Xüsusi icra məmurları institutu təsis olunur

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-14 13:52

Azərbaycanda “Xüsusi icra məmurları” institutu yaradılır.

Milli Məclisin bu gün keçirilən iclasında “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub. Qanun 6 fəsil, 38 maddədən ibarətdir.

Bu qanunla Azərbaycanda xüsusi icra məmurları institutu yaradılır və onların fəaliyyəti hüquqi əsaslarla tənzimlənir. Xüsusi icra məmurları dövlət icra məmurlarından fərqli olaraq, müstəqil fəaliyyət göstərən, ancaq qanunvericiliklə müəyyən edilmiş çərçivədə icra sənədlərinin yerinə yetirilməsinə cavabdeh şəxslərdir.

Qanuna əsasən:

  • Xüsusi icra məmuru – məhkəmə qərarları və digər icra sənədlərini icra etmək üçün xüsusi şəhadətnamə almış fiziki şəxsdir;

  • O, dövlət icra məmuru kimi hüquqi gücə malik qərarlar qəbul edə bilir və onun qanuni tələblərinə dövlət qurumları, bələdiyyələr, vəzifəli şəxslər və vətəndaşlar əməl etməyə borcludur;

  • Dövlət məmuru sayılmır, amma fəaliyyət sahəsi də sahibkarlıq fəaliyyəti hesab olunmur;

  • Onun fəaliyyəti peşəkar əsaslarla və müstəqil şəkildə həyata keçiriləcək;

  • Xüsusi icra sisteminin tətbiqi inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə həyata keçiriləcək.

Əlavə olaraq:

  • Xüsusi İcra Məmurlarının Palatası – bu sahədə nəzarəti və əlaqələndirməni həyata keçirən qurum olacaq;

  • Xüsusi İcra Məmurlarının Reyestri – bütün bu sahədə çalışanların qeydiyyatı və məlumatlarının toplusu olacaq;

  • Xüsusi icra məmuru olmaq istəyən şəxslər qanunda göstərilən tələblərə cavab verməli və and içərək fəaliyyətə başlamalıdırlar.

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt