22 saylı Vəkil Bürosunun vəkilindən uğurlu müdafiə: Təqsirləndirilən şəxsə bəraət verildi

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-05-15 19:11

Bakı şəhəri 22 saylı Vəkil Bürosunun müdafiəsi ilə cinayət işinə xitam verildi.

 

Mayın 15-i Yasamal Rayon Məhkəməsində dövlət hesabına təyin olunmuş, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nigar Rahmanova tərəfindən müdafiə olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Nigar Rəhmanova bildirib ki, təqsirləndirilən şəxsə qarşı əvvəlcə üç maddə üzrə ittiham irəli sürülmüşdü:

Belə ki, sözügedən maddələr Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi (xüsusi amansızlıqla və ya köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa az ağır zərər vurma),

127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla sağlamlığa az ağır zərər vurma),

və 221.1-ci maddəsi (xuliqanlıq – yəni ictimai qaydanı kobud şəkildə pozan, zor tətbiqi və ya hədəsi ilə müşayiət olunan hərəkətlər) olub.


Məhkəmənin qərarı ilə:

221.1-ci maddə üzrə şəxsə bəraət verilib, yəni o, bu ittiham üzrə günahsız sayılıb.

127.2.2 və 127.2.3-cü maddələr isə daha yüngül maddə olan 127.1-ci maddə (qəsdən sağlamlığa az ağır zərər vurma – uzunmüddətli, lakin həyati təhlükə yaratmayan xəsarət) ilə tövsif olunub.


Bu dəyişiklikdən sonra Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmişlə barışıq əldə edildikdə və dəymiş ziyan tam ödənildikdə cinayət məsuliyyətindən azad edilmə), tərəflər arasında barışıq əldə olunduğu üçün cinayət işinə xitam verilib.

Qeyd edək ki, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nigar Rəhmanova tərəfindən göstərilən peşəkar hüquqi müdafiə nəticəsində  təqsirləndirilən şəxsə 221.1-ci maddəsi ilə bəraət və 127.1-ci maddəsi ilə cinayət işinə xitam verilib.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt