Deputat: "Azərbaycanda vəkil çatışmazlığı ciddi problem olaraq qalır"

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-06-25 12:03

"Azərbaycanda vəkillik institutu uğurla fəaliyyət göstərir. Hazırda ölkə üzrə vəkillərin sayı 2700 nəfəri ötüb. Lakin bu göstərici ilə region ölkələri arasında geri qalırıq".

Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

E-hüquq.az-ın verdiyi xəbərdə deputatın sözlərinə görə, qonşu Gürcüstanda 4037, Ermənistanda isə 1578 vəkil fəaliyyət göstərir:
"Əhalinin hər 100 min nəfərinə düşən vəkil sayına görə də Azərbaycanda vəziyyət qənaətbəxş deyil. Avropa Şurası məkanında bu göstərici üzrə ölkəmiz ən aşağı pillələrdə qərarlaşır. Xüsusilə regionlarda vəkil sayının azlığı ciddi problem olaraq qalır. Əgər bir rayonda cəmi 1-2 vəkil varsa, ya da ümumiyyətlə fəaliyyət göstərmirsə, orada keyfiyyətli hüquqi xidmətin təmin olunmasından danışmaq mümkün deyil", – deyə Zahid Oruc qeyd edib.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt