Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 12; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; 2005-ci il, № 4, maddə 274, № 7, maddə 590; 2006-cı il, № 11, maddə 926; 2007-ci il, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddə 1078; 2008-ci il, № 3, maddə 155, № 8, maddələr 694, 696; 2009, № 6, maddələr 399, 406; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddə 273, № 7, maddə 599; 2011, № 2, maddə 71) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 4-cü maddəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2012-ci il.
Bakı şəhəri 22 saylı Vəkil Bürosu