Söküntü və məhkəmə problemləri üzrə təlim keçirilib

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-07 16:18

İyulun 5-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Evlərin söküntüsü və yaranan problemlərin məhkəmədə həlli qaydası” mövzusunda hibrid formatda təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayaraq təlimin praktiki əhəmiyyəti barədə məlumat verib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi Qumru Eyvazova çıxış edib. O, söküntü prosesinin hüquqi əsasları, tikinti şirkətləri tərəfindən irəli sürülən iddialar, sakinlərin hüquqları və müdafiə mexanizmləri, məhkəmə yanaşmaları, o cümlədən Konstitusiya Məhkəməsinin mövzu üzrə qərarları barədə ətraflı məlumat verib.

Təlimçi, həmçinin, şəxsi təcrübəsindən irəli gələn məhkəmə işlərini bölüşüb, müxtəlif kazusları təqdim edib.

Təlim interaktiv şəkildə davam edib və sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 78 vəkil distant, 17 vəkil isə əyani formada olmaqla, ümumilikdə 95 Vəkillər Kollegiyası üzvü iştirak edib.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt