128
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №6, maddə 396) 17.10-cu maddəsinin birinci cümləsindən “və sərbəst anbarlar” sözləri, ikinci cümləsindən “və sərbəst anbarların” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2012-ci il.
Bakı şəhəri 22 saylı Vəkil Bürosu