2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub

2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub
Bu rəqəmlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında təqdim etdiyi 2024-cü il üzrə məlumatında əksini tapıb.
Qeyd olunub ki, ötən il məişət zorakılığı ilə bağlı ümumilikdə 594 müraciət qeydə alınıb. Zorakılığa məruz qalanların 534-ü qadın, 52-si kişi, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-ü isə şəhid ailəsinin üzvü olub.
Zorakılıq törədən şəxslərin 555-i kişi, 252-si qadın olub.
Müraciətlərin növlərinə görə bölgüsü belədir:
403 nəfər fiziki,
136 nəfər psixoloji,
45 nəfər iqtisadi,
10 nəfər isə cinsi zorakılığa məruz qalıb.
Müqayisə üçün bildirilib ki, 2023-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olmuşdu. Həmin il zorakılıq törədənlərin 497-si kişi, 133-ü qadın idi.
Bu göstəricilər 2024-cü ildə məişət zorakılığı ilə bağlı müraciətlərin sayında artım olduğunu göstərir.