Cari il oktyabr ayının 19-da Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Korporativ idarəetmə. Korporativ
hüquq” mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və onlara uğurlar
arzulayıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, SOCAR-ın Hüquq və Uyğunluq (Compliance) üzrə
vitse-prezidentinin müavini, SOCAR Türkiyənin Hüquq, Uyğunluq və Korporativ
idarəetmə üzrə rəhbəri Şahin İsmayılbəyli korporativ idarəetmənin əsas
prinsipləri, o cümlədən komponentləri barədə geniş məlumat verib.
Təlimçi tərəfindən müvafiq sahədə geniş
təhlillər aparılıb, eyni zamanda mövcud sahə üzrə idarəetmə mexanizmləri, yerli
və beynəlxalq təcrübə iştirakçılarla birgə müzakirə olunub.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı
sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər
Kollegiyasının 112 üzvü iştirak edib.