Bu həftə Trampla Putin görüşəcək

Avqustun 15-də ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Bu barədə ABŞ prezidenti öz “Truth” hesabında yazıb.
“Putinlə mənim aramda gözlənilən görüş cümə günü Alyaska ştatında baş tutacaq. Təfərrüatlar yaxın günlərdə açıqlanacaq”, - deyə Tramp qeyd edib
“The New York Times” nəşrinin məlumatına görə, Tramp Putinlə təkbətək görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli danışıqlar keçirməyi planlaşdırır.