Məhkumlara pulsuz hüquqi yardım aksiyaları təşkil olunub

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-05-06 13:22

"Konstitusiya və Suverenlik İli" çərçivəsində, Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında razılaşdırılmış tədbir planına əsasən, həbsdə olan şəxslərə hüquqlarını izah etmək və pulsuz hüquqi yardım göstərmək məqsədilə penitensiar müəssisələrdə aksiyalar davam edir.

Bu çərçivədə azadlıqdan məhrum edilmiş şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə vəkillər tərəfindən penitensiar müəssisələrə növbəti səfər həyata keçirilib.

Görüşlər zamanı Qadın Vəkillər Alyansının üzvləri 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə, “Verdiktum” Vəkil Bürosunun vəkilləri isə İxtisaslaşdırılmış müalicə müəssisəsində məhkumlara hüquqi yardım göstəriblər.

Ümumilikdə 53-ə yaxın məhkuma mövcud qanunvericiliyin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin olunması ilə bağlı sualları cavablandırılıb.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt