AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT
MƏCƏLLƏSİ
(Bu
Məcəllə Azərbaycan Respublikasının 1999-cu il 30
dekabr tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün
müvafiq fəslin adının üzərində sol düyməni
basın)
BÖLMƏLƏR (Fəsillər)
I.
CİNAYƏT
QANUNU (1-2)
II.
CİNAYƏT
HAQQINDA (3-8)
III.
CƏZA
HAQQINDA (9-10)
IV.
CİNAYƏT
MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
(11-13)
V.
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN
CİNAYƏT MƏSULİYYƏTİ (14)
VI.
TİBBİ XARAKTERLİ MƏCBURİ
TƏDBİRLƏR (15)
VII.
SÜLH
VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR (16-17)
VIII.
ŞƏXSİYYƏT
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (18-22)
IX.
İQTİSADİ SAHƏDƏ
CİNAYƏTLƏR (23-24)
X.
İCTİMAİ TƏHLÜKƏSİZLİK
VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
(25-30)
XI.
DÖVLƏT
HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (31-34)
XII.
HƏRBİ
XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (35)
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏSİLLƏR (Maddələr)
1. AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT
QANUNUNUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ (1-9)
2. CİNAYƏT QANUNUNUN QÜVVƏSİ (10-13)
3. CİNAYƏT ANLAYIŞI VƏ
CİNAYƏTLƏRİN TƏSNİFATI (14-18)
4. CİNAYƏT MƏSULİYYƏTİNƏ
CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR (19-23)
5. TƏQSİR (24-26)
6. BAŞA ÇATMAYAN CİNAYƏT
(27-30)
7. CİNAYƏTDƏ İŞTİRAKÇILIQ (31-35)
8. ƏMƏLİN CİNAYƏT
OLMASINI ARADAN QALDIRAN HALLAR (36-40)
9. CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ
VƏ NÖVLƏRİ
(41-57)
10. CƏZANIN TƏYİN EDİLMƏSİ (58-71)
11. CİNAYƏT MƏSULİYYƏTİNDƏN
AZAD ETMƏ (72-75)
12. CƏZADAN AZAD ETMƏ (76-80)
13. AMNİSTİYA. ƏFV ETMƏ.
MƏHKUMLUQ (81-83)
14. YETKİNLİK YAŞINA ÇATMAYANLARIN
BARƏSİNDƏ CİNAYƏT MƏSULİYYƏTİNİN
VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ (84-92)
15. TİBBİ XARAKTERLİ MƏCBURİ
TƏDBİRLƏR (93-99)
16. SÜLH VƏ İNSANLIQ
ƏLEYHİNƏ CİNAYƏTLƏR (100-113)
17. MÜHARİBƏ CİNAYƏTLƏRİ (114-119)
18. HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR (120-143)
19. ŞƏXSİYYƏTİN AZADLIĞI
VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (144-148)
20. ŞƏXSİYYƏTIN CİNSİ
TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR (149-153)
21. İNSAN VƏ VƏTƏNDAŞIN
KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR (154-169)
22. YETKİNLİK YAŞINA ÇATMAYANLAR
VƏ AİLƏ MÜNASİBƏTLƏRİ ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR (170-176)
23. MÜLKİYYƏT ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR (177-189)
24. İQTİSADI FƏALİYYƏT
SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR (190-213)
25.
İCTİMAİ
TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (214-233)
26. NARKOTİK VASİTƏLƏRİN
VƏ PSİXOTROP MADDӘLӘRİN QANUNSUZ DÖVRİYYӘSİ
İLӘ ƏLAQƏDAR CİNAYӘTLӘR (234-241)
27. İCTİMAİ MƏNƏVİYYAT
ƏLEYHİNƏ CİNAYƏTLƏR (242-246)
28. EKOLOJİ CİNAYƏTLƏR (247-261)
29. HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ
VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI
QAYDALARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (262-270)
30. KOMPÜTER İNFORMASİYASI
SAHƏSİNDƏ CİNAYƏTLƏR (271-273)
31. DÖVLƏTİN
KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (274-285)
32. ƏDALƏT MÜHAKİMƏSİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (286-307)
33. KORRUPSİYA CİNAYƏTLƏRİ
VƏ QULLUQ MƏNAFEYİ ƏLEYHİNƏ OLAN DİGƏR CİNAYƏTLƏR
(308-314)
34. İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR (315-326)
35.
HƏRBİ
XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (327-353)
1-ci fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ
CİNAYƏT QANUNUNUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
Maddə 1. Azərbaycan Respublikasının
cinayət qanunu
1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının
Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul
edilmiş normalarına və prinsiplərinə əsaslanır.
1.3. Cinayət məsuliyyətini müəyyən
edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını
nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə
daxil olunduqdan sonra tətbiq edilə bilər.
Maddə 2. Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin vəzifələri
2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
2.2. Bu vəzifələri həyata keçirmək
üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini,
şəxsiyyət, cəmiyyət və dövlət üçün
təhlükəli olduğuna görə cinayət sayılan
əməllərin dairəsini və həmin cinayətlərin
törədilməsinə görə tətbiq edilən cəzaların
növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi
xarakterli tədbirləri müəyyən edir.
Maddə 3. Cinayət məsuliyyətinin
əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Maddə 4. Cinayət Məcəlləsinin
və cinayət məsuliyyətinin prinsipləri
Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.
Maddə 5. Qanunçuluq prinsipi
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə
yol verilmir.
Maddə 6. Qanun qarşısında
bərabərlik prinsipi
6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
6.2. Bu Məcəllənin
6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə
heç kəs cinayət məsuliyyətinə cəlb edilə
və ya cəzalandırıla bilməz, yaxud cəzadan və
ya cinayət məsuliyyətindən azad edilə bilməz.[2]
Maddə 7. Təqsirə görə
məsuliyyət prinsipi
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
7.2. Şəxs təqsirsiz olaraq vurduğu
zərərə görə cinayət məsuliyyətinə cəlb
oluna bilməz.
Maddə 8. Ədalət prinsipi
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
8.2. Heç kəs eyni bir cinayətə görə
iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 9. Humanizm prinsipi
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
9.2. Cinayət törətmiş şəxsə
tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli
tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani,
yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya
bilməz.[3]
2-ci fəsil
Maddə 10. Cinayət qanununun zamana
görə qüvvəsi
10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.
10.2. İctimai təhlükəli əməlin
(hərəkət və ya hərəkətsizliyin) törədilmə
vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı
olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.
10.3. Əməlin (hərəkət və
ya hərəkətsizliyin) cinayət sayılmasını və
bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı
yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin
vəziyyətini başqa cür yaxşılaşdıran cinayət
qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun
qüvvəyə minməsindən əvvəl müvafiq əməli
(hərəkət və ya hərəkətsizliyi) törətmiş
şəxslərə, habelə cəza çəkən, yaxud
cəzasını çəkmiş, lakin məhkumluğu üstündən
götürülməmiş və ya ödənilməmiş
şəxslərə şamil edilir.
10.4. Əməlin (hərəkət və
ya hərəkətsizliyin) cinayət sayılmasını və
həmin əmələ görə cəza müəyyən
edən, cəzanı ağırlaşdıran, yaxud cinayət
törətmiş şəxsin vəziyyətini başqa cür
ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi
yoxdur.
Maddə
11. Cinayət qanununun Azərbaycan Respublikası ərazisində
törədilən cinayətlərə görə qüvvəsi
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.2. Azərbaycan Respublikasının ərazi
sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində, Azərbaycan
Respublikasının üzərindəki hava məkanında və
iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası
ərazisində törədilmiş cinayət sayılır.
11.3. Azərbaycan Respublikasının hava və
ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının
Dövlət
bayrağı və ya
tanınma nişanı altında Azərbaycan Respublikasının
hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında
hərəkət edən su və ya hava gəmisində cinayət
törətmiş şəxs bu Məcəllə əsasında
cinayət məsuliyyətinə cəlb edilir. [4]
11.4. Azərbaycan Respublikasının hərbi
donanmasına və ya hərbi hava qüvvələrinə məxsus
olan gəmidə cinayət törətmiş şəxs, həmin
gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə
əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.5. Azərbaycan Respublikası ərazisində
cinayət törətmiş xarici dövlətlərin diplomatik
nümayəndələrinin və toxunulmazlıq hüququna malik
olan digər şəxslərin cinayət məsuliyyəti haqqında
məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq
həll edilir.
Maddə
12. Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən
kənarda törədilən cinayətlərə görə
qüvvəsi
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.1-1. Azərbaycan Respublikasının vətəndaşları
və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından
kənarda törədikləri korrupsiya cinayəti və qulluq
mənafeyi əleyhinə olan digər cinayətə görə
xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə
əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.[5]
12.2. Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından
kənarda Azərbaycan Respublikasının vətəndaşlarına,
Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə)
qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş
hallarda və bu cinayətə görə xarici dövlətdə
məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilə bilərlər.
12.2-1. Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından
kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri,
beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq
məhkəmələrin vəzifəli şəxsləri və
hakimləri olan Azərbaycan Respublikası vətəndaşlarının
iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi
əleyhinə olan digər cinayət törətdikləri halda
və həmin cinayətə görə xarici dövlətdə
məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilirlər.
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hava gəmisini qaçırma, girov
götürmə, işgəncələr, dəniz quldurluğu,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi,
saxta pul və ya qiymətli kağızları hazırlama və
ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə
və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla
əlaqədar cinayətlər, habelə cəzalandırılması
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn digər
cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları,
əcnəbilər və ya vətəndaşlığı olmayan
şəxslər, cinayətlərin törədilməsi yerindən
asılı olmayaraq, bu Məcəllə əsasında cinayət
məsuliyyətinə cəlb edilir və cəzalandırılır.[6]
12.4. Sülhməramlı hərbi birləşmələrin
tərkibinə daxil olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə
mənsub hərbi hissələrin hərbi qulluqçuları
Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri
cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa,
bu Məcəllə əsasında cinayət məsuliyyətinə
cəlb edilirlər.
12.5. Bu Məcəllənin 12.1-ci maddələrində
nəzərdə tutulmuş şəxslərə Azərbaycan
Respublikasının məhkəmələri tərəfindən
təyin edilən cəza, ərazisində cinayət törədilmiş
xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın
yuxarı həddindən çox ola bilməz.[7]
Maddə 13. Cinayət törətmiş şəxslərin
verilməsi (ekstradisiya)[8]
13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.
13.2. Azərbaycan Respublikasının hüdudlarından
kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında
olan əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb
edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün
"Cinayət törətmiş şəxslərin verilməsi
(ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa,
Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə
verilə bilərlər.[9]
13.3. Azərbaycan Respublikasının hüdudlarından
kənarda cinayət törətmiş şəxslər xarici
dövlətə verilmirsə və həmin əməl (hərəkət
və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən
cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət
məsuliyyətinə cəlb edilirlər.
13.4. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
cinayət törətmiş şəxslərin verilməsinə
dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq
müqavilələr tətbiq edilir.[10]
İKİNCİ
BÖLMƏ
CİNAYƏT HAQQINDA
3-cü fəsil
CİNAYƏT ANLAYIŞI
VƏ CİNAYƏTLƏRİN TƏSNİFATI
Maddə 14. Cinayət anlayışı
14.1. Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.
14.2. Cinayət qanununda nəzərdə tutulmuş
hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin)
əlamətləri formal cəhətdən mövcud olsa da, lakin
az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli
sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə
və yaxud dövlətə zərər yetirməyən və
ya zərər yetirmək təhlükəsi yaratmayan əməl
(hərəkət və ya hərəkətsizlik) cinayət hesab
edilmir.
Maddə 15. Cinayətlərin təsnifatı
15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
15.2. Qəsdən və ya ehtiyatsızlıqdan
törədilməsinə görə bu Məcəllə ilə
azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza
nəzərdə tutulmuş əməllər, yaxud qəsdən
və ya ehtiyatsızlıqdan törədilməsinə görə
bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan
məhrum etmə cəzasının yuxarı həddi iki ildən
artıq olmayan əməllər böyük ictimai təhlükə
törətməyən cinayətlər hesab olunur.
15.3. Bu Məcəllə ilə qəsdən
və ya ehtiyatsızlıqdan törədilməsinə görə
nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının
yuxarı həddi yeddi ildən
artıq olmayan əməllər az ağır cinayətlər
hesab olunur.[11]
15.4. Bu Məcəllə ilə qəsdən
və ya ehtiyatsızlıqdan törədilməsinə görə
nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının
yuxarı həddi on iki ildən
artıq olmayan əməllər ağır cinayətlər hesab
olunur.[12]
15.5. Bu Məcəllə ilə qəsdən
törədilməsinə görə on iki ildən artıq azadlıqdan
məhrum etmə cəzası və ya daha ağır cəza
nəzərdə tutulmuş əməllər xüsusilə ağır
cinayətlər hesab olunur.[13]
Maddə 16. Cinayətlərin təkrar
törədilməsi KMQ8 KMQ15.
16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.
16.2. Bu Məcəllənin müxtəlif maddələri
ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin
törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi
hissəsində birbaşa göstərilən hallarda cinayətin
təkrar törədilməsi hesab edilir.
16.3. Əvvəllər törətdiyi
cinayətə görə məhkum olunmuş, məhkumluğu
götürülmüş və ya ödənilmiş, yaxud cinayət
məsuliyyətindən azad olunmuş şəxs tərəfindən
bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə
tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində
birbaşa göstərilən hallarda müxtəlif maddələri
ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi,
cinayətin təkrar törədilməsi hesab edilmir.[14]
Maddə 17. Cinayətlərin məcmusu
17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.
17.2. Bir hərəkətlə (hərəkətsizliklə)
bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə
tutulmuş iki və daha çox cinayətin törədilməsi
cinayətlərin ideal məcmusunu yaradır.
17.3. Şəxs bu Məcəllənin müvafiq
maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu
yaradan hər cinayətə görə cinayət məsuliyyətinə
cəlb edilir.
17.4. Bu Məcəllənin Xüsusi hissəsində
həm ümumi, həm də xüsusi normada nəzərdə
tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu
yaratmır və bu halda xüsusi norma tətbiq olunur.
Maddə 18. Cinayətlərin residivi
və onun növləri KMQ13
18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
18.2. Cinayətlərin residivi aşağıdakı
hallarda təhlükəli sayılır:
18.2.1. qəsdən cinayət törətməyə
görə əvvəllər iki dəfə azadlıqdan məhrum
etmə cəzasına məhkum olunmuş şəxs, yenidən
qəsdən cinayət törətməyə görə azadlıqdan
məhrum etmə cəzasına məhkum olunduqda;
18.2.2. qəsdən ağır cinayət törətməyə
görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına
məhkum olunmuş şəxs yenidən qəsdən ağır
cinayət törətdikdə.[15]
18.3. Cinayətlərin residivi aşağıdakı
hallarda xüsusilə təhlükəli sayılır:
18.3.1. qəsdən az ağır və ya qəsdən
ağır cinayət törətməyə görə əvvəllər
hər hansı ardıcıllıqla üç dəfədən
az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə
görə azadlıqdan məhrum etmə cəzasına məhkum
olunduqda;[16]
18.3.2. qəsdən ağır cinayət törətməyə
görə əvvəllər iki dəfə və ya xüsusilə
ağır cinayət törətməyə görə əvvəllər
bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş şəxs yenidən qəsdən ağır cinayət
törətdikdə; [17]
18.3.3. qəsdən ağır və ya xüsusilə
ağır cinayət törətməyə görə əvvəllər
azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş
şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə.
[18]
18.4. Residivin müəyyən edilməsi
zamanı aşağıdakılar nəzərə alınmır: [19]
18.4.1. böyük ictimai təhlükə
törətməyən cinayətlər; [20]
18.4.2. yetkinlik yaşına çatmayanlar
tərəfindən törədilmiş cinayətlər;
18.4.3. bu Məcəllənin 83-cü
maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş
və ya ödənilmiş məhkumluqlar;
18.4.4. azadlıqdan məhrum etmə
ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə
görə məhkumluqlar.[21]
KMQ21
18.5. Bu Məcəllə ilə nəzərdə
tutulmuş əsaslarla və hədlərdə cinayətlərin
residivinə görə daha sərt cəza tətbiq edilir.
4-cü fəsil
CİNAYƏT MƏSULİYYƏTİNƏ
CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR
Maddə 19. Cinayət məsuliyyətinin
ümumi şərtləri
Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 20. Cinayət məsuliyyətinə
cəlb etməyə imkan verən yaş həddi
20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
20.2. On dörd yaşı tamam olmuş şəxs
yalnız qəsdən adam öldürməyə, qəsdən
sağlamlığa az ağır və ya ağır zərər
vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq
hərəkətlərinə, oğurluğa, soyğunçuluğa,
quldurluğa, hədə-qorxu ilə tələb etməyə,
talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa
nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı
hallarda əmlakı qəsdən məhv etməyə və ya
zədələməyə, terrorçuluğa, adamları girov
götürməyə ağırlaşdırıcı hallarda
xuliqanlığa, odlu silahı, döyüş sursatını,
partlayıcı maddələri və qurğuları talamağa
və ya hədə-qorxu ilə tələb etməyə, narkotik
vasitələri və ya psixotrop maddələri talamağa və
ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat
vasitələrini və ya yolları yararsız vəziyyətə
salmağa görə cinayət məsuliyyətinə cəlb
edilir.
20.3. İctimai təhlükəli əməli
(hərəkət və ya hərəkətsizliyi) törətdiyi
zaman bu Məcəllənin 20.1 və 20.2-ci maddələrində
nəzərdə tutulmuş yaş həddinə çatmamış
şəxslər barəsində görülən tədbirlər
və həmin tədbirlərin tətbiqi qaydası müvafiq
qanunla müəyyən edilir. [22]
Maddə 21. Anlaqsızlıq
21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.[23]
21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli
əməl (hərəkət və ya hərəkətsizlik)
törətmiş şəxs barəsində məhkəmə
tərəfindən bu Məcəllə ilə nəzərdə
tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə
bilər.
21.3. Anlaqlı vəziyyətdə cinayət
törətmiş, lakin məhkəmə tərəfindən
hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş
və bunun nəticəsində öz əməlinin (hərəkət
və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai
təhlükəliliyini dərk etmək və ya həmin əməli
idarə etmək imkanından məhrum olmuş şəxs barəsində
məhkəmə tərəfindən bu Məcəllə ilə
nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər
tətbiq edilə bilər.
Maddə
22. Anlaqlılığı istisna etməyən psixi pozuntusu
olan şəxsin cinayət məsuliyyəti
22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.
22.2. Anlaqlılığı istisna etməyən
psixi pozuntu məhkəmə tərəfindən cəza təyin
edilərkən nəzərə alınır və bu Məcəllə
ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üçün əsas ola bilər.
Maddə 23. Sərxoş halda törədilmiş
cinayətə görə məsuliyyət
Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.
5-ci fəsil
Maddə 24. Təqsirin formaları
24.1. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır.
24.2. Ehtiyatsızlıqdan törədilmiş
əməl (hərəkət və ya hərəkətsizlik)
yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət
sayılır.
Maddə 25. Cinayətin qəsdən
törədilməsi
25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.
25.2. Şəxs öz əməlinin (hərəkət
və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu
dərk etmiş, onun ictimai təhlükəli nəticələrini
qabaqcadan görmüş və bunları arzu etmişdirsə,
bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab
olunur.
25.3. Şəxs öz əməlinin (hərəkət
və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu
dərk etmiş, onun ictimai təhlükəli nəticələrini
qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və
belə nəticələrin baş verməsinə şüurlu
surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə
törədilmiş hesab olunur.
Maddə 26. Cinayətin ehtiyatsızlıqdan
törədilməsi
26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.
26.2. Şəxs öz əməlinin (hərəkət
və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr
verə biləcəyi imkanını qabaqcadan görmüş,
lakin kifayət qədər əsas olmadan onların qarşısını
alacağını güman etmişdirsə, bu əməl (hərəkət
və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə
nəticəsində törədilmiş cinayət hesab olunur.
26.3. Şəxs öz əməlinin (hərəkət
və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr
verə biləcəyi imkanını lazımi diqqət və
ehtiyatlılıq göstərərək qabaqcadan görməli
olduğu və görə biləcəyi halda, onları görməmişdirsə,
bu əməl (hərəkət və ya hərəkətsizlik)
cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş
cinayət hesab olunur.
6-cı fəsil
Maddə 27. Başa çatmış
və başa çatmayan cinayət
27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur.
27.2. Cinayətə hazırlıq və cinayət
etməyə cəhd başa çatmayan cinayət hesab olunur.
27.3. Başa çatmayan cinayətlərə
görə cinayət məsuliyyəti bu Məcəllənin 28
və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin
başa çatmış cinayətlərə görə məsuliyyət
nəzərdə tutan müvafiq maddələrinə uyğun
olaraq müəyyən edilir.
Maddə 28. Cinayətə hazırlıq
28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.
28.2. Yalnız ağır və xüsusilə
ağır cinayətlərin törədilməsinə yönəlmiş
hazırlıq cinayət məsuliyyətinə səbəb olur.
Maddə 29. Cinayət etməyə
cəhd
Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
Maddə 30. Cinayət törətməkdən
könüllü imtina etmə
30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.
30.2. Cinayəti başa çatdırmaqdan
könüllü olaraq qəti imtina edən şəxs cinayət
məsuliyyətinə cəlb olunmur.
30.3. Cinayəti başa çatdırmaqdan
könüllü imtina edən şəxs yalnız o halda cinayət
məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə
başqa bir cinayətin tərkibi olsun.
30.4. Cinayətin təşkilatçısı
və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti
orqanlarına vaxtında məlumat verməklə və ya digər
tədbirlər görməklə icraçı tərəfindən
cinayətin başa çatdırılmasını aradan qaldırdıqları
halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi,
bilavasitə cinayət törətməyə yönəlmiş
əməllər başlananadək icraçıya qabaqcadan vəd
olunmuş köməkdən imtina etmişdirsə və ya artıq
göstərilmiş köməyin nəticələrini aradan
qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb
olunmur.
30.5. Təşkilatçı və ya təhrikçi
bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə
tutulan hərəkətləri ilə icraçı tərəfindən
cinayətin törədilməsinin qarşısını ala bilmədikdə,
məhkəmə cəza təyin edərkən onların hərəkətlərini
yüngülləşdirici hal hesab edə bilər.
7-ci fəsil
Maddə 31. İştirakçılıq
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.
Maddə 32. İştirakçılığın
növləri KMQ16
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.
32.2. Cinayəti bilavasitə törətmiş
və ya başqa şəxslərlə birlikdə onun törədilməsində
bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq),
eləcə də bu Məcəllə ilə nəzərdə
tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə
bilməyən şəxslərdən istifadə etməklə
cinayəti törətmiş şəxs icraçı sayılır.
32.3. Cinayətin törədilməsini təşkil
etmiş və ya həmin cinayətin törədilməsinə
rəhbərlik etmiş, eləcə də mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs
cinayətin təşkilatçısı sayılır.
32.4. Ələ alma, sövdələşmə,
hədə-qorxu gəlmə və ya digər üsullarla başqa
şəxsi cinayət törətməyə sövq edən şəxs
təhrikçi sayılır.
32.5. Cinayətin törədilməsinə
məsləhətləri, göstərişləri və məlumatları
ilə, cinayət törədilməsi üçün alət
və ya vasitələr vermək və ya maneələri aradan
qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət
törətmiş şəxsi, cinayət alətlərini və
ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərini və ya digər
əmlakı gizlətməyi, belə pul vəsaitlərini və
ya digər əmlakı əldə etməyi, onlara sahiblik və
ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan
vəd etmiş şəxs köməkçi sayılır.[24]
Maddə 33. Cinayətin iştirakçılarının
məsuliyyəti KMQ16
33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.
33.2. Cinayətin birgə icraçıları
birgə törətdikləri cinayətə görə, bu Məcəllənin
32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq
maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb
edilirlər.
33.3. Cinayətin təşkilatçısı,
təhrikçisi və köməkçisi törədilmiş
cinayətə görə, cinayətin törədilməsində
onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi
hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə
istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq
cinayət məsuliyyətinə cəlb edilirlər.
33.4. Bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və
həmin maddə ilə nəzərdə tutulmuş cinayətin
törədilməsində iştirak edən şəxs, həmin
cinayətə görə onun təşkilatçısı,
təhrikçisi və köməkçisi qismində məsuliyyətə
cəlb olunur.
33.5. İcraçı onun iradəsindən
asılı olmayan səbəblərdən cinayəti başa
çatdıra bilmədikdə, digər iştirakçılar
cinayətə hazırlıqda və ya cinayət etməyə
cəhddə iştirakçılığa görə cinayət
məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən
asılı olmayan səbəblərdən başqa şəxsləri
cinayətin törədilməsinə təhrik etməyə nail
olmayan şəxs də cinayətə hazırlığa görə
cinayət məsuliyyətinə cəlb edilir.
Maddə
34. Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir
qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsiKMQ16
34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.2. Qabaqcadan razılaşmaqla iki və ya
daha çox şəxsin birgə iştirakı ilə törədilən
cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədilmiş cinayət hesab olunur.
34.3. Bir və ya bir neçə cinayətin
törədilməsi üçün qabaqcadan birləşmiş
iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar
qrup tərəfindən törədilən cinayət mütəşəkkil
dəstə tərəfindən törədilmiş cinayət
hesab olunur.
34.4. Ağır və ya xüsusilə ağır
cinayətlərin törədilməsi məqsədi ilə sabit
mütəşəkkil cinayətkar qrupun yaradılması və
ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil
cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat)
hesab olunur.
34.5. Cinayətkar birliyin (cinayətkar təşkilatın)
məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar
belə birliyin (təşkilatın) üzvü (üzvləri)
tərəfindən, habelə cinayətkar birliyin (cinayətkar
təşkilatın) tapşırığı ilə həmin
birliyin üzvü (üzvləri) olmayan şəxs (şəxslər)
tərəfindən törədilən cinayət, cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş
cinayət hesab olunur.
34.6. Mütəşəkkil dəstə və
ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş
şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələri ilə nəzərdə tutulan hallarda onları
yaratmağa və rəhbərlik etməyə görə, habelə
mütəşəkkil dəstənin və ya cinayətkar birliyin
törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan
bütün cinayətlərə görə məsuliyyət daşıyır.
Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin
digər üzvləri həmin cinayətlərdə iştirakına
görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə
hazırlanmasında və ya törədilməsində iştirak
etdikləri cinayətlərə görə cinayət məsuliyyəti
daşıyırlar.
34.7. Bu Məcəllənin Xüsusi hissəsinin
maddələri ilə nəzərdə tutulmayan hallarda mütəşəkkil
dəstənin yaradılması onun törədəcəyi cinayətə
hazırlığa görə cinayət məsuliyyətinə
səbəb olur.
34.8. Bir qrup şəxs, qabaqcadan əlbir olan
bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədilən əməllər bu Məcəllə ilə
nəzərdə tutulan əsaslara və hədlərə uyğun
olaraq daha ciddi cəzalara səbəb olur.
Maddə
35. Ümumi niyyətdən kənara çıxan cinayətin
törədilməsi (icraçının ekstsessi)
35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur.
35.2. İcraçının ekstsessinə
görə cinayətin digər iştirakçıları cinayət
məsuliyyətinə cəlb edilə bilməzlər.
8-ci fəsil
ƏMƏLİN CİNAYƏT
OLMASINI ARADAN QALDIRAN HALLAR
Maddə 36. Zəruri müdafiə
36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
36.2. Peşə və ya digər xüsusi
hazırlığından və qulluq vəziyyətindən asılı
olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna
malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa
şəxslərə kömək məqsədi ilə müraciət
etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq
imkanından asılı olmayaraq bütün şəxslərə
şamil olunur.
36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik
dərəcəsinə açıq-aşkar uyğun gəlməyən
qəsdən törədilən hərəkətlər zəruri
müdafiə həddini aşmaq hesab edilir.
Maddə 37. Cinayət törətmiş
şəxs tutularkən ona zərər vurulması
37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır.
37.2. Cinayət törətmiş şəxsin
tutulması üçün tətbiq edilən vasitələrin
və üsulların törədilmiş əməlin və həmin
əməli törətmiş şəxsin ictimai təhlükəlilik
dərəcəsinə, habelə tutulmanın hallarına aşkar
surətdə uyğun gəlməməsi və zərurət
olmadan şəxsə açıq-aşkar həddən artıq
zərər vurulması şəxsin tutulması üçün
zəruri olan tədbirlərin həddini aşmaq hesab olunur. Həddi
bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət
məsuliyyətinə səbəb olur.
Maddə 38. Son zərurət
38.1. Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.
38.2. Baş vermiş təhlükənin xarakterinə
və dərəcəsinə, habelə həmin təhlükənin
aradan qaldırılması şəraitinə aşkar surətdə
uyğun olmayan zərər vurulması və vurulmuş zərərin
qarşısı alınmış zərərə bərabər
və ya ondan artıq olması son zərurət həddini aşma
sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız
qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə
səbəb olur.
Maddə 39. Əsaslı risk
39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.
39.2. Göstərilən məqsədə
risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə)
nail olmaq mümkün deyildirsə və risk edən şəxs
bu Məcəllə ilə qorunan obyektlərə zərər
dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri
görmüşdürsə, risk əsaslı hesab edilir.
39.3. Bilə-bilə insanların həyatı
üçün təhlükə ilə, ekoloji və ya digər
fəlakət təhlükəsi ilə müşayiət olunan
risk əsaslı hesab edilmir.
Maddə 40. Əmrin və ya sərəncamın
yerinə yetirilməsi
40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət məsuliyyəti daşıyır.
40.2. Bilə-bilə qanunsuz əmri və ya
sərəncamı yerinə yetirməklə qəsdən cinayət
törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə
cəlb olunur.
40.3. Qanunsuz əmr və ya sərəncamın
yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb
olmur.
ÜÇÜNCÜ
BÖLMƏ
CƏZA HAQQINDA
9-cu fəsil
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ
VƏ NÖVLƏRİ
Maddə 41. Cəzanın anlayışı
və məqsədi
41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
41.2. Cəza sosial ədalətin bərpası,
məhkumun islah edilməsi və həm məhkumlar, həm də
başqa şəxslər tərəfindən yeni cinayətlərin
törədilməsinin qarşısını almaq məqsədi
ilə tətbiq edilir.
Maddə 42. Cəzanın növləri
42.0. Cəzanın növləri aşağıdakılardır:
42.0.1. cərimə;
42.0.2. nəqliyyat vasitəsini idarəetmə
hüququndan məhrum etmə;
42.0.3. müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə;
42.0.4. ictimai işlər;
42.0.5. xüsusi və ya hərbi rütbədən,
fəxri addan və dövlət təltifindən məhrum etmə;
42.0.6. islah işləri;
42.0.7. hərbi xidmət üzrə məhdudlaşdırma;
42.0.8. əmlak müsadirəsi;[25]
42.0.9. Azərbaycan Respublikasının hüdudlarından
kənara məcburi çıxarma;
42.0.9-1. azadlığın məhdudlaşdırılması;[26]
42.0.10. azadlığın məhdudlaşdırılması;[27]
42.0.11. intizam xarakterli hərbi hissədə
saxlama;
42.0.12. müəyyən müddətə
azadlıqdan məhrum etmə;
42.0.13. ömürlük azadlıqdan məhrum
etmə.
Maddə 43. Əsas və əlavə
cəzalar
43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir.[28]
43.2. Cərimə, müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə cəza növləri həm
əsas, həm də əlavə cəza kimi tətbiq edilir.
43.3. xüsusi və ya hərbi rütbədən,
fəxri addan yaxud dövlət təltifindən məhrum etmə,
nəqliyyət vasitələrini idarə etmə hüququndan
məhrum etmə , əmlak müsadirəsi və Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi çıxarma
cəza növləri yalnız əlavə cəza kimi tətbiq
edilir.[29]
Maddə 44. Cərimə
44.1. Cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.
44.2. Cərimə törədilmiş cinayətin
ağırlığı və məhkumun əmlak vəziyyəti
nəzərə alınmaqla iyirmi
min manatadək miqdarda və ya cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən
on mislinədək miqdarda, habelə
cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda
müəyyən olunur.[30]
44.3. Cərimə əlavə cəza kimi məhkəmələr
tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş hallarda
təyin edilə bilər.
44.4. Cəriməni ödəməkdən
qəsdən boyun qaçıran şəxslərə bu cəza
növü ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması
və ya müəyyən müddətə azadlıqdan məhrum
etmə ilə əvəz oluna bilər. [31]
Maddə 45. Nəqliyyat vasitəsini
idarəetmə hüququndan məhrum etmə
45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.
45.2. Nəqliyyat vasitəsini idarəetmə
hüququndan məhrum etmə cəza növünün intizam xarakterli
hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə
cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə
cəza əsas cəzanın çəkildiyi bütün müddətə
və bundan əlavə, hökmdə bu cəza növü üçün
müəyyən edilmiş müddətə şamil olunur. Bu
cəza növünün digər əsas cəzalara əlavə
olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə
zamanı əlavə cəzanın müddəti hökmün
qanuni qüvvəyə mindiyi andan hesablanır.[32]
Maddə
46. Müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə
46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.
46.2. Törədilmiş cinayətin xarakterini
və ictimai təhlükəliliyini, təqsirkar şəxsin
şəxsiyyətini nəzərə alaraq, məhkəmə
onun müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını
qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi
ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə cəza növünü əlavə
cəza kimi təyin edə bilər.
46.3. Müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə cəza növünün intizam
xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum
etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda,
əlavə cəza əsas cəzanın çəkildiyi bütün
müddətə və bundan əlavə, hökmdə bu cəza
növü üçün müəyyən edilmiş müddətə
şamil olunur. Bu cəza növünün cərimə və
digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda,
habelə şərti məhkum etmə zamanı əlavə cəzanın
müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.[33]
Maddə 47. İctimai işlər
47.1. İctimai işlər məhkumun əsas
işindən və ya təhsilindən asudə vaxtlarında haqqı
ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı
işlər yerinə yetirməsindən ibarətdir. Belə
işlərin növləri müvafiq icra hakimiyyəti
orqanı
tərəfindən müəyyən edilir. [34]
47.2. İctimai işlər iki yüz qırx
saatdan dörd yüz səksən saatadək müddətə
müəyyən edilir və gün ərzində dörd saatdan
çox ola bilməz.[35]
47.2-1. Məhkəmə tərəfindən
ictimai işlər növündə cəzaya məhkum edilmiş
şəxslərin üzərinə ictimai işlərin yerinə
yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək
və həmin vasitənin işlək vəziyyətdə saxlanılması
üçün ona xidmət etmək vəzifəsi qoyulur.[36]
47.3. Bu cəzaya məhkum olunmuş şəxs
həmin işləri yerinə yetirməkdən qərəzli
boyun qaçırdıqda, məhkəmə ictimai işlərin
çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və
ya müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun ictimai işləri
yerinə yetirdiyi müddət nəzərə alınır və
çəkilməmiş dörd saat ictimai işə bir gün
azadlığın məhdudlaşdırılması və ya
səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum
etmə hesabı ilə hesablanır. [37]
47.4. İctimai işlər aşağıdakı
şəxslərə tətbiq oluna bilməz:
47.4.1. orqanizmin
funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş və ya 18 yaşınadək əlilliyi
müəyyən edilmiş şəxslərə;[38]
47.4.2 hamilə qadınlara;
47.4.3 himayəsində üç yaşınadək uşağı olan qadınlara, habelə üç yaşınadək
uşağı təkbaşına böyüdən kişilərə; [39]
47.4.4 pensiya yaşına çatmış
qadın və kişilərə;
47.4.5. hərbi qulluqçulara.[40]
Maddə 48. Xüsusi və ya hərbi
rütbədən, fəxri addan və dövlət təltifindən
məhrum etmə
48.0. Ağır və ya xüsusilə ağır
cinayət törətmiş şəxsin məhkum olunması
zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin
xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini
və işin digər hallarını nəzərə alaraq onun
xüsusi və ya hərbi rütbədən, fəxri addan və
dövlət təltifindən məhrum edilməsinin zəruriliyi
nəticəsinə gəldikdə aşağıdakı qərarlardan
birini qəbul edir: [41]
48.0.1. müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi
rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən
məhrum edilməsi məsələsinə baxılması üçün
bu barədə həmin orqana təqdimat göndərilməsi
haqqında qərar;
48.0.2. digər dövlət orqanı
tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən,
yaxud təltifdən məhrum edilməsi haqqında qərar.
Maddə 49. İslah işləri
49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir.
49.2. İslah işlərinə məhkum olmuş
şəxsin qazancından dövlət nəfinə beş faizdən
iyirmi faizədək məbləğdə pul tutulur.
49.3. İslah işlərinə məhkum olunmuş
şəxs həmin cəzanı çəkməkdən qərəzli
boyun qaçırdıqda, məhkəmə islah işlərinin
çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və
ya müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza ilə əvəz edə bilər.
Bu zaman məhkumun islah işlərini
yerinə yetirdiyi müddət nəzərə alınır və
çəkilməmiş iki gün islah işlərinə bir
gün azadlığın məhdudlaşdırılması və
ya dörd
gün islah işlərinə bir gün azadlıqdan məhrum
etmə hesabı ilə hesablanır.[42]
49.4. İslah işləri orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslərə
və hərbi qulluqçulara təyin edilmir.[43]
Maddə 50. Hərbi xidmət üzrə
məhdudlaşdırma
50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma
kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən
və hərbi xidmət əleyhinə cinayət törətməyə
görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında
hərbi xidmət keçən və başqa cinayət törətməyə
görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək
müddətə tətbiq edilir. [44]
50.2. Hərbi xidmət üzrə məhdudlaşdırma
cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət
nəfinə beş faizdən iyirmi faizədək məbləğdə
pul tutulur. [45]
50.3. Hərbi xidmət üzrə məhdudlaşdırma
cəzasına məhkum olunmuş şəxs cəzasını
çəkdiyi müddətdə vəzifəsində və ya
rütbəsində yüksələ bilməz, cəzanın
müddəti isə növbəti hərbi rütbənin verilməsi
üçün xidmət illərinə hesablana bilməz.
50.4. Hərbi xidmət üzrə
məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə
olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantlarına tətbiq olunmur.[46]
Maddə 51. Əmlak müsadirəsi[47]
51.1. Əmlak müsadirəsi məhkumun cinayət
törədərkən istifadə etdiyi alət və vasitələrin, cinayətin
predmetlərinin,
habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi
qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından
ibarətdir.[48]
51.2. Əmlak müsadirəsi yalnız bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə
tutulmuş hallarda təyin olunur.
51.3. Cinayət yolu ilə əldə
edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi,
özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən
dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın
dəyəri məbləğində məhkuma məxsus olan pul
və ya digər əmlak müsadirə edilir.
Maddə 52. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
52.1. Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma cəzası
bir ildən artıq müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslərə təyin edilir və onlar əsas cəza
növünü çəkdikdən sonra icra edilir. Bir ildən
artıq olmayan müddətə azadlıqdan məhrum etmə
cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı
olmayan cəzaya məhkum edilən əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslərə
bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş
hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma cəzası
təyin edilə bilər.[49]
52.1-1. Barəsində Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi çıxarma
cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına
gəlmək hüququ onun məhkumluğu ödənilənədək
və ya götürülənədək məhdudlaşdırılır. [50]
52.2. Azərbaycan Respublikasının hüdudlarından
kənara məcburi çıxarma cəza növü aşağıdakı
şəxslərə şamil edilmir:
52.2.1. barəsində ittiham hökmü qanuni
qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının
ərazisində daimi yaşayan şəxslərə;
52.2.2. barəsində ittiham hökmü qanuni
qüvvəyə minənədək Azərbaycan Respublikasının
vətəndaşı ilə nikahda olan şəxslərə;
52.2.3. Azərbaycan Respublikasında doğulmuş
şəxslərə;
52.2.4. valideynlərindən biri Azərbaycan
Respublikasının vətəndaşı olan şəxslərə;
52.2.5. qaçqın statusuna malik olan və
ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq
verilmiş şəxslərə;
52.2.6. himayəsində
Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik
yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti
olmayan və ya orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxs olan şəxslərə;[51]
52.2.7. məcburi çıxarıldığı
zaman gedəcəyi ölkədə işgəncəyə və
ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar
olduğu ehtimal edilən və ya məcburi çıxarılması
milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə
zidd olan şəxslərə. [52]
52.3. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə
bu Məcəllənin 52.1-52.2-ci maddələri arasında ziddiyyət yaranarsa
beynəlxalq müqavilələr tətbiq edilir. [53]
Maddə 52-1. Azadlığın məhdudlaşdırılması[54]
52-1.1. Azadlığın məhdudlaşdırılması
cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan
yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından
ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması
cəzası təyin edilmiş məhkumun yaşayış yerini
(tamamilə və ya günün müəyyən vaxtlarında)
və müəyyən ərazi hüdudlarını tərk etməsinə
məhdudiyyət qoyur.
52-1.2. Azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilmiş şəxs aşağıdakı
vəzifələri yerinə yetirməlidir:
52-1.2.1. yaşayış yerini tamamilə
və ya günün müəyyən vaxtlarında tərk etməmək;
52-1.2.2. elektron nəzarət vasitəsini
gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət etmək;
52-1.2.3. məhkəmənin müəyyən
etdiyi ərazi hüdudlarını tərk etməmək;
52-1.2.4. müvafiq məhkəmə qərarı
olmadan yaşayış yerini dəyişdirməmək, habelə
cəzanın icrasına nəzarət edən orqanı iş
və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən
məlumatlandırmaq.
52-1.3. Məhkəmə məhkum üçün
aşağıdakı əlavə vəzifələr müəyyən
edə bilər:
52-1.3.1. kütləvi və digər tədbirlər
təşkil etməmək və ya belə tədbirlərdə
iştirak etməmək;
52-1.3.2. məhkəmənin müəyyən
etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə
getməmək;
52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan
və ya zöhrəvi xəstəliklərdən müalicə
kursu keçmək;
52-1.3.4. məhkumun islah olunmasına kömək
edən digər vəzifələr.
52-1.4. Azadlığın məhdudlaşdırılması
altı aydan beş ilədək müddətə təyin edilir.
52-1.5. Məhkəmənin müəyyən
etdiyi vəzifələri mütəmadi və ya qərəzli
olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun
cəzasının çəkilməmiş hissəsi cəzanın
icrasına nəzarət edən orqanın təqdimatı əsasında
məhkəmə tərəfindən müəyyən müddətə
azadlıqdan məhrum etmə növündə cəza ilə
əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması
bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.
52-1.6. Azadlığın məhdudlaşdırılması
hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə, habelə Azərbaycan Respublikası
ərazisində daimi yaşayış yeri olmayan şəxslərə
təyin edilmir.
Maddə 53. Azadlığın
məhdudlaşdırılması
53.1. Azadlığın məhdudlaşdırılması
ittiham hökmü çıxarılanadək on səkkiz yaşı
tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan,
lakin nəzarət altında xüsusi müəssisələrdə
saxlanılmasından ibarətdir.
53.2. Azadlığın məhdudlaşdırılması:
53.2.1. məhkumluğu olmayan və qəsdən
cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən
üç ilədək müddətə;
53.2.2. ehtiyatsızlıqdan cinayət törətməyə
görə məhkum edilən
şəxslərə — bir ildən beş ilədək müddətə
təyin edilir.
53.3. İctimai işlər və ya islah işləri
azadlığın məhdudlaşdırılması ilə əvəz
edildikdə bu cəza növü bir ildən az müddətə
də təyin edilə bilər.
53.4. Azadlığın məhdudlaşdırılmasına
məhkum edilmiş şəxs cəzanın icrasından qərəzli
boyun qaçırdıqda, azadlığın məhdudlaşdırılması
onun təyin edildiyi müddətə azadlıqdan məhrum etmə
cəzası ilə əvəz olunur. Azadlığın məhdudlaşdırılması
cəzası azadlıqdan məhrum etmə cəzası ilə
əvəz edildikdə, azadlığın məhdudlaşdırılması
cəzasının müddəti azadlıqdan məhrum etmə
cəzasının müddətinə günə gün hesabı
ilə hesablanır.
53.5. Azadlığın məhdudlaşdırılması
birinci və ikinci qrup əlillərə, hamilə qadınlara
və ya səkkiz yaşınadək uşağı olan qadınlara,
səkkiz yaşına çatmamış uşağını
təkbaşına böyüdən kişilərə, qocalığa
görə pensiya yaşına çatmış qadın və
kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə
olan hərbi qulluqçulara təyin edilmir.[55]
Maddə 54. İntizam xarakterli
hərbi hissədə saxlama
54.1. Hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir.
54.2. Azadlıqdan məhrum etmə cəzası
intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə
əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının
müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasının
müddətinə günə gün hesabı ilə hesablanır.
Maddə 55. Müəyyən müddətə
azadlıqdan məhrum etmə
55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. [56]
55.2. Müəyyən müddətə azadlıqdan
məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə
müəyyən edilir. [57]
55.3. İctimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması
azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə,
azadlıqdan məhrum etmə üç aydan az müddətə
də təyin oluna bilər.[58]
55.4. Cinayətlərin məcmusu üzrə
cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin
qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan
məhrum etmənin yuxarı həddi iyirmi ildən, hökmlərin məcmusu
üzrə isə iyirmi beş ildən artıq ola bilməz. [59]
Maddə
56. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş
şəxslər üçün cəzaçəkmə müəssisəsinin
növünün müəyyən edilməsi
56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir:
56.1.1. ehtiyatsızlıqdan törədilmiş
cinayətlərə görə beş ildən artıq olmayan
müddətə azadlıqdan məhrum etməyə məhkum
olunmuş şəxslər üçün —məntəqə
tipli cəzaçəkmə müəssisələrində;
56.1.2. qəsdən törədilmiş böyük
ictimai təhlükə törətməyən, az ağır
və ağır cinayətlərə görə ilk dəfə
azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər
üçün, habelə ehtiyatsızlıqdan törədilmiş
cinayətlərə görə beş ildən artıq müddətə
azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər
üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;
56.1.3. xüsusilə ağır cinayətlər
törətməyə görə ilk dəfə azadlıqdan
məhrum etməyə məhkum olunmuş şəxslər üçün,
habelə cinayətlərin residivi zamanı, əgər məhkum
əvvəllər azadlıqdan məhrum etmə növündə
cəza çəkmişsə və cinayətlərin xüsusi
təhlükəli residivi zamanı qadınlar üçün
— ciddi rejimli cəzaçəkmə müəssisələrində;
[60]
56.1.4. cinayətlərin xüsusi təhlükəli
residivi zamanı və ya ömürlük azadlıqdan məhrum
etmə cəza növü müəyyən müddətə
azadlıqdan məhrum etmə cəza növü ilə əvəz
edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində;
56.1.5. ömürlük azadlıqdan məhrum
edilmiş şəxslər üçün — həbsxanalarda.
56.2. Xüsusilə ağır cinayətləri
törətməyə görə beş ildən artıq müddətə
azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər
üçün, habelə cinayətlərin xüsusi təhlükəli
residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi
müəyyən edilə bilər.
56.3. Cəzaçəkmə müəssisəsinin
növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə
uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən
edilir.
56.4. Cəzaçəkmə müəssisəsinin
növü yalnız aşağıdakı hallarda dəyişdirilə
bilər:
56.4.1. cinayətə görə təyin edilmiş
cəza daha yüngül və ya daha ağır cəza ilə
əvəz edildikdə;
56.4.2. qanunvericiliklə müəyyən edilmiş
qaydada məhkəmə hökmünün icrası zamanı.
Maddə 57. Ömürlük azadlıqdan
məhrum etmə
57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.[61]
57.2. Ömürlük azadlıqdan məhrum
etmə qadınlara, cinayət törədərkən on səkkiz
yaşı tamam olmamış şəxslərə, habelə
hökm çıxarılanadək altmış beş yaşına
çatmış kişilərə təyin edilmir.
57.3. Məhkəmə, ömürlük azadlıqdan
məhrum etmə növündə cəza çəkən məhkumun
azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini
həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı
çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini
nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə
daha lüzum olmadığı qənaətinə gələrsə,
ömürlük azadlıqdan məhrum etmə cəza növünü
müəyyən müddətə azadlıqdan məhrum etmə
ilə əvəz edə və ya onu bu cəzadan şərti
olaraq vaxtından əvvəl azad edə bilər.
57.4. Bu Məcəllənin 57.3-cü maddəsində
nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan
məhrum etmə cəza növü on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə əvəz
edilə bilər. [62]
10-cu fəsil
Maddə 58. Cəzanın təyin
edilməsinin ümumi əsasları
58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. [63]
58.2. Törədilmiş cinayətə görə
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız
həmin Məcəllənin 66 və 67-ci maddələrinə
uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin
məcmusu üzrə təyin edilə bilər. Törədilmiş
cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan
daha yüngül cəzanın təyin olunması əsasları
həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən
edilir.
58.3. Cəza təyin edilərkən törədilmiş
cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi,
təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı
yüngülləşdirən və ağırlaşdıran
hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə
təsiri nəzərə alınır.
Maddə 59. Cəzanı yüngülləşdirən
hallar
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:
59.1.1. hadisələrin təsadüfi axarı
zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayətin törədilməsi;
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan
şəxs tərəfindən törədilməsi;
59.1.3. cinayətin hamilə qadın tərəfindən
törədilməsi;
59.1.4. cinayət törətmiş şəxsin
himayəsində azyaşlı uşağın olması;
59.1.5. cinayətin ağır həyat şəraiti
nəticəsində və ya mərhəmətlilik niyyəti
ilə törədilməsi;
59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət
təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən
asılılıq nəticəsində törədilməsi;
59.1.7. cinayətin zəruri müdafiənin,
ictimai təhlükəli əməl törətmiş şəxsin
tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin
və ya sərəncamın icra edilməsinin qanunla müəyyən
edilmiş şərtlərini pozmaqla törədilməsi;
59.1.8. cinayətin zərərçəkmiş
şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin
təsiri altında və ya bu hərəkətlər nəticəsində
qəflətən baş vermiş güclü ruhi həyəcan
(affekt) vəziyyətində törədilməsi;
59.1.9. cinayətin anlaqlılığı
istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən
törədilməsi; [64]
59.1.10. şəxsin könüllü
gəlib təqsirini boynuna alması, cinayətin açılmasına,
onun digər iştirakçılarının ifşa edilməsinə,
cinayət nəticəsində əldə edilmiş əmlakın
axtarışına və tapılmasına fəal kömək
etməsi;
59.1.11. cinayətin törədilməsindən
bilavasitə sonra zərərçəkmiş şəxsə
tibbi və ya digər yardım göstərilməklə onun həyat
və sağlamlığına dəyə biləcək zərərin
azaldılması; [65]
59.1.12. zərərçəkmiş şəxslə
və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq
əldə edilməsi;
59.1.13. cinayət nəticəsində dəymiş
ziyanın könüllü olaraq tamamilə ödənilməsi
və ya aradan qaldırılması;
59.1.14. cinayət nəticəsində
dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın
azaldılması ilə nəticələnmiş digər hərəkətlərin
edilməsi.
59.2. Cəza təyin edilərkən bu Məcəllənin
59.1.1—59.1.14-cü maddələrində
göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən
hal qismində nəzərə alına bilər. [66]
59.3. Bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsində cinayət tərkibinin əlaməti
kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən
hal, cəza təyin edilərkən təkrar nəzərə
alına bilməz.
Maddə 60. Cəzanı yüngülləşdirən hallar olduqda
cəzanın təyin edilməsi
60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı
birində nəzərdə tutulmuş bütün hallar mövcud
olduqda və əgər cəzanı ağırlaşdıran
hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya
həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün
son həddinin dörddə üçündən
artıq ola bilməz. [67]
60.2. Bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük
azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda,
bu Məcəllənin 60.1-ci maddəsində müəyyən
edilmiş qayda tətbiq edilmir. [68]
Maddə 61. Cəzanı ağırlaşdıran
hallar
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:
61.1.1. cinayətlərin təkrar törədilməsi,
cinayətlərin residivi;
61.1.2. cinayətin ağır nəticələrə
səbəb olması;
61.1.3. cinayətin qabaqcadan əlbir olmuş
bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi;
61.1.4. cinayətin törədilməsində
xüsusilə fəal iştirak etmə;
61.1.5. psixi pozuntulardan əziyyət çəkən
və ya sərxoş vəziyyətdə olan şəxslərin,
habelə cinayət məsuliyyətinə cəlb etməyə
imkan verən yaş həddinə çatmayan şəxslərin
cinayət törətməyə cəlb olunması;
61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik,
dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə
görə qisas almaq zəminində, tamah məqsədi ilə
və ya sair alçaq niyyətlərlə, habelə başqa
cinayəti ört-basdır etmək və ya onun törədilməsini
asanlaşdırmaq məqsədi ilə törədilməsi;
61.1.7. cinayətin təqsirkar üçün aşkar surətdə hamilə
vəziyyətində olan qadın, habelə azyaşlı, qoca
və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə
olan şəxsə qarşı törədilməsi; [69]
61.1.8. cinayətin öz qulluq və ya ictimai
borcunu yerinə yetirən şəxsə və ya onun yaxın
qohumlarına qarşı törədilməsi;
61.1.9. cinayətin zərərçəkmiş
şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən
əzab və ya işgəncə verməklə törədilməsi;
61.1.10. cinayətin odlu silahdan, partlayıcı
vasitələrdən və ya digər ümumi təhlükəli
üsullardan və texniki vasitələrdən istifadə etməklə
törədilməsi;
61.1.11. cinayətin fövqəladə və ya hərbi
vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində,
habelə kütləvi iğtişaşlar zamanı törədilməsi;[70]
61.1.12. cinayətin hakimiyyət nümayəndəsinin
xüsusi geyimlərindən və ya sənədlərindən
istifadə etməklə törədilməsi;
61.1.13. cinayətin qulluq mövqeyinə və
ya müqaviləyə əsasən təqsirkara göstərilən
etimaddan istifadə etməklə törədilməsi.
61.2. Cəza təyin edilərkən bu Məcəllənin
61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş
hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə
alına bilməz.
61.3. Bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsində cinayət tərkibinin əlaməti
kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran
hal, cəza təyin edilərkən təkrar nəzərə
alına bilməz.
Maddə
62. Cinayətə görə müəyyən edilmiş cəzadan
daha yüngül cəza təyin edilməsi
62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
62.2. Cəzanı yüngülləşdirən
həm ayrı-ayrı hallar, həm də bu cür halların
məcmusu müstəsna hal hesab edilə bilər.
Maddə 63. Başa çatmayan
cinayətə görə cəza təyin edilməsi
63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.
63.2. Cinayətə hazırlığa görə
cəzanın müddəti və ya həcmi bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış
cinayətə görə müəyyən edilmiş daha ciddi
cəza növünün yuxarı həddinin yarısından
çox ola bilməz.
63.3. Cinayət etməyə cəhdə görə
cəzanın müddəti və ya həcmi bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış
cinayətə görə müəyyən edilmiş daha ciddi
cəza növünün yuxarı həddinin dörddə üçündən
çox ola bilməz.
63.4. Cinayətə hazırlığa və
ya cinayət etməyə cəhdə görə ömürlük
azadlıqdan məhrum etmə növündə cəza təyin
edilmir.
Maddə 64. İştirakçılıqla
törədilmiş cinayətə görə cəza təyin
edilməsi
64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.
64.2. Cəzanı yüngülləşdirən
və ya ağırlaşdıran hallar iştirakçılardan
birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin
şəxsə münasibətdə nəzərə alınır.
Maddə 65. Residivə görə
cəzanın təyin edilməsi
65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
65.2. Residivə görə cəzanın müddəti
törədilmiş cinayətə görə bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən
edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli
residivə görə üçdə ikisindən, xüsusi təhlükəli
residivə görə isə dörddə üçündən
az ola bilməz.[71]
65.3. Cinayət törətmiş şəxsin
məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində
tövsifedici əlamət kimi göstərildikdə, habelə
bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş
müstəsna hallar olduqda, residivə, təhlükəli residivə
və ya xüsusi təhlükəli residivə görə cəza,
bu Məcəllənin 65.2-ci maddəsində müəyyən
edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.
Maddə 66. Cinayətlərin məcmusu
üzrə cəzanın təyin edilməsi
66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayətlər
daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə
etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə
və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.
Bu halda az ciddi cəzanı daha ciddi
cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş
qəti cəzanın müddəti və ya həcmi məcmuya
daxil olan cinayətlərə görə ayrı-ayrılıqda
təyin edilmiş cəzaların daha ağırından çox
ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması
yolu ilə təyin edilmiş qəti cəzanın müddəti
və ya həcmi azadlıqdan məhrum etmə növündə
cəzaya münasibətdə böyük ictimai təhlükə
törətməyən cinayətlərə görə üç
ildən, az ağır cinayətlərə görə on iki ildən,
digər cəzalara münasibətdə isə bu Məcəllənin
Ümumi hissəsində müvafiq cəza növü üçün
müəyyən edilmiş yuxarı həddən artıq ola
bilməz. [72]
66.3. Cinayətlərin məcmusuna az ağır,
ağır və ya xüsusilə ağır cinayətlərdən
hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları
tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza
təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə
qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin
məcmusuna daxil olan cinayətlərdən birinə görə
ömürlük azadlıqdan məhrum etmə növündə
cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum
etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı
daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti
cəza təyin edilir.[73]
66.4. Cinayətlərin məcmusu üzrə
təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddələrində həmin cinayətlərə
görə müəyyən edilmiş əlavə cəza növləri
birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq
yolu ilə təyin edilən qəti əlavə cəzanın
müddəti və ya həcmi həmin cəza növü üçün
bu Məcəllənin Ümumi hissəsində müəyyən
edilmiş yuxarı həddən çox ola bilməz.
66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan
sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan
əvvəl törədilmiş başqa cinayətdə də
təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə
cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən
cəza qəti cəza müddətinə hesablanır. KMQ18
Maddə 67. Hökmlərin məcmusu
üzrə cəzanın təyin edilməsi KMQ18
67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
67.2. Hökmlərin məcmusu üzrə təyin
edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar
olmayan qəti cəzanın müddəti və ya həcmi, bu
Məcəllənin Ümumi hissəsində həmin cəza növü
üçün müəyyən edilmiş yuxarı həddən
artıq ola bilməz.
67.3. Hökmlərin məcmusu üzrə təyin
edilmiş azadlıqdan məhrum etmə növündə qəti
cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. [74]
67.4. Hökmlərin məcmusu üzrə qəti
cəza həm yeni törədilmiş cinayətə görə
təyin edilmiş cəzadan, həm də məhkəmənin
əvvəlki hökmü ilə təyin edilmiş cəzanın
çəkilməmiş hissəsindən çox olmalıdır.
67.5. Hökmlərin məcmusu üzrə cəza
təyin edilərkən əlavə cəzaların birləşdirilməsi
bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
67.6. Ömürlük azadlıqdan məhrum
etmə növündə cəza çəkən şəxs
yeni cinayət törətdikdə, yeni təyin edilən cəza
ömürlük azadlıqdan məhrum etmə cəzası ilə
əhatə olunur.
Maddə 68. Cəzaların toplanması
zamanı müddətlərin müəyyən edilməsi qaydası
68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə:
68.1.1. intizam xarakterli hərbi hissədə
saxlamanın bir günü;
68.1.1-1. azadlığın məhdudlaşdırılmasının
iki günü;[75]
68.1.2. azadlığının məhdudlaşdırılmasının
iki günü; [76]
68.1.3. islah işlərinin və ya hərbi
xidmət üzrə məhdudlaşdırmanın dörd günü;[77]
68.1.4. ictimai işlərin səkkiz saatı
bərabər tutulur.
68.2. Müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə
etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi
rütbədən, fəxri addan və dövlət təltifindən
məhrum etmə və ya cərimə növlərində cəza
ictimai işlər, islah işləri,
intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət
üzrə məhdudlaşdırma,
azadlığın məhdudlaşdırılması və
ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil
icra olunur.[78]
68.3. Cinayətlərin məcmusu və hökmlərin
məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən
azadlığın məhdudlaşdırılmasının bir
gününə:
68.3.1. islah işlərinin iki günü;
68.3.2. ictimai işlərin dörd saatı
bərabər tutulur.
68.4. Cinayətlərin məcmusu
və hökmlərin məcmusu üzrə cəzalar qismən
və ya tamamilə toplanılarkən islah işlərinin bir gününə
ictimai işlərin iki saatı bərabər tutulur.[79]
Maddə 69. Cəza müddətlərinin
hesablanması və cəzanın hesaba alınması
69.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır.[80]
69.2. Bu Məcəllənin 69.1-ci maddəsində
nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi
və ya toplanması, habelə cəzanın hesaba alınması
zamanı müddətlər günlərlə hesablana bilər.
69.3. Hökm qanuni qüvvəyə minənədək
həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə
müddətinə, intizam xarakterli hərbi hissədə saxlama
növündə cəzanın müddətinə bir günə
bir gün, azadlığın məhdudlaşdırılması
növündə cəzanın müddətinə bir günə
iki gün, islah işləri və hərbi xidmət üzrə
məhdudlaşdırma növündə cəzanın müddətinə
bir günə dörd gün,
ictimai işlər növündə cəzanın müddətinə
isə bir günə səkkiz saat hesabı ilə hesablanır.[81]
69.4. Həbsdə
saxlanılan şəxsə cərimə və ya müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə növündə
əsas cəza təyin edilərkən məhkəmə həbsdə
saxlama müddətini nəzərə alaraq, təyin edilmiş
cəzanı yüngülləşdirir və ya şəxsi bu
cəzadan tamamilə azad edir.[82]
Maddə 70. Şərti məhkum
etmə
70.1. İslah işləri, hərbi xidmət
üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə
saxlama, azadlığın məhdudlaşdırılması
və ya müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza təyin edən məhkəmə,
məhkumun cəza çəkmədən islah olunmasını
mümkün sayırsa, həmin cəzanın şərti olaraq
tətbiq edilməsi haqqında qərar çıxara bilər.[83]
70.2. Məhkəmə şərti məhkum
etmə təyin edərkən törədilmiş cinayətin
xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun
şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən
və ağırlaşdıran halları nəzərə alır.
70.3. Şərti məhkum etmə təyin
edilərkən məhkəmə tərəfindən sınaq
müddəti müəyyən olunur. Bu müddət ərzində
məhkum öz davranışı ilə islah olunmasını
sübut etməlidir. Sınaq müddəti altı aydan beş
ilədək müddətə müəyyən edilir.
70.4. Şərti məhkum etmə zamanı
əlavə cəzalar təyin edilə bilər.
70.5. Məhkəmə şərti məhkum
etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı
vəzifələri qoya bilər: onun davranışı üzərində
nəzarəti həyata keçirən orqanlara məlumat vermədən
daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək,
müəyyən yerlərə getməmək, alkoqolizmdən,
narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən
müalicə kursu keçmək, ailəsinə maddi yardım
göstərmək, elektron nəzarət
vasitəsini gəzdirmək və həmin vasitənin işlək
vəziyyətdə saxlanılması üçün ona xidmət
etmək. Məhkəmə, məhkumun üzərinə onun
islah olunmasına kömək edən digər vəzifələr
də qoya bilər. [84]
70.6. Şərti məhkum edilmiş şəxs
üzərində nəzarəti müvafiq dövlət orqanları,
hərbi qulluqçular üzərində nəzarəti isə
hərbi hissələrin və müəssisələrin komandanlığı
həyata keçirir.
70.7. Sınaq müddəti ərzində şərti
məhkum edilmiş şəxsin üzərində nəzarəti
həyata keçirən dövlət orqanının təqdimatı
əsasında məhkəmə, məhkumun üzərinə
əvvəllər qoyulmuş vəzifələri tamamilə və
ya qismən ləğv edə bilər, yaxud onun üzərinə
yeni vəzifələr qoya bilər.
Maddə
71. Şərti məhkum etmənin ləğv edilməsi və
ya sınaq müddətinin uzadılması
71.1. Sınaq müddətinin azı yarısı
keçdikdən sonra şərti məhkum edilmiş şəxs
öz davranışı ilə islah olunduğunu sübut edərsə,
məhkəmə məhkumun üzərində nəzarəti
həyata keçirən dövlət orqanının təqdimatı
əsasında şərti məhkum etmənin ləğv edilməsi
və məhkumluğun götürülməsi barədə
qərar qəbul edə bilər. Məhkəmə
şərti məhkum etmənin ləğv edilməsi qənaətinə
gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə
cəzadan da azad edə bilər. Şərti məhkum etmə
ləğv edildikdə məhkumun əlavə cəzası olmadığı
və ya o, əlavə cəzadan tamamilə azad edildiyi hallarda
məhkəmə, həmçinin şəxsin məhkumluğunun
götürülməsi barədə qərar qəbul edir.[85]
71.2. Şərti məhkum edilmiş şəxs
məhkəmə tərəfindən onun üzərinə qoyulmuş
vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına
və ya ictimai qaydanı pozduğuna görə barəsində
inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin
71.1-ci maddəsində göstərilən dövlət orqanının
təqdimatı əsasında sınaq müddətini bir ildən
çox olmayaraq uzada bilər.
71.3. Şərti məhkum edilmiş şəxs
sınaq müddətində məhkəmə tərəfindən
onun üzərinə qoyulmuş vəzifələri mütəmadi
və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda,
o cümlədən elektron nəzarət
vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə
və ya digər üsulla yararsız vəziyyətə saldıqda,
yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə,
bu Məcəllənin 71.1-ci maddəsində göstərilən
dövlət orqanının təqdimatı əsasında məhkəmə
şərti məhkum etmənin ləğv edilməsi və hökmlə
təyin olunmuş cəzanın icra olunması haqqında qərar
çıxarır. [86]
71.4. Şərti məhkum edilmiş şəxs
sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə
və ya qəsdən böyük ictimai təhlükə törətməyən
cinayət törətdikdə, şərti məhkum etmənin
ləğv edilməsi və ya saxlanması barədə məsələ
məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum
etmənin ləğv edilməsi qənaətinə gəldikdə,
şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə
tutulmuş qaydalar üzrə cəza təyin edir. [87]
71.5. Şərti məhkum edilmiş şəxs
sınaq müddətində qəsdən az ağır, ağır
və ya xüsusilə ağır cinayət törətdikdə,
məhkəmə şərti məhkum etməni ləğv edir
və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə
tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu Məcəllənin
71.4-cü maddəsində göstərilən hallarda da cəza
bu qaydada təyin edilir. [88]
DÖRDÜNCÜ
BÖLMƏ
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
11-ci fəsil
CİNAYƏT MƏSULİYYƏTİNDƏN
AZAD ETMƏ
Maddə
72. Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən
azad etməKMQ
72.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. [89]
72.2. Başqa növ cinayət törətmiş
şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə
tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə
müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən
azad edilir.[90]
Qeyd:
1. Şəxs bu Məcəllənin
72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş
qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə
azad edilir.[91]
KMQ24
2. Bu Məcəllənin
72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət
əməli iştirakçılıqla törədildiyi hallarda,
zərərçəkmiş şəxsə dəymiş ziyan
və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində
nəzərdə tutulan dövlət büdcəsinə ödəniş
cinayətin iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının xarakterindən
və dərəcəsindən, cinayətkar məqsədə
nail olunmasında belə iştirakın əhəmiyyətindən,
vurulmuş zərərin həcminə və xarakterinə onun
təsirindən asılı olaraq məhkəmə tərəfindən
müəyyən olunmuş pay üzrə ödənilir.
KMQ25
3. Bu Məcəllənin 73-1.2, 73-1.3
və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş
cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə
görə başa çatmadığı hallarda, şəxsin
həmin maddələrdə nəzərdə tutulmuş qaydada
cinayət məsuliyyətindən azad edilməsi məsələsinə
baxılarkən, dövlət büdcəsinə ödəniş
başa çatmayan cinayətə görə qəsdin yönəldiyi
əmlakın on faizi miqdarında müəyyən olunur.[92]
Maddə 73. Zərərçəkmiş
şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən
azad etmə
73.1. Böyük
ictimai təhlükə törətməyən cinayət törətmiş
şəxs zərərçəkmiş şəxslə barışdıqda
və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş
zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən
azad edilə bilər. [93] KMQ19
73.2. Bu Məcəllənin 127.1,
128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində
nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş
şəxs zərərçəkmiş şəxslə barışdıqda
və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad edilir.[94]
KMQ19
73.3. Başqa növ cinayət
törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində
nəzərdə tutulmuş şərtlər mövcud olduqda,
yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində bilavasitə müəyyən edilmiş
hallarda cinayət məsuliyyətindən azad edilir.[95]
Maddə 73-1. Mülkiyyət əleyhinə olan cinayətlərə görə
cinayət məsuliyyətindən azad etmə[96]
73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 185.1,
186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə
tutulmuş əməli (əməlləri) törətmiş
şəxs zərərçəkmiş şəxslə barışdıqda
və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad edilir.[97]
73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1,
189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli
(əməlləri) törətmiş, zərərçəkmiş
şəxslə barışmış və dəymiş ziyanı
tamamilə ödəmiş şəxs, cinayət nəticəsində
vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət
büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən
azad edilir.[98]
73-1.3. Bu Məcəllənin 178.3, 178.4, 179.3
və 179.4-cü maddələrində nəzərdə tutulmuş
əməli (əməlləri) törətmiş, zərərçəkmiş
şəxslə barışmış və dəymiş ziyanı
tamamilə ödəmiş şəxs, cinayət nəticəsində
vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə
ödəniş etdikdə cinayət məsuliyyətindən azad
edilə bilər.[99]
Maddə 73-2. İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə
görə cinayət məsuliyyətindən azad etmə
73-2.1. Bu Məcəllənin 209 və 213-cü
maddələrində nəzərdə tutulmuş əməli
(əməlləri) törətmiş şəxs cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən
azad edilir.[100]
73-2.2.
Bu Məcəllənin 192, 192-1, 193, 195, 195-1, 196, 197, 198,
202-2, 203, 203-1.1, 205-2, 209.2.1, 209.3, 210, 211, 212 və 213-2-ci
maddələrində nəzərdə tutulmuş əməli
(əməlləri) törətmiş və cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət
nəticəsində əldə edilmiş gəliri tamamilə
dövlət büdcəsinə köçürmüş şəxs,
bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
bir misli miqdarında dövlət büdcəsinə ödəniş
etdikdə cinayət məsuliyyətindən azad edilir.[101]
Maddə
74. Şəraitin dəyişməsi ilə bağlı cinayət
məsuliyyətindən azad etməKMQ12
Şəraitin dəyişməsi nəticəsində
törədilmiş əməlin və ya bu əməli törətmiş
şəxsin ictimai təhlükəli olmadığı müəyyən
edildikdə, ilk dəfə böyük ictimai təhlükə
törətməyən cinayət və ya az ağır cinayət
törətmiş şəxs cinayət məsuliyyətindən
azad edilə bilər.[102]
Maddə 74-1. Narkomaniya xəstəliyi
ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə[103]
74-1.1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə
tutulmuş cinayəti törətmiş, əməlində başqa
cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə
düçar olmuş şəxs barəsində məhkəmə
tərəfindən bu xəstəliklə əlaqədar stasionar
qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin
şəxsin tam sağalması nəticəsində tibbi xarakterli
məcburi tədbirlər ləğv edildikdə, məhkəmə
şəxsi cinayət məsuliyyətindən azad edir.
74-1.2.
Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi
tədbirlərin tətbiqindən yayınmış şəxs
həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin
müdiriyyətinin məlumatı əsasında bu Məcəllənin
75.1-ci maddəsində göstərilən müddət keçməmişdirsə,
cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 75. Müddətin keçməsi ilə bağlı cinayət
məsuliyyətindən azad etməKM1 KMQ15.
75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
75.1.1. böyük ictimai təhlükə
törətməyən cinayətin törədildiyi gündən
iki il keçdikdə;
75.1.2. az ağır cinayətin törədildiyi
gündən yeddi il keçdikdə;
[104]
75.1.3. ağır cinayətin törədildiyi
gündən on iki il keçdikdə;
[105]
75.1.4. xüsusilə ağır cinayətin
törədildiyi gündən iyirmi il keçdikdə.
75.2. Müddətlər, cinayətin törədildiyi
gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi
anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə,
hər bir cinayətə görə müddət müstəqil
hesablanır.
75.3. Cinayət törətmiş şəxs
istintaqdan və ya məhkəmədən gizlənərsə,
müddətin axımı dayanır. Bu halda müddətin axımı,
həmin şəxs tutulduğu və ya könüllü gəlib
təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
75.4. Ömürlük azadlıqdan məhrum
etmə növündə cəza nəzərdə tutulan cinayəti
törətmiş şəxs barəsində müddətin tətbiq
olunması məsələsi məhkəmə tərəfindən
həll edilir. Məhkəmə, müddətin keçməsi
ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən
azad olunmasını mümkün hesab etmədikdə, həmin
şəxsə ömürlük azadlıqdan məhrum etmə
növündə cəza təyin edə bilməz.
75.5. Bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş sülh
və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə və müharibə cinayətləri
törətmiş şəxslərə bu maddənin müddəaları
tətbiq olunmur. [106]
12-ci fəsil
Maddə 76. Cəzadan şərti
olaraq vaxtından əvvəl azad etmə
76.1. Məhkəmə islah işləri, azadlığın
məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın
məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə
saxlama, müəyyən müddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum etmə
növündə cəza çəkən şəxsin islah olunmaq
üçün cəzanı tam çəkməsinə lüzum
olmadığı qənaətinə gələrsə, onu cəzadan
şərti olaraq vaxtından əvvəl azad edə bilər.
Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan
da azad edilə bilər.[107]
76.2. Cəzadan şərti olaraq vaxtından
əvvəl azad etmə tətbiq edərkən, məhkəmə
məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində
nəzərdə tutulmuş və cəzanın çəkilməmiş
müddəti ərzində onun tərəfindən icra edilməli
olan vəzifələr qoya bilər.
76.3. Cəzadan şərti olaraq vaxtından
əvvəl azad etmə, məhkum:
76.3.1. böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət törətməyə
görə təyin edilmiş cəza müddətinin ən azı
yarısını;
76.3.1-1. ağır cinayət törətməyə
görə təyin edilmiş cəza müddətinin ən azı
üçdə iki hissəsini;[108]
76.3.2. ağır cinayət törətməyə
görə təyin edilmiş cəza müddətinin ən azı
üçdə iki hissəsini;[109]
76.3.3. ağır və ya xüsusilə
ağır cinayət törətməyə görə təyin
edilmiş cəza müddətinin ən azı dörddə üç
hissəsini, habelə əvvəllər cəzadan şərti
olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər
şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin
76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara
görə ləğv edilmişdirsə, yaxud əvvəllər
azadlıqdan məhrum etmə növündə cəza çəkmiş
şəxs cinayətlərin residivinə görə yenidən
azadlıqdan məhrum etmə növündə cəzaya məhkum
edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən
azı dörddə üç hissəsini həqiqətən
çəkdikdən sonra tətbiq edilə bilər.[110]
76.4. Azadlıqdan məhrum etmə cəzasının
məhkum tərəfindən həqiqətən çəkilmiş
müddəti altı aydan az ola bilməz.
76.4-1. Ömürlük azadlıqdan
məhrum etmə növündə cəza çəkən şəxsin
bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl
azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün
son beş ili ərzində cəzanın çəkilməsi
qaydalarına əməl etməsi halları nəzərə alınır.[111]
76.5. Cəzadan şərti olaraq vaxtından
əvvəl azad edilmiş şəxslər üzərində
nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular
üzərində nəzarəti isə hərbi hissələrin
və müəssisələrin komandanlığı həyata
keçirir.
76.6. Cəzanın çəkilməmiş
hissəsi ərzində məhkum:
76.6.1. cəzadan şərti olaraq vaxtından
əvvəl azad etmə tətbiq olunarkən məhkəmə
tərəfindən onun üzərinə qoyulmuş vəzifələri
yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq
boyun qaçırdıqda, o cümlədən
elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə,
onu zədələdikdə və ya digər üsulla yararsız
vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək
vəziyyətdə saxlanılması üçün üzrsüz
səbəbdən ona xidmət etmədikdə və ya ictimai
qaydanı pozduğuna görə barəsində inzibati tənbeh
tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində
göstərilən orqanların təqdimatı əsasında
məhkəmə şərti olaraq vaxtından əvvəl azad
etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş
hissəsinin icra olunması haqqında qərar çıxara bilər;[112]
76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə
və ya qəsdən böyük ictimai təhlükə törətməyən
cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından
əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması
barədə məsələ məhkəmə tərəfindən
həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl
azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin
67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə
təyin olunur); [113]
76.6.3. qəsdən az ağır,
ağır və ya xüsusilə ağır cinayət törətdikdə,
məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl
azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci
maddəsində nəzərdə tutulmuş qaydalar üzrə
cəza təyin edir.
Maddə 77. Cəzanın çəkilməmiş
hissəsini daha yüngül cəza növü ilə əvəz
etmə
77.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
77.2. Cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə əvəz
edilməsi, cəza müddətinin ən azı üçdə
bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
77.3. Cəzanın çəkilməmiş
hissəsinin əvəz edilməsi zamanı məhkəmə
bu Məcəllənin 42-ci maddəsində nəzərdə tutulmuş
istənilən daha yüngül cəza növünü, hər
cəza növü üçün bu Məcəllə ilə
müəyyən edilmiş həddə seçə bilər.
Maddə 78. Xəstəliyə
görə cəzanı çəkməkdən azad etmə
78.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.[114]
78.2. Cinayət törətdikdən sonra cəzanın
çəkilməsinə mane olan sair ağır xəstəliyə
düçar olmuş şəxs məhkəmənin qərarı
ilə cəza çəkməkdən azad edilə bilər.
78.3. İntizam xarakterli hərbi hissədə
saxlama növündə cəza çəkən hərbi qulluqçular,
onların hərbi xidmətə yararsız hesab edilməsinə
səbəb olan xəstəliklərə düçar olduqda,
cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər.
Belə hallarda məhkəmə həmin şəxslərə
(onkoloji
xəstəliyin terminal mərhələsində olan şəxslər
istisna olmaqla) cəzanın
çəkilməmiş hissəsini daha yüngül cəza
növü ilə əvəz edə bilər.[115]
78.4. Bu Məcəllənin 78.1 və 78.2-ci
maddələrində göstərilən şəxslər sağaldıqları
halda, bu Məcəllənin 75 və 80-ci maddələrində
müəyyən edilmiş müddətlər keçməmişdirsə,
cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər.
Maddə
79. Hamilə qadınlar və azyaşlı uşaqları
olan şəxslər tərəfindən cəzanın
çəkilməsinin təxirə salınması[116]
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.[117]
79.2. Bu Məcəllənin 79.1-ci maddəsində
nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş
şəxslər üzərində nəzarəti həyata keçirən
müvafiq dövlət orqanının xəbərdarlığından
sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə
etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə
həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin
təxirə salınmasını ləğv edə və məhkumu
cəzanı çəkmək üçün hökmlə
müəyyən olunmuş yerə göndərə bilər.[118]
79.3. Uşaq on
dörd yaşına çatdıqda, məhkəmə məhkum
edilmiş şəxsi cəzanın çəkilməmiş
hissəsindən azad edir və ya cəzanın çəkilməmiş
hissəsini daha yüngül cəza növü ilə əvəz
edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan
hissəsini çəkmək üçün müvafiq müəssisəyə
göndərir.[119]
79.4. Şəxs cəzaçəkmənin
təxirə salındığı müddətdə ehtiyatsızlıqdan
cinayət törətdikdə və ya qəsdən böyük
ictimai təhlükə törətməyən cinayət törətdikdə
cəzaçəkmənin təxirə salınmasının
ləğv edilməsi və ya saxlanması barədə məsələ
məhkəmə tərəfindən həll edilir. Məhkəmə
cəzaçəkmənin təxirə salınmasının
ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə
bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş
qaydalar üzrə cəza təyin edir.[120]
79.5. Şəxs cəzaçəkmənin
təxirə salındığı müddətdə qəsdən
az ağır, ağır və ya xüsusilə ağır cinayət
törətdikdə, məhkəmə cəzaçəkmənin
təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin
67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə
cəza təyin edir.[121]
Maddə
80. İttiham hökmünün icrası müddəti ilə
əlaqədar cəza çəkməkdən azad etmə
80.1. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur:
80.1.1. böyük ictimai təhlükə
törətməyən cinayətə görə məhkum edilərkən
iki il keçdikdə;
80.1.2. az ağır cinayət törətməyə
görə məhkum edilərkən yeddi il keçdikdə; [122]
80.1.3. ağır cinayət törətməyə
görə məhkum edilərkən on iki il keçdikdə; [123]
80.1.4. xüsusilə ağır cinayət
törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə.
80.2. Məhkum edilmiş şəxs cəzanı
çəkməkdən boyun qaçırdıqda, icra müddətinin
axımı dayanır. Bu halda icra müddətinin axımı
həmin şəxs tutulduğu və ya könüllü gəlib
təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
80.3. Ömürlük azadlıqdan məhrum
etmə cəzasına məhkum edilmiş şəxs barəsində
icra müddətinin tətbiq olunması məsələsini məhkəmə
həll edir. Məhkəmə icra müddətini tətbiq etməyi
mümkün saymadıqda, həmin cəza növü müəyyən
müddətə azadlıqdan məhrum etmə cəzası ilə
əvəz edilir.
80.4. Bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş sülh
və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə və müharibə cinayətləri
törətmiş şəxslərə bu maddənin müddəaları
tətbiq olunmur.[124]
Maddə 80-1. Zərərçəkmiş şəxslə barışmaqla,
cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə
edilmiş gəliri tamamilə ödəməklə bağlı
cəza çəkməkdən azad etmə[125]
Məhkum edilmiş şəxs cəza
çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad
etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2
və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı
maddələrinin “Qeyd” hissələrində nəzərdə
tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən
azad edilir.
13-cü fəsil
AMNİSTİYA. ƏFV ETMƏ.
MƏHKUMLUQ
Maddə 81. Amnistiya
81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
81.2. Cinayət törətmiş şəxslər
amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə
bilərlər. Cinayət törətməyə görə məhkum
olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər,
yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla
bilər və ya belə şəxslərin cəzasının
çəkilməmiş hissəsi daha yüngül cəza növü
ilə əvəz edilə bilər və yaxud belə şəxslər
əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı
ilə cəzasını çəkmiş şəxslərin
məhkumluğu götürülə bilər.
Maddə 82. Əfvetmə
82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
82.2. Cinayət törətməyə görə
məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın
qalan hissəsini çəkməkdən azad edilə bilər,
yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla
bilər və ya belə şəxsin cəzasının çəkilməmiş
hissəsi daha yüngül cəza növü ilə əvəz
edilə bilər.
82.3. Ömürlük azadlıqdan məhrum
etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox
olmayan müddətə azadlıqdan məhrum etmə cəzası
ilə əvəz edilə bilər.
82.4. Əfvetmə aktı ilə cəzasını
çəkmiş şəxsin məhkumluğu götürülə
bilər.
Maddə 83. Məhkumluq
83.1. Cinayət törətməyə görə
məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü
qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü
və ya ödənildiyi günə qədər məhkum olunmuş
hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin
edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq
nəzərə alınır.
83.1-1. Həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır.[126]
83.2. Barəsində
cəza təyin edilməməklə və ya təyin edilmiş
cəzadan azad edilməklə əlaqədar ittiham hökmü
çıxarılmış şəxs məhkumluğu olmayan
hesab edilir. [127] KM
83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab
olunur: [128]
83.3.1. şərti məhkum edilmiş şəxslər
barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə
cəzası olduğu hallarda isə həmçinin əlavə
cəza icra olunub qurtardıqda;[129]
83.3.1-1. cəzanın çəkilməsi
təxirə salınmış şəxslər barəsində
— bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş
hissəsindən azad edildikdə; [130]
83.3.1-2. ittiham hökmü qanunla müəyyən
edilmiş müddətdə icra edilməmiş şəxslər
barəsində — bu Məcəllənin 80.1-ci maddəsində
nəzərdə tutulmuş müddətlər keçdikdə;
83.3.2. azadlıqdan məhrum etməyə nisbətən
daha yüngül cəzaya məhkum edilmiş şəxslər
barəsində — onlar cəzanı çəkib qurtardıqları
gündən bir il keçdikdə;
83.3.2-1. böyük ictimai təhlükə
törətməyən cinayət törətməyə görə
azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər
barəsində — onlar cəzanı çəkib qurtardıqları
gündən bir il keçdikdə;
83.3.3. böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət törətməyə
görə azadlıqdan məhrum etməyə məhkum edilmiş
şəxslər barəsində — onlar cəzanı çəkib
qurtardıqları gündən iki
il keçdikdə; [131]
83.3.4. ağır cinayət törətməyə
görə azadlıqdan məhrum etməyə məhkum edilmiş
şəxslər barəsində — onlar cəzanı çəkib
qurtardıqları gündən altı il keçdikdə;
83.3.5. xüsusilə ağır cinayət
törətməyə görə məhkum edilmiş şəxslər
barəsində — onlar cəzanı çəkib qurtardıqları
gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş
hesab olunur.[132]
KMQ3 83.4. Məhkum edilmiş şəxs qanunla
müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza
çəkməkdən azad edildikdə və yaxud cəzanın
çəkilməmiş hissəsi daha yüngül cəza növü
ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi
müddəti əsas və əlavə cəzanı çəkməkdən
azad edildiyi vaxtdan hesablanır.[133] KMQ28
83.4-1. Əsas cəzanı çəkib
qurtarmış, yaxud əsas cəzasını çəkməkdən
vaxtından əvvəl azad edilmiş və ya cəzasının
çəkilməmiş hissəsi daha yüngül cəza növü
ilə əvəz edilmiş şəxsin çəkilməmiş
əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi
müddəti əlavə cəzanın çəkilib qurtardığı
gündən hesablanır.[134]
83.5. Şəxs cəzanı çəkib
qurtardıqdan sonra nümunəvi davranışı ilə islah
olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin
vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl
onun üzərindən götürə bilər.
83.6. Məhkumluğun ödənilməsi və
ya götürülməsi məhkumluqla bağlı olan bütün
hüquqi nəticələri ləğv edir.
BEŞİNCİ
BÖLMƏ
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
14-cü fəsil
YETKİNLİK YAŞINA
ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT MƏSULİYYƏTİNİN
VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ
Maddə 84. Yetkinlik yaşına
çatmayanların cinayət məsuliyyəti
84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.
84.2. Yetkinlik yaşına çatmayanlar cinayət
törətdikdə, onlara cəza təyin edilə bilər və
ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə
bilər.
Maddə 85. Yetkinlik yaşına
çatmayanlara təyin edilən cəzanın növləri
85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:
85.1.1. cərimə;
85.1.2. ictimai işlər;
85.1.3. islah işləri;
85.1.3-1. azadlığın məhdudlaşdırılması;[135]
85.1.4. müəyyən müddətə azadlıqdan
məhrum etmə.
85.2. Cərimə, yalnız müstəqil
əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə
bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə
altı yüz manatadək miqdarda təyin edilir.[136]
85.3. İctimai işlər səksən saatdan
üç yüz iyirmi saatadək müddətə təyin olunur
və yetkinlik yaşına çatmayan məhkumun bacardığı,
onun təhsildən və əsas işindən asudə vaxtlarda
yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün
icra müddəti on beş yaşınadək şəxslər
üçün gündə iki saatdan, on beş yaşından
on altı yaşınadək şəxslər üçün
isə gündə üç saatdan çox ola bilməz.[137] KMQ10
85.4. Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək
müddətə təyin edilir. Bu zaman məhkumun qazancından
məhkəmənin hökmü ilə müəyyən edilmiş
miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət
nəfinə tutulur. [138] KMQ10
85.4-1. Azadlığın məhdudlaşdırılması
yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə
təyin edilir.[139]
85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına
çatmayanlara on ildən çox
olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və
ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən
məcmuya daxil olan cinayətlərdən birinə görə
on il müddətinə azadlıqdan məhrum etmə cəzası
təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı
daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin
edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını
aşağıdakı tərbiyə müəssisələrində
çəkirlər:[140]
85.5.1. yetkinlik yaşına çatmayan qızlar,
habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum
olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi
rejimli tərbiyə müəssisələrində;
85.5.2. əvvəllər azadlıqdan məhrum
etmə növündə cəza çəkmiş yetkinlik yaşına
çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində.
Maddə 86. Yetkinlik yaşına
çatmayanlara cəza təyin edilməsi
86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.
86.2. Cəza təyin edilərkən yetkinlik
yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı
yüngülləşdirən və ağırlaşdıran
digər hallarla birlikdə nəzərə alınır.
Maddə 87. Tərbiyəvi xarakterli
məcburi tədbirlərin məzmunu
87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir.
87.2. Nəzarətə götürmə valideynlərin
və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti
orqanının
üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi
təsir göstərmək və onun davranışına nəzarət
etmək vəzifəsi qoyulmasından ibarətdir.
87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi
yetkinlik yaşına çatmayanın əmlak vəziyyəti
və müvafiq əmək vərdişlərinə malik olması
nəzərə alınmaqla onun üzərinə qoyulur.
87.4. Asudə vaxtın məhdudlaşdırılması
və yetkinlik yaşına çatmayanın davranışına
xüsusi tələblərin qoyulması onun müəyyən
yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən
formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin
idarə olunmamasını, günün müəyyən vaxtlarından
sonra evdən kənarda olmamasını, müvafiq dövlət
orqanının icazəsi olmadan başqa ərazilərə getməməsini
nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana
həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti
orqanının
köməyi ilə işə düzəlmək vəzifəsi
də müəyyən edilə bilər. Bu tədbirlərdən
başqa asudə vaxtın məhdudlaşdırılması və
yetkinlik yaşına çatmayanın davranışına xüsusi
tələblərin qoyulması digər tədbirləri də
nəzərdə tuta bilər.
Maddə 88. Tərbiyəvi xarakterli
məcburi tədbirlər tətbiq etmə
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı
tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə
bilər:
88.2.1. xəbərdarlıq;
88.2.2. valideynlərin və ya onları əvəz
edən şəxslərin və yaxud müvafiq dövlət orqanının
nəzarətinə vermək;
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması
vəzifəsini həvalə etmək;
88.2.4. yetkinlik yaşına çatmayanın
asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı
ilə bağlı xüsusi tələblər müəyyən
etmək.
88.3. Yetkinlik yaşına çatmayana eyni
vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər
tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü
maddələrində nəzərdə tutulmuş tərbiyəvi
xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu
tədbirləri təyin etmiş müvafiq dövlət orqanı
tərəfindən müəyyən olunur.
88.4. Yetkinlik yaşına çatmayan tərbiyəvi
xarakterli məcburi tədbirləri mütəmadi olaraq yerinə
yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı
əsasında həmin tədbirlər ləğv edilir və
materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə
cəlb olunması üçün məhkəməyə göndərilir.
Maddə 89. Yetkinlik yaşına
çatmayanın cəzadan azad edilməsi
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.
89.2. Məhkəmə az ağır cinayət
törətməyə görə məhkum olunmuş yetkinlik
yaşına çatmayanı yalnız belə şəxslər
üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi
təlim-tərbiyə müəssisəsində və ya tibbi-tərbiyə
müəssisəsində yerləşdirməklə cəzanın
məqsədinə nail olmağı mümkün hesab edərsə,
həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik
yaşına çatmayan göstərilən müəssisədə
on səkkiz yaşına çatana qədər, lakin üç
ildən artıq olmamaq şərti ilə saxlanılır.[141]
89.3. Yetkinlik yaşına çatmayan islah
olunduqda və bununla bağlı qeyd edilən tədbirin tətbiqinə
zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin
müdiriyyətinin və uşaq
hüquqlarının müdafiəsi üzrə komissiyanın
birgə təqdimatına əsasən məhkəmə yetkinlik
yaşına çatmayanın vaxtından əvvəl həmin
müəssisədən buraxılması haqqında qərar qəbul
edə bilər.[142]
Maddə
90. Yetkinlik yaşına çatmayanların şərti olaraq
vaxtından əvvəl cəzadan azad edilməsi
90.0. İslah işlərinə, azadlığın məhdudlaşdırılmasına və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar: [143]
90.0.1. böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət törətməyə
görə təyin edilmiş cəza müddətinin ən azı
üçdə bir hissəsini çəkdikdən sonra;
90.0.2. ağır cinayət törətməyə
görə təyin edilmiş cəza müddətinin ən azı
yarısını çəkdikdən sonra;
90.0.3. xüsusilə ağır cinayət
törətməyə görə təyin edilmiş cəza müddətinin
ən azı üçdə iki hissəsini çəkdikdən
sonra tətbiq edilə bilər.
Maddə 90-1. Yetkinlik yaşına çatmayanların cəzasının
çəkilməmiş hissəsinin daha yüngül cəza
növü ilə əvəz edilməsi[144]
90-1.1. Böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət törətməyə
görə müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəza çəkən yetkinlik yaşına
çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə
davranışını nəzərə alaraq, məhkəmə
cəzanın çəkilməmiş hissəsini bu Məcəllənin
85.1-ci maddəsində nəzərdə tutulmuş istənilən
daha yüngül cəza növü ilə əvəz edə
bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə
cəzadan da azad edilə bilər.
90-1.2.
Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə əvəz
edilməsi, cəza müddətinin ən azı dörddə
bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
Maddə 91. Müddətin keçməsi
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır.
Maddə 92. Məhkumluğun ödənilməsi
müddətləri[145]
92.0. Şərti məhkum etməyə görə
məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin
83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri
cinayət törətmiş yetkinlik yaşına çatmayanlar
üçün qısaldılır və aşağıdakı
müddətlər keçdikdə məhkumluq ödənilmiş
hesab edilir:
92.0.1. azadlıqdan məhrum etməyə
nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı
gündən altı ay;
92.0.2. böyük ictimai təhlükə
törətməyən və ya az ağır cinayət törətməyə
görə azadlıqdan məhrum etmə növündə cəzanın
çəkilib qurtardığı gündən bir il;
92.0.3. ağır və ya xüsusilə
ağır cinayət törətməyə görə azadlıqdan
məhrum etmə növündə cəzanın çəkilib
qurtardığı gündən üç il keçdikdə.
Bölmə VI[146]
CİNAYƏT-HÜQUQİ
XARAKTERLİ DİGƏR TƏDBİRLƏR
15-ci fəsil
TİBBİ XARAKTERLİ
MƏCBURİ TƏDBİRLƏR
Maddə 93. Tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsinin əsasları
93.1. Məhkəmə aşağıdakı
şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin
edir:[147]
93.1.1. Bu Məcəllənin 93.2-ci maddəsində
nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə;
93.1.2. cinayət törətmiş,
alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı
olan şəxslərə.
93.1-1. Şəxsin psixi pozuntusu ilə əlaqədar
tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən:[148]
93.1-1.1. bu Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulmuş əməli (hərəkət və
ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş
şəxslərə;
93.1-1.2. cinayət törətdikdən sonra
cəzanın təyin edilməsini və ya onun icrasını
istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;
93.1-1.3. cinayət törətmiş
və anlaqlılığı istisna etməyən psixi pozuntu
vəziyyətində olan şəxslərə təyin edilir.
93.2. Bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə
tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər
o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə
və ya başqa şəxslərə zərər yetirilməsi
təhlükəsi yaradır.[149]
93.3. Tibbi xarakterli məcburi tədbirlərin
tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunur.
93.4. Bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən
və öz psixi vəziyyətinə görə təhlükə
törətməyən şəxslər barəsində zəruri
materiallar həmin şəxslərin müalicə olunması
üçün və ya onların psixonevroloji müəssisələrə
göndərilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir. [150]
Maddə 93-1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı
olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi[151]
93-1.1. Alkoqolizmdən və ya narkomaniyadan
müalicəyə ehtiyacı olan şəxslər barəsində
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin
məqsədi həmin şəxslərin müalicə olunması,
səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması,
ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı
göstərməklə onların normal həyat tərzinə
qaytarılması, gələcəkdə həmin şəxslər
tərəfindən insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadənin və yeni cinayətlər
törədilməsinin qarşısının alınmasından
ibarətdir.
93-1.2. Alkoqolizm və ya narkomaniyadan
müalicə məqsədi ilə barəsində tibbi xarakterli
məcburi tədbirlər tətbiq edilmiş şəxslərin
müalicəsi Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsi ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.
93-1.3. Bu Məcəllənin 74-1.1-ci
maddəsində nəzərdə tutulmuş şəxslər
barəsində narkomaniya xəstəliyi ilə əlaqədar
tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti
orqanının tibb müəssisələrində həyata keçirilir. [152]
93-1.4. Narkomaniya xəstəliyi ilə əlaqədar
barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq
edilmiş şəxsin tam sağalması nəticəsində
həmin tədbirlərin ləğv edilməsi zərurəti
yarandıqda, yaxud davam etdirilməsinə ehtiyac olduqda həmin
tədbirlərin tətbiqinin uzadılması və ya ləğv
edilməsi məsələsi həkim-məsləhət komissiyasının
rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin
təqdimatı ilə həmin müəssisənin yerləşdiyi
yer üzrə birinci instansiya məhkəməsi tərəfindən
həll edilir.
93-1.5. Narkomaniya xəstəliyi ilə əlaqədar
barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq
edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması
və ya ləğv edilməsi məsələsinin həll edilməsi
məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq
həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir.
Həmin tədbirlərin uzadılması və ya ləğv
edilməsi məsələsinə ilk dəfə müalicənin
başlandığı gündən altı ay keçdikdən
sonra baxılır.
93-1.6. Məhkəmə bu Məcəllənin
93-1.4-cü maddəsində nəzərdə tutulmuş məsələlər
üzrə qəbul edilmiş qərarları həmin tədbirləri
tətbiq etmiş məhkəməyə göndərir.
93-1.7. Şəxs tibbi xarakterli məcburi
tədbirlərdən yayındıqda həmin tədbirlərin
həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyəti
bu barədə həmin tədbirləri tətbiq etmiş məhkəməyə
yazılı məlumat verir.
Maddə
94. Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsinin məqsədi[153]
Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
Maddə
95. Psixi pozuntusu olan şəxslərə təyin
edilən tibbi xarakterli məcburi tədbirlərin növləri[154]
95.0. Məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:[155]
95.0.1. məcburi ambulatoriya müşahidəsi
və psixiatr müalicəsi;
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında
məcburi müalicə;
95.0.3. ixtisaslaşdırılmış psixiatriya
stasionarlarında məcburi müalicə;
95.0.4. ixtisaslaşdırılmış psixiatriya
stasionarlarında intensiv müşahidə altında məcburi
müalicə.
Maddə
96. Məcburi ambulatoriya müşahidəsi altında olma və
psixiatr tərəfindən müalicə edilmə
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Maddə 97. Psixiatriya stasionarlarında
məcburi müalicə olunma
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.
97.2. İntensiv müşahidə tələb
etməyən və öz psixi vəziyyətinə görə
stasionar müalicəyə və müşahidəyə ehtiyacı
olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında
məcburi müalicə təyin edilə bilər.
97.3. Öz psixi vəziyyətinə görə
daimi müşahidə tələb edən şəxslərə
xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında
məcburi müalicə təyin edilə bilər.
97.4. Öz psixi vəziyyətinə görə
ətrafdakılar və özü üçün təhlükəli
olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə
ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv
müşahidə altında məcburi müalicə təyin edilə
bilər.
Maddə
98. Psixi pozuntusu olan şəxslərə təyin
edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin
uzadılması, dəyişdirilməsi və ləğv edilməsi[156]
98.1. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilir.[157]
98.2. Psixi pozuntusu
ilə əlaqədar barəsində tibbi xarakterli məcburi
tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin
ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin
həll edilməsi məqsədi ilə altı ay müddətində
bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında
baxışdan keçirilməlidir. Tibbi xarakterli məcburi tədbirlərin
ləğv edilməsi və ya dəyişdirilməsi üçün
əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən
müəssisənin müdiriyyəti məcburi müalicənin
müddətinin uzadılması haqqında məhkəməyə
öz rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə
uzadılması müalicənin başlandığı gündən
altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra
məcburi müalicə müddətinin uzadılması hər
il həyata keçirilir.[158]
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması
səbəbindən onun barəsində əvvəllər təyin
edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv
edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər
məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi
xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və
ya onların tətbiqinin ləğv edilməsi məhkəmə
tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi tədbirlərin
tətbiqi ləğv edildikdə məcburi müalicə edilən
şəxs barəsindəki materialları məhkəmə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
Maddə
99. Psixi pozuntusu olan şəxslərə təyin
edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqi
müddətinin hesaba alınması[159]
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır.
Fəsil 15-1[160]
Xüsusi müsadirə
Maddə 99-1. Xüsusi müsadirə
99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri
aşağıda göstərilən əmlakın məhkəmənin
yekun qərarı ilə məcburi qaydada və əvəzsiz
olaraq dövlət nəfinə alınmasıdır: [161]
99-1.1.1. şəxsin cinayət törədilərkən
istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə
qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); [162]
99-1.1.2. şəxsin cinayət yolu ilə əldə
etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə
həmin pul vəsaitləri və ya digər əmlak hesabına
əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı
olan pul vəsaitləri və ya digər əmlak və ondan
əldə edilmiş gəlirlər istisna olmaqla);[163]
99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul
vəsaitləri və ya digər əmlakın mülki-hüquqi
əqdlərin bağlanması və ya digər üsullarla tam
və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq
hissəsi;
99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələrin və ya qrupların,
mütəşəkkil dəstələrin və ya cinayətkar
birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi
üçün nəzərdə tutulan və ya istifadə olunan
əmlak.
99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə
bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə
tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması
məsələsini həll edir. Xüsusi müsadirə həm
fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna
bilər.
99-1.3. Cinayət törətmiş şəxs tərəfindən
özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə
digər şəxslərə verilmiş, bu Məcəllənin
99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda
müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın
cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli
olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində
nəzərdə tutulan əmlak cinayət
törətmiş şəxs tərəfindən hədiyyə
kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli
dərəcədə aşağı qiymətə satıldıqda
vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən
müsadirə edilir.[164]
Maddə 99-2. Əmlakın dəyərinə
görə xüsusi
müsadirə[165]
Bu Məcəllənin 99-1.1-ci
maddəsində nəzərdə tutulmuş müsadirə
edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi
və ya başqa səbəblərdən dövlət nəfinə
alına bilinmədiyi halda həmin əmlakın dəyəri
məbləğində cinayət törətmiş şəxsə məxsus
olan digər əmlak məhkəmənin yekun qərarı ilə
xüsusi müsadirə edilir.[166]
Maddə 99-3. Cinayət nəticəsində
vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə
ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll olunarkən
ilk növbədə cinayət nəticəsində əmlakın
qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.
99-3.2. Cinayət nəticəsində
əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş
əmlak hesabına ödənilməli, bundan sonra əmlakın
qalan hissəsi dövlət nəfinə alınmalıdır.
Müsadirə edilmiş əmlak cinayət nəticəsində
əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə
kifayət etmədiyi və cinayət törətmiş şəxsin
müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu
hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin
həmin əmlakının hesabına ödənilir.[167]
Fəsil 15-2
Hüquqi şəxslər barəsində
tətbiq olunan cinayət-hüquqi tədbirlər
Maddə 99-4. Hüquqi şəxslərə
cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının
əsasları və şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər
həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının
qorunması üçün aşağıdakı fiziki şəxslər
tərəfindən törədilən cinayətlərə görə
tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə
malik olan vəzifəli şəxs;
99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul
etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət
etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində
nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən
nəzarətin həyata keçirilməməsi nəticəsində
hüquqi şəxsin işçisi.
99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin
tətbiqi həmin əməli törətmiş və ya onun
törədilməsində hər hansı şəkildə iştirak
etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna
etmir.
99-4.3. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə
tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən
edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi
şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə
mane olmur.[168]
99-4.4. Dövlət, bələdiyyələr, həmçinin
beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi
tədbirlər tətbiq edilə bilməz.
99-4.5. Hüquqi şəxslərə cinayət-hüquqi
tədbirlər bu Məcəllənin 104-1, 137, 144,
144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2,
192-2, 193-1, 194, 200 – 200-3, 206.2-206.4, 206-1, 214–220,
233, 234, 237, 240, 242-244-1, 259-261,
271–284, 303.2,
308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri
ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə
görə tətbiq edilir.[169]
99-4.6. Məhkəmə tərəfindən cinayət-hüquqi
tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul
olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda
cinayət-hüquqi tədbirlər hüquqi şəxsin hüquqi
varisinə təyin olunur. Məhkəmə tərəfindən
cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı
qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv
olunanadək hüquqi şəxsin yenidən təşkil olunması,
yaxud təsisçilərinin (iştirakçılarının)
və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanının qərarı ilə ləğv edilməsi qadağandır.
Maddə 99-5. Hüquqi şəxslərə
tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləriKMQ30
99-5.1. Hüquqi şəxslərə tətbiq edilən
cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-1-ci fəsli ilə müəyyən
edilmiş qaydada tətbiq edilir.[170]
99-5.3. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi
tədbiri yalnız əsas, cərimə həm əsas, həm
də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və xüsusi
müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir
növü kimi tətbiq olunur.
99-5.4. Hüquqi
şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin
növü və həddi müəyyən olunarkən aşağıdakı
hallar nəzərə alınır: [171]
99-5.4.1. cinayətin
ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.4.2. cinayət
nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin
həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri
və dərəcəsi;
99-5.4.3. cinayətlərin
sayı və onun (onların) nəticələrinin ağırlığı;
99-5.4.4. cinayətin
açılması, onun iştirakçılarının ifşa
edilməsi, cinayət nəticəsində əldə edilmiş
əmlakın axtarışı və tapılmasına kömək
etmə;
99-5.4.5. cinayət
nəticəsində dəymiş maddi və mənəvi zərərin
könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması,
zərərçəkmiş şəxsə dəymiş zərərin
azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən
görülən digər tədbirlər.
99-5.4.6. hüquqi
şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər
onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq
edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı
fəaliyyətlə məşğul olması.
99-5.5. Əvvəllər barəsində cinayət-hüquqi
tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən
cərimə və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi
tədbir təyin olunarkən müvafiq olaraq bu Məcəllənin
99-6.3-cü və 99-7.2-ci maddələrində nəzərdə
tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı
və yuxarı həddinin orta həddindən aşağı
cinayət-hüquqi tədbir təyin edilə bilməz.
Maddə 99-6. Cərimə
99-6.1. Hüquqi şəxslərə tətbiq edilən
cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə
ilə müəyyən edilmiş hallarda və məbləğdə
məhkəmə tərəfindən təyin edilən və
dövlət nəfinə keçirilən məcburi pul tutulmasından
ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və
99-8.3-cü maddələrində göstərilən hallar və
hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə
alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və
ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda
müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə növündə
cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə
təyin edilir:
99-6.3.1. böyük ictimai təhlükə törətməyən
cinayətlərə görə - əlli min manatdan yetmiş beş
min manatadək, yaxud cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək
miqdarda;
99-6.3.2. az ağır cinayətlərə görə
- yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət
nəticəsində vurulmuş ziyanın (əldə edilmiş
gəlirin) iki mislindən üç mislinədək miqdarda;
99-6.3.3. ağır cinayətlərə görə - yüz
min manatdan yüz iyirmi beş min manatadək, yaxud cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç
mislindən dörd mislinədək miqdarda;
99-6.3.4. xüsusilə ağır cinayətlərə
görə - yüz iyirmi beş min manatdan yüz əlli min manatadək
miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək
miqdarda.
99-6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə
onun əmlakının dəyərinin yarıdan çox hissəsini
təşkil edə bilməz.
Maddə 99-7. Hüquqi şəxsi
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə
99-7.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə sahibkarlıq
fəaliyyətinin müəyyən növünü həyata
keçirməyə icazə verən xüsusi razılığın
(lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən,
müəyyən əqdlərin bağlanılmasının, səhm
və ya digər qiymətli kağızların buraxılmasının,
dövlətdən subsidiyaların və ya başqa güzəştlərin
əldə edilməsinin və ya digər fəaliyyətlə
məşğul olmanın qadağan edilməsindən ibarətdir.
99-7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin
99-5.4-cü maddəsində göstərilən
hallar nəzərə alınmaqla hüquqi şəxsin müəyyən
fəaliyyətlə məşğul olma hüququnun saxlanılması
qeyri-mümkün hesab edildikdə aşağıdakı müddətlərə
təyin edilir:[172]
99-7.2.1. böyük ictimai təhlükə törətməyən
cinayətlərə görə - bir ildən iki ilədək
müddətə;
99-7.2.2. az ağır cinayətlərə görə
- iki ildən üç ilədək müddətə;
99-7.2.3. ağır cinayətlərə görə - üç
ildən dörd ilədək müddətə;
99-7.2.4. xüsusilə ağır cinayətlərə
görə - dörd ildən beş ilədək müddətə.
Maddə 99-8. Hüquqi şəxsi
ləğv etmə
99-8.1. Hüquqi şəxsi ləğv etmə hüquqi
şəxsin xeyrinə və ya onun maraqlarının qorunması
üçün törədilən cinayətlə əlaqədar
onun mövcudluğuna və fəaliyyətinə, hüquq və
vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə
keçmədən xitam verilməsindən ibarət müstəsna
cinayət-hüquqi tədbirdir.
99-8.2. Hüquqi şəxsi ləğv etmə həmin
hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində
və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitləri və ya digər əmlakın
gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının
yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə
əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda
tətbiq olunur.
99-8.3. Hüquqi şəxsi ləğv etmə növündə
cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cinayət-hüquqi
tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi
nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə
təyin edilir.
99-8.4. Hüquqi şəxsi ləğv etmə siyasi partiyalara
və həmkarlar ittifaqına, dövlət (bələdiyyə)
müəssisələrinə və ya səhmlərinin (paylarının)
nəzarət zərfi dövlətə (bələdiyyəyə)
məxsus olan hüquqi şəxslərə tətbiq edilmir.
Maddə 99-9. Hüquqi şəxsin
cinayət-hüquqi tədbirlərin tətbiqindən azad edilməsi
Hüquqi şəxsin xeyrinə və ya onun
maraqlarının qorunması üçün cinayət törətmiş
şəxs bu Məcəllənin 75-ci maddəsi ilə nəzərdə
tutulmuş qaydada müddətin keçməsi ilə bağlı
cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs
barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə
bilməz.
Maddə 99-10. Hüquqi şəxsin əvvəllər
barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış
hesab edilməsi üçün tələb olunan müddət
99-10.1. Hüquqi şəxs aşağıdakı hallarda
əvvəllər barəsində cinayət-hüquqi tədbir
tətbiq olunmamış hesab edilir:
99-10.1.1. böyük ictimai təhlükə törətməyən
cinayətə görə barəsində cinayət-hüquqi tədbir
tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi
tədbirin icrasını bitirdiyi gündən bir il keçdikdə;
99-10.1.2. az ağır cinayətə görə barəsində
cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs
həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən
iki il keçdikdə;
99-10.1.3. ağır cinayətə görə barəsində
cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs
həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən
etibarən altı il keçdikdə;
99-10.1.4. xüsusilə ağır cinayətə
görə barəsində cinayət-hüquqi tədbir tətbiq
olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin
icrasını bitirdiyi gündən etibarən səkkiz il keçdikdə.
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR [173]
16-cı fəsil
SÜLH VƏ İNSANLIQ
ƏLEYHİNƏ CİNAYƏTLƏR [174]
Maddə
100. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və ya aparma
100.1. Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama—
səkkiz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [175]
100.2. Təcavüzkar müharibəni aparma—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [176]
Maddə 101. Təcavüzkar müharibəni
başlamağa açıq çağırışlar
101.1. Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[177]
101.2. Eyni əməllər mediadan istifadə etməklə
və ya vəzifəli şəxs tərəfindən törədildikdə—[178]
üç ilədək müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
102. Beynəlxalq müdafiədən istifadə edən şəxslərə
və ya təşkilatlara hücum etmə
Beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə və ya beynəlxalq təşkilatın əməkdaşına, habelə həmin şəxslərin xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücum etmə müharibəyə təhrikçilik və ya beynəlxalq münasibətlərin gərginləşməsi məqsədi ilə törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 103. Soyqırım
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—
on dörd ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [179]
Maddə 104. Soyqırımın
törədilməsinə təhrik etmə
Bu Məcəllənin 103-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq təhrik etmə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 104-1. Ekosid
Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi,
atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi,
yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən
törədilməsi, bu əməllər ekoloji fəlakətə
səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi
üçün real təhlükə yaratdıqda –
on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[180]
Maddə 105. Əhalini məhv etmə
Soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə—
on dörd ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu fəslin 105—113-cü maddələrində nəzərdə
tutulan istər sülh, istərsə də müharibə zamanı
hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı
və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən
törədilmiş əməllər insanlıq əleyhinə
cinayətlər hesab edilir.[181]
Maddə 106. Köləlik
106.1. Köləlik, yəni şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətləri tam və ya qismən həyata keçirmə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.2. Eyni əməllər yetkinlik yaşına
çatmayana qarşı və ya şəxsi xarici ölkəyə
daşımaq məqsədi ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
106.3. Kölə ticarəti, yəni şəxsi
köləliyə yönəltmək və ya kölə kimi
istifadə etmək, satmaq və ya dəyişdirmək məqsədi
ilə saxlama, onun barəsində sərəncam vermə, habelə
kölə ticarəti və kölələrin daşınması
ilə bağlı hər hansı bir əməl, eləcə
də cinsi köləlik və ya köləlik əsasında
cinsi azadlığa qəsd edən əməl—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 107. Əhalini deportasiya
etmə və ya məcburi köçürmə
Beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma—
on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 108. Cinsi zorakılıq
Şəxslərə qarşı zorlama, fahişəliyə
məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla
əlaqədar digər hərəkətləri etmə—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Hər hansı əhalinin etnik tərkibini
dəyişdirmək məqsədi və ya beynəlxalq hüququn
başqa ciddi pozuntuları ilə müşahidə olunan zorla
hamilə edilmiş qadını qanunsuz azadlıqdan məhrum etmə
-
on iki ildən iyirmi ilədək azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 109. Təqib
Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə insanlıq əleyhinə digər cinayәtlәrlә əlaqədar olduqda— [183]
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 110. İnsanları zorakılıqla
yoxa çıxarma
Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə—
on ildən iyirmi müddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [184]
Maddə 111. İrqi ayrıseçkilik
(aparteid)
111.0. Hər hansı bir irqi qrupu əsarət altında saxlamaq üçün digər irqi qrup tərəfindən üstünlüyü təşkil və təmin etmək məqsədilə:
111.0.1. irqi qrupa və ya qruplara mənsub olan
şəxslərin yaşamaq və azadlıq hüquqlarını
inkar etmə, yəni irqi qrupa və ya qruplara mənsub olan şəxsləri
öldürmə, onların sağlamlığına ağır
zərər vurma və ya əqli qabiliyyətlərinə ciddi
zərər vurma, işgəncə və ya qəddar, qeyri-insani
və ya ləyaqəti alçaldan rəftar və ya cəza tətbiq
etmə, yaxud özbaşınalıqla həbs və qanunsuz olaraq
azadlıqdan məhrum etmə;
111.0.2. irqi qrupun və ya qrupların, bütövlükdə
və ya qismən, fiziki məhvi ilə nəticələnə
biləcək yaşayış şəraiti yaratma;
111.0.3. irqi qrupun və ya qrupların ölkənin
siyasi, sosial, iqtisadi və mədəni həyatında iştirakının
qarşısını almaq, habelə qrupa və ya qruplara mənsub
olan şəxslərin işləmək, həmkarlar təşkilatlarını
yaratmaq, təhsil almaq, ölkədən getmək və ölkəyə
qayıtmaq, vətəndaşlıq, hərəkət etmək
və yaşayış yerini seçmək, fikir və söz
azadlığı, toplaşmaq və birləşmək hüquqları
daxil olmaqla əsas insan hüquq və azadlıqlarını inkar
etməklə tam inkişafın qarşısını almaq məqsədilə
hər hansı qanunverici və digər tədbiri həyata keçirmə;
111.0.4. düşərgə və qettoların
yaradılması ilə əhalini irqi qruplara bölmək, irqi
qruplar arasında qarışıq nikahları qadağan etmək,
irqi qrupa və ya qruplara və ya onların üzvlərinə
mənsub olan torpaq sahələrini onların razılığı
olmadan almaq məqsədilə, qanunverici tədbirlər daxil olmaqla,
hər hansı bir tədbiri həyata keçirmə;
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan
şəxslərin əməyini istismar etmə;
111.0.6. aparteidə qarşı çıxan
şəxsləri və təşkilatları, əsas hüquq
və azadlıqlardan məhrum etmə vasitəsilə təqib
etmə—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 112. Beynəlxalq hüquq
normalarına zidd azadlıqdan məhrum etmə
Şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 113. İşgəncə
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə—
yeddi ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17-ci fəsil
Maddə 114. Muzdluluq
114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə—
səkkiz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[185]
114.2. Eyni əməllər vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə—
doqquz ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[186]
114.3. Muzdlunun hərbi münaqişədə
və ya hərbi əməliyyatlarda iştirakı—
beş ildən on bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[187]
Qeyd:
1. Bu fəsildə nəzərdə tutulmuş
istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə
zamanı hərbi əməliyyatların planlaşdırılması,
hazırlanması, başlanması və ya aparılması ilə
əlaqədar olaraq törədilmiş əməllər müharibə
cinayətləri hesab olunur.
2. Muzdlu dedikdə, hərbi münaqişədə
və hərbi əməliyyatlarda iştirak edən dövlətin
vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan,
habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün
göndərilməyən, maddi mükafat əldə etmək
məqsədilə fəaliyyət göstərən şəxslər
nəzərdə tutulur.
Maddə 115. Müharibə qanunlarını
və adətlərini pozma
115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində
nəzərdə tutulmuş şəxslərə işgəncə
vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və
ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar
aparma, o cümlədən daxili orqanları köçürmə
üçün çıxarma və ya öz qoşunlarını
və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə
onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri
girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə
cəlb etmə və ya digər məqsədlər üçün
qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
şəxslərin ölümünə və ya sağlamlığına
ağır zərər vurulmasına səbəb olduqda—
on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır
.
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində
göstərilən şəxsləri qəsdən öldürmə—
on dörd ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır . [188]
Maddə 116. Silahlı münaqişə
zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:
116.0.1. mühüm dağıntılara səbəb
ola bilən müharibə üsullarından istifadə etmə;
116.0.2. ətraf mühitə qəsdən geniş,
uzun sürən və ciddi ziyan vurma;
116.0.3. sülh məramlı tədbirlərin
həyata keçirilməsinə və ya humanitar yardımın
göstərilməsinə cəlb olunmuş şəxsi heyətə,
o cümlədən Qızıl Xaç və Qızıl Aypara
fərqləndirici emblemləri olan heyətə, tikililərə,
qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum
etmə;[189]
116.0.4. hərbi əməliyyatların aparılması
üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan
istifadə etmə;
116.0.5. yetkinlik yaşına çatmayanları
silahlı qüvvələrə cəlb etmə;
116.0.6. hərbi zərurətdən irəli
gəlməyən geniş miqyaslı dağıntılar törətmə;
116.0.7. müdafiə olunmayan ərazilərə,
yaşayış məntəqələrinə və silahsızlaşdırılmış
zonalara hücum etmə;
116.0.8. hərbi hədəf olmayan,
aydın görünən və fərqləndirilən dini, təhsil,
elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların
yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan
hücum etmə;[190]
116.0.8-1. hərbi zərurət olmadan qəsdən
mədəni sərvəti, o cümlədən gücləndirilmiş
mühafizə altında olan mədəni sərvəti hücum
obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə
altında olan mədəni sərvətdən və ya ona bilavasitə
bitişik ərazilərdən hərbi əməliyyatların
dəstəklənməsi üçün istifadə etmə;
116.0.8-2. mədəni sərvəti qəsdən
böyük həcmdə dağıtma və ya mənimsəmə,
yaxud mədəni sərvətə münasibətdə oğurluq,
soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm
aktları törətmə;
116.0.8-3. mədəni sərvəti
işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud
həmin ərazidə olan mədəni sərvətə mülkiyyət
hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni
sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması
tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə
hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin
mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və
ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və
ya ondan istifadə növünü dəyişdirmə.[191]
116.0.9. müvəqqəti barışıq
haqqında və ya həlak olanların və yaralıların
döyüş meydanından aparılması, dəyişdirilməsi
və ya daşınması məqsədilə döyüş
əməliyyatlarının dayandırılması barədə
sazişi pozma;
116.0.10. mülki əhaliyə və ya döyüşlərdə
iştirak etməyən ayrı-ayrı mülki şəxslərə
hücum etmə;
116.0.11. hərbi əməliyyat bölgələrində
əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq
etmə, əmlaklarını məhv etmə, habelə hərbi
zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;
116.0.12. dağıdılması mülki əhali
arasında böyük itkilərə səbəb ola bilən
və ya mülki obyektlərə əhəmiyyətli zərər
vura bilən qurğulara hücum etmə;
116.0.13. hərbi əməliyyatlarda birbaşa
iştirakını təqsirkar üçün aşkar surətdə
dayandırmış, həmçinin silahı olmayan və ya
silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və
ya başqa səbəbdən müqavimət göstərə
bilməyən şəxsə hücum etmə;
116.0.14. işqal olunmuş ərazilərdə
öz mülki əhalisinin bir hissəsini yerləşdirmə;
116.0.15. hərbi əsirlərin və mülki
şəxslərin vətənə qaytarılmasını əsassız
olaraq gecikdirmə;
116.0.16. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələrlə
qadağan edilmiş silahları, müharibə vasitələrini
və üsullarını silahlı münaqişələrdə
tətbiq etmə;
116.0.17. zorlama, cinsi köləlik, məcburi
fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə
cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər
etmə; [192]
116.0.18. bu Məcəllənin 115.1-ci maddəsində
göstərilən şəxsləri beynəlxalq hüquq normalarına
zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum
etmə, habelə prosessual hüquqlardan məhrum etmə—
on ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [193]
Qeyd: Bu Məcəllənin 116.0.8-1-116.0.8-3-cü
maddələrində “mədəni sərvət” dedikdə, aşağıdakılar
başa düşülür:[194]
1. hər bir
xalqın mədəni irsi üçün böyük əhəmiyyəti
olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq,
incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr;
arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət
kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri;
bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar,
kitablar və digər əşyalar; həmçinin elmi kolleksiyalar
və ya kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən
sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);
2. bu “Qeyd”in
1-ci bəndində göstərilmiş, əsas və həqiqi
məqsədi daşınar mədəni sərvətlərin
saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər,
iri kitabxanalar, arxivlər, habelə həmin bənddə göstərilmiş
daşınar mədəni sərvətləri silahlı münaqişə
zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);
3. bu “Qeyd”in 1-ci və 2-ci bəndlərində
göstərilmiş mədəni sərvətlərin çox
olduğu “mədəni sərvətlərin cəmləşdiyi
mərkəz” adlandırılan mərkəzlər.
Maddə
117. Silahlı münaqişə zamanı hərəkətsizlik
etmə və ya cinayətkar əmr vermə
117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
117.2. Döyüş bölgələrində
heç kəsin sağ buraxılmayacağını bəyan
etmə və ya bu barədə tabeliyində olan şəxsə
və ya bu Məcəllənin 115—116-cı maddələrində
nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən
bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır
Maddə 118. Hərbi soyğunçuluq
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) —
üç ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 119. Müdafiə olunan
nişanlardan sui-istifadə
119.1. Hərbi münaqişə dövründə
müdafiə nişanı və ya fərqləndirici nişan
qismində Qırmızı Xaç və Qırmızı Aypara
emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara hərəkatının
prinsipləri ilə bir araya sığmayan məqsədlər
üçün Qızıl Xaç və Qızıl Aypara
emblemlərindən və onların adlarından, müdafiə
nişanı qismində istifadə edilən Qızıl Xaç
və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək
hər hansı oxşar siqnallardan istifadə etmək hüququ
olmayan şəxslər tərəfindən istifadə etmə—[195]
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
119.2. Ağ bayraqdan, Birləşmiş Millətlər
Təşkilatının bayraq, nişan və ya geyimlərindən,
o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları
ilə müdafiə olunan fərqləndirici nişanlardan sui-istifadə
etmə, bu əməllər zərərçəkmiş şəxsin
ölümünə və ya onun sağlamlığına ağır
zərər vurulmasına səbəb olduqda—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
SƏKKİZİNCİ
BÖLMƏ
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
18-ci fəsil
HƏYAT VƏ SAĞLAMLIQ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 120. Qəsdən adam öldürmə
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—
doqquz ildən on dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[196]
120.2. Qəsdən:
120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;
120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə;
120.2.3. zərərçəkmiş şəxsin
xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi
ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını
öldürmə;
120.2.4. xüsusi amansızlıqla və ya
ümumi təhlükəli üsulla adam öldürmə;
120.2.5. tamah məqsədi ilə və ya sifarişlə,
habelə zərərçəkmiş şəxsin orqanlarından
və ya toxumalarından istifadə etmək məqsədi ilə
adam öldürmə;
120.2.6. başqa cinayəti gizlətmə və
ya onun törədilməsini yüngülləşdirmə məqsədi
ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı
hərəkətlərlə əlaqədar adam öldürmə;—
120.2.7. iki və ya daha çox şəxsi
öldürmə;
120.2.8. təqsirkar şəxs üçün
aşkar surətdə hamilə vəziyyətində olan qadını
öldürmə;
120.2.9. təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı
öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi
ilə bağlı adam öldürmə;
120.2.10. təkrar adam öldürmə;
120.2.11. quldurluq, hədə-qorxu ilə tələb
etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam
öldürmə; [197]
120.2.12. milli, irqi, dini ədavət və ya
düşmənçilik niyyəti ilə adam öldürmə—
on dörd ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [198]
Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən
adam öldürməyə görə məsuliyyət müəyyən
olunmuş cinayətlərdən hər hansı birini və ya
bir neçəsini törətmiş şəxs tərəfindən
bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə
tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar
törədilməsi hesab olunur.
Maddə 121. Ananın yeni doğduğu
uşağı qəsdən öldürməsi
Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [199]
Maddə
122. Qəflətən baş vermiş güclü ruhi həyəcan
vəziyyətində qəsdən adam öldürmə
122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[200]
122.2. Güclü ruhi həyəcan vəziyyətində
iki və ya daha çox şəxsi qəsdən öldürmə—
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
123. Zəruri müdafiə həddini və ya cinayət törətmiş
şəxsin tutulması üçün zəruri həddi aşmaqla
adam öldürmə
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə—
iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[201]
123.2. Cinayət törətmiş şəxsin
tutulması üçün zəruri həddi aşmaqla qəsdən
adam öldürmə—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [202]
Maddə 124. Ehtiyatsızlıqdan
adam öldürmə
124.1. Ehtiyatsızlıqdan adam öldürmə—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[203]
124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox
adamı öldürmə—
iki ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 125. Özünü öldürmə
həddinə çatdırma KMQ20
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[204]
Maddə 126. Qəsdən sağlamlığa
ağır zərər vurma
126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
126.2. Eyni əməllər:
126.2.1. iki və ya daha çox şəxsə
qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə
və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
126.2.2. zərərçəkmiş şəxsin
xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi
ilə əlaqədar onun özü və ya yaxın qohumları
barəsində törədildikdə;
126.2.3. xüsusi amansızlıqla, o cümlədən
zərərçəkmiş şəxsə ağır iztirablar
verməklə və ya sifarişlə, habelə təqsirkar üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə
qarşı törədildikdə;
126.2.4. ümumi təhlükəli üsulla,
xuliqanlıq niyyətilə;
126.2.5. zərərçəkmiş şəxsin
orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə
törədildikdə—
altı ildən on bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda—
doqquz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [205]
Maddə 127. Qəsdən sağlamlığa
az ağır zərər vurma
127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—[206]
iki ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[207]
127.2. Eyni əməllər:
127.2.1. zərərçəkmiş şəxsin
xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi
ilə əlaqədar onun özü və ya yaxın qohumları
barəsində törədildikdə;
127.2.2. xüsusi amansızlıqla, o cümlədən
zərərçəkənə ağır iztirablar verməklə
və ya sifarişlə, habelə təqsirkar üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs
barəsində törədildikdə;[208]
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq
niyyəti ilə törədildikdə;[209]
127.2.4. zərərçəkmiş şəxsin
orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi
ilə törədildikdə;
bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [210]
Maddə 128. Qəsdən sağlamlığa
yüngül zərər vurma
Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—[211]
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan
üç yüz altmış saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri və ya
bir ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[212]
Qeyd: Bu maddədə nəzərdə tutulmuş
əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş
şəxslə barışdıqda və ona dəymiş ziyanı
tamamilə ödədikdə cinayət məsuliyyətindən
azad olunur. [213]
Maddə
129. Qəflətən baş vermiş güclü ruhi həyəcan
vəziyyətində qəsdən sağlamlığa ağır
və ya az ağır zərər vurma
129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma—
min beş yüz manatdan iki min beş
yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[214]
129.2. Zərərçəkmiş şəxs
tərəfindən edilən zorakılıq, ağır təhqir
və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər
(hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş
şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı
ilə əlaqədar yaranmış uzunsürən dözülməz
psixi şərait nəticəsində qəflətən baş
vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində
qəsdən sağlamlığa az ağır zərər vurma—
min manatdan min beş yüz manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[215]
Maddə
130. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa
ağır və ya cinayət törətmiş şəxsin
tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa
ağır və ya az ağır zərər vurma[216]
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[217]
130.2. Cinayət törətmiş şəxsin
tutulması üçün zəruri həddi aşmaqla qəsdən
sağlamlığa ağır və ya az ağır zərər
vurma—[218]
min beş yüz manatdan iki min beş
yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[219]
Maddə 131. Ehtiyatsızlıqdan
sağlamlığa az ağır və ya ağır zərər
vurma[220]
131.1. Ehtiyatsızlıqdan sağlamlığa
az ağır zərər vurma—[221]
yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[222]
131.2. Ehtiyatsızlıqdan sağlamlığa
ağır zərər vurma—
min iki yüz manatdan iki min dörd
yüz manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[223]
Maddə 132. Döymə[224]
Bu Məcəllənin 128-ci maddəsində
göstərilən nəticələrə səbəb olmayan
qəsdən döymə və ya sair zorakı hərəkətlərlə
fiziki ağrı yetirmə—
iki yüz manatadək miqdarda cərimə və
ya iki yüz qırx saatadək müddətə ictimai işlər
və ya bir ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[225]
Maddə 133. Əzab vermə[226]
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—
iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[227]
133.2. Eyni əməllər:
133.2.1. iki və ya daha çox şəxsə
qarşı və ya girov götürülən yaxud oğurlanmış
şəxsə qarşı və ya sifarişlə törədildikdə;
133.2.2. aşkar surətdə hamilə vəziyyətində
olan qadın barəsində törədildikdə;
133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
133.2.4. təqsirkar şəxs üçün
aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə
köməksiz vəziyyətdə olan şəxsə qarşı
törədildikdə;
133.2.5. zərərçəkmiş şəxsin
xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi
ilə əlaqədar onun özü və ya yaxın qohumlarına
qarşı törədildikdə;
133.2.6. işgəncə verməklə törədildikdə
—[228]
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[229]
133.3. Bu Məcəllənin 133.1 və 133.2-ci
maddələri ilə nəzərdə tutulan əməllər
şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək,
yaxud törətdiyi və ya törədilməsində şübhə
doğurduğu əmələ görə həmin şəxsi
cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən
istifadə etməklə vəzifəli şəxs tərəfindən
və ya onun təhriki ilə törədildikdə —
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[230]
Maddə 134. Öldürməklə
və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[231]
Maddə 135. Evtanaziya
Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
136. Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi
sterilizasiya
136.1. Qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[232]
136.2. Şəxsin razılığı olmadan
onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma
qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən
qorunması məqsədi ilə əməliyyat aparma—
beş yüz manatdan min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[233]
136.2-1. Bu Məcəllənin 136.1-ci və
136.2-ci maddələri ilə nəzərdə tutulan əməllər
ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır
və ya az ağır zərər vurulmasına səbəb olduqda
-
iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[234]
136.3. Bu Məcəllənin 136.1 və 136.2-ci
maddələri ilə nəzərdə tutulan əməllər
ehtiyatsızlıqdan şəxsin ölümünə və
ya sağlamlığına ağır və ya az ağır
zərər vurulmasına səbəb olduqda[235]—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[236]
Maddə 137. İnsan orqanlarının və toxumalarının
alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası
137.1. İnsan orqanlarının və toxumalarının,
həmçinin donor orqanların alqı-satqısı –
altı min manatdan doqquz min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb
müəssisələrində və tibb müəssisələrindən
kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının
həyata keçirilməsi –
on min manatdan on beş min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
137.3. Şəxsin razılığı olmadan transplantasiya
məqsədilə donor orqanının götürülməsi
və ya eyni məqsədlə şəxsi donor orqanının
götürülməsinə məcburetmə –
iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.4. “İnsan orqan və toxumalarının donorluğu
və transplantasiyası haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya
məqsədilə donor orqanın götürülməsi –
doqquz min manatdan on beş min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.5. Bu Məcəllənin 137.1–137.4-cü maddələrində
nəzərdə tutulmuş əməllər:
137.5.1. təkrar törədildikdə;
137.5.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə;
137.5.3. zərərçəkmiş şəxsin köməksiz
vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar
şəxsdən maddi, xidməti və ya sair cəhətdən
asılı olmasından istifadə etməklə törədildikdə
–
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.6. Bu Məcəllənin 137.1–137.4-cü maddələrində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
şəxsin ölümünə səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə dörd ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[237]
Maddə
138. Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan
edilmiş diaqnostika və müalicə üsullarını, dərman
vasitələrini tətbiq etmə
138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma—
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[238]
138.2. Tətbiqi müəyyən olunmuş
qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını,
dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan
şəxsin ölümünə və ya sağlamlığına
ağır və ya az ağır zərər vurulmasına səbəb
olduqda—[239]
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[240]
138.2-1. Bu Məcəllənin 138.2-ci maddəsi
ilə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan
şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[241]
138.3. Qanunvericiliklə müəyyən edilmiş
qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən, habelə
qeyri-könüllü psixiatriya yardımı göstərilən
və ya tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən
şəxslər üzərində biotibbi eksperimentlər aparma
-
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə
və ya 2 ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [242]
138.4. Psixi pozuntunun müalicəsində qarşısıalınmaz
nəticə doğuran cərrahiyyə üsullarından istifadə
etmə -
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[243]
Maddə 139. Zöhrəvi xəstəlikləri
yayma
139.1. Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—
iki min beş yüz manatdan beş
min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[244]
139.2. Eyni əməllərin iki və ya daha
çox şəxsə qarşı və ya yetkinlik yaşına
çatmayan şəxsə qarşı törədildikdə—
dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 139-1. Epidemiya
əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin
pozulması[245]
139-1.1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena
və ya karantin rejimlərinin pozulması xəstəliklərin
yayılmasına səbəb olduqda və ya xəstəliklərin
yayılması üçün real təhlükə yaratdıqda
-
iki min beş yüz manatdan beş min manatadək
miqdarda cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
139-1.2. Eyni əməllər ehtiyatsızlıqdan
insan ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda -
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 140. İnsan immunçatışmazlığı
virusu ilə yoluxdurma
140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma—
iki ilədək müddətə islah işləri
və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [246]
140.2. İnsan immunçatışmazlığı
virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi
başqa şəxsə yoluxdurması—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.3. Bu Məcəllənin 140.2-ci maddəsində
nəzərdə tutulmuş əməllər nəticəsində
iki və ya daha çox şəxsi və ya yetkinlik yaşına
çatmayanı insan immunçatışmazlığı virusu
ilə yoluxdurma—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.4. Öz xidməti vəzifələrini
lazımınca yerinə yetirməməsi nəticəsində
başqa şəxsi insan immunçatışmazlığı
virusu ilə yoluxdurma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [247]
Maddə 141. Qanunsuz abort etmə
141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə
və ya altı ayadək müddətə islah işləri ilə
cəzalandırılır.[248]
141.2. Xüsusi ali tibbi təhsili olmayan şəxs
tərəfindən abort etmə—
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai
işlər və ya bir ilədək müddətə islah işləri
ilə cəzalandırılır.[249]
141.3. Bu Məcəllənin 141.1 və 141.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
nəticəsində zərərçəkmiş şəxsin
sağlamlığına ehtiyatsızlıqdan ağır zərər
vurulduqda—
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[250]
141.4. Bu Məcəllənin 141.1 və 141.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 142. Xəstəyə kömək
göstərməmə KMQ9
142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma—
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
bir ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[251]
142.2. Eyni əməllər nəticəsində
zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vurma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [252]
142.3. Eyni əməllər zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 143. Təhlükədə
qoyma
Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə—
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[253]
Maddə
143-1. Dopinq vasitələrindən və (və ya) üsullarından istifadəyə məcbur
etmə[254]
Dopinq vasitələrindən
və (və ya) üsullarından istifadəyə məcbur
etmə [255]—
min beş yüz manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlığın məhdudlaşdırılması
ilə cəzalandırılır.[256]
19-cu fəsil
ŞƏXSİYYƏTİN
AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 144. Adam oğurluğu
144.1. Adam oğurluğu—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144.2. Eyni əməllər:
144.2.1. iki və ya daha çox şəxs
barəsində törədildikdə;
144.2.2. təqsirkar şəxs üçün
aşkar surətdə hamilə vəziyyətində olan qadına
qarşı törədildikdə;
144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
144.2.4. zərərçəkmiş şəxsin
həyatı və ya sağlamlığı üçün
təhlükəli olan zor tətbiq etməklə törədildikdə;
144.2.5. silahdan yaxud silah qismində istifadə
edilən əşyalardan istifadə etməklə törədildikdə;
144.2.6. tamah məqsədi ilə və ya sifarişlə
törədildikdə—
səkkiz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144.3. Bu Məcəllənin 144.1 və 144.2-ci
maddələrində göstərilən əməllər yetkinlik
yaşına çatmayan şəxs barəsində törədildikdə
və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Əməllərində başqa cinayətin tərkibi
olmayan və oğurlanmış adamı könüllü azad
edən şəxs cinayət məsuliyyətindən azad olunur.
Maddə
144-1. İnsan alveri [257]
144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə
və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər
məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq,
aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən
sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət
edən şəxsin razılığının alınması
üçün maddi və sair nemətlər, imtiyazlar və
ya güzəştlər verməklə və ya almaqla, şəxsin
istismar edilməsi məqsədi iləcəlb
edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi,
daşınması, verilməsi və ya qəbul edilməsi –
əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
144-1.2. Eyni əməllər:
144-1.2.1. İki və ya daha çox şəxs barəsində
törədildikdə;
144-1.2.2. təkrar
törədildikdə;
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində
törədildikdə;
144-1.2.4. təqsirkar şəxs üçün aşkar
surətdə hamilə vəziyyətində olan qadın barəsində
törədildikdə;
144-1.2.4-1. insan alveri qurbanını
Azərbaycan Respublikasının dövlət sərhədindən
keçirməklə törədildikdə; [258]
144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə;
144-1.2.6. təqsirkar şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
144-1.2.7. həyat və sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə;
144-1.2.8. zərərçəkmiş şəxsə
işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani,
yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;
144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından
və ya toxumalarından istifadə etmək məqsədilə
törədildikdə -
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində
göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda –
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə "insanın istismarı"
dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik,
köləliyə bənzər adətlər və onlardan irəli
gələn asılılıq vəziyyəti, insan orqanlarının
və toxumalarının qanunsuz götürülməsi,
şəxs üzərində qanunsuz biotibbi tədqiqatların
aparılması, qadının surroqat ana kimi istifadə edilməsi,
qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb
etmə başa düşülür. [259]
2. İnsan alverindən zərərçəkmiş
şəxsin istismar olunmasına dair razılığı, həyat
tərzi, habelə əxlaqsız davranışı insan alverində
təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən
hal qismində nəzərə alına bilməz.
3. Yetkinlik yaşına
çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi,
əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması,
verilməsi və ya qəbul edilməsi bu Məcəllənin
144-1.1-ci maddəsində göstərilən üsullardan istifadə
olunmasa da, insan alveri hesab edilir.[260]
Maddə 144-2. Məcburi
əmək [261]
144-2.1. hədə-qorxu, zor tətbiq etməklə
və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə
müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin
azadlığını məhdudlaşdırmaqla müəyyən
işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə)
məcbur etmə -
dörd ildən səkkiz
ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[262]
144-2.2. Eyni əməllər:
144-2.2.1. iki və ya daha çox şəxs
barəsində törədildikdə;
14-2.2.2. təkrar törədildikdə;
144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs
barəsində törədildikdə;
144-2.2.4. təqsirkar şəxs üçün
aşkar surətdə hamilə vəziyyətində olan qadın
barəsində törədildikdə;
144-2.2.5. təqsirkar şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən törədildikdə
-
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [263]
144-2.3. Bu məcəllənin 144-2.1 və 144-2.2-ci
maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda –
doqquz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır. [264]
Maddə 144-3. İnsan alveri məqsədi ilə
sənədlərlə qanunsuz hərəkətlər [265]
144-3.1. İnsan
alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin,
pasportunun və ya şəxsiyyətini təsdiq edən digər
sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin
saxtalaşdırılması -
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [266]
144-3.2. İnsan
alveri məqsədi ilə insan alverçisini və ya insan alveri
qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və
ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud
yol (sərhədkeçmə) sənədləri ilə təmin
etmə -
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.3. İnsan
alveri məqsədi ilə insan alverçisini və ya insan alveri
qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və
ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud
yol (sərhədkeçmə) sənədləri ilə təmin
etmək üçün belə sənədləri əldə
etmə -
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-3.4. İnsan
alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət
vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq
edən digər sənədini, yaxud yol (sərhədkeçmə)
sənədini götürmə, saxlama, gizlətmə, zədələmə
və ya məhvetmə -
iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 145. Qanunsuz azadlıqdan
məhrum etmə
145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə—
iki ilədək müddətə islah işləri
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
145.2. Eyni əməllər:
145.2.1. iki və ya daha çox şəxsə
qarşı törədildikdə;
145.2.2. təqsirkar şəxs üçün
aşkar surətdə hamilə vəziyyətində olan qadına
qarşı törədildikdə;
145.2.3. yetkinlik yaşına çatmayan şəxs
barəsində törədildikdə;
145.2.4. bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə;
145.2.5. zərərçəkmiş şəxsin
həyatı və ya sağlamlığı üçün
təhlükəli olan zor tətbiq etməklə törədildikdə;
145.2.6. silahdan yaxud silah kimi istifadə edilən
əşyalardan istifadə etməklə törədildikdə—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
145.3. Bu Məcəllənin 145.1 və ya 145.2-ci
maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 146. Qanunsuz olaraq psixiatriya
xəstəxanasına yerləşdirmə
146.1. Psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
146.2. Eyni əməllər təqsirkar şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
146.3. Bu Məcəllənin 146.1 və ya 146.2-ci
maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 147. Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—[267]
min manatdan min beş yüz manatadək miqdarda cərimə
ilə və ya iki yüz qırx saatdan dörd yüz
səksən saatadək
müddətə ictimai işlər və ya bir ilədək müddətə
islah işləri və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[268]
147.2. Ağır və ya xüsusilə ağır
cinayətdə ittiham etməklə böhtan atma—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[269]
Maddə 148. Təhqir
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —[270]
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai
işlər və ya bir ilədək müddətə islah işləri
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[271]
Maddə 148-1. İnternet
informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və
ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir
etmə[272]
İnternet informasiya ehtiyatında saxta istifadəçi
adlar, profil və ya hesablardan istifadə edərək kütləvi
nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə
-
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz altmış saatdan dörd yüz səksən
saatadək müddətə ictimai işlər və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[273]
Qeyd:
Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar”
dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən
sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini
eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad
və ya ata adına dair yalan məlumat yerləşdirilmiş
və ya belə məlumatlar gizlədilmiş, habelə digər
şəxsə aid məlumatlardan onun razılığı olmadan
istifadə edilməklə yaradılmış istifadəçi
adlar, profil və ya hesablar başa düşülür.
20-ci fəsil
ŞƏXSİYYƏTİN
CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR
Maddə 149. Zorlama
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma—
dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
149.2. Eyni əməllər:
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
149.2.2. zərərçəkmiş şəxsin
zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
149.2.3. təqsirkar şəxs üçün
aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə
qarşı törədildikdə;[274]
149.2.4. zərərçəkmiş şəxsi
və ya başqa şəxsləri öldürmə və ya
sağlamlığa ağır zərər vurma hədəsi
ilə, habelə xüsusi amansızlıqla törədildikdə;
149.2.5. təkrar törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
149.2-1. Eyni əməllər:[275]
149.2-1.1. yetkinlik yaşına çatmayan
şəxsə qarşı törədildikdə;
149.2-1.2. ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin insan immunçatışmazlığı virusu
ilə yoluxmasına və ya digər ağır nəticələrə
səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə on ildən on beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
149.3. Eyni əməllər:
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda;
149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin insan immunçatışmazlığı virusu
ilə yoluxmasına və ya digər ağır nəticələrə
səbəb olduqda;[276]
149.3.3. təqsirkar şəxs üçün
aşkar surətdə on dörd yaşına çatmayan şəxs
barəsində törədildikdə—[277]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə on beş ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[278]
Qeyd:
Bu Məcəllənin 152.2 – 152.4-cü maddələrində nəzərdə
tutulmuş əməllər on iki yaşına çatmayan şəxs
barəsində və ya ona qarşı edilən hərəkətlərin
xarakterini və mahiyyətini başa düşməyən yetkinlik
yaşına çatmayan digər şəxs barəsində törədildikdə,
həmin əməllər bu Məcəllənin müvafiq olaraq
149.3.3-cü və ya 150.3.3-cü maddəsinə əsasən
cinayət məsuliyyətinə səbəb olur.[279]
Maddə 150. Seksual xarakterli zorakılıq
hərəkətləri
150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə—
dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[280]
150.2. Eyni əməllər:
150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
150.2.2. zərərçəkmiş şəxsin
zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
150.2.3. təqsirkar üçün aşkar
surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində
törədildikdə;[281]
150.2.4. zərərçəkmiş şəxsə
və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla
törədildikdə;
150.2.5. təkrar törədildikdə;
beş ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[282]
150.2-1. Eyni əməllər:[283]
150.2-1.1. yetkinlik yaşına çatmayan
şəxsə qarşı törədildikdə;
150.2-1.2. ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin insan immunçatışmazlığı virusu
ilə yoluxmasına və ya digər ağır nəticələrə
səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə on ildən on beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
150.3. Eyni əməllər:
150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda;
150.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin insan immunçatışmazlığı virusu
ilə yoluxmasına və ya digər ağır nəticələrə
səbəb olduqda;[284]
150.3.3. təqsirkar şəxs üçün
aşkar surətdə on dörd yaşına çatmayan şəxs
barəsində törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə on beş ildən
iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[285]
Maddə 151. Seksual xarakterli hərəkətlərə
məcbur etmə
Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə—
bir ildən iki ilədək müddətə
islah işləri və ya bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[286]
Maddə
152. On altı yaşına çatmayan şəxslə cinsi
əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər
etmə[287]
152.1. On dörd yaşına çatmış,
lakin on altı yaşına
çatmayan şəxslə cinsi əlaqədə olma və
ya seksual xarakterli digər hərəkətlər etmə —[288]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə bir ildən üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[289]
152.2. Eyni əməllər on iki yaşına
çatmış, lakin on dörd yaşına çatmayan şəxs
barəsində törədildikdə —[290]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən
altı ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[291]
152.3. Bu Məcəllənin 152.1 və ya
152.2-ci maddələrində göstərilən əməllər
yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi
daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana
nəzarəti həyata keçirmək vəzifəsini daşıyan
təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin
müəllimi və ya digər işçisi tərəfindən
törədildikdə —
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə dörd ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
152.4. Bu Məcəllənin 152.2 və ya
152.3-cü maddələrində göstərilən əməllər:[292]
152.4.1. təkrar törədildikdə;
152.4.2. iki və ya daha çox şəxsə
qarşı törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə altı ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 152
və ya 153-cü maddələrində nəzərdə tutulmuş
cinayətlərə görə məsuliyyət həmin maddələrdə
göstərilən əməlləri törətmiş şəxslə
zərərçəkmiş şəxsin yaş fərqi iki
ildən çox olduqda yaranır.
Maddə 153. On altı yaşına çatmayan şəxsə qarşı
əxlaqsız hərəkətlər[293]
153.1. On altı yaşına çatmayan
şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız
hərəkətlər törətmə, habelə həmin şəxsi
cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti
müşahidə etməyə cəlb etmə —[294]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[295]
153.2. Eyni əməllər on dörd yaşına
çatmayan şəxs barəsində törədildikdə —
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[296]
153.3. Bu Məcəllənin 153.1 və ya
153.2-ci maddələrində göstərilən əməllər
yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi
daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana
nəzarəti həyata keçirmək vəzifəsini daşıyan
təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin
müəllimi və ya digər işçisi tərəfindən
törədildikdə —
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən
altı ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[297]
153.4. Bu Məcəllənin 153.2 və ya
153.3-cü maddələrində göstərilən əməllər:[298]
153.4.1. təkrar törədildikdə;
153.4.2. iki və ya daha çox şəxsə
qarşı törədildikdə –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə beş ildən doqquz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
21-ci fəsil
İNSAN VƏ VƏTƏNDAŞIN
KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI ƏLEYHİNƏ OLAN
CİNAYƏTLƏR
Maddə 154. Bərabərlik hüququnu
pozma
154.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.[299]
154.2. Eyni əməllər vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə —
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[300]
Maddə
155. Yazışma, telefon danışıqları, poçt,
teleqraf və digər məlumatların sirrini pozma
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.[301]
Maddə 156. Şəxsi həyatın
toxunulmazlığını pozma
156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması—[302]
min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[303]
156.2. Eyni əməllər:[304]
156.2.1. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
156.2.2. məsafədən idarə
edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə
–
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[305]
Maddə 157. Mənzil toxunulmazlığını
pozma
157.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[306]
157.2. Eyni əməllər zor tətbiq etməklə
və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri
və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [307]
157.3. Bu Məcəllənin 157.1 və ya 157.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [308]
Maddə 158. Hüquqi şəxslərin
binalarının (otaqlarının) toxunulmazlığını
pozma
158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək
ictimai işlər və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.[309]
158.2. Eyni əməllər zor tətbiq etməklə
və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri
və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [310]
158.3. Bu Məcəllənin 158.1 və ya 158.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [311]
Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının
həyata keçirilməsinə maneolma[312]
159.1. Vətəndaşın seçki (referendumda
iştirak) hüquqlarının həyata keçirilməsinə
maneolma-
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda
cərimə və ya üç yüz saatdan dörd yüz
səksən saatadək
ictimai işlər və ya altı ayadək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[313]
159.2. Vətəndaşı namizədin lehinə
imza atmağa məcburetmə və ya namizədin müdafiəsi
üçün imza yığılmasına maneolma -
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[314]
159.3. Vətəndaşı öz iradəsinə
zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə
maneolma -
iki min beş yüz manatdan beş
min manatadək miqdarda
cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya iki ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[315]
159.4. Bu Məcəllənin 159.1-159.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə,
zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi
ilə törədildikdə;
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
159.4.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifətutma və ya müəyyən fəaliyyətlə
məşğulolma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[316]
159-1.1. Namizədlərin, partiyaların, siyası
partiyalar bloklarının seçki (referendum) kampaniyalarına
müdaxilə etmə və ya onu pozma -
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[318]
159-1.2. seçkiqabağı (referendumqabağı)
kütləvi tədbirlərin keçirilməsinə mane olma
-
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[319]
159-1.3. Seçkilərdə (referendumda) başqalarının
əvəzinə səs verilməsinə şərait yaratma -
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[320]
Maddə
160. Seçki (referendum) komissiyalarının
işinə müdaxilə etmə və ya təsir göstərmə[321]
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə – [322]
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[323]
160.2. Eyni hərəkətlər:
160.2.1. ələ alma, aldatma, hədələmə,
zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi
ilə;
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
160.2.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[324]
Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının üzvü
tərəfindən seçki (referendumda iştirak) sənədlərinin
saxtalaşdırılması və ya saxta sənədlərin
təqdim edilməsi, bilə-bilə səslərin düzgün
hesablanmaması, səsvermənin nəticələrinin düzgün
müəyyənləşdirilməməsi və ya səsvermənin
gizliliyinin pozulması - [325]
iki min beş yüz manatdan beş
min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri
ilə cəzalandırılır.[326]
161.2. Seçki sənədlərinin başqa
şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi,
başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs
tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması
– [327]
iki min beş yüz manatdan beş
min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri
ilə cəzalandırılır.[328]
Maddə 161-1.
Vətəndaşların qanunvericilik
təşəbbüsü qaydasında hazırlanan və Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim
edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi
üçün imzaların toplanması qaydasının pozulması[329]
Vətəndaşların
qanunvericilik təşəbbüsü qaydasında hazırlanan
və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə
təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin
dəstəklənməsi üçün imza toplanması prosesində
vətəndaşları imza qoymağa məcburetmə və
ya imza qoymağa maneolma, yaxud bunlara görə onları hər
hansı formada mükafatlandırma –
min beş yüz
manatdan iki min beş yüz manatadək miqdarda cərimə və
ya iki yüz qırx saatdan üç yüz saatadək ictimai
işlər ilə cəzalandırılır.
Maddə 162. Əmək mühafizəsi
qaydalarını pozma
162.1. Texniki təhlükəsizlik və ya
əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi
vəzifəsi həvalə edilmiş şəxs tərəfindən
bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan
insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa—[330]
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[331]
162.2. Eyni əməllər ehtiyatsızlıqdan
insan ölümünə səbəb olduqda—
üç ildən
beş ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [332]
162.3. Bu Məcəllənin 162.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə səbəb
olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən
yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[333]
Maddə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə
minmədən işçilərin hər hansı işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi[334]
162-1.1. Azərbaycan Respublikasının
Əmək Məcəlləsində nəzərdə tutulmuş
qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə
minmədən xeyli sayda işçilərin hər hansı işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi
—
yeddi min manatdan on min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [335]
162-1.2. Eyni əməllər təkrar
törədildikdə —
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [336]
Qeyd:
1. Bu Məcəllənin
162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, on nəfər
və ondan çox olan işçilərin sayı nəzərdə
tutulur. [337]
2. Bu Məcəllənin
162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli
törətmiş şəxs Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə müəyyən edilmiş
qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda,
habelə ödəməkdən yayındırılmış
vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi
dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə
cinayət məsuliyyətindən azad edilir.[338]
3. Şəxs bu “Qeyd”in 2-ci bəndində
nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən
yalnız bir dəfə azad edilir.
Maddə 163. Jurnalistlərin qanuni
peşə fəaliyyətinə mane olma
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.[339]
163.2. Eyni əməllər vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə
islah işləri ilə və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
164. Hamilə qadının və ya himayəsində üç
yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını
təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma[340]
Qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə—
iki min manatdan üç min manatadək miqdarda cərimə
ilə cəzalandırılır.[341]
Maddə 165. Müəlliflik hüquqlarını
və ya əlaqəli hüquqları pozma
165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.[342]
165.2. Eyni əməllər:
165.2.1. təkrar törədildikdə;
165.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
əmlakı müsadirə olunmaqla iki
min manatdan dörd min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[343]
Qeyd: [344]
Bu Məcəllənin 165-166-cı
maddələrində “xeyli miqdar” dedikdə, min manatdan artıq
olan məbləğ başa düşülür.
Maddə
165-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna
hüququ pozma[345]
165-1.1. Müəllifin və ya digər hüquq
sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal
olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə,
yaxud onun hər hansı bir hissəsini inteqral sxemə daxil etmə
yolu ilə və ya surətini başqa şəkildə cıxarma,
habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral
sxemi tətbiq etmə, gətirmə, satış üçün
təklif etmə, satma, yaxud başqa formada təsərrüfat
dövriyyəsinə daxil etmə, əgər bu əməllər
nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa –
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.[346]
165-1.2. Eyni əməllər:
165-1.2.1. təkrar törədildikdə;
165-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[347]
Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində "xeyli
miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa
düşülür.[348]
165-2.1. Folklor nümunələrindən istifadə
tələblərinin pozulması, əgər bu əməllər
nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa
əmlakı müsadirə olunmaqla min
manatdan iki min manatadək miqdarda cərimə və ya üç
yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.[350]
165-2.2. Eyni əməllər:
165-2.2.1. təkrar törədildikdə;
165-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
əmlakı müsadirə olunmaqla iki
min manatdan dörd min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[351]
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min manatdan
artıq olan məbləğ başa düşülür.[352]
Maddə 165-3. Məlumat
toplularından qeyri-qanuni istifadə [353]
165-3.1. Məlumat toplularından qeyri-qanuni istifadə, əgər
bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa
–
əmlakı müsadirə olunmaqla, min manatdan iki min manatadək
miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz
səksən saatadək ictimai işlərlə cəzalandırılır.[354]
165-3.2. Eyni əməllər:
165-3.2.1. təkrar törədildikdə;
165-3.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstə tərəfindən törədildikdə
-
əmlakı müsadirə olunmaqla, iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[355]
Qeyd. Bu maddədə “xeyli miqdar” dedikdə, min
manatdan artıq olan məbləğ başa düşülür.[356]
Maddə 166. İxtiraçılıq
və patent hüquqlarını pozma
166.1. İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.[357]
166.2. Eyni əməllər:
166.2.1. təkrar törədildikdə;
166.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[358]
Maddə 167. Dini ayinləri icra
etməyə mane olma
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[359]
Maddə 167-1. Dinə etiqad etməyə
məcbur etmə və ya bu əməllərin
dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm
zəminində törədilməsini maliyyələşdirmə[360]
167-1.1. Şəxsi hər hansı dinə (dini cərəyana)
etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri
yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə
iştirak etməyə, habelə dini təhsil almağa məcbur
etmə -
üç min manatdan beş min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[361]
167-1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa
məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan
çıxmasına mane olma -
üç min manatdan beş min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etməklə cəzalandırılır.
167-1.3. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər:
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində
törədildikdə;
167-1.3.2. qabaqcadan əlbir olan bir neçə qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
167-1.3.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməkdə törədildikdə
-
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[362]
167-1.4. Bu Məcəllənin 167-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə
–
yeddi min manatdan doqquz min manatadək miqdarda
cərimə və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
167-1.5. Bu Məcəllənin 167-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllərin dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini
maliyyələşdirmə –
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[363]
Maddə 167-2. Qanunsuz olaraq dini təyinatlı
ədəbiyyatı, audio və video
materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını
istehsal etmə, idxal etmə, satma və ya yayma[364]
167-2.1. Müvafiq razılıq olmadan dini
təyinatlı ədəbiyyatı (kağız
və elektron daşıyıcılarında), audio və video
materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat
materiallarını istehsal etmə, satış və ya yayma məqsədi
ilə idxal etmə, satma və ya yayma -[365]
beş min manatdan yeddi min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etməklə cəzalandırılır.[366]
167-2.2. Eyni əməllər:
167-2.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
167-2.2.2. təkrar törədildikdə;
167-2.2.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
yeddi min manatdan doqquz min manatadək
miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etməklə cəzalandırılır.[367]
167-3. Dini ekstremist
materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri
maliyyələşdirmə[368]
167-3.1. Dini ekstremist materialları, yəni
dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran
və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə
fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları
hazırlama, saxlama və ya yayma –
səkkiz min manatdan on min manatadək miqdarda
cərimə və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmək ilə cəzalandırılır.
167-3.2. Bu Məcəllənin 167-3.1-ci maddəsində
nəzərdə tutulmuş əməlləri maliyyələşdirmə
–
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 168. Dini ayinlərin icrası
adı altında vətəndaşların hüquqlarına qəsd
etmə
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə—
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[369]
168.2. Bu Məcəllənin 168.1-ci maddəsində
nəzərdə tutulmuş əməllərin törədilməsinə
yetkinlik yaşına çatmayanları cəlb etmə—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 168-1. Dini təbliğat, dini ayin və
mərasimlərin aparılması tələblərini pozma[370]
168-1.1. İslam
dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil
almış Azərbaycan Respublikasının vətəndaşı
tərəfindən “Dini etiqad azadlığı haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan aparılması
-[371]
iki min manatdan beş
min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
168-1.2. Dini mərkəz tərəfindən
dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs tərəfindən dini təbliğat aparılması
–[372]
bir ildən iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
168-1.3. Bu Məcəllənin
168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər:
168-1.3.1. təkrar
törədildikdə;
168-1.3.2. qabaqcadan
əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə -
iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 169. Toplantıları keçirmə
qaydasını pozma
169.1. Qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda —
beş min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[373]
169.2. Toplantıların keçirilməsi
zamanı toplantıda iştirak edənlər tərəfindən
odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular,
eləcə də ətrafdakıların həyat və sağlamlığı
üçün təhlükə törədən sair maddə
və əşyaları gəzdirmə —
beş min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[374]
Maddə 169-1. Siyasi partiyada üzvlüyə
məcbur etmə[375]
Siyasi partiyaya daxil olmağa və
ya onun üzvlüyündə qalmağa məcbur etmə -
min manatdan üç min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
22-ci fəsil
YETKİNLİK YAŞINA
ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə
170. Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə
cəlb etməKMQ29
170.1. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə—
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
170.2. Eyni əməllər yetkinlik yaşına
çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan
şəxs tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
170.3. Bu Məcəllənin 170.1 və ya 170.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi
ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı
cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır
cinayətin törədilməsinə cəlb etmə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
171. Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və
ya digər əxlaqsız əməllərə cəlb
etmə[376]
171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç
ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[377]
171.2. Eyni əməllər:
171.2.1. zor tətbiq etməklə və ya zor
tətbiq etmə hədəsi ilə və ya digər məcburetmə vasitələri ilə
törədildikdə;[378]
171.2.2. mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
171.2.3. yetkinlik yaşına çatmayanın
valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına
çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş
digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara
nəzarəti həyata keçirmək vəzifəsini daşıyan
təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin
müəllimi və ya digər işçisi tərəfindən
törədildikdə;[379]
171.2.4. on altı yaşına çatmayan
şəxs barəsində törədildikdə –[380]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə dörd
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[381]
Maddə 171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi[382]
171-1.1. Uşaq pornoqrafiyasını yayma, reklam etmə,
satma, başqasına vermə, göndərmə, təklif etmə,
əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və
ya reklam etmək məqsədilə hazırlama, əldə etmə
və ya saxlama –
səkkiz min manatdan on min manatadək miqdarda cərimə
və ya beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[383]
171-1.2. Eyni əməllər:
171-1.2.1. təkrar törədildikdə;
171-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə
törədildikdə;
171-1.2.4. yetkinlik yaşına çatmayanın valideynləri
və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı
tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və
ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata
keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə,
tibbi və ya digər müəssisənin müəllimi və
ya digər işçisi tərəfindən törədildikdə;[384]
171-1.2.5. təqsirkar şəxs üçün aşkar
surətdə on dörd yaşına çatmayan şəxs
barəsində törədildikdə;[385]
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə beş
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 171-1-ci maddəsinin
məqsədləri üçün “uşaq pornoqrafiyası”
dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və
ya yetkinlik yaşına çatmayan təsəvvürünü
yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə
real və ya simulyasiya edilmiş iştirakını əks etdirən,
yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların
cinsi orqanlarını əks etdirən istənilən əşyalar
və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə
iştirak edən yetkinlik yaşına çatmayan şəxsi
əks etdirən realistik təsvirlər başa düşülür.
2. Bu Məcəllənin 171-1.2.3-cü
maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq
olan məbləğ başa düşülür.
Maddə 171-2. Seksual xarakterli məqsədlərlə
uşaqların təqib edilməsi[386]
Yetkinlik yaşına çatmış şəxs
tərəfindən on dörd yaşına çatmayan şəxslə
cinsi əlaqədə olma, seksual xarakterli hərəkətlər
etmək və ya uşaq pornoqrafiyasının istehsalı məqsədilə
həmin şəxsin on dörd yaşına çatmadığını
bilə-bilə ona informasiya və kommunikasiya texnologiyaları vasitəsilə
görüş təklif etməklə bu görüşün
baş verməsi üçün praktiki hərəkətlər
edildikdə –
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ildən üç ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
Maddə 172. Özgənin uşağını
dəyişdirmə
Tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 173. Yetkinlik yaşına çatmayanın alqı-satqısı
[387]
173.1. Yetkinlik yaşına
çatmayanın alqı-satqısı, yaxud yetkinlik yaşına
çatmayan barəsində onun başqalarına verilməsi və
ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması
—
üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
173.2. Eyni əməllər:
173.2.1. təkrar törədildikdə;
173.2.2. iki və ya
daha çox yetkinlik yaşına çatmayan barəsində törədildikdə;
173.2.3. qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
173.2.4. təqsirkar
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə;
173.2.5. yetkinlik yaşına
çatmayanın qanunsuz olaraq Azərbaycan Respublikasının
ərazisindən çıxarılması və ya Azərbaycan
Respublikasının ərazisinə gətirilməsi yolu ilə
törədildikdə;
173.2.6. yetkinlik yaşına
çatmayanın orqanlarından və ya toxumalarından istifadə
etmək məqsədi ilə törədildikdə—
üç ildən
səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
173.3. Bu Məcəllənin
173.1 və 173.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan yetkinlik yaşına çatmayanın
ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
səkkiz ildən
on iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 174. Qanunsuz olaraq övladlığa
götürmə
Uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə—[388]
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[389]
Maddə 175. Övladlığa
götürmə sirrini yayma
Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma—
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[390]
Maddə
176. Uşaqlara və ya valideynlərə kömək göstərməkdən
qərəzli boyun qaçırma[391]
176.1. Əmək qabiliyyəti olan və işləyən
valideynlər tərəfindən yetkinlik yaşına çatmayan
uşağın (uşaqların), habelə yetkinlik yaşına
çatmış, lakin əmək qabiliyyəti olmayan övladların
saxlanması üçün məhkəmə tərəfindən
müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli
olaraq boyun qaçırma—
yüz manatdan beş yüz manatadək miqdarda
cərimə və ya yüz doxsan saatdan iki yüz qırx saatadək
ictimai işlər və ya bir ilədək müddətə islah
işləri və ya altı ayadək azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[392]
176.2. Əmək qabiliyyəti olan və işləyən
övlad (övladlar) tərəfindən əmək qabiliyyəti
olmayan valideynlərin saxlanması üçün məhkəmə
tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən
qərəzli olaraq boyun qaçırma—
beş yüz manatadək miqdarda cərimə
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[393]
Maddə 176-1. Qadını nikaha daxil
olmağa məcbur etmə[394]
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə
-[395]
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan
şəxs barəsində törədildikdə -[396]
üç min manatdan dörd min manatadək
miqdarda cərimə və ya dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[397]
Qeyd: Bu Məcəllənin
176-1 və 176-2-ci maddələrində “erkən evlilik” dedikdə
yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan
ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.[398] (Bu Qeyd 2025-ci
il iyulun 1-dən qüvvəyə minir.)
Maddə 176-2. On altı yaşına çatmayan şəxsin erkən
evliliyinin təşkili[399] (Bu maddə
2025-ci il iyulun 1-dən qüvvəyə minir.)
On altı yaşına çatmayan şəxsin
erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə
daxil olan digər şəxsin valideynləri və ya onları
tərbiyə etmək vəzifəsi daşıyan şəxslər
və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış
şəxs tərəfindən təşkil edilməsi –
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə
nəzərdə tutulmuş cinayətə görə məsuliyyət
erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış
şəxsə münasibətdə həmin şəxslə
zərərçəkmiş şəxsin yaş fərqi beş
ildən çox olduqda yaranır.
DOQQUZUNCU BÖLMƏ
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR
23-cü fəsil
MÜLKİYYƏT ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏR
Maddə 177. Oğurluq KMQ22
177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —
üç yüz altmış
saatdan dörd yüz səksən saatadək ictimai işlər
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[400]
177.2. Eyni əməllər:
177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
177.2.2. təkrar törədildikdə;
177.2.3. yaşayış sahəsinə, habelə
binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil
olmaqla törədildikdə;
177.2.3-1. elektron məlumat daşıyıcılarından,
yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə;[401]
177.2.3-2. neft kəmərlərinə, dövlət
və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik,
istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə
törədildikdə;
177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
177.2.5. zərərçəkmiş
şəxsin üzərindən, cibindən, çantasından
və ya digər əl yükündən çıxarılmaqla
törədildikdə -[402]
bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[403]
177.3. Bu Məcəllənin
177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər: [404]
177.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə—
177.3.3. əvvəllər talama və ya hədə-qorxu
ilə tələb etməyə görə iki dəfə və
ya daha çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—[405]
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [406]
177.4. Bu Məcəllənin 177.1-177.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə
-[407]
on ildən on dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: [408]
1. Bu Məcəllənin
177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə
tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə
və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin
beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu
hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və
177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət
əmlakın mülkiyyətçisinə və ya digər sahibinə
yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu
hallarda yaranır.
2. Bu Məcəllənin
177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar”
dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq
olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan
yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ,
“xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan
yuxarı olan mәblәğ başa düşülür.
3. Bu Məcəllənin 177—183-cü,
habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə
tutulmuş cinayətlərdən hər hansı birini və ya
bir neçəsini törətmiş şəxs tərəfindən
bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə
tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi
(bu Məcəllənin 16.3-cü maddəsində göstərilən
hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab
olunur.
Maddə 178. Dələduzluq KMQ22
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək
ictimai işlər və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[409]
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə
və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla
bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[410]
178.3. Bu Məcəllənin
178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər: [411]
178.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə—
178.3.3. əvvəllər talama və ya hədə-qorxu
ilə tələb etməyə görə iki dəfə və
ya daha çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—[412]
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[413]
178.4. Bu Məcəllənin 178.1—178.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə
—[414]
on ildən on dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 179. Mənimsəmə
və ya israf etmə
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək
ictimai işlər və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[415]
179.2. Eyni əməllər:
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
179.2.2. təkrar törədildikdə;
179.2.3. şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə
və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla
bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[416]
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:
179.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
179.3.2. külli miqdarda törədildikdə
—
179.3.3. əvvəllər talama və ya hədə-qorxu
ilə tələb etməyə görə iki dəfə və
ya daha çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—[417]
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[418]
179.4. Bu Məcəllənin 179.1—179.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə
—[419]
on ildən on dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 180. Soyğunçuluq
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [420]
180.2. Eyni əməllər:
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
180.2.2. təkrar törədildikdə;
180.2.3. yaşayış sahəsinə, habelə
binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq
girməklə törədildikdə;
180.2.4. insanların həyatı və ya sağlamlığı
üçün təhlükəli olmayan zor tətbiq etməklə
törədildikdə;
180.2.5. zərərçəkmiş şəxsə
xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [421]
180.3. Bu Məcəllənin
180.1 və ya 180.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər: [422]
180.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
180.3.2. zərərçəkmiş şəxsə
külli miqdarda ziyan vurmaqla törədildikdə —
180.3.3. əvvəllər talama və ya hədə-qorxu
ilə tələb etməyə görə iki dəfə və
ya daha çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—[423]
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla yeddi ildən
on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [424]
180.4. Bu Məcəllənin 180.1—180.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə
—[425]
on iki ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 181. Quldurluq
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [426]
181.2. Eyni əməllər:
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
181.2.2. təkrar törədildikdə;
181.2.3. yaşayış sahəsinə, habelə
binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq
girməklə törədildikdə;
181.2.4. xeyli miqdarda
əmlak əldə etmək məqsədi ilə törədildikdə; [427]
181.2.5. silah və ya silah qismində istifadə
edilən əşyalar tətbiq edilməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
181.3. Bu Məcəllənin
181.1 və ya 181.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər: [428]
181.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
181.3.2. külli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə;
181.3.3. zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər vurulmaqla törədildikdə—
181.3.4. əvvəllər talama və ya hədə-qorxu
ilə tələb etməyə görə iki dəfə və
ya daha çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—[429]
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
181.4. Bu Məcəllənin 181.1—181.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi
ilə törədildikdə —
on dörd ildən on səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[430]
Maddə 182. Hədə-qorxu ilə
tələb etmə
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.2. Eyni əməllər:
182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
182.2.2. təkrar törədildikdə;
182.2.3. zor tətbiq etmə ilə törədildikdə;
182.2.4. xeyli miqdarda əmlak əldə etmək
məqsədi ilə törədildikdə—[431]
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla beş ildən
on ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
182.3. Bu Məcəllənin
182.1 və ya 182.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər: [432]
182.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə;
182.3.3. zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər vurmaqla törədildikdə—
182.3.4. əvvəllər talama və ya hədə-qorxu
ilə tələb etməyə görə iki dəfə və
ya daha çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—[433]
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.4. Bu Məcəllənin 182.1—182.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi
ilə törədildikdə —
on üç ildən on yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[434]
Maddə 183. Xüsusi dəyəri
olan əşyaları talama
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla beş ildən
yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [435]
183.2. Eyni əməllər:
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
183.2.2. təkrar törədildikdə;
183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində
göstərilən əşyaların və ya sənədlərin
məhv olmasına, korlanmasına və ya dağıdılmasına
səbəb olduqda—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
184. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə
əmlak ziyanı vurma[436]
184.1. Aldatma və ya etibardan sui-istifadə etmə
yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına
talama əlamətləri olmadan xeyli
miqdarda ziyan vurma—[437]
iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[438]
184.2. Eyni əməllər:
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
184.2.2. təkrar törədildikdə;
184.2.3. zərərçəkmiş
şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—[439]
dörd min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[440]
184.3. Eyni əməllər:
184.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
184.3.2. külli miqdarda əmlak əldə
etmək məqsədi ilə törədildikdə;
184.3.3. əvvəllər talama və ya hədə-qorxu
ilə tələb etməyə, yaxud aldatma və ya etibardan sui-istifadə
etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə
və ya daha çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—
əmlakı müsadirə olunmaqla üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə
185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa
nəqliyyat vasitəsi ələ keçirmə
185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—
min manatdan iki min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [441]
185.2. Eyni əməllər:
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
185.2.2. təkrar törədildikdə;
185.2.3. həyat üçün təhlükəli
olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə
hədəsi ilə törədildikdə;
185.2.4. zərərçəkmiş şəxsə
xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
üç min manatdan altı min
manatadək miqdarda cərimə və ya bir ildən üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[442]
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:
185.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
185.3.3. həyat üçün təhlükəli
olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə
hədəsi ilə törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
185.4. Bu Məcəllənin 185.1—185.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə
—[443]
on ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 186. Əmlakı qəsdən
məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[444]
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə
külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa
ümumi təhlükəli üsulla törədildikdə və
ya ağır nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
186.3. Bu Məcəllənin 186.1 və 186.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə
—
yeddi ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[445]
Maddə 187. Əmlakı ehtiyatsızlıqdan
məhv etmə və ya zədələmə
187.1. Özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—[446]
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç
yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlığın məhdudlaşdırılması və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[447]
187.2. Eyni əməllər odla və ya başqa
yüksək təhlükə mənbəyi ilə ehtiyatsız
davranma üzündən baş verdikdə və ya külli
miqdarda ziyan vurmaqla törədildikdə—[448]
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[449]
187.3. Bu Məcəllənin 187.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ağır nəticələrə
səbəb olduqda—
iki ilədək müddətə islah işləri
və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
187.4. Bu Məcəllənin 187.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər xüsusilə külli
miqdarda ziyan vurmaqla törədildikdə —[450]
bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd. Bu Məcəllənin 187.1—187.2-ci
maddələrində nəzərdə tutulmuş əməlləri
ilk dəfə törətmiş şəxs cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən
azad olunur. [451]
Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma [452]
188.1. Qanunla müəyyən edilmiş
mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq
sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə,
yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına
tutma –
səkkiz min manatdan on min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[453]
188.2. Qanunla müəyyən edilmiş
mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq
sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma
işlərini aparma -
bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[454]
188.3. Bu Məcəllənin 188.1-ci
və 188.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər kənd təsərrüfatı təyinatlı
torpaqlara münasibətdə törədildikdə -
üç ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[455]
188.4. Bu Məcəllənin 188.1-188.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər:
188.4.1. təkrar törədildikdə;
188.4.2. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 189. Telefon xətlərinə
qanunsuz daxil olmaqla danışıqlar aparma[456]
189.1. Abonentə məxsus telefon nömrəsinə
aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla danışıqlar
aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda
ziyan vurmaqla törədildikdə —
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan üç yüz
saatadək ictimai
işlər və ya bir ilədək müddətə islah işləri
ilə cəzalandırılır.[457]
189.2. Eyni hərəkətlər zərərçəkmiş
şəxsə külli miqdarda ziyan vurduqda—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri ilə
cəzalandırılır.[458]
Maddə 189-1. Təbii
qazın, suyun, elektrik və ya istilik enerjisinin
talanması[459]
189-1.1. Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə
qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda
ziyan vurmaqla törədildikdə - [460]
iki min manatdan
dörd min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
ilə cəzalandırılır.[461]
189-1.2. Eyni əməllər
külli miqdarda ziyan vurmaqla törədildikdə -
dörd min manatdan
altı min manatadək miqdarda
cərimə və ya bir ildən
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[462]
189-1.2-1. Bu Məcəllənin 189-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər xüsusilə külli
miqdarda ziyan vurmaqla törədildikdə —[463]
üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
189-1.3. Ötürücü
və ya paylayıcı sistem operatorunun, təbii qaz, su, elektrik və ya istilik enerjisi
təchizatı müəssisələrinin vəzifəli şəxsi
olmayan səlahiyyətli
nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində
xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi
qaydada yerinə yetirməməsi səbəbindən bu Məcəllənin
189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə
tutulmuş əməllərin qarşısının alınmaması
–[464]
üç min manatdan
dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[465]
189-1.4. Ötürücü
və ya paylayıcı sistem operatorunun, təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı
müəssisələrinin vəzifəli
şəxsi olmayan səlahiyyətli
nümayəndəsinin xidməti mövqedən sui-istifadə
etməklə tamah və ya sair şəxsi marağı üzündən
bu Məcəllənin 189-1.1-ci, 189-1.2-ci
və ya 189-1.2-1-ci maddələrində
nəzərdə tutulmuş əməllərin qarşısını
almaması –[466]
dörd min manatdan altı min manatadək miqdarda
cərimə və ya iki ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya dörd
ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[467]
Qeyd: [468]
Bu Məcəllənin
189-1.1 və ya 189-1.2-ci maddələrində
nəzərdə tutulmuş əməlləri ilk dəfə
törətmiş
şəxs cinayət nəticəsində vurulmuş ziyanı
tamamilə ödədikdə cinayət məsuliyyətindən
azad olunur.
24-cü fəsil
İQTİSADİ FƏALİYYƏT
SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR
Maddə 190. Qanuni sahibkarlıq
fəaliyyətinə mane olma
190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.[469]
190.2. Eyni əməllər qanuni qüvvəyə
minmiş məhkəmə qərarını pozmaqla və ya
külli miqdarda ziyan vurmaqla törədildikdə[470]—
cinayət nəticəsində vurulmuş
ziyanın iki misli miqdarında cərimə və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə
islah işləri ilə cəzalandırılır.[471]
Qeyd: Bu
Məcəllənin 192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1,
195-1.1, 195-1.2, 195-2.1, 196.1, 197.1, 198.1, 200-2.1, 200-3.1, 201-1.1, 203.1,
204.2, 205-2.1, 206-1.1, 210.1,
211.1 və 212.1-ci maddələrində “xeyli miqdar” dedikdə,
əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan
məbləğ, 190.2, 192-1.3.2, 194.2.4, 195.2, 195-1.3, 195-2.2,
196.2, 197.2, 198.2, 200-2.3, 200-3.2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2,
203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələrində
“külli miqdar” dedikdə iki yüz
min manatdan artıq olan mәblәğ, 192.2.1, 192.2.2, 193.2.1, 193.2.2 və 206-1.2.2-ci maddələrində
“külli miqdar” dedikdə iki yüz
min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan
məbləğ, 192.3.1, 192.3.2, 193.3.1, 193.3.2 və 206-1.3-cü maddələrində “xüsusilə
külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan
mәblәğ başa düşülür.[472]
Maddə 191. Torpaqla əlaqədar
qanunsuz əqdlərin qeydiyyatı
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma—
iki min manatdan
dörd min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə və ya iki ilədək müddətə islah işləri
ilə cəzalandırılır.[473]
Maddə 192. Qanunsuz sahibkarlıq
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—[474]
cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) iki
mislindən üç mislinədək miqdarda cərimə
və ya bir ilədək müddətə
islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[475]
192.2. Eyni əməllər:
192.2.1. külli miqdarda ziyan vurduqda;[476]
192.2.2. külli miqdarda gəlir əldə
etməklə törədildikdə;
192.2.3. mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[477]
192.3. Bu Məcəllənin 192.1 və 192.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər: [478]
192.3.1. xüsusilə külli miqdarda ziyan
vurduqda;
192.3.2. xüsusilə külli miqdarda gəlir
əldə etməklə törədildikdə —
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd
misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsində
nəzərdə tutulan əməli ilk dəfə törətmiş
şəxs cinayət nəticəsində vurulmuş ziyanı
tamamilə ödədikdə və ya cinayət nəticəsində
əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə
köçürdükdə cinayət məsuliyyətindən
azad olunur.[479]
Maddə 192-1. Lotereyaların və idman mərc oyunlarının
təşkili və ya keçirilməsi qaydalarının pozulması[480]
192-1.1. Lotereyaların
(stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ
olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi
fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə
xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə
etməklə törədildikdə -[481]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən
üç mislinədək miqdarda cərimə və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.2. Qanunla müəyyən
edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının
təşkili və ya keçirilməsi fiziki və ya hüquqi
şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan
vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə
törədildikdə -[482]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən
üç mislinədək miqdarda cərimə və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.3. Bu Məcəllənin
192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər:
192-1.3.1. təkrar törədildikdə;
192-1.3.2. külli miqdarda
ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə
törədildikdə;
192-1.3.3. mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə -
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və
ya bir ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[483]
Maddə 192-2. İdman yarışlarının manipulyasiyası[484]
192-2.1. İdman yarışlarının
manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə,
məşqçiyə, sponsora və ya digər şəxsə
onun özü və ya üçüncü şəxslər
üçün birbaşa və ya dolayı yolla, şəxsən
və ya vasitəçidən istifadə etməklə, maddi və
ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması,
vəd edilməsi və ya verilməsi -
üç min manatdan beş min manatadək
miqdarda cərimə və ya üç ildən altı ilədək
müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.2. İdman yarışlarının
manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi,
məşqçi, sponsor və ya digər şəxs tərəfindən
hər hansı hərəkətə (hərəkətsizliyə)
görə onların özü və ya üçüncü
şəxslər üçün birbaşa və ya dolayı
yolla, şəxsən və ya vasitəçidən istifadə
etməklə, maddi və ya sair nemətin, imtiyazın və ya
güzəştin istənilməsi və ya alınması, yaxud
bu barədə təklifin və ya vədin qəbul edilməsi
-
üç min manatdan beş min manatadək
miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən
altı ilədək müddətə azadlıqdan mərhum etmə
ilə cəzalandırılır.
192-2.3. Bu Məcəllənin 192-2.1-ci və
192-2.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
192-2.3.1. təkrar törədildikdə;
192-2.3.2. mütəşəkkil dəstə
və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə -
altı ildən səkkiz ilədək müddətə
azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.4. İdman yarışlarının
manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə,
məşqçiyə, sponsora və ya digər şəxsə,
yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və
ya zor tətbiq etmə hədəsi ilə hədələmə,
yaxud onların özü və ya yaxın qohumları haqqında
rüsvayedici məlumatlar yayma və ya onların özünün
və ya yaxın qohumlarının əmlakını tələf
etmə hədəsi ilə onların hər hansı hərəkətləri
etməsini və ya etməməsini tələb etmə -
üç ilədək müddətə
azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.5. Bu Məcəllənin 192-2.4-cü
maddəsində nəzərdə tutulmuş əməllər
həyat və ya sağlamlıq üçün təhlükəli
olan zor tətbiq etməklə törədildikdə -
üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin
192-2.1-ci, 192-2.2-ci və 192-2.4-cü maddələrində “idman
yarışlarının manipulyasiyası” dedikdə şəxsin
özünün və ya başqalarının xeyrinə qeyri-qanuni
üstünlük əldə etməsi üçün idman yarışlarının
gedişatını və ya nəticəsini qəsdən dəyişdirməyə
yönəlmiş əməli (hərəkəti və ya hərəkətsizliyi)
başa düşülür.
2. Bu Məcəllənin
192-2.1-ci maddəsində nəzərdə tutulmuş əməli
törətmiş şəxs bu barədə müvafiq dövlət
orqanına könüllü məlumat verdikdə və ya bu əməli
ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində
etdikdə cinayət məsuliyyətindən azad edilir.
3. Bu Məcəllənin 192-2.2-ci
maddəsində nəzərdə tutulmuş əməli öz
xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası
ilə əlaqədar törətmiş vəzifəli şəxs
bu Məcəllənin 311-сi maddəsinə əsasən cinayət
məsuliyyətinə cəlb olunur.
Maddə 193. Yalançı sahibkarlıq
193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə —[485]
cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) iki
mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə
azadlığın məhdudlaşdırılması və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[486]
193.2. Eyni əməllər:
193.2.1. külli miqdarda ziyan vurduqda;
193.2.2. külli miqdarda gəlir əldə
etməklə törədildikdə;
193.2.3. mütəşəkkil dəstə
tərəfindən törədildikdə —[487]
cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) üç
misli miqdarında cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[488]
193.3. Bu Məcəllənin 193.1 və 193.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər: [489]
193.3.1. xüsusilə külli miqdarda ziyan
vurduqda;
193.3.2. xüsusilə külli miqdarda gəlir
əldə etməklə törədildikdə —
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd
misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 193.1-ci maddəsində
nəzərdə tutulan əməli ilk dəfə törətmiş
şəxs cinayət nəticəsində vurulmuş ziyanı
tamamilə ödədikdə və ya cinayət nəticəsində
əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə
köçürdükdə cinayət məsuliyyətindən
azad olunur. [490]
Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini
və ya digər əmlakı leqallaşdırma[491]
193-1.1. Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərini və
ya digər əmlakı leqallaşdırma, yəni:
193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə
pul vəsaitləri və ya digər əmlakın əldə
edilməsinin həqiqi mənbəyini gizlətmək və ya
cinayət törətmiş şəxsin məsuliyyətdən
yayınması üçün ona kömək etmək məqsədilə
belə pul vəsaitlərinin və ya digər əmlakın
konversiyası və ya köçürülməsi, yaxud həmin
məqsədlərlə cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərindən və ya digər əmlakdan istifadə
etməklə maliyyə əməliyyatlarının və ya digər
əqdlərin həyata keçirilməsi;[492]
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini
bilə-bilə pul vəsaitləri və ya digər əmlakın
həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam
verilməsinin, onların yerdəyişməsinin, belə pul
vəsaitləri və ya digər əmlaka olan hüquqların
və ya onların kimə məxsus olmasımn ört-basdır
edilməsi və ya gizlədilməsi–[493]
dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə , əmlakı müsadirə olunmaqla
iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[494]
193-1.2. Eyni əməllər:
193-1.2.1. qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən törədildikdə;
193-1.2.2. təkrar törədildikdə;
193-1.2.3. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə , əmlakı
müsadirə olunmaqla beş ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193-1.3. Bu məcəllənin
193-1.1 və ya 193-1.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər:
193-1.3.1. mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə;
193-1.3.2. xeyli miqdarda törədildikdə
–[495]
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə , əmlakı
müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu məcəllənin
193-1.3.2-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan artıq
olan məbləğ başa düşülür.[496]
Maddə 194. Cinayət
yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini
və ya digər əmlakı əldə etmə, onlara sahiblik
və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə[497]
194.1. Qabaqcadan vəd etmədən cinayət yolu ilə
əldə edildiyini bilə-bilə xeyli miqdarda pul vəsaitləri
və ya digər əmlakı əldə etmə, onlara sahiblik
və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin
həqiqi mənbəyini gizlətmədən onlara sərəncam
vermə –[498]
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya əmlakı müsadirə
edilməklə dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[499]
194.1-1. Eyni əməllər xeyli
miqdarda törədildikdə -[500]
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[501]
194.2. Bu Məcəllənin 194.1 və ya 194.1-1-ci maddələrində
nəzərdə tutulmuş əməllər:[502]
194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
194.2.2. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
194.2.3. əvvəllər bu cinayətə
görə məhkum edilmiş şəxs tərəfindən
törədildikdə; [503]
194.2.4. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla üç
ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[504]
Maddə 195. Qanunsuz kredit alma və
ya kreditdən təyinatı üzrə istifadə etməmə
195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın
iki mislindən üç mislinədək
miqdarda cərimə və ya iki
ilədək müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[505]
195.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın
üç misli miqdarında cərimə və ya bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[506]
Maddə 195-1. Dövlət
borcundan və ya dövlət zəmanəti ilə alınmış
borcdan istifadə qaydalarını pozma[507]
195-1.1. Əsas və təkrar borcalan tərəfindən
dövlət borcalmaları və ya dövlət zəmanəti
yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması
(istifadəçiyə şamil olunmur) haqqında məlumatların,
öz bank və digər ödəniş
hesablarının vəziyyəti haqqında məlumatların
qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında
verilməməsi və ya təhrif olunmuş məlumatların
verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda -[508]
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək
miqdarda cərimə və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya altı ayadək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[509]
195-1.2. Dövlət borcalmaları və ya dövlət
zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş
vəsaitdən təyinatı üzrə istifadə edilməməsi
dövlətə xeyli miqdarda ziyan vurduqda -
üç il müddətinə müəyyən vəzifə
tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə cinayət nəticəsində vurulmuş ziyanın
üç misli miqdarında cərimə
və ya bir ildən iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[510]
195-1.3. Bu Məcəllənin 195-1.1-ci və 195-1.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər dövlətə
külli miqdarda ziyan vurduqda -
üç il müddətinə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə cinayət nəticəsində vurulmuş ziyanın
dörd misli miqdarında cərimə və ya iki ildən
üç ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[511]
Maddə 195-2. Daxili və xarici borcalma qaydasını pozma[512]
195-2.1. Dövlətə məxsus
olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının
razılığını almadan daxili və ya xarici borcalması
dövlətə xeyli miqdarda ziyan vurduqda -
üç il müddətinə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarında cərimə
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[513]
195-2.2. Eyni əməllər dövlətə
külli miqdarda ziyan vurduqda -
üç il müddətinə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “dövlətə
məxsus olan hüquqi şəxslər” dedikdə, paylarının
(səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya
dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi
şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya
hüquqi şəxsləri və publik hüquqi şəxslər,
habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı
paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa
və ya dolayısı ilə həmin hüquqi şəxslərə
məxsus olan törəmə təsərrüfat cəmiyyətləri,
qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi
şəxslər nəzərdə tutulur.
Maddə 196. Kreditor borclarını
ödəməkdən qəsdən yayınma
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda—
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[514]
196.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda—
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək
müddətə islah işləri və ya bir ildən
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[515]
Maddə 197. Əmtəə nişanlarından
qanunsuz istifadə etmə
197.1. Özgənin əmtəə və ya
xidmət etmə nişanından, əmtəənin mənşə
yerinin adından və ya eynicinsli əmtəələrin adına
oxşar adlardan istifadə olunması təkrar törədildikdə
və ya xeyli miqdarda ziyan vurduqda—[516]
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə
və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[517]
197.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[518]
Maddə 198. Bilə-bilə yalan
reklam etmə
198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[519]
198.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında
cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[520]
Maddə 199. İnhisarçılıq
hərəkətləri və rəqabəti məhdudlaşdırma[521]
199.1. Təsərrüfat subyektlərinin
digər rəqibləri bazardan kənarlaşdırmaq və ya
yeni rəqiblərin bazara daxil olmasının qarşısını
almaq məqsədilə rəqabəti məhdudlaşdıran
vasitələrin tətbiqi barədə kartel sövdələşməsi,
belə sövdələşmədə iştirak etmə, yaxud
rəqabətin qarşısının alınmasına, aradan
qaldırılmasına və ya məhdudlaşdırılmasına
səbəb olan və ya səbəb ola bilən bazar maneələrini
yaratma, məhdudlaşdırıcı fəaliyyət vasitələrindən
istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini
etmə -
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli
miqdarında cərimə edilməklə iki il müddətinə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə və ya iki il müddətinə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
199.2. Eyni əməllər:
199.2.1. təkrar törədildikdə;
199.2.2. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
199.2.3. şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
199.2.4. xeyli miqdarda ziyan vurduqda və
ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə
-
üç il müddətinə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında
cərimə edilməklə üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[522]
199.3. Bu Məcəllənin 199.1-ci
və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
199.3.1. cinayətkar birlik (cinayətkar
təşkilat) tərəfindən törədildikdə;
199.3.2. hədə-qorxu ilə tələb
etmə əlamətləri olmadan, zor tətbiq etməklə və
ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin
əmlakını məhv etməklə və ya zədələməklə
və ya belə məhv etmə və ya zədələmə
hədəsi ilə törədildikdə;
199.3.3. külli miqdarda ziyan vurduqda
və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə-
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd
misli miqdarında cərimə edilməklə yeddi ildən on iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
1.
Bu Məcəllənin 199.2.4-cü maddəsində “xeyli miqdar”
dedikdə on min manatdan əlli min manatadək olan məbləğ,
199.3.3-cü maddəsində isə “külli miqdar” dedikdə əlli
min manatdan artıq olan məbləğ başa düşülür.
2.
Bu Məcəllənin 199.1-ci maddəsində nəzərdə
tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını
vaxtında xəbərdar etməklə və ya başqa üsulla
həmin cinayət əməlinin aşkar edilməsinə və
qarşısının alınmasına yardım etdikdə və
onun əməlində başqa cinayətin tərkibi olmadıqda,
cinayət məsuliyyətindən azad edilir.
Maddə
200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli
məhsul istehsal etmə və satma
200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —
üç min manatdan beş min manatadək
miqdarda cərimə və ya üç yüz
altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.[523]
200.2. Eyni əməllər:
200.2.1. təkrar törədildikdə;
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—
beş min manatdan yeddi min manatadək miqdarda
cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[524]
200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların
istehsalı, satışa buraxılması və ya belə məhsulların
satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi
ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və ya ağır
zərər vurulmasına səbəb olduqda—[525]
on min manatdan on beş min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[526]
200.4. Bu Məcəllənin
200.3-cü maddəsində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda —[527]
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “xeyli miqdar”
dedikdə, beş min manatdan
yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləğ,
“külli miqdar” dedikdə otuz min manatdan yuxarı olan məbləğ
başa düşülür.[528]
Maddə 200-1. Dərman vasitələrinin
qanunsuz dövriyyəsi [529]
200-1.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin
tələblərinə cavab verməyən, mənşəyi
məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla
dövlət qeydiyyatı tələb olunan, lakin dövlət
qeydiyyatından keçməyən dərman vasitələrinin
satışı, satış məqsədilə saxlanması
və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı,
satışı, satış məqsədilə saxlanması
və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə
-
iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
üç min manatdan beş min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[530]
200-1.2. Eyni əməllər:
200-1.2.1. təkrar törədildikdə;
200-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
200-1.2.3. külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya iki ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [531]
200-1.3. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin
tələblərinə cavab verməyən, mənşəyi
məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla
dövlət qeydiyyatı tələb olunan, lakin dövlət
qeydiyyatından keçməyən dərman vasitələrinin
satışı, satış məqsədilə saxlanması
və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı,
satışı, satış məqsədilə saxlanması
və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına
az ağır və ya ağır zərər vurulmasına səbəb
olduqda –
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə üç
ildən beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
200-1.4. Bu Məcəllənin 200-1.3-cü maddəsində
göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda –
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə beş
ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində
“xeyli miqdar” dedikdə min manatdan iki min manatadək olan məbləğ,
200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə
iki min manatdan artıq olan məbləğ başa düşülür.[532]
Maddə 200-2. Genetik
modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və
gen mühəndisliyi metodları ilə yaradılmış kənd
təsərrüfatı bitki materiallarının və ya genetik
modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə
edilərək istehsal olunan qida məhsullarının qanunsuz dövriyyəsi[533]
200-2.1. Elmi tədqiqat, sınaq və sərgilərdə
nümayiş məqsədləri üçün nəzərdə
tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji
və gen mühəndisliyi metodları ilə yaradılmış
kənd təsərrüfatı bitki materiallarını və
ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından
istifadə edilərək istehsal olunan qida məhsullarını
bilə-bilə idxal etmə və ya satma, bu əməllər
xeyli miqdarda törədildikdə -
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [534]
200-2.2. Elmi tədqiqat, sınaq və sərgilərdə
nümayiş məqsədləri üçün nəzərdə
tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji
və gen mühəndisliyi metodları ilə yaradılmış
kənd təsərrüfatı bitki materiallarını və
ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından
istifadə edərək qida məhsullarını istehsal etmə
-
on min manatdan on beş min manatadək miqdarda
cərimə və ya üç ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[535]
200-2.3. Bu Məcəllənin 200-2.1-ci və
200-2.2-ci maddələrində göstərilən əməllər
külli miqdarda törədildikdə -
cinayət
nəticəsində vurulmuş ziyanın (əldə edilmiş
gəlirin) üç misli miqdarında
cərimə və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[536]
Qeyd: “Qida
təhlükəsizliyi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata
alınan genetik modifikasiya olunmuş orqanizmlərə bu
maddənin qüvvəsi şamil edilmir.[537]
Maddə 200-3.
Təhlükəli qida məhsullarının istehsalı,
satışı və ya satış məqsədilə
saxlanması[538]
200-3.1. Bilə-bilə insan həyatı
və sağlamlığı üçün təhlükəli
qida məhsullarının istehsalı, satışı və
ya satış məqsədilə saxlanması, bu
əməllər xeyli miqdarda törədildikdə –
iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə on min
manatdan on beş min manatadək miqdarda cərimə və ya
bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
200-3.2. Eyni əməllər:
200-3.2.1. təkrar törədildikdə;
200-3.2.2. qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
200-3.2.3. külli miqdarda
törədildikdə –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə bir ildən üç
ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ildən
üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
200-3.3. Bu Məcəllənin 200-3.1-ci
və ya 200-3.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
az ağır və ya ağır zərər vurulmasına
səbəb olduqda –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
200-3.4. Bu Məcəllənin 200-3.1-ci
və ya 200-3.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər ehtiyatsızlıqdan insan
ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
200-3.5. Bu Məcəllənin 200-3.1-ci
və ya 200-3.2-ci maddələrində nəzərdə
tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb
olduqda –
üç ilədək
müddətə müəyyən vəzifə tutmaq və
ya müəyyən fəaliyyətlə məşğul
olmaq hüququndan məhrum edilməklə beş ildən on
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə
201. Əqdin bağlanmasına və ya onun bağlanılmasından
imtinaya məcbur etmə
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun bağlanmasından imtinaya məcbur etmə—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [539]
201.2. Eyni əməllər:
201.2.1. təkrar törədildikdə;
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[540]
Maddə 201-1. Hüquqi
şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin
bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə
əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların
təqdim edilməməsi
201-1.1. Hüquqi şəxslərə aidiyyəti
olan şəxslərlə əqdlərin bağlanması qaydalarının
pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla
müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi
xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə
etməklə törədildikdə–
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç
mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
201-1.2. Eyni əməllər külli miqdarda
ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə
törədildikdə –
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya
bir ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[541]
Maddə
202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla
əldə etmə və ya yayma
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[542]
202.2. Sahibkarın razılığı olmadan
kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa
şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və
ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə—
cinayət nəticəsində vurulmuş
ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək
müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[543]
Qeyd: Kommersiya və ya bank
sirri olan məlumatları “Cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edən
şəxsə bu Məcəllənin 202.2-ci maddəsinin qüvvəsi
şamil edilmir.[544]
Maddə 202-1. İxrac nəzarətinə
aid sənəd və məlumatları yayma[545]
202-1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarəti-nə aid sənəd və məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi —
min beş yüz
manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.[546]
202-1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə —
cinayət nəticəsində
vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[547]
Maddə 202-2. İnsayder
tərəfindən insayd məlumatdan qanunsuz istifadə[548]
202-2.1. İnsayder tərəfindən ona
etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud
işinə görə ona məlum olan insayd məlumatdan tamah
və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə
edilməsi və ya əqdlərin bağlanması üçün
üçüncü şəxslərə verilməsi, külli
miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə
etməklə törədildikdə –[549]
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında
cərimə və ya iki ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
min manatdan üç min manatadək miqdarda cərimə edilməklə
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə , əmlakı
müsadirə olunmaqla altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[550]
202-2.2. Eyni əməllər:
202-2.2.1. təkrar törədildikdə;
202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə –
üç min manatdan
yeddi min manatadək miqdarda cərimə edilməklə üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə , əmlakı müsadirə olunmaqla
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[551]
Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində
“insayd məlumat” və “insayder” dedikdə, “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq
olaraq 78.2-ci və 79.1-ci maddələrində nəzərdə
tutulmuş məlumat və şəxslər başa düşülür.[552]
Maddə 203. Qiymətli kağızların
buraxılması (emissiyası) qaydalarını pozma
203.1. Qiymətli kağızların emissiya prospektinə (informasiya memorandumuna) bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatların daxil edilməsi, həmçinin bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən emissiya prospektinin (informasiya memorandumunun) təsdiq edilməsi və ya bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən qiymətli kağızların emissiyası və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda -[553]
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[554]
203.2. Eyni əməllər külli miqdarda
ziyan vurmaqla törədildikdə –
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında
cərimə və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[555]
Maddə 203-1. Qiymətli
kağızlar bazarında manipulyasiyalar[556]
203-1.1. Qiymətli kağızlar bazarında
manipulyasiyalar külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda
gəlir əldə etməklə törədildikdə -[557]
cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə , əmlakı
müsadirə olunmaqla iki ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[558]
203-1.2. Eyni əməllər:
203-1.2.1. təkrar törədildikdə;
203-1.2.2. mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
203-1.2.3. kütləvi informasiya vasitələrindən
və ya ümumi istifadədə olan informasiya-telekommunikasiya şəbəkələrindən
istifadə edilməklə törədildikdə -[559]
cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç
misli miqdarında cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə , əmlakı müsadirə olunmaqla
altı ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[560]
Qeyd: Bu Məcəllənin 203-1.1-ci maddəsində
“manipulyasiyalar” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında”
Azərbaycan Respublikası Qanununun 78.4-cü maddəsində nəzərdə
tutulmuş hərəkətlər başa düşülür.[561]
Maddə 204. Saxta pul və ya qiymətli
kağızlar hazırlama, əldə etmə və ya satma[562]
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma[563]—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla beş ildən
yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
204.2. Eyni əməllər xeyli miqdarda və
ya əvvəllər saxta pul və ya qiymətli kağızlar
hazırlama, əldə etmə və ya satmağa görə
məhkum olunmuş şəxs tərəfindən törədildikdə[564]—
əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:
204.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
204.3.2. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 205. Saxta ödəniş
alətlərini və ya qiymətli kağız sayılmayan ödəniş
sənədlərini hazırlama, əldə etmə və ya satma[565]
205.1. Saxta ödəniş
alətlərini və ya qiymətli kağız sayılmayan
ödəniş sənədlərini satış məqsədi
ilə hazırlama, habelə əldə etmə və ya satma—[566]
iki min manatdan dörd min manatadək miqdarda cərimə
olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[567]
205.2. Eyni əməllər:
205.2.1. təkrar törədildikdə;
205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
205.2.3. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla dörd ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 205-1. Saxta
aksiz markalarının və məcburi nişanların
dövriyyəsi[568]
Saxta aksiz markalarını və
ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama,
satma, habelə aksiz markası ilə markalanmalı olan malları
saxta aksiz markaları ilə markalama və ya məcburi nişanlama
ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama
ilə nişanlama, fiziki şəxslər tərəfindən
pərakəndə satış obyektindən istehlak məqsədilə
əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış
və ya saxta məcburi nişanlama ilə nişanlanmış
malları əldə etmə, saxlama və ya satma –[569]
iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[570]
Qeyd: Saxta aksiz markası ilə
markalanmış və ya saxta məcburi nişanlama
ilə nişanlanmış malları əldə edən,
saxlayan və ya satan şəxs həmin malların
digər şəxsdən alınmasını təsdiq edən
ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə
cinayət məsuliyyətinə cəlb olunmur. [571]
Maddə 205-2.
Nəzarət markalarının
qəsdən məhv edilməsi, saxtalaşdırılması,
qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı[572]
205-2.1. Nəzarət markalarının qəsdən məhv
edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması,
istifadəsi və satışı, əgər bu əməllər
nəticəsində xeyli miqdarda ziyan vurulmuşdursa -
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[573]
205-2.2. Eyni əməllər:
205-2.2.1. təkrar törədildikdə;
205-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və
ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
205-2.2.3. külli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında
cərimə və
ya iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[574]
Maddə 206. Qaçaqmalçılıq
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi—[575]
cinayətin predmetinin dəyərinin
qırx faizindən altmış faizinədək miqdarında cərimə
və ya cinayətin predmetinin dəyərinin qırx faizindən
altmış faizinədək miqdarında cərimə edilməklə
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[576]
206.1-1. Bu Məcəllənin 206.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər külli miqdarda
törədildikdə —
cinayətin predmetinin dəyərinin əlli
faizindən yetmiş faizinədək miqdarında cərimə
və ya cinayətin predmetinin dəyərinin əlli faizindən
yetmiş faizinədək miqdarında cərimə edilməklə
iki ildən beş ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
206.1-2. Bu Məcəllənin 206.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər xüsusilə külli
miqdarda törədildikdə—
cinayətin predmetin dəyərinin
altmış faizindən səksən faizinədək miqdarında
cərimə və ya cinayətin predmetin dəyərinin altmış
faizindən səksən faizinədək miqdarında cərimə
edilməklə üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[577]
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin
və ya onların prekursorlarının,
güclü təsir edən, zəhərli, zəhərləyici,
radioaktiv, partlayıcı maddələrin və qurğuların,
hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və
həmin silah üçün döyüş sursatı istisna
olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə,
kimyəvi, bioloji və digər kütləvi qırğın
silahlarının, kütləvi qırğın silahlarının
hazırlanmasında istifadə oluna bilən və Azərbaycan
Respublikası gömrük sərhədindən keçirilməsinin
xüsusi qaydaları müəyyən edilmiş materialların
və avadanlıqların, Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi üçün müvafiq
qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli
xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan
əşyaların Azərbaycan Respublikasının gömrük
sərhədindən gömrük nəzarətindən kənar
və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük
eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə
istifadə etməklə, yaxud bəyan etməməklə və
ya düzgün bəyan etməməklə keçirilməsi—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[578] KMQ6
206.3. Bu Məcəllənin 206.1–206.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:[579]
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata
keçirən şəxsə zor tətbiq etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla beş ildən
səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
206.4. Bu Mәcәllәnin 206.1 — 206.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin
206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan
yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ,
206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min
manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ,
206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə
beş yüz min manatdan yuxarı olan məbləğ başa
düşülür.[580]
2. Bu Məcəllənin
206.2-ci maddəsində "mədəni, tarixi və ya arxeoloji
sərvət olan əşyalar" dedikdə, Azərbaycan Respublikasının
milli mədəniyyət əmlakının Dövlət Siyahısına
daxil edilmiş mədəni sərvətlər başa düşülür.
Maddə 206-1. Azərbaycan Respublikasından xarici ölkəyə
və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz
pul köçürülməsi fəaliyyəti ilə məşğul
olma
206-1.1. Bu Məcəllənin 206-cı maddəsində
nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan,
əvəzləşdirmə və digər qarşılıqlı
hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz
olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və
ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi
fəaliyyəti ilə məşğul olma, bu əməllər
xeyli miqdarda törədildikdə -
cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında
cərimə və ya cinayətin predmetinin dəyərinin qırx
faizi miqdarında cərimə edilməklə iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
ilə cəzalandırılır.
206-1.2. Eyni əməllər:
206-1.2.1. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206-1.2.2. külli miqdarda törədildikdə -
cinayətin predmetinin dəyərinin qırx faizindən
altmış faizinədək miqdarında cərimə və ya
cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə
edilməklə iki ildən dörd ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
206-1.3. Bu Məcəllənin 206-1.1-ci və 206-1.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər xüsusilə külli
miqdarda törədildikdə -
cinayətin predmetinin dəyərinin qırx
faizindən altmış faizinədək miqdarında cərimə
edilməklə üç ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[581]
Maddə
207. Azərbaycan Respublikasının və xarici ölkələrin
incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları
Azərbaycan Respublikasına qaytarmama
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla üç
ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[582]
Maddə 208. Xarici valyuta vəsaitlərini
xaricdən qaytarmama KMQ5
208.1. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama[583]—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[584]
208.2. Eyni əməllər:
208.2.1. külli miqdarda törədildikdə;
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə,
qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan,
yuxarı, lakin otuz min manatdan artıq
olmayan məbləği, “külli miqdar” dedikdə otuz min manatdan
artıq olan məbləği başa düşülür.[585]
Maddə 209. Gömrük ödənişlərinin
ödənilməsindən yayınma
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[586]
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər:
209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə—
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında
cərimə və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[587]
209.3. Bu Məcəllənin 209.1 və 209.2.1-ci maddələrində
nəzərdə tutulmuş əməllər xüsusilə külli
miqdarda törədildikdə —[588]
cinayət nəticəsində vurulmuş
ziyanın dörd misli miqdarında
cərimə və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[589]
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə,
ödənilməmiş gömrük ödənişlərinin
iyirmi min manatdan yuxarı, lakin iki
yüz min manatdan artıq olmayan məbləği, “külli miqdar”
dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min
manatdan artıq olmayan məbləği, “xüsusilə külli
miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləği
başa düşülür.[590]
2. Bu Məcəllənin 209.1 və
209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri
ilk dəfə törətmiş şəxs cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən
azad olunur.
Maddə 210. Müflisləşmə
zamanı qanunsuz hərəkətlər
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın
iki mislindən üç mislinədək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[591]
210.2. Borclu təşkilatın rəhbəri
və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən
özünün müflis olduğunu bilə-bilə digər kreditorların
mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların əmlak
tələblərinin təmin edilməsi, habelə müflisləşmiş
borclunun üstünlük verdiyi kreditor tərəfindən əmlakın
qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə
həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan
vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın
üç misli miqdarında cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[592]
Maddə 211. Qəsdən müflisləşmə
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə
və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [593]
211.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda və ya digər ağır nəticələrə
səbəb olduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə və ya iki
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[594]
Maddə 212. Saxta müflisləşmə
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək
müddətə islah işləri və ya eyni müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[595]
212.2. Eyni əməllər külli miqdarda
ziyan vurduqda və ya digər ağır nəticələrə
səbəb olduqda—
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə və ya iki
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[596]
Maddə 213. Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət
sosial sığorta haqlarını ödəməkdən yayınma[597] KM1
213.1. Xeyli miqdarda vergiləri, işsizlikdən
sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta
haqlarını ödəməkdən yayınma –[598]
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[599]
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə
-
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ildən beş ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[600]
213.3. Bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində
nəzərdə tutulmuş əməllər xüsusilə külli
miqdarda törədildikdə —[601]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə
və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə
“xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz
min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə
iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq
olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə
beş yüz min manatdan yuxarı olan məbləğ başa
düşülür.[602]
2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci
maddələrində nəzərdə tutulan əməlləri
ilk dəfə törətmiş şəxs cinayət nəticəsində
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən
azad olunur.[603]
213-1.1. Aksiz markası ilə markalanmalı
olan malları
belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı
olan malları nişanlanmadan xeyli miqdarda satma, satış
məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından
kənara çıxarma və ya idxal etmə- [605]
əmlakı müsadirə olunmaqla iki
min manatdan üç min manatadək miqdarda cərimə və
ya bir ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[606]
213-1.2. Bu Məcəllənin
213-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
[607]
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[608]
213-1.3. Pərakəndə satış istisna
olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı
olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri
üçün nağd qaydada xeyli miqdarda alma -[609]
min manatdan iki min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.
213-1.4. Bu Məcəllənin 213-1.3-cü
maddəsində nəzərdə tutulmuş əməllər
külli miqdarda törədildikdə -[610]
iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.[611]
Qeyd: Bu Məcəllənin
213-1.1 və 213-1.3-cü maddələrində “xeyli miqdar” dedikdə
beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2.1
və 213-1.4-cü maddələrində “külli miqdar” dedikdə
iki min manatdan yuxarı olan məbləğ başa düşülür.[612]
Maddə 213-2. Qiymətli
metalları və qiymətli daşları dövlətə satmaqdan
yayınma[613]
Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal
etmiş subyektlər tərəfindən yerin təkindən hasil
olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta
uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya
edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə
satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan
yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə
-
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[614]
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi
min manatdan artıq olan məbləğ başa düşülür.[615]
Maddə 213-3. Dövlət
əyar damğalarını saxtalaşdırma
213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik
və digər məişət məmulatlarının hazırlanması
(istehsalı) ilə məşğul olan şəxslər tərəfindən
dövlət əyar damğalarını saxtalaşdırma-
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[616]
213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-[617]
iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [618]
İCTİMAİ TƏHLÜKƏSİZLİK
VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
25-ci fəsil
İCTİMAİ TƏHLÜKƏSİZLİK
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 214. Terrorçuluq [619]
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi
pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət
orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən
qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə
insanların həlak olması, onların sağlamlığına
zərər vurulması, əhəmiyyətli əmlak ziyanının
vurulması və ya başqa ictimai təhlükəli nəticələrin
baş verməsi təhlükəsi yaradan partlayış, yanğın
və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə
bu cür hərəkətlərin törədiləcəyi ilə
hədələmə -[620]
əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[621]
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə
olunan predmetlərdən istifadə etməklə törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda;
214.2.5. beynəlxalq tədbirin keçirildiyi
vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə;[622]
214.2.6. dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə
–[623]
əmlakı müsadirə olunmaqla on dörd ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[624]
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında
iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında
xəbərdar etməklə və ya başqa üsulla bu cür
əməlin qarşısının alınmasına yardım
etdikdə və onun əməlində başqa cinayətin tərkibi
olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə [625]
Əldə olunma mənbəyindən asılı olmayaraq,
pul vəsaitlərinin və ya digər əmlakın tamamilə
və yaxud qismən, bilavasitə və ya dolayısı ilə
bu Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278,
279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə
tutulmuş əməllərin şəxs və ya qrup (dəstə,
təşkilat) tərəfindən hazırlanmasının, təşkil
olunmasının və ya törədilməsinin, yaxud terrorçunun
və ya terrorçu qrupun (dəstənin, təşkilatın)
maliyyələşdirilməsi üçün istifadə
olunacağım bilərək pul vəsaitlərinin və ya digər
əmlakın qəsdən toplanılması və ya verilməsi
-[626]
əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[627]
Qeyd:
1. Pul vəsaitlərinin və ya digər
əmlakın terror aktlarının
törədilməsində və ya törədilməsinə
cəhddə faktiki istifadə olunmaması və ya konkret terror aktı ilə əlaqədar
olmaması əmələ görə cinayət məsuliyyətini
aradan qaldırmır.[628]
2. Bu Məcəllənin 214-1-ci maddəsi
ilə nəzərdə tutulan əməli törətmiş
şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla bu cür terrorçuluq
əməlinin qarşısının alınmasına yardım
etdikdə və onun əməlində başqa cinayətin tərkibi
olmadıqda, cinayət məsuliyyətindən azad edilir.[629]
Maddə 214-2. Terrorçuluğa
açıq çağırışlar[630]
Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227,
277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş
əməllərin törədilməsinə açıq çağırışlar
etmə, habelə bu cür məzmunlu materiallar yayma -
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 214-3. Terrorçuluq
məqsədi ilə təlim keçmə[631]
214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226,
227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş
əməllərin törədilməsi məqsədi ilə həmin
əməllərin törədilməsi üsulları, odlu silahdan,
partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli
maddələrdən, digər ümumi təhlükəli üsullardan
və ya texniki vasitələrdən istifadə hazırlığı
üzrə təlim alma -
beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində
nəzərdə tutulan təlimləri təşkil etmə və
ya keçirmə -
doqquz ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 214-3-cü maddəsi
ilə nəzərdə tutulan əməli törətmiş
şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla bu cür təlimlərin
keçirilməsində nəzərdə tutulan məqsədlər
üzrə cinayət əməllərinin qarşısının
alınmasına, belə təlimlərdə iştirak etmiş,
belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş
şəxslərin aşkar edilməsinə yardım etdikdə
və onun əməlində başqa cinayətin tərkibi olmadıqda,
cinayət məsuliyyətindən azad edilir.
Maddə 215. Adamları girov götürmə
215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, fiziki və ya hüquqi şəxsi hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama—[632]
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.2. Eyni əməllər:
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
215.2.2. təkrar törədildikdə;
215.2.3. həyat və sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etməklə törədildikdə;
215.2.4. odlu silahdan və ya silah qismində istifadə
edilən əşyalardan istifadə etməklə törədildikdə;
215.2.5. bilə-bilə yetkinlik yaşına
çatmayan şəxs barəsində törədildikdə;
215.2.6. təqsirkar tərəfindən aşkar
surətdə hamilə qadın barəsində törədildikdə;
215.2.7. iki və ya daha çox şəxs
barəsində törədildikdə;
215.2.8. tamah niyyəti ilə törədildikdə—
on ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə
və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
on iki ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə
tutulmuş əməli törətmiş şəxs könüllü
və ya hakimiyyət orqanlarının tələbi ilə girov
götürüləni azad edərsə, onun əməlində
başqa cinayət tərkibinin əlamətləri olmadıqda,
cinayət məsuliyyətindən azad edilir.
Maddə 216. Terrorçuluq barədə bilə-bilə
yalan məlumat vermə
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[633]
Maddə 217. Banditizm
217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla on ildən
on beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
217.2. Sabit silahlı qruplarda (bandalarda) və
ya onların törətdikləri basqınlarda iştirak etmə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla yeddi ildən
on iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 218. Cinayətkar birlik (təşkilat)
yaratma
218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla səkkiz
ildən on beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
218.2. Cinayətkar birlikdə (təşkilatda),
habelə mütəşəkkil dəstələrin təşkilatçılarının,
rəhbərlərinin və ya sair nümayəndələrinin
birliyində iştirak etmə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla altı ildən
on iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
218.3. Bu Məcəllənin 218.1 və ya 218.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla on ildən
on beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 219. Hava və ya su nəqliyyatı
gəmisini, yaxud dəmir yolu qatarını qaçırma
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə—
dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.2. Eyni əməllər:
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
219.2.2. həyat və sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə;
219.2.3. silah və ya silah qismində istifadə
edilən əşya tətbiq etməklə törədildikdə;
219.2.4. təkrar törədildikdə—
yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə
və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219-1.1. Dəniz quldurluğu, yəni özgənin
əmlakını ələ keçirmək məqsədi ilə
zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi
ilə dəniz və çay gəmisinə edilən basqın
-
beş ildən on ilədək azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
219-1.2. Eyni əməllər:
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən törədildikdə;
219-1.2.2. silah və ya silah qismində istifadə
edilən əşyalar tətbiq edilməklə törədildikdə
-
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla səkkiz
ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
219-1.3. Eyni əməllər:
219-1.3.1. təkrar törədildikdə;
219-1.3.2. mütəşəkkil dəstə
və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin
ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda -
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla on iki ildən
iyirmi ilədək azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 219-2. Dənizdə
yerləşən stasionar platformaların təhlükəsizliyinə
təhdid yaradan əməllər[635]
219-2.1. Stasionar platformanın məhv edilməsinə
və ya təhlükəsizliyinə təhdid yaradan dərəcədə
zədələnməsinə səbəb ola bilən qurğu
və ya maddəni stasionar platformada qəsdən qanunsuz olaraq yerləşdirmə,
yaxud belə qurğu və ya maddənin stasionar platformada yerləşdirilməsi
məqsədilə qəsdən qanunsuz olaraq digər hərəkətlər
etmə –
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219-2.2. Qəsdən qanunsuz olaraq stasionar
platformanı məhv etmə və ya onun təhlükəsizliyinə
təhdid yaradan dərəcədə zədələnməsinə
səbəb olan zərər yetirmə –
yeddi ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219-2.3. Stasionar platformanı zor tətbiq
etməklə, zor tətbiq etmək hədəsi ilə və
ya hər hansı digər hədə-qorxu yolu ilə qəsdən
qanunsuz olaraq ələ keçirmə və ya nəzarətdə
saxlama –
səkkiz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “stasionar
platforma” dedikdə təbii sərvətlərin kəşfiyyatı
və ya işlənməsi, yaxud digər iqtisadi məqsədlər
üçün dənizin dibində daimi olaraq bərkidilmiş
süni ada, tikili və ya qurğu başa düşülür.
Maddə 220. Kütləvi iğtişaş
220.1. Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə—
dörd ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
220.2. Hakimiyyət nümayəndəsinin qanuni
tələblərinə fəal şəkildə tabe olmamağa
və kütləvi iğtişaşlara, habelə vətəndaşlara
qarşı zorakılıq etməyə çağırışlar
etmə—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[636]
Maddə 221. Xuliqanlıq
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—[637]
min manatdan üç min manatadək
miqdarda cərimə və ya bir ilədək müddətə
islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[638]
221.2. Eyni əməllər:
221.2.1. bir qrup şəxs tərəfindən
və ya təkrar törədildikdə; [639]
221.2.2. ictimai qaydanın qorunması üzrə
vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının
qarşısını alan hakimiyyət nümayəndəsinə
və ya digər şəxsə müqavimət göstərməklə
törədildikdə—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[640]
221.3. Bu Məcəllənin 221.1-ci və
ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin
silahdan və ya silah qismində istifadə olunan əşyalardan
istifadə edilməklə törədilməsi zərər çəkmiş
şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin
əmlakının məhv edilməsi və ya zədələnməsi
ilə müşayiət olunduqda —[641]
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[642]
Maddə 222. Tikinti, mədən
işlərinin və sair işlərin aparılmasının
təhlükəsizlik qaydalarını pozma
222.1. Tikintinin planlaşdırılması,
ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi
və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı
işlərin, eləcə də mədən işlərinin və
sair işlərin aparılmasının təhlükəsizliyi
qaydalarının pozulması insanların həyat və sağlamlığı
üçün real təhlükə yaratdıqda -
bir ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
222.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
ağır və ya az ağır zərərin vurulmasına səbəb
olduqda -
iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
222.3. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə dörd ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[643]
222.4. Eyni əməllər ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə səbəb
olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutmaq və ya müəyyən
fəaliyyətlə məşğul olmaq hüququndan məhrum
edilməklə beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[644]
Maddə 222-1. Özbaşına tikinti
işləri aparma
222-1.1. Qanunvericiliklə müəyyən
olunmuş qaydada tikintisinə icazə
tələb olunan, lakin belə icazə alınmadan özbaşına
bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında
dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı
dəyişdirilməklə, onlarda yenidən planlaşdırma,
yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı
üçün real təhlükə yaratdıqda -
iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır, [645]
222-1.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
ağır və ya az ağır
zərərin vurulmasına səbəb olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[646]
222-1.3. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[647]
Maddə 222-2.Müvafiq icazə almadan
mühafizə zonalarında tikinti və ya quraşdırma işləri
aparma[648]
222-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral
boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik
şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının,
müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya
sistemlərinin texniki qurğularının, neft buruqlarının,
avtomobil yollarının və ya suların mühafizə zonalarında
tikinti və ya quraşdırma işləri aparma—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır,[649]
222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır
nəticələrə səbəb olduqda—
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[650]
Maddə 222-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları
pozmaqla aparılan tikinti işlərinin dayandırılması
barədə dövlət orqanlarının qərarlarını
qərəzli olaraq İcra etməmə
Qanunvericiliklə müəyyən
olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma,
yenidənqurma və mövcud tikililərin konstruksiyalarında
dəyişiklik aparılması işlərinin dayandırılması
barədə müvafiq dövlət orqanlarının qərarlarının
qərəzli olaraq icra etməmə -
iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[651]
Maddə 223. Partlayış təhlükəli
obyektlərdə təhlükəsizlik qaydalarını pozma
223.1. Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda [652]—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[653]
223.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən
altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[654]
223.3. Eyni əməllər ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə səbəb
olduqda-
üç ilədək müddətə
müəyyən vəzifə tutmaq və ya müəyyən
fəaliyyətlə məşğul olmaq hüququndan məhrum
edilməklə beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[655]
Maddə
224. Partlayıcı, tez alışan maddələrin və
ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması
və istifadə edilməsi qaydalarını pozma
Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
224-1. İkili təyinatlı mallardan
(işlərdən, xidmətlər-dən, əqli fəaliyyətin
nəticələrindən) istifadə qaydalarını pozma[656]
Kütləvi
qırğın silahlarının, silahların, hərbi
texnikanın və
sursatların yaradılmasında və
hazırlanmasında istifadə
oluna bilən ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən,
əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər
üçün istifadə
olunmaması dövlətin
milli təhlükəsizliyi
və maraqlarına zərər
vurduqda —
üç ildən
altı ilədək
müddətə
azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.
Maddə 224-2. İxrac rejimini pozma[657]
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin,
əqli fəaliyyətin nəticələrinin), bu malların ixracına qadağan və ya məhdudiyyət
qoyulmuş dövlətlərə və
son istifadəçilərə
İxrac olunması —
bir ildən iki ilədək müddətə
islah işləri və
ya iki ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək
müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ildən
beş ilədək
müddətə
azadlıqdan məhrumetmə
ilə cəzalandırılır. [658]
Maddə 225. Yanğın təhlükəsizliyi
qaydalarını pozma
225.1. Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[659]
225.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən
altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[660]
225.3. Eyni əməllər ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə səbəb
olduqda-
üç ilədək müddətə
müəyyən vəzifə tutmaq və ya müəyyən
fəaliyyətlə məşğul olmaq hüququndan məhrum
edilməklə beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[661]
Maddə 226. Radioaktiv materiallarla
qanunsuz davranma
226.1. Radioaktiv materialları qanunsuz əldə etmə, saxlama, istifadə etmə, satma, başqasına vermə və ya dağıtma—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
226.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
226.3. Radioaktiv materiallardan istifadə edərək
öldürməklə, sağlamlığa ağır zərər
vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla
hədələmə –
iki ildən dörd ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[662]
Maddə 227. Radioaktiv materialları
talama və ya hədə-qorxu ilə tələb etmə
227.1. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə—
dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə
və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[663]
227.2. Eyni əməllər:
227.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
227.2.2. təqsirkar tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
227.2.3. həyat və sağlamlıq üçün
təhlükəli olmayan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
227.3. Bu Məcəllənin 227.1 və ya 227.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:
227.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
227.3.2. həyat və sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla beş ildən
on ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 227-1. Radioaktiv
materialları talamaqla hədələmə[664]
Fiziki və ya hüquqi şəxsi, dövlət
qurumlarını və ya beynəlxalq təşkilatları hər
hansı hərəkətin edilməsinə məcbur etmək
və ya hər hansı hərəkətin edilməsindən çəkindirmək
məqsədilə radioaktiv materialları talamaqla hədələmə
–
üç ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
228. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama,
daşıma və gəzdirmə[665]
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—
iki ilədək müddətə islah işləri
və ya bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[666]
228.2. Eyni əməllər:
228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
228.2.2. təkrar törədildikdə—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı,
o cümlədən soyuq atıcı silahı əldə etmə,
satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan
ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı
olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,— [667]
üç yüz
iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [668]
Qeyd: Bu maddədə göstərilən
əşyaları könüllü surətdə təhvil verən
şəxs, əgər onun əməllərində başqa cinayət
əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən
azad edilir.
Maddə 229. Qanunsuz olaraq silah hazırlama
229.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə—
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
229.2. Eyni əməllər:
229.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
229.2.2. təkrar törədildikdə—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
229.3. Bu Məcəllənin 229.1 və ya 229.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
229.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı,
o cümlədən soyuq atıcı silahı hazırlama—[669]
üç yüz
iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə göstərilən
əşyaları könüllü surətdə təhvil verən
şəxs, əgər onun əməllərində başqa cinayət
tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Maddə 230. Odlu silahı diqqətsiz
saxlama
Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [670]
Maddə
231. Silahın, döyüş sursatının, partlayıcı
maddələrin və qurğuların mühafizəsi üzrə
vəzifələri lazımınca yerinə yetirməmə
Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi tapşırılmış şəxs tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [671]
Maddə
232. Odlu silahı, döyüş sursatını, partlayıcı
maddələri və qurğuları talama və ya hədə-qorxu
ilə tələb etmə
232.1. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232.2. Eyni əməllər:
232.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
232.2.2. təkrar törədildikdə;
232.2.3. şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
232.2.4. həyat və sağlamlıq üçün
təhlükəli olmayan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232.3. Bu Məcəllənin 232.1 və ya 232.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər;
232.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
232.3.2. həyat və sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla altı ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
233. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri
təşkil etmə və ya bu cür hərəkətlərdə
fəal iştirak etmə
İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə—
beş min manatdan səkkiz min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya eyni müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[672]
Maddə
233-1. Qanunla mülki dövriyyədə
olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)
əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə,
saxlama, daşıma, gəzdirmə, başqasına vermə və
ya satma[673]
233-1.1.
Qanunla mülki dövriyyədə olmasına yol verilməyən
(mülki dövriyyədən çıxarılmış) əşyaları
qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma,
gəzdirmə, başqasına vermə və ya satma -
əmlakı
müsadirə edilməklə
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
233-1.2.
Eyni əməllər:
233-1.2.1.
bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə;
233-1.2.2.
təkrar törədildikdə;
233-1.2.3.
ağır nəticələrə səbəb olduqda-
əmlakı
müsadirə edilməklə
beş ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: qanunla mülki dövriyyədə
olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)
əşyalardan hər hansı birinin qanunsuz olaraq hazırlanması,
əldə edilməsi, saxlanması, daşınması, gəzdirilməsi,
başqasına verilməsi və ya satılmasına görə
bu Məcəllənin digər maddələrində və
ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulduqda, həmin
əmələ bu maddənin qüvvəsi şamil edilmir.[674]
Maddə 233-2. Sertifikatlaşdırılmamış rabitə
vasitələrinin satışının təşkili
Qanunvericiliklə sertifikatlaşdırılması
tələb olunan rabitə vasitələrinin sertifikatlaşdırılmadan
satışının təşkili dövlətin və milli
təhlükəsizliyin qanunla qorunan mənafelərinə mühüm
zərər vurduqda –
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[675]
Maddə 233-3. Əməliyyat-axtarış,
kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin
həyata keçirilməsi üçün rabitə müəssisələrinin
vəzifəli şəxsləri tərəfindən zəruri
şəraitin yaradılmaması
Əməliyyat-axtarış, kəşfiyyat
və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi
üçün rabitə müəssisələrinin vəzifəli
şəxsləri tərəfindən zəruri şəraitin
yaradılmaması –
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə bir ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[676]
Maddə 233-4. Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz
beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili[677]
233-4.1. Telekommunikasiya operatorunun və ya provayderinin
telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə
qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin
təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına
səbəb olduqda –
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.
233-4.2. Eyni əməllər:
233-4.2.1. təkrar törədildikdə;
233-4.2.2. xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
233-4.2.3. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə
və ya iki ildən dörd ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
233-4.3. Bu Məcəllənin 233-4.1-ci və
233-4.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
233-4.3.1. külli miqdarda ziyan vurmaqla törədildikdə;
233-4.3.2. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə cinayət nəticəsində vurulmuş ziyanın
üç misli miqdarında cərimə və ya üç
ildən beş ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya dörd ildən altı
ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[678]
Qeyd:
1. Bu Məcəllənin 233-4.1-ci maddəsində
“müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları
quraşdırılan və internet vasitəsilə qəbul edilən
beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə
dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu
başa düşülür.
2. Bu Məcəllənin 233-4.1-ci maddəsində
“əhəmiyyətli zərər” dedikdə, dövlət təhlükəsizliyinə
təhdid yaradan zərərin vurulması, yaxud fiziki və ya hüquqi
şəxslərə on min manatdan yuxarı, lakin əlli min manatdan
artıq olmayan məbləğdə ziyan vurulması başa düşülür.
3. Bu Məcəllənin 233-4.2.2-ci
maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı,
lakin yüz min manatdan artıq olmayan məbləğ, 233-4.3.1-ci
maddəsində “külli miqdar” dedikdə yüz min manatdan yuxarı
olan mәblәğ başa düşülür.
26-cı fəsil
NARKOTİK VASİTƏLƏRİN
VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ
İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR
Maddə
234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri
və ya onların prekursorlarını hazırlama, istehsal
etmə, əldə etmə, saxlama, daşıma, göndərmə
və ya satma[679] KMQ11
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —[680]
bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[681] KMQ4
234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər külli miqdarda törədildikdə
–
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[682]
234.2. Satış məqsədi ilə qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə,
daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri
və ya psixotrop maddələri satma—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
234.3. Narkotik vasitələrin və ya psixotrop
maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə
etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə
xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə
və ya daşıma —[683]
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
234.3-1. Yetkinlik yaşına çatmayanlara
qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri
satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində
nəzərdə tutulmuş əməlləri təhsil və
ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə
müəssisələrində yaxud həbs yerlərində törətmə
–[684]
dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci
maddəsində nəzərdə tutulmuş əməllər: [685]
234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
234.4.2. təkrar törədildikdə;
234.4.3. külli miqdarda törədildikdə;
234.4.4. mediadan, o cümlədən internet informasiya
ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən
istifadə etməklə törədildikdə –[686] KMQ26
əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda törədildikdə –
səkkiz ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[687]
234.5. Narkotik vasitələri və ya psixotrop
maddələri hazırlamaq üçün istifadə edilən
və xüsusi nəzarət altında olan xammalın, prekursorların,
alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin,
psixotrop maddələri və ya onların prekursorlarını
istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması,
satılması, bölüşdürülməsi, verilməsi,
daşınması, göndərilməsi, əldə edilməsi,
istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi
və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət
etməli olan şəxs tərəfindən pozulması[688]—
min manatdan iki min beş yüz manatadək miqdarda cərimə
və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə bir ildən
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[689]
Qeyd:
1. Narkotik vasitələri, psixotrop maddələri
və ya onların prekursorlarını könüllü surətdə
təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin
və ya onların prekursorlarının qanunsuz dövriyyəsi
ilə bağlı cinayətlərin açılmasında və
ya qarşısının alınmasında, bu əməlləri
törətmiş şəxslərin aşkar edilməsində,
cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında
fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən
azad edilir.[690]
KMQ31
2. Bu fəsildə göstərilən
narkotik vasitələrin və ya psixotrop maddələrin
xeyli, külli və xüsusilə külli miqdarı, habelə
prekursorların və qanunsuz kultivasiya edilən tərkibində
narkotik maddələr olan bitkilərin (onların hissələrinin)
xeyli, külli və xüsusilə külli miqdarı müvafiq
qanunlarla müəyyən edilir.[691]
Maddə
235. Narkotik vasitələri, psixotrop maddələri və ya
onların prekursorlarını talama və ya
hədə-qorxu ilə tələb etmə[692]
235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə—
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
235.2. Narkotik vasitələrin və ya psixotrop
maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə
etmək məqsədi ilə prekursorları talama və ya hədə
qorxu ilə tələb etmə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:
235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
235.3.2. təkrar törədildikdə;
235.3.3. şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
235.3.4. həyat və ya sağlamlıq üçün
təhlükəli olmayan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla altı ildən
on ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
235.4. Bu Məcəllənin 235.1—235.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər:
235.4.1. mütәşәkkil dəstə
tərəfindən törədildikdə;
235.4.2. külli miqdarda törədildikdə;
235.4.3. həyat və ya sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə
—
235.4.4. əvvəllər talama və ya hədə-qorxu
ilə tələb etməyə görə iki dəfə və
ya daha çox məhkum edilmiş şəxs tərəfindən
törədildikdə—[693]
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
235.5. Bu Məcəllənin 235.1–235.4-cü
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda törədildikdə –
on ildən on yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[694]
Maddə
236. Narkotik vasitələrin və ya psixotrop maddələrin
istehlakına təhrik etmə KMQ26
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki
ildən beş ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cәzalandırılır.[695]
236.2. Eyni hərəkətlər:
236.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə ;
236.2.2. təkrar törədildikdə;
236.2.3. bilə-bilə yetkinlik yaşına
çatmayan, iki və ya daha çox şəxs barəsində
törədildikdə;
236.2.4. zor tətbiq etməklə və ya belə
zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.3. Bu Məcəllənin 236.1 və 236.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya başqa ağır nəticələrə
səbəb olduqda—
yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
237. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya
etmə[696] KMQ11
237.1. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) —[697]
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[698]
237.2. Eyni hərəkətlər:
237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
237.2.2. təkrar törədildikdə;
237.2.3. külli miqdarda törədildikdə
—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
237.3. Bu Məcəllənin 237.1 və 237.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
xüsusilə külli miqdarda törədildikdə –
altı ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[699]
Maddə
238. Narkotik vasitələrin və ya psixotrop maddələrin
istehlakı üçün tiryəkxanalar təşkil etmə
və ya saxlama
238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə —
dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
238.2. Eyni hərəkətlər:
238.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
238.2.2. təkrar törədildikdə —
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
239. Narkotik vasitələri və psixotrop maddələri əldə
etmək hüququ verən reseptləri tibbi göstəricilər
olmadan qanunsuz vermə və ya saxtalaşdırma
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[700]
Maddə
240. Güclü təsir edən və ya zəhərli maddələrin
satış məqsədilə qanunsuz dövriyyəsi
240.1. Narkotik vasitələrə və ya psixotrop
maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri
satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə,
əldə etmə, saxlama, daşıma və ya göndərmə,
habelə bu maddələri və ya onları hazırlamaq yaxud
emal etmək üçün avadanlığı qanunsuz satma—[701]
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.1-1. Narkotik vasitələrə və
ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri
satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə,
əldə etmə, saxlama, daşıma və ya göndərmə,
habelə bu maddələri və ya onları hazırlamaq, yaxud
emal etmək üçün avadanlığı qanunsuz satma -[702]
beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.2. Bu Məcəllənin
240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş
əməllər: [703]
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
240.2.2. təkrar törədildikdə—
iki ildən altı
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
240.3. Bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər: [704]
240.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
240.3.2. güclü təsir edən maddələrə
münasibətdə külli miqdarda törədildikdə—[705]
dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.3-1. Bu Məcəllənin 240.1, 240.2 və
240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər
güclü təsir edən maddələrə münasibətdə
xüsusilə külli miqdarda törədildikdə –
altı ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[706]
240.4. Güclü təsir edən və ya
zəhərli maddələrin istehsalı, əldə edilməsi,
uçotu, saxlanması, buraxılması daşınması və
ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan
onların talanmasına və ya başqa mühüm ziyan vurulmasına
səbəb olduqda—
min manatdan iki min beş yüz manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[707]
Qeyd:
1. Bu Məcəllədə göstərilən,
narkotik vasitələrə və ya psixotrop maddələrə
aid olmayan güclü təsir edən və zəhərli maddələr,
habelə güclü təsir edən maddələrin
külli və xüsusilə külli miqdarı qanunla müəyyən
edilir.[708]
2. Narkotik vasitələrə və
psixotrop maddələrə aid olmayan güclü təsir edən
və ya zəhərli maddələri könüllü surətdə
təhvil verən, yaxud güclü təsir edən və ya zəhərli
maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin
açılmasında və ya qarşısının alınmasında,
bu əməlləri törətmiş şəxslərin aşkar
edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın
tapılmasında fəal iştirak etmiş şəxs cinayət
məsuliyyətindən azad edilir.[709]
Maddə
241. Narkotik vasitələrin və ya psixotrop maddələrin
qanunsuz dövriyyəsindən əldə edilmiş pul vəsaitini
və ya digər əmlakı leqallaşdırma[710]
241.1. Narkotik vasitələrin və ya psixotrop
maddələrin qanunsuz dövriyyəsindən əldə edilmiş
pul vəsaitlərindən və ya digər əmlakdan istifadə
etməklə maliyyə əməliyyatları və digər əqdlər
həyata keçirmə, habelə sahibkarlıq və ya digər
iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün
göstərilən vəsaitlərdən və ya digər əmlakdan
istifadə etmə —
şərti maliyyə vahidi məbləğinin iki min mislindən
beş min mislinədək miqdarda cərimə və ya iki ilədək
müddətə islah işləri və ya dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
241.2. Eyni hərəkətlər:
241.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
241.2.2. təkrar törədildikdə;
241.2.3. şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
241.3. Bu Məcəllənin 241.1 və 241.2-ci
maddələrində göstərilən əməllər:
241.3.1. mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
241.3.2. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
27-ci fəsil
İCTİMAİ MƏNƏVİYYAT
ƏLEYHİNƏ CİNAYƏTLƏR
Maddə 242. Pornoqrafik materialları
və ya əşyaları qanunsuz yayma
Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki min manatdan dörd
min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[711]
Maddə 243. Fahişəliyə
cəlb etmə
243.1. Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—[712]
iki min beş yüz
manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç
yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ildən üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[713]
243.2. Eyni əməllər:
243.2.1. şəxsin köməksiz vəziyyətindən,
fiziki və ya psixi pozuntularından istifadə etməklə
törədildikdə;[714]
243.2.2. mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 244. Əxlaqsızlıq
yuvaları saxlama
244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə—
iki min beş yüz manatdan üç
min beş yüz manatadək miqdarda cərimə və ya dörd
yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək
müddətə islah işləri və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[715]
244.2. Eyni əməllər:
244.2.1. təkrar törədildikdə;
244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 244-1. Qumar oyunlarının təşkili və
ya keçirilməsi
244-1.1. Qumar oyunlarının təşkili və ya keçirilməsi,
habelə qumar oyunlarının keçirilməsi üçün
yer təşkiletmə və ya saxlama –
beş min manatdan on min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
244-1.2. Eyni əməllər:
244-1.2.1. təkrar törədildikdə;
244-1.2.2. internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya
şəbəkələrindən istifadə etməklə törədildikdə;
244-1.2.3. yetkinlik yaşına çatmayanların qumar
oyunlarında iştirakına yol verməklə törədildikdə;
244-1.2.4. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə;
244-1.2.5. xeyli miqdarda gəlir əldə etməklə
törədildikdə –
on min manatdan on beş min manatadək miqdarda cərimə
və ya iki ildən üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
244-1.3. Bu Məcəllənin 244-1.1-ci və ya 244-1.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:
244-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
244-1.3.2. külli miqdarda gəlir əldə etməklə
törədildikdə –
üç ildən dörd ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
244-1.4. Bu Məcəllənin 244-1.1 – 244-1.3-cü maddələrində
nəzərdə tutulmuş əməllər xüsusilə külli
miqdarda gəlir əldə etməklə törədildikdə
–
dörd ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 244-1-ci maddəsində “qumar oyunu”
dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş)
barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən
və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən
mərclər) başa düşülür.
2. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən
lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin
qüvvəsi şamil edilmir.
3. Bu Məcəllənin 244-1.2.5-ci maddəsində “xeyli
miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min
manatdan artıq olmayan məbləğ, 244-1.3.2-ci maddəsində
“külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş
yüz min manatdan artıq olmayan məbləğ, 244-1.4-cü
maddəsində “xüsusilə külli miqdar” dedikdə beş
yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.
4. Bu Məcəllənin 244-1.2.5-ci, 244-1.3.2-ci və 244-1.4-cü
maddələrində nəzərdə tutulmuş əməlləri
törətmiş və cinayət nəticəsində əldə
edilmiş gəliri tamamilə dövlət büdcəsinə
köçürmüş şəxs, bundan əlavə əldə
edilmiş gəlirin bir misli miqdarında dövlət büdcəsinə
ödəniş etdikdə cinayət məsuliyyətindən azad
edilir.
5. Şəxs bu “Qeyd”in 4-cü bəndində
nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən
yalnız bir dəfə azad edilir.[716]
Maddə 245. Qəbir üzərində
təhqiredici hərəkət
Qəbir və ya meyit üzərində təhqiredici hərəkət —
iki ilədək müddətə islah işləri
və ya beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 246. Tarix və mədəniyyət
abidələrini qəsdən məhv etmə və ya korlama
Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[717]
28-ci fəsil
Maddə
247. İşlərin yerinə yetirilməsi zamanı ətraf
mühitin mühafizəsi (qorunması) qaydalarını pozma
Sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [718]
Maddə
248. Ekoloji cəhətdən təhlükəli maddələrin
və tullantıların dövriyyəsi qaydalarını pozma
248.1. Təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[719]
248.2. Eyni əməllər ətraf mühitin
çirklənməsinə, zəhərlənməsinə, insan
sağlamlığına zərər vurulmasına və ya heyvanların
kütləvi məhvinə səbəb olduqda və ya təhlükəli
ekoloji vəziyyət zonasında törədildikdə—
iki ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [720]
248.3. Bu Məcəllənin 248.1 və ya 248.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və ya insanların kütləvi xəstələnməsinə
səbəb olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
249. Baytarlıq qaydalarını və bitki xəstəliklərinə
və ziyanvericilərinə qarşı müəyyən edilmiş
mübarizə qaydalarını pozma
249.1. Baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya digər ağır nəticələrə səbəb olduqda—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[721]
249.2. Bitki xəstəliklərinə və
ya ziyanvericilərinə qarşı müəyyən edilmiş
mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan
ağır nəticələrə səbəb olduqda—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[722]
Maddə 250. Suyu (su mənbələrini)
çirkləndirmə
250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda—[723]
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya beş ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və ya iki
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[724]
250.2. Eyni əməllər insan sağlamlığına
zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə
səbəb olduqda, habelə qoruqların ərazisində və
ya təhlükəli yaxud fövqəladə ekoloji vəziyyət
zonasında törədildikdə—
altı min manatdan doqquz min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[725]
250.3. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 251. Atmosferi (havanı)
çirkləndirmə
251.1. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və ya bir
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[726]
251.2. Eyni əməllər insan sağlamlığına
zərər vurulmasına səbəb olduqda—
altı min manatdan doqquz min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[727]
251.3. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 252. Dəniz ətraf mühitini çirkləndirmə[728]
252.1. Dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirmə—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və ya bir
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.[729]
252.2. Eyni əməllər insan sağlamlığına,
heyvanlar və bitki aləminə, balıq
və digər su bioresurslarına, ətraf mühitə, istirahət zonalarına
və ya qanunla qorunan digər maraqlara əhəmiyyətli zərər
vurulmasına səbəb olduqda—
altı min manatdan doqquz min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[730]
252.3. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 253. Sahilyanı şelf
haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma—
dörd min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[731]
253.2. Azərbaycan Respublikasının sahilyanı
şelfində xarici hüquqi və fiziki şəxslər tərəfindən
təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi
və başqa işlər görülməsi, əgər bu hərəkətlərin
həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələrdə
və ya Azərbaycan Respublikasının müvafiq dövlət
orqanlarının verdiyi xüsusi icazədə nəzərdə
tutulmamışdırsa—
iki ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç
ildən beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [732]
Maddə 254. Torpaqları korlama
254.1. Saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi yaxud onların başqa cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın vurulmasına səbəb olduqda—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və ya bir
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.[733]
254.2. Eyni əməllər fövqəladə
və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—
iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [734]
254.3. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 255. Yerin təkinin qorunması
və istifadəsi qaydalarını pozma
255.1. Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda—
altı min manatdan on min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və ya bir
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[735]
255.2. Bu Məcəllənin 255.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda –
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə
üç ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[736]
Maddə 256. Balıq və digər
su bioresurslarını qanunsuz tutma[737]
256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda —[738]
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.[739]
256.2. Eyni əməllər:
256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;
256.2.2. özüyeriyən və özüüzən
nəqliyyat vasitəsindən və ya partlayıcı və ya
kimyəvi maddələrdən və ya balıq
və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan
vasitələrdən istifadə etməklə törədildikdə; [740]
256.2.3. qoruqların ərazisində və ya
fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət
zonasında törədildikdə—[741]
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[742]
256.3. Bu Məcəllənin 256.1-ci və ya
256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs
yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə—
altı min manatdan doqquz min manatadək miqdarda cərimə
və ya iki ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [743]
Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində
“xeyli miqdar” dedikdə, min manatdan
yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində
“külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan
məbləğ başa düşülür.[744]
Maddə 257. Balıq və digər
su bioresurslarının qorunması qaydalarını
pozma[745]
Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə suburaxıcı qurğuların istismarı balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olduqda—[746]
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və ya bir
ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.[747]
Maddə 258. Qanunsuz ov etmə
258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda—
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması ilə
cəzalandırılır.[748]
258.2. Eyni əməllər:
258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;
258.2.2. partlayıcı maddələrdən
və ya quşların və heyvanların kütləvi məhvinə
səbəb olan başqa üsullardan istifadə etməklə
törədildikdə;
258.2.3. ovlanması tamamilə qadağan edilmiş
quşlara və heyvanlara qarşı törədildikdə;
258.2.4. qoruqların ərazisində və ya
ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət
zonasında törədildikdə—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[749]
258.3. Bu Məcəllənin 258.1-ci və 258.2-ci maddələrində
nəzərdə tutulan əməllər:[750]
258.3.1. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
altı min manatdan doqquz min manatadək miqdarda cərimə
və ya iki ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[751]
Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində
«xeyli miqdar» dedikdə, min manatdan
yeddi min manatadək olan məbləğ, 258.2.1-ci maddəsində
“külli miqdar” dedikdə isə yeddi
min manatdan artıq olan məbləğ başa
düşülür.[752]
Maddə 259. Qanunsuz olaraq
ağacları, kolları və ya digər
yaşıllıqları kəsmə[753]
259.1. Ağacların, kolların və ya digər yaşıllıqların
qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda
ziyan vurduqda -[754]
cinayət
nəticəsində vurulmuş ziyanın iki misli miqdarında
cərimə və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə üç
ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.[755]
259.2. Eyni əməllər:
259.2.1. təkrar törədildikdə;
259.2.2. qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən törədildikdə;[756]
259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə;
259.2.4. külli miqdarda ziyan vurmaqla
törədildikdə -
cinayət
nəticəsində vurulmuş ziyanın iki mislindən
üç mislinədək miqdarda cərimə və ya iki ildən
beş ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[757]
259.3. Bu Məcəllənin 259.1-ci və
ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər
qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə -
cinayət
nəticəsində vurulmuş ziyanın üç mislindən
dörd mislinədək miqdarda cərimə və ya iki ildən
beş ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[758]
259.4. Bu
Məcəllənin 259.1 – 259.3-cü maddələrində
nəzərdə tutulmuş əməllər xüsusilə
külli miqdarda ziyan vurmaqla törədildikdə –[759]
cinayət
nəticəsində vurulmuş ziyanın üç
mislindən dörd mislinədək miqdarda cərimə və
ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə dörd
ildən yeddi ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
Qeyd:[760]
1. Bu
Məcəllənin 259-cu və 260-cı maddələrinin
müddəaları kənd təsərrüfatı
məhsulları istehsalı üçün istifadə
edilən bitkilərdən ibarət yaşıllıqların
(əkinlərin), habelə xüsusi mülkiyyətdə olan
həyətyanı və bağ sahələrindəki
yaşıllıqların kəsilməsi (götürülməsi)
hallarına şamil edilmir.[761]
2. Bu Məcəllənin 259.1-ci və
260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min
manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan
məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü
maddələrində “külli miqdar” dedikdə iyirmi min
manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan
məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü
maddələrində isə “xüsusilə külli miqdar”
dedikdə əlli min manatdan yuxarı olan məbləğ
başa düşülür.
Maddə
260. Ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və
ya zədələmə[762]
260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—[763]
cinayət nəticəsində
vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[764]
260.1-1. Bu Məcəllənin 260.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər külli miqdarda
ziyan vurmaqla törədildikdə -
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[765]
260.1-2. Bu
Məcəllənin 260.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
ziyan vurmaqla törədildikdə –[766]
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə və ya
iki ildən dörd ilədək azadlığın
məhdudlaşdırılması və ya iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
260.2. Yandırma və ya digər ümumi təhlükəli
üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi
nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları
məhv etmə və ya zədələmə -[767]
cinayət nəticəsində
vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə
iki ildən beş ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[768]
260.3. Bu Məcəllənin 260.2-ci maddəsində
nəzərdə tutulmuş əməllər külli miqdarda
ziyan vurmaqla törədildikdə -
cinayət nəticəsində
vurulmuş ziyanın üç misli miqdarında cərimə
edilməklə və ya edilməməklə beş ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[769]
260.4. Bu
Məcəllənin 260.2-ci maddəsində nəzərdə
tutulmuş əməllər xüsusilə külli miqdarda
ziyan vurmaqla törədildikdə –[770]
cinayət nəticəsində vurulmuş
ziyanın üç mislindən dörd mislinədək
miqdarda cərimə edilməklə və ya
edilməməklə altı ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə
261. Xüsusi mühafizə olunan təbiət ərazilərinin
və təbiət obyektlərinin mühafizə rejimini pozma
Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[771]
Qeyd: Bu Məcəllənin 261-ci maddəsində
"əhəmiyyətli zərər" dedikdə iki min manatdan artıq olan məbləğ
başa düşülür.[772]
29-cu fəsil
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ
VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI
QAYDALARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə
262. Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət
təhlükəsizliyi və istismarı qaydalarını pozma
262.1. Yerinə yetirdiyi işlə və ya
tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və
ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi
və istismarı qaydalarına riayət etməyə borclu olan
şəxs tərəfindən həmin qaydaların pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına ağır və ya az ağır
zərər vurulmasına səbəb olduqda—
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[773]
262.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[774]
262.2. Bu Məcəllənin 262.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki
ildən beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[775]
262.3. Bu Məcəllənin 262.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə səbəb
olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə beş
ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [776]
Maddə 263. Yol hərəkəti
və nəqliyyat vasitələrinin istismarı qaydalarını
pozma
263.1. Avtomobil, tramvay və ya digər mexaniki
nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən
yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı
qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və ya
ağır zərər vurulmasına səbəb olduqda—
iki ilədək müddətə nəqliyyat
vasitələrini idarə etmək hüququndan məhrum edilməklə
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[777]
263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurulmasına səbəb olduqda –
üç ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum
edilməklə bir ildən üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[778]
263.2. Bu Məcəllənin 263.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
üç ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum
edilməklə iki ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[779]
263.3. Bu Məcəllənin 263.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə səbəb
olduqda—
beş ilədək müddətə nəqliyyat
vasitələrini idarə etmək hüququndan məhrum edilməklə
beş ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd: KMQ14
1. Bu Məcəllənin 263.1-ci maddəsində "digər
mexaniki nəqliyyat vasitəsi" dedikdə trolleybuslar, traktorlar,
motosikllər, habelə başqa özüyeriyən maşın
və mexanizmlər nəzərdə tutulur.[780]
2. Bu Məcəllənin
263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş
cinayəti törətmiş şəxs zərərçəkmiş
şəxslə barışdıqda və ona dəymiş ziyanı
tamamilə ödədikdə cinayət məsuliyyətindən
azad edilir. Bu halda şəxsin əməllərində inzibati
xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində nəzərdə
tutulmuş qaydada məsuliyyətə cəlb edilir.[781]
M a d d ə 263-1. Yol hərəkəti və ya nəqliyyat
vasitələrinin istismarı qaydalarını sərxoş halda
və ya nəqliyyat vasitələrini idarə etmək hüququ
olmayan şəxs tərəfindən pozma[782]
263-1.1. Bu Məcəllənin
263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin
alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən,
psixotrop maddələrdən və digər güclü təsir
edən maddələrdən istifadə edilməsi nəticəsində
sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə
etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına az ağır zərər vurulmasına
səbəb olduqda -
üç ilədək
müddətə nəqliyyat vasitələrini idarə etmək
hüququndan məhrum edilməklə altı min manatdan səkkiz
min manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə nəqliyyat vasitələrini idarə etmək
hüququndan məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263-1.2. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat
vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -[783]
dörd ilədək
müddətə nəqliyyat vasitələrini idarə etmək
hüququndan məhrum edilməklə dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263-1.3. Eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda-
beş ilədək
müddətə nəqliyyat vasitələrini idarə etmək
hüququndan məhrum edilməklə beş ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
263-1.4. Eyni əməllər
ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə
səbəb olduqda -
beş ilədək
müddətə nəqliyyat vasitələrini idarə etmək
hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 264. Yol nəqliyyat hadisəsi
yerindən qaçma
Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—[784]
üç ilədək müddətə
nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum
edilməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.KM2[785]
Qeyd: Zərərçəkmiş şəxsə
kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat
hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə
cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.[786]
Maddə
265. Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə
və ya onları texniki cəhətdən nasaz vəziyyətdə
işə buraxma
265.1. Nəqliyyat vasitələrinin və ya
nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi,
habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə
cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən
nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
az ağır və ya ağır zərər vurulmasına
səbəb olduqda—[787]
iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya bir ilədək müddətə
islah işləri ilə və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[788]
265.1-1. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vurulmasına səbəb olduqda –
üç min manatdan altı min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[789]
265.2. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda—[790]
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
265.3. Bu Məcəllənin 265.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb
olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 265-1. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara
verilməsi qaydalarının pozulması[791]
265-1.1. Ümumi istifadədə olan nəqliyyat
vasitəsini idarə etmək hüququ olmayan şəxsin belə
nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması,
yaxud ümumi istifadədə olan nəqliyyat vasitələrinin
sürücülərinin reysqabağı tibbi müayinəsinin
təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və ya
ağır zərər vurulmasına səbəb olduqda -[792]
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki min
manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[793]
265-1.1-1. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç min manatdan altı min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[794]
265-1.2. Bu Məcəllənin 265-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda -[795]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265-1.3. Bu Məcəllənin 265-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb
olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 266. Nəqliyyat vasitələrini
və ya yolları yararsız vəziyyətə salma
266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[796]
266.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
266.3. Bu Məcəllənin 266.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—[797]
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin
266.1-ci maddəsində “külli miqdar” dedikdə əlli min manatdan
yuxarı olan mәblәğ başa düşülür.[798]
Maddə
267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini
təmin edən qaydaları pozma
267.1. Sərnişin, piyada və ya yol hərəkətinin
digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə
tutulmuş şəxslər istisna olmaqla) tərəfindən
yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı
qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və ya
ağır zərər vurulmasına səbəb olduqda—[799]
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya bir
ilədək müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.[800]
267.1-1. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vurulmasına səbəb olduqda –
üç min manatdan dörd min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[801]
267.2. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə səbəb olduqda—[802]
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
267.3. Bu Məcəllənin 267.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—[803]
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
268. Magistral boru kəmərlərinin inşası, istismarı
və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını
pozma
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—[804]
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya bir
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[805]
268.1-1. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vurulmasına səbəb olduqda –
dörd min manatdan altı min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[806]
268.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər
ağır nəticələrə səbəb olduqda—[807]
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
268.3. Bu Məcəllənin 268.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb
olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 269. Gəmi kapitanının
fəlakətə uğrayanlara kömək göstərməməsi
Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək göstərməməsi—
iki ilədək müddətə islah işləri
və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [808]
Maddə 270. Beynəlxalq uçuş
qaydalarını pozma
Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[809]
Maddə 270-1. Aviasiya
təhlükəsizliyinə təhdid yaradan əməllər[810]
270-1.1. Uçuş vaxtı hava gəmisində
olan şəxsə zor tətbiq etmə, belə zorun tətbiqi
hava gəmisinin təhlükəsizliyinə təhdid yaratdıqda
–
min manatdan min beş yüz manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri
və ya altı ayadək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
270-1.2. Uçuş vaxtı hava gəmisinə
bilə-bilə yalan məlumat ötürmə, yaxud hava gəmisinin
aeronaviqasiya avadanlığını qəsdən qanunsuz olaraq
məhv etmə, zədələmə və ya fəaliyyətinə
müdaxilə etmə, uçuş vaxtı hava gəmisinin təhlükəsizliyinə
təhdid yaratdıqda –
iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
270-1.3. Hava limanının avadanlığı
və qurğularını, yaxud hava limanında yerləşən
və istismarda olmayan hava gəmilərini qəsdən qanunsuz olaraq
məhv etmə və ya onlara əhəmiyyətli zərər
vurma, habelə hava limanı xidmətlərinin işini qəsdən
qanunsuz olaraq pozma, hava limanının təhlükəsizliyinə
təhdid yaranmasına səbəb olduqda –
üç ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
270-1.4. İstismarda olan hava gəmisini qəsdən
məhv etmə, habelə hava gəmisinə qəsdən onun sıradan
çıxmasına səbəb olan və ya uçuş təhlükəsizliyinə
təhdid yaradan zərər yetirmə –
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
270-1.5. İstismarda olan hava gəmisinin məhv
edilməsinə və ya onun uçuş təhlükəsizliyinə
təhdid yaradacaq dərəcədə zədələnməsinə
səbəb ola bilən qurğu və ya maddəni hava gəmisində
qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu
və ya maddənin istismarda olan hava gəmisində yerləşdirilməsinə
qəsdən qanunsuz olaraq şərait yaratma –
səkkiz ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Otuzuncu
fəsil[811]
KİBERCİNAYƏTLƏR
Maddə 271. Kompyuter sisteminə qanunsuz daxil olma
271.1. Kompyuter sisteminə və ya onun hər hansı bir
hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və
ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini
pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ
keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən
daxil olma -
iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[812]
271.2. Eyni əməllər:
271.2.1. təkrar törədildikdə;
271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
271.2.3. vəzifəli şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə
–
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək
miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[813]
271.3. Bu Məcəllənin 271.1 və ya 271.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli
infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı
bir hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd
ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 271-273-2-ci maddələrində
“kompyuter sistemi” dedikdə, müvafiq proqramlara uyğun olaraq verilənlərin
avtomatlaşdırılmış işlənməsini həyata
keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş
və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür.
2. Bu Məcəllənin 271-273-2-ci maddələrində
“kompyuter məlumatları” dedikdə, kompyuter sistemində işlənməsi,
emal edilməsi üçün yararlı olan istənilən informasiya
(faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa düşülür.
3. Bu Məcəllənin 271-273-cü maddələrində
“ictimai əhəmiyyətli infrastruktur obyekti” dedikdə, dövlət
və cəmiyyət üçün mühüm əhəmiyyət
kəsb edən xidmətlər göstərən dövlət
idarə, müəssisə, təşkilatları, qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar), kredit təşkilatları,
sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan
şəxslər, investisiya fondları və bu fondların idarəçiləri başa düşülür.[814]
Maddə 272. Kompyuter məlumatlarını qanunsuz
ələ keçirmə
272.1. Kompyuter sisteminə, kompyuter sistemindən və ya
bu sistem daxilində ötürülən ümumi istifadə üçün
nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən
bu cür kompyuter məlumatlarının daşıyıcısı
olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının,
buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən
istifadə etməklə qəsdən ələ keçirilməsi
–
iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[815]
272.2. Eyni əməllər:
272.2.1. təkrar törədildikdə;
272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
272.2.3. vəzifəli şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə
–
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək
miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[816]
272.3. Bu Məcəllənin 272.1 və ya 272.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli
infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı
bir hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd
ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 273. Kompyuter sisteminə və ya kompyuter
məlumatlarına qanunsuz müdaxilə
273.1. Kompyuter məlumatlarının qəsdən zədələnməsi,
silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması
buna hüququ olmayan şəxs tərəfindən törədilməklə
əhəmiyyətli zərər vurulmasına səbəb olduqda
–
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[817]
273.2. Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi,
zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi
və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə
buna hüququ olmayan şəxs tərəfindən qəsdən
ciddi maneə törədilməsi –
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[818]
273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər:
273.3.1. təkrar törədildikdə;
273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
273.3.3. vəzifəli şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə
–
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək
miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[819]
273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində
nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli
infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər
hansı bir hissəsinə münasibətdə törədildikdə
–
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd
ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin maddələrində “əhəmiyyətli
zərər” dedikdə, ictimai təhlükəli əməl nəticəsində
min manatdan artıq olan məbləğdə ziyan vurulması və
ya dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin
qanunla qorunan maraqlarına digər mühüm zərərin vurulması
başa düşülür.
2. Bu Məcəllənin 273.2-ci maddəsində
“kompyuter sisteminin işləməsinə ciddi maneə törədilməsi”
kompyuter sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır
ki, kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən
istifadə etmək və ya digər kompyuter sistemləri ilə
məlumatları mübadilə etmək imkanını mühüm
dərəcədə məhdudlaşdırsın.
Maddə 273-1.
Kibercinayətlərin törədilməsi
üçün hazırlanmış vasitələrin dövriyyəsi
273-1.1. Hazırlanmasının və ya uyğunlaşdırılmasının
əsas məqsədi bu Məcəllənin 271-273-cü maddələrində
nəzərdə tutulmuş cinayətlərin törədilməsi
olan qurğuların və ya kompyuter proqramlarının istehsalı,
həmin cinayətlərin törədilməsi məqsədi ilə
idxalı, istifadə üçün əldə olunması, saxlanılması,
satışı, yayılması və ya əldə edilməsinə
digər formalarda şərait yaradılması, əhəmiyyətli
zərər vurduqda –
iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
273-1.2. Kompyuter parollarının, giriş kodlarının
və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə
hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların
bu Məcəllənin 271—273-cü maddələrində nəzərdə
tutulmuş cinayətlərin törədilməsi məqsədilə
istehsalı, saxlanılması və ya istifadə üçün
əldə olunması, əhəmiyyətli zərər vurduqda
–
iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
273-1.3. Kompyuter parollarının, giriş kodlarının
və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə
hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların
bu Məcəllənin 271—273-cü maddələrində nəzərdə
tutulmuş cinayətlərin törədilməsi məqsədi
ilə satışı, yayılması və ya onların əldə
edilməsinə digər formalarda şərait yaradılması
–
iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[820]
273-1.4. Bu Məcəllənin 273-1.1-273-1.3-cü maddələrində
nəzərdə tutulmuş əməllər:
273-1.4.1. təkrar törədildikdə;
273-1.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
273-1.4.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
–
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan səkkiz min manatadək
miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[821]
Maddə 273-2.
Kompyuter məlumatlarının saxtalaşdırılması
Saxtalaşdırılmış kompyuter məlumatlarını
autentik (həqiqi) kompyuter məlumatları kimi qələmə
vermək və ya istifadə etmək məqsədilə kompyuter
məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil
etmə, dəyişdirmə, silmə və ya bloklama, bu əməllər
ilkin kompyuter məlumatlarının autentikliyinin (həqiqiliyinin)
pozulmasına səbəb olduqda –
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki min manatdan dörd
min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[822]
ON BİRİNCİ BÖLMƏ
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
31-ci fəsil
DÖVLƏTİN
KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ TƏHLÜKƏSİZLİYİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 274. Dövlətə xəyanət
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla on iki ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin
276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin
törədilməsi üçün xarici ölkələrin
xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş
şəxs aldığı cinayət tapşırığının
icrası üzrə heç bir fəaliyyət göstərməmişsə
və dövlət hakimiyyət orqanlarına könüllü
surətdə və vaxtında məlumat vermişsə və
ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının
qarşısının alınmasına sair formada kömək
etmişsə, əgər onun hərəkətlərində başqa
cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən
azad olunur.
Maddə
275. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən
və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan
xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı
istifadə etmə
275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə—
yeddi ildən on iki müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır. [823]
275.2. Eyni əməllər ağır nəticələrə
səbəb olduqda—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 276. Casusluq
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla on ildən on beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [824]
Maddə
277. Dövlət xadiminin və ya ictimai xadimin həyatına
sui-qəsd etmə (terror aktı)[825]
Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı)—
on dörd ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 278. Hakimiyyəti zorla ələ
keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə[826]
278.1. Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
278.2. Azərbaycan Respublikasının konstitusiya
quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin
zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün
parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə
yönələn hərəkətlərin dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi
–
on beş ildən iyirmi ilədək
müddətə azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[827]
Qeyd: Bu maddədə nəzərdə
tutulmuş cinayətləri törətmiş, lakin dövlət
hakimiyyət orqanlarına könüllü surətdə və
vaxtında məlumat vermiş və ya Azərbaycan Respublikasının
mənafelərinə ziyan vurulmasının qarşısının
alınmasına sair formada kömək etmiş şəxs, əgər
törətdiyi cinayət ilə əhəmiyyətli zərər
vurmamışsa və onun hərəkətlərində başqa
cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən
azad olunur.
Maddə
279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri
və ya qrupları yaratma
279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.1-1. Dini düşmənçilik, dini
radikalizm və ya dini fanatizm zəminində bu Məcəllənin
279.1-ci maddəsində nəzərdə tutulan silahlı birləşmələr
və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda
iştirak etmə –
altı ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[828]
279.2. Bu Məcəllənin 279.1-ci və 279.1-1-ci maddələrində
nəzərdə tutulan birləşmələrin və ya qrupların
tərkibində müəssisələrə, idarələrə,
təşkilatlara və ya ayrı-ayrı şəxslərə
basqın etmə—[829]
yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində
nəzərdə tutulan əməllər adamların həlak
olmasına və ya digər ağır nəticələrə
səbəb olduqda—
əmlakı müsadirə olunmaqla və ya
olunmamaqla on iki ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [830]
Maddə 280. Silahlı qiyam
Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya qiyamda fəal iştirak etmə—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 281. Dövlət əleyhinə
yönələn açıq çağırışlar
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma—
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
281.2. Eyni əməllər təkrar və
ya bir qrup şəxs tərəfindən törədildikdə—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci
maddələri ilə nəzərdə tutulmuş əməllər
xarici təşkilatların və onların nümayəndələrinin
tapşırığı ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 281-1. Azərbaycan Respublikasının ərazi
bütövlüyünün parçalanmasına yönələn
atributları və ya simvolları nümayiş etdirmə, yayma,
hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə
281-1.1. Azərbaycan Respublikasının ərazi
bütövlüyünün parçalanmasına yönələn
atributları və ya simvolları nümayiş etdirmə və
ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə
hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə
–
beş ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281-1.2. Bu Məcəllənin 281-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə –
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281-1.3. Bu Məcəllənin 281-1.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər xarici təşkilatların
və onların nümayəndələrinin tapşırığı
ilə törədildikdə –
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[831]
Maddə 282. Təxribat
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma—
səkkiz ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
282.2. Eyni əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması[832]
283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə—[833]
səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[834]
283.1-1. Bu Məcəllənin 283.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə
–
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[835]
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor
tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz
qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə
tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.3. Bu Məcəllənin 283.1-ci maddəsində
nəzərdə tutulmuş əməllərin dini düşmənçilik,
dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinin
maliyyələşdirilməsi –
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[836]
Maddə 283-1. Azərbaycan
Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə
iştirak etmək məqsədi ilə sabit qrup yaratma[837]
283-1.1. Azərbaycan Respublikası vətəndaşlarını
və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin
icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm
zəminində Azərbaycan Respublikasının hüdudlarından
kənarda aparılan silahlı münaqişələrə cəlb
etmə, yaxud bu məqsədlə döyüş təlimləri
keçirmə, yaxud həmin məqsədlə fəaliyyət
göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik
etmə –[838]
doqquz ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
283-1.2. Eyni əməllər yetkinlik yaşına çatmayan
şəxsi cəlb etməklə törədildikdə -
on iki ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində
nəzərdə tutulmuş qruplarda, təlimlərdə və
ya silahlı münaqişələrdə iştirak etmə –
yeddi ildən on bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
283-1.4. Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü maddələrində
nəzərdə tutulan hərəkətlərin törədilməsinə
açıq çağırışlar etmə, habelə bu
cür məzmunlu materiallar yayma -
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü
maddələrində nəzərdə tutulan əməli törətmiş
şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar
etməklə və ya başqa üsulla həmin maddələrdə
nəzərdə tutulan əməllərin qarşısının
alınmasına yardım etdikdə və onun əməlində
başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən
azad edilir.
Maddə 284. Dövlət sirrini
yayma
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[839]
284.2. Eyni əməllər ağır nəticələrə
səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə dörd
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [840]
Maddə 284-1. Dövlət sirri təşkil edən məlumatların
qanunsuz əldə edilməsi[841]
Dövlət sirri təşkil edən
məlumatların, məzmununda dövlət sirri olan sənədlərin,
habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların
zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq
etməklə, hədə-qorxu və ya digər məcburetmə
vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi məlumatların
gizli əldə edilməsi üçün nəzərdə
tutulmuş xüsusi və ya digər texniki vasitələrdən
istifadə etməklə qanunsuz əldə edilməsi, dövlətə
xəyanət və ya casusluq əlamətləri olmadıqda –
iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 284-2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının
hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları
yayma
284-2.1. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat
və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası
haqqında məlumatları yayma, müharibə vaxtı və
ya döyüş şəraitində törədildikdə və
bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində
nəzərdə tutulmuş əməllərin əlamətləri
olmadıqda –
üç ildən altı ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
284-2.2. Eyni əməllər ağır
nəticələrə səbəb olduqda –
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi
heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının
hərəkəti, yaxud dislokasiyası haqqında dövlət
orqanları (qurumları) tərəfindən ictimaiyyətə
açıqlanan məlumatların yayılması hallarına
bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil
edilmir.
Maddə 285. Məzmununda dövlət
sirri olan sənədləri itirmə
Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki
ildən beş ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [842]
32-ci fəsil
ƏDALƏT MÜHAKİMƏSİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə
286. Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata
keçirilməsinə mane olma
286.1. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[843]
286.2. İşin obyektiv, tam və hərtərəfli
aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin
və ya təhqiqatçının fəaliyyətinə hər
hansı formada müdaxilə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[844]
286.3. Bu Məcəllənin 286.1 və 286.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə törədildikdə—
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[845]
Maddə
287. Ədalət mühakiməsini və ya ibtidai istintaqı
həyata keçirən şəxsin həyatına qəsd etmə
İşin və ya müvafiq materialların
məhkəmədə baxılması və ya ibtidai istintaqın
aparılması yaxud hökmün və ya digər məhkəmə
qərarlarının icrası ilə əlaqədar qanuni fəaliyyətlərinə
mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə
hakimin, andlı iclasçıların,
habelə prokurorun, müstəntiqin, təhqiqatçının,
müdafiəçinin, ekspertin, icra məmurunun, eləcə də
onların yaxın qohumlarının həyatına qəsd etmə—[846]
on dörd ildən
iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
288. Ədalət mühakiməsinin və ya ibtidai istintaqın
həyata keçirilməsi ilə əlaqədar hədələmə
və ya zor tətbiq etmə
288.1. İşin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə—[847]
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[848]
288.2. Eyni əməllər işin və ya
müvafiq materialların məhkəmədə baxılması
və ya ibtidai istintaqın aparılması, hökmün yaxud
digər məhkəmə qərarlarının icrası ilə
əlaqədar prokuror, müstəntiq və ya təhqiqatçı,
müdafiəçi, ekspert, icra məmuru, habelə onların
yaxın qohumları barəsində törədildikdə—[849]
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[850]
288.3. Bu Məcəllənin 288.1 və ya 288.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
həyat və ya sağlamlıq üçün təhlükəli
olmayan zor tətbiq etməklə törədildikdə—
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
288.4. Bu Məcəllənin 288.1 və ya 288.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
həyat və ya sağlamlıq üçün təhlükəli
olan zor tətbiq etməklə törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 289. Məhkəməyə
hörmətsizlik etmə
289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç
yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[851]
289.2. Eyni əməllər hakim və ya andlı iclasçılar
barəsində törədildikdə—[852]
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[853]
Maddə 290. Təqsiri olmadığını
bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb
etmə
290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə—
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
290.2. Eyni əməllər şəxsin ağır
və ya xüsusilə ağır cinayət törətməkdə
ittiham olunması ilə bağlı törədildikdə—
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 291. Qanunsuz olaraq cinayət
məsuliyyətindən azad etmə
Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən cinayətin törədilməsində şübhə edilən və ya təqsirləndirilən şəxsi qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
292. Qanunsuz olaraq tutma, həbsə alma və ya həbs
yerində saxlama[854]
292.1. Bilə-bilə qanunsuz tutma—
üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır. [855]
292.2. Bilə-bilə qanunsuz həbsə alma
və ya həbsdə saxlama—[856]
iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
292.2-1. Bilə-bilə qanunsuz həbs
yerində saxlama —[857]
dörd ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
292.3. Bu Məcəllənin 292.1-ci,
292.2-ci və ya 292.2-1-ci
maddələrində nəzərdə tutulmuş əməllər
ağır nəticələrə səbəb olduqda—[858]
dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 293. İşgəncə,
işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti
alçaldan rəftar və ya cəza[859]
293.1. Xidməti vəzifələrini yerinə yetirməsi
ilə əlaqədar dövlət orqanının vəzifəli
şəxsi və ya bu qisimdə çıxış edən
digər şəxs tərəfindən, yaxud onun təhriki və
ya razılığı ilə, yaxud o, xəbərdar olduğu
halda başqa şəxslər tərəfindən şəxsi
qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara
və ya cəzaya məruz qoyma, həmin əməldə bu Məcəllənin
293.2-ci maddəsində nəzərdə tutulmuş işgəncə
əməlinin əlamətləri olmadıqda –
dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[860]
293.2. Xidməti vəzifələrini yerinə yetirməsi
ilə əlaqədar dövlət orqanının vəzifəli
şəxsi və ya bu qisimdə çıxış edən
digər şəxs tərəfindən, yaxud onun təhriki və
ya razılığı ilə, yaxud o, xəbərdar olduğu
halda başqa şəxslər tərəfindən işgəncə
vermə –
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
293.3. Eyni əməllər sağlamlığa ağır
və ya az ağır zərər vurmaqla törədildikdə
–
altı ildən on bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin
digər maddələrində “işgəncə” dedikdə şəxsin
özündən və ya digər şəxsdən məlumat
və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq,
özünün və ya digər şəxsin törətdiyi
və ya törədilməsində şübhəli bilindiyi əmələ
görə cəzalandırmaq, iradəsi əleyhinə hər
hansı əməli törətməyə məcbur etmək
məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan
hər hansı səbəbdən ona güclü fiziki ağrı
və ya psixi iztirablar vermə başa düşülür.
Maddə 294. Sübutları saxtalaşdırma
KMQ33
294.1. Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya bir ildən iki ilədək müddətə islah işləri
və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[861]
294.2. Cinayət işi üzrə təhqiqatçı,
müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən
sübutları saxtalaşdırma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
294.3. Ağır və ya xüsusilə ağır
cinayətlər haqqında cinayət işi üzrə sübutları
saxtalaşdırma, habelə digər işlər üzrə sübutların
saxtalaşdırılması ağır nəticələrə
səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə beş ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 295. Bilə-bilə ədalətsiz
hökm, qətnamə, qərardad və qərar çıxarma
295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[862]
295.2. Eyni əməllər azadlıqdan məhrum
etmə barədə məhkəmənin çıxardığı
qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır
nəticələrə səbəb olduqda—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 296. Bilə-bilə yalan
xəbərçilik etmə
296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—
min beş yüz manatdan üç
min manatadək miqdarda
cərimə və ya üç yüz iyirmi saatdan dörd
yüz saatadək ictimai
işlər və ya bir ildən iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[863]
296.2. Eyni əməllər şəxsin ağır
və ya xüsusilə ağır cinayət törətməkdə
ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması
ilə bağlı törədildikdə—
iki ildən dörd ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[864]
Maddə 297. Bilə-bilə yalan
ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə
etmə
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və
ya bir ildən iki ilədək müddətə islah işləri
və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[865]
297.2. Eyni əməllər şəxsin ağır
və ya xüsusilə ağır cinayət törətməkdə
ittiham olunması ilə bağlı törədildikdə—
iki ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 297.1-ci maddəsində
göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın
gedişində, məhkəmə baxışında məhkəmə
tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
qərar çıxarılanadək verdikləri ifadənin, rəyin
və ya etdikləri tərcümənin yalan olduğunu könüllü
olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.[866]
2. Şəxs özünə, arvadına (ərinə),
övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi
müəyyən edilmiş digər yaxın qohumlarına qarşı
ifadə verməyə məcbur edilərək bilə-bilə
yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb
oluna bilməz.
Maddə
298. Şahidin və ya zərərçəkmiş şəxsin
ifadə verməkdən imtina etməsi
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi—
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və
ya bir ildən iki ilədək müddətə islah işləri
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[867]
Qeyd: Şəxs özü, arvadı
(əri), övladları, valideynləri və qanunvericiliklə
dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına
qarşı ifadə verməkdən imtina etdikdə cinayət
məsuliyyətinə cəlb oluna bilməz.
Maddə
299. İfadə verməkdən boyun qaçırmağa, yalan
ifadə və ya yalan rəy verməyə, yaxud yanlış tərcümə
etməyə məcbur etmə və ya pulla ələ alma
299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək
ictimai işlər və ya iki ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[868]
299.2. Şahidi, zərərçəkmiş
şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə
və ya tərcüməçini yanlış tərcümə
etməyə məcbur etmə, habelə həmin şəxsləri
ifadə verməkdən boyun qaçırmağa məcbur etmə
şantajla, həmin şəxsləri və ya onların yaxın
qohumlarını öldürmək, sağlamlığa zərər
vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək
hədəsi ilə törədildikdə—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[869]
299.3. Bu Məcəllənin 299.2-ci maddəsində
nəzərdə tutulmuş əməllər həmin şəxslərin
həyatı və ya sağlamlığı üçün
təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
299.4. Bu Məcəllənin 299.1 və ya 299.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən və
ya həmin şəxslərin həyatı və ya sağlamlığı
üçün təhlükəli olan zor tətbiq etməklə
törədildikdə—
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 300. Təhqiqat və ya
ibtidai istintaq məlumatlarını yayma
Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda—[870]
min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[871]
Maddə
301. Məhkəmə və hüquq mühafizə orqanları
işçiləri barəsində tətbiq edilən təhlükəsizlik
tədbirləri haqqında məlumatları yayma
301.1. Hakimlər, andlı iclasçılar, icra məmurları,
prokurorlar, müstəntiqlər, təhqiqatçılar, əməliyyat-axtarış
fəaliyyətini, gömrük işini həyata keçirən,
ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi
təmin edən, habelə istintaq orqanlarının və ya prokurorların
qərarlarını icra edən şəxslər və ya onların
yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik
tədbirləri haqqında məlumatların yayılması, əgər
bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən
və ya məlum olan şəxs tərəfindən törədilərsə—[872]
min beş yüz manatdan üç
min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[873]
301.2. Eyni əməllər ağır nəticələrə
səbəb olduqda—
bir ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 302. Əməliyyat-axtarış
fəaliyyəti haqqında qanunvericiliyi pozma
302.1. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[874]
302.2. Eyni əməllər gizli qaydada informasiya
alınması üçün nəzərdə tutulmuş texniki
vasitələrdən istifadə edilməklə törədildikdə—
dörd min manatdan altı min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[875]
302.3. Gizli qaydada informasiya alınması üçün
nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq
istehsal etmə, satma və ya satış məqsədilə əldə
etmə -
iki min manatdan beş min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[876]
Maddə
303. Siyahıya alınmış və ya üzərinə
həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində
qanunsuz hərəkətlər
303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının, o cümlədən ödəniş əməliyyatlarının bank və ya digər ödəniş xidməti təchizatçısının nümayəndəsi tərəfindən həyata keçirilməsi—[877]
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək
ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[878]
303.2. Məhkəmənin hökmünə
(qərarına)
əsasən müsadirə edilməli olan əmlakı gizlətmə
və ya mənimsəmə, habelə əmlakın müsadirə
olunması barədə məhkəmənin qanuni qüvvəyə
minmiş hökmünün (qərarının) icra olunmasından
başqa cür yayınma[879]
iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya min manatdan iki min manatadək miqdarda cərimə
edilməklə və ya edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[880]
Maddə
304. Azadlıqdan məhrum etmə və ya həbs
yerindən, yaxud mühafizə altından qaçma[881]
304.1. Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması—[882]
iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
304.2. Eyni əməllər:
304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən törədildikdə;
304.2.2. həyat və ya sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etməklə və ya belə
zor tətbiq etmə hədəsi ilə törədildikdə;
304.2.3. silah işlətməklə və ya
silah qismində işlədilən əşyalardan istifadə
olunmaqla törədildikdə—
iki ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 305. Azadlıqdan məhrum
etmə növündə cəza çəkməkdən boyun
qaçırma
Azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması—
bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə
306. Məhkəmənin hökmünü, qərarını,
yaxud digər aktını icra etməməKMQ27
306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—[883]
iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya üç yüz
iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə
azadlığın məhdudlaşdırılması və
ya üç ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.[884]
306.2. Eyni əməllər vəzifəli şəxs
tərəfindən törədildikdə —
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə beş
min manatdan yeddi min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə islah işləri və ya
üç ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya üç
ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[885]
Qeyd:
Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində
nəzərdə tutulmuş əməlləri törətmiş
şəxs qanuni qüvvəyə minmiş məhkəmə
qətnaməsini, hökmünü, qərardadını, qərarını
və ya əmrini həmin əməllərlə
bağlı hökm qanuni qüvvəyə minənədək
tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. [886]
Maddə
307. Cinayət barəsində xəbər verməmə və
ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə
307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə —
min beş yüz manatdan iki min beş
yüz manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[887]
307.2. Qabaqcadan vəd etmədən ağır
cinayəti gizlətmə—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[888]
307.3. Qabaqcadan vəd etmədən xüsusilə
ağır cinayəti gizlətmə—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Arvadı (əri), övladları,
valideynləri və qanunvericiliklə dairəsi müəyyən
edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış
və ya törədilmiş cinayət barəsində xəbər
verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi
ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə
cəlb oluna bilməz.
Otuz üçüncü
fəsil.
Korrupsiya cinayətləri
və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər[889]
Maddə 308. Vəzifə səlahiyyətlərindən
sui-istifadə
308.1. Vəzifə səlahiyyətlərindən
sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin
icrası ilə əlaqədar özü və ya üçüncü
şəxslər üçün qanunsuz üstünlük əldə
etmək məqsədilə öz qulluq səlahiyyətlərindən
qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi
və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi
fiziki və ya hüquqi şəxslərin hüquqlarına və
qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin
qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda
–
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə və ya iki
ilədək müddətə islah işləri və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla
üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[890]
308.2. Bu Məcəllənin 308.1-ci maddəsi
ilə nəzərdə tutulmuş əməllər ağır
nəticələrə səbəb olduqda və ya seçkinin
(referendumun) nəticələrinə təsir məqsədilə
törədildikdə—[891]
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə , əmlakı müsadirə olunmaqla üç
ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[892]
Qeyd: Bu fəslin maddələrində “vəzifəli
şəxs” dedikdə aşağıdakı şəxslər
başa düşülür:
1. hakimiyyət nümayəndələri,
o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası
və qanunları ilə müəyyən olunmuş qaydada dövlət
orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud
xüsusi səlahiyyət əsasında dövlət və ya
yerli özünüidarə orqanlarını təmsil edən
şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular,
dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi
növündə çalışan şəxslər daxil olmaqla),
bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
2. dövlət orqanlarında seçkili
vəzifələrə namizədliyi qanunla müəyyən edilən
qaydada qeydə alınmış şəxslər;
3. dövlət və bələdiyyə
müəssisə, idarə və təşkilatlarının,
o cümlədən publik hüquqi
şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya
təşkilatlarının rəhbərləri və işçiləri;[893]
4. dövlət və bələdiyyə
müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi
şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya
təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici
və ya inzibati-təsərrüfat funksiyalarını yerinə
yetirən şəxslər;[894]
5. hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan şəxslər;
6. xarici ölkələrin dövlət
orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin
seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq
təşkilatların vəzifəli şəxsləri və
digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının
üzvləri;
7. beynəlxalq məhkəmələrin hakimləri
və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya
xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
əsasən fəaliyyət göstərən yerli, xarici və
beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar. [895]
Maddə 308-1. Dövlət büdcəsinin, məqsədli
büdcə fondlarının və ya büdcədənkənar
dövlət fondlarının vəsaitindən təyinatı
üzrə istifadə etməmə[896]
308-1.1. Dövlət büdcəsinin,
məqsədli büdcə fondlarının və ya büdcədənkənar
dövlət fondlarının vəsaitindən təyinatı
üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda
törədildikdə -
doqquz min manatdan on üç min manatadək miqdarda cərimə edilməklə
üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə, yaxud üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[897]
308-1.2. Eyni əməllər külli
miqdarda törədildikdə -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
Bu Məcəllənin 308-1.1-ci maddəsində
“xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək
olan məbləğ, 308-1.2-ci maddəsində “külli miqdar”
dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ
başa düşülür.
Maddə 308-2. Satınalma prosedurları keçirilmədən
dövlət vəsaitlərini xərcləmə və ya dövlət
satınalmalarını qanunsuz keçirmə
308-2.1. Satınalan təşkilat tərəfindən
satınalma prosedurları keçirilmədən bağlanılmış
müqavilələr əsasında dövlət vəsaitlərini
xərcləmə və ya malların (işlərin) satın
alınmasını “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq
tender üsulu ilə və ya açıq tender üsulunu tətbiq
etməklə elektron satınalma vasitəsilə həyata keçirilməli
olduğu halda, digər satınalma metodlarından (vasitəsindən)
qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan
vurduqda -[898]
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə
edilməklə üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə, yaxud üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.2. Satınalan təşkilat tərəfindən
hər hansı digər satınalma metodlarından istifadə etmək
üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq
məqsədi ilə bir büdcə ili ərzində müvafiq
xərc maddəsində nəzərdə tutulmuş vəsait
hesabına malların (işlərin və xidmətlərin) satın
alınmasını ayrı-ayrı müqavilələrə bölmə,
bu əməllər xeyli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə
edilməklə üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə, yaxud üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.3. Satınalan təşkilatdan hüquqi,
maliyyə və ya təşkilati asılılığı olan
malgöndərənlərin (podratçıların) həmin
təşkilat tərəfindən keçirilən satınalma
prosedurlarında iştirakına yol vermə, bu əməllər
xeyli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində vurulmuş
ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə
edilməklə üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə, yaxud üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci
və 308-2.3-cü maddələrində nəzərdə tutulmuş
əməllər külli miqdarda ziyan vurduqda -
cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə edilməklə
üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum etmə, yaxud üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[899]
Qeyd:
1. Bu Məcəllənin
308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “xeyli
miqdar” dedikdə, əlli min manatdan iki yüz əlli min manatadək
olan məbləğ, 308-2.4-cü maddəsində “külli miqdar”
dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ
başa düşülür.
2. Bu Məcəllənin
308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “satınalan
təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan
müəssisə və təşkilatlar başa düşülür.[900]
Maddə 309. Vəzifə səlahiyyətlərini
aşma
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—
iki min manatdan dörd min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə , əmlakı
müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [901]
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə
və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə,
yaxud silah və digər xüsusi vasitələrdən istifadə
etməklə törədildikdə və ya ağır nəticələrə
səbəb olduqda—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[902]
Maddə 310. Vəzifəli şəxsin
səlahiyyətlərini mənimsəmə
Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—
min beş yüz manatdan üç
min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai
işlər və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır. [903]
Maddə 311. Rüşvət
alma (passiv rüşvətxorluq)[904]
311.1. Rüşvət alma, yəni vəzifəli
şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar hər hansı hərəkətə
(hərəkətsizliyə) görə, eləcə də xidmət
üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində
özü və yaxud üçüncü şəxslər
üçün birbaşa və ya dolayı yolla, şəxsən
və ya vasitəçidən istifadə etməklə maddi və
sair neməti, imtiyazı və ya güzəşti istəməsi
və ya alması, yaxud bu barədə təklif və ya vədi
qəbul etməsi –[905]
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə
olunmaqla dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
311.2. Vəzifəli şəxs tərəfindən
qanunsuz hərəkətlərə (hərəkətsizliyə)
görə rüşvət alma—
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə , əmlakı müsadirə olunmaqla beş ildən on ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[906]
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci
maddələri ilə nəzərdə tutulmuş əməllər:
311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs
və ya mütəşəkkil dəstə tərəfindən;
3.11.3.2. təkrar törədildikdə;
311.3.3. külli miqdarda törədildikdə;
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[907]
Qeyd: Bu Məcəllənin
311.3.3-cü maddəsində "külli miqdar" dedikdə,
beş min manatdan artıq olan məbləğ başa
düşülür.[908]
Maddə 312. Rüşvət vermə (aktiv rüşvətxorluq)
[909]
312.1. Rüşvət vermə, yəni
xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası
ilə əlaqədar hər hansı hərəkətin edilməsi
və ya belə hərəkətin edilməsindən imtina olunması
müqabilində vəzifəli şəxsə onun özü
və ya üçüncü şəxslər üçün
birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən
istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya
güzəşt təklif olunması, vəd edilməsi və
ya verilməsi –[910]
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə
və ya üç
ildən beş ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla
iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[911]
312.2. Vəzifəli şəxs tərəfindən
bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik)
etməyə görə ona rüşvət vermə və ya
təkrar rüşvət vermə—
səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə
və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[912]
Qeyd: Rüşvət verən şəxs
vəzifəli şəxs tərəfindən tətbiq edilən
hədə-qorxu nəticəsində rüşvət verdikdə
və ya rüşvət vermə haqqında müvafiq dövlət
orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən
azad edilir. KMQ17
Maddə 312-1. Vəzifəli şəxsin qərarına
qanunsuz təsir göstərmə (nüfuz alveri) [913]
312-1.1. Şəxs tərəfindən
öz həqiqi və ya güman edilən təsir imkanlarından
istifadə edərək vəzifəli şəxsin qərarına
qanunsuz təsir etmək məqsədilə özü və yaxud
üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və
ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın
və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul
edilməsi -[914]
altı min manatdan on min manatadək miqdarda cərimə
və ya əmlakı müsadirə olunmaqla üç ildən
yeddi ilədək müddətə azadlıqdan mərhum etmə
ilə cəzalandırılır.[915]
312-1.2. Şəxsə öz həqiqi
və ya güman edilən təsir imkanlarından istifadə edərək
vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək
məqsədilə onun özü və
ya üçüncü şəxslər üçün birbaşa
və ya dolayı yolla, şəxsən və ya vasitəçidən
istifadə etməklə
maddi və sair nemətin, imtiyazın və ya güzəştin
təklif olunması, vəd edilməsi və
ya verilməsi – [916]
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə
və ya əmlakı müsadirə olunmaqla iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[917]
Maddə 313. Vəzifə saxtakarlığı
[918]
Vəzifə saxtakarlığı, yəni
vəzifəli şəxs , eləcə də vəzifəli
şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə
orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə
və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların
daxil edilməsi, habelə göstərilən sənədlərdə
və ya informasiya resurslarında onların həqiqi məzmununu
təhrif edən düzəlişlərin edilməsi, bu əməllər
tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—[919]
min beş yüz manatdan üç
min manatadək miqdarda
cərimə və ya bir ildən iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə , əmlakı
müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[920]
Maddə 314. Səhlənkarlıq
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—
min beş yüz manatdan üç
min manatadək miqdarda
cərimə və ya iki yüz qırx saatdan dörd yüz
altmış saatadək
ictimai işlər və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[921]
314.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda—
iki ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[922]
314.3. Bu Məcəllənin 314.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə səbəb
olduqda -
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[923]
314-1.1. Vəzifəli şəxs
tərəfindən dövlətin müstəsna mülkiyyətində
olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və
ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə
və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar
qəbul etmə —
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə, üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[925]
314-1.2. Vəzifəli şəxs
tərəfindən dövlətin müstəsna mülkiyyətində
olan və özgəninkiləşdirilməsi qanunla qadağan
edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə
və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar
qəbul etmə —
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə, beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-1.3. Bu Məcəllənin 314-1.1-ci
və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik
zolağının altında olan torpaqlara münasibətdə
törədildikdə -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə, yeddi ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 314-2. Qanunla müəyyən olunmuş
qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma
işlərinin aparılmasına icazə vermə[926]
314-2.1. Ərazilərin zonalaşdırılması, tikintinin növü
və miqyası ilə bağlı müfəssəl qaydaları
və yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas şərtlərini
pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün
ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına
icazə vermə, yaxud barəsində
məlumatlandırma icraatı tətbiq edilən tikililərlə
bağlı irad təqdim etməmə-[927]
iki ilədək
müddətə islah işləri və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[928]
314-2.2. Ərazilərin zonalaşdırılması, tikintinin növü
və miqyası ilə bağlı müfəssəl qaydaları
və yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas şərtlərini
pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru
kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik
şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının,
müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya
sistemlərinin, texniki qurğularının, neft buruqlarının,
avtomobil yollarının və ya suların mühafizə zonalarında
torpaq sahələri və ya kənd
təsərrüfatı təyinatlı torpaq sahələrini
ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin
aparılmasına icazə vermə,
yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən
tikililərlə bağlı irad təqdim etməmə-[929]
iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[930]
314-2.3. Bu Məcəllənin 314-2.1
və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş
əməllər ağır nəticələrə səbəb
olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[931]
Maddə 314-3. Qanunvericiliklə
müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti
işlərinin qarşısının alınmaması
314-3.1. Müvafiq dövlət orqanının
vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar
yanaşması nəticəsində bu Məcəllənin 222.1-ci,
222-1.1-ci və 222-2.1-ci maddələrində nəzərdə
tutulmuş əməllərin qarşısının alınmaması
-
iki ilədək
müddətə islah işləri və ya iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[932]
314-3.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
ağır və ya az ağır zərərin vurulmasına səbəb
olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[933]
314-3.3. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə beş
ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[934]
Maddə 314-4. Qanunvericiliklə müəyyən olunmuş
qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə
qoşulma
Tikintisinə icazə tələb olunan,
lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş
tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya
istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli
şəxsləri tərəfindən mühəndis-kommunikasiya
təminatı sistemlərinə qanunsuz qoşulması -
iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[935]
34-cü fəsil
İDARƏETMƏ QAYDASI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə
315. Hakimiyyət nümayəndəsinə qarşı müqavimət
göstərmə və ya zor tətbiq etmə[936]
Hakimiyyət nümayəndəsinə xidməti
vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə
müqavimət göstərmə və ya xidməti vəzifələrini
yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın
qohumlarına qarşı zor tətbiq etmə–
iki ildən beş ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə
316. Cinayət prosesində iştirak edən şəxslər
barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri
haqqında məlumatları yayma
316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi, qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun nümayəndəsi, şübhəli şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və nümayəndələri, cinayət işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, şahid, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—
min beş yüz manatdan üç
min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[937]
316.2. Eyni əməllər ağır nəticələrə
səbəb olduqda—
bir ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 316-1. İnsan
alverindən zərərçəkmiş şəxs haqqında
konfidensial məlumatları yayma[938]
316-1.1. İnsan alverindən zərərçəkmiş
şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama,
yaxud qəsdən yayma –
beş yüz manatdan min manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.[939]
316-1.2. Eyni əməllər təqsirkar şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə -
min beş yüz manatdan üç
min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri
və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[940]
316-1.3. Eyni əməllər ağır nəticələrə
səbəb olduqda –
bir ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə "konfidensial məlumat"
dedikdə, yayılması insan alverindən zərər çəkmiş
şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə
qarşı mübarizəyə yardım göstərən şəxslərin
həyat və sağlamlığına təhlükə yaradan
hər hansı məlumat başa düşülür.
Maddə 316-2. Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı
həyata keçirilən tədbirlər haqqında məlumatları
yayma[941]
316-2.1. Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə
bağlı maliyyə monitorinqi orqanına məlumat və sənədlərin
təqdim edilməsi, yaxud əməliyyatların icrasının
dayandırılması haqqında şəxsə qulluq mövqeyi
ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş
məlumat və sənədlərin,
qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması
-[942]
min manatdan üç min manatadək miqdarda cərimə
və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və
ya edilməməklə bir ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
316-2.2. Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə
monitorinqi orqanına məlumat və sənədlərin təqdim
edilməsi, yaxud əməliyyatların icrasının dayandırılması
haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar
etibar edilmiş və ya məlum olmuş məlumat və sənədlərin, qanunla nəzərdə
tutulmuş hallar istisna olmaqla yayılması -[943]
iki min manatdan dörd min manatadək miqdarda
cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Vəkil, notarius, rieltor,
hüquq, mühasibat və vergi məsləhəti xidmətləri
göstərən şəxs tərəfindən müştərini
qeyri-qanuni fəaliyyətdən çəkindirmək məqsədilə
onu və ya digər şəxsləri əməliyyatların
icrasının dayandırılacağı və ya müvafiq
məlumatların maliyyə monitorinqi orqanına təqdim ediləcəyi
barədə məlumatlandırması hallarına bu Məcəllənin
316-2-ci maddəsinin qüvvəsi şamil edilmir.[944]
Maddə
317. Cəzaçəkmə müəssisələrinin və
ya istintaq təcridxanalırının normal fəaliyyətini
pozma
317.1. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə—
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
317.2. Bu Məcəllənin 317.1-ci maddəsində
göstərilən şəxslər barəsində onların
həyat və sağlamlığı üçün təhlükəli
olmayan zor tətbiq etmə—
beş ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317.3. Bu Məcəllənin 317.1 və ya 317.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən və
ya həyat və sağlamlıq üçün təhlükəli
olan zor tətbiq etməklə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 317-1. Cəzaçəkmə
müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların
verilməsi və ya ötürülməsi[945]
317-1.1. Cəzaçəkmə müəssisələrində
və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə
qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə
və ya hər hansı digər üsulla verilməsi və ya
ötürülməsi -
min manatdan iki min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[946]
317-1.2. Eyni əməllər şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə üç
min manatdan beş min manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[947]
Maddə 317-2. Cəzaçəkmə
müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxs tərəfindən qadağan olunmuş
əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və ya istifadəsi
317-2.1. Cəzaçəkmə müəssisələrində
və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən
qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması,
gəzdirilməsi, daşınması və ya istifadəsi -
altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
317-2.2. Eyni əməllər təkrar törədildikdə
-
iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə
318. Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə
318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə—
min beş yüz manatdan üç
min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[948]
318.2. Bu Məcəllənin 318.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə
zor tətbiq etmə hədəsi ilə törədildikdə—
[949]
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Azərbaycan Respublikasının
Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq
hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan
Respublikasının mühafizə olunan dövlət sərhədini
keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına
gəlmiş əcnəbi və ya vətəndaşlığı
olmayan şəxsə, onun hərəkətlərində başqa
cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil
edilmir.
Maddə 318-1. Qanunsuz
miqrasiyanın təşkili[950]
318-1.1. Əcnəbi və ya vətəndaşlığı
olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini,
Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını,
Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini
və ya hər hansı şəxsin Azərbaycan Respublikasından
qanunsuz getməsini təşkil etmə -
dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[951]
318-1.2. Eyni əməllər:
318-1.2.1. mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
318-1.2.2. vəzifəli şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
318-1.2.3. təkrar törədildikdə;
318-1.2.4. insan həyatı üçün
təhlükəli üsulla törədildikdə -
iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum edilməklə və ya edilməməklə iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 318-2. Xarici
dövlətin vətəndaşlığını qəbul
etmiş Azərbaycan Respublikasının vətəndaşı
tərəfindən bu barədə məlumatın verilməməsi[952]
Xarici dövlətin vətəndaşlığını
qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı
tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində
yazılı məlumatın verilməməsi-
üç min manatdan beş min manatadək
miqdarda cərimə və ya üç yüz altmış saatdan
dörd yüz səksən saatadək ictimai işlər ilə
cəzalandırılır.
Maddə
319. Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq dəyişmə
319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[953]
319.2. Eyni əməllər təkrar törədildikdə
və ya ağır nəticələrə səbəb olduqda—
dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə
320. Rəsmi sənədləri, dövlət təltiflərini,
möhürləri, ştampları, blankları saxtalaşdırma,
qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən
istifadə etmə[954]
320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—[955]
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[956]
320.2. Bu Məcəllənin 320.1-ci maddəsində
göstərilmiş bilə-bilə saxta sənədlərdən
istifadə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai
işlərlə və ya bir ilədək müddətə islah
işləri və ya eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[957]
Maddə 321. Hərbi xidmət keçməkdən
boyun qaçırma
321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—
iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
321.2. Eyni əməllər müharibə vaxtı
törədildikdə —
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 321-ci
maddəsində “çağırışdan boyun
qaçırma” dedikdə vətəndaşların
üzrlü səbəblər olmadan tibbi müayinəyə
(tibbi şəhadətləndirilməyə), müddətli
həqiqi hərbi xidmətə, toplanışlara və
səfərbərlik üzrə hərbi xidmətə
çağırış üzrə gəlməməsi
başa düşülür.[958]
Maddə 322. Özbaşınalıq
322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—[959]
min manatdan iki min manatadək miqdarda cərimə
və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək
ictimai işlər və ya bir ilədək müddətə islah
işləri və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[960]
322.2. Eyni əməllər zor tətbiq etməklə
və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
üç min manatdan altı min manatadək miqdarda cərimə
və ya bir ildən iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[961]
Maddə
323. Azərbaycan dövlətinin başçısının
— Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini
ləkələmə və ya alçaltma
323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma —[962]
beş yüz manatdan min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[963]
323.1-1. Bu Məcəllənin 323.1-ci maddəsində
nəzərdə tutulmuş əməllər internet informasiya
ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan
istifadə edərək kütləvi nümayiş etdirməklə
törədildikdə -
min manatdan min beş yüz manatadək
miqdarda cərimə və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[964]
323.2. Bu Məcəllənin
323.1 və ya 323.1-1-ci maddələrində nəzərdə tutulmuş
əməllər ağır və ya xüsusilə ağır
cinayətdə ittiham etməklə törədildikdə —
üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[965]
Qeyd: Azərbaycan dövlətinin başçısının
— Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə
onun rəhbərliyi altında yeridilən siyasət haqqında
tənqidi mülahizələrlə bağlı kütləvi
çıxışlara bu maddənin qüvvəsi şamil edilmir.
Maddə
324. Azərbaycan Respublikasının Dövlət bayrağı
və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə
təhqiredici hərəkətlər
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər—
iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[966]
Maddə 325. Dövlət təltiflərini
və rəsmi sənədi əldə etmə və ya satma KMQ32
Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[967]
Maddə
326. Rəsmi sənədləri, ştampları, möhürləri
talama və ya məhv etmə[968]
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə—
min manatdan iki min manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[969]
326.2. Dənizçinin şəxsiyyət
sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini,
pasportunu və ya digər mühüm şəxsi sənədini
talama —
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya bir ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[970]
ON İKİNCİ
BÖLMƏ
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
35-ci fəsil
HƏRBİ XİDMƏT
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 327. Hərbi xidmət əleyhinə
olan cinayətlər anlayışı
327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
327.2. Bu maddədə göstərilməmiş
şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə
iştirakı bu fəslin müvafiq maddələri üzrə
məsuliyyətə səbəb olur.
Maddə 328. Əmri icra etməmə
328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi hərbi xidmət mənafelərinə mühüm zərər vurduqda—[971]
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
328.2. Eyni əməllər:
328.2.1. bir qrup şəxs tərəfindən
və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə;[972]
328.2.2. ağır nəticələrə
səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
328.3. Hərbi xidmətə vicdansız və
ya laqeyd münasibət nəticəsində əmri icra etməmə,
bu əməllər ağır nəticələrə səbəb
olduqda—
iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[973]
328.4. Bu Məcəllənin 328.1—328.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
müharibə vaxtı və ya döyüş şəraitində
törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin
müvafiq maddələrində «müharibə vaxtı» dedikdə,
Azərbaycan Respublikasının xarici dövlətlərlə
müharibə vəziyyətində olması başa düşülür.
2. Müharibənin elan olunmasının və
ya hərbi əməliyyatların faktiki aparılmasının
ilk günü və saatı müharibənin başlanması,
hərbi əməliyyatların faktiki dayandırıldığı
gün və saat isə müharibənin sonu hesab edilir.
3. Bu Məcəllənin
müvafiq maddələrində “döyüş şəraiti”
dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə
düşmənə qarşı durması və ya faktiki döyüş
əməliyyatı aparması başa düşülür.[974]
Maddə 329.
Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər[975]
329.1. Hərbi xidmət üzrə vəzifələrin
yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində
olan şəxsə zor tətbiq etməsi —
bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
329.2. Eyni əməllər:
329.2.1. təkrar törədildikdə;
329.2.2. iki və ya daha çox şəxsə
qarşı törədildikdə;
329.2.3. bir qrup şəxs və ya qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
329.2.4. silah tətbiq etməklə törədildikdə;
329.2.5. zərərçəkmiş şəxsin
sağlamlığına qəsdən az ağır zərər
vurmaqla törədildikdə;
329.2.6. işgəncə verməklə törədildikdə
—
bir ildən iki ilədək müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
zərərçəkmiş şəxsin sağlamlığına
qəsdən ağır zərər vurduqda və ya digər ağır
nəticələrə səbəb olduqda —
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 330.
Rəisə qarşı zorakı hərəkətlər
330.1. Rəisə, habelə hərbi qulluq
vəzifəsini yerinə yetirən digər şəxsə hərbi
xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi
zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi
ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq
etməklə müqavimət göstərmə-
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
330.2. Rəisə, habelə hərbi qulluq
vəzifəsini yerinə yetirən digər şəxsə hərbi
xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi
zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi
ilə əlaqədar zor tətbiq etməklə və ya zor tətbiq
etmək hədəsi ilə onu qulluq vəzifəsini pozmağa
məcbur etmə -
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama və
ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
330.3. Bu Məcəllənin 330.1 və 330.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər:
330.3.1. bir qrup şəxs və ya qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
330.3.2. təkrar törədildikdə;
330.3.3. iki və ya daha çox şəxs
barəsində törədildikdə;
330.3.4. silah tətbiq etməklə törədildikdə;
330.3.5. zərərçəkmiş şəxsin
sağlamlığına qəsdən az ağır zərər
vurmaqla törədildikdə —
bir ildən iki ilədək müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
330.4. Bu Məcəllənin 330.1-330.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
zərərçəkmiş şəxsin sağlamlığına
qəsdən ağır zərər vurduqda və ya digər ağır
nəticələrə səbəb olduqda –
üç ildən səkkiz ilədək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.5. Bu Məcəllənin 330.1-330.4-cü
maddələrində nəzərdə tutulmuş əməllər
müharibə vaxtı və ya döyüş şəraitində
törədildikdə -
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 331. Hərbi qulluqçunu
təhqir etmə, döymə və ya işgəncə vermə[976]
331.1. Hərbi xidmət üzrə vəzifələrin
yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun
digərini təhqir etməsi—
altı ayadək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə
intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
331.2. Hərbi xidmət üzrə vəzifələrin
yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində
olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini
təhqir etməsi—
bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə
cəzalandırılır.
331.3. Hərbi xidmət üzrə vəzifələrin
yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində
olan şəxsi döyməsi və ya ona işgəncə verməsi—
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
332. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular
arasında qarşılıqlı münasibətlərin nizamnamə
qaydalarını pozma
332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma —[977]
bir ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[978]
332.1-1. Müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları
arasında qarşılıqlı münasibətlərin nizamnamə
qaydalarını pozaraq zərərçəkmiş şəxsə
qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq
etməklə özgənin xeyli miqdarda əmlakını və
ya əmlak xarakteri daşıyan digər hərəkətlər
etməsini tələb etmə —
iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
332.1-2. Bu Məcəllənin 332.1-1-ci maddəsində
nəzərdə tutulmuş əməllər külli miqdarda
əmlak əldə etmək məqsədi ilə törədildikdə
-
bir ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[979]
332.2. Bu Məcəllənin
332.1, 332.1-1 və ya 332.1-2-ci maddələrində nəzərdə
tutulmuş əməllər:[980]
332.2.1. təkrar törədildikdə;
332.2.2. iki və ya daha çox şəxs
barəsində törədildikdə;
332.2.3. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən
törədildikdə;[981]
332.2.4. silah tətbiq etməklə törədildikdə;
332.2.5. zərərçəkmiş şəxsin
sağlamlığına az ağır zərər vurmaqla törədildikdə;
332.2.6. işgəncə verməklə
törədildikdə -[982]
iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə intizam xarakterli hərbi hissədə
saxlama və ya iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[983]
332.3. Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurduqda və ya digər ağır nəticələrə
səbəb olduqda—[984]
üç ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[985] KMQ7
Qeyd: Bu Məcəllənin
332.1-1-ci maddəsində “xeyli miqdar” dedikdə yüz manatdan yuxarı,
lakin min manatdan artıq olmayan məbləğ, 332.1-2-ci maddəsində
“külli miqdar” dedikdə min manatdan yuxarı məbləğ
başa düşülür.[986]
Maddə 333. Hərbi hissəni
və ya xidmət yerini özbaşına tərk etmə
333.1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə -[987]
bir ilədək müddətə intizam xarakterli
hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.2. Bu Məcəllənin
333.1-ci maddəsində nəzərdə tutulmuş əməllər
on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə—[988]
iki ilədək müddətə intizam xarakterli
hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.3. Zabitin, gizirin,
miçmanın, müddətdən artıq hərbi xidmətdə
olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət
edən şəxsin hissəni və ya xidmət yerini özbaşına
tərk etməsi, habelə üzürlü səbəblər
olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən
artıq, lakin bir aydan çox olmayaraq törədildikdə —[989]
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.4. Bu Məcəllənin 333.2 və 333.3-cü
maddələrində nəzərdə tutulmuş əməllər
bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə—
iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə intizam xarakterli hərbi hissədə
saxlama və ya iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.[990]
333.4-1. Bu Məcəllənin 333.1-ci və
333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər
üç aydan artıq törədildikdə -
üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[991]
333.5. İntizam xarakterli hərbi hissədə
cəza çəkən hərbi qulluqçunun özbaşına
getməsi—
bir ildən üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.6. Bu Məcəllənin 333.1—333.4-1-ci maddələrində nəzərdə
tutulmuş əməllər müharibə vaxtı və ya döyüş
şəraitində törədildikdə—[992]
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Ağır şərait zəminində
bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə
tutulmuş əməlləri ilk dəfə törətmiş
şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Maddə 334. Fərarilik
334.1. Fərarilik, yəni hərbi qulluqçunun
xidmətdən üç aydan artıq müddətə hərbi
hissədən və ya xidmət yerindən özbaşına
getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi),
yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən
boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və
ya xidmət yerini özbaşına buraxıb getməsi və
ya xidmət yerinə qayıtmaması (gəlməməsi)—[993]
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
334.2. Xidməti istifadə üçün
verilmiş silahı, döyüş sursatını və ya partlayıcı
maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik
etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik
etmə—
beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
334.3. Bu Məcəllənin 334.1 və 334.2-ci
maddələri ilə nəzərdə tutulmuş əməllər
müharibə vaxtı və ya döyüş şəraitində
törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Ağır şərait zəminində
bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə
tutulmuş əməlləri ilk dəfə törətmiş
şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Maddə 335.
Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma[994]
335.1. Hərbi qulluqçunun öz sağlamlığına
hər hansı zərər yetirməklə, özünü xəstəliyə
vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma
yolu ilə hərbi xidmət vəzifələrinin icrasından
müvəqqəti boyun qaçırması —
bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə
cəzalandırılır.
335.2. Eyni əməllər hərbi xidmət
vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq
məqsədi ilə törədildikdə —
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə
cəzalandırılır.
335.3. Bu Məcəllənin 335.1 və 335.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
müharibə vaxtı və ya döyüş şəraitində
törədildikdə—
üç ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 336. Qarovul xidmətinin
nizamnamə qaydalarını pozma
Qarovulun (növbənin) tərkibinə daxil olan şəxs tərəfindən qarovul (növbə) xidmətinin nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 337. Daxili xidmətin və
ya patrul xidmətinin nizamnamə qaydalarını pozma
Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 338. Döyüş növbəsi
çəkmə qaydalarını pozma
338.1. Azərbaycan Respublikasına qəfil hücumun
vaxtında aşkara çıxarılması və dəf olunması
üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi
üzrə döyüş növbəsi (döyüş xidməti)
çəkmə qaydalarını pozma, əgər bu əməllər
dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda
—[995]
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
338.2. Eyni əməllər dövlətin təhlükəsizlik
mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə
səbəb olduqda —
üç ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 339 . Sərhəd xidməti
qaydalarını pozma
339.1. Sərhəd dəstəsinin tərkibinə
daxil olan şəxs tərəfindən və ya sərhəd
xidməti üzrə sair vəzifələri yerinə yetirən
şəxs tərəfindən sərhəd xidməti qaydalarını
pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik
mənafelərinə real təhlükə
yaratdıqda —[996]
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
339.2. Eyni əməllər dövlətin təhlükəsizlik
mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə
səbəb olduqda—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
340. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin
təmin edilməsi üzrə xidmət qaydalarını pozma
340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə mühüm zərər vurduqda—[997]
bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə
cəzalandırılır.
340.2. Eyni əməl ağır nəticələrə
səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş
şəraitində törədildikdə—
üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 341. Vəzifə səlahiyyətlərindən
sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma
341.1. Rəisin və ya vəzifəli
şəxsin xidməti vəzifələrinin icrası ilə
əlaqədar özü və ya üçüncü şəxslər
üçün qanunsuz üstünlük əldə etmək
məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq
mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və
ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi
və ya xidməti səlahiyyətlərinin hüdudlarından
açıq-aşkar surətdə kənara çıxan hərəkətlər
etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına
və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya
dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər
vurduqda-[998]
iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[999]
341.2. Eyni əməllər:
341.2.1. bir qrup şəxs tərəfindən
törədildikdə;
341.2.2. silah tətbiq olunmaqla törədildikdə;
341.2.3. ağır nəticələrə
səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci
maddələrində nəzərdə tutulmuş əməllər
müharibə vaxtı və ya döyüş şəraitində
törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 342. Qulluğa səhlənkar
yanaşma
342.1. Rəisin və ya vəzifəli şəxsin
öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti
nəticəsində öz xidməti vəzifəsini yerinə
yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi
fiziki və ya hüquqi şəxslərin hüquqlarına və
qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin
qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda
—
min beş yüz manatdan üç
min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[1000]
342.1-1. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda—
iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[1001]
342.2. Bu Məcəllənin
342.1 və ya 342.1-1-ci maddələrində nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin
ölümünə səbəb olduqda, habelə müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—[1002]
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 343. Müharibə aparma
vasitələrini düşmən üçün qoyub getmə
Rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün başqa vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi—
üç ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 344. Batmaqda olan hərbi
gəmini tərk etmə
344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil olan şəxsin tərk etməsi—
iki ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama və
ya üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
344.2. Eyni əməl müharibə vaxtı
və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
345. Döyüş meydanını özbaşına tərk
etmə və ya silah işlətməkdən boyun qaçırma
345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırma—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
345.2. Eyni əməllər bir qrup şəxs
tərəfindən törədildikdə və ya ağır
nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 346. Əsirlikdə olan
hərbi qulluqçunun cinayət hərəkətləri
346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və ya onlarla amansızcasına rəftar etməsi—
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
346.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb
olduqda—
yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 347. Hərbi əmlakı
itirmə
Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, habelə nəqliyyat vasitələrinin və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla hərbi əmlakın itirilməsi mühüm zərər vurduqda -[1003]
min manatdan min beş yüz manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[1004]
Maddə
348. Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə,
xarab etmə və ya məhv etmə[1005]
348.1. Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olduqda -[1006]
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.[1007]
348.2. Eyni əməl müharibə vaxtı
və ya döyüş şəraitində törədildikdə—
beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 349. Hərbi əmlakı
qəsdən məhv etmə və ya zədələmə
349.1. Silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları və ya hərbi texnikanı qəsdən məhv etmə və ya zədələmə -[1008]
iki min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[1009]
349.1-1. Bu Məcəllənin 349.1-ci maddəsində
nəzərdə tutulmayan sair hərbi əmlakı qəsdən
məhv etmə və ya zədələmə xeyli miqdarda zərər
vurduqda –
min manatdan iki min manatadək miqdarda
cərimə və ya bir ilədək müddətə hərbi
xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək
müddətə intizam xarakterli hərbi hissədə saxlama və
ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.[1010]
349.2. Bu Məcəllənin 349.1 və ya 349.1-1-ci maddələrində
nəzərdə tutulmuş əməllər:[1011]
349.2.1. təkrar törədildikdə;
349.2.2. bir qrup şəxs tərəfindən
törədildikdə;
349.2.3. ağır nəticələrə
səbəb olduqda;
349.2.4. müharibə vaxtı və ya döyüş
şəraitində törədildikdə—
üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin
349.1-1-ci maddəsində “xeyli miqdar” dedikdə beş min manatdan
yuxarı olan məbləğ başa düşülür.[1012]
Maddə
350. Silahla və ətrafdakılar üçün yüksək
təhlükə törədən əşyalarla davranış
qaydalarını pozma
350.1. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda —[1013]
bir ilədək müddətə hərbi xidmət
üzrə məhdudlaşdırma və ya eyni müddətə
intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
350.1-1. Bu Məcəllənin 350.1-ci maddəsində
nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurduqda və ya sair ağır nəticələrə səbəb
olduqda—
iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni
müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə
cəzalandırılır.[1014]
350.2. Bu Məcəllənin
350.1-ci maddəsində nəzərdə tutulmuş əməl
ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—[1015]
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
350.3. Bu Məcəllənin 350.1-ci maddəsində
nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki
və ya daha çox şəxsin ölümünə səbəb
olduqda—
üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 351. Maşınları
idarəetmə və istismar qaydalarını pozma
351.1. Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda—[1016]
bir ilədək müddətə hərbi xidmət
üzrə məhdudlaşdırma və ya eyni müddətə
intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə
nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum
edilməklə və ya edilməməklə eyni müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[1017]
351.1-1. Bu Məcəllənin 351.1-ci maddəsində
nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər
vurduqda—
iki ilədək müddətə
hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki
ilədək müddətə intizam xarakterli hərbi hissədə
saxlama və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.[1018]
351.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda—
üç ilədək müddətə
nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum
edilməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
351.3. Bu Məcəllənin 351.1-ci maddəsində
nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki
və ya daha çox şəxsin ölümünə səbəb
olduqda—
beş ilədək müddətə nəqliyyat
vasitələrini idarəetmə hüququndan məhrum edilməklə
beş ildən on ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 352. Uçuş və
ya uçuşa hazırlıq qaydalarını pozma
352.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
352.2. Eyni əməllər ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb
olduqda—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 353. Hərbi gəmiləri
idarəetmə qaydalarını pozma
353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
353.2. Eyni əməllər ehtiyatsızlıqdan
iki və ya daha çox şəxsin ölümünə səbəb
olduqda—
beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəlləyə
əlavə və dəyişikliklər etmiş qanunlar
1.
26 may 2000-ci il tarixli 886-IQ
nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin,
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
qüvvəyə minmə müddətlərinin dəyişdirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 5, maddə 323)
2.
26 dekabr 2000-ci il tarixli 48-IIQ nömrəli
“Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci
il, № 12, maddə 835)
3.
26 dekabr 2000-ci il tarixli 49-IIQD nömrəli “Azərbaycan
Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrinə
əlavələr və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001-ci il, № 1, maddə 24)
4.
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2001-ci il, № 7, maddə 455)
5.
27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci
il, № 1, maddə 9)
6.
19 aprel 2002-ci il tarixli 305-II QD nömrəli "Psixiatriya
yardımı haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 236)
7.
14 may 2002-ci il tarixli 321-IIQD nömrəli "Şəhərsalmanın
əsasları haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 248)
8.
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin
maliyyələşdirilməsi ilə mübarizə haqqında
Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması
barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 258)
9.
16 aprel 2002-ci il tarixli 302-IIQD nömrəli "Qırmızı
Xaç və Qırmızı Aypara emblemlərindən istifadə
və onların müdafiəsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əlavə və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci
il, № 6, maddə 326)
10.
2 iyul 2002-ci il tarixli 360-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2002-ci il, № 8, maddə 465)
11.
20 iyun 2003-cü il tarixli 486-IIQD nömrəli “Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə
276)
12.
20 iyun 2003-cü il tarixli 490-IIQD nömrəli “Azərbaycan
Respublikası Seçki Məcəlləsinin müddəalarının
pozulmasına görə məsuliyyət haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2003-cü il, № 6, maddə 279)
13.
20 iyun 2003-cü il tarixli 485-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2003-cü il, № 8, maddə 425)
14.
7 noyabr 2003-cü il tarixli 512-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2003-cü il, № 12, maddə 676)
15.
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli “Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin tətbiq edilməsi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarının qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə
10)
16.
5 mart 2004-cü il tarixli 599-IIQD nömrəli “Azərbaycan
folkloru nümunələrinin Hüquqi qorunması haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 200)
17.
4 may 2004-cü il tarixli 646-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunlarına əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü
il, № 5, maddə 321)
18.
11 iyun
2004-cü il tarixli 688-IIQD nömrəli “Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü
il, № 8, maddə 598)
19.
7 sentyabr 2004-cü il tarixli 732-IIQD nömrəli «Mülki dövriyyənin
müəyyən iştirakçılarına mənsub ola bilən
və dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 10, maddə
762)
20.
26 oktyabr 2004-cü il tarixli 781-IIQD nömrəli “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 900)
21.
7 dekabr 2004-cü il tarixli 801-IIQD nömrəli “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2005-ci il, № 1, maddə 3)
22.
15 aprel 2005-ci
il tarixli 885-IIQD nömrəli
“Məlumat toplularının hüquqi qorunması haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci
il, № 6, maddə 462)
23.
14 iyun 2005-ci il tarixli 937-IIQD nömrəli “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2005-ci il, № 7, maddə 575)
24.
20 sentyabr 2005-ci
il tarixli 991-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 994)
25.
30 sentyabr 2005-ci
il tarixli 1020-IIQD nömrəli “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 oktyabr 2005-ci il)
26.
30 dekabr 2005-ci
il tarixli 46-IIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 71)
27.
30 dekabr 2005-ci
il tarixli 47-IIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 72)
28.
30 dekabr 2005-ci
il tarixli 50-IIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75)
29.
7 aprel 2006-cı
il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390)
30.
28 noyabr 2006-cı il tarixli 185-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2006-cı il, № 12, maddə 1020)
31.
19 dekabr 2006-cı
il tarixli 202-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, № 12, maddə 1028)
32.
19 dekabr 2006-cı
il tarixli 200-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 2, maddə 68)
33.
27 fevral 2007-ci
il tarixli 251-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 398)
34.
17 aprel 2007-ci
il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-cı il, № 6, maddə 560)
35.
17 aprel 2007-ci
il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci
il, № 6, maddə 562)
36.
31 may 2007-ci
il tarixli 357-IIIQD nömrəli Azərbaycan Respublikası
qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 579)
37.
16 iyun 2007-ci
il tarixli 391-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 757)
38.
9 oktyabr 2007-ci
il tarixli 428-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 937)
39.
19 oktyabr 2007-ci
il tarixli 456-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 941)
40.
23 oktyabr 2007-ci
il tarixli 464-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1080)
41.
6 noyabr 2007-ci
il tarixli 479-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1090)
42.
1 oktyabr 2007-ci
il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu
(Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049)
43.
25 dekabr 2007-ci il tarixli
522-IIIQD nömrəli Azərbaycan Respublikası
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1221)
44.
16 may 2008-ci
il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci
il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci
il, № 6, maddə 454)
45.
2 iyun 2008-ci
il tarixli 617-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, № 6, maddə 461)
46.
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
47.
2 oktyabr 2008-ci
il tarixli 691-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 30
oktyabr 2008-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, № 10, maddə 884)
48.
28 oktyabr 2008-ci
il tarixli 708-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 16
dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 12, maddə 1047)
49.
28 oktyabr 2008-ci
il tarixli 711-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1049)
50.
28 may 2009-cu
il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenimunun Qərarı (“Respublika” qəzeti 28 may 2009-cu il, № 114)
51.
8 may 2009-cu
il tarixli 813-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 31
may 2009-cu il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, № 05, maddə 315)
52.
30 iyun 2009-cu
il tarixli 856-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyul 2009-cu il, № 160)
53.
20 oktyabr 2009-cu
il tarixli 896-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289)
54.
25 dekabr 2009-cu
il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenimunun Qərarı (“Respublika” qəzeti 30 dekabr 2009-cu il, № 285)
55.
4 dekabr 2009-cu
il tarixli 924-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, №2, maddə 70)
56.
1 fevral 2010-cu il tarixli 951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il,
№ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, № 03, maddə 171)
57.
05 mart 2010-cu
il tarixli 973-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 21
mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, №03, maddə 178)
58. 5
mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 04, maddə 275)
59. 5
mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 04, maddə 276)
60. 18
iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 07, maddə 591)
61. 4
mart 2011-ci il tarixli 78-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 22 aprel 2011-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, № 4, maddə 253)
62. 31
may 2011-ci il tarixli 137-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 02 iyul 2011-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, ¹ 6, maddə 472)
63. 17
may 2011-ci il tarixli 116-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 06 iyul 2011-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, ¹ 07, maddə 587)
64. 10 iyun 2011-ci il tarixli 158-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 07
iyul 2011-ci
il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, № 07, maddə 601)
65. 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 02
avqust 2011-ci
il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, № 07, maddə 621)
66. 30 sentyabr 2011-ci il tarixli
199-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 noyabr 2011-ci il, № 255; “Azərbaycan” qəzeti, 27 noyabr
2011-ci il, № 262; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, № 11, maddə 980)
67. 15 noyabr 2011-ci il tarixli
237-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 13 dekabr 2011-ci il, № 269, “Azərbaycan” qəzeti 14 dekabr
2011-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, № 12, maddə 1093)
68. 15 noyabr 2011-ci il tarixli
256-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 fevral 2011-ci il, № 34, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 45)
69. 14 fevral 2012-ci il tarixli
299-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 15 mart 2012-ci il, № 60, “Azərbaycan” qəzeti 16 mart 2012-ci
il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 03, maddə 193)
70. 7 mart 2012-ci il tarixli
314-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 15 mart 2012-ci il, № 60, “Azərbaycan” qəzeti 16 mart 2012-ci
il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, № 03, maddə 196)
71. 29 iyun 2012-ci il tarixli
405-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 14 iyul 2012-ci il, № 154, “Azərbaycan” qəzeti 17 iyul 2012-ci
il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, № 07, maddə 666) (Bu Qanunla
edilmiş dəyişikliklər 2012-ci il sentyabrın 1-dən
qüvvəyə minir).
72. 29 iyun 2012-ci il tarixli 408-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 17 iyul
2012-ci il, № 156, “Azərbaycan” qəzeti 18 iyul 2012-ci il, № 157, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 669)
73. 29 iyun 2012-ci
il tarixli 417-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 iyul 2012-ci il,
№ 159, “Azərbaycan” qəzeti, 21 iyul 2012-ci il, № 160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 673)
74. 02
noyabr 2012-ci il tarixli 461-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 noyabr 2012-ci il, № 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1068)
75. 11 dekabr 2012-ci il tarixli
493-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 29 dekabr 2012-ci il, № 292, “Azərbaycan” qəzeti, 30 dekabr
2012-ci il, № 293, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1223)
76. 11 dekabr 2012-ci il tarixli 495-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 19 yanvar
2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 22 yanvar 2013-cь il, № 14;
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 14)
77. 28 dekabr 2012-ci il tarixli
541-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 8 fevral 2013-cü il, № 29; “Azərbaycan” qəzeti, 10 fevral
2013-cü il, № 31; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 102)
78. 05 aprel 2013-cü il tarixli 597-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti 19 aprel 2013-cü il, № 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə
364)
79. 19 aprel 2013-cü il tarixli 610-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 9 may 2013-cü il, № 99, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 459)
80. 30 aprel 2013-cü il tarixli 633-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 479)
81. 30 aprel 2013-cü il tarixli 635-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 481)
82. 14 may 2013-cü il tarixli 650-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5 iyun
2013-cü il, № 120; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 600)
83. 30 aprel 2013-cü il tarixli 640-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 15 iyun 2013-cü il, № 129; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 594)
84. 30 sentyabr 2013-cü il tarixli 745-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 16 noyabr 2013-cü il, № 251; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1264)
85. 22 oktyabr 2013-cü il tarixli 771-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1286)
86. 29 oktyabr 2013-cü il tarixli 798-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 noyabr 2013-cü il, № 264; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1312)
87. 03 dekabr 2013-cü il tarixli 833-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 30 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1492)
88. 27 dekabr 2013-cü il tarixli 872-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 fevral 2014-cü il, № 29, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 89)
89. 27 dekabr 2013-cü il tarixli 878-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 04 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 95)
90. 14 mart 2014-cü
il tarixli 919-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 4 aprel
2014-cü il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 04, maddə 327)
91. 30 may 2014-cü il tarixli 971-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü
il, № 137, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 618)
92. 30 may 2014-cü il tarixli 975-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 may 2014-cü
il, № 128, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 622)
93. 13 fevral 2015-ci il tarixli
1191-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 339)
94. 6 mart 2015-ci il tarixli
1222-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 9 aprel 2015-ci il, № 073, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 359)
95. 6 mart 2015-ci il tarixli
1231-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 368)
96. 28 aprel 2015-ci il tarixli 1263-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 04 iyun 2015-ci
il, № 118, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 504)
97. 28 aprel 2015-ci il tarixli 1266-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il,
№ 120, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 678)
98. 28 aprel 2015-ci il tarixli
1272-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 22 may 2015-ci il, № 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 508)
99. 28 aprel 2015-ci il tarixli 1274-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 04 iyun 2015-ci
il, № 118, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 510)
100. 29 may 2015-ci il tarixli
1296-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 iyun 2015-ci il, № 124, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 690)
101. 29 may 2015-ci il tarixli
1298-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 iyun 2015-ci il, № 124, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 692)
102. 30 sentyabr 2015-ci il tarixli 1336-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24 noyabr
2015-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 11, maddə 1253)
103. 6 oktyabr 2015-ci il
tarixli 1361-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 11, maddə 1268)
104. 20 oktyabr 2015-ci il
tarixli 1388-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 9 dekabr
2015-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 12, maddə 1437)
105. 20 oktyabr 2015-ci il tarixli 1396-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr
2015-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 11, maddə 1289)
106. 20 oktyabr 2015-ci il
tarixli 1406-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 6 noyabr
2015-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 11, maddə 1298)
107. 04 dekabr 2015-ci il tarixli 31-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 06 dekabr
2015-ci il, № 269, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, № 12, maddə 1445)
108. 18 mart 2016-cı
il tarixli 179-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 4, maddə 634)
109. 18 mart 2016-cı il tarixli 181-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel
2016-cı il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 4, maddə 636)
110. 05 aprel 2016-cı il tarixli 184-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 03 may 2016-cı il, № 94, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə
638)
111. 05 aprel 2016-cı il tarixli 199-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 03 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, № 4, maddə 653)
112. 06 may 2016-cı il tarixli 230-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2016-cı il, № 112, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 845)
113. 17 may 2016-cı il tarixli 250-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun
2016-cı il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 6, maddə 993)
114. 31 may 2016-cı il tarixli 264-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun
2016-cı il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 6, maddə 1001)
115. 28 oktyabr 2016-cı il tarixli 365-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 18
dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 12, maddə 1983)
116. 11 noyabr 2016-cı il tarixli 386-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 30
dekabr 2016-cı il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 12, maddə 1999)
117. 11 noyabr 2016-cı il tarixli 395-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 18
dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 12, maddə 2008)
118. 11 noyabr 2016-cı il tarixli 408-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 18
dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 12, maddə 2019)
119. 29 noyabr 2016-cı il tarixli 444-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31
dekabr 2016-cı il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 12, maddə 2038)
120. 16 dekabr 2016-cı il tarixli 456-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31
dekabr 2016-cı il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 12, maddə 2048)
121. 1 fevral 2017-ci il tarixli 508-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 19
mart 2017-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 330)
122. 1 fevral 2017-ci il
tarixli 523-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 23
fevral 2017-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 2, maddə 161)
123. 7 aprel 2017-ci il tarixli 563-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 19
may 2017-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 5, maddə 694)
124. 7 aprel 2017-ci il tarixli
566-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 21
may 2017-ci il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 5, maddə 697)
125. 7 aprel 2017-ci il tarixli 573-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 2
iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 5, maddə 700)
126. 7 aprel 2017-ci il tarixli
575-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 23
may 2017-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 5, maddə 702)
127. 25 aprel 2017-ci il
tarixli 633-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 23
may 2017-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 5, maddə 733)
128. 13 iyun 2017-ci il tarixli
734-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 15
iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 7, maddə 1293)
129. 13 iyun 2017-ci il tarixli
711-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 18
iyul 2017-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 7, maddə 1271)
130. 31 may 2017-ci il tarixli
707-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 19
iyul 2017-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 7, maddə 1268)
131. 20 oktyabr 2017-ci il
tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 9
noyabr 2017-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, № 11, maddə 1968)
132. 17 noyabr 2017-ci il
tarixli 875-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 1
dekabr 2017-ci il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, №11 , maddə 1978)
133. 17 noyabr 2017-ci il
tarixli 868-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 16
dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, № 12, I kitab maddə 2231)
134. 6 mart 2018-ci il tarixli
1037-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 22
mart 2018-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, № 3, maddə 403)
135. 24 aprel 2018-ci
il tarixli 1074-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2018-ci il, № 109, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 861)
136. 1 may 2018-ci il tarixli 1095-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2018-ci il, № 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1154)
137. 29 iyun 2018-ci il tarixli 1229-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2018-ci il, № 155, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə
1441)
138. 12 oktyabr 2018-ci il tarixli 1272-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 oktyabr 2018-ci il, № 234, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1972)
139. 30 oktyabr 2018-ci il tarixli 1300-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2213)
140. 30 oktyabr 2018-ci il tarixli 1306-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2472)
141. 29 mart 2019-cu il tarixli 1537-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 20 aprel 2019-cu il, № 85, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 586)
142. 27 iyun 2019-cu il tarixli 1626-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1367)
143. 9 iyul 2019-cu il tarixli 1639-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2019-cu il, № 158, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1201)
144. 17 mart 2020-ci il tarixli 28-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 223)
145. 1 may 2020-ci il tarixli 68-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci il, № 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 518)
146. 19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2020-ci
il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, № 7, maddə 832)
147. 29 iyun 2020-ci il tarixli 147-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1010)
148. 6 oktyabr 2020-ci il tarixli 182-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2020-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 11, maddə 1332)
149. 6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 noyabr 2020-ci
il, № 245, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1333)
150. 23 aprel 2021-ci il tarixli 301-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə
541)
151. 22 iyun 2021-ci il tarixli 348-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 894) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)
152. 27 dekabr 2021-ci il tarixli 453-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1336)
153. 26 aprel 2022-ci il tarixli 516-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 434)
154. 26 aprel 2022-ci il tarixli 519-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2022-ci
il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022-ci il, № 5, maddə 437)
155. 22 iyun 2022-ci il tarixli 552-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyul 2022-ci il,
№ 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, №7, maddə 703)
156. 22 iyun 2022-ci il tarixli 553-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 avqust 2022-ci il,
№ 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, №8, maddə 821)
157. 8 iyul 2022-ci
il tarixli 581-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, №8, maddə 828)
158. 5 noyabr 2022-ci il tarixli 619-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 6 dekabr 2022-ci il “Azərbaycan” qəzeti 7
dekabr 2022-ci il, № 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
12, maddə 1363)
159. 29 noyabr 2022-ci
il tarixli 641-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı 20 dekabr 2022-ci il,
“Azərbaycan” qəzeti, 21 dekabr 2022-ci il, № 279, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1373)
160. 27 dekabr 2022-ci il tarixli 776-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
1 fevral 2023-cü il,
“Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə
207)
161. 30 dekabr 2022-ci il tarixli 783-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
31 yanvar 2023-cü il,
“Azərbaycan” qəzeti, 1 fevral 2023-cü il, № 22, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə
39)
162. 17 fevral 2023-cü il tarixli 807-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
8 aprel 2023-cü il,
“Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə
445)
163. 30 may 2023-cü il tarixli 891-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
14 iyun 2023-cü il,
“Azərbaycan” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə
755)
164. 21 noyabr 2023-cü il tarixli 1023-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 13 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti,
14 dekabr 2023-cü il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1598)
165. 5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti,
26 dekabr 2023-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1621)
166. 22 dekabr 2023-cü il tarixli 1068-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 10 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti,
11 yanvar 2024-cü il, № 4, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 1, maddə 8)
167. 30 dekabr 2023-cü il tarixli 1087-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 19 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti,
20 yanvar 2024-cü il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 1, maddə 18)
168. 23 fevral 2024-cü il tarixli 1103-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 13 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 14 mart 2024-cü
il, № 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə
250)
169. 28 iyun 2024-cü il tarixli 1198-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 23 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 24 iyul 2024-cü
il, № 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə
772) (Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə
minir.)
170. 22 oktyabr 2024-cü il tarixli 55-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 18 noyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 19 noyabr 2024-cü
il, № 254, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə
1189)
171. 29 noyabr 2024-cü il tarixli 72-VIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1330)
172. 29 noyabr 2024-cü il tarixli 77-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 7 yanvar
2025-ci il, “Azərbaycan” qəzeti, 8 yanvar
2025-ci il, № 2)
173. 27 dekabr 2024-cü il tarixli 111-VIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1350)
174. 27 dekabr 2024-cü il tarixli 114-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 17 fevral
2025-ci il, “Azərbaycan” qəzeti, 18 fevral
2025-ci il, № 36)
175. 27 dekabr 2024-cü il tarixli 115-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 17 fevral
2025-ci il, “Azərbaycan” qəzeti, 18 fevral
2025-ci il, № 36)
Konstitusiya Məhkəməsinin
Qərarları
KMQ1 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
8 aprel 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının
Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi
ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə
cəlb etmə müddəti həmin Məcəllənin 56-cı
maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə
görə cinayət məsuliyyətinə cəlb etmə müddəti
isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə
tutulan qaydada tətbiq olunmalıdır.
KMQ2 1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə
tutulmuş hüquq verən və ya vəzifədən azad edən
vəsiqəni və ya digər rəsmi sənədi istifadə
etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd
barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin
edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin
nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin
hüquqi vəziyyəti dəyişir, o, əsassız və
qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən
azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi
və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər,
güzəştlər, imtiyazlar əldə edir.
2. Ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz
olaraq başqasının adından digər şəxs tərəfindən
məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması
və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması
kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərarı
– “Respublika” qəzeti, 11 dekabr 2019-cu
il, № 274)
KMQ3 Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə
uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında
vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə,
məhkumluğun ödənilməsi müddəti şəxsin
cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli
orqanın konkret şəxs barəsində amnistiya aktının
tətbiq olunması barədə qərarının qüvvəyə
mindiyi gündən hesablanmalıdır. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 3 mart 2020-ci il tarixli qərarı – “Respublika” qəzeti,
29 aprel 2020-ci il, № 82)
KMQ4 1. Azərbaycan
Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsində,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və
9-cu maddələrində təsbit olunmuş ədalət və
humanizm prinsipləri baxımından həmin Məcəllənin
18 və 65-ci maddələrinin tələblərinə uyğun
olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi
əvvəl törədilmiş cinayətə görə təkrar
cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin
ictimai təhlükəliliyinə və onu törətməkdə
təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat
qiymət olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının
64-cü maddəsinin “heç kəs bir cinayətə görə
təkrarən məhkum edilə bilməz” tələbini pozmur.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
27.1-ci maddəsinin tələbləri baxımından həmin
Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil
edən hərəkətlərdən hər hansı birinin başa
çatması anında bu maddədə nəzərdə tutulan
cinayət başa çatmış hesab olunur. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı)
KMQ5 1. Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin,
“İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsinin, habelə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və
3-cü maddələrinin tələblərinə müvafiq olaraq
xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində
fiziki şəxs tərəfindən əldə edilmiş və
Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının
hesablarına məcburi qaydada köçürülməli olan
xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən
qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən
edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci
maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə
bilməz.
2. Xarici iqtisadi fəaliyyəti həyata keçirən
fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda
xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına
görə təxirəsalınmadan cinayət məsuliyyətinin
müəyyən edilməsi Azərbaycan Respublikasının Milli
Məclisinə tövsiyə olunsun.
3. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə
müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi
fəaliyyətin həyata keçirilməsi nəticəsində
xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən
qaytarılmasını təmin etməyən fiziki şəxs
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə
alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər.
(Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 25 dekabr 2020-ci
il tarixli qərarı)
KMQ6 1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində
nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop
maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən
gömrük nəzarətindən qanunsuz olaraq keçirən
və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri
və ya psixotrop maddələri şəxsi istehlak miqdarından
artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli
cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri
ilə cinayət məsuliyyəti yaradır.
2. Satış məqsədi olmadan şəxsi istehlak
miqdarından asılı olmayaraq narkotik vasitələrin və
ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük
sərhədindən gömrük nəzarətindən kənar
və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük
eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə
istifadə etməklə, yaxud bəyan etməməklə və
ya düzgün bəyan etməməklə keçirilməsi
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci
maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini
yaradır.
3. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının
Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin
və psixotrop maddələrin miqdarına, habelə onların
külli miqdarına görə siyahıları” Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə
tətbiq edilmir. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 6 yanvar 2021-ci il
tarixli qərarı – “Respublika” qəzeti, 30 yanvar 2021-ci il,
№ 21)
KMQ7 Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin
“Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər” müddəası
həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə
zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vuran və ya digər ağır nəticələrə
səbəb olan yalnız “tabelik münasibətlərində olmayan
hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin
nizamnamə qaydalarının pozulması” əməlini ehtiva edir.
(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
7 yanvar 2021-ci il tarixli qərarı – “Respublika” qəzeti,
18 fevral 2021-ci il, № 37)
KMQ8 1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində
nəzərdə tutulan cinayətlərin təkrarlığı
zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi
məqsədlə birləşmir və hər bir ayrı əməl
digərləri ilə faktiki əlaqədə olmur.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
16 və 18-ci maddələrinin tələbləri baxımından
təkrarlığa daxil olan cinayətlərdən biri məhkumluğun
ödənilmədiyi dövrdə törədildikdə və
bu zaman cinayətlərin residivi yaranmadıqda, digər cinayətlər
isə məhkumluq ödənildikdən sonra törədildikdə,
şəxsin əməlində cinayətlərin residivi müəyyən
edilə bilməz. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 25 yanvar 2021-ci il
tarixli qərarı – “Respublika” qəzeti, 4 fevral 2021-ci il,
№ 25)
KMQ9 Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin
mənasına görə zərərçəkmiş şəxsin
sağlamlığına az ağır, ağır zərər
vurulmasına, habelə ölümünə səbəb olan tibb
işçisi tərəfindən üzrlü səbəblər
olmadan xəstəyə tibbi yardım göstərilməməsi
təqsirin ehtiyatsızlıq formasında törədilir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
7 aprel 2021-ci il tarixli qərarı – “Respublika” qəzeti,
24 aprel 2021-ci il, № 85)
KMQ10 1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü
maddələri Azərbaycan Respublikası Konstitusiyasının
17-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etmir.
2. Məhkəmələr ilk dəfə
böyük ictimai təhlükə törətməyən və
ya az ağır cinayət törətmiş 15 yaşınadək
şəxslərə ictimai işlər cəzasının təyin
edilməsi məsələsini həll edərkən, ilk növbədə,
onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən
azad edilməsinə üstünlük verməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
23 aprel 2021-ci il tarixli qərarı – “Respublika” qəzeti,
18 may 2021-ci il, № 100)
KMQ11 1. Bu Qərarın
təsviri-əsaslandırıcı hissəsində müəyyən
edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq
xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş
tarkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin)
toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
237-ci maddəsi ilə tövsif edilməlidir.
2. Toplanılan narkotik tərkibli bitkilərdən və
ya onların hissələrindən satış məqsədi olmadan
şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış
məqsədi ilə istənilən miqdarda narkotik vasitənin
hazırlanması və bundan sonra onun saxlanılması, daşınması,
göndərilməsi, emal edilməsi, yaxud satılması kimi
cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə
müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri
ilə tövsif edilməlidir. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 6 iyul 2021-ci il tarixli qərarı – “Respublika” qəzeti,
15 iyul 2021-ci il, № 146)
KMQ12 Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin,
127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin
tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə
tutulmuş hallar yalnız məhkəmə baxışının
gedişində müəyyən edildikdə cinayət təqibinə
müdafiə tərəfinin razılığı ilə xitam
verilə bilər. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 14 sentyabr 2021-ci
il tarixli qərarı – “Respublika” qəzeti, 29 sentyabr 2021-ci
il, № 208)
KMQ13 1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində
göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin
18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin
70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum
etmə cəzasına şərti məhkum edilmiş və ya
azadlıqdan məhrum etmə cəzasının çəkilməsi
təxirə salınmış şəxsin yenidən qəsdən
cinayət törətməsi cinayətlərin residivini yaradır.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
318-ci maddəsinin, habelə həmin Məcəllənin XLVII və
XLVIII Fəsillərinin normalarının tələblərinə
müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə
cəza təyin edərkən digər məhkəmənin hökmünə
hər hansı dəyişiklik etmək səlahiyyətinə
malik deyil.
3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edilərkən
əvvəlki hökmdə hüququn tətbiqi ilə bağlı
olmayan və hökmün mahiyyətinə təsir göstərməyən
səhvlərin və anlaşılmazlıqların aradan qaldırılması
məqsədi ilə maraqlı şəxslərin ərizəsi
və ya məhkəmənin öz təşəbbüsü
ilə müvafiq məhkəmə qarşısında məsələ
qaldırılmalıdır. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli qərarı – “Respublika” qəzeti,
23 dekabr 2021-ci il, № 279)
KMQ14 1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin
Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş
şəxsin cinayət məsuliyyətindən azad edilməsindən
sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə
cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının
64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna
görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin
tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına
gətirib çıxarmır.
2. Şəxsin həm az ağır zərər,
həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş
şəxslə barışması və ona dəymiş ziyanı
tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə
uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən
sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə
cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində
ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması
kimi qəbul edilməlidir.
3. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci
maddəsinin II hissəsində əks olunmuş mütənasiblik
prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən
hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti
həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin
müddəaları nəzərə alınmaqla müəyyən
edilməli və inzibati xətanın törədildiyi (aşkara
çıxarıldığı) gündən bir ildən artıq
olmamalıdır. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 9 mart 2022-ci il tarixli
qərarı – “Respublika” qəzeti, 12 aprel 2022-ci il, № 74)
KMQ15. 1.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin
tələbləri baxımından hər bir cinayətə görə
məsuliyyətə cəlb etmə müddəti müstəqil
hesablandığından, eyni və yaxud həmcins cinayətlərin
təkrar törədilməsi zamanı əvvəlki əmələ
görə cinayət məsuliyyətinə cəlb etmə müddəti
keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz.
2. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində
nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə
cinayət məsuliyyətinin yaranmasını istisna edir. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı – “Respublika” qəzeti,
20 aprel 2022-ci il, № 81)
KMQ16 1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci
maddələrinin mənasına görə, cinayətin iştirakçıları
(təşkilatçı, təhrikçi və ya köməkçi)
cinayət əməlinin obyektiv cəhətini təşkil edən
hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi
və ya onların əməlində cinayətin obyektiv cəhətinin
tərkib əlamətlərinin mövcud olmadığı halda,
əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci
maddələrinin tələbləri baxımından cinayətin
iştirakçısı icraçı ilə birlikdə cinayətin
obyektiv cəhətinə daxil olan hərəkətlərdə
iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan
iki və daha çox şəxs tərəfindən törədilmədikdə,
onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə
istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsinə uyğun tövsif edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
6 may 2022-ci il tarixli qərarı – “Respublika” qəzeti,
7 iyun 2022-ci il, № 118)
KMQ17 Azərbaycan
Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit
edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından
rüşvət verən şəxs Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə
uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət
orqanına könüllü məlumat verdiyinə görə
cinayət məsuliyyətindən azad edildiyindən, barəsində
törədilmiş dələduzluq cinayət işi üzrə
onun zərərçəkmiş qismində tanınması mümkün
hesab edilməlidir.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının
1-ci bəndinə əsasən şəxs cinayət prosesində
zərərçəkmiş şəxs qismində tanındığı
halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq
cinayətini törətmiş şəxs onunla barışdıqda
və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət
məsuliyyətindən azad edilə bilər. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı
– “Respublika” qəzeti, 16 iyun
2022-ci il, № 147)
KMQ18 1. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci
maddəsinin mənasına görə, davam edən cinayətin
birinci epizodunun şəxs tərəfindən başqa cinayət
üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi
və həmin hökm qanuni qüvvəyə mindikdən sonra
davam edərək başa çatdırıldığı halda,
cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş
hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin
məcmusu üzrə təyin olunmalıdır.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin
tələbinə görə, şəxsin hökmlə təyin
edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm
çıxarılmazdan əvvəl törədilmiş başqa
cinayətdə təqsirli olması müəyyən edildiyi halda,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü
maddələrinə uyğun olaraq cinayətlərin məcmusu
üzrə cəza təyin edilməli və birinci hökmə
əsasən çəkilmiş cəza qəti cəza müddətinə
hesablanmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
14 iyul 2022-ci il tarixli qərarı – “Respublika” qəzeti, 16 iyun 2022-ci il,
№ 147)
KMQ19 Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 1. 73.1-ci maddəsinin
tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə
törətməyən cinayət törətmiş şəxsin
zərərçəkmiş şəxslə barışması,
ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş
zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən
azad edilməsinə dair qərarın qəbul olunması üçün
mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul
edilməsini cinayət prosesini həyata keçirən orqanların
vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir.
Zərərçəkmiş
şəxsin təqsirləndirilən şəxslə barışmasına
dair ərizəsinə baxılarkən nəinki bunun üçün
qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı,
həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi,
təqsirləndirilənin şəxsiyyəti və işin bütün
halları nəzərə alınmalıdır.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi
imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini
(əməllərini) törətmiş şəxsin zərərçəkmiş
şəxslə barışması, həmçinin ona dəymiş
ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən
azad edilməsi üçün şərtsiz əsasdır. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarı – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
rəsmi internet saytı, 10 sentyabr 2022-ci il, Respublika” qəzeti,
10 sentyabr 2022-ci il, № 195)
KMQ20 1. Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 125-ci maddəsinin mənasına
görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən
asılı olmuş zərərçəkmiş şəxsi
onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi
olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü
öldürmə və ya özünü öldürməyə
cəhd həddinə çatdırma təqsirin birbaşa və
ya dolayı qəsd formasında törədilir.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən
asılılıq” və “amansız rəftar etmə” qiymətləndirmə
tələb edən əlamətlər olduğundan, şəxsin
təqsirlilik məsələsi həll edilərkən işin
bütün faktiki halları hərtərəfli, tam və obyektiv
araşdırılmalı, təqsirləndirilən şəxsin
hərəkət və ya hərəkətsizliyinin nədə
ifadə olunması, zərərçəkmişin təqsirləndirilən
şəxsdən asılılığının forması göstərilməli
və təqsirləndirilən şəxsin hərəkətləri
ilə özünü öldürmə və ya ona cəhd arasında
səbəbli əlaqənin mövcudluğu müəyyən
edilməlidir. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2022-ci il tarixli
qərarı
–
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytı,
13 oktyabr 2022-ci il, “Respublika”
qəzeti, 13 oktyabr 2022-ci il, № 223)
KMQ21
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə
bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu
nəzərdə tutur.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci
maddələrinin məzmununa görə, cinayətlərin və
ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə
ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs
məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi
dövrdə yenidən qəsdən cinayət törətdikdə,
onun əməli cinayətin residivini yaradır. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli
qərarı
–
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytı,
15 oktyabr 2022-ci il, “Respublika”
qəzeti, 15 oktyabr 2022-ci il, № 225)
KMQ22
Təqsirkarın
ödəniş kartını əldə etməyə yönəlmiş
aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə
talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq
üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə
dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə
uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli qərarı
–
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytı,
15 noyabr 2022-ci il, “Respublika”
qəzeti, 15 noyabr 2022-ci il, № 248)
KMQ23
1. Kənd təsərrüfatı məqsədi
ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz
kənd təsərrüfatı məhsulları istehsalı üçün
istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu
maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına
düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı
məhsulları istehsalı üçün istifadə edilən
bitkilərdən ibarət yaşıllıqların (əkinlərin)
kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti
üçün əsas hesab edilə bilməz.
2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində
olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı
torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin
torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə
olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar
və kənd təsərrüfatı məhsulları istehsalı
üçün istifadə olunan bitkilərdən ibarət olan
yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq
normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət
orqanlarının (bələdiyyələrin) qərarı ilə
həyata keçirilə bilər.
3. Azərbaycan Respublikası Şəhərsalma və
Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri
ilə müəyyən olunmuş tələblərə riayət
edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti
işlərinin aparılması məqsədilə yaşıllıqların
kəsilməsi (götürülməsi) halında cinayət
məsuliyyətinin yaranmasını istisna edir.
4. “Yaşıllıqların
mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun
8 və 9-cu maddələrinin mənasına əsasən bələdiyyə
mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara
münasibətdə bələdiyyələr yaşıllıqların
mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının
alınması vəzifəsini daşıyırlar. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarı
–
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytı,
31 dekabr 2022-ci il; “Respublika”
qəzeti, 31 dekabr 2022-ci il, № 288)
KMQ24
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən,
şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri
üzrə ümumilikdə yalnız bir dəfə cinayət
məsuliyyətindən azad edilə bilər.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin
“Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2
və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən
azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək
törətmiş olduğu digər cinayət əməlinə
görə cinayət məsuliyyətindən azad olunmasının
mümkünlüyünü istisna etmir. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarı
–
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytı,
25 yanvar 2023-cü il; “Respublika”
qəzeti, 26 yanvar 2023-cü il, № 17)
KMQ25
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli
(əməlləri) iştirakçılıqla törədildikdə,
cinayətin iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının xarakterindən
və dərəcəsindən, eləcə də qanunla müəyyən
edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində
vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən
üzərinə düşən hissəsini zərərçəkmiş
şəxsə tamamilə ödəməklə onunla barışmış,
habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət
büdcəsinə ödəniş etmiş şəxs müvafiq
qaydada cinayət məsuliyyətindən azad edilir.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsində
nəzərdə tutulan cinayət əməli (əməlləri)
iştirakçılıqla törədildikdə, cinayətin
iştirakçılarının hər birinin cinayətin törədilməsində
faktiki iştirakının xarakterindən və dərəcəsindən,
eləcə də qanunla müəyyən edilmiş digər hallardan
asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi
ziyanın müəyyən edilmiş paya əsasən üzərinə
düşən hissəsini zərərçəkmiş şəxsə
tamamilə ödəməklə onunla barışmış,
habelə həmin payın əlli faizi miqdarında dövlət
büdcəsinə ödəniş etmiş şəxs müvafiq
qaydada cinayət məsuliyyətindən azad edilə bilər.
(Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il tarixli
qərarı
–
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytı,
2 fevral 2023-cü il; “Respublika”
qəzeti, 3 fevral 2023-cü il, № 24)
KMQ26 1. Azərbaycan Respublikası Konstitusiyasının
71-ci maddəsinin VIII hissəsindən irəli gələn cinayət
qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin
tələbləri baxımından Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa
uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin
və ya onların prekursorlarının qanunsuz dövriyyəsi
ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından
və ya informasiya-telekommunikasiya şəbəkələrindən
yalnız satıcı ilə alıcı arasındakı fərdi
rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi
kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin
maddədə nəzərdə tutulmuş cinayət tərkibini
deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin
234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri
ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır.
2. Azərbaycan Respublikası Konstitusiyasının
norma və prinsiplərini nəzərə alaraq Birləşmiş
Millətlər Təşkilatının “Narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasının (3-cü
maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasının)
tələblərinə riayət edilməklə, narkotik vasitələrin
və ya psixotrop maddələrin təşviqinə görə
cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2023-cü il
tarixli Qərarı – “Respublika” qəzeti, 19 iyul 2023-cü
il, № 149)
KMQ27 1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş
cinayət əməlini törətmiş şəxsin həmin
maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət
məsuliyyətindən azad edilməsi istisna edilmir.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş
cinayət əməlini törətmiş şəxs həmin
maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri
yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir.
(Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 iyul 2023-cü il
tarixli Qərarı – “Respublika” qəzeti, 22 iyul 2023-cü
il, № 152)
KMQ28 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş
şəxsin cəzasının çəkilməmiş hissəsi
daha yüngül cəza növü ilə əvəz edildikdə,
məhkumluğun ödənilməsi müddəti cəzanın
çəkilməmiş hissəsini əvəz edən cəzanın
çəkilib qurtardığı gündən hesablanmalıdır.
2. Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin
167.0.4-cü maddəsində cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə əvəz
edilməsi cəzanın çəkilməmiş hissəsindən
azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini
nəzərdə tutur. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 sentyabr 2023-cü
il tarixli Qərarı – “Respublika” qəzeti,
12 sentyabr 2023-cü il, № 196)
KMQ29 Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI
hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170-ci
maddəsində əks olunan “yetkinlik yaşına çatmayan”
ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə
imkan verən yaş həddinə çatıb-çatmamasından
asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi
ehtiva edir. (Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2024-cü il
tarixli Qərarı – “Respublika” qəzeti, 4 iyun 2024-cü
il, № 116)
KMQ30 Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən,
hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi
tədbirləri nəzərdə tutan Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 99-5-ci
maddəsinin və bununla bağlı müvafiq normaların təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
edilsin. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 iyun 2024-cü il
tarixli Qərarı.)
KMQ31 1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 35.1-ci maddəsi, habelə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin
“Qeyd” hissəsinin birinci bəndinin hüquqi təyinatı və
digər maddələrlə qarşılıqlı hüquqi
əlaqəsi baxımından həmin normada müəyyənləşdirilən
hallar yalnız 234-cü maddə üzrə cinayət əməllərinə
münasibətdə cinayət məsuliyyətindən azad etmənin
əsasını təşkil edir.
2. Şəxsin
əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin
234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini
də yaratdığı halda o, sonuncu cinayət əməlinə
münasibətdə həmin maddənin “Qeyd” hissəsinin birinci
bəndi ilə müəyyənləşdirilmiş əsaslarla
cinayət məsuliyyətindən azad edilir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumunun 1 oktyabr 2024-cü il tarixli Qərarı – “Azərbaycan” qəzeti,
3 oktyabr 2024-cü il, № 216)
KMQ32 1. Azərbaycan
Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi
və 26-cı maddəsinin II hissəsi baxımından, habelə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqeyə uyğun olaraq dövlət
təltiflərinin qanunsuz əldə edilməsi onların talama
yolu ilə əldə edilməsi halını da ehtiva etdiyindən
dövlət təltiflərinin talanması Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə nəzərdə
tutulan cinayət məsuliyyətini yaradır.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
8-ci maddəsinin tələbləri baxımından dövlət
təltiflərinin talanmasına görə cinayət məsuliyyətinin
fərdiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
edilsin. (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2024-cü
il tarixli Qərarı – “Respublika” qəzeti,
6 noyabr 2024-cü il, № 245)
KMQ33 1. Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi
və “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Avropa Konvensiyanın 7-ci maddəsi baxımından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü
maddəsi üzrə subyekt qismində həmin Məcəllənin
294.2-ci maddəsi ilə müəyyən edilmiş şəxslər
(təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi)
çıxış edə bilərlər.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş
hüquqi mövqelərə görə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 294.3-cü maddəsində tövsifedici
əlamət olaraq nəzərdə tutulmuş “ağır nəticələrin”
mülki iş üzrə sübutların saxtalaşdırılması
nəticəsində də yaranması mümkün olduğu nəzərə
alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən həmin
maddəyə bu istiqamətdə müvafiq dəyişikliklərin
edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə edilsin.
(Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 noyabr 2024-cü
il tarixli Qərarı – “Respublika” qəzeti,
19 noyabr 2024-cü il, № 254)
MƏCƏLLƏYƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI