Sabahdan yaxın qohumlar arasında nikah qadağan edilir

İyulun 1-dən nikahın bağlanılmasına hüquqi maneələr artırılır.
Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, iyulun 1-dən Azərbaycanda nikahın bağlanmasına mane olan hallar genişləndirilir.
Dəyişikliyə görə, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızı, həmçinin bibi (xala) ilə qardaş (bacı) oğlu arasındakı nikahlar qadağan olunur.