Mərkəzi Bankın əməkdaşlarına “Kibercinayətkarlıq və bank sahəsi” mövzusunda təlim keçirilib

by admin
0 comment
A+A-
Reset

Cari ilin avqust ayının 2-də Vəkillər Kollegiyası Akademiyası və Mərkəzi  Bankın təşkilatçılığı çərçivəsində Mərkəzi
Bankın İstehlakçılarla iş departamentinin əməkdaşları üçün
“Kibercinayətkarlıq və bank sahəsi” mövzusunda təlim
keçirilib.
                 

Təlimdə Vəkillər Kollegiyasının Kibercinayətkarlıq Komitəsinin sədri, h.ü.f.d.
Asif Mustafayev tərəfindən Mərkəzi Bankın əməkdaşları üçün kibercinayətkarlıq
sahəsində məruzələr edilib.

Təlimçi kibercinayətkarlıq, onun yaranması əsasları və əsas təhlükələr,
bank sektorunda bu tip pozuntuların qarşısının alınması və onunla mübarizə,
xarici ölkələrdə bu qəbildən olan cinayətlərin
təhlili və s. istiqamətində çıxışlar edib, təlim iştirakçılarının suallarını
cavablandırıb.

İki növbə üzrə həyata keçirilən təlimdə
Mərkəzi Bankın
İstehlakçılarla iş departamentinin ümumilikdə
20 əməkdaşı iştirak edib.

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.