3 hakimin səlahiyyəti bitdi-Məhkəməyə yeni təyinat

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-02 16:53

Konstitusiya Məhkəməsinin 3 hakiminin səlahiyyət müddəti başa çatıb.

Modern.az-ın verdiyi xəbərə görə, hakimlər Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanova 15 illik səlahiyyət müddətlərini tamamlayıblar. Onlar 2010-cu il iyunun 22-də Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclisin qərarı əsasında Konstitusiya Məhkəməsinin hakimi təyin olunmuşdular.

 

Sona Salmanova hazırda Konstitusiya Məhkəməsinin sədr müavinidir. O, ilk dəfə bu vəzifəyə 1998-ci ildə təyin olunub və 2010-cu ildə yenidən namizəd göstərilib.

Ceyhun Qaracayev 60 yaşındadır və Konstitusiya Məhkəməsinə gəlməmişdən əvvəl Milli Məclisin aparatında çalışıb.

Rövşən İsmayılov isə bir müddət Mərkəzi Seçki Komissiyasının üzvü olub.

Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsinin hakimləri 15 il müddətinə təyin edilir və vəzifəyə təkrarən təyinat mümkün deyil. Hakimlərin yaş həddi 75-dir.

Hazırda 9 nəfərlik tərkibə malik olan Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin olunması məsələsi Milli Məclisin növbəti plenar iclasında müzakirə ediləcək.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt