İlham Əliyev və Nikol Paşinyan ŞƏT Sammitində görüşüb

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-09-01 17:59

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

Tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin vacibliyini vurğulayıblar.

Həmçinin son Vaşinqton Sammitində əldə edilən müsbət dinamika xatırladılaraq sülh və normallaşma prosesinə beynəlxalq dəstəyin əhəmiyyəti qeyd olunub. Liderlər təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt