AZƏRBAYCAN RESPUBLİKASININ ŞƏHƏRSALMA
VƏ TİKİNTİ MƏCƏLLƏSİ
(Bu
Məcəllə Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ
nömrəli Qanunu ilə təsdiq edilmişdir)
I BÖLMƏ
Ümumi müddəalar
1-ci fəsil
Şəhərsalma və tikinti qanunvericiliyi
Maddə 1. Şəhərsalma və tikinti qanunvericiliyinin
təyinatı
Azərbaycan
Respublikasının şəhərsalma və tikinti
qanunvericiliyi şəhərsalma və tikinti
fəaliyyətinin hüquqi əsaslarını,
prinsiplərini, eləcə də dövlətin,
bələdiyyələrin, fiziki və ya hüquqi
şəxslərin şəhərsalma və tikinti
fəaliyyəti sahəsində hüquq və
vəzifələrini müəyyən edir.
Maddə 2. Azərbaycan Respublikasının şəhərsalma
və tikinti qanunvericiliyi
2.1. Azərbaycan
Respublikasının şəhərsalma və tikinti
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu
Məcəllədən və digər normativ hüquqi
aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında
şəhərsalma və tikinti fəaliyyəti sahəsində
yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[1]
Maddə 3. Bu Məcəllədə istifadə olunan əsas
anlayışlar
3.0. Bu
Məcəllədə aşağıdakı əsas
anlayışlardan istifadə olunur:
3.0.1. şəhərsalma fəaliyyəti – Azərbaycan
Respublikası ərazisinin və ya ərazi hissələrinin
inkişafının ümumi məkan konsepsiyasının
və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən
edilməsi, ərazilərin planlaşdırılması,
tikintisi və abadlaşdırılması, məskunlaşma
sisteminin formalaşdırılması və inkişafı,
əhalinin məşğulluğunun tənzimlənməsi,
ətraf mühitin, tarixi landşaftın və tarix və
mədəniyyət abidələrinin mühafizəsi
üzrə həyata keçirilən fəaliyyət;
3.0.2. məskunlaşma sistemi – insanların sağlam və
təhlükəsiz yaşayış, iş və
istirahət şəraiti ilə təmin edilməsi, habelə
ətraf mühitin mühafizəsi və bərpası
məqsədilə şəhərlərin və digər
yaşayış məntəqələrinin məkan
baxımından təşkili;
3.0.3. zonalaşdırma – ərazilərin funksional
təyinatı, eləcə də onların landşaft
təşkili və tikintisi ilə bağlı
tələblər müəyyən edilməklə zonalara
bölünməsi;
3.0.4. ərazi zonaları – ərazi
planlaşdırılması sənədləri ilə
sərhədlərinin, torpaqdan istifadə növünün
və şərtlərinin, tikinti miqyasının,
eləcə də torpaqdan istifadə ilə bağlı
məhdudiyyətlərin müəyyən edildiyi
ərazilər;
3.0.5. xüsusi şərtlərlə istifadə olunan
ərazi zonaları – mühafizə, sanitar və
sanitar-mühafizə zonaları;
3.0.6. qırmızı xətlər – şəhərsalma
sənədləri ilə
müəyyənləşdirilmiş və mikrorayonların,
məhəllələrin, habelə digər planlaşdırma
strukturlarının ərazilərini küçə və
meydanlardan ayıran sərhədlər;
3.0.7. ərazinin tikinti əmsalı – tikinti sahəsinin
planlaşdırılan ərazinin ümumi sahəsinə olan
nisbəti;
3.0.8. ərazinin tikinti sıxlığı əmsalı
– bina və qurğuların yerüstü
mərtəbələrinin ümumi sahəsinin
planlaşdırılan ərazinin ümumi sahəsinə olan
nisbəti;
3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi
(inşası, cari və əsaslı təmiri, yenidən
qurulması, bərpası) və ya sökülməsi
məqsədi ilə həyata keçirilən fəaliyyət;
3.0.10. tikinti obyektləri – tikinti fəaliyyəti
prosesində yaradılan və ya yaradılmış bina
və ya qurğular;
3.0.11. bina – insanların yaşaması, fəaliyyəti,
təbiət təsirlərindən qorunması, onlara sosial,
mədəni və məişət xidmətlərinin
göstərilməsi, eləcə də istehsalat
sahələrinin yerləşdirilməsi və ya maddi
dəyərlərin saxlanması üçün
nəzərdə tutulmuş qapalı həcm-fəza
quruluşuna malik olan tikinti obyekti;
3.0.12. qurğu – müəyyən funksional təyinata malik
olan və bina sayılmayan sair tikinti obyekti (yollar,
körpülər, piyada keçidləri, tunellər,
hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları,
mühəndis-kommunikasiya təminatı sistemləri və
sairə);
3.0.13. mürəkkəb texniki tikinti obyektləri –
layihələndirilməsi və tikintisi xüsusi
həllər tələb edən bina və ya qurğular;
3.0.14. xüsusi
riskli tikinti obyektləri
– funksional təyinatına, texnoloji istehsalat proseslərinin
xarakterinə və istismar xüsusiyyətlərinə
görə risk mənbəyi sayılan bina və ya
qurğular;[2]
3.0.15. mansarda mərtəbəsi – binanın çardaq
hissəsində yerləşən, yaşayış və
qeyri-yaşayış məqsədləri üçün
nəzərdə tutulmuş sahə;
3.0.16. müvəqqəti tikili – torpaq üzərində
yerləşdirilən, qısa müddətdə, o
cümlədən tikinti müddətində istifadə
üçün nəzərdə tutulan, yüngül
inşaat konstruksiyalarından inşa edilən və
asanlıqla quraşdırılıb-sökülən tikili;
3.0.17. tikinti-quraşdırma işləri – tikinti
layihəsində nəzərdə tutulmuş işlərin, o
cümlədən tamamlama və abadlıq işlərinin
yerinə yetirilməsi nəticəsində obyektin
inşası və ya təmiri, yenidən qurulması yaxud
bərpası;
3.0.18. tikinti obyektinin cari təmiri – obyektin istismar
keyfiyyətinin saxlanılması məqsədilə
konstruksiyalarda, mühəndis-kommunikasiya təminatı
sistemində və ya xətlərində
dəyişikliklər edilmədən vaxtaşırı
təmir-tikinti işlərinin yerinə yetirilməsi;
3.0.19. tikinti obyektinin əsaslı təmiri – obyektin istismar
müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə müvafiq
layihə əsasında yükdaşımayan
konstruksiyaların, mühəndis-kommunikasiya təminatı
sisteminin və xətlərinin dəyişdirilməsi və
(və ya) bərpası, eləcə də zəruri hallarda
yükdaşıyan konstruksiyaların müəyyən
elementlərinin uyğunları ilə
əvəzlənməsi və (və ya) bərpası
işlərinin yerinə yetirilməsi;
3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası)
– obyektin mövcud təyinatının dəyişdirilməsi
və ya istismar keyfiyyətinin müasirləşdirilməsi
məqsədilə müvafiq layihə əsasında yeni
texnologiyaların tətbiqi, yaxud yeni bina və ya
qurğuların inşası, o cümlədən
mühəndis-kommunikasiya təminatı xətlərinin
quraşdırılması ilə bağlı tikinti-quraşdırma
və buraxılış-sazlama işlərinin yerinə
yetirilməsi;
3.0.21. tikinti obyektinin bərpası – istismara yararsız
vəziyyətə düşmüş obyektin müvafiq
layihə əsasında tikinti-quraşdırma işləri
yerinə yetirilməklə ilkin vəziyyətə qaytarılması;
3.0.22. buraxılış-sazlama işləri –
obyektlərdə quraşdırılmış texnoloji
avadanlıqların və ya mühəndis-kommunikasiya
təminatı xətlərinin istismara hazır
vəziyyətə gətirilməsi;
3.0.23. tikinti ərazisi – tikinti üçün
ayrılmış və nişanlanmış torpaq sahəsi;
3.0.24. tikinti meydançası – tikinti ərazisində
tikintinin aparılması üçün zəruri olan torpaq
sahəsi;
3.0.25. tikinti sahəsi – tikinti ərazisində tikinti
obyektlərinin altındakı torpaq sahəsi;
3.0.26. şəhərsalma və tikintiyə dair normativ
sənədlər – şəhərsalma və tikinti
fəaliyyətinə dair qaydalar, habelə standartlar,
şərtlər, texniki normalar və şəhərsalma
və tikintini tənzimləyən digər texniki normativ
hüquqi aktlar;
3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti
normativ sənədləri ilə müəyyən edilmiş
və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən
qurulması, bərpası və ya sökülməsi) ilə
bağlı hazırlanmış texniki sənədlər
toplusu;
3.0.28. smeta – tikintiyə sərf ediləcək maliyyə
xərclərinin əks olunduğu sənədlər;
3.0.29. tikintiyə dövlət nəzarəti – tikinti
işlərinin layihəyə uyğun aparılması, tikinti
obyektlərinin etibarlılığının təmin
edilməsi, tikinti materialları və məmulatının,
inşaat konstruksiyalarının istehsalı ilə
bağlı şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə əməl
edilməsi üzrə həyata keçirilən
fəaliyyət;
3.0.30. tikinti materialları – tikinti məmulatı, tikinti
məmulatı və ya inşaat konstruksiyalarının
hazırlanmasında bilavasitə istifadə olunan materiallar;
3.0.31. tikinti məmulatı – sənaye üsulu ilə
hazırlanan və tikintidə istifadə olunan hazır
məhsul;
3.0.32. inşaat konstruksiyası – bina və ya qurğularda
müəyyən yükdaşıyıcı, qoruyucu və
(və ya) estetik funksiyaları yerinə yetirən
hissələr;
3.0.33. yaxın qonşular – tikinti ərazisi ilə
həmsərhəd olan və ya tikinti ərazisindən 20
metrədək məsafədə yerləşən torpaq
sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri;
3.0.34. qonşular – tikinti ərazisinin
yaxınlığında mülkiyyətində,
icarəsində və ya istifadəsində torpaq sahəsi olan
və tikinti nəticəsində qanunla qorunan maraqlarına
toxunulan şəxslər;
3.0.35. yanaşı divarlar – bitişik torpaq
sahələrinin sərhədində ayrı-ayrılıqda
inşa edilmiş divarlar;
3.0.36. ortaq divar – iki qonşu torpaq sahələrinin
sərhədində inşa edilmiş divar;
3.0.37. mühəndis-kommunikasiya təminatı sistemi –
obyektlərin istismarı üçün zəruri olan qaz,
istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı
vasitələri və qurğuları;
3.0.38. infrastruktur – yol-nəqliyyat, sosial, mədəni
və məişət xidməti, mühəndis-kommunikasiya
təminatı obyektləri kompleksi;
3.0.39. yükdaşıyan konstruksiyalar – tikinti
obyektlərinin etibarlılığını
(dayanıqlığını və möhkəmliyini)
təmin edən konstruksiya sistemi;
3.0.40. mühəndis-axtarış işləri – tikinti
ərazisinin hüdudları daxilində torpaq sahəsinin
səmərəli və təhlükəsiz istifadəsi
məqsədilə təbii (geoloji) şəraitin və
texnogen təsirlərin öyrənilməsi, eləcə
də ərazinin planlaşdırılması, tikinti
obyektlərinin layihələrinin hazırlanması və
əsaslandırılması üçün zəruri olan
məlumatların toplanması məqsədilə həyata
keçirilən fəaliyyət;
3.0.41. tikinti layihələrinin ekspertizası – tikinti
layihələrinin şəhərsalma və tikintiyə dair
normativ sənədlərin tələblərinə
uyğunluğunun yoxlanılması;
3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini
(inşasını, cari və əsaslı təmirini,
yenidən qurulmasını, bərpasını) və ya
sökülməsini, mühəndis-axtarış işlərinin
yerinə yetirilməsini və tikinti obyektlərinin
layihələndirilməsini sifariş edən dövlət
orqanları, bələdiyyələr, eləcə də
hüquqi və ya fiziki şəxslər;
3.0.43. layihəçi – sifarişçi ilə
bağlanmış müqaviləyə əsasən ərazi
planlaşdırılması sənədlərinin, tikinti
obyektlərinin və ya onların ayrı-ayrı hissələrinin
layihəsini hazırlayan hüquqi və ya fiziki şəxs;
3.0.44. podratçı – sifarişçi ilə
bağlanmış müqaviləyə əsasən tikinti
və mühəndis-axtarış işlərini yerinə
yetirən hüquqi və ya fiziki şəxs;
3.0.45. etibarlılıq – obyektin və onun
yükdaşıyan konstruksiyalarının dayanıqlıq
və möhkəmlik baxımından
təhlükəsizliyinin təmin edilməsi;
3.0.46. dövlət vəsaitləri – dövlət
büdcəsinin vəsaitləri, büdcədənkənar
dövlət fondlarının vəsaitləri, dövlət
zəmanəti ilə və ya dövlət tərəfindən
bağlanmış beynəlxalq müqavilələrə
əsasən alınmış kreditlər, qrantlar, xarici
yardımlar, eləcə də büdcədən
maliyyələşdirilən təşkilatların
büdcədənkənar fondlarının vəsaitləri
və dövlət vəsaiti kimi təsnif edilən digər
vəsaitlər;
3.0.47. tikinti obyektinin texniki-iqtisadi
əsaslandırılması – obyektin tikintisi ilə
bağlı texniki həlləri, smetanı və
gözlənilən nəticələri, habelə digər
göstəriciləri müəyyən etmək
üçün aparılan müqayisəli texniki və
iqtisadi hesablamaların məcmusu;
3.0.48. aşırım
– yanaşı yükdaşıyan konstruksiyaların
mərkəzi oxları arasında olan məsafə.[3]
2-ci fəsil
Şəhərsalma və tikinti fəaliyyəti
sahəsində dövlət siyasəti
Maddə 4. Şəhərsalma və tikinti fəaliyyəti
sahəsində dövlət siyasətinin məqsədi və
istiqamətləri
4.1. Şəhərsalma
və tikinti fəaliyyəti sahəsində dövlət
siyasətinin məqsədi ərazilərin və
yaşayış məntəqələrinin sosial-iqtisadi
inkişafının təmin edilməsindən, fərdi
maraqların qorunmasından, insanların həyatına,
sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına
təhlükə yaranmasının və ya zərər
vurulmasının qarşısının alınmasından,
ekoloji təhlükəsizliyin və ətraf mühitin
mühafizəsinin təmin edilməsindən, tarix və
mədəniyyət abidələrinin (bundan sonra -
mədəni irs obyektləri) qorunmasından ibarətdir.[4]
4.2. Şəhərsalma
və tikinti fəaliyyəti sahəsində dövlət
siyasətinin əsas istiqamətləri
aşağıdakılardır:
4.2.1. Azərbaycan
Respublikası ərazisinin və ərazi hissələrinin
planlaşdırılması yolu ilə ərazilərin
inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən
səmərəli istifadənin və ərazilərin
dayanıqlı inkişafının təmin edilməsi;
4.2.2. Azərbaycan
Respublikası ərazisində insan üçün
əlverişli və sağlam yaşayış, iş və
istirahət mühitinin yaradılması baxımından
fərqlərin azaldılması və tədricən aradan
qaldırılması;
4.2.3. mənzil fondunun
inkişaf strategiyasının müəyyən edilməsi;
4.2.4. tikinti kompleksinin
inkişaf strategiyasının müəyyən edilməsi,
təbii tikinti ehtiyatlarından səmərəli
istifadənin təmin olunması;
4.2.5.
şəhərsalma və tikinti fəaliyyətinin hüquqi
və iqtisadi tənzimlənməsi;
4.2.6.
şəhərsalma və tikintiyə dair normativ
sənədlər sisteminin yaradılması (tikintinin texniki
reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və
təkmilləşdirilməsi;
4.2.7. ətraf mühitin
mühafizəsinin və ekoloji təhlükəsizliyin
təmin edilməsi.
4.3. Şəhərsalma
və tikinti fəaliyyəti sahəsində dövlət
siyasəti müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
Maddə 5. Şəhərsalma və tikinti fəaliyyəti
sahəsində dövlətin səlahiyyətləri
5.1.
Şəhərsalma və tikinti fəaliyyəti
sahəsində dövlətin səlahiyyətləri
aşağıdakılardır:
5.1.1. ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması və təsdiq edilməsi;
5.1.2. ərazi
planlaşdırılması sənədlərinin
hazırlanmasına və həmin sənədlərin
tələblərinə əməl edilməsinə
nəzarətin həyata keçirilməsi;
5.1.3.
şəhərsalma və tikinti fəaliyyətinin vahid
informasiya təminatı sisteminin yaradılması və onun
tətbiqi qaydasının müəyyən edilməsi;
5.1.4. tikintiyə
icazə verilməsi;
5.1.5.
şəhərsalma və tikinti fəaliyyətinin
lisenziyalaşdırılması;
5.1.6. tikinti
fəaliyyətinin peşə sahələrinin, tikinti
materiallarının və məmulatının, tikinti
təyinatlı avadanlıqların, maşın və
mexanizmlərin sertifikatlaşdırılmasının
təşkili;[5]
5.1.7. tikintiyə
nəzarətin həyata keçirilməsi;
5.1.8. tikinti
layihələrinin ekspertizadan keçirilməsi;
5.1.9.
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin hazırlanması və qəbul
edilməsi;
5.1.10. tikinti
obyektlərinin istismarına icazə verilməsi;
5.1.11.
şəhərsalma və tikinti sahəsində Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin həyata
keçirilməsinin təmin edilməsi;
5.1.12. tikinti
fəaliyyətinin ətraf mühitə təsirinin
qiymətləndirilməsi meyarlarının və
qaydalarının müəyyən edilməsi.
5.2.
Şəhərsalma və tikinti fəaliyyəti
sahəsində dövlətin səlahiyyətləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
Maddə 6. Şəhərsalma və tikinti fəaliyyəti
sahəsində bələdiyyələrin
səlahiyyətləri
6.0. Şəhərsalma
və tikinti fəaliyyəti sahəsində
bələdiyyələrin səlahiyyətlərinə
aşağıdakılar aiddir:
6.0.1.
bələdiyyə ərazisində ərazi
planlaşdırılmasını təşkil etmək,
həmin ərazilərin sosial, mühəndis-kommunikasiya
təminatı sisteminin və infrastrukturun yaradılmasında
və inkişafında iştirak etmək;
6.0.2.
bələdiyyə ərazisində bələdiyyənin
sifarişi ilə tikilən tikinti layihələrinin həyata
keçirilməsini təşkil etmək;
6.0.3.
bələdiyyə ərazilərində tikinti
işlərinin aparılması ilə əlaqədar yerli
infrastrukturun inkişafı üçün tələb olunan
maliyyə vəsaitlərini müəyyən etmək və
ayırmaq;
6.0.4.
bələdiyyə ərazilərində aparılan
tikintilərə dair məlumat bazası yaratmaq.
3-cü
fəsil
Şəhərsalma və tikinti fəaliyyətinin
əsas prinsipləri
Maddə 7. Şəhərsalma və tikinti fəaliyyətinin
əsas prinsipləri
7.0. Azərbaycan
Respublikasında şəhərsalma və tikinti
fəaliyyəti aşağıdakı prinsiplər
əsasında həyata keçirilir:
7.0.1. sağlam və
təhlükəsiz yaşayış, iş və
istirahət şəraiti ilə bağlı sosial
minimumların təmin edilməsi;
7.0.2.
təhlükəsizliyin təmin edilməsi;
7.0.3. ekoloji
təhlükəsizliyin və ətraf mühitin
mühafizəsinin təmin edilməsi;
7.0.4.
şəhərsalma sənədlərinə uyğunluğun
təmin edilməsi;
7.0.5. tarixi landşaftın
və mədəni irs obyektlərinin qorunması;
7.0.6. ictimaiyyətin
məlumatlandırılması.
Maddə 8. Sosial minimumların təmin edilməsi
Şəhərsalma
və tikinti fəaliyyəti obyektlərində, xüsusən
insanların yaşaması və ya istifadəsi
üçün nəzərdə tutulmuş tikinti
obyektlərində sağlam və təhlükəsiz
yaşayış, iş və istirahət şəraiti
ilə bağlı bu Məcəllə və digər normativ
hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar
təmin edilməlidir.
Maddə 9. Təhlükəsizliyin təmin edilməsi
9.1. Yanğından,
təbii və ya texnogen xarakterli təhlükəli
təsirlərdən müdafiə ilə bağlı
tələblərə uyğunluğu baxımından tikinti
ərazisinin və tikinti obyektinin təhlükəsizliyi
təmin edilməlidir.
9.2. Bu
Məcəllədə və digər normativ hüquqi aktlarda
müəyyən edilmiş tələblər əsasında
şəhərsalma və tikintiyə dair normativ
sənədlərdə tikinti ərazilərinin və
obyektlərinin yanğından, təbii və ya texnogen
xarakterli təhlükəli təsirlərdən
mühafizəsi ilə bağlı təhlükəsizlik
tədbirləri nəzərdə tutulmalıdır.
Maddə 10. Ekoloji təhlükəsizliyin və ətraf mühitin
mühafizəsinin təmin edilməsi
10.1.
Şəhərsalma və tikinti fəaliyyəti
çərçivəsində ekoloji təhlükəsizlik
və ətraf mühitin mühafizəsi təmin
edilməlidir.
10.2. Tikinti
fəaliyyəti onun ətraf mühitə təsiri
baxımından qanunla müəyyən edilmiş qaydada
qiymətləndirilməlidir. Qiymətləndirmənin
nəticələri tikinti fəaliyyəti zamanı ekoloji
təhlükəsizliyin və ətraf mühitin
mühafizəsinin təmin edilməsinə dair
tədbirlər müəyyən edilərkən
nəzərə alınmalıdır.
Maddə 11. Şəhərsalma sənədlərinə
uyğunluğun təmin edilməsi
11.1. Tikinti
layihələri şəhərsalma sənədlərinin, o
cümlədən müfəssəl planın
müəyyənləşdirdiyi tələblərə
uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun
müddəti bitdikdə, tikinti layihələrinə onlar
həyata keçiriləcəkləri ərazinin
planlaşdırılması sənədlərinə (baş
planlara və (və ya) ümumi planlara), habelə
müfəssəl planın hazırlanması zamanı
nəzərə alınan tələblərə uyğun
olduqda və aşağıdakı şərtlərin
birgə mövcud olduğu hallarda yol verilir:
11.1.1.
layihələndirilən obyektin tikintilərin mövcud
olduğu ərazilərin hüdudları daxilində
tikilməsi nəzərdə tutulduqda;
11.1.2. tikilməsi
nəzərdə tutulan obyekt istifadə növünə
və miqyasına görə mövcud tikintilərə
uyğun olduqda.
11.2. Müfəssəl
planın tətbiqi dairəsindən və bu
Məcəllənin 11.1-ci
maddəsində nəzərdə tutulmuş mənada
tikintilərin mövcud olduğu ərazinin hüdudlarından
kənarda tikinti obyektinin inşasına yalnız onun
müvafiq ərazidə infrastruktur və
mühəndis-kommunikasiya təminatının mümkün
olduğu (mümkünlüyünün kifayət
qədər əsaslandırıldığı) və
həmin tikinti obyektinin aşağıdakı
məqsədlər üçün nəzərdə
tutulduğu hallarda yol verilir:[6]
11.2.1. kənd və
meşə təsərrüfatı ilə bağlı
fəaliyyətin həyata keçirilməsi
üçün;
11.2.2. kənd
təsərrüfatı müəssisəsinin
işçilərinin istifadəsi üçün;
11.2.3. rabitə, elektrik
enerjisi, qaz, su, istilik, kanalizasiya təchizatının və ya
müvafiq ərazi ilə bağlılığı olan
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün;
11.2.4. bərpa olunan enerji mənbələrinin
istehsalı üçün.[7]
11.3. Bu
Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində
nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti
niyyətinin həyata keçirilməsinə
aşağıdakı hallarda yol verilmir:
11.3.1. tikilməsi
nəzərdə tutulan obyekt baş plana zidd olarsa;
11.3.2. tikilməsi
nəzərdə tutulan obyektin ətraf mühitə
zərərli təsir göstərmək və ya
özünün bu cür təsirə məruz qalmaq
təhlükəsi olarsa;
11.3.3. tikilməsi
nəzərdə tutulan obyekt infrastrukturun yaradılması,
təhlükəsizliyin və ya sağlamlığın
təmin olunması ilə əlaqədar dövlət və
ya bələdiyyə vəsaitlərinin səmərəsiz
istifadəsini tələb edərsə;
11.3.4. tikilməsi
nəzərdə tutulan obyekt ətraf mühitin,
torpağın, mədəni irs obyektlərinin qorunması
ilə bağlı maraqları, yaxud landşaftın təbii
xüsusiyyətlərini pozarsa;
11.3.5. tikilməsi
nəzərdə tutulan obyekt su təsərrüfatı
və ya təbiət hadisələrindən (daşqından)
qorunmaya təhlükə yaradarsa.
11.4. Bu
Məcəllənin 11.2-ci və 11.3-cü
maddələrində nəzərdə tutulmuş tikinti
layihələri və niyyətləri ilə bağlı
bələdiyyələrin mövqeyi öyrənilməlidir.
11.5. Tikinti layihələrinin şəhərsalma
sənədlərinə uyğunluğunun
yoxlanılmasına, habelə siyahısını,
məbləğini və tətbiqi hallarını müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti
fəaliyyəti sahəsində müvafiq qurumlar
tərəfindən göstərilən digər
xidmətlərə görə haqq ödənilir.[8]
Maddə 12. Tarixi landşaftın və mədəni irs
obyektlərinin qorunması
Şəhərsalma
və tikinti fəaliyyəti çərçivəsində
tarixi landşaftın və mədəni irs obyektlərinin
olduğu ərazilərin, xüsusi mühafizə olunan təbiət
ərazilərinin və ya obyektlərin mühafizəsi
təmin edilməlidir.
Maddə 13. İctimaiyyətin məlumatlandırılması
Müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq
bələdiyyə ərazi
planlaşdırılmasının bütün
mərhələləri və məzmunu barədə,
eləcə də əhali üçün mühüm
tikinti niyyətləri barədə ictimaiyyətə
ətraflı məlumat verməyə borcludur.[9]
4-cü
fəsil
Şəhərsalma və tikintiyə dair normativ
sənədlər sistemi.
Şəhərsalma
və tikinti fəaliyyətinin informasiya təminatı sistemi
Maddə 14. Şəhərsalma və tikintiyə dair normativ
sənədlər sisteminin təyinatı
14.1.
Şəhərsalma və tikintiyə dair normativ
sənədlər sistemi əhali üçün sağlam
və təhlükəsiz yaşayış, iş və
istirahət mühitinin (şəraitinin) yaradılması
məqsədlərinə xidmət edir.
14.2.
Şəhərsalma və tikintiyə dair normativ
sənədlərin siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən hər il
dövri olaraq dərc edilir.
14.3.
Şəhərsalma və tikinti fəaliyyətinin həyata
keçirilməsi zamanı şəhərsalma və
tikintiyə dair normativ sənədlərin
tələblərinə əməl edilməlidir.
Maddə 15. Şəhərsalma və tikintiyə dair normativ
sənədlər sistemi
15.1.
Şəhərsalma və tikintiyə dair normativ
sənədlər sisteminə aşağıdakılar
daxildir:
15.1.1. ərazi
planlaşdırılması sənədləri, norma və
qaydaları, habelə şəhərsalma
əsaslandırılması ilə bağlı texniki normativ
hüquqi aktlar;
15.1.2. dövlət
şəhərsalma kadastrının aparılmasına dair
texniki normativ hüquqi aktlar;
15.1.3. tikinti
materialları və məmulatının
standartlaşdırılması,
sertifikatlaşdırılması, geodeziya,
mühəndis-axtarış və tikinti işlərinin
təşkili, tikinti obyektinin istismarına icazə ilə
bağlı təşkilati-metodik xarakterli texniki normativ
hüquqi aktlar;
15.1.3-1. tikinti fəaliyyətinin
mühəndis-axtarış, layihələndirmə,
tikinti-quraşdırma, mexanikləşdirmə və
nəqletmə, tikinti materiallarının istehsalı və
tikinti layihələrinin ekspertizası kimi peşə
sahələri üzrə fəaliyyət göstərən
şəxslərin peşəkarlıq səviyyəsi ilə
bağlı texniki normativ hüquqi aktlar;[10]
15.1.4. tikinti
obyektlərinin etibarlılıq göstəricilərini,
yanğın və partlayış təhlükəsizliyini,
təbii və texnogen xarakterli təhlükəli
(zərərli) təsirlərdən müdafiə
tələblərini, tikinti materiallarının, məmulat
və konstruksiyalarının keyfiyyət və
uyğunluğunu müəyyənləşdirən texniki
normativ hüquqi aktlar;
15.1.5. tikinti
obyektlərinin, o cümlədən magistral boru
kəmərləri (su, kanalizasiya, qaz, neft kəmərləri
və s.) və kommunikasiyalarının (elektrik, rabitə
xətlərinin və s.) layihələndirilməsi və
tikintisi üzrə texniki normativ hüquqi aktlar;
15.1.6. yaşayış
məntəqələrinin və ya onların
hissələrinin, ayrı-ayrı tikinti obyektlərinin
mühəndis-kommunikasiya təminatına dair texniki normativ
hüquqi aktlar;
15.1.7. tikinti zamanı
təhlükəsizliyin təmin edilməsinə dair texniki
normativ hüquqi aktlar;
15.1.8. dövlət
vəsaitləri hesabına maliyyələşdirilən
tikinti obyektləri üçün qiymətqoyma və smetalar
üzrə texniki normativ hüquqi aktlar;
15.1.9. tikinti
obyektlərinin layihələndirilməsində və
tikintisində mülki müdafiə ilə bağlı
tələblərin təmin olunmasına dair texniki normativ
hüquqi aktlar;
15.1.10.
şəhərsalma, memarlıq və tikinti
fəaliyyətinə nəzarətin həyata
keçirməsinə dair normativ hüquqi aktlar.
15.2.
Şəhərsalma və tikintiyə dair normativ
sənədlərin hüquqi əsasını bu
Məcəllə və digər normativ hüquqi aktlar
təşkil edir.
15.3. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə nəzərdə
tutulduğu hallarda xarici dövlətlərin və ya beynəlxalq
təşkilatların şəhərsalma və tikinti ilə
bağlı normativləri və standartları Azərbaycan
Respublikasının ərazisində tətbiq olunur.
Maddə 16. Şəhərsalma və tikinti fəaliyyətinin vahid
informasiya təminatı sistemi
16.1. Ərazinin kompleks
qiymətləndirilməsini, şəhərsalma və tikinti
fəaliyyəti sahəsində müvafiq qərarların
qəbul edilməsini təmin etmək məqsədi ilə
şəhərsalma və tikinti fəaliyyətinin vahid
informasiya təminatı sistemi təşkil edilir.
16.2.
Şəhərsalma və tikinti fəaliyyətinin vahid
informasiya təminatı sisteminin əsasnaməsi
müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[11]
II BÖLMƏ
Şəhərsalma fəaliyyəti
5-ci fəsil
Ərazi planlaşdırılması
Maddə 17. Ərazi planlaşdırılmasının
təyinatı
17.1. Bu
Məcəllənin ərazi planlaşdırılmasına
dair müddəaları Azərbaycan Respublikasının
bütün ərazisinin, o cümlədən ərazi
hissələrinin (regionların, inzibati ərazi
vahidlərinin), şəhərlərin və başqa
yaşayış məntəqələrinin
ərazilərinin planlaşdırılması, həmin
ərazilərdəki torpaqların tikinti və ya digər
məqsədlər üçün istifadəsi ilə
bağlı münasibətləri tənzimləyir.
17.2. Ərazi
planlaşdırılması dövlət ehtiyacları və
ya şəhərsalmanın məqsədləri
baxımından həyata keçirilir.
17.3. Ərazi
planlaşdırılması şəhərsalmanın
nizamlı inkişafını və torpaqların sosial
baxımdan ədalətli istifadəsini təmin etməli,
ictimaiyyətin rifahına uyğun olmalı, insan
üçün əlverişli və sağlam ətraf
mühitin təşəkkül tapmasına, həyat
üçün zəruri təbii əsasların qorunmasına
və inkişaf etdirilməsinə xidmət etməlidir.
17.4. Yerin təkindən
və torpaqdan qənaətlə və səmərəli
istifadə olunmalıdır. Kənd təsərrüfatı,
meşə və yaşayış məqsədləri
üçün istifadə edilən ərazilər başqa
məqsədlər üçün yalnız
əsaslandırılmış zəruri
ölçüdə nəzərdə tutulmalı və
istifadə edilməlidir.
17.5. Ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması zamanı ictimai və fərdi maraqlar
ədalətli şəkildə
tarazlaşdırılmalıdır.
Maddə 18. Ərazi planlaşdırılmasının
növləri
18.0. Ərazi
planlaşdırılmasının aşağıdakı
növləri vardır:
18.0.1. ümumi
ərazi planlaşdırılması;
18.0.2. ərazidən
istifadənin planlaşdırılması;
18.0.3.
müfəssəl ərazi planlaşdırılması.
Maddə 19. Ərazi planlaşdırılmasının
məqsədləri
19.1. Ümumi ərazi
planlaşdırılmasının məqsədləri
aşağıdakılardır:
19.1.1. Azərbaycan
Respublikasının ərazisində və ərazi
hissələrində tarazlaşdırılmış sosial,
iqtisadi, ekoloji və mədəni şəraitin
yaradılması və inkişafı;
19.1.2. insan
üçün əlverişli, sağlam və
təhlükəsiz yaşayış, iş və
istirahət mühitinin yaradılması ilə bağlı
ümumi tələblərin təmin olunması;
19.1.3. Azərbaycan
Respublikasının ayrı-ayrı ərazilərinin
səciyyəvi xüsusiyyətlərinin (tarixi, mədəni,
ekoloji və s.) qorunub saxlanılması;
19.1.4. Azərbaycan
Respublikasının ərazisində və yaşayış
məntəqələrində müvafiq infrastrukturun
yaradılması və inkişafı, infrastruktur
obyektlərinin hamı üçün müyəssər
(əlçatan) olmasının təmin edilməsi;
19.1.5. Azərbaycan
Respublikasının ərazi hissələrində
uzunmüddətli rəqabətə davamlı və məkan
baxımından tarazlaşdırılmış iqtisadi
infrastrukturun, yetərli iş və təhsil yerlərinin
yaradılması;
19.1.6. tarixi və
təbii landşaftın qorunması və inkişaf
etdirilməsi.
19.2.
Ərazidən istifadənin və müfəssəl ərazi
planlaşdırılmasının məqsədləri
aşağıdakılardır:
19.2.1.
ərazilərdən (və ya ərazi hissələrindən)
ətraf mühitin mühafizəsi və ekoloji
təhlükəsizlik tələbləri nəzərə
alınmaqla istifadə olunması;
19.2.2. mədəni irs
obyektlərinin qorunması, milli (yerli) memarlıq-tikinti
ənənələrindən, landşaft və ya məkan
görünüşündən səmərəli istifadə
ilə bağlı tələblərin təmin olunması;
19.2.3. ətraf
mühitin mühafizəsi ilə bağlı
tələblərin (aspektlərin), xüsusən fauna və
floraya, torpağa, suya, havaya, iqlimə, eləcə də
əhaliyə və mədəni irs obyektlərinə
təsirlərlə bağlı maraqların təmin
olunması;
19.2.4. kənd və
meşə təsərrüfatı, enerji və su
təchizatı, kanalizasiya və tullantıların
atılması, poçt və telekommunikasiya, habelə
faydalı qazıntı yataqları ilə bağlı iqtisadi
maraqların təmin olunması;
19.2.5. insanların
və əmtəələrin daşınması (yaxın
məsafələrə daşımaları həyata
keçirən ictimai nəqliyyat da daxil olmaqla), o
cümlədən insanların hərəkət çevikliyi
ilə bağlı tələblərin təmin olunması;
19.2.6. təbiət
hadisələrindən mühafizə ilə bağlı
tələblərin təmin olunması;
19.2.7. müdafiə
və mülki müdafiə ilə bağlı
tələblərin təmin olunması.
Maddə 20. Ərazi planlaşdırılması
sənədləri
20.1. Ərazi
planlaşdırılması sənədləri
aşağıdakılardır:
20.1.1. Azərbaycan
Respublikası ərazisinin və ya ərazi hissələrinin
(regionların, rayon ərazi vahidlərinin) ümumi ərazi
planlaşdırılması çərçivəsində
hazırlanan ümumi planları (bundan sonra - ümumi planlar);
20.1.2.
şəhərlərin və digər yaşayış
məntəqələrinin ərazidən istifadənin
planlaşdırılması çərçivəsində
hazırlanan Baş planları;
20.1.3. yaşayış
məntəqələrinin ərazilərinin və ya ərazi
hissələrinin müfəssəl ərazi
planlaşdırılması çərçivəsində
hazırlanan müfəssəl planları.
20.2. Baş planlar
ümumi, müfəssəl planlar isə baş planlar
əsasında hazırlanır. Qonşu inzibati ərazi
vahidlərinin ərazi planlaşdırılması
sənədləri bir-birilə razılaşdırılmaqla
hazırlanmalıdır. Razılaşdırma qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
20.3. Ərazi
planlaşdırılması sənədləri məcburi
hüquqi qüvvəyə malikdir. Ərazi planlaşdırılması
sənədlərinin strateji və ya dəqiq
layihələndirilməsindən asılı olaraq “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada həmin
sənədlərə dair strateji ekoloji
qiymətləndirilmə (SEQ) və ya ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi
hazırlanır və həmin sənədin dövlət
ekoloji ekspertizası aparılır.[12]
20.4. Ərazi
planlaşdırılması sənədləri ictimaiyyət
üçün açıqdır. Müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya
bələdiyyə hüquqi və ya fiziki
şəxslərə ərazi planlaşdırılması
sənədləri ilə tanış olmaq imkanı
yaratmağa və sorğu əsasında həmin
sənədlərin surətini verməyə borcludur.
Maddə 21. Ümumi planlar
21.1. Ümumi planlar
Azərbaycan Respublikasının ərazisi və (və ya)
ərazi hissələri (regionlar və rayon ərazi
vahidləri) səviyyəsində hazırlanır. Ümumi
planlarda aşağıdakılar nəzərdə tutula
bilər:
21.1.1. məskunlaşma
sistemi (şəhərlər və bu şəhərləri
birləşdirən nəqliyyat yolları, yolboyu, çayboyu
ərazilər - inkişaf oxları, habelə məskunlaşma
sisteminin perspektiv inkişafı, digər yaşayış
məntəqələri şəbəkəsi və s.);
21.1.2. məskunlaşma
sistemi ilə əhatə olunmayan ərazilər
(meşələr, kənd təsərrüfatı
təyinatlı torpaqlar, faydalı qazıntı yerləri,
xüsusi mühafizə olunan təbiət əraziləri
və s.);
21.1.3. ərazilərin
abadlaşdırılması və funksional
təyinatının dəyişdirilməsi;
21.1.4. sel və
daşqın kimi təbiət hadisələrindən
qorunmanı təmin etmək üçün
nəzərdə tutulmuş ərazilər
(məsələn, çay sahillərində və s.);
21.1.5. infrastruktur
(nəqliyyat, mühəndis-kommunikasiya, təchizat,
tullantıların daşınması və təkrar emalı
və s.) növləri üçün yerlər və
zolaqlar (dəhlizlər);
21.1.6. hər hansı
ərazidən (məkandan) ötrü əhəmiyyət
kəsb edən müəyyən funksiyaların yerinə
yetirilməsi üçün nəzərdə tutulmuş ərazilər
(hava, dəniz limanları və s.).
21.2. Ümumi planlar
müddətsiz hüquqi qüvvəyə malikdir və onlara
müvafiq dəyişikliklər edilə bilər.
Maddə 22. Baş plan
22.1. Baş plan
şəhərlər və ya digər yaşayış
məntəqələri səviyyəsində
hazırlanır. Baş planda şəhər və ya
digər yaşayış məntəqələrinin
ərazisi üçün nəzərdə tutulan torpaqlardan
şəhərsalma məqsədləri baxımından
istifadənin növü proqnozlaşdırıla bilən
ehtiyaclara əsasən ümumi şəkildə təsvir
edilməlidir.
22.2. Baş planda
aşağıdakılar nəzərdə tutula bilər:
22.2.1. tikinti
məqsədləri üçün ərazidən
istifadənin növündən və miqyasından
asılı olaraq tikinti üçün nəzərdə
tutulmuş ərazilər;
22.2.2. əhalinin
əmtəə və xidmətlərlə
təminatının, xüsusən onun sosial və
mədəni-məişət ehtiyaclarının təmin
edilməsi məqsədi ilə müvafiq obyekt və
müəssisələr, eləcə də idman və oyun
meydançaları üçün ərazilər;
22.2.3. parklar və
başqa yaşıllıq əraziləri, çimərlik
yerləri, qəbiristanlıqlar;
22.2.4. yol-nəqliyyat
infrastrukturu üçün ərazilər;
22.2.5.
mühəndis-kommunikasiya təminatı, habelə
tullantılar üçün ərazilər (mərkəzi
kanalizasiya sistemi olmayan tikinti əraziləri
nişanlanmalıdır);
22.2.6. istifadəsi
məhdudlaşdırılan və ya ətraf mühitin
mühafizəsi ilə bağlı qanunvericiliyə uyğun
olaraq xüsusi qaydaların tətbiq olunduğu
ərazilər, təmizlənməli və abadlaşdırılmalı
ərazilər;
22.2.7. su
əraziləri, limanlar və su təsərrüfatı
üçün nəzərdə tutulmuş ərazilər,
eləcə də daşqından qorunmaq və suyun
axınını tənzimləmək üçün
boş saxlanılmalı olan ərazilər;
22.2.8. mühəndis
hazırlığının, o cümlədən relyefin
layihə təşkilinin aparılmalı olduğu
ərazilər (doldurulmalı, qazılmalı ərazilər)
və ya daş, torpaq yaxud başqa qazıntıların
çıxarılması üçün ərazilər;
22.2.9. kənd
təsərrüfatı təyinatlı ərazilər;
22.2.10.
meşələr;
22.2.11. təbii
mühitin və landşaftın qorunması, onlara
qayğı göstərilməsi və onların
inkişafı məqsədilə tədbirlərin
görülməsi üçün ərazilər.
22.3. Baş planda
aşağıdakılar xüsusi qeyd olunmalıdır:
22.3.1. tikinti zamanı
xüsusi tikinti tədbirlərinin və ya təbiət
hadisələrinə qarşı xüsusi
təhlükəsizlik tədbirlərinin görülməsi
üçün zəruri olan ərazilər;
22.3.2. mədən
sənayesi altında olan və ya mineralların emalı
üçün nəzərdə tutulmuş ərazilər;
22.3.3. tikinti
məqsədləri üçün istifadə olunması
nəzərdə tutulmuş və ətraf mühit
üçün təhlükə yaradan çoxlu miqdarda
materiallarla yüklənmiş ərazilər;
22.3.4. strateji ekoloji qiymətləndirilmə (SEQ)
sənədi və həmin sənədin dövlət ekoloji
ekspertizasının rəyi.[13]
22.4. Baş plana izahat
əlavə edilməlidir. İzahatda baş planın
məqsədləri və mühüm təsirləri
təsvir olunmalıdır.
22.5. Tikinti
məqsədləri üçün torpaqdan istifadənin
növü təsbit edilmiş ərazi zonaları
əsasında müəyyən edilir. Ərazilərin
zonalaşdırılması aşağıdakı
tələblər nəzərə alınmaqla həyata
keçirilir:
22.5.1. müvafiq
ərazinin planlaşdırılması üzrə
əvvəllər qəbul olunmuş qərarların
nəzərə alınması;
22.5.2.
şəhərsalma fəaliyyətinin məhdud
şəkildə yol verildiyi zonaların müəyyən
edilməsi;
22.5.3. ərazidə
mövcud olan tikintilərin, mühəndis-kommunikasiya
təminatı və nəqliyyat infrastrukturunun,
həmçinin ərazinin planlaşdırma strukturunun
əsas elementlərinin göstərilməsi;
22.5.4. yerli
şəraitin nəzərə alınması;
22.5.5. torpaqdan
istifadə növü təyin edilməklə hər zona
üçün məhdudiyyətlərin və
şərtlərin nəzərdə tutulması;
22.5.6. zonaların
sərhədlərinin təbii komplekslərin ərazi
sərhədləri ilə, torpaqdan məhdud istifadənin yol
verildiyi (xüsusi şərtlərlə istifadə olunan)
zonaların sanitar, sanitar-mühafizə, mühafizə
zolaqları ilə və qırmızı xətlərlə
uzlaşdırılması.
22.6. Tikintinin miqyası,
binaların yol verilən hündürlük həddi və
mərtəbələrin sayı ərazinin tikinti və
tikinti sıxlığı əmsalları vasitəsilə
müəyyən edilir.
22.7. Ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
22.8. Baş planların
qüvvədə olma müddəti 20 ildir.
Maddə 23. Müfəssəl plan
23.1. Müfəssəl
planlar şəhərlərin, qəsəbələrin,
kəndlərin əraziləri və ya onların ərazi
hissələri üçün hazırlanır.
Müfəssəl planda şəhərsalma
fəaliyyətinin tənzimlənməsi üçün məcburi
hüquqi qüvvəyə malik qaydalar təsbit olunur.
23.2. Müfəssəl
planda aşağıdakılar nəzərdə tutula
bilər:
23.2.1. tikinti
məqsədləri üçün ərazidən
istifadənin növü və miqyası;
23.2.2. tikinti qaydası
(üsulu), üzərində tikinti aparılması
mümkün olan və olmayan torpaq sahələri,
eləcə də tikinti obyektlərinin yeri;
23.2.3. tikinti aparılan
torpaq sahələri üçün həcm, en və uzunluq
baxımından minimal ölçülər, yerin
təkindən və torpaqdan qənaətlə və səmərəli
rəftar olunması ilə əlaqədar yaşayış
məqsədləri ilə istifadə edilməsi
nəzərdə tutulan ərazilər üçün
həmçinin maksimal ölçülər;
23.2.4. torpaq
sahələrindən istifadə ilə bağlı zəruri
digər obyektlər üçün ərazilər (asudə
vaxt və istirahət üçün ərazilər),
eləcə də dayanacaq yerləri və qarajlar
üçün ərazilər;
23.2.5. ictimai ehtiyaclar,
eləcə də idman və oyun qurğuları
üçün ərazilər;
23.2.6. yaşayış
binalarında mənzillərin yol verilən maksimal sayı;
23.2.7.
şəhərsalma məqsədləri üçün
xüsusi şərtlərlə istifadə olunan
ərazilər;
23.2.8. tikinti
aparılmayacaq ərazilər və onlardan istifadə;
23.2.9. hərəkət
üçün ərazilər, o cümlədən
piyadaların və velosipedlərin hərəkəti,
maşınların saxlanılması üçün
ərazilər, müəyyən ərazilərin
hərəkət üçün nəzərdə
tutulmuş ərazilərə birləşdirilməsi
üçün ərazilər və bu kimi xüsusi
təyinatlı ərazilər;
23.2.10. təchizat
(təminat) məqsədlərinə xidmət edən obyekt
və müəssisələr üçün
ərazilər;
23.2.11.
mühəndis-kommunikasiya təminatı sisteminin və
xətlərinin çəkilməsi, habelə tullantılar
və anbarlar üçün ərazilər;
23.2.12. yaşayış
məntəqəsinin yaşıllıqla təmin edilməsi
normasına uyğun parklar və başqa
yaşıllıq əraziləri, qısamüddətli
istirahət məqsədilə çadır qurmaq
üçün yerlər, çimərlik yerləri,
qəbiristanlıqlar; [14]
23.2.13. su
əraziləri, eləcə də su
təsərrüfatı, daşqından qorunmaq
üçün qurğuların yerləşdirilməsi
və suyun axınını tənzimləmək
üçün ərazilər (əgər bu
məsələlər digər qanunvericilik aktları ilə
həll olunmayıbsa);
23.2.14. mühəndis
hazırlığının, o cümlədən relyefin
layihə təşkilinin aparılmalı olduğu
ərazilər (doldurulmalı, qazılmalı olan
ərazilər) və ya daş, torpaq yaxud başqa
qazıntıların çıxarılması
üçün ərazilər;
23.2.15. heyvandarlıqla
bağlı obyektlərin tikintisi (tövlələr, heyvan
sərgilərinin keçirilməsi üçün
qurğular və s.), habelə otlaqlar və örüşlər
üçün ərazilər;
23.2.16. təbii
mühitin və landşaftın qorunması və
inkişafı məqsədilə tədbirlər (əgər
bu məsələlər digər qanunvericilik aktları
ilə həll olunmayıbsa), eləcə də bu
tədbirlərin görülməsi üçün
ərazilər;
23.2.17. piyada və ya
nəqliyyat vasitəsi ilə hərəkət
üçün ictimaiyyətin və ya maraqlı
şəxslər dairəsinin xeyrinə, habelə
infrastrukturun yaradılması üçün
yüklənməli olan ərazilər;
23.2.18. ətraf
mühitin zərərli təsirlərdən mühafizəsi
məqsədilə havanı çirkləndirən
müəyyən materiallardan istifadənin qadağan edildiyi,
yaxud məhdudlaşdırıldığı ərazilər,
təmizlənməli və abadlaşdırılmalı
ərazilər;
23.2.19. “Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş mənada ətraf
mühitin zərərli təsirlərdən mühafizəsi
məqsədilə müvafiq tədbirlərin görülməsi
üçün ərazilər, eləcə də belə
təsirlərdən qorunmaq və ya belə təsirlərin
qarşısını almaq üçün tikinti və
digər texniki xarakterli tədbirlər;
23.2.20. kənd və ya
meşə təsərrüfatı məqsədləri
üçün nəzərdə tutulmuş ərazilər
istisna olmaqla, tikinti obyektlərinin hissələri üçün
ağacların, kolların və digər bitkilərin
əkilməsi, eləcə də onların və su
hövzələrinin qorunub saxlanması üçün
dayaqlar.
23.3. Müfəssəl
planda aşağıdakılar xüsusi qeyd olunmalıdır:
23.3.1. tikinti zamanı
xüsusi tikinti tədbirlərinin və ya təbiət
hadisələrinə qarşı xüsusi
təhlükəsizlik tədbirlərinin görülməsi
üçün zəruri olan ərazilər;
23.3.2. mədən
sənayesi altında olan və ya mineralların emalı
üçün nəzərdə tutulmuş ərazilər;
23.3.3. ətraf mühit
üçün təhlükə yaradan çoxlu miqdarda
materiallarla yüklənmiş ərazilər;
23.3.4. strateji ekoloji qiymətləndirilmə (SEQ)
sənədi və həmin sənədin dövlət ekoloji
ekspertizasının rəyi.[15]
23.4. Müfəssəl
plan onun tətbiq olunduğu ərazinin sərhədlərini
müəyyən edir.
23.5. Müfəssəl
plana izahat əlavə edilməlidir. İzahatda
müfəssəl planın məqsədləri və
mühüm təsirləri təsvir olunmalıdır.
23.6. Müfəssəl
plan aşağıdakı hallarda hazırlanır və ya
dəyişdirilir:
23.6.1. ümumi və
baş planlara uyğun olaraq yaşayış evlərinin,
ictimai təyinatlı obyektlərin, rekreasiya obyektlərinin
və ümumi istifadədə olan obyektlərin, sənaye, anbar,
kommersiya və ticarət obyektlərinin,
mühəndis-kommunikasiya şəbəkələrinin və
digər obyektlərin tikintisi məqsədilə
ərazilər nəzərdə tutulduqda;
23.6.2. yeni tikinti
üçün yaxud kənd və ya meşə
təsərrüfatı ilə bağlı olmayan digər
fəaliyyət növlərinin inkişafı
üçün torpaq sahələri
formalaşdırıldıqda;
23.6.3. tikinti və
digər fəaliyyət növlərinin inkişafı
məqsədilə torpaqdan istifadənin əsas
təyinatı dəyişdirildikdə;
23.6.4. ərazidən
istifadə növü, binaların yol verilən
hündürlük həddi, ərazinin tikinti və tikinti
sıxlığı əmsalları ilə bağlı
tələblərdən hər hansı biri
dəyişdikdə;
23.6.5. sənaye
zonaları üçün ərazilər
formalaşdırıldıqda;
23.6.6. ümumi və
baş planlarda mühəndis-kommunikasiya təminatı
qurğularının tikintisi nəzərdə tutulmadıqda.
23.6-1. Aidiyyəti təchizat müəssisələri
tərəfindən ərazinin müfəssəl planları
ilə əhatə olunan ərazilərdə
mühəndis-kommunikasiya təminatı sisteminin
(vasitələrinin və qurğularının), habelə
qoşulma nöqtələrinin tikintisi üçün
ərazinin müfəssəl planı üzrə tələb
olunan mühəndis-təminatı ilə bağlı
tədbirlər həyata keçirilir.[16]
23.7. Qüvvədə
olma müddəti müəyyən edilməyən
müfəssəl planlar müddətsiz istifadə olunur.
6-cı
fəsil
Ərazi planlaşdırılması
sənədlərinin hazırlanması üzrə icraat
Maddə 24. Ərazi planlaşdırılmasının
sifarişçiləri və maliyyələşdirilməsi
24.1. Ərazi
planlaşdırılmasının sifarişçisi
qismində müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya
bələdiyyə çıxış edir.
24.2. Ərazi
planlaşdırılması sənədləri müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya
bələdiyyə tərəfindən qəbul edilmiş
qərar əsasında hazırlanır. Həmin
sənədlərin hazırlanması müvafiq olaraq
dövlət və ya bələdiyyə vəsaitləri
hesabına maliyyələşdirilir.
Maddə 25. Ərazi planlaşdırılması
sənədlərinin hazırlanması üzrə icraatın
aşkarlığı
25.1. Ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması üzrə icraat aşkar olmalıdır.
25.2. Sifarişçi
ərazi planlaşdırılması sənədlərinin
hazırlanması üzrə icraatın
aşkarlığını təmin etməyə borcludur.
25.3. Ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması üzrə icraat zamanı fiziki və ya
hüquqi şəxslərə, müvafiq dövlət
orqanlarına və digər aidiyyəti qurumlara öz
mövqelərini ifadə etmək, etiraz və
təkliflərini bildirmək üçün imkan
yaradılmalıdır.
Maddə 26. Ərazi planlaşdırılması
sənədlərinin hazırlanması üzrə icraatın
aşkarlığını təmin edən prosedurlar
26.0. Ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması üzrə icraatın
aşkarlığını təmin edən prosedurlar
aşağıdakılardır:
26.0.1. ərazi
planlaşdırılması barədə məlumat
verilməsi;
26.0.2. ictimaiyyətin
ərazi planlaşdırılması sənədlərinin
layihələri ilə tanış olmaq imkanının
yaradılması;
26.0.3. ərazi
planlaşdırılması ilə bağlı etiraz və
təkliflərə baxılması;
26.0.4. ictimai
müzakirələrin keçirilməsi.
Maddə 27. Ərazi planlaşdırılması barədə
məlumat verilməsi
27.1. Ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması və ya dəyişdirilməsi
barədə qərar, planlaşdırmanın
məqsədləri və ehtimal olunan təsirləri,
müəyyən ərazinin yenidən qurulması və ya
inkişafı ilə əlaqədar müxtəlif həll
yolları haqqında sifarişçi tərəfindən mümkün
qədər əvvəlcədən ictimaiyyətə
məlumat verilməlidir.
27.2.
Aşağıdakı hallarda ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması və ya dəyişdirilməsi
barədə ictimaiyyətə məlumat verilməyə
bilər:
27.2.1. Baş plana
dəyişiklik edildikdə və bu zaman ərazi
zonalarının funksional təyinatına və ya
sərhədlərinə toxunulmadıqda;
27.2.2.
müfəssəl plan hazırlandıqda, ona dəyişiklik
edildikdə, yaxud müfəssəl plan ləğv olunduqda
və bu, planlaşdırılan əraziyə və qonşu
ərazilərə təsir etmədikdə;
27.2.3.
əvvəllər həyata keçirilmiş başqa bir
planlaşdırma çərçivəsində məlumat
və izahat verilmiş olduqda.
27.3. Ərazi
planlaşdırılması barədə, həmçinin
ərazi planlaşdırılması sənədlərinin
layihələri ilə tanış olma qaydası və
müddəti, ərazi planlaşdırılması ilə
bağlı etirazların və təkliflərin verilməsi
qaydası və müddəti, ərazi
planlaşdırılması sənədlərinin
layihələrinin ictimai müzakirəsinin yeri və vaxtı
barədə məlumatlar ictimaiyyətə mediada və sifarişçinin internet
səhifəsində dərc yolu ilə, həmçinin
sifarişçinin inzibati binasında ictimaiyyət
üçün açıq olan yerdə və ya planlaşdırılan
ərazinin hüdudlarında quraşdırılan məlumat
lövhəsində yerləşdirilməklə
açıqlanır. Ərazi
planlaşdırılmasının maraqlarına bilavasitə
toxunduğu şəxslər bu barədə əlavə
olaraq sifarişli məktublar vasitəsilə
məlumatlandırılır.[17]
Maddə 28. Ərazi planlaşdırılması
sənədlərinin ilkin layihəsinin tərtib edilməsi
qaydası
28.1. Ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması və ya dəyişdirilməsi
barədə qərarın elan olunduğu gündən 30
gün müddətində ictimaiyyət bu
Məcəllənin 27.1-ci maddəsində nəzərdə
tutulmuş məsələlərlə bağlı etiraz
və təkliflərini sifarişçiyə yazılı şəkildə
təqdim edə bilər.
28.2. Bu
Məcəllənin 28.1-ci maddəsinə uyğun olaraq
təqdim olunmuş etiraz və təkliflər
nəzərə alınmaqla sifarişçi
tərəfindən ərazi planlaşdırılması
sənədlərinin ilkin layihəsi və onun müvafiq
izahatı hazırlanır. Etiraz və təkliflər
əsassız hesab edildiyi hallarda, bunun səbəbləri
sifarişçi tərəfindən izahatda
göstərilməlidir.
Maddə 29. Ərazi planlaşdırılması
sənədlərinin yekun layihəsinin tərtib edilməsi
qaydası
29.1. Sifarişçi
ərazi planlaşdırılması sənədlərinin
ilkin layihəsini izahatla birlikdə tanış olmaq
üçün ictimaiyyətə təqdim etməlidir.
29.2. Ərazi
planlaşdırılması sənədlərinin ilkin
layihəsi və onun izahatı ilə tanış olmanın
yeri və müddəti barədə ən azı bir
həftə əvvəl sifarişçi tərəfindən
bu Məcəllənin 27.3-cü maddəsində
nəzərdə tutulmuş qaydada məlumat verilməlidir.
Məlumatda həmçinin ərazi planlaşdırılması
sənədlərinin ilkin layihəsinə dair etiraz və
təkliflərin bildirilməsinin mümkünlüyü
də göstərilməlidir.
29.3. Ərazi
planlaşdırılması sənədlərinin ilkin
layihəsi ilə tanış olmaq üçün 60 gün
müddət müəyyən edilir.
29.4. Bu
Məcəllənin 29.3-cü maddəsində
müəyyən edilmiş müddət ərzində ilkin
layihəyə dair etiraz və təkliflər
nəzərdə tutulan planlaşdırma ilə maraqlarına
toxunulan şəxslər tərəfindən təqdim oluna
bilər.
29.5. Ərazi
planlaşdırılması sənədlərinin ilkin
layihəsi ilə bağlı bu Məcəllənin
29.4-cü maddəsində nəzərdə tutulmuş
şəxslər tərəfindən təqdim olunmuş
etiraz və təklifləri nəzərə almaqla
sifarişçi ərazi planlaşdırılması
sənədlərinin yekun layihəsini hazırlayır.
29.6. Sifarişçi
tərəfindən etiraz və təkliflərə
baxılmasının nəticələri haqqında
ümumiləşdirilmiş hesabat hazırlanır və
ərazi planlaşdırılması sənədlərinə
əlavə edilir.
Maddə 30. İctimai müzakirələr
30.1. Ərazi
planlaşdırılması sənədlərinin yekun
layihəsinin hazır olduğu gündən 10 gün
müddətində sifarişçi tərəfindən
ictimai müzakirələr təşkil olunur.
30.2. Sifarişçi
ərazi planlaşdırılması sənədlərinin
layihəsi, ərazi planlaşdırılması ilə
bağlı etiraz və təkliflərə baxılmasının
nəticələri və bununla əlaqədar ərazi
planlaşdırılması sənədlərinin
layihələrinə edilmiş dəyişiklər,
həmçinin etiraz və təkliflərin nəzərə
alınmamasının səbəbləri barədə ictimai
müzakirənin iştirakçılarına məlumat verir.
30.3. Ərazi
planlaşdırılması ilə bağlı ictimai
müzakirələrin təşkili və keçirilməsi
qaydası “İctimai
iştirakçılıq haqqında”
Azərbaycan
Respublikasının Qanunu və bu fəslin müddəaları
nəzərə alınmaqla müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[18]
Maddə 31. Dövlət orqanlarının ərazi
planlaşdırılmasında iştirakı
Ərazi
planlaşdırılması ilə maraqlarına toxunulan
dövlət orqanlarının və digər aidiyyəti
qurumların ərazi planlaşdırılması
sənədlərinin hazırlanması üzrə icraatda
iştirakı əvvəlcədən təmin edilməli,
nəzərdə tutulan ərazi planlaşdırılması
ilə bağlı onların mövqeyi öyrənilməlidir.
Həmin orqanlar və aidiyyəti qurumlar bu
Məcəllənin 32-ci və 34-cü maddələrinin
tələbləri nəzərə alınmaqla ərazi
planlaşdırılması sənədlərinin
layihəsinə dair rəylərini yazılı
şəkildə sifarişçiyə təqdim edirlər.
Maddə 32. Ümumi və baş planların hazırlanması
32.1. Ümumi və
baş planlar ictimaiyyətin etiraz və təklifləri
nəzərə alınmaqla, eləcə də aidiyyəti
dövlət orqanları və digər qurumlarla
razılaşdırılmaqla hazırlanmalıdır.
Aidiyyəti dövlət orqanları və digər qurumlar
ümumi və baş planların layihəsinin onlara
göndərildiyi gündən 30 gün müddətində
həmin sənədlərə dair yazılı rəy
bildirməlidirlər. Bu müddət ərzində onlar
rəy bildirmədikdə, sifarişçi ərazi
planlaşdırılmasının həmin orqan və
qurumların maraqlarına toxunmaması mövqeyindən
çıxış edir.
32.2. Ümumi və
baş planların layihələri tam hazır olduqdan sonra
təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq
icra hakimiyyəti orqanına təqdim edilir.
32.3. Ümumi və
baş planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları bu Məcəllənin tələbləri
nəzərə alınmaqla müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
32.4. Ümumi və
baş planlar təsdiq olunduqdan sonra 3 gün
müddətində dərc edilir və müvafiq
icra hakimiyyəti orqanının rəsmi internet
səhifəsində yerləşdirilir.
32.5. Ümumi və
baş planlar dərc edildiyi gündən qüvvəyə
minir.
32.6. Ümumi və
baş planlara dəyişikliklər bu Məcəllənin
32.1-32.3-cü maddələrində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
Maddə 33. Ümumi və baş planların həyata
keçirilməsi
33.1. Ümumi və
baş planların həyata keçirilməsi ilə
bağlı həmin sənədlərin təsdiq edildiyi
gündən 3 ay ərzində müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
tədbirlər planı təsdiq edilir.
33.2. Tədbirlər
planında aşağıdakılar nəzərdə tutulur:
33.2.1. Ümumi və
baş planların həyata keçirilməsi
üçün tələb olunan maliyyə
vəsaitlərinin müəyyənləşdirilməsi;
33.2.2.
müfəssəl planların hazırlanması
müddətləri;
33.2.3. dövlət
vəsaitləri hesabına maliyyələşdirilən
əsaslı tikinti obyektlərinin layihə-smeta
sənədlərinin hazırlanması və tikintisinin
aparılması müddətləri.
33.3. Müvafiq
icra hakimiyyəti orqanı ümumi və baş planların
həyata keçirilməsinin monitorinqini aparır. Ümumi
planların monitorinqi ən azı 10 ildən, baş
planların monitorinqi isə 5 ildən bir aparılır.
Monitorinqin predmeti və həyata keçirilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 34. Müfəssəl planların hazırlanması
34.1. Müfəssəl
planlar ictimaiyyətin etiraz və təklifləri
nəzərə alınmaqla, eləcə də aidiyyəti
dövlət orqanları və digər qurumlarla
razılaşdırılmaqla hazırlanmalıdır.
Həmin orqanlar və aidiyyəti qurumlar müfəssəl
planların layihəsinin onlara göndərildiyi gündən
30 gün müddətində həmin sənədlərə
dair yazılı rəy bildirməlidirlər. Bu müddət
ərzində onlar rəy bildirmədikdə, sifarişçi
ərazi planlaşdırılmasının həmin orqan
və qurumların maraqlarına toxunmaması mövqeyindən
çıxış edir.
34.2. Müfəssəl
planlarının layihələri tam hazır olduqdan sonra
təsdiq olunmaq üçün 10 gün ərzində
həmin layihələr bələdiyyənin qərarı əsasında
hazırlandığı hallarda müvafiq
bələdiyyəyə, digər hallarda isə müvafiq
icra hakimiyyəti orqanına və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma təqdim edilir. [19]
34.3. Müfəssəl
planlarının hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları (bu Məcəllənin 35.1-ci maddəsində
əsasən planlaşdırılacaq ərazinin
hüdudlarında qadağaların tətbiq edilə bilən
ərazi və yerlər
müəyyənləşdirməklə), habelə həmin
planların razılaşdırıldığı
orqanların siyahısı bu Məcəllənin
tələbləri nəzərə alınmaqla müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
34.4. Müfəssəl
plan onun təsdiq olunduğu gündən 5 gün
müddətində müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tərəfindən elan
olunmalıdır. Müfəssəl plan elan olunduğu
gündən qüvvəyə minir.
34.5. Müfəssəl
planlara dəyişiklik edilməsi bu Məcəllənin
34.1-34.3-cü maddələrində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
Maddə 35. Ərazi planlaşdırılmasının sabitliyinin
təmin edilməsi
35.1. Müfəssəl
planın hazırlanması və ya dəyişdirilməsi
barədə qərar qəbul olunduğu hallarda, müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya
bələdiyyə nəzərdə tutulan ərazi
planlaşdırılmasının sabitliyini təmin etmək
məqsədilə planlaşdırılacaq ərazidə
tikinti obyektinin cari təmiri və bərpası istisna olmaqla,
hər hansı digər tikinti niyyətinin həyata
keçirilməsi ilə bağlı, habelə həmin
ərazidə yerləşən torpaq sahələrində
onların dəyərini əhəmiyyətli
şəkildə artıran dəyişikliklər edilməsi
ilə bağlı qadağalar müəyyən edə
bilər. Planlaşdırılacaq ərazinin
hüdudlarında qadağaların tətbiq edilə bilən
ərazi və yerlər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
olunmuş qaydada müəyyən edilir. Həmin
qadağaların müəyyən olunduğu qərar
qəbul olunduğu vaxtdan 5 gün müddətində müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum
və ya
bələdiyyə tərəfindən elan olunmalıdır.
Qərar elan olunduğu gündən qüvvəyə minir.
35.2. Bu
Məcəllənin 35.1-ci maddəsində nəzərdə
tutulmuş qadağalar barədə qərar uzadıla və
ya təkrar qəbul edilə bilməz. Həmin qərar
aşağıdakı hallarda qüvvədən
düşmüş sayılır:
35.2.1. qərarın
qəbulundan ən geci 3 il keçdikdə;
35.2.2. qərarın
qəbulunu zəruri edən şərtlər aradan
qalxdıqda;
35.2.3. yeni
müfəssəl plan qüvvəyə mindikdə.
35.3. Qadağalar
haqqında qərarın qüvvədən düşməsi
barədə müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya
bələdiyyə tərəfindən məlumat
verilməlidir.
Maddə 36. Ərazi planlaşdırılması ilə
bağlı torpaq və ya başqa daşınmaz əmlak
üzərində mülkiyyət və digər əşya
hüquqlarına dair mübahisələrin həlli qaydası
Ərazi
planlaşdırılması ilə bağlı torpaq və ya
başqa daşınmaz əmlak üzərində
mülkiyyət və digər əşya hüquqlarına
dair mübahisələr Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə, Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinə, “Ərazi quruluşu
və inzibati ərazi bölgüsü haqqında”, “İnzibati icraat
haqqında”,
“Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında”
Azərbaycan Respublikası qanunlarına uyğun olaraq həll
edilir.
Maddə 37. Torpaqların icarəyə və ya istifadəyə
verilməsi
Dövlət və ya
bələdiyyə mülkiyyətində olan və tikinti
məqsədləri üçün ayrılmış
torpaqlara Azərbaycan Respublikası Mülki Məcəllənin
tikintiyə vərəsəlik hüququ ilə bağlı
müddəaları tətbiq olunur.
Maddə 38. Kompensasiya
Müfəssəl planda
torpaqların alınması “Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında”
Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində
nəzərdə tutulmuş hallar üçün
nəzərdə tutulduqda, kompensasiya müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tərəfindən
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş qaydada hesablanan məbləğdə
ödənilir.
7-ci fəsil
Şəhərsalma məqsədilə
abadlaşdırma tədbirləri
Maddə 39. Abadlaşdırma tədbirləri
Abadlaşdırma
tədbirləri müəyyən ərazidə sağlam
yaşayış, iş və istirahət şəraitinin
yaradılması, həmin ərazidə yaşayan və ya işləyən
insanların təhlükəsizliyinin təmin edilməsi,
müvafiq ərazinin və həmin ərazidə
yerləşən tikinti obyektlərinin və onların
ayrı-ayrı hissələrinin fasadlarının zahiri
görkəminin yaxşılaşdırılması,
habelə bununla bağlı mövcud şəraitin daha da
yaxşılaşdırılması məqsədi
daşıyan tədbirlər məcmusudur.
Maddə 40. Abadlaşdırma tədbirlərində maraqlı
şəxslərin iştirakı
Abadlaşdırma
tədbirləri əvvəlcədən
mülkiyyətçilər və digər maraqlı
şəxslərlə müzakirə edilməlidir. Müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya
bələdiyyələr abadlaşdırmada
könüllü olaraq iştirak edən maraqlı
şəxslərə lazımi məsləhətlər verir.
Dövlət və ya bələdiyyə abadlaşdırmada
könüllü olaraq iştirak edən maraqlı
şəxsləri həvəsləndirə bilər.
Maddə 41. Məlumat vermək vəzifəsi
Mülkiyyətçilər
və digər maraqlı şəxslər, habelə
onların müvəkkil etdiyi şəxslər müvafiq
icra hakimiyyəti orqanına, yaxud
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma
və ya bələdiyyəyə müvafiq ərazinin
abadlaşdırılmasına ehtiyacın
qiymətləndirilməsi və ya həyata
keçirilməsi ilə bağlı zəruri faktlar barədə
məlumat vermək öhdəliyi daşıyırlar.
Maddə 42. Abadlaşdırma üçün hazırlıq
işləri
42.1. Abadlaşdırma
üçün hazırlıq işləri müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya
bələdiyyə tərəfindən görülür.
Hazırlıq işlərinə aşağıdakılar
daxildir:
42.1.1. hazırlıq
xarakterli tədqiqatların aparılması;
42.1.2.
abadlaşdırılmalı ərazinin
müəyyənləşdirilməsi;
42.1.3. abadlaşdırma
tədbirlərinin müəyyənləşdirilməsi;
42.1.4. abadlaşdırma
tədbirlərinin həcmi və müddətinin
müəyyən edilməsi;
42.1.5. nəzərdə
tutulan abadlaşdırmanın müzakirəsi;
42.1.6. abadlaşdırma
planı.
42.2.
Abadlaşdırılmalı ərazi
müəyyənləşdirilməzdən əvvəl
hazırlıq işləri qismində nizamasalma və tikinti
ilə bağlı ayrı-ayrı tədbirlər həyata
keçirilir.
Maddə 43. Abadlaşdırma barədə qərar
43.1. Abadlaşdırma
tədbirlərinin həyata keçirilməli olduğu
hər hansı ərazi müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq
bələdiyyə tərəfindən
abadlaşdırılmalı ərazi qismində
müəyyənləşdirilir.
Abadlaşdırılmalı ərazi bu Məcəllənin
39-cu maddəsində nəzərdə tutulan
abadlaşdırma tədbirlərinin mümkün qədər
daha səmərəli yerinə yetirilməsi baxımından
müəyyən edilməlidir. Abadlaşdırılmalı
ərazi hüdudlarında abadlaşdırma
tədbirlərinin toxunmadığı ayrı-ayrı torpaq
sahələri müəyyən edilir.
43.2.
Abadlaşdırılmalı ərazinin
müəyyənləşdirilməsi ilə bağlı müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq
bələdiyyə tərəfindən abadlaşdırma
barədə qərar qəbul edilir. Qərarda
həmçinin abadlaşdırılmalı ərazinin
hüdudları, yerinə yetirilməsi nəzərdə
tutulmuş abadlaşdırma tədbirləri, onların
həcmi və yerinə yetirilməsi müddəti
göstərilməlidir.
43.3. Müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq
bələdiyyə tərəfindən
abadlaşdırılmalı ərazinin
müəyyənləşdirilməsini əsaslandıran
hesabat hazırlanmalıdır.
Maddə 44. Abadlaşdırma barədə qərarın təsdiq
və elan edilməsi
44.1. Abadlaşdırma
barədə qərar müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tərəfindən təsdiq
edilməlidir.
44.2. Abadlaşdırma
tədbirlərinin proqnozlaşdırıla bilən
müddət ərzində həyata keçirilməsinin
mümkün olmayacağını güman etməyə
əsas verən halların mövcud olduğu hallarda
abadlaşdırma barədə qərarın təsdiqindən
imtina olunmalıdır.
44.3. Abadlaşdırma
barədə qərar təsdiq edildiyi gündən 10 gün
müddətində müvafiq
icra hakimiyyəti orqanı, yaxud müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum və ya
bələdiyyə tərəfindən elan olunmalıdır.
Maddə 45. Abadlaşdırma tədbirlərinin
maliyyələşdirilməsi
Bu fəsildə
nəzərdə tutulan abadlaşdırma tədbirləri
dövlət və bələdiyyə vəsaiti, habelə
abadlaşdırılmalı ərazidə
mülkiyyətçilərin və digər maraqlı
şəxslərin ianə etdikləri vəsait hesabına
maliyyələşdirilir.
Maddə 46. Abadlaşdırma tədbirlərinin yerinə
yetirilməsinin nəticələri barədə hesabat
Abadlaşdırma
barədə bu Məcəllənin 43.2-ci maddəsinə
uyğun olaraq qəbul edilmiş qərarda nəzərdə
tutulmuş abadlaşdırma tədbirlərinin yerinə yetirilməsinin
nəticələri barədə hesabat bu tədbirlər
başa çatdıqdan sonra 1 ay müddətində
abadlaşdırma barədə qərar qəbul etmiş
orqanın (qurumun)
rəsmi internet saytında dərc edilir.[20]
III BÖLMƏ
Tikinti fəaliyyəti
8-ci fəsil
Tikinti fəaliyyətinin subyektləri
Maddə 47. Tikinti obyektinin sifarişçisi
47.1. Bu
Məcəllənin 79.2-ci və 80-ci maddələrinə
əsasən barəsində məlumatlandırma
icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları
istisna olmaqla sifarişçi tikinti obyekti üzrə
layihəçini və podratçını
müəyyənləşdirir.[21]
47.2. Bu
Məcəllənin 47.3-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq kadr
potensialının olduğu və maddi-texniki bazasının
imkan verdiyi hallarda sifarişçi layihəçinin və
(və ya) podratçının funksiyalarını tam və
ya qismən öz üzərinə götürə bilər.
47.3. Dövlət
vəsaitləri hesabına maliyyələşdirilən
tikintilər üzrə sifarişçinin funksiyaları müvafiq
icra hakimiyyəti orqanının tapşırığı ilə
dövlət orqanlarına və ya
müəssisələrinə həvalə edilir.
47.4. Sifarişçi:
47.4.1. müvafiq tikinti
sahəsinin, habelə tikintinin mənfi təsir
göstərə biləcəyi qonşu sahələrin,
tikililərin şəhərsalma və tikintiyə dair normativ
sənədlərlə nəzərdə tutulmuş qaydada
tədqiqini təmin edir;
47.4.2. tikinti
layihəsinin şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə uyğun
hazırlanmasını, layihədə
dəyişikliklərin edilməsini,
razılaşdırılmasını və
təsdiqlənməsini təmin edir;
47.4.3. bu
Məcəllənin 47.3-cü maddəsində
nəzərdə tutulmuş tikintilərin texniki-iqtisadi
əsaslandırma (və smeta) sənədlərinin elektron formada
hazırlanmasını və müvafiq icra hakimiyyəti
orqanı ilə və (və ya) əlaqədar qurumlarla
razılaşdırılmasını təmin edir;[22]
47.4.4. bu
Məcəllənin 47.3-cü maddəsində
nəzərdə tutulmuş tikintilərin isə həm
də texniki-iqtisadi əsaslandırma və smeta
sənədlərinin ekspertizadan keçirilməsini təmin
edir;
47.4.5. müvafiq
icra hakimiyyəti orqanından və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumdan (reklam
qurğularının tikintisi zamanı isə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurumdan)
tikintiyə icazə alır; [23]
47.4.6. tikintiyə texniki
və müəllif nəzarətinin həyata
keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla)
tikintisi başa çatdıqdan sonra onun istismarına
icazə ilə bağlı müvafiq
icra hakimiyyəti orqanına və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra
onun istismarına icazə ilə bağlı müvafiq icra
hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. [24]
Maddə 48. Tikintinin layihəçisi
48.1. Tikintisinə
icazə tələb olunan tikinti obyektlərinin, habelə
məlumatlandırma icraatı qaydasında tikilməsi
nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi
tərəfindən hazırlanır. Yalnız Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş və
layihələndirmə fəaliyyəti ilə məşğul
olmaq üçün xüsusi razılıq (lisenziya)
almış hüquqi və ya fiziki şəxslər
layihəçi ola bilərlər.[25]
48.2. Layihəçi
sifarişçi ilə bağladığı
müqaviləyə və sifarişçinin layihə
tapşırığına uyğun fəaliyyət
göstərir.
48.3. Layihəçi:
48.3.1. tikinti
layihəsinin rəhbərini (baş memarını və ya
baş mühəndisini) təyin edir və bu barədə müvafiq
icra hakimiyyəti orqanına və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma məlumat verir;
48.3.2. tikinti
layihəsinin bu Məcəllənin, şəhərsalma
və tikintiyə dair normativ sənədlərin
tələblərinə uyğun hazırlanmasını
təmin edir və buna görə cavabdehlik daşıyır;
48.3.3.
sifarişçinin, müvafiq
icra hakimiyyəti orqanının və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun və texniki şərtləri
müəyyən edən əlaqədar qurumlarla
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə uyğun
iradları əsasında layihədə müvafiq
dəyişikliklərin aparılmasını təmin edir
və dəyişdirilmiş layihəni
müəyyənləşdirilmiş qaydada razılaşdırır;
48.3.4. ekspertiza
müəssisələrinin iradları əsasında tikinti
layihəsində müvafiq dəyişikliklər edir;
48.3.5. tikintinin və
tikinti-quraşdırma işlərinin layihəyə uyğun
aparılmasına müəllif nəzarətini həyata
keçirir, aşkar edilmiş qüsurlar və pozuntular barədə
sifarişçiyə və podratçıya məlumat verir.
Qüsurların və pozuntuların qısa
müddətdə aradan qaldırılması
üçün sifarişçi və ya podratçı
tərəfindən müvafiq tədbirlər
görülmədikdə, bu barədə müvafiq
icra hakimiyyəti orqanını və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumu məlumatlandırır;
48.3.6. tikinti obyektinin
istismara verilməsində iştirak edir.
Maddə 49. Tikintinin podratçısı
49.1. Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş və tikinti
fəaliyyəti ilə məşğul olmaq üçün
xüsusi razılıq (lisenziya) almış hüquqi və
ya fiziki şəxslər podratçı ola bilərlər.
Podratçı qanunvericiliyə və tikintinin
sifarişçisi ilə bağladığı
müqaviləyə uyğun fəaliyyət göstərir.
Podratçı tikinti ilə bağlı işlərin
yerinə yetirilməsinə subpodratçı cəlb edə
bilər.
49.2. Podratçı:
49.2.1. tikintinin
rəhbərini təyin edir, tikinti layihəsi əsasında
tikinti işlərinin yerinə yetirilməsi layihəsini
hazırlayır;
49.2.2. tikintinin və
tikinti-quraşdırma işlərinin layihəyə uyğun
olaraq, şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə əməl edilməklə
həyata keçirilməsini təmin edir və buna
görə cavabdehlik daşıyır;
49.2.3. tikintiyə daxili
əməliyyat nəzarətinin həyata keçirilməsini
təmin edir;
49.2.4. tikinti
meydançasında yanğın təhlükəsizliyini,
təhlükəsiz əmək və zəruri
sanitariya-gigiyena şəraitini, tikinti meydançasında
və bitişik ərazilərdə ətraf mühitin
mühafizəsini, tikinti meydançasının bilavasitə
yaxınlığında yaşayan, istirahət edən və
ya hərəkət edən insanların tikinti işləri
ilə bağlı yarana bilən
təhlükələrdən müdafiəsini təmin edir;
49.2.5. tikinti
müddətində tikinti meydançasının
mühafizəsini təşkil edir, tikinti texnikasının
və mexanizmlərinin təhlükəsiz istismarını
təmin edir;
49.2.6. dövlət
nəzarətinin, texniki nəzarətin və müəllif
nəzarətinin həyata keçirilməsi zamanı
tikintidə aşkar olunmuş qüsurları və pozuntuları
aradan qaldırır;
49.2.7. tikinti
işlərinin həyata keçirilməsi ilə
bağlı şəhərsalma və tikintiyə dair normativ
sənədlərdə nəzərdə tutulmuş
müvafiq sənədləri tərtib edir;
49.2.8.
səs-küyün, vibrasiyanın, hava
çirklənməsinin və digər təsirlərin
şəhərsalma və tikintiyə dair normativ
sənədlərlə müəyyənləşdirilmiş
həddin keçməməsini təmin edir;
49.2.9. tikinti
meydançasında və bitişik ərazilərdə
tikinti ilə əlaqədar xəsarət alanlara ilkin tibbi
yardım göstərilməsini təmin edir;
49.2.10. qəzaların
qarşısının alınması üçün
tələb olunan tədbirləri görür;
49.2.11. qəza
haqqında müvafiq
icra hakimiyyəti orqanına (müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
hallarda isə həmçinin onun yaratdığı quruma), sifarişçiyə və
layihəçiyə dərhal məlumat verir və
qəzanın səbəblərinin araşdırılması
məqsədilə qəza ərazisinin mühafizəsini
təmin edir. [26]
Maddə 50. Tikinti fəaliyyətində xarici fiziki və ya
hüquqi şəxslərin iştirakı
Xarici fiziki və ya
hüquqi şəxslər bu Məcəlləyə uyğun
olaraq Azərbaycan Respublikası ərazisində tikinti
fəaliyyəti ilə məşğul ola bilərlər.
9-cu fəsil
Tikinti fəaliyyətinin peşə sahələri
Maddə 51. Tikinti fəaliyyətinin peşə sahələri
Tikinti
fəaliyyətinin mühəndis-axtarış,
layihələndirmə, tikinti-quraşdırma,
mexanikləşdirmə və nəqletmə, tikinti
materiallarının istehsalı və tikinti
layihələrinin ekspertizası kimi peşə
sahələri ilə bağlı xüsusi tələblər
bu Məcəllənin 15.1.3-1-ci
maddəsində nəzərdə tutulmuş
şəhərsalma və tikintiyə dair texniki normativ
hüquqi aktlar əsasında
müəyyənləşdirilir.[27]
Maddə 52. Peşəkarlığın
sertifikatlaşdırılması
52.1. Bu
Məcəllənin 51-ci maddəsində sadalanan peşə
sahələrinə rəhbərliyi və həmin
peşə sahələrinə aid işləri müvafiq
peşəkarlıq sertifikatı almış
şəxslər həyata keçirirlər.[28]
52.2.
Peşəkarlıq sertifikatı şəxsin
peşəkarlıq səviyyəsinin müvafiq standartda, texniki
reqlamentdə və digər normativ hüquqi aktda
müəyyən olunmuş tələblərə
uyğunluğunu təsbit edən sənəddir. [29]
52.3.
Peşəkarlıq sertifikatları
“Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, uyğunluğu qiymətləndirən qurumlar
tərəfindən verilir[30].
Maddə 53. Peşəkarlıq reyestri
53.1.
Peşəkarlıq sertifikatı almış
şəxslərin peşə fəaliyyətinə dair
məlumatlar müvafiq sertifikatın verildiyi gündən 3
iş günü müddətində vahid informasiya
təminatı sisteminin tərkib hissəsi olan
peşəkarlıq reyestrinə daxil edilir.
53.2.
Peşəkarlıq reyestri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən bu
Məcəllənin 51-ci maddəsində nəzərdə
tutulmuş peşə sahələri üzrə
aparılır.
53.3.
Peşəkarlıq reyestrinin məlumatları ictimaiyyət
üçün açıqdır və müvafiq
icra hakimiyyəti orqanının rəsmi internet
səhifəsində dərc edilir. Reyestrin məlumatları
informasiya xarakteri daşıyır.
10-cu fəsil
Tikinti materialları və məmulatı
Maddə 54. Tikinti materiallarına və məmulatına dair
tələblər
54.1. Tikinti
materialları və məmulatı tikintinin texniki-iqtisadi
əsaslandırılmasına və layihə
qərarlarının tələblərinə, tikinti
işlərinin təyinatına və
xüsusiyyətlərinə uyğun seçilir.
54.2. Tikinti
materiallarının və məmulatının uyğunluq
sertifikatı olmalıdır. Tikintidə yalnız
sertifikatlaşdırılmış və yanğın
təhlükəsizliyinə dair qanunvericiliyin
tələblərinə uyğun tikinti materiallarından
və məmulatından istifadə edilməlidir.
54.3. Tikintinin layihə
sənədlərində tikintidə istifadə
ediləcək tikinti materiallarının və
məmulatının spesifikasiyası (təsnifatı və
xarakteristikası) göstərilməlidir.
54.4. Tikinti
materiallarının və məmulatının
sertifikatlaşdırılmasının
mötəbərliyinə, müvafiq standartda, texniki reqlamentdə və
digər normativ hüquqi aktda müəyyən olunmuş
tələblərə uyğunluğuna əsaslı
şübhələr olduğu hallarda, müvafiq
icra hakimiyyəti orqanının tələbinə əsasən
həmin tikinti materialları və məmulatı
nümunələrinin standartlara uyğunluğu bu
Məcəllənin 55.2-ci maddəsində nəzərdə
tutulmuş laboratoriyalar tərəfindən yoxlanılır.
Yoxlama sifarişçinin və ya onun təyin etdiyi texniki
nəzarətçinin bilavasitə iştirakı ilə
həyata keçirilir. Yoxlamanın nəticələri
barədə müvafiq
icra hakimiyyəti orqanına məlumat verilir. [31]
54.5. Tikinti
materialları və məmulatı nişanlanmadıqda
(uyğunluq nişanı ilə
işarələnmədikdə) və ya qanunsuz
nişanlandıqda (uyğunluq nişanı ilə qanunsuz
işarələndikdə), müvafiq
icra hakimiyyəti orqanı həmin materiallardan və
məmulatdan istifadəni qadağan edir.
54.6. Tikinti
materiallarının və məmulatının
keyfiyyətinə və təhlükəsizliyinə dair
tələblər qanunvericiliklə, beynəlxalq
təşkilatların və ya xarici dövlətlərin
Azərbaycan Respublikasının ərazisində
qüvvədə olan (tanınmış) müvafiq
standartları ilə tənzimlənir.
Maddə 55. Tikinti materiallarının və məmulatının
standartlara uyğunluğunun yoxlanılması qaydaları
və xərcləri
55.1. Tikinti
materiallarının və məmulatının standartlara
uyğunluğunun yoxlanılması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
55.2. Tikinti
materiallarının və məmulatının
sertifikatlaşdırılmasını həyata
keçirən müəssisələrin laboratoriyaları,
habelə sınaq laboratoriyaları “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş qaydada akkreditasiya
olunmalıdır. Akkreditasiya
qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
müəyyən edilir. [32]
55.3. Bu
Məcəllənin 54.2-ci maddəsinə müvafiq olaraq
tikinti materiallarının və məmulatının
standartlara uyğunluğu əsaslı şübhələr
olduğu hallarda yoxlanılır. Bununla bağlı xərclər “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası
Qanununun 26-cı maddəsinə uyğun olaraq ödənilir. Bu
Məcəllənin 54.4-cü maddəsində
nəzərdə tutulmuş hallarda şübhələr
əsassız olduğu təqdirdə yoxlama xərcləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ödənilir. [33]
Maddə 56. Tikinti materiallarının və məmulatının
əvəzlənməsi qaydası
Tikinti
materiallarının və məmulatının uyğun
xassəli digər tikinti materialları və məmulatı
ilə əvəzlənməsi tikintinin layihəçisi
və sifarişçisi ilə
razılaşdırılır. Tikinti materiallarının
və məmulatının fərqli xassəli materiallarla
və məmulatla əvəzlənməsi üçün
tikintiyə icazə vermiş orqanın (qurumun) icazəsi
tələb olunur.
11-ci fəsil
Tikintiyə dair ümumi tələblər
Maddə 57. Tikinti obyektinə dair tələblər
57.1. Hər hansı
torpaq sahəsində tikinti obyektinin, xüsusən də
binanın tikintisinə yalnız həmin torpaq sahəsinin
avtomobil yoluna çıxışı olduğu hallarda yol
verilir.
57.2. Tikinti obyekti
aşağıdakı tələblərə uyğun
layihələndirilməli və tikilməlidir:
57.2.1. yanğın
təhlükəsizliyi baxımından etibarlı və
yanğına qarşı davamlı olmalıdır;
57.2.2. sanitariya-gigiyena
norma və qaydalarına uyğun olmalı, sağlam və
təhlükəsiz yaşayış mühitinin
formalaşdırılmasına xidmət etməlidir;
57.2.3. istismar zamanı
təhlükəsizlik baxımından etibarlı olmalı,
istifadəçilər üçün arzuolunmaz risklərin
meydana çıxmasına və ya bədbəxt hadisələrə
(yıxılmaya, sürüşməyə, yanmaya, elektrik
cərəyanının vurmasına və sairəyə)
zəmin yaratmamalıdır;
57.2.4.
səs-küyün və vibrasiya təsirlərinin insan
sağlamlığına təhlükə
törətməyən həddi keçməməsini
təmin etməlidir;
57.2.5. istilik
təchizatı, havalandırma, təbii və süni
işıqlandırma, akustika (səs izolyasiyası və
otaqların akustikası) tələblərinə uyğun
olmalıdır;
57.2.6.
enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır;[34]
57.2.7. əlilliyi olan şəxslərin
və hərəkət imkanları məhdud digər
şəxslərin infrastrukturlardan sərbəst istifadə
etməsi üçün ağlabatan uyğunlaşma
təmin edilməlidir (xüsusən də ümumi istifadə
üçün nəzərdə tutulmuş tikinti
obyektlərində);[35]
57.2.8. tikintinin layihə
sənədlərində layihədən əvvəlki və
sonrakı dövrlərdə ərazidəki
yaşıllıqların vəziyyətini göstərən
məlumatlar tam və dürüst əks edilməli,
yaşıllıqların salınması mütləq
həmin yaşayış məntəqəsinin
yaşıllıqla təmin edilməsi normasına uyğun
olmalıdır.[36]
57.3. Bu
Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində
nəzərdə tutulmuş tələblərlə
bağlı qaydalar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
57.4. Müharibə
şəraitində, hərbi və ya fövqəladə
vəziyyətlərdə, digər fövqəladə hallarda
əhalinin həyat və sağlamlığının qorunmasını
təmin etmək məqsədi ilə tikinti obyektlərinin
layihələndirilməsi və tikintisi zamanı mülki
müdafiə ilə bağlı tələblərə
əməl olunması zəruridir. Mülki müdafiə
ilə bağlı tələblər, eləcə də bu
tələblərin şamil olunduğu tikinti obyektləri “Mülki müdafiə
haqqında”,
“Hərbi vəziyyət
haqqında”,
“Müdafiə
haqqında”,
“Azərbaycan
Respublikasında səfərbərlik hazırlığı
və səfərbərlik haqqında” Azərbaycan Respublikasının
qanunları ilə və şəhərsalma və
tikintiyə dair normativ sənədlərlə
müəyyən olunur.
Maddə 58. Mühəndis-axtarış işləri
58.1. Tikintisinə
icazə tələb olunan obyektlərin tikinti
layihələrinin hazırlanması və tikintisinin həyata
keçirilməsi, eləcə də həmin tikinti
obyektlərinin yerləşəcəyi torpaq sahələrinin
planlaşdırılması üçün zəruri ilkin
məlumatlar əldə etmək məqsədi ilə
mühəndis-axtarış işləri yerinə yetirilir.
58.2.
Mühəndis-axtarış işləri şəhərsalma
və tikintiyə dair normativ sənədlərin
tələblərinə uyğun yerinə yetirilir. Mühəndis-axtarış
işlərinin nəticələrinə dair texniki hesabat
həmin axtarış işlərini aparan şəxs
tərəfindən işlərin başa çatdığı
vaxtdan 10 gün müddətində sifarişçiyə
və müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.[37]
58.3.
Mühəndis-axtarış işlərinin
nəticələri vahid informasiya təminatı sisteminin
tərkib hissəsi olan Dövlət məlumat fondunda
saxlanılır. Mühəndis-axtarış işlərinin
nəticələrinin saxlanılması üçün
azı 99 il müddət müəyyən edilir.
58.4.
Mühəndis-axtarış işlərinin yerinə
yetirilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
58.5.
Mühəndis-axtarış işləri qanunvericiliklə
müəyyən edilmiş qaydada xüsusi razılıq
(lisenziya) almış şəxslər tərəfindən
yerinə yetirilir.
Maddə 59. Tikinti obyektinin sahəsinin və həcminin
hesablanması qaydaları
59.1. Tikinti obyektinin
sahəsinin və həcminin hesablanması qaydaları bu
maddənin tələbləri nəzərə alınmaqla müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
59.2. Yaşayış
binalarında mənzillərin ümumi sahəsi otaqların,
yerləşgələrin (sanitar qovşağı,
mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların,
eyvanların, şüşəbəndlərin və
terrasların sahəsi də daxil olmaqla hesablanır.
59.3. Yaşayış
binalarında mənzillərin ümumi sahəsi bayır
və ara divarlarının, habelə
məhəccərlərin yerləşdiyi sahələr
nəzərə alınmadan hesablanır. Sobanın
(buxarının) yerləşdiyi sahə də mənzilin
ümumi sahəsinə aid edilmir.
59.4. Yaşayış
binalarında mənzillərin döşəmədən
tavana qədər hündürlüyü 2,7 metrdən az
olmamalıdır.
59.5. Mansarda
mərtəbələrinin bayır divarlar boyunca
hündürlüyü 1,6 metrdən, yüksək
hissəsində hündürlüyü 2,7 metrdən az
olmamalıdır.
Maddə 60. Yanğın təhlükəsizliyinə dair ümumi
tələblər
60.1. Bina və qurğuların
layihələndirilməsi və tikintisi zamanı tikinti
ərazisinin baş planı, memarlıq-planlaşdırma
və konstruksiya bölmələri, mühəndis-kommunikasiya
təminatı və inşaat materialları ilə
bağlı yanğın təhlükəsizliyinə dair
ümumi tələblər bu Məcəllənin 15.1.4-cü
maddəsində nəzərdə tutulmuş
şəhərsalma və tikintiyə dair texniki normativ
hüquqi aktlar əsasında müəyyən edilir.[38]
60.2. Odadavamlı divarlar
yanğının yayılmasının
qarşısını almağın zəruri olduğu və
bunu başqa şəkildə təmin etməyin mümkün
olmadığı hallarda, xüsusən bitişik və ya
qonşu binalar arasında məsafənin az olduğu hallarda
və ya yanğın ehtimalının yüksək olduğu
qurğularda inşa edilir.
Maddə 61. Dam örtükləri
61.1. Dam
örtükləri atmosfer təsirlərinə qarşı
dayanıqlı və yanğından mühafizə
qaydaları ilə nəzərdə tutulmuş hallarda
odadavamlı olmalıdır.
61.2. Şüşə
dam örtükləri və ya işıq keçirən
başqa dam örtükləri, dam örtüklərindəki
pəncərələr və şüşələnmiş
hissələr yanğın baş verəcəyi
təqdirdə onun binanın digər hissələrinə
və ya qonşu sahələrə yayılmasının
qarşısını almaq baxımından
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə uyğun
olmalıdır.
61.3. Səkilərin,
ictimai istifadədə olan digər ərazilərin və ya
giriş-çıxış yollarının
üzərinə çıxan dam örtüklərində
hərəkət təhlükəsizliyinin tələb etdiyi
hallarda, qarın və buzun düşməsinin
qarşısını almaq məqsədilə mühafizə
tədbirləri nəzərdə tutulmalıdır.
61.4. Dam
örtüyündə təmir-tikinti işləri
aparılarkən şəhərsalma və tikintiyə dair
normativ sənədlərdə nəzərdə tutulmuş
xüsusi təhlükəsizlik tədbirləri
görülməlidir.
Maddə 62. Pilləkənlər, pilləkən
qəfəsləri, alaqapı çıxış və
girişləri, dəhlizlər, keçidlər, rampalar
və liftlər
62.1.
Pilləkənlər, pilləkən qəfəsləri,
alaqapı çıxış və girişləri,
dəhlizlər, açıq keçidlər, rampalar və
liftlər hərəkət üçün rahat və
təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan
şəxslərin istifadəsi üçün ağlabatan
uyğunlaşma təmin edilməlidir. Həmin
elementlər ehtimal edilən hərəkət
sıxlığı üçün yetərli miqdarda
quraşdırılmalı və təxliyə
tədbirlərinin həyata keçirilməsi
üçün əlverişli olmalıdır. [39]
62.2. Yaşayış
binalarının hər mərtəbəsinə azı bir,
digər ictimai binaların hər mərtəbəsinə
isə iki pilləkən (məcburi pilləkən) vasitəsi
ilə giriş nəzərdə tutulmalıdır. Məcburi
pilləkənlərin əvəzində siyirtmə
(açılıb bağlanan) pilləkənlərin və ya
eskalatorların istifadəsinə yol verilmir. Həmin
pilləkənlərin əvəzində rampalar istifadə
oluna bilər.
62.3. Bu
Məcəllənin 62.2-ci maddəsində
göstərilən məcburi pilləkən birbaşa
pilləkən qəfəsində nəzərdə
tutulmalıdır. Bu tələb üç
mərtəbəyədək yaşayış evlərinə
və iki səviyyəli mənzillərə, iki
mərtəbədən və iki mənzildən ibarət
yaşayış binalarına, kənd və ya meşə
təsərrüfatı təyinatlı binalara şamil
olunmur.
62.4. Birinci
mərtəbəsinin döşəməsindən sonuncu
mərtəbəsinin döşəməsinə qədər
hündürlüyü 11,2 metrdən çox olan
yaşayış binalarında həmçinin liftlər
quraşdırılır. Liftlər təhlükəsizlik
tədbirlərinə əməl edilməklə
quraşdırılmalı və istifadə zamanı
təhlükə yaranmasının qarşısını
alan keyfiyyətə malik olmalıdır. Liftlərin
yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz
vəziyyətdə saxlamağa borcludurlar.
Maddə 63. Tikinti obyektlərinin mühəndis-kommunikasiya
təminatı
63.1. Tikinti
obyektlərinin mühəndis-kommunikasiya təminatı
həmin obyektlərin təyinatına uyğun istismarı
üçün yetərli olmalı və istifadə
zamanı təhlükəsizlik tələblərinə cavab
verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya
təminatı qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
63.2.
Mühəndis-kommunikasiya təminatı komponentlərinin
tikinti obyektinin əsas fasadlarında, dam
örtüklərində və sair fəza
görünüşü sahələrində yerləşdirilməsi
qadağandır. Göstərilən yerlərdə həmin
komponentlər tikinti obyektlərinin mühəndis-kommunikasiya
təminatı qaydalarında nəzərdə tutulmuş
hallarda və qaydada binanın memarlıq üslubuna uyğun
yerləşdirilməli və ya gizlədilməlidir.
Maddə 64. Tikinti obyektlərinin təhlükəsiz istismarı
ilə bağlı tələblər
64.1. Tikinti obyektinin
təhlükəsiz istismarını təmin etmək
üçün obyektin layihələndirilməsi
mərhələsində aşağıdakılar
nəzərə alınmalıdır:
64.1.1. tikinti obyektinin
təyinatına görə istismar şəraiti;
64.1.2. ətraf
mühitin tikinti obyektinə ehtimal olunan təsiri;
64.1.3. tikintidə
istifadə olunması nəzərdə tutulan tikinti
materiallarının xassələri, tikinti
materiallarının xassələrinin dəyişmə
ehtimalı və onların təbiətin zərərli
təsirlərindən mühafizəsinin
mümkünlüyü.
64.2.
Layihələndirmə zamanı dinamik yükləri və ya
təsirləri qəbul edən konstruksiyalarda xüsusi
mühafizə tədbirləri (rəqs
söndürücüləri, vibroizolyasiya, qoruyucu
konstruksiyaların perforasiyası və sairə)
nəzərdə tutulmalıdır. Dinamik yüklərin
təsirinə məruz qalan konstruktiv elementlər onların
dayanıqlığı və möhkəmliyi ilə
bağlı hesabatların nəticələri
nəzərə alınmaqla layihələndirilməlidir.
Maddə 65. Texniki avadanlıqların və cihazların
quraşdırılmasına və istismarına dair
tələblər
65.1. Texniki avadanlıq
və cihazlar insan sağlamlığının, ətraf
mühitin qorunması və təhlükəsizlik
tələblərinə əməl edilmək şərti
ilə quraşdırılmalı və istismar edilməlidir.
65.2. Texniki
avadanlıqlar və cihazlar saz vəziyyətdə
saxlanılmalıdır. Həmin avadanlıqlara və cihazlara
ixtisaslı işçi heyət tərəfindən
xidmət göstərilməlidir.
65.3. Hər hansı
texniki avadanlıq və cihaz bina və ya qurğunun
təhlükəsiz istismarına mane olduqda, müvafiq
icra hakimiyyəti orqanı təhlükəsiz istismara mane
olan halların dərhal aradan qaldırılmasını
avadanlıq və qurğuların sahibindən tələb
edir.
Maddə 66. Tikilib abadlaşdırılmış (tikintinin başa
çatdığı, tikililərlə dolmuş)
ərazilərdə tikintinin aparılması
66.1. Tikilib
abadlaşdırılmış ərazilərdə tikintinin
həyata keçirilməsi nəzərdə tutulduğu
hallarda sifarişçi, layihəçi və
podratçı bitişik və qonşu obyektlərdə,
habelə həmin obyektlərin elementlərində deformasiya
və zədələnmənin qarşısını almaq
üçün qabaqlayıcı tədbirlər
görməli və həmin obyektlərin normal
fəaliyyət rejimini təmin etməlidirlər.
66.2. Tikilib
abadlaşdırılmış ərazilərdə tikintinin
aparılması üçün mühəndis-axtarış
işləri yerinə yetirilərkən bitişik
(yanaşı) və qonşu binaların yükdaşıyan
konstruksiyaları ətraflı öyrənilməli,
planlaşdırılan tikintinin mövcud obyektlərə
potensial təsiri qiymətləndirilməli və
sənədləşdirilməlidir.
66.3.
Mühəndis-axtarış işlərinin
nəticələrinə əsasən tikinti zamanı
bitişik və qonşu obyektlərin texniki
vəziyyətinə daimi müşahidə ilə
bağlı tədbirlər tikinti layihəsində
nəzərdə tutulmalıdır. Deformasiya
(zədələnmə) aşkar edildikdə, podratçı
tikinti işlərini dərhal dayandıraraq, bu barədə
sifarişçiyə, layihəçiyə və müvafiq
icra hakimiyyəti orqanına (müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
hallarda isə həmçinin onun yaratdığı quruma) məlumat verməlidir.
12-ci fəsil
Tikintidə təhlükəsizlik
Maddə 67. Tikinti obyektinin təbii və texnogen xarakterli
təsirlərdən mühafizəsi
67.1. Tikintiyə dair
təhlükəsizlik tələbləri, eləcə də
tikinti obyektinin təbiətin zərərli
təsirlərindən və texnogen xarakterli
təsirlərdən mühafizəsi tələbləri bu
Məcəllə ilə və şəhərsalma və
tikintiyə dair normativ sənədlərlə
müəyyən edilir.
67.2. Tikinti
obyektlərinin təbiətin zərərli
təsirlərindən və texnogen xarakterli
təsirlərdən mühafizəsi haqqında
müddəalar tikinti layihəsində nəzərdə
tutulmalıdır.
67.3. Tikinti
obyektlərinin seysmiklik dərəcəsi seysmik
rayonlaşdırma (zonalaşdırma) və
mikrorayonlaşdırma xəritələri əsasında
tikintinin layihələndirilməsi zamanı müəyyən
edilir. Mühəndis-axtarış işlərinin
nəticələri ilə bağlı müvafiq
sənədlər olmadan tikinti obyektinin
layihələndirilməsinə yol verilmir.
67.4. Təhlükə
potensiallı təbiət və texnogen xarakterli
hadisələrin baş vermə ehtimalının
yüksək olduğu zonalarda müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
mühafizə tədbirlərinin yerinə yetirilməsi
müəyyən edilir. Bu tədbirlərin növləri
və onların tətbiqi hallarını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 68. Tikinti fəaliyyətinin ətraf mühitin
mühafizəsi tələblərinə uyğun həyata
keçirilməsi
68.1. Tikinti işləri ətraf
mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və
sanitariya-gigiyena, habelə yaşayış
məntəqələrinin yaşıllıqla təmin edilməsi
normalarına uyğun olaraq həyata keçirilməlidir. [40]
68.2. Yaşayış
məntəqələrinin yaşıllıqla təmin
edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
13-cü
fəsil
Tikinti obyektləri arasında məsafələr
və qonşuluq hüququ
Maddə 69. Yaşayış məntəqələrində
yanaşı sahələrdə tikinti aparılmasının
əsas şərtləri
69.1. Binaların xarici
divarlarının önündə ara məsafəsi
sahələri nəzərdə tutulmalıdır. Həmin
sahələrin üzərində yerüstü tikinti obyektlərinin
inşasına yol verilmir. Aşağıdakı
şərtlərin mövcud olduğu hallarda torpaq
sahələrinin sərhədlərindəki xarici
divarların önündə ara məsafəsi sahəsinin
saxlanılması zəruri deyil:
69.1.1. tikinti obyektinin
torpaq sahəsinin sərhədində tikilməsi
müfəssəl planda nəzərdə tutulduqda (mövcud
tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını
tələb etdiyi hallar istisna olmaqla);
69.1.2. tikinti obyektinin
torpaq sahəsinin sərhədində tikilməsinə yol
verilməsi müfəssəl planda nəzərdə tutulduqda
və qonşu torpaq sahəsində də tikintinin müvafiq
torpaq sahəsinin sərhədində tikilməsi
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələbləri baxımından
mümkündürsə.
69.2. Ara məsafəsi
hər torpaq sahəsinin öz üzərində
olmalıdır. Nəqliyyat yollarında, ümumi
istifadədə olan yaşıllıqlarda və su
sahələrində də ara məsafələrinin
olmasına yol verilir. Hər iki tərəfdən
becərilə bilən torpaq sahələrində isə ara
məsafələri yalnız həmin torpaq sahələrinin
ortasına qədər nəzərdə tutulur.
69.3. Ara məsafəsi
sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda,
biri-birinə münasibətdə 75 dərəcədən
çox bucaq altında yerləşən xarici divarlar arasındakı
məsafələrə şamil olunmur.
69.4. Ara məsafəsi
divarın hündürlüyünə əsasən
müəyyən edilir. Divarla yerin üst səthinin
kəsişmə nöqtəsindən divarın sonuna
qədər olan şaquli məsafə divarın
hündürlüyünü, binanın xarici divarının
səthindən həmin binanın yerləşdiyi torpaq
sahəsinin sərhədinə qədər olan məsafə
isə ara məsafəsini təşkil edir.
69.5. Ara məsafəsi
aşağıdakı qaydada müəyyən edilir:
69.5.1. divar
hündürlüyünün 0,6 hissəsi;
69.5.2. kənd
ərazilərində və xüsusi yaşayış
ərazilərində (hərbi şəhərciklər,
tələbə şəhərcikləri,
müvəqqəti məskunlaşma əraziləri) divar
hündürlüyünün 0,4 hissəsi; [41]
69.5.2-1. bu Məcəllənin
80-ci maddəsinə əsasən barəsində
məlumatlandırma icraatı tətbiq edilən
yaşayış evlərinə münasibətdə - divar
hündürlüyünün 0,3 hissəsi; [42]
69.5.3. yalnız
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün nəzərdə tutulmuş
ərazilərdə və sənaye ərazilərində divar
hündürlüyünün 0,25 hissəsi.
69.6. Divarlarının
hündürlüyü 1 metrdən çox olmayan
tikililərin və ya tikili hissələrinin xarici
divarlarının önündə ara məsafəsi
sahələrinin saxlanılması zəruri deyil. Bundan
əlavə, divarlarının hündürlüyü 3
metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və
yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət
olan, yerli təchizat məqsədlərinə xidmət
edən və ya ictimai nəqliyyat ərazilərində
yerləşən binaların yaxud bina hissələrinin
önündə ara məsafəsi sahəsinin
saxlanılması da zəruri deyil.
69.7. Tikinti obyektinin
layihələndirilməsi zamanı aşağıdakılar
nəzərə alınmalıdır:
69.7.1. mövcud
tikililərlə həmsərhəd torpaqlarda inşası
planlaşdırılan tikinti obyektlərinin xarici divarları
və hissələri arasında, obyektlərin təyinatından
asılı olaraq, şəhərsalma və tikintiyə dair
normativ sənədlərlə müəyyən edilmiş ara
məsafələrin saxlanılması;
69.7.2. torpaqlardan
səmərəli istifadə məqsədilə layihə
sənədlərinə uyğun olaraq obyektlərin
birləşdirilməsinin mümkünlüyü;
69.7.3. layihəçilərin təklifi
nəzərə alınmaqla, qarşılıqlı
razılaşma əsasında yanaşı sərhəddə
obyektlərin tikintisinin iki paralel və qapalı
(boşluqları olmayan) divar və ya ortaq divar
vasitəsilə həyata keçirilməsinin
mümkünlüyü;[43]
69.7.4. yeni
tikiləcək obyektlərin divarının
qarşılıqlı razılaşma əsasında
yanaşı sərhəddə mövcud olan binanın
divarına birləşdirilməsinin mümkünlüyü.
69.8. Ara məsafəsi
ilə bağlı müfəssəl qaydalar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 70. Yanaşı sahələrdə obyektlərin
yerləşdirilməsi
70.1. Tikilib
abadlaşdırılmış və bərpa olunan
ərazilərdə bu Məcəllənin 69.4-cü
maddəsində müəyyən olunmuş məsafə
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələbləri nəzərə
alınmaqla azaldıla bilər. Bu
zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam
sanitar-epidemioloji, insolyasiya və təbii
işıqlandırma şəraitinin təmin edilməsi
zəruridir. Tərəflərdən biri bu qaydalara zidd
olaraq, insolyasiya və təbii işıqlandırma
şəraiti yaratmaq məqsədilə pəncərə
boşluqları və ya digər boşluqlar aça
bilməz. [44]
70.2. Obyektlər
arasında mövcud olan boş ərazilərdə
(sahələrdə) aşağıdakılara yol verilir:
70.2.1. oyun
meydançalarının və velosipedlər
üçün dayanacaq yerlərinin təşkil edilməsi;
70.2.2.
hündürlüyü torpaq səviyyəsindən 50
santimetrdən çox olmayan açıq terrasların
təşkil edilməsi;
70.2.3. əlilliyi olan şəxslər
üçün pandusların təşkil edilməsi; [45]
70.2.4. tikintisinə
icazə tələb olunmayan obyektlərin tikintisi.
Maddə 71. Ortaq divarlar
71.1. Ortaq divarlar
şəhərsalma və tikintiyə dair normativ
sənədlərdə nəzərdə tutulmuş
tələblərə və hər iki qonşunun
tələbatlarına uyğun tikilməlidir.
71.2. Tikinti obyektində
bərpa işləri aparılarkən qonşular
arasındakı razılığa, belə razılıq
olmadığı təqdirdə isə
tərəflərdən birinin ərizəsi ilə
məhkəmənin qərarına əsasən mövcud ortaq
divar layihəyə uyğun olaraq sökülə və
yenidən bərpa edilə bilər.
Maddə 72. Yanaşı divarlar
72.1. Qonşulardan biri
tərəfindən sərhəddə inşa olunmuş
yanaşı divarda və ya onun müəyyən
hissəsində digər qonşu tərəfindən hər
hansı əlavə tikili yalnız həmin qonşunun notariat
qaydasında təsdiq olunmuş razılığından sonra
inşa edilə bilər. Belə hallarda divarın həmin
hissəsi ortaq divar sayılır.
72.2. Divarın mövcud
qonşu divara paralel tikildiyi və yanaşı divarlar
arasında boşluq qaldığı (divarlar arasındakı
məsafə onların istismarına mane olduğu) hallarda,
həmin boşluğun atmosfer yağıntılarından
mühafizə olunması məqsədi ilə
müəyyən tədbirlər görülməlidir.
Maddə 73. Hasarların tikintisinə dair tələblər
73.1. Müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla, hasarların
hündürlüyü 2 metr 20 santimetrdən çox
olmamalıdır.
73.2. İki
yanaşı torpaq sahələrinin səviyyələri
müxtəlif olduqda, hasarın hündürlüyünün
istinad nöqtəsi qismində torpaq sahəsinin ən
yuxarı səviyyəsi qəbul edilir.
73.3.
Mühəndis-kommunikasiya təminatı xətlərinin
çəkilməsi üçün başqa əlverişli
həll yollarının olmadığı təqdirdə,
qonşu mühəndis-kommunikasiya təminatı
xətlərinin öz sahəsindən keçməsinə
icazə verməlidir.
73.4. Qonşu torpaq
sahələrinin şaquli planlaşdırılması
zamanı atmosfer yağıntılarının və suvarma
sularının bir qonşunun torpağından digərinə
axmaması üçün müvafiq tədbirlər
görülməlidir. Atmosfer yağıntılarından
yaranan suların sahənin relyef mürəkkəbliyi ilə
əlaqədar qonşu ərazilərdən
keçməklə kənarlaşdırılması
şəhərsalma və tikintiyə dair normativ
sənədlərdə nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
14-cü
fəsil
Tikintiyə icazənin verilməsi üzrə icraat
Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti
obyektləri
74.1. Bu
Məcəllənin 79-80-ci maddələrində
nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla,
digər obyektlərin tikintisinə icazə tələb olunur.
74.2. Bu
Məcəllənin 74.1-ci maddəsində nəzərdə
tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə
də şamil edilir.
Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları[46]
75.1. Barəsində icazə tələb olunan tikinti
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə zidd
olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti
orqanı (qurum) (reklam qurğularının tikintisinə
istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam
qurğularının tikintisinə icazənin verilməsi
qaydası bu Məcəllənin 81-ci maddəsi ilə
müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti
ərazisi üçün qüvvədə olan
müfəssəl plan əsasında verilir. Belə plan
olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə
icazə verilməsinin mümkünlüyü bu
Məcəllənin 11-ci maddəsinə, o cümlədən
ərazilərin zonalaşdırılması, tikintinin
növü və miqyası ilə bağlı
müfəssəl qaydalara və yaşayış
məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə əsasən yoxlanılır.
75.2. Sifarişçi tikintiyə icazə almaq
üçün müraciət etməzdən əvvəl
tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin
icazə verilən parametrlərini (ərazinin tikinti
əmsalı, ərazinin tikinti sıxlığı
əmsalı, tikinti obyektlərinin hündürlüyü
və s.) öyrənmək məqsədi ilə obyektin
təyinatını göstərməklə, müvafiq icra
hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət
edə bilər. Həmin müraciətə 10 gün
müddətində əsaslandırılmış cavab
verilməlidir.
75.3. Sifarişçi tikintiyə icazə almaq
üçün müvafiq icra hakimiyyəti orqanına (quruma)
ərizə ilə müraciət edir. Ərizəyə
aşağıdakı sənədlər əlavə olunur:
75.3.1. torpaq sahəsi üzərində tikinti
aparılmasına səlahiyyət verən mülkiyyət,
icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;[47]
75.3.2. tikinti layihəsi;
75.3.3. sifarişçi hüquqi şəxs olduqda
hüquqi şəxslərin dövlət reyestrindən
çıxarış, fiziki şəxs olduqda
şəxsiyyətini təsdiq edən sənəd;[48]
75.3.4. “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
əlavəsində göstərilən fəaliyyət
növləri üzrə layihələrin ətraf
mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)
sənədi və həmin sənədin dövlət ekoloji
ekspertizasının rəyi.[49]
75.3-1. Bu Məcəllənin 75.3-cü
maddəsində nəzərdə tutulmuş
sənədlərin Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət orqanından (qurumundan)
əldə edilməsi mümkün olduqda, həmin
sənədlər ərizəçidən tələb
edilmir. Belə sənədlərin Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə əldə edilməsi
mümkün olmadığı hallarda onların təqdim
edilməsi ərizəçinin razılığı ilə
sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb olunur və ya ərizəçi
tərəfindən təmin edilir.[50]
75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum)
tikintiyə icazəyə dair ərizəyə əlavə
edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş
günü, ekspertizadan keçirilməsi tələb olunmayan
tikinti layihələrinə münasibətdə isə 2
iş günü ərzində bu Məcəllənin
75.3-cü maddəsində nəzərdə tutulmuş
sənədlərin tamlığını yoxlayır.
Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin
75.3-1-ci maddəsinin tələbləri nəzərə
alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum)
onların tamamlanması üçün zəruri
hərəkətlər barədə ərizəçiyə
dərhal məlumat verir və bu məqsədlə 10 gün
müddət təyin edir. Sənədlərin
tamlığının təmin edilməməsinin hüquqi
nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə
eyni zamanda bildirilməlidir. Ərizəçi
sənədlərin tamlığını məlumatı
aldığı tarixdən ən geci 10 gün
müddətində təmin etməlidir. Bu zaman tikintiyə
icazə icraatı üçün nəzərdə tutulmuş
müddətin axımı dayandırılır.
Sənədlərin tamlığının təmin
edilməsi barədə ərizəçinin
müraciətindən sonra müddətin axımı
bərpa olunur.[51]
75.5. Tikintiyə dair sənədlərin
tamlığı təmin edildikdən sonra, müvafiq icra
hakimiyyəti orqanı (qurum) aşağıdakıları
təmin edir:
75.5.1. tikinti layihəsinin şəhərsalma
sənədlərinə (qüvvədə olan
müfəssəl plana, belə plan olmadıqda və ya onun
müddəti bitdikdə, tikintiyə icazə verilməsinin
mümkünlüyünün Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin 11-ci maddəsinə, o
cümlədən ərazilərin zonalaşdırılması,
tikintinin növü və miqyası ilə bağlı
müfəssəl qaydalara və yaşayış
məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə) uyğun olub-olmaması barədə
rəy verilməsini;
75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə
müvafiq olaraq tikinti layihəsinin şəhərsalma
sənədlərinə uyğunluğu barədə rəy
müsbət olduğu təqdirdə — bu Məcəllənin
75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə
ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan
digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün
sorğu göndərilməsini.
75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində
göstərilən rəyin verilməsi ilə bağlı
tələblər bərpa olunan enerji mənbələrinin
ərazisi kimi müəyyən edilmiş torpaq
sahəsində inşa ediləcək elektrik
stansiyasının tikinti layihəsinə şamil edilmir və
tikintiyə icazə icraatı məqsədləri
üçün həmin tikinti layihəsi
şəhərsalma sənədlərinə uyğun hesab
edilir.[52]
75.6. Tikintiyə icazə ilə fəaliyyət
sferasına (maraqlarına) toxunulan qurumları tikintinin
təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində
göstərilən rəy 5 iş günü
müddətində, 75.5.2-ci maddəsində
göstərilən sorğuya isə layihəsi ekspertizadan
keçirilməsi tələb olunan obyektlərə
münasibətdə 15 gün, layihəsi ekspertizadan
keçirilməsi tələb olunmayan obyektlərə
münasibətdə 5 gün müddətində
bildirilməlidir. Bu müddətlər ərzində
göstərilən rəylər bildirilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların
olmaması prezumpsiyasından çıxış edir. Tikinti
layihəsinin şəhərsalma sənədlərinə
(qüvvədə olan müfəssəl plana, belə plan
olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə
icazə verilməsinin mümkünlüyünün
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o
cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə) uyğun olmaması barədə rəy
tikintiyə icazə verilməsindən imtina üçün
əsasdır.
75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum),
layihəsinin ekspertizadan keçirilməsi tələb
olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan
daxil olmuş rəyləri nəzərə almaqla 15 iş
günü müddətində baxır və tikintiyə
icazə verir və ya icazə verilməsindən imtina
edilməsi barədə qərar qəbul edir.[53]
75.9. Tikinti layihəsinin şəhərsalma
sənədlərinə uyğunluğu barədə rəy
müsbət olduğu təqdirdə, müvafiq icra
hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan
keçirilməsi tələb olunan tikintiyə icazə
icraatı çərçivəsində tikinti
layihələrini ekspertizadan keçirmək üçün
ekspertiza müəssisəsinə göndərir.
75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum),
layihəsinin ekspertizadan keçirilməsi tələb olunan
tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil
olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu
Məcəllənin 90.2-ci maddəsində ekspertiza
müddətinin uzadılması üçün
nəzərdə tutulan hallar istisna olmaqla)
müddətində baxır və tikintiyə icazə verir
və ya icazə verilməsindən imtina edilməsi
barədə qərar qəbul edir. Şəhərsalma və
tikintiyə dair normativ sənədlərin
tələblərinə əməl olunmasını təmin
etmək məqsədilə tikintiyə icazədə
siyahısını və tətbiqi hallarını müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
əlavə şərtlər də nəzərdə tutulur.
75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə,
habelə tikinti layihəsi ərizəçiyə təqdim
edilir və belə icazə tikinti işlərinə
başlanması üçün əsas hesab olunur.
Tikintiyə icazədə tikintiyə başlanılması
üçün siyahısını və tətbiqi
hallarını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi əlavə şərtlər
nəzərdə tutulduğu hallarda həmin əlavə
şərtlərin yerinə yetirilməsindən sonra
ərizəçiyə xüsusi nişan təqdim edilir
və bu halda xüsusi nişan tikinti işlərinin
başlanmasına əsas hesab edilir. Tikinti işlərinin
başlanması üçün əlavə
şərtlər olduqda, tikintiyə icazədə
mütləq göstərilməlidir. Tikintiyə icazənin,
xüsusi nişanın formasını və məzmununu
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu
Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq
sənədlərin tamamlanması üçün zəruri
hərəkətlər barədə ərizəçiyə
məlumat verildiyi gündən sənədlərin
tamlığı təmin edildiyi günədək olan
müddət tikintiyə icazə icraatı üçün
nəzərdə tutulmuş müddətə daxil edilmir.[54]
75.12. Tikintiyə icazədən irəli gələn
hüquq və vəzifələr sifarişçinin
hüquqi varislərinə də şamil olunur.
75.13. Tikintiyə icazənin və tikinti layihəsinin
bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında
(qurumda) saxlanılır. Bu qayda barəsində
məlumatlandırma icraatının aparıldığı
obyektlərin tikinti layihəsinin memarlıq-planlaşdırma
və tikinti ərazisinin baş planı
bölmələrinə də şamil edilir.[55]
75.14. Tikintiyə icazə verildikdə, bu
icazədə nəzərdə tutulmuş məlumatların
şəhərsalma və tikinti fəaliyyətinin vahid
informasiya təminatı sistemi vasitəsilə elektron qaydada
Tikintilərin Dövlət reyestrinə
ötürülməsi təmin edilir. Həmin məlumatlar 3
iş günü ərzində Tikintilərin Dövlət
Reyestrinin internet saytında yerləşdirilir.[56]
75.15. Tikintiyə və tikinti obyektinin istismarına
icazə verilməsi qaydasını müvafiq icra
hakimiyyəti orqanı müəyyənləşdirir.
75.16. Tikintiyə icazə icraatı üzrə bu
Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü
maddələri ilə müəyyən edilən
hərəkətlər şəhərsalma və tikinti
fəaliyyətinin vahid informasiya təminatı sistemi
vasitəsilə elektron qaydada həyata keçirilir.[57]
Maddə 76. Tikintiyə icazə ilə bağlı icraatda
maraqlı şəxslərin iştirakı
76.1. Müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tikintiyə icazə ilə
bağlı icraat barədə maraqlı
şəxslərə (yaxın qonşulara və qonşulara)
məlumat verməyə və onları dinləməyə
borcludur.
76.2. Nəzərdə
tutulan tikinti ilə bağlı maraqlı şəxsin
özünün müraciət etdiyi halda da, müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum onu dinləməli və
yazılı şəkildə ona məlumat verməlidir.
76.3. Tikintiyə
icazə qanunvericiliyə uyğun olaraq maraqlı
şəxslər tərəfindən
mübahisələndirilə bilər.
Maddə 77. Tikintiyə icazənin qüvvədə olma
müddəti
77.1. İcazənin
verildiyi vaxtdan 3 il ərzində tikintiyə
başlanılmadığı və ya tikinti 3 il
ərzində dayandırıldığı hallarda,
tikintiyə icazə qüvvəsini itirir.
77.2. Bu
Məcəllənin 77.1-ci maddəsində nəzərdə
tutulmuş müddət sifarişçinin yazılı
müraciəti əsasında uzadılır. Müddətin
uzadılması ilə bağlı hallar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 78. Xüsusi riskli və ya dövlət
əhəmiyyətli tikinti obyektlərinin tikintisinə
icazənin verilməsi[58]
78.1. Xüsusi riskli
və ya dövlət əhəmiyyətli tikinti
obyektlərinin tikintisinə icazə ilə bağlı
əlavə tələblər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
78.2. Xüsusi riskli
və ya dövlət əhəmiyyətli tikinti
obyektlərinin siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.
Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti
obyektləri
79.1.
Mülkiyyətdə, icarədə və ya istifadədə
olan torpaq sahəsində aşağıdakı tikinti
obyektlərinin tikintisinə icazə tələb olunmur:
79.1.1.
hündürlüyü ən çoxu 5 metr, sahəsi 100
kvadratmetr olan bir mərtəbəli yardımçı
tikililərin, kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq
fəaliyyəti ilə bağlı obyektlərin;[59]
79.1.2. xüsusi
mülkiyyətdə olan torpaq sahələrində həcmi
ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5
metr olan quyuların, yeraltı su və çirkab su
anbarlarının (rezervuarların), habelə həcmi ən
çoxu 200 kubmetr olan hovuzların;
79.1.3.
hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan
və qonşu torpaq sahəsi ilə sərhəddə və
ya küçə boyunca hasarların (təbii və süni
daşdan olan hasarlar da daxil olmaqla);
79.1.4.
hündürlüyü ən çoxu 8 metr olan enerji və
ya işıqlandırma dirəklərinin, antena
qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr
olan su çənləri qüllələrinin;
79.1.5. bu Məcəllənin 81.1-ci
maddəsində nəzərdə tutulmuş
ölçülərdən az olan reklam
qurğularının, habelə kiçik memarlıq
formalarının (köşklər, örtüklər və
buna bənzər digər obyektlərin), açıq idman
və ya oyun meydançalarının, açıq avtomobil
dayanacaqlarının;[60]
79.1.6. tutumu 100
nəfərə qədər olan müvəqqəti
tikililərin;
79.1.7. fasadının
mövcud qabaritləri dəyişdirilmədən təmir
edilən tikinti obyektlərinin;
79.1.8. təmir edilən
yol və ya mühəndis-kommunikasiya təminatı
xətlərinin;
79.1.9. bu
Məcəllənin 70.2-ci maddəsinin
tələblərinə əməl edilməklə,
yaşayış evlərinin həyətyanı
sahələrində hündürlüyü ən çoxu 3
metr və sahəsi ən çoxu 100 kvadratmetr olan
yardımçı tikililərin;
79.1.10.
hündürlüyü ən çoxu 3 metr və sahəsi
ən çoxu 300 kvadratmetr olan istixanaların və
oranjereyaların;
79.1.11. mövcud tikinti
obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla),
yaxud fərdi yaşayış evinin həyətyanı torpaq
sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri
üçün yerləşdirilən elektrik enerjisi
doldurucularının. [61]
79.2. Bu
Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu
maddələrində nəzərdə tutulan
ölçülərin hədlərini keçən
obyektlərin tikintisinə məlumatlandırma icraatı
şamil olunur.
Maddə 80. Məlumatlandırma icraatı
80.1. Mülkiyyətində, icarəsində və ya
istifadəsində olan torpaq sahəsində təyinatı
üzrə yerüstü mərtəbələrinin sayı
3-dən, hündürlüyü 12 metrdən (binanın
hündürlüyü “
80.1-1. İnsanların yaşaması və
toplanması, habelə istehsalat fəaliyyətinin həyata
keçirilməsi üçün nəzərdə tutulmayan
yerüstü mərtəbələrinin sayı ikidən,
hər mərtəbəsinin hündürlüyü 3
metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti
sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin
tikintisi ilə bağlı məlumatlandırma icraatı
həyata keçirilir və tikinti layihəsinin yalnız
zirzəmilərin, mərtəbələrin, dam
örtüklərinin planlarından, kəsiklərdən
və fasadlardan ibarət memarlıq-planlaşdırma və
tikinti ərazisinin baş planı bölmələrinin
hazırlanması tələb olunur.[63]
80.2. Barəsində
məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin
tikintisinə icazənin alınması tələb olunmur. [64]
80.3. Barəsində
məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti
layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı
bölmələri müvafiq ərazidə
qüvvədə olan müfəssəl planın
tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti
bitdikdə, barəsində məlumatlandırma icraatı
nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin
memarlıq-planlaşdırma və tikinti ərazisinin baş
planı bölmələrinin bu Məcəllənin 11-ci
maddəsinə, o cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə uyğunluğu yoxlanılır.[65]
80.4. Sifarişçi tikintiyə başlamazdan
əvvəl tikinti niyyəti barədə müvafiq icra
hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti
orqanının yaratdığı quruma məlumat verir və
bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü
maddələrində nəzərdə tutulmuş
tələblərə uyğunluğunun yoxlanılması
üçün tikinti obyektlərinin layihəsinin
memarlıq-planlaşdırma və tikinti ərazisinin baş
planı bölmələrini, habelə torpaq sahəsi
üzərində mülkiyyət, icarə və ya
istifadə hüququnu təsdiq edən sənədi
məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti
orqanı və ya müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum tərəfindən bu
Məcəllənin 80.1-ci maddəsində nəzərdə
tutulmuş tikinti obyektlərinə münasibətdə 10
gün müddətində, bu Məcəllənin 80.1-1-ci
maddəsində nəzərdə tutulmuş tikinti
obyektlərinə münasibətdə isə, həmin
ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində,
belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1
ay müddətində layihəyə dair irad
sifarişçiyə təqdim edilmədikdə,
sifarişçi tikinti işlərinə başlaya bilər.
İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad
olunmaqla və onların pozulan tələbləri dəqiq
göstərilməklə əsaslandırılmalıdır.[66]
80.4-1. Bu Məcəllənin 80.4-cü
maddəsində nəzərdə tutulmuş
sənədlərin Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət orqanından (qurumundan)
əldə edilməsi mümkün olduqda, həmin
sənədlər sifarişçidən tələb edilmir.
Belə sənədlərin Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün
olmadığı hallarda onların təqdim edilməsi
sifarişçinin razılığı ilə sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan)
tələb olunur və ya sifarişçi
tərəfindən təmin edilir.[67]
80.5. Barəsində
məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti
layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı
bölmələrinə uyğun tikilməsinə
nəzarəti müvafiq
icra hakimiyyəti orqanı həyata keçirir.[68]
80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin
ikinci cümləsinə əsasən tikinti obyektlərinə
münasibətdə 10 gün müddətində
layihəyə dair iradın sifarişçiyə təqdim
edilməməsi ilə bağlı tikinti işlərinə
başlamaq hüququ yarandıqda, bu barədə
məlumatın şəhərsalma və tikinti
fəaliyyətinin vahid informasiya təminatı sistemi
vasitəsilə elektron qaydada Tikintilərin Dövlət
reyestrinə ötürülməsi təmin edilir. Həmin
məlumatlar 3 iş günü ərzində Tikintilərin
Dövlət reyestrinin internet səhifəsində
yerləşdirilir.[69]
80.7. Məlumatlandırma icraatı üzrə bu
Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı
maddələri ilə müəyyən edilən
hərəkətlər şəhərsalma və tikinti
fəaliyyətinin vahid informasiya təminatı sistemi
vasitəsilə elektron qaydada həyata keçirilir.[70]
Maddə 81. Reklam qurğularının tikintisinə icazənin
verilməsi
81.1. Açıq məkanda reklam
yerləşdirilməsi üçün nəzərdə
tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə
bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox
təşkil edən reklam qurğularının
tikintisinə, quraşdırılmasına, onlara konstruktiv
dəyişikliklərin edilməsinə icazəni müvafiq
icra hakimiyyəti orqanının yaratdığı qurum verir.
Sifarişçi tikintiyə icazə almaq üçün
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma ərizə ilə müraciət edir. Ərizəyə
aşağıdakı sənədlər əlavə olunur: [71]
81.1.1. sifarişçi hüquqi şəxs, xarici
hüquqi şəxsin filialı, nümayəndəliyi
olduqda, hüquqi şəxslərin dövlət
reyestrindən çıxarış;[72]
81.1.2. sifarişçi fərdi sahibkar olduqda,
şəxsiyyət vəsiqəsi;[73]
81.1.3. reklam qurğusunun yerləşəcəyi
daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, yaxud “Reklam haqqında”
Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə
uyğun olaraq, icarə və ya
istifadə hüququnu təsdiq edən sənəd;[74]
81.1.4. reklam qurğusunun tikinti sxemi;
81.1.5. tikinti işlərinin təsviri;
81.1.6. reklam qurğusunun yerləşəcəyi
(əgər qurğu daşınmaz
əmlak üzərində
yerləşdiriləcəksə) ərazinin rəngli fotosu və vəziyyət
planı.[75]
81.1-1. Bu Məcəllənin 81.1-ci maddəsində
nəzərdə tutulmuş sənədlərin Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından (qurumundan) əldə edilməsi
mümkün olduqda, həmin sənədlər sifarişçidən
tələb edilmir. Belə sənədlərin Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün olmadığı hallarda onların
təqdim edilməsi sifarişçinin razılığı
ilə sorğu əsasında müvafiq dövlət
orqanından (qurumundan) tələb olunur və ya
sifarişçi tərəfindən təmin edilir.[76]
81.2. Müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum reklam qurğularının
tikintisinə icazənin verilməsi ilə bağlı bu
Məcəllənin 75.4-cü, 75.5-ci, 75.9-75.11-ci, 75.14-cü
və 82.1-ci maddələrində nəzərdə
tutulmuş tədbirləri görür.[77]
81.3. Bu Məcəllənin 81.1-ci maddəsində
nəzərdə tutulmuş reklam qurğularının
tikintisi şəhərsalma və tikintiyə dair normativ
sənədlərə (o cümlədən “Reklam haqqında”
Azərbaycan Respublikasının Qanununa və ona uyğun
olaraq qəbul edilmiş normativ hüquqi aktlara, Şuşa şəhərinin
ərazisində, həmçinin “Azərbaycanın
mədəniyyət paytaxtı – Şuşa şəhəri
haqqında” Azərbaycan Respublikasının Qanununa) uyğun olaraq aparılır.[78]
81.4. Tikintiyə icazənin, bu Məcəllənin
81.1.4-cü və 81.1.5-ci maddələrində
nəzərdə tutulmuş sənədlərin bir
nüsxəsi müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumda saxlanılır.[79]
81.5. Reklam qurğularının tikintisinə icazə
icraatı üzrə bu Məcəllənin 81.1-ci və
81.2-ci maddələri ilə müəyyən edilən
hərəkətlər şəhərsalma və tikinti
fəaliyyətinin vahid informasiya təminatı sistemi
vasitəsilə elektron qaydada həyata keçirilir.[80]
Maddə 82. Tikinti işlərinin
başlanmasına əsaslar barədə məlumat
verilməsi[81]
Tikintiyə dövlət nəzarətinin həyata
keçirilməsi məqsədləri üçün
tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə
barəsində məlumatlandırma icraatı tətbiq
edilən tikinti obyektlərinə münasibətdə isə
tikinti işlərinin başlanması üçün bu
Məcəllənin 80.4-cü maddəsində müəyyən
olunmuş əsas yarandıqda, bu barədə, habelə
müvafiq tikinti layihəsi, tikinti layihəsinin
memarlıq-planlaşdırma və tikinti ərazisinin baş
planı bölmələri barədə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) şəhərsalma və tikinti fəaliyyətinin
vahid informasiya təminatı sistemi vasitəsilə elektron
qaydada məlumat verilməsi təmin edilir.
Maddə 83. Tikinti layihələrinin tərkibi
83.1. Tikinti
layihələri aşağıdakı
bölmələrdən ibarətdir:
83.1.1.
mühəndis-axtarış işləri;
83.1.2. tikinti
ərazisinin baş planı;
83.1.3.
memarlıq-planlaşdırma və konstruksiya bölməsi;
83.1.4. mühəndis-kommunikasiya
təminatı bölməsi;
83.1.5. texnologiya
bölməsi (müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən hallarda);
83.1.6. ekologiya
bölməsi (müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən hallarda);[82]
83.1.7. tikinti
işlərinin təşkili bölməsi;
83.1.8. smeta
bölməsi (tikintisi dövlət vəsaitləri
hesabına maliyyələşdirilən obyektlər
üçün).
83.2. Tikinti layihəsi (o cümlədən onun
bölmələri) elektron formada hazırlanır.[83]
Maddə 84. Texniki şərtlər
84.1. Müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tikintiyə icazə icraatı
çərçivəsində şəhərsalma və
tikintiyə dair normativ sənədlərin
tələblərinə uyğun olaraq tikinti obyekti
üçün mühəndis-kommunikasiya
təminatı ilə bağlı texniki
şərtlərin və
həmin texniki şərtlərlə bağlı layihə
sənədlərinin təchizat müəssisələri
tərəfindən verilməsini təmin edir. Texniki şərtlərin və
həmin texniki şərtlərlə bağlı layihə
sənədlərinin müvafiq icra hakimiyyəti orqanı
vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair
tələblərin məcmusu kimi texniki
şərtlərdə aşağıdakılar
nəzərdə tutulur:[84]
84.1.1. tikinti obyektinin
mühəndis-kommunikasiya təminatına dair
tələblər;
84.1.2. tikinti obyektinin
mühəndis-kommunikasiya təminatı mənbələri;
84.1.3. müvafiq
mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma
nöqtələrinə dair tələblər;
84.1.4. mövcud
mühəndis-kommunikasiya təminatı sisteminin
genişləndirilməsinin əsaslandırılması.
84.2. Müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum texniki şərtlərin
alınması üçün təchizat
müəssisələrinə sorğu göndərir.
Sorğuya tikinti ərazisinin baş
planı, obyektin istismarı üçün
mühəndis-kommunikasiya təminatına dair tələbat
göstəriciləri barədə sənədlər
əlavə edilir.[85]
84.3. Təchizat
müəssisələri 10
gün ərzində texniki şərtlərlə
bağlı sorğuya cavab verməlidirlər. Texniki
şərtlərin verilməsi zamanı sifarişçinin
üzərinə mühəndis-kommunikasiya təminatına
dair sorğuda nəzərdə tutulmamış əlavə
öhdəliklər qoyula bilməz. [86]
84.4. Tikinti obyekti üçün
mühəndis-kommunikasiya təminatı ilə bağlı
texniki şərtlərin və həmin texniki
şərtlərlə bağlı layihə sənədlərinin
verilməsinin təmin edilməsi üzrə bu
Məcəllənin 84.1 – 84.3-cü maddələri ilə
müəyyən edilən hərəkətlər
şəhərsalma və tikinti fəaliyyətinin vahid
informasiya təminatı sistemi vasitəsilə elektron qaydada
həyata keçirilir.[87]
Maddə 85. Tikinti meydançası
85.1. Tikinti
meydançasının təşkilində məqsəd
tikinti işlərinin təhlükəsizlik
tələblərinə, eləcə də
şəhərsalma və tikintiyə dair normativ
sənədlərlə müəyyən olunmuş digər
tələblərə uyğun aparılmasını təmin
etməkdən ibarətdir.
85.2. Tikinti
meydançasının sərhədləri tikinti
layihələri əsasında
müəyyənləşdirilir.
85.3. Tikinti zamanı
üçüncü şəxslərə ziyan
vurulmasının qarşısını almaq
məqsədilə tikinti meydançası tikinti
işlərinə başlamazdan əvvəl hasara
alınmalı (reklam
qurğularının tikintisi zamanı istisna olmaqla) və
müvafiq xəbərdarlıq nişanları
quraşdırılmalıdır. Hasarlar tikinti
işlərinin aparılması zamanı tikinti
materiallarının və məmulatının tikinti
meydançasından kənara düşməsinin
qarşısını ala bilməli və
işıqlandırılmalıdır. [88]
85.4. Tikintiyə icazədə tikinti
ərazisində olan ağacların, kolların və digər
yaşıllıqların mühafizəsi tədbirləri
nəzərdə tutulmalıdır. Tikinti layihələrinin
icrası nəticəsində götürülən
yaşıllıqların miqdarı, növ tərkibi və
bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin
ekologiya bölməsinə daxil edilir.[89]
85.5. Tikinti
meydançasına bitişik ərazilərin və
küçələrin çirklənməsinin
qarşısı alınmalı və təmizliyə
riayət edilməlidir.
85.6. Tikinti
ərazisində yerləşən yeraltı
mühəndis-kommunikasiya xətlərinin və
konstruksiyaların mühafizəsi təmin olunmalıdır.
Tikinti meydançasında hazırlıq işləri
aparılarkən mövcud mühəndis-kommunikasiya
xətləri və qurğuları bu Məcəllə
ilə və şəhərsalma və tikintiyə dair normativ
sənədlərlə müəyyən edilmiş qaydada
sökülür və ya ərazidən
köçürülür.
Maddə 86. Tikintiyə başlanılması üçün
hazırlıq işlərinin aparılması
86.1. Tikinti
işlərinə (reklam
qurğularının tikintisi istisna olmaqla) başlamazdan
əvvəl tikinti ərazisinin görünən
hissəsində məlumat lövhəsinin və xüsusi
nişanın yerləşdirilməsi sifarişçi
tərəfindən təmin edilməlidir. Məlumat
lövhəsində aşağıdakılar
nəzərdə tutulur:[90]
86.1.1. tikintiyə
icazə vermiş müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum haqqında məlumat;
86.1.2. obyektin
təyinatı, sifarişçisi, layihəçisi və
podratçısı haqqında məlumat;
86.1.3. tikintiyə
başlanılması və tikintinin başa çatması
ilə bağlı müddətlər haqqında məlumat;
86.1.4. obyektin
mərtəbə sayı, qabariti və
görünüşü;
86.1.5. tikintiyə icazənin, habelə bu
Məcəllənin 75.11-ci maddəsinə uyğun olaraq
xüsusi nişan verildiyi halda həmin nişanın
surəti.[91]
86.2. Bu
Məcəllənin 86.1-ci maddəsində nəzərdə
tutulmuş məlumat lövhələri reklam qurğuları və reklam hesab olunmur. [92]
86.3. Xüsusi nişan
və tikintiyə icazə verən müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum ilə bağlı
tələblər istisna olmaqla, bu Məcəllənin 86.1-ci
maddəsinin tələbləri məlumatlandırma icraatı
qaydasında tikilən obyektlərə də şamil olunur.
Həmin obyektlərlə bağlı məlumat
lövhəsində tikintiyə icazə verən orqanın (qurumun)
əvəzinə tikinti barədə
məlumatlandırılan orqanın (qurumun) adı
göstərilir.
86.4. Tikinti işləri
(reklam qurğularının
tikintisi istisna olmaqla) başlandıqda tikintiyə icazə
və tikinti ilə bağlı sənədlər,
məlumatlandırma icraatı qaydasında tikilən
obyektlərdə isə yalnız tikinti ilə bağlı
sənədlər tikinti ərazisində qapalı yerdə
saxlanılmalıdır. [93]
86.5. Tikinti
işlərinə başlamazdan əvvəl meydançadaxili
və meydançadankənar əlavə
təhlükəsizlik tədbirləri yerinə
yetirilməlidir.
86.6. Tikintiyə
icazədə nəzərdə tutulmuş şərtlər,
göstərişlər və əlavə müddəalar
tikinti işlərinə başlamazdan əvvəl yerinə yetirilməlidir.
15-ci fəsil
Tikinti layihələrinin ekspertizası
Maddə 87. Ekspertizanın məqsədi
Ekspertizanın
məqsədi tikinti layihələrinin etibarlılıq və
təhlükəsizlik baxımından şəhərsalma
və tikintiyə dair normativ sənədlərin tələblərinə
uyğunluğunun yoxlanılmasından ibarətdir.
Maddə 88. Ekspertizadan keçirilməsi tələb olunan tikinti
layihələri
88.1. Bu
Məcəllənin 89-cu maddəsində nəzərdə
tutulmuş obyektlərin layihələri istisna olmaqla,
aşağıdakı tikinti layihələrinin ekspertizadan
keçirilməsi məcburidir:
88.1.1. tikintisinə
icazə tələb olunan obyektlərin tikinti layihələri
- həmin layihələrin şəhərsalma və
tikintiyə dair normativ sənədlərin
tələblərinə uyğunluğunun yoxlanılması
baxımından;
88.1.2. dövlət
vəsaitləri hesabına maliyyələşdirilən
obyektlərin tikinti layihələri və smetaları - bu
Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə
tutulanlardan əlavə həm də həmin tikinti
obyektlərinə ayrılmış vəsaitlərin
səmərəli istifadəsinin qiymətləndirilməsi
baxımından.
88.2. Ekspertizadan
keçirilmiş tikinti layihələrinə konstruktiv və
dayanıqlığa təsir edə biləcək
dəyişikliklər edildikdə, həmin layihələr bu
Məcəllənin 88.1.1 və 88.1.2-ci maddələrində
nəzərdə tutulmuş mənada təkrar ekspertizadan
keçirilir.
Maddə 89. Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti
layihələri
89.1.
Aşağıdakı tikinti layihələri ekspertizadan
keçirilmir:
89.1.1. insanların
yaşaması və toplanması, habelə istehsalat
fəaliyyətinin həyata keçirilməsi
üçün nəzərdə tutulmayan
birmərtəbəli, aşırımının uzunluğu
ən çoxu 6 metr olan tikinti obyektlərinin
layihələri;
89.1.2.
sanitar-mühafizə zonalarının ayrılmasını
tələb etməyən və ya mövcud
sanitar-mühafizə zonalarından istifadə olunması
şərtilə tikilməsi nəzərdə tutulan istehsalat
təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr,
hündürlüyü və aşırımının
uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli
tikinti obyektlərinin layihələri;
89.1.3. mövcud tikinti
obyektlərinə və (və ya) onların
hissələrinə həmin obyektlərin konstruktiv və
digər təhlükəsizlik göstəricilərinə
təsir etməyən və icazə verilmiş tikintinin
parametrlərini keçməyən dəyişikliklərin
edilməsi barədə tikinti layihələri;
89.1.4. ekspertizadan
keçirilmiş, təkrar istifadə olunan və ya birtipli
layihələr əsasında həmin layihələrdə
nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti,
seysmik rayonlaşdırma və digər) uyğun zonalarda
inşa ediləcək tikinti obyektlərinin layihələrinin
0 (sıfır) səviyyəsindən yuxarı hissəsi,
habelə tikinti obyektlərinə onların konstruktiv və
digər təhlükəsizlik göstəricilərinə
təsir göstərməyən dəyişikliklərin
edilməsi barədə layihələr;
89.1.5. Bu
Məcəllənin 79-80-ci maddələrində
nəzərdə tutulmuş tikinti obyektlərinin
layihələri;
89.1.6. yerüstü mərtəbələrinin
sayı ikidən, hər mərtəbəsinin
hündürlüyü 4 metrdən, ümumi sahəsi 500
kvadratmetrdən, aşırımlarının uzunluğu 6
metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin
tikinti layihələri; [94]
89.1.7. insanların yaşaması və toplanması,
habelə istehsalat fəaliyyətinin həyata
keçirilməsi üçün nəzərdə tutulmayan
yerüstü mərtəbələrinin sayı 2-dən,
hər mərtəbəsinin hündürlüyü 3
metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti
sahəsi 1000 kvadratmetrdən və
aşırımlarının uzunluğu 6 metrdən çox
olmayan anbar binalarının layihələri.
89.2. Bu
Məcəllənin 89.1.3 və 89.1.4-cü
maddələrində nəzərdə tutulmuş
layihələrlə bağlı şübhələr
olduqda, müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum şübhə doğuran
halların aydınlaşdırılması barədə
ekspertiza müəssisəsinə sorğu ilə
müraciət edir.
Maddə 90. Tikinti layihələrinin ekspertizadan keçirilməsi
90.1. Təqdim olunmuş tikinti layihələrinin
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə uyğunluğu
ilə bağlı iradlar olduqda, ekspertiza müəssisəsi
həmin iradların aradan qaldırılması
üçün birbaşa sifarişçiyə
müraciət edir. Birbaşa müraciətdə
göstərilən iradlar 10 gün müddətində aradan
qaldırılmadıqda ekspertiza müəssisəsi
tərəfindən əsaslandırılmaqla rəy verilir
və müvafiq icra hakimiyyəti orqanına və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma göndərilir.[95]
90.2. Tikinti
layihələri ekspertiza müəssisəsi
tərəfindən 20 gün müddətində ekspertizadan
keçirilir. Siyahısı tikinti layihələrinin
ekspertizadan keçirilməsi qaydalarında müəyyən
edilən mürəkkəb-texniki və ya təhlükə
potensiallı obyektlərin, komplekslərin və bu
qəbildən olan başqa tikinti obyektlərinin layihələrinin
ekspertizadan keçirilməsi müddəti 3 ayadək
uzadılır. Bu Məcəllənin 90.1-ci maddəsinin
birinci cümləsinə müvafiq olaraq ekspertiza
müəssisəsi iradların
aradan qaldırılması üçün birbaşa
sifarişçiyə müraciət etdiyi hallarda tikinti
layihələrinin ekspertizadan keçirilməsi
müddətlərinin axını 10 günədək
dayandırılır. [96]
90.3. Ekspertizanın
nəticəsinə dair ekspert rəyi bu Məcəllənin
90.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq
müddət ərzində tikintiyə icazə verən müvafiq
icra hakimiyyəti orqanına və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma təqdim olunur.
90.4. Tikinti
layihələrinin ekspertizadan keçirilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 91. Tikinti layihələrinin ekspertizasının
maliyyələşdirilməsi
91.1. Tikinti
layihələrinin ekspertizadan keçirilməsi ilə
bağlı xərclər sifarişçi
tərəfindən ödənilir.
91.2. Bu
Məcəllənin 89.2-ci maddəsinə müvafiq olaraq
sorğu göndərildiyi hallarda sifarişçi
tərəfindən xərc ödənilmir.
16-cı
fəsil
Tikinti işlərinin dayandırılması. Tikinti
obyektlərinin sökülməsi
Maddə 92. Tikintiyə dövlət nəzarəti
çərçivəsində tikinti işləri ilə
bağlı yazılı göstərişlər və
tikinti işlərinin dayandırılması
92.1. Bu
Məcəllənin 92.4-cü maddəsində
nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq
icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının
tikintisi istisna olmaqla) aşağıdakı pozuntu
hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca
təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti
işlərini dayandırmadan onların aradan qaldırılması
barədə sifarişçiyə (podratçıya)
icrası məcburi olan yazılı göstəriş
təqdim edir: [97]
92.1.1. tikinti
işlərinin tikintiyə icazəyə, məlumatlandırma
icraatının tətbiq olunduğu hallarda isə layihənin
memarlıq-planlaşdırma və
tikinti ərazisinin baş planı bölmələrinə
uyğun aparılmadığı müəyyən
edildikdə;[98]
92.1.2. tikinti obyektinin, habelə bitişik və ya
qonşu obyektlərin təhlükəsizliyinə və
etibarlılığına təhlükə yaradan qüsurlar
müəyyən edildikdə və həmin qüsurları
digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq
mümkün olduqda;[99]
92.1.3. bu
Məcəllə ilə nişanlanması tələb edildiyi
halda tikintidə nişanlanmamış və ya qanunsuz
nişanlanmış tikinti materiallarından və
məmulatından istifadə edildikdə;
92.1.4. tikinti
işlərinə bu Məcəllənin 51-ci maddəsində
nəzərdə tutulmuş peşə sahələri
üzrə müvafiq ixtisası və sertifikatı olmayan
şəxslər cəlb edildikdə.
92.2. Bu
Məcəllənin 92.1-ci maddəsində nəzərdə
tutulmuş yazılı göstərişdə hər bir
pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun
sifarişçi (podratçı) tərəfindən aradan
qaldırılması üçün ağlabatan
müddət müəyyən edilir.
92.3. Sifarişçi
(podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə
əsasən ona təqdim edilmiş yazılı
göstərişə uyğun olaraq pozuntuların aradan
qaldırıldığı barədə müvafiq
icra hakimiyyəti orqanına məlumat verdiyi, belə
məlumatın verilmədiyi hallarda isə, həmin
yazılı göstərişdə pozuntuların aradan
qaldırılması üçün müəyyən edilmiş
müddətin başa çatdığı gündən
ən geci 3 iş günü ərzində müvafiq
icra hakimiyyəti orqanı pozuntuların aradan
qaldırılıb-qaldırılmadığını
yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan
qaldırılmadığı və ya tam aradan
qaldırılmadığı müəyyən edildikdə, müvafiq
icra hakimiyyəti orqanı sifarişçiyə
(podratçıya) icrası yoxlanılmış
yazılı göstərişin icra olunmayan hissəsində
yenidən yazılı göstəriş təqdim edir.
92.4. Tikintiyə
dövlət nəzarəti çərçivəsində
aşağıdakı pozuntuların müəyyən edildiyi
hallarda müvafiq
icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca
təsvir olunmaqla müvafiq akt tərtib edir və onun
əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla)
dayandırılması barədə qərar qəbul edir: [100]
92.4.1. tikintiyə icazənin tələb olunmasına
baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə
xüsusi nişanın tikinti işlərinin başlanması
üçün əsas olduğu hallarda belə nişan
alınmadan, barəsində məlumatlandırma icraatı
tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin
başlanması üçün bu Məcəllənin
80.4-cü maddəsində müəyyən olunmuş əsas
olmadan tikildikdə;[101]
92.4.2. tikinti obyektinin, habelə bitişik və ya
qonşu obyektlərin təhlükəsizliyinə və
etibarlılığına təhlükə yaradan qüsurlar
müəyyən edildikdə və həmin qüsurları
digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq
mümkün olmadıqda;
92.4.3. bu
Məcəllənin 92.1.1-ci maddəsində müəyyən
edilən pozuntularla bağlı təqdim edilmiş ilk
yazılı göstərişdə nəzərdə tutulan
pozuntular ən geci 4 ay müddətində aradan
qaldırılmadıqda;
92.4.4. bu
Məcəllənin 92.1.2-ci maddəsində müəyyən
edilən pozuntularla bağlı təqdim edilmiş ilk
yazılı göstərişdə nəzərdə tutulan
pozuntular ən geci 6 ay
müddətində aradan qaldırılmadıqda;[102]
92.4.5. bu
Məcəllənin 92.1.3-cü və 92.1.4-cü
maddələrində müəyyən edilən pozuntularla
bağlı təqdim edilmiş ilk yazılı
göstərişdə nəzərdə tutulan pozuntular
ən geci 1 ay müddətində aradan
qaldırılmadıqda.
92.5. Tikinti
işlərinin dayandırılması barədə qərarda
onun qəbulunu şərtləndirən pozuntular (faktiki və
hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların
aradan qaldırılması ilə bağlı müvafiq
icra hakimiyyəti orqanının izahlı göstərişi
nəzərdə tutulmalıdır. Tikinti işlərinin
dayandırılması barədə qərar 3 iş günü
müddətində sifarişçiyə (podratçıya)
təqdim olunur.[103]
92.6. Tikinti işləri
dayandırıldığı müddətdə tikintinin
podratçısı (podratçı olmadığı
hallarda sifarişçisi) üçüncü şəxslərin
həyatının və əmlakının, habelə
ətraf mühitin təhlükəsizliyini təmin etmək
məqsədilə tikinti meydançasında mühafizə
tədbirləri görməlidir.
92.7. Tikinti işləri
bu Məcəllənin 92.4.2-ci,
92.4.3-cü və 92.4.4-cü maddələrinə
əsasən dayandırıldığı hallarda
sifarişçiyə (podratçıya) yalnız
dayandırılma barədə qərarda müəyyən
edilən pozuntuların aradan qaldırılması ilə
bağlı işlərin yerinə yetirilməsinə yol
verilir. [104]
92.8. Sifarişçi
(podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə
uyğun olaraq müvafiq
icra hakimiyyəti orqanının göstərişlərinin
yerinə yetirdiyi və tikinti işlərinin
dayandırılmasına əsas olmuş pozuntuları aradan
qaldırdığı barədə müvafiq
icra hakimiyyəti orqanına yazılı məlumat təqdim
etməlidir. Belə məlumatın təqdim edildiyi
gündən 3 iş günü ərzində müvafiq
icra hakimiyyəti orqanı pozuntuların aradan
qaldırılıb-qaldırılmadığını
yoxlayır. Yoxlama nəticəsində
göstərişlərin yerinə yetirilmədiyi və
tikinti işlərinin dayandırılmasına əsas
olmuş pozuntuların aradan qaldırılmadığı
müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca
təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda
tikinti işlərinin dayandırılması haqqında
qərar qüvvədə qalır və bu barədə müvafiq
icra hakimiyyəti orqanı sifarişçiyə
(podratçıya) yazılı məlumat verir. Yoxlama
nəticəsində pozuntuların aradan
qaldırıldığı müəyyən olunduğu
təqdirdə müvafiq
icra hakimiyyəti orqanı tikinti işlərinin davam
etdirilməsinə yazılı razılıq verir və
belə razılıq tikinti işlərinin
dayandırılması haqqında qərarın
qüvvədən düşməsini ehtiva edir. Bu maddənin
birinci cümləsində nəzərdə tutulmuş
məlumatın təqdim edildiyi gündən 5 iş
günü ərzində müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
sifarişçiyə (podratçıya) tikinti
işlərinin dayandırılması haqqında
qərarın qüvvədə qalması haqda yazılı
məlumat və ya tikinti işlərinin davam
etdirilməsinə yazılı razılıq
verilmədikdə tikinti işlərinin
dayandırılması barədə qərar
qüvvədən düşmüş hesab edilir.
92.9. Yazılı
göstəriş və tikinti işlərinin
dayandırılması barədə qərar maraqlı
şəxslər tərəfindən
mübahisələndirilə bilər.
92.10. Tikinti
işlərinin dayandırılması qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 92-1. Reklam
qurğularının tikintisi ilə bağlı yazılı
göstərişlər[105]
92-1.1. Müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum tikintisinə
icazə tələb olunan reklam qurğularının
tikintisi işlərində pozuntu hallarını aşkar
etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla
müvafiq akt tərtib edir və onların 10 gün ərzində
aradan qaldırılması barədə
sifarişçiyə icrası məcburi olan yazılı
göstəriş təqdim edir. [106]
92-1.2. Sifarişçi bu Məcəllənin 92-1.1-ci
maddəsinə əsasən ona təqdim edilmiş
yazılı göstərişə uyğun olaraq
pozuntuların aradan qaldırıldığı barədə
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma məlumat verdiyi, belə məlumatın verilmədiyi
hallarda isə, həmin yazılı göstərişdə
pozuntuların aradan qaldırılması üçün
müəyyən edilmiş müddətin başa
çatdığı gündən ən geci 3 iş
günü ərzində müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum pozuntuların aradan
qaldırılıb-qaldırılmadığını
yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan
qaldırılmadığı və ya tam aradan
qaldırılmadığı müəyyən edildikdə,
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum sifarişçiyə icrası yoxlanılmış
yazılı göstərişin icra olunmayan hissəsində
yoxlamanın keçirildiyi gündən 3 iş
günündən gec olmayaraq yenidən yazılı
göstəriş təqdim edir.
92-1.3. Yazılı göstəriş maraqlı
şəxslər tərəfindən
mübahisələndirilə bilər.
Maddə 92-2. Ərazi
planlaşdırılması sənədlərinin
tələblərinin təmin edilməsi ilə bağlı
yazılı göstərişlər[107]
92-2.1. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) ərazi
planlaşdırılması sənədlərinin
tələblərinin təmin edilməsi ilə bağlı
(reklam qurğularının tikintisinə münasibətdə
istisna olmaqla) aşağıdakı pozuntu hallarını
aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla
müvafiq akt tərtib edir və onların aradan
qaldırılması barədə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) icrası
məcburi olan yazılı göstəriş təqdim edir:
92-2.1.1. tikintiyə icazə icraatı zamanı tikinti
obyektinin tikinti layihəsinin və ya məlumatlandırma
icraatı zamanı barəsində belə icraat
nəzərdə tutulan tikinti obyektlərinin tikinti
layihəsinin memarlıq-planlaşdırma və tikinti
ərazisinin baş plan bölmələrinin müvafiq
ərazini əhatə edən müfəssəl planın
tələblərinə, müfəssəl plan
olmadığı və ya onun müddəti bitdiyi hallarda
tikintiyə icazə verilməsi və ya məlumumatlandırma
icraatı məqsədləri üçün onların
həyata keçiriləcəkləri ərazinin
planlaşdırılması sənədlərinə (baş
planlara və (və ya) ümumi planlara), habelə
müfəssəl planın hazırlanması zamanı
nəzərə alınan tələblərə uyğun
olmadığı müəyyən edildikdə;
92-2.1.2. tikintiyə icazə icraatı zamanı tikinti
obyektinin tikinti layihəsinin və ya məlumatlandırma
icraatı zamanı barəsində belə icraat
nəzərdə tutulan tikinti obyektlərinin tikinti
layihəsinin memarlıq-planlaşdırma və tikinti
ərazisinin baş plan bölmələrinin ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydaların
tələblərinə uyğun olmadığı
müəyyən edildikdə və ya yaşayış
məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə uyğunluğunun
müəyyənləşdirilməsi qaydalarının
tələblərinin təmin olunmaması aşkar
edildikdə;
92-2.1.3. bu Məcəllənin 75.5.1-ci maddəsinin
tələblərinə əməl edilmədən tikinti
obyektlərinin tikintisinə icazə verilməsi aşkar
edildikdə;
92-2.1.4. aşkar edilmiş özbaşına
tikililərin qarşısının alınması
məqsədi ilə tədbirlərin
görülməməsi müəyyən edildikdə;
92-2.2. Bu Məcəllənin 92-2.1-ci maddəsində
nəzərdə tutulmuş yazılı
göstərişdə hər bir pozuntu ayrıca təsvir
olunur və həmin pozuntunun müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən aradan qaldırılması
üçün ağlabatan müddət müəyyən
edilir.
92-2.3. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin
92-2.1.1 – 92-2.1.4-cü maddələrinə əsasən ona
təqdim edilmiş yazılı göstərişə
uyğun olaraq pozuntuların aradan
qaldırıldığı barədə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) məlumat verdiyi, belə məlumatın verilmədiyi
hallarda isə, həmin yazılı göstərişdə
pozuntuların aradan qaldırılması üçün
müəyyən edilmiş müddətin başa
çatdığı gündən ən geci 3 iş
günü ərzində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
pozuntuların aradan
qaldırılıb-qaldırılmadığını
yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan
qaldırılmadığı və ya tam aradan
qaldırılmadığı müəyyən edildikdə,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) icrası
yoxlanılmış yazılı göstərişin icra
olunmayan hissəsində yenidən yazılı
göstəriş təqdim edir.
92-2.4. Yazılı göstəriş maraqlı
şəxslər tərəfindən
mübahisələndirilə bilər.
Maddə 93. Mədəni irs obyektlərinin əlamətləri
aşkar edildikdə tikinti işlərinin dayandırılması
93.1. Tikinti zamanı
mədəni irs obyektlərinin əlamətləri aşkar
edildikdə tikinti işləri dərhal dayandırılır
və bu barədə müvafiq
icra hakimiyyəti orqanına (reklam
qurğularının tikintisi zamanı isə müvafiq icra
hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti
orqanının yaratdığı quruma) məlumat verilir. Tikinti işlərinin davam
etdirilməsi və zəruri tədbirlərin
görülməsi barədə qərar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir. [108]
93.1-1. Şuşa
şəhərinin ərazisində tikinti işləri
aparılarkən aşkar edilən mədəni irs
obyektlərinin qorunması “Azərbaycanın
mədəniyyət paytaxtı – Şuşa şəhəri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir.[109]
93.2. Bu
Məcəllənin 93.1-ci maddəsinin
tələblərinə əməl etməyən
şəxslər qanuna uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 94. Tikintisi başa çatmamış obyektin
konservasiyası haqqında qərarın qəbul edilməsi
94.1. Dövlət və
ya bələdiyyə vəsaiti hesabına
maliyyələşdirilən obyektlərin tikintisi 3 aydan
artıq müddətə dayandırıldıqda, tikintisi
başa çatmamış obyektlərin
konstruksiyalarının və tikinti ərazisinin
mühafizəsi məqsədilə sifarişçi
tərəfindən konservasiya tədbirləri həyata
keçirilməlidir.
94.2. Bu
Məcəllənin 94.1-ci maddəsində nəzərdə
tutulmuş halda dövlət və ya bələdiyyə
vəsaiti hesabına maliyyələşdirilən obyektin
konservasiyası haqqında qərar tikintiyə dövlət
nəzarətini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir.
94.3. Tikintisi başa
çatmamış obyektin konservasiyası haqqında
qərarın surəti tikintiyə icazə vermiş müvafiq
icra hakimiyyəti orqanına və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma göndərilir.
94.4. Konservasiya
haqqında qərarda tikinti işlərinin
dayandırıldığı tarix, konservasiya
sənədlərinin hazırlanması və konservasiyanın
həyata keçirilməsi müddəti, tikinti obyektinin
və tikinti ərazisinin mühafizəsi üzrə
tədbirlər nəzərdə tutulur.
Maddə 95. Tikinti obyektlərinin sökülməsi
95.1. Tikintisi başa
çatmış və ya çatmamış tikinti obyekti
və ya onun hissəsi aşağıdakı hallarda
sökülür:
95.1.1. tikintisinə bu
Məcəllə qüvvəyə mindikdən sonra
başlanılmış və tikinti
mərhələsində olan tikinti obyekti və ya onun
hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya
bələdiyyə tərəfindən tikinti
məqsədləri üçün ayrılmamış
dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaq sahəsində inşa
edildikdə;
95.1.2. bu
Məcəllənin 92.4.1-ci maddəsinə əsasən
tikinti işlərinin dayandırılması barədə
qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə
alınmadıqda;[110]
95.1.3. bu
Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü
maddələrinə əsasən tikinti işlərinin
dayandırılması barədə qərarda
nəzərdə tutulan pozuntular 1
il ərzində aradan qaldırılmadıqda;[111]
95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində
müəyyən edilən pozuntularla bağlı təqdim
edilmiş ilk yazılı göstərişdə
nəzərdə tutulan pozuntular ən geci 1 ay
müddətində aradan qaldırılmadıqda;[112]
95.1.4.
sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin)
öz arzusu ilə.
95.2. Bu
Məcəllənin 95.1.1-ci və 95.1.2-ci
maddələrində nəzərdə tutulmuş hallarda yan
divarlarının və dam örtüklərinin inşası
başa çatmamış tikinti obyektinin sökülməsi
barədə qərar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir. Bu qərar maraqlı şəxslər
tərəfindən mübahisələndirilə bilər.
95.3. Bu
Məcəllənin 95.1.3-1-ci,
95.1.4-cü və 95.2-ci maddələrində
nəzərdə tutulmuş hallar istisna olmaqla, digər
hallarda müvafiq
icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi
barədə məhkəməyə müraciət edir. [113]
95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində
nəzərdə tutulmuş halda tikinti obyektinin
sökülməsi barədə qərar müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum
tərəfindən qəbul edilir. Bu qərar maraqlı
şəxslər tərəfindən
mübahisələndirilə bilər.[114]
95.4. Bu
Məcəllənin 95.1.4-cü maddəsində
nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin
Məcəllənin 79-80-ci maddələrində
nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci
maddəsinə uyğun olaraq sökülür.
95.5. Sökülməsi
barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay
müddətində onun sahibi tərəfindən
sökülmədikdə həmin tikinti obyekti müvafiq
icra hakimiyyəti orqanı (reklam
qurğuları isə müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum) tərəfindən sökülür.[115]
95.6. Tikinti obyektinin
sökülməsi müvafiq layihə əsasında
həyata keçirilir.
95.7. Tikinti
obyektlərinin sökülməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
17-ci fəsil
Tikintiyə nəzarət
Maddə 96. Tikintiyə nəzarətin məqsədi və
növləri
96.1. Tikintiyə
nəzarətin məqsədi obyektin şəhərsalma
və tikintiyə dair normativ sənədlərin
tələblərinə əməl olunmaqla tikilməsini
təmin etməkdən ibarətdir.
96.2. Tikintiyə
nəzarətin aşağıdakı növləri
vardır:
96.2.1. dövlət
nəzarəti;
96.2.2. texniki
nəzarət;
96.2.3. müəllif
nəzarəti;
96.2.4. daxili
əməliyyat nəzarəti.
Maddə 97. Tikintiyə dövlət nəzarəti
97.1. Tikintiyə
dövlət nəzarəti zamanı obyektin tikintisinin
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə və tikinti
layihəsinə uyğun aparılması, inşaat
konstruksiyalarının (karkasların, qəliblərin və
s.) yararlılığı, tikintinin
təhlükəsizliyinin təmin olunması, habelə
şəhərsalma və tikinti fəaliyyəti
subyektlərinin öz vəzifələrini lazımi qaydada
icra etmələri yoxlanılır.
97.2. Tikintiyə
dövlət nəzarətini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə
hazır tikinti hissələrindən sınaq
nümunələri götürmək, yoxlamaq və ya
yoxlatdırmaq hüququ vardır. Tikinti məmulatının və
(və ya) tikinti hissələrinin sınaq
nümunələrinin yoxlanılması ilə bağlı
xərclər bu Məcəllənin 102.3-cü
maddəsində müəyyən edilmiş qaydada
ödənilir. Tikintiyə dövlət nəzarəti
zamanı bu Məcəllənin 51-ci maddəsində
nəzərdə tutulmuş peşə sahələrinə
aid işlərin müvafiq peşəkarlıq sertifikatına
malik şəxslər tərəfindən yerinə
yetirilməsi də yoxlanılır.
97.3. Tikintiyə
dövlət nəzarətini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının tələbinə əsasən
tikinti ilə bağlı zəruri məlumatlar, tikinti
sənədlərinin (şəhadətnamələr,
sertifikatlar, aktlar və s.) əsli və ya surətləri
həmin orqana təqdim olunmalıdır.
97.4. Tikintiyə
dövlət nəzarətini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının aşağıdakı digər
səlahiyyətləri vardır:
97.4.1. tikinti və ya
tikinti materialları və məmulatı ilə bağlı
təhlükə barədə ictimaiyyəti
məlumatlandırmaq;
97.4.2. tikinti obyektinə
və tikinti ərazisinə maneəsiz daxil olmaq;
97.4.3. tikintidə
baş verən qəzaların səbəblərini
araşdırmaq.
97.5. Tikintiyə
dövlət nəzarətinin həyata keçirilməsi
qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 98. Tikintiyə texniki nəzarət
98.1. Tikintiyə texniki
nəzarət sifarişçi tərəfindən təmin
edilir və müvafiq peşə sertifikatına malik
şəxslər tərəfindən həyata keçirilir.
98.2. Tikintiyə texniki
nəzarətin həyata keçirilməsi qaydaları
şəhərsalma və tikintiyə dair normativ
sənədlərlə tənzimlənir.
98.3. Texniki
nəzarətin həyata keçirilməsinin tələb
olunmadığı tikinti obyektləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 99. Tikintiyə müəllif nəzarəti
99.1. Tikintiyə
müəllif nəzarəti zamanı obyektin tikintisinin
təsdiq edilmiş layihəyə uyğun aparılması
yoxlanılır.
99.2. Tikintiyə
müəllif nəzarəti sifarişçi ilə
layihəçi arasında bağlanmış
müqaviləyə uyğun olaraq layihəçi
tərəfindən həyata keçirilir.
Maddə 100. Tikintiyə daxili əməliyyat nəzarəti
100.1. Tikintiyə daxili
əməliyyat nəzarətinin həyata keçirilməsi
tikintinin podratçısı tərəfindən təmin
edilir.
100.2. Tikintiyə daxili
əməliyyat nəzarətinin həyata keçirilməsi
qaydaları şəhərsalma və tikintiyə dair normativ
sənədlərlə tənzimlənir.
18-ci fəsil
Tikinti obyektinin istismarına icazə üzrə icraat
Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi
101.1. Tikinti obyektinin
istismarına icazə verilməsi tikintisi başa
çatmış obyektin və ya onun bir hissəsinin
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə uyğun
tikildiyinin və ondan təyinatı üzrə istifadənin
mümkünlüyünün təsdiq edilməsidir.
101.2. Tikinti obyektinin (tikintisinə
icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına
icazə müvafiq icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum, tikintisinə icazə tələb
olunan reklam qurğularının
istismarına icazə isə müvafiq icra hakimiyyəti
orqanının
yaratdığı qurum tərəfindən verilir.[116]
101.3. Bu
Məcəllənin 101.1-ci maddəsində nəzərdə
tutulmuş müddəa tikintisinə icazə tələb
edilməyən obyektlərə şamil olunmur.
101.4. Tikinti obyektinin
istismarına icazənin vahid forması müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. [117]
Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi
102.1. Tikintisinə
icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına
icazə verilməsi
üçün müraciətə sifarişçi
tərəfindən bu
Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri
nəzərə alınmaqla təqdim edilmiş
aşağıdakı sənədlər əlavə edilir:[118]
102.1.1. tikinti sənədləri;[119]
102.1.2.
şəhərsalma və tikintiyə dair normativ
sənədlərdə nəzərdə tutulmuş hallarda
obyektin istismara verilməsindən əvvəl tikintinin, onun
hissələrinin və ya mühəndis-kommunikasiya
təminatı sistemlərinin istismara
hazırlığının yoxlanıldığını
təsdiq edən sənədlər.
102.1-1. Reklam qurğularının istismarına
icazə üçün müraciətə sifarişçi
tikintiyə icazəni əlavə edir.[120]
102.1-2. Bu Məcəllənin 102.1-ci maddəsində
nəzərdə tutulmuş sənədlərin Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından (qurumundan) əldə edilməsi
mümkün olduqda, həmin sənədlər
sifarişçidən tələb edilmir. Belə
sənədlərin Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə əldə edilməsi mümkün
olmadığı hallarda onların təqdim edilməsi
sifarişçinin razılığı ilə sorğu
əsasında müvafiq dövlət qurumundan tələb
olunur və ya sifarişçi tərəfindən təmin
edilir.[121]
102.2. Obyekt
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə uyğun tikildiyi
halda müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum (reklam
qurğularına münasibətdə isə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum)
tərəfindən tikinti obyektinin istismarına icazə
verilir. İstismara icazə tikinti obyekti müayinə
edildikdən (tikinti obyektinə baxış
keçirildikdən) və onun müəyyən edilmiş
tələblərə uyğunluğu təsbit edildikdən
sonra verilir. [122]
102.3. Müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum istismara icazə verməzdən
əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan
keçirilməsinə dair ekspertiza müəssisəsinə
müraciət edə bilər. Bu müraciət tikintinin
təhlükəsizliyi baxımından
əsaslandırılmış olmalıdır. Obyektin
şəhərsalma və tikintiyə dair normativ
sənədləri ilə müəyyən edilmiş
tələblərə uyğunluğunun əlavə olaraq
yoxlanılması üçün tikintinin və ya onun
hissələrinin ekspertizadan keçirilməsinə
çəkilən xərclər uyğunluğun təsbit
edildiyi hallarda müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tərəfindən
ödənilir.
102.4. Tikinti obyektinin
istismarına icazənin verilməsi üçün
müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb
olunmayan tikinti layihələrinə münasibətdə 10
gün, reklam qurğularına münasibətdə isə 5
iş günü müddətində müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum (reklam
qurğularına münasibətdə isə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verir və ya verilməsindən
imtina haqqında qərar qəbul edir.[123]
102.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tikinti obyektinin istismarına icazənin verilməsi üçün
dövlət rüsumunu ödəməsi vəzifəsi
barədə məlumatı 2 iş günü
müddətində sifarişçiyə göndərir. Bu məlumat
sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi
üçün dövlət rüsumu 5 iş günü
müddətində sifarişçi tərəfindən
ödənilir və ödənişi təsdiq edən
sənəd müvafiq icra hakimiyyəti orqanına və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma təqdim edilir.[124]
102.4-2. Sifarişçi tərəfindən
dövlət rüsumunun ödənilməsi faktını
təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti
obyektinin istismarına icazə 2 iş günündən gec
olmayaraq sifarişçiyə təqdim edilir və ya
sifarişli poçt göndərişi vasitəsilə
göndərilir. Dövlət rüsumunun ödənilməsi
faktını təsdiq edən sənəd təqdim
edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və
ya müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum tərəfindən icazə
ləğv edilir və bu barədə məlumat 2 iş
günü müddətində sifarişçiyə təqdim
edilir və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərilir.[125]
102.4-3. Bu Məcəllənin 102.4-2-ci maddəsində
göstərilən əsasla icazə ləğv edildikdən
sonra sifarişçi tikinti obyektinin istismarına icazə
verilməsi üçün təkrar müraciət edə
bilər. Təkrar müraciətə yalnız dövlət
rüsumunun ödənilməsi faktını təsdiq
edən sənəd əlavə edilir. Müvafiq icra
hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum müraciət daxil
olduğu gündən 2 iş günündən gec olmayaraq
tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim
edir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərir.[126]
102.5. Müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum (reklam qurğularına münasibətdə isə
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum) obyektin istismarına icazə
ilə bağlı sənədləri tikinti obyekti
sökülənədək və ya müvafiq
sənədlər “Milli arxiv fondu
haqqında”
Azərbaycan Respublikası Qanununun müddəalarına
uyğun arxivə təhvil verilənədək saxlamağa
borcludur. [127]
102.6.
Məlumatlandırma icraatının tətbiq olunduğu
tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra,
sifarişçi bu barədə məlumatı
sifarişli poçt göndərişi ilə 10 iş
günü müddətində müvafiq icra hakimiyyəti
orqanına və ya müvafiq icra hakimiyyəti orqanının
yaratdığı quruma göndərir və ya
bilavasitə təqdim edir. Sifarişçi
öz arzusu ilə həmin məlumatı sifarişli
poçt göndərişi ilə Tikintilərin
Dövlət reyestrinə göndərə və ya
bilavasitə təqdim edə bilər.[128]
102.7. Tikinti
obyektlərinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma
icraatının tətbiq olunduğu tikinti obyektlərinin
tikintisinin başa çatması barədə
sifarişçi tərəfindən məlumat verildikdən
sonra, müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum (reklam
qurğularına münasibətdə isə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum) 5
iş günü müddətində bu barədə vahid
informasiya təminatı sisteminin tərkib hissəsi olan
Tikintilərin Dövlət reyestrinə məlumat təqdim
etməlidir. Həmin məlumatlar 3 iş günü
müddətində Tikintilərin Dövlət reyestrinin
internet səhifəsində yerləşdirilir.[129]
102.7-1.Tikinti obyektinin istismarına icazənin verilməsinə
görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş məbləğdə
dövlət rüsumu tutulur.[130]
102.8. Bu
Məcəllənin 102.1-ci
maddəsində nəzərdə tutulmuş tikinti
sənədlərinin siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[131]
102.9. Tikinti obyektinin istismarına icazə icraatı
üzrə bu Məcəllənin 102.1-102.4-3-cü,
102.6-cı və 102.7-ci maddələri ilə
müəyyən edilən hərəkətlər
şəhərsalma və tikinti fəaliyyətinin vahid
informasiya təminatı sistemi vasitəsilə elektron qaydada
həyata keçirilir.[132]
Maddə 103. Tikinti obyektinin istismarına icazədə nəzərdə
tutulan məlumatlar
103.1. Tikinti obyektinin
istismarına icazədə aşağıdakı
məlumatlar nəzərdə tutulur:
103.1.1. tikinti obyektinin
ünvanı və onun döngə nöqtələrinin
koordinatları;
103.1.2. tikinti obyektinin
istismarına icazə verən orqanın (qurumun) adı və
ünvanı, eləcə də həmin orqanın
vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi
və imzası;
103.1.3. tikinti obyektinin
istismarına icazənin verildiyi tarix və icazənin
nömrəsi;
103.1.4. tikinti obyektinin
istismar təyinatı;
103.1.5. tikinti obyektinin
əsas texniki göstəriciləri;
103.1.6. Tikintilərin
Dövlət reyestri tərəfindən tikinti obyektinə
verilmiş kodun nömrəsi.
103.2. Tikintiyə
icazə verən müvafiq
icra hakimiyyəti orqanı və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum (reklam
qurğularına münasibətdə isə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum)
tikinti obyektinin istismarına icazədə nəzərdə
tutulmuş məlumatları 5 gün müddətində
Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu
məlumatlar ən geci 3 iş günü ərzində
Tikintilərin Dövlət reyestrinin rəsmi internet
səhifəsində yerləşdirilir.
Maddə 104. Tikintilərin Dövlət reyestri
104.1. Tikintilərin
Dövlət reyestrinin məqsədi tikilən, istismar
edilən və sökülən tikinti obyektlərinin,
habelə bu Məcəllənin 35-ci maddəsində
nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin
qeydiyyatını aparmaqdan ibarətdir.
104.2. Tikintilərin
Dövlət reyestri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
aparılır.
104.3. Tikintilərin
Dövlət reyestrinin məlumatları ictimaiyyət
üçün açıqdır və müvafiq
icra hakimiyyəti orqanının rəsmi internet
səhifəsində dərc edilir. Reyestrin məlumatları
informativ və statistik xarakter daşıyır.
104.4. Tikintilərin
Dövlət reyestrinə daxil edilən məlumatların
tərkibi, həmin məlumatların təqdim edilməsi
və reyestrin aparılması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 105. Zəmanət müddəti
105.1. Tikinti obyektinin
istismarı ilə bağlı ən azı 2 il zəmanət
müddəti müəyyən edilir. Müddətin
axımı tikintinin istismarına icazə verildiyi
gündən hesablanır. Tərəflər müqavilə
ilə bu müddətdən daha artıq müddət
müəyyən edə bilərlər. Zəmanət
müddəti ilə bağlı tələb
müvəqqəti tikililərə şamil edilmir.
105.2. Zəmanət
müddəti ərzində meydana çıxan qüsurlar
və çatışmazlıqlar podratçı (baş
podratçı) tərəfindən aradan qaldırılır.
105.3. Zəmanət
müddəti ərzində qüsurlar və
çatışmazlıqlar obyektin istismarı və
saxlanılması qaydalarına əməl olunmaması
nəticəsində və yaxud podratçıdan
asılı olmayan səbəblərdən meydana
çıxdığı hallarda podratçı
məsuliyyətdən azad olunur.
105.4. Zəmanət
müddəti ilə bağlı mübahisələr bu
maddənin tələbləri nəzərə alınmaqla
mülki qanunvericiliyə uyğun olaraq həll edilir.
Maddə 106. Bu Məcəllənin pozulmasına görə
məsuliyyət
Bu Məcəllənin
pozulmasına görə şəxslər qanunla
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar. Bu
Məcəllənin tələblərinin pozulmasına
görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı
tərəfindən tətbiq edilən
cərimələrdən (o cümlədən onun
tərəfindən inzibati xəta haqqında protokol tərtib
edilərək baxılması üçün
məhkəməyə göndərilən inzibati xətalar
haqqında işlər üzrə tətbiq edilən
cərimələrdən) toplanan vəsaitin 43 faizi,
həmçinin bu Məcəllənin 11.5-ci maddəsinə
əsasən toplanan haqqın müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
hissəsi müvafiq icra hakimiyyəti orqanının
işçilərinin sosial müdafiəsini
gücləndirmək məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanının hesabına köçürülür.
Bu vəsaitdən istifadə
qaydasını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir. Bu
Məcəllənin 11.5-ci maddəsinə əsasən toplanan
haqqın 7 faizi dövlət büdcəsinə
köçürülür.[133]
M Ü N D Ə R İ C A T
I BÖLMƏ
Ümumi
müddəalar
Şəhərsalma
və tikinti qanunvericiliyi
1-ci
fəsil Şəhərsalma
və tikinti qanunvericiliyi
1
2-ci
fəsil Şəhərsalma
və tikinti fəaliyyəti sahəsində dövlət
siyasəti
5
3-cü fəsil Şəhərsalma və tikinti
fəaliyyətinin əsas prinsipləri 6
4-cü fəsil Şəhərsalma və
tikintiyə dair normativ sənədlər sistemi. 9
Şəhərsalma
və tikinti fəaliyyətinin informasiya təminatı sistemi
II BÖLMƏ
Şəhərsalma
fəaliyyəti
5-ci
fəsil Ərazi
planlaşdırılması
10
6-cı fəsil Ərazi
planlaşdırılması sənədlərinin
hazırlanması üzrə icraat 16
7-ci fəsil Şəhərsalma
məqsədilə abadlaşdırma tədbirləri
22
III BÖLMƏ
Tikinti
fəaliyyəti
8-ci
fəsil Tikinti
fəaliyyətinin subyektləri
24
9-cu
fəsil Tikinti
fəaliyyətinin peşə sahələri
26
10-cu
fəsil Tikinti materialları
və məmulatı
27
11-ci
fəsil Tikintiyə dair
ümumi tələblər
28
12-ci
fəsil Tikintidə
təhlükəsizlik
33
13-cü fəsil Tikinti obyektləri arasında
məsafələr və qonşuluq hüququ 33
14-cü fəsil Tikintiyə icazənin verilməsi
üzrə icraat
36
15-ci
fəsil Tikinti
layihələrinin ekspertizası
42
16-cı fəsil Tikinti işlərinin
dayandırılması. Tikinti obyektlərinin
sökülməsi 44
17-ci
fəsil Tikintiyə
nəzarət
47
18-ci fəsil Tikinti obyektinin istismarına
icazə üzrə icraat
49
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
27 iyun 2014-cü il tarixli 1014-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11
iyul 2014-cü il, № 146;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 07, maddə 787)
2.
20 iyun 2014-cü il tarixli 988-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2014-cü il, № 147;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 07, maddə 766)
3.
30 sentyabr 2014-cü il tarixli 1045-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 noyabr
2014-cü il, № 242;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 10, maddə 1165)
4.
28 aprel 2015-ci il tarixli 1262-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2015-ci il, № 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №
5, maddə 503)
5.
14 oktyabr
2016-cı il tarixli 345-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1773)
6.
11 noyabr
2016-cı il tarixli 397-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2016-cı il, № 289, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2010)
7.
14 aprel 2017-ci il tarixli 596-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1019)
8.
16 may
2017-ci il tarixli 673-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 may 2017-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, № 5, maddə 755)
9.
16 may
2017-ci il tarixli 668-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №
6, maddə 1043)
10.
1 fevral
2018-ci il tarixli 982-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 mart 2018-ci il, № 53,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №
3, maddə 373)
11.
6 mart 2018-ci il tarixli 1034-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2018-ci
il, № 106,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
№5, maddə 837)
12.
3 aprel 2018-ci il tarixli 1059-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 may 2018-ci
il, № 102,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
№5, maddə 850)
13.
28 dekabr 2018-ci il tarixli 1406-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2019-cu il, № 24,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
01, maddə 23)
14.
28 dekabr 2018-ci il tarixli 1451-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, № 12, I kitab, maddə 2535)
15.
1 fevral
2019-cu il tarixli 1477-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 aprel
2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 3, maddə 375)
16.
5 mart
2019-cu il tarixli 1525-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 mart
2019-cu il, № 65,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
№3, maddə 391)
17.
3 may 2019-cu
il tarixli 1578-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun
2019-cu il, № 128, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987)
18.
1 may 2020-ci il tarixli 72-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 iyun 2020-ci il, № 102,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
№5, maddə 522)
19.
19 may
2020-ci il tarixli 114-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul
2020-ci il, № 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə
832)
20.
12 iyun
2020-ci il tarixli 130-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2020-ci il, № 141,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №
7, maddə 843)
21.
6 oktyabr
2020-ci il tarixli 176-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 noyabr
2020-ci il, № 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə
1326)
22.
3 dekabr
2021-ci il tarixli 416-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə
1315)
23.
4 mart
2022-ci il tarixli 494-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, № 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №
3, maddə 194)
24.
13 may
2022-ci il tarixli 528-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 iyul 2022-ci il, № 139, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 692)
25.
27 may
2022-ci il tarixli 543-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2022-ci il, № 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə
696)
26.
20 dekabr
2022-ci il tarixli 731-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 8
fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral
2023-cü il, № 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, № 2, maddə 184)
27.
17 fevral
2023-cü il tarixli 807-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 8
aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, № 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4,
maddə 445)
28.
30 may
2023-cü il tarixli 889-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 14 iyun
2023-cü il,
“Azərbaycan” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6,
maddə 753)
29.
31 may
2023-cü il tarixli 895-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 17 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 18 iyul
2023-cü il, № 148, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 886)
30.
22 dekabr
2023-cü il tarixli 1076-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 27 dekabr
2023-cü il,
“Azərbaycan” qəzeti, 28 dekabr 2023-cü il, № 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I
kitab, maddə 1628)
31.
16 fevral
2024-cü il tarixli 1095-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 1 mart
2024-cü il, “Azərbaycan” qəzeti, 2 mart
2024-cü il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2024-cü il, № 3, maddə 247)
32. 27 dekabr 2024-cü il tarixli 116-VIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 15 yanvar 2025-ci il, “Azərbaycan”
qəzeti, 16 yanvar 2025-ci il, № 9)
33.
14 fevral
2025-ci il tarixli 139-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 11 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 12 mart 2025-ci
il, № 54)