“Elektron order” layihəsi üzrə təlimlər davam edir

by admin
0 comment
A+A-
Reset

Cari il oktyabr ayının 12-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə
hibrid formada növbəti təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları
Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və
“Elektron order” təlimlərinin vəkillərin fəaliyyətində praktiki əhəmiyyətindən
danışıb.

Həmçinin “Azərbaycan Vəkili” elmi-praktik
hüquq jurnalının elmi əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verilib.

Təlimdə Vəkillər Kollegiyasının üzvü,
“Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri
Nihad Əliyev “Elektron order” sahəsi üzrə müvafiq məlumatları – elektron
müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s. texniki məsələləri, xüsusən
müvafiq sahə üzrə yenilikləri vəkillərin diqqətinə çatdırıb.

Eyni zamanda təlimçi vəkilləri bu sahədə
maraqlandıran bir çox sualları ətraflı cavablandırıb və öz təcrübəsini bölüşüb.

Qeyd edək ki, təlimdə büro müdirləri –
Sübhan Əliyev, Şahlar Xıdırov, Ceyhun Qulamov, Ramiz Musayev və Fəyyaz Quliyev də
daxil olmaqla 35 vəkil əyani, 70 vəkil distant qaydada olmaqla, ümumilikdə 105
vəkil iştirak edib.

Mənbə

Bənzər yazılar

Leave a Comment

* Bu formu istifadə edərək, məlumatlarınızın bu sayt tərəfindən saxlanılmasına və idarə edilməsinə razılıq verirsiniz.