Prezident Əliyev: Azərbaycan Çinin etibarlı tərəfdaşıdır

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-09-01 16:53

"Azərbaycan Çinin etibarlı tərəfdaşıdır".

Bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.

"Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk", – deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu istiqamətdə artıq ciddi praktiki layihələr həyata keçirir.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt