Azərbaycan Polisi Günü – 107 illik yubiley qeyd olunur

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-02 13:16

Bu gün Azərbaycanda Polis Günü qeyd olunur.

Azərbaycan polisinin yaranmasının 107-ci ildönümüdür.

Polis orqanları 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin formalaşmasında və milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsində ön sırada yer alıb.

1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra, Sovet dövründə daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai asayişin təminində böyük təcrübə toplayıb və peşəkarlığı ilə seçilib.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si rəsmi olaraq Azərbaycan Polisi Günü elan edilib. O vaxtdan bu gün hər il polis əməkdaşlarının əməyi dövlət səviyyəsində qeyd olunur və dəyərləndirilir.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt