Vəkillərə icra tədbirləri mövzusunda təlim keçirilib

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-05-06 13:27

Vəkillər üçün icra icraatına dair təlim keçirilib.

Mayın 3-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "İcra icraatında icra hərəkətləri, məcburi icra tədbirləri və məsuliyyət" mövzusunda hibrid formada təlim keçirilib.

Təlimin açılışında çıxış edən Akademiyanın elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiya rəhbərliyi adından salamlayıb və mövzunun praktiki əhəmiyyətinə diqqət çəkib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü və İcra Hüququ Komitəsinin sədri Elşən Səfərov çıxış edərək icra icraatının məqsəd və prinsipləri, icra hərəkətlərinin hüquqi nəticələri, normativ baza və məhkəmə təcrübəsi barədə ətraflı məlumat verib.

İnteraktiv formatda keçirilən təlimdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimə ümumilikdə Vəkillər Kollegiyasının 92 üzvü qatılıb.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt