Naxçıvanın Nazirlər Kabineti Prezidentə tabe olacaq

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Prezidentə tabe olacaq
Bu dəyişiklik "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsində əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bundan sonra muxtar respublikanın Ali Məclisinə deyil, birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq.
Kabinetin fəaliyyət qaydaları isə Prezidentlə razılaşdırılmaqla müəyyənləşdiriləcək.