Vəkillər 6070 elektron müqavilə bağlayıb

by admin
0 comment
A+A-
Reset

Məlum olduğu kimi, cənab Prezidentin
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək Vəkillər
Kollegiyası tərəfindən informasiya kommunikasiya texnologiyalarından daha da
geniş sürətdə istifadə edilməsi, vətəndaşların hüquqi yardıma çatımlılığı və
hüquqi yardımın keyfiyyətinin artırılması məqsədilə hazırlanaraq fəaliyyətə
başlayan “Elektron vəkil orderi” sistemindən aktiv istifadə edilir. Vəkillərin
işini asanlaşdıran, vaxt itkisinin qarşısını alan, vətəndaş məmnunluğunu təmin
edən bu sistem ötən ilin noyabr ayından pilot layihə kimi start götürüb və bu
ilin aprelindən etibarən isə bir çox bürolarda uğurla həyata keçirilir.

Qeyd etmək istərdik ki, bu müddət ərzində “Elektron
vəkil orderi” vasitəsi ilə Vəkil bürolarında 5860, habelə fərdi vəkilliklə
fəaliyyət göstərən vəkillər isə 210 elektron müqavilə bağlayıb.

Beləliklə, qısa müddət ərzində ümumilikdə
6070 elektron müqavilə bağlanaraq Vəkillər Kollegiyası informasiya
kommunikasiya texnologiyaları sahəsində yeni uğura imza atıb.

Bildirmək istərdik ki, cari il sentyabr
ayında 1746 elektron müqavilə bağlanıb. Bağlanmış elektron müqavilələrin sayı avqust
(1467) ayı ilə müqayisədə 19 faiz çoxdur və bu istiqamətdə ciddi artım müşahidə
edilir.

Bundan sonra da elektron qaydada bağlanmış
müqavilələr üzrə əldə olunan orderlərin aylıq statistikası barədə məlumat
veriləcək.

Qeyd edək ki, məlum olduğu kimi, Vəkillər
Kollegiyası Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında “Elektron
vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə
paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə
qərar verilib.

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.