Vəkillərə “Elektron order” layihəsi üzrə növbəti təlim keçirilib

by admin
0 comment
A+A-
Reset

Cari il sentyabrın 14-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə
hibrid formada növbəti təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər
Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Kollegiyanın
Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və “Elektron order”
təlimlərinin vəkillərin fəaliyyətində praktiki əhəmiyyətindən danışıb.

Həmçinin professor baş redaktoru Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov olan “Azərbaycan Vəkili”
elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə təlim iştirakçılarına
məlumat verib.

Təlimçi qismində çıxış edən Vəkillər
Kollegiyasının üzvü Fərid Rzabəyli “Elektron order” sahəsi üzrə müvafiq
məlumatları – elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s.
texniki məsələləri, xüsusən elektron order sahəsi üzrə yenilikləri vəkillərin
diqqətinə çatdırıb.

Sonda təlimçi tərəfindən vəkilləri bu
sahədə maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, təlimdə büro müdirləri –
Ramil Vəliyev, Vüsal Mirzəyev, Şahlar Xıdırov, Ziya Kazımov, İslam İsmayılov,
Mətanət Həsənova və Fəyyaz Quliyev də daxil olmaqla 49 vəkil əyani, 64 vəkil 
(ümumilikdə 113 vəkil) isə distant qaydada iştirak edib.

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.