Azərbaycanda qadın avtobus sürücüləri fəaliyyətə başlayacaq

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-05-29 13:51

Artıq Azərbaycanda ictimai nəqliyyatda qadın sürücülər də fəaliyyət göstərəcək. Bu barədə Bakubus” MMC tərəfindən vakansiya elan olunub və qadın namizədlər də işə qəbul üçün dəvət olunurlar.

Mövzu ilə bağlı “Demokrat.az”a açıqlama verən Bakı şəhəri 22 saylı Vəkil Bürsounun direktoru Mehman Muradlı bildirib ki, qadın sürücülərin ictimai nəqliyyata cəlb olunması müəyyən müsbət dəyişikliklərə səbəb ola bilər:

“Hesab edirəm ki, ictimai nəqliyyatda qadın sürücülər olsa, sərnişinlərlə sürücülər arasında olan problemlər də aradan qalxacaq. Çünki bizdə digər ölkələrlə müqayisədə qadına olan münasibət bir qədər fərqlidir.”

Eyni zamanda vəkil bəzi ehtimallara da diqqət çəkib:

“Digər tərəfdən isə qadın sərnişinlərlə sürücülər arasında mübahisələrin şiddətlənməsi riski də var. Cəmiyyətdə aqressiv davranan qadınlar da var və onlar üçün sürücünün cinsi əhəmiyyət daşımır. Bu səbəbdən bəzi hallarda münaqişələr daha da gərginləşə bilər.”

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt