Azərbaycanda vəkillərin ümumi sayı açıqlanıb

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-18 11:34

Azərbaycanda vəkillərin sayı 2777 nəfərə çatıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun verdiyi məlumata görə, vəkilliyə qəbul imtahanında uğur qazanan daha 77 nəfər Kollegiyanın üzvlüyünə qəbul edilib.

Onlardan 59-u kişi, 18-i qadındır. Yeni qəbul olunan vəkillərdən 70 nəfəri Bakıda, 7 nəfəri isə regionlarda fəaliyyət göstərəcək.

Hazırda Azərbaycanda fəaliyyət göstərən qadın vəkillərin sayı 595-ə çatıb ki, bu da ümumi vəkillərin 17 faizini təşkil edir.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt