Daxili İşlər Nazirliyindən kiberdələduzluqla bağlı müraciət

Xəbər Şəkli
Kateqoriya: Xəbərlər | Tarix: 2025-06-11 12:42

Daxili İşlər Nazirliyi vətəndaşlara kiberdələduzluq hallarına qarşı diqqətli olmağı tövsiyə edir. 

Qurumdan bildirilib ki, naməlum nömrələrdən edilən zənglər və göndərilən mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir. Nazirlik bu kimi halların qarşısının alınması üçün ictimaiyyəti ayıq-sayıq olmağa çağırır.

Məlumata görə, iyunun 10-da daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir neçə şəxsin bank hesablarından qanunsuz yolla vəsaitlərin çıxarıldığı müəyyən edilib. Belə ki, 1141, 500, 400, 336 və 132 manat, həmçinin 1113 ABŞ dolları məbləğində pul vəsaitləri oğurlanıb.

Nazirlik vətəndaşlara bir daha xatırladır:

  • Bank kartlarının CVV/CVC kodları, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik) şifrələri qətiyyən paylaşılmamalıdır;

  • Bu məlumatların üçüncü şəxslərə ötürülməsi nəticəsində vətəndaşın hesabından pul oğurluğu, onun adından kredit götürülməsi və digər maliyyə əməliyyatlarının aparılması mümkündür.

Tövsiyə olunur ki:

  • Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin;

  • Şəxsi və maliyyə məlumatlarınızı heç kimlə paylaşmayın;

  • Şübhəli ünsiyyət halında əlaqəni dərhal dayandırın və nömrəni bloklayın.

Belə hallarla qarşılaşan şəxslər dərhal polis orqanlarına və aidiyyəti banklara müraciət etməlidirlər.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt