Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddənin on beşinci abzası aşağıdakı redaksiyada verilsin:
“güzəştli düzəliş – satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün bu Qanunun 36.9-cu və 44.2-ci maddələrinə əsasən tətbiq etdiyi güzəşt;”.
2. 36.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“36.9. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.”.
3. 36.10-cu maddədən “həcmi və” sözləri çıxarılsın.
4. 44.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Satınalan təşkilat xidmət təkliflərini qiymətləndirərkən və müqayisə edərkən xidmət təklifləri sorğusunda müəyyən olunan tələblərə cavab verən xidmətləri təklif edən yerli xidmət göstərənlərin xeyrinə bu Qanunun 36.10-cu maddəsinə uyğun olaraq güzəştli düzəliş tətbiq edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2016-cı il.
Bakı şəhəri 22 saylı Vəkil Bürosu