Azərbaycanda nikahların sayı artıb, boşanmalar azalıb

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-05-15 13:34

2025-ci ilin birinci rübündə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 206 nikah və 4 765 boşanma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.

Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən nikahların sayı 4,0-dan 4,4-ə yüksəlib. Boşanma hallarında isə azalma müşahidə olunub – əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2,0-dan 1,9-a enib.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt