"Notariat haqqında" qanuna miras dəyişiklikləri gözlənilir

“Notariat haqqında” Qanunda dəyişiklik ediləcək
"APA"-nın məlumatında deyilir ki, bu dəyişiklik Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində”, “Mülki Prosessual Məcəlləsində”, “Mülki Məcəlləsində”, “Notariat haqqında” və “İcra haqqında” qanunlara edilən dəyişikliklərdə əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, notarius tərəfindən mirasın siyahıya alınması qaydasının müəyyən edilməsi məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.