Qubadlının 2040-cı ilədək Baş planı təsdiqləndi

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-09-10 14:44

Azərbaycan Respublikasının Nazirlər Kabineti Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləyib.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə və “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tətbiqi barədə Prezidentin fərmanına əsaslanaraq qəbul olunub. Təklif Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilib.

Baş plana əsasən, Qubadlı şəhərinin müasir şəhərsalma prinsiplərinə uyğun inkişafı, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial infrastrukturun qurulması və iqtisadi potensialın artırılması nəzərdə tutulur.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qeyd edək ki, sənəd 9 sentyabr 2025-ci ildə təsdiqlənib.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt