“Dəniz hüququ sahəsində normativ tənzimetmə və praktiki məsələlər” mövzusunda təlim keçirilib

by admin
0 comment
A+A-
Reset

Cari il sentyabrın 28-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Dəniz hüququ sahəsində normativ
tənzimetmə və praktiki məsələlər” mövzusunda hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq
elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar
Bağırovun adından salamlayıb. Seçilmiş təlim mövzusunun yeniliyi və xüsusən
praktikada rolu barədə danışan professor təlimçiyə uğurlar arzulayıb. Həmçinin
“Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə
təlim iştirakçılarına məlumat verilib.

Təlimin əsas hissəsində Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin Hüquq
departamentinin Qanunvericilik layihələri şöbəsinin müdiri Nişat Rəhimov dəniz
nəqliyyatı sahəsində əldə olunan nailiyyətlər- Tarixi “İpək yolu”nun bərpası,
“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya, o cümlədən dəniz hüququna
ümumi baxış istiqamətləri haqqında ətraflı çıxış edib. Eyni zamanda Azərbaycan
Respublikasında dənizçilik sahəsinin tənzimləndiyi normativ sistem və digər
əlaqəli məsələlər barədə təlim iştirakçıları məlumatlandırılıb.

Təlimçi mövzu üzrə mövcud məhkəmə
praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb və müxtəlif
kazuslar səsləndirib.

Qeyd edək ki, təlimdə Vəkillər
Kollegiyasının üzvləri və gənc hüquqşünaslar da daxil olmaqla 32 nəfər distant,
19 nəfər əyani olmaqla, ümumilikdə 51 nəfər iştirak edib.

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.