Vəkillərə “Axtarışın aparılması qaydaları” mövzusunda təlim təşkil olunub

by admin
0 comment
A+A-
Reset

Cari il sentyabrın 21-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Axtarışın aparılması qaydaları”
adlı hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq
elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar
Bağırovun adından salamlayıb. Seçilmiş təlim mövzusunun xüsusən praktikada rolu
barədə danışan professor təlimçiyə uğurlar arzulayıb və keçirilən sözügedən təlimin
vəkillərin fəaliyyətində praktiki əhəmiyyəti olacağını qeyd edib.

Həmçinin “Azərbaycan Vəkili”
elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti və jurnalın çapı planlaşdırılan
yeni sayı barədə vəkillərə məlumat verilib.

Təlimin əsas hissəsində Vəkillərin İxtisas
Komissiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev axtarış və onun
aparılma qaydalarının xüsusiyyəti, Azərbaycan Respublikası qanunvericiliyində
mövcud məsələnin tənzim edilməsi üsulları, o cümlədən xarici ölkələrin
praktikası və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.

Eyni zamanda təlimçi uzunmüddətli
praktikasında mövcud olan halları qeyd edərək, geniş təhlillər aparıb və bu
sahədə müxtəlif məsələlər iştirakçılarla birgə müzakirə olunub.

Sonra təlimdə iştirak edən Kollegiyanın
üzvləri mövzu üzrə öz praktiki təcrübələrini bölüşüblər.

Yekunda vəkillərin müvafiq sahədə çoxsaylı
sualları cavablandırılıb.

Qeyd edək ki, hibrid təlimdə Vəkillər
Kollegiyasının 69 üzvü distant, 17 üzvü əyani olmaqla, ümumilikdə 86 vəkil
iştirak edib.



















Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.