“Elektron order” mövzusunda növbəti təlimlər keçirilib.

by admin
0 comment
A+A-
Reset

Cari ilin avqust
ayının 10-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron
order” mövzusunda iki əyani və iki distant olmaqla, növbəti təlimlər keçirilib.

 

Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru,
professor Əmir Əliyev təlim iştirakçılarını Vəkillər Kollegiyası Rəyasət Heyətinin
sədri Anar Bağırovun adından salamlayıb və ke
çirilən təlimin əhəmiyyəti, Elektron orderin önəmi, bu sahədə yeniliklər və təkmilləşdirmələr barədə
vəkilləri məlumatlandırıb. Professor h
əm də çıxışında yeni sayı dərc edilmiş “Azərbaycan vəkili” elmi-praktik hüquq
jurnalının növbəti sayını da iştirakçılara təqdim edib, jurnalın elmi əhəmiyyətini
tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Birinci təlim 10 avqust saat 10:00-11:40 aralığında təşkil edilib və təlim Vəkillər Kollegiyasının üzvü
Anar Əsədov
tərəfindən
tədris olunub. Təlimçi elektron müqavilə və orderin bağlanması, dəyişdirilməsi
və ləğvi, o c
ümlədən
elektron orderin əldə
edilməsi və s. texniki məsələlər barədə
vəkilləri məlumatlandırıb və onların suallarını cavablandırıb.

 

Günün ikinci yarısı saat 13:00-1440
aralığında  təşkil edilən ikinci təlimdə Vəkillər Kollegiyasının üzvü
Fərid Rzabəyli
tərəfindən məruzələr səsləndirilib. Təlimçi “Elektron
order” xidmətləri barədə təlim iştirakçılarına məlumatlar verib, səsləndirilən sualları ətraflı cavablandırıb.

 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, “Şamaxı” Futbol
Klubunun İdarə Heyətinin sədri Elçin Usub, büro müdirləri Kəramət Əliyev, Hikmət Əliyev, İslam İsmayılov, Gülşən
Salmanova, Mətanət Həsənova, Emin İsayev də
daxil olmaqla 39 vəkil əyani, 96 vəkil distant
qaydada birinci təlimdə, 36
vəkil əyani, 99 vəkil
distant qaydada ikinci təlimdə
iştirak edib.

 

Təlimlərdə ümumilikdə Vəkillər Kollegiyasının 270 üzvü iştirak edib.

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.