Media qurumlarının adlarına dair yeni tələblər irəli sürülür

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-02 13:05

Çap və onlayn medianın təsis olunması ilə bağlı tələblər artırılır.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin son iclasında "Media haqqında" qanuna yeni dəyişiklik təklif olunub.

APA-nın məlumatında deyilir ki, layihəyə əlavə edilən yeni – 62.6-cı maddəyə əsasən, çap və onlayn media subyektlərinin (redaksiyaların) adları başqa media qurumlarının adları ilə eyni və ya oxşar olmamalıdır. Bundan əlavə, media subyektlərinin adlarında ictimai qaydalara, mənəviyyata və əxlaqa zidd olan, insanları çaşdıra biləcək ifadələrin işlədilməsi qadağan ediləcək.

Qeyd olunub ki, MEDİA Agentliyinə müxtəlif redaksiyalar brend adlarının təhrif olunması ilə bağlı dəfələrlə müraciət edib. Təklif edilən bu dəyişiklik medianın imicinin qorunması və brendlərin gücləndirilməsi məqsədi daşıyır.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt