AZƏRBAYCAN
RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ
(Bu Məcəllə Azərbaycan
Respublikasının 2003-cü il 27 may tarixli
461-IIQ nömrəli
Qanunu
ilə təsdiq edilmişdir)
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin
adının üzərində sol düyməni basın)
ÜMUMİ HİSSƏ
BÖLMƏLƏR (Fəsillər)
I.
ƏSAS ANLAYIŞLAR (1-2)
II.
ÜMUMİ MÜDDƏALAR (3-14)
III.
SEÇKİLƏRİN (REFERENDUMUN)
KEÇİRİLMƏSİ (15-16)
XÜSUSİ HİSSƏ
IV.
REFERENDUM (17-21)
V.
MİLLİ MƏCLİSƏ SEÇKİLƏR (22-28)
VI.
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SEÇKİLƏRİ (29-33)
VII.
BƏLƏDİYYƏ SEÇKİLƏRİ (34-38)
FƏSILLƏR (Maddələr)
1. ƏSAS ANLAYIŞLAR VƏ PRİNSİPLƏR
(1-11)
2.
SEÇKİ HÜQUQUNUN TƏMİNATLARI. MƏHDUDİYYƏTLƏR
(12-16)
II.
ÜMUMİ MÜDDƏALAR
3. SEÇKİ VƏ REFERENDUM ORQANLARI
(17-23)
4. MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI
(24-28)
5. SEÇKİ (REFERENDUM) DAİRƏLƏRİ VƏ DAİRƏ
SEÇKİ KOMİSSİYALARI (29-34)
6. SEÇKİ (REFERENDUM) MƏNTƏQƏLƏRİ VƏ
MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARI (35-39)
7. SEÇKİLƏRİN (REFERENDUMUN)
HAZIRLANMASI VƏ KEÇİRİLMƏSİ ZAMANI AŞKARLIQ
(40-44)
8. SEÇİCİ (REFERENDUMDA İŞTİRAK ETMƏK
HÜQUQU OLAN VƏTƏNDAŞLARIN) SİYAHILARI (45-48)
9. SİYASİ PARTİYALARIN VƏ SİYASİ
PARTİYALAR BLOKLARININ SEÇKİLƏRDƏ (REFERENDUMDA) İŞTİRAKININ ƏSASLARI
(49-52)
10. SEÇKİLƏR ZAMANI NAMİZƏDLƏRİN İRƏLİ
SÜRÜLMƏSİ VƏ QEYDİYYATI (53-60)
11. REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ
YARADILMASI VƏ QEYDİYYATI (61-68)
12. QEYDƏ ALINMIŞ NAMİZƏDLƏRİN VƏ
REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ STATUSU
(69-73)
13. SEÇKİQABAĞI (REFERENDUMQABAĞI)
TƏŞVİQAT (74-88)
14.
SEÇKİLƏRİN (REFERENDUMUN) MALİYYƏLƏŞDİRİLMƏSİ
(89-97)
III.
SEÇKİLƏRİN (REFERENDUMUN) KEÇİRİLMƏSİ
15. SƏSVERMƏNİN TƏŞKİLİ
(98-111)
16.
VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN
SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT
(112-116)
IV.
REFERENDUM
17. REFERENDUMA AİD ÜMUMİ MÜDDƏALAR
(117-121)
18. REFERENDUMUN TƏYİN EDİLMƏSİ
(122-124)
19. REFERENDUMUN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ
(125-132)
20. REFERENDUMUN KEÇİRİLMƏSİ VƏ
REFERENDUMUN NƏTİCƏLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ
(133-140)
21.
REFERENDUM YOLU İLƏ QƏBUL EDİLMİŞ AKTLAR
(141-142)
22. MİLLİ MƏCLİSİN DEPUTATLARININ
SEÇKİLƏRİNƏ DAİR ÜMUMİ MÜDDƏALAR (143-145)
23. MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI
DEPUTATLIĞA NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ
(146-147)
24. MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI QEYDƏ
ALINMIŞ DEPUTATLIĞA NAMİZƏDLƏR (148-154)
25. MİLLİ MƏCLİSƏ SEÇKİLƏRƏ HAZIRLIQ
(155-164)
26. MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ
(165-170)
27. MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN YEKUNLARI
(171-174)
28.
MİLLİ MƏCLİSİN DEPUTATINI MANDATDAN MƏHRUMETMƏ VƏ MİLLİ MƏCLİSƏ ƏLAVƏ
SEÇKİLƏRİN KEÇİRİLMƏSİ (175-176)
VI.
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİ
29. AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SEÇKİLƏRİNƏ AİD ÜMUMİ MÜDDƏALAR (177-179)
30. PREZİDENTLİYƏ NAMİZƏDLƏR. PREZİDENT
SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ (180-188)
31. PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQ
(189-197)
32. PREZİDENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ
(198-202)
33.
PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ
(203-209)
34. BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ AİD ÜMUMİ
MÜDDƏALAR (210--213)
35. BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN
İRƏLİ SÜRÜLMƏSİ QAYDASI (214--215)
36. BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ QEYDƏ ALINMIŞ
NAMİZƏDLƏR (216-223)
37. BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ
(224--233)
38.
BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ VƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİN MÜƏYYƏN
OLUNMASI (234-246)
Azərbaycan Respublikasının
dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan
xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi
səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər
və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən
ümumxalq səsverməsində —referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan
Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun
prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Bu Məcəllə Azərbaycan
Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan
Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin
— referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
I bölmə
Birinci fəsil
Maddə 1. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
1.1. Bu Məcəllədə aşağıdakı əsas
anlayışlardan istifadə edilir:
1.1.1. referendum — Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan
Respublikası vətəndaşlarının səsverməsi;
1.1.2. seçkilər — Azərbaycan
Respublikasının Konstitusiyası və bu Məcəllə əsasında keçirilən Azərbaycan Respublikası
Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikasında bələdiyyə üzvlərinin seçkiləri;
1.1.3. seçici — seçki hüququna
malik şəxs;
1.1.4. seçki (referendum)
komissiyası — bu Məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin
(referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan;
1.1.5. seçki dairəsi — qeydə
alınmış seçicilərin hər hansı seçkili orqana nümayəndə (nümayəndələr) seçməsi
üçün bu Məcəlləyə uyğun olaraq təşkil edilmiş ərazi vahidi;
1.1.6. vətəndaş — aktiv seçki
hüququ olan Azərbaycan Respublikası vətəndaşları, bu Məcəllənin 12.2-ci və
12.3-cü maddələrində göstərilən şəxslər;
1.1.7. namizəd — Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti,
bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq namizədliyi irəli
sürülmüş şəxs;
1.1.8. seçki hüququ — Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının
Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan
Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin
irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki
(referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin
müşahidəsində (seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi də
daxil olmaqla), səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata
keçirilməsində iştirak etmək;
1.1.9. seçici siyahıları —
müvafiq seçki (referendum) dairəsinin seçki (referendum) məntəqəsi ərazisində
yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının
siyahıları;
1.1.10. imza vərəqələri — bu və
ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və ya
referendumqabağı təşviqatda iştirak məqsədi ilə referendum üzrə təşviqat
qrupunda üzvlük haqqında seçicilərin imzaları olan siyahılar;
1.1.11. təşviqat materialları
— seçki (referendum) kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla
yayılması nəzərdə tutulan seçkiqabağı (referendumqabağı) təşviqata həsr edilmiş
çap, audiovizual və digər materiallar;
1.1.12. referendumqabağı təşviqat
— vətəndaşların, referendum üzrə təşviqat qruplarının referendumda iştirak etmək
hüququ olan vətəndaşları referendumda iştirak etməyə, referenduma çıxarılan məsələləri
dəstəkləməyə və ya dəstəkləməməyə çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;
1.1.13. seçkiqabağı təşviqat —
vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya
digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi
daşıyan fəaliyyəti;
1.1.14. namizədlərin irəli
sürülməsi — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikasında bələdiyyə üzvü vəzifəsinə
seçilməsi nəzərdə tutulan şəxslərin müəyyən edilməsinə dair təşəbbüs, həmçinin
bu təşəbbüsün dəstəklənməsinə yönəldilmiş imzaların toplanması və ya bu Məcəllə
ilə nəzərdə tutulmuş qaydada göstərilən təşəbbüsün digər üsullarla həyata
keçirilmə formaları;
1.1.15. qeydə alınmış namizəd
— Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının
Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq qeydə
alınmış şəxs;
1.1.16. referendum üzrə təşviqat
qrupunun yaradılmasının təşəbbüsçüləri — referendum üzrə təşviqat qrupunun
yaradılması üçün təşəbbüs göstərən və həmin qrupun yaradılması üçün müvafiq
seçki komissiyasına təqdim edilməli olan bildirişi imzalayan Azərbaycan
Respublikasının vətəndaşları;
1.1.17. referendum üzrə təşviqat
qrupunun üzvləri — referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri
olan imza vərəqələrində imza edən Azərbaycan Respublikasının vətəndaşları;
1.1.18. müşahidə — məlumatların
yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması;
1.1.19. müşahidəçi — seçkilərin
(referendumun) keçirilməsi zamanı seçkiləri (referendumu) müşahidə etmək üçün
siyasi partiyalar, qeyri-hökumət təşkilatları, referendum üzrə təşviqat
qrupları, namizədlər tərəfindən təyin edilən və bu Məcəllə ilə nəzərdə tutulmuş
qaydada müvafiq seçki (referendum) komissiyasında qeydə alınmış şəxs;
1.1.20. beynəlxalq (xarici)
müşahidəçi — seçkiləri (referendumu) müşahidə etmək hüququnu almış və xarici
dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs;
1.1.21. seçki (referendum) hərəkətlərinin
həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər — müşahidəçilər, beynəlxalq
(xarici) müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, media
subyektlərinin nümayəndələri;[3]
1.1.22. siyasi partiyalar
bloku — seçkilərdə birgə iştirak etmək üçün iki və ya daha çox siyasi
partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik
olan blok;
1.1.23. seçki (referendum)
kampaniyası — seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli
dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin
(referendumun) nəticələrinin dərcinə qədər çəkən müddətdə həyata keçirilən
seçki (referendum) hərəkətləri;[4]
1.1.24. seçki (referendum)
şikayəti — seçkilərlə (referendumla) əlaqədar sənədlərin, qərarların, hərəkətlərin
(hərəkətsizliyin) nəticələrinin ləğv edilməsinə və ya bu nəticələrə yenidən
baxılmasına yönəldilmiş müraciət;
1.1.25. şəxsiyyəti təsdiq edən
sənəd — şəxsiyyət vəsiqəsi və ya vətəndaşın adını, atasının adını, soyadını,
doğum tarixini, yaşayış ünvanını əks etdirən və həmçinin vətəndaşın fotoşəkli
olan rəsmi sənəd (bu cür sənədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən
təsdiq edilir);
1.1.26. tabelik — rəhbər ilə
tabelikdə olan arasında xidməti münasibətlər, o cümlədən birincinin ikinci üzərində
sərəncamçı səlahiyyətlərinin olması nəzərdə tutulur, yəni birinci öz vəzifə səlahiyyətləri
daxilində ikincini işə qəbul etmək, işdən azad etmək, ona icrası məcburi olan əmr,
sərəncam və göstərişlər vermək, onu mükafatlandırmaq və onun barəsində intizam
tədbirləri görmək hüququna malik olmalıdır;
1.1.27. dərc — seçki
komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər
dövlәt orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində
yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla
tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya
elan edilməsi;
1.1.28. uzaq və ya yolu çətin
yerlər — dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən
yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri.
1.1.29. səsvermənin nəticələri - məntəqə seçki
komissiyasında seçkilər (referendum) zamanı səslərin hesablanmasının nəticələri;
dairə seçki komissiyasında referendum və Prezident seçkiləri zamanı səslərin
hesablanmasının nəticələri;
1.1.30. seçkilərin (referendumun) nəticələri - dairə
seçki komissiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının seçkiləri və bələdiyyə seçkiləri zamanı müəyyən edilmiş səsvermənin
nəticələri;
1.1.31. seçkilərin (referendumun) yekunları -
seçkilər zamanı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Prezident, bələdiyyə
üzvü seçilmiş namizədin müəyyən edilməsi, referendumda qəbul edilmiş (edilməmiş)
məsələnin müəyyən edilməsi;
1.1.32. seçkilərin ümumi yekunları - seçilmiş namizədlərin
adlarını və onların lehinə verilən səslərin sayını əks etdirən Milli Məclisə
seçkilərin və bələdiyyə seçkilərinin yekunlarının ümumiləşdirilməsi. [5]
Maddə 2. Seçkilərdə və referendumda iştirakın prinsipləri
2.1. Azərbaycan
Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və
birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.
2.2. Azərbaycan Respublikası vətəndaşlarının
seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya
referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan
Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini
azad ifadə etməsinə mane ola bilməz.
2.3. Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri və konsul idarələri seçkilərin və
referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və
56-cı maddələrində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.
2.4. Seçkilər referendumla
eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli
Məclisinin deputatlarının seçkiləri və Azərbaycan Respublikası Prezidentinin
seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan
Respublikası Prezidentinin seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə
bilməz. [6]
2.5. Seçkilərin və
referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin
yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və
aşkar həyata keçirilir.
2.6. Seçkilərdə (referendumda)
iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:
2.6.1. mətbuat azadlığına hörmət
bəsləmək;
2.6.2. öz peşə fəaliyyəti ilə
məşğul olan media subyektləri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların
(siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək
və onu pozmamaq;
2.6.3. seçkiqabağı təşviqat
materiallarının, referendumqabağı təşviqat materiallarının yayılmasına mane
olmamaq;
2.6.4. seçkiqabağı
(referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat
materiallarını məhv etməmək və korlamamaq;
2.6.5. seçkiqabağı
(referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
2.6.6. seçkilərin
(referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki
(referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;
2.6.7. seçicilərin öz iradəsini
azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
2.6.8. səlahiyyətli şəxslərə və
müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;
2.6.9. səsvermənin gizliliyini
saxlamaq və saxlanılmasına kömək göstərmək;
2.6.10. seçiciləri
qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;
2.6.11. seçki (referendum)
komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və
ya səslərin hesablanması prosesini pozmamaq;
2.6.12. seçkilərin
(referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə
(referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin
orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;
2.6.13. hədə-qorxu və böhtan
xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar
yaymamaq;
2.6.14. seçicilərə mükafat təklif
etməmək, onları cəza ilə hədələməmək;
2.6.15. dövlət resurslarından,
bələdiyyə və digər ictimai resurslardan bu Məcəllə ilə nəzərdə tutulmamış
hallarda istifadə etməmək;
2.6.16. təzyiq göstərmək və ya
bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs
verməyə, səsvermədən çəkinməyə sövq etməmək;
2.6.17. təzyiq göstərmək ilə və
ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri
referendum üzrə təşviqat qruplarında iştirak etməyə və ya iştirak etməməyə, öz
namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri
götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda
iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
2.6.18. heç bir vəzifəli şəxsin
referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə
yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.
2.7. Bu Məcəllənin 2.6.2-ci —
2.6.5-ci, 2.6.7-ci, 2.6.10-cu, 2.6.11-ci, 2.6.13 - 2.6.18-ci maddələrinin tələblərinin
pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar
Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur.
Maddə 3. Ümumi seçki hüququ
İrqindən, etnik mənsubiyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən
və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının
seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.[7]
Maddə 4. Bərabər seçki hüququ
4.1. Vətəndaşlar seçkilərdə və
referendumda bərabər əsaslarla iştirak edirlər.
4.2. Hər bir səsvermə zamanı hər
bir vətəndaşın bir səsi vardır.
4.3. Vətəndaşların hər bir səsi
eyni hüquqi qüvvəyə malikdir.
Maddə 5. Birbaşa seçki hüququ
5.1. Vətəndaşlar seçkilərdə
namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən
səs verirlər.
5.2. Başqa şəxslərin yerinə səs
vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait
yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya
İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.
Maddə 6. Səsvermənin gizliliyi
Seçkilər və referendum zamanı
səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində hər
cür nəzarəti istisna etməlidir.
Maddə 7. Seçkilərin və referendumların keçirilməsinin məcburiliyi
7.1. Azərbaycan
Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə
və bələdiyyələrə Azərbaycan Respublikası Konstitusiyasında və bu Məcəllədə göstərilən
müddətdə seçkilərin keçirilməsi məcburidir.
7.2. Azərbaycan Respublikası
Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 152-ci maddəsində göstərilən
məsələlərə dair referendumların keçirilməsi məcburidir.
Maddə 7-1. Seçkilərin və referendumun keçirilməsini istisna edən hallar [8]
Azərbaycan Respublikasının ərazisinin
25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya
fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən
sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz.
Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti [9]
8.1. Seçkilərin (referendumun) təyin edilməsi
haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.[10]
8.2.
Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə
günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş
günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası
Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna
olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin
edilir. [11]
Maddə 9. Seçki hüququnun həyata keçirildiyi yer
9.1. Aktiv seçki hüququ bu Məcəllənin
35.4—35.6-cı maddələri nəzərə alınmaqla seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın)
rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində ərazisində
vətəndaşların daimi yaşadıqları seçki məntəqəsində həyata keçirilir. [12]
9.2. Müharibə, hərbi münaqişələr,
iğtişaşlar və ya təbii fəlakət nəticəsində öz daimi yaşayış yerlərini tərk edən
vətəndaşlar aktiv seçki hüquqlarını Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi
qaydada həyata keçirirlər.
Maddə 10. Seçkilər və referendum zamanı səsvermə
10.1. Bələdiyyə seçkiləri
istisna olmaqla, seçkilərdə iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları
yalnız bir namizədin lehinə səs verə bilərlər.
10.2. Referendumda iştirak edərkən
Azərbaycan Respublikasının vətəndaşları referenduma çıxarılan hər bir suala bir
cavab verə bilərlər.
Maddə 11. Seçkiqabağı (referendumqabağı) təşviqat hüququ
11.1. Dövlət Azərbaycan
Respublikasının Konstitusiyasına uyğun olaraq, vətəndaşlar, siyasi partiyalar,
referendum üzrə təşviqat qrupları tərəfindən azad seçkiqabağı
(referendumqabağı) təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir.
11.2. Vətəndaşların, siyasi
partiyaların, referendum üzrə təşviqat qruplarının qanunun yol verdiyi
formalarda və üsullarla seçiciləri seçkilərdə (referendumda) iştirak etməyə və
ya etməməyə, namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi
partiyalar blokunun lehinə və ya əleyhinə, referenduma çıxarılan məsələnin
lehinə və ya əleyhinə səs verməyə çağırışlar formasında seçkiqabağı
(referendumqabağı) təşviqat aparmaq hüququ vardır.
11.3. Dövlət qeydə alınmış
namizədin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının bu Məcəllənin 74-86-cı maddələrinə uyğun
olaraq seçkiqabağı (referendumqabağı) təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtlərini
müəyyənləşdirir.[13]
Maddə 11-1. Seçkilərin
(referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi
11-1.1.
Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin,
digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri
qadağandır.
11-1.2.
Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə
mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs
verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir
göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya
saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin
nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin
pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki
qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin (referendumun) nəticələrinə təsir
məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.[14]
İkinci fəsil
Maddə 12. Aktiv seçki hüququnun mənsubiyyəti
12.1. Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində nəzərdə
tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin,
bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil
olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək,
referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək,
seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə
tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin
həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır.
12.2. Bu Məcəllənin 12.1-ci
maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az
olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli
Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə
iştirak edə bilərlər.
12.3. Bu Məcəllənin 12.1-ci
maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən
az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə
iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin
bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).
12.4. Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı
ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə
referendumda iştirak etmək hüququndan — aktiv seçki hüququndan məhrumdurlar.
Maddə 13. Passiv seçki hüququnun mənsubiyyəti
13.1. Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan hallar
istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum
üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş Prezidentliyə, deputatlığa,
bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə,
Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv
seçki hüququ vardır.
13.2. Passiv seçki hüququ ilə
bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 56-cı,
85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.
13.3. Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə
uyğun olaraq, aşağıdakı şəxslərin Milli Məclisin deputatı, Prezident, bələdiyyə
üzvü seçilmək hüququ — passiv seçki hüququ yoxdur:
13.3.1. məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;
13.3.2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan
cinayətlərə görə məhkum olunmuş şəxslər;
13.3.3. ikili vətəndaşlığı
olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);
13.3.4. xarici dövlətlər
qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə
xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla
bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb
olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək,
habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.[15]
Maddə 14. Vəzifələrin uzlaşmaması
14.1. Vəzifələrin uzlaşmaması
halları Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri
ilə və bu Məcəllə ilə müəyyən edilir.
14.2. Azərbaycan Respublikası
Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə uyğun olaraq aşağıdakı şəxslər
tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü
ola bilməzlər:
14.2.1. hərbi qulluqçular (hərbi
qulluqda olduqları müddətdə);
14.2.2. hakimlər (hakim
olduqları müddətdə);
14.2.3. dövlət qulluqçuları
(dövlət qulluğunda olduqları müddətdə);
14.2.4. din xadimləri (peşəkar
dini fəaliyyət ilə məşğul olduqları müddətdə).
Maddə 15. Əcnəbilərin, vətəndaşlığı
olmayan şəxslərin, xarici hüquqi şəxslərin seçkilərdə (referendumda) iştirakına
yol verilməməsi
15.1. Bu Məcəllənin 12.2-ci
maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər.
15.2. Bu Məcəllənin 12.3-cü
maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, əcnəbilər Azərbaycan
Respublikasında aktiv və passiv seçki hüququna malik deyildir.
15.3. Əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri
(bundan sonra — xarici hüquqi şəxslər) seçkilər zamanı namizədlərin irəli
sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki
kampaniyalarında iştirak edə bilməzlər. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin fikir azadlıqlarını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.
15.4. Əcnəbilərin, vətəndaşlığı
olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin
referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat
aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların
yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər
formada iştirak etmək hüququ yoxdur. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
fikir azadlığını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.
15.5. Bu tələblərə riayət etməyən
əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər qanunla müəyyənləşdirilmiş
qaydada məsuliyyətə cəlb edilirlər.
Maddə 16. Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar
16.1. Səsvermə günü təyyarələrdə
və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda
olan vətəndaşlar həmin vaxt səsvermədə iştirak etmirlər.
16.2. Səsvermə günü üzən gəmilərdə
bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası
yaradılmayıbsa, həmin gəmidə olan vətəndaşlar səsvermədə iştirak etmirlər.
16.3. Xəzər dənizinin Azərbaycan
Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında
(bundan sonra — neft platformalarında) səsvermə günü bu Məcəllənin 35.4-cü maddəsinə
uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin platformada olan vətəndaşlar
səsvermədə iştirak etmirlər.
16.4. Səsvermə günü xarici
dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi
mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və
ya konsul idarəsində bu Məcəllənin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi
yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları
səsvermədə iştirak etmirlər.
16.5. Səsvermə günü xarici
dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin
deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.
16.6. Səsvermə günü üzən gəmilərdə,
xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, Xəzər dənizinin Azərbaycan
Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında Milli Məclisin
deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.
II bölmə
Üçüncü fəsil
Maddə 17. Seçki (referendum) orqanlarının fəaliyyət prinsipləri
17.1. Azərbaycan
Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən
təşkil edilir və keçirilir.
17.2. Bu Məcəllə ilə müəyyənləşdirilmiş
səlahiyyətləri daxilində seçki (referendum) orqanları — seçki (referendum)
komissiyaları seçkilərin (referendumun) hazırlanmasını, keçirilməsini, səsvermənin
nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyən edilməsini, vətəndaşların
seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin
hüquqlara riayət olunmasına nəzarət edirlər.
17.3. Bu Məcəllə ilə müəyyənləşdirilmiş
səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçkilərin
(referendumun) hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti
orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından
və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı
deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki (referendum)
komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki
(referendum) komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər.
17.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş
səlahiyyətləri daxilində seçki (referendum) komissiyalarının qəbul etdiyi qərarlar
və aktlar müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları, bələdiyyə
qurumları, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, qeyri-hökumət
təşkilatları, digər ictimai təşkilatlar, referendum üzrə təşviqat qrupları, vəzifəli
şəxslər və seçicilər üçün məcburidir. Yuxarı seçki komissiyalarının qərarları
aşağı seçki komissiyaları üçün məcburidir.
17.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş
səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçicilərə seçkilərin
(referendumun) hazırlanmasının və keçirilməsinin gedişi, onların nəticələri
haqqında məlumat verilməsi, seçkilərin (referendumun) hazırlanmasında və
keçirilməsində istifadə edilən məlumatların əldə edilməsi, toplanması,
tamamlanması, yenidən işlənməsi, ötürülməsi və mühafizə edilməsi, habelə seçki
(referendum) komissiyalarının fəaliyyətinin informasiya təminatı məqsədi ilə
(seçicilər haqqında məlumatların qorunması və yayılmaması şərti ilə) dövlət
avtomatlaşdırılmış informasiya sistemindən istifadə etmək hüququna malikdirlər.
17.6. Seçkilərin
(referendumun) təşkili və keçirilməsi zamanı seçki (referendum) komissiyaları və
onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində aşağıdakı tələblərə
əməl etməlidirlər:
17.6.1. seçkilərin
(referendumun) təşkili və keçirilməsində qanuna əsaslanmalıdırlar, qanunlar
tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır;
17.6.2. qanun çərçivəsində hər
bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna, namizədə, seçiciyə və
seçki (referendum) kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər
münasibət bəsləməlidirlər;
17.6.3. namizədə, siyasi
partiyalara, referendum üzrə təşviqat qruplarına, seçiciyə münasibətdə neytral
və qərəzsiz olmalıdırlar;
17.6.4. hər hansı bir namizədin,
siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən
və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;
17.6.5. seçkilərin
(referendumun) təşkilatçısı kimi, xidməti və şəxsi mənafelər arasında ziddiyyətlərə
yol verməməlidirlər;
17.6.6. seçki (referendum)
kampaniyasında iştirak edənlərdən heç bir hədiyyə və digər bəxşişlər
almamalıdırlar;
17.6.7. qanunsuz, onların vəzifələri
ilə ziddiyyət təşkil edən göstərişləri icra etməməlidirlər;
17.6.8. onların vəzifələri ilə
ziddiyyət təşkil edən heç bir hərəkətdə (aksiyada) iştirak etməməlidirlər;
17.6.9. hər hansı bir namizədə,
siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna qarşı qərəzli mövqeyin
yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla)
iştirak etməməlidirlər;
17.6.10. seçkilərlə
(referendumla) əlaqəsi olan heç bir siyasi mübahisə zamanı mövqe bildirməməlidirlər;
17.6.11. siyasi mahiyyət
daşıyan seçki məsələləri ilə əlaqədar heç bir seçici ilə münasibətdə olmamalıdırlar;
17.6.12. heç bir siyasi
partiyanın rəmzlərini gəzdirməməlidirlər, yaymamalıdırlar, heç bir siyasi
partiyaya hansısa başqa yolla münasibət bildirməməlidirlər;
17.6.13. seçki
komissiyalarının iclasları istisna olmaqla, qəbul olunan qərarları öz mülahizələri
üzrə şərh etməməlidirlər;
17.6.14. hər bir qərarın qəbul
edilməsinə təsir göstərə bilən məlumatın əldə edilməsini mümkün etməlidirlər;
17.6.15. qanun əsasında
seçicilərə, seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək
hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait
yaratmalıdırlar;
17.6.16. məlumatların
yığılmasına, araşdırılmasına, birmənalı və aydın anlaşılmaqla müntəzəm dərc
edilməsinə şərait yaratmalıdırlar;
17.6.17. seçicilərin seçkilərdə
(referendumda) iştirakı üçün imkan dairəsində bütün tədbirləri görməlidirlər;
17.6.18. seçicilər tərəfindən
seçki (referendum) kampaniyasının düzgün başa düşülməsi üçün tədbirlər görməlidirlər;
17.6.19. səs vermək üçün
xüsusi şəraitin yaradılması tələb olunan əlilliyi və ya digər fiziki pozuntusu olan, uzaq və ya yolu çətin
keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə (referendumda) iştirakı üçün
bütün imkanları yaratmalıdırlar.[16]
Maddə 18. Seçki (referendum) komissiyaları sistemi
18.1. Azərbaycan
Respublikasında seçki (referendum) komissiyaları sisteminə aşağıdakı
komissiyalar daxildir:
18.1.1. Azərbaycan
Respublikasının Mərkəzi Seçki (referendum) Komissiyası (bundan sonra — Mərkəzi
Seçki Komissiyası);
18.1.2. dairə seçki
(referendum) komissiyaları (bundan sonra — dairə seçki komissiyaları);
18.1.3. məntəqə seçki (referendum)
komissiyaları (bundan sonra — məntəqə seçki komissiyaları).
18.2. Seçki komissiyalarının
işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.
18.3. Seçki komissiyaları Azərbaycan
Respublikası Konstitusiyasının 3,83,101 və 142-ci maddələrinə uyğun olaraq
daimi fəaliyyət göstərən dövlət orqanlarıdır (bu Məcəllənin 35.4-35.6-cı maddələrində
göstərilən məntəqə seçki komissiyaları istisna olmaqla).
Maddə 19. Seçki komissiyalarının fəaliyyətinin
təşkilinin ümumi qaydaları
19.1. Seçki komissiyaları
kollegial formada fəaliyyət göstərirlər.
19.2. Müvafiq seçki
komissiyası onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci
5 gün ərzində birinci iclasına toplaşır.
19.3. Seçki komissiyasının sədri,
(Mərkəzi Seçki Komissiyasında həmçinin sədr müavini), iki katibi seçki
komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki
komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda
iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə
deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli
Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil
deputatları təmsil edirlər.
19.4. Seçki komissiyaları öz səlahiyyətləri
daxilində qərarlar qəbul edirlər.
19.5. Seçki komissiyasının
iclası sədr tərəfindən, habelə komissiyanın həlledici səs hüquqlu üzvlərinin
azı 1/3 hissəsinin tələbi ilə çağırılır.
19.6. Seçki komissiyasının həlledici
səs hüquqlu üzvü, xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki
komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.
19.7. Seçki komissiyasının həlledici
səs hüquqlu üzvünün bu Məcəllənin 19.6-cı maddəsində göstərilən hallarda əvəz
edilməsi məqsədi ilə seçki komissiyalarına əsas üzvlərlə yanaşı eyni şərtlər əsasında
irəli sürülmüş əvəzedici üzvlər təyin edilirlər (seçilirlər).
19.8. Seçki komissiyasının
iclası haqqında və həmin iclasda baxılan məsələlər haqqında seçki komissiyasının üzvləri
komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin
iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Seçki
komissiyasının iclasının vaxtı haqqında məlumat və
həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri
və digər sənədlər
seçki komissiyasının üzvlərinə yazılı formada və ya elektron kommunikasiya
vasitələri ilə şəxsən çatdırılır. İclasın vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar
layihələri və digər sənədlər səsvermə gününə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə
günü isə dərhal və şəxsən çatdırılır. [17]
19.9. Seçki komissiyası
iclasının səlahiyyətli olması üçün onun həlledici səs hüquqlu üzvlərinin azı
2/3 hissəsi təyin edilməlidir.
19.10. Seçki komissiyasının
iclası komissiyanın həlledici səs hüquqlu üzvlərinin 2/3 hissəsi iştirak etdikdə
səlahiyyətli hesab edilir.
19.11. Seçki komissiyası
üzvünün, habelə iclasda yuxarı seçki komissiyasının rəsmi iştirak edən üzvünün
tələbi ilə komissiyanın səlahiyyətinə aid olan və təsdiq edilmiş gündəliyə
uyğun gələn hər hansı məsələyə dair səsvermə keçirilməlidir.
19.12. Seçki komissiyası üzvlərinin
azı 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ seçki
komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında seçki komissiyası
iclasının gündəliyinə daxil edilməlidir.
19.13. Seçki komissiyasının
bütün iclasları haqqında protokol tərtib edilir, komissiyaya daxil olan bütün sənədlər
qeydə alınır.
19.14. Seçki komissiyasının qərarları
və iclasının protokolları komissiyanın sədri və katibləri tərəfindən imzalanır.
Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlərə səs
verən komissiya üzvləri imzalayır. Seçki komissiyalarının iclasının
protokolları təsdiq olunmaq üçün iclasa ən azı 24 saat qalmış (seçki günü isə
gecikdirilmədən) komissiya üzvlərinə paylanır və komissiyanın növbəti
iclaslarının birində qərarla təsdiq edilir (bu məsələ seçki komissiyasının
iclasının gündəliyinə birinci məsələ kimi salınır).
19.15. Seçki komissiyasının qəbul
edilmiş qərarı ilə razılaşmayan üzvlər yazılı formada xüsusi rəy bildirə bilərlər
və həmin rəy komissiyanın iclasının protokoluna əlavə edilir. Xüsusi rəy ən
geci 3 gün müddətində komissiyanın sədri tərəfindən yuxarı seçki komissiyasına
çatdırılmalı, səsvermə günü və səsvermənin ertəsi günü isə onun haqqında təxirə
salınmadan məlumat verilməlidir.
19.16. Seçki komissiyası
seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar işlərin
yerinə yetirilməsi üçün büdcədən ayrılan vəsait həddində əmək müqaviləsi və
mülki müqavilə əsasında ştatdankənar işçilər götürə bilər.
19.17. Seçki komissiyasının sədri
(Mərkəzi Seçki Komissiyası sədrinin müavini də daxil olmaqla) komissiyanın
katibləri və üzvləri arasında vəzifə bölgüsü aparır. Bununla əlaqədar seçki
komissiyası sədrinin qəbul etdiyi qərar seçki komissiyası tərəfindən ləğv edilə
bilər. Seçki komissiyasının sədri vəzifəsinə görə seçki komissiyası
katibliyinin rəhbəri hesab olunur. [18]
Maddə 20. Seçki
komissiyalarına mediada yer ayrılması[19]
20.1. Bu Məcəllənin 77.2-ci
maddəsində göstərilən televiziya və radio yayımçıları təşkilatları seçkilərin
hazırlanması və keçirilməsi dövründə hər həftə seçki (referendum)
qanunvericiliyini izah etmək, vacib seçki hərəkətlərinin həyata keçirilməsi
qaydası və müddətləri, habelə seçki (referendum) kampaniyasının gedişi haqqında
məlumat yaymaq, seçicilərin suallarına cavab vermək üçün Mərkəzi Seçki
Komissiyasına əvəzsiz olaraq 15 dəqiqədən, bu Məcəllənin 77.3-cü maddəsində
göstərilən televiziya və radio yayımçıları təşkilatları isə dairə seçki
komissiyalarına 10 dəqiqədən az olmayaraq əvəzsiz efir vaxtı verirlər.[20]
20.2. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən, həftədə azı bir dəfə nəşr edilən dövri mətbu nəşrlərin
redaksiyaları seçkilərin (referendumun) hazırlanması və keçirilməsi dövründə Mərkəzi
Seçki Komissiyasına əvəzsiz olaraq həftəlik nəşr həcminin bir səhifəsindən az
olmayan yer ayırırlar.
20.3. Seçki komissiyaları
dövri nəşrlərdə ayrılan yerdən seçki (referendum) qanunvericiliyini izah etmək,
seçki hərəkətlərinin qaydası və müddəti, namizədlər, qeydə alınmış namizədlər,
siyasi partiyalar (siyasi partiyaların blokları), referendum üzrə təşviqat
qrupları haqqında, seçki (referendum) kampaniyasının gedişi haqqında seçicilərin
suallarına cavab vermək üçün istifadə edirlər.
Maddə 21. Seçki komissiyalarında nümayəndəlik
21.1. Qeydə alınmış namizəd və
ya namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyalar blokları
seçkilər zamanı, referendum üzrə təşviqat qrupları isə referendum zamanı
müvafiq seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv qismində
aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşını təyin edə
bilərlər.
21.2. Siyasi partiya, siyasi
partiyaların bloku tərəfindən irəli sürülmüş namizədi təmsil edən məşvərətçi səs
hüquqlu seçki komissiyası üzvü həmin siyasi partiya, siyasi partiyaların bloku
tərəfindən təyin edilir.
21.3. Qeydə alınmış namizədlər,
namizəd irəli sürmüş siyasi partiyalar və siyasi partiyalar blokları,
referendum üzrə təşviqat qrupları tərəfindən irəli sürülmüş məşvərətçi səs
hüquqlu üzvləri müvafiq seçki komissiyası 3 gün müddətində təsdiq edir.
21.4. Siyasi partiyalar və ya
referendum üzrə təşviqat qrupları birləşərsə, bir məşvərətçi səs hüquqlu üzv
qalmaqla, digər məşvərətçi səs hüquqlu üzvlər seçki komissiyalarının tərkibindən
geri çağırılır. Bu tələb siyasi partiya və ya referendum üzrə təşviqat qrupu tərəfindən
yerinə yetirilmədikdə, müvafiq seçki komissiyası geri çağırılmalı olan məşvərətçi
səs hüquqlu üzvü öz mülahizələri əsasında tərkibindən xaric edir.
Maddə 22. Seçki komissiyası üzvünün statusu
22.1. Referendum üzrə təşviqat
qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış namizədlərin,
eləcə də namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar
bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil
edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu
üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər,
yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları
(uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr,
babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki
komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər
seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər
seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.
Belə olduqda və bu hal seçki komissiyasının üzvünü təyin edən orqan tərəfindən
təsdiq edildikdə, seçki komissiyasının üzvünü bu Məcəllənin 19.7-ci maddəsində
göstərilən əvəzedici üzv əvəz edir. (Bu
maddədə nəzərdə tutulmuş qohumluqla əlaqədar (yaxın qohumlar istisna olmaqla)
qadağalar bu Məcəllənin 36.7-ci maddəsində göstərilən qaydada seçicilərin sayı
100-dən az olan və 50-dən çox olan yaşayış məntəqələrində təşkil edilmiş məntəqə
seçki komissiyalarının üzvlərinə şamil edilmir). Seçkilərin nəticələri
rəsmi elan olunduqdan sonra qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti
xitam verilmiş komissiya üzvlərinin səlahiyyəti bərpa olunur. Onların əvəzinə təyin
edilmiş komissiya üzvünün səlahiyyət müddəti yerlərinə təyin edildikləri şəxslərin
fəaliyyət göstərə bilmədikləri dövrlə məhdudlaşdırılır.[21]
22.2. Bir seçki komissiyasının
üzvü eyni zamanda digər seçki komissiyasının üzvü ola bilməz. Seçki
komissiyasının həlledici səs hüquqlu üzvü bu Məcəllənin 36.3-cü maddəsində göstərilən
hallar istisna olmaqla, dövlət və bələdiyyə qulluğunda ola bilməz.
22.3. Aşağıdakı hallarda seçki
komissiyasının həlledici səs hüquqlu üzvü bir ay müddətində, seçkilərin
hazırlanması və keçirilməsi dövründə isə 3 gün müddətində müvafiq seçki
komissiyasının qərarı ilə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl
azad edilir:
22.3.1. vəzifəsindən azad
edilməsi haqqında yazılı ərizə verdikdə və bu ərizə seçki komissiyasının sədri
tərəfindən təsdiqləndikdə;
22.3.2. bu Məcəllənin 22.1-ci
və 22.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda;
22.3.3. siyasi partiyanın üzvü
olduqda.
22.4. Seçki komissiyasının həlledici
səs hüquqlu üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda dərhal xitam verilir:
22.4.1. Prezidentliyə, Milli Məclisin
deputatlığına və ya bələdiyyə üzvlüyünə namizəd olduqda;
22.4.2. dövlət hakimiyyəti orqanlarının
və ya bələdiyyə qurumlarının seçkili və ya vəzifəli şəxsləri olduqda (bu Məcəllənin
36.3-cü maddəsində göstərilən seçki komissiyalarının üzvləri istisna olmaqla);
22.4.3. Azərbaycan
Respublikası vətəndaşlığına xitam
verildikdə və ya digər ölkənin vətəndaşı olduqda;[22]
22.4.4. haqqında məhkəmənin
ittiham hökmü qanuni qüvvəyə mindikdə;
22.4.5. məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli,
xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə;
22.4.6. öz vəzifələrini müntəzəm
icra etməməsi haqqında və ya bu Məcəllənin 17.6-cı maddəsinin tələblərini
pozmaqla icra etməsi haqqında müvafiq seçki komissiyasının qərarı məhkəmə qərarı
ilə təsdiq olunduqda;
22.4.7. seçki
qanunvericiliyinin tələblərinin pozulması müvafiq məhkəmə qərarı ilə təsdiq
olunduqda.
22.5. Bu Məcəllənin 22.3 və
22.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, seçki komissiyasının
üzvü onu təyin edən orqan tərəfindən vəzifəsindən azad edilə bilməz və onun səlahiyyətlərinə
xitam verilə bilməz.
22.6. Bu Məcəllənin 22.3 və
22.4-cü maddələrində göstərilən hallarda seçki komissiyasının tərkibindən
çıxmış həlledici səs hüquqlu üzvün yerinə, onu əvvəl təyin etmiş orqan tərəfindən
bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada, onun çıxdığı gündən ən geci 30 gün
müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 10 gün müddətində
yeni üzv təyin edilir.
22.7. Statusundan asılı
olmayaraq seçki komissiyalarının üzvləri bu Məcəllənin tələblərini pozduqlarına
görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə və ya İnzibati Xətalar Məcəlləsi
ilə vəzifəli şəxslər üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.
22.8. Seçki komissiyasının bu
Məcəllənin 36.3-cü maddəsində göstərilən bələdiyyə vəzifələrində, dövlət büdcəsindən
maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən həlledici səs
hüquqlu üzvləri, seçki komissiyasında fəaliyyəti dövründə özlərinin razılığı
olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən
azad oluna bilməzlər.
22.9. Seçki komissiyasının məşvərətçi
səs hüquqlu üzvü seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini
vermək, seçki bülletenlərini saymaq, seçki bülletenlərini və səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqələrini ləğv etmək, səsvermənin yekunları və nəticələri
haqqında protokolları tərtib etmək, seçki komissiyasının səlahiyyətinə aid məsələlər
üzrə qərarlar qəbul edilərkən səs vermək, müvafiq seçki komissiyasının qərarını
imzalamaq hüquqları istisna olmaqla, seçki komissiyasının həlledici səs hüquqlu
üzvü ilə eyni hüquqlara malikdir.
22.10. Seçki komissiyasının həlledici
və məşvərətçi səs hüquqlu üzvləri:
22.10.1. müvafiq seçki
komissiyasının iclasları, həmin iclasda baxılan məsələlər,
onlara aid qərar layihələri və digər sənədlər barədə vaxtında məlumatlandırılırlar; [23]
22.10.2. müvafiq seçki
komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə təkliflər verə, seçki
komissiyasının iclasında çıxış edə və bu məsələlər üzrə səsvermə keçirilməsini
təklif edə bilərlər;
22.10.3. seçki komissiyası
iclasının digər iştirakçılarına gündəlikdəki məsələlərə aid suallar verə və
mahiyyəti üzrə cavablar ala bilərlər;
22.10.4. hər bir seçki sənədi
(o cümlədən seçici siyahıları, seçki bülletenləri) ilə, aşağı seçki
komissiyasının seçki sənədləri ilə tanış ola, sənədlərin (seçici siyahıları,
imza vərəqələri, seçki bülletenləri və seçici vəsiqələri istisna olmaqla) surətlərini
ala bilər, qanunla dövlət, kommersiya sirri və ya başqa sirr sayılmayan məlumatları
əks etdirən sənədlərlə tanış ola bilərlər;
22.10.5. seçki komissiyasının
qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) bu Məcəllə ilə müəyyən
edilmiş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.
22.11. Seçki komissiyasının məşvərətçi
səs hüquqlu üzvlərinin səlahiyyətləri seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edilməsindən 30 gün sonra başa
çatır, lakin yuxarı seçki komissiyasına aşağı seçki komissiyasının qərarından,
hərəkətindən (hərəkətsizliyindən) şikayət daxil olmuşdursa, səsvermə və ya səslərin
hesablanması qaydası pozulmuşdursa və bu faktlar üzrə məhkəmə araşdırması
aparılırsa, həmin səlahiyyətlərə yalnız şikayətin mahiyyəti üzrə yuxarı seçki
komissiyası, yaxud məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra xitam
verilir. [24]
22.12. Referendumun keçirilməsi
ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu
üzvlər həmin komissiyaların yalnız referendumun keçirilməsi ilə əlaqədar fəaliyyətində,
Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin
edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız Prezident
seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində, Milli Məclis
deputatlarının seçkilərinin keçirilməsi ilə əlaqədar müvafiq seçki
komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların
yalnız Milli Məclis deputatlarının seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində,
bələdiyyələrə seçkilərin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına
təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız bələdiyyələrə
seçkilərin keçirilməsi ilə əlaqədar fəaliyyətində iştirak edə bilərlər.
22.13. Seçki komissiyasının məşvərətçi
səs hüquqlu üzvünün səlahiyyətlərinə onu təyin etmiş şəxsin və ya namizəd irəli
sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı ilə istənilən vaxt
xitam verilə yaxud bu səlahiyyətlər digər şəxsə verilə bilər.
Maddə 23. Seçki komissiyalarının səlahiyyət
müddəti
23.1. Seçki komissiyalarının səlahiyyət
müddəti 5 ildir.
23.2. Aşağı seçki komissiyası
tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları
pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası (və ya məhkəmə)
müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki
Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər. Aşağı seçki
komissiyasının buraxılmasına dair Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edilə
bilər. Bu şikayət dərhal baxılmaq üçün qəbul edilir və müvafiq qərar 3 gündən
gec olmayaraq çıxarılır. apellyasiya instansiyası məhkəməsinin
bu barədə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci bir həftə müddətində
müvafiq aşağı seçki komissiyası bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada təşkil
olunmalıdır.[25]
23.3. Bu Məcəllə ilə nəzərdə
tutulan hallarda seçki komissiyası buraxılıb yenidən təşkil edilərsə, yenidən təşkil
edilmiş seçki komissiyasının səlahiyyət müddəti buraxılmış seçki komissiyasının
səlahiyyət müddəti ilə məhdudlaşır.
Dördüncü fəsil
Maddə 24. Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası
24.1. Mərkəzi Seçki
Komissiyası 18 üzvdən ibarətdir.
24.2. Mərkəzi Seçki
Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir.
24.3. Mərkəzi Seçki
Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların
namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya
mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları,
6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini
təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki
Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət
qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd
maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən
siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə
azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.
24.4. Mərkəzi Seçki Komissiyasının
üzvləri ali təhsilli olmalıdırlar.
Maddə 25. Mərkəzi Seçki Komissiyasının vəzifələri
25.1. Mərkəzi Seçki
Komissiyası Prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin
referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin
edir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin
keçirilməsi mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası
Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə
uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. [26]
25.2. Mərkəzi Seçki
Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:
25.2.1. seçkilərin
(referendumun) hazırlanmasında və keçirilməsində vətəndaşların seçki
hüquqlarına riayət olunmasına nəzarət edir, seçkilərin (referendumun) maliyyələşdirilməsi
ilə əlaqədar tədbirlər həyata keçirir, bu Məcəllənin müvafiq müddəalarının eyni
cür və dürüst tətbiqini təmin edir;
25.2.2. bu Məcəllənin
qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində
baxıb əsaslandırılmış qərar qəbul edir;
25.2.3. özünün təşkiledilmə
prinsipinə uyğun olaraq dairə seçki komissiyalarını yaradır;
25.2.4. dairə və məntəqə seçki
komissiyalarının fəaliyyətinə rəhbərlik edir;
25.2.5. seçki komissiyalarının
işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini işləyib hazırlayır, həmin
normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir;
25.2.6. seçki (referendum)
bülletenlərinin (bundan sonra — seçki bülleteni), seçki bülleteninin
qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin
və digər seçki (referendum) sənədlərinin (bundan sonra — seçki sənədlərinin)
dairə seçki komissiyalarına çatdırılmasını təmin edir; [27]
25.2.7. seçkilərin
(referendumların) hazırlanması və keçirilməsi, seçki (referendum) sisteminin
inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin
təlimatlandırılması ilə əlaqədar treyninqlər keçirir və axırıncıların peşə
hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsini təmin edir;
25.2.8. seçki dairəsinin ərazisində
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat
qruplarının referendumqabağı fəaliyyəti üçün şərait yaradır; qeydə alınmış
namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları, referendum üzrə
təşviqat qrupları arasında efir vaxtının bölüşdürülməsinin vahid qaydalarını təsdiq
edir, səsvermənin və referendumun nəticələrinin dərc olunma qaydalarını müəyyən
edir;
25.2.9. dövlət büdcəsindən
seçkilərin (referendumların) hazırlanmasına və keçirilməsinə ayrılan vəsaiti
bölüşdürür, onun məqsədli istifadəsinə nəzarət edir;
25.2.10. seçki komissiyalarına
hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir;
25.2.11. seçki bülletenlərinin,
seçki bülletenlərinin qoyulması üçün zərflərin, seçici siyahılarının, səsvermə
üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə protokollarının və digər seçki
sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin
edir; [28]
25.2.12. seçki sənədlərinin
saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir;
25.2.13. seçki komissiyaları
üçün texnoloji təchizat normativlərini təsdiq edir və bunlara əməl olunmasına nəzarət
edir; seçki komissiyaları möhürlərinin nümunələrini təsdiq edir;
25.2.14. seçkiqabağı təşviqatın
maliyyələşdirilməsinə nəzarət edir;
25.2.15. seçiciləri seçici hərəkətlərinin
həyata keçirilməsi müddətləri, qaydası və seçkilərin (referendumun) gedişi
haqqında məlumatla təmin edir;
25.2.16. seçki
komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin olunmasına
nəzarət edir və seçkilərin (referendumun) maddi-texniki təminatı ilə bağlı digər
məsələləri həll edir;
25.2.17. müvafiq icra hakimiyyəti
və bələdiyyə orqanları ilə birlikdə seçicilərin vahid siyahısını tərtib edir;
25.2.18. müvafiq icra hakimiyyəti
orqanlarından və bələdiyyə orqanlarından seçkilərin hazırlanması və keçirilməsi
ilə bağlı məsələlərə aid məlumatlar alır;
25.2.19. dövlət
avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin
edir;
25.2.20. müşahidəçiləri qeydə
alır və onlara müəyyən edilmiş formada lövhəciklər verir;
25.2.21. bu Məcəllənin 28.1-ci
və 28.5-ci maddələrinə uyğun olaraq öz iş qaydasını müəyyən edir;
25.2.22. seçki
komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən
seçki komissiyalarının sədri və katibləri haqqında təqdimatla müvafiq
komissiyaya müraciət edir;
25.2.23
exit-poll keçirən təşkilatların akkreditasiyasını həyata keçirir, həmin təşkilatların
akkreditasiyadan keçmə qaydalarını müəyyən edir;[29]
25.2.24. bu Məcəlləyə uyğun
olaraq digər səlahiyyətləri həyata keçirir.
25.3. Mərkəzi Seçki
Komissiyası öz səlahiyyətləri daxilində bu Məcəllənin həyata keçirilməsinə dair
təlimatlar və metodiki göstərişlər qəbul edir və onları dərc etdirir.
25.4. Mərkəzi Seçki
Komissiyası bu Məcəllənin həyata keçirilməsi ilə bağlı qəbul edilən təlimatların
və metodiki göstərişlərin aşağı seçki komissiyalarına çatdırılmasını təmin etməlidir.
Aşağı komissiyalar həmin təlimatları və metodiki göstərişləri Mərkəzi Seçki
Komissiyasının müəyyən etdiyi qaydada onların asan oxunmasını təmin edən məlumat
lövhələrində yerləşdirməlidir.
Maddə 26. Mərkəzi Seçki Komissiyasının fəaliyyət istiqamətləri
Referendumun, Milli Məclisə
seçkilərin, Prezident seçkilərinin və bələdiyyə seçkilərinin keçirilməsi zamanı
Mərkəzi Seçki Komissiyası bu Məcəllənin 25-ci maddəsinə uyğun olaraq aşağıdakı
istiqamətlərdə fəaliyyət göstərir:
26.1. Mərkəzi Seçki
Komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri
həyata keçirir:
26.1.1. referendumun bu Məcəlləyə
uyğun keçirilməsinə nəzarət edir;
26.1.2. bu Məcəllə ilə nəzərdə
tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır;
26.1.3. qeydiyyatdan keçmiş
referendum üzrə təşviqat qruplarının ümumi siyahılarını dərc edir;
26.1.4. referendumqabağı təşviqat
üçün referendum üzrə təşviqat qrupları arasında efir vaxtı bölgüsünün eyni
qaydada həyata keçirilməsini təmin edir;
26.1.5. referendum üzrə təşviqat
qruplarının referendum fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına
nəzarəti təmin edir;
26.1.6. referendumun
yekunlarını müəyyənləşdirir və mətbuatda dərc edir;
26.1.7. bu Məcəlləyə uyğun olaraq
digər səlahiyyətləri həyata keçirir.
26.2. Mərkəzi Seçki
Komissiyası Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi zamanı
aşağıdakı vəzifələri həyata keçirir:
26.2.1. Milli Məclisə seçkilərin
bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;
26.2.2. bu Məcəllə ilə müəyyən
edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər,
siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən riayət olunmasını
təmin edir;
26.2.3. seçkiqabağı təşviqat
üçün siyasi partiyalar və siyasi partiyaların blokları, qeydə alınmış namizədlər
arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;
26.2.4. deputatlığa namizədlərin
(siyasi partiyaların) seçki fondlarına daxil olmuş vəsaitdən istifadə
olunmasına nəzarəti təmin edir;
26.2.5. dairələr üzrə qeydə
alınmış namizədlərin siyahısını dərc edir;
26.2.6. seçki dairələri üzrə
qeydə alınmış namizədlər arasından seçilmiş deputatları müəyyən edir, onlara
müvafiq vəsiqə verir;
26.2.7. Azərbaycan
Respublikası üzrə Milli Məclisə seçkilərin nəticələrini, məntəqə seçki
komissiyalarının protokollarındakı məlumatlar da daxil olmaqla, rəsmi dərc
edir;
26.2.8. seçilmiş deputatların
siyahısını tərtib edir, bu siyahıları və lazımi sənədləri Milli Məclisə təqdim
edir;
26.2.9. təkrar seçkilər və
sıradan çıxmış deputatların yerinə seçkilər keçirilməsini təşkil edir;
26.2.10. bu Məcəllədə nəzərdə
tutulmuş digər səlahiyyətləri həyata keçirir.
26.3. Mərkəzi Seçki
Komissiyası Prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı
vəzifələri həyata keçirir:
26.3.1. Prezident seçkilərinin
bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;
26.3.2. prezidentliyə namizədləri,
onların vəkil edilmiş şəxslərini, səlahiyyətli nümayəndələrini qeydə alır;
26.3.3. prezidentliyə namizədlərə
və onların vəkil edilmiş şəxslərinə müəyyən olunmuş nümunədə müvafiq vəsiqə
verir;
26.3.4. qeydə alınmış namizədlərin
ümumi siyahısını dərc edir;
26.3.5. prezidentliyə namizədlərin
hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şəraiti təmin edir;
26.3.6. bütün namizədlər, qeydə
alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən
bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə riayət
olunmasını təmin edir;
26.3.7. qeydə alınmış namizədlər
arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;
26.3.8. prezidentliyə namizədlərin
seçki fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına nəzarəti təmin
edir;
26.3.9. prezident seçkilərinin
nəticələrini müəyyən edir;
26.3.10. prezident seçilmiş
namizədə vəsiqə verir;
26.3.11. prezident seçkilərinin
nəticələrini rəsmi dərc edir;
26.3.12. prezident seçkiləri
üzrə təkrar səsvermə keçirilməsini təşkil edir;
26.3.13. təkrar prezident
seçkiləri keçirilməsini təşkil edir;
26.3.14. bu Məcəllə ilə nəzərdə
tutulmuş digər vəzifələri həyata keçirir.
26.4. Mərkəzi Seçki
Komissiyası bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı
vəzifələri həyata keçirir:
26.4.1. bələdiyyə seçkilərinin
bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;
26.4.2. dairələr üzrə qeydə
alınmış namizədlərin siyahısını dərc edir;
26.4.3. dairə seçki
komissiyasının təqdimatı əsasında təkrar və əlavə seçkilərin keçirilməsi
haqqında qərar qəbul edir;
26.4.4. seçkilərin nəticələrini
rəsmi dərc edir;
26.4.5. bu Məcəllə ilə nəzərdə
tutulmuş digər vəzifələri həyata keçirir.
Maddə 27. Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları
27.1. Mərkəzi Seçki
Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri
dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün
və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[30]
27.2. Mərkəzi Seçki
Komissiyasının üzvü Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan
cinayət məsuliyyətinə cəlb edilə bilməz, saxlanıla bilməz, tutula bilməz və ya
məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala
bilməz. Mərkəzi Seçki Komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula
bilər. Belə olduqda, Mərkəzi Seçki Komissiyasının üzvünü tutan orqan bu barədə
dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
27.3. Mərkəzi Seçki
Komissiyası üzvünün seçkilər (referendum) dövründə ölkə ərazisində gediş-gəliş
üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və
sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri
təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait hesabına ödənilir.
Maddə 28. Mərkəzi Seçki Komissiyasının
işinin təşkili
28.1. Mərkəzi Seçki
Komissiyası öz iclaslarının keçirilməsi qaydasını müəyyən etmək məqsədi ilə
reqlament qəbul edir.
28.2. Mərkəzi Seçki
Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının
iclasında komissiya üzvlərinin 12-si iştirak edərsə — azı 8 üzvün; 13-ü iştirak
edərsə — azı 9 üzvün; 14-ü və ya 15-i iştirak edərsə — azı 10 üzvün; 16-sı
iştirak edərsə — azı 11 üzvün; 17-si və ya 18-i iştirak edərsə — azı 12 üzvün səs
çoxluğu ilə qəbul edilir.
28.3. Bu Məcəllənin tətbiqi
qaydaları ilə əlaqədar qəbul edilən təlimatlar və ya metodiki göstərişlər Mərkəzi
Seçki Komissiyasının qərarı ilə təsdiq edilməzdən əvvəl hüquqi ekspertizadan
keçirilməlidir. Hüquqi ekspertizanın rəyi səsverməyə azı 3 gün qalmış layihə ilə
birlikdə Mərkəzi Seçki Komissiyasının üzvlərinə təqdim edilir.
28.4. Mərkəzi Seçki
Komissiyasının qərarları ən geci 24 saat ərzində rəsmi dərc edilməlidir və
onlar dərc edildiyi gündən qüvvəyə minir.
28.5. Mərkəzi Seçki
Komissiyası öz katibliyini yaradır. Katibliyin fəaliyyəti Mərkəzi Seçki
Komissiyası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Mərkəzi Seçki
Komissiyası katibliyin strukturunu və ştat vahidlərini dövlət büdcəsindən ona
ayrılmış vəsait hüdudlarında müəyyən edir. Mərkəzi Seçki Komissiyasının Əsasnaməsi,
onun katibliyinin strukturu və ştat cədvəli təsdiq edildikdən sonra dərc edilməlidir.
28.6. Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanı və
internet saytı
vardır. [31]
28.7. Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının öz blankları, emblemi, döş nişanları və möhürü
vardır.
Beşinci
fəsil
Maddə 29. Seçki (referendum) dairələri
29.1. Seçkilərin
(referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və
qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə
qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında
həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki
(referendum) dairəsi (bundan sonra — seçki dairəsi) yaradır. Seçki dairələri,
bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır.
Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının
125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis deputatlarının seçkiləri
zamanı seçki dairələri — birmandatlı seçki dairələri, referendum, Prezident
seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə — seçki əraziləri hesab
edilirlər.
29.2. Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər seçki dairələri üzrə
siyahıya alınırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi
yaşayan yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan
Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və ya konsul idarələrində
qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Mərkəzi Seçki Komissiyasına
müvafiq icra hakimiyyəti orqanı təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar
əsasında referendum və Prezident seçkiləri zamanı göstərilən seçicilərin siyahıya
alınması üçün müvafiq seçki dairələrinin siyahısını təsdiq edir. Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan seçicilərin siyahıya alındığı
seçki dairələrinin seçicilərinin sayı seçicilərin orta təmsilçilik normasından
az olmalıdır.
29.3. Seçki dairələri
aşağıdakı tələblərə riayət edilməklə yaradılır:
29.3.1. Azərbaycan
Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində, bir qayda olaraq,
orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10
faizdən çox (az) olmamaq şərti ilə onların ərazisində qeydə alınmış seçicilərin
sayı seçki dairələrində təqribən bərabər olmalıdır;
29.3.2. aralarında sərhəd
olmayan inzibati ərazi vahidləri üzrə seçki dairəsinin yaradılmasına yol
verilmir;
29.3.3. seçicilərin bu və ya digər
qrupunun çoxluq təşkil etməsi naminə məqsədli şəkildə seçki dairələrinin sərhədlərinin
müəyyən edilməsinə (dəyişdirilməsinə) yol verilmir.
29.4. Bu Məcəllənin 29.2-ci və
29.3-cü maddələrində göstərilən seçki dairələrinin yaradılması barədə tələblər
yerinə yetirilərkən bələdiyyə qurumlarının sərhədlərinin kəsişməməsi zərurəti nəzərə
alınmalıdır. Bələdiyyə seçkiləri zamanı bələdiyyə ərazisində yaşayan seçicilərin
sayı ilə əlaqədar bu məcəllənin 29.1-ci maddəsinə riayət etmək mümkün
olmadıqda, Mərkəzi Seçki Komissiyası başqa seçki dairələrinin sərhədlərini dəqiqləşdirmək
yolu ilə bu halı aradan qaldırmalıdır. Müvafiq bələdiyyənin ərazisində birdən
çox seçki dairəsinin yaradılması və ya müvafiq seçki dairəsinin tərkibinə birdən
çox bələdiyyənin daxil edilməsi nəticəsində bələdiyyənin (bələdiyyələrin) ərazisində
yaşayan seçicilərin sayının orta təmsilçilik normasına bölünməsi ilə alınan
qalıq bu məcəllənin 29.3.1-ci maddəsində göstərilən faizlərdən çox olduqda, Mərkəzi
Seçki Komissiyası seçki dairəsini yaradarkən, bu məcəllənin 29.1-ci maddəsinə
riayət etməyə bilər. Bu halda Mərkəzi Seçki Komissiyası seçki dairəsinin
yaradılması haqqında qərarda bu məcəllənin 29.1-ci maddəsinə riayət etməyin
mümkün olmadığının səbəblərini göstərməklə, öz qərarını əsaslandırmalıdır. [32]
29.5. Mərkəzi Seçki
Komissiyası, seçicilər barəsində məlumatlar əsasında, hər beş ildən bir, vahid
seçicilər siyahısı tərtib edildikdən sonra 30 gün müddətində seçki dairələrinin
yaradılması sxemini və onun qrafik təsvirini təsdiq etməlidir. Həmin dövr ərzində
bu Məcəllənin 29.3-cü və 46-cı maddələrinin tələbləri nəzərə alınmaqla seçki
dairələrinin sxemi və onun qrafik təsviri yenidən təsdiq edilə bilər.
29.6. Seçki dairələrinin
yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına
dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən
ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya
hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini
rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Seçki
dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il
vahid seçici siyahısı dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq
keçirilir. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Məcəllənin
29.3-cü və 29.7-ci maddələrinə cavab verməsinin təmin edilməsidir. Həmin
komissiya üzvlərinin yalnız 1/3 hissəsi dövlət qulluğunda ola bilər. Seçki dairələri
seçkilərin (referendumun) keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki
dairələrinin yaradılması sxemi və onun qrafik təsviri seçkilər (referendum)
gününə ən azı 55 gün qalmış təsdiq edilməli və seçki (referendum) gününə azı 50
gün qalmış dərc edilməlidir.[33]
29.7. Seçki dairələrinin
yaradılması sxemində aşağıdakılar göstərilməlidir:
29.7.1. hər seçki dairəsinin
adı və nömrəsi;
29.7.2. hər seçki dairəsinə
daxil olan inzibati ərazi vahidlərinin yaxud şəhər, rayon, şəhərdə rayon üzrə bələdiyyə
qurumlarının siyahısı (seçki dairəsinin tərkibinə inzibati ərazi vahidinin, bələdiyyə
qurumunun, yaşayış məntəqəsi ərazisinin bir hissəsi daxildirsə, göstərilən
sxemdə bu inzibati ərazi vahidinin, bələdiyyə qurumunun və yaşayış məntəqəsinin
həmin hissəsinin sərhədləri qeyd edilməlidir. Bir inzibati ərazi vahidində bir
seçki dairəsi yaradıldıqda, həmin seçki dairəsinə daxil olan bələdiyyə
qurumlarının siyahısı seçki dairəsinin yaradılması sxeminə daxil edilmir);
29.7.3. hər seçki dairəsinin mərkəzi;
29.7.4. hər seçki dairəsində
qeydə alınmış seçicilərin sayı, inzibati ərazi vahidində birdən çox seçki dairəsi
yaradıldıqda, seçki dairəsinin tərkibinə daxil olan hər bir bələdiyyə qurumunda
qeydə alınmış seçicilərin sayı;
29.7.5. Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan seçicilərin yaşadığı xarici dövlətlər
göstərilməklə, bu Məcəllənin 29.2-ci maddəsinə uyğun olaraq müvafiq seçki dairəsində
siyahıya alınmış həmin seçicilərin sayı.
29.8. Seçki dairələri
yaradılarkən və onların yaradılma sxemi müəyyənləşdirilərkən dövlət
avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilə bilər.
29.9. Azərbaycan Respublikası
Prezidentinin seçilməsi və referendum keçirilməsi nəzərdə tutulan vahid seçki
dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.
29.10. Bu Məcəllənin 46-cı
maddəsinə uyğun olaraq seçki dairəsi üzrə siyahıya alınmış seçicilər həm də
vahid seçki dairəsində siyahıya alınmış sayılırlar.
Maddə 30. Dairə seçki komissiyalarının təşkili
30.1. Dairə seçki
komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, onlar səsvermə
gününə azı 50 gün qalmış təşkil edilməlidir.[34]
30.2. Dairə seçki komissiyası
9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki
Komissiyası tərəfindən təyin edilirlər.
30.3. Dairə seçki
komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil
edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri
tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi
partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən,
3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis
deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən
təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki
Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq
siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi
partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən
komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin
2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə
çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən
komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən
siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri
ilə.
30.4. Dairə seçki
komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyasından müvafiq vəsiqə alırlar.
Maddə 31. Dairə seçki komissiyasının vəzifələri
31.1. Dairə seçki komissiyası
aşağıdakı ümumi vəzifələri həyata keçirir:
31.1.1. seçki dairəsinin ərazisində
Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət olunmasına nəzarət
edir;
31.1.2. bu Məcəllənin
qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində
baxır və əsaslandırılmış qərar qəbul edir;
31.1.3. seçki dairəsinin ərazisində
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat
qruplarının referendumqabağı fəaliyyətinə şərait yaradır;
31.1.4. seçki dairəsinin ərazisində
məntəqə seçki komissiyalarına ad verir və seçki məntəqələrinin vahid qaydada
nömrələnməsini təmin edir;
31.1.5. seçki bülletenlərinin,
seçki bülletenlərinin qoyulması üçün zərflərin, protokolların, səsvermə
üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin məntəqə seçki
komissiyalarına çatdırılmasını təmin edir;
31.1.6. seçkilərin
(referendumun) hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitini məntəqə
seçki komissiyaları arasında bölüşdürür, bu vəsaitin təyinatı üzrə istifadəsinə
nəzarəti təmin edir;
31.1.7. müvafiq icra hakimiyyəti
orqanlarından və bələdiyyə qurumlarından seçkilərin (referendumun) hazırlanması
və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;
31.1.8. seçkilərin
(referendumun) gedişində seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və
müddəti haqqında seçicilərə məlumat verir, qeydə alınmış namizədlərə dair məlumatları,
seçkilərin (səsvermənin) ilkin nəticələri haqqında məlumatları dərc edir;
31.1.9. məntəqə seçki
komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edilməsinə,
seçkilərin maddi-texniki təchizatı məsələlərinə dair qəbul olunan müvafiq qərarların
yerinə yetirilməsinə nəzarət edir;
31.1.10. seçki dairəsinin ərazisində
məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin keçirilməsi
işində təşkilati-texniki kömək göstərir;
31.1.11. məntəqə seçki
komissiyalarının fəaliyyətini əlaqələndirir;
31.1.12. Mərkəzi Seçki
Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq seçki (referendum) sənədlərinin
saxlanılmasını təmin edir;
31.1.13. seçkilərin
(referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin, o cümlədən
səsvermənin (seçkilərin) nəticələri haqqında protokolların Mərkəzi Seçki
Komissiyasına verilməsini təmin edir;
31.1.14. seçki dairəsinin ərazisində
dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə
olunmasını təmin edir;
31.1.15. məntəqə seçki
komissiyalarının üzvlərini təlimatlandırır;
31.1.16. məntəqə seçki
komissiyalarının qanunsuz qərarlarını ləğv edir.
Maddə 32. Dairə seçki komissiyasının fəaliyyət istiqamətləri
Referendumun, Milli Məclisin
deputatlarının seçkilərin, Prezident seçkilərinin və bələdiyyə seçkilərinin
keçirilməsi zamanı dairə seçki komissiyası bu Məcəllənin 31-ci maddəsinə uyğun
olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
32.1. Dairə seçki komissiyası
referendumun hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata
keçirir:
32.1.1.bu Məcəllə ilə nəzərdə
tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır;
32.1.2. referendum dairəsində
səslərin hesablanmasının nəticələrini müəyyən edir;
32.1.3. referendum dairələrində
referendum üzrə təşviqat qruplarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti
təmin edir;
32.1.4. bu Məcəlləyə uyğun
olaraq başqa səlahiyyətləri həyata keçirir.
32.2. Dairə seçki komissiyası
Milli Məclisin deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı
aşağıdakı səlahiyyətləri həyata keçirir:
32.2.1. müvafiq birmandatlı
seçki dairəsi üzrə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını
təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;
32.2.2. birmandatlı seçki dairəsi
üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini
qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunədə vəsiqə
verir;
32.2.3. seçki dairəsinin ərazisində
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin
edir;
32.2.4. seçki dairəsinin ərazisində
bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi
partiyaların blokları üçün bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət
şərtlərinə əməl olunmasını təmin edir;
32.2.5. birmandatlı seçki dairəsi
üzrə seçkilərin yekunlarını müəyyənləşdirir;
32.2.6. təkrar və əlavə seçkilər
keçirir;
32.2.7. bu Məcəlləyə uyğun digər
vəzifələri həyata keçirir.
32.3. Dairə seçki komissiyası
Prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar aşağıdakı səlahiyyətləri
həyata keçirir:
32.3.1. prezidentliyə namizədlər
üçün seçki dairəsinin ərazisində bərabər seçkiqabağı fəaliyyət şəraiti təmin
edir;
32.3.2. seçki dairəsinin ərazisində
namizədlər, qeydə alınmış namizədlər tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş
seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir;
32.3.3. seçki dairəsinin ərazisində
Prezident seçkiləri üzrə səsvermənin nəticələrini müəyyən edir;
32.3.4. bu Məcəlləyə uyğun
olaraq digər vəzifələri həyata keçirir.
32.4. Dairə seçki komissiyası
bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri
həyata keçirir:
32.4.1. seçki ərazisi üzrə bələdiyyə
üzvlüyünə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin
edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;
32.4.2. seçki ərazisi üzrə bələdiyyə
üzvlüyünə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini
qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada vəsiqə
verir;
32.4.3. seçki ərazisi üzrə bələdiyyə
üzvlüyünə namizədlər üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə
nəzarət edir;
32.4.4. seçki ərazisi üzrə məntəqə
seçki komissiyalarının məlumatlarına əsasən səsvermənin nəticələrini müəyyən
edir;
32.4.5. təkrar və əlavə seçkilərin
keçirilməsini təşkil edir;
32.4.6. bu Məcəlləyə uyğun
olaraq digər vəzifələri həyata keçirir.
Maddə 33. Dairə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları
33.1. Dairə seçki
komissiyasının sədri və katibləri öz səlahiyyətləri dövründə dövlət büdcəsi
hesabına əmək haqqı alırlar. Dairə seçki komissiyasının üzvləri seçkilərin
(referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının)
dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək
olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət
büdcəsi hesabına pul təminatı alırlar. Dairə seçki komissiyasının tərkibinə
seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə,
təşkilatlarda və ya təsisatlarda qulluq edən üzvün iş yeri üzrə aldığı əmək
haqqı saxlanılır.
33.2. Seçkilər (referendum)
dövründə dairə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı
olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz tutula bilməz və ya məhkəmə
qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz (bu
maddədə «rayon prokuroru» dedikdə, seçki dairəsi ərazisinin çox hissəsinin əhatə
etdiyi rayonun prokuroru başa düşülür). Dairə seçki komissiyasının üzvü cinayət
başında yaxalanarsa, tutula bilər. Belə olduqda, dairə seçki komissiyasının
üzvünü tutan orqan bu barədə dərhal Mərkəzi Seçki Komissiyasına və müvafiq
rayon prokuroruna xəbər verir.
33.3. Dairə seçki komissiyası
üzvünün seçkilər (referendum) dövründə seçki dairəsinin ərazisində gediş-gəliş
üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla)
istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki
komissiyasının ayırdığı vəsait hesabına ödənilir.
Maddə 34. Dairə seçki komissiyasının işinin təşkili
34.1. Dairə seçki komissiyası
öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş dairə seçki
komissiyasının reqlamenti əsasında qurur.
34.2. Dairə seçki
komissiyasının katibliyi öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq
edilmiş Əsasnamə əsasında qurur.
34.3. Dairə seçki
komissiyasının qərarları komissiyanın iclasında 9 üzv iştirak etdikdə – azı 6
üzvün, 8 və ya 7 üzv iştirak etdikdə — azı 5 üzvün, 6 üzv iştirak etdikdə — azı
4 üzvün lehinə səs verməsi nəticəsində qəbul edilir.
34.4. Dairə seçki
komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən
qüvvəyə minir.
34.5. Dairə seçki komissiyasının katibliyinin daimi fəaliyyət göstərən
işçilərinin sayı, onların vəzifələrinin adları və əmək haqları Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. [35]
Altıncı fəsil
Maddə 35. Seçki (referendum) məntəqələrinin yaradılması
35.1. Səsvermənin keçirilməsi
və səslərin hesablanması məqsədi ilə bələdiyyə qurumlarının ərazilərində qeydə
alınmış seçicilərin sayı nəzərə alınmaqla hər beş ildən bir seçki (referendum)
məntəqələri (bundan sonra — seçki məntəqələri) yaradılır. Bu Məcəllənin
35.3.1-ci maddəsinin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədi ilə
ayrı-ayrı seçki məntəqələri yuxarıda göstərilən müddət keçmədən yenidən təşkil
edilə bilər.
35.2. Seçki məntəqələri
müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə
qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait
yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki
məntəqələri bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə
gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması
haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi
yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə
alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir.
35.3. Seçki məntəqələri
yaradılarkən aşağıdakı tələblərə riayət olunmalıdır:
35.3.1. hər seçki məntəqəsinin
ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır;
35.3.2. seçki məntəqələrinin sərhədləri
seçki dairələrinin sərhədlərini pozmamalıdır.
35.4. Xəzər dənizinin Azərbaycan
Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, səsvermə
günü üzən gəmilərdə (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti
olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) seçki
məntəqələri Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bu Məcəllənin
35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, Mərkəzi Seçki Komissiyasının
müəyyənləşdirdiyi müstəsna hallarda isə səsvermə gününə azı 5 gün qalmış
yaradıla bilər. Belə seçki məntəqələri yerləşdikləri yerdə və ya gəminin
qeydiyyatda olduğu yerdə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur. Bu
cür seçki məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi
üçün yaradılır.
35.5. Hərbi qulluqçular ümumi
seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan
Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri)
qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən
kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o
halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla
çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi
sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri bu Məcəllənin 35.2-ci
maddəsi ilə müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki
komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə
gününə azı 5 gün qalmış yaradılır. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları
və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi
Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi
qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs
verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi
qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə
ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının
işlədiyi otağa və səsvermə otağına bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada məntəqə
və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və
onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli
nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.[36]
35.6. Səsvermə günü xarici
dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki
məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul
qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı
30 gün qalmış yaradılır. Bu cür seçki məntəqələri yalnız referendum və
Prezident seçkilərinin keçirilməsi üçün yaradılır.
35.7. Nömrələri və hüdudları
göstərilən seçki məntəqələrinin siyahısı (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin
bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısı (seçki məntəqəsi
bir neçə yaşayış məntəqəsində yaradılmışsa), məntəqə seçki komissiyalarının, səsvermə
otaqlarının yerləri və məntəqə seçki komissiyalarının telefon nömrələri dairə
seçki komissiyaları tərəfindən səsvermə gününə azı 45 gün qalmış, bu Məcəllənin
35.4 və 35.5-ci maddələrində göstərilmiş müddətdə yaradılan seçki məntəqələri
haqqında məlumat isə onların yaradılması günündən ən geci 2 gün keçənədək dərc
edilir.
35.8. Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqələrində bu Məcəllənin
35.7-ci və 109-cu maddələrində göstərilən məlumatların dərci məsələsi, yerli şərait
nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərinin
və ya konsul idarələrinin rəhbərləri tərəfindən həll edilir.
Maddə 36. Məntəqə seçki komissiyalarının təşkili
36.1. Məntəqə seçki
komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə
təşkil edilir.
36.2. Məntəqə seçki
komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil
edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri
tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən
siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən,
2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis
deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim
edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki
komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə
müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub
olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə
isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin
namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşları olmalıdırlar.
36.3. Məntəqə seçki
komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz.
36.4. Məntəqə seçki
komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə
gününə azı 40 gün qalmış təşkil edilməlidir.
36.5. Məntəqə seçki
komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş
qaydada müvafiq vəsiqə alırlar.
36.6. Hər bir qeydə alınmış
namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs
qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək
məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin
müşahidəçilər üçün bu Məcəllənin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan
keçmək tələb olunmur və onlara bu Məcəllənin 40.7-ci maddəsində nəzərdə
tutulan müvafiq lövhəciklər verilir.[37]
36.7. Bu Məcəllənin 35.4 və
35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan və
50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə
seçki komissiyası seçicilərin ümumi yığıncağında açıq səsvermə yolu ilə
seçilir. Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası
tərəfindən təsdiqlənir.
Maddə 37. Məntəqə seçki komissiyasının vəzifələri
37.1. Məntəqə seçki
komissiyası referendumun, Milli Məclisin deputatlarının, Prezident və bələdiyyə
seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata
keçirir:
37.1.1. əhaliyə məntəqə seçki
komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri
barədə məlumat verir;
37.1.2. seçici siyahılarını təsdiq
edir və dəqiqləşdirir; seçiciləri bu siyahılarla tanış edir; seçicilərə seçici
vəsiqələrini paylayır (çatdırır); seçici siyahılarındakı səhvlər və
yanlışlıqlar barədə ərizələrə baxır və siyahılarda müvafiq dəyişikliklər edir;
37.1.3. səsvermə yerinin,
habelə seçki qutusunun və digər ləvazimatın səsvermə üçün hazır olmasını təmin
edir;
37.1.4. yuxarı seçki
komissiyasından alınmış məlumata əsasən referenduma çıxarılan məsələlər, qeydə
alınmış namizədlər və onların siyahısı barədə seçicilərə məlumat verir;
37.1.5. seçki məntəqəsi ərazisində
seçkiqabağı və referendumqabağı təşviqatın aparılması qaydalarına əməl
olunmasına nəzarət edir;
37.1.6. səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqəsi verir;
37.1.7. səsvermə günü seçki məntəqəsində
səsverməni təşkil edir;
37.1.8. seçki məntəqəsində səsvermənin
nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri
haqqında protokolları dairə seçki komissiyasına çatdırır;
37.1.9. bu Məcəllənin tələblərinin
pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış
qərarlar qəbul edir;
37.1.10. seçkilərin
hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin Mərkəzi Seçki
Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq qorunmasını və müvafiq
qaydada təhvil verilməsini təmin edir;
37.1.11. bu Məcəlləyə uyğun
digər vəzifələri həyata keçirir.
Maddə 38. Məntəqə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları
38.1. Məntəqə seçki
komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi
haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən
seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə,
habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına
pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və
ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda
və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı
saxlanılır.
38.2. Səsvermə gününə 30 gün
qalmış müddətdə məntəqə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun
razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə
qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Məntəqə
seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə
olduqda, məntəqə seçki komissiyasının üzvünü tutan orqan dərhal müvafiq rayon
prokuroruna və dairə seçki komissiyasına xəbər verir.
Maddə 39. Məntəqə seçki komissiyasının işinin təşkili
39.1. Məntəqə seçki
komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş məntəqə
seçki komissiyasının Reqlamenti əsasında qurur.
39.2. Məntəqə seçki
komissiyasının katibliyi öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş
Əsasnamə əsasında qurur.
39.3. Məntəqə seçki
komissiyasının qərarları komissiyanın iclasında 6 və ya 5 üzv iştirak etdikdə —
azı 4 üzvün, 4 üzv iştirak etdikdə — azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində
qəbul edilir.
39.4. Məntəqə seçki
komissiyasının qərarı ən geci 12 saat müddətində dərc edilməlidir.
Yeddinci fəsil
Maddə 40. Seçki komissiyalarının fəaliyyətində aşkarlıq
40.1. Seçki komissiyalarının fəaliyyəti
seçicilər üçün şəffaf olmalıdır.
40.2. Seçki komissiyalarının
üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli
nümayəndələri yaxud onların vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat
qruplarının vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar
bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin
hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri,
seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin
nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını
müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının
qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna
olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata
keçirilməsini müşahidə etmək hüququna malikdirlər.
40.3. Müvafiq seçki komissiyalarının
iclaslarında iştirak etmək və adı çəkilən sənədlərlə tanış olmaq üçün bu Məcəllənin
40.2-ci maddəsində göstərilən şəxslərin seçki komissiyalarından əlavə icazə
almaları və ya müşahidəçi qismində qeydiyyatdan keçmələri tələb olunmur.
Müvafiq seçki komissiyası onların seçki sənədləri ilə iş aparılan və ya səslər
hesablanan yerə sərbəst daxil olmasını təmin edir.
40.4. Aktiv seçki hüququna
malik olan Azərbaycan Respublikası vətəndaşları, o cümlədən bu Məcəllənin 44-cü
maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər.
40.5. Müşahidəçi müşahidəni öz
təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi
partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, seçkilər sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər.
40.6. Azərbaycan
Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin
təyin edilməsi
haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq
seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına təqdim
edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı,
atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və
verilmə tarixi və ya etibarlılıq müddəti, zərurət olduqda isə həm də
maraqların təmsil olunacaq namizədin adı, referendum üzrə təşviqat qrupunun
adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun)
adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır.
Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində
qəbul edilməlidir. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən
məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə Mərkəzi
Seçki Komissiyası tərəfindən icazə verilmədikdə, Mərkəzi Seçki Komissiyasının
bu qərarından apellyasiya instansiyası məhkəməsinə
şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi
Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verilir.[38]
40.7. Seçki dairəsinin ərazisində
müşahidənin aparılmasına dair ərizə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın)
rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün
qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə
aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin
ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq
müddəti, zərurət olduqda isə həm də maraqlarını təmsil edən
referendum üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi
partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi ünvanı göstərilməlidir.
Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərarın qəbul
edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz.
Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq
olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən
icazə verilmədikdə, dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki
Komissiyasına şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə,
dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən
etdiyi formada hazırlanmış lövhəcik verir.
40.8. Seçki komissiyalarının
iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində
media
subyektləri
nümayəndələrinin iştirak etmək hüququ vardır.
40.9. Müvafiq seçki
komissiyası yuxarı seçki komissiyalarını, qeydə alınmış hər bir namizədi və ya
onun səlahiyyətli nümayəndəsini, namizədi qeydə alınmış siyasi partiyanın,
siyasi partiyalar blokunun vəkil edilmiş şəxslərini, referendum üzrə təşviqat
qruplarının vəkil edilmiş şəxslərini, komissiyanın iclasında iştirak etmək
hüququ olan müşahidəçiləri seçki sənədləri ilə işin və komissiyanın
iclaslarının vaxtı haqqında bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulan
qaydada məlumatlandırır.
40.10. Seçki komissiyalarında
rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin
iclasda iştirak etmək hüququ vardır.
40.11. Seçki komissiyaları vətəndaşlara
bu Məcəlləyə uyğun olaraq qeydə alınmış namizədlərin hər birinin tərcümeyi-halı,
qeydiyyatın nəticələri, namizədlərin siyahısı haqqında və seçki komissiyasına
onların barəsində daxil olmuş digər məlumatlar, referenduma çıxarılan məsələ ilə
və ya namizədlə əlaqədar səsvermənin nəticələri haqqında məlumat verirlər.
40.12. Bu Məcəllənin 40.2-ci
maddəsində göstərilən şəxslər, müşahidəçilər, o cümlədən beynəlxalq müşahidəçilər,
media
subyektlərinin nümayəndələri bütün seçki
komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin
və seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri
və seçkilərin (referendumun) yekunları (ümumi
yekunları) haqqında
protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını və yenidən
hesablanmasını müşahidə edə bilərlər. [39]
40.13. Səsvermə gününədək
seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki
Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə
edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər.
Mərkəzi Seçki Komissiyası tərəfindən verilən lövhəcikdə bu hüquq göstərilməlidir.
Bu cür müşahidəçiləri Mərkəzi Seçki Komissiyası püşkatma yolu ilə müəyyən edir,
o şərtlə ki, bu Məcəllənin 40.5-ci maddəsində göstərilən subyektlərin hər
birinin bu cür hüquqa malik olan bir müşahidəçisi olsun (hər bir seçki
komissiyası üçün ayrı-ayrılıqda) və hər bir seçki komissiyası üçün belə müşahidəçilərin
sayı 10-dan artıq olmasın. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə
etmək üçün xüsusi icazə tələb olunmur.
40.14. Seçki komissiyasının
bütün üzvlərinin, bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin və
müşahidəçilərin hərbi hissələrdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət
evlərində və Xəzər dənizində yerləşən neft platformalarında yaradılmış seçki məntəqələri
də daxil olmaqla, istənilən seçki məntəqəsinin səsvermə otağına maneəsiz
buraxılışı təmin edilməlidir.
40.15. Səsvermə günü səsvermə
otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki
komissiyası üzvlərinin bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin, media
subyektləri nümayəndələrinin
Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən
etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəcik
olmalıdır.
40.16. Müşahidəçinin soyadı,
adı, atasının adı, yaşayış yerinin ünvanı, habelə onun göndərildiyi seçki
komissiyası (komissiyaları) göstərilmiş, eləcə də maraqlarını təmsil etdiyi
qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun,
referendum üzrə təşviqat qrupunun, qeyri-hökumət təşkilatının adı göstərilən
lövhəciyi olmalıdır. Lövhəcik şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim
edildikdə etibarlı sayılır. Müşahidəçinin göndərilməsi haqqında qabaqcadan xəbər
vermək tələb edilmir.
40.17. Səsvermə günü səsvermə
otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin
siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.
Maddə 41. Müşahidə aparılmasının prinsipləri
41.1. Müşahidənin aparılması
aşağıdakı prinsiplərə əsaslanmalıdır:
41.1.1. seçki prosesinə bir
namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir;
41.1.2. müşahidə edilən hərəkətlərə
aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;
41.1.3. müşahidə açıq
aparılmalıdır;
41.1.4. müşahidənin yekunları
faktlara əsaslanmalıdır.
41.2. Sadalanan prinsiplər
müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir.
41.3. Müşahidə seçkilərin
(referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə
(referendumla) əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin
(referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.
[40]
Maddə 42. Müşahidəçilərin hüquq və vəzifələri
42.1. Yerli və beynəlxalq
müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.
42.2. Müşahidəçinin, o cümlədən
beynəlxalq müşahidəçinin bu Məcəllənin 40.12-ci və 40.13-cü maddələrində göstərilən
hüquqlarla yanaşı aşağıdakı hüquqları vardır:
42.2.1. seçici siyahıları ilə
tanış olmaq;
42.2.2. səsvermə günü istədiyi
vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
42.2.3. seçicilərə seçki
bülletenlərinin qoyulması üçün zərflərin və seçki bülletenlərinin verilməsini
müşahidə etmək;[41]
42.2.4. səsvermə yerindən kənarda
seçicilərin səs verməsini müşahidə etmək;
42.2.5. seçicilərin sayını
hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin
sayılmasını müşahidə etmək;
42.2.6. müşahidənin nəticələrinin
seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
42.2.7. müşahidə aparmağı təmin
edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına,
seçicilərin səsləri hesablanarkən seçki bülletenin qoyulması üçün zərfə,
doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını
yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin
(referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının
protokolu və digər sənədlərlə tanış olmaq; [42]
42.2.8. səsvermənin təşkili ilə
əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda
isə onu əvəz edən şəxsə müraciət etmək;
42.2.9. seçki komissiyalarının
sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun)
yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə
başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən
səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki
komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin
təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə
nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə
çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin
surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə
tanış olmaq; [43]
42.2.10. müvafiq seçki
komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
42.2.11. seçki sənədlərinin
dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə
etmək.
42.3. Müşahidəçiyə aşağıdakı hərəkətlər
qadağan edilir:
42.3.1. seçicilərə seçki
bülletenlərinin qoyulması üçün zərflər və seçki bülletenləri vermək;[44]
42.3.2. seçiciyə necə səs verəcəyi
və ya necə səs verdiyi haqqında sual vermək;
42.3.3. seçicinin xahişi ilə
onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
42.3.4. seçicinin xahişi ilə
seçki bülletenini doldurmaq;
42.3.5. seçki komissiyalarının
həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin
hesablanmasında birbaşa iştirak etmək;
42.3.6. seçki komissiyalarının
işinə maneə törədən hərəkətlər etmək;
42.3.7. seçicilər arasında təşviqat
aparmaq;
42.3.8. bu və ya digər namizədin,
siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və
ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
42.3.9. müvafiq seçki
komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
42.3.10. seçicilərin
suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).
42.4. Bu Məcəllənin 42.3-cü
maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu
qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən
ləğv edilə bilər.
42.5. Müşahidəçilər müşahidənin
yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə
təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları
haqqında protokola əlavə edilməlidir.
Maddə 43. Media
subyektlərinin nümayəndələri[45]
43.1. Media subyektlərinin
nümayəndələri bütün seçki komissiyalarının iclaslarını işıqlandıra, səsvermənin
nəticələri və seçkilərin yekunları haqqında protokolları və qərarları ilə tanış
ola bilər, habelə müvafiq seçki komissiyasının qərarının, protokolunun və
onlara qoşulan digər sənədlərin surətlərinin bir nüsxəsini haqq ödənilmədən
çıxara və ya ala bilər, əlavə nüsxələri isə Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilən haqq ödənilməklə ala bilərlər.
43.2. Media subyektləri
nümayəndələrinin tələbi ilə seçki komissiyası qərarların, səsvermənin nəticələri
və seçkilərin yekunları haqqında protokolların surətləri seçki komissiyası tərəfindən
təsdiq olunmalıdır.
Maddə 44. Beynəlxalq (xarici) müşahidəçilər
44.1. Beynəlxalq (xarici)
müşahidəçilər (bundan sonra beynəlxalq müşahidəçilər) qanunla müəyyənləşdirilmiş
qaydada və müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi
Seçki Komissiyasında qeydiyyatdan keçirlər. Azərbaycan Respublikasının vətəndaşları
beynəlxalq müşahidəçi statusu ala bilməzlər.
44.2. Dəvətlər seçkilərin təyin
edilməsi barədə qərar (sərəncam) rəsmi dərc edildikdən sonra Milli Məclis,
müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə
bilər. [46]
44.3. İnsan və vətəndaşların
hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan qeyri-hökumət təşkilatları
da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Milli Məclisin
deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya müvafiq icra hakimiyyəti
orqanına verə bilərlər.
44.4. Beynəlxalq müşahidəçi
qeydə alınmaq üçün bu Məcəllənin 40.7-ci maddəsində göstərilən sənədləri təqdim
edir. Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçiyə dövlət dilində və
xarici dillərin birində onun təqdim etdiyi sənədlərə uyğun tərtib edilmiş vəsiqə
— lövhəcik verir. Yalnız belə lövhəciyin olması beynəlxalq müşahidəçiyə seçkilərin
hazırlanması və keçirilməsi dövründə bu Məcəllənin 40-42-ci maddələrinə uyğun
olaraq fəaliyyət göstərmək imkanı verir.
44.5. Beynəlxalq müşahidəçinin
səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlayır
və seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün tamam
olur. [47]
44.6. Beynəlxalq müşahidəçi öz
fəaliyyətini müstəqil və sərbəst həyata keçirir, onun fəaliyyəti müşahidəçini
göndərən tərəfin hesabına və ya onun öz şəxsi vəsaiti hesabına maliyyələşdirilir.
44.7. Beynəlxalq müşahidəçi Azərbaycan
Respublikası ərazisində olduğu müddətdə dövlətin mühafizəsi altına alınır. Seçki
komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları ona zəruri
yardım göstərməyə borcludurlar.
44.8. Beynəlxalq müşahidəçilər
səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və
keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirə və media
subyektlərinə müraciət edə bilərlər.
44.9. Beynəlxalq müşahidəçilərin
seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının
üzvləri ilə, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə
təşviqat qruplarının səlahiyyətli nümayəndələri ilə, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının vəkil edilmiş şəxsləri ilə görüşmək hüququ vardır.
44.10. Beynəlxalq müşahidəçilər
seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar
olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər.
44.11. Beynəlxalq müşahidəçi
qanunları, beynəlxalq hüquq normalarını pozduğu hallarda Mərkəzi Seçki Komissiyası
onun qeydiyyatını ləğv edə bilər.
Səkkizinci fəsil
Maddə 45. Vahid seçicilər
(referendumda iştirak etmək hüququ olan vətəndaşların) siyahısı
45.1. Vahid seçicilər
(referendumda iştirak etmək hüququ olan vətəndaşların (bundan sonra — seçici
siyahısı) siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır.
45.2. Hər il seçicilər
siyahısının dəqiqləşdirilməsi ilə bağlı məlumatları bu Məcəllənin 46.12-ci maddəsinə
uyğun olaraq məntəqə seçki komissiyaları dairə seçki komissiyaları vasitəsi ilə
Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
45.3. Vahid seçicilər siyahısı
seçki məntəqələri, seçki dairələri və bütövlükdə Azərbaycan Respublikası üzrə
aparılır və həmin siyahıya bu Məcəllənin 46.10-cu maddəsində göstərilən məlumatlar
daxil edilir.[48]
45.4. Vahid seçicilər
siyahısına bu Məcəllənin 35.8-ci maddəsində göstərilən qaydada yaradılan məntəqə
seçki komissiyalarının təsdiq etdikləri seçici siyahılarının məlumatları daxil
edilmir. Həmin məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən onun müəyyən
etdiyi qaydada təqdim edilir və seçicilərin müvəqqəti siyahısında cəmləşdirilir.
Müvəqqəti seçici siyahıları vahid seçicilər siyahısına əlavə edilir.
Maddə 46. Seçicilərin siyahılarının tərtib edilməsi
46.1. Seçicilərin daimi
siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi
Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq
edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra
səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi
Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər (bu
halda məhkəmənin qərarı seçici siyahısına əlavə edilir). Səsvermə
günü bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq səsvermə vəsiqəsi ilə səs verən
seçicilərin səsvermə vəsiqəsi seçicilər siyahısına əlavə edilir. Səsvermə günü
seçici siyahılarına heç bir əlavə və dəyişiklik edilə bilməz. Seçici siyahıları
mətbuatda dərc edilə bilməz. Mərkəzi Seçki Komissiyasının
müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə
seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilir. Bu halda
seçicilərin yaşadıqları ünvanlar göstərilməməlidir.[49]
46.2. Seçicilərin seçici
siyahısına daxil olmalarını təsdiqləyən sənəd seçici vəsiqəsidir. Seçici vəsiqəsində
seçicinin adı, soyadı, atasının adı, doğum tarixi, yaşayış ünvanı, siyahıya
alındığı seçki dairəsinin adı və seçki məntəqəsinin nömrəsi və ünvanı göstərilir.
Seçici vəsiqəsinin nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur
və məntəqə seçki komissiyaları tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən
etdiyi qaydada seçicilərə verilir (çatdırılır). Hər bir vətəndaşın sorğusuna əsasən
müvafiq seçki komissiyası onun seçicilər siyahısına daxil olub-olmaması
haqqında məlumat verməlidir.
46.3. Bu Məcəllənin
35.4-35.6-cı maddələrinə uyğun olaraq yaradılan seçki məntəqələrində qeydiyyata
düşən seçicilərin, bu Məcəllənin 45.4-cü maddəsində göstərilən seçicilərin müvəqqəti
siyahıları müvafiq seçki məntəqəsi səviyyəsində ayrıca tərtib edilir.
46.4. Daimi seçici
siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumu
başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan
seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Müvəqqəti seçici
siyahılarına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin,
habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki
hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil
edilir.
46.5. Yolu çətin və ya ucqar
yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki
komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu
başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında səsvermə gününə
azı 25 gün qalmış, müstəsna hallarda isə məntəqə seçki komissiyasının
yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.
46.6.
Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində
yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi
qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi
qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin
və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin)
siyahıları hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri
rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün
qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.[50]
46.7. Seçicilərin müvəqqəti
olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) səsvermə
günü üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları
seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin, gəmi kapitanının seçicilər
haqqında təqdim etdiyi və məntəqə seçki komissiyası tərəfindən yoxlanılmış məlumatlar
əsasında məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 5 gün qalmış
təsdiq edilir.
46.8. Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları Azərbaycan
Respublikasının müvafiq diplomatik nümayəndəliyinin və ya konsul idarəsinin rəhbərlərinin
seçicilər haqqında verdiyi məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış
müvafiq məntəqə seçki komissiyası tərəfindən təsdiq edilir.
46.9. Hərbi hissədə seçki məntəqəsi
yaradılmayıbsa, hərbi hissənin komandiri istintaq təcridxanalarının və
müvafiq cəzaçəkmə müəssisələrinin rəhbərləri rəhbərləri Mərkəzi Seçki
Komissiyasının müəyyənləşdirdiyi qaydada seçicilər haqqında məlumatları
toplayıb dəqiqləşdirir və bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, səsvermə
gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.[51]
46.10. Seçici siyahıları 2
nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar
siyahıda əlifba qaydasında və ya digər qaydada (yaşayış məntəqələri, küçələr,
evlər, mənzillər üzrə) yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı,
atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün — əlavə olaraq,
doğulduğu ay və gün), daimi yaşadığı yerin ünvanı (küçə, binanın və mənzilin
nömrəsi, evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə — xəstəxananın,
sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) və seçki məntəqəsinin
nömrəsi göstərilir.
46.11. Seçici siyahısı tərtib
edilərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilə bilər.
Seçici siyahıları makina yazısı formasında hazırlanır, Mərkəzi Seçki
Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda isə əl yazısı formasında da
tərtib edilə bilər.
46.12. Məntəqə üzrə tərtib
olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə
məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi isə hər il fevralın 5-dən
gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki
komissiyasına verilir. Seçki dairəsi üzrə ilkin seçici siyahıları hər il martın
5-dən gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə seçki komissiyasının sədri
və katibləri tərəfindən imzalanır, seçki komissiyasının möhürü ilə təsdiq
edilir və hər il aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi
Seçki Komissiyası seçici siyahılarında uyğunsuzluqlar tapdıqda, onlar düzəldilir
və sonradan mayın 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq
edilir. Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki
Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsi
ilə tərtib edilir.
46.13. Bu Məcəllənin 35.5 və
35.6-cı maddələrinə uyğun olaraq yaradılmış seçki məntəqəsi üzrə seçici
siyahıları məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır
və komissiyanın möhürü ilə təsdiq edilir.
46.14. Məntəqə seçki
komissiyaları seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi
müraciətləri əsasında edilən və ya edilməli dəyişiklikləri bu Məcəllənin 45-ci
maddəsinə uyğun olaraq yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə
qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan
orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını
aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırırlar.
46.15. Seçicilər haqqında məlumatları
təqdim edən icra orqanının rəhbəri müvafiq məlumatların düzgünlüyünə, tamlığına
və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət
daşıyır.
Maddə 47. Vətəndaşların seçici
siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası
47.1. Aktiv seçki hüququna
malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.
47.2. Vətəndaşın seçki məntəqəsi
üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya
olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin
ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində
yaşaması) faktı əsas götürülür. [52]
47.3. Hərbi hissədən kənarda
yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla
daxil edilirlər. Hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, onların ailə
üzvlərinin və hərbi hissələrin hüdudlarında yaşayan digər seçicilərin seçici
siyahılarına daxil edilməsi üçün Azərbaycan Respublikası vətəndaşlarının
yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların, ya da hərbi
hissələrin yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların
hərbi hissəsinin ştat cədvəlinə daxil edilməsi barədə hərbi hissə komandirinin əmri
ilə təsdiqlənən daimi və ya daha çox yaşama faktı əsas götürülür.
47.4. Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan və ya uzun müddətli xarici
ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahılarına
daxil edilməsi üçün onların Azərbaycan Respublikasının hüdudlarından kənarda
daimi yaşaması faktı, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin
və ya konsul idarələrinin müəyyənləşdirdiyi uzunmüddətli xarici ezamiyyətlərdə
olması faktı əsas götürülür.
47.5. Səsvermə günü xəstəxanalarda,
sanatoriyalarda, istirahət evlərində olan seçicilər orada yaradılan seçki məntəqələrində
şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil
edilirlər. Səsvermə günü adı çəkilən yerlərdə bu Məcəllənin 35.4-cü maddəsinə
uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, belə seçicilər göstərilən müəssisələrin
rəhbərlərinin məntəqə seçki komissiyasına təqdim etdikləri məlumatlar əsasında
seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda şəxsiyyət vəsiqələrinin və
ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir.
47.5-1.
İstintaq zamanı barələrində həbs qəti imkan tədbiri seçilən və inzibati qaydada
saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici
siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün
qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın
inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti
orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.[53]
47.6. Barələrində məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qəti imkan tədbiri seçilmiş şəxslər
istintaq təcridxanalarının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim
etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda bu
cür şəxslərin şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam
göstəriciləri əks etdirilməlidir.
47.7. Hərəkət edə bilməyən Azərbaycan
Respublikası vətəndaşları yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin
məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət
edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim
edilməlidir.
47.8. Xarici dövlətlərdə olan
aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki məntəqəsinə
gəldikdə xarici pasport və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına
daxil edilirlər.
47.9. Seçici vəsiqələri
paylandıqdan və seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən
sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən
siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd,
zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha
çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən
seçici siyahılarına əlavə edilirlər. [54]
47.10. Seçici yalnız bir seçki
məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin
birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini
araşdırıb seçicinin bir siyahıda saxlanılmasını təmin etməlidir. Seçici bilərəkdən
birdən çox seçici siyahısına daxil edilibsə, o, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb oluna bilər.
47.11. Seçici siyahıları təsdiq
edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında, habelə
bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq seçiciyə verilmiş səsvermə vəsiqəsi
əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda
seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir.
Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq
edilir, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verildikdə isə vəsiqə onu
vermiş seçki komissiyası üzvlərinin imzası ilə təsdiq edilir.
Maddə 48. Seçicilərin seçici siyahıları ilə tanış edilməsi
48.1. Məntəqə seçki
komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün
seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı
35 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici
siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və
gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. Bu
zaman vətəndaşların yaşadıqları evlərin və mənzillərin nömrələri göstərilməməlidir.
[55]
48.2. Azərbaycan
Respublikasının seçki hüququ olan vətəndaşı seçici siyahısına daxil edilməməsi,
seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli
olan məlumatlarda aşkar etdiyi səhvlər və ya yanlışlıqlar barəsində məlumat verə
bilər. Seçicinin müraciəti ilə əlaqədar məntəqə seçki komissiyası müraciətetmə
günündən başlayaraq bir gün müddətində, səsvermə günü isə dərhal, lakin səsvermə
qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın
səbəblərini araşdırmalı, səhvi və ya yanlışlığı aradan qaldırmalı yaxud müraciət
etmiş seçiciyə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə yazılı cavab
verməlidir.
Doqquzuncu fəsil
Maddə 49. Siyasi partiyanın
(siyasi partiyalar bloklarının) seçkilərdə (referendum kampaniyasında)
iştirakının şərtləri
49.1. Seçkilərdə (referendum
kampaniyasında) iştirak edən siyasi partiya (siyasi partiyalar blokunun) bu Məcəllənin
2.6-cı maddəsində göstərilənlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidir:
49.1.1. digər siyasi
partiyanın (siyasi partiyalar blokunun) seçki (referendum) kampaniyası zamanı
öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
49.1.2. digər siyasi
partiyaların (siyasi partiyalar bloklarının), seçicilərin və ictimai təşkilatların
hüquqlarına hörmət bəsləmək;
49.1.3. seçicilərlə azad
ünsiyyətin yaradılması üçün digər siyasi partiyalara (siyasi partiyaların
bloklarına) mane olmamaq;
49.1.4. siyasi fəaliyyətdə
iştirak etmək istəyən seçicilərə həmin fəaliyyətin azad və sərbəst həyata
keçirilməsi üçün təminatlar yaratmaq.
Maddə 50. Siyasi partiyaların
bloku
50.1. Siyasi partiyaların
blokunu azı iki siyasi partiya yarada bilər. Siyasi partiya blokun tərkibinə
daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə bilməz
və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə
qərar bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul
edilir. Göstərilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli
nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar.
50.2. Siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsi blokun qeydə alınması məqsədi ilə Mərkəzi
Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim edir:
50.2.1. bloka daxil olan
siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;
50.2.2. siyasi partiyaların
bloka daxil olmaq haqqında qərarları;
50.2.3. blokun yaradılması
haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və
həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar.
50.3. Siyasi partiyaların bloku
Mərkəzi Seçki Komissiyasına müvafiq sənədləri təqdim etdiyi gündən ən geci 5
gün müddətində qeydə alınmalıdır.
50.4. Bu Məcəllənin 50.2-ci
maddəsində göstərilən sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya
bu Məcəllənin tələblərinə uyğun gəlmədikdə siyasi partiyalar blokunun qeydə
alınmasından imtina edilə bilər.
50.5. Siyasi partiyaların
bloku Mərkəzi Seçki Komissiyasında qeydə alındıqdan sonra onun tərkibinə hər
hansı digər siyasi partiya daxil edilə bilməz.
Maddə 51. Siyasi partiyalar blokunun adı və emblemi
51.1. Siyasi partiyaların
bloku Mərkəzi Seçki Komissiyasına özünün tam və qısa adı barədə məlumat təqdim
edir.
51.2. Siyasi partiyalar
blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilir.
Blokun adlandırılmasında həmin bloka daxil olmayan siyasi partiyaların (seçkilərdə
iştirak edib-etməməsindən asılı olmayaraq), əvvəllər seçkilərdə iştirak etmiş
digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə
alınmış siyasi partiyalar blokuna əvvəlki seçkilərdə həmin bloku yaratmış
siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki
siyasi partiyalar blokunun adı verilə bilməz. Fiziki şəxsin adından və ya
soyadından siyasi partiyaların bloku tərəfindən yalnız həmin şəxsin yazılı
razılığı əsasında istifadə edilə bilər.
51.3. Siyasi partiyaların
bloku Mərkəzi Seçki Komissiyasının təsdiqinə özünün emblemini də təqdim edə bilər.
Siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə
alınmış emblemi yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının
indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla (bu Məcəllənin
51.2-ci maddəsi nəzərə alınmaqla), istənilən emblemi təqdim edə bilər. Siyasi
partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan
hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə,
dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır.
Siyasi partiyaların bloku beş sözdən çox olmayan adından, habelə emblemindən
seçki sənədlərində istifadə edilməsini Mərkəzi Seçki Komissiyası ilə
razılaşdırmalıdır.
51.4. Siyasi partiyalar
blokunun adının və embleminin seçkilərin gedişində dəyişdirilməsinə icazə
verilmir.
Maddə 52. Siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri
52.1. Səlahiyyətli nümayəndələr,
habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi
partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların
nümayəndələrinin birgə iclasının qərarı yaxud onların qurultayı, konfransı və
ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər.
52.2. Siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi öz funksiyalarını onun səlahiyyətini,
soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya
onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq
müddətini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya
xidməti vəzifəsini (bunlar olmadıqda — fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə isə maliyyə sənədlərinin və həmin sənədlər üçün
möhürlərin nümunələrini əks etdirən, bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə
tutulan qərar əsasında həyata keçirir.[56]
52.3. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının təyin etdikləri səlahiyyətli nümayəndələrin
siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri
istisna olmaqla, digər səlahiyyətli nümayəndələrin siyahısı dairə seçki
komissiyalarına da təqdim edilir.
52.4. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli
nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq
müddəti, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu
olmadıqda — fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Mərkəzi Seçki
Komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə
olmağa razılığı barədə yazılı məktubu əlavə edilməlidir. [57]
52.5. Siyasi partiyaların,
siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar
etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul
edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına
göndərilməlidir.
52.6. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının dövlət və ya bələdiyyə vəzifələrində çalışan səlahiyyətli
nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi
zamanı istifadə edə bilməzlər.
52.7. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti
onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi
dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların,
siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin namizədlik
statusunun itirilməsi vaxtı başa çatır.
Onuncu fəsil
Maddə 53. Namizədlərin öz təşəbbüsü
ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi
53.1. Namizəd öz təşəbbüsü ilə
və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə
ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və
namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu
barədə bildiriş göndərilsin.
53.2. Namizəd və ya namizədi
irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki
komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün
və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya
etibarlılıq müddəti, bundan başqa, irəli sürülən namizədin əsas iş və
ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. [58]
53.3. Bu Məcəllənin 53.2-ci
maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə
orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun
tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi,
yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət
növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu
olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin
adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa
və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti
yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində
Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə
vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da
göstərilməlidir.
53.4. Namizəd öz ərizəsinə
siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları
daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən
çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır.
Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və
müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan
sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.
53.5. Müvafiq seçki
komissiyası bu Məcəllənin 53.4-cü maddənin tələblərinə uyğun olaraq təqdim
edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna
yazılı məlumat verməlidir.
53.6. Müvafiq seçki
komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli
nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq
edən qərarı, həmçinin
seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim
edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən
imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli
nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur. [59]
53.7. Namizədin irəli sürülməsinin təsdiq
olunmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və
53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və
ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının
pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən
düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki
komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu
haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra
namizədin irəli sürülməsini təsdiqləyir. [60]
Maddə 54. Namizədlərin siyasi
partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi
54.1. Namizədin irəli sürülməsi
haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar
kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir.
54.2. Siyasi partiyaların
bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya
tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli
sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında
(qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi
partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında
(konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.
54.3. Namizədin irəli sürülməsi
barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir.
Həmin protokolda aşağıdakılar göstərilir:
54.3.1. iclasda (qurultayda,
konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış
iştirakçıların sayı;
54.3.2. siyasi partiyalar
blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi
üçün lazım olan iştirakçıların sayı;
54.3.3. namizədin irəli sürülməsi
barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;
54.3.4. qərarın qəbul edilməsi
tarixi.
54.4. Siyasi partiya, siyasi
partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd
kimi irəli sürə bilərlər.
54.5. Namizədin adı ilə
birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına
aşağıdakı sənədləri də təqdim edir:
54.5.1. siyasi partiyanın qeydə
alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
54.5.2. siyasi partiyanın qüvvədə
olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
54.5.3. namizədin irəli sürülməsi
barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının
iclaslarının) qərarı və müvafiq iclasın protokolu;
54.5.4. siyasi partiyanın səlahiyyətli
nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada
rəsmiləşdirilmiş vəkalətnamələrini.[61]
54.6. Namizədin adı ilə
birlikdə siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq seçki
komissiyasına aşağıdakı sənədləri təqdim edir:
54.6.1. siyasi partiyaların
blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər
orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq
iclasların protokolları;
54.6.2. siyasi partiyaların
blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının
(qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli
sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
54.6.3. siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndələrinin notarial qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri.
54.7. Müvafiq seçki dairələri
üzrə irəli sürülmüş namizədlərə aid sənədlər müvafiq seçki komissiyasına siyasi
partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən
təqdim edilir. Namizədlərin adları Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi
formada təqdim edilir, çap üsulu ilə və ya maşınla oxunmasına imkan verən başqa
üsulla tərtib olunur.
54.8. Siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi bu Məcəllənin 54.1-54.7-ci
maddələrində göstərilən sənədlərlə birlikdə namizədin seçiləcəyi halda həmin vəzifə
ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə,
namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim
edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış
yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə
(bu olmadıqda — fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu
göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu
olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin
adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli
olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə
tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə
hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə
namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər
qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilir.
54.9. Seçki komissiyası təqdim
edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli
sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul
edir və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə
bu barədə məlumat verir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul
edilməsindən imtina edə bilməz. Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul
etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini
siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim
edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin
aşağı künc hissəsində imza qoyur. [62]
54.10. İrəli sürülmüş namizədin təsdiq olunmasından
imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 54.1-54.7-ci maddələrində göstərilən
sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsinin
bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və
pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə,
müvafiq seçki komissiyası namizədi bu Məcəllənin 54.9-cu maddəsində göstərilən
müddətdə bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən sonra namizədin
irəli sürülməsini təsdiqləyir. [63]
54.11. Mərkəzi Seçki
Komissiyası və dairə seçki komissiyaları irəli sürülmüş müvafiq namizədlər barədə
məlumat alınmasına şərait yaratmalıdırlar.
Maddə 55. Namizədlərin irəli
sürülməsi zamanı onların bərabər statusunun təmin edilməsi
55.1. Bütün namizədlər bərabər
hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.
55.2. Bu Məcəllədə aşağıdakılar
vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə
olunması kimi başa düşülür:
55.2.1. tabelikdə və ya digər
xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş
vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb
etmək;
55.2.2. bütün namizədlər və ya
qeydə alınmış namizədlər dövlət orqanlarının, yaxud bələdiyyə orqanlarının yerləşdiyi
binalardan eyni şərtlərlə istifadə edə bilmədikləri halda, bu binalardan namizəd
irəli sürməyə və ya seçilməyə kömək göstərən fəaliyyətlə məşğul olmaq üçün
istifadə etmək;
55.2.3. dövlət orqanlarının, təşkilatlarının,
bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə, informasiya, telefon
vasitələrindən imzaların toplanması və seçkiqabağı təşviqat üçün istifadə etmək;
55.2.4. namizəd irəli sürülməyə
və ya seçilməyə kömək üçün dövlət və ya bələdiyyə mülkiyyətində olan nəqliyyat
vasitələrindən pulsuz və ya güzəştli şərtlərlə istifadə etmək (yuxarıda göstərilən
hallar dövlət mühafizəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun
olaraq nəqliyyat vasitələrindən istifadə edən şəxslərə aid edilmir);
55.2.5. dövlət və ya bələdiyyə
qulluqçularını xidməti ezamiyyət zamanı imza yığılmasına və ya seçkiqabağı təşviqata
cəlb etmək;
55.2.6. bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən media subyektlərindən güzəştli şərtlərlə imza toplanması və ya
seçkiqabağı təşviqat məqsədi ilə istifadə etmək.
55.3. Namizədlər, namizədi irəli
sürmüş siyasi partiyalar, siyasi partiyaların blokları və onların səlahiyyətli
nümayəndələri, habelə təsisçiləri, mülkiyyətçiləri, sahibləri göstərilən şəxslər
və təşkilatlar olan hüquqi şəxslər və onların xahişi və ya tapşırığı ilə hərəkət
edən digər fiziki və hüquqi şəxslər seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti
ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların digər fiziki və
hüquqi şəxslərə maddi və maliyyə yardımı etmək, seçicilərə və ya təşkilatlara
maliyyə yardımı, maddi yardım və ya xidmət göstərmək təklifi ilə müraciət etməsi
qadağandır. Fiziki və hüquqi şəxslərin siyasi partiyalar, siyasi partiyaların
blokları, onların səlahiyyətli nümayəndələri və ya namizədlər adından yaxud
onların müdafiəsi məqsədi ilə xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.
Maddə 56. Namizədlərin müdafiəsi
üçün seçici imzalarının toplanması şərtləri
56.1. Seçicilərin təşəbbüs
qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin
müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 53.6-cı
maddəsində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi
partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş namizədlərin
müdafiəsi məqsədi ilə seçicilərin imzalarının toplanması bu Məcəllənin 54.9-cu
maddəsində göstərilən qərarın qəbul edilməsi günündən başlanır.
56.2. Namizədin müdafiəsi üçün
onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları
toplanmalıdır.
56.3. Hər bir imza vərəqəsində
namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və
ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli
sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş
və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin
adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli
olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə
tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə
hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.
56.4. İmza vərəqəsində namizədin
namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi
partiyanın adı göstərilə bilər.
56.5. Namizədin müdafiəsi üçün
imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi
partiya, siyasi partiyaların bloku həyata keçirirsə, imza vərəqəsində namizədə
aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın, siyasi
partiyalar blokunun adı göstərilir, namizədin ərizəsində belə məlumat olarsa,
onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq
statusu göstərilə bilər.
Maddə 57. Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası
57.1. Dövlət orqanlarının, bələdiyyə
qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza
toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri
imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər
hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması
müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız
sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin
qeydiyyatından imtina üçün əsas ola bilər.
57.2. Seçici imzalarını Azərbaycan
Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər.
Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə
imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.
57.3. Namizədin müdafiəsi üçün
seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla
seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana
bilər.
57.4. Seçici imza vərəqəsində
imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin
ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və
verilmə tarixini və ya etibarlılıq müddətini, imza etdiyi tarixi
göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar
imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar
əllə yazılır və onların yayılmamasına təminat verilir. [64]
57.5. İmza vərəqələri bu Məcəllənin
1,2,3 saylı əlavələrinə uyğun hazırlanır.
57.6. Namizədin müdafiəsi üçün
seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində
qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və
təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur.
57.7. İmza toplandıqdan sonra
imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan
şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını,
yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin
seriyasını,
nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini göstərir.
57.8. Namizəd siyasi partiya,
siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra
imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs
imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış
yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və
verilmə tarixini və ya etibarlılıq müddətini göstərir, müvafiq səlahiyyətli
nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.
57.9. Namizəd irəli sürmüş
siyasi partiya, siyasi partiyaların bloku, seçicilərin təşəbbüs qrupu müvafiq
seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat
verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda
imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi
üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə
verilir.
57.10. Namizədin irəli sürülməsinin
təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici
imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri
haqqında protokolu tərtib edir və imzalayırlar.
57.11. Müvafiq seçki
komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında
səhifələnməlidir.
Maddə 58. Namizədin qeydə
alınması üçün seçki sənədlərinin təqdim edilməsi
58.1. İrəli sürülmüş namizədlərin
qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun
səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30
gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini
təqdim etməlidir:[65]
58.1.1. irəli sürülmüş namizədin
müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
58.1.2. seçici imzaları
toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi
formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
58.1.3. bu Məcəllənin 53.3-cü
və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda
dəyişikliklər barədə bildiriş;
58.1.4. namizədin gəlirlərinin
miqdarı və mənbələri barədə məlumat;
58.1.5. mülkiyyət hüququ əsasında
namizədə məxsus əmlak barədə məlumat;
58.1.6. namizədin ilkin maliyyə
hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar
göstərilməklə).
58.2. Bu Məcəllənin 58.1.2 —
58.1.6-cı maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar
edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı
və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir.
58.3. Namizədin gəlirlərinin
miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi
bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc
edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin
alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim
edilir. Namizədin əmlakı barədə məlumat bu Məcəlləyə 5 saylı Əlavəyə uyğun
formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların
siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir. [66]
58.4. Seçki komissiyaları
seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə
təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları
toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların
qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin
sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı
arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər
bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim
edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi
partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin müvafiq
binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.
58.5. Namizədin qeydə alınması
üçün müvafiq seçki komissiyasına seçki sənədləri təqdim edilərkən, eyni
zamanda, qeydiyyatı həyata keçirən seçki komissiyasının hesabına müvafiq seçki
fondunun yuxarı həddinin 3 faizi məbləğində könüllü qeydiyyat depozitinin
köçürülməsi barədə bank sənədi təqdim edilə bilər.[67]
Qeydiyyat depozitinin seçki
komissiyası tərəfindən geri qaytarılması halları bu Məcəllənin 60.5-ci maddəsi
ilə müəyyən edilir.
Maddə 59. İmza vərəqələrində,
habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim
etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən
yoxlanılması
59.1. Müvafiq seçki
komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin
imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi
prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki
komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun,
seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların
və namizəd haqqında digər məlumatların düzgünlüyünü
yoxlayır.[68]
59.2. Müvafiq seçki
komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların
düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin
orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə
40 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri
barədə seçki komissiyasına məlumat verməlidir. Müvafiq seçki komissiyası öz qərarı
ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq
üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu
qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi
Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər,
müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin
qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri
cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün
olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində
olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların
qeydiyyat sistemindən istifadə edə bilərlər.[69]
59.3. İmza vərəqələri
yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli
nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli
nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin
yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki
komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi
şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Bu Məcəllənin
59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza vərəqələrində olan bütün
imzalar yoxlanılmalıdır. [70]
59.4. İmzaların yoxlanılması o
vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas
verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur.
Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya
qeyri-düzgünlüyü təsdiqlənməlidir.
59.5. İmza vərəqələri müvafiq
seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində
pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar
tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın.
59.6. İmza vərəqələri
yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza
etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.
59.7. Bu Məcəllənin 59.6-cı
maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir:
59.7.1. müvafiq icra hakimiyyəti
orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki
komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan
və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları;
59.7.2. namizəd irəli sürülməsi
haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə
daxil edilmiş seçici imzaları;
59.7.3. bu Məcəllənin 57.1-ci
maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar;
59.7.4. müxtəlif şəxslərin
adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən
qoyulmuş imzalar;
59.7.5. imza vərəqəsinə əl
yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar.
59.8. İmza vərəqələrində
seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə
düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş
olsunlar.
59.9. İmza vərəqələri imza
toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq
edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində
olan bütün imzalar etibarsız sayılır.
59.10. Bu Məcəllənin 59.7 —
59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin
tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan
imza etibarsız sayılır.
59.11. Bu Məcəllənin 59.6 —
59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə,
imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü
yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və
qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz.
59.12. Bu Məcəllənin 59.6 -
59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra
qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd
qeydə alınmır.
59.13. Hər bir namizəd üzrə
imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri,
müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib
edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim
edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd
olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki
komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə
alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat
qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının
olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların
bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı,
seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq
qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan
yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.
Maddə 60. Namizədin qeydə alınması
60.1. Müvafiq seçki
komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər
sənədləri qəbul etdikdən sonra 7
gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul
etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd
qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında namizədin
müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü
göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul
olunduğu tarix və vaxt göstərilir.[71]
60.2. Namizədin qeydə alınması
barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul
edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş
siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə
verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir.
İmtina üçün aşağıdakılar əsas ola bilər:
60.2.1. imzaların
toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması;[72]
60.2.2. bu Məcəllənin 57-ci və
58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya
olmaması;
60.2.3. namizədlərin, siyasi
partiyanın, siyasi partiyalar bloklarını bu Məcəllənin 57-ci və 58-ci maddələrinə
uyğun təqdim etdikləri məlumatların düzgün olmaması (siyasi
partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülən namizədlərə
bu əsas o vaxt tətbiq edilə bilər ki, göstərilən düzgün olmayan məlumatlar
namizədin təqsirindən buraxılsın.); [73]
60.2.4. namizədin müdafiəsi
üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az
olması;
60.2.5. namizədin, siyasi
partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yaradılması qaydasının və
müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas
yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq
edilsin və ya cərimə tətbiq olunsun);
60.2.6. bu Məcəllənin 55-ci
maddəsinin tələblərinin siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndəsi, habelə siyasi partiya, siyasi partiyaların bloku və ya namizəd tərəfindən
pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür
pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bu cür pozuntu
digər məsuliyyətə səbəb olmursa).
60.3. Bu Məcəllənin 60.2-ci
maddəsində göstərilən hallar qeydiyyatdan imtinaya dair qərarın çıxarılması
üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib
olmalıdır.
60.4. Bu Məcəllənin 60.2.2 və
60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular
müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə
aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu
haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra
namizədi qeydə alır.
60.5. Namizəd qeydə alınmazsa,
qeydiyyatdan imtina haqqında qərarın surətini aldıqdan sonra 3 gün müddətində
namizəd, namizədi irəli sürmüş siyasi partiyanın (siyasi partiyalar blokunun) rəhbər
orqanı qeydiyyat depozitinin geri qaytarılmaması şərti ilə namizədin müvafiq
seçki komissiyası tərəfindən qeydə alınması barədə müraciət edə bilər. Bu halda
müvafiq seçki komissiyası namizədi 2 gün müddətində qeydiyyata alır. Bütün digər
hallarda qeydiyyat depoziti seçki komissiyaları tərəfindən qeydə alınmaq və ya
qeydiyyatdan imtina etmək haqqında müvafiq qərarın qəbul edilməsindən sonra 3
gün müddətində müvafiq namizədə, namizəd irəli sürmüş siyasi partiyaya, siyasi
partiyaların blokuna qaytarılır. Namizəd Prezident, Milli Məclisin deputatı və
ya bələdiyyəyə üzv seçilərsə və ya etibarlı
hesab edilən səslərin azı 3 faizini toplayarsa, qeydiyyat depoziti seçkilərin
yekunları rəsmi dərc edildikdən sonra 3 gün müddətində müvafiq seçki
komissiyası tərəfindən namizəd olmuş şəxsə qaytarılır. [74]
60.6. Namizədin hərəkətlərində
cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri
aşkar edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin
məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və
materialları hüquq mühafizə orqanlarına göndərir.
60.7. Qeydə alınmış hər bir
namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki
dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24
saat müddətində media subyektlərinə təqdim edirlər. Seçki komissiyaları qeydə
alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış
seçki komissiyasının otaqlarında, bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə
tutulan məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi
barədə məlumatlar da həmin qaydada yerləşdirilir.[75]
On birinci fəsil
Maddə 61. Referendum üzrə təşviqat qrupu anlayışı
Referendum üzrə təşviqat
qrupları referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqatın
aparılması məqsədi ilə aktiv seçki hüququna malik olan Azərbaycan
Respublikasının vətəndaşları tərəfindən yaradılan qurumlardır.
Maddə 62. Referendum üzrə təşviqat qruplarının fəaliyyət şərtləri
62.1. Referendum
kampaniyasında iştirak edən referendum üzrə təşviqat qrupları bu Məcəllənin
2.6-cı maddəsində göstərilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidirlər:
62.1.1. referendum kampaniyası
zamanı referendum üzrə digər təşviqat qrupunun öz baxışlarını azad və sərbəst
yaymaq hüququna hörmət bəsləmək;
62.1.2. seçicilərlə azad
ünsiyyətin yaradılması üçün referendum üzrə digər təşviqat qrupuna mane
olmamaq;
62.1.3. referendumun qanuni təsdiqlənmiş
nəticələrinə hörmət bəsləmək, referendumla bağlı hər bir şikayəti səlahiyyətli
orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək.
Maddə 63. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri
63.1. Referendum üzrə təşviqat
qrupunun yaradılmasının 2 mindən az olmayan təşəbbüsçüləri Mərkəzi Seçki
Komissiyasına yazılı bildiriş verir.
63.2. Referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçülərinin sayı 500-dən çox və 2 mindən azdırsa,
bildiriş təşəbbüsçülərin əksəriyyətinin ərazisində yaşadıqları dairə seçki
komissiyasına verilir.
63.3. Bildirişdə hər bir təşəbbüsçünün
soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti,
əsas iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü)
göstərilməlidir. Bildirişə referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin
səlahiyyətli nümayəndələrinin siyahısı əlavə edilir. Bildiriş məlumat xarakteri
daşıyır və onun barəsində müvafiq seçki komissiyasında qərar çıxarılması tələb
olunmur. [76]
63.4. Müvafiq seçki
komissiyası bildirişin alınması barədə təşəbbüsçülərə 5 gün müddətində yazılı məlumat
verməlidir.
Maddə 64. Referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçülərinin (təşviqat qrupunun) səlahiyyətli nümayəndələri
64.1. Zəruri olan imzaların
toplanmasının təşkil edilməsi məqsədi ilə və referendum üzrə təşviqat qrupu
yaradılmasının təşəbbüsçüləri adından bu Məcəllə ilə nəzərdə tutulan digər hərəkətlərin
həyata keçirilməsi məqsədi ilə referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri
səlahiyyətli nümayəndə (nümayəndələr) təyin edə bilərlər. Mərkəzi Seçki
komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli
nümayəndələrinin sayı 25-dən, dairə seçki komissiyasında qeydiyyatdan keçən
referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı isə 5-dən
artıq ola bilməz.
64.2. Referendum üzrə təşviqat
qrupu qeydə alındıqdan sonra bu Məcəllənin 64.1-ci maddəsində göstərilən səlahiyyətli
nümayəndə referendum üzrə təşviqat qrupunun qərarına əsasən həmin qrupun səlahiyyətli
nümayəndəsi kimi öz səlahiyyətlərini saxlaya bilər.
64.3. Referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndəsinin təyin edilməsi müvafiq şəxsə notariat
qaydasında təsdiq edilmiş vəkalətnamənin verilməsi yolu ilə həyata keçirilir. Həmin
vəkalətnamə referendum üzrə təşviqat qrupunun bütün təşəbbüsçüləri adından
verilməlidir.
64.4. Referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndəsi öz səlahiyyətini soyadını, adını, atasının
adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini
və verilmə tarixini və ya etibarlılıq müddətini, yaşayış yerinin
ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar olmadıqda — fəaliyyət
növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə həm də
maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən,
bu Məcəllənin 64.3-cü maddəsində göstərilən vəkalətnamə əsasında həyata
keçirir. Həmin vəkalətnamə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlə
birlikdə təqdim edildikdə etibarlı sayılır. [77]
64.5. Referendum üzrə təşviqat
qrupunun təyin etdiyi səlahiyyətli nümayəndələrin siyahıları həmin qrupu
qeydiyyata alan seçki komissiyasına təqdim edilir. Referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli nümayəndələrin
hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və
ya onu əvəz edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq
müddəti, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu
olmadıqda fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Müvafiq seçki
komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə
olmağa razılığı barədə yazılı ərizəsi əlavə edilməlidir. [78]
64.6. Referendum üzrə təşviqat
qrupunun qərarı ilə yazılı formada xəbərdar etməklə, nümayəndənin səlahiyyətlərinə
xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti qrupu qeydiyyata
alan seçki komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir. Bu qərar
referendum üzrə təşviqat qrupu üzvlərinin səs çoxluğu ilə qəbul edilir və onu qəbul
edənlər tərəfindən imzalanır. Bu halda referendum üzrə təşviqat qrupu başqa səlahiyyətli
nümayəndə təyin edə bilər.
64.7. Referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin
edildiyi vaxtdan başlanır və referendumun nəticələrinin rəsmi dərc edildiyi
gündən gec olmayaraq başa çatır.
Maddə 65. Referendum üzrə təşviqat
qrupunun yaradılması üçün seçici imzalarının toplanması qaydası
65.1. Referendum üzrə təşviqat
qrupunun yaradılması üçün imzalar bu Məcəllənin 57-ci maddəsinə uyğun olaraq
toplanır və rəsmiləşdirilir. İmza vərəqələri bu Məcəlləyə 4 saylı əlavəyə uyğun
hazırlanır.
65.2. Referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində
referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə
təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60
seçki dairəsinin ərazisində toplamalıdırlar. Bu halda bir seçki dairəsindən
olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola
bilməz.
65.3. Referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikası ərazisinin bir hissəsində
referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar
referendumqabağı təşviqatın aparılması nəzərdə tutulan hər bir seçki dairəsinin
ərazisində referendum üzrə təşviqat qrupunda üzvlüyə dair azı 100 seçici imzası
toplamalıdırlar.
65.4. Seçici öz iradəsinə
uyğun olaraq referendum üzrə təşviqat qrupunda üzvlük haqqında yalnız bir dəfə
imza etmək hüququna malikdir.
65.5. İmza toplandıqdan sonra
imza vərəqəsi imza toplayan şəxs və referendum üzrə təşviqat qrupunun təşəbbüsçülərinin
səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə
imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini,
verilmə tarixini, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini
göstərir. [79]
Maddə 66. Referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün sənədlərin təqdim edilməsi
66.1. Referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün zəruri olan imzalar bu Məcəllənin 65.3-cü maddəsinə
uyğun olaraq bir və ya bir neçə seçki dairəsinin ərazisində toplanıbsa, bu Məcəllənin
66.2-ci maddəsində göstərilən sənədlər ərazisində imzaların əksəriyyəti
toplanmış müvafiq dairə seçki komissiyasına təqdim edilir; bu Məcəllənin
65.2-ci maddəsində göstərilən qaydada seçici imzalarını toplayan referendum üzrə
təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri bu Məcəllənin 66.2-ci maddəsində
göstərilən sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
66.2. Referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi səsvermə gününə azı
35 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim
etməlidir:[80]
66.2.1. toplanmış seçici
imzaları olan imza vərəqələri;
66.2.2. seçici imzaları
toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi
formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
66.2.3. referendum üzrə təşviqat
qrupunun yaradılması təşəbbüsçülərinin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının
təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).
66.3. Müvafiq seçki
komissiyası sənədləri qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü
ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının
yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə
tarixini və vaxtını qeyd edərək, referendum üzrə təşviqat qrupu yaradılması təşəbbüsçülərinin
səlahiyyətli nümayəndəsinə, qəbul edilmiş imza vərəqələrinin sayını və onlardakı
imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin
şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin
66.2-ci maddəsində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların
qəbul edilməsindən imtina edilə bilməz, referendum üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.
66.4. Referendum üzrə təşviqat
qrupunun qeydiyyatı müvafiq seçki komissiyasına seçici imzaları təqdim
olunduqdan sonra aparılır.
Maddə 67. Referendum üzrə təşviqat
qruplarının qeydə alınması üçün zəruri olan seçici imzalarının yoxlanılması
Referendum üzrə təşviqat
qruplarının qeydə alınması üçün zəruri olan seçici imzalarının yoxlanılması bu
Məcəllənin 59-cu maddəsində göstərilən qaydada həyata keçirilir.
Maddə 68. Referendum üzrə təşviqat qrupunun qeydə alınması
68.1. Müvafiq seçki
komissiyası imza vərəqələrini və referendum üzrə təşviqat qrupunun qeydə
alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində
referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərar və ya onun qeydə
alınmasından imtina edilməsi barədə qərar qəbul etməlidir. Qeydə alma və ya
qeydə almaqdan imtina barədə qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.[81]
68.2. Referendum üzrə təşviqat
qrupunun qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən
həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində referendum üzrə
təşviqat qrupu yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinə
verilməli, həm də qeydə almaqdan imtina olunubsa, bunun əsasları göstərilməlidir.
İmtina üçün aşağıdakılar əsas ola bilər:
68.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş
imzaların toplanması qaydasının pozulması;
68.2.2. bu Məcəllənin 63, 65,
66.2 və 66.3-cü maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və
ya olmaması;
68.2.3. referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının lazımi
saydan az olması;
68.2.4. referendum üzrə təşviqat
qrupunun maliyyə fondunun yaradılması qaydasının və ya onun vəsaitinin xərclənməsi
qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu
cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin);
68.2.5. bu Məcəllənin 55-ci
maddəsinin tələblərinin referendum üzrə təşviqat qrupu təşəbbüsçülərinin səlahiyyətli
nümayəndəsi tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər
bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bü cür
pozuntu digər məsuliyyətə səbəb olmursa).
68.3. Bu Məcəllənin 68.2-ci
maddəsində göstərilən hallar qeydiyyatdan imtina barədə qərarın çıxarılması
üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib
olmalıdır.
68.4. Bu Məcəllənin 68.2.2-ci
və 68.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular
müvafiq sənədlərdə referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən
düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki
komissiyası səlahiyyətli nümayəndəni bu haqda 2 gün müddətində xəbərdar edir və
onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra referendum üzrə təşviqat
qrupunu qeydə alır.
68.5. Cinayət məsuliyyətinə və
ya inzibati məsuliyyətə səbəb ola biləcək hüquq pozuntusu əlamətləri aşkar
edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin
məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və
materialları hüquq mühafizə orqanlarına göndərir.
68.6. Qeydə alınmış referendum
üzrə təşviqat qrupunun hər bir səlahiyyətli nümayəndəsinə qeydiyyat vəsiqəsi
verilir. Mərkəzi Seçki Komissiyası qeydə alınmış referendum üzrə təşviqat
qrupları barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində media
subyektlərinə təqdim edir. Dairə seçki
komissiyaları referendum üzrə təşviqat qrupları barədə məlumatları səsvermə
gününə azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Məcəllənin
98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər.[82]
On ikinci fəsil
Maddə 69. Qeydə alınmış namizədlərin
və referendum üzrə təşviqat qruplarının bərabərliyi
69.1. Qeydə alınmış bütün
namizədlər və referendum üzrə təşviqat qrupları onların statusları nəzərə
alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.
69.2. Dövlət orqanlarında işləyən
və ya bələdiyyə qulluğunda olan və ya media subyektlərində əmək və mülki hüquq müqaviləsi
əsasında işləyən qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının
səlahiyyətli nümayəndələri seçki (referendum) kampaniyasında iştirak etdikləri
müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan
Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə
şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat
günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim
edirlər; onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə
etmək məqsədi ilə istifadə edə bilməzlər.[83]
69.3. Dövlət vəzifələrində
olan qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının təşəbbüsçüləri,
həmçinin bələdiyyə vəzifələrində olan qeydə alınmış namizədlər və referendum
üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən
üstünlük əldə etmək üçün istifadə edə bilməzlər.
69.4. Vəzifə və xidməti mövqedən
üstünlük əldə etmək məqsədi ilə istifadə olunması nəticəsində bərabərlik
prinsiplərinin pozulması halları bu Məcəllənin 55.2-ci maddəsi ilə müəyyənləşdirilir.
69.5. Dövlət vəzifələrində
olan qeydə alınmış namizədlərin, referendum üzrə təşviqat qrupları
yaradılmasının təşəbbüsçülərinin, həmçinin bələdiyyə vəzifələrində olan
referendum üzrə təşviqat qrupları yaradılması təşəbbüsçülərinin yalnız öz vəzifələrini
icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı (referendumqabağı) təşviqat
aparmaq hüququ vardır. Qeydə alınmış namizəd, referendum üzrə təşviqat qrupları
tərəfindən bu Məcəllənin 81-ci maddəsinə uyğun olaraq televiziya və radio proqramlarının pulsuz efir vaxtından istifadə
etmə hallarına bu qaydalar şamil edilmir.[84]
69.6. Vəzifəli şəxslər, televiziya və
radio proqramları
və media subyektləri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə
alınmış namizəddirlərsə, referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüləridirlərsə
yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar
bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri və ya
səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin (referendumun) gedişinin media vasitəsi ilə işıqlandırılmasında
iştirak etmək onlara qadağan edilir.[85]
69.7. Bu Məcəllənin
69.3-cü-69.5-ci maddələri ilə müəyyənləşdirilmiş məhdudiyyətlərə əməl edilməsi
Milli Məclisin deputatlarına, bələdiyyə üzvlərinə seçicilər qarşısında səlahiyyətlərini
və vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır.
69.8. Qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının müvafiq olaraq vəkil
edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil
edilmiş şəxsləri, referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri,
göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar,
göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər
fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən
şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və
maliyyə yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır.
Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar
blokunun, referendum üzrə təşviqat qrupları üzvlərinin, onların səlahiyyətli
nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün
fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.
69.9. Qeydə alınmış namizədlərin
və referendum üzrə təşviqat qruplarının seçki fondlarına dövlət tərəfindən
ayrılmış vəsait Mərkəzi Seçki Komissiyası tərəfindən bərabər şəkildə
bölüşdürülür və 3 gün müddətində müvafiq hesablara köçürülür. Bu halda həmin vəsaitin
bərabər məbləğləri Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında
qeydiyyatdan keçən referendum üzrə təşviqat qrupları üçün ayrıca müəyyənləşdirilir.[86]
Maddə 70. Qeydə alınmış namizədin fəaliyyətinin təminatları
70.1. Qeydə alınmış namizədin
işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət
keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının
müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin
qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində
və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən
məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən,
xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin
hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə
onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş
minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış
namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən
məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr
üçün ödənilir.
70.2. Qeydə alınmış namizədə
bu Məcəllə ilə müəyyən edilmiş nəqliyyat xərcləri onun qeydə alındığı gündən
seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Taksi və
sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri ödənilmir. Şəhərkənarı və şəhərlərarası
nəqliyyat xərcləri gediş-gəliş biletinin, şəhər nəqliyyatı üçün isə müvafiq
müddətdə istifadə edilmiş gediş-gəliş biletlərinin təqdim edilməsi əsasında ödənilir.
70.3. Bu Məcəllənin 70.1-ci
maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin,
təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin
təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya
razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə
bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa
çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə
alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.
70.4. Qeydə alınmış namizəd bu
Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı
olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə
cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən
inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət
başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul
edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki
komissiyasını bu barədə dərhal xəbərdar edir.
70.5. Qeydə alınmış namizəd,
siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq
dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə
seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə
yerlərinin ünvanlarını ala bilər.
70.6. Qeydə alınmış namizəd
dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının
seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin
ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq məhkəməyə müraciət edə bilər.
Maddə 71. Qeydə alınmış namizədin seçkilərdə iştirakının şərtləri
71.1. Seçkilərdə iştirak edən
qeydə alınmış namizəd bu Məcəllənin 2.6-cı maddəsində göstərilən şərtlərlə
yanaşı aşağıdakı şərtlərə riayət etməlidir:
71.1.1. qeydə alınmış digər
namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad
və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
71.1.2. qeydə alınmış digər
namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların
hüquqlarına hörmət bəsləmək;
71.1.3. seçicilərlə azad
ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamaq.
Maddə 72. Vəkil edilmiş şəxslər
72.1. Qeydə alınmış namizədin,
namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun,
referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır.
Göstərilən şəxslər namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almış
müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərinin təyin
edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi
partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun təqdimatının, habelə vətəndaşın
vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən
başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və
ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum
tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət
növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin
seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti göstərilməlidir.
Siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının müvafiq təqdimatlarına bu Məcəllənin 52-ci və 64-cü maddələrində müəyyən
edilən qaydalar şamil edilir. [87]
72.2. Vəkil edilmiş şəxslər
müvafiq seçki komissiyasından lövhəcik alırlar.[88]
72.3. Vəkil edilmiş şəxs qeydə
alınmış namizədin seçilməsi ilə və ya referendumla bağlı təşviqat aparır və digər
bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna
malikdir.
72.4. Qeydə alınmış namizəd,
siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu
müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsi istənilən
vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını təyin edə bilərlər. Belə
xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini
ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı,
siyasi partiyaların blokunu, referendum üzrə təşviqat qrupunu xəbərdar etməklə,
ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki
komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.
72.5. Vəkil edilmiş şəxslərin
səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır
və seçkilərin (referendumun) ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən
gec olmayaraq, habelə bu Məcəllənin pozulması barədə şikayət üzrə məhkəmə
araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec
olmayaraq, bu Məcəllənin 72.4-cü maddəsində göstərilən hallar istisna edilməklə,
təmsil etdikləri namizədlərin, referendum üzrə təşviqat qruplarının statusunun
itirilməsi ilə başa çatır.
Maddə 73. Referendum üzrə
təşviqat qrupunun öz statusundan imtina etməsi
73.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli
nümayəndələri referendum üzrə təşviqat qrupunun yaradılması barədə bildirişi
istənilən vaxt geri götürə bilərlər. Bu haqda müvafiq vəsatət referendum üzrə təşviqat
qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır.
Bu cür vəsatət geri götürülmür.
73.2. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndələri istənilən vaxt müvafiq seçki komissiyasına referendum üzrə təşviqat
qrupunun qeydiyyatından imtina barədə ərizə ilə müraciət edə bilərlər. Bu cür ərizə
referendum üzrə təşviqat qrupunun bütün səlahiyyətli nümayəndələri tərəfindən
imzalanmalıdır. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası referendum
üzrə təşviqat qrupunun qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul
etməlidir.[89]
Maddə 73-1. Namizədin namizədlik statusundan imtina etməsi[90]
73-1.1. İrəli sürülmüş namizəd
müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa
razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq
geri götürülmür.
73-1.2. Qeydə alınmış namizəd
səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək
namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə
əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi
barədə 1 gün müddətində qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini
bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici əsas olmadan geri
götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri
almalıdır və bu halda qeydiyyat depoziti geri qaytarılmır.[91]
73-1.3. Qeydə alınmış namizədin
öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın,
siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici
əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənmiş
ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin
seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür. [92]
73-1.4. Namizədin öz namizədliyini
geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki
komissiyalarının bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində
yerləşdirilir.
On üçüncü fəsil
Maddə 74. Seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması
74.1. Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci
maddəsinə uyğun aparılır. Seçkiqabağı və referendumqabağı təşviqat (bundan sonra — seçkiqabağı
təşviqatın) aparmaq hüququna aşağıdakılar malikdirlər: [93]
74.1.1. referendum üzrə təşviqat
qrupları;
74.1.2. Milli Məclisə deputat
seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.3. Prezident seçkilərində
iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.4. Milli Məclisə deputat
seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar,
siyasi partiyaların blokları;
74.1.5. bələdiyyə seçkilərində
iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.6. Prezident seçkilərində
iştirak etmәk üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi
partiyaların blokları;
74.1.7. bələdiyyə seçkilərində
iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar
blokları;
74.2. Seçkiqabağı təşviqat
aşağıdakı üsullarla aparıla bilər:
74.2.1. media vasitəsi ilə;[94]
74.2.2. kütləvi tədbirlərin
(yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.)
keçirilməsi yolu ilə;
74.2.3. çap olunmuş,
audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
74.2.4. qanunla qadağan edilməyən
digər üsullarla.
74.3. Media vasitəsi ilə seçkiqabağı təşviqat açıq
müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar,
siyasi reklamlar, televiziya və radio proqramları, videofilmlər formasında və
qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir. Qeydə alınmış
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.[95]
74.4. Seçkiqabağı təşviqatın
aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması
aşağıdakılara qadağan edilir:
74.4.1. bu Məcəllənin 90.2-ci
maddəsində göstərilən subyektlərə (bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələri nəzərə
alınmaqla);
74.4.2. öz vəzifələrini və ya
xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti
üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında
və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət
və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;
74.4.3. seçki komissiyalarına,
seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə.
74.5. Bu Məcəllə ilə
seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti
Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət
olan mətbuat qrupu həyata keçirir.
Maddə 75. Seçkiqabağı təşviqatın aparılması müddəti
75.1. Səsvermə günü və ondan əvvəlki
gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
75.2. Seçkiqabağı təşviqat səsvermə
gününə 23 gün qalmış başlayır və
səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.[96]
75.3. Bu Məcəllə ilə müəyyənləşdirilmiş
qaydada seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş
seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.
Maddə 76. İctimai rəy sorğusu
76.1. Media
subyektləri
seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrini dərc etdikdə rəy sorğusu
keçirən təşkilatları, onun keçirilməsi vaxtını, dəqiq ifadə edilmiş sualları,
sorğuda iştirak edənlərin sayını bildirməlidir.[97]
76.2. Səsvermə gününə 24 saat
qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə
proqnozların mediada
dərc edilməsinə yol verilmir.[98]
Maddə 77. Seçkiqabağı təşviqat
zamanı media subyektlərinin əsas vəzifələri[99]
77.1. İctimai
televiziya
və radio yayımçıları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları,
təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə,
ictimai televiziya və radio yayımçıları və dövri nəşrlərin
redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi
partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin
sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma
çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü dövlət
hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar.
Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə
öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Dövlətə
məxsus olan televiziya və radio yayımçıları vasitəsilə
seçkiqabağı təşviqat aparılmır.[100]
77.2. Bu Məcəllənin 77.1-ci
maddəsində nəzərdə tutulan və proqramları Azərbaycan Respublikası ərazisinin yarısına
yaxud yarısından çoxuna yayımlanan televiziya və radio
yayımçıları,
habelə dövri nəşrlərin redaksiyaları prezidentliyə qeydə alınan namizədlərə,
birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından
çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların
bloklarına, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat
qruplarına seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar. Mərkəzi
Seçki Komissiyası göstərilən televiziya və radio yayımçılarının və dövri nəşrlər
redaksiyalarının siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın)
rəsmi dərc edilməsi günündən 20 gün gec olmayaraq müvafiq icra hakimiyyəti
orqanının təqdimatına əsasən dərc edir. [101]
77.3. Azərbaycan Respublikası ərazisinin
yarısından az hissəsində proqramları yayımlanan televiziya və radio
yayımçıları,
habelə bu Məcəllənin 77.2-ci maddəsində göstərilən televiziya və
radio yayımçılarının müvafiq bölmələri və bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə
tutulan, Azərbaycan Respublikası ərazisinin yarıdan az hissəsində yayımlanan
dövri nəşrlərin redaksiyaları birmandatlı seçki dairəsində qeydə alınmış namizədə,
bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada seçicilərin zəruri sayda imzaları
yığılmış müvafiq seçki dairəsinin əhatə etdiyi və üzvlərinin sayı 20 min və
daha çox olan referendum üzrə təşviqat qruplarına, bələdiyyələrin 1/3-dən
çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların
bloklarına müvafiq inzibati ərazi vahidində seçkiqabağı təşviqat aparmaq imkanı
yarada bilərlər. Televiziya və radio yayımçılarının və dövri nəşrlər
redaksiyalarının siyahısı seçkilərin təyin edilməsi haqqında qərar (sərəncam)
rəsmi dərc edildikdən ən geci 30
gün ərzində müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq dairə
seçki komissiyaları tərəfindən dərc edilir.[102]
77.4. Bu Məcəllənin 77.1-ci
maddəsində nəzərdə tutulmayan televiziya və radio yayımçıları və dövri nəşrlərin
redaksiyaları, əgər onların təsisçiləri bələdiyyə qurumları hesab edilirsə,
imzaların yığıldığı müvafiq seçki dairəsinin əhatə etdiyi və üzvlərinin sayı 2
min və daha çox olan referendum üzrə təşviqat qrupları, müvafiq bələdiyyənin
üzvlüyünə qeydə alınmış namizədlər üçün seçkiqabağı təşviqatın aparılmasına şərait
yaratmağa və qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku,
referendum üzrə təşviqat qrupu üçün seçkiqabağı təşviqatın aparılması məqsədi
ilə müvafiq bələdiyyənin ərazisində bərabər imkan yaratmağa borcludurlar. Televiziya və
radio yayımçıları
və dövri nəşrlərin redaksiyaları təşviqat fəaliyyətində tamamilə iştirak etmədikdə,
formasından asılı olmayaraq hər hansı materialın nəşrindən və ya efir vaxtının
verilməsindən imtina edə bilərlər.[103]
Maddə 78. Mediada seçkiqabağı təşviqatın
ödənişli əsaslarla aparılmasının ümumi şərtləri[104]
78.1. Bu Məcəllənin 77.1 və
77.4-cü maddələrində göstərilən televiziya və radio yayımçıları və dövri nəşrlərin
redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi
partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat
qruplarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer
ayırmaq hüququna malikdirlər.[105]
78.2. Ödənişin məbləği və şərtləri
müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların
blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır.
78.3. Müvafiq televiziya və
radio yayımçıları
və dövri nəşrlərin redaksiyaları efir vaxtı verilməsinin və dövri nəşrlərdə yer
ayrılmasının mümkünlüyü barədə qeydə alınmış namizədlərə, siyasi partiyalara,
siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına, Mərkəzi
Seçki Komissiyasına, dairə seçki komissiyasına göndərilən bildirişlə yanaşı, ödənişin
məbləği barədə məlumatı da seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın)
rəsmi dərcindən ən geci 30 gün ərzində
dərc etməlidirlər.[106]
78.4. Özəl televiziya və
radio yayımçıları
və dövri nəşrlər seçkiqabağı təşviqat materiallarını dərc etməkdən imtina edə
bilərlər. Özəl televiziya və radio yayımçıları və dövri nəşrlər seçkiqabağı
təbliğatla bağlı materialların dərc edilməsinə məcbur edilə bilməzlər. Bu cür
materiallar dərc edilirsə, dərc edilmə şərtləri bütün namizədlər, siyasi
partiyalar və referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır (bu Məcəllənin
85.4-cü maddəsində göstərilən dövri nəşrlər istisna olmaqla).
Maddə 79. Mediada seçkiqabağı təşviqata ayrılan efir vaxtının və ya dövri nəşrlərdə yerin
həcminin və dəyərinin qeydiyyatı[107]
79.1. Qeydə alınmış namizədlərə,
siyasi partiyalara və siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat
qruplarına müvafiq olaraq pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşrlərdə
yer ayıran televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları Mərkəzi
Seçki Komissiyasının müəyyənləşdirdiyi formada ayrılmış efir vaxtının və ya
dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatını aparmalı və bu
qeydiyyat barədə səsvermə gününə azı 5 gün qalmış və səsvermə günündən ən tezi
5 gün sonra onların qeydiyyatını həyata keçirən seçki komissiyasına məlumat
verməlidirlər.[108]
79.2. Müvafiq seçki
komissiyasının sorğusu əsasında qeydə alınmış namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları ödənişli efir
vaxtının və dövri nəşrdə yerin dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri
təqdim etməyə borcludurlar.
Maddə 80. Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə
pulsuz efir vaxtının verilməsi şərtləri
80.1. Prezidentliyə namizədlərin,
birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından
çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar
bloklarının, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat
qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədi ilə bu Məcəllənin
77.2-ci maddəsində göstərilən televiziya və radio yayımçısının kanallarında pulsuz efir
vaxtı almaq hüququ vardır.[109]
80.2. Birmandatlı seçki dairələri
üzrə qeydə alınmış namizədlərin, üzvlərinin sayı 20 min və daha çox olan
referendum üzrə təşviqat qruplarının, bələdiyyələrin 1/3-dən çoxunda namizədləri
qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı
pulsuz aparmaq məqsədi ilə bu Məcəllənin 77.3-cü maddəsində göstərilən televiziya və
radio yayımçılarının kanallarında pulsuz efir vaxtı almaq hüququ vardır.[110]
80.3. Bələdiyyə üzvlüyünə
namizədlərin, üzvlərinin sayı 2 min və daha çox olan referendum üzrə təşviqat
qruplarının seçkiqabağı təşviqat aparmaq məqsədi ilə bu Məcəllənin 77.4-cü maddəsində
nəzərdə tutulan televiziya və radio yayımçılarının kanallarında pulsuz efir
vaxtı almaq hüququ vardır.
80.4. Bu Məcəllənin 75-ci maddəsində
göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində, qeydə alınmış namizədlər
siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat
qrupları arasında, onların verdikləri ərizə əsasında, bu Məcəllənin 80.7-ci
maddəsinə uyğun olaraq ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədi ilə
püşkatma keçirilir.
80.5. Bu Məcəllənin 77.2-ci
maddəsində nəzərdə tutulan televiziya və radio yayımçılarının seçkiqabağı təşviqat üçün
ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır;
bu Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulan televiziya və radio
yayımçılarının
seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi isə həftədə
1 saat 30 dəqiqədən az ola bilməz, həmin yayımçıların proqramlarının ümumi vaxtı gün ərzində 2
saatdan az olarsa, göstərilən efir vaxtı proqramların ümumi həcminin 1/4 hissəsindən
az olmamalıdır. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan
vaxtda ayrılmalıdır.[111]
80.6. Televiziya və
radio yayımçılarının təqdim etdikləri pulsuz efir vaxtı qeydə alınmış namizədlər, siyasi
partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları
arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.[112]
80.7. Seçkiqabağı
materialların efirə çıxma vaxtı və tarixi müvafiq seçki komissiyasının televiziya və
radio yayımçıları
nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir.
Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilir.
Püşkatmanın keçirilməsində bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən
şəxslərin iştirak etmək hüququ vardır. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir.
Püşkatma nəticəsində efir vaxtının bölgüsü cədvəli bu Məcəllənin 77.2 və
77.3-cü maddələrində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.
80.8. Televiziya və
radio yayımçılarının namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum
üzrə təşviqat qrupuna pulsuz efir vaxtı verilməsi ilə əlaqədar çəkdikləri xərclər
həmin televiziya və radio yayımçılarına dövlət büdcəsindən ödənilir.[113]
Maddə 81. Televiziya və
radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir
vaxtının verilməsi şərtləri
81.1. Bu Məcəllənin 77.1 və
77.4-cü maddələrində nəzərdə tutulmayan televiziya və radio
yayımçılarının
kanallarında seçkiqabağı təşviqat televiziya və radio
yayımçısı ilə
bağlanmış müqaviləyə uyğun olaraq başlayır.[114]
81.2. Bu Məcəllənin 77.1-ci
maddəsində nəzərdə tutulan televiziya və
radio yayımçıları seçkiqabağı təşviqatı ödənişli
əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdırlar. Bələdiyyə
üzvlüyünə namizədlər və üzvlərinin sayı 20 mindən az olan referendum üzrə təşviqat
qrupları həmin vaxtdan istifadə edə bilməzlər. Bütün qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat
qrupları üçün ödəniş həcmi və şərtləri eyni olmalı və seçkilərin təyin edilməsi
haqqında qərarın (sərəncamın)
rəsmi dərc edildiyi gündən başlayaraq ən geci 30 gün ərzində bu barədə müvafiq məlumat dərc edilməlidir. Hər
bir televiziya və radio yayımçısının ödənişli istifadəyə təqdim edəcəyi
ehtiyatda olan efir vaxtının ümumi həcmi bu Məcəllənin 80.5-ci maddəsinə uyğun
olaraq ayrılan pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfədən
artıq ola bilməz.[115]
81.3. Qeydə alınmış hər bir
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupları üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə
norması onun ümumi həcminin qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi
yolu ilə müəyyənləşdirilir.
81.4. Bu Məcəllənin 81.2-ci
maddəsində göstərilən efir vaxtı televiziya və radio
yayımçıları tərəfindən
bu Məcəllənin 80.4-cü maddəsində göstərilən müddətdə təqdim edilməlidir.
Seçkiqabağı təşviqat materiallarının efirə çıxarılması vaxtı və tarixi namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qrupları səlahiyyətli nümayəndələrinin verdikləri müvafiq bildiriş əsasında onların
iştirakı ilə keçirilən püşkatma nəticəsində televiziya və radio
yayımçıları tərəfindən
müəyyənləşdirilir. Püşkatma bu Məcəllənin 80.4-cü maddəsində müəyyənləşdirilmiş
müddətdə keçirilməlidir. Efir vaxtı püşkatma keçirildikdən sonra bağlanmış
müqavilə əsasında təqdim edilir.[116]
81.5. Qeydə alınmış namizəd,
siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu
püşkatma keçirildikdən sonra efir vaxtından istifadə etməkdən imtina edərsə,
efirə çıxmağa 2 gün qalmış müvafiq televiziya və radio
yayımçılarına bu barədə məlumat verməlidir,
televiziya
və radio yayımçıları, seçkiqabağı təşviqat məqsədləri üçün istifadə istisna olmaqla, sərbəstləşmiş
efir vaxtından öz mülahizəsi üzrə istifadə edir.
81.6. Bu Məcəllənin 77.1 və
77.4-cü maddələrində nəzərdə tutulmayan televiziya və radio
yayımçılarının qeydə alınmış namizədlərə,
siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat
qruplarına efir vaxtı verməsi və onun dəyərinin ödənilməsi bərabər əsaslarla və
şərtlər üzrə həyata keçirilir. Həmin tələblərə, habelə bu Məcəllənin 78.2-ci
maddəsinin tələbinə əməl etməyən televiziya və
radio yayımçıları qeydə alınmış namizədlərə,
siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat
qruplarına seçkiqabağı təşviqat məqsədləri üçün efir vaxtı ayıra bilməz.
81.7. Ödənişli efir vaxtı
verilməsi haqqında müqavilədə aşağıdakılar nəzərdə tutulmalıdır:
81.7.1. seçkiqabağı təşviqatın
forması;
81.7.2. efirə çıxma vaxtı və
tarixi;
81.7.3. verilən efir vaxtının
müddəti, onun ödənilməsi qaydası və ödənişin həcmi;
81.7.4. aparıcı jurnalistin televiziya və
radio proqramları
prosesində iştirakı forması və şərtləri qeyd olunmaqla müqavilə şərtləri yerinə
yetirildikdən sonra həmin proqramların cədvəli, proqramın adı və efirə çıxma vaxtı göstərilməklə,
efir vaxtından istifadə edildiyi barədə akt bağlanır.[117]
81.8. Efir vaxtı dəyərinin ödənilməsi
üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəmə tapşırığını qeydə alınmış
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu efir vaxtının verilməsi gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim
etməlidir. Müvafiq bank ödəniş tapşırığını aldıqdan sonra pul vəsaitini
gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin həyata keçirilməsi müddəti iki
bank günündən çox olmamalıdır.
81.9. Efir vaxtı dəyərinin ödənişi
qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki
fondu və referendum üzrə təşviqat qrupunun seçkiqabağı maliyyə fondu (bundan
sonra — seçki fondu) vəsaitləri hesabına həyata keçirilməlidir.
81.10. Qeydə alınmış namizəd,
siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu dəyəri
ödənilmiş efir vaxtından istifadə zamanı bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri
pozduqda, televiziya və radio yayımçıları efir vaxtının verilməsi haqqında müqavilənin
ləğvi üçün məhkəməyə müraciət edə bilərlər. Müqavilə ləğv edildikdə televiziya və
radio yayımçılarının
sərbəstləşmiş efir vaxtından seçkiqabağı təşviqat məqsədləri üçün istifadə etmək
hüququ yoxdur.
81.11.
Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi
ilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır.[118]
Maddə 82. Televiziya və
radioda seçkiqabağı təşviqat materiallarının verilməsinə dair tələblər
82.1. Qeydə alınmış namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun seçkiqabağı təşviqat materiallarının verilməsini malların, işlərin və
xidmətlərin reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq
qadağan edilir.
82.2. Qeydə alınmış namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 77.1-ci maddəsində
göstərilən televiziya və radio yayımçılarının kanallarında verilməsini digər televiziya və
radio
proqramlarının verilməsi ilə dayandırmaq qadağandır.[119]
82.3. Qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat
qruplarının seçkiqabağı tədbirlərinin keçirilməsi haqqında məlumatlar, bir
qayda olaraq, televiziya və radio proqramlarında məlumatların şərhsiz göstərildiyi proqramların
başlanğıcında verilməlidir. Belə məlumatlara sərf edilən efir vaxtının dəyərini
qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları,
referendum üzrə təşviqat qrupları ödəmirlər. Bu halda seçkiqabağı təşviqatın
işıqlandırılmasında hər hansı bir qeydə alınmış namizədə, siyasi partiyaya,
siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna üstünlük verilməməlidir.[120]
82.4. Seçkiqabağı təşviqata
aid televiziya və radio proqramlarının video və audio yazısı aparılır, həmin yazılar efirə
çıxdığı gündən 12 ay müddətində müvafiq televiziya və radio
yayımçıları tərəfindən
qorunub saxlanılır. Televiziya və radio yayımçıları pulsuz və ödənişli efir
vaxtının verilməsinə aid hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 il
müddətində saxlamalıdırlar.[121]
Maddə 83. Dövri nəşrlər vasitəsi
ilə seçkiqabağı təşviqatın pulsuz əsaslarla aparılması şərtləri
83.1. Prezidentliyə namizədlərin,
birmandatlı seçki dairələrinin 60-dan çoxunda və ya bələdiyyələrin yarısından
çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar
bloklarının, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat
qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədi ilə bu Məcəllənin
77.2-ci maddəsində göstərilən, həftədə azı bir dəfə çıxan dövri nəşrlərdə
pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır.
83.2. Birmandatlı seçki dairələri
üzrə qeydə alınmış namizədlərin, üzvlərinin sayı 20 min və daha çox olan
referendum üzrə təşviqat qruplarının, bələdiyyələrin 1/3-dən çoxunda namizədləri
qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı
pulsuz aparılmaq məqsədi ilə bu Məcəllənin 77.3-cü maddəsində göstərilən, həftədə
azı bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer almaq hüququ
vardır.
83.3. Bələdiyyə üzvlüyünə
namizədlərin, üzvlərinin sayı 2 min və daha çox olan referendum üzrə vətəndaşların
təşəbbüs qruplarının seçkiqabağı təşviqatı aparılmaq məqsədi ilə bu Məcəllənin
77.4-cü maddəsində azı həftədə bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün
müvafiq yer almaq hüququ vardır.
83.4. Bu Məcəllənin 75-ci maddəsində
göstərilən müddət başlandıqdan sonra, qeydə alınmış namizədlərin, siyasi
partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat qruplarının
verdikləri ərizələr əsasında pulsuz nəşr səhifələrindən istifadə məqsədilə
onların arasında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada
püşkatma bir həftə müddətində keçirilir.
83.5. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən dövri nəşrlərin redaksiyaları dövri nəşrlərdə pulsuz dərc
üçün müvafiq səhifələr ayırırlar.
83.6. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən dövri nəşrlərin redaksiyalarının hər birinin qeydə
alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına,
referendum üzrə təşviqat qruplarına pulsuz ayırdığı nəşr səhifələrinin həftəlik
ümumi həcmi bu Məcəllənin 75-ci maddəsi ilə müəyyənləşdirilmiş dövrdə həftəlik
nəşr səhifələrinin ümumi həcminin azı 10 faizini təşkil etməlidir. Həmin dövrdə
seçkiqabağı təşviqat məqsədləri üçün dövri nəşrin pulsuz təqdim etdiyi səhifələrin
ümumi həcmini bu nəşrin redaksiyası seçkilərin təyin edilməsi barədə qərarın (sərəncamın)
rəsmi dərcindən sonra ən geci 30
gün keçənədək elan edir. Göstərilən dövri nəşrlərin redaksiyaları qeydə alınmış
namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə
təşviqat qruplarına dövri nəşrlərin səhifələrində bərabər həcmdə yer ayırırlar.[122]
83.7. Bu Məcəllənin 77.2 və
77.3-cü maddələrində nəzərdə tutulan dövri nəşrlərin pulsuz nəşr səhifələrindəki
yerin ümumi həcminin bölgüsü həmin həcmin müvafiq olaraq bu dövri nəşrlərdə
seçkiqabağı materialları pulsuz dərc etdirmək hüququ olan qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.
83.8. Qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının seçkiqabağı təşviqat materiallarının pulsuz dərcinin tarixi maraqlı
şəxslərin iştirakı ilə dövri nəşrlərin redaksiyalarında keçirilən püşkatma yolu
ilə müəyyənləşdirilir. Püşkatma bu Məcəllənin 75-ci maddəsində göstərilən müddət
başlandığı gün keçirilir. Püşkatmanın keçirilməsində müvafiq seçki
komissiyasının üzvləri, habelə bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən
şəxslər iştirak edə bilərlər. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir.
83.9. Qeydə alınmış namizədə,
siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna
dövri nəşrlərin səhifələrində pulsuz yer ayrılmasına dövri nəşrlərin
redaksiyalarının çəkdikləri xərclər dövri nəşrlərin redaksiyalarına dövlət büdcəsindən
maliyyələşdirmə hesabına ödənilir.
Maddə 84. Dövri nəşrlər vasitəsi
ilə seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması şərtləri
84.1. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə,
siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat
qruplarına seçkiqabağı təşviqat aparılması məqsədi ilə öz səhifələrində ödənişli
əsaslarla yer ayırmağa borcludurlar. Nəşr səhifələrində ayrılmış yerin dəyərinin
ödənilməsi əsasları, şərtləri və məbləği qeydə alınmış bütün namizədlər, siyasi
partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları
üçün eyni olmalıdır və seçkilərin təyin edilməsi barədə qərarın (sərəncamın)
rəsmi dərcindən ən geci 30 gün
keçənədək dövri nəşrlərin redaksiyaları tərəfindən dərc edilməlidir. Nəşrlərin
səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi bu Məcəllənin
83.6-cı maddəsinə əsasən ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az
olmamalıdır.[123]
84.2. Qeydə alınmış hər bir
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu müvafiq ödəniş müqabilində ehtiyat üçün nəşr səhifəsində ayrılan yerin
ümumi həcminin müvafiq olaraq qeydə alınmış namizədlərin, referendum üzrə təşviqat
qruplarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilən hissəsi qədər yer
ala bilər.
84.3. Bu Məcəllənin 77.1 və
77.4-cü maddələrində nəzərdə tutulmayan dövri nəşrlərin redaksiyaları qeydə
alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu ilə bağlanmış müqaviləyə uyğun olaraq təşviqat materiallarını dərc edə
bilərlər.
84.4. Bu Məcəllənin 77.1 və
77.4-cü maddələrində nəzərdə tutulmayan dövri nəşrlərin redaksiyalarının qeydə
alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına,
referendum üzrə təşviqat qruplarına təqdim etdikləri nəşr yerinin dəyərinin ödənilməsi
bərabər əsaslar və şərtlərlə həyata keçirilir. Həmin tələblərə və bu Məcəllənin
78.2-ci maddəsinin tələblərinə əməl etməyən dövri nəşrlərin redaksiyaları namizədə,
siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna
seçkiqabağı təşviqat məqsədləri üçün öz səhifələrində yer ayıra bilməzlər.
84.5. Qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat
qrupları dövri nəşrlərin səhifələrində ayrılmış yerin dəyərini püşkatmadan
sonra dövri nəşrlərin redaksiyaları ilə bağladıqları müqavilə əsasında ödəyirlər.
Dövri nəşr səhifələrində ayrılmış yerin dəyərinin tam həcmdə ödənilməsi barədə
ödəniş tapşırığı qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların
bloku, referendum üzrə təşviqat qrupu tərəfindən dərc edilmə gününə ən geci 2
gün qalmış müvafiq banka təqdim edilməlidir. Bu şərtlər pozulduqda dövri nəşr səhifələrində
yer ayrıla bilməz. Müvafiq bank ödəniş tapşırığını aldığı gündən sonra ən geci
növbəti əməliyyat günü icra etməlidir. Belə halda nağdsız ödəniş əməliyyatının
müddəti iki bank günündən çox ola bilməz.
84.6. Dövri nəşr səhifələrində
ayrılmış yerin dəyəri qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi
partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fondu hesabına ödənilir.
84.7. Bu Məcəllənin 84.2-ci
maddəsində göstərilən dövri nəşrlərin səhifələrində ayrılan yer bu Məcəllənin
75-ci maddəsində göstərilmiş dövrdə təqdim edilməlidir.
84.8. Qeydə alınmış namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun ödənişli əsaslarla seçkiqabağı təşviqat materiallarının dərc edilməsi
tarixi onların səlahiyyətli nümayəndələrinin yazılı ərizələri əsasında maraqlı
şəxslərin iştirakı ilə dövri nəşrlərin redaksiyalarının keçirdikləri püşkatma
yolu ilə müəyyənləşdirilir. Püşkatma bu Məcəllənin 75-ci maddəsində göstərilmiş
müddətin başlandığı gün keçirilir. Püşkatma keçirilməsində müvafiq seçki
komissiyaları üzvlərinin, habelə bu Məcəllənin 40-cı və 40.4-cü maddələrində
göstərilən şəxslərin iştirak etmək hüququ vardır. Püşkatmanın nəticələri
protokolla rəsmiləşdirilir.
Maddə 85. Dövri nəşrlər vasitəsi
ilə seçkiqabağı təşviqatın aparılmasına dair tələblər
85.1. Qeydə alınmış namizəd,
siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu
püşkatma keçirildikdən sonra dövri nəşrin səhifəsində ayrılmış yerdən imtina edərlərsə,
onlar dərcetmə gününə azı 5 gün qalmış bu barədə müvafiq dövri nəşrin
redaksiyasına məlumat verməlidirlər. Dövri nəşrin redaksiyası sərbəstləşmiş
yerdən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməz.
85.2. Bu maddəyə uyğun olaraq
seçkiqabağı təşviqat materialları dərc edilərkən namizədlər, siyasi partiya,
siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ilə razılaşdırmadan
heç bir redaksiya şərhi verilə bilməz.
85.3. Qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyə qurumlarının təsis etdikləri
dövri nəşrlər təsisçilərin rəsmi materiallarının, məlumatlarının, normativ və
digər aktlarının rəsmi dərc edilməsi məqsədi daşıyırsa, onların redaksiyaları
seçkiqabağı təşviqat materiallarını və digər materialları dərc edə bilməzlər.
85.4. Dövri nəşrlər qeydə
alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları və ya
siyasi partiyaların blokuna daxil olan siyasi partiyalar tərəfindən təsis
edilmişdirsə, nəşr səhifələrində bərabər şərtlərlə yer ayrılması barədə tələblər
və bu Məcəllənin 78.1 — 78.3-cü maddələri həmin dövri nəşrlərin redaksiyalarına
şamil edilmir.
85.5. Namizədin, qeydə alınmış
namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun dövri nəşrlərdə yerləşdirilən materiallarında həmin materialların dərc
edilməsi dəyərinin hansı qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi
partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki fondu hesabına ödənilməsi
barədə məlumat verilməlidir. Seçkiqabağı təşviqat materialları pulsuz dərc edildikdə,
dərcin qeydə alınmış hansı namizədə, siyasi partiyaya, siyasi partiyalar
blokuna, referendum üzrə təşviqat qrupuna aid olduğu göstərilməlidir.
Maddə 86. Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması şərtləri
86.1. Dövlət orqanları, bələdiyyə
qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların
blokuna, referendum üzrə təşviqat qrupuna vətəndaşlarla görüşlər, açıq müzakirələr
təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər.
86.2. Qeydə alınmış namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin
seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə
müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası
qanunlarına uyğun olaraq baxılır.
86.3. Seçki komissiyalarının
sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin
keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi
partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin
seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün
istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer (otaq,
bina) qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyaların
blokuna, referendum üzrə təşviqat qrupuna seçkiqabağı təşviqatın aparılması
üçün verilmişsə, mülkiyyətçi qeydə alınmış digər namizədə, siyasi partiyaya,
siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna eyni istifadə şərtləri
ilə həmin yeri (otağı, binanı) verməkdən imtina edə bilməz. Seçki komissiyaları
qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına,
referendum üzrə təşviqat qruplarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün
bərabər şərait yaradırlar.
86.4. Qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat
qrupları seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər
keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara
məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.
86.5. Dövlətin müvafiq
reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq təşviqat
məqsədləri üçün istifadə edilə bilməz.
86.6. Hərbi hissələrin, hərbi
təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması
qadağandır. Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların
bloku, referendum üzrə təşviqat qrupu, onların səlahiyyətli nümayəndələri və vəkil
edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında hərbi
qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki
komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3
gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri
qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının mütləq dəvət edilməsi və ya onlara xəbər
verilməsi şərti ilə təşkil edə bilərlər. Bu görüşlərin keçirilməsində yuxarıda
göstərilən şəxslərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına,
referendum üzrə təşviqat qruplarına bərabər şərait və həmin görüşlərin müşahidə
edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır.
86.7. Seçkiqabağı kütləvi tədbirlərin
keçirilməsində təhlükəsizliyi və ictimai asayişi qanunvericiliyə uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanları təmin edirlər.
Maddə 87. Çap, audiovizual və
digər seçkiqabağı təşviqat materiallarının buraxılışı və yayılması şərtləri
87.1. Qeydə alınmış namizədlər,
namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları,
referendum üzrə təşviqat qrupları qanunla müəyyənləşdirilmiş qaydada çap,
audiovizual və digər seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna
malikdirlər.
87.2. Seçkilərin
(referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) dərc edildiyi günədək
təsisçiləri (həmtəsisçiləri) dövlət orqanları və ya bələdiyyə qurumları, təşkilatları
və idarələri olan, reklam xidmətləri göstərən təşkilatlar dövlət hakimiyyəti
orqanlarının, bələdiyyə qurumlarının ayırdıqları vəsait hesabına müvafiq seçki
dairələri üzrə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi
partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat
materiallarının yerləşdirilməsi üçün bərabər şərait yaratmalıdırlar.
87.3. Seçkiqabağı çap və
audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və
hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və
buraxılış tarixi barədə məlumat olmalıdır.
87.4. Çap olunan seçkiqabağı təşviqat
materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə
müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların
ünvanları barədə məlumat da təqdim edilməlidir.
87.5. Seçkiqabağı təşviqat
materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini pozmaqla
yayılması qadağandır.
87.6. Müvafiq icra hakimiyyəti
orqanları və bələdiyyə qurumları dairə seçki komissiyasının təklifi ilə səsvermə
gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində seçkiqabağı təşviqat
materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirməlidir. Belə
yerlər seçicilərin gəlməsi üçün əlverişli olmalı və elə müəyyənləşdirilməlidir
ki, orada yerləşdirilən məlumatları oxumaq mümkün olsun. Qeydə alınmış namizədlər,
siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun
səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi
üçün ayrılmış yerlərin siyahısını dairə seçki komissiyasından ala bilərlər.
87.7.
Seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər
obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi
qadağandır.[124]
87.8. Seçkiqabağı təşviqat
materialları dövlətin müvafiq reyestrinə daxil edilmiş tarix və ya mədəniyyət
abidələri sayılan binalarda, qurğularda və otaqlarda, habelə seçki
komissiyalarının otaqlarında, o cümlədən bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə
tutulmuş məlumat lövhələrində səsvermə üçün ayrılmış otaqlarda və ya onların
girişlərində yerləşdirilə bilməz.
87.9. Saxta seçkiqabağı çap,
audiovizual və digər təşviqat materiallarının və ya bu Məcəllənin 87.3-cü,
87.4-cü, 87.7-ci, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə seçkiqabağı təşviqat
materiallarının yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər
görməli, hüquq mühafizə orqanlarına və digər orqanlara qanunazidd təşviqatın
dayandırılması və qanunsuz yayılan seçkiqabağı təşviqat materiallarının
götürülməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və
ya Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir.
Maddə 88. Seçkiqabağı təşviqat
aparılarkən sui-istifadə hallarına yol verilməməsi
88.1. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə
uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya
bloklarının, referendum üzrə təşviqat qruplarının seçkiqabağı proqramında
(referendumqabağı çağırışlarında), yığıncaqlarda, mediada yayılan təşviqat
materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə,
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün
pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr
olmamalıdır. Bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının
47-ci maddəsinə uyğun tətbiq edilməlidir. [125]
88.2. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat
aparılarkən mediadan sosial, irqi, milli, dini
nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.
88.3. Azərbaycan
Respublikasının Konstitusiyasının 30-cu maddəsinə və Azərbaycan Respublikası
Mülki Məcəlləsinə uyğun olaraq, əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqat
qadağandır.
88.4. Seçkiqabağı təşviqatda
bilavasitə yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların
seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
88.4.1. təşkilati işlərin yerinə
yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər
qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və
nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
88.4.2. göstərilən təşkilati
işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq
mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
88.4.3. malların güzəştli
satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz
vermək;
88.4.4. əvəzsiz və ya güzəştli
şərtlərlə xidmətlər göstərmək;
88.4.5. seçkiqabağı təşviqat
zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini
vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər
göstərilməsi ilə təsir etmək.
88.5. Seçki (referendum)
kampaniyasının gedişində qeydə alınmış namizədlərin, siyasi partiyaların,
siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri,
habelə təsisçiləri, mülkiyyətçiləri, sahibləri və rəhbər orqanlarının üzvləri,
referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri və ya həmin
qrupların səlahiyyətli nümayəndələri göstərilən şəxslər və təşkilatlar olan
hüquqi şəxslərin kommersiya və digər fəaliyyətinin reklamı (o şərtlə ki, həmin reklam
namizədlə və ya siyasi partiya ilə əlaqələri aydın şəkildə ortaya çıxarır) bu Məcəllənin
81-ci və 84-cü maddələri ilə nəzərdə tutulmuş əsaslarla yalnız müvafiq seçki
(referendum) fondu hesabına həyata keçirilə bilər. Səsvermənin başlanmasına 24
saat qalmış belə reklam dayandırılmalıdır.
88.6. Bu Məcəllənin 77.1 və
77.4-cü maddələrində göstərilmiş televiziya və radio
yayımçılarının
proqramları və dövri nəşrlərin redaksiyaları seçki (referendum) kampaniyasında
iştirak edərək qeydə alınmış namizədə seçkiqabağı təşviqat başa çatanadək ləyaqətini
və şərəfini müdafiə etmək və ya qeyri-obyektiv məlumatları seçki kampaniyası
zamanı təkzib etmək imkanını təmin etmirsə, namizədin ləyaqətinə, şərəfinə zərər
vuran saxta məlumatların yayılmasına imkan verməməlidirlər. Qeydə alınmış namizədə
seçkiqabağı təşviqatın müddəti başa çatana kimi ləyaqətini, şərəfini bu Məcəllənin
77.1 və 77.4-cü maddələrində göstərilən televiziya və radio
yayımçılarının
proqramlarında və dövri nəşrlərdə müdafiə etmək imkanının verilməməsi televiziya və
radio yayımçılarını, dövri nəşrlərin redaksiyalarını və onların vəzifəli şəxslərini
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb etmək üçün əsas
ola bilər.[126]
88.7. Qeydə alınmış namizəd,
referendum üzrə təşviqat qrupu bu Məcəllənin 88.1-88.3-cü maddələrinin tələblərini
pozduqda, müvafiq seçki komissiyası hüquq mühafizə orqanlarına və ya məhkəməyə
müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər.
Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum
üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın aparılmasının bu Məcəllə ilə müəyyənləşdirilmiş
digər qaydalarını pozduqda müvafiq seçki komissiyası təqsirli şəxslərin
inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür. Seçki
komissiyasının müvafiq qərarı mediada dərc olunur.[127]
88.8. Bu Məcəllədə müəyyənləşdirilmiş
seçkiqabağı təşviqatın aparılması qaydalarını televiziya və radio
yayımçıları və
dövri nəşrlərin redaksiyaları pozduqda, müvafiq seçki komissiyası nəzdindəki Mərkəzi
Seçki Komissiyasının müəyyən etdiyi qaydada jurnalistlərdən ibarət mətbuat
qrupunun təşəbbüsü ilə qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və televiziya və
radio yayımçılarının,
dövri nəşrlərin redaksiyalarının, onların vəzifəli şəxslərinin qanunvericiliklə
müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq mühafizə
orqanlarına, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək
hüququna malikdir.[128]
On dördüncü fəsil
Maddə 89. Seçkilərin
(referendumun) hazırlanmasının və keçirilməsinin maliyyə təminatı
89.1. Seçkilərin
(referendumun) (bundan sonra — seçkilərin) hazırlanmasına və keçirilməsinə,
seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə
çəkilən xərclər dövlət hesabına ödənilir. Göstərilən xərclər Azərbaycan
Respublikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur.
89.2. Dövlət büdcəsindən
seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait seçkilərin təyin
edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən
başlayaraq 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzi
Seçki Komissiyasının bank hesabına köçürülür.
89.3. Mərkəzi Seçki
Komissiyası seçkilərin keçirilməsi üçün lazım olan vəsaiti səsvermə gününə azı 35 gün qalmış dairə seçki
komissiyalarına köçürür, onlar da alınmış pul vəsaitini səsvermə gününə azı 10
gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər. Əlavə seçkilər
keçirilərkən, seçkilərin vaxtında və ya tam maliyyələşdirilməsi mümkün
olmadıqda seçki komissiyaları vəsaiti daxil olduqca bölüşdürür və köçürürlər.[129]
89.4. Seçki komissiyalarının sədrləri
seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitə dair sərəncam verir
və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər
haqqında maliyyə hesabatlarının bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və
müddətdə təqdim edilməsi üçün məsuliyyət daşıyırlar.
89.5. Seçki komissiyaları tərəfindən
xərclənməmiş dövlət vəsaiti seçkilər qurtardıqdan sonra bu Məcəllə ilə nəzərdə
tutulmuş məqsədlər üçün istifadə edilməkdən ötrü seçkilər günündən ən geci 60
gün keçənədək Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında
qalır.
Maddə 90. Namizədlərin, qeydə
alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşəbbüs qruplarının seçki (referendum) fondları
90.1. Namizədlərin, qeydə
alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi
partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki (referendum) fondları
(bundan sonra — seçki fondu) yaradılır.
90.2. Namizədlərin, qeydə
alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq
yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək
aşağıdakılara qadağan edilir:
90.2.1. xarici dövlətlərə və
xarici hüquqi şəxslərə;
90.2.2. xarici vətəndaşlara;
90.2.3. vətəndaşlığı olmayan şəxslərə;
90.2.4. 18 yaşına çatmamış vətəndaşlara;
90.2.5. seçkilərin təyin edilməsi
haqqında qərarın (sərəncamın)
rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi
şəxsinin nizamnamə kapitalında bu Məcəllənin 90.2.1, 90.2.2 və 90.2.3-cü maddələrində
göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan
Respublikasının hüquqi şəxslərinə;
90.2.6. beynəlxalq təşkilatlara
və beynəlxalq ictimai hərəkatlara;
90.2.7. dövlət hakimiyyəti
orqanlarına və bələdiyyə qurumlarına;
90.2.8. dövlət, bələdiyyə təşkilatlarına
və idarələrinə;
90.2.9. seçkilərin təyin edilməsi
haqqında qərarın (sərəncamın)
rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və
ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
90.2.10. hərbi hissələrə;
90.2.11. xeyriyyə təşkilatlarına,
dini birliklərə, idarələrə və təşkilatlara;
90.2.12. aşağıdakı məlumatlardan
hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün — soyadını,
adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin
seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, yaşayış
yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün — vergi ödəyicisinin eyniləşdirmə
nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə
kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını,
nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya
qeyri-düzgün göstərənlərə). [130]
90.3. Seçki fondunda olan vəsaitə
dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, qeydə alınmış namizədə,
siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna
məxsusdur. Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır. Bu vəsaitdən
yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
90.3.1. namizədlərin irəli
sürülməsinin müdafiəsi, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılıq
verilməsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin
maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin
haqqının ödənilməsi;
90.3.2. seçkiqabağı təşviqatla
bağlı işlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi;
90.3.3. seçki kampaniyasının
keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə
yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.
90.4. Namizədlər, qeydə
alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum
üzrə təşviqat qrupları səsvermə gününədək bu Məcəllə ilə müəyyənləşdirilmiş
qaydada seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitindən istifadə edirlər.
Namizədlərə, qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların
bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat fəaliyyəti
və imzaların yığılması üçün seçki fondlarına daxil olan vəsaitdən başqa, digər
pul vəsaitindən istifadə etmək qadağandır. Həmin qaydalar, bu Məcəllənin 55.3 və
69.8-ci maddələrində göstərilən hallar istisna olmaqla, siyasi partiyaların öz
hesablarından seçkiqabağı təşviqat sayılmayan və öz seçki kampaniyalarının
keçirilməsi ilə əlaqədar olmayan digər fəaliyyət üçün istifadə etdikləri vəsaitlərə
aid edilmir.
90.5. Müvafiq seçki
komissiyasında qeydə alınmamış namizəd, namizədləri qeydə alınmamış siyasi
partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı təqdim edilənədək
seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması
şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun
olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış
namizəd, namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu
hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və
ya bələdiyyə büdcəsinə köçürülür.
90.6. Qeydə alınmış namizədə,
namizədi qeydə alınmış siyasi partiyaya, siyasi partiyaların blokuna müvafiq
seçki komissiyaları tərəfindən verilən pul vəsaiti qaytarılanadək və siyasi
partiya, siyasi partiyaların blokları teleradio verilişləri təşkilatlarına və
dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış
yerin dəyərini ödəyənədək onların seçki fonduna pul ianəsi köçürmüş vətəndaşlara
və hüquqi şəxslərə seçki fondlarının xərclənməmiş pul vəsaitini qaytarmaq
qadağandır. Belə halda siyasi partiya, siyasi partiyaların bloku ilk növbədə
seçki komissiyasının vəsaitini qaytarır.[131]
90.7. Qeydə alınmış namizəd, namizədi qeydə alınmış
siyasi partiya, siyasi partiyaların bloku seçki fondlarının xərclənməmiş pul vəsaitini
ianə köçürən vətəndaşlara və hüquqi şəxslərin hesablaşma hesabına bu Məcəllənin
90.5-ci maddəsində göstərilən qaydada köçürə bilərlər. Qeydə alınmış namizəd,
namizədi qeydə alınmamış siyasi partiya, siyasi partiyaların bloku bu hüquqdan
istifadə etmədikdə xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə
büdcəsinə köçürülür.[132]
Maddə 91. Xüsusi seçki (referendum) hesabları
91.1. Seçki fondunu
formalaşdırmaq üçün xüsusi seçki (referendum) hesabı (bundan sonra — seçki
hesabı) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi müvafiq bankda açılır. Həmin
hesab namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün zəruri olan
seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi
partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu yalnız bir
xüsusi hesab aça bilər.
91.2. Bu Məcəllə ilə müəyyənləşdirilmiş
qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank namizədə,
siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna
3 gün müddətində xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki
hesabına manatla köçürülür.
91.3. Qeydə alınmış namizədlərin,
namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının bütün maliyyə əməliyyatları səsvermə
günündən sonra 3 gün müddətində dayandırılır.
91.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş
qaydada qeydiyyat üçün zəruri olan sənədlər müvafiq seçki komissiyasına təqdim
edilmədikdə və ya qeydiyyatdan imtina edildikdə, namizəd olmaq istəyən şəxs
verilmiş razılıq ərizəsini və ya öz namizədliyini geri götürdükdə, siyasi
partiya, siyasi partiyaların bloku namizədi geri çağırdıqda, referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında
müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda referendum üzrə təşviqat
qrupunun təşəbbüsçülərinin sayı bu Məcəllənin 63-cü maddəsi ilə müəyyən edilən
saydan az olduqda yaxud qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edildikdə,
müvafiq seçki komissiyasının göstərişi ilə müvafiq bank namizədlərin, qeydə
alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum
üzrə təşviqat qrupunun xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə
bağlı maliyyə əməliyyatlarını dayandırır.
Maddə 92. Maliyyə əməliyyatlarının
aparılması müddətinin uzadılmasının əsasları
92.1. Namizədin, qeydə alınmış
namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun vəsatəti əsasında Mərkəzi Seçki Komissiyası maliyyə əməliyyatlarının
aparılması müddətini aşağıdakı hallarda uzada bilər:
92.1.1. qeydiyyatdan imtina
edilənədək namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi
partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun gördükləri işlərin dəyərinin
ödənilməsi üçün; namizədin namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini
geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri
çağırılması; referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri həmin
qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə
və bu halda referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin
sayı bu Məcəllənin 63-cü maddəsi ilə müəyyən edilən saydan az olduqda, bu Məcəllə
ilə müəyyənləşdirilmiş müddətdə imza vərəqələri və digər sənədlər qeydiyyat
üçün təqdim edilənədək görülən işlərin dəyərinin ödənilməsi üçün;
92.1.2. öz namizədliyini geri
götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi
partiyaya, siyasi partiyaların blokuna, qeydiyyatı ləğv edilmiş qeydə alınmış
namizədə, qeydiyyatı ləğv edilmiş referendum üzrə təşviqat qrupuna referendum
üzrə təşviqat qrupunun, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın
qəbul edilməsinədək görülmüş (keçirilmiş) işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;
92.1.3. digər hallarda — qeydə
alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə
təşviqat qrupuına səsvermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.
Maddə 93. Seçki fonduna könüllü ianələr
93.1. Namizədin, qeydə alınmış
namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun seçki fonduna könüllü ianələr rabitə şöbələri və ya bank-kredit təşkilatları
vasitəsi ilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış
yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi yaxud onu əvəz edən sənədin təqdim
edilməsi əsasında yalnız Azərbaycan Respublikasının vətəndaşlarından qəbul
edilir.
93.2. Hüquqi şəxslərin könüllü
ianələri müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə
kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun
adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri
göstərilməklə, pul vəsaitinin namizədin, qeydə alınmış namizədin, siyasi
partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun seçki
fonduna nağdsız köçürülməsi yolu ilə qəbul edilir.
93.3. Vətəndaşların və hüquqi
şəxslərin könüllü ianələri xüsusi seçki hesabına rabitə şöbələri və ya
bank-kredit təşkilatları vasitəsi ilə müvafiq ödəniş sənədi alındıqdan sonra
növbəti bank günündən gec olmayaraq köçürülür. Bu halda nağdsız ödənişin həyata
keçirilməsinin ümumi müddəti 2 gündən artıq ola bilməz.
93.4. Namizəd, qeydə alınmış
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu, anonim köçürülən ianələr istisna olmaqla, hər hansı ianəni onu verən şəxsə
qaytarmaq hüququna malikdir.
93.5. Namizədlərin, qeydə
alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qrupunun seçki fondlarına ianələr buna hüququ olmayan
vətəndaşlardan və ya hüquqi şəxslərdən daxil olubsa yaxud bu Məcəllədə nəzərdə
tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi hesaba daxil olduğu gündən
sonrakı 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya,
siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ianəni bütünlüklə və
ya onun müəyyənləşdirilmiş yuxarı həddi aşan hissəsini, geri qaytarmasının səbəbini
göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır.
93.6. Namizəd, qeydə alınmış
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu ianəçilərin ianəni köçürdüyü halda bu Məcəllənin 93.1 və 93.2-ci maddələrində
nəzərdə tutulmuş göstəricilər düzgün göstərilmədiyi üçün ianənin qəbul edilməməsinə
görə o halda məsuliyyət daşımır ki, bu ianələrə dair sənədlərin səhv tərtib
edilməsi barədə vaxtında məlumat almasın.
93.7. Anonim ianələr xüsusi
seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə
alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu tərəfindən dövlət büdcəsinə köçürülür.
93.8. vətəndaşlar və hüquqi şəxslər
namizədin, qeydə alınmış namizədin irəli sürülməsinə və seçilməsinə yalnız
müvafiq seçki fondlarına ianə köçürmək yolu ilə yardım edə bilərlər.
93.9. Namizədin, qeydə alınmış
namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə
təşviqat qrupunun üzvlərinin və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin
rəsmi razılığı yoxdursa, seçkilərlə (referendumla) əlaqədar pullu xidmətlərin
göstərilməsi, malların satılması və onların dəyərinin müvafiq seçki fondundan
ödənilməsi qadağandır. Hüquqi şəxslərin, onların filiallarının, nümayəndəliklərinin
və digər qurumlarının seçkilərlə və ya referendumla əlaqədar pulsuz və ya əsassız
aşağı salınmış qiymətlərlə xidmətlər göstərməsi qadağandır.
93.10. Vətəndaş pulsuz,
könüllü, şəxsən yerinə yetirməklə, seçki kampaniyasının gedişində üçüncü şəxsləri
cəlb etmədən namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi
partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna xidmətlər göstərə bilər.
Maddə 94. Seçki fondlarının vəsaitlərinə dair hesabat
94.1. Xüsusi seçki
hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin,
qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitlərin daxil olması
və xərclənməsi qaydası Azərbaycan
Respublikasının Mərkəzi Bankı ilə
razılaşdırılmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirilir.[133]
94.2. Namizəd, qeydə alınmış
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu öz seçki vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa
borcludur.
94.3. Namizədlər, qeydə
alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum
üzrə təşviqat qrupu müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını
aşağıdakı növbəliklə təqdim edir:
94.3.1. birinci ilkin maliyyə
hesabatı bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına
qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata
hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil
edilir;
94.3.2. ikinci ilkin maliyyə
hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10
gün qalmış təqdim edilir; bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki
dövr üçün məlumatlar daxil edilir;
94.3.3. yekun maliyyə hesabatı
seçkilərin (referendumun) nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10
gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin
daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
94.4. Namizəd, qeydə alınmış
namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd,
qeydə alınmış namizəd olmuş vətəndaşların üzərinə qoyulur. Siyasi partiya,
siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən maliyyə
hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsinin üzərinə qoyulur, belə səlahiyyətli nümayəndə olmadıqda, siyasi
partiyanın və yaxud siyasi partiyalar blokunun tərkibində seçki (referendum)
kampaniyasında iştirak etmiş siyasi partiyanı, referendum üzrə təşviqat qrupunu
təmsil etmək səlahiyyəti olan digər şəxs hesabat verə bilər.
Maddə 95. Seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq
95.1. Qeydə alınmış namizədlərin,
namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarının surətləri müvafiq
seçki komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc
edilir.
95.2. Müvafiq bank həftədə bir
dəfədən az olmamaq şərti ilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə
3 bank günündə bir dəfədən az olmamaq şərti ilə Mərkəzi Seçki Komissiyasına
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyalar, siyasi partiyalar
bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına daxil olan və
xərclənən vəsaitlər barədə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi
formada məlumatlar verir. Bu halda avtomatlaşdırılmış dövlət informasiya
sistemindən istifadə edilə bilər və bu cür məlumatların yayılmasına yol
verilmir. Müvafiq olaraq dairə seçki komissiyası və ya Mərkəzi Seçki
Komissiyası səsvermə gününədək iki həftədə bir dəfədən az olmayaraq müntəzəm
surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları
dərc edilmək üçün media subyektlərinə təqdim edir. Müvafiq seçki komissiyası qeydə
alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını,
referendum üzrə təşviqat qruplarını onların rəsmi sorğusu əsasında öz seçki
fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları
ilə tanış edir.
95.3. Bu Məcəllənin 77.2-ci,
77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlər müvafiq seçki
komissiyaları tərəfindən onlara verilmiş seçki fondları vəsaitlərinin daxil
olması və xərclənməsi haqqında məlumatları dərc etməyə borcludur.
95.4. Müvafiq icra hakimiyyəti
orqanları müvafiq seçki komissiyalarından namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının seçki fondlarına könüllü ianə verən hüquqi şəxslərin siyahısının
daxil olduğu gündən sonrakı 5 gün müddətində hüquqi şəxslərin təsisçiləri barədə,
hüquqi şəxslərin nizamnamə kapitalında dövlət, bələdiyyə və xarici kapital
payının olması barədə və yaxud belə payın olmaması barədə, habelə hüquqi şəxsin
adı və qeydiyyat tarixi barədə məlumat təqdim edirlər. Məlumatlar Mərkəzi Seçki
Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir. Bu halda dövlət
avtomatlaşdırılmış informasiya sistemindən istifadə etmək olar və bu cür məlumatların
yayılmasına yol verilmir.
95.5. Müvafiq seçki
komissiyası namizədləri, qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi
partiyaların bloklarını, referendum üzrə təşviqat qruplarını onların sorğusu əsasında
komissiyaya daxil olmuş məlumatlarla təxirə salmadan tanış edir.
95.6. Müvafiq seçki
komissiyasına bu Məcəllənin 90-cı və 93-cü maddələrinin tələblərinin pozulması
ilə ianə köçürüldüyü barədə məlumat daxil olduqda, dərhal müvafiq namizədə,
qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna,
referendum üzrə təşviqat qrupuna məlumat verilir.
Maddə 96. Seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatı
96.1. Seçkilərin
hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının işinin təmin edilməsinə
ayrılan vəsaiti seçki komissiyaları bu Məcəllənin müəyyənləşdirdiyi məqsədlər
üçün müstəqil istifadə edirlər.
96.2. Əvvəlki seçkilərdən
qalıq vəsait də daxil olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına seçki
komissiyalarının aşağıdakı fəaliyyət istiqamətləri maliyyələşdirilir:
96.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş
qaydada və həcmdə qeydə alınmış namizədlərin, vahid namizədlər siyahısı qeydə
alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun seçki fondlarının formalaşdırılmasında iştirak;
96.2.2. bu Məcəllənin 70-ci
maddəsi ilə müəyyənləşdirilmiş qaydada və həcmdə seçki dairəsi (dairələri) üzrə
qeydə alınmış namizədlərin nəqliyyat xərcləri və kompensasiya qaydasında verilən
ödənişlər;
96.2.3. seçki komissiyasının həlledici
səs hüquqlu üzvünün və komissiya aparatı işçilərinin, mülki müqavilə üzrə komissiyada
işləməyə cəlb edilmiş ştatdankənar işçilərin əmək haqlarının ödənilməsi;
96.2.4. möhürlərin
hazırlanması və nəşriyyat fəaliyyətinin həyata keçirilməsi, texnoloji
avadanlığın əldə edilməsi və qurulması;
96.2.5. nəqliyyat xərcləri, o
cümlədən ucqar və yolu çətin yerlərdə nəqliyyat xərcləri;
96.2.6. seçki sənədlərinin
çatdırılması və mühafizəsi;
96.2.7. seçki sisteminin
inkişafı, seçicilərin və seçkilərin təşkilatçılarının hüquqi maarifləndirilməsi
bu sahədə məqsədli proqramların həyata keçirilməsi;
96.2.8. seçkilərin keçirilməsi
ilə bağlı ezamiyyət xərclərinin və digər xərclərin, habelə seçki
komissiyalarının səlahiyyətləri və fəaliyyəti ilə bağlı digər xərclərin ödənilməsi.
96.3. Mərkəzi Seçki
Komissiyasının üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə
əmək haqqı alırlar. Seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə
seçici siyahılarının hazırlanması dövründə bu Məcəllənin 33.1-ci və 38.1-ci maddələrinə
uyğun olaraq seçki komissiyasının həlledici səs hüquqlu üzvünün işlədiyi yerdə
orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi
qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən ona əlavə vəsait ödənilir.
96.4. Mərkəzi Seçki
Komissiyasının digər seçki komissiyalarına ayırdığı pul vəsaitinin köçürülməsi,
hesabatı, qeydiyyatı, hesabların açılması və bağlanması qaydasını Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikasının Mərkəzi
Bankı ilə razılaşdırmaqla səsvermə gününə
azı 50 gün qalmış müəyyənləşdirir.
Seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinin maliyyə
uçotunu aparırlar.[134]
96.5. Seçkilərin
hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin daxil olması və xərclənməsi
haqqında seçki komissiyalarının maliyyə hesabatlarının nümunələri və namizədlərin,
qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının
seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi haqqında sənədlərin nümunələri
Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikasının Mərkəzi Bankı ilə
razılaşdırmaqla səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirirlər.[135]
96.6. Məntəqə seçki
komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi
barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində
maliyyə hesabatı təqdim edir.
96.7. Dairə seçki komissiyası
dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında Mərkəzi
Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində maliyyə hesabatı təqdim
edir.
96.8. Dairə seçki komissiyası
seçkilərin nəticələrinin rəsmi dərci günündən başlayaraq 10 gün müddətində
namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarına vəsaitin daxil olması
və xərclənməsi haqqında məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim edir.
96.9. Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə və media
subyektlərinə büdcə vəsaitlərinin istifadəsi,
namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarının vəsaitinin xərclənməsi
və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi
barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra üç ay müddətində
məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı və məlumatlar Azərbaycan
Respublikasının Prezidentinə, Milli Məclisə təqdim edildiyi gündən başlayaraq
bir ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc
edilməlidir.
Maddə 97. Seçki komissiyalarında nəzarət-təftiş xidməti
97.1. Seçki komissiyalarına
ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin
düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə
nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki
komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.
97.2. Nəzarət-təftiş xidmətinə
aşağıdakılar daxildir:
97.2.1. nəzarət-təftiş xidmətinin
rəhbəri;
97.2.2. həmin xidmətə təyin
edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Azərbaycan Respublikasının Mərkəzi Bankından,
digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və
təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi
haqqında qərarın (sərəncamın)
rəsmi dərc edildiyi gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına
seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidirlər. [136]
97.3. Nəzarət-təftiş xidmətinə
cəlb edilən mütəxəssislər dövlət və ya bələdiyyə orqanlarının işçiləri olduqda,
əsas işdən müvəqqəti azad edildikdə əsas iş yeri üzrə orta aylıq əmək haqqı
saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və həcmdə
müvafiq seçki komissiyası tərəfindən əlavə vəsait ödənilir.
97.4. Nəzarət-təftiş xidməti
haqqında əsasnamə Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər gününə azı 50 gün qalmış təsdiq edilir. Nəzarət-təftiş
xidmətinin fəaliyyətinin təşkilati, hüquqi, maddi-texniki təminatı müvafiq
seçki komissiyaları tərəfindən həyata keçirilir.[137]
97.5. Nəzarət-təftiş xidməti
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına vəsaitin
daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə, habelə
aşağı seçki komissiyalarına ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət
etmək hüququna malikdir. Bu məqsədlər üçün müvafiq seçki komissiyasının
tapşırığı ilə nəzarət-təftiş xidməti:
97.5.1. namizədlərin, qeydə
alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının, aşağı seçki komissiyalarının maliyyə
hesabatlarını yoxlayır;
97.5.2. namizədlərdən, qeydə
alınmış namizədlərdən, siyasi partiyalardan, siyasi partiyaların bloklarından,
referendum üzrə təşviqat qruplarından, seçki komissiyalarından öz səlahiyyətinə
aid bütün məsələlər üzrə məlumat alır;
97.5.3. icra hakimiyyəti
orqanlarından, bələdiyyə qurumlarından, mülkiyyət formasından asılı olmayaraq təşkilatlardan,
vətəndaşlardan nəzarət-təftiş xidmətinə aid məsələlər barəsində, seçkilərin
maliyyə təminatı ilə əlaqədar zəruri məlumatları alır; nəzarət-təftiş xidmətinin
müraciətlərinə 10 gün müddətində, səsvermə gününə 5 gün qalmış və səsvermə günü
dərhal cavab verilir;
97.5.4. seçkilərin maliyyələşdirilməsində
yol verilmiş maliyyə pozuntuları barədə müvafiq sənədlər tərtib edir;
97.5.5. seçkilərin maliyyələşdirilməsində
buraxdıqları pozuntulara görə vətəndaşlara və hüquqi şəxslərə, namizədlərə,
qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına,
referendum üzrə təşviqat qruplarına qarşı müvafiq məsuliyyət tədbirlərinin tətbiq
edilməsi haqqında müvafiq seçki komissiyaları qarşısında məsələ qaldırır;
97.5.6. yoxlamaların keçirilməsi
və ekspert rəylərinin hazırlanması üçün ekspertləri cəlb edir.
III bölmə
On beşinci fəsil
Maddə 98. Səsvermə otağı
98.1. Müvafiq icra hakimiyyəti
orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə
otağı ayırır.
98.2. Səsvermə otağına səsvermə
qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər
zəruri əşyalar qoyulmalıdır (qurulmalıdır). Səsvermə qutuları, kabinəsi və digər
xüsusi avadanlıq elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət
etmələrinə mane olmasın.
98.3. Səsvermə otağında namizədlər
haqqında, bülletenlərin doldurulması qaydası haqqında məlumatları göstərilməsi
məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada məlumat lövhələri
yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə
olan materialları sərbəst oxuya bilsinlər. Seçki bülletenlərinin nümunələrində
qeydə alınmış namizədlərin (siyasi partiyaların, siyasi partiyalar bloklarının)
adlarından istifadə edilə bilməz, referendum üzrə səsvermə bülletenlərində isə
heç bir işarə qoyula bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların
seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyənləşdirən məlumatlar yerləşdirilməlidir.
Qeydə alınmış namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu
olduqda məlumatda qeydə alınmış namizədin məsuliyyətə alındığı Cinayət Məcəlləsinin
müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində
cinayət sayılan əməli olmuş və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü
çıxarılmışsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməlidir.
98.4. Səsvermə başlandığı
andan səsvermə otağında səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədi
ilə, səsvermənin yekununa aid böyüdülmüş protokol nümunələri asılmalıdır.
98.5. Səsvermə otağı elə təşkil
edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün
digər yerlər, səsvermə qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər
tərəfindən sərbəst görünə bilsin.
Maddə 99. Seçki bülletenləri
99.1. Seçki bülletenlərinin
(bundan sonra — seçki bülleteni) hazırlanması qaydası, mətni və forması,
onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 35 gün qalmış Mərkəzi
Seçki Komissiyası tərəfindən təsdiq edilir.
99.2. Seçki bülletenlərində
namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.
99.3. Hər bir seçki bülleteni
Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq
nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir. Nömrə
seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.
99.4. Seçki bülletenləri Mərkəzi
Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında
poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır.
Hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış
seçicilərin sayından ən çoxu 3 faiz artıq ola bilər.
99.5. Poliqrafiya müəssisəsi
yararsız seçki bülletenlərinin seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki
Komissiyasının səlahiyyətli üzvünə bülletenləri onların sayı, buraxılma tarixi,
nömrələri və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Seçki bülletenlərini
sifarişə uyğun olaraq təhvil verdikdən sonra poliqrafiya müəssisəsinin işçiləri
çıxdaş olunmuş və artıq çap edilmiş bülletenləri məhv edir və bu barədə bütün
iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Həmin hərəkətlərin edilməsini
Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-cı və 40.4-cü maddələrində
göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə
alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə seçki
bülletenlərinin buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.
99.6. Mərkəzi Seçki
Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə
gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin
iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib
edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə
seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki
komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə
azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki
komissiyalarına verir. Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin
sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya
daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola
bilməz. Seçki bülletenləri məntəqə seçki komissiyası tərəfindən sayılır və
alınmış seçki bülletenlərinin sayı məntəqə seçki komissiyasının qərarı ilə təsdiq
edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə,
dairə seçki komissiyası bu uyğunsuzluq haqqında dərhal məlumatlandırılır. Seçki
bülletenlərinin üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının
möhürü ilə təsdiq edilir.
99.7. Seçki bülletenlərinin
verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə
edən seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.
99.8. Müstəsna hallarda bu Məcəllənin
35.4 və 35.6-cı maddələrinə uyğun olaraq səsvermə günü üzən gəmilərdə, Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində texniki
imkanlar olduqda seçki sənədlərinin, o cümlədən seçki bülletenlərinin məntəqə
seçki komissiyaları tərəfindən hazırlanmasına icazə verilir. Müvafiq tirajı
göstərilməklə seçki sənədlərinin hazırlanması barədə qərar Mərkəzi Seçki
Komissiyası ilə razılaşdırılmaqla, müvafiq məntəqə seçki komissiyası tərəfindən
qəbul edilir.
99.9. Səsvermə günü səsvermə
vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə edilməmiş
seçki bülletenləri ləğv edilir və bu barədə dairə seçki komissiyası akt tərtib
edir. Seçki bülletenləri ləğv edildikdə bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində
göstərilən şəxslər iştirak edə bilərlər. Ləğv edilmiş seçki bülletenləri
komissiyanın digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində
saxlanılır.
99.10. Seçki bülletenləri
hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv
edildikdə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə dairə və ya məntəqə seçki
komissiyaları seçki bülletenlərindən belə namizədlər və ya siyasi partiyalar,
siyasi partiyaların blokları barədə məlumatları, çap olunmuş seçki bülletenində
qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata
əlavə və ya dəyişikliklər haqqında
müvafiq məlumatları məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirir.
Maddə 100. Seçki komissiyalarının səsvermə protokolları
100.1. Bu Məcəllənin Xüsusi
hissəsinin tələbləri nəzərə alınmaqla, seçki komissiyalarının səsvermə
protokollarının (bundan sonra — protokollar) hazırlanması qaydası, mətni və
forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 45
gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.
100.2. Hər bir protokola
aşağıdakı məlumatlar daxil edilir:
100.2.1. seçicilər
siyahısındakı seçicilərin ümumi sayı;
100.2.2. səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqəsi alınmış seçicilərin sayı (Milli
Məclisə seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla)[138];
100.2.3. məntəqə seçki
komissiyasına dairə seçki komissiyasından (dairə seçki komissiyasına Mərkəzi
Seçki Komissiyasından) verilmiş seçki bülletenlərinin sayı;
100.2.4. seçki bülleteninin
qoyulması üçün zərfləri almış seçicilərin sayı;[139]
100.2.5. seçki bülletenləri
alan seçicilərin sayı;
100.2.6. səsvermə otağından kənarda
səs verən seçicilərə seçki bülleteninin qoyulması üçün zərflərin və
seçki bülletenlərinin sayı;[140]
100.2.7. səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı (Milli
Məclisə seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla);[141]
100.2.8. istifadə edilməmiş
seçki bülletenlərinin sayı;
100.2.9. ləğv edilmiş seçki
bülletenlərinin sayı;
100.2.10. daşınmaz seçki
qutularında olan seçki bülleteninin qoyulması üçün zərflərin sayı (müəyyənləşdirilmiş
formada olmayan zərflər istisna edilməklə); [142]
100.2.11. daşınar seçki
qutularında olan seçki bülleteninin qoyulması üçün zərflərin sayı (müəyyənləşdirilmiş
formada olmayan zərflər istisna edilməklə); [143]
100.2.12. daşınar seçki
qutularında olan zərflərdə aşkar edilən seçki bülleteninin sayı (müəyyənləşdirilmiş
formada olmayan bülletenlər istisna edilməklə);[144]
100.2.13. daşınmaz seçki
qutularında olan zərflərdə aşkar edilən seçki bülleteninin sayı (müəyyənləşdirilmiş
formada olmayan bülletenlər istisna edilməklə); [145]
100.2.14. etibarlı sayılan səslərin
sayı;
100.2.15. etibarsız sayılmış səslərin
sayı (eləcə də ayrıca sətirlərdə — müəyyənləşdirilmiş formada olmayan və heç
bir qeyd edilməmiş seçki bülletenlərinin sayı);
100.2.16. korlanmış seçki
bülletenlərinin sayı;
100.2.17. protokolun tərtib
edilmə tarixi və vaxtı. [146]
100.3. Protokol 3 nüsxədən
ibarət olaraq (hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla) karbonlaşdırılmış
kağızdan buklet formasında hazırlanır.
100.4. Hər bir protokol Mərkəzi
Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir
və seçki dairələrinin sayına uyğun olaraq onların seriyaları göstərilməlidir (Mərkəzi
Seçki Komissiyasının protokolları istisna olmaqla).
100.5. Protokollar dövlət
dilində çap edilir.
100.6. Protokollar Mərkəzi
Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında
poliqrafiya müəssisələrində səsvermə gününə ən geci 30 gün qalmış hazırlanır.
100.7. Poliqrafiya müəssisəsi
yararsız protokolların seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki
Komissiyasının səlahiyyətli üzvünə protokollar onların sayı, buraxılma tarixi və
vaxtı göstərilmiş akt üzrə təhvil verir. Protokollar sifarişə uyğun olaraq təhvil
verildikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq
çap edilmiş protokolları məhv edir və bu barədə bütün iştirakçıların imzası
qoyulmaqla akt tərtib edir. Bu hərəkətlərin edilməsini Mərkəzi Seçki
Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən
şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə,
siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat
qruplarının səlahiyyətli nümayəndələrinə protokolların buraxılması yeri və
vaxtı barədə məlumat verməlidir.
100.8. Mərkəzi Seçki
Komissiyası poliqrafiya müəssisəsindən səsvermə
protokollarını
aldıqdan sonra səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki
komissiyası sədrinin və katiblərinin iştirakı ilə protokolların sayını, seriya
və nömrələrini, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib,
protokolları seçki məntəqələrinin sayı nəzərə alınmaqla dairə seçki
komissiyasının sədrinə verir. Dairə seçki komissiyası səsvermə gününə ən azı 4
gün qalmış protokolları göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.[147]
100.9. Protokolların verilməsi
və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən
seçki komissiyaları sədrləri məsuliyyət daşıyırlar.
100.10. Bu Məcəllənin 35.4-cü
və 35.6-cı maddələrinə uyğun olaraq müstəsna hallarda səsvermə günü üzən gəmilərdə,
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində
texniki imkanlar olduqda protokolların məntəqə seçki komissiyaları tərəfindən
hazırlanmasına icazə verilir.
100.11. Seçki protokolları ilə
eyni müddətdə seçki protokollarının surətləri hazırlanır və seçki
komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun 30 surəti
verilir. Protokolların surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir,
onlar protokolun surəti doldurulduqda müvafiq protokola uyğun olaraq yazı ilə
qeyd edilir. Bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə
verilən seçki komissiyalarının protokollarının və digər sənədlərinin surətlərini
onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda həmin
şəxs təsdiq olunan sənədin surətinə «Əsli ilə düzdür» sözlərini yazdıqdan sonra
onu imzalayır (protokolun seriya və nömrəsini yazır), komissiyanın möhürü ilə təsdiqləyir
və təsdiqetmə tarixini qoyur. Sənədin təsdiq olunan bir surətini bu Məcəllənin
40.2 və 40.4-cü maddələrində göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini
isə bu Məcəllənin 42.2.9-cu maddəsi nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası
tərəfindən müəyyən edilən haqqı, ödədikdən sonra alırlar.
100.12. Protokollar seçki
komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki
komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən
imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə
razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə
bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini
bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə
bilərlər. Protokolun karandaşla yazılmasına və ona hər hansı düzəliş edilməsinə
icazə verilmir.
Maddə 101. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi
101.1. Referendum
və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin
(bundan sonra — səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə
reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən
səsvermə gününə azı 45 gün
qalmış təsdiq edilir. Səsvermə vəsiqələri bu Məcəllənin 99.2 — 99.5-ci maddələrində
göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından
aşağı seçki komissiyasına bu Məcəllənin 99.6-cı maddəsi ilə müəyyənləşdirilmiş
qaydada təhvil verilir. Səsvermə vəsiqələrinin verilməsi və saxlanması üçün
müvafiq seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.[148]
101.2. Səsvermə günü seçicilər
siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici
müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə
seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala
bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində
səs verə bilər Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq
seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı
respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin
ərazisində tətbiq edilir.[149]
101.3. Səsvermə vəsiqəsi
müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya
notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə
verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir.
Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası
dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini
alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin
verilməsi qadağandır.
101.4. Dairə seçki komissiyası
səsvermə vəsiqələrinin reyestrini tərtib edir. Həmin reyestrdə səsvermə vəsiqəsi
alan seçicilərin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin
ünvanı göstərilməlidir. Səsvermə gününə 25 gün qalmış dairə seçki komissiyası məntəqə
seçki komissiyalarına seçicilərin siyahıları ilə birlikdə göstərilən reyestrdən
təsdiq edilmiş çıxarışları göndərir. Məntəqə seçki komissiyası seçicilər
siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər apara bilər.
101.5. Səsvermə vəsiqəsinin
alınması haqqında seçici və ya onun nümayəndəsi reyestrdə (dairə seçki
komissiyasında) və ya seçicilər siyahısında (məntəqə seçki komissiyasında) şəxsiyyət
vəsiqəsini və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya
etibarlılıq müddətini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin
kəsilən küncü reyestrə və ya seçicilər siyahısına əlavə edilir. Bunun əsasında
seçici qeydə alınmış seçicilərin hesablanması zamanı nəzərə alınmır və müvafiq
protokola daxil edilmir. [150]
101.6. Məntəqə seçki
komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən
sonra dərhal dairə seçki komissiyasına təqdim edir. Dairə seçki komissiyası həmin
məlumatları hər 2 gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir.
101.7. Səsvermə vəsiqəsi bu vəsiqəni
verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun üzərində müvafiq
dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır.
101.8. Səsvermə vəsiqəsi
seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə
seçicilər siyahısına əlavə edilir.
101.9. Seçici seçkilər günü səsvermə
bülletenini alarkən səsvermə vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməlidir
və onu imzalamalıdır.
101.10. Səsvermə günü səsvermə
başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu barədə
dairə və ya məntəqə seçki komissiyası tərəfindən müvafiq akt tərtib edilir və həmin
akt əsasında səsvermə vəsiqəsi alan seçicilərin sayı və səsvermə vəsiqəsi ilə səs
verən seçicilərin sayı məntəqə seçki komissiyasının protokolunda göstərilir.
Maddə
102. Seçicilərin barmaqlarının gözə
görünməyən mürəkkəblə işarələnməsi
102.1.
Məntəqə seçki komissiyası səsvermə günü seçki bülletenlərini alarkən seçicinin
barmağının işarələnməsini zərərsiz, gözə görünməyən mayedən istifadə etməklə həyata
keçirir.
102.2.
Seçicinin sol əlinin baş barmağı çiləmə üsulu ilə işarələnir.
102.3.
Seçicinin barmağının əvvəl seçki bülletenini alarkən işarələnməsini müəyyən etmək
üçün ultrabənövşəyi lampadan istifadə edilir.[151]
Maddə 103. Seçki qutuları
103.1. Seçki qutularının ölçüləri
(daşınan seçki qutuları üçün ayrıca
daşınmaz seçki qutuları üçün ayrıca ) Mərkəzi Seçki Komissiyası tərəfindən
təsdiq edilir.
103.2. Seçki qutuları şəffaf
olmalıdır. Onların şəffaflığının dərəcəsi onların dolu olub-olmamasını müəyyən
etməyə imkan verməlidir.
103.3. Seçki qutusuna seçki
bülleteninin salınması üçün yarıq eyni zamanda birdən artıq seçki bülleteni qoyulan
zərfin salınmasına imkan verməməlidir.[152]
103.4. Səsvermə günü seçki
qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki
Komissiyasının müəyyən etdiyi qaydada kilidlənir. Kilidlər plastikdən hazırlanmalıdır və hər
birinin öz nömrəsi olmalıdır. [153]
Maddə 104. Səsvermə qaydası
104.1. Seçkilər günü səsvermə
saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı
25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında media və ya məlumat lövhələri vasitəsi
ilə seçiciləri xəbərdar etməlidirlər.[154]
104.2. Yaşayış məntəqəsində
seçicilərin ümumi sayı 50-dən azdırsa və həmin yaşayış məntəqələrindən ən yaxın
seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunursa, dairə seçki
komissiyası həmin seçicilərin seçicilər siyahısına daxil edildikləri seçki məntəqəsinə
çatdırılması üçün ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Bu cür
istifadənin xərcləri dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyası tərəfindən
ayrılan vəsait hesabına ödənilir.
104.3. Bu Məcəllənin
35.4-cü-35.6-cı maddələrinə uyğun yaradılmış seçki məntəqələrinin məntəqə seçki
komissiyaları, seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə
iştirak ediblərsə, səsvermənin vaxtından qabaq qurtarması haqqında məlumat verə
bilərlər.
104.4. Seçkilər günü seçici səhhətinə
görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin
edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs
vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə,
bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirməlidir. Bu istək şifahi şəkildə
bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Dairə
seçki komissiyaları seçkilər günü Azərbaycan Respublikasının Dövlət bayrağı
altında üzən gəmilərdə, uzaq və yolu çətin yerlərdə səsvermə gününə ən çoxu 10
gün qalmış səsverməni keçirməyə icazə verə bilərlər.
104.5. Seçkilər günü saat
7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir,
seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki
qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin
başlandığını elan edir. [155]
104.6.
Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə
daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və
ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq
və dərisinin bir hissəsinin bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan
maye ilə əvvəl işarələndiyini yoxlayır və içəri daxil olmağa icazə verir. Bu
cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Məntəqə
seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu
yoxlayır və ona seçki bülleteni verir. Barmağının maye ilə işarələnməsindən
imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici
razılaşmadıqda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barədə
seçici siyahısında "işarələnmədən imtina etdi" qeydi aparılır. Seçici
razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.[156]
104.7. Seçiciyə seçki
bülleteni seçici vəsiqəsi ilə birlikdə şəxsiyyət vəsiqəsi və ya onu əvəz
edən sənəd təqdim edildikdə verilir. Seçici seçki bülletenini aldıqdan sonra
seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə
tarixi və ya etibarlılıq müddəti yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti
seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir.
Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə
gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurur. Seçki bülleteni ilə birlikdə
seçiciyə zərf verilir və ona möhür vurulur. Seçicinin seçki bülletenini sərbəst almaq
imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər
istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək
edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında «seçicinin
seçki bülletenini alması haqqında imza» qrafasında imza etməlidir.[157]
104.7. Məntəqə seçki
komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil
olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti
təsdiq edən digər sənədləri yoxlamalıdır. [158]
104.8. Seçki bülleteni seçiciyə
verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən
kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.
104.9. Hər bir seçici şəxsən və
təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki
bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə
üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Seçki
bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlilliyi olan seçici, məntəqə
seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək
üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər
siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir. [159]
104.10. Seçici doldurulmuş
seçki bülletenini məntəqə seçki komissiyasının möhürü ilə möhürlənən zərfə
qoyur və səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.[160]
104.11. Seçki qutuları məntəqə
seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri
yerdə qoyulmalıdır.
104.12. Məntəqə seçki
komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları
səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri
seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya
komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir.
104.13. Seçicinin öz iradəsini
ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə
seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır,
bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə
salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul
edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol
verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır.
104.14. Seçki məntəqəsində səsvermədə
iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin
40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər
olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə,
dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə
orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə
seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və
öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər.
Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə
dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün
olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə
seçki məntəqələrində səsvermə etibarsız sayılır.
104.15. Seçici seçki
bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə
seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki
bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü korlanmış
bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni
bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd
edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur.
Maddə 105. Səsvermə otağından kənarda səsvermə
105.1. Məntəqə seçki
komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ
bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə
seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır.
105.2. Seçicilərin səsvermə
otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı
12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə
otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif
siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən
azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən
məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq
olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə
bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə
yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə
təsdiqləyir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə
səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurur. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti
qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar
göstərilməlidir.[161]
105.3. Daşınan seçki
qutusundan yalnız səsvermə günü istifadə edilir. Daşınan seçki qutusu ilə gedən
məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun
seçki bülletenləri alırlar (bu saya 3 seçki bülleteni əlavə olunur). Seçicilərin
ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin
sayı ayrıca tərtib olunan aktda göstərilir. Eyni zamanda seçicilər siyahısında
seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının
üzvü tərəfindən ayrıca qeyd olunur. Məntəqə seçki komissiyasının üzvləri
daşınan seçki qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin
hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir.
105.4. Səsvermə otağından kənarda
səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə
və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın.
Maddə 106. Seçki məntəqəsində səslərin hesablanması
106.1. Səsvermə müddəti başa
çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki
bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu
zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə
dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə
edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə
məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin
seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd
olunur. Seçki bülleteni və zərf almış seçicilərin imzalarının sayı səsvermənin
yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və
ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs
verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə
seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin
yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki
komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək
seçki qutularını açır. [162]
106.2. Seçki qutuları növbə ilə
açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk
növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda
səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan
seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin
sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki
qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız
sayılır. Bu barədə
akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə
seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun
protokoluna əlavə olunur. Daşınmaz seçki qutularında səslər hesablanarkən
bülletenlər olan zərflərin ümumi sayı bülleten alan seçicilərin sayından çox
olarsa, daşınmaz seçki qutusunda olan bütün səslər məntəqə seçki komissiyasının
qərarı ilə etibarsız sayılır. Seçki məntəqəsi üzrə seçicilər siyahısında
olan seçicilərin sayına bu seçki məntəqəsində səsvermə vəsiqəsi ilə səs verən
seçicilərin sayı əlavə olunur.[163]
106.3. Zərflər açılıb səslər
hesablanarkən aşağıdakı hallarda səslər etibarsız sayılır:[164]
106.3.1. zərfdə aşkar edilən
bülleten müəyyənləşdirilmiş formada olmadıqda;
106.3.2. bir zərfdə bir neçə
bülleten olduqda;
106.3.3. zərfdə bülleten
olmadıqda;
106.3.4. zərfdə heç bir işarə
qoyulmayan bülleten olduqda;
106.3.5. bu Məcəllənin 10-cu və
236.3-cü maddələrində göstərilən hallarda zərfdə olan bülleten üzrə seçicinin
iradəsini müəyyən etmək mümkün olmadıqda;
106.3.6. zərfə qoyulmayan
bülleten aşkar edildikdə;
106.3.7. möhürlənməmiş zərf
aşkar edildikdə.
106.4. Səsin etibarlığına şübhə
yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin
etibarsız sayılması haqqında qərar qəbul edilirsə, bülletenin arxa tərəfində
etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki
komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər
ayrıca yığılıb bağlanır.
106.5. Məntəqə seçki
komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı
ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz
aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə
seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə
tanış edilir.
106.6. Səsvermənin nəticələri
haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2 və
40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur.
106.7. Protokolun 1-ci nüsxəsi,
səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar
daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul
etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin
alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi
haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin
verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında
akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol
künclərinin sayı haqqında akt, bu Məcəllənin 104.15-ci maddəsində göstərilən korlanmış
seçki bülletenlərinin sayı haqqında akt, bağlanıb möhürlənmiş zərflər,
bu Məcəllənin 105.3-cü maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə
üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə
dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və
müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və
müşahidəçilərin
müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə
seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin),
məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq
edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.[165]
106.8. Protokolun 2-ci nüsxəsi
həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri
səsverməni və səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci. və
40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın
fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır.
106.9. Azərbaycan Respublikası
ərazisindən kənarda yaradılmış məntəqə seçki komissiyaları səsvermənin nəticələri
haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə
günündən başlayaraq 3 gün ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən
edilmiş dairə seçki komissiyasına göndərirlər.
106.10. Seçkilərin
(referendumun) keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi
zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki
komissiyası sәsvermәni baş tutmamış hesab edir.
106.11. Məntəqə seçki
komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat
lövhəsində asılır və 5 gün saxlanılır.
Maddə 107. Dairə seçki komissiyası protokolunun tərtib edilməsi
107.1. Bu Məcəllənin 106.7-ci
maddəsində göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim
edilir. Dairə seçki komissiyası sədrinin tapşırığı ilə komissiyanın üzvü (üzvləri)
təqdim olunan sənədlərin bu Məcəllənin 106.7-ci maddəsinin tələblərinə cavab
verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır
(yoxlayırlar). Sonra səsvermənin nəticələri dairə üzrə səsvermənin nəticələrinin
(seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir. Məntəqə seçki
komissiyasının sənədlərinin qəbul edilməsi haqqında məntəqə seçki
komissiyasının sədrinə dairə seçki komissiyasının sədri tərəfindən imzalanmış və
möhürlənmiş qəbz verilir.
107.2. Dairə seçki komissiyasının
protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların
ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir.
Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.
107.3. Dairə seçki komissiyasının
protokolunda bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, məntəqə
seçki komissiyalarının sayı və həmin komissiyalar tərəfindən təqdim edilmiş
protokolların sayı, dairə seçki komissiyasının protokolunun tərtib edilməsi
üçün əsas götürülmüş protokolların sayı, səsvermə baş tutmayan seçki məntəqələrinin
sayı, dairə üzrə səsvermədə iştirak edən seçicilərin sayı göstərilməlidir.
107.4. Dairə seçki
komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki
komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr)
və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki
komissiyası tərəfindən zərflərin və seçki bülletenlərinin alınması
haqqında akt, istifadə edilməmiş zərflərin və seçki bülletenlərinin ləğvi
haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin
verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin
vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə günündən
2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi
partiyaları təmsil edən üzvlərin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir.
Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən
imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının,
yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə
tikilir.[166]
107.5. Protokolun 2-ci nüsxəsi
bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri,
habelə səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci və 40.4-cü
maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin
sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır.
107.6. Dairə seçki komissiyası
məntəqə seçki komissiyasının protokolunda (prolokola əlavə olunan digər sənədlər
də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar
etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar
qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə seçki
komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır. Səslərin təkrar
hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin
40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir.
Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda
«səslərin təkrar hesablanması» sözləri qeyd edilir.
107.7. Dairə seçki
komissiyasının protokolunun 3-cü nüsxəsi və müvafiq məntəqə seçki
komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün
saxlanılır.
Maddə 108. Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi
108.1. Dairə seçki
komissiyasından seçki sənədləri Mərkəzi Seçki Komissiyasına verilərkən bu Məcəllənin
107.1-ci maddəsinin qaydaları tətbiq olunur.
108.2. Mərkəzi Seçki
Komissiyasının müvafiq protokolu dairə seçki komissiyalarının protokollarında
olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilir. Göstərilən məlumatların
ümumiləşdirilməsi fasiləsiz aparılır. Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasının
Milli Məclisinə və bələdiyyələrə seçkilərin ümumi yekunları haqqında
protokollar tərtib edilir. [167]
108.3. Mərkəzi Seçki
Komissiyasının müvafiq protokolunun 1-ci nüsxəsinə səsvermə günü Mərkəzi Seçki
Komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr)
və bunlar üzrə Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarlar, Mərkəzi
Seçki Komissiyası tərəfindən zərflərin və seçki bülletenlərinin alınması
haqqında akt, istifadə edilməmiş zərflərin və seçki bülletenlərinin ləğvi
haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin
verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin
vəsiqələrin sayı göstərilməklə) əlavə edilir. Göstərilən aktlar Mərkəzi Seçki
Komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin),
Mərkəzi Seçki Komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq
edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.[168]
108.4. Mərkəzi Seçki
Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda
(onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən
başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və
uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən
hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar
hesablanması Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərinin
iştirakı ilə aparılır. Səslərin təkrar hesablanması haqqında bu Məcəllənin
40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir.
Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda
«səslərin təkrar hesablanması» sözləri qeyd edilir.
108.5. Mərkəzi Seçki Komissiyasının
protokolunun 3-cü nüsxəsi və dairə seçki komissiyalarının protokollarının surətləri
məlumat lövhəsində asılır və 15 gün saxlanılır.
Maddə 109. Seçkilərin və səsvermənin nəticələrinin dərc edilməsi
109.1.
Seçkilərin (referendumun) ilkin nəticələri dairə seçki komissiyası səsvermənin
nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal
sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini
ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki
Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər.[169]
109.2. Mərkəzi Seçki
Komissiyası 45 gün müddətində bu Məcəllənin 77.2-ci maddəsində göstərilən media
subyektlərində dairə seçki komissiyalarının protokollarında
olan məlumatları tam şəkildə dərc edir və həmin məlumatlar Mərkəzi Seçki
Komissiyasının internet saytında yerləşdirilə bilər.
109.3.
Dairə üzrə seçkilərin (referendumun) ilkin nəticələri seçki məntəqələri üzrə səsvermənin
nəticələrinə dair protokolların dairə seçki komissiyası tərəfindən qəbul edilməsindən
dərhal sonra Mərkəzi Seçki Komissiyasına, media subyektlərinə təqdim
edilməlidir və ümumiləşdirilən cədvəl şəklində dərc edilməlidir.[170]
109.4. Məntəqə seçki komissiyasının
səsvermənin nəticələri haqqında protokolunda olan məlumatlar seçkilərin
keçirilməsindən 5 gündən gec olmayaraq, dairə seçki komissiyasının protokolunda
seçkinin yekunu (səsvermənin nəticələri) haqqında məlumatlar isə seçki günündən
10 gündən gec olmayaraq müvafiq olaraq bu Məcəllənin 77.3 və 77.4-cü maddələrində
göstərilən media subyektlərində
rəsmi dərc olunur.
109.5. Seçki günündən sonra 6
ay müddətində Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının
protokollarında olan məlumatları öz rəsmi nəşrində tam şəkildə dərc etməlidir.
Maddə 110. Dövlət
avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə
edilməsi
110.1. Seçkilər (referendum)
keçirilərkən (bundan sonra — seçkilər), o cümlədən seçicilər qeydə alınarkən,
seçicilərin siyahıları tərtib edilərkən, səsvermənin nəticələri və seçkilərin
yekunları müəyyənləşdirilərkən məlumatların vaxtında alınması, verilməsi və
yenidən işlənib hazırlanmasında bütövlükdə dövlət avtomatlaşdırılmış
informasiya sistemindən və ya onun ayrıca texniki vasitələrindən istifadə edilə
bilər. Dövlət avtomatlaşdırılmış informasiya sisteminə aid tələblər və ondan
istifadə qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilir.
110.2. Dövlət
avtomatlaşdırılmış informasiya sistemindən və ya onun ayrıca texniki vasitələrindən
istifadə edilməsinə nəzarət məqsədi ilə müvafiq seçki komissiyası öz qərarı ilə
seçki komissiyasının həlledici səs hüquqlu və məşvərətçi səs hüquqlu üzvlərindən
ibarət xüsusi qrup yaradır. Nəzarət qrupu avtomatlaşdırılmış vasitələr
kompleksinin işə hazır olmasını, seçki komissiyalarının protokollarından
çıxarılan və sistemə salınan məlumatların düzgünlüyünü, protokola əlavə edilmiş
məlumatların düzgünlüyünü yoxlayır, bu Məcəllənin tələblərinə, dövlət avtomatlaşdırılmış
informasiya sistemindən istifadəyə aid Mərkəzi Seçki Komissiyasının təlimatlarına
və başqa sənədlərinə əməl olunmasına, müvafiq seçki komissiyasının reqlamenti və
planları ilə informasiya sistemindən istifadə üçün nəzərdə tutulmuş hərəkətlərin
sənədləşdirilməsinə nəzarət edir. Nəzarət qrupu avtomatlaşdırılmış informasiya
sistemləri sahəsində mütəxəssisləri öz işinə cəlb edə bilər.
110.3. Seçki komissiyasının
bütün üzvlərinin, müşahidəçilərin, media subyektləri nümayəndələrinin dövlət
avtomatlaşdırılmış informasiya sisteminə daxil edilən və oradan çıxarılan hər
hansı məlumatla tanış olmaq hüququ vardır (Azərbaycan Respublikası
Konstitusiyasının 32-ci maddəsinin III hissəsinin tələbləri nəzərə alınmaqla).
110.4. Seçki komissiyalarının
nəzarət qrupuna daxil olan həlledici səs hüquqlu və məşvərətçi səs hüquqlu üzvlərinin
bərabər hüquqları vardır və onlar texniki rabitə kanalı ilə seçki komissiyasına
verilən hər hansı məlumatla tanış ola, o cümlədən dövlət avtomatlaşdırılmış
informasiya sisteminin texniki sənədləşdirilməsi ilə əlaqədar və sistemin bütün
texniki heyətinin hərəkətlərinə aid izahat tələb edə, əllə və texniki vasitələrlə
işlənmiş məlumatları müqayisə edə bilərlər. Həmin sistemin işçi heyətinin hər
hansı birinin və ya müşahidəçilərin hərəkətləri qanuna zidd olduqda, nəzarət
qrupu bu barədə seçki komissiyasının sədrinə məlumat verir və pozuntuların
aradan qaldırılması yaxud bunlara yol verən şəxslərin kənarlaşdırılması barədə
təklif verir. Nəzarət qrupunun keçirdiyi yoxlamaların nəticələri müvafiq seçki
komissiyalarının cari sənədlərində əks olunmalıdır.
110.5. Səsvermə başlandıqdan
sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar
imzalananadək aşağı seçki komissiyalarının yuxarı seçki komissiyalarına məlumatlar
verməsi əsasında müvafiq seçki komissiyaları tərəfindən dövlət
avtomatlaşdırılmış informasiya sistemindən səsvermənin gedişini və nəticələri
müşahidə etmək üçün istifadə olunur. Bu müddətdə yuxarı seçki komissiyalarının
informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə
məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsi
qadağan edilir.
110.6. Dövlət
avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə səsvermənin gedişi və onun nəticələri
barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab
edilir.
110.7. Seçki komissiyasının
katibində saxlanılan seçki komissiyasının protokoluna dövlət avtomatlaşdırılmış
informasiya sisteminə daxil edilmiş məlumatların kompüter vasitəsi ilə çap
olunmuş mətni də əlavə edilir. Kompüter çapında olan məlumatların həqiqiliyi məlumatların
verilməsinə məsul olan şəxsin və nəzarət qrupu üzvlərinin imzaları ilə təsdiq
edilir.
110.8. Dövlət
avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş seçicilərin seçkilərdə
iştirakı, səsvermənin ilkin və yekun nəticələri, seçkilərin yekunları haqqında
məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada məlumat almaq
niyyətində olanların çevik məlumat almaları məqsədi ilə ümumi istifadədə olan
informasiya-kommunikasiya xətlərinə daxil edilməlidir.
110.9. Azərbaycan Respublikası
Konstitusiyasının 32-ci maddəsinin III hissəsinə uyğun olaraq dövlət
avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş seçicilər haqqında məlumatların
yayılmamasına dövlət təminat verir.
Maddə 111. Seçki sənədlərinin mühafizəsi
111.1. Məntəqə və dairə seçki
komissiyalarının seçkilərin (referendumun) keçirilməsi ilə bağlı sənədləri
mühafizə edilən yerlərdə saxlanılır.
111.2. Seçki bülletenləri və səsvermə
vəsiqələri seçkilərin yekunlarının rəsmi dərci günündən başlayaraq azı 6 ay
müddətində dairə seçki komissiyalarında saxlanılır. Seçki komissiyalarının səsvermənin
nəticələri barədə protokolları növbəti seçkilərin təyin edilməsi haqqında qərarın
(sərəncamın)
rəsmi dərci günündən başlayaraq azı bir il müddətində Mərkəzi Seçki
Komissiyasında saxlanılır. Seçki komissiyalarının maliyyə hesabatları, qeydə
alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının yekun maliyyə sənədləri növbəti seçkilərin
(referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərci günündən
sonra azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçici
siyahıları 5 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır.
111.3. Seçki bülletenləri, səsvermə
vəsiqələri, seçicilərin siyahıları, səsvermənin nəticələri haqqında seçki
komissiyalarının protokolları və onlara əlavə edilmiş sənədlər, seçki
komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, qeydə alınmış
siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının yekun maliyyə hesabatları rəsmi sənədlər sayılır. Seçki sənədlərinin
mühafizəsinə və saxlanmasına görə müvafiq seçki komissiyasının sədri bu sənədlər
yuxarı seçki komissiyasına və ya dövlət arxivinə təhvil verilənədək məsuliyyət
daşıyırlar.
On altıncı fəsil
Maddə 112. Vətəndaşların seçki
hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi
112.1. Seçicilər, namizədlər,
qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları,
referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi
partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat
qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların
seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın
dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və
ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində
şikayət edə bilərlər.
112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti
müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. [171]
112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin
edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən)
Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən
(hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya
instansiyası məhkəməsin şikayət edə bilərlər. [172]
112.4. Şikayətdə göstərilmiş
qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq
cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən
çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul
etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq
orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi
Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin
araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə
prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata
3 gün müddətində baxmalıdır.[173]
112.5.
Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:
112.5.1.
şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın
adı;
112.5.2.
şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi
üçün ünvan;
112.5.3.
şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;
112.5.4.
əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı
qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli
şəxs göstərilməlidir;
112.5.5.
əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin
mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;
112.5.6.
əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız
qoyan orqanın və ya şəxsin adını göstərməlidir;
112.5.7.
şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının
pozulmasının güman edilməsi ola bilər;
112.5.8.
güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun
izahı;
112.5.9.
şikayətçinin tələbi;
112.5.10.
aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət
edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.
112.5.11.
Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən
siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda
şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə
edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.[174]
112.6. Seçki komissiyasının qərarı
məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin
mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında
yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Mәhkәmә qərarlarının
icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq
cinayət məsuliyyətinə səbəb olur.
112.7. Səsvermənin nəticələri,
seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına
aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin
toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi
zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə
bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən
imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual
Məcəllələrində göstərilən hallar istisna olmaqla).
112.8. Qeydə alınmış namizədin,
referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi,
referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və
ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə
baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını
dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir.
112.9.
Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin
mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş
vermək hüququna malikdir.[175]
112.10. Seçki komissiyasına
seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində,
səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə
günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul
edilir və şikayətçiyə çatdırılır.[176]
112.11. Seçki komissiyalarının
qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən
edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2
gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin
gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə
şikayət 3 gün müddətində verilə bilər.[177]
Maddə 112-1. Vətəndaşların seçki hüquqlarının
pozulması haqqında şikayətlərin araşdırılması[178]
112-1.1.
Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan
şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9
nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq
ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan
komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi
Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.2.
Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilir.
112-1.3.
Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul
etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır.
112-1.4.
Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri
vardır:
112-1.4.1.
şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy
təqdim etmək;
112-1.4.2.
şikayət üzrə əlavə məlumat tələb etmək;
112-1.4.3.
əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət
orqanlarına müraciət etmək;
112-1.4.4.
zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və
s.);
112-1.4.5.
Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.
112-1.5.
Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının
ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:
112-1.5.1.
şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun
qeydiyyatını aparmalıdır;
112-1.5.2.
şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir;
112-1.5.3.
şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa,
şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;
112-1.5.4.
şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə
aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə
baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı
digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin
orqana göndərilməsini təklif etməlidir;
112-1.5.5.
dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi
olan cinayət xarakterli şikayət daxil olduqda bu Məcəllənin 112-1.4-cü və
112-1.11-ci maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə
aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında
Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə
gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə
dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir
(məlumata şikayətin surəti əlavə edilməlidir);
112-1.5.6.
ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və
ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası
öz səlahiyyətlərinə aid olan hissədə bu Məcəllə ilə müəyyən edilmiş hərəkətlərin
edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün
şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir;
112-1.5.7.
dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi
olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən
qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin
olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına
dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata
şikayətin surəti əlavə edilir.
112-1.6.
Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Məcəllənin 112-1.5-ci maddəsində
göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:
112-1.6.1.
seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar
olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni
hərəkətlərinə aid şikayətlərlə əlaqədar bu Məcəllənin 60.6-cı, 68.5-ci,
87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə uyğun olaraq Mərkəzi
Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir;
112-1.6.2.
müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər
görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Məcəlləyə uyğun
olaraq şikayət edilə bilər;
112-1.6.3.
seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin
şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq
orqanına göndərilir;
112-1.6.4.
dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş
qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab
olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi
üçün ekspert tərəfindən rəy hazırlanır;
112-1.6.5.
ekspert bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə,
Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına
göndərilməsi haqqında rəy tərtib edir;
112-1.6.6.
daxil olmuş şikayətdə bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən əlamətlər
və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy
tərtib olunur;
112-1.6.7.
112.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina
edilərsə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert
qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri
daxilində tədbirlər görür.
112-1.7.
Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının
aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi
ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir
gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı
barədə xəbərdar edilir.
112-1.8.
İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli
nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı
müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki
Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq
hüququna malikdir.
112-1.9.
Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ
vardır.
112-1.10.
Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə
tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa,
müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət
daxil olduğu gündən 3 gün müddətində, səsvermə
gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən
gec olmayaraq),
səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə
araşdırma müddəti 3 gündən artıq olmamalıdır.[179]
112-1.11.
Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər:
112-1.11.1.
aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;
112-1.11.2.
Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi
barədə;
112-1.11.3.
Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə
alınmasından imtina edilməsi barədə;
112-1.11.4.
Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış
namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;
112-1.11.5.
şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən
baxılması haqqında.
112-1.12.
Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin
aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.
112-1.13.
Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec
olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində
yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.[180]
112-1.14.
Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:
112-1.14.1.
şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin
(hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından
sonra 3 gün ərzində daxil olmalıdır;
112-1.14.2.
şikayətlər buna hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə
əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış
namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum
üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki
komissiyaları) verilməlidir.
Maddə 113. Qeydə alınmış namizədin,
referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə
almaqdan imtina edilməsi
113.1. Namizəd, qeydə alınmış
namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası
seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə,
siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna
media
vasitəsi ilə
xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu
qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat
qrupunun bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə
tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması
barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv
edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın
edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir.[181]
113-1.1.
Seçki komissiyası namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyata
alınmasından onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi
olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin
60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.[182]
113.2.
Namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı aşağıda göstərilən
hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə
minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv
olunur.[183]
113.2.1. namizədin, siyasi
partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun bu Məcəlləyə
uyğun təqdim etdiyi məlumatlar həqiqi olmadıqda və onların etibarsızlığı əhəmiyyətli
xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna
olmaqla); [184]
113.2.2. namizəd, referendum
üzrə təşviqat qrupu qeydə alınanadək, bu Məcəllənin 75-ci maddəsində göstərilən
müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə və
bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda (bu müddəa Azərbaycan
Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması
üçün əsas ola bilməz);[185]
113.2.3. seçicilərin ələ
alınması faktı, yəni namizəd, siyasi partiya, siyasi partiyaların bloku,
referendum üzrə təşviqat qrupu və ya onların səlahiyyətli nümayəndələri və ya vəkil
edilmiş şəxsləri tərəfindən bu Məcəllənin 88.4-cü maddəsi ilə qadağan olunmuş hərəkətlərin
edilməsi müəyyənləşdirildikdə;
113.2.4. mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların
və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsi, imzaların
toplanması prosesində seçicilərin məcbur edilməsi faktlarının aşkara
çıxarılması, imza qoymaq müqabilində seçicilərin mükafatlandırılması;
113.2.5. müvafiq seçki dairəsi
üzrə irəli sürülmüş namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu
Məcəllə ilə namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən
5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə və bu haqda əvvəl
edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.6. siyasi partiya,
siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu öz seçki (referendum)
kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə onlar üçün müəyyənləşdirilmiş
seçki fondlarının məsrəflərinin yuxarı həddindən 5 faizdən artıq olan digər pul
vəsaitindən istifadə etdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə
alınmadıqda;
113.2.7. namizəd, siyasi
partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, habelə
siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyalar, siyasi partiyaların,
siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndəsi və ya üzvləri, vəkil edilmiş şəxsi müvafiq təşkilatın mülkiyyətçisi,
təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki
(referendum) kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olduqda,
fiziki və ya hüquqi şəxslərə maddi və maliyyə yardımı yaxud seçicilərə xidmət
göstərdikdə, fiziki və hüquqi şəxslərə belə yardım göstərilməsində kömək etdikdə
və ya bu haqda təklif verdikdə yaxud göstərilən şəxslər onların adından xidmətlər
göstərilməsinə razılıq verdikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə
alınmadıqda;
113.2.8. namizəd, siyasi
partiyalar, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ilkin
maliyyə hesabatını təqdim etmədikdə və bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə
alınmadıqda;
113.2.9. namizəd, siyasi
partiyanın, siyasi partiyalar blokunun, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi
vəzifə və ya xidməti mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə və
bu haqda əvvəl edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;
113.2.10. namizəd, siyasi
partiya, siyasi partiyaların bloku, onların vəkil edilmiş şəxsləri tərəfindən
bu Məcəllənin 88.2-88.4-cü maddələrinin tələblərini pozmaqla seçkiqabağı çap,
audiovizual seçki materiallarının buraxılması, yayılması və bu haqda əvvəl
edilmiş xəbərdarlıq nəzərə alınmadıqda;[186]
113.2.11. qeydə alınmış namizəd,
siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin vəkil
edilmiş şəxsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi
və ya vəkil edilmiş şəxsi hərbi hissələrin yerləşdiyi ərazidə, hərbi təşkilatlarda
və ya hərbi idarələrdə təşviqat apardıqda;
113.2.12. dövlət və ya bələdiyyə
xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti
vəzifələrinin icrasını dayandırmadıqda və bu haqda əvvəl edilmiş xəbərdarlıq
nəzərə alınmadıqda;[187]
113.2.13. qeydə alınmış namizəd,
namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku onların
fonduna daxil olan qanunsuz ianələrdən istifadə etdikdə və bu haqda əvvəl edilmiş
xəbərdarlıq nəzərə alınmadıqda.[188]
113.3. Namizədin qeydiyyatı məhkəmə
tərəfindən səsvermə gününə bir gün qalanadək yalnız bu Məcəllənin 113.2.3,
113.2.4, 113.2.7, 113.2.9, 113.2.11-ci maddələrində göstərilən hallar namizədin
qeydə alınmasından sonra aşkara çıxarıldıqda ləğv edilə bilər.
113.4. Namizədin qeydiyyatı səsvermə
gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə, bu haqda məlumat seçki
komissiyalarının məlumat lövhələrində yerləşdirilir.
Maddə 114. Səsvermənin nəticələri
və seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyalarının qərarlarının
ləğv edilməsi
114.1. Qeydə alınmış namizədin,
siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun bu Məcəllənin 88.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini
düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin
rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası
seçkilərin yekunlarının rəsmi dərc edilməsinədək namizədin seçilməsinin və ya
referendumun yekunlarının etibarsız sayılması haqqında apellyasiya
instansiyası məhkəməsinə müraciət edə bilər.[189]
114.2. Məhkəmə bu Məcəllənin
113.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu müəyyənləşdirərkən həmin
pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini
hesab edərsə, seçkilərin (referendumun) yekunları haqqında müvafiq seçki
komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri
itirilmiş hesab edilir.
114.3. Seçki dairəsində
seçicilərin siyahısının tərtib edilməsi, seçki komissiyalarının yaradılması, səsvermə,
səslərin hesablanması və ya seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsi
qaydaları pozulduqda, bu Məcəllə ilə nəzərdə tutulan digər pozuntular olduqda və
bu hərəkətlər (hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan
vermədikdə müvafiq məhkəmə birmandatlı və ya vahid seçki dairəsi üzrə səsvermənin
nəticələri və ya seçkilərin (referendumun) yekunları haqqında seçki
komissiyasının qərarını ləğv edə bilər.
114.4. Müvafiq məhkəmə və ya Mərkəzi
Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri
və ya seçkilərin yekunları haqqında qərarlarını bu Məcəllə ilə nəzərdə tutulmuş
hallarda ləğv edə bilər.
114.5. Seçilməyən namizədlərə
seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə,
onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla
bilməz.
Maddə 115. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət
115.1. Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə
bilərlər:
115.1.1. zor tətbiqi ilə,
aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;
115.1.2. seçkinin
(referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən
sui-istifadə edənlər;[190]
115.1.3. namizədin lehinə imza
atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün imza yığılmasına
mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;
115.1.4. seçiciləri ələ
alanlar, yəni bu Məcəllənin 88.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri edənlər;
115.1.5. qeydə alınmış seçicilər
barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və dəqiqləşdirməyənlər;
115.1.6. namizədlər barəsində
bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ləyaqətini təhqir
edən digər hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası
Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün
əsas ola bilməz);
115.1.7. seçki komissiyaları
üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi
partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun
səlahiyyətli nümayəndələrinin, media subyektləri nümayəndələrinin hüquqlarını
pozanlar, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında
alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını
pozanlar;
115.1.8. seçkiqabağı təşviqatın
aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün qalmış və
ya səsvermə günü təşviqat aparan şəxslər;
115.1.9. bu Məcəllənin müəyyən
etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları
hazırlayanlar və yayanlar yaxud xeyriyyə xidmətləri göstərənlər;
115.1.10. seçki kampaniyasının
maliyyələşdirilməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalarını pozanlar;
115.1.11. seçki bülletenlərinin
qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki
bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;
115.1.12. seçki komissiyasının
işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə
yetirməsi ilə bağlı fəaliyyətlərinə qeyri-qanuni müdaxilə edənlər;
115.1.13. seçki məntəqələrində
səsverməyə mane olanlar;
115.1.14. səsvermənin
gizliliyini pozanlar;
115.1.15. seçiciləri öz iradələrinə
zidd səs verməyə məcbur edənlər;
115.1.16. seçki sənədlərini
saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına bir
şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri
bilərəkdən qeyri-düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim
və ya dərc etməyənlər;
115.1.17. vətəndaşların seçici
siyahıları ilə tanış olmaq hüququnu pozanlar;
115.1.18. vətəndaşlara başqa şəxslərin
əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa
doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni
alınmasına imkan yaradanlar;
115.1.19. seçkilərin
hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını,
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə
hesabatlarını təqdim və dərc etməyənlər;
115.1.20. bu Məcəllədə nəzərdə
tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;
115.1.21. seçki
komissiyalarının bu Məcəllənin pozulması ilə bağlı verdiyi məlumatları
yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri;
115.1.22. seçkilərdə iştirak
etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə
xidmətində olan qeydə alınmış namizədlər;
115.1.23. seçici imzalarının
toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının,
qurumların və təşkilatların vəzifəli şəxsləri.[191]
Maddə 116. Cərimələrin tətbiq edilməsi[192]
Məntəqə və dairə seçki
komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə
onların və siyasi partiya, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu Məcəllədə
nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin
tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.[193]
IV bölmə
On yeddinci fəsil
Maddə 117. Referendum yolu ilə həll edilən məsələlər
Referenduma çıxarılan məsələlər
Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I və II hissələri ilə,
11-ci maddəsinin III hissəsi ilə və 152-ci maddəsi ilə müəyyən edilir.
Maddə 118. Referendum yolu ilə həll edilə bilməyən məsələlər
Referenduma çıxarıla bilməyən
məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin III hissəsi
ilə və 155-ci maddəsi ilə müəyyən edilir.
Maddə 119. Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında
referendum keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
rəyi
Azərbaycan Respublikası
Konstitusiyasının 153-cü maddəsinə görə, Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi
və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə
dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.
Həmin rəyin alınması qaydası «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 120. Referendumun keçirilməsinin məcburiliyi
Azərbaycan Respublikasının
qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bu və ya digər məsələyə
dair qərarın qəbul edilməsi həmin məsələyə dair referendumun keçirilməsini
istisna edə bilməz.
Maddə 121. Referendumun keçirilməsini istisna edən hallar
121.1. (Çıxarılıb) [194]
121.2. Eyni bir məsələyə dair
təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən
başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər.
On səkkizinci fəsil
Maddə 122. Referendum keçirilməsi haqqında qərarın qəbul edilməsi
122.1. Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin
18-ci bəndinə uyğun olaraq referendum keçirilməsinə dair qərar müvafiq olaraq
Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının
Prezidenti tərəfindən qəbul edilir.
122.2. Ən azı 300 min aktiv
seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan
Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə
referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət
edə bilər.
Maddə 123. Referendum keçirilməsi haqqında qərara dair tələblər
123.1. Referendum keçirilməsinə
dair qərarda aşağıdakılar göstərilməlidir:
123.1.1. referendumun keçirilməsi
tarixi;
123.1.2. referenduma çıxarılan
aktın adı;
123.1.3. referenduma çıxarılan
aktın məzmununun qısa təfsiri;
123.1.4. referendumun maliyyələşdirilməsi
qaydası.
123.2. Referenduma çıxarılan
aktın layihəsi referendumun keçirilməsi haqqında qərara əlavə olunur.
123.3. Referenduma çıxarılan
aktın layihəsi referendumun
təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc edildikdən sonra
dəyişdirilə bilməz və ona əlavələr edilə bilməz. [195]
Maddə 124. Referenduma çıxarılan məsələlərlə tanışlıq
124.1. Referenduma çıxarılan
aktın layihəsi mediada referendumun təyin edilməsi haqqında qərarla (sərəncamla)
birlikdə dərc edilməlidir. Bu, daha çox seçicinin referendum aktının mətni ilə
tanış olması üçün zəruri şərait yaradır. [196]
124.2. Seçici referendum
aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki
komissiyasından almaq hüququna malikdir. Referendum aktının layihəsinin çap
edilməsi və yayılmasını təmin etmək Mərkəzi Seçki Komissiyasının vəzifəsidir.
On doqquzuncu fəsil
Maddə 125. Referendum üzrə təşviqat qruplarının qeydə alınması
Referendum üzrə təşviqat
qruplarının qeydə alınması bu Məcəllənin on birinci fəslində nəzərdə tutulan
qaydada həyata keçirilir.
Maddə 126. Referendum üzrə təşviqat
qruplarının seçki komissiyasında nümayəndəsinin təyin edilməsi
Mərkəzi və ya dairə seçki
komissiyasının məşvərətçi səs hüquqlu üzvünü yalnız həmin komissiyada qeydiyyatdan
keçən referendum üzrə təşviqat qrupları təyin edə bilərlər.
Maddə 127. Mediada referendumqabağı təşviqatın aparılması üçün xüsusi tələblər[197]
127.1. Referendum üzrə təşviqat
qruplarının referendumqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli
ilə tənzimlənir.
127.2. Televiziya və
radio yayımçılarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi üzvlərinin
sayı 20 mindən çox olan referendum üzrə təşviqat qruplarına birgə müzakirələrin,
dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün
ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi
Seçki Komissiyası tərəfindən müəyyən edilir.[198]
127.3. Bu Məcəllənin 77.2-ci və
77.3-cü maddələrində göstərilən hər bir televiziya və radio
yayımçısının
kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı həmin
maddələrdə göstərilən referendum üzrə təşviqat qrupları üçün ayrılır və hesablanır.
Bu cür pulsuz efir vaxtından qeydə alınmış referendum üzrə təşviqat qrupları bərabər
əsasla istifadə etməlidirlər. Bu halda referendum üzrə hər bir təşviqat qrupu tərəfindən
istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.[199]
127.4. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından ödənişli əsaslarla
istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində
göstərilən referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünməsi yolu ilə
müəyyənləşdirilir.[200]
127.5. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 77.2-ci və
77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qruplarının ümumi
sayına bölünmə yolu ilə müəyyən edilən yerdən sonuncular müvafiq ödəniş
müqabilində istifadə edə bilərlər.
127.6. Qeydə alınmış
referendum üzrə təşviqat qruplarının bu Məcəllənin 127.2-ci maddəsində göstərilən
tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq
pulsuz təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.
Maddə 128. Referendum üzrə təşviqat
qruplarının referendum üzrə maliyyə fondları
128.1. Referendum üzrə təşviqat
qruplarının referendum üzrə maliyyə fondlarının yaradılması və istifadə edilməsi
qaydaları bu Məcəllənin on dördüncü fəsli ilə tənzimlənir.
128.2. Referendum üzrə təşviqat
qruplarının referendum üzrə maliyyə fondları aşağıdakı pul vəsaiti hesabına
formalaşa bilər:
128.2.1.
5000 manatdan çox olmamaq şərti ilə referendum üzrə təşviqat qruplarının xüsusi
vəsaitləri;[201]
128.2.2. bu Məcəllənin 69.9-cu
maddəsi ilə müəyyənləşdirilmiş qaydada səsvermə gününə azı 25 gün qalanadək
seçki komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupuna digər
referendum üzrə təşviqat qrupları ilə bərabər həcmdə ayrılmış vəsait;[202]
128.2.3.
Vətəndaş üçün 1000 manatdan və hüquqi şəxlər üçün 10 min manatdan çox olmamaq şərti
ilə könüllü ianələr.[203]
128.3. Bu Məcəllənin 77.4-cü
maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının
referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin
edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 50 min manatdan çox ola bilməz; bu Məcəllənin
77.3-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat
qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin bir milyon mislindən çox ola bilməz; bu
Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat
qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin beş milyon mislindən çox ola bilməz.[204]
Maddə 129. Referendum üzrə xüsusi hesablar
129.1. Referendum üzrə təşviqat
qrupları imzaların toplanmasının başlanması haqqında bu Məcəllənin 63-cü maddəsinə
uyğun olaraq bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu
formalaşdırmaq üçün referendum üzrə xüsusi hesab açmalıdırlar.
129.2. Referendum üzrə təşviqat
qrupları Mərkəzi Seçki Komissiyasından (dairə seçki komissiyasından )
bildirişin təsdiq edilmiş surətini aldıqdan sonra, lakin referendum üzrə təşviqat
qrupunun qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına (dairə seçki
komissiyasına ) təqdim edilməsi gününə azı 5 gün qalmış referendum üzrə maliyyə
fondunu formalaşdırmaqdan ötrü maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin
qeydə alınması haqqında verdiyi sənəd əsasında referendum üzrə xüsusi hesab
açmalıdırlar.
129.3. Referendum üzrə təşviqat
qrupları öz referendumqabağı təşviqat kampaniyasını maliyyələşdirərkən bu Məcəllə
ilə müəyyənləşdirilmiş maliyyələşdirmə qaydalarının pozulmasına görə bilavasitə
özləri məsuliyyət daşıyırlar.
Maddə 130. Referendum üzrə
maliyyə fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq
130.1. Aşağıdakı məlumatlar bu
Məcəllənin 95.3-cü maddəsində göstərilən qaydada (bu Məcəllənin 77.2-ci və
77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qrupları üçün) hökmən
dərc edilməlidir:
130.1.1. referendum üzrə
maliyyə fondu vəsaitinin məbləği referendumun təyin edilməsi haqqında qərarın
rəsmi dərc edildiyi günə olan şərti
maliyyə vahidinin
10 min manatdan
çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;
130.1.2. referendum üzrə
maliyyə fonduna referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc
edildiyi günə olan şərti maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən
hüquqi şəxslər barəsində;
130.1.3. referendum üzrə
maliyyə fonduna referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc
edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların
sayı barədə;
130.1.4. ianəçilərə qaytarılan
vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
130.1.5. referendum üzrə
maliyyə fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin
ümumi məbləği barədə.
130.2. Referendum üzrə təşviqat
qrupu üzvlərinin sayı 20 mindən az olduqda, bu Məcəllənin 130.1-ci maddəsində
göstərilən məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada dərc
edilir. [205]
Maddə 131. Referendum üzrə təşviqat
qruplarının aldıqları vəsaitlərin geri qaytarılmasının ardıcıllığı
131.1. Referendum üzrə təşviqat
qrupları yekun maliyyə hesabatını verənədək müvafiq seçki komissiyasının
razılığı ilə, seçki fondunun xərclənməmiş pul vəsaitini ona ianə vermiş vətəndaşlara
və hüquqi şəxslərə proporsional nisbətə uyğun olaraq qaytara bilərlər.
Referendum üzrə təşviqat qrupları həmin hüquqdan istifadə etmədikdə, bu Məcəllənin
132-ci maddəsi tətbiq olunur.
131.2. Müvafiq seçki
komissiyasında qeydə alınmamış referendum üzrə təşviqat qrupları yekun maliyyə
hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə
xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional
nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytarmağa
borcludur.
Maddə 132. Referendum üzrə təşviqat
qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti
Referendum üzrə təşviqat
qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq
seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə
günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.
İyirminci fəsil
Maddə 133. Referendum üzrə səsvermə otağı
133.1. Referendum zamanı səsvermə
otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.
133.2. Məntəqə seçki
komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında referendum üzrə
səsvermə bülletenlərinin nümunələrini, referendum aktı layihəsinin mətnini məlumat
lövhəsində yerləşdirir.
Maddə 134. Referendum üzrə səsvermə bülleteni
134.1. Referendum üzrə səsvermə
bülleteni bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.
134.2. Səsvermə bülletenində
referenduma çıxarılan hər məsələnin ifadəsi və səsverənin cavabının variantları
— «lehinə» və «əleyhinə» («hə» və «yox» «razıyam» və «razı deyiləm» sözləri də
ola bilər) sözləri yazılır.
134.3. Mərkəzi Seçki
Komissiyası səsvermə bülleteninə referendum aktının layihəsinin əlavə edilməsi
məsələsini həll edir. Həmin layihə qüvvədə olan normativ hüquqi aktların ləğv
edilməsi və ya dəyişdirilməsini nəzərdə tutursa, həmin normativ hüquqi akt
(onun müvafiq hissəsi) Mərkəzi Seçki Komissiyasının qərarına əsasən səsvermə
bülleteninə əlavə edilə bilər.
Maddə 135. Referendum zamanı səsvermə qaydası
135.1. Referendum zamanı səsvermə
bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.
135.2. Seçici səsvermə
bülletenində referenduma çıxarılan cavab variantlarının birini — «lehinə» və ya
«əleyhinə» («hə» və ya «yox», «razıyam» və ya «razı deyiləm») - seçərək sağda
yerləşən boş kvadratda işarə qoyur.
135.3. Hər iki boş kvadratda
işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.
Maddə 136. Referendum məntəqəsində səslərin hesablanması
136.1. Referendum məntəqəsində
səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir və
protokol tərtib edilir.
136.2. Protokola bu Məcəllənin
100.2-ci maddəsində göstərilənlərdən əlavə, aşağıdakılar daxil edilir:
136.3.1. referenduma çıxarılan
məsələnin lehinə səs vermiş seçicilərin sayı;
136.3.2. referenduma çıxarılan
məsələnin əleyhinə səs vermiş seçicilərin sayı.
Maddə 137. Referendum zamanı
dairə seçki komissiyasında səslərin hesablanması
137.1. Dairə seçki
komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun
aparılır.
137.2. Dairə seçki
komissiyasının protokolunda bu Məcəllənin 107.2-ci və 136-cı maddələrində göstərilənlərdən
əlavə, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir.
Maddə 138. Referenduma yekun
vurulması
138.1. Referendumun rəsmi nəticələrini
referendumdan sonra 25 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası elan
edir.
138.2. Mərkəzi Seçki
Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarından daxil
olmuş protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə
olaraq, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını,
səsvermə keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi
zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan verməyən referendum dairələrinin sayını göstərir; səsə qoyulmuş hər təklif
üzrə — «lehinə» səs vermiş və «əleyhinə» səs vermiş seçicilərin sayını
ayrılıqda müəyyən edir.
138.3. Referenduma çıxarılmış
məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermədə iştirak etmiş seçicilərin
yarısından çoxu onun lehinə səs versin.
138.4. Ümumxalq səsverməsinə Mərkəzi
Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar referendumun nəticələri
haqqında rəsmi bildiriş kimi elan edilir.
Maddə 139. Referendumun baş
tutmaması və referendumun yekunlarının etibarsız sayılması
139.1. Azərbaycan Respublikası
Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən
məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən
azı iştirak etdikdə referendum baş tutmamış sayılır.
139.2. Mərkəzi Seçki
Komissiyası aşağıdakı hallarda referendumun yekunlarını etibarsız sayır:
139.2.1. referendum məntəqələrinin
2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə
alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi
sayının 1/4-dən çoxunu təşkil etsin.; [206]
139.2.2. məhkəmənin qərarı əsasında.
Maddə 140. Referendumun yekunları haqqında qərarların dərc edilməsi
Referendum yolu ilə qəbul
olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə
qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək
Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir.[207]
İyirmi birinci fəsil
Maddə 141. Referendum yolu ilə qəbul edilmiş aktların qüvvəyə minməsi
Referendum yolu ilə qəbul
edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir.
Maddə 142. Referendum yolu ilə qəbul edilmiş qərarların hüquqi qüvvəsi
Referendum yolu ilə qəbul
edilmiş akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi
qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.
V bölmə
İyirmi ikinci fəsil
Maddə 143. Milli Məclisə seçkilərin əsasları
Milli Məclisə birmandatlı
seçki dairələri üzrə 125 deputat (bir dairədən - bir deputat) seçilir.
Maddə 144. Azərbaycan
Respublikası vətəndaşlarının Milli Məclisə deputat seçilmək hüququ
Azərbaycan Respublikası
Konstitusiyanın 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası vətəndaşları
Milli Məclisə deputat seçilə bilərlər.
Maddə 145. Milli Məclisə seçkilərin təyin edilməsi
145.1. Azərbaycan Respublikası
Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 981-ci maddəsinin II hissəsinin
ikinci cümləsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni
çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin
edir. [208]
145.2. Yeni seçilmiş Milli Məclisin
səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən
başlanır.
145.3. Milli Məclisin seçilməsi
günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı gün
hesab edilir.
145.4. Seçkilərin təyin edilməsi
barədə sərəncam
onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində mediada rəsmi dərc edilməlidir. [209]
İyirmi üçüncü fəsil
Maddə 146. Milli Məclisə seçkilər
zamanı birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi
146.1. Birmandatlı seçki dairəsi
üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki
dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları
bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.
146.2. Birmandatlı seçki dairəsi
üzrə təkrar seçkilərdə namizədlər bu seçkilərin təyin edilməsi haqqında sərəncam
rəsmi dərc olunduqdan sonra irəli sürülür.
146.3. Birmandatlı seçki dairəsi
üzrə əlavə seçkilərdə namizədlər bu Məcəllənin 145.4-cü maddəsində göstərilən
müddətdən sonra irəli sürülür.
146.4. Seçicilərin irəli sürdükləri
namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli sürülməsinə
razılıq verə bilər.
146.5. Namizədlərin irəli
sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin
irəli sürülməsi haqqında bildirişi, müvafiq namizədlərin razılıq ərizələri və
digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki
Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin
seçilməsindən sonra ona təqdim edir.
Maddə 147. Milli Məclisə seçkilər
zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin müdafiəsi üçün
seçici imzalarının toplanması
147.1. Namizədin müdafiəsi
üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450
imzası toplanmalıdır.
147.2. Bir seçici birdən artıq
namizədin müdafiəsi üçün imza ata bilər.
147.3. Seçicilərin imzaları bu
Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır.
İyirmi dördüncü fəsil
Maddə 148. Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması
148.1. Namizədlər bu Məcəllənin
60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.
148.2. Bir şəxsin birdən çox birmandatlı
seçki dairəsi üzrə namizəd kimi qeydə alınmasına yol verilmir.
148.3. Bu Məcəllənin 148.2-ci
maddəsində göstərilən qaydalar pozulduqda namizədin əvvəlki qeydiyyatı etibarlı
sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq seçki
komissiyasının qərarı ilə ləğv edilir (qeydə alınmış keçmiş namizəd əvvəlki
qeydiyyatdan imtina haqqında ərizə verməzsə).
148.4. Qeydə alınmış namizədlərin
fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.
148.5. Qeydə alınmış namizədlərin
dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki
Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə
dərc edilir.[210]
148.6. Birmandatlı seçki dairələrinin
60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış
siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə
bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi
üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin
ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi səs
hüquqlu üzv təyin edə bilər. [211]
Maddə 149. Milli Məclisə seçkilərin təxirə salınması
149.1. Bu Məcəllənin 58.1-ci
maddəsində göstərilən müddətdə birmandatlı seçki dairəsi üzrə heç bir namizəd
qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli
sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə
müvafiq seçki dairəsi üzrə seçkilər bu Məcəllənin 145-ci maddəsində nəzərdə
tutulan qaydada 2 ay müddətinə təxirə salınır.
149.2. Səsvermə gününədək
seçki dairəsində qeydə alınmış namizəd qalmazsa yaxud qeydə alınmış bir namizəd
qalarsa, seçkilər bu Məcəllənin 145-ci maddəsində göstərilən qaydada namizədlərin
irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi üçün birmandatlı seçki dairəsində
ən geci 3 ay müddətinə təxirə salınır.
Maddə 150. Milli Məclisə seçkilər
zamanı qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi
150.1. Bu Məcəllənin 70.2-ci
maddəsinə uyğun olaraq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə
müvafiq seçki dairəsi ərazisinin hüdudlarında (taksi və sifarişli reyslər
istisna olmaqla) ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası
nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim
edildikdə ödənilir.
150.2. Bir neçə seçki dairəsi
olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin
dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
150.3. Qeydə alınmış namizəd
namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda
yaşayırsa, əlavə olaraq ona dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı
ilə 4 dəfə yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri
müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
150.4. Birmandatlı seçki dairəsi
üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və
keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən
ödənilir.
150.5. Bu cür ödəmələr Mərkəzi
Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.
Maddə 151. Milli Məclisə seçkilər
zamanı qeydə alınmış namizədin toxunulmazlığı
Qeydə alınmış namizəd bu Məcəllənin
70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Azərbaycan Respublikası Baş
prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.
Maddə 152. Milli Məclisə seçkilər
zamanı qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərinin sayı
152.1. Birmandatlı seçki dairəsi
üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ
vardır. Göstərilən şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən
qeydə alınır.
152.2. Vəkil edilmiş şəxslərin
statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.
Maddə 153. Milli Məclisə seçkilər
zamanı deputatlığa namizədlərin namizədlik statusundan imtina etməsi
153.1. Milli Məclisə seçkilər
zamanı namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-1-ci
maddəsi ilə tənzimlənir. [212]
153.2. Bu Məcəllənin 73-1.1-ci və
73-1.2-ci maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Məcəllədə
nəzərdə tutulmuş qaydada və müddətdə istənilən birmandatlı seçki dairəsi üzrə
seçkilərdə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır. [213]
Maddə 154. Siyasi partiyanın,
siyasi partiyalar blokunun Milli Məclisə seçkilərdə iştirakdan imtina etməsi
154.1. Siyasi partiya öz
nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi
partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci
10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə
verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış
namizədi geri çağırmaq hüququna malikdir.
154.2. Siyasi partiyalar
blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış
istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi
partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində
seçkilərdə iştirak etməkdən imtina edə bilər.
154.3. Siyasi partiyalar
blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə
ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər
siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.
154.4. Siyasi partiyalar blokunun
irəli sürdüyü namizəd qeydə alındıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi
partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan
siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri
saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, namizədlərin
qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas
ola bilməz.
154.5. Siyasi partiyalar
blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi, ona daxil olmuş siyasi partiyaları
seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun
olaraq namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata
keçirilməsi tələb edilir.
İyirmi
beşinci fəsil
Maddə 155. Milli Məclisə seçkilər
zamanı mediada seçkiqabağı təşviqatın
aparılması üçün xüsusi tələblər[214]
155.1. Qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda
iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.
155.2. Televiziya və
radio yayımçılarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi qeydə
alınmış namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri
qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin,
dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün
ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi
Seçki Komissiyası tərəfindən müəyyən edilir.[215]
155.3. Bu Məcəllənin 77.2 və
77.3-cü maddələrində göstərilən televiziya və radio yayımçılarının kanallarında birgə təşviqat tədbirlərinin
keçirilməsi üçün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi
partiyaların blokları üçün efir vaxtı ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata
keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış namizədlər, siyasi
partiyalar, siyasi partiyaların blokları bərabər əsaslarla istifadə etməlidirlər.
Bu halda hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən
istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.[216]
155.4. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından ödənişli əsaslarla
istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı seçki dairələrinin
60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar
bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.
155.5. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan yerin həcmi namizədlərin,
birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi
partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyən
edilir. Bu zaman həmin yerin həcmi namizədlər üçün ayrıca və siyasi partiyalar,
siyasi partiyaların blokları üçün ayrıca müəyyən edilir. Onlar həmin yerdən
müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.
155.6. Qeydə alınmış namizədlərin,
birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi
partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 155.2-ci maddəsində
göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə
uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.
Maddə 156. Milli Məclisə seçkilər
zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının seçki fondları
156.1. Namizədin seçki fondu vəsaitinin
yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi
günə müəyyənləşdirilən şərti maliyyə vahidinin 500 min manatdan çox ola bilməz.
156.2. Birmandatlı seçki dairəsi
üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları
aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:
156.2.1. seçkilərin təyin
edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox olmamaq şərti ilə, namizədin,
qeydə alınmış namizədin xüsusi vəsaiti;
156.2.2. seçkilərin təyin
edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 150 min manatdan çox olmamaq şərti ilə, namizədi,
qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar
blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;
156.2.3. bu Məcəllənin
164.8-ci maddəsində müəyyənləşdirilmiş hallar istisna olmaqla, qeydə alınmış
namizədə dairə seçki komissiyası tərəfindən müvafiq birmandatlı seçki dairəsi üzrə
qeydə alınmış digər namizədlərlə bərabər həcmdə ayrılmış vəsait;
156.2.4. seçkilərin təyin
edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000 manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.
156.3. Birmandatlı seçki dairələrinin
60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi
partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.
156.4. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti
hesabına formalaşır:
156.4.1. siyasi partiyaların,
siyasi partiyalar bloklarının seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi
dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox olmamaq şərti ilə, xüsusi
vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış
siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);
156.4.2. bu Məcəllənin
164.8-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki
Komissiyasının siyasi partiyaya, siyasi partiyaların blokuna ayırdığı vəsait;
156.4.3. vətəndaşların və
hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin
edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min
manatdan
çox ola bilməz.
156.5. Siyasi partiyanın,
siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin
156.1-ci maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış
namizədlərin sayına vurulmaqla müəyyən edilir. Eyni zamanda, hər bir namizəd
üçün xərclənmiş məbləğ bu Məcəllənin 156.1-ci maddəsində göstərilən məbləğdən
yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi
partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.[217]
Maddə 157. Milli Məclisə seçkilər zamanı xüsusi seçki hesabları
157.1. Namizəd birmandatlı
seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsi barədə dairə seçki
komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz seçki fondunu
formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır.
157.2. Namizədlər üçün vahid seçki
fondu yaratmaq niyyətində olan siyasi partiyalar, siyasi partiyaların blokları
birmandatlı seçki dairələrinin 60-dan çoxunda irəli sürülən namizədlərin
siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində
vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.
157.3. Namizəd, siyasi
partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairəsi üzrə namizədin
irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş
surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər
əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi
partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının
açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiyalar,
siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə,
başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə
bilər.
157.4. Namizədin, qeydə
alınmış namizədin seçki dairəsi dəyişdikdə o, xüsusi seçki hesabının qalıq vəsaitini
könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytara bilər.
Bu hüquqdan istifadə edilmədikdə, bank müvafiq seçki komissiyasının yazılı göstərişi
əsasında 3 gün müddətində vəsaiti Mərkəzi Seçki Komissiyasının hesabına
köçürür. Bundan sonra namizəd, qeydə alınmış namizəd Mərkəzi Seçki
Komissiyasına yekun maliyyə hesabatı verməli, maliyyə hesabatının surətini isə
dairə seçki komissiyasına təqdim etməlidir. Yeni seçki dairəsində xüsusi seçki
hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.
Maddə 158. Vahid seçki fondunun ləğv edilməsi
Vahid seçki fondu yaradan
siyasi partiyanın, siyasi partiyalar blokunun birmandatlı seçki dairələrində
qeydiyyatdan keçən namizədlərinin sayı 60 və ya 60-dan az olarsa, siyasi
partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır, həmin
hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı
açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında
proporsional qaydada bölüşdürülür.
Maddə 159. Milli Məclisə seçkilər
zamanı seçki fondları vəsaitlərinin istifadəsində aşkarlıq
159.1. Birmandatlı seçki dairəsi
üzrə irəli sürülmüş və ya qeydiyyatdan keçmiş namizədin seçki fondu haqqında
aşağıdakı məlumatlar bu Məcəllənin 77.3-cü maddəsində göstərilən media
subyektlərində hökmən dərc edilməlidir:
159.1.1. seçki fondu vəsaitinin
məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə
olan şərti maliyyə vahidinin siyasi partiya, siyasi
partiyaların bloku üçün 10 min manatdan çox,
namizəd, qeydə alınmış namizəd üçün isə 2 min 500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin
maliyyə hesabatı barədə;
159.1.2. seçki fonduna seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin siyasi partiya, siyasi partiyaların bloku
üçün 5 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə
1 mn 250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər
barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində
köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);
159.1.3. seçki fonduna seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların
sayı barədə;
159.1.4. ianəçilərə qaytarılan
vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
159.1.5. seçki fonduna daxil
olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.
159.2. Siyasi partiyanın,
siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin
77.2-ci maddəsində göstərilən media subyektlərində hökmən dərc edilməlidir:
159.2.1. seçki fondu vəsaitinin
məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə
olan şərti maliyyə vahidinin 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin
maliyyə hesabatı barədə;
159.2.2. seçki fonduna seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən
hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə
ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);
159.2.3. seçki fonduna seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların
sayı barədə;[218]
159.2.4. ianəçilərə qaytarılan
vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
159.2.5. seçki fonduna daxil
olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.
Maddə 160. Milli Məclisə seçkilər zamanı namizədlərin,
qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının
aldıqları pul vəsaitlərinin geri qaytarılmasının ardıcıllığı
Milli Məclisə seçkilər zamanı
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya
bloklarının aldıqları pul vəsaitlərinin geri qaytarılmasının qaydaları bu Məcəllənin
90.5-ci - 90.7-ci maddələri ilə müəyyən edilir.
Maddə 161. Milli Məclisə seçkilər zamanı namizədlərin,
qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının
aldıqları büdcə vəsaitlərinin xərclənməmiş hissəsinin geri qaytarılmasının məcburiliyi
Birmandatlı seçki dairəsində səsvermədə
iştirak etmiş və həmin dairədə seçicilərin etibarlı
hesab edilən səslərinin azı 3 faizini toplamış qeydə alınmış namizəd və ya seçilən
sayılmış, habelə səsvermə gününədək bu Məcəllənin 73.3-cü maddəsində göstərilən
məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış namizəd,
birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi
partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 30 gün müddətində
müvafiq seçki komissiyasının onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş
hissəsini bu seçki komissiyasına qaytarmağa borcludur. Bu müddət başa çatdıqda
müvafiq bank seçki komissiyasının məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz
qaydada onun hesabına köçürməlidir.[219]
Maddə 162. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərə, siyasi
partiyalara, siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və
dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin ödənilməsi[220]
162.1. Namizəd, siyasi
partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində
göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin
redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini
tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə
hesabatının verildiyi günədək namizəd, siyasi partiyalar, siyasi partiyaların
blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin
rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiya
bloklarının tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların
ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin
dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə qərarlarından
çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində
göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlər
redaksiyalarına göndərir. [221]
162.2. Bu Məcəllənin 77.2-ci və
77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin
redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra
10 gün müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə,
siyasi partiyalara, siyasi partiyaların bloklarına, habelə siyasi partiyaların
blokuna daxil olmuş siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtının dəyəri
və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi
ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər. [222]
162.3. Bu Məcəllənin 80.5,
83.6 və 155.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə
ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə
tutulmuş qaydada namizədlərə, siyasi partiyalara, siyasi partiyaların
bloklarına verilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin
teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi
efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə
vurulması yolu ilə müəyyən edilir.
162.4. 60-dan çox birmandatlı
seçki dairələrində namizədləri qeydə alınmış siyasi partiya, siyasi
partiyaların bloku bu Məcəllənin 155.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin
birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir
siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi
teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat
tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər
paylarla müəyyənləşdirilir.
162.5. Namizəd, siyasi
partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci
maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina ediblərsə, verilmiş
pulsuz efir vaxtının dəyəri ödənilmir.
162.6. Bu Məcəllənin 77.2 və
77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və
dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi
Seçki Komissiyasına bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmuş pulsuz
efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş namizədlər,
siyasi partiyalar haqqında məlumatlar verirlər. Dairə seçki komissiyaları səsvermə
günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə
tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar,
siyasi partiyalar haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər. [223]
Maddə 163. Milli Məclisə seçkilər
zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti
Namizədlərin, qeydə alınmış
namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki
fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının
yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən
sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.
Maddə 164. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları pul vəsaitinin öz
hesablarına geri qaytarılması[224]
164.1. Seçki fondunda pul vəsaiti
olmadıqda və yaxud çatışmadıqda qeydə
alınmış namizədə, siyasi partiyalara və siyasi partiyaların bloklarına təqdim
edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi
onların öz vəsaiti hesabına həyata keçirilir.[225]
164.2. Verilmiş pulsuz efir
vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılmış büdcə vəsaitini
qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait
bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər
paylarla bölüşdürülür, bu şərtlə ki, siyasi partiyalar blokunun yaradılması
haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə qərarda ayrı qayda nəzərdə
tutulmasın.
164.3. Bu Məcəllənin 161-ci
maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə uyğun yekun
maliyyə hesabatının verilməsi ilə yanaşı müvafiq vəsaitin qaytarılmasını da öz
üzərinə götürürsə, dövlət büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən
başlayaraq 12 ay müddətində müvafiq dairə seçki komissiyasının hesabına qaytara
bilər.[226]
164.4. Bu Məcəllənin 162.1-ci maddəsinin tələblərini yekun maliyyə
hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların
bloku teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları qarşısında
müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət büdcəsinin
vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə
pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 12 ay müddətində ödəmək
üçün onlara möhlət verilə bilər.[227]
164.5. Bu Məcəllənin 164.4-cü maddəsində nəzərdə tutulan
öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən
müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 164.4-cü maddəsində
göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya,
siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 164.4-cü maddəsində
göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti
başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.[228]
164.6. Namizəd, qeydə alınmış
namizəd statusunu itirdikdə bu Məcəllənin 164-cü maddəsi ilə namizədlərin, qeydə
alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd
sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi
partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi
partiyaların, siyasi partiyalar bloklarının üzərinə bu Məcəllənin 164-cü maddəsi
ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi
partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş
siyasi partiyaların üzərinə qoyulur.
164.7. Mərkəzi Seçki
Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərcindən sonra və seçki komissiyaları qarşısında borc
öhdəliyi olan vətəndaşların siyahısını dairə seçki komissiyalarına onların
yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir.
164.8. Əsas, təkrar və əlavə
seçkilərdə və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi
gün seçki komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli
sürüldüyü seçki dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən vəsait almağa
hüququ yoxdur. [229]
İyirmi altıncı fəsil
Maddə 165. Milli Məclisə seçkilər zamanı səsvermə otağı
165.1. Milli Məclisə seçkilər
zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil
edilir.
165.2. Məntəqə seçki
komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki
bülletenlərinin nümunələrini, namizədləri qeydə alınmış siyasi partiyalar,
siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki
dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum
tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda
— fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları
məlumat lövhələrində yerləşdirir.
165.3. Namizədlər, siyasi
partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenlərində
nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.
Maddə 166. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri
166.1. Milli Məclisə seçkilər
zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada
hazırlanır.
166.2. Birmandatlı seçki dairəsi
üzrə seçki bülletenində qeydə alınmış hər bir namizədin əlifba qaydasında
soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu
olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış namizədin kim tərəfindən irəli
sürüldüyü göstərilməlidir.
166.3. Seçki bülletenində bu Məcəllənin
54-cü maddəsinə uyğun olaraq qeydə alınmış namizədin mənsub olduğu siyasi
partiyanın qısa adı, habelə emblemi göstərilməlidir. Seçki bülleteninə daxil
olan siyasi partiyaların emblemləri eyni rəngdə olmalıdır.
166.4. Seçki bülletenində bu Məcəllənin
53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş namizədin partiya mənsubiyyəti
onun arzusu ilə göstərilə bilər.
166.5. Hər bir qeydə alınmış
namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.
Maddə 167. Milli Məclisə seçkilər zamanı səsvermə qaydası
167.1. Milli Məclisə seçkilər
zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.
167.2. Seçici birmandatlı
seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı
kvadratda işarə qoyur.
167.3. Birdən çox boş
kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.
Maddə 168. Milli Məclisə seçkilər
zamanı seçki məntəqəsində səslərin hesablanması
168.1. Milli Məclisə seçkilər
zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə
uyğun həyata keçirilir.
168.2. Hər bir protokola bu Məcəllənin
100.2-ci maddəsində göstərilənlərlə yanaşı səsvermənin yekunlarına dair
aşağıdakı məlumatlar daxil edilir:
168.2.1. seçki bülleteninə
daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda —
namizədlər barəsində digər məlumatlar;
168.2.2. hər bir namizədin
lehinə verilmiş səslərin sayı.
Maddə 169. Milli Məclisə seçkilər
zamanı birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarının müəyyən edilməsi
169.1. Dairə seçki
komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun
aparılır.
169.2. Səsvermə günündən ən
geci 2 gün keçənədək dairə seçki komissiyası birmandatlı seçki dairəsi üzrə
seçkilərin yekunlarını müəyyən edir.
169.3. Seçkilərdə iştirak edən
seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə
deputat seçilmiş hesab edilir.
169.4. Dairə seçki komissiyasının
protokolunda bu Məcəllənin 100.2 və 168-ci maddələrində göstərilənlərə əlavə
olaraq, deputat seçilmiş namizədin soyadı, adı və atasının adı, seçkilərin
etibarsız sayıldığı seçki məntəqələrinin sayı göstərilir.
Maddə 170. Birmandatlı seçki
dairəsi üzrə seçkilərin baş tutmaması və ya seçkilərin etibarsız sayılması
170.1. Dairə seçki
komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər
olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.
170.2. Dairə seçki komissiyası
və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı
hallarda seçkiləri etibarsız sayır:
170.2.1. səsvermə keçirilməsi
və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə
yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan
vermədikdə;
170.2.2. birmandatlı seçki
dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin
sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən
çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə
ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə
qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.; [230]
170.2.3. məhkəmənin qərarı əsasında.
170.3.
Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün
sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin
yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən
sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə
seçki komissiyası tərəfindən təmin edilir.[231]
İyirmi yeddinci fəsil
Maddə 171. Milli Məclisə seçkilər
zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi
171.1. Azərbaycan Respublikası
Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
171.2. Mərkəzi Seçki
Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki
komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən
sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim
edir.[232]
171.3. Konstitusiya Məhkəməsi
göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb
etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb
etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
171.4. Dairə seçki
komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə
Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin
bu qərarı qətidir.
171.5. Seçkilərin yekunları
bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və
bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.
Maddə 172. Milli Məclisə təkrar seçkilər
Bu Məcəllənin 170.2-ci maddəsində
nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız
sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq
edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada
təkrar seçkilər keçirir.
Maddə 173. Milli Məclisə seçilmiş deputatların qeydə alınması
173.1. Dairə seçki komissiyası
seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş
namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60
gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci
maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini
(bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq
edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə
tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
173.2. Birmandatlı seçki dairəsi
üzrə seçilmiş namizəd bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri
yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin
yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar
seçkilər keçirir. Bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələblər
bu Məcəllənin 73-1.3-cü
maddəsində nəzərdə tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə
yetirilmədikdə və bunun nəticəsində təkrar seçkilər təyin edildikdə, həmin
namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarının
istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir. [233]
173.3. Seçkilərin ümumi
yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya
sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi
Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.
Maddə 174. Milli Məclisə seçkilər
zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi
Milli Məclisə seçkilər zamanı
səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi qaydaları bu
Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.
İyirmi səkkizinci fəsil
Maddə 175. Milli Məclisin
deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi
175.1. Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar
olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya Məhkəməsi
tərəfindən qəbul edilir.
175.2. Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar
olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən
qəbul edilir.
175.3. Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində
göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar
Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı
rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya
instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 15 gün müddətində
baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın
tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət
verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.[234]
Maddə 176. Milli Məclisə seçkilər
zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi
176.1. Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci və 5-ci bəndləri ilə müəyyənləşdirilmiş
əsaslar olduqda, bu Məcəllənin 175.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada
birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum
edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı müvafiq müraciət (rəsmi məlumat)
daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir. [235]
176.2. Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən
hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi
Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan
gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən
ibarət qrup yarada bilər. [236]
176.2-1. Azərbaycan Respublikası Konstitusiyasının
89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar
Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra
15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə
edərək müvafiq qərar qəbul edir.[237]
176.3. Azərbaycan Respublikası
Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində
göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi
günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum
edilmiş sayılır; həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən
hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün)
qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş sayılır. [238]
176.4. Deputat mandatının boş
qalmasından sonra bir ay müddətində (deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki
Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallar istisna olmaqla)
bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı
seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. Deputatın
mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə
şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər
məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.[239]
176.5. Boş qalmış deputat
mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə
bilməz.
176.6. Əlavə seçkilər keçirilərkən
birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə
alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata
keçirilir.
VI bölmə
İyirmi doqquzuncu fəsil
Maddə 177. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları
Azərbaycan Respublikası
Prezidenti (bundan sonra — Prezident) seçkilərinin əsasları Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri
ilə müəyyən edilir.
Maddə 178. Prezident seçkilərinin təyin edilməsi
178.1. Bu Məcəllənin 179.2-ci maddəsində müəyyən
edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, yeddi il əvvəl
keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi
ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur.[240]
178.2. Seçkilərin keçirilməsi
günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir. [241]
178.3. Seçkilərin təyin
edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində
dərc edilməlidir. [242]
Maddə 179. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi
179.1.
Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin
icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə
Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən
Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri
keçirilir. Konstitusiyanın
104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti
Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər
dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir. [243] KM1
179.2. Konstitusiyanın 104-cü
və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası
Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi, həmçinin Konstitusiyanın 101-ci maddəsinin
I hissəsinin ikinci cümləsinə əsasən Prezident növbədənkənar Prezident seçkilərini
elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər
Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində
keçirilir. [244]
Otuzuncu fəsil
Maddə 180. Prezidentliyə namizədin irəli sürülməsi
180.1. Prezidentliyə namizədləri
siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar
bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.
180.2. Seçki hüququ olan hər
bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı
100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər.
180.3. Seçkilərin təyin edilməsi
haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli
sürülür.
180.4. Prezidentliyə namizəd
irəli sürmüş təşəbbüs qrupu siyasi partiya, siyasi partiyaların bloku namizədin
prezidentliyə namizəd kimi çıxış etməyə razılıq ərizəsini Mərkəzi Seçki
Komissiyasına təqdim etdikdə, ərizədə namizədin Konstitusiyanın 100-cü maddəsində
göstərilən tələblərə cavab verməsi nəzərdə tutulmalıdır.
Maddə 181. Prezidentliyə namizədi müdafiə üçün imza toplanması
181.1. Siyasi partiya, siyasi
partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli
sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası
toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı
50 imza toplanmalıdır.[245]
181.2. Bir seçici yalnız bir
namizədin müdafiəsi üçün imza ata bilər.
181.3. Seçicilərin imzaları bu
Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır.
Maddə 182. Prezidentliyə namizədin qeydə alınması
182.1. Prezidentliyə namizədlər
bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən
qeydə alınırlar.
182.2. Qeydə alınmış namizədlərin
fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.
182.3. Qeydə alınmış namizədlərin
siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən
bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.[246]
182.4. Qeydə alınmış hər bir
prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs hüquqlu
üzv təyin edə bilər.
Maddə 183. Prezident seçkilərinin təxirə salınması
183.1. Bu Məcəllənin 58.1-ci
maddəsində göstərilən müddətdə prezidentliyə heç bir namizəd qeydə alınmayıbsa
və ya yalnız bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və
növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə seçkilər bu Məcəllənin
178-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay müddətinə təxirə salınır və bu
halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.
183.2. Səsvermə gününədək qeydə
alınmış prezidentliyə namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd
qalarsa, seçkilər bu Məcəllənin 178-ci maddəsində göstərilən qaydada namizədlərin
irəli sürülməsi və sonrakı seçki hərəkətlərinin edilməsi üçün ən geci 3 ay müddətinə
təxirə salınır və bu halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin
icrasını davam etdirir.
Maddə 184. Prezidentliyə namizədin nəqliyyat xərclərinin ödənilməsi
184.1. Bu Məcəllənin 70.2-ci
maddəsinə uyğun olaraq prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin
rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gediş-gəliş üçün
ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna
olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.
184.2. Ölkə ərazisində göstərilən
nəqliyyatdakı gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin
hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş
gediş-gəliş sənədləri əsasında ödənilir. Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə
və təyyarə ilə 4 dəfə gediş-gəliş xərcləri ödənilir.
Maddə 185. Prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi
185.1. Qeydə alınmış
prezidentliyə namizədin təhlükəsizliyi Mərkəzi Seçki Komissiyasının müəyyən
etdiyi qaydada təmin edilir.
185.2. Qeydə alınmış
prezidentliyə namizəd bu Məcəllənin 70.4-cü maddəsində göstərilən qaydada
yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb
edilə bilər.
Maddə 186. Prezidentliyə namizədin vəkil edilmiş şəxslərinin sayı
186.1. Prezidentliyə namizədin
50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası
tərəfindən qeydə alınır.
186.2. Vəkil edilmiş şəxslərin
statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.
Maddə 187. Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi
Prezidentliyə namizədlərin
namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-1-ci maddəsi ilə tənzimlənir. [247]
Maddə 188. Siyasi partiyanın,
siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi
188.1. Siyasi partiyanın,
siyasi partiyalar blokunun Prezident seçkilərində iştirak etməkdən imtina etməsi
prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi və ya
prezidentliyə namizədlərin qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.
188.2. Siyasi partiyalar
blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış
istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi
partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində
seçkilərdə iştirak etməkdən imtina edə bilər.
188.3. Siyasi partiyalar
blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə
ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər
siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.
188.4. Siyasi partiyalar
blokunun irəli sürdüyü prezidentliyə namizədi Mərkəzi Seçki Komissiyası qeydə
aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa)
seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə
siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların
bloku kimi iştirak edə bilər. Bu, prezidentliyə namizədlərin qeydə alınmasından
imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.
188.5. Siyasi partiyalar
blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi
partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə
uyğun olaraq prezidentliyə namizədin təkrar irəli sürülməsi və digər zəruri
seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.
Otuz birinci fəsil
Maddə 189. Prezident seçkiləri zamanı mediada seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər[248]
189.1. Qeydə alınmış
prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının
seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.
189.2. Televiziya və
radio yayımçılarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə
müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi
üçün nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi
Seçki Komissiyası tərəfindən müəyyən edilir.[249]
189.3. Bu Məcəllənin 77.2-ci
maddəsində göstərilən televiziya və radio yayımçılarının kanallarında birgə təşviqat tədbirlərinin
keçirilməsi üçün efir vaxtı qeydə alınmış prezidentliyə namizədlər üçün
ayrılır, ayrı-ayrılıqda hesablanır və həyata keçirilir. Bu cür pulsuz efir
vaxtından qeydə alınmış prezidentliyə namizədlər bərabər əsaslarla istifadə etməlidirlər.
Bu halda hər bir prezidentliyə namizəd tərəfindən istifadə edilən efir vaxtının
həcmi ayrıca müəyyənləşdirilir.[250]
189.4. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından ödənişli əsaslarla
istifadə norması onun ümumi həcminin prezidentliyə namizədlərin ümumi sayına
bölünməsi yolu ilə müəyyənləşdirilir.
189.5. Bu Məcəllənin 77.1-ci
maddəsində göstərilən dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan yerin
həcmi namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Sonuncular həmin
yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.
189.6. Qeydə alınmış
prezidentliyə namizədlərin bu Məcəllənin 189.2-ci maddəsində göstərilən tədbirlərdə
iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz
verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.
Maddə 190. Prezident seçkiləri zamanı xüsusi seçki hesabları
190.1. Prezidentliyə namizəd və
ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim
etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli
sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin
qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün
qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.
190.2. Prezidentliyə namizəd
irəli sürülməsi barədə Mərkəzi Seçki Komissiyasından alınan sənəd əsasında və
bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə
xüsusi seçki hesabı açır.
190.3. Prezidentliyə namizəd səlahiyyətli
nümayəndəsinə özünün xüsusi seçki hesabının açılmasını tapşıra bilər.
190.4. Prezidentliyə namizəd,
qeydə alınmış prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasına yazılı məlumat
verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək
hüququ verə bilər və bu halda qanun pozuntularına görə məsuliyyəti həmin şəxs
daşıyır.
Maddə 191. Prezidentliyə namizədlərin seçki fondları
191.1. Prezidentliyə namizədin
seçki fondu məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın
rəsmi dərc edildiyi günə olan şərti
maliyyə vahidinin
10 milyon manatdan çox ola bilməz.
191.2. Prezidentliyə namizədlərin
seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
191.2.1. prezidentliyə namizədlərin
seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi
vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən
prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi
partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına
formalaşır);
191.2.2. bu Məcəllənin
197.6-cı maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki
Komissiyasının ayırdığı vəsait;
191.2.3. vətəndaşların və
hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin
edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min
manatdan
çox ola bilməz.[251]
Maddə 192. Prezident seçkiləri
zamanı seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq
192.1. Aşağıdakı məlumatlar bu
Məcəllənin 77.2-ci maddəsində göstərilən media subyektlərində hökmən dərc edilməlidir:
192.1.1. seçki fondu vəsaitinin
məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə
olan qeydə alınmış prezidentliyə namizəd üçün şərti maliyyə vahidinin 10 min manatdan çox, prezidentliyə namizəd
üçün isə 2500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin
maliyyə hesabatı barədə;
192.1.2. seçki fonduna seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin qeydə alınmış prezidentliyə namizəd üçün 5
min manatdan
çox, prezidentliyə namizəd üçün isə 1250 manatdan çox məbləğdə ianə köçürən
hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə
ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);
192.1.3. seçki fonduna seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların
sayı barədə; [252]
192.1.4. ianəçilərə qaytarılan
vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
192.1.5. seçki fonduna daxil
olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.
Maddə 193. Prezident seçkiləri zamanı prezidentliyə namizədlərin,
qeydə alınmış prezidentliyə namizədlərin aldıqları pul vəsaitlərinin geri
qaytarılmasının ardıcıllığı
Prezident seçkiləri zamanı
prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin aldıqları
pul vəsaitlərinin geri qaytarılmasının qaydaları bu Məcəllənin 90.5—90.7-ci
maddələri ilə müəyyən edilir.
Maddə 194. Prezident seçkiləri zamanı prezidentliyə namizədlərin,
qeydə alınmış prezidentliyə namizədlərin aldıqları büdcə vəsaitlərinin xərclənməmiş
hissəsinin geri qaytarılmasının məcburiliyi
Səsvermədə iştirak etmiş və
seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış qeydə alınmış
prezidentliyə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək bu Məcəllənin
73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri
götürmüş qeydə alınmış prezidentliyə namizəd səsvermə günündən sonra 30 gün
müddətində Mərkəzi Seçki Komissiyasının onun seçki fondu köçürdüyü vəsaitin xərclənməmiş
hissəsini bu seçki komissiyasına qaytarmağa borcludur. Bu müddət başa çatdıqda
müvafiq bank Mərkəzi Seçki Komissiyasının məktubunda göstərilmiş pul vəsaitini
mübahisəsiz qaydada onun hesabına köçürməlidir.[253]
Maddə 195. Prezident seçkiləri zamanı qeydə alınmış prezidentliyə namizədlərin
pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini ödəməsi[254]
195.1. Prezidentliyə namizəd
bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına
və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə
ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Mərkəzi Seçki Komissiyası
Prezident seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün
müddətində bu namizədlərin adlarını, onların ünvanını, istifadə edilmiş pulsuz
efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə
bildirişlərin təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində
göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin
redaksiyalarına göndərir.
[255]
195.2. Bu Məcəllənin 77.2 və
77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin
redaksiyaları Prezident seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi gündən
sonra 10 gün müddətində bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş
prezidentliyə namizədlərə istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri
nəşrdə ayrılmış yerin həcmi və dәyәri haqqında, özlərinin hüquqi ünvanı və bank
rekvizitləri barəsində müvafiq məlumat göndərirlər. [256]
195.3. Bu Məcəllənin 80.5,
83.6 və 189.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə
ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6 və 83.7-ci maddələrində nəzərdə
tutulmuş qaydada prezidentliyə namizədlərə verilmiş efir vaxtının və dövri nəşrdə
ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin
redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə yerin üçün
qiymətinə vurulması yolu ilə müəyyən edilir.
195.4. Bu Məcəllənin 189.2-ci
maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz
efir vaxtından prezidentliyə namizədlər istifadə etdikdə hər bir namizədin
qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən
onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin
iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.
195.5. Prezidentliyə namizədlər
pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş
qaydada və müddətdə imtina edərlərsə, verilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.
195.6. Bu Məcəllənin 77.2 və
77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və
dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi
Seçki Komissiyasına bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan, pulsuz
efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş prezidentliyə
namizədlər haqqında məlumatlar verirlər. [257]
Maddə 196. Prezidentliyə namizədlərin,
qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarının xüsusi hesabında
qalmış pul vəsaiti
Prezidentliyə namizədlərin,
qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarının xüsusi hesabında
qalmış pul vəsaitini Mərkəzi Seçki Komissiyasının yazılı göstərişinə uyğun
olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra onun hesabına
köçürməlidir.
Maddə 197. Prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların aldıqları pul vəsaitinin
öz hesablarına geri qaytarılması[258]
197.1. Seçki fondunda pul vəsaiti
olmadıqda və yaxud çatışmadıqda büdcə pul vəsaitinin qeydə alınmış namizəd tərəfindən
qaytarılması, habelə verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış
yerin dəyərinin ödənilməsi prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların
öz vəsaiti hesabına həyata keçirilir.[259]
197.2. Bu Məcəllənin 194-cü
maddəsində nəzərdə tutulmayan qeydə alınmış prezidentliyə namizəd bu Məcəlləyə
uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin
qaytarılmasını da öz üzərinə götürürsə, dövlət büdcəsinin geri qaytarılacaq vəsaitini
səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasının
hesabına qaytara bilər.
197.3. Bu Məcəllənin 197.2-ci
maddəsində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması
haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında
qaytarılır. Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin
197.2-ci maddəsində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış
Prezidentliyə namizəd yekun maliyyə hesabatı verilənədək həmin maddədə göstərilən
öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək
pul vəsaiti məhkəmə qaydasında qaytarılır.[260]
197.4. Prezidentliyə namizəd,
qeydə alınmış prezidentliyə namizəd statusunu itirdikdə bu Məcəllənin 197-ci
maddəsi ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər
namizəd, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur.
197.5. Bu Məcəllənin 194-cü
maddəsində nəzərdə tutulmayan və Mərkəzi Seçki Komissiyası qarşısında borc öhdəliyi
olan vətəndaşların siyahısı dərc edilir.
197.6. Prezident seçkilərində
bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan və seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərc edildiyi gün əvvəlki seçkilər üzrə Mərkəzi Seçki
Komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın prezidentliyə
namizəd irəli sürüldüyü təqdirdə dövlət büdcəsindən vəsait almaq hüququ yoxdur.
Otuz ikinci fəsil
Maddə 198. Prezident seçkiləri zamanı səsvermə otağı
198.1. Prezident seçkiləri
zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil
edilir.
198.2. Məntəqə seçki
komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki
bülletenlərinin nümunələrini, qeydə alınmış prezidentliyə namizədlərin soyadı,
adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri, tutduğu
vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli
sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir.
198.3. Prezidentliyə namizədlər
haqqında məlumatlar lövhədə seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və
ardıcıllıqla yerləşdirilir.
Maddə 199. Prezident seçkiləri üzrə seçki bülletenləri
199.2. Prezident seçkiləri üzrə
seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı,
atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu
olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin
irəli sürdüyü göstərilməlidir.
199.4. Seçki bülletenində bu Məcəllənin
53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş prezidentliyə namizədin
partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.
199.5. Prezidentliyə namizədlərin
soyadından sağda boş kvadrat yerləşir.
Maddə 200. Prezident seçkiləri zamanı səsvermə qaydası
200.1. Prezident seçkiləri
zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.
200.3. Birdən çox boş
kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız
sayılır.
Maddə 201. Prezident seçkiləri
zamanı seçki məntəqəsində səslərin hesablanması
201.1. Prezident seçkiləri
zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə
uyğun aparılır və protokol tərtib edilir.
201.2. Hər bir protokola bu Məcəllənin
100.2-ci maddəsində göstərilənlərlə yanaşı, səsvermənin yekunlarına dair
aşağıdakı məlumatlar daxil edilir:
201.2.1. seçki bülleteninə
daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni
olduqda namizədlər haqqında digər məlumat;
201.2.2. hər bir prezidentliyə
namizədin lehinə verilmiş səslərin sayı.
Maddə 202. Prezident seçkiləri
zamanı seçki dairəsi üzrə səslərin hesablanması
202.1. Dairə seçki
komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun
aparılır.
202.2. Dairə seçki
komissiyasının protokolunda bu Məcəllənin 100.2-ci və 201-ci maddələrində göstərilənlərə
əlavə olaraq səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin
sayı göstərilir.
Otuz üçüncü fəsil
Maddə 203. Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi
203.1. Mərkəzi Seçki
Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə
Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı
qətidir. [261]
203.2. Mərkəzi Seçki
Komissiyasının protokoluna dairə seçki komissiyalarının məlumatlarını əks etdirən
ümumi cədvəl əlavə edilir.
203.3. Mərkəzi Seçki
Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri
haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə
olaraq, səsvermənin keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi
zamanı yol verilən qanun pozuntularının seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədiyi seçki dairələrinin sayını, səsvermənin nəticələri etibarsız
sayılmış seçki məntəqələrinin sayını, hər bir prezidentliyə namizədin lehinə
verilmiş səslərin sayını müəyyən edir.
203.4. Konstitusiyanın 101-ci
maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş
seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının
Prezidenti seçilmiş sayılır.
203.5. Prezident seçkilərinin
nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc
edilir.
Maddə 204. Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması
204.1. Mərkəzi Seçki
Komissiyası aşağıdakı hallarda Prezident seçkilərinin nəticələrini etibarsız
sayır:
204.1.1. seçki məntəqələrinin
2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə
alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi
sayının 1/4-dən çoxunu təşkil etsin.; [262]
204.1.2. məhkəmənin qərarı əsasında.
Maddə 205. Prezident seçkiləri zamanı təkrar səsvermə
205.1. Seçki bülleteninə
prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri
seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkilərdə daha çox səs toplamış iki
namizəd üzrə təkrar səsvermə təyin edir.
205.2. Konstitusiyanın 101-ci
maddəsinin III hissəsinə uyğun olaraq təkrar səsvermə ümumi seçkilərdə səsvermə
günündən sonra ikinci bazar günü keçirilir.
205.3. Təkrar səsvermə
keçirilməsi haqqında məlumat Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul
etdikdən sonra ən geci 2 gün müddətində mediada dərc olunur.
205.4. Konstitusiyanın 101-ci
maddəsinin IV hissəsinə uyğun olaraq təkrar səsvermədə seçkilərdə iştirak edən
seçicilərin çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının
Prezidenti seçilmiş sayılır.
Maddə 206. Təkrar Prezident seçkiləri
Prezident seçkilərinin nəticələri
Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan
Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə
təkrar Prezident seçkiləri təyin edilir.
Maddə 207. Növbədənkənar
Prezident seçkiləri zamanı seçki hərəkətlərinin həyata keçirilməsi
Növbədənkənar Prezident seçkiləri
keçirilərsə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin
keçirilməsi haqqında qərarla birlikdə Konstitusiyanın 105-ci maddəsinin I hissəsində
göstərilən müddətə zəruri olan seçki hərəkətlərinin həyata keçirilməsi müddətlərini
müəyyən edir və cədvəl şəklində dərc edir. Bu məqsədlə bu Məcəllədə nəzərdə
tutulan müddətlər ən çoxu 2 dəfə azaldıla bilər.
Maddə 208. Prezident seçkilərinin
yekunlarının və səsvermənin nəticələrinin dərc olunması
Prezident seçkilərinin
yekunlarının və səsvermənin nəticələrinin dərc olunması qaydaları bu Məcəllənin
109-cu maddəsi ilə müəyyən edilir.
Maddə 209. Prezidentin öz vəzifəsinə başlaması
209.1. Konstitusiyanın 103-cü
maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin
yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan
olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
209.2. And içdiyi gündən Azərbaycan
Respublikasının Prezidenti 15000 manat (yeni manat miqyasında) məbləğində
aylıq vəzifə maaşı alır.[263]
209.3. Fəaliyyətdə olan Azərbaycan
Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan
Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.
VII bölmə
Otuz dördüncü fəsil
Maddə 210. Bələdiyyə seçkilərinin əsasları
210.1. Azərbaycan
Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi
çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.
210.2. Seçki əraziləri üzrə
aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:
210.2.1. əhalisi 500-dən az
olan ərazilərdə — 5 bələdiyyə üzvü;
210.2.2. əhalisi 500-dən 999-dək
olan ərazilərdə — 7 bələdiyyə üzvü;
210.2.3. əhalisi 1000-dən
4.999-dək olan ərazilərdə — 9 bələdiyyə üzvü ;
210.2.4. əhalisi 5000-dən
9.999-dək olan ərazilərdə — 11 bələdiyyə üzvü;
210.2.5. əhalisi 10000-dən
19.999-dək olan ərazilərdə — 13 bələdiyyə üzvü;
210.2.6. əhalisi 20000-dən
49.999-dək olan ərazilərdə — 15 bələdiyyə üzvü;
210.2.7. əhalisi 50000-dən
99.999-dək olan ərazilərdə — 17 bələdiyyə üzvü;
210.2.8. əhalisi 100000-dən
299.999-dək olan ərazilərdə — 19 bələdiyyə üzvü.
Maddə 211. Bələdiyyələrin səlahiyyət müddəti
211.1. Bələdiyyələrin səlahiyyət
müddəti 5 ildir.
211.2. Bələdiyyələrin səlahiyyət
müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən
bələdiyyələrin birinci iclas günü başa çatır.
211.3. Bələdiyyə üzvlərinin səlahiyyətləri
yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
211.4. Ölkə üzrə bələdiyyə seçkilərinin
keçirilməsinə 6 aydan az müddət qalarsa, bu Məcəllənin
243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış,
yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə
seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. [264]
211.5.
Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmış müddətdə bu Məcəllənin
243.0.2-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə yeni yaradılmış, birləşmiş,
ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə keçirilən seçkilər nəticəsində
formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri
nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır. [265]
Maddə 212. Bələdiyyələrə üzv seçilmək hüququ
Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində
daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə
bilərlər. [266]
Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi
213.1. Bələdiyyə seçkilərini
bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki
Komissiyası təyin edir.
213.2. Bələdiyyə seçkilərinin
təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində mediada rəsmi dərc edilməlidir.
Otuz beşinci fəsil
Maddə 214. Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi
214.1. Seçki dairəsi üzrə bələdiyyə
üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin
seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları
bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.
214.2. Bələdiyyələrə təkrar
seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu seçkilərin təyin edilməsi haqqında
qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.
214.3. Bələdiyyələrə əlavə
seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu Məcəllənin 213.2-ci maddəsində
göstərilən müddətdən sonra irəli sürülür.
214.4. İrəli sürülən namizəd
yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər.
214.5. Bələdiyyə üzvlüyünə
namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata
alına bilər.
214.6. Bələdiyyə üzvlüyünə
namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa
çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, müvafiq namizədlərin
razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi
Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və
sədrinin seçilməsindən sonra ona təqdim edir.
Maddə 215. Bələdiyyə üzvlüyünə
namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası
215.1. Müvafiq seçki ərazisi
üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli
sürülmüş hər bir vətəndaş:
215.1.1. əhalisi 99.999-dan çox
olan ərazidə — 150;
215.1.2. əhalisi 49.999-dan
çox olan ərazidə — 100;
215.1.3. əhalisi 19.999-dan
çox olan ərazidə — 75;
215.1.4. əhalisi 9.999-dan çox
olan ərazidə — 50;
215.1.5. əhalisi 4.999-dan çox
olan ərazidə — 30;
215.1.6. əhalisi 4.999-dan az olan
ərazidə — 15 seçici imzası toplamalıdır.
215.2. Seçicilərin bələdiyyə
üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır.
215.3. Seçicilərin imzaları bu
Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır.
Otuz altıncı fəsil
Maddə 216. Bələdiyyə üzvlüyünə namizədin qeydə alınması
216.1. Bələdiyyə üzvlüyünə
namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.
216.2. Bir şəxsin birdən çox bələdiyyə
üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir.
216.3. Bu Məcəllənin 214.5-ci
maddəsində göstərilən qaydalar pozulduqda bələdiyyə üzvlüyünə namizədin əvvəlki
qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar
isə müvafiq dairə seçki komissiyasının qərarı ilə ləğv edilir.
216.4. Qeydə alınmış bələdiyyə
üzvlüyünə namizədlərin fəaliyyəti bu Məcəllənin 69- 71-ci maddələri ilə tənzimlənir.
216.5. Bələdiyyələr üzrə qeydə
alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə
seçki komissiyaları tərəfindən bu Məcəllənin 77.3-cü və 77.4-cü maddələrində
göstərilən dövri nəşrlərdə dərc edilir.[267]
Maddə 217. Bələdiyyə seçkilərinin təxirə salınması
217.1. Bu Məcəllənin 58.1-ci
maddəsində göstərilən müddətdə bələdiyyə üzrə heç bir namizəd qeydə alınmayıbsa
və ya bu Məcəllənin 210-cu maddəsində göstərilən bələdiyyə üzvlərinin sayından
az sayda namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti
seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq bələdiyyə üzrə
seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən 2 ay müddətinə təxirə salınır.
217.2. Səsvermə gününədək bələdiyyə
üzrə qeydə alınmış namizəd qalmazsa, yaxud bələdiyyə üzvlüyünə bir yerə qeydə
alınmış bir namizəd qalarsa, seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən
namizədlərin irəli sürülməsi və sonrakı hərəkətləri edilməsi üçün bələdiyyə üzrə
seçkilər 2 ay müddətinə təxirə salınır.
Maddə 218. Bələdiyyə üzvlüyünə
qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi
218.1. Bu Məcəllənin 70.2-ci
maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizəd qeydə alındığı gündən seçkilərin
yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün
ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna
olmaqla) pulsuz istifadə etmək hüququna malikdir.
218.2. Bu cür ödəmələr dairə
seçki komissiyasına ayrılan vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri
əsasında həyata keçirilir.
Maddə 219. Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin toxunulmazlığı
Bələdiyyə üzvlüyünə qeydə
alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız
müvafiq rayon prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.
Maddə 220. Bələdiyyə üzvlüyünə
qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərinin sayı
220.1. Bələdiyyə üzvlüyünə
qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır.
Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.
220.2. Vəkil edilmiş şəxslərin
statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.
Maddə 221. Bələdiyyə üzvlüyünə
namizədlərin namizədlik statusundan imtina etməsi
221.1. Bələdiyyə üzvlüyünə
namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-1-ci
maddəsi ilə tənzimlənir. [268]
221.2. Bu Məcəllənin 73-1.1-ci və
73-1.2-ci maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Məcəllədə
nəzərdə tutulmuş qaydada və müddətdə istənilən digər bələdiyyə üzrə öz namizədliyini
təkrar irəli sürmək hüququ vardır. [269]
Maddə 222. Siyasi partiyanın,
siyasi partiyalar blokunun bələdiyyə seçkilərində iştirak etməkdən imtina etməsi
222.1. Siyasi partiya öz
nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi
partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10
gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək,
seçki dairəsi üzrə irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədi, qeydə alınmış bələdiyyə
üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir.
222.2. Bələdiyyə üzvlüyünə namizədlər
irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününə azı 10
gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı ərizə verməklə, namizədləri
irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər.
Bu halda siyasi partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri
geri çağıra bilər.
222.3. Siyasi partiyalar
blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 3 gün qalmış
istənilən vaxt dairə seçki komissiyasına ərizə verməklə müvafiq siyasi
partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində
seçkilərdə iştirak etməkdən imtina edə bilər.
222.4. Siyasi partiyalar
blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə
ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər
siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.
222.5. Siyasi partiyalar
blokunun irəli sürdüyü bələdiyyə üzvlüyünə namizədləri dairə seçki komissiyası
qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən
başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya
seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla, siyasi
partiyaların bloku kimi iştirak edə bilər. Bu, bələdiyyə üzvlüyünə namizədlərin
qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatın ləğv edilməsi üçün əsas
ola bilməz.
222.6. Siyasi partiyalar
blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi
partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə
uyğun olaraq bələdiyyə üzvlüyünə namizədin təkrar irəli sürülməsi və digər zəruri
seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.
Maddə 223. Bələdiyyə seçkiləri
zamanı seçki komissiyasına nümayəndənin təyin edilməsi
Bələdiyyə seçkiləri zamanı Mərkəzi
Seçki Komissiyasının tərkibinə bələdiyyələrin yarısından çoxunda namizədlər irəli
sürən, dairə seçki komissiyasının tərkibinə isə dairənin ərazisindən bələdiyyələrin
yarısından çoxunda namizədlər irəli sürən siyasi partiyalar, siyasi
partiyaların blokları bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.
Otuz yeddinci fəsil
Maddə 224. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatının
aparılması üçün xüsusi tələblər
224.1. Bələdiyyə üzvlüyünə
namizədlərin seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə
tənzimlənir.
224.2. Televiziya və
radio yayımçılarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi müvafiq
olaraq bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə
alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bu Məcəllənin
77.2-ci və 77.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, müzakirələrin, dəyirmi
masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu
cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən
edilir.[270]
224.3. Bu Məcəllənin 77.2-ci və
77.3-cü maddələrində göstərilən televiziya və radio yayımçılarının kanallarında birgə təşviqat tədbirlərinin
keçirilməsi üçün efir vaxtı göstərilən siyasi partiyalar, siyasi partiyaların
blokları üçün ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür
pulsuz efir vaxtından siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsasla
istifadə etməlidirlər. Bu halda hər bir siyasi partiya, siyasi partiyaların
bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.[271]
224.4. Bu Məcəllənin 71.1-ci
maddəsində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından
ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.4-cü
maddəsində göstərilən bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünməsi
yolu ilə müəyyənləşdirilir.
224.5. Bu Məcəllənin 71.1-ci
maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 77.4-cü
maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünmə
yolu ilə müəyyən edilən yerdən axırıncılar müvafiq ödəniş müqabilində istifadə
edə bilərlər.
224.6. Qeydə alınmış namizədlərin,
bələdiyyələrin 1/3-dən və ya yarısından çoxunda namizədləri qeydə alınmış
siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 224.2-ci maddəsində
göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə
uyğun olaraq pulsuz təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb
olmur.
Maddə 225. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları
225.1. Bələdiyyə üzvlüyünə
namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:
225.1.1. bu Məcəllənin
215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 7
min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5
min manatdan
çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə
üzvlüyünə namizədlər üçün — 2 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1
min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 750
manatdan
çox olmamaq şərti ilə bələdiyyə üzvlüyünə namizədlərin xüsusi vəsaiti; [272]
225.1.2. bu Məcəllənin
215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 7 min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5
min manatdan
çox olmamaq şərti ilə, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə
üzvlüyünə namizədlər üçün — 3 min 750 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2
min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1
min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 500
manatdan çox olmamaq şərti ilə bələdiyyə üzvlüyünə namizədləri irəli sürmüş
siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti; [273]
225.1.3. bu Məcəllənin
233.8-ci maddəsi ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, namizədlərin
qeydiyyatı başa çatdıqdan sonra ən geci 3 gün müddətində bələdiyyə üzvlüyünə
namizədlərə dairə seçki komissiyası tərəfindən bərabər həcmdə ayrılmış vəsait;
225.1.4. seçkilərin təyin
edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 manatdan çox olmayan vətəndaşların
könüllü ianələri; [274]
225.1.5. bu Məcəllənin
215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün – 7
min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.3-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 3
min 750 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.4-cü maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 2
min 500 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.5-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 1
min 250 manatdan çox olmamaq şərti ilə, bu Məcəllənin
215.1.6-cı maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 750
manatdan
çox olmamaq şərti ilə hüquqi şəxslərin könüllü ianələri. [275]
225.2. Bu Məcəllənin
215.1.1-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlərin maliyyə
fondu məbləğinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi
dərc edildiyi günə olan şərti maliyyə vahidinin 50 min manatdan çox, bu Məcəllənin
215.1.2-ci maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 37
min 500 manatdan çox, bu Məcəllənin 215.1.3-cü maddəsində nəzərdə
tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 25 min manatdan çox, bu Məcəllənin 215.1.4-cü
maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 12 min 500 manatdan çox, bu Məcəllənin 215.1.5-ci
maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 7 min 500 manatdan çox, bu Məcəllənin 215.1.6-cı
maddəsində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün — 5 min manatdan çox ola bilməz. [276]
225.3. Bələdiyyələr onların ərazilərində
irəli sürülən namizədlərin seçki fondlarına bərabər şəkildə vəsait ayıra bilərlər.
225.4. Bələdiyyələrin 1/3-dən
çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar,
siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.
225.5. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti
hesabına formalaşır:
225.5.1. siyasi partiyaların,
siyasi partiyalar bloklarının seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi
dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi
vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış
siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır); [277]
225.5.2. bu Məcəllə ilə nəzərdə
tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki Komissiyasının siyasi partiyaya,
siyasi partiyaların blokuna ayırdığı vəsait;
225.5.3. vətəndaşların və
hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin
edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 750 manatdan, hüquqi şəxs
üçün 25 min manatdan çox ola bilməz. [278]
225.6. Siyasi partiyanın,
siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin
225.3-cü maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış
namizədlərin sayına vurulması yolu ilə müəyyən edilir. Hər bir halda siyasi
partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yuxarı məbləği seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox ola bilməz. Eyni zamanda,
hər bir namizəd üçün xərclənmiş məbləğ bu Məcəllənin 225.3-cü maddəsində göstərilən
məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların,
siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.[279]
Maddə 226. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin xüsusi
hesabları
226.1. Bələdiyyə üzvlüyünə
namizədlər imzaların yığılmasının başlanması haqqında dairə seçki komissiyasına
bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu
formalaşdırmaq üçün xüsusi hesab açmalıdırlar.
226.2. Namizədlər üçün vahid
seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən
çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim
etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi
seçki hesabı açırlar.
226.3. Namizəd, siyasi
partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi barədə dairə seçki
komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin
53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki
hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli
nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə
alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki
komissiyasına (Mərkəzi Seçki Komissiyasına) yazılı məlumat verməklə, başqa şəxsə
özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.
226.4. Namizədin, qeydə
alınmış namizədin irəli sürüldüyü bələdiyyə dəyişdikdə, o, xüsusi seçki
hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə
proporsional əsasda qaytarmalıdır. Bundan sonra namizəd, qeydə alınmış namizəd
dairə seçki komissiyasına yekun maliyyə hesabatı verməlidir. Yeni xüsusi seçki
hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.
Maddə 227. Vahid seçki fondunun ləğv edilməsi
Vahid seçki fondu yaradan
siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyələr üzrə qeydiyyatdan
keçən namizədləri bələdiyyələrin yarısını və ya yarısından azını əhatə edərsə,
siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır, həmin
hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı
açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında
proporsional qaydada bölüşdürülür.
Maddə 228. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki
fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq
228.1. Bələdiyyə üzvlüyünə
namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.4-cü maddəsində
göstərilən media subyektləri tərəfindən hökmən dərc edilməlidir:
228.1.1. bələdiyyə üzvlüyünə
namizədin seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında
qərarın rəsmi dərc edildiyi günə olan şərti
maliyyə vahidinin min manatdan
çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;
228.1.2. bələdiyyə üzvlüyünə
namizədin seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc
edildiyi günə olan şərti maliyyə vahidinin 2 min 500 manatdan çox məbləğdə ianə köçürən
hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə
ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);
228.1.3. bələdiyyə üzvlüyünə
namizədin seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc
edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların
sayı barədə;
228.1.4. ianəçilərə qaytarılan
vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
228.1.5. bələdiyyə üzvlüyünə
namizədin seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş
hissəsinin ümumi məbləği barədə.
228.2. Siyasi partiyanın,
siyasi partiyalar blokunun seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin
77.2-ci və ya 77.3-cü maddəsində göstərilən media subyektlərində hökmən dərc edilməlidir:
228.2.1. seçki fondu vəsaitinin
seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox məbləğdə xərclənməsinin
maliyyə hesabatı barədə;
228.2.2. seçki fonduna seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən
hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə
ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);
228.2.3. seçki fonduna seçkilərin
təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların
sayı barədə; [280]
228.2.4. ianəçilərə qaytarılan
vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
228.2.5. seçki fonduna daxil
olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.
Maddə 229. Siyasi partiyaların, siyasi partiyalar
bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin aldıqları vəsaitlərin geri
qaytarilmasinin ardıcıllığı
Siyasi partiyaların, siyasi
partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin aldıqları vəsaitlərin
geri qaytarılması qaydası bu Məcəllənin 90.5-ci — 90.7-ci maddələri ilə müəyyən
edilir.
Maddə 230. Siyasi partiyalarin,
siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış
bələdiyyə üzvlüyünə namizədlərin aldıqları büdcə vəsaitlərinin geri
qaytarılmasının məcburiliyi[281]
Səsvermədə iştirak etmiş və
seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış bələdiyyə üzvlüyünə
namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək məcburedici hallara
görə namizədliyini geri götürmüş bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd, bələdiyyələrin
yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi
partiyaların bloku səsvermə günündən sonra 15 gün müddətində bələdiyyənin onların seçki fondlarına
köçürdüyü vəsaitin xərclənməmiş hissəsini həmin bələdiyyəyə qaytarmağa borcludur. Bu vəsait köçürüləndən
sonra, göstərilən qaydada 15 gün müddətində bələdiyyələrin vəsaitləri
qaytarılmalıdır. Bu müddət başa çatdıqda müvafiq bank Mərkəzi Seçki
Komissiyasının və ya müvafiq bələdiyyənin məktubunda göstərilmiş pul vəsaitini
mübahisəsiz qaydada onun
hesabına köçürməlidir.[282]
Maddə 231. Siyasi partiyalar,
siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pulsuz
efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin ödənilməsi
231.1. Bu Məcəllənin 230-cu
maddəsində nəzərdə tutulmayan namizəd, siyasi partiya, siyasi partiyaların
bloku bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilən televiziya və
radio yayımçılarına
və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə
ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan
yekun maliyyə hesabatının verildiyi günədək namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki
Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3
gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar
bloklarının, habelə həmin partiyaların blokunun tərkibinə daxil olmuş siyasi
partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir
vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi
partiyalar bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini
bu Məcəllənin 77.2, 77.3 və 77.4-cü maddələrində göstərilmiş televiziya və
radio yayımçılarına
və dövri nəşrlərin redaksiyalarına göndərir.[283]
231.2. Bu Məcəllənin 77.2,
77.3 və 77.4-cü maddələrində göstərilən televiziya və radio
yayımçıları və
dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc
edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 230-cu maddəsində nəzərdə
tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına,
habelə siyasi partiyaların blokuna daxil olmuş siyasi partiyalara istifadə
edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri
haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat
göndərirlər.
231.3. Bu Məcəllənin 80.5,
83.6 və 224.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə
ayrılmış yerin dəyəri bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə
tutulmuş qaydada namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna təqdim
edilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin televiziya və
radio yayımçılarının
və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə
ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə vurulması yolu ilə müəyyən
edilir.
231.4. Siyasi partiya, siyasi
partiyaların bloku bu Məcəllənin 224.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin
birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir
siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi televiziya və
radio yayımçıları
tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin
iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.
231.5. Namizəd, siyasi
partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci
maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edibsə, təqdim edilmiş
pulsuz efir vaxtının dəyəri ödənilmir.
231.6. Bu Məcəllənin 77.2,
77.3 və 77.4-cü maddələrində nəzərdə tutulmuş televiziya və
radio yayımçıları və dövri nəşr redaksiyaları səsvermə
günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin
230-cu maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə
ayrılmış yerin dəyərini tam ödəməmiş namizəd, siyasi partiya haqqında məlumat
verirlər. Dairə seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində
bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və seçki komissiyaları
qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar haqqında Mərkəzi
Seçki Komissiyasına məlumat verirlər.
Maddə 232. Siyasi partiyaların,
siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarinin
xüsusi hesabinda qalmiş pul vəsaiti
Bələdiyyə üzvlüyünə namizədlərin
seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini dairə seçki
komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən
30 gün keçdikdən sonra müvafiq bələdiyyə büdcəsinin mədaxilinə köçürməlidir.
Maddə 233. Siyasi partiyalar,
siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pul vəsaitinin
öz vəsaitləri hesabına geri qaytarılması
233.1. Seçki fondunda pul vəsaiti
olmadıqda və yaxud çatışmadıqda büdcə və bələdiyyə pul vəsaitinin qeydə
alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən
qaytarılması, habelə siyasi partiyalara və siyasi partiyaların bloklarına
verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi
onların öz vəsaiti hesabına həyata keçirilir.[284]
233.2. Verilmiş pulsuz efir
vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılan büdcə
və bələdiyyə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə
düşdükdə, qaytarılmalı vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi
partiyalar arasında bərabər paylarla bölüşdürülür, o şərtlə ki, siyasi
partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim
edilmiş birgə qərarda ayrı qayda nəzərdə tutulmasın.
233.3. Bu Məcəllənin 230-cu
maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə uyğun yekun
maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da öz
üzərinə götürürsə, dövlət və bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitini
səsvermə günündən başlayaraq 6 ay müddətində müvafiq olaraq dairə seçki
komissiyasının və ya bələdiyyənin hesabına qaytara bilər.[285]
233.4. Bu Məcəllənin 230-cu
maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 230-cu maddəsinin tələblərini
yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi
partiyaların bloku bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə Mərkəzi Seçki
Komissiyası, televiziya və radio yayımçıları və dövri nəşri redaksiyaları qarşısında
müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət və
bələdiyyə büdcəsinin vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının
və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 6
ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.[286]
233.5. Bu Məcəllənin 233.3 və
233.4-cü maddələrində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin
qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə
qaydasında qaytarılır. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu
Məcəllənin 233.3 və 233.4-cü maddələrində göstərilən tələbləri yerinə yetirməyən
qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku yekun maliyyə
hesabatı verilənədək bu Məcəllənin 233.3-cü və 233.4-cü maddələrində göstərilən
öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək
pul vəsaiti məhkəmə qaydasında qaytarılır.
233.6. Namizəd, qeydə alınmış
namizəd statusunu itirdikdə bu maddə ilə namizədlərin, qeydə alınmış namizədlərin
üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın
üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi
partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyanın, siyasi
partiyalar blokunun üzərinə bu maddə ilə qoyulmuş öhdəliklər seçkilər
qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi
partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə
qoyulur.
233.7. Mərkəzi Seçki
Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi
haqqında qərarın rəsmi dərcindən sonra bu Məcəllənin 230-cu maddəsində nəzərdə
tutulan və seçki komissiyaları, bələdiyyələr qarşısında borc öhdəliyi
olan vətəndaşların siyahısını dairə seçki komissiyalarına onların yaradılması
günündən başlayaraq 5 gün müddətində göndərir.[287]
233.8. Əsas, təkrar və əlavə
seçkilərdə bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və seçkilərin təyin
edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün seçki komissiyası qarşısında
büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki dairəsindən
asılı olmayaraq, dövlət büdcəsindən və ya bələdiyyədən vəsait almağa hüququ
yoxdur.[288]
Otuz səkkizinci fəsil
Maddə 234. Bələdiyyə seçkiləri zamanı səsvermə üçün otaq
234.1. Bələdiyyə seçkiləri
zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil
edilir.
234.2. Məntəqə seçki
komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki
bülleteninin nümunəsini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi
partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi
üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi,
təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət
növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat
lövhəsində yerləşdirir.
234.3. Namizədlər, siyasi
partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenində
nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.
Maddə 235. Bələdiyyə seçkiləri zamanı seçki bülletenləri
235.2. Hər bir bələdiyyəyə
seçkilərin keçirilməsi üçün ayrıca seçki bülletenləri hazırlanır.
235.4. Bələdiyyə seçkiləri üzrə
seçki bülletenində bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı və atasının
adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu
olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi
kimin irəli sürdüyü göstərilməlidir.
235.5. Seçki bülletenində bu Məcəllənin
54-cü maddəsinə uyğun olaraq qeydə alınmış bələdiyyə üzvlüyünə namizədin mənsub
olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.
235.6. Seçki bülletenində bu Məcəllənin
53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş bələdiyyə üzvlüyünə namizədin
partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.
235.7. Seçki bülletenində
namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.
Maddə 236. Bələdiyyə seçkiləri zamanı səsvermə qaydası
236.1. Bələdiyyə seçkiləri
zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun olaraq
keçirilir.
236.1.2. Seçici seçki
bülletenində lehinə səs verəcəyi namizədlərin soyadından sağdakı kvadratlarda
müvafiq bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az sayda işarə
qoyur.
236.1.3. İşarə qoyulmuş
kvadratların sayı bələdiyyə üzvlərinin sayından çoxdursa, səs etibarsız
sayılır.
236.1.4. Boş kvadratlarda heç
bir işarə qoyulmamış səs etibarsız sayılır.
Maddə 237. Bələdiyyə seçkiləri
zamanı seçki məntəqəsində səslərin hesablanması
237.1. Seçki məntəqəsində səslərin
hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir.
237.2.1. seçki bülleteninə
daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda isə
namizədlər haqqında digər məlumat;
237.2.2. hər bir namizədin
lehinə verilmiş səslərin sayı.
Maddə 238. Dairə seçki
komissiyası tərəfindən səsvermənin nəticələrinin müəyyən edilməsi
238.1. Dairə seçki
komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun
aparılır.
238.3. Seçkilərdə iştirak edən
və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər
olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.
238.4. Dairə seçki
komissiyasının protokolunda bələdiyyəyə üzv seçilmiş namizədlərin soyadı, adı və
atasının adı göstərilir.
Maddə 239. Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi
Mərkəzi Seçki Komissiyası səsvermə
günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının
protokollarını (bu Məcəlləyə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə)
yoxlayır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq seçkilərin ümumi
yekunları haqqında protokol tərtib edir.
Maddə 240. Bələdiyyə seçkilərinin etibarsız sayılması
240.1. Dairə seçki komissiyası
qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə
seçkiləri baş tutmamış hesab edir.
240.2. Dairə seçki komissiyası
və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda
etibarsız sayır:
240.2.1.
Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki
məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin
ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə
ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış
seçicilərin ümumi sayının 1/4-dən coxunu təşkil etsin.[289]
240.2.2. məhkəmənin qərarı əsasında.
Maddə 241. Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi
Mərkəzi Seçki Komissiyası
seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası
üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir. Mərkəzi Seçki Komissiyasının
bu qərarı qətidir.[290]
Maddə 242. Bələdiyyə üzvü seçilmək haqqında vəsiqə
Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilmiş nümunədə bələdiyyə üzvü seçilmək haqqında vəsiqə seçkilərin
yekunları elan olunduqdan sonra 5 gün müddətində dairə seçki komissiyası tərəfindən
verilir.
Maddə 243. Təkrar seçkilər
243.0.
Aşağıdakı hallarda Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar seçkilər
keçirilir:
243.0.1.
Bu Məcəllənin 240-cı maddəsinə əsasən bələdiyyə seçkiləri baş tutmadıqda və ya
etibarsız sayıldıqda;
243.0.2.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin
ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən
artıq azaldıqda və ya çoxaldıqda.[291]
Maddə 244. Əlavə seçkilər
Bələdiyyə üzvləri tam tərkibdə
seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və
bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda Mərkəzi Seçki
Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir.
Maddə 245. Sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması
Bələdiyyə üzvü vəfat etdikdə və
ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki
komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni
seçkilər keçirilir.
Maddə 246. Bələdiyyə seçkilərinin
yekunlarının və səsvermənin nəticələrinin dərc olunması
Bələdiyyə seçkilərinin
yekunlarının və səsvermənin nəticələrinin dərc olunması qaydaları bu Məcəllənin
109-cu maddəsi ilə müəyyən edilir.
|
1 saylı əlavə |
||||||||||||||||||||
|
|
||||||||||||||||||||
İMZA VƏRƏQƏSİ |
|||||||||||||||||||||
Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər “_____” __________________ il |
|||||||||||||||||||||
Biz, aşağıda imza edənlər
______________ №-li seçki dairəsi üzrə ___________________ |
|||||||||||||||||||||
deputatlığa namizəd irəli
sürülməsini müdafiə edirik. |
|||||||||||||||||||||
|
|||||||||||||||||||||
İmza vərəqəsini təsdiq
edirəm: ______________________________________________________ |
|||||||||||||||||||||
|
(imza toplamış şəxsin soyadı, adı, atasının adı,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz |
||||||||||||||||||||
___________________________________________________________________________ |
|||||||||||||||||||||
edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi
və ya etibarlılıq müddəti, şəxsin imzası və imzanın qoyulduğu
tarix) |
|||||||||||||||||||||
Deputatlığa namizəd
______________________________________________________________ |
|||||||||||||||||||||
|
(soyadı, adı, atasının adı, şəxsi imzası və
imzanın qoyulduğu tarix) |
||||||||||||||||||||
Qeyd: İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş
və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan
Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı,
habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə
görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir. |
|||||||||||||||||||||
|
1 “A” saylı əlavə[293] |
||||||||||||||||||||
|
|
||||||||||||||||||||
İMZA VƏRƏQƏSİ |
|||||||||||||||||||||
Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər “_____” __________________ il |
|||||||||||||||||||||
Biz, aşağıda imza edənlər
___________________________ siyasi partiyası (siyasi partiyaların bloku) tərəfindən
___________ №-li seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd irəli
sürülməsini müdafiə edirik. |
|||||||||||||||||||||
|
|||||||||||||||||||||
İmza vərəqəsini təsdiq
edirəm: ______________________________________________________ |
|||||||||||||||||||||
|
(imza toplamış şəxsin soyadı, adı, atasının adı,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz |
||||||||||||||||||||
___________________________________________________________________________ |
|||||||||||||||||||||
edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi
və ya etibarlılıq müddəti, şəxsin imzası və imzanın qoyulduğu
tarix) |
|||||||||||||||||||||
Siyasi partiyaların, siyasi
partiyalar blokunun səlahiyyətli nümayəndəsi _____________________________
_______________________________________________________________________________[294] |
|||||||||||||||||||||
|
(soyadı, adı, atasının adı, şəxsi imzası və
imzanın qoyulduğu tarix) |
||||||||||||||||||||
Qeyd:
İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş
və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan
Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı,
habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə
görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir. |
|||||||||||||||||||||
|
2 saylı əlavə |
||||||||||||||||||||
|
|
||||||||||||||||||||
İMZA VƏRƏQƏSİ |
|||||||||||||||||||||
Azərbaycan
Respublikası Prezidentinin seçkiləri “_____”
__________________ il |
|||||||||||||||||||||
Biz, aşağıda imza edənlər
________________________________ prezidentliyə namizəd irəli sürülməsini
müdafiə edirik. |
|||||||||||||||||||||
|
|||||||||||||||||||||
İmza vərəqəsini təsdiq
edirəm: ______________________________________________________ |
|||||||||||||||||||||
|
(imza toplamış şəxsin soyadı, adı, atasının adı,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz |
||||||||||||||||||||
___________________________________________________________________________ |
|||||||||||||||||||||
edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi
və ya etibarlılıq müddəti, şəxsin imzası və imzanın qoyulduğu
tarix) |
|||||||||||||||||||||
Prezidentliyə namizəd _____________________________________________________________ |
|||||||||||||||||||||
|
(soyadı, adı, atasının adı, şəxsi imzası və
imzanın qoyulduğu tarix) |
||||||||||||||||||||
Qeyd:
İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş
və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan
Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı,
habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə
görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir. |
|||||||||||||||||||||
|
2 “A” saylı əlavə |
||||||||||||||||||||
|
|
||||||||||||||||||||
İMZA VƏRƏQƏSİ |
|||||||||||||||||||||
Azərbaycan
Respublikası Prezidentinin seçkiləri “_____”
__________________ il |
|||||||||||||||||||||
Biz, aşağıda imza edənlər
___________________________ siyasi partiyası (siyasi partiyaların bloku) tərəfindən
_____________________________ Prezidentliyə namizəd irəli sürülməsini müdafiə
edirik. |
|||||||||||||||||||||
|
|||||||||||||||||||||
İmza vərəqəsini təsdiq
edirəm: ______________________________________________________ |
|||||||||||||||||||||
|
(imza toplamış şəxsin soyadı, adı, atasının adı,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz |
||||||||||||||||||||
___________________________________________________________________________ |
|||||||||||||||||||||
edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi
və ya etibarlılıq müddəti, şəxsin imzası və imzanın qoyulduğu
tarix) |
|||||||||||||||||||||
Siyasi partiyaların, siyasi
partiyalar blokunun səlahiyyətli nümayəndəsi ____________________________ _______________________________________________________________________________[295] |
|||||||||||||||||||||
|
(soyadı, adı, atasının adı, şəxsi imzası və
imzanın qoyulduğu tarix) |
||||||||||||||||||||
Qeyd:
İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş
və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan
Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı,
habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə
görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir. |
|||||||||||||||||||||
|
3 saylı əlavə |
||||||||||||||||||||
|
|
||||||||||||||||||||
İMZA VƏRƏQƏSİ |
|||||||||||||||||||||
Azərbaycan
Respublikasının bələdiyyə seçkiləri “_____”
__________________ il |
|||||||||||||||||||||
Biz, aşağıda imza edənlər
_____________________________________ bələdiyyəsi üzrə
_________________________________ bələdiyyə üzvlüyünə namizəd irəli sürülməsini
müdafiə edirik. |
|||||||||||||||||||||
|
|||||||||||||||||||||
İmza vərəqəsini təsdiq
edirəm: ______________________________________________________ |
|||||||||||||||||||||
|
(imza toplamış şəxsin soyadı, adı, atasının adı,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz |
||||||||||||||||||||
___________________________________________________________________________ |
|||||||||||||||||||||
edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi
və ya etibarlılıq müddəti, şəxsin imzası və imzanın qoyulduğu
tarix) |
|||||||||||||||||||||
Bələdiyyə üzvlüyünə
namizəd ______________________________________________________ |
|||||||||||||||||||||
|
(soyadı, adı, atasının adı, şəxsi imzası və
imzanın qoyulduğu tarix) |
||||||||||||||||||||
Qeyd:
İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş
və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan
Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı,
habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə
görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir. |
|||||||||||||||||||||
|
3 “A” saylı əlavə |
||||||||||||||||||||
|
|
||||||||||||||||||||
İMZA VƏRƏQƏSİ |
|||||||||||||||||||||
Azərbaycan
Respublikasının bələdiyyə seçkiləri “_____”
__________________ il |
|||||||||||||||||||||
Biz, aşağıda imza edənlər
______________________________ siyasi partiyası (siyasi partiyaların bloku) tərəfindən
___________________________________ bələdiyyəsi üzrə
____________________________ bələdiyyə üzvlüyünə namizəd irəli sürülməsini
müdafiə edirik. |
|||||||||||||||||||||
|
|||||||||||||||||||||
İmza vərəqəsini təsdiq
edirəm: ______________________________________________________ |
|||||||||||||||||||||
|
(imza toplamış şəxsin soyadı, adı, atasının adı,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz |
||||||||||||||||||||
___________________________________________________________________________ |
|||||||||||||||||||||
edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi
və ya etibarlılıq müddəti, şəxsin imzası və imzanın qoyulduğu
tarix) |
|||||||||||||||||||||
Siyasi partiyaların, siyasi
partiyalar blokunun səlahiyyətli nümayəndəsi ____________________________
_____________________________________________________________________________[296] |
|||||||||||||||||||||
|
(soyadı, adı, atasının adı, şəxsi imzası və
imzanın qoyulduğu tarix) |
||||||||||||||||||||
Qeyd:
İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş
və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan
Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı,
habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə
görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir. |
|||||||||||||||||||||
|
4 saylı əlavə |
|||||||||||||||||||
|
|
|||||||||||||||||||
İMZA VƏRƏQƏSİ |
||||||||||||||||||||
Azərbaycan
Respublikasının referendumu “_____”
__________________ il |
||||||||||||||||||||
Biz, aşağıda imza edənlər
__________________________________ referendum üzrə təşviqat qrupunun
yaradılmasını müdafiə edirik. |
||||||||||||||||||||
|
||||||||||||||||||||
İmza vərəqəsini təsdiq
edirəm: ______________________________________________________ |
||||||||||||||||||||
|
(imza toplamış şəxsin soyadı, adı, atasının adı,
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz |
|||||||||||||||||||
___________________________________________________________________________ |
||||||||||||||||||||
edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi
və ya etibarlılıq müddəti, şəxsin imzası və imzanın qoyulduğu
tarix) |
||||||||||||||||||||
|
||||||||||||||||||||
|
5 saylı əlavə |
||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||
Mən,
____________________________________________________________________ namizəd |
|||||||||||||||||||||||||
__________________________________________________________________________________ |
|||||||||||||||||||||||||
(soyadı, adı, atasının adı, doğum tarixi) |
|||||||||||||||||||||||||
__________________________________________________________________________________ |
|||||||||||||||||||||||||
(əsas iş və ya xidmət yeri, tutduğu vəzifə) |
|||||||||||||||||||||||||
__________________________________________________________________________________ |
|||||||||||||||||||||||||
(əsas iş yeri və ya xidmət yeri olmadıqda — məşğuliyyəti) |
|||||||||||||||||||||||||
__________________________________________________________________________________ |
|||||||||||||||||||||||||
(yaşayış yerinin ünvanı) |
|||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||
mənə xüsusi mülkiyyət
hüququ əsasında (o cümlədən ümumi mülkiyyət hüququ əsasında) məxsus olan əmlakın
haqqında məlumat verirəm: |
|||||||||||||||||||||||||
1.
Daşınmaz əmlak |
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
Torpaq sahələri
hektarla ölçülür. |
|||||||||||||||||||||||||
2. Nəqliyyat vasitələri |
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||
Əmlakın haqqında təqdim
etdiyim məlumatın düzgünlüyünü təsdiq edirəm: |
|||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||
|
______________________ |
||||||||||||||||||||||||
|
(namizədin imzası) |
||||||||||||||||||||||||
|
______________________ |
||||||||||||||||||||||||
|
(tarix) |
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar
1.
11 noyabr 2003-cü il tarixli 516-IIQD nömrəli “Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 12, maddə 680)
2.
8 iyun 2004-cü il tarixli 685-IIQD nömrəli “Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 6, maddə 416)
3.
12 oktyabr 2004-cü il tarixli 771-IIQD nömrəli “Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 891)
4.
30 dekabr 2004-cü il 819-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 2, maddə 62)
5.
4 mart 2005-ci il
856-IIQD nömrəli “Fövqəladə
vəziyyət haqqında“ Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2005-ci il, № 4, maddə 278)
6.
14 iyun 2005-ci il tarixli 938-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarında dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7,
maddə 576)
7.
28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 7,
maddə 584)
8.
23 dekabr 2005-ci il tarixli 35-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti,
29 dekabr 2005-ci il, Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2005-ci il, № 12, maddə 1091)
9.
16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712)
10.
2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6,
maddə 457)
11.
16 dekabr 2008-ci il tarixli 739-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral 2009-cu il, № 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 44)
12.
5
mart 2010-cu il tarixli 972-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)
13.
18
iyun 2010-cu il tarixli 1035-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592)
14.
01
fevral 2011-ci il tarixli 55-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 163)
15.
20 aprel 2012-ci il tarixli 327-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2012-ci il, № 05, maddə 409)
16.
30 aprel 2013-cü il tarixli 632-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti,
13 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, № 06, maddə 592)
17.
03 aprel 2015-ci il tarixli 1243-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 may
2015-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci
il, № 5, maddə 490)
18.
7 aprel 2017-ci il tarixli 578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may
2017-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5,
maddə 705)
19.
15 dekabr 2017-ci il tarixli 917-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar
2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1,
maddə 4)
20.
6 mart 2018-ci il tarixli 1022-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 mart
2018-ci il, № 68, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 389)
21.
18 dekabr 2018-ci il tarixli 1397-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 yanvar
2019-cu il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
№ 01, maddə 17)
22.
1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2,
maddə 180)
23.
19 may 2020-ci il tarixli 114-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 iyul 2020-ci il, № 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 832)
24.
6 iyul 2023-cü il tarixli 963-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, “Azərbaycan” qəzeti, 3
avqust 2023-cü il, №
162, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1113)
25.
5
aprel 2024-cü il tarixli 1127-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 489)
26.
21
iyun 2024-cü il tarixli 1178-VIQD nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 1 iyul 2024-cü il, “Xalq” qəzeti, 2 iyul
2024-cü il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 756)
Konstitusiya Məhkəməsinin
Qərarları
KM1 Azərbaycan
Respublikası Konstitusiyasının 105-ci maddəsinin I hissəsinin tələblərinə uyğun
olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «... Bu
hal növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti
seçkilər dayandırılır və növbədənkənar
prezident seçkiləri təyin edilir» müddəası yalnız Azərbaycan Respublikası
prezidenti seçkiləri gününə 3 (üç) aydan çox müddət qaldığı hallara şamil
edilir.
Növbəti seçkilər gününə 3
(üç) aydan az müddət qaldıqda və bu müddət ərzində Azərbaycan Respublikasının
prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Konstitusiyanın 105-ci maddəsinin
tələblərinə riayət olunması məqsədilə seçkilərin statusu dəyişdirilərək növbədənkənar
prezident seçkilərinin keçirilməsi müəyyən edilir və bu seçkilər növbəti
prezident seçkiləri üçün müəyyən olunmuş müddətlər ərzində həyata keçirilir. Bu
halda Mərkəzi Seçki Komissiyasının seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar
bütün əvvəl qəbul edilmiş qərarları öz hüquqi qüvvəsini saxlayırlar. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
15 avqust 2003-ci il tarixli qərarı, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı
3/2003)