmasına uyğun gələn dərəcədə
borcludur.
701.2. Əgər
icarəyə götürülən ləvazimatın dəyəri
icarənin əvvəlində müqavilənin
iştirakçıları və ya hər hansı
üçüncü şəxs tərəfindən qiymətləndirilirsə
və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı
onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq
öhdəliyini götürürsə,
aşağıdakı qaydalar tətbiq edilir:
701.2.1. ləvazimatın
təsadüfən məhv olması və təsadüfən
pisləşməsi riski icarəçinin üzərinə
düşür;
701.2.2. icarəçi
ləvazimat obyektlərinə dair təsərrüfatın
lazımınca aparılması çərçivəsində
sərəncam verə bilər;
701.2.3. icarəçi
ləvazimatı təsərrüfatın lazımınca
aparılmasına uyğun gələn vəziyyətdə
saxlamalı və uyğun gələn həcmdə daim əvəz
etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən
sonra icarəyə verənin mülkiyyəti olur;
701.2.4. icarəyə
xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı
icarəyə verənə qaytarmalıdır. İcarəyə
verən icarəçinin əldə etdiyi və təsərrüfatın
lazımınca aparılması qaydalarına görə icarəyə
götürülmüş obyekt üçün lüzumsuz
və ya həddindən artıq qiymətli olan ləvazimat
obyektlərini qəbul etməkdən imtina edə bilər;
imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina
anında icarəçiyə keçir;
701.2.5. əgər
qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın
ümumi qiymətləndirmə dəyərləri arasında
fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə
dəyərləri üçün icarəyə xitam
verildiyi məqamda qüvvədə olan qiymətlər əsas
götürülməlidir.
Maddə 702. İcarəçinin
girov hüququ
702.1. İcarə
ilə alınmış ləvazimata aid olan və icarəyə
verənə qarşı yönəlmiş tələbə əsasən
torpaq sahəsinin icarəçisi onun sahibliyinə daxil
olmuş ləvazimat obyektlərinə girov hüququna malikdir.
702.2. İcarəyə
verən icarəçinin girov hüququnun həyata
keçirilməsinin qarşısını təminat verməklə
ala bilər. İcarəyə verən hər hansı
ayrıca ləvazimat obyektini onun dəyəri miqdarında təminat
verərək girov hüququndan azad edə bilər.
Maddə 703. İcarəyə
verilmiş əşyanın ləvazimatına dair sərəncam
hüququnda məhdudiyyətlər
Hər hansı
torpaq sahəsinin və ya müəssisənin icarəçisinin
öhdəsinə ləvazimat obyektlərinə dair sərəncam
verməmək və ya icarəyə verənin
razılığı ilə sərəncam vermək və ya
onları icarəyə verənə satmaq vəzifəsi qoyan
müqavilə müddəalarının yalnız o halda
qüvvəsi vardır ki, icarəyə verən icarəyə
xitam verildikdən sonra həmin ləvazimatı qiymətləndirmə
dəyəri üzrə əldə etməyi öhdəsinə
götürsün.
Maddə 704. İcarə
müqaviləsinin ləğvi
704.1. Əgər
hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin
icarəsi müqaviləsi bağlanarkən icarə müddəti
müəyyənləşdirilməyibsə, müqavilənin
ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq
müddətini gözləmək şərti ilə ilin
sonunda yol verilir.
704.2. İcarəçinin
bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq
müqaviləni ləğv etmək hüququ yoxdur.
Maddə 705. İcarəyə
verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi
Əgər icarə
üzrə hüquq münasibətlərinə xitam verildikdən
sonra icarəçi icarəyə götürdüyü
obyekti qaytarmırsa, icarəyə verən obyektin
saxlandığı müddət üçün kompensasiya
kimi müəyyənləşdirilmiş illik icarə
haqqından icarəçinin həmin il ərzində əldə
etdiyi və ya əldə edə biləcəyi icarə
faydaları hissəsinə uyğun olan hissənin verilməsini
tələb edə bilər. Digər zərərin əvəzinin
ödənilməsi barədə iddia da istisna edilmir.
§ 2. Torpaq icarəsi müqaviləsi
Maddə 706. Torpaq icarəsi
müqaviləsinin məzmunu
706.1. Torpaq icarəsi
müqaviləsinə əsasən icarəyə dövlət,
bələdiyyə və xüsusi mülkiyyətdə olan
bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
706.2. Torpaqlar
torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada mülkiyyətçilərin və ya onların vəkil
etdiyi orqanların qərarı (razılığı) ilə
bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları
vasitəsi ilə icarəyə verilə bilər.
706.3. Torpaq icarəsi
müqaviləsində icarəyə verilən torpaq sahəsinin
ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı,
icarənin müddəti, icarə haqqı, ödənilmə
qaydaları, torpaqların istifadəsi, mühafizəsi və
keyfiyyətinin yaxşılaşdırılması şərtləri,
habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə
ilə müəyyənləşdirilmiş digər şərtlər
nəzərdə tutula bilər.
706.4. Torpaq icarəsi
haqqında müqavilələrə bu Məcəllənin
700.1, 701, 702 və 703-cü maddələri, habelə bu
paraqrafın müddəaları tətbiq edilir.
Maddə 707. İcarəyə
götürülmüş torpağın təsviri
707.1. İcarə
müqaviləsi üzrə hüquq münasibətlərinə
girməzdən əvvəl icarəyə verən və icarəçi
icarəyə verilən torpağın təsvirini birlikdə
tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi,
habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir
hüquq münasibətlərinə xitam verildikdə də tərtib
edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi
qoyulmalı və müqavilənin hər iki
iştirakçısı imza atmalıdır.
707.2. Müqavilə
iştirakçılarından biri təsvirin tərtibində
iştirakdan imtina etdikdə və ya tərtib zamanı
mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən
iştirakçısı tələb edə bilər ki, təsvir
ekspert tərəfindən tərtib edilsin, amma torpağın
icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə
hüquq münasibətlərinə xitam verildiyi vaxtdan
üç aydan çox keçdiyi hallar istisna təşkil
edir. Belə hallarda tərəflərdən birinin iddiası
üzrə ekspert məhkəmənin qərarı ilə məcburi
qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ
gələn xərcləri müqavilənin hər iki
iştirakçısı yarıbayarı çəkir.
Maddə 708. İcarəyə
götürülmüş torpağın vəziyyəti və
təsərrüfat təyinatına uyğun istifadəsi
üçün məsuliyyət
708.1. İcarəyə
verən icarəlik torpağı icarəçiyə
müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə
verməli və bütün icarə müddətində onu həmin
vəziyyətdə saxlamalıdır, bir şərtlə ki,
bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə
icarəçinin öhdəsinə qoyulmasın.
708.2. İcarəçi
icarəyə götürdüyü torpaqdan onun təsərrüfat
təyinatına uyğun lazımi qaydada istifadə etməyə
borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların,
o cümlədən yaşayış və təsərrüfat
binalarının, yolların, arxların, drenaj sistemlərinin
və hasarların adi təmirini öz hesabına
aparmalıdır.
708.3. İcarəyə
verilən torpağın qüsurları və
üçüncü şəxslərin torpağa
iddialarının və hüquqlarının olması
üçün icarəyə verənin məsuliyyətinə,
habelə icarəçinin həmin qüsurlar nəticəsində
əmələ gələn hüquq və vəzifələrinə
bu Məcəllənin 676 və 677-ci maddələrinin
göstərişləri müvafiq surətdə tətbiq
edilir.
Maddə 709. Yüklülüklər
və vergilər
İcarə
müqaviləsində ayrı şərtlər nəzərdə
tutulmamışdırsa, icarəyə verilən
torpağın yüklülüklərini və ondan tutulan
vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada torpaq mülkiyyətçisi ödəməlidir.
Maddə 710. Torpaq icarəsi
haqqı
710.1. Torpaq icarəsi
haqqı tərəflərin razılığı ilə
müəyyənləşdirilir.
710.2. Dövlət
və bələdiyyə mülkiyyətində olan
torpaqların icarə haqqının aşağı həddi
onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən
və keyfiyyətindən asılı olaraq müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
normativlər əsasında müəyyənləşdirilir.
710.3. İcarə
haqqının ödənilməsi formaları və
qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
Maddə 711. İcarəyə
götürülmüş torpağın qorunması və
ya yaxşılaşdırılması tədbirləri
711.1. İcarəçi
icarəyə götürdüyü torpaqda onun qorunması
üçün zəruri tədbirlərin görülməsinə
yol verməlidir.
711.2. İcarəçi
icarəyə götürdüyü torpağın
yaxşılaşdırılması üçün tədbirlər
görülməsinə yol verməlidir, bu şərtlə
ki, həmin tədbirlər onun üçün hətta icarəyə
verənin əsaslı mənafeləri ilə haqq
qazandırıla bilməyən mənfi nəticələr
törətməsin. İcarəyə verən bu tədbirlərin
görülməsi üçün məsrəflərin və
əldən çıxmış gəlirlərin əvəzini
icarəçiyə həmin şəraitdə ağlabatan
olan həcmdə ödəməyə borcludur. İcarəçinin
xahişi ilə icarəyə verən ona avans verməlidir.
Əgər belə tədbirlər nəticəsində icarəçi
daha yüksək gəlir əldə edirsə və ya təsərrüfat
lazımınca aparıldıqda əldə edə bilərsə,
icarəyə verən tələb edə bilər ki, icarəçi
icarə haqqının ağlabatan artımına razılıq
versin, amma müəssisənin vəziyyətinə görə
icarəçinin bu cür artıma yol verə bilmədiyi
hallar istisna təşkil edir.
Maddə 712. İcarəyə
götürülmüş torpaqdan üçüncü
şəxslərin istifadə etməsi
712.1. İcarəyə
verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki:
712.1.1.
torpağı üçüncü şəxslərin istifadəsinə
versin, o cümlədən ikinci əldən icarəyə
versin;
712.1.2. birgə
istifadə üçün torpağı tamamilə və ya
qismən hər hansı kənd təsərrüfatı
birliyinə versin.
712.2. Əgər
icarəçi icarəyə götürdüyü
torpağı hər hansı üçüncü şəxsə
ikinci əldən icarəyə verirsə, həmin
üçüncü şəxsin istifadə zamanı
baş vermiş təqsiri üçün, hətta icarəyə
verənin ikinci əldən icarəyə razılıq verdiyi
halda da məsuliyyət daşıyır.
712.3. İcarəçi
icarəyə götürdüyü torpağın təyinatını
yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə
bilər. İcarəyə götürülmüş
torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək
üçün icarəyə verənin qabaqcadan
razılığını almaq yalnız o halda tələb
edilir ki, bu dəyişiklik icarə müddətindən sonra
istifadə növünə təsir göstərsin. İcarəçinin
binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan
icazəsini almaqla yol verilir. İcarəyə verən icazə
verməkdən imtina etdikdə icarəçinin müraciəti
ilə bu icazə məhkəmənin qərarı ilə əvəz
edilə bilər, bu şərtlə ki, dəyişiklik
müəssisənin rentabelliyinin qorunması və ya sürəkli
yaxşılaşdırılması üçün
yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri
nəzərə alınmaqla onun üçün yolverilən
olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə
və ya icarə hüquq münasibətlərinə
üç ildən də tez xitam verilərsə, bu müddəa
tətbiq edilmir. İcazə məhkəmənin müəyyən
şərtlərin və ya öhdəliklərin yerinə
yetirilməsi ilə bağlı qərarı ilə əvəz
edilə bilər, məsələn, məhkəmə təminat
verilməsi barəsində sərəncam verə bilər,
habelə təminatın növünü və həcmini
müəyyənləşdirə bilər. Əgər təminatın
verilməsi üçün əsas aradan qalxarsa, tərəfin
müraciəti ilə məhkəmə təminatın
qaytarılması barədə qərar qəbul edə bilər.
712.4. Əgər
icarəçi bu Məcəllənin 701.2-ci maddəsinə
uyğun qiymətləndirmə dəyəri üzrə qəbul
etdiyi ləvazimatı icarəyə götürdüyü
torpaqdan istifadə növünü dəyişdirməsi nəticəsində
əhəmiyyətli dərəcədə azaldırsa, icarəyə
verən hələ icarə dövründə pul
kompensasiyası ödənilməsini tələb edə bilər,
amma ləvazimat tərkibindən obyektlərin
satışından götürülən vəsaitdən
onun məbləği ilə ağlabatan nisbətdə olan
yaxşılaşdırmanın həyata keçirilməsi
üçün istifadə olunduğu hallar istisna təşkil
edir.
Maddə 713. İcarəyə
götürülmüş torpaqdan müqavilə şərtlərinə
uyğun gəlməyən istifadə
Əgər icarəçinin
icarəyə götürdüyü torpaqdan istifadəsi
müqavilə şərtlərinə uyğun gəlmirsə
və icarəyə verənin xəbərdarlığına
baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə
verən icarəçinin öz müqavilə vəzifələrini
icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində
dəyən zərərin əvəzinin ödənilməsini
tələb edə bilər və (və ya) xəbərdarlıq
müddətini gözləmədən müqaviləni ləğv
edə bilər.
Maddə 714. Torpaq icarəçisinin
məsrəfləri və qurğuları
714.1. İcarəyə
verən bu Məcəllənin 680-ci maddəsinə uyğun
olaraq icarəçiyə zəruri məsrəflərinin əvəzini
ödəməyə borcludur.
714.2. Torpaq icarəsi
üzrə hüquq münasibətlərinə xitam verildikdə
icarəyə verən razılıq verdiyi və icarəyə
götürülmüş torpağın dəyərini icarə
müddətindən sonra artıran (dəyərin
artımı) digər məsrəflərin əvəzini də
icarəçiyə ödəməlidir. Əgər icarəyə
verən məsrəflərə razılıq verməkdən
imtina edirsə, icarəçinin vəsatəti ilə
razılıq məhkəmənin qərarı ilə əvəz
edilə bilər, bu şərtlə ki, həmin məsrəflər
müəssisənin rentabelliyinin qorunması və ya sürəkli
yaxşılaşdırılması üçün
yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri
nəzərə alınmaqla onun üçün yolverilən
olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə
və ya torpaq icarəsi üzrə hüquq münasibətlərinə
üç ildən də tez xitam verilərsə, bu müddəa
tətbiq edilmir. Razılıq məhkəmənin müəyyən
öhdəliklərin icrası ilə bağlı qərarı
ilə əvəz edilə bilər. Məhkəmə həmçinin
dəyərin artımı haqqında qərar qəbul edə
bilər və onun miqdarını təyin edə bilər. Məhkəmə
müəyyənləşdirə bilər ki, icarəyə
verən dəyərin artımını hissə-hissə
ödəməlidir. Eyni zamanda məhkəmə bu cür
ödənişlərin hissə-hissə həyata
keçirilməsi şərtlərini müəyyənləşdirə
bilər. Əgər icarə hüquq münasibətlərinə
xitam verilərkən icarəyə verən dəyər
artımını hətta hissə-hissə kompensasiya etməyə
qadir deyildirsə, icarəçi yalnız bunu tələb edə
bilər ki, dəyər artımı kompensasiya edilənədək
icarə hüquq münasibətləri əvvəlki şərtlər
əsasında davam etdirilsin. Razılıq əldə edilmədikdə,
tərəfin tələbi ilə məhkəmə icarə
hüquq münasibətlərinin davam etdirilməsi barədə
qərar qəbul edir.
714.3. İcarəçinin
torpağa əlavə etdiyi qurğunu götürmək
hüququ vardır. İcarəyə verən qurğunun
götürülməsinin qarşısını ağlabatan
kompensasiya ödəmək yolu ilə ala bilər, bu şərtlə
ki, qurğunun götürülməsində icarəçinin
əsaslı mənafeyi olmasın. İcarəçinin
götürmə hüququnu istisna edən
razılaşmanın yalnız ağlabatan kompensasiya nəzərdə
tutulduğu halda qüvvəsi vardır.
Maddə 715. Torpaq icarəsi
müqaviləsi üzrə iddia müddəti
715.1. İcarəyə
verilmiş torpağın dəyişməsi və ya pisləşməsi
nəticəsində kompensasiya barəsində icarəyə
verənin iddiaları, habelə bu Məcəllənin
714-cü maddəsinə uyğun xərclərin əvəzinin
ödənilməsi və ya qurğunun götürülməsi
barədə icarəçinin iddiaları altı aydan sonra,
müddətin keçməsinə görə qüvvədən
düşür.
715.2. İcarəyə
verənin kompensasiya barədə iddialarının müddəti
torpağın geri qəbul edildiyi andan başlanır. İcarəçinin
iddialarının müddəti icarə hüquq münasibətlərinə
xitam verildiyi andan başlanır.
715.3. Qaytarma
hüququ müddətin keçməsinə görə ləğv
edildikdə icarəyə verən zərərin əvəzinin
ödənilməsi barədə iddialarından da məhrum
olur.
Maddə 716. İcarəyə
verənin girov hüququ
Torpaq icarəsi
müqaviləsi üzrə hüquq münasibətlərindən
irəli gələn tələbləri üzrə icarəyə
verən icarəçinin icarəyə
götürülmüş torpaqda qurulmuş əşyalarına,
habelə icarəyə götürülmüş əşyanın
bəhərinə girov hüququna malikdir. Girov hüququ icarəçi
və onun ailəsi üçün növbəti məhsula qədər
dolanacaq vasitəsi kimi zəruri olan, habelə icarəyə
götürülmüş əşyadan onun təsərrüfat
təyinatına uyğun adi istifadə üçün zəruri
olan əşyalara şamil edilmir. Bu zaman bu Məcəllənin
698-ci maddəsinin göstərişləri tətbiq edilməlidir.[459]
Maddə 717. Torpaq icarəsi
haqqında müqavilənin razılaşdırılması
717.1. Əgər
müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi
üçün əsas götürülmüş şərtlər
müqavilə bağlandıqdan sonra qarşılıqlı
öhdəliklər arasında böyük tənasübsüzlük
yaranmasına səbəb olan dərəcədə dəyişərsə,
müqavilənin istənilən iştirakçısı,
icarə müddətindən başqa, müqavilə şərtlərinin
dəyişdirilməsini tələb edə bilər. İcarəyə
götürülmüş əşyadan gəlir icarəçi
tərəfindən təsərrüfatın aparılması
nəticəsində artdıqda və ya azaldıqda, icarə
haqqının dəyişdirilməsini, əgər ayrı
şərt qoyulmayıbsa, tələb etmək olmaz.
717.2. Müqavilə
şərtlərinin dəyişdirilməsini icarənin
başlanmasından və ya müqavilə öhdəliklərinin
son dəyişikliyinin qüvvəyə minməsindən iki
il keçənədək tələb etmək olmaz. Əgər
adətən sığorta müdafiəsi olmayan viranedici təbii
fəlakətlər müqavilə öhdəliklərinin nisbətini
kökündən dəyişdirərsə, bu müddəa tətbiq
edilmir.
717.3. Müqavilə
şərtlərinin dəyişdirilməsini ona dair
bildiriş verildiyi icarə ilindən tez tələb etmək
olmaz.
717.4. Əgər
iştirakçılardan biri müqavilə şərtlərinin
dəyişdirilməsinə razılıq vermirsə, digər
iştirakçı bu razılığın məhkəmə
qərarı ilə əvəz edilməsi barədə məhkəməyə
iddia verə bilər.
717.5. Bu maddəyə
uyğun olaraq müqavilə şərtlərinin dəyişdirilməsini
tələb etmək hüququ istisna edilə bilməz.
Müqavilə iştirakçılarından birinin bu maddəyə
uyğun hüquqlarını həyata keçirməsi və
ya həyata keçirməməsi halında onun
üçün xüsusi mənfi nəticələr və
ya üstünlüklər yaranmasını nəzərdə
tutan razılaşmanın qüvvəsi yoxdur.
Maddə 718. İcarəyə
götürülmüş torpağın özgəninkiləşdirilməsi
və yüklü edilməsi
İcarəyə
götürülmüş torpaq satıldıqda və ya
üçüncü şəxslərin hüquqları və
ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin
699-cu maddəsi tətbiq edilir.
Maddə 719. Torpaq icarəsi müqaviləsinə
xitam verilməsi və onun qüvvəsinin uzadılması.
Müqavilənin ləğvi
719.1. Torpaq icarəsi
müqaviləsi üzrə hüquq münasibətlərinə
müqavilənin bağlandığı müddət
qurtardıqda xitam verilir.
719.2. Torpaq icarəsi
müqaviləsi azı üç il müddətinə
bağlandıqda bu müqavilə üzrə hüquq
münasibətləri o halda qeyri-müəyyən müddətə
uzadılır ki, iştirakçılardan biri bu barədə
sorğu verdikdən sonra digər iştirakçı həmin
münasibətlərin davam etdirilməsindən üç ay
ərzində imtina etməsin. Sorğu və imtina
yazılı formada tərtib edilməlidir. Əgər
sorğuda ona riayət edilməməsinin nəticələri
birbaşa göstərilməmişsə və sorğu icarənin
üçüncü ili ərzində verilməmişsə,
onun qüvvəsi yoxdur.
719.3. Əgər
icarə müddəti müəyyənləşdirilməyibsə,
müqavilənin istənilən iştirakçısı
müqaviləni icarənin hər hansı ilinin
üçüncü iş günündən gec olmamaqla ləğv
edə bilər. Həm də ləğvetmə icarənin
növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə
halında icarə ili təqvim ili sayılır. Daha qısa
müddətin müəyyənləşdirilməsi barədə
razılaşma yazılı formada bağlanmalıdır.
Qanunla müəyyənləşdirilmiş xəbərdarlıq
müddətlərini gözləməklə icarə
müqaviləsinin vaxtından əvvəl ləğv edilə
bildiyi hallarda ləğvetməyə yalnız icarə ilinin
sonunda yol verilir; ləğvetməyə dair bildiriş icarəyə
xitam veriləcək icarə yarımilliyinin
üçüncü iş günündən gec olmayaraq
verilməlidir.
719.4. İcarə
müqaviləsi 30 ildən çox müddətə
bağlandıqda müqavilənin istənilən iştirakçısı
30 ildən sonra müqavilənin ləğvinə dair
bildirişi icarənin növbəti ilinin sonu
üçün qüvvəyə minməklə icarənin hər
hansı ilinin üçüncü iş günündən
gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə
verənin və ya icarəçinin bütün ömrü
üçün bağlanmışdırsa, ləğvetməyə
yol verilmir.
719.5. İcarəçi
iş qabiliyyətini itirdikdə, əgər icarəyə verən
icarəyə götürülmüş əşyanın təsərrüfat
təyinatına uyğun lazımi istifadəsini təmin etmək
məqsədilə hər hansı üçüncü
şəxsə ikinci əldən icarəyə verilməsi ilə
razılaşmırsa, icarəçi xəbərdarlıq
müddətlərini gözləməklə hüquq
münasibətlərini ləğv edə bilər. Bu qaydaya
zidd olan razılaşmanın qüvvəsi yoxdur.
719.6. İcarəçi
öldükdə onun vərəsələri, habelə icarəyə
verən müqavilənin ləğvinə dair bildirişi təqvim
ili rübünün sonu üçün qüvvəyə
minməklə altı ay əvvəldən vermək
hüququna malikdirlər. Yalnız o halda vərəsələr
müqavilənin icarəyə verən tərəfindən ləğv
olunması barədə şikayət verə bilər və
müqavilə üzrə hüquq münasibətlərinin
davam etdirilməsini tələb edə bilərlər ki, onların
və ya digər miras şəriklərinin və ya bunu
tapşırdıqları hər hansı
üçüncü şəxsin əşyadan onun təsərrüfat
təyinatına uyğun lazımi istifadəni təmin etdikləri
ehtimal olunsun. Əgər vərəsələr icarə
müddətinin qurtarmasına azı üç ay
qalmış şikayət verməzlərsə və icarəyə
götürülmüş əşyadan onun təsərrüfat
təyinatına uyğun lazımi istifadə
olunacağını ehtimal etməyə imkan verən hallar barəsində
məlumat verməzlərsə, icarəyə verən
müqavilə üzrə hüquq münasibətlərinin
davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində
bildiriş və məlumat yazılı formada tərtib edilməlidir.
Razılıq əldə edilməzsə, qərarı vəsatət
əsasında məhkəmə qəbul edir.
719.7. Bu Məcəllənin
677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə
tutulmuş hallarda xəbərdarlıq müddətləri
gözlənilmədən müqavilənin ləğv edilməsinə
yol verilir. İcarəçi icarə haqqını və ya
onun mühüm hissəsini ödəməyi üç aydan
çox gecikdirdikdə də, icarəyə verən
müqaviləni dərhal ləğv edə bilər. Əgər
icarə haqqı bir ildən az müddət üçün
tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin
iki ardıcıl müddət üçün icarə
haqqını və ya onun mühüm hissəsini ödəmədiyi
halda yol verilir. Əgər həmin müddət çatanadək
icarəyə verən təmin edilərsə, müqavilənin
ləğvi istisna olunur. Əgər icarəçi borcu
qarşılıqlı əvəzləşdirmə çərçivəsində
ödəyərək ondan azad olursa və ləğvetməyə
dair bildirişdən dərhal sonra bu barədə məlumat
verirsə, ləğvetmənin qüvvəsi yoxdur.
719.8. Ləğvetməyə
dair bildiriş yazılı formada tərtib edilməlidir.
Maddə 720. Torpaq icarəsi haqqında
müqavilə üzrə hüquq münasibətlərinin
davam etdirilməsi
720.1. İcarəçi
icarəyə verəndən torpaq icarəsi müqaviləsi
üzrə hüquq münasibətlərinin davam etdirilməsini
aşağıdakı hallarda tələb edə bilər:
720.1.1. müəssisənin
icarəyə götürüldüyü halda bu müəssisə
icarəçinin mövcudluğunun iqtisadi əsasını
təşkil etdikdə;
720.1.2. torpaq sahəsinin
icarəyə götürüldüyü halda icarəçi
öz mövcudluğunun iqtisadi əsasını təşkil
edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə
və müqavilə üzrə hüquq münasibətlərinə
xitam verilməsi icarəçi və ya onun ailəsi
üçün hətta icarəyə verənin əsaslı
mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi
nəticələr törədə bildikdə.
720.2. Bu Məcəllənin
720.1-ci maddəsində nəzərdə tutulan hallarda icarəçi
tələb edə bilər ki, icarə müqaviləsi
bütün halları nəzərə almaqla ağlabatan olan
vaxtadək uzadılsın. Əgər icarəyə verən
müqavilə üzrə hüquq münasibətlərinin əvvəlki
şərtlərlə davam etdirilməsinə razılıq
verə bilmirsə, icarəçi yalnız bunu tələb
edə bilər ki, hüquq münasibətləri ağlabatan
şəkildə dəyişdirilmiş şərtlərlə
davam etdirilsin. Bu cür davametdirilmə dəfələrlə
tələb oluna bilər.
720.3. İcarəçi
torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin
davam etdirilməsini aşağıdakı hallarda tələb
edə bilməz:
720.3.1. o,
müqavilənin ləğvinə dair bildiriº verdikdə;
720.3.2. icarəyə
verənin dərhal ləğvetmə hüququ olduqda;
720.3.3. müəssisənin
icarəsi, müəssisə yaradılmasına kömək
göstərən əlavə torpaq sahələrinin icarəsi
və ya icarəçinin becərdiyi bataqlıq
torpaqlarının və xam yerlərin icarəsi haqqında
müqavilə azı 18 il müddətinə, digər torpaq
sahələrinin icarəsi haqqında müqavilə azı 12
il müddətinə bağlandıqda;
720.3.4. icarəyə
verən müvəqqəti icarəyə verdiyi torpağı
yenidən öz istifadəsinə almaq və ya ondan qanunla
müəyyənləşdirilmiş və ya digər
dövlət vəzifələrinin yerinə yetirilməsi
üçün istifadə etmək niyyətində olduqda.
720.4. İcarəçinin
torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin
davam etdirilməsini tələb etdiyi bildirişi yazılı
formada tərtib edilməlidir. İcarəyə verənin
xahişi ilə icarəçi müqavilə üzrə
hüquq münasibətlərinin davam etdirilməsi tələbi
üçün əsasları dərhal ona bildirməlidir.
720.5. İcarəyə
verən müqavilə üzrə hüquq münasibətlərinin
davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara
xitam verilməsinə azı bir il qalmış icarəçi
hüquq münasibətlərinin davam etdirilməsini tələb
etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə
müvafiq surətdə icarəyə verənin sorğusuna
cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən
imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq
müddəti 12 ay və ya daha az təyin edilmişdirsə,
münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə
dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli
sürülməsi kifayətdir.
720.6. Əgər
razılıq əldə edilməzsə, iddiaya əsasən
məhkəmə müqavilə üzrə hüquq
münasibətlərinin davam etdirilməsi, icarə müddəti
və bu münasibətlərin davam etdirilməsi şərtləri
haqqında qərar qəbul edir. Lakin məhkəmə cari
hüquq münasibətlərinin başlanğıcından
hesablanmaqla, bu Məcəllənin 720.3.3-cü maddəsində
göstərilmiş müddətlərdən kənara
çıxmayan anadək müqavilə üzrə hüquq
münasibətlərinin davam etdirilməsi haqqında qərar
qəbul edə bilər. Müqavilə üzrə hüquq
münasibətlərinin davam etdirilməsi icarəyə
götürülmüş torpağın bir hissəsi ilə
də məhdudlaşdırıla bilər.
720.7. İcarəçi
müqavilə üzrə hüquq münasibətlərinə
xitam verilməsinə ən geci doqquz ay qalmış və (ləğvetmə
haqqında xəbərdarlıq müddəti 12 ay və ya
daha qısa müddət təşkil etdikdə) ləğvetməyə
dair bildirişin məhkəməyə daxil olmasından iki ay
sonra məhkəməyə ərizə verməlidir. Əgər
mənfi nəticələrə yol verməmək
üçün ağlabatan hesab edilərsə və əgər
torpaq icarəsi müqaviləsinin qüvvədə olma
müddəti hələ qurtarmamışsa, məhkəmə
ərizənin daha gec daxil olmasına yol verə bilər.
720.8. Bu Məcəllənin
720-ci maddəsinə uyğun olaraq müqavilə üzrə
hüquq münasibətlərinin davam etdirilməsini tələb
etmək hüququ yalnız o halda istisna edilə bilər ki,
icarə hüquq münasibətlərinə dair mübahisəyə
son qoymaq məqsədilə bu tələbdən imtina barəsində
məhkəməyə ərizə verilsin. Müqavilə
iştirakçılarından birinin öz hüquqlarını
həyata keçirməsi və ya həyata keçirməməsi
nəticəsində onun üçün xüsusi mənfi nəticələr
və ya üstünlüklər yaranmasını nəzərdə
tutan razılaşmanın qüvvəsi yoxdur.
Maddə 721. Torpaq icarəsi
müqaviləsinin vaxtından əvvəl ləğvi və
təsviyəsi
721.1. Əgər
torpaq icarəsi müqaviləsinin iştirakçıları
torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv
etmək hüququna malikdirlərsə, bu hüquqa onlar
müqavilə üzrə hüquq münasibətlərinin
müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən
sonra da malikdirlər.
721.2. Müqavilə
iştirakçılarından birinin iddiası üzrə məhkəmə
qüvvəsinə vaxtından əvvəl və ya qismən
xitam verilmiş torpaq icarəsi müqaviləsinin təsviyəsi
qaydasına dair qərar qəbul edə bilər. Əgər
torpaq icarəsi müqaviləsinin qüvvəsi yalnız icarəyə
götürülmüş torpağın hər hansı hissəsi
üçün uzadılırsa, məhkəmə həmin
hissə üçün icarə haqqını müəyyənləşdirə
bilər.
Maddə 722. İcarəyə
götürülmüş torpağın qaytarılması
722.1. Müqavilə
üzrə hüquq münasibətlərinə xitam verildikdən
sonra icarəçi icarəyə götürdüyü
torpağı təyinatı üzrə lazımi istifadədən
sonra qaytarılma məqamında uyğun gəlməli
olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin
icarəyə verənə qarşı tələbləri əsasında
torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi
icarəyə götürdüyü torpağı hər
hansı üçüncü şəxsin istifadəsinə
vermişsə, torpaq icarəsi müqaviləsi üzrə
hüquq münasibətlərinə xitam verildikdən sonra
icarəyə verən torpağın qaytarılmasını həmin
üçüncü şəxsdən də tələb edə
bilər.
722.2. Əgər
torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə
icarənin hər hansı ili ərzində xitam verilirsə,
icarəyə verən hələ yaranmamış, lakin təsərrüfatın
lazımınca aparılması qaydalarına görə icarə
ilinin sonunadək əldə edilə bilən bəhərlərin
dəyərini icarəçiyə ödəməlidir. Bu
zaman məhsulla bağlı risk ağlabatan şəkildə
nəzərə alınmalıdır. Əgər bəhərlərin
dəyərini müəyyənləşdirmək
mövsüm səbəblərinə görə
mümkün deyildirsə, icarəyə verən icarəçinin
bu bəhərlər üzrə xərclərinin əvəzini
təsərrüfatın lazımınca aparılması
qaydalarına uyğun gələn dərəcədə
ödəməlidir. Bu qayda qırılmaq üçün nəzərdə
tutulan, lakin hələ qırılmamış ağaclara da tətbiq
edilir. Əgər icarəçi lazımi istifadə
qaydalarının yol verdiyindən artıq ağac
qırmışsa, artıq qırdığı
ağacların dəyərini icarəyə verənə
ödəməlidir. Digər zərərin əvəzinin
ödənilməsinə dair pretenziya verilməsi istisna
edilmir.
722.3. hüquq
münasibətlərinə xitam verildikdən sonra qalan kənd
təsərrüfatı məhsullarından icarəçi
növbəti məhsuladək təsərrüfatçılığın
davam etdirilməsi üçün zəruri olan miqdarda məhsulu,
hətta o, həmin hüquq münasibətlərinə girərkən
belə məhsulu qəbul etmiş olmasa da, verməlidir.
Əgər bununla əlaqədar olaraq icarəçi icarəlik
torpaq verilərkən aldığı məhsula nisbətən
daha çox miqdarda və ya daha yaxşı keyfiyyətli məhsulu
verməlidirsə, icarəyə verəndən dəyəri
ödəməyi tələb edə bilər.
722.4. Əgər
müqavilə üzrə hüquq münasibətlərinə
xitam verildikdən sonra icarəçi icarəyə
götürdüyü torpağı qaytarmırsa, icarəyə
verən saxlama müddəti üçün icarə
haqqı verilməsini kompensasiya kimi tələb edə bilər.
Digər zərərin əvəzinin ödənilməsi barədə
pretenziyalar verilməsi istisna edilmir.
35-ci fəsil.
Françayzinq
Maddə 723. Françayzinq
müqaviləsi
Françayzinq
müqaviləsi elə bir uzunmüddətli öhdəlik
münasibətidir ki, ona əsasən müstəqil müəssisələr
zərurət olduqca spesifik öhdəliklərin icrası yolu
ilə malın istehsalına, satışına və xidmətlərin
göstərilməsinə kömək etməyi
qarşılıqlı surətdə öhdələrinə
götürürlər.
Maddə 724. Françayz verənin
vəzifələri
724.1.
Françayz verən françayz alana standart formalı
qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət)
nişanlarını, mal nümunələrini,
qablarını, məhsulun istehsalı, əldə edilməsi,
satışı və fəaliyyətin təşkili
konsepsiyasını, habelə satışa kömək
üçün zəruri olan başqa informasiyanı
özünün tətbiq etdiyi şəkildə verməyə
borcludur.
724.2.
Françayz verən birgə fəaliyyət sistemini
üçüncü şəxslərin müdaxiləsindən
qorumağa, onu aramsız təkmilləşdirməyə və
françayz alanı işgüzar vərdişlərlə
tanış etmək, informasiya vermək və
ixtisasını artırmaq yolu ilə dəstəkləməyə
borcludur.
Maddə 725. Françayz
alanın vəzifələri
725.1.
Françayz alan françayzinqin həyata keçirilməsi
sisteminə qoyduğu zəhmət nəzərə
alınmaqla hesablanan muzd ödəməli və vicdanlı
sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin
məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz
verənin və ya onun göstərdiyi şəxslərin
vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə
etməlidir.
725.2. Əgər
müqavilə bağlanarkən françayz alan daxilolma
haqqı vermişdirsə və bu haqq françayz muzdunun
hesabına daxil edilməmişdirsə, onda françayz verən
müqavilənin qüvvəsinə xitam verilərkən bu
haqqı ona qaytarmağa borcludur.
Maddə 726. Etibar edilmiş
informasiyanı açıqlamamaq vəzifəsi
Françayzinq
müqaviləsi bağlanarkən tərəflər bir-birini
françayzinq ilə bağlı hallarla, xüsusən
françayzinq sistemi ilə açıq-aşkar və tam
tanış etməli və bir-birinə vicdanlı surətdə
informasiya verməlidirlər. Onlar etibar edilmiş
informasiyanı müqavilənin bağlanmadığı halda
da açıqlamamağa borcludurlar.
Maddə 727. Françayzinq
müqaviləsinin forması
Françayzinq müqaviləsi
yazılı formada bağlanmalıdır. Müqavilənin mətnində
tərəflər ikitərəfli öhdəlikləri,
müqavilənin müddətini, ləğv edilməsi və
ya müddətinin uzadılması şərtlərini və
müqavilənin digər mühüm elementlərini dəqiq
göstərməkdən əlavə, françayzinq sistemini
tam təsvir etməlidirlər.
Maddə 728. Françayzinq
müqaviləsinin müddəti
728.1.
Françayzinq müqaviləsinin müddətini tərəflər
həmin malın və xidmətlərin satışı ilə
bağlı tələbatı nəzərə almaqla müəyyənləşdirirlər.
728.2. Əgər
müqavilənin müddəti on ildən çoxdursa, istənilən
tərəfin ləğvetmə üçün zəruri
olan bir illik müddəti gözləməklə müqaviləni
ləğv etmək ixtiyarı vardır. Əgər tərəflərdən
heç biri müqaviləni ləğv etmək
üçün bu hüquqdan istifadə etmirsə, müqavilə
iki il müddətinə uzadılır. Müqavilə
müddətin bitməsi nəticəsində və ya tərəflərin
təşəbbüsü ilə ləğv edildikdə tərəflər
qarşılıqlı etimad prinsipini gözləməklə
müqavilənin müddətini işgüzar
qarşılıqlı münasibətlərin faktik
qurtardığı vaxtadək eyni və ya dəyişdirilmiş
şərtlərlə uzatmağa çalışmalıdırlar.
Maddə 729. Loyal rəqabət
729.1. Tərəflər
müqavilə münasibətləri qurtardıqdan sonra da
öz aralarında loyal rəqabət aparmağa borcludurlar.
Bununla əlaqədar olaraq françayz alanın müəyyən
ərazinin hüdudları daxilində rəqabət
aparması üzərində ən çoxu bir il müddətinə
qadağan qoyula bilər.
729.2. Əgər
rəqabət aparmağın qadağan edilməsi
françayz alanın peşə fəaliyyəti
üçün təhlükə yarada bilərsə,
müqavilə müddətinin bitməsinə baxmayaraq ona
müvafiq maliyyə kompensasiyası verilməlidir.
Maddə 730. Françayz verənin
məsuliyyəti
Françayz verən
françayzinq sistemi ilə nəzərdə tutulan
hüquqlar və informasiya üçün məsuliyyət
daşıyır. Əgər françayz verən müqavilə
öhdəliklərini təqsirli surətdə pozarsa,
françayz alan əvəz ödənilməsini azalda bilər.
Azaltmanın miqdarı müstəqil ekspertin rəyi əsasında
qəti surətdə müəyyənləşdirilməlidir.
Bununla bağlı xərclər tərəflərin öhdəsinə
qoyulur.
Maddə 731. Françayzinq
hüquq münasibətlərinə tətbiq edilən
müddəalar
731.1. Əgər
françayzinq müqaviləsinin predmetini əqli mülkiyyətdən
istifadə hüquqlarının verilməsi təşkil edirsə,
ona müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında, habelə patent hüququ haqqında qanunvericiliyin
müddəaları tətbiq edilir.
731.2. Əgər
françayz alan françayz verənin və ya françayz
verənlə bağlı hər hansı müəssisənin
mallarını yaymaqla daimi məşğul olursa, bu Məcəllənin
ticarət nümayəndəliyi və konsessiya müqaviləsi
haqqında müddəaları tətbiq edilir.
731.3. Əgər
françayzinq müqaviləsinin iştirakçıları
başqa öhdəliklər (o cümlədən
alğı-satqı, əmlak kirayəsi, podrat və xidmətlər
göstərilməsi) götürürlərsə,
iştirakçıların hüquq münasibətlərinə
bu Məcəllənin həmin müqavilə növləri
haqqında müddəaları tətbiq edilir.
36-cı fəsil.
Əvəzsiz istifadə
Maddə 732. Əvəzsiz
istifadə müqaviləsi
Əvəzsiz
istifadə müqaviləsinə görə, hər hansı əşyanı
kirayəyə verən onu kirayəçinin istifadəsinə
verməyi öhdəsinə götürür, kirayəçi
isə həmin əşyanı kirayəyə verənə
qaytarmağı öhdəsinə götürür,
özü də bu öhdəlikləri
iştirakçılar əvəzsiz icra etməlidirlər.
Maddə 733. Əvəzsiz
istifadəyə verilən əşyanı kirayəyə verənin
məsuliyyəti
733.1. Əvəzsiz
istifadəyə verilən əşyanı kirayəyə verən
kirayəçi qarşısında yalnız qəsdən və
ya kobud ehtiyatsızlıq üzündən törədilmiş
əməllər və ya qüsurlar üçün məsuliyyət
daşıyır.
733.2. Əgər
kirayəyə verən üçüncü şəxslərin
hər hansı hüquqlarının və ya
iddialarının olduğunu və ya əvəzsiz istifadəyə
verilmiş əşyanın hər hansı qüsurunu qəsdən
gizlədirsə, bunun nəticəsində əmələ gələn
zərərin əvəzini kirayəçiyə ödəməyə
borcludur.
Maddə 734. Əvəzsiz
istifadəyə götürülmüş əşyanın
saxlanması
734.1. Kirayəçi
əvəzsiz istifadəyə götürdüyü əşyanın
adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri
çəkməlidir. Kirayəyə verənin digər xərclərin
əvəzini ödəmək vəzifəsi özgə
işlərini tapşırıqsız aparmaq haqqında və
əsassız varlanma haqqında göstərişlərə
uyğun müəyyənləşdirilir.
734.2. Kirayəçi
əvəzsiz istifadəyə götürdüyü əşyanın
müqavilə üzrə istifadəsi çərçivəsində
dəyişməsi və ya pisləşməsi
üçün məsuliyyət daşımır.
Maddə 735. Əvəzsiz istifadəyə
götürülmüş əşyadan müqavilə şərtlərinə
uyğun istifadə
Kirayəçinin
əvəzsiz istifadəyə götürdüyü əşyadan
müqavilədə göstəriləndən savayı,
başqa təyinatla istifadə etməsinə icazə verilmir.
Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı
üçüncü şəxslərin istifadəsinə
vermək hüququ yoxdur.
Maddə 736. Əvəzsiz
istifadəyə götürülmüş əşyanı
qaytarmaq vəzifəsi
736.1. Kirayəçi
əvəzsiz istifadəyə götürdüyü əşyanı
müqavilədə müəyyənləşdirilmiş
müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
736.2. Əgər
əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə,
kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə
uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər
kirayəçinin əşyadan istifadə edə bilməsi
üçün yetərli olan müddət bitərsə,
kirayəyə verən əşyanın daha əvvəl
qaytarılmasını tələb edə bilər.
736.3. Əgər
kirayə müddəti müəyyənləşdirilməyibsə,
yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən
onu müəyyənləşdirmək mümkün deyildirsə,
kirayəyə verən əvəzsiz istifadəyə
götürülmüş əşyanın
qaytarılmasını istənilən vaxt tələb edə
bilər.
736.4. Əgər
kirayəçi əvəzsiz istifadəyə
götürdüyü əşyanı
üçüncü şəxslərin istifadəsinə
verirsə, şübhə halında kirayəyə verən əşyanın
qaytarılmasını üçüncü şəxslərdən
də istənilən vaxt tələb edə bilər.
Maddə 737. Əvəzsiz istifadə
müqaviləsi üzrə hüquq münasibətlərinə
vaxtından əvvəl xitam verilməsi
Kirayəyə
verən əvəzsiz istifadə müqaviləsini, əvvələn,
əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz
hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi
əşyadan müqavilənin şərtlərini pozmaqla
istifadə etdikdə, o cümlədən əşyanı
üçüncü şəxslərin istifadəsinə
verdikdə və ya kirayəçinin kifayət qədər
vicdanlı olmaması üzündən əşya
mühüm təhlükəyə məruz qaldıqda və
üçüncüsü, kirayəçinin
öldüyü halda vaxtından əvvəl ləğv edə
bilər.
Maddə 738. Əvəzsiz
istifadə müqaviləsi üzrə müddətlər
Kirayəyə
verənin əvəzsiz istifadəyə verilmiş əşyanın
dəyişməsi və ya pisləşməsi nəticəsində
dəyən zərərin əvəzinin ödənilməsi
hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri
xərclərin əvəzinin ödənilməsi
hüquqları altı aydan sonra, müddətin keçməsinə
görə qüvvədən düşür.
37-ci
fəsil.[460]
Borc
§ 1.
Borc müqaviləsi
Maddə 739. Borc müqaviləsinin
anlayışı və forması
739.1.
Borc müqaviləsinə görə bir tərəf (borcverən)
pul vəsaitinə və ya digər əvəz edilən əşyalara
mülkiyyət hüququnu digər tərəfə (borcalana)
verməyi öhdəsinə götürür, borcalan isə
aldıqlarını müvafiq olaraq eyni məbləğdə
pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan
eyni növlü əşyalar şəklində borcverənə
qaytarmağı öhdəsinə götürür.
739.2.
Borc müqaviləsi predmetinin məbləği üç min
manatdan çoxdursa və ya məbləğindən
asılı olmayaraq, müqavilənin
iştirakçılarından biri hüquqi şəxsdirsə,
borc müqaviləsi yazılı formada
bağlanılmalıdır.
739.3.
Borcalanın və ya onun göstərdiyi
üçüncü şəxsin borc müqaviləsinin
predmetinə sərəncam hüququnun yarandığı
gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin
predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə,
borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud
onun göstərdiyi üçüncü şəxsin
hesabına xidmət göstərən kredit təşkilatının
və ya digər şəxsin hesabına mədaxil edildiyi
gün hesab olunur. Borcverənin və borcalanın (və ya
onun göstərdiyi üçüncü şəxsin)
hesabları eyni təşkilatda olduqda borc vəsaitinin
borcalanın və ya onun göstərdiyi şəxsin
hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab
edilir.
739.4.
Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin)
alınması məqsədilə borc verə bilməz. Borcverən
qarşısındakı borc öhdəliyinin icrasının
təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm)
çıxış edə bilməz.
Maddə 740. Borc müqaviləsi üzrə
faizlər
740.1.
Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə
tutulmuş qaydada və məbləğdə faiz almaq
hüququna malikdir.
740.2.
Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa,
borcun verilməsinə görə faizin və (və ya) digər
haqqın məbləği və ya hesablanma qaydası tərəflərin
razılaşması ilə müəyyən edilir.
740.3.
Borcdan istifadəyə görə faiz nəzərdə
tutulubsa və müvafiq məbləğ müqavilədə
müəyyənləşdirilməyibsə, həmin məbləğ
bu Məcəllənin 439.3-cü maddəsinə əsasən
hesablanır.
740.4.
Faizlər, o cümlədən gecikdirilmiş vaxt
üçün hesablanan faizlər və digər haqlar
yalnız borcun qaytarıldığı günədək
ödənilməmiş əsas borc qalığı məbləğinə
hesablanır.
740.5.
Müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və
(və ya) haqlar müqavilənin qüvvədə olduğu hər
bir ilin sonunda ödənilməli, borc bir il başa
çatanadək qaytarılmalıdırsa, faizlər və (və
ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
740.6.
Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin
üç yüz altmış beşə və ya borc
müqaviləsində nəzərdə tutulduğu halda
üç yüz altmışa bölünərək, borcun
verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil,
qaytarıldığı gün isə xaric olmaqla) sayına
vurulmaqla hesablanır.
740.7.
Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul
etdiyi hər hansı ödənişin borc üzrə
sonrakı günlərin birində qəbul edilmiş ödəniş
kimi hesab edilməsi yolverilməzdir.
740.8.
Kredit müqaviləsi üzrə faizlər və (və ya)
digər haqlar kredit müqaviləsi ilə müəyyən
edilən müddətlərdə ödənilir.
740.9.
Bu Məcəllənin bu paraqrafının faiz və (və
ya) haqların ödənilməsinə dair müddəaları
qanunda və ya borc müqaviləsində faiz və (və ya)
haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq
edilir.
740.10.
Gəlir əldə etmək məqsədilə müntəzəm
olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin
borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq
kreditlərin verilməsi fəaliyyətinin həyata
keçirilməsi hüququna malik şəxs tərəfindən
həyata keçirilə bilər.
Maddə 741. Borc vermək və almaq
öhdəliyinin birtərəfli ləğvi
741.1.
Bu Məcəllədə ayrı qayda nəzərdə
tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli
dərəcədə pisləşməsi və ya
borcalanın borcverənə hər hansı yanlış məlumat
verməsi səbəbindən borcun vaxtında
qaytarılmayacağı açıq-aşkar bəlli olduqda,
yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində
nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə,
o cümlədən təminat təqdim etmədikdə, borcverən
borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən
birtərəfli qaydada imtina edə bilər.
741.2.
Borcalan borc müqaviləsi predmeti ona verilənədək
borcun alınmasından tam və ya qismən birtərəfli
qaydada imtina edə bilər.
Maddə 742. Borcun qaytarılması
742.1.
Borcalan borcu (həmçinin faizləri və (və ya)
haqları) borc müqaviləsində nəzərdə tutulan
müddətdə və qaydada (bu Məcəllənin
740-cı maddəsi nəzərə alınmaqla) borcverənə
qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin
göstərdiyi üçüncü şəxsə
verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə
tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc
müqaviləsinin predmeti pul vəsaiti olduqda və
nağdsız qaydada qaytarıldıqda, borcun
qaytarıldığı gün borc məbləğinin
borcverənin, yaxud onun göstərdiyi üçüncü
şəxsin hesabına xidmət göstərən kredit təşkilatının
və ya digər şəxsin hesabına mədaxil edildiyi
gün hesab olunur. Borcverənin və borcalanın və ya onun
göstərdiyi üçüncü şəxsin
hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin
və ya onun göstərdiyi şəxsin hesabına mədaxil
olduğu gün borcun qaytarıldığı gün hesab
edilir.
742.2.
Əgər borc müqaviləsində borcun qaytarılması
üçün müddət müəyyən edilməmişdirsə,
borcverən borcun qaytarılmasını istənilən vaxt tələb
edə bilər. Borcverənin icra tələbini almış
borcalan bir ay müddətində borcu qaytarmalı, habelə
faizləri və (və ya) haqları ödəməlidir, bu
şərtlə ki, tərəflərin razılaşması
ilə daha uzun müddət nəzərdə tutulmasın.
742.3.
Bu Məcəllədə ayrı qayda nəzərdə
tutulmayıbsa, borcalan borcun verildiyi gündən
qaytarıldığı günədək hesablanmış
faizləri və (və ya) haqları ödəməklə,
borcu vaxtından əvvəl qaytara bilər.
742.4.
Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən
müddət xəbərdarlığın
alındığı vaxtdan hesablanır.
742.5.
Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə
ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən
aşağıdakı hallarda müəyyən müddətə
verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl
tələb edildiyi günədək borcla bağlı borcverənə
ödənilməli olan faiz və (və ya) digər ödənişlərin)
vaxtından əvvəl qaytarılmasını tələb edə
bilər:
742.5.1.
borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə
pisləşməsi (o cümlədən müqavilə
bağlanılmazdan əvvəl baş vermiş və
müqavilə bağlanılan anadək aradan
qaldırılmamış pisləşmə borcverənə
sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər
hansı yanlış məlumat verməsi səbəbindən
borcun vaxtında qaytarılmayacağını güman etməyə
əsaslar olduqda;
742.5.2.
borcun hissə-hissə qaytarılmasını və (və ya)
faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini
nəzərdə tutan borc müqaviləsi üzrə
vaxtı çatmış borcun (faizlər və (və ya)
haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə
gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar
daxil olmaqla) ödənilməsi müddətlərinin
ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan)
gündən az olmamaqla);
742.5.3.
borcalan borc öhdəliyinin icrasının təmin edilməsi
üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin
cavabdeh olmadığı hallarla əlaqədar təminat
itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və
yaxud dəyəri azaldıqda (o cümlədən qarantın
və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə
pisləşdikdə) və bu hallarda borcun vaxtında
qaytarılmayacağını güman etməyə əsaslar
olduqda;
742.5.4.
borcun təyinatı borc müqaviləsində göstərildiyi
halda borcalan borcverənə borcun təyinatı üzrə
istifadə edilməsinə müqavilədə nəzərdə
tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə
və ya borc təyinatı üzrə istifadə
olunmadıqda.
§ 2.
Kredit müqaviləsi
Maddə 743. Kredit müqaviləsinin
anlayışı
743.1.
Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə
mülkiyyət hüququnu müqavilədə göstərilən
məbləğdə və şərtlərlə borcalana
verməyi, borcalan isə aldığı pul vəsaitini
müqavilədə müəyyən edilmiş müddətə
faizlərin və (və ya) müqavilədə göstərilən
digər ödənişlərin ödənilməsi şərtilə
borcverənə qaytarmağı öhdəsinə
götürür. Kredit müqaviləsi üzrə borcverən
yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin
verilməsi fəaliyyətinin həyata keçirilməsi
hüququna malik şəxs ola bilər.
743.2.
Bu Məcəllənin bu paraqrafının müddəalarından
ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə
bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları
müvafiq surətdə tətbiq edilir.
743.3.
Azərbaycan Respublikasının adından borc alınması,
habelə ixtisaslaşmış dövlət
qurumlarının və Azərbaycan Respublikası Mərkəzi
Bankının vəsaitləri hesabına, eləcə də
lombardlar tərəfindən kreditlərin verilməsi
müvafiq hüquqi aktlara uyğun olaraq həyata
keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin
hüquqi aktlarla tənzimlənməyən məsələlər
bu Məcəlləyə uyğun olaraq tənzimlənir.
Maddə 744. Kredit müqaviləsinin
bağlanma qaydası və məzmunu
744.1.
Kredit müqaviləsi tərəflər arasında
yazılı formada bağlanılır və kredit müqaviləsinin
bir nüsxəsi borcalana verilir.
744.2.
Kredit müqaviləsində ən azı
aşağıdakılar göstərilməlidir:
744.2.1.
borcverənin adı və ünvanı;
744.2.2.
borcalanın adı və ünvanı;
744.2.3.
kreditin məbləği və valyutası;
744.2.4.
kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
744.2.5.
kreditin təyinatı;
744.2.6.
kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi
və (və ya) digər ödənişlərin məbləği,
həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə
üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə,
ilkin faktiki illik faiz dərəcəsi);
744.2.7.
tətbiq edildikdə, kredit üzrə faizlərin
tutulmadığı müddət barədə aydın və
dəqiq məlumat.
744.3.
Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə
faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi
Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq
hesablanır.
Maddə 745. Kredit müqaviləsinin
xüsusiyyətləri
745.1.
Bu Məcəllənin 742.5.3-cü maddəsi kredit öhdəliyinin
icrası təminatının itirilməsi və yaxud dəyərinin
azalması hallarına yalnız bu şərtlə tətbiq
edilir ki, borcalan kredit müqaviləsində müəyyən
edilmiş müddətdə təminatı əvəz etməmiş
və ya əlavə təminat təqdim etməmiş olsun.
745.2.
Kredit müqaviləsi üzrə borcalan tərəfindən
öhdəlik vaxtından əvvəl ödənilərsə,
borcverən bu Məcəlləyə uyğun olaraq zərərin
əvəzinin ödənilməsi üçün kompensasiya
ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə
tutulduqda tələb edə bilər.
745.3.
Bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən
irəli gələn münasibətlərə bu şərtlə
tətbiq edilir ki, ödəniş əməliyyat
gününün (borcverənin ödənişlərin qəbulu
üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata
keçirilmiş olsun. Borcverən tərəfindən kredit
müqaviləsində daha qısa müddət müəyyən
edilməmişdirsə, əməliyyat günü bitdikdən
sonra ödəniş terminalı vasitəsilə və ya digər
üsulla həyata keçirilən ödəniş növbəti
iş günündən gec olmayaraq həyata keçirilən
ödəniş hesab edilir.
745.4.
Borcverənin kredit müqaviləsindən irəli gələn
tələbləri üzrə iddia müddəti bir ildir.
745.5.
Kredit müqaviləsində ayrı hal nəzərdə
tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi
istisna olmaqla), kredit üzrə ödənişlərin
gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri)
kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə
pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra
edilmə günü üçün Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilən uçot dərəcəsi əlavə
edilməklə hesablanır. Bu maddədə müəyyən
edilən həddə gecikdirilmə faizləri tətbiq
edildikdə, əlavə dəbbə pulu (cərimə, penya)
və ya digər formada hər hansı ödəniş tələb
edilə bilməz.
745.6.
Əgər kredit üzrə ödənişlərin
gecikdirilməsinə görə borcverənə dəyən
zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən
ona çatası faizlərin məbləğindən
çoxdursa, borcverən borcalandan həmin məbləğdən
çox olan hissədə zərərin əvəzini ödəməyi
məhkəmə qaydasında və ya zərərin baş
verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə
etməklə tələb edə bilər.
§ 3.
İstehlak krediti müqaviləsi
Maddə 746. İstehlak krediti müqaviləsinin
anlayışı
746.1.
İstehlak krediti müqaviləsinə görə borcverən
sahibkarlıq və ya peşə fəaliyyəti ilə
bağlı olmayan məqsədlər üçün fiziki
şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini
borc verməyi, istehlakçı isə aldığı borcu
faizlər və (və ya) müqavilədə göstərilən
digər ödənişlərin ödənilməsi şərtilə
müqavilə ilə müəyyən edilmiş qaydada və
müddətdə qaytarmağı öhdəsinə
götürür.
746.2.
Bu Məcəllənin bu paraqrafının müddəaları
aşağıdakı müqavilələrə şamil
edilmir:
746.2.1.
daşınmaz əmlaka dair hüquqların əldə edilməsi
ilə bağlı və ya daşınmaz əmlakın
ipotekası ilə təmin edilən kredit müqavilələrinə;
746.2.2.
kredit müqaviləsinin bağlandığı anda məbləği
ölkə üzrə müəyyən olunmuş minimum
aylıq əməkhaqqı məbləğindən
aşağı və ya həmin məbləğin 300
(üç yüz) mislindən çox olan müqavilələrə;
746.2.3.
90 (doxsan) gün müddətinədək bank hesabının
kreditləşdirilməsinə;
746.2.4.
kredit ittifaqlarının öz üzvlərinə verdiyi
kreditlər üzrə müqavilələrə;
746.2.5.
bu Məcəllənin 743.1-ci maddəsinə uyğun olaraq
kreditlərin verilməsi fəaliyyətini həyata keçirən
borcverənin öz işçilərinə verdiyi kreditlər
üzrə müqavilələrə;
746.2.6.
investisiya xidmətlərini həyata keçirən təşkilatlar
tərəfindən qiymətli kağızlar və ya törəmə
maliyyə alətləri ilə onların həyata
keçirdiyi əqdlərin bağlanması üçün
verilən kreditlər üzrə müqavilələrə;
746.2.7.
məhkəmə və ya mediasiya vasitəsilə bağlanan
barışıq sazişinə əsasən
bağlanmış kredit müqavilələrinə;
746.2.8.
kredit borcunun və digər ödənişlərin yeni
müddətə ödənilməsini nəzərdə tutan
və faizsiz müəyyən edilən restrukturizasiya
müqavilələrinə;
746.2.9.
öhdəliyin icrası borcverənin sahibliyinə verilən əşya
ilə təmin edilən və istehlakçının öhdəliyinin
yalnız həmin əşya ilə məhdudlaşmasını
nəzərdə tutan kreditlər üzrə müqavilələrə.
746.3.
Bu Məcəllənin bu paraqrafının müddəalarından
ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə
bu Məcəllənin borc müqaviləsi və kredit
müqaviləsi haqqında müddəaları müvafiq surətdə
tətbiq edilir.
Maddə 746-1. İstehlak krediti
müqaviləsi üzrə ilkin məlumatlandırma
746-1.1.
İstehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl
borcverən aşağıdakılar barədə məlumatları
kağız və ya digər davamlı
daşıyıcıda (məlumatın məqsədlərinə
uyğun müddət ərzində saxlanılmasına imkan
verən və saxlanılan məlumatın dəyişiklik
olmadan əks etdirilməsi mümkün olan istənilən
vasitə) istehlakçıya təqdim etməlidir:
746-1.1.1.
kreditin növü;
746-1.1.2.
borcverənin adı və ünvanı;
746-1.1.3.
kreditin məbləği və valyutası;
746-1.1.4.
kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
746-1.1.5.
kredit müəyyən malın alınması və ya xidmətin
göstərilməsi ilə əlaqədar olaraq əlaqəli
kredit müqaviləsi vasitəsilə verildikdə, həmin
mal və ya xidmət və onun nağd qiyməti (malın və
ya xidmətin alınması zamanı birdəfəlik ödəniş
edildikdə);
746-1.1.6.
kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi
və (və ya) digər ödənişlərin məbləği
və onların tətbiq edilmə şərtləri, həmçinin
faktiki illik faiz dərəcəsi;
746-1.1.7.
tətbiq edildikdə, kredit üzrə faizlərin
tutulmadığı müddət barədə aydın və
dəqiq məlumat;
746-1.1.8.
istehlakçı tərəfindən edilməli olan ödənişlərin
məbləği, sayı və dövriliyi, habelə yetərli
miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin
öhdəliyin icrasından silinmə
ardıcıllığı;
746-1.1.9.
tətbiq edildikdə (hesabın açılması zəruri
olmayan hallar istisna olmaqla), ödəniş və
nağdlaşdırma əməliyyatlarının
qeydiyyatını aparan bir və ya bir neçə hesabın
saxlanma xərcləri, o cümlədən ödəniş və
nağdlaşdırma əməliyyatları üçün
ödəniş vasitələrindən istifadə xərcləri,
kredit müqaviləsindən irəli gələn digər xərclər
və bu xərclərin dəyişdirilmə şərtləri;
746-1.1.10.
tətbiq edildikdə, kredit müqaviləsinin
bağlanılması ilə bağlı istehlakçı tərəfindən
ödənilməli olan notarial xərclərin
mövcudluğu;
746-1.1.11.
kreditin alınması üçün əlavə xidmət
müqaviləsinin, o cümlədən sığorta
müqaviləsinin bağlanılması məcburi olduğu
hallarda istehlakçının istehlak krediti müqaviləsi
ilə bağlı belə müqaviləni bağlamaq vəzifəsi;
746-1.1.12.
istehlakçının ödənişlərini vaxtında
etməməsinin hüquqi nəticələri;
746-1.1.13.
tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq
edilən zaman ödənilməli olan dəbbə pulu;
746-1.1.14.
tətbiq edildikdə, kreditin verilməsi üçün tələb
olunan təminatlar;
746-1.1.15.
istehlakçının istehlak krediti müqaviləsindən
imtina hüququ, belə bir hüququn həyata keçirildiyi
müddət və şərtlər;
746-1.1.16.
istehlakçının istehlak kreditini vaxtından əvvəl
ödəmək hüququ və tətbiq edildikdə, borcverənin
kompensasiya hüququ, kompensasiyanın məbləği və
müəyyən edilməsi qaydası;
746-1.1.17.
tətbiq edildikdə, borcverənin bu Məcəllənin
742.5-ci maddəsində göstərilən borcun vaxtından əvvəl
qaytarılmasını tələb edə bildiyi hallar;
746-1.1.18.
ödəmə qabiliyyətinin qiymətləndirilməsi məqsədilə
kredit bürolarından alınmış məlumatlar əsasında
istehlakçıya kredit verilməsindən imtina edildikdə,
bu barədə istehlakçının ödənişsiz
olaraq məlumat almaq hüququ;
746-1.1.19.
istehlakçının müraciəti əsasında
müqavilə layihəsinin surətini borcverəndən
ödənişsiz almaq hüququ;
746-1.1.20.
borcverənin verdiyi məlumatların qüvvədə
olduğu müddət.
746-1.2.
Bu Məcəllənin 746-1.1-ci maddəsində göstərilən
məlumatlar standart məlumatlandırma formasında əks
etdirilir. Standart məlumatlandırma forması Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
təsdiq edilir.
746-1.3.
Borcverən tərəfindən standart məlumatlandırma
formasına kreditlə bağlı digər məlumatlar da
daxil edilə bilər.
746-1.4.
Borcverən tərəfindən verilən məlumatlar
aydın və başa düşülən şəkildə
ifadə edilməlidir.
746-1.5.
Məsafəli istehlak krediti müqaviləsinin
bağlanması üçün rabitə vasitəsi kimi səsli
rabitə vasitəsi (telefon zəngi, videozəng və s.)
istifadə edildikdə, borcverən zəngin əvvəlində
yalnız aşağıdakı məlumatları istehlakçıya
təqdim edir:
746-1.5.1.
borcverənin adı və zəngin məqsədi;
746-1.5.2.
istehlakçı ilə əlaqə saxlayan şəxsin
adı, soyadı və borcverənlə əlaqəsi;
746-1.5.3.
təklif olunan xidmətin istehlak krediti olması;
746-1.5.4.
təklif olunan istehlak kreditinin məbləği, kredit üzrə
ödənilən faizlərin illik dərəcəsi və
faktiki illik faiz dərəcəsi;
746-1.5.5.
təklif olunan istehlak krediti ilə bağlı
istehlakçının üzərinə düşəcək
əlavə xərclərinin ola biləcəyi barədə
qeyd;
746-1.5.6.
istehlakçının istehlak krediti müqaviləsindən
imtina hüququ, belə bir hüququn həyata keçirildiyi
müddət və şərtlər;
746-1.5.7.
borcverənin verdiyi məlumatların qüvvədə
olduğu müddət.
746-1.6.
Bu Məcəllənin 746-1.5-ci maddəsi tətbiq edildikdə,
borcverən bu Məcəllənin 746-1.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada həmin maddədə göstərilən
digər məlumatların istehlakçının müraciəti
əsasında ona təqdim edilməsinin
mümkünlüyü barədə istehlakçını məlumatlandırır
və istehlakçının müraciəti əsasında həmin
məlumatların təqdim edilməsini təmin edir.
746-1.7.
İstehlakçı bu Məcəllənin 746-1.1.18-ci maddəsində
göstərilən hüququndan istifadə edərək
borcverənə müraciət edərsə, borcverən
müvafiq məlumatı növbəti iş günündən
gec olmayaraq istehlakçıya yazılı şəkildə
təqdim etməlidir.
Maddə 746-2. İstehlak krediti
müqaviləsinin bağlanma qaydası və məzmunu
746-2.1.
İstehlak krediti müqaviləsi yazılı formada
kağız və ya digər davamlı
daşıyıcıda tərtib edilir.
746-2.2.
İstehlak krediti müqaviləsində
aşağıdakılar aydın və dəqiq şəkildə
göstərilir:
746-2.2.1.
kreditin növü;
746-2.2.2.
tərəflərin adı və ünvanı;
746-2.2.3.
kreditin məbləği və valyutası;
746-2.2.4.
kreditin qaytarılma müddəti və ödəniş şərtləri;
746-2.2.5.
kredit müəyyən malın alınması və ya xidmətin
göstərilməsi ilə əlaqədar olaraq əlaqəli
kredit müqaviləsi vasitəsilə verildikdə, həmin
mal və ya xidmət və onun nağd qiyməti (malın və
ya xidmətin alınması zamanı birdəfəlik ödəniş
edildikdə);
746-2.2.6.
kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi
və (və ya) digər ödənişlərin məbləği
və onların tətbiq edilmə şərtləri, həmçinin
faktiki illik faiz dərəcəsi və onun hesablanmasına
daxil edilən bütün ödənişlər;
746-2.2.7.
tətbiq edildikdə, kredit üzrə faizlərin
tutulmadığı müddət barədə aydın və
dəqiq məlumat;
746-2.2.8.
istehlakçı tərəfindən edilməli olan ödənişlərin
məbləği, sayı və dövriliyi, habelə yetərli
miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin
öhdəliyin icrasından silinmə
ardıcıllığı;
746-2.2.9.
tətbiq edildikdə (hesabın açılması zəruri
olmayan hallar istisna olmaqla), ödəniş və
nağdlaşdırma əməliyyatlarının
qeydiyyatını aparan bir və ya bir neçə hesabın
saxlanma xərcləri, o cümlədən ödəniş və
nağdlaşdırma əməliyyatları üçün
ödəniş vasitələrindən istifadə xərcləri,
kredit müqaviləsindən irəli gələn digər xərclər
və bu xərclərin dəyişdirilmə şərtləri;
746-2.2.10.
tətbiq edildikdə, kredit müqaviləsinin
bağlanılması ilə bağlı istehlakçı tərəfindən
ödənilməli olan notarial xərclər;
746-2.2.11.
istehlakçının ödənişlərini vaxtında
etməməsinin hüquqi nəticələri;
746-2.2.12.
tətbiq edildikdə, gecikmiş ödəmələrə tətbiq
edilən zaman ödənilməli olan dəbbə pulu
(gecikdirilmə faizləri);
746-2.2.13.
tətbiq edildikdə, kredit öhdəliyinin icrasının təminatına
dair şərtlər və sığorta tələbləri
haqqında məlumatlar;
746-2.2.14.
istehlakçının istehlak krediti müqaviləsindən
imtina hüququ, belə bir hüququn həyata keçirildiyi
müddət və şərtlər;
746-2.2.15.
istehlakçının istehlak kreditini vaxtından əvvəl
ödəmək hüququ və tətbiq edildikdə, borcverənin
kompensasiya hüququ, kompensasiyanın məbləği və
müəyyən edilməsi qaydası;
746-2.2.16.
tətbiq edildikdə, borcverənin bu Məcəllənin
742.5-ci maddəsində göstərilən borcun vaxtından əvvəl
qaytarılmasını tələb edə bildiyi hallar;
746-2.2.17.
istehlakçının müqavilə müddətində
sorğu əsasında ödənişsiz olaraq kağız
daşıyıcıda təqvim ili ərzində iki dəfə
(müqavilədə daha əlverişli hal nəzərdə
tutulmadıqda), digər davamlı daşıyıcıda isə
istənilən zaman kreditin qalığı barədə
hesabdan çıxarışı kreditin ödəniş
qrafiki şəklində əldə etmək hüququ (ödəniş
qrafikində həyata keçirilməli olan ödənişlər,
belə ödənişlərin müddətləri, ödənişlərin
strukturu, o cümlədən illik faiz dərəcəsi
üzrə hesablanmış faizlər və tətbiq olunan
digər əlavə xərclər göstərilir);
746-2.2.18.
mübahisələrə məhkəmədənkənar
qaydada baxılması imkanlarının olub-olmaması, olduqda
onun qaydası;
746-2.2.19.
tətbiq edildikdə, digər müqavilə şərtləri;
746-2.2.20.
Mərkəzi Bankın adı və ünvanı.
746-2.3.
İstehlak krediti müqaviləsi üzrə dəyişən
faiz dərəcəsinin tətbiq edilməsi və faizlərin
və digər ödənişlərin artırıla bilməsi
imkanının şərtləndirilməsi yolverilməzdir.
746-2.4.
Bank hesabının kreditləşdirilməsi hallarında
borcverən istehlakçını vaxtaşırı olaraq
kağız və ya digər davamlı
daşıyıcıda hesabdan çıxarış vasitəsilə
aşağıdakılar barədə məlumatlandırır:
746-2.4.1.
hesabdan çıxarışın aid olduğu dövr;
746-2.4.2.
kreditləşdirilmənin tarixləri və məbləğləri;
746-2.4.3.
əvvəlki çıxarış üzrə balans və
onun tarixi;
746-2.4.4.
cari çıxarış tarixinə yeni balans;
746-2.4.5.
istehlakçı tərəfindən edilmiş ödənişlərin
məbləğləri və tarixləri;
746-2.4.6.
müqavilə üzrə faiz dərəcəsi;
746-2.4.7.
tətbiq edilən istənilən xərclər və digər
haqlar;
746-2.4.8.
tətbiq edildikdə, ödənilməli olan minimum məbləğ.
746-2.5.
İstehlak krediti müqaviləsi
bağlanıldığı an da daxil olmaqla həmin ana qədər
məsafədən bir və ya bir neçə rabitə vasitəsinin
istifadə edilməsi yolu ilə borcverən və
istehlakçının eyni zamanda birgə fiziki
iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə
uyğun olaraq məsafədən bağlana bilər.
746-2.6.
İstehlak krediti müqaviləsinin məsafədən
bağlanılmasına dair digər tələblər Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilir.
Maddə 746-3.
İstehlakçının istehlak krediti müqaviləsindən
imtina hüququ
746-3.1.
İstehlakçı istehlak krediti müqaviləsi üzrə
pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində
heç bir səbəb göstərmədən istehlak krediti
müqaviləsindən imtina edə bilər. Bu halda,
istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini
və həmin pul vəsaitinin verildiyi gündən
qaytarıldığı günədək hesablanan faizləri
ödəməlidir. Borcverən tərəfindən ödənilən
dövlət rüsumu və xidmət haqlarının məbləği
istisna olmaqla, istehlakçıdan kompensasiya və hər
hansı digər ödənişlərin alınması
yolverilməzdir.
746-3.2.
İstehlakçı bu Məcəllənin 746-3.1-ci maddəsində
nəzərdə tutulmuş hüququndan istifadə etdikdə,
istehlak krediti müqaviləsi ilə bağlı borcverənlə
və ya borcverənlə bağladığı müqavilə
əsasında xidmət göstərən
üçüncü şəxslə bağlanmış əlavə
xidmət müqavilələrinə xitam verilir və
istehlakçı həmin müqavilələr üzrə hər
hansı öhdəlik daşımır.
Maddə 746-4. İstehlak krediti
müqaviləsinin vaxtından əvvəl icrası
746-4.1.
İstehlakçı istehlak kreditini istənilən vaxt xəbərdarlıq
etmədən tamamilə və ya qismən borcverənə
qaytara bilər. Bu halda, kreditin qalıq müddətinə
görə hesablanmış faizlər və (və ya) digər
haqlar vaxtından əvvəl ödənilmiş məbləğə
mütənasib olaraq azaldılır.
746-4.2.
Borcverən istehlak krediti müqaviləsinin vaxtından əvvəl
icrası zamanı bu Məcəlləyə uyğun olaraq zərərin
əvəzinin ödənilməsi üçün
istehlakçıdan bu Məcəllənin 746-4-cü maddəsinin
tələbləri nəzərə alınmaqla, müqavilə
ilə müəyyənləşdirilmiş kompensasiya məbləğini
tələb edə bilər.
746-4.3.
Bu Məcəllənin 746-4.2-ci maddəsində göstərilən
kompensasiyanın məbləği müqavilə müddətinin
bitməsinə bir ildən çox müddət qaldıqda,
istehlak krediti üzrə vaxtından əvvəl ödənilmiş
məbləğin 1 (bir) faizindən, bir il və daha az
müddət qaldıqda isə 0,5 faizindən çox
olmamalıdır.
746-4.4.
Kompensasiya məbləği aşağıdakı hallarda tələb
edilə bilməz:
746-4.4.1.
vaxtından əvvəl ödəniş həmin müqavilə
üzrə bağlanan sığorta müqaviləsinin əsasında
həyata keçirildikdə;
746-4.4.2.
bank hesabının kreditləşdirilməsi halında.
746-4.5.
İstehlakçı tərəfindən son on iki ay ərzində
istehlak krediti üzrə vaxtından əvvəl ödənilmiş
məbləğ ölkə üzrə müəyyən
edilmiş minimum əməkhaqqı məbləğinin
qırx mislindən çox olarsa, borcverən ona belə
ödəmələr zamanı dəymiş zərəri məhkəmə
qaydasında və ya zərərin baş verdiyi tarixdən
sonra istehlakçıyla ayrıca razılıq əldə
etməklə sübut etmək şərtilə bu Məcəllənin
746-4.3-cü maddəsində göstərilmiş kompensasiya məbləğlərindən
daha yüksək (dəymiş zərərə mütənasib)
kompensasiya tələb edə bilər. Bu halda, borcverənə
dəymiş zərər qaytarılan kreditin kredit müqaviləsində
nəzərdə tutulan faiz dərəcəsi ilə
vaxtından əvvəl ödənilmə anında borcverənin
borc verdiyi eyni təyinatlı kreditin faiz dərəcəsi
arasındakı fərqdən ibarətdir.
746-4.6.
Kompensasiya məbləği hər bir halda istehlak kreditinin
istehlakçı tərəfindən vaxtından əvvəl
ödənilməsi anı ilə müqavilənin müddətinin
başa çatması anı arasındakı müddətdə
ödənilməli olan illik faiz dərəcəsi üzrə
hesablanmış faiz məbləğlərindən çox
ola bilməz.
Maddə 746-5. İstehlak krediti
müqaviləsinin digər xüsusiyyətləri
746-5.1.
İstehlak krediti müqaviləsi üzrə
istehlakçının borcverənə hər hansı ödənişinə
(bu Məcəllənin 746-3-cü və 746-4-cü maddələrində
nəzərdə tutulan hallar istisna olmaqla), habelə borcverənin
istehlakçıya məlumat verməsinə görə (bu Məcəllənin
746-2.2.17-ci maddəsinin tələbləri nəzərə
alınmaqla) haqq alına bilməz.
746-5.2.
İstehlak krediti müqaviləsində ödənişlərin
gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri)
nəzərdə tutulduqda, həmin faizlərin məbləği
istehlak krediti müqaviləsində nəzərdə tutulan
illik faiz dərəcəsinə beş faiz bəndi əlavə
edilməklə hesablanan məbləğdən çox ola
bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə,
penya), komissiya və ya digər formada hər hansı ödəniş
tələb edilə bilməz. Gecikdirilmə faizlərinin
hesablanması 180 gündən çox davam edə bilməz.
Əgər borcverənə dəyən zərər gecikdirilmə
faizlərinin məbləğindən çoxdursa, borcverən
istehlakçıdan həmin məbləğdən çox
olan hissədə zərərin əvəzini ödəməyi
tələb edə bilər.
746-5.3.
Bu Məcəllənin 742.5.3-cü maddəsi istehlak krediti
öhdəliyinin icrasının təminatının itirilməsi
və yaxud dəyərinin azalması hallarına yalnız bu
şərtlə tətbiq edilir ki, istehlakçı borcverən
tərəfindən tələb irəli sürüldükdən
sonra iki ay ərzində təminatı əvəz etməmiş
və ya əlavə təminat təqdim etməmiş olsun.
746-5.4.
İstehlak krediti müqaviləsinin bütün ziddiyyətləri
və qeyri-müəyyənlikləri istehlakçının
xeyrinə şərh edilməlidir.
746-5.5.
İstehlak krediti müqaviləsində göstərilməyən
hər hansı xərclər və digər ödənişlər
istehlakçıdan tələb edilə bilməz.
746-5.6.
Borcverənin istehlak krediti müqaviləsinin hər hansı
şərtini birtərəfli qaydada dəyişdirə bilməsi
barədə kredit müqaviləsinin müddəası
etibarsızdır. Bu tələb istehlakçının vəziyyətini
yaxşılaşdıran, o cümlədən borc
yükünü yüngülləşdirən hallara
şamil edilmir.
Maddə 746-6. Əlaqəli kredit
müqaviləsi
746-6.1.
Müəyyən malların alqı-satqısı və ya
xidmətlərin göstərilməsi üzrə müqavilənin
maliyyələşdirilməsi üçün bağlanan və
həmin müqavilə ilə iqtisadi əlaqəsi olan istehlak
krediti müqaviləsi əlaqəli kredit müqaviləsi
hesab olunur. İqtisadi əlaqə aşağıdakı
hallardan birinin mövcudluğu ilə şərtləndirilir:
746-6.1.1.
kredit müqaviləsinin hazırlanması və
bağlanması ilə əlaqədar olaraq borcverən
satıcının (xidmət göstərənin) xidmətlərindən
istifadə edir;
746-6.1.2.
müəyyən malın alqı-satqısı (xidmətin
göstərilməsi) kredit müqaviləsində aşkar
göstərilir.
746-6.2.
Əlaqəli kredit müqaviləsi ilə əhatə olunan
mallar istehlakçıya verilmədikdə (xidmətlər
göstərilmədikdə), qismən verildikdə (xidmətlər
qismən göstərildikdə), yaxud alqı-satqı (xidmət)
müqaviləsinə uyğun olmadıqda,
istehlakçının əlaqəli kredit müqaviləsindən
yaranan öhdəliklərinin icrasını dayandırmaq və
ödənişlərin geri qaytarılmasını borcverəndən
tələb etmək hüququ vardır.
746-6.3.
İstehlakçı bu Məcəllənin 746-6.2-ci maddəsində
göstərilən hüquqlarını yalnız
aşağıdakı hallarda həyata keçirə bilər:
746-6.3.1.
istehlakçı alqı-satqı (xidmət) müqaviləsinin
şərtlərinin yerinə yetirilməsinə dair
satıcıya (xidmət göstərənə) müraciət
etmişdir və bu müraciət tarixindən sonra bir ay
müddətində müvafiq alqı-satqı (xidmət)
müqaviləsinin şərtləri yerinə yetirilməmişdir;
746-6.3.2.
alqı-satqı müqaviləsi malların lazımi keyfiyyətdə
olmaması səbəbindən ləğv edildiyi halda, bu
şərtlə ki, istehlakçı borcverənə
malların lazımi keyfiyyətdə olmaması barədə
müraciət etmişdir;
746-6.3.3.
alqı-satqı (xidmət) müqaviləsinə satıcı
(xidmət göstərən) tərəfindən malların
verilməməsi (xidmətlərin göstərilməməsi)
səbəbindən xitam verilməsi halları istisna olmaqla,
istehlakçı ləğv edilmiş alqı-satqı (xidmət)
müqaviləsi əsasında aldıqlarını
qaytarmışdır.
746-6.4.
İstehlakçı bu Məcəllənin 746-6.3-cü maddəsində
göstərilən halların baş verməsi ilə
bağlı borcverənə müraciət etdikdə, borcverən
10 (on) iş günü ərzində istehlakçıya
ödənişləri geri qaytarır və satıcıdan
(xidmət göstərəndən) istehlakçıya geri
qaytarılmış ödənişləri və digər xərcləri
tələb etmək hüququnu əldə edir.
746-6.5.
Bu Məcəllənin 746-6-cı maddəsində xidmətlərin
göstərilməsi üzrə müddəalar işlərin
görülməsi üzrə münasibətlərə də
şamil edilir.
38-ci fəsil.
Lizinq
Maddə 747. Lizinq müqaviləsi
747.1. Lizinq
müqaviləsinə görə lizinq verən müəyyən
əşyanı müqavilə ilə şərtləşdirilmiş
müəyyən haqla, müəyyən müddətə və
digər şərtlərlə (lizinq alana əmlakı
satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq
alanın istifadəsinə verməyə borcludur. Lizinq alan
müəyyənləşdirilmiş dövriliklə muzd
ödəməyə borcludur.[461] KMQ11
747.2. Lizinq verən
müqavilədə nəzərdə tutulan əmlakı
hazırlamağa və ya əldə etməyə borcludur.
747.3. Lizinq
müqaviləsinə görə, lizinq alana müqavilə
müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək
və ya kirayələmək vəzifəsi həvalə edilə
bilər və ya belə hüquq verilə bilər, bu şərtlə
ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə
bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya
faktı bütün hallarda nəzərə
alınmalıdır. Əgər müqavilədə
müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə
etməyə ixtiyarı çatır.
Maddə 747-1. Lizinq müqaviləsinin
subyektləri[462]
747-1.1. Lizinq
müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və
satıcıdır (mal verəndir).
747-1.2. Lizinq verən
lizinq müqaviləsinə əsasən cəlb edilmiş və
ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə
etdiyi və mülkiyyətində olan əşyanı lizinq
obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən
müddətə və şərtlərlə (mülkiyyət
hüququnun lizinq alana keçməsi və ya keçməməsi
şərti də daxil olmaqla) müvəqqəti sahibliyə
və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.
747-1.3. Lizinq
alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini
müəyyən haqla, müəyyən müddətə və
şərtlərlə müvəqqəti sahibliyə və
istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
KMQ11
747-1.4.
Satıcı (mal verən) alqı-satqı müqaviləsinə
əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və
ya fiziki şəxsdir.
747-1.5. Bu Məcəllə
ilə müəyyənləşdirilmiş qaydada və
hallarda Azərbaycan Respublikasının istənilən
rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola
bilər.
Maddə 747-2. Lizinqin obyekti[463] KMQ11
Lizinqin obyekti Azərbaycan
Respublikasının qanunlarına əsasən sərbəst
mülki dövriyyədən çıxarılmış və
ya mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş
təsnifat üzrə əsas vəsaitə aid olan
daşınar və ya daşınmaz əşyalardır.
Maddə 747-3. Lizinqin
formaları[464]
747-3.1. Lizinqin
bu Məcəllə ilə tənzimlənən əsas
formalarına daxili və beynəlxalq lizinq aiddir.
747-3.2. Daxili
lizinq həyata keçirildikdə lizinq verən və lizinq
alan Azərbaycan Respublikasının rezidentləridir.
747-3.3. Beynəlxalq
lizinq həyata keçirildikdə lizinq verən, yaxud lizinq
alan (və ya onların hər ikisi) Azərbaycan
Respublikasının qeyri-rezidentləridir.
Maddə 747-4. Sublizinq[465]
747-4.1. Sublizinq-
sublizinq müqaviləsi ilə rəsmiləşdirilir.
747-4.2. Sublizinq
zamanı, əvvəllər lizinq verəndən lizinq
müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin
obyektini lizinq müqaviləsi üzrə lizinq alan
üçüncü şəxslərə (sublizinq
müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə
və sublizinq müqaviləsinin şərtlərinə
uyğun müddətə sahibliyə və istifadəyə
verir.
747-4.3.
Əşya sublizinqə verildikdə satıcıya
qarşı tələb hüququ sublizinq müqaviləsi
üzrə lizinq alana keçir.
747-4.4. Lizinq
obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq
verənin yazılı razılığı olmalıdır.
Maddə 747-5. Lizinq əməliyyatlarının
hüquqi forması[466]
747-5.1. Lizinq əməliyyatlarının
hüquqi forması ya lizinq verənlə lizinq alan arasında
bağlanmış lizinq müqaviləsi və lizinq verənlə
satıcı arasında bağlanılmış
alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər
arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və
lizinqlə bağlı digər maddələrinə
müvafiq surətdə bağlanılmış üçtərəfli
müqavilədir.[467]
747-5.2. Lizinqlə
əlaqədar bağlanılan alqı-satqı müqaviləsində,
bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə
yanaşı, aşağıdakılar da göstərilməlidir:
747-5.2.1. Lizinq
obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə
verilmək üçün əldə edilir;
747-5.2.2. Lizinq
müqaviləsində ayrı hal nəzərdə
tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı
ilə lizinq verən arasında bağlanılan
alqı-satqı müqaviləsindən irəli gələn
alıcı hüquqlarına malikdir.
Maddə 748. Lizinq müqaviləsinin
forması[468]
748.1. Lizinq
müqaviləsi yazılı formada bağlanılır.
748.2. Lizinq
müqaviləsində aşağıdakılar göstərilməlidir:
748.2.1. lizinq
müqaviləsinin adında lizinqin forması;
748.2.2. lizinq
obyektinin dəqiq təsviri;
748.2.3. lizinq
obyekti üzrə verilən hüquqların həcmi;
748.2.4. lizinq
obyektinin verilmə yeri və qaydası;
748.2.5. lizinq
müqaviləsinin müddəti;
748.2.6. lizinq
obyektinin balans uçotunun qaydası;
748.2.7. lizinq
obyektinin saxlanması və təmiri qaydası;
748.2.8. lizinq
müqaviləsi əsasında lizinqverənin göstərəcəyi
əlavə xidmətlərin siyahısı;
748.2.9. lizinq
ödənişinin ümumi məbləği və lizinqverənin
mükafatının məbləği;
748.2.10.
hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin
qrafiki. Lizinq müqaviləsi vaxtından əvvəl icra
edildikdə lizinq ödənişlərinin hesablanması
qaydası;
748.2.11. əgər
müqavilə ilə ayrı hal nəzərdə
tutulmayıbsa, tərəflərin lizinq obyektini lizinq
müqaviləsi ilə bağlı risklərdən
sığorta etməsi vəzifələri.
748.3. Lizinq
müqaviləsində tərəflərin öhdəliklərinin
mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq
müqaviləsinin ləğvinə səbəb olan hallar
müəyyənləşdirilməli, tərəflər
arasında hesablaşma və lizinq obyektinin geri
götürülməsi proseduru hökmən qeyd
olunmalıdır.
748.4. Lizinq
müqaviləsində lizinq alanın lizinq müqaviləsinin
şərtlərini saxlamaq və ya dəyişməklə
lizinq müqaviləsinin müddətini uzatmaq hüququ nəzərdə
tutula bilər.
Maddə 748-1. Lizinq müqaviləsi
iştirakçılarının hüquq və vəzifələri[469]
748-1.1. Lizinq verən
lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin
şərtlərinə və həmin əmlakın təyinatına
uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
748-1.2. Lizinq
alan əmlakı qəbul edərkən hər hansı bir
satışmazlıq aşkar edərsəz, qəbul
protokolunda bu barədə qeyd etməli və
çatışmazlıqları aradan qaldırmaq məqsədilə
bu əmlakı satan hüquqi və ya fiziki şəxslər
qarşısında tələb irəli sürmək
üçün lizinq verənə məlumat verməlidir.
748-1.3. Lizinq
alan bilavasitə lizinq obyektinin satıcısı
qarşısında bu obyektin keyfiyyət və komplektliyi,
göndərilmə müddətləri barədə və
satıcı ilə lizinq verənin arasında
alğı-satqı müqaviləsi ilə nəzərdə
tutulan digər tələbləri irəli sürə bilər.
748-1.4. Lizinq verən
müvəqqəti sahibliyə və istifadəyə verilən
lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş
və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud
lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən
və ya lizinq müqaviləsinin bağlanması zamanı onun
sazlığını yoxlayarkən aşkar oluna bilən
çatışmazlıqlar üçün məsuliyyət
daşımır.
748-1.5. Lizinq
müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq
alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən
(müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə
öhdəliklərinin yerinə yetirilməsini tələb
etmək və onların yerinə yetirilmədiyi təqdirdə
lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin,
əgər bu hazırlıq üçün bilavasitə xərc
çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan)
tərəfindən ödənilməsini məhkəmə
yolu ilə tələb etmək hüququ vardır.
748-1.6. Lizinq
obyektinə təminatlı xidmət, əgər bu,
alğı-satqı müqaviləsində nəzərdə
tutulubsa, satıcı tərəfindən həyata
keçirilir.
748-1.7. Lizinq
alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və
cari təmirini öz hesabına həyata keçirir. Lizinq
obyekti olan əmlakın əsaslı təmiri, əgər
lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, lizinq verən tərəfindən
aparılır.
748-1.8. Lizinq
müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq
obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq
müqaviləsi ilə şərtlənən köhnəlmə
nəzərə alınmaqla, lizinq verənə ondan
aldığı vəziyyətdə (halda)
qaytarmalıdır.
748-1.9. Lizinq
alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında
qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı
üçün ödəniş tələb etmək
hüququ vardır.
748-1.10. Əgər
lizinq alan lizinq verənin yazılı razılığı
ilə lizinq obyektini öz vəsaiti hesabına
yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər
vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam
verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə
ayrı qayda nəzərdə tutulmayıbsa, bu
yaxşılaşdırılmaların dəyərinin ona
ödənilməsini tələb etmək hüququna malikdir.
748-1.11. Əgər
lizinq alan lizinq verənin yazılı razılığı
olmadan lizinq obyektini öz vəsaiti hesabına
yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər
vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam
verildikdən sonra lizinq alan bu
yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini
tələb etmək hüququna malik deyildir.
748-1.12. Lizinq
verənin aşağıdakı hallarda pul məbləğlərini
və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da
lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək
hüququ vardır:
748-1.12.1. lizinq
alanın lizinq obyektindən istifadə şəraiti lizinq
müqaviləsinin şərtlərinə və ya lizinq
obyektinin təyinatına uyğun deyilsə;
748-1.12.2. lizinq
alan lizinq verənin icazəsi olmadan sublizinq həyata
keçirirsə;
748-1.12.3. lizinq
alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun
istehlak keyfiyyətlərini pisləşdirirsə;
748-1.12.4. lizinq
alan lizinq obyektindən istifadə üçün haqqı
müqavilə ilə nəzərdə tutulan ödəniş
müddətləri üzrə ardıcıl olaraq iki dəfədən
artıq ödəmirsə.
748-1.13. Lizinq
müqaviləsi iştirakçılarının digər
hüquq və vəzifələri Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
Maddə 748-2. Lizinq zamanı
mülkiyyət münasibətləri
748-2.1. Lizinq
alana müvəqqəti sahibliyə və ya istifadəyə
verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
748-2.2. Lizinq
müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə
hüququ lizinq alana tam həcmdə keçir.
748-2.3. Lizinq verən
bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq
müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq
obyektini lizinq alanın sahibliyindən və istifadəsindən
geri almaq hüququna malikdir.
748-2.4. Lizinq
alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan
yaxşılaşdırılmaları, əgər lizinq
müqaviləsi ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, onun mülkiyyətidir.
748-2.5. Maliyyə
lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər
maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bütün lizinq ödənişlərinin
verilməsi şərti ilə müqavilə müddəti
başa çatmazdan əvvəl lizinq alana keçir.
Maddə 748-3. Lizinq obyektinin
uçotu
Maliyyə
lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin
qarşılıqlı razılığı əsasında
lizinq verənin və ya lizinq alanın balansında uçota
alınmalıdır.
Maddə 748-4. Lizinq obyektinin
üçüncü şəxslərə güzəşti
və girov qoyulması
748-4.1. Lizinq verən
lizinq müqaviləsi üzrə öz hüquqlarını
üçüncü şəxsə tam və ya qismən
güzəşt edə bilər.
748-4.2. Lizinq verən
pul vəsaitinin cəlb edilməsi məqsədilə girov kimi
lizinq müqaviləsinin şərtləri üzrə
alınacaq lizinqin obyektini istifadə edə bilər.
Maddə 748-5. Lizinq müqaviləsinin
obyekti olan əmlakın qeydiyyatı
Lizinq müqaviləsinin
obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə
tutulan hallarda bu Məcəlləyə və digər normativ
hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən dövlət qeydiyyatına
alınmalıdır.
Maddə 748-6. Lizinq obyektinin və
sahibkarlıq (maliyyə) risklərinin sığortası
748-6.1. Lizinq
müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, satıcı əmlakı lizinq verənə
verdiyi andan lizinq müqaviləsinin müddəti başa
çatanadək lizinq obyektini itirilmə (məhv olma),
çatışmazlıq və ya zədələnmə
risklərindən sığortalamalıdır.
748-6.2.
Sahibkarlıq (maliyyə) risklərinin sığortası
lizinq müqaviləsi tərəflərinin
razılığı ilə həyata keçirilə bilər.
748-6.3.
Sığorta edənin öhdəliklərini yerinə yetirən
və qazanc götürən tərəflər, həmçinin
sığortanın müddəti lizinq müqaviləsi ilə
müəyyənləşdirilir.
748.6.4. Lizinq
alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilən hallarda, lizinq obyektinin
istifadəsi prosesində digər şəxslərin həyatına,
sağlamlığına və ya əmlakına dəyən
ziyan nəticəsində yaranan öhdəliklərin yerinə
yetirilməsinə görə öz məsuliyyətini
sığortalamalıdır.
748-6.5. Lizinq
alanın lizinq müqaviləsinin pozulmasına görə
öz məsuliyyətinin riskini lizinq verənin xeyrinə
sığortalamaq hüququ vardır.
Maddə 748-7. Lizinq müqaviləsinin
tərəfləri arasında risklərin
bölüşdürülməsi
748-7.1. Lizinq
obyekti olan əmlakın zərərin bütün növlərindən
qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi,
korlanması, talanması, vaxtından əvvəl sıradan
çıxması, quraşdırılması və ya istifadəsi
zamanı buraxılan səhvlərdən və istismarı
zamanı yol verilən risklərdən qorunması ilə
bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə
ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin
faktiki qəbulu anından lizinq alan daşıyır.
748-7.2.
Satıcının müflisləşməsi ilə
bağlı riskin məsuliyyətini, əgər lizinq
müqaviləsi ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, satıcını seçən tərəf
daşıyır.
748-7.3. Lizinq
obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə
uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini,
lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, lizinq obyektini seçən tərəf
daşıyır.
Maddə 748-8.
Üçüncü şəxslərin iddiasının
lizinqin obyektinə yönəldilməsi
748-8.1. Lizinq
alanın öhdəliklərinə görə
üçüncü şəxslərin iddiası lizinqin
predmetinə yönəldilə bilməz.
748-8.2. Lizinq verənin
əmlakına yönəldilmiş üçüncü
şəxslərin iddiası lizinq verənin yalnız bu
mülkiyyət hüququnun obyektinə lizinq obyektinə
münasibətdə aid edilə bilər. İddianın təmin
edilməsi nəticəsində lizinq verənin
hüquqlarını əldə edənə lizinq verənin
lizinq müqaviləsində müəyyənləşdirilmiş
həm hüquqları, həm də öhdəlikləri məcburi
qaydada keçir.
Maddə 748-9. Lizinqin obyektinin
itirilməsi zamanı lizinq alanın vəzifələri
Əgər
lizinq müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, lizinq alanın günahı üzündən
lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz
funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi
üzrə öhdəliklərindən azad etmir.
Maddə 748-10. Lizinq ödənişləri
748-10.1. Lizinq
müqaviləsinin qüvvədə olduğu müddət ərzində
həmin müqavilə üzrə ödənişlərin
ümumi məbləği lizinq ödənişləri hesab
edilir. Lizinq ödənişləri lizinq müqaviləsi
üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə
görə onun tərəfindən lizinq verənin xeyrinə
həyata keçirilən ödənişlərdir.
748-10.2. Lizinq
ödənişlərinin məbləği həyata
keçirilməsi üsulu, forması və dövriliyi lizinq
müqaviləsinə uyğun olaraq bu Məcəllənin
müddəaları nəzərə alınmaqla həyata
keçirilir.
748-10.3. Əgər
lizinq alan və lizinq verən arasında lizinq ödənişləri
ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə
istehsal olunan məhsulla (natura formasında) aparılırsa,
belə məhsulun qiyməti tərəflərin
razılığı ilə müəyyənləşdirilir
və lizinq müqaviləsində qeyd edilir.
748-10.4. Lizinq
alanın lizinq ödənişlərinin verilməsi ilə
bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə
ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın
lizinq obyektindən istifadəyə başladığı
vaxtdan qüvvəyə minir.
748-10.5. Lizinq
müqaviləsində lizinq ödənişlərinə
lizinq obyektindən istifadəyə
başlanıldığı vaxtından 6 ay (180 gün)
keçənədək möhlət verilməsi nəzərdə
tutula bilər.
748-10.6. Lizinq
ödənişləri bilavasitə lizinq verənin
hesabına köçürülür.
Maddə 748-11. Lizinq ödənişlərinin
ümumi məbləği
748-11.1. Lizinq
ödənişlərinin ümumi məbləğinə
aşağıdakılar daxildir:
748-11.1.1. lizinq
obyektinin amortizasiya ödənişləri;
748-11.1.2. lizinq
obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər;
748-11.1.3. lizinq
obyektini əldə etmək üçün alınan kreditə
görə faiz;
748-11.1.4. lizinq
verənin mükafatının məbləği;
748-11.1.5. lizinq
obyekti lizinq verən tərəfindən sığorta
edilmişdirsə, sığorta üçün ödənilən
məbləğ;
748-11.1.6. lizinq
verənin əlavə xidmətlərinin haqqı;
748-11.1.7. lizinq
verənin lizinq müqaviləsi ilə nəzərdə
tutulmuş digər xərcləri.
748-11.2. Lizinq
ödənişlərinin tərkibinə daxil edilən məbləğlər
lizinq verən tərəfindən müvafiq sənədlərlə
əsaslandırılmalıdır.
Maddə 748-12. Lizinq müqaviləsini
yoxlamaq hüququ
748-12.1. Lizinq
müqaviləsində müəyyənləşdirilmiş
lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən
əməl edilməsinə lizinq verənin nəzarət etmək
hüququ vardır.
748-12.2.
Yoxlamanın məqsədləri və qaydası lizinq
müqaviləsində nəzərdə tutulur.
748-12.3. Lizinq
alan lizinq verənin lizinqlə bağlı maliyyə sənədləri
və lizinqin obyekti ilə maneəsiz tanış olması və
onlara baxış keçirilməsi imkanını təmin
etməlidir.
Maddə 748-13. Lizinq verənin
maliyyə nəzarəti hüququ
748-13.1. Lizinq
verən lizinq alanın lizinq müqaviləsi üzrə lizinq
obyektinə aid öhdəliklərini yerinə yetirməsi hissəsində
onun fəaliyyətinə maliyyə nəzarətini həyata
keçirmək hüququna malikdir.
748-13.2. Maliyyə
nəzarətinin məqsədləri və qaydası lizinq
müqaviləsi ilə nəzərdə tutulur.
748-13.3. Lizinq
verənin maliyyə nəzarətini həyata keçirməyə
lazım olan məlumatı almaq üçün lizinq alana
yazılı sorğu göndərmək hüququ vardır,
lizinq alan isə bu sorğulara cavab verməyə borcludur.
748-13.4. Lizinq
alan lizinq ödənişləri üzrə öhdəliklərini
yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə
və lizinq müqaviləsi ilə nəzərdə
tutulmuş və öhdəliklərin təmin edilməsinə
yönəldilmiş hərəkətləri həyata
keçirmək hüququ vardır.
Maddə 749. Lizinq verənin məsuliyyəti
749.1. Kirayə
müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı
göndərməyi gecikdirməyə və ya göndərməməyə,
habelə qüsurlu əmlak göndərməyə görə
lizinq alan qarşısında məsuliyyət
daşıyır.
749.2. Tərəflər
razılığa gələ bilərlər ki, lizinq alan
lizinq verənə qarşı pretenziyalar irəli sürməzdən
əvvəl tələbin əmlakı göndərən tərəfindən
yerinə yetirilməsini tələb etməlidir.
Maddə 750. Lizinq alanın məsuliyyəti
Lizinq alanın
təqsiri üzündən müqaviləyə vaxtından əvvəl
xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə
aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər
müəyyənləşdirilərkən lizinq əmlakının
qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin
qalığı və qənaət edilmiş digər xərclər
nəzərə alınır.
Maddə 751. Lizinqə tətbiq
edilən digər qaydalar
Lizinq barəsində
əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin
747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq
edilir.
39-cu fəsil.
Podrat
Maddə 752. Podrat müqaviləsi
752.1. Podrat
müqaviləsinə görə podratçı müqavilədə
nəzərdə tutulan işi icra etməyi, sifarişçi
isə podratçıya razılaşdırılmış
muzd ödəməyi öhdəsinə götürür.
752.2. Əgər
podratda hər hansı məmulatın hazırlanması nəzərdə
tutularsa və podratçı onu özünün əldə
etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata
mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz
edilən əşya hazırlanmışdırsa,
alğı-satqı qaydaları tətbiq edilir.
752.3. Podratla
bağlı smetanın tərtibi, əgər
razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə,
ödənilmir.
Maddə 753. Muzd barəsində
razılaşma
753.1.
Sifarişçi podratçıya şərtləşdirilmiş
muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə
podratın yalnız muzd müqabilində yerinə yetirilməsi
ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz
razılıq əsasında şərtləşdirilmişdir.
Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə,
adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş
muzd ödənildikdə, podratçının müqavilə
üzrə razılaşdırılmış iş həcminə
daxil olan bütün işləri ödənilmiş
sayılır.
753.2. Əgər
müqavilədə nəzərdə tutulan iş həcminin
yerinə yetirilməsi üçün muzdun əsasları
müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları
əsasında dəyişmişdirsə, onda dəyərin
artması və ya azalması nəzərə alınmaqla yeni
qiymət razılaşdırılmalıdır.
753.3. Əgər
sifarişçi müqavilədə nəzərdə
tutulmayan əlavə işlərin görülməsini tələb
edirsə, podratçının həmin işləri yerinə
yetirməyə görə ayrıca muzd almaq hüququ
vardır. Əgər sifarişçi əlavə işlərin
yalnız ayrıca muzd müqabilində yerinə yetirilə
biləcəyini qəbul etmirsə, podratçı ayrıca
muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl
məlumat verməlidir.
753.4. Müqavilədə
nəzərdə tutulmayan və sifarişçi tərəfindən
yerinə yetirilməsi tələb edilməyən işlər
ödənilmir. Tələb edildikdə podratçı belə
işlərin nəticələrini aradan
qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət
ərzində etməzsə, sifarişçi onları
podratçının hesabına aradan qaldıra bilər.
Bundan başqa, podratçı bütün digər zərər
üçün sifarişçi qarşısında məsuliyyət
daşıyır.
Maddə 754. Təqribi smetadan kənaraçıxmanın
nəticələri
754.1. Əgər
podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə
kənara çıxarsa, yalnız
razılaşdırılmış muzdun verilməsini tələb
edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə
tutmağın mümkün olmadığı hallar istisna təşkil
edir.
754.2. Müqavilə
bağlanarkən nəzərdə tutulması mümkün
olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində
podratçı ləngimədən sifarişçiyə məlumat
verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma
nəticəsində müqaviləyə xitam verərsə,
icra olunmuş işi təqribi smeta üzrə ödəməyə
borcludur.
Maddə 755. İşi şəxsən
yerinə yetirmək vəzifəsi
Podratçı
işi şəxsən yerinə yetirməyə yalnız
bunun müqavilədən, yaxud konkret hallardan və ya işin
xarakterindən irəli gəldiyi hallarda borcludur.
Maddə 756. Sifarişçinin
zərərin əvəzini ödəmək vəzifəsi
756.1. Əgər
sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə,
podratçı yerinə yetirilməmiş işin
haqqını və zərərin əvəzinin ödənilməsini
tələb edə bilər. Sifarişçi işin yerinə
yetirilməsi üçün zəruri hərəkətləri
icra etmədiyi halda da zərərin əvəzini ödəməyə
borcludur.[470]
756.2. Zərərin
əvəzinin ödənilməsi miqdarı bir tərəfdən
gecikdirmənin müddətindən və muzdun miqdarından
asılı olaraq, digər tərəfdən isə, əgər
sifarişçi müddəti pozmasaydı,
podratçının öz iş qüvvəsindən
başqa şəkildə istifadə etməsi nəticəsində
ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir.
Maddə 757.
Podratçının hazırladığı daşınar əşyaya
girov hüququ
Əgər
podratçının hazırladığı və ya təmir
etdiyi sifarişçiyə məxsus daşınar əşya
hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə,
podratçı öz tələblərinin təminatı
üçün həmin əşyaya girov hüququndan istifadə
edə bilər.[471]
Maddə 758. Tikinti aparılan
torpaq sahəsinə ipoteka hüququ
Əgər
müqavilənin predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə,
podratçı müqavilədən irəli gələn tələblərinə
əsaslanaraq, binanın ucaldıldığı
sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb
edə bilər.[472]
Maddə 759. Podrat müqaviləsinin
ləğvi
759.1.
Sifarişçi işlər qurtaranadək istənilən
vaxt müqavilədən imtina edə bilər, lakin
podratçıya yerinə yetirilmiş işin haqqını
verməli və müqavilənin ləğvi ilə vurulan zərərin
əvəzini ödəməlidir.
759.2. Əgər
sifarişçi tərəfindən müqaviləyə
bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi)
nəticəsində baş verən və ya həmin hərəkətlərlə
bağlı olan səbəbə görə xitam verilərsə,
podratçı yalnız yerinə yetirilmiş işin
haqqını tələb edə bilər, bu şərtlə
ki, sifarişçinin həmin işlərə hansısa
marağı olsun.[473]
Maddə 760. Müqaviləyə
podratçının təşəbbüsü ilə xitam
verilməsi
760.1. Əgər
podratçı tərəfindən müqaviləyə
bilavasitə sifarişçinin hərəkətləri nəticəsində
baş verməyən və ya həmin hərəkətlərlə
bağlı olmayan səbəbə görə xitam verilirsə,
podratçı işlər qurtaranadək müqaviləyə
elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri
başqa şəkildə və bərabər və ya daha əlverişli
şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə
yetirilmiş işin haqqının ödənilməsini tələb
edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl
görülmüş işlərə hansısa
marağı olsun.
760.2. Əgər
podratçı tərəfindən müqaviləyə
bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi)
nəticəsində baş verən və ya həmin hərəkətlərlə
bağlı olan səbəbə görə xitam verilirsə,
podratçı yerinə yetirilmiş işin haqqını və
müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin
ödənilməsini tələb edə bilər.[474]
Maddə 761. Podratçının muzdun
bir hissəsini tələb etmək hüququ – çıxarılmışdır.[475]
Maddə 762. Podratın nəticələrini
qüsursuz icra etmək vəzifəsi
762.1.
Podratçı sifarişçi üçün podratı
elə icra etməlidir ki, podratın nəticəsi
qüsurlardan, üçüncü şəxslərin
hüquqlarından və ya iddialarından azad olsun.
762.2.
Podratın nəticəsi şərtləşdirilmiş
keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad
sayılır. Keyfiyyət şərtləşdirilmədikdə
podratın nəticəsi müqaviləyə uyğun istifadə
və ya adi istifadə üçün yararlı olduğu
halda qüsurlardan azad sayılır.
762.3.
Podratçının sifariş edilmiş podrat nəticəsini
deyil, başqa podrat nəticəsini təqdim etməsi və
ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər
bunu icra əvəzinə qəbul etmək
açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər
tutulur.
762.4. Əgər
üçüncü şəxslər sifarişçiyə
qarşı heç bir hüquq irəli sürə bilmirlərsə,
podratın nəticəsi üçüncü şəxslərin
hüquqlarından və iddialarından azad sayılır.
Maddə 763. Qüsurlar olduqda əlavə
icra tələbi
763.1. Əgər
məmulatın qüsuru vardırsa, sifarişçi əlavə
icra tələb edə bilər. Podratçı öz
seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da
yeni məmulat hazırlaya bilər.
763.2. Əlavə
icra məqsədi ilə podratçı iş və
materiallar üçün əlavə xərcləri, o
cümlədən nəqliyyat xərclərini ödəməlidir.
Əgər əlavə icra tənasübsüz xərclər
tələb edirsə, podratçı həmin icradan imtina edə
bilər.
763.3. Əgər
podratçı yeni məmulat hazırlayarsa,
sifarişçidən qüsurlu məmulatı
qaytarmağı tələb edə bilər.
Maddə 764. Məmulatın
qüsurunun sifarişçi tərəfindən düzəldilməsi
764.1. Əgər
podratçı xərclərin tənasübsüzlüyünə
baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə
icra üçün müəyyənləşdirilmiş
müddət nəticəsiz qurtararsa, sifarişçi
qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin
əvəzini ödəməyi tələb edə bilər.
764.2.
Sifarişçi podratçıdan qüsurun aradan
qaldırılması üçün zəruri xərclər
hesabına avans tələb edə bilər.
Maddə 765. Məmulatın
qüsuru nəticəsində podrat müqaviləsindən
imtina
Məmulatın
qüsuru nəticəsində, əgər müqavilənin əlavə
icrası üçün müəyyənləşdirilmiş
müddət qurtardıqdan sonra həmin qüsur tamamilə
aradan qaldırılmazsa, sifarişçi müqavilədən
imtina edə bilər. Bu halda podratçı müqavilə ilə
bağlı xərclərin əvəzini sifarişçiyə
ödəməyə borcludur.[476]
Maddə 766. Məmulatın
qüsuru nəticəsində muzdun azaldılması
Sifarişçi
müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş
müddət qurtardıqdan sonra əlavə icranı qəbul
etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə
muzdun miqdarını qüsur məmulatın dəyərini nə
qədər azaldırsa, o qədər azalda bilər.
Maddə 767. İşin
podratçının materialları ilə icra edilməsi
767.1. Əgər
podratçı işi öz materialları ilə icra edirsə,
keyfiyyətsiz materiallar üçün məsuliyyət
daşıyır.
767.2.
Podratçı sifarişçinin materiallarından
yanlış istifadə üçün məsuliyyət daşıyır.
Podratçı materialların işlədilməsi
haqqında sifarişçiyə hesabat verməyə və
qalan materialı ona qaytarmağa borcludur.
Maddə 768.
Podratçının sifarişçini vaxtında xəbərdar
etmək vəzifəsi
768.1.
Podratçı aşağıdakı hallarda
sifarişçini vaxtında xəbərdar etməyə
borcludur:
768.1.1.
sifarişçidən alınmış material keyfiyyətsiz
və yararsız olduqda;
768.1.2.
sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə
məmulatın davamsız və ya yararsız olacağı
halda;
768.1.3.
podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi
və yararlığı üçün təhlükə
törədən hər hansı başqa hallar olduqda.
768.2. Əgər
podratçının vaxtında etdiyi xəbərdarlığa
baxmayaraq, sifarişçi müvafiq müddətdə
yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə,
işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi
göstərişi dəyişməzsə və ya
hazırlanan məmulatın yararlığına və
möhkəmliyinə zərər vura bilən digər
halları aradan qaldırmazsa, podratçı müqavilədən
imtina edə bilər və bununla vurulan zərərin əvəzini
ödəməyi tələb edə bilər.
Maddə 769. Yerinə yetirilmiş
iş üçün muzd ödənilməsi
Əgər
müqavilədə muzdun hissə-hissə ödənilməsi
nəzərdə tutulmursa, sifarişçi
podratçının muzdunu iş yerinə yetirildikdən
sonra ödəməlidir.
Maddə 770. Yerinə
yetirilmiş işin qəbul edilməsi
Əgər
müqaviləyə görə və ya işin xarakterinə əsasən
iş qəbul edilməyirsə, sifarişçi yerinə
yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul
etdikdə sifarişçi muzd ödəməlidir. Əgər
sifarişçi işi podratçının müəyyənləşdirdiyi
müddətdə qəbul etmirsə, iş qəbul
edilmiş sayılır.
Maddə 770-1. Tikintisi başa
çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib
hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi
zamanı yaranan podrat münasibətlərində alış
qiymətinin (muzd) ödənilməsi[477]
770-1.1. Tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsində tərkib hissələrin bağlı
olduğu payların özgəninkiləşdirilməsi
zamanı yaranan podrat münasibətlərində alış
qiymətinin (muzdun) ödənilməsi yalnız
aşağıdakı şərtlər mövcud olduqda tələb
edilə bilər:
770-1.1.1. bu Məcəllənin 144-1.4-cü maddəsində
nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq
edilmişdirsə;
770-1.1.2. daşınmaz əmlakın dövlət
reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib
hissələrin bağlı olduğu paylar barədə əldə
edənin xeyrinə təminat qeydi aparılmışdırsa.
770-1.2. Bu Məcəllənin 770-1.1-ci maddəsində
müəyyən edilən şərtlər tikintisi başa
çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib
hissələrin bağlı olduğu paylar üzərində
mülkiyyət hüququnun keçməsi barədə
satıcı qismində çıxış edən
podratçının öhdəlik götürdüyü
hallara da şamil edilir.
770-1.3. Bu Məcəllənin 770-1.1-ci və 770-1.2-ci
maddələrində nəzərdə tutulan müqavilələrdə
ayrı mərhələ və hissələr nəzərdə
tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi
tikintinin mərhələləri üzrə hissələrlə
aşağıda göstərilən faizlərdən
çox olmamaq şərti ilə aparıla bilər:
770-1.3.1. torpaq-qazma işlərinin
başlanılmasından sonra - müqavilə məbləğinin
30 faizi;
770-1.3.2. tikilinin yan və daxili divarları, dam
örtüyü hazır olduqdan sonra - müqavilə məbləğinin
10 faizi;
770-1.3.3. dam səthlərinin və navalçaların
(novların) qurulması işləri başa çatdıqdan
sonra - müqavilə məbləğinin 8 faizi;
770-1.3.4. istilik təchizatı sistemlərinin
quraşdırılması başa çatdıqdan sonra -
müqavilə məbləğinin 3 faizi;
770-1.3.5. su xətlərinin çəkilməsi
başa çatdıqdan sonra - müqavilə məbləğinin
3 faizi;
770-1.3.6. elektrik xətlərinin çəkilməsi
başa çatdıqdan sonra - müqavilə məbləğinin
3 faizi;
770-1.3.7. pəncərələrin
quraşdırılması (şüşələrin
taxılması da daxil olmaqla) başa çatdıqdan sonra -
müqavilə məbləğinin 10 faizi;
770-1.3.8. daxili suvaq (malalama) işləri başa
çatdıqdan sonra - müqavilə məbləğinin 6
faizi;
770-1.3.9. birdən artıq tərkib hissəsi olan
binada birdən artıq tərkib hissəyə xidmət edən
sahələrin döşəmələri hazır olduqdan
sonra - müqavilə məbləğinin 3 faizi;
770-1.3.10. fasad işləri başa çatdıqdan
sonra - müqavilə məbləğinin 10 faizi;
770-1.3.11. su anbarı da daxil olmaqla, binaya xidmət edən
və binadan ayrıca inşa edilən obyektlərin tikintisi
başa çatdıqdan sonra - müqavilə məbləğinin
9 faizi;
770-1.3.12. bina tam hazır olduqdan və onun
istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin
5 faizi.
770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi
torpaq sahəsində tərkib hissələrin bağlı
olduğu payların alqı-satqı müqavilələrinə
bu Məcəllənin daşınmaz əşyaların
alqı-satqısı haqqında müddəaları
müvafiq surətdə tətbiq edilir.
Maddə 771. Sifarişçinin
əmlakının məhv olması üçün
podratçının məsuliyyəti
Podratçı
sifarişçinin əmlakı barəsində diqqətsizlik
üzündən həmin əmlakın məhv olması və
ya zədələnməsi üçün məsuliyyət
daşıyır.
Maddə 772.
Podratçının riski
772.1.
Görülmüş işin təsadüfən məhv
olması və ya zədələnməsi riski icranın
sifarişçiyə verildiyi vaxtadək
podratçının üzərinə düşür.
İcranın sifarişçiyə verilməsi ilə bir
vaxtda təsadüfən məhvolma və ya zədələnmə
riski də ona keçir. Sifarişçinin icranı qəbul
etməyi gecikdirməsi də icranın verilməsinə bərabər
tutulur.
772.2.
Materialın təsadüfən məhv olması və ya zədələnməsi
riski materialı vermiş tərəfin üzərinə
düşür.
Maddə 773. Qüsurlu məmulatın
qəbul edilməsinin nəticələri
Əgər
sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə
pretenziya irəli sürmədən onu qəbul edirsə, bu
qüsurlarla bağlı tələb hüququ əmələ
gəlmir.
Maddə 774. Qarantiya müddəti
Əgər
podratçı məmulata qarantiya müddəti üzrə
öhdəlik götürmüşdürsə,
qarantiyanın qüvvədə olduğu müddətdə
aşkar edilən qüsur müvafiq hüquqlar doğurur.
Maddə 775.
Podratçının əşyanın qüsurunu bilərəkdən
gizlətməsinin nəticələri
Əgər
podratçı qüsuru bilərəkdən gizlədərsə,
sifarişçinin məmulatın qüsuru ilə
bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran
razılaşmaya istinad edə bilməz.
Maddə 776. Podrat müqaviləsi
üzrə iddia müddəti
776.1.
Sifarişçi icranın qüsuru barəsində tələbi
işin qəbul edildiyi gündən bir il ərzində, binaya
aid tələbi isə beş il ərzində irəli sürə
bilər.
776.2. Əgər
müqaviləyə əsasən iş hissə-hissə qəbul
edilmişdirsə, qüsur barəsində tələb
müddətinin axımı işin tam qəbul olunduğu
gündən başlanır.
40-cı fəsil.
Tapşırıq
Maddə 777. Tapşırıq
müqaviləsi
777.1.
Tapşırıq müqaviləsinə görə,
tapşırığı həyata keçirməyi öhdəsinə
götürən şəxs (vəkalət alan) başqa
şəxsin (vəkalət verənin) ona
tapşırdığı əqdləri, işləri və
ya digər xidmətləri konkret nəticə əldə
olunmasına təminat vermədən icra etməyi öhdəsinə
götürür.
777.2. Tapşırıq
müqaviləsi həm şifahi, həm də yazılı
formada bağlana bilər. Müqavilə vəkalət
alanın tapşırığı qəbul etməsindən
sonra qüvvəyə minir.
777.3. Çıxarılmışdır.[478]
777.4. Bu Məcəlləyə
uyğun olaraq müqavilələrin hər hansı
növünə aid olan müqavilələrə, o cümlədən
podrat müqaviləsinə tapşırıq müqaviləsi
haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə
vasitə kimi) tətbiq edilir.
Maddə 778.
Tapşırığın məzmunu
778.1. Vəkalət
alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət
verənin haqlı mənafelərini müdafiə etməlidir.
778.2.
Tapşırığın məzmunu birbaşa göstərilmədikdə,
bağlanan əqdlərin və ya göstərilən xidmətlərin
xarakteri ilə müəyyənləşdirilir. Məsələn,
tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin
yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir.
Üçüncü şəxslər üçün
nümayəndəliyə aid müddəalar qüvvədə
olur.
778.3. Əgər
vəkalət verən tapşırılmış əqdin
icrası üçün hansısa göstərişlər
vermişdirsə, vəkalət alan bu göstərişlərdən
yalnız o halda kənara çıxa bilər ki, işin
hallarına görə buna müvafiq icazə ala bilməsin və
bundan əlavə, vəkalət verənin işin vəziyyətini
bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya
icazə verə biləcəyini ehtimal etmək
üçün əsaslar olsun. Əgər bu cür əsaslar
olmadan vəkalət alan vəkalət verənin ziyanına
onun göstərişlərindən kənara
çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini
ödəməlidir.[479]
Maddə 779. Vəkalət
alanın məsuliyyəti
779.1. Vəkalət
alan tapşırığı qəsdən və ya
ehtiyatsızlıq üzündən kifayət qədər
vicdanla icra etməməsi nəticəsində vəkalət
verənə dəyən zərər üçün məsuliyyət
daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi
üzrə vəkalət alan tapşırığı qəsdən
və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər
vicdanla icra etməməsi nəticəsində vəkalət
verənə dəyən zərər üçün məsuliyyət
daşıyır.[480]
779.2. Vəkalət
alanın məsuliyyət daşıdığı vicdanlılıq
dərəcəsi aşağıdakılar nəzərə
alınmaqla tapşırığın növü ilə
müəyyənləşdirilir:
779.2.1. peşə
fəaliyyəti ilə bağlı risk və
tapşırığın həyata keçirilməsi
üçün zəruri olan xüsusi biliklər;
779.2.2. vəkalət
verənin bildiyi və ya bilməli olduğu, vəkalət
alanın qabiliyyəti və keyfiyyətləri.
Maddə 780. Vəkalət
alanın şəxsi öhdəlikləri.
Üçüncü şəxslər üçün məsuliyyət
780.1. Vəkalət
alan tapşırığı aşağıdakı hallar
istisna olmaqla şəxsən özü icra etməlidir:
780.1.1. vəkalət
verən onu icranı üçüncü şəxslərə
verməyə vəkil etdikdə;
780.1.2.
tapşırığın icrasının
üçüncü şəxslərə verilməsi şəraitdən
irəli gəldikdə;
780.1.3.
icranın bu cür verilməsi qəbul olunmuş
işgüzar adətlərə uyğun gəldikdə.
780.2. Əgər
vəkalət alan əqdin icrasını və ya xidmətlərin
göstərilməsini buna ixtiyarı çatmadan
üçüncü şəxsə vermişdirsə, həmin
şəxsin hərəkətləri üçün o
öz hərəkətləri kimi məsuliyyət
daşıyır.
780.3. Əgər
o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini
buna ixtiyarı çataraq vermişdirsə, yalnız
üçüncü şəxsin seçilməsi və təlimatlandırılması
zamanı lazımi vicdanlılıq üçün məsuliyyət
daşıyır, bu şərtlə ki, müqavilədə
ayrı şərt qoyulmasın və işin hallarından
ayrı şərt irəli gəlməsin.
780.4. Hər bir
halda vəkalət verən vəkalət alanın
üçüncü şəxslərə qarşı malik
olduğu tələbləri bilavasitə həmin
üçüncü şəxslərə qarşı irəli
sürə bilər.
Maddə 781. Vəkalət verənə
informasiya və hesabat vermək vəzifəsi
Vəkalət
alan istənilən vaxt vəkalət verənin tələbi
ilə ona tapşırığın icrası gedişi
haqqında informasiya, habelə tapşırığın
icrasından sonra hesabat verməlidir.
Maddə 782.
Tapşırığın icrası nəticələrini
vermək vəzifəsi
782.1. Vəkalət
alan tapşırığın icrası nəticəsində
əldə olunanların hamısını vəkalət verənə
verməyə borcludur.
782.2. Vəkalət
alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər
hesablamağa borcludur.
782.3. Əgər
vəkalət alan vəkalət verənin hesabına öz
adından üçüncü şəxslərə
qarşı tələb hüquqları əldə
etmişdirsə, bu hüquqlar vəkalət verənə
öz növbəsində onun tapşırıq müqaviləsi
üzrə hüquq münasibətlərindən irəli gələn
bütün öhdəlikləri icra etməsindən sonra
keçir.
782.4. Vəkalət
alanın ödəmə qabiliyyətinin olmadığı
halda vəkalət verən saxlama hüququnu vəkalət alan
üçün saxlamaqla, ondan öz adından, lakin vəkalət
verənin hesabına əldə etdiyi daşınar əşyaları
verməyi tələb edə bilər.
Maddə 783. Vəkalət
alanın xərclərinin əvəzinin ödənilməsi
və muzdu
783.1. Vəkalət
verən vəkalət alanın tapşırığı
vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini,
o cümlədən faizləri ödəməli və onu bu məqsədlə
götürdüyü öhdəliklərdən azad etməlidir.
783.2. Vəkalət
verən vəkalət alana yalnız o halda muzd ödəməlidir
ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul
edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə
görə vəkalət alan müstəqil peşə fəaliyyəti
şəklində bu cür əqdlər bağlayır və
ya xidmətlər göstərir.
783.3. Əgər
bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə
tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə,
tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət
alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş
muzd sayılır.
Maddə 784. Vəkalət verənin
məsuliyyəti
Vəkalət
verən tapşırığın icrası gedişində
vəkalət alana dəyən zərər üçün, əgər
zərərin onun təqsiri üzündən
yaranmadığını sübuta yetirməsə, vəkalət
alan qarşısında məsuliyyət daşıyır.
Maddə 785. Tapşırıq müqaviləsi
üzrə bir neçə şəxsin məsuliyyəti
785.1. Əgər
tapşırığı bir neçə şəxs birlikdə
vermişsə, vəkalət alan qarşısında onlar birgə
borclular kimi məsuliyyət daşıyırlar.
785.2. Əgər
tapşırığı icraya bir neçə şəxs
birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət
daşıyır və vəkalət verəni yalnız birgə
hərəkətlərlə mükəlləfiyyətli edə
bilərlər, bu şərtlə ki, onlar
tapşırığın icrasını
üçüncü şəxslərə verməyə vəkil
edilməsinlər.
Maddə 786. Tapşırıq
müqaviləsinin qüvvəsinə xitam verilməsi
786.1.
Tapşırıq müqaviləsinin hər bir
iştirakçısı istənilən vaxt müqaviləni
ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə,
ləğvetməyə dair bildirişi verən tərəf
digər tərəfin düşdüyü zərərin əvəzini
ona ödəməlidir, bu şərtlə ki, müqavilənin
ləğvinə səbəbin bilavasitə digər tərəfin
hərəkəti nəticəsində baş verdiyini və
ya həmin hərəkətlərlə bağlı
olduğunu sübut etməsin.[481]
786.2. Əgər
müqavilədə ayrı şərt qoyulmayıbsa və ya
tapşırığın xarakterindən ayrı şərt
irəli gəlmirsə, vəkalət verən və ya vəkalət
alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə
və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə
tapşırıq müqaviləsinə xitam verilir.
786.3. Əgər
tapşırıq müqaviləsinin qüvvəsinə bu Məcəllənin
786.2-ci maddəsinə əsasən xitam verilməsi nəticəsində
və ya vəkalət verənin təqsiri olmadan müqavilənin
vəkalət alan tərəfindən ləğv edilməsi nəticəsində
vəkalət verənin mənafelərinin müdafiəsi təhlükəyə
məruz qalarsa, vəkalət alan, onun vərəsəsi və
ya onun nümayəndəsi vəkalət verənin, onun vərəsəsinin
və ya onun nümayəndəsinin tapşırıq
müqaviləsi üzrə hüquq münasibətlərini
davam etdirməyə qadir olmasınadək bu münasibətlərin
davam etməsi qayğısına qalmalıdırlar.
786.4.
Tapşırıq müqaviləsinə xitam verilməsi vəkalət
alana məlum olanadək onun həyata keçirdiyi əqdlərdən
vəkalət verən və ya onun vərəsəsi
üçün tapşırıq müqaviləsinə xitam
verilmədiyi halda əmələ gələ bilən öhdəliklər
əmələ gəlir.
786.5. Əgər vəkalət
alan tərəfindən müqaviləyə bilavasitə vəkalət
verənin hərəkəti nəticəsində baş verən
və ya həmin hərəkətlə bağlı olan səbəbə
görə xitam verilirsə, vəkalət alan vəkalət
verəndən görülmüş işlərin
haqqını tələb edə bilər.[482]
786.6. Əgər vəkalət
alan tərəfindən müqavilə bilavasitə vəkalət
verənin hərəkəti nəticəsində baş verməyən
və ya həmin hərəkətlə bağlı olmayan səbəbə
görə ləğv edilirsə, vəkalət alan
görülmüş işlərin haqqının ödənilməsini
yalnız o halda tələb edə bilər ki, vəkalət
verənin görülmüş işlərdə hansısa
marağı olsun.[483]
41-ci fəsil.
Brokerlik
Maddə 787. Broker müqaviləsi
anlayışı
787.1. Broker
müqaviləsinə əsasən brokerə muzd müqabilində
sifarişçiyə vasitəçilik xidmətləri
göstərmək tapşırığı verilir.
787.2. Əgər
bu Məcəllənin bu fəslinin aşağıdakı
müddəalarından ayrı qayda irəli gəlmirsə,
broker müqaviləsinə tapşırıq müqaviləsi
haqqında qaydalar tətbiq edilir.
Maddə 788. Brokerin muzd almaq hüququnun əmələ
gəlməsi. Xərclərin əvəzinin ödənilməsi
788.1. Brokerin
öz vasitəçilik xidmətləri və ya köməyi
nəticəsində müqavilə həyata keçirildikdən
sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı
şərtlə bağlanırsa, muzd yalnız həmin şərt
baş verdikdə tələb edilə bilər.
788.2. Brokerin xərclərinin
əvəzi yalnız ayrıca şərtləşdirildiyi
halda ödənilir. Bu, müqavilənin
bağlanmadığı hallara da tətbiq edilir.
788.3. Əgər
broker başqa iştirakçıya broker müqaviləsinə
zidd üsulla xidmətlər göstərmişsə və ya
vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən
də muzd almağı şərtləşdirmişdirsə,
onun muzd almaq və xərclərinin əvəzinin ödənilməsi
hüququ istisna edilir.
42-ci fəsil.
Ticarət nümayəndəsi
(agent)
Maddə 789. Ticarət nümayəndəsi
(agent) haqqında müqavilə
789.1. Ticarət
nümayəndəsi haqqında müqaviləyə görə,
sənətkarlıq şəklində müstəqil fəaliyyətlə
məşğul olan şəxsə (ticarət agentinə)
alğı-satqı müqavilələrinin, habelə xidmətlər
yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin)
bağlanmasında hər hansı istehsalçının, sənayeçinin
və ya tacirin (tapşıranın) adından və
hesabına vasitəçilik xidmətləri göstərmək
və (və ya) bunları bağlamaq barəsində
uzunmüddətli tapşırıq verilir.
789.2. Həm
fiziki, həm də hüquqi şəxslər ticarət agenti
ola bilərlər. Aşağıdakılar ticarət agentləri
deyildirlər:
789.2.1. vasitəçilik
fəaliyyəti və ya əqdlərin bağlanması ilə
təsadüfdən-təsadüfə məşğul olan
şəxslər;
789.2.2. ticarət
və xammal birjalarında işləyən şəxslər;
789.2.3.
tapşıranla əmək müqaviləsi
bağlamış şəxslər.
789.3. Ticarət
nümayəndəsi haqqında müqavilə yazılı
formada bağlanır.
789.4. Müqavilə
ilə tənzimlənməyən öhdəliklərə bu
Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin
olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər
tətbiq edilir.
Maddə 790. Ticarət agentinin vəzifələri
790.1. Ticarət
agentinin ümumi vəzifələri bu Məcəllənin
778-ci maddəsindən irəli gəlir.
790.2. Ticarət
agentinin aşağıdakı vəzifələri vardır:
790.2.1. vasitəçilik
qaydasında tapşıran üçün əqdləri
bağlamağa çalışmaq və ya əqdləri
bağlamaq, habelə tapşıranın müştərilərinin
sayının optimal surətdə artmasına
çalışmaq;
790.2.2.
bütün sifarişlər və (və ya)
bağlanmış müqavilələr barəsində
tapşırana bildiriş vermək;
790.2.3.
özündə olan hər bir zəruri informasiyanı tapşırana
bildirmək;
790.2.4.
tapşıranın əsaslı sərəncamlarını
yerinə yetirmək;
790.2.5.
tapşıranın məhsullarına və xidmətlərinə
oxşar məhsulları və xidmətləri öz
hesabına və ya başqa tapşıranın hesabına təklif
etmək üçün tapşıranın qabaqcadan
razılığını almaq.
790.3. Müqavilədə
ticarət agentinin öhdəsinə başqa vəzifələr,
o cümlədən aşağıdakı vəzifələr
də qoyula bilər:
790.3.1. müəyyən
mövzular üzrə müntəzəm hesabat vermək;
790.3.2.
sifarişlər və ya müqavilələr üzrə
minimum dövriyyəyə (kvotaya) nail olmaq;
790.3.3. zərurət
olduqda və ayrıca muzd müqabilində tapşıran
üçün malları saxlamaq və göndərmək,
habelə onun borclularından məbləğləri tutmaq.
790.4. Ticarət
agenti tapşıran barəsində müqavilələrin
müştərilər tərəfindən icrasına
yalnız aşağıdakı hallarda qarantiya verməlidir:
790.4.1. bu,
yazılı formada qabaqcadan ifadə edildikdə;
790.4.2. qarantiya
dəqiq müəyyənləşdirilmiş əqdə və
ya müştəriləri qabaqcadan müəyyənləşdirilməklə
bir neçə əqdə şamil edildikdə;
790.4.3. öz
öhdəsinə qarantiya götürmək barəsində
razılaşmada ayrıca muzd şərtləşdirildikdə
və ticarət nümayəndəsinə bu muzdun ödənilməsi
müddəti müştəri ilə həmin müqavilənin
bağlanmasından dərhal sonra çatdıqda. Buna zidd
olanlar barəsində razılaşmaların qüvvəsi
yoxdur.
Maddə 791.
Tapşıranın vəzifələri
791.1. Ticarət
agenti barəsində tapşıran vicdanlılıq prinsipinə
uyğun hərəkət etməlidir. Tapşıran:
791.1.1. öz məhsulları
və xidmətləri, işlərin aparılması
qaydaları və qiymətləri barəsində ticarət
agentinə lazımi informasiya verməlidir;
791.1.2. ticarət
agentini ticarət nümayəndəsi haqqında müqavilənin
yerinə yetirilməsi üçün zəruri informasiya ilə
təmin etməli, o cümlədən bunu ehtimal etməyin
mümkün olduğu hallarda ticarət agentini dərhal xəbərdar
etməlidir ki, ticarət əqdlərinin həcmi ticarət
nümayəndəsinin adi halda ümid bəsləyə biləcəyi
həcmdən xeyli az olacaqdır;
791.1.3. ticarət
nümayəndəsinin vasitəçilik qaydasında təklif
etdiyi ticarət əqdinin qəbul olunması, rədd edilməsi
və ya icra olunmaması barədə ticarət agentinə
ağlabatan müddət ərzində bildiriş verməlidir;
791.1.4. ticarət
agentinə muzd ödəməlidir.
791.2. Müqavilədə
tapşıranın digər vəzifələri, o cümlədən
ticarət agentinin müəyyən ərazi və ya müəyyən
müştərilər üçün qüvvədə
olan müstəsna hüququna (inhisar hüququna) hörmət
bəsləmək vəzifəsi də nəzərdə
tutula bilər.
Maddə 792. Ticarət agentinin
muzdu
792.1. Ticarət
agentinin sabit aylıq muzd və (və ya) əqdlərin
dövriyyəsindən və ya miqdarından asılı muzd
(komisyon muzdu) almaq hüququ vardır.
792.2. Muzd
müqaviləyə əsasən hesablanır. Əgər o, müqavilə
ilə tənzimlənmirsə, ticarət agentinin öz təqdim
etdiyi mallar və ya bunlara oxşar mallar üçün
işgüzar adətlərə uyğun qəbul edilmiş
muzda bərabər muzd almaq hüququ vardır.
İşgüzar adətlər olmadıqda müqavilənin
istənilən iştirakçısı bütün hallar nəzərə
alınmaqla ağlabatan muzdun müəyyənləşdirilməsi
üçün məhkəməyə müraciət edə
bilər.
792.3. Muzdun
tamamilə və ya qismən komisyon prinsiplərinə əsaslandığı
hallara bu Məcəllənin 793-cü maddəsi tətbiq
edilir.
Maddə 793. Ticarət agentinin
komisyon muzdu
793.1. Ticarət
agentinin aşağıdakılar üçün komisyon muzdu
almaq hüququ vardır:
793.1.1. ticarət
nümayəndəsi haqqında müqavilənin qüvvədə
olduğu müddət ərzində ya ticarət agentinin fəaliyyəti
nəticəsində bağlanmış, ya da oxşar əqdlərin
həyata keçirilməsi üçün ticarət
agentinin əvvəllər müştəri kimi cəlb etdiyi
şəxslər ilə bağlanmış bütün ticarət
əqdləri;
793.1.2. əgər
ticarət agentinin müəyyən coğrafi ərazidə və
ya şəxslərin müəyyən qrupuna inhisar hüququ
varsa, həmin ərazidə və ya həmin qrupdan
müştərilər ilə bağlanan bütün əqdlər;
793.1.3. ticarət
nümayəndəsi haqqında müqavilənin qüvvədə
olma müddəti bitəndən sonra bağlanmış ticarət
əqdləri - bu şərtlə ki, əqd ticarət
agentinin müqavilənin qüvvədə olduğu dövrdə
və ya bundan sonra ağlabatan dövrdə fəaliyyəti nəticəsində
yaransın və ya müştərinin sifarişini agent və
ya tapşıran ticarət nümayəndəsi haqqında
müqavilə üzrə hüquq münasibətlərinə
xitam verilənədək alsın.
793.2. Əgər
ticarət əqdi bir neçə ticarət agentinin fəaliyyəti
nəticəsində həyata keçirilərsə, onlar
komisyon muzdunu həmin əqdin bağlanmasına onlardan hər
birinin göstərdiyi təsirə uyğun nisbətdə
bölüşdürürlər.
793.3. Ticarət
agentinin komisyon muzduna iddiası tapşıranın
üçüncü şəxslə müqavilə üzrə
öz öhdəliklərini icra etməsindən və ya icra
etməli olmasından sonra əmələ gəlir. Komisyon
muzduna iddia tapşıran öz öhdəliklərini icra
etdikdən sonra üçüncü şəxsin öz
müqavilə öhdəliklərini yerinə yetirdiyi və
ya yerinə yetirməli olduğu andan gec olmayaraq əmələ
gəlir.
793.4. Əgər
tapşıranla üçüncü şəxs arasında
bağlanmış müqavilənin yerinə yetirilməyəcəyinə
əminlik olarsa və onun yerinə yetirilməməsi
tapşıranın cavabdeh olduğu hallardan irəli gəlməzsə,
komisyon muzduna iddia istisna edilir. Əgər ticarət agenti həmin
əqd əsasında komisyon muzdunu almışdırsa, bu
muzdu qaytarmağa borcludur.
793.5. Təqvim
ilinin hər rübündən sonrakı ayda tapşıran
ticarət agentinə müvafiq rüb üçün ona
çatası komisyon muzdunun hesabını verir. Bu hesabda
komisyon muzdunun miqdarını və ödənilməsi
müddətini yoxlamaq üçün zəruri məlumat
göstərir.
793.6. Hər
rüb üçün komisyon muzdu rübün
qurtarmasından ən geci bir ay keçənədək ödənilməlidir.
793.7. Bu Məcəllənin
793.5 və 793.6-cı maddələrinə uyğun komisyon
muzdlarının hesabının verilməsi və ödənilməsi
müddəti tərəflərin razılaşmasına əsasən
qısaldıla və ya uzadıla bilər, özü də
bu müddət ən çoxu altı aylığına
uzadıla bilər.
793.8. Ticarət
agenti komisyon muzdunun hesablanması üçün zəruri
olan mühasibat uçotu sənədləri də daxil olmaqla
tapşıranın bütün sənədlərini gözdən
keçirmək hüququna malikdir.
Maddə 794. Ticarət nümayəndəsi
haqqında müqavilənin qüvvədə olma müddəti
və ləğvi
794.1. Ticarət
nümayəndəsi haqqında müqavilə üzrə
hüquq münasibətlərinə, əgər müqavilənin
qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa,
müqavilədə müəyyənləşdirilmiş
müddətdə xitam verilir. Lakin əgər
tapşıranın dinməz və ya birbaşa
razılığı ilə ticarət agenti öz fəaliyyətini
davam etdirirsə və ya əgər ilkin müqavilədən
sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki,
müqavilə lap əvvəldən qeyri-müəyyən
müddətə bağlanmışdır.
794.2.
Qeyri-müəyyən müddətə bağlanmış
müqaviləni istənilən iştirakçı ləğvetmə
haqqında xəbərdarlıq edilməsinin ağlabatan
müddətini gözləməklə ləğv edə bilər.
Ağlabatan müddət birinci il ərzində azı 1 ay,
ikinci il ərzində azı 2 ay və əgər müqavilənin
qüvvəsi iki ildən çox davam edirsə, 3 ay təşkil
edir. Əgər müddətli müqavilə bu Məcəllənin
794.1-ci maddəsinə uyğun olaraq müddətsiz müqaviləyə
çevrilirsə, ləğvetmə haqqında xəbərdarlıq
müddəti hesablanarkən müqavilənin bütün
qüvvədə olma müddəti əsas
götürülür.
794.3. Müqavilənin
iştirakçıları ləğvetmə haqqında xəbərdarlıq
edilməsinin daha uzun müddətini şərtləşdirə
bilərlər. Ləğvetmə haqqında xəbərdarlıq
edilməsinin bu müddəti həm tapşıran, həm də
ticarət agenti üçün eyni olmalıdır.
Maddə 795. Ticarət nümayəndəsi
haqqında müqavilənin qüvvəsinə fövqəladə
hallar nəticəsində xitam verilməsi
795.1. Ticarət
nümayəndəsi haqqında müqavilənin hər bir
iştirakçısı aşağıdakı hallarda xəbərdarlıq
müddətini gözləmədən istənilən vaxt
müqaviləni ləğv edə bilər:
795.1.1. öz vəzifələrini
əhəmiyyətli dərəcədə pozan digər
iştirakçıya bu barədə yazılı xəbərdarlıq
edildikdə, o, müəyyənləşdirilmiş müddət
qurtardıqdan sonra da öz vəzifələrini pozmaqda davam
etdikdə;
795.1.2.
müqavilə iştirakçılarından heç birinin
cavabdeh olmadığı digər fövqəladə hallar
baş verdikdə və bu hallar ləğvetməyə dair
bildiriş vermiş iştirakçıdan müqaviləni
qüvvədə saxlamağı tələb etməyi
artıq ağlabatan etmədikdə.
795.2. Ticarət
nümayəndəsi haqqında müqavilənin hər
hansı iştirakçısının digər
iştirakçının öz vəzifələrini
pozması nəticəsində dəyən zərərin əvəzinin
ödənilməsinə iddiaları qüvvədə
qalır.
Maddə 796. Müştərilər
üçün kompensasiya
796.1. Müqavilənin
qüvvəsinə xitam verildikdən sonra ticarət agenti
özünün cəlb etdiyi müştərilər
üçün kompensasiya almaq hüququna malikdir, bu şərtlə
ki:
796.1.1. o,
tapşıran üçün yeni müştərilər cəlb
etsin və ya mövcud müştərilərlə əqdlərin
həcmini xeyli artırsın;
796.1.2.
tapşıran bu Məcəllənin 796.1.1-ci maddəsindən
onun üçün irəli gələn faydalardan istifadəni
davam etdirə bilsin;
796.1.3.
müqaviləyə xitam verilməsi nəticəsində
komisyon muzdu ticarət agentinin əlindən
çıxsın.
796.2.
Kompensasiyanın maksimum miqdarı illik muzdun miqdarı ilə məhdudlaşdırılır.
Ticarət agentinin illik muzdu ticarət nümayəndəsi
haqqında müqavilənin qüvvəsinə xitam verilməzdən
əvvəlki son illər (maksimum 5 il) üçün orta
muzd şəklində hesablanır.
796.3.
Aşağıdakı hallarda kompensasiya ödənilmir:
796.3.1.
müqavilə üzrə hüquq münasibətlərinə
ticarət agentinin təqsiri üzündən xitam verildikdə;
796.3.2. ticarət
agenti müqavilə üzrə hüquq münasibətlərinə
şəxsi əsaslar üzrə xitam verdikdə;
796.3.3.
tapşıranın razılığı ilə ticarət
agenti müqavilədən irəli gələn hüquq və
vəzifələrini hər hansı üçüncü
şəxsə verdikdə.
Maddə 797. Zərərin əvəzinin
ödənilməsi
Müqavilə
üzrə hüquq münasibətlərinə xitam verildikdə
ticarət agenti, bu Məcəllənin 796-cı maddəsində
nəzərdə tutulan hallar istisna olmaqla,
tapşıranın müqavilə üzrə hüquq
münasibətlərini hüquqa zidd və ya yanlış dəyişdirməsi
və ya bu münasibətlərə xitam verməsi nəticəsində
ona dəymiş zərərin əvəzinin ödənilməsini
də tələb edə bilər.
Maddə 798. Ticarət agentinin
ölümünün nəticələri
Ticarət
agentinin öldüyü halda onun vərəsələri
müştərilər üçün kompensasiya
alınmasına dair tələb irəli sürə bilərlər.
Maddə 799. Ticarət nümayəndəsi
haqqında müqavilənin qüvvəsinə xitam verildikdən
sonra rəqabətin istisna edilməsi
Ticarət agenti
müqavilənin qüvvəsinə xitam verildikdən sonra
tapşıranla rəqabət aparmayacağı barədə
iltizam verə bilər. Rəqabətin bu cür istisna edilməsi
yalnız o halda etibarlıdır ki, əvvəla, ticarət
nümayəndəsinin nümayəndəlik hüququna malik
olduğu əraziyə, şəxslərə və məhsul
növünə şamil edilsin, ikincisi, ticarət nümayəndəsi
haqqında müqavilə üzrə hüquq münasibətlərinə
xitam verildiyi andan ən çoxu iki illik müddətlə məhdudlaşdırılsın.
43-cü fəsil.
Kommersiya konsessiyası[484]
Maddə 800. Konsessiya müqaviləsi
800.1. Konsessiya
müqaviləsi istehsalçı və ya tacir
(tapşıran) ilə sənətkarlıq şəklində
müstəqil fəaliyyətlə məşğul olan şəxs
(konsessioner) arasında elə bir ümumi
razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında
konsessioner aşağıdakıları öhdəsinə
götürür:
800.1.1.
tapşırandan müəyyən malları (kontrakt
mallarını) vaxtaşırı satın almaq;
800.1.2. bu
malları öz adından və öz hesabına
başqasına satmaq;
800.1.3. bu zaman
kontrakt mallarını müəyyən ərazilərdə və
(və ya) müəyyən müştərilərə
(müqavilə ərazisi və müqavilə müştəriləri)
satmaq. Onların barəsində tapşıran konsessionerə
müstəsna satış hüququ (inhisar hüququ) verir,
konsessioner isə tapşıranın mallarının onun nəzarəti
altında satışına qarantiya verməlidir.
800.2. Əgər
müqavilədə ayrı şərt qoyulmayıbsa,
tapşıran barəsində konsessionerin kontrakt
mallarını müqavilə ərazisinin hüdudlarından
kənarda və ya müqavilə müştərilərindən
savayı, başqa müştərilərə satmaq hüququ
yoxdur.
800.3.
Başqasına satmaq üçün sadə satınalma
konsessiya müqaviləsinə əsas verə bilməz.
Müntəzəm ticarət münasibətləri də
konsessiya haqqında müqaviləyə əsas verə bilməz.
Maddə 801. Ticarət nümayəndəsi
haqqında müddəaların konsessiya müqaviləsinə
tətbiqi
801.1. Ayrı
razılaşma olmadıqda konsessioner ilə tapşıran
arasında hüquq münasibətlərinə müvafiq
olaraq bu Məcəllənin 789.3, 790.2.3-790.2.5 və
791.1.1-791.1.3-cü maddələri tətbiq edilir.
801.2.
Aşağıdakı şərtlər gözlənilməklə,
bu Məcəllənin 794-798-ci maddələri konsessiya
müqaviləsi üzrə hüquq münasibətlərinə
də tətbiq edilir:
801.2.1. bu Məcəllənin
794.2-ci maddəsinə uyğun olaraq ləğvetmə
haqqında xəbərdarlıq edilməsinin qarşılıqlı
müddətləri müvafiq olaraq üç ay
uzadılır;
801.2.2. bu Məcəllənin
796.1 və 796.2-ci maddələrinə uyğun
kompensasiyanın hesablanması üçün konsessionerin
ticarət nümayəndəsi vəzifələrini icra etdiyi
təqdirdə ona çata bilməsi ehtimal edilən haqq əsas
götürülür.
801.3. Qalan
hallarda kompensasiya yalnız aşağıdakı şərtlər
gözlənilməklə ödənilir:
801.3.1. əgər
müqavilənin qüvvəsinə xitam verildiyi məqamda
tapşıran konsessionerin çoxaltdığı və ya
genişləndirdiyi müştərilər dairəsi barəsində
məlumat almışdırsa və həmin müştərilərə
konsessionerin göndərdiyi həcmdə mal göndərə
bilərsə;
801.3.2. əgər
artıq konsessioner müştərilərdən rəqabətli
malların satışı üçün özü istifadə
etmirsə.
Maddə 802. Konsessiya haqqında birtipli
müqavilə ilə alğı-satqı müqavilələri
arasında qarşılıqlı əlaqə
802.1.
Tapşıran ilə konsessioner arasında münasibətlər
ümumi (birtipli) müqavilənin predmetidir. Birtipli müqavilədə
bu Məcəllənin 800.1-ci maddəsindən irəli gələn
müddəalardan əlavə, nəzərdə tutula bilər
ki, konsessioner:
802.1.1. müəyyən
ticarət-servis təşkilatına malik olmalıdır;
802.1.2.
müvafiq işçi heyətinə malik olmalıdır;
802.1.3.
satılmış malların təmiri işlərini yerinə
yetirməlidir;
802.1.4.
işçilərə təlim verilməsində və reklam
tədbirlərində iştirak etməlidir;
802.1.5. həmişə
anbarda müəyyən miqdarda mal saxlamalıdır;
802.1.6. hər
il tapşırandan müəyyən həcmdə və ya
müəyyən miqdarda mal (kvota) qəbul etməlidir.
802.2. Konsessionerə
malların satılması barədə ayrıca müqavilələr
birtipli müqavilədən asılı deyildir. Lakin birtipli
müqavilədə bütün alğı-satqı
müqavilələri üçün qüvvədə olan
ümumi şərtlər, o cümlədən
aşağıdakılar göstərilə bilər:
802.2.1.
tapşıranın ümumi prays-vərəqindən
konsessionerə verilən güzəşt;
802.2.2. ödənişlərin
müddətləri;
802.2.3.
tapşıranın qarantiyası barədə şərtlər.
802.3.
Tapşıran birtipli müqavilə üzrə
aşağıdakı hüquqları birtərəfli qaydada əldə
edə bilməz:
802.3.1.
konsessioner üçün satış qiymətləri təyin
etmək;
802.3.2.
mümkün şərtləşdirilmiş kvotaları dəyişdirmək.
Maddə 803. Konsessionerin qəti
qərar qəbul etmək hüququ
803.1.
Konsessionerin öz ticarət fəaliyyətini sərbəst təşkil
etmək, o cümlədən təkrar satış qiymətlərini
sərbəst təyin etmək hüququ vardır.
803.2.
Konsessionerin ticarətin təşkilini, satış və ya
servis xidməti metodlarını dəyişdirməsi
tapşıranın mallarının optimal
satışını təhlükəyə məruz qoyursa,
bu Məcəllənin 795-ci maddəsinə uyğun olaraq,
lakin 803.1-ci maddəsi nəzərə alınmaqla, müqavilənin
tapşıran tərəfindən dərhal ləğv edilməsinə
əsas verə bilər.
Maddə 804. Konsessionerin müştərilərinin
müdafiəsi
804.1. Birtipli
müqavilənin qüvvədə olduğu müddətdə
tapşıranın eyni və ya oxşar malları satmaq məqsədi
ilə birbaşa və ya üçüncü şəxslər
vasitəsilə konsessionerin müştərilərinə
müraciət etməsi qadağandır.
804.2. Müqavilənin
iştirakçıları razılığa gələ bilərlər
ki, tapşıranın malları bilavasitə konsessionerin
müştərilərinə satmasına istisna qaydasında
icazə verilir. Bu halda tapşıran konsessionerə bu Məcəllənin
793-cü maddəsinə uyğun komisyon muzdu ödəməyə
borcludur.
Maddə 805.
Tapşıranın mal göndərmək vəzifəsi
805.1.
Tapşıran birtipli müqaviləyə uyğun olaraq
konsessionerin sifariş etdiyi malları ona göndərməyə
borcludur.
805.2.
Tapşıran malları göndərməkdən yalnız
vacib əsaslar üzrə imtina edə bilər.
805.3. Əgər
malların göndərilməsindən imtina edilmişdirsə
və ya mallar başqa əsaslar üzrə göndərilmirsə,
konsessioner sifarişə müvafiq surətdə malların
göndərilməli olduğu ildə müəyyən
kvotaya çatmaq vəzifəsindən azad edilir. Bu zaman zərərin
ödənilməsi barədə digər iddialar da qüvvədə
qalır.
Maddə 806.
Tapşıranın qarantiyası
806.1.
Tapşıran qarantiya verir ki, konsessionerə
çatdırılarkən malın qüsuru yoxdur. Əgər
konsessioner qarantiya verilməsi barədə öz ölkəsində
qüvvədə olan göstərişləri qabaqcadan və
yazılı şəkildə tapşırana göstərirsə,
tapşıran ən azı bu qarantiyanı verməyə
borcludur. Qarantiya pretenziyalarının irəli sürülməsi
müddəti konsessionerin malı təkrar satdığı
gündən, lakin ən geci tapşıranın malı
göndərdiyi gündən altı ay keçənədək
başlanır. Bundan kənaraçıxmalar barəsində
razılaşmaların, əgər bu kənaraçıxmalar
birbaşa şərtləşdirilməmişsə və
yazılı formada ifadə edilməmişsə, qüvvəsi
yoxdur.
806.2.
Tapşıranın qabaqcadan razılığını
almadan konsessionerin satış üçün nəzərdə
tutulan mallarda və ya onların qablarında hər hansı dəyişikliklər
etmək hüququ yoxdur. Əgər mallarda dəyişiklikləri
tapşıran edirsə, bu barədə o, konsessionerə
ağlabatan müddətdə bildiriş verməlidir.
Maddə 807. Konsessiya müqaviləsinin
qüvvəsinə xitam verilməsinin nəticələri
807.0. Konsessioner
ilə tapşıran arasında birtipli müqavilənin
qüvvəsinə xitam verildikdən sonra:
807.0.1. Artıq
konsessioner müştərilər qarşısında
tapşıranın konsessioneri kimi çıxış edə
bilməz. Bundan başqa, o, tapşıranın firma
markalarından və nişanlarından istifadə edə bilməz.
Konsessioner öz adına qeydə alınmış və
müqavilə bağlananadək istifadə edilmiş
bütün firma markalarını və nişanlarını
tapşıranın adına keçirməyə borcludur.
İlkin qeydiyyat və keçirmə xərclərini
tapşıran çəkir.
807.0.2. Əgər
konsessioner müştərilər və (və ya)
tapşıran qarşısında öhdəliklərini yerinə
yetirmək üçün anbar saxlamalı olmuşdursa,
tapşıran onun anbarında qalan malları satın
almağa borcludur. Əgər mal satış üçün
yararlı olan yaxşı vəziyyətdədirsə,
satınalma qiyməti son satınalma zamanı konsessionerin
tapşırana ödədiyi qiymətdən aşağı
olmamalıdır. Konsessioner satınalmadan imtina edə bilər.
Bu isə ona anbardakı qalığı ağlabatan müddətdə
müştərilərə satmaq hüququ verir.
44-cü fəsil.
Komissiya
Maddə 808. Komissiya müqaviləsi
808.1. Komissiya
müqaviləsinə görə bir tərəf
(komisyonçu) digər tərəfin (komitentin)
tapşırığı ilə muzd müqabilində öz
adından, lakin komitentin hesabına bir və ya bir neçə
əqd bağlamağı öhdəsinə
götürür. Komisyonçunun üçüncü
şəxslə bağladığı əqd üzrə
hüquqları, əqddə komitent adlandırılmış
olduqda və ya əqdin icrası üzrə
üçüncü şəxslə bilavasitə münasibətlərə
girdikdə belə, komisyonçu əldə edir və
komisyonçu mükəlləfiyyətli olur.
808.2. Çıxarılmışdır. [485]
808.3. Komissiya
müqaviləsi müəyyən müddətə və ya
qüvvədə olma müddəti göstərilmədən,
icra ərazisi göstərilməklə və ya göstərilmədən,
komitentin onun mənafeləri üçün və onun
hesabına bağlamağı komisyonçuya
tapşırdığı əqdləri bağlamaq
hüququnu üçüncü şəxslərə verməmək
öhdəliyi nəzərdə tutulmaqla və ya nəzərdə
tutulmadan, komissiya predmeti olan malların çeşidi barəsində
şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər.
Maddə 809. Komisyonçunun
ümumi vəzifələri
809.1.
Komisyonçu tapşırılmış işi vicdanla
aparmalı və komitentin mənafelərini qorumalıdır.
809.2. Komisyonçu
əqdləri vicdanlı üçüncü şəxslərlə
bağlamalı və komitentin razılığı olmadan
üçüncü şəxslərə kredit verməməlidir.
809.3.
Komisyonçu öz işlərinin gedişi, o cümlədən
komisyon tapşırığının icrası gedişi barəsində
komitentə məlumat verməlidir.
809.4. Komisyonçu
komitentin icazəsi olmadan onun adını
açıqlamamalıdır.
Maddə 810. Komitentin göstərişləri
810.1.
Komisyonçu komitentin göstərişlərinə əməl
etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir.
810.2. Komitent
öz zərərinə olan kənarçıxmalarla
bağlanan əqddən imtina edə bilər, amma
komisyonçunun zərər üçün kompensasiya təklif
etdiyi hallar istisna təşkil edir.
810.3.
Komisyonçunun daha sərfəli şərtlərlə
bağladığı əqddən bütün fayda komitentə
çatır.
Maddə 811. Komisyonçunun
hesabat verməsi
811.1. Komisyonçu
əqdin müqavilə şərtləri haqqında, öz
adından və sifarişçinin hesabına hərəkətləri
yerinə yetirməsi haqqında komitentə məlumat verməyə
borcludur.
811.2. Ayrı
razılaşmanın olmadığı halda komisyonçu
üçüncü şəxsin adını bildirməyə
borclu deyildir, amma komisyonçunun ödəniş qabiliyyətli
olmadığından ehtiyat edildiyi hallar istisna təşkil
edir.
811.3.
Üçüncü şəxsin adını bildirməkdən
imtina hüququ hesabat üçün vacib olan hər hansı
digər informasiyanı vermək vəzifəsinə təsir
göstərmir. Komitentin xahişi ilə komisyonçu
üçüncü şəxsin adı da daxil olmaqla,
bütün informasiyanı notariusa verməlidir. Notarius isə
üçüncü şəxsin anonimliyini saxlamaqla, bu
informasiyanı komitentə verir.
Maddə 812. Komisyonçunun
komisyon malı barəsində vəzifələri
812.1. Komitentin sərəncamı
ilə komisyonçuya göndərilmiş komisyon malı zədələnmiş
olduqda komisyonçu komitentin hüquqlarını müdafiə
etməli, malın vəziyyəti barəsində sübutlar
qayğısına qalmalı və bu barədə dərhal
komitentə bildiriş verməlidir.
812.2. Komitent
üçün nəzərdə tutulan komisyon malı barəsində
komisyonçunun üzərinə satıcı
hüquqları və vəzifələri qoyulur.
Maddə 813. Komisyonçunun mal
üçün məsuliyyəti
Komisyonçu
saxlamağa götürdüyü malın itməsi və zədələnməsi
üçün, əgər qarşısıalınmaz
qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət
daşıyır.
Maddə 814. Əqdin
üçüncü şəxs tərəfindən
icrası üçün komisyonçunun məsuliyyəti
814.1.
Komisyonçu komitentin hesabına əqd
bağladığı üçüncü şəxsin
öhdəliklərinin icrası üçün məsuliyyət
daşıyır, bu şərtlə ki, o belə məsuliyyət
götürmüş olsun. məsuliyyət
üçüncü şəxslə bağlanmış əqddən
onun üçün irəli gələn bütün öhdəliklərə
şamil edilir.
814.2. Bu halda
komisyonçuya əlavə muzd verilməlidir. Müqavilədə
ayrı şərt qoyulmadıqda əlavə muzdun miqdarı
bank zaminliyi üçün adi muzd üzrə müəyyənləşdirilir.
Maddə 815. Komisyon muzdu
815.1.
Komisyonçu komitentin hesabına bağlanmış əqdin
üçüncü şəxs tərəfindən icra
edildiyi halda və ya komitentin cavabdeh olduğu səbəblərdən
əqdin icra edilmədiyi halda komisyon muzdu tələb edə
bilər.
815.2. Komisyon muzdunun
miqdarı komissiya müqaviləsi ilə, belə qeyd-şərt
olmadıqda isə, əgər komisyon əqdləri
komisyonçunun müəssisəsinin fəaliyyət predmetinə
aiddirsə, yerli işgüzar adətlər əsasında
müəyyənləşdirilir.
815.3. Bundan
başqa, komisyonçu komissiya müqaviləsinin yerinə
yetirilməsi gedişində çəkdiyi və
bütün halları nəzərə almaqla zəruri
saydığı xərclərin əvəzinin ödənilməsini
tələb edə bilər. Komisyonçunun və ya onun
işçi heyətinin adi işlərin yerinə yetirilməsi
xərclərinin və müqaviləyə uyğun və ya
komisyon muzdunun hesabına ödənilən digər xərclərin
əvəzi ödənilmir.
Maddə 816. Komisyonçunun
özü ilə əqdləri
816.1. Əgər
malların rəsmi birja və ya bazar qiyməti vardırsa və
komitent ayrı şərt qoymayıbsa, komisyonçunun
özü ilə əqdlər bağlamaq hüququ vardır.
816.2.
Komisyonçu özü ilə bağladığı əqdlər
barəsində bildiriş verməli və bildirişin
göndərildiyi an mövcud olmuş birja və ya bazar qiymətini
sübut etməlidir.
Maddə 817. Komisyonçunun
satış hüququ
817.1. Əgər
komitent müqaviləyə və ya şəraitə uyğun
komisyon malına sahibliyə başlamalı olsa da, bunu etmirsə,
komisyonçu komisyon malının satışını həyata
keçirmək hüququnu əldə edir.
817.2. Əgər
mal korlanmaya meyllidirsə və ya sonradan malda onun qiymətdən
düşməsinə səbəb ola biləcək dəyişikliklər
aşkar edilərsə və komitentlə əlaqə
yaratmağa vaxt olmazsa, komisyonçu komitentə qabaqcadan
bildiriş verməklə, malın satılması
qayğısına qalmaq hüququna malikdir.
Maddə 818. Komitentin verdiyi
obyektlərə mülkiyyət hüququ
Komitentin
komisyonçuya verdiyi obyektlərə mülkiyyət
hüququ komisyon əqdi icra edilənədək komitentdə
qalır.
Maddə 819. Öz adından və
sifarişçinin hesabına hərəkətlərin yerinə
yetirilməsi haqqında əqd
819.1.
Komisyonçu öz adından və sifarişçinin
hesabına hərəkətlərin yerinə yetirilməsi
haqqında üçüncü şəxslər ilə əqd
üzrə kreditor və borcludur.
819.2.
Komisyonçu komissiya müqaviləsinin icrasından əldə
etdiklərinin hamısını komitentə verməyə
borcludur.
819.3. Komitent
komisyonçunun bağladığı əqddən irəli
gələn tələbləri yalnız komisyonçu tələbi
güzəşt etdikdən sonra irəli sürə bilər.
819.4.
Komisyonçunun öz adından və sifarişçinin
hesabına hərəkətlərin yerinə yetirilməsi
haqqında əqddən irəli gələn tələbləri
kreditora güzəşt etməsinin qüvvəsi yoxdur.
Əmlakın girov qoyulduğu halda komitent onun ləğvini tələb
edə bilər. Əgər girov qoyulmuş tələb
artıq kreditora göndərilmişdirsə, komisyonçu
kreditorun həmin tələb əsasında
aldıqlarının verilməsini tələb edə bilər.[486]
Maddə 820. Komisyonçunun təminat
hüququ
820.1.
Komisyonçunun hər hansı komisyon əqdindən və ya
əvvəlki komisyon əqdlərindən komitentə
qarşı əmələ gəlmiş tələbləri əsasında
komisyonçu sənədlərə əsasən sahiblik
etdiyi və ya sərəncam verə bildiyi komisyon malına
qanuni girov hüququ əldə edir. Komisyon malının
komitentin mülkiyyətində olmadığı, lakin komisyonçunun
həmin malı onun komitentə mənsub olduğunu
vicdanlı qəbul etdiyi halda da komisyonçu bu mala girov
hüququnu əldə edir.[487]
820.2.
Komisyonçu komisyon əqdinin icrası əsasında
üçüncü şəxsə qarşı mövcud
olan tələblər üzrə təminat ala bilər.
Maddə 821. Komissiya müqaviləsinə
xitam verilməsi
821.1.
Komisyonçunun öldüyü halda komissiya müqaviləsinə
xitam verilir.
821.2. Komissiya
müqaviləsinin iştirakçıları istənilən
vaxt müqaviləni ləğv edə bilərlər. Əgər
müqavilənin ləğvinə dair komitent bildiriş verirsə,
komisyonçunun çəkdiyi xərclərin əvəzini
ona ödəməlidir.
45-ci fəsil.
Saxlama
§1. Saxlama haqqında ümumi müddəalar
Maddə 822. Saxlama müqaviləsi
Saxlama
müqaviləsinə görə bir şəxs (yük
götürən, saxlayıcı) başqa şəxsin
(yük verənin, tapşıranın) ona verdiyi
daşınar əşyanı saxlamağı və
müqavilənin qüvvəsi sona çatdıqda
qaytarmağı öhdəsinə götürür.
Maddə 823. Yük verənin
(tapşıranın) vəzifələri
823.1.
Tapşıran saxlama müqaviləsinin icrası ilə
bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin
əvəzini ödəməlidir.
823.2.
Tapşıran saxlama üçün muzdu yalnız o halda
ödəməlidir ki, bu, şərtləşdirilmiş
olsun və ya şərait nəzərə alınmaqla saxlama
üçün muzd ödənilməsi qəbul edilmiş
olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir.
Müəyyən zaman hissələri üçün muzd
ödənilməsi barədə razılaşma olduqda həmin
muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin
sonunda hissələr şəklində ödənilir.
823.3.
Tapşıran saxlamaya götürülmüş əşyanın
xarakteri ilə əlaqədar saxlayıcının
düşdüyü zərərin əvəzini ödəməlidir,
amma əşyanı saxlamaya verərkən onun təhlükəli
xassələrini bilmədiyi və ya bilməli
olmadığı və ya bu barədə saxlayıcıya
bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də
bunu bildiyi hallar istisna təşkil edir.
Maddə 824. Yük götürənin
(saxlayıcının) vəzifələri
824.1. Əgər
saxlama əvəzsiz həyata keçirilirsə, saxlama
dövründə saxlayıcı yalnız qəsd və/və
ya kobud ehtiyatsızlığa görə məsuliyyət
daşıyır. Əgər saxlama haqq müqabilində həyata
keçirilirsə, saxlayıcı şərtləşdirilmiş
vicdanlılığa riayət edilməsi üçün,
qalan hallarda isə bu cür əşyaların saxlanması
zamanı adi olan vicdanlılıq üçün məsuliyyət
daşıyır.[488]
824.2.
Saxlayıcının saxlamaya götürdüyü əşyadan
tapşıranın qabaqcadan razılığı olmadan
istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın
təsadüfən itməsi üçün, əgər itmənin
əşyadan istifadə edilmədən də mümkün
olduğunu sübuta yetirməsə, tapşıran
qarşısında məsuliyyət daşıyır.
824.3.
Tapşıranın xahişi ilə saxlayıcı əşyanı
qaytarmalıdır. Saxlama üçün konkret müddətin
təyin edildiyi halda da bu müddəa həmişə
qüvvədədir. Əşya onun saxlandığı yerdə
qaytarılmalıdır. Əşyanın
saxlayıcısı onu tapşırana çatdırmağa
borclu deyildir. Əşya tapşıranın hesabına və
tapşıranın riski ilə qaytarılır.
Maddə 825. Yük götürənin
(saxlayıcının) hüquqları
825.1.
Saxlayıcı şərtləşdirilmiş saxlama
növünü dəyişdirmək hüququna o halda malikdir
ki, tapşıranın vəziyyəti bildikdən sonra buna
razı olacağını şəraiti nəzərə
almaqla ehtimal edə bilsin. Buna qədər isə
saxlayıcı dəyişiklik barəsində
tapşırana bildiriş verməli və əgər ləngimə
risklə bağlı deyildirsə, onun qərarını
gözləməlidir.
825.2. Əgər
saxlama üçün müddət təyin edilməyibsə,
saxlayıcı istənilən vaxt tapşırandan əşyanı
geri götürməyi tələb edə bilər, bu şərtlə
ki, həmin tələb tapşıran üçün
açıq-aşkar qeyri-münasib vaxtda irəli sürülməsin
və əlverişsiz müddətdə icra edilməli
olmasın. Saxlama müddəti müəyyənləşdirildikdə
saxlayıcı əşyanın geri götürülməsini
yalnız vacib əsaslar üzrə tələb edə bilər.[489]
Maddə 826. Əvəz edilə
bilən əşyaların saxlanması
826.1. Əgər
saxlamaya pul qəbul edilirsə və bu zaman
saxlayıcının eyni pulu deyil, eyni məbləği
qaytarmalı olduğu birbaşa və ya dinməz
razılıqla şərtləşdirilirsə, pula
mülkiyyət hüququ, ondan istifadə hüququ və onun
itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz
razılıq pul məbləğinin möhürlənməmiş
və bağlanmamış şəkildə verildiyi halda
ehtimal edilir.
826.2. Əgər
saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul
edilirsə, saxlayıcı onlara dair yalnız o halda sərəncam
verə bilər ki, tapşıran buna birbaşa icazə vermiş
olsun.[490]
§2. Anbarlarda saxlama
Maddə 827. Anbar sahibi
Anbar sahibi sənətkarlıq
şəklində saxlama ilə məşğul olan və
saxlama üzrə öz xidmətlərini açıq təklif
edən saxlayıcıdır. Əgər bu Məcəllənin
bu paraqrafının aşağıdakı müddəalarında
ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə
saxlama haqqında göstərişlər tətbiq edilir.
Maddə 828. Əmtəə
kağızları[491]
828.1.
Anbar sahibi saxlamağa qəbul edilmiş mallar
üçün əmtəə kağızları yazıb
verə bilər. Əmtəə kağızı sahibinin həmin
kağızda göstərilən əmtəəyə dair sərəncam
vermək və bu əmtəəni almaq hüququnu təsbit
edən (anbar şəhadətnaməsi, konosament və s.) sənəddir.
828.2.
Əmtəə kağızları yük verənin və ya
mal sahibinin adına yazıla bilər.
828.3.
Əgər hər hansı mala əmtəə
kağızı yazılmışdırsa, anbar sahibi həmin
malı yalnız bu sənəddə göstərilmiş
ixtiyarlı şəxsə verə bilər və verməlidir.
828.4.
Əmtəə kağızlarında aşağıdakı
məlumatlar göstərilməlidir:
828.4.1.
sənədin tərtib edildiyi yer və tarix, sənədi
vermiş şəxsin imzası;
828.4.2.
sənədi vermiş şəxsin adı və
yaşayış yeri və ya olduğu yer;
828.4.3.
malları anbarda saxlayan şəxsin və ya göndərənin
adı və yaşayış yeri və ya olduğu yer;
828.4.4.
saxlanılan və ya saxlanmağa verilən malların keyfiyyəti,
miqdarı və əlamətləri göstərilməklə
adı;
828.4.5.
tutulmalı olan və ya qabaqcadan ödənilmiş ödənişlər;
828.4.6.
maraqlı şəxslərin mallarla rəftar barəsində
qəbul etdikləri xüsusi sazişlər;
828.4.7.
əmtəə kağızlarının nüsxələrinin
sayı;
828.4.8.
həmin sənəd üzrə ixtiyarlı şəxsin
adının göstərilməsi və ya əmr barədə
qeyd-şərt və ya təqdim edənin göstərilməsi.
828.5.
Bir neçə əmtəə kağızından biri
girovun müəyyənləşdirilməsi üçün
nəzərdə tutulmuşsa, bu cür sənəd girov
şəhadətnaməsi (varrant) adlandırılmalı və
qalan məlumatlarına görə əmtəə
kağızı şəklində olmalıdır. Digər
nüsxələrdə girov şəhadətnaməsinin
verildiyi qeyd edilməli, tələbin məbləği və
ödəniş müddəti göstərilməklə hər
bir girov qoyma əks etdirilməlidir.
828.6.
Saxlanılan və ya yola salınmış mallar
üçün şəhadətnamələr əmtəə
kağızlarının forması haqqında qanuni göstərişlər
pozulmaqla verildikdə bunlar əmtəə kağızları
deyil, alınma haqqında qəbzlər və ya digər təsdiqləyici
sənədlər sayılır.
828.7.
Anbar sahiblərinin səlahiyyətli orqanlardan qanunla verilməli
icazəni almadan verdikləri şəhadətnamələr
forma barədə qanuni göstərişlərə uyğun
gəlirsə, əmtəə kağızları
sayılır.
828.8.
Konosament mala dair sərəncam sənədindən ibarət əmtəə
kağızı olub, onun sahibinin konosamentdə göstərilən
yükə dair sərəncam vermək və daşıma
başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir.
Konosament adsız və ya adlı ola bilər.
828.9.
Qoşa anbar şəhadətnaməsi anbar sahibi tərəfindən
malın saxlanmağa qəbul olunmasını təsdiqləyən
əmtəə kağızıdır. Qoşa anbar şəhadətnaməsi
iki hissədən - anbar şəhadətnaməsindən və
girov şəhadətnaməsindən (varrantdan) ibarətdir və
bunlar ayrı-ayrılıqda əmtəə
kağızlarıdır.
828.10.
Adi anbar şəhadətnaməsi anbar sahibi tərəfindən
malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən
əmtəə kağızıdır.
Maddə 829. Anbar sahibinin vəzifələri
829.1. Anbar sahibi
malların saxlanması üçün komisyonçu kimi məsuliyyət
daşıyır.
829.2. Anbar sahibi
malın məruz qaldığı və saxlama xidmətlərindən
əlavə tədbirlər görülməsinə yol verən
dəyişikliklər barəsində tapşırana dərhal
bildiriş göndərməlidir.
829.3. Anbar sahibi
anbarın adi iş vaxtında tapşıranın malı
gözdən keçirməsinə və nümunələr
götürməsinə yol verməlidir. Bundan başqa, anbar
sahibi tapşıranın malın salamatlığı
üçün tədbirlər görməsinə bunun zəruri
olduğu hər bir vaxt yol verməlidir.
829.4. Anbar
sahibinin əvəz edilən əşyaları eyni
növlü və keyfiyyətli başqa əşyalarla
qarışdırmasına yalnız tapşıranın ona
qabaqcadan birbaşa icazə verdiyi hallarda yol verilir.
Qarışıq saxlama halında anbar sahibi hər hansı
tapşıranın xahişi ilə həmin
tapşıranın saxlamaya verdiyi miqdara uyğun miqdarda mal
verməlidir.
829.5. Anbar sahibi
malı saxlayıcı kimi qaytarmalıdır. Gözlənilməz
hallar nəticəsində adi saxlayıcının şərtləşdirilmiş
müddət bitənədək əşyanı qaytarmaq
hüququna malik ola bildiyi halda da anbar sahibi şərtləşdirilmiş
saxlama müddəti ilə bağlı qalır.
Maddə 830. Anbar sahibinin muzd almaq və
xərclərinin əvəzinin ödənilməsi hüququ,
habelə girov hüququ
830.1. Əgər
müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə,
anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ
vardır. Əgər tapşıran malı tamamilə və
ya qismən geri qəbul edərsə, saxlama haqqını hər
bir halda ödəməlidir. Əgər saxlama müddəti
üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq
olaraq hər üç ayın sonunda ödənilir.
830.2. Anbar sahibi
saxlama haqqından başqa, saxlamanın özü ilə
bağlı olmayan bütün xərclərin əvəzinin,
məsələn, fraxtın, gömrük
rüsumlarının, təmir xərclərinin ödənilməsi
hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə
tapşıran xərclərin əvəzini dərhal ödəməlidir.
830.3. Saxlama
müqaviləsindən irəli gələn bütün tələblər
üzrə anbar sahibi saxladığı mallara -
tapşıranın mallarına komisyonçu kimi girov
hüququna malikdir.[492]
§3. Mehmanxanalarda və restoranlarda əşyaların
saxlanması
Maddə 831. Mehmanxana və ya
restoran sahibinin məsuliyyəti
831.1. Mehmanxana və
ya restoran sahibi başqa şəxslərə (qonaqlara)
daldalanacaq verən şəxsdir. Mehmanxana və ya restoran
sahibi qonaqların mehmanxana və ya restoran sahibinin
otaqlarında və ya mehmanxana və ya restoran sahibinin və ya
onun işçi heyətinin müəssisədən kənarda
müəyyənləşdirdiyi başqa yerdə
saxladıqları və ya mehmanxana və ya restoran sahibinin və
ya onun işçi heyətinin saxlamaya başqa şəkildə
qəbul etdiyi əşyaların hər hansı zədələnməsi,
korlanması və ya oğurlanması üçün məsuliyyət
daşıyır.
831.2. Əvəz
ödəmək vəzifəsi avtomobillərə, avtomobillərdəki
əşyalara və diri heyvanlara şamil edilmir.
831.3. Əgər
mehmanxana və ya restoran sahibi zərəri qonağın, onu
müşayiət edən şəxsin və ya qonağın
qəbul etdiyi şəxsin vurduğunu və ya əşyanın
xarakterindən və ya qarşısıalınmaz qüvvənin
təsirindən irəli gəldiyini sübuta yetirərsə,
onun məsuliyyəti istisna edilir.
Maddə 832. Mehmanxanalarda və
restoranlarda pulların, sənədli qiymətli kağızların və digər qiymətli
əşyaların saxlanması[493]
Mehmanxana və
ya restoran sahibi pulları, sənədli qiymətli kağızları, sərvətləri və
digər qiymətli əşyaları saxlamaya qəbul etməyə
borcludur, amma miqdarı və ya dərəcəsi ilə əlaqədar
onların əhəmiyyətinə və ya həcminə
görə mehmanxana və ya restoran üçün ifrat və
ya təhlükəli olduğu hallar istisna təşkil edir.
Mehmanxana və ya restoran sahibi onların qapalı və ya
möhürlənmiş yeşikdə (mücrüdə,
sandıqçada) verilməsini tələb edə bilər.
Maddə 833. Mehmanxana və ya restoran
sahibinin məsuliyyətinin məhdudlaşdırılması
833.1. Mehmanxana və
ya restoran sahibi bu Məcəllənin 831.1-ci maddəsində nəzərdə
tutulan məsuliyyəti min yüz manatdan çox olmayan miqdarda
daşıyır.[494]
833.2. Lakin əgər
əşya mehmanxana və ya restoran sahibinin və ya onun
işçi heyətinin təqsiri üzündən itmişsə,
korlanmışsa və ya zədələnmişsə, habelə
əgər söhbət onun saxlamaya qəbul etdiyi və ya bu
Məcəllənin 832-ci maddəsinə zidd olaraq saxlamaya qəbul
etmədiyi əşyalardan gedirsə, onun məsuliyyəti məhdudlaşdırılmır.
Maddə 834. Mehmanxana və ya restoran sahibinin
məsuliyyətinin istisna edilməsi
Bu Məcəllənin
832-ci maddəsində nəzərdə tutulan hallarda
müqavilə üzrə məsuliyyətin istisna edilməsinin
qüvvəsi yoxdur. Qalan hallarda mehmanxana və ya restoran
sahibinin məsuliyyəti yalnız zərərin bu Məcəllənin
833.1-ci maddəsində müəyyənləşdirilmiş
maksimum məbləğdən çox olan hissəsi
üçün qabaqcadan istisna edilir. məsuliyyətdən
azad edilmə yalnız o halda baş verir ki, qonaq bu barədə
yazılı bildiriş verir və bu bildirişdə ayrı
müddəalar olmur.
Maddə 835. Qonağın zərərin
əvəzinin ödənilməsi hüququnun ləğvi
Əgər
qonaq əşyanın zədələnməsi, korlanması və
ya itməsi ona məlum olan kimi bu barədə mehmanxana və
ya restoran sahibinə bildiriş verməzsə, ona mənsub
olan zərərin əvəzinin ödənilməsi hüququ
ləğv edilir.
Maddə 836. Mehmanxana və ya
restoran sahibinin girov hüququ
Qonağın
mehmanxanada yaşayışı, ona qulluq üçün
göstərilmiş xidmətlərdən və tələbatının
ödənilməsi üçün digər xidmətlərdən
irəli gələn tələbləri, o cümlədən
çəkilmiş xərclər üzrə mehmanxana və
ya restoran sahibi qonağın bu Məcəllənin 831.1-ci maddəsində
müəyyənləşdirilmiş əşyalarına
girov hüququna malikdir. Bu halda yaşayış
otağını kirayəyə verənin girov hüququ
üçün qüvvədə olan göstərişlər
tətbiq edilir.
§4. Konsiqnasiya anbarında saxlama
Maddə 837. Konsiqnasiya anbarı
haqqında müqavilə
837.1. Konsiqnasiya
anbarı haqqında müqavilə hər hansı sahibkara
(tapşırana) malları (konsiqnasiya mallarını)
müştərilərə tez çatdırmaq məqsədilə
sənətkarlıq şəklində müstəqil fəaliyyətlə
məşğul olan başqa şəxsin (tacirin) anbarında
saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını
saxlamağı öhdəsinə götürür və
konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə
əsasən bu mallara dair sərəncam vermək hüququna
malikdir.
837.2. Əgər
bu Məcəllənin bu paraqrafının aşağıdakı
müddəalarından ayrı qayda irəli gəlmirsə,
konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama
haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından
mal götürməsinə isə alğı-satqı
haqqında müddəalar tətbiq edilir.
Maddə 838. Tacirin vəzifələri
838.1. Tacir
konsiqnasiya mallarını ayrıca saxlamalı və onları
tapşıranın mülkiyyəti kimi eyniləşdirməlidir.
838.2. Konsiqnasiya
malı anbara göndərilərkən tacir onun
tamlığını və qüsursuzluğunu yoxlamalı və
görünən qüsurlar barəsində tapşırana dərhal
məlumat verməlidir. Görünməyən qüsurlar
aşkar edilən kimi onlar barəsində dərhal bildiriş
verilməlidir. Əgər tacir bunu etməzsə, hesab edilir
ki, o, malı saxlamaya qəbul etmişdir.
838.3. Konsiqnasiya
malında qüsurların aşkar edildiyi halda tacir
tapşıranın ekspeditor, daşıyıcı və ya
sığorta firması barəsində hüquqlarının
müdafiəsi üçün lazımi tədbirlər
görməlidir.
Maddə 839. Tacirin məsuliyyəti
839.1. Tacir
malın saxlanması üçün komisyonçu kimi məsuliyyət
daşıyır.
839.2. Tacir
konsiqnasiya malını oğurlanmadan, yanmadan və
üçüncü şəxs tərəfindən zədələnmədən
sığorta etdirmək hüququna malikdir və
tapşıranın tələbi ilə bunu onun hesabına etməyə
borcludur.
Maddə 840. Konsiqnasiya
anbarından malın götürülməsi
840.1. Konsiqnasiya
anbarı haqqında müqavilənin qüvvədə
olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti
çərçivəsində müştərilərinə
mal göndərmək üçün konsiqnasiya anbarından
mal götürmək hüququ vardır.
840.2. Konsiqnasiya
anbarından mal götürüldükdə tapşıran ilə
tacir arasında münasibətlər həmin malın
alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir.
Alış qiyməti və alğı-satqının digər
şərtləri iştirakçılar arasında
razılaşmalara əsasən, qalan məsələlər
isə bu Məcəllə ilə müəyyənləşdirilir.
840.3.
Tapşıran istənilən vaxt tacirin mal götürmək
səlahiyyətini qabaqcadan ləğv edə bilər, bir
şərtlə ki, bununla birlikdə o, konsiqnasiya
anbarını dərhal geri qəbul etmək təklifini
versin.
Maddə 841. Konsiqnasiya
anbarında saxlama muzdu
Ayrı
razılaşma olmadıqda konsiqnasiya anbarında saxlama
üçün tacirə heç bir muzd verilməməlidir.
46 – cı fəsil.
Daşıma
§1. Sərnişin daşınması
Maddə 842. Sərnişin
daşınması müqaviləsi
842.1. Sərnişin
daşınması müqaviləsinə görə
daşıyıcı müəyyən nəqliyyat
növü ilə sərnişini, habelə onun əl
yükünü yola düşmə yerindən təyinat
yerinə çatdırmağı, sərnişin isə
daşımanın dəyərini ödəməyi öhdəsinə
götürür.
842.2. Sərnişin
daşınması müqaviləsi sərnişinin
daşıyıcıdan sərnişin daşınması
üçün nəqliyyat sənədi (gediş bileti)
aldığı, yaxud gediş haqqı ödəniş
alətindən istifadə etməklə ödənildiyi andan və ya
daşıyıcının razılığı ilə sərnişinin
nəqliyyat vasitəsində yer tutması nəticəsində
bağlanmış sayılır.[495]
842.3. Əgər
bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə,
sərnişin daşınması haqqında müqaviləyə
tapşırıq müqaviləsi haqqında göstərişlər
tətbiq edilir.
Maddə 843. Sərnişin
daşınmasının qiyməti
843.1. Əgər
daşıma üçün müəyyən qiymət təyin
edilməyibsə, daşımanın tarif qiyməti, tarif
olmadıqda isə həmin nəqliyyat vasitəsində
gediş üçün daşımanın müvafiq hissəsində
tutulan adi haqq şərtləşdirilmiş haqq
sayılır.
843.2.
Daşımanın dəyəri daşıyıcının
tələbi ilə, lakin ən geci sərnişin nəqliyyat
vasitəsindən düşənədək ödənilməlidir.
Maddə 844. Sərnişinin
başqa şəxslə əvəz edilməsi
Daşıma
başlayanadək sərnişin gedişdə onun əvəzinə
başqa şəxsin (üçüncü şəxsin)
iştirak etməsini xahiş edə bilər. Əgər
üçüncü şəxs daşımanın
xüsusi tələblərinə uyğun gəlmirsə və
ya onun iştirakına qanuni göstərişlər mane
olursa, daşıyıcı onun iştirakına etiraz edə
bilər. Daşıyıcı sərnişindən
üçüncü şəxsin gedişi ilə əlaqədar
yaranmış əlavə xərclərin əvəzini
ödəməyi tələb edə bilər.
Maddə 845. Sərnişin
daşınması müqaviləsinin daşıma
başlayanadək ləğvi
845.1.
Daşıma başlayanadək istənilən vaxt sərnişin
müqavilənin ləğv olunduğunu bəyan edə bilər.
845.2. Müqavilənin
ləğvi ilə daşıyıcı şərtləşdirilmiş
haqqı almaq hüququnu itirir. Lakin o, ağlabatan kompensasiya tələb
edə bilər. Kompensasiyanın miqdarı
daşıyıcının qənaət etdiyi xərclərin
və gediş hüququnu başqa şəxsə satmaqdan əldə
edə biləcəyi gəlirin dəyəri
çıxılmaqla gedişin dəyəri ilə müəyyənləşdirilir.
845.3. Adətən
qənaət edilən xərclər və gedişin başqa
şəxslərə satılması nəticəsində adətən
əldə olunan mümkün gəlir nəzərə
alınmaqla, müqavilədə hər nəqliyyat
növü üçün kompensasiya kimi daşımanın
dəyərindən faiz dərəcəsi müəyyənləşdirilə
bilər.
Maddə 846. Sərnişin
daşınmasının həyata keçirilməsi və
daşıyıcının məsuliyyəti
846.1.
Daşıyıcı daşımanı müqaviləyə,
sərnişinlərin müdafiəsi üçün
qüvvədə olan göstərişlərə və sərnişin
nəqliyyat vasitələrinin istismarı qaydalarına
uyğun həyata keçirməlidir. Əgər
daşıma müqaviləsində xüsusi müddəalar
yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin
hissəsində qüvvədə olan adi şərtlər
razılaşdırılmış şərtlər
sayılır. Əgər daşıma bu tələbləri
təmin etmirsə, qüsurla həyata keçirilmiş
sayılır.
846.2.
Daşıma hər hansı qüsurla həyata
keçirildikdə, sərnişinin, əgər o həmin
qüsur barəsində dərhal daşıyıcıya
bildiriş vermişsə və daşıyıcı
qüsuru dərhal aradan qaldırmamışsa,
aşağıdakı hüquqları vardır:
846.2.1.
daşımanın dəyərinin ağlabatan dərəcədə
aşağı salınmasını tələb etmək;
846.2.2. əgər
daşıma qüsur nəticəsində xeyli pisləşmişsə
və ya bu qüsura görə daşıyıcı
üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə
məqbul deyildirsə, gələcək üçün
daşıma müqaviləsinin ləğv olunduğunu bəyan
etmək.
846.3. Əgər
müqavilə bu Məcəllənin 846.2.2-ci maddəsinə
uyğun ləğv edilərsə, sərnişin
özünü təhlükəyə məruz
qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini
tərk edə bilər. Bu halda daşıyıcı
daşımanın şərtləşdirilmiş dəyərinin
daşımanın icra edilməmiş hissəsinə
uyğun qismini almaq hüququnu itirir. Əgər göstərilmiş
nəqliyyat xidmətləri müqavilənin ləğvi nəticəsində
sərnişin üçün maraq doğurmursa,
daşıyıcı daşımanın qalıq dəyərini
almaq hüququnu da itirir.
846.4. Əgər
daşıyıcıya bildirilmiş daşıma qüsuru
daşıyıcının cavabdeh olduğu hallardan irəli
gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin
icra edilməməsi nəticəsində dəyən zərər
üçün əlavə kompensasiya tələb edə bilər.
Maddə 847. Sərnişin
daşınmaları zamanı qarşısıalınmaz
qüvvə
847.1. Əgər
daşıma müqaviləsinin bağlandığı məqamda
qabaqcadan nəzərdə tutulması mümkün olmayan, nəqliyyat
vasitəsinə texniki xidmət və onun istismarı ilə
qarşılıqlı surətdə bağlı olmayan və
ağlabatan ehtiyatlılıq şəraitində rəf edilməsi
mümkün olmayan qarşısıalınmaz qüvvə ilə
bağlı hadisənin kənarda baş verməsi nəticəsində
daşıma xeyli çətinləşərsə, təhlükəyə
məruz qalarsa və ya pisləşərsə, müqavilə
həm daşıyıcı, həm də sərnişin tərəfindən
ləğv edilə bilər.
847.2. Müqavilənin
ləğv edildiyi halda sərnişin özünü təhlükəyə
məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat
vasitəsini tərk edə bilər, daşıyıcı isə
daşımanın şərtləşdirilmiş dəyərinin
daşımanın icra edilməmiş hissəsinə
uyğun qismini almaq hüququnu itirir. Müqavilənin
iştirakçıları geriyə daşıma
üçün əlavə xərcləri yarıbayarı
çəkirlər. Qalan əlavə xərcləri sərnişin
çəkir.
Maddə 848. Sərnişinin
pretenziyalarının ödənilməsi
Sərnişin
bu Məcəllənin 846-cı maddəsinə əsasən
pretenziyaları daşıyıcıya müqavilədə nəzərdə
tutulan daşımanın qurtarmasından ən geci bir ay
keçənədək verməlidir. Müddət
keçdikdən sonra sərnişin pretenziyaları yalnız
həmin müddəti öz təqsiri olmadan gözləyə
bilmədiyi halda verə bilər. Daşıyıcı sərnişinin
pretenziyalarını qəbul etmədikdə onlar
daşımanın qurtarmasından altı ay keçənədək
ödənilir, bir şərtlə ki, məhkəmə
qaydasında bundan da tez ödənilmiş olmasın.
Maddə 849.
Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması
849.1. Əgər
daşıyıcının ayrı-ayrı və ya
bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi
göstərişlər və ya beynəlxalq konvensiyalar tətbiq
edilirsə və bu göstərişlərə və
konvensiyalara görə zərərin əvəzinin ödənilməsi
hüququ yalnız müəyyən şərtlər və
ya məhdudiyyətlər olduqda əmələ gəlirsə
və ya həyata keçirilə bilirsə, yaxud müəyyən
şərtlər olduqda istisna edilirsə,
daşıyıcı sərnişin qarşısında həmin
göstərişlərə yalnız onları yerinə
yetirdiyi halda istinad edə bilər.
849.2.
Bütün digər hallarda daşıyıcı sərnişinlə
razılaşmaya əsasən öz məsuliyyətini
daşımanın dəyərinin üç misli ilə məhdudlaşdıra
bilər, bu şərtlə ki, sərnişinə zərər
qəsdən və ya kobud ehtiyatsızlıq üzündən
vurulmasın və ya sərnişin üçün
yaranmış zərərə görə
daşıyıcı yalnız onun xidmətində olmayan
başqa şəxsin təqsiri nəticəsində məsuliyyət
daşısın.
§2. Yük daşınması
Maddə 850. Yük
daşınması müqaviləsi
850.1.
Yük daşınması müqaviləsinə görə
daşıyıcı yükü haqq (yüklərin
daşınması üçün haqq) müqabilində
olduğu yerdən təyinat yerinə daşımağı,
yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi
digər şəxs isə daşımanın dəyərini
ödəməyi öhdəsinə götürür.[496]
850.2. Əgər
bu Məcəllənin bu paraqrafının
aşağıdakı müddəalarından ayrı qayda irəli
gəlmirsə, yük daşınması müqaviləsinə
tapşırıq haqqında göstərişlər tətbiq
edilir.
Maddə 851. Yük göndərən
və yük alan. Daşıyıcı[497]
Yük göndərən
daşımanın təşəbbüsçüsü olan
və adından
yük göndərilməsi rəsmiləşdirilən fiziki
və ya hüquqi şəxsdir.
Yük göndərən həm yükün daşımadan əvvəl
olduğu şəxs, həm də yükün göndərildiyi
şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin
alınmasına səlahiyyətli fiziki və ya hüquqi
şəxsdir. Daşıyıcı müqavilə əsasında
və haqq müqabilində yükün olduğu yerdən təyinat
yerinə daşınmasını həyata keçirən və
mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat
vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.[498]
Maddə 852. Ekspeditor. Nəqliyyat
komisyonçusu
852.1. Ekspeditor
üçüncü şəxslər
(daşıyıcılar) vasitəsilə yüklərin ilkin
yerindən təyinat yerinə daşınmasını öz
adından, lakin yük göndərənin hesabına təşkil
edən şəxsdir.
852.2.
Daşıyıcılar ilə münasibətlərdə
ekspeditor yük göndərənin hüquq və vəzifələrinə
malikdir.
852.3. Ekspeditor
yük göndərənin göstərişlərinə əməl
etməlidir. O, daşıyıcıları öz məsuliyyəti
ilə seçir. Əgər ekspeditor daşımanı
tamamilə və ya qismən özü həyata keçirirsə,
daşıyıcının hüquq və vəzifələrinə
malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının
aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu
əşyaları qruplaşdıraraq yığma nəqliyyat
təşkil edə bilər. Bütün hallarda o, yük
göndərənin mənafelərini qorumalı və
göstərişlərinə əməl etməlidir. O,
qarşıya çıxan bütün çətinliklər
barəsində yük göndərənə məlumat verməlidir.
852.4. Ekspeditorun
öz xidmətləri üçün muzd almaq və yük
göndərən üçün çəkdiyi xərclərin
əvəzinin ödənilməsi hüququ vardır.
Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət
ola bilər:
852.4.1.
daşıyıcıların muzdlarının məbləğindən
faiz dərəcəsi (komisyon muzdu);
852.4.2. və (və
ya) daşımanın dəyəri və ekspeditorun muzdu da
daxil olmaqla, əvvəldən axıradək bütün
daşıma xərcləri üçün muzd.
852.5. Ekspeditor
yük göndərənin göstərişlərindən
bütün kənaraçıxmalar üçün onun
qarşısında məsuliyyət daşıyır.
Ekspeditor daşıyıcıların təqsiri
üçün də məsuliyyət daşıyır, amma
daşıyıcıları seçərkən lazımi
vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar
istisna təşkil edir.
Maddə 853. Yük göndərənin
zəruri məlumatları və sənədləri[499]
853.1. Yük
göndərən daşıyıcıya
aşağıdakıları dəqiq göstərməlidir:
853.1.1. yük
alanın ünvanı;
853.1.2.
çatdırılma yeri;
853.1.3. yük
yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;
853.1.4. göndərmə
müddəti və nəqliyyat növü;
853.1.5. qiymətli
obyektlər olduqda - onların dəyəri;
853.1.6. habelə
xüsusi təhlükəli və potensial təhlükəli
yüklər olduqda - təhlükənin konkret növü və
belə hallarda qəbul edilməli ehtiyat tədbirləri.
853.1-1.
Yük göndərən yükün daşınması
müqaviləsinin lazımınca icrası üçün
yükə aid olan sənədləri və digər məlumatları
daşıyıcıya təqdim etməlidir.[500]
853.2. Yük
göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi
nəticəsində dəyən zərərin əvəzini
ödəyir. [501]
Maddə 854. Qaimə
854.1. Yük
daşınması müqaviləsi və onun həyata
keçirilməsi formulyar şəklində tərtib edilən
sənədlə (qaimə ilə) təsdiq edilə bilər.
Əksi sübuta yetirilənədək qaimə
aşağıdakıları təsdiq edir:
854.1.1. yük
göndərən ilə daşıyıcı arasında
müqavilə;
854.1.2. bir və
ya bir neçə daşıyıcı tərəfindən
yükün daşımaya qəbul olunması;
854.1.3. yük
alan tərəfindən yükün qəbul edilməsi;
854.1.4.
müqavilə iştirakçılarından birinin bəyan
etdiyi reklamasiyalar və ya qeyd-şərtlər;
854.1.5. yük
göndərənin və ya yük alanın yükə dair sərəncam
vermək hüququ;
854.1.6.
daşıyıcının yükə girov hüququ.
854.2. Qaimənin
üç orijinalında yük göndərənin və
daşıyıcının imzaları və ya ştempelləri
olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə
verilir, ikinci nüsxəsi yükü müşayiət edir,
üçüncü nüsxəsi isə
daşıyıcıya verir.
854.3. Qaimədə
aşağıdakı məlumatlar göstərilməlidir:
854.3.1. bu Məcəllənin
853-cü maddəsində göstərilən məlumatlar;
854.3.2. qaimənin
tərtib edildiyi yer və tarix;
854.3.3. yük
göndərənin adı və ünvanı;
854.3.4.
daşıyıcının adı və ünvanı;
854.3.5. yükləmənin
yeri və tarixi;
854.3.6. yük yerlərinin adı və nömrələri;
854.3.7.
daşımanın qiyməti (yük daşınması
üçün haqq, əlavə xərclər);
854.3.8. zərurət olduqda daşımanın şərtləri
barəsində yük göndərənin xüsusi göstərişləri.
854.4. Zərurət
olduqda qaimədə aşağıdakı əlavə məlumatlar
da göstərilə bilər:
854.4.1. yükün boşaldılıb başqa nəqliyyat
vasitələrinə yüklənməsinin qadağan edilməsi;
854.4.2. yük
göndərənin öz hesabına qəbul etdiyi və ya
yükü alana avansını verdiyi xərclər;
854.4.3. yük
alanın daşıyıcıya ödədiyi dəyər
(yükə əlavə edilmiş, yük təhvil verilərkən
icra olunmalı ödənişin məbləği);
854.4.4.
yükün dəyəri;
854.4.5. yük göndərənin sığorta barəsində
təlimatı;
854.4.6.
yükün daşınması üçün şərtləşdirilmiş
müddətlər;
854.4.7. daşıyıcıya yüklə birlikdə
verilmiş sənədlərin siyahısı.
854.5. Yük
göndərən qaimədəki məlumatların dəqiqliyi
və tamlığı üçün
daşıyıcı qarşısında məsuliyyət
daşıyır.
854.6. Əgər
yük göndərən bu Məcəllənin 854.3.2,
854.3.4-854.3.8 və ya 854.4-cü maddələrində nəzərdə
tutulan məlumatları yanlış və ya natamam
vermişdirsə, bununla əlaqədar bütün zərər
üçün daşıyıcı qarşısında məsuliyyət
daşıyır.
854.7. Qaimənin
tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib
edildiyi, yaxud itirildiyi halda da yük daşınması
müqaviləsi qüvvədə olur. Müqavilənin
iştirakçıları yük daşınması
haqqında şərtləşdirdikləri müqavilənin
mövcudluğunu və məzmununu sübuta yarayan hər bir
vasitə ilə sübut edə bilərlər.
Maddə 855. Yükün
qablaşdırılması
855.1. Yük
göndərən yükün lazımınca
qablaşdırılmasını təmin etməlidir. O,
qablaşdırmanın zahirən görünməyən
qüsurları üçün məsuliyyət
daşıyır.
855.2. Öz
növbəsində daşıyıcı yükü
daşımaya qeyd-şərtsiz qəbul edərkən
mövcud olmuş zahirən görünən qüsurların
nəticələri üçün məsuliyyət
daşıyır.
Maddə 856. Yükə dair sərəncam
vermək hüququ
856.1. Nə qədər
ki yük hələ daşıyıcıdadır, yük
göndərənin daşıyıcıya onun xərcləri
və zərərləri üçün kompensasiya ödəyərək,
yükü geri qəbul etmək və ya çatdırma
yerini və yük alanı dəyişdirmək hüququ
vardır. Bu müddəalar aşağıdakı hallarda tətbiq
edilmir:
856.1.1. yük
daşınması müqaviləsində və ya qaimədə
yükə dair sərəncam verməyə yalnız yük
alanın ixtiyarının çatdığı müəyyənləşdirildikdə;
856.1.2. qaimənin birinci nüsxəsi yük alana
verildikdə;
856.1.3. yük təyinat
yerinə gəldikdən sonra yük alan yükün
çatdırılmasını tələb etdikdə və
ya daşıyıcı qaimənin ikinci nüsxəsini
yük alana verdikdə;
856.1.4. yük göndərən yükün
alınması barədə daşıyıcıdan qəbz
aldıqda və onu qaytara bilmədikdə.
856.2. Bu Məcəllənin
856.1.1-856.1.4-cü maddələrində nəzərdə
tutulan hallarda daşıyıcı yük alanın göstərişlərinə
şərtsiz əməl etməlidir. Bu Məcəllənin
856.1.4-cü maddəsində nəzərdə tutulan halda,
yük təyinat yerinə gələnədək
daşıyıcı bunu etməyə yalnız yükün
alınması barədə yük alana qəbz
çatdırıldıqda borcludur.
Maddə 857. Yükün gəlməsi
haqqında bildiriş
Daşıyıcı
yükün çatdırılma yerinə gəlməsi barədə
yük alana dərhal bildiriş verməlidir.
Maddə 858. Yükün
çatdırılması zamanı maneələr
858.1. Əgər
yük qəbul edilmirsə və ya yük üzrə ödənişlər
həyata keçirilmirsə və ya yük alanı müəyyənləşdirmək
mümkün deyilsə, daşıyıcı yük göndərənə
bu barədə məlumat verməli və yük göndərənin
riski və hesabı ilə yükü müvəqqəti
saxlamaya götürməli və ya saxlama üçün
üçüncü şəxsə verməlidir. Əgər
yük göndərən və yük alan şərait nəzərə
alınmaqla ağlabatan müddət ərzində yükə
dair zəruri sərəncamlar verməzlərsə, ekspertin
köməyi ilə daşıyıcı eynilə
komisyonçu kimi yükü ixtiyarlı şəxsin xeyrinə
sata bilər.
858.2. Əgər
yük tez korlanandırsa və ya onun ehtimal edilən dəyəri
xərcləri ödəmirsə, daşıyıcı ləngimədən
bu faktı rəsmən təyin edilmiş ekspertin köməyi
ilə müəyyənləşdirməli və yükü
çatdırılma zamanı maneələrin olduğu
haldakı kimi eyni qaydada satmalıdır. Yükün
satılmasına dair sərəncam verilməsi barədə
iştirakçılara imkan daxilində bildiriş verilir.
858.3.
Daşıyıcı yüklə rəftar üçün
ona verilmiş səlahiyyətlərin icrası zamanı
mülkiyyətçinin mənafelərini maksimum müdafiə
etməyə borcludur. Bu vəzifələri öz təqsiri
üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi
üçün məsuliyyət daşıyır.
Maddə 859. Yük
daşıyıcısının məsuliyyəti
859.1.
Yükün itirildiyi və ya məhv olduğu halda
daşıyıcı onun tam dəyərini ödəyir.
Əgər yük daşıyıcı tərəfindən
daşımaya qəbul edildikdən sonra üç ay ərzində
çatdırılmazsa, əksi sübut edilənədək
itirilmiş sayılır.
859.2. Bundan
başqa, daşıyıcı çatdırmanın
gecikdirilməsi və ya yükün zədələnməsi
və ya qismən məhv olması ilə bağlı
bütün zərər üçün məsuliyyət
daşıyır.
859.3. Əgər
daşıyıcı yükün itirilməsinin və ya məhvinin
aşağıdakılar nəticəsində baş verdiyini
sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci
maddələrində nəzərdə tutulan məsuliyyət
tətbiq edilmir:
859.3.1. risk məlum
olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin
birbaşa təyinatı;
859.3.2. yük
göndərənin və ya yük alanın təqsiri və
ya göstərişi;
859.3.3.
daşıyıcının lazımi
vicdanlılığı şəraitində
qarşısı alınması mümkün olmayan hallar.
859.4.
Daşıyıcı daşımanı tamamilə və ya
qismən başqa daşıyıcının vasitəsilə
həyata keçirdiyi halda da məsuliyyət
daşıyır. Onun daşıma üçün
yükü verdiyi daşıyıcıya qarşı reqres
hüququ saxlanılır.
859.5.
Daşıyıcıya qarşı bütün iddialar
yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən
sonra ödənilir. Bu müddəa aşağıdakı
hallarda tətbiq edilmir:
859.5.1.
daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq
üçün məsuliyyət daşıyırsa;
859.5.2. əgər
iddialar yükün zahirən görünən zədələrinə
əsaslanırsa, yük alan bunları şərait nəzərə
alınmaqla onun üçün mümkün və yolverilən
müddət ərzində aşkar etdikdə və bu barədə
daşıyıcıya zədələr aşkar edildikdən
sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz
gün keçənədək bildiriş verdikdə.
Maddə 860. Yükə girov
hüququ
860.1.
Daşıyıcı ona çatası daşıma
haqqına və xərclərin kompensasiyasına əsasən
yükə girov hüququna malikdir. Yükə girov
hüququnun əldə edilməsinə bu Məcəllənin
182-ci maddəsinin müddəaları şamil edilir. Yük
göndərənin yükün mülkiyyətçisi
olmadığı, lakin həmin yük barəsində yük
göndərənin yükün mülkiyyətçisindən
sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar
daşıyıcının vicdanlı olduğu hallarda da
yükə girov hüququ əldə edilir.[502]
860.2. Əgər
daşıyıcı öz girov hüququnu həyata
keçirirsə, yükün çatdırılması
yalnız mübahisəli məbləğin məhkəmədə
depozitə qoyulduğu halda tələb edilə bilər. Bu məbləğ
fraxt verənin girov hüququ barəsində yükü əvəz
edir.
860.3. Çıxarılmışdır. [503]
Maddə 861. Yüklərin
daşınması zamanı iddia müddətləri
861.1. Daşıyıcıya
qarşı iddialar müddətin keçməsinə görə
bir ildən sonra, yəni yükün məhv olduğu,
itirildiyi və ya gecikdirildiyi təqdirdə
çatdırmanın həyata keçirilməli olduğu
gündən, yük zədələndikdə isə onun
yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz
qaydasında yük alan və ya yük göndərən istənilən
vaxt öz pretenziyalarını irəli sürə bilərlər,
bu şərtlə ki, onlar bir illik müddət ərzində
reklamasiya haqqında öz tələblərini bildirmiş
olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində
qüvvəsini itirməsin. Daşıyıcının qəsdi
və kobud ehtiyatsızlığı halları istisna təşkil
edir.
861.2.
Ekspeditora qarşı yaranan tələblər üzrə
iddia müddəti iddia qaldırmaq hüququ
yarandığı andan bir il təşkil edir. Ekspeditora
qarşı iddia qaldırılmazdan əvvəl ona
yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya
iddia müddəti ərzində verilə bilər. Ekspeditor
pretenziyanı rədd etdikdə və ya qismən qəbul
etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab
vermədikdə, ona qarşı məhkəmədə iddia
qaldırıla bilər.[504]
47 – ci fəsil.
Turist xidmətlərinin göstərilməsi
Maddə 862. Turist xidmətlərinin
göstərilməsinə dair müqavilə
862.1. Turist xidmətlərinin
göstərilməsinə dair müqaviləyə görə
bu xidmətlərin təşkilatçısı istifadəçiyə
məcmu halda turist xidmətləri göstərməyi (turist
səfəri) öhdəsinə götürür, turist isə
turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş
xidmətlərə görə şərtləşdirilmiş
muzd ödəməyə borcludur.
862.2. Turist xidmətlərinin
məzmununa turist səfərinin əhatə etdiyi bir və ya
bir neçə yerə aparma, habelə geriyə, səfərin
başlandığı yerə gətirmə daxil ola bilər.
Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi
yalnız o halda baş verir ki, onun təşkilatçısı
daşımadan əlavə, aşağıdakı xidmətlərdən,
heç olmasa, birini göstərir:
862.2.1. qidalanma;
862.2.2.
mehmanxanalarda yerləşdirmə;
862.2.3. təyinat
məntəqəsində seyretmələr və ya mədəni
tədbirlərdə iştirak.
862.3. Turist səfərinin
təşkilatçısı turist xidmətlərinin
göstərilməsinə dair müqavilə bağlayan hər
hansı şəxsdir. Turist səfərinin təşkilatçısı
özü daşıyıcı ola bilər və ya başqa
turist xidmətləri göstərə bilər.
862.4. Turist xidmətlərinin
göstərilməsinə dair müqaviləyə bu Məcəllənin
844, 845 və 847-849-cu maddələri müvafiq surətdə
tətbiq olunur.
Maddə 863. Turist səfərinin həyata
keçirilməsi və qüsurlara görə təşkilatçının
məsuliyyəti
863.1. Turist səfərinin
təşkilatçısı səfəri elə həyata
keçirməlidir ki, səfərin qarantiya verilmiş xassələri
olsun və turist səfərinin dəyərini, yaxud adi istifadəyə
və ya müqavilənin məqsədlərinə uyğun
istifadəyə yararlığını istisna edən və
ya azaldan qüsurları olmasın.
863.2. Bu Məcəllənin
863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda,
bu Məcəllənin 846.2-846.4-cü maddələri tətbiq
edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda
yol verilir ki, turist səfərinin təşkilatçısı
vəziyyəti düzəltmək üçün səfər
iştirakçısının ona təyin etdiyi ağlabatan
müddəti ötürmüş olsun. Əgər vəziyyəti
düzəltmək mümkün deyildirsə və ya təşkilatçı
bundan imtina edirsə və ya müqavilənin dərhal ləğv
edilməsi səfər iştirakçısının
xüsusi mənafelərinə uyğundursa, müddət təyin
etmək tələb olunmur.
48 – ci fəsil.
Renta
§1. Renta haqqında ümumi müddəalar
Maddə 864. Renta müqaviləsi
864.1. Renta
müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı
digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə
verir, renta ödəyicisi isə alınmış əmlakın
müqabilində renta alana vaxtaşırı müəyyən
pul məbləği şəklində renta ödəməyi
öhdəsinə götürür.
864.2. Renta
müqaviləsinə görə rentanı müddətsiz
ödəmək (daimi renta) və ya renta alanın ömrü
boyu ödəmək (ömürlük renta) vəzifəsinin
müəyyənləşdirilməsinə yol verilir.
Maddə 865. Renta müqaviləsinin
forması
865.1. Renta
müqaviləsi tərəflərin imzaladığı bir sənədin
tərtibi yolu ilə yazılı formada bağlanır.
865.2. Renta
ödənilməsi üçün daşınmaz əmlakın
özgəninkiləşdirilməsini nəzərdə tutan
renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
Maddə 866. Daşınmaz əmlakın
özgəninkiləşdirilməsini nəzərdə tutan
renta müqaviləsinə görə mülkiyyət
hüququnun keçməsinin qeydə alınması
Renta ödənilməsi
üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini
nəzərdə tutan renta müqaviləsinə görə
mülkiyyət hüququnun keçməsi daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmalıdır.
Maddə 867. Renta ödənilməsi
üçün əmlakın özgəninkiləşdirilməsi
867.1. Renta
ödənilməsi üçün özgəninkiləşdirilən
əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə
haqq müqabilində və ya pulsuz verə bilər.
867.2. Renta
müqaviləsində əmlakın haqq müqabilində
verilməsinin nəzərdə tutulduğu halda əmlakın
verilməsi və ödənilməsi üzrə tərəflərin
münasibətlərinə alğı-satqı haqqında
qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə
bağışlama müqaviləsi haqqında qaydalar tətbiq
edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin
qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin
və bu, renta müqaviləsinin mahiyyətinə zidd
olmasın.
Maddə 868. Daşınmaz əşyanın
renta ilə yüklülüyü
868.1. Renta torpaq
sahəsini, binanı, qurğunu və ya onun ödənilməsi
üçün verilmiş başqa daşınmaz əşyanı
yüklü edir. Renta ödəyicisi belə əşyanı
özgəninkiləşdirdikdə onun renta müqaviləsi
üzrə öhdəlikləri əldə edənə
keçir.
868.2. Renta ilə
yüklü olan daşınmaz əşyanı başqa şəxsin
mülkiyyətinə vermiş şəxs renta alanın renta
müqaviləsinin pozulması ilə əlaqədar əmələ
gəlmiş tələbləri üzrə həmin şəxslə
subsidiar məsuliyyət daşıyır, bir şərtlə
ki, bu Məcəllədə və ya müqavilədə bu
öhdəlik üzrə birgə məsuliyyət nəzərdə
tutulmasın.
Maddə 869. Renta ödənilməsinin
təmin edilməsi
869.1. Torpaq sahəsi
və ya digər daşınmaz əşya renta ödənilməsi
üçün verildikdə renta alan renta ödəyicisinin
öhdəliyinin təminatından ötrü həmin əşyaya
girov hüququ əldə edir.
869.2. Pul məbləğinin
və ya başqa daşınar əşyanın renta ödənilməsi
üçün verilməsini nəzərdə tutan
müqavilənin mühüm şərti renta ödəyicisinin
öz öhdəliklərinin icrasına təminat vermək və
ya bu öhdəliklərin icra olunmaması, ya da
lazımınca icra olunmaması üçün məsuliyyət
riskini renta alanın xeyrinə sığorta etdirmək vəzifəsini
müəyyənləşdirən şərtdir.
869.3. Renta
ödəyicisi bu Məcəllənin 869.2-ci maddəsində
nəzərdə tutulmuş vəzifələri yerinə
yetirmədikdə, habelə renta şərtlərinin təminatı
renta alanın cavabdeh olmadığı hallara görə
itirildikdə və ya pisləşdikdə renta alanın renta
müqaviləsini ləğv etmək və müqavilənin
ləğvi nəticəsində dəyən zərərin əvəzinin
ödənilməsini tələb etmək ixtiyarı
vardır.
Maddə 870. Rentanın
forması və miqdarı
870.1. Renta
müqavilə ilə müəyyənləşdirilmiş
miqdarda pulla ödənilir. Renta müqaviləsində
rentanın dəyərcə onun pul məbləğinə
uyğun əmlakın verilməsi, işlərin görülməsi
və ya xidmətlərin göstərilməsi yolu ilə
ödənilməsi nəzərdə tutula bilər.
870.2.
Ödənilən rentanın miqdarı renta müqaviləsində
nəzərdə tutulmuş hallarda və qaydada artırılır.[505]
§2. Daimi renta
Maddə 871. Daimi renta alan
871.1. Daimi renta
alanlar yalnız fiziki şəxslər, habelə qeyri-kommersiya
təşkilatları ola bilərlər, bir şərtlə
ki, bu, qanuna zidd olmasın və onların fəaliyyətinin məqsədlərinə
uyğun gəlsin.
871.2. Daimi renta
müqaviləsi üzrə renta alanın hüquqları bu Məcəllənin
871.1-ci maddəsində göstərilmiş şəxslərə,
tələbin güzəşti yolu ilə verilə bilər və
vərəsəlik üzrə və ya hüquqi şəxslər
yenidən təşkil olunduqda hüquq varisliyi qaydasında
keçə bilər, bu şərtlə ki, müqavilədə
ayrı qayda nəzərdə tutulmasın.
Maddə 872. Daimi rentanın
ödənilməsi müddətləri
Əgər
daimi renta müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, daimi renta hər təqvim rübünün
sonunda ödənilir.
Maddə 873. Ödəyicinin
daimi rentanı satın almaq hüququ
873.1. Daimi renta
ödəyicisinin onu satın almaq ixtiyarı vardır.
873.2. Əgər
müqavilədə satınalmanın başqa qaydası nəzərdə
tutulmayıbsa, renta alan bütün satınalma məbləğini
alanadək renta ödənilməsi öhdəliyinə xitam
verilmir.
873.3. Daimi renta
ödəyicisinin rentanı satın almaq hüququndan imtina etməsi
haqqında daimi renta müqaviləsinin şərti əhəmiyyətsizdir.
873.4. Müqavilədə
nəzərdə tutula bilər ki, daimi rentanı satın
almaq hüququ renta alanın sağlığında və ya
başqa müddət ərzində həyata keçirilə
bilməz.
Maddə 874. Renta alanın tələbi
ilə daimi rentanın satın alınması
874.0. Daimi renta
alan aşağıdakı hallarda ödəyicinin rentanı
satın almasını tələb edə bilər:
874.0.1. daimi
renta müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, renta ödəyicisi onun ödənilməsini
bir ildən çox gecikdirdikdə;
874.0.2. renta
ödəyicisi renta ödənişini təmin etmək
öhdəliklərini pozduqda;
874.0.3. onun
rentanı müqavilə ilə müəyyənləşdirilmiş
miqdarda və müddətlərdə ödəməyəcəyinə
aşkar dəlalət edən hallar yarandıqda;
874.0.4. renta
ödənilməsi üçün verilmiş
daşınmaz əmlak ümumi mülkiyyətə daxil
olduqda və ya bir neçə şəxs arasında
bölüşdürüldükdə;
874.0.5.
müqavilədə nəzərdə tutulmuş digər
hallarda.
Maddə 875. Daimi rentanın
satınalma qiyməti
875.1. Bu Məcəllənin
873 və 874-cü maddələrində nəzərdə
tutulmuş hallarda daimi renta ona dair müqavilə ilə müəyyənləşdirilmiş
qiymətlə satın alınır.
875.2. Daimi renta
ödənilməsindən ötrü əmlakın haqq
müqabilində verilməsi üçün əsas götürülən
daimi renta müqaviləsində satınalma qiyməti
haqqında şərt olmadıqda satınalma ödəniləsi
rentanın illik məbləğinə uyğun qiymətlə
həyata keçirilir.
875.3. Daimi renta
ödənilməsindən ötrü əşyanın pulsuz
verilməsi üçün əsas götürülən
daimi renta müqaviləsində satınalma qiyməti
haqqında şərt olmadıqda, satınalma qiymətinə,
renta ödənişlərinin illik məbləği ilə
yanaşı, verilmiş əşyanın qiyməti də
daxil edilir.
Maddə 876. Daimi renta ödənilməsi
üçün verilmiş əmlakın təsadüfən
məhv olması və ya təsadüfən zədələnməsi
riski
876.1. Daimi renta
ödənilməsi üçün pulsuz verilmiş əşyanın
təsadüfən məhv olması və ya təsadüfən
zədələnməsi riski renta ödəyicisinin üzərinə
düşür.
876.2. Daimi renta
ödənilməsi üçün haqq müqabilində
verilmiş əşya təsadüfən məhv olduqda və
ya təsadüfən zədələndikdə ödəyici
müvafiq olaraq, rentanın ödənilməsi öhdəliyinə
xitam verilməsini və ya onun ödənilməsi şərtlərinin
dəyişdirilməsini tələb edə bilər.
§3. Ömürlük renta
Maddə 877. Ömürlük
renta alan
877.1.
Ömürlük renta əşyanı renta ödənilməsi
üçün verən fiziki şəxsin
sağlığı dövrü üçün və ya
onun göstərdiyi başqa fiziki şəxsin
sağlığı dövrü üçün müəyyənləşdirilə
bilər.
877.2.
Ömürlük rentanın bir neçə fiziki şəxsin
xeyrinə müəyyənləşdirilməsinə yol
verilir və əgər ömürlük renta müqaviləsində
ayrı qayda nəzərdə tutulmayıbsa, renta almaq
hüququnda onların payları bərabər sayılır.
877.3. Əgər
ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, renta alanlardan biri öldükdə renta almaq
hüququnda onun payı ondan çox yaşayan renta alanlara
keçir. Sonuncu renta alan öldükdə rentanı ödəmək
öhdəliyinə xitam verilir.
877.4. Müqavilənin
bağlandığı məqamda sağ olmayan fiziki şəxsin
xeyrinə ömürlük renta müəyyənləşdirən
müqavilə əhəmiyyətsizdir.
Maddə 878. Ömürlük
rentanın ödənilməsi müddətləri
Əgər
ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, ömürlük renta hər təqvim
ayının sonunda ödənilir.
Maddə 879. Renta alanın tələbi
ilə ömürlük renta müqaviləsinin ləğv
edilməsi
879.1. Renta
ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli
dərəcədə pozduqda renta alan renta ödəyicisindən
rentanı satın almağı və ya müqaviləni ləğv
etməyi və zərərin əvəzini ödəməyi
tələb edə bilər.
879.2. Əgər
ömürlük renta ödənilməsi üçün mənzil,
yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə,
renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə
pozduqda renta alan həmin əmlakın qaytarılmasını
və onun dəyərinin rentanın satınalma qiyməti ilə
əvəzləşdirilməsini tələb edə bilər.
Maddə 880. Ömürlük renta
ödənilməsi üçün verilmiş əşyanın
təsadüfən məhv olması və ya təsadüfən
zədələnməsi riski
Ömürlük
renta ödənilməsi üçün verilmiş əşyanın
təsadüfən məhv olması və ya təsadüfən
zədələnməsi renta ödəyicisini
ömürlük renta müqaviləsində nəzərdə
tutulmuş şərtlər əsasında rentanı ödəmək
öhdəliyindən azad etmir.
49-cu fəsil.
Barışıq
razılaşması və mövcud borcun etirafı
haqqında mücərrəd müqavilə[506]
Maddə 881. Barışıq
razılaşması haqqında müqavilə
881.1.
Barışıq razılaşması haqqında müqaviləyə
görə tərəflər öz aralarında hüquqlar və
ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi
qarşılıqlı güzəştlər yolu ilə həll
edirlər.
881.2.
Barışıq razılaşmasının qüvvəsi
ondan ibarətdir ki, əvvəllər mübahisəli və
ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara
istinad edilməsi həmin razılaşmaya əsasən istisna
edilir və hüquqi statusundan asılı olmayaraq
iştirakçılar üçün yalnız
barışıq razılaşmasında təsbit edilənlər
etibarlı olur. Ayrı şərt haqqında razılaşma
olmadıqda:
881.2.1. hər
hansı iddiaya aid təminat və üstünlük
hüquqları, məsələn, girov hüquqları,
mülkiyyət və zaminlik hüquqlarının
saxlanması haqqında qeyd-şərt qüvvədə
qalır, bu şərtlə ki, belə iddia barışıq
razılaşması ilə təsdiqlənsin;
881.2.2.
barışıq razılaşmasının qüvvəsi
barışıq razılaşması məqamında
müqavilənin iştirakçısına məlum olmayan
iddialara şamil edilmir.
881.3.
Barışıq razılaşmasının bağlanması
üçün forma tələb olunmur. Lakin əgər
barışıq razılaşmasında hər hansı
formanın gözlənilməsini tələb edən əqdlər
vardırsa, razılaşma bu əqdlər üçün tələb
edilən forma üzrə tərtib olunmalıdır, amma
barışıq razılaşmasının məhkəmə
qaydasında protokol şəklində tərtib olunduğu
hallar istisna təşkil edir.
881.4. Əgər barışıq
razılaşması məhkəmə qaydasında protokol
şəklində bağlanmışdırsa və ya əgər
notariat qaydasında təsdiqlənmiş barışıq
razılaşmasının iştirakçılarından biri
üçün digər iştirakçının müəyyən
iddiaları ilə əlaqədar dərhal icraata
başlanırsa, onda icraat istər barışıq
razılaşması üzrə, istərsə də
hüquqi qüvvəsi olan məhkəmə qərarı
üzrə həyata keçirilə bilər.[507]
881.5. Əgər
müqavilə iştirakçıları hüquq münasibətlərini
və ya iddiaları həyata keçirə bilmirlərsə,
xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə
əlaqədar həyata keçirə bilmirlərsə,
barışıq razılaşmasının qüvvəsi
yoxdur.
Maddə 882. Mövcud borcun
etirafı haqqında mücərrəd müqavilə KMQ 26
882.1. Borcun
etiraf edilməsini, həm də öhdəliyə əsas verən
şəkildə etiraf edilməsini nəzərdə tutan hər
hansı müqavilənin (mövcud borcun etirafı haqqında
mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi
vardır ki, borc öhdəliyi yazılı şəkildə
və mövcudluğu etiraf edilən borcun əsaslandırılması
üçün müəyyənləşdirilmiş forma
üzrə verilsin. Əgər mövcudluğu etiraf
edilmiş öhdəlik münasibətlərinin yaranması
üçün ayrı forma nəzərdə tutulubsa, etiraf
üçün də belə forma tələb edilir.[508]
882.2. Bu Məcəllədə
nəzərdə tutulan başqa göstərişlər
olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd
müqaviləyə əsaslanan iddiaya qarşı
başlıca əqddən irəli gələn heç bir
etiraz irəli sürülə bilməz.
882.3. Bu zaman bu
Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.[509]
882.4. Bu Məcəllənin
882.1-882.3-cü maddələri öhdəliyin icrasının
qəbul edilməsini, həm də bu barədə vədin
öhdəliyə əsas verən şəkildə qəbul
edilməsini nəzərdə tutan hər bir müqaviləyə
(öhdəliyi öz üzərinə götürmək
haqqında müqaviləyə) müvafiq surətdə tətbiq
edilir.
882.5. Əgər
borc hesablaşmaya (ödənişə) əsasən və
ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət
edilməsi məcburi deyildir.[510]
50-ci fəsil.[511]
Sığorta
§ 1. Sığorta haqqında ümumi müddəalar
Maddə 883. Sığorta və
təkrarsığorta müqaviləsi
883.1.
Sığorta müqaviləsi sığortalının
müvafiq sığorta haqqı ödəməsi
müqabilində sığorta obyektinin məruz qala biləcəyi
risklərlə bağlı itkilərin, dəyən zərərin
əvəzinin və ya razılaşdırılan pul məbləğinin
müəyyən bir hadisənin baş verməsi əsasında
ödənilməsinin sığortaçı tərəfindən
öhdəlik kimi götürülməsi şərtlərinin
təsbit edildiyi razılaşmadır.
883.2. Təkrarsığorta
müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta
haqqı ödəməsi müqabilində
sığortaladığı risklərin bütövlükdə
və ya bir hissəsinin təkrarsığortaçıya
ötürülməsi və ya onunla
bölüşdürülməsi şərtlərinin təsbit
edildiyi razılaşmadır.
Maddə 884. Sığorta
münasibətlərinin subyektləri
884.1.
Sığorta münasibətləri sığortalının
və ya sığorta olunanın əmlakı, həyatı,
sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti,
o cümlədən sahibkarlıq fəaliyyəti ilə
bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində
risklərin ötürülməsinə və ya
bölüşdürülməsinə əsaslanır.[512]
884.2.
Sığorta və ya təkrarsığorta müqaviləsinin
tərəfi olan, yaxud belə müqavilənin həyata
keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə
malik olan şəxslər sığorta münasibətlərinin
subyektləridir.
884.3. Sığortaçı icbari
sığorta üzrə icbari sığorta növlərinin
həyata keçirilməsini tənzimləyən qanunlarda
(bundan sonra - icbari sığorta qanunları),
könüllü sığorta üzrə sığorta
müqaviləsində nəzərdə tutulan sığorta
hadisəsi baş verdiyi halda sığorta ödənişini
vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin
tərəfidir.[513]
884.4.
Sığortalı sığorta haqqı ödəyən,
sığorta obyektinin sığorta etdirilməsində
sığorta marağı olan sığorta müqaviləsinin
tərəfidir.
884.5.
Sığorta olunan əmlak mənafeləri sığorta
müqaviləsi əsasında sığortalanan şəxsdir.
Şəxsi sığorta üzrə sığorta müqaviləsində
sığorta olunan qismində başqa şəxs nəzərdə
tutulmayıbsa, sığortalı eyni zamanda sığorta
olunan sayılır. Əmlak sığortası üzrə
sığorta müqaviləsində sığorta olunan qismində
başqa şəxs nəzərdə tutulmasından
asılı olmayaraq, sığortalının sığorta
olunan kimi tanınması heç bir halda, o cümlədən
müqavilə şərtləri ilə məhdudlaşdırıla
bilməz.
884.6. Faydalanan
şəxs icbari sığorta qanunlarına
və ya sığorta müqaviləsinə uyğun olaraq
sığorta ödənişi
verilməli olan şəxsdir. Sığorta müqaviləsində
faydalanan şəxs qismində başqa şəxs nəzərdə
tutulmamışdırsa, sığortalı və (və ya)
sığorta olunan faydalanan şəxs sayılır.[514]
884.6–1. Əmlak
sığortası üzrə sığorta hadisəsi nəticəsində
zərər dəymiş əmlakla bağlı sığorta
marağı olan istənilən şəxs həmin əmlakın
mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq
zərərçəkən sayılır. [515]
884.6–2. Şəxsi sığorta üzrə
sığorta hadisəsi nəticəsində
sağlamlığına zərər dəymiş şəxs,
onun öldüyü halda isə ailə üzvləri zərərçəkən
sayılır.
884.7. Təkrarsığortaçı
ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı
tərəfindən bağlanmış sığorta və ya
təkrarsığorta müqavilələri əsasında
sığortalanmış (təkrarsığortalanmış)
riskləri təkrarsığortalayan (təkrarsığortaya
qəbul edən) təkrarsığorta müqaviləsinin tərəfidir.
884.8. Təkrarsığortalı
sığortaladığı və ya təkrarsığortaladığı
riskləri təkrarsığorta müqaviləsi əsasında
təkrarsığorta etdirən (təkrarsığortaya
ötürən) sığortaçı və ya təkrarsığortaçıdır.
Maddə 885. Sığorta sahələri
885.1.
Sığorta sığortaçıların fəaliyyət
istiqamətləri baxımından həyat
sığortası və qeyri-həyat sığortası
(ümumi sığorta) sahələrinə, sığorta
obyekti baxımından şəxsi sığorta və əmlak
sığortası sahələrinə bölünür.
885.2. Həyat və
qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində
nəzərdə tutulmuş sığorta siniflərindən
ibarətdir.[516]
885.3. Həyat
sığortası sahəsinə aid olan sığorta sinifləri
sığorta obyektinə görə yalnız şəxsi
sığortaya aiddir.
885.4. Qeyri-həyat
sığortası sahəsinə aid olan sığorta sinifləri
həm şəxsi, həm də əmlak
sığortasına aid ola bilər.
Maddə 885-1. Aqrar sığorta sistemi
Aqrar
sığorta sistemi ilə əhatə olunan münasibətlər
bu Məcəllə, “Sığorta fəaliyyəti
haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan
Respublikasının qanunları ilə tənzimlənir.[517]
Maddə 886. Sığorta
obyekti və sığorta predmeti
886.1.
Sığorta obyekti sığortalının, yaxud
sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak
mənafeyidir.
886.2. Qanunazidd mənafelər,
həmçinin qanuni, lakin sığortalanması qanunla
qadağan olunan mənafelər, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və digər qanunlarda nəzərdə tutulmuş cərimələr,
habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla
bağlı mənafelər sığorta obyekti ola bilməz.[518]
886.3. Sığorta
predmeti sığorta müqaviləsi üzrə
sığortalanan əmlak mənafelərinin aid olduğu
fiziki şəxs, əmlak və ya haldır.
Maddə 887. Şəxsi
sığortanın obyekti
Şəxsi
sığortanın obyektləri sığortalının və
ya sığorta olunanın həyatı,
sağlamlığı, əmək qabiliyyəti və pensiya
təminatı ilə bağlı əmlak mənafeləridir.
Şəxsi sığorta zamanı həm sığortalı
özü, həm də müqavilədə göstərilən
başqa şəxs (sığorta olunan) sığortalana bilər.
Maddə 888. Əmlak
sığortasının obyekti
888.1. Əmlak
sığortasının obyektləri
sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və
(və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi, digər fiziki şəxslərin
sağlamlığına xəsarət yetirməsi və ya
fiziki şəxslərin əmlakına, həmçinin
hüquqi şəxslərə vurduğu zərərin əvəzinin
ödənilməsi, istehsalat fəaliyyəti ilə
bağlı əmlak mənafeləridir. Əmlak
sığortasına əmlakın və mülki məsuliyyətin
sığortası aiddir.
888.2.
Əmlakın sığortası zamanı əmlakın zədələnməsi,
itirilməsi (məhv olması) və
çatışmazlığı, eyni zamanda əmlak
hüquqlarının itirilməsi ilə bağlı risklər
sığortalanır.
888.3. Mülki məsuliyyətin
sığortası zamanı üçüncü şəxslərin
həyatına, sağlamlığına, yaxud əmlakına
zərər vurulması nəticəsində yaranan öhdəliklərə
görə (zərər vurmağa görə mülki məsuliyyətin
sığortası), habelə mülki-hüquqi müqavilələrlə
bağlı yaranan məsuliyyətə görə (müqavilə
şərtlərini pozmağa görə mülki məsuliyyətin
sığortası) risklər sığortalanır.
888.4.
Qarışıq maliyyə risklərinin, kredit risklərinin,
ticarət və investisiya risklərinin, tapşırıq və
qarantiya risklərinin, məhkəmə xərclərinin, habelə
bu Məcəllənin 888.1-ci maddəsində nəzərdə
tutulmuş əmlak mənafeləri ilə bağlı digər
risklərin sığortası da obyektinə görə əmlak
sığortasına aid edilir.
Maddə 889. Sığorta
marağı
889.1.
Sığorta marağı sığorta hadisəsinin baş
verəcəyi təqdirdə şəxsin
maliyyə itkisinə məruz qalması ehtimalı ilə
şərtlənən və onun sığorta obyektini
sığorta etdirmək hüququnun əsaslandığı
mənafedir.
889.2.
Sığorta marağının mövcudluğu qanunla və ya
mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta
predmeti arasında bu cür tanınan əlaqə yoxdursa,
sığorta marağının mövcud olmadığı
hesab edilir.
889.3.
Sığortalının öz həyatı, habelə
arvadının (ərinin), valideynlərinin,
uşaqlarının, işçilərinin, işəgötürəninin,
borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı
ilə bağlı sığorta marağı mövcuddur.
889.4.
Sığorta marağı mövcud olmadan bağlanan
sığorta müqaviləsi bağlandığı andan
etibarsızdır.
889.5.
Sığorta marağının gələcəkdə əldə
edilməsi ehtimalı müvafiq sığorta müqaviləsinin
bağlanması üçün əsas deyil.
889.6.
Sığorta müqaviləsinin qüvvədə olduğu
müddət ərzində sığorta marağı itərsə
sığorta müqaviləsinə xitam verilməlidir.
889.7. Əmlak sığortası üzrə
sığorta hadisəsi kimi tanına bilən hadisə və
ya hal baş verdiyi anda sığorta marağı mövcud
olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi
hesab edilmir və sığortaçı sığorta ödənişi
üzrə vəzifələrinin icrasından azad edilir.
Maddə 890. Təkrarsığorta
890.1. Təkrarsığorta
sığortaçının sığorta müqaviləsi
üzrə sığortaladığı və ya təkrarsığortaladığı
risklərin bütövlükdə, yaxud bir hissəsinin sığorta
qanunvericiliyində nəzərdə tutulmuş qaydada təkrarsığortaçı
ilə bölüşdürülməsi və ya təkrarsığortaçıya
ötürülməsidir.[519]
890.2. Təkrarsığortanın
şərtləri təkrarsığortaçı və təkrarsığortalı
arasında yazılı formada bağlanan təkrarsığorta
müqaviləsi ilə müəyyən edilir.
890.3. Bu Məcəllənin
940-cı maddəsində təminat şəhadətnaməsi
üçün müəyyən edilmiş bütün məlumatlar
təkrarsığorta müqaviləsində göstərilməlidir.
890.4.
Sığortaçı və ya təkrarsığortaçı
sığorta və ya təkrarsığorta müqavilələri
üzrə sığortaladığı (təkrarsığortaladığı)
riskləri təkrarsığorta etdirərkən müvafiq
sığortalıların və ya təkrarsığortalıların
razılığı tələb olunmur.
890.5. Təkrarsığorta
fakultativ və ya obliqator formada, mütənasib və ya
qeyri-mütənasib növlər üzrə aparıla bilər.
890.6. Mütənasib
təkrarsığorta müvafiq sığorta müqaviləsində
nəzərdə tutulmuş sığorta hadisəsinin
baş verdiyi təqdirdə, təkrarsığortaçının
təkrarsığorta müqaviləsi üzrə qəbul
etdiyi sığorta riskinə mütənasib məbləğdə
sığorta ödənişi vermək öhdəliyinin
müəyyən edildiyi təkrarsığorta
növüdür.
890.7.
Qeyri-mütənasib təkrarsığorta müvafiq
sığorta müqaviləsində nəzərdə
tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə,
təkrarsığortaçının təkrarsığortalının
şəxsi tutumundan artıq olan məbləğdə
sığorta ödənişi vermək öhdəliyinin
müəyyən edildiyi təkrarsığorta
növüdür.
890.8. Fakultativ təkrarsığorta
hər bir riskin ayrılıqda qiymətləndirilməsinə
əsasən onun təkrarsığortalanmasını nəzərdə
tutan təkrarsığortanın formasıdır.
890.9. Obliqator təkrarsığorta
təkrarsığorta müqaviləsi ilə müəyyən
olunan şərtlərə cavab verən bütün risklərin
təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın
formasıdır.
Maddə 891.
Sığortaçının (təkrarsığortaçının)
təkrarsığorta müqaviləsinə görə
sığortalı (təkrarsığortalı)
qarşısında öhdəliyi
891.1. Bu Məcəllənin
891.2-ci maddəsi nəzərə alınmaqla, sığorta
müqaviləsi üzrə sığortaladığı
riskləri təkrarsığorta etdirən
sığortaçı (təkrarsığorta müqaviləsinə
əsasən təkrarsığortalı) həmin
sığorta müqaviləsinə görə
sığortalı qarşısında tam və birbaşa
öhdəlik daşıyır.
891.2.
Sığortaçı sığortalının aşkar
yazılı təkidi ilə seçilən təkrarsığortaçının
öz öhdəliklərini icra edə bilmədiyi həddə
müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini
yerinə yetirməkdən azaddır.
891.3. Bu Məcəllənin
891.4-cü maddəsi nəzərə alınmaqla, təkrarsığorta
müqaviləsi üzrə təkrarsığortaladığı
riskləri yenidən təkrarsığorta etdirən təkrarsığortaçı
təkrarsığortalı qarşısında tam və
birbaşa öhdəlik daşıyır.
891.4. Təkrarsığortaçı
müvafiq riskləri təkrarsığortalının
aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçıda
yenidən təkrarsığorta etdirərsə, müvafiq təkrarsığorta
müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən
ikinci təkrarsığortaçının öhdəliklərini
icra edə bilmədiyi həddə azaddır.
Maddə 892. Təkrarsığortaçının
sənədləri tələb etmək hüququ
Təkrarsığortaçı
təkrarsığortalıdan müvafiq sığorta
qaydalarını və müqavilələrini, həmçinin
sığorta hadisəsi baş verdikdə müvafiq təsdiqedici
sənədləri və ya onların surətlərini tələb
etmək hüququna malikdir.
Maddə 893. Şərikli
sığorta
893.1. Şərikli
sığorta bir neçə sığortaçının
aralarında bağladıqları müqaviləyə
müvafiq olaraq, sığorta ödənişi üzrə
öhdəlikləri bölüşdürməklə
sığorta müqaviləsi ilə müəyyən
edilmiş sığorta risklərini eyni zamanda
sığortalamaları ilə bağlı fəaliyyət və
bununla əlaqədar yaranan münasibətlərdir.
893.2.
Sığorta obyekti bir müqavilə ilə bir neçə
sığortaçı tərəfindən sığortalana
bilər. Bu müqavilədə hər bir
sığortaçının
razılaşdırılmış paylar əsasında
hüquq və vəzifələrini müəyyən edən
şərtlər olmalıdır.
893.3. Sığortalı
qarşısında öhdəliyi öz payı miqdarında
olmaqla şərikli sığortaçılardan biri
sığortalı ilə münasibətdə bütün
şərikləri təmsil edə bilər.
893.4. Müvafiq
sığorta növü üzrə fəaliyyət göstərməyə
icazəsi olmayan sığortaçı şərikli
sığortada iştirak edə bilməz.
Maddə 894. Qrup halında
sığorta
894.1. Qrup
halında sığorta zamanı bir sığorta müqaviləsi
ilə bir neçə sığorta predmeti
sığortalanır.
894.2. Qrup
halında sığorta həm şəxsi, həm də əmlak
sığortası üzrə aparıla bilər.
894.3. Şəxsi
sığortaya aid olan qrup halında sığorta zamanı
sığortalı sığorta olunanın kimliyi göstərilən
sığorta müqaviləsində sığorta olunan şəxslərin
hər birini sığorta müqaviləsinin onlara aid olan
bütün şərtləri ilə tanış etməlidir.
Bu halda sığorta olunanların sığorta müqaviləsi
ilə müvafiq şəkildə tanış edilməsini təsdiq
edən sənəd (siyahı və s.) sığorta şəhadətnaməsinin
ayrılmaz tərkib hissəsidir. Qrup halında sığorta
zamanı şəxsi sığorta müqaviləsində
sığorta olunanın kimliyi göstərildikdə və ya
əmlak sığortası müqaviləsində sığortalanan
əmlak fərdi şəkildə qeyd olunduqda, tərəflər
arasında razılaşmaya əsasən müvafiq olaraq
sığorta olunan şəxslərin hər birinə, yaxud hər
bir sığortalanan əmlaka görə sığorta şəhadətnaməsi
verilə bilər.
894.4. Qrup
halında sığorta zamanı sığorta olunanın
kimliyi göstərilməyən şəxsi sığorta
müqaviləsində və ya sığortalanan əmlak fərdi
şəkildə qeyd olunmayan əmlak sığortası
müqaviləsində sığorta olunan şəxslərin
və ya əmlak sığortası müqaviləsində
sığortalanan əmlakın dairəsi o dərəcədə
konkretləşdirilməlidir ki, sığorta hadisəsini,
onun nəticələrini və sığorta predmeti üzrə
verilməli olan sığorta ödənişinin
miqdarını müvafiq olaraq hər bir sığorta olunana
və ya sığortalanan əmlaka münasibətdə fərdiləşdirmək
mümkün olsun.
Maddə 895. İkili
(çoxqat) sığorta
895.1. Sığorta müqaviləsi
bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən
artıq məbləğdə əmlakın eyni risklərdən
iki və ya daha çox sığortaçıda
sığortalanması halında (ikili və ya çoxqat
sığorta halında), sığorta hadisəsinin baş
verdiyi zaman dəyən zərər üzrə
sığortaçılardan hər biri onunla
bağlanmış sığorta müqaviləsində nəzərdə
tutulmuş sığorta məbləğinə mütənasib
qaydada, ümumilikdə sığorta dəyərindən
artıq olmamaq şərtilə öhdəlik
daşıyır.[520]
895.2. Əmlak
sığortalı tərəfindən qanunsuz gəlir əldə
etmək məqsədilə bir və ya bir neçə
sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən
artıq məbləğə sığorta etdirildikdə, bu
məqsədlə bağlanmış hər bir sığorta
müqaviləsi bağlandığı andan etibarsız
sayılır. Bu halda sığortalının qanunsuz gəlir
əldə etmək məqsədi məhkəmə
qaydasında sübut edilməlidir.
Maddə 896. Qismən
sığorta[521]
896.1. Əmlakın
sığortası üzrə müqavilədə müəyyən
edilmiş sığorta məbləği sığorta dəyərindən
az olduğu halda (qismən sığorta halında),
sığortaçı zərərin əvəzini
sığorta məbləğinin sığorta dəyərinə
olan nisbətində ödəyir, bir şərtlə ki, qismən
sığorta barədə müddəa sığorta
müqaviləsində əks edilmiş olsun.
896.2. Sığorta hadisəsi nəticəsində
qismən sığortalanmış əmlakın tam məhv
olması halında sığorta məbləği
bütünlüklə ödənildikdə, sığorta
predmetinin qalıqlarına olan hüquq
sığortaçıya sığorta ödənişi məbləğinin
sığorta dəyərinə olan nisbətində
keçir.
896.3. Bu Məcəllənin 930.1-ci maddəsində
nəzərdə tutulmuş halda sığorta hadisəsinin
baş verdiyi zaman, sığorta təminatı qismən
sığorta kimi qiymətləndirilə bilməz.
Maddə 897. İcbari
sığorta
897.1. İcbari
sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə
tələb olunur.[522]
897.2. Xeyrinə icbari sığorta
müqaviləsi bağlanmalı olan şəxs
sığortalanmadığını bildikdə onu
sığorta etdirmək vəzifəsi olan şəxsdən
sığorta etdirilməsini məhkəmə qaydasında tələb
etmək hüququna malikdir.[523]
897.3. İcbari sığorta qanunları
ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən
olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə
və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə
tutulmuş şərtlərlə müqayisədə
sığorta olunanın vəziyyətini pisləşdirən
şərtlərlə bağladıqda həmin şəxs müvafiq
icbari sığorta üzrə sığorta hadisəsi kimi
tanına bilən hadisənin baş verdiyi, yaxud halın
yarandığı zaman sığorta olunan
qarşısında ən azı həmin icbari sığorta
üzrə qanunvericiliklə müəyyən edilmiş
sığorta təminatı həddində öhdəlik
daşıyır.[524]
897.4. İcbari sığorta
qanunlarında fərqli müddəaların nəzərdə
tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin
həyata keçirilməsindən irəli gələn
münasibətlər bu Məcəllə və
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.[525]
Maddə 898. Azadolma məbləği
və gözləmə müddəti
898.1. İcbari
sığorta qanunlarında və
könüllü sığorta növləri üzrə
sığorta müqavilələrində şərtli və
ya şərtsiz azadolma məbləği, həmçinin
gözləmə müddəti müəyyən oluna bilər.
898.2. Azadolma məbləği
sığorta hadisəsi nəticəsində yaranan itkilərin
və ya dəyən zərərin sığorta təminatı
ilə əhatə olunmayan və sığortalının
üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə
uyğun olaraq müəyyən edilən zərər məbləğindən,
qismən sığorta halında isə
sığortaçının zərər məbləğindəki
payından çıxılır.
898.3. Şərtli
azadolma məbləğinin nəzərdə tutulması
halında, sığorta hadisəsi nəticəsində dəyən
zərərin həcmi həmin məbləğdən
çox olduqda və ya
sığorta müqaviləsində
razılaşdırılmış hər hansı digər
halın baş verməsi şərtilə azadolma məbləği
tətbiq edilmir.
898.4. Şərtsiz
azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ
hər bir halda tətbiq edilir.
898.5.
Sığorta müqaviləsində gözləmə müddəti
nəzərdə tutulduqda sığorta hadisəsi nəticəsində
həmin müddət ərzində yaranan itkilərin əvəzinin
ödənilməsi sığortalının üzərində
qalır.
898.6. Şərtli
gözləmə müddəti müəyyən edildikdə
sığorta hadisəsinin nəticələrinin həmin
müddətə bərabər və ya ondan artıq müddətdə
davam etməsi şərti ilə sığorta tələbi və
ya sığorta ödənişi sığorta hadisəsinin
baş verməsindən keçən həmin müddət qədər
vaxt ərzində yaranan itkilərə də şamil edilir.
898.7.
Sığorta müqaviləsində şərtsiz gözləmə
müddəti müəyyən edildikdə sığorta tələbi
və ya sığorta ödənişi sığorta hadisəsinin
baş verməsindən keçən həmin müddət qədər
vaxt ərzində yaranan itkilərə şamil edilmir.
§2. Sığorta müqaviləsinə dair
başlıca tələblər
Maddə 899. Sığorta
müqaviləsinin forması
899.1.
Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada
bağlanır:
899.1.1. tərəflərin
müvafiq sığorta qaydaları əsasında
sığorta müqaviləsi adlanan sənədi tərtib edərək
qarşılıqlı imzalaması yolu ilə;
899.1.2.
müvafiq sığorta qaydaları ilə
sığortalının razı olmasını təsdiq etməsi
şərti ilə sığortaçı tərəfindən
ona sığorta şəhadətnaməsinin verilməsi yolu
ilə;
899.1.3. icbari
sığorta qanunlarında nəzərdə
tutulmuş digər qaydada.
899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində
nəzərdə tutulmuş sığorta müqaviləsinin
formaları elektron sənəd formasında da bağlana bilər.[526]
899.2. Bu Məcəllənin
899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda
sığorta şəhadətnaməsində sığorta
predmetinin sığortalandığı risklər konkret olaraq
sadalanmalıdır.
899.3. Bu Məcəllənin
899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə
görə sığortaçı məsuliyyət
daşıyır.
Maddə 900. Sığorta
müqaviləsinin məzmunu
900.1 Bu Məcəllənin
899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda
sığorta müqaviləsində aşağıdakılar
göstərilməlidir:
900.1.1.
sığortaçının adı və ünvanı;
900.1.2.
sığortalının adı (fiziki şəxs olduqda, həmçinin
soyadı, və
atasının adı, fərdi identifikasiya nömrəsi,
hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; [527]
900.1.3.
sığorta predmeti və yerləşdiyi ünvan, həmçinin
sığorta olunan(lar)ın adı (fiziki şəxs olduqda, həmçinin
soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi,
hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; [528]
900.1.4. faydalanan
şəxsin adı (fiziki şəxs olduqda həmçinin
soyadı, atasının adı, və
doğum tarixi, fərdi identifikasiya nömrəsi,
hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; [529]
900.1.5.
sığorta məbləğinin hər bir sığorta
predmeti və ya onun hissəsinə, yaxud hər bir
sığorta olunana münasibətdə ayrı-ayrı risklər
üzrə miqdarı;
900.1.6.
sığorta haqqının ümumi və hər bir
sığorta predmeti üzrə məbləği və
ödənilməsi qaydası;
900.1.7.
sığorta müqaviləsinin qüvvədə olduğu
müddət və ərazi;
900.1.8.
sığorta müqaviləsinə əlavələr və dəyişikliklər
edilməsi, həmçinin ona xitam verilməsi qaydası;
900.1.9.
sığorta müqaviləsi üzrə təminat verilən
sığorta riskləri, eyni zamanda əgər bu barədə
razılaşdırılıbsa, müvafiq sığorta qaydalarında
nəzərdə tutulmuş əlavə sığorta təminatları;
900.1.10.
sığorta ödənişinin verilməsi qaydası və
əsasları;
900.1.11.
sığorta ödənişinin verilməsindən
imtinanın əsasları;
900.1.12.
sığorta müqaviləsinin şərtlərinin yerinə
yetirilməməsinə və ya lazımi qaydada yerinə
yetirilməməsinə görə tərəflərin məsuliyyəti;
900.1.13.
mübahisələrin həlli qaydası;
900.1.14.
sığorta müqaviləsinin tərəflərinin
qarşılıqlı razılaşması əsasında
müəyyən edilən , qanunvericiliyə zidd olmayan
digər şərtlər;
900.1.15.
sığorta müqaviləsinin tərəflərinin
imzaları, hüquqi şəxs olduqda həmçinin
möhürləri.
900.2 İcbari
sığorta müqaviləsinin bağlanması qaydası
icbari sığorta qanunları
ilə müəyyən edilir.
Maddə 901. Sığorta şəhadətnaməsi
901.1. “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda
başqa cür nəzərdə tutulan hallar istisna olmaqla,
sığortaçı sığortalıya sığorta
müqaviləsinin bağlanması faktını təsdiq edən
sənəd - sığorta şəhadətnaməsi verməlidir.
Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin
899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada
bağlandığı hala da şamil edilir.
901.2. Müqavilə
üzrə sığorta olunan eyni zamanda sığortalı
olmadıqda, sığorta şəhadətnaməsi
sığortalının yazılı tələbi ilə
sığorta olunana da verilə bilər.
901.3. Əgər
“İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda və
sığorta müqaviləsində başqa cür nəzərdə
tutulmamışdırsa, sığorta şəhadətnaməsi
sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi
gün, qrup halında sığorta zamanı isə
sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən
3 iş günü müddətində verilməlidir.
901.4.
Sığorta şəhadətnaməsi itdikdə və ya məhv
olduqda sığortalı və ya sığorta olunan onun
dublikatını sığortaçıdan tələb edə
bilər.
901.5. Bu Məcəllənin
901.4-cü maddəsində nəzərdə tutulmuş tələbin
yazılı şəkildə daxil olduğu tarixdən etibarən
3 iş günü müddətində
sığortaçı sığortalını və ya
sığorta olunanı müqavilədə başqa cür nəzərdə
tutulmamışdırsa, öz hesabına müvafiq
sığorta şəhadətnaməsinin dublikatı ilə
təmin etməlidir.
Maddə 902. Sığorta şəhadətnaməsinin
məzmunu
902.1.
Sığorta şəhadətnaməsində
aşağıdakılar göstərilməlidir:
902.1.1.
sığortaçının adı və ünvanı;
902.1.2.
sığortalının adı (fiziki şəxs olduqda, həmçinin
soyadı, və
atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs
olduqda həmçinin VÖEN-i) və ünvanı; [530]
902.1.3.
sığorta predmeti və onun olduğu yer, yaxud
sığorta olunanın adı (fiziki şəxs olduqda həmçinin
soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi,
hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı; [531]
902.1.4.
sığorta riskləri;
902.1.5.
sığorta məbləği;
902.1.6.
sığorta haqqının məbləği, onun verilməsi
qaydası və müddəti;
902.1.7.
sığorta müqaviləsinin qüvvədə olduğu
müddət və ərazi;
902.1.8.
sığorta müqaviləsinin aid olduğu digər şəxslər
(faydalanan şəxs, sığorta agenti və sığorta
brokeri) varsa, onların adı (fiziki şəxs olduqda həmçinin
soyadı, və atasının
adı, fərdi
identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin
VÖEN-i) və
ünvanı;[532]
902.1.9.
sığortaçının sığorta şəhadətnaməsini,
sığortalının isə müvafiq sığorta
qaydaları ilə tanış olmasını təsdiq edən
imzaları və (və ya) möhürləri.
902.2.
Sığorta şəhadətnaməsində
sığortalının və ya sığorta olunanın
sığorta müqaviləsi üzrə hüquqlarının
pozulmasını hesab etdiyi hallarda Azərbaycan Respublikasının Mərkəzi
Banka şikayətlə müraciət etməsi
üçün həmin orqanın adı, ünvanı və
telefon nömrəsi aydın şəkildə göstərilməlidir.[533]
Maddə 903. Sığorta
haqqı
903.1.
Sığorta haqqı risklərin qəbul edilməsi və ya
bölüşdürülməsi müqabilində
sığorta müqaviləsində nəzərdə tutulan
qaydada sığortalının sığortaçıya
ödəməli olduğu pul məbləğidir.
903.2.
Sığorta haqqının miqdarı və ya onun
hesablanması və ödənilməsi qaydası
könüllü sığortada sığorta müqaviləsi
ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən
edilir.
903.3. “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda
başqa hal nəzərdə tutulmamışdırsa,
sığorta müqaviləsində sığorta
haqqının hissə-hissə ödənilməsi
razılaşdırıla bilər.
903.4. Müqavilədə
başqa cür nəzərdə tutulmamışdırsa,
sığorta müqaviləsi sığorta haqqının ilk
hissəsinin və ya tam ödənilməsindən sonra
qüvvəyə minir.
903.5.
Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə
sığortaçı onun ödənilməsi
üçün bu Məcəllənin 903.6-cı maddəsinin
tələbini nəzərə alaraq yazılı surətdə
15 günədək müddət müəyyən edə bilər.
903.6. Hər bir
halda sığorta haqqı və ya onun
razılaşdırılmış ilk hissəsi
sığorta müqaviləsi bağlandığı gündən
1 aydan gec olmayaraq ödənilməlidir.
903.7. Elektron sənəd formasında
olan sığorta müqaviləsi üzrə sığorta
haqqının ödənilməsi sığortalının
müvafiq sığorta qaydaları və sığorta
müqaviləsinin şərtləri ilə tanış
olmasını, həmin qaydalar və şərtlərlə
razılığını, həmçinin sığorta
müqaviləsinin bağlanması faktını təsdiqləyir.
Maddə 904. Sığorta məbləği
904.1. Sığorta
məbləği sığortalanmış risklər üzrə
sığortaçının öhdəliyinin son həddidir.
904.2.
Sığorta məbləği icbari
sığorta üzrə icbari sığorta qanunları ilə,
könüllü sığorta üzrə sığorta
müqaviləsi ilə müəyyənləşdirilir.
Maddə 905. Sığortalanan əmlakın
dəyərinin mübahisə predmeti olması
Sığortalanan
əmlak barəsində sığortaçıya
sığortalı tərəfindən qəsdən
yanlış məlumat verilməsinin sübut edildiyi hallar
istisna olmaqla, tərəflər əmlakın sığorta
müqaviləsində müəyyən edilmiş dəyərini
mübahisələndirə bilməzlər.
Maddə 906. Sığorta təminatının
müddətinin başlanması və sonu
906.1. İcbari sığorta
qanunlarında və ya könüllü sığorta
müqaviləsində başqa cür nəzərdə
tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin
və ya tam ödənilməsi halında, sığorta təminatının
müddəti sığorta müqaviləsinin
bağlandığı gün saat iyirmi dörddən
başlanır və icbari sığorta qanunlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə
əsasən həmin müqavilənin qüvvədə
olduğu sonuncu gün saat iyirmi dörddə başa
çatır.
906.2. Bu Məcəllənin
919.1.1–919.1.8-ci maddələrində nəzərdə
tutulmuş hər hansı hal baş verdikdə, həmin
halın baş verdiyi andan, bu Məcəllənin 919.1.9-cu maddəsində
nəzərdə tutulmuş halda isə bu Məcəllənin
920.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq
müddətin sonuncu gününün bitməsi anından
sığorta müqaviləsi üzrə sığorta təminatı
başa çatmış hesab edilir.
Maddə 907. İcbari
sığorta müqaviləsinin məcburiliyi
907.1. İcbari sığorta qanunları
ilə üzərinə icbari qaydada sığorta etdirmək
vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta
növünü aparmağa icazəsi olan
sığortaçını sərbəst seçmək
hüququndan istifadə etməklə müvafiq icbari
sığorta müqaviləsini bağlamağa borcludur.
907.2. İcbari sığorta
növünü aparmağa icazəsi olan
sığortaçı müvafiq riskləri sığorta
etdirmək üçün müraciət edən və
sığorta marağı olan şəxslə icbari
sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
907.3.
Sığortalı qismində sığorta etdirməli olan
şəxsin, eləcə də sığortaçı
qismində sığortalamağa borclu olan
sığortaçının müvafiq icbari sığorta
müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş məsuliyyətə səbəb
olur.
Maddə 908. Sığorta
müqaviləsinin etibarsızlığı
908.1. Əqdlərin
etibarsızlığının bu Məcəllə ilə nəzərdə
tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta
müqaviləsi aşağıdakı hallarda
bağlandığı andan etibarsız sayılır:
908.1.1.
sığorta obyekti məhkəmənin qanuni qüvvəyə
minmiş hökmünə (qərarına) əsasən müsadirə edilməli əmlakla
bağlı olduqda;[534]
908.1.2.
sığorta müqaviləsi sığortaçının
və ya sığortalının adından müqavilə
bağlamağa ixtiyarı olmayan şəxslərlə
bağlandıqda;
908.1.3.
sığorta müqaviləsi bağlandığı anda
sığorta predmeti mövcud olmadıqda;
908.1.4.
sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri
ilə, həmçinin sığortalanması qanunvericiliklə
qadağan olunmuş mənafeləri ilə bağlı
olduqda;
908.1.5. əmlak
bir və ya bir neçə sığorta müqaviləsi ilə
həqiqi dəyərindən artıq məbləğə
sığortalandıqda sığorta məbləğinin
sığorta dəyərindən artıq olan hissəsində;
908.1.6.
sığorta qaydalarında nəzərdə tutulmayan və
sığortalının vəziyyətini pisləşdirən
əlavə şərtlər sığorta müqaviləsinə
daxil edildikdə həmin şərtlərə münasibətdə;
908.1.7.
sığorta fəaliyyəti ilə məşğul olmaq
hüququ olmayan və ya müvafiq sığorta
növünü aparmağa icazəsi olmayan şəxs
sığortaçı qismində müvafiq sığorta
müqaviləsini bağladıqda (bu halda ödənilmiş
sığorta haqları tam həcmdə sığortalıya
qaytarılır);
908.1.8.
sığorta marağı mövcud olmadıqda.
908.2.
Sığortaçı sığorta müqaviləsinin
bağlanmasının bu Məcəllənin 899.1-ci maddəsində
nəzərdə tutulmuş qaydalarına əməl
olunmamasına görə öz vəzifələrinin yerinə
yetirilməsindən imtina etmək üçün
sığorta müqaviləsinin etibarsız olmasını
iddia edə bilməz.
Maddə 909. Faydalanan şəxsin
təyin edilməsi
909.1. Sığortalı sığorta
müqaviləsi bağlayarkən istənilən şəxsi
(şəxsləri) faydalanan şəxs kimi təyin etmək,
habelə sığorta hadisəsi baş verənədək
onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq
münasibətlərinin şərti kimi tətbiq edilən
sığorta müqavilələri üzrə faydalanan şəxs
(şəxslər) müvafiq olaraq girov saxlayanın və ya
lizinq verənin razılığı ilə təyin edilə
və ya dəyişdirilə bilər.
909.2. Girov
qoyulan əmlakın sığortası müqaviləsində
girov saxlayan yalnız sığorta ödənişinin verilməsi
anında borclunun (girov qoyanın) ona olan borc məbləği
həddində ödəniş almaq hüququna malik olan
faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən
artıq olan hissəsinə münasibətdə girov qoyan
(borclu) faydalanan şəxs qismində tanınmalıdır.
909.3. Öz həyatını
sığorta etdirən fiziki şəxs müvafiq
sığorta müqaviləsində istənilən şəxsi
(şəxsləri) faydalanan
şəxs qismində təyin edə bilər.
Maddə 910. Şəxsi
sığorta müqavilələrində sığorta
olunanın yazılı razılığı
Şəxsi
sığortada sığortalı həm də sığorta
olunan olmadıqda sığorta müqaviləsinin bağlanmasına
sığorta olunanın (və ya onun qanuni nümayəndəsinin)
müqavilənin onun xeyrinə bağlanması təklifi ilə
yazılı qaydada tanış edilməsi şərti ilə
yol verilir.
Maddə 911. Sığorta
müqaviləsinin bağlanması zamanı məlumat vermək
vəzifəsi
911.1.
Sığorta müqaviləsi bağlanarkən
sığortalı sığortaçının müstəqil
auditor tərəfindən təsdiqlənmiş illik
balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə
nəticələri ilə tanış olmaq hüququna
malikdir.
911.2.
Sığorta müqaviləsi bağlanarkən
sığortalı özünə məlum olan, habelə
sığortaçının yazılı surətdə tələb
etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu
dəyişdirilmiş şəkildə bağlamaq qərarına
təsir göstərə bilən bütün hallar barədə
sığortaçıya məlumat verməlidir.
911.3. Eyni
sığorta marağı ilə bağlı bir neçə
sığortaçı ilə sığorta müqaviləsi
bağlayan sığortalı bu barədə
sığortaçılardan hər birinə məlumat verməlidir.
Həmin məlumatda digər sığortaçının
adı və müvafiq sığorta məbləği
göstərilməlidir. Tələb edildikdə bu məlumatları
təsdiq edən müvafiq sənədlər təqdim
olunmalıdır.
Maddə 912. Sığorta
riskinin artması barədə məlumat vermək vəzifəsi
912.1. Sığortalı bu Məcəllənin
911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla
bağlı sığorta müqaviləsi bağlandıqdan
sonra meydana çıxan bütün dəyişikliklər
barədə sığortaçıya və ya
sığortaçının adından
çıxış edən sığorta vasitəçisinə
məlumat verməlidir.
912.2. Girov və lizinq münasibətlərinin
şərti kimi tətbiq edilən sığorta müqavilələri
üzrə bu Məcəllənin 911.2-ci maddəsinə
uyğun olaraq bildirilmiş hallarla bağlı sonradan meydana
çıxan dəyişikliklər barədə
sığortaçıya və ya
sığortaçının adından
çıxış edən sığorta vasitəçisinə
məlumat vermək həmin dəyişikliklərdən xəbərdar
olan girovsaxlayan və ya lizinqverənin vəzifəsidir.
912.3. Sığortaçının
adından çıxış edən sığorta vasitəçisinin
bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq
bildirilmiş hallarla bağlı sığorta müqaviləsi
bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik
barədə məlumatlandırılması
sığortaçının məlumatlandırılması
hesab edilir.
Maddə 913. Sığorta
müqaviləsinin şərtləri ilə tanış etmək
vəzifəsi
Sığorta müqaviləsi
bağlanarkən sığortaçı, sığorta brokeri və ya
sığorta agenti sığortalını icbari
sığortanın şərtləri ilə, yaxud
könüllü sığorta müqaviləsinin əsaslandığı
sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya
sığorta hadisəsi hesab edilə bilən halın baş
verdiyi zaman necə hərəkət etməyi,
sığortaçının sığorta ödənişindən
imtina etməsinin qanuni əsaslarını əks etdirən,
hamı tərəfindən asanlıqla başa
düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi
verməlidir.
Maddə 914. Sığorta
riskinin qiymətləndirilməsi
914.1. Əmlak
sığortası müqaviləsi bağlayarkən
sığortaçı sığortalanan predmetə
baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini
müxtəlif vasitələrlə təyin etməklə,
sxem və cizgilər tərtib etməklə, foto və video
çəkilişlər aparmaqla onu qiymətləndirmək,
lazım gəldikdə isə onun həqiqi dəyərini
müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini
nəzərə almaqla müstəqil ekspert təyin etmək
hüququna malikdir.
914.2.
Sığortaçı sığortalanan əmlakı, həmçinin
sığorta risklərini bilavasitə özü və ya “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin
tələblərini nəzərə almaqla təyin etdiyi
sığorta sahəsində yardımçı fəaliyyət
göstərən müvafiq şəxs, yaxud müstəqil
ekspert vasitəsilə qiymətləndirir.
914.3. Şəxsi
sığorta müqaviləsi bağlandıqda
sığortaçı sığorta olunan şəxsin səhhətinin
mövcud vəziyyətini qiymətləndirmək məqsədilə
onun sığorta müqaviləsinin şərtlərindən
asılı olaraq öz hesabına və ya
sığortalının hesabına müayinə
olunmasını tələb edə bilər.
914.4.
Sığorta riskinin qiymətləndirilməsi
üçün təyin olunan müstəqil ekspertlər və
sığorta sahəsində yardımçı fəaliyyət
göstərən şəxslər bununla bağlı
sığortaçının malik olduğu bütün
hüquqlardan istifadə edə bilərlər.
Maddə 915. Sığorta
qaydaları
Sığortaçının təklif
etdiyi könüllü sığorta növünün
aparılmasının əsaslandığı, həmin
sığorta növü üzrə qayda və şərtlərin
məcmusu olan sığorta qaydaları bu Məcəllənin
və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla, sığortaçının özü tərəfindən
və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə
tutulmuş digər qaydada müəyyən edilir. [535]
Maddə 916. Sığorta
qaydalarının məzmunu
916.1.
Sığorta qaydalarında aşağıdakılar müəyyən
edilməlidir:
916.1.1.
müvafiq sığorta növünün aid olduğu və
ya bu növdə birləşdirilmiş sığorta sinifləri;
916.1.2.
sığorta predmetlərinin – sığorta olunanların,
sığortalanan əşyaların və ya halların
konkret kateqoriyası;
916.1.3.
sığorta məbləğlərinin müəyyən
edilməsi qaydası;
916.1.4.
sığorta riskləri;
916.1.5.
sığorta risklərindən istisnalar və (və ya)
sığorta təminatında məhdudiyyətlər;
916.1.6.
sığorta müqaviləsinin bağlanması, həmçinin
ona əlavələr və dəyişikliklər edilməsi
və xitam verilməsi qaydası;
916.1.7. tərəflərin
hüquqları və vəzifələri;
916.1.8.
sığorta hadisəsi baş verdikdə
sığortalının vəzifələri;
916.1.9.
sığorta ödənişinin həyata keçirilməsi
qaydası və şərtləri, sığorta ödənişinin
verilməsi üçün tələb olunan sənədlərin
konkret siyahısı;
916.1.10.
sığorta ödənişinin verilməsindən
imtinanın əsasları;
916.1.11.
sığorta ödənişinin verilməsi, yaxud
sığorta ödənişini verməkdən imtina
olunması haqqında qərarın qəbul edilməsi
müddəti;
916.1.12.
sığorta müqaviləsinin şərtlərinin yerinə
yetirilməməsinə və ya lazımi qaydada yerinə
yetirilməməsinə görə tərəflərin məsuliyyəti;
916.1.13.
mübahisələrin həlli qaydası;
916.1.14.
sığorta tarifləri və onların iqtisadi əsaslandırılması.
916.1-1.
Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə
tutulmuş məsələlərdən əlavə olaraq
aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər
də müəyyən edilir.[536]
916.2. Bu Məcəllənin 916.1.5-ci maddəsində
nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər
sığorta müqaviləsində
razılaşdırılmaqla sığorta təminatına
daxil edilə bilər.
Maddə 917. Həyat
sığortası müqavilələrinə dair əlavə
tələblər
917.1.
Sığorta olunanın sığortaçının mənfəətində
iştirak etməsi şərti ilə bağlanan həyat
sığortası müqaviləsində mənfəətin
bölüşdürülməsi qaydası göstərilməlidir.
917.2.
Sığortalının həyat sığortası
müqaviləsinin bağlanması zamanı özünün
məlumat vermək vəzifəsini icra etməməsi
müqavilənin bağlandığı vaxtdan 5 il müddət
keçdikdən sonra sığortaçının
müqavilə üzrə vəzifələrinin icrasından
imtina etməsi üçün əsas ola bilməz. Bu halda
sığortalı məlumat vermək vəzifəsini qəsdən
icra etməmişdirsə, müqavilədən imtinaya yol
verilir.
Maddə 918. Vahid sığorta
müqaviləsi tərtib etməklə sığorta
müqaviləsinin bağlanması
918.1.
Sığortalı ilə sığortaçı
arasındakı razılaşmaya görə davamlı olaraq
eynicinsli əmlakın (malların, yüklərin və s.)
müxtəlif hissələrinin oxşar şərtlərlə
ayrı-ayrı dövrlər üzrə sığorta
olunması vahid sığorta müqaviləsi tərtib edilməklə
bir sığorta müqaviləsi əsasında həyata
keçirilə bilər.
918.2.
Sığortalı bu Məcəllənin 918.1-ci maddəsində
göstərilən əmlakın hər bir hissəsi
haqqında sığorta müqaviləsində
razılaşdırılmış məlumatları
vaxtında, belə məlumatların təqdim edilmə
vaxtı müqavilədə nəzərdə tutulmadıqda
isə həmin məlumatları əldə etdikdən dərhal
sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar
əldə edildiyi zaman zərərlərin əvəzinin
sığortaçı tərəfindən ödənilməyəcəyi
məlum olduqda belə, sığortalı bu maddədə nəzərdə
tutulmuş vəzifənin yerinə yetirilməsindən azad
edilmir.
918.3.
Sığortalı tələb etdikdə
sığortaçı bu Məcəllənin 918.1-ci maddəsində
nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın
ayrı-ayrı hissələri üzrə sığorta şəhadətnaməsi
verməlidir.
Maddə 919. Sığorta
müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
919.1.
Sığorta müqaviləsinə aşağıdakı
hallarda vaxtından əvvəl xitam verilir:
919.1.1.
sığorta predmeti artıq mövcud olmadıqda;
919.1.2.
aşağıdakı hallar istisna olmaqla, sığortalı
fiziki şəxs öldükdə və ya
sığortalı hüquqi şəxs ləğv olunduqda:
919.1.2.1. əmlak
sığortası müqaviləsini bağlamış
sığortalı sığorta müqaviləsi bağlayarkən
sığortalanmış əmlakı qəbul edəcək
hər hansı şəxsi təyin etmiş olduğu, habelə
sığorta hadisəsi baş verənədək
sığortaçının razılığı ilə
onu dəyişdirmiş olduğu hallarda sığortalı
fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə
üzrə hüquq və vəzifələri bu Məcəllə ilə
müəyyən olunmuş vərəsəlik qaydasında
sığortalanmış əmlakı qəbul edən şəxsə
keçir;
919.1.2.2. icbari sığorta qanunlarında
və ya müqavilədə başqa şərtlər müəyyən
edilməmişdirsə, sığortalının hüquq və
vəzifələri sığorta predmeti olan miras əmlakın
yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə
həm onun özünün, həm də
sığortaçının müqavilədə rəsmiləşdirilən
razılığı ilə keçir;
919.1.2.3.
başqa şəxsin xeyrinə həyat sığortası
müqaviləsi bağlamış sığortalı vəfat
etdikdə onun hüquq və vəzifələri xeyrinə
sığorta müqaviləsi bağlanmış şəxsə
təqdim edildikdən sonra ona özünün yazılı
razılığı ilə keçir;
919.1.2.4.
sığortalı olan hüquqi şəxs sığorta
müqaviləsinin qüvvədə olduğu dövrdə
yenidən təşkil edildikdə onun həmin müqavilə
üzrə hüquq və vəzifələri qanunvericiliyə
uyğun olaraq müvafiq hüquq varisinə keçir.
919.1.3.
Sığorta müqaviləsi üzrə sığortalı
olmayan sığorta olunan vəfat etdikdə
sığortalının onun başqası ilə əvəz
olunması təklifinə sığortaçı etiraz etdikdə;
919.1.4. “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud
sığorta müqaviləsində digər hal nəzərdə
tutulmamışdırsa, sığortalanmış əmlak
özgəninkiləşdirilərkən
sığortaçı sığortalının hüquq və
vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə,
sahibinə və ya istifadəçisinə keçməsinə
etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən
sığortaçı sığortalının hüquq və
vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə,
sahibinə və ya istifadəçisinə keçməsinə
etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən
sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir;
919.1.5.
sığorta hadisəsinin baş verməsi ehtimalı
olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi
sığorta hadisəsi olmayan hallara görə başa
çatdıqda;
919.1.6.
sığortaçı sığortalı
qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
919.1.7.
sığortalı sığorta haqqını icbari sığorta qanunlarında və
ya sığorta müqaviləsində müəyyən
edilən qaydada ödəmədikdə;
919.1.8.
sığorta marağı artıq mövcud olmadıqda;
919.1.9. sığortalı və ya
sığortaçı sığorta müqaviləsinə
vaxtından əvvəl xitam verilməsi tələbi ilə
çıxış etdikdə.
919.2.
Sığorta müqaviləsinin qüvvədə olduğu
dövrdə sığortalı məhkəmənin qərarı
ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə,
yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı
ilə məhdudlaşdırılmışdırsa, mülki
məsuliyyət sığortası üzrə müqavilə
məhkəmənin müvafiq qərarının qüvvəyə
mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə
belə sığortalının hüquq və vəzifələrini
onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 920. Sığorta müqaviləsinə
vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar
etmə
920.1. Bu Məcəllənin
919-cu maddəsində göstərilən hallarda
sığorta müqaviləsinə xitam verilməsi
üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi
nəzərə alınmaqla müqaviləyə xitam verilməsində
maraqlı olan tərəf dərhal digər tərəfi bu
barədə xəbərdar etməlidir.
920.2. Sığorta müqaviləsinə
bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq
sığortalının və ya
sığortaçının tələbi ilə
vaxtından əvvəl xitam verilərkən bu barədə
bir tərəf digərinə ən azı 30 gün əvvəl
(sığorta müqaviləsi beş ildən çox
müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az
müddətə bağlanmış olduqda isə 5 iş
günü əvvəl) tələbini əsaslandırdığı
yazılı bildiriş göndərməlidir.
Maddə 921. Sığorta
müqaviləsinə vaxtından əvvəl xitam vermənin
nəticələri
921.1. Sığorta müqaviləsinə
(qrup halında sığorta zamanı həm də müqaviləyə
hər hansı bir sığorta predmetinə münasibətdə)
sığortalının tələbi ilə vaxtından əvvəl
xitam verildikdə, sığortaçı həmin müqavilə
üzrə (qrup halında sığorta zamanı isə
müqavilənin hər hansı sığorta predmeti ilə
bağlı sığorta haqqına mütənasib olan)
sığorta haqqının qaytarılan hissəsindən
işlərin aparılması xərclərinin müqavilənin
qurtarmamış müddətinə mütənasib hissəsini
çıxmaqla həmin müddət üçün
sığorta haqlarını ona qaytarır.
Sığortalının sığorta müqaviləsinə
xitam verilməsi ilə bağlı tələbi
sığortaçının sığorta müqaviləsi
üzrə vəzifələrini yerinə yetirməməsi ilə
bağlıdırsa, sığortaçı sığorta
haqlarını (qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti
üzrə ödənilmiş sığorta haqlarını)
bütünlüklə sığortalıya qaytarır.
921.2.
Sığorta müqaviləsinə (qrup halında
sığorta zamanı, həm də müqaviləyə hər
hansı bir sığorta predmetinə münasibətdə)
sığortaçının tələbi ilə
vaxtından əvvəl xitam verildikdə o, sığorta
haqlarını (qrup halında sığorta zamanı, həm
də müqavilənin hər hansı bir sığorta
predmeti üzrə ödənilmiş sığorta
haqlarını) bütünlüklə sığortalıya
qaytarır; əgər bu tələb
sığortalının sığorta müqaviləsi
üzrə vəzifələrini yerinə yetirməməsi ilə
bağlıdırsa, sığortaçı həmin
müqavilə üzrə işlərin aparılması xərcləri
çıxılmaqla müqavilənin qurtarmamış
müddəti üçün sığorta haqlarını
(qrup halında sığorta zamanı, həm də müqavilənin
hər hansı bir sığorta predmeti üzrə ödənilmiş
sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi
üzrə (qrup halında sığorta zamanı isə
müqavilənin hər hansı sığorta predmeti ilə
bağlı sığorta haqqına mütənasib olan)
sığorta haqqının qaytarılan hissəsindən
işlərin aparılması xərclərinin müqavilənin
qurtarmamış müddətinə mütənasib hissəsini
çıxa bilər.
921.3.
Sığorta müqaviləsinə (qrup halında
sığorta zamanı, həm də müqaviləyə hər
hansı bir sığorta predmetinə münasibətdə)
vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam
verilmə anınadək sığortaçı tərəfindən
sığortalıya ödənilmiş sığorta
haqqına (qrup halında sığorta zamanı, həm də
müqavilənin hər hansı bir sığorta predmeti
üzrə ödənilmiş sığorta haqlarına) bərabər
və ya ondan çox miqdarda sığorta ödənişi
verilmişdirsə, sığorta haqqı (qrup halında
sığorta zamanı, həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş
sığorta haqları) sığortalıya
qaytarılmır.
921.4.
Sığorta müqaviləsinə vaxtından əvvəl
xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən sığortalıya ödənilmiş
sığorta haqqından (qrup halında sığorta
zamanı, həm də müqavilənin hər hansı bir
sığorta predmeti üzrə ödənilmiş
sığorta haqlarından) az miqdarda sığorta ödənişi
verilmişdirsə, həmin sığorta haqqı məbləği
ilə sığorta ödənişi məbləği
arasındakı fərq miqdarında sığorta
haqqının sığortalıya qaytarılması
müvafiq olaraq bu Məcəllənin 921.1-ci və 921.2-ci maddələrində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
921.5.
Sığorta müqaviləsi bu Məcəllənin 919.2-ci
maddəsində müəyyən edilmiş məhkəmə
qərarı əsasında xitam verilmiş hesab edildikdə
sığortaçı həmin müqavilə üzrə
işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin (qrup halında sığorta
zamanı həm də müqavilənin hər hansı bir
sığorta predmetinə münasibətdə)
qurtarmamış müddəti üçün sığorta
haqlarını, bu Məcəllənin 921.3-cü və
921.4-cü maddələrinin tələbləri nəzərə
alınmaqla, sığortalının qanuni nümayəndəsinə
qaytarır.
921.6.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq
sığortaçıya moratorium tətbiq edildikdə,
sığorta müqaviləsinə vaxtından əvvəl
xitam verilməsi nəticəsində sığortalıya
qaytarılmalı olan sığorta haqqının
qaytarılması moratorium qüvvədə olduğu müddət
ərzində dayandırılır.[537]
§3. Sığorta hadisəsi və sığorta ödənişi
Maddə 922. Sığorta hadisəsi
922.1.
Sığorta hadisəsi icbari
sığorta qanunlarına və ya sığorta
müqaviləsinə görə sığorta ödənişinin
sığortalıya, sığorta olunana və ya digər
faydalanan şəxslərə ödənilməsi
üçün əsas olan, sığorta müqaviləsinin
qüvvədə olduğu müddət ərzində baş
verən hadisə və ya yaranan haldır.
922.2.
Sığorta hadisəsi hesab edilən hadisələr və
hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında,
könüllü sığorta üzrə isə tərəflərin
razılaşması əsasında sığorta müqaviləsində
müəyyən edilir.
922.3.
Sığorta hadisəsi baş vermə ehtimalına və (və
ya) təsadüfilik əlamətlərinə malik
olmalıdır.
Maddə 923. Sığorta hadisəsi
barədə məlumatlandırma
923.1.
Sığorta hadisəsinin baş verməsi barədə
sığortalı və ya sığorta olunan şəxs,
yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal
sonra və ya mümkün olan ən qısa müddət ərzində
sığortaçıya və ya onun nümayəndəsinə,
eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə
barədə məlumatlandırılmalı olan səlahiyyətli
dövlət orqanlarına hər hansı vasitə ilə xəbər
verməlidir. İcbari sığorta qanunvericiliyində və
sığorta müqaviləsində sığorta hadisəsi
barədə sığortaçıya xəbər vermənin
ağlabatan müddəti və (və ya) üsulu nəzərdə
tutula bilər.
923.2.
Sığorta hadisəsinin baş verməsi barədə
sığortaçıya məlumat vermiş
sığortalı və ya sığorta olunan şəxs, həmçinin
faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində
nəzərdə tutulmuş səlahiyyətli dövlət
orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə
sığortaçı qeyd olunan orqanları bu hadisə barədə
dərhal məlumatlandırmalıdır.
923.3.
Sığortalı və ya sığorta olunan tərəfindən
sığortaçının sığorta hadisəsinin
baş verməsi barədə məlumatlandırmasından
asılı olmayaraq sığortaçıya bu barədə
məlumatlandırılmış səlahiyyətli dövlət
orqanı xəbər verməlidir.
923.4. Bu Məcəllənin
923.1-ci maddəsində üzərinə məlumatlandırma
vəzifəsi qoyulan şəxslərdən başqa digər
şəxslər, o cümlədən səlahiyyətli
dövlət orqanları və müvafiq hallarda zərərçəkən
tərəfindən də sığorta hadisəsinin baş
verməsi haqqında hər hansı vasitə ilə
sığortaçıya xəbər verilməsi
sığorta hadisəsi barədə məlumatlandırılma
hesab edilir.
Maddə 924. Sığorta hadisəsinin
təsdiqi
924.1.
Sığortaçı (və ya təyin edilmiş müstəqil
ekspert, yaxud sığorta sahəsində yardımçı
fəaliyyət göstərən şəxs) sığorta
hadisəsinin baş verməsi faktını təsdiq edən
və (və ya) sığorta ödənişinin həcminin
müəyyənləşdirilməsi üçün
lazım olan sənədləri və məlumatları bu Məcəllənin
924.2-ci maddəsi nəzərə alınmaqla,
sığortalıdan tələb etmək hüququna malikdir.
924.2.
Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə
uyğun olaraq araşdırılması və ya qeydə
alınması tələb olunan hadisələr barədə
səlahiyyətli dövlət orqanlarına belə hadisələrin
baş verməsi faktını və (və ya) səbəbini,
habelə nəticələrini təsdiq edən sənədin
alınması üçün yazılı sorğu vermək
sığortaçının və ya onun nümayəndəsinin
vəzifəsidir.
924.3. Səlahiyyətli dövlət
orqanları sığortaçının və ya onun
nümayəndəsinin yazılı sorğusuna əsasən,
sığorta hadisəsi ilə əlaqədar tələb
olunan, yayılması “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
qadağan olunmayan istənilən məlumatı sorğunun
daxil olduğu tarixdən etibarən 10 gün müddətində
təqdim etməlidirlər.
Maddə 925. Zərərin qiymətləndirilməsi
925.1.
Sığorta hadisəsi nəticəsində dəymiş zərərin
miqdarını sığortalının, sığorta
olunanın və ya faydalanan şəxsin, yaxud onların
nümayəndəsinin təqdim etdiyi sığorta tələbi
əsasında mümkün olan ən
qısa müddət ərzində
sığortaçı müəyyən edir.
925.2.
Sığortaçı dəymiş zərəri müxtəlif
üsullarla, o cümlədən zərər dəymiş
predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini
müxtəlif vasitələrlə təyin etməklə,
sxem və cizgilər tərtib etməklə, foto və video
çəkilişlər aparmaqla, bilavasitə özü və
ya “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin
tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta
sahəsində yardımçı fəaliyyət göstərən
müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin
qiymətləndirilməsinə dair məlumatları (zərər
dəymiş əmlakın hər bir hissəsinin təmir və
ya bərpasına tələb olunan konkret xərclərin məbləği)
sığortalıya, sığorta olunana və faydalanan şəxsə
kağız daşıyıcıda, habelə elektron
poçt və ya digər elektron kommunikasiya vasitələri
ilə təqdim etməlidir.[538]
925.3.
Sığorta hadisəsi nəticəsində dəyən zərərin
sığortaçı tərəfindən qiymətləndirilməsi,
habelə miqdarı barədə tərəflər arasında
razılıq əldə edilmədikdə zərərin
miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə
alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən
aparılır.[539]
925.4.
Sığorta hadisəsinin araşdırılması və zərərin
qiymətləndirilməsi üçün təyin olunan müstəqil
ekspertlər və sığorta sahəsində
yardımçı fəaliyyət göstərən şəxslər
bununla bağlı sığortaçının malik
olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
925.5. Əmlak
sığortası müqaviləsi üzrə
sığortalı, sığorta olunan və ya
üçüncü şəxs aşağıdakı hallar
istisna olmaqla, zərər dəymiş əmlakı
sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə
sığortaçıya və ya onun səlahiyyətli
nümayəndəsinə təqdim etməlidir:
925.5.1. Zərərin
qarşısının alınması və ya həcminin
azaldılması, sığorta hadisəsinin nəticələrinin
aradan qaldırılması, yaxud digər fəsadlara səbəb
olmaması, habelə zərər dəymiş əmlakın
sonrakı itkiləri üçün təhlükə
ehtimalına səbəb ola bilən nəzarətsiz halda
qalmaması, başqa şəxslərin hərəkətinə
və ya fəaliyyətinə mane olmaması üçün
zəruri tədbirlərin görülməsi, o cümlədən
bu məqsədlərlə əmlakın hadisə yerindən
kənarlaşdırılması zamanı zərər dəymiş
əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə
saxlanması mümkün olmadıqda;
925.5.2.
sığortaçı sığorta hadisəsi barədə
bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan
5 gün müddətində onun nümayəndəsi zərər
dəymiş əmlaka baxış keçirmədikdə;
925.5.3. digər
hallarda zərər dəymiş əmlakın sığorta
hadisəsindən dərhal sonrakı vəziyyətdə
saxlanmamasına sığortaçının yazılı
razılığı olduqda.
925.6. Əmlakın tam məhv olması
dedikdə, həmin əmlakın sığorta hadisəsindən
əvvəlki vəziyyətə çatdırılması
üçün təmiri və ya bərpasına tələb
olunan xərclərin sığorta müqaviləsində
müəyyən edilmiş həddən çox olması
başa düşülür.
Maddə 925-1. Zərərin müstəqil
ekspert tərəfindən qiymətləndirilməsi[540]
925-1.1.
“İcbari sığortalar haqqında” Azərbaycan
Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin
925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi
nəticəsində dəyən zərərin
sığortaçı tərəfindən qiymətləndirilməsi,
habelə miqdarı barədə tərəflər arasında
razılıq əldə edilmədikdə zərərin
miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin
tələbləri nəzərə alınmaqla müstəqil
ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən
aparılır.
925-1.2.
Müstəqil ekspert sığortalının, sığorta
olunanın və ya faydalanan şəxsin təklif etdiyi
üç müstəqil ekspertin sırasından seçilərək
3 (üç) iş günü ərzində
sığortaçı tərəfindən təyin edilir.
925-1.3.
Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində
müəyyən edilmiş müddət ərzində
müstəqil eksperti təyin etmədikdə
sığortalı, sığorta olunan və ya faydalanan şəxs
zərərin qiymətləndirilməsi üçün
özünün seçdiyi müstəqil ekspertə
müraciət etmək hüququna malikdir.
925-1.4.
Müvafiq hallarda sığortalı, sığorta olunan və
ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə
uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən
qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə
həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin
təkrar qiymətləndirilməsini tələb edə bilər.
925-1.5.
Müstəqil ekspert zərərin qiymətləndirilməsinin
nəticələrini sığortaçıya, həmçinin
müvafiq hallarda sığortalıya, sığorta olunana və
ya faydalanan şəxsə təqdim etməlidir.
925-1.6.
Zərərin qiymətləndirilməsinə çəkilən
xərc aşağıdakı şəxslər tərəfindən
ödənilir:
925-1.6.1.
müstəqil ekspert bu Məcəllənin 925-1.2-ci və
925-1.3-cü maddələrinə uyğun olaraq təyin
edildikdə - sığortaçı;
925-1.6.2.
müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə
uyğun olaraq təyin edildikdə - təkrar qiymətləndirməni
tələb edən şəxs.
Maddə 926. Sığorta
ödənişi
926.1.
Sığorta ödənişi sığorta hadisəsi baş
verdikdə icbari sığorta
qanunlarına və ya sığorta müqaviləsinə
uyğun olaraq sığortaçı tərəfindən
ödənilən maliyyə kompensasiyasıdır.
926.2. Sığortaçı
sığorta ödənişini sığorta məbləği
həddində həyata keçirir.
926.3.
Sığorta ödənişinin miqdarının müəyyən
edilməsi və ödənilməsi qaydası icbari
sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada
müvafiq sığorta qaydalarına əsasən
bağlanan sığorta müqaviləsi ilə müəyyən
edilir.
926.4. Sığorta hadisəsi nəticəsində
bir neçə zərərçəkən müəyyən
edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi
nəzərə alınmaqla, onlardan sığorta tələbi
ilə müraciət etmiş hər hansı biri faydalanan
şəxs kimi tanınır.
Maddə 927. Əmlak
sığortası üzrə sığorta ödənişinə
dair əlavə tələblər
927.1.
Əmlakın sığortasında və əmlaka vurulan zərərə
görə mülki məsuliyyətin sığortasında
sığorta ödəniºi sığorta hadisəsinin
baş verməsi nəticəsində sığortalıya və
ya sığorta olunana, habelə zərərçəkən
üçüncü şəxsə dəyən real zərərin
miqdarından çox ola bilməz.
927.2. Zərərin
miqdarı barədə tərəflər arasında
razılıq əldə edildikdən sonra əmlak
sığortası üzrə sığorta ödənişi
sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü
maddəsi nəzərə alınmaqla,
aşağıdakı formalardan hər hansı birində həyata
keçirilir (ödənilir):
927.2.1. zərər
məbləğinin pul şəklində faydalanan şəxsə
ödənilməsi;
927.2.2.
sığorta hadisəsi nəticəsində dəyən zərərin
aradan qaldırılması üçün
sığortalıya (sığorta olunana və ya faydalanan
şəxsə) göstərilən xidmətlərin və
ya satılan əşyaların dəyərinin xidmət
göstərənə və ya satıcıya ödənilməsi;
927.2.3.
sığorta predmeti olan, yaxud zərərçəkmiş
üçüncü şəxsə məxsus əmlakın
təmiri və ya bərpası;
927.2.4.
sığorta müqaviləsində nəzərdə
tutularsa, həmin müqavilədə müəyyən edilən
şərtlər əsasında sığorta predmeti olan əmlakın
dəyişdirilməsi.
927.3. Bu Məcəllənin 927.5-ci maddəsində
nəzərdə tutulmuş hal istisna olmaqla, girov qoyulan əmlakın
sığortası üzrə sığorta hadisəsi
baş verdiyi tarixdə faydalanan şəxs olan girov saxlayana
borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə
sığorta ödənişinin verildiyi tarixə ona ödəməli
olduğu məbləğdən artıq sığorta ödənişi
verilə bilməz.
927.4. Əgər əmlak
sığortası üzrə faydalanan şəxs
sığorta hadisəsinin baş verdiyi zaman əmlakın
etibarnaməli idarəçisi olmuşdursa, sığorta
ödənişinin bu Məcəllənin 927.2.3-cü və
927.2.4-cü maddələrində nəzərdə
tutulmuş formaları tətbiq edilir. Sığorta ödənişinin
bu Məcəllənin 927.2.1-ci və 927.2.2-ci maddələrində
nəzərdə tutulmuş formaları əmlakın etibarnaməli
idarəçisi olan faydalanan şəxs tərəfindən
zərərin aradan qaldırılmasının nəticələri
sığortaçıya təqdim olunduğu halda tətbiq
edilir.
927.5. Girov qoyulan əmlakın tam məhv
olması ilə nəticələnən sığorta hadisəsi
baş verdikdə, sığorta müqaviləsində nəzərdə
tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun
(girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən
edilmiş borcun ödənilməmiş hissəsində
sığorta ödənişi almaq hüququ var.
Maddə 928. Şəxsi
sığorta üzrə sığorta ödənişi
Şəxsi
sığorta üzrə sığorta ödənişi onu
almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin
icbari və ya könüllü sığortalar üzrə nəzərdə
tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında
və ya sığorta müqaviləsində müəyyən
olunmuş qaydada ödənilməlidir.
Maddə 929. Sığorta
ödənişindən sığorta haqqının
tutulması
Sığorta
ödənişinin ödənilməsi zamanı
sığortaçı sığorta ödənişi məbləğindən
sığortalının ona ödəməli olduğu,
vaxtı çatmış və ya gecikdirilmiş
sığorta haqqı məbləğini tutmaq hüququna
malikdir.
Maddə 930. Sığorta məbləğinin
sığorta ödənişinə uyğun olaraq azalması
930.1. İcbari sığorta
qanunlarında və ya sığorta müqaviləsində
başqa cür nəzərdə tutulmamışdırsa,
sığorta müqaviləsində müəyyən
edilmiş sığorta məbləği həmin müqavilə
üzrə verilmiş sığorta ödənişi həcmində
azalmış hesab olunur, lakin sığorta müqaviləsi
üzrə təminat qismən sığorta təminatı
sayılmır. İcbari sığorta qanunlarında başqa
hal nəzərdə tutulmamışdırsa, bu zaman
sığorta müqaviləsinə sığorta məbləğinin
azalması ilə bağlı dəyişiklik etmək vacib
deyil.
930.2. Bu Məcəllənin
930.1-ci maddəsində nəzərdə tutulmuş halda
sığorta məbləğinin azalmış hissəsinə
uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə
sığorta müqaviləsində müəyyən
edilmiş sığorta məbləği bərpa edilə bilər.
Maddə 931. İcbari
sığorta ödənişinin üstünlüyü
Bir
sığorta hadisəsi üzrə dəyən zərərin
və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi
üçün iki və ya daha çox sığorta
müqaviləsi ilə bir və ya bir neçə
sığortaçının öhdəlikləri
yarandıqda əvvəlcə icbari sığorta müqavilələri
üzrə sığorta ödənişləri verilməlidir.
Bu zaman könüllü sığorta müqaviləsi
bağlamış sığortaçı
sığortalı (sığorta olunan və ya faydalanan şəxs)
qarşısındakı öhdəliklərini öz istəyi
ilə icbari sığorta müqaviləsi bağlamış
sığortaçıdan əvvəl yerinə yetirə bilər.
Maddə 932. Sığorta
ödənişi barədə qərarın təxirə
salınması[541]
Sığorta
hadisəsi hesab edilə bilən hadisə ilə bağlı
mülki məsuliyyətin sığortası üzrə
üçüncü şəxs barəsində, digər
hallarda isə sığortalı və ya sığorta olunan
barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar
inzibati xəta üzrə iş və ya cinayət işi
başlanarsa, sığortaçı müvafiq sığorta
ödənişinin verilib-verilməməsi barədə qərarını
səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından
sonra qəbul edir.
Maddə 933. Sığorta
ödənişinin verilməsinin əsasları
933.1.
Sığorta ödənişi aşağıdakılardan
hər birinin mövcud olduğu halda həyata
keçirilir:[542]
933.1.1.
sığorta hadisəsi baş verdikdə,
sığortalının, sığorta olunanın və ya
faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə
tutulmuş müddətdə sığortaçıya
ünvanladığı sığorta tələbi;[543]
933.1.2.
sığorta hadisəsi hesab edilə bilən hadisə ilə
bağlı qanunvericiliyə uyğun olaraq, hər
hansı dövlət orqanına məlumat verilməlidirsə,
həmin orqanın hadisə barədə təqdim etdiyi
müvafiq sənəd;[544]
933.1.3. icbari sığorta qanunlarında
və müvafiq sığorta qaydalarında nəzərdə
tutulan, sığorta ödənişinin verilməsi
üçün tələb olunan digər sənədlər.[545]
933.2. Bu Məcəllənin
933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə
sığorta hadisələrinə şamil edilmir.
933.3. “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən
edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində
nəzərdə tutulmuş sənəd tələb edilmir.
Sağlamlığa zərər dəyməsi faktının
mövcud olduğu hallar istisna olmaqla, könüllü
sığorta müqaviləsi üzrə sığorta hadisəsi
nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə
müvafiq sığorta qaydalarında müəyyən
edilmiş həddən az olduqda, həmçinin
sığorta hadisəsinin baş vermə səbəbləri
və təfərrüatlarının təhrif edilməsi barədə
sığortaçıda hər hansı əsaslandırılmış
şübhə olmadıqda, sığorta ödənişinin
həyata keçirilməsi üçün bu Məcəllənin
933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd
tələb edilməyə bilər.[546]
Maddə 934.
Sığorta ödənişinin verilməsi[547]
934.1. Bu Məcəllənin
933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən
sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə
alınmaqla) sığortaçıya daxil olduğu tarixdən
7 iş günündən gec olmayaraq sığortaçı
sığorta ödənişini verməli, yaxud
sığortalıya, sığorta olunana və ya faydalanan
şəxsə sığorta ödənişinin verilməsindən
imtina haqqında yazılı şəkildə əsaslandırılmış
bildiriş təqdim etməlidir.
934.2. Sığortaçı
sığorta ödənişini icbari sığorta
qanunları və ya sığorta müqaviləsi ilə
müəyyən olunmuş müddətdə ödəmədikdə,
hər gecikdirilmiş gün üçün sığorta
ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə
pulu ödəyir.
Maddə 935. Sığorta
ödənişinin verilməsindən imtinanın əsasları
935.1. “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununda başqa
cür nəzərdə tutulmamışdırsa,
sığortaçı sığorta ödənişinin
verilməsindən aşağıdakı hallarda imtina edir:
935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin
tələblərinə əməl edilməməsi nəticəsində
sığortaçının hadisənin sığorta hadisəsi
olub-olmamasını müəyyənləşdirmək
imkanından məhrum olması;
935.1.2. bu Məcəllədə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş məsuliyyəti istisna edən
hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin
müvafiq hadisənin baş
verməsinə yönələn qəsdən etdiyi hərəkəti
və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində
olan qəsdən cinayət törətməsi;
935.1.3.
müqavilə və ya icbari
sığorta qanunları ilə hərbi risklərin
sığortalanması nəzərdə tutulmadıqda hadisənin
baş verməsinin hərbi əməliyyatlar və ya hərbi
xarakterli tədbirlər hesab edilən halların nəticəsi
olması;
935.1.4.
sığortalının sığortalanmış əmlaka
dəyən zərərin qarşısını almaq və
ya həcmini azaltmaq üçün lazımi və
mümkün tədbirləri görmək iqtidarında
olduğu halda, həmin tədbirləri qəsdən görməməsi;
bu zaman sığorta ödənişindən o həcmdə
imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri
görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə
azalmış olardı;
935.1.5. zərər dəymiş əmlakın
sığortaçıya təqdim edilməsi ilə
bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət
edilməməsinin sığortaçını zərərin
həcmini müəyyənləşdirmək imkanından tam
və ya qismən məhrum etməsi;
935.1.6. bu Məcəllənin
935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta
predmeti, həmçinin sığorta olunan şəxs və
(və ya) sığorta hadisəsi barəsində
sığortalının sığortaçıya qəsdən
yanlış məlumat verməsi nəticəsində
sığortaçının sığorta riskini qiymətləndirmək,
həmçinin sığorta hadisəsinin səbəblərini
və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək
imkanından tam və ya qismən məhrum olması;
935.1.7. əmlakın
sığortası üzrə sığortalı,
sığorta olunan və ya faydalanan şəxsin zərərin
əvəzini tam olaraq zərər dəyməsində təqsirli
olan şəxsdən alması; zərərvuran zərərin
əvəzini qismən ödəmiş olduqda sığorta
ödənişindən ödənilmiş məbləğ
həcmində imtina edilir.
935.1.8. baş
vermiş hadisənin icbari
sığorta qanunlarına və ya sığorta
müqaviləsinə görə sığorta hadisəsi
hesab edilməməsi;
935.1.9. sığorta haqqının
növbəti hər hansı bir hissəsinin müqavilədə
nəzərdə tutulmuş ödənilməsi müddəti
başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin
903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə
sığortaçının müəyyən etdiyi müddətin
başa çatmasından 3 gün sonra sığorta hadisəsinin
baş verməsi halında sığorta haqqının
müvafiq hissəsi ödənilməmiş olduqda;
935.1.10. icbari sığorta
qanunlarında nəzərdə tutulmuş digər hallarda.
935.2. Bu Məcəllənin
911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların
yanlışlığı sığorta müqaviləsi
bağlanarkən sığortaçıya məlum olduqda və
ya sığortalı yanlış məlumatların verilməsində
təqsirli olmadıqda, habelə
tələb olunan məlumata sığortalının cavab
verməməsinə baxmayaraq sığorta müqaviləsi
bağlanmış olduğu halda sığortaçı
sığorta ödənişinin verilməsindən imtina
üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın
verilməməsi faktına əsaslana bilməz.
935.3. Bu Məcəllənin
935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda
sığortaçı zərərin həcmini müəyyənləşdirmək
imkanından tam və ya qismən məhrum olduqda belə,
aşkar faktlarla sübut olunan həcmdə sığorta
ödənişindən imtina edə bilməz.[548]
935.4. Bu Məcəllədə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş məsuliyyəti istisna edən
hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə
yönələn, sığorta müqaviləsi üzrə
sığortalı və (və ya) sığorta olunan hesab
edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti
və ya hərəkətsizliyi nəticəsində baş
verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini
almaq hüququndan məhrum olur.
Maddə 936. Subroqasiya hüququ
936.1. Subroqasiya
hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə
alınmaqla, sığorta ödənişi almış şəxsin
ona dəymiş zərərə görə məsuliyyət
daşıyan üçüncü şəxsə
qarşı malik olduğu hüquqlardan və vasitələrdən
həmin ödənişi vermiş
sığortaçının istifadə etmək
hüququdur.[549]
936.2. Faydalanan
şəxsin zərərvuran şəxsə qarşı zərərin
əvəzini ödəmək tələbi (iddiası) ilə
bağlı hüquq əmlak sığortası üzrə
sığorta ödənişini vermiş sığortaçıya
subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi
məbləğində keçir.
936.3. Faydalanan
şəxs sığorta ödənişini aldıqda
subroqasiya hüququnun həyata keçirilməsi
üçün özündə olan bütün lazımi sənədlərlə
sığortaçını təmin etməlidir.
936.4. Faydalanan
şəxs zərərvuran şəxsə qarşı
iddiadan və ya tələbi təmin edən hüquqlardan,
yaxud lazımi sənədləri sığortaçıya
verməkdən imtina etdikdə sığortaçı
sığorta ödənişi verməkdən zərərvuran
şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ
həcmində azad edilir.
936.5.
Sığortaçı subroqasiya hüququndan zərərvuran
şəxsin özünə və (və ya) müvafiq
sığorta hadisəsi ilə bağlı risklər üzrə
həmin şəxsin məsuliyyətini
sığortalamış sığortaçıya, həmçinin
qanunvericiliyə əsasən dəyən zərərə
görə sığortalı və ya faydalanan şəxs
qarşısında maddi məsuliyyət daşıya bilən
digər şəxsə qarşı istifadə edə bilər.[550]
936.6. Həyat
sığortası siniflərinə və fərdi qəza
sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq
edilmir.
§4. Sığorta vasitəçiliyi
Maddə 937. Sığorta
münasibətlərində sığorta vasitəçilərinin
iştirakı
937.1.
Sığorta (təkrarsığorta) müqaviləsi tərəflər
arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin
- sığorta agentlərinin və ya sığorta brokerlərinin
xidmətindən istifadə etməklə bağlana bilər. Aqrar sığorta müqaviləsi “Aqrar
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş vasitəçi aqrar
sığortaçıların xidmətindən istifadə
etməklə bağlanır.[551]
937.2.
Sığortaçı aşağıdakı sığorta
əməliyyatlarında onun adından çıxış
edən sığorta agentinin vasitəçilik xidmətlərindən
tapşırıq müqaviləsi
bağlamaqla istifadə edə bilər:[552]
937.2.1.
sığorta müqavilələrinin bağlanması və
bununla əlaqədar sövdələşmələrin
aparılması;
937.2.2.
sığorta müqaviləsinin davam etdirilməsi və ya
yenilənməsi ilə bağlı sövdələşmələrin
aparılması.
937.2–1. Sığortaçı
ilə sığorta agenti arasında bağlanan vasitəçilik
xidmətinin göstərilməsi üzrə
tapşırıq müqaviləsində
aşağıdakılar əks olunmalıdır: [553]
937.2–1.1. tapşırıq
müqaviləsinin nömrəsi və tarixi;
937.2–1.2.
sığortaçının adı və ünvanı;
937.2–1.3. sığorta agenti
fiziki şəxs olduqda onun adı, atasının adı,
soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin
seriya və nömrəsi, lisenziyasının seriya və
nömrəsi və VÖEN-i;
937.2–1.4. sığorta agenti
hüquqi şəxs olduqda onun adı, olduğu yer,
lisenziyasının seriya və nömrəsi, VÖEN-i,
müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə
məşğuldursa, icra orqanının rəhbərinin, əsas
fəaliyyəti digər fəaliyyət növüdürsə,
icra orqanının rəhbəri ilə yanaşı, “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş attestasiyadan keçmiş işçilərinin adı,
soyadı və atasının adı;[554]
937.2–1.5. tapşırıq
müqaviləsinin predmeti;
937.2–1.6. sığorta agentinin
müştərilərə təklif edəcəyi
sığorta növlərinin siyahısı;
937.2–1.7. tapşırıq
müqaviləsi üzrə sığorta agentinə ödənilməli
olan komisyon muzdun məbləği;
937.2–1.8. tərəflərin
hüquq və vəzifələri;
937.2–1.9. müqavilə şərtlərini
pozmağa görə tərəflərin məsuliyyəti;
937.2–1.10. tapşırıq
müqaviləsinin qüvvədə olduğu ərazi;
937.2–1.11. tapşırıq
müqaviləsinin qüvvədə olduğu müddət;
937.2–1.12. tərəflərin rekvizitləri.
937.3.
Sığorta brokeri sığortalını (təkrarsığortalını)
sığortaçı (təkrarsığortaçı) ilə
münasibətlərdə təmsil etməklə
aşağıdakı sığorta əməliyyatlarında
tapşırıq müqaviləsi
əsasında vasitəçilik edə bilər:[555]
937.3.1.
sığorta (təkrarsığorta) müqavilələrinin
bağlanması və bununla əlaqədar sövdələşmələrin
aparılması;
937.3.2.
sığorta (təkrarsığorta) müqavilələrinin
davam etdirilməsi və ya yenilənməsi ilə
bağlı sövdələşmələrin
aparılması;
937.3.3.
sığorta (təkrarsığorta) müqavilələrinin
həyata keçirilməsi, o cümlədən
sığorta (təkrarsığorta) tələbləri və
sığorta ödənişləri üzrə sövdələşmələrin
aparılması və (və ya) məsləhətlərin
verilməsi.
Maddə 938. Sığorta və ya təkrarsığorta
müqavilələrinin sığorta vasitəçiliyi ilə
bağlanması
938.1.
Sığorta müqaviləsi sığorta agenti vasitəsilə
bağlandıqda sığorta agenti müqaviləni həmin
sığortaçının adından yalnız onun
yazılı qaydada verdiyi səlahiyyət əsasında
imzalaya bilər.
938.2.
Sığorta (təkrarsığorta) müqaviləsi
sığorta brokeri vasitəsilə bağlandıqda
müqavilə sığortaçı və
sığortalı tərəfindən və ya
sığortalının (təkrarsığortalının)
yazılı qaydada verdiyi səlahiyyət əsasında
sığorta brokeri tərəfindən imzalana bilər.
938.3.
Sığorta (təkrarsığorta) müqaviləsi
sığorta vasitəçiliyi ilə bağlandıqda həmin
müqavilədə müvafiq olaraq sığorta agentinin və
ya sığorta brokerinin adı, (fiziki şəxsdirsə, həmçinin
soyadı) və ünvanı göstərilməlidir.
938.4. Bu Məcəllənin 911.2-ci maddəsinə
uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta
müqaviləsi bağlandıqdan sonra meydana çıxan hər
hansı dəyişiklik barədə məlumatlandırılmış
sığorta vasitəçisi həmin məlumatı
aldığı tarixdən 1 gün müddətində
sığortaçıya çatdırmalıdır.[556]
Maddə 938–1.
Sığorta vasitəçisinin sığorta müqaviləsinin
bağlanmasından əvvəl sığortalıya
açıqlamalı olduğu məlumatlar[557]
938–1.0. Sığorta vasitəçiliyi
ilə bağlanan hər bir sığorta müqaviləsinin
bağlanmasından, yenilənməsindən və ya ona dəyişikliklər
edilməsindən əvvəl sığorta vasitəçisi
sığorta etdirən şəxsi ən azı
aşağıdakı məlumatlarla təmin etməlidir:
938–1.0.1. özünün
adı və yaşayış yeri (hüquqi şəxslər
üçün – olduğu yer);
938–1.0.2. daxil edildiyi reyestr və
həmin reyestrdən onun barəsində informasiya əldə
etməyin üsulları;
938–1.0.3. sığorta
müqaviləsinin tərəfi kimi təklif edilən
sığortaçı ilə səhmdar, aidiyyəti şəxs və
ya asılı cəmiyyət münasibətlərində
olub-olmaması; [558]
938–1.0.4. sığorta vasitəçilərindən
şikayət vermək hüququ və proseduru, həmçinin
şikayətin üsulları və təqdim etmə vasitələri;
938–1.0.5. sığorta vasitəçiliyini
bir və ya bir neçə sığortaçı ilə
bağladığı tapşırıq müqaviləsi
üzrə öhdəlikləri əsasında (həmin
sığortaçıların adı, ünvanı,
sığorta bazarındakı mövqeyi barəsində obyektiv
məlumat verməklə) və ya belə bir müqavilə
olmadan həyata keçirməsi;
938–1.0.6. sığorta etdirənin tələbinə
və ehtiyacına uyğun olan sığorta növləri əsasında
verilən təminatlar.
Maddə 939. Sığorta brokerinin
sığorta müqaviləsinin tərəflərini sənədlərlə
təmin etməsi
939.1.
Sığorta brokeri onun vasitəsilə bağlanan
sığorta müqaviləsini tərəflərdən
sonuncusunun imzaladığı tarixdən etibarən 3 gün
müddətində sığortalını həmin
müqavilənin nüsxəsi və (və ya) müvafiq
sığorta şəhadətnaməsi ilə, bu
mümkün olmadıqda isə müvafiq sığorta
müqaviləsinin nüsxəsinin, yaxud sığorta şəhadətnaməsinin
sığortalıya verilməsinədək qüvvədə
olan, bu Məcəllənin 940-cı maddəsində nəzərdə
tutulmuş təminat şəhadətnaməsi ilə təmin
etməlidir.
939.2.
Sığorta brokeri onun vasitəsilə bağlanan təkrarsığorta
müqaviləsini tərəflərdən sonuncusunun
imzaladığı tarixdən etibarən 10 gün müddətində
təkrarsığortalını müvafiq təkrarsığorta
müqaviləsinin nüsxəsi və ya bu Məcəllənin
940-cı maddəsində nəzərdə tutulmuş təminat
şəhadətnaməsi ilə təmin etməlidir.
939.3.
Sığorta brokeri vasitəsilə bağlanan sığorta
(təkrarsığorta) müqaviləsi üzrə riskləri
qəbul edən və ya bölüşən
sığortaçı (təkrarsığortaçı) həmin
müqavilə üzrə istənilən məlumatı
sığorta brokerindən tələb edə bilər.
Maddə 940. Təminat şəhadətnaməsi
940.1. Təminat
şəhadətnaməsi sığorta brokerinin
sığortalıya (təkrarsığortalıya) verdiyi və
sığorta risklərinin yerləşdirilməsini təsdiq
edən sənəddir.
940.2. Təminat
şəhadətnaməsində aşağıdakılar
göstərilməlidir:
940.2.1.
sığorta (təkrarsığorta) müqaviləsi üzrə
riskləri qəbul edən və ya bölüşən
sığortaçının (təkrarsığortaçının)
tam adı və ünvanı;
940.2.2.
sığortalının (təkrarsığortalının)
tam adı və ünvanı;
940.2.3.
sığorta müqaviləsinin qüvvədə olduğu
müddət və ərazi;
940.2.4.
sığorta (təkrarsığorta) müqaviləsi üzrə
təminat verilən sığorta riskləri;
940.2.5.
sığortaçının (təkrarsığortaçının)
qəbul etdiyi və ya bölüşdüyü
sığorta və ya təkrarsığorta riskinə
uyğun olan sığorta (təkrarsığorta) məbləğinin
hər bir sığorta predmeti və ya onun hissəsinə,
yaxud hər bir sığorta olunana münasibətdə
ayrı-ayrı risklər üzrə miqdarı;
940.2.6.
sığorta (təkrarsığorta) haqqının ümumi
və hər bir sığorta predmeti üzrə məbləği
və ödənilməsi qaydası.
940.3.
Sığorta riski bir neçə sığortaçıda
(təkrarsığortaçıda) yerləşdirildikdə,
bu Məcəllənin 940.2.3-940.2.6-cı maddələrində
nəzərdə tutulmuş məlumatlar hər bir
sığortaçıya (təkrarsığortaçıya)
münasibətdə ayrılıqda göstərilməlidir.
Maddə 941. Sığorta vasitəçilərinin
sığorta haqqı və sığorta ödənişlərinin
ödənilməsində iştirakı
941.1.
Sığorta agenti sığortaçının adından
sığorta haqqını onun yazılı qaydada verdiyi səlahiyyət
əsasında qəbul edə bilər.
941.2.
Sığorta (təkrarsığorta) müqaviləsi
sığorta brokeri vasitəsilə bağlandıqda onunla
sığortalı (təkrarsığortalı) və (və
ya) sığortaçı (təkrarsığortaçı)
arasında bağlanmış vasitəçilik xidməti
üzrə müqavilədən asılı olaraq,
sığortalı (təkrarsığortalı)
sığorta (təkrarsığorta) haqqını
sığortaçıya (təkrarsığortaçıya)
birbaşa, yaxud sığorta brokeri vasitəsilə ödəyə
bilər.
941.3.
Sığorta (təkrarsığorta) haqqı sığorta
brokerinə daxil olduğu andan müvafiq sığorta (təkarsığorta)
müqaviləsi üzrə ödənilmiş hesab edilir.
941.4.
Sığorta brokeri ona sığorta (təkrarsığorta)
haqqı kimi ödənilən pul vəsaitlərini
“sığorta haqqı hesabı” formasında,
digər hesablardan ayrı və fərqli olan bank hesabında
sığortaçıya (təkrarsığortaçıya)
ödənilmək məqsədilə saxlayır və bu vəsaitləri
digər məqsədlər üçün istifadə edə
bilməz.[559]
941.5.
Sığorta haqqını qəbul etmiş sığorta
vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş
günü müddətində tam həcmdə müvafiq
sığortaçının müvafiq bank hesabına
köçürməlidir. Təkrarsığorta
haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı
ilə razılaşdırılmış müddətdə
və qaydada həmin təkrarsığortaçının
müvafiq bank hesabına köçürməlidir.
Sığorta vasitəçisi sığorta (təkrarsığorta)
haqqının bu Məcəllənin 941.5-ci maddəsinin
birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə
sığortaçıya (təkrarsığortaçıya)
köçürülməməsinə görə hər
gecikdirilmiş gün üçün köçürülməmiş
məbləğin 0,1 faizi həcmində dəbbə pulu
ödəyir.
941.6.
Sığorta brokeri ilə təkrarsığortaçı
arasındakı müvafiq müqaviləyə əsasən
müəyyən edilmiş komisyon muzd məbləği təkrarsığorta
haqqının bu Məcəllənin 941.5-ci maddəsində nəzərdə
tutulmuş qaydada köçürülməsi zamanı, təkrarsığorta
haqqından çıxıla bilər.[560]
941.7.
Sığorta brokeri sığortaçı (təkrarsığortaçı)
tərəfindən sığorta ödənişləri ilə
bağlı ona ödənilən pul vəsaitlərini
“sığorta ödənişi hesabı” kimi müəyyən
edilən, digər hesablardan ayrı və fərqli olan bank
hesabında sığortalıya (təkrarsığortalıya)
və ya faydalanan şəxsə ötürülmək məqsədilə
saxlayır və bu vəsaiti digər məqsədlər
üçün istifadə edə bilməz.
941.8.
Sığorta brokeri bu Məcəllənin 941.7-ci maddəsində
nəzərdə tutulmuş vəsaitləri sığorta
ödənişi hesabına daxil olduğu tarixdən etibarən
3 gündən gec olmayaraq müvafiq sığortalıya (təkrarsığortalıya)
və ya faydalanan şəxsə ötürməlidir.
Maddə 942. Sığorta vasitəçilərinin
sığortalı və ya təkrarsığortalı
qarşısında subsidiar öhdəliyi
Sığorta
vasitəçisi onun vasitəçiliyi ilə müvafiq
hallarda sığorta və ya təkrarsığorta fəaliyyətinə
lisenziyası olmayan şəxslə bağlanmış
sığorta və ya təkrarsığorta müqaviləsinə,
yaxud müvafiq sığorta növünün
aparılmasına icazəsi olmayan sığortaçı ilə
bağlanmış sığorta müqaviləsinə görə,
həmçinin bu Məcəllənin 941.5-ci və 941.8-ci
maddələrinə əməl etməməsi üzündən
sığortalının (təkrarsığortalının)
mənafelərinin pozulmasına görə onun
qarşısında həmin sığorta (təkrarsığorta)
müqaviləsində sığortaçıya (təkrarsığortaçıya)
aid nəzərdə tutulan vəzifələrin yerinə
yetirilməsi üzrə sığortaçı (təkrarsığortaçı)
kimi subsidiar öhdəlik daşıyır.
51 – ci fəsil.
Bank əmanəti
Maddə 943. Bank əmanəti
haqqında ümumi müddəa
Bu Məcəllənin
bu fəslinin banklara aid qaydaları hüquqi şəxslərdən
əmanətlər (depozitlər) qəbul edən digər
kredit təşkilatlarına və poçt rabitəsinin milli
operatoruna da tətbiq olunur.
Maddə 944. Bank əmanəti
müqaviləsi
944.1. Bank əmanəti
(depozit) müqaviləsinə görə bir tərəf (bank)
başqa tərəfdən (əmanətçidən) və
ya başqa tərəf (əmanətçi) üçün
daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək
müqavilədə nəzərdə tutulmuş şərtlərlə
və qaydada əmanət məbləğini əmanətçiyə
qaytarmağı və onun üçün faizlər ödəməyi
öhdəsinə götürür.
944.2. Əmanətin
qoyulduğu hesab üzrə bank ilə əmanətçinin
münasibətlərinə bank hesabı müqaviləsi
haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin
bu fəslinin müddəalarında ayrı hal nəzərdə
tutulmasın və ya bank əmanəti müqaviləsinin
mahiyyətindən ayrı hal irəli gəlməsin.[561]
Maddə 945. Pul vəsaitini əmanətlərə
cəlb etmək hüququ
945.1. Pul vəsaitini
əmanətlərə cəlb etmək hüququna qanunla
müəyyənləşdirilmiş qaydada verilən
xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ
çatan banklar və poçt rabitəsinin milli operatoru malikdirlər.[562]
945.2. Hüququ
çatmayan şəxs tərəfindən və ya qanunla
müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun
qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən
əmanət qəbul olunduqda əmanətçi əmanət
məbləğinin dərhal qaytarılmasını, habelə
onun üçün faizlər ödənilməsini və
bundan əlavə, əmanətçiyə vurulmuş
bütün zərərin əvəzinin verilməsini tələb
edə bilər. Belə bir şəxs bank əmanəti
müqaviləsinin şərtləri əsasında hüquqi
şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür
müqavilə etibarsızdır.[563]
945.3. Əgər
qanunla ayrı qayda müəyyənləşdirilməyibsə,
bu Məcəllənin 945.2-ci maddəsində nəzərdə
tutulmuş nəticələr aşağıdakı hallarda
da tətbiq olunur:
945.3.1. fiziki və
hüquqi şəxslərin pul vəsaiti onlara
buraxılması qanunsuz sayılmış səhmlər və
digər qiymətli kağızlar satmaq yolu ilə cəlb
olunduqda;
945.3.2. fiziki
şəxslərin pul vəsaiti əmanət sahiblərinin əmanəti
ilk tələb üzrə almasını və bu Məcəllənin
bu fəslinin qaydalarında nəzərdə tutulmuş digər
hüquqları həyata keçirməsini istisna edən
veksellər və ya başqa qiymətli kağızlar
müqabilində əmanətlərə cəlb olunduqda.
Maddə 946. Bank əmanəti
müqaviləsinin forması
946.1. Bank əmanəti
müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti
müqaviləsinin yazılı formasına o halda riayət
olunmuş sayılır ki, əmanətin qoyulması bank
kitabçası ilə, bank və ya depozit sertifikatı ilə
və ya bank tərəfindən əmanətçiyə
verilmiş digər sənədlə, özü də qanunda
bu cür sənədlər üçün nəzərdə
tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş
bank qaydalarına və bank praktikasında tətbiq olunan
işgüzar dövriyyə adətlərinə uyğun gələn
sənədlə təsdiq edilsin.[564]
946.2. Bank əmanəti
müqaviləsinin yazılı formasına riayət edilməməsi
bu müqavilənin etibarsızlığına səbəb
olur. Belə müqavilə əhəmiyyətsizdir.
Maddə 947. Əmanətlərin
növləri
947.1. Bank əmanəti
müqaviləsi əmanətin ilk tələb üzrə
verilməsi şərti ilə (tələbli əmanət) və
ya əmanətin müqavilədə müəyyənləşdirilmiş
müddət qurtardıqdan sonra şərti ilə (müddətli
əmanət) bağlanır. Müqavilədə əmanətlərin
qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə də
qoyulması nəzərdə tutula bilər.
947.2. İstənilən
növ bank əmanəti müqaviləsinə görə bank
əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin
ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini
isə ən geci beş bank günü müddətində
verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə
tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin
qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki
şəxsin əmanəti ilk tələb üzrə almaq
hüququndan imtina etməsi haqqında müqavilənin şərti
əhəmiyyətsizdir.[565]
947.3. Tələbli
əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət
müddət qurtaranadək və ya bank əmanəti
müqaviləsində göstərilmiş ayrı hallar
baş verənədək əmanətçinin tələbi
ilə ona qaytarıldıqda əmanət üzrə faizlər
bankın tələbli əmanətlər üzrə ödədiyi
faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə
ki, müqavilədə faizlərin ayrı miqdarı nəzərdə
tutulmasın.
947.4. Əmanətçinin
müddətli əmanətin məbləğini müddət
qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri
ilə qoyulmuş əmanətin məbləğini müqavilədə
nəzərdə tutulmuş hallar baş verdikdən sonra
qaytarmağı tələb etmədiyi hallarda müqavilə
tələbli əmanətin şərtləri ilə
uzadılmış sayılır, bu şərtlə ki,
müqavilədə ayrı qayda nəzərdə
tutulmasın.
Maddə 948. Əmanətin məbləği
üçün faizlər
948.1. Bank əmanətçiyə
əmanətin məbləği üçün bank əmanəti
müqaviləsi ilə müəyyənləşdirilmiş
miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən
faizlərin miqdarı haqqında şərtlər olmadıqda
bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə
uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.
948.2. Əgər
bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bankın tələbli əmanətlər
üçün ödənilən faizlərin
miqdarını dəyişməyə ixtiyarı vardır.
Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni
miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə
məlumat verilənədək qoyulmuş əmanətlərə
həmin məlumatın verildiyi andan bir ay keçəndən
sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə
ayrı qayda nəzərdə tutulmasın.
948.3. Fiziki
şəxs əmanəti müəyyən müddət
qurtardıqdan sonra və ya müqavilədə nəzərdə
tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri
ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti
müqaviləsində müəyyənləşdirilmiş
miqdarı bank tərəfindən birtərəfli qaydada
azaldıla bilməz. Əgər müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə
bağladığı bu cür bank əmanəti müqaviləsi
üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə
bilməz.
Maddə 949. Əmanətin məbləğinə
faizlərin hesablanması və ödənilməsi qaydası
949.1. Bank əmanətinin
məbləğinə faizlər bu məbləğin banka
daxil olduğu günün ertəsi günündən məbləğin
əmanətçiyə qaytarılmasından və ya
başqa əsaslarla əmanətçinin hesabından silinməsindən
əvvəlki günədək hesablanır. Bu qayda bir
günlük depozitlərə tətbiq edilmir.
949.2. Əgər
bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bank əmanəti məbləğinə
hesablanan faizlər əmanətçiyə hər rüb
başa çatdıqdan sonra onun tələbi ilə əmanətin
məbləğindən ayrılıqda ödənilir, həmin
müddətdə tələb olunmamış faizlər isə
üstünə faizlər hesablanan əmanətin məbləğini
artırır. Əmanət qaytarıldıqda həmin anadək
hesablanmış bütün faizlər ödənilir.
Maddə 950. Əmanətin
qaytarılmasının təmin edilməsi
950.1. Banklar
fiziki şəxslərin əmanətlərinin
qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə
tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.
Nizamnamə kapitalında iştirak paylarının və ya
səhmlərin əlli faizindən çoxunun Azərbaycan
Respublikasına və ya bələdiyyələrə mənsub
olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin
qaytarılmasına, bundan əlavə, əmanətçinin
banka qarşı tələbləri üzrə onların bu Məcəllənin
453-cü maddəsində nəzərdə tutulmuş qaydada
subsidiar məsuliyyəti ilə qarantiya verilir. [566]
950.2. Bank tərəfindən
hüquqi şəxslərin əmanətlərinin
qaytarılması üsulları bank əmanəti müqaviləsi
ilə müəyyənləşdirilir.
950.3. Bank əmanəti
müqaviləsi bağlanarkən bank əmanətin
qaytarılmasının necə təmin ediləcəyi barədə
əmanətçiyə məlumat verməlidir.
950.4. Bank əmanətin
qaytarılmasının təmin edilməsi üçün
bank əmanəti müqaviləsində nəzərdə
tutulmuş vəzifələri yerinə yetirmədikdə,
habelə əmanətin qaytarılması üçün təminat
itirildikdə və ya onun şərtləri pisləşdikdə,
əmanətçi bankdan əmanət məbləğini dərhal
qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə
uyğun müəyyənləşdirilmiş miqdarda faizlər
ödəməyi və vurulmuş zərərin əvəzini
verməyi tələb edə bilər.
Maddə 951. Əmanətçinin
hesabına üçüncü şəxslərin pul vəsaiti
qoyması
Əgər bank
əmanəti müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, əmanətçinin əmanət üzrə
hesabına dair lazımi məlumat göstərilməklə
banka onun adına üçüncü şəxslərdən
daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil
edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi
həmin şəxslərdən pul vəsaiti almağa
razılığını ifadə edərək, onlara əmanət
üzrə hesaba dair lazımi məlumat vermişdir.
Maddə 952.
Üçüncü şəxslərin xeyrinə əmanətlər
952.1. Əmanət
banka müəyyən üçüncü şəxsin
adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində
ayrı müddət nəzərdə tutulmayıbsa, həmin
şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka
verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini
başqa üsulla banka bildirdiyi andan əmanətçi
hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin
və ya hüquqi şəxsin adının göstərilməsi
müvafiq bank əmanəti müqaviləsinin mühüm
şərtidir. Müqavilənin bağlandığı vaxt
sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan
hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi
əhəmiyyətsizdir.
952.2. Bank əmanəti
müqaviləsi bağlamış şəxs onun əmanət
üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində
əmanətçi hüquqlarından üçüncü
şəxs əmanətçi hüquqlarından istifadə
etmək niyyətini bildirənədək istifadə edə
bilər.
952.3.
Üçüncü şəxsin xeyrinə müqavilə
haqqında qaydalar üçüncü şəxsin xeyrinə
bank əmanəti müqaviləsinə bu şərtlə tətbiq
edilir ki, belə tətbiq bu maddənin qaydalarına və bank
əmanətinin mahiyyətinə zidd olmasın.
Maddə 953. Bank
kitabçası
953.1. Əgər
tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə
tutulmayıbsa, fiziki şəxslə bank əmanəti
müqaviləsinin bağlanması və onun əmanət
üzrə hesabına pul vəsaitinin qoyulması bank
kitabçası ilə təsdiq olunur. Bank əmanəti
müqaviləsində adlı bank kitabçasının və
ya adsız bank kitabçasının verilməsi nəzərdə
tutula bilər. Bank kitabçasında bankın adı və
olduğu yer, əmanət filiala qoyulduqda isə həm də
müvafiq filialın adı və olduğu yer, əmanət
üzrə hesabın nömrəsi, habelə hesaba
köçürülmüş pul vəsaitinin bütün
məbləğləri, hesabdan silinmiş pul vəsaitinin
bütün məbləğləri və bank kitabçasının
banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin
qalığı göstərilməli və bank tərəfindən
təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə,
bank kitabçasında göstərilmiş əmanət
haqqında məlumatlar bankla əmanətçi arasında əmanət
üzrə hesablaşmalar üçün əsasdır.
953.2. Bank əmanətin
verilməsini, əmanət üzrə faizlərin ödənilməsini
və əmanət üzrə hesabdan pul vəsaitinin digər
şəxslərə köçürülməsinə dair
əmanətçinin sərəncamlarının
icrasını bank kitabçası təqdim olunduqda həyata
keçirir. Adlı bank kitabçası itirildikdə və
ya təqdim olunmaq üçün yararsız vəziyyətə
düşdükdə, əmanətçinin ərizəsi
üzrə bank ona yeni bank kitabçası verir.
İtirilmiş adsız sənədli bank kitabçası üzrə
hüquqların bərpası adsız qiymətli
kağızlar üçün nəzərdə tutulmuş
qaydada həyata keçirilir.[567]
953.3. Bank, bank
kitabçasını qeyri-qanuni yollarla və ya itirmə nəticəsində
əldə etmiş şəxslə həmin kitabça
üzrə hesablaşma apararsa, məsuliyyətdən azad
olunur, bu şərtlə ki, həmin hallar barədə məlumata
malik olmasın. Lakin, əgər bank kobud ehtiyatsızlıq
üzündən belə məlumata malik olmazsa, məsuliyyətdən
azad edilmir.[568]
953.4. Banka
qarşı olan tələbi bu Məcəllə ilə
müəyyən edilmiş qaydada həmin tələbin
güzəşti yolu ilə əldə etmiş yeni kreditor,
ona bank kitabçasının verilməsini tələb edə
bilər.[569]
52 – ci fəsil.
Bank hesabı
Maddə 954. Bank hesabı
müqaviləsi
954.1. Bank
hesabı müqaviləsinə görə bank müştəriyə
(hesabın sahibinə) açılmış hesaba daxil olan
pul vəsaitini qəbul etməyi və hesaba salmağı,
hesabdan müvafiq məbləğlərin
köçürülməsinə və verilməsinə,
hesab üzrə digər əməliyyatların
aparılmasına dair müştərinin sərəncamlarını
yerinə yetirməyi öhdəsinə götürür.
954.2. Bank hesabda
olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam
vermək hüququna qarantiya verməklə, bu vəsaitdən
istifadə edə bilər.
954.3. Bank
müştərinin pul vəsaitindən istifadə edilməsi
istiqamətlərini müəyyənləşdirə və
buna nəzarət edə bilməz, habelə müştərinin
pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək
hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə
tutulmamış digər məhdudiyyətlər qoya bilməz.[570]
954.4. Bu fəslin
banklara aid qaydaları verilmiş xüsusi icazəyə
(lisenziyaya) müvafiq surətdə bank hesabı müqaviləsi
bağlayan və icra edən başqa kredit təşkilatlarına
və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur. Maliyyə xidmətlərinin göstərilməsi
ilə bağlı mərkəzi depozitarın
açdığı və apardığı pul
hesablarına bu fəslin qaydaları “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla tətbiq
edilir.[571]
Maddə 955. Bank hesabı
müqaviləsinin forması
955.1. Bank
hesabı müqaviləsi yazılı formada bağlanır.
955.2. Bank
hesabı müqaviləsinin yazılı formasına riayət
edilməməsi bu müqavilənin
etibarsızlığına səbəb olur. Belə
müqavilə əhəmiyyətsizdir.
Maddə 956. Bank hesabı
müqaviləsinin bağlanması
956.1. Bank
hesabı müqaviləsi bağlanarkən müştəriyə
və ya onun göstərdiyi şəxsə tərəflərin
razılaşdırdığı şərtlərlə
bankda hesab açılır.
956.2. Bank həmin
növ hesabların açılması üçün
bankın elan etdiyi, qanunda nəzərdə tutulmuş və
qanuna əsasən bank qaydaları ilə müəyyənləşdirilmiş
tələblərə uyğun şərtlər əsasında
hesab açmaq təklifi ilə müraciət etmiş
müştəri ilə bank hesabı müqaviləsi
bağlamalıdır.
956.3. Hesab
üzrə müvafiq əməliyyatların aparılması
qanunla, bankın nizamnaməsi və ona verilmiş xüsusi
icazə (lisenziya) ilə nəzərdə tutulduqda, bankın
həmin hesabın açılmasından imtina etməyə
ixtiyarı yoxdur, amma belə imtinanın bank xidmətinə qəbul
etməyə bankın imkanının olmaması ilə
bağlı olduğu və ya buna qanunla, yaxud başqa
hüquqi aktlarla yol verildiyi hallar istisna təşkil edir.
956.4. Bank
hesabı müqaviləsinin bağlanmasından bank əsassız
boyun qaçırdıqda müştərinin onu müqavilə
bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə
müraciət etməyə ixtiyarı vardır. Bank hesabı
müqaviləsi bağlamaqdan əsassız boyun
qaçıran bank müştəriyə bununla vurulmuş zərərin
əvəzini ödəməlidir.
Maddə 957. Hesabda olan pul vəsaitinə
dair sərəncam vermək hüququnun təsdiqi
957.1. Hesabdan vəsaitin
köçürülməsi və verilməsi haqqında
müştərinin adından sərəncamlar verən şəxslərin
hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən
bank qaydaları və bank hesabı müqaviləsi ilə
müəyyənləşdirilmiş sənədlərin
müştəri tərəfindən banka təqdim
olunması yolu ilə təsdiq edilir.
957.2.
Üçüncü şəxslərin tələbi ilə,
o cümlədən müştərinin bu şəxslər
qarşısında öhdəliklərini yerinə yetirməsi
ilə bağlı tələbi üzrə müştəri
pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam
verə bilər. Bank belə sərəncamları bu şərtlə
qəbul edir ki, müvafiq tələb irəli sürülərkən
onu irəli sürməyə hüququ çatan şəxsi
eyniləşdirməyə imkan verən lazımi məlumatlar
həmin sərəncamlarda yazılı formada göstərilmiş
olsun.
957.3. Müqavilədə
hesabdakı pul məbləğlərinə dair sərəncam
hüququnun elektron ödəmə vasitələri və
öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və
sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən
verildiyini təsdiqləyən digər vasitələrdən
istifadə olunmaqla başqa sənədlər ilə təsdiq
edilməsi də nəzərdə tutula bilər.
957.4. Əgər
bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam
əsasında pul vəsaitini həmin hesabdan silərsə,
bunun üçün məsuliyyət daşıyır, bir
şərtlə ki, belə sərəncamın hesab sahibinin
öz təqsiri üzündən verildiyini sübut edə
bilməsin.[572]
Maddə 958. Bankın
apardığı hesab əməliyyatları
Bank müştəri
üçün həmin növ hesablardan ötrü qanunla,
qanuna əsasən müəyyənləşdirilmiş bank
qaydaları ilə və bank praktikasında tətbiq olunan
işgüzar dövriyyə adətləri ilə nəzərdə
tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə
ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə
tutulmasın.
Maddə 959. Hesab əməliyyatlarının
müddətləri
959.1.
Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini
həmin əməliyyat günündən (bankın
müştəri sərəncamlarının qəbulu və
bank əməliyyatlarının aparılması
üçün müəyyən etdiyi iş vaxtından) gec
olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda
ayrı qayda nəzərdə tutulmasın.[573]
959.2.
Müştərinin sərəncamı ilə bank müştərinin
pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün
ertəsi günündən gec olmayaraq verməli və ya
hesabdan köçürməlidir, bu şərtlə ki,
qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə
və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər
nəzərdə tutulmasın.[574]
Maddə 960. Hesabın kreditləşdirilməsi
960.1. Bank
hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin
olmadığına baxmayaraq, bankın ödənişləri
həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi)
bank bu cür ödənişi həyata keçirdiyi gündən
müştəriyə müvafiq məbləğdə kredit
vermiş sayılır.
960.2. Tərəflərin
hesabın kreditləşdirilməsi ilə bağlı
hüquq və vəzifələri borc və kredit haqqında
qaydalarla müəyyənləşdirilir, bu şərtlə
ki, bu Məcəllədə
və ya bank hesabı
müqaviləsində ayrı hal nəzərdə
tutulmasın.[575]
Maddə 961. Hesab əməliyyatlarının
aparılmasına bankın xidmətlərinin haqqının
ödənilməsi[576]
961.1. Bank hesabı müqaviləsində nəzərdə
tutulduğu halda, müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların
aparılması üzrə bank xidmətlərinin
haqqını ödəyir.[577]
961.2. Bu Məcəllənin
961.1-ci maddəsində nəzərdə tutulmuş bank xidmətlərinin
haqqını bank hər bir əqd başa çatdıqdan
sonra müştərinin hesabdakı pul vəsaitindən tuta
bilər, bu şərtlə ki, bank hesabı müqaviləsində
ayrı qayda nəzərdə tutulmasın.
Maddə 962. Pul vəsaitindən
bankın istifadə etməsi üçün faizlər
962.1. Əgər
bank hesabı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bank müştərinin hesabında olan pul vəsaitindən
istifadə etməsi üçün faizlər ödəyir və
bu faizlərin məbləği hesaba salınır.
962.2. Bu Məcəllənin
962.1-ci maddəsində göstərilən faizlər bank tərəfindən
bank hesabı müqaviləsində müəyyənləşdirilmiş
miqdarda, müqavilədə müvafiq şərt olmadıqda
isə bu bankın tələbli əmanət üzrə
müəyyənləşdirdiyi miqdarda ödənilir.
962.3. Faizlərin
məbləği müqavilədə nəzərdə
tutulmuş müddətlərdə, müqavilədə bu
cür müddətlər nəzərdə tutulmadıqda isə
hər rübün axırında hesaba salınır.
Maddə 963. Bankın və müştərinin
hesab üzrə qarşılıqlı tələblərinin
əvəzləşdirilməsi
963.1. Hesabın
kreditləşdirilməsi və bank xidmətlərinin
haqqının ödənilməsi ilə bağlı
bankın müştəriyə qarşı pul tələblərinə,
habelə pul vəsaitindən istifadə üçün faizlərin
ödənilməsi haqqında müştərinin banka
qarşı tələblərinə əvəzləşdirmə
yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı
müqaviləsində ayrı qayda nəzərdə
tutulmasın. Göstərilən tələblər bank tərəfindən
əvəzləşdirilir.
963.2. Bank
aparılmış əvəzləşdirmə haqqında
müştəriyə müqavilədə nəzərdə
tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər
müvafiq şərtləri razılaşdırmayıblarsa,
müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti
haqqında müştərilərə məlumat verilməsinin
bank praktikası üçün adi olan qaydada və müddətlərdə
məlumat verməlidir.
Maddə 964. Pul vəsaitinin
hesabdan silinməsinin əsasları
964.1. Hesabdan pul
vəsaitinin silinməsini bank müştərinin sərəncamına
əsasən həyata keçirir.
964.2.
Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin
silinməsinə məhkəmənin qərarı ilə,
habelə qanunla müəyyənləşdirilmiş və ya
bankla müştəri arasında müqavilədə nəzərdə
tutulmuş hallarda yol verilir.
Maddə 965. Hesabdan pul vəsaitinin
silinməsinin növbəliyi
965.1.
Hesabdakı pul vəsaitinin məbləği hesaba
qarşı irəli sürülən bütün tələbləri
ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin
silinməsi müştərinin sərəncamlarının və
hesabdan silməyə dair digər sənədlərin daxil
olduğu ardıcıllıqla (təqvim
ardıcıllığı) həyata keçirilir, bu şərtlə
ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
965.2. “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanununda başqa hal nəzərdə
tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını
və ona qarşı irəli sürülmüş
bütün tələbləri yerinə yetirməyə kifayət
etmədikdə hesabdan pul vəsaiti aşağıdakı
ardıcıllıqla silinir:[578]
965.2.1. birinci
növbədə həyata və ya sağlamlığa
vurulmuş zərərin ödənilməsi haqqında tələblərin,
habelə alimentlərin tutulması haqqında tələblərin
yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin
köçürülməsini və ya verilməsini nəzərdə
tutan ödəniş
sərəncamları və yaxud bu tələblərlə
bağlı icra sənədləri əsasında verilən
ödəniş sərəncamları üzrə hesabdan silmə həyata
keçirilir;[579]
965.2.2. ikinci
növbədə əmək müqaviləsi ilə işləyən
şəxslərə işdənçıxma müavinətlərinin
və əmək haqqının ödənilməsi üzrə
və müəlliflik müqaviləsinə görə
haqların ödənilməsi üzrə hesablaşmalar
üçün pul vəsaitinin köçürülməsini
və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və
yaxud bu tələblərlə bağlı icra sənədləri
əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə,
habelə bu məqsədlər üçün verilmiş
bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir;[580]
965.2.3.
üçüncü növbədə dövlət büdcəsinə,
məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta
haqları üzrə
büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları
üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin
büdcələrinə ödənişləri nəzərdə
tutan ödəniş sərəncamları üzrə hesabdan silmə həyata
keçirilir;[581]
965.2.4.
dördüncü növbədə verilmiş kreditlər
üzrə bankın tələblərinin yerinə yetirilməsini
nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə həyata
keçirilir;
965.2.5.
beşinci növbədə başqa pul tələblərinin
yerinə yetirilməsini nəzərdə tutan icra sənədi
əsasında
verilən ödəniş sərəncamı üzrə hesabdan silmə həyata
keçirilir;[582]
965.2.6.
altıncı növbədə təqvim
ardıcıllığı qaydasında digər ödəniş
sərəncamları üzrə hesabdan silmə həyata
keçirilir.[583]
965.3. “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanununda başqa hal nəzərdə
tutulmayıbsa, bir növbəyə
aid tələblər üzrə vəsait ödəniş sərəncamlarının daxil olmasının təqvim
ardıcıllığı qaydasında hesabdan silinir.[584]
Maddə 966. Hesab əməliyyatlarının
lazımınca aparılmaması üçün bankın məsuliyyəti
Müştəriyə
gələn pul vəsaitinin vaxtında hesaba
salınmadığı və ya bank tərəfindən əsassız
olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan
köçürülməsi və ya hesabdan verilməsi
haqqında müştərinin göstərişlərinin
lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ
üçün bu Məcəllənin 449-cu maddəsində
nəzərdə tutulmuş qaydada və miqdarda faizlər
ödəməlidir.
Maddə 967. Bank sirri
967.1. Bank
hesabının və bank əmanətinin, hesab əməliyyatlarının
və müştəri haqqında məlumatların sirrinə
bank qarantiya verir.
967.2.
Bank sirrini təşkil edən məlumatlar müştərinin
özünə və nümayəndəsinə verilir. Belə
məlumatlar digər şəxslərə yalnız “Banklar
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda və qaydada verilir.[585]
967.3. Bank sirri təşkil
edən məlumatlar bank tərəfindən
açıqlandığı halda hüquqları pozulmuş
müştəri bankdan vurulmuş zərərin əvəzini
ödəməyi tələb edə bilər.
Maddə 968. Hesaba dair sərəncam
verilməsinin məhdudlaşdırılması
Müştərinin
hesabdakı pul vəsaitinə dair sərəncam vermək
hüquqlarının məhdudlaşdırılmasına yol
verilmir, amma qanunda nəzərdə tutulan hallarda məhkəmənin
qərarı ilə hesabdakı pul vəsaiti üzərinə
həbs qoyulduğu və ya hesab əməliyyatlarının
dayandırıldığı, habelə “Daşınar əmlakın
yüklülüyü haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. [586]
Maddə 969. Bank hesabı
müqaviləsinin ləğvi
969.1. Bank
hesabı müqaviləsi müştərinin ərizəsi
üzrə istənilən vaxt ləğv edilir.
969.2. Əgər
bank hesabı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, bankın tələbi ilə bank hesabı
müqaviləsi məhkəmə tərəfindən
aşağıdakı hallarda ləğv edilə bilər:
969.2.1.
müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği
bank qaydaları və ya müqavilə ilə nəzərdə
tutulmuş minimum miqdardan az olduqda, bir şərtlə ki, belə
məbləğ bankın bu barədə xəbərdarlıq
etdiyi gündən bir ay ərzində bərpa edilməmiş
olsun;
969.2.2. bir il ərzində
həmin hesab üzrə əməliyyatlar aparılmadıqda,
bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə
tutulmasın.
969.2.3. ciddi əsaslar
olduqda, xüsusilə də bank hesabı sahibinin bank
hesabından qeyri-leqal məqsədlər üçün
istifadə etməsi sübut edilsin.[587]
969.3.
Hesabdakı pul vəsaitinin qalığı müştəriyə
verilir və ya müştərinin göstərişi ilə
onun müvafiq yazılı ərizəsinin
alındığı gündən ən geci yeddi gün
keçənədək başqa hesaba
köçürülür.
969.4. Bank
hesabı müqaviləsinin ləğv edilməsi müştərinin
hesabının bağlanması üçün əsasdır.
Maddə 970. Bankların
hesabları
Əgər
qanunla, başqa hüquqi aktlarla və ya onlara uyğun müəyyənləşdirilmiş
bank qaydaları ilə ayrı hal nəzərdə
tutulmayıbsa, bu Məcəllənin bu fəslinin qaydaları
müxbir hesablarına, müxbir subhesablarına və
bankların digər hesablarına da şamil edilir.
53 – cü fəsil.
Mülki dövriyyənin
iştirakçıları arasında hesablaşmalar
§ 1. Hesablaşmalar haqqında ümumi müddəalar
Maddə 971. Nağd və
nağdsız hesablaşmalar
971.1. Fiziki
şəxslərin iştirakı ilə hesablaşmalar
onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi
ilə bağlı deyilsə, məbləğ məhdudlaşdırılmadan
nağd pullarla və ya nağdsız qaydada aparıla bilər.
971.2. Çıxarılmışdır. [588]
971.3.
Nağdsız hesablaşmalar banklar və digər ödəniş
xidməti təchizatçıları, mərkəzi depozitar
tərəfindən qanuna uyğun olaraq aparılır.[589]
Maddə 972. Nağdsız
hesablaşmaların formaları
972.1.
Nağdsız hesablaşmalar aparılarkən ödəniş
tapşırıqları ilə, akkreditiv üzrə
hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş
kartları ilə, elektron şəklində hesablaşmalara,
habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş
bank qaydaları ilə və bank praktikasında tətbiq olunan
işgüzar dövriyyə adətləri ilə nəzərdə
tutulmuş digər formalarda hesablaşmalara yol verilir.
972.1-1.
Maliyyə xidmətlərinin göstərilməsi ilə
bağlı mərkəzi depozitarın açdığı
pul hesabları üzrə nağdsız hesablaşmalar “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla həyata
keçirilir.[590]
972.2. Müqavilə
üzrə tərəflərin bu Məcəllənin 972.1-ci
maddəsində göstərilmiş hesablaşma
formalarından hər hansı birini seçmək və
müqavilədə müəyyənləşdirmək
hüququ vardır.
§ 2. Ödəniş tapşırıqları ilə
hesablaşmalar
Maddə 973. Ödəniş
tapşırıqları ilə hesablaşmalar haqqında
ümumi müddəalar
973.1. Ödəniş
tapşırığı ilə hesablaşma zamanı bank
ödəyicinin tapşırığı ilə onun
hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini
bu və ya başqa bankda ödəyicinin göstərdiyi
şəxsin hesabına qanunla nəzərdə tutulmuş və
ya qanuna uyğun təyin edilmiş müddətdə
köçürməyi öhdəsinə götürür,
bu şərtlə ki, bank hesabı müqaviləsində daha
qısa müddət nəzərdə tutulmasın və ya
bank praktikasında tətbiq olunan işgüzar dövriyyə
adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin.
973.2. Bu Məcəllənin
bu paraqrafının qaydaları bankda hesabı olmayan şəxsin
öz pul vəsaitini həmin bank vasitəsilə
köçürməsi ilə bağlı münasibətlərə
tətbiq edilir, bu şərtlə ki, qanunla, ona uyğun
müəyyənləşdirilmiş bank qaydaları ilə
ayrı hal nəzərdə tutulmasın və ya bu münasibətlərin
mahiyyətindən ayrı hal irəli gəlməsin.
973.3. Ödəniş
tapşırıqları ilə hesablaşmaların həyata
keçirilməsi qaydası qanunla, habelə ona uyğun
müəyyənləşdirilmiş bank qaydaları və
bank praktikasında tətbiq olunan işgüzar dövriyyə
adətləri ilə tənzimlənir.
Maddə 974. Bank tərəfindən
ödəniş tapşırığının yerinə
yetirilməsi şərtləri
974.1. Ödəniş
tapşırığının və onunla birlikdə təqdim
edilən hesablaşma sənədlərinin məzmunu və
forması qanunla və ona uyğun müəyyənləşdirilmiş
bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə
uyğun gəlməlidir.
974.2. Ödəniş
tapşırığı bu Məcəllənin 974.1-ci maddəsində
göstərilmiş tələblərə uyğun gəlmədikdə
bank tapşırığın məzmununu dəqiqləşdirə
bilər. Ödəyiciyə bu cür sorğu
tapşırıq alındıqdan dərhal sonra verilməlidir.
Qanunla və ya ona uyğun müəyyənləşdirilmiş
bank qaydaları ilə nəzərdə tutulmuş müddətdə,
bunlar olmadıqda isə ağlabatan müddətdə cavab
almadıqda bank tapşırığı icra etmədən
ödəyiciyə qaytara bilər, bu şərtlə ki,
qanunla, ona uyğun müəyyənləşdirilmiş bank
qaydaları və ya bankla ödəyici arasında müqavilə
ilə ayrı hal nəzərdə tutulmasın.
974.3. Əgər
ödəyici ilə bank arasında müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, ödəyicinin
tapşırığını bank ödəyicinin
hesabında vəsait olduqda yerinə yetirir. Bank
tapşırıqları hesabdan pul vəsaitinin silinməsi
növbəliyini gözləməklə icra edir. Ödəyicinin
hesabında vəsait olmadıqda bank bu barədə ona məlumat
verir.[591]
Maddə 975.
Tapşırığın icrası
975.1. Ödəyicinin
ödəniş tapşırığını qəbul
etmiş bank müvafiq pul məbləğini
tapşırıqda göstərilmiş şəxsin
hesabına salınmaq üçün vəsait alanın
bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə
müəyyənləşdirilmiş müddətdə
köçürməlidir.
975.2. Bank
müştərinin tapşırığında göstərilmiş
hesaba pul vəsaitinin köçürülməsi əməliyyatlarının
yerinə yetirilməsi üçün digər bankları cəlb
edə bilər.
975.3. Bank ödəyiciyə tapşırığın
icrası haqqında dərhal bildiriş verməlidir. Ödəniş
tapşırığının icrasından sonra məlumatlandırma
ilə bağlı digər tələblər “Ödəniş
xidmətləri və ödəniş sistemləri haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[592]
Maddə 976. Tapşırığın
icra edilməməsinə və ya lazımınca icra edilməməsinə
görə məsuliyyət
976.1.
Müştərinin tapşırığı icra edilmədikdə
və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin
23-cü fəslində nəzərdə tutulmuş əsaslar
üzrə və miqdarda məsuliyyət daşıyır.
976.2.
Tapşırığın icra edilməməsi və ya
lazımınca icra edilməməsi ödəyicinin
tapşırığının icrası üçün cəlb
olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının
aparılması qaydalarının pozulması ilə əlaqədar
baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində
nəzərdə tutulmuş məsuliyyəti məhkəmə
həmin bankın üzərinə qoya bilər.
976.3. Əgər
bank tərəfindən hesablaşma əməliyyatlarının
aparılması qaydalarının pozulması pul vəsaitinin
qanunsuz tutulmasına səbəb olmuşdursa, bank bu Məcəllənin
449-cu maddəsində nəzərdə tutulmuş qaydada və
miqdarda faizlər ödəməlidir.
§ 3. Akkreditiv üzrə hesablaşmalar
Maddə 977. Akkreditiv üzrə
hesablaşmalar haqqında ümumi müddəalar
977.1. Akkreditiv
üzrə hesablaşmalar zamanı ödəyicinin akkreditiv
açılması haqqında tapşırığı və
göstərişi ilə hərəkət edən bank
(emitent bank) vəsait alana vəsait ödəməyi və ya
köçürmə vekselini ödəməyi, aksept etməyi
və ya uçota almağı və ya bu səlahiyyətləri
başqa banka (icraçı banka) verməyi öhdəsinə
götürür. Vəsait alana vəsaiti ödəyən və
ya köçürmə vekselini ödəyən, aksept edən
və ya uçota alan emitent banka icraçı bank
haqqında qaydalar tətbiq olunur.
977.2. Akkreditiv
üzrə hesablaşmaların həyata keçirilməsi
qaydası qanunla, habelə ona uyğun müəyyənləşdirilmiş
bank qaydaları və bank praktikasında tətbiq edilən
işgüzar dövriyyə adətləri ilə tənzimlənir.
Maddə 978.
Geriçağırma akkreditivi
978.1. Vəsait
alana qabaqcadan bildirmədən emitent bankın dəyişdirə
və ya ləğv edə bildiyi akkreditiv
geriçağırma akkreditivi sayılır. Akkreditivin geri
çağırılması emitent bankın vəsait alan
qarşısında hər hansı öhdəliklərini
yaratmır.
978.2.
İcraçı bank geriçağırma akkreditivi üzrə
ödənişi və ya digər əməliyyatları icra
etməlidir, bu şərtlə ki, icra anınadək o,
akkreditivin şərtlərinin dəyişdirilməsi və
ya ləğv edilməsi haqqında bildiriş almasın.
978.3. Akkreditiv o
vaxt geriçağırma akkreditivi olur ki, onun mətnində
bu hal birbaşa müəyyənləşdirilir.[593]
Maddə 979. Geri
çağırılmayan akkreditiv
979.1. O akkreditiv
geri çağırılmayan akkreditiv sayılır ki, o, vəsait
alanın razılığı olmadan ləğv edilə və
ya dəyişdirilə bilmir.
979.2. Akkreditiv əməliyyatının
aparılmasında iştirak edən icraçı bank emitent
bankın xahişi ilə geri çağırılmayan
akkreditivi təsdiqləyə bilər (təsdiqlənmiş
akkreditiv). Bu cür təsdiqləmə icraçı
bankın emitent bankın öhdəliyindən əlavə,
akkreditivin şərtlərinə uyğun ödənişi
icra etmək öhdəliyini qəbul etdiyini bildirir.
979.3.
İcraçı bankın təsdiqlədiyi geri
çağırılmayan akkreditiv icraçı bankın
razılığı olmadan dəyişdirilə və ya ləğv
edilə bilməz.
Maddə 980. Akkreditivin icrası
980.1. Akkreditivin
icrası üçün vəsait alan icraçı banka
akkreditivin bütün şərtlərinin yerinə
yetirildiyini təsdiqləyən sənədləri təqdim
edir. Bu şərtlərdən, heç olmasa, biri pozulduqda
akkreditiv icra edilmir. İcraçı bank həmin sənədlərin
yalnız formal baxımdan qaydada olmasını
yoxlamalıdır.[594]
980.2. Əgər
icraçı bank akkreditivin şərtlərinə
müvafiq surətdə ödənişi icra etmiş və
ya başqa əməliyyatı aparmışdırsa, emitent
bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi
xərclərin əvəzini ödəməlidir. Göstərilən
xərclərin əvəzi, habelə akkreditivin icrası ilə
əlaqədar emitent bankın bütün başqa xərclərinin
əvəzi ödəyici tərəfindən ödənilir.
Maddə 981. Sənədləri
qəbul etməkdən imtina
981.1. Əgər
icraçı bank zahiri əlamətlərinə görə
akkreditivin şərtlərinə uyğun gəlməyən
sənədləri qəbul etməkdən imtina edirsə, bu
barədə o, imtinanın səbəblərini göstərməklə,
vəsait alana və emitent banka dərhal məlumat verməlidir.
981.2. Əgər
icraçı bankın qəbul etdiyi sənədləri
aldıqdan sonra emitent bank onları zahiri əlamətlərinə
görə akkreditivin şərtlərinə uyğun gəlməyən
hesab edərsə, onların qəbulundan imtina edə bilər
və akkreditivin şərtləri pozulmaqla vəsait alana
ödənilmiş məbləği icraçı bankdan tələb
edə bilər, ödənilməmiş akkreditiv üzrə
isə ödənilmiş məbləğlərin əvəzini
ödəməkdən imtina edə bilər.
Maddə 982. Akkreditivin şərtlərinin
pozulmasına görə bankın məsuliyyəti
982.1. Bu maddədə
nəzərdə tutulmuş hallar istisna olmaqla akkreditivin şərtlərinin
pozulmasına görə ödəyici qarşısında
emitent bank, emitent bank qarşısında isə
icraçı bank məsuliyyət daşıyır.
982.2.
İcraçı bank ödənilmiş və ya təsdiqlənmiş
akkreditiv üzrə pul vəsaitini ödəməkdən əsassız
imtina etdikdə vəsait alan qarşısında məsuliyyət
icraçı bankın üzərinə qoyula bilər.
982.3.
İcraçı bank ödənilmiş və ya təsdiqlənmiş
akkreditiv üzrə pul vəsaitini akkreditivin şərtlərinin
pozulması nəticəsində düzgün ödəmədikdə
ödəyici qarşısında məsuliyyət
icraçı bankın üzərinə qoyula bilər.
Maddə 983. Akkreditivin
bağlanması
983.1.
İcraçı bankda akkreditiv aşağıdakı
hallarda bağlanır:
983.1.1.
akkreditivin müddəti qurtardıqda;
983.1.2.
akkreditivin qüvvədə olma müddəti qurtaranadək
onun istifadəsindən imtina etmək haqqında vəsait
alanın ərizəsi üzrə, bir şərtlə ki, bu
cür imtinanın mümkünlüyü akkreditivin şərtləri
ilə nəzərdə tutulsun;
983.1.3.
akkreditivin tam və ya qismən geri
çağırılması haqqında ödəyicinin tələbi
ilə, bir şərtlə ki, akkreditivin şərtlərinə
görə belə geriçağırma mümkün olsun.
983.2. Akkreditivin
bağlanması haqqında icraçı bank emitent banka məlumat
verməlidir.
983.3. Ödənilmiş
akkreditivin istifadə olunmamış məbləği
akkreditivin bağlanması ilə eyni vaxtda dərhal emitent
banka qaytarılmalıdır. Emitent bank qaytarılmış məbləğləri
ödəyicinin vəsaitin deponentləşdirildiyi hesabına
daxil etməlidir.
§ 4. İnkasso üzrə hesablaşmalar
Maddə 984. İnkasso üzrə
hesablaşmalar haqqında ümumi müddəalar
984.1. İnkasso
üzrə hesablaşmalar zamanı bank (emitent bank)
müştərinin tapşırığı ilə ödəyicidən
ödənişin və (və ya) ödəniş akseptinin
alınması əməliyyatlarını müştərinin
hesabına həyata keçirməyi öhdəsinə
götürür.
984.2.
Müştərinin tapşırığını
almış emitent bank tapşırığın icrası
üçün başqa bankı (icraçı bankı) cəlb
edə bilər. İnkasso üzrə hesablaşmaların həyata
keçirilməsi qaydası qanunla, qanuna əsasən müəyyənləşdirilmiş
bank qaydaları və bank praktikasında tətbiq olunan
işgüzar dövriyyə adətləri ilə tənzimlənir.
984.3.
Müştərinin tapşırığının icra edilmədiyi
və ya lazımınca icra edilmədiyi halda emitent bank onun
qarşısında bu Məcəllənin 23-cü fəslində
nəzərdə tutulmuş əsaslar üzrə və
miqdarda məsuliyyət daşıyır.
984.4. Əgər
müştərinin tapşırığının icra edilməməsi
və ya lazımınca icra edilməməsi hesablaşma əməliyyatlarının
həyata keçirilməsi qaydalarının icraçı
bank tərəfindən pozulması ilə əlaqədar
baş vermişdirsə, müştəri
qarşısında məsuliyyət həmin bankın üzərinə
qoyula bilər.
984.5. İnkasso
üzrə hesablaşmalarla əlaqədar olan, bu Məcəllə
ilə tənzimlənməyən münasibətlər bank
qanunvericiliyi ilə tənzimlənir.
Maddə 985. İnkasso
tapşırığının icrası
985.1. Hər
hansı sənəd olmadıqda və ya sənədlər
zahiri əlamətlərinə görə inkasso
tapşırığına uyğun gəlmədikdə
icraçı bank inkasso tapşırığını
aldığı şəxsə bu barədə dərhal məlumat
verməlidir. Göstərilən qüsurlar aradan
qaldırılmadıqda bank sənədləri icra etmədən
qaytara bilər.
985.2. Sənədlər
alındıqları formada ödəyiciyə təqdim edilir,
amma inkasso əməliyyatının rəsmiləşdirilməsi
üçün zəruri olan bank qeydləri və
yazıları istisna edilir.
985.3. Əgər
sənədlər təqdim olunduqda ödənilməlidirsə,
icraçı bank inkasso tapşırığını
aldıqdan dərhal sonra sənədləri ödənişə
təqdim etməlidir. Əgər sənədlər başqa
müddətdə ödənilməlidirsə, icraçı
bank ödəyicinin akseptini almaq üçün sənədləri
inkasso tapşırığını aldıqdan sonra dərhal
akseptə təqdim etməlidir, ödəniş isə sənəddə
göstərilmiş ödəniş müddətinin
çatdığı gündən gec olmayaraq tələb
olunmalıdır.
985.4. Qismən
ödənişlər bunun bank qaydaları ilə müəyyənləşdirildiyi
və ya inkasso tapşırığında xüsusi icazənin
olduğu hallarda qəbul edilə bilər.
985.5.
Alınmış (inkasso edilmiş) məbləğlər
icraçı bank tərəfindən dərhal emitent
bankın sərəncamına verilməli, həmin bank isə
bu məbləğləri müştərinin hesabına
salmalıdır. İcraçı bank inkasso edilmiş məbləğlərdən
ona çatan muzdu və xərclərin əvəzini tuta bilər.
Maddə 986. Aparılmış
əməliyyatlar haqqında bildiriş
986.1. Əgər
ödəniş və (və ya) aksept
alınmamışdırsa, icraçı bank ödənişin
icra olunmamasının və ya akseptdən imtina edilməsinin
səbəblərini dərhal emitent banka bildirməlidir.
Emitent bank bu barədə müştəriyə dərhal məlumat
verərək, ondan gələcək hərəkətlər
barəsində göstərişlər istəməlidir.
986.2. Gələcək
hərəkətlər haqqında göstərişlər
bank qaydaları ilə müəyyənləşdirilmiş
müddətdə, bu müddət olmadıqda isə
ağlabatan müddətdə alınmadıqda,
icraçı bankın sənədləri emitent banka
qaytarmağa ixtiyarı vardır.
§ 5.
Çek[595]
Maddə 986-1. Çek
anlayışı və onun məzmunu
986-1.1.
Çek ifadə etdiyi pul məbləğinin çek sahibinə
ödənilməsi barədə çek verənin banka
verdiyi və heç nə ilə şərtləndirilməyən
yazılı sərəncamından ibarətdir.
986-1.2.
Çekdə aşağıdakı rekvizitlər göstərilməlidir:
986-1.2.1.
sənədin mətninə daxil edilmiş “çek” adı;
986-1.2.2.
müəyyən pul məbləğini ödəmək barədə
sadə və heç nə ilə şərtləndirilməyən
tapşırıq;
986-1.2.3.
ödənişi icra etməli olan bankın adı;
986-1.2.4.
ödəniş yeri;
986-1.2.5.
çekin tərtib olunduğu tarix və yer;
986-1.2.6.
çek verənin imzası.
986-1.3.
Bankların yalnız elə çek blankları verməsinə
icazə verilir ki, orada mətbəə üsulu ilə
çap edilmiş aşağıdakı məlumatlar olsun:
ödəyici bankın adı, ünvanı və telefon
nömrəsi, çek verənin (hesab sahibinin) adı və
ünvanı, habelə ödəyici bankın hesab nömrəsi.
986-1.4.
Çeklərə hesablaşma çeki, bank çeki, pul
çeki və yol çeki aiddir.
986-1.5.
Hesablaşma çeki hesablardan nağdsız qaydada
hesablaşmaların aparılmasını nəzərdə
tutan çekdir.
986-1.6.
Bank çeki bir bankın başqa banka banklararası
hesablaşmaların aparılması üçün təqdim
etdiyi çekdir.
986-1.7.
Pul çeki müştərinin bankda olan hesabından nağd
pul vəsaitini almaq üçün yazılı sərəncamdan
ibarət olan çekdir.
986-1.8.
Yol çeki bir məntəqədə verilmiş çekdə
imza nümunəsi göstərilən çek sahibinə
çekdə yazılmış məbləği ödəməyi
üzərinə götürən təşkilatın
öhdəliyi olub, digər məntəqədə
nağdlaşdırılan çekdir. Yol çeklərinin
ödənilməsi sahibinin imzası əsasında çekin
emitenti, onun filialı və yaxud emitentin göstərdiyi digər
təşkilat tərəfindən həyata keçirilir.
Maddə 986-2. Veksellər
haqqında müddəaların çeklərə tətbiqi
Vekselin
aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin
1005.2.4-cü, 1006-cı, 1009-1012-ci maddələrinin müddəaları
çeklərdən irəli gələn münasibətlərin
tənzimlənməsinə də tətbiq edilir.
Maddə 986-3. Çekin
təminatı tələbi
986-3.1.
Çek yalnız o hallarda verilə bilər ki, çek verənin
bankdakı hesablarında vəsaiti və həmin vəsaitə
dair çeklər vasitəsilə sərəncam vermək
hüququ olsun.
986-3.2.
Çekin ödənilməsi üçün çek verənin
vəsaiti və ya ona verilmiş kredit kifayət etmədikdə
bankın çeki ödəməkdən imtina etmək
hüququ vardır. Bank təmin olunmamış məbləği
ödədikdə, çek sahibinin hüquqları ona
keçir. Bank çeki tamamilə və ya qismən ödəməkdən
imtina etdikdə, aşağıdakı nəticələr
baş verməlidir:
986-3.2.1.
çek verən, yaxud tamamilə və ya qismən ödənilməmiş
çeki çek verənin əvəzinə imzalamış
şəxs birgə borclular kimi, çek məbləğinin
ödənilməmiş hissəsinin 6 faizi miqdarında zərərin
əvəzini çek sahibinə ödəməlidirlər.
Çek sahibinin başqa zərərin əvəzinin ödənilməsi
tələbini həyata keçirmək hüququ
saxlanılır;
986-3.2.2.
bank təminat olmadığından çekin tamamilə və
ya qismən ödənilmədiyini çekin özündə
qeyd etməli və ləngimədən onu çek sahibinə
göndərməli, bu barədə belə çekləri
imzalamış çek verənlərin reyestrini tərtib edən
Azərbaycan Respublikasının Mərkəzi Banka dərhal bildiriş
göndərməlidir;[596]
986-3.2.3.
təmin olunmamış çeki verənin bir il ərzində
çeklər verməsinə icazə verilmir və o
özündə olan bütün çek blanklarını dərhal
ödəyici banka və müştərisi olduğu
bütün başqa banklara qaytarmalıdır. Ödəyici
bank bunu yazılı şəkildə dərhal çek verəndən
və hesablardakı vəsaitə dair sərəncam verməyə
ixtiyarı olan bütün şəxslərdən tələb
etməli və bundan sonra çek verməyi onlara qadağan
etməlidir;
986-3.2.4.
bu tələbdən sonra bir ay müddətində çek
verən çek sahibi barədə çek məbləğinin
ödənilməmiş hissəsini ödədiyini, habelə
bu Məcəllənin 986-3.2.1-ci maddəsinə uyğun olaraq
zərərin əvəzini ödədiyini, yaxud həmin məbləğlərin
tam ödənilməsi üçün ödəyici
bankın kifayət qədər vəsaitə malik olması
qayğısına qaldığını ödəyici banka
sübut edərsə, bu Məcəllənin 986-3.2.3-cü
maddəsinə uyğun olaraq çeklərin verilməsinin
qadağan edilməsinin gələcək üçün
qüvvəsi olmur.
Maddə 986-4. Çekin
aksept edilməsinin istisna olunması
Ödəyici çeki aksept etməməlidir.
Çekdə aksept barədə yazılan qeyd etibarsız
sayılır.
Maddə 986-5. Çek
üzrə ödənişi almağa ixtiyarlı şəxsin
adı
986-5.1.
Çek yazıla bilər:
986-5.1.1.
müəyyən şəxsin adına;
986-5.1.2.
təqdim edənə (adsız).
986-5.2.
Çek “və ya təqdim edənə” qeyd-şərti ilə,
yaxud bu cür məna ifadə edən qeyd-şərtlə
müəyyən şəxsə verilərsə, adsız
çek sayılır.
986-5.3.
Sahibinin adı göstərilməyən çek adsız
çek sayılır.
986-5.4.
Çek, çek verənin özünə verilə bilər.
Maddə 986-6. Çekdə
faizlər barədə yazılan qeyd-şərtin
etibarsızlığı
Çekdə faizlər barədə yazılan
qeyd-şərt etibarsız sayılır.
Maddə 986-7. Çekin
başqasına verilməsi
986-7.1.
Müəyyən şəxsə verilmiş və ödənişə
təqdim olunmuş çek indossament vasitəsilə başqa
şəxsə verilə bilər.
986-7.2.
Çek indossament vasitəsilə həmçinin çek verənə
və çek üzrə mükəlləfiyyətli hər
hansı şəxsə verilə bilər. Öz növbəsində
bu şəxslər də çeki indossament edə bilərlər.
986-7.3.
Ödəyici bankın indossamenti etibarsızdır. Adsız
indossament blanklı indossament sayılır. Bankın bir
neçə şöbəsinin (filialının) olduğu və
indossamentin çekin verildiyi şöbənin deyil, başqa
şöbənin xeyrinə edildiyi hallar istisna olmaqla, bank
üçün indossamentin yalnız ödəniş qəbzi
qüvvəsi vardır.
986-7.4.
Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla,
bu Məcəllənin 993.3-cü, 993.4-cü, 1018-ci və
1020-ci maddələrinin müddəaları çeklərə
də tətbiq edilir.
Maddə 986-8. Çek
sahibinin xeyrinə ehtimal. Çekin itirilməsi
986-8.1.
Çek sahibinin xeyrinə ehtimala bu Məcəllənin
1019.1-ci maddəsi tətbiq edilir.
986-8.2.
Çek sahibi çeki itirdikdə, əlində çek olan
şəxs, onun adsız çek və ya indossament vasitəsilə
verilən çek olmasına baxmayaraq, çeki yalnız o
halda qaytarmağa borcludur ki, onu vicdansız yolla əldə
etmiş olsun və ya əldə edərkən kobud
ehtiyatsızlıq etmiş olsun.
Maddə 986-9. Çek
zaminliyi (aval)
Çek
məbləğinin ödənişinə avalçı tərəfindən
aval (çek zaminliyi) vasitəsilə tamamilə və ya qismən
qarantiya verilə bilər. Ödənişə belə
qarantiyanı, ödəyici bank istisna olmaqla, hər hansı
üçüncü şəxs və ya artıq çekdə
imzası olan şəxs verə bilər.
Maddə 986-10. Çekin
ödənişə təqdim olunması
986-10.1.
Çek təqdim olunduqda ödənilməlidir. Hər
cür başqa göstəriş etibarsız sayılır.
986-10.2.
Tərtib edildiyi ölkədə ödənilməli olan
çek bir ay müddətində ödənişə təqdim
olunmalıdır. Verildiyi ölkədə deyil, başqa
ölkədə ödənilməli olan çek, verilmə
yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki
ay müddətində, müxtəlif qitələrdədirsə,
üç ay müddətində ödənişə təqdim
edilməlidir. Həm də Müstəqil Dövlətlər
Birliyinin üzvü olan bir dövlətin ərazisində
verilən və Müstəqil Dövlətlər Birliyinin
üzvü olan digər dövlətin ərazisində ödənilməli
olan çeklər eyni qitədə verilən və ödənilməli
olan çeklər sayılır. Yuxarıda göstərilən
müddətlərin axımı çekdə onun verilmə
günü kimi göstərilən gündən
başlanır.
986-10.3.
Əgər çek onun verildiyi yerin təqvimindən fərqlənən
başqa təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə,
ödəniş yerinin təqviminə əsasən verilmə
gününə uyğun tarix və bundan asılı olaraq
ödəniş müddəti müəyyənləşdirilir.
Maddə 986-11. Çekin
geri götürülməsi
986-11.1.
Çekin geri götürülməsi yalnız onun təqdim
edilmə müddəti qurtardıqdan sonra etibarlıdır.
986-11.2.
Çek geri götürülmədikdə, bank çekin təqdim
edilmə müddəti qurtardıqdan sonra da ödənişi
icra edə bilər.
986-11.3.
Çek verən özünün və ya hər hansı
üçüncü şəxsin çeki itirdiyini təsdiq
edirsə, ödəyiciyə ödənişin
icrasını qadağan edə bilər.
Maddə 986-12. Çek
verənin ölməsinin, fəaliyyət qabiliyyətini itirməsinin
və ya ödəmə qabiliyyətli olmamasının nəticələri
Çek
verildikdən sonra çek verənin ölməsi və ya fəaliyyət
qabiliyyətini itirməsi və ya ödəmə qabiliyyətli
olmamasının elan edilməsi çekin
etibarlığına təsir göstərmir.
Maddə 986-13. Çek
üzrə ödəniş və ödənişə dair qəbz.
Xarici valyutada verilən çeklər
Çek
üzrə ödənişlərə, ödənişə
dair qəbz verilməsinə və xarici valyutada çeklərə
bu Məcəllənin 1028-ci, 1029.4-cü və 1030-cu maddələri
müvafiq surətdə tətbiq olunur.
Maddə 986-14. Cızıqlı
çek
986-14.1.
Çek verən, habelə hər hansı çek sahibi bu Məcəllənin
986-14.2-986-14.6-cı maddələrində nəzərdə
tutulan nəticələr ilə çeki cızıqlaya bilər.
Cızıqlama çekin üz tərəfinə iki paralel xətt
çəkməklə aparılır. Cızıqlama
ümumi və ya xüsusi ola bilər. Xətlər
arasında heç bir göstəriş və ya “bank” qeydi və
ya eyni mənalı başqa qeyd yoxdursa, cızıqlama
ümumi sayılır. Xətlər arasında bankın
adı yazılmışsa, cızıqlama xüsusi
sayılır. Ümumi cızıqlama xüsusiyə
çevrilə bilər, lakin xüsusi cızıqlama
ümumiyə çevrilə bilməz. Cızıqlamanın
və ya göstərilmiş bankın adının
qaralanması etibarsız sayılır.
986-14.2.
Ödəyici ümumi cızıqlaması olan çeki
yalnız banka və ya öz müştərisinə ödəyə
bilər.
986-14.3.
Xüsusi cızıqlaması olan çeki ödəyici
yalnız göstərilmiş banka və ya əgər bu
bankın özü ödəyicidirsə, həmin bankın
müştərisinə ödəyə bilər. Göstərilən
bank çeki qəbul etməyi digər banka tapşıra bilər.
986-14.4.
Bank cızıqlı çeki yalnız öz müştərisindən
və ya başqa bankdan qəbul edə bilər.
986-14.5.
Bir neçə xüsusi cızıqlaması olan çeki
ödəyici yalnız o halda ödəyə bilər ki,
çekin üzərində ikidən çox cızıqlama
aparılmasın.
986-14.6.
Yuxarıdakı göstərişləri yerinə yetirməyən
ödəyici və ya bank vurulan zərərin əvəzini
çekin məbləğindən artıq olmayan miqdarda
ödəməyə borcludur.
Maddə 986-15. Hesablaşma
çeki
986-15.1.
Çek verən, habelə hər hansı çek sahibi
çekin üz tərəfində “hesablaşma” qeydi və
ya eyni mənalı başqa qeyd yazmaqla, çekin nağd pulla
ödənilməsini qadağan edə bilər. Bu halda ödəyici
çekin ödənişini yalnız hesabdan hesaba keçirmə
yolu ilə (hesablaşma, köçürmə,
nağdsız hesablaşmalar) icra edə bilər. Hesabda
yazı ödəniş sayılır. “Hesablaşma” qeydinin
pozulması etibarsız sayılır. Yuxarıdakı göstərişləri
yerinə yetirməyən ödəyici vurulan zərərin əvəzini
çekin məbləğindən artıq olmayan miqdarda
ödəməyə borcludur.
986-15.2.
Əgər ödəyici ödəmə qabiliyyəti olmayan
elan edilmişsə və ya o, ödənişlərin
icrasını dayandırmışsa və ya tutmanın onun əmlakına
yönəldilməsi nəticəsiz qalmışsa,
hesablaşma çekinin sahibi ödəyicidən çeki
nağd pulla ödəməyi tələb edə bilər,
çek ödənilmədikdə isə özünün
reqres hüququnu həyata keçirə bilər. Banklar
haqqında qanuna əsasən görülən tədbirlər
nəticəsində çek sahibi özünün ödəyicidəki
hesablarına dair sərəncam verə bilmədikdə də
bu qayda tətbiq olunur.
986-15.3.
Hesablaşma çeki sahibinin, bundan əlavə, iddia vermək
hüququ vardır, amma o sübut etməlidir ki, ödəyici
hesabda sadə və heç nə ilə şərtləşdirilməyən
qeyd yazmaqdan imtina edir və ya ödəniş yeri üzrə
müvafiq hesablaşma orqanı öhdəliklərin ödənilməsi
məqsədi ilə nağdsız hesablaşmalar
aparılması üçün çeki yararsız elan
etmişdir.
Maddə 986-16. Çek
üzrə ödəməmə nəticəsində iddia
986-16.1.
Ödənişə vaxtında təqdim olunan çek ödənilmədikdə
çek sahibi indossantlara, çek verənə və çek
üzrə digər mükəlləfiyyətli şəxslərə
iddia verə bilər.
986-16.2.
Çek sahibi iddia verdiyi şəxsdən aşağıdakıları
tələb edə bilər:
986-16.2.1.
çek ödənilməyibsə, çek məbləğinin
ödənilməsini;
986-16.2.2.
faizlərin ödənilməsini;
986-16.2.3.
xərclərin ödənilməsini;
986-16.2.4.
faizin üçdəbirindən çox olmayan miqdarda penya.
986-16.3.
Əgər çekin vaxtında təqdim edilməsinə
qarşısıalınmaz maneə əngəl törədirsə,
çeklərin ödənişə təqdim edilməsi
müddətlərinin uzadılmasına bu Məcəllənin
1042-ci maddəsi tətbiq olunur.
Maddə 986-17. Saxta
çek
Qəlp
və ya saxta çekin ödənişi ilə əlaqədar
zərəri ödəyici çəkir, bu şərtlə ki,
çekdə göstərilən çek verən təqsirli
olmasın, məsələn, ona tapşırılmış
çek blanklarını etinasız saxlamış olmasın.
Maddə 986-18. Çekin
mətninin dəyişdirilməsi
Çekin mətninin dəyişdirilməsinə bu Məcəllənin
1045-ci maddəsi tətbiq edilir.
Maddə 986-19. Çek
öhdəlikləri üzrə iddia müddətləri
Çek
sahibinin indossantlara, çek verənə və çek
üzrə digər mükəlləfiyyətli şəxslərə
qarşı çekdən irəli gələn iddia tələbləri
təqdimetmə müddəti qurtardıqdan bir il sonra ödənilir.
Çek üzrə mükəlləfiyyətli olan bir şəxsin
çek üzrə mükəlləfiyyətli olan digər
şəxsə iddia tələbləri çekin mükəlləfiyyətli
şəxs tərəfindən ödənildiyi və ya məhkəmə
qaydasında ondan çek üzrə ödənişin
tutulduğu gündən bir il sonra ödənilir.
Maddə 986-20. Çekin
etibarsız elan edilməsi
Çekin etibarsız elan edilməsinə bu Məcəllənin
1047-ci maddəsi tətbiq olunur.
Maddə 986-21. Çekin
ödənişə təqdim edilməsi müddətlərinin
hesablanması
Çek
ödənişə yalnız iş günləri təqdim
olunmalıdır. Təqdimetmə müddətinin son
günü bazar gününə və ya başqa qeyri-iş
gününə düşdükdə, müddət növbəti
iş gününədək uzadılır. Müddət ərzində
olan qeyri-iş günləri müddət hesablanarkən nəzərə
alınır.
54-cü fəsil.[597]
Qiymətli kağızlar
§ 1. Qiymətli kağızlar haqqında ümumi
müddəalar
Maddə 987. Qiymətli
kağız anlayışı
987.1.
Qiymətli kağız onun mülkiyyətçisi və
emitenti arasında müqavilə münasibətlərinin
mövcudluğunu və mülkiyyətçinin həmin
müqavilədən irəli gələn
hüquqlarını təsdiqləyən sənəddir. Qiymətli
kağızı emissiya etmiş, buraxmış və ya
vermiş şəxs bu Məcəllənin 54-cü fəslinin
məqsədləri üçün emitent adlanır.[598]
987.2.
Qiymətli kağızların növləri, məcburi
rekvizitləri, onlara aid tələblər, qiymətli
kağızlar və qiymətli kağız bazarı ilə
bağlı münasibətlər bu Məcəllə və
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilir.[599]
987.3. Qiymətli
kağızın məcburi rekvizitlərinin olmaması və
ya qiymətli kağızın onun üçün müəyyənləşdirilmiş
formaya uyğun gəlməməsi onun əhəmiyyətsizliyinə
səbəb olur.
Maddə 988. Qiymətli
kağız üzrə öhdəliklər və onların
icrası
988.1.
Qiymətli kağızda emitentə qarşı təsbit
edilmiş hər hansı tələb həmin qiymətli
kağızla təsdiqlənir. Belə tələbin
etibarlılığı onu əmələ gətirən əqdin
mövcudluğundan və ya etibarlılığından
asılı deyildir. Qiymətli kağızla təsdiqlənmiş
öhdəliyin icrasından onun əsasının
olmamasına və ya onun etibarsızlığına istinadla
imtina edilməsinə yol verilmir.[600]
988.2. Qiymətli
kağız üzrə borclu icranı yalnız qiymətli
kağızın ona verilməsi ilə eyni vaxtda həyata
keçirməlidir. Emitent qiymətli kağızın mülkiyyətçisinə icranı hansı həcmdə
həyata keçirmişdirsə, öz öhdəliyindən
də həmin həcmdə azad edilir.[601]
988.3. Qiymətli
kağızı vermiş emitent və onu
indossament etmiş bütün şəxslər onun mülkiyyətçisi qarşısında birgə məsuliyyət
daşıyırlar. Qiymətli kağızın mülkiyyətçisinin tələbi qiymətli
kağız üzrə öhdəlik götürmüş
bir və ya bir neçə şəxs tərəfindən
yerinə yetirildikdə, o (onlar), qiymətli kağız
üzrə öhdəlik götürmüş qalan şəxslər
qarşısında geriyə tələb (reqres) hüququ əldə
edir.[602]
988.4. Qiymətli
kağızla təsdiqlənmiş öhdəliyin
icrasından onun əsasının olmamasına və ya onun
etibarsızlığına istinadla imtina edilməsinə yol
verilmir.[603]
988.5. Qiymətli
kağızın mülkiyyətçisi qiymətli kağızda aldatma və ya
saxtalaşdırma aşkar etdikdə kağızı ona
vermiş borcluya qarşı qiymətli kağızla təsdiqlənmiş
öhdəliyin lazımınca yerinə yetirilməsi və zərərin
əvəzinin ödənilməsi tələbini irəli
sürə bilər.[604]
Maddə 989. Adlı qiymətli
kağızlar[605]
989.1.
Mülkiyyətçisinin adı üzərində təsbit
edilən və ya mülkiyyət hüququ mərkəzi
depozitarda qeydiyyata alınmış qiymətli kağız
adlı qiymətli kağızdır.
989.2.
Adlı qiymətli kağız üzrə borclu icranı
yalnız özünün adına qiymətli kağız
verilmiş və ya digər qaydada qiymətli kağıza
mülkiyyət hüququnu əldə etmiş şəxs
kimi, yaxud həmin şəxsin hüquq varisi kimi təsdiq edən
şəxs həyata keçirməlidir. Əgər borclu
icranı bu cür təsdiq olmadan həyata keçirsə, o,
qiymətli kağıza dair öz hüququnu sübut edəcək
üçüncü şəxs qarşısında öhdəliyindən
azad edilmir.
Maddə 990. Adsız qiymətli
kağızlar
990.1. Qiymətli
kağız o halda adsız sayılır ki, ona əsasən emitent öhdəliyi bu qiymətli
kağızı təqdim edən istənilən şəxsə
icra etməyi öz üzərinə götürür.
990.2. Əgər
məhkəmənin qərarı ilə və ya başqa
qanuni göstəriş əsasında qadağan edilərsə,
emitent adsız qiymətli kağız
üzrə sonrakı ödənişləri icra etməməlidir.[606]
Maddə 991. Sənədli
qiymətli kağızlar[607]
991.1.
Sənədli qiymətli kağız saxtalaşdırma
imkanlarını aradan qaldırmaq məqsədi ilə
xüsusi qaydada hazırlanmış kağız blanklarda
(sertifikatda) çap edilmiş qiymətli kağız
formasıdır.
991.2.
Sənədli qiymətli kağız blanklarına və
onları hazırlayan şəxslərə aid tələblər
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilir.
Maddə 992. Qiymətli
kağızların dövlət qeydiyyatı[608]
Qiymətli
kağızlar (investisiya fond payı və
daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit
edən ipoteka kağızı istisna olmaqla) Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
dövlət qeydiyyatına alınmaqla qiymətli
kağızların dövlət reyestrinə daxil edilir.[609]
Maddə 992-1. Qiymətli
kağızlar bazarı və qiymətli kağızlar
bazarının iştirakçıları[610]
992-1.1. Qiymətli
kağızlar bazarı qiymətli kağızların
emissiyası, buraxılması, tədavülü, ödənilməsi,
sahibliyi, saxlanılması, onlarla əqdlərin
bağlanması, digər əməliyyatların aparılması
üzrə subyektlər arasında olan hüquqi və iqtisadi
münasibətlərin məcmusudur.
992-1.2. Qiymətli
kağızlar bazarının iştirakçıları qiymətli
kağızların emissiyasında, tədavülündə,
ödənilməsində, sahibliyində,
saxlanılmasında, qiymətli kağızlarla əməliyyatların
aparılmasında subyekt və ya tərəf kimi
çıxış edən şəxslər, habelə qiymətli
kağızlar bazarının tənzimlənməsini həyata
keçirən dövlət və qeyri-kommersiya təşkilatları
olan qiymətli kağızlar bazarının
iştirakçılarının özünü tənzimləyən
təşkilatlarıdır.
992-1.3. Emitent
qiymətli kağızların emissiyasını qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçirən
şəxs, müvafiq icra hakimiyyəti orqanı və
müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət
orqanı və ya bələdiyyədir.
992-1.4. Qiymətli
kağızlar bazarında peşəkar fəaliyyət
hüquqi və ya fiziki şəxslər tərəfindən
qiymətli kağızlar bazarında xüsusi razılıq
(lisenziya) əsasında həyata keçirilən
sahibkarlıq fəaliyyətidir.
992-1.5. Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçıları qiymətli kağızlar
bazarında xüsusi razılıq (lisenziya) əsasında
sahibkarlıq fəaliyyətini həyata keçirən
hüquqi şəxslərdir.[611]
992-1.6. Qiymətli
kağızların nominal saxlayıcısı hüquq
sahibinin tapşırığı ilə və onun xeyrinə
qiymətli kağız sahiblərinin reyestrində qeydə
alınmış və bu qiymətli kağızların
hüquqi mülkiyyətçisi olmayan şəxsdir.
992-1.7. Broker fəaliyyəti
müştərinin hesabına tapşırıq və ya
komisyon müqaviləsi əsasında müvəkkil və ya
komisyonçu kimi fəaliyyət göstərən, həmin
müştərinin mənafeyi üçün qiymətli
kağızlarla alqı-satqı əqdlərinin
bağlanması üzrə qiymətli kağızlar
bazarında peşəkar fəaliyyətdir.
992-1.8. Diler fəaliyyəti
öz adından və öz hesabına əvvəlcədən
kütləvi elan olunmuş alış və (və ya)
satış qiymətləri ilə qiymətli kağızlar
üzrə alqı -satqı əqdlərinin bağlanması
üzrə qiymətli kağızlar bazarında peşəkar
fəaliyyətdir. Kütləvi elan açıq elan
formasında edilmiş təklifdir.
992-1.9. Aktivlərin
idarə edilməsi müstəsna predmeti müştəriyə
məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri,
qiymətli kağızlar və qanunvericiliklə müəyyən
edilmiş digər əmlakla müştərinin və ya onun
göstərdiyi üçüncü şəxsin mənafeyi
üçün əməliyyatların aparılmasından
ibarət olan qiymətli kağızlar bazarında peşəkar
fəaliyyətdir.[612]
992-1.10. Klirinq fəaliyyəti
qiymətli kağızlarla əqdlər üzrə
qarşılıqlı öhdəliklərin müəyyən
edilməsi (məlumatların toplanması, yoxlanması,
üzləşdirilməsi, mühasibat sənədlərinin
hazırlanması), hesablaşmaların aparılması və
öhdəliklərin qarşılıqlı icrasının
təmin edilməsi üzrə peşəkar fəaliyyətdir.
992-1.11. Depozitar
fəaliyyət qiymətli kağızların saxlanması,
onlara hüquqların və öhdəliklərin yüklənməsi
faktlarının uçotu və təsdiqi, habelə
qanunvericiliklə müəyyən edilmiş qaydada pul
hesablarının açılması, aparılması və
pul köçürmələri ilə əlaqədar xidmətlər
göstərilməsindən ibarət olan peşəkar fəaliyyətdir.[613]
992-1.12. Depozitar
sistemi bir-biri ilə "depo" hesabları açmaq vasitəsi
ilə qarşılıqlı əlaqədə fəaliyyət
göstərən depozitarların vahid sistemidir.
992-1.13. Qiymətli
kağızların sahiblərinin reyestrinin aparılması
qiymətli kağızlar, onların emitenti, sahibləri,
nominal saxlayıcıları barədə məlumatların
toplanması, qeydə alınması, işlənməsi,
saxlanması və təqdim edilməsi xidmətlərinin
göstərilməsi üzrə peşəkar fəaliyyətdir.
992-1.14. Fond
birjası qiymətli kağızlarla əqdlərin
bağlanması üçün zəruri şəraitin
yaradılması, onların bazar qiymətlərinin müəyyən
edilməsi, onlar haqqında lazımi məlumatın
yayılması üzrə peşəkar fəaliyyətdir.
992-1.15.
İnvestor qiymətli kağızları mülkiyyətinə
əldə etmiş şəxsdir.
992-1.16. Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilatı qiymətli kağızlar bazarının
peşəkar iştirakçılarının
könüllülük, qeyri-kommersiya prinsipləri əsasında
fəaliyyət göstərən qeyri-hökumət təşkilatı
olan ictimai birliyidir.
992-1.17. Qiymətli
kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli
kağızlar bazarının stabilliyinin pozulmasına səbəb
ola bilən, qiymətli kağızlar bazarının
iştirakçılarının qiymətli kağızlarla əqdlər
üzrə qiymətli kağızların bazar qiymətinin hər
hansı bir üsulla əvvəlcədən
razılaşdırılmış, qəsdən edilmiş əməllər
ilə süni olaraq dəyişdirilməsidir. Qiymətli
kağızlar bazarında qiymətlərlə manipulyasiyaya
yol verilmir.
Maddə 993. Qiymətli
kağıza mülkiyyət hüququnun əmələ gəlməsi
və ötürülməsi[614]
993.1.
Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
istisna olmaqla, digər sənədsiz qiymətli
kağızlara mülkiyyət hüququ buraxılış
zamanı həmin qiymətli kağızın ilk mülkiyyətçiyə
özgəninkiləşdirilməsindən sonra mərkəzi
depozitarda qeydə alındığı andan əmələ
gəlir. Sənədli qiymətli kağızlara mülkiyyət
hüququ həmin qiymətli kağızların ilk mülkiyyətçiyə
özgəninkiləşdirildiyi andan əmələ gəlir. [615]
993.2.
Mülkiyyətçi qiymətli kağıza mülkiyyət
hüququnu bu Məcəllənin 1078-20-ci maddəsində
göstərilən qaydada əqdlərin bağlanması yolu
ilə başqa şəxsə ötürə bilər.
993.3.
Bu Məcəllənin 993.2-ci maddəsi ilə nəzərdə
tutulmuş qaydada daşınmaz əmlak
üzərində ipoteka hüququnu təsbit edən ipoteka
kağızı istisna olmaqla, digər sənədsiz qiymətli
kağızları əldə edən şəxsin
mülkiyyət hüquqları həmin qiymətli
kağızların ötürülməsinin mərkəzi
depozitarda qeydiyyatı ilə, sənədli qiymətli
kağızları əldə edən şəxsin mülkiyyət
hüquqları isə müvafiq əqdin bağlanması ilə
yaranır. [616]
993.4.
Qiymətli kağıza mülkiyyət hüququ
başqasına verildikdə və bu Məcəllənin
1078-21-ci maddəsində nəzərdə tutulmuş digər
şərtlər yerinə yetirildikdə qiymətli
kağızla təsdiqlənmiş bütün hüquqlar əldə
edənə keçir, bu şərtlə ki, həmin qiymətli
kağızı başqasına vermək hüququ mövcud
olsun.
993.5.
Əgər müqavilədə və ya qiymətli
kağızın özündə nəzərdə tutulubsa,
digər şəxslərin, xüsusən də emitentin
iştirakı qiymətli kağıza mülkiyyət
hüququnun verilməsi üçün zəruridir.
Maddə 994. Sənədli qiymətli
kağızların zədələnməsi, korlanması[617]
Sənədli
qiymətli kağız zədələnmək
və ya korlanmaq nəticəsində dövriyyə
üçün yararsız olduqda onun mülkiyyətçisi emitentdən zədələnmiş və
ya korlanmış kağızın qaytarılması
müqabilində yeni qiymətli kağız verməyi tələb
edə bilər, bu şərtlə ki, həmin kağızda
onun əsas məzmununu və fərqləndirici əlamətlərini
inamla müəyyənləşdirmək hələ
mümkün olsun. Zədələnmiş və ya
korlanmış sənədli qiymətli kağızın əvəz olunması xərclərini
onun mülkiyyətçisi çəkir.
Maddə 995. Sənədli qiymətli
kağızın etibarsız elan edilməsi[618]
995.1. Sənədli qiymətli kağız itirilmişdirsə,
onun
mülkiyyətçisinin vəsatəti ilə məhkəmə
emitent fiziki şəxsin
yaşayış yeri üzrə və ya emitent hüquqi şəxsin olduğu yer
üzrə bu qiymətli kağızı etibarsız elan edə
bilər. Adsız qiymətli kağızlar
itirilmişdirsə, ərizəçinin tələbi ilə
məhkəmə qiymətli kağız üzrə emitentə onu ödəməyi qadağan edə
bilər.[619]
995.2. Sənədli qiymətli kağızın etibarsız
elan edilməsi haqqında vəsatəti itki və ya itkinin
aşkar edilməsi məqamında onun mülkiyyətçisi olmuş şəxs verə bilər.
Ərizəçi qiymətli kağıza mülkiyyət hüququnu və onun itirildiyini sübuta
yetirməlidir. Əgər kupon vərəqi və ya səhm
kuponu olan qiymətli kağız sahibi yalnız kupon vərəqini
və ya səhm kuponunu itirərsə, vəsatətini əsaslandırması
üçün əsas qiymətli kağızı təqdim
etməsi kifayətdir.[620]
Maddə 996. Sənədsiz qiymətli
kağızlar
996.1.
Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
istisna olmaqla, digər sənədsiz qiymətli
kağız mülkiyyətçisinin adı və digər
rekvizitləri mərkəzi depozitardakı yazıda əks
olunmuş elektron sənəd formasında olan qiymətli
kağızdır. Elektron imza və
elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanunu daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
istisna olmaqla, digər sənədsiz qiymətli
kağızlara tətbiq edilmir.[621]
996.2. Hüququ sənədsiz
formada təsbit etmiş şəxs hüquq sahibinin tələbi
ilə ona təsbit edilmiş hüququ təsdiqləyən sənəd
verməlidir.
996.2-1. İpoteka kağızına mülkiyyət
hüququnun yaranması, ipoteka kağızının dövlət
qeydiyyatı, ipoteka kağızı üzrə
hüquqların ötürülməsi (tədavülü) və
ipoteka kağızına xitam verilməsi “İpoteka
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq müəyyən edilir. Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
yalnız elektron sənəd formasında tərtib olunur.
Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit
edən ipoteka kağızı üzrə hüquqlar bu Məcəllənin
1078-20.11-ci maddəsi ilə müəyyən edilmiş tələblərin
elektron qaydada təmin edilməsi yolu ilə
ötürülür.[622]
996.3. Göstərilən
təsbit yolu ilə təsdiqlənən hüquqlar,
hüquqların və hüquq sahiblərinin rəsmən təsbit
edilməsi qaydası, qeydlərin sənədli surətdə
təsdiqlənməsi qaydası və sənədsiz qiymətli
kağızlarla əməliyyatların aparılması
qaydası qanunla və ya qanunun müəyyənləşdirdiyi
qaydada təyin edilir.
996.4. Sənədsiz
qiymətli kağızlarla əməliyyatlar yalnız
hüquqların qeydiyyatını aparan şəxsə
müraciət etməklə aparıla bilər.
Hüquqların başqasına verilməsi, təqdim
olunması və məhdudlaşdırılması rəsmi
yazıların salamatlığı, onların məxfiliyinin
təmin edilməsi, bu cür yazılar haqqında
düzgün məlumatlar verilməsi, aparılmış əməliyyatlar
haqqında rəsmi qeydlərin yazılması
üçün məsuliyyət daşıyan bu şəxs
tərəfindən rəsmən təsbit edilməlidir.[623]
Maddə 997. Qiymətli
kağızların növləri[624]
997.1.
Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi,
investisiya fond payı, girov kağızı, ipoteka
kağızı və daşınmaz əmlak sertifikatı
aiddir.[625]
997.2.
İstiqrazlar və səhmlər investisiya qiymətli
kağızlarıdır. İnvestisiya qiymətli
kağızları buraxılışlarla yerləşdirilir
və qiymətli kağızların əldə edilməsi
vaxtından asılı olmayaraq bir buraxılış daxilində
hüquqların həyata keçirilməsinin həcmi və
müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli
kağızların buraxılışı emitentin qiymətli
kağızların bir növünə aid olan və eyni
dövlət qeydiyyat nömrəsi olan qiymətli
kağızlarının toplusudur. İnvestisiya qiymətli
kağızları sənədsiz və
ya sənədli olmaqla
adlı formada buraxılır. İnvestisiya qiymətli
kağızlarının emissiyası qaydası “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunur.[626]
997.3. Veksellər ödəniş qiymətli
kağızlarıdır.[627]
997.4.
Depozitar qəbzi baza aktivi (xarici emitentin qiymətli
kağızı) üzrə hüquqları təsdiqləyən
və mülkiyyətçisinə onu buraxmış emitentdən,
həmin qəbzin baza aktivi olan xarici emitentin qiymətli
kağızları və onlarla təsdiqlənmiş
hüquqları tələb etmək hüququ verən qiymətli
kağızdır. Depozitar qəbzlərinin
buraxılışı, onların dövlət qeydiyyatına
alınması və tədavülü qaydası Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilir.[628]
997.5.
İnvestisiya fond payı öz mülkiyyətçisinin
paylı investisiya fondunda payına mülkiyyət
hüquqlarını təsdiq edən, paylı investisiya fondu
ləğv edildikdən sonra fondun aktivlərinin
satışından payına müvafiq pul vəsaitlərini
almaq hüququnu, habelə “İnvestisiya fondları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş digər hüquqları verən sənədsiz
adlı qiymətli kağızdır.[629]
997.6. Qiymətli
kağızın sertifikatının məcburi rekvizitləri
və onun blankının hazırlanması qaydaları maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müəyyən
edilir.
997.7. Bu Məcəllənin
və qiymətli kağızlar bazarı haqqında Azərbaycan
Respublikasının başqa qanunvericilik aktlarının
pozulmasına görə təqsirli şəxslər Azərbaycan
Respublikasının mülki, inzibati və ya cinayət qanunvericiliyində
nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyət
daşıyırlar.[630]
997.8. Qiymətli
kağızlar bazarı haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinin pozulması nəticəsində
vurulmuş ziyan bu Məcəllə və “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş qaydada ödənilməlidir.[631]
997.9. Qiymətli
kağızlar bazarında dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qiymətli kağızlar bazarının
iştirakçıları barəsində inzibati tənbeh,
müvafiq lisenziyanın dayandırılması, ləğv
edilməsi, qiymətli kağızlarla əməliyyatların
məhdudlaşdırılması, dayandırılması və
qanunvericiliklə onun səlahiyyətlərinə aid
edilmiş digər tədbirlərin tətbiq edilməsindən
inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət
verilə bilər. Belə şikayətin verilməsi məhkəmənin
qərarının çıxarılmasına qədər tətbiq
olunmuş tədbirin qüvvəsini dayandırmır.[632]
Maddə 997-1. Dövlət və
bələdiyyə qiymətli kağızları[633]
997-1.1. Dövlət
qiymətli kağızları müvafiq icra hakimiyyəti orqanı
və müvafiq qaydada buna səlahiyyətləndirilmiş qurum tərəfindən buraxılan qiymətli
kağızlardır.[634]
997-1.2. Bələdiyyə
qiymətli kağızları bələdiyyə tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada
buraxılan qiymətli kağızlardır.
§ 2. Order[635]
Maddə 998. Order
anlayışı
998.1. Order elə
bir sənəddir ki, onun əsasında bir şəxs
(çıxarıcı) başqa şəxsə (ödəyiciyə)
çıxarıcının hesabına remitentə pul, qiymətli
kağızlar və ya digər əvəzolunan əşyalar
verməyi tapşırır. Order remitentin adına,adsız və
ya əmrə dair qeyd-şərtlə verilə bilər.
Əgər order "veksel" və ya "çek" kimi
göstərilirsə, onda, birinci növbədə, bu Məcəllənin
veksellər və ya çeklər haqqında müddəaları
tətbiq edilir.
998.2. Orderi
almaqla remitent ödəyicidən öhdəliyin
icrasını öz adından tələb etmək hüququ
qazanır.
998.3. Ödəyici
remitent barəsində öhdəliyi icra etməlidir.
Maddə 999. Orderin ödəyici
tərəfindən aksept edilməsi
999.1. Ödəyici
remitentə icranı yalnız onun orderi aksept etdiyi halda həyata
keçirməlidir. Lakin əgər ödəyici
çıxarıcının borclusudursa, ödəyici
icranı aksept edilmədən də həyata keçirməlidir.
999.2. Aksept etmə
icradan əvvəl və ya icra zamanı bəyan oluna bilər.
Əgər aksept etmə icradan əvvəl elan olunursa, ödəyici
orderdə aksept haqqında qeyd yazır. Əgər orderdə
qeyd onun remitentə təqdim edilməsinədək
yazılmışdırsa, remitent üçün aksept ancaq
təqdim edilmə anından qüvvəyə malikdir.
999.3. Order
ödəyici üçün aksept edildikdə icranı
remitentə həyata keçirmək barəsində
birbaşa öhdəlik əmələ gəlir. Order aksept
edildikdən sonra o, remitentə yalnız akseptin
etibarlığına aid olan və ya orderin, yaxud akseptin məzmunundan
irəli gələn etirazlarını bildirə bilər.
Maddə 1000. Aksept etməkdən
və ya ödənişdən imtina
Əgər
ödəniş müddəti çatanadək ödəyici
orderi aksept etməkdən və ya ödənişi həyata
keçirməkdən imtina edirsə, remitent bu barədə
çıxarıcıya dərhal bildiriş verməlidir.
Remitent orderdən irəli gələn hüququnu həyata
keçirə bilmədikdə və ya həyata keçirmək
niyyətində olmadıqda da eyni qayda tətbiq olunur.
Maddə 1001.
Çıxarıcının remitentlə münasibətləri
1001.1. Əgər
ödəyicinin icranı həyata keçirməsi ilə
çıxarıcının borcu ödənilməlidirsə,
ödəniş yalnız ödəyici tərəfindən
orderin remitentə icrasından sonra yerinə yetirilmiş
sayılır.
1001.2. Remitent
orderi qəbul edərək, çıxarıcıya
qarşı öz tələb hüququnu yalnız o halda həyata
keçirə bilər ki, ödəyicidən ödənişin
icrasını tələb etsin və onu orderdə nəzərdə
tutulan müddət qurtardıqdan sonra almasın.
1001.3. Order ona dəlalət
edir ki, başlıca əqd üzrə ixtiyarlının
çıxarıcıya qarşı müvafiq tələbi
vardır.
Maddə 1002. Orderin geri
götürülməsi
Ödəyici
orderi aksept edənədək və ya ödənişi icra edənədək
çıxarıcı ondan orderi geri götürə bilər.
Maddə 1003. Orderin
başqasına verilməsi
1003.1. Remitent
orderi hələ aksept edilməmiş olsa belə, hər hansı
üçüncü şəxsə keçirə bilər.
1003.2.
Çıxarıcı orderin keçirilməsini istisna edə
bilər. Ödəyici üçün belə istisna
yalnız o halda etibarlıdır ki, orderdə onun haqqında
qeyd-şərt edilmiş olsun və ya ödəyici orderi
aksept etməzdən və ya ödənişi icra etməzdən
əvvəl çıxarıcı ödəyiciyə bu barədə
məlumat vermiş olsun.
§ 3. Veksel
Maddə 1004. Veksel
anlayışı
Veksellər adlı qiymətli kağızlardır, veksel
verən onların vasitəsilə müəyyən şəxsə
müəyyən məbləğ ödəmək barəsində
başqa şəxsə (ödəyiciyə) göstəriş
verir (köçürmə vekseli) və ya hər hansı
müəyyən şəxsə və ya bu şəxsin sərəncamına
müəyyən məbləğ ödəməyi öhdəsinə
götürür (sadə veksel).[636]
Maddə 1005. Köçürmə
vekseli
1005.1.
Köçürmə vekseli aşağıdakı rekvizitlərin
olduğu sənəddir:
1005.1.1. Sənədin
mətninə daxil edilmiş "veksel" adı;
1005.1.2. veksel
verənin müəyyən məbləği ödəmək
barəsində sadə və heç nə ilə ºərtləºdirilməmiº
göstəriºi;
1005.1.3. kim
ödəməlidirsə, onun (ödəyicinin) adı;
1005.1.4. ödəniş
kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə,
onun adı;
1005.1.5. vekselin
tərtib edildiyi tarix;
1005.1.6. veksel
verənin imzası;
1005.1.7. vekselin
tərtib edildiyi yer;
1005.1.8. vekselin
ödənilməsi vaxtı (veksel üzrə ödəniş
müddəti);
1005.1.9. ödənişin
icra edilməli olduğu yer.
1005.2. Bu Məcəllənin
1005.1-ci maddəsində göstərilmiş rekvizitlərdən
hər hansı birinin olmadığı sənədin,
aşağıdakı hallar istisna olmaqla, köçürmə
vekseli qüvvəsi yoxdur:
1005.2.1. ödəniş
müddəti göstərilməmiş köçürmə
vekseli təqdim edildikdə ödənilməli olan veksel
(müddəti təqdim edilməsi ilə müəyyənləşdirilən
veksel) sayılır;
1005.2.2. ödəniş
yeri xüsusi göstərilmədikdə ödəyicinin
adı ilə yanaşı göstərilmiş yer ödəniş
yeri və bununla birlikdə, ödəyicinin yaşayış
yeri və ya olduğu yer sayılır;
1005.2.3. tərtib
edildiyi yer göstərilməmiş köçürmə
vekseli veksel verənin adı ilə yanaşı göstərilmiş
yerdə imzalanmış sayılır;
1005.2.4. verildiyi
məqamda tam doldurulmamış köçürmə vekseli
başqa şəxslərə verildikdə və həmin
şəxslərə vekseldə çatışmayan məlumatları
sonradan tamamlamaq hüququ verildikdə blank vekseli qüvvəsinə
malik olur.
Maddə 1006. Köçürmə
veksellərinin növləri
1006.1.
Köçürmə vekseli veksel verənin özünün
sərəncamı ilə verilə bilər.
1006.2.
Köçürmə vekseli veksel verənin özünə
verilə bilər.
1006.3.
Köçürmə vekseli üçüncü şəxsin
hesabına verilə bilər.
Maddə 1007. Köçürmə
vekseli üzrə ödəniş yeri
Köçürmə
vekseli üçüncü şəxsdə, ödəyicinin
yaşayış yerində və ya olduğu yerdə və
ya hər hansı başqa yerdə ödənilməli ola bilər.
Maddə 1008. Veksel üzrə
faizlər
1008.1. Təqdim
edildikdə və ya təqdim edildikdən sonra müəyyən
vaxt ərzində ödənilməli olan köçürmə
vekselində veksel verən şərt qoya bilər ki, veksel məbləğinin
üstünə faizlər hesablanacaqdır.
1008.2. Faiz dərəcəsi
vekseldə göstərilməlidir; belə göstəriş
olmadıqda şərt yazılmamış sayılır.
1008.3. Faizlərin
hesablanmağa başlandığı gün göstərilmədikdə
onlar vekselin tərtib edildiyi gündən hesablanmalıdır.
Maddə 1009. Veksel məbləği
1009.1. Əgər
veksel məbləği həm sözlə, həm də rəqəmlə
göstərilmişdirsə, onların arasında fərq
olduqda vekselin yazı ilə göstərilmiş məbləğdə
qüvvəsi olur.
1009.2. Əgər
köçürmə vekselində məbləğ bir
neçə dəfə yazı ilə və bir neçə
dəfə rəqəmlə göstərilmişdirsə,
onların arasında fərq olduqda vekselin daha az məbləğdə
qüvvəsi olur.
Maddə 1010. Köçürmə
vekselində etibarsız imzalar
Köçürmə
vekselində veksel üzrə öhdəlik götürə
bilməyən şəxslərin imzaları, saxta imzalar və
ya uydurma şəxslərin imzaları olduqda və ya
imzaları atmış və ya adından imzalar
atılmış şəxsləri hər hansı başqa əsasla
mükəlləfiyyətli edə bilməyən imzalar
olduqda, digər şəxslərin imzaları qüvvəsini
itirmir.
Maddə 1011. Nümayəndəlik səlahiyyəti
olmayan şəxsin köçürmə vekselini
imzalaması
Şəxsin
adından fəaliyyət göstərmək üçün
səlahiyyət almadan onun nümayəndəsi kimi
köçürmə vekselini imzalamış hər bir şəxs
veksel üzrə öhdəlikləri özü
daşıyır və əgər veksel üzrə ödənişi
həyata keçirmişdirsə, təmsil etdiyi şəxsin
malik ola biləcəyi hüquqlara malik olur. Öz səlahiyyətlərini
aşan nümayəndə də eynilə bu vəziyyətdə
olur.
Maddə 1012. Veksel verənin məsuliyyəti
1012.1. Veksel verən
aksept və ödəniş üçün məsuliyyət
daşıyır.
1012.2. Veksel verən
aksept üçün məsuliyyəti öhdəsindən
götürə bilər, lakin ödəniş
üçün məsuliyyəti öhdəsindən
götürə bilməz.
Maddə 1013. Vekselin aksepti
1013.1. Ödəyici
aksept vasitəsilə köçürmə vekselini
vaxtında ödəmək öhdəliyini
götürür. Ödənişin həyata keçirilmədiyi
halda veksel verən akseptanta qarşı məhkəməyə
iddia verə bilər.
1013.2. Aksept
vekseldə yazılı bəyanat vasitəsilə ifadə
edilir.
1013.3. Əgər
veksel təqdim edildikdən sonra müəyyən müddətdə
ödənilməlidirsə və ya əgər xüsusi
şərtə görə veksel aksept üçün müəyyən
müddətdə təqdim edilməlidirsə, akseptə onun
verildiyi günün tarixi qoyulmalıdır, bu şərtlə
ki, veksel saxlayan akseptə təqdim edilmə gününün
tarixini qoymağı tələb etməsin.
1013.4. Əgər
veksel verən köçürmə vekselində ödəniş
yeri kimi ödəyicinin yaşayış yerini və ya
olduğu yeri deyil, başqa yeri göstərmişdirsə və
bu zaman ödənişin hansı üçüncü şəxsdə
icra edilməli olduğunu göstərməmişdirsə,
ödəyici həmin şəxsi aksept zamanı göstərə
bilər.
1013.5. Əgər
veksel ödəyicinin yaşayış yerində və ya
olduğu yerdə ödənilməlidirsə, ödəyici
akseptdə ödənişin icra edilməli olduğu yerdəki
hər hansı ünvanı göstərə bilər.
1013.6. Ödəyici
aksepti veksel məbləğinin bir hissəsi ilə məhdudlaşdıra
bilər.
1013.7. Qalan məsələlərdə
aksept sadə olmalı və heç nə ilə şərtləşdirilməməlidir.
Köçürmə vekselinin məzmununda akseptin etdiyi hər
hansı başqa dəyişiklik akseptdən imtinaya bərabərdir.
Maddə 1014. Köçürmə
vekselinin aksept üçün təqdim edilməsi
1014.1. Veksel
saxlayan və ya vekseli olan hər hansı şəxs
köçürmə vekselini ödəniş müddəti
çatanadək aksept üçün ödəyiciyə
onun yaşayış yerində təqdim edə bilər.
1014.2. Veksel verən
aşağıdakıları edə bilər:
1014.2.1.
köçürmə vekselində şərt qoya bilər
ki, veksel aksept üçün müddət təyin edilməklə
və ya təyin edilmədən təqdim oluna bilər;
1014.2.2.
üçüncü şəxsdə ödənilməli
olan köçürmə vekseli və ya ödəyicinin
yaşayış yerində və ya olduğu yerdə deyil,
başqa yerdə ödənilməli olan veksel və ya təqdim
edildikdən müəyyən müddət sonra ödənilməli
olan veksel istisna edilməklə, vekseldə onun aksept
üçün təqdim olunmasını qadağan edə
bilər;
1014.2.3. şərt
qoya bilər ki, veksel aksept üçün müəyyən
müddətdən tez təqdim edilə bilməz.
1014.3. Hər
bir indossant şərt qoya bilər ki, veksel aksept
üçün müddət təyin edilməklə və
ya təyin edilmədən təqdim oluna bilər, bu şərtlə
ki, veksel verən onun akspet üçün təqdim
olunmasını qadağan etməsin.
1014.4. Təqdim
edildikdən sonra müəyyən müddətdə ödənilməli
olan köçürmə vekseli aksept üçün onun
verildiyi gündən bir il ərzində təqdim edilməlidir.
Veksel verən başqa müddət təyin edə bilər.
İndossantlar bu müddəti qısalda bilərlər.
Maddə 1015. Köçürmə
vekseli üzrə akseptin geri götürülməsi
1015.1.
Köçürmə vekselində öz aksepti barəsində
qeyd yazmış ödəyici veksel qaytarılanadək qeydin
üstündən xətt çəkdikdə hesab edilir ki,
akseptdən imtina olunmuşdur.
1015.2. Lakin
ödəyici öz aksepti barəsində veksel saxlayana və
ya vekseldə imza edənlərin hər hansı birinə
yazılı məlumat vermişdirsə, onların
qarşısında öz akseptinin şərtlərinə
uyğun məsuliyyət daşıyır.
Maddə 1016. Aval (veksel zaminliyi)
1016.1.
Köçürmə vekseli üzrə ödəniş
veksel zaminliyi (aval) vasitəsilə tamamilə və ya qismən
təmin edilə bilər.
1016.2. Avalı
üçüncü şəxs və ya vekseldə imza
etmiş şəxslərdən biri verə bilər.
1016.3. Veksel
zaminliyi köçürmə vekselində və ya əlavə
vərəqdə verilir. Aval üçün ödəyici və
ya veksel verən olmayan avalçının köçürmə
vekselinin üz tərəfində qoyduğu imza kifayətdir.
1016.4. Avalda onun
kimin hesabına verildiyi göstərilməlidir. Bu, göstərilmədikdə
hesab edilir ki, aval veksel verənin hesabına verilmişdir.
1016.5.
Avalçı avalı kimin əvəzinə vermişdirsə,
onun qədər məsuliyyət daşıyır. Onun öhdəliyi
qarantiya verdiyi öhdəliyin etibarsız olduğu halda da
qüvvədə qalır.
1016.6.
Avalçı köçürmə vekselini ödəyərək
həmin vekseldən irəli gələn hüquqları
qarantiya verdiyi şəxsə qarşı və
köçürmə vekselinə görə onun
qarşısında mükəlləfiyyətli olanların hamısına
qarşı əldə edir.
Maddə 1017. Vekselin
başqasına verilməsi
1017.1. İstənilən
köçürmə vekseli indossament vasitəsilə
başqasına verilə bilər.
1017.2.
İndossament həmçinin veksel verənin və veksel
üzrə mükəlləfiyyətli olan hər hansı digər
şəxsin xeyrinə icra edilə bilər. Bu, vekseli aksept
edib-etmədiyindən asılı olmayaraq ödəyici
üçün də qüvvədədir. Bu şəxslər
də vekseli indossament edə bilərlər.
Maddə 1018. İndossantın məsuliyyəti
Əgər
razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa,
indossant aksept və ödəniş üçün məsuliyyət
daşıyır. İndossant öz indossamentində
sonrakı indossamenti qadağan edirsə, veksel xeyrinə
indossament edilmiş şəxslərin qarşısında məsuliyyət
daşımır.
Maddə 1019. Veksel saxlayanın
xeyrinə ehtimallar
1019.1.
Köçürmə vekseli olan şəxs indossamentlərin
ardıcıl sırasına öz hüququnu əsaslandırırsa,
hətta sonuncu indossament blank indossamenti olsa da, qanuni veksel
saxlayandır. Bu zaman üstündən xətt çəkilmiş
indossamentlər yazılmamış sayılırlar. Blank
indossamentinin ardınca başqa indossament gəldikdə bu
sonuncunu imzalamış şəxs blank indossamenti üzrə
veksel əldə edən sayılır.
1019.2. Əgər
əvvəlki veksel saxlayan köçürmə vekselini hər
hansı səbəblərə görə itirmişsə, bu
Məcəllənin 1019.1-ci maddəsinə əsasən
öz hüququnu sübuta yetirən yeni veksel saxlayan vekseli
yalnız onu haqsız əldə etdiyi və ya əldə edərkən
kobud ehtiyatsızlıq göstərmiş olduğu halda geri
verməyə borcludur.
Maddə 1020. Yenidən
tapşırma indossamenti
1020.1. Əgər
indossamentdə sadə tapşırıqdan ibarət hər
hansı qeyd-şərt qoyulmuşdursa, veksel saxlayan
köçürmə vekselindən irəli gələn
bütün hüquqları həyata keçirə bilər,
lakin onu yalnız yenidən tapşırma qaydasında
indossament edə bilər.
1020.2. Yenidən
tapşırma indossamentində olan tapşırığa
yenidən tapşıranın ölümü və ya fəaliyyət
qabiliyyətini itirməsi nəticəsində xitam verilmir.
Maddə 1021. Girov indossamenti
Əgər
indossamentdə girovu nəzərdə tutan qeyd-şərt
qoyulmuşdursa, veksel saxlayan köçürmə vekselindən
irəli gələn bütün hüquqları həyata
keçirə bilər, lakin onun qoyduğu indossamentin
yalnız yenidən tapşırma indossamenti kimi qüvvəsi
vardır.
Maddə 1022. Ödəniş
müddətindən sonra indossament
1022.1. Ödəniş
müddətindən sonra icra edilmiş indossament həmin
müddətdən əvvəl icra edilmiş indossamentlə
eyni nəticələrə səbəb olur.
1022.2. Tarixi
qoyulmamış indossament, nə qədər ki əksi
sübuta yetirilməmişdir, müddət bitənədək
icra edilmiş sayılır.
Maddə 1023. Köçürmə
vekselinin ödəniş vaxtı (ödəniş müddətləri)
1023.1.
Köçürmə vekseli aşağıdakı ödəniş
müddəti ilə verilə bilər:
1023.1.1. təqdim
edildiyi an;
1023.1.2. təqdim
edildikdən sonra müəyyən müddətdə;
1023.1.3. tərtib
edildikdən sonra dəqiq göstərilmiş vaxtda;
1023.1.4. müəyyən
gündə.
1023.2. Başqa
ödəniş müddətləri və ya bir neçə
ardıcıl ödəniş müddəti olan
köçürmə vekselləri etibarsızdır.
Maddə 1024. Ödəniş
müddəti təqdim edildiyi an çatan köçürmə
vekseli
1024.1. Ödəniş
müddəti təqdim edildiyi an çatan köçürmə
vekseli təqdim edildikdə dərhal ödənilməlidir.
Ödəniş üçün həmin veksel tərtib
edildiyi gündən bir il ərzində təqdim edilməlidir.
Veksel verən bu müddəti qısalda və ya daha uzun
müddət təyin edə bilər. Bu müddətləri
indossantlar qısalda bilərlər.
1024.2. Veksel verən
müəyyənləşdirə bilər ki, ödəniş
müddəti təqdim edildiyi an çatan köçürmə
vekseli ödəniş üçün müəyyən
müddətdən tez təqdim edilə bilməz. Bu halda təqdim
edilmə müddətinin axımı həmin vaxtdan
başlanır.
Maddə 1025. Təqdim edildikdən sonra
müəyyən müddətdə ödənilən
köçürmə vekseli
1025.1. Təqdim
edildikdən sonra müəyyən ödəniş müddəti
ilə verilmiş köçürmə vekseli üzrə
ödəniş müddəti akseptdə göstərilən
tarixlə təyin edilir.
1025.2. Əgər
akseptdə tarix göstərilməyibsə, akseptant barəsində
veksel aksept üçün təqdim edilmək
üçün nəzərdə tutulan müddətin sonuncu
günündə aksept edilmiş sayılır.
Maddə 1026. Veksellər üzrə
ödəniş müddətlərinin hesablanması
1026.1. Tərtib
edildikdən və ya təqdim olunduqdan sonra bir və ya bir
neçə aylıq müddətə verilmiş
köçürmə vekseli üzrə ödəniş
müddəti ödənişin icra edilməli olduğu
ayın müvafiq günündə çatır. Həmin
ayda müvafiq gün olmadıqda ödəniş müddəti
həmin ayın sonuncu günündə çatır.
1026.2. Əgər
köçürmə vekseli tərtib edildikdən və ya təqdim
olunduqdan sonra bir ay yarım və ya bir neçə ay üstəgəl
yarım ay müddətinə verilmişdirsə, əvvəlcə
tam aylar hesablanır.
1026.3. Əgər
ödəniş müddəti ayın əvvəlinə,
ortasına və ya axırına təyin edilmişdirsə,
bu ifadələr ayın birinci, on beşinci və ya sonuncu
gününü bildirir.
1026.4. "Səkkiz
gün" və ya "on beş gün" ifadəsi bir və
ya iki həftəni deyil, tam səkkiz və ya on beş
günlük müddəti bildirir.
1026.5.
"Yarım ay" ifadəsi on beş günlük müddəti
bildirir.
1026.6. Əgər
köçürmə vekseli onun verildiyi yerdəki təqvimdən
fərqlənən başqa təqvimin qəbul olunduğu hər
hansı yerdə müəyyən gün ödənilməlidirsə,
ödəniş müddəti ödəniş yerinin təqvimi
üzrə təyin edilmiş sayılır.
1026.7. Tərtib
edildikdən sonra müəyyən ödəniş müddəti
ilə verilmiş köçürmə vekselinin verildiyi yerdə
və ödəniş yerində müxtəlif təqvimlər
qüvvədədirsə, ödəniş yerinin təqvimində
verilmə gününə uyğun tarix müəyyənləşdirilir
və ondan asılı olaraq ödəniş müddəti təyin
edilir.
1026.8.
Köçürmə veksellərinin təqdim edilməsi
üçün müddətlər bu Məcəllənin
1026.7-ci maddəsinə əsasən hesablanır.
Maddə 1027. Vekselin ödəniş
üçün təqdim edilməsi
1027.1. Tərtib
edildikdən və ya təqdim olunduqdan sonra müəyyən
ödəniş müddəti ilə verilmiş
köçürmə vekselini saxlayan ödəniş
üçün köçürmə vekselini ya onun ödənilməli
olduğu gün, ya da həmin gündən sonrakı iki
iş günündən birində təqdim etməlidir.
1027.2.
Köçürmə vekseli ödəniş
üçün bu Məcəllənin 1027.1-ci maddəsində
müəyyənləşdirilmiş müddət ərzində
təqdim edilmədikdə borclu veksel məbləğini
kreditorun yaşayış yeri üzrə məhkəməyə
depozitə verə bilər.
Maddə 1028. Ödənişin
alınması barədə qəbz təqdim edilməsi. Qismən
ödəniş
1028.1.
Köçürmə vekselini ödəyərkən ödəyici
tələb edə bilər ki, veksel saxlayan vekseli ona ödənişi
aldığı barədə qəbzlə təqdim etsin.
1028.2. Veksel
saxlayan qismən ödənişin qəbulundan imtina edə
bilməz.
1028.3. Vekselin
qismən ödənildiyi halda ödəyici tələb edə
bilər ki, bu cür ödənişə dair vekseldə qeyd
edilsin və bu barədə ona qəbz verilsin.
Maddə 1029. Veksel üzrə
ödəniş müddəti çatanadək və
çatdıqda ödəniş
1029.1. Veksel
saxlayan köçürmə vekselini ödəniş
üçün onun ödəniş müddəti
çatanadək qəbul etməyə borclu deyildir.
1029.2. Vekseli
müddət çatanadək ödəyən ödəyici
bunu öz riski ilə edir.
1029.3. Vekseli
vaxtında ödəyən şəxs öhdəlikdən
azaddır.
1029.4. Ödəyici
indossamentlərin ardıcıl sırasının
düzgünlüyünü yoxlamağa borcludur, lakin
indossantların imzalarını yoxlamağa borclu deyildir.
Maddə 1030. Xarici valyuta ilə
verilən veksellər
1030.1. Əgər
köçürmə vekseli xarici valyuta ilə yazılıb
verilmişdirsə, onun məbləği ödəniş
müddətinin çatdığı günün məzənnəsi
üzrə manatla ödənilə bilər. Əgər borclu
ödənişi gecikdirmişsə, veksel saxlayan öz
mülahizəsinə əsasən tələb edə bilər
ki, köçürmə vekselinin məbləği ya ödəniş
müddətinin çatdığı günün, ya da
ödəniş gününün məzənnəsi üzrə
manatla ödənilsin.
1030.2. Xarici
valyutanın məzənnəsini Azərbaycan Respublikasının
Mərkəzi Bankı müəyyənləşdirir. Lakin
veksel verən şərt qoya bilər ki, ödənilməli
məbləğ vekseldə göstərilmiş məzənnə
üzrə hesablanacaqdır.
1030.3. Veksel verən
ödənişin vekseldə göstərilmiş müəyyən
valyuta ilə həyata keçirilməli olduğu barədə
məcburi şərt qoyduqda, bu Məcəllənin 1030.1 və
1030.2-ci maddələrinin müddəaları tətbiq edilmir.
Maddə 1031. Vekselin ödənişindən
və ya akseptindən imtina
1031.1. Əgər
köçürmə vekselini ödəməkdən imtina
edilmişdirsə, ödəniş müddəti
çatdıqda veksel saxlayan özünün reqres
hüquqlarını indossantlara, veksel verənə və
veksel üzrə digər mükəlləfiyyətlilərə
qarşı həyata keçirə bilər.
1031.2. Ödəyici
köçürmə vekselinin akseptindən tamamilə və
ya qismən imtina etdikdə, veksel saxlayana da eyni hüquq ödəniş
müddəti çatanadək mənsub olur.
Maddə 1032. Akseptdən və
ya ödənişdən rəsmi akt üzrə imtina (protest)
1032.1. Akseptdən
və ya ödənişdən imtina bu Məcəllənin
1033-cü maddəsinə uyğun tərtib edilmiş rəsmi
aktla təsdiqlənməlidir (akseptdən və ya ödənişdən
imtinaya protest).
1032.2. Akseptdən
imtinaya protest vekselin akseptə təqdim edilməsi
üçün müəyyənləşdirilmiş
müddətlərdə verilməlidir. Əgər vekselin
aksept üçün ilk təqdimatı müddətin sonuncu
günündə baş vermişdirsə, protest növbəti
gündə də verilə bilər.
1032.3. Tərtib
edildikdən və ya təqdim olunduqdan sonra müəyyən
ödəniş günü və ya müəyyən ödəniş
müddəti olan köçürmə vekselini ödəməkdən
imtina edilməsinə protest köçürmə vekselinin
ödənilməli olduğu gündən sonrakı iki iş
günündən birində verilməlidir. Ödəniş
müddəti təqdim edildiyi an çatan köçürmə
vekseli ilə əlaqədar protest bu Məcəllənin
1032.2-ci maddəsində müəyyənləşdirilmiş
müddətlərdə verilməlidir.
1032.4. Akseptdən
imtinaya protest verilməsi vekselin ödəniş
üçün təqdim edilməsindən və ödənişdən
imtinaya protestdən azad edir.
1032.5. Ödəyici
ödənişləri dayandırdıqda onun vekseli aksept
edib-etmədiyindən asılı olmayaraq veksel saxlayan
özünə mənsub hüquqları yalnız veksel ödəniş
üçün ödəyiciyə təqdim edildikdən və
protest verildikdən sonra həyata keçirə bilər.
Maddə 1033. Veksel üzrə
akseptdən və ya ödənişdən imtinaya protest verilməsi
1033.1. Protest
icra məmuru, notarius və ya Azərbaycan Respublikasının Mərkəzi
Bankın rəsmi sənədlərin tərtibinə vəkil
etdiyi digər şəxs tərəfindən tərtib edilməlidir.[637]
1033.2. Protestdə
aşağıdakı məlumatlar göstərilməlidir:
1033.2.1. protest
verən şəxsin adı;
1033.2.2. protest
kimə qarşı yönəldilmişdirsə, həmin
şəxsin adı;
1033.2.3. protestin
yönəldildiyi şəxsdən ödənişi həyata
keçirmək və ya aksepti icra etmək barəsində
xahişlər edilməsinin nəticəsiz
qaldığının göstərilməsi; və ya onu
yerində tapmağın mümkün
olmadığının göstərilməsi; və ya
protestin yönəldildiyi şəxsin yaşayış yerini
və ya olduğu yeri müəyyənləşdirməyin
mümkün olmadığının göstərilməsi;
1033.2.4. nəticəsiz
qalmış xahişin verildiyi və ya cəhdin edildiyi yerin və
günün göstərilməsi.
1033.3. Protest tərtib
edən şəxs onu imzalayır və köçürmə
vekselinin arxa tərəfinə və ya ona qoşulmuş vərəqə
möhür və ya ştempel vurur.
1033.4. Əgər
eyni köçürmə vekselinin bir neçə nüsxəsi
təqdim edilərkən və ya onun əsli və surəti təqdim
edilərkən protest verilirsə, protestin nüsxələrdən
birində və ya vekselin əslində yazılması kifayətdir.
Digər nüsxələrdə və ya surətdə
protestin hansı nüsxədə yazıldığı və
ya vekselin əslində olduğu qeyd edilməlidir. Bu qeydi
protesti tərtib etmiş şəxs imzalamalıdır.
1033.5. Əgər
aksept veksel məbləğinin bir hissəsi ilə məhdudlaşdırıldığına
görə protest verilirsə, köçürmə vekselinin
surəti tərtib edilir və protest həmin surətə və
ya ona qoşulan vərəqə yazılır.
Köçürmə vekselində olan indossamentlər və
digər qeydlər onun surətində də olmalıdır.
1033.6. Əgər
köçürmə vekselindən irəli gələn bir
neçə tələb bir neçə şəxsə və
ya eyni şəxsə qarşı irəli sürülməlidirsə,
çoxsaylı tələblər üçün bir
protestin tərtibi kifayətdir.
1033.7. Protesti tərtib
edən şəxs onun bir surətini özündə
saxlamalıdır. Bu surətdə aşağıdakılar
göstərilməlidir:
1033.7.1. veksel məbləği;
1033.7.2. ödəniş
müddəti;
1033.7.3. protestin
tərtib edildiyi yer və tarix;
1033.7.4. veksel
verənin, ödəyicinin adı, habelə ödəniş
kimə və ya kimin sərəncamı ilə həyata
keçirilməlidirsə, onun adı.
Maddə 1034. Veksel üzrə
akseptdən və ya ödənişdən imtina barəsində
bildiriş
1034.1. Veksel
saxlayan akseptdən və ya ödənişdən imtina barəsində
öz indossantına və veksel verənə protest
günündən sonrakı dörd iş günü ərzində
bildiriş verməlidir. Hər bir indossant bildirişi
aldığı gündən sonrakı iki iş günü ərzində
öz indossantına bu bildiriş barəsində, əvvəlki
bildirişləri göndərənlərin, o cümlədən
veksel verənin adlarını və ünvanlarını
göstərməklə məlumat verməlidir. Yuxarıda
göstərilən müddətlərin axımı əvvəlki
bildirişin alındığı gündən
başlanır.
1034.2. Əgər
bu Məcəllənin 1034.1-ci maddəsinə əsasən,
köçürmə vekselinə imza etmiş şəxsə
bildiriş göndərilərsə, eyni bildiriş eyni
müddətdə veksel üçün aval vermiş şəxsə
də göndərilməlidir.
1034.3.
İndossantlardan hər hansı biri öz ünvanını
göstərmədikdə və ya dolaşıq göstərdikdə
bildirişin ondan əvvəlki indossanta göndərilməsi
kifayətdir.
1034.4.
Bildiriş istənilən formada, hətta köçürmə
vekselinin sadə qaytarılması yolu ilə verilə bilər.
1034.5.
Bildirişi göndərməli olan onu müəyyənləşdirilmiş
müddətdə göndərdiyini sübuta yetirməlidir.
Əgər bildirişdən ibarət məktub göstərilmiş
müddətdə poçtla yola salınmışdırsa,
müddətə riayət edildiyi hesab olunur.
1034.6.
Bildirişi yuxarıda göstərilmiş müddətdə
göndərməyən şəxs öz
hüquqlarını itirmir, lakin öz səliqəsizliyi
üzündən əmələ gələ bilən zərər
üçün veksel məbləği həddində məsuliyyət
daşıyır.
Maddə 1035. Veksel üzrə akseptdən
və ya ödənişdən imtinaya protest verməkdən
azad edilmə
1035.1. Veksel verən,
indossant və ya avalçı vekselə daxil edilmiş və
imzalanmış qeyd-şərt vasitəsilə veksel
saxlayanı akseptdən və ya ödənişdən imtinaya
protest vermək öhdəliyindən azad edə bilər.
1035.2. Bu
qeyd-şərt veksel saxlayanı köçürmə
vekselini müəyyənləşdirilmiş müddətdə
təqdim etmək və bildiriş göndərmək vəzifəsindən
azad etmir. Müddətlərə riayət
olunmadığını veksel saxlayanla mübahisədə bu
hala istinad edən şəxs sübuta yetirməlidir.
1035.3. Əgər
qeyd-şərti veksel verən daxil etmişdirsə, bu
qeyd-şərtin vekseli imzalamış bütün şəxslər
barəsində qüvvəsi vardır. Qeyd-şərti
indossant və ya avalçı daxil etmişdirsə, həmin
qeyd-şərtin onların özləri barəsində
qüvvəsi vardır.
Maddə 1036. Veksel üzrə
mükəlləfiyyətlilərin məsuliyyəti
1036.1.
Köçürmə vekselini vermiş, aksept etmiş,
indossament etmiş və ya ona aval qoymuş bütün şəxslər
veksel saxlayan qarşısında birgə borclular kimi məsuliyyət
daşıyırlar.
1036.2. Veksel
saxlayan bu şəxslərin ayrılıqda hər birinə və
ya birlikdə hamısına qarşı onların
ardıcıllığını gözləmədən
iddia irəli sürmək hüququna malikdir.
1036.3.
Köçürmə vekselini imzalamış hər kəs
onu ödədikdən sonra eyni hüquqa malikdir.
1036.4. Əgər
vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti
hallarında veksel üzrə ödənilməməsinə
protest icra sənədidir və ödəyicinin
hesabındakı vəsaitin mübahisəsiz silinməsi
üçün əsasdır. Ödəyənin hesabında
vəsait olmadıqda protest verən ərizəçi veksel
üzrə öhdəliklərin veksel üzrə borclunun əmlakına
yönəldilməsini tələb etmək hüququna
malikdir.
1036.5. Veksel
üzrə ödəyicinin əmlakı hesabına
vekselsaxlayanın tələblərinin ödənilməsi
hüququ bu Məcəllənin 1036.4-cü maddəsində
göstərilən hal istisna olmaqla, yalnız məhkəmə
qərarlarının icrası qaydasında həyata
keçirilir. Vekselin etibarsız sayıldığı hallar
istisna olmaqla, məhkəmə veksel verilməsinə əsas
olan müqavilə şərtlərindən asılı
olmayaraq qanunvericiliyin tələblərinə uyğun
qeydiyyatdan keçmiş və protest edilmiş veksel əsasında
tezləşdirilmiş prosedur üzrə (yeddi iş
günü ərzində) veksel saxlayanın xeyrinə qərar
çıxarmalıdırlar.[638]
Maddə 1037. Ödənişdən və
ya akseptdən imtina edildikdə veksel saxlayanın hüququ
1037.0. Veksel
saxlayan iddia irəli sürdüyü şəxsdən
aşağıdakıları tələb edə bilər:
1037.0.1. Aksept
edilməmiş və ya ödənilməmiş
köçürmə vekselinin məbləğini və əgər
şərtləşdirilmişdirsə, faizləri;
1037.0.2. Ödəniş
müddətinin çatdığı gündən faizləri;
1037.0.3. Protest
üzrə və bildiriş göndərmək üzrə xərcləri,
habelə digər xərcləri.
Maddə 1038. Ödəyicinin
hüquqları
Ödəyici
onun qarşısında mükəlləfiyyətli olan şəxslərdən
bütün ödənilmiş məbləği, həmin məbləğə
ödəniş günündən hesablanan faizləri və
çəkdiyi xərcləri tələb edə bilər.
Maddə 1039. Veksel sənədlərinin
təqdim edilməsi
1039.1. İddia
irəli sürülmüş və ya irəli sürülə
biləcək hər bir mükəlləfiyyətli şəxs
tələb edə bilər ki, veksel məbləğinin
ödənilməsi müqabilində ona protestlə və
ödəniş qəbzi ilə birlikdə köçürmə
vekseli verilsin.
1039.2.
Köçürmə vekselini ödəmiş hər bir indossant
öz indossamentinin və özündən sonrakı
indossantların indossamentlərinin üstündən xətt
çəkə bilər.
Maddə 1040. Qismən akseptdən
sonra reqres tələbi
Qismən akseptdən
sonra reqres tələbinin irəli sürüldüyü halda
vekselin aksept edilmədiyi məbləği ödəyən həmin
ödənişin vekseldə qeyd olunmasını və bu barədə
ona qəbz verilməsini tələb edə bilər. Veksel
saxlayan bundan əlavə, ona vekselin təsdiqlənmiş surətini
və protest aktını verməlidir ki, o, sonrakı reqres tələbini
həyata keçirə bilsin.
Maddə 1041. Geriyə tratta
İddia irəli
sürmək hüququ olan şəxs, əgər əks
razılaşma yoxdursa, onun qarşısında mükəlləfiyyətli
şəxslərdən birinə ödəniş müddəti
təqdim edildiyi an çatan, həmin şəxsin
yaşayış yeri üzrə ödənilməli olan yeni
veksel vermək vasitəsilə ödənişi ala bilər
(geriyə tratta).
Maddə 1042. Müddətlər
keçdikdə veksel saxlayanın hüquqlarını itirməsi
1042.1. Veksel
saxlayan indossantlara qarşı, veksel verənə qarşı
və akseptant istisna olmaqla, veksel üzrə mükəlləfiyyətli
olan digər şəxslərə qarşı öz hüquqlarını
aşağıdakılar üçün müəyyənləşdirilmiş
müddətlər keçdikdə itirir:
1042.1.1. təqdim
edildiyi an və ya təqdim edildikdən sonra müəyyən
müddətdə ödənilən köçürmə
vekselinin təqdim edilməsi üçün;
1042.1.2. akseptdən
və ya ödənişdən imtina nəticəsində protestin
verilməsi üçün;
1042.1.3.
müvafiq qeyd-şərtin olduğu halda ödənişə
təqdim etmək üçün.
1042.2. Vekseli
aksept üçün veksel verənin şərtləşdirdiyi
müddətdə təqdim etmədikdə veksel saxlayan həm
ödənişdən imtina nəticəsində, həm də
akseptdən imtina nəticəsində əmələ gələn
və ona mənsub olan hüquqları itirir.
1042.3. Əgər
vekselin ödəniş üçün təqdim edilməsi
müddəti indossamentdə şərtləşdirilmişdirsə,
ona yalnız indossant istinad edə bilər.
1042.4. Əgər
müəyyənləşdirilmiş müddətdə
köçürmə vekselinin təqdim edilməsinə və
ya protestin verilməsinə qarşısıalınmaz maneə
varsa, bu cür hərəkətlər üçün müəyyənləşdirilmiş
müddətlər qarşısıalınmaz qüvvənin
təsir etdiyi müddətə uzadılır və bu
müddətə 14 gün əlavə edilir. Şəxsən
veksel saxlayana və ya onun vekseli təqdim etməyi və ya
protest verməyi tapşırdığı şəxsə
aid olan hallar qarşısıalınmaz qüvvə
sayılmır.
Maddə 1043. Vekselin bir neçə
nüsxəsinin verilməsi
1043.1.
Köçürmə vekseli bir neçə eyni nüsxədə
verilə bilər. Bu nüsxələrə vekselin
özündə ardıcıl nömrələr
qoyulmalıdır; əks halda onların hər biri ayrıca
köçürmə vekseli sayılır. Əgər vekseldə
onun yeganə nüsxədə verildiyi göstərilməyibsə,
veksel saxlayan öz hesabına onun bir neçə nüsxəsinin
verilməsini tələb edə bilər. Bu məqsədlə
o bilavasitə özündən əvvəlki indossanta
müraciət etməlidir. Həmin indossant ona öz
indossantı və əvvəlki indossantlar, o cümlədən
veksel verən barəsində kömək göstərməlidir.
İndossantlar öz indossamentlərini yeni nüsxələrdə
təkrar etməyə borcludurlar.
1043.2. Bir
nüsxə üzrə ödənişin həyata
keçirilməsi bütün qalan nüsxələrdən
irəli gələn hüquqları, hətta bir nüsxə
üzrə ödənişin həyata keçirilməsi nəticəsində
bütün qalan nüsxələrin qüvvədən
düşdüyü qeyd edilməsə belə, ləğv
edir. Lakin ödəyici özünün aksept etdiyi və ona
qaytarılmamış hər bir nüsxə üzrə məsuliyyət
daşımaqda davam edir. Nüsxəni müxtəlif şəxslərə
vermiş indossant, habelə sonrakı indossantlar özlərinin
imza etdikləri və qaytarılmamış bütün
nüsxələr üzrə məsuliyyət
daşıyırlar.
1043.3. Nüsxələrdən
birini aksept üçün göndərən həmin
nüsxənin kimdə olduğunu başqa nüsxələrdə
göstərməlidir. Həmin nüsxənin olduğu şəxs
onu digər nüsxəni qanuni saxlayana verməyə borcludur.
Əgər o bunu etməkdən imtina edərsə, veksel
saxlayan özünün iddia hüququnu yalnız
aşağıdakılar protestlə təsdiqləndikdən
sonra həyata keçirə bilər:
1043.3.1. aksept
üçün göndərilmiş nüsxə onun tələbinə
baxmayaraq ona verilməmişdir;
1043.3.2. aksept və
ya ödəniş başqa nüsxə üzrə alına
bilməzdi.
Maddə 1044. Vekselin surətləri
1044.1.
Köçürmə vekselini saxlayan hər kəs onun surətini
çıxara bilər.
1044.2. Surət
orijinalı indossamentlər ilə və üzərində
olan bütün digər qeydlərlə birlikdə dəqiq təkrar
etməlidir. Surətdə onun hansı indossamentə qədər
etibarlı olduğu göstərilməlidir.
1044.3. Surət
orijinalla eyni qaydada və eyni nəticələr ilə
indossament və aval edilə bilər.
1044.4. Surətdə
sənədin əslinin kimdə olduğu göstərilməlidir.
1044.5. Əgər
sənədin əslində onun surəti
çıxarılanadək edilmiş sonuncu indossamentdən
sonra belə bir qeyd-şərt varsa ki, yalnız surətdəki
indossament etibarlıdır, sənədin əslində ondan
sonra qoyulmuş indossament etibarsız olur.
Maddə 1045. Vekselin mətninin
dəyişdirilməsi
Köçürmə
vekselinin mətninin dəyişdirildiyi halda bu dəyişiklikdən
sonra imza etmiş şəxslər dəyişdirilmiş mətnin
məzmununa uyğun məsuliyyət daşıyırlar; dəyişikliyə
qədər imza etmiş şəxslər əvvəlki mətnin
məzmununa uyğun məsuliyyət daşıyırlar.
Maddə 1046. Köçürmə
vekselindən irəli gələn iddia tələbləri
üzrə müddətlər
1046.1.
Köçürmə vekselindən akseptanta qarşı irəli
gələn iddia tələbləri ödəniş müddətinin
çatdığı gündən üç il sonra ödənilir.
1046.2. Veksel
saxlayanın indossantlara və veksel verənə qarşı
iddia tələbləri müəyyənləşdirilmiş
müddətdə protestin verildiyi gündən bir il sonra
ödənilir.
1046.3.
İndossantların bir-birinə və veksel verənə
qarşı iddia tələbləri indossantın vekseli ödədiyi
gündən və ona qarşı iddia irəli
sürüldüyü gündən altı ay sonra ödənilir.
1046.4. Qanuni və
ya vekseldə göstərilmiş müddətlər
hesablanarkən həmin müddətlərin
axımının başlandığı gün hesaba
alınmır.
Maddə 1047. Vekselin etibarsız
elan edilməsi
İtmiş və
ya məhv olmuş veksel ödəniş yeri üzrə məhkəmə
tərəfindən etibarsız elan edilə bilər.
Maddə 1048. Sadə veksel.
Rekvizitlər
1048.1. Sadə
vekseldə aşağıdakılar göstərilməlidir:
1048.1.1. mətnin
özünə daxil edilmiş "veksel" adı;
1048.1.2. müəyyən
məbləği ödəmək barəsində sadə və
heç nə ilə şərtləşdirilməmiş vəd;
1048.1.3. bu Məcəllənin
1005.1.4-1005.1.9-cu maddələrində göstərilmiş
rekvizitlər.
1048.2. Bu Məcəllənin
1048.1-ci maddəsində göstərilmiş rekvizitlərdən
hər hansı birinin olmadığı sənədin sadə
veksel qüvvəsi yoxdur.
1048.3. Sadə
vekseli verən köçürmə vekselinin akseptantı ilə
eyni əsaslar üzrə məsuliyyət daşıyır.
1048.4. Təqdim
edildikdən sonra müəyyən müddətli sadə
veksellər veksel verənə bu Məcəllənin
1014.4-cü maddəsində göstərilmiş müddətlər
ərzində təqdim edilməlidir. Veksel verən vekselin təqdim
edildiyini, günü göstərməklə və öz
imzasını qoymaqla təsdiqləməlidir. Təqdim
edildikdən sonra müəyyən müddətin axımı
təqdim edilmə haqqında qeydin edildiyi gündən
başlanır.
1048.5. Qalan məsələlərdə
sadə veksellərə köçürmə vekselləri
üçün qüvvədə olan müddəalar tətbiq
edilir.
Maddə 1048-1. Xəzinə
vekseli[639]
1048-1.1. Xəzinə
vekseli dövlət büdcəsindən ödənilməli
olan vəsaitlərin məbləğini təsbit edən və
ya qısa müddətə şəxslərdən sərbəst
pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə
buraxılmış sadə vekseldir.
1048-1.2. Xəzinə
vekseli aşağıdakı hallarda verilir:
1048-1.2.1.
büdcə təşkilatlarına nəzərdə
tutulmuş vəsaitlərin ödənilməsi zamanı xəzinədarlığın
sərəncamında kifayət qədər vəsait
olmadıqda;
1048-1.2.2.
büdcənin cari ehtiyaclarmı təmin etmək məqsədilə
vəsaitlərin cəlb edilməsi hallarında;
1048-1.2.3.
büdcənin mülkiyyət formasından asılı
olmayaraq müəssisə və təşkilatlara borcu olduqda
(artıq ödənilmiş vergilər, geri qaytarılmalı
olan məbləğlər və s.).
1048-1.3. Xəzinə
veskelinin ödəmə müddəti aşağıdakı
kimi ola bilər:
1048-1.3.1. tərtib
olunduqdan sonra müəyyən vaxt ərzində;
1048-1.3.2. müəyyən
edilmiş bir gündə.
1048-1.4.
Xəzinə vekseli onun buraxıldığı büdcə
ili ərzində ödənilməlidir.[640]
1048-1.5. Xəzinə
vekselindən alınmış mallara görə,
görülmüş işlərə və ya göstərilmiş
xidmətlərə görə ödəniş vasitəsi
kimi istifadə oluna bilər.
1048-1.6. Xəzinə
vekseli müvafiq qaydada uçot təşkilatında
uçot edilə bilər.
1048-1.7 Xəzinə
vekseli təkrar bazarda müvafiq qanunvericiliyə riayət etməklə
satılıb-alına bilər. Bu əməliyyatların
aparılması üçün vekselsaxlayan müəyyən
edilmiş qaydada vekseli verdiyi şəxsin adına indossament
vasitəsilə ötürməlidir.
1048-1.8. Xəzinə
vekseli hüquqi şəxslər tərəfindən büdcəyə
olan vergi və ya digər borcları əvəzinə xəzinədarlığa
təqdim edilə bilər.
1048-1.9. Xəzinə
vekseli ödəmə vaxtı çatmazdan əvvəl xəzinədarlığa
ödəniş üçün təqdim oluna bilməz.
1048-1.10. Xəzinə
vekseli ödəniş vaxtı çatdıqda ödəniş
üçün onu buraxan xəzinədarlığa (ödəyiciyə)
təqdim olunur və onun tərəfindən ödənilir. Xəzinədarlıq
(ödəyici) xəzinə vekselini ödəməkdən
imtina etdikdə, vekselsaxlayan qanunvericiliyə uyğun olaraq
ödəmədən imtinanı rəsmi protest aktı ilə
təsbit etdirməlidir.
1048-1.11.
Hüquqi və fiziki şəxslərin sərbəst pul vəsaitlərinin
büdcəyə cəlb edilməsi məqsədilə xəzinə
vekseli diskont qiymətli kağızı kimi buraxılır və
xəzinədarlıq tərəfindən nominal dəyərindən
aşağı qiymətlə realizə olunur, ödənildikdə
isə ödəyici tərəfindən vekselsaxlayana veksel məbləği
tam ödənilir.
Maddə 1048-2. Veksellərin
uçotu[641]
1048-2.1. Veksellərin
uçotu ödəniş vaxtı çatana qədər
vekselsaxlayan tərəfindən vekselin uçot təşkilatına
verilməsi və onun müqabilində, veksel məbləğindən
diskont məbləği çıxılmaqla, qalan məbləğin
alınmasıdır.
1048-2.2. Azərbaycan
Respublikasında veksellərin uçotu, domisilyasiyası,
inkassoya qəbul edilməsi, veksellərin ödənilməsi
üzrə xidmətlərin göstərilməsi və
veksellər üzrə digər əməliyyatlar yalnız Azərbaycan Respublikasının Mərkəzi
Bankda qeydiyyatdan keçmiş uçot təşkilatları
tərəfindən (kredit təşkilatları, veksel evləri
və digər ixtisaslaşdırılmış maliyyə-investisiya
müəssisələri) həyata keçirilə bilər.
1048-2.3. Veksellərin
yenidən uçotu vekselin uçotunu aparan bankdan uçota
aldığı veksellərin, ödəniş tarixindən əvvəl
Mərkəzi Bank tərəfindən vekselin məbləğini
diskontla ödəməklə alınmasıdır.
1048-2.4. Veksellərin
uçotu və yenidən uçotu qaydaları Azərbaycan Respublikasının Mərkəzi
Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.[642]
§4. Çek[643]
Maddə 1049. Çek
anlayışı və onun məzmunu
1049.1. Çek
orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin
çek sahibinə ödənilməsi barədə çek
verənin banka verdiyi və heç nə ilə şərtləndirilməyən
yazılı sərəncamından ibarətdir.
1049.2. Çekdə
aşağıdakı rekvizitlər göstərilməlidir:
1049.2.1. sənədin
mətninə daxil edilmiş "çek" adı;
1049.2.2. müəyyən
pul məbləğini ödəmək barədə sadə və
heç nə ilə şərtləndirilməyən
tapşırıq;
1049.2.3. ödənişi
icra etməli bankın adı;
1049.2.4. ödəniş
yerinin göstərilməsi;
1049.2.5.
çekin tərtib olunduğu tarixin və yerin göstərilməsi;
1049.2.6.
çek verənin imzası.
1049.3.
Bankların yalnız elə çek blankları verməsinə
icazə verilir ki, orada mətbəə üsulu ilə
çap edilmiş aşağıdakı məlumatlar olsun:
ödəyici bankın adı, ünvanı və telefon
nömrəsi, çek verənin (hesab sahibinin) adı və
ünvanı, habelə ödəyici bankın hesab nömrəsi.
1049.4. Çeklərə
hesablaşma çeki, bank çeki, pul çeki və yol
çeki aiddir.
1049.5.
Hesablaşma çeki hesablardan nağdsız qaydada
hesablaşmaların aparılmasını nəzərdə
tutan çekdir.
1049.6. Bank
çeki bir bankın başqa banka banklararası
hesablaşmaların aparılması üçün təqdim
etdiyi çekdir.
1049.7. Pul
çeki müştərinin bankda olan hesabından nağd pul
vəsaitini almaq üçün yazılı sərəncamdan
ibarət olan çekdir.
1049.8. Yol
çeki bir məntəqədə verilmiş çekdə
imza nümunəsi göstərilən çek sahibinə,
çekdə yazılmış məbləği ödəməyi
üzərinə götürən təşkilatın
öhdəliyi olub, digər məntəqədə nağdlaşdırılan
çekdir. Yol çeklərinin ödənilməsi sahibinin
imzası əsasında çekin emitenti, onun filialı və
yaxud emitentin göstərdiyi digər təşkilat tərəfindən
həyata keçirilir.
1049.9. Azərbaycan
Respublikasında çeklərin buraxılışı və
tədavülü qaydaları qiymətli kağızlar
bazarmı tənzimləyən müvafiq icra hakimiyyəti
orqanının normativ hüquqi aktları ilə müəyyən
edilir.[644]
Maddə 1050. Veksellər
haqqında müddəaların çeklərə tətbiqi
Vekselin aksept
edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin
1005.2.4, 1006, 1009-1012-ci maddələrinin müddəaları
çeklərdən irəli gələn münasibətlərin
tənzimlənməsinə də tətbiq edilir.
Maddə 1051. Çekin təminatı
tələbi
1051.1. Çek
yalnız o hallarda verilə bilər ki, çek verənin
bankdakı hesablarında vəsaiti və həmin vəsaitə
dair çeklər vasitəsilə sərəncam vermək
hüququ olsun.
1051.2.
Çekin ödənilməsi üçün çek verənin
vəsaiti və ya ona verilmiş kredit kifayət etmədikdə
bankın çeki ödəməkdən imtina etmək
hüququ vardır. Bank təmin olunmamış məbləği
ödədikdə isə, çek sahibinin hüquqları ona
keçir. Bank çeki tamamilə və ya qismən ödəməkdən
imtina etdikdə, aşağıdakı nəticələr
baş verməlidir:
1051.2.1.
çek verən, yaxud tamamilə və ya qismən ödənilməmiş
çeki çek verənin əvəzinə imzalamış
şəxs birgə borclular kimi, çek məbləğinin
ödənilməmiş hissəsinin 6 faizi miqdarında zərərin
əvəzini çek sahibinə ödəməlidirlər.
Çek sahibinin başqa zərərin əvəzinin ödənilməsi
tələbini həyata keçirmək hüququ
saxlanılır;
1051.2.2. bank təminat
olmadığından çekin tamamilə və ya qismən
ödənilmədiyini çekin özündə qeyd etməli
və ləngimədən onu çek sahibinə göndərməli,
bu barədə belə çekləri imzalamış
çek verənlərin reyestrini tərtib edən Azərbaycan
Respublikasının Mərkəzi Bankına dərhal
bildiriş göndərməlidir;
1051.2.3. təmin
olunmamış çeki verənin bir il ərzində
çeklər verməsinə icazə verilmir və o,
özündə olan bütün çek blanklarını dərhal
ödəyici banka və müştərisi olduğu
bütün başqa banklara qaytarmalıdır. Ödəyici
bank bunu yazılı şəkildə dərhal çek verəndən
və hesablardakı vəsaitə dair sərəncam verməyə
ixtiyarlı olan bütün şəxslərdən tələb
etməli və bundan sonra çek verməyi onlara qadağan
etməlidir;
1051.2.4. bu tələbdən
sonra bir ay müddətində çek verən çek sahibi
barədə çek məbləğinin ödənilməmiş
hissəsini ödədiyini, habelə bu Məcəllənin
1051.2.1-ci maddəsinə uyğun olaraq zərərin əvəzini
ödədiyini, yaxud həmin məbləğlərin tam
ödənilməsi üçün ödəyici bankın
kifayət qədər vəsaitə malik olması
qayğısına qaldığını ödəyici banka
sübut edərsə, bu Məcəllənin 1051.2.3-cü maddəsinə
uyğun olaraq çeklərin verilməsinin qadağan edilməsinin
gələcək üçün qüvvəsi yoxdur.
Maddə 1052. Çekin aksept
edilməsinin istisna olunması
Ödəyici
çeki aksept etməməlidir. Çekdə aksept barədə
yazılan qeyd etibarsız sayılır.
Maddə 1053. Çek üzrə
ödənişi almağa ixtiyarlı şəxsin adı
1053.1. Çek yazıla bilər:
1053.1.1. müəyyən
şəxsin adına;
1053.1.2. təqdim edənə (adsız).
1053.2. Çek
"və ya təqdim edənə" qeyd-şərti ilə,
yaxud bu cür məna ifadə edən qeyd-şərtlə
müəyyən şəxsə verilərsə, adsız
çek sayılır.
1053.3. Sahibinin
adı göstərilməyən çek adsız çek
sayılır.
1053.4. Çek,
çek verənin özünə verilə bilər.
Maddə 1054. Çekdə faizlər
barədə yazılan qeyd-şərtin
etibarsızlığı
Çekdə faizlər barədə
yazılan qeyd-şərt etibarsız sayılır.
Maddə 1055. Çekin
başqasına verilməsi
1055.1. Müəyyən
şəxsə verilmiş və ödənişə təqdim
olunmuş çek indossament vasitəsilə başqa şəxsə
verilə bilər.
1055.2. Çek
indossament vasitəsilə həmçinin çek verənə
və çek üzrə mükəlləfiyyətli hər
hansı şəxsə verilə bilər. Öz növbəsində
bu şəxslər də çeki indossament edə bilərlər.
1055.3. Ödəyici
bankın indossamenti etibarsızdır. Adsız indossament
blanklı indossament sayılır. Bankın bir neçə
şöbəsinin (filialının) olduğu və
indossamentin çekin verildiyi şöbənin deyil, başqa
şöbənin xeyrinə edildiyi hallar istisna olmaqla, bank
üçün indossamentin yalnız ödəniş qəbzi
qüvvəsi vardır.
1055.4. Vekselin
aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin
993.3-993.4, 1018 və 1020-ci maddələrinin müddəaları
çeklərə də tətbiq edilir.
Maddə 1056. Çek sahibinin xeyrinə
ehtimal. Çekin itirilməsi
1056.1. Çek
sahibinin xeyrinə ehtimala bu Məcəllənin 1019.1-ci maddəsi
tətbiq edilir.
1056.2. Çek
sahibi çeki itirdikdə, əlində çek olan şəxs,
onun adsız çek və ya indossament vasitəsilə verilən
çek olmasına baxmayaraq, çeki yalnız o halda
qaytarmağa borcludur ki, onu vicdansız yolla əldə
etmiş olsun və ya əldə edərkən kobud
ehtiyatsızlıq etmiş olsun.
Maddə 1057. Çek zaminliyi
(aval)
Çek məbləğinin
ödənişinə avalçı tərəfindən aval
(çek zaminliyi) vasitəsilə tamamilə və ya qismən
qarantiya verilə bilər. Ödənişə belə
qarantiyanı, ödəyici bank istisna olmaqla, hər hansı
üçüncü şəxs və ya artıq çekdə
imzası olan şəxs verə bilər.
Maddə 1058. Çekin ödənişə
təqdim olunması
1058.1. Çek
təqdim olunduqda ödənilməlidir. Hər cür başqa
göstəriş etibarsız sayılır.
1058.2. Tərtib
edildiyi ölkədə ödənilməli olan çek bir ay
müddətində ödənişə təqdim
olunmalıdır. Verildiyi ölkədə deyil, başqa
ölkədə ödənilməli olan çek, verilmə
yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki
ay müddətində, müxtəlif qitələrdədirsə,
üç ay müddətində ödənişə təqdim
edilməlidir. Həm də Müstəqil Dövlətlər
Birliyinin üzvü olan bir dövlətin ərazisində
verilən və Müstəqil Dövlətlər Birliyinin
üzvü olan digər dövlətin ərazisində ödənilməli
olan çeklər eyni qitədə verilən və ödənilməli
olan çeklər sayılır. Yuxarıda göstərilən
müddətlərin axımı çekdə onun verilmə
günü kimi göstərilən gündən
başlanır.
1058.3. Əgər
çek onun verildiyi yerin təqvimindən fərqlənən
başqa təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə,
ödəniş yerinin təqviminə əsasən verilmə
gününə uyğun tarix və bundan asılı olaraq
ödəniş müddəti müəyyənləşdirilir.
Maddə 1059. Çekin geri
götürülməsi
1059.1.
Çekin geri götürülməsi yalnız onun təqdim
edilmə müddəti qurtardıqdan sonra etibarlıdır.
1059.2. Çek
geri götürülmədikdə, bank çekin təqdim
edilmə müddəti qurtardıqdan sonra da ödənişi
icra edə bilər.
1059.3. Çek
verən özünün və ya hər hansı
üçüncü şəxsin çeki itirdiyini təsdiq
edirsə, ödəyiciyə ödənişin
icrasını qadağan edə bilər.
Maddə 1060. Çek verənin
ölməsinin, fəaliyyət qabiliyyətini itirməsinin və
ödəmə qabiliyyətli olmamasının nəticələri
Çek
verildikdən sonra çek verənin ölməsi və ya fəaliyyət
qabiliyyətini itirməsi və ya ödəmə qabiliyyətli
olmamasının elan edilməsi çekin
etibarlığına təsir göstərmir.
Maddə 1061. Çek üzrə
ödəniş və ödənişə dair qəbz.
Xarici valyutada verilən çeklər
Çek üzrə
ödənişlərə, ödənişə dair qəbz
verilməsinə və xarici valyutada çeklərə bu Məcəllənin
1028, 1029.4 və 1030-cu maddələri müvafiq surətdə
tətbiq olunur.
Maddə 1062. Cızıqlı
çek
1062.1. Çek
verən, habelə hər hansı çek sahibi bu Məcəllənin
1062.2-1062.6-cı maddələrində nəzərdə
tutulan nəticələr ilə çeki cızıqlaya bilərlər.
Cızıqlama çekin üz tərəfinə iki paralel xətt
çəkməklə aparılır. Cızıqlama
ümumi və ya xüsusi ola bilər. Xətlər
arasında heç bir göstəriş və ya
"bank" qeydi və ya eyni mənalı başqa qeyd
yoxdursa, cızıqlama ümumi sayılır. Xətlər
arasında bankın adı yazılmışsa,
cızıqlama xüsusi sayılır. Ümumi
cızıqlama xüsusiyə çevrilə bilər, lakin
xüsusi cızıqlama ümumiyə çevrilə bilməz.
Cızıqlamanın və ya göstərilmiş bankın
adının qaralanması etibarsız sayılır.
1062.2. Ödəyici
ümumi cızıqlaması olan çeki yalnız banka və
ya öz müştərisinə ödəyə bilər.
1062.3. Xüsusi
cızıqlaması olan çeki ödəyici yalnız
göstərilmiş banka və ya əgər bu bankın
özü ödəyicidirsə, həmin bankın
müştərisinə ödəyə bilər. Göstərilən
bank çeki qəbul etməyi digər banka tapşıra bilər.
1062.4. Bank
cızıqlı çeki yalnız öz müştərisindən
və ya başqa bankdan qəbul edə bilər.
1062.5. Bir
neçə xüsusi cızıqlaması olan çeki
ödəyici yalnız o halda ödəyə bilər ki,
çekin üzərində ikidən çox cızıqlama
aparılmasın.
1062.6.
Yuxarıdakı göstərişləri yerinə yetirməyən
ödəyici və ya bank vurulan zərərin əvəzini
çekin məbləğindən artıq olmayan miqdarda
ödəməyə borcludur.
Maddə 1063. Hesablaşma
çeki
1063.1. Çek
verən, habelə hər hansı çek sahibi çekin
üz tərəfində "hesablaşma" qeydi və ya
eyni mənalı başqa qeyd yazmaqla, çekin nağd pulla
ödənilməsini qadağan edə bilər. Bu halda ödəyici
çekin ödənişini yalnız hesabdan hesaba keçirmə
yolu ilə (hesablaşma, köçürmə,
nağdsız hesablaşmalar) icra edə bilər. Hesabda
yazı ödəniş sayılır. "Hesablaşma"
qeydinin pozulması etibarsız sayılır. Yuxarıdakı
göstərişləri yerinə yetirməyən ödəyici
vurulan zərərin əvəzini çekin məbləğindən
artıq olmayan miqdarda ödəməyə borcludur.
1063.2. Əgər
ödəyici ödəmə qabiliyyəti olmayan elan
edilmişsə və ya o, ödənişlərin
icrasını dayandırmışsa və ya tutmanın onun əmlakına
yönəldilməsi nəticəsiz qalmışsa,
hesablaşma çekinin sahibi ödəyicidən çeki
nağd pulla ödəməyi tələb edə bilər,
çek ödənilmədikdə isə özünün
reqres hüququnu həyata keçirə bilər. Banklar
haqqında qanuna əsasən görülən tədbirlər
nəticəsində çek sahibi özünün ödəyicidəki
hesablarına dair sərəncam verə bilmədikdə də
bu qayda tətbiq olunur.
1063.3.
Hesablaşma çeki sahibinin, bundan əlavə, iddia vermək
hüququ vardır, amma o, sübut etməlidir ki, ödəyici
hesabda sadə və heç nə ilə şərtləşdirilməyən
qeyd yazmaqdan imtina edir və ya ödəniş yeri üzrə
müvafiq hesablaşma orqanı öhdəliklərin ödənilməsi
məqsədi ilə nağdsız hesablaşmalar
aparılması üçün çeki yararsız elan
etmişdir.
Maddə 1064. Çek üzrə
ödəməmə nəticəsində iddia
1064.1. Ödənişə
vaxtında təqdim olunan çek ödənilmədikdə
çek sahibi indossantlara, çek verənə və çek
üzrə digər mükəlləfiyyətli şəxslərə
iddia verə bilər.
1064.2. Çek
sahibi iddia verdiyi şəxsdən
aşağıdakıları tələb edə bilər:
1064.2.1.
çek ödənilməyibsə, çek məbləğinin
ödənilməsini;
1064.2.2. faizlərin
ödənilməsini;
1064.2.3. xərclərin
ödənilməsini;
1064.2.4. faizin
üçdə birindən çox olmayan miqdarda penya.
1064.3. Əgər
çekin vaxtında təqdim edilməsinə
qarşısıalınmaz maneə əngəl törədirsə,
çeklərin ödənişə təqdim edilməsi
müddətlərinin uzadılmasına bu Məcəllənin
1042-ci maddəsi tətbiq olunur.
Maddə 1065. Saxta çek
Qəlp və
ya saxta çekin ödənişi ilə əlaqədar zərəri
ödəyici çəkir, bu şərtlə ki, çekdə
göstərilən çek verən təqsirli olmasın, məsələn,
ona tapşırılmış çek blanklarını
etinasız saxlamış olmasın.
Maddə 1066. Çekin mətninin
dəyişdirilməsi
Çekin mətninin dəyişdirilməsinə
bu Məcəllənin 1045-ci maddəsi tətbiq edilir.
Maddə 1067. Çek öhdəlikləri
üzrə iddia müddətləri
Çek
sahibinin indossantlara, çek verənə və çek
üzrə digər mükəlləfiyyətli şəxslərə
qarşı çekdən irəli gələn iddia tələbləri
təqdimetmə müddəti qurtardıqdan bir il sonra ödənilir.
Çek üzrə mükəlləfiyyətli olan bir şəxsin
çek üzrə mükəlləfiyyətli olan digər
şəxsə iddia tələbləri çekin mükəlləfiyyətli
şəxs tərəfindən ödənildiyi və ya məhkəmə
qaydasında ondan çek üzrə ödənişin
tutulduğu gündən bir il sonra ödənilir.
Maddə 1068. Çekin
etibarsız elan edilməsi
Çekin etibarsız elan edilməsinə
bu Məcəllənin 1047-ci maddəsi tətbiq olunur.
Maddə 1069. Çekin ödənişə
təqdim edilməsi müddətlərinin hesablanması
Çek ödənişə
yalnız iş günləri təqdim olunmalıdır. Təqdimetmə
müddətinin son günü bazar gününə və ya
başqa qeyri-iş gününə düşdükdə,
müddət növbəti iş gününədək
uzadılır. Müddət ərzində olan qeyri-iş
günləri müddət hesablanarkən nəzərə
alınır.
§5. İstiqraz
Maddə 1070. İstiqraz
anlayışı[645]
İstiqraz
emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən
və şərtlərindən asılı olaraq, müəyyən
edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği
ödənilən borc investisiya qiymətli
kağızıdır.
Maddə 1071. İstiqraz şəklində
borc öhdəliyindən irəli gələn tələblərin
ödənilməsi – çıxarılmışdır.[646]
Maddə 1072. İstiqrazların
etibarsız elan edilməsi – çıxarılmışdır.
Maddə 1073. Faizli qiymətli
kağız kuponları, renta kağızları və dividend
kuponları – çıxarılmışdır.
Maddə 1074. Kartoçkalar,
markalar və oxşar sənədlər – çıxarılmışdır.
Maddə 1075. Açıq borc
istiqrazları. Emissiya prospektinin məcburiliyi – çıxarılmışdır.
Maddə 1076. Konversiya borcu
istiqrazları[647]
1076.1. Konversiya
borcu istiqrazları açıq səhmdar cəmiyyətləri
tərəfindən buraxılan borc öhdəlikləri olub,
nəinki faizlərin hesablanmasını tələb etmək
hüququ, həm də onları eyni növ qiymətli
kağızlara dəyişmək hüququ və ya yeni səhmlər
əldə etməkdə üstünlük hüququ verir.[648]
1076.2. Konversiya
borcu istiqrazları yalnız emissiya prospekti əsasında
açıq abunə yazılışı üçün
buraxıla və ya birjaya çıxarıla bilər. Emissiya
prospekti barəsində bu Məcəllənin 1078-12-ci maddəsi
müvafiq surətdə tətbiq olunur. Prospektdə əlavə
olaraq aşağıdakılar göstərilməlidir:
1076.2.1.
istiqrazların dəyişdirilməsi və ya səhmlərin
əldə edilməsi müddəti;
1076.2.2.
konversiya borcu istiqrazlarının səhmlərə dəyişdirilməsi
hansı nisbətdə aparılmalıdır və ya
konversiya borcu istiqrazları şəklində borc öhdəliyi
ilə bağlı üstünlük hüququ əsasında
hansı məbləğdə səhmlərin əldə
edilməsi mümkündür;[649]
1076.2.3.
hansı məbləğdə əlavə haqq
mümkündür.
1076.3. Konversiya
borcu istiqrazının sahibi istiqrazdan irəli gələn
hüquqları ilə kifayətlənə bilər və dəyişdirmə
hüququnu və ya əldə etməyə
üstünlük hüququnu həyata keçirməyə
borclu ola bilməz.
Maddə 1076-1. Təmin
edilmiş istiqrazlar[650]
1076-1.1.
Təmin edilmiş istiqrazlar onlardan irəli gələn
öhdəliklər girovla, qarantiya ilə, həmçinin
dövlət və ya bələdiyyə zəmanəti ilə
təmin olunan istiqrazlardır.[651]
1076-1.2. Təmin
edilmiş istiqrazlar üzrə hüquqların keçməsi
ilə təminat üzrə hüquqlar da keçmiş hesab
olunur. İstiqrazlar üzrə hüquqların keçməsi
ilə müşayiət olunmayan təminat üzrə
hüquqların keçməsi etibarsızdır.
1076-1.3. Təmin
edilmiş istiqrazlar üzrə təminat haqqında məlumat
istiqrazların emissiyası haqqında qərarda və emissiya
prospektində (informasiya memorandumunda) əks etdirilməlidir.[652]
1076-1.4. Təmin
edilmiş istiqrazlar üzrə təminat
üçüncü şəxs tərəfindən təqdim
edildikdə həmin şəxs istiqrazların emissiyası
haqqında qərarı imzalamalıdır. Təminatı təqdim
etmiş şəxs hüquqi şəxs olduqda istiqrazların
emissiyası haqqında qərar həmin hüquqi şəxsin
təkbaşına
icra orqanı və ya kollegial icra orqanının bütün
üzvləri tərəfindən
imzalanır və möhürlə təsdiq edilir.[653]
1076-1.5. Təmin
edilmiş istiqrazlar üzrə təminatın dəyəri
istiqrazların ümumi nominal dəyərindən və ödəniləcək
olan faizlərdən (olduqda) aşağı olmamalıdır.
1076-1.6. Təmin
edilmiş istiqrazlar üzrə, emitent öhdəliklərini
istənilən səbəbdən, o cümlədən
müflisləşmə nəticəsində icra etmədiyi
halda investorlar təminatın predmetini həmin emitentin digər
kreditorlarına nisbətən üstün qaydada əldə
etmək hüququna malikdirlər.[654]
Maddə 1076-2. Təmin
edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı[655]
1076-2.1.
Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı
həmin təminatın qanunvericiliyin və emissiya prospektinin (informasiya
memorandumunun) tələblərinə cavab verməsinə nəzarət
məqsədi ilə istiqrazların mülkiyyətçilərinin
xeyrinə öz adından təminatı girov saxlayan qismində
çıxış edən investisiya şirkəti, mərkəzi
depozitar və ya bankdır. Emitentlə sərəncamçı
arasında qarşılıqlı asılılıq
olmamalıdır.
1076-2.2.
Sərəncamçı emitentin istiqrazların emissiyası
haqqında qəbul olunmuş qərarında müəyyənləşdirilir
və emitentlə bağlanılmış müqavilə əsasında
fəaliyyət göstərir.
1076-2.3.
Sərəncamçı qanunvericiliyin və emissiya prospektinin
(informasiya memorandumunun) tələblərinə uyğun olmayan
hərəkət və ya hərəkətsizliyə yol
verdikdə və ya bu Məcəllədə sərəncamçıya
dair müəyyən edilmiş tələblərə cavab
vermədikdə, emitent Azərbaycan Respublikasının Mərkəzi
Bankının tələbi ilə sərəncamçını
digər şəxslə əvəz etməlidir.[656]
1076-2.4.
Sərəncamçı öz hüquq və vəzifələrini
həyata keçirərkən hər hansı hərəkəti
və ya hərəkətsizliyi nəticəsində
yaranmış zərər üçün məsuliyyət
daşımır, bu şərtlə ki, həmin hərəkətin
və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız hərəkətlərin
nəticəsi olduğu sübut edilməsin.
Maddə 1076-3. Girovla təmin
edilmiş istiqrazlar
1076-3.1.
Girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti
investisiya qiymətli kağızları, daşınmaz əmlak
sertifikatları, daşınmaz və rəsmi reyestrdə
üzərində mülkiyyət hüququ qeydə alınan
daşınar əşyalar, habelə bu Məcəllənin
1076-6-cı maddəsi ilə müəyyən edilmiş
ipoteka örtüyü ola bilər.[657]
1076-3.2. Girovla təmin
edilmiş istiqrazların bir buraxılışının
daxilində hər bir istiqraz mülkiyyətçisi girov qoyulmuş əmlaka münasibətdə
həmin buraxılışda olan digər istiqrazların
bütün başqa mülkiyyətçiləri ilə bərabər hüquqlara
malikdir.[658]
1076-3.3. Girovla təmin
edilmiş istiqrazlar üzrə əmlakın girov qoyulması
qanunvericilikdə girov üçün nəzərdə
tutulmuş prosedurlara müvafiq surətdə həyata
keçirilir.
1076-3.4. Girovla təmin
edilmiş istiqrazlar üzrə girovun predmeti olan qiymətli
kağızlar qiymətli kağızlar haqqında
qanunvericiliyə müvafiq surətdə depozitarda deponentləşdirilərək
öhdəliklərlə yüklənməlidir.[659]
1076-3.5.
Girovla təmin edilmiş istiqrazlar dövlət qeydiyyatına
alınmazdan əvvəl girovun predmeti olan qiymətli
kağızlar (adsız qiymətli kağızlar daxil olmaqla)
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq surətdə depozitar
sistemində deponentləşdirilərək onların girovu
qeydiyyata alınır.[660]
1076-3.6. Girov
predmetini təşkil edən qiymətli kağızlar üzrə hüquqlar məhdudlaşdırıldıqdan
sonra, girov qoyan sərəncamçıya
bu barədə rəsmi məlumat verir.[661]
1076-3.7. Girovla təmin
edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən
icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda,
girov predmeti olan əmlaka bu
istiqrazların hər hansı mülkiyyətçisinin sərəncamçıya
ünvanlanmış yazılı tələbi ilə, sərəncamçı
tərəfindən qanunvericiliyə müvafiq surətdə tutma yönəldilə bilər. Sərəncamçı
istiqraz mülkiyyətçisinin yazılı tələbində
qeyd olunmuş istiqrazlar üzrə öhdəliklərin
emitent tərəfindən icra edilməməsi və ya lazımınca
icra edilməməsi faktlarını araşdırır və
yalnız bu faktlar təsdiq olunduqda girov predmetinə tutma yönəldir.[662]
1076-3.8. Girov
qoyulmuş əmlakın satılmasından əldə
edilmiş vəsait girovla təmin edilmiş istiqrazların mülkiyyətçiləri olan şəxslərə verilir.
Girov qoyulmuş əmlakın satılmasından əldə
edilmiş vəsaitin məbləği istiqrazlar üzrə
icra edilməmiş öhdəliklərin məbləğindən
çox olduqda, bu fərq öhdəliklər tam şəkildə
ödənildikdən sonra emitentə qaytarılır.[663]
1076-3.9. Girovla təmin
edilmiş istiqrazların mülkiyyətçiləri bu Məcəllənin 1076-3.7-ci bəndində
göstərilmiş tələbləri, öhdəliyin icra
müddətinin bitdiyi gündən sonra qanunvericilikdə
müəyyən edilmiş müddət ərzində vermək
hüququna malikdir.[664]
Maddə 1076-4. Qarantiya ilə təmin
edilmiş istiqrazlar
1076-4.1.
İstiqrazlar üzrə öhdəliklərin icrasının
təmin edilməsi üçün təqdim edilən
qarantiya qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.
1076-4.2.
İstiqrazlar üzrə öhdəliklərin icrasının
təmin edilməsi üçün təqdim edilən
qarantiya bu istiqrazlar üzrə öhdəliklər tam icra edilənədək
geri çağırıla bilməz.
1076-4.3.
Qarantiya, emitent tərəfindən istiqrazlar üzrə
öhdəliklər tam şəkildə icra olunanadək, sərəncamçıda
saxlanılır.
Maddə 1076-5. Dövlət və
bələdiyyə zəmanəti ilə təmin edilmiş
istiqrazlar
Dövlət və
bələdiyyə zəmanəti ilə təmin edilmiş
istiqrazların buraxılması qaydası müvafiq
qanunvericiliklə tənzimlənir.
Maddə 1076-6. İpoteka
istiqrazları[665]
1076-6.1.
İpoteka istiqrazları ipoteka örtüyü ilə təmin
olunmuş istiqrazlardır.
1076-6.2.
İpoteka örtüyünə əsas və əlavə
aktivlər daxil edilir.
1076-6.3.
Əsas aktivlər qismində yaşayış sahəsinin
alınması üçün verilmiş və həmin,
yaxud digər yaşayış sahəsinin ipotekası ilə
təmin olunmuş kreditlərlə (ipoteka kreditləri)
bağlı emitentin tələb hüquqları
çıxış edir.
1076-6.4.
Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin
20 faizindən çox olmamaqla aşağıdakı tərkibdə
ola bilər:
1076-6.4.1.
Azərbaycan Respublikasının dövlət qiymətli
kağızları;
1076-6.4.2.
Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli
kağızları və ya emitentin Azərbaycan
Respublikasının Mərkəzi Bankında saxlanılan
depozitləri;
1076-6.4.3.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş dövlətlərin və həmin
dövlətlərin mərkəzi banklarının
buraxdığı qiymətli kağızlar.
1076-6.5.
Azərbaycan Respublikasının Mərkəzi Bankın
normativ xarakterli aktı
ilə ayrı hal nəzərdə tutulmayıbsa, ipoteka
istiqrazları yalnız ipoteka örtüyünə daxil olan əsas
aktivlərin (ipoteka kreditlərinin) valyutasında ola bilər.
1076-6.6.
İpoteka istiqrazlarının orta çəki metodu ilə
hesablanmış ödəniş müddəti ipoteka
örtüyünə daxil olan ipoteka kreditlərinin orta
çəki metodu ilə hesablanmış ödəniş
müddətindən çox ola bilməz. Orta çəki
metodu ilə ödəniş müddətlərinin
hesablanması qaydası Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən müəyyən edilir.
1076-6.7.
İpoteka istiqrazlarını yalnız kredit təşkilatları
və müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ipoteka kreditlərinin verilməsi məqsədi ilə
yaradılmış qurumlar buraxa bilər.
1076-6.8.
İpoteka istiqrazları üzrə emitentin öhdəlikləri
tam və ya qismən həmin istiqrazların ipoteka
örtüyünə daxil edilmiş aktivlərlə birgə
bu Məcəllənin 1076-6.7-ci maddəsi ilə müəyyən
edilmiş ipoteka istiqrazları buraxmaq hüququ olan
üçüncü şəxslərə verilə bilər,
bu şərtlə ki, belə hal emissiya prospektində (informasiya
memorandumunda) nəzərdə tutulsun. Emitentin bu Məcəllənin
1076-13-cü maddəsi ilə müəyyən edilmiş
müflisləşməsi və ya öhdəliklərini yerinə
yetirməməsi halında emitentin öhdəlikləri
üçüncü şəxslərə yalnız həmin
maddə ilə nəzərdə tutulmuş qaydada keçməlidir.
Maddə 1076-7. İpoteka istiqrazları
üzrə faizlər
1076-7.1.
İpoteka istiqrazları öz mülkiyyətçilərinin
ipoteka istiqrazlarının emissiya prospektində (informasiya
memorandumunda) müəyyənləşdirilmiş məbləğdə
və qaydada faiz almaq hüququnu təsbit etməlidir. Bu zaman
faiz ödənişləri ipoteka istiqrazlarının
buraxılış şərtlərinə uyğun olaraq,
lakin ən azı ildə bir dəfə həyata keçirilməlidir.
1076-7.2.
İpoteka örtüyünə daxil olan aktivlər üzrə
faiz ödənişləri ipoteka istiqrazları üzrə
faizlərin ödənilməsini təmin etməlidir.
1076-7.3.
Azərbaycan Respublikasının Mərkəzi Bankın
normativ xarakterli
aktı ilə ayrı hal nəzərdə tutulmayıbsa,
ipoteka örtüyünə daxil olan ipoteka kreditləri sabit
faizlərlə verilmiş olduqda ipoteka istiqrazları üzrə
faizlər sabit, ipoteka örtüyünə daxil olan ipoteka
kreditləri dəyişən faizlərlə verilmiş
olduqda isə ipoteka istiqrazları üzrə faizlər dəyişkən
olmalıdır. Dəyişən faizlər müəyyən
edildikdə, ipoteka örtüyünə daxil olan ipoteka kreditləri
üzrə faizlərlə ipoteka istiqrazları üzrə
faizlər eyni faiz dərəcəsi bazasına bağlı
olmalıdır.
Maddə 1076-8. İpoteka
istiqrazlarının buraxılması xüsusiyyətləri
1076-8.1.
İpoteka istiqrazlarının emissiya prospektində (informasiya
memorandumunda) “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə
tutulmuş məlumatlardan başqa aşağıdakı məlumatlar
olmalıdır:
1076-8.1.1.
ipoteka örtüyünə daxil olan aktivlər barədə
məlumat (dəyəri, tərkibi, borcların ödənilməsi
şərtləri və qaydası);
1076-8.1.2.
ipoteka istiqrazlarının vaxtından əvvəl ödənişi
nəzərdə tutulduqda, bu halda ödənişin şərtləri,
yaxud vaxtından əvvəl ödənişə yol verilmədikdə,
bu barədə məlumat;
1076-8.1.3.
ipoteka istiqrazlarının ödənişi ilə
bağlı məlumatın dərc ediləcəyi media
subyektləri barədə məlumat;[666]
1076-8.1.4.
sərəncamçı ilə bağlı məlumatlar.
1076-8.2.
İpoteka istiqrazlarının vaxtından əvvəl ödənilməsi
zamanı vaxtından əvvəl ödəniş bir
buraxılışın bütün istiqrazlarına eyni şərtlərlə
şamil olunur.
1076-8.3.
Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının bir
buraxılışı bir ipoteka örtüyü ilə təmin
edilir. Bir ipoteka örtüyü ilə ipoteka
istiqrazlarının bir neçə
buraxılışının təmin edilməsinə
yalnız əvvəlcədən təsdiq
edilən emissiya prospektində (informasiya memorandumunda) nəzərdə
tutulduğu halda yol verilir. [667]
Maddə 1076-9. İpoteka
örtüyünə dair tələblər
1076-9.1.
İpoteka örtüyünə daxil olan aktivlər başqa
öhdəliklərlə yüklü edilə bilməz və
sərəncamçının icazəsi olmadan ipoteka
örtüyünə daxil olan aktivlərə dair sərəncam
verilə bilməz. Bu Məcəllənin 1076-13-cü maddəsində
nəzərdə tutulmuş halların baş verməsinədək
ipoteka örtüyünə daxil edilmiş aktivlərdən
daxil olan pul vəsaitləri emitentin hesabında
saxlanılır və onun öz mülahizəsi ilə istifadə
olunur.
1076-9.2.
İpoteka kreditinin verildiyi zaman yalnız müstəqil qiymətləndirici
tərəfindən bazar dəyəri ilə qiymətləndirilmiş
daşınmaz əmlakla bağlı hüquqlar ipoteka
örtüyünə daxil edilir.
1076-9.3.
Yaşayış üçün nəzərdə tutulmayan
daşınmaz əmlakın, boş torpaq sahəsinin və
tamamlanmamış tikintinin ipotekası ilə təmin
edilmiş kreditlər ilə bağlı hüquqlar ipoteka
örtüyünə daxil edilə bilməz.
1076-9.4.
İpoteka istiqrazlarının likvidliyini artırmaq məqsədilə
faiz nisbətinin daha aşağı həddi Azərbaycan
Respublikasının Mərkəzi Bankın normativ xarakterli aktı ilə nəzərdə
tutulmayıbsa, ipoteka predmetinin hesablanmış bazar dəyərinin
85 faizindən çox məbləğdə verilmiş ipoteka
krediti üzrə hüquqlar ipoteka örtüyünə daxil
edilmir.
1076-9.5.
İpoteka örtüyünə daxil olan aktivlərin əsas
borc məbləğləri üzrə dəyəri emitentin
ipoteka istiqrazları üzrə ödəməli olduğu
ümumi nominal dəyərin ən azı 110 faizini təşkil
etməlidir. Bu zaman hesablamaya hər bir kredit üzrə əsas
borcun həmin krediti təmin edən ipoteka predmetinin bazar dəyərinin
yalnız 80 faizindən çox olmayan hissəsi daxil edilir.
1076-9.6.
İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli
olan ipoteka kreditləri üzrə şərtlər kredit
müddəti ərzində əsas borcun və faizlərin ən
azı rübdə bir dəfə olmaqla yalnız pul
formasında hissə-hissə ödənilməsini nəzərdə
tutmalıdır.
1076-9.7.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
qeyri-standart kredit kimi təsnifləşdirilmiş kreditlər
üzrə hüquqlar ipoteka örtüyünün tərkibinə
daxil edilə bilməz.[668]
1076-9.8.
İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli
olan daşınmaz əmlaklar ipoteka krediti üzrə öhdəliyin
qüvvədə olduğu bütün müddət ərzində
bazar qiyməti əsas götürülməklə və təmin
etdiyi kreditin qalıq dəyərinin həcmindən az olmamaqla
məhv olma və ya zədələnmə riskindən
sığortalanmalıdır.
1076-9.9.
İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli
olan ipoteka müqavilələrində ipoteka saxlayanın
razılığı olmadan ipoteka qoyan tərəfindən
ipoteka predmetinin özgəninkiləşdirilməsini, digər
öhdəliklərlə yüklənməsini, habelə ona
dair başqa sərəncam verilməsini (vəsiyyət etmə
halları istisna olmaqla), eləcə də ipoteka predmetinin
salamatlığına ziyan vuran və ya pisləşməsinə
səbəb olan hərəkətləri qadağan edən
şərt olmalıdır.
Maddə 1076-10. İpoteka
örtüyünün reyestri
1076-10.1.
İpoteka istiqrazlarının hər bir emitenti istiqrazların
buraxılışı haqqında qərar qəbul etdikdə,
istiqrazları təmin edən ipoteka örtüyünün
reyestrini sərəncamçının nəzarəti
altında yaratmalı və aparmalıdır.
1076-10.2.
İpoteka örtüyünün reyestrində müvafiq qeydin
edildiyi andan aktivlər ipoteka örtüyünün tərkibinə
daxil edilmiş hesab olunur.
1076-10.3.
İpoteka örtüyünün reyestrinə ən azı
aşağıdakı məlumatlar daxil edilir:
1076-10.3.1.
İpoteka örtüyünə daxil olan aktivlər üzrə
emitentin hüquqlarını təsdiq edən sənədlərin
rekvizitləri;
1076-10.3.2.
ipoteka örtüyünə daxil olan aktivlərin məbləği
(əsas borc və faiz dərəcəsi), ödəniş
müddətləri, yaxud bu məbləğləri müəyyənləşdirməyə
imkan verən şərtlər;
1076-10.3.3.
ipoteka örtüyünə daxil olan aktivlər üzrə
öhdəliklərin icra vəziyyəti;
1076-10.3.4.
ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli
olan ipoteka predmetinin adı, eyniləşdirilməsi
üçün yetərli olan təsviri və olduğu yer;
1076-10.3.5.
ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli
olan ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən
qiymətləndirilmiş dəyəri.
1076-10.4.
İpoteka örtüyünün reyestri Azərbaycan
Respublikasının Mərkəzi Bankın müəyyən
etdiyi qaydada kağız və elektron formada
aparılmalıdır. İpoteka örtüyünün
reyestri və ona edilmiş dəyişikliklər Azərbaycan
Respublikasının Mərkəzi Banka təqdim edilməlidir.
1076-10.5.
İpoteka örtüyünə daxil olan aktivlər yalnız
sərəncamçının icazəsi ilə ipoteka
örtüyünün reyestrindən çıxarıla və
ya başqa aktivlə əvəz edilə bilər. Sərəncamçı
emitentin bu barədə müraciətinə beş iş
günü müddətində baxmalı və nəticəsini
emitentə yazılı formada bildirməlidir.
1076-10.6.
Sərəncamçı emitentin ipoteka örtüyünə
daxil olan aktivlər barədə sərəncam verməsinə
yalnız belə sərəncam bu Məcəllə və
emissiya prospektinə (informasiya memorandumuna) zidd olmadıqda icazə
verə bilər.
Maddə 1076-11. İpoteka
örtüyü üzrə sərəncamçının
hüquq və vəzifələri
1076-11.1.
Sərəncamçı ipoteka istiqrazlarının
buraxılışı zamanı və Azərbaycan
Respublikasının Mərkəzi Bankın normativ xarakterli
aktı ilə daha qısa müddət müəyyən edilmədikdə,
ən azı yarım ildə bir dəfədən az olmayaraq
ipoteka örtüyünün bu Məcəllənin
1076-6-cı və 1076-9-cu maddələrinin tələblərinə
uyğunluğunu yoxlayır.[669]
1076-11.2.
İpoteka örtüyü bu Məcəllənin 1076-6-cı
və 1076-9-cu maddələrinin tələblərinə cavab
vermədikdə, sərəncamçı bu barədə
emitentə yazılı məlumat verir və aşkar
olunmuş pozuntuların aradan qaldırılmasını tələb
edir. Emitent tələbi aldığı tarixdən on iş
günündən gec olmayaraq müəyyən edilmiş
bütün çatışmazlıqları aradan
qaldırmalı və bu barədə sərəncamçıya
müvafiq məlumatı və sənədləri təqdim
etməlidir.
1076-11.3.
Sərəncamçı ipoteka örtüyünün
yoxlanılmasının nəticəsi barədə
hesabatı Azərbaycan Respublikasının Mərkəzi
Bankın müəyyən etdiyi forma və qaydada həmin
orqana təqdim edir.
1076-11.4.
Sərəncamçı ipoteka örtüyündə
aşkar etdiyi, lakin emitent tərəfindən bu Məcəllənin
1076-11.2-ci maddəsinə müvafiq qaydada aradan
qaldırılmamış və istiqrazlar üzrə ödənişlər
üçün əhəmiyyətli təhlükə yarada
bilən pozuntular barədə Azərbaycan dilində və
emissiya prospektinin (informasiya memorandumunun) dərc olunduğu digər
dillərdə tərtib olunmuş bildirişi pozuntuların
aradan qaldırılması üçün müəyyən
edilmiş müddətin bitməsindən beş iş
günündən gec olmayaraq emissiya prospektinin (informasiya memorandumunun) dərc olunduğu
media subyektində (həmin media subyekti fəaliyyət göstərmədikdə
başqa media subyektində) açıqlamalı və Azərbaycan
Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirişi
aldığı gündən üç iş günü
müddətində onu Azərbaycan dilində və emissiya
prospektinin (informasiya memorandumunun) dərc olunduğu digər
dillərdə öz internet səhifəsində yerləşdirməlidir.[670]
1076-11.5.
Sərəncamçı istənilən vaxt ipoteka
istiqrazları üzrə ödənişlər barədə
emitentdən məlumat tələb etmək və emitentin
müvafiq sənədlərini nəzərdən keçirmək
hüququna malikdir. Emitent sərəncamçının tələb
etdiyi məlumat və sənədləri müraciəti
aldığı tarixdən üç iş günündən
gec olmayaraq təqdim etməlidir. Emitent müraciətə
cavab vermədikdə və ya tam cavab vermədikdə sərəncamçı
bu barədə Azərbaycan Respublikasının Mərkəzi
Banka dərhal yazılı məlumat verməlidir.
1076-11.6.
Sərəncamçı istiqraz mülkiyyətçilərinin
müdafiəsi məqsədilə ipoteka örtüyü
üzrə bu Məcəllə və “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hüquq və vəzifələri həyata keçirir.
Maddə 1076-12. İpoteka
örtüyünə daxil olan aktivlərin uçotu və
girovu
1076-12.1.
Aktivlər ipoteka örtüyünə daxil edildiyi andan
onların uçotu emitentin digər aktivlərindən
ayrı aparılır. İpoteka örtüyünə daxil
olan aktivlər üzərinə istiqraz mülkiyyətçilərindən
başqa digər kreditorların tələblərinin ödənilməsi
üçün həbs qoyula bilməz və həmin aktivlər
üzrə tələb yönəldilə bilməz.
1076-12.2.
Bu Məcəlləyə uyğun olaraq ipoteka
örtüyünə daxil olan aktivlər ipoteka
istiqrazlarının emissiya prospektinin (informasiya memorandumunun) təsdiq edildiyi andan qanun üzrə istiqraz
mülkiyyətçilərinin xeyrinə girov qoyulmuş hesab
edilir. Qanun üzrə girov sonrakı dəyişikliklərə
görə ipoteka örtüyünə daxil olan aktivlərə
sərəncamçının bu Məcəllənin
1076-10.5-ci və 1076-10.6-cı maddələrinə uyğun
olaraq belə dəyişikliklərə yazılı icazə
verdiyi andan şamil olunur. [671]
1076-12.3.
İstiqrazların mülkiyyətçiləri eyni ipoteka
örtüyünə daxil olan aktivlərin hesabına ipoteka
istiqrazları üzrə ödənilən nominal dəyər
və faizlərə münasibətdə emitentin digər
kreditorlarına nisbətən bərabər qaydada
üstünlük hüququna malikdirlər. İstiqraz
mülkiyyətçilərinin üstünlük hüququ
ipoteka örtüyünə daxil olan bütün aktivlərə
(əsas və əlavə), o cümlədən həmin
aktivlərdən əldə edilən gəlirə eyni dərəcədə
aiddir.
1076-12.4.
İstiqraz mülkiyyətçiləri emitentin digər
ipoteka örtüyünün reyestri ilə təmin edilmiş
istiqraz mülkiyyətçilərinin tələbləri tam
ödənildikdən sonra bu reyestrə daxil edilmiş aktivlərin
qalıq hissəsi üzərində emitentin digər
kreditorlarına nisbətən bərabər qaydada
üstünlük hüququna malikdirlər.
1076-12.5.
İpoteka örtüyü hesabına tələbləri tam
ödənilməmiş istiqraz mülkiyyətçiləri
emitentin ipoteka örtüyünə daxil edilməyən aktivlərinə
münasibətdə emitentin digər təmin edilməmiş
öhdəlikləri üzrə kreditorları ilə bərabər
hüquqlara malikdirlər.
Maddə 1076-13. İpoteka
istiqrazlarının emitentinin müflisləşməsi, məcburi
ləğvi və öhdəliklərini yerinə yetirməməsi
1076-13.1.
Emitent müflis elan edildikdə və ya məcburi qaydada ləğv
edildikdə ipoteka örtüyünə daxil olan aktivlərin
heç biri ipoteka istiqrazları mülkiyyətçilərinin
tələbləri tam ödənilənədək emitentin
digər kreditorları arasında bölüşdürülə
bilməz.
1076-13.2.
Emitent müflis elan edildikdə, məcburi ləğv edildikdə,
öhdəliklərin icra edilməsi ilə bağlı
emissiya prospektinin (informasiya memorandumunun) hər hansı bir
şərtini yerinə yetirmədikdə və ya bu Məcəllə
ilə müəyyən edilmiş öhdəliklərini
davamlı olaraq pozduqda (bundan sonra bu maddənin məqsədləri
üçün - öhdəliklərin yerinə yetirməməsi)
istiqraz mülkiyyətçiləri öz istiqrazları
üzrə ödənişlərin vaxtından əvvəl həyata
keçirilməsini tələb edə bilməzlər. Bu
halda istiqraz mülkiyyətçiləri ipoteka
örtüyünə daxil olan aktivlərin satılması və
onunla bağlı həyata keçirilən digər tədbirlərlə
əlaqədar bu maddənin tələblərinə əməl
etməlidirlər.
1076-13.3.
Emitent müflis elan edildikdə, məcburi ləğv edildikdə
və ya öhdəliklərini yerinə yetirmədikdə sərəncamçı
müflis elan edilmə, məcburi ləğv edilmə və
ya öhdəlikləri yerinə yetirməmə
faktlarını təsdiqləyən məlumatı və
mövcud sənədləri əlavə etməklə Azərbaycan
Respublikasının Mərkəzi Banka yazılı məlumat
verməlidir. Belə məlumat Azərbaycan
Respublikasının Mərkəzi Banka istənilən istiqraz
mülkiyyətçisi tərəfindən də verilə
bilər.
1076-13.4.
Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Məcəllənin
1076-13.3-cü maddəsində göstərilən məlumatı
aldığı gündən beş iş günü ərzində
həmin məlumata baxmalı və emitentin müflis
olması, məcburi ləğv edilməsi və ya öhdəliklərini
yerinə yetirməməsi faktı təsdiq olunduğu halda
ipoteka örtüyünə daxil olan aktivlərin sərəncamçının
nəzarətinə verilməsi haqqında qərar qəbul
etməli və bu qərarı bir iş günü ərzində
sərəncamçıya və emitentə
çatdırmalıdır.
1076-13.5.
Bu Məcəllənin 1076-13.4-cü maddəsində göstərilən
qərar sərəncamçıya və emitentə
çatdırıldığı gündən ipoteka
örtüyünə daxil edilmiş aktivlərdən daxil
olan gəlir ipoteka örtüyünə daxil olan aktivlərin
tərkibinə əlavə edilir və bu andan qanun üzrə
ipoteka istiqrazları mülkiyyətçilərinin xeyrinə
girov qoyulmuş hesab olunur. Bu zaman sərəncamçı
ipoteka örtüyündən əldə edilən gəlirin
sahibliyə götürülməsi, saxlanması və
toplanması üçün müvafiq tədbirləri
görməlidir.
1076-13.6.
Sərəncamçı bu Məcəllənin 1076-13.4-cü
maddəsində göstərilən qərarı
aldığı gündən beş iş günü ərzində
istiqraz mülkiyyətçilərinin hüquqlarının
qorunması məqsədilə ipoteka örtüyünə
daxil olan aktivlərin satılması və ya idarə edilməsi
şərtlərini hazırlayaraq təsdiq olunması
üçün Azərbaycan Respublikasının Mərkəzi
Banka təqdim edir. Bu barədə daxil olmuş ərizəyə
Azərbaycan Respublikasının Mərkəzi Bankı beş
iş günü ərzində baxır və müvafiq qərar
qəbul edir. Bu qərardan sonra ipoteka örtüyünə
daxil olan aktivlər həmin şərtlərlə satıla
bilər.
1076-13.7.
Sərəncamçı Azərbaycan Respublikasının Mərkəzi
Bankın nəzarəti altında fəaliyyət göstərir
və göstəriş almaq üçün istənilən
vaxt ona müraciət edə bilər. Sərəncamçı
zəruri hallarda ipoteka örtüyünə daxil olan aktivlərin
satılması və ya idarə edilməsi ilə
bağlı müstəqil hüquqşünasları,
mühasibləri və başqa mütəxəssisləri Azərbaycan
Respublikasının Mərkəzi Bankın təsdiq etdiyi
şərtlər əsasında muzdla işə cəlb etmək
hüququna malikdir.
1076-13.8.
İpoteka örtüyünün satılmasından əldə
olunan vəsait aşağıdakı qaydada
bölüşdürülür və vəsaitin qalan hissəsi
sərəncamçı tərəfindən emitentin ümumi
əmlakının tərkibinə daxil edilir:
1076-13.8.1.
ipoteka örtüyünün idarə edilməsi və
satılması ilə bağlı sərəncamçının
emitentlə əvvəlcədən bağlanmış
müqavilədə göstərilən xidmət
haqqının ödənilməsinə;
1076-13.8.2.
ipoteka örtüyünün satılması ilə
bağlı cari öhdəliklərin ödənilməsinə;
1076-13.8.3.
istiqrazlar üzrə öhdəliklərin icra edilməsinə.
1076-13.9.
Emitentin müflis olduğu və ya məcburi ləğv
edildiyi halda bu Məcəllənin 1076-13-cü maddəsi ilə
müəyyən edilmiş öhdəliklərin tam icra edilməsinə
qədər əmlak inzibatçısının ipoteka
örtüyünə daxil olan aktivlərin idarə edilməsi,
satılması, əldə olunan vəsaitin
bölüşdürülməsi və hər hansı
başqa məsələ ilə bağlı sərəncamçının
fəaliyyətinə müdaxilə etməsinə yol verilmir.
1076-13.10.
İpoteka örtüyünə daxil olan aktivlərin tam
satılmasından sonra sərəncamçı ipoteka
örtüyü ilə bağlı sənədləri və
qalıq aktivləri emitentə, müflis olma və ya məcburi
ləğv edilmə halında isə əmlak inzibatçısına
təhvil verir və öz vəzifəsini yerinə yetirdiyi
barədə Azərbaycan Respublikasının Mərkəzi
Banka yazılı məlumat verir.
1076-13.11.
Emitent bu Məcəllənin 1076-13.4-cü maddəsində
göstərilən qərarla razı olmadıqda həmin qərarın
ləğv edilməsi barədə inzibati qaydada və məhkəməyə
müraciət edə bilər. Emitent və ya istənilən
istiqraz mülkiyyətçisi ipoteka örtüyünə
daxil olan aktivlərin satılması və ya idarə edilməsi
ilə bağlı bu Məcəllənin 1076-13-cü maddəsində
nəzərdə tutulan prosedurların məhkəmə nəzarəti
altında həyata keçirilməsi, yaxud sərəncamçının
digər şəxslə əvəz edilməsi barədə
iddia ilə məhkəməyə müraciət edə bilər.
Sərəncamçının dəyişdirilməsi məsələsinə
baxılarkən yeni namizəd məhkəməyə Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
təqdim edilir.
§6. Səhm
Maddə 1077. Səhm
anlayışı və onun məzmunu
1077.1. Səhm mülkiyyətçisinin həmin
səhmin nominal dəyərinə mütənasib surətdə
səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə
kapitalında iştirakını, mənfəətindən
dividendlər, ləğvindən sonra isə qalan əmlakının
hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin
idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən
investisiya qiymətli kağızıdır. Səhmin
emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.[672]
1077.2. Səhm
adi və ya imtiyazlı növündə buraxıla bilər.
Səhmin nominal dəyəri səhmin dəyərinin cəmiyyətin
nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir.
Səhmlərin nominal dəyəri Azərbaycan
Respublikasının milli valyutası ilə ifadə olunur. Səhmlərin
nominal dəyərindən aşağı qiymətlə ilkin
yerləşdirilməsinə yol verilmir.[673]
1077.3. Adi səhmlərin
hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir.[674]
1077.4.
İmtiyazlı səhmlərin bir buraxılışı
daxilində hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar
verir.
1077.5. Adi səhm
mülkiyyətçisinə emitentin mənfəətinin
bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin
idarə olunmasında iştirak etmək və emitentin ləğvindən
sonra qalan əmlakının bir hissəsini əldə etmək
hüququnu verən səhm növüdür.
1077.6.
İmtiyazlı səhm emitentin təsərrüfat fəaliyyətinin
nəticəsindən asılı olmayaraq, mülkiyyətçisinə , bir qayda olaraq, səhmin
nominal dəyərinin sabit faizi şəklində dividend
almasına təminat verən, emitentin ləğvindən sonra
qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara
nisbətən üstünlük hüququnu, habelə səhmlərin
buraxılış şərtlərində və emitentin
nizamnaməsində nəzərdə tutulan digər
hüquqlar verən səhm növüdür.[675]
1077.7. Səhmdar
cəmiyyətinin səhmdarlarının ümumi
yığıncağının qərarına əsasən
cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə
birləşdirə bilər və bir səhmi bir neçə
həmin növ səhmə dəyiºdirilmə yolu ilə
xırdalaya bilər. Ümumi yığıncaqda səhmlərin
birləşdirilməsi və ya xırdalanması haqqında
qərar qəbul edildikdə, səhmdar cəmiyyətinin
nizamnaməsində də müvafiq dəyişikliklər
edilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin
birləşdirilməsi və xırdalanması qaydaları Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
müəyyən edilir.[676]
§7. Əmtəə kağızları[677]
Maddə 1078. Əmtəə
kağızları anlayışı və onların növləri
1078.1. Anbar
sahibinin və ya fraxt verənin verdiyi əmtəə
kağızlarında (yəni sahibinin qiymətli kağızda
göstərilən əmtəəyə dair sərəncam
vermək və bu əmtəəni almaq hüququnu təsbit
edən qiymətli kağızlarda (anbar şəhadətnaməsi,
konosament və s.) aşağıdakı məlumatlar göstərilməlidir:[678]
1078.1.1. sənədin
tərtib edildiyi yer və tarix, sənədi vermiş şəxsin
imzası;
1078.1.2. sənədi
vermiş şəxsin adı və yaşayış yeri və
ya olduğu yer;
1078.1.3.
malları anbarda saxlayan şəxsin və ya göndərənin
adı və yaşayış yeri və ya olduğu yer;
1078.1.4.
saxlanılan və ya saxlanmağa verilən malların keyfiyyəti,
miqdarı və əlamətləri göstərilməklə
adı;
1078.1.5.
tutulmalı olan və ya qabaqcadan ödənilmiş
rüsumlar və haqlar;
1078.1.6.
maraqlı şəxslərin mallar ilə rəftar barəsində
qəbul etdikləri xüsusi sazişlər;
1078.1.7. əmtəə
sənədləri nüsxələrinin sayı;
1078.1.8. həmin
sənəd üzrə ixtiyarlı şəxsin adının
göstərilməsi və ya əmr barədə qeyd-şərt
və ya təqdim edənin göstərilməsi.
1078.2. Bir
neçə əmtəə sənədindən biri girovun
müəyyənləşdirilməsi üçün nəzərdə
tutulmuşsa, bu cür sənəd girov şəhadətnaməsi
(varrant) adlandırılmalı və qalan məlumatlarına
görə əmtəə sənədi şəklində
olmalıdır. O biri nüsxələrdə girov şəhadətnaməsinin
verildiyi qeyd edilməli, tələbin məbləği və
ödəniş müddəti göstərilməklə hər
bir girov qoyma əks etdirilməlidir.
1078.3.
Saxlanılan və ya yola salınmış mallar
üçün şəhadətnamələr əmtəə
sənədlərinin forması haqqında qanuni göstərişlər
pozulmaqla verildikdə bunlar əmtəə sənədləri
deyil, alınma haqqında qəbzlər və ya digər təsdiqləyici
sənədlər sayılır.
1078.4. Səlahiyyətli
orqanlardan qanun üzrə verilməli icazəni almadan anbar
sahiblərinin verdikləri şəhadətnamələr forma
barədə qanuni göstərişlərə uyğun gəlirsə,
əmtəə sənədləri sayılır.
1078.5. Konosament
mala dair sərəncam sənədindən ibarət ticarət
kağızı olub, onun sahibinin konosamentdə göstərilən
yükə dair sərəncam vermək və daşıma
başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir.
Konosament adsız, orderli və ya adlı ola bilər.
1078.6. Qoşa
anbar şəhadətnaməsi mal anbarı tərəfindən
malın saxlanmağa qəbul olunmasını təsdiqləyən
orderli qiymətli kağızdır. Qoşa anbar şəhadətnaməsi
iki hissədən - anbar şəhadətnaməsindən və
girov şəhadətnaməsindən (varrantdan) ibarətdir;
ayrı-ayrılıqda bunlar qiymətli kağızlardır.
1078.7. Adi anbar
şəhadətnaməsi mal anbarı tərəfindən
malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən
adsız qiymətli kağızdır.
§ 8.
Daşınmaz əmlak sertifikatı[679]
Maddə 1078-1. Daşınmaz
əmlak sertifikatı
1078-1.1.
Daşınmaz əmlak sertifikatı fiziki və hüquqi
şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə
buraxılış şərtlərində müəyyən
olunan şərtlərə əməl etdikləri təqdirdə,
emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli
kağızların yerləşdirilməsindən alınan vəsait
hesabına maliyyələşdirilən binaların (mənzillərin,
qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə
verilməsi yolu ilə ödənilməsini tələb etmək
hüququ verən qiymətli kağızdır.
1078-1.2.
Daşınmaz əmlak sertifikatı adlı qiymətli
kağızdır. Daşınmaz əmlak
sertifikatlarının buraxılışı, dövlət
qeydiyyatına alınması və tədavülü
qaydası Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən müəyyən edilir.
§ 9. Girov kağızı və ipoteka
kağızı
Maddə 1078-2. Girov
kağızı və ipoteka kağızı
1078-2.1. Öhdəliklərin
təminatını təsbit edən qiymətli
kağızlara girov kağızı və ipoteka
kağızı daxildir.
1078-2.2.
İpoteka kağızı mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən,
əmlakın ipotekası ilə təmin edilən başqa
sübut və dəlillər təqdim etmədən pul və
başqa öhdəliklərin mövcudluğunu və bu
öhdəliklər üzrə icranın tələb edilməsi
hüququnu və əmlakın ipotekası haqqında
müqavilədə göstərilən girov hüququnu təsdiq
edən adlı qiymətli kağızdır.[680]
1078-2.2-1. Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
mülkiyyətçisinə ipoteka müqaviləsində
göstərilən, daşınmaz əmlakın ipotekası
ilə təmin edilən başqa sübut və dəlillər
təqdim etmədən pul və başqa öhdəliklərin
mövcudluğunu və bu öhdəliklər üzrə
icranın tələb edilməsi hüququnu və
daşınmaz əmlakın ipotekası haqqında müqavilədə
göstərilən ipoteka hüququnu təsdiq edən sənədsiz
adlı qiymətli kağızdır.[681]
1078-2.3. Girov
kağızı girov qoyanla, o borclu deyilsə,
həm də borclu ilə girov saxlayan arasında əmlakın
və hüquqların girova qoyulmasını və bundan irəli
gələn hüquq və öhdəlikləri təsbit edən
adlı qiymətli kağızdır.[682]
1078-2.4. Bu Məcəllənin 996.2-1-ci
maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın və hüquqların girovu və
ya ipotekası ilə təmin edilmiş öhdəliklər
üzrə girovsaxlayanın və ya ipotekasaxlayanın
hüquqları girov kağızının və ya ipoteka
kağızının tərtibi ilə rəsmiləşdirilə
və təsdiq edilə bilər. [683]
1078-2.5. Girov və
ya ipoteka ilə təmin olunmuş öhdəliklər üzrə
borclu , girovqoyan və ipotekaqoyan girov kagızı və
ya ipoteka kağızı üzrə cavabdeh şəxsdir. Borclu, qirovqoyan və ipotekaqoyan eyni və
ayrı-ayrı şəxslər ola bilər.[684]
1078-2.6.
Əmlaka girov və ya ipoteka hüququnu təsbit edən girov
kağızının və ya ipoteka kağızının mülkiyyətçisi (girov saxlayan və
ya ipoteka saxlayan (kreditor)
borclunun və girov qoyanın razılığı olmadan borc üzrə tələbini
digər şəxsə, girov kağızı və ya ipoteka
kağızı üzrə ötürücü yazı vasitəsilə
o şərtlə ötürə bilər ki, həmin
ötürücü yazı (indossament) öhdəliyin mahiyyətinə,
onun borclu və girov qoyanla və ya ipoteka qoyanla razılaşmasına və
mövcud qanunvericiliyə zidd olmasın.[685]
1078-2.7. Girova və
ya ipotekaya şamil edilən təminatlı borc üzrə tələb
başqasına keçdikdə girov kağızı və ya
ipoteka kağızı üzrə girovsaxlayanın və ya
ipotekasaxlayanın hüquqları müvafiq surətdə həmin
şəxsə keçir.[686]
1078-2.8. Girov
kağızının və ya ipoteka kağızının mülkiyyətçisi ilə (girov
saxlayan və ya ipoteka saxlayan) digər şəxs arasında
bağlanmış müqavilə üzrə öhdəliyin
təminatı məqsədilə girov kağızı və
ya ipoteka kağızı müvafiq olaraq girov və ya ipotekaya
qoyula bilər. Bu halda girov və ya ipoteka hüququ ümumi
qaydada dövlət qeydiyyatından keçməlidir, lakin bu
hüquq girov kağızı və ya ipoteka kağızı
ilə təsbit edilə bilməz.[687]
1078-2.9. Girov kağızı və ipoteka
kağızına (daşınmaz
əmlak üzərində ipoteka hüququnu təsbit edən
ipoteka kağızı istisna olmaqla) dair dövlət qeydiyyatı rəsmi
dövlət reyestrində aparılır. Rəsmi dövlət
reyestrinin aparılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata
keçirilir.[688]
1078-2.10. Rəsmi
dövlət reyestrinin aparılması girov qoyulmuş qiymətli
kağızlar üzrə hüquqların məhdudlaşdırılması
haqqında bütün məlumatların mərkəzləşdirilmiş
qaydada toplanması üçün nəzərdə tutulur.[689]
§ 10. Törəmə qiymətli kağızlar[690]
Maddə 1078-3. Törəmə
qiymətli kağızlar
1078-3.1. Törəmə
qiymətli kağızlarına fyuçerslər, opsionlar və
qanunvericiliklə müəyyən edilmiş digər qiymətli
kağızlar aid edilir.
1078-3.2.
Fyuçers müəyyən edilmiş tarixdə müəyyən
baza aktivinin əvvəlcədən
razılaşdırılmış qiymətlərlə
alınması və ya satılması haqqında öhdəliyini
təsbit edən standartlaşdırılmış birja müqaviləsini
ifadə edən qiymətli kağızdır.
1078-3.3. Opsion
sahibinə müəyyən edilmiş tarixdə müəyyən
baza aktivinin əvvəlcədən
razılaşdınlmış qiymətlərlə almaq və
ya satmaq hüququnu ifadə edən qiymətli
kağızdır.
1078-3.4. Törəmə
qiymətli kağızlar üçün baza aktivi kimi xarici
valyuta, qiymətli kağızlar, birja indeksləri, əmtəə
və s. çıxış edə bilər.
1078-3.5. Törəmə
qiymətli kağızların tədavülü ilə
bağlı digər xüsusatlar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
§ 11. Özəlləşdirmə qiymətli
kağızları
Maddə 1078-4. Özəlləşdirmə
qiymətli kağızları
1078-4.1. Özəlləşdirmə
qiymətli kağızları dövlət əmlakının
özəlləşdirilməsi zamanı dövlət əmlakının
müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada
özgəninkiləşdirilməsi məqsədi ilə
buraxılan qiymətli kağızlardır.
1078-4.2. Dövlət
əmlakının özəlləşdirilməsi zamanı
buraxılan qiymətli kağızların növləri,
emissiyası, tədavülü qaydaları və sair məsələlər
bu Məcəllə və digər normativ hüquqi, o cümlədən normativ xarakterli aktlarla müəyyən edilir.[691]
§ 12. Depozit sertifikatı[692]
Maddə 1078-5. Depozit
sertifikatı
1078-5.1. Depozit
sertifikatı əmanətçidən və ya əmanətçi
üçün banka daxil olmuş pul məbləğini
(depoziti) və onun üçün faizləri bankdan almaq
hüququnu təsbit edən qiymətli kağızdır.
Depozit sertifikatı müəyyən müddətə
adlı və ya adsız qiymətli kağız kimi
buraxıla bilər.
1078-5.2. Depozit
sertifikatları birdəfəlik və ya seriyalarla, sənədli
formada buraxıla bilər.
1078-5.3. Depozit
sertifikatının buraxılması, qeydiyyatı və tədavülü
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
§ 13. Qiymətli kağızların emissiyası[693]
Maddə 1078-6. İnvestisiya qiymətli
kağızlarının emissiyasının əsasları
1078-
1078-6.2.
İnvestisiya qiymətli kağızının forması və
buraxılış şərtləri investisiya qiymətli
kağızlarının emissiyası haqqında qərarda və
investisiya qiymətli kağızlarının emissiya prospektində
(investisiya qiymətli kağızlarının emissiyası
emissiya prospekti ilə müşayiət olunursa) birmənalı
müəyyən edilməlidir.
1078-6.3.
İnvestisiya qiymətli kağızları
aşağıdakı formalardan birində emissiya edilə bilər:
1078-6.3.1. sənədli
adlı qiymətli kağızlar;
1078-6.3.2. sənədsiz
adlı qiymətli kağızlar;
1078-6.3.3. sənədli
adsız qiymətli kağızlar.
1078-6.4.
İnvestisiya qiymətli kağızlarının forması
emitentin emissiya haqqında qərar qəbul etmiş
orqanının qərarı ilə bu dəyişikliklər
müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmaqla dəyişdirilə
bilər. Adlı qiymətli kağızların adsız qiymətli
kağızlara çevrilməsi bu Məcəllənin 992-ci
maddəsi ilə tənzimlənir.
1078-6.5. Eyni
dövlət qeydiyyat nömrəsi olan investisiya qiymətli
kağızları bir formada buraxılmalıdır.
1078-6.6.
İnvestisiya qiymətli kağızlarının nominalı
milli və səhmlər istisna olmaqla sərbəst dönərli
valyutada ifadə oluna bilər.
1078-6.7.
İnvestisiya qiymətli kağızlarının
konvertasiyası ilə bağlı emissiyanın xüsusiyyətləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 1078-7. İnvestisiya qiymətli
kağızlarının emissiyasının mərhələləri
1078-7.1.
İnvestisiya qiymətli kağızlarının emissiyası
aşağıdakı mərhələlərdən ibarətdir:
1078-7.1.1. emitent
tərəfindən investisiya qiymətli
kağızlarının emissiyası haqqında qərarın
qəbul edilməsi;
1078-7.1.2.
investisiya qiymətli kağızlarının emissiya
prospektinin tərtib edilməsi (investisiya qiymətli
kağızlarının emissiyası emissiya prospekti ilə
müşayiət olunursa);
1078-7. 1.3.
investisiya qiymətli kağızları
buraxılışının dövlət qeydiyyatı;
1078-7.1.4.
investisiya qiymətli kağızlarının emissiya prospektində
olan məlumatların açıqlanması (investisiya qiymətli
kağızlarının emissiyası emissiya prospekti ilə
müşayiət olunursa);
1078-7.1.5.
investisiya qiymətli kağızlarının yerləşdirilməsi;
1078-7.1.6.
investisiya qiymətli kağızlarının
emissiyasının yekunları haqqında hesabatın
qeydiyyatı;
1078-7.1.7.
investisiya qiymətli kağızlarının
emissiyasının yekunları haqqında hesabatda olan məlumatların
açıqlanması (investisiya qiymətli
kağızlarının emissiyası emissiya prospekti ilə
müşayiət olunubsa).
1078-7.2. Səhmdar
cəmiyyətlərinin yaradılması, habelə səhmdar
cəmiyyətlərinin və digər hüquqi şəxslərin
yenidən təşkili zamanı (qoşulma şəklində
yenidən təşkil halı istisna olmaqla) səhmlərin
buraxılışının dövlət qeydiyyatı həmin
qiymətli kağızların dəyərinin təsisçilər
tərəfindən ödənilməsindən sonra həyata
keçirilir.
Maddə 1078-8. İnvestisiya qiymətli
kağızlarının emissiyası haqqında qərar
1078-8.1.
İnvestisiya qiymətli kağızlarının hər bir
növünün emissiyası haqqında ayrıca qərar qəbul
edilməlidir.
1078-8.2.
İnvestisiya qiymətli kağızlarının emissiyası
haqqında qərarda aşağıdakı məlumatlar
öz əksini tapmalıdır:
1078-8.2.1.
emitentin tam adı və olduğu yer;
1078-8.2.2. qərarın
qəbul edilməsi tarixi;
1078-8.2.3. qərarı
qəbul etmiş emitentin idarəetmə orqanının adı;
1078-8.2.4. qiymətli
kağızın növü;
1078-8.2.5. qiymətli
kağızın forması;
1078-8.2.6. qiymətli
kağızın nominal dəyəri;
1078-8.2.7. həmin
buraxılışa daxil olan qiymətli kağızların
sayı və ümumi məbləği;
1078-8.2.8. qiymətli
kağızların yerləşdirilməsi qaydası;
1078-8.2.9. bir
qiymətli kağızla təsbit edilən hüquqlar;
1078-8.2.10. qiymətli
kağızların sahibləri qarşısında emitentin
öhdəlikləri;
1078-8.2.11.
emitentin rəhbərinin adı, soyadı, möhürlə təsdiqlənmiş
imzası.
1078-8.3.
Konversiya borcu istiqrazların emissiyası haqqında qərar qəbul
edilərkən onların ödənilməsinə yönəldilən
səhmlərin emissiyası haqqında qərar qəbul edilməlidir.
Maddə 1078-9. Dövlət qiymətli
kağızlarının emissiyası
1078-9.1. Dövlət
qiymətli kağızlarının emissiyası müvafiq
icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş
digər dövlət orqanı tərəfindən həyata
keçirilir.
1078-9.2. Dövlət
qiymətli kağızlarının emissiyası və tədavülü
emitentin rəyi alınmaqla müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qəbul edilmiş normativ
hüquqi aktlarla tənzimlənir.
Maddə 1078-10. Bələdiyyə
qiymətli kağızlarının emissiyası
Bələdiyyə
qiymətli kağızlarının emissiyası və tədavülü
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 1078-11. İnvestisiya
qiymətli kağızlarının
buraxılışının dövlət qeydiyyatı
1078-11.1.
İnvestisiya qiymətli kağızlarının
buraxılışları müvafiq icra hakimiyyəti
orqanında dövlət qeydiyyatına alınmalıdır.
1078-11.2.
İnvestisiya qiymətli kağızlarının
buraxılışının dövlət qeydiyyatı üçün
emitent tərəfindən müvafiq icra hakimiyyəti
orqanına aşağıdakı sənədlər təqdim
edilməlidir:
1078-11.2.1.
investisiya qiymətli kağızlarının qeydiyyata
alınması üçün ərizə;
1078-11.2.2.
investisiya qiymətli kağızlarının emissiyası
haqqında qərar;
1078-11.2.3.
emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınması haqqında şəhadətnamənin və təsis
sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri;
1078-11.2.4.
investisiya qiymətli kağızlarının emissiya prospekti
(investisiya qiymətli kağızlarının emissiyası
emissiya prospekti ilə müşayiət olunursa);
1078-11.2.5.
investisiya qiymətli kağızının
sertifikatının nümunəsi (investisiya qiymətli
kağızları sənədli formada buraxıldıqda);
1078-11.2.6.
investisiya qiymətli kağızların emissiya prospektinin
qeydiyyata alınması üçün dövlət
rüsumunun ödənilməsini təsdiq edən sənəd
(investisiya qiymətli kağızlarının emissiyası
emissiya prospekti ilə müşayiət olunursa).
1078-11.3. Təmin
edilmiş istiqrazların buraxılışının
dövlət qeydiyyatı yalnız onlar üzrə verilmiş
təminatın qanunvericiliklə müəyyən edilmiş
qaydada rəsmiləşdirilməsindən sonra həyata
keçirilir.
1078-11.4.
İnvestisiya qiymətli kağızlarının
buraxılışının dövlət qeydiyyatı
üçün təqdim edilən sənədlərə
onların təqdim edilməsi tarixindən etibarən on
beş iş günü müddətində baxılır və
qeydiyyatdan imtina üçün əsas olmadıqda, qiymətli
kağızlar buraxılışı dövlət
qeydiyyatına alınır. İnvestisiya qiymətli
kağızlarının buraxılışının
dövlət qeydiyyatına alınmasından imtina edildikdə,
bu barədə emitentə rəsmi bildiriş verilir.
İnvestisiya qiymətli kağızlarının
buraxılışının dövlət qeydiyyatı həmin
buraxılışa dövlət qeydiyyat nömrəsinin
verilməsindən və bu məlumatların dövlət
reyestrinə daxil edilməsindən ibarətdir. Dövlət
qeydiyyat nömrəsinin verilməsi və reyestrin aparılması
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1078-11.5.
Emitentin istiqraz buraxılışının maksimal həcminə
dair tələblər haqqında qaydalar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[694]
1078-11.6.
İnvestisiya qiymətli kağızları
buraxılışı dövlət qeydiyyatından keçənə
qədər qiymətli kağızların reklamı, hər
hansı bir investora rəsmi təklif edilməsi və emissiya
prospektinin potensial investorlara təqdim edilməsi
qadağandır.
1078-11.7.
Emitentin müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi
qiymətli kağızların buraxılışı üzrə
sənədlərdə göstərilən məlumatların
tamlığına və dürüstlüyünə görə
məsuliyyəti həmin sənədləri imzalamış vəzifəli
şəxslər daşıyır.
Maddə 1078-12. İnvestisiya
qiymətli kağızlarının emissiya prospektinə dair
ümumi tələblər
1078-12.1.
İnvestisiya qiymətli kağızlarının emissiyası
(qapalı yerləşdirmə istisna olmaqla) emissiya prospekti ilə
müşayiət olunur.
1078-12.2.
İnvestisiya qiymətli kağızlarının emissiya
prospektində aşağıdakı məlumatlar
olmalıdır:
1078-12.2.1.
emitentin tam adı, təşkilati-hüquqi forması və
olduğu yer;
1078-12.2.2.
hüquqi şəxslərin dövlət reyestrində emitent
barədə olan məlumatlar;
1078-12.2.3.
emitentin nizamnamə kapitalının on faizindən az olmayan
miqdarda səs hüququnu verən səhmlərinə (bundan
sonra - səsli səhmlər) malik olan şəxslər barədə
məlumat;
1078-12.2.4.
emitentin idarəetmə orqanı, icra və nəzarət
orqanları haqqında məlumat;
1078-12.2.5.
emitentin filial və nümayəndəlikləri haqqında məlumat;
1078-12.2.6.
nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan
hüquqi şəxslərin siyahısı və rekvizitləri;
1078-12.2.7.
nizamnamə kapitalı və onun tərkibi haqqında, o
cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin
miqdarı, onların nominal dəyəri və növləri,
habelə səhmlərin ayrı-ayn növlərinin
imtiyazları haqqında məlumat (səhmdar cəmiyyətləri
üçün);
1078-12.2.8.
müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin
sonuncu balansı və toplu maliyyə hesabatı;
1078-12.2.9.
emitentin təsis edildiyi tarixdən və ya son beş maliyyə
ili ərzində emitent tərəfindən səhmlər
üzrə ödənilmiş dividendlər haqqında məlumat;
1078-12.2.10.
emitentin əvvəl emissiya edilmiş qiymətli
kağızları haqqında məlumat;
1078-12.2.11.
investisiya qiymətli kağızlarının
buraxılışı haqqında ümumi məlumat;
1078-12.2.12.
investisiya qiymətli kağızlarının yerləşdirilmə
qaydası;
1078-12.2.13.
emitentin kreditor borcları, ödəniləcək faizlərin
məbləği və satınalma şərtləri
(istiqrazlar üzrə);
1078-12.2.14.
istiqrazlar üzrə müəyyənləşdirilmiş
xüsusi təminatlar (olduqda);
1078-12.2.15. təmin
edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı
haqqında məlumat;
1078-12.2.16.
investisiya qiymətli kağızlarının ödənilməsi
qaydası;
1078-12.2.17.
investisiya qiymətli kağızlarının yerləşdirilməsində
iştirak edəcək qiymətli kağızlar
bazarının peşəkar iştirakçısı
haqqında məlumat;
1078-12.2.18.
investisiya qiymətli kağızlarının emissiyası
haqqında qərarın tarixi, nömrəsi və onu qəbul
etmiş orqanın adı;
1078-12.2.19.
imtiyazlı səhmlərlə təsbit olunmuş
hüquqların məzmunu;
1078-12.2.20.
investisiya qiymətli kağızlarının əldə edilməsi
üçün məhdudiyyətlər (olduqda).
Maddə 1078-13. İnvestisiya
qiymətli kağızları buraxılışının
dövlət qeydiyyatından imtina
1078-13.1.
İnvestisiya qiymətli kağızlarının
buraxılışının dövlət qeydiyyatından
aşağıdakı hallarda imtina edilə bilər:
1078-13.1.1.
investisiya qiymətli kağızlarının
buraxılışının dövlət qeydiyyatı
üçün təqdim olunmuş sənədlər
mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;
1078-13.1.2.
emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları
haqqında hesabat qeydiyyatdan keçmədikdə (səhm
buraxılışı üçün);
1078-13.1.3.
investisiya qiymətli kağızlarının emissiya prospektinə
və ya investisiya qiymətli kağızlarının
emissiyası haqqında qərara (qiymətli
kağızların buraxılışının dövlət
qeydiyyatı üçün əsas olan digər sənədlərə)
qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil
edildikdə;
1078-13.1.4.
emitent tərəfindən qiymətli kağızlar
bazarında ciddi qanun pozuntularına yol verildikdə.[695]
1078-13.2.
İnvestisiya qiymətli kağızlarının buraxılışının
bu Məcəllədə göstərilənlərdən
başqa digər əsaslarla dövlət qeydiyyatından
imtina edilməsinə yol verilmir.
1078-13.3.
İnvestisiya qiymətli kağızlarının
buraxılışının dövlət qeydiyyatından
imtina edilməsi haqqında bildiriş müvafiq icra hakimiyyəti
orqanı tərəfindən emitentə təqdim edilir.
1078-13.4.
İnvestisiya qiymətli kağızlarının
buraxılışının dövlət qeydiyyatından
imtina edilməsi haqqında qərardan emitent inzibati qaydada və
(və ya) məhkəmə qaydasında şikayət edə
bilər.
Maddə 1078-14. İnvestisiya
qiymətli kağızlarının buraxılışı
haqqında məlumatın açıqlanması
1078-14.1.
İnvestisiya qiymətli kağızlarının emissiyası
emissiya prospekti ilə müşayiət olunduqda, emitent
onları yerləşdirməzdən əvvəl emissiya
prospektində olan məlumatlan müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada açıqlamalıdır.
1078-14.2.
İnvestisiya qiymətli kağızlarının emissiya
prospekti emitentin ünvanında, qiymətli
kağızların satış yerlərində
olmalıdır və tanışlıq üçün
emitent və ya yerləşdirməni həyata keçirən
qiymətli kağızlar bazarının peşəkar
iştirakçısı tərəfindən heç bir
ödəniş tələb edilmədən təqdim edilməlidir.
Emitent emissiya prospekti ilə tanış olmaq üçün
zəruri olan şəraiti yaratmalı və bunun
üçün vaxtı və ünvanı kütləvi
informasiya vasitələrində elan etməlidir.
Maddə 1078-15. İnvestisiya
qiymətli kağızlarının yerləşdirilməsi
1078-15.1. Qiymətli
kağızların yerləşdirilməsi emitentin qiymətli
kağızlarının ilk sahiblərinə özgəninkiləşdirilməsidir.
Emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsi
hüququnu onlar dövlət qeydiyyatından keçdiyi andan əldə
edir.
1078-15.2.
İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi
kütləvi təklif və ya investorların məhdud dairəsinə
təklif (qapalı yerləşdirmə) üsulu ilə həyata
keçirilir.
1078-15.3.
Açıq səhmdar cəmiyyətlərinin səhmlərinin
qapalı yerləşdirilməsinə (açıq səhmdar
cəmiyyətlərinin yaradılması və yenidən təşkili
zamanı, habelə səhmlərin konvertasiyası hallan istisna
olmaqla), qapalı səhmdar cəmiyyətlərinin səhmlərinin
isə kütləvi təklif üsulu ilə yerləşdirilməsinə
yol verilmir.
1078-15.4. Yerləşdirilən
investisiya qiymətli kağızlarının sayı
investisiya qiymətli kağızlarının emissiyası
haqqında qərarda və ya emissiya prospektində göstərilən
sayından çox olmamalıdır. Lakin emitent investisiya qiymətli
kağızlarının emissiyası haqqında qərarda və
ya emissiya prospektində göstəriləndən az sayda
investisiya qiymətli kağızları yerləşdirə
bilər. Bu zaman investisiya qiymətli kağızlarının
emissiyasının baş tutmuş hesab edilməsi
üçün əsas olan qiymətli kağızların
yerləşdirilmiş hissəsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
1078-15.5.
İnvestisiya qiymətli kağızlarının kütləvi
təklif üsulu ilə yerləşdirilməsi zamanı qiymətli
kağızları alarkən bir alıcıya başqaları
qarşısında üstünlük verilməsi
qadağandır. Bu müddəa səhmdar cəmiyyətinin səhmdarlarına
investisiya qiymətli kağızlarının emissiyası
haqqında qərar qəbul edilən zaman onlarda olan səhmlərin
sayma mütənasib miqdarda yeni emissiya olunan qiymətli
kağızları almaqda üstünlük hüququ verildikdə
tətbiq olunmur.
1078-15.6. Səhmdar
cəmiyyətlərinin səhmlərinin kütləvi təklif
üsulu ilə yerləşdirilməsi fond birjası vasitəsi
ilə həyata keçirilir. Səhmlərin
emissiyasının baş tutmuş hesab edilməsi
üçün əsas olan hissəsinin fond birjası vasitəsi
ilə yerləşdirilməsi qiymətli kağızların
buraxılışı dövlət qeydiyyatına
alındığı tarixdən etibarən bir il ərzində
başa çatmalıdır.
1078-15.7. Emitent
investisiya qiymətli kağızın dəyərinin ilk sahibi
tərəfindən ödənildiyi tarixdən etibarən on
beş gündən gec olmayaraq onun sahibi haqqında məlumatın
qiymətli kağızların sahiblərinin reyestrinə daxil
edilməsini (adlı qiymətli kağızların yerləşdirilməsi
halında), investisiya qiymətli kağızın sahibinə
investisiya qiymətli kağızın sertifikatının və
ya depo hesablardan çıxarışların verilməsini təmin
etməlidir.
1078-15.8.
İnvestisiya qiymətli kağızları sənədli
formada olduqda emitent onların sahibinə qiymətli
kağızların sertifikatını (sertifikatlarını)
verir.
1078-15.9.
İnvestisiya qiymətli kağızları sənədsiz
formada olduqda onların sahiblərinə əldə etdikləri
qiymətli kağızları əks etdirən sertifikat
depozitar tərəfindən verilir.
1078-15.10. Bir
sertifikatla bir və daha çox sayda eyni dövlət qeydiyyat
nömrəsi olan investisiya qiymətli kağızlara
hüquqlar təsdiq edilə bilər. Bir investisiya qiymətli
kağıza hüquqlar yalnız bir sertifikatla təsdiq edilə
bilər.
1078-15.11.
Kütləvi təklif üsulu ilə yerləşdirilən
səhmlərin dəyəri yalnız pulla ödənilir.
1078-15.12. Emitent
müvafiq icra hakimiyyəti orqanına investisiya qiymətli kağızların
yerləşdirilməsi haqqında Hesabat təqdim etməlidir.
İnvestisiya qiymətli kağızların yerləşdirilməsi
haqqında hesabatın təqdim edilməsi qaydası
qanunvericiliklə müəyyən olunur.
1078-15.13. Azərbaycan
Respublikasının emitentlərinin qiymətli kağızlarının
Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 1078-16. İnvestisiya
qiymətli kağızlarının emissiyasının
dayandırılması
1078-16.1.
İnvestisiya qiymətli kağızlarının
emissiyasının dayandırılması müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə qiymətli
kağızların çap edilməsi, reklamı və yerləşdirilməsi
üzrə digər tədbirlərin
dayandırılmasıdır.
1078-16.2.
İnvestisiya qiymətli kağızlarının emissiyası
aşağıdakı əsaslarla müvafiq icra hakimiyyəti
orqanı tərəfindən dayandırıla bilər:
1078-16.2.1.
qeydiyyata alınmış emissiya şərtlərinin, habelə
bu Məcəllənin və digər müvafiq normativ
hüquqi aktların qiymətli kağızların
emissiyası ilə bağlı olan tələbləri
pozulduqda;
1078-16.2.2.
investisiya qiymətli kağızlarının dövlət
qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə.
1078-16.3. Emitent
qiymətli kağızların emissiyasının
dayandırılması barədə müvafiq icra hakimiyyəti
orqanından rəsmi bildiriş aldıqdan sonra dərhal
kütləvi informasiya vasitələri ilə bu barədə
məlumat verməli və qiymətli kağızların
emissiyası zamanı yol verilmiş pozuntuları müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
müddət ərzində aradan qaldırmalıdır.
1078-16.4. Qiymətli
kağızların emissiyası zamanı yol verilmiş
pozuntular aradan qaldırıldıqdan sonra müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə emissiya davam
etdirilə bilər. Bu zaman qiymətli kağızların yerləşdirilməsi
müddəti emissiya dayandırıldığı müddətə
uzadılır.
1078-16.5.
İnvestisiya qiymətli kağızları dövlət
qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən gündən iki ay ərzində
emitent həmin kağızların geri satın
alınmasını və ləğv edilməsini təmin etməlidir.
Əks təqdirdə müvafiq icra hakimiyyəti orqanı
emitent tərəfindən əsassız əldə edilmiş
məbləğlərin investorlara qaytarılması
üçün məhkəməyə müraciət edə
bilər.
1078-16.6.
İnvestisiya qiymətli kağızlarının
emissiyasının dayandırılması ilə əlaqədar
xərclər və investorlara müvafiq vəsaitlərin
qaytarılması emitentin vəsaiti hesabına həyata
keçirilir.
Maddə 1078-17. İnvestisiya
qiymətli kağızlarının emissiyasının
yekunları haqqında hesabat
1078-17.1.
İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi
başa çatdıqdan sonra otuz gün müddətində
emitent müvafiq icra hakimiyyəti orqanına investisiya qiymətli
kağızlarının emissiyasının yekunları
haqqında hesabat təqdim etməlidir.
1078-17.2.
İnvestisiya qiymətli kağızlarının
emissiyasının yekunları haqqında hesabata
aşağıdakı məlumatlar daxil edilməlidir:
1078-17.2.1.
investisiya qiymətli kağızlarının yerləşdirilməsinin
başlanması və başa çatması tarixi;
1078-17.2.2. yerləşdirilmiş
investisiya qiymətli kağızlarının sayı;
1078-17.2.3.
investisiya qiymətli kağızlarının yerləşdirilməsindən
daxil olan vəsaitin ümumi məbləği;
1078-17.2.4.
investisiya qiymətli kağızlarının yerləşdirilməsi
zamanı emitentlə investorlar arasında
bağlanılmış əqdlər haqqında məlumat.
1078-17.3.
Müvafiq icra hakimiyyəti orqanı investisiya qiymətli
kağızlarının emissiyasının yekunları
haqqında hesabata on beş iş günü müddətində
baxır və qeydiyyatdan imtina üçün əsas
olmadıqda onu qeydə alır.
1078-17.4.
Müvafiq icra hakimiyyəti orqanı investisiya qiymətli
kağızlarının emissiyasının yekunları
haqqında hesabatı qeydiyyata almaqdan həmin
buraxılış qiymətli kağızlarının
emissiyası ilə əlaqədar qanun pozuntularına yol
verildikdə imtina edə bilər.
1078-17.5.
İnvestisiya qiymətli kağızlarının kütləvi
təklif üsulu ilə yerləşdirilməsi zamanı
emissiyanın yekunları haqqında hesabat, qeydiyyata
alındıqdan sonra, emitent tərəfindən kütləvi
informasiya vasitələrində açıqlanmalıdır.
Maddə 1078-18. İnvestisiya
qiymətli kağızlarının emissiyasının baş
tutmamış hesab edilməsi
1078-18.1.
İnvestisiya qiymətli kağızları onların
emissiyasının baş tutmuş hesab edilməsi
üçün qanunvericiliklə müəyyən edilmiş
saydan az miqdarda yerləşdirildikdə və ya qanunvericiliklə
müəyyən edilmiş digər hallarda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən emissiya baş
tutmamış hesab edilə bilər.
1078-18.2. Emissiyanın
baş tutmamış hesab edilməsi barədə emitent
kütləvi informasiya vasitələri ilə elan verməli və
yerləşdirilmiş qiymətli kağızları geri
satın alaraq, investorlardan alınmış vəsaitləri
onlara qaytarmalı və bunun nəticələri barədə
müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim etməlidir.
Maddə 1078-19. İnvestisiya
qiymətli kağızlarının
buraxılışının etibarsız hesab edilməsi
İnvestisiya
qiymətli kağızlarının emissiyası zamanı bu Məcəllənin
və müvafiq qanunvericiliyin tələbləri pozulduğu
hallarda müvafiq icra hakimiyyəti orqanının iddiası ilə
məhkəmə tərəfindən həmin
buraxılış etibarsız hesab edilə bilər. Bu halda həmin
buraxılışda olan bütün qiymətli
kağızlar emitentə, qiymətli kağızların yerləşdirilməsindən
əldə edilmiş vəsaitlər investorlara qaytarılmalıdır.
§ 14. Qiymətli kağızların tədavülü
Maddə 1078-20. Qiymətli
kağızlar üzrə əqdlər
1078-20.1. Qiymətli
kağızların tədavülü yerləşdirmədən
sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin
bağlanması nəticəsində mülkiyyət
hüquqlarının keçməsi və qeydiyyatı
prosesidir.
1078-20.2. Qiymətli
kağızlar üzrə əqdlər bu Məcəlləyə
və
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq bağlanılır və
həyata keçirilir.[696]
1078-20.3.
Adlı qiymətli kağızları əldə edən
şəxsin mülkiyyət hüquqları qiymətli
kağızlar üzrə hüquqların ötürülməsinin
qeydiyyatı ilə yaranır.[697]
1078-20.4. Qiymətli
kağızların tədavülü zamanı qiymətli kağızlarla əqdlərin
bağlanması və icrasına dair bu Məcəllədə
və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan tələblərin
pozulması aşkar
edildikdə Azərbaycan Respublikasının Mərkəzi
Bankı qanun pozuntusu ilə
müşayiət olunan əqdlərin
bağlanılmasını dayandırır və ya klirinq baş verdikdə tərəflərinin
hesablarını dondurur.[698]
1078-20.5. Qiymətli
kağızların növləri üzrə alqı-satqı
əqdlərinin bağlanması qaydaları bu Məcəllə
və ona müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
müəyyən edilir. Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda qiymətli kağızlarla alqı-satqı əməliyyatları
tənzimlənən bazar istisna olmaqla, digər ticarət
sistemində aparıldıqda, alqı-satqı əqdləri həmin
ticarət sisteminin qaydalarına uyğun olaraq
bağlanılır.[699]
1078-20.6.
Hüquqi və fiziki şəxslərin borclarının qiymətli
kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi
Azərbaycan
Respublikasının Mərkəzi Bankın müəyyən etdiyi qaydalara
uyğun həyata keçirilir.[700]
1078-20.7. İnvestisiya qiymətli kağızlarla əqdlər
investisiya
şirkəti və ya investisiya xidmətlərini (əməliyyatlarını)
həyata keçirən bank vasitəsilə bağlanmadıqda və
ya belə əqdlərdə tərəf müqabili investisiya şirkəti və ya investisiya xidmətlərini (əməliyyatlarını)
həyata keçirən bank olmadıqda həmin əqdlər notarial
qaydada təsdiq olunmalıdır.[701]
1078-20.8.
Ünvanlı satış istisna olmaqla, səhmdarların
sayı əllidən artıq olan səhmdar cəmiyyətlərinin
yerləşdirilmiş səhmlərlə alqı-satqı əqdləri
fond birjası vasitəsilə bağlanmalıdır. Tərəfləri bir-birinə məlum
olan və qabaqcadan razılaşdırılmış qiymətlə
və şərtlərlə bağlanan qiymətli
kağızların alğı-satqı müqaviləsi
ünvanlı satış əqdidir.[702]
1078-20.9.
Veksellər, ipoteka (daşınmaz əmlak
üzərində ipoteka hüququnu təsbit edən ipoteka
kağızı istisna olmaqla) və girov
kağızları ötürülərkən qiymətli
kağızın arxa tərəfində tələbin güzəşti
haqqında qeyd (indossament) etmək zəruridir. Qiymətli
kağızda icra edilmiş indossament qiymətli kağızla
təsdiqlənmiş bütün hüquqları o şəxsə
(indossat) keçirir ki, qiymətli kağız üzrə
hüquqlar ona və ya onun sərəncamı ilə verilir. Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
üzrə hüquqların ötürülməsi bu Məcəllənin
996.2-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.[703]
1078-20.10.
İndossament blanklı (icranın həyata keçirilməli
olduğu şəxs göstərilmədən) və ya
orderli (icranın həyata keçirilməli olduğu və
ya əmri ilə həyata keçirilməli olduğu şəxs
göstərilməklə) ola bilər. İndossament yalnız
qiymətli kağızla təsdiqlənmiş hüquqları
həyata keçirmək tapşırığı ilə,
bu hüquqlar indossata verilmədən (təkrar
tapşırılan indossament) məhdudlaşdırıla bilər.
Bu halda indossat nümayəndə kimi çıxış
edir.
1078-20.10-1.
İpoteka və girov kağızlarında blanklı indossamentə
yol verilmir.[704]
1078-20.11.
Bu Məcəllənin 996.2-1-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, indossament
aşağıdakı tələblərə uyğun gəlməlidir: [705]
1078-20.11.1.
onda indossat haqqında məlumatlar və indossantın
imzası olmalıdır;
1078-20.11.2.
sadə olmalı və heç nə ilə şərtlənməməlidir
(indossamenti məhdudlaşdıran hər cür şərt
etibarsız sayılır; qismən indossament də
etibarsızdır.);
1078-20.11.3
qiymətli kağızda və ya ona əlavə edilmiş vərəqdə
(əlavə vərəq) yazılmalıdır.
1078.20.12.
İnsayder ticarəti və ya manipulyasiya həyata
keçirilməsi nəticəsində zərər vuran şəxs
zərər vurulmuş şəxs qarşısında
vurduğu zərərin üç misli miqdarında məsuliyyət
daşıyır.[706]
Maddə 1078-21. Qiymətli kağızla təsdiqlənmiş hüquqların ötürülməsi[707]
1078-21.1. Qiymətli
kağızla
təsdiqlənmiş hüquqlar bu Məcəllənin 993-cü maddəsinə
və bu maddədə müəyyən edilmiş xüsusiyyətlərə
uyğun olaraq ötürülür.[708]
1078-21.2.
Adsız sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar onun
sertifikatının yeni sahibinə verilməsi ilə
ötürülür.[709]
1078-21.3. Mərkəzi depozitarda saxlanılan adsız sənədli
qiymətli kağızla
təsdiqlənmiş hüquqlar qiymətli kağızların yeni mülkiyyətçisinin “depo” hesabına
köçürülməsi yolu ilə
ötürülür.[710]
1078-21.4.
Bu Məcəllənin 996.2-1-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, digər sənədsiz
qiymətli kağızla təsdiqlənmiş hüquqlar qiymətli
kağızlar üzrə depozitar sistemində qiymətli
kağızlar mülkiyyətçisinin depo hesabından yeni
mülkiyyətçinin depo hesabına
köçürülməsi yolu ilə
ötürülür.[711]
1078-21.5.
Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqlar yeni mülkiyyətçiyə qiymətli kağızları
(sertifikatları) verməklə qiymətli kağız mülkiyyətçilərinin
reyestrində müvafiq
qeydin aparılması yolu ilə və ya indossament əsasında ötürülür. Mərkəzi depozitarda saxlanılan adlı sənədli
qiymətli kağızla
təsdiqlənmiş hüquqlar mülkiyyətçinin “depo” hesabından yeni mülkiyyətçinin “depo” hesabına qiymətli
kağızların köçürülməsi yolu ilə
ötürülür.[712]
1078-21.6. Qiymətli
kağızlarla təsdiqlənmiş hüquqlar əldə edən şəxsə
həmin kağızlara
mülkiyyət hüququ keçən andan keçir.[713]
1078-21.7. Veksel, ipoteka (daşınmaz
əmlak üzərində ipoteka hüququnu təsbit edən
ipoteka kağızı istisna olmaqla) və girov
kağızları ilə təsdiqlənmiş hüquqlar ixtiyarlı mülkiyyətçinin kağız üzərində
etdiyi sərəncam vasitəsi ilə yeni mülkiyyətçiyə ötürülür. Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
üzrə hüquqların ötürülməsi bu Məcəllənin
996.2-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.[714]
1078-21.8.
Qanunvericiliklə bu Məcəllənin tələbləri nəzərə
alınmaqla qiymətli kağızların ayrı-ayrı
növləri üzrə hüquqların keçməsinə
əlavə üsul və xüsusatlar müəyyən edilə
bilər.
1078-21.9.
Adlı sənədli qiymətli kağızla təsdiqlənmiş hüquqların
ötürülməsi zamanı qiymətli kağızın
sertifikatının yeni mülkiyyətçinin adına rəsmiləşdirilməsi
qaydası Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən
edilir.[715]
1078-21.10. Yeni mülkiyyətçi hüquqların keçməsi
üzrə qanunvericiliklə müəyyən edilmiş hərəkətlərin
icrası və hüquqların qeydiyyatından sonra qiymətli
kağızla
təsdiqlənmiş hüquqları əldə edir.[716]
1078-21.11.
Veksel, ipoteka və girov kağızları ilə təsdiqlənmiş
hüququ ötürən şəxs (indossant) təkcə
hüququn mövcudluğuna görə deyil, həm də onun
həyata keçirilməsinə görə məsuliyyət
daşıyır. Digər növ qiymətli kağızla təsdiqlənmiş
hüququ ötürən şəxs müvafiq tələbin
etibarsızlığına görə məsuliyyət
daşıyır, lakin onun icra edilməməsi
üçün məsuliyyət daşımır.[717]
Maddə 1078-22. Qiymətli
kağızlarla təsdiqlənmiş hüquqların həyata keçirilməsi[718]
1078-22.1. Sənədli
qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar qiymətli
kağızların mülkiyyətçisi tərəfindən həmin qiymətli
kağızların sertifikatının təqdim edilməsi ilə
həyata keçirilir.[719]
1078-22.2. Bu Məcəllənin 996.2-1-ci
maddəsinin tələbləri nəzərə alınmaqla,
digər sənədsiz qiymətli
kağızlarla təsdiqlənmiş hüquqlar həmin qiymətli
kağızlar barədə reyestr və ya "depo"
hesablarında mülkiyyətçi, yaxud nominal
saxlayıcı barədə olan məlumatlarla reyestrdə qeydə
alınmış şəxs barədə məlumatların
eyniləşdirilməsi ilə həyata keçirilir.[720]
1078-22.3. Sənədli
qiymətli kağızların sertifikatları mərkəzi depozitarda saxlandıqda həmin qiymətli
kağızlarla təsdiqlənmiş hüquqlar mülkiyyətçinin tapşırığı ilə
mərkəzi
depozitarda saxlanılan
qiymətli kağızın sertifikatının (mülkiyyətçilərin siyahısı əlavə
olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə
həyata keçirilir.[721]
Maddə 1078-23. Qiymətli
kağızların öhdəliklərlə yüklənməsi
1078-23.1.
Qiymətli kağızlar girovla və bu Məcəllədə
nəzərdə tutulmuş digər öhdəliklərlə
yüklənə bilər və belə yüklənmə
qiymətli kağızlar üzrə depozitar sistemində
qeydiyyata alındığı andan qüvvəyə minir.[722]
1078-23.2. Qiymətli
kağızların öhdəliklərlə yüklənməsi
qaydası bu Məcəllə və digər qanunvericilik
aktları ilə müəyyən edilir.
1078-23.3. Qiymətli
kağızların girovu barədə səlahiyyətli
orqanların qəbul etdikləri qərarlar barədə məlumatlar
müvafiq icra hakimiyyəti orqanının apardığı
rəsmi reyestrdə əks etdirilir.[723]
1078-23.4. Qiymətli
kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli
kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka
tutmanın yönəldilməsi və ya
hüquqların keçməsi həmin əmlaka tutmanın yönəldilməsi və ya
hüquqların keçməsidir. Qiymətli
kağızlarla rəsmiləşdirilmiş hüquqlar
(daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə
mülkiyyətin əldə edənə keçməsi həmin
qiymətli kağızın verilməsi ilə həyata
keçirilir.[724]
1078-23.5. Girov
kağızı və ipoteka kağızının (daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
istisna olmaqla) tədavülü
qaydaları Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
müəyyən edilir. [725]
1078-23.6.
Qiymətli kağızlar üzrə girov hüquqları
yalnız onların mülkiyyətçilərinin
tapşırıqları əsasında depozitar sistemində
qeydiyyata alınnmalıdır.
1078-23.7.
Bu Məcəllənin 1078-23.6-ci maddəsində nəzərdə
tutulmuş tapşırıqda aşağıdakılar
öz əksini tapmalıdır:
1078-23.7.1.
mülkiyyətçinin və hüquqların xeyrinə
qoyulduğu üçüncü şəxslər barədə
məlumatlar (hüquqi şəxs olduqda - onun tam adı,
ünvanı; fiziki şəxs olduqda – adı, soyadı,
atasının adı, ünvanı);
1078-23.7.2.
mülkiyyətçinin və hüquqların xeyrinə qoyulduğu
üçüncü şəxsin mərkəzi depozitarda
olan fərdi eyniləşdirmə nömrələri;
1078-23.7.3.
qiymətli kağızların növü, forması, qeydiyyat
nömrəsi və sayı;
1078-23.7.4.
qiymətli kağızlar üzrə yüklənən
hüquqların növü və qüvvədə olma
müddəti (olduqda);
1078-23.7.5.
qiymətli kağızlar üzrə hüquqların
ötürülməsini təsdiq edən sənədlər;
1078-23.7.6.
mülkiyyətçinin imzası.
1078-23.8.
Qiymətli kağızlar üzrə girov hüquqları
onların depozitar sistemində qeydiyyata alındığı
andan yaranır. Girov saxlayan girovda olan qiymətli
kağızlar üzrə gəlirlərin əldə
olunması hüququna malikdirsə, həmin hüquqlar girovla
birgə depozitar sistemində qeydiyyata alınır.
1078-23.9.
Qiymətli kağızlarla girov predmetinə tutmanın yönəldilməsi
bu Məcəllə ilə müəyyən edilmiş hallarda
məhkəmədən kənar qaydada həyata keçirilir.
1078-23.10.
Borclu öhdəliyi icra etmədikdə girov saxlayan girov
predmetinə tutmanın yönəldilməsi haqqında girov
qoyana aşağıdakı məlumatları özündə
əks etdirən bildiriş göndərməlidir:
1078-23.10.1.
girovun mərkəzi depozitarda uçota alındığı
tarixi;
1078-23.10.2.
girov predmeti barədə məlumat (qiymətli
kağızların emitentinin adı, qiymətli
kağızların qeydiyyat nömrəsi, növü,
forması, sayı, nominal dəyəri);
1078-23.10.3.
icra olunmalı öhdəlik barədə məlumat;
1078-23.10.4.
girov predmetinə tutmanın yönəldilməsinin girov
müqaviləsində nəzərdə tutulduğu və ya
girov kağızının verildiyi hallar istisna olmaqla, girov
predmetinə tutmanın yönəldilməsi üçün
notariat qaydasında razılaşmanın təsdiq edilməsi
barədə təklif və ya girov predmetinə notariusun icra
qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi
barədə xəbərdarlıq;
1078-23.10.5.
bildirişin tarixi, bildirişi verən şəxsin vəzifəsi,
adı və imzası.
1078-23.11.
Girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi
haqqında bildirişi girov qoyana göndərildiyi tarixdən
etibarən yeddi iş günü ərzində mərkəzi
depozitara göndərilməlidir.
1078-23.12.
Mərkəzi depozitar üç iş günü ərzində
bildirişi qeydə alır, girov qoyulmuş qiymətli
kağızlarla əməliyyatları dayandırır və
bu barədə girov saxlayana məlumat verir.
1078-23.13.
Girov predmetinə tutmanın yönəldilməsi məhkəmədən
kənar qaydada həyata keçirildikdə, girov predmeti girov
qoyanla girov saxlayanın razılaşması əsasında
fond birjasında və ya “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda qiymətli kağızlarla əməliyyatlar
digər ticarət sistemində aparıldıqda, həmin ticarət
sistemində satışa çıxarılır.[726]
1078-23.14.
Məhkəmə girov predmetinin satışı barədə
qərar qəbul etdikdə, girov predmeti icra məmurlarının
tapşırığı əsasında girov müqaviləsində
göstərildiyi qiymətə fond birjasında və ya “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda qiymətli kağızlarla əməliyyatlar digər
ticarət sistemində aparıldıqda, həmin ticarət
sistemində satışa çıxarılır.[727]
1078-23.15.
Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən
edilmədikdə, qiymətli kağızlar nominal dəyər
ilə satışa çıxarılır.
1078-23.16.
Girov predmeti fond birjasında və ya “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş hallarda qiymətli
kağızlarla əməliyyatlar digər ticarət sistemində
aparıldıqda, həmin ticarət sistemində
satılmadıqda, girov predmetini təşkil edən qiymətli
kağızlar girov saxlayana təklif olunur.
1078-23.17.
Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam
verilməsi və girov predmetinə tutmanın yönəldilməsi
qaydası Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən müəyyən edilir.
1078-23.18.
Girov müqaviləsi tənzimlənən bazarlarda maliyyə
öhdəliklərinin yerinə yetirilməsi məqsədilə
bağlanıldıqda və həmin müqavilədə girov
predmeti pul və ya tənzimlənən bazarda ticarət olunan
qiymətli kağızlar və ya törəmə maliyyə
alətləri olduqda və girov saxlayan və ya girov qoyan Azərbaycan
Respublikasının Mərkəzi Bankı, mərkəzi
depozitar, bank, sığorta şirkəti və ya investisiya
şirkəti olduqda və girovla təmin edilmiş borc
yalnız tənzimlənən bazarda alğı-satqı əməliyyatlarının
keçirilməsi üçün istifadə olunduqda bu
cür girov maliyyə girovu hesab olunur. Maliyyə girovu həmçinin
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda qiymətli kağızlarla və törəmə
maliyyə alətləri ilə əməliyyatlar digər
ticarət sistemində aparıldıqda da yaranır.[728]
1078-23.18-1.
“Ödəniş xidmətləri və ödəniş
sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun
45.5-ci maddəsinə əsasən hesablaşma agenti klirinq
üzrə ödəniş sistemində hesablaşmaların
başa çatdırılmasını nağd pul, dövlət
istiqrazları və ya Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən buraxılmış qiymətli
kağızların girovu mexanizmlərinin tətbiqi ilə təmin
etdikdə, bu cür girov maliyyə girovu hesab olunur.[729]
1078-23.19.
Girov saxlayanla girov qoyan arasında bağlanılan girov
müqaviləsində nəzərdə tutulduğu halda maliyyə
girovu üzrə öhdəliklər borclu tərəfindən
icra edilmədikdə, girov predmeti məhkəmədənkənar
qaydada girov saxlayanın mülkiyyətinə keçir. Bu maddədə
nəzərdə tutulmuş müqavilənin notariat qaydada təsdiq
edilməsi tələb olunmur.[730]
Maddə 1078-24. Xarici emitentlərin qiymətli
kağızlarının Azərbaycan Respublikasında tədavülə
buraxılması qaydaları
Xarici emitentlərin
qiymətli kağızlarının Azərbaycan
Respublikasında tədavülə buraxılması
qaydaları Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
müəyyən edilir.
Maddə 1078-25. Xarici investorlar tərəfindən
qiymətli kağızların əldə edilməsi
Azərbaycan
Respublikasının emitentlərinin qiymətli
kağızlarının xarici investorlar tərəfindən əldə
edilməsi, qanunla nəzərdə tutulmuş hallar istisna
olmaqla, məhdudlaşdırılmır.
Maddə 1078-26. Qiymətli
kağızların birləşdirilməsi,
xırdalanması (bölünməsi) və konvertasiyası
1078-26.1. Qiymətli
kağızların birləşdirilməsi bir növdən
olan bütün qiymətli kağızların bir
buraxılış daxilində bütün mülkiyyətçilərdə
olan qiymətli kağızların sayının mütənasib
azaldılması yolu ilə dəyişdirilməsidir. Qiymətli
kağızların nominal dəyəri olduqda, onların birləşdirilməsi
nominal dəyərin mütənasib artırılması ilə
müşayiət olunur.
1078-26.2. Qiymətli
kağızların xırdalanması (bölünməsi) bir
qiymətli kağızın nominal dəyərinin mütənasib
bölünməsi yolu ilə eyni növlü bir neçə
qiymətli kağıza çevrilməsidir.
1078-26.3. Qiymətli
kağızların konvertasiyası bir emitentin bir növ
investisiya qiymətli kağızların digər növlü
investisiya qiymətli kağızlara və ya digər emitentin
qiymətli kağızlarına (həmin emitent yenidən təşkil
edildikdə) əvəzsiz dəyişdirilməsidir (səhmin
istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş
qiymətli kağızlar ləğv olunur.
1078-26.4. Qiymətli
kağızların birləşdirilməsi,
xırdalanması (bölünməsi) və konvertasiyası həmin
qiymətli kağızların yerləşdirilməsi
zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin
miqdarının dəyişdirilməsinə gətirmir, qiymətli
kağızlar mülkiyyətçilərindən geri alınan qiymətli
kağızların dəyərinin qaytarılması
üçün əsas deyil və qiymətli kağızlar mülkiyyətçiləri tərəfindən əlavə
xərclər edilmədən həyata keçirilir.[731]
1078-26.5.
Emitentin yerləşdirilmiş qiymətli kağızlarının
birləşdirilməsi, xırdalanması (bölünməsi)
və konvertasiyası haqqında qərarı Azərbaycan Respublikasının Mərkəzi
Bankda qanunvericiliklə müəyyən edilmiş qaydada
qeydiyyata alınmalıdır.
1078-26.6. Qiymətli
kağızların birləşdirilməsi,
xırdalanması (bölünməsi) və konvertasiyası
qaydaları Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
müəyyən edilir.
1078-26.7. Sənədli qiymətli kağızların birləşdirilməsi,
xırdalanması (bölünməsi) və konvertasiyası və
ödənilməsi bu qiymətli kağızların əvvəlki
sertifikatlarının ləğv olunması ilə
müşayiət olunur.[732]
Maddə 1078-27. Qiymətli
kağızların dövriyyədən
çıxarılması və ləğv edilməsi[733]
1078-27.1. Qiymətli
kağızların dövriyyədən
çıxarılması və ləğv edilməsi
aşağıdakı hallarda həyata keçirilir:
1078-27.1.1. səhmlər barəsində səhmdarların
ümumi yığıncağının qərarı ilə;[734]
1078-27.1.2. qiymətli
kağızların emissiyasının baş tutmamış
hesab edildiyi halda Azərbaycan Respublikasının Mərkəzi
Bankın qərarı ilə;
1078-27.1.3. qiymətli
kağızların buraxılışı məhkəmə
tərəfindən etibarsız hesab edildikdə;
1078-27.1.4.
emitentin fəaliyyətinə qanunvericiliklə müəyyən
edilmiş qaydada xitam verildikdə;
1078-27.1.4-1. tədavül müddəti bitdikdən
sonra qiymətli kağızlar ödənildikdə;[735]
1078-27.1.5.
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
1078-27.2. Daşınmaz əmlak üzərində
ipoteka hüququnu təsbit edən ipoteka kağızı
istisna olmaqla, digər dövlət qeydiyyatına alınmış qiymətli kağızlar
dövriyyədən çıxarıldıqda və ya ləğv
edildikdə, Azərbaycan Respublikasının Mərkəzi
Bankı qiymətli
kağızların dövlət reyestrində müvafiq qeydlər
etməlidir.[736]
1078-27.3. Qiymətli
kağızların dövriyyədən
çıxarılması və ləğv edilməsi
haqqında məlumat (ödəniş nəticəsində tədavüldən
çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
qiymətli kağızların dövlət reyestrində
müvafiq qeydlər edildiyi gündən yeddi iş
günü müddətində rəsmi mediada dərc olunmalıdır.
1078-27.4. Qiymətli
kağızların dövriyyədən
çıxarılması və ləğv edilməsi
barədə məlumatın dərc edildiyi gündən
onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc
edildiyi gündən həmin kağızlarla
bağlanmış müqavilələr əhəmiyyətsizdir.
1078-27.5. Qiymətli
kağızların dövriyyədən
çıxarılması və ləğv edilməsi
bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata
keçirilir.
1078-27.6. Qiymətli
kağızların dövriyyədən
çıxarılması və ləğv edilməsi
qaydaları Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən
müəyyən edilir.
§ 15. Qiymətli kağızlar bazarının peşəkar
iştirakçıları[737]
Maddə 1078-28. Qiymətli
kağızlar bazarında peşəkar fəaliyyətin
növləri
1078-28.1. Qiymətli
kağızlar bazarında peşəkar fəaliyyət
növlərinə aşağıdakılar aid edilir:
1078-28.1.1. broker
fəaliyyəti;
1078-28.1.2. diler
fəaliyyəti;
1078-28.1.3. aktivlərin
idarə edilməsi üzrə fəaliyyət;[738]
1078-28.1.4.
klirinq fəaliyyəti;
1078-28.1.5.
depozitar fəaliyyəti;
1078-28.1.6. qiymətli
kağız sahiblərinin reyestrinin aparılması üzrə
fəaliyyət;
1078-28.1.7. fond
birjası.
1078-28.2.
Qanunvericiliklə qiymətli kağızlar bazarında peşəkar
fəaliyyətin digər növləri də müəyyən
edilə bilər.
1078-28.3. Qiymətli
kağızlar bazarında peşəkar fəaliyyət
yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş müvafiq xüsusi razılığa (lisenziyaya)
malik olan şəxslər tərəfindən həyata
keçirilə bilər.
1078-28.4. Qiymətli
kağızlar bazarında peşəkar fəaliyyətin
müxtəlif növləri ilə eyni zamanda məşğul
olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Qiymətli kağızlar
bazarının peşəkar iştirakçılarının
banklar istisna olmaqla qiymətli kağızlar bazarına aid
olmayan digər sahibkarlıq fəaliyyəti növləri ilə
eyni zamanda məşğul olunmasına yol verilmir.[739]
1078-28.5. Qiymətli
kağızlar bazarında peşəkar fəaliyyəti həyata
keçirmək üçün xüsusi razılığın
(lisenziyanın) verilməsi, dayandırılması və ləğv
edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1078-28.6. Azərbaycan
Respublikasının Mərkəzi Bankı qanunvericiliklə
müəyyən edilmiş qaydada qiymətli kağızlar
bazarında peşəkar fəaliyyət növlərini və
ya həmin fəaliyyət növləri çərçivəsində
ayrı-ayrı əməliyyatları xüsusi razılıq
(lisenziya) olmadan həyata keçirə bilər.
Maddə 1078-29. Broker fəaliyyəti
1078-29.1. Broker fəaliyyəti
yalnız hüquqi şəxslər tərəfindən həyata
keçirilə bilər.
1078-29.2. Brokerin
müştərisinin tapşırığını onun
üçün daha əlverişli şərtlərlə
yerinə yetirməyə maneəçilik törədən
marağı varsa, broker tapşırığın
icrasını dayandıraraq dərhal müştərini bu
barədə xəbərdar etməli və müştərinin
yeni tapşırığını icra etməlidir.
1078-29.3. Broker
müvafiq tapşırığı alarkən onunla
müştərinin maraqları arasında ziddiyyət barədə
müştəriyə məlumat verməmişdirsə və
bu müştərinin maraqlarına ziyan vurmuşdursa, broker
qanunvericiliklə müəyyən edilmiş qaydada həmin zərəri
öz hesabına ödəməyə borcludur.
1078-29.4. Brokerin
müştərisinin tapşırıqlarının yerinə
yetirilməsi ilə bağlı olmayan öhdəlikləri
üzrə brokerə tətbiq edilən maddi tənbeh tədbirləri
müştərinin brokerdə saxlanılan maddi vəsaitlərinə
yönəldilə bilməz.
1078-29.5. Broker
komisyoner kimi fəaliyyət göstərdikdə, komissiya
müqaviləsində nəzərdə tutulduqda, müştərinin
onun sərəncamına verilmiş pul vəsaitlərindən
(qiymətli kağızlara investisiya üçün nəzərdə
tutulmuş və ya qiymətli kağızların
alınmasından əldə edilmiş), onların
qaytarılması anma qədər, müqavilə şərtlərinə
uyğun olaraq qiymətli kağızlarla əməliyyatlarda təkrarən
istifadə edə bilər. Bu fəaliyyətin nəticəsində
əldə edilən gəlirin istifadəsi qaydaları
müqavilə ilə müəyyən edilir.
1078-29.6. Broker
eyni zamanda diler fəaliyyəti ilə məşğul olduqda,
ona müştəri tərəfindən verilmiş
sifarişdə diler fəaliyyətinin həyata keçirilməsi
ilə bağlı aparıldığı əməliyyatlarla
əqdin istiqaməti və şərtləri eyni olduqda, o, ilk
növbədə müştərinin
tapşırığını yerinə yetirməlidir.
1078-29.7. Broker
müflis elan edildikdə broker xidmətinin göstərilməsi
haqqında müqaviləyə əsasən müştərinin
onda saxlanılan maddi vəsaitlər qaytarılmalıdır.
1078-29.8. Broker fəaliyyətini
tənzimləyən qaydalar və broker ilə müştəri
arasında bağlanılmış müqaviləyə dair tələblər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1078-29.9. Broker
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri
yerinə yetirməlidir.
Maddə 1078-30. Diler fəaliyyəti
1078-30.1. Diler fəaliyyəti
yalnız hüquqi şəxslər tərəfindən həyata
keçirilə bilər.
1078-30.2. Diler əvvəlcədən
elan etdiyi şərtlərə uyğun gələn
alqı-satqı müqavilələrinin bağlanmasından həmin
şərtləri dəyişdirmək yolu ilə imtina edə
bilməz.
1078-30.3. Diler fəaliyyətini
tənzimləyən qaydalar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 1078-31. Aktivlərin idarə
edilməsi üzrə fəaliyyət
1078-31.1. Aktivlərin
idarə edilməsi üzrə fəaliyyət yalnız
hüquqi şəxslər tərəfindən həyata
keçirilə bilər. Aktivlərin idarə edilməsi
üzrə fəaliyyəti həyata keçirən qiymətli
kağızlar bazarının peşəkar
iştirakçısı idarəçi adlanır.[740]
1078-31.2.
İdarəçiyə idarə edilmək üçün
qiymətli kağızların, pul vəsaitlərinin və
qanunvericilikdə nəzərdə tutulmuş digər əmlakın
verilməsi həmin qiymətli kağızlara, pul vəsaitlərinə
və əmlaka mülkiyyət hüququnun keçməsinə
səbəb olmur.
1078-31.3.
İdarəçi ilə müştərisi arasında və
ya idarəçinin bir neçə müştəriləri
arasında maraqlar ixtilafı yarandıqda idarəçi bu barədə
müştərilərinə dərhal məlumat verməlidir.
Əks tədqirdə, bunun nəticəsində müştəriyə
dəymiş zərər idarəçi tərəfindən
ödənilməlidir.
1078-31.4. İdarəçinin
öhdəlikləri üzrə tənbeh tədbirləri
müştərinin idarə etməyə verilmiş əmlakına
yönəldilə bilməz.
1078-31.5.
İdarəçinin fəaliyyətini tənzimləyən
qaydalar və idarəçi ilə müştərinin
müqaviləsinə dair tələblər müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
1078-31.6.
İdarəçi cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri
yerinə yetirməlidir.[741]
Maddə 1078-32. Klirinq fəaliyyəti
1078-32.1. Klirinq
fəaliyyətini yalnız hüquqi şəxslər (bundan
sonra - klirinq təşkilatları) həyata keçirir.
1078-32.2. Qiymətli
kağızlarla əqdlər üzrə hesablaşmaları həyata
keçirən klirinq təşkilatlan qiymətli
kağızlarla əqdlərin icra olunmaması risklərini
azaltmaq üçün zəmanət fondu yaratmalıdır.
Zəmanət fondunun minimal məbləği
bağlanılacaq əqdlərin təmin edilməmiş hissəsindən
az olmamalıdır.
1078-32.3. Klirinq
fəaliyyətinin həyata keçirilməsinin qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 1078-33. Depozitar fəaliyyəti
1078-33.1.
Depozitar fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən
həyata keçirilə bilər.
1078-33.2.
Depozitar fəaliyyətinin həyata keçirilməsi
standartları və qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
1078-33.3.
Depozitarın qiymətli kağızların saxlanması və
uçotu üzrə xidmətlərindən istifadə edən
şəxs deponent adlandırılır.
1078-33.4.
Depozitar müqaviləsinin bağlanılması qiymətli
kağızlar üzrə mülkiyyət hüququnun depozitara
keçməsinə əsas deyildir.
1078-33.5.
Depozitarın öhdəlikləri üzrə tənbeh tədbirləri
deponentin qiymətli kağızlarına yönəldilə
bilməz.
1078-33.6.
Depozitar, depo hesabları üzrə yazıların
tamlığını və düzgünlüyünü təmin-etməlidir
və öz öhdəliklərinin yerinə yetirilməməsinə
və ya lazımınca yerinə yetirilməməsinə
görə, depo hesabları üzrə yazıların
tamlığına və düzgünlüyünə görə
məsuliyyət daşıyır.
1078-33.7.
Depozitar sisteminin strukturu, onun üzvlərinin
qarşılıqlı münasibətlərinin prinsipləri,
məzmunu və formasına olan tələblər, onların
fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
1078-33.8.
Depozitar eyni zamanda reyestrsaxlayıcı peşəkar fəaliyyətini
həyata keçirdikdə emitentlə
bağlanılmış müqaviləyə əsasən qiymətli
kağız sahiblərinin və (və ya) nominal
saxlayıcıların depo hesablarına əsasən reyestri
aparır. Bu halda digər depozitarlarda saxlanılan qiymətli
kağızlar qiymətli kağız sahiblərinin reyestrini
aparan depozitarda nominal saxlayıcı hesabında əks
etdirilir.
1078-33.9. Azərbaycan
Respublikasının Mərkəzi Bankı dövlət qiymətli
kağızlarına hüquqların uçotunu aparan
depozitarla bağlanılmış müqavilə əsasında
həmin qiymətli kağızlar üzrə ayrı-ayrı
depozitar əməliyyatlarını aparmaq hüququna malikdir
Maddə 1078-34. Qiymətli
kağız sahiblərinin reyestrinin aparılması üzrə
fəaliyyət
1078-34.1. Qiymətli
kağız sahiblərinin reyestrinin aparılması üzrə
fəaliyyətlə yalnız hüquqi şəxslər məşğul
ola bilər.
1078-34.2. Qiymətli
kağız sahiblərinin reyestrinin aparılması üzrə
fəaliyyəti həyata keçirən şəxs (bundan
sonra - reyestrsaxlayıcı) qiymətli kağız sahiblərinin
reyestrinin aparılması sistemində qeydə
alınmış emitentin qiymətli kağızları ilə
əqdləri bağlaya bilməz.
1078-34.3. Qiymətli
kağız sahiblərinin reyestri müəyyən tarixə
qeydə alınmış qiymətli kağızların
sahiblərinin və nominal saxlayıcılarının, onlara
məxsus qiymətli kağızların sayının və
növünün eyniləşdirilməsini təmin edən
siyahıdır. Qiymətli kağızların reyestrində emitent
haqqında məlumat, hər bir qiymətli kağız sahiblərinə
və nominal saxlayıcılarına məxsus olan qiymətli
kağızların sayı, nominal dəyəri, növü,
forması, öhdəliklər ilə yükləndirilməsi
və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar
göstərilməlidir.
1078-34.4. Qiymətli
kağız sahiblərinin reyestrinin aparılması üzrə
fəaliyyətin həyata keçirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1078-34.5.
Adsız qiymətli kağızların sahiblərinin reyestri
aparılmır.
1078-34.6. Bir emitentin
adlı investisiya qiymətli kağızlarının sahiblərinin
sayı iyirmidən artıq olduqda, qiymətli kağız
sahiblərinin reyestrinin aparılması yalnız qiymətli
kağızlar bazarının peşəkar
iştirakçısı olan reyestrsaxlayıcı tərəfindən
keçirilməlidir. Bir emitentin adlı investisiya qiymətli
kağızlarının sahiblərinin sayı iyirmi və
daha az olduqda, onların reyestri həm qiymətli
kağızlar bazarının peşəkar
iştirakçısı olan reyestrsaxlayıcı, həm də
emitentin özü tərəfindən aparıla bilər.
1078-34.7.
Emitentin eyni növ qiymətli kağızlarının sahiblərinin
reyestri eyni zamanda yalnız bir reyestrsaxlayıcı tərəfindən
aparılmalıdır.
1078-34.8.
Reyestrsaxlayıcı reyestrdən verdiyi
çıxarışlar üzrə yazıların
tamlığını və düzgünlüyünü təmin
etməlidir və öz öhdəliklərinin yerinə yetirilməməsinə
və ya lazımınca yerinə yetirilməməsinə
görə qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyır.
1078-34.9. Emitent
reyestrsaxlayıcısını dəyişdiyi halda, bu barədə
kütləvi informasiya vasitələrində elan verməli, və
ya bütün qiymətli kağız sahiblərinə öz
hesabına yazılı bildiriş göndərməlidir.
1078-34.10. Qiymətli
kağız sahiblərinin reyestrində qiymətli
kağızların nominal saxlayıcısı qismində
broker (yalnız deponentləşdirilməmiş qiymətli
kağızlar üzrə) və ya depozitar
çıxış edə bilərlər.
1078-34.11. Qiymətli
kağızlar depozitarda deponentləşdirildikdə depozitar həmin
qiymətli kağızların sahiblərinin reyestrində
nominal saxlayıcı kimi qeydə alınır.
1078-34.12. Qiymətli
kağızların nominal saxlayıcısı həmin qiymətli
kağızlarla təsbit edilmiş hüquqları yalnız
onların mülkiyyətçisi tərəfindən bu barədə
səlahiyyət aldıqda həyata keçirə bilər.
1078-34.13.
Reyestrin aparılması sistemində nominal
saxlayıcının adının qeyd edilməsi qiymətli
kağızlara mülkiyyət hüququnun nominal
saxlayıcıya keçməsinə əsas deyildir.
1078-34.14. Bir
nominal saxlayıcının müştəriləri olan qiymətli
kağız sahiblərinin arasında əqdlərin nəticələri
reyestrdə əks etdirilmir.
1078-34.15. Qiymətli
kağızların bir nominal saxlayıcıdan başqa nominal
saxlayıcıya ötürülməsi haqqında məlumat
nominal saxlayıcılar tərəfindən üç iş
günü ərzində reyestrsaxlayıcıya təqdim
olunmalıdır.
1078-34.16. Qiymətli
kağız sahibləri tərəfindən qiymətli
kağızlar üzrə hüquqların həyata
keçirilməsinin təmin edilməsi üçün
nominal saxlayıcı reyestrsaxlayıcının tələbi
ilə müəyyən tarixə nominal saxlayıcısı
olduğu şəxslərin siyahısını yeddi iş
günü ərzində ona təqdim etməlidir.
Maddə 1078-35. Fond birjası
1078-35.1. Fond
birjası - qapalı səhmdar cəmiyyəti formasında
yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla
ticarəti təşkil edən və bağlanmış əqdlərin
icrasını təmin edən ticarət təşkilatçısıdır.
1078-35.2.
Adında "Fond birjası" ifadəsini yalnız fond
birjası peşəkar fəaliyyətini həyata keçirən
şəxs istifadə edə bilər.
1078-35.3 Fond
birjası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş standartlar əsasında fəaliyyətini
tənzimləyən daxili qaydaları təsdiq etməlidir.
1078-35.4. Fond
birjasının nizamnamə kapitalının minimal miqdarı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1078-35.5. Fond
birjası yalnız adi adlı səhmlər emissiya edə bilər.
1078-35.6. Fond
birjasının səhmdarlarının hər biri birjanın
səhmlərinin sayının iyirmi faizindən çox
olmamaqla səhmlərin sahibləri ola bilərlər.
1078-35.7. Fond
birjası ticarəti öz üzvləri arasında təşkil
edir. İstisna qaydasında Azərbaycan Respublikasının Mərkəzi
Bankı birja ticarətində birja üzvü olmadan
iştirak edə bilər.
1078-35.8. Fond
birjasının işçiləri qiymətli kağızlar
bazarının peşəkar iştirakçıları və
onların təsisçiləri ola bilməzlər, həmçinin
fond birjasının fəaliyyətində sahibkarlar kimi
iştirak edə bilməzlər.
Maddə 1078-36. Fond
birjasının üzvləri
1078-36.1. Fond
birjasının üzvləri birjanın daxili qaydalarına
uyğun olaraq birja ticarətində bilavasitə iştirak etmək
hüququna malik olan broker və ya dilerlərdir.
1078-36.2. Fond
birjası üzvlüyünə daxil olması, fond birjası
üzvlüyündən çıxarılması, xaric edilməsi
və birjada üzvlüyün dayandırılması
qaydaları, habelə fond birjasında üzvlərin fəaliyyətinin
qaydaları müvafiq icra hakimiyyəti orqanının normativ
hüquqi aktları, həmçinin birjanın nizamnaməsi və
digər daxili sənədləri ilə müəyyən
edilir.
1078-36.3. Fond
birjasının üzvlərinin broker və diler fəaliyyətinə
xüsusi razılıqları (lisenziyaları) olmalıdır
və onlar birja tərəfindən onların ödəniş
qabiliyyətinə və özlərinin fəaliyyətlərinin
təşkilinə dair müəyyən edilən ixtisas tələblərinə
cavab verməlidirlər.
1078-36.4. Birjada
üzvlüyə aşağıdakı hallarda xitam verilir:
1078-36. 4.1. birja
üzvlüyündən könüllü qaydada
çıxdıqda;
1078-36.4.2
müvafiq icra hakimiyyəti orqanının qərarı nəticəsində
birja üzvü olan brokerə və dilerə verilən
xüsusi razılıq (lisenziya) ləğv edildikdə;
1078-36.4.3.
birjanın müvafiq idarəetmə orqanının qərarı
ilə birja üzvü birja qaydalarını kobud surətdə
pozduqda və ya birja tərəfindən müəyyən edilən
ixtisas tələblərinə cavab vermədikdə;
1078-36.4.4.
birjanın fəaliyyətinə xitam verildikdə.
1078-36.5. Fond
birjası öz üzvlərinin sayını məhdudlaşdırmaq
hüququna malikdir.
Maddə 1078-37. Fond birjası tərəfindən
yığılan ödənişlər
1078-37.1. Fond
birjası tərəfindən aşağıdakı hallarda
pul ödənişləri müəyyən edilə bilər:
1078-37.1.1. fond
birjasının üzvlüyünə daxil olmaq
üçün;
1078-37.1.2. qiymətli
kağızların listinqi üçün;
1078-37.1.3. birja əqdlərinin
təşkili üçün.
1078-37.2.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydalarda, birjanın nizamnaməsi
və birja qaydaları ilə nəzərdə tutulmuş digər
hallarda da ödənişlərin alınması müəyyən
edilə bilər.
Maddə 1078-38. Birja əqdləri
1078-38.1. Birja
ticarətinin iştirakçıları arasında
bağlanılmış müqavilə birja əqdidir.
1078-38.2. Fond
birjasında bağlanılmış bütün əqdlər
qanunvericiliklə və birja qaydaları ilə müəyyən
edilmiş qaydada qeydiyyata alınmalıdır və rəsmiləşdirilməlidir.
1078-38.3. Birjamn
müvafiq səlahiyyətli orqanı birja qaydalarına əsasən
birja üzvünü müvəqqəti olaraq birja əqdlərinin
bağlanılmasından kənarlaşdıra bilər.
Maddə 1078-39. Birja qaydaları
1078-39.1. Fond
birjası qiymətli kağızların birjada dövriyyəyə
buraxılma qaydalarmı, onları birjada kotirovka edilən qiymətli
kağızların siyahısına daxil edilməsi (listinq) və
göstərilən siyahıdan çıxarılması
(delistinq), birjada əqdlərin bağlanması, qeydiyyatı,
icrası və təmin edilməsi, əqdlər üzrə
hesablaşmaların aparılması, birja üzvləri arasında
birja əməliyyatlarının aparılması zamanı
yaranan mübahisələrin həlli və fond
birjasının fəaliyyətilə əlaqədar digər
qaydaları müvafiq icra hakimiyyəti orqanının normativ
hüquqi aktlarına uyğun olaraq qəbul edir.
1078-39.2. Fond
birjası ticarətin aparılması vaxtı haqqında,
birjada ticarətə buraxılmış qiymətli
kağızların siyahısı və qiymətləri
(kotirovkası), ticarət sessiyasının nəticələri
haqqında və qanunvericiliklə nəzərdə
tutulmuş digər məlumatları vaxtında təqdim etməklə
aparılan ticarətin şəffaflığını təmin
etməlidir.
§ 16. Qiymətli kağızlar bazarının tənzimlənməsi[742]
Maddə 1078-40. Qiymətli
kağızlar bazarının dövlət tənzimlənməsi
1078-40.1. Qiymətli
kağızlar bazarının dövlət tənzimlənməsi
aşağıdakılardan ibarətdir:
1078-40.1.1. qiymətli
kağızlar bazarının tənzimlənməsi üzrə
normativ hüquqi aktların qəbul edilməsi və onlara riayət
olunmasına nəzarətin həyata keçirilməsindən;
1078-40.1.2. qiymətli
kağızlar bazarının iştirakçılarına tələblərin
və onların fəaliyyəti qaydalarının müəyyən
edilməsindən;
1078-40.1.3. qiymətli
kağızlar buraxılışlarının dövlət
qeydiyyatının aparılmasındən;
1078-40.1.4. qiymətli
kağızlar bazarında peşəkar fəaliyyətin həyata
keçirilməsi üçün xüsusi
razılığın (lisenziyanın) verilməsindən;
1078-40.1.5. qiymətli
kağızlar bazarında investorların və qiymətli
kağızlar sahiblərinin hüquqlarının müdafiəsindən;
1078-40.1.6. qiymətli
kağızlar bazarı iştirakçılarının fəaliyyətinə
dövlət nəzarətinin həyata keçirilməsindən;
1078-40.1.7. qiymətli
kağızlar bazarında qanunvericiliyi pozan şəxslərin
məsuliyyətə cəlb edilməsi üzrə müvafiq
tədbirlərin görülməsindən;
1078-40.1.8. qiymətli
kağızlar bazarının
iştirakçılarının peşə səviyyəsinin
artırılması üzrə müvafiq tədbirlərin
görülməsindən;
1078-40.1.9. qiymətli
kağızlar bazarının inkişafı istiqamətlərinin
müəyyən edilməsindən;
1078-40.1.10. qiymətli
kağızlar bazarında sağlam rəqabət mühitinin
yaradılmasındən;
1078-40.1.11. qiymətli
kağızlarla əqdlərin bağlanmasına dair tələblərin
müəyyən edilməsindən;
1078-40.1.12.
hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin
qiymətli kağızlarla rəsmiləşdirilməsi və
ödənilməsi qaydalarının müəyyənləşdirilməsindən;
1078-40.1.13. qiymətli
kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri
bazarının tənzimlənməsinin həyata keçirilməsindən;
1078-40.1.14. Azərbaycan
Respublikasının qiymətli kağızlar bazarının
dünya maliyyə bazarına inteqrasiyası üzrə tədbirlərin
hazırlanmasında və müvafiq icra hakimiyyəti
orqanına təsdiq edilmək üçün təqdim edilməsindən,
müvafiq tədbirlərin həyata keçirilməsindən;
1078-40.1.15. qiymətli
kağızların öhdəliklərlə yüklənməsi
və qiymətli kağızlarla rəsmiləşdirilən
daşınmaz əmlakın ipotekasının
qeydiyyatının və uçotunun aparılmasından;
1078-40.1.16. qiymətli
kağızlarla bağlı müvafiq dövlət reyestrlərinin
(qiymətli kağızların buraxılışının
dövlət reyestri, veksel və çeklərin dövlət
reyestri, qiymətli kağızlarla girovun rəsmi reyestri, qiymətli
kağızlarla rəsmiləşdirilən əmlakın
ipotekasının dövlət reyestri və s.)
aparılmasından;
1078-40.1.17. qiymətli
kağızlar bazarında sığortalanmalı olan risklərin
sığorta standartlarının müəyyən edilməsindən;
1078-40.1.18. qiymətli
kağızlar bazarında məlumatların
açıqlanması üzrə qaydaların raüəyyən
edilməsi və sisteminin təşkilindən;
1078-40.1.19. qiymətli
kağızların (sertifikatların) blanklarının
çap edilməsi və onların ölkəyə gətirilməsi
və aparılması üzrə fəaliyyətin tənzimlənməsindən;
1078-40.1.20. qiymətli
kağızlar bazarının iştirakçılarına
qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi
olan göstərişlərin verilməsindən;
1078-40.1.21. qiymətli
kağızlar bazarının və onun infrastrukturunun
inkişafı məqsədi ilə istifadə edilən
fondların qanunvericiliklə müəyyən edilmiş
qaydada yaradılması və onların fəaliyyətinin tənzimlənməsindən;
1078-40.1.22. qiymətli
kağızlar bazarında qiymətlərlə manipulyasiyalara
yol verilməməsi üzrə tədbirlərin görülməsindən.
1078-40.2. Qiymətli
kağızlar bazarında dövlət tənzimlənməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
Maddə 1078-41. Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilatlan
1078-41.1. Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilatları Azərbaycan Respublikasının
qanunvericiliyinə və öz nizamnamələrinə
müvafiq olaraq yaradılır və fəaliyyət göstərir.
1078-41.2. Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilatlarının fəaliyyəti
aşağıdakı əsas məqsədləri
daşıyır:
1078-41.2.1. qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının səmərəli peşəkar
fəaliyyəti üçün şəraitin
yaradılması;
1078-41.2.2. qiymətli
kağızlar bazarında investorların və digər
iştirakçıların maraqlarının qorunması;
1078-41.2.3. qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilatının üzvləri arasında
qarşılıqlı münasibətlərin tənzimlənməsi
qaydalarının müəyyən edilməsi;
1078-41.2.4. qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilatlarının üzvlərinin fəaliyyətinin
etik normalarının müəyyən edilməsi və bu
normalara riayət olunmasının təmin edilməsi.
1078-41.2.5. Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilatların fəaliyyətləri haqqında məlumatları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada və həcmdə
açıqlamalıdırlar.
§ 17. Qiymətli kağızlar bazarında
investorların maraqlarının müdafiəsi[743]
Maddə 1078-42. Qiymətli
kağızlar bazarında məlumatların
açıqlanması
1078-42.1. Qiymətli
kağızlar bazarında məlumatların
açıqlanması hər bir maraqlı şəxsin həmin
məlumatlarla tanış olması imkanının təmin
edilməsindən ibarətdir.
1078-42.2. Bu Məcəllə
və müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada emitent, qiymətli
kağızlar bazarının peşəkar
iştirakçısı, qiymətli kağızlar
bazarının özünü tənzimləyən təşkilat
fəaliyyətləri ilə bağlı kütləvi
informasiya vasitələrində məlumatları
açıqlamalıdırlar. Hamı üçün müəssər
olan məlumatlar açıqlanmış məlumatlar hesab
olunur.
Maddə 1078-43. Emitent tərəfindən
məlumatların açıqlanması
1078-43.1.
Kütləvi təklif vasitəsi ilə yerləşdirilən
qiymətli kağızların emitenti dərc etmək və
müvafiq icra hakimiyyəti orqanına təqdim etmək yolu ilə
özünün qiymətli kağızları və maliyyə-təsərrüfat
fəaliyyəti haqqında aşağıdakı məlumatlan
açıqlamağa borcludur:
1078-43.1.1.
emitentin illik hesabatını;
1078-43.1.2. onun
maliyyə-təsərrüfat fəaliyyətinə təsir
göstərən mühüm hadisələr və hərəkətlər
haqqında məlumatları;
1078-43.1.3. qiymətli
kağızların emissiya prospektini;
1078-43.1.4. qiymətli
kağızların emissiyasının yekunları haqqında
hesabatını.
1078-43.2.
Emitentin açıqlanmalı olan qiymətli kağızlar
haqqında illik hesabatına, maliyyə-təsərrüfat fəaliyyətinə
təsir göstərən mühüm hadisələrin və
hərəkətlərin, qiymətli kağızların
emissiya prospekti, emissiyasının yekunları haqqında məlumatların
dairəsi, onlar barəsində tələblər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
1078-43.3.
Emitentin illik hesabatı ilin nəticələri üzrə
hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən
təsdiq edilir və təsdiq edildiyi tarixdən etibarən
otuz gündən gec olmayaraq açıqlanır.
1078-43.4.
Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir
göstərən mühüm hadisələr və hərəkətlər
barədə məlumat müvafiq icra hakimiyyəti orqanına
həmin hərəkətlər və hadisələr baş
verdiyi gündən on beş gündən gec olmayaraq təqdim
olunur.
1078-43.5. Banklar
və digər kredit təşkilatları tərəfindən
məlumatların açıqlanması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi Bankının rəyi
alınmaqla müəyyən edilir.
Maddə 1078-44. Fond birjası tərəfindən
məlumatın açıqlanması
Fond birjası
nizamnaməsi, qaydaları, üzvlərinin siyahısı,
dövriyyəyə buraxılan qiymətli
kağızları, bağlanılan əqdlər haqqında məlumatları
açıqlamalıdır.
Maddə 1078-45. Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilatı tərəfindən məlumatların açıqlanması
Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının özünü tənzimləyən
təşkilat nizamnaməsi, qaydaları, standartları və
üzvləri haqqında məlumatları
açıqlamalıdır.
§ 18. Qiymətli kağızlar bazarında xidməti məlumat[744]
Maddə 1078-46. Qiymətli kağızlar
bazarında xidməti məlumatın anlayışı
1078-46.1. Xidməti
məlumat ümumi qaydada əldə edilə bilməyən,
qiymətli kağızlar bazarının
iştirakçısı olan təşkilatlarda, yaxud
müvafiq dövlət orqanlarında tutduğu vəzifə
ilə əlaqədar olaraq əldə edilən və ya emitentlə
bağlanmış müqaviləyə əsasən, qiymətli
kağızlar bazarının subyektləri, qiymətli
kağızlar, onlarla əməliyyatlar, qiymətlər və
digər xüsusatlar üzrə açıqlanmamalı olan və
istifadə edildikdə məlumat sahibinə qiymətli
kağızlarla əməliyyatların aparılmasında digər
iştirakçılardan daha üstün mövqe təmin edən
məlumatdır.
1078-46.2.
İnsayder bu Məcəllənin 1078-46.1-ci maddəsinə əsasən
xidməti məlumata malik olan şəxsdir.
Maddə 1078-47. İnsayderlər
1078-47.1.
İnsayderlərə aşağıdakılar aiddir:
1078-47.1.1.
emitentin direktorlar (müşahidə) şurasının (bu
orqanlar olduqda) və icra orqanlarının üzvləri;
1078-47.1.2.
emitentin fəaliyyətinə nəzarət edən şəxslər;
1078-47.1.3. xidməti
məlumatı tutduğu vəzifəyə, müqaviləyə,
yaxud emitent və ya digər insayder tərəfindən
müvafiq hüququn verilməsi nəticəsində əldə
etmək imkanı olan şəxslər;
1078-47.1.4.
emitentin nizamnamə kapitalının on faizindən artıq
hissəsinə malik olan şəxslər;
1078-47.1.5. son
altı ay ərzində bu Məcəllənin
1078-47.1.1-1078-47.1.4-cü maddələrinin təsiri altına
düşən şəxslər.
1078-47.2.
İnsayderlər öz fəaliyyətində
aşağıdakılara yol verməməlidirlər:
1078-47.2.1. qiymətli
kağızların dövriyyəsinə təsir göstərə
bilən xidməti məlumatın istifadəsi ilə əməliyyatlara;
1078-47.2.2. digər
şəxslərə xidməti məlumatı təqdim etməklə
onları bununla bağlı əqdlərin bağlanmasına təhrik
etmək.
1078-47.3.
İnsayder özünə məxsus olan qiymətli
kağızlarla apardığı əməliyyat barədə
məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilmiş qaydada
açıqlamalıdır.
1078-47.4. Xidməti
məlumatın istifadəsi ilə əqdlərin
bağlanması faktı və ya belə əqdin
bağlanması cəhdi aşkar edildikdə qiymətli
kağızlar bazarının peşəkar
iştirakçıları əqdin bağlanmasını və
icrasını dayandırmalı və bu barədə məlumatı
dərhal müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
1078-47.5. Xidməti
məlumatın saxlanılması və təqdim edilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
55-ci fəsil.
Xüsusi
mükafatlandırmanın açıq elan edilməsi.
Müsabiqə
Maddə 1079. Xüsusi
mükafatlandırmanın açıq elan edilməsi
anlayışı
Hər hansı
hərəkəti yerinə yetirməyə, məsələn,
hər hansı müəyyən nəticəyə nail
olmağa görə açıq elan çərçivəsində
mükafat təyin edən şəxs həmin hərəkəti
yerinə yetirmiş şəxsə mükafat ödəməlidir.
Bu qayda şəxsin həmin hərəkəti yerinə yetirərkən
mükafat gözləmədiyi halda da qüvvədədir.
Maddə 1080. Xüsusi
mükafatlandırmanın açıq elan edilməsinin ləğvi
1080.1.
Mükafatlandırma vədi açıq elanda nəzərdə
tutulan hərəkətin yerinə yetirilməsinə qədər
ləğv edilə bilər.
1080.2.
Açıq elanda nəzərdə tutulan
mükafatlandırmanın ləğv edilməsi yalnız o
halda etibarlıdır ki, mükafatlandırmanın təyin
edilməsi hansı qaydada elan olunmuşdusa, ləğv edilməsi
də o cür elan olunsun, ya da xüsusi məlumatda elan olunsun.
1080.3. Mükafatlandırmanın
açıq elanında ləğvetmənin
mümkünlüyü istisna oluna bilər. Şübhə
yarandıqda bu cür istisnaya o halda yol verilir ki, açıq
elanda nəzərdə tutulan hərəkəti yerinə
yetirmək üçün müddət müəyyənləşdirilmiş
olsun.
Maddə 1081. Açıq elanda
nəzərdə tutulan mükafatın verilməsi
1081.1.
Mükafat təyin edilmiş hərəkəti bir neçə
şəxs yerinə yetirdikdə, mükafatı həmin hərəkəti
birinci yerinə yetirmiş şəxs alır.
1081.2. Hərəkəti
bir neçə şəxs eyni zamanda yerinə yetirdikdə,
mükafat onların arasında bərabər
bölünür.
1081.3.
Mükafat təyin edilmiş nəticəyə nail olmaqda bir
neçə şəxs iştirak etdikdə mükafatı təyin
etmiş şəxs ayrılıqda onlardan hər birinin nəticəyə
nail olmaqda iştirak payını nəzərə alaraq,
mükafatı onların arasında ədalətli mülahizə
əsasında bölür. Açıq-aşkar ədalətsiz
bölgünün məcburi qüvvəsi yoxdur və
iştirakçılardan birinin ərizəsinə əsasən
məhkəmənin qərarı ilə dəyişdirilə
bilər. İştirakçılardan biri bölgünün
məcburi qüvvəsini qəbul etmədikdə,
mükafatı təyin etmiş şəxsin, bütün
iştirakçılar kimin nəyə ixtiyarı
çatdığı barədə aralarındakı
mübahisəni həll edib qurtarmayınca, mükafatı verməkdən
imtina etmək hüququ vardır.
İştirakçıların hər biri mükafatın
hamı üçün depozitə qoyulmasını tələb
edə bilər.
1081.4. Bu Məcəllənin
1081.2 və 1081.3-cü maddələrində nəzərdə
tutulan hallarda mükafat öz xarakterinə görə
bölünmədikdə və ya elana əsasən bir şəxs
üçün nəzərdə tutulduqda, püşkatma
yolu ilə verilir.
Maddə 1082. Müsabiqə
anlayışı və onun hüquqi nəticələri
1082.1.
Müsabiqə müəyyən hərəkəti yerinə
yetirməyə görə mükafatlandırma barədə
açıq elandır; bu zaman hərəkəti yerinə
yetirən şəxslər (iştirakçılar) bir və
ya bir neçə nəfərdən ibarət münsiflər
heyətinin və ya mükafatı təyin etmiş şəxsin
verdiyi prizi almaq üçün müsabiqədə
iştirak etməkdən ötrü işlərin təqdim
edilməsi barədə ərizə verirlər. Priz qalibə
sifariş veriləcəyi vədindən də ibarət ola
bilər.
1082.2.
Mükafatlandırmaya dair açıq elanın predmeti priz
verilməklə müsabiqədə iştirak etmək
üçün işlərin təqdim edilməsi barədə
ərizə olduqda bu elan yalnız işlərin təqdim edilməsi
müddəti göstərildikdə qüvvəyə malikdir.
1082.3.
Vaxtında təqdim edilmiş işin müsabiqənin şərtlərinə
uyğun gəlib-gəlmədiyi və
iştirakçılardan kimin üstünlük verilməyə
layiq olduğu barədə qərar müsabiqənin şərtlərində
göstərilən şəxs tərəfindən, şərtlərdə
bu göstərilmədikdə isə müsabiqəni elan
etmiş şəxs tərəfindən qəbul olunur. Qərar
bütün iştirakçılar üçün məcburi
qüvvəyə malikdir və ondan məhkəməyə
şikayət verilə bilməz. Əgər prizin verilməsi
proseduru və şərtləri başqa şəkildə tənzimlənmişsə,
bu qayda tətbiq olunmur.
1082.4.
İşlər eyni məziyyətli olduqda, müsabiqə
prizinin verilməsinə bu Məcəllənin 1081.2 və
1081.4-cü maddələrinin müddəaları tətbiq
edilir.
1082.5.
Müsabiqə elan etmiş şəxs priz almaqdan ötrü
iştirakçılardan birinin təqdim etdiyi əsərə
mülkiyyət hüququnun verilməsini yalnız o halda tələb
edə bilər ki, müsabiqənin şərtlərində
hüququn bu cür keçməsini təsbit etmiş olsun.
1082.6. Əgər
layihə işlənməsi üçün müsabiqənin
şərtlərində müsabiqə elan etmiş şəxsin
layihənin sonrakı işlənməsini priz alana
tapşırmaq niyyəti göstərilmişsə,
müsabiqə elan etmiş şəxs layihə həyata
keçirildikdən sonra onun sonrakı işlənməsini
priz alanlardan birinə tapşırmağa borcludur.
1082.7.
Müsabiqədə iştirak müsabiqəni elan etmiş
şəxsdən mallar və ya digər xidmətlər
alınması ilə əlaqələndirildikdə onun
keçirilməsi qadağandır. Müsabiqədə
iştirak etməklə əlaqədar bağlanmış,
mallar və ya digər xidmətlər alınması barədə
müqavilələrin qüvvəsi yoxdur.
56 – cı fəsil.
Oyunların və mərclərin
keçirilməsi
Maddə 1083. Oyunlar və mərclər
anlayışı
1083.1. Oyunlar və
mərclər hər hansı təsərrüfat məqsədi
daşımayan müqavilələrdir, onlara əsasən
iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən
və ya təsadüfdən asılı olan mənfəət
götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə
maliyyə alətlərinə şamil edilmir.[745]
1083.2.
Aşağıdakılar oyun və mərc kimi qiymətləndirilir:
1083.2.1. oyun və
ya mərc üçün şüurlu surətdə borc və
avans verilməsi;
1083.2.2. oyun və
ya mərc xarakteri daşıyan əmtəə əqdləri
və ya qiymətli kağızlarla əməliyyatlar.
Maddə 1084. Lotereyalar və
idman mərc
oyunları istisna olmaqla, oyun və mərc
üzrə tələblərin istisna edilməsi[746]
Lotereyalar və idman mərc oyunları
istisna olmaqla, oyun və mərc
üzrə heç bir tələb əmələ gəlmir.
Maddə 1085. Könüllü
ödənişlər
1085.1. Oyun və
mərc prosesində könüllü verilmiş ödənişlər
geri tələb edilə bilməz.
1085.2. Oyunda və
ya mərcdə uduzulan məbləği ödəmək məqsədi
ilə oyunçunun və ya mərc gələnin
imzaladığı, mövcud borcun etirafına dair müqavilə
və ya qiymətli kağız, onun verilməsinə
baxmayaraq, reallaşdırıla bilməz.
Maddə 1086.Lotereyalar üzrə
tələb[747]
Lotereyanın
qanunvericiliklə nəzərdə tutulmuş hallarda
dayandırılması və ya onun keçirilməsinə
xitam verilməsi lotereya biletinin (ona bərabər tutulan digər
məlumat daşıyıcısının) sahibinin
lotereya təşkilatçısına qarşı
uduşların verilməsi (ödənilməsi) tələbini
istisna etmir. [748]
Səkkizinci bölmə
QANUNDAN ƏMƏLƏ
GƏLƏN ÖHDӘLİKLӘR
57-ci fəsil.
Özgə işlərini
tapşırıqsız aparma
Maddə 1087. Özgə işlərini
tapşırıqsız vicdanla aparma
1087.1. Özgəsinin
(sahibkarın) işlərini tapşırıq və ya digər
əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla
aparmağa borcludur.
1087.2.
İşlərin tapşırıqsız
aparılmasını sonradan sahibkar bəyəndikdə bu
bölmənin müddəaları əvəzinə
tapşırıq haqqında müddəalar tətbiq olunur.
Maddə 1088. Xəbərdaretmə
vəzifəsi
1088.1.
İcraçı işləri idarəetməyə qəbul
etməsi barədə sahibkarı mümkün qədər
qısa müddətdə xəbərdar etməli və əgər
ləngimə hər hansı risklə bağlı deyilsə,
onun qərarını gözləməlidir.
1088.2.
İcraçı başladığı işləri
sahibkarın özünün fəaliyyət göstərə
biləcəyi vaxtadək davam etdirməlidir.
Maddə 1089.
İcraçının məsuliyyəti
1089.1.
İcraçı işləri aparması gedişində qəsdən
və ya ehtiyatsızlıq üzündən vurulan zərərin
kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət
daşıyır.
1089.2.
İşlərin aparılmasından məqsəd sahibkarı
yaxınlaşmaqda olan təhlükədən qorumaq olduqda,
icraçının məsuliyyəti qəsd və kobud
ehtiyatsızlıq üçün məsuliyyətin hədləri
ilə məhdudlaşır.[749]
1089.3. Əgər
işlərin aparılması sahibkarın elan edilmiş və
ya başqa şəkildə aşkar olunmuş iradəsinə
ziddirsə, icraçı zərəri qəsdən və ya
ehtiyatsızlıq üzündən vurmamış olduqda belə,
sahibkar qarşısında məsuliyyət daşıyır,
amma icraçının öz müdaxiləsi olmadan da zərərin
yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil
edir.[750]
1089.4.
İcraçı fəaliyyət qabiliyyəti olmayan və ya
məhdud fəaliyyət qabiliyyətli olduqda, yalnız
hüquqa zidd hərəkətlər və əsassız
varlanma haqqında müddəalara uyğun məsuliyyət daşıyır.
Maddə 1090.
İcraçının hüquqları
1090.1. Əgər
işlərin aparılması sahibkarın mənafeyinə və
ehtimal olunan istəyinə uyğun gəlirsə,
icraçı xərclərin əvəzinin ödənilməsini
və öhdəliklərdən azad olunmasını tələb
edə bilər. İcraçı lazımi
vicdanlılıqla fəaliyyət göstərmişsə, bu
qayda işlərin aparılmasının gözlənilən
nəticə ilə qurtarmadığı halda da tətbiq
olunur.[751]
1090.2.
İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə
və ehtimal olunan istəyinə uyğun gəlmirsə,
icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini
və öhdəliklərdən azad olunmasını yalnız
işlərin aparılması prosesində sahibkarın
varlandığı halda tələb edə bilər.[752]
1090.3.
İşlərin tapşırıqsız aparılmasında
sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə
alınmır ki, belə işlərin aparılması
sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin
yerinə yetirilməsi ilə bağlı olsun.[753]
58 – ci fəsil.
Əsassız varlanma
Maddə 1091. Əsassız
varlanma anlayışı
1091.1.
Əsassız varlanan o şəxs (varlanmış şəxs)
sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin
(məhrum olanın) hesabına əmlak əldə etsin.[754]
1091.2.
Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür
varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası
olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda
baş vermiş sayılır ki, bu cür varlanma həyata
keçirilməmiş əsasa və ya sonralar aradan
qalxmış əsasa söykənir.
Maddə 1092. Əsassız
varlanma nəticəsində əldə edilənləri
qaytarmaq vəzifəsi
1092.1.
Varlanmış şəxs əldə etdiklərini məhrum
olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi
aşağıdakılara da şamil edilir:
1092.1.1. bu Məcəllənin
157.5-ci maddəsinin tələbləri nəzərə
alınmaqla, əldə edilənlərdən
götürülən faydaya;[755]
1092.1.2. əldə
edən şəxsin əldə etdiklərinə əsasən
və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə
və ya qəsdən əldə etmədiyinə.
1092.2. Əldə
edilənləri vermək mümkün olmadıqda, onların
dəyəri ödənilir.
1092.3.
Varlanmış şəxs qaytarmanın tələb
olunduğu anda daha özünün varlı
olmadığını sübut edərsə, bu Məcəllənin
1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların
irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl
və ya bilavasitə varlanma zamanı bunun üçün
hüquqi əsasın olmadığını bilən
varlanmış şəxsə bu qayda şamil edilmir.[756]
Maddə 1093. Qaytarma tələbi
1093.1. Öhdəliyin
icrası üçün deyil, varlanmış şəxsin hər
hansı hərəkəti yerinə yetirməsi və ya yerinə
yetirməməsi üçün varlanmış şəxsə
nə isə verən məhrum olan, varlanmış şəxsin
əməli gözlənilən məqsədə uyğun
olmadıqda verdiyini geri tələb edə bilər.
1093.2.
Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir:
1093.2.1. əgər
məqsədə çatılması əvvəlcədən
qeyri-mümkün idisə və verən bunu bilirdisə;
1093.2.2. əgər
verən məqsədə çatmağa vicdansızcasına
mane olmuşsa.
Maddə 1094. Varlanmış
şəxsin xərclərinin kompensasiyası
Əsassız
varlanmış şəxsin heç bir hüquqi əsas
olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin
qaytarılması bu Məcəllənin 157.6-cı və
157.7-ci maddələri ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.[757]
Maddə 1095. Əsassız
varlanma obyektini qaytarmaq üçün müddətin
keçməsi
Əsassız
varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz
hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra
müddətin keçməsinə görə qüvvədən
düşür. Qalan hallarda müddətin keçməsi
ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Doqquzuncu bölmə
MÜLKİ HÜQUQ POZUNTULARINDAN
(DELİKTLƏRDƏN) ƏMƏLƏ GƏLƏN
ÖHDƏLİKLƏR
59 – cu fəsil.
Mülki hüquq pozuntuları
(deliktlər)
Maddə 1096. Mülki hüquq
pozuntuları (deliktlər) anlayışı
1096.1. Mülki
hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə
edilən başqa şəxsə (zərərçəkənə)
birbaşa ziyan və ya zərər vurulmasına gətirib
çıxaran təqsirli, hüquqa zidd (mülki
qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət
və ya hərəkətsizlikdir).
1096.2. Delikt
törətmiş şəxs mülki hüquq məsuliyyəti
daşıyır.
1096.3. Çıxarılmışdır. [758]
Maddə 1097. Mülki hüquq
pozuntuları üçün məsuliyyətin əsasları
1097.1. Mülki
hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin
şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,
habelə hüquqi şəxsin əmlakına və
işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi
zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Qanunla zərərin əvəzini ödəmək vəzifəsi
zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
1097.2. Çıxarılmışdır. [759]
1097.3. Qanunla zərərvuranın
təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl
üçün) zərərin əvəzinin ödənilməsi
nəzərdə tutula bilər.
1097.4. Çıxarılmışdır. [760]
1097.5. Əgər
zərər zərərçəkənin xahişi və ya
razılığı ilə vurulmuşsa, onun əvəzini
ödəməkdən imtina edilə bilər.
Maddə 1098. Zərər
vurulmasının qarşısının alınması
1098.1. Gələcəkdə
zərər vurulması təhlükəsi bu cür təhlükəni
yaradan fəaliyyətin qadağan edilməsi barədə
iddiaya əsas verə bilər.
1098.2. Əgər
vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər
vurulması təhlükəsi törədən binanın,
qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin
nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə
zərərin əvəzini ödəməkdən əlavə,
müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək
vəzifəsini də qoya bilər.
1098.3. Məhkəmə
müvafiq fəaliyyətin dayandırılması və ya ona
xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə
bilər ki, həmin fəaliyyətin dayandırılması və
ya ona xitam verilməsi dövlət mənafelərinə zidd
olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona
xitam verməkdən imtina edilməsi zərərçəkənləri
həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin
ödənilməsi hüququndan məhrum etmir.
Maddə 1099. Hüquqi və ya fiziki
şəxsin öz işçisi tərəfindən törədilmiş
mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti
KMQ19
1099.1. Hüquqi
və ya fiziki şəxs öz işçisinin törətdiyi
mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət
daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin
icrası zamanı işçisinin vurduğu zərərin əvəzini
ödəməlidir.
1099.2. Bu Məcəllənin
bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən,
işçi əmək müqaviləsi əsasında iş
görən fiziki şəxsdir, habelə mülki hüquq
müqaviləsi üzrə iş görən fiziki şəxsdir,
bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya
fiziki şəxsin tapşırığı ilə və
işlərin təhlükəsiz aparılmasına onun nəzarəti
altında fəaliyyət göstərsin və ya fəaliyyət
göstərməli olsun.
Maddə 1100. Dövlət orqanlarının,
yerli özünüidarə orqanlarının və
onların vəzifəli şəxslərinin vurduqları zərər
üçün məsuliyyət
Dövlət
orqanlarının, yerli özünüidarə
orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin
qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində,
o cümlədən dövlət orqanının və ya yerli
özünüidarə orqanının qanuna və ya digər
hüquqi akta uyğun gəlməyən aktının qəbul
edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə
vurulmuş zərərin əvəzini Azərbaycan
Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
Maddə 1101. Təhqiqat, ibtidai istintaq,
prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri
ilə vurulmuş zərər üçün məsuliyyət
1101.1. Qanunsuz məhkum
etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə,
qəti imkan tədbiri kimi həbsə almanın və ya
başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi,
inzibati tənbehin qanunsuz verilməsi nəticəsində
fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat,
ibtidai istintaq, prokurorluq və məhkəmə
orqanlarının vəzifəli şəxslərinin təqsirindən
asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş
qaydada tam həcmdə ödəyir.
1101.2. Təhqiqat,
ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti
nəticəsində fiziki və ya hüquqi şəxsə
vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində
nəzərdə tutulan nəticələrə səbəb
olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş
əsaslarla və qaydada ödənilir.
1101.3. Ədalət
məhkəməsinin həyata keçirilməsi zamanı
vurulmuş zərərin əvəzi o halda ödənilir ki,
hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə müəyyənləşdirilsin.
Maddə 1102. Öz məsuliyyətini
sığorta etdirmiş şəxs tərəfindən zərərin
əvəzinin ödənilməsi – çıxarılmışdır.[761]
Maddə 1103. On dörd yaşınadək
olan yetkinlik yaşına çatmayanın törətdiyi
mülki hüquq pozuntusu üçün məsuliyyət
1103.1. On
dörd yaşınadək olan yetkinlik yaşına
çatmayanın (azyaşlının) törətdiyi
mülki hüquq pozuntusu nəticəsində dəyən zərər
üçün onun valideynləri (övladlığa
götürənlər) və ya qəyyumu, zərərin
onların təqsiri üzündən
yaranmadığını sübuta yetirməsələr, məsuliyyət
daşıyırlar.
1103.2. Əgər
qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu
olan digər oxşar müəssisədə olmuşdursa, həmin
müəssisə azyaşlının vurduğu zərərin
əvəzini, əgər zərərin müəssisənin
təqsiri üzündən yaranmadığını sübuta
yetirməsə, ödəməyə borcludur.[762]
1103.3. Əgər
azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə
borclu olan digər müəssisənin və ya müqavilə
əsasında nəzarət edən şəxsin nəzarəti
altında olduğu dövrdə zərər vurmuşdursa, həmin
müəssisə və ya şəxs, zərərin onun təqsiri
üzündən yaranmadığını sübuta yetirməsə,
zərər üçün məsuliyyət
daşıyır.[763]
1103.4. Valideynlərin
(övladlığa götürənlərin), qəyyumların,
sosial
xidmət müəssisələri və digər müəssisələrin
azyaşlının vurduğu zərərin əvəzini
ödəmək vəzifəsinə azyaşlı yetkinlik
yaşına çatdıqda və ya zərərin əvəzini
ödəmək üçün yetərli əmlak əldə
etdikdə xitam verilmir.[764]
1103.5. Əgər
valideynlər (övladlığa götürənlər), qəyyumlar
və ya bu Məcəllənin 1103.3-cü maddəsində
göstərilmiş digər fiziki şəxslər
ölmüşlərsə və ya zərərçəkənin
həyatına və ya sağlamlığına vurulmuş zərərin
əvəzini ödəmək üçün yetərli vəsaitə
malik deyildirlərsə, tam fəaliyyət qabiliyyətli
olmuş zərərvuranın isə bu cür vəsaiti
vardırsa, məhkəmə zərərçəkənin və
zərərvuranın əmlak vəziyyətini, habelə digər
halları nəzərə almaqla, zərərin əvəzinin
tamamilə və ya qismən zərərvuranın
özünün hesabına ödənilməsi barədə
qərar qəbul edə bilər.
Maddə 1104. On dörd yaşından on
səkkiz yaşınadək olan yetkinlik yaşına
çatmayanın törətdiyi mülki hüquq pozuntusu
üçün məsuliyyət
1104.1. On
dörd yaşından on səkkiz yaşınadək olan
yetkinlik yaşına çatmayanlar zərər vurulmasına
gətirib çıxarmış mülki hüquq pozuntusu
üçün ümumi əsaslarla müstəqil surətdə
məsuliyyət daşıyırlar.
1104.2. On
dörd yaşından on səkkiz yaşınadək olan
yetkinlik yaşına çatmayanın zərərin əvəzini
ödəmək üçün yetərli gəliri və ya
başqa əmlakı olmadıqda zərərin
hamısını və ya çatışmayan hissəsini
onun valideynləri (övladlığa götürənlər)
və ya himayəçisi zərərin onların təqsiri
üzündən yaranmadığını sübuta yetirməsələr,
ödəməlidirlər.
1104.3. Əgər
on dörd yaşından on səkkiz yaşınadək olan və
himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına
çatmayan müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun
himayəçisi olan digər oxşar müəssisədə
olmuşdursa, həmin müəssisə, zərərin onun təqsiri
üzündən yaranmadığını sübuta yetirməsə,
zərərin hamısını və ya
çatışmayan hissəsini ödəməyə
borcludur.[765]
1104.4. Valideynlərin
(övladlığa götürənlərin), himayəçinin
və müvafiq müəssisənin on dörd yaşından
on səkkiz yaşınadək olan yetkinlik yaşına
çatmayanın vurduğu zərərin əvəzini ödəmək
vəzifəsinə zərərvuran yetkinlik yaşına
çatdıqda və ya yetkinlik yaşına
çatdıqdan sonra zərərin əvəzini ödəmək
üçün yetərli gəliri və ya başqa əmlakı
yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət
qabiliyyəti əldə etdikdə xitam verilmir.[766]
Maddə 1105. Fəaliyyət qabiliyyəti
olmayan sayılmış fiziki şəxsin törətdiyi
mülki hüquq pozuntusu üçün məsuliyyət
1105.1. Fəaliyyət
qabiliyyəti olmayan sayılmış fiziki şəxsin
törətdiyi mülki hüquq pozuntusu nəticəsində
dəyən zərərin əvəzini onun qəyyumu və
ya ona nəzarət etməli olan təşkilat, zərərin
onların təqsiri üzündən
yaranmadığını sübuta yetirməsələr,
ödəyirlər.
1105.2. Qəyyumun
və ya nəzarət etməli təşkilatın fəaliyyət
qabiliyyəti olmayan sayılmış fiziki şəxs tərəfindən
vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinə
həmin şəxsin sonradan fəaliyyət qabiliyyətli
sayıldığı halda xitam verilmir.
1105.3. Əgər
qəyyum ölmüşdürsə və ya zərərçəkənin
həyatına və ya sağlamlığına vurulmuş zərərin
əvəzini ödəmək üçün yetərli vəsaitə
malik deyildirsə, zərərvuranın isə belə vəsaiti
vardırsa, məhkəmə zərərçəkənin və
zərərvuranın əmlak vəziyyətini, habelə digər
halları nəzərə almaqla, zərərin
hamısının və ya bir hissəsinin zərərvuranın
özünün hesabına ödənilməsi barədə
qərar qəbul edə bilər.
Maddə 1106. Məhdud fəaliyyət
qabiliyyətli sayılmış fiziki şəxsin törətdiyi
mülki hüquq pozuntusu üçün məsuliyyət
Məhdud fəaliyyət
qabiliyyətli sayılmış fiziki şəxsin törətdiyi
mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin
əvəzini zərərvuran özü ödəyir.
Maddə 1107. Öz hərəkətlərinin
mənasını başa düşə bilməyən fiziki
şəxsin törətdiyi mülki hüquq pozuntusu
üçün məsuliyyət
1107.1. Fəaliyyət
qabiliyyətli fiziki şəxs və ya on dörd
yaşından on səkkiz yaşınadək olan yetkinlik
yaşına çatmayan öz hərəkətlərinin mənasını
başa düşə və ya onlara rəhbərlik edə
bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu
törətdikdə vurduğu zərər üçün məsuliyyət
daşımır. Əgər zərərçəkənin
həyatına və ya sağlamlığına zərər
vurulmuşdursa, məhkəmə zərərçəkənin
və zərərvuranın əmlak vəziyyətini, habelə
digər halları nəzərə almaqla, zərərin əvəzini
tamamilə və ya qismən ödəmək vəzifəsini
zərərvuranın üzərinə qoya bilər.
1107.2. Mülki
hüquq pozuntusu törətmiş şəxs spirtli
içkilərdən, narkotik vasitələrdən və ya
psixotrop maddələrdən istifadə etməklə və ya
başqa üsulla özünü hərəkətlərinin
mənasını başa düşə və ya onlara rəhbərlik
edə bilmədiyi vəziyyətə özü gətirdikdə
məsuliyyətdən azad edilmir.[767]
1107.3. Əgər
psixi pozuntu nəticəsində öz hərəkətlərinin
mənasını başa düşə və ya onlara rəhbərlik
edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə,
məhkəmə zərərin əvəzini ödəmək
vəzifəsini həmin şəxslə birlikdə
yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar
olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan
sayılması məsələsini qaldırmamış
arvadının (ərinin), valideynlərinin, yetkinlik
yaşına çatmış uşaqlarının öhdəsinə
qoya bilər.
Maddə 1108. Ətrafdakılar
üçün yüksək təhlükə yaradan fəaliyyətlə
törədilmiş zərərə görə məsuliyyət[768] KMQ19
1108.1.
Ətrafdakılar üçün yüksək təhlükə
ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,
mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən,
atom enerjisindən, partlayıcı maddələrdən,
güclü təsir edən zəhərlərdən və
i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və
onunla bağlı digər fəaliyyətin həyata
keçirilməsi və s.) nəticəsində mülki
hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər
yüksək təhlükə mənbəyinin vurduğu zərərin
əvəzini ödəməyə borcludurlar, bu şərtlə
ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri
və ya zərərçəkənin qəsdi nəticəsində
əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin
əvəzini ödəmək vəzifəsi yüksək təhlükə
mənbəyinə mülkiyyət hüququ ilə və ya
digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat
vasitəsini idarə etmək hüququna dair etibarnamə
üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi
şəxsin öhdəsinə qoyulur.[769]
1108.2. Yüksək
təhlükə mənbəyinin sahibi digər şəxslərin
hüquqa zidd hərəkətləri nəticəsində mənbənin
onun sahibliyindən çıxdığını sübuta
yetirərsə, həmin mənbənin vurduğu zərər
üçün məsuliyyət daşımır. Belə
hallarda yüksək təhlükə mənbəyinin
vurduğu zərər üçün məsuliyyəti mənbəyə
hüquqa zidd yiyələnmiş şəxslər
daşıyırlar. Yüksək təhlükə mənbəyinin
sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd
götürülməsində təqsirli olduqda məsuliyyət
həm mənbə sahibinin, həm də yüksək təhlükə
mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin
üzərinə qoyula bilər.
1108.3. Yüksək
təhlükə mənbələrinin sahibləri bu mənbələrin
qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin
toqquşması və i.a.) nəticəsində
üçüncü şəxslərə dəymiş zərər
üçün bu Məcəllənin 1108.1-ci maddəsində
nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət
daşıyırlar. Yüksək təhlükə mənbələrinin
qarşılıqlı təsiri nəticəsində
onların sahiblərinə dəymiş zərərin əvəzi
ümumi əsaslarla ödənilir.
Maddə 1109. Yanğının
söndürülməsi zamanı əmələ gəlmiş
zərərin əvəzinin ödənilməsi – çıxarılmışdır.[770]
Maddə 1110. Heyvanın
vurduğu zərərin əvəzinin ödənilməsi
Heyvanın
sahibi öz heyvanının başqalarına vurduğu zərərin
əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın
nəzarət altında olduğunun, itdiyinin və ya
qaçdığının əhəmiyyəti yoxdur. Əgər
heyvanın sahibi üçüncü şəxslərin
müdafiəsi üçün zəruri tədbirlər
görmüşsə, zərərin əvəzinin ödənilməsi
öhdəliyi tətbiq edilmir.
Maddə 1111. Binanın
uçması nəticəsində dəyən zərərin
əvəzinin ödənilməsi
1111.1.
Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı
hissələrinin uçması nəticəsində əmələ
gələn zərərin əvəzini ödəməyə
borcludur, amma zərərin binanın lazımınca
saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi
hallar istisna təşkil edir.
1111.2. Əgər
zərər binadan nəyinsə atılması və ya
düşməsi, yaxud axıdılması nəticəsində
vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan
şəxs daşıyır, amma zərərin
qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin
təqsiri üzündən baş verdiyi hallar istisna təşkil
edir.
Maddə 1112. Tibb müəssisəsinin
vurduğu zərərin əvəzinin ödənilməsi
Tibb müəssisəsində
müalicə zamanı (cərrahiyyə əməliyyatı,
yanlış diaqnoz və s. nəticəsində) şəxsin
sağlamlığına vurulmuş zərərin əvəzi
ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin
onun təqsiri üzündən baş vermədiyini sübuta
yetirərsə, məsuliyyətdən azad edilir.
Maddə 1113. Birlikdə törədilmiş
mülki hüquq pozuntusu üçün məsuliyyət
1113.1. Birlikdə
mülki hüquq pozuntusu törətmiş şəxslər
vurulmuş zərər üçün zərərçəkən
qarşısında birgə məsuliyyət
daşıyırlar.
1113.2. Zərərçəkənin
ərizəsi ilə və onun mənafeləri
üçün məhkəmə zərəri birlikdə
vurmuş şəxslərin üzərinə məsuliyyəti
hissələr şəklində qoya bilər. Həmin hissələr
bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə
tutulan qaydalara əsasən müəyyənləşdirilir.
Maddə 1114. Zərər
vurmuş şəxsə reqres hüququ
1114.1. Başqa
şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin
icrası zamanı işçinin, nəqliyyat vasitəsini
idarə edən şəxsin və i.a.) vurduğu zərərin
əvəzini ödəmiş şəxsin həmin şəxsə,
əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə,
ödənilmiş əvəz miqdarında geriyə tələb
(reqres) hüququ vardır.
1114.2. Birlikdə
vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran
digər zərərvuranların hər birindən zərərçəkənə
ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin
dərəcəsinə uyğun məbləğdə hissəsini
tələb edə bilər. Təqsirin dərəcəsini
müəyyənləşdirmək mümkün olmadıqda
hissələr bərabər sayılır.
1114.3. Təhqiqat,
ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları
vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin
ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə,
Azərbaycan Respublikasının həmin şəxsə
reqres hüququ vardır.
1114.4. Bu Məcəllənin
1103-1105-ci maddələrində göstərilmiş əsaslar
üzrə zərərin əvəzini ödəmiş şəxslərin
zərərvurmuş şəxsə reqres hüququ yoxdur.
Maddə 1115. Zərərin əvəzinin
ödənilməsi üsulları
Zərərin əvəzinin
ödənilməsi tələbini təmin edərkən məhkəmə
zərərin vurulması üçün məsuliyyət
daşıyan şəxsin üzərinə işin
hallarına uyğun olaraq zərərin əvəzini naturada
ödəmək (eyni növlü və keyfiyyətli əmlak
vermək, zədələnmiş əmlakı düzəltmək
və i.a.) və ya vurulmuş zərərin əvəzini
ödəmək öhdəliyi qoyur.
Maddə 1116. Zərərçəkənin
təqsirinin və zərərvuranın əmlak vəziyyətinin
nəzərə alınması – çıxarılmışdır.[771]
60 – cı fəsil.
Fiziki şəxsin həyatına
və ya sağlamlığına vurulmuş zərərin əvəzinin
ödənilməsi
Maddə 1117. Müqavilə öhdəliklərinin
və ya digər vəzifələrin icrası zamanı fiziki
şəxsin həyatına və ya sağlamlığına
vurulmuş zərərin əvəzinin ödənilməsi
Müqavilə
öhdəliklərinin icrası zamanı, habelə hərbi
qulluq, polisdə qulluq vəzifələrinin və digər
müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin
həyatına və ya sağlamlığına vurulmuş zərərin
əvəzi, əgər qanunda və ya müqavilədə
daha yüksək məsuliyyət ölçüsü nəzərdə
tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə
tutulmuº qaydalar üzrə ödənilir.
Maddə 1118. Sağlamlığı
pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi
həcmi və xarakteri
1118.1. Fiziki
şəxsə xəsarət yetirilərkən və ya onun
sağlamlığı başqa şəkildə pozularkən
zərərçəkənin malik olduğu, yaxud yəqin ki,
malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin),
habelə sağlamlığının pozulması ilə
bağlı əlavə çəkdiyi xərclərin, o
cümlədən müalicəyə, əlavə qidalanmaya,
dava-dərman alınmasına, protezləşdirməyə,
başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə,
xüsusi nəqliyyat vasitələri əldə edilməsinə,
başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin
əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin
həmin yardım və qulluq növlərinə möhtac
olduğu və bunları pulsuz almaq hüququnun
olmadığı müəyyənləşdirilsin.
1118.2.
İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən
zərərçəkənə xəsarət yetirilməsi
və ya sağlamlığının başqa şəkildə
pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə
görə pensiya, eləcə də həm
sağlamlığına zərər vurulanadək, həm də
zərər vurulduqdan sonra təyin edilmiş digər
pensiyalar, müavinətlər və digər bu cür ödənişlər
nəzərə alınmır və zərərin əvəzinin
ödənilməsi miqdarının azaldılmasına səbəb
olmur (zərərin əvəzinin ödənilməsi
hesabına daxil edilmir). Zərərçəkənin
sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc
(gəlir) da zərərin əvəzinin ödənilməsi
hesabına daxil edilmir.
1118.3. Bu Məcəllənin
1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə
ödənilməli zərərin əvəzinin həcmi və
miqdarı qanunla və ya müqavilə ilə artırıla
bilər.
Maddə 1119. Sağlamlığın
pozulması nəticəsində itirilmiş qazancın (gəlirin)
müəyyənləşdirilməsi[772]
1119.1. Zərərçəkənin
itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin)
miqdarı onun xəsarətdən və ya
sağlamlığının başqa şəkildə
pozulmasından və ya əmək qabiliyyətini itirməsindən
əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər
şəklində müəyyənləşdirilir. Bu faizlər
zərərçəkənin professional əmək qabiliyyətini
itirməsi dərəcəsinə, professional əmək
qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini
itirməsi dərəcəsinə uyğun gəlməlidir.
1119.2. Zərərçəkənin
itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas
iş yerində, həm də əvəzçilik üzrə
əmək və mülki hüquq müqavilələri əsasında
əməyinin ödənilməsinin gəlir vergisi tutulan
bütün növləri daxil edilir. Birdəfəlik xarakterli
ödənclər, o cümlədən istifadə edilməmiş
məzuniyyətə görə kompensasiya və işdən
azad edilərkən işdənçıxma müavinəti nəzərə
alınmır. Müvəqqəti əmək
iqtidarsızlığı və ya hamiləliyə və
doğuşa görə məzuniyyət dövrü
üçün ödənilmiş müavinət nəzərə
alınır. Sahibkarlıq fəaliyyətindən
götürülən gəlir, habelə müəllif
qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu
zaman sahibkarlıq fəaliyyətindən götürülən
gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına
əsasən daxil edilir. Qazancın (gəlirin) bütün
növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə
nəzərə alınır.[773]
1119.3. Zərərçəkənin
orta aylıq qazancı (gəliri) onun sağlamlığının
pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin)
ümumi məbləğinin on ikiyə bölünməsi
yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin
on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc
(gəlir) sağlamlığın pozulmasından əvvəlki
faktik işlənilmiş aylar üçün qazancın (gəlirin)
ümumi məbləğinin həmin ayların sayına
bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin
tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş
əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək
mümkün olmadıqda hesabdan çıxarılır.
1119.4. Zərərin
vurulduğu an zərərçəkənin işləmədiyi
halda öz arzusu ilə onun işdən azad edilənədək
əldə etdiyi qazanc və ya həmin ərazidə onun
ixtisasından olan işçiyə verilən muzdun adi
miqdarı, lakin altı manatdan
az olmamaqla, nəzərə alınır.[774]
1119.5. Əgər
xəsarət yetirilənədək və ya
sağlamlığı başqa şəkildə pozulanadək
zərərçəkənin qazancında (gəlirində)
onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər
baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək
haqqı artırılmışdırsa, daha yüksək
maaşlı işə keçirilmişdirsə, əyani təhsil
aldığı təhsil müəssisəsini bitirdikdən
sonra işə girmişdirsə və zərərçəkənin
əməyinin ödənilməsində dəyişikliyin və
ya dəyişiklik imkanının sabitliyinin sübuta
yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri)
müəyyənləşdirilərkən yalnız
müvafiq dəyişiklikdən sonra aldığı və
ya almalı olduğu qazanc (gəlir) nəzərə
alınır.
Maddə 1120. Yetkinlik yaşına
çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin
əvəzinin ödənilməsi
1120.1. On
dörd yaşı tamam olmamış və qazancı (gəliri)
olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət
yetirildikdə və ya onun sağlamlığı başqa
şəkildə pozulduqda zərərin vurulması
üçün məsuliyyət daşıyan şəxs
sağlamlığın pozulması ilə bağlı
çəkilən xərclərin əvəzini ödəməlidir.
1120.2. Zərərçəkən
azyaşlı on dörd yaşına çatdıqda, habelə
qazancı (gəliri) olmayan on dörd yaşından on səkkiz
yaşınadək yetkinlik yaşına çatmayana zərər
vurulduqda zərərin vurulması üçün məsuliyyət
daşıyan şəxs zərərçəkənə
sağlamlığın pozulması ilə bağlı xərclərdən
əlavə, əmək qabiliyyətinin itirilməsi və ya
azalması ilə bağlı zərərin əvəzini də,
lakin altı manatdan az
olmamaqla, ödəməyə borcludur.
1120.3. Əgər
yetkinlik yaşına çatmayanın
sağlamlığı pozularkən onun qazancı
olmuşdursa, zərərin əvəzi bu qazancın
miqdarı əsas götürülməklə, lakin altı manatdan az olmamaqla ödənilir.[775]
1120.4. Əvvəllər
sağlamlığına zərər vurulmuş yetkinlik
yaşına çatmayanın əmək fəaliyyətinə
başladıqdan sonra ixtiyarı var ki, əldə etdiyi qazanc əsas
götürülməklə, lakin tutduğu vəzifə
üzrə müəyyənləşdirilmiş muzdun və
ya iş yeri üzrə eyni ixtisaslı işçinin
qazancının miqdarından çox olmamaqla, zərərin əvəzinin
ödənilməsi miqdarının
artırılmasını tələb etsin.
Maddə 1121. Ailə
başçısının ölümü nəticəsində
zərər çəkmiş şəxslərə zərərin
əvəzinin ödənilməsi
1121.1. Zərərçəkənin
(ailə başçısının) öldüyü halda
aşağıdakıların zərərin əvəzinin
ödənilməsi hüququ vardır:
1121.1.1. ölənin
himayəsində olmuş və ya onun öldüyü günədək
ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək
qabiliyyəti olmayan şəxslər;
1121.1.2. şəxsin
ölümündən sonra doğulmuş uşağı;
1121.1.3. ölənin
himayəsində olmuş və onun on dörd yaşına
çatmamış, yaxud bu yaşa çatsa da, tibb
orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə
görə başqasının qulluğuna möhtac olan
uşaqlarına, nəvələrinə, qardaşlarına və
bacılarına qulluq etməklə məşğul olan və
işləməyən valideynlərdən biri, arvad (ər) və
ya digər ailə üzvü - əmək qabiliyyətindən
asılı olmayaraq;
1121.1.4. ölənin
himayəsində olmuş və onun ölümündən
sonra beş ilə ərzində əmək qabiliyyətini
itirmiş şəxslər.
1121.2.
İşləməyən və ölənin
uşaqlarına, nəvələrinə, qardaşlarına və
bacılarına qulluq etməklə məşğul olan və
qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən
valideynlәrdәn biri, arvad (ər) və ya digər ailə
üzvü zərərin əvəzinin ödənilməsi
hüququnu həmin şəxslərə qulluq qurtardıqdan
sonra da saxlayır.
1121.3. Zərərin
əvəzi aşağıdakılara ödənilir:
1121.3.1. yetkinlik
yaşına çatmayanlara - on səkkiz yaşına
çatanadək;
1121.3.2. on səkkiz
yaşından yuxarı tələbələrə - əyani
təhsil forması üzrə təhsil müəssisələrində
təhsili bitirənədək, lakin ən çoxu iyirmi
üç yaşınadək;
1121.3.3. əlli
beş yaşından yuxarı qadınlara və altmış
beş yaşından yuxarı kişilərə -
ömürlük;
1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti
üçün;[776]
1121.3.5. ölənin
himayəsində olmuş uşaqlarına, nəvələrinə,
qardaşlarına və bacılarına qulluq etməklə məşğul
olan valideynlərdən birinə, arvada (ərə) və ya
digər ailə üzvünə - qulluq etdikləri on dörd
yaşına çatanadək.
Maddə 1122. Ailə
başçısının öldüyü halda dəymiş
zərərin əvəzinin ödənilməsi miqdarı
1122.1. Ailə
başçısının itirilməsi ilə əlaqədar
zərərin əvəzinin ödənilməsinə
hüququ çatan şəxslərə zərərin əvəzi
ölənin bu Məcəllənin 1119-cu maddəsinin
qaydalarına əsasən müəyyənləşdirilmiş
qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir
ki, həmin hissəni onlar ölənin
sağlığında öz dolanacaqları üçün
alırdılar və ya almaq hüququna malik idilər. Həmin
şəxslərə ödənilən zərərin əvəzi
müəyyənləşdirilərkən ölənin gəlirinin
tərkibinə qazanc (gəlir) ilə yanaşı onun
sağlığında aldığı pensiya və digər
bu cür ödənclər də daxil edilir.
1122.2. Zərərin
əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən
ailə başçısının ölümü ilə əlaqədar
şəxslərə təyin edilmiº pensiyalar və həm
ailə başçısı ölməzdən əvvəl,
həm də öldükdən sonra təyin edilmiş digər
növ pensiyalar, habelə həmin şəxslərin
götürdükləri qazanc (gəlir) və
aldıqları təqaüd onlara zərərin əvəzinin
ödənilməsi hesabına daxil edilmir.
1122.3. Ailə
başçısının ölümü ilə əlaqədar
zərərin əvəzinin ödənilməsinə
hüququ çatan hər kəsə təyin edilmiş əvəz
miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar
yenidən hesablanmamalıdır:
1122.3.1. ailə
başçısı öldükdən sonra uşaq
doğulması;
1122.3.2.
ölmüş ailə başçısının
uşaqlarına, nəvələrinə, qardaşlarına və
bacılarına qulluq etməklə məşğul olan şəxslərə
əvəz ödənişi təyin edilməsi və ya əvəz
ödənilməsinə xitam verilməsi.
1122.4. Əvəz
miqdarı qanunla və ya müqavilə ilə artırıla
bilər.
Maddə 1123. Zərərin əvəzinin
ödənilməsi miqdarının sonradan dəyişdirilməsi
1123.1. Əmək
qabiliyyətini qismən itirmiş zərərçəkənin
sağlamlığının pozulması ilə əlaqədar
əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin
edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin
əvəzinin ödənilməsi vəzifəsinin həvalə
olunduğu şəxsdən əvəz miqdarının
müvafiq surətdə artırılmasını istənilən
vaxt tələb edə bilər.
1123.2. Əgər
zərərçəkənin əmək qabiliyyəti zərərin
əvəzinin təyin edildiyi məqamdakına nisbətən
artarsa, zərərçəkənin
sağlamlığına vurulmuş zərərin əvəzini
ödəmək vəzifəsinin həvalə olunduğu
şəxs əvəz miqdarının müvafiq surətdə
azaldılmasını tələb edə bilər.
1123.3. Əgər
zərərin əvəzini ödəmək vəzifəsinin
həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti
yaxşılaşmışsa, əvəz miqdarı isə bu
Məcəllənin 1116.3-cü maddəsinə uyğun
azaldılmışsa, zərərçəkən zərərin
əvəzinin ödənilməsi miqdarının
artırılmasını tələb edə bilər.
1123.4. Əgər
zərər vurmuş fiziki şəxsin əmlak vəziyyəti
əlilliklə, o cümlədən sağlamlıq
imkanlarının məhdudluğu ilə və ya pensiya yaşına
çatmaqla əlaqədar olaraq zərərin əvəzinin
ödənilməsinin təyin edildiyi məqamdakı vəziyyətə
nisbətən pisləşmişdirsə, onun tələbi ilə
məhkəmə zərərin əvəzinin ödənilməsi
miqdarını azalda bilər, amma zərərin qəsdən
törədilmiş hərəkətlərlə vurulduğu
hallar istisna təşkil edir.[777]
Maddə 1124. Dolanacaq xərclərinin
yüksəlməsi və yaşayış
minimumunun artması ilə əlaqədar
zərərin əvəzinin ödənilməsi
miqdarının artırılması[778]
1124.1. Dolanacaq xərcləri
artdıqda zərərçəkənin həyatına və
ya sağlamlığına vurulmuş zərərin əvəzinin
ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş
qaydada indeksləşdirilməlidir.
1124.2. Yaşayış minimumu artırıldığı
halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin
sağlamlığının pozulması və ya
ölümü ilə əlaqədar təyin edilmiş digər
ödənişlərin əvəzinin ödənilməsi
miqdarı yaşayış
minimumunun artımına
mütənasib surətdə artırılır.[779]
Maddə 1125. Zərərin əvəzinin
ödənilməsi üzrə ödənişlər
1125.1. Zərərçəkənin
əmək qabiliyyətinin azalması və ya
ölümü nəticəsində dəyən zərərin
əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.
Üzrlü səbəblər varsa, məhkəmə zərərin
əvəzinin ödənilməsinə hüququ olan fiziki
şəxsin tələbi ilə ona çatası ödənişləri
zərərvuranın imkanlarını nəzərə
almaqla, bir dəfəliyə, lakin ən çoxu üç
illiyə təyin edə bilər.
1125.2. Əlavə
xərclərin ödənilməsi məbləğləri
putyovkaların alınması, gediş haqqının, xüsusi
nəqliyyat vasitələri haqqının ödənilməsi
də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın
dəyərinin qabaqcadan ödənilməsi zərurəti
olduqda tibb ekspertizasının rəyinə əsasən
müəyyənləşdirilən müddətlər
daxilində gələcək zaman üçün də təyin
edilə bilər.
Maddə 1126. Hüquqi şəxsə
xitam verildikdə zərərin əvəzinin ödənilməsi
1126.1. Həyata
və ya sağlamlığa zərər vurulması
üçün məsuliyyəti müəyyənləşdirilmiş
qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil
edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini
onun hüquq varisi daşıyır. Zərərin əvəzinin
ödənilməsi tələbləri də ona qarşı
irəli sürülür.
1126.2. Həyata
və ya sağlamlığa vurulmuş zərər
üçün məsuliyyəti müəyyənləşdirilmiş
qaydada təsdiq edilən hüquqi şəxsin ləğv
olunduğu halda müvafiq ödənişlər zərərçəkənə
verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş
qaydalara uyğun kapitallaşdırılmalıdır.
Qanunvericiliklə ödənişlərin
kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə
bilər.
Maddə 1127. Dəfn xərclərinin
əvəzinin ödənilməsi
Zərəçəkənin
ölümü nəticəsində dəyən zərər
üçün məsuliyyət daşıyan şəxslər
dəfn xərclərini çəkmiş şəxsə həmin
xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri
çəkmiş fiziki şəxsin dəfn üçün
aldığı müavinət zərərin əvəzinin
ödənilməsi hesabına daxil edilmir.
61 – ci fəsil.
Malın, işin və ya xidmətin qüsurları nəticəsində
dəyən zərərin əvəzinin ödənilməsi
Maddə 1128. Malın, işin və ya
xidmətin qüsurları nəticəsində dəyən zərərin
əvəzinin ödənilməsi əsasları
1128.1. Malın,
işin və ya xidmətin konstruksiya, resept və ya digər
qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində,
habelə mala (işə, xidmətə) dair yanlış və
ya yarımçıq informasiya nəticəsində fiziki
şəxsin həyatına, sağlamlığına və
ya əmlakına dəyən zərərin əvəzini
malın satıcısı və ya istehsalçısı,
işi görmüş və ya xidməti göstərmiş
şəxs (icraçı), təqsirli
olub-olmadığına və zərərçəkənin
onlar ilə müqavilə münasibətlərində
olub-olmadığına baxmayaraq, ödəməlidirlər.
Malın, işin və ya xidmətin qüsurları nəticəsində
əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə
tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər
vurmuş və həmin digər əmlak öz təyinatına
görə əsasən istehlak məqsədi
üçün istifadə edilmiş olsun.[780]
1128.2. Çıxarılmışdır. [781]
1128.3. Əgər
məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən
etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul
sayılır.
1128.4. Məhsul
yalnız sonradan dövriyyəyə daha yaxşı məhsulun
daxil edilməsi nəticəsində keyfiyyətsiz
sayılmır.
1128.5. Bu Məcəlləyə
görə istənilən daşınar əşya digər
daşınar və ya daşınmaz əşyanın bir hissəsi
olduqda da, habelə elektrik cərəyanı məhsul
sayılır. Əkinçilik nəticəsində əldə
edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı
məhsulları, heyvandarlıq, arıçılıq və
balıqçılıq məhsulları (natural kənd təsərrüfatı
məhsulları) məhsullara aid edilmir. Ov yolu ilə əldə
edilmiş məhsullar barəsində də eyni qayda tətbiq
edilir.
1128.6. Bu Məcəlləyə
görə son məhsulu, məhsulun əsas
ünsürünü və ya hissəsini istehsal etmiş
şəxs istehsalçı sayılır. Öz adından, əmtəə
nişanı ilə və ya digər fərqləndirici
nişanla istehsalçı kimi çıxış edənlərin
hamısı istehsalçı sayılırlar.
1128.7. Çıxarılmışdır. [782]
1128.8. Əgər
istehsalçını müəyyənləşdirmək
mümkün deyildirsə, hər hansı məhsul göndərən
(bu barədə tələb verildikdən sonra bir ay ərzində
onun istehsalçı barəsində zərərçəkənə
məlumat verdiyi hallar istisna olmaqla) və ya ona bu məhsulu
göndərmiş şəxs istehsalçı
sayılır. İstehsalçının adı məlum olsa
da, məhsulu ilk satanın kim olduğunu müəyyənləşdirmək
mümkün olmadıqda idxal malına da bu qayda tətbiq
edilir.
Maddə 1129. Malın, işin və ya
xidmətin qüsurları nəticəsində vurulmuş zərər
üçün məsuliyyət daşıyan şəxslər
1129.1. Malın
qüsurları nəticəsində vurulmuş zərərin əvəzini
zərərçəkənin seçimi üzrə məhsulun
satıcısı və ya istehsalçısı ödəməlidir.
1129.2.
İşin və ya xidmətin qüsurları nəticəsində
vurulmuş zərərin əvəzini işi
görmüş və ya xidməti göstərmiş şəxs
(icraçı) ödəməlidir.
1129.3. Mal
(iş, xidmət) haqqında tam və ya düzgün
informasiya verilməməsi nəticəsində vurulmuş zərərin
əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində
göstərilmiş şəxslər ödəməlidirlər.
1129.4. Keyfiyyətsiz
məhsulun nəticəsində vurulmuş zərəri məhsulun
satıcısı ödədiyi halda bu Məcəllənin
1114.2-ci maddəsinin müddəaları tətbiq edilir.[783]
Maddə 1130. Malın, işin və ya
xidmətin qüsurları nəticəsində vurulmuş zərərin
əvəzinin ödənilməsi müddətləri
1130.1. Malın,
işin və ya xidmətin qüsurları nəticəsində
vurulan zərərin əvəzi, əgər zərər
malın (işin, xidmətin) müəyyənləşdirilmiş
yararlıq müddəti ərzində əmələ gəlmişdirsə,
ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi
halda isə malın (işin, xidmətin) istehsal edildiyi
gündən on il ərzində əmələ gəlmişdirsə,
ödənilməlidir.
1130.2. Çıxarılmışdır. [784]
Maddə 1131. Malın, işin və ya
xidmətin qüsurları nəticəsində vurulmuş zərər
üçün məsuliyyətdən azad edilmə əsasları
Malın
satıcısı və ya istehsalçısı, işin və
ya xidmətin icraçısı zərərin
qarşısıalınmaz qüvvənin təsiri və ya
istehlakçının maldan, işin, xidmətin nəticələrindən
istifadə və onları saxlama qaydalarını pozması nəticəsində
əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən
azad edilir.
Maddə 1132. Sübutetmə
yükü
Malın,
işin və ya xidmətin qüsurları nəticəsində
vurulmuş zərər üçün məsuliyyət
halında sübutetmə yükü zərərçəkənin
öhdəsinə qoyulur.
Onuncu bölmə
VƏRƏSƏLİK HÜQUQU
62 – ci fəsil.
Vərəsəlik hüququnun
ümumi müddəaları
Maddə 1133. Vərəsəlik
anlayışı
1133.1.
Ölmüş şəxsin (miras qoyanın) əmlakı
başqa şəxslərə (vərəsələrə)
qanun üzrə və ya vəsiyyət üzrə və ya hər
iki əsasla keçir.
1133.2. Qanun
üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının
qanunda göstərilmiş şəxslərə keçməsi)
o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə
qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən
etibarsız sayılır.
Maddə 1134. Vərəsələr
KMQ7
1134.1. Qanun
üzrə vərəsəlik zamanı vərəsələr
miras qoyanın öldüyü məqamda sağ olmuş
şəxslər, habelə miras qoyanın ölümündən
sonra doğulmuş uşaqları ola bilərlər.
1134.2. Vəsiyyət
üzrə vərəsəlik zamanı vərəsələr
miras qoyanın öldüyü məqamda sağ olmuş
şəxslər, habelə miras qoyanın
sağlığında mayası bağlanmış və
onun ölümündən sonra doğulmuş şəxslər,
bu şəxslərin onun uşaqları
olub-olmadığına, habelə hüquqi şəxslər
olub-olmadığına baxmayaraq, ola bilərlər.
Maddə 1135. Hüquqi şəxslər
vərəsələr kimi
Vəsiyyət
üzrə vərəsəlik zamanı vərəsəliyə
mirasın açıldığı vaxtadək təşkil
edilmiş hüquqi şəxslər
çağırılırlar.
Maddə 1136. Nikahdankənar
uşaqlar atanın vərəsələri kimi
Nikahdankənar
uşaq o halda atasının vərəsəsi sayılır
ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş
olsun. Əgər həmin uşaq atasından əvvəl
ölərsə, onun uşaqları atalarına
çatası mirasdan pay tələb edə bilərlər.
Maddə 1137. Ləyaqətsiz vərəsə
Miras qoyanın
son iradəsini həyata keçirməsinə qəsdən
maneə törətmiş və bununla da özünün və
ya özünə yaxın şəxslərin vərəsəliyə
çağırılmasına və ya miras paylarının
artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət
edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə
qarşı qəsdən cinayət və ya digər əxlaqsız
hərəkət törətmiş şəxs (ləyaqətsiz
vərəsə) nə qanun üzrə, nə də vəsiyyət
üzrə vərəsə ola bilməz, bu şərtlə
ki, həmin hallar məhkəmə tərəfindən təsdiq
edilsin.
Maddə 1138. Vərəsə
ola bilməyən valideynlər
Valideynlik
hüquqlarından məhrum edilmiş və mirasın
açıldığı günədək bu
hüquqları bərpa edilməmiş valideynlər
uşaqlarının qanun üzrə vərəsələri
ola bilməzlər. Miras qoyanın saxlanması üzrə
öhdələrinə qoyulmuş vəzifələrdən qəti
surətdə boyun qaçıran şəxslər də
qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə
ki, bu hal məhkəmə tərəfindən təsdiq
edilsin.
Maddə 1139. Məhkəmə
tərəfindən vərəsəlik hüququndan məhrum
edilmə
Ləyaqətsiz
vərəsənin vərəsəlik hüququndan məhrum
edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin
vərəsəlik hüququndan məhrum edilməsindən
müəyyən əmlak nəticələri əldə edən
şəxsin iddiası üzrə məhkəmə tərəfindən
müəyyənləşdirilməlidir.
Maddə 1140. Ləyaqətsiz vərəsənin
bağışlanması
Əgər
miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb
olan hərəkətlər törətdiyinin üstü
açılmış şəxsi bağışlayarsa və
bu qərarını vəsiyyətnamədə aydın şəkildə
ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə
baxmayaraq vərəsəliyə buraxılır.
Bağışlamanın geri götürülməsinə
yol verilmir.
Maddə 1141. Başqa miras
qoyanın əmlakını miras almaq hüququ
Vərəsəlik
hüququndan məhrum edilmə vərəsəlik
hüququndan məhrum edilmiş həmin şəxsin başqa
miras qoyanın əmlakının vərəsəsi
olmasına maneçilik törətmir.
Maddə 1142. Ləyaqətsiz vərəsə
sayılmış şəxsin vəzifələri
Əgər şəxs
mirası aldıqdan sonra məhkəmə tərəfindən
ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik
üzrə aldıqlarının hamısını bəhərlər
və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.
Maddə 1143. Ləyaqətsiz vərəsə
sayılma barəsində iddianın irəli sürülməsi
müddəti
Şəxsin ləyaqətsiz
vərəsə sayılması barəsində iddianı
maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə
başladığı andan beş il ərzində irəli
sürməlidirlər.
Maddə 1144. Vərəsəlik
hüququndan məhrum edilmiş şəxsin miras payı
Vərəsəlik
hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə
çağırılmış qalan vərəsələrə
keçir və onların arasında paylarına mütənasib
surətdə bölüşdürülür.[785]
Maddə 1145. Mirasın
açılması
Miras fiziki şəxsin ölümü və ya məhkəmə
tərəfindən ölmüş elan edilməsi ilə
açılır.
Maddə 1146. Mirasın
açıldığı vaxt KMQ7
Miras qoyanın
öldüyü gün və ya fiziki şəxsin
ölmüş elan edilməsi barədə məhkəmə
qərarının qüvvəyə mindiyi gün mirasın
açıldığı vaxt sayılır.
Maddə 1147. Mirasın
açıldığı yer
1147.1. Miras
qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə
mirasın olduğu yer mirasın açıldığı
yer sayılır.
1147.2. Əgər
miras müxtəlif yerlərdədirsə, mirasın
açıldığı yer daşınmaz əmlakın və
ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak
olmadıqda isə daşınar əmlakın və ya onun əsas
hissəsinin olduğu yer sayılır.
Maddə 1148. Xaricdə
yaşayan şəxslərin mirasının
açıldığı yer
Müvəqqəti
xaricdə yaşamış və orada ölmüş Azərbaycan
Respublikası vətəndaşının ölümündən
sonra mirasın açıldığı yer onun xaricə
getməzdən əvvəl Azərbaycan Respublikasında
yaşadığı yer, bu yer məlum olmadıqda isə
mirasın və ya onun əsas hissəsinin olduğu yer
sayılır.
Maddə 1149. Xaricdə daimi yaşamış
şəxslərin mirasının
açıldığı yer
Xaricdə daimi
yaşamış Azərbaycan Respublikası vətəndaşının
ölümündən sonra mirasın
açıldığı yer onun yaşadığı
ölkə sayılır.
Maddə 1150. Xaricdə
mirasın açılması
Azərbaycan
Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı
xarici dövlətdə mirası həmin dövlətin
qanunvericiliyinə uyğun alır.
Maddə 1151. Miras əmlak
1151.1. Mirasa
(miras əmlaka) miras qoyanın öldüyü məqamadək
malik olduğu əmlak hüquqlarının (miras aktivi) və
vəzifələrin (miras passivi) toplusu daxildir.
1151.2. Mirasa
ümumi mülkiyyətdən ölənə çatası
pay, əmlakın naturada bölünməsi mümkün
olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Maddə 1152. Gələcək əmlakın
vəsiyyət edilməsi
Miras qoyan vəsiyyətnamənin
tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə
o halda nəzərdə tuta bilər ki, mirasın
açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti
olsun.
Maddə 1153. Şəxsi xarakterli
hüquq və vəzifələrin vərəsəlik üzrə
verilməsinin yolverilməzliyi
Şəxsi
xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən
əmlak hüquqları və vəzifələr, habelə
qanunda və ya müqavilədə nəzərdə tutulan,
yalnız kreditorun və borclunun sağlığında
qüvvədə olan və onların ölümü ilə
xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə
daxil deyildir.
Maddə 1154. Miras qoyanın
qeyri-əmlak hüquqlarının müdafiəsi
Miras qoyanın
mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr
qanunda nəzərdə tutulan qaydada həyata keçirə və
müdafiə edə bilərlər.
Maddə 1155. Mirasa daxil olmayan əmlak
1155.1. Ailə dəftər-kitabları
(və ya yazıları), ailə xronikaları, xatirə və
digər ayin predmetləri və qəbirlər mirasa daxil
deyildir və vərəsələr arasında
bölüşdürülmür. Bu predmetlər bərqərar
olmuş adətə görə vərəsənin mülkiyyətinə
verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə
də qəbul edə bilər.
1155.2. Miras
qoyanın şəxsiyyətinə, ailəsinə və ya
bütün mirasa aid sənədlər ümumi əmlak kimi
qalır.
Maddə 1156. Vəsiyyətnamədə
nəzərdə tutulan əmlakın
artırılmasının nəticələri
Əgər vəsiyyət
edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə
nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla
əlaqədar əmlakı əldə etmək yolu ilə
artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə
edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu
əmlak mirasa daxil olmur.
Maddə 1157. Miras şərikləri
Əgər bir
neçə vərəsə vardırsa, miras vərəsələr
arasında bölüşdürülənədək vahid əmlak
şəklində bütün vərəsələrə mənsubdur.
Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və
onun müalicəsi, dəfn, mirasın mühafizəsi və
idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin
icrası üçün lazımi xərclər ödənilə
bilər. Bu tələblər mirasın dəyərindən,
həm də bütün başqa tələblərə, o
cümlədən ipoteka və digər girovla təmin
edilmiş tələblərə nisbətən üstün
qaydada ödənilməlidir.
Maddə 1157 - 1 . Miras şərikləri
tərəfindən mirasın idarə edilməsi[786]
1157-1.1. Miras
şərikləri mirasın bölüşdürülməsinə
qədər onu birgə idarə edirlər. İdarəçiliklə
bağlı qərarlar vərəsələr tərəfindən
onların miras paylarına mütənasib surətdə sadə
səs çoxluğu ilə qəbul edilir.
1157-1.2. Mirasın
mühafizəsi (qorunması) ilə bağlı tədbirləri
hər bir vərəsə digər miras şəriklərinin
razılığı olmadan da həyata keçirə bilər.
1157-1.3.
Mirasın idarə edilməsi ilə bağlı xərcləri
vərəsələr özlərinin miras paylarına mütənasib
surətdə çəkirlər.
Maddə 1158. Mirasdan əşyanın
tələb edilməsi hüququ
1158.1. Əgər
vəsiyyət edən vərəsə üçün əşyanı
yanlış qoymuşdursa, həmin əşyanın
mülkiyyətçisi əşyanı ümumi qaydada tələb
edə bilər.
1158.2. Əgər
ölənin əmlakında başqa şəxsin əmlakı
gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi
aşkar edilməli və müvafiq şəxsə verilməlidir.
63 – cü fəsil.
Qanun üzrə vərəsəlİk
Maddə 1159. Qanun üzrə vərəsələrKMQ21
1159.1. Qanun
üzrə vərəsəlik zamanı
aşağıdakılar bərabər pay hüquqlu vərəsələr
sayılırlar:
1159.1.1. Birinci
növbədə - ölənin uşaqları, miras
qoyanın ölümündən sonra doğulmuş uşaq,
arvad (ər), valideynlər (övladlığa götürənlər).
1159.1.2.
Övladlığa götürülən və onun
övladları övladlığa götürənin vərəsələri
və ya qohumları kimi övladlığa götürənin
uşaqlarına və onların övladlarına bərabər
tutulurlar.
1159.1.3. Bu
sonuncuların nəvələri, nəticələri və
uşaqları o halda qanun üzrə vərəsə
sayılırlar ki, mirasın açıldığı vaxt
miras qoyanın vərəsələri olacaq valideynləri
sağ olmasın. Onlar qanun üzrə vərəsəlik
zamanı onların ölmüş valideyninə
çatası paydan bərabər miras alırlar.
1159.1.4.
Sonuncuların nəvələri, nəticələri və
uşaqları, əgər onların valideynləri mirasın
qəbulundan imtina etmişlərsə, vərəsə ola
bilməzlər.
1159.1.5.
Övladlığa götürən və onun qohumları
övladlığa götürülənin və onun
övladlarının vərəsələri kimi
övladlığa götürülənin valideynlərinə
və digər qan qohumlarına bərabər tutulurlar.
Övladlığa götürülən və ya onun
övladları öldükdən sonra övladlığa
götürülənin valideynlərinə, onun yüksələn
xətt üzrə digər qan qohumlarına, bacı və
qardaşlarına qanun üzrə vərəsəlik
hüququ daha mənsub olmur.
1159.2. İkinci
növbədə - ölənin bacıları və
qardaşları. Miras qoyanın bacısı uşaqları və
qardaşı uşaqları və onların uşaqları o
halda qanun üzrə vərəsə sayılırlar ki,
mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi
olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik
zamanı onların ölmüş valideyninə
çatası miras payını bərabər olaraq miras
alırlar.
1159.3.
Üçüncü növbədə - həm ana tərəfdən,
həm də ata tərəfdən nənə və baba, nənənin
anası və atası, babanın anası və atası. Nənənin
anası və atası, babanın anası və atası o halda
qanun üzrə vərəsə sayılırlar ki,
mirasın açıldığı vaxt nənə və
baba sağ olmasın.
1159.4.
Dördüncü növbədə - xalalar və bibilər,
dayılar və əmilər.
1159.5.
Beşinci növbədə - xala uşaqları və bibi
uşaqları, dayı uşaqları və əmi
uşaqları, onlar sağ olmadıqda isə onların
uşaqları.
Maddə 1160. Qanun üzrə vərəsəlik
zamanı növbəlik
Əvvəlki
növbənin vərəsələrindən, heç olmasa,
birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini
istisna edir.
Maddə 1161. Vərəsəlik
zamanı əmək qabiliyyəti olmayan şəxslərin hüquqları
Əgər
miras qoyanın himayəsində olmuş və özlərini
müstəqil saxlaya bilməyən əmək qabiliyyəti
olmayan şəxslərin adları vəsiyyətnamədə
çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı
(alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı
kimi ödənilməli məbləğin
ölçüsü miras aktivinin həcmi nəzərə
alınmaqla azaldıla bilər.
Maddə 1162. Sağ qalan
arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ
Sağ qalan
arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın
birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə
aid deyildir.
Maddə 1163. Boşanmış
ər-arvadın vərəsəlik zamanı vəziyyəti
Nikahı ləğv etmiş ər-arvad bir-birindən
sonra vərəsə ola bilməzlər.
Maddə 1164. Nikah münasibətlərinin
faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum
edilmə
Əgər
arvadın (ərin) miras qoyanla nikahına mirasın
açılmasından azı üç il əvvəl faktik
xitam verildiyi və ərlə arvadın ayrı
yaşadıqları təsdiq edilərsə, məhkəmənin
qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik
hüququndan məhrum edilə bilər.
Maddə 1165. Vərəsələri
olmayan əmlakın xəzinəyə keçməsi
1165.1. Əgər
nə qanun üzrə, nə də vəsiyyət üzrə
vərəsə yoxdursa və ya vərəsələrdən
heç biri mirası qəbul etməmişdirsə, yaxud
bütün vərəsələr vərəsəlik
hüququndan məhrum edilmişdirsə, vərəsələri
olmayan əmlak dövlətə keçir; əgər miras
qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında
olmuşdursa, qanunla dövlət mülkiyyətinə keçməli
olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə
məxsus daşınar əmlak onların mülkiyyətinə
keçir.[787]
1165.2. Çıxarılmışdır. [788]
64 – cü fəsil.
Vəsiyyət üzrə vərəsəlik
Maddə 1166. Vəsiyyət
anlayışı
Fiziki şəxs
ölməsi halı üçün öz əmlakını
və ya onun bir hissəsini həm vərəsələr
sırasından, həm də kənar adamlar sırasından
bir və ya bir neçə şəxsə qoya bilər.
Maddə 1167. Vəsiyyət edə
bilən şəxs
Vəsiyyətnamənin
tərtib edildiyi məqamda öz hərəkətləri barəsində
şüurlu mühakimə yürüdə bilən və
öz iradəsini aydın ifadə edə bilən yetkinlik
yaşına çatmış fəaliyyət qabiliyyətli
şəxs vəsiyyət edə bilər.
Maddə 1168. Vəsiyyətnamənin
şəxsən vəsiyyət edən tərəfindən tərtibi
Vəsiyyətnaməni
şəxsən vəsiyyət edən tərtib etməlidir.
Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə
yol verilmir.
Maddə 1169. Birgə vəsiyyətnamə
Vəsiyyətnamədə
bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətnamənin
iki və ya daha çox şəxs tərəfindən birgə
tərtibinə yol verilmir. Yalnız ərlə arvad
qarşılıqlı vərəsəlik haqqında birgə
vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyətnamə
ərin və ya arvadın tələbi ilə, lakin onların
hər ikisinin sağlığında ləğv edilə bilər.
Maddə 1170. Vəsiyyət edənin
payları müəyyənləşdirməsi
1170.1. Vəsiyyət
edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin
miras paylarını müəyyənləşdirə bilər
və ya hansı vərəsəyə hansı əmlakın
verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə
bu cür göstəriş yoxdursa, miras vərəsələr
arasında bərabər bölüşdürülür.
1170.2. Əgər
vəsiyyətnamə ilə bir neçə vərəsə
təyin edilmişdirsə, lakin vəsiyyətnamədə
yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə,
digər vərəsələr qalan əmlakı bərabər
alırlar.
Maddə 1171. Mirasın vəsiyyət
üzrə vərəsələr arasında
bölüşdürülməsi
Əgər vəsiyyətnamə
ilə bir neçə vərəsə təyin edilmişdirsə
və vərəsələrdən birinə təyin
edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət
üzrə bütün vərəsələr bərabər
paylar almalıdırlar.
Maddə 1172. Vəsiyyətnamədən
kənarda qalmış əmlaka vərəsəlik
Əgər vəsiyyətnamə
ilə təyin edilmiş vərəsələrin payları
bütövlükdə mirasın hamısını əhatə
etmirsə, vəsiyyətnamədən kənarda qalmış
əmlaka qanun üzrə vərəsəlik həyata
keçirilir və əgər vəsiyyətnamədə
ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik
əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun
üzrə vərəsələrə də aid olunur.
Maddə 1173. Vəsiyyət
üzrə vərəsələr arasında payların
mütənasib artırılması
Yalnız vəsiyyətnamə
ilə təyin edilmiş vərəsələr olduqda, əgər
vəsiyyət üzrə hər bir vərəsənin öz
payı müəyyənləşdirilmişdirsə, lakin
onların hamısının payları birlikdə
götürüldükdə mirası tam əhatə etmirsə,
onların payları mütənasib surətdə
artırılır.
Maddə 1174. Miras payının müəyyənləşdirilməsində
üçüncü şəxsin iştirakının yolverilməzliyi
Vəsiyyət
edən mirasdan kimin və hansı miqdarda pay almalı
olduğunu müəyyənləşdirməyi başqa şəxsə
tapşıra bilməz.
Maddə 1175. Vərəsələri
dəqiq müəyyənləşdirməyin mümkün
olmaması
Əgər vəsiyyət
edən vərəsənin şəxsiyyətini bir neçə
şəxsə uyğun gələ bilən əlamətlərlə
müəyyənləşdirmişdirsə və onlardan
hansını nəzərdə tutduğunu təyin etmək
mümkün deyildirsə, onların hamısı bərabər
pay hüququ ilə vərəsə sayılırlar.
Maddə 1176. Vəsiyyət
üzrə vərəsəlik hüququndan məhrumetmə
1176.1. Vəsiyyət
edən qanun üzrə vərəsələrdən birini,
bir neçəsini və ya hamısını vəsiyyətnamə
ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa
borclu deyildir.
1176.2. Vəsiyyətnamədə
birbaşa göstərişlə mirasdan məhrum edilmiş
şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak
hissəsinə, vəsiyyət üzrə vərəsələrin
mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun
üzrə vərəsə ola bilməz.
Maddə 1177. Vərəsəlik
hüququnun saxlanması
Vəsiyyətnamədə
göstərilməmiş qanun üzrə vərəsələr
vəsiyyətnamədə toxunulmamış miras hissəsinə
vərəsəlik hüququnu saxlayırlar; əgər
mirasın açıldığı məqamda vəsiyyət
üzrə vərəsələrdən heç biri sağ
deyildirsə və ya onların hamısı mirası qəbul
etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə
nəzərdə tutulan əmlakı da alırlar.
Maddə 1178. Qanun üzrə vərəsəliyin
yolverilməzliyi
Əgər vəsiyyətnamədə
bütün miras əmlak vəsiyyət üzrə vərəsələr
arasında bölüşdürülmüşdürsə,
lakin mirasın açıldığı vaxt vərəsələrdən
biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ
gəlmir və onun əmlak payını vəsiyyət
üzrə digər vərəsələr paylarına mütənasib
surətdə alırlar.[789]
65-ci fəsil.
Vəsiyyətnamənin
forması
Maddə 1179. Notariat forması
1179.1. Vəsiyyətnamə
yazılı formada tərtib edilməlidir. Həm də
notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə
yol verilir.
1179.2. Notariat forması
tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən
tərtib etsin və imzalasın, notarius, notariusun
olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti
orqanları təsdiqləsin.[790]
Maddə 1180. Vəsiyyətnamənin
notarius tərəfindən yazılması
1180.1. Vəsiyyətnaməni
vəsiyyət edənin sözlərindən notariusun iki
şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin
yazılması zamanı hamılıqla qəbul olunmuş
texniki vasitələr tətbiq edilə bilər.
1180.2. Vəsiyyət
edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni
vəsiyyət edən oxumalı və notariusun, şahidlərin
yanında imzalamalıdır.
Maddə 1181. Notariusa bərabər
tutulan şəxslər
Vəsiyyətnamə
təsdiqlənərkən aşağıdakılar notariusa bərabər
tutulurlar:
1181.1. xəstəxananın,
hospitalın, digər müalicə müəssisəsinin,
sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə
üzrə müavinləri və növbətçi həkimi
və ya ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət
müəssisələrinin baş həkimi, xüsusi təhsil
müəssisəsinin rəhbəri - əgər vəsiyyət
edən bu müəssisədə müalicə edilirsə və
ya yaşayırsa;[791]
1181.2.
axtarış, coğrafi və digər bu cür
ekspedisiyaların rəisi - əgər vəsiyyət edən
belə ekspedisiyadadırsa;
1181.3. dəniz
və ya hava gəmisinin kapitanı - əgər vəsiyyət
edən dəniz və ya hava gəmisindədirsə;
1181.4. hərbi
hissənin, birləşmənin, müəssisənin və məktəbin
komandiri (rəisi) - əgər hərbi hissənin yerləşdiyi
məntəqədə notarius yoxdursa və əgər vəsiyyət
edən hərbi hissədə hərbi qulluqçudursa və
ya həmin hissədə qulluq edən mülki şəxs,
yaxud onun ailə üzvüdürsə;
1181.5. azadlıqdan
məhrumetmə yerinin rəisi - əgər vəsiyyət edən
azadlıqdan məhrumetmə yerindədirsə.
Maddə 1182. Vəsiyyətnamənin
başqa şəxs tərəfindən imzalanması
Əgər vəsiyyət
edən hər hansı səbəbdən vəsiyyətnaməni
özü imzalaya bilmirsə, onun xahişi ilə başqa
fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin
hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi
göstərilməlidir.
Maddə 1183. Nitq-eşitmə və görmə qabiliyyəti tam məhdud
olan şəxsin vəsiyyətnaməsi[792]
1183.1. Əgər
vəsiyyət edən nitq-eşitmə
qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya
nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət
sərəncamını o, notariusda iki şahidin və
işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin
məzmununun vəsiyyət edənin iradəsinə
uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən
bir nəfər şəxsin yanında tərtib etməlidir.[793]
1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət
edən vəsiyyət sərəncamını notariusda
üç şahidin yanında tərtib etməlidir. Bu barədə
müvafiq qeyd yazılıb ona oxunmalıdır. [794]
1183.3. Əgər
vəsiyyət edən nitq-eşitmə-görmə
qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya
nitq-eşitmə-görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət
sərəncamını notariusda dörd şahidin və
işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin
məzmununun vəsiyyət edənin iradəsinə
uyğunluğunu öz imzası ilə təsdiqləyə
bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.[795]
1183.4. Vəsiyyətnaməni
şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni
onu yazan oxumamalıdır.
1183.5. Qeyddə
onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu
göstərilməlidir. Qeyd şahidlər tərəfindən
imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir.
Maddə 1184. Vəsiyyətin
şahidləri
Yetkinlik
yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti
olmayan sayılmış şəxslər, vəsiyyət
üzrə vərəsələr və onların yüksələn
və enən xətt üzrə qohumları, bacıları,
qardaşları, arvadı (əri) və vəsiyyət
tapşırığını alan (leqatari) vəsiyyətin
şahidləri ola bilməzlər.
Maddə 1185. Vəsiyyətnamə
sirri
Notarius, vəsiyyətnaməni
təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni
vəsiyyət edənin əvəzinə imzalamış
şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə,
dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları
miras açılanadək açıqlaya bilməzlər.
Maddə 1186. Ev vəsiyyətnaməsi
Vəsiyyət edən vəsiyyətnaməni öz əli
ilə yazıb imzalaya bilər.
Maddə 1187. Vəsiyyətnamənin
depozitə qoyulması[796]
1187.1. Vəsiyyət
edən öz əli ilə yazdığı və
imzaladığı vəsiyyətnaməni zərfə qoyub
bağlayaraq üç şəxsin yanında notariusa və
ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli
şəxslərinə verə bilər. Həmin şəxslərin
orada olması onların zərfin üzərində notariat
qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə
müəyyən olunur.[797]
1187.2. Bu növ
vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan
Respublikasının konsulluqlarında) rəsmən depozitə
qoyulması ilə təmin edilməlidir.[798]
Maddə 1188. Vəsiyyətnamənin
texniki vasitələrdən istifadə edilməklə tərtibi
Vəsiyyətnamənin
mətni hamılıqla qəbul olunmuş texniki vasitənin
köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət
edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni
iki şahidin yanında tərtib etməli və
imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər
ki, vəsiyyətnamə onların yanında texniki vasitədən
istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət
edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra
şahidlər vəsiyyətnamədə öz
adlarını, soyadlarını və yaşayış yerlərini
göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni
təsdiqləməlidirlər.
Maddə 1189. Qapalı vəsiyyətnamə
1189.1. Vəsiyyət
edənin arzusu ilə şahidlər vəsiyyətnaməni
onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət)
təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin
tərtibi zamanı vəsiyyət edənin yanında
olmalıdırlar.
1189.2. Qapalı
vəsiyyətnaməni təsdiqləyərkən şahidlər
vəsiyyətnamənin vəsiyyət edən tərəfindən
onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin
məzmununu bilmədiklərini göstərməlidirlər.
Maddə 1190. Vəsiyyətnamənin
tərtib edildiyi tarix
Vəsiyyətnamədə
onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin
göstərilməməsi vəsiyyətnamənin
etibarsızlığına yalnız vəsiyyətnamənin
tərtibi, dəyişdirilməsi və ya ləğvi
zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli
olmasına dair şübhələrin aradan
qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin
olduğu halda səbəb olur.
Maddə 1191. Maraqlı şəxslərin
vəsiyyətnamənin məzmunu ilə tanış olması
Vəsiyyət
edən öldükdən sonra notarius gün təyin edərək
maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu
ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib
edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu
zərf möhürlənmişdirsə, möhürün
salamatlığı qeyd edilməlidir.
Maddə 1192. Ehtiyat vərəsə
1192.1. Vəsiyyət
edən özünün təyin etdiyi vərəsənin
miras açılanadək ölməsi və ya mirası qəbul
etməməsi, yaxud vərəsəlik hüququndan məhrum
edilməsi halı üçün vəsiyyətnamədə
başqa vərəsənin (ehtiyat vərəsənin)
adını göstərə bilər.
1192.2. Bu Məcəllənin
1134-1136-cı maddələrinə görə vərəsə
ola bilən istənilən şəxs ehtiyat vərəsə
ola bilər.
66 – cı fəsil.
Mirasda məcburi pay
Maddə 1193. Mirasda məcburi
pay anlayışı KMQ12
Vəsiyyət
edənin uşaqlarının, valideynlərinin və
arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan
asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay
qanun üzrə vərəsəlik zamanı onlara
çatası payın yarısını (məcburi pay) təşkil
etməlidir.KMQ13
Maddə 1194. Məcburi payı
tələb etmək hüququnun əmələ gəldiyi an
Məcburi
payı tələb etmək hüququ mirasın
açıldığı an əmələ gəlir. Bu
cür tələb hüququ vərəsəlik üzrə
keçir. Məcburi payı tələb etmək hüququ
olan şəxs qarşısında digər vərəsələr
birgə borclu kimi çıxış edirlər.[799]
Maddə 1195. Məcburi payın
həcminin müəyyənləşdirilməsi
Məcburi
payın tam həcmi vəsiyyət
tapşırığını və ya ümumi faydalı məqsədlər
üçün hər hansı hərəkəti yerinə
yetirməkdən ötrü nəzərdə tutulan əmlak
da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
Maddə 1196. Vərəsələrdən
hər birinin məcburi payının müəyyənləşdirilməsi
Vərəsələrdən
hər birinin məcburi payı müəyyənləşdirilərkən
əgər vəsiyyətnamə olmasaydı, miras almağa
çağırıla biləcək qanun üzrə vərəsələrin
hamısı nəzərə alınmalıdır. Vəsiyyət
üzrə vərəsələr nəzərə
alınmır.
Maddə 1197. Alınmış əmlakın
məcburi paya daxil edilməsi
Məcburi pay
almaq hüququ olan şəxs miras qoyanın
sağlığında ondan məcburi paya daxil edilmək
şərti ilə aldıqlarının hamısını məcburi
paya daxil etməyə borcludur.
Maddə 1198. Vəsiyyət
tapşırığından imtinanın nəticələri
Məcburi pay
almaq hüququ olan, eyni zamanda vəsiyyət
tapşırığını (leqatı) alan şəxs vəsiyyət
tapşırığından imtina edərsə, məcburi
pay tələb edə bilər. Əgər o, vəsiyyət
tapşırığından imtina etməzsə, məcburi
paya hüququnu vəsiyyət
tapşırığının dəyəri həddində
itirir.
Maddə
1199. Vəsiyyətnamədə nəzərdə
tutulmayan əmlakdan məcburi payın ayrılması[800]
Əgər vəsiyyətnamədə
miras əmlakının heç də hamısı nəzərdə
tutulmamışdırsa, məcburi pay birinci növbədə
vəsiyyətnamədə nəzərdə tutulmayan əmlakdan
ayrılır, bu, yetərli olmadıqda isə vəsiyyətnamədə
nəzərdə tutulan əmlakın hesabına tamamlanır.
Maddə 1200. Məcburi payın
bağışlanmış əşya hesabına artırılması KMQ12
Miras qoyan əşyanı
üçüncü şəxsə
bağışladıqda, məcburi paya hüququ olan şəxs,
əgər bağışlanmış əşya mirasa daxil
olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə
məcburi payın tamamlanmasını tələb edə bilər.
Əgər mirasın açıldığı vaxtadək hədiyyənin
verilməsindən iki il keçirsə, hədiyyə hesaba
alınmır.
Maddə 1201. Payın
tamamlanmasını tələb etmək hüququ
Əgər məcburi
pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik
zamanı ala biləcəyi payın yarısından az əmlak
vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə
aldığı payın qanun üzrə vərəsəlik
zamanı ala biləcəyi payın yarısından az
olduğu hissəni tələb edə bilər.
Maddə 1202. Məcburi payı
qəbul etməkdən imtina
1202.1. Məcburi
pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən
imtina edə bilər, lakin bu imtina digər vərəsələrin
məcburi payının artmasına səbəb olmur. Onun
payı vəsiyyət üzrə vərəsələrə
keçir.
1202.2. Məcburi
payın qəbul edilməsi və ya ondan imtina olunması
mirasın qəbul edilməsi və ya ondan imtina olunması
üçün müəyyənləşdirilmiş vaxt ərzində
həyata keçirilməlidir.
Maddə 1203. Məcburi pay almaq
hüququndan məhrumetmə
1203.1. Məcburi
pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik
hüququndan məhrumetməyə səbəb olan hallar olduqda
mümkündür.
1203.2. Məcburi
pay almaq hüququndan məhrumetməni miras qoyan hələ
öz sağlığında məhkəməyə
müraciət etmək yolu ilə həyata keçirə bilər.
1203.3. Məcburi
pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin
çıxardığı qərar mirasın
açıldığı andan qüvvədə olur. Miras
qoyanın hələ öz sağlığında məhkəməyə
müraciət etdiyi, lakin qərarın onun ölümündən
sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
Maddə
1204. Məcburi payın vəsiyyət
üzrə vərəsələrə keçməsi[801]
Məcburi pay almaq hüququndan məhrum
edilmiş vərəsənin payı vəsiyyət üzrə
vərəsələrə keçir.
67 – ci fəsil.
Vəsiyyət
tapşırığı (leqat)
Maddə 1205. Vəsiyyət
tapşırığı anlayışı
Vəsiyyət edən
miras hesabına hər hansı öhdəliyin bir və ya bir
neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə
həvalə edə bilər (vəsiyyət
tapşırığı - leqat).
Maddə 1206. Vəsiyyət
tapşırığının predmeti
Vəsiyyət
tapşırığının predmeti miras əmlaka daxil
olan əşyaların vəsiyyət
tapşırığını alanın (leqatarinin)
mülkiyyətinə, istifadəsinə və ya digər əşya
hüququ ilə verilməsi, mirasa daxil olmayan əmlakın əldə
edilməsi və ona verilməsi, müəyyən işin
görülməsi, xidmətlərin göstərilməsi və
i.a. ola bilər.
Maddə 1207. Vəsiyyət
tapşırığına əsasən yaşayış
otağından istifadə
Vəsiyyət
edən yaşayış evinin, mənzilin və ya digər
yaşayış otağının keçdiyi vərəsənin
üzərinə miras açılanadək bir ildən az
olmayan müddətdə miras qoyanla birlikdə
yaşamış şəxsə otaqdan və ya onun müəyyən
hissəsindən ömürlük istifadə hüququ vermək
vəzifəsini qoya bilər. Yaşayış otağına
mülkiyyət hüququ sonradan başqasına keçdikdə
ömürlük istifadə hüququ qüvvədə
qalır.
Maddə 1208. Yaşayış
otağından ömürlük istifadə hüququnun
özgəninkiləşdirilməməsi
1208.1.
Yaşayış otağından ömürlük istifadə
hüququ özgəninkiləşdirilmir və vəsiyyət
tapşırığını alanın vərəsələrinə
keçmir.
1208.2. Əgər
vəsiyyətnamədə ayrı hal nəzərdə
tutulmayıbsa, yaşayış otağından
ömürlük istifadə hüququ vəsiyyət
tapşırığını alanın ailə üzvlərinin
həmin otaqda yaşamasına əsas vermir.
Maddə 1209. Vəsiyyət
tapşırığının icra hədləri
Vəsiyyət
tapşırığının icrasının həvalə
edildiyi vərəsə həmin tapşırığı,
miras qoyanın borclarından ödəməli olduğu hissəni
çıxmaqla, vəsiyyət edilmiş mirasın həqiqi
dəyəri hədlərində icra etməlidir.
Maddə 1210. Vəsiyyət
tapşırığının başqa vərəsələr
tərəfindən icrası
Əgər vəsiyyət
tapşırığının icrasının həvalə
olunduğu vərəsə miras açılanadək ölərsə
və ya mirasdan imtina edərsə, vəsiyyət
tapşırığını icra etmək vəzifəsi
onun payını almış digər vərəsələrə
keçir, bu şərtlə ki, vəsiyyətdən ayrı
hal irəli gəlməsin.
Maddə 1211. Vəsiyyət
tapşırığının icrasına xitam verilməsi
Vəsiyyət
tapşırığının icrasının həvalə
olunduğu vərəsənin öldüyü halda, əgər
vəsiyyət tapşırığının icrası onun
iştirakı olmadan mümkün deyildirsə, vəsiyyət
tapşırığını icra etmək öhdəliyinə
xitam verilir.
Maddə 1212. Vəsiyyət
tapşırığının mirasdakı paya mütənasib
surətdə icrası
Vəsiyyət
tapşırığının icrası bir neçə vərəsəyə
həvalə olunduqda, əgər vəsiyyətnamədə
ayrı qayda nəzərdə tutulmayıbsa, onlardan hər
biri vəsiyyət tapşırığını
mirasdakı payına mütənasib surətdə icra edir.
Maddə 1213. Vəsiyyət
tapşırığının icrası müddəti
Vəsiyyət
tapşırığını alan vəsiyyət
tapşırığının miras açılan gündən
hesablanan üç illik iddia müddəti ərzində icra
olunmasını tələb edə bilər.
Maddə 1214. Məcburi pay
alınarkən vəsiyyət tapşırığı
Vəsiyyət
tapşırığının icrasının həvalə
edildiyi vəsiyyət üzrə vərəsənin məcburi
pay almaq hüququ da olduqda, o, vəsiyyət tapşırığını
yalnız vəsiyyət edilmiş əmlakın məcburi
paydan əlavə aldığı hissəsi həddində
icra edir.
Maddə 1215. Vəsiyyət
tapşırığını alanın məsuliyyəti
Vəsiyyət tapşırığını alan
miras qoyanın borcları üçün məsuliyyət
daşımır.
Maddə 1216. Vəsiyyət
tapşırığından imtina
Vəsiyyət
tapşırığını alan vəsiyyət
tapşırığını qəbul etməkdən imtina
edə bilər. Bu halda mirasın müvafiq hissəsi vəsiyyət
tapşırığının həvalə olunacağı
vərəsəyə qalır.
Maddə 1217. Vəsiyyət
tapşırığının icrasından azad edilmə
Əgər vəsiyyət
tapşırığını alan onu qəbul etməkdən
imtina edərsə, vəsiyyət
tapşırığının icrasının həvalə
olunduğu vərəsə onu icra etmək vəzifəsindən
azad edilir.
Maddə 1218. Vəsiyyət
tapşırığının vərəsələrə
keçməsi
Əgər vəsiyyət
tapşırığını alan miras
açıldıqdan sonra vəsiyyət
tapşırığının qəbuluna razılıq verməyə
macal tapmadan ölərsə, vəsiyyət
tapşırığını almaq hüququ
tapşırığı onun əvəzinə qəbul edəcək
vərəsələrinə keçir.
Maddə 1219. Ümumi faydalı
məqsədlər üçün vəsiyyət
tapşırığı
1219.1. Vəsiyyət
edən vərəsəyə ümumi faydalı məqsədlər
üçün hər hansı hərəkətin
icrasını tapşıra bilər. Bu hərəkət həm
əmlak, həm də qeyri-əmlak xarakteri daşıya bilər.
1219.2. Əgər
tapşırılmış hərəkət əmlaka aiddirsə,
vəsiyyət tapşırığını tənzimləyən
normalar tətbiq edilir.
1219.3. Vəsiyyətdə
ümumi faydalı məqsədlər üçün hər
hansı hərəkətin icrasının
tapşırıldığı vərəsənin
öldüyü halda bu öhdəliyin icrası mirası qəbul
etmiş digər vərəsələrə keçir.
1219.4. Vərəsəyə
tapşırılmış hərəkətin
icrasını ondan vəsiyyətnamənin
icraçısı, beləsi olmadıqda isə hər
hansı vərəsə, habelə maraqlı siyasi partiya,
ictimai birlik, həmkarlar ittifaqı və dini təşkilat,
fond, dövlət hakimiyyəti və ya yerli
özünüidarə orqanları məhkəmə yolu ilə
tələb edə bilərlər.
68 – ci fəsil.
Vəsiyyətnamənin dəyişdirilməsi
və ya ləğvi
Maddə 1220. Vəsiyyətnamənin
dəyişdirilməsi imkanları
1220.0. Vəsiyyət
edən vəsiyyətnaməni aşağıdakı
üsullarla həmişə dəyişdirə və ya ləğv
edə bilər:
1220.0.1. əvvəlki
vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə
zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə
tərtib etməklə;
1220.0.2. notariat
orqanına ərizə verməklə;
1220.0.3. Vəsiyyətnamənin
bütün nüsxələrinin vəsiyyət edən tərəfindən
və ya onun sərəncamı ilə notarius tərəfindən
məhv edilməsi ilə.
Maddə 1221. Ləğv
edilmiş vəsiyyətnamənin bərpasının yolverilməzliyi
Sonradan tərtib
edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə
sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə
vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna
bilməz.
Maddə 1222. Bir neçə vəsiyyətnamə
Əgər vəsiyyət
edən bir neçə vəsiyyətnamə tərtib
etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz
etmirsə, bütün vəsiyyətnamələr qüvvədə
qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri
sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi
halda qüvvədə qalır.
Maddə 1223. Notariat vəsiyyətnaməsinin
üstünlüyü
1223.1. Əgər
bir şəxs bir neçə vəsiyyətnamə tərtib
etmişdirsə və onlardan yalnız biri notariat formasında
tərtib edilmişdirsə, notariat formasında tərtib
edilmiş vəsiyyətnaməyə üstünlük
verilir.
1223.2. Notariat vəsiyyətnaməsi
başqa formalı vəsiyyətnamə ilə ləğv
edilə bilməz.
Maddə 1224. Vəsiyyətnamənin
qüvvədən düşmüş sayılmasının əsasları
1224.0. Vəsiyyətnamə
aşağıdakı hallarda qüvvədən
düşür:
1224.0.1. xeyrinə
vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət
edəndən tez öldükdə;
1224.0.2. vəsiyyət
edilmiş əmlak vəsiyyət edənin
sağlığında itirildikdə və ya onun tərəfindən
özgəninkiləşdirildikdə;
1224.0.3. yeganə
vərəsə mirası qəbul etməkdən imtina etdikdə.
Maddə 1225. Vəsiyyətnamənin
etibarsızlığı
1225.1. Vəsiyyətnamə,
ümumiyyətlə, əqdlərin
etibarsızlığına səbəb olan hallar olduqda
etibarsız sayılır.
1225.2. Qanuna zidd
olan vəsiyyət sərəncamları, habelə aydın
olmayan və ya bir-birinə zidd olan şərtlər
etibarsızdır.
1225.3. Əgər
vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş
qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin
mənasını başa düşə bilmədiyi və
öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə
tərtib edilmişdirsə, məhkəmə tərəfindən
etibarsız sayıla bilər.
Maddə 1226. Ayrı-ayrı vəsiyyət
sərəncamlarının etibarsızlığı
1226.1. Mirasda
olmayan əşyaya vərəsəliyə
çağırmağa əsas verən vəsiyyət sərəncamı
etibarsızdır.
1226.2. Əgər
kiməsə miras əmlakda olmayan pul məbləği vəsiyyət
edilmişdirsə, vəsiyyətnamənin bu cür sərəncamı
etibarsızdır.
1226.3. Vərəsənin
mirası müəyyən dövr üçün və ya
miras qoyanın öldüyü gündən deyil, sonralar
alacağı barədə, habelə vərəsənin
ölümündən sonra mirasın kimə keçməli
olduğu barədə vəsiyyət sərəncamı
etibarsızdır.
Maddə 1227. Vəsiyyət sərəncamının
icrasının qeyri-mümkünlüyü nəticəsində
etibarsızlığı
Vəsiyyət
sərəncamı vərəsə tərəfindən
sağlamlıq vəziyyətinə və ya digər obyektiv səbəblərə
görə yerinə yetirilə bilmədikdə vərəsənin
iddiası üzrə etibarsız sayıla bilər.
Maddə 1228. Vəsiyyət sərəncamlarından
birinin etibarsızlığının nəticələri
Əgər bir
neçə vəsiyyət sərəncamından biri
etibarsızdırsa və ya qüvvədən
düşmüşdürsə və miras qoyan başqa sərəncamlar
verməmişdirsə, vəsiyyətnamənin qalan sərəncamları
qüvvədə qalır.
Maddə 1229. Vəsiyyətnamənin
etibarsızlığı halında mirasın alınması
Vəsiyyətnamənin
etibarsız sayıldığı halda bu vəsiyyətnamə
ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə
mirası ümumi əsaslar üzrə ala bilər.
Maddə 1230. Vəsiyyətnamənin
etibarlığı barəsində mübahisə edilməsi
Qanun üzrə
vərəsələr və digər əlaqədar şəxslər
əqdin etibarsızlığına səbəb olan hallar
üzrə vəsiyyətnamənin etibarlığı barəsində
mübahisə edə bilərlər.
Maddə 1231. İddia verilməsi
müddəti
1231.1. Vəsiyyətnamənin
qüvvədən düşmüş sayılması barədə
iddia mirasın açıldığı gündən iki il ərzində
irəli sürülə bilər.
1231.2. Vəsiyyət
edən özgəsinin əmlakını yanlış olaraq
öz əmlakı kimi vərəsəyə vəsiyyət
etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə
tutulan iddia müddəti mülkiyyətçinin iddiasına
şamil edilmir.
69 – cu fəsil.
Vəsiyyətnamənin
icrası
Maddə 1232. Vəsiyyətnamənin
icrası subyektləri
Vəsiyyətnamədə
göstərişin olmadığı halda onun icrası vəsiyyət
üzrə vərəsələrin öhdəsinə qoyulur.
Vərəsələr vəsiyyətnamənin icrasını
qarşılıqlı razılaşmaya əsasən özlərindən
birinə və ya başqa şəxsə etibar edə bilərlər.
Maddə 1233. Vəsiyyətnamənin
icraçısının təyin edilməsi
Vəsiyyət
sərəncamlarının dəqiq icrası məqsədilə
vəsiyyət edən vəsiyyətnamə ilə həm vəsiyyət
üzrə vərəsələr sırasından vəsiyyətnamənin
bir və ya bir neçə icraçısını, həm
də vərəsə olmayan başqa şəxsi təyin edə
bilər. Başqa şəxsin təyin edildiyi halda vəsiyyətnamə
icraçısının razılığı zəruridir.
Bu razılığı o, vəsiyyətnamənin
özündə və ya vəsiyyətnaməyə
qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir.
Maddə 1234. Vəsiyyətnamənin
icrasından imtina
Vəsiyyətnamənin
icraçısı vəsiyyət edənin onun öhdəsinə
qoyduğu vəzifədən istənilən vaxt imtina edə
bilər. Bu barədə o, vəsiyyət üzrə vərəsələri
qabaqcadan xəbərdar etməlidir.
Maddə 1235. Vəsiyyətnamənin
icraçısının üçüncü şəxs tərəfindən
təyin edilməsi
Vəsiyyət
edən vəsiyyətnamənin icraçısını təyin
etməyi üçüncü şəxsə tapşıra
bilər. Həmin şəxs miras açıldıqdan sonra dərhal
vəsiyyətnamənin icraçısını təyin etməli
və bu barədə vərəsələrə məlumat
verməlidir. O, həmin tapşırığı yerinə
yetirməkdən imtina edə bilər. Bu barədə də
o, vərəsələrə ləngimədən məlumat
verməlidir.
Maddə 1236. Vəsiyyətnamənin
tamamilə və ya qismən icrası
Vəsiyyətnamənin
icraçısına vəsiyyətnaməni tamamilə və
ya onun ayrı-ayrı sərəncamlarını icra etmək
tapşırıla bilər.
Maddə 1237. Mirasın
mühafizə və idarə edilməsi
Mirasın
açıldığı andan vəsiyyətnamənin
icraçısı mirası mühafizə və idarə etməyə
başlamalıdır; o, vəsiyyətnamənin icrası
üçün zəruri olan bütün hərəkətləri
yerinə yetirməyə səlahiyyətlidir. Bu səlahiyyət
daxilində vərəsələr mirası idarə etmək
hüququnu itirirlər.
Maddə 1238. Mirasın bir
neçə icraçı tərəfindən mühafizə
və idarə edilməsi
Əgər vəsiyyətnamənin
bir neçə icraçısı vardırsa, təkbaşına
hərəkətlərə yalnız mirasın mühafizəsi
məqsədilə yol verilir, qalan hallarda onlar arasında
razılıq zəruridir.
Maddə 1239. Vəsiyyətnamənin
icrası xərclərinin əvəzinin ödənilməsi
1239.1. Vəsiyyətnamənin
icraçısı öz vəzifələrini əvəzsiz
yerinə yetirir, hərçənd, vəsiyyətnamədə
nəzərdə tutulmuşdursa, muzd da ala bilər.
1239.2. Vəsiyyətnamənin
icraçısı əmlakın mühafizəsinə və
idarə edilməsinə çəkdiyi zəruri xərclərin
əvəzinin mirasdan ödənilməsi hüququna malikdir.
1239.3. Vərəsə
olmayan vəsiyyətnamə icraçısı, bu Məcəllənin
1249-cu maddəsində nəzərdə tutulan hallardan
başqa, digər xərcləri mirasdan ödəyə bilməz.
Maddə 1240.
İcraçının hesabatı
Vəsiyyətnaməni
icra etdikdən sonra vəsiyyətnamənin
icraçısı vərəsələrin tələbi ilə
onlara öz fəaliyyəti barəsində hesabat verməyə
borcludur. Vəsiyyətnamənin icraçısı öz
funksiyalarını bütün vərəsələr mirası
qəbul edənədək yerinə yetirir.
Maddə 1241. Vəsiyyətnamə
icraçısının kənar edilməsi
Vəsiyyətnamənin
icraçısı öz vəzifələrini yerinə
yetirmədikdə, maraqlı şəxs icraçının
kənar edilməsi tələbi ilə məhkəməyə
müraciət edə bilər.
Maddə 1242. Vəsiyyətnamə
icraçısının məsuliyyəti
Əgər vəsiyyətnamənin
icraçısı vəsiyyətnamə ilə onun öhdəsinə
qoyulmuş vəzifələrin icrasından qəsdən və
ya kobud ehtiyatsızlıq üzündən kənara
çıxarsa və bununla da vərəsələrə zərər
vurarsa, bu zərər üçün məsuliyyət
daşımalıdır.
70-ci fəsil.
Mirasın qəbul edilməsi və
onun qəbulundan imtina olunması
Maddə 1243. Mirasın qəbul
edilməsi KMQ10
1243.1. Mirası
istər qanun üzrə, istərsə də vəsiyyət
üzrə vərəsə qəbul edir.
1243.2. Vərəsə
mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə
ərizə verdikdə və ya əmlaka sahiblik etməyə
və ya əmlakı idarə etməyə faktik
başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz
nümayiş etdirdikdə miras vərəsə tərəfindən
qəbul edilmiş sayılır.[802]
1243.3. Vərəsə
mirasın bir hissəsinə sahiblik etməyə faktik
başladıqda hesab edilir ki, mirasın nədə ifadə
edilməsindən və harada olmasından asılı
olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
1243.4. Əgər vərəsələrdən
biri miras payını qəbul etməkdən başqa vərəsənin
xeyrinə imtina edərsə, belə hərəkət
mirasın qəbul olunması sayılır.[803]
Maddə 1244. Mirasın fəaliyyət
qabiliyyəti olmayan şəxs tərəfindən qəbul
edilməsi
Mirası fəaliyyət
qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət
qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli
şəxslər mirası öz qanuni nümayəndələri
vasitəsilə qəbul edirlər.
Maddə 1245. Mirasın nümayəndə
vasitəsilə qəbul edilməsi
Vərəsə mirası şəxsən və ya
nümayəndə vasitəsilə qəbul edə bilər.
Maddə 1246. Mirasın qəbul
edildiyi müddət[804] KMQ 27
Vərəsə
vərəsəliyə
çağırıldığını bildiyi və ya bilməli
olduğu gündən üç ay ərzində mirası qəbul
edə bilər. Miras açıldığı gündən
altı ay keçdikdən sonra mirasın qəbuluna yol
verilmir.[805] KMQ22
Maddə 1247. Mirasın qəbul
edilməsinin xüsusi müddəti
Əgər
miras almaq hüququ digər vərəsələrin mirası
qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu
üçün müəyyənləşdirilmiş
müddətin qalan hissəsi ərzində qəbul edilməli,
bu müddət altı həftədən az olduqda isə
altı həftəyədək uzadılmalıdır.[806]
Maddə 1248. Mirasın qəbul
edilməsi vaxtının uzadılması
1248.1.
Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş
müddəti məhkəmə, gecikdirmənin səbəbini
üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan
sonra, əgər mirası qəbul edən bütün digər
vərəsələr razıdırlarsa, miras məhkəməyə
müraciət edilmədən də qəbul oluna bilər. KMQ22
1248.2. bu Məcəllənin
1248.1-ci maddəsində nəzərdə tutulan halda
mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər
vərəsələrin aldığı və ya dövlətin
mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan
naturada verilir; ona çatası əmlakın qalan hissəsinin
dəyərinin məbləği də verilir.
Maddə 1249. Mirasa dair sərəncam
verilməsinin yolverilməzliyi
Digər vərəsələrin
gəlməsini gözləməyən və mirasa sahiblik etməyə
və ya onu idarə etməyə başlayan vərəsə,
xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və
dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş
şəxslərin saxlanması, əmək haqqının
ödənilməsi, mirasın mühafizə və idarə
edilməsi xərclərindən başqa, mirasın
açıldığı gündən altı ay keçənədək
və ya miras hüququ haqqında şəhadətnamə
alınanadək mirasa dair sərəncam verə bilməz.
Maddə 1250. İddia
qaldırılanadək alınmış gəlirə
hüquq
Əgər
qanun üzrə vərəsə vəsiyyətnamənin
olduğunu bilmədən mirasa sahiblik etməyə
başlayarsa, vəsiyyət üzrə vərəsə isə
vəsiyyətnamənin etibarsız olduğunu bilməzsə
və ya qanun üzrə və vəsiyyət üzrə vərəsələr
qanun üzrə daha yaxın vərəsələrin
olduğunu və ya başqa vəsiyyətnamənin
olduğunu bilməzlərsə, iddia qaldırılanadək
mirasdan aldıqları gəlir onlara qalır; onlar mirasa
qoyduqları bütün kapitalı da tələb edə bilərlər.
Maddə 1251 . Mirasa daxil olan
ayrı-ayrı əşyalar üzərində səlahiyyətsiz
şəxsin sərəncam verməsinin nəticələri[807]
Əgər səlahiyyətsiz
şəxs mirasa daxil olan əşya üzərində həqiqi
vərəsəyə münasibətdə etibarlı olan sərəncam
vermişsə, o bunun nəticəsində əldə etdiyini
həqiqi vərəsəyə verməyə borcludur.
Maddə 1252. İrsi transmissiya KMQ7
Əgər vərəsə
miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək
ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə
keçir (irsi transmissiya). Ölmüş vərəsənin
vərəsələri mirası onun qəbulu müddətinin
sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər.
Əgər bu müddət üç aydan azdırsa,
üç ayadək uzadılmalıdır.
Maddə 1253. Mirasın irsi
transmissiya üzrə qəbul edilməməsinin nəticələri
1253.1.
Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni
bilavasitə ölən vərəsəyə çatası
mirası almaq imkanından məhrum etmir.
1253.2.
Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə
əmlak ölmüş vərəsələrlə birlikdə
mirası qəbul etməyə çağırılmış
şəxslərə keçir.
Maddə 1254. Mirasın
siyahısı
Vərəsə
mirasın siyahıya alınmasını tələb edə
bilər. Bunun üçün iki aylıq müddət verilir
və bu müddət mirasın qəbulu üçün
ümumi müddətə daxil olur.
Maddə 1255. Mirasa mülkiyyətin
əmələ gəlməsi
Qəbul edilmiş miras onun
açıldığı gündən vərəsənin
mülkiyyəti sayılır.
Maddə 1256. Mirasın qəbulundan
imtina müddəti
Vərəsə
vərəsəliyə
çağırıldığını bildiyi və ya bilməli
olduğu gündən üç ay ərzində mirasın qəbulundan
imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə
bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Maddə 1257. Mirası qismən
qəbul etməyin yolverilməzliyi
1257.1. Hər
hansı şərtlə və ya hər hansı müddətə
mirası qismən qəbul etməyə və ya ondan qismən
imtina etməyə yol verilmir.
1257.2. Əgər
vərəsə mirasın bir hissəsindən imtina edərsə
və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o,
mirasdan imtina etmişdir.
Maddə 1258. Vərəsənin kənd
təsərrüfatı təyinatlı torpağı qəbul
etməkdən imtina etməsi
Kənd təsərrüfatı
ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı
təyinatlı torpağı, avadanlığı, əmək
alətlərini, mal-qaranı qəbul etməkdən imtina edə
bilər, lakin bu, ümumiyyətlə, mirasın qəbulundan
imtina sayılmır.
Maddə 1259. Mirasdan bir neçə
payın qəbul edilməsi
Əgər
müxtəlif əsaslar üzrə vərəsəyə
mirasdan bir neçə pay düşürsə, o, bir payı
qəbul edə, digərindən imtina edə bilər, yaxud
bütün paylardan imtina edə bilər.
Maddə 1260. Mirasın bir hissəsindən
imtina
Vərəsə
mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə
hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə
bilər.
Maddə 1261. Başqa şəxslərin
xeyrinə imtina
Vərəsə
mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət
üzrə vərəsələr sırasından başqa
şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz
vərəsə sayılmış və ya vəsiyyətnamənin
birbaşa göstərişi ilə vərəsəlik
hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan
imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr
məhkəməyə şikayət verə bilərlər.
Maddə 1262. Mirasdan imtina zamanı
payın birləşdirilməsi
Əgər vərəsə
mirası qəbul etməkdən imtina etmişdirsə, lakin
kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun
payı qanun üzrə vərəsəliyə
çağırılmış vərəsələrin
payına, vəsiyyətnamə ilə bütün əmlakın
bölüşdürüldüyü halda isə vəsiyyət
üzrə vərəsələrin payına əlavə
edilir və onların arasında paylarına mütənasib
surətdə bölüşdürülür, bu şərtlə
ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə
tutulmasın.
Maddə 1263. Yeganə vərəsənin
mirasdan imtina etməsi
Əgər
mirasdan imtina etmiş vərəsə həmin növbənin
vərəsələri arasında yeganə vərəsədirsə,
miras sonrakı növbənin vərəsələrinə
keçir.
Maddə 1264. Bir neçə vərəsənin
xeyrinə imtina
Əgər vərəsə
mirası qəbul etməkdən bir neçə şəxsin
xeyrinə imtina edirsə, onlardan hər birinin payını
göstərə bilər. Belə göstəriş
olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə
edilmiş vərəsələr arasında bərabər
bölüşdürülür.
Maddə 1265. Mirasdan nəvələrin
xeyrinə imtina
Mirasdan nəvənin
xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın
açıldığı gün onun miras qoyanın vərəsəsi
olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət
üzrə vərəsə olsun.
Maddə 1266. Dövlətin
mirası qəbul etməkdən imtinasının yolverilməzliyi
Dövlət ona keçmiş mirası qəbul etməkdən
imtina edə bilməz.
Maddə 1267. Notariat orqanına ərizə
verildikdən sonra imtinanın yolverilməzliyi
Vərəsə
mirasın açıldığı yer üzrə notariat
orqanına mirası qəbul etməsi və ya vərəsəlik
haqqında şəhadətnamə alınması barədə
ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol
verilmir.
Maddə 1268. Mirasdan imtinanın
geri götürülməməsi
1268.1. Vərəsə
mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni
geri götürə bilməz.
1268.2. Əgər
vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud
fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan
imtinaya məhkəmənin icazəsi ilə yol verilir.
Maddə 1269. Mirasa faktik sahiblik
zamanı imtina
Mirasa sahiblik etməyə
və ya onu idarə etməyə faktik başlamış vərəsə
mirasın qəbulu üçün müəyyənləşdirilmiş
vaxt ərzində mirasın qəbulundan imtina edə bilər.
Bu barədə ərizə ilə o, notariat orqanına
müraciət etməlidir.
Maddə 1270. İmtina
hüququnun vərəsəlik üzrə keçməsi
1270.1. Mirasdan
imtina hüququ vərəsəlik üzrə keçir.
1270.2. Əgər
vərəsə mirasın qəbulundan imtina üçün
müəyyənləşdirilmiş müddət bitənədək
ölmüşdürsə, bu müddət vərəsənin
ölümündən sonra qalmış vaxt bitənədək
qurtarmır.
1270.3.
Ölmüş vərəsənin bir neçə vərəsəsinin
hər biri yalnız öz miras payından imtina edə bilər.
Maddə 1271. Mirası qəbul
etməkdən nümayəndə vasitəsilə imtina
Mirasdan nümayəndə
vasitəsilə imtina tapşırıqda (etibarnamədə)
imtina səlahiyyətinin xüsusi nəzərdə
tutulduğu halda mümkündür.
Maddə 1272. Mirasın qəbulu və
ya ondan imtina barəsində mübahisə
açılması müddəti
Mirasın qəbul
edilməsi və ya qəbulundan imtina edilməsi barəsində
mübahisə maraqlı şəxsin bundan ötrü
müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində
açıla bilər.
Maddə 1273. Mirasın qəbulunun
hüquqi nəticələrinin baş verməsi vaxtı
Mirasın qəbulunun
və ya qəbulundan imtinanın hüquqi nəticələri
mirasın açıldığı andan baş verir.
Maddə 1273-1. Vərəsənin
susması[808] KMQ 27
Vərəsə
bu Məcəllə ilə müəyyən edilmiş
müddətlər daxilində mirası qəbul etmədikdə
və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin
1262-ci və 1263-cü maddələri tətbiq edilir.[809]
71 – ci fəsil.
Mirasın
bölüşdürülməsi
Maddə 1274. Mirasın
bölüşdürülməsi anlayışı
Miras onu qəbul
edən vərəsələrin razılaşması üzrə
onlardan hər birinə qanun və ya vəsiyyətnamə
üzrə düşən paya uyğun
bölüşdürülür.
Maddə 1275. Miras qoyan tərəfindən
mirasın bölüşdürülməsi qaydasının
müəyyənləşdirilməsi
Miras qoyan vəsiyyətnamədə
mirasın bölüşdürülməsi qaydasını
müəyyənləşdirə bilər, o cümlədən
mirası bölüşdürməyi üçüncü
şəxsə etibar edə bilər. Üçüncü
şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr
üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin
qərarı ilə aparılır.
Maddə 1276. Mirasdan payın
naturada ayrılması
Hər bir vərəsə
həm daşınar, həm də daşınmaz əmlakdan
öz payının naturada ayrılmasını tələb
edə bilər, bir şərtlə ki, bu şəkildə
ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin.
Maddə
1277. Hədiyyənin vərəsənin
payına daxil edilməsi[810]
Miras bölüşdürülərkən
hər bir vərəsənin payına onun miras
açılanadək iki il ərzində miras qoyandan hədiyyə
kimi aldığı əmlakın dəyəri də daxil
edilir.
Maddə 1278. Miras şəriklərinin
razılaşması üzrə mirasın satılması
Miras şəriklərinin
razılaşması üzrə bütün mirasın
satılmasına və pulların vərəsələr
arasında onların paylarına uyğun
bölüşdürülməsinə yol verilir.
Maddə 1279. Mirasın bir miras
şərikinə keçməsi
Miras şəriklərinin
razılaşması üzrə bütün mirasın bir
miras şərikinə keçməsi mümkündür.
Öz növbəsində o, digər miras şəriklərinə
müvafiq kompensasiya verməyə borcludur.
Maddə 1280. Mirasın
bölüşdürülməsinin dayandırılması
Miras şərikləri
razılığa gələ bilərlər ki, mirasın
bölüşdürülməsi müəyyən müddətə
dayandırılsın.
Maddə 1281. Bölünməz
əmlaka paylı mülkiyyət
Əgər
mirası qəbul edən bütün vərəsələrin
razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə,
bölünməsi təsərrüfat təyinatının
itirilməsinə və ya zəifləməsinə səbəb
olacaq əmlak bölüşdürülmür və vərəsələrin
paylarına uyğun onların ümumi mülkiyyəti olur.
Maddə 1282. Kənd təsərrüfatı
təyinatlı torpağın vərəsələr
arasında bölüşdürülməsi
1282.1. Əgər
kəndli təsərrüfatının yerləşdiyi kənd
təsərrüfatı təyinatlı torpağın
mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir
neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə
qoyulmamışdırsa və qanun üzrə bir neçə
vərəsə vardırsa, kənd təsərrüfatı
təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı
ilə birlikdə vərəsələr arasında
bölüşdürülə bilər, bu şərtlə
ki, bölgü nəticəsində vərəsələrdən
hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli
təsərrüfatın mövcudluğunu təmin etsin.
1282.2.
Bölgüyə yalnız vərəsələrin özlərinin
təsərrüfatla məşğul olmağa
hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən
heç biri təsərrüfatla məşğul olmaq istəməzsə,
onların razılaşması üzrə torpaq orada yerləşən
təsərrüfatla birlikdə satıla bilər və vərəsələr
öz paylarını pul şəklində ala bilərlər.
Maddə 1283. Kənd təsərrüfatı
təyinatlı torpağın bölüşdürülməsinin
yolverilməzliyi
Əgər kənd
təsərrüfatı təyinatlı torpağın
bölüşdürülməsi mümkün deyildirsə,
torpaq kəndli təsərrüfatında yaşayan və
miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə,
belə vərəsə olmadıqda isə təsərrüfat
aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir.
Maddə 1284. Payın
kompensasiyası
Torpaq sahəsini
ala bilməyən vərəsə başqa əmlakdan müvafiq
pay, belə əmlak kifayət etmədikdə isə müəyyənləşdirilmiş
qaydada müvafiq kompensasiya alır.
Maddə 1285. Kəndli təsərrüfatının
vərəsəlik üzrə keçməsi
1285.1 Əgər
kəndli təsərrüfatı həyət təsərrüfatıdırsa
və həyətin sonuncu üzvü vəsiyyətnamə
qoymamışdırsa, həyətin ümumi əmlakı
qanun üzrə vərəsələrə həyət təsərrüfatının
dağılmaması şərti ilə keçir.
1285.2. Həyətin
sonuncu üzvünün vəsiyyətnamə ilə bir
neçə vərəsə təyin etdiyi halda, ümumiyyətlə,
torpaq təsərrüfatına aid olan qayda tətbiq edilməlidir.
Maddə 1286. Kəndli təsərrüfatına
ümumi mülkiyyət
Miras şəriklərinin
razılaşması üzrə torpaq və orada yerləşən
kəndli təsərrüfatı onların ümumi
mülkiyyətində qala bilər.
Maddə 1287. Mayası
bağlanmış vərəsənin miras
bölgüsündə payı
1287.1. Əgər
vərəsənin mayası bağlanmışdırsa, lakin
o hələ doğulmamışdırsa, mirasın
bölüşdürülməsi yalnız həmin vərəsənin
doğumundan sonra mümkündür.
1287.2. Əgər
mayası bağlanmış, lakin hələ
doğulmamış vərəsə sağ doğularsa, qalan
vərəsələr mirası yalnız ona düşən
payı ayırmaqla bölüşdürə bilərlər.
Yeni doğulanın mənafelərinin müdafiəsi məqsədilə
onun nümayəndələri bölgüdə iştiraka dəvət
edilməlidirlər.
Maddə 1288. Borc tələblərinin
vərəsələrdən birinin öhdəsinə
qoyulması
Miras şəriklərinin
razılaşması üzrə bütün borc tələblərinin
tam ödənilməsinin vərəsələrdən birinin
öhdəsinə qoyulmasına, bunun əvəzində ona
mirasdan müvafiq surətdə artırılmış pay
verilməsinə yol verilir.
Maddə 1289. Pay almağın təmin
edilməsi öhdəliyi
Hər bir miras
şəriki digər miras şəriklərinin müvafiq payları
almasını təmin etməyə borcludur. Miras şəriki
bölgü nəticəsində tələb hüququ əldə
etdikdə, digər miras şərikləri borclunun ödəniş
qabiliyyətinə bölgü məqamında, bu cür
öhdəliyin icra müddəti çatmadıqda isə
öhdəliyin icrası məqamında öz paylarına
uyğun kömək göstərməlidirlər.
Maddə 1290. Payın mütənasib
azaldılması
Əgər vəsiyyətnamə
ilə müəyyənləşdirilmiş payların cəminin
bütün mirasdan çox olduğu aşkara
çıxarsa, hər bir vərəsənin payı mütənasib
surətdə azaldılır.
Maddə 1291. Əmlakın
bölüşdürülməsi zamanı mübahisələrə
baxılması KMQ15
Miras şərikləri
arasında mirasın bölüşdürülməsi
haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə
baxır. Əmlakın bölüşdürülməsi
zamanı məhkəmə bölüşdürülməli
əmlakın xarakterini, miras şəriklərindən hər
birinin fəaliyyətini və digər konkret halları nəzərə
almalıdır.
Maddə 1292. Paya dair sərəncam
vermək hüququ
1292.1. Hər bir
miras şəriki öz miras payına dair sərəncam verə
bilər. Miras şəriklərindən birinin öz payına
dair sərəncam verməsi barədə müqavilə
notarius tərəfindən təsdiqlənməlidir.
1292.2. Miras
şəriki öz payından olan ayrı-ayrı predmetlərə
dair sərəncam verə bilməz.
1292.3. Miras
şəriki öz payına dair sərəncam verərkən
digər miras şəriklərinin satın almaqda
üstünlük hüququ vardır. Satın almaqda
üstünlük hüququ iki ay ərzində həyata
keçirilməlidir. Bu hüquq vərəsəlik üzrə
keçir.
Maddə 1293. Satın almaqda
üstünlük hüququna xitam verilməsi
Pay miras şərikinə
verildikdən sonra satın almaqda üstünlük hüququna
xitam verilir.
Maddə 1294. Pay özgəninkiləşdirilərkən
kreditorların təmin edilməsi
Payın özgəninkiləşdirildiyi
halda kreditorun tələbini təmin etmək vəzifəsi payı
əldə edənə həmin payın miqdarına uyğun
olaraq keçir.
Maddə
1295. Payın bərabərləşdirilməsi[811]
Vərəsəliyə
çağırılmış vərəsələr miras
onların arasında bölüşdürülənədək
öz paylarını bərabərləşdirmək
üçün, əgər miras qoyan ayrı qayda müəyyənləşdirməyibsə,
miras qoyanın sağlığında ondan valideynlərin əmlakından
ayırma şəklində aldıqlarının
hamısını mirasa aid etməlidirlər.
Maddə
1296. Övladın sıradan
çıxmasının nəticələri[812]
Əgər vərəsə kimi payı
bərabərləşdirməyə borclu olan övlad miras
açılanadək və ya açıldıqdan sonra
sıradan çıxarsa, payı bərabərləşdirmək
vəzifəsi onun payını almalı olan vərəsənin
öhdəsinə qoyulur.
Maddə 1297. Miras payı bərabərləşdirilərkən
xüsusi töhfənin nəzərə alınması
Ailə təsərrüfatında
əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində
iştirakla, özünün çəkdiyi xeyli xərclərlə,
yaxud başqa şəkildə miras qoyanın əmlakının
qorunmasına və artırılmasına xüsusi töhfə
vermiş övlad (enən xətt üzrə qohum) miras
qoyanın əmlakı bölüşdürülərkən
onunla birlikdə qanun üzrə vərəsə sayılan və
miras tələb edən qohumlarla bərabərləşdirilməsini
tələb edə bilər.
Maddə 1298. Miras payını
bərabərləşdirməyi tələb etməyin
yolverilməzliyi
Əgər
qohum xidmətləri üçün muzd almışdırsa
və ya muzd qabaqcadan müəyyənləşdirilmişdirsə
və ya qohum göstərdiyi xidmətlər əsasında
digər hüquqi əsaslar üzrə hər hansı tələb
irəli sürə bilərsə, miras payının bərabərləşdirilməsi
tələb edilə bilməz.
Maddə 1299. Ədalətli
bölgü tələbi
1299.1. Miras
payının bərabərləşdirilməsi göstərilmiş
xidmətlərə və mirasın həcminə uyğun
olaraq ədalətlə aparılmalıdır.
1299.2. Əmlak
bölgüsü zamanı miras payının bərabərləşdirilməsi
məbləği mirasın ümumi məbləğindən
çıxılır və bərabərləşdirmə
tələbinə hüququ olan miras şərikinin payına əlavə
edilir.
Maddə 1300. Vərəsənin
olduğu yeri müəyyənləşdirmək vəzifəsi
Əgər vərəsələr
arasında olduqları yer məlum olmayan şəxslər
vardırsa, qalan vərəsələr onların olduqları
yerin müəyyənləşdirilməsi və vərəsəliyə
çağırılması üçün ağlabatan tədbirlər
görməyə borcludurlar.
Maddə 1301. Vərəsənin
gəlməməsinin nəticələri
1301.1. Əgər
vərəsəliyə çağırılmış,
yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş
vərəsə mirasdan üç ay ərzində imtina etməzsə,
digər vərəsələr mirası
bölüşdürmək niyyətləri barəsində
ona bildiriş göndərməlidirlər.
1301.2. Əgər
bu cür vərəsə bildirişdən sonra üç ay
ərzində özünün əmlak bölgüsü
haqqında razılaşmada iştirak etmək arzusu barəsində
digər vərəsələrə məlumat verməzsə,
digər vərəsələr qarşılıqlı
razılaşma üzrə əmlakı
bölüşdürə bilər və yerində olmayan vərəsənin
payını ayıra bilərlər.
1301.3. Əgər
miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin
olduğu yer müəyyənləşdirilməzsə və
mirasın qəbulundan imtina barəsində ondan bir xəbər
alınmazsa, digər vərəsələr bu Məcəllənin
1301.2-ci maddəsində müəyyənləşdirilmiş
qaydada əmlakı bölüşdürə bilərlər.
Maddə 1302. Vərəsəlikdə
üstünlük hüququ
Miras qoyanla
birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin
ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə
üstünlük hüququ vardır.
Maddə 1303. Yaşayış
evini almaqda üstünlük hüququ
Miras
açılanadək azı bir il miras qoyanla birlikdə
yaşamış vərəsənin əmlak
bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili
və ya digər yaşayış otağını, habelə
ev müxəlləfatı predmetlərini almaqda
üstünlük hüququ vardır.
Maddə 1304. Vərəsələrin
əmlak mənafelərinin nəzərə alınması
Üstünlük
hüququnun həyata keçirilməsi zamanı miras
bölgüsündə iştirak edən digər vərəsələrin
əmlak hüquqları nəzərdə tutulmalıdır.
Əgər əmlak onlara çatası payı almağa kifayət
etməzsə, üstünlük hüququnu həyata
keçirən vərəsələr onlara müvafiq pul və
ya əmlak kompensasiyası verməlidirlər.
Maddə 1305. Kompensasiyaya
möhlət verilməsi
Üstünlük
hüququnu həyata keçirən vərəsələrin tələbi
ilə məhkəmə kompensasiyanın həcmini nəzərə
almaqla, ona on ildən çox olmayan müddətə möhlət
verə bilər.
72 – ci fəsil.
Vərəsələr tərəfindən
kreditorların təmin edilməsi
Maddə 1306. Vərəsələrin
kreditorlar qarşısında məsuliyyəti KMQ 25
1306.1. Vərəsələr
miras qoyanın kreditorlarının mənafelərini
alınmış aktivdə özlərindən hər birinin
payına mütənasib surətdə birgə borclu kimi tam
ödəməyə borcludurlar.[813]
1306.2. Əgər
miras qoyan vərəsələrə keçmiş borclar
üzrə birgə borclu olmuşdursa, vərəsələr
birgə məsuliyyət daşıyırlar.
1306.3. Çıxarılmışdır.[814]
Maddə 1307. Vərəsələr tərəfindən
kreditorların təmin edilməsi zamanı sübutetmə
yükü
Mirasın
notarius tərəfindən siyahıya alındığı
haldan başqa, vərəsə miras qoyanın
borclarının mirasdan çox olduğunu sübut etməlidir.
Maddə 1308. Borcun ödənilməsinin
vərəsəyə həvalə edilməsi
Vəsiyyət
edən bütünlüklə borcun və ya onun bir hissəsinin
ödənilməsini bir və ya bir neçə vərəsəyə
həvalə edə bilər.
Maddə 1309. Mirasın
açılması barədə kreditorlara məlumat vermək
vəzifəsi
Vərəsələr,
əgər ölənin borcları onlara məlumdursa,
mirasın açılması barədə miras qoyanın
kreditorlarına məlumat verməyə borcludurlar.
Maddə 1310. Kreditorların tələblərinin
irəli sürülməsi müddəti – çıxarılmışdır.[815]
Maddə 1311. Ümumi iddia
müddətlərinin tətbiqi – çıxarılmışdır.[816]
Maddə 1312. İcra müddətinin
təxirə salınması
Əgər
kreditor tələbi icra müddəti çatanadək irəli
sürmüşdürsə, vərəsə icranı
müddət çatanadək təxirə sala bilər.
Müddət çatdıqda kreditor ümumi iddia müddəti
ərzində icranı tələb edə bilər.
Maddə 1313. Miras qoyanın
kreditorlarının üstünlüyü
Tələblərin
ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin
kreditorları qarşısında üstünlüyə
malikdirlər.
Maddə 1314. Dövlətin
kreditorlar qarşısında məsuliyyəti
Vərəsələri
olmayan əmlak dövlətə keçdikdə, miras
qoyanın borcları üzrə o, vərəsə kimi məsuliyyət
daşıyır.
Maddə 1315. Mirasın kreditor tərəfindən
alınmasının nəticələri
Əgər
miras qoyan öz əmlakını kreditora vəsiyyət
etmişdirsə, bu, kreditorun tələb hüququnun əvəzləşdirilməsi
sayıla bilməz.
Maddə 1316. Kreditorların təmin
edilməsi qaydası – çıxarılmışdır.[817]
73-ci fəsil.
Mirasın qorunması
Maddə 1317. Mirasın
qorunması anlayışı[818]
1317.1.
Mirasın qəbul edilməsinə qədər mirasın
açıldığı yerdəki notariat orqanı, zərurət
olarsa, mirasın qorunması üçün tədbirlər
görür. Həmin qayda vərəsənin məlum
olmadığı və ya onun mirası qəbul edib-etməməsinin
bilinmədiyi hala da şamil edilir.
1317.2. Notariat
orqanı mirasın qorunması üçün mirası
siyahıya ala bilər.
Maddə 1318 . Vərəsələrin
axtarılması[819]
Notariat
orqanı mirasın açıldığı yerdə olmayan
vərəsələrin axtarılması üçün tədbirlər
görür.
Maddə 1319 . Əmlak idarəçisinin
təyin edilməsi[820]
Bu fəsildə
nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi üçün notariat orqanı əmlak
idarəçisini təyin edə bilər.
Maddə 1320 . Bu fəsildə nəzərdə
tutulmuş tədbirlərlə bağlı xərclər[821]
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə
bağlı xərclər mirasın passivinə aid edilir.
74 – cü fəsil.
Vərəsəlik şəhadətnaməsi
Maddə 1321. Vərəsəlik
şəhadətnaməsi anlayışı
1321.1. Vərəsəliyə
çağırılmış şəxslər mirasın
açıldığı yerdəki notariat orqanından vərəsəlik
şəhadətnaməsi tələb edə bilərlər. KMQ15
1321.2. Qanunda nəzərdə
tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin
alınması məcburidir.
1321.3. Vərəsəlik
şəhadətnaməsində vərəsə kimi qeyd
olunan şəxsin həmin şəhadətnamədə
göstərilən hüquqa malik olması qəbul edilir. Bu,
vərəsəlik şəhadətnaməsində vərəsə
kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər
hansı bir predmeti, belə predmetlə bağlı hüququ və
ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni
əldə edən şəxsin xeyrinə də qüvvədədir,
bir şərtlə ki, əldə edən vərəsəlik
şəhadətnaməsinin düzgün
olmadığını bilməmiş olsun.[822]
Maddə 1322. Vərəsəlik
şəhadətnaməsinin verildiyi müddət
Vərəsəlik
şəhadətnaməsi vərəsələrə
mirasın açıldığı gündən altı ay
keçdikdən sonra istənilən vaxt verilir. Əgər
notariat orqanında şəhadətnamə tələb edən
şəxslərdən savayı, başqa vərəsələrin
olmadığı barədə məlumat vardırsa, vərəsəlik
şəhadətnaməsi altı aydan da tez verilir.[823]
Maddə 1323. Şəhadətnaməyə
yazılmağa razılıq
Bu Məcəllə
ilə müəyyənləşdirilmiş müddətdə
mirası qəbul etməyən vərəsələr
mirası qəbul etmiş vərəsələrin
hamısının razılığı ilə vərəsəlik
şəhadətnaməsinə yazıla bilərlər.
Razılıq vərəsəlik şəhadətnaməsi
verilənədək yazılı surətdə ifadə edilməlidir.
Maddə 1324. Vərəsənin
vərəsəsinə vərəsəlik şəhadətnaməsi
verilməsi
Əgər
mirası qəbul etməyə
çağırılmış vərəsə miras
açıldıqdan sonra onu müəyyənləşdirilmiş
müddətdə qəbul etməyə macal tapmadan ölərsə,
onun vərəsələri ilkin miras qoyanın
ölümündən sonra qalmış əmlaka vərəsəlik
şəhadətnaməsi ala bilərlər.
Maddə 1325. Miras şəriklərinə
vərəsəlik şəhadətnaməsi verilməsi
Vərəsəlik
şəhadətnaməsi həm bütün miras, həm də
onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə
həm bütün vərəsələrə birlikdə, həm
də ayrılıqda hər birinə arzularına uyğun
olaraq verilir. Vərəsələrdən birinə mirasın
bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin
verilməsi digər vərəsələri mirasın qalan
hissəsi üçün şəhadətnamə almaq
hüququndan məhrum etmir.
Məcəlləyə
əlavə və dəyişikliklər etmiş qanunlar:
1.
26 may 2000-ci il tarixli 886-IQ nömrəli
“Azərbaycan Respublikası Müli Məcəlləsinin, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin qüvvəyə
minmə müddətlərinin dəyişdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2000-ci il, №5, maddə 323)
2.
26 dekabr 2000-ci il 48-IIQ saylı
“Şərti maliyyə vahidi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №12, maddə
835)
3.
6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, №12, maddə
709)
4.
17 iyun 2003-cü il tarixli 479-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, №8, maddə
420)
5.
23 dekabr 2003-cü il tarixli 566 -IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə
123)
6.
20 aprel 2004-ci il tarixli 639-IIQD nömrəli
“Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər edilməsi və bəzi
qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №5, maddə
318)
7.
1 iyun 2004-cü il tarixli 677-IIQD
nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 6, maddə
415)
8.
7 sentyabr 2004-cü il tarixli 731-IIQD
nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarında dəyişikliklər edilməsi və
bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №10, maddə
761)
9.
26 oktyabr 2004-cü il tarixli 782-IIQD
nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
əlavə və dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə
və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə
901)
10.
24 dekabr
2004-cü il tarixli 815-IIQD nömrəli “Lotereyalar haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 2, maddə
61)
11.
15 aprel 2005-ci il
tarixli 890-IIQD nömrəli “Elektron imza və elektron sənəd
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavə və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 6, maddə
466)
12.
10 iyun 2005-ci il
tarixli 925-IIQD nömrəli "Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və "Məhdud məsuliyyətli müəssisələr
haqqında"Azərbaycan Respublikası Qanununun qüvvədən
düşmüş hesab edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2005-ci il, № 8, maddə 684)
13.
24 iyun 2005-ci il
tarixli 948-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan
Respublikasının Qanununa və həmin qanunla təsdiq
edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2005-ci il, № 8, maddə 692)
14.
24 iyun 2005-ci il tarixli 949-IIQD
nömrəli “Sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə
693)
15.
20 sentyabr 2005-ci
il tarixli 995-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə
995)
16.
21 oktyabr 2005-ci
il tarixli 1038-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2005-ci il, № 12, maddə 1085)
17.
23 dekabr 2005-ci
il tarixli 39-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, № 2, maddə 68)
18.
3 mart 2006-cı
il tarixli 80-IIIQD nömrəli “Azərbaycan
Respublikasının Mülki məcəlləsinə əlavə
edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 5, maddə
387)
19.
3 mart 2006-cı il tarixli 82-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2006-cı il, № 3, maddə
225)
20.
21 aprel 2006-cı il tarixli 100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478)
21.
20 oktyabr 2006-cı il 167-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)
22.
01 fevral 2007-cı il tarixli 234-IIIQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, № 2, maddə 80)
23.
17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə
560)
24.
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə
745)
25.
9 oktyabr 2007-ci il tarixli 428-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci
il, № 10, maddə 937)
26.
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2007-cı il, № 11, maddə 1053)
27.
7 dekabr 2007-ci il tarixli 506-IIIQD nömrəli Azərbaycan Respublikası
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1215)
28.
7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1219)
29.
25 dekabr 2007-ci il tarixli 520-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə
145)
30.
13 iyun 2008-ci il tarixli 648-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
31.
28 oktyabr 2008-ci il tarixli 711-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə
1049)
32.
16 dekabr 2008-ci il tarixli 742-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə
47)
33.
3 aprel 2009-cu il tarixli 782-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 20 may 2009-cu il, № 107,Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə
295)
34.
26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 iyul 2009-cu il, № 140, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə
404)
35.
9 iyul 2009-cu il tarixli Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qərarı
(“Respublika” qəzeti 11 iyul 2009-cu
il, № 149)
36.
30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160)
37.
01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 fevral 2010-cu il, № 43, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2010-cu il, № 2, maddə
75)
38.
1
fevral 2010-cu il tarixli 951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il,
№ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, № 03, maddə 171)
39.
12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə
265)
40.
23 fevral 2010-cu il tarixli 960-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 22 aprel 2010-cu il, № 85, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2010-cı il, № 4, maddə
266)
41.
5
mart 2010-cu il tarixli 972-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il,
№ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, № 04, maddə 276)
42.
17 may
2011-ci il tarixli 115-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 iyul 2011-ci il,
№ 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 07, maddə 586)
43.
10 iyun
2011-ci il tarixli 159-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2011-ci il,
№ 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, № 08, maddə 750)
44.
15 noyabr
2011-ci il tarixli 247-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr
2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №
12, maddə 1102)
45.
30 sentyabr
2011-ci il tarixli 201-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr
2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, №
12, maddə 1073)
46.
30 dekabr
2011-ci il tarixli 287-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 21 yanvar
2012-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, № 01, maddə 5)
47.
6 aprel 2012-ci il tarixli 321-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu («Respublika» qəzeti, 09 may № 101
2012-ci il, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə
403)
48.
20 aprel
2012-ci il tarixli 332-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 iyun 2012-ci
il, № 123, “Azərbaycan” qəzeti 07 iyun 2012-ci il, № 124, Azərbaycan
Respublikasэnэn Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 498)
49.
11 dekabr
2012-ci il tarixli 496-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan”
qəzeti, 23 yanvar 2013-cü il, № 15; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə
15)
50.
31 may
2013-cü il tarixli 672-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2013-cü, № 138; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə
620)
51.
22 oktyabr
2013-cü il tarixli 764-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19
noyabr 2013-cü il, № 253; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1280)
52.
29 oktyabr
2013-cü il tarixli 804-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12
dekabr 2013-cü il, № 273, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1469)
53.
22 noyabr
2013-cü il tarixli 819-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30
dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1478)
54.
27 dekabr
2013-cü il tarixli 879-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral
2014-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 2, maddə 96)
55.
20 iyun
2014-cü il tarixli 990-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul
2014-cü il, № 148; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 768)
56.
24 fevral 2015-ci
il tarixli 1197-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 20 mart 2015-ci il, № 063, № 24, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə
254)
57.
15 may 2015-ci il
tarixli 1283-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 24 may 2015-ci il, № 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə
512)
58.
15 may 2015-ci il
tarixli 1285-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2015-ci il, № 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə
814)
59.
30 sentyabr 2015-ci
il tarixli 1329-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 noyabr 2015-ci il, № 243, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 10,
maddə 1093)
60.
18 dekabr 2015-ci
il tarixli 59-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 19 yanvar 2016-cı il, № 12, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 26)
61.
18 dekabr 2015-ci
il tarixli 68-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 fevral 2016-cı il, № 39; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 186)
62.
29 dekabr 2015-ci
il tarixli 98-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 fevral 2016-cı il, № 37; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 02, I kitab, maddə 204)
63.
4 mart 2016-cı il tarixli 135-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 mart 2016-cı il, № 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə
401)
64.
5 aprel 2016-cı il tarixli 186-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 aprel 2016-cı il, № 87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 640)
65.
5 aprel
2016-cı il tarixli 192-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 aprel
2016-cı il, № 92, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə
646)
66.
31 may 2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2016-cı il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, № 6, maddə 1005)
67.
24 iyun
2016-cı il tarixli 301-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21
iyul 2016-cı il, № 155, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə
1248)
68.
11 noyabr
2016-cı il tarixli 385-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
dekabr 2016-cı il, № 291, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1998)
69.
11 noyabr
2016-cı il tarixli 405-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16
dekabr 2016-cı il, № 279, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2018)
70.
30 dekabr
2016-cı il tarixli 492-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 fevral
2017-ci il, № 27, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 151)
71.
30 dekabr 2016-cı il tarixli 494-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 fevral 2017-ci il, № 27, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 153)
72.
7 aprel 2017-ci il tarixli 572-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 aprel 2017-ci il, № 77, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 524)
73.
7 aprel 2017-ci il tarixli 576-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 may 2017-ci il, № 106, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə
703)
74.
27 aprel 2017-ci il tarixli 635-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 may 2017-ci il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, № 5, maddə 735)
75.
25 aprel 2017-ci il tarixli 638-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 iyul 2017-ci il, № 138, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1035)
76.
2 oktyabr 2017-ci il tarixli 797-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 noyabr 2017-ci il, № 248, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə
1953)
77.
31 oktyabr 2017-ci
il tarixli 842-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2210)
78.
17 noyabr 2017-ci
il tarixli 871-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 dekabr 2017-ci il, № 270, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2234)
79.
17 noyabr 2017-ci il tarixli 881-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 dekabr 2017-ci il, № 269, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2239)
80.
15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 feveral 2018-ci il, № 30, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 142)
81.
3 aprel
2018-ci il tarixli 1053-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 may 2018-ci
il, № 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 845)
82.
3 aprel
2018-ci il tarixli 1054-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 aprel
2018-ci il, № 92, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 650)
83.
3 aprel
2018-ci il tarixli 1060-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 may 2018-ci
il, № 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 851)
84.
30 oktyabr
2018-ci il tarixli 1295-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 noyabr
2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 11, maddə 2212)
85.
30 oktyabr 2018-ci il tarixli 1297-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 dekabr
2018-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2467)
86.
28 dekabr 2018-ci
il tarixli 1406-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 23)
87.
28 dekabr 2018-ci il tarixli 1428-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, № 296, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2518)
88.
28 dekabr 2018-ci il tarixli 1438-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, № 296, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2526)
89.
28 dekabr 2018-ci il tarixli 1444-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 fevral 2019-cu il, № 32, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə
50)
90.
28 dekabr 2018-ci il tarixli 1449-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, № 296, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2533)
91.
23 aprel 2019-cu il tarixli 1566-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 may 2019-cu
il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, № 5, maddə 806)
92.
3 may 2019-cu il tarixli 1575-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, № 5, maddə 812)
93.
3 may 2019-cu il tarixli 1584-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, № 5, maddə 814)
94.
17 may 2019-cu il tarixli 1588-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2019-cu
il, № 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə
994)
95.
17 may 2019-cu il tarixli 1593-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2019-cu
il, № 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə
996)
96.
9 iyul 2019-cu il tarixli 1637-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust
2019-cu il, № 186, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1369)
97.
9 iyul 2019-cu il tarixli 1640-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul
2019-cu il, № 159, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1202)
98.
8 oktyabr 2019-cu il tarixli 1672-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr
2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 11, maddə 1681)
99.
3 dekabr 2019-cu il tarixli 1722-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1908)
100. 24 aprel 2020-ci il tarixli 62-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 may 2020-ci il, № 91, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 515)
101. 8 may 2020-ci il tarixli 97-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə
822)
102. 19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, № 136, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 832)
103. 31 may 2020-ci il tarixli 123-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 839)
104. 12 iyun 2020-ci il tarixli 130-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 iyul 2020-ci il, № 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 843)
105. 20 noyabr 2020-ci il tarixli 198-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr 2020-ci il, № 273, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə
1423)
106. 18 dekabr 2020-ci il tarixli 214-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1435)
107. 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 8)
108. 23 fevral
2021-ci il tarixli 277-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 aprel 2021-ci il, № 67, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, № 4 maddə 307)
109. 25 may 2021-ci il tarixli 327-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 22 iyun 2021-ci il,
№ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab,
maddə 556)
110. 27 may 2021-ci il tarixli 329-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2021-ci il,
№ 130, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab,
maddə 558)
111. 22 iyun 2021-ci il tarixli 348-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə
894) (2022-ci
il iyulun 1-dən qüvvəyə
minir)
112. 9 iyul 2021-ci il tarixli 360-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə
711)
113. 29 oktyabr 2021-ci il tarixli 393-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2021-ci
il, № 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə
1206)
114. 27 dekabr 2021-ci il tarixli 452-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci
il, № 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə
1335)
115. 5 may 2022-ci il tarixli 525-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2022-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022-ci il, №6, maddə 580)
116. 8 iyul 2022-ci il tarixli 586-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 5 avqust 2022-ci il “Azərbaycan”
qəzeti, 6 avqust 2022-ci il, № 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə
833)
117. 29 iyun 2022-ci il tarixli 572-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 18 avqust 2022-ci il, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 824)
118.
8 iyul
2022-ci il tarixli 581-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 19 avqust 2022-ci il “Azərbaycan”
qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə
828)
119. 29 noyabr 2022-ci il tarixli 651-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
14 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti 15 yanvar 2023-cü il, № 9, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə
7)
120. 2 dekabr 2022-ci il tarixli 669-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar
2023-cü il, № 14,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 1, maddə 22)
121. 17 fevral 2023-cü il tarixli 807-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 4, maddə 445)
122. 24 fevral 2023-cü il tarixli 822-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 31 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 1 aprel
2023-cü il, № 66,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 3, maddə 333)
123. 2 may 2023-cü il tarixli 867-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
3 iyun 2023-cü
il, “Azərbaycan” qəzeti, 4 iyun 2023-cü il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 6, maddə 742)
124. 30 may 2023-cü il tarixli 880-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
12 iyul 2023-cü
il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 7, maddə 881)
125. 13 iyun 2023-cü il tarixli 915-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 17 iyul 2023-cü il, “Azərbaycan” qəzeti,
18 iyul 2023-cü
il, № 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə
900)
126. 6 iyul 2023-cü il tarixli 936-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
1 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 3 avqust 2023-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 8, I kitab, maddə 1094)
127. 5 dekabr 2023-cü il tarixli 1034-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti,
28 dekabr 2023-cü il, № 285)
128. 5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti,
26 dekabr 2023-cü il, № 283)
Konstitusiya Məhkəməsinin Qərarları
KMQ1 Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il
tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən
sonra yaşayış evindən (mənzildən) istifadə
edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri
ilə bağlı mübahisələr Mülki Məcəllənin
228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu
tarixədək yaranmış hüquq münasibətləri
ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin
123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
KMQ2 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
27 dekabr 2001-ci il tarixli qərarına əsasən Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində
göztərilən iddia müddətləri 2000-ci il
sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən
irəli gələn tələblərə tətbiq edilir. Həmin
iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin
müddəaları nəzərə alınmaqla bundan əvvəl
əmələ gəlmiş hüquq münasibətlərindən
irəli gələn tələblərə də tətbiq
oluna bilər. (“Azərbaycan” qəzeti
29 dekabr 2001-ci il, № 298, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı №2/2002)
KMQ3 Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il
tarixli qərarına əsasən Azərbaycan Respublikası
Mülki Məcəlləsinin daşınmaz əmlaka
mülkiyyət hüququnu əldəetmə müddətini
müəyyənləşdirən 179-cu maddəsinin
hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra
yaranan hüquq münasibətlərinə tətbiq
olunmalıdır. (“Azərbaycan”
qəzeti 31 yanvar 2002-ci il, № 25, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı №2/2002)
KMQ4 Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il
tarixli qərarına əsasən Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları
yalnız real zərərin, habelə əldən
çıxmış faydanın ödənilməsini nəzərdə
tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə
tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin
və işgüzar nüfuzun ləkələnməsi ilə
bağlı şəxsə dəymiş mənəvi zərər
(fiziki və mənəvi iztirablar) və maddi zərər
başa düşülür.
Mənəvi zərərin ödənilməsi, habelə
qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin
tətbiq edilməsi Azərbaycan Respublikasının
Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib
olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən
asılıdır. (“Azərbaycan”
qəzeti 2 iyun 2002-ci il, № 124, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı №3/2002)
KMQ5 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 440.4-cü maddəsi
Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və
71-ci maddələrinə uyğun olmadığından
qüvvədən düşmüş hesab edilmişdir. (“Azərbaycan” qəzeti, 29 dekabr № 300 2002-ci il, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı
1/2003)
KMQ6 Azərbaycan Respublikası Mülki Məcəlləsinin
746-cı maddəsi istehlak kreditlərinə də şamil
edilir. Həmin maddənin tələblərinə və bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə
uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun
qaytarılması üçün təhlükə törədəcək
dərəcədə pisləşdiyi təqdirdə, bank
(borc verən) kreditin verilməsindən imtina edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 27 may 2019-cu il tarixli Qərarı)
KMQ7 1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və
1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin
öldüyü və ya ölmüş elan edilməsi barədə
məhkəmə qərarının qüvvəyə mindiyi
gün onun ölümü və ya məhkəmə tərəfindən
ölmüş elan edilməsi ilə açılır və
miras qoyanın öldüyü anda sağ olmuş şəxslər
vərəsə ola bilərlər.
2. Eyni gündə ölən və biri
digərindən sonra vərəsə olmaq hüququna malik
şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi
üçün miras qoyanın dəqiq ölüm anı
müəyyən edilərək daha sonra ölən şəxs
ondan əvvəl ölən şəxsə vərəsə
hesab edilir. Bu anı müəyyənləşdirmək
mümkün olmadığı təqdirdə eyni gündə
ölən şəxslər hüquqi varislik baxımından
eyni anda ölmüş şəxslər hesab edilərək
hər biri üçün ayrılıqda miras
açılır və irsi transmissiyanın tətbiqi istisna
edilir. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 24
fevral 2020-ci il tarixli Qərarı
– “Respublika” qəzeti 4 mart 2020-ci
il, № 49)
KMQ8 1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi
şəxsin hüquqazidd hərəkətlər nəticəsində
öldüyü və ya sağlamlığına zərər
vurulduğu halda onun yaxınlarının, o cümlədən
ailə üzvlərinin keçirdikləri mənəvi
sarsıntı və iztiraba görə təzminat almaq hüququnu
ehtiva edir.
2. Ölmüş və ya
sağlamlığına zərər vurulmuş şəxsin
yaxınları, o cümlədən ailə üzvləri
keçirdikləri mənəvi sarsıntı və
iztirabın dərəcəsinə, zərərçəkmiş
şəxsə yaxınlıq dərəcəsinə və
s. amillərə müvafiq olaraq birgə və ya
ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya
sağlamlığına zərər vurulmuş şəxsin
yaxınlarından, o cümlədən ailə üzvlərindən
birinin mənəvi zərərə görə təzminat
almış olduğu halda, digərlərinin təzminat tələbi
bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
göstərilən mütənasiblik və ədalətlilik
meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən
həll edilməlidir.
4. Məhkəmələr tərəfindən
mənəvi zərərə görə təzminatın
miqdarı müəyyən edilərkən hüquqazidd əməlin
növü, dərəcəsi, davam etdiyi müddət,
hansı şəraitdə, mühitdə baş verməsi və
digər amillər nəzərə alınmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı – “Respublika” qəzeti 21 may 2020-ci il, № 99)
KMQ9 Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin
“sadə yazılı müqavilə müvafiq qaydada
imzalandığı ... andan bağlanmış
sayılır” müddəasının “müvafiq qaydada
imzalanma” tələbi tərəflərin onu şəxsən,
mexaniki və ya başqa surətçıxarma vasitələrinin
köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və
ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə
imzalamasını nəzərdə tutur.
Mexaniki və ya başqa surətçıxarma
vasitələrinin köməyi ilə imzanın faksimilesindən,
elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan
istifadə etməklə bağlanan müqavilələrin
şərtləri mümkün qədər aydın,
dürüst və başadüşülən
olmalıdır. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 12
avqust 2020-ci il tarixli Qərarı
– “Respublika” qəzeti 25 avqust
2020-ci il, № 168)
KMQ10 Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1243 və 1306.1-ci maddələrinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və
307.2.9-cu maddələrinə əsasən, vərəsələrin
vərəsəlik şəhadətnaməsi almaması miras
qoyanın kreditorlarının öhdəliklərin
icrasının miras qalmış əmlak hesabına təmin
edilməsi ilə bağlı məhkəmədə iddia
qaldırmaq hüququnu məhdudlaşdırmır və
kreditorların bu cür tələblərinə iddia
icraatı qaydasında baxılmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı)
KMQ11 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
747.1, 747-1.3 və 747-2-ci maddələrinin tələblərinə
və Azərbaycan Respublikası Vergi Məcəlləsinin
13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə
verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin,
o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq
müqaviləsinin obyekti olması və lizinq obyektinin
sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan
hüquqi və ya fiziki şəxsə verilməsi istisna
edilmir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
747.1 və 747-2-ci maddələrinin tələblərinə,
habelə bu Qərarın təsviri-əsaslandırıcı
hissəsinin hüquqi mövqelərinə əsasən kredit
müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin
obyekti pul vəsaiti deyil, müəyyən əmlak
olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə
pərdələnməsi qeyri-mümkündür. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı – “Respublika” qəzeti 23 yanvar 2021-ci il, № 15)
KMQ12 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1159.1.1 və 1193-cü maddələrinin tələblərinə
uyğun olaraq, qanun üzrə vərəsələrdən
birinci növbə vərəsələr (vəsiyyət edənin
uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin
mövcudluğundan asılı olmayaraq məcburi pay
hüququna malik olan şəxslərdir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
667.1 və 1200-cü maddələrinin məzmununa əsasən,
qanun üzrə vərəsələrdən birinci növbə
vərəsələr (məcburi pay hüququ olan vərəsələr)
vəsiyyətnamə olmadığı təqdirdə də
məcburi paylarının tamamlanmasını tələb etmək
hüququna malikdirlər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı – “Respublika” qəzeti
5 fevral 2021-ci il, № 26)
KMQ13 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1193-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının
25-ci maddəsinin I, III, IV və V hissələrinə,
26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və
VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə
və 149-cu maddəsinin I və III hissələrinə
uyğun hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1159-cu və Azərbaycan Respublikası Ailə Məcəlləsinin
134.1-ci maddələrinə uyğun olaraq Azərbaycan
Respublikası Mülki Məcəlləsinin mirasda məcburi
pay anlayışını nəzərdə tutan 1193-cü
maddəsində “vəsiyyət edənin
uşaqlarının, valideynlərinin” müddəası
övladlığa götürülənləri və
övladlığa götürənləri də ehtiva edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 19 fevral 2021-ci il tarixli Qərarı – “Respublika” qəzeti 2 mart 2021-ci il, № 47)
KMQ14 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin
etibarsızlığı əqdin mübahisələndirilməsi
ilə bağlı iradə ifadəsinin digər tərəfə
bildirilməsi ilə şərtləndirilir. Əqdin
etibarsızlığı ilə bağlı mübahisə
yaranarsa tərəflər məhkəməyə müraciət
edə bilərlər.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd
bağlandığı andan arzu olunan hüquqi nəticəni
yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi
ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin
təsdiqi üçün məhkəmədə iddia
qaldırıla bilər.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli
olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin
mənasını başa düşmədiyi və ya onlara rəhbərlik
edə bilmədiyi vəziyyətdə fiziki şəxsin
bağladığı əqd onun özü və ya əqd bağlanması
nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri
pozulmuş digər şəxslərin iddiası əsasında
anlaqsızlığı sübuta yetirilərsə
bağlandığı andan etibarsızdır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik
müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız
varlanma halları ilə bağlı icra edilmişlərin geri
qaytarılması tələblərinə tətbiq edilir.
5. Bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks etdirilən hüquqi mövqelərə
uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və
354.1-ci maddəsində göstərilən bir illik müddət
həmin Məcəllədə belə əqdlərin
etibarsızlığının ayrı nəticələri nəzərdə
tutulmadığı hallarda tətbiq edilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
354.2-ci maddəsində müəyyən edilmiş müddətlər
iradə ifadəsinin zədələnməsi hallarında əqdi
mübahisələndirmək hüququnun həyata
keçirilməsi ilə bağlı nəzərdə
tutulmuş kəsici müddətlərdir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
337-ci maddəsinə uyğun olaraq, əqdlərlə
bağlı mübahisələrə baxılarkən tərəflərin
bu barədə tələb irəli sürməsindən
asılı olmayaraq əqdlərin etibarsızlığı
(mübahisə edilən əqdlər istisna olmaqla) aşkar
edilərsə, məhkəmələr bunu nəzərə
almalıdır. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 2
aprel 2021-ci il tarixli Qərarı
– “Respublika” qəzeti 27 may 2021-ci
il, № 108)
KMQ15 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24.1-ci maddələrinin mənasına görə, vərəsələrin
dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi
ilə bağlı mübahisələrin həlli səlahiyyəti
notariat haqqında qanunvericiliyə əsasən notariat
orqanlarının hüquqi təyinatı və
funksiyasından kənar olduğu üçün məhkəmələrə
aiddir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1321.1 və 1325-ci maddələrinin tələblərinə
uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin
verilməsi ilə bağlı qanunvericilikdə təsbit
edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə
formal yanaşmayaraq mübahisələrin yaranmasının
qarşısının alınmasına və vərəsələr
arasında qarşılıqlı razılığın əldə
edilməsinə çalışmalıdır.
Müraciət edən şəxslərin
vərəsə olması mübahisə predmeti deyildirsə,
mübahisə vərəsəlik paylarının həcmi ilə
bağlıdırsa, notariat orqanları vərəsəlik
payının nisbətini göstərmədən müvafiq sənədi
verməlidirlər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı – “Respublika” qəzeti
10 avqust 2021-ci il, № 165)
KMQ16 1. Azərbaycan Respublikası Konstitusiyasının
58-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq, hər
kəs könüllülük prinsipi əsasında,
qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə
daxil olmaq və kooperativdən çıxmaq hüququna
malikdir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki
və (və ya) hüquqi şəxslər tərəfindən
yaradılır” və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin
sayı beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi
formasına görə kooperativin yaradılmasına və fəaliyyət
göstərməsinə yönələn ümumi tələbdir.
Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti
kooperativi formasında yaradıla və ya fəaliyyətini
davam etdirə bilməz.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini
kooperativə qəbul etmək və çıxarmaq kooperativ
üzvlərinin ümumi yığıncağının
müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət
kooperativ üzvünün könüllü qaydada kooperativdən
çıxarılmasını da ehtiva edir.
4. Kooperativin yaradılması zamanı
qarşıya qoyulan məqsədə nail olunduqda, Azərbaycan
Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin
tələbinə görə, kooperativin qanunla müəyyən
olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin
müştərək cəmiyyətinə çevrilməsi
barədə qərar qəbul edilərək, hüquqi şəxslərin
dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun
olaraq zəruri tədbirlər görülməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarı – “Respublika” qəzeti 29 yanvar 2022-ci il, № 20)
KMQ17 1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə
əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin
tətbiqi nəticəsində əsas tələb üzrə
iddia müddəti keçdikdə əlavə tələblər
üzrə də iddia müddəti keçmiş hesab edilir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka
saxlayanın əşya üzərində məhdud əşya
hüququ olduğundan, əsas tələb üzrə iddia
müddətinin keçməsi ipotekanın xitamına və
ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb
olmur. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 11
fevral 2022-ci il tarixli Qərarı
– “Respublika” qəzeti 5 mart 2022-ci
il, № 50)
KMQ18 Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin
mənasına görə, tərəflərin həqiqi iradə
ifadələri nəticəsində yaranan faktiki münasibətləri
pərdələmək məqsədi ilə
görüntü üçün bağlanan əqdlər, o
cümlədən fərqli subyektlər arasında formal olaraq
bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
Yalan əqdin bağlanmasında
iştirak edən subyektlərin həqiqi iradə ifadələri
bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il
tarixli Qərarı – “Respublika” qəzeti
15 aprel 2022-ci il, № 77)
KMQ19 1. Əmək və ya mülki hüquq müqaviləsi
üzrə əmək (xidməti) vəzifələrinin icra
edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini
idarə edən şəxs tərəfindən vurulmuş zərərə
görə işəgötürən Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə
əsasən mülki hüquq məsuliyyəti
daşıyır. Zərərin vurulmasında işçinin
təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini
ödəmiş işəgötürən ona qarşı
reqres tələb hüququna malikdir.
2. Yüksək təhlükə mənbəyinin
(nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində
vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1108-ci maddəsinə əsasən yüksək təhlükə
mənbəyinə mülkiyyət hüququ ilə və ya
digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi
şəxslər daşıyırlar. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı – “Respublika” qəzeti
11 may 2022-ci il, № 97)
KMQ20 1. Mülkiyyət hüququnun
toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 312.4-cü maddəsi
tərəflər arasında ipoteka müqaviləsi
bağlanarkən ipoteka qoyanın əşya üzərində
mülkiyyət hüquqlarından imtina etməsinə dair
razılaşmanın qadağan edilməsini ehtiva edir.
2. İpoteka müqaviləsi üzrə
ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas
öhdəliyin icrasının təmin olunmasında yarana biləcək
təhlükənin qarşısının alınması
baxımından “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka
saxlayanın yazılı razılığı olmadan ipoteka
predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını
müəyyən edir.
İpoteka saxlayanın ipoteka predmetinin
özgəninkiləşdirilməsi ilə bağlı
razılığın verilməsindən imtina barədə qərarı
əsaslandırılmış olmalı və imtinanın səbəbləri
göstərilməlidir. İpoteka qoyan öz növbəsində
həmin qərarı məhkəmədə mübahisələndirə
bilər. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 1
iyul 2022-ci il tarixli Qərarı
– “Respublika” qəzeti 21 iyul 2022-ci
il, № 151)
KMQ21
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə,
yalnız qanunla müəyyən edilmiş vərəsəliyin
növbəliyinə daxil olan və miras qoyana münasibətdə
müvafiq qohumluq dərəcəsi üzrə şəxslər
vərəsə qismində çıxış edə bilər.
(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 iyul 2022-ci il tarixli qərarı – Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytı, 17 sentyabr 2022-ci il, Respublika” qəzeti, 17 sentyabr
2022-ci il, № 201)
KMQ22 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1246-cı maddəsində müəyyən edilmiş altı
aylıq müddət mirasın qəbulunun notariat
qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə
tutulmuş müddətdir. Həmin müddətin
ötürülməsindən sonra mirasın qəbulu məsələsi
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq məhkəmə qaydasında həll edilə
bilər.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti
olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin
miras əmlakdan imtinası ilə bağlı məhkəməyə
müraciət edilməsinə həmin Məcəllənin
1256-cı maddəsində nəzərdə tutulmuş imtina
müddəti şamil edilir. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarı –
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytı, 4 noyabr 2022-ci il, Respublika” qəzeti, 4 noyabr
2022-ci il, № 242)
KMQ23 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən
edilmiş müddətlər hüquqi təbiəti
baxımından iddia müddətləridir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən
təkmilləşdirilənədək, öhdəliklərdən,
o cümlədən vaxtaşırı ödəmələrdən
irəli gələn tələblərə münasibətdə
həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə
tutulmuş iddia müddətləri tətbiq edilsin. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı – Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytı, 22 fevral 2023-cü il, Respublika” qəzeti, 22 fevral
2023-cü il, № 40)
KMQ24 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar
üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin
421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə
ifadəsi ilə məhkəmədən kənar qaydada
baş verir. İradə ifadəsinin qarşı tərəfə
bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab
edilir və bu ləğvetmənin həyata keçirilməsinin
ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli
dərəcədə dəyişməsi halında həmin Məcəllənin
423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf
müqavilənin dəyişdirilməsi və ya ləğv
edilməsi tələbi ilə məhkəməyə
müraciət edə bilər. Bu müqavilənin ləğvinin
xüsusi qaydası olmaqla, məhkəmə qərarının
qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr
üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə
uyğun olaraq müqavilədən imtina etməklə ona xitam
verə bilər. Müqavilədən imtina barədə iradə
ifadəsinin qarşı tərəfə bildirilməsi ilə
müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
399.3-cü maddəsinin tələbləri baxımından
müqavilənin ləğvindən əvvəl
gecikdirilmiş annuitet (əsas məbləğ və
hesablanmış faizlər) ödənişlərə
münasibətdə yaranmış tələb müqavilənin
ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin
pozulması halında digər əsaslardan
çıxış edərək daha böyük məbləğ
tələb edə bilmirsə, gecikdirilmiş vaxt
üçün illik beş faiz məbləğində vəsaitin
ödənilməsini tələb etmək hüququna malikdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumunun 29 mart 2023-cü il tarixli qərarı – Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytı, 15 aprel 2023-cü il, Respublika” qəzeti, 15 aprel
2023-cü il, № 78)
KMQ 25 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1306-cı maddəsinə uyğun olaraq, borclunun
ölümündən sonra mirası qəbul etmiş vərəsələr
miras açıldığı gündən onlara çatan
miras payı həcmində miras qoyanın kreditorları
qarşısında birgə məsuliyyət
daşıyırlar.
2. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə
uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o
cümlədən əsas borclunun ölümü halında vərəsələr
öhdəliyi icra etmədikdə və ya lazımınca icra
etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka
predmetinə tutmanın yönəldilməsi barədə
iddia qaldıra bilər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2023-cü il tarixli qərarı – “Respublika” qəzeti, 24
may 2023-cü il, №
108)
KMQ 26 1. Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə
və 199-cu maddəsinə, Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 2.3-cü maddəsinin
tələbinə uyğun olaraq, işçinin
işəgötürənə vurduğu ziyana dair mülki
hüquqi əqdin, o cümlədən borcun etirafı
haqqında mücərrəd müqavilənin
bağlanılması istisna edilir.
2. Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 194-cü maddəsinə
əsasən, ziyan vurulduqdan sonra əmək
münasibətlərinə xitam verilməsi təqsirkar
tərəfi maddi məsuliyyətdən azad
etmədiyindən, işəgötürən həmin
Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin
2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada
ziyanın ödənilməsinə dair iddia ilə
məhkəməyə müraciət edə bilər. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17
iyul 2023-cü il
tarixli qərarı – “Respublika” qəzeti, 25 iyul 2023-cü il, № 154)
KMQ 27 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
vərəsəlik hüququ üçün xüsusi qəbul
şərtini və müddətini müəyyən edən
1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya
prinsipinə və Azərbaycan Respublikası
Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit
olunmuş vərəsəlik hüququnun təminatına və
bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə uyğun
olmadığından qüvvədən düşmüş
hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
mirasın qəbulu institutunun tələblərindən irəli
gələn hüquqi tənzimləmələrin bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks
olunmuş hüquqi mövqelər nəzərə
alınmaqla təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin
olunması baxımından bu Qərar qüvvəyə mindikdən
sonra yaranacaq vərəsəlik münasibətlərinə və
hazırda məhkəmələrin icraatında olan mübahisələr
üzrə işlərə şamil edilsin. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26
dekabr 2023-cü il
tarixli qərarı – “Respublika” qəzeti, 28 dekabr 2023-cü il, № 285)
MƏCƏLLƏYƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI