Pilotsuz uçuş aparatlarına görə rüsumlar müəyyən edildi

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-06-17 14:32

"Aviasiya haqqında" qanunun icrası ilə bağlı dövlət rüsumlarına dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Məclisin mayın 1-də qəbul etdiyi “Aviasiya haqqında” qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Yenilənmiş qanuna əsasən, mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısı genişləndirilib.

Yeni dəyişikliklərə əsasən:

  • Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat,

  • Aviasiya personalına şəhadətnamə, vəsiqə və ya sertifikatların verilməsi üçün 15 manat,

  • Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat,

  • Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10 manat,

  • Məsafədən idarə olunan pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi üçün 10 manat,

  • Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu müəyyən edilib.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt