“Yüksəliş” müsabiqəsinin qaliblərinin 10 faizi vəkillərdir

Xəbər Şəkli
Kateqoriya: Manşet | Tarix: 2025-07-24 11:44

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri arasında iki vəkilin də yer alması qürurvericidir.

E-huquq.az-ın verdiyi xəbərə görə, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Sədr bildirib ki,16 553 iştirakçı arasından seçilən 20 qalibdən ikisi – Fatimə Eyyub və Məmməd Balacanov Kollegiyanın üzvləridir.

Sədr xatırladıb ki, “Yüksəliş” müsabiqəsinin tarixində ilk qalib vəkil Bayram Orucov olub. Növbəti müsabiqələrdə vəkillərin uğurlarını səbirsizliklə gözlədiyini bildirib:

“Bu nəticə ölkə vəkilliyinin yüksək potensialının və bilik səviyyəsinin parlaq göstəricisidir. Vəkillər ölkənin kadr bankını formalaşdıran ən prestijli müsabiqəsinin qalibləri sırasında 10% təşkil edir, vəkillik bütün sahələr üzrə kadr bankına çevrilib, görünən dağa nə bələdçi, vəkillərimizlə fəxr edirəm!"

Paylaş:
Facebook Twitter Telegram LinkedIn WhatsApp E-poçt