Əliyev və Paşinyan Əbu-Dabidə sülhü müzakirə etdilər

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-10 15:24

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında görüş konstruktiv mühitdə keçib

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş daha sonra təkbətək formatda davam etdirilib.

APA-nın verdiyi xəbərdə görüş çox konstruktiv atmosferdə keçib. Tərəflər Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə dair əsas məsələləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər mühüm istiqamətləri əhatə edən dərin və əhatəli müzakirələr aparıblar.

Həm işçi qruplar səviyyəsində, həm də daha yüksək səviyyələrdə bu təmasların və danışıqların davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə olunub.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt