Şübhəli internet resurslarına qarşı ehtiyatlı olun!

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-04-04 13:21

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəsmi internet səhifəsinə oxşar saxta sayt yaradılıb. Qanunsuz yollarla maddi vəsait əldə etməyə çalışan naməlum şəxslər https://vakil-az.com/ adlı fişinq saytı vasitəsilə vəkilləri və vətəndaşları çaşdırmağa cəhd edirlər.

Bu saxta platformada ARVK-nın rəsmi saytına bənzər şəkildə kollegiya üzvləri haqqında məlumatlar, əlaqə nömrələri və vəkillərin reyestrləri yerləşdirilib. Eyni zamanda, bəzi vəkillərə xarici və yerli mobil nömrələrlə WhatsApp vasitəsilə mesajlar göndərilib. Bu mesajlarda şəxslər nömrələri guya vakil-az.com saytından əldə etdiklərini və hüquqi yardıma ehtiyaclarının olduğunu bildiriblər. Araşdırmalar nəticəsində bu müraciətlərin saxta olduğu və fişinq hücumuna xidmət etdiyi məlum olub.

Vətəndaşlara xəbərdarlıq edilir:
✅ Şübhəli internet resurslarına etibar etməyin!
✅ Sayt ünvanlarını diqqətlə yoxlayın və yalnız ARVK-nın rəsmi səhifəsinə daxil olun!
✅ Şəxsi məlumatlarınızı, bank kartı məlumatlarınızı və digər məxfi informasiyanızı şübhəli saytlara və mesajlara daxil etməyin!

Bu cür hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və Vəkillər Kollegiyasına məlumat verin!

ARVK məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib, hazırda araşdırma aparılır və vətəndaşların hüquqlarının qorunması üçün lazımi tədbirlər görülür.