Vəkillər deputatın təşəbbüsü ilə Bakıda vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2026-01-19 14:40

16 yanvar 2026-cı il tarixində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə Bakı şəhəri, Nizami rayonunda şəhid ailələrinə, qazilərə, yetkinlik yaşına çatmayanlara, aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım xidmətləri göstərilib.

Aksiyada 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilmiş Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək tədbirin keçirilməsinin məqsədindən danışıblar.

Aksiya çərçivəsində Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkillərinin dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.

Aksiya zamanı 36 vətəndaşın fərdi qaydada dinlənilib, onların sosial müdafiə, hüquqi məsələlər, məşğulluq və digər sahələrə dair müraciətləri dinlənilib, aidiyyəti üzrə dəstək verilib. 

 

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt