Vəkil etikası üzrə distant təlimlər təşkil olunub

3 və 4 iyul 2025-ci il tarixlərində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı və Deontologiya Komitəsi ilə əməkdaşlıq çərçivəsində distant formada təlimlər keçirilib.
İyulun 3-də keçirilən “Vəkil etikası və davranış qaydaları barədə ümumi müddəalar” mövzusunda təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov çıxış edərək vəkil etikası, etik normalar, vəkil davranış kodeksi və peşə etikasına riayət məsələlərini iştirakçılarla bölüşüb.
İyulun 4-də isə “Vəkilin ona müraciət etmiş şəxslərə qarşı münasibəti” mövzusunda keçirilən təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev çıxış edib. Təlimdə vəkil-müştəri münasibətləri, ədalətli yanaşma prinsipi, hüquqi etik standartlar və müştərinin maraqlarının qorunması məsələləri müzakirə olunub.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 68 vəkil iştirak edib.