Cari il sentyabr ayının 10-da Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Şredinger” (kvant fizikası
baxımından) və “Sınıq pəncərə” nəzəriyyələrinin işığında vəkillik fəaliyyətinə
baxış” mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun və Akademiyanın rektoru Əmir
Əliyevin adından salamlayıb və onlara uğurlar arzulayıb.
Təlimin əsas hissəsində Vəkillərin İntizam
Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov
vəkillik peşəsinə fəlsəfi-sosioloji nəzəriyyələr işığında baxışı nəzərdə
tutmaqla, bu istiqamətdə müxtəlif hüquqi baxışlar barədə məruzələrlə çıxış
edib.
Həmçinin təlimçi mövzu ilə bağlı öz təcrübi
biliklərini iştirakçılarla bölüşərək müvafiq sahədə geniş təhlillər aparıb.
Sonda mövzu üzrə vəkilləri maraqlandıran
suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub da daxil olmaqla, Kollegiyanın
ümumilikdə 54 üzvü iştirak edib.