135
8 Mart – Beynəlxalq Qadınlar Günü
ərəfəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşəbbüsü ilə Bakı
şəhəri 8 saylı Vəkil Bürosu tərəfindən paytaxtın Xəzər rayonunun Binə
qəsəbəsində yerləşən “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sığınacağında
yaşayan qadın və uşaqlara pulsuz hüquqi yardım, habelə maddi dəstək göstərilib.
Vəkillər tərəfindən qadınlara şifahi və
yazılı hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib
olunub.
Sonra qadınları maraqlandıran suallar
cavablandırılıb.